“Qarabağ”ın “İmişli”yə vurduğu qollar – VİDEO
“Qarabağ” Premyer Liqanın X turunda bu gün “İmişli”ni məğlub edib – 2:0.
Futbolpress.az oyunun icmalını təqdim edir…
“Qarabağ” Premyer Liqanın X turunda bu gün “İmişli”ni məğlub edib – 2:0.
Futbolpress.az oyunun icmalını təqdim edir…
Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyinin qalibi olub.
Futbolpress.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 151 kq çəkini ram etməyi bacarıb.
Təkanla qaldırma hərəkətində 189 kq ağırlığı başı üzərinə qaldıran Alməmmədov toplamda 340 kq nəticə göstərib.
Beləliklə, birdən qaldırmada bürünc, təkanla qaldırma hərəkətində isə qızıl medal qazanan milli üzvü toplamda da Avropa birinciliyinin qalibi olub.
Təmsilçimiz eyni zamanda təkanla qaldırma hərəkətində və toplamda yarışın rekordunu müəyyənləşdirib.
Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov və AAF-ın Avropa birinciliyindəki nümayəndəsi, “Göyəzən” klubunun prezidenti Azər Əlizadə təqdim ediblər.
“Neftçi” Azərbaycan Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “Kəpəz” klubu ilə matçın hazırlığını başa vurub.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Sabah keçiriləcək “Neftçi” – “Kəpəz” oyununa saat 17:00-da start veriləcək.
Azərbaycan Premyer Liqasının X turunun “Qarabağ” – “İmişli” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Rəqibin baş məşqçisinə təşəkkür edirəm ki, oyunun yerinin dəyişdirilməsinə razılıq verdi. Matçdan əvvəl də ona təşəkkürümü bildirdim, sağ olsunlar. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu, penalti qazandılar. Oyundan qopmadıq, sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissə temp artdı, topla daha tez oynamağa başladıq. Sonda qələbə qazandıq. Bu, çox vacib idi. Çempionatda bütün oyunlar bu məcrada keçəcək, elə görünür. Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. “İmişli”yə də uğurlar arzulayıram. Qısa vaxtda yaxşı təşkilatlanmış komanda yaradıblar.
– Komandanın tam formasını bərpa etmədiyi görünür. Əvəzetmələri bilərəkdən sona saxladız ki, komanda “Çelsi” ilə oyunöncəsi daha çox forma yığsın?
– Hər bir futbolçunun daha çox oynamağa ehtiyacı var. Bəzi oyunçular üçün belə matçlardan öncə 60 dəqiqə azdır. Oyun da pis getmirdi. Gedişata görə etdik. Kamilo Duran çox sprint etdi, güc sərf etdi. Təhlükəli idi, belə oyundan öncə ehtiyatlandıq. Nəriman Axundzadə və Emmanuel Addainin də oyunda olmasını istədim. Öndəki pressinqi saxlamaq üçün əvəzetmələr etdik.
– Premyer Liqa klubları taktikanızı çözüblər, daha çox müdafiəyə çəkilirlər və futbolçularınız yorulur. Bu cür davam etsə, nə kimi yeniliklər tətbiq edəcəksiz?
– Tətbiq edəcəyim bir şey yoxdur, yenilik də. Futbol pas oyunudur. Bütün diqqətimizi, işimizi onu yaxşılaşdırmaq üçün görürük. Daha dinamik oynamağa çalışmalıyıq. Dünən “Çelsi”nin baş məşqçisi deyir ki, bəzi komandalar bizə qarşı beşli müdafiə ilə oynayırlar, belə müdafiəni yarmaq çətindir. Tək biz şikayət etmirik. Daha çox yaradıcı olmaq istəyirik ki, qol şanslarımız çox olsun. Bunda uğur daha çoxdur, davamiyyətlidir. Futbol, sistem inkişaf edib. Biz də buna hazır olmalıyıq. Maraqlıdır. Futbolçu meydanda daha çox düşünməli olur. Hardasa bacarırıq, hardasa da alınmır.
– “Neftçi” Vensan Abubakarı transfer edib. Siz isə fərqli transferlərə üstünlük verirsiz, xaricdə II Liqadan oyunçular gətirirsiz. Belə fikriniz olub ki, ulduz futbolçu gətirəsiz?
– Xeyirli olsun. Samir Abasovun açıqlamasını gördüm. Ulduz futbolçuları 1-2 ay əvvəl gətirmək olmur. Deyib ki, 2 ay əvvəl oyunçular indi razılaşdığı qiymətə razılaşmırlar. Elə vəziyyətlər var ki, onunla ayaqlaşmalıyıq. Hər birimizin fərqli strategiyası var. Biz keyfiyyətli hücumçudan qaçmamışıq, onu əldə etməyə çalışmışıq. Əgər bizim sistemimizə uyğun olarsa, heç də keçən ildən az məbləğ təklif etmərik. Təbii ki, hücumçu üçün. Xeyli məbləğ təklif etdik, amma alınmadı. Futbolçu gəlmək istəmir, klubu səninlə “oynayır”. Bir az qeyri-ciddi söhbətlər olur. Keyfiyyətli oyunçulara həmişə üstünlük vermişik. Şansımız olarsa, biz də istifadə edərik. Öz büdcəmizə, komandamıza uyğun addımlar atmağa çalışırıq.
– “Neftçi”nin hücum xəttindən çəkinmirsiz?
– Xeyr, əksinə maraqlıdır. Mənim oyunçularım üçün əlavə motivasiya, məsuliyyət olacaq. Azarkeşlər sevinsinlər ki, belə ulduz futbolçuları görürlər.
– Xoni Montiel bu gün debüt etdi. Onun haqda fikriniz necədir?
– Onun üçün motivasiya olsun deyə meydana buraxdım. Jonini meydana buraxmaq fikrim yox idi. Son vaxtlarda çox ciddi hazırlaşır. İstədim ki, bu gün “23-lük”də olsun. O, hələ oyunda oynamağa, tempə dözməyə hazır deyil. Yeni gələndə zədələnmişdi. Formasını bərpa etməyə başladı. Xoninin işinə heyfim gəldi. Ona vaxt lazımdır.
– Nəriman Axundzadənin fiziki durumu 60-70 dəqiqə oynamağa imkan verir?
– Bəli. Keçən matçda oynadı. Start heyətində olmaq imkanı var. Təhlil edəcəyik. Fiziki durumu elədir ki, meydanda 90 dəqiqə qala bilər.
– Bugünkü heyəti 100 faiz “Çelsi” ilə matçın heyəti saymaq olar?
– Həyatda 100 faizlik heç nə yoxdur (gülür).
– “Çelsi” ilə görüşdə xarakter, futbolçu keyfiyyəti, yoxsa motivasiya həlledici olacaq?
– Hamısı. Bu oyunlarda hardasa zəiflədinsə, diqqət etmədinsə, çətin olur. “Çelsi” dünyanın ən bahalı komandası, dünya çempionudur. Ən sürətli, ən dinamik liqadan gələn rəqibdir. Bu cür klubların Azərbaycana gəlməsi bizə və komandaya əlavə motivasiya verir.
– “Çelsi” ilə oyun üçün hamı bilet axtarır, amma “İmişli” görüşdə stadion boşdur. Bu, sizi üzür?
– Təkcə bizim oyuna görə yox, ümumiyyətlə futbolun bəzəyi azarkeşdir. Nə qədər yaxşı oynasan da, azarkeş olmasa, oyun baxımlı görünmür. Çempionatın səviyyəsi aşağıdır. Futbolçunu nə qədər motivasiya etsən də, sənin düşündüyün motivasiyada oynamır. Biri də var, sən motivasiya verdin, azarkeş də motivasiya verdi. “Atletik”lə oyunda tam başqa səviyyə idi, azarkeşlər futbolçularına necə motivasiya verirdilər. Dayanmadılar, 90 dəqiqə dəstək oldular, bizə təzyiq etdilər. Bəzi çempionat oyunlarımızda biz 3-4 min azararkeş görəndə sevinirik, futbolçular sevinir ki, nə qədər azarkşeş gəlib. Bu cür oyunda nə qədər alqış olardı, motivasiya olardı. Azarkeşsiz futbol keyfiyyətsiz görünür. Keyfiyyətli qaldırmaq üçün səbəblərdən biri də azarkeşdir. Ona görə də çox istəyərdik ki, azarkeşlər oyunumuza gəlsinlər. 3 min nəfərlik stadiondursa, tam dolsun. Dolu stadion tam başqadır. Ümidlə yaşayırıq. Yəqin ki, qarşıdakı illərdə olar.
– Kontenin 2017-ci ildəki “Çelsi”si daha təhlükəlidir, yoxsa Mareskanın indiki komandası?
– Fərq məşqçilərdədir, fərqli futbol sərgiləyirlər. 8 il əvvəlki futbolla bugünkü eyni deyil. Tələblər başqadır. Bu gün “Çelsi” daha yuxarı səviyyədədir, Kontenin “Napoli”si də yuxarı səviyyədədir. Futbol çox inkişaf edib. Dinamika qaxlıb, güc çoxalıb. Buna da hamı uyğunlaşır. Onlar o çempionatlarda qarşılığını görürlər, bizdə fərlqidir. Biz də oralara yaxınlaşmaq istəyirik. 8 il əvvəlki “Qarabağ”dan daha yaxşıyıq, təcrübəmiz artıb. Biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf edib.
Azərbaycan Premyer Liqasının X turunda keçirilən “Qarabağ” – “İmişli” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı bunları deyib:
– Oyunçularımla fəxr edirəm. “Qarabağ” kimi güclü komandaya qarşı bu səviyyədə futbol oynadıq. Birinci hissədə taktiki cəhətdən fantastik çıxış etdik. Yaxşı hazırlaşmışdıq. Bilirdik ki, “Qarabağ”ın güclü tərəfi nədir. Keyfiyyətli oyunçuları var, gözləyirdik ki, arxada boşluqları olacaq. İlk hissədə taktiki cəhətdən hər şey düzgün idi. İki epizodu əldən verdik, rəqibin hücumlarının qarşısını ala bildik. Qol vura bilmədik. Qol vura bilmirsənsə, əksi olur. İkinci hissədə bilirdik ki, bizi çətin anlar gözləyir. “Qarabağ” yüksək pressinq edəcəkdi, təzyiq göstərəcəkdi. Buna hazır idik. İlk qolu buraxdıqdan sonra taktiki cəhətdən dəyişiklik etmək istədik ki, qol vuraq. “Qarabağ”ın yüksək sürətli, texnikalı oyunçuları bundan istifadə edib, bizə 2-ci qolu vurdular. Uduzduğumuza görə, məyusuq. Amma oyunumuzdan razıyam. “Qarabağ” kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir. Onları təbrik edirəm, uğurlar arzulayıram.
– Dioqo Almeyda ilk hissədə iki epizodu dəyərləndirə bilmədiyi üçün onu əvəzləyəcəyinizi gözləmək olardı. Amma görünür ki, komandanız mərkəz hücumçusu baxımından əziyyət çəkir. Bu haqda fikriniz necədir?
– Futbolda normal haldır. Almeyda əla oyunçudur, bu matçı da yaxşı oynadı. Bizim üçün vacib futbolçudur. Topu irəlidə saxlaya bilir, rəqib qapısı qarşısında təhlükəli anlar yaradır. Onu dəyişməməyimizin səbəbi başqa oyunçunun olmaması deyil, taktiki məsələdir. Dioqonun meydanda qalması doğru idi.
– Siz kubok oyununa çıxmışdınız, amma “Qarabağ” istirahət etmişdi, daha təravətli idilər. Bu məqam sizə nə dərəcədə təsir etdi?
– Azərbaycan futbolunda “Qarabağ” piramidanın ucundadırsa, biz kiçik komandayıq, piramidadın alt hissəsindəyik. “Qarabağ”ın yüksək səviyyəli oyunçuları olduğu üçün əvəzetmələri rahat edirlər. Bizdə çətindir. Rotasiyalarımız “Qarabağ”dakı kimi deyil. Birinci hissədə gözəl oynadıq, yaxşı mübarizə apardıq. “Qarabağ” bizdən daha böyük klubdur.
– Penaltini Almeyda qazansa da, Juninyo yerinə yetirdi. Bu, sizin qərarınızdır?
– Bəli, mənim seçimdir. “Qaradağ Lökbatan”la görüşdə də penaltini Juninyo vurmuşdu. Bu, oyunçuda özünəinamı artırır.
– Bu oyun Qubada keçirilməli idi, amma matçın “Azərsun Arena”da keçirilməsinə razılıq verdiniz. “Qarabağ”ın yol yorğunu olmasının qarşısını aldınız. Matç Qubada keçirilsəydi, nəticə fərqli ola bilərdi?
– Cavab verə bilmərəm. Orada oynadıq, ya burada oynadıq, “Qarabağ” güclü komandadır. Cavabı yoxdur məndə. Orada necə olacağını deyə bilmərəm.
– Ümumiyyətlə, Qubada özünüzü meydan sahibi kimi hiss edə bilirsiz?
– Mən məşqçiyəm, bu dəyişiklik baş verəndə, bizimkilər “Qarabağ”a köməklik etmək istədi. Ev məsələsinə gəldikdə, biz səfərdə 4 matçın 3-də qalib gəlmişik. Bu, onu göstərir ki, səfərdə də güclüyük. Azarkeşlərimiz necə ki, Qubadakı oyunlara gəlirlər, eləcə də səfər görüşlərində də bizə dəstək olurlar.
“İmişli” PFK-nın AFFA İntizam Komitəsinin “İmişli” PFK-ya texniki məğlubiyyət və cərimə cəzası verilməsi ilə bağlı qəbul etdiyi qərardan verilən apellyasiya şikayətinə naxılıb.
