Normal view

Today — 4 February 2026Main stream

“Neftçi” haqlıdır, yoxsa…(?)

4 February 2026 at 11:04

“Qarabağ” 25 fevralda “Nyukasl”la ÇL-in pley-off oyunu öncə “Neftçi” ilə matçın təxirə salınması üçün müraciət etmişdi. Məlumata görə azarkeşlərin təzyiqi ilə klub bu müraciətə müsbət cavab verməyib.

Azarkeşin tələbi/mövqeyi… anlaşılandır.

“Neftçi”nin reaksiyası… anlaşılandır.

Bəs problem nədədir?

“Neftçi” haqlı olaraq vəziyyətə rasional yanaşma tətbiq edir və son “Araz Naxçıvan” qələbəsindən (4:0) sonra yaxalanan auranın faydasını güdür. Buna qarşı nəsə demək subyektiv və emosional fikir olar.

Lakin “Neftçi”nin “Qarabağ”a bu mahiyyətdə münasibəti tək bununla bitmir. ÇL-in liqa mərhələsinə də, pley-offa da yüksələndə bir qayda olaraq “Neftçi” təbrik etmədi. Etməlidirmi sualına birmənalı cavab yoxdur, ancaq düzdür-səhvdir dilemmasında mühakimələr yürütmək mümkündür.

Görəsən həmişə təbrik edən klublar yanlış edir, yoxsa “Neftçi”? Yaxud da əksinə…

Azarkeş rakursundan baxılsa, “Qarabağ” rəqibdir və həm də əzəli… Bu azarkeş arqumentindən daha artıq bir şey ola bilərmi? Mübahisəlidir…

Deməli, biz bu rəftara bir anlam verməliyik.

Bəs verə bilirikmi?

Kamil Əhməd

Elə-belə Zaur Axundov sicilləməsi

4 February 2026 at 08:33

“Qarabağ”ın “Nyukasl”la oyuna yorğun çıxmaması üçün “Neftçi” ilə qarşılaşmanın təxirə salınması istəyi boş qaldı. Məsələn, günün müzakirə mövzusu bu ola bilər. Amma biz Zaur Axundov haqda iki gün əvvəl məqalə dərc etsək də, yenidən haqqında bəhs etmək istəyirik.

Elə-belə.

Və hər an bu baş verə bilər.

Ən aktual mövzunu kənara qoyub, məhz Axundovu dəxlisizcə müzakirə edə bilərik.

Biz onun haqqında vaxtsız-vədəsiz yazı yaza bilərik.

Guya qardaşının prezident olduğu “Araz Naxçıvan”ın hər şeyi məhz ona bağlıdır və bu klub necə ki məzmunsuzluğu, mahiyyətsizliyi ilə “göz oxşayır”, eləcə də Axundovun uzun illərdir ölkə futbolunda idarəçi olması “beyin yandırır”.

Dediyim kimi, həftəsonu, cümə, cümə axşamı, günün ilk və ya ikinci yarısı, ayın ortası, günəşin ultrabənövşəyi şüalarının kəskin şaquli düşdüyü vaxt – hər an biz Zaur Axundovdan bəhs edən məqalə ilə görüşünüzə gələ bilərik.

Bu bir gözlənilməzlikdir, anlaşılmazlıqdır, sistemsizlikdir, məntiqsizlikdir – hər nədirsə, edəcəyik.

Belə olmalıdır.

Axundov performansı ilə bunu haqq edib. Onun performansı özünəməxsusdur.

Ona performans sözünün işləndiyi sual ünvanlasam, nəticə hamımız üçün həm əyləncəli, həm düşündürücü ola bilər.

Azərbaycan futbolu belə idarəçiyə meydan açıbsa, niyə bu xaotikliyi, anlaşılmazlığı biz etməyək?

Müxtəlif klublarımız doğma arenasından “didərgin” düşüb. Onların hər birinə az-çox bəraət qazandırmaq olar. Ancaq muxtar respublika təmsilçisinin paytaxtda sərgərdan dolanmağının zərrə qədər məntiqi yoxdur.

Nə özü, nə rəhbərlik etdiyi klub anlaşılır.

Elmar Baxşıyevi mövsümün gedişində qovur, hansısa ukraynalı Demçenkonu baş məşqçi gətirir və nəticələr irəli yox, geri gedir. Zamanlamadakı qeyri-dəqiqliyin dəqiqliyinə heyran!

Hər an, istənilən formada ən ağlasığmaz məzmunda yazılara personaj olacaq adam deyilmi?

Məndən olsa, Əlcəzair ikinci divizionunun hər hansısa oyununa gedib, oyunsonrası mətbuat konfransında qonaq komandanın baş məşqçisinə Zaur Axundov haqda sual verərdim. Nə bilim niyə?!

Kimsə izah edə bilərmi o niyə Azərbaycan Premyer Liqasında çıxış edən bir klubun qeyri-rəsmi rəsmi rəhbəridi? Yox. Onda Əlcəzair ikinci divizionundakı istənilən matçın qonaq komandasının baş məşqçisi də təəccüblənməsin olanlara.

Məzmunsuzluğu anlada, ifadə edəcək fantaziya axtarışım hər hoqqa çıxara bilər…

Dünyada bazar günü, İranda isə cümə günü qeyri-iş günüdü və heç yer işləmir. Məhz istənilən cümə günü İranın hər hansı regional televiziya kanalında Zaur Axundovun futbol fəlsəfəsi haqda moizə oxumaq istərdim.

Təkrarolunmazlıq, ağlasığmazlıq, məəttəlbazlıq…

Elçin Cəlilov

Azərbaycan Kubokunda 1/4 final başlayır – YENİLƏNİR

4 February 2026 at 08:00

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Sumqayıtda baş tutacaq. “Zirə” burda yerli komandanın qonağı olacaq.

Digər görüşdə isə Premyer Liqanın lideri “Sabah” “Qəbələ”nin müqavimətini qırmağa çalışacaq.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar

4 fevral

17:00 Sumqayıt – Zirə
Baş hakim: Cavid Cəlilov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30 Sabah – Qəbələ
Baş hakim: Fərid Hacıyev
“Bank Respublika Arena”

Yesterday — 3 February 2026Main stream

Kubok: “Sumqayıt” “Zirə”ni, “Sabah” “Qəbələ”ni qəbul edəcək – YENİLƏNİR

4 February 2026 at 09:47

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq. Əvvəlcə Sumqayıtda eyniadlı komanda “Zirə”ni qəbul edəcək.

