Normal view

Yesterday — 14 March 2026FutbolPress.Az

Sadıqov: “Epizodlara verilən şərhlər də adamı məyus edir”

14 March 2026 at 23:03

Misli Premyer Liqasının XXIV turunun “Zirə” – “Qarabağ” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Oyun bizim üçün yaxşı başladı, təhlükəli hücumlarımız oldu. Birinci hissənin ortalarında rəqib hesabda irəli çıxdı. Ondan sonra 5-10 dəqiqə oyunumuzda eniş oldu, rəqib daha üstün idi. Hətta 2-ci qolu vura bilərdilər. Hissənin sonlarına yaxın oyun bizim üçün daha yaxşı keçdi. 0:2-dən sonra oyunu dəyişdirmək çətin idi. Əvəzetmələr etdik, müəyyən effekt verdi. 1:2-dən sonra düşünürdük ki, rəqibi basqı altında saxlasaq, qol vurmaq ehtimalımız olar. Amma “Qarabağ” irəli atıldı və 3-cü qolunu vurdu. Bu gün meydanda güclü, yaxşı “Qarabağ” var idi. Futbolçularım əllərindən gələni etdilər. Mübarizə apardılar. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Bu cür “Qarabağ”a qarşı yaxşı nəticə qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın.

– Apreldə sıx qrafikiniz olacaq…

– Milli aradan sonrakı sıx qrafik daim ağlımdadır. Çox ciddi itkilərimiz var. İssa Cibrilla Qubadakı meydandakı zədədən sonra hələ də yoxdur. 5-6 aydır heç cürə bərpa ola bilmir. Brahim Konate zədədən sonra qayıdıb. Çalışırıq ki, formasını yığsın. Qismət Alıyev qızdırması var idi. Onun yerini doldurmaq bizim üçün çətin idi. Milli aradan sonra həlledici perioda girəcəyik.

– “Zirə” digər komandalardan legioner almağı ilə fərqlənir. İzlədiyiniz legionerlər var?

– Bu haqda qəti şəkildə düşünmürük. Mövsümün ən vacib periodu başlayıb. Çempionatda çox bəyəndiyimiz futbolçular var.

– 4-cü yer uğrunda mübarizəyə görə gərginlik ola bilər?

– Yarışdır da. Qış fasiləsindən sonra komandamız pis çıxış etmir. Yeganə “Kəpəz”lə matçdan razı qalmadım. O oyunla bağlı tənqidlərə də razıyam. Amma 1/4 finalı keçmişik, digər matçları qazanmışıq. “Sabah”, “Turan Tovuz” və “Qarabağ”a uduzmuşuq. Əlimizdən gələni etmişik, amma rəqib bizdən daha yaxşı olub. Klub olaraq yeni limitiə adaptasiya olmağa ehtiyacımız var. Bütün oyunlara eyni limitlə çıxırıq. Yeganə fərq qapıda Aydının yox, Tyaqo Silvanın olmasıdır. Digər rəqiblər 10-11 legionerlərlə mübarizə aparırlar. Bu da bizim üçün növbəti illər üçün yaxşı dərs oldu deyim, düzgün anlaşılsın. Yeni limitə adaptasiya üçün.

– “Zirə” artıq uzun illərdir ki, stabil nəticələr göstərir, avrokuboklarda mərhələ adlayır. Sizcə, kluba daha böyük büdcənin ayrılmasının zamanı çatmayıb?

– Mən də istəyərəm ki, büdcəmiz daha çox olsun, əminəm ki, rəhbərlik də onu istəyir. Ən vacib odur ki, komanda vacibdir. Bir qəpik kiməsə borcumuz yoxdur, hamıya qarşı ədalətli olmuşuq. Rəqiblərin seleksiyaları filan, biz müəyyən məqamlarda istədiyimiz transferləri edə bilmədik. Gedişatlar yaydan bəlli idi ki, rəqiblər çempionatda necə iddialı idi. Futbolda belə hallar baş verir. Bu gün vacib olan odur ki, sona qədər mübarizə aparmaq, avrokuboklara düşmək. İnandırım sizi, rəhbərlik qarşımıza avrokuboklara düşmək kimi hədəf qoymamışdı. Mümkün şəraitdə ən yaxşısını etməyə çalışırıq. Avrokuboklara düşmək istəyirik. Rəhbərliyi, özümüzü, azarkeşlərimizi sevindirək. Rəqiblərin gücünü başa düşürük. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara biz də düşək.

– İki epizod var idi ki, penalti istəyirdiz. O epizodlarla bağlı fikirləriniz nədir?

– Paltardəyişmə otağında telefonda baxdım, hər ikisi penalti idi. Nəticəyə necə təsir edərdi, başqa sualdır. Bizim üçün çox üstünlük olacaqdı. Rəqib daha çox basqı ilə oynaya bilərdi. İkinci penalti epizodu da 86-cı dəqiqədə idi, qol vursaydıq, artıq hesab 2:3 olacaqdı. Maraqlı odur ki, indi epizodları şərh etdikdə haqq qazandırılacaq. Hər iki epizodda penalti verilsəydi, doğru qərar kimi şərh veriləcəkdi. Bilirsiz, o epizodlara verilən şərhlər də adamı məyus edir. Bu iki penalti verilsəydi, şərh veriləcəkdi ki, penaltidir. Verilmədi, deyiləcək penalti deyil. Bu oyunu demirəm, lap başqa oyunda. Fərid Hacıyev, Nicat İsmayıllı…Əvvəlki oyunlarımızda da hakimlərin mübahisəli qərarları olub.

Qurbanov: “Sona qədər mübarizə aparacağıq”

14 March 2026 at 22:48

Misli Premyer Liqasının XXIV turunun “Zirə” – “Qarabağ” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Futbolçularımı təbrik edirəm. Çox yaxşı mübarizə oldu, yaxşı dinamika var idi. Qarşımızda çox istəkli, bizi çox yaxşı təhlil edən komanda vardı. Sona qədər təslim olmadılar. Bizə rahat oynamağa imkan vermədilər.

– Uzun illərdir belə söhbətlər var ki, “Qarabağ” avrokuboklarda iştirakını dayandırdıqdan sonra daxili turnirlərdə qarşısıalınmaz olur, daha çox fokuslana bilir. Bu fərqi özünüz də hiss edirsiz?

– 100 faiz. Avrokubok oyunları olmayanda daha sərbəst olursan. Amma hələ optimal formamızdan uzağıq. Bəzi futbolçuların performansında çatışmazlıqlar var. Çempionlar Liqasında hər oyunda çox enerji itirdilər. Gərgin mövsüm keçdi. Hər matçdan öncə məsuliyyət, stress… Futbolçular çox yükləndilər. Hətta özüm də. İnanıram ki, qarşıdakı matçlara daha yaxşı köklənəcəklər. Hələ qarşıda yenə sıx qrafik olacaq. 3-4 gündən bir oynayacağıq. Xeyirlisi. Yenə də çalışacağıq ki, futbolçuları tam hazır edək və sıx qrafikə uyğunlaşsınlar. Bəli, düşüncə var ki, Avropa oyunları olmayanda hər məşqə və oyuna daha yaxşı fokuslanırlar.

– Leandro Andrade oyuna mərkəzdə başladı. Necə təsir bağışladı?

– Oyunun gedişatında rotasiyalar olur. Gözləyirdim ki, matçın gedişatında rotasiya edək. Leandro həm sağ, həm sol cinahda, həm də ortada oynamağaı bacarır. Çox yaxşı performans göstərdi.

– Kamilo Duranın Kolumbiya millisinə dəvət edilməsini gözləyirdiz? Dünya çempionatına getməsini real sayırsız?

– Qabiliyyətli futbolçudur. Onun sürəti, davranışı, idman xarakteri imkan verə bilər ki, daha böyük futbolçu olsun, daha böyük turnirlərdə oynasın. Buna sevinərik. Görək hansı qərarları verəcəklər.

– Apreldə “Sabah” və “Neftçi” ilə ardıcıl oyunlarınız var. Bu cür qrafikə görə üzülmürsüzki?

– Kubok və çempionat oyunlarını ardıcıl eyni komanda ilə oynamaq xoş deyil. Bəzən azarkeşlər üçün də bir rəqiblə oynayıb, sonra pauza edib yenidən onlarla oynamaq yaxşıdır. Yəqin qrafik sıxdır deyə, belə olub. Hər iki komanda üçün eyni vəziyyət olacaq. Mən də istəyərdim ki, bir rəqiblə oynadıqdan sonra vaxt olsun, hazırlaşaq.

– Kris Kuaku rəqabətə hazır deyildi deyə, ayrıldı?

– İntizamlı futbolçu idi. Özü də daha çox oynamaq istəyirdi. Az oynayırdı. Məşqçi olaraq onu başa düşərək, “yox” demədim. Onda da alınmadı, bizdə də.

– Rui Jorjenin U-20 millisinə təyinatını necə qarşıladız?

– Xeyirli olsun. Müzakirə olunan məsələ idi, hazırlıq gedirdi. Uğurlu olsun.

– Joni Montiel ilə Marko Yankoviç arasında seçim etmək çətinlik yaratmır?

