Normal view

Today — 21 March 2026Main stream

“İmişli” üçün: 6:0… üstü də

21 March 2026 at 09:05

“İmişli” son iki oyuna 11 qol buraxıb. Dünən “Neftçi”yə 6 cavabsız qolla məğlubiyyət doğma yurdundan didərgin düşmüşlərin 14-cü qələbəsiz oyunu oldu.

13-ü Premyer Liqa (7 heç-heçə, 6 məğlubiyyət), 1-i kubok (məğlubiyyət) olmaqla, son 10 oyunda buraxılan qol – 17, vurulan 4 qol.

Bərbad statistikanın ən dramatik hissəsi: 7 oyundur qol vurmur (Sonuncu dəfə fevralın 14-də “Qəbələ” ilə matçda fərqləniblər).

Portuqaliyalı Kaşkilyanın “drujinasının” uğradığı acınacaqlı statistikanın afişasına nəzər yetirək:

Premyer Liqa:

İmişli – Sabah 0:3
Sumqayıt – İmişli 1:0
İmişli – Karvan 1:1
Zirə – İmişli 0:0
İmişli – Araz-Naxçıvan 2:2
Qəbələ – İmişli 3:2
İmişli – Kəpəz 0:0
İmişli – Qarabağ 0:1
İmişli – Şamaxı 0:0
Turan Tovuz – İmişli 0:0
Şamaxı – İmişli 0:0
İmişli – Sabah 0:5
Neftçi – İmişli 6:0

Kubok

İmişli – Sabah 1:2

***

Sonuncu qələbə 4 ay əvvəl olub (- “Neftçi” 3:2).

22 xalla 9-cu yerdə qərarlaşan bölgə təmsilçisi 21 xalla izləyicisi “Kəpəz”in nəfəsini ənsəsində hiss edir.

Gedişat belədir, görək aqibət hara gedir…

Kamil Əhməd

“Turan Tovuz” “Qəbələ”yə qarşı – YENİLƏNİR

21 March 2026 at 08:24

Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçiriləcək. “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matça saat 16:00-da start veriləcək.

Misli Premyer Liqası
XXV tur

21 mart

16:00 Turan Tovuz – Qəbələ
Baş hakim: Kamal Umudlu

Yesterday — 20 March 2026Main stream

Vernidub: “Səhv etməyə şansımız yoxdur”

20 March 2026 at 21:46

Misli Premyer Liqasının XXV turunun “Neftçi” – “İmişli” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib…

– Meydana hücumçusuz çıxıb, 6 qol vurursunuz. Bu, necə alındı?
– Həm Sambu, həm Abubakar zədələnib. Bir Ağadadaş Salyanski və Alessio Kurçi qalmışdı. Kurçi cinahlarda daha effektiv olur. “Qəbələ” ilə matçda Freddi Varqası hücumda oynatmışdıq. Bu gün də yoxladıq və pis alınmadı. Futbolçulara təşəkkür edirəm, arzulu idilər və gözəl əhvalları var idi. Bundan əvvəl “İmişli”yə qalib gələ bilməmişdik. Borcumuzu qaytarmalıydıq. Futbolçulara minnətdaram. Həm də qarşıdan istirahət vaxtı gəlir. 3 gün dincələcəklər. Bundan sonra hazırlaşacağıq. Səhv etməyə şansımız yoxdur. Avrokuboklara vəsiqə qazana bilmək üçün səhv etməməliydik. Qarşıda əsas rəqiblərlə oyunlarımız var. Bu matçlarda xarakteri görəcəyik.

– Ağadadaş demək olar, şans qazanmır. Rəqabətdə çox geri qalır?
– Hamıya şans verilir, ona da veriləcək. Baş məşqçi mənəm. Gördüyüm odur ki, indiki rəqabətdə o, digər futbolçulara uduzur. Gənc futbolçudur. Karyerası hələ qabaqdadır. Ona ümidlərim var. Çox məşq edərək, şanslarını əldə edəcək. Bəzi anlarda səbr etmək lazımdır. Başa düşürəm, hamı oynamaq istəyir.

– “İmişli”yə iki oyunda 5 xal itirmişdiniz. Bu gün 6 qol vurdunuz. Əvvəlki matçlardakı nəticələrin günahkarı kimdir?
– Komanda uduzursa, məşqçidir. Qələbə olarsa, səbəbkar futbolçulardır. Burda işə başlayandan cəmi bir dəfə uduzmuşuq. Əlimizdən gələni edirik. Məğlubiyyətlər futbolun bir parçasıdır. Lakin əsas odur ki, məğlubiyyətləri həzm edəsən və yoluna davam edəsən. Komandanın reaksiyası da buna önəmlidir. Məğlubiyyətdən sonra ardıcıl iki oyunu qazanmışıq.

– “İmişli” sıx müdafiəsi ilə bilinən komandadır. Bu gün onlara 6 qol vurdunuz. Növbəti matçlarda Abubakar və Sambu hazır olsalar belə, bugünkü taktikanı görə bilərik?
– Hər rəqibimizi təhlil edirik. Baxırıq, rəqib 4, ya 5 müdafiəçi ilə oynayır. Bunlar arasında fərqlər var. Strategiyamızı da bunlara uyğun qururuq. Rəqibləri ciddi araşdırırıq. Hətta, gecə 2-3-ə kimi təhlillər aparırıq. Heç də asan iş deyil. Kənardan asan görünə bilər, amma çətindir. Futbolu sevirsənsə, çalışmalısan.

– Freddi Varqas bu gün ən yaxşılardan idi. Həmişə belə oynamağa nəyi çatmır?
– Bu sualı ona verin. Çox texnikalı və istedadlı oyunçudur. Öz işinə daha ciddi və əzmlə yanaşsa, gözəl oyun sərgiləyər. Hər futbolçunun öz xasiyyəti var. Onlarla fərdi danışmaq lazımdır. Varqas çox çalışdı və göstərdi ki, istedadlı oyunçudur. Emil Səfərov da onun kimidir. Dayanmasa, o da çox gözəl futbolçu olacaq.

