Reading view

“Fənərbağça”da itki

“Fənərbağça” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Levent Mercan zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Super Liqada “Qaziantep”lə matçda (4:1) zədə alan cinah oyunçusu bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Levent bu mövsüm 23 oyunda 5 məhsuldar ötürmə edib.

Pepi İngiltərə yolunda

PSV-nin futbolçusu Rikardo Pepi karyerasını İngiltərədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, amerikalı hücumçu “Fulhem”lə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Premyer Liqa klubu yaxın zamanda keçidi açıqlayacaq.

23 yaşlı futbolçu bu mövsüm 27 oyunda 13 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Baku Sportinq”in futbolçusu mükafatına qovuşdu

I Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Baku Sportinq” futbol klubunun üzvü Elşən Abdullayev mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, fevral ayının ən yaxşı qolunun müəllifinə mükafatı XIX turun “Baku Sportinq” – “Mingəçevir” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

İki parataekvondoçuya fəxri ad verildi

Martın 17-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Nazirliyin Kollegiya qərarına əsasən, parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalova “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib.

Qeyd edək ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının çempionu, həmçinin dünya və ikiqat Avropa çempionudur.

Sabir Zeynalov isə Paris-2024 Yay Paralimpiya Oyunlarının, eləcə də dünya və Avropa çempionatlarının bürünc mükafatçısıdır.

“Marsel”in futbolçusu “Yuventus”un hədəfində

“Marsel”in futbolçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nşəşri məlumat yayıb. Turin klubu yayda 24 yaşlı futbolçu üçün danışıqlara başlayacaq.

Meyson bu mövsüm 38 oyunda 25 qol vurub.

“Arteta çempion olmağın yolunu tapmalıdır”

“Arsenal”ın sabiq futbolçusu Tyerri Anri açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis “topçular”ın çempionluğunu arzu etdiyini bildirib:

“Arsenal”ın oyun tərzini bəyənmirəm, amma hörmət edirəm. Liqa çempionluğu qazanılmalıdır. Bu olandan sonra sərgilənən oyunun önəmi yoxdur. Arteta çempion olmağın yolunu tapmalıdır. Artıq 22 ildir, həsrətik”.

“Arsenal” Premyer Liqada 31 turdan onra 70 xalla liderdir.

Şamaxıda heyətlər bilindi

“Şamaxı” Misli Premyer Liqasının XXV turunda bu gün “Araz-Naxçıvan”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 15:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Şamaxı”: 1. Rikardo Fernandes (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 5. Arsen Ağcabəyov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 10. Andrey Tirkoveanu 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 4. Rahil Məmmədov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala
Ehtiyat oyunçular: 12. Kristian Avram 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 16. Ramon Maçado 77. Bruno Franko 70. Şarl Boli 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko

 

“Neftçi” – 89!

“Neftçi” klubunun yaradılmasından 89 il ötür.

Azərbaycanın ən köklü klubu 1937-ci ildə yaradılıb, 1968-ci ilədək “Neftyanik” adlandırılıb. Rəngləri “ağ-qara” olan komandamızın “Flaqman”, “Xalq komandası” və “Neftçilər” kimi ləqəbləri var.

“Neftçi” yaradıldığı 1937-ci ildə SSRİ çempionatında çıxış edib. İlk dəfə 1949-cu ildə SSRİ çempionatının Güclülər dəstəsində iştirak etmək hüququ qazanan “Flaqman” 1950, 1960-1972, 1977-1988-ci illərdə də bu dəstədə mübarizə aparıb. Komanda bu dönəmdə ən böyük uğuruna 1966-cı ildə 3-cü yeri tutaraq bürünc medallar qazanmaqla imza atıb. “Ağ-qaralar” 1967, 1968, 1970, 1971-ci illərdə SSRİ Kubokunun yarımfinalçısı, 1988-ci ildə isə SSRİ Futbol Federasiyası Kubokunun finalçısı olub.

Ölkədə ən böyük azarkeş ordusuna malik olan “Neftçi” 9 dəfə – 1992, 1996, 1997, 2004, 2005, 2011, 2012, 2013 və 2021-ci illərdə Azərbaycan çempionatının qızıl medallarına sahib çıxıb. “Xalq komandası” 6 dəfə ölkə kubokunun (1995, 1996, 1999, 2004, 2013, 2014), 2 dəfə isə Superkubokun (1993, 1995) qalibi olub. 2006-cı ildə isə “Birlik Kuboku”nu başı üzərinə qaldırıb. “Neftçi” 2012/13 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu tarixində ilkə imza atıb.

Premyer Liqada daha beş oyunun təyinatları

Misli Premyer Liqasında XXV turun beş oyununun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Kəpəz” – “Qarabağ” oyununu Əli Əliyev idarə edəcək.

19 mart (cümə axşamı)

“Karvan-Yevlax” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu, 15:00

“Sabah” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”, 19:15

20 mart (cümə)

“Kəpəz” – “Qarabağ”
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Yevlax şəhər stadionu, 15:00

“Neftçi” – “İmişli”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”, 19:15

21 mart (şənbə)

“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev
VAR: Əliyar Ağayev
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 16:00

Azərbaycan Türkiyədə 16 cüdoçu ilə təmsil olunacaq

Martın 21-də Almaniyanın Bad-Blankenburq şəhərində keçiriləcək Türingiya Kubokunda Azərbaycanın 16 yeniyetmə qız cüdoçusu mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, idmançılar 8 çəki dərəcəsində çıxış edəcəklər. U-18 yaş kateqoriyasında Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi 40 kq), Nigar Heydərzadə, Pərvin Sevxanlı, Fatimə Abdullayeva (hamısı 44 kq), Könül Eyvazlı (48 kq), Tövsiyyə Babayeva (52 kq), Gülnaz Məmmədtağıyeva, Səma Vəlizadə, Yağmur Əhmədzadə (hamısı 57 kq), Nəzakət Vəliyeva, Türkan Məmmədli, Zilan Hüseynli (63 kq), Rəna Əhmədova, Məsumə Məmmədli (hər ikisi 73 kq), Zemfira Əliyeva (+70 kq) tatamiyə çıxacaq.

Turnirdə idmançılara yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

“Şamaxı” formada, “Araz-Naxçıvan” üçün avrokubok mübarizəsi

“Şamaxı” Misli Premyer Liqasının XXV turunda bu gün “Araz-Naxçıvan”ı qəbul edəcək.

