Normal view

Today — 24 June 2026FutbolPress.Az

DÇ-2026: “Real”ın futbolçuları bu göstəricidə birincidir

24 June 2026 at 16:49

ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatında qrup mərhələsinin II turuna yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Opta” mundialda iki turda futbolçuları ən çox qol vuran klubu açıqlayıb.

Bu, İspaniyanın “Real” klubudur. Madrid təmsilçisinin üç futbolçusu ümumilikdə yeddi qola imza atıb.

Fransalı Kilian Mbappe 4, braziliyalı Vinisius Junior 2, ingiltərəli Cud Bellingem isə 1 qolla yadda qalıb.

0:5-ə şərh: “Başa düşək ki, belə oyunlar bizi böyüdür”

24 June 2026 at 16:28

Özbəkistan millisinin futbolçusu İvan Sergeyev DÇ-2026-da Portuqaliyaya uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan hücumçu 0:5 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Hesab hər şeyi deyir. Çox danışmağa ehtiyac yoxdur. Portuqaliyanın gücü bəllidir, bizdən daha sürətli və texnikalıdırlar. Məğlubiyyət gözlənilən idi, amma 0:5 ağır nəticədir. Çox məyusuq, ancaq başa düşək ki, belə oyunlar bizi böyüdür. Hər nəticədən dərs çıxarmalıyıq”.

Özbəkistan yığması K qrupunda xalsızdır və 4-cü pillədədir.

“Reqbi ilk növbədə güclü şəxsiyyət, daha sonra idmançı formalaşdırır”

24 June 2026 at 16:15

Azərbaycan Reqbi Federasiyasının prezidenti və U-14 milli komandasının baş məşqçisi Eldar Kərimovun “Futbolpress.az“a müsahibəsi:

– Azərbaycanda reqbinin mövcud durumunu necə ifadə edərdiniz?
– Reqbinin inkişaf prosesləri plan üzrə davam edir. Oyunçuların və klubların sayı artmaqdadır. Sentyabra qədər daha iki komandanın yaradılması nəzərdə tutulub. Hazırda dörd klub fəaliyyət göstərir. Bu il biz ilk dəfə “Reqbi Union” üzrə respublika birinciliyini təşkil etdik və sentyabrda da “Reqbi Sevens” Olimpiya növü üzrə ilk respublika çempionatının keçirilməsini nəzərdə tutmuşuq. Yeniyetmələrdən ibarət milli komandamız Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Çexiyada beynəlxalq yarışda iştirak edib və kifayət qədər yaxşı təcrübə qazanıb. Ümumilikdə hər şey qaydasındadır və plan üzrə davam edir.

– Reqbi ölkədə populyar idman növü deyil. Uzun illərdir bu sahədəsiniz. Sizcə reqbinin özünəməxsus cəhətləri nələrdir?
– Reqbinin özünəməxsus fəlsəfəsi var. O fəlsəfəyə uyğun olaraq, reqbi ilk növbədə güclü şəxsiyyət, daha sonra idmançı formalaşdırır. Bu idman alicənabların oyunudur və sırf idman prinsipləri üzərində qurulan bir növdür. Burda qarşılıqlı hörmət əsas prinsiplərdəndir. Reqbi ilə məşğul olanlar şəxsiyyət kimi də tez formalaşır. Bunu söz olaraq demirəm, müşahidələrimiz və təcrübəmiz bunları söyləməyə əsas verir. Bir çox uşaqlar reqbiyə gələndə dəcəl olurlar, intizamlarında müəyyən problemlər müşahidə edilir. Ancaq reqbi ilə məşğul olduqdan sonra onların məsuliyyət hissi, intizamı daha yaxşılaşır. Bunu tək biz yox, uşaqların valideynləri də bildirir. Ona görə əminliklə deyə bilərəm ki, reqbi əsl şəxsiyyətlər yetişdirir. Bu idman növünün Azərbaycanda olması və inkişaf etməsi olduqca vacibdir.

– Federasiya bu növün inkişafı üçün hansı işləri görür?
– Azərbaycan Reqbi Federasiyasının başlıca məqsədi Azərbaycan reqbisinin dayanıqlı sistem üzərində inkişafını təmin etməkdir. Yəni iki il öncə bir klubumuz var idisə və həmin klubun maliyyə dəstəyi yox idisə, bu gün artıq dörd klubumuz var. Bu dörd klubdan ikisi tam olaraq, ikisi isə qismən maliyyələşdirilir. Sevindirici haldır ki, şirkətlər, yəni təşkilatlar reqbi ilə maraqlanırlar, reqbiyə, reqbinin perspektivinə inanmağa başlayırlar və klublarımıza dəstək olurlar. Bu, çox vacibdir. Eyni zamanda Gənclər və İdman Nazirliyinin də son iki ildə federasiyamıza göstərdiyi dəstək, kömək bir qədər də bizim inkişaf prosesimizi gücləndirən amildir. İnkişaf tərəfi ilə bağlı isə yenə də klubların, oyunçuların, yarışların sayının artırılması və oyunçuların oyun təcrübəsi qazanmasına daha yaxşı şəraitin yaradılmasıdır. Bunlar daha güclü olmağımıza, yəni görünən gələcəkdə daha keyfiyyətli oyunçuların və komandaların yaradılmasına şərait yaradan əsas məsələlərdir.

– Müsbət məqamları qeyd etdiniz. Bəs çatışmazlıqlar nələrdir?
– Reqbi populyar olmasa da, perspektivi olduqca yüksəkdir. Mən bunu sizə sadəcə xoş görsənsin və yaxud səslənsin deyə demirəm. Həyatının son 12 ilini bu idman növünə həsr edən bir adam kimi tam məsuliyyətimlə qeyd edirəm, reqbinin Azərbaycanda perspektivi olduqca yüksəkdir. Çünki bu idman növünün xüsusiyyəti və burda tələb olunan keyfiyyətlər Azərbaycan kişilərində, qadınlarında, yeniyetmələrində, gənclərində kifayət qədər var. Biz fiziki güc, iradə, belə deyək, cəsarət tələb edən idman növlərində hər zaman uğurlu olmuşuq və reqbi də istisna olmayacaq. Şübhəsiz ki, müəyyən qədər vaxt lazımdır ki, reqbinin populyarlığı bir qədər də artsın. Amma nəticə baxımından bu sahə bir neçə ildən sonra uğurla inkişaf edən idman növləri arasında öz layiqli yerini tutacaq mütləq.

– Şərait və infrastruktur necədir?
– İnfrastrukturun qurulması ən mürəkkəb və ən çox maliyyə və vaxt tələb edən amildir. Bu gün uşaqlar və yeniyetmələrlə çalışırıq. Məşqlərin keçilməsi üçün məktəblərin meydançalarından istifadə edirik. Bəzən icarə variantı da istifadə olunur. Ötən aydan etibarən isə SOCAR yeniyetmələrdən ibarət milli komandanın “SOCAR Polymer Arena”da məşqləri üçün təmənnasız şərait yaratmışdı. Fürsətdən istifadə eləyib “SOCAR Polymer” təşkilatının rəhbərliyinə bir daha təşəkkürümü bildirmək istəyirəm . Yeniyetmələr böyüyənədək milli üçün bazanın yaradılmasını da planlaşdırırıq.

– Reqbinin uşaqların şəxsiyyət kimi formalaşmasına təsirlərindən danışdınız. Bu növ daha sərt oyundur. Bəs reqbinin sağlamlığa necə təsirləri olur?
– Reqbi insanların hər tərəfli fiziki inkişafını təmin edən idman növüdür. Çünki burda müxtəlif idman növlərinin elementləri birləşib və bu da idmançılarda müxtəlif əzələ qruplarının inkişafını təmin edir. Eyni zamanda oyun çox maraqlı və cəlbədici olduğu üçün uşaqlar bu idman növü üzrə məşqlərə və oyunlara tam böyük həvəslə yanaşırlar. Əvvəlki sualda toxunduğumuz məsuliyyət və intizam hissi onları vadar edir ki, məşqlərə tam ciddi yanaşsınlar və əsasən də təhlükəsizlik texnikasına əməl etsinlər. Çünki belə bir stereotip mövcuddur ki, reqbi təhlükəli idman növüdür. Əslində elə deyil. Bəli, oyunun xarakteri sərt ola bilər, amma eyni zamanda reqbi oyunlarında hakimlər tam ciddi nəzarət edirlər ki, oyunçular bir-birinə qarşı kobud rəftar etməsinlər. Və belə olan halda oyunçular sarı və əksər hallarda hətta qırmızı vərəqə ilə cəzalandırılırlar. Uşaqlar artıq erkən yaşdan anlayır ki, sərt oynamaq olmaz. Çünki qırmızı vərəqə alıb komandanı azlıqda qoymaq mümkündür. Və bu, şüuraltı uşaqlara yeridilir və onlar reqbinin daha bir fəlsəfəsini rəhbər tutaraq reqbini oynayırlar: özünü və rəqibini zədədən sığortalamaq. Bu, reqbinin fəlsəfi yanaşmasıdır. Yəni oyunçular həm özlərini, həm də rəqiblərini zədədən qorumalıdır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

 

AFFA 1.5 milyon manatı PFL üçün saxladı

24 June 2026 at 15:48

AFFA İcraiyyə Komitəsinin 3 fevral 2025-ci il tarixli qərarına əsasən, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində Misli Premyer Liqası klublarına ödənişlər həyata keçirilib.

Futbolpress.az xəbər verir ki, bu mexanizm AFFA tərəfindən yerli futbolçuların inkişafını təşviq etmək, klubların maliyyə dayanıqlığını gücləndirmək və ümumilikdə ölkə futbolunun inkişafına əlavə dəstək vermək məqsədilə yaradılıb.

AFFA tərəfindən formalaşdırılan qaydalara əsasən, bonus fondu klubların legioner futbolçular üzrə ödədikləri rüsumlar hesabına formalaşıb və vəsait yerli futbolçuların Misli Premyer Liqasında meydana çıxdıqları dəqiqələrə uyğun olaraq bölüşdürülüb.

Bu təşviq mexanizmi klubların yerli və xüsusilə gənc futbolçulara daha çox etimad göstərməsini, onların inkişafına üstünlük verməsini və Azərbaycan futbolunun gələcəyinin formalaşmasına töhfə verməsini hədəfləyir.

Qərara əsasən, Premyer Liqada çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib. Bonus bölgüsündə ən yüksək nəticə göstərən “Qəbələ” klubu 379 min 987 manat vəsait və əlavə 50 min manat xüsusi mükafat əldə edib. Siyahının ikinci pilləsində yer alan “Sumqayıt” klubunun qazancı 299 min 197 manat, üçüncü sıradakı “Şamaxı” klubunun fonddan gəliri isə 267 min 314 manat təşkil edib.

Bununla yanaşı, AFFA tərəfindən toplanmış vəsaitin 1 milyon 500 min manatlıq hissəsinin Peşəkar Futbol Liqasının büdcəsində saxlanılmasına icazə verilib.

AFFA ilə Peşəkar Futbol Liqası arasında çempionatın təşkili və keçirilməsi ilə bağlı müqaviləyə uyğun olaraq, AFFA İntizam Komitəsinin tətbiq etdiyi maliyyə sanksiyalarından, eləcə də legioner futbolçular üzrə müəyyən edilmiş rüsumlardan formalaşan vəsaitlərin Peşəkar Futbol Liqasının büdcəsinə daxil edilməsinə AFFA tərəfindən səlahiyyət verilib.

Təşviq mexanizminin yerli futbolçuların inkişafına, klubların fəaliyyətinə və ümumilikdə Azərbaycan futboluna müsbət təsir göstərdiyini nəzərə alaraq, layihənin növbəti mövsümdə də davam etdirilməsi planlaşdırılır.

Məşhur futbolçu klubsuz qaldı

24 June 2026 at 15:34

PAOK futbolçusu Deyan Lovrenlə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı müdafiəçinin müddəti bitən müqaviləsi uzadılmayıb.

Lovren 2024-cü ilin sentyabrından PAOK-da çıxış edirdi. O, komandada cəmi 27 oyuna çıxıb.

Xorvatiyalı futbolçu daha əvvəl “Liverpul”, “Lion”, “Zenit” kimi klublarda çıxış edib. Lovren Xorvatiya millisində 78 oyunda 5 qol vurub.

“Barselona”dan Messiyə təbrik

24 June 2026 at 15:20

“Barselona” sabiq futbolçusu Lionel Messini ad günü münasibətilə təbrik edib.

Futbolpress.az xəbər verir ki, klub sosial şəbəkə hesabında “Möhtəşəmliyi qeyd etdiyimiz daha bir il! Təbriklər, Leo!” deyə, yazıb.

Messinin bu gün 39 yaşı tamam olur.

Argentinalı hücumçu 2001-2023-cü illərdə “Barselona”da çıxış edib. O, hazırda “İnter Mayami”də forma geyinir.

DÇ-2026: günün proqramı

24 June 2026 at 14:42

Bu gün dünya çempionatında qrup mərhələsinin üçüncü turuna start veriləcək.

Futbolpress.az xəbər verir ki, A, B və C qrupunda son matçlar baş tutacaq.

Əvvəlcə B qrupuna yekun vurulacaq. İsveçrə Kanada ilə, Bosniya və Herseqovina isə Qətərlə üz-üzə gələcək.

C qrupunda Braziliya Şotlandiyanı, Mərakeş isə Haitini sınağa çəkəcək.

A qrupunda Cənubi Afrika ilə Cənubi Koreya üz-üzə gələcək. Pley-offa vəsiqəni ötən turdan təmin edən Meksika isə çexlərin müqavimətini qırmağa çalışacaq.

DÇ-2026
Qrup mərhələsi, III tur

24 iyun

B qrupu
23:00 İsveçrə – Kanada
23:00 Bosniya və Herseqovina – Qətər

Xal durumu: Kanada – 4, İsveçrə – 4, Bosniya və Herseqovina – 1, Qətər – 1

25 iyun

C qrupu
02:00 Braziliya – Şotlandiya
02:00 Mərakeş – Haiti

Xal durumu: Braziliya – 4, Mərakeş – 4, Şotlandiya – 3, Haiti – 0

A qrupu
05:00 Cənubi Afrika – Cənubi Koreya
05:00 Çexiya – Meksika

Xal durumu: Meksika – 6, Cənubi Koreya – 3, Çexiya – 1, Cənubi Afrika – 1

“Zirə” ayrılığı açıqladı – öncədən yazmışdıq

24 June 2026 at 14:31

“Zirə” Rövlan Muradovla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Rövlan 2025-ci ilin əvvəlində “Zirə”yə qoşulub. O, başa çatan mövsümdə Premyer Liqada 11 oyunda meydana çıxıb.

Rövlan “Zirə”dən öncə “Qəbələ” və “Sumqayıt”ın formasını geyinib.

Muradovun “Zirə”dən ayrılacağını öncədən yazmışdıq.

“Qarabağ” onun üçün 500 min avro ödəyib

24 June 2026 at 14:16

“Qarabağ”ın qapıçı Martin Zlomisliç üçün “Riyeka”ya ödədiyi məbləğ məlum olub.

Futbolpress.az xəbər verir ki, “atlılar” bosniyalı qolkiperin keçidini 500 min avroya tamamlayıb. Bu barədə “transfermarkt” portalında qeyd olunub.

Zlomisliç hazırda Bosniya və Herseqovina millisi ilə dünya çempionatında iştirak edir. O, mundialdan sonra komandaya qoşulacaq.

“Araz-Naxçıvan” kolumbiyalı ilə gücləndi

24 June 2026 at 13:51

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Alexandro Herrera ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə anlaşma “1+1” il müddətinədir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi “Arko Zaragoza” akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina “Banfield”ində başlayan Herreranın sonuncu klubu Dominikanın “San Kristobal”ı olub.

“Qarabağ”dan transfer ANONSU

24 June 2026 at 13:25

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, klub bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. “Qarabağ” qısa videoçarxla yeni transferin anonsunu edib.

Azərbaycan təmsilçisinin bu transferinin “Pari NN” klubundan (Rusiya) vinger Reynaldo Cephas olacağı ehtimal edilir. Yamaykalı futbolçu bir neçə gün əvvəl “atlılar”la anlaşıb.

Veteran futbolçu: “Mundialı böyük maraqla izləyirəm”

24 June 2026 at 13:17

DÇ-2026-da qrup mərhələsinin ikinci turu başa çatıb. Bu gün artıq sonuncu – üçüncü tura start veriləcək.

Mundialda ilk raund sürprizlərlə yadda qaldı. Türkiyənin qrup sonuncusu olması, Kabo Verdenin xallar toplaması, Kurasaonun ilk dəfə çıxış etdiyi mundialda xal qazanması və s.

Milli komandanın keçmiş qapıçısı Cahangir Həsənzadə “Futbolpress.az“a açıqlamasında dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşdü:

“Mundialı böyük maraqla izləyirəm. 48 komandalı yeni format sürprizlərlə dolu keçir. Qrup mərhələsinin ikinci turu artıq başa çatıb. Düşünürəm ki, əsas mübarizə bundan sonra başlayacaq. Son oyunlar bəzi komandalar üçün həlledici olacaq”.

Veteran futbolçu Türkiyə yığmasının uğursuzluğundan söz açdı:

“Türkiyə millisinin çıxışı hamını məyus etdi. Onlardan belə nəticələr gözlənilmirdi. Yaxşı heyetləri olsa da, uğursuzluğa məruz qaldılar. Mundialdan əvvəl türklər haqqında fikirlər, gözləntilər yüksək idi, amma alınmadı”.

Həsənzadə favoritlərini açıqladı:

“Favoritlər sırasında İngiltərə, Fransa, Portuqaliya, İspaniya, Argentina və Almaniyanı görürəm. Hələlik bu kollektivlər daha inamlı təsir bağışlayır. Məncə, ötən mundialın finalı: Fransa – Argentina dueli təkrarlana bilər. Hər iki kollektiv qrupu lider bitirsə, finalda yolları kəsişəcək. Həm Fransa, həm Argentina yaxşı təsir bağışlayır və büdrəməyib”.

Son olaraq AFFA-da texniki direktor vəzifəsini icra edən funksioner Ronaldo ilə Messi arasındakı rəqabətə də toxundu:

“Portuqaliya özbəklərlə oyunda vacib qələbə qazandı. Ronaldonun qollar vurması komanda üçün əlavə motivasiyadır. Onun özünəinamı yığmaya da müsbət təsirini göstərir. Həm də Messi ilə Ronaldo arasında yenidən rəqabət qızışıb. Eyni turnirdə oynamaları və bombardirlik yarışında mübarizə aparmaları çempionatı daha maraqlı edir”.

Şahin Cəfərov

Xankəndidə yeni cüdo zalı

24 June 2026 at 12:45

Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə yeni cüdo zalı fəaliyyətə başlayıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara uyğun tatamilər və zəruri avadanlıqlarla təchiz olunan zalda paltardəyişmə otaqları və digər köməkçi sahələr yaradılıb.

Burada 100-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait formalaşdırılıb.

Qeyd edək ki, 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif şəhər və rayonlarında yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14 300 tatami paylanılıb.

“Sabah”ın ilk sınağı

24 June 2026 at 12:24

Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən “Sabah” bu gün ilk yoxlama oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Krayova” komandası ilə qarşılaşacaq. Oyuna saat 20:00-da start veriləcək.

“Sabah” toplanışda iyunun 28-də “Ferentsvaroş” (Macarıstan), iyulun 2-də isə “Polissya” (Ukrayna) komandaları ilə qarşılaşacaq.

Qusarda kəmər dərəcələri imtahanı keçiriləcək

24 June 2026 at 12:09

İyunun 26-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Qusarda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Qusar Olimpiya İdman Kompleskində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

Ronaldo: “Deyirdilər ki, karyeranı bitir”

24 June 2026 at 11:41

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2026-nın qrup mərhələsində Özbəkistana qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, matçda dubl edən forvard bunları deyib:

“Deyirdilər ki, karyeranı bitir. Amma mən nə etməli olduğumu yaxşı bilirdim və bu gün burdayam. Kənardan gələn səslər həmişə belə olur və vəziyyəti idarə etməyi bacarmaq lazımdır. Yolumuza davam edib, birlikdə qalmalıyıq”.

Portuqaliya K qrupunda 4 xalla ikinci sıradadır.

Daha bir mövsüm “Neftçi”də: “Təkliflər oldu, ancaq…”

24 June 2026 at 11:25

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayev daha bir mövsüm “ağ-qaralar”da qalacaq.

Bu barədə mütəxəssis “Futbolpress.az“a açıqlamasında bildirdi. Abdullayev təkliflərin olmasına baxmayaraq, qarşıdakı mövsümdə də “Neftçi”də işləyəcəyini qeyd etdi:

“Daha bir mövsüm “Neftçi”də qalacağam. Təkliflər var idi, amma burada qalmağı seçdim. Gələcəkdə yaxşı layihəsi olan bir klubdan təklif gəlsə, onu dəyərləndirə bilərəm. Hazırda isə qərarım “Neftçi”də qalmaqdır”.

Abdullayev 2016-cı ildən “Neftçi”də çalışır. O, 2022-ci ildən əvəzedici komandaya rəhbərlik edir.

Şahin Cəfərov

PFL bonusları açıqladı: ən çox qazanan kim oldu?

24 June 2026 at 11:12

Peşəkar Futbol Liqası Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində klublara ödənişləri həyata keçirib.

Futbolpress.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu Premyer Liqa klubları arasında bölüşdürülüb. Bölgü yerli futbolçuların meydana çıxdığı dəqiqələr əsasında aparılıb.

Mövsüm ərzində Peşəkar Futbol Liqası tərəfindən müvafiq hesablamalar aparılıb, bütün göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib. İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum 1 milyon manat olaraq nəzərdə tutulsa da, Peşəkar Futbol Liqası tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.

Yekun bölgüdə ilk pillədə “Qəbələ” klubu qərarlaşıb. Daha əvvəl elan olunduğu kimi, klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib. Klublara köçürülən vəsaitlərin məbləği və bölgünün bütün detalları təqdim olunan cədvəldə öz əksini tapıb. Peşəkar Futbol Liqası ümid edir ki, ilk dəfə tətbiq edilən bu təşviq mexanizmi klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının stimullaşdırılmasına və Azərbaycan futbolunun davamlı inkişafına mühüm töhfə verəcək.

DÇ-2026: günün oyunları bu kanallarda – TV

24 June 2026 at 10:57

Bu gün dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

24 iyun
23:00 İsveçrə – Kanada (İctimai TV, TRT 1)
23:00 Bosniya və Herseqovina – Qətər (CBC Sport, TRT Spor)

25 iyun
02:00 Mərakeş – Haiti (CBC Sport, TRT Spor)
02:00 Şotlandiya – Braziliya (İctimai TV, TRT 1)
05:00 CAR – Cənubi Koreya (CBC Sport, TRT Spor)
05:00 Çexiya – Mərakeş (İctimai TV, TRT 1)

 

“Neftçi”dən ayrılan futbolçu Kosovo klubunda

24 June 2026 at 10:36

“Neftçi”dən ayrılan Edvin Kuçun yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Ballkani”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Edvin Kosovo təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

“Neftçi” Kuçla müddəti başa çatan müqaviləni uzatmayıb.

“Ronaldo qolları ilə hamını susdurdu”

24 June 2026 at 10:15

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun bacısı Elma Aveyru qardaşına qarşı tənqidlərə sərt cavab verib.

Futbolpress.az xəbər verir ki, o, Ronaldonun Özbəkistanla oyunda dubl etməsindən sonra sosial şəbəkə hesabında bunları yazıb:

“Ronaldoya qocalmısan, artıq faydalı deyilsən, dedilər, düzdür? İndi bu tutuquşular hardadır? Onlar ikiüzlü insanlardır, üzlərini görmək istəmirəm. Ronaldo qolları ilə hamını susdurdu”.

Ronaldo Özbəkistanla matçda (5:0) iki qol vurub və komandasının qələbəsində pay sahibi olub.

Mundialdan sonra “nikah təzələnəcək”

24 June 2026 at 09:39

“Bavariya” hücumçusu Harri Keynlə müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb. Forvard DÇ-2026-dan sonra klubla yeni anlaşmaya imza atacaq.

Keyn 2023-cü ildən “Bavariya”da çıxış edir. Onun indiki müqaviləsi 2027-ci lin yayına kimidir.

Hücumçu hazırda İngiltərə yığması ilə dünya çempionatındadır.

Tuxel: “Azı bir qol vurmağa layiq idik”

24 June 2026 at 09:24

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-da Qanaya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Azı bir qol vurmağa layiq idik. Çətin oyun olacağını bilrdik. Qana kompakt müdafiə olunan komandadır və çox yaxşı qapanırlar. İlk hissənin sonlarından tempi artırdıq və üstün oynadıq. Fasilədən sonra da fürsətlərimiz oldu, amma dəyərləndirə bilmədik. Matçboyu rəqibə əks-hücumdan şans vermədik. Belə oyunlarda dəqiq olmaq mütləqdir. Bir qol vursaydıq, ardı gələrdi”.

İngiltərə millisi L qrupunda 4 xalla liderdir.

Modriçin yubileyi – dördüncü oldu

24 June 2026 at 09:09

Luka Modriç Xorvatiya millisində 200-cü oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçinin yubileyi DÇ-2026-nın qrup mərhələsinin II turunun Panama ilə matçına təsadüf edib. Görüş xorvatların minimal hesablı qələbəsiylə başa çatıb.