Şahin Cəfərov

 

“Neftçi” – “İmişli”: heyətlər

20 March 2026 at 18:22

“Neftçi” Misli Premyer Liqasının XXV turunda bu gün “İmişli”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:15-də start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 17. Murad Xaçayev 7. Emil Səfərov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 77. Falaye Sako 6. Sessi Dalmeyda 27. Kristian Kostin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 3. Tuncay Yusifli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 47. Orxan Fərəcov 5. İdris İnqilablı 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov
Baş məşqçi: Jorj Kaşkilya

 

“Futbolçularıma “5” düşür” – Bağırov

20 March 2026 at 18:07

Misli Premyer Liqasının XXV turunun “Kəpəz” – “Qarabağ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Danışmaq çətindir. Azərbaycan çempionuna qarşı mübarizə aparırdıq. Şükürlər olsun, əziyyət çəkdik, qələbə qazandıq. “Qarabağ” dominantlıq etdi, futbolçularıma təşəkkür edirəm ki, bu mübarizədən qalib çıxdıq.

– Yusif İmanov oyunun qəhrəmanlarından idi…
– Heç kimi fərqləndirmək istəmirəm. Qapıçı komandanın yarısıdır. Bu gün hər futbolçu qələbənin həzzini dadmaq istəyirdi. Futbolçularıma “5” düşür.

– Bu mövsüm ikinci dəfə “Qarabağ”ı məğlub etdiniz. Onlar üçün keçilməz sədd olmusunuz.
– Bəzi situasiyalarda bəxtimiz gətirdi. “Qarabağ” bizdən qat-qat üstün idi. Qismətdə qələbə var imiş.

– Komandanın liqada qaldığını demək olar?
– Hələ yox. Qarşıda turlar var. Milli fasilədən sonra mübarizə daha çətin olacaq. Komandalar son dövrədə fərqli yanaşacaqlar.

– Oyunun sonlarında futbolçular sanki ötürmələr etmirdi…
– Oyunun yorğunluğundan irəli gələn qərarlar idi.

– Yeni mövsümün planları baxımından rəhbərliklə danışıq olub?
– Bu yaxınlarda oturub, daha detallı danışacağıq. İndidən nələrisə etməliyik ki, sabahımız yaxşı olsun. Bu gün gördüyümüz iş sabahımız üçün “kart”dır.

– Söhbətlər var ki, mövsümün son oyunu Gəncədə olacaq. Sizdə belə məlumat var?
– Mənim səlahiyyətimdə yoxdur ki, deyim harda oynayaq. Hava şəraitinin də meydançanın hazır olması üçün önəmi var. Çalışırlar ki, mayın sonuna kimi meydançanı çatdırsınlar. Biz də azarkeşlərimiz önündə oynamaq istəyirik.

Şahin Cəfərov

Qurban Qurbanov: “Sabah”ın bundan sonra bu qədər xal itirməsi çətin görünür”

20 March 2026 at 17:55

Misli Premyer Liqasının XXV turunun “Kəpəz” – “Qarabağ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Kəpəz” çox yaxşı qalibiyyət əldə etdi. Meydanda yaxşı atmosfer var idi. Futboldur, belə nəticələr olur. Məğlub olduq, deyiləcək çox söz yoxdur.

– Məğlubiyyətə səbəb nə oldu?
– Pis hazırlaşmamışdıq. Futbolçular da istəkli idi. Xeyli sayda epizodlarımız oldu. Rəqibin bir epizou qolla nəticələndi. Günümüz deyildi.

– Quba stadionundan sonra ən çox narazılıq yaradan arena Yevlax stadionudur. Meydança amili nə dərəcə təsir etdi?
– İndi meydançanı səbəb gətirmək düzgün deyil. Ümumi götürəndə süni örtüklüdür. Amma pis deyildi.

– Bu mövsüm ikinci dəfə “Kəpəz”ə uduzdunuz. Rəqib sizə qarşı xüsusi motivasiya ilə çıxır?
– Ola bilər, birinci oyunda komandada yorğunluq var idi. İstədiyimiz oyunu oynaya bilməmişdik. Bu gün çox yaxşı hazırlaşmışdıq. İki tərəf də istəkli idi. Epizodlarımızdan istifadə edə bilmədik.

– Təyin olunmayan penalti ilə bağlı fikirləriniz?
– Narazılıq edəndə çox böyüyür. Meydandakı hakim görmədi, VAR 3-4 dəfə baxdı, görmədi…

– Siz baxdınız?
– Məncə, penalti idi. Kamilodan da soruşdum ki, ayağına dəyişmişdi, dedi, hə. Penalti yoxdursa, görək nə deyəcəklər. Rauf Cabarov da sağ olsun.

– Hakimlər Komitəsinin sədri qərarları təsdiqləyir…
– Təsdiqləyər də… Nəsə demək olmaz.

– Qarşıda 9 oyun var. Çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?
– Mübarizəmizi davam etdirəcəyik. Hər oyuna qələbə üçün çıxırıq. Azarkeşlərimizə hər matçda qalibiyyət vermək istəyirik. Azarkeşlərimiz qələbə, bol qollu oyun üçün gəlirlər. Hər oyuna belə çıxacağıq. Çempionluq titulu elədir ki, bəzən sənin qazanmağından sonra rəqibin xal itirməyi həlledici olur. “Sabah”ın bundan sonra bu qədər xal itirməsi çətin görünür. Yaxşı formadadırlar. Sona kimi mübarizə aparacağıq.

– Şahruddin milliyə dəvət alıb. Onun oyun forması necədir? 
– Texniki məşqlər edir. Tam hazır deyil. Amma oyun məşqlərində iştirak etmir. Qarşıdakı fasilədə komandaya qoşulmalıdır.

