Reading view

Azərbaycan idmançısı Litvada “qızıl” qazandı

Litvada akademik avarçəkmə üzrə 64-cü dəfə təşkil edilən ənənəvi “Amber Oars” beynəlxalq turnirində Nurlan Paşayev uğurlu çıxışla yadda qalıb.

Futbolpress.az xəbər verir ki, birnəfərlik qayıqda yüngül çəkili idmançıların yarışında mübarizə aparan idmançı bütün rəqiblərini qabaqlayaraq çempionluq sevinci yaşayıb.

Azərbaycan yığmasının turnirdə qazandığı ilk medal qızıl əyarlı olub.

Qeyd edək ki, “Amber Oars” beynəlxalq turniri akademik avarçəkmə üzrə ənənəvi və nüfuzlu beynəlxalq yarışlardan hesab olunur.

AÇ: Azərbaycan idmançılarının rəqibləri bilindi

İyunun 28-də İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.

Azərbaycan qitə birinciliyində 12 çəki dərəcəsində 17 idmançı (10 oğlan, 7 qız) ilə fərdi yarışlarda təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

29 iyun – 2 iyul tarixlərində keçiriləcək yeniyetmələr arasında Avropa çempionatında ilk yarış günü təsnifat mərhələsi saat 12:30-da, final bloku isə saat 19:30-da start götürəcək. Turnirin görüşləri “Judo TV” vasitəsilə canlı yayımlanacaq.

Oğlanlar

-50 kq, 1/8 final
Nihad Ağayev – Levente Naqi (Macarıstan) / Aaron Coşua Keller (Almaniya) cütünün qalibi ilə
Fərid Rzazadə – Armen Matevosyan (Ermənistan) / Dimitrios Qulos (Yunanıstan) cütünün qalibi ilə

-55 kq, 1/16 final
Rza Xəlilli – Nikita Qutu (Rumıniya)

-55 kq, 1/8 final
İbrahim Talıbov – Noham Benkrouidem (Fransa) / Aleksandar Vuşev (Bolqarıstan) cütünün qalibi ilə

-60 kq, 1/16 final
Mehman Əsgərov – Narek Nahapetyan (Ermənistan) / Adam Kostoyev (İsveç) cütünün qalibi ilə

-66 kq, 1/16 final
İlkin Qarayev – Samuil Dimitrov (Bolqarıstan)

-73 kq, 1/8 final
Sadiq Məmmədov – Matas Marksaitis (Litva) / Noam Stiner (İsrail) cütünün qalibi ilə

-81 kq, 1/16 final
Yaqub Məmmədov – Yan Markoviç (Bosniya-Herseqovina)
Ayxan Həsənli – Akos Naqi (Rumıniya)

-90 kq, 1/8 final
Ömər Axundov – Qriqorios Mirazanaşvili (Kipr) / Kaur Leetsar (Estoniya) cütünün qalibi ilə

Qızlar

-40 kq, 1/8 final
Zəhra Quliyeva – Aviqayil Qat Mualem (İsrail)
Sunay Salamova – Kandela Kosta Kabana (İspaniya)

-44 kq, 1/16 final
Pərvin Sevxanlı – Yelena Tanaçkov (Serbiya)
Fatimə Abdullayeva – Silvia Kilaçkova (Slovakiya)

-48 kq, 1/8 final
Könül Eyvazlı – Jasmina Mantayeva (Avstriya) / Mia Mari Beermann (Almaniya) cütünün qalibi ilə

-70 kq, 1/16 final
Məsumə Məmmədli – Norah Qosset (Fransa)

+70 kq, 1/8 final
Zemfira Əliyeva – Ballalo Kulibali Ture (İspaniya)

Qarışıq komanda yarışı
1/8 final

Azərbaycan – Çexiya

“Sabah” macarlarla da “sülh”ə razılaşdı

“Sabah” Avstriya təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.

“Sabah” toplanış çərçivəsində ilk yoxlama görüşünü Rumıniyanın “Universitatya Kluj” komandasına qarşı keçirib və 1:1 bərabərə qalıb.

“Sabah” iyulun 1-də Ukrayna təmsilçisi “Polessye” ilə üz-üzə gələcək.

Region birinciliyinə yekun vuruldu

İyunun 28-də Qusar Olimpiya İdman Kompleksində U-17 yeniyetmələr arasında Şimal bölgəsi üzrə region birinciliyi keçirilib.

Futbolpress.az xəbər verir ki, turnirdə 7 klub və idman cəmiyyətindən 73 cüdoçu mübarizə aparıb.

Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub. U-17 üzrə regional birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb.

Mükafatçıları təqdim edirik:

Qızlar

-44 kq
1. Zülficat Balakişiyeva (Qusar)

-57 kq
1. Leyla Yarəhmədova (Xaçmaz UGİŞM)

Oğlanlar

-50 kq
1. Babək İlyasov (Neftçi Siyəzən)
2. Yusif Həsənov (Neftçi Siyəzən)
3. Bəhruz Pənəliyev (Şabran)
3. Cəfər Həmzəyev (Neftçi Siyəzən)

-55 kq
1. Mirmehdi İsmayılov (Neftçi Siyəzən)
2. Uğur Şahbazov (Şabran)
3. Mirzəğa Hacıağayev (Qusar)
3. İbrahim Muradov (Xaçmaz UGİŞM)

-60 kq
1. Turan Zeynallı (Quba CİK)
2. Raul Madatov (Qusar)
3. Rəcəb Ağayev (Xaçmaz UGİŞM)
3. Emin Vəliyev (Şabran)

-66 kq
1. Şahin Ağamalıyev (Şabran)
2. Pənah Məmmədov (Şabran)
3. Emin Rəhimov (Xaçmaz OİK)
3. Said Hafizov (Qusar)

-73 kq
1. Əli Əliyev (Neftçi Siyəzən)
2. Nihat Niftinov (Şabran)
3. Turan Ağamoğlanov (Neftçi Siyəzən)
3. İsgəndər Ömərli (Quba CİK)

-81 kq
1. Elcan Babayev (Şabran)
2. Mikayıl Nurəliyev (Şabran)
3. Amir Mehdiyev (Qusar)

-90 kq
1. Şükran Vahabov (Quba CİK)
2. Ayxan Əzizov (Xaçmaz OİK)

Azərbaycan millisi Qran-prini 4 medalla başa vurdu

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan millisinin növbəti uğuruna Murad Fətiyev imza atıb.

Futbolpress.az xəbər verir ki, -90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edərək bürünc medala sahib çıxıb.

Bununla da Azərbaycan millisi Sindao Qran-prisini 1 qızıl və 3 bürünc medalla başa vurub. Yarışın əvvəlki günlərində Zelim Tçkayev (-81 kq) qızıl, Əhməd Yusifov (-60 kq) və Hidayət Heydərov (-81 kq) isə bürünc medal qazanıblar.

57 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan yığması ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 3-cü yeri tutub.

“Turan Tovuz”un yay planı

“Turan Tovuz”un yay hazırlıq planı bəlli olub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.

Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblər hələ məlum deyil.

 

Argentinalı futbolçunun ailəsi ölü tapıldı

Argentinalı futbolçu Lukas Trexo ağır itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “Maritimo” klubunda çıxış edən oyunçunun ailəsi Venesuelada baş verən zəlzələ nəticəsində ölüb. Onun həyat yoldaşı və iki övladının cəsədi 74 saat davam edən axtarışlardan sonra tapılıb.

İyunun 24-də baş verən zəlzələ 7.5 bal gücündə olub.

DÇ-2026: Kanada CAR-a qarşı – YENİLƏNİR

Dünya çempionatında bu gün pley-off mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçiriləcək. Ev sahiblərindən Kanada tarixində birinci dəfə pley-offa yüksələn Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşacaq.

Matça saat 23:00-da start veriləcək.

DÇ-2026
Pley-off mərhələsi

23:00 CAR – Kanada 0:0

“Sabah” macarlarla üz-üzə

“Sabah” Avstriya təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq. Görüşə saat 19:00-da start veriləcək.

“Sabah” toplanış çərçivəsində ilk yoxlama görüşünü Rumıniyanın “Universitatya Kluj” komandasına qarşı keçirib və 1:1 bərabərə qalıb.

“Sabah” iyulun 1-də Ukrayna təmsilçisi “Polessye” ilə üz-üzə gələcək.

Şeydayev üçün “Dinamo” variantı

“Qarabağ”dan ayrılan Ramil Şeydayev karyerasını Rusiyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, hücumçu “Dinamo” ilə danışıq aparır. Bu barədə “Sport Express” nəşri məlumat yayıb. Mahaçqala təmsilçisinin forvardla anlaşmağa yaxın olduğu bildirilib.

Şeydayev ötən mövsüm “Qarabağ”la 11 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

O, daha əvvəl Rusiyada “Zenit”, “Rubin”, “Krılya Sovetov”da forma geyinib.

“Qarabağ”a vida: “Burada ömürlük dostluqlar qazandım”

Ukraynanın “Polessye” klubuna keçən Leandro Andrade “Qarabağ”la vidalaşıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib:

“Bunu demək çətin olsa da, bu 4 il yarım ərzində yaşadıqlarımı sözlə ifadə etmək üçün əlimdən gələni edəcəyəm. Bu dövrü bir sözlə ifadə etməli olsam, deyərdim: unudulmaz!

Mənə bu imkanı yaratdıqları üçün məşqçilərə, ilk gündən məni öz evimdəki kimi hiss etdirən məşqçi heyətinə və komanda yoldaşlarıma təşəkkür edirəm. Burada ömürlük dostluqlar qazandım.

Azarkeşlərə də xüsusi təşəkkürümü bildirirəm. Davamlı dəstəyinizə və mənə göndərdiyiniz saysız-hesabsız müsbət mesajlara görə minnətdaram. Siz mənə hər zaman özünüzdən biri olduğumu hiss etdirdiniz!

Bu klubdan böyük minnətdarlıq və dolu bir ürəklə ayrılıram.

Kluba və burada çalışan hər kəsə gələcəkdə sonsuz uğurlar arzulayıram. Həqiqətən, buna layiqsiniz.

Təşəkkür edirəm, Bakı! Təşəkkür edirəm, “Qarabağ” ailəsi!”

“Çelsi” milli üzvü ilə anlaşdı

İsveçrə millisinin və “Sanderlend”in futbolçusu Qranit Caka karyerasını “Çelsi”də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London klubu yarımmüdafəçi və klubu ilə razılığa gəlib. Keçidin yaxın zamanda açıqlanacağı gözlənilir.

Caka 2025-ci ildən “Sanderlend”də çıxış edir. O, daha əvvəl “Bayer” və “Arsenal”da forma geyinib.

“Millidə daha sərbəst oynayıram” – Bellingem

İngiltərə milli komandasının futbolçusu Cud Bellingem DÇ-2026-da Panamaya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, komandasının 2:0 hesabıyla qələbə qazandığı matçda bir qol, bir məhsudlar ötürmə ilə yadda qalan yarımmüdafiəçi bunları deyib:

“Qrup mərhələsini lider kimi başa vurduq və xoşbəxtik. Qarşıda hələ yolumuz var və maksimum irəliləməyə çalışacağıq.