Modriç milli komandasında azı 200 oyun keçirən dördüncü futbolçudur. Bu göstəricidə birinci 230 matçla Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldodur.

Rumıniyalı mütəxəssis: “Hər iki mərhələnin favoriti “Zirə”dir”

24 June 2026 at 08:43

“Zirə” Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşacaq. “Qartallar” ilk oyunu iyulun 8-də Sumqayıtda keçirəcək. Cavab görüşü isə bir həftə sonra Kutaisidə olacaq.

Qəsəbə klubu duellərdən qalib ayrılacağı təqdirdə, növbəti mərhələdə “Hegelmann” (Litva) – “Paide” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

“Zirə”nin sabiq futbolçusu Adrian Skarlatake “Futbolpress.az“a açıqlamasında püşkü dəyərləndirdi:

“Zirə”ni izləyirəm. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb və artıq neçənci mövsümdür, avrokuboklarda iştirak edirlər. Hər iki mərhələnin favoriti “Zirə”dir. Onlar rəqiblərindən səviyyəcə üstündürlər və məncə, turu keçmək problem olmayacaq. Komanda bir az da güclənsə, əsas mərhələyə qədər irəliləyə bilərlər. Düzdür, Avropada asan oyun olmur. Amma indiki məqamda “Zirə” digər rəqiblərdən daha güclüdür. Sadıqova və komandasına uğurlar arzu edirəm”.

Skarlatake 2018-2020-ci illərdə “Zirə”nin formasını geyinib.

Şahin Cəfərov

Qol vurdu, “ən yaxşı” oldu

24 June 2026 at 08:34

DÇ-2026-nın qrup mərhələsinin Kolumbiya – Konqo oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafatı kolumbiyalı Daniel Munyos qazanıb. O, komandasının qələbə qazandığı matçda yeganə qolun müəllifi olub.

Kolumbiya Konqonu 1:0 hesabıyla məğlub edərək pley-offa vəsiqə qazanıb.

İngilislər büdrədi, Bellingem mükafat qazandı

24 June 2026 at 08:27

DÇ-2026-nın qrup mərhələsinin İngiltərə – Qana oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafatı ingilislərin yarımmüdafiəçisi Cud Bellingem qazanıb. O, matçdakı performansıyla ən yaxşı adına layiq görülüb.

İngiltərə – Qana matçı qolsuz başa çatıb.

“Turan Tovuz”un legionerinin komandası qrup sonuncusu oldu

24 June 2026 at 07:43

“Turan Tovuz”un legioneri Roderik Millerin çıxış etdiyi Panama yığması DÇ-2026 ilə vidalaşacaq.

Futbolpress.az xəbər verir ki, qrup mərhələsinin II turunda Xorvatiyaya uduzan panamalıların qrup sonuncusu olacağı dəqiqləşib.

Miller nə birinci turda Qanaya qarşı, nə də ikinci turda xorvatlara qarşı oyunda meydana çıxıb.

Daha əvvəl Haiti, Türkiyə, Tunis və İordaniyanın mundialı tərk edəcəyi dəqiqləşib.

Yesterday — 23 June 2026FutbolPress.Az

“Qarabağ” başladı – VİDEO

23 June 2026 at 22:36

“Qarabağ” Avstriyada keçirilən təlim-məşq toplanışına start verib.

Futbolpress.az xəbər verir ki, Tirol bölgəsində məskunlaşan “atlılar” burda üç yoxlama oyunu keçirəcək.

Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş” ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

Federasiya rəsmiləri milli komanda ilə görüşdü

23 June 2026 at 22:19

Yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

Futbolpress.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak edib.

Federasiya rəhbərliyi idmançılara olan etimadını ifadə edərək, onların Avropa çempionatında uğurlu çıxış edəcəklərinə inandığını vurğulayıb. Cüdoçulara qarşıdakı yarışla bağlı tövsiyələr verilib və məsuliyyətli mübarizə aparmalarının vacibliyi qeyd olunub.

Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı 29 iyun – 2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək. Azərbaycan qitə birinciliyində 12 çəki dərəcəsində 17 idmançı (10 oğlan, 7 qız) ilə fərdi yarışlarda təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

Ronaldo dünya çempionatları tarixinə düşdü

23 June 2026 at 21:44

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo dünya çempionatlarında rekorda imza atıb.

Futbolpress.az xəbər verir ki, DÇ-2026-da Özbəkistanla matçda fərqlənən forvard 6 fərqli mundialda qol vuran ilk oyunçu olub.

Ronaldo birinci hissəsi davam edən matçda iki qola imza atıb. Portuqallar 3:0 hesabıyla öndədir.

“Şəfa”dan ayrılan futbolçu I Liqaya yollandı

23 June 2026 at 20:19

“Şahdağ Qusar” yeni futbolçu ilə güclənib.

Futbolpress.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. I liqa təmsilçisi Vüqar Həsənovla müqavilə imzalayıb. Təcrübəli futbolçu ilə 1+1 illik sözləşmə imzalanıb.

Həsənovun son klubu “Şəfa” olub.

“Şahdağ Qusar” daha öncə Elməddin Sultanov, Urfan İsmayılov, Ravil Qafarov, Fəxri Məmmədli, Gülağa Əsədov və Mehrac Baxşalını heyətinə qatıb.

Mbappe: “Diqqətim Messidə deyil”

23 June 2026 at 19:50

Fransa millisinin futbolçusu Kilian Mbappe açıqlama verib.

Futbolpress.az “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu argentinalı futbolçu Lionel Messi ilə qol yarışında olmadığını deyib:

“Messi qollar vurur və həmişə də vuracaq. Onun etdiklərinə baxsaq, daha çox şey etməliyəm. Diqqətim Messidə deyil. Fikrim özümdə və komandamdadır. Millidə faydalı olmaq üçün əlimdən gələni edirəm”.

Mbappe dünya çempionatlarının əsas mərhələsində 16 qol vurub. O, daha iki qol vuracağı halda, bu göstəricidə rekordçu olan Lionel Messiyə çatacaq.

Arbeloanın yeni iş yeri məlum oldu

23 June 2026 at 19:27

“Real”dan ayrılan Alvaro Arbeloanın yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Fulhem” klubunu çalışdıracaq. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. İspan mütəxəssisin yaxın zamanda Premyer Liqa təmsilçisi ilə müqavilə imzalayacağı bildirilib.

Arbeloa ayın əvvəlində “Real”dan ayrılıb.

“Fənərbağça” belçikalı müdafiəçi ilə maraqlanır

23 June 2026 at 19:15

“Lester”in futbolçusu Vut Faes karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “TRT Spor” məlumat yayıb. İstanbul klubu yaxın zamanda belçikalı üçün danışıqlara başlamağı planlaşdırır.

28 yaşlı müdafiəçi ötən mövsümü icarə əsasında “Monako”da keçirib. Onun “transfermarkt”da dəyəri 10 milyon avrodur.

İspaniya klubu “Qalatasaray”a “yox” dedi

23 June 2026 at 18:49

“Qalatasaray” “Selta”nın futbolçusu İlayş Moribanı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. İspaniya klubu türklərin 15 milyon avroluq təklifini rədd edib. “Selta” Moriba üçün 20 milyon avro istəyir.

“Barselona”nın yetirməsi olan yarımmüdafiəçi 2025-ci ildən “Selta”da çıxış edir. O, başa çatan mövsümdə La Liqada 36 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Kim gəlir, kim gedir? – YENİLƏNİR

23 June 2026 at 18:30

Azərbaycan Premyer Liqası klubları 2026/27 mövsümünün transfer çalışmalarına start verib.

“FutbolPress” Premyer Liqa təmsilçilərinin transferlərini təqdim edir:

“Sabah”

Gələnlər: Yunis Laçabı (“Lill”, Fransa – icarə) Eyden Makkarti (son klubu – “Kayzer Çifs”, CAR), Junior Erivaldo Almeyda (“Maritumu”, Portuqaliya), Patrik Orfe Mbina (“Maribor”, Sloveniya)
Gedənlər: Cesse Sekidika, Pavol Şafranko, Nicat Mehbalıyev, Amin Seydiyev, Andrey Santos (“İberiya” (Gürcüstan) – icarə)
Müqaviləsi artırılanlar: Velko Simiç, Coy-Lens Mikels, Stas Pokatilov, Tellur Mütəllimov, Patrik Orfe Mbina

“Qarabağ”

Gələnlər: Zakaria Savo ( “Aris”, Kipr), Jali Muaddib (“Omoniya”, Aradippou Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya), Martin Zlomisliç (“Riyeka”, Xorvatiya)
Gedənlər: Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç (“Farense”, Portuqaliya), Amin Ramazanov
Müqaviləsi artırılanlar: Pedro Bikalyo, Bədavi Hüseynov

“Turan Tovuz”

Gələnlər: Dioqo Balau (“Şamaxı”)
Gedənlər: Filip Ozobiç, Şəhriyar Əliyev, Tural Bayramlı, Sergey Samok, Ayxan Hüseynov (“Zirə”)
Müqaviləsi artırılanlar: 

“Neftçi”

Gələnlər: Rüfət Abbasov (“Şamaxı”), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya)
Gedənlər: Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov (“Pafos”), Cordan Rezabala
Müqaviləsi artırılanlar: Elvin Camalov, Emin Mahmudov, Emil Balayev

“Zirə”

Gələnlər: Amin Seydiyev (“Sabah”), Maykon Kleyton (son klubu “Portimonense”, Portuqaliya), Vierinya (“Olimpiakos”, Kipr), Ayxan Hüseynov (“Turan Tovuz”)
Gedənlər: Tiaqo Silva, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Anatoli Nuriyev, Ayron Qomis
Müqaviləsi artırılanlar: Eren Aydınla, Davit Volkov,  Aydın Bayramov, Elçin Əlicanov, Enrike Kustodio, Qismət Alıyev

“Araz Naxçıvan”

Gələnlər: Cavid Hüseynov (baş məşqçi), Luka Dumançiç (“Persis”, İndoneziya), Rəşad Həsənov (Son klubu “Cəbrayıl”), Alberto Fernandes
Gedənlər: Andrey Demçenko (baş məşqçi), Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala
Müqaviləsi artırılanlar: Slavik Alxasov, Ömər Buludov, Tərlan Əhmədli, Ülvi İsgəndərov, İbrahim Piriyev

“Sumqayıt”

Gələnlər: 
Gedənlər: Sənan Muradlı, Aleksandr Ramalinqom, Rayan Senhadji, Saşa İliç (baş məşqçi)
Müqaviləsi artırılanlar: 

“Şamaxı”

Gələnlər: Azər Bağırov (baş məşqçi, “Kəpəz”), Sənan Muradlı (“Sumqayıt” – icarə) Emin Rüstəmov (“Karvan-Yevlax”) Uğur Cahangirov (“Karvan-Yevlax”), Ceyhun Bağırzadə (“Qəbələ”)
Gedənlər:  Alfons Mabula Msanqa, Ravil Qafarov, Sezar Enrike, Bilal İsmayılov, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tirkoveanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Ayxan Abbasov (baş məşqçi), Dioqo Balau
Müqaviləsi artırılanlar: Abdulla Seydəhmədov, Həbib İsmayılov

“İmişli”

Gələnlər: Seyxan Fərəcov (MOİK)
Gedənlər: Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev
Müqaviləni artıranlar: Azər Salahlı, Tuncay Yusifli, İmam Əli

“Kəpəz”

Gələnlər: Azər Məmmədov (baş məşqçi)
Gedənlər: Azər Bağırov (baş məşqçi), Rauf Hüseynli, Məmməd Hüseynov
Müqaviləsi artırılanlar: Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska

“Qəbələ”

Gələnlər:
Gedənlər: 
Adriel Ba LouaMurad Musayev, Rza Cəfərov, Sambu Sissoko, İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Mehrac Baxşalı (icarə  – “Şahdağ Qusar”), Domi Massumo (“Alaşkert”, Ermənistan)
Müqaviləsi artırılanlar: 

“Şəfa”

Gələnlər: Zaur Həşimov (baş məşqçi), Məmməd Hüseynov (“Kəpəz”) Arsen Ağcabəyov (“Şamaxı”), Rauf Hüseynli (“Kəpəz”), Nicat Mehbalıyev (“Sabah”), Murad Musayev (“Qəbələ”)
Gedənlər: Elgiz Kərəmli (baş məşqçi), Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Novruz Məmmədov, Aqşin Paşayev, Urfan İsmayılov, Vüqar Həsənov, Ruslan Hacıyev
Müqaviləsi artırılanlar: Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli, Nahid Əliyev

Qattuzo paytaxt klubu ilə anlaşdı

23 June 2026 at 18:15

“Latsio”nun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Cennaro Qattuzoya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə anlaşmanın detalları açıqlanmayıb.

Qattuzo son olaraq İtaliya millisinə rəhbərlik edib. O, apreldə yığmadan ayrılıb.

Ayxan Hüseynovun yeni klubu – rəsmi

23 June 2026 at 17:47

“Zirə” yeni futbolçuyla anlaşıb.

Futbolpress.az xəbər verir ki, “qartallar” Ayxan Hüseynovu heyətinə qatıb. Yarımmüdafiəçiylə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Rusiyanın “Leninqradetç”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnu”, “Ximki” və ölkəmizdə “Turan Tovuz” klublarında çıxış edib.

“Zirə”dən transfer

23 June 2026 at 17:25

“Zirə” yeni futbolçuyla anlaşıb.

Futbolpress.az xəbər verir ki, “qartallar” Da Silva Tavareş Viera “Vierinya”nı heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçiylə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Viseu”, “Espinyo”, “San Jo de Ver”, “Beyra Mar” və Kiprin “Olimpiakos”(Nikosiya) klublarında çıxış edib.

Buntiç: “Azərbaycanda fərqli futbol mədəniyyəti gördüm”

23 June 2026 at 17:15

“Qarabağ”dan “Farense”yə keçən Fabian Buntiç açıqlama verib.

Futbolpress.az xəbər verir ki, qolkiper klubun saytına açıqlamasında keçidi ilə bağlı bunları deyib:

“Portuqaliyada evlənmişəm, burada yaşamağın necə olduğunu bilirəm və bu ölkədə hansı futbolun oynandığını da yaxşı anlayıram, buna görə qərar vermək çətin olmadı.

Azərbaycanda Almaniya və Portuqaliyadan fərqli futbol mədəniyyəti gördüm. Amma Çempionlar Liqası və Avropa Liqası kimi böyük turnirlərdə oynamaq mənə çox şey öyrətdi. Portuqaliyaya daha böyük təcrübə ilə qayıdıram”.

“Qarabağ” Buntiçlə müddəti bitən müqaviləni uzatmayıb və azad agent kimi “Farense”yə keçib.

Qanalı şaman: “Keyni lənətləmişəm”

23 June 2026 at 16:48

İngiltərə millisi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda bu gün Qana ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, afrikalı şaman Nana Kvaku Bonsam ingilislərin hücumçusu Harri Keyni lənətlədiyini iddia edib. O, bu barədə “Daily Star”a açıqlamasında deyib:

“Keyn üzərində çalışıram. Daha əvvəl nələr bacardığımı göstərmişəm. İndi də Keyni dayandırmaq istəyirəm. Nə etməli olduğumu bilirəm. Keynə ciddi zədə arzulamamışam, tək bizimlə matçda dayansın, bəsdir”.

Qanalı şaman daha əvvəl 2014-cü ildə dünya çempionatı zamanı Kriştiano Ronalonu lənətlədiyini və onu qısa müddətlik sıradan çıxardığını iddia etmişdi.

İngiltərə – Qana oyunu saat 00:00-da start götürəcək.

Mundial Trampın marağında deyil

23 June 2026 at 16:25

ABŞ prezidenti Donald Trampın DÇ-2026-da finala qədər hansısa oyunu stadiondan izləmək ehtimalı azdır.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Xəbərdə ölkə rəhbərinin gündəliyində mundialın oyunlarına baxmaq olmadığı bildirilib.

Trampın yalnız finalda mükafatlandırma mərasimində iştirak edə biləcəyi də qeyd olunub.

Dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edir.

Murad Məmmədov “47”nin səbəbini açıqladı

23 June 2026 at 16:03

“Neftçi”dən “Pafos”a keçən Murad Məmmədov 47 nömrəli formanı seçməsinin səbəbini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, o, bu barədə Kipr klubunun mətbuat xidmətinin sorğusuna cavabında bildirib:

“Futbola müdafiəçi kimi başlamışam və ilk nömrəm 4 olub. Daha sonra komandaya yeni məşqçi gəldi və məni vinger mövqeyində oynatmağa başladı. Bu zaman isə 7 nömrəli formanı seçdim. O vaxtdan hər iki nömrə mənim üçün xüsusi məna daşıyır. Əsas komandaya gələndə forma nömrəsi seçərkən həm 4, həm də 7-nin bir arada  olmasını istədim və buna görə 47 nömrəli formanı götürdüm”.

Murad Məmmədov “Pafos”la 3+1 illik müqavilə imzalayıb.

İngiltərə xal itirdi, Xorvatiya qazandı, Kolumbiya pley-offda NƏTİCƏLƏR

24 June 2026 at 08:04

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında II turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, bu gün K və l qrupunun matçları baş tutub.

Portuqaliya yığması Özbəkistanla üz-üzə gəlib. Görüş portuqalların darmadağını ilə başa çatıb. Kolumbiya isə Konqoya qalib gəlməklə pley-offa vəsiqə qazanıb.

L qrupunda İngiltərə Qana ilə heç-heçə edib. “Turan Tovuz”un legioneri Roderik Millerin çıxış etdiyi Panama isə Xorvatiyaya uduzub.

DÇ-2026
Qrup mərhələsi, II tur

23 iyun

K qrupu

21:00 Portuqaliya – Özbəkistan 5:0
Qollar: Ronaldo, 6, 39, Mendeş, 17, Nematov, 60-avtoqol, Leao, 88

06:00 Kolumbiya – Konqo 1:0
Qol: D.Munyos, 77

Xal durumu: Kolumbiya – 6, Portuqaliya – 3, Konqo – 1, Özbəkistan – 0

L qrupu

00:00 İngiltərə – Qana 0:0

03:00 Panama – Xorvatiya 0:1
Qol: A.Budimir, 54

Xal durumu: İngiltərə – 4, Qana – 4, Xorvatiya – 3, Panama – 0

“Real”ın yetirməsi “Araz-Naxçıvan”da

23 June 2026 at 15:23

Heyətini gücləndirməyə çalışan “Araz-Naxçıvan” Alberto Qarsia Fernandeslə anlaşıb.

Futbolpress.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi yeni mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək. Müqavilənin müddəti 1 ildir.

26 yaşlı futbolçu “Real” (Madrid) klubun yetirməsidir. Yarımmüdafiəçi müxtəlif illərdə vətənində “Kastilya”, “Fuenlabrada”, UKAM, “Sabadel”, “Rayo Maxadaonda”, eləcə də Kiprin “Omoniya” və “Akritas Xloraka” klublarının formasını geyinib. Fernandes 2017-ci ildə İspaniya U-19 millisinin heyətində 1 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

“Kəpəz” baş məşqçisini açıqladı

23 June 2026 at 15:02

“Kəpəz” yeni baş məşqçisi ilə bağlı razılıq əldə edib.

Futbolpress.az xəbər verir ki, “sarı-göylər” Azər Məmmədovla anlaşıb. 50 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Tərəflər arasında bağlanacaq müqavilə mövsümünün sonunadək qüvvədə olacaq.

Xatırladaq ki, Azər Məmmədov 2023-cü ildə də “Kəpəz”i çalışdırıb.

“Turan Tovuz”da ayrılıq – rəsmi

23 June 2026 at 14:47

“Turan Tovuz”da ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi futbolçusu Ayxan Hüseynovla vidalaşıb. Bu barədə klubun məbtbuat xidməti məlumat yayıb. Hücumçu ilə müddəti başa çatan müqavilə uzadılmayıb.

Ayxan “Turan Tovuz”la ötən mövsüm Premyer Liqada 32 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.

“Zirə”də təyinat

23 June 2026 at 14:30

Eltun Yaqublu “Zirə”nin yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Çalışdırıcı ilə iki illik müqavilə bağlanıb.

Qeyd edək ki, Eltun Yaqublu 2020-2025-ci illər aralığında “Zirə”də məşqçi kimi fəaliyyət göstərib.

“Qalatasaray” İkardiyə vaxt qoydu

23 June 2026 at 14:15

“Qalatasaray” futbolçusu Mauro İkardiyə yeni müqavilə təklif edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu argentinalı hücumçuya illik 4 milyon avro maaş təklifini bildirib. “Cim-bom” hücumçudan ay sonuna qədər qərar verməyini istəyib.

İkardinin klubla müqaviləsi iyula qədərdir. Hücumçu başa çatan mövsümdə Super Liqada 31 oyunda 14 qol vurub.

“Xankəndi” onlarla vidalaşdı

23 June 2026 at 13:47

“Xankəndi” üç futbolçu ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Pərviz Qaraxanov, Elməddin Hüseynzadə və Elşad Manafovla qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

“Xankəndi” yeni mövsümdə I Liqada mübarizə aparacaq.

Məmmədov: “Hədəf Premyer Liqaya yüksəlməkdir” (MÜSAHİBƏ)

23 June 2026 at 13:30

“Şahdağ Qusar”ın yeni baş məşqçisi Füzuli Məmmədovun “Futbolpress.az“a müsahibəsi:

– “Şahdağ Qusar” variantı necə yarandı və başqa elita və ya xarici klublardan təklif var idimi?
– Mövsümün sonundan təkliflər var idi. Bunu bir neçə dəfə də açıqlamışdım. “Şahdağ Qusar”dan təklif gələndən sonra rəhbərliklə iki dəfə görüşdük. Birincisi tanışlıq xarakterində idi. Burda ikinci görüş üçün də vaxt təyin etdik. Növbəti dəfə rəhbərliklə bir araya gələndə onların ciddiyətini, klubun hədəflərini başa düşdüm və fikirləşdim ki, mənim üçün də maraqlı olacaq. “Şahdağ Qusar”ın təklifi, yaradılacaq şərait və planlar məni cəlb etdi.

– “Karvan-Yevlax”la Premyer Liqada işləməyiniz sizə hansı təcrübəni qazandırdı?
– “Karvan-Yevlax”da işləməyimdən məyus olmamışam. Düşünürəm ki, bu komandada böyük təcrübə qazandım. İstədiyim nəticəni əldə edə bilmədim, amma qazandığım təcrübə misilsizdir. Bacardığımın ən yaxşısını etməyə çalışdım. Təhlillər apardıq, problemləri gördük. Sonuncu dövrədə qələbə və xallar qazansaq da, liqada qala bilmədik.

– Qarşınıza qoyulan hədəf nədir?
– Hədəf böyükdür – Premyer Liqaya yüksəlmək. Yeni mövsümdə məqsədimiz bu olacaq və inanıram ki, bu yolda inamla irəliləyəcəyik.

– Komandanın potensialı hədəfə çatmağa imkan verir?
– Transferlərlə bağlı ciddi işlərimiz edir. Heyətdə təcrübəli futbolçularla yanaşı, gənclər də olacaq. Premyer Liqada oynamış oyunçular yerli gənclərə də kömək olacaq. Premyer Liqaya yüksəlmək istəyirik və bunun üçün sağlam, keyfiyyətli və təcrübəi futbolçulardan ibarət komanda qurmalıyıq.

– Transferdə aktiv klublardansınız. Daha neçə yeni oyunçu keçidi gözlənilir?
– Rəqəm deyə bilmərəm. Bəzi mövqelər üzrə oyunçulara ehtiyac var. Rəqabəti gücləndirməyimiz də vacibdir. Premyer Liqa təcrübəsi olan futbolçuları heyətdə görmək istəyirəm. Danışıqlar gedir, düşünürəm ki, yaxın zamanda yeni oyunçuların keçidi həll olunacaq.

– Sabiq klubunuz “Karvan-Yevlax”dan komandaya cəlb etmək istədikləriniz var?
– Seleksiya işlərimiz davam edir. Ümumi bir siyahımız var və orda da “Karvan-Yevlax”dan bəzi oyunçuların adları qeyd olunub. Ancaq indi ad açıqlamağım düzgün olmaz. Ümumilikdə, Yevlax klubundan transfer etmək istədiyimiz oyunçular var.

– “Şahdağ Qusar”ın strukturu elitada oynamağa imkan verir?
– Düzdür, şərait baxımından çatışmazlıqlar var. Amma rəhbərlik işlərin qaydasına düşməsi üçün əlindən gələni edir. Klubun prezidenti, rayonun icra hakimi, komandaya dəstək olan iş adamları birləşib, yaxşı iş ortaya qoymaq istəyir. İnanıram ki, daha yaxşı klubun strukturu daha yaxşı olacaq və hədəfimizə çatdıqdan sonra komanda Premyer Liqada oynaya biləcək.

Şahin Cəfərov

Azərbaycan klubu əcnəbi məşqçi ilə vidalaşdı

23 June 2026 at 13:19

“Gəncə” voleybol klubu məşqçi Xulian Karlos Xiraldeslə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın fiziki hazırlığına cavabdeh olan mütəxəssislə müddəti başa çatan müqavilə yenilənməyib.

İspanlara hava əngəli

23 June 2026 at 12:51

DÇ-2026-nın III turunda Uruqvayla matça hazırlaşan İspaniya millisinin məşqi yarımçıq dayandırılıb.

Futbolpress.az xəbər verir ki, buna səbəb komandanın məskunlaşdığı Çattanoqa şəhərində güclü küləyin əsməsidir. Yığma əlverişsiz hava şəraiti səbəbindən cəmi 20 dəqiqə məşq edə bilib.

