Normal view

Today — 23 May 2026ARENA.AZ

Rafael Benites “Panatinaikos”a lazım olmadı

23 May 2026 at 13:00

Yunanıstanın “Panatinaikos” klubu İspaniyanın tanınmış futbol mütəxəssislərindən olan Rafael Benites ilə əməkdaşlığa son qoyub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Afina təmsilçisi 66 yaşlı ispaniyalı mütəxəssisə və onun məşqçilər heyətinə təşəkkür edib.

Qeyd edək ki, Benites ötən ilin oktyabrından “Panatinaikos”a rəhbərlik edirdi. İspaniyalı çalışdırıcının rəhbərliyi altında komanda bütün turnirlərdə 41 oyun keçirib. Bu matçlarda 20 qələbə qazanılıb, 11 heç-heçə qeydə alınıb, 10 məğlubiyyət yaşanıb.

Rafael Benites əvvəllər “Real”, “Valensiya”, “İnter”, “Liverpul”, “Napoli” kimi sanballı komandaları çalışdırıb. “Rafa” 2005-ci ildə “Liverpul”la UEFA Çempionlar Liqasının qalibi olub. İspan mütəxəssis “Valyadolid”, “Osasuna”, “Estremadura”, “Tenerife”, “Nyukasl”, “Dalian”, “Selta” və “Everton”da da baş məşqçilik edib.

“Lans” ilk dəfə Fransa kubokunun qalibi oldu!

23 May 2026 at 01:00

“Lans” futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümünün həlledici oyununda “Nitsa” ilə qarşılaşmadan qalib ayrılıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Parisdə üz-üzə gəliblər.

Həlledici oyunda qapılara 4 qol vurulub. Lansın eyniadlı təmsilçisi yekunda 3:1 hesablı qələbəyə sevinib. Nəticədə “Lans” tarixində ilk dəfə Fransa Kubokunun qalibi olub. Sözügedən komanda daha öncə 1947/1948, 1974/1975 və 1997/1998-ci illər mövsümlərində də ölkə kubokunun finalına yüksəlməsinə rəğmən, gümüş medallarla kifayətlənmişdi.

Fransa Kubokunda ən titullu (16 kubok) komanda PSJ-dir. İkinci yerdə Marsel “Olimpik”i (10), üçüncü yerdə “Sent Etyen” (6) qərarlaşıb.

Fransa Kuboku
Final
22 may

Lans – Nitsa 3:1
Qollar: Floryan Toven, 25. Odson Eduard, 42. Abdallah Sima, 78 – Cibril Kulibali, 45+3.

Yesterday — 22 May 2026ARENA.AZ

Dambrauskas: “Sabah” bir oyunçudan ibarət komanda deyil”

22 May 2026 at 20:30

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın sonuncu – 33-cü turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Mövsümün sonuncu qələbəsi münasibətilə futbolçuları, rəhbərliyi, azarkeşləri təbrik edirəm. Düzdür, o qədər də yaxşı oynamadıq. Bərabər səviyyədə oyun keçdi. Bir az baxtimiz gətirdi və qollar vurduq. Rəqibin 3-4 yaxşı qol fürsəti oldu. Qapıçımız çox yaxşı çıxış etdi. Son oyunda hamı dəqiqələri sayır. Futbolçuları motivasiya etmək çətindir. Çünki düşüncə tərzi dəyişir. Tezliklə UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin oyununda görüşəcəyik. Hər zamankı yanaşmamızı davam etdirəcəyik. İyunun ortalarında toplaşacağıq və öz hədəflərimizə doğru gedəcəyik. Rəqibimiz bəlli olduqdan sonra sırf rəqibə qarşı hazırlaşacağıq. Əlbəttə, püşkün nəticəsi önəmlidir. Mövsümboyu bizə uğur gətirən yanaşmamız var idi, oyundan-oyuna hazırlaşırdıq.

Hər mövsüm çətin olur. Mənim də özümə görə istirahət planım var. Sabah Litvaya gedəcəyəm. Bir həftə sonra ailəmlə ölkə xaricinə istirahətə yollanacağıq. Daha sonra Avstriyada təlim-məşq toplanışına başlayacağıq”.

Dambrauskas Coy Lens Mikelsin klubla yeni müqavilə imzalamaq istəməməsinə də münasibət bildirib:

“Azərbaycan demokratik ölkədir. Hər kəsin müqavilə imzalamaq və ya imzalamamaq hüququ var. Bizim məşq bazamızın girişində belə bir yazı görə bilərsiniz: “Heç bir oyunçu komandadan böyük deyil”. Mikels həqiqətən də möhtəşəm mövsüm keçirdi. Ona və digər oyunçulara ən yaxşısını arzulayıram. Biz “Sabah”ıq, bir oyunçudan ibarət komanda deyilik. Mövsüm ərzində Mikelsin oynamadığı matçlarda onu əvəz edən futbolçular var idi”.