Millidə daha sərbəst oynayıram. “Real”da isə belə deyil. Buna baxmayaraq, meydanda olduğum müddətdə əlimdən gələnin ən yaxşısını edirəm ki, faydalı ola bilim”.

“Yeni transferlərimiz yaxşı futbolçulardır, “Neftçi”ni gücləndirəcəklər”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə təlim-məşq toplanışının ilk mərhələsini dəyərləndirib:

“Elə alındı ki, biz UEFA Konfrans Liqasına ikinci mərhələdən başlayacağıq. Ona görə də oyunlarımız 23 və 30 iyul tarixlərində olacaq. Bu səbəbdən daha çox vaxtımız oldu və biz 8 günlük mikro tsiklimizə iyunun 20-də Bakıdakı təlim-məşq bazamızda başladıq. Təlim-məşq toplanışı keçdik. Düşünürəm ki, hər şey istədiyimz kimi alındı. Futbolçularla yaxşı işlədik. Əsas fundamentimizi elə qoyduq ki, işimizi davam etdirə bilək. Hər şey yeni başlayır. Toplanışın ilk mərhələsinin sonuncu günündə ikitərəfli oyun keçirdik. Birgünlük istirahətin ardından iyunun 29-da iki həftəlik təlim-məşq toplanışı keçmək üçün Sloveniyaya gedəcəyik. Orada isə daha çox texniki-taktiki gedişlər üzərində işləyəcəyik, oyunlar keçirib heyət formalaşdıracağıq. Sloveniyada 4 yoxlama matçı təşkil edəcəyik. İyulun 14-də geri qayıdacağıq. Daha sonra bir həftəlik mikro tsikldə ilk rəsmi oyunumuza hazırlaşacağıq”.

O, yay transfer dönəmində komandaya cəlb olunmuş futbolçular haqda təəssüratlarını bölüşüb:

“Mən dekabrda “Neftçi”yə gələndən sonra biz çempionatın ilk hissəsini başa vurub təlim-məşq toplanışı keçmək üçün Əbu-Dabiyə getdik. O vaxtdan heyəti gücləndirmək üçün çalışmağa başladıq. Bilirdik ki, bizə yeni nəfəs lazım olacaq. Ona görə də geridə qalan 5-6 ay ərzində axtarışda idik. Bu müddətdə çalışan skautlarımıza da minnətdaram. Onlar əllərindən gələni etdilər, uyğun futbolçuları tapıb heyətə qazandırdılar. İnanıram ki, bu transferlər bizə böyük fayda verəcək. Hər biri uğurlu seçimdir. Məsələn, Rüfət Abbasov gənc oyunçudur, millinin də üzvüdür. Onunla hər şey yeni başlayır. Biz birlikdə çalışacağıq. Bildiyimə görə “Neftçi”nin yetirməsidir. Qravilyon da yaxşı mərkəz müdafiəçisidir. Həm sağ cinah da, həm də “6” və “8” nömrə mövqelərində oynaya bilər. Fikrimcə, yaxşı güclənmişik. Hücuma gəlincə, Klisman kollektivə çox yaxşı qatıldı. Onunla 8 gün çalışdıq və gördüm ki, çox peşəkar insandır. O, zəhmətkeş və öz üzərində işləyən futbolçudur. Biz də məhz belə oyunçu istəyirdik. Həmçinin Lyubomir Tupta elə hücumçudur ki, bütün cəbhə boyunca – həm vinger, həm mərkəz hücumçusu, hətta “10” və “8” nömrə mövqelərində də oynaya bilər. İstəyirəm ki, futbolçularımızın oyun profili geniş olsun. Onların yalnız sol cinah müdafiəçisi kimi çıxış etmələrini istəmirik. Hər mövqedə oynamağı bacarmalı və lazım gələndə  bunu etməlidirlər. Futbolçularımız istənilən mövqedə çıxış etməyə hazırdır. Hesab edirəm ki, yeni transferlərimiz keyfiyyətli oyunçulardır. Birlikdə “Neftçi”ni daha da gücləndirəcək və qarşımızda duran hədəflərə çatacağıq”.

Yuri Vernidub transfer işləri və “Neftçi” ilə icarə müddəti başa çatmış Freddi Varqasın mümkün keçidi ilə bağlı məlumat verib:

“Hər gün işləyirik. Bizim çox yaxşı seleksiya şöbəmiz var. Onların işləri çoxdur, hər gün çalışırlar. Bizə yeni-yeni təkliflər göndərirlər, biz isə baxırıq, seçirik. Bu planda hər şey çox gözəldir. Seleksiya xidmətinin yüksək səviyyədə olmasından çox razıyam. Freddi Varqasa gəlincə, bilirsiniz ki, bizdə icarədə idi, amma icarədən sonra məxsus olduğu İsrail klubuna qayıtdı. Bəzi məsələlərlə bağlı suallar var, amma biz yenə də gözləyirik. Klub rəhbərliyimiz bu məsələ üzərində çalışır. Mümkündür ki, hər şey istədiyimiz kimi alınsın və Varqas geri qayıdıb əvvəlki kimi komandamıza kömək etsin. Xüsusilə son 9 oyunda hücumçu mövqeyində oynayırdı. Düşünürəm ki, bununla heyətimiz daha da yaxşı güclənmiş olacaq. Hazırda bu barədə nəsə deyə bilmərəm, amma klub rəhbərliyi bu məsələ üzərində çalışır”.

Təcrübəli mütəxəssis onunla müqavilə müddətinin artırılmasına da münasibət bildirib:

“Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə böyük etimad göstərdilər. Yeni müqavilə ilə bağlı sual verəndə onlara demişdim ki, əgər hər şey yaxşıdırsa, yeni müqaviləyə niyə qol çəkməyək?! Burada məni hər şey qane edir. Bakı gözəl şəhərdir. Azərbaycan çempionatı heç də zəif deyil, hətta deyərdim ki, kifayət qədər güclüdür. Komandalar qarşılarına yüksək hədəflər qoyurlar. Bu layihə də mənə çox maraqlı gəldi və təklifi dərhal qəbul etdim. Yeni müqavilə və göstərilən etimada görə klub rəhbərliyinə bir daha təşəkkür edirəm. Bilirsiniz ki, 1 illik müqaviləm var idi, artıq anlaşma müddəti 2 illikdir. Buna görə də məşqçi heyəti və futbolçularla birlikdə daha çox çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, “Neftçi” layiq olduğu yerdə qərar tutsun. Bu da, bilirsiniz ki, ən yüksək mövqelərdir”.

Baş məşqçi böyük dəstəyə görə azarkeşlərə təşəkkür edib:

“Ağlasığmaz dəstəyə görə azarkeşlərə minnətdaram. Çempionatda bizə çox böyük dəstək oldular. Onlarsız işimiz çox çətin olardı. Bununla yanaşı, istərdim ki, bizi daha da çox dəstəkləsinlər, oyunlarımıza daha çox gəlsinlər. Arzum odur ki, “Neftçi”nin stadionu hər oyunda tam dolu olsun. Həqiqətən də, tribunalarda çox adam olanda, hamı bizim kluba azarkeşlik edəndə çox gözəl atmosfer yaranır. Hər kəsə xüsusi zövq verir. Ötən mövsümdə göstərdikləri dəstəyə görə azarkeşlərə bir daha təşəkkür edirəm. Ümid edirəm, yeni mövsümdə də bizi eyni coşqu ilə dəstəkləyəcəklər. Matçlarımıza gəlin, biz də əlimizdən gələni edəcəyik ki, oyunlarımız sizə sevinc bəxş etsin”.

“İnter”dən Hakanla bağlı qərar

“İnter” futbolçusu Hakan Çalhanoğlu ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, “neradzurra” türkiyəli yarımmüdafiəçinin müqaviləsini uzatmayacaq. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

32 yaşlı futbolçu 2021-ci ildən “İnter”də çıxış edir. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.

Hakan ötən mövsüm 22 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.

Skaloni: “Bu, onun xarakterindən xəbər verir”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-da İordaniyaya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis matçda (3:1) bir qol vuran Lionel Messinin ikinci hissədə oyuna daxil olmasının səbəbini açıqlayıb:

“Messi startda başlaya və daha çox qollar vura bilərdi. Sadəcə o, komanda yoldaşlarının da şans qazanmasını istədi. Messi onların da gələcəyini düşünür və bu, onun xarakterindən xəbər verir”.

Messi 6 qolla mundialın bombardiridir.

“Bavariya”dan Premyer Liqa klubuna

“Fulhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bavariya”dan Con Kusi-Asareni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı hücumçu ilə 5+1 illik müqavilə imzalanıb.

Kusi-Asare ötən mövsümü “Fulhem”də icarədə keçirib. O, əsas komanda ilə 10 oyunda meydana çıxıb.

Milli qrupda qaldı, baş məşqçi istefa verdi

Şotlandiya millisində baş məşqçi Stiv Klark vəzifəsindən ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandasının DÇ-2026-dakı uğursuz çıxışına görə istefa verib.

Şotlandiya mundialda Braziliya, Haiti və Mərakeşlə bir qrupda mübarizə aparıb. 3 xalla 3-cü yeri tutan şotlandlar qrupdan çıxa bilməyib.

Messi – bombardir

DÇ-2026-da qrup mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Argentina millisinin hücumçusu Lionel Messi bombardirlik yarışında zirvədə yer alıb. Kapitan keçirdiyi 3 matçda 6 qola imza atıb.

Messi dünya çempionatlarının qrup mərhələlərində ən azı 6 qol vuran beşinci futbolçu kimi tarixə düşüb. Daha əvvəl bu göstəriciyə macarıstanlı Sandor Koçiş (7 qol, 1954), alman Gerd Müller (7 qol, 1970), fransız Jüst Fonten (6 qol, 1958) və rusiyalı Oleq Salenko (6 qol, 1994) nail olub. 

“Zirə”nin rəqibi finala yüksəldi

“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Torpedo” Gürcüstan Superkubokunda yarımfinal oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Kutaisi təmsilçisi finala vəsiqə uğrunda “Dila Qori” ilə qarşılaşıb. Matç “Torpedo”nun minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.

Komanda finalda “İberiya 1999” ilə üz-üzə gələcək.

“Zirə” Konfrans Liqasında ilk oyunu iyulun 8-də Sumqayıtda keçirəcək. Cavab görüşü iyulun 16-da Kutaisidə baş tutacaq.