Premyer Liqada liderliyini davam etdirən “Sabah” kubokun 1/4 finalında “Qəbələ” ilə üzə-üzə gələcək. İlk oyun Masazırda təşkil olunacaq.

1/4 finalın ilk oyunları çərçıvəsində qalan iki qarşılaşma sabah keçiriləcək.

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

4 fevral

17:00. Sumqayıt – Zirə
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30. Sabah – Qəbələ
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bank Respublika Arena”

5 fevral

14:30. Şamaxı – Qarabağ
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabarov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu

19:00. Turan Tovuz – Kəpəz
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Azərsun Arena”

The post Kubok: “Sumqayıt” “Zirə”ni, “Sabah” “Qəbələ”ni qəbul edəcək – YENİLƏNİR appeared first on Komanda.az.

Balau üstünlüyü “Qarabağ”da görür: “Keçmiş haqda çox düşünməyə vaxt yoxdur”

3 February 2026 at 18:56

“Şamaxı”nın futbolçusu Dieqo Balaunun “Futbolpress.az“a müsahibəsi:

– “Kəpəz” səfərində mühüm qələbə qazandınız. Oyunu necə şərh edərdiniz?
– Rəqibi təhlil etmişdik. Özümüzdəki səhvləri də gördük və həftə ərzində onları düzəltməyə çalışdıq. Əziyyətimizin əhrəsini gördük və üç xal qazandıq.

– “Qəbələ”yə böyükhesablı məğlubiyyətdən sonra “Kəpəz”ə qalib gəldiniz. Oyuna köklənmək çətin olmadı?
– Xeyr. Futbolda keçmiş haqda çox düşünməyə vaxt yoxdur. Hər beş gündən bir oyunumuz var və əsas məsələ səhvlərimizi görməkdir. Problemləri tez aradan qaldırmalıyıq ki, müsbət nəticələr əldə edə bilək.

– Liqada demək olar, yerinizi möhkəmləndirmisiniz. Bundan sonrakı hədəf nədir?
– Hələ nəsə dəqiqləşməyib. 100 faiz təmin olunanan sonra artıq danışmaq olar. Oyundan-oyuna baxırıq və hədəfimiz hər matçda yaxşı nəticə əldə etmək, xalları artırmaqdır.

– Növbəti rəqibiniz “Qarabağ”dır. İlk dövrədə səfərdə onlardan xal almısınız. İndi düşüncə qələbədir?
– “Qarabağ”ın gücü hamıya bəllidir. Amma azarkeşlərimiz önündə oynayacağıq və onları sevindirmək istəyirik. Düşünürəm ki, stadion amili də bizdən yanadır və qələbə qazanmaq şansımız var.

– “Qarabağ”ın Çempionlar Liqasında “Nyukasl”la oyununun olması sizə üstünlük qazandırır?
– Xeyr. Üstünlük “Qarabağ”dadır. Onlar sıx qrafikdə olsalar da, yüksək səviyyədə futbol oynayırlar. Çempionlar Liqası təcrübəsi onları daha güclü edir. Ona görə pley-off oyununun “Qarabağ” üçün daha üstünlük olduğunu düşünürəm.

Şahin Cəfərov

PFL rəsmisi: “İmişli”nin rəqiblərini başqa stadionda qəbul etməsi ən sonda veriləcək qərardır”

3 February 2026 at 15:30

Quba səfəri Premyer Liqa komandaları üçün ciddi sınağa çevrilib. Komandalar bərbad vəziyyətdəki ot örtüyündə oynamaq məcburiyyətində qalır və bu, oyunlara mənfi təsir göstərir. Maraqlıdır ki, bu problem bir neçə aydır davam etməsinə baxmayaraq, “İmişli” hələ də rəqiblərini Qubada qəbul edir.

Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq. Qurum rəsmisi Komanda.az-a açıqlamasında “İmişli”nin rəqiblərini başqa stadionda qəbul etməsinin ən sonda veriləcək qərar olduğunu bildirdi:

“İmişli” komandasının rəqiblərini başqa stadionda qəbul etməsi ən sonda veriləcək qərardır. PFL olaraq Quba Olimpiya İdman Kompleksi stadionunun daha yaxşı vəziyyətə gətirilməsi ilə bağlı “İmişli” klubuna rəsmi məktub ünvanlamışıq. Hazırda vəziyyəti nəzarətdə saxlayırıq və ümid edirik ki, durum yaxşılaşacaq. Əks təqdirdə, Əsasnamə tələblərinə uyğun olaraq növbəti addımlar atıla bilər. Qeyd etdiyiniz məsələ ilə bağlı (oyunları başqa stadionda keçirmək) bizə rəsmi müraciət gəlməyib”.

Fəxri Rüstəmli

The post PFL rəsmisi: “İmişli”nin rəqiblərini başqa stadionda qəbul etməsi ən sonda veriləcək qərardır” appeared first on Komanda.az.

“Qarabağ”la oyunun komandaya mənfi təsiri olmadı”

3 February 2026 at 13:19

“Kəpəz” Premyer Liqanın XVIII turunda “Şamaxı”ya uduzub – 0:2.

Gəncə təmsilçinin hücumçusu Paçu “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Oyuna yaxşı başlamadıq. Qollar buraxdıq və reaksiya verməyə gecikdik. İkinci hissədə geridönüş etməyə çalışsaq da, alınmadı. Bir qol vura bilsəydik, hər şey fərqli olardı amma alınmadı. İndi bu matçı unudub, növbəti görüşlərə daha yaxşı hazırlaşmalıyıq”.

Paçu “Qarabağ” üzərində qələbənin “Şamaxı” ilə görüşə təsir etmədiyini bildirdi. O, eyforiyaya qapılmadıqlarını qeyd etdi:

“Yenə deyirəm, ikinci hissədə tez bir qol vursaydıq, fərqli şeylər olardı. Lakin oyuna pis başlamağımız və “Şamaxı”nın bundan yaxşı istifadə etməsi nəticəni belə etdi. “Qarabağ”la oyunun komandaya mənfi təsiri olmadı”.