– Gənclərə nə üçün şans vermirsiniz?
– İndi elə perioddayıq ki, komandanın formasını qaytarmalıyıq. Ona görə bütün oyunçuların idman formasını yaxşılaşdırmaq istəyirik. Qarşıdakı matçlarda gənclərə də şans ola bilər.

Şahin Cəfərov

Azərbaycan Premyer Liqasında “Trionda”

20 March 2026 at 15:29

2026/2027 mövsümündə Peşəkar Futbol Liqasının bayrağı altında keçiriləcək liqalarda istifadə olunacaq toplar müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və Əvəzedicilər liqasında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi “Trionda” toplarından yararlanacaqlar.

“Trionda” 2026-cı il dünya çempionatı üçün hazırlanmış müasir futbol topudur. Bu toplar xüsusi teksturalı səthə malikdirlər və bu, topun uçuş sabitliyini, fırlanmasını və nəm şəraitdə tutuşunu yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Peşəkar Futbol Liqası ilə “Adidas” şirkəti arasında mövcud olan müqaviləyə əsasən, yüksək keyfiyyətə malik “Trionda” topları güzəştli şərtlər ilə əldə ediləcək.

I Liqa oyunları 2025/26 mövsümündə olduğu kimi, “Fussballiebe” toplarından istifadə olunmaqla keçiriləcək. II Liqa komandalarının ixtiyarında ənənəvi olaraq “Adidas Tiro Pro” topları olacaq.

“Sumqayıt”ın legioneri: “Təslim olmayacayıq”

20 March 2026 at 14:24

“Sumqayıt” Misli Premyer Liqasının XXV turunda “Sabah”a uduzub – 1:3.

Matçdan sonra “kimyaçılar”ın futbolçusu Sedrik Badalo “Futbolpress.az”ın suallarını cavablandırdı:

– Çempionatın lider “Sabah”a 3:1 hesabı ilə məğlub oldunuz. Matç haqda fikirlərin necədir?
– ⁠Oyunda bəzi şeyləri yaxşı edə bilmədik. Vurulan bütün qolları rəqibə hədiyyə etdik. Növbəti görüşlərdə çalışacayıq ki, daha yaxşısını edə bilək.

– ⁠İlk hissədə kapitan Səbuhi Abdullazadə ilə aranızda gərginlik yaşandı. Səbəbi nə idi?
– ⁠Xüsusi nəsə yox idi. Bəzi yüksək təziyqli oyunlarda belə hallar olur. Mövqeylərimizi nizamlaya bilmirdik, onu müzakirə etdik. Heç bir ciddi problem yox idi.

– Çempionata uyğunlaşa bilmisən?
– ⁠İndi özümü daha yaxşı hiss edirəm. Açıq danışaq, komandam məğlub olub xal qazana bilmədikcə, deyə bilmərəm mən də hər şey qaydasındadır. “Sumqayıt”a gələndən nəticələrimiz yaxşı deyil. Bu da məni üzür. Azərbaycanda olmağımdan şadam. Təslim olmayacayıq. Çalışacayıq ki, daha yaxşı olaq.

“Kəpəz” – “Qarabağ”: heyətlər

20 March 2026 at 13:58

“Qarabağ” Misli Premyer Liqasının XXV turunda bu gün “Kəpəz”in qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 15:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 80. Şahnur İsmayılov 30. Ruslan Quliyev
Baş məşqçi: Azər Bağırov

Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 9. Joni Montiel 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

 

Azərbaycan millisinin heyəti açıqlandı – SİYAHI

20 March 2026 at 13:40

Azərbaycan milli komandasının “FIFA Series – 2026” turniri üçün heyəti açıqlanıb. Komandamız martın 22-də Bakıda təlim-məşq toplanışına başlayacaq.

Futbolpress.az xəbər verir ki, yığmanın baş məşqçisi Ayxan Abbasov milliyə 27 futbolçu çağırıb.

Nr.
 Adı / Soyadı
Klub
1
Səlahət Ağayev
Qəbələ
2
Şahrudin Məhəmmədəliyev
Qarabağ
3
Aydın Bayramov
Zirə
4
Rza Cəfərov
Qəbələ
5
Cəlal Hüseynov
Arda (Bolqarıstan)
6
Anton Krivotsyuk
Daejeon Hana (Cənubi Koreya)
7
Rahil Məmmədov
Araz-Naxçıvan
8
Elvin Bədəlov
Neftçi
9
Bədavi Hüseynov
Qarabağ
10
Rəhman Daşdəmirov
Sabah
11
Abdulla Rzayev
Şamaxı
12
Qismət Alıyev
Zirə
13
Elvin Cəfərquliyev
Qarabağ
14
Emin Mahmudov
Neftçi
15
Rəhim Sadıxov
Turan Tovuz
16
Mustafa Əhmədzadə
Araz-Naxçıvan
17
Emil Səfərov
Neftçi
18
Abdulla Xaybullayev
Sabah
19
Xəyal Əliyev
Sabah
20
Toral Bayramov
Qarabağ
21
Ayxan Hüseynov
Turan Tovuz
22
Rüstəm Əhmədzadə
Sumqayıt
23
Aleksey İsayev
Sabah
24
Vüsal İsgəndərli
Partizani (Albaniya)
25
Ceyhun Nuriyev
Zirə
26
Renat Dadaşov
Motor (Polşa)
27
Musa Qurbanlı
Qarabağ

Adı Azərbaycan millisi ilə hallanan futbolçu seçimini etdi

20 March 2026 at 13:35

İngiltərənin “Sanderlend” klubunun futbolçusu Dennis Çirkin milli komanda seçimini edib.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Latviya yığmasında oynayacaq. O, millinin toplanışına çağırılıb.

Çirkinin daha əvvəl AFFA-dan da təklif aldığı bildirilib.

Müdafiəçi bu mövsüm Premyer Liqada 7 oyuna çıxıb.