İspaniya ilə Uruqvay arasındakı matç iyunun 27-də baş tutacaq. İki turdan sonra İspaniya 4 xalla liderdir. Uruqvay isə 2 xalla 2-cidir.

Birmingemlilər “Arsenal”ın hücumçusuna “göz dikib”

23 June 2026 at 12:26

Braziliyalı futbolçu Qabriel Martinelli “Arsenal”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, “Aston Villa” hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Arsenal” Birmingem klubunun futbolçusu Morqan Rocersi transfer etmək istəyir. Keçid baş tutarsa, “Aston Villa” londonlulardan Qabriel Martinellininin heyətə cəlb olunması üçün hərəkətə keçəcək.

“Arsenal” Rocers transferində Martinellidən də istifadə edə bilər. Baş məşqçi Mikel Arteta braziliyalı haqda hələ qərarını verməyib.

Kloze rekordunu qıran Messi haqda nələr dedi?

23 June 2026 at 12:14

Almaniyalı keçmiş futbolçu Miroslav Kloze argentinalı hücumçu Lionel Messinin onun dünya çempionatlarında ən çox qol vuran oyunçu rekordunu qırmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, Kloze ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

“Hər zaman söyləmişəm, Messi tarixin ən yaxşı futbolçudur. Çempionu təbrik edirəm”.

Kloze mundialların əsas mərhələsində 16 qol vurub. Messi dünən Avstriya ilə matçda dubl etməklə qollarının sayını 18-ə çatdırdı və bu göstəricidə mütləq rekordçu oldu.

DÇ-2026: günün oyunları bu kanallarda – TV

23 June 2026 at 11:16

Bu gün dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

23 iyun
21:00 Portuqaliya – Özbəkistan (İctimai TV, TRT 1)

24 iyun
00:00 İngiltərə – Qana (İctimai TV, TRT 1)
03:00 Panama – Xorvatiya (İctimai TV, TRT 1)
06:00 Kolumbiya – Konqo (İctimai TV, TRT 1)

Silva ölkəsinə qayıtdı

23 June 2026 at 11:43

“Portu”dan ayrılan Tyaqo Silva karyerasını Braziliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 41 yaşlı müdafiəçi “Fluminense” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Silva 2024/25 mövsümündə “Fluminense”də çıxış edib. O, ötən il “Portu”ya keçmişdi.

Braziliyalı futbolçu karyerası ərzində “Çelsi”, “Milan”, PSJ kimi klublarda forma geyinib.

Alvares “Atletiko”dan ayrılmaq istəyir (AÇIQLAMA)

23 June 2026 at 11:26

“Atletiko”nun hücumçusu Yulian Alvares açıqlama verib.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu klubdan ayrılmağa qərar verdiyini deyib:

“Dürüst olmağa çalışıram. Klub rəhbərliyi ilə danışmışam və məncə, ən yaxşı qərar klubdan ayrılmağımdır. Bir xəyalım var və bunu gerçəkləşdirmək istəyirəm”.

Alvaresin adı “Barselona” ilə hallanır.

Hücumçu 2024-cü ildən “Atletiko”da çıxış edir. O, hazırda Argentina millisi ilə dünya çempionatındadır.

Elvin üçün yaxşı oldu (?)

23 June 2026 at 10:55

“Qarabağ”ın yay təlim-məşq toplanışına yollanması videoçarxına baxanlar Elvin Cəfərquliyevi gördü. Məncə, hamı sevindi.

Elvinin üzü nəhayət güldü.

Milli komandanın Avstriyada keçirilən təlim-məşq toplanışında ən çox müşahidə etdiyim futbolçu Elvin idi. Sanki pərt olmuşdu. Olmamışdısa belə, üzündə, ruhunda ifadə olunurdu – heç özündə deyildi.

Ünsiyyətdən qaçırdı, nə qədər həvəslə məşq etməyə çalışsa da, ürəyi, fikri ayrı yerdəydi.

Elvin birdən-birə böyümüş və bunun şokundaymış kimi görünürdü.

Məncə, o, dərk etmişdi ki, düz deyil.. özünü düzəltməlidir.

“Qarabağ” Elvinin parladığı və çox böyük rəğbət qazandığı yerdir. O, ilk azərbaycanlı futbolçudur ki, ÇL-də “man of the match” seçilib. Toplanışa yolladığı videoda Elvin sanki gözlərinin önündən kino lenti kimi keçən kadrların təsiri ilə qəflət yuxusundan ayılmış kimi görünürdü.

Təki belə olsun. Nə gözəldir. Elvin üçün yaxşı oldu.

Psixoloji aşınmanın kandarından qaytarılan adam təəssüratı verir.

Qurbanovun bu mövzuda tayminqi alqışlanasıdır.

Kamil Əhməd

Mbappe Klozeyə çatdı

23 June 2026 at 10:41

Fransa millisi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda İraqı məğlub edib – 3:0.

Futbolpress.az xəbər verir ki, fransalı hücumçu Kilian Mbappe görüşdə dubl edib. O, mundialın əsas mərhələsindəki qollarının sayını 16-ya çatdırıb və bu göstəricidə keçmiş hücumçu Miroslav Klozeyə çatıb.

Mundialların əsas mərhələlərində ən çox qol vuran futbolçu isə 18 qolla Lionel Messidir.

DÇ-2026: daha bir komandadan vida

23 June 2026 at 10:25

DÇ-2026-ya vida edəcək daha bir komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, II turda Əlcəzairə uduzan (1:2) İordaniya qrupda qalıb. Xalı olmayan kollektiv keçirdiyi iki oyunda da məğlub olub.

Daha əvvəl Haiti, Türkiyə və Tunisin mundialla vidalaşacağı dəqiqləşib.

İtaliya futbolunda yeni rəhbər

23 June 2026 at 10:15

İtaliya Futbol Federasiyasının yeni prezidenti məlum olub.

Futbolpress.az xəbər verir ki, Covanni Malaqo seçiklərdə qalib gəlib. O, 68.58 faiz səslə prezident seçilib. Malaqo növbəti 4 ildə rəhbər postu tutacaq.

İtaliya milli komandasının dünya çempionatından kənarda qalmasından sonra ölkə futbolunun rəhbəri Qabriel Qravina istefa vermişdi.

“Zirə”nin rəqibi xal itirdi

23 June 2026 at 09:48

“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Torpedo” Gürcüstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Kutaisi təmsilçisi azarkeşləri önündə “Spaeri” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

“Torpedo” 19 turdan sonra 27 xalla 4-cü sıradadır.

“Zirə” gürcülərə qarşı ilk oyunu iyulun 8-də Sumqayıtda keçirəcək. Cavab görüşü bir həftə sonra Kutaisidə olacaq.

Dino Ndlovu yeni transferdən danışdı: “Düzgün seçim edib”

23 June 2026 at 09:30

“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu “Sabah”ın yeni transferi Eden Makkarti haqqında fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, Cənubi Afrika Respublikası (CAR) mətbuatına danışan keçmiş hücumçu həmyerlisinin “bayquşlar”a keçidini şərh edib:

“Eden həm “Sabah”dan, həm də “Qarabağ”dan təklif aldı. Ona çoxlu maraq var idi. Düşünürəm ki, Azərbaycan çempionatına getməklə düzgün seçim edib. Açığı, onun “Qarabağ”ı seçməməsinin doğru və ya yanlış olduğunu deməyəcəyəm. Həmişə inanıram ki, böyük klublar böyük olaraq da qalır. Edenə iki klubdan da təklif gəldi və o, “Sabah”ı seçdi”.

Dino 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib.

“Sabah” Makkartini CAR təmsilçisi “Kayzer Çifs”dən heyətinə qatıb.

“Qarabağ”dan ayrıldı, Portuqaliya klubuna keçdi

23 June 2026 at 09:18

“Qarabağ”dan ayrılan Fabian Buntiçin yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, qolkiper Portuqaliya təmsilçisi “Farense”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qapıçı ilə anlaşmanın detalları açıqlanmayıb.

“Qarabağ” Buntiçlə müddəti bitən müqaviləni uzatmamışdı. Qolkiper yeni klubuna azad agent kimi keçib.

Möcüzə

23 June 2026 at 08:43

Dünyanı heyrətləndirən ixtiranın cahana bağışladığı, “bundan o yanası yoxdur” hissindən sonra yenə heyrət olacaq…

Həkimin ölüm ayağından qaytardığı insanda möcüzəyə inam yaranacaq; yeni möcüzələr görünəcək…

Rəssamın əsəri insan əqli-dərkini mat qoyub. Növbəti ifadəyə sığmayan rəsm əsəri icad olar…

Duası gerçəkləşən insan mümkünsüzün mümkünə necə çevrildiyini açılmış bəsirət gözüylə baxıb inanar…

Ölüb dirilən insanlar hamıdan daha əyani görər/dərk edər…

Allah var!

…hamı Pelesi, Maradonası ilə möcüzənin futbol oynadığına inanar, Messi isə hamının möcüzəsi olar.

Və hamı bir möcüzəyə biət edəndə, Allah başqasını yaradar.

Hər şey Allahı sevməyimiz üçündür…

Elçin Cəlilov

“Sabah”ın yeni transferi “Qarabağ”a “yox” deyib

23 June 2026 at 08:16

“Sabah”ın yeni transferi Eden Makkarti “Qarabağ”dan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Afrika mətbuatı məlumat yayıb. Müdafiəçi həm “Sabah”, həm də “Qarabağ”dan təklif almasına baxmayaraq, seçimi “Bayquşlar”dan yana olub. Klubun Çempionlar Liqasında mübarizə aparması keçiddə əsas amillərdəndir.

“Sabah” Makkartini Cənubi Afrika Respublikası təmsilçisi “Kayzer Çifs”dən transfer edib. Müdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.

DÇ-2026: 6 komanda pley-offda

23 June 2026 at 08:00

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında II turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, artıq altı komanda növbəti mərhələyə vəsiqəni təmin edib.

A qrupunda Meksika, D qrupunda ABŞ, E qrupunda Almaniya, İ qrupunda Fransa, Norveç və J qrupunda Argentina pley-offlara yüksəlib.

Dubl etdi, ən yaxşı futbolçu seçildi

23 June 2026 at 07:50

DÇ-2026-nın qrup mərhələsinin ikinci turunun Norveç – Seneqal oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafatı norveçli hücumçu Erlinq Haaland qazanıb.

Forvard 3:2 hesabıyla qələbə qazandıqları görüşdə iki qol vurub.

Norveç qrupda ikinci qələbəsini qazanaraq, növbəti mərhələyə vəsiqəni təmin edib.

Mükafat Mbappenin oldu

23 June 2026 at 07:37

DÇ-2026-nın qrup mərhələsinin ikinci turunun Fransa – İraq oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafatı fransalı hücumçu Kilian Mbappe qazanıb. O, matçda iki qolla yadda qalıb.

Fransa İraqı 3:0 hesabıyla məğlub edib. Digər qolu isə Osman Dembele vurub.

Bombardir “İmişli”də

22 June 2026 at 22:53

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi MOİK-dən ayrılan Seyxan Fərəcovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalayıb.

Fərəcov ötən mövsüm I Liqada 18 qolla bombardir olub.

 

Argentina – Avstriya oyununun ən yaxşı futbolçusu bilindi

22 June 2026 at 23:37

DÇ-2026-nın qrup mərhələsinin Argentina – Avstriya oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafatı argentinalı hücumçu Lionel Messi qazanıb. O, komandasının 2:0 hesabıyla qalib gəldiyi matçda dubl edib.

Messi mundialda 2 oyuna 5 qol vurub.

Before yesterdayFutbolPress.Az

Messidən rekord

22 June 2026 at 22:13

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında əsas mərhələdə ən çox qol vuran futbolçu olub.

Futbolpress.az xəbər verir ki, hücumçu Avstriya ilə hazırda davam edən matçda fərqlənməklə buna nail olub. Qollarının sayını 17-yə çatdıran Messi bu göstəricidə mütləq rekordçudur.

İkinci hissəsi davam edən Argentina – Avstriya oyununda “tanqoçular” öndədir – 1:0.

“Bavariya”da yeni müqavilə hazırlığı

22 June 2026 at 20:15

“Bavariya” futbolçusu Konrad Laymerin müqaviləsini uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. Münhen klubu ilə avstriyalı oyunçu arasındakı danışıqlar artıq son mərhələdədir.

Laymer 2023-cü ildən “Bavariya”da çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Yarımmüdafiəçi hazırda Avstriya millisi ilə dünya çempionatındadır.

“Qalatasaray”ın futbolçusu üçün mundial bitdi

22 June 2026 at 19:51

Fil Dişi Sahili millisi ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, yığmanın müdafiəçisi Vilfrid Sinqo zədələnib. Almaniya ilə dünya çempionatının II tur matçında (1:2) zədələnən oyunçu azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Sinqo “Qalatasaray” klubunun da üzvüdür.

Fil Dişi Sahili yığması mundialda qrupda Almaniya, Ekvador və Kurasao ilə mübarizə aparır. Yığma 1 xalla qrupda ikinci sıradadır.

Azərbaycan Madriddə 4 idmançı ilə təmsil olunacaq

22 June 2026 at 19:30

Azərbaycan kamandan oxatanları İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq Dünya Kubokunun 4-cü mərhələsində qüvvələrini sınayacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası məlumat yayıb. Turnirdə ölkəni Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova təmsil edəcəklər.

İdmançılar fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış iyulun 7-12-si aralığında baş tutacaq.

DÇ-2026: Almaniya millisində ciddi itki

22 June 2026 at 19:15

Almaniya millisi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, yığmanın müdafiəçisi Niko Şlotterbek zədələnib. Bu barədə “Sky Sports” məlumat yayıb.

Fil Dişi Sahili yığması ilə matçda sol ayaq əzələsindən xəsarət alan Niko dünya çempionatının qalan oyunlarını buraxacaq.

26 yaşlı futbolçu mundialda keçirdiyi iki oyunda bir qol vurub.

Azərbaycan millisi Fərid Qayıbovla görüşüb

22 June 2026 at 18:50

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri gənclər və idman naziri Fərid Qayıbovla görüşüb.

Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəvəti ilə keçirilən görüşdə millinin futbolçuları, məşqçi və texniki heyəti iştirak edib.

Söhbət zamanı komandanın 2027-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışı və əldə etdiyi nəticələr müzakirə olunub. Fərid Qayıbov millinin qrup mərhələsində keçirdiyi 6 oyunun 4-də qələbə qazanaraq 12 xalla ikinci yeri tutmasını yüksək nəticə kimi qiymətləndirib.

Nazir komandanın nümayiş etdirdiyi əzmkar mübarizəni və peşəkar yanaşmanı xüsusi vurğulayaraq futbolçuları təbrik edib. O, əldə olunan nəticələrin ölkədə qadın futbolunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib və komanda üzvlərinə gələcək yarışlarda uğurlar arzulayıb. Fərid Qayıbov, həmçinin, UEFA Millətlər Liqasının növbəti mövsümündə millinin daha uğurlu çıxış edəcəyinə inandığını qeyd edib.

Daha sonra AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva ölkədə qadın futbolunun mövcud vəziyyəti, inkişaf istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Millinin baş məşqçisi Siyasət Əsgərov isə komandanın fəaliyyəti, hazırlıq prosesi və qarşıdakı hədəflərlə bağlı fikirlərini bölüşüb.

Görüşün sonunda kapitan Sevinc Cəfərzadə xatirə hədiyyəsi olaraq Azərbaycan millisinin formasını Fərid Qayıbova təqdim edib.

Səmimi və məhsuldar şəraitdə keçən görüş xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.

Azər Bağırov onu “Şamaxı”da görmək istəyir

22 June 2026 at 18:30

“Turan Tovuz”dan ayrılan Şəhriyar Əliyev karyerasını “Şamaxı”da davam etdirə bilər.

Futbolpress.az-ın məlumatına görə, bölgə klubu 33 yaşlı müdafiəçi ilə danışıq aparır. Komandanın baş məşqçisi Azər Bağırov Əliyevi komandasında görmək arzusundadır.

Şəhriyar 2022-ci ildən “Turan Tovuz”da çıxış edirdi. Tovuz klubu onunla müddəti başa çatan müqaviləni uzatmayıb.

Şəhriyar daha əvvəl “Kəpəz”, “Sumqayıt”, “Keşlə” (indiki “Şamaxı”) klublarında forma geyinib. O, Azərbaycan yığmasında üç oyuna çıxıb.

Şahin Cəfərov

Azərbaycan yığması İngiltərə ilə bir qrupda

22 June 2026 at 18:09

Çimərlik futbolu üzrə Avropa çempionatının seçmə mərhələsinin (EBSL) püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.

Millimiz B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya yığmaları ilə mübarizə aparacaq. A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar. Oyunlar iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində keçiriləcək.

Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.

“Qarabağ” yamaykalı vingerlə anlaşdı

22 June 2026 at 17:57

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “atlılar” Rusiyanın “Pari NN” klubunda çıxış edən Reynaldo Cebhasla anlaşıb. Bu barədə “Legalbet.ru” saytı məlumat yayıb.

Xəbərdə “Qarabağ”ın yamaykalı vinger üçün 1 milyon avro transfer haqqı ödəyəcəyi bildirilir.

26 yaşlı futbolçu başa çatan mövsümdə Rusiya Premyer Liqasında 25 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Mundialdan sonra klubunu dəyişəcək

22 June 2026 at 17:33

İsveçli futbolçu Lukas Berqvall “Tottenhem”dən ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi daha çox oynaya biləcəyi kluba keçmək niyyətindədir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Berqvalla Bundesliqa və Premyer Liqadan bir neçə klub yaxından maraqlanır.

Futbolçu hazırda İsveç millisi ilə dünya çempionatındadır. O, mundialdan sonra klub seçimini edəcək.

“Fənərbağça” 25 milyonluq təklif hazırlayır

22 June 2026 at 17:15

Dortmund “Borussiya”sının futbolçusu Karim Adeyemi karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” alman hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Fanatik” nəşri məlumat yayıb. İstanbul klubu Adeyemi üçün “Borussiya”ya 25 milyon avro təklif etməyə hazırlaşır.

24 yaşlı hücumçu ötən mövsüm Bundesliqada oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib.

Azərbaycan parabadmintonçusu Polşada üçüncü oldu

22 June 2026 at 16:46

Fransanın Müluz şəhərində keçirilən Beynəlxalq Parabadminton Turnirinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, 20 yaşlı parabadmintonçu İbrahim Əliyev kişi idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı tərəfdaşı Bartlomiej Mroz ilə birlikdə bürünc medal qazanıb.

Cütlük qrup mərhələsində braziliyalı rəqibləri Ramos Santos və Yeily Rodrigues üzərində qələbə qazanıb, Çin Taypeyini təmsil edən Jen-Yu Fang və Gui Yu Pu cütlüyünə isə məğlub olub.

Bu nəticə ilə yarımfinala yüksələn İbrahim Əliyev və Bartlomiej Mroz Malayziya təmsilçiləri Mohamed Azri və Cheah Liek Hou ilə qarşılaşmada məğlub olaraq turniri bürünc medalla başa vurublar.

Milli komandada baş məşqçi ayrılığı

22 June 2026 at 16:23

Qazaxıstan millisində baş məşqçi Talqat Baysufinovla yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilib.

Talqat bu ilin yanvarından yığmaya rəhbərlik edirdi. Milli onun başçılığı altında 5 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 2 dəfə uduzub.

Azərbaycan yığmasında 23 futbolçu çağırıldı

22 June 2026 at 16:12

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 23-dən iyulun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Futbolpress.az xəbər verir ki, U-17 toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət yığması ilə 2 yoxlama oyunu keçirəcək. Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hər iki görüşün saat 18:30-da başlanması planlaşdırılır.

U-17-yə dəvət edilən futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

Nr.
 Ad/Soyad
Klub
1
Ülvi Abbaslı
Sumqayıt
2
Oqtay Mehrəliyev
Qarabağ
3
Cavidan Babayev
Qarabağ
4
Ruslan Quliyev
Neftçi
5
Vaqif Nəbiyev
Qarabağ
6
Uğur Qurbanlı
Qarabağ
7
Cihad Sadıqov
Sabah
8
Roman Fərzəli
Qarabağ
9
Mehdi Hüseyn
Qarabağ
10
Rəsul Balakişiyev
Marcet (İspaniya)
11
Nicat Əhmədzadə
Marcet (İspaniya)
12
Vaqif Məmmədli
Sabah
13
Ömər Fətəliyev
Qarabağ
14
Əhəd Hacızadə
Qarabağ
15
Nihad Hüseynzadə
Sabah
16
Renat Əliyev
Neftçi
17
Davud Abullayev
Qarabağ
18
Şikar Şikar
Neftçi
19
Tunar Bayramov
Qarabağ
20
Firdovsi Şeydayev
Sabah
21
Nazim Əliyev
Srvena Zvezda (Serbiya)
22
Daniil Rəcəbov
Qarabağ
23
Ruslan Əbilov
Sabah

Şükürov uğursuzluğun səbəbini hakimlərdə görür: “Mövsüm bitəndən sonra…”

22 June 2026 at 15:45

Adil Şükürov “Səbail”lə vidalaşıb. Mütəxəssisin “dənizçilər”lə müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Şükürov “Futbolpress.az“a açıqlamasında klubdakı mühitdən söz açdı:

“Səbail”də mənə çox xoş olan insanlarla çalışdım. Bundan sonrakı iş yerlərimdə də belə mühitin olmasını istərdim. Hər kəsə çox minnətdaram. Yaxşı komanda formalaşdırılmışdı. Mənimlə birlikdə bu kluba gələn məşqçilərin adından da onlara təşəkkür edirəm”.

“Səbail” I Liqada mövsümü üçüncü sırada başa vurdu və elitaya vəsiqə qazana bilmədi. Şükürov uğursuzluğu belə şərh etdi:

“Hər kəs komanda üçün yaxşısını etməyə çalışdı. Bəzi oyunlarda istədiyimiz xalları qazana bilmədik. Buna müxtəlif amillər də təsir göstərdi. Bilirsiniz ki, bu il liqada hakim səhvləri daha çox müzakirə olundu. Mövsüm bitəndən sonra bir statistika apardım, məlum oldu ki, komanda mənim rəhbərliyim dövründə ən çox Premyer Liqadan təyin olunan hakimlərin idarə etdiyi oyunlarda xal itirib. Futbolçularım çalışdılar, amma hakim qərarları nəticələrə təsir etdi. Yekun nəticə də belə oldu və bu, hər birimizin karyerasında müəyyən iz buraxdı. Bundan sonra irəli baxmalıyıq. Çalışırıq ki, olduğumuz yerdə əlimizdən gələnin yaxşısını edək”.

Şahin Cəfərov

“Qarabağ” iki ayrılığı açıqladı

22 June 2026 at 15:21

“Qarabağ” qapıçıları Fabian Buntiç və Amin Ramazanovla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubumuz Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Amin Ramazanovun isə müqavilə müddəti başa çatıb.

DÇ-2026: Fransa və Norveç qazandı, Əlcəzairdən geridönüş – NƏTİCƏLƏR

23 June 2026 at 09:02

Dünya çempionatında qrup mərhələsinin II turu davam edir.

Futbolpress.az xəbər verir ki, bu gün I və J qrupunun oyunları keçirilib.

Günün ilk matçında J qrupunda Argentina ilə Avstriya üz-üzə gəlib. Matç “tanqoçular”ın qələbəsiylə başa çatıb.

Hər iki kollektiv ilk matçını qazanıb. Qrupun digər oyununda İordaniya Əlcəzairlə qarşılaşıb. Afrikalılar geridönüşlə qalib gəlib.

İ qrupunda Fransa İraqı, Norveç isə Seneqalı məğlub edib.

DÇ-2026
Qrup mərhələsi, II tur

J qrupu

21:00 Argentina – Avstriya 2:0
Qollar: Messi, 39, 90+5

07:00 İordaniya – Əlcəzair 1:2
Qollar:
Əl Raşdan, 36 – N.Benbuali, 69, A.Giuri, 82

Xal durumu: Argentina – 6, Avstriya – 3, Əlcəzair – 3, İordaniya – 0

İ qrupu

Fransa – İraq 3:0
Qollar: K.Mbappe, 14, 54, O.Dembele, 66

Norveç – Seneqal 3:2
Qollar: M.Pederson, 43, E.Haaland, 48, 58 – İ.Sarr, 53, 90+3

Xal durumu: Fransa – 6, Norveç – 6, Seneqal – 0, İraq – 0

Millinin Çexiya və Latviyaya qarşı oyunları: statistika nə deyir?

22 June 2026 at 14:42

Final mərhələsi 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının əsas mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, püşk millimizi Çexiya və Latviya ilə rəqib edib. Bəs bu komandalarla indiyə qədər keçirdiyimiz oyunların nəticələri necə olub?

Millimiz Avropa və dünya çempionatının seçmə və final mərhələlərində bu rəqiblərlə qarşılaşıb. Komandamız Çexiya ilə daha çox – 6-sı rəsmi olmaqla 8 matçda üz-üzə gəlib. İlk duel 31 il əvvəl baş tutub. Həmin vaxt qitəmiqyaslı yarışlara yeni ayaq açan yığmamız böyük hesabla uduzmuşdu.

