Oktyabrın 31-də Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” “İmişli” ilə üz-üzə gəlib. “Azərsun Arena”da keçirilən oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
Dünən turun daha iki oyunu keçirilib. Əvvəlcə “Zirə” Şamaxıda “Karvan-Yevlax”la qarşılaşıb. Yevlax təmsilçisi matçda iki dəfə hesabda irəli çıxsa da, sonda qələbə qazanan “qartallar” olub.
Günün son matçında isə autsayder “Kəpəz” “Neftçi”nin qonağı olub. Bol qollu matçda meydan sahibləri darmadağına seviniblər.
Bu gün daha iki oyun olub. “Turan Tovuz” bir müddətlik fasilədən sonra qayıtdığı doğma meydanda “Şamaxı” ilə görüşüb. Üç qolluq oyunda meydan sahibləri qələbə qazanıblar.
“Araz-Naxçıvan” isə bu turda Sumqayıtda eyniadlı komanda ilə qarşılaşıb. Məhsuldar keçən bu oyunda da meydan sahibləri qalib gəliblər.
10-cu tura noyabrın 3-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, 10-cu tur
31 oktyabr
Qarabağ – İmişli 2:0
Qollar: Abdullah Zubir, 52. Emmanuel Addai, 82.
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Azersun Arena”
Qarabağ: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
İmişli: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 94. Rafael Vieqas 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç 6. Yau Moses
Baş məşqçi: Jorj Kaşkilya
1 noyabr
Karvan-Yevlax – Zirə 2:3
Qol: Barker, 29. Spens, 62 – Brahim Konate, 57. Leroy Mikels, 74. Ayron Qomis, 87.
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu
Karvan-Yevlax: 1. Kamran İbrahimov 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 33. Eltun Turabov 18. Süleyman Əhmədov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 10. Samuel Durrant 21. İmani Barker
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 37. Mois Nqvisani 3. Said İranxan 8. Peter Kings 4. Olavale Doyeni
Baş məşqçi: Azər Həşimov
Zirə: 13. Aydın Bayramov 70. Namik Ələskərov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 4. Ruan Renato (k) 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 32. Qismət Alıyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 16. Fuad Bayramov 26. Stefan Aka 28. Leroy Mikels 11. Junior Martins 77. Yeqor Boqomolski 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Neftçi – Kəpəz 5:1
Qollar: Emin Mahmudov, 19. Vensan Abubakar, 23. Bussala Sambu, 74; 86. Freddi Varqas, 90+1 – Sadiq Şəfiyev, 77.
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Palms Sports Arena”
Neftçi: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 45. Vensan Abubakar 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 9. Bassala Sambu 27. Kristian Kostin 22. Luis Ortis
Baş məşqçi: Samir Abasov
Kəpəz: 1. Kaçper Rosa 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 55. Kresus Donqo 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov
2 noyabr
Turan Tovuz – Şamaxı 2:1
Qollar: Roberto Olabe, 45+2. Joarlem Santos, 49 – Rikardo Apolinario, 45-pen.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu
Turan Tovuz: 1. Oleq Baklov 29. Filip Ozobiç 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 99. Vadji İbrahima
Baş məşqçi: Kurban Berdiyev
Şamaxı: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 5. Arsen Ağcabəyov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 90. Davud Mənsumov 6. Antonio Lara
Baş məşqçi: Ayxan Abbasov
Sumqayıt – Araz-Naxçıvan 3:2
Qollar: Roi Kehat, 17; 78. Ronaldo Vaskes, 69 – Çarlz Boli, 41. Patrik Andrade, 51.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
M.H. adına Sumqayıt şəhər stadionu
Sumqayıt: 1. Mehdi Cənnətov (k) 7. Rüstəm Əhmədzadə 6. Rauf Rüstəmli 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 72. Rayan Senhadji 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 3. Höccət Haqverdi 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 66. Ruslan Əliyev 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 23. Ronaldo Vaskez 95. Nsana Simon
Baş məşqçi: Saşa İliç
Araz-Naxçıvan: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 8. Coşqun Diniyev 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 10. Felipe Santos 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 16. Ramon Maçado 23. Nuno Rodriqes 7. Hamidu Keyta 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
3 noyabr
19:30. Sabah – Qəbələ
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Bank Respublika Arena”
The post “Sumqayıt” və “Turan Tovuz”dan qələbə appeared first on Komanda.az.