Xudiyevə etimad

20 March 2026 at 13:00

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarının hakim-inspektoru olacaq. A. Xudiyev B Liqasının 5-ci qrupunda Niderland, Şimali Makedoniya, Moldova və Farer adaları milliləri arasında keçiriləcək matçlarda fəaliyyət göstərəcək.

Qrupun qarşılaşmaları 25-31 mart aralığında Niderlandda təşkil olunacaq.

Kamilo Duran milliyə çağırılmadı

20 March 2026 at 12:37

“Qarabağ”ın futbolçusu Kamilo Duran Kolumbiya yığmasına çağırılmayıb.

Futbolpress.az xəbər verir ki, yerli futbol federasiyası ABŞ-də keçiriləcək toplanışa dəvət olunan futbolçuların siyahısını açıqlayıb. Kamilo heyətdə yer almayıb.

Duran daha əvvəl ilkin siyahıda yer alsa da, sonradan əsas heyətə çağırılmayıb.

Kamilo Duran bu mövsüm 38 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.

“Sumqayıt”ın legioneri milliyə qoşulmaqdan imtina etdi

20 March 2026 at 12:15

“Sumqayıt”ın futbolçusu Sedrik Badalo Burkina Faso millisindən dəvət alıb.

Bu barədə oyunçu Misli Premyer Liqasının XXV turunun “Sabah”la matçından (1:3) sonra “Futbolpress.az“a açıqlamasında bildirdi. O, dəvətə baxmayaraq, yığmanın düşərgəsinə getməkdən imtina etdiyini söylədi:

“Millidən dəvət almışdım. Amma getməməyə qərar verdim. Burda qalacam və məşq edəcəm. Məqsədim hazırlaşmaq və adaptasiyamı sürətləndirməkdir”.

Badalo ötən ilin dekabrından “Sumqayıt”da çıxış edir. O, çempionatda 6 oyuna çıxıb.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda?

20 March 2026 at 11:54

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Azərbaycan, Premyer Liqa
15:00 Kəpəz – Qarabağ (CBC Sport)
19:15 Neftçi – İmişli (CBC Sport)

İtaliya, A Seriyası
21:30 Kalyari – Napoli (Futbol 1)
23:45 Cenoa – Udineze (Futbol 1)

İngiltərə, Premyer Liqa
00:00 Bornmut – Mançester Yunayted (İdman TV)

İspaniya, La Liqa
00:00 Vilyarreal – Real Sosyedad (Futbol 2, Matç TV)

“Qarabağ” “Kəpəz”ə uduzdu, “Neftçi”dən darmadağın

20 March 2026 at 21:04

Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Qarabağ” səfərdə “Kəpəz”ə uduzub.

“Neftçi” isə bu turda “İmişli”ni darmadağın etdi.

Misli Premyer Liqası
XXV tur

20 mart

15:00 Kəpəz – Qarabağ 1:0
Qol:
Nəbiyev, 45
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu

19:15 Neftçi – İmişli 6:0
Qollar:
B.Almeyda, 13, Faraj, 14, 51, Səfərov, 19, 60, E.Mahmudov, 54
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”

Before yesterdayMain stream

Federasiya rəhbərləri AFFA-da toplaşdı

19 March 2026 at 22:46

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Regional Futbol Federasiyalarının (RFF) rəhbərləri ilə geniştərkibli görüş keçirib.

Futbolpress.az xəbər verir ki, görüşdə Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, eləcə də quruma üzv olan digər regional federasiyaların nümayəndələri iştirak ediblər.

Toplantı zamanı ölkə futbolunun regionlarda mövcud problemləri və onların aradan qaldırılması yolları müzakirə edilib. Xüsusilə futbol infrastrukturunun təkmilləşdirilməsi, uşaq və yeniyetmə futbolunun sistemli şəkildə inkişafı, eləcə də yerli məşqçi kadrlarının hazırlanması əsas prioritet istiqamətlər kimi önə çəkilib.

Bununla yanaşı, federasiyalar arasında əməkdaşlığın daha da gücləndirilməsi, yeni təşəbbüslərin təşviqi və regionlara göstərilən dəstəyin genişləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb. Bu istiqamətdə atılacaq məqsədyönlü addımların ölkə futbolunun inkişafına və regionlarda daha geniş yayılmasına töhfə verəcəyi vurğulanıb.

U-21-in heyəti bilindi

19 March 2026 at 22:24

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 20-də Bakıda təlim-məşq toplanışına başlayacaq.

Futbolpress.az xəbər verir ki, U-21 Avropa çempionatının seçmə mərhələsinin B qrupunda martın 27-də 8-ci km qəsəbə stadionunda Portuqaliya yığmasını qəbul edəcək, ertəsi gün Bolqarıstana yollanacaq. Komandamız martın 31-də isə Plovdiv şəhərində Bolqarıstan seçməsi ilə qarşılaşacaq.

Nr.
 Adı / Soyadı
Klub
1
Sadiq Məmmədzadə
Difai
2
Xəyal Fərzullayev
Sumqayıt
3
Səlim Həşimov
Şamaxı
4
Emin Rüstəmov
Karvan Yevlax
5
Elgün Dünyamaliyev
Cəbrayıl
6
Raul Məmmədov
Səbail
7
Okan Təhmazlı
Zaqatala
8
Əkbər Eyubov
Mingəçevir
9
Kənan Feyziyev
Sumqayıt
10
Eşqin Əhmədov
Qəbələ
11
Rüfət Abbasov
Şamaxı
12
Nadir Orucov
Sumqayıt
13
Bilal İsmayılov
Şamaxı
14
Nuğay Rəşidov
Qəbələ
15
Emil Süleymanov
Şamaxı
16
Oruc Məmmədov
Şamaxı
17
Şahin Şahniyarov
Qəbələ
18
Edqar Ədilxanov
Şamaxı
19
Hikmət Cəbrayılzadə
Qarabağ
20
Həsən Nəzərli
Keçiörən Bələdiyəsi (Türkiyə)
21
Nahid Əliyev
Şəfa
22
Şahin İbrahimov
Sabah
23
Murad Məmmədov
Neftçi
24
Nihad Əhmədzadə
Sumqayıt