Hücumçu mövsümlə bağlı fikirlərini bölüşdü:

“Liqada qalmaq üçün yaxşı şansımız var. Hər şey özümüzdən asılıdır, maksimum yaxşı nəticə göstərib, yuxarı pillələrə qalxmaq istəyirik. Qarşıda oyun çoxdur, hər şey dəyişə bilər. İşimizə fokuslanmışıq”.

Şahin Cəfərov

“Sumqayıt” Ramalinqoma rəqib gətirir

3 February 2026 at 10:00

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, “kimyaçılar” artıq bir neçə oyunçuyla danışıqlar aparır. Baş məşqçi Saşa İliç irəlidə Aleksandr Ramalinqomun məhsuldarlığının aşağı olması səbəbindən mərkəz hücumçusu transferi istəyib.

Yeni hücumçu legioner olacaq. Adı məlum olmasa da, oyunçu böyük ehtimalla, Serbiyadan gələcək.

İliç ölkəsindən bu yay “Sumqayıt”a Nikola Ninkoviç, Aleksa Yankoviçi gətirib. Ninkoviç hələ formasını tam bərpa etməsə də, Yankoviç klubun bu ana qədər ən uğurlu yay transferidir.

“Sumqayıt” 18 turdan sonra 30 xalla 4-cü sıradadır.

Şahin Cəfərov

Bundesliqaya gedən azərbaycanlı: “Mahirlə danışığımız olmayıb”

3 February 2026 at 08:01

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva yeni klubu “Hamburq”da debüt edib. O, Bundesliqada “Frayburq”la matçda (0:2) meydana çıxıb.

Mirzəliyeva “Futbolpress.az”a açıqlamasında Almaniya klubuna keçidi və debütü haqda fikirlərini bölüşdü:

“Təklif menecerlərdən gəldi və bildirdilər ki, Bundesliqadan səni istəyirlər. Təbii ki, hər futbolçu kimi mən də böyük liqalarda oynamaq istəyirdim və razılıq verdim”.

Mirzəliyeva sabiq klubu “Zenit” ilə “Hamburq” arasında danışıqların bir ay əvvəldən başladığını bildirdi:

“Ötən il komandanın heyətində ən yaxşılardan idim və buna görə ayrılığım asan olmadı. Təxminən klublar arasında bir aya yaxın danışıqlar getdi. Düzü, klubların hansı şərtlər qarşılığında razılaşdığını bilmirəm. Amma sonra bir müddət əvvəl keçmiş klubum “Zenit” razılığın olduğunu və gedəcəyimi söylədi”.

Almaniyada kişi futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir. Mirzəliyeva “Kayzerslautern”də forma geyinən azərbaycanlı ilə danışmadığını qeyd etdi:

“Mahir uzun illərdir, Azərbaycan futbolunu Avropada təmsil edir. Ümid edirəm ki, digər futbolçularımız da bir gün davamlı ölkə xaricində qala bilərlər. Mahirlə danışığa gəlincə, onunla hansısa söhbətimiz olmayıb”.

Milli komandanın üzvü olan Nigar yığmanın martdakı dünya çempionatının seçmə mərhələsi oyunları haqda fikirlərini bölüşdü:

“Hər turnirdən öncə hədəflər böyük olur. Düşünürəm ki, bu seçmə mərhələdə uğurlu ola bilsək, davamı daha yaxşı gələcək”.

Şahin Cəfərov

Before yesterdayMain stream

“Məncə, əcnəbilərlə müqayisədə yerli məşqçilərə qarşı bir qədər amansızlıq var” – MÜSAHİBƏ

2 February 2026 at 20:30

“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Elmar bəy, hazırda nə işlə məşğulsuz?

– “Araz-Naxçıvan”dan ayrıldıqdan sonra ən çox ehtiyac duyduğum istirahət etmək idi. Həm dincəlirəm, ailəmlə vaxt keçirirəm, həm də çempionat və avrokubok oyunlarını izləyirəm.

– Gələcək planlarınız nələrdir? Yeni təkliflər gözləyirsiz, yoxsa, hələ ki, fasiləyə davam?

– Planlar əlbəttə, işləməklə bağlıdır. Hələ ki, real təklif yoxdur. Həm də, mövsümün bu dövründə hansısa ciddi təklif gözləmək və almaq çətindir. Hələ ki, gözləyirik.

– “Araz-Naxçıvan”la yolların ayrılması sizin üçün nə dərəcədə gözlənilən idi?

– Bu barədə bir neçə dəfə ətraflı açıqlama vermişəm. Klub rəhbərliyinin qərarı idi. Onlar mənimlə işləmək istəmədiklərini və mövcud olan müqaviləyə xitam vermək istədiklərini bildirdilər. Təbii ki, qarşı tərəfin niyyəti, fikri məlumdursa, orada qalmağın mənası yoxdur.

– Ötən mövsüm avrokuboklara qədər yüksələn komanda bu mövsüm niyə sabit oyun sərgiləyə bilmir? Sizcə, əsas səbəb nədir?

– Mən istefaya göndəriləndə komanda 16 oyundan 26 xal toplamışdı və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmışdı. Üçüncü yerdəki komandadan iki xal az toplamışdıq. Halbuki, qarşıda hələ bizi 17 tur gözləyirdi və iki xallıq fərqi əritmək mümkün idi. Hər bir komandada yüksəliş və eniş dövrü olur. Bizim Premyer Liqada “Qarabağ”dan başqa, sabit oynayan və nəticə qazanan başqa komanda yoxdur axı.

“Araz-Naxçıvan”a gəldikdə, yayda heyətə 6-7 futbolçu cəlb etdik və bir neçəsinə əsas heyətdə şans verirdik. Onların yeni çempionata və komandaya uyğunlaşması vaxt aparırdı. Eləcə də, zədəli və cəzalı futbolçuların olması o dəqiqə hiss olunurdu. Çünki geniş heyətimiz yox idi. Bunların da hamısı yekunda komandanın oyununa və nəticələrinə təsirsiz ötüşmür.

– Komandanın heyət baxımından potensialı Premyer Liqada daha yuxarı yerlər üçün yetərli idi, yoxsa, transfer siyasətində problemlər var idi?