– İkisinin də meydanda olduğu vaxtlar çox olub. Son bir neçə matçda Yankoviç ardıcıl oynadı və yorğunluq ola bilər. Əsas odur ki, formada olsunlar və mən fikirləşim ki, kimi oynadaq (gülür).

– Sizcə, “Qalatsaray” “Liverpul” səddini İngiltərədə keçə bilər?

– İnamımız böyükdür. O stadionda oynamaq asan deyil. Amma “Qaltaasaray”a bol-bol uğurlar arzulayırıq, dualarımız onlarladı. Allah qoysa, keçərlər. Onlar da çox yaxşı formadadır. Yaxşı xarakterli kollektiv var, təslim olmağı xoşlamırlar.

– Çempionlar Liqasında komandanız uğurlu çıxış etdi. Sizə təkliflər var?

– Bakıdayıq da hələ (gülür).

– Sami Mmae əsas komandaya geri qaytarıla bilər?

– Ola bilər. Cəzalandırılmışdı. Qarşıdakı fasilədə baxacağıq.

– “Sabah”ın büdrəməsini real hesab edirsiz?

– Bu dəqiqə çox yaxşı “Sabah” var. Özünəməxsus oyun üslubu olan komandadır, yaxşı kollektiv və yaxşı baş məşqçiləri var. Üstünlük onlar tərəfdədir. Amma sona qədər mübarizə aparacağıq. Heç kimə təslim olmurlar. Qarşıdakı matçlarda mütləq daha istəkli, daha ciddi olmalıyıq. Xeyirlisi. Heç vaxt deməmişəm ki, taleyimiz öz əlimizdədir, hər şey Allahın əlindədir.

– “Sabah”ın Qubadakı stadionda bu qədər qol vuracağını gözləyirdiz?

– Hazırkı “Sabah”ın istənilən komandaya o sayda qol vuracağını gözləyirəm. Stadionun durumu bizimlə oyundan daha yaxşı idi. Nə qədər futbolçu zədədən qurtuldu orada.

 

Danimarkalı hücumçu Neapolda qalacaq

14 March 2026 at 22:24

“Napoli” icarə əsasında komandada çıxış edən Rasmus Hoylundun transfer hüquqlarını alacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun idman direktoru Covanni Manna İtaliya mətbuatına açıqlamasında deyib. O, danimarkalı hücumçunun növbəti mövsüm də komandada olacağını bildirib.

Hoylund müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur. O, ötən yaydan “Napoli”də icarədədir.

Danimarkalı forvard bu mövsüm 35 oyunda 13 qol vurub.

Daha bir klub Sumqayıtda oynayacaq

14 March 2026 at 19:14

“Araz-Naxçıvan” futbol klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək komandanın ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena”da əsaslı təmir işlərinin aparılacağını bildirib.

Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bununla əlaqədar olaraq klub Peşəkar Futbol Liqasına alternativ stadion kimi “SOCAR Polymer Arena”nı təqdim edib. Peşəkar Futbol Liqasının qərarına əsasən “Araz-Naxçıvan” 17-19 aprel tarixlərində baş tutacaq “Turan Tovuz” ilə oyundan etibarən mövsümün sonuna qədər ev oyunlarını həmin arenada keçirəcək.

“Zirə” – “Qarabağ”: heyətlər

14 March 2026 at 18:33

“Qarabağ” Misli Premyer Liqasının XXIV turunda bu gün “Zirə”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 19:15-də start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Zirə”: 97. Tiaqo Silva 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 4. Ruan Renato (k) 25. Enrike Kustodio 9. Davit Volkov 30. Rikardo Martins 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 6. Eldar Quliyev 22. Eren Aydın

Baş məşqçi: Rəşad Sadıqov

“Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

Dambrauskas: “Qələbədən çox məmnunam”

14 March 2026 at 17:16

Misli Premyer Liqasının XXIV turunun “İmişli” – “Sabah” oyunundan (0:5) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Qələbədən çox məmnunam. Bu meydançada oynamaq çox çətindir. Texniki cəhətdən üstün olan komandalar üçün topa sahib olmaq həqiqətən, çətindir. 10-15 metr məsafədə belə ötürmə etmək yaxşı alınmır. Bugünkü qələbəyə görə bütün “Sabah” ailəsini təbrik edirəm. Şükürlər olsun, burdan zədəsiz ayrılırıq. Qarşıdan “Sumqayıt”la oyun gəlir. Bütün diqqətimiz bu oyunda olacaq.

– Hücumda tez-tez itkilər olsa da, komanda stabilliyi qoruyur. Bunun xüsusi sirri var?
– Bunun resepti, sirri yoxdur. Sadəcə oyunçular tapşırıqları düzgün icra edir. Öz stilimiz yaranıb. Oyunçular da bu sistemə uyğunlaşır, istədiklərimizi düzgün yerinə yetirirlər. Üç gənc oyunçumuz – Maluda, Xəyal və Umarali 15 dəfə fərqləniblər. Mikels də qollar vurur. Oyunçuları fərdi fərqləndirmək istəməzdim. Kim meydana daxil olursa, töhfəsini verir. Məsələn, Kahim Parris bir müddət oynamadı, amma son matçlarda qollar vurur. Sekidika da zədədən qayıdıb və formasını bərpa edir. Onlar işlərinə məsuliyyətlə yanaşırlar. İnanırıq və işimizə davam edirik. Məncə, daha da yaxşı oynaya bilərik. Potensialımız var. Sadəcə vaxt, çalışmaq və inanmaq lazımdır. İnanıram ki, bir gün ən yüksək həddimizə çatacağıq.

 

Şahin Cəfərov

Kaşkilya 0:5-dən sonra: “Neftçi”ni düşünməliyik”

14 March 2026 at 17:07

Misli Premyer Liqasının XXIV turunun “İmişli” – “Sabah” oyunundan (0:5) sonra meydan sahibi komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Oyun haqda deyiləsi çox söz yoxdur. Matça yaxşı başlamadıq. Edvin Banqeranın zədələnməsi komandaya pis təsir etdi. İkinci qolu da tez buraxdıq. Müdafiəçilərin səhvinə görə penalti oldu. İkinci qoldan sonra toparlanmaq çətin oldu. “Sabah” kimi çempionatın liderinə qarşı geridönüş etmək çətindir. Bundan öncə də “Qəbələ”yə böyük hesabla qalib gəlmişdilər. Onların motivasiyası yüksək idi. Səhvlərimizdən yararlanıb, fərqi artırdılar. Çempionluğa iddialı komandadırlar. Səhvlərimizə görə də böyük hesab qeydə alındı. “Sabah”ı təbrik edirə, bizdən üstün, keyfiyyətli oyun göstərdilər. Özümüzə gəlincə, gələn oyuna hazırlaşmalıyıq, “Neftçi”ni düşünməliyik. Praktiki cəhətdən çalışacağıq. Bu cür məğlubiyyətdən sonra komandanı qaytarmaq lazımdır. Öhdəsindən gələcəyimizə inanıram.

– Son qələbəniz ötən il “Neftçi” üzərində olub. İndi də növbəti oyun onlara qarşıdır.
– Hər oyuna qalib gəlmək düşüncəsi ilə çıxırıq. “Neftçi” ilə matçdan da üç xal qazanmağa çalışacağıq. Onların da güclü olmalarını nəzərə almalıyıq. Çalışacağıq ki, yenidən qələbə qazanaq.

– “Sabah”la matça qədər son 5 oyunda cəmi 1 qol buraxmışdınız. Bu gün isə 5-ni birdən. Bunu müdafiədəki itkilərlə bağlaya bilərik?
– Nəticəyə bəhanə gətirmək istəmirəm. Ronaldo və Banqera müdafiədə əsas oyunçularımızdır. Onların yoxluğunun təsiri oldu. Geniş heyətimiz yoxdur. Üstəlik səhvlər də oldu. Banqeranın “Neftçi”yə qarşı hazır olacağını bilmirik. Ronaldo amma qayıdacaq. Çalışacağıq, müdafiədə bugünkü səhvləri etməyək.

Şahin Cəfərov

“Valverde planetin ən qüsursuz oyunçusudur”

14 March 2026 at 16:12

“Real”ın futbolçusu Trent Aleksander-Arnold açıqlama verib.

Futbolpress.az İspaniya mətbuatına istinadən xəbər verir ki, müdafiəçi komanda yoldaşı Federiko Valverde haqda danışıb:

“Valverde planetin ən qüsursuz oyunçusudur. “Real”da oynamayan vaxtlarımda da onu heyranlıqla izləyirdim. O, möhtəşəm biridir və qüsursuzdur”.

Valverde Çempionlar Liqasında “Mançester Siti” ilə 1/8 finalın ilk matçında (3:0) het-trik edib.

“Arsenal” iki futbolçusuna müqavilə təklif edəcək

14 March 2026 at 13:36

“Arsenal” iki futbolçusu – Deklan Rays və Yuren Timber ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London klubu adı Avropanın bir sıra aparıcı klubları ilə hallanan oyunçuları komandada saxlamaq niyyətindədir.

Tərəflər arasında yaxın zamanda danışıqlar başlayacaq.