“Onlardan 3-4 günlük futbolu unutmaqlarını istəyirəm” – Dambrauskas

19 March 2026 at 21:30

Misli Premyer Liqasının XXV turunun “Sabah” – “Sumqayıt” oyunundan (3:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Komandamı, məşqçilər heyətini, azarkeşləri, rəhbərliyi təbrik edirəm. Bilirdik ki, asan oyun olmayacaq. Ola bilər ki, futbolçuların düşüncəsi fasilədə olsun. Lakin deyə bilərəm ki, oyunçularımın davranışından, köklənməsindən çox məmnun qaldım. İlk hissədə 1:0 öndə olanda çoxlu qol fürsətlərimizdən yararlana bilmədik. İkinci hissəyə sürətli başladıq və fərqləndik. Bundan yararlanmağa başladıq. Hesab 3:0 olanda nəzarəti itirdik və son dəqiqədə lazımsız qol buraxdıq. Geniş baxsaq, deyə bilərəm ki, bugünkü oyundan razı qaldım. Futbolçulara istirahət veriləcək. Onlar istirahətlərini düşünməlidir. Qayıdandan sonra gümrah olmalı və çempionatın önəmli, son hissəsinə hazırlaşmalıyıq.

– Qarşıda 13-14 günlük fasilə var. Fiziki formanın itməməsi üçün hansısa işlər olacaq?
– Bu müddətdə xüsusi təlimat olmayacaq. Onlardan 3-4 günlük futbolu unutmaqlarını istəyirəm. İnanıram ki, yaxşı formadayıq və hazırıq. Dönərkən də hazır olacaqlar.

– Özünüz futbolu unuda biləcəksiniz? 
– Futbolu bir az düşünməyəcəyəm. Amma qayıdandan sonra düşünməyə başlayacağıq. Açığı, fasilənin olmasını istəməzdim. Çünki ritmdən uzaqlaşmaq olur. Bəzən oyunçuları itirə bilirik. Qayıdandan sonra düşünürəm ki, “Qarabağ”la oyuna yaxşı hazırlaşa biləcəyik.

– Şəxsi deyilsə, harda istirahət etməyi düşünürsünüz?
– Litvaya qayıdacağam.

Şahin Cəfərov

İliç: “Oyunçular məsuliyyətli davranmalıdır”

19 March 2026 at 21:15

Misli Premyer Liqasının XXV turunun “Sabah” – “Sumqayıt” oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü.

– İlk növbədə “Sabah”ı təbrik edirəm. Onlar çempionluq uğrunda oynayan komandadır. Bizdən güclüdürlər və bunu qəbul edirlər.

– Müdafiədəki fərdi səhvlər nədən qaynaqlanır?
– Vüsal Paşayev gəncdir, təcrübəsizdir. Lakin yenədə oyunçular məsuliyyətli davranmalıdır.

Şahin Cəfərov

Rəşad Sadıqov: “Əcnəbi, əcnəbi…”

19 March 2026 at 18:46

Misli Premyer Liqasının XXV turunun “Karvan-Yevlax” – “Zirə” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Bizim üçün olduqca ağır oyun keçdi. Futbolçularımın göstərdiyi əzmkarlıqdan, intizamdan razı qaldım. Bu gün qələbə qazanmasaydıq da eyni sözləri deyəcəkdim. Yevlaxda “Karvan-Yevlax”a qarşı oynamaq çətindir. Bu gün bunu yaşadıq. Son turlarda “Karvan-Yevlax”ın oyununda irəliləyiş var. Çoxsaylı qol epizodlarımız oldu. Bu qədər fürsəti qaçıranda qələbə qazanmaq çətin olur. Bir anlıq elə düşündüm ki, oyun bərabərliklə başa çatacaq. Futbolçular sona qədər inandılar, əzmkarlıq göstərdilər. Çox vacib 3 xal qazandıq.

– “Zirə” əvvəlki mövsümlərdə autsayderlərlə oyunlarda xal itirmirdi, bu mövsüm isə çətinlik çəkir. Səbəbi nədir?
– Arxayınlıq deməzdim. İki dəfə “İmişli” ilə, bir dəfə “Kəpəz”lə, bir dəfə də “Şamaxı” ilə matçda xal itirmişik. “Şamaxı”nı zəif komanda kimi görmürəm. Bu komandalar digər iddialı rəqiblərlə oyunlarda da məğlub olmayıblar. Belə olan halda bizə də bu komandalar üzərində qələbə qazanmaq çətin olur. Düz vurğulayırsız ki, əvvəlki mövsümlərdə aşağı pillələrdə gedən rəqiblərlə oyunlarda inamlı görünürdük, qələbələrimiz daha çox olurdu. Builki aşağıda gedən komandalarla əvvəlkilər arasında fərq var. Bu il həqiqətən, bütün komandaların ustalığı, bacarığı yüksəkdir.

– “Araz-Naxçıvan” və “Neftçi”nin yaxınlaşması sizdə təzyiq yaradır?
– Təbii olaraq. Bunu gözləyirdik. Qış fasiləsində futbolçularımıza demişdik ki, avrokuboklara vəsiqə qazanmaq asan olmayacaq. Futbolçuları buna hazırlayırdıq. Hər oyun vacibdir. Kimin harada xal itirəcəyi bilinmir. Yarış bu şəkildə gedəcək. Dünən “Araz-Naxçıvan”ın oyunu ağır keçdi, xarakter göstərib, qələbə qazandılar. Bu gün də bizimçün ağır keçdi. Xal itirə bilərdik.