Litvalı mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışının “Sabah”ın Premyer Liqadakı uğurlu performansına təsiri barədə sualı isə sərt cavablandırıb:

“Bizim stadionumuzda, çempionun, kubokun qalibinin, 33 oyun məğlub olmayan bir komandanın evində bu cür sual verirsiniz. Xahiş edirəm, bizə hörmət edin. Qurban Qurbanov belə ən yaxşı olduğumuzu qeyd edir. Amma siz həmişə bəhanələr axtarırsınız. Bunlar klubumuza, məşqçilərimizə, futbolçularımıza qarşı hörmətsizlikdir”.

Pedro Rodriges “Latsio”dan gedir – Rəsmi

22 May 2026 at 17:00

“Latsio”nun veteran sağ vingeri, 38 yaşlı ispan futbolçu Pedro Rodriges cari mövsümün sonunda İtaliya klubundan ayrılacaq.

Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Pedronun “Latsio” ilə mövcud müqaviləsinin müddəti bu yay başa çatacaq. Tərəflərin bundan sonra əməkdaşlığa son verəcəyi bildirilib.

38 yaşlı futbolçu azarkeşlərlə vidalaşarkən emosional açıqlama verib: “Piza”ya qarşı oyun mənim “Latsio” forması ilə son matçım olacaq. Ümid edirəm ki, hamınızı stadionda görəcəyəm. İnanıram ki, mənim üçün orada ola biləcəksiniz. Amma başa düşürəm ki, bu il hər kəs üçün çox çətin və ağır keçib. Bu üzdən də hər birinizin qərarına hörmətlə yanaşıram. Bu klubun formasını geyinməkdən qürur duydum. Mən həmişə sizdən biri olaraq qalacağam. İrəli, “Latsio”!

Pedro Rodriges futbola “San-İsidoro” klubunda qədəm qoyub və böyük futbolda debüt edib. Buradan “Barsleona”ya yol tapmış ispan futbolçu, ardınca “Çelsi” və “Roma”da çıxış edib.

Pedro “Roma”nın düşərgəsindən “Latsio”ya 2021-ci ilin avqustunda azad agent qismində qoşulub. O vaxt “canavarlar” ispan hücumçunun xidmətinə ehtiyac görməyiblər.

Cari mövsümdə Pedro “Latsio”nun heyətində 32 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Pedronun “qartallar”ın heyətində çıxışının ümumi mənzərəsi 208 oyun, 38 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Pedro Rodriges 2010-cu ilin may ayında debüt etdiyi İspaniya yığmasının heyətində 65 oyun keçirib, 17 qol vurub və 11 məhsudlar ötürmə verib.

Pedronun qənimətlər muzeyində “Barselona” ilə 5 İspaniya çempionluğu, 3 İspaniya Kuboku, 5 İspaniya Super Kuboku, 3 Çempionlar Liqası, 3 UEFA Super Kuboku, 2 FIFA Klub Dünya Kuboku, həmçinin “Çelsi” ilə İngiltərə çempionluğu, İngiltərə Kuboku və Avropa Liqası var.

İspaniya yığması ilə Pedro 2010-cu il dünya çempionatının və 2012-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı ispan veteran sağ cinah hücumçusunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Yens Bertel Asku – “Tuluza”nın yeni baş məşqçisi!

22 May 2026 at 13:00

Danimarkalı futbol mütəxəssisi Yens Bertel Asku 2026/2027-ci illər mövsümündən etibarın Fransanın “Tuluza” komandasını çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

43 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb. O, yeni işinə iyulun 1-dən etibarən başlayacaq.

Asku “Tuluza”nın sükanı arxasında ispaniyalı mütəxəssis Karles Martinesi əvəz edəcək. 42 yaşlı ispan məşqçi 2023-cü ildən bu komandaya rəhbərlik edirdi. “Tuluza” Karles Martinesin rəhbərliyi altında bütövlükdə 120 oyuna çıxıb, 44 qələbə qazanıb, 30 heç-heçə edib, 46 məğlubiyyətə üzülüb.

Yens Bertel Asku isə daha öncə “Vendsissel”, “HB Torshavn”, “Horsens”, “Göteborq”, “Motervell” kimi komandaları çalışdırıb.

Danimarkalı mütəxəssis son olaraq “Motervell”i çalışdırıb. Şotlandiya klubu onun rəhbərliyi altında bütün turnirlərdə 47 oyun keçirib, 23 qələbə qazanıb, 11 dəfə məğlub olub və 13 oyunda heç-heçə edib. “Motervell” mövsümü turnir cədvəlinin 4-cü pilləsində başa vurub.