Futbolpress.az-ın məlumatına görə, meydan sahibləri çempionatın formada komandalarındandır. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv son beş matçını uduzmayıb. “Şilər” 4 heç-heçə edib, 1 dəfə qələbə qazanıb. Komanda ötən turda “Sumqayıt”a səfərdə qalib gəlib.

“Şamaxı” bu mövsüm evində keçirdiyi 12 oyunda 3 qələbə qazanıb, 5 dəfə uduzub. Komandanın son üç ev matçı bərabərliklə başa çatıb.

“Araz-Naxçıvan” isə son 5 oyunda 3 qələbə qazanıb, 2 dəfə uduzub. Ötən tur çətinliklə autsayder “Karvan-Yevlax”a qalib gəlib naxçıvanlılar avrokubok mübarizəsində qalmaq üçün Şamaxı səfərindən qələbə ilə dönməlidir. Əks halda, rəqiblərlə xal fərqi yüksələ bilər.

“Araz-Naxçıvan” bu mövsüm səfər matçlarında uğursuz nəticələrlə yadda qalıb. Demçenkonun komandası 12 səfər matçında cəmi 3 qələbə qazanıb.

Komandalar arasında bu mövsüm baş tutan iki oyunda “Araz-Naxçıvan” uduzmayıb. Şamaxıda heç-heçə edən naxçıvanlılar Bakıda rəqibinə qalib gəlib.

Riçard Almeyda Braziliyada klubunu dəyişdi

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Braziliyada klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi D Seriyası təmsilçisi “Piraçiçaba”ya keçib. Onunla müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Almeyda son olaraq “Primavera”da çıxış edib.

Yarımmüdafiəçi karyerası ərzində Azərbaycanda “Zirə” və “Qarabağ”da forma geyinib. O, “atlılar” tarixinin ən yüksək məbləğli transferidir.

Birinci Liqada təyinatlar

Futzal üzrə Birinci Liqada VIII turun oyunlarına təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, turun oyunları martın 19-da Olimpik Starda keçiriləcək.

Saat 18:30 Baku Fire-2 – Trabzon Azərbaycan
Hakimlər: Knyaz Əmiraslanov, Mahir Məmmədov, Rza məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov

Saat 19:30 STAR kargo – Ulduz
Hakimlər: Əli Cəbrayılov, Nihad Bağırov, Elgün Hüseynov
Hakim-inspektor: Azad Hüseynov

Saat 20:30 Atletiko Baku – PFL
Hakimlər: Elgün Hüseynov, Kənan Məlikov, Rza məmmədov
Hakim-inspektor: Ramiz Əsədov

Saat 21:30 Xan-Lənkəran – Timsport
Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Nihad Bağırov
Hakim-inspektor: Murad Məmmədov

AFFA rəsmisi “Barselona”nın oyununda

Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Bleker UEFA-dan təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.

Bu gün Barselonanın “Nou Kamp” stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Xviça: “İlk qolu tez vurmaq vacib idi”

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasında “Çelsi”yə qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi 3:0 hesabıyla bitən matlça bağlı bunları deyib:

“Çelsi” üzərində qələbə qazandığımız üçün şadam. Hesab yaxşı ola bilər, amma oyun çox çətin alındı. “Çelsi”nin güclü heyəti var. Futbolumuzu oynadıq və maksimum gücümüzü ortaya qoyduq. İlk qolu tez vurmaq vacib idi. Biz qol buraxsaydıq, oyun fərqli keçə bilərdi”.

Arbeloa “Real”ın tarixinə düşdü

“Real” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Mançester Siti”ni məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi baş məşqçi Alvaro Arbeloanın rəhbərliyi altında turnirdə pley-off mərhələlərində ardıcıl 4-cü qələbəsini qazanıb. Arbeloa klub tarixində Avropa turnirlərində debüt mövsümündə bunu bacaran ilk məşqçi olub.

“Real” pley-offda “Benfika”nı, 1/8 finalda isə “Mançester Siti”ni hər iki oyunda məğlub edib.

Tudor: “Geridönüş mümkündür”

“Tottenhem”in baş məşqçisi İqor Tudor Çempionlar Liqasında “Atletiko”ya qarşı keçirəcəkləri 1/8 final mərhələsinin cavab oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk oyunda 2:5 hesabıyla uduzmalarına baxmayaraq, mərhələ keçə biləcəklərinə inandığını deyib:

“İlkin hədəfimiz Premyer Liqada yerimizi qorumaqdır. Amma burda da təslim olmayacağıq. Mərhələni keçmək gücündəyik. İlk oyunda da göstərdik ki, onlara problem yarada bilərik. “Atletiko” bizdən üstün deyildi.

Geridönüş mümkündür. Oyunu əlavə vaxta da apara bilərik. Bunu bacara biləcəyimizə inanmalıyıq”.

“Tottenhem” – “Atletiko” oyunu saat 00:00-da start götürəcək.

Sürprizlər liqası

Azərbaycan II Liqasında XVIII tur başa çatıb. Son gündə baş tutan matçlarda sürpriz nəticə qeydə alınıb.

Turnir cədvəlinin üçüncü sırasında qərarlaşan “Quba” azarkeşləri önündə “Dinamo”ya uduzub. Qonaq komanda 10 nəfərlə qalmasına baxmayaraq, Qubadan üç xalla dönməyi bacarıb. Bu, mövsümün ilk belə sürpriz nəticəsi deyil, məsələn, “Göygöl”ün özündən daha güclü “Sheki City”ə ötən tur 10 qol vurması da diqqətdən qaçmayıb.

Ümumiyyətlə, II Liqa Azərbaycan çempionatları arasında ən çox sürprizlərin yaşandığı, müxtəlif qalmaqalların ortaya çıxdığı liqadır. Əsas da ötən turun baş tutmayan “Xankəndi” – “Şəmkir” oyununda yaşananlar…

Turnir cədvəlinə 51 xalla “Xankəndi” başçılıq edir. Komanda bu mövsüm cəmi bir dəfə məğlub olub. 17 qələbə ilə zirvədə olan klub çempionluğun əsas namizədidir.

“Xankəndi”ni 48 xalla “Qaradağ Lökbatan” izləyir. Son dönəmlərdə mütəmadi I Liqada mübarizə aparan, lakin ötən mövsüm çempionatı tərk edən komanda yenidən bir üst liqaya qalxmaq niyyətindədir.