– “Zirə” 4-cü yeri tutmasa, necə dəyərləndirəcəksiz?
– Avrokuboklara vəsiqə qazanmasaq, məşqçi olaraq özümü uğursuz hesab edəcəm. Düşünəcəm ki, nələrisə düz etmədik, qarşımıza qoyulan hədəfə çatmadıq.

– Nəyi necə etməlisiniz ki, avrokuboklara vəsiqə qazanasız?
– Əvvəlki illərdə necə etmişiksə, təkrarlayırıq. Nəsə yeni bir şey yoxdur. Sadəcə yeni olan şey odur ki, bu il rəqiblərimiz daha güclüdür. Elə futbolçular var ki, oyun pis gedəndə oyunu çevirə bilərlər. Bunu da nəzərə almaq lazımdır. Müasir futbolda yeni dəb yaranıb – standart vəziyyətlər. Əvvəl də var idi, amma bu qədər deyildi. Hansısa oyuna rahat hazırlaşa bilmirsən. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Başa düşürük ki, bizi çox ciddi rəqabət gözləyir. Məsələn, “Kəpəz”lə oyunda qolları standart vəziyyətlərdən buraxdıq.

– Növbəti oyun “Turan Tovuz”a qarşı səfərdə olacaq. Oyun Sumqayıtda olacaq…
– Bir faktdır ki, Tovuzda qələbə qazanıb, Bakıda uduzmuşuq. Bu, bizə üstünlük vermir. Tovuzda bizi nə gözləyirsə, Sumqayıtda da ol olacaq.

– Milli fasilə xeyrinizədir?
– Qələbə qazandıqdan sonra təbii olaraq fasilə istəmirsən. Sadəcə olaraq zədədən dönən futbolçularımız var. Qismət bu gün tam hazır deyildi, amma oynadı Bu baxımdan bəlkə faydası ola bilər. Digər tərəfdən bir neçə futbolçumuz milli komandalara gedəcək. Necə təsir edəcəyini zaman göstərəcək. Fasilədən dərhal sonra kubokun yarımfinal oyununun olması bir az narahatlıq yaradır. Çalışacağıq ki, həmin matça ən yaxşı formada hazır olaq. Qısa müddətdə bir neçə oyunumuz olacaq. Təqvimə baxanda qorxulu yuxuya bənzəyir.

– Rəqibin qolunda dərhal dördüncü hakimə etiraz etdiz. Mənə elə gəlir ki, sizin etirazdan sonra VAR-a baxdılar. Siz necə düşünürsüz?
– Son oyunumuza baxmısınız? Orda mübahisəli epizodlar var. VAR təsdiqləsəydi, deyiləcəkdi ki, düzdür. Əvvəl Hakimlər Komitəsinin sədri əcnəbi idi. Sədr elə şərhlər verir ki, hakimləri qorusun. VAR-a baxılan 4 dəqiqədə çox stress yaşadım. Düşünürdüm ki, oyunu dəyişmək çətin olar. Planlar qurmuşdum əvəzləmələrlə bağlı. Bizə köməklik edilir demək düz olmaz. 6 ildir, komandadayam. Bizim xeyrimizə verilən qərarların 1-2-si müzakirə edilə bilər. Amma bizə qarşı səhvlərdən 6 saatlıq videorolik hazırlamaq olar.

– Sizcə, Rəhim Həsənovun şərhlərinə ehtiyac var?
– Əvvəl tələb var idi. Bilirəm nə vaxt yarandı. Hamı soruşurdu ki, qərar düzdür, ya səhv. Bunu da fərdi olaraq klublara demək olmur. Sonra qərar qəbul etdilər ki, epizodları şərh etsinlər. Ehtiyac varmı? Deyə bilmərəm. Bugünkü gün də hakimlikdən narazı deyiləm.

– Limitin ləğv olunmasının tərəfdarlarından idiniz… 
– Yox, demişəm ki, klub məşqçilərinə sərf edir. Amma tərəfdarı olmamışam. Başqa prizmadan demişəm. Bir azərbaycanlı, uzun müddət yığmanın kapitanı olaraq demərəm ki, limit ləğv olunsun. Lakin klub məşqçisi kimi mənə sərf edir. Amma futbolumuza, millimizə necə təsir edəcək, böyük sualdır. Bu gün klub üçün 7 və 11 legioner çox fərqdir. Legionerlərimiz az deyil, bunu ona görə etdik ki, heyətimiz geniş olsun. Yayda yaxşı futbolçular almışıq, amma iddialı klublardan gətirməmişik. 7 legionerlə bu gün “İmişli”nin, “Karvan-Yevlax”ın mübarizə aparması çox çətin olardı. Görün, seleksiyalar oldu və komandalar çempionata tab gətirir. “Qəbələ”yə arxayın idik. Təcrübəli idilər. Amma “İmişli” və “Karvan-Yevlax”la bağlı suallar var idi. Sərgilədikləri oyunlar bu sualları dağıtdı. Sadəcə infrastruktur məsələsi var.

– Sanki bir dönəm komandanın uğurlu yolunun sirrini tapmışdız. Liqada zirvə yarışı, kubokda final oynamaq və s. Amma bu mövsüm sanki geriləmisiz…
– Digər komandalar da artırıb. Bu gün “Turan Tovuz”un cinahlarına baxın, Silva və Enrike. Bu iki oyunçunu limit olmasa, demək olar, eyni anda oynada bilməzsən. Amma ötən il bu mövqelərdə yerlilər oynayırdı. Bu mövsüm 3 yerli oyunçu ilə meydana çıxırıq. Bəzən də “Araz-Naxçıvan” 4-5 yerli oynadır. Avrokuboklara mübarizə aparan komandalarla rəqabət çətindir.  Yerli məşqçi olaraq, limitin 7+4 və ya 8+3 olmasını da istərdim. Yerli oyunçuların oynamasının tərəfdarıyam. Daha yaxşısı hansıdır, bilmirəm. Amma vəziyyətə uyğunlaşmağa çalışırıq. 11 legionerin fərqini gördük.