“Tuluza” isə Liqa 1-də 33 turdan sonra topladığı 44 xalla 10-cu yerdə qərarlaşıb.

Before yesterdayARENA.AZ

AFFA “Ağdaş”ı da İkinci Liqaya buraxdı

21 May 2026 at 22:30

AFFA-nın Apellyasiya Komitəsi hazırda İkinci Liqada mübarizə aparan “Ağdaş” komandasına lisenziya verilməməsinə dair qərarı ləğv edib.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, bu gün AFFA-nın Apellyasiya Komitəsinin növbəti iclası keçirilib. İclasda “Ağdaş” FK tərəfindən daxil olmuş apellyasiya müraciətinə və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb. Bölgə təmsilçisinin apellyasiya müraciəti Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, İkinci Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı olub.

Müzakirələrdən sonra “Ağdaş” FK-ya 2026/2027-ci il mövsümündə İkinci Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməsinə qərar verilib.

Qeyd edək ki, “Ağdaş” İkinci Liqanın 2025/2026-cı illər mövsümündə 27 oyuna topladığı 26 xalla 12 iştirakçı arasında 9-cu yeri tutub.

Morqan Rocers Avroliqada mövsümün ən yaxşısı seçildi

21 May 2026 at 20:00

“Aston Villa”nın hücumameyilli yarımmüdafiəçisi Morqan Rocers Avropa Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Yarımmüdafiəçi turnirin artıq geridə qalmış mövsümündə 15 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Frayburq”a qarşı keçirdikləri final görüşündə də 1 qol və 1 məhsuldar ötürmə ilə komandasının 3:0 hesablı qələbəsində önəmli rol oynayıb.

Qeyd edək ki, Morqan Rocersin İngiltərə klubu ilə müddəti 2031-ci ilin 30 iyununa qədər qüvvədə olan müqaviləsi var.

Yeri gəlmişkən, Avropa Liqasında mövsümün rəmzi komandası da açıqlanıb. Rəmzi heyətdə turnirin qalibi olmuş İngiltərə təmsilçisi “Aston Villa”nın dörd futbolçusu yer alıb. Finalda 0:3 hesabı ilə məğlub olmuş Almaniya “Frayburq”u isə rəmzi komandada iki oyunçu ilə təmsil olunur.

Avroliqada mövsümün rəmzi heyəti aşağıdakı kimidir:

Qapıçı: Emiliano Martines (“Aston Villa”);

Müdafiəçilər: Viktor Qomes (“Braqa”), Mattias Ginter (“Frayburq”), Morato (“Nottingem Forest”), Oskar Minqesa (“Selta”);

Yarımmüdafiəçilər: Con Makqinn (“Aston Villa”), Maksimilian Eggeştayn (“Frayburq”), Morqan Rocers (“Aston Villa”);

Hücumçular: Antoni (“Betis”), Emiliano Buendiya (“Aston Villa”), İqor Jezus (“Nottingem Forest”).

Yaqo Aspas 38 yaşında “Selta” ilə yeni müqavilə bağladı

21 May 2026 at 15:00

İspaniya La Liqasında mübarizə aparan “Selta”nın ən yaxşı bombardiri olan Yaqo Aspas sözügedən klubla yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, tərəflər arasındakı yeni müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.

38 yaşlı futbolçu daha bir mövsüm “Selta”ya futbolçu kimi xidmət göstərməyə davam edəcək. Növbəti mövsümün sonunda isə o, karyerasını bitirməyə qərar versə, klubun strukturunda fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Yaqo Aspas “Selta”nın yetirməsidir. 2006-2009-cu illərdə mütəmadi olaraq “Selta”nın “B” komandasında çıxış etmiş Aspas, 2008-ci ildə əsas komandaya keçdikdən sonra burada yerini möhkəmlədərək, 2013-cü ilə qədər əsas heyətin aparıcı futbolçusu olub. Aspas 2013-2015-ci illərdə “Liverpul”da çıxış edib və 2014-2015-ci illərdə “Sevilya”da icarədə olub. Hücumçu 2015-ci ilin iyulunda doğma klubuna qayıdıb və bu günə qədər “Selta”nın şərəfini qoruyur.

Cari mövsümdə Aspas “Selta”nın heyətində 47 oyun keçirib, 8 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Aspasın “Selta” karyerası bütövlükdə 571 oyun, 222 qol və 90 məhsuldar ötürmədən ibarətdir.

38 yaşlı futbolçunun “Selta” ilə müqaviləsinin müddəti bu ilin yayında bitəcəkdi.