Ümumiyyətlə, Çexiya ilə rəsmi matçların 2-də millimiz, 4-də isə rəqib qələbə qazanıb. Onlarla son qarşılaşmalarımız yoldaşlıq matçları çərçivəsində olub. İki il əvvəl Zlin şəhərində baş tutan görüşlərdə çexlər qələbə qazanmışdı.

Latviyaya gəldikdə, onlarla bir dəfə rəsmi, iki dəfə isə yoldaşlıq oyununda rəqib olmuşuq. Rəsmi görüş 28 il əvvəl olub və futzal üçün qeyri-adi hesab ediləcək nəticə qeydə alınıb. Belə ki, qapılara qol vurulmayıb. Yoldaşlıq oyunları isə 2019-cu ildə Liepaya şəhərində keçirilib. İlk qarşılaşmada qələbəni komandamız qazanıb. Ertəsi gün baş tutan matda isə heç-heçə qeydə alınıb.

AÇ-96 (seçmə mərhələ – Hollandiya)
28.10.1995. Çexiya – 2:10
AÇ-99 (seçmə mərhələ – Belçika)
07.12.1998. Latviya – 0:0
DÇ-00 (seçmə mərhələ – Xorvatiya)
02.03.2000. Çexiya – 4:8
DÇ-08 (seçmə mərhələ – Çexiya)
02.03.2008. Çexiya – 2:3
AÇ-10 (final mərhələ – Macarıstan)
21.01.2010. Çexiya – 6:1
3-cü yer uğrunda oyun
30.01.2010. Çexiya – 3:5
AÇ-2016 (final mərhələ – Serbiya)
06.02.2016. Çexiya – 6:5

Yoldaşlıq oyunları
11.04.2019 (Liepaya) Latviya – Azərbaycan 1:3
12.04.2019 (Liepaya) Latviya – Azərbaycan 2:2
19.09.2024. (Zlin) Çexiya – Azərbaycan 3:0
20.09.2024 (Zlin) Çexiya – Azərbaycan 6:2

Ömər Abdalovdan “qızıl”

22 June 2026 at 14:25

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növündə oğlanların mübarizəsi davam edir.

Futbolpress.az xəbər verir ki, ikinci yarış günü körpücük üzərinə ilk olaraq çəkisi 48 kq-a qədər olan yeniyetmələr çıxıblar.

Bu çəkidə qızıl medala Qazax idmançısı Ömər Abdalov layiq görülüb. Ömər 130 kq (57 kq + 73 kq) nəticə ilə yarışı birinci pillədə tamamlayıb.

Lənkəran təmsilçisi Mənsur Ağayev iki hərəkətin cəmində göstərdiyi 128 kq (57 kq + 71 kq) nəticə ilə gümüş medal qazanıb.

48 kq çəki dərəcəsində bürünc medalı Bakı idmançısı Elnur Əyyubov əldə edib. Əyyubov toplamda 121 kq (52 kq + 69 kq) nəticəyə imza atıb.

Qeyd edək ki, ağırlıqqaldırma yarışlarında atletlər bugün 4 çəki dərəcəsində mübarizə aparır.

“Bekhem bu barədə mənimlə dəfələrlə danışıb” – Mbappe

22 June 2026 at 13:52

Fransa millisinin və “Real”ın futbolçusu Kilian Mbappe gələcəkdə MLS-də oynamaq ehtimalından danışıb.

Futbolpress.az xəbər verir ki, hücumçu bu barədə insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq deyib:

“Bir gün MLS-də oynamaq? Bilmirəm, Devid Bekhem bu barədə mənimlə dəfələrlə danışıb. ABŞ-ni bəyənirəm, burda möhtəşəm ambisiyalar var. Ancaq hələ Avropadayam. Gələcəkdə necə olacağını görəcəyik”.

Mbappenin “Real”la müqaviləsi 2029-cu ilin yayına kimidir. 27 yaşlı hücumçu hazırda Fransa yığması ilə ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında mübarizə aparır.

“Son dünya çempionatını məktəbdə izləmişdim, indi isə…”

22 June 2026 at 13:33

İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-da Səudiyyə Ərəbistanına qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Futbolpress.az FIFA-ya istinadən xəbər verir ki, 17 yaşlı vinger qol vurduğu və komandasının 4:0 hesabıyla qalib gəldiyi matçla bağlı bunları deyib:

“Dünya çempionatında qol vurmaq inanılmazdır. Hər zaman bunu arzulamışam və start heyətdə çıxdığım ilk oyunda bunu bacardığım üçün çox xoşbəxtəm. Xəyalım gerçəkləşdi. Son dünya çempionatını məktəbdə izləmişdim, indi isə burda qol vururam. Özümlə qürur duyuram”.

Azərbaycan badmintonçusu “bürünc” qazandı

22 June 2026 at 13:16

Azərbaycanlı yeniyetmə badmintonçu Leyla Camalzadə Serbiyanın Novi Sad şəhərində keçirilən “Serbian U17 International” turnirində bürünc medal qazanıb.

Futbolpress.az xəbər verir ki, o, qız bamdintonçuların şəxsi yarışında keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Ariana Giurgievə 2:0 (21-5,21-6) hesabı ilə qalib gəlib. Badmintonçumuz 1/16 finalda 3 setin yekununda Xorvatiya idmançısı Maja Praniçi mübarizədən kənarlaşdırıb – 2:1 (22-20,16-21,21-15).

1/8 finalda Türkiyə badmintonçusu Elanur Taskiranı 2:0 (21-19,21-15) hesabı ilə məğlub edən Leyla 1/4 finalda polşalı Hanna Vylegaya ilə çətin görüşdə qələbə qazanmağı bacarıb – 2:1 (21-7,15-21, 21-19).

Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Leyla finalın bir addımlığında turnirin qalibi Bolqarıstan badmintonçusu Maria Popova uduzub – 0:2 (16-21,14-21).

Avarçəkənlər Litvada beynəlxalq reqatada iştirak edəcək

22 June 2026 at 12:42

26–28 iyun tarixlərində Litvanın Trakay şəhərində akademik avarçəkmə üzrə 64-cü “Amber Oars” beynəlxalq reqatası keçiriləcək.

Futbolpress.az xəbər verir ki, ölkəmizi reqatada beş idmançı- Ziya Məmmədzadə, Nurlan Paşayev, Azər İlyasov, İsabala Dadaşzadə və Murad Abbaslı təmsil edəcəklər. Komandamız yarışa baş məşqçi Volodimir Morozovun rəhbərliyi ilə yollanacaq.

Qeyd edək ki, “Amber Oars” beynəlxalq reqatası avarçəkmə idman növü üzrə ənənəvi beynəlxalq yarışlardan biri hesab olunur.

“Araz-Naxçıvan” I Liqa klubundan transfer etdi

22 June 2026 at 12:21

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Rəşad Həsənovla anlaşıb.

Futbolpress.az xəbər verir ki, mərkəz müdafiəçisi yeni mövsümdə komandanın formasını geyinəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir.

“Keşlə”, “Şamaxı” və “Zirə-2” klublarında çıxış edən 23 yaşlı futbolçu son mövsümü Birinci Liqada mübarizə aparan “Cəbrayıl”ın heyətində keçirib.

O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

“Sabah”ın üç rəqibi

22 June 2026 at 12:03

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın ilk rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. Matç iyunun 24-də keçiriləcək.

“Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.

“Sabah” Çempionlar Liqasında Uelsin TNS kollektivi ilə üz-üzə gələcək. İlk oyun 7/8 iyulda Bakıda olacaq. Cavab görüşü bir həftə sonra səfərdə baş tutacaq.

Donis: “İspanları saxlamağa gücümüz çatmadı”

22 June 2026 at 11:39

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Georgios Donis DÇ-2026-da İspaniyaya məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az FIFA-ya istinadən xəbər verir ki, mütəxəssis 0:4 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İspanları saxlamağa gücümüz çatmadı. Oyun alınmayanda və qısa müddətdə üç qol buraxanda bütün planlar pozulur. Çoxlu səhvlər etdik. Komandanı fasilədə sakitləşdirə bilsək də, artıq nəticə bəlli idi.

Hamı başa düşür ki, Yamal kimi oyunçular meydandadırsa, komanda daha qətiyyətli və inamlı oynayır. O, təkbaşına rəqiblərini məğlub etmək gücündədir. Həm “Barselona”da, həm də İspaniya millisində dəfələrlə bunu göstərib”.

“Oyunun tempini aşağı salmamalı idik” – Byelsa

22 June 2026 at 11:24

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa DÇ-2026-nın qrup mərhələsində Kabo Verdeyə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az FIFA-ya istinadən xəbər verir ki, mütəxəssis 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Müdafiədə yaxşı oynayanda üstünlük bizdə idi. Lakin bəzi anlarda nəzarəti itirdik. Fərdi səhvlərdən qol buraxdıq və qələbə qazana bilmədik. Oyunun tempini aşağı salmamalı idik. Bu, rəqibə də kömək etdi və sonda da əldə etdiyimiz fürsətləri dəyərləndirə bilmədik”.

Uruqvay H qrupunda 2 xalla 2-ci sıradadır. Komanda sonuncu turda İspaniya ilə üz-üzə gələcək.

AFFA rəsmisi Avropa çempionatının final mərhələsində

22 June 2026 at 11:23

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, 19 yaşadək qadın futbolçular arasında iyunun 27-dən iyulun 10-dək Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Ağayeva turnirin ümumilikdə 8 oyununda UEFA nümayəndəsi olacaq.

AFFA rəsmisi A qrupunun İsveç – Polşa (27 iyun), Bosniya və Herseqovina – İsveç (30 iyun), Polşa – Bosniya və Herseqovina (3 iyul), B qrupunun isə Avstriya – İslandiya (28 iyun), Avstriya – İsveçrə (1 iyul) və İspaniya – Avstriya (4 iyul) qarşılaşmalarında fəaliyyət göstərəcək.

UEFA qitə birinciliyinin həlledici mərhələlərində də Zümrüd Ağayevaya etimad göstərib. Belə ki, o, iyulun 7-də U-19-ların Avropa çempionatının yarımfinal, 10-da isə final görüşünün UEFA nümayəndəsi olacaq.

“Bu nəticə illər sonra da Misir futbolunun uğuru kimi xatırlanacaq”

22 June 2026 at 11:09

Misir millisi dünya çempionatlarının əsas mərhələsində ilk qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, Afrika təmsilçisi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Yeni Zelandiyaya qalib gəlib – 3:1. Matçda bir qol vuran Məhəmməd Salah oyunla bağlı fikirlərini FIFA-nın mətbuat xidməti ilə bölüşüb:

“İnanılmazdır, bu hissləri sözlə ifadə etmək olmur. Komanda olaraq böyük bir nailiyyətə imza atdıq. Burada hər kəsin əməyi var. Əldə etdiyimiz bu nəticə illər sonra da Misir futbolunun uğuru kimi xatırlanacaq. İndi sadəcə qələbədən zövq almalı və növbəti matça hazırlaşmalıyıq”.

Misir yığması G qrupunda 4 xalla liderdir. Afrikalılar qrupda Belçika, İran və Yeni Zelandiya ilə mübarizə aparır.

 

Elvin Cəfərquliyev “Qarabağ”la Avstriyaya yollandı

22 June 2026 at 10:52

“Qarabağ” təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.

Futbolpress.az xəbər verir ki, ötən mövsümün sonlarında əvəzedici komandaya göndərilən Elvin Cəfərquliyev də heyətdə yer alıb. O, kollektivlə Avstriya toplanışına yollanıb.

“Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş” ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Diniyevin mundial fikirləri: “Əsas oyunlar qrup mərhələsindən sonra olacaq”

22 June 2026 at 10:38

ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir.

Qrup mərhələsinin II turunun matçları keçirilir və son günlərin gündəmi Türkiyə yığmasının Paraqvaya məğlub olmaqla (0:1) qrupda qalmasıdır.

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev “ay-ulduzlular”ın uğursuzluğu və dünya çempionatı oyunları haqda danışdıq:

– Mundialda artıq bir həftə geridə qalıb. Turnirlə bağlı  təəssüratlarınız necədir?
– İlk oyunlarda adaptasiya baxımından problemlər yaşana bilər. Bu mundial göstərir ki, zəif komanda yoxdur. Hələ ikinci turun oyunları gedir. Hansısa komandanı xüsusi fərqləndirmək olmur. Görünən odur ki, eyni səviyyədə, iddialı kollektivlər var.

– Bütün komandalar bir tur keçirib. İndiki məqamda kimləri daha yaxşı hesab edirsiniz?
– Braziliya, İngiltərə, İspaniya və Fransa bir addım öndə görünür. İndi kimisə fərqləndirmək çətindir. Çünki qarşıda vaxt çoxdur və hələ qrup mərhələsi bitməyib. Zədələr, vərəqə cəzaları da oyunların nəticəsinə təsir göstərə bilər. Bu baxımdan, geniş və keyfiyyətli heyətə malik komandalar daha şanslı olacaqlar.

– Ev sahiblərinin çıxışını necə qiymətləndirirsiniz?
– Ev sahibləri Meksika, ABŞ və Kanada da inamlı təsir bağışlayırlar. Yaxşı futbol oynayırlar və onların da irəli gedə biləcəyini düşünürəm.

– Azərbaycanlı futbolsevərlərin yaxından izlədiyi Türkiyə də mundialı erkən bitirdi. Bu barədə fikirləriniz nələrdir?
– Komandamız dediyimiz Türkiyə yığması çox zəif təsir bağışladı. Heyətin keyfiyyətinə görə  bir çox kollektivdən üstün olsalar da, potensiallarından aşağı səviyyədə çıxış etdilər. Şansları qalmadı və bütün türk dünyasını məyus qoydular. Avstraliya və Paraqvay kimi komandaları məğlub edə bilmirsənsə, çox düşünməyə ehtiyac yoxdur.

– İlk oyunda het-trik edən Messinin Argentinası ardıcıl ikinci mundialı qazana bilər?
– Tək Argentina deyil, Almaniyanı da siyahıdan silmək olmaz. Ardıcıl qələbə qazanan almanlar artıq pley-off  düşünürlər. Məncə, Argentina da qrupda büdrəməyəcək. Mundialın əsas oyunları isə qrup mərhələsindən sonra olacaq.

Dünya çempionatı yeni formatda – üç fərqli ölkədə, 48 komandanın iştirakı ilə keçirilir. Yeni formatı və turnirin təşkilati tərəflərini necə dəyərləndirirsiniz?
– Təşkilatçılıq yüksək səviyyədədir. Düzdür, bəzi nüanslar var. Belə deyim, FIFA başqa dünyadır. Lakin hər ölkənin öz qaydaları var və bura gələn komandalar bu reallıqla barışmalıdır. Hazırda əsas mübarizə futbolun populyarlaşması uğrunda gedir və yeni format məhz buna hesablanıb. Turnirdən sonra geniş təhlillər aparılacaq, götür-qoy ediləcək və hansı formatın daha uğurlu olacağına qərar veriləcək.

Şahin Cəfərov

DÇ-2026: günün oyunları bu kanallarda – TV

22 June 2026 at 10:23

Bu gün dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

22 iyun

DÇ-2026
21:00 Argentina – Avstriya (İctimai TV, TRT 1)
01:00 Fransa – İraq (İctimai TV, TRT 1)

23 iyun

DÇ-2026
04:00 Norveç – Seneqal (İctimai TV, TRT 1)
07:00 İordaniya – Əlcəzair (İctimai TV, TRT 1)

 

Super Liqa klubu “Qarabağ”ın futbolçusu ilə danışıqlara başladı

22 June 2026 at 10:12

“Qarabağ”ın futbolçusu Marko Yankoviç karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, Super Liqaya yüksələn “Çorum” yarımmüdafiəçinin transferində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Klubun artıq monteneqrolu futbolçu ilə danışıqlara başladığı bildirilib.

Yankoviç 2022-ci ildən “Qarabağ”da çıxış edir. O, komandada 171 oyunda 13 qol vurub, 19 məhsuldar ötürmə edib.

“Neftçi” yeni transferi üçün nə qədər ödəyib?

22 June 2026 at 09:51

“Neftçi”nin yeni transferi Qustavo Klisman üçün ödədiyi məbləğ məlum olub.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” yarımmüdafiəçi üçün klubu “Santa Klara”ya 300 min avro təzminat ödəyib. Bu barədə “Record” nəşri məlumat yayıb.

“Neftçi” Klismanla 2+1 illik müqavilə imzalayıb.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən yarımmüdafiəçi 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.

TFF Montella ilə bağlı qərarını açıqladı

22 June 2026 at 09:24

Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Vinçenso Montella ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, bu barədə TFF-nin prezidenti İbrahim Hacıosmanoğlu yerli mətbuata açıqlamasında danışıb:

“Məşqçimizi qoruyacağıq. Bura klub deyil, milli komandadır. İki gündən bir dəyişmək olmaz. Komandamız mundialda yaxşı oynadı, 65 zərbənin qol olmaması məşqçinin problemidir? Montella və oyunçularımızın yanındayıq”.

Avstraliyaya 0:2, Paraqvaya isə 0:1 hesabıyla uduzan Türkiyə millisinin sona bir tur qalmış mundialla vidalaşacağı dəqiqləşib.

“Alaşkert”ə keçən futbolçu: “Bir səhifə bağlandı”

22 June 2026 at 09:15

Konqolu futbolçu Domi Massumo “Qəbələ” ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı vinger sosial şəbəkə hesabında paylaşım edərək, bunları yazıb:

“Ağrılı bir ürəklə burdakı macəramın bitdiyini elan edirəm. Bir səhifə bağlandı. Komanda yoldaşlarıma, klubun işçilərinə, rəhbərliyə, azarkeşlərə təşəkkür edirəm. Mənə inandılar, etibar etdilər. Sizə hər şeyin ən yaxşısını arzu edirəm”.

Massumo Ermənistanın “Alaşkert” klubu ilə müqavilə imzalayıb.

“Sumqayıt”da qərar həftəsi

22 June 2026 at 08:51

“Sumqayıt” yeni baş məşqçisini açıqlamağa hazırlaşır.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, “kimyaçılar” artıq bir müddətdir, post üçün danışıqlar aparır. Klubun yeni baş məşqçisi əcnəbi olacaq. “Sumqayıt” bu həftə danışıqları yekunlaşdıracaq və yeni mövsümlə bağlı işlərə start verəcək.

“Gənclik şəhəri” təmsilçisi Misli Premyer Liqasında mövsümü 41 xalla 8-ci sırada bitirib. “Sumqayıt” mayın sonunda baş məşqçisi Saşa İliçlə vidalaşıb.

Şahin Cəfərov

Salah “ən yaxşı” mükafatını qazandı

22 June 2026 at 08:38

DÇ-2026-nın qrup mərhələsinin Yeni Zelandiya – Misir oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafatı afrikalı hücumçu Məhəmməd Salah qazanıb. O, komandasının qalib gəldiyi oyunda bir qol vurub, bir məhsuldar ötürmə edib.

Görüş Misirin qələbəsiylə başa çatıb – 3:1.

“Qəbələ”ni Ermənistan klubuna dəyişdi

22 June 2026 at 08:22

Konqolu futbolçu Domi Massumo “Qəbələ”dən ayrılıb.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı vinger karyerasını Ermənistanda davam etdirəcək. Massumo sözügedən ölkə təmsilçisi “Alaşkert”lə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Domi 2024-cü ildən “Qəbələ”də çıxış edirdi. Sol cinah vingeri klubla müddəti başa çatan müqaviləsini uzatmayıb.

Domi son vaxtlarda Azərbaycandan Ermənistana üz tutan ikinci futbolçudur. Bundan öncə ötən mövsümü “Şamaxı”da keçirən braziliyalı müdafiəçi Sezar Enrike “Alaşkert”lə müqavilə imzalayıb.

İspan futbolçu “ən yaxşı” mükafatını qazandı

21 June 2026 at 22:54

DÇ-2026-nın qrup mərhələsinin İspaniya – Səudiyyə Ərəbistanı (4:0) oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az FIFA-ya istinadən xəbər verir ki, mükafatı ispan hücumçu Mikel Oyarsabal qazanıb.

Mikel görüşdə iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

DÇ-2026-nın iştirakçısı “Qarabağ”da

21 June 2026 at 21:16

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

Futbolpress.az xəbər verir ki, Xorvatiyanın “Riyeka” klubu ilə danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç “Qarabağ”a transfer olunub.

Bosniya və herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper komandada 23 nömrəli formanı geyinəcək.

“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Martin Zlomisliç 2021-ci ildə “Riyeka”ya keçib.

Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxan Martin Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.

Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində komandamızın beşinci transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa “Qarabağ”a qoşulub.

“Neftçi” kapitanlarla bağlı qərarını açıqladı

21 June 2026 at 19:09

“Neftçi” PFK kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb.

Futbolpress.az xəbər verir ki, yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017/18 mövsümündən komandanın şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.

“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində klubda olub və 25 rəsmi oyun keçirib.

“Qarabağ”ın hücumçusu məşhur klubun hədəfində

21 June 2026 at 18:42

“Qarabağ”ın futbolçusu Kamilo Duran “Seltik”in hədəfindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə Şotlandiya mətbuatı məlumat yayıb. Qlazqo təmsilçisi yaxın zamanda təklif göndərməyə hazırlaşır.

Daha əvvəl Avropanın bir neçə klubunun Duranla maraqlandığı bildirilib.

Kolumbiyalı hücumçu ötən mövsüm “Qarabağ”da 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib.

“Qarabağ”ın sabiq futbolçusu klubunu dəyişdi

21 June 2026 at 17:39

“Qarabağ”ın sabiq futbolçusu Kris Koaku klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Norveçin “Sarpsborq” klubundan İsrail təmsilçisi “İronoi Tiberias”a keçib. Bu barədə klubların mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Koaku bu ilin martında “Qarabağ”dan “Sarpsborq”a keçmişdi.

“Sabah” legioneri ilə vidalaşdı

21 June 2026 at 17:22

“Sabah” basketbol klubunda ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” Andri Voyaloviç ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı oyunçu 2024-cü ildən “Sabah”da çıxış edirdi.

Azərbaycan boksçusu Dünya Kubokunun qalibi oldu

21 June 2026 at 16:32

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya kubokunun qalibi olub.

Futbolpress.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən millimizin üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb.

Cəfərov hər 3 raundda rəqibindən üstün olub və hakimlərin yekdil qərarı ilə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbə qazanaraq  Dünya kubokunun qızıl medalına sahib çıxıb.

Beləliklə, Azərbaycan millisi 40 ölkədən 300 idmançının qatıldığı ilin ikinci reytinq xarakterli yarışını 1 qızıl və 2 bürünc medalla başa vurub. Boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes daha əvvəl  (90 kq) bürünc medal qazanıb.

“Qarabağ” onunla müqaviləni uzatdı

21 June 2026 at 16:24

“Qarabağ” Futbol Klubu futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.

Futbolpress.az xəbər verir ki, “atlılar” Azərbaycan millisinin müdafiəçisi ilə 1 illik yeni müqavilə imzalayıb.

Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.

2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov Premyer Liqada 267 oyunda 5 qol vurub. O, komandasının heyətində 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Millidə isə 82 matçda 1 bir qol vurub.

Tonali üçün danışıqlar başladı

21 June 2026 at 15:44

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, London klubu “Nyukasl”dan Sandro Tonalini transfer etmək niyyətindədir. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. “Tottenhem” italiyalı yarımmüdafiəçi üçün danışıqlara başlayıb.

“Nyukasl” Tonali üçün 120 milyon avro transfer haqqı istəyir. Tərəflər arasında danışıqlar davam edir.

Daha əvvəl “Mançester Siti”nin italyanla maraqlandığı bildirilib.

8 il sonra La Liqaya qayıtdılar

21 June 2026 at 15:13

İspaniya La Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin final oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, “Almeriya” və “Malaqa” komandaları həlledici matçda üz-üzə gəlib. Görüş “Malaqa”nın qələbəsiylə başa çatıb – 2:1. “Mavi-ağlar” yeni mövsümdə elitada çıxış edəcək.

“Malaqa” 8 il sonra La Liqaya qayıdıb.

“Şaxtyor” 18 yaşlı vinger üçün 9 milyon avro ödədi

21 June 2026 at 14:36

“Şaxtyor” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Donetsk təmsilçisi “Flamenqo”dan Rayan Robertonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Şaxtyor” Rayan üçün Braziliya klubuna 9 milyon avro ödəyib.

DÇ-2026-da gecənin NƏTİCƏLƏRİ

22 June 2026 at 08:10

ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Futbolpress.az xəbər verir ki, bu gün H və G qrupunun ikinci matçları baş tutub.

Günün birinci görüşü H qrupunda İspaniya ilə Səudiyyə Ərəbistanı arasında keçirilib. Matç “buğalar”ın qələbəsiylə başa çatıb. Qrupun digər matçında Uruqvay Kabo Verde ilə heç-heçəyə razılaşıb.

G qrupunda Belçika İranla heç-heçə edib. Qrupun digər görüşündə Yeni Zelandiya Misirə uduzub.

DÇ-2026
Qrup mərhələsi, II tur

H qrupu

20:00 İspaniya – Səudiyyə Ərəbistanı 4:0
Qollar: Yamal, 10, Oyarsabal, 21, 24, Kukurelya, 49

02:00 Uruqvay – Kabo Verde 2:2
Qollar: M.Arauxo, 44, A.Kanibbio 45+6 – K.Pina, 21, H.Varela, 61

Xal durumu: İspaniya – 4, Kabo Verde – 2, Uruqvay – 2, Səudiyyə Ərəbistanı – 1

G qrupu

23:00 Belçika – İran 0:0

05:00 Yeni Zelandiya – Misir 1:3
Qollar: F.Surman, 15 – M.Ziko, 58, M.Salah, 67, Trezeqe, 82

Xal durumu: Misir – 4, İran – 2, Belçika – 2, Yeni Zelandiya – 1

Afrikalıların 52 il sonra gələn antirekordu

21 June 2026 at 13:14

Tunis millisi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Yaponiyaya uduzub – 0:4.

