Normal view

Yesterday — 17 December 2025Main stream

Milli üzvünün yeni klubu

17 December 2025 at 17:50

“Naxçıvan” klubu heyətini yeni basketbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, klub Azərbaycan millisinin üzvü Emanuel Aqbasonla ikili lisenziya əsasında mövsümün sonuna qədər müqavilə imzalayıb.

Basketbolçu son mövsümü “Sabah”da keçirib.

“Zaqatala” evdə uduzdu, “Baku Sportinq” səfərdə qazandı

17 December 2025 at 17:33

Azərbaycan I Liqasında XI tura start verilib.

 

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

 

“Zaqatala” azarkeşləri önündə MOİK-ə uduzub. “Baku Sportinq” isə səfərdəŞimal”a qalib gəlib.

 

Azərbaycan I Liqası

XI tur

 

17 dekabr

 

Zaqatala – MOİK 1:3
Qollar: R.Şabanov, 65 (pen.) – S.Fərəcov, 25, 90+5, Z.Abdurahmanov, 47

 

Şimal – Baku Sportinq 0:1
Qol:
İ.Allahverdiyev, 9 (pen.)

Ohori: “Kuboku qazanmaq istəyirik”

17 December 2025 at 17:24

“Kəpəz” Premyer Liqanın XV turunda “Qəbələ“ni məğlub edib – 1:0.

Görüşdə gəncəlilərin yeganə qolunu vuran Ryonusuki OhoriFutbolpress.az“a açıqlamasında qələbəni şərh etdi:

Çox vacib oyun idi. Qələbənin əhəmiyyətini dərk edirdik. Şükürlər olsun, yaxşı oynadıq və istədiyimiz nəticəni qazandıq. Qolu mən vursam da, komanda olaraq qələbə qazanmışıq. Bütün komanda yoldaşlarıma minnətdaram”.

Ohori qələbənin növbəti oyun üçün əlavə motivasiya yaratdığını bildirdi:

“Mühüm qələbə oldu və bu, bizdə inamı daha artıracaq. İnanıram ki, bundan sonra həm fərdi, həm də komanda olaraq daha yaxşı olacağıq və nəticələr gələcək. Bacardığım qədər faydalı olmaq istəyirəm”.

Ohori qış fasiləsində Yaponiyaya qayıdacağını söylədi. O, eyni zamanda komandanın hədəflərinə toxundu:

“Qarşıda bir oyun var. Planlarımızı həyata keçirsək, qələbə qazana bilərik. Bundan sonra Yaponiyaya gedəcəm və bir müddət ailəmlə vaxt keçirəcəyəm. Fasilədən daha yaxşı qayıtmaq arzusundayam. Hədəfimiz liqada qalmaqdır və düşünürəm ki, bunun üçün potensialımız kifayət qədərdir. Öz oyunumuzda qalsaq və belə irəliləsək, məqsədə çatacağıq. Kubokla bağlı hədəfimiz çempionluqdur. Bunu da bacara bilərik”.

Şahin Cəfərov

Bulut üçün son

17 December 2025 at 16:48

Türkiyənin “Antalyaspor” klubu baş məşqçisi Erol Bulutla yollarını ayırmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Yağız Sabuncuoğlu məlumat yayıb. Klub rəhbərliyi mütəxəssisin işindən narazıdır.

Antalyaspor” onun başçılığı altında 10 oyunda 3 qələbə qazanıb, 5 dəfə uduzub. Komanda çempionatda 15 xalla 15-ci sıradadır.

“Sumqayıt”ın oyunu 2 manata

17 December 2025 at 16:28

22 dekabr, saat 19:30-da baş tutacaq “Sumqayıt” – “Sabah” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, biletləri  iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 15:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. BirBank Cashback Mastercard kartları ilə onlayn bilet alışı zamanı 30% keşbek əldə etmək mümkündür.

Bilet almaq üçün linkə daxil olmaq lazımdır.

 

“Sabah” – “Qarabağ” oyununun təyinatları açıqlandı

17 December 2025 at 16:15

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” matçının təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

18 dekabr (cümə axşamı)

“Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 19:30

Lisenziya verilən klub sayı bilindi – “Neftçi” fərqi

17 December 2025 at 15:26

Azərbaycanda 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.

2025/2026 mövsümündə lisenziyalaşdırma prosesində ümumilikdə 41 klub iştirak edib. Onlardan 38-nə lisenziya verilib.

Mümkün olan 24 UEFA lisenziyası almış yeganə klub isə “Neftçi”dir.

Sabiq “Çelsi”li ilə müqavilə uzadıldı

17 December 2025 at 15:15

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli” qapıçısı Eduard Mendi ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı qolkiperin sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb.

Mendi “Əl Əhli”dən əvvəl “Çelsi”nin formasını geyinib. Qolkiper 2023-cü ildən “Əl Əhli”də çıxış edir.

Premyer Liqa klublarının gəlirləri

17 December 2025 at 14:49

Azərbaycan Premyer Liqasında iştirak edən klubların 2024-cü ildə əldə etdiyi gəlirlər məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.

2024-cü ildə ən çox gəlir əldə edən klub “Qarabağ”dır. “Atlılar” ötən il 34 milyon 753 min 800 manat gəlir əldə edib.

Ən çox qazanan ikinci klub “Neftçi”dir – 28 milyon 617 min 506 manat. “Sabah” isə 26 milyon 953 min 800 manat gəlirlə üçüncüdür.

2024-cü ildə digər klubların gəlirləri aşağıdakı kimi olub:

“Zirə” – 10 milyon 968 min 897 manat

“Sumqayıt” – 9 milyon 178 min, 60 manat

“Səbail” – 7 milyon 799 min 500 manat

“Araz-Naxçıvan” – 6 milyon 208 min 100 manat

“Turan Tovuz” – 6 milyon 145 min 200 manat

“Kəpəz” – 3 milyon 711 min 300 manat

“Şamaxı” – 3 milyon 51 min 300 manat

Qeyd olunan məbləğlər reklam və sponsorlardan daxilolmalar, UEFA-dan daxilolmalar, Futbolun İnkişafı Fondundan daxilolmalar, Kommersiya və digər əməliyyat gəlirləri, bilet satışından daxilolmalar hesabına formalaşıb.

Mbappe və Haaland rəmzi komandaya düşmədi

17 December 2025 at 14:26

FIFA 2025-ci ilin rəmzi komandasını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland vəReal”ın forvardı Kilian Mbappe “11-lik”də yer almayıb.

Qapıçı: Canluici Donnarumma (“Mançester Siti”)

Müdafiəçilər: Nunu Mendeş, Paço, Əşrəf Hakimi (hamısı PSJ), Vircil van Dayk (“Liverpul”)

Yarımmüdafiəçilər: Vitinya (PSJ), Pedri (“Barselona”), Koul Palmer (“Çelsi“), Cud Bellingem (“Real”)

Hücumçular: Lamin Yamal (“Barselona”), Osman Dembele (PSJ)

Ştegen 4 kluba “yox” dedi

17 December 2025 at 14:00

Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen 4 klubdan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sport” nəşri məlumat yayıb.

Tottenhem“, “Bolonya“, “Beşiktaş” vəAyaks” alman qolkiperə rəsmi təklif göndərsə də, rədd cavabı alıb. Ştegen mövsümün sonuna kimi “Barselona”dan qalmaq istəyir.

AFFA-nın vitse-prezidenti Dohaya nə üçün gedib?

17 December 2025 at 13:26

Qətərin paytaxtı Dohada FIFA Plenar Sessiyası keçirilir.

Futbolpress.az xəbər verir ki, AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva FIFA-nın Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü qismində Sessiyada və Komitə iclaslarında iştirak edir.

Məşhur boksçudan vida qərarı

17 December 2025 at 12:50

Məşhur amerikalı boksçu, WBA, WBO və IBF versiyaları üzrə dünya çempionu olmuş Terens Krouford karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə səhifələrində elan edib.

Terens peşəkar rinqdə heç vaxt məğlub olmayıb. Onun aktivində 31-i nokautla olmaqla 42 qələbə var.

MS 2 futbolçu ilə vidalaşa bilər

17 December 2025 at 12:28

“Mançester Siti” qış transfer dönəmində iki futbolçusu ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” müdafiəçi Riki Lyuis və Oskar Bobbu satmaq istəyir. Bu barədə “Football İnsider” portalı məlumat yayıb.

Bobb ilə “Kristal Pelas” klubu yaxından maraqlanır. Lyuis isə Almaniya və İspaniya klublarının hədəfindədir.

Lyuis bu mövsüm 12, Bobb isə 14 oyuna çıxıb.

Qeyri-müəyyənlik: “Son oyundan sonra danışmaq olar”

17 December 2025 at 12:16

“Turan Tovuz” Premyer Liqada 15 turdan sonra 24 xalla 5-ci sıradadır.

Komandanın futbolçusu Faiq Hacıyev “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Son oyunlarda yaxşı nəticə qazana bilmirik. Qarşıda bir oyun var və sonda fasilədi. “Kəpəz”lə matça yaxşı hazırlaşıb, qələbə qazanmaq və dövrəni yaxşı bitirmək istəyirik. Sona qədər mübarizə aparacağıq. Fasilədən sonra isə daha yaxşı “Turan Tovuz” göstərməyə çalışacağıq “.