Aspas 2016-cı ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasında 20 oyun keçirib, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Aspas karyerası ərzində cəmi 1 kubok qazanıb. Bu Aspasın “Sevilya”da icarə əsasında çıxış etdiyi vaxta təsadüf edir. Aspas “Sevilya” ilə 2014/2015 mövsümündə Avropa Liqasını qazanıb. O, 3-ü ardıcıl olmaqla 4 dəfə (2016/2017, 2017/2018, 2018/2019 və 2021/2022) Telmo Zarra mükafatına layiq görülüb. Bu göstəricidə Aspas hücumçu David Vilya ilə rekordu bölüşür.

Telmo Zarra mükafatı La Liqada (həmçinin Sequndada) mövsüm ərzində ən çox qol vurmuş ispan futbolçuya təqdim edilir.

“Transfermarkt” internet-portalı 38 yaşlı futbolçunu 1,8 milyon avro məbləğində qiymətləndirir.

Neymar zədə aldı, “Santos”un həkimi durumunu açıqladı

21 May 2026 at 14:00

Futbol üzrə Braziliya milli komandasının və “Santos” klubunun hücumameyilli yarımmüdafiəçisi Neymar baldır əzələsindən zədə alıb.

Arena.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

Amma klubun tibb departamentinin rəhbəri Rodriqo Zoqaib futbolçunun zədəsinin ciddi olmadığını söyləyib. O, 34 yaşlı futbolçunun sağ baldır əzələsindəki problemin mayın 27-nə qədər tam formaya düşməsinə mane olmayacağını qeyd edib. Komandasının növbəti oyunlarını buraxacaq təcrübəli hücumçunun gələn həftə Braziliya yığmasının düşərgəsinə qoşulacağı gözlənilir.

Neymarın müalicəsinin “Santos”un məşq mərkəzində davam etdirdiyi, onun həmçinin Braziliya millisinin həkimlərinin də ciddi nəzarəti altında olduğu qeyd edilib.

Xatırladaq ki, Neymar Braziliya millisinin qarşıdakı dünya çempionatı üçün açıqlanmış heyətində də yer alıb.

DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya yığması C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.

Nəriman Axundzadə assist etdi, “Kolumbus Kru” yarımfinala çıxdı

21 May 2026 at 12:00

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün ABŞ Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Nyu York Siti” ilə üz-üzə gəlib.

Doğma meydanda baş tutmuş oyun Ohayo təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşə start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib. O, 59-cu dəqiqədə komandasının vurduğu yeganə qolda Maksimilian Arfstenə məhsuldar ötürmə verməklə qələbədə pay sahiblərindən biri olub.

“Kolumbus Kru” yarımfinalda “Orlando Siti” ilə üz-üzə gələcək. Bu oyun sentyabrın 17-də keçiriləcək.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 9 oyun keçirib, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Nihad Məmmədov “Ginnesin Rekordlar Kitabı”na düşdü!

20 May 2026 at 21:00

Stolüstü tennis üzrə Azərbaycan milli komandasının da üzvü olan Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıb.

Arena.az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib.

Xatırladaq ki, Azərbaycan seçmə komandasının üzvü bu ilin aprel ayında, “Şüa İdman Kompleksi”ndə təşkil edilmiş mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərmişdi. O, Gənclər və İdman Nazirliyinin, ASTF-nin rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18,20 metr məsafədən uğurla həyata keçirmişdi.

Qeyd edək ki, sözügedən rekord (17,50 metr) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi. Amma Nihad Məmmədov bu cəhdi ilə onun rekordunu unutdurmağı bacarıb.

AFFA Coy Lens Mikelsi 3 oyunluq cəzalandırdı

20 May 2026 at 17:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 32-ci turunun oyunları ilə bağlı qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Premyer Liqa, 32-ci tur

“Şamaxı” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz 700 manat cərimə edilib.

“Sabah” – “Neftçi” oyununun 85-ci dəqiqəsində “Sabah”ın futbolçusu Coy Lens Mikels təcavüzkar davranışa (rəqibə topu aqressiv şəkildə atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla, 2 oyunluq cəza alıb. “Sabah” buna görə 3000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin edilib. Oyunun 85-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Neftçi” buna görə 500 manat cərimə edilib.

Bruno Fernandes – 2025/2026 mövsümünün ən yaxşı oyunçusu!

20 May 2026 at 13:00

Portuqaliya millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərədə cari mövsümün ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, İngiltərə Futbol Jurnalistləri Assosiasiyası 2025/2026-cı illər mövsümünün ən yaxşı oyunçusunu seçib.

Mükafat Bruno Fernandesə təqdim edilib. Müvafiq mükafat Fernandesin futbolçu karyerasında ikincidir. Daha əvvəl portuqal futbolçu 2019/2020-ci illər mövsümündə də təltif edilmişdi.