– Yerli futbolçulardan danışdınız. Əcnəbi məşqilər gəlib, yerli məşqçilərin bacarmadığını bacarır. Necə olur ki, komandalar yerli məşqçilərlə uduzur, əcnəbilərlə qazanır?
– Fakt deyin, hansı komandada yerli pis olub, əcnəbi yaxşı olub?

– Saşa İliç yaxşı gəlmişdi…
– Samir, Ayxan, Elmar Baxşıyev, Aftandil Hacıyev kimi məşqçilərimiz liqada yaxşı nəticələr qazanıb. Məşqçi həyatı belədir, işləyirsən, sonra anidən işsiz qalırsan. Məşqçi işi belədir. Qurban Qurbanov elə yerdə olardı, iki ildən bir komanda dəyişərdi. Məşqçi işi belədir. Sabah mən 5 il işləyə bilmərəm… Sirr nədir? Bizim klub rəhbərləri əcnəbilərə üstünlük verir. Məsələ budur. Kim kimdənsə üstün və ya zəifdir yox. İllərboyu bizdə əcnəbilərə sevgi çox olub. Yerliləri nə vaxt gətiriblər? Kimin büdcəsi az olub, gətirib ki, nəsə et. İmkanları yüksək olan klub rəhbərləri əcnəbilərə üstünlük verib. 20 ildir, futbolumuzda var. Gördülər ki, əcnəbilər tənqid edilir, yerlilərə üz tutdular. Yenə tendensiya dəyişmək üstündür. Səbəbi nədir, bilmirəm. Bunu klub rəhbərləri bilər. Samir Abasov “Neftçi” ilə çempion olub. Elmar Baxşıyev “Qəbələ” ilə kubok qazanıb. Sənan Qurbanov iki dəfə kubok udub. Ani sual verdiniz, gərək saatlarla danışaq. Yerli məşqçilər əcnəbilərdən geri qalmır. Milli komandaya yerli gəldi, qısa müddətdə fərqi gördünüz. Futbolçu da olmuşam, məşqçi də. Futbolumuzda ən çox inkişaf edən məşqçi mövqeyidir. Yerli oyunçumuz hansısa türk ulduzla mübarizə apara bilməz bəlkə də, amma məşqçilərimiz onların mütəxəssisləriylə başabaş gələ bilər.

– Ölkə futbolunda Qriqorçukdan başqa böyük uğuru olan əcnəbi olmayıb. Maraqlıdır, bəs niyə əcnəbilərə çox güvənirlər? Məşqçiləri, futbolçuları dəyişirik, amma rəhbərlik qalır. Bəlkə, doğrudan problem rəhbərlərlə bağlıdır?
– Murad Musayev, Kaxaber Sxadadzeni də danışmaq olar. Lakin son dönəmlərdə yerli məşqçilərin nailiyyətləri var. Bu günün söhbəti deyil. Uzun illərboyu legioner hakim gətirildi, əcnəbi baş məşqçi gətirildi, futbolçular gətirildi. Amma bir dəfə millini idarə etməyə əcnəbi gətirilmədi. Bütün mövqelərə əcnəbi təyin olundu, amma əsas idarəedici adam əcnəbi olmadı. Bu tendensiya illərdir, davam etdi. Bu təfəkkür bizdə həmişə olub. Əcnəbi, əcnəbi… Məndən yaxşıdırsa, olsun. Məsələn, bu il Dambrauskas, Vernidub, Berdıyev kimi məşqçilər var. Onların bizim çempionatda olmasına sevinirəm. Faydaları olacaq. Lakin illərlə o qədər faydasız əcnəbilər gəlib ki… Həmişə də tənqid olunan yerli məşqçi, futbolçulardır.

Şahin Cəfərov

“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı

19 March 2026 at 18:22

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 18-ci turunda qadınlardan ibarət “DH Volley” komandası “Milli Aviasiya Akademiyası”nı 3:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, bununla da komanda pley-off mərhələsinə vəsiqə qazanıb.

Yeni yaradılmış “DH Volley” ilk oyunlarından etibarən ardıcıl yüksək nəticələr göstərərək özünü güclü rəqib kimi təsdiqləyib. “DH Volley” qısa zaman ərzində formalaşmasına baxmayaraq, komanda ruhu və mübarizə əzmi nümayiş etdirib. Bu faktorlar komandanın mövsüm boyu uğurla irəliləməsinə və növbəti mərhələyə yüksəlməsinə şərait yaradıb.

Komanda rəhbərliyi bu nəticəni böyük bir başlanğıc kimi qiymətləndirərək əsas məqsədin komandanın potensialını daha da artırmaq və pley-off mərhələsində maksimum nəticə əldə etmək olduğunu vurğulayıb.

Hədəfi yerli və beynəlxalq arenalarda uğurlu çıxışlarla Azərbaycan voleybolunu təmsil etmək olan klub “Azərlotereya”nın sponsorluğu ilə yaradılıb. “Azərlotereya” gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, idman klublarının dəstəklənməsi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Bu çərçivədə şirkət ölkə voleyboluna da böyük töhfə verir.

“DH Volley”in bu uğuru yeni yaradılmış bir komanda olaraq gələcək üçün böyük perspektivlər vəd edir. Komanda növbəti oyunlarda da eyni əzmkarlıq və motivasiya ilə çıxış etməyi hədəfləyir.

“Almaniyada mənə dəyər vermədilər” – Kenan

19 March 2026 at 15:46

“Yuventus”un futbolçusu Kenan Yıldız Türkiyə yığmasını seçməsinin səbəbini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Türkiyə mətbuatına açıqlamasında bunları deyib:

“Almaniyada mənə dəyər vermədilər. Həmişə başqaları diqqətdə olurda. Özümün də bacarıqlarımın fərqində deyildim. Uşaq vaxtı iştirak etdiyim bütün turnirlərin ən yaxşı oyunçusu seçilmişdim. “Bavariya”da keçirdiyim illərdə dəyər görmədim”.