DÇ-2026: pley-off cütləri və təqvim

DÇ-2026-da 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Futbolpress.az cütləri və təqvimi təqdim edir:

1/16 final mərhələsi

28 iyun, saat 23:00
CAR – Kanada

29 iyun, saat 23:00
Braziliya – Yaponiya

30 iyun, saat 00:30
Almaniya  – Paraqvay

30 iyun, saat 05:00
Niderland – Mərakeş

30 iyun, saat 21:00
Kot d’İvuar – Norveç

1 iyul, saat 01:00
Fransa – İsveç

01 iyul, saat 05:00
Meksika  – Ekvador

1 iyul, saat 20:00
İngiltərə – Konqo DR

2 iyul, saat 00:00
Belçika  – Seneqal

2 iyul, saat 04:00
ABŞ – Bosniya və Herseqovina

2 iyul, saat 23:00
İspaniya – Avstriya

3 iyul, saat 03:00
Portuqaliya – Xorvatiya

3 iyul, saat 07:00
İsveçrə – Əlcəzair

3 iyul, saat 22:00
Avstraliya – Misir

4 iyul, saat 02:00
Argentina – Kabo Verde

4 iyul, saat 05:30
Kolumbiya – Qana 

Qurbanov: “Bu istək və templə davam edəcəyik”

Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən “VSG Tirol” (Avstriya) – “Qarabağ” yoxlama oyunundan (0:4) sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, klubun saytına danışan mütəxəssis bunları deyib:

“Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti keçməsinə baxmayaraq, futbolçular meydanda yaxşı mübarizə apardılar. Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir. Əlbəttə ki, optimal formadan hələ uzağıq. Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidilər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istək və templə davam edəcəyik”.

UFC: gecənin döyüşünü Fiziyev qazandı

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın əsas döyüşü azərbaycanlı Rafael Fiziyevlə meksikalı Manuel Torres arasında baş tutub.

Görüş Fiziyevin qələbəsiylə başa çatıb. O, ikinci turda rəqibini nokaut edib.

 

Nazim Sadıxov nokautla uduzdu

Bakıda “UFC Fight Night” turniri keçirilir.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov  yarımorta çəkidə braziliyalı Mateus Kamilo ilə qarşılaşıb. Döyüş rəqibin qələbəsiylə başa çatıb.

Daha əvvəl Tahir Abdullayev braziliyalı Cefferson Nasimentoya, Fərman Həsənov isə amerikalı Erik Nolana qalib gəlib.

Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Savo het-trik etdi, “Qarabağ” qələbə qazandı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yerli “Tirol”la qarşılaşıb. Matç “atlılar”ın darmadağını ilə başa çatıb – 4:0. Qolları yeni transferi Zakaria Savo (3) və Kamilo Duran vurub.

“Qarabağ” Avstriyada daha iki oyun keçirəcək. Komanda iyulun 1-də əvvəlcə Ukraynanın “Xarkov”, daha sonra Macarıstanın “Ferentsvaroş” komandası ilə üz-üzə gələcək.

UFC: Fərman da qələbə qazandı

Bakıda “UFC Fight Night” turniri keçirilir.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov yarımorta çəkidə amerikalı Erik Nolanla qarşılaşıb. Döyüş Həsənovun qələbəsiylə başa çatıb.

Daha əvvəl Tahir Abdullayev braziliyalı Cefferson Nasimentoya qalib gəlib.

Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

“Neftçi”nin yeni ev forması – VİDEO

“Neftçi” yeni mövsüm üçün ev formalarını təqdim edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Əfsanə zolaqlı” adını daşıyan, 2026/27 mövsümünün ev oyun dəsti, “Neftçi”nin 90 illik tarixinə ehtiram əlaməti olaraq, klubun əfsanəvi ağ-qara zolaqlarını yenidən meydanlara qaytarır.

Klub tarixində ən çox istifadə olunan və “Neftçi” kimliyinin ayrılmaz simvoluna çevrilən zolaqlı forma yeni mövsümdən etibarən yenidən əsas ev forması kimi istifadə olunacaq.

“Kappa” tərəfindən eksklüziv olaraq “Neftçi” üçün hazırlanan formada ağ rəngin üstünlük təşkil etdiyi klassik dizayn klubun zəngin keçmişi ilə gələcəyə olan iddiasını bir araya gətirir. Formanın boyun hissəsində “Neftçi”nin 90 illik yubileyinə həsr olunmuş xüsusi loqo yer alır. Bu detal klubun şanlı tarixini, nəsilləri birləşdirən irsini və yubiley mövsümünün ruhunu əks etdirərək formaya xüsusi məna qazandırır.

“Çelsi”nin futbolçusu italyanların hədəfində

Müdafiəçi Trevo Çaloba “Çelsi”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, İtaliyanın “İnter” və “Komo” klubu futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Hər iki klub yaxın zamanda londonlularla danışıqlara başlayacaq.

Çaloba ötən mövsüm “Çelsi” ilə Premyer Liqada 34 oyunda 3 qol vurub.

Kim gəlir, kim gedir? – YENİLƏNİR

Azərbaycan Premyer Liqası klubları 2026/27 mövsümünün transfer çalışmalarına start verib.

“FutbolPress” Premyer Liqa təmsilçilərinin transferlərini təqdim edir:

“Sabah”

Gələnlər: Yunis Laçabı (“Lill”, Fransa – icarə) Eyden Makkarti (son klubu – “Kayzer Çifs”, CAR), Junior Erivaldo Almeyda (“Maritumu”, Portuqaliya), Patrik Orfe Mbina (“Maribor”, Sloveniya)
Gedənlər: Cesse Sekidika, Pavol Şafranko, Nicat Mehbalıyev, Amin Seydiyev, Andrey Santos (“İberiya” (Gürcüstan) – icarə)
Müqaviləsi artırılanlar: Velko Simiç, Coy-Lens Mikels, Stas Pokatilov, Tellur Mütəllimov, Patrik Orfe Mbina

“Qarabağ”

Gələnlər: Zakaria Savo ( “Aris”, Kipr), Jali Muaddib (“Omoniya”, Aradippou Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya), Martin Zlomisliç (“Riyeka”, Xorvatiya)
Gedənlər: Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç (“Farense”, Portuqaliya), Amin Ramazanov, Leandro Andrade (“Polessye”, Ukrayna)
Müqaviləsi artırılanlar: Pedro Bikalyo, Bədavi Hüseynov

“Turan Tovuz”

Gələnlər: Dioqo Balau (“Şamaxı”)
Gedənlər: Filip Ozobiç, Şəhriyar Əliyev, Tural Bayramlı, Sergey Samok, Ayxan Hüseynov (“Zirə”)
Müqaviləsi artırılanlar: İbrahima Vadji

“Neftçi”

Gələnlər: Rüfət Abbasov (“Şamaxı”), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Lyubomir Tupta (AEL, Yunanıstan)
Gedənlər: Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov (“Pafos”), Cordan Rezabala
Müqaviləsi artırılanlar: Elvin Camalov, Emin Mahmudov, Emil Balayev

“Zirə”

Gələnlər: Amin Seydiyev (“Sabah”), Maykon Kleyton (son klubu “Portimonense”, Portuqaliya), Vierinya (“Olimpiakos”, Kipr), Ayxan Hüseynov (“Turan Tovuz”)
Gedənlər: Tiaqo Silva, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Anatoli Nuriyev, Ayron Qomis
Müqaviləsi artırılanlar: Eren Aydınla, Davit Volkov,  Aydın Bayramov, Elçin Əlicanov, Enrike Kustodio, Qismət Alıyev

“Araz Naxçıvan”

Gələnlər: Cavid Hüseynov (baş məşqçi), Luka Dumançiç (“Persis”, İndoneziya), Rəşad Həsənov (Son klubu “Cəbrayıl”), Alberto Fernandes, Rövlan Muradov (“Zirə”)
Gedənlər: Andrey Demçenko (baş məşqçi), Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala, Urfan Abbasov
Müqaviləsi artırılanlar: Slavik Alxasov, Ömər Buludov, Tərlan Əhmədli, Ülvi İsgəndərov, İbrahim Piriyev

“Sumqayıt”

Gələnlər: 
Gedənlər: Sənan Muradlı, Aleksandr Ramalinqom, Rayan Senhadji, Saşa İliç (baş məşqçi)
Müqaviləsi artırılanlar: 

“Şamaxı”

Gələnlər: Azər Bağırov (baş məşqçi, “Kəpəz”), Sənan Muradlı (“Sumqayıt” – icarə) Emin Rüstəmov (“Karvan-Yevlax”) Uğur Cahangirov (“Karvan-Yevlax”), Ceyhun Bağırzadə (“Qəbələ”)
Gedənlər:  Alfons Mabula Msanqa, Ravil Qafarov, Sezar Enrike, Bilal İsmayılov, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tirkoveanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Ayxan Abbasov (baş məşqçi), Dioqo Balau
Müqaviləsi artırılanlar: Abdulla Seydəhmədov, Həbib İsmayılov

“İmişli”

Gələnlər: Seyxan Fərəcov (MOİK)
Gedənlər: Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev
Müqaviləni artıranlar: Azər Salahlı, Tuncay Yusifli, İmam Əli

“Kəpəz”

Gələnlər: Azər Məmmədov (baş məşqçi)
Gedənlər: Azər Bağırov (baş məşqçi), Rauf Hüseynli, Məmməd Hüseynov
Müqaviləsi artırılanlar: Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska

“Qəbələ”

Gələnlər:
Gedənlər: 
Adriel Ba LouaMurad Musayev, Rza Cəfərov, Sambu Sissoko, İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Mehrac Baxşalı (icarə  – “Şahdağ Qusar”), Domi Massumo (“Alaşkert”, Ermənistan)
Müqaviləsi artırılanlar: 

“Şəfa”

Gələnlər: Zaur Həşimov (baş məşqçi), Məmməd Hüseynov (“Kəpəz”) Arsen Ağcabəyov (“Şamaxı”), Rauf Hüseynli (“Kəpəz”), Nicat Mehbalıyev (“Sabah”), Murad Musayev (“Qəbələ”)
Gedənlər: Elgiz Kərəmli (baş məşqçi), Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Novruz Məmmədov, Aqşin Paşayev, Urfan İsmayılov, Vüqar Həsənov, Ruslan Hacıyev
Müqaviləsi artırılanlar: Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli, Nahid Əliyev

“Fənərbağça” Tovuza gələcək

Növbəti mövsümə daha iddialı olmağı hədəfləyən “Turan Tovuz” rəhbərliyi azarkeşlərinə futbol bayramı yaşatmağı planlaşdırır.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyinin Türkiyə təmsilçisi “Fənərbağça”ya yoldaşlıq oyunu ilə bağlı müraciəti müsbət qarşılanıb. Tovuz şəhər stadionunda keçiriləcək matçın vaxtı hələ dəqiqləşməyib.

Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən “Turan” 1994-cü ildə məhz “Fənərbağça” ilə qaşılaşmışdı və ölkə futbol tarixinə ilk avrokubok təmsilçisi kimi düşmüşdü.

“Arsenal” “sambaçı” ilə güclənmək istəyir

“Arsenal” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, London klubu “Nyukasl”ın və Braziliya millisinin futbolçusu Bruno Gimaraeslə maraqlanır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Topçular” yarımmüdafiəçi üçün 55 milyonluq təklif hazırlayıb. Klublar arasında danışıqlar yaxın zamanda başlayacaq.

Gimaraes Braziliya millisi ilə dünya çempionatındadır.