Qeyd edək ki, bu mükafat İngiltərə futbolunda ən nüfuzlu fərdi mükafatlardan biri hesab olunur və hər il jurnalistlərin səsverməsi ilə sahibini tapır.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 36 oyun keçirib, 8 qol vurub, 22 məhsuldar ötürmə verib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 326 oyun, 106 qol və 108 məhsuldar ötürmədən ibarətdir.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 87 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 28 qol vurub, 26 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Fermin Lopes əməliyyat olundu, DÇ-2026-nı buraxacaq

19 May 2026 at 20:00

Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Fermin Lopes bu gün əməliyyat olunub.

Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir.

La Liqanın 37-ci turunda “Betis”ə qarşı keçirdikləri matçda zədələnmiş futbolçu Barselonadakı xəstəxanalardan birində uğurla əməliyyat olunub. Məlumata görə, o, təxminən iki ay yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, “Betis”lə matçdan sonrakı həkim müayinəsində 23 yaşlı futbolçunun sağ ayağının beşinci daraq sümüyündə sınıq aşkarlanmışdı.

Bu ağır zədə səbəbindən Fermin bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatını (DÇ-2026) buraxacaq.

Fermin Lopes “Barselona”nın öz yetirməsidir. Yarımmüdafiəçi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 136 oyuna çıxıb, 32 qol vurub, 28 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə 48 oyuna çıxıb, 17 qol və 17 assistlə diqqət mərkəzinə düşüb.

Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığma komandasında forma geyinir. O, milli komandanın heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Fermin Lopes DÇ-2026-ya gedəsi olmadı – Əməliyyat olunacaq

18 May 2026 at 21:00

İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes La Liqanın 37-ci turunda “Betis”ə qarşı keçirdikləri matçda zədələnib.

Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Həkim müayinəsindən sonra 23 yaşlı futbolçunun sağ ayağının beşinci daraq sümüyündə sınıq aşkarlanıb. İspaniyalı yarımmüdafiəçinin yaxın günlərdə əməliyyat olunacağı bildirilib.

Bu isə o deməkdir ki, Fermin bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatını (DÇ-2026) buraxacaq.

Xatırladaq ki, daha əvvəl İspaniya mediası müdafiəçi Dani Karvaxal və hücumçu Alvaro Moratanın da DÇ-2026-nı buraxacağı barədə məlumat vermişdi. İspaniya millisinin yekun heyəti mayın 25-də açıqlanacaq.

“Barselona” “Betis”lə ev oyununda 3:1 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, Fermin Lopes “Barselona”nın öz yetirməsidir. Yarımmüdafiəçi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 136 oyuna çıxıb, 32 qol vurub, 28 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə 48 oyuna çıxıb, 17 qol və 17 assistlə diqqət mərkəzinə düşüb.

Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığma komandasında forma geyinir. O, milli komandanın heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Sərgən Yalçın “Beşiktaş”ı tərk etdi – Rəsmi

18 May 2026 at 18:00

Futbol üzrə Türkiyə Super Liqasında uğursuz mövsümü geridə qoymuş “Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın İstanbul təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Bu gün klubun bazasında İstanbul təmsilçisinin rəhbərliyi ilə baş məşqçi arasında görüş olub. Toplantıda tərəflər yollarını ayırmaqla bağlı razılığa gəliblər.

Xatırladaq ki, Sərgən Yalçın 2025-ci ilin yayından “Beşiktaş”a rəhbərlik edirdi. İstanbul təmsilçisi geridə qalmış mövsümdə onun rəhbərliyi altında keçirdiyi 39 oyunda 20 qələbə qazanıb, 10 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Komanda Super Liqada mövsümü 4-cü pillədə başa vurub və Konfrans Liqasında iştirak hüququ qazanıb.

Sərgən Yalçın məşqçilik karyerasına “Beşiktaş”ın gənclərdən ibarət komandasında başlayıb. Daha sonra o, “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor” və “Yeni Malatyaspor” kimi komandalara rəhbərlik edib. 2020-ci ilin yanvarında “Beşiktaş”ın baş məşqçisi təyin olunmuş Sərgən, 2020/2021 mövsümündə bu komanda ilə həm Türkiyə çempionu olub, həm də ölkə kubokunu qazanıb. Lakin bu uğurlardan sonra o, 2021-ci ilin dekabrında istefa verib. “Beşiktaş”dan ayrılandan sonra türkiyəli mütəxəssis “Antalyaspor”u da çalışdırıb.