Futbolpress.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
1. “İmişli” PFK tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində “İmişli” komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə “İmişli” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilməsi və 5000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
“Araz-Naxçıvan”ın üzvü Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.
Futbolpress.az xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq. Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.
Qeyd edək ki, braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Naxçıvan Olimpiya Kompleksində bu gün kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Futbolpress.az xəbər verir ki, imtahanda Naxçıvan Muxtar Respublikasının 115 cüdoçusu müvafiq yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.
Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
“Fənərbağça”nın futbolçusu Marko Asensio karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Sevilya” klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Fichajes” nəşri məlumat yayıb. La Liqa klubu qış transfer dönəmində oyunçu üçün hərəkətə keçəcək.
Asensio bu mövsüm Super Liqada 6 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
“Barselona”nın ev oyunlarını keçirəcəyi “Kamp Nou”ya qayıdış vaxtı açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanın noyabrın 7-də “Kamp Nou”da açıq məşqi olacaq.
Stadion 2022-ci ildən yenidənqurma ilə bağlı təmirə bağlanmışdı.
“Qarabağ” Premyer Liqanın X turunda bu gün “İmişli”ni qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:
“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 94. Rafael Vieqas 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç 6. Yau Moses
Baş məşqçi: Jorj Kaşkilya
AFFA ilə Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planına əsasən 2025-ci ilin idman paytaxtı seçilən Qəbələdə kütləvi futbol festivalı təşkil olunub.
Futbolpress.az xəbər verir ki, Qəbələ şəhər stadionunun ehtiyat meydanında keçirilən tədbirdə 100-ə yaxın uşaq iştirak edib.
Festival zamanı uşaqlar müxtəlif futbol oyunlarında iştirak edib, asudə vaxtlarını səmərəli və əyləncəli keçiriblər.
İştirak edən hər bir uşağa tədbirin sonunda AFFA tərəfindən toplar hədiyyə olunub. Hədiyyələri Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı və Qəbələ şəhəri üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Cavid Məmmədnəbiyev təqdim ediblər.
“Real”ın baş məşqçisi Xabi Alonso “Barselona” ilə La Liqa matçında əvəzlənməsinə sərt reaksiya verən Vinisius Junioru bağışlayıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis insayder Fabrisio Romanonun sorğusuna cavab olaraq bunları deyib:
“Vinisius cəzalanmayacaq. Bu məsələ artıq bağlanıb. Onun komanda qarşısında davranışı (üzr istəməsi) qüsursuz idi”.
“Cenoa” baş məşqçisi Patrik Viera ilə yollarını ayırmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Komandanın uğursuz çıxışına mütəxəssisin işinə son verilə bilər. Viera ilə bağlı son qərar yaxın günlərdə veriləcək.
“Cenoa” A Seriyasında 9 oyundan sonra 3 xalla sonuncu, 20-ci sıradadır.
Çempionlar Liqasının IV turunda Bakıda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa bilet satışı davam edir.
Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş üçün artıq 27 250 bilet satılıb.
Noyabrın 5-də baş tutacaq oyuna saat 21:45-də start veriləcək.
Serbiya millisinin yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, yığmanın “sükanı” Velko Paunoviçə tapşırılıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssislə müqavilənin detalları hələlik açıqlanmayıb.
Velko bu postda Draqan Stoykoviçi əvəzləyib.
Voleybol üzrə Azərbaycanın Yüksək Liqa klubu “Abşeron” yeni transfer həyata keçirib.
Futbolpress.az xəbər verir ki, komanda Xədicə Seyidli ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Toppaylayıcı mövqeyində çıxış edən voleybolçu ilə müqavilə qarşıdakı mövsümü əhatə edəcək.
Bu gün Azərbaycan Basketbol Liqasında V turun daha iki qarşılaşması keçiriləcək.
Futbolpress.az xəbər verir ki, A qrupunda yer alan “Gəncə” “Şəki”ni qəbul edəcək. Meydan sahibləri 4 xalla beşinci, qonaqlar 5 xalla üçüncü pilədə qərarlaşıb.
B qrupunda mübarizə aparan “Sərhədçi” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. “Gənclik şəhəri” təmsilçisi 4 xalla altıncı, Bakı klubu isə 5 xalla beşincidir.
Hər iki görüş saat 19:00-da start götürəcək.
Tura noyabrın 2-də yekun vurulacaq. Ötən gün “Ordu” “Lənkəran”ı məğlub edib – 91:76.
“Qarabağ” Premyer Liqanın X turunda bu gün “İmişli”ni qəbul edəcək. “Azersun Arena”da baş tutacaq oyuna saat 17:00-da start veriləcək.
“Qarabağ” çempionatda son 5 oyunda 1 heç-heçə edib, 4 qələbə qazanıb. Çempionlar Liqasında “Atletik”ə məğlubiyyətdən (1:3) sonra Bakıda “Şamaxı”yla qolsuz bərabərə qalan “atlılar” lider “Turan Tovuz”la xal fərqinin açılmaması üçün qələbə qazanmalıdır. Xal itkisi ÇL-də noyabrın 5-də “Çelsi”yə qarşı oyundan əvvəl atmosferə təsir edə bilər. Hər bir halda, indiki məqamda son çempion üçün əsas oyun London klubuna qarşı avrokubok matçıdır. “İmişli”yə qarşı itiriləcək xal olsa belə onu gələcək turlarda kompensasiya etmək olar. Qurban Qurbanovun bu matçda da ehtiyat qüvvəyə güvənəcəyi, əsas heyət üzvlərinin zədələrdən qorumaq məqsədilə onları kənarda saxlayacağı gözlənilir.
Bu mövsüm müdafiədəki kompakt oyunu ilə diqqət çəkən “İmişli” xal qazanmaq arzusundadır. Bölgə təmsilçisi il başlamamış autsayder göstərilsə də, nəticələr proqnozları alt-üst edib. 9 turda 12 xal toplayan “İmişli” autsayder “Kəpəz”dən 9 xal öndədir. “Zirə”, “Neftçi”, “Sabah” kimi komandalardan xal almağı bacaran bölgə klubu nəticələrin təsadüf olmadığını göstərmək istəyir.
“İmişli” ilə bağlı maraqlı statistika komandanın səfər oyunları ilə bağlıdır. Jorj Kaşkilyanın yetirmələri qonaq kimi keçirdiyi son 4 çempionat matçında 3 qələbə qazanıb. “İmişli” “Sabah”ı, “Karvan-Yevlax”ı və “Kəpəz”i məğlub etməyi bacarıb. Yeganə xalsız oyun isə “Araz-Naxçıvan”a qarşı olub.
Şahin Cəfərov
Azərbaycan millisi İspaniyanın Linares şəhərində keçiriləcək qadın şahmatçılardan ibarət dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.
Dünya çempionatına 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq. Dünya çempionatına seçmə xarakter daşıyan qarşılaşma 1-2 noyabr tarixlərində Bakıdakı “Dinamo” hotelində təşkil olunacaq.
İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn milli komanda dünya çempionatına vəsiqə qazanacaq.
Azərbaycan milli komandası seçmə matçda bu heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.
Azərbaycan – Özbəkistan arasında seçmə matçın baş hakimi Faiq Həsənovdur.
Qeyd edək ki, mundial 18-23 noyabr tarixlərində baş tutacaq.
UEFA Gənclər Liqasında noyabrın 5-də keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun baş hakimi Dmitri Kubriyak 4 ildir davam edən Rusiya – Ukrayna müharibəsi zamanı əsir düşüb.
Futbolpress.az xəbər verir ki, ixtisasca hərbi həkim olan referi könüllü qatıldığı müharibədə 5 ay əsir saxlanıldıqdan sonra dəyişdirilib.
Noyabrın 5-də, “Azersun Arena”da baş tutacaq “Qarabağ” – “Çelsi” oyununa saat 15:00-da start veriləcək.
Azərbaycan kubokunun II təsnifat mərhələsinin “Qəbələ” – “Mingəçevir” oyunu Prins Ovusunun het-triki ilə əlamətdar olub.
Futbolpress.az xəbər verir ki, 19 yaşlı qanalı futbolçu ikinci hissədə vurduğu 3 qolla “qırmızı-qaralar”ın 5:1 hesablı qələbəsində pay sahibi olub. O, klub tarixinə bir oyunda üç qol vuran 7-ci futbolçu kimi düşüb.
Prinsə qədər “Qəbələ”nin 6 futbolçusu bir matçda 3 qol vurub. Sonuncu het-trikə təxminən 2 il əvvəl təsadüf olunub. Həmin vaxt Bilel Auaşeriya Premyer Liqa matçında het-trikə sevinib.
Ümumiyyətlə, 7 het-trikdən biri UEFA Avropa Liqası, üçü Premyer Liqa, üçü Azərbaycan kubokuna təsadüf edib. Teo Uiks avrokuboklarda, Fərzad Hatəmi, Baqali Dabo və Bilel Auaşeriya çempionatda, Vüsal Qarayev, Filip Ozobiç və Prins Ovusu kubokda fərqlənib. Bu het-triklərdən 5-i ev, 2-si səfər matçında qeydə alınıb.
Qeyd edək ki, “Qəbələ”nin futbolçularının aktivində bir penta-trik və bir poker də var. Rövşən Əhmədov birinci dəstədə 5, Vitali Balamestnı Premyer Liqada 4 qol vurmağı bacarıb.
Bütün het-triklər:
Vüsal Qarayev – 10.10.2006. Azərbaycan kuboku. “Gilan” – “Şahdağ” (Quba) – 6:0
Farzad Hatəmi – 17.08.2008. Premyer Liqa. MOİK – “Qəbələ” – 0:3
Teo Uiks – 30.06.2016. Avropa Liqası. “Qəbələ” – “Samtredia” – 5:1
Baqali Dabo – 10.09.2016. Premyer Liqa. “Neftçi” – “Qəbələ” – 0:8
Filip Ozobiç – 29.11.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Mil-Muğan” – 8:0
Bilel Auaşeriya – 25.11.2023. Premyer Liqa. “Qəbələ” – “Turan Tovuz” – 4:0
Prins Ovusu – 29.10.2025. Azərbaycan kuboku. “Qəbələ” – “Mingəçevir” – 5:1
“Yuventus”un futbolçusu Duşan Vlahoviç açıqlama verib.
Futbolpress.az “Goal”a istinadən xəbər verir ki, serbiyalı hücumçu bu mövsüm uğursuz çıxış etmələrinin səbəblərini deyib:
“İlyarım ərzində 3 məşqçi dəyişildi. Güzgüyə baxmalı və nəyi səhv etdiyimizi anlamalıyıq. Düşünmürəm ki, günahı bir nəfərə atmaq ədalətli olar. Hamımız günahkarıq. “Udineze” ilə oyunda yaxşı çıxış etdik və nələrə qadir ola biləcəyimizi göstərdik. Bunu davam etdirməliyik, yoxsa mənası qalmayacaq.
Az danışmaq, çox iş görmək lazımdır. Keyfiyyətli oyunlar və qələbələr lazımdır. Diqqətimiz məhz bundadır”.
“Yuventus”da baş məşqçi İqor Tudorla yollar ayrılıb və bu posta dünən Luçano Spaletti təyin edilib.
“Qoca sinyora” A Seriyasında 9 turdan sonra 15 xalla 7-ci sıradadır.
“Real”da baş məşqçi Xabi Alonso ilə hücumçu Vinisius Junior arasında münasibətlər qaydasına düşüb.
Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. La Liqanın X turunda “Barselona” ilə matçda (2:1) əvəzlənməyinə sərt reaksiya verən braziliyalı sosial şəbəkə hesabında üzr paylaşımı edib.
Alonso oyunçunu bağışlayıb və tərəflər arasında gərginlik başa çatıb.
Qadınlardan ibarət Azərbaycan milli komandası noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq.
Futbolpress.az xəbər verir ki, millimiz Dəkkə şəhərində “FIFA Tri Nations Women’s Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.
Komanda noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq.
Oyunların başlanma vaxtı və hakim təyinatları hələ məlum deyil.
Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri keçirilib.
Futbolpress.az xəbər verir ki, turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.
Turniri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva da izləyiblər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq evlərinin komandaları müvafiq olaraq hər iki yaş qrupu üzrə “Şahinlər”, “Birlik”, “Zəfər” və “Kəpəz” adları ilə güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də matçları izləyənlərin böyük coşqu və sevinc yaşadıqları diqqət çəkib.
Turnirin ən yaddaqalan anlarından biri oyunları izləyən Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyevanın bütün komandaları dəstəkləmələri, uşaqlarla səmimi söhbət etmələri və onlarla şəkillər çəkdirmələri olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsinin vacibliyini bir daha vurğulayıblar.
Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunub. Eyni zamanda, ikinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıb.
Tədbirin sonunda uşaqlar, tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir etdiyini bildirərək, uşaqlarda özünəinamın və sosial əlaqələrin güclənməsinə səbəb olduğunu diqqətə çatdırıblar. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Dostluq Kuboku” minifutbol turniri ilk dəfə bu ilin mayında təşkil olunub və hazırkı yarış həmin ənənənin uğurlu davamı kimi reallaşdırılıb.
Minifutbol turnirinin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait yaratmaqdır.
Azərbaycan Premyer Liqasında X turun təyinatları açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu gün baş tutacaq “Qarabağ” – “İmişli” oyununu Əli Əliyev idarə edəcək.
31 oktyabr (cümə)
“Qarabağ”– “İmişli” 
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Azersun Arena”, 17:00
1 noyabr (şənbə)
“Karvan-Yevlax” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu, 14:00
“Neftçi” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Palms Sports Arena”, 17:00
2 noyabr (bazar)
“Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 16:00
“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
M.H. adına Sumqayıt şəhər stadionu, 18:30
3 noyabr (bazar ertəsi)
“Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”, 19:30
“Liverpul”un zədəli futbolçusu Jeremi Frimponqun son durumu məlum olub.