“Səbail” sabiq futbolçusunu qaytardı

2026/27-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “dənizçilər” Bahadur Həziyevlə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi əvvəlki illərdə də “Səbail”in şərəfini qoruyub. O, son olaraq “Mingəçevir”də çıxış edib.

Bakı klubu yeni mövsümdə I Liqada mübarizə aparacaq.

Tahir Abdullayev Bakıdakı UFC döyüşündə qələbə qazandı

Bakıda “UFC Fight Night” turnirinə start verilib.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev yarımorta çəkidə braziliyalı Ceferson Nasimento ilə qarşılaşıb. Döyüş Abdullayevin qələbəsiylə başa çatıb.

Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

“Xalqımdan üzr istəyirəm”

Uruqvay millisinin qapıçısı Fernando Muslera DÇ-2026 ilə vidalaşmaları haqqında açıqlama verib.

Futbolpress.az xəbər verir ki, turnirdə kobud səhvlərlə yadda qalan qolkiper bunları deyib:

“Yaxşı mundial keçirmədim. Xalqımdan üzr istəyirəm. Heç vaxt bu qədər məyus olmamışdım. Hər sahədə olduğu kimi futbolda da yanlışlar qaçılmazdır. Bu, bəhanə deyil. Qapıçı da səhvlər edə bilər. Bəzən çox şey edərsən, bəzən isə çox şeyi qaçırarsan…”

Uruqvay yığması qrupda 2 xalla 3-cü olub və mundialı tərk edib.

İranlı futbolçu: “Turnirdən çıxmağımız üçün hər şeyi edirlər”

İran millisinin futbolçusu Mehdi Taremi açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu DÇ-2026-da komandasına bilərəkdən təzyiqlər olduğunu deyib:

“FIFA və ABŞ nümayəndələri bizim mundialdan çıxmağımızı istəyir. Bunu hiss edirsiniz? Hər şeyə qarşı döyüşmək məcburiyyətindədir. Ev sahibi ölkədə qala bilmirik, hər oyun üçün səyahət edirik və ciddi yoxlanışdan keçirik. Bizim turnirdən çıxmağımız üçün hər şeyi edirlər”.

İran yığması G qrupunu 3 xalla 3-cü sırada başa vurub. Milli ən yaxşı üçüncülər arasında olmaq şanslarını davam etdirir.

DÇ-2026: qrup mərhələsinə yekun vuruldu – NƏTİCƏLƏR

Bu gün dünya çempionatında qrup mərhələsinin üçüncü turuna yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə L, K və J qrupunun qarşılaşmaları keçiriləcək.

L qrupunda “Turan Tovuz”un legioneri Roderik Millerin çıxış etdiyi Panama İngiltərə ilə qarşılaşıb. Matç ingilislərin qələbəsiylə başa çatıb. Qrupun digər görüşündə Xorvatiya Qanaya qalib gəlib.

K qrupunda Kolumbiya Portuqaliya ilə heç-heçə edib. Konqo Özbəkistana qalib gəlib.

DÇ-2026
Qrup mərhələsi, III tur

28 iyun

L qrupu

01:00 İngiltərə – Panama 2:0
Qollar: Bellingem, 62, Keyn, 67

01:00 Xorvatiya – Qana 2:1
Qollar:
P.Suçiç, 31, N.Vlasiç,83 – Luçkassen, 74

Xal durumu: İngiltərə – 7, Xorvatiya – 6, Qana – 4, Panama – 0.

K qrupu

03:30 Kolumbiya – Portuqaliya 0:0

03:30 Konqo – Özbəkistan 3:1
Qollar: Y.Vissa, 68, 90+1, F.Mayele, 78 – E.Şomurodov, 16

Xal durumu: Kolumbiya – 7, Portuqaliya – 4, Konqo – 4, Özbəkistan – 0

J qrupu

06:00 Əlcəzair – Avstriya 3:3
Qollar: R.Belqali, 45, R,Mahrez, 60, 90+3 – M.Arnautoviç, 28, M.Sabitser, 56, S.Kalayçiç, 90+6

06:00 İordaniya – Argentina 1:3
Qollar: M.Tamari, 55 – L.Çelso, 19, L,Martines, 31 (pen.), L.Messi, 80

Xal durumu: Argentina – 9, Avstriya – 4, Əlcəzair – 4, İordaniya – 0

Ukrayna klubu Andradeni təqdim etdi

Ukraynanın “Polessye” klubu “Qarabağ”dan Leandro Andradeni transfer edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Jitomir təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kabo verdeli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Polessye” Andradeni 3.5 milyon avro qarşılığında transfer edib.

Leandro yeni klubunda 11 nömrəli formanı geyinəcək.

“Neftçi” hazırlığın ilk mərhələsini başa vurdu

“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə baş məşqçi Yuri Vernidub komandanın üzvlərini “Palms Sports” Futbol Mərkəzində keçirilən ikitərəfli oyunda sınayıb. Hərəsi 30 dəqiqədən ibarət olan iki hissəli oyunda baş məşqçinin ixtiyarında olan bütün futbolçular, o cümlədən əvəzedici komandadan cəlb edilmiş oyunçular forma geyinib.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində təşkil olunacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq “ağ-qaralar” orada 4 yoxlama görüşü keçirəcək.

Skalonidən Messi ilə bağlı qərar

Argentina millisi DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda İordaniya ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “tanqoçular”ın kapitanı Lionel Messi bu matça ehtiyatda başlayacaq. Bu barədə komandanın baş məşqçisi Lionel Skaloni yerli mətbuata açıqlamasında deyib. O, kapitanın ikinci hissədə meydana daxil olacağını qeyd edib.

Argentina iki turdan sonra 6 xalla qrupunda liderdir. İordaniya ilə matç sabah, saat 06:00-da keçiriləcək.

Türkiyə klubu hücumçusunu 20 milyon avroya satır

“Trabzonspor”un futbolçusu Felipe Auqusto karyerasını Rusiyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “Zenit” braziliyalı hücumçunun transferi üçün türklərlə anlaşıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Sankt-Peterburq təmsilçisi Felipe üçün “Trabzonspor”a 20 milyon avro ödəyəcək.

Hücumçu ötən mövsüm Qaradəniz təmsilçisində 40 oyunda 15 qol vurub.

“Neftçi”nin sabiq futbolçusu Cənubi Koreyada klubunu dəyişdi

“Neftçi”nin sabiq futbolçusu Kilan Lebon Cənubi Koreyada klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, “Jeonnam Draqons”da çıxış edən cinah oyunçusu “Suvon”a keçib. Bu barədə futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

“Suvon” K2 Liqasında mübarizə aparır.

Lebon 2023-2025-ci illərdə “Neftçi”nin formasını geyinib.

Mourinyo onu “Real”da istəmir

Fransalı futbolçu Eduardo Kamavinqa “Real”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Kamavinqa yeni baş məşqçi Joze Mourinyonun planlarına daxil deyil. Mütəxəssis rəhbərlikdən yarımmüdafiəçinin satılmasını istəyib.

İngiltərənin “Mançester Yunayted” və “Liverpul” klubu Kamavinqa ilə bir müddətdir, maraqlanır. Futbolçu dünya çempionatından sonra qərarını verəcək.

Kamavinqa 2021-ci ildən “Real”da çıxış edir. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

“Qarabağ” Leandro ilə vidalaşdı – rəsmi

“Qarabağ” futbolçusu Leandro Andradenin transferi ilə bağlı Ukraynanın “Polesye” klubunun təklifini və yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb.

Futbolpress.az xəbər verir ki, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinən kabo-verdeli futbolçu “atlılar”ın heyətində 2021/22, 2022/23, 2023/24 və 2024/25 mövsümlərində Azərbaycan çempionu olub. O, həmçinin 2021/22 və 2023/24 mövsümlərində Azərbaycan Kubokunun qalibi adını qazanıb.

Andrade “Qarabağ”ın 2023/24 mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025/26 mövsümündə isə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsində pay sahibi olub. Kabo-verdeli futbolçu həmçinin 2022/23 və 2024/25 mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021/22 və 2022/23 mövsümlərində isə UEFA Konfrans Liqasının pley-off mərhələsində çıxış edib.

Leandro “Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.

Andrade “Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.

Milli üzvü klubunu dəyişdi

Niderland millisinin futbolçusu Vut Veqorst klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, hücumçu “Ayaks”dan “Tvente”yə keçib. Bu barədə klubların mətbuat xidmətləri məlumat yayıb.

Veqorst ötən mövsüm “Ayaks”da 34 oyunda 9 qol vurub. O, klubu azad agent kimi tərk edib.

Veqorst Niderland millisi ilə dünya çempionatındadır.

DÇ-2026: dəqiqləşən pley-off cütləri

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin III turunun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, artıq 28 komandanın pley-off oynayacağı dəqiqləşib.

Son çempion Argentina 1/8 finala vəsiqə uğrunda Kabo Verde ilə qarşılaşacaq.

Digər 7 cütlük isə J, K və L qruplarında keçiriləcək sonuncu turun oyunlarından sonra dəqiqləşəcək.

DÇ-2026
Pley-off cütləri

CAR – Kanada
28 iyun, saat 23:00

Braziliya – Yaponiya
29 iyun, saat 23:00

Almaniya  – Paraqvay
30 iyun, saat 00:30

Niderland – Mərakeş
30 iyun, saat 05:00

Fil Dişi Sahili – Norveç
30 iyun, saat 21:00

Fransa – İsveç
1 iyul, saat 01:00

ABŞ – Bosniya və Herseqovina
2 iyul, saat 04:00

Avstraliya – Misir
3 iyul, saat 22:00

Argentina – Kabo Verde
4 iyul, saat 02:00

İngiltərə millisində ciddi itki

İngiltərə milli komandası ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, yığmanın müdafiəçisi Ris Ceyms sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Tomas Tuxel yerli mətbuata açıqlamasında deyib.

Ceyms millinin dünya çempionatında keçirəcəyi növbəti iki oyunu buraxacaq.

İngiltərə yığması mundialda L qrupunda 4 xalla birinci sıradadır. Komanda pley-offa vəsiqəni təmin edib, ancaq rəqib hələ məlum deyil.

“Qarabağ”ın Avstriyada ilk sınağı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yerli “Tirol”la qarşılaşacaq. Matça saat 19:00-da start veriləcək.

“Qarabağ” Avstriyada daha iki oyun keçirəcək. Komanda iyulun 1-də əvvəlcə Ukraynanın “Xarkov”, daha sonra Macarıstanın “Ferentsvaroş” komandası ilə üz-üzə gələcək.

“Şaxtyor” ev oyunlarını İngiltərədə keçirə bilər

Ukraynanın “Şaxtyor” klubu Çempionlar Liqasında ev oyunlarını İngiltərədə keçirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Luis Larqo məlumat yayıb. Donetsk klubu ev oyunlarını “Brentford”un stadionunda keçirmək üçün Premyer Liqa təmsilçisi ilə danışıq aparır.

UEFA Rusiya ilə Ukrayna arasındakı müharibə səbəbindən sözügedən ölkələrdə avrokubok oyunlarının keçirilməsinə qadağa qoyub.