Ridström Nərimanın komandasından qovuldu

18 May 2026 at 14:30

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi ABŞ klubu “Kolumbus Kru” baş məşqçisi Henrik Ridström ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Baş menecer İssa Tall 50 yaşlı mütəxəssisin işdən çıxarıldığını açıqlayıb. Loran Kurtua müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.

Xatırladaq ki, daha öncə “Kalmar”, “Sirius”, “Malmö” kimi klublarda çalışmış Henrik Ridström 2026-cı ilin yanvarından “Kolumbus Kru”ya rəhbərlik edirdi. O, bu komandanı cəmi 16 oyuna çıxarıb, 5 qələbə, 4 heç-heçə, 7 məğlubiyyət görüb.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 14 oyundan sonra 13 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Nərimanın komandası 14 oyunda 3 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 8 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Lionel Messi “Portland Timbers”ə də qol vurdu – Video

18 May 2026 at 13:00

Futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Portland Timbers”lə qarşılaşıb.

“Vağlar” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıblar – 2:0. Messi 90 dəqiqə meydanda olub və 1 qol, 1 assistlə yadda qalıb. O, 31-ci dəqiqədə hesabı açıb, 42-ci dəqiqədə isə German Berteramenin fərqlənməsinə şərait yaradıb.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 14 oyundan sonra 28 xalla 2-ci pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 14 oyunda 8 qələbə qazanıb, 4 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 14 oyuna çıxıb, 12 qol vurub, 4 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 103 oyun, 90 qol və 49 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Dambrauskas “Neftçi”yə məğlubiyyəti şərh etdi

17 May 2026 at 21:00

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 32-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hesab edirəm ki, kuboku da qazandıqdan sonra emosiyalarımızı tam xərcləməyimiz bu matçda yaxşı oynamağımıza mane oldu. Lakin futbolçularım əllərindən gələni etdilər. Rəqibimiz son vaxtlar ən yaxşı formada olan komanda idi. Kifayət qədər oyun içərisində rəqiblə baş-başa mübarizə apardıq. Bu gün heç də bir-birindən çox fərqlənməyən iki komanda izlədik. Böyük ehtimalla “Neftçi” ilə oyunu analiz etməyəcəyik. İndi də gedirik çempionluğumuzu qeyd etməyə. Hər kəsə təşəkkür edirəm”.

Nəriman Axundzadə Filadelfiyada ehtiyatda qaldı

17 May 2026 at 13:00

Azərbaycanlı hücumçu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun “Filadelfiya Yunion”a qarşı oyununda iştirak etməyib.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində “Filadelfiya Yunion”un qonağı olub.

Səfərdə baş tutmuş oyunda qalib müəyyənləşməyib – 1:1. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 14 oyundan sonra 13 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Nərimanın komandası 14 oyunda 3 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 8 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Rimas Kurtinaytis “Sabah”dan getdi – Rəsmi

17 May 2026 at 00:30

Azərbaycan Basketbol Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olmuş “Sabah” baş məşqçisi Rimas Kurtinaytis ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Litvalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Tərəflər qarşıdakı dövrdə məşqçinin kişilərdən ibarət basketbol üzrə Litva milli komandasındakı fəaliyyətinə daha çox diqqət ayırmaq istəyini nəzərə alaraq, əməkdaşlığın başa çatdırılması barədə qarşılıqlı razılığa gəliblər.

Xatırladaq ki, Rimas Kurtinaytis 2024-cü ilin yanvar ayından “Sabah”a rəhbərlik edirdi. “Sabah” Azərbaycan Basketbol Liqasında son 4 mövsümün qalibidir. Paytaxt təmsilçisi bu çempionluqlardan üçün məhz litvalı mütəxəssislə qazanıb.

Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan Kurtinaytis oyunçu kimi “Jalgiris” (Litva), ÇSKA (Rusiya), “Real Madrid” (İspaniya) klublarının şərəfini qoruyub.

Rimas Kurtinaytis 3 dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. 2008/2009 mövsümündə “Letuvos Ritas” (Litva), 2011/2012 və 2014/2015 mövsümlərində isə “Ximki” (Rusiya) klubu ilə Avropa Kubokunun qalibi olub. Kurtinaytis 2010/2011 mövsümündə “Ximki” klubu ilə VTB Liqasının çempionu olub. Kurtinaytisin məşqçi kimi hesabında VTB Liqasında 100-dən çox qələbə var.

Litvalı basketbol mütəxəssisi 2002-2006-cı illər aralığında Bakının “Qala” klubunun da baş məşqçisi olub.

Yaqo Aspas 70 ildən çoxdur davam edən rekordu qırdı

15 May 2026 at 17:00

İspaniya La Liqasında mübarizə aparan “Selta”nın ən yaxşı bombardiri olan Yaqo Aspas bu klubda daha bir tarixi uğura imza atıb.