“Üçlüy”ü tamamlayan “Quba”nın isə aktivində 36 xal var. Bölgə təmsilçisinin ardıcıl məğlubiyyətləri rəqibləri arasındakı fərqin azalmasına səbəb olub.

Liqanın autsayderi “Araz Saatlı”nın isə 4 xalı var. Bu mövsüm 18 oyunda 82 qol buraxan bölgə klubunda maliyyə problemləri yaşanır. Bu səbəbdən üstünlüyü gənc oyunçulara verən komanda nəticələrlə bunun acısını yaşayır.

12 komandanın mübarizə apardığı II Liqada mövsümün bitməsinə 9 tur qalıb.

Okan Buruk: “Qələbə üçün oynayacağıq”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasında bu gün “Liverpul”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Enfild”də baş tutacaq matç haqda bunları deyib:

“Qələbə üçün oynayacağıq. Qazansaq, çox sevinəcəyik. Olmasa, məyus olacağıq. Bura qədər gəlmişik, burda uduzduq fikri olmayacaq. Hər bir halda, məğlubiyyət bizi məyus edəcək. Qalib gəlmək şansımız var. Buna köklənmək istəyirəm. Oyunçularım da bunu düşünməlidir”.

“Liverpul” – “Qalatasaray” oyunu saat 00:00-da start götürəcək. İlk oyunda “Qalatasaray” qələbə qazanıb – 1:0.

43 il sonra 1/4 finalda

Portuqaliyanın “Sportinq” klubu Çempionlar Liqasında 1/4 finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, Lissabon təmsilçisi 1/8 finalda “Bodo-Qlimt”ə ilk oyunda 0:3 hesabıyla uduzmasına baxmayaraq, cavab görüşündə 5:0 hesablı qələbə ilə adını növbəti mərhələyə yazdırıb.

“Sportinq” 43 il sonra turnirdə son 8 komanda arasına düşüb.

“Turan Tovuz”un legioneri yığmaya çağırıldı

Roderik Miller Panama millisinə dəvət alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə oyunçunun klubu “Turan Tovuz”un mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi milli komandanın Cənubi Afrika Respublikasında keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində iştirak edəcək.

Qeyd edək ki, Panama millisi 27 və 31 mart tarixlərində Cənubi Afrika Respublikası milli komandası ilə 2 yoxlama görüşü keçirəcək.

“Real” mənim üçün böyük rəqib olmayıb”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında “Real”a məğlub olduqları oyundan (1:2) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis Madrid təmsilçisini böyük rəqib adlandırmayıb:

“Real” mənim üçün böyük rəqib olmayıb. Mənim ən ciddi sınaqların Klopp və onun “Liverpul”una qarşı olub. Onlarla qarşılaşmaq böyük təcrübə idi. Lakin “Real” belə rəqib olmayıb”.

ÇL: “Qalatasaray” “Liverpul” səfərində

Bu gün UEFA Çempionlar Liqasında 1/8 finala yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Barselona” azarkeşləri önündə “Nyukasl”ı qəbul edəcək.

Türkiyə təmsilçisi “Qalatasaray” “Liverpu”un qonağı olacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları

18 mart

21:45 Barselona – Nyukasl
İlk oyun 1:1

00:00 Bavariya – Atalanta
İlk oyun 4:1

00:00 Liverpul – Qalatasaray
İlk oyun 0:1

00:00 Tottenhem – Atletiko
İlk oyun 2:5

“Şamaxı” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXV tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. “Şamaxı” azarkeşləri önündə “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Turun digər oyunları 19 və 20 martda olacaq.

Misli Premyer Liqası
XXV tur

18 mart

15:00 Şamaxı – Araz-Naxçıvan 0:0
Baş hakim: İnqilab Məmmədov
Şamaxı şəhər stadionu

FIFA-dan son dəqiqə xəbəri: iki ay sonra titulları alındı

Afrika Millətlər Kubokunda Mərakeş çempion elan edilib.

Futbolpress.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb. Yanvarın 18-də finalda Seneqalın qalib gəlməsi və titulu qazanmasına baxmayaraq, komandanın meydandan çəkilməsinə görə FIFA-ya etiraz edən Mərakeşin şikayəti təmin olundu.

Seneqalın titulu əlindən alındı və çempion Mərakeş elan edilib.

Finalda oyun əlavə vaxta gedib. Matçın əsas vaxtının son dəqiqəsində Mərakeşin lehinə verilən penalti qərarından sonra seneqallı futbolçular meydandan çıxıb və təxminən, 15-20 dəqiqə sonra oyuna qayıdıb. Daha sonra oyun penaltilərə gedib və Seneqal burda qalib gəlməklə çempion olmuşdu.

“Real” “Liverpul”un maraqlandığı futbolçunu satmağa hazırdır

Fransalı futbolçu Eduardo Kamavinqa yayda “Real”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Kral klubu” yaxşı təklif olacağı halda, Kamavinqanı satmağa razıdır.

23 yaşlı futbolçu 2021-ci ildən “Real”da çıxış edir. O, bu mövsüm 32 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

İngiltərə klubları “Enfild”də türkü izləyəcək

İngiltərənin “Nyukasl”, “Brayton” və “Kristal Pelas” klubu “Qalatasaray”ın futbolçusu Barış Alper Yılmazla maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubların skautları bu gün Çempionlar Liqasında “Enfild”də keçiriləcək “Liverpul” – “Qalatasaray” oyununda Barışı izləyəcək.

“Qalatasaray” Barış üçün 50 milyon avro tələb edir.

25 yaşlı cinah oyunçusu bu mövsüm 40 oyunda 10 qol vurub, 14 məhsuldar ötürmə edib.

İtaliya klubları “Mançester Siti”nin futbolçusu ilə maraqlanır

“Mançester Siti”nin futbolçusu Natan Ake mövsümün sonunda klubdan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, İtaliyanın “İnter” və “Milan” klubu müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Tuttomercato” nəşri məlumat yayıb.

Ake az şans qazandığı üçün klubdan ayrılmağa müsbət yanaşır.

Natan bu mövsüm Premyer Liqada 14 oyuna çıxıb.

Daha bir klub Buzovnada oynayacaq

“Difai” klubunun I Liqada rəqiblərini qəbul etdiyi Ağsu şəhər stadionu təmirə bağlanıb.