Kenan 2022-ci ildə “Bavariya”dan “Yuventus”a keçib.

Bakıda toplanış

19 March 2026 at 14:09

Sabah Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək.

Futbolpress.az xəbər verir ki, boplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək boksçu qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar.

Məşqlər Bakıda təşkil olunacaq Böyük İpək Yolu beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, Böyük İpək Yolu yarışı aprelin 2-7-də baş tutacaq.

“Karvan-Yevlax” – “Zirə”: heyətlər

19 March 2026 at 13:52

“Zirə” Misli Premyer Liqasının XXV turunda bu gün “Karvan-Yevlax”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 15:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 32. Elvin Yunuszadə 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov16. Rauf Rüstəmli
Baş məşqçi: Füzuli Məmmədov

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 19. Rüfət Abdullazadə 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 5. Ange Mutsinzi 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 73. Anatoli Nuriyev 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 20. İssa Cibrila 93. Brahim Konate 11. Junior Martins 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov

Çempionlar Liqasının tarixinə düşən afrikalı

19 March 2026 at 13:16

Məhəmməd Salah Çempionlar Liqasında 50-ci qolunu vurub.

Futbolpress.az xəbər verir ki, misirli oyunçunun yubileyi “Qalatasaray”la 1/8 final matçında olub. Salah turnirdə 50 qol vuran ilk afrikalı futbolçu adını qazanıb. O, bu saya 97 oyunda çatıb.

“Liverpul” matçı 4:0 hesabıyla qalib bitirib.

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə “D” kateqoriyalı məşqçi kursları başladı

19 March 2026 at 12:54

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə “D” kateqoriyalı məşqçi kurslarına start verilib.

Futbolpress.az xəbər verir ki, AFFA tərəfindən qəbul edilmiş Futbolun İnkişaf Strategiyasına uyğun olaraq Bayıl stadionunda təşkil olunan kursa ümumilikdə 25 iştirakçı cəlb edilib. Açılış mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, BFF-nin prezidenti Tahir Süleymanov və məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Daha sonra Kütləvi Futbol Departamentinin aparıcı mütəxəssisi Orxan Mikayıllı tərəfindən iştirakçılara kursun məqsədi və proqramı barədə ətraflı məlumat təqdim olunub. İlk gündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər mövzular üzrə təqdimatlar keçirilib. Təqdimatlar əsasında mövzular müxtəlif aspektlərdən geniş müzakirə olunub.
Qeyd edək ki, kursun ilk günü nəzəri hissədən ibarət olub və təlim proqramı ümumilikdə 3 gün davam edəcək.

Konfrans Liqasında 1/8 finala yekun vurulacaq

19 March 2026 at 12:17

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, İtaliyanın “Fiorentina” klubu Polşada “Rakuv”la qarşılaşacaq.

Türkiyə təmsilçisi “Samsunspor” İspaniyada “Valyekano”nun qonağı olacaq. İngiltərənin “Kristal Pelas” klubu isə Kiprdə AEK ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası
1/8 final, cavab oyunları

19 mart

21:45. AEK (Larnaka, Kipr) – “Kristal Pelas” (İngiltərə)
İlk oyun – 0:0

21:45. “Rakuv” (Polşa) – “Fiorentina” (İtaliya)
İlk oyun – 1:2

21:45. AEK (Yunanıstan) – “Sele” (Sloveniya)
İlk oyun – 4:0

21:45. “Maynts” (Almaniya) – “Siqma” (Çexiya)
İlk oyun – 0:0

00:00. “Şaxtyor” (Ukrayna) – “Lex” (Polşa)
İlk oyun – 3:1

00:00. “Sparta” (Çexiya) – AZ (Niderland)
İlk oyun – 1:2

00:00. “Valyekano” (İspaniya) – “Samsunspor” (Türkiyə)
İlk oyun – 3:1

00:00. “Strasburq” (Fransa) – “Riyeka” (Xorvatiya)
İlk oyun – 2:1

“Araz-Naxçıvan”ın iki futbolçusu yığmaya çağırıldı

19 March 2026 at 11:34

“Araz-Naxçıvan”ın iki üzvü – Kristian Avram və Felipe Santos milli komandalara dəvət alıb.

Futbolpress.az xəbər verir ki, qolkiper Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, ayın 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa bilərcək.

Felipe Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq. O, martın 27-də Fələstin, ayın 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.

İtalyanlar bu günü də gördü

19 March 2026 at 11:18

“Atalanta” Çempionlar Liqasında mübarizəni 1/8 finalda dayandırıb.

Futbolpress.az xəbər verir ki, Berqamo təmsilçisi Almaniyanın “Bavariya” klubu ilə duellərdən məğlub ayrılıb – 1:4, 1:6.

“Atalanta” həm də antirekordla yadda qalıb. Berqamolular İtaliya klubları arasında Çempionlar Liqasında pley-off mərhələlərində iki oyuna 10 qol buraxan ilk komanda olub.

“Zirə” Yevlaxda, “Sabah” Masazırda qazandı

19 March 2026 at 21:06

Bu gün Misli Premyer Liqasında XXV turun növbəti oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, ikinci gündə iki görüş baş tutacaq.

Günün ilk matçında “Zirə” Yevlaxda autsayder “Karvan-Yevlax”ı məğlub edib.

Digər görüşdə lider “Sabah” “Sumqayıt”la üz-üzə gələcək.

Misli Premyer Liqası
XXV tur

19 mart

15:00 Karvan-Yevlax – Zirə 0:1
Qol:
Anatoli Nuriyev, 79
Baş hakim: Rəşad Əhmədov
Yevlax şəhər stadionu

19:15 Sabah – Sumqayıt 3:1

Qollar: K.Parris, 24, Mikels, 49, Simiç, 71 – Simon, 90+2
Baş hakim: Rəvan Həmzəzadə
“Bank Respublika Arena”

❌
❌