Arena.az xəbər verir ki, təcrübəli hücumçu bu komandanın heyətində İspaniya çempionatında meydana çıxmış ən yaşlı futbolçu olub.

Aspas buna 38 yaş 284 günlüyündə nail olub. O, Xuan Vaskes Tenreyronun 70 ildən artıqdır yenilənməyən rekordunu qırıb. “Selta”nın La Liqa tarixindəki ən yaşlı beş oyunçusu siyahısında növbəti yerləri Visente Kaita, Qonsalo Marsa və Yayo Sans tuturlar.

Xatırladaq ki, Yaqo Aspas “Selta”nın yetirməsidir. 2006-2009-cu illərdə mütəmadi olaraq “Selta”nın “B” komandasında çıxış etmiş Aspas, 2008-ci ildə əsas komandaya keçdikdən sonra burada yerini möhkəmlədərək, 2013-cü ilə qədər əsas heyətin aparıcı futbolçusu olub. Aspas 2013-2015-ci illərdə “Liverpul”da çıxış edib və 2014-2015-ci illərdə “Sevilya”da icarədə olub. Hücumçu 2015-ci ilin iyulunda doğma klubuna qayıdıb və bu günə qədər “Selta”nın şərəfini qoruyur.

Cari mövsümdə Aspas “Selta”nın heyətində 46 oyun keçirib, 8 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Aspasın “Selta” karyerası bütövlükdə 570 oyun, 222 qol və 90 məhsuldar ötürmədən ibarətdir.

38 yaşlı futbolçunun “Selta” ilə müqaviləsinin müddəti bu ilin yayında bitəcək.

Aspas 2016-cı ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasında 20 oyun keçirib, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Aspas karyerası ərzində cəmi 1 kubok qazanıb. Bu Aspasın “Sevilya”da icarə əsasında çıxış etdiyi vaxta təsadüf edir. Aspas “Sevilya” ilə 2014/2015 mövsümündə Avropa Liqasını qazanıb. O, 3-ü ardıcıl olmaqla 4 dəfə (2016/2017, 2017/2018, 2018/2019 və 2021/2022) Telmo Zarra mükafatına layiq görülüb. Bu göstəricidə Aspas hücumçu David Vilya ilə rekordu bölüşür.

Telmo Zarra mükafatı La Liqada (həmçinin Sequndada) mövsüm ərzində ən çox qol vurmuş ispan futbolçuya təqdim edilir.

“Transfermarkt” internet-portalı 38 yaşlı futbolçunu 1,8 milyon avro məbləğində qiymətləndirir.

Lionel Messi “Sinsinnati”yə 2 qol vurdu – Video

14 May 2026 at 21:00

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Sinsinnati” ilə qarşılaşıb.

“Vağlar” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıblar – 5:3. Messi 90 dəqiqə meydanda olub və 2 qol, 1 assistlə yadda qalıb. O, komandasının 24-cü və 55-ci dəqiqələrdə vurduğu qolların müəllifi olubsa, 79-cı dəqiqədə Mateo Silvettinin fərqlənməsinə şərait yaradıb.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 13 oyundan sonra 25 xalla 3-cü pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 13 oyunda 7 qələbə qazanıb, 4 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 14 oyuna çıxıb, 12 qol vurub, 4 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 102 oyun, 89 qol və 48 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Nəriman Axundzadə Nyu Yorkda 5 dəqiqə şans qazandı

14 May 2026 at 20:00

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində doğma meydanda “Nyu York Red Bulls” ilə qarşılaşıb.

Səfərdə baş tutmuş oyun Ohayo təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 2:3. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşün 85-ci dəqiqəsində meydana buraxılıb.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 13 oyundan sonra 12 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Nərimanın komandası 13 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 8 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Valdas Dambrauskas Azərbaycanda ilkə imza atdı

14 May 2026 at 15:00

“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas Azərbaycanda “qızıl dubl” müəllifi olan ilk legioner mütəxəssis kimi tarixə düşüb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Belə ki, “Sabah” 2025/2026-cı illər mövsümündə “qızıl dubl”a imza atıb. Azərbaycan Premyer Liqasının qalibi adını mövsüm başa çatmadan təmin etmiş komanda Azərbaycan Kubokunun finalında “Zirə”yə qalib gəlib – 2:1.

Bu, klub tarixində ilk “qızıl dubl” olub. “Sabah” eyni mövsümdə Azərbaycan çempionatı və kubokunun qalibi adını qazanan 5-ci komanda kimi tarixə düşüb.