Rays və Timber bu mövsüm Premyer Liqada 29 oyuna çıxıb.

Klopp üçün sürpriz iddia

14 March 2026 at 12:50

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Kloppun işsiz günləri başa çata bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis DÇ-2026-dan sonra Almaniya millisini çalışdırmağa əsas namizəddir. Bu barədə “Bild” nəşri məlumat yayıb.

Hazırda “Red Bull” şirkətində Qlobal Futbol Əməliyyatları departamentinin rəhbəridir. Onun yayda işindən ayrılacağı bildirilir. Buna səbəb Kloppla rəhbərlik arasındakı fikir ayrılığıdır. 

Klub karyerasından sonra məşqçilik fəaliyyətinə fasilə verən Yurgenin növbəti ünvanının milli komanda olacağı gözlənilir.

“Fənərbağça” Tedesko ilə vidalaşa bilər

14 March 2026 at 12:18

“Fənərbağça” klubu baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klub rəhbərliyi komandanın son turlardakı nəticələrindən narazıdır. Mütəxəssisin taleyinin müəyyələşdirilməsi üçün yaxın zamanda klubdaxili iclas keçiriləcək.

“Fənərbağça” Super Liqada XXVI turda autsayder “Karagümrük”ə uduzub (0:2). Komanda çempionatda lider “Qalatasaray”dan 4 xal geri qalır və ikinci sıradadır.

Valverde hamını qabaqladı

14 March 2026 at 11:29

“Real”da fevral ayının ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, yarımmüdafiəçi Federiko Valverdedir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uruqvaylı futbolçu səsvermədə Vinisius Junior, Orelyen Çuameni, Eduardo Kamavinqa və Tibo Kurtuanı qabaqlayıb.

Valverde ötən ay 6 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

İşıqlı meydanda ilk addımlar

14 March 2026 at 11:00

“Kəpəz”in akademiyasın projektorların quraşdırılması işləri yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, bununla da futbolçular üçün axşam saatlarında məşq etmək imkanı yaradılıb. İşıqlandırılmış meydanda ilk məşqi isə U-15 komandası keçirib.

Məşq prosesini klubun icraçı direktoru Ruslan Məmmədov və Akademiyanın koordinatoru Vasif Vəliyev də izləyiblər.

Akademiyada aparılan bu yeniliklər gənc futbolçuların daha yaxşı şəraitdə yetişməsi və gələcək uğurlar üçün vacib addımlardan biridir.

Milli üzvünün komandası liderdən xal aldı

14 March 2026 at 10:24

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Vlajniya”nı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.

Zamiq oyuna startda başlayıb və sona qədər meydanda qalıb.

“Eqnatiya” 28 turdan sonra 50 xalla ikinci sıradadır. Lider “Vlajniya”nın isə 52 xalı var.

Hansı oyun, hansı kanalda? – TV

14 March 2026 at 10:00

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

14 mart

Rusiya, Premyer Liqa
14:45 Soçi – Krasnodar (Matç Premyer)
17:00 Zenit – Spartak Moskva (Matç Premyer)
19:15 Rostov – Dinamo Moskva (Matç Premyer)
21:30 Baltika – ÇSKA (Matç Premyer)

Azərbaycan, Premyer Liqa
15:00 İmişli – Sabah (CBC Sport)
19:15 Zirə – Qarabağ (CBC Sport, İdman TV)

İspaniya, La Liqa
17:00 Jirona – Atletik (Futbol 2)
19:15 Atletiko – Xetafe (Futbol 2)
21:30 Ovyedo – Valensiya (Futbol 2)
00:00 Real – Elçe (Az.TV, Futbol 2, Matç TV)

İtaliya, A Seriyası
18:00 İnter – Atalanta (Futbol 1)
21:00 Napoli – Leççe (Futbol 1)
23:45 Udineze – Yuventus (Futbol 1)

İngiltərə, Premyer Liqa
19:00 Sanderlend – Brayton (beİN Sports 3)
21:30 Arsenal – Everton (İdman TV)
21:30 Çelsi – Nyukasl (beİN Sports 4)
00:00 Vest Hem – Mançester Siti (İdman TV)

FİBA Çempionlar Liqası, qadınlar (basketbol)
20:00 Monteneqro – Azərbaycan (İdman TV)

Türkiyə, Super Liqa
21:00 Qalatasaray – Başakşəhər (Futbol 3, beİN Sports 1)
21:00 Rizəspor – Trabzonspor (Futbol 3, beİN Sports 2)

Taleyi “Liverpul”la oyundan asılıdır

14 March 2026 at 09:39

“Tottenhem” baş məşqçisi İqor Tudorla yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. London təmsilçisi Premyer Liqada “Liverpul”a məğlub olacağı halda, mütəxəssislə yollar ayrılacaq.

Tudor fevralın 14-də komandaya baş məşqçi təyin edilib. “Tottenhem” onun rəhbərliyi altında çıxdığı 6 oyunu da uduzub.

“Liverpul” – “Tottenhem” matçı sabah keçiriləcək.

İliç və onun “strategiyası”

14 March 2026 at 09:17

“Sumqayıt” Misli Premyer Liqasında növbəti məğlubiyyətini aldı. “Kimyaçılar” ev oyununda “Şamaxı”ya uduzdu – 0:1.

Ötən turda autsayder “Karvan-Yevlax”la matçda qələbəni son dəqiqədə əldən verən “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Saşa İliç görüşdən sonra klubun strategiyasını dəyişdiyini, avrokuboklara vəsiqə şansının minimuma enməsinə görə artıq gənclərə şans verəcəklərini bildirdi. Gözəl təşəbbüsdür, düzdür, ancaq, mövsümü bitirmiş kimi hiss etdiyin anda belə qərar qəbul etmək həm də “ağ bayraq” qaldırmağa bənzəyir.

“Şamaxı” ilə matçda isə İliçin dediklərinin əksini gördük. Start heyətdə 7 legionerə şans verən, 4 yerli isə mütəmadı çempionat oyunlarında meydana çıxanlar idi. Bəs hansı strategiya seçilmişdi? “Şamaxı”ya qarşı “11-lik”də meydana çıxan Nihad Əhmədzadə və Xəyal Fərzullayev yeganə gənclər idi, amma bu adlar da artıq neçə mövsümdür, mütəmadi meydana çıxır. Akademiya yetirməsi sayılacaq digər kim var idi bəs? Heç kim.

Saşa İliç “Karvan-Yevlax”a xal itkisindən sonra bir növ bəhanələr səsləndirdi. Bəlkə də, “Şamaxı”ya qarşı legionerləri meydana buraxmaqla qələbə qazanmaq və iddialı danışmaq arzusundaydı. Ola bilər, deyərdi ki, “strategiya dəyişməyib, emosional idim, qəzəbli idim, nəsə dedim…” amma yenə olmadı. Komandanın qələbəsizlik seriyası 8-ə çatdı. Bu dəfə də İliç oyunsonrası konfransda “istədiyim transferlər olmadı”, “strategiyanı dəyişmişik” kimi fikirlər səsləndirdi. Amma əməl fərqlidir. Sən 7 legioneri startda buraxırsansa, hansısa gəncləşdirmə strategiyasından danışa bilməzsən. Azı ehtiyatda olan, akademiyada şans gözləyən, əvəzedicilərdə dəridən-qabıqdan çıxan gənclərin haqqına girmiş olarsan.

“Sumqayıt” üçün qarşıda daha çətin qrafik var. “Sabah” səfəri, “Neftçi” ilə ev oyunu, “Turan Tovuz” səfəri… Ardıcıl üç ağır oyun. Qələbəsizlik seriyası bəlkə də, 10-a çatacaq. Bəs bu dəfə İliç hansı strategiyanı seçəcək? Bəhanə gətirmək, yalan uydurmaq, ya reallıqda legionerləri ehtiyata salıb, gəncləri oynatmaq?

Şahin Cəfərov

“Sabah”dan darmadağın, “Qarabağ”dan qələbə

14 March 2026 at 21:09

Bu gün Misli Premyer Liqasında XXIV turun daha iki oyunu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, günün ilk matçı Qubada olub. Lider “Sabah” burda “İmişli”ni darmadağın edib.

Digər görüşdə “Qarabağ” “Zirə”nin qonağı olacaq.

Misli Premyer Liqası
XXIV tur

14 mart

15:00 İmişli – Sabah 0:5
Qollar: Solvet, 10, Mikels, 16 (pen.), 35, Parris, 49, Aleksey, 73 (pen.)
Baş hakim: Rauf Cabarov
Quba OİK stadionu

19:15 Zirə – Qarabağ 1:3

Qollar: C. Nuriyev, 70 – J. Montiel, 22, K. Duran, 55, K. Borqes, 72.
Baş hakim: Fərid Hacıyev
Zirə İK stadionu

A Seriyasında tur başladı

14 March 2026 at 02:00

Bu gün İtaliya A Seriyasında XXIX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib.

“Torino” azarkeşləri önündə “Parma”nı qəbul edib. 5 qolun vurulduğu matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

İtaliya A Seriyası
XXIX tur

13 mart

Torino – Parma 4:1
Qollar: G.Simeone, 3, E.İlxan, 54, M.Keyta, 56 (avtoqol), D.Zapata, 90+1 – M.Pelleqrino, 20

Bundesliqa: “Borussiya” 3 xalı 2 qolla qazandı

14 March 2026 at 01:48

Bu gün Almaniya Bundesliqasında XXVI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib.