“Bavariya” avstriyalı ilə anlaşdı

“Bavariya” futbolçusu Konrad Laymerin müqaviləsini uzadacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb. Münhen klubu 29 yaşlı avstriyalı yarımmüdafiəçi ilə müddəti 2029-cu ilin yayına kimi olan anlaşma imzalayacaq.

Laymer 2023-cü ildən “Bavariya”da çıxış edir. O, komandada 190 oyunda 7 qol vurub, 21 məhsuldar ötürmə edib.

72 il sonra gələn het-trik

Fransalı hücumçu Usman Dembele DÇ-2026-da qrup mərhələsinin III turunda Norveçlə oyunda (4:1) het-trik edib.

Futbolpress.az xəbər verir ki, vinger 32 dəqiqəyə üç qola imza atıb. Bu, mundiallar tarixində 1954-cü ildən sonrakı ən sürətli het-trikdir.

1954 mundialında avstriyalı Erix Probst Çexslovakiya ilə matçda 24 dəqiqəyə üç qol vurmuşdu.

Bakıda UFC günü

Mütləq Döyüş Çempionatının (UFC) Bakıdakı ikinci turniri bu gün keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda ilkin döyüşlər saat 17:00-da, əsas qarşılaşmalar saat 20:00-da başlayacaq.

“UFC Fight Night Baku”da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

İlkin görüşlər

Tahir Abdullayev (Azərbaycan) – Cefferson Nasimento (Braziliya)

Bekzat Almakhan (Qazaxıstan) – Jan Matsumoto (Braziliya)

Daniil Donçenko (Ukrayna) – Teodor Berggen (İsveç)

Kaan Ofli (Avstraliya) – Xavyer Reyes (Kolumbiya)

Nursulton Ruziboev (Özbəkistan) – Andrey Pulyaev (Rusiya)

Abdul Rahman Yahyaev (Türkiye) – Culius Uolker (ABŞ)

Fərman Həsənov (Azərbaycan) – Erik Nolan (ABŞ)

Əsas döyüşlər

Abus Maqomedov (Almaniya) – Mixal Olekseyçuk (Polşa)

İkram Aliskerov (Rusiya) – Brunno Ferreyra (Braziliya)

Asu Almabayev (Qazaxıstan) – Çarlz Conson (ABŞ)

Nazim Sadıxov (Azərbaycan) – Mateus Kamilo (Braziliya)

Şarabutdin Maqomedov (Rusiya) – Mişel Pereyra (Braziliya)

Rafael Fiziyev (Azərbaycan) – Manuel Torres (Meksika)

Sabiq “Bakı”lı özünə iş tapdı

Türkiyəli mütəxəssis Bülent Korkmazın yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, “Antalyaspor” komandasının “sükanı” mütəxəssisə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Korkmazla müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Son iş yeri “Erokspor” olan Bülentin yolu Azərbaycandan da keçib. O, 2009/10 mövsümündə keçmiş “Bakı” klubuna rəhbərlik edib.

Uruqvayın məğlubiyyəti onları növbəti mərhələyə yüksəltdi

DÇ-2026-da pley-off mərhələsinə yüksələn daha dörd komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, H qrupunda Uruqvayın İspaniyaya məğlub olması (0:1) ilə digər qruplardakı üç milli son oyunu keçirməməsinə baxmayaraq, növbəti mərhələyə vəsiqə əldə edib.

L qrupunun lideri İngiltərə, hazırda qrupda ikinci olan Qana, K qrupunda isə ikinci pillədəki Portuqaliya və G qrupunun lideri Misir pley-offa adlayıb.

Komandaların rəqibləri bu gün baş tutacaq oyunlardan sonra məlum olacaq.

DÇ-2026: pley-off mərhələsinin daha üç cütü bilindi

DÇ-2026-da pley-off mərhələsinin daha üç cütü məlum olub.

Futbolpress.az xəbər verir ki, qrupunu lider bitirən Fransa növbəti turda İsveçlə qarşılaşacaq.

Almaniya yığmasının rəqibi Paraqvay olacaq.

Tarixində ilk dəfə pley-offa yüksələn Kabo Verde millisi isə 1/8 finala vəsiqə uğrunda son çempion Argentina ilə qarşılaşacaq.

“Neftçi”də slovak hücumçu

“Neftçi” hücumçu transferini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, slovakiyalı Lyubomir Tupta “ağ-qaralar”ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 29 nömrəli formanı geyinəcək.

Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir sonuncu klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.

Məşhur hücumçunun oğlu milli komanda seçimini etdi

Niderlandlı keçmiş hücumçu Robin van Persinin oğlu Şakil van Persi milli komanda seçimini edib.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı hücumçu Mərakeş yığmasında oynayacaq. Bu barədə “ZoneFRMF” portalı məlumat yayıb.

Şakil daha əvvəl Niderlandın aşağı yaş qruplarında oynayıb. O, bundan sonra Mərakeşin əsas millisində oynamaq qərarına gəlib.

Şakil van Persi “Feyenoord”da çıxış edir.

DÇ-2026: qol vura bilməyən bir komanda qaldı

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, mundialda mübarizə aparan 48 komanda arasında yalnız Panama hələ qol vura bilməyib.

Panamalılar L qrupunda İngiltərə, Qana və Xorvatiya ilə mübarizə aparır. Yığma Xorvatiya və Qanaya eyni hesabla – 0:1-lə uduzub.

Panama qrupda son oyununu sabah İngiltərəyə qarşı keçirəcək.

Qusarda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirildi

İyunun 26-da Qusar Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə reallaşan imtahanda Şimal bölgəsindən 297 cüdoçu iştirak edib.

İdmançılar yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

“Qarabağ”dan Bəhlulla bağlı AÇIQLAMA

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə müalicəsini və fərdi reabilitasiya proqramını xaricdə davam etdirir.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Aparılan müayinələrin nəticələrinə əsasən, xroniki simfizit (osteitis pubis) diaqnozu (qasıq nahiyəsində xroniki zədə) qoyulan Bəhlulun vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır və bərpa prosesi plan üzrə davam edir.

Əvvəlki zədə ilə bağlı əməliyyatdan sonrakı bərpa prosesi tam normal gedir və həmin nahiyə üzrə hər hansı narahatlıq və ya problem qeydə alınmayıb. Müdafiəçinin meydanlara qayıdışının təxminən 5 həftə ərzində baş tutacağı gözlənilir.

Bəhlulun qayıdış vaxtı funksional qiymətləndirmənin nəticələrinə əsasən müəyyən ediləcək.

DÇ-2026: Belçika darmadağınla pley-offda, Misir İranla “sülh”ə razılaşdı

Bu gün dünya çempionatında qrup mərhələsinin III turunun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, İ, H və G qrupunun son matçları baş tutacaq.

İ qrupunda Fransa ilə Norveç liderlik uğrunda üz-üzə gəlib. Matç fransızların qələbəsiylə başa çatıb. Seneqal isə İraqı darmadağın edib.

H qrupunda Kabo Verde Səudiyyə Ərəbistanı ilə heç-heçə edərək tarixində ilk dəfə iştirak etdiyi mundialda pley-offa yüksəlib.

G qrupunda Belçika Yeni Zelandiyanı darmadağın edib. Misir isə İranla heç-heçəyə razılaşıb.

DÇ-2026
Qrup mərhələsi, III tur

26 iyun

İ qrupu

23:00 Norveç – Fransa 1:4
Qollar: Asqaard, 22 – Dembele, 7, 20, 32, Due, 90+4

23:00 Seneqal – İraq 5:0
Qollar: Diarra, 4, Sarr, 56, Queye, 59, 71, Ndiaye, 82

Xal durumu: Fransa – 6, Norveç – 6, Seneqal – 0, İraq – 0

H qrupu

04:00 Kabo Verde – Səudiyyə Ərəbistanı 0:0

04:00 Uruqvay – İspaniya 0:1
Qol: A.Baena, 43

Xal durumu: İspaniya – 7, Kabo Verde – 3, Uruqvay – 2, Səudiyyə Ərəbistanı – 2

G qrupu

07:00 Yeni Zelandiya – Belçika 1:5
Qollar: E.Cast, 84 – L.Trossard, 28, 50, K.D.Bruyne, 66, R.Lukaku, 86, A.Salemakers, 90+4

07:00 Misir – İran 1:1
Qollar: M.Saber, 5 – R.Rezayan, 14

Xal durumu: Belçika – 5, Misir – 5, İran – 4, Yeni Zelandiya – 1

Azərbaycan cüdoçusu Çində “bürünc” qazandı

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk yarış günündə Azərbaycan millisi birinci medalını qazanıb.

Futbolpress.az xəbər verir ki, Əhməd Yusifov (-60 kq) bürünc mükafata yiyələnib. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edib.

Sabah daha 4 cüdoçumuz mübarizəyə qoşulacaq.

 

“Neftçi” baş məşqçisi ilə müqaviləni uzatdı

“Neftçi”də baş məşqçi Yuri Vernidubla yeni müqavilə bağlanıb.

Futbolpress.az xəbər verir ki, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Hafiz Zeynalov və Baş İcraçı Direktor Cenk Sümerin iştirakı ilə keçirilən imza mərasimində ukraynalı mütəxəssisin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.

Klubun Müşahidə Şurasının sədri Hafiz Zeynalov baş məşqçiyə Müşahidə Şurası tərəfindən böyük dəstək verildiyini bildirib:

“Klubumuz üçün xeyirli olsun! “Neftçi”nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də Konfrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik”.

“Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer birlikdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib:

“Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və loqomuza olan hörmətimizə göstərdikləri sarsılmaz dəstəyə, etibara və töhfələrə görə Müşahidə Şurasına səmimi qəlbdən təşəkkür edirəm. Bu ortaq öhdəlik bizi daha da gücləndirir. Baş məşqçi Yuri Verniduba “Neftçi”dəki fəaliyyəti müddətində nümayiş etdirdiyi sonsuz həvəs və zəhmətinə görə minnətdaram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq”.

Ceyhun Sultanov klub prezidenti təyin edildi

“Araz-Naxçıvan” PFK-nın İdarə Heyətinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub. İdarə Heyətinin qərarına əsasən, Ceyhun Sultanov klubun prezidenti vəzifəsinə təyin edilib.

Qeyd edək ki, futbolçu kimi “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər-Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”, həmçinin İranın “Maşınsazi” klublarında çıxış edən Ceyhun Sultanov Azərbaycan milli komandasının da formasını geyinib, müxtəlif illərdə idarəçi kimi “Sumqayıt”, “Neftçi” və “Keşlə” klublarında fəaliyyət göstərib.

Neymar amerikalılara “yox” dedi

“Santos”un və Braziliya millisinin futbolçusu Neymar MLS-dən təklif alıb.

Futbolpress.az xəbər verir ki, “Sinsinnati” klubu hücumçunun transferi üçün bir müddətdir, danışıqlar aparır.

Hazırda Braziliya millisi ilə dünya çempionatında olan Neymar amerikalıların təklifini rədd edib. O, MLS-də daha iddialı klubda oynamaq niyyətindədir.

Neymar mundialda bir oyuna çıxıb. O, Şotlandiya ilə matçda (3:0) forma geyinib.

İtaliyalı futbolçu “Çelsi”yə transferini özü açıqladı

“Atalanta”nın futbolçusu Marko Palestra karyerasını “Çelsi”də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, müdaifəçi bu gün London klubu üçün tibbi müayinədən keçəcək. Palestra insayder Fabrizio Romanoya açıqlamasında transferini təsdiqləyib:

“Çelsi”yə qoşulacağam. Karyeramda yeni səhifə açıram, çox xoşbəxtəm”.

“Çelsi” Palestranı 55 milyon avro qarşılığında transfer edib.

İtaliyalı müdafiəçi ötən mövsümü icarə əsasında “Kalyari”də keçirib və A Seriyasında ilin ən yaxşı arxa xətt oyunçusu seçilib.

“Milan” PSJ-nin hücumçusunu istəyir

PSJ-nin futbolçusu Qonsalo Ramoş karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Milan” portuqaliyalı hücumçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qırmızı-qaralar” Ramoş üçün danışıqlara başlayıb.

Forvard PSJ-dən ayrılmağa müsbət yanaşır. O, az şans qazanmasından narazıdır.

Qonsalo ötən mövsüm Paris klubunda 45 oyunda 12 qol vurub.

Premyer Liqada 116 milyonluq transfer

“Nottingem Forest”in futbolçusu Elliot Anderson karyerasını “Mançester Siti”də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klublar ingilis futbolçunun transferi üçün 116 milyon funt-sterlinq qarşılığında anlaşıb. Keçidin yaxın zamanda açıqlanacağı gözlənilir.

Elliot Anderson İngiltərə millisi ilə dünya çempionatındadır. O, mundialda iki oyunda bir məhsuldar ötürmə edib.

“Sheki Open 2026”: şahmat festivalına yekun

“Azərbaycan Şahmat Turu” çərçivəsində ikinci yarış olan “Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, 9 turdan ibarət yarışın A turnirində 7 xal toplayan Azərbaycan şahmatçısı Vüqar Rəsulov birinci yeri tutub. Eyni xala malik Murad İbrahimli əlavə göstəricilərə görə ikinci yerlə kifayətlənib. İlk “üçlüy”ü daha bir təmsilçimiz İslam Hacıəliyev (6,5 xal) qapayıb.

B turnirində Emin Gəncəliyev, Məhəmməd Vəliyev (Qazaxıstan) və Vüsal Əhmədov 7 xal toplayıb. Əlavə göstəricilərə görə Emin Gəncəliyev B turnirinin qalibi adını qazanıb. Qazaxıstan şahmatçısı Məhəmməd Vəliyevlə həmyerlimiz Vüsal Əhmədov 2-3-cü yerləri bölüşdürüb.

C turnirində 8 xala malik Məhəmmədəli Allahverdiyev birinci pillədə qərarlaşıb. Yusif Quliyev yarışı ikinci, Fateh Mirzə isə üçüncü yerdə başa vurub.

Festival çərçivəsində rapid və blits yarışları da keçirilib. Rapid turnirində İslam Hacıəliyev, blitsdə isə Macarıstan təmsilçisi Sənan Sjugirov birincilik əldə edib.

Xatırladaq ki, “Sheki Open 2026” Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Azərbaycan Şahmat Turu” layihəsinin ikinci turniridir. Yarışda 10 ölkədən 400-dən çox şahmatçı mübarizə aparıb.

“Azərbaycan Şahmat Turu” layihəsində növbəti yarış Lənkəranda olacaq.

Azərbaycanı Çempionlar Liqasında onlar təmsil edəcək

Azərbaycan basketbolu növbəti mövsümdə FIBA Basketbol Çempionlar Liqasında iki klubla təmsil olunacaq.

Futbolpress.az xəbər verir ki, “Sabah” ardıcıl ikinci dəfə turnirin müntəzəm mövsümündə çıxış edəcək.

“Landau Lions” isə klub tarixində ilk dəfə Avropanın nüfuzlu turnirində mübarizə aparacaq və yarışa təsnifat mərhələsindən başlayacaq.

“Barselona”nın qapıçısı “Ayaks”a keçə bilər

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını Niderlandda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Ayaks” klubu qolkiperin transferi ilə bağlı danışıqlara başlayıb. Bu barədə AS nəşri məlumat yayıb. Bildirilir ki, Amsterdam təmsilçisinin baş məşqçisi Miçel Sançes rəhbərlikdən alman qapıçının transferini reallaşdırmağı xahiş edib.

Ştegen ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Jirona”da keçirib. Komandaya həmin vaxt məhz Sançes rəhbərlik edib.

Mütəxəssis ayın əvvəlində “Ayaks”a baş məşqçi təyin olunub.

Noyer Maradonanı arxada qoydu

Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatlarında 22-ci oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, qolkiper bu saya qrup mərhələsinin III turunun Ekvadorla matçında oynayaraq çatıb.

Noyer mundiallardakı oyun sayına görə argentinalı keçmiş futbolçu Dieqo Maradonanı ötüb.

Dünya çempionatlarında ən çox oyun keçirən isə Lionel Messidir – 28 matç.

“Qarabağ”da rekonstruksiya

Son mövsüm uzun illərin dominantlığını əldən buraxmağa məcbur olan “Qarabağ”ın yeni mövsümdə necə olacağı ən aktual suallardan biridir.

Kimisi deyir, “atlılar” artıq yavaş-yavaş baş roldan çəkiləcək, kimisi daha iddialı geridönüşə inanır.

Bəs necə olacaq?

Müşahidələrə əsasən deyə bilərik ki, “Qarabağ”ın uzun illər rəqabətsiz qalması klubu da, komandanı da arxayınlaşdırmışdı. Onlarda böhran dövründə rəftar instikti zəifləmişdi.

“Sabah”ın 2025/26 mövsümündəki performansı “Qarabağ” üçün həm panika, həm oyanış oldu.

Demək olar ki, “atlılar” səhnədən çəkilmək fikrində deyil, əksinə daha şiddətli istəklə geridönüş planları qururlar.

Bunu ilk növbədə transfer siyasətində görmək olar. Bugünə olan gedənlər və gələnlər qrafikinə nəzər yetirək:

Gələnlər:

1. Zakaria Savo (Hücumçu, “Yurqorden”, İsveç – dəyəri 750 min avro)

2. Jali Muaddib (Yarımmüdafiəçi, vinger “Omoniya”, Kipr – dəyəri 550 min avro)

3. Samuel Lobato (dayaq yarımmüdafiəçi, “Portimonense”, Portuqaliya – dəyəri 450 min avro)

4. ⁠Bruno Lanqa (sol cinah müdafiəçi, “Almeriya”, İspaniya – dəyəri 1 milyon avro)

5. Martin Zlomisliç (qapıçı, “Riyeka”, Xorvatiya – dəyəri 2 milyon avro)

6. Renaldo Sefas (vinger, “Pari NN”, Rusiya – dəyəri 900 min avro)

Gedənlər:

Fabian Buntiç – qapıçı, dəyəri 450 min avro

Amin Ramazanov – qapıçı, dəyəri 125 min avro

Kevin Medina – müdafiəçi, dəyəri 450 min avro

Toral Bayramov – müdafiəçi, 2 milyon avro

Emmanuel Addai – yarımmüdafiəçi, vinger, dəyəri 1.2 milyon avro

Ramil Şeydayev – hücumçu, dəyəri 600 min avro.

(Qeyd: qiymətlər “transfermarkt”a istinadən verilib, rəsmi məlumat deyil).

Görünür, Ağdam təmsilçisi bu mövsüm üçün daha çox pul xərcləyəcək və yerli futbolçulara elə də üstünlük verməyəcək. O başqa məsələ ki, “bazarda” tələblərə uyğun səviyyədə yerli futbolçu yox kimidir…

Beləliklə, “Sabah”a qapdırılan dominantlığın legionerləşmə strategiyası ilə geri qaytarılması hədəflənib. Bunu çətin ki, etiraf etsinlər. Və bu, şəxsi müşahidə və mülahizəyə əsaslanan subyektiv fikirdir.

Prosesin davamını izləməyə dəyər. Adını isə “Qarabağ”ın rekonstruksiyası” qoymaq olar. Çünki bu, son illərdəki sabit gedişatdan fərqli yanaşmadır.

Elçin Cəlilov

39 yaşında Asiya futbolunun tarixinə düşdü

Yaponiyalı futbolçu Yuto Naqatamo DÇ-2026-da ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, 39 yaşlı müdafiəçi İsveçlə qrup mərhələsinin III tur oyununda meydanda olub.

Bu, Naqatamonun karyerasının 5-ci mundialı olub. Cinah müdafiəçisi Asiya tarixində 5 fərqli mundialda iştirak edən ilk oyunçu adını qazanıb.

Yaponiya yığması qrupunu 5 xalla ikinci sırada bitirib və pley-offa yüksəlib.

“Milli komanda bu uğursuzluğa layiq deyildi” – Montella

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-da ABŞ-yə qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Son dəqiqədə vurduğumuz qələbə qolu zamanı futbolçuların sevinci günlərdir nə qədər kədər yaşadığımızı göstərirdi. Milli komanda bu uğursuzluğa layiq deyildi. Hamı yekun matçda şərəfiylə vida etməyi düşünürdü. Mundialı belə erkən tərk etməməliydik”.

Türkiyə yığması qrupu 3 xalla sonuncu sırada bitirib və dünya çempionatını tərk edib.

DÇ-2026: Niderland Mərakeşə, Braziliya Yaponiyaya rəqib oldu

DÇ-2026-da pley-off mərhələsinin daha üç cütü məlum olub.

Futbolpress.az xəbər verir ki, Niderland yığması Mərakeşlə, Braziliya isə Yaponiya ilə qarşılaşacaq.

Meydan sahiblərindən ABŞ millisinin rəqibi isə Bosniya və Herseqovina olacaq.

DÇ-2026
Pley-off mərhələsi

CAR – Kanada
Niderland – Mərakeş
ABŞ – Bosniya və Herseqovina
Braziliya – Yaponiya

Arda Güler mükafat qazandı

DÇ-2026-nın qrup mərhələsində keçirilən Türkiyə – ABŞ matçının ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafatı türkiyəli yarımmüdafiəçi Arda Güler qazanıb.

Arda 3:2 hesabıyla qalib gəldikləri oyunda bir qolla yadda qalıb.

Türkiyə yığması qrupu 3 xalla sonuncu sırada başa vurub və turnirlə vidalaşıb.

“Kəpəz” nə edir?

Son 5-6-7 ildə “Kəpəz”də ya rəhbərlik dəyişir, ya da yeni sponsor gəlir. Bütün hallarda klub ciddi inkişafa nail ola bilmir.

Bunun səbəbi nədir?

Gəncə futbol azarkeşi kultunun kluba təsiri güclüdür. Onların pressinqi daim hiss olunur.

Təcrübəsiz rəhbərlik olanda bu təzyiqlərə tab gətirmir, dağınıq, dolaşıq qərarlarla “sonu gətirirlər”.