Futbolpress.az xəbər verir ki, bununla əlaqədar klub ev qarşılaşmalarını Buzovna qəsəbə stadionunda keçirmək üçün Peşəkar Futbol Liqasına müraciət edib. “Baku Sportinq” klubunun razılıq məktubu və stadiondan istifadə ilə bağlı ikitərəfli müqaviləni əsas götürən Peşəkar Futbol Liqası “Difai”nin I Liqanın 21-ci turundan etibarən mövsümün sonuna qədər ev oyunlarını Buzovna qəsəbə stadionunda keçirməsinə qərar verib.

I Liqanın digər təmsilçisi “Baku Sportinq” də ev oyunlarını Buzovnada keçirir.

“Qarabağ”ın legioneri DÇ-2026-nın pley-offu üçün milliyə çağırılacaq

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “TVP Sport” portalı məlumat yayıb. Qolkiper millinin DÇ-2026-nın seçmə mərhələsinin pley-offunda Albaniya ilə oyun üçün heyətdə olacaq.

Polşa görüşdə qalib gəlsə, mundiala vəsiqə üçün Ukrayna – İsveç duelinin güclüsü ilə qarşılaşacaq.

Polşa – Albaniya oyunu martın 26-da olacaq.

Premyer Liqada 3 turun oyun cədvəli açıqlandı

Misli Premyer Liqasında üç turun oyun cədvəli açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Peşəkar Futbol Liqası XXVII, XXVIII və XXIX turun oyun cədvəlini təqdim edib:

XXVII tur

10 aprel (cümə)

“Karvan-Yevlax” – “Kəpəz”
Yevlax şəhər stadionu, 15:30

11 aprel (şənbə)

“Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu, 15:30

“Sabah” – “Zirə”
“Bank Respublika Arena”, 18:00

“Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”, 20:00

12 aprel (bazar)

“Qəbələ” – “İmişli”
Qəbələ şəhər stadionu, 15:30

“Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 18:00

XXVIII tur

17 aprel (cümə)

“Araz-Naxçıvan” – “Turan Tovuz”
“SOCAR Polymer Arena”, 17:00

“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 19:30

18 aprel (şənbə)

“Karvan-Yevlax” – “Şamaxı”
Yevlax şəhər stadionu, 15:30

“Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30

19 aprel (bazar)

“Kəpəz” – “İmişli”
Yevlax şəhər stadionu, 15:30

“Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00

XXIX tur

25 aprel (şənbə)

“İmişli” – “Sumqayıt”
Quba OİK stadionu, 16:00

“Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu, 18:30

26 aprel (bazar)

“Şamaxı” – “Kəpəz”
Şamaxı şəhər stadionu, 16:00

“Neftçi” – “Qarabağ”
“Palms Sports Arena”, 19:00

27 aprel (bazar ertəsi)

“Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu, 18:00

“Sabah” – “Karvan-Yevlax”
“Bank Respublika Arena”, 20:00

İlin “idman səfirləri” məlum oldu

Bu gün Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında 2026-cı il üçün “İdman səfirləri”nin seçkisi keçirilib.

Futbolpress.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Səsvermə nəticəsində Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusufova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma), Elçin Əsədov (velosiped) 2026-cı il üçün “İdman səfiri” seçiliblər.

“Qarabağ” ilə “Azərxalça” arasında əməkdaşlıq

“Qarabağ” Futbol Klubu ilə “Azərxalça” ASC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Futbolpress.az xəbər verir ki, İçərişəhərdə yerləşən satış və sərgi salonunda keçirilən tədbirdə sənədi “Qarabağ” FK-nın prezidenti Tahir Gözel və “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov imzalayıb.

Memoranduma əsasən, tərəflər “Qarabağ” FK-nın brend dəyərlərini, Qarabağ atlarını və milli ornamentləri əks etdirən limitli xalça kolleksiyalarının hazırlanması, istehsalı və satışı istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda, məhsulların beynəlxalq bazarlara çıxarılması və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Çıxışlar zamanı tərəflər bu əməkdaşlığın xalçaçılıq sənətinin inkişafına, milli irsin qorunmasına və Qarabağ həqiqətlərinin beynəlxalq səviyyədə təbliğinə töhfə verəcəyini bildiriblər.

“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel tərəfdaşlığın hər iki tərəf üçün uğurlu olacağını bildiirib:

“Qarabağ” Futbol Klubu ilə “Azərxalça” ASC arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması bizim üçün yalnız bir tərəfdaşlıq deyil, həm də dəyərlərin, ənənələrin və milli kimliyimizin bir araya gəlməsidir. İnanıram ki, bu əməkdaşlıq nəticəsində ortaya çıxacaq kolleksiyalar sadəcə bir məhsul olmayacaq, onlar Qarabağın ruhunu dünyaya çatdıran mədəni mesaj olacaq. Bizim üçün çox önəmlidir ki, “Qarabağ” Futbol Klubunun brend dəyərləri yalnız stadionlarla məhdudlaşmasın. Bu baxımdan “Azərxalça” ilə başladığımız bu yolun uzunmüddətli və uğurlu olacağına tam əminəm”.

“Azərxalça” ASC sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov da faydalı və ikitərəfli əməkdaşlığın qurulmasından məmnunluq hissi duyduğunu söyləyib:

“Azərxalça” ASC həm ölkə daxili, həm ölkə xaricində baş tutan bütün tədbir və sərgilərdə Qarabağ xalçaçılıq tarixi, xalçaları və ümumilikdə mədəniyyətini təbliğ edir. “Qarabağ Futbol Kulubu da “Qarabağ” adını və bu bölgənin həqiqətlərini beynəlxalq səviyyədə futbol vasitəsilə mütəmadi olaraq təbliğ edir. “Qarabağ” FK-nın Azərbaycan futbolu üçün etdikləri həm yerli çempionatın səviyyəsinin yüksəlməsinə, həm də ölkə futbolunun beynəlxalq arenada tanınmasına birbaşa xidmət edir”.

“Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov çıxışı zamanı “Azərxalça” ilə imzalanan memorandumun əhəmiyyətini xüsusi vurğulayıb:

“Bu əməkdaşlıq milli dəyərlərin qorunması və təbliği baxımından mühüm addımdır. Futbolun geniş auditoriyasını nəzərə alsaq, belə layihələr Qarabağ adının və Azərbaycan mədəniyyətinin daha geniş coğrafiyada tanıdılmasına əlavə töhfə verəcək”.