Futbolpress.az xəbər verir ki, Çempionlar Liqasında “Ayntraxt”la matçda (5:1) zədə alan cinah oyunçusu 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Frimponq Premyer Liqada “Aston Villa”, “Mançester Siti”, “Nottingem”, “Vest Hem”, Çempionlar Liqasında isə “Real” ilə PSV-yə qarşı keçiriləcək görüşləri buraxacaq.
Niderlandlı futbolçu bu mövsüm Premyer Liqada 4 oyunda meydana çıxıb.
Yeni mövsüm öncəsi heyətini gücləndirməyi davam etdirən “Kür” daha bir həndbolçunu sıralarına cəlb edib.
Futbolpress.az xəbər verir ki, ötənilki çempionatda “Qarabağ”ın şərəfini qoruyan Leyla İbrahimova bundan sonra Mingəçevir təmsilçisinin uğurları üçün mübarizə aparacaq.
O, yeni klubunda 66 nömrəli formanı geyinəcək.
#handball #azerbaijan #federation
Bu gün Azərbaycan Premyer Liqasında X tura start verilib.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Qarabağ” azarkeşləri önündə “İmişli”ni qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb – 2:0.
Azərbaycan Premyer Liqası
X tur
31 oktyabr
17:00 Qarabağ – İmişli 2:0
Qollar: A.Zubir, 52, Addai, 82
Azersun Arena
Boccia idman növü üzrə Azərbaycan paralimpiyaçıları 25-31 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Türkdilli dövlətlər arasında beynəlxalq turnirdə çıxışını başa vurub.
Futbolpress.az xəbər verir ki, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançılarının da mübarizə apardığı yarışda Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazanıb, Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.
Qoşa yarışlarda da qüvvəsini sınayan bocciaçılarımızdan Zaur Veysəlov ilə Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu isə BC1 və BC2 qarışıq kateqoriyalarında qızıl medal qazanaraq himnimizi səsləndiriblər.
Beləliklə, paralimpiyaçılarımız turniri komanda hesabında birinci pillədə başa vurub.
Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə baş tutacaq sınaqda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs iştirak edə bilər.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə daxili yarışlarda iştirak üçün zəruridir. İmtahan noyabrın 3-də Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq.
“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.
Futbolpress.az xəbər verir ki, Lüksemburq çempionu “Differdanje 03” ilə üz-üzə gələn Naxçıvan klubu 2:2 hesablı heç-heçəyə razılaşıb.
Azərbaycan təmsilçisinin qollarını Can Perruzo (15) və Luici Lonqo (38) vurublar.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın “Yunayted Qalati” klubunu məğlub edib – 2:1. “Araz-Naxçıvan” əsas mərhələdə sonuncu matçını noyabrın 1-də Niderlandın “Tigers Roermond” komandasına qarşı keçirəcək.
Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Qitə yarışında ölkəmiz 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 37 ölkədən 308 cüdoçu (172 kişi, 136 qadın) iştirak edəcək.
Kişilər
60 kq, 1/16 final
Murad Muradlı – Maksim Taran (Almaniya)
Hüseyn Allahyarov – Yozef Tomanek (Slovakiya)
66 kq, 1/16 final
İslam Rəhimov – Roman Dekan (Slovakiya)
81 kq, 1/16 final
Vüsal Qələndərzadə – Vasiliye Qruyiçiç (Serbiya)
81 kq, 1/8 final
Ömər Rəcəbli – Ronald Plostnieks (Latviya) / Çiprian Qribinet (Moldova) cütünün qalibi ilə
90 kq, 1/16 final
Aslan Kotsoyev – Rayan Askofar (Fransa)
90 kq, 1/8 final
Vüqar Talıbov – Aidas Pileckas (Litva) / Markos Martines Koin (İspaniya) cütünün qalibi ilə
100 kq, 1/8 final
Əjdər Bağırov – Fares Mexux (Fransa)
+100 kq, 1/8 final
Kənan Nəsibov – Tomaş Raşka (Çexiya)
Qeyd edək ki, U-23 Avropa çempionatının təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 11:30-da, final bloku isə 19:30-dan etibarən start götürəcək.
“Yuventus”un yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanın “sükanı” Luçano Spalettiyə tapşırılıb.
66 yaşlı mütəxəssislə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Spaletti istefaya göndərilən İqor Tudoru əvəzləyib.
Mütəxəssis son olaraq İtaliya millisini çalışdırıb. O, 2023-2025-ci illərdə yığmaya rəhbərlik edib.
Türkiyə Super Liqasının XI turunda keçiriləcək “Beşiktaş” – “Fənərbağça” oyununun hakimi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, İstanbul derbisini Ali Yılmaz idarə edəcək. Referi karyerasında ilk dəfə derbidə baş hakim olacaq.
Noyabrın 3-də keçiriləcək oyuna saat 21:00-da start veriləcək.
“Real”da oktyabr ayının ən yaxşı futbolçusu açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu, Arda Gülerdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli futbolçu ötən ay 6 oyunda meydana çıxıb.
İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu ada “Mançester Yunayted”dən Ruben Amorim, “Arsenal”dan Mikel Arteta, “Aston Villa”dan Unay Emeri və “Bornmut”dun Andoi İraola namizəd göstərilib.
Qalib noyabrın 3-də açıqlanacaq.
“Mançester Yunayted”in zədəli futbolçusu Lisandro Martines komanda ilə məşqlərə başlayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi bu ilin fevralında Premyer Liqada “Kristal Pelas”la oyunda zədələnmişdi. Lisandro 8 aydan sonra yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Müdafiəçi ötən mövsümdə komandada 32 oyunda 2 qol vurub.
II Liqada 8-ci, 9-cu və 10-cu turun oyun cədvəli açıqlanıb.
Futbolpress.az xəbər verir ki, 8-ci tura noyabrın 10-da start veriləcək.
8-ci tur
10 noyabr (bazar ertəsi)
“Ağdaş” – “Xankəndi”
Ağdaş şəhər stadionu, 14:00
“Kür-Araz” – “Sheki City”
Saatlı OİK stadionu, 14:00
“Dinamo” – “Quba”
Binə qəsəbə stadionu, 14:00
11 noyabr (çərşənbə axşamı)
“Araz Saatlı” – “Şəmkir”
Saatlı OİK stadionu, 14:30
“Göygöl” – “Qaradağ Lökbatan”
Göygöl OİK stadionu, 14:30
“Şirvan” – “Ağstafa Gəncləri”
Şirvan OİK stadionu, 14:30
9-cu tur
16 noyabr (bazar)
“Ağstafa Gəncləri” – “Dinamo”
Ağstafa şəhər stadionu, 14:30
“Şəmkir” – “Ağdaş”
Şəmkir OİK stadionu, 14:30
“Quba” – “Araz Saatlı”
Quba OİK stadionu, 15:00
17 noyabr (bazar ertəsi)
“Sheki City” – “Şirvan”
“Rekord Arena”, 14:00
“Xankəndi” – “Göygöl”
Palms Sports Futbol Mərkəzi (IV meydança), 14:00
“Qaradağ Lökbatan” – “Kür-Araz”
Lökbatan OİK stadionu, 14:30
10-cu tur
23 noyabr (bazar)
“Quba” – “Ağstafa Gəncləri”
Quba OİK stadionu, 15:00
24 noyabr (bazar ertəsi)
“Göygöl” – “Şəmkir”
Göygöl OİK stadionu, 14:00
“Şirvan” – “Qaradağ Lökbatan”
Şirvan OİK stadionu, 14:00
“Araz Saatlı” – “Ağdaş”
Saatlı OİK stadionu, 14:30
25 noyabr (çərşənbə axşamı)
“Dinamo” – “Sheki City”
Binə qəsəbə stadionu,  14:00
“Kür-Araz” – “Xankəndi”
Saatlı OİK stadionu, 14:30
“Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasında “Ordu”ya məğlubiyyəti şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 79:91 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:
“Qarşıya qoyulan tapşırıqları qismən deyil, tam şəkildə yerinə yetirsəydik, oyun fərqli nəticələnə bilərdi. O zaman bu cür rəqibə qarşı daha yaxşı oynamaq şansımız olardı. Rəqib bərbad top itkilərimizdən sonra fərqlənib irəli çıxdı. Çox top itkilərinə yol verdik və ilk hissədə hücumdakı oyunumuzu dəyişə bilmədik. Zədələnmiş oyunçularımızın çatışmazlığı hiss olundu və bu, xüsusilə dördüncü hissədə özünü göstərdi. Hazırda zədə problemi yaşayırıq, bu da tam təlim-məşq toplanışı keçə bilməməyimizin nəticəsidir. Buna baxmayaraq işimizi davam etdirəcəyik”.
Gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib.
Futbolpress.az xəbər verir ki, nazir Azərbaycanı turnirdə təmsil edəcək federasiyaların nümayəndələri ilə görüşüb.
Görüşdə idmançıların yarışlara hazırlıq prosesi, Azərbaycan idman nümayəndə heyətinin səfər proqramı, atletlər kəndində yerləşmə və digər təşkilati məsələlər müzakirə olunub.
Nazir yarışda ölkəmizin layiqincə təmsil olunmasının vacibliyini vurğulayıb və hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.
Eyni zamanda, federasiya nümayəndələri idmançıların oyunlara hazırlığı barədə məlumat veriblər.
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) bürünc medal qazanıb.
Futbolpress.az xəbər verir ki, o, 215 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
İdmançı noyabrın 5-də yekun vurulacaq yarışda 50 (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.
Qeyd edək ki, Kamran Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.
Bakıda AFFA-nın təşkilatçılığı, UEFA Grow proqramının dəstəyi ilə seminar keçirilib.
Futbolpress.az xəbər verir ki, tədbirin əsas məqsədi seminar iştirakçılarını səmərəli planlaşdırma üçün lazımi dəstək mexanizmləri ilə təmin etmək, müasir metodoloji yanaşmaları təqdim etmək və onların praktiki tətbiqi imkanlarını araşdırmaqdan ibarət olub.
Seminar UEFA-nın Grow Strategiyası üzrə Mentorları (UEFA Grow Strategy Mentors) tərəfindən təşkil olunub və interaktiv formatda keçirilib. Sessiya iştirakçılar arasında fəal qarşılıqlı əlaqə və fikir mübadiləsini asanlaşdıraraq, futbolun inkişafı çərçivəsində strateji planlaşdırma və həyata keçirmə proseslərini daha dərindən anlamağa kömək edib.
Azərbaycan Basketbol Liqasında V tura start verilib.
Futbolpress.az xəbər verir ki, turun ilk matçında “Ordu” “Lənkəran”la qarşılaşıb. Matç “Ordu”nun qələbəsiylə başa çatıb – 91:76.
B qrupunda yer alan “Ordu” 10 xalla birinci, “Lənkəran” 7 xalla üçüncü pillədə qərarlaşıb.
Tura noyabrın 2-də yekun vurulacaq.
Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Moldova ilə üz-üzə gəlib. Görüş qolsuz başa çatıb.
U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.
“Arsenal” İngiltərə Liqa Kubokunda “Brayton”u məğlub edib – 2:0.
Futbolpress.az xəbər verir ki, son 6 oyunda qol buraxmadan qələbə qazanan “topçular” unikal göstəriciyə imza atıb.
“Arsenal” bir ay ərzində keçirdiyi 6 matçda da “quru oyunla” qalib gələn ilk komanda olub.
Londonlular bu ay “Kristal Pelas”ı 1:0, “Fulhem”i 1:0, “Vest Hem”i 2:0, “Atletiko”nu 4:0, “Olimpakos”i 2:0, “Brayton”u 2:0 hesabıyla məğlub edib.
“Fənərbağça”nın futbolçusu Sebastyan Şimanski karyerasını Fransada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Lion” klubu polşalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Transferfeed” portalı məlumat yayıb. Fransa klubu qış transfer dönəmində “Fənərbağça” ilə danışıqlara başlayacaq.
Şimanski bu mövsüm 17 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.v
UEFA Gənclər Liqasının IV turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa təyinatlar açıqlanıb.
Futbolpress.az xəbər verir ki, görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Dmitri Kubryak olacaq. Ona yan xətt hakimləri Vitali Skoblya və Aleksandr Korniyonko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev (Azərbaycan) yerinə yetirəcək.
Noyabrın 5-də, “Azersun Arena”da keçiriləcək oyuna saat 15:00-da start veriləcək.
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda bu qurumun bayrağı altında keçirilən yarışlarla bağlı bəzi qərarlar qəbul edilib.
Region Liqasında keçirilməli olan “Olimpik Sabirabad” FK – “Aran” FK (Beyləqan) oyunu “Olimpik Sabirabad”ın təhlükəsizliyi (polis) təmin etməməsi səbəbindən baş tutmadığı üçün bu kluba texniki məğlubiyyət verilib.
Region Liqasının “Mübariz” FA – “Real” FK oyunu “Mübariz”in təhlükəsizliyi (polis) təmin etməməsi səbəbindən baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.
Region Liqasının “Ağsu Siti” – “Ağcabədi” FK oyunu “Ağsu Siti”nin təhlükəsizliyi (polis) təmin etməməsi səbəbindən baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.
U-14 Liqasının “Neftçi” İK İB – “Araz Baku” UFK oyunu “Araz Baku” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.
U-14 Liqasının “Difai” – “Kürdəmir” FK oyunu “Difai”nin protokolu vaxtında tərtib etmədiyinə görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.
U-14 Liqasının “Hindarx” (Ağcabədi) – “Ağdam” FK oyunu “Hindarx”ın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.
U-14 Liqasının “Qax 1967” – “Kürmük” (Qax) oyunu “Qax 1967” komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Real Leon” – “Göztəpə Bakı” FK oyunu “Göztəpə Bakı” FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Gəncəvi” (Gəncə) – “Ümid” (Gəncə) oyunu “Ümid” komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilib.
Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində noyabrın 1-i saat 17:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb.
Futbolpress.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və “https://bilet.neftchi.az” saytından onlayn şəkildə əldə etmək olar.
Stadionumuzun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.
“Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges parataekvondoçuların məşqində olub.
Futbolpress.az xəbər verir ki, o, “Qarabağ”la yanaşı, özünün də pərəstişkarı olan gənc parataekvondoçu Amin Əliyevlə görüşüb. MPK-nın təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında baş tutan görüşdə Ağdam təmsilçisinin üzvü ona öz formasını hədiyyə edib.
Səmimi anlarla yadda qalan görüşün paralimpiyaçılar üçün növbəti yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.
“Real”ın futbolçusu Endrik qışda klubu tərk edə bilər.
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisində heyətə düşə bilməyən braziliyalı hücumçu “Lion” və “Fənərbağça”nın diqqət mərkəzindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Klublar qış fasiləsində oyunçunun icarəsi üçün danışıqlara başlamağı planlaşdırır.
Endrik bu mövsüm “Real”da oyuna çıxmayıb.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şəmkir” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Şəmkir” komandasının azarkeşləri meydançaya daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Şəmkir” komandası 500 manat cərimə edilsin (maddə 86.3);
“Şəmkir” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 86.3);
“Şəmkir” – “Qaradağ Lökbatan” oyununda “Şəmkir” komandasının azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə görə “Şəmkir” komandası 500 manat cərimə edilsin (maddə 52.5);
“Ağdaş” – “Sheki City” oyununda “Sheki City” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
“Araz Saatlı” – “Xankəndi” oyununun 52-ci dəqiqəsində “Araz Saatlı” komandasının 4 nömrəli futbolçusu Rafiq Abdullayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Araz Saatlı” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
“Sabah” akademiyasının koordinatoru Giorgi Minaşvilinin “Futbolpress.az“a müsahibəsi:
– Gürcüstan, Çin, İngiltərə və indi Azərbaycan. Sizi “Sabah”a gətirən nə oldu?
– “Sabah”dan təklif aldıqdan sonra ilk görüşüm idman direktoru ilə oldu. Açıq və ətraflı şəkildə mənim futbol baxışım, məşq metodologiyam və məşqçilik fəlsəfəm haqqında danışdıq. Qısa müddətdə başa düşdük ki, çox sayda oxşar fikirlərimiz var. Bundan sonra əməkdaşlığımızın əsası qoyuldu. Məni ən çox inandıran isə klubun vizyonu və ambisiyaları oldu. Hər şey aydın, strukturlaşdırılmış və irəliləyişə yönəlmişdi. Bu da mənə bu çağırışı qəbul etmək üçün inam verdi.
– Akademiya ilə ilkin tanışlıqda hansı təəssüratlarınız yarandı?
– Çox müsbət. İş mühiti, infrastruktur, məşq şəraiti məni çox təsirləndirdi. Burda hər şey yaxşı və peşəkar təşkil olunub. Komandada çalışanlar işlərinə sadiqdirlər. Bu mühiti görəndən sonra məndə daha çox enerji vermək istəyi yarandı. İşə başlamışıq və komandaların, məşqçilərin, futbolçuların səviyyəsini yüksəltmək istəyirik. Əminəm ki, bir neçə il ərzində “Sabah” akademiyası əsas komanda üçün yaxşı oyunçular yetişdirəcək səviyyəyə çatacaq.
– Daha əvvəl fərqli ölkələrdə, klublarda işləmisiniz. “Sabah” akademiyasının onlardan ilkin hansı fərqlərini müşahidə etdiniz?
– Təxminən 19 illik məşqçi təcrübəm var. Hər ölkənin öz futbol tarixi və ənənələri var. Bunu qəbul etmək lazımdır. Hər akademiya peşəkar standartlara və inkişaf proqramına, metodologiyaya sahib olmalıdır. U-8-dən başlayaraq U-17-yə qədər bütün komandaların bir futbol fəlsəfəsi olmalıdır. İnkişaf səviyyələrinə çatmaq üçün çalışmaq lazımdır. Bizim fəlsəfəmiz ağıllı oyun, mövqe məsələləri, topa sahib olarkən və topu itirəndən sonra zamanlama, keçidlər və s. anlayışları qavramaq, təkmilləşməkdir. Bu sistemi Gürcüstanda “Dinamo” və “Lokomotiv”də tətbiq etmişdik və sonradan yüksək səviyyəyə çatan bir çox futbolçu oldu.
– Gürcüstanın futbolda öndə siması Xviça Kvaratsxeliyadır (PSJ, Fransa). “Dinamo”nun yetirməsidir və indi hansı səviyyədə olduğu hamıya məlumdur. Bəs Azərbaycanın belə oyunçusu olması üçün nə etmək lazımdır?
– Əsas məqsəd akademiyada vahid məşq metodologiyası və oyun fəlsəfəsi formalaşdırmaqdır. Bu prosesə artıq başlamışıq. Məşqçilər heyətinin motivasiyası, həvəsi məni çox sevindirir. Azərbaycanda da Kvaratsxeliya kimi oyunçu yetişdirmək mümkündür. Buna nail olmaq üçün üç istiqamət var:
1. Düzgün seçim prosesi.
Akademiyadakı bütün məşqçi və skautların izləyəcəyi aydın skautinq meyarları və prinsipləri tətbiq edəcəyik.
2. Bütün mərhələlərdə strukturlaşdırılmış inkişaf.
Oyunçunun texniki, taktiki, fiziki və psixoloji inkişafı üzərində işləməliyik. Bununla yanaşı, onların düşüncə tərzini, dözümlülüyünü və fiziki hazırlığını inkişaf etdirməliyik — çünki bu keyfiyyətlər təzyiq altında çıxış etmək və uzunmüddətli irəliləyiş üçün vacibdir.
3. Fərdi inkişaf proqramları.
Hər bir oyunçunun fərdi inkişaf planı olmalıdır — burada onun inkişaf yolu və performans məqsədləri müəyyənləşdirilir.
Bu proses müntəzəm analiz, planlaşdırma və davamlılıq tələb edir.
– “Sabah”da görmək istədiyiniz işlər hansılardır?
– Bu, tək bir iş deyil, mənalı bir sistem qurmaqdır. Məqsədimiz tək bacarıqlı futbolçular deyil, həm də klubun dəyərlərini meydanda və meydandan kənarda təmsil edən ağıllı fərdlər yetişdirməkdir. “Sabah” akademiyasının strukturu, vizyonu və motivasiyası var. İnanıram ki, yaxın illərdə bu akademiya regionun aparıcı futbol mərkəzlərindən birinə çevriləcək.
Şahin Cəfərov
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şimal” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
MOİK – “Baku Sportinq” oyununun 68-ci dəqiqəsində “Baku Sportinq” komandasının 6 nömrəli futbolçusu Hüseyn Babayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Baku Sportinq” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
“Zaqatala” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
“Zaqatala” – “Mingəçevir” oyununda topdaşıyan və xərəkdaşıyanların say tərkibi pozulduğuna görə “Zaqatala” komandası 600 manat cərimə edilsin (maddə 59.1);
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz” komandasının qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə 44.2);
“Kəpəz” – “İmişli” oyununun 38-ci dəqiqəsində “Kəpəz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Kəpəz” klubu 6000 manat cərimə edilsin (maddə 52.5);
“Kəpəz” – “İmişli” oyununun 68-ci dəqiqəsində “Kəpəz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
“Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
PSJ ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Paris klubunun futbolçusu Dezire Due zədələnib. Fransa çempionatında “Loryan”la oyunda xəsarət alan hücumçu meydanı xərəkdə tərk edib. Duenin son durumu tibbi müayinədən sonra bilinəcək.
PSJ “Loryan”la heç-heçə edib – 1:1.
İngiltərə Kubokunda 1/4 final mərhələsinin cütləri məlum olub.
Futbolpress.az xəbər verir ki, 1/8 finalda “Liverpul”u mübarizədən kənarlaşdıran “Kristal Pelas”ın növbəti rəqibi “Arsenal” olacaq.
İngiltərə Liqa Kuboku
1/4 final
Arsenal – Kristal Pelas
Kardiff – Çelsi
Mançester Siti – Brentford
Nyukasl – Fulhem
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.
Futbolpress.az xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 7–21 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.
Klublarda çıxış edən məşqçi və voleybolçuların milliyə cəlb olunmasını nəzərə alaraq, Yüksək Liqanın oyunları noyabrın 18-nə qədər təxirə salınıb.
Bir müddətdir ölkə futbolunun gündəminə düşən “Dinamo”nun (Moskva) yarımmüdafiəçisi Ülvi Babayev Rusiya yığmasını seçib. Daha əvvəl isə AFFA-nın onunla Azərbaycan yığmasında oynamaq üçün danışıqlar apardığı bildirilib.
Futbolpress.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında danışıqlar bir neçə ay öncə baş tutub. Belə ki, Ülvinin atası Bakıya gəlib və AFFA nümayəndələri ilə qeyri-rəsmi görüş keçirib. Tərəflər arasında son danışıq məhz o vaxt olub. Lakin Babayev seçimini Rusiya yığmasındanyana edib.
Ülvi Babayev ötən həftə “Dinamo”nun Rusiya Kubokunda “Krılya Sovetov”a qarşı keçirdiyi oyunda (4:0) üç qol vurub. Futbolçu məhz bu görüşdən sonra gündəmə gəlib.
Şahin Cəfərov
AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker Azərbaycan Premyer Liqasının IX turunda keçirilən oyunlardakı epizodları şərh edib.
Futbolpress.az xəbər verir ki, funksioner “Araz-Naxçıvan” – “Sabah” oyununda birincilərin bərabərlik qolunu vurmasıyla yekunlaşan cərimə zərbəsi qərarının doğru olduğunu deyib:
Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, “Zirə” “Birbaşa Bakı” üzərində qələbə ilə mövsümə start verib.
Bu ildən liqada iştirak edən “Siyəzən” “Gənclərbirliyi”ni məğlub edib.
Minifutbol, Azərbaycan çempionatı
I tur
29 oktyabr
Cənub Storm – Galaxy 1:6
Borçalı – Lerik Əvilə 0:4
Birbaşa Bakı – Zirə 1:2
Siyəzən – Gənclərbirliyi 5:0
Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.
Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…
30 oktyabr
Türkiyə Kuboku
14:00 Karaköprü Bələdiyəspor – Rizəspor (A Spor)
15:45 Zonquldak Kömürspor – Bodrumspor (A Spor)
19:00 Qaziantep Karabük İdman Yurdu (A Spor)
21:30 Konyaspor – 12 Bingöl Spor (A Spor)
İtaliya, A Seriyası
21:30 Kalyari – Sassuolo (Futbol 1)
23:45 Piza – Latsio (Futbol 1, Matç TV)
Səudiyyə Ərəbistanı, Pro Liqa
21:30 Əl-Əhli – Əl-Riyad (TRT Spor)
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.
Futbolrpess.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Moldova ilə üz-üzə gələcək. Kişineuda keçiriləcək qarşılaşmaya saat 15:00-da start veriləcək.
U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.
Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvü Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində 3 gümüş medal qazanıb.
Futbolpress.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdənqaldırma hərəkətində 133 kq çəkini ram etməyi bacarıb.
Təkanlaqaldırma hərəkətində 155 kq ağırlığı başı üzərinə qaldıran Məmmədov toplamda 288 kq nəticə göstərib.
Beləliklə, iki hərəkətin uğurlu icrasına görə 2 gümüş mükafat qazanan Tehran Məmmədov toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib.
Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulan 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub.
Futbolpress.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub.
Yubiley topuna Nihat Əhmədzadə imza atıb. Sumqayıtın eyniadlı klubu 3:0 hesablı qələbə ilə 41-ci oyununda qol sayını 51-ə yüksəldib.
Evdə 19, səfərdə 31, neytral meydanda 1 dəfə fərqlənən “Sumqayıt” turnirin tarixində 50 və daha çox qol vuran 20-ci komandadır. Klub tarixində kubokdakı ilk qol isə 2011/12 mövsümünün 1/16 finalında “Lokomotiv”lə (Bakı) səfər matçında (2:0) vurulub.
“Kəpəz” Azərbaycan Kubokunda 200-cü qolunu vurub.
Futbolpress.az xəbər verir ki, bu, 2025/26 mövsümünün Azərbaycan Kubokunun II təsnifat mərhələsində baş verib.
“Ağstafa Gəncləri” ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. “Kəpəz”in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.
Qərb təmsilçisi 111-ci matçında top sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan “Kəpəz” evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.
Qeyd edək ki, gəncəlilərin ilk qolu 1993 mövsümünə təsadüf edib. “Kəpəz” 1/32 finalın ilk oyununda səfərdə “Nicat”la heç-heçə oynayıb – 2:2.
“İnter”in qapıçısı Xosep Martines həbs oluna bilər.
Futbolpress.az xəbər verir ki, qolkiper avtomobili ilə 81 yaşlı adamı vuraraq öldürüb. İtaliya mətbuatı Martinesin 2-7 il arası azadlıqdan məhrum edilə biləcəyini yazıb.
İtaliya polisi məsələ ilə bağlı araşdırmaya başlayıb.
“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində Fransa təmsilçisi “Elan Şalon”a uduzub – 71:84.
Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis məğlubiyyəti belə şərh edib:
“Səfərdə oynamaq həmişə çətindir. Çünki ev komandasının üstünlüyü olur. Yaxşı başlamasaq da, oyunun gedişində vəziyyəti düzəltməyi bacardıq. Lakin keçən dəfə dediklərimi təkrarlamaq məcburiyyətindəyəm. Rotasiya olmadan bu cür oyunlarda qələbə qazanmağımız çətin görünür. Ehtiyatda Endər kimi hazır oyunçuya ehtiyacımız var. Dəyişiklik imkanlarımızın məhdudluğu yekunda 4-cü periodda aktivlik, aqressiv oyun baxımından uduzmağımıza səbəb olur. Oyunçuların sona yaxın yorulması bizə lazım atışların qeyri-dəqiq yerinə yetirilməsi ilə nəticələnir. Buna görə də oyunçulara hər hansı iradım yoxdur. Çünki hər biri oyunda var gücünü qoydu. Ümid edirəm qələbəyə sevinmək növbəsi bizə də çatacaq. Bu istiqamətdə işlər görülür. Amma bunun üçün vaxt lazımdır”.
“Barselona”nın zədəli futbolçusu Pedrinin son durumu məlum olub.
Futbolpress.az xəbər verir ki, ispan yarımmüdafiəçinin durumu ciddidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, azı altı həftə yaşıl meydanlardan uzaq qalacaq.
Pedri İspaniya La Liqasında X turda “Real”la oyunda (1:2) zədə alıb.
“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirib.
Futbolpress.az xəbər verir ki, Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gələn Naxçıvan təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
VII qrupun matçı Sala Sporturilor Dunareada baş tutub.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.
Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında güləşçilərimiz 7 medal qazanıb.
Futbolpress.az xəbər verir ki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə tarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yana keçirilən U23 dünya çempionatları tarixi boyunca medalların əyarına görə ən yaxşı nəticəmizdir.
Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dan (5-2-4) sonra 4-cü yeri tutdu.
Xatırladaq ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan komandaları – “Abşeron Lions” və “Neftçi” üz-üzə gəliblər.
Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən görüş “ağ-qaralar”ın qələbəsiylə başa çatıb – 104:86.
Qeyd edək ki, “Abşeron Lions” qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi “Trefl”ə (96:99) və Estoniyanın “Kalev” komandasına (85:93) məğlub olub. “Neftçi” isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.
Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 22 500 bilet satılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin cütləri məlum olub.
Futbolpress.az xəbər verir ki, son çempion “Sabah” bu turda “İmişli” ilə qarşılaşacaq.
“Qarabağ”ın rəqibi “Karvan-Yevlax” olacaq. 1/8 finalın əsas görüşü “Zirə” ilə “Neftçi” arasında olacaq.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
“Qəbələ” – “Şəfa”
“Şamaxı” – “Baku Sportinq”
“Araz-Naxçıvan” – “Kəpəz”
“Qarabağ” – “Karvan-Yevlax”
“İmişli” – “Sabah”
“Zirə” – “Neftçi”
“Şahdağ Qusar” – “Turan Tovuz”
“Difai” – “Sumqayıt”
Bu mərhələnin oyunları dekabrın 2-3-də keçiriləcək.
Premyer Liqanın X turunda keçiriləcək “Qarabağ” – “İmişli” oyununun biletləri sabah satışa çıxacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlər saat 12:00-dan satışda olacaq.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
“Azersun Arena”da, 31 oktyabrda keçiriləcək matça saat 17:00-da start veriləcək.
Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında 1 dəst medal qazanan sərbəst güləş üzrə milli vətənə qayıdıb.
Futbolpress.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.
Xetaq Qazyumov, baş məşqçi:
“Çox sevinirik ki, bu yarışda çempionumuz oldu. Kənan Heybətovdan bu qızıl medalı çoxdan gözləyirdik. Gənc güləşçimiz Xetaq Karsanovun yenicə keçdiyi 125 kq-da gümüş medal qazanması da sevindiricidir. Ali Tsokayev də 86 kq-a keçidini medalla qeyd etdi. Ceyhun Allahverdiyev və Fərid Cabbarovdan da medal gözləyirdik. Onlardan başqa da medal qazana biləcək milli üzvləri var idi. Bəzisi taktiki səhvlərə yol verdi. Bəzisi isə emosiyalarını cilovlaya bilmədi. 3 gündən sonra İslam Həmrəyliyi Oyunlarının hazırlıqlarına başlayacağıq. Bu yarışda aşkarladığımız səhvləri və boşluqları növbəti yarışa qədər aradan qaldırmağa çalışacağıq”.
Kənan Heybətov, dünya çempionu:
“Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. U23 yaş qrupunu qızıl medalla başa vurdum. İnşallah, daha da yaxşı hazırlaşıb, gələn il böyüklər arasında da bu uğuru təkrarlayaram. Finalda güləşdiyim iranlı Sina Xəliliylə yanvarda da qarşılaşmışdım. Zaqrebdə keçirilən reytinq turnirinin finalında tam üstünlüklə (12:1) qalib gəlmişdim. Bu yarışda 0:3 hesabıyla geridə idim. İkinci hissədə geridönüş edərək 9:4 hesablı qələbə qazandım”.
Xetaq Karsanov, dünya ikincisi:
“İlk növbədə bizə yaradılan hərtərəfli şəraitə göə Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm. Daha da yaxşı nəticə əldə etmək istərdik. Şəxsən özümdən çempionluq gözləyirdim. 125 kq-da debüt edirdim. Səhvlərim üzərində işləyəcəyəm. Daim yanımızda olan və bizə kömək edən bütün məşqçilər heyətinə minnətdaram”.
AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar baş tutub.
Futbolpress.az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları keçirdikləri 7 oyunun 5-dən qalib ayrılıblar.
U-10 Liqası
Sabah – Neftçi PFK +:-
U-12 Liqasi
Sabah – ROFM +:-
U-14 Liqası
Sabah– Binə 7:1
Qollar: İbrahim Sədiyev, Yusif Ağayev (4), Tofiq Zaidov, Hüseyn Musayev.
U-15 Liqası
Ulduz – Sabah 3:0
U-16 Liqası
Sabah – Qəbələ 4:1
Qollar: Ayxan İbadov, Amir Bağırov, Rəşad Şirməmmədli, Kamil Mütəllimov.
U-17 Liqası
Sabah – Universal 11:1
Qollar: Nihad Cəfərzadə, İlhan Məmiyev, Rail Bədəlov, Nihat Şirinzadə, Ömər Müslümov, Murad Quliyev, Məhəmməd Mədətov, Ceyhun Kazımzadə (2), Emil Məmmədov (2).
Gənclər Liqası (U-19)
Sabah – Zirə 1:2
Qol: Nicat Kərimov.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunda “Zaqatala”nı məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma şansı əldə edən futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçuların tonusda qalması üçün şans yaratdıq. Hesab 3:0 olsa da, düşünməzdim ki asan qələbə oldu. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya isə növbəti oyunlarda uğurlar arzu edirik”.
Müqavilə ilə “Barselona”ya məxsus olan, icarə əsasında “Elçe”də çıxış edən İnaki Penya açıqlama verib.
Futbolpress.az xəbər verir ki, qolkiper Kataloniya klubuna qayıtmaq istədiyini deyib:
“Düzü, “Elçe”də xoşbəxtəm. Transferin son günlərinə bu variant çıxanda rahat oldum. Ailəmlə danışdım və gəlməyə qərar verdim. Düşünürəm ki, bu ana qədər də pis çıxış etməmişəm.
Hər oyunçunun arzusunda olduğu klub var. Mən də daha güclü formada “Barselona”ya qayıtmaq istəyirəm”.
Qolkiper bu mövsüm La Liqada 5 oyuna çıxıb.
Braziliyalı futbolçu Lukas Beraldo PSJ-dən ayrılmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. 21 yaşlı müdafiəçi oyun praktikasının azlığından narazıdır və klubu tərk etmək niyyətindədir.
Beraldo ilə Türkiyənin “Qalatasaray” klubu yaxından maraqlanır.
Müdafiəçi bu mövsüm 6 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.
“Yuventus”un yeni baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Luçano Spalettiyə tapşırılacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Tərəflər arasında razılıq əldə olunduğu bildirilir.
Spaletti son olaraq İtaliya millisinə rəhbərlik edib.
“Yuventus” A Seriyasında 8 oyunda 12 xal toplayıb və 8-ci sıradadır.
Turin təmsilçisi bir neçə gün əvvəl baş məşqçisi İqor Tudorla vidalaşıb.
Azərbaycanı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında 6 stolüstü tennisçi təmsil edəcək.
Futbolpress.az xəbər verir ki, yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə bacarıqlarını göstərəcəklər.
Hazırda “Şüa” İdman Kompleksində təlim-məşq toplanışını davam etdirən komanda noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcək.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi oktyabrın 30-da Bakıya qayıdacaq və noyabrın 10-dək “AHF Arena”da hazırlığını tamamlayacaq.
Futbolpress.az xəbər verir ki, yığmanın baş məşqçisi Aleksandr Revva VI İslam Həmrəyliyi Oyunlarındakı hədəflə bağlı federasiyanın mətbuat xidmətinə açıqlama verib:
“Qazaxıstan komandasının iki oyununun videosu bizdə var, Özbəkistanla da tanışıq. Hələlik Qətər yığması bizim üçün naməlumdur, onların oyunlarının videoyazılarını tapmağa cəhd edəcəyik. Qazaxıstan, Özbəkistan və Qətər komandaları bizə ciddi rəqib ola bilər. Hər oyunda qələbə qazanmağa çalışacağıq”.
AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.
Futbolpress.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının II təsnifat mərhələsi çərçivəsində noyabrın 1-də keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən “Eagles Nest Stadium”da baş tutacaq.
“Əl Nəsr” Səudiyyə Ərəbistanı Kral Kuboku ilə vidalaşıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda 1/8 finalda “Əl İttihad”a uduzub – 1:2.
“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo məğlubiyyətlə bağlı paylaşım edib:
“Başımızı aşağı salmırıq, nəticə çıxarırıq və birlikdə irəliləməyə davam edirik“.
İspaniya La Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu, “Valyekano”nun çalışdırıcısı İniqo Peresdir. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
“Valyekano” oktyabrda keçirdiyi 3 çempionat oyununu da qazanıb. Komanda “Real Sosyedad” və “Alaves”ə 1:0, “Levante”yə isə 3:0 hesabıyla qalib gəlib.
“Valyekano” çempionatda 10 turdan sonra 14 xalla 7-ci sıradadır.
“Bornmut” klubunun futbolçusu Castin Kluyvert sürücülük hüququndan məhrum edilib.
Futbolpress.az xəbər verir ki, o, son üç ayda iki dəfə sürət həddini aşdğı üçün bu cəza ilə üzləşib. Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Kluyvert altı ay avtomobil idarə edə bilməyəcək. O, həmçinin müəyyən məbləğdə cərimə ödəməli olacaq.
26 yaşlı futbolçu bu mövsüm “Bornmut”la 9 oyunda 1 qol vurub.
“Marsel”in futbolçusu Meyson Qrinvud karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Vest Hem” və “Tottenhem” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Klublar oyunçunu yaxından izləyir.
Daha əvvəl “Barselona”nın Qrinvudla maraqlandığı bildirilib. İngiltərəli futbolçu təklif olacağı halda, kataloniyalara keçidi daha üstün tutacaq.
Qrinvud bu mövsüm 12 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
Minifutbol üzrə ölkə çempionatının 1-ci turunda dörd oyun keçirilib.
Futbolpress.az xəbər verir ki, “Aznur” “Star Bakı”nı darmadağın edib.
“Atəşgah Suraxanı” “Lənkəran MFK”ya, “DİN.İdman Cəmiyyəti” isə “Bakı 145″ə qalib gəlib. “Sumqayıt” – “Buxar” oyunu isə heç-heçə başa çatıb.
Minifutbol, Azərbaycan çempionatı
I tur
28 oktyabr
Sumqayıt – Buxar 1:1
Bakı 145 – DİN.İdman Cəçiyyəti 3:5
Lənkəran MFK – Atəşgah Suraxanı 4:5
Star Bakı – Aznur 2:18
“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ilk matçını keçirəcək.
Futbolpress.az xəbər verir ki, Naxçıvan təmsilçisi Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gələcək.
VII qrupun matçı Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.
“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.
Futbolrpess.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələcək.
B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
“Sabah” bundan öncə Çexiya təmsilçisi “Nimburk”a (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına məğlub olub.
NTD klubu ABŞ-dən olan basketbolçu Harrison Batleri transfer edib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
H.Batler son olaraq Meksika liqasında çıxış edən “Freseros İrapuato” klubunun şərəfini qoruyub.
Moskva “Dinamo”sunun futbolçusu Ülvi Babayevin Rusiyanın U21 yığmasına dəvət alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
İvan Şarabovun rəhbərlik etdiyi kollektiv noyabrın 12-də İran, 15-də Qırğızıstan, 18-də isə Bəhreynlə qarşılaşacaq.
Babayevin daha əvvəl Azərbaycan millisinə cəlb ediləcəyi iddia edilirdi.
“Neftçi” Azərbaycan Premyer Liqasının IX turunda “Qəbələ”ni məğlub edib – 2:0. “Ağ-qaralar”ın yeni transferi Vensan Abubakar bu görüşdə bir qol, bir məhsuldar ötürmə ilə oynayıb.
Klubun keçmiş idman direktoru Ceyhun Sultanov “Futbolpress.az”a açıqlamasında kamerunlu hücumçunun debütündən danışdı:
“Futbolçuya lazım olan qol və ötürmə idi ki, Abubakar debütündə bunu etdi. Yaxşı haldır. Lakin məni maraqlandıran onun hansı durumda olmasıdır. Düzdür, ustalıq səviyyəsi, keyfiyyəti var. Amma hərəkətlərindən görünür ki, ağırdır, hələ hazır deyil. Gələcək oyunlarda daha hərəkətli Abubakar görmək istərdim”.