Münhenqladbax “Borussiya”sı azarkeşləri önündə “Sankt-Pauli”ni məğlub edib.

Almaniya Bundesliqası
XXVI tur

13 mart

Borussiya Münhenqladbax – Sankt-Pauli 2:0
Qollar: K.Ştoger, 37, F.Onora, 63

“Fənərbağça”dan gözlənilməz xal itkisi

14 March 2026 at 01:46

Bu gün Türkiyə Super Liqasında XXVI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçirilib.

Çempionluq mübarizəsində olan “Fənərbağça” səfərdə autsayder “Karagümrük”ə uduzub. “Qaziantep” isə “Antalyaspor”u darmadağın edib.

Türkiyə Super Liqası
XXVI tur

13 mart

Karagümrük – Fənərbağça 2:0
Qollar: B.Elmaz, 15, Srginyo, 45+1

Antalyaspor – Qaziantep 1:4
Qollar: R.Safuri, 90+3 – M.Bayo, 59, 76, K.Kozlovski, 65, D.Kamara, 82

“Yeni oyunçular istəyirdim, alınmadı” – İliç

13 March 2026 at 23:02

Misli Premyer Liqasının XXIV turunun “Sumqayıt” – “Şamaxı” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– “Şamaxı”ya qarşı oyunlar çətin olur. Şanslarımız oldu, amma dəyərləndirə bilmədik.

– Sanki futbolçular oynamır. Sizə qarşı birləşiblər, ya başqa problemlər var?
– Məncə, oyunçular döyüşürlər. Kifayət qədər çalışdılar. Nəsə problem olduğunu düşünmürəm.

– Bəs nə üçün komanda uzun müddətdir, qələbə qazana bilmir?
– Səbəbi bilmirəm. Amma bu gün əvvəlki matçlara baxanda pis oynamadıq.

– Bundan sonrakı hədəfiniz nə olacaq? Komandanı nə motivasiya edəcək?
– Avrokuboklara şansımız getdikcə azalır. Yerli oyunçulara fokuslanmalıyıq ki, təcrübə yığsınlar. Çalışacağıq, gənclərə daha çox şans verək.

– Ötən konfransda demişdiniz ki, rəhbərlik strategiyanı dəyişib. Penalti vurmağı da oyunçular qərarlaşdırır. Bu gün də məğlubiyyətin səbəbini bilmirsiniz. Baş məşqçi bəs nə işə baxır?
– Penalti epizodunda Səbuhinin vurmasını mən istəmişdim. Penalti zərbəsi xoşuna gəlməmişdi və ikinci penaltidə özləri qərar verdi. Bu mövsüm kifayət qədər penalti qaçırmışıq. Ramalinqomun da qaçırdığı penaltilər var. Burda nəsə başqa məsələ, konflikt yoxdur. Sadəcə oyunçuların alındıra bilmədiyi məsələlər var. O ki qaldı, strategiyaya. Buna hörmətlə yanaşıram. Nəticə olmayanda gənclərə fokuslanırıq. Burda qeyri-adi nəsə görmürəm.

– Böyük ümidlərlə gəlmişdiniz. Amma bəlkə, ən uğursuz dönəminiz “Sumqayıt”da oldu. Hansısa peşmançılığınız yoxdur?
– Təbii ki, nəticələrə görə təəssüflənirəm. Yaxşı başladıq. Amma bilirdik ki, müəyyən məqamda yeni oyunçular lazım olacaq. Alınmadı, bu da problem yaratdı. Bəzi komandalar kompaktdır. Çətin olacağını bilirdik. Yeni oyunçular istəyirdim, alınmadı. Bunlar da nəticələrdə rol oynadı.

– Yeni transfer olmadığından çox danışırsınız. Lakin “Kəpəz”ə, “Karvan-Yevlax”a qalib gəlmək üçün bu heyət yetərli deyil?
– Futboldur. “Qarabağ”ı səfərdə udmuşduq. Futbolda hər şey olur. Mənim danışdığım strategiyadır. Mövsümün əvvəlindən qoyulan planlara uyğun getməliyik. Özüm də oyunçu olmuşam. Əvvəldən müəyyən olunan strategiyanı qorumalıydıq.

– Mövsümün sonunda gedəcəksiniz?
– Müqaviləm var və işimi davam etdirirəm. O ki qaldı sözləşmənin yenilənməsinə, bilmirəm.

– Qalmaq istəyirsiniz?
– İndi bu haqda düşünmürəm. Nəticələr yaxşı deyil. Mövsümün sonuna kimi mübarizəmizi davam etdirəcəyik.

Şahin Cəfərov

Before yesterdayFutbolPress.Az

Ayxan Abbasov: “Bir çox klub rəhbəri artıq getməlidir”

13 March 2026 at 22:48

Misli Premyer Liqasının XXIV turunun “Sumqayıt” – “Şamaxı” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Maraqlı oyun alındı. Yuxarı sıralarda yerləşən komandalara çatmaq istəyirdik. Mübarizəli matç keçdi. Yaxşı atmosfer var idi. Vacib qələbə qazandıq. Futbolçulara mübarizələrinə görə təşəkkür edirəm. Acı məğlubiyyətlər də yaşamışıq, amma indi möhkəm komanda ola bilmişik. Bəlkə, mövsümün gedişində bəzi oyunlarda xal itirməsəydik, indi daha yuxarılarda ola bilərdik. Fasiləyə qədər bir oyun qalıb. Qarşıdan millinin də oyunu gəlir. Həqiqətən, yorulmuşuq. Amma istəməzdim fasilə olsun. Komanda son oyunlarda yaxşı çıxış edir. Tək “Qarabağ”a uduzmuşuq.

– Mövsümün sonunda gedəcəyiniz demək olar, dəqiqləşib. Qalmağınız üçün büdcə artmalıdır? Hansısa hərəkət var rəhbərlikdən?
– Klubun inkişafı üçün addım-addım işlər lazımdır. Ötən mövsüm aparıcı oyunçularımız getdi. Bu il də gələn oyunçular yaxşı çıxış edir. Bilirik ki, onları saxlamaq çətin olacaq. Nəsə qazanmaq istəyirsənsə, heyət qalmalı, güclənməlisən. Bunlar da büdcəylə bağlıdır. Klub olaraq da inkişaf etməliyik.

– Yaxşı nəticələr qazanırsınız, amma “kasıb” komandalarda iş tapırsınız.
– Bu sualın cavabı özümüzdədir. Nə zamana kimi özümüz özümüzə dəstək verməyəcəyiksə, düzəlməyəcək. Baxıram, adlı-sanlı məşqçilər yerliləri qınayır, onların yerinə göz dikir. Nə vaxt özümüzə qiymət verəcəyik, klub rəhbərləri yerli məşqçilərin arxasında duracaq, onda işləmək olar. Ancaq indi klub rəhbərlərinin 90 faizi yerli məşqçilərin arxasında durmur. Uzun məsələdir.

– Bəlkə, klub rəhbərlərinin dəyişməsinə ehtiyac var?
– Bir çox klub rəhbəri artıq getməlidir. Nəticə qazanmırlar. Onları da sorğu-sual etmək lazımdır. Nə qədər məşqçi dəyişəcək? Tək məsələ məşqçi deyil. Bir çox mütəxəssislər var, komandanı saxlayır, amma rəhbərliyin etdiyi yanlış transferlər problem yaradır. Bizim problemimiz tək məşqçi deyil. Gərək yerli məşqçilər də özlərinə dəstək olsun, bir-birinin arxasıyca danışmasın.

– Kərim Rossiyə yaxşı təklif var…
– Harda çalışmışam, hücumçularım yaxşı çıxıb. Əli Qurbani, Peyman Babayi, Riçard Qadze… Rossi iki il bundan öncə izlədiyim futbolçudur. Amma gələndə belə deyildi. Çox çalışdı. İndi onu “Şamaxı”da saxlamaq çətin olacaq. 9 qol vurub. İndi hücumçular var, 400-500 min alır, amma iki qol vura bilmirlər.

– O da gedəcək?
– Müqaviləsi bitir.

– İliçlə mübahisəniz olmuşdu. Bu qələbədən sonra sizi təbrik etdi?
– Peşəkar məşqçidir. Oyundan sonra da salamlaşdıq, təbrik etdi. Bizdə bir çox məşqçilər var ki, udanda yaxınlaşır, uduzanda yox.

– Yerli məşqçilər var ki, deyirlər, Ayxan niyə iki yerdə işləyir…
– Bilirəm, tələsməsinlər, yaydan bir yerdə işləyəcəm.

Şahin Cəfərov

Sumqayıtlılar narazıdır – VİDEO

13 March 2026 at 22:39

“Sumqayıt” Misli Premyer Liqasının XXIV turunda “Şamaxı”ya uduzub – 0:1.

Futbolpress.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin azarkeşləri komanda əleyhinə şüarlar səsləndirib. Əvvəlcə rəhbərliyi istefaya çağıran fanatlar daha sonra futbolçulara narazılıqlarını bildirib.