Hacıyev son turlarda ehtiyatda qalması ilə bağlı fikirlərini bildirdi:

Qərarı baş məşqçi verir. Biz futbolçuyuq və işimiz yaxşı hazırlaşmaqdır. Əlimdən gələnin yaxşısını etməyə çalışıram ki, formada qalım. Son qərarı məşqçi verir”. 

Faiq ayrılıq iddialarına toxundu:

“Məşqçinin qərarına hörmətlə yanaşıram. Klubdakı durumla bağlı hansısa söhbətimiz olmayıb. Son oyundan sonra nəsə danışmaq olar”.

Şahin Cəfərov 

İngiltərə klubunda Xavi səsləri

17 December 2025 at 11:49

Barselona”nın sabiq baş məşqçisi Xavi İngiltərədə işləyə bilər.

Futbolpress.az xəbər verir ki, “Çelsi” klubu mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə “Football İnsider” portalı məlumat yayıb.

London klubunda baş məşqçi Enzo Mareska ilə yollar ayrıla bilər. Rəhbərlik Mareskanın əvəzinə Xavini gətirmək niyyətindədir.

İspan mütəxəssis 2021-2024-cü illərdəBarselona”nı çalışdırıb. O, ötən ilin yayından işsizdir.

ÇelsiPremyer Liqada 16 turdan sonra 28 xalla 4-cü sıradadır.

Suares üçün yeni müqavilə

17 December 2025 at 11:27

Uruqvaylı hücumçu Luis Suaresİnter Mayami” ilə müqaviləsini uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Tərəflər arasında danışıqlar son mərhələdədir. 39 yaşlı hücumçunun müqaviləsi 1 il müddətinə artırılıb.

Suares ötən mövsümdə 50 oyunda 17 qol vurub, 17 məhsuldar ötürmə edib.

“Çelsi”nin sabiq futbolçusu PL yolunda

17 December 2025 at 11:15

Atletiko”nun futbolçusu Konor Qallaher karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” klubu hücumçunun xidmətində maraqlıdır. Bu barədəTEAMtalk” portalı məlumat yayıb. “Qırmızı şeytanlar”ın nümayəndələri qış transfer dönəmində oyunçu və klubu ilə danışıqlara başlayacaq.

Konor daha əvvəl İngiltərədəÇelsi“nin formasını geyinib. Yarımmüdafiəçi bu mövsüm “Atletiko”da 26 oyunda 2 qol vurub.

Lukakunun qayıdış vaxtı məlum oldu

17 December 2025 at 10:51

Belçikalı hücumçu Romelu Lukaku zədəsini sağaldıb.

Futbolpress.az xəbər verir ki, “Napoli”də çıxış edən futbolçu İtaliya Superkubokunun yarımfinalında “Milan”la matçda meydana çıxa bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Lukaku mövsümün əvvəlindəOlimpiakos”la yoxlama oyununda zədələnib.

“Napoli” – “Milan” matçı dekabrın 22-də keçiriləcək.

“Arsenal”dan ayrılan futbolçu “Ayaks”da

17 December 2025 at 10:28

Arsenal”dan ayrılan Takehiro Tomiyasunun yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Ayaks”a keçib. Bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

27 yaşlı futbolçu azad agent kimi “Ayaks”a keçib. O, bu ilin yayından klubsuz idi.

Tur Zaqatalada başlayır

17 December 2025 at 10:09

Bu gün Azərbaycan I Liqasında XI tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

“Zaqatala” azarkeşləri önündə MOİK ilə qarşılaşacaq. “Şimal”ın rəqibi isə “Baku Sportinq” olacaq.

Turun digər oyunları 18 və 19 dekabrda olacaq.

Azərbaycan I Liqası
XI tur

17 dekabr

14:00 Zaqatala – MOİK
Baş hakim:
Zaqata OİK stadionu

14:30 Şimal – Baku Sportinq
Baş hakim:
Şamaxı OİK stadionu

“The Best”: Emin Mahmudov və Ayxan Abbasov kimlərə səs verib?

17 December 2025 at 09:48

Azərbaycan millisinin kapitanı Emin Mahmudovun FIFA-nın ilin ən yaxşı futbolçusuna verdiyi “The Best” mükafatı üçün səsləri məlum olub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi fransalı hücumçu Kilian Mbappeyə 5, Osman Dembeleyə 3, Lamin Yamala isə 1 səs verib.

Millinin baş məşqçisi Ayxan Abbasov isə Əşrəf Hakimiyə 5, Kilian Mbappeyə 3, Məhəmməd Salaha isə 1 səs verib.

“The Best” mükafatını Osman Dembele (PSJ) qazanıb.

“Turan Tovuz” bu mövqeni gücləndirmək istəyir – axtarışlar başlayıb

17 December 2025 at 09:26

“Turan Tovuz” qış transfer dönəmində heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.

Futbolpress.azın məlumatına görə, baş məşqçi Kurban Berdıyev forvardlar Jo, İbrahima Vadji və Aleks Souzanın performansından razı deyil. Jo və Aleks mütəmadi şans qazanmasına baxmayaraq, məhsuldarlıqları aşağıdır.

Seneqallı Vadji də ümidləri doğrultmur. Klub hücumda daha effektiv futbolçu ilə güclənmək niyyətindədir.

“Turan Tovuz” çempionatda 14 oyundan sonra 24 xalla 5-ci sıradadır.

Aleks və Jo bu mövsüm hərəyə üç qol vurub. Vadji isə ümumiyyətlə Premyer Liqada qol hesabını açmayıb.

Şahin Cəfərov

“Barselona” kubokda mərhələ adladı

17 December 2025 at 09:05

“Barselona” İspaniya Kubokunda 1/8 finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi 1/16 final mərhələsində aşağı liqa təmsilçisi “Quadalahara”nı məğlub edib – 2:0.

Komandanın qollarını Andreas Kristensen və Markus Reşford vurub.

“Sabah”ın baş məşqçisi: “Təcrübə baxımından problemimiz var”

17 December 2025 at 08:43

“Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Çempionlar Liqasında “Alba”ya uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 82:106 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:

“Bu bizim çempionlar liqasında ilk mövsümümüz idi. Əlbəttə təcrübə baxımından problemimiz var. Bu da təbii haldır. Evdə çox yaxşı oyunlarımız oldu. Amma təəssüf ki, evdəki performansı səfər oyunlarında nümayiş etdirə bilmədik. Heyətdə rotasiya ilə bağlı çətinliklərimiz var. Biz 7 nəfərlə ilk 3 periodlarda yaxşı mübarizə aparırıq, lakin əvvəlki bəzi oyunlarda olduğu kimi bu dəfə də son periodda heyətdəki rotasiya imkanlarının çatışmazlığı səbəbindən istədiyimizi edə bilmirik. “Alba Berlin”də eyni zamanda 3-4 oyunçu əvəzlənir, amma bizdə belə bir imkan yoxdur. Buna baxmayaraq bu turnir bizim üçün böyük təcrübə oldu”.

“The Best”: Messi səsini kimlərə verdi?

17 December 2025 at 08:25

İnter Mayami”nin futbolçusu Lionel Messinin “The Best” mükafatında kimlərə səs verdiyi məlum olub.

Futbolpress.az xəbər verir ki, argentinalı hücumçu mükafatın qalibi Osman Dembeleyə 5 səs verib.

Messi 3 səsi “Real”dan Kilian Mbappeyə, 1 səsi isəBarselona”dan Lamin Yamala verib.

Premyer Liqanın “intizamsızları”

17 December 2025 at 08:01

“Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade Premyer Liqada ən çox sarı vərəqə alan oyunçudur.

Futbolpress.az-ın məlumatına görə, yarımmüdafiəçi 14 matçda 7 dəfə rəsmi xəbərdarlıq alıb.

İkinci pillədəSumqayıt”dan Rayan Senhadjidir. Mərkəz müdafiəçisi 14 matçda 4 dəfə sarı, 1 dəfə qırmızı vərəqə ilə cəzalanıb.

Üçlüy”üZirə“dən Ayron Qomis tamamlayır. Yarımmüdafiəçi 13 görüşdə 4 “sarı“, 1 “qırmızı” alıb.

Premyer Liqada 15 turdan sonra futbolçuları ən az cəzalanan klub isəQarabağ“dır. Çempionatın liderinin oyunçuları 17 dəfə sarı vərəqə alıb. İkinci sırada 22 sarı, 1 qırmızı vərəqə ilə “Turan Tovuz” qərarlaşıb. “Üçlüyü “Sabah” tamamlayır – 30 sarı vərəqə.

Şahin Cəfərov

“Sabah” ÇL-də mübarizəni dayandırdı

17 December 2025 at 00:55

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” Berlində “Alba” ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 106:82.

“Sabah” B qrupunu 7 xalla sonuncu sırada bitirib və turnirdə mübarizəni dayandırıb.

İlin ən yaxşı baş məşqçisi

16 December 2025 at 22:14

2025-ci ilin ən yaxşı baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu ada PSJ-nin çalışdırıcısı Luis Enrike layiq görülüb.

Paris klubu bu il Liqa 1-i, Fransa Kubokunu, Fransa Superkubokunu, Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb.

AGF Laçın və Şuşada məktəblilərlə görüşdü

16 December 2025 at 23:11

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edilən “Güləş Qarabağda” kampaniyasının ikinci günündə əvvəlcə Laçın şəhər 2 saylı orta məktəbə baş çəkilib.

Futbolpress.az xəbər verir ki, təhsil ocağının akt zalında keçirilən tədbir maraqlı və rəngarəng keçib. Tanınmış güləşçilərimiz çıxış edərək gənc nəsilə öz tövsiyələrini çatdırıblar. Daha sonra güləşlə bağlı maarifləndirici viktorina həyata keçirilib və sualları daha dəqiq cavablandıran şagirdlər AGF tərəfindən mükafatlandırılıb. Bundan başqa, 2 şagirdin mahnı ifa etməsi tədbirə əlavə rəng qatıb.

Daha sonra Rafiq Hüseynov, Eldəniz Əzizli, Mariya Stadnik, Rəsul Çunayev və Oyan Nəzəriani şagirdlərin suallarını cavablandırıb və avtoqraf imzalayıblar.

Güləşin ulduzları Şuşaya da baş çəkib. Şuşa qalasında yerli sakinlərlə görüşən nümayəndə heyəti onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Qarabağa Böyük Qayıdış layihəsinin tərkib hissəsi olan kampaniyanın məqsədi işğaldan azad olunmuş torpaqlarda yaşayan sakinlərdə motivasiyanı yüksəltmək, milli ruhda inkişafa töhfə vermək, güləşin ölkədə daha da populyarlaşmasını və bu sahədə maariflənməni təmin etməkdir.

Tanınmış güləşçilər Qarabağ Universitetində olub

16 December 2025 at 22:07

Azərbaycan Güləş Federasiyası “Güləş Qarabağda” kampaniyası çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində tədbir keçirib.

Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyilə təşkil edilən tədbir ali təhsil ocağının akt zalında baş tutub.

Tanınmış güləşçilərimiz, nüfuzlu yarışların qalib və mükafatçıları – Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev, həmçinin çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani tələbələr önündə çıxış edib. Onlar qələbəyə gedən yolun hamar olmadığını, dəfələrlə müxtəlif maneələrlə üzləşdiklərini, ancaq heç vaxt ruhdan düşməyərək mübarizə apardıqlarını və nəticədə uğurlara nail olduqlarını bildirib, gəncləri daim mübariz ruhda olmağa, milli şüur altında mənəvi dəyərlərə riayət etməyə səsləyiblər.

Daha sonra maraqlı viktorina keçirilib. Müxtəlif suallarla tələbələrin güləşlə bağlı bilikləri yoxlanılıb. Test vasitəsilə həm də bu idman növü ilə bağlı daha ətraflı məlumat toplamağa şərait yaradılıb. Böyük maraqla qarşılanan və ciddi mübarizə şəraitində keçən viktorinanın qaliblərinə AGF tərəfindən hədiyyələr təqdim edilib.

Daha sonra tələbələr güləşçilərə müxtəlif suallar ünvanlayıb və onlardan avtoqraf alıb. Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan güləşini və güləşçisini təbliğ etmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdir.

“The Best” mükafatının sahibi məlum oldu

16 December 2025 at 22:00

FIFA 2025-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu ada PSJ-nin və Fransa millisinin üzvü Osman Dembele layiq görülüb. Vinger “The Best” mükafatını qazanıb.

Dembele bu il həm də “Qızıl top”un qalibi olub.

“Mançester Siti”də itki

16 December 2025 at 20:18

“Mançester Siti” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in futbolçusu Jeremi Doku sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Vinger 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Doku bu mövsüm 22 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.

Before yesterdayMain stream

Əvəzedicilər Liqası: “Neftçi”dən darmadağın

16 December 2025 at 19:48

Əvəzedicilər Liqasında XIV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

“Neftçi-2″ “Araz-Naxçıvan-2″ni böyükhesabla məğlub edib.

Əvəzedicilər Liqası
XIV tur

16 dekabr

“Araz-Naxçıvan-2” – “Neftçi-2” 0:4
Qollar:
Röyal Fərzullazadə, 59. Vüsal Kərimov, 65. Nihad Əliyev, 80. Fariz Xeyrullayev, 90+3-pen.

Turun digər oyunları:

“Sabah-2” – “Zirə-2” 0:2

“Sumqayıt-2” – “Şamaxı-2” 3:2

“Qarabağ-2” – “Kəpəz-2” 1:2

“Turan Tovuz-2” – “Qəbələ-2” 0:5

Almeyda: “Azərbaycan çempionatında rəqabət yüksəkdir”

16 December 2025 at 19:29

İmişli” Premyer Liqanın XV turunda “Karvan-Yevlax”la heç-heçə edib – 1:1.

İmişli”nin futbolçusu Dioqo AlmeydaFutbolpress.az“a açıqlamasında oyunu şərh etdi:

Çətin matç oldu. Düşünürəm ki, ümumi götürəndə biz daha yaxşı oynadıq, qol epizodları yaratdıq. Rəqib bir dəfə təhlükəli gəldi və o da qol oldu. Komandamız yaxşı oynamasına baxmayaraq, bir xalla kifayətləndi”.

Komandasının yeganə qolunu vuran hücumçu hisslərini belə ifadə etdi:

Əsas komandanın nəticələridir. Qollarla köməyim dəyirsə, nə xoş mənə. Lakin hər zaman ilk növbədə komandanın yaxşı nəticə qazanmasıdır. Qolu kimin vurmasının böyük önəmi yoxdur”.

Almeyda komandanın I dövrədəki çıxışına toxundu:

“Məqsəd elitada qalmaqdır və məncə, düzgün yolda irəliləyirik. Yeni komanda olmağımıza baxmayaraq, nəticələrimiz qənaətbəxşdir. İmkanlarımız məhdud ola bilər, amma pis mübarizə aparmırıq. Maksimumu edib, daha yaxşı nəticələr üçün çalışacağıq. “Sumqayıt”la oyunda üç xal itirməsəydik, daha yaxşı yerdə ola bilərdik. Hər bir halda, dövrə üçün nəticələrimiz müsbət qiymətləndirilə bilər”.

Portuqaliyalı futbolçu Premyer Liqada ona çətinlik yaradan müdafiəçilərdən söz açdı:

“Azərbaycan çempionatında rəqabət yüksəkdir. Hər komandaya qarşı oynamaq çətindir. Güclü müdafiəçilər var və indi kiminsə adını çəkib, fərqləndirmək istəmirəm. Burda kifayət qədər güclü müdafiəçilər oynayır”.

Şahin Cəfərov

“Fənərbağça”da itki

16 December 2025 at 19:20

Fənərbağça” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Arçe Braun zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqada “Konyaspor“la matçda (4:0) zədə alan cinah oyunçusu iki ay yaşıl meydanlardan uzaq qalacaq.

Braun bu mövsüm Super Liqada 14 oyunda 2 qol vurub.

Bakı dünyanın “İdman Paytaxtı” seçildi

16 December 2025 at 18:50

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçib.

Futbolpress.az xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin bu statusa layiq görüldüyü bildirilib.

Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

“Xankəndi”dən darmadağın

16 December 2025 at 18:26

Azərbaycan II Liqasında XIII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib. “Xankəndi” “Ağstafa Gəncləri”nə, “Şirvan” “Göygöl”ə, “Dinamo” isə “Ağdaş“a qalib gəlib.

Azərbaycan II Liqası
XIII tur

16 dekabr

​”Ağdaş” – “Dinamo” 1:2
Qollar: 
V.Nəsirov, 56 – R.Mustafayev, 50, Y.Qarayev, 68

“Göygöl” – “Şirvan” 0:1
Qol: 
C.Əliyev, 51

“Xankəndi” – “Ağstafa Gəncləri” 6:1
Qollar:
 T.Qurbatov, 1, 42, E.Rəhimov, 17, E.Quliyev, 40, 58, B.Teymurov, 70 – E.Hüseynov, 21

 

“Qarabağ”ın qış planı

16 December 2025 at 18:15

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, komandanın hazırlığı iki mərhələdən ibarət olacaq.

Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı ilin yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.

“Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Gloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək.

Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları hələ məlum deyil.

Qeyd edək ki, komandamız yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayntraxt”a qarşı keçirəcək.

Dursunun xəyalı

16 December 2025 at 17:47

Qalatasaray”ın prezidenti Dursun Özbek klubla bağlı arzusunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “TV Monaco”ya danışan funksioner xəyalının Çempionlar Liqası ilə bağlı olduğunu deyib:

Ən böyük arzum “Qalatasaray”ın Çempionlar Liqasını qazanmasıdır”.

İstanbul klubu Çempionlar Liqasında 6 turdan sonra 9 xalla 18-ci sıradadır. “Qalatasaray”ın növbəti rəqibləri “Atletiko” və “Mançester Siti” olacaq.

Volkanı əvəzləyən tapıldı

16 December 2025 at 17:29

Türkiyənin “Gənclərbirliyi” klubunun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Metin Diyadinə tapşırılıb. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Diyadin bu postda bir müddət əvvəl istefa verən Volkan Demireli əvəzləyib.


Gənclərbirliyi” 16 turdan sonra 15 xalla 13-cü sıradadır.

“Azərreyl”dən qələbə

16 December 2025 at 17:17

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura start verilib.

Futbolpress.az xəbər verir ki, “Report” xəbər verir ki, ilk gündə bir oyun keçirilib.

“Azərreyl” “Murov Az Terminal”la üz-üzə gəlib. Matç “Azərreyl”in qələbəsiylə başa çatıb – 3:0. 

Qeyd edək ki, tura dekabrın 19-da yekun vurulacaq.

Abşeronda Azərbaycan birinciliyi keçiriləcək

16 December 2025 at 16:49

Cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 88 klub və idman cəmiyyətindən 495 cüdoçu (350 oğlan, 145 qız) ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaq.

Dekabrın 18–20-də fərdi mübarizə, 21-də isə komandalararası yarış baş tutacaq.

Qeyd edək ki, görüşlər hər gün saat 11:00-da start götürəcək.

“Hər kəs geridönüş üçün maksimum gücünü qoydu” – Rüstəm

16 December 2025 at 16:28

“Sumqayıt” Premyer Liqanın XV turunda “Neftçi” ilə heç-heçə edib – 2:2.

“Kimyaçılar”ın hücumçusu Rüstəm ƏhmədzadəFutbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

Çox maraqlı oyun keçdi. Ağır olacağını bilirdik. “Neftçi” böyük istək və fədakarlıqla oynayırdı. Fasilədən sonra taktiki dəyişikliklər etdik və səhvlərimiz düzəltdik. Həm də komandada ruh yüksəkliyi yaranmışdı. Hər kəs geridönüş üçün maksimum gücünü qoydu”.

Premyer Liqada 100 oyun sayına çatan Əhmədzadə yubileylə bağlı təəssüratlarının xoş olduğunu bildirdi. O, çempionatda növbəti turun “Sabah”la oyunu ilə bağlı da fikirlərini söylədi:

Sabah”la oyun ciddi və maraqlı olacaq. Rəqib çox yaxşı formadadır və stabil nəticələr qazanırlar. Oyuna maksimum şəkildə yaxşı hazırlaşacağıq. Xal və ya xallar qazanmaq niyyətindəyik, bunun üçün çalışacağıq”.

Rüstəm komandanın və özünün çıxışına da toxundu:

“Məncə, I dövrəni pis keçirmədik. Hər şeydən razıyam. Oyunumun da pis olduğunu düşünmürəm. Amma fasilədən sonra qarşıma yeni və yüksək tələblər qoyacağam”.

Şahin Cəfərov

Bölgə klublarının cəzaları məlum oldu

16 December 2025 at 16:12

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın X turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

10.12.2025-ci il tarixində I Liqada X turun “Mingəçevir” – “Cəbrayıl” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

10.12.2025-ci il tarixində I Liqada X turun “Baku Sportinq” – “Şahdağ Qusar” oyununun 15-ci dəqiqəsində “Baku Sportinq” komandasının 20 nömrəli futbolçusu Əli Mürsəlov təcavüzkar davranışa görə birbaşa vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Baku Sportinq” komandası 900 manat cərimə edilsin (maddə 45.1);

10.12.2025-ci il tarixində I Liqada X turun “Baku Sportinq” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

10.12.2025-ci il tarixində I Liqada X turun MOİK – “Şimal” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);

11.12.2025-ci il tarixində I Liqada X turun “Şəfa” – “Zaqatala” oyununda “Zaqatala” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

11.12.2025-ci il tarixində I Liqada X turun “Səbail” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 210 manat cərimə edilsin (maddə 43.1).

Premyer Liqa klubları cərimələndi

16 December 2025 at 15:59

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz” – “Sabah” oyununda “Sabah” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Kəpəz” – “Qəbələ” oyununun 36-cı dəqiqəsində “Qəbələ” komandasının 12 nömrəli futbolçusu İbrahim Sanqare ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

“Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Qarabağ” – “Araz-Naxçıvan” oyununun 2-ci hissəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

“İmişli” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Neftçi”nin futbolçusu Afrika Millətlər Kubokunda oynayacaq

16 December 2025 at 15:30

“Neftçi”nin futbolçusu Sessi Dalmeyda Afrika Millətlər Kubokunda mübarizə aparacaq Benin milli komandasına dəvət olunub.

Futbolpress.az xəbər verir ki, D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək.

“Arsenal”da itki

16 December 2025 at 15:09

“Arsenal” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Ben Uayt sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqada “Vulverhempton”la matçda (2:1) zədə alan müdafiəçi 4-6 həftə yaşıl meydanlardan uzaq qalaacaq.

Türkiyəli qapıçı “Milan”ın hədəfində

16 December 2025 at 14:43

Lill”in qapıçısı Berke Özer karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Milan” türkiyəli qolkiperin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Milan” qapıçısı Mayk Menyanı qışda satsa, onun əvəzinə Berkeni almağa çalışacaq.

Özer bu mövsüm Liqa 1-də 14 oyuna çıxıb.

İkardi “Qalatasaray”dan ayrılmaq istəyir

16 December 2025 at 14:25

Argentinalı hücumçu Mauro İkardiQalatasaray”dan ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyası klubları forvardın xidmətində maraqlıdır.

İkardi İtaliyaya dönməyə müsbət yanaşır və qərarı ilə bağlı klub rəhbərliyini məlumatlandırıb.

İkardi bu mövsüm Super Liqada 15 oyunda 8 qol vurub.

Jardimdən ayrılıq qərarı

16 December 2025 at 14:00

Braziliyanın “Kruzeyro” klubunun baş məşqçisi Leonaro Jardim istefa verib.

Futbolpress.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis öz istəyi ilə işindən ayrılıb.

Kruzeyro” Braziliya çempionatında mövsümü üçüncü sırada bitirib.

Səfərdə onlar kimisi yoxdur – “Qəbələ” isə…

16 December 2025 at 13:32

Azərbaycan Premyer Liqasında səfərdə qələbə qazana bilməyən bir komanda var.

Futbolpress.az-ın məlumatına görə, bu, “Qəbələ“dir. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv səfərdə keçirdiyi 8 oyunda 2 heç-heçə edib, 6 dəfə uduzub. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda bu mövsüm liqada iki qələbə qazanıb, o da ev oyunlarında.

Səfər oyunlarında ən yaxşı göstərici “Sabah”a məxsusdur. Valdas Dambrauskasın yetirmələri qonaq kimi çıxdığı 7 matçda 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edib.

Ümumiyyətlə, Premyer Liqada bu mövsüm səfər oyunlarında məğlub olmayan iki komanda var. Biri “Sabah”, digəri lider “Qarabağ“dır. Komandaların sabah Masazırdakı duelində “Sabah” qələbə qazansa, “Qarabağın səfər seriyası da pozulacaq.

“Mançester Yunayted” futbolçusunu satışa çıxardı

16 December 2025 at 13:00

“Mançester Yunayted” futbolçusu Manuel Uqarte ilə bağlı qərarını verib.

Futbolpress.az “Football İnsider” portalına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” qış transfer dönəmində oyunçu üçün gələcək təklifləri dəyərləndirəcək. Uqarte baş məşqçi Ruben Amorimin planlarına daxil deyil.

Uruqvaylı futbolçu bu mövsüm Premyer Liqada 10 oyuna çıxıb.

Norveçli hücumçu “Fənərbağça”dan vaxt istədi

16 December 2025 at 12:39

Fənərbağçaqış transfer dönəmində heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul klubunun əsas hədəfi “Atletiko”nun forvardı Aleksander Sörlotdur. Bu barədə “Sabah” nəşri məlumat yayıb.

Fənərbağça” nümayəndələri Sörlotun meneceri ilə görüşüb. Norveçli hücumçunun nümayəndəsi futbolçunun durumu ilə bağlı vaxt istəyib. Belə ki, Sörlotun üstünlüyüAtletiko”da qalmaqdır. O, baş məşqçi Dieqo Simeonedən əsas heyətlə bağlı təminat alsa, Madriddə qalacaq.

Norveçli futbolçu bu mövsüm La Liqada 16 oyunda 4 qol vurub.

“5-10 il sonra bu nəsilin hamısı “Qalatasaray”lı olacaq”

16 December 2025 at 12:23

Qalatasaray”ın prezidenti Dursun Özbek maraqlı açıqlama ilə gündəmə gəlib.

Futbolpress.az xəbər verir ki, “TV Monaco”ya danışan funksioner argentinalı hücumçu Mauro İkardinin azarkeşlərdə yaratdığı sevgidən bəhs edib:

“Azarkeşlərimiz İkardini çox sevir. Xüsusilə, 8-12 yaşlı uşaqlar ona heyrandır. Bu sevgi yeni nəsilə yayılır. 5-10 il sonra bu nəsilin hamısıQalatasaray“lı olacaq”.

“Sabah”ın son sınağı

16 December 2025 at 12:00

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində bu gün sonuncu matçını keçirəcək.

Futbolpress.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv Berlində “Alba” ilə qarşılaşacaq. Matça saat 23:00-da start veriləcək.

“Sabah” B qrupunda 6 xalla sonuncu – dördüncü pillədə qərarlaşıb.

“Kəpəz”i fərqləndirən seriya – 18 il sonra

16 December 2025 at 11:42

Azərbaycan Premyer Liqasının 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib.

Futbolpress.az xəbər verir ki, “Kəpəz” mövsümün startında ardıcıl 15 görüşü sülhsüz başa vurub. Gəncə klubu 3 qələbə qazanıb və 12 dəfə uduzub.

Bu, turnirin tarixində 14-cü belə hadisədir. Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət alan “Gənclik” nəzərə alınmasa, bunadək 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib.

Sonuncu belə seriya 18 il əvvəl – 2007/08 mövsümündə qeydə alınıb. “Gənclərbirliyisülhsevməzlik nümayiş etdirib.

Qeyd edək ki, ilk belə seriyaya 1992-ci ildə “Neftçi” imza atıb – 14 qələbə, 1 məğlubiyyət.

Rüstəmin yubileyi

16 December 2025 at 11:22

Rüstəm Əhmədzadə Premyer Liqada 100-cü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “Sumqayıt”ın yarımmüdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının XV turuna təsadüf edib. 25 yaşlı futbolçu “Neftçi” ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb.

O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə şans qazanıb.

Qeyd edək ki, Rüstəm turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.

Vernidub “Neftçi” tarixinin 33-cüsü oldu

16 December 2025 at 11:16

Azərbaycan Premyer Liqasının XV turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, ukraynalı Yuri Vernidub “Neftçi”ni “Sumqayıt”la ev oyununa (2:2) çıxarıb.

Vernidub Premyer Liqada cari mövsümdə debüt edən 4-cü əcnəbi mütəxəssisdir. Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) I, Valdas Dambrauskas (“Sabah”) II turda debüt edib.

Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.

O, “Neftçi”ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Vernidub “ağ-qaralar”ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.

Autsayderin “qara zolağı”

16 December 2025 at 11:04

“Karvan-Yevlax” Premyer Liqada ən az qələbəsi olan kollektivdir. Yevlax təmsilçisi 15 turda cəmi bir dəfə üç xala sevinib. Üç dəfə heç-heçə edən bölgə klubu 11 dəfə meydanı xalsız tərk edib.

Komandanın uğursuz nəticələrindən sonra Azər Həşimovu istefaya göndərən və posta qeyri-rəsmi Füzuli Məmmədovu gətirən “Karvan-Yevlax”da nəticələr düzəlmir. Bölgə təmsilçisi Məmmədovun rəhbərliyi altında çempionatdakı üç oyunda cəmi bir xal qazanıb.

6 xalla turnir cədvəlinin sonuncu – 12-ci sırasında olan yevlaxlılar 11-ci “Qəbələ“dən iki xal geridədir. 15 tura nəzərən sərgilənən oyunlara baxanda, “Karvan-Yevlax” elitanı tərk etməyə əsas namizəddir.

Həşimovin dönəmində əsas problem kimi komandanın ev oyunlarını Yevlaxdan kənarda keçirmək göstərilirdi. Lakin artıq üç turdur, komanda rəqiblərini Yevlaxda qəbul edir. Ancaq dəyişən nəsə yoxdur. Qış fasiləsinə bir tur qalıb. “Karvan-Yevlax” heyətlə bağlı gücləndirmə işləri aparmasa, mövsümün qalan hissəsi komanda üçün daha çətin keçəcək.

Şahin Cəfərov

Quliyev “Sparta”nın oyununda

16 December 2025 at 10:48

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində dekabrın 18-də keçiriləcək “Sparta” (Çexiya) – “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq. Qarşılaşma Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq.

Yaxşı ki, onlar var…

16 December 2025 at 10:28

Azərbaycan Premyer Liqasında 15 tur geridə qalıb.

Futbolpress.azın məlumatına görə, çempionatın bombardiri 8 qolla “Sabah”ın hücumçusu Coy-Lens Mikelsdir. Alman forvard son turlardakı məhsuldarlığı ilə qol yarışında zirvədədir.

Bombardirlərin siyahısında “10-luq”da cəmi iki azərbaycanlı futbolçu var. “Qarabağın cinah müdafiəçisi Toral Bayramov 7 qolla üçüncü pillədədir. Digər yerli oyunçu isə Emin Mahmudovdur. “Neftçi”nin kapitanı 4 qolla 8-ci sırada yer alıb.

Millinin sabiq futbolçusu baş məşqçiliyə başladı

16 December 2025 at 10:15

ABŞ millisinin sabiq futbolçusu Maykl Bredlinin yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi “Nyu-York Red Bullz” klubuna baş məşqçi təyin edilib. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Mayk Bredli ötən ilin yanvarında futbolçu karyerasını bitirib. O, ABŞ millisində 151 oyunda 17 qol vurub.

Vanolinin son şansı

16 December 2025 at 09:45

“Fiorentina” baş məşqçisi Paolo Vanoli ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Klub rəhbərliyi ötən aydan komandaya başçılıq edən mütəxəssisin işindən narazıdır.

“Fiorentina” İtaliya A Seriyasında hələ qələbə qazana bilməyib. “Bənövşəyilər” 15 turdan sonra 6 xalla sonuncu – 20-ci sıradadır.

“Fiorentina” çempionatda “Udineze” ilə oyunda da xal itirsə, böyük ehtimalla Vanoli istefaya göndəriləcək.

Silvanın qayıdış planı

16 December 2025 at 09:19

Braziliyalı müdafiəçi Tyaqo Silva “Fluminense”dən ayrılmağa qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. 41 yaşlı müdafiəçinin niyyəti Avropaya qayıtmaq və Braziliya millisinin DÇ-2026 üçün heyətinə düşməkdir.

Silva bu mövsüm 46 oyunda 4 qol vurub.

Müdafiəçi daha əvvəl “Çelsi“, PSJ, “Milan” kimi klubların formasını geyinib.

Düşərli transfer – Simonun faydası

16 December 2025 at 09:00

Ötən ay “Sumqayıt”a transfer olunan Nsana Simon komandada ikinci qolunu vurub.

Futbolpress.az-ın məlumatına görə, yarımmüdafiəçi “Neftçi” ilə səfər matçında “kimyaçılar”ın ilk qolunun müəllifi olub. Simon komandanın builki transferlərindən qısa müddətdə ən fayda verənidir.

25 yaşlı futbolçu bundan öncə XII turda “Qarabağ“la ev oyununda baxımlı zərbə ilə fərqlənməyi bacarmışdı.

Simon azad agent kimi “Sumqayıt”a keçib. Daha əvvəl TürkiyədəSakaryaspor“, Sloveniyada “Bravo”, İsveçrədəSankt-Qallen“, Fransada “Lans”da çıxış edən müdafiəçi təcrübəsi hesabına məhsuldar oyunu ilə diqqət çəkməyi bacarır.

Simon Premyer Liqada 7 oyunda 2 qol vurmaqla yanaşı, 1 də məhsuldar ötürmə müəllifi olub.

Şahin Cəfərov

“Finalissima”nın vaxtı

16 December 2025 at 08:35

Avropa çempionu və Amerika Kubokunun qalibi arasında keçiriləcək “Finalissima”nın vaxtı və məkanı məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəhbəri Luzan Rafael məlumat yayıb. O, “El Chiringuito” nəşrinə açıqlamasında bunları deyib:

Finalissima böyük ehtimalla, martda olacaq. Bununla bağlı UEFA-ya sorğu göndərmişik və yəqin, qısa zamanda təsdiq gələcək”.

2026-cı ildə İspaniya və Argentina milli komandaları arasında baş tutacaq oyuna Qətər ev sahibliyi edəcək.

“Neftçi”nin futbolçusu: “Səhvlərimizdən nəticə çıxarmalıyıq”

16 December 2025 at 08:21

“Neftçi”nin futbolçusu Mustafa Sek Premyer Liqanın XV turunda “Sumqayıt”la oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu klubun mətbuat xidmətinə açıqlamasında 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“2:0 öndə olduğumuz oyunda belə asan qollar buraxmamalıyıq. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Futbolda qaçırılan epizodlar olur. Lakin sonradan bunun acısını çəkirsən. Belə epizodlardan yararlanmalısan. Üzərimizdə işləməliyik. Düşünürəm ki, pis oynamadıq, baxmayaraq ki, nəticə istədiyimiz kimi deyildi Hamımız bir olsaq, komanda şəklində düz çıxış etsək, istədiyimizi əldə edə bilərik”.

Son gündə bölünən xallar

16 December 2025 at 08:00

Premyer Liqada dünən baş tutan iki oyunla XV tura yekun vurulub. Son matçlarda qalib müəyyənləşməyib.

İmişli” Qubada “Karvan-Yevlax”la, “Neftçi” isə azarkeşləri önündəSumqayıt”la heç-heçə edib – 1:1, 2:2. Maraqlıdır, hər iki matçda meydan sahibləri hesabı açan tərəf olsa da, yekunda üstünlüyü qoruya bilməyiblər.

Kəpəz”in qələbə qazandığı turda “Karvan-Yevlax” üçün bir xal qənaətbəxşdir. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv aktivinə bir xal yazdırmaqla aradakı fərqi 3 xalda saxladı. Quba səfərindən sürətli hücumlarla rəqib müdafiəsini yarmağa çalışan bölgə klubunun cəhdləri uğursuz alındı. Çempionatda kompakt müdafiəsi ilə seçilən “İmişli” arxa xəttdəki inamlı oyunu hesabına turu bir xalla başa vurdu. “İmişli” ümumiyyətlə son turlarda xal itkiləri yaşamaqdadır. Buna baxmayaraq, komandanın aktivində 16 xal var və sonuncu “Karvan-Yevlax”dan 8 xal öndədirlər.

“Neftçi” isə Yuri Vernidubun rəhbərliyi altında ilk sınağına çıxdı. “Sumqayıt”la matçın birinci hissəsində böyük üstünlük quran və kifayət qədər qol epizodu yaradan “ağqaralar”da realizasiya problemi davam etməkdədir. Hücumda Bassala Sambu, İmad Faraj aktivlik göstərsə də, qaçırılan epizodlar yekunda bir xalla kifayətlənməyə səbəb oldu. Hər bir halda, ilk hissədə “ağ-qaralar” adına sərgilənən oyun ümid verdi.

“Sumqayıt” səfərdə mühüm xal qazandı. Nəzərə alaq ki, komanda 0:2-dən döndü və bu, “kimyaçılar” üçün qələbəyə bərabər xal olmalıdır. İlk hissəni yaxşı keçirməyən komanda fasilədən sonra Ramalinqom, Simon kimi futbolçuların meydana daxil olması ilə nəzarəti ələ almağı bacardı və 6 dəqiqəyə iki qol vurmaqla məğlubiyyətdən xilas oldu. Turu üçüncü sırada başa vuran “Sumqayıt”ın potensialı var. Komanda oyununu mövsümün qalan hissəsinə də yaya bilsə, avrokuboklara vəsiqə uğrunda mübarizədə favoritlərdən olacaq.

Şahin Cəfərov

Qərarlar Alonsonu təəccübləndirmir

15 December 2025 at 22:44

Real”ın baş məşqçisi Xabi Alonso La Liqanın XVI turunda “Alaves”i məğlub etdikləri oyunu şərh edib.

 

Futbolpress.azMarca”ya istinadən xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

“Gərgin oyun oldu. Yaxşı başladıq, qol vurduq. İkinci hissədə bəzi anlarda oyuna nəzarəti itirdik. Ümumi götürəndə pis təsir bağışlamadıq. Güclü komandaya qarşı oynadıq. Qələbə mühüm idi və bunun üçün sevincliyik.

 

Vinisiusun epizodu? Məncə, açıq penalti idi və VAR-ın nə üçün baxmaması məni təəccübləndirdi. Düzdür, son oyunlarda bizə qarşı müəyyən qərarlar olur. Buna görə hər epizoda təəəccüblənməməliyik“.

 

“Real” 39 xalla turnir cədvəlində ikincidir. “Barselona” isə 43 xalla liderdir.

“Sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim” – Vernidub

15 December 2025 at 21:48

Azərbaycan Premyer Liqasının XV turunun “Neftçi” – “Sumqayıt” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Üstünlüyü nə üçün qoruya bilmədiniz?
– 65-70 dəqiqə meydanda əsil futbol var idi. Həmin ana qədər rəqib hansısa təhlükə yarada bilmədi. İki qol vurduq, əlavə üçünü də vura bilərdik. Bu məqam qələbə qazana bilməməyimizin səbəbi idi. Şanslardan yararlana bilmədik. Son 20 dəqiqəni çətin keçirdik. Futbolçular yorulmuşdu. Səmimi deyim, fiziki güc yetərli deyildi. Bunların hamısını yaxşı istiqamətdə düzəltmək olar. Eybi yox, dekabrın 20-də “Karvan-Yevlax”la oyundan sonra toplanışa başlayacağıq və komandanı daha yaxşı hazır edəcəyik. Yaxşı komandamız var. Sadəcə bir-iki şeylər düzəlməlidir – intizam və fiziki durum. Əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik ki, “Neftçi” yüksək səviyyəyə qalxsın. “Neftçi”ni “Dinamo”, “Şaxtyor”la müqayisə edirəm. “Neftçi” Azərbaycan futbolunun brendidir.

– Qarşınıza bu mövsüm üçün konkret hansı hədəf qoyulub?
– Böyük hədəflər var. Düzdür, çətindir. Rəhbərliyin tələblərini bilirəm. Həyat göstərəcək necə olacaq. Bugünkü matçın 60-65 dəqiqəsi kimi oynasaq, yaxşı nəticələr gələcək. Əlimdən gələn hər şeyi edəcəyəm. Aradakı xal fərqini bilirəm. Amma futbolda hər şey mümkündür. Buna inanıram, inanmasam, gəlməzdim.

– Bu heyət minimal hədəf üçün yetərlidir?
– Komandaya gələndən sonra hər şeyi dəyişməyin tərəfdarı deyiləm. Heyətdə yaxşı oyunçularımız var. Düzdür, yaxşı nəticələr üçün mövqeləri gücləndirmək lazımdır. Bir müddət sonra rəhbərliklə danışacağıq, axtarışlar edəcəyik. Hər mövqedə iki bərabər oyunçunun olmasını istəyirəm. Fasiləyə qədər bir oyunumuz var. Daha sonra bir aylıq fasilə olacaq. Futbolçuları müəyyən qədər tanıyıram. Onlar üzərində çalışmaq lazımdır. Heyəti dəyişməklə nəsə əldə etmək çətindir.

– “Neftçi” bu gün çoxlu qol epizodları yaratdı. Maraqlıdır, qısa müddətdə komandada nəyi dəyişdiniz?
– İlk növbədə hər futbolçu ilə danışmaq, söhbət etmək lazımdır. Dominant futbola üstünlük verməliyik. Oyunun startından pressinq etmək önəmlidir. Eyni zamanda qaçış məsafəsini azaltmaq lazımdır.

– Vensan Abubakarın hazırlıq durumu sizi tam razı salmır?
– Bassala Sambu çox böyük iş gördü, “Sumqayıt”ın oyunçularına yaxşı pressinq tətbiq etdi. Bunun nəticəsində rəqib səhvlər etməyə başladı. Sambu çox pressinq etdiyi üçün yorulmuşdu. Ona görə də qərar verdim ki, daha təcrübəli futbolçu olan Abubakarı meydana buraxım. Bir ulduz oyunçu kimi onunj şansları daha yaxşı dəyərləndirəcəyini düşünürdüm. O, belə məqamlarda çox qollar vurub. Abubakarın “Portu”da, “Beşiktaş”da oyunlarını xatırlaya bilərik. Düzdür, indi həmin formada deyil. Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. 5 gün ərzində nəsə etmək çox çətindir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim. Amma nəyin üzərində və necə işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Elə oynamalıyıq ki, ən azından 3-cü yerdə olaq. Çünki bu klubun böyük tarixi və ənənələri var.

Şahin Cəfərov

“Sumqayıt”ın məşqçisi: “bəlli planımız var idi”

15 December 2025 at 21:31

Azərbaycan Premyer Liqasının XV turunun “Neftçi” – “Sumqayıt” oyunundan (2:2) sonra qonaq komandanın məşqçisi Şahin Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyunun 60-65 dəqiqəsi yaxşı keçmədi. Amma bizim də bəlli planımız var idi. “Neftçi”də oyun baxımdan eniş olacağını təxmin etmişdik. Ona görə bəzi futbolçuları ehtiyatda saxladıq, həmin anda meydana buraxdıq. Onların oyuna qoşulmasından sonra işlər plan üzrə getdi.

– Nadir Orucov və Aleksandr Ramalinqomun startda olmaması bununla bağlı idi?
Nadir oyunun ən yaxşılarından idi. Ehtiyatdan daxil olandan sonra özünü yaxşı tərəfdən göstərdi. Sadəcə təcrübə baxımından “Neftçi” kimi komandaya qarşı səfərdə çətinlik çəkər. Amma Ramalinqomu plan üzrə ehtiyatda saxlamışdıq.

– Ardıcıl üçüncü oyundur, texniki zonada aləm qarışır. Bu aqressiyanın səbəbi nədir?
– Ötən oyunda köməkçi məşqçimiz aqressiya olmadan qırmızı vərəqə aldı. Rəqib oyunçular bizim texniki zonaya qaçmışdı. “İmili”nin futbolçuları bizimlə mübahisəyə girdi. Ona görə qarışıqlıq düşmüşdüş Hansısa aqressiyanın olduğunu düşünmürəm. Bu gün də oyundan öncə demişdik ki, sakit qalaq.

– Saşa İliçin fasilədə əsas göstərişi nə oldu?
– İliç tapşırdı ki, top itkilərini azaldaq, topu saxlayaq. Ramalinqom və Ninkoviç də oyuna daxil olandan sonra istədiklərimizi etdik.

– Mehdi Cənnətov ikinci oyundur, ehtiyatda qalır.
– Boynunda ağrılar var idi. Ona görə risk etmədik. Xəyal Fərzullayev də əvvəllər oynayıb, ötən oyunda da yaxşı təsir bağışladığı üçün fikirləşdik ki, bu matç üçün şansını qazanıb.

– Bu gün də yaxşı oynadığını demək olar?
Pis təsir bağışlamadı. Növbəti oyunlar üçün qərarı baş məşqçi verəcək.

Şahin Cəfərov

“Hər kəs bir addım atsa, problemlərin 50 faizi həll olar”

15 December 2025 at 19:45

Sabah”ın U-15 komandasının məşqçisi Savalan Əlizadənin “Futbolpress.az“a müsahibəsi:

– Məşqçisi olduğunuz komandanın durumunu necə şərh edərdiniz?
– Komandamızın durumu yaxşıdır. İstədiyimiz daha artırmaqdır. Uşaqlar məşqlərə istəkli gəlir. Bu yaş qrupu elədir ki, diqqətli olmaq lazımdır. Bəzi situasiyalarda səbirli davranmaq, uşaqları inkişaf etdirmək lazımdır. Oyunçuların yaxşı formalaşması üçün məşqdə və məşqdən kənarda işlərimiz olur. Eyni zamanda onlara sosial həyatlarında düzgün istiqamət verməyə çalışırıq. Məşqçilər heyəti olaraq istəyimiz odur ki, həm futbolçu, həm fərd kimi oyunçuları inkişaf etdirək.

– Çempionatın təşkili ilə bağlı hansı çatışmazlıqlar var?
– Yaxşı tərəflər də var, amma çatışmazlıqlar daha çoxdur. U-15 Liqasında sistem qarışıqdır. 20 komanda 4 qrupda mübarizə aparır. Komandalar 4 dövrə oynayırlar və yekunda 1 və 2-ci yeri tutanlar A qrupuna, yüksək qrupa yüksəlir. Biz B qrupunda mübarizəyə başladıq, daha sonra A-ya yüksəldik. Mənfi məqam odur ki, hər 4-5 oyundan sonra bir tur buraxırıq. Uşaqlar bu yaş dövründə nə qədər çox oyun keçirsə, çox yaxşıdır. 5 dövrədə 5 oyun buraxırıq. Bu, mənfi məqamdır. Eyni zamanda bəzi klublar var ki, məsələn, “Qarabağ” A qrupunda “Ulduz”la qarşılaşır. A qrupunda olduqları üçün bir neçə dəfə özləri ilə oynayırlar və digər kollektivlərlə qarşılaşmaq şansları olmur. Məsələn, iki qrup pley-off üçün oynasaydı, daha yaxşı olardı. Çünki uşaqlar nə qədər fərqli komandayla oynasa, daha yaxşı olar. Məsələn, “Ulduz”, “Neftçi”, “Qarabağ”a qarşı elə olur ki, il ərzində 5-6 dəfə oynayırıq, amma elə kollektiv var ki, onlarla heç oynamırıq.

– Seleksiya işləri hansı formada edilir?
– Seçimlərimiz iki dəfə – yay və qış seçimləri olur. Yayda daha geniş, kütləvi seçim olur. Rayonlara gedir, uşaqları 2-3 mərhələdə seçirik. Akademiyada yaş qruplarına uyğun uşaqlar götürürük. Qış aylarında isə kütləvi seçim olmur. Hansısa klubdan bizə müraciət edib, seçimlərə qatılmaq istəyən olsa, dəyərləndiririk. Qış aylarında kütləvilik az olur. Əsas seleksiya yayda keçirilir.

– Uşaq futbolu problemlər yuvasıdır. Son illərdə hansısa müsbət məqam nəzərə çarpır?
– Çox geniş danışmaq istəmirəm. Çünki o qədər böyük müzakirə olunası problemlərdir ki… Problem bir deyil, çoxdur. Ümid edək ki, problemlərin aradan qaldırılması üçün işlər daha genişlənəcək. Eyni zamanda dövlət nəzarəti, klubların diqqəti artırması vacibdir. Yetişən futbolçularımız çoxdur, amma müəyyən yerdə dayanır. Keyfiyyəti artırmaq üçün klublar da işlər görməlidir. Müsbət məqamlar da var. Məsələn, futbola gəlmək istəyən, gələn uşaqlar kifayət qədər çoxdur. Bir çox məktəblər, özəl yerlər var ki, müəyyən kütlələr formalaşır və ordan keyfiyyətli uşaqlar götürə bilərik. Yəni, xüsusi hazırlıqla yetişən uşaqlar klublara cəlb edilsə, daha yaxşı olar.

– Valideyn-məşqçi münasibəti hansı formada tənzimlənir?
– Biz valideynlərlə çox ünsiyyətdə olmuruq. Çünki elə yaşdadır ki, uşaqların özləri vəziyyəti dərk edə bilir. Proseslərin hamısını həm komanda, həm fərdi şəkildə uşaqlara izah edirik. Lakin hansısa problem olsa – uşağın intizamı, məşqə yanaşmasında hansısa axsama olarsa, valideyni dəvət edir, məsələni izah edirik ki, tez zamanda problemi çözək. Məqsəd keyfiyyətli oyunçu, fərd yetişdirməkdir. Aşağı yaş qruplarında valideynlərlə məşqçilərin münasibəti daha sıx olmalıdır. Çünki hamı futbol ailəsindən gəlmir. Böyük əksəriyyət valideyn fərqli sahələrdə işləyir. Ona görə onlara futbolçu valideyni olmaq, nələri bilmək lazımdır izah etməliyik. Məşqdən yarışlarda iştirakına qədər valideynə məlumatlar verilməlidir. Bu proseslər klubumuzda gedir. Aşağı yaş qruplarında çalışanda valideynlərə bu informasiyaları verirdim. Çünki bəzən uşaq valideynə səhv məlumat verə bilir. Ona görə bunun qarşısını almaq üçün münasibətlər yaxşı olmalıdır. Valideyn səhv məlumatla uşağı fərqli yönləndirə bilər. Ona görə əvvəldən münasibətlər daha sıx, əlaqəli olmalıdır. Necəki uşağı məktəbə göndərəndə müəllimlərdən bütün məlumatları alırıqsa, futbolda da elədir. Valideyn uşaqların problemlərini bilməlidir. İndiki dönəmdə uşaqların telefonla oynaması ciddi problemdir. Biz həm valideynə, həm uşağa bu situasiyanın mənfi məqamlarını izah etməliyik.

– Problemlərin həlli nədədir bəs?
– Problem çoxdur, kifayət qədərdir. Tək bizdə yox, digər ölkələrdə də var. Biz fərd olaraq problemin öhdəsindən gəlmək istəyirikmi, ya yox? Məsələ budur. Biri məşqçi, biri uşaq, biri klubdan danışır. Problem kimdədir bəs? Məşqçilərlə bağlı onu deyə bilərəm ki, tənbəl olmaq lazım deyil. İnkişaf etmək, futbolçu yetişdirməyin sirrlərini öyrənmək lazımdır. Məşqçi elə olmalıdır ki, uşaq artıq bilməlidir ki, məşqə niyə gəlir. Eyni zamanda valideynlər də anlamalıdır ki, uşaq nə üçün məşqə gedir. Uşaqlara hər gün deyirəm, məşqdən sonra düşünün, bu gün niyə gəldim, nə öyrəndim. Yəni, bütün məsələlər fərdlərlə bağlıdır – oyunçudan tutmuş klub rəhbərinə qədər. Bu problemlərin öhdəsindən gəlmək potensialımız var. Şəraiti, məşqçiləri, oyunçuları pisləyənlər çoxdur. Hara baxırsan, hamı problemdən danışır, bəs kim həlli üçün çalışır. Hər kəs bir addım atsa, problemlərin 50 faizi həll olar. Ən çox da məşqçi – valideyn – klub münasibətləri qaydasına düşsə, peşəkar addımlar atılsa, yaxşı futbolçular yetişdirə bilərik.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

“Bavariya”dan qol rekordu

15 December 2025 at 19:17

BavariyaBundesliqanın XIV turunda “Maynts”la heç-heçə edib – 2:2.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi çempionatda artıq 51 qol vurub. “BavariyaBundesliqada 50 qola ən tez çatan klub olub.

Komanda 14 turdan sonra 38 xalla liderdir.

Vinisius hakimlərdən narazıdır

15 December 2025 at 18:24

Real”ın futbolçusu Vinisius Junior açıqlama verib.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu La Liqanın XVI turunda “Alaves”lə matçda (2:1) hakim idarəçiliyindən narazı qalıb:

İkinci hissənin sonlarında rəqib oyunçu cərimə meydançasında ayağıma vurdu. Ancaq hakimin fiti susdu, VAR müdaxilə etmədi. Bunun bir səbəbi var. Çünki penalti mənə qarşı edilmişdi”.

“Qələbə qolunu vurmaq üçün çox çalışdıq” – Kaşkilya

15 December 2025 at 17:12

İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Premyer Liqanın XV turunda “Karvan-Yevlax”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Nəticə istədiyimiz kimi olmadı. Çünki biz qələbəyə daha çox layiq idik. 90 dəqiqə ərzində daha istəkli, mübarizə aparan tərəf “İmişli” idi. Hava şəraitinə görə meydançanın vəziyyəti yaxşı deyildi. Buna görə də oyunu qurmaq çətin olurdu. Ümumi olaraq komandamdan razıyam. Birinci hissədə 4-5 təhlükəli qol epizodu yaratdıq. Amma yalnız 1 qol vura bildik. İlk yarıda oyunu bitirmək olardı. Amma bu, futboldur. Əks-hücumda qol buraxdıq.

İkinci hissədə də komandam istəkli idi. Hücum qururduq, qol axtarırdıq. Qələbə qolunu vurmaq üçün çox çalışdıq. Meydançanın vəziyyəti ikinci yarıda daha da pis idi. Texnikalı komanda olduğumuz üçün bu cür meydanda oyun qurmaqda çətinlik çəkirdik. Göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Komanda çətin şəraitə baxmayaraq meydanda maksimumunu ortaya qoydu. 3 xal istəyirdik, amma 1 xal da pis deyil”.

“Neftçi” – “Sumqayıt”: heyətlər

15 December 2025 at 17:54

“Neftçi” Azərbaycan Premyer Liqasının XV turunda bu gün “Sumqayıt”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 27. Kristian Kostin 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 77. Falaye Sako 22. Luis Ortis 28. Alessio Kurçi

Baş Məşqçi: Yuri Venidub

“Sumqayıt”: 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 6. Rauf Rüstəmli 19. Roi Kehat 14. Pedro Pinto 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 56. Aftandil Arixov 3. Höccət Haqverdi 75. Nadir Orucov 66. Ruslan Əliyev 37. Nihad Orucəli 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 95. Nsane Simon

Məşqçi: Şahin Abdullayev

“Qələbə üçün gəlmişdik”-Məmmədov

15 December 2025 at 16:56

“Karvan-Yevlax”ın məşqçisi Füzuli Məmmədov Premyer Liqanın XV turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi. Ağır oyun oldu. Əlbəttə ki, bura qələbə üçün gəlmişdik. Qalib gələ də, uduza da bilərdik. Matçın ədalətli nəticəsi bərabərlik idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən döyüşkənlik göstərdilər. Hesabda geri olsaq da, onlar əzmkarlıq göstərib bərabərlik qolunu vurdular. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

Burak istefa verdi

15 December 2025 at 16:24

Qaziantep”in baş məşqçisi Burak Yılmaz istefa verib.

Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis öz istəyi ilə vəzifəsindən ayrılıb.

Qaziantep” Super Liqada 16 turdan sonra 23 xalla 7-ci sıradadır.

Qubada bərabərlik, “Sumqayıt” bir xalı geridönüşlə qazandı

15 December 2025 at 20:52

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “İmişli” Qubada “Karvan-Yevlax”ı qəbul edib. Matç heç-heçə başa çatıb.

Tura “Neftçi” – “Sumqayıt” oyunu ilə yekun vurulub. “Ağ-qaralar” 2:0 hesabıyla öndə olsa da, “Sumqayıt” 6 dəqiqəyə vurduğu qollarla yekunda bir xal qazanıb.

Azərbaycan Premyer Liqası
XV tur

15 dekabr

İmişli – Karvan-Yevlax 1:1
Qollar:
Dioqo Almeyda, 29 – Vadim Abdullayev, 39
Baş hakim: Kamranbəy Rəhimov
Quba OİK stadionu

Neftçi – Sumqayıt 2:2
Qollar:
İmad Faraj, 34, Bassala Sambu, 50 – Nsane Simon, 74, Səbuhi Abdullazadə, 81
Baş hakim: Rauf Cabarov
“Palms Sports Arena”

“Old Trafford”da 8 qol

16 December 2025 at 02:08

Bu gün İngiltərə Premyer Liqasında XVI turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Çelsi” “Everton”u, “Liverpul” “Brayton”u məğlub edib.

“Arsenal” son dəqiqələrdə vurduğu qolla “Vulverhempton”a qalib gəlib.

“Mançester Siti” bu turda səfərdə “Kristal Pelas”ı məğlub edib. “Tottenhem” isə “Nottingem Forest”ə uduzub.

İngiltərə Premyer Liqası
XVI tur

13 dekabr

Çelsi – Everton 2:0
Qollar:
K.Palmer, 21, M.Qusto, 45

Liverpul – Brayton 2:0
Qollar:
H.Ekitike, 1, 60

Bernli – Fulhem 2:3
Qollar: L.Uqoçukvu, 21, O.Sonne, 86 – E.Smit-Rou, 9, K.Bassi, 31, H.Vilson, 58

Arsenal – Vulverhempton 2:1
Qollar:
S.Conston, 70 (avtoqol), Y.Moskera, 90+4 (avtoqol) – T.Arokodare, 90

14 dekabr

Kristal Pelas – Mançester Siti 0:3
Qollar: Haland, 41; 89 (pen.) Foden, 69.

Nottingem Forest Tottenhem 3:0
Qollar: Hodson-Odoi, 28; 50. Sanqare, 79.

SanderlendNyukasl 1:0
Qol:
Voltemade, 46 (avtoqol)

Vest Hem – Aston Villa 2:3
Qollar:
M.Fernandes, 1. Bouen, 24 – Mavropanos, 9-öz qapısına. M.Rocers, 50; 79.

Brentford – Lids 1:1
Qollar: Henderson, 70 – Levin, 82.

15 dekabr

Mançester Yunayted – Bornmut 4:4
Qollar:
A.Diallo, 13, Kazemiro, 45+4, B.Fernandeş, 77, M.Kunya, 79 – A.Semenyo, 40, Evanilson, 46, M.Tavernye, 52, E.Junior, 84

“Roma”ya bir qol bəs etdi

16 December 2025 at 02:00

İtaliya A Seriyasında XV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə “Leççe” “Piza”dan üstün olub.

“Torino” “Kremoneze”ni, “Latsio” “Parma”nı məğlub edib. “Atalanta” azarkeşləri önündə “Kalyari”yə qalib gəlib.

“Milan” və “Udineze” bu turda xal itirib. “Yuventus” isə “Bolonya” səfərindən qələbə ilə dönüb.

İtaliya A Seriyası
XV tur

12 dekabr

Leççe Piza 1:0
Qol:
Ştuliç, 72.

13 dekabr

Torino Kremoneze 1:0
Qol:
N.Vlaşiç, 27

Parma – Latsio 0:1
Qol: T.Noslin, 82

AtalantaKalyari 2:1
Qollar:
C.Skamakka, 11, 81 – C.Qaetano, 75

14 dekabr

Milan Sassuolo 2:2
Qollar:
D.Bartesagi, 34, 47 – İ.Kon, 13, A.Lorente, 77

Fiorentina – Verona 1:2
Qollar:
U.Nunyes, 69 – G.Orban, 42, 90+3

Udineze – Napoli 1:0
Qol:
J.Ekkelenkamp, 73

Cenoaİnter 1:2
Qollar:
Vitinya, 68 – Y.Bissek, 6, L.Martines, 38

Bolonya Yuventus 0:1
Qol: Y.Kabal, 64

15 dekabr

RomaKomo 1:0
Qol: V.França, 60

Super Liqa: “Fənərbağça”dan darmadağın

15 December 2025 at 23:24

Türkiyə Super Liqasında XVI turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub. “Kasımpaşa” evdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Oyun qolsuz yekunlaşıb.

Lider “Qalatasaray” “Antalyaspor” səfərində inamlı qələbə qazanıb.

“Beşiktaş” səfərdə “Trabzonspor”la heç-heçə edib.

Türkiyə Super Liqası
XI tur

12 dekabr

Kasımpaşa – Gənclərbirliyi 0:0

13 dekabr

Rizəspor – Eyüpspor 3:0
Qollar: Laci, 45+2-pen. S.Akaydın, 52. Sou, 81.

Kayserispor – Alanyaspor 0:0

Antalyaspor – Qalatasaray 1:4
Qollar: Van de Strek, 69 – Sane, 7. Sallai, 11. Osimhen, 56. İkardi, 90+3.

14 dekabr

Qaziantep – Göztəpə 0:1
Qol: Janderson, 69.

Karagümrük – Kocaelispor 1:1
Qollar:
Fofana, 65 – Petkoviç, 90+3.

Samsunspor – Başakşəhər 0:2
Qollar:
Şomurodov, 66. B.Yıldırım, 83.

Trabzonspor – Beşiktaş 3:3
Qollar:
Muçi, 25. Ulai, 63. Zubkov, 84 – T.Abraham, 18. Çernı, 22; 31.

15 dekabr

Fənərbağça – Konyaspor 4:0
Qollar:
A.Taliska, 28 (pen.), 37, M.Müldür, 30, M.Asensio, 87

❌
❌