Veteran futbolçu Abubakarın zamana ehtiyacı olduğunu vurğuladı:
“Abubakarın hansı faydasının olacağını zaman göstərəcək. Yaxşı karyeraya sahibdir, peşəkardır və təcrübəlidir. “Neftçi”də qol vurma problemi var idi, amma artıq Abubakarın gəlişindən sonra hər oyun belə problem yaşamayacaqlarını da demək olmaz. Ona görə zamana buraxmaq lazımdır”.
Şahin Cəfərov
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Ayntraxt” Almaniya Kubokunda mübarizəni dayandırıb.
Futbolpress.az xəbər verir ki, Frankfurt təmsilçisi 1/16 final mərhələsində Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Əsas vaxtı 1:1 hesabıyla bitən matçın qalibi penaltilər seriyasında məlum olub. Son zərbələrdə dəqiq olan dortmundlular mərhələ adlayıb – 4:2.
“Qarabağ” “Ayntraxt”la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.
Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.
Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…
29 oktyabr
Türkiyə Kuboku
14:00 Kahta – Kasımpaşa (A Spor)
16:00 Bursa Yıldırımspor – Alanyaspor (A Spor)
19:00 Manisaspor – Muğlaspor (A Spor)
21:30 Antalyaspor – Bursaspor (A Spor)
Azərbaycan Kuboku
16:00 Səbail – Şamaxı (CBC Sport)
19:00 Neftçi – MOİK (CBC Sport)
İtaliya, A Seriyası
21:30 Yuventus – Udineze (S Sport 2)
23:45 İnter – Fiorentina (S Sport 2)
Fransa, Liqa 1
22:00 Mets – Lans (beİN Sports 4)
22:00 Nitsa – Lill (beiN Sports 3)
22:00 Havr – Brest (beİN Sports 5)
22:00 Loryan – PSJ (beİN Sports 2)
00:05 Nant – Monako (beiN Sports 3)
00:05 Strasburq – Oser (beİN Sports 5)
00:05 Marsel – Anje (beİN Sports 2)
Fransanın PSJ klubunun ötən mövsüm üzrə maliyyə hesabatı açıqlanıb.
Futbolpress.az xəbər verir ki, Paris təmsilçisi 2024/25 “futbol ilində” 837 milyon avro gəlir əldə edib. Bu, klub tarixinin rekord qazancıdır.
PSJ ötən mövsüm UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu, Fransa Kubokunu, Fransa Superkubokunu və Fransa Liqasını qazanıb, Klublararası dünya çempionatında ikinci olub.
Premyer Liqanın IX turunda “Kəpəz”i məğlub edən “İmişli” Azərbaycan Kubokunda da II təsnifat mərhələsini adlayıb. Bölgə təmsilçisi bu raundda “Qaradağ Lökbatan”ı mübarizədən kənarlaşdırıb.
“İmişli”nin futbolçusu Rafael Vieqaş “Futbolpress.az“a açıqlamasında ardıcıl qələbələrlə bağlı fikirlərini bildirdi:
“Həm “Kəpəz”, həm “Qaradağ Lökbatan”a qarşı yaxşı oyun nümayiş etdirdik. Hər matçda favorit sayılmırıq, amma meydandakı oyunumuzla insanları təəccübləndirməyi bacarırıq. “Kəpəz”lə oyunda rəqibin azlıqda qalmasından sonra daha çox boşluq yarandı və bundan düzgün istifadə etdik. Ardıcıl qələbələr komanda ruhunun, intizamlı işin və texniki heyətin bir ailə kimi birləşməsinin nəticəsidir”.
Portuqaliyalı futbolçu komandanın ev oyunlarını keçirdiyi Quba stadionunun ot örtüyünün yaxşı olmamasına da toxundu. O, oyunçu kimi istənilən meydançaya uyğunlaşmağı bacardığını söylədi. Cinah oyunçusu komandanın çempionatdakı növbəti rəqibi “Qarabağ”dan da danışdı:
“Rəqiblər narazılıq edir. Amma şərait hər iki komanda üçün eynidir. Ev oyunlarımızı burda keçiririk və hər matçda maksimum nəticə üçün oynayırıq. Məsələ meydança yox, yaxşı oynamaq, qələbə qazanmaqdır.
“Qarabağ” qələbəyə oynayan komandadır. Onlara qarşı ciddi hazırlaşacağıq və çalışacağıq ki, formada olaq. Ümid edirəm ki, maraqlı və səviyyəli oyun olar. Bizim öz üslubumuz var və buna sadiq qalıb, potensialımızı göstərməyə çalışacağıq”.
Bu yay heyətə cəlb edilən Vieqaş Azərbaycan çempionatı haqda təəssüratlarını bölüşdü:
“Azərbaycan Premyer Liqası çox rəqabətli və maraqlı bir çempionatdır. Burada hər komanda istənilən rəqibə qarşı nəticə qazana bilər və bu, liqanı həm çətin, həm də daha cəlbedici edir. Mənim üçün bu mühitdə oynamaq həm dəyərli təcrübə, həm də böyük bir inkişaf fürsətidir”.
Şahin Cəfərov
“Mançester Yunayted”dən ayrılmağı düşünən Coşua Zirkzee karyerasını İngiltərədə davam etdirmək arzusundadır.
Futbolpress.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. İtaliya A Seriyası klublarından təklifləri olan niderlandlı hücumçu Premyer Liqada başqa klubda oynamaq niyyətindədir.
“Vest Hem” Zirkzee ilə maraqlanır. London klubu qış fasiləsində “qırmızı şeytanlar”la oyunçunun icarəsi üçün danışıqlara başlayacaq.
Niderland yığmasının da üzvü olan hücumçu bu mövsüm 6 oyuna çıxıb.
“Napoli”nin zədəli hücumçusu Romelu Lukakunun yaşıl meydanlara qayıdış vaxtı məlum olub.
Futbolpress.az xəbər verir ki, belçikalı forvard həftəsonu məşqlərə başlayacaq. Bu barədə Canluka Di Marzio məlumat yayıb.
Lukakunun Çempionlar Liqasında noyabrın 26-da “Qarabağ“a qarşı oyuna qədər hazır olub-olmayacağı bəlli deyil.
Forvard avqustda “Olimpiakos”la yoxlama oyununda zədələnib.
Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma keçirilib.
“Sumqayıt”ı bu turda “Zaqatala”nı mübarizədən kənarlaşdırıb.
“Neftçi” MOİK-i, “Qəbələ” isə “Mingəçevir”i darmadağın edib.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
2 oktyabr
Şimal – Şahdağ Qusar 0:2
Qollar: S.Əliyev, 102, S.Ağalarov, 119
Xankəndi – Difai 1:2
Qollar: E.Quliyev, 45+2 – N.Musazadə, 61, B.Qurbanov, 71
Zaqatala – Sumqayıt 0:3
Qollar: Ramalinqom, 8, N.Əhmədzadə, 34, A.Yankoviç,85
Qəbələ – Mingəçevir 5:1
Qollar: Massumo, 44, Ovusu, 50, 54, 63, Rəşidov, 66 – C.Attukuaye, 57
Səbail – Şamaxı 0:1
Qol: A.Msanqa, 49
Neftçi – MOİK 6:2
Qollar: Vensan Abubakar, 8, 42, N.Qurbanlı, 27, A.Salyanski, 61, M.Məmmədov, 70, S.Almeyda, 83 – E.Məmmədov, 45+1, E.Camalov, 48 (avtoqol)
İtaliya A Seriyasında IX turun oyunlarına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Lider “Napoli” səfərdə “Leççe“yə qalib gəlib. “Milan” isə “Atalanta” ilə heç-heçəyə razılaşıb.
“Yuventus” bu turda “Udineze”ni məğlub edib. “İnter” “Fiorentina”dan, “Kremoneze” “Cenoa”dan üstün olub.
Sonuncu oyun günündə iki matç baş tutub. “Kalyari” “Sassuolo”ya uduzub. “Latsio” isə “Piza” səfərindən bir xalla dönüb.
İtaliya A Seriyası
IX tur
28 oktyabr
Leççe – Napoli 0:1
Qol: Anqissa, 69
Aalanta – Milan 1:1
Qollar: Lukman, 35 – Riççi, 4
29 oktyabr
Roma – Parma 2:1
Qollar: M.Hermozo, 63, A.Dovbik, 81 – A.Çirçati, 86
Komo – Verona 3:1
Qollar: A.Duvikas, 9, S.Poş, 62, M.Voyvoda, 90+2 – S.Serdar, 25
Yuventus – Udineze 3:1
Qolar: D.Vlahoviç, 5 (pen.), F.Qatti, 67, K.Yıldız, 90+6 (pen.) – N.Zaniolo, 45+1
Bolonya – Torino 0:0
Cenoa – Kremoneze 0:2
Qollar: F.Bonatsoli, 3, 49
İnter – Fiorentina 3:0
Qollar: H.Çalhanoğlu, 66, 88 (pen.), P.Suçiç, 71
30 oktyabr
Kalyari – Sassuolo 1:2
Qollar: S.Esposito, 73 – A.Lorente, 54, A.Pinamonti, 65
Piza – Latsio 0:0
“Mançester Yunayted” “Real”ın futbolçusu Eduardo Kamavinqa ilə maraqlanır.
Futbolpress.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” qış transfer dönəmində fransalı yarımmüdafiəçi üçün 80 milyon avro təklif etməyə hazırlaşır.
Kamavinqa bu mövsüm La Liqada 6 oyuna çıxıb.
Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “İmişli” – “Qaradağ Lökbatan” oyunundan sonra “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları deyib:
“Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı, erkən mərhələdə iki real qol imkanı yaratdıq, lakin bundan yararlana bilmədik. Rəqib isə çox şübhəli qərardan sonra təyin olunan penalti ilə hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumaqda çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı.
İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Yaradılan qol imkanları çox idi, lakin top bir müddət sanki qapıya girmək istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq.
Xüsusilə “Qaradağ Lökbatan” komandasının oyununu qeyd etmək istərdim. Onlar da sona qədər mübarizə apardılar və layiqli rəqib oldular”.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunda “Ağstafa Gəncləri”ni məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 6:1 hesabıyla bitən matçla bağlı fikirlərini bölüşüb:
“Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardı. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.
“Qarabağ”ın Premyer Liqanın X turunda “İmişli”yə qarşı keçirəcəyi oyunun məkanı dəyişib.
Futbolpress.az xəbər verir ki, “atlılar”ın müraciətinə əsasən, səfər oyununun yeri dəyişdirilərək “Azersun Arena”da baş tutacaq və “Qarabağ” – “İmişli” oyunu kimi rəsmiləşəcək.
Oyun 31 oktyabr, saat 17:00-da start götürəcək.
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Futbolpress.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turu çərçivəsində noyabrın 6-da keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Skopye şəhərində “Todor Proeski” adına milli stadionda baş tutacaq.
“Mançester Yunayted”in futbolçusu Coşua Zirkzee karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Roma” hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. İtaliya klubu niderlandlı hücumçunu icarəyə götürmək istəyir.
Zirkzee bu mövsüm 5 oyunda meydana çıxıb. Hücumçu daha əvvəl İtaliyada “Bolonya”da forma geyinib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Futbolpress.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 AZN-dir.
VIP sektorlar 200, 250, 300 və 400 AZN, VVIP sektorlar 1000 AZN-dir.
Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
“Barselona”nın zədəli futbolçuları Robert Levandovski və Xoan Qarsiya komanda ilə məşqlərə başlayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu komandanın son məşqində iştirak edib.
Onlar şans veriləcəyi halda, noyabrın 2-də “Elçe” ilə La Liqa matçına çıxa bilər.
Super Liqada klubların çempionluq şansları yenilənib.
Futbolpress.az xəbər verir ki, 10 turdan sonra favorit lider “Qalatasaray”dan. Bütün oyunlarını qazanan və aktivində 30 xal olan “sarı-qırmızılar”ın çempionluq şansı 1.20 əmsalla dəyərləndirilib.
İkinci “Fənərbağça”da isə bu rəqəm 3.45-dir.
“Trabzonspor”un çempionluq şansı 8.40, “Beşiktaş”ınkı isə 35 əmsalla dəyərləndirilib.
“Real”ın futbolçusu Dani Karvahal əməliyyat olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah müdafiəçisi dizindən əməliyyat keçirib.
Karvahal azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Vətən müharibəsində qazanılan şanlı qələbəyə həsr olunan güllə atıcılığı üzrə “Zəfər Kuboku 2025” turnirinin qalibləri müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda Azərbaycan, Belarus və Gürcüstanı təmsil edən ümumilikdə 100-dən çox idmançı mübarizə aparıb.
Nəticələri təqdim edirik:
Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma
1. Nikol Kurylenak (Belarus)
2. Darya Chuprys (Belarus)
3. Əfsanə Elvina (Azərbaycan)
Kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma
1. Ruslan Qəhrəmanov (Azərbaycan)
2. Əliməmməd Hüseynov (Azərbaycan)
3. Ramiz Xəlilov (Azərbaycan)
Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma
1. Nigar Nəsirova (Azərbaycan)
2. Liubov Yaskevich (Belarus)
3. Zoya Dasko (Belarus)
Kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma
1. İvan Kazak (Belarus)
2. Uladzislau Dzemesh (Belarus)
3. Vladislav Kalmıkov (Azərbaycan)
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışı
1. Elvina Əfsanə / Zahid Sofiyev (Azərbaycan)
2. Aynur Mahmudova / Ruslan Qəhrəmanov (Azərbaycan)
3. Vəfa Zeynalova / Əliməmməd Hüseynov (Azərbaycan)
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışı
1. Dasko Zoya / Krautsou Yury (Belarus)
2. Piatrova Aliaksandra / Dzemesh Uladzislau (Belarus)
3. Prodiashvili Mariami / Mumladze Giorgi (Gürcüstan)
“İnter Mayami”nin və Argentina millisinin futbolçusu Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etmək istəyir.