Futbolpress.az xəbər verir ki, komanda mundialdakı iki oyunda 9 qol buraxıb və fərqlənə bilməyib.

Tunis 52 ildən sonra dünya çempionatlarında əsas mərhələdə ardıcıl iki oyunda 9 qol buraxan birinci komanda olub.

Sonuncu dəfə 1974 mundialında Konqo iki oyuna 11 qol buraxmışdı.

“İmişli”də məşqçi təyinatları

21 June 2026 at 12:36

“İmişli”də məşqçi təyinatları gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis Vüqar Əsgərli klubun U-19 komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

UEFA Pro lisenziyasına malik olan Vüqar Əsgərli Azərbaycan futbolunda həm peşəkar futbolçu, həm də məşqçi kimi uzun illər fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə “Qarabağ” FK-nın U-15, U-17 və U-19 komandalarına rəhbərlik edib, eləcə də “Şamaxı”nın baş məşqçisi kimi çalışıb.

Mütəxəssis Ruhid Usubov klubun əvəzedici komandasının baş məşqçisi olub.

Rövşən Babayev klubun Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsini icra edəcək. O, karyerası ərzində “Sabah”, “Simurq”, “İnter”, “Sumqayıt”, “Xəzər” kimi klublarda çalışıb.

DÇ-2026: Daha bir yığma pley-offda

21 June 2026 at 12:15

DÇ-2026-da pley-off mərhələsinə vəsiqə qazanan daha bir komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, ABŞ və Meksikadan sonra Almaniya yığmasının da növbəti mərhələyə yüksələcəyi dəqiqləşib.

Qrup mərhələsində Fil Dişi Sahilini məğlub edərək, ikinci qələbəsini qazanan almanlar 6 xalla qrupda liderdir. Üçüncü sıradakı Ekvadorun bir xalı var və liderə çatması mümkünsüzdür.

Dünya çempionatının oyunları bu kanallarda – TV

21 June 2026 at 11:43

Bu gün dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

DÇ-2026
20:00 İspaniya – Səudiyyə Ərəbistanı (İctimai TV, TRT 1)
23:00 Belçika – İran (İctimai TV, TRT 1)
02:00 Uruqvay – Kabo Verde (İctimai TV, TRT 1)
05:00 Yeni Zelandiya – Misir (İctimai TV, TRT 1)

 

Andrade “Qarabağ”ı bu kluba dəyişir

21 June 2026 at 11:25

Leandro Andrade “Qarabağ”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, “Polessye” klubu vingerin transferi üçün “atlılar”la anlaşıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Qarabağ” Andradeni 3 milyon avroya yaxın məbləğ qarşılığında satmağa razı olub.

Leandro 2022-ci ilin yanvarından “Qarabağ”da çıxış edir. O, başa çatan mövsümdə 51 oyunda 16 qol vurub, 11 məhsuldar ötürmə edib.

Daha bir yığma mundialla vidalaşdı

21 June 2026 at 10:06

Dünya çempionatının qrup mərhələsinin oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, F qrupunda Yaponiyaya 0:4 hesabıyla uduzan Tunisin növbəti mərhələ şansı qalmayıb. Yığma ardıcıl ikinci görüşündə uduzub.

Daha əvvəl Haiti və Türkiyə mundialla vidalaşacağı dəqiqləşib.

Qurbanov: “Komandamın bu günə qədərki hazırlığından razı qaldım”

20 June 2026 at 22:00

2026/27 mövsümünə hazırlıq çərçivəsində keçirilən “Qarabağ” – “Zirə” yoxlama oyunundan (4:3) sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

“Bizim üçün çox faydalı hazırlıq oyunu oldu. Komandamın bu günə qədərki hazırlığından razı qaldım. Futbolçuların hamısı məşqlərdə və oyunlarda  məsuliyyətlə çalışırdılar. Düzdür, bəzi oyunçular bu yaxınlarda millidə çıxış etmişdilər, eyni zamanda zədələr səbəbindən heyət tam formalaşmamışdı. Yeni gələn futbolçular da cəmi 30 dəqiqə meydanda oldular. Hələ birlikdə çox məşq etməmişik. Bununla belə, hər biri barədə müsbət təəssürat yarandı. İnanıram ki, qarşıdakı müddətdə daha yaxşı hazırlaçacaq və komandaya daha çox fayda verəcəklər”.

“Turan Tovuz”da iki ayrılıq

20 June 2026 at 21:55

“Turan Tovuz” iki futbolçusu ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, klub qapıçı Sergey Samok və yarımmüdafiəçi Tural Bayramlı ilə vidalaşıb. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb.

“Qarabağ” – “Zirə” oyununda 7 qol

20 June 2026 at 21:12

Yeni mövsümün hazırlığını davam etdirən “Qarabağ” ilk yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “atlılar” Bakı toplanışı çərçivəsində “Zirə” ilə görüşüb.

“Azersun Arena”da baş tutan oyun “Qarabağ”ın qələbəsiylə başa çatıb – 4:3.

Qeyd edək ki, “Qarabağ” hazırlığın ikinci mərhələsi üçün iyunun 22-də Avstriyaya yollanacaq və orada 3 sınaq matçı keçirəcək.

Yoxlama oyunu

Qarabağ – Zirə 4:3
Qollar: Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade, Mehdi Mütəllimli – George Papunaşvili, Yeqor Boqomolski, Namik Ələskərov

“Xankəndi”də vida

20 June 2026 at 20:43

I Liqaya vəsiqə qazanan “Xankəndi” klubunun məşqçilər korpusunda dəyişiklik baş verib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Baş məşqçi Zaur Hacıyevin köməkçisi Ceyhun Cavadovla yollar ayrılıb. Mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında son qoyulub.

“Xankəndi” yeni mövsümdə I Liqada mübarizə aparacaq.

Əfsanə yaşıl meydanlara qayıdır

20 June 2026 at 20:17

Braziliyalı keçmiş futbolçu Ronaldinyo karyerasını bərpa edib.

Futbolpress.az xəbər verir ki, 46 yaşlı yarımmüdafiəçi C Seriyası təmsilçisi “Ravenna” ilə müqavilə imzalayıb.

Ronaldinyo daha əvvəl “Barselona”, “Milan” kimi klublarda forma geyinib. O, 2018-ci ildə peşəkar karyerasını başa vurmuşdu.

Braziliyalı futbolçu milli komandada 97 oyunda 33 qol vurub.

“Neftçi” onunla “davam” dedi

20 June 2026 at 19:43

Elvin Camalovun “Neftçi” karyerası davam edəcək.

Futbolpress.az xəbər verir ki, dayaq yarımmüdafiəçisi ilə yeni 1+1 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarında transfer olunmuş Camalov bu müddətdə 28 rəsmi oyun keçirib, 1 qol vurub.

Dünya kuboku: Azərbaycanın boksçusu finala yüksəldi

20 June 2026 at 19:26

Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokunda yarımfinal döyüşlərinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, reytinq xarakterli yarışda Azərbaycan millisinin bir idmançısı finala yüksəlib.

Səidcəmşid Cəfərov (75 kq) yarımfinalda Qabriel Quidi Rontaniyə (İtaliya) heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (28:29, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. O, sabah keçiriləcək finalda Rami Kiuanla (Bolqarıstan) qarşılaşacaq.

Digər boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) Dünya kubokunu bürünc medalla başa vurublar.

“Zirə”də portuqaliyalı qapıçı – rəsmi

20 June 2026 at 19:12

“Zirə” yeni futbolçuyla anlaşıb.

Futbolpress.az xəbər verir ki, “qartallar” brazilyalı Maykon Kleytonu heyətinə qatıb. Qapıçıyla 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Santa Kruz”, “Redd Bull Braqantino”, “Vitorio”, “Seara” və Portuqaliyanın “Portimonense” klublarında çıxış edib.

Milli dayandı, “Neftçi” 1/4 finalda

20 June 2026 at 18:42

20 iyun 3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin ilk oyun gününün görüşləri keçirilib.

Futbolpress.az xəbər verir ki, qadınlardan ibarət milli komandamız mübarizəni təsnifat oyunlarında dayandırsa da, ölkəmizi bu mərhələdə təmsil edən “Neftçi” klubu ilk qrup oyununda Çinin “Yanjing” klubuna 21:18, da, ikinci oyununda isə Çin millisinə 15:13 hesabı ilə qalib gəlib və qrup lideri olaraq 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, “Neftçi” bu mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq.

Azərbaycan taekvondoçusu “bürünc” qazandı

20 June 2026 at 18:23

Azərbaycanın daha bir taekvondoçusu Allahverdi Məmmədov (+78 kq) Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında bürünc medal qazanıb.

Futbolpress.az xəbər verir ki, “Atlet” klubunun üzvü gənclər arasında yarışda üçüncü yeri tutub.

Daha əvvəl ölkənin altı təmsilçisi bu yarışda mükafat qazanıb.

Kazemironun yeni klubu məlum oldu

20 June 2026 at 17:35

“Mançester Yunayted”dən ayrılan Kazemiro karyerasına MLS-də davam edəcək.

Futbolpress.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “İnter Mayami” ilə anlaşıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Tərəflər arasında yaxın zamanda müqavilə imzalanacaq.

Kazemiro 2022-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. O, daha əvvəl “Real”ın formasını geyinib.

“İnter Mayami”də argentinalı hücumçu Lionel Messi top qovur.

İtaliano serb hücumçunu “Beşiktaş”a gətirmək istəyir

20 June 2026 at 17:14

“Yuventus”la müqaviləsini uzatmayan Duşan Vlahoviç karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” serbiyalı hücumçu ilə danışıq aparır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. İstanbul təmsilçisinin baş məşqçisi Vinçenso İtaliano “Fiorentina”da birlikdə çalışdığı Vlahoviçi razı salmağa çalışır.

26 yaşlı hücumçu ötən mövsüm A Seriyasında 19 oyunda 7 qol vurub.

“Barselona” ekvadorlu futbolçu transfer etdi

20 June 2026 at 16:39

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi Ekvadorun “LDU Kito” klubundan Xozus Kaysedonu transfer edib. Bu barədə “Diario Sport” nəşri məlumat yayıb. “Barselona” 18 yaşlı vinger üçün 2.5 milyon avro ödəyəcək.

Moyzes klubun B komandasında çıxış edəcək.

18 yaşlı futbolçu “LDU Kito”da bu mövsüm 10 oyunda 1 məhsuldar ötürmə edib.

“Neftçi” transferi açıqladı

20 June 2026 at 16:20

“Neftçi” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.

Futbolpress.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş kluba cəlb olunub.

26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.

“Arsenal” gürcü futbolçu üçün danışıqlara başladı

20 June 2026 at 15:45

Gürcüstanın U-21 yığmasının futbolçusu Andriyu Bartişvili Avropa klublarının diqqətindədir.

Futbolpress.az xəbər verir ki, “Yuventus” və “Arsenal” 17 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə BBC məlumat yayıb.

Klublar Bartişvilini bir müddətdir izləyir. “Arsenal”ın artıq oyunçunun klubu “Kolxeti Poti” ilə danışıqlara başladığı qeyd edilib.

Futbolçu hazırda icarə əsasında “İberiya”da çıxış edir.

“Qarabağ” Avstriya klubu ilə qarşılaşacaq

20 June 2026 at 15:21

“Qarabağ”ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib.

Futbolpress.az xəbər verir ki, Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub. Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq  “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək.

Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş” ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

“Zirə”də ayrılıq

20 June 2026 at 14:46

“Zirə” futbolçusu Ayron Qomislə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçi ilə müddəti başa çatan müqavilə uzadılmayıb.

Qomis 2024-cü ildən “Zirə”də çıxış edirdi. O, ötən mövsümdə 35 oyuna çıxıb.

DÇ-2026: Kurasaodan sürpriz, yaponlardan darmadağın NƏTİCƏLƏR

21 June 2026 at 09:50

Bu gün dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında F qrupunda Niderland və İsveç milli komandaları üz-üzə gəlib. Qrupun digər matçında Tunis Yaponiyaya uduzub.

E qrupunda Almaniya Fil Dişi Sahili yığmasını məğlub edib. Qrupun digər görüşü Ekvadorla Kurasao arasında baş tutub. Kurasao tarixində ilk dəfə mundialda xal qazanıb.

DÇ-2026
Qrup mərhələsi

F qrupu

21:00 Niderland – İsveç 5:1
Qollar: B.Brobbi, 6, 17, K.Qakpo, 47, 54, Sammervil, 89 – Elanqa, 59

08:00 Tunis – Yaponiya 0:4
Qollar: D.Kamada, 4, A.Ueda, 31, 83, J.İto, 69

Xal durumu: Niderland – 4, Yaponiya – 4, İsveç – 3, Tunis – 0

E qrupu
00:00 Almaniya – Fil Dişi Sahili 2:1
Qollar: D.Undav, 68, 90+4 – F.Kessye, 30

04:00 Ekvador – Kurasao 0:0

Xal durumu: Almaniya – 6, Fil Dişi Sahili – 3, Ekvador – 1, Kurasao – 1.

Türkiyə millisinin FİASKOSU

20 June 2026 at 14:11

Data analizlər göstərir ki, faktiki Türkiyə millisi tarixinin ən güclü heyətidir. Lakin 2000-lərdəki emosional tonus üzərindən müsbət saldo cızan milli ilə son illərdəki yığmanın əsas fərqi fərdiçilikdir.

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella taktiki təfəkkürü və oyun fəlsəfəsi ilə bu ölkənin futbol şüuruna uyğun deyil.

“Ay-ulduzlar” taktiki sxemlərə “tabe olan” futbol ənənəsinə sahib deyil. Burada əsas amil komandanın liderinin olması və baş məşqçi ilə komanda arasında kommunikasiyanın məhz bu xətlə qurulması faydalı iş əmsalını artıra bilər.

İndi lider kimdir? Nə baş məşqçi Montella, nə ən populyar oyunçu Arda, nə Seria A-da baş çıxaran Kenan Yıldız, Çalhanoğlu və s.

Əvvəllər milli komanda üçün döyüşən oyunçulardan ibarət yığma idisə, indiki milli özünü klub karyerası üçün qoruyan fərdlərdən ibarətdir. Təbii ki, bu hamısına aid deyil, amma Türkiyə yığmasını ənənəvi ruhunu pozan “virus” öz işini görür – 10+ il uğursuzluq.

Görünür, yeni ideoloji mühit yaradılmalı, klublarında ulduz olan eqoların əksərini millidən kənarlaşdırmalı, “qan dəyişikliyinə” gedilməli, “vatan-millet-sakarya” ruhu bərpa edilməlidir.

Praqmatizm Türkiyə futbolu üçün deyil, yaramır…

Kamil Əhməd

Millinin futbolçusu iki “nəhəng”in hədəfində

20 June 2026 at 13:51

Niderlandlı futbolçus Krsenso Sammervil “Vest Hem”dən ayrılmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” və PSJ vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Sammervil qərarını dünya çempionatından sonra verəcək.

Vinger Niderland yığması ilə mundialda keçirdiyi bir oyunda bir qol vurub.

Sadıqovdan türklərin məğlubiyyətinə şərh: “Sanki kabusdur”

20 June 2026 at 13:30

ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir.

Qrup mərhələsinin II turunun matçları keçirilir və günün gündəmi Türkiyə yığmasının Paraqvaya məğlub olmaqla (0:1) qrupda qalmasıdır.

Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqovla “ay-ulduzlular”ın uğursuzluğu və dünya çempionatı oyunları haqda danışdıq:

– Mundialdan əvvəl qrupun favoriti hesab olunan Türkiyə yığması iki oyunda məğlub olaraq qrup mərhələsində qaldı. Bu nəticəni necə dəyərləndirirsiniz? 
– Demək olar, kövrək durumdayıq. Meydandakı oyunla tablodakı nəticə bir-birini əks etdirmir. Sanki kabus yaşayırıq. Ağır məğlubiyyət alıb, mundialla vidalaşdılar. Gözləntilər fərqli idi, düşünürdük ki, qrupdan çıxarlar, bir az da irəli gedərlər. Amma idmandır, burada hər cür nəticə mümkündür.

– Sizcə, komandanın belə uğursuzluq yaşamasının səbəbi nədir və ya səbəbkarı kimdir?
– Türkiyə yığmasında yeni nəsil formalaşır. Uğur gözlədiyimiz anda uğursuzluğun şahidi olduq. Komandanın potensialı bəllidir və  düşünürəm ki, gələcəkdə daha yaxşı nəticələr əldə edə bilərlər. Məncə, bu uğursuzluqda bəzi futbolçuların böyük turnirlərdə təcrübəsinin az olması, müəyyən epizodlarda tələskənlik, bəzi məqamlarda da baş məşqçinin seçimləri kimi amillər rol oynadı.

– Mundial barədə təəssüratlarınız necədir və kimləri favorit görürsünüz?
– Çempionatda maraqlı oyunlar keçir. Sensasiyalı nəticələr də var, amma bunu çox da sürpriz kimi qələmə vermək olmaz. Afrika təmsilçiləri böyük beşlik ölkələrinin klublarındadırlar. İlk turlarda xoşuma gələn üç komanda var – Almaniya, İngiltərə və Fransa.

Görünür ki, “alman maşını” işini görəcək. Tuxelin rəhbərlik etdiyi ingilislər də güclü xorvatlara qarşı sürətli və təzyiqli futbol göstərdi. Məncə, onlar turniri qazanmağa real namizəd sayıla bilər. Dinamik futbol sərgiləyən Fransanı da qeyd etmək olar. Məzmunlu oyun sərgiləyirlər və onlar da favoritlər arasındadır. Amma nəzərə alaq ki, çempionat hələ indi qızışır, əsas qarşılaşmalar qarşıdadır. Pley-off mərhələsində isə eyni səviyyəli rəqiblərin mübarizəsinə şahid olacağıq. Qarşıda bizi gərgin və intriqalı mundial gözləyir.

– Dünya çempionatı yeni formatda – üç fərqli ölkədə, 48 komandanın iştirakı ilə keçirilir. Yeni formatı və turnirin təşkilati tərəflərini necə dəyərləndirirsiniz?
– FIFA bu formatlı mundialla ismarıc verdi ki, hər komanda böyük hədəflər uğrunda mübarizə aparıb uğur qazana bilər. Üstəlik, dünya çempionatı ABŞ və İran arasında gərginliyin səngiməsinə də müəyyən təsir göstərdi. Futbol bir daha nümayiş etdirdi ki, dünyanın bir nömrəli idman növüdür. Nə qədər desələr də ki, idman siyasətdən kənardır, bunun tam belə olmadığını görürük. Təbii ki, viza problemləri, komandaların ciddi yoxlanışlardan keçməsi kimi xoşagəlməz məqamlar da var. Amma mundial insanların diqqətini münaqişələrdən yayındırıb, birləşdirici rol oynaya bilirsə, deməli, həm təşkilatçılıq, həm də planlaşdırma baxımından uğurlu iş ortaya qoyulub.

– Bir çox ölkə tarixində ilk dəfə dünya çempionatının əsas mərhələsində mübarizə aparır. Xüsusilə də özbəklər üçün hər oyun tarixi əhəmiyyət daşıyır. Bu komandanın potensialı barədə fikirləriniz nədir?
– Açığı, oyunlarını izləməmişəm. Amma Fabio Kannavaro kimi təcrübəli məşqçiləri var. Onlar komandalarını mundialda tanıtmağa çalışır. Debütantdırlar və çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Ümumiyyətlə, hər kollektiv sonadək mübarizə aparmaq potensialına malikdir.

Şahin Cəfərov

Millinin baş məşqçisi: “Cəsarətli və əzmkar olmaq lazımdır”

20 June 2026 at 13:18

Futzal üzrə Azərbaycan milli komandası DÇ-2028-in qrup mərhələsində Çexiya və Latviya ilə mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, yığmanın çalışdırıcısı Yevgeni Kukseviç Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında püşkü dəyərləndirib:

“Yaxşı komandalarla bir qrupda yer almışıq. Çexiya ənənəvi olaraq hər zaman yaxşı səviyyədə olur. Onlar daim yüksək yerlər və böyük turnirlərə qatılmaq üçün mübarizə aparırlar. Latviya yığması da son illərdə inkişafdadır. Avropa çempionatının final mərhələsində iştirak ediblər, hətta əsas rəqiblərdən birini də məğlub etmişdilər. Bu onu göstərir ki, bizi iki güclü və mübariz komanda ilə oyunlar gözləyir. Ancaq nəticə qazanmaq mümkündür. Bizim də yaxşı komandamız var. Sadəcə düzgün hazırlıq keçməli, rəqiblərə qarşı həvəslə oynamalıyıq. Ümumiyyətlə pley-off oyunlarına vəsiqə qazanmaq üçün cəsarətli və əzmkar olmaq lazımdır”.

“Sportinq”in yetirməsi “Sabah”da

20 June 2026 at 12:42

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı futbolçu Rodriqo Fernandeş bundan sonra “bayquşlar”ın uğurları üçün çalışacaq. 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Fernandeş son olaraq “Şamaxı” klubunun formasını geyinib.

“Sportinq” klubunun yetirməsi olan Rodriqo bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin “Portu”nun əvəzedici komandasında da forma geyinib.

“Yuventus”dan transfer

20 June 2026 at 12:29

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi “Leççe”dən Cakomo Fatikantini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Fatikanti ötən mövsüm “Yuventus”un ikinci komandasında icarədə olub. O, 38 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

London klubları Qrinvudu transfer etmək istəyir

20 June 2026 at 12:00

“Arsenal” və “Tottenhem” “Marsel”in futbolçusu Meyson Qrinvudla maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. “Marsel” ingiltərəli hücumçu üçün 80 milyon avro tələb edir. Klub maliyyə problemləri səbəbindən Qrinvudu satmağa hazırdır.

Daha əvvəl futbolçunun adı “Roma” ilə hallanırdı.

İngiltərəli futbolçu 2024-cü ildən “Marsel”də çıxış edir. O, 81 oyunda 48 qol vurub, 17 məhsuldar ötürmə edib.

Vinisius Ronaldinyonu qabaqladı

20 June 2026 at 11:28

Braziliya millisi DÇ-2026-nın qrup mərhələsinin II turunda Haitini məğlub edib – 3:0.

Futbolpress.az xəbər verir ki, görüşün birinci hissəsində fərqlənən Vinisius Junior mundiallardakı üçüncü qolunu vurub.

Vinisius dünya çempionatlarındakı qol sayında keçmiş futbolçu Ronaldinyonu (2 qol) qabaqlayıb.

Uğurcan: “Bacarmadıq”

20 June 2026 at 11:12

Türkiyə millisi DÇ-2026-nın qrup mərhələsinin II turunda Paraqvaya uduzub – 0:1.

Futbolpress.az xəbər verir ki, ardıcıl ikinci matçında məğlub olan türklərin qrupda qalacağı dəqiqləşib.

Türkiyə yığmasının qapıçısı Uğurcan Çakır məğlubiyyətdən sonra azarkeşlərdən üzr istəyib:

“Hamıdan üzr istəyirik. Xalqımızı məyus etdik. Bizdən gözləntilər böyük idi, amma olmadı. Oyun haqqında danışmağa bir şey yoxdur. Hər kəs gördü. Ölkəmizi qürurlandırmaq istəyirdik, amma bacarmadıq”.

DÇ-2026: Əlcəzair hakimlikdən narazı qalıb – FIFA-ya şikayət

20 June 2026 at 10:50

Əlcəzair Futbol Federasiyası DÇ-2026-nın qrup mərhələsinin I turunun Argentina ilə matçının hakimliyindən FIFA-ya şikayət edib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Federasiya oyundakı iki epizodla bağlı rəsmi şikayət ərizəsi təqdim edib.

Epizodların biri 32-ci dəqiqədə Lionel Messinin Aissa Mandinin baldırına endirdiyi zərbə ilə bağlıdır. Referi bu müdaxiləyə sarı vərəqə belə göstərməyib, VAR müdaxilə etməyib.

Digər epizod isə Aleksis Mak Allisterin 74-cü dəqiqədə İbrahima Mazanı dirsəklə vurması ilə bağlıdır. Hakim bu epizodda da rəsmi xəbərdarlıq etməyib.

Argentina – Əlcəzair görüşü “tanqoçular”ın qələbəsiylə başa çatıb – 3:0. Görüşdə qolları Lionel Messi vurub.

“Sambaçılar”da Neymar sevinci

20 June 2026 at 10:26

Braziliya millisinin futbolçusu Neymar zədəsini sağaldıb.

Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti yerli mətbuata açıqlamasında deyib. O, hücumçunun məşqləri bərpa edəcəyini və DÇ-2026-nın qrup mərhələsinin III turunda Şotlandiya ilə matçda meydana çıxa biləcəyini bildirib.

Neymar mundialdakı iki turu da buraxıb.

Braziliya qrupda 4 xalla birinci sıradadır.

Arda Güler: “Çox məyusuq, utanırıq”

20 June 2026 at 10:03

Türkiyə millisi DÇ-2026-nın qrup mərhələsinin II turunda Paraqvaya uduzub – 0:1.

Futbolpress.az xəbər verir ki, ardıcıl ikinci matçında məğlub olan türklərin qrupda qalacağı dəqiqləşib.

Türkiyə yığmasının futbolçusu Arda Güler məğlubiyyətdən sonra azarkeşlərdən üzr istəyib:

“Hamıdan üzr istəyirəm. Çox məyusuq, hətta utanırıq. Bundan sonrakı turnirlərdə daha yaxşısını etməyə çalışacağıq.

Bu məğlubiyyətləri unutdurmaq üçün əlimizdən gələni edəcəyik. Böyük komandalarda oynadığımızı meydanda göstərə bilmədik”.

Mundialı tərk edəcəyi dəqiqləşən iki komanda

20 June 2026 at 09:39

DÇ-2026-da qrup mərhələsinin ikinci turunun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki artıq iki komandanın mundiala tərk edəcəyi dəqiqləşib.

C qrupunda Braziliyaya uduzan Haiti və D qrupunda Paraqvaya məğlub olan Türkiyə millisinin sona bir tur qalmış növbəti mərhələ şansları qalmayıb.

Hər iki komanda mundialdakı iki oyunu da uduzub.

55 zərbə, 0 qol

20 June 2026 at 09:24

Türkiyə milli komandası DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Paraqvaya uduzub (0:1) və növbəti mərhələ şanslarını bitirib.

Futbolpress.az xəbər verir ki, Vinçenso Montellanın rəhbərlik etdiyi kollektiv keçirdiyi iki oyunda ümumilikdə rəqib qapılarına 55 zərbə endirib, amma qol vura bilməyib.

Türkiyə yığması birinci turda Avstraliyaya 0:2 hesabıyla uduzub.

DÇ-2026: yeni qaydalarla gələn ilk “qırmızı”

20 June 2026 at 08:46

Paraqvay millisinin futbolçusu Mikel Almiron DÇ-2026-nın qrup mərhələsinin II turunun Türkiyə ilə matçında qırmızı vərəqə alıb.

Futbolpress.az xəbər verir ki, bu mundialdan tətbiq edilən yeni qaydalara görə meydandan qovulan ilk futbolçu olub.

Belə ki, Almiron rəqibi ilə danışan zaman ağzını əli ilə bağladığı üçün qırmızı vərəqə alıb.

Türkiyə – Paraqvay matçı ikincilərin qələbəsiylə başa çatıb – 1:0.

DÇ-2026-nın ən tez qolu türklərə vuruldu

20 June 2026 at 08:32

DÇ-2026-nın qrup mərhələsinin ən sürətli qolu vurulub.

Futbolpress.az xəbər verir ki, Paraqvay yığmasının futbolçusu Matias Qalarsa Türkiyə yığması ilə matçda 65-ci saniyədə – 2-ci dəqiqədə fərqlənib. Bu, mundialın bu oyuna qədərki ən sürətli qoludur.

Hazırda davam edən matçda türklər 0:1 hesabıyla geridədir.

Braziliya millisinin hücumçusu zədələndi

20 June 2026 at 08:21

Braziliya millisinin futbolçusu Rafinya zədələnib.

Futbolpress.az xəbər verir ki, hücumçu DÇ-2026-nın qrup mərhələsində Haiti ilə matçda sıradan çıxıb. Rafinya görüşün birinci hissəsində zədə səbəbiylə meydanı tərk edib.

Oyun “sambaçılar”ın qələbəsiylə başa çatıb – 3:0.

Milli İsrailə qalib gəldi

19 June 2026 at 22:17

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv İsraillə üz-üzə gəlib. Görüş millinin qələbəsiylə başa çatıb – 3:0.

Qeyd edək ki, yığma növbəti matçını sabah İsveçrəyə qarşı keçirəcək.

PFL onu mükafatlandırdı

19 June 2026 at 21:27

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Göygöl” futbol klubunun üzvü Taleh Hüseynzadə mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. May ayının ən yaxşı qolunun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

Bölgə klubu daha 4 futbolçu ilə yollarını ayırdı

19 June 2026 at 21:04

“İmişli” daha dörd futbolçusu ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə klubu Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə və Orxan Fərəcovla yollarını ayırıb. Futbolçuların müddəti başa çatan müqavilələri uzadılmayıb.

“İmişli” bundan öncə Xəzər Mahmudovla vidalaşıb.

Boris Xetaqurovla görüş

19 June 2026 at 20:54

Azərbaycanın Əməkdar həkimi Boris Xetaqurov Peşəkar Futbol Liqasında qonaq olub.

Futbolpress.az xəbər verir ki, PFL prezidenti Elxan Səmədovla görüşən veteran futbol həkimi yeni yazdığı “50 il futbolda” kitabı haqqında məlumat verib, xatirələrini bölüşüb.

Xetaqurov kitabın bir nüsxəsini Elxan Səmədova hədiyyə edib. Yekunda xatirə şəkili çəkdirilib.

Məşhur hücumçu azad agent oldu

19 June 2026 at 20:36

Uruqvaylı hücumçu Edinson Kavani “Boka Xuniors”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, 39 yaşlı futbolçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Kavani 2023-cü ildən Argentina klubunda çıxış edirdi. O, başa çatan mövsümdə 2 oyuna çıxıb.

Hücumçu daha əvvəl PSJ, “Napoli” kimi komandaların formasını geyinib.

“Neftçi” legioneri ilə vidalaşdı

19 June 2026 at 20:04

“Neftçi” futbolçusu Cordan Rezabala ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən ilin yayında transfer olunmuş ekvadorlu yarımmüdafiəçi “Neftçi”nin heyətində 26 rəsmi oyun keçirib.

Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi

19 June 2026 at 19:22

Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokunda 1/4 finala yekun vurulub.

Futbolpress.az xəbər verir ki, reytinq xarakterli yarışda Azərbaycan millisinin daha iki idmançısı adını yarımfinala yazdırıb.

Səidcəmşid Cəfərov (75 kq) ikinci döyüşündə Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirib. Boksçumuz rəqibinə ikinci raundda nokautla qalib gəlib. O, yarımfinalda Qabriel Quidi Rontani (İtaliya) ilə qarşılaşacaq.

Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Marlon Sevehondan (Avstraliya) güclü olub. Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Allahverdiyev yarımfinalda Cavohir Ummataliyevlə (Özbəkistan) döyüşəcək.

Bununla da özləri üçün ən azı bürünc medalı təmin edən boksçularımızın sayı 3-ə yüksəlib. Daha öncə Alfonso Dominqes (90 kq) də yarımfinala vəsiqə qazanıb.

Yarımfinal döyüşləri iyunun 20-də olacaq.

Sörlot Türkiyə yolunda

19 June 2026 at 18:50

“Atletiko”nun hücumçusu Aleksander Sörlot karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” norveçli futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. İstanbul klubu forvard və klubu ilə danışıqlara başlayıb.

Sörlot daha əvvəl Türkiyədə “Trabzonspor”da forma geyinib.

Hücumçu ötən mövsüm “Atletiko”da 54 oyunda 20 qol vurub.

“Fənərbağça” və “Qalatasaray”da oynamış futbolçu “butslarını asdı”

19 June 2026 at 18:29

Türkiyə milli komandasının sabiq futbolçusu Caner Erkin karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə 37 yaşlı müdafiəçi özü açıqlamasında bildirib.

Son klubu “Sakaryaspor” olan Caner Türkiyədə “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, İtaliyada “İnter” kimi komandalarda forma geyinib.

Erkin Türkiyə yığmasında 63 oyunda 2 qol vurub.

Avropa klubu “Qarabağ”ın bir neçə futbolçusu ilə maraqlanır

19 June 2026 at 18:15

“Qarabağ” akademiyasının daha bir neçə futbolçusu Avropa klubunun diqqət mərkəzinə düşüb.

Bu barədə akademiyanın meneceri Nail Kərimov “Futbolpress.az“a açıqlamasında bildirdi. O, artıq Əli Bəşirov və daha bir neçə oyunçu üçün rəsmi müraciət aldıqlarını qeyd etdi:

“Hazırda təcrübə proqramları ilə bağlı konkretləşmiş plan yoxdur, amma bu istiqamətdə işlər aparılır. Açığı, bizim tərəfdən xüsusi təşəbbüs yoxdur. Bu yaxınlarda Əli Bəşirov və daha bir neçə futbolçu ilə bağlı müraciət daxil olub. Onları izləyib, bəyəniblər. Danışıqlar nəticə versə, klubun da adı açıqlanacaq. Hazırda bu barədə danışmaq tezdir”.

Kərimoz Fransanın “Strasburq” klubunda baxışda olan Bəşirovla bağlı fikirlərini bölüşdü:

“Əli Bəşirovun “Strasburq”a transferi hazırda gündəmdə deyil. Onun səfəri təcrübə proqramı çərçivəsində baş tutmuşdu. Məqsəd təcrübə qazanması, oradakı şəraitlə yaxından tanış olması idi. “Strasburq” klubunda da onunla bağlı təəssüratlar müsbətdir. Əlinin 18 yaşı hələ tamam olmayıb. Bu kimi səfərlər tanışlıq məqsədi daşıyır. Hazırda transfer məsələsi aktual deyil. Ola bilsin ki, bu mövzu yaxın gələcəkdə yenidən gündəmə gəlsin”.

Şahin Cəfərov

“Barselona”nın yetirməsi: “Heç kim “Real”a yox deyə bilməz”

19 June 2026 at 17:49

“Real”ın yeni transferi Mark Kukurelya açıqlama verib.

Futbolpress.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, sabiq “Barselona”lı cinah oyunçusu bunları deyib:

“Barselona” azarkeşləri mənə qəzəblidir? Heç kim “Real”a yox deyə bilməz. Verdiyim qərardan çox xoşbəxtəm”.

Kukurelya “Barselona”nın yetirməsidir. O, müxtəlif vaxtlarda “Xetafe”, “Eybar”, “Brayton”da çıxış edib. İspan futbolçu ötən həftə “Çelsi”dən “Real”a keçib.

İPL: mövsümün təqvimi bilindi

19 June 2026 at 17:28

İngiltərə Premyer Liqasında 2026/27 mövsümünün təqvimi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, son çempion “Arsenal” birinci turda debütant “Koventri” ilə qarşılaşacaq.

Mövsümə 21 avqustda start veriləcək.

İngiltərə Premyer Liqası
I tur

21 avqust

Arsenal – Koventri

22 avqust

Hall Siti – Mançester Yunayted
Everton – Kristal Pelas
İpsviç – Sanderlend
Nottingem Forest – Lids
Brentford – Tottenhem

23 avqust

Brayton – Aston Villa
Mançester Siti – Bornmut
Nyukasl – Liverpul

24 avqust

Fulhem – Çelsi

Bölgə klubu anqolalı futbolçu ilə müqavilə imzaladı

19 June 2026 at 17:15

“Şahdağ Qusar” yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.

Futbolpress.az xəbər verir ki. bölgə təmsilçisi futbolçusu Aqostinyo Çipesse ilə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Anqolalı yarımmüdafiəçi növbəti mövsümü “Şahdağ Qusar”ın heyətində keçirəcək.

Qeyd edək ki, Çipesse yanvar ayından komandanın formasını geyinir.

“Şahdağ Qusar” yeni mövsümdə I Liqada mübarizə aparacaq.

“Şəfa” milli üzvü ilə “davam” dedi

19 June 2026 at 16:54

“Şəfa” FK futbolçusu Nahid Əliyev ilə müqavilə müddətini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi yeni 1 illik anlaşmaya imza atıb.

U-21 millimizin üzvü olan Nahid Əliyev 2025-ci ilin yayından “Şəfa”nın heyətində çıxış edir.

O, karyerası ərzində Azərbaycanda “Mingəçevir” və “Turan Tovuz”un da formasını geyinib.

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu “qızıl” qazandı

19 June 2026 at 16:42

Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü iki medalla başa vurub.

Futbolpress.az xəbər verir ki, 60 kq-da mübarizə aparan Balabəy Ağayev qızıl, 66 kq-da yarışan Nizami İmanov isə bürünc medal qazanıb.

“Böyük Dəbilqə” iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.

Azərbaycan şahmatçısı Karlsenə qalib gəldi

19 June 2026 at 16:23

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

Futbolpress.az xəbər verir ki, Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

Aydın Süleymanlı dünya reytinqinin liderinə qalib gəlməklə şahmat mediasının diqqətini cəlb edib. Yekunda Azərbaycanın “Odlar Yurdu” komandası Maqnus Karlsenin çıxış etdiyi turnirin əsas favoritlərindən biri olan “WR Chess” üzərində qələbə qazanıb 3,5:2,5.

Qeyd edək ki, “WR Chess”in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır.

Hazırda daha çox gənc şahmatçılardan formalaşan “Odlar Yurdu” komandasının 15 xalı var və 8-ci pillədə qərarlaşıb.

“Qarabağ”ın hücumçusuna 3 ölkədən təklif var

19 June 2026 at 16:04

“Qarabağ”ın futbolçusu Kamilo Durana təkliflər var.

Futbolpress.az xəbər verir ki, Meksikadan “Krus Asul” və Braziliya ilə Portuqaliyadan bir neçə klub 24 yaşlı hücumçunun transferində maraqlıdır. Bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.

Duran ötən mövsüm “Qarabağ”da 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib.

“Leççe”nin sabiq futbolçusu “Araz-Naxçıvan”da

19 June 2026 at 15:54

“Araz-Naxçıvan” xorvatiyalı müdafiəçi ilə anlaşıb.

Futbolpress.az xəbər verir ki, 27 yaşlı Luka Dumançiç yeni mövsümdə “qırmızılar”ın formasını geyinəcək. Onunla anlaşma 1 illikdir.

Karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabya”, “Qozanno”, “Lukkeze”, “İnter” (Zapreviç), “Rudeş”, “Solin”, “Nafta 1903”, “Jalqiris” klublarında çıxış edən mərkəz müdafiəçisi son 5 ayda İndoneziyanın “Persis” komandasının formasını geyinib. O, 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

“İnanıram ki, Azərbaycan millisi yenidən elit-raunda vəsiqə qazanacaq”

19 June 2026 at 15:45

Bu gün 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, 12-ci qrupda yer alan millimiz Çexiya və Latviya ilə qarşılaşacaq. Kapitan Emin Kürdov komandanın şanslarını dəyərləndirib:

“Çexiya ilə 2 il əvvəl yoldaşlıq oyunlarında qarşılaşmışıq. Düzdür, həmin matçlarda uduzmuşuq, ancaq rəsmi oyunların tapşırığı fərqli olur. Həmin görüşlər də göstərdi ki, Bakıdakı matçda qrupun favoriti hesab edilən çexlərlə başabaş mübarizə aparmaq olar. Bəlkə səfərdə də bunu etmək mümkündür. Onlarda da nəsildəyimə prosesi gedir, gənc futzalçılar komandaya cəlb olunur. Hər şey hazırlıqdan, həmin oyunlar ərəfəsindəki futzalçıların durumundan asılı olacaq. Latviya ilə son illərdə klub səviyyəsində qarşılaşmışıq. Təbii ki, Çexiya millisi onlardan çox güclü rəqibdir. Belə deyim də, normal qrupa düşmüşük. Hər biri ilə oynamaq və meydandan xalla ayrılmaq olar. Çalışacağıq ki, minimum tapşırığı – pley-offa vəsiqəni qazanaq.

Yenə deyirəm, yaxşı hazırlıq prosesi keçməli, yoldaşlıq oyunlarında gücümüzü sınamalıyıq. Sonuncu dəfə apreldə Qazaxıstan millisi ilə qarşılaşmışıq. Rəsmi görüşlərə qədər azı 2 oyun da keçirmək lazımdır. Hazırlıq, yanaşma necə olacaqsa, nəticə də ona uyğun olacaq. Komanda yoldaşlarıma inanıram. Mübariz kollektivimiz var. Qalır yaxşı hazırlaşmaq, tapşırıqları meydanda düzgün yerinə yetirmək. İnanıram ki, Azərbaycan millisi yenidən elit-raunda vəsiqə qazanacaq. Təbii ki, bu yolda azarkeşlərimiz də bizə dəstək olmalı, hər zamankı kimi zalda varlıqlarını hiss etdirməlidirlər”.

“Sabah” legioneri ilə vidalaşdı

19 June 2026 at 15:24

“Sabah” Basketbol Klubu Ceyms İds ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, oyunçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ceyms ötən ildən “Sabah”da çıxış edirdi.

 

“Hansı komandanın düşməsi o qədər də önəmli deyil” – Dambrauskas

19 June 2026 at 15:11

“Sabah” Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandası ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “Bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas klubun mətbuat xidmətinə püşkü dəyərləndirib:

“Hər rəqibə hörmətlə yanaşırıq. TNS ölkəsində dəfələrlə çempion olmuş, uzun illərdir dominantlıq edən komandadır. Düşünürəm ki, necə oynamağından asılı olmayaraq, onlar hər matça qalib gəlmək düşüncəsi ilə çıxırlar. Belə oyunlara maksimum hazırlıqlı olmaq lazımdır. 

Püşkatmada bizə hansı komandanın düşməsi o qədər də vacib deyil. Əsas məsələ bizim hazırlıq səviyyəmiz, hansı formada olmağımız, nə qədər istəkli və intizamlı çıxış etməyimizdir. 

Rəqibin kim olmasından asılı olmayaraq, oyuna yaxşı hazırlaşmalısan. Bu gün hamı futbol oynamağı bacarır. Sadə səslənə bilər, amma reallıq budur. Evdə və səfərdə hər şey baş verə bilər. Toplanış dövrünə düzgün yanaşmaq, peşəkar münasibət və mövsümə uğurlu başlamaq lazımdır. Yoldaşlıq oyunlarında üslubumuzu yeniləməliyik. Oyunumuza yeni komponentlər əlavə etməliyik. Əvvəlcə sahib olduğumuz keyfiyyətləri daha da inkişaf etdirməliyik. Bunlar yerində olanda, nəticə də öz-özünə gəlir”.

“Sabah” ilk oyunu 7-8 iyulda Bakıda, cavab görüşünü isə 14-15 iyulda səfərdə keçirəcək.

Millinin rəqibləri

19 June 2026 at 14:57

Bu gün İsveçrənin Nyon şəhərində 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, 36 komanda hər birində 3 iştirakçı olmaqla 3 qrupa bölünüb. İkinci səbətdə yer alan millimizin Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya ilə qarşılaşmayacağı məlum idi.

Püşkün nəticəsinə əsasən, komandamız 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq. Onlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.

Noyer: “Hər oyun mənim üçün potensial son matçdır”

19 June 2026 at 14:30

Almaniya millisinin qapıçısı Manuel Noyer açıqlama verib.

Futbolpress.az xəbər verir ki, insayder Fabrizio Romanonun sorğusunu cavablandıran qolkiper hazırda davam edən dünya çempionatının onun üçün sonuncu rəsmi turnir olduğunu deyib:

“Sonuncu turnirimdir. İki il sonra baş tutacaq Avropa çempionatında oynamağı planlaşdırmıram. Gələcəklə bağlı çox düşünmürəm. Hər oyun mənim üçün potensial son matçdır”.

41 yaşlı qapıçı Almaniya millisi ilə dünya çempionatında iştirak edir.

“Yuventus” PSJ-nin hücumçusunu istəyir

19 June 2026 at 14:15

PSJ-nin futbolçusu Randal Kolo-Muani karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” 27 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Turin klubu yaxın zamanda PSJ ilə danışıqlara başlayacaq.

Paris təmsilçisi Randal üçün 40-45 milyon avro transfer haqqı tələb edir.

Kolo-Muani 2024/25 mövsümündə icarə əsasında “Yuventus”da çıxış edib. O, ötən “futbol ili”ni “Tottenhem”də keçirib.

Bu federasiyasının konfransı ilk dəfə Bakıda keçiriləcək

19 June 2026 at 13:45

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığıyla 10 oktyabr 2026-cı il tarixində Bakı şəhərində “European Aquatics” (Avropa Su İdmanı Federasiyası) konfransı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Qitənin müxtəlif ölkələrindən olan federasiya rəhbərləri 2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakıda bir araya gələcək, su idman növlərinin inkişafı ətrafında fikir mübadiləsi aparacaq, baş tutmuş və gələcək layihələri müzakirə edəcəklər.

Bu tədbir Azərbaycan üçün həm beynəlxalq idman əməkdaşlığının gücləndirilməsi, həm də ölkəmizin üzgüçülük və digər su idman növləri aləmində nüfuzunun artması baxımından böyük əhəmiyyət kəsb edir.

“Barselona”nın yetirməsi klubsuz qaldı

19 June 2026 at 13:29

İspan futbolçu Serxio Roberto “Komo”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə 34 yaşlı müdafiəçi özü açıqlamasında bildirib. Roberto klubla müddəti başa çatan müqavilənin uzadılmadığını bildirib.

İspaniyalı müdafiəçi 2024-cü ildən “Komo”da çıxış edirdi.

Roberto “Barselona”nın yetirməsidir. O, 2013-2024-cü illərdə kataloniyalıların şərəfini qoruyub.

Londonlulardan 52 milyonluq transfer

19 June 2026 at 13:16

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, London təmsilçisi “Brayton”dan Jan Pol Van Hekeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı müdafiəçi ilə anlaşmanın detalları açıqlanmayıb.

İngiltərə mətbuatının xəbərinə görə, “Tottenhem” Heke üçün “Brayton”a 52 milyon funt-sterlinq ödəyəcək.

Niderland yığmasının da üzvü olan 26 yaşlı futbolçu hazırda ABŞ-də milli komandanın dünya çempionatı üçün düşərgəsindədir.

Bolqarlar “Qarabağ”la oyunu ləğv etdi – SƏBƏB

19 June 2026 at 12:48

Bolqarıstanın ÇSKA klubunun “Qarabağ”la planlaşdırılan yoxlama oyunu ləğv edilib.

Futbolpress.az xəbər verir ki, buna səbəb Sofiya təmsilçisinin Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisinin potensial rəqiblərdən olmasıdır. Klub bu səbəbdən Avstriya toplanışında iyunun 27-nə keçirilməsi nəzərdə tutulan matçı ləğv edib.

“Qarabağ” Avropa Liqasında I mərhələdə İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi mərhələ adlasa, növbəti raundda ÇSKA – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

DÇ: millinin rəqibləri bu gün bilinəcək

19 June 2026 at 12:34

Bu gün Bakı vaxtı ilə saat 14:00-da 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələnin püşkü atılacaq.

Futbolpress.az xəbər verir ki, 36 komanda hər birində 12 milli olmaqla 3 səbətə bölünüb. Püşkdən sonra hər qrupda 3 komanda yer alacaq və onlar ev-səfər prinsipi ilə qarşılaşacaqlar. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq. Millimiz 2-ci səbətdə yer alıb.

Bu mərhələdə komandamızın rəqibləri arasında Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya yığmaları olmayacaq. UEFA İcraiyyə Komitəsinin qərarı ilə 1-ci səbətdə yer alan komandalardan isə Ermənistan yığması komandamızla rəqib ola bilməz. Rusiya yığması ilə bağlı cəza saksiyası isə davam edir.

1-ci səbət
Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Ermənistan, Sloveniya, Çexiya, Polşa, Niderland

2-ci səbət
Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, AZƏRBAYCAN

3-cü səbət
Latviya, İsveç, Şimali Makedoniya, Kosova, Andorra, Monteneqro, Norveç, Litva, Danimarka, Albaniya, Estoniya, Şimali İrlandiya

Püşkatma və oyunların keçirilmə tarixləri
Əsas mərhələnin qrup oyunlarının tarixləri: 12-21 oktyabr 2026, 2-11 noyabr 2026, 6-9 dekabr 2026, 22 fevral – 3 mart 2027
Əsas mərhələnin pley-off oyunlarının püşkatması: 3 mart 2027
Əsas mərhələnin pley-off oyunlarının keçirlmə tarixi:
12-21 aprel 2027
Elit-raundun qrup mərhələsinin püşkü: 20 may 2027
Elit-raund qrup mərhələsinin oyunlarının təqvimi: 6-15 sentyabr 2027, 11-20 oktyabr 2027, 13-22 dekabr 2027
Elit-raund pley-off oyunlarının püşkatması: 20 yanvar 2028
Elit-raund pley-off oyunlarının keçirilmə tarixi: 10-19 aprel 2028

“İstirahət etməmişəm, inanıram ki, daha yaxşı olacağam” (MÜSAHİBƏ)

19 June 2026 at 12:27

Azərbaycan milli komandasının sabiq üzvü, son klubu “Səbail” olan Yusif Nəbiyevin “Futbolpress.az“a müsahibəsi:

– Karyeranızla bağlı planlarınız nələrdir?
– Təkliflər var, ancaq hələ qərarımı verməmişəm. Həm I Liqadan, həm Premyer Liqadan maraq olur. Yəqin, yaxın zamanda yeni klubum bilinər.

– Sabiq klubunuz “Kəpəz”dən maraq var. Keçidiniz nə dərəcə realdır?
– Dəqiqləşən nəsə yoxdur deyə, bir şey deyə bilmərəm. Zaman göstərəcək.

– Premyer Liqa klubu ilə anlaşa bilməsəniz, I Liqada oynamağa razı olacaqsınız?
– Açığı, özüm də dəqiq bilmirəm. Fikrim Premyer Liqada oynamaqdır. Alınmazsa, vəziyyətə görə qərar verəcəyəm.