Əvvəlki mövsümlərdə 4 klub ümumilikdə 11 dəfə “qızıl dubl” gerçəkləşdirib. “Qarabağ” hamıdan çox – 6 dəfə (1993, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024) bunu bacarıb. “Neftçi”nn hesabında 3 (1995/1996, 2003/2004, 2012/2013) “qızıl dubl” var. “Sabah” kimi hərəyə bir dəfə belə uğura sevinən “Kəpəz” 1997/1998, “Xəzər Lənkəran” 2006/2007 mövsümündə hər iki titulu qazanıb.

“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas isə Azərbaycanda “qızıl dubl” müəllifi olan ilk legioner mütəxəssisdir. Əvvəlki 11 belə uğura yerli baş məşqçilər imza atıb. Qurban Qurbanov 5 (2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024), Kazbek Tuayev (1995/1996, 2003/2004) və Ağasəlim Mircavadov (1993, 2006/2007) hərəsi 2, Mehman Allahverdiyev (1997/1998) və Böyükağa Hacıyev (2012/2013) hərəsi bir dəfə rəhbərlik etdiyi komanda ilə buna nail olub.

Dambrauskas: “Mükəmmələ yaxın mövsüm keçirdik”

13 May 2026 at 23:00

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas bu gün “Zirə”yə qarşı keçirdikləri Azərbaycan Kubokunun final oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Onlara tək bu oyuna görə yox, mövsüm ərzində keçirdikləri bütün oyunlara görə təşəkkür edirəm. Onlar qəhrəmandırlar. Mükəmmələ yaxın bir mövsüm keçirdik. İki titul əldə etdik, 33 oyunluq məğlubedilməzlik seriyamız var idi. Liqada dominant oyun göstərdik. Liqanın bitməsinə bir ay qalmış çempion olduq. Hamısı oyunçuların əməyidir. Onlar meydanda can qoyurlar. Mövsüm boyu necə ac olduqlarını, necə can yandırdıqlarını göstərdilər. Onlar bütün qalibiyyətlərə layiq idilər.

Məşqçi heyətimə, həkimlərə, bizim meydançalara qulluq edənlərə, xadimələrə, mövsüm ərzində çalışan hər kəsə təşəkkür edirəm. Xüsusilə də klub rəhbərliyinə minnətdaram. Hər zaman yanımızda idilər. Çalışdığım 10-cu klubdur. Bu cür gözəl klubda necə xüsusi insanlar işləyir, möhtəşəm atmosfer var, inanılmaz klubdur.

“Zirə”ni təbrik edirəm. Çox yaxşı komandadır. Bu gün baş məşqçi işi görünən komandadır. Hesabı açsalar da, öz qapılarına doğru çəkilib müdafiə olundular. Matçdan həzz aldım. Qalib tərəf biz olduq.

Siz jurnalistlərə də təşəkkür edirəm, hər zaman mətbuat konfranslarına gəlirsiniz. Əziyyət çəkirsiniz, Azərbaycan futbolu haqda məlumatlar çatdırırsınız.

Yaxşı oyun göstərmək oyunçularımın vəzifəsidir. Çalışıram ki, həmişə yaxşı oynayaq, azarkeşlər üçün hücumameyilli oyun göstərək. Azarkeşlərimiz futbolumuzdan həzz alsınlar. Hansı rəqibə qarşı oynayırıq, fərqi yoxdur. Seçim etsəm, hər iki qol çox önəmlidir. Biri olmasaydı, qələbə qazanmayacaqdıq. Hər ikisi fantastik qol idi. Bu qələbələrin arxasında komanda işi var. Məsələn, Mikels mövsüm boyu möhtəşəm oynadı, o olmayanda Kahim Parris, Xəyal Əliyev var idi, onu çox yaxşı əvəzlədilər, çox önəmli qollar vurdular. Futbolçularım həqiqətən qəhrəmandırlar. Yer üzərində ən xoşbəxtəm, fəxr edirəm ki, bu cür oyunçularım var”.

Dambrauskas “Sabah”ə əvvəlki klubları ilə müqayisə etmək istəmədi

Litvalı mütəxəssis “Sabah”ı daha öncə titullar qazandırdığı əvvəlki klubları ilə müqayisə etmək istəməyib:

“Əvvəlki klublarımla “Sabah”ı müqayisə etmək istəməzdim. Çünki hər bir klub mənim üçün əziz olub. Çempion olmağı, titullar qazanmağı hər kəs istəyir. Ola bilər ki, bu, sənin son titulun olsun, bunu Allah bilir. “Hayduk”la qazandığım kubok çox həyəcanverici idi. Azərbaycanda da çempion oldum, özəl duyğulardır. Mövsüm ərzində iki titul qazanmaq duyğuları daha da özəlləşdirir. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. İnanıram ki, gələcəkdə onları daha da xoşbəxt edəcəyik, daha da gözəl duyğular yaşadacağıq”.

❌
❌