Futbolpress.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə “Mundo Deportivo” nəşrinə açıqlamasında deyib:
“Düzü, mundialda iştirak etmək inanılmaz dərəcədə gözəl olardı. Formamı saxlamağa və yığmada mühüm rol oynamağa çalışacağıq. Əvvəlki turniri qazandıq və bunu qorumaq əla olardı. Milli ilə daha bir titul qazanmağı arzulayıram”.
Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Volkan Demirelə tapşırılacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Volkan bu postda Hüseyn Eroğlunu əvəz edəcək.
Volkan son olaraq “Bodrumspor”da işləyib. O, fevraldan işsizdir.
“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero komandanın durumu haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 8 oyundur qələbə qazana bilməyən “qoca sinyora” ilə bağlı bunları deyib:
“Yuventus”da problem məşqçidə deyil. Məsələ daha dərindir. Komandanın yumruq kimi birləşməsində problem var. “Latsio”ya qarşı pis oynamadılar, məğlubiyyətə layiq deyildilər. Eynilə “Real”la oyunda da. Lakin əsas problemli matç “Komo”ya qarşı idi. Bu durumda kim gəlsə, çempionluq çətin olacaq”.
“Yuventus” dünən baş məşqçisi İqor Tudorla yollarını ayırıb. Komanda A Seriyasında 12 xalla 8-ci sıradadır.
İspaniyanın “Saraqosa” klubunun akademiyasının üzvü Xorxe Kasado 15 yaşında vəfat edib.
Futbolpress.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Komanda qarşıdakı oyunda Xorxe Kasadonun xatirəsini bir dəqiqəlik sükutla yad etməyi planlaşdırıb.
Braziliyanın “Flamenqo” klubunun azarkeşlərinin olduğu avtobus qəza keçirib.
Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Fanatların olduğu avtobus Rio-de-Janeyroda aşıb. Hadisə nəticəsində 4 sərnişin ağır, 10-u orta, 32-si isə yüngül yaralanıb.
Azarkeşlər “Flamenqo”nun Libertadores kubokunda “Rasinq”lə oyunu üçün səfərə yollanırdı.
“İnter” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Henrix Mxitaryan zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A Seriyasında “Napoli” ilə matçda (1:3) zədə alan erməni futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Mxitaryan bu mövsüm “İnter”lə 12 oyuna çıxıb.
“Kəpəz” Premyer Liqanın IX turunda “İmişli”yə uduzub – 0:3.
Gəncə təmsilçisinin futbolçusu Ryonosuke Ohori “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:
“Düşünürəm ki, məğlubiyyətə əsas səbəb keçidlərimizin yavaş olması idi. Həm hücuma, həm də müdafiəyə ləng hərəkət edirdik. Bundan başqa, əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Azlıqda qalmağımıza baxmayaraq, pis oynamadıq. Ruhdan düşmədik, qələbə üçün çalışdıq, amma olmadı”.
Azər Bağırovun gəlişindən sonra komandada müsbət atmosfer olduğunu deyən yarımmüdafiəçi hədəflərindən söz açdı:
“Bağırovun gəlişindən sonra komandadakı ab-hava həqiqətən, çox müsbət olub. Pis oynamırıq və daha yaxşı olacağıq. Liqada qalacağımıza əminəm”.
Mövsümün əvvəlində “Neftçi”də əsas komandadan kənarlaşdırılan Ohori “Kəpəz”ə keçib. Asiyalı futbolçu “ağ-qaralar”a qarşı növbəti turun matçının onun üçün xüsusi olacağını bildirdi:
“Bu yay “Neftçi”yə çoxlu legionerlər gəldi və mənə şans düşmədi. Onlara hörmətlə yanaşıram. Düzdür, “Neftçi”də məyusedici anlarım olub. Ona görə bu oyunu öz dəyərimi sübut edə biləcəyim matç kimi görürəm. Mənimçün xüsusi oyundur və qələbə üçün əlimizdən gələni edəcəyik”.
Şahin Cəfərov
Futzal üzrə Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.
Futbolpress.az xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç 2-si qapıçı olmaqla, ümumilikdə səfərə 14 futzalçı aparacaq.
Qapıçılar: Kamran Hacıyev (“Neftçi İK”), Cavad Məmmədov (“Baku Fire”)
Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi “Neftçi İK”), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı “Araz-Naxçıvan”), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı “Baku Fire”), Oqtay Mahmudzadə (U-19)
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də, 6-da və 8-də müvafiq olaraq Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.
“Aston Villa” futbolçusu Metti Keş ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Metti 2020-ci ildən “Aston Villa”da çıxış edir. O, 193 oyunda 12 qol vurub, 12 məhsuldar ötürmə edib.
Qadın həndbolçulardan ibarət “Azəryol” klubu heyətə yeni oyunçu cəlb edib.
Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi qazaxıstanlı sol cinah oyunçusu Aida Japarova ilə müqavilə imzalayıb.
25 yaşlı həndbolçu bundan əvvəl Qazaxıstanın “Astana” klubunda çıxış edib.
Aida Japarova komandada 25 nömrəli formada oynayacaq.
“Zirə”nin və Azərbaycan milli komandasının futbolçusu Ceyhun Nuriyevin “Futbolpress.az“a müsahibəsi:
– Premyer Liqada 100-cü oyuna çıxdınız. Hissləriniz necədir?
– Yubiley haqda deyiləcək çox söz yoxdur. Mənim üçün müsbət statistikadır.
– Yubiley oyununda qələbə qazandınız. “Sumqayıt”la oyun (1:0) haqda fikirləriniz nədir?
– Çox vacib 3 xal qazandıq. Yaxşı sayacağımız oyunlardan deyildi, ancaq yaxşı mübarizə apardıq meydanda. İkinci hissə rəqibə oynamağa imkan verdik, ona görə də qol epizodları yarandı və cərimə meydançamıza girmələrinə imkan verdik. Amma yaxşı müdafiə olunub, layiqli qələbə qazandıq.
– Komanda mövsümə yaxşı başlasa da, eniş hiss edilir. Bu nə ilə bağlıdır?
– Hər komandanın mövsümün müəyyən hissəsində enişi olur. Səbəb çox şey olabilər. Bizdə son vaxtlar zədələlilər də çoxdu, hansı ki, komandanın oyununa təsir edir. Vacib olan belə vəziyyətdə maksimum gücümüzü ortaya qoyub qələbələr qazanmağımızdı.
– Qarşıdan milli fasilə gəlir. Abbasovdan dəvət gözləyirsinizmi? Və İslandiya ilə Fransaya qarşı oyunlar haqda nə düşünürsünüz?
– Dəvət gözləyirəm. Millidə olmaq qürurdu. Son oyunlarda əzmkarlıq göstəririk. Rəqiblərə çətinlik yaratmağı bacarırıq. Xal qazanacağımıza inamımız yüksəkdi.
– İslandiyaya səfərdə 0:5 hesabıyla məğlub olmuşunuz. Revanş niyyəti var?
– Nəticə ilk oyundakı kimi olmayacaq. Qələbə üçün çıxacıyıq meydana. Bunu edəcəyimizə inanırıq.
– Abbasovun gəlişindən sonra oyun baxımından artım var. Komandada nə dəyişdi ki? Heyət eyni, oyun fərqli
– Dəyişməyən şey komandanın hər 2 məşqçinin dönəmində oyuna inamla, xal qazanmaq üçün çıxmağı idi. Dəyişən şey Abbasovun dönəmində meydandaki vuruşqanlığımızın artırmağımızdı. Nisbətdə daha inamlıyıq, toplu oyunda daha çox inanırıq özümüzə. O inamı aşılaya bilib bizə. Amma bununla kifayətlənmirik.
– Hücum xəttində yer alan oyunçuların komandalarındakı praktikası azdır. Hücumameyilli oyunçu kimi artıq yük sizə düşür. Əlavə məsuliyyət hansısa təzyiqə səbəb olmur?
– Məsuliyyət hiss edirəm, amma təzyiq yoxdu. Özünə inanandan sonra təzyiq azalır. Millidə qollar və asistlər etmək istəyirəm və bunun üçün səbirsizlənirəm.
– Yığmada hələ qol hesabınızı açmamısınız. Debüt qolunu İslandiyaya, ya Fransaya qarşı vurmaq daha xoş olar?
– Möhtəşəm olar. Məqsədim də budur. Debüt qolunu bu oyunlarda vurmağım üçün çalışacam.
– Seçim şansınız olsa, islandiya, ya Fransa? Çünki fransızlara vuracağını qol milli tarixinin onlara qarşı vurulmuş ilk qolu olacaq…
– Seçim şansım olsaydı, əlbəttə Fransa. Bu tarix olardı. Hətta bunu Parisdə vurmağı xəyal edirdim, ancaq təəssüf ki, xəstəliyim oldu, oynaya bilmədim. İnşallah Bakıda bunu edəcəm.
Şahin Cəfərov
“Yuventus”da baş məşqçi axtarışları davam edir.
Futbolpress.az xəbər verir ki, “qoca sinyora” post üçün Luçano Spaletti ilə danışıqlar aparır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Yuventus” mütəxəssisə müddəti mövsümün sonuna kimi olan müqavilə təklif edib.
Təyinat baş tutsa və komanda Çempionlar Liqasına vəsiqə əldə etsə, Spaletti ilə müqavilə uzadıla bilər.
Luçano son olaraq İtaliya yığmasına rəhbərlik edib. O, daha əvvəl “Roma”, “İnter”, “Napoli” kimi klublarda işləyib.
Braziliyalı futbolçu Vinisius Junior “Real”dan ayrılmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Braziliyalı vinger komandadakı statusundan narazıdır və ona layiqincə dəyər verilmədiyini düşünür. Vinisiusun eyni zamanda baş məşqçi Xabi Alonso ilə də münasibətləri qaydasında deyil.
Braziliyalının “Real”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm La Liqada 10 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.
Şotlandiyanın “Seltik” klubunda baş məşqçi Brendan Rocers ilə yollar ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komandanın uğursuz nəticələrinə görə Rocerslə müqaviləyə xitam verilib.
“Seltik”in “sükanı” komandanın keçmiş baş məşqçisi Martin Onilə tapşırılıb.
Qlazqo klubu Şotlandiya çempionatında 9 turdan sonra 17 xalla ikinci sıradadır.
“Real” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, “kral klubu”nun futbolçusu Dani Karvaxal sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan müdafiəçi sağ dizindən zədə alıb və azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Karvahal La Liqada X turda “Barselona” ilə matçda (2:1) zədələnib.
Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçirilib.
“Turan Tovuz” bu mərhələdə “Dinamo”nu darmadağın edib. “Kəpəz” “Ağstafa Gəncləri”, “Şəfa” isə “Cəbrayıl”ı mübarizədən kənarlaşdırıb.
Premyer Liqada uğursuz dönəm keçirən “Karvan-Yevlax” II Liqa təmsilçisi “Sheki City”yə qalib gəlib.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr
“Göygöl” – “Baku Sportinq” 0:2
Qollar: İ.Allahverdiyev, 40, 60
“Karvan-Yevlax” – “Sheki City” 3:1
Qollar: S.İranxan, 16, T.Qavi, 105, C.Mikels, 118- N.Novruzov, 90+2
“Qaradağ Lökbatan” – “İmişli” 2:3
Qollar: S.Allahquliyev, 28 (pen.), 69 – E.Rəhimzadə, 65, L.Silvestr, 81 (pen.), 90+6
“Cəbrayıl” – “Şəfa” 0:3
Qollar: A.Ebrahimzade, 25, 44, A.Yunanov, 84
“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1
Qollar: Ş.Aşurov, 17, R.Hüseynli, 35, S.Şəfiyev, 42, Elcan Əbilov, 45, Şahnur İsmayılov, 63 (pen.), Donqo, 86 – E.Hüseynov, 69
17:00 “Dinamo” – “Turan Tovuz” 0:5
Qollar: İ.Vadji, 18, 51, Əliyev, 24, A.Hüseynov, 45, M.Dadaşev, 90
İspaniya La Liqasında X tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə “Real Sosyedad” “Sevilya”nı məğlub edib.
“Real” bu turda “Barselona”ya qalib gəlib. Turun son matçında “Atletiko” “Betis” səfərindən üç xalla dönüb.
İspaniya La Liqası
X tur
24 oktyabr
Real Sosyedad – Sevilya 2:1
Qollar: Oyarsabal, 19-pen; 36 – Qudel, 30.
25 oktyabr
Jirona – Real Ovyedo 3:3
Qollar: Stuani, 64-pen; 90-pen. Unahi, 83 – Vinas, 38-pen. Rondon, 57. Karmo, 90+7.
Espanyol – Elçe 1:0
Qol: K.Romero, 47.
Atletik – Xetafe 0:1
Qol: Mayoral, 75.
Valensiya – Vilyarreal 0:2
Qollar: Moreno, 45-pen. Komesana, 57.
26 oktyabr
Malyorka – Levante 1:1
Qollar: Maffeo, 79 – Etta Eyonq, 22.
Real – Barselona 2:1
Qollar: Mbappe, 22. Bellingem, 43 – F.Lopes, 38.
Osasuna – Selta 2:3
Qollar: Budimir, 37-pen; 45+1 – Yutqla, 26; 69. P.Duran, 87.
Rayo Valyekano – Alaves 1:0
Qol: Alemao, 90+1.
27 oktyabr
Betis – Atletiko 0:2
Qollar: G.Simeone, 3, A.Baena, 45+2
Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə millinin daha bir üzvü fəxri kürsüyə qalxıb.
Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal Şərif Uuluya (0:10) məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Ali Tsokayev (86 kq) isə italiyalı Qabriele Nikkoliniyə (11:0) və gürcüstanlı Tornike Samxaradzeyə (13:2) tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.
Beləliklə, millimiz mundialı 1 dəst medalla başa vurub. Xatırladaq ki, ötən gün Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ (137) birinci, İran (127) isə ikinci olub.
“Kəpəz”də ayrılıq gerçəkləşib.
Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisi futbolçusu Otar Aptsiauri ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Otar bu mövsüm Premyer Liqada 4 oyuna çıxıb.
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Napoli” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Neapol klubunun yarımmüdafiəçisi Kevin De Bruyne sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. De Bruynenin azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Kevin noyabrın 6-da “Qarabağ”a qarşı keçiriləcək ÇL oyununu da buraxacaq.
Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Ödənişsiz biletləri yalnız “Neftçi”nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.
Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün “Forza” və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.
Stadionun kassasında isə bilet satışı olmayacaq.
Qeyd edək ki, “Palms Sports Arena”dakı “Neftçi” – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək
Polşa millisinin sabiq futbolçusu Qjeqoj Krıxovyak karyerasını başa vurub.
Futbolpress.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
Son klubu Səudiyyə Ərəbistanıda “Abha” olan Krıxovyak karyerası ərzində PSJ, “Sevilya”, “Nant”, “Reyms”, “Krasnodar”, “Lokomotiv” klublarında forma geyinib.
Əvəzedicilər Liqasında VIII tur başa çatıb.
Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma keçirilib.
“Qəbələ-2” “Qarabağ-2″yə qalib gəlib. “Sabah-2” “Sumqayıt-2″dən, “Zirə-2” isə “Araz-Naxçıvan-2″dən üstün olub.
Əvəzedicilər Liqası
VIII tur
27 oktyabr
“Qəbələ-2” – “Qarabağ-2” 3:0
Qollar: Ceyhun Bağırzadə, 28. Nasiru Salihu, 45. Cuma Hüseynov, 90+1.
“Şamaxı-2” – “Turan Tovuz-2” 1:3
Qollar: Nihat Mehralıyev, 82 – Cəmil Məmmədov, 29. Elçin Qasımov, 48. Fərid Cəfərov, 77.
“Zirə-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Ramiz Muradov, 71; 81. Elşən Abdullayev, 86.
“Sumqayıt-2” – “Sabah-2” 1:2
Qollar: Murad Rüstəmov, 90+3 – Həmzəalı Mikayılov, 24-pen. Amir Qəribov, 90+3.
“Arsenal” İngiltərə Premeyr Liqasında 700-cü qələbəsini qazanıb.
Futbolpress.az xəbər verir ki, “topçular”ın yubileyi IX turun “Kristal Pelas”la ev oyununa (1:0) təsadüf edib.
“Arsenal” çempionatda qələbə sayında yalnız “Mançester Yunayted”dən geri qalır. “Qırmızı şeytanlar”ın aktivində 760 qələbə var.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu federasiyanın Rivadakı təsislərində mətbuat konfransı keçirib.
Futbolpress.az xəbər verir ki, Hacıosmanoğlu bəzi hakimlərin mərc oyunları ilə məşğul olduqlarını bildirib:
“İllərdir müzakirə mövzusu olan mərc oyunlarının ortaya çıxmasından sonra, türk futbolunda korrupsiyanın və əxlaqsızlığın miqyasını müzakirə etdik, biz TFF olaraq özümdən başladıq. Peşəkar liqalarda 571 aktiv hakimdən 371-inin mərc hesabı var. Onlardan 152-si isə aktiv şəkildə mərc oyunları oynayır”.
Hakimlərin mərc skandalında vəziyyət belədir:
• 571 aktiv hakimdən 371 hakimin mərc hesabı var.
• 152 hakim isə aktiv olaraq hər həftə mərc oynayır.
• Son 5 sezonda Super Liqadakı 10 hakim 10 mindən çox mərc oynayıb.
• 1 hakim 18 min 227 dəfə mərc oynayıb.
• Klub rəhbərlərindən biri 3057 dəfə mərc oynayıb və kluba külli miqdarda pul qazandıraraq, çox böyük transferlər edib.
Türkiyə Futbol Federasiyası yaxın zamanda hakimlərin adlarını açıqlayacaq.
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Çimkənd şəhər stadionunda Qazaxıstan yığmasına qarşı keçirilən yoldaşlıq görüşündən (1:0) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:
“Qazaxıstan yığması ilə oyunlar bizim üçün çox vacib idi. Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik. Bu səbəbdən futbolçuların motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edirdi. Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik. İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik. Görünür, həmin oyundan sonra rəqib bizi çox yaxşı təhlil etmişdi. Bu gün çətinliklərlə üzləşdik. Fikrimcə, futbolçularımızın ikinci görüşə tam bərpa ola bilməməsi də müəyyən rol oynadı. Yenə də də qızlar xarakter göstərərək sona qədər mübarizə apardılar və qələbə topunu vurdular. Buna görə komandamıza təşəkkür edirəm.
Fürsətdən istifadə edərək Qazaxıstan Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışının yeri çox gözəl idi və bizim üçün hər cür şərait yaradılmışdı”.
Qeyd edək ki, millimiz Qazaxıstan yığması ilə keçirdiyi ilk yoldaşlıq görüşündə 2:1 hesablı qələbə qazanıb.
Qazaxıstan millisinin sabiq qapıçısı Andrey Morev vəfat edib.
Futbolpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 52 yaşlı mərhumun ölüm səbəbi açıqlanmayıb.
Morev karyerası ərzində “İrtış”, “Jenis”, “Tobol”, “Aktobe” kimi klublarda top qovub.
“İmişli”nin futbolçusu Vüsal Qənbərov “Kəpəz”lə keçirilən oyunda aldığı zədə nəticəsində qamış (tibia) və incik (fibula) sümüklərinin sınığı diaqnozu ilə bu gün əməliyyat olunub.
Futbolpress.az xəbər verir ki, futbolçuya qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub. Əməliyyat uğurla həyata keçirilib, oyunçunun vəziyyəti stabil və qənaətbəxşdir.
Vüsal Qəmbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq.
Klub rəhbərliyi və həkim heyəti futbolçunun tam bərpası və tezliklə meydanlara qayıtması üçün bütün zəruri şəraiti təmin edir.
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Vadul lui Voda şəhərində keçirilən görüş Kosovo seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 millimiz qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.
“Yuventus”un baş məşqçisi İqor Tudorla yollar ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə xitam verilib.
Turin təmsilçisi son 8 rəsmi matçda qələbə qazanmayıb. Komanda A Seriyasında 8 turdan sonra 12 xalla 8-ci sıradadır.
Azərbaycan karateçiləri Polşanın Bedzin şəhərində keçirilən 32-ci “SKDUN Shotokan Karate” üzrə dünya çempionatı və 17-ci Dünya Kubokunda 8 medal qazanıblar.
Futbolpress.az xəbər verir ki, müxtəlif yaş və çəki dərəcələrində mübarizə aparan təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc mükafat əldə ediblər.
Dünya çempionatında Cəlal Şükürov (10–11 yaş, 40 kq) və Mehdi Abdullayev (10–11 yaş, +40 kq) 1-ci, Alişan Əzizov (18–20 yaş, 70 kq), Ələddin Əzizov (55–59 yaş, Veteran Open) 2-ci, Zəki Cəfərzadə (18–20 yaş, +80 kq), Heydər Feyziyev (12–13 yaş, 58 kq) üçüncü yeri tutub. Dünya Kubokunda isə Zaman Musayev (7–9 yaş, 30 kq) və Murad Bayramov (7–9 yaş, 30 kq) bürünc medal qazanıblar.
Gürcüstanın Batumi şəhərində keçirilən “Grand Bellagio & GFC” beynəlxalq MMA turnirində Azərbaycan idmançıları uğurlu çıxış ediblər.
Futbolpress.az xəbər verir ki, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, əslən azərbaycanlı idmançı Alim Nəbiyev turnirdə növbəti qələbəsini əldə edib.
O, Türkiyəli rəqibi Oğuzhan Atakı birinci raundda nakaut edərək MMA karyerasında ikinci qələbəsini qazanıb. A.Nəbiyev növbəti döyüşünü ilin sonuna planlaşdırır və UFC-də çıxış etməyi hədəfləyir.
Turnirdə digər azərbaycanlı döyüşçülər də fərqləniblər. Ağır çəki dərəcəsində mübarizə aparan Tahir Abdullayev iranlı Siavaş Dadrası məğlub edib. Yüngül çəki kateqoriyasında çıxış edən Elvin Kamilli isə gürcü rəqibi Giorgi Kabulaşvilini birinci raundda vaxtından əvvəl nakautla üstələyib.
Batumidə artıq üçüncü dəfə təşkil olunan “Grand Bellagio & GFC” beynəlxalq turnirində ümumilikdə 10 ölkədən 24 idmançı iştirak edib.
“Turan Tovuz” klubunda baş məşqçi Kurban Berdıyevlə müqavilə uzadıla bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sport24” nəşri məlumat yayıb. Xəbərdə klub rəhbərliyinin mütəxəssisə 3 illik müqavilə təklif etməyi planlaşdırdığı bildirilir.
Berdıyev 2024-cü ilin yayında Tovuz təmsilçisinə baş məşqçi təyin edilib. Onunla 2+1 illik müqavilə imzalanmışdı.
“Turan Tovuz” çempionatda 9 turdan sonra 18 xalla liderdir.
Oktyabrın 27-də “Ritz Carlton” otelinin “Şuşa” zalında Peşəkar Futbol Liqası (PFL) və “Avrora Qrup”un “Bizon” brendi arasında rəsmi sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, mühüm tədbirdə PFL prezidenti Elxan Səmədov, “Avrora Qrup”un prezidenti Ceyhun Abbasov, baş icraçı direktoru İlham Marufov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev, hər iki qurumun rəsmiləri, futbol ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan aparıcı İsmayıl Abdullayev hər iki qurum haqqında məlumat verib. Ardınca “Avrora Qrup”un prezidenti Ceyhun Abbasov çıxış edib. “Bizon” brendi haqqında ətraflı məlumat verən Abbasov müqavilənin əhəmiyyətindən danışıb, milli brend olaraq “Bizon” üçün Azərbaycan futbolunun dəyərindən söz açıb. Daha sonra PFL-in media və marketinq direktoru Sənan Abdullayev əməkdaşlığa gedən yoldan, hər iki tərəf üçün müqavilənin vacibliyindən bəhs edib. Son illər genişlənərək 34 komanda arasında keçirilən, bütün ölkəni əhatə edən Azərbaycan Kubokunun kütləvilik baxımından xüsusi seçildiyi vurğulanıb.
Ardınca müqavilənin imzalanma mərasimi baş tutub. Anlaşmaya əsasən, “Bizon” brendi Azərbaycan Kubokunun rəsmi titul sponsoru olaraq turnirin maliyyə dəstəklənməsində iştirak edəcək və yarış bundan sonra “Bizon Azərbaycan Kuboku” adı ilə keçiriləcək. PFL isə öz növbəsində sponsorun reklam və tanıdılma imkanlarını təmin edəcək. Bu müqavilə ilə futbol üzrə Azərbaycan Kubokuna uzun müddət sonra baş sponsor dəstəyi qayıtmış olub.
Qadın futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
Futbolpress.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanla qarşılaşıb. Çimkənd şəhər stadionunda baş tutan görüş millinin minimal hesablı qələbəsiylə başa çatıb. Yeganə qolu Nigar Mirzəliyeva vurub.
Azərbaycan yığması oktyabrın 24-də bu rəqibi 2:1 hesabıyla məğlub etmişdi.
Azərbaycan Atıcılıq Federasiyasının Baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının Prezidium üzvü seçilib.
Futbolpress.az xəbər verir ki, bu barədə Atıcılıq Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Avropa Atıcılıq Konfederasiyasının (ESC) Baş Assambleyasında təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılıb. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının Prezidiumuna üzv seçilib.
Assambleyada həmçinin Aleksandr Ratner növbəti müddət üçün ESC prezidenti vəzifəsinə yenidən seçilib.
AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun IV mərhələsinə (fitnes modul) start verilib.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
UEFA-dan dəvət olunan Fritz Şmid tərəfindən keçirilən kursda, həmçinin AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovda iştirak edirlər.
Qeyd edək ki, kursa oktyabrın 30-da yekun vurulacaq.
Bu gün Türkiyə Super Liqasında X turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Karagümrük” azarkeşləri önündə “Kayserispor”la qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
“Trabzonspor” bu turda “Eyüpspor”a qalib gəlib. “Kocaelispor” isə “Alanyaspor”dan üstün olub.
Türkiyə Super Liqası
X tur
24 oktyabr
Karagümrük – Kayserispor 2:2
Qollar: S.Larsson, 16 (pen.), A.Cankaya, 79 – Q.Onuqa, 68, 74
25 oktyabr
Kocaelispor – Alanyaspor 2:0
Qollar: T.Bingöl, 62. S.Dursun, 88.
Trabzonspor – Eyüpspor 2:0
Qollar: F.Auqusto, 12. Ulai, 51.
26 oktyabr
Antalyaspor – Başakşəhər 0:4
Qollar: Şomurodov, 22; 88. Da Kosta, 45+4; 53.
Qalatasaray – Göztəpə 3:1
Qollar: Osimhen, 19. Q.Sara, 63. İkardi, 66 – E.Bekiroğlu, 6.
Gənclərbirliyi – Konyaspor 1:2
Qollar: O.Ülgün, 28 – U.Nayir, 45+2. Bardi, 49.
Kasımpaşa – Beşiktaş 1:1
Qollar: Vink, 33 – C.Ündər, 5.
27 oktyabr
Qaziantep- Fənərbağça 0:4
Qollar: Y.En Nesiri, 5, 21, A.Taliska, 81, 88
Samsunspor – Rizespor 1:1
Qollar: K.Holz, 7 – Rak-Saki, 43