Memorandumun imzalandıqdan sonra tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

AFFA-nın yeni təyin etdiyi rəhbər məşqçilərlə görüşdü

UEFA-nın Elit Məşq Layihəsinin yeni rəhbəri Mirbağır İsayevin məşqçilərlə ilk görüşü keçirilib.

Futbolpress.az xəbər verir ki, tanışlıq xarakteri daşıyan iclasda AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və layihə çərçivəsində bölgələrdə fəaliyyət göstərən məşqçi heyəti iştirak edib.

Görüşdə çıxış edən Elçin Məmmədov mütəxəssisləri salamlayaraq yeni təyin olunmuş Mirbağır İsayevi məşqçilərə rəsmi şəkildə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

YeniDaha sonra çıxış edən Mirbağır İsayev nizam-intizamın vacibliyini ön plana çəkib, Elit Məşq Layihəsinə cəlb olunan yeniyetmə futbolçuların sağlamlığının daim diqqət mərkəzində saxlanılmalı olduğunu bildirib. O, həmçinin bölgələrdə istedadlı uşaqların aşkar edilməsi istiqamətində daha sistemli və məqsədyönlü fəaliyyətin zəruriliyini vurğulayıb.
İclas zamanı layihə ilə bağlı yeniliklər və qarşıdakı dövr üçün planlar müzakirə olunub.

Fliklə yola davam

“Barselona” baş məşqçisi Hansi Flik ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun prezidenti Xoan Laporta yerli mətbuata açıqlamasında bildirib. O, Fliklə müqavilənin 2028-ci ilin yayına kimi artırıldığını deyib.

“Barselona” La Liqada 28 turdan sonra 70 xalla liderdir. Komanda Çempionlar Liqasında 1/8 finalda mübarizə aparır.

Qvardiola geridönüşə inanır

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında bu gün “Real”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk matçda 0:3 hesabıyla uduzmalarına baxmayaraq, geridönüş üçün ümidli olduqlarını bildirib:

“Geridönüş üçün qüsursuz oynamalıyıq. “Real” kimi komandaya qarşı həm hücumda, həm də müdafiədə çox diqqətli olmaq lazımdır. Oyunçularımın inamı var. Belə matçlarda azarkeşlərin də dəstəyi ilə hər şey mümkündür”.

“Mançester Siti” – “Real” oyunu saat 00:00-da start götürəcək.

Slotun taleyi “Qalatasaray”la oyundan asılıdır

“Liverpul” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda sabah “Qalatasaray”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, İngiltərə klubu mərhələni keçə bilməzsə, baş məşqçi Arne Slotla yollar ayrılacaq. Bu barədə Britaniya mətbuatı məlumat yayıb.

“Liverpul” ilk oyunda 0:1 hesabıyla uduzub. “Qırmızılar” mərhələ adlamaq üçün azı iki top fərqiylə qalib gəlməlidir.

“Liverpul” – “Qalatasaray” oyununa saat 00:00-da start veriləcək.

Bakıda UEFA B kursu keçirilib

Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi keçirilib.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Məşğələlərə baş təlimatçı Faiq Əzizov, təlimatçılar Üzeyir İbrahimov və Vitaliy Kovalyov rəhbərlik ediblər.

Vadji ilə bağlı qərar

Seneqallı hücumçu İbrahima Vadji mövsümün sonunda “Turan Tovuz”dan ayrılacaq.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Kurban Berdıyev 30 yaşlı futbolçunun performansından məmnun deyil. Vadji ilə müddəti yayda bitəcək müqavilə uzadılmayacaq.

Forvard ötən ilin yayından “Turan Tovuz”da çıxış edir. O, bu mövsüm Premyer Liqada 18 oyunda 1 qol vurub.

Şahin Cəfərov

Millinin növbəti sınağı

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Futbolpress.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv Bakıda Ukrayna yığması ilə üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək oyuna saat 19:00-da start veriləcək.

Azərbaycan yığması AVRO-2027-nin seçmə mərhələsində daha əvvəl iki oyunda Bolqarıstanla (48:141, 40:120) Monteneqroya (62:104, 35:94), həmçinin Ukraynaya (34:98) uduzub.

Enrike: “Yazılanları başa düşmürəm”

PSJ-nin baş məşqçisi Luis Enrike adının İngiltərə Premyer Liqası klubları ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:

“Yazılanları başa düşmürəm və bu, önəmli deyil. PSJ-nin baş məşqçisiyəm və bu böyük klubda xoşbəxtəm”.

Enrikenin adı “Liverpul” və “Mançester Siti” ilə hallanır.

Bölgə klubu azarkeşlərinə görə ziyana düşdü

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XVIII turununun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şahdağ Qusar” – MOİK oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

“Şahdağ Qusar” – MOİK oyununun 82-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının 17 nömrəli futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

“Mingəçevir” – “Səbail” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Mingəçevir” komandası 600 manat cərimə edilsin (maddə 86.3);

“Mingəçevir” – “Səbail” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” komandası 1500 manat cərimə edilsin (maddə 86.3);

“Mingəçevir” – “Səbail” oyununda “Səbail” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

“Cəbrayıl” – “Zaqatala” oyununda “Cəbrayıl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

AFFA-dan Premyer Liqa klublarına ağır cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“İmişli” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “İmişli” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

“Qəbələ” – “Neftçi” oyunu “Qəbələ” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Qəbələ” komandası 3000 manat cərimə edilsin (maddə 77.4);

“Qəbələ” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

“Şamaxı” – “Araz-Naxçıvan”: təyinatlar

Misli Premyer Liqasında XXV turun “Şamaxı” – “Araz-Naxçıvan” matçının təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, sabah keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək.

18 mart (çərşənbə)

“Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı şəhər stadionu, 15:00

“Müqaviləmin uzadılmaması üçün hansısa səbəb yoxdur”

PSJ-nin futbolçusu Osman Dembele klubla yeni müqavilə danışıqları haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, Fransa mətbuatına açıqlama verən vinger danışıqların hansı mərhələdə olduğunu bilmədiyini deyib:

“Müqaviləmin uzadılmaması üçün hansısa səbəb yoxdur. Lakin qərar verən mən deyiləm. Klubla menecerim arasında danışıqlar gedir. Karyeramın əvvəlindən heç vaxt belə danışıqlarda birbaşa iştirak etməmişəm”.