– Transfer elədir ki, bəyəndiyin hər futbolçu sən istəyəni verməyə bilər. İzlədiyin, klubunda lider olan oyunçu bəzən yeni komandaya, ölkəyə, mentalitetə uyğunlaşmaq baxımından problem yaşayır. Kimsə deyə bilməz ki, transfer etdiyimiz futbolçuların hamısı özünü doğrutdu. “Araz-Naxçıvan”ın durumunu az əvvəl izah etdim. Biz avrokubok zonasından cəmi iki xal geridə qalırdıq. Bunu da aradan qaldırmaq mümkünsüz deyildi.

– Mövsüm ərzində sizi ən çox narahat edən məqam nə oldu?

– Əsas müdafiəçimiz olan İqor Ribeyronu başqa kluba (“Neftçi”) satdıq. Bir də, bəzi futbolçuların potensialından aşağı çıxış etməsi. Görünür, bu da uyğunlaşma ilə bağlı oldu ki, potensiallarını tam aça bilmədilər.

– Sizcə, “Araz-Naxçıvan” rəhbərliyi sizə tam etimad göstərirdi?

– Ötən mövsüm etimad tam idi və daim yanımızda idilər. Ona görə də, yekunda üçüncü yeri tutduq, klubun tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandıq, hətta əksəriyyətin yeniləcəyi “Aris”lə iki oyunda yüksək performans göstərdik. Bakıda qələbə qazandıq, səfərdə heç-heçə edərək həm mərhələ adladıq, həm də ölkəyə reytinq xalları qazandırdıq. Amma cari mövsümdə, xüsusilə də, son iki ayda bu etimadı hiss etmədik. Tədricən soyuq münasibətin, uzaqlaşmağın şahidi olduq. Bunu futbolçular da görür, anlayırdılar. Səbəbini isə bilmirdim.

– Ukraynalı Andrey Demçenkonun baş məşqçi təyin olunmasına münasibətiniz necədir? Bu seçim klub üçün doğru addımdır?

– Bu, rəhbərliyin qərarıdır. Demçenko həmkarımdır, onunla bağlı fikir bildirməyim düzgün olmaz.

– Komandanı yaxından tanıyan biri kimi, sizcə, yeni baş məşqçini hansı çətinliklər gözləyir?

– Bu suala cavab verməyim etik cəhətdən düzgün deyil. Ona sadəcə uğurlar arzulayıram. Hadisələrin gedişi də göstərir ki, asan olmayacaq.

– Yəqin “Neftçi” ilə son turdakı matçı izləmisiz. Böyükhesablı məğlubiyyəti necə dəyərləndirirsiz?

– Tamaşaçı kimi televiziyadan izlədim. Gözlənilməz oldu. Xüsusilə də, hesabın belə fərqli olması. Son illərin statistikasına baxsaz, “Araz-Naxçıvan” “Neftçi” ilə duellərdə daha çox qalib gələn tərəf olub.

– Arxada qalan dövrə baxanda, “kaş ki, belə etməzdim” dediyiniz qərarlar var?

– Səhvsiz insan olmur. Səhv etmək də insana xas olan cəhətdir. Əsas olan səhvlərdən nəticə çıxarmaqdır. Geriyə boylanmıram, olanları da yenidən vərəqləmirəm. “Kaş ki” deməyi də xoşlamıram. Allahın qisməti nədirsə, onu da yaşayırıq.

– “Araz-Naxçıvan” sizin üçün nə ifadə edir?

– İşlədiyim, yaxşı işlər gördüyüm klubdur. İşlədiyimiz müddətdə çalışdıq ki, klubun tarixinə yaxşı nəticələr yazdıraq.

– Necə düşünürsüz, Azərbaycan futbolunda baş məşqçilərə münasibətdə səbr, dözüm yetərlidir?

– Məncə, əcnəbilərlə müqayisədə yerli məşqçilərə qarşı bir qədər amansızlıq var. Niyəsə öz mütəxəssislərimizə ehtiyatla yanaşırıq, sanki, yaxşı nəticələr qazananda da şübhə ilə baxırıq. Ancaq əcnəbi məşqçilərin uğursuzluğuna uzun müddət dözülür. Yaxşıdır və ya pisdir, buna siz qiymət verin.

Fəxri Rüstəmli

The post “Məncə, əcnəbilərlə müqayisədə yerli məşqçilərə qarşı bir qədər amansızlıq var” – MÜSAHİBƏ appeared first on Komanda.az.

Elmar Baxşıyev: “Qarabağ” üzərində təzyiq yaratmaq yox, dəstək verməliyik”

2 February 2026 at 15:33

“Qarabağ” fevralın 18-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”ı qəbul edəcək.

İngiltərə klubu ilə oyunlarla bağlı “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyevin fikirlərini öyrəndik. Komanda.az saytına açıqlama verən Baxşıyev, “Nyukasl”la matçlarda “Qarabağ”a inandığını bildirdi:

“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə, eləcə də, pley-off mərhələsində oynamaq hüququ qazanmaqla ciddi uğur əldə edib. Zatən 10 ildən artıqdır ki, daim avrokubokların qrup mərhələsində çıxış etmək çəkilən əziyyətin, görülən işin və səbrin nəticəsidir. “Nyukasl”la oyunlarda da təmsilçimizə inanıram”.

O, “köhlən atlar”ın bu mərhələdə uğur qazanmaq şansı barədə nikbindir:

“Düzdür, bizimkilərin İngiltərə klubları ilə oyunları alınmır. Ancaq bir neçə ay əvvəl Bakıda “Çelsi” ilə keçirilən oyunu (2:2) xatırlasaq, deməli, qələbə qazanmaq, mərhələ adlamaq mümkündür. Qurban müəllim (Qurban Qurbanov) bunu daha yaxşı bilir və hamıdan çox istəyir. Biz təmsilçimiz üzərində təzyiq yaratmaq yox, dəstək verməliyik. “Qarabağ”a uğurlar arzulayıram və inanıram”.

Fəxri Rüstəmli

The post Elmar Baxşıyev: “Qarabağ” üzərində təzyiq yaratmaq yox, dəstək verməliyik” appeared first on Komanda.az.

Donu açılan “Neftçi”

2 February 2026 at 12:55

Ötən tur “Zirə” ilə heç-heçə nəticələnən oyundan sonra “Vernidubun kəlməsi”ni yazmağa səbəb yaranmışdı. Qısadı, oxuyun, qayıdın, davam edək.

Deyəsən, Vernidub son illər baş məşqçi problemini çözə bilməyən “Neftçi”nin dərdinə məlhəm ola biləcək.

4:0 hesablı qələbənin doğurduğu eyforiya deyil, hərçənd kifayət qədər güclü heyəti olan “Araz Naxçıvan” darmadağın edilib… Sadəcə, Vernidub gəlişindən bu yana komandadaxili ab-hava baxımından atdığı addımlarla, qısa vədəli strateji yanaşmaları ilə buna zəmin yaradırdı.

Həqiqətən, “Neftçi”nin bütövləşmə, Vernidubun dediyi kimi meydanda istəkli olma kimi həssas problemi vardı. Bu məqamı ilk dəfə elə ukraynalı mütəxəssis səsləndirmişdi və qeyd etmişdik ki, tam “doqquzluqdan” vurub.

Və budur, uzun aylar, bəlkə də illər sonra ilk dəfə “ağ-qaralar” bu qədər kompakt, israrlı və istəkli görünürdü. Həm də bu detallara ölçüləri dəqiq oyun amilini əlavə etsək, böyükhesablı qələbənin ciddi şəkildə işıqlı gələcəyə işarə etdiyini deyə bilərik.

Qalır düşərgənin psixoloji ab-havasını nizamlamaq. Başqa heç nəyə ehtiyac yoxdur, “Neftçi”nin tədricən yüksəlməsi üçün heyəti kifayətdir. Növbəti mövsümə ağıllı keçid edilsə…

Kamil Əhməd

Zaur Axundovun eksperiment oyuncağı…

2 February 2026 at 11:59

“Araz Naxçıvan” Elmar Baxşıyevi vaxtsız-vədəsiz göndərdi, yerinə Demçenkonu gətirdi. Klubun “nefutbolni” idarə edildiyini sübut edən bu faktdan sonra eybəcər nəticə özünü çox gözlətmədi.

Demçenko ötən tur xal itkisinə, bu dəfə isə “Neftçi”yə 0:4 hesablı biabırçı məğlubiyyətə səbəbi-izahlar gücənməkdədir…

Nə deyəsən, bu klub haqda futbolyönlü söhbət, müzakirə, müqayisə yersiz görünür.

Zaur Axundovun futbol İQ-nə oxşayan bir klub…

2.5 milyon dövlət dotasiyasına nə qədər əlavə etdiyi, ümumiyyətlə, bu əlavəni hardan, necə etdiyi naməlumdur. Klub kimi funksionallığı bəlli deyil.

Ancaq legioner gəl-getləri tüğyan edir. Qoymayın, iddia avrokuboklara vəsiqədir!

Son avrokubok mövsümündə düşdüyü rəzil durumun miskin mənzərəsi hələ göz önündən getməyib.

Bir klubun zərrə qədər yararlılığı olanda ona münasibətin də bir ədəbi olur. “Araz Naxçıvan”ın nə uşaq futboluna faydası var, nə yerli oyunçuların inkişafına, nə də yeni tapıntılar mövzusuna. Bircə yerli baş məşqçi üçün iş yeri olmaq kimi faydalılıq vardı, o da ləğv olundu. İndi Elmarın yerinə gətirilən Demçenko dəmə qoyub…

Kamil Əhməd

“Sabah”ın legioneri: “Hədəfimizin nə olduğunu bilirik”

2 February 2026 at 11:05

“Sabah” Premyer Liqanın XVIII turunda “Zirə”ni məğlub edib – 3:1. “Bayquşlar”ın futbolçusu Stiv Solvet matçdan sonra “Futbolpress.az“a fikirlərini bölüşdü:

“Yaxşı performans göstərdik. İlk hissədə qollar vurub, matçın taleyini demək olar, həll etdik. Sonda qol buraxmaq istəməzdik, amma oldu”.

Solvet komandanı uğurlu çıxışına toxundu:

“Mövsümün ilk dövrəsində gördüyümüz işlərin üzərinə qoyub, irəliləyirik. Ancaq hələ də inkişaf etdirməli olduğumuz məqamlar var. İşimizə fokuslanmışıq. Qarşıda uzun marafon var. Əsas odur ki, hədəfimizin nə olduğunu bilirik. Təvazökar qalmalıyıq və diqqətimizi itirməməliyik. Bu yolda yanımızda olan azarkeşlərimizə də təşəkkür edirəm”.

Müdafiəçi Azərbaycan Kubokunda “Qəbələ”yə qarşı keçirəcəkləri oyundan da söz açdı:

“Həm çempionatda, həm kubokda uğurlu olmaq isəyirik. Məqsədimiz qələbə qazanmaqdır. Hər oyun bizimçün çox vacibdir”.

Şahin Cəfərov

Boş tribuna miskinliyi

2 February 2026 at 10:12

Teoremimiz səhv imiş. “Uğur olsun ki, azarkeş də stadiona gəlsin” fikri alt-üst olub.

Azərbaycan futbol tarixinin ən böyük nəticəsinin qazanıldığı ildir. “Qarabağ” ÇL-in liqa mərhələsində 10 xal toplayaraq pley-off mərhələsinə yüksəlib.

Həftənin bazar günüdür. Axşam saat 18:30-da başlayan oyunu stadiondan izləməməkçün bəhanə yoxdur. Ancaq azarkeş stadiona gəlmir.

Nəzəri baxımdan nəsə icad eləmək olmur. Sizcə, niyə belədir?

12 ildir avrokubokların qrup mərhələsində mübarizə aparan bir klubun indi onminlərlə tərəfdarı, azarkeşi formalaşmalıydı. Hanı bəs?!

Desək ki, böyük xal fərqi ilə turnir cədvəlinin zirvəsindədi, bəlkə stimulsuzluğu əsas gətirmək olar, ancaq heç bu da deyil axı.

“Sabah” zirvəni ələ keçirib. “Turan Tovuz”un ehtiyatında bir təxirə salınan oyun olduğu üçün bu qarşılaşmada qələbə qazansa, ikinci yeri təmin etmək potensialı yaranırdı.

Bunca dramatizmi olan oyun boş tribunalar önündə keçirildi.

Klub bu haqda düşünməlidir. Aksiyalar icad edilməli, bu anormal süstlük aradan götürülməlidir.

Ok, klubun bu işlə maraqlanması bunun ən bariz bilinən tərəfidir. Ancaq klubu bu məsələdən kənarlaşdırsaq belə, stadionun bu qədər boş olması klub miqyasını da aşan məsələdir axı…

Niyə insanlar stadiona getmir? Bu sual əməlli-başlı ritorik hal alıb.

Kamil Əhməd

Ayxan Abbasovun diqqət menyusu üçün…

2 February 2026 at 08:03

“Şamaxı”nın “Qəbələ”yə 0:4 hesablı məğlubiyyətindən sonra belə bir məqalə dərc etmişdik.

Sonra “Şamaxı” “Qarabağ”ı məğlub edən “Kəpəz”ə qalib gəldi.

Və oyunsonrası mətbuat konfransında “şirlər”in baş məşqçisi Ayxan Abbasov belə fraza işlədib:

“…Uşaqlar çalışır. Bir oyun uduzandan sonra elə tənqidlər oldu ki, sanki, “Şamaxı” sonuncudur. Sanki burda iş yoxdur”.

Diqqət!

Abbasov bilməlidir ki, o, artıq həm də (!) milli komandanın baş məşqçisidir. “Şamaxı”dakı iş/nəticələr həmçinin “millinin çalışdırıcısı” kimi qiymətləndirməyə “materialdır”. Bu səbəbdən Abbasov tənqidlərə belə münasibət göstərməsə, doğru olar.

Həm də xal ehtiyatı baxımından böhran yaşayan “Qəbələ”yə 4 cavabsız qolla məğlubiyyət… Üstəlik, ondan əvvəlki tur “Araz Naxçıvan”a 2 cavabsız qolla yenilgi – Abasov, iki oyuna 6 qol buraxılır və tənqid olunmanız təəssüf yaradır?!

Nəticələrdən söhbət düşmüşkən, Abbasov da razılaşar ki, onun məşqçi kimi milliyə təyinatı nəticələrindən çox, “necə məşqçi”liyi səbəb olub.

Və bu təyinatda tənqidindən incidiyi futbol ictimaiyyətinin, idman mediasının rolu danılmazdır.

***

Sanki Abbasov “Şamaxı”nın liqada qalması müqabilində mənəvi təmənna umur. Ola bilər ki, klubun imkanları fonunda nəticələr qismən qənaətbəxş sayılsın, lakin yuxarıdakı mətləbi təkrirdən keçirməkdə fayda var: klubdakı işinin hər detalı milli komandakı Ayxan Abbasova da təsir edəcək və bu, çox normaldır. Liqada necəsə qalmaq yox, necə qalmaqdır mövzu…

“Bir futbolçunu qazandırmaq üçün illər lazımdır. Təəssüf ki, buna qiymət az verilir. Əsas nəticəyə baxılır”.

Əməlli-başlı inciklik. Gözlənilməz. Hələ dərinə getsən, minnət motivi də tapmaq olar.

Abbasovun milliyədək yüksəlməsində futbol camiəsi olaraq AFFA-ya pressinq unudulmamalıdır. Və uzun illər əcnəbi çalışdırıcılardan yaxa qurtarmaq üçün edilən cəhdlərin yekununda kifayət qədər yerli məşqçi namizədlərin içindən Abbasovun qabarması/qabardılması hansısa kabinetlərdə həll olunan məsələ deyil(di). Abbasov zəhmətkeşliyi, rasional xarakteri və adekvat mövqeyinə görə fərqləndirilib.

Hələ tənqidin ucu belə görünmür, bu təlaşdır?!

Əcnəbi baş məşqçilərin tuş gəldiyi tənqidlərin yarısının yarısının yarısı belə yoxdu ortada, Abbasov…

“Üzərində işlədiyimiz şeylər var. Bu gün Orucun, Edqarın, Rüfətin oyunu ortadadır. Bunu görə bilmiriksə, təəssüf…”

Zamanında bunu görənlər və artıqlaması ilə qabardanlardır sizin iki ardıcıl məğlubiyyətinizi tənqid edənlər. Təəssüflənməyə tələsmək lazım deyil…

“Bilirəm, məğlub olanda bu söhbət çıxır. Mən istirahət vaxtlarım da belə işləyirəm. Təhlillər aparanda, bəlkə də, daha dəqiq öyrənmək lazımdır”.

Bu sitat da Abbasovdan gözlənilən reaksiya olmadı. Milliyə baş məşqçi axtarılarkən, yenə əcnəbi dürtmək istəyənlərə qarşı yerli mütəxəssis üçün israr edən kəsim öz arqumentləriylə həmişəki kimi kəskin haqli idi. Ayxan Abbasovun namizədliyi ortaya çıxanda haqqında, “böhran dövrünün ən uğurlu meneceri” ifadəsini işlətmişik.

Hələ böhranın rüşeymi yoxkən Abbasovun arqumental/ortastatistik tənqidlərə qarşı bir mətbuat konfransında bir neçə dəfə təəssüflənməsi…

İnanaq ki, “böhran dövrünün uğurlu idarə edilməsi” tərifindəki Ayxan bəyi yenidən görəcəyik. Biz bu yönünə görə onu dəstəkləmişik, xırda tənqidlərə təəssüflənəni yox.

Elçin Cəlilov

“Belə matçlarda oyunu ələ almaq heç də asan olmur” – Qurbanov

1 February 2026 at 21:08

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbə haqda belə deyib:

“Çox vacib oyun, vacib qabiliyyət idi. Yorğunluq hiss olunurdu, lakin futbolçularımız yaxşı performans göstərdilər. Azarleşlərimiz böyük motivasiya verdi, təşəkkür edirəm.

“Turan Tovuz” özünəxas oyunu olan komandadır. Belə matçlarda oyunu ələ almaq heç də asan olmur. Futbolçularıma bu oyuna hazır olmalarını bildirmişdim. Ən böyük qorxum zədədir.

Dünən məşqdə də oyunçuların ümumi vəziyyətinə baxdıq”.

Baş məşqçi, eyni zamanda, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşma haqda da fikir bildirib:

“İngiltərə sanki başqa bir futbol aləmidir. Mənə görə, İngiltərə Premyer Liqası digər liqaları üstələyir. Sanki başqa aləmdir. Orada elə bir vəziyyət yaranır ki, onlar oyunun sonunda azarkeşlər üçün oynayırlar. Daha çox qol vurmaq istəyirlər.

Transfer var, Bakıya gəlməlidir. Hansı xətdə oyunçu lazım olarsa, onu doldurmalıyıq. Lakin bizdə boş yer yoxdur, yalnız kimisə çıxarmalıyam”.

Nəzrin

The post “Belə matçlarda oyunu ələ almaq heç də asan olmur” – Qurbanov appeared first on Komanda.az.

“Nəticə məyusedici oldu” – Berdıyev

1 February 2026 at 20:43

“Turan-Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan danışıb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“İlk növbədə “Qarabağ”ı avrokuboklarda uğurlu çıxışına görə təbrik edirəm. Bu, Azərbaycanın uğurudur və komanda yaxşı çıxış edir.

Bugünkü oyundan razı qaldım. İlk hissədə bir qədər ehtiyatlı oynadıq. Nəticə məyusedici oldu. Sonda imkanlarımız var idi, lakin alınmadı”.

Nəzrin

The post “Nəticə məyusedici oldu” – Berdıyev appeared first on Komanda.az.

“Burada qalmağım nəticədən asılıdır” – Demçenko

1 February 2026 at 19:00

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 18-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:4 hesablı məğlubiyyətə üzüldükləri matçla bağlı bunları söyləyib:

“Birinci hissə bizim üçün əlverişli olmadı. Standart vəziyyətdən qollar buraxdıq. Səhvlər etdik. Diqqətsizlik nəticəsində “Neftçi” iki qol vurdu. İkinci hissədə bizim üçün daha yaxşı oldu. Təhlükəli qol epizodları yaratdıq. Hücum oyunu oynamaq üçün xüsusi istək lazımdır. Futbolçularda müəyyən psixoloji vəziyyət olmalıdır ki, hücum futbolu oynayasan. Bunu futbolçularda görmədim. “Neftçi”ni təbrik edirəm, yaxşı oynayaraq 4 qol vurdular.

Başa düşürəm ki, 0:4 xoşagəlməz hesabdır. Komandaya hücum futbolu oynamağı öyrətmək istəyirəm. Üç həftənin içərisində psixoloji olaraq dəyişmək də asan deyil. Zaman bunu göstərəcək. Burada qalmağım nəticədən asılıdır”.

The post “Burada qalmağım nəticədən asılıdır” – Demçenko appeared first on Komanda.az.

Bəhlul, sənin Çində nə işin var?

1 February 2026 at 14:30

Fəxri Rüstəmli

Tanrı tələsmir və heç vaxt da gecikmir. O, sadəcə ən doğru anı gözləyir. Bəzən son saniyəni, bəzən hamının ümidinin üzüldüyü bir məqamı. Elə o an öz sözünü deyir. Bu dəfə “Benfika”nın ukraynalı qapıçısı Trubini gətirdi səhnəyə, onu özü yetişdirdi sanki. Elə bil son saniyələrdə “irəli” əmrini verib göndərdi onu adlı-sanlı “Real”ın qapısı önünə. Bir növ, “rəqibin adını heçə say, sən bunu bacaraqsan” dedi. Bacardı da.

Sabah isə kimin “adını çağıracağını” Tanrı özü bilir. Necə ki, bir müddət əvvəl Bəhlul Mustafazadəni çağırmışdı… Frankfurt “Ayntraxt”ı ilə oyunda “Qarabağ”ın son saniyələrdə vurduğu qol gəlir gözlərimizin önünə. Hesab 3:2 oldu və o qol sadəcə topun torla qovuşması deyildi. O qol bir ümid idi. Bir dirəniş, “biz hələ buradayıq” mesajı idi. Və o qolun müəllifi Bəhlul Mustafazadə idi.

Maraqlıdır ki, Bəhlul həmin oyunda ideal təsir bağışlamırdı. Oyunboyu etdiyi səhvlər, mövqe itkiləri, qərarsız anlar gözə dəyirdi. Bəzən elə görünürdü ki, bu oyun onun gecəsidir, amma yaxşı mənada yox. Ancaq futbolun amansız, eyni zamanda ədalətli bir qanunu var: son sözü deyən yadda qalır. Bəhlul da məhz bunu etdi. Həmin qol bütün səhvləri sildi. Hətta baş məşqçi Qurban Qurbanovun da gözündə. Çünki o qolun çəkisi statistikadan, epizodlardan, fərdi səhvlərdən qat-qat ağır idi. O qol “Qarabağ”ın Avropadakı kimliyini qoruyan, komandanın ruhunu yaşadan qollardan idi. Elə qollardan ki, illər sonra da xatırlanır.

Və indi… UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlmiş bir komandanı qoyub, Çinə yollanmaq sual doğurur. Çox sual. Bu, emosional yanaşma deyil, peşəkar futbol məntiqinin ortaya qoyduğu sualdır. Bəli, hər futbolçunun öz karyerası var, öz seçimi, öz ailəsi, öz hesabları. Heç kim başqasının həyatına hökm edə bilməz.

Amma bəzi qərarlar var ki, onlar təkcə “öz işimdir” cümləsi ilə izah olunmur. Avropada ad qazanmaq, Çempionlar Liqasında “vitrin”ə çıxmaq, özünü daha böyük “bazarlar”a göstərmək şansı hər futbolçuya qismət olmur. Bu mərhələdə komandanı tərk edib Çin yolunu tutmaq isə sualların cavabını çətinləşdirir. Sadəcə bir sual: Bəhlul, sənin Çində nə işin var?

Pul cavabdırsa, qısamüddətlidir. Rahatlıq cavabdırsa, aldadıcıdır. İnkişaf? Çində? Mənasızdır. Yox, ünvanı, atmosferi dəyişirsənsə, bu, Çin olmalı deyil axı… Futbol tarixində iz qoyanlar rahat yolu seçənlər olmayıb. Sən artıq sübut etmişdin ki, son saniyələrin adamı ola bilirsən. Belə adamların hekayəsi isə yarımçıq qalmamalıdır.

Bəzən Tanrı səni doğru anda yetişdirir. Amma o anı necə dəyərləndirmək artıq sənin öz işindir.

The post Bəhlul, sənin Çində nə işin var? appeared first on Komanda.az.

“Neftçi”dən darmadağın, “Qarabağ”dan qələbə

1 February 2026 at 20:28

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

“Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib. Matç qonaqların qələbəsiylə başa çatıb. “Turan Tovuz” isə səfərdə “Qarabağ”a uduzub.

Azərbaycan Premyer Liqası
XVIII tur
1 fevral

16:00 Araz-Naxçıvan – Neftçi 0:4
Qollar: İqor Ribeyro, 4, Bassalu Sambu, 40, Kurçi, Abubakar, 90+2

Baş hakim: Rauf Cabarov
“Liv Bona Dea Arena”

18:30 Qarabağ – Turan Tovuz 1:0
Qol:
Zubir, 41
Baş hakim: Elçin Məsiyev
Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

1 February 2026 at 20:25

Yanvarın 30-da Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub. Hər iki oyun paytaxdan kənarda baş tutub. Turun ilk matçında autsayder “Karvan-Yevlax” “Sumqayıt”la qarşılaşıb. Oyun Sumqayıt təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Günün ikinci oyununda “Qəbələ” doğma meydanda “İmişli” ilə üz-üzə gəlib. Əyalət təmsilçilərinin görüşü meydan sahiblərinin qələbəsiylə bitib.

Dünən daha iki oyun olub. Əvvəlcə Yevlaxda “Kəpəz” nominal meydan sahibi kimi “Şamaxı”nı qəbul edib. Ötən turda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən Gəncə təmsilçisi bu dəfə “Şamaxı”ya eyni hesabla uduzub.

Turun maraqla gözlənilən qarşılaşmalarından birində isə “Zirə” lider “Sabah”la üz-üzə gəlib. Dörd qolluq görüşdə qonaqlar inamlı qələbəyə seviniblər.

Turun qalan oyunları bu gün keçirilib. “Araz-Naxçıvan” bu turda “Neftçi”ni qəbul edib. Paytaxt təmsilçisi darmadağınla qalib gəlib.

UEFA Çempionlar Liqasında yoluna davam edən “Qarabağ” isə turun son oyununda “Turan Tovuz”la qarşılaşıb və tək qolla 3 xal qazanıb.

Azərbaycan Premyer Liqası, 18-ci tur

30 yanvar

Karvan-Yevlax – Sumqayıt 0:2
Qol: Aleksa Yankoviç, 20. Vaskez, 33.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: İnqilab Məmmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Yevlax şəhər stadionu, 14:30

Karvan-Yevlax: 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 6. Vadim Abdullayev  16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 32. Elvin Yunuszadə 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 77. Əli Abdullayev 8. Peter Kings 10. Samuel Durrant, 21. İmani Barker
Baş məşqçi: Füzuli Məmmədov

Sumqayıt: 22. Xəyal Fərzullayev 8. Səbuhi Abdullazadə (k) 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 80. Keffel Resende 95. Nsane Simon 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 24. Sənan Muradlı 64. Kənan Feyziyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev 19. Roi Kehat 71. Masaki Murata
Baş məşqçi:  Saşa İliç 

Qəbələ – İmişli 3:2
Qollar: Domi Massumo, 27; 45+1; 88 – Dioqo Almeyda, 7; 61.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 17:00

Qəbələ: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 7. Turan Manafov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 70. Paulo Quimbila
Məşqçi: George Çixradze

İmişli: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 77. Elmir Rəhimzadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya

31 yanvar

Kəpəz – Şamaxı 0:2
Qol:
Ağcabəyov, 12. Karim Rossi, 45+1.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Yevlax şəhər stadionu, 14:30

Kəpəz: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 5. Rauf Hüseynli 8. Veysəl Rzayev 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 80. Şahnur İsmayılov 9. Luis Paçu
Baş məşqçi: Azər Bağırov

Şamaxı: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov

Zirə – Sabah 1:3
Qollar: Davit Volkov, 83 – Velko Simiç, 10. İvan Lepinitsa, 22. Xəyal Əliyev, 27.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Rəhman İmami
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 17:00

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 31. Eldar Tərlanov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Sabah: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 7. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 70. Cesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

1 fevral

Araz-Naxçıvan – Neftçi 0:4
Qol: İqor Ribeyro, 4. Bassala Sambu, 40. Alessio Kurçi, 83. Vensan Abubakar, 90+2.
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Vüqar Həsənli
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Nəriman Axundov
“Liv Bona Dea Arena”, 16:00

ArazNaxçıvan: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 29. Vanderson Melo 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 4. Rahil Məmmədov 14. Ülvi İsgəndərov26. Ömər Buludov33. Elmir Cəfərov16. Ramon Maçado 23. Nuno Rodriqes 10. Felipe Santos 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko

Neftçi: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 47. Murad Məmmədov 77. Falaye Sako 24. Mustafa Sek5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 70. Andrey Ştoqrin 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 27. Kristian Kostin 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

Qarabağ – Turan Tovuz 1:0
Qol: Abdullah Zubir, 41.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30

Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 27. Toral Bayramov,22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 20. Kadi Borges, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 90. Joarlem Santos, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.


The post “Qarabağ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi appeared first on Komanda.az.

Qəbələdə oyun təxirə getdi, “Sabah” “Neftçi”yə qarşı – Yenilənir

8 December 2025 at 18:48

Misli Premyer Liqasında 14-cü tur davam edir.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” “Turan Tovuz”u qəbul edib. Görüş dumanlı hava şəraitinə görə təxirə salınıb.

Günün digər matçında “Neftçi” “Sabah”ın qonağı olacaq. Sıralamada “Sabah” 25 xalla 3-cü, “Neftçi” isə 16 xalla 8-ci pillədə qərarlaşır.

Bu turun son 2 görüşü sabah keçiriləcək. 

Misli Premyer Liqası, 14-cü tur

8 dekabr (bazar ertəsi)

17:00. “Qəbələ” – “Turan Tovuz” – 0:0 
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov 
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Qəbələ şəhər stadionu

20:00. “Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Bank Respublika Arena”

❌
❌