Bu il də ənənədən xali qalmayan “Kəpəz” rəhbərlik dəyişikliyinə getdi. Ancaq bu dəfə adı lazım deyil, nə fərqi…

2023-cü ildə baş məşqçi kimi 12 oyunda “sükançı” olmuş Azər Məmmədov cəmi 6 xal toplaya bilmişdi. Yeni rəhbər niyəsə qərar verib ki, Azər Bağırovdan boşalan posta onu gətirsinlər. Hansı Azərin daha faydalı olacağını zaman göstərəcək, ancaq dəqiqdir ki, “Kəpəz”in başı üzərindəki buludlar çəkilməyib, vəziyyət aydınlaşmayacaq.

Yeni rəhbərliyin ictimai təqdimatı, özünütəqdimatı olmayıb, fikirləri, rakursu bəlli deyil. Yeni rəhbər kimi hansı dəyişiklik, yenilik edəcək?

Suallar çox, cavablar yox…

Kamil Əhməd

Klopp: “Su içmək üçün iki dəqiqəlik fasiləyə ehtiyac yoxdur”

Alman mütəxəssis Yurgen Klopp DÇ-2026-da oyunlarda tətbiq edilən su fasiləsi ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matçlarda bu qaydaya ehtiyac olmadığını bildirib:

“FIFA-nın qərarı anlaşılmazdır. Oyunlarda su içmək üçün iki dəqiqəlik fasiləyə ehtiyac yoxdur. Onsuz da hər oyun zamanı ehtiyac yarandıqda kənara yaxınlaşıb qısa müddətdə su içə bilirlər”.

FIFA mundialda hər matçın iki hissəsində 2-3 dəqiqəlik su fasiləsi tətbiq edir.

Onana Super Liqa klubunda

“Trabzonspor” “Mançester Yunayted”dən qapıçı Andre Onananı icarəyə götürməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Super Liqa klubu qolkiperin keçidi üçün “qırmızı şeytanlar”la anlaşıb.

Onana ötən mövsümü də “Trabzonspor”da icarədə keçirib. 30 yaşlı qolkiper Super Liqada 29 oyunda 34 qol buraxıb.

“Rumıniya liqası Cəlalın inkişafına şərait yaradacaq”

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Rumıniya təmsilçisi “Petrolul”a keçib. Müdafiəçi klubla 2 illik müqavilə imzalayıb.

Rumıniyalı mütəxəssis Adrian Skarlatake “Futbolpress.az“a açıqlamasında Cəlalın keçidini şərh etdi:

“Rumıniya çempionatının səviyyəsi yaxşıdır. Cəlal bu liqaya tez uyğunlaşmalıdır. “Petrolul” ölkənin ən böyük klublarından biridir və çoxsaylı azarkeşləri var. Onların oyunlarında fanatlar möhtəşəm atmosferlər yaradırlar. Rumıniya liqası onun inkişafına, böyüməsinə şərait yaradacaq”. 

Skarlatake Azərbaycanda “Xəzər Lənkəran”, “Keşlə” (indiki “Şamaxı”) və “Zirə”də çıxış edib.

Şahin Cəfərov

AFFA iki klubun şikayətini təmin etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, toplantıda iki klubun şikayəti təmin olunub:

Təbriz Futbol Klubunun (həvəskar liqa) Qobustan FK – Təbriz FK, Təbriz FK – Balaxanı FK, Gənclik İK – Təbriz FK, Təbriz FK – Araz Cəbrayıl FK və Araz Cəbrayıl FK – Təbriz FK oyunları ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair

1. Təbriz Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
2. AHFF-nin təşkil etdiyi Ölkə çempionatında 18 aprel 2026-cı il tarixində keçirilən Qobustan FK – Təbriz FK, 26 aprel 2026-cı il tarixində keçirilən Təbriz FK – Balaxanı FK, 3 may 2026-cı il tarixində keçirilən Gənclik İK – Təbriz FK, 16 may 2026-cı il tarixində keçirilən Təbriz FK – Araz Cəbrayıl FK və 24 may 2026-cı il tarixində keçirilən Araz Cəbrayıl FK – Təbriz FK oyunlarında lisenziyası olmayan şəxslər iştirak etdiyi üçün adıçəkilən oyunların nəticələri ləğv olunaraq Təbriz FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə AFFA İntizam Komitəsinin 11 iyun 2026-cı il tarixli qərarı normanın düzgün tətbiq edilməməsi, yəni hüquqi tövsifdə səhvə yol verilməsi baxımından ləğv edilsin.
3. İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun işin halları nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılsın.
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Qaradağ Şıxlar Futbol Klubunun (həvəskar liqa) Real FK – Qaradağ Şıxlar oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair

1. Qaradağ Şıxlar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
2. AHFF-nin təşkil etdiyi Ölkə çempionatında 30 may 2026 cı il tarixində keçirilən Real FK – Qaradağ Şıxlar oyununda Qaradağ Şıxların heyətində iştirak hüququ olmayan oyunçu iştirak etdiyi üçün Qaradağ Şıxlara 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə AFFA İntizam Komitəsinin 3 iyun 2026-cı il tarixli qərarı normanın düzgün tətbiq edilməməsi, yəni hüquqi tövsifdə səhvə yol verilməsi baxımından ləğv edilsin.
3. İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun işin halları nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılsın.
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Sefasla müqavilənin detalları bilindi

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

Futbolpress.az xəbər verir ki, Rusiyanın “Pari Nijni Novqorod” klubu ilə danışıqlar uğurla yekunlaşıb və yamaykalı Renaldo Sefas “atlılar”a transfer olunub.

Hər iki cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən futbolçu ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı yamaykalı 2029-cu ilin yayına qədər komandanın formasını geyinəcək.

Yamaykada “Arnett Qardens”in formasını geyinmiş Renaldo Şimali Makedoniyada “Şkupi”, Türkiyədə “Ankaragücü”də çıxış edib və 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib.

2023-cü ildən Yamayka millisinin futbolçusu olan Sefas 21 oyunda 1 qol vurub. O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub.

Qeyd edək ki, Renaldo Sefas yay transfer pəncərəsində komandanın altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç “Qarabağ”a qoşulub.

“Qarabağ” yamaykalı futbolçu transfer etdi

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “atlılar” Rusiyanın “Pari NN” klubunda çıxış edən Reynaldo Cebhasla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yamaykalı vingerlə müqavilənin detalları açıqlanmayıb.

26 yaşlı futbolçu başa çatan mövsümdə Rusiya Premyer Liqasında 25 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

FIFA millinin futbolçusunu 5 oyunluq cəzalandırdı

FİFA-nın İntizam Komitəsi Qətər yığmasının yarımmüdafiəçisi Asim Madibonu cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Asim DÇ-2026-da Kanadaya qarşı keçirilən matçda kobud hərəkətinə görə qırmızı vərəqə alıb. FIFA futbolçunu 5 oyunluq diskvalifikasiya edib.

Qətər yığması yer aldığı B qrupunu 1 xalla sonuncu sırada başa vurub.

Paytaxt klubu londonlulardan 60 milyon avro tələb edir

“Roma”nın futbolçusu Uesli karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Çelsi” klubu braziliyalı müdafiəçini transfer etmək istəyir.

“Roma” 22 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir.

Uesli başa çatan mövsümdə 39 oyuna çıxıb.

Bakıda məşqçilər üçün seminar

Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Azərbaycan Voleybol Federasiyası (AVF) və Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkilatçılığı ilə voleybol məşqçiləri üçün “Təhlükəsiz idman – hamı üçün” mövzusunda seminar təşkil olunub.

Futbolpress.az xəbər verir ki, seminar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatlaşdırılmış MOK-un təhlükəsiz idman üzrə inspektoru Vaqif Əliyev və AVF-nin təhlükəsiz idman üzrə məsul şəxsi, federasiyanın idman şöbəsinin direktoru Şir-Aslan Kərimov tərəfindən aparılıb.

Tədbirdə “Təhlükəsiz idman” təşəbbüsünün mahiyyəti, əsas prinsipləri və tətbiq mexanizmləri barədə təqdimat edilib, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib. Seminar çərçivəsində təhlükəsiz idman mühitinin formalaşdırılması, risklərin qarşısının alınması və beynəlxalq standartların tətbiqi məsələləri müzakirə olunub.

Olimpiya Həmrəyliyi Fondunun (Olympic Solidarity) dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində təşkil olunan seminarda 15-ə yaxın voleybol məşqçisi iştirak edib.

Qeyd edək ki, təhlükəsiz və sağlam idman mühitinin təşviqi məqsədilə bu cür maarifləndirici seminarların gələcəkdə ölkənin müxtəlif bölgələrində də keçirilməsi nəzərdə tutulur.

“Səbail” yetirməsini qaytardı

“Səbail” 2026/2027-ci il mövsümü üçün növbəti transferini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, son olaraq MOİK-də çıxış etmiş, klubun yetirməsi olan Zeynəddin Abdurahmanovla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi U-21 millimizin heyətində 4 oyun keçirib.

“Səbail” yeni mövsümdə I Liqada mübarizə aparacaq.

Meksikalılardan rekord

Meksika millisi dünya çempionatlarında rekorda imza atıb.

Futbolpress.az xəbər verir ki, yığma tarixində ilk dəfə qrup mərhələsində üç oyunu da qazanıb.

Meksika A qrupunda Cənubi Afrikaya 2:0, Cənubi Koreyaya 1:0, Çexiyaya isə 3:0 hesabıyla qalib gəlib.

Komanda həm də, 1970-ci ildən bəri ilk dəfə bu mərhələdə qapısından qol buraxmayıb.

Meksika millisi 9 xalla A qrupunu lider başa vurub.

İngiltərə millisinin üzvü MS yolunda

“Mançester Siti” “Nottingem Forest”in futbolçusu Elliot Andersonu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” ingilis yarımmüdafiəçi üçün bir müddətdir, danışıq aparır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

Anderson hazırda İngiltərə yığması ilə dünya çempionatındadır. O, mundialda iki oyunda bir məhsuldar ötürmə edib.

“Məndən olsa, Alvaresi zəncirləyərdim”

“Atletiko”nun futbolçusu Aleks Baena komanda yoldaşı Yulian Alvaresin “Barselona”ya keçmək ehtimalından danışıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi COPE-yə açıqlamasında bunları deyib:

“Komanda yoldaşlarımın heç birinin satılmasını istəməzdim. Klub rəhbəri olsam, oyunçumu əzəli rəqibimə göndərmərəm. Premyer Liqaya? Xeyr, əlimdən gəlsə, buraxmaram. Məndən olsa, Alvaresi zəncirləyərdim. Amma bir də onun tərəfindən düşünək. Arzularının arxasınca getmək istəyirsə, nə edə bilərik?”

Alvares daha əvvəl klubdan ayrılmaq istədiyini açıqlayıb. Futbolçu ilə “Barselona” və “Real” yaxından maraqlanır.