Oyunçuların tribunadan tez ayrılmasından daha qəzəblənən azarkeşlər xüsusi qapıçı Xəyal Fərzullayev əleyhinə şüarlar səsləndirib.

 

“Neftçi” – “Qarabağ” oyununun vaxtı bilindi

13 March 2026 at 22:16

Misli Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” görüşünün keçiriləcəyi tarix və saat müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, “Palms Sports Arena”da baş tutacaq qarşılaşma 30 aprel saat 20:00-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Demçenko: “Hər qələbə komandaya inam verir”

13 March 2026 at 22:14

Misli Premyer Liqasının XXIV turunun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Vacib qələbə qazandıq. Birinci hissə bizim üçün yaxşı oldu. Yaxşı qollar vurduq. İkinci hissədə buraxdığımız qol öz səhvimizdən idi. Oyunun sonları bir az gərgin keçdi. “Qarabağ”la oyunla müqayisədə futbolçuların gözündə alov var idi.

– Simakala çox epizod qaçırdı. Əvəzlənəndə də aranızda mübahisə oldu. Ötən oyundan sonra oynamaq istəməyən futbolçular olduğunu dediz. Simakala da onlardandır?
– Ad çəkməyəcəm. Yaxşı oynamayan oyunçular özləri bilirlər. Simakala hücumçudu, qol vurmalıdı.

– Nuno Rodrigesin oyunundan razı qaldız?
– Bəli, onun yerini dəyişdik. Yaxşı oynadı.

– Avrokuboklar mübarizəsində olduğunuzu hiss edirsiz?
– Təbii ki. Günbəgün daha irəliləyirik. Materialları daha yaxşı qəbul etməyə başlayırlar. Böyük komandalara qarşı xallar itirdik, amma hədəfimiz avrokuboklardı. Hər qələbə komandaya inam verir.

Məmmədovdan məğlubiyyətə şərh

13 March 2026 at 21:35

Misli Premyer Liqasının XXIV turunun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Düşünürdük ki, azından məğlub olmarıq. Qələbə qazanmaq istəyirdik. Oyuna ciddi hazırlaşmışdıq. Birinci hissədə iki səhv etdik. Bundan sonra geridönüş etmək çətin oldu. İkinci yarıda daha aqressiv oynadıq. Bir qol vurduq. İkinci qolu vurmaq üçün epizodlarımız olsa da, dəyərləndirə bilmədik.

 İkinci qolu vurmaq üçün  çatmadı?
– “Araz-Naxçıvan” kimi komandaya 2-3 qol vurmaq çətindir. İkinci hissədə irəlidə oynadıq. Bir qol vurduq. Bundan başqa da epizodlarımız oldu. Bəzi epizodlarda səhv qərarlar ikinci qolu vurmağa mane oldu.

 Kayl Spensin əvəzlənməsi nə ilə bağlı idi?
– Onda bir az yorğunluq hiss elədim.

“Sumqayıt” – “Şamaxı”: heyətlər

13 March 2026 at 19:27

“Sumqayıt” Misli Premyer Liqasının XXIV turunda bu gün “Şamaxı”nı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 20:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Sumqayıt”: 22. Xəyal Fərzullayev (k), 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 21. Nihad Əhmədzadə, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynıy, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsana Simon, 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskez, 11. Aleksa Yankoviç
Baş məşqçi: Saşa İliç

“Şamaxı”: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 88. Rodriqo Fernandeş, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov

 

Azərbaycan çempionatında son 7 çəkidə finalçılar bilindi

13 March 2026 at 19:07

Sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatı sona yaxınlaşır.

Futbolpress.az xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə isə 48, 52, 57, 62, 68, 75 və 85 kq-da finalçılar müəyyənləşib.

48 kq

Pünhan Şahmarov (ROİL) – Əhliman Balakişizadə (Sumqayıt)

52 kq

Rəsul Əhmədli (Sumqayıt) – Şahvələd Quliyev (Zaqatala)

57 kq

Sadiq Vəlizadə (Neftçi) – Cəsur Cavadzadə (UGİM-2)

62 kq

Raul Məmmədzadə (ROİL, “Neftçi”) – İsmayıl Mamedov (Balakən)

68 kq

İbrahim Məmmədzadə (Göyçay) – Tunar Misirxanov (AHİTA)

75 kq

Süleyman Verdiyev (Gimnaziya) – Əkrəm Rzayev (MOİK)

85 kq

Elvin Necəfzadə (Neftçi) – Paşa Aslan (Neftçi)

“Araz-Naxçıvan” – “Karvan-Yevlax”: heyətlər bilindi

13 March 2026 at 17:46

“Araz-Naxçıvan” Misli Premyer Liqasının XXIV turunda bu gün “Karvan-Yevlax”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 18:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Şarl Boli

Ehtiyat oyunçular: 12. Kristian Avram, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 33. Elmir Cəfərov, 16. Ramon Maçado, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen

Baş məşqçi: Andrey Demçenko

“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 8. Peter Kings, 4. Olavale Doyeni

Baş məşqçi: Füzuli Məmmədov

“Borussiya” onun ayrılacağını açıqladı

13 March 2026 at 17:24

Dortmund “Borussiya”sının futbolçusu Salih Özcan mövsümün sonunda klubdan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçunun müddəti mövsümün sonunda bitən müqaviləsi uzadılmayacaq.

Salihin adı “Beşiktaş”la hallanır.

Yarımmüdafiəçi bu mövsüm 8 oyuna çıxıb.

Millinin yeni baş məşqçisi jurnalistlərlə görüşəcək

13 March 2026 at 17:03

Azərbaycanın U-20 millisinin baş məşqçisi Rui Jorjenin mətbuat konfransı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis martın 16-da saat 14:00-da “Radisson” otelində media nümayəndələri ilə görüşəcək.

Sane cəzalandı

13 March 2026 at 16:28

“Qalatasaray”ın futbolçusu Leroy Sane cəzalanıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Beşiktaş”la oyunda (1:0) aldığı qırmızı vərəqəyə görə iki oyunluq diskvalifikasiya olunub.

Sane Super Liqada “Başakşəhər” və “Trabzonspor”La oyunları buraxacaq.

Autsayderlə duel: kim seriyanı pozacaq?

13 March 2026 at 16:13

“Araz-Naxçıvan” Misli Premyer Liqasının XXIV turunda bu gün “Karvan-Yevlax”ı qəbul edəcək. Mərdəkanda, “Liv Bona Dea Arena”da baş tutacaq görüşə saat 18:30-da start veriləcək.

Komandalar arasında bu mövsüm baş tutan iki oyunu da Naxçıvan təmsilçisi qazanıb. “Araz-Naxçıvan” 2:1 və 2:0 hesablı qələbələrə sevinib.

Andrey Demçenkonun rəhbərlik etdiyi “qırmızı-ağlar” son beş matçında iki qələbə qazanıb, üç dəfə uduzub. Komanda son iki turu xalsız başa vurub. Naxçıvanlılar “Zirə”yə 0:1, “Qarabağ”a 0:6 hesabıyla məğlub olub.

“Karvan-Yevlax” isə son beş oyunda üç dəfə uduzub iki dəfə heç-heçə edib. Komanda ardıcıl iki turda bir xal qazanıb. Yevlax təmsilçisi “Sumqayıt”la və “Qəbələ” ilə eyni nəticə əldə edib – 1:1.

“Araz-Naxçıvan” 23 turdan sonra 33 xalla 5-ci sıradadır. “Araz-Naxçıvan” isə 8 xalla sonuncu – 12-cidir.

“Çelsi” kapitanı ilə müqaviləni uzatdı

13 March 2026 at 15:55

“Çelsi” futbolçusu Ris Ceyms ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə müqavilə 2032-ci ilin yayına kimi nəzərdə tutulub.

Ceyms “Çelsi”nin kapitanıdır. O, bu mövsüm 35 oyunda 2 qol vurub, 7 məhsuldar ötürmə edib.

İtaliya klubu baş məşqçisini göndərə bilər

13 March 2026 at 15:31

“Latsio” baş məşqçisi Mauritsio Sarri ilə vidalaşa bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Sarrinin klub rəhbərliyi ilə münasibətləri pisləşib. Eyni zamanda komandanın uğursuz çıxışı onunla yolların ayrılmasına səbəb ola bilər.

67 yaşlı mütəxəssis ötən ilin yayından komandaya rəhbərlik edir. “Latsio” A Seriyasında 10-cu sıradadır.

“Atletiko” sabiq futbolçusuna vəzifə verdi

13 March 2026 at 15:22

İspaniyalı keçmiş futbolçu David Vilyanın yeni işi məlum olub.

Futbolpress.az xəbər verir ki, sabiq hücumçu “Atletiko”da məsləhətçi vəzifəsinə təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vilya futbolçu kimi 2013/2014 mövsümündə “Atletiko”nun formasını geyinib.

“Barselona”nın sabiq hücumçusu karyerasını bitirdi

13 March 2026 at 14:49

“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Pako Alkaser karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu özü məlumat yayıb.