– Demək olar, altı aydır klubsuzsunuz. Bu, formanızı yığmaqda çətinlik yaratmayacaq?
– “Səbail”dən ayrılan gündən məşqlərə davam etmişəm, özümü tonusda saxlamışam. Qidadan tutmuş məşqlərə qədər diqqət etmişəm. İstirahət etməmişəm, inanıram ki, daha yaxşı olacağam.

– Legioner limitinin ləğvindən sonra klublar əcnəbilərə daha çox üstünlük verir. Bunu nəzərə alsaq, elitada oynamaq şansınız az deyil?
– Şans həmişə var, gözləyirəm. Mən özümü maksimum hazır hiss edirəm. Şans olarsa, bundan yararlanacağam.

– Limitin ləğvi barədə nə düşünürsünüz?
– Premyer Liqada rəqabət artıb, ancaq yerli futbolçular oynamaqda çətinlik çəkir. Bu, yaxşı hal deyil. Limitin ləğvi milli komandaya da təsirini göstərir.

– Bunlar fonunda kənardan Azərbaycan futbolunun mənzərəsi necə görünür?
– Limitin ləğvi haqqında çox danışmaq olar, amma qısası deyim ki, yerli oyunçularımızın kənarda qalması yaxşı deyil. Düzdür, liqada rəqabət artdı, maraqlı mövsüm keçdi. “Sabah” çempion oldu, “Qarabağ” Çempionlar Liqasında pley-off oynadı. Bunlara limitin də təsiri var. Amma azərbaycanlı futbolçuların kənarda qalması, az oynaması yaxşı hal deyil.

Şahin Cəfərov

Kanadalı futbolçu dünya çempionatları tarixinə düşdü

19 June 2026 at 12:15

Kanada millisinin futbolçusu Conatan Devid dünya çempionatları tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, hücumçu II turda Qətərlə matçda (6:0) het-trik etməklə buna nail olub.

Devid mundiallar tarixində 1966-cı ildən sonra ev sahibi ölkənin heyətində üç qol vuran birinci futbolçu olub.

Conatan eyni zamanda 1930 dünya çempionatından sonra bir matçda het-trik edən ilk KONKAKAF (Şimali Amerika, Mərkəzi Amerika və Karib Futbol Assosiasiyaları Konfederasiyası) futbolçusudur.

Türkiyə millisi qrupda qaldı

20 June 2026 at 09:07

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, bu gün D və C qrupunda ikinci tur matçları baş tutacaq.

Günün birinci oyununda D qrupunda ABŞ Asvtraliyanı qəbul edib. Görüş amerikalıların qələbəsiylə başa çatıb. ABŞ ardıcıl ikinci qələbə sayəsində pley-offa vəsiqəni təmin edib.

Qrupun digər görüşündə Türkiyə Paraqvayla üz-üzə gəlib. “Ay-ulduzlular” rəqibinə məğlub olub və sona bir tur qalmış növbəti mərhələyə yüksəlmə şansı qalmayıb.

C qrupunda Mərakeş Şotlandiyanı, Braziliya isə Haitini məğlub edib.

DÇ-2026
Qrup mərhələsi

D qrupu

19 iyun

23:00 ABŞ – Avstraliya 2:0
Qollar:
Burqes, 11-avtoqol, Friman, 45+2

20 iyun

07:00 Türkiyə – Paraqvay 0:1
Qol: Matias, 2

Xal durumu: ABŞ – 6, Avstraliya – 3, Paraqvay – 3, Türkiyə – 0

C qrupu

02:00 Şotlandiya – Mərakeş 0:1
Qol: Saibari, 2

04:30 Braziliya – Haiti 3:0
Qollar: Kunya, 23, 36, Vinisius, 45+3

Xal durumu: Mərakeş – 4, Braziliya – 4, Şotlandiya – 3, Haiti – 0

Azərbaycanlı veteran futbolçu vəfat etdi

19 June 2026 at 11:28

Mingəçevir futbolunun tanınmış simalarından olan Elbrus İsmayılov vəfat edib.

Futbolpress.az xəbər verir ki, veteran futbolçu 66 yaşında ürək tutmasından dünyasını dəyişib.

İsmayılov vaxtilə Mingəçevirin “Kür-Nur” komandasında çıxış edib. Veteran futbolçu daha sonra bu şəhəri təmsil edən “Energetik”in vitse-prezidenti olub.

DÇ-2026: günün oyunları bu kanallarda – TV

19 June 2026 at 11:19

Bu gün dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

DÇ-2026

19 iyun
23:00 ABŞ – Avstraliya (İctimai TV, TRT 1)

20 iyun
02:00 Şotlandiya – Mərakeş (İctimai TV, TRT 1)
04:30 Braziliya – Haiti (İctimai TV, TRT 1)
07:00 Türkiyə – Paraqvay (İctimai TV, TRT 1, TRT Spor)

“Şamaxı” Portuqaliyadan futbolçu gətirir

19 June 2026 at 11:00

“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “şirlər” Portuqaliyanın “San Xoa Ver” klubundan Jota ilə anlaşıb. Bu barədə “Record” nəşri məlumat yayıb.

25 yaşlı müdafiəçinin tezliklə “Şamaxı” ilə müqavilə imzalayacağı bildirilib.

“San Xoa Ver” Portuqaliyanın 3-cü liqasında mübarizə aparır.

“Zirə”nin kapitanı: “Məqsədimiz Konfrans Liqasında mərhələ adlamaqdır”

19 June 2026 at 10:45

“Zirə” Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubu ilə qarşılaşacaq. Qəsəbə təmsilçisinin kapitanı Qismət Alıyev “Futbolpress.az“a açıqlamasında püşkü dəyərləndirdi:

“Torpedo” avrokuboklarda təcrübəli komandadır. Oyuna yaxşı hazırlaşıb, mərhələ keçmək istəyirik. Avropada asan oyun, rəqib yoxdur. Onları təhlil edəcəyik.

Bizim də avrokubok təcrübəmiz var. Bu yarışlarda ölkəsinin ən yaxşı komandaları iştirak edir. “Torpedo” vəsiqə qazanıbsa, deməli zəif komanda deyil. Məqsəd yaxşı hazırlıq keçmək və istədiyimiz nəticəni əldə edərək, mərhələ adlamaqdır”.

Qismət “Zirə” ilə müqaviləsini 2028-ci ilin yayına kimi artırıb. Kapitan yeni anlaşma ilə bağlı fikirlərini bölüşdü:

“Altı ildir, “Zirə”dəyəm. Bu klub mənə çox doğmadır və burda özümü xoşbəxt hiss edirəm. Məqsəd komanda ilə titul qazanmaq, böyük hədəflərə çatmaqdır”.

“Zirə” “Torpedo” ilə ilk oyunu iyulun 9-da Bakıda keçirəcək. Cavab görüşü 16-da Kutaisidə olacaq.

Şahin Cəfərov

Dünya çempionatında iştirak edən ölkə “Ginnesin Rekordlar Kitabı”na düşdü

19 June 2026 at 10:28

Kurasao milli komandası “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Futbolpress.az xəbər verir ki, yığma dünya çempionatları tarixində əsas mərhələdə iştirak edən ən az əhalili ölkə kimi rekord qırıb.

Rekordu təsdiqləyən sertifikar Kürasao Futbol Federasiyasının rəhbəri Gilbert Martinaya təqdim edilib.

Kürasao yığması mundialda Almaniya, Ekvador və Fil Dişi Sahili ilə bir qrupda mübarizə aparır. Dik Advokatın rəhbərlik etdiyi kollektiv ilk oyunda Almaniyaya böyük hesabla uduzub – 1:7.

“Səbail” baş məşqçisini açıqladı

19 June 2026 at 10:12

“Səbail” PFK-nın baş məşqçisi vəzifəsinə Elnur Abdullayev təyin edilib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Elnur Abdullayevin son iş yeri II Liqada çempion olduğu “Şahdağ Qusar” komandası olub.

“Səbail” yeni mövsümdə I Liqada mübarizə aparacaq.

İslandiya klubu “Qarabağ”la oyunla bağlı fanatlarına müraciət etdi

19 June 2026 at 09:46

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi “Vestri” azarkeşlərinə müraciət edib.

Futbolpress.az xəbər verir ki, İslandiya klubu sosial media hesabında fanatlarının Bakıya mümkün səfəri ilə bunları yazıb:

Bakıya getməyə hazırsınız?

“Vestri” klubu Azərbaycandakı Avropa kuboku oyunu üçün ən yaxşı səfər variantlarını araşdırır.

Əgər Bakıya futbol səfərinə marağınız varsa, bunu bizə bildirin. Uçuş xərclərinin təxminən 200-250 min İslandiya kronu (2800 – 3500 manat – red.) olacağı gözlənilir.

Şərhlərdə fikrinizi yazın, sonra bunun mümkün olub-olmadığını birlikdə qiymətləndirərik”.

“Qarabağ”la “Vestri” arasında ilk oyun iyulun 9-da Bakıda, cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.

“Bayer”dən transfer

19 June 2026 at 09:26

“Bayer” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Lion”dan Alfonso Moreyranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.

Moreyra ötən mövsüm “Lion”da 27 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.

Neymar ikinci turu da buraxacaq

19 June 2026 at 09:13

Braziliya millisi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Haiti ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “sambaçılar”ın hücumçusu Neymar bu görüşü də buraxacaq. O, hələ zədəsini tam sağalatmayıb və matçın heyətinə daxil edilməyib.

Neymar zədə səbəbindən ilk turun Mərakeşlə oyununda da iştirak etməyib.

İyunun 20-də keçiriləcək Braziliya – Haiti oyunu saat 04:30-da start götürəcək.

Kanadalı futbolçu ciddi zədə aldı – 4-5 ay oynamayacaq

19 June 2026 at 08:50

Kanada millisi ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, yığmanın futbolçusu İsmael Kone zədələnib.

Dünya çempionatının qrup mərhələsinin II turunda Qətərlə matçda xəsarət alan yarımmüdafiəçi 4-5 ay yaşıl meydanlardan uzaq qalacaq.

Kanada – Qətər oyunu birincilərin 6:0 hesablı qələbəsiylə başa çatıb.

“Bazar”ın ən dəyərliləri “Qarabağ”dadır

19 June 2026 at 08:29

“Transfermarkt” portalı Misli Premyer Liqasında çıxış edən futbolçuların dəyərlərini yeniləyib.

Futbolpress.az-ın məlumatına görə, “Qarabağ”ın vingeri Leandro Andrade ən bahalı futbolçu olub. Onun “bazar dəyəri” 3.5 milyon avro göstərilib.

Andradenin komanda yoldaşı Mateuş Koxalskinin qiyməti isə 2.5 milyon avroya yüksəlib. Çempionatda bu dəyərdə daha bir futbolçu qeyd edilib. “Sabah”ın sol cinah müdafiəçisi Timoteuş Puxaçın da dəyəri 2.5 milyon avrodur.

Azərbaycan milli komandasının və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və “Bursaspor”da çıxış edən Toral Bayramov 2 milyon avro ilə ən dəyərli yerli oyunçu olub.

Misli Premyer Liqasının ən bahalı futbolçuları, “onluq”

1. Leandro Andrade – 3.5 milyon avro
2. Mateuş Koxalski – 2.5 milyon avro
3. Timoteuş Puxaç – 2.5 milyon avro
4. İvan Lepinitsa – 2 milyon avro
5. Kamilo Duran – 2 milyon avro
6. Pedro Bikalyo – 2 milyon avro
7. Elvin Cəfərquliyev – 2 milyon avro
8. Toral Bayramov – 2 milyon avro
9. Kadi Borges – 2 milyon avro
10. Səbuhi Abdullazadə – 1.5 milyon avro.

Şahin Cəfərov

Qol vurdu, ən yaxşı oyunçu seçildi

19 June 2026 at 08:16

DÇ-2026-nın qrup mərhələsinin Meksika – Cənubi Koreya matçının ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az FIFA-nın saytına istinadən xəbər verir ki, mükafatı amerikalıların oyunçusu Luis Romo qazanıb. Futbolçu görüşdə yeganə qolun müəllifi olub.

Meksika Cənubi Koreyaya minimal fərqlə qalib gəlib – 1:0.

Çex futbolçu “ən yaxşı” adını qazandı

18 June 2026 at 23:46

Futbol üzrə dünya çempionatında Çexiya və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun II turunun matçının ən yaxşı oyunçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, mükafatı çexlərin futbolçusu Ladislav Kreyçi qazanıb.

Görüş qollu bərabərliklə başa çatıb – 1:1.

Afrikalı futbolçuya viza əngəli – DÇ oyununu buraxacaq

18 June 2026 at 22:09

Fil Dişi Sahili milli komandası DÇ-2026-nın E qrupunun 2-ci turu çərçivəsində Almaniya yığması ilə üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, Afrika təmsilçisinin futbolçusu Elye Vahi Kanadaya viza ala bilməyib. O, bu səbəbdən görüşü buraxacaq.

İyunun 21-də keçiriləcək oyuna saat 00:00-da start veriləcək.

İlk turdan sonra hər iki komandanın aktivində üç xal var.

Avropa Kubokuna 13 cüdoçu ilə

18 June 2026 at 21:17

İyunun 20-21-də Almaniyanın paytaxı Berlində keçiriləcək gənclər arasında Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək.

Futbolpress.az xəbər verir ki, turnirdə Məhəmməd Rüstəmli, Rəsul Əlizadə, Röyal Qayıbov, Anar Quliyev (hamısı 60 kq), Zeyd Ələsgərov, Sadiq İsgəndərli (hər ikisi 66 kq), Hüseyn Şahmarlı, Özqan Quliyev, Əli Hümbətov (hamısı 73 kq), Məhəmməd Ağakişiyev (81 kq), Tunar Fərzəliyev (100 kq), Sübhan Axundov və Cavidan Məsimov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

İdmançılara gənc oğlanlardan ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.

Beynəlxalq turnirdə 38 ölkədən 485 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, B kateqoriyalı beynəlxalq dərəcəli referi Bəhriyyə Hüseynova da yer alacaq.

DÇ-2026: Kanadadan darmadağın, Meksikaya bir qol bəs etdi

19 June 2026 at 07:54

DÇ-2026-nın qrup mərhələsinin II turuna start verilib.

Futbolpress.az xəbər verir ki, A qrupunda Çexiya CAR ilə üz-üzə gəlib. Matç bərabərliklə başa çatıb.

Qrupun digər matçında Meksika Cənubi Koreyaya qalib gəlib.

B qrupunda İsveçrə Bosniya və Herseqovinanı, Kanada isə Qətəri darmadağın edib.

DÇ-2026
Qrup mərhələsi

18 iyun

A qrupu

20:00 Çexiya – CAR 1:1
Qollar: Sadilek, 6 – Mokoena, 83-pen.

Meksika – Cənubi Koreya 1:0
Qol: L.Romo, 50

Xal durumu: Meksika –  6, Cənubi Koreya – 3, Çexiya – 1, CAR – 1

B qrupu

23:00 İsveçrə – Bosniya və Herseqovina 4:1
Qollar: Manzambi, 74, 90+1, Varqas, 85, Caka, 90+6-pen – Mahmiç, 90+3

Kanada – Qətər 6:0
Qollar: K.Larin, 16, C.Devid, 29, 45+3, 90+2, N.Saliba, 64, M.Manai, 75-avtoqol

Xal durumu: Kanada – 4, İsveçrə – 4, Bosniya və Herseqovina – 1, Qətər – 1

Qurbanov həm qırğızlara, həm də “Kəpəz”ə “yox” deyib – AÇIQLAMA

18 June 2026 at 20:28

“Neftçi”nin akademiyasının koordinatoru Sənan Qurbanovun “Dordoy”dan təklif aldığını xəbər vermişdik.

Mütəxəssis klubla anlaşma əldə etməyib. Bu barədə Qurbanov “Futbolpress.az“a açıqlamasında bildirib:

“Dordoy”la danışıqlar apardıq, ancaq anlaşma əldə etmədik. Həm “Kəpəz”, həm də qırğızlardan təklif gəldi, lakin maliyyə məsələsində razılaşa bilmədik”. 

Qurbanov məşqçi kimi “Keşlə” (indiki “Şamaxı”) və “Qəbələ”də çalışıb.

Şahin Cəfərov

“Neftçi” Monteneqro klubuna rəqib oldu

18 June 2026 at 20:16

Bu gün qadınların Çempionlar Liqasında ilk mərhələnin püşkatma mərasimi təşkil olunub.

Futbolpress.az xəbər verir ki, püşkün nəticəsinə görə, ardıcıl üçüncü dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Neftçi” bu mərhələdə Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşacaq.

“Buduçnost”la oyun iyulun 22-də keçiriləcək. Cütün qalibi iyulun 25-də PAOK – “Hapoel Yerusalem” cütünün qalibi ilə, məğlubu isə  uduzan tərəflə üz-üzə gələcək.

“Fənərbağça”dan hücumçu transferi

18 June 2026 at 19:36

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Super Liqa klubu “Malyorka”dan Vedat Muriqi ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kosovolu forvard bu gün İstanbula gələcək.

31 yaşlı hücumçu 2019/2020 mövsümündə “Fənərbağça”da forma geyinib.

Muriqi başa çatan “futbol ili”ndə “Malyorka” formasıyla 23 qol vurub.

La Liqa klubunda yeni baş məşqçi

18 June 2026 at 19:28

İspaniyanın “Valyekano” klubunun yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Benyat San-Xose Xiliə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

“Valyekano” ötən mövsüm La Liqanı 8-ci sırada başa vurub. Komanda Konfrans Liqasında gümüş medal qazanıb.

Sabiq “Xəzər Lənkəran”lı “Fənərbağça”da

18 June 2026 at 19:17

“Fənərbağça”nın yeni futbol direktoru müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, posta Oğuz Çetin təyinat alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çetin 2014-cü ilin iyulundan dekabrına qədər “Xəzər Lənkəran”a rəhbərlik edib.

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirildi

18 June 2026 at 18:17

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib.

Futbolpress.az xəbər verir ki, çempionatda 30-a yaxın yeniyetmə və gənc paraüzgüçü 9 müxtəlif kateqoriya üzrə mübarizə aparıblar.

Tədbirdə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli Paralimpiya Komitəsinin rəhbərliyi, tərəfdaş qurumların nümayəndələri və idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Ölkəmizdə ilk dəfə təşkil olunan çempionatın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafına dəstək vermək, eləcə də gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək perspektivli paraüzgüçülərin müəyyənləşdirilməsi və paraüzgüçülük üzrə ehtiyat qüvvənin formalaşdırılmasına töhfə vermək olub.

MPK-nın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Paralimpiya İdman Kompleksində baş tutan birinciliyin sonunda qaliblərə medal, sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu yarış ölkədə paraüzgüçülük növünün inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və milli komanda üçün namizədlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İspaniya millisinin hücumçusu “Liverpul” yolunda

18 June 2026 at 17:50

“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisi “Osasuna”dan Viktor Munyosla anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İngiltərə klubu 22 yaşlı vinger üçün 40 milyon avro ödəyəcək.

Munyos İspaniya millisinin dünya çempionatı üçün heyətində yer alır.

Azərbaycanlı hakim Avropa Liqası oyunlarında

18 June 2026 at 17:29

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb.

Futbolpress.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) qərarına əsasən, o, 19–21 iyun tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa Liqasının üçüncü turunun qarşılaşmalarında hakim kimi fəaliyyət göstərəcək.

Bu mərhələdə qadınlar arasında Bosniya və Herseqovina, Gürcüstan və Slovakiya, kişilər arasında isə Gürcüstan, İspaniya və Çexiya milli komandaları mübarizə aparacaqlar.

“Real” argentinalı futbolçu ilə anlaşdı

18 June 2026 at 17:16

“Çelsi”nin futbolçusu Enzo Fernandes karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Real” yarımmüdafiəçi ilə razılığa gəlib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. “Kral klubu” Enzo üçün “Çelsi”yə təklif öndərməyə hazırlaşır.

Fernandes bir neçə ay öncə verdiyi açıqlamada “Real”da oynamaq arzusunun olduğunu bildirib.

Argentinalı futbolçu başa çatan mövsümdə 54 oyunda 15 qol vurub, məhsuldar ötürmə edib.

“Şəfa” onlarla vidalaşdı

18 June 2026 at 16:48

“Şəfa” üç futbolçusu ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qapıçı Rəvan Kazımov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Ruslan Hacıyevin “Şəfa” ilə müqavilələrinin müddəti başa çatıb.

Bakı təmsilçisi yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.

“Zirə”nin yay planı

18 June 2026 at 16:32

Bakıda hazırlıq keçən “Zirə” iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu müddətdə 1 yoxlama oyunu keçirəcək “qartallar” iyunun 20-də saat 18:00-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.

25 iyun – 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək “Zirə” burada iki yoxlama oyunu keçirəcək.

Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi və oyun saatları hələ məlum deyil.

“Qarabağ” “Zirə”ni seçdi

18 June 2026 at 16:22

2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ”iyunun 20-də saat, 18:00-da “Zirə” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Futbolpress.az xəbər verir ki, qarşılaşma “Azersun Arena”nın məşq meydançasında keçiriləcək.

Yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.

Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edilib

18 June 2026 at 16:06

AFFA-nın baş katibi Cahangir Fərəcullayev UEFA Marketinq Məsləhət Komitəsinin üzvü təyin edilib.

Futbolpress.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Fərəcullayev sözügedən komitədə fəaliyyət göstərəcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi UEFA Komitələri və Ekspert Panellərinin tərkibini müzakirə edib və qitə futbol qurumuna üzv assosiasiyalar tərəfindən təqdim edilən namizədlər əsasında təklif olunan yeni tərkibi təsdiqləyib.

“Sabah” legionerini icarəyə verdi

18 June 2026 at 15:49

“Sabah” futbolçusu Andrey Santosu icarəyə verib.

Futbolpress.az xəbər verir ki, braziliyalı müdafiəçi “İberiya”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Santos ötən mövsüm Premyer Liqada 6 oyuna çıxıb.

Qırğızıstan klubu azərbaycanlı məşqçi ilə danışıq aparır

18 June 2026 at 15:30

“Keşlə”nin (indiki “Şamaxı”) və “Qəbələ”nin sabiq baş məşqçisi Sənan Qurbanova xaricdən təklif var.

Futbolpress.az-ın məlumatına görə, Qırğızıstanın “Dordoy” klubu azərbaycanlı mütəxəssislə danışıqlar aparır.

“Dordoy” Qırğızıstan çempionatında 12 turdan sonra 11 xalla 16 komanda arasında 13-cü sıradadır.

Sənan Qurbanov hazırda “Neftçi” akademiyasının koordinatoru vəzifəsini icra edir.

Şahin Cəfərov

Kannavaro tarixə düşdü

18 June 2026 at 15:15

Özbəkistan milli komandasının baş məşqçisi Fabio Kannavaro dünya çempionatları tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, yığma mütəxəssisin rəhbərliyi altında mundialda Kolumbiya ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub.

Kannavaro “Qızıl top” sahibi olaraq həm futbolçu, həm də baş məşqçi kimi mundialda iştirak edən dördüncü mütəxəssis olub.

Bundan əvvəl Frants Bekkenbauer, Oleq Bloxin və Marko van Basten bunu bacarıb.

Kannavaro 2006-cı ildə “Qızıl top” qazanıb.

Azərbaycan taekvondoçuları Sarayevoda 6 medal qazandı

18 June 2026 at 14:51

Azərbaycan idmançıları Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən taekvondo üzrə Klublararası Avropa çempionatında çıxış edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb. Taekvondoçular 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.

Qızıl – Aydan Hüseynova (36 kq, İrəvan TK)
Qızıl – Rada Əsəd (44 kq, Mübariz TK)

Gümüş – İslam Quluzadə (33 kq, Alpman TK)
Gümüş – Gökalp Çilingir (40 kq, Nərimanov RİK)
Gümüş – Renad Zülfiqarlı (+57 kq, Alov TK)

Bürünc – Əkbər Tağıyev (+30 kq, Atlet TK)

Klub təmsilçilərimiz ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb və kubokun sahibi olub.

“Real” transferi açıqladı

18 June 2026 at 14:33

“Real” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “kral klubu” “Liverpul”dan ayrılan İbrahim Konateni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Real” daha əvvəl Bernardo Silvanı transfer edib.

“Fənərbağça”nın baş məşqçisi bilindi

18 June 2026 at 14:10

“Fənərbağça”nın yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” İsmail Kartala tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kartal daha əvvəl 2014/15, 2023/24 mövsümlərində və 2022-ci ilin əvvəlindən iyuluna qədər “Fənərbağça”ya rəhbərlik edib.

“Araz-Naxçıvan”da yeni müqavilə

18 June 2026 at 14:02

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, komanda gənc futbolçu İbrahim Piriyevlə müqavilə imzalayıb. 21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.

Piriyev 2025-2026-cı illər mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan futbolçu “Zirə” ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda debut edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

Özbək futbolçu: “Güclü rəqibə yaxşı müqavimət göstərdik”

18 June 2026 at 13:51

Özbəkistan millisinin futbolçusu İqor Sergeyev DÇ-2026-da Kolumbiyaya uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, hücumçu 1:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Başa düşürük, Kolumbiya millisi güclüdür. Amma heç-heçə edə bilərdik. Öz səhvlərimizdən qollar buraxdıq və buna görə məyusuq. Məncə, mundialda ilk oyunumuzda güclü rəqibə yaxşı müqavimət göstərdik. Hələ heç nə bitməyib, qarşıda oyunlar var”.

Adil Şükürovla yollar ayrıldı

18 June 2026 at 13:29

“Səbail” müqavilə müddəti başa çatan baş məşqçi Adil Şükürovla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şükürov ötən ilin noyabr ayından “Səbail”i çalışdırırdı. “Dənizçilər” I Liqada üçüncü olub və Premyer Liqaya vəsiqə qazana bilməyib.

Bölgə klubu hücumçusu ilə müqaviləni uzatdı

18 June 2026 at 13:16

“Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi hücumçusu Famil Camalovla müqavilənin müddətini artırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Camalov mövsümün sonuna qədər “Şahdağ Qusar”ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Famil 2024-cü ilin yanvar ayından komandanın heyətində çıxış edir

“Neftçi” portuqaliyalı hücumçu ilə maraqlanır

18 June 2026 at 12:45

Portuqaliyalı hücumçu Pedro Markes karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. “Neftçi” forvardın xidmətində maraqlıdır.

28 yaşlı hücumçu azad agentdir. “Apollon”la müqaviləsi başa çatan Markeslə “Neftçi” ilə yanaşı, “Pafos” və AEL klubu da maraqlanır.

Pedro ötən mövsüm 33 oyunda 15 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Qəbələ” futbolçusunu icarəyə verdi

18 June 2026 at 12:23

“Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan I Liqasında çıxış edən klub Mehrac Baxşalını transfer edib. 23 yaşlı futbolçu “Qəbələ”dən icarə əsasında heyətə cəlb olunub.

Baxşalı 2027-ci ilin yayına kimi “Şahdağ Qusar”ın formasını geyinəcək.

Mehracın son klubu “Ordu” olub.

 

Keyn rekorda şərik oldu

18 June 2026 at 12:15

İngiltərə millisi DÇ-2026-nın qrup mərhələsində Xorvatiyanı məğlub edib – 4:2.

Futbolpress.az xəbər verir ki, matçda iki qol vuran Harri Keyn yığmanın tarixinə düşüb. Mundiallarda 10 qola çatan forvard İngiltərə tarixində dünya çempionatlarında ən çox qol vuran futbolçu rekorduna şərik olub.

Keyn daha bir qol vuracağı təqdirdə, keçmiş hücumçu Qari Linekerin rekordunu qıracaq.

Susqun “İmişli” və digərləri

18 June 2026 at 11:51

Misli Premyer Liqası klubları yeni mövsümün çalışmalarına başlayıb. Liqada iştirak edəcək 12 klubdan 11-də artıq gedənlər, gələnlər var. Təkcə “İmişli” susqundur.

Çempionatı 9-cu sırada bitirən komandada qeyri-müəyyənlik var. Baş məşqçi Jorj Kaşkilya son oyundan sonra kluba və Azərbaycana vida edib. Lakin gedişi rəsmən təsdiqlənməyib. Mütəxəssisin adı vaxtaşırı “Sumqayıt” və “Kəpəz”lə hallanıb.

“İmişli” yeni mövsümə dair planlarını da açıqlamayıb. Heyətlə bağlı qeyri-müəyyənlik hökm sürür, nə gələn var, nə gedən. Qarşıda bir aydan çox vaxt olmasına baxmayaraq, toplanışa tez zamanda başlamaq klub üçün daha faydalıdır.

Transferlərdə aktiv isə “Şəfa”dır. Misli Premyer Liqasının debütantı baş məşqçi postuna Zaur Həşimovu gətirib. Bəzi futbolçularla müqavilə uzadılır, azad agent statusu daşıyan yerli oyunçular heyətə cəlb edilir. Ötən mövsümün komandasında yer alan bəzi futbolçular isə yola salınıb.

Çempionlar Liqasında iştirak edəcək “Sabah” və Avropa Liqasında mübarizə aparacaq “Qarabağ” artıq çalışmalara başlayıb. Konfrans Liqasının iştirakçıları “Zirə” və “Neftçi” də yaxın zamanda toplanışa start verəcək. Adıçəkilən klublar arasında yalnız “Neftçi”dən hələlik transfer yoxdur. Əvəzində Murad Məmmədov, Vensan Abubakar, Kristian Kostinlə vidalaşan “ağ-qaralar” əvvəlki mövsümlərdə transferlərdə buraxılan səhvləri təkrarlamamaq istəmir və oyunçu keçidlərində ehtiyatlı davranır.

Avrokuboklardan kənarlaşdırılan “Turan Tovuz”da isə planlar dəyişib. Bir neçə gün əvvəl Türkiyədə toplanışa başlayan klub CAS qərarından sonra burdakı hazırlığı ləğv edib. Tovuz təmsilçisi Bakıya qayıdıb və toplanışa burda davam edəcək.

Mövsümün bitməsiylə Saşa İliçlə vidalaşan “Sumqayıt” da hələ baş məşqçi axtarışındadır. “Kimyaçılar”ın yeni çalışdırıcısı böyük ehtimalla əcnəbi olacaq və məsələnin yaxın zamanda həllini tapması gözlənilir.

Hazırda liqada iştirak edəcək “İmişli” və “Sumqayıt”da baş məşqçi postu boşdur. “Araz-Naxçıvan” “sükanı” Cavid Hüseynova tapşırdı və ötən mövsümün komandasında əsas heyətin demək olar, bütün üzvləri yola salındı. Görünür, naxçıvanlılar yeni mövsümdə ortasıralar uğrunda mübarizə aparacaq.

Şahin Cəfərov

“Difai”də yeni baş məşqçi

18 June 2026 at 11:34

“Difai”nin yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Şəhriyar Məmmədova tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məmmədov daha əvvəl “Araz Saatlı” və MOİK-də çalışıb.

“Difai” I Liqada mövsümü sonuncu – 10-cu sırada bitirib və liqanı tərk edib. Komanda yeni mövsümdə II Liqada mübarizə aparacaq.

Güləşçilərin Batumi sınağı

18 June 2026 at 11:19

İyunun 20-21-də Gürcüstanın Batumi şəhərində böyüklər arasında Dünya Seriyasının III mərhələsi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, milli komandanın baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında qonşu ölkədə Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparacaq.

İlk yarış günündə təsnifat mərhələsinin və qruplarda ilk 2 turun görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsində sonuncu turun görüşləri, yarımfinallar və medallar uğrunda qarşılaşmalar baş tutacaq.

Dünya Seriyasında I-S dərəcəli azərbaycanlı hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

DÇ-2026: günün oyunları bu kanallarda – TV

18 June 2026 at 11:00

Bu gün dünya çempionatında qrup mərhələsinin II turuna start veriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

DÇ-2026
20:00 Çexiya – CAR (İctimai TV, TRT 1)
23:00 İsveçrə – Bosniya və H (İctimai TV, TRT 1)
02:00 Kanada – Qətər (İctimai TV, TRT 1)
05:00 Meksika – Cənubi Koreya (İctimai TV, TRT 1)

 

Medinadan təsirli vida: “Bütün anlar heç vaxt unudulmayacaq”

18 June 2026 at 10:33

Kevin Medina “Qarabağ”la vidalaşıb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün həyatımda və karyeramda iz qoymuş bir klubla vidalaşıram.

“Qarabağ”a gəldiyim ilk gündən məni açıq ürəklə qarşıladılar. Burada möhtəşəm peşəkarlar, dosta çevrilən həmkarlar və hər zaman yanımda olan, dəstəyini əsirgəməyən ehtiraslı azarkeşlər tanıdım.

Bu illər mənim üçün böyük öyrənmə, zəhmət, uğur və inkişaf illəri oldu. Bu formanı geyinmək, bu gerbi təmsil etmək həm şərəf, həm də böyük məsuliyyət idi. Mən də hər zaman meydanda buna sədaqət, hörmət və peşəkarlıqla layiq olmağa çalışdım.

Bu yolun bir hissəsi olan hər kəsə təşəkkür edirəm: klub rəhbərliyinə, məşqçilər heyətinə, klub əməkdaşlarına və ən əsası komanda yoldaşlarıma. Birlikdə yaşadığımız hər an qəlbimdə və yaddaşımda əbədi qalacaq.

“Qarabağ” azarkeşlərinə xüsusi təşəkkürümü bildirirəm. Hər dəstəyinizə, hər mesajınıza, həm yaxşı, həm də çətin günlərdə yanımda olduğunuz üçün minnətdaram. Sizdən gördüyüm sevgi və yaşadığımız bütün anlar heç vaxt unudulmayacaq.

İndi isə yeni bir çağırışa başlamağın vaxtıdır.

Bu böyük klubun tarixinin bir hissəsi olmaqdan qürur duyaraq və sonsuz minnətdarlıq hissi ilə ayrılıram.

“Qarabağ”a gələcəkdə daha böyük uğurlar, yeni nailiyyətlər və daha parlaq bir gələcək arzulayıram. Bu klub həqiqətən də tarix yazan bir klubdur!”.

Medina 2020-ci ildən “Qarabağ”da çıxış edirdi.

“Neftçi” braziliyalı futbolçu transfer edir

18 June 2026 at 10:29

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Portuqaliya təmsilçisi “Santa Klara”dan Qustavo Klismanı transfer etməyə yaxındır. Bu barədə “Diário de Transferências” portalı məlumat yayıb. “Neftçi”nin yarımmüdafiəçi üçün 300 min avro ödəyəcəyi qeyd edilib.

Qustavo başa çatan mövsümdə Portuqaliya çempionatında 16 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib. braziliyalı futbolçunun “transfermarkt”da dəyəri 500 min avrodur.

“And içərəm ki, rekordlar Messinin vecinə deyil”

18 June 2026 at 10:14

Argentina millisinin futbolçusu Rodriqo de Paul komanda yoldaşı Lionel Messi haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Messinin rekordlarla maraqlanmadığını deyib:

“And içərəm ki, rekordlar Messinin vecinə deyil. O, fərdi mükafatların arxasınca qaçmır. Bəzən deyirik ki, bu rekorda 1-2 qol qalıb, soruşur ki, hansı? O, ancaq komandasının uğurunu düşünən biridir”.

DÇ-2026: birinci turdan önə çıxanlar

18 June 2026 at 09:52

Dünya çempionatında qrup mərhələsinin birinci turu başa çatıb.

Futbolpress.az xəbər verir ki, hər qrupda 2, ümumilikdə 24 oyun baş tutub. I turda vurulan qol sayı 75-dir.

Lionel Messinin het-triki, Meksika ilə CAR arasındakı açılış matçında üç qırmızı vərəqənin damğa vurduğu birinci turda üç futbolçu da avtoqolla yadda qalıb.

Meydan sahibləri ABŞ və Meksika qələbə qazanıb, Kanada isə bosniyalılarla “sülh”ə razılaşıb.

İlk turda 9 heç-heçə qeydə alınıb. Mundialın ilk sürprizinə Qətər yığması imza atıb. Komanda İsveçrə ilə matçda son dəqiqə qolu ilə məğlubiyyətdən qaçıb.

Digər sensasiya favorit İspaniyanın oyununda olub. “Buğalar” tarixində ilk dəfə mundialda iştirak edən Kabo Verdeyə qalib gələ bilməyib.

Portuqaliya millisi də uğursuz start verib. Kriştiano Ronaldolu portuqallar Konqo ilə matçda qələbə qazana bilməyib və bir xalla başlayıb.

İlk turun “adamı” isə Vozinyadır. Kabo Verde yığmasının qapıçısı ispanlara qarşı “divar” olub və çıxışı böyük ajiotaj yaradıb. Məhz bu oyundan sonra Vozinyanın instaqramda izləyici sayı 9 milyon artıb.

İkinci tura bu gün start veriləcək. Birinci matçda İsveçrə ilə Bosniya və Herseqovina münasibətlərinə aydınlıq gətirəcək.

Şahin Cəfərov

“Feyenoord” baş məşqçisini açıqladı

18 June 2026 at 09:31

“Feyenoord”un yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Covanni van Bronxorsta tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bronxorst bundan öncə “Liverpul”da baş məşqçi Arne Slottin köməkçisi olub.

“Feyenoord” Niderland Erediviziyasında mövsümü ikinci sırada başa vurub. Klub ötən ay baş məşqçi Robin van Persi ilə yollarını ayırıb.

Qol vurdu, assist etdi, ən yaxşı seçildi

18 June 2026 at 09:16

Dünya çempionatının K qrupunun I turunun Özbəkistan – Kolumbiya oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafatı Cənubi Amerika təmsilçisinin oyunçusu Luis Dias qazanıb.

Kolumbiyalı vinger 3:1 hesabıyla qələbə qazandıqları oyunda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

“Zirə”də “qapı”ya iki namizəd

18 June 2026 at 09:00

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Zirə” transfer çalışmalarını davam etdirir.

Futbolpress.az-ın məlumatına görə, baş məşqçi Rəşad Sadıqov qapıçı Tyaqo Silvanın ayrılığından sonra heyətə əcnəbi qolkiperin cəlb edilməsini istəyib. Bu mövqeyə əsas namizədlər “İmişli”dən ayrılan Andrey Sinenka və “Şamaxı”nın qapıçısı Rikardo Fernandesdir. Hər iki qolkiperlə danışıqlar davam edir.

“Zirə” yeni mövsümdə Konfrans Liqasında mübarizə aparacaq. Komanda I təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Torpedo” ilə üz-üzə gələcək. “Qartallar” bu rəqibi keçsə, növbəti mərhələdə “Hegelmann” (Litva) – “Paide” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Şahin Cəfərov

“Qarabağ”ın rəqibindən qələbə

18 June 2026 at 08:44

“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Vestri” İslandiya I Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Aeqir”lə qarşılaşıb. Matç “Vestri”nin qələbəsiylə başa çatıb – 3:2.

“Vestri” çempionatda 16 xalla 4-cü sıradadır.

“Qarabağ” islandlarla ilk oyunu iyulun 9-da Bakıda keçirəcək. Cavab görüşü 16-da səfərdə olacaq.

“Qarabağ”ın milyonluq transferi

18 June 2026 at 08:21

“Qarabağ”ın yeni transferi Bruno Lanqa üçün “Almeriya”ya ödədiyi məbləğ məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. “Atlılar” 28 yaşlı mozambikli futbolçu üçün 1 milyon avro təzminat ödəyib.

Lanqa “Qarabağ”la 3 illik müqavilə imzalayıb.

Tarixə düşən afrikalı

17 June 2026 at 21:52

DÇ-2026-nın qrup mərhələsinin I turunda Fransa yığmasına qol vuran Seneqal yığmasının üzvü İbrahim Mbaye tarixə düşüb.

Futbolpress.az FIFA-ya istinadən xəbər verir ki, o, dünya çempionatlarında qol vuran ən gənc afrikalı futbolçu olub.

Mbaye bunu 18 yaş 143 günlüyündə bacarıb.

Əvvəlki rekordçu Mussa Vaqe idi. O, 2018 mundialında 18 yaşında qol vurmuşdu.

Lanqa ilə müqavilənin detalları

17 June 2026 at 21:29

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

Futbolpress.az xəbər verir ki, mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı
İspaniyanın “Almeriya” klubu ilə danışıqlar uğurla yekunlaşıb.

Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 5 nömrəli formanı geyinəcək.

Lanqanın son klubu İspaniya təmsilçisi “Almeriya” olub. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası “Eştrela”da keçirib. Lanqa karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela”, Kiprdə “Pafos” və İspaniyada “Almeriya” klublarının formasını geyinib.
Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Bruno Lanqa yay transfer pəncərəsində komandanın dördüncü transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo və Samuel Lobato “Qarabağ”a qoşulub.

“Hər kəsi susdurmağa çalışsam…”

17 June 2026 at 20:51

Fransalı hücumçu Kilian Mbappe açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “RMC Sport”a danışan forvard tez-tez tənqid olunmasına toxunub:

“Tənqidlər? Hər kəsi susdurmağa çalışsam, 80 yaşıma kimi oynamalı olaram. Futbolda belə hallar qaçılmazdır. İnsanların səni həm tərifləmək, həm də tənqid etmək haqqı var. Buna görə diqqətimi öz üzərimdə cəmləmişəm. Fransa millisinin dünya çempionu olmasına kömək etmək istəyirəm”.

Mbappe Seneqalla ilk matçda dubl edib (3:1).

Dünya kuboku: altı boksçu mərhələ adladı

17 June 2026 at 20:26

Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokunda 1/8 finala yekun vurulub.

Futbolpress.az xəbər verir ki, reytinq xarakterli yarışda Azərbaycan millisinin daha 3 idmançısı 1/4 final mərhələsinə yüksəlib.

55 kq-da Amin Məmmədzadə ikinci görüşündə Samandar Olimovla (Özbəkistan) üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. O, rəqibini 4:1 (29:28, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. Məmmədzadə 1/4 finalda Nikil Nikillə (Hindistan) döyüşəcək.

Nəbi İsgəndərov (70 kq) Velvan Tana (Sinqapur) qalib gəlib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Təmsilçimiz 1/4 finalda Deepak Deepakla münasibətinə aydınlıq gətirəcək.

Murad Allahverdiyev (80 kq) isə Vitali Valterə (Almaniya) gücünü göstərib. O, rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. Allahverdiyev 1/4 finalda Marlon Sevehonla (Avstraliya) qarşılaşacaq.

Qeyd edək ki, iyunun 19-da keçiriləcək 1/4 final mərhələsində 5 boksçumuz mübarizə aparacaq. Millimizin bir idmançısı isə yarımfinala vəsiqə qazanıb.

Nail Kərimov: “Mümkün qədər çox oyunçu yetişdirmək vacibdir” (MÜSAHİBƏ)

17 June 2026 at 20:00

“Qarabağ” klubunun akademiyasının meneceri Nail Kərimovun “Futbolpress.az“a müsahibəsi:

– Akademiyada mövcud durumu şərh edərdiniz. Başa çatan mövsümdə komandalar hansı nəticələrlə yadda qaldı?
– U-19 komandamız ölkə çempionu oldu, U-13 və U-14 finalda penaltilərdə uduzdu, U-16 və U-17 “üçlük”də yer aldı. U-15 komandamız isə liqanı dördüncü bitirdi. Gərgin, çətin mövsüm keçdi. Maraqlı oyunlar oldu. Liqaların formatında dəyişiklik edilmişdi və rəqabətli matçların sayının artması bunun müsbət nəticələrini göstərdi. Rəqabət artdıqca inkişafın da yolu açılır.

– Akademiyanın əsas funksiyası oyunçu yetişdirməkdir. Bu məsələdə hansı irəliləyişə nail ola bilmisiniz?
– Nəticələri danışırıq, düzdür, amma mümkün qədər çox oyunçu yetişdirmək vacibdir. Bu, bizim üçün prioritetdir. Düşünürəm ki, yaxşı yol qət edirik. Ötən mövsümlə müqayisədə bu il xeyli futbolçuda inkişafı müşahidə etdik. U-17 komandamızın bəzi futbolçuları milli komandalara dəvət aldı, bəziləri isə yuxarı yaş qruplarına cəlb  olundu. U-17-dəki oyunçular əsas komandaya qoşulmasaydılar, böyük ehtimalla bu yaş qrupunda da çempion olardıq. Lakin bizim üçün əsas prioritet onların inkişafı, əsas komandaya uyğunlaşmasıdır.

– Ötən il akademiyaya afrikalı legionerlər cəlb olundu. Bu zərurət nədən yarandı?
– Bu mövsüm U-19 komandamızın heyətində bir neçə legioner çıxış etdi. İki futbolçu Nigeriyadan transfer olunmuşdu. Heyətdə Türkiyə vətəndaşı olan oyunçular da var idi. Bunun isə bir neçə səbəbi var.

Əvvəlcə, məqsəd rəqabəti artırmaqdır. Legionerlərin məşqlərə yanaşması, çalışqanlığı özünü müsbət tərəfdən göstərir. Yerli oyunçularımız da peşəkar olmaq üçün hansı çətinliklərdən keçməyin vacibliyini görürlər. İkincisi, bu futbolçular gələcəkdə əsas komandaya namizəd hesab oluna bilərlər. Yaxşı oyunçular gənc yaşlardan əsas komandaya cəlb olunur. Hazır futbolçunun transferi daha böyük maliyyə tələb edir, ama bu yolla daha aşağı büdcə ilə əsas komandaya oyunçu qazandırmaq mümkündür. Bu məqamları nəzərə alsaq, bu mövsüm legionerlərin cəlbinə üstünlük verdik və düşünürəm ki, bunun nəticəsi də müsbət oldu. Həmin oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. İndi Əvəzedicilər Liqasının reqlamentini gözləyirik. Əgər U-19-da çıxış edən legionerlər tələblərə uyğun gəlsələr, onlara burada da şans verməyi planlaşdırırıq.

– Akademiyada əsas problem mərkəzləşmənin olmamasıdır. Baza məsələsində hansı yenilik var?
– Əvəzedici komandamız Binədə, digərləri Sərhədçi İdman Kompleksində mərkəzləşib. Təmərküzləşmiş şəkildə fəaliyyət göstərməyimizin bir ili oldu və bunun faydalarını gördük. Hamı bir-birinin işindən məlumatlı oldu, komandalar arasında əlaqə yarandı, nəzarət mexanizmi gücləndi. Onu da qeyd edim ki, yeni akademiyanın hazırlanması istiqamətində rəhbərlik tərəfindən işlər aparılır. Hazırda bu barədə ətraflı nəsə demək mümkün deyil. Ümid edirik ki, tezliklə xoş xəbərlər olacaq.

– “Qarabağ” bu il beynəlxalq turnirlərə ən çox komanda göndərən klubdur. Turnirlərdən hansı faydaları götürürsünüz və gələcəkdə yenə bu addımlar atılacaq?
– U-13 komandamız hazırda Bolqarıstanda turnirdədir. Əsas məqsədimiz uşaqların daha çox rəqabətli oyun keçirməsidir. Həm zəif cəhətlərini üzə çıxarsınlar, həm də onların potensiallarını daha yaxından görək. Belə deyim, turnir seçəndə çalışırıq ki, daha keyfiyyətli komandalarla qarşılaşaq və maksimum fayda əldə edək. Buna görə də güclü klubların iştirak etdiyi turnirlərə üstünlük veririk. Komandalarımız bu il 10 beynəlxalq turnirdə çıxış edib. U-19 da Çempionlar Liqasında üç oyun keçirib. Bu, kifayət qədər yaxşı təcrübə qazandırıb.

Klub rəhbərliyi bu məsələdə daim yanımızdadır və lazım olan büdcəni ayırır. Seçdiyimiz istiqamətlər də yaxın və asan səfər edilən məkanlar deyil. Məsələn, U-17 Fransada, U-16 Niderlandda, U-15-lər Qazaxıstanda, U-13-lər hazırda Bolqarıstandadır, U-12 Qazaxıstan və Türkiyə, U-11 isə qarşıda Polşada təşkil olunacaq turnirə hazırlaşır. Bu yarışların bir çoxu şengen zonasına daxil olan ölkələrdə keçirilir ki, bu da kifayət qədər xərc tələb edir. Regionda fəaliyyət göstərən akademiyalar belə turnirlərə çox meyl etmir, amma klub rəhbərliyi məsələyə həssas yanaşır və biz də bunu yüksək qiymətləndiririk. Turnirlərdə iştirakımız növbəti mövsümlərdə də davam edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Məqsədimiz gənc futbolçularımızın zəngin beynəlxalq təcrübə qazanmasıdır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Qaxda region birinciliyi

17 June 2026 at 19:37

İyunun 20-21-də cüdo üzrə U-14 və U-17 yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Qax Olimpiya İdman Kompleksində keçiriləcək yarışlarda ümumilikdə 184 cüdoçu mübarizə aparacaq.

Turnirlərin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.

U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

“Qarabağ” transferi açıqladı

17 June 2026 at 19:21

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “atlılar” “Almeriya”dan Bruno Lanqanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah müdafiəçisi ilə anlaşmanın detalları açıqlanmayıb.

Lanqa ötən mövsümü icarə əsasında “Eştrela”da (Portuqaliya) keçirib.

Fransa klubu Pyuellə vidalaşdı

17 June 2026 at 18:58

Fransanın “Nitsa” klubu baş məşqçisi Klod Pyuel ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müddəti başa çatan müqavilə uzadılmayıb.

Pyuel 2025-ci ilin dekabrından komandaya rəhbərlik edirdi. “Nitsa” mövsümü 16-cı sırada bitirib və liqada yerini qoruyub.

DÇ-2026: özbəklər məğlubiyyətlə başladı

18 June 2026 at 08:04

Bu gün dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında K qrupunda Portuqaliya yığması Konqo ilə qarşılaşıb. Görüş bərabərliklə başa çatıb.

Qrupun digər görüşündə Kolumbiya ilə Özbəkistan üz-üzə gəlib. Matç özbəklərin məğlubiyyəti ilə başa çatıb.

L qrupunda İngiltərə Xorvatiyanı, Qana isə Panamanı məğlub edib.

DÇ-2026
Qrup mərhələsi

K qrupu

Portuqaliya – Konqo 1:1
Qollar: Neveş, 6 – Vissa, 45+5

Özbəkistan – Kolumbiya 1:3
Qollar: A.Fayzullayev, 60 – D.Munyos, 40, L.Dias, 65, X.Kampos, 90+9

Xal durumu: Kolumbiya – 3, Portuqaliya – 1, Konqo – 1, Özbəkistan – 0

L qrupu

00:00 İngiltərə – Xorvatiya 4:2
Qollar: Keyn, 12-pen. 42, C.Bellingem, 47, M.Reşford, 85 – M.Baturina, 36, P.Musa, 45+5

Qana – Panama 1:0
Qol: K.Yirenki, 90+5

Xal durumu: İngiltərə – 3, Qana – 3, Panama – 0, Xorvatiya – 0

❌
❌