Poçettino: “Bu, qələbə arzumuza təsir etməyəcək”

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino DÇ-2026-da qrup mərhələsinin III turunda Türkiyəyə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis pley-offa vəsiqəni təmin etmələrinə baxmayaraq, qələbə qazanmaq istədiklərini deyib:

“Türkiyə gözlənilməz nəticə ilə yadda qaldı. Biz isə pley-offdayıq. Lakin bu, qələbə arzumuza təsir etməyəcək. Mümkün qədər yaxşı oynamalıyıq. Hədəfimiz qrup mərhələsini itkisiz başa vurmaqdır”.

Türkiyə – ABŞ oyunu sabah saat 06:00-da keçiriləcək.

Vinisius: “O, bizim kumirimizdir”

Braziliya millisi DÇ-2026-nın qrup mərhələsinin III turunda Şotlandiyanı məğlub edib – 3:0.

Futbolpress.az xəbər verir ki, hücumçu Vinisius Junior sözügedən matçda meydana çıxmaqla bu mundialda debüt edən komanda yoldaşı Neymarla bağlı fikirlərini bölüşüb:

“Neymarı meydanda görmək möhtəşəmdir. O, bizim kumirimizdir. Onunla eyni stadionu bölüşmək böyük motivasiya verir”.

Neymar şotlandlarla matçda 76-cı dəqiqədə oyuna daxil olub. Bu, onun karyerasının 4-cü mundialı olub.

İtaliya klubu “Fənərbağça”lıya “elçi düşdü”

İtaliyanın “Komo” klubu “Fənərbağça”nın futbolçusu İsmail Yükseki transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. A Seriyası klubu yaxın zamanda İstanbul təmsilçisi ilə danışıqlara başlayacaq.

“Fənərbağça”nın yeni baş məşqçisi İsmail Kartal yarımmüdafiəçinin satılmasına razı deyil. Yüksek isə “Komo”da oynamağa müsbət yanaşır.

İsmail hazırda Türkiyə millisi ilə dünya çempionatındadır. Mundialdan sonra “Komo” ilə futbolçu arasında görüş planlaşdırılır.

Fernandeş seçim etməyə tələsmir

Portuqaliyalı yarımmüdafiəçi Mateuş Fernandeş “Vest Hem”dən ayrılmağa qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Tottenhem” və “Mançester Yunayted” portuqaliyalı futbolçunu transfer etmək istəyir. Klublar artıq Fernandeşlə danışıqlara başlayıb. Yarımmüdafiəçi seçimini etməyə tələsmir.

Mateuş ötən mövsüm Premyer Liqada 36 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Bu, dövlətimizin uğurlu idman siyasətinin parlaq nəticəsidir”

AFFA-nın prezidenti Rövşən Nəcəf 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatının ev sahibliyinin Azərbaycana həvalə edilməsinə dair FIFA Şurasının Bürosunun qərarı ilə bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, funksioner AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“FIFA Şurasının Bürosunun qərarı ilə ölkəmiz cari ilin oktyabrında 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatına və 2026-cı il Festivalına ev sahibliyi edəcək.

Bu qərar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına göstərdiyi diqqət və qayğının, dövlətimizin uğurlu idman siyasətinin parlaq nəticəsidir. Turnirin keçirilməsinin beynəlxalq yarışların, böyük və mötəbər tədbirlərin təşkilində zəngin təcrübəyə malik Azərbaycana həvalə olunması ölkəmizin idman dövləti kimi güclü mövqeyinin təzahürüdür.

İlk dəfə təşkil olunacaq və yeni formatda keçiriləcək dünya çempionatının ev sahibliyi üçün Azərbaycanın seçilməsi eyni zamanda AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın növbəti nümunəsidir. Bu xüsusda, AFFA-ya göstərilən etimada görə FIFA rəhbərliyinə təşəkkürümüzü bildiririk. Bu əlamətdar hadisə münasibətilə Azərbaycanın futbol ictimaiyyətini ürəkdən təbrik edirik”.

Qeyd edək ki, U-15-lərin dünya çempionatı 22-31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq.

DÇ-2026: Niderlanddan qələbə, Türkiyədən qələbəli vida

Bu gün dünya çempionatında qrup mərhələsinin III turunun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, E qrupunda Kurasao Fil Dişi Sahilinə uduzub və mundialla vidalaşıb. Ekvador isə Almaniyaya qalib gəlib və qrupu üçüncü sırada başa vurub.

F qrupunda Tunis Niderlanda uduzub. İsveç ilə Yaponiya heç-heçəyə razılaşıb.

D qrupunda isə mundialla vidalaşacağı dəqiqləşən Türkiyə son oyunda ABŞ ilə qarşılaşıb və qələbə qazanıb.

DÇ-2026
Qrup mərhələsi, III tur

26 iyun

E qrupu

00:00 Kurasao – Fil Dişi Sahili 0:2
Qollar: Pepe, 9, 64

00:00 Ekvador – Almaniya 2:1
Qollar:  Anqulo, 9, Plata, 78 – Sane, 2

Xal durumu: Almaniya – 6, Fil Dişi Sahili – 6, Ekvador – 4, Kurasao – 1

F qrupu

03:00 Tunis – Niderland 1:3
Qollar: H.Masturi, 54 – E.Şkiri, 3-avtoqol, B.Brobbi, 7, Y.Pol van Heke, 62

03:00 İsveç – Yaponiya 1:1
Qollar: D.Maeda, 56 – A.Elanqa, 62

Xal durumu: Niderand – 7, Yaponiya – 5, İsveç – 4, Tunis – 0

D qrupu

06:00 Türkiyə – ABŞ 3:2
Qollar: A.Güler, 10, B.Yılmaz, 31, K.Ayhan, 90+8 – A.Trasti, 3, S.Berhalter, 49

06:00 Paraqvay – Avstraliya 0:0

Xal durumu: ABŞ – 6, Avstraliya – 4, Paraqvay – 4, Türkiyə – 3

“Messinin bombardirlik yarışında birinci olmağını istərdim” (MÜSAHİBƏ)

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayevin “Futbolpress.az“a müsahibəsi:

– Dünya çempionatını izləyirsinizmi? Turnirlər bağlı təəssüratlarınız necədir?
– Çox maraqlı dünya çempionatı keçir. Keçmişdə baxdığımız mundiallardan fərqlidir. Əvvəl hansı komandanın güclü, hansının zəif olduğunu tez bilirdik, amma indi sürprizlər çoxdur.

– Hansı komandaya azarkeşlik edirsiniz?
– Azarkeşlik etdiyim komanda Argentinadır. Hər zaman “tanqoçular”ın fanatı olmuşam. Ancaq onları turnirin əsas favoriti hesab etmirəm. Düzdür, son iki oyunda qalib gəliblər, amma finala qədər irəliləmələri çətin görünür.

– Argentina millisindən daha çox Lionel Messinin çıxışı diqqət mərkəzindədir…
– Messi bəyəndiyim futbolçudur. O, rekordlar qırıb və bunu etməyə davam edir.

– Messi mundiallar tarixinin bombardiri kimi 18 qola çatıb. Ancaq Kilian Mbappe də 16 qolla ona xeyli yaxınlaşıb. Sizcə, gələcəkdə Messinin bu rekordunu qırmaq mümkün olacaq?
– Mbappenin onu ötmək ehtimalı yüksəkdir. Burada əsas amil yaş faktorudur. Mbappe daha gəncdir. Təbii ki, Messinin bombardirlər siyahısında zirvədə qalmasını istərdim. Amma hazırkı vəziyyətdə Mbappe daha şanslı görünür. Onun ətrafında yaradıcı və yüksək səviyyəli futbolçular çoxdur. Messi isə əksər hallarda yükü demək olar ki, təkbaşına çəkməli olur.

– Dünya çempionatında favoritiniz kimdir?
– Favorit barədə konkret danışmaq hələ tezdir. Almaniya, İspaniya və Fransa heyətinə görə bir addım öndədir. Amma oyunlar hələ davam edir. Qrup mərhələsi başa çatdıqdan sonra bu barədə daha dəqiq nəsə demək olar.

– Gələk, klubdakı işinizə. Uzun müddətdir, “Neftçi”də çalışırsınız. Növbəti mövsümdə də komanda sizin rəhbərliyiniz altında olacaq?
– Daha bir il “Neftçi”də qalacağam, burdakı işimə davam etmək istəyirəm.

– Premyer Liqada işləməyi düşünmürsünüz? Ümumiyyətlə, elita klublarından təkliflər gəlib?
– Əlbəttə, gələcəkdə Premyer Liqada işləmək niyyətim var. Zamanı gəldikcə təklifləri dəyərləndirəcəyəm. Mənə təkliflər olmuşdu, amma bu il komandada qalmağa üstünlük verdim. Hazırda diqqətim əvəzedici komandanın işinə yönəlib. Növbəti mövsümdən etibarən isə böyük layihələri olan təklifləri dəyərləndirəcəyəm.

– Hər hansı klubla rəsmi danışıqlarınız olub?
– Hər hansı görüş olmayıb, amma şifahi təkliflər almışam. Klubun adını çəkməyim düzgün olmaz. Hazırda bu barədə danışmağı doğru hesab etmirəm.

– Yetirməniz Murad Məmmədov Kiprin “Pafos” klubuna keçdi. Ondan gözləntiləriniz nələrdir?
– Murad ın transferinə görə çox sevindim. Keçidindən sonra onunla da danışdım. Yetirməmizin özünü ölkə xaricində sınamaq istəməsi sevindirici haldır. Murada inanıram, uğurlu karyerası olacaq.

– Əvəzedici komandada Murad kimi əsas heyətə yüksəlib, özünü göstərə biləcək futbolçular var?
– Artıq dörd futbolçumuz əsas komanda ilə məşq edir. Bunlar Fərhad Fərhadlı, Rəvan Səfərli, Aslan Şirinov və Vüsal Kərimovdur. Oyunçularımıza tez-tez təkliflər gəlir. Biz də şərait yaradırıq ki, düzgün seçim etmək imkanları olsun.

– Bir çox klub əvəzedici komandaların heyətinə legionerlər cəlb edir. Sizin bu istiqamətdə planlarınız varmı?
– Ötən mövsümdən heyətdə iki legioner var. Hələlik bununla kifayətlənməyi düşünürük. Məqsədimiz əsas komandaya yerli futbolçular qazandırmaqdır. Hazırda yeni legioner cəlb etmək planımız yoxdur.

Şahin Cəfərov

Montella: “İstefamı gözləyənlər varsa…”

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis yığmadakı gələcəyindən danışıb:

“Futbolçular, federasiya rəhbərliyi məni dəstəkləyir. Millini beynəlxalq turnirlərdə irəli aparmışam, bütün gücümü işimə vermişəm. İstefamı gözləyənlər varsa, reallığı qəbul etməlidir. Çünki istefa verməyəcəyəm”.

Montellanın rəhbərlik etdiyi Türkiyə yığması DÇ-2026-da qrup mərhələsində ilk iki oyunu uduzub. “Ay ulduzlular”ın sona bir matç qalmış mundialı tərk edəcəyi dəqiqləşib.

❌