Son klubu Birləşmiş Ərəb Əmirliklərində “Şarja” olan Pako daha əvvəl “Barselona”, “Vilyarreal”, “Borussiya” (Dortmund) kimi klublarda forma geyinib.

“Qarabağ” ayrılığı açıqladı

13 March 2026 at 14:27

“Qarabağ” futbolçusu Kris Kuaku ilə bağlı Norveçin yüksək liqa təmsilçisi “Sarpsborg 08” klubu ilə razılığa gəlib.

Futbolpress.az xəbər verir ki, bu barədə “atlılar”ın mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi artıq yeni klubunun tibbi müayinədən keçib və rəsmi müqavilə imzalayacaq.

Kris Kuaku 2025-ci ilin yayında “Qarabağ” FK-ya transfer olunmuşdu.

Millidən uğursuz start

13 March 2026 at 14:15

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Taylandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, milli Kanada ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsiylə başa çatıb – 16:10.

Milli bu gün ikinci oyununu da keçirəcək. Yığma Taylandla üz-üzə gələcək. Görüşə saat 16:05-də start veriləcək.

Yeni transferi bu gün “Sumqayıt”la oyunda debüt edə bilər

13 March 2026 at 13:49

“Şamaxı” Misli Premyer Liqasının XXIV turunda bu gün “Sumqayıt”ın qonağı olacaq.

Futbolpress.az-ın məlumatına görə, “şirlər”in yeni transferi Rodriqo Françesko “kimyaçılar”la matçda debüt edə bilər. Klub bir neçə gün heyətə qatdığı yarımmüdafiəçini çempionat üçün sifariş edib.

Rodriqo daha əvvəl “Sportinq”in aşağı yaş qruplarından ibarət və əvəzedici komandalarında, həmçinin “Portu”nun B komandasında oynayıb.

“Qarabağ”dan Norveç klubuna

13 March 2026 at 13:34

“Qarabağ”ın futbolçusu Kris Koaku karyerasını Norveçdə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Sarpsborq”la anlaşıb. Bu barədə “sa.no” saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçinin bu gün Norveç təmsilçisi ilə müqavilə imzalayacağı bildirilir.

Kris 2025-ci ilin yayından “Qarabağ”da çıxış edir. O, bu mövsüm Misli Premyer Liqasında 12 oyuna çıxıb.

“Qalatasaray” Osimhenə qiymət qoydu

13 March 2026 at 13:00

“Qalatasaray” hücumçusu Viktor Osimhenin transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi nigeriyalı futbolçu üçün 150 milyon avro tələb edir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Qalatasaray” Osimheni “Napoli”dən 75 milyon avroya transfer edib. Forvard bu mövsüm “sarı-qırmızılar”la 27 oyunda 18 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Osimhenin adı PSJ, “Barselona”, “Yuventus” kimi klublarla hallanır.

“Sumqayıt”dan azarkeşlərinə jest

13 March 2026 at 12:34

“Sumqayıt” Misli Premyer Liqasının XXIV turunda bu gün “Şamaxı”nı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 20:30-da start götürəcək oyuna giriş biletsiz olacaq.

Matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

“Yuventus”un qapıçı namizədi

13 March 2026 at 12:16

“Yuventus” yayda heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi “Aston Villa”dan Emiliano Martineslə maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qoca sinyora” mövsümün sonunda 33 yaşlı qapıçı üçün danışıqlara başlayacaq.

Martinesin “Aston Villa” ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.

Emeri “Aston Villa”nın tarixinə düşdü

13 March 2026 at 11:48

İspaniyalı mütəxəssis Unay Emeri “Aston Villa”nın tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, o, klubda 100 qələbə sayına ən tez çatan məşqçi olub. Bu barədə Birmingem təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Emerinin yubileyi Avropa Liqasında “Lill”lə oyunda olub – 1:0.

İspan məşqçi 100 qələbəyə 181 oyunda çatıb. Bundan əvvəlki rekordçu isə 1974-1982-ci illərdə komandaya rəhbərlik edən Ron Sandersdə idi. O, 100-ə 212 matçda çatıb.

Monteneqro Kubokunda 2 azərbaycanlı

13 March 2026 at 11:26

Martın 15-də Budvada boks üzrə Monteneqro kuboku start götürəcək.

Futbolpress.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi 2 idmançı ilə mübarizə aparacaq.

Yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında Tağı Nəsibov və Məhəmmədəli Qasımzadə rinqə çıxacaqlar. Onların hər ikisi 60 kq çəki dərəcəsində döyüşəcəklər.

Qeyd edək ki, bu gün Budvaya yollanan komanda martın 22-də Bakıya qayıdacaq.

“Sabah” legioneri üçün Türkiyə klubu ilə danışıqlara başladı

13 March 2026 at 11:15

“Sabah” icarə əsasında komandada çıxış edən Velko Simiçin transfer hüquqlarını almaq istəyir.

Futbolpress.az-ın məlumatına görə, “bayquşlar” yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu “Sivasspor”la danışıqlara başlayıb.

Türkiyə təmsilçisi I Liqada mübarizə aparır və 30 turdan sonra 41 xalla 13-cü sıradadır.

Simiç ötən yay “Sabah”a qoşulub. O, “bayquşlar”la bu mövsüm 25 oyunda 9 qol vurub, 8 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

Trampdan İran millisi ilə bağlı açıqlama

13 March 2026 at 10:47

ABŞ prezidenti Donald Tramp İran yığmasının dünya çempionatında iştirakdan imtina etməsi ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, ölkə rəhbəri sosial şəbəkə hesabında bunları yazıb:

“İran millisini dünya çempionatında görməkdən məmnunuq, lakin mən həqiqətən, onların orada olmasının uyğun olduğunu düşünmürəm. Bu, onların öz həyatı və təhlükəsizliyi naminədir”.

İran millisi isə cavab olaraq bildirib ki, dünya çempionatında bir komanda, ABŞ kənarlaşdırılmalıdır.

Daha əvvəl İranın idman naziri Əhməd Donyamali müharibə şəraitində mundialda oynamaqlarının mümkünsüz olduğunu bildirib.

Millinin sabiq futbolçusu döyüş turnirinə qatılacaq

13 March 2026 at 10:26

Rusiya millisinin sabiq futbolçusu Fedor Kudryaşov özünü rinqdə sınayacaq.

Futbolpress.az xəbər verir ki, o, “Fight Night” döyüş turnirinə qatılacaq. Bu barədə turnirin rəhbərli Kamil Hacıyev Rusiya mətbuatına açıqlamasında deyib.

Kudryaşov aprelin 14-də Dmitri Qusakovla qarşılaşacaq.

Keçmiş müdafiəçi Rusiya yığmasında 48 oyuna çıxıb. O, ölkəsində “Spartak”, “Rubin”, “Rostov”, “Krasnodar”, Türkiyədə “Başakşəhər”də forma geyinib.

Hansı oyun, hansı kanalda? – TV

13 March 2026 at 10:13

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

13 mart

Misli Premyer Liqası
18:30 Araz-Naxçıvan – Karvan-Yevlax (CBC Sport)
20:30 Sumqayıt – Şamaxı (CBC Sport, İdman TV)

Rusiya, Premyer Liqa
20:30 Dinamo Mahaçqala – Orenburq (Matç Premyer)

Türkiyə, Super Liqa
21:00 Karagümrük – Fənərbağça (beİN Sports 1)
21:00 Antalyaspor – Qaziantep (beİN Sports 2)

Fransa, Liqa 1
23:45 Marsel – Oser (beİN Sports 3)

İtaliya, A Seriyası
23:45 Torino – Parma (Futbol 2)

İspaniya, La Liqa
00:00 Alaves – Vilyarreal (Futbol 1, İdman TV)

Mərkəzi oyun Zirədə, liderin Quba səfəri

13 March 2026 at 09:45

Bu gün Misli Premyer Liqasında XXIV tura start veriləcək. İlk gündə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı, “Sumqayıt” isə “Şamaxı”nı qəbul edəcək. Lider “Sabah” bu turda Qubada “İmişli”nin qonağı olacaq. “Qarabağ” “Zirə”, “Neftçi” isə “Qəbələ” səfərinə yollanacq. “Turan Tovuz”un rəqibi isə “Kəpəz” olacaq.

13 mart / 18:30 Araz-Naxçıvan – Karvan-Yevlax
Ötən turda “Qarabağ”a 6 cavabsız qolla uduzan “Araz-Naxçıvan” avrokubok şanslarını azaldıb. Andrey Demçenkonun gəlişindən sonra qeyri-stabil nəticələr əldə edən naxçıvanlılar autsayderlə oyuna 3 xal gözü ilə baxır. Demçenko ötən turdakı ağır məğlubiyyətdən sonra futbolçuları hədəf aldı və bunun komanda daxili atmosferə neqativ təsirləri olacağı ehtimal edilir. Autsayderlə görüşdə itiriləcək xallar komandanın “üçlük” şanslarının üstündən demək olar, xətt çəkəcək.

“Karvan-Yevlax” isə liqada qalmaq mübarizəsindədir. Bu mövsüm cəmi bir qələbə qazanan autsayder seriyasını sonlandırmaq və 11-ci sıradakı “Qəbələ” ilə fərqi azaltmaq arzusundadır. Autsayder üçün hər oyun final kimidir. “Qəbələ” və “Kəpəz” bu turda daha güclü kollektivlərlə qarşılaşacaq və onların xal itkisi ehtimalı fonunda qazanılacaq qələbə yevlaxlılar üçün yeni ümid olacaq.

13 mart, 20:30 / Sumqayıt – Şamaxı
Çempionatın enişdə olan komandalarından biri də “Sumqayıt”dır. “Kimyaçılar” ötən turda autsayderlə oyunda xal itirdi və baş məşqçi Saşa İliç avrokuboklara vəsiqə şanslarının azalması səbəbindən strategiya dəyişdiklərini bildirdi. “Sumqayıt”ın qalan turlarda yerli oyunçulara şans verəcəyi qeyd olundu. Mövsümün sonuna 10 tur qalmış klubun “ağ bayraq” qaldırması başadüşülən olmadı. Hər bir halda, məhz “Şamaxı” ilə matçda komandanın hansı hədəflə yola davam edəcəyi daha dəqiqləşəcək.

“Şamaxı” isə demək olar, liqada yerini təmin edib. Autsayder “Karvan-yevlax”ı 19 xal qabaqlayan “şirlər”in 10 tura bu fərqi azaldacağı ehtimal edilmir. Ayxan Abbasov üçün “Sumqayıt”la oyunların xüsusi önəmi var. Vaxtilə bu klubla yaxşı nəticələr əldə edən və sonradan göndərilən mütəxəssis “kimyaçılar”a qarşı əlavə qələbə arzusunda olur.  Son bir neçə turda qələbə qazana bilməyən “Şirlər” məhz bu seriyanı elə Sumqayıtda sonlandırmağa çalışacaq.

14 mart, 15:00 İmişli – Sabah
Lider “Sabah” yoluna itkisiz davam edir. “Bayquşlar” ötən turda “Qəbələ” üzərində 7 qollu qələbə qazanıb və komandada atmosfer pik həddədir. “İmişli” səfərində əsas problem isə meydança ilə bağlıdır. Quba OİK stadionu futbola yararsız olmasına baxmayaraq, bölgə klubu rəqiblərini burda qəbul etməkdə davam edir. “Qarabağ”, “Zirə”, “Şamaxı”, “Neftçi” kimi klublar burda çətinlik çəkib, bunlardan yalnız “Qarabağ” qələbəyə sevinib. Çempionluq mübarizəsi aparan “bayquşlar” səfər matçında büdrəməməyə çalışacaq. Meydança amili qabarsa da, hər bir halda, komanda bu mövsüm kubokda burda qələbə qazanmağı bacarıb və yenidən örtüyün futbol üçün bəhanə olmadığını göstərməyə çalışacaq.

“İmişli” isə heç-heçələr hesabına liqada yerini möhkəmləndirməkdədir. Bölgə təmsilçisi 11 oyundur, qələbə qazanmır. Lakin heç-heçələr və bir xallar komandanı autsayderlər zolağından uzaqlaşdırıb. “Sabah”la matçda itiriləcək hansısa xala görə komanda qınanılmayacaq və bu, “İmişli” üçün daha rahat oyun şansı yaradacaq.

14 mart, 19:15 Zirə – Qarabağ
Turun ən maraqla gözlənilən qarşılaşması Zirədə olacaq. Çempionlar Liqasına vida etdikdən sonra yüksəlişə keçən və ardıcıl qələbələr qazanan “Qarabağ” bu dəfə “Zirə” səddini aşmağa çalışacaq. Komandaların duelləri son dönəmlərdə daha maraqlı alınır və “Zirə” rəqibindən xal qoparmağı bacarır. Çempionluq yarışında kritik duellərdən sayılan bu görüşdə “atlılar” favoritdir. “Zirə”nin son turlardakı qeyri-stabilliyi, “Qarabağ”ın isə yüksəlişi qonaqları bir addım öndə göstərir.

“Zirə” avrokuboklara liqa yolundan vəsiqəni çətinə salıb. “Turan Tovuz” xal fərqini 5-ə yüksəldib və Berdıyevin yetirmələrinin bu andan sonra fərqin qapanmasına imkan verməsi real görünmür. Bu səbəbdən “Zirə”də bütün diqqətlər məhz kuboka yönələ və titul qazanmaqla Avropa Liqasına yollanmaq variantı önə çıxa bilər.

15 mart, 15:00 Kəpəz – Turan Tovuz
Ötən turda “Zirə” səfərində qələbəni son dəqiqədə əldən verən “Kəpəz” tovuzlularla dueldən qalib ayrılmaq arzusundadır. Komandalar bundan öncə kubok matçlarında üz-üzə gəlmiş və hər iki oyun “Turan Tovuz”un qələbəsiylə başa çatıb. İki matçda qol da vura bilməyən gəncəlilər uğursuz seriyanı pozmağa çalışacaq. Azər Bağırovun yetirmələri son oyunda yaxşı təsir bağışlayır. Avrokubok mübarizəsində olan “Zirə”ni büdrətməyi bacaran gəncəlilər bu dəfə tovuzlulardan xal qoparmağa çalışacaq.

“Turan Tovuz” isə yüksəlişdədir. Berdıyevin komandası xüsusilə müdafiə planında diqqətlidir. Son 8 oyunda qol buraxmayan “Turan Tovuz” ən yaxın rəqibi “Zirə”nin “Qarabağ”la oyunda xal itirəcəyi halda, “Kəpəz”lə matçda üç xal qazanmaqla avrokuboklara vəsiqə mübarizəsində fərqi açmağa çalışacaq.

15 mart, 18:00 Qəbələ – Neftçi
“Sabah”a 1:7 hesabıyla uduzan “Qəbələ”nin budəfəki rəqibi “Neftçi” olacaq. Kaxaber Sxadadze son oyundan sonra xarakter çatışmazlığından gileylənib. Mütəxəssisin futbolçuları bu oyuna necə kökləyəcəyi maraqlıdır. “Qəbələ”də onsuz da heyətlə bağlı çatışmazlıqlar var. Gənc oyunçular təcrübəsizliyə görə fərdi mübarizələrdə uduzur, təcrübəli oyunçular isə lazım olan faydanı verə bilmir. Komandaların burdakı son duelində də “Neftçi” qələbə qazanıb. Autsayder “Karvan-Yevlax”ı 8 xal qabaqlayan “qırmızı-qaralar” son turdakı ağır məğlubiyyəti unutdurmaq üçün qələbə arzusundadır.

“Neftçi” də formada olan kollektivlərdəndir. Yuri Vernidubun gəlişindən sonra oyunda rəngarəngliyi artan “ağ-qaralar” Qəbələ səfərindən qələbə ilə dönmək arzusundadır. Avrokuboklara vəsiqə şansları minimuma enib, amma riyazi olaraq ehtimal var və bu, komanda üçün bir motivasiyadır. Vernidub mövsümü maksimum yaxşı yerdə bitirmək və yeni mövsüm üçün klubdakı yerini qorumaq niyyətindədir. “Neftçi” turun son matçını keçirəcək və bundan öncə rəqiblərin əldə etdikləri nəticələr komanda üçün əlavə stimul yarada bilər.

Şahin Cəfərov

Yamal şoku

13 March 2026 at 09:30

“Barselona” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, vinger Lamin Yamal xəstələnib. Bu barədə AS nəşri məlumat yayıb. Yamal bu səbəbdən komandanın son məşqinə çıxmayıb.

Vingerin La Liqada həftəsonu “Sevilya”ya qarşı keçiriləcək matçda iştirakı sual altındadır.

Ronaldinyo haqda film nümayiş olunacaq

13 March 2026 at 09:12

“Netflix” platforması braziliyalı keçmiş futbolçu Ronaldinyonun həyatı haqda sənədli film yayımlayacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə platformanın mətbuat xidməti məlumat yayıb.

Film “Ronaldinho: The One and Only” adlanacaq və 3 seriyadan ibarət mini-serial olacaq. Filmin nümayiş tarixi 16 aprelə planlaşdırılıb.

Filmin rejissoru Luis Aradır. O, daha əvvəl kolumbiyalı qolkiper Rene İquayta haqda sənədli film çəkib.

İran millisi ciddi cəzalarla üz-üzə

13 March 2026 at 08:50

FIFA DÇ-2026-dan imtina edən İran millisini ciddi cəzalandıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

FIFA qaydalarına görə, hansısa ölkə bu qurumun bayrağı altında keçirilən yarışda iştirakdan birtərəfli imtina etsə, gələcək bütün turnirlərdən də uzaqlaşdırıla bilər.

İran Futbol Federasiyası imtina tarixindən asılı olaraq 275 min avrodan 555 min avroya qədər cərimə ilə üzləşə bilər. Eyni zamanda FIFA-nın İntizam Komitəsi İran yığmasına müxtəlif sanksiyalar da tətbiq edə bilər.

Daha əvvəl İranın idman naziri Əhməd Donyamalı müharibə şəraitində milli komandanın dünya çempionatında iştirakının mümkünsüz olduğunu bildirib.

“Araz-Naxçıvan”dan qələbə, “Sumqayıt” uduzdu

13 March 2026 at 22:34

Bu gün Misli Premyer Liqasında XXIV tura start verilib.

Futbolpress.az xəbər verir ki, birinci gündə iki qarşılaşma keçirilib.

“Araz-Naxçıvan” autsayder “Karvan-Yevlax”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Digər görüşdə “Sumqayıt” “Şamaxı”ya uduzub.

Misli Premyer Liqası
XXIV tur

13 mart

18:30 Araz-Naxçıvan – Karvan-Yevlax 2:1
Qollar:
H.Keyta, 38, B.Simakala, 40 – K.Spens, 51
Baş hakim: Kamranbəy Rəhimov
“Liv Bona Dea Arena”

20:30 Sumqayıt – Şamaxı 0:1
Qol:
K.Rossi, 78
Baş hakim: Cavid Cəlilov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Bəlkə, mən də o formanı geyinsəm, saçlarım qayıdar”

12 March 2026 at 19:39

Fransa millisinin və “Barselona”nın sabiq futbolçusu Tyerri Anri maraqlı açıqlama ilə gündəmə gəlib.

Futbolpress.az xəbər verir ki, o, “Real”ın “Mançester Siti”yə qalib gəldiyi Çempionlar Liqası matçını (3:0) şərh edərkən bunları deyib:

“Barselona” azarkeşi olsam da, “Real” formasının sanki bir ağırlığı var. Geyinəndən sonra hər kəs fərqli olur. Bəlkə, mən də o formanı geyinsəm, saçlarım qayıdar”.

Potterlə davam

12 March 2026 at 19:07

İsveç millisində baş məşqçi Qrem Potter ilə müqavilə uzadılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə 2030-cu ilin yayına kimi artırılıb.

İsveç millisi DÇ-2026-nın pley-off mərhələsində Ukrayna ilə qarşılaşacaq. Duelin qalibi mundiala vəsiqə üçün Polşa – Albaniya cütünün güclüsü ilə oynayacaq.

I Lia klubu Nəbiyevə vəzifə verdi

12 March 2026 at 18:56

I Liqada mübarizə aparan “Şəfa”da yeni təyinat baş tutub.

Futbolpress.az xəbər verir ki, Nadir Nəbiyev klubun akademiyasının rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Nadir Nəbiyev peşəkar futbolçu kimi uzun illər Azərbaycan futbolunda çıxış edib, “Neftçi”, “Turan Tovuz” və “Xəzər Lənkəran” klublarının heyətində oynayıb, həmçinin Azərbaycan milli komandasının üzvü olub.

Mərkəzi oyunu “Səbail” qazandı

12 March 2026 at 17:50

Futbol üzrə Azərbaycan I Liqasında XVIII turun oyunları davam edir.

Futbolpress.az xəbər verir ki, bnu gün üç qarşılaşma baş tutub.

Turun mərkəzi matçında “Səbail” “Mingəçevir”ə qalib gəlib.

I Liqa, XVIII tur

12 mart

“Mingəçevir” – “Səbail” 0:1
Qol: 
Q.Səfərov, 45

“Şahdağ Qusar” – MOİK 1:1
Qollar:
 E.Veysov, 40 – S.Fərəcov, 90+4 (pen)
Qırmızı vərəqə: Y.Aşurov, 82

“Difai” – “Baku Sportinq” 1:3
Qollar: 
K.Kamta, 43 (pen) – X.Məmmədli, 15, E.Tağıyev, 50, P.Alveş, 62 (pen)

Milli Belçikaya darmadağın oldu

12 March 2026 at 17:23

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 11:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Serbiyalıdan “Yuventus”u sevindirən xəbər

12 March 2026 at 16:39

“Yuventus”un zədəli futbolçusu Duşan Vlahoviç sağalıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb. Serbiyalı hücumçu 4 aylıq fasilədən sonra dünən birinci dəfə komanda ilə birlikdə məşq edib.

Vlahoviç ötən ilin noyabrında zədələnmişdi.

“Fənərbağça” Fredə qiymət qoydu

12 March 2026 at 16:24

“Fənərbağça” futbolçusu Fredin transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu braziliyalı yarımmüdafiəçi üçün 12 milyon avro tələb edir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

33 yaşlı futbolçu bu mövsüm Super Liqada 23 oyunda 2 məhsuldar ötürmə edib.

Madriddə onun gecəsi idi: “Hər kəs belə axşam arzulayar”

12 March 2026 at 15:45

“Real”ın futbolçusu Federiko Valverde Çempionlar Liqasında “Mançester Siti”yə qalib gəldikləri görüşdən (3:0) sonra fikirlərini bölüşüb.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçda het-trik edən yarımmüdafiəçi bunları deyib:

“İnanılmaz idi. Hər kəs belə axşam arzulayar. Komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Onlar arxamda o qədər etibarlı oynadılar ki, bu mənə güc, motivasiya və özünəinam verdi.

Bu, karyeramın ən yaxşı oyunu idi? Qollara baxsaq, bəli. Oyundan böyük zövq aldım”.

“Bavariya”da ciddi itki

12 March 2026 at 15:30

“Bavariya” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Alfonso Deyvis zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çempionlar Liqasında 1/8 finalın “Atalanta” ilə ilk matçında (6:1) zədə alan Deyvisin durumu ciddidir. Onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Kanadalı müdafiəçi bu mövsüm 13 oyuna çıxıb.

Pedro: “Doğru zaman gələndə, karyeram üçün ən yaxşı qərarı verəcəyəm”

12 March 2026 at 15:15

“Karvan-Yevlax” Misli Premyer Liqasının XXIII turunda “Sumqayıt”la heç-heçə edib – 1:1.

Matçdan sonra Yevlax təmsilçisinin qapıçısı Pedro Mateus “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Son dəqiqədə vurulan qolla məğlubiyyətdən xilas oldunuz. Fikirləriniz nədir?
– Düşünürəm ki, əslində yaxşı oyun keçirdik. Komanda daha çox qol imkanları yaratdı və matç boyu rəqabətli oynadıq. Təəssüf ki, şanslarımızı daha əvvəl qola çevirə bilmədik, amma komanda son ana qədər inanmağa davam etdi və son dəqiqədə qol vuraraq bir xal qazana bildik. Oyundakı performansımıza baxsaq, düşünürəm ki, bu matçdan nəsə qazanmağa layiq idik.

– Oyunda penalti də olmaqla, kritik seyvlər etdiniz. Öz performansınızı necə qiymətləndirirsiniz?
– Qapıçı kimi mənim işim komanda ehtiyac duyanda ona kömək etməkdir. Bir neçə vacib seyv edə bildiyimə, o cümlədən penalti zərbəsini qaytardığıma görə xoşbəxtəm, amma mənim üçün ən vacib şey həmişə komandanın nəticəsidir. Əlbəttə, bu mənim özünəinamım üçün də yaxşıdır, amma mən həmişə diqqətli olmağa və daha da inkişaf etmək üçün çalışmağa davam edirəm.

– Göstərdiyiniz performansla bəzi klubların diqqətini cəlb edirsiniz. Azərbaycandakı karyeranızla bağlı planlarınız nədir?
– Hazırda bütün diqqətim komandama kömək etməyə və mövsümü mümkün olan ən yaxşı şəkildə başa vurmağa yönəlib. Futbolda gələcəklə bağlı həmişə söz-söhbətlər olur, amma mən sakit qalmağa və işimə fokuslanmağa çalışıram. Doğru zaman gələndə, karyeram üçün ən yaxşı qərarı verəcəyəm.

– Liqada qalmaq şansınızı necə qiymətləndirirsiniz?
– Bilirk ki, vəziyyət asan deyil və xal fərqi artır, amma biz hələ də inanırıq. Hələ oynanılacaq oyunlar var və hər xal uğrunda mübarizə aparmalıyıq. İndi ən vacib məsələ komanda olaraq birlikdə qalmaq, həftə ərzində çox çalışmaq və hər oyuna vəziyyəti dəyişə biləcəyimizə inanaraq çıxmaqdır.

Şahin Cəfərov

Avropa Liqası: 1/8 final başladı

13 March 2026 at 02:39

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, “Aston Villa” səfərdə “Lill”ə qalib gəlib. İtaliya təmsilçiləri “Bolonya” ilə “Roma”nın duelində qalib müəyyənləşməyib.

“Lion” səfərdə “Selta” ilə heç-heçə edib. “Frayburq” isə “Genk”ə uduzub.

UEFA Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar

12 mart

“Lill” (Fransa) – “Aston Villa” (İngiltərə) 0:1
“Ştutqart” (Almaniya) – “Portu” (Portuqaliya) 1:2
“Bolonya” (İtaliya) – “Roma” (İtaliya) 1:1
“Panatinaikos” (Yunanıstan) – “Betis” (İspaniya) 1:0

“Selta” (İspaniya) – “Olimpik” (Lion, Fransa) 1:1
“Nottinqem Forest” (İngiltərə) – “Midtyullann” (Danimarka) 0:1
“Genk (Belçika) – “Frayburq” (Almaniya) 1:0
“Ferentsvaroş” (Macarıstan) – “Braqa” (Portuqaliya) 2:0

❌
❌