Dembele bu mövsüm 27 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına kimidir.

Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

Futbolpress.az xəbər verir ki, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək. Avqustun 27-də paytaxtımızda U17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U17 dünya çempionatına da ev sahibliyi edəcək. Beləliklə, yay mövsümündə paytaxtımız dünya güləşinin mərkəzlərindən birinə çevriləcək.

II Liqa: son gündə 4 oyun

Bu gün Azərbaycan II Liqasında XVIII tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə dörd qarşılaşma keçiriləcək.

Lider “Xankəndi” “Ağdaş”ı qəbul edəcək. İkinci “Qaradağ Lökbatan”ın rəqibi “Göygöl” olacaq.

Azərbaycan II Liqası
XVIII tur

17 mart

14:00 Xankəndi – Ağdaş
15:00 Şəmkir – Araz Saatlı
15:00 Qaradağ Lökbatan – Göygöl
15:00 Quba – Dinamo

Əliyar Ağayev 1/8 final oyununda

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, Ağayev UEFA Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək AEK (Larnaka, Kipr) – “Kristal Pelas” (İngiltərə) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. İngiltərədəki ilk görüşdə 0:0 hesabı qeydə alınıb.

“Napoli” “Qalatasaray”ın futbolçusunu izləyəcək

“Qalatasaray”ın futbolçusu Vilfrid Sinqo karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Napoli” cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Neapol klubu mövsümün sonuna kimi oyunçunun durumunu yaxından izləyəcək.

Sinqo ötən ilin yayından “Qalatasaray”da çıxış edir. 25 yaşlı müdafiəçi bu mövsüm 21 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Neymarı kədərləndirən qərar

“Santos”un hücumçusu Neymar Braziliya millisinə dəvət almamasına münasibət bildirib.

Futbolpress.az “FootMercato”ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu qərardan məyus olduğunu deyib:

“Milliyə çağırılmamağım məni məyus etdi və kədərləndirdi. Lakin işləməyə davam edəcəyəm. Oyundan-oyuna daha yaxşı olmalıyam. İnanıram ki, millinin dünya çempionatı üçün yekun heyətində olacağam”.

Jorje planı

Azərbaycan 2027-ci ildə Özbəkistanla birlikdə U-20 dünya çempionatına ev sahibliyi edəcək. Turnirin təqvimi hələlik məlum deyil.

AFFA yarışa bir il qalmış U-20 komandasının formalaşdırılması üçün Portuqaliyadan məşqçi gətirib. Uzun müddət ölkəsinin U-21 yığmasına rəhbərlik edən Rui Jorje bu dəfə Azərbaycan üçün çalışacaq. CV-si kifayət qədər yaxşı olan, uzun müddət gənclərlə işləmiş Jorje dünən baş tutan təqdimatında onunla müqavilənin dünya çempionatının sonuna kimi olduğu bildirildi. Qısası, “gəl, komanda hazırla, turnirə çıxar, bəsdi” kimi görünən müqavilənin görünməyən tərəfləri də ola bilər.

AFFA böyük ehtimalla, Jorjeni gələcəkdə U-21 və ya əsas yığmanın baş məşqçisi kimi görür. Bunlar arasında ilkin varian U-21 seçməsidir. Jorje 2027-ci ilin sonuna qədər U-20 ilə çalışacaq, onun işinə baxılacaq və daha sonra uğurlu olarsa, U-21-ə məşqçi təyin ediləcək. Əsas milli komanda da ehtimallar arasındadır, lakin Jorje daha əvvəl heç vaxt əsas milli komandalarda çalışmadığı üçün digər variant daha üstündür.

Jorjenin AFFA-nın qısa yox, uzunmüddətli bir planı olduğunu demək üçün əsaslardan biri də kifayət qədər təcrübəsi və yaxşı karyerası olan mütəxəssisin qısamüddətli işə “hə” deməsidir. Çünki Jorje bundan öncə 15 il Portuqaliyanın U-21 yığmasında işləyib və Portuqaliya futbolunda neçə-neçə adların üzə çıxmasında rol oynamış biridir. AFFA-nın gözləntisi indi onun əvvəlcə U-20, daha sonra isə U-21-lə bunları bacarmasıdır.

Bundan öncə əsas milli komandaya da onun həmyerlisi Fernandu Santuşu gətirən və uzunmüddətli planın bir parçası kimi təqdim edən AFFA yanıldı. Nəticələr fiasko və yekun Santuş qovuldu. İndi isə ümid Jorjeyədir. Ruy ya həmyerlisinin yaratdığı qorxulu hissləri dağıdacaq, ya da elə onun kimi ölkəsinə yola salınacaq…

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Rusiya Kuboku
20:30 Krasnodar – ÇSKA (Matç Premyer, Matç TV)

Türkiyə, Super Liqa
21:00 Fənərbağça – Qaziantep (Futbol 3, beİN Sports 1)

Çempionlar Liqası
21:45 Sportinq – Budo-Qlimt (CBC Sport)
00:00 Mançester Siti – Real (CBC Sport)
00:00 Çelsi – PSJ (İctimai TV)

“Arsenal”ın iki futbolçusu “Bayer”lə oyunu buraxacaq

“Arsenal” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer”i qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, London klubunun iki futbolçusu, Yuren Timber və Martin Edeqor görüşü buraxacaq. Bu barədə komandanın baş məşqçisi Mikel Arteta yerli mətbuata açıqlamasında deyib.

O, hər iki futbolçunun zədə səbəbindən matçda iştirak etməyəcəyini bildirib.

Bu gün keçiriləcək “Arsenal” – “Bayer” oyununa saat 00:00-da start veriləcək. İlk oyunda bərabərlik qeydə alınıb – 1:1.

ÇL: Lissabonda geridönüş, PSJ, “Real” və “Arsenal” 1/4 finalda

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Sportinq” azarkeşləri önündə “Bodo-Qlimt”i darmadağın edib.

İlk oyunda Madrid “Real”ına 0:3 hesabıyla uduzan “Mançester Siti” rəqibini bu dəfə İngiltərədə qəbul edib. Görüş yenə madridlilərin qələbəsiylə yekunlaşıb.

“Çelsi” isə PSJ-yə ikinci oyunda da uduzub.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları

17 mart

Sportinq – Bodo-Qlimt 5:0
Qollar:
Q.İNasio, 34, P.Qonçalves, 61, L.Suares, 78 (pen.), M.Arauxo, 92, R.Nel, 120
İlk oyun 0:3

Mançester Siti – Real 1:2
Qollar:
Haaland, 41 – Vinisius, 22 (pen.), 90+3
İlk oyun 0:3

Arsenal – Bayer 2:0
Qollar:
E.Eze, 36, D.Rays, 63
İlk oyun 1:1

00:00 Çelsi – PSJ 0:3
Qollar:
X.Kvaratsxeliya, 6, B.Barkola, 14, S.Mayulu, 62
İlk oyun 2:5

Neymar niyə millidən kənarda qaldı?

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Santos”un hücumçusu Neymarı milliyə çağırmamasının səbəbini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yerli mətbuata açıqlamasında futbolçunun hələ hazır olmadığını bildirib:

“Neymar hələ tam hazır deyil. Bir müddət oynamalı və formasını bərpa etməlidir”.

Braziliya millisi martın 27-də Fransa, aprelin 1-də Xorvatiya ilə qarşılaşacaq.

Veteran futbolçu: “Çempionluq mübarizəsi son tura qədər davam edəcək”

Azərbaycan Premyer Liqasında 24 tur geridə qalıb. “Sabah” 59 xalla birinci sıradadır. Ehtiyatda bir oyunu olan “Qarabağ” isə 52 xalla ikinci pillədə qərarlaşıb.

Veteran futbolçu Arif Əsədov “Futbolpress.az“a açıqlamasında komandaların çempionluq yarışından söz açdı:

“Yarış hələ davam edir. Məncə, şanslar bərabərdir. Xüsusilə, öz aralarındakı son oyunda böyük ölçüdə məsələ həll olacaq. İki komandanın da xal itirmək ehtimalı var. İndiki məqamda “Sabah” 7 xal öndədir və bu, onlar üçün üstünlük yaradır. Lakin məncə, çempionluq mübarizəsi son tura qədər davam edəcək”.

“Sabah” və “Qarabağ” həm liqada, həm də Azərbaycan Kubokunun yarımfinalında üz-üzə gələcək. Əsədov iki turnirdə də iddialı olan kollektivlər üçün kubok oyunlarının təsirinə toxundu:

“Hər iki komandanın geniş heyəti var. İki cəbhədə mübarizə aparanda oyunçu resursunun çox olması vacibdir. İndi həm “Sabah”ın, həm “Qarabağ”ın heyəti genişdir və rotasiyalar edə bilərlər. Ona görə şansların həm liqada, həm kubokda bərabər olduğunu düşünürəm. Çoxdandır, çempionatda və kubokda belə rəqabət görməmişdik. Kubok oyununda mərhələ adlayan tərəfin titul qazanmaq şansı artacaq. Əksi də ola bilər, kubokla vidalaşan bütün gücü çempionata verəcək və orda şansı artacaq”.

Çempionatı dəyərləndirən mütəxəssis liqanı tərk etməyə əsas namizədin də “Karvan-Yevlax” olduğunu bildirdi. Yevlax təmsilçisi 24 turdan sonra 8 xalla 12-ci sıradadır və 11-ci “Qəbələ”dən 8 xal geri qalır:

“Liqanı tərk etməyə əsas namizəd “Karvan-Yevlax”dır. Amma onlarda da son oyunlarda yüksəliş var. Məncə, hələ heç nə dəqiqləşməyib. Lakin düşünürəm ki, “Karvan-Yevlax”ın düşmək ehtimalı daha çoxdur”.

Şahin Cəfərov

Milli üzvünün komandası 10 nəfərlə qazandı

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” klubu Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Dobruja”nı qəbul edib. Matç “Arda”nın qələbəsiylə başa çatıb – 2:0.

Cəlal görüşə 75-ci dəqiqədə daxil olub.

“Arda” çempionatda 26 turdan sonra 35 xalla 8-ci sıradadır.

“Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır”

Ölkəmiz dördüncü dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.

Futbolpress.az xəbər verir ki, Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxil olan yarış 4–5 aprel tarixlərində Gəncə İdman Sarayında keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, Azərbaycan beynəlxalq cüdo yarışlarının təşkili sahəsində zəngin təcrübəyə malikdir:

“Azərbaycan uzun illərdir nüfuzlu beynəlxalq cüdo turnirlərinə uğurla ev sahibliyi edir. Bu baxımdan ölkəmiz artıq etibarlı və peşəkar təşkilatçı kimi tanınır. Cari ilin oktyabrında keçiriləcək böyüklər arasında dünya çempionatı ilə əlaqədar beynəlxalq cüdo ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönələcək. Həmin mötəbər yarışdan əvvəl yeniyetmələr arasında Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır. Artıq bu yarış üçün 13 ölkədən 210 idmançı qeydiyyatdan keçib. Göygöl və Qubadan sonra turnirin Gəncədə keçirilməsi həm regionlarda cüdonun inkişafına əlavə təkan verir, həm də yeniyetmə idmançılarımızın yüksək səviyyəli beynəlxalq rəqabət mühitində mühüm təcrübə qazanmasına şərait yaradır. Bu cür yarışların bölgələrdə təşkili cüdonun ölkə üzrə daha da kütləviləşməsinə və gələcək uğurlar üçün sağlam idman bazasının formalaşmasına xidmət edir”.

Qeyd edək ki, turnirdən sonra 6–8 aprel tarixlərində Gəncədə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.

“Qalatasaray”ın futbolçusu ilk dəfə milliyə çağırıldı

“Qalatasaray”ın futbolçusu Qabriel Sara Braziliya yığmasına çağırılıb.

Futbolpress.az xəbər verir ki, o, millinin Xorvatiya və Fransaya qarşı keçirəcəyi yoxlama matçları üçün dəfət alıb. Sara karyerasında ilk dəfə milliyə çağırılıb.

Braziliya martın 27-də Fransa, aprelin 1-də Xorvatiya ilə qarşılaşacaq.

Nazir federasiya nümayəndələri ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 25-ci görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir iştirakçıları salamlayaraq son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Görüşün gündəliyinə uyğun olaraq, əvvəlcə martın 2-8-i aralığında təşkil edilmiş “İdman həftəsi”nin hesabatı təqdim edilib, 2026-cı ildə “İdman Paytaxtı” Qazax şəhərində keçiriləcək yarışlar haqqında məlumat verilib.

Həmçinin Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına hazırlıq prosesi müzakirə edilib. “İdmançılarda performansın artırılması və zədələrin qarşısının alınmasında biomexanik analizin rolu” və “İdmançıların təsnifatlaşdırılması” barədə təqdimatlar dinlənilib, eləcə də “2025-ci il ərzində regionlarda görülən işlərlə bağlı” hesabat təqdim edilib.

Tədbirdə texniki reqlament məsələləri, idmanda təhlükəsiz mühitin təminatı və şəxsiyyətin qorunması (safeguarding), idman federasiyalarının rüblük hesabat qaydaları, Bakı-2026 – “Dünyanın İdman Paytaxtı”nın rəsmi saytının təqdimatı və federasiyaların sosial media hesabatları da müzakirə olunub. Digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Almaniya klubunun futbolçusu milliyə çağırıldı – adlar

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 17-dən 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Futbolpress.az xəbər verir ki, millimiz Avropa çempionatının seçmə mərhələsinin II raundunun oyunları üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq.

B Liqasının 2-ci qrupunda yer alan U-17 orada Bolqarıstan, Litva və Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Bakı toplanışı üçün U-17-yə dəvət olunan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq. Bolqarıstana yollanacaq yekun heyətdə 20 futbolçu qalacaq.

24 mart

17:00. Bolqarıstan (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Mateo Tozan (Sloveniya)
Baş hakimin köməkçiləri: Jure Jamnik (Sloveniya), Darko Vidiniç (Şimali Makedoniya)
Dördüncü hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Plovdiv, “Xristo Botev” stadionu

27 mart

13:00. Litva (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Ozan Ergün (Türkiyə)
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi

30 mart

14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi

Nr.
 Adı / Soyadı
Klubu
1
Nurəziz Əzizov
Neftçi
2
Bilal Hacıyev
Qarabağ
3
Murad Muradov
Zirə
4
Kamil Həsənov
Neftçi
5
Uğur Qurbanlı
Qarabağ
6
Rəşad Gülüşov
Sabah
7
Səttar Tahirzadə
Marset (İspaniya)
8
Zeyd Nəsirulla
Berliner AK 07 (Almaniya)
9
Atacan Məmmədov
Marset (İspaniya)
10
Muhamməd Çodarov
Marset (İspaniya)
11
İsmayıl Səfərli
Neftçi
12
Əli Kiçibəyov
Turan Tovuz
13
Amin Rzayev
Qarabağ
14
Allahverdi Şirinov
Qəbələ
15
Raul İsaqov
Kəpəz
16
Nihad Hüseynzadə
Sabah
17
Musa Mustafayev
Zirə
18
İbrahim Xəlilov
Sabah
19
Samir Şərifov
Sabah
20
Pünhan Kərimov
Marset (İspaniya)
21
Əli Bəşirov
Qarabağ
22
Rüstəm Hüseynli
Neftçi
23
Kamal Zülfiyev
Sumqayıt
24
Murad Həmidov
Elversberqs (Almaniya)

II Liqada tur başladı

Futbol üzrə Azərbaycan II Liqasında XVIII tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

7 qolun vurulduğu “Şəki Siti” – “Kür-Araz” matçında meydan sahibləri qələbəyə sevinib. “Şirvan” isə səfərdə “Ağstafa Gəncləri”dən üstün olub.

Azərbaycan II Liqası
XVIII tur

16 mart

“Şəki Siti” – “Kür-Araz” 4:3
Qollar: 
T.Zeynalov, 52, 69, 90, N.Fərəci, 88 (pen) – Ü.Nağdalıyev, 16, E.Məmmədov, 41, 44

“Ağstafa Gəncləri” – “Şirvan” 1:2
Qollar: 
E.Namazov, 90+1 – E.Xəlilov, 45+4, 90+2

 

Sərxan Hacıyev portuqaliyalıya inanır: “…bizim futbolçulara müsbət təsiri olacaq”

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rui Jorjenin təqdimat mərasimi və mətbuat konfransı keçirilib.

Futbolpress.az xəbər verir ki, “Radisson” hoteldə təşkil olunan tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, assosiasiya rəsmiləri və media nümayəndələri iştirak ediblər.

Sərxan Hacıyev çıxışında portuqaliyalı mütəxəssisin təcrübəsi ilə komandaya böyük kömək edəcəyinə inandıqlarını bildirib:

“2027-ci ildə Azərbaycan və Özbəkistan U-20 Dünya Çempionatına birgə ev sahibliyi edəcək. Böyük tədbirlə bağlı müəyyən təşkilati işlər aparılıb. Ötən həftə U-20 millisinə baş məşqçi təyinatı rəsmiləşdi. Rui Jorje bu milliyə rəhbərlik edəcək. Rui yaxşı futbolçu karyerasına malikdir, Portuqaliya millisində 45 oyun keçirib. 15 ilə yaxın Portuqaliyanın U-21 millisinin baş məşqçisi olub. İnanırıq ki, onun böyük futbol təcrübəsinin bizim futbolçulara müsbət təsiri olacaq və komandamız dünya çempionatında uğurlu çıxış edəcək. İndi əsas məqsəd elə komanda formalaşdırmaqdır ki, qrup mərhələsində uğurlu çıxış etsin”.

Rui Jorje də öz növbəsində U-20 millisi ilə uğur qazanmaq istədiyini söyləyib:

“Sizinlə birlikdə olmaq mənim üçün qürurdur. Ümid edirəm ki, qarşıdakı dönəmdə çox yaxşı təcrübə keçə biləcəyik. Uğur qazanmaq üçün üzərində işləmək, çalışmaq lazımdır. Futbolçular üzərlərində çalışmalıdırlar ki, yüksək səviyyədə çıxış etsinlər. Bunu edə bilsək, uğur qazana bilərik. Biz Portuqaliyanın U-20 yığması ilə uğur qazananda komanda reytinqdə 19-cu pillədə idi. Çempionatın son püşkatma mərasimində Avropa zonasında 3-cü yerdə idik. Bizim burada ən böyük məqsədimiz bunu əldə etməkdir”.

Bölgə klubunun futbolçusu mükafatlandırıldı

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Ağstafa Gəncləri” futbol klubunun üzvü Əli Bağırov mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, fevral ayının ən yaxşı qolunun müəllifinə mükafatı XVIII turun “Ağstafa Gəncləri” – “Şirvan” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

❌