Normal view

Yesterday — 16 February 2026Main stream

“Bavariya”da ciddi itki

16 February 2026 at 22:56

“Bavariya” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın qapıçısı Manuel Noyer sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qolkiper Bundesliqada “Verder”lə matçda (3:0) zədələnib.

Noyerin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

39 yaşlı qapıçı bu mövsüm 18 oyunda 17 qol buraxıb.

Dambrauskas: “VAR-ın azarkeşi deyiləm”

16 February 2026 at 20:45

Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” – “Sabah” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– “Qəbələ” çox yaxşı komandadır. Yaxşı məşqçi işi görünür. Turnir cədvəlində belə aşağıda olmalı deyillər. Daha yuxarılarda olmağa layiqdirlər. İlk hissədə istədiklərimizi həyata keçirə bilmək üçün 20-25 dəqiqə vaxt lazım oldu. İkinci hissədə müəyyən düzəlişlər etdik. Fasilədən sonra daha yaxşı başladıq, qol vurduq, fərqi artırmaq üçün imkan yaratdıq. Lakin oyunun sonları bizim üçün çox çətin keçdi. “Qəbələ” bütün gücü ilə irəli atılmışdı. Onlar xoş sözlərə layiqdirlir. Qapıçımız Stas Pokatilov möhtəşəm qurtarış etdi. “Qəbələ” bəlkə də, bir xala layiq idi.

– Komandanın birinci sırada olması əlavə təzyiq yaratmır?
– Bu haqda düşünmürük. Bütün diqqətimiz növbəti matçdadır. Heç vaxt turnir cədvəlinə baxmırıq. İşimizə fokuslanmışıq və nəyi harda düzəldə bilərik deyə düşünürük. Sadəcə bunlara köklənirik.

– Litvada çempionluğa oynayan komandanın əsas rəqibi ilə oyunu avrokuboklara görə təxirə salınsa, idman camiəsinin reaksiyası necə olardı?
– Öz oyunlarımıza köklənirik. Litvada da bəzən belə hallar baş verir. Bəzən matçlar təxirə salına bilir. Amma bilmirəm, belə olmalıdır, ya yox. Təqvimə nəzarət edən qurumlar baxmalıdır bu məsələyə. İndiki məqamda təxirəsalma bizi düşündürmür. Biz özümüzə fokuslanmışıq. “Qarabağ” Avropada yaxşı nəticələr əldə edib, amma çempionatı da unutmaq olmaz. Məsələ qərar verən qurumlarla bağlıdır. Qərar verən şəxs mən deyiləm. Bunun üçün qurumlar var və mən onlara hörmət edirəm. 

– İngiltərədə məşqçiliyi oxumusunuz. “Qarabağ”ın “Nyukasl”la oyunda şanslarını necə dəyərləndirirsiniz?
– Bu suala cavab verməyəcəyəm.

– “Qarabağ”ın təcrübəsi var, “Sabah” isə uğura acdır. Çempionluq üçün hansına daha çox ehtiyac var?
– Biz özümüzlə mübarizə aparırıq. Hər dəfə özümüzə köklənir, səhvlərimiz üzərində çalışırıq. Gələcəkdə nə olacağını mayın sonunda biləcəyik.

– Azərbaycan yığması Millətlər Liqasında Litva ilə bir qrupa düşüb. Şansları necə dəyərləndirirsiniz?
– Harada işləyirəmsə, maraqlı və qəribə təsadüflə qarşılaşıram. Bolqarıstanda çalışanda Litva onlarda eyni qrupa düşdü. Kiprdə də həmçinin. İndi də Azərbaycanda belə hal oldu. Hər iki milli komanda haqda xoş sözlər deyə bilərəm. Əsas mübarizə Azərbaycanla Litva arasında olacaq. Bu sözləri Lixtenşteyn yığmasına hörmətlə yanaşaraq deyirəm. Hansı futbolçuların oynayacağı çox önəmlidir. Çünki Litva millisində çoxlu keyfiyyətli oyunçular var. Amma onlardan biri zədələnsə, komandaya çox böyük təsir göstərə bilər. Məsələn, bizim “Çelye”də çıxış edən çox güclü hücumçumuz var. O, ağır zədə alıb. Konfrans Liqasında çoxlu qollar vurmuşdu. Xırda detallar oyunun taleyini həll edəcək. Azərbaycan yığmasında “Qarabağ”da çıxış edən təcrübəli futbolçular var. Litvanı da unutmayaq. Gənc və uğura ac komandadır. Yaxşı məşqçilər heyəti var. Onu da deyim ki, Litva millisi oyunlara hazırlaşarkən mənim köməyimə ehtiyacları olmayacaq. Müasir dövrdə bütün oyunları izləmək olur. İki gərgin oyun bizi gözləyir.

– “Qəbələ”nin son dəqiqələrdə ləğv olunan qolu haqda nə düşünürsünüz?
– Bizim kameramızdan baxanda əllə oyun görünürdü. Lakin VAR da var. Onlar daha dəqiq qərar verə bilərlər. “Sumqayıt”la oyunda iki qolumuzu ləğv etmişdilər. Bu gün də bizim kameradan görünürdü ki, top ələ dəyib. Özüm VAR-ın azarkeşi deyiləm. Düzdür, bu oyun çox çətin idi. Son 10 dəqiqə rəqib daha üstün oynayırdı. Düşünürəm ki, əlavə 5-6 dəqiqə olsaydı, “Qəbələ” fərqlənə biləcəkdi. Ona görə bu səhvlərimizi təhlil edib, nəticə çıxarmalıyıq.

Şahin Cəfərov

“Qəbələ”nin məşqçisi: “Qol qaydalar çərçivəsində vurulmuşdu”

16 February 2026 at 19:46

Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” – “Sabah” oyunundan (0:1) sonra meydan sahibi komandanın məşqçisi George Çixradze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– “Sabah”la biz fərqli məqsədlər uğrunda mübarizə aparırıq. Onlar çempinoluğa, biz liqada qalmağa oynayırıq. İlk hissədə passiv oynadıq. Əsas odur, qol buraxmadıq, təhlükəli epizodlar yaratdıq. İkinci hissədə daha yaxşı oynadıq. Adi vəziyyətdən qol buraxdıq. Qol buraxılmamalı epizod idi. Qoldan sonra aktiv, aqressiv oynamağa başladıq. Oyunun sonlarında qol da vurduq, ləğv olundu. Mübahisəli epizoddur. Yekunda məğlub olmuşuq.

– Mübahisəli epizod idi, yoxsa “Qəbələ”nin haqqına girildi?
– Məğlub olmuşuq, fikrimcə, qol təmiz idi. Kimlərsə də baxıb, dəyərləndirə bilər. Düşünürəm ki, qol qaydalar çərçivəsində vurulmuşdu.

– Start heyətdəki cinah müdafiəçilərini dəyişməyi düşünmürsünüz?
– Turan Manafov yeni gəlib, tam formada deyil. Yavaş-yavaş formaya düşməyə başlayır. Sağ cinahda Nicat və Eşqin var. Bəzən biri, bəzən digəri oynayır. Arada Nuğayı da o mövqedə oynadırıq. Həmin cinahdakı resurslarımızdan maksimum istifadə etməyə çalışırıq.

– Rüfət Əhmədovla bağlı planınız nədir?
– Onu transfer edəndə düşünürdük ki, cinahda bizə kömək edəcək. Rüfət daha əvvəl də burda oynamışdı və tanıyırdıq. Həmin mövqeni gücləndirmək üçün onu düşünürdük. Amma alınmadı.

– Getmək istəmir?
– Əvəzedici heyətlə məşq edirdi. Təklifi varsa, gedə bilər. Sadəcə situasiya elə oldu ki, komandada qaldı.

Şahin Cəfərov

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

16 February 2026 at 18:19

Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib.

Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər.

AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021–2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə öz əksini tapıb.

Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq ediliblər.

İclasda “İntizam Qaydaları”, “Etika Qaydaları”, habelə “Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması Qaydaları” müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə Nəzarət-Təftiş Komissiyasının üzvləri; Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizam Komissiyasının üzvləri; Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə Apellyasiya Komissiyasının üzvləri seçiliblər.

Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunublar.

Ayxan Abbasov “Turan Tovuz”la oyundan sonra nələr dedi?

16 February 2026 at 17:45

Azərbaycan Premyer Liqasının XX turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Mübarizəli, maraqlı oyun oldu. Rəqib bura qələbə üçün gəlmişdi. Ötən tur acı məğlubiyyət yaşadıq. 17-ci turda “Qəbələ”yə məğlub olduqdan sonra komanda yaxşı performans göstərir. Ard-arda “Qarabağ”la iki dəfə oynadıq. Heyətdə çox da dəyişiklik edə bilmirik. Futbolçularımdan razı qaldım. Oyuna köklənmələri yüksək səviyyədə idi. Birinci hissədə daha yaxşı oynadıq. Üstünlük bizdə idi. Kərim Rossi ilə Abdulla Rzayev düzgün qərar versəydilər, hesabı aça bilərdik. Bizim üçün hər xal önəmlidir. Qarşıdakı oyunlara hazırlaşacağıq.

– Bir əvəzetmə etməyiniz nəylə bağlıdır? 

– Oyuna görə belə etdik. Rəqib standart vəziyyətlərdə çox yaxşıdır. Ehtiyatda olan futbolçularımız hamısı bəstəboydur. Rossi nə qədər yorulsa da, onun mövqeyində başqa oyunçu yoxdur. Ehtiyatda olan futbolçuların bu tempdə və rəqibin standart vəziyyətlərində çətinlik çəkəcəyini düşündük.

Şahin Cəfərov 

Premyer Liqa klubunda yeni baş məşqçi – ilk sınağı…

16 February 2026 at 17:22

İngiltərənin “Nottingem Forest” klubunun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Vitor Pereyraya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Vitorun “Nottingem Forest”dəki ilk sınağı Avropa Liqasının pley-off mərhələsində sabiq klubu “Fənərbağça”ya qarşı olacaq. Matç fevralın 19-da olacaq.

“Məşqlərdə çalışdıqlarımızı edə bilmədik” – Berdıyev

16 February 2026 at 17:16

Azərbaycan Premyer Liqasının XX turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədir. Hər iki komanda qol epizodları yarada bilmirdi. Təəssüflər olsun ki, əvəzetmələr də uğurlu alınmadı.

– Qol epizodlarının olmamasının səbəbi oyunçu keyfiyyətidir?

– “Şamaxı”nın müdafiəsi yaxşı oynadı. İstənilən halda, daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı edə bilmədik. Təhlillər aparacağıq.

– Yeni transferiniz Mark Rene Mampassi oynamağa hazırdır?

– Uzun müddətdir ki, məşq etməyib. Ümid edirik ki, bizə fayda verəcək.

Şahin Cəfərov 

Azərbaycan çempionatına yekun vuruldu

16 February 2026 at 16:45

Gənc boksçular arasında Azərbaycan çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 60 komandanın 276 boksçusu qüvvəsini sınayıb. 7 gün davam edən çempionatda oğlanlarda 10, qızlarda 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərdə qalib gələn Əli Əliyev, Nihat Qasımov, Əli Baxışov, Şahin Aslanov, Rza Rzayev, Renat Qiyaslı, İsmayıl Vəliyev, Heydər Əzməmmədov, Zaur Səmədov və Səfdər Məmmədzadə çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu birinci yeri tutub – 33 xal. İkinci pilləyə Gəncə komandası (31) yiyələndiyi halda, “üçlüy”ü “Qızıl əlcək” İdman Klubu (29) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Nihat Qasımov layiq görülüb. Ramiz Yaqnəliyev ən yaxşı hakim adına sahib olub.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, U-19 Azərbaycan çempionatında daha öncə başa çatan qızların mübarizəsində Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (51 kq), Zəhra Məmmədova (54 kq), Aynur İsmayılova (60 kq) və Dəniz Babayeva (70 kq) U-19 Azərbaycan çempionatının qızıl medalını qazanıblar.

U-19 Azərbaycan çempionatı

Oğlanlar

Final

50 kq

Əli Əliyev (Gəncə) – Hüseyn Məhərrəmov (“AZSport” BK) – 5:0

55 kq

Əli Mayılzadə (DİN İC) – Nihat Qasımov (RKİM) – ikinci tam üstünlüklə qalib gəlib

60 kq

Əli Baxışov (“Dəmir Yumruq” BİK) – Toğrul Quliyev (“Qızıl əlcək” İK) – 3:0

65 kq

Şahin Aslanov (UGM-7) – Vüsal Xəlilov (RİM-1) – 4:1

70 kq

Adil Zalov (“Qızıl əlcək” İK) – Rza Rzayev (Gəncə) – 0:5

75 kq

Pünhan Qurbanlı (Şirvan) – Renat Qiyaslı (DİN İC) – 0:5

80 kq

İsmayıl Vəliyev (RKİM) – Fuad Abbasov (Sumqayıt) – 5:0

85 kq

Heydər Əzməmmədov (Sumqayıt) – Səid Bəkiyev (“Zərbə” BİK) – birinci tam üstünlüklə qalib gəlib

90 kq

Qulam Baxşıyev (Astara) – Zaur Səmədov (“Qızıl əlcək” İK) – ikinci tam üstünlüklə qalib gəlib

+90 kq

Məhəmməd Cəfərov (Z-1 İK) – Səfdər Məmmədzadə (“Neftçi” İKÇ) – 1:4

Bütün mükafatçılar

50 kq

1. Əli Əliyev (Gəncə)

2. Hüseyn Məhərrəmov (“AZSport” BK)

3. Hüseyn Quliyev (RKİM)

3. Kərəm Qocayev (MOİK)

55 kq

1. Nihat Qasımov (RKİM)

2. Əli Mayılzadə (DİN İC)

3. Aydın Qasımov (Mingəçevir)

60 kq

1. Əli Baxışov (“Dəmir Yumruq” BİK)

2. Toğrul Quliyev (“Qızıl əlcək” İK)

3. Sübhan Babayev (RİM-1)

3. Əflatun İsmiyev (Sumqayıt)

65 kq

1. Şahin Aslanov (UGM-7)

2. Vüsal Xəlilov (RİM-1)

3. Haqverdi Həsənov (“Neftçi” İK)

3. Tamerlan Əlimzanov (MOİK)

70 kq

1. Rza Rzayev (Gəncə)

2. Adil Zalov (“Qızıl əlcək” İK)

3. Valeh Eyvazlı (“Qızıl əlcək” İK)

3. Dəniz Zeynalov (“Qızıl əlcək” İK)

75 kq

1. Renat Qiyaslı (DİN İC)

2. Pünhan Qurbanlı (Şirvan)

3. Sarvan Abdullazadə (RKİM)

3. Cavidan Əliyev (Göygöl)

80 kq

1. İsmayıl Vəliyev (RKİM)

2. Fuad Abbasov (Sumqayıt)

3. Nicat İmanov (“Qızıl əlcək” İK)

3. İmamsalehizaman Salmanov (Gəncə)

85 kq

1. Heydər Əzməmmədov (Sumqayıt)

2. Səid Bəkiyev (“Zərbə” BİK)

3. Raul Mehdiyev (Mingəçevir)

3. Nail Abbasov (“Neftçi” İK)

90 kq

1. Zaur Səmədov (“Qızıl əlcək” İK)

2. Qulam Baxşıyev (Astara)

3. Amir Abbasov (Z-1 İK)

3. Əli Məmmədzadə (KNOUT)

+90 kq

1. Səfdər Məmmədzadə (“Neftçi” İK)

2. Məhəmməd Cəfərov (Z-1 İK)

3. Sarvan Səlimli (Mingəçevir)

3. Cavid Babayev (KNOUT)

“Şəfa” – “Mingəçevir” oyunu Əliyevə tapşırıldı

16 February 2026 at 16:12

Azərbaycan I Liqasında XV turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Şəfa” – “Mingəçevir” oyununu Emin Əliyev idarə edəcək.

18 fevral (çərşənbə)

“Cəbrayıl” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Novruz Əzimov
Şamaxı OİK stadionu, 14:30

MOİK – “Səbail”
Hakimlər: Alik Yunusov, Sənan Atayev, Asif Abdullayev, Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Törə Əhmədova
Binə qəsəbə stadionu, 14:30

19 fevral (cümə axşamı)

“Şəfa” – “Mingəçevir”
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Zakir Şükürzadə, Murad Səlimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Binə qəsəbə stadionu, 14:30

“Zaqatala” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Aydın Bəxşiyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Zaqatala OİK stadionu, 15:00

“Şimal” – “Şahdağ Qusar”
Hakimlər: Əkbər Əhmədov, Elmin Süleymanov, Elman Kərimov, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı OİK stadionu, 15:00

“Qəbələ” – “Sabah”: heyətlər

16 February 2026 at 15:53

“Sabah” Premyer Liqanın XX turunda bu gün “Qəbələ”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 11. Asif Məmmədov 7. Turan Manafov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 8. Sambu Sissoko 70. Paulo Quimbila
Məşqçi: George Çixradze

“Sabah”: 92. Stas Pokatilov (k) 46. Aleksey İsayev 9. Xəyal Əliyev 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

AFFA rəsmisi “Qalatasaray”ın oyununda olacaq

16 February 2026 at 15:42

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma fevralın 17-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq.

Bakı klubuna texniki məğlubiyyət verildi

16 February 2026 at 15:26

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

14.02.2026-ci il tarixində keçirilən futzal üzrə Azərbaycan Kubokunun 1/8 mərhələsinin Baku-Fire – Araz Naxçıvan oyununda Baku-Fire komandasının oyunçusu Eldar Zeynalov oyunun 38-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun oyuna buraxılmasın (maddə 46);

15.02.2026-ci il tarixində keçirilməli olan futzal üzrə Azərbaycan Kubokunun 1/8 mərhələsinin U-19 – “Yeni Suraxanı” oyunu “Yeni Suraxanı” təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Yeni Suraxanı” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1)

“Məktəbli Qızlar” turnirində pley-off iştirakçıları bilindi

16 February 2026 at 15:07

AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan “Məktəbli Qızlar” turnirində Lənkəran zonası üzrə qrup mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, E qrupunda son oyunlar mərkəz seçilmiş Şilavar kənd tam orta məktəbində keçirilib və 4 komanda mübarizə aparıb. Əvvəlcə 7 saylı məktəb və Şilavar kənd tam orta məktəbin komandası üz-üzə gəlib. Ardından Xarici Dillər Təmayüllü (XDT) internat tipli gimnaziya və 5 saylı məktəblərin komandaları qarşılaşıblar.

F qrupunun son matçları isə 4 komandanın iştirakı ilə Sütəmurdov kənd tam orta məktəbində təşkil olunub. Əvvəlcə 1 saylı və Sütəmurdov kənd tam orta məktəblərin, ardından isə 4 və 3 saylı məktəblərin komandaları qarşılaşıblar.

E qrupundan 5 saylı və Şilavar kənd tam orta məktəbin, F qrupundan isə 1 və 4 saylı tam orta məktəbin komandası Lənkəran zonası üzrə pley-off mərhələsinə vəsiqə qazanıblar.

Azərbaycanda oynamış futbolçu Qazaxıstanda klubunu dəyişdi

16 February 2026 at 14:40

“Kəpəz”in sabiq futbolçusu Yeqor Xvalko Qazaxıstanda klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Tobol”dan “Atırau”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə müqavilə ilin sonuna kimi nəzərdə tutulub.

Xvalko 2022-2025-ci illərdə “Kəpəz”in formasını geyinib.

Spaletti Türkiyənin hansı klubuna “yox” deyib?

16 February 2026 at 14:15

“Yuventus”un çalışdırıcısı Luçano Spaletti “Beşiktaş”dan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. “Beşiktaş” mövsümün əvvəlində Spalettiyə təklif göndərsə də, mütəxəssis Türkiyədə işləmək istəməyib.

66 yaşlı məşqçi ötən ilin oktyabrından “Yuventus”a rəhbərlik edir.

Şamaxıda heyətlər məlum oldu

16 February 2026 at 13:32

“Şamaxı” Premyer Liqanın XX turunda bu gün “Turan Tovuz”u qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 14:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov 10. Andrey Tirkoveanu 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 5. Roderik Miller 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 3. Enrike Silva 90. Joarlem Santos 9. Coş Cinnelli 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev

“Qarabağ” – “Nyukasl”: hakimlər bilindi

16 February 2026 at 13:26

Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, fevralın 18-də baş tutacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Espen Eskas olacaq. Ona yan xətt hakimləri Yan Erik Enqan və İsak Elias Başkevin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

VAR-da Niderlandlı referilər Rob Diperinq və Dennis Hiqler olacaq.

Fevralın 18-də keçiriləcək qarşılaşmaya saat 21:45-də start veriləcək.

ÇL öncəsi Mbappe sevinci

16 February 2026 at 12:50

“Real”ın futbolçusu Kilian Mbappe komanda ilə məşqlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Fransalı hücumçu komandanın son məşqində kollektivlə çalışıb.

“Real” Çempionlar Liqasının pley-off mərhələsində sabah “Benfika” ilə qarşılaşacaq. Matç saat 00:00-da start götürəcək.

“Səbail” və “Şəfa”ya 210 manat cərimə

16 February 2026 at 12:39

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

12 fevral 2026-cı il tarixində I Liqada XIV turun “Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 19-cu dəqiqəsində “Cəbrayıl” komandasının 4 nömrəli futbolçusu Hüseyn Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Cəbrayıl” komandası 300 manat cərimə edilsin (maddə 46);

12 fevral 2026-cı il tarixində I Liqada XIV turun “Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 89-cu dəqiqəsində “Cəbrayıl” komandasının 19 nömrəli futbolçusu Arsene Dauda ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Cəbrayıl” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

12 fevral 2026-cı il tarixində I Liqada XIV turun “Səbail” – “Şəfa” oyununda “Səbail” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

12 fevral 2026-cı il tarixində I Liqada XIV turun “Səbail” – “Şəfa” oyununda “Şəfa” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1).

Palçıqda futbol – FOTOLAR

16 February 2026 at 12:00

İngiltərə Kubokunda keçirilən “Qrimbsi” – “Vulverhempton” oyununun baş tutduğu meydançanın durumu sosial şəbəkələrdə geniş yayılıb.

Futbolpress.az xəbər verir ki, arenanın ot örtüyü yararsız halda olub və bir az da yağışın yağmasıyla palçıq yaranıb. Həmin yerlərin çəkilmiş fotoları sosial şəbəkədə gündəm yaradıb.

Matç “Vulverhempton”un minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. “Qrimbsi” İngiltərə Liqa 2-də (səviyyəcə 4) mübarizə aparır.

Öncə Qurbanov, sonra Eddi

16 February 2026 at 11:35

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.

Futbolpress.az xəbər verir ki, “atlılar”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı fevralın 17-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:30-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Eddi Haunun mətbuat konfransı saat 20:30-da start götürəcək. “Nyukasl Yunayted”in ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 21:00-da başlayacaq.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” görüşü saat 21:45-də start götürəcək.

Keçmiş futbolçunun etirafı: “Meydanda qatil idik”

16 February 2026 at 11:21

Fransa millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra maraqlı açıqlama ilə gündəmə gəlib.

Futbolpress.az xəbər verir ki, keçmiş müdafiəçi oynadığı dönəmlə indikini müqayisə edib:

“Meydanda qatil idik. Hər birimiz döyüşmək üçün oyuna çıxardıq. İndiki nəsilə baxırsan, oyundan əvvəl, oyunda, oyundan sonra bir-birilərinə gülürlər, xoş münasibətləri var. Ancaq biz elə deyildik, meydana çıxanda tamamilə fərqli olurduq, döyüşürdük, bir-birimizi məhv edirdik. Dost deyildik meydanda, oyundan sonra bir-birimizdən üzr istəyərdik, amma bu qədər isti münasibət yox idi.

Futbolu həyatda qalmaq, ailəmizi dolandırmaq üçün oynayırdıq. İndiki nəsil fərqlidir. Onları günahlandırmıram. Hamı yaxşı görünmək, bahalı saatlar, maşınlar istəyir. Hər şey çox dəyişib”.

Evta karyerası ərzində “Yuventus”, “Mançester Yunayted”də çıxış edib.

Musa “40”a çatdı

16 February 2026 at 11:00

Azərbaycan Premyer Liqasının XX turunun “İmişli” ilə oyununda “Qarabağ”ın qələbə topunu vuran Musa Qurbanlı yubiley qoluna imza atıb.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı hücumçu Premyer Liqada 40-cı dəfə fərqlənib.

Musa buna 97-ci oyununda nail olub. Forvard turnirin tarixində 40 və ya daha çox qol vuran futbolçuların siyahısına daxil olub. Junivan Suares, Ramil Şeydayev, Fernando Peres və Mehman Allahverdiyevə çatan Qurbanlı 65-69-cu yerləri bölüşür.

Premyer Liqada iki klubda çıxış edən hücumçu “Qarabağ”da 88 oyunda 39, “Zirə”də 9 matçda 1 dəfə fərqlənib.

Qeyd edək ki, Musa 40-cı qolunu cari çempionatda vuran ikinci futbolçudur. Ona qədər Coy-Lens Mikels (“Sabah”) buna nail olub.

“Neftçi” bunun üçün 5 il gözlədi

16 February 2026 at 10:42

“Neftçi” Azərbaycan Premyer Liqasında ardıcıl 2 səfər oyununda üç və ya daha çox qol vurub.

Futbolpress.az xəbər verir ki, XVIII turda “Araz-Naxçıvan”a 4 cavabsız qol vuran qonaqlar XX turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.

“Ağ-qaralar”ın Premyer Liqadakı səfər oyunlarında belə məhsuldarlıq seriyası son 5 mövsümdə ilk dəfə qeydə alınıb. Bakılılar sonuncu dəfə 2020/21 mövsümünün sonlarında – 2021-ci ilin mayında “Şamaxı”nı 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edib.

100-cü qələbə: Sadıqov “Zirə”də, “Zirə” evdə

16 February 2026 at 10:36

Azərbaycan Premyer Liqasının XX turunda “Karvan-Yevlax”ı qəbul edən “Zirə” 1:0 hesabı ilə qalib gəlib.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, bu qələbə ikiqat yubileylə əlamətdar olub.

Bakı klubu tarixində 100-cü ev qələbəsini qazanıb. 2014-cü ildə yaradılan paytaxt təmsilçisi öz meydanındakı 205-ci görüşdə “100”ə çatıb. “Zirə” Premyer Liqada 76, ölkə kubokunda 12, birinci divizionda 9, avrokuboklarda 3 ev matçını qalib kimi başa vurub. İlk belə oyun isə 2014-cü il sentyabrın 9-da MOİK-lə birinci divizionun startına təsadüf edib – 1:0.

“Zirə” Rəşad Sadıqovun baş məşqçi olduğu dövrdə 100-cü qələbəsini qazanıb. Bu müddətdə ümumilikdə 220-ci sınağa çıxan komanda Premyer Liqada 82, ölkə kubokunda 14, avrokuboklarda 4 dəfə sevinib. Sadıqovun “Zirə” ilə ilk qələbəsi 2020-ci il sentyabrın 12-də Premyer Liqanın “Səbail”lə səfər qarşılaşmasına təsadüf edib – 2:1.

AFFA rəsmisi “Yuventus”un oyununda

16 February 2026 at 10:26

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Yuventus” (İtaliya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda təşkil olunacaq.

Neymar assistlə qayıtdı

16 February 2026 at 10:14

Braziliyalı futbolçu Neymar bu il ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, “Santos”un hücumçusu Braziliya Paulistasında (Regional çempionat) “Velo Klub”a qarşı oyunda iştirak edib. Neymar komandasının 6:0 hesablı qələbə qazandığı matçda bir məhsuldar ötürmə edib.

Neymar ötən ilin sonlarında dizindən zədə alıb və komandanın son 10 matçında iştirak etməyib.

Demçenkonun həsrəti bitdi, “Sumqayıt” üçün S.O.S

16 February 2026 at 09:51

“Araz-Naxçıvan” Andrey Demçenkonun rəhbərliyi altında ilk qələbəsini qazanıb. Muxtar Respublika təmsilçisi “Sumqayıt”la ev görüşündə minimal hesablı qalibiyyətə sevinib. Komandanın yeganə qolunu birinci hissədə Ramon Maçado penaltidən vurub.

Demçenkonun başçılığı altında mövsümün ikinci dövrəsinin ilk üç turunda bir heç-heçə edən, iki dəfə uduzan “Araz-Naxçıvan” bu periodda ən çox tənqid olunan komanda idi. Nəticələr bir yana, komandanın buraxdığı qollar, müdafiədə verilən boşluqlar, hücumdakı dişsizlik çatışmazlıqların kifayət qədər olduğundan xəbər verirdi.

“Sumqayıt”la matçda da ümumi planda yaxşı oyun sərgilənməsə də, qazanılan qələbə komanda üçün dönüş fürsətidir. Avrokubok zonasında qalan və iddiası də məhz bu yerlər olan “Araz-Naxçıvan” hələ yeni baş məşqçinin sisteminə uyğunlaşa bilməyib. Demçenko hücum futbolu oynamaq istədiyini bildirsə də, heyətin potensialı o deyil. İrəli xəttdə bitirici oyunçuları olmasına baxmayaraq, əsas problem yaradıcılıqla bağlıdır. Komandanın hücumları da sürətli uzun ötürmələrə hesablanıb. İrəli Felipe Santosla Ramon Maçadonun rəqib müdafiəçiləri təzyiq altında saxlamağı bacarması komandanın əsas üstünlüyüdür.

Qələbə “Araz-Naxçıvan” üçün psixoloji baxımdan faydalıdır. Lakin komandanın sərgilədiyi oyun ümid vermir. Naxçıvanlılar ikinci dövrədə avrokubok zonasında mübarizə aparan digər komandalarla müqayisədə daha zəif təsir bağışlayır.

“Sumqayıt” isə “Zirə” ilə ardıcıl matçlarda (bir kubok, bir çempionat) çox güc sərf edib. “Araz-Naxçıvan”a qarşı mövsümün ən zəif oyunlarından birini keçirən “kimyaçılar”a əsas zərbə hücumçusu Aleksandr Ramalinqomdan gəldi. 74-cü dəqiqədə rəqibini vurduğu üçün qovulan futbolçu komandasını çətin duruma saldı. Ümumiyyətlə, Ramalinqom “Sumqayıt”a böyük ümidlərlə gəlsə də, gözləntiləri doğrultmur. Vurduğu qolların əksəri də məhz penaltidəndir. “Sumqayıt” növbəti turda “Qəbələ”ni qəbul edəcək. İkinci dövrənin formada komandalarından olan “qırmızı-qaralar”a qarşı da belə oyun sərgilənsə, məğlubiyyət qaçınılmaz olacaq.

Şahin Cəfərov

Milli üzvü qələbəni kənardan izlədi

16 February 2026 at 09:38

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevanın formasını geyindiyi “Hamburq” Bundesliqada növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Hoffenhaym”la qarşılaşıb. Matç “Hamburq”un qələbəsiylə başa çatıb.

Nigar görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Hamburq” 18 turdan sonra 13 xalla 14 komanda arasında 12-cidir.

Almanı alman əvəzlədi

16 February 2026 at 09:19

Türkiyənin “Samsunspor” klubunun yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Torsten Finkə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman mütəxəssis müqavilə üçün Samsuna gəlib.

Alman mütəxəssis daha əvvəl “Bazel”, “Hamburq”, APOEL, “Qrasshopper”, “Genk” kimi komandalarda çalışıb.

Fink “Samsunspor”da bir neçə gün əvvəl istefaya göndərilən Tomas Reisi əvəzləyib.

Komanda Super Liqada 22 turdan sonra 30 xalla 8-ci sıradadır.

Hansı oyun, hansı kanalda? – TV

16 February 2026 at 09:00

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

16 fevral

Azərbaycan, Premyer Liqa
14:30 Şamaxı – Turan Tovuz (CBC Sport)
17:00 Qəbələ – Sabah (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Kasımpaşa – Karagümrük (beİN Sports 1)

İtaliya, A Seriyası
23:45 Kalyari – Leççe (Futbol 1)

İspaniya, La Liqa
00:00 Jirona – Barselona (Matç TV, İdman TV)

“Marsel”də növbəti ayrılıq

16 February 2026 at 08:39

“Marsel” klubunun idman direktori Mehdi Benatiya istefa verib.

Futbolpress.az xəbər verir ki, bu barədə keçmiş müdafiəçi sosial şəbəkə hesabında açıqlama verib. O, öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.

“Marsel”də bir müddət əvvəl baş məşqçi Roberto De Zerbi istefaya göndərilib.

Komanda Fransa çempionatında 22 turdan sonra 40 xalla 4-cü sıradadır.

Şamaxıda “sülh”, “Sabah”dan çətin qələbə

16 February 2026 at 18:55

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Turan Tovuz” “Şamaxı”nın qonağı olub. Matç qolsuz başa çatıb.

Digər görüşdə lider “Sabah” “Qəbələ”ni məğlub edib.

Azərbaycan Premyer Liqası
XX tur

16 fevral

14:30 Şamaxı – Turan Tovuz 0:0
Baş hakim: Tural Qurbanov
Şamaxı şəhər stadionu

17:00 Qəbələ – Sabah 0:1
Qol: Xəyal Əliyev, 54
Baş hakim: Rauf Cabarov
Qəbələ şəhər stadionu

“Neftçi”nin yüksəlişi

16 February 2026 at 08:01

“Neftçi” Azərbaycan Premyer Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb. Yuri Vernidubun rəhbərlik etdiyi “ağ-qaralar” Yevlaxda “Kəpəz”i məğlub edib – 3:1.

İlk hissədə vurduğu qollarla oyunun taleyini həll edən “Neftçi” yüksəlişini davam etdirir. Komanda son turlarda qazandığı xallarla artıq avrokuboklara vəsiqə verən 3-cü yer ilə fərqi 5-ə endirib. Mövsümün ikinci dövrəsinin ən formada komandası olan “ağ-qaralar” Vernidubla pozitiv temp yaxalayıb.

Fasilədən sonra dövrəyə “Zirə” heç-heçəsi ilə başlayan “Neftçi” oyunu ilə ümid vermişdi. Vernidubun komandada yaratdığı pozitiv atmosfer nəticələrdə də özünü göstərir. Ardıcıl qazanılan üç qələbəylə avrokubok mübarizəsinə yenidən qoşulan “Neftçi” üçün indiki məqamda əsas neqativ məsələ növbəti turu boş keçməsi olacaq. Yaxşı ritm yaxaladığı bir vaxtda “Qarabağ”la rəqibin Çempionlar Liqası matçına görə oyunun təxirə salınması komandaya növbəti matçlarda problem yarada bilər. Vernidub “Kəpəz”lə oyunsonrası da bu məqama toxundu və aradakı boş periodda yoxlama matçı keçirmək arzusunda olduğunu, komandanı ritmdə saxlamağın vacibliyini bildirdi.

“Kəpəz” isə enişdədir. Gəncə təmsilçisi autsayder “Karvan-Yevlax”ın məğlub olmasıyla “Neftçi” ilə matça daha rahat çıxmışdı. Məğlubiyyət belə fərqi azaltmayacaqdı və indiki məqam hər bir halda, gəncəlilərin lehinədir. İlk hissədə rəqibini müdafiədə qəbul edən, buraxılan qola penalti ilə cavab versə də, ardında müdafiədəki boşluqlar komandanın məğlubiyyətinə əsas səbəb oldu.

Şahin Cəfərov

Azərbaycan Kubokunda 1/8 final başa çatdı

15 February 2026 at 22:19

Futzal üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Baku Fire” “Ulduz”u darmadağın edib. PFL “Timsport”a, “Star Kargo” isə “Şuşa”ya qalib gəlib.

Azərbaycan Kuboku
1/8 final

Ulduz – Baku Fire-2 1:12
STAR kargo – Şuşa10:8
Timsport – PFL 4:15

1/4 final

U-19 – Yeni Suraxanı / PFL
Lənkəran – Baku Fire-2
STAR kargo – Neftçi İK
Xan-Lənkəran – Araz-Naxçıvan

Demçenkodan qələbə şərhi

15 February 2026 at 20:01

Azərbaycan Premyer Liqasının XX turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Yaxşı oynadıq və istədiyimiz üç xalı qazandıq. Futbolçularım döyüşürdülər, qələbə üçün hər şeyi etdilər. Görmək istədiklərimizi gördük, futbolçuların istəyi var idi. Öyrənməli olduğumuz nüanslar var ki, işləməliyik. Futbolçulara da təşəkkürümü etdim. Aydın idi ki, hamı bu gün can yandırırdı.

– Qələbə ilə oyunçuların psixoloji durumunu düzəltmək, yoxsa sisteminizi qəbul etdirmək daha vacibdir?
– Sistem üzərində çalışırıq. Futbolçularda istəyi görürük, bu, vacibdir. Futbolçuların hamısı motivasiyalıdır, özgüvənləri yerindədir.

Şahin Cəfərov

Before yesterdayMain stream

İliç: “Bizi asan oyunlar gözləmir”

15 February 2026 at 19:31

Azərbaycan Premyer Liqasının XX turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Məğlub olmamalı idik. Penaltidən buraxılan qolla uduzduq. Ümumi oyun bərabər gedirdi.

– Bu gün komanda özünə bənzəmirdi. Sizcə, “Zirə” ilə ardıcıl oyunlar komandaya psixoloji və fiziki təsir etdi?
– Razı deyiləm. Üç oyunda da bərabər səviyyə göstərdik. Sadəcə futbolda belə hallar olur. Bəzən bəxtin gətirmir, bəzən nəsə alınmır. Amma üç matçı da eyni keçirmişik.

– Qarşıdan autsayderlərlə oyunlar gəlir. Ardıcıl bu üç oyunda fürsətdən istifadə edib, yerinizi möhkəmləndirə bilərsiniz?
– Deməzdim zəif komandalardır. “Qəbələ” müəyyən səviyyədə olan, nəticələr qazanan komandadır. Bizi asan oyunlar gözləmir. Bütün matçlar ciddidir.

– Bu heyət istədiyinizdir, ya transferlər lazımdır?
– Əslində, güclənməyimizə ehtiyac var. Amma hələki bu heyətlə davam edirik.

– Yeni mövsüm də burda qalıb, iddialı heyətlə avrokuboklara oynamaq istəyirsiniz, ya bu mövsüm alınmazsa, getməyi düşünürsünüz?
– 
Bu haqda danışmaq tezdir. Qarşıda vacib oyunlarımız var. Avrokubok uğrunda mübarizə aparmağa çalışacağıq. Ciddi oyunlarımız var.

– Mövsümün əvvəlində sanki komanda daha əhvalı yaxşı idi. Ancaq ikinci dövrədə sanki nəsə məyusluq var. Bu, nəticələrlə bağlıdır?
– Həmişə pozitivəm. Amma komanda məğlub olanda bunu qorumaq çətindir. Futbolda hər nəticə olur. Əsas odur ki, futbolçular meydanda keyfiyyətli oyunlar göstərsin.

Şahin Cəfərov

Bağırov: “Bəlkə də, çempionatın ən ucuz qol buraxan komandasıyıq”

15 February 2026 at 17:19

Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – “Neftçi” matçından (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olanda da komandanın yanında olurlar. Növbəti matçlarda daha yaxşı oynayıb, onların etimadını doğrultmağa çalışacağıq. Oyuna gəlincə, birinci hissədə planlaşdırdıqlarımızı edə bilmədik. Bəlkə də, çempionatın ən ucuz qol buraxan komandasıyıq. Daha məsuliyyətli olmalıyıq.

– Buraxılan qollarda qapıçının nə dərəcədə səhvləri var?
– Hər oyundan əvvəl məşqçilərlə həyət barədə məsləhətləşirik. Xüsusən də qapıçı məşqçisi ilə. Əlbəttə ki, bu gün Yusif İmanovun səhvləri var idi. Daha çox məsuliyyətli olmalıdır.

– Ryonosuke Ohori “Neftçi” ilə oyunlarda meydanda olmaması nəylə bağlıdır?
– Gözündə bir az problem var idi. Qərar verdik ki, bu gün dincəlsin. Dörd gün əvvəl Bakıda həkimdə olub. İstəsəz, kağızları da göstərə bilərəm.

– Rəhbərliyin komandaya dəstəyini hiss edirsiz?
– Heç bir problemimiz yoxdur. Klub üzərinə düşən öhdəlikləri yerinə yetirir. Deyə bilmərəm ki, nəyimizsə çatışmır. Hər şey qaydasındadır.

– Qışda niyə az transfer etdiz?
– Ceferson Bentonun getməyi bizə böyük zərbə oldu. Rüsumu bilirsiz. Legioneri 3 aylıq götürüb klubu riskə sala bilmərik. “Kəpəz” Premyer Liqadan düşməyəcək. Öz gücümüzü nəzərə alıb transferlər etdik. Kim “Kəpəz”dən hər oyunda xallar gözləyirsə, mənim o adama suallarım var. Bu gün çətindir. “Neftçi” ilə “Kəpəz”in imkanları eynidir? Bəlkə “Sabah”la? Legionerə 250 min verib çempionatda qalacaqsansa, pulları yalandan xərcləmək düzgün deyil. Riskdir. Oyunçu gəlib zədələnə bilər. Ceferson qalsaydı, bir vinger transfer etməyi düşünürdük. Cefersonun gedişi başa düşə bilmədiyimiz situasiya idi. Belə şeyə rast gəlməmişəm. Vitor Feijao dedi ki, həyat yoldaşım hamilədir. Övladı burada dünyaya gətirə bilməz. Feijaoya icazə verdik. Ceferson da icazə istəsəydi, ona da veriləcəkdi. O qədər beyni qarışıq futbolçu idi ki, icazəsiz çıxıb getdi və klubu pis vəziyyətdə qoydu.

Şahin Cəfərov

Vernidub: “Təxirəsalınma bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük”

15 February 2026 at 16:46

Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – “Neftçi” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Oyunun qəhrəmanı sayıla biləcək Bassalu Sambu bombardirlər siyahısında liderdir. Abubakar gələndən sonra az oynayırdı, amma sizin dönəminizdə daha yaxşı çıxış edir. Ona nə “yedizdirib, içizdirmisiniz”?
– Azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Bir neçə gün əvvəl “Forza Neftçi”nin ad günü idi. Həmin vaxt xəstələnmişdim, onların tədbirində iştirak edə bilmədim. Buna görə onlardan üzr istəyirəm. Deyim ki, əsas onların dəstəyidir ki, bu gün belə nəticələr əldə edirik. Sambu və Abubakara gəlincə, hər ikisi yaxşı hücumçudur. Fərqli planlarda oynayan oyunçulardır. Məşqçi kimi mənə seçim etmək çətindir. Hər ikisindən razıyam. Xoşdur ki, qollar vururlar. Gördüyüm odur ki, özlərini də dəyişiblər, çox çalışırlar, komanda üçün oynayırlar. Bu cür davam etsələr, daha yaxşı olacaqlar.

– Komanda yaxşı formadadır. Heç kim belə dönəmdə formadan düşmək istəməz. “Qarabağ”la oyun təxirə salınıb və iki həftəlik fasilə olacaq. Bu müddətdə komandanı necə tonusda saxlamağı düşünürsünüz?
– İki günlük istirahət olacaq. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama matçı təşkil edilsin. Olmasa da, öz aramızda oynayacağıq ki, komanda ritmdən düşməsin.

– Ardıcıl qələbələrdən sonra futbolçulara mükafat verilirmi?
– Onlar üçün ən böyük mükafat qələbədir. Bu gün çalışdıq və üç xalı qazandıq. Futbolçularla çox ünsiyyətdə oluram, münasibətlər yaxşıdır. Daha çox çalışacağıq.

– Sizə qədər ehtiyatda olan oyunçular indi daha çox şans qazanır. Hələ optimal heyəti formalaşdırmamısınız, yoxsa prinsipiniz budur?
– Qapıçıları nəzərə almasaq, 23 futbolçumuz var. Hər biri məşqlərdə çox yaxşıdır. Anlayıram ki, hamısı eyni anda oynaya bilməz. Hər oyunçu oynamağa layiqdir. Həftə ərzində məşqlərdə yaxşı iştirak edirlər. Şərait yaradıram ki, hamısı oyunlarda da olsun. Futbolçular ancaq məşqlərdə çıxış edib, oynamasalar, fərqli nəticələr olar. Uzun müddət oynamayan futbolçu ritmini itirir. Buna görə hər zaman hamıya şans veririk ki, bir-birini əvəz edə bilsinlər. Bizdə ulduz futbolçu yoxdur, komanda, ailə var. “Ulduzlar” olanda onları da idarə etmək çətindir.

– Ukrayna mətbuatına açıqlamanızda bildirmişdiniz ki, “Qarabağ” və “Neftçi” Ukraynanın “Dinamo” və “Şaxtyor”u kimidir. İndi “Qarabağ”la oyunun təxirə salınmasına şəxsi fikriniz nədir? Oyunun təxirə salınması komandaya necə təsir edəcək?
– Bu söhbəti bağlayaq. Rəhbərliklə görüşdük və qərar verdik ki, dəstək olaq. “Qarabağ” Azərbaycanı Avropada təmsil edir. Təxirəsalınma bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük. Amma ümid edirəm ki, hər şey yaxşı olar. Belə də deyim, “Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir.

– Ardıcıl üçüncü qələbəni qazandınız. Azarkeşlərə yaxın gələcəklə bağlı nə deyə bilərsiniz?
– Azarkeşlərlə yaxşı münasibətlərimiz var. Həmişə bizimlə olmalarını istəyirəm. Bu, həm “Neftçi”yə, həm fanatlara lazımdır. Azarkeşlərimizlə fəxr edirəm. Sevinirəm ki, belə azarkeş ordumuz var.

Şahin Cəfərov

“Araz-Naxçıvan” – “Sumqayıt”: heyətlər

15 February 2026 at 15:52

“Sumqayıt” bu gün Premyer Liqanın XX turunda “Araz-Naxçıvan”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Araz-Naxçıvan”: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 10. Felipe Santos 70. Şarl Boli 19. Bar Kohen
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 14. Ülvi İsgəndərov 23. Nuno Rodriqes 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko
Baş məşqçi: Andrey Demçenko

“Sumqayıt”: 1. Mehdi Cənnətov (k) 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev 72. Rayan Senhadjic 6. Sedrik Badolo 23. Ronaldo Vaskez
Baş məşqçi: Saşa İliç

“Fənərbağça”dan rekord göstərici

15 February 2026 at 13:57

“Fənərbağça” Super Liqanın XXII turunda “Trabzonspor”u məğlub edib – 3:2.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi bu mövsüm çempionatda məğlub olmayıb. Komanda 22 görüşün 15-də qələbə qazanıb, 7-də heç-heçə edib.

“Fənərbağça” ümumiyyətlə, ardıcıl 19 oyundur, uduzmur. Bu klub tarixinin ən uzun məğlubiyyətsizlik seriyasıdır.

“Fənərbağça” çempionatda 52 xalla ikinci sıradadır.

“Kəpəz” – “Neftçi”: heyətlər

15 February 2026 at 13:24

“Neftçi” Premyer Liqanın XX turunda “Kəpəz”in qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 14:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 12. Mahamadu Ba
Baş məşqçi: Azər Bağırov

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 17. Murad Xaçayev 7. Emil Səfərov 47. Murad Məmmədov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 11. İmad Faraj
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 45. Vensan Abubakar 14. Edvin Kuç 27. Kristian Kostin 33. Breno Almeyda 70. Andrey Ştoqrin 10. Freddi Varqas 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

Azərbaycan atleti Qazaxıstanda “gümüş” qazandı

15 February 2026 at 12:18

Azərbaycan atleti İsmail Əliyev Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib.

Futbolpress.az xəbər verir ki, o, Olqa Ripakova mükafatı uğrunda yarışda gümüş medal qazanıb.

Əliyev Qış Dünya Turunun Gümüş səviyyəli turnirində növəitələmə növündə fərqlənib. O, 16,58 metr nəticə ilə ikinci yeri tutub.

“Bavariya” “Qalatasaray”ın hücumçusu ilə maraqlanır

15 February 2026 at 11:45

“Qalatasaray”ın futbolçusu Viktor Osimhen karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Bavariya” nigeriyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb. Münhen klubu yayda forvard üçün hərəkətə keçəcək.

Osimhen bu mövsüm 22 oyunda 15 qol vurub.

Şəhriyar: “Qarabağ”dan hər şey gözləmək olar”

15 February 2026 at 11:15

Şahmat üzrə Azərbaycan yığmasının üzvü, rapid üzrə dünya, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

Futbolpress.az həmin müsahibəni təqdim edir.

– Ölkə çempionatından əvvəlki turnirlərdə fərqli nəticələr əldə etmisən. Sanki son partiyalarda istədiyin nəticəni qazanmaqda çətinlik çəkirsən?
– Son 8 oyunda istədiyim nəticəni əldə etmirəm. Ötən il keçirilən Dünya Kubokunda yarışı ağır məğlubiyyətlə başa vurdum. Yəni qazandığım oyunu uduzdum. Bu yarış istənilən peşəkar şahmatçıya çox vacibdi. Dünya Kubokundakı məğlubiyyətdən sonra mənim üçün çətin oldu. Rahat uduş vəziyyəti olduğu halda partiyanı məğlub başa vurdum. 2026-cı il mənim üçün uğurlu başlamadı. Bundesliqada ardıcıl 4 partiyada heç-heçə oynadım. Azərbaycan çempionatında da ilk oyunda bərabərlik qeydə alındı. Yarışlar çox olduğuna görə çətinlik aşkar hiss olunur.

– Deməli 2026-cı ilin ilk qələbəsini Azərbaycan çempionatında qazandın.
– Tam doğru, bu ilin ilk qələbəsini 1/16 final mərhələsinin cavab partiyasında əldə etdim. Rəqibim Murad İbrahimli çox güclü oynadı. Ümumiyyətlə azərbaycanlı yeniyetmə və gənc şahmatçılar çox yaxşı mübarizə göstərir. Təəccüblü odur ki, yaxşı oynasalar da reytinqləri çox aşağıdı.
Azərbaycan çempionatı kimi yarışlar çox gərgin keçir. Normalda tanınmış şahmatçılar belə yarışlarda iştirak etmir. Çünki, reytinq itirirsən. Mən 1/16 finalda Murad İbrahimlini 1,5-0,5 hesabıyla üstələdim. Növbəti mərhələyə adlasam da, reytinq itirdim. Belə hallardan qaçmaq üçün çox şahmatçı bu yarışlarda iştirak etmir.

– Halbuki 1/16 finalın ilk görüşündə də qələbəyə oynaya bilərdiniz.
– Düzünü desəm əvvəlki illərim olsaydı, yəni daha gənc olsaydım qara fiqurlarla qələbəyə oynayardım. Zaman keçdikcə fərqli düşünürsən. Əsas mərhələ adlamaqdı. Risk etmək istəmədim, etiraf edirəm. İlk oyunda heç-heçə, cavab görüşündə qələbə qazanmaqla 1/8 finala vəsiqə qazandım. Yarışdan əvvəl Murad İbrahimlinin oyununa baxdım. İnternetdə çoxlu sayda onlayn yarışlarda iştirakını gördüm. Birinci qarşıma çıxan İbrahimli-Karlsen partiyası oldu. 1-0 hesablı qələbə qazanıb. Növbəti oyunu Nakamurayla partiya idi, orada da qalib gəlib. Son illərdə internetdə çox oyun keçirirlər. Yəni gənc və yeniyetmə şahmatçılarımız bu gün oyun baxımından artırıblar.
İnternet üzərindən olsa belə artıq dünyada onlayn yarışda nəticələr adi qəbul edilmir. Türkiyənin özündə də internetdə güclü rəqib üzərində qələbə böyük hadisə kimi qəbul edilir. Səmimi fikirlərimdi. Yaxınlarda bacım Zeynəb Məmmədyarovanın məktəbinə getmişdim. Orada yeniyetmələrin blits yarışını izlədim və hətta onlarla bir qədər oynadıq. Çox yaxşı mübarizə göstərdilər. Gənc şahmatçılar hər gün inkişaf edirlər.

– Bəlkə sizlər daha çox yorulursunuz?
– Təbii, keçmiş Şəhriyar Məmmədyarovu indi görmək çətindi. Sadəcə gənclərin gücləndiyinə inanmağınızı istərdim. Azərbaycan çempionatı çox nüfuzlu yarışdı. Hər bir şahmatçı ölkəsinin ən güclü olduğunu sübut etmək istəyir. Mənim üçün çox əziz yarışdı. Ona görə burada itirilən reytinqimə təəssüflənmirəm. Çalışacam mümkün qədər irəli gedim. Sadəcə hər tur çempionatda sürpriz ola bilər. Ona görə 1/8 finala vəsiqə qazanmağıma çox sevindim.

– Şəhriyar son dəfə neçənci ildə Azərbaycan çempionu olub?
– 2001 və 2002-ci illərdə Azərbaycan çempionu olmuşam. Səhv etmirəmsə o yarışdan sonra çempionatda oynamadım. Ardıcıl iki çempionluqdan sonra 23 il keçdi və ötən il yarışda mübarizə apardım. 2001, 2002-ci illərdə çempionat çox maraqlı idi. Həmin yarışda biz o qədər güclü deyildik. Reytinqimiz düşündüyünüz kimi yüksək olmayıb. Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov və digərləri mübarizə aparırdı. Amma reytinqlərimiz indikindən aşağı olub.

– Ən çox çempion Rauf olub. Altı dəfə Azərbaycan çempionatda birinci yeri tutub. Maraqlıdır bu il Rauf Məmmədovu kim dayandıracaq?
– Altıqat Azərbaycan çempionu olmaq böyük nəticədir. “Nokaut” sistemində ümumiyyətlə yarışı udmaq çox çətindi. Ötən il Raufun qələbəsi fikrimcə karyerasında ən çətin çempionluq oldu. Rauf çox yaxşı şahmatçıdır. Niyə də yeddinci dəfə çempion olmasın? Onun ölkə şahmatı və Azərbaycan milli komandası üçün etdiklərini çox az adam eləyib. Mənim üçün Raufun millidə inanılmaz böyük əziyyəti və uğurları var. Yenə də çempion olarsa bunu normal qarşılayacağıq. Amma çalışacayıq buna imkan verməyək (gülür). Püşkə əsasən finalda qarşılaşmaq ehtimalı var. Finala doğru uzun yol var, hər mərhələdə hər partiya həlledicidi.

– Bacıların Zeynəb və Türkan qadınlar arasında Azərbaycan çempionatında iştirak edir. Bu barədə nə düşünürsən?
– Zeynəb ilk oyunda qalib gələ bilərdi. Oyunu istədiyi kimi alınmadı. Əvəzində Türkan 1/16 final mərhələsində hər iki oyunda udaraq mərhələ adladı. Etiraf edək ki, hər ikisi son illər şahmata nisbətən az vaxt ayırır. Əvvəlki illərdə daha çox vaxt həsr edirdilər. İndi övladları var, uşaqlarını dəstəkləyirlər. Qadınların çempionatı da çox çətindi. İllər öncə hər ikisi çempionatda favorit sayılırdı. İndi vəziyyət dəyişib. Qadın şahmatında hər bir iştirakçının qalib gəlmək şansı olduğunu düşünürəm. Səhvlər hər oyunda həlledici ola bilər. Şansları azdı, amma Türkan irəliləyə bilər. Bacım çempion olsa şok olmaram, amma sevinərəm.

– Şahmatdan başqa hansı idman növünə baxırsan?
– Çox gərgin təqvim üzrə yarışlarda oynayıram. Üstəlik artıq iki ilə yaxın türk şahmatçı Yağız Ərdoğmuşla məşğul oluram. Çox inkişaf edir. Onunla hazırlaşıram, bəzən yarışlara birgə yollanırıq. Digər idman növlərinə baxmağa vaxt olmur. İmkan düşdükcə futbola baxıram. Demək olar ki, baxmadığım futbol yoxdu. Ötən ay vaxt oldu və atamla birlikdə stadionda “Qarabağ”ın Çempionlar Liqasında “Ayntraxt”la matçına baxdıq. Çox əla oyun keçdi.

– “Qarabağ”ın uğurlu çıxış edəcəyinə inanırdınız?
– Atam dəhşətli dərəcədə “Qarabağ”a inanırdı. İlk dəqiqədən deyirdi yaxşı olacaq. Mən fərqli baxırdım. Almanlar həm büdcə, həm təcrübə baxımından üstün tərəf kimi görünürdü. “Qarabağ” inanılmaz mübarizə göstərdi və qələbəni daha çox istəyirdi. Hava çox soyuq idi. Buna baxmayaraq son dəqiqəyə qədər stadionda qaldıq. Çox xoşbəxtəm ki, “Qarabağ”-“Ayntraxt” matçını stadionda izləmişəm. Dəhşət hisslər idi.

– Azərbaycan çempionatının yarımfinal günlərində “Qarabağ” Bakıda “Nyukasl”ı qəbul edəcək. Şanslar barədə fikirlərin maraqlıdı…
– Desəm ki, şans yoxdu yalan olar. “Nyukasl” böyük favoritdi. Zəngin təcrübəli komandadır. Bu il qeyri-stabil çıxış edirlər. Amma hər zaman mübarizə göstərirlər. Çətin olacağı hamıya məlumdu. Lakin “Qarabağ” adi komanda deyil. “Benfika”ya 0-2 uduzurdu, sonda 3-2 qalib gəldi. “Ayntraxt”a 1-2 məğlub olurdu, sonda hesabı 3-2 etdi. “Çelsi” kimi komandayla heç-heçə oynadı. Yəni “Qarabağ”dan hər şey gözləmək olar. Yarış vaxtı olsa belə çalışacam stadiona gedim.

– Məşqçiliyə başlayandan sonra yarışlarda iştirak etmək daha çətin olar. Çünki şahmatçı məşqçiliyə başlayırsa artıq inkişafdan qalır. Bu fikirlə razısan?
– Peşəkar şahmatçı müəyyən zamana qədər özünə vaxt ayırmalıdı. 35-36 yaşına qədər ancaq özümlə məşğul olmuşam. Pandemiya zamanı yarışlar dayandı və məşqçiliyə başladım. Gənc şahmatçılara məşqçi olmağı məsləhət görmürəm. Vaxt olduqca mütləq özləri şahmatla məşğul olmalıdı. Mənim işlədiyim şahmatçı böyük gələcək vəd edən şahmatçıdı. Dünyanın ən yaxşı şahmatçılarından biri olan Yağız Ərdoğmuşla işləmək çox xoşdu. Sizin fikirlə razıyam. Dünya çempionu olmaq istəyən şahmatçı məşqçilik etməli deyil. Bəzən gəncləri görürəm məşqçilik edirlər, amma bu çox çətindi. Gəlin etiraf edək, ən gözəl vaxtlarım qarşıdadır desəm yalan olar. Dünya çempionu olmaq şanslarım var, amma illər öncə olduğu qədər deyil.

Hansı oyun, hansı kanalda? – TV

15 February 2026 at 10:00

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

15 fevral

Azərbaycan, Premyer Liqa
14:30 Kəpəz – Neftçi (CBC Sport)
17:00 Araz-Naxçıvan – Sumqayıt (CBC Sport)

İtaliya, A Seriyası
15:30 Udineze – Sassuolo (Futbol 1)
21:00 Torino – Bolonya (Futbol 1, Matç TV)
23:45 Napoli – Roma (Futbol 1, Matç TV)

Türkiyə, Super Liqa
15:30 Kocaelispor – Qazintep (beİN Sports 1)
18:00 Göztəpə – Kayserispor (Futbol 3, beİN Sports 1 )
21:00 Başakşəhər – Beşiktaş (Futbol 3, beİN Sports 1)

İspaniya, La Liqa
17:00 Ovyedo – Atletik (İdman TV)
19:15 Rayo Valyekano – Atletiko (Futbol 2)
21:30 Levante – Valensiya (İdman TV)
00:00 Malyorka – Betis (İdman TV)

Yararsız meydan və qəzəb

15 February 2026 at 08:39

“Qarabağ” Premyer Liqanın XX turunda “İmişli”yə qalib gəlib – 1:0.

Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matçda nəticə yox, meydançanın durumu və hakimlik müzakirə olundu. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası açıqlamasında da hiddətli danışdı, bu arenada futbola icazə verənlərə narazılığını bildirib, tənqidi fikirlərini söylədi. Mütəxəssis Çempionlar Liqasında “Nyukasl”la oyunöncəsi belə səfərin komandanın əleyhinə olduğunu vurğuladı.

“Qarabağ”dan əvvəl də bu arenada “İmişli”nin qonağı olan klublar narazılıqlarını bildirsələr də, çarə tapılmır. Futbolçuların daha çox güc sərf etməsi, zədələrin qaçılmaz olması iddialı komandalar üçün həyəcan yaradır. Bu vəziyyətin meydan sahibi “İmişli”yə sərf etməsi də realdır. Hədəfi liqada qalmaq olan komanda ev matçlarında qələbə qazana bilməməsinə baxmayaraq, kifayət qədər heç-heçələr edib. “Sabah”, “Neftçi”, “Zirə” kimi komandalardan bir xal qoparmağı bacaran bölgə klubu futbola yararsız arenadan öz faydasını götürmüş olur.

Digər məsələ isə hakimliklə bağlıdır. İkinci hissədə Kadi Borgesin qırmızı vərəqə aldığı epizod müzakirəyə açıqdır. Daha əvvəl “İmişli”nin oyunçusunun braziliyalını çəkməsinə baxmayaraq, Kadinin onu itələməsi birbaşa “qırmızı” ilə dəyərləndirildi ki, bu da kifayət qədər ağır qərardır. Daha sonra meydan sahiblərinin futbolçusu Dieqo Almeydanın etirazlarının yekunu da “qırmızı” ilə nəticələndi.

İki “qırmızı”, bir qol, bərbad meydança və narazılıqlar fonunda “Qarabağ” çətin də olsa, qələbə qazanmaqla, bir oyun az keçirən lider “Sabah”la fərqi minimuma endirdi.

Şahin Cəfərov

“Neftçi”dən qələbə, “Araz-Naxçıvan” həsrətə son qoydu

15 February 2026 at 19:00

Bu gün Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Neftçi” səfərdə “Kəpəz”lə qarşılaşıb. Görüş “ağ-qaralar”ın qələbəsiylə başa çatıb.

Digər görüşdə “Sumqayıt” “Araz-Naxçıvan”ın qonağı olub. Matç naxçıvanlıların qələbəsiylə yekunlaşıb.

Azərbaycan Premyer Liqası
XX tur

15 fevral

14:30 Kəpəz – Neftçi 1:3
Qollar:
Rauf Rüstəmli, 35 (pen.) – Bassalu Sambu, 27, 38, Emin Mahmudov, 40
Qırmızı vərəqə: Məqsəd İsayev, 72 (“Kəpəz”)
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu

17:00 Araz-Naxçıvan – Sumqayıt 1:0
Qol:
Ramon Maçado, 45+4 (pen.)
Qırmızı vərəqə: Aleksandr Ramalinqom, 74
Baş hakim: Elçin Məsiyev
“Liv Bona Dea Arena”

“Nyukasl” “Qarabağ”la oyundan əvvəl kubokda sevindi

15 February 2026 at 00:28

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl” İngiltərə Kubokunda növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, 1/16 final mərhələsində “Aston Villa” ilə qarşılaşıb. Görüş “Nyukasl”ın qələbəsiylə başa çatıb – 3:1.

“Sağsağanlar”ın qollarını Tonali (2) və Voltemad vurub.

“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda keçirəcək. Cavab görüşü isə fevralın 25-də İngiltərədə olacaq.

“Sabah”dan inamlı qələbə

14 February 2026 at 21:46

Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turun son qarşılaşmasında “Sabah” NTD ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutan görüş “Sabah”ın qələbəsiylə başa çatıb – 103:87.

Daha əvvəl keçirilən görüşlərdə “Sərhədçi” “Lənkəran”ı (83:69), “Naxçıvan” “Sumqayıt”ı (110:107), “Abşeron Lions” “Gəncə”ni (81:71), “Ordu” “Quba”nı (98:87), “Neftçi” “Şəki”ni (93:77) məğlub edib.

Rafinya qayıtdı, Reşford…

14 February 2026 at 21:00

“Barselona”nın futbolçusu Rafinya kollektiv məşqlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Braziliyalı hücumçu şans veriləcəyi halda, La Liqada “Jirona” ilə matçda meydana çıxa bilər.

Komandanın digər futbolçusu Markus Reşford isə hələ tam hazır deyil.

“Jirona” – “Barselona” oyunu fevralın 16-da keçiriləcək.

“Kəpəz” doğma arenaya qayıdır – ilk oyun may ayında planlaşdırılır

14 February 2026 at 20:47

“Kəpəz” klubunun İdarə Heyətinin üzvü Fərman Əlizadənin “Futbolpress.az“a müsahibəsi:

– Gəncə stadionu ilə bağlı vəziyyət nə yerdədir?
– İlk növbədə ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə klubumuz və azarkeşlər adından təşəkkür edirik. Məhz Prezidentin sərəncamı ilə stadionun inşası “Kəpəz”in inkişafı üçün böyük təkandır. Stadionun tikintisi Gənclər və İdman Nazirliyinə həvalə olunub və gördüyünüz kimi qısa müddətdə böyük iş görülüb. Fors-major hal baş verməzsə, hər zaman klubların yanında olan AFFA və PFL-in dəstəyi ilə ilk ev oyunumuzun may ayında keçirilməsi planlaşdırılır.

–  “Kəpəz”ə gələrkən qarşınıza qoyduğunuz əsas məqsəd və hədəf nə idi?
– Mən özüm də Gəncədə doğulub, burada böyümüşəm. “Kəpəz” uşaqlıqdan azarkeşlik etdiyim komandadır. Doğma şəhərimin doğma klubuna dəstək olmaq təklifi olundu və mən də bunu böyük məmnuniyyətlə qəbul etdim. “Kəpəz” böyük tarixə, zəngin ənənələrə və güclü azarkeş bazasına malik klubdur. İlk mərhələdə prioritetimiz Premyer Liqada mövqeyimizi qorumaq, paralel olaraq isə struktur baxımından davamlı inkişaf üçün möhkəm baza formalaşdırmaq idi.

– Yeni mövsümün startından klubda hansı işlər görülüb?
– Akademiya ilə əsas komanda arasında koordinasiya gücləndirilib. Eyni zamanda infrastrukturun mərhələli şəkildə yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Qürurverici haldır ki, struktur dəyişiklikləri nəticəsində Azərbaycan futbol klubları arasında ilk qadın klub meneceri məhz “Kəpəz”də fəaliyyət göstərir. Səbinə Hənifəyeva bu işin öhdəsindən yüksək səviyyədə və layiqincə gəlir. Klub da onun fəaliyyətini yüksək qiymətləndirir.

– Bu mövsüm komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Növbəti mövsüm üçün plan nədir?
– Mövsümün əvvəlində hədəflərimiz daha fərqli idi. Təəssüf ki, start istədiyimiz kimi alınmadı. Sonradan müəyyən dəyişikliklər etdik. Azər Bağırov komandaya qayıtdıqdan sonra yeni transferlər reallaşdırıldı. Yusif İmanov, Rauf Hüseynli, Mate Abuladze, Veysəl Rzayev, Rəhman Hacıyev və Camal Cəfərov baş məşqçimizin istəyi ilə komandaya cəlb olundular. Bir sıra oyunçularla isə yollar ayrıldı. Mövsümün qalan hissəsində əsas hədəf sabitliyi qorumaqdır. Kubokda isə bacardığımız qədər irəliləmək istəyirik. Komandamıza inanırıq. Baş məşqçimiz, yerli futbolçularımız və ümumilikdə kollektivin hər bir üzvünün qarşıya qoyulan hədəflərə çatmaq üçün maksimum çalışacağına əminik. Növbəti mövsümdə isə daha rəqabətədavamlı kollektiv formalaşdırmaq və turnir cədvəlində yuxarı pillələr uğrunda mübarizə aparmaq niyyətindəyik. Addımlarımız mərhələli və real plan əsasında atılır.

– Veysəl Rzayevin vəziyyəti necədir və onunla bağlı plan nədir?
– Klubun İnfrastruktur rəhbəri Ruslan Məmmədov, baş məşqçimiz Azər Bağırov və komanda üzvləri mütəmadi olaraq Veysəl Rzayevi ziyarət edirlər. Əsas məqsədimiz onun tam sağalaraq ayağa qalxmasıdır. Ümid edirik ki, Veysəl tezliklə yaşıl meydanlara qayıdacaq.

– Cefferson Bentu ilə bağlı vəziyyət nə yerdədir?
– Təəssüf ki, Cefferson Bentu klub qarşısında olan öhdəliklərini yerinə yetirməyib və qış fasiləsindən sonra komandanın düşərgəsinə qayıtmayıb. Bununla bağlı artıq FIFA-ya müraciət etmişik. FIFA-nın qaydalarına uyğun olaraq hüquqi proses başlanılıb. Onun gedişi seleksiya planlarımızda dəyişiklik etməyə məcbur etdi. Bu səbəbdən baş məşqçi Azər Bağırovun istəyi ilə Mate Abuladze komandaya dəvət olundu.

– Akademiyanın inkişafı ilə bağlı hansı planlar var?
– Akademiya klubun gələcəyidir. Seçim mexanizmi gücləndirilir. Ötən ay növbəti seleksiya məşqləri keçirilib və bu seleksiya nəticəsində aşağı yaş qrupları üzrə komandalara uşaqlar cəlb olunub. Məşqçilərin ixtisasartırması və kateqoriyalarının yüksəldilməsi prioritetdir. Texniki bazanın təkmilləşdirilməsi istiqamətində də işlər görülür. Məqsədimiz əsas komandaya mütəmadi olaraq akademiya yetirmələri qazandırmaqdır. Qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz iki yoxlama görüşündə “Kəpəz”in 10-dan çox yetirməsi şans qazanıb. Bu hal klubumuzda uzun illər qeydə alınmırdı. Bu fakt əsas komanda ilə akademiya arasında əlaqələrin möhkəmləndiyini və sistemli işin artıq nəticə verməyə başladığını göstərir.

– Uzun illərdir milli komandaya dəvət olmur. Bu ənənənin bərpası üçün nə edilir?
– Bu istiqamətdə işlər aparılır. Artıq akademiyamızın futbolçuları aşağı yaş qrupları üzrə milli komandalara dəvət almağa başlayıblar. Bu, görülən işlərin real nəticəsidir. Ümid edirik ki, yaxın illərdə onları əsas milli komandanın heyətində də görəcəyik. Gələcəkdə Akademiyaya performans və fiziki hazırlıq üzrə mütəxəssislərin cəlb olunması da nəzərdə tutulub. Məqsədimiz futbolçuların fərdi inkişafını daha peşəkar səviyyəyə qaldırmaqdır.

– Maliyyə sabitliyi və sponsorluq məsələləri ilə bağlı hansı addımlar atılıb?
– Bildiyiniz kimi, ilk dəfədir ki, “Kəpəz”in titul sponsoru var. Bu münasibətlə “Unibank”a təşəkkür edirik. Onlarla yeni layihələr üzərində işləyirik və əməkdaşlığımızı daha da genişləndirməyi planlaşdırırıq. Ümumilikdə büdcə planlaması daha sistemli şəkildə qurulub. Paralel olaraq yeni tərəfdaşların cəlb olunması istiqamətində danışıqlar aparılır. Məqsədimiz uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaqdır. Klubun brend dəyərinin artırılması sponsor marağını da yüksəldir.

– Akademiya üçün yeni layihələr nəzərdə tutulurmu?
– Akademiya yeni məşq inventarları və forma dəsti ilə təmin olunub. Futbolçuların məşq etdiyi stadionda mövcud olan natamam işlər mərhələli şəkildə aradan qaldırılır. Ərazidə hasarların hörülməsi artıq yekunlaşdırılıb. Stadion ərazisində yeni sanitar qovşağı inşa olunub və qızlar və oğlanlar üçün ayrıca nəzərdə tutulub. Bundan əlavə, Akademiyanın məşq meydançasında işıqlandırma sisteminin qurulmasına başlanılıb. Uzun illər işıqlandırmanın olmaması səbəbindən axşam saatlarında məşq keçmək mümkün deyildi və bu, futbolçuların inkişafına mənfi təsir göstərirdi. Yeni sistemin quraşdırılması ilə bu problem aradan qaldırılacaq və məşqlər daha əlverişli şəraitdə, daha geniş zaman intervalında keçiriləcək. Bundan başqa, Akademiya üçün oyun vaxtı istifadə ediləcək soyunub-geyinmə otağının tikintisi və əlavə sanitar qovşağın inşası nəzərdə tutulub. Yaxın gələcəkdə süni meydançanın dəyişdirilməsi də planlarımız sırasındadır.

– Akademiyadan əsas komandaya keçid mexanizmi necə qurulacaq?
– Perspektivli futbolçular artıq əsas komandanın məşqlərinə cəlb olunur. Məşqçilər heyəti ilə koordinasiya gücləndirilib. İdarə Heyətinin sədri Adil Vəliyevlə keçirilən görüşdə baş məşqçimiz Azər Bağırovun qarşısına akademiya ilə bağlı konkret tapşırıqlar qoyulub və o da planlarının klub strategiyası ilə tam uyğun olduğunu bildirib. Baş məşqçimiz mütəmadi olaraq aşağı yaş qruplarının məşqlərini və matçlarını izləyir. Yoxlama oyunlarında akademiya üzvlərinə şans verilməsi də bu sistemli yanaşmanın tərkib hissəsidir.

– Azarkeşlərlə bağlı hansı planlar var?
– “Kəpəz” azarkeşsiz təsəvvür olunmur. “Xəmsə” və “Kəpəz Ultras” kimi uzun illər tribunada və komandanın yanında olan və yeni yaradılan “Zona 20” kimi üç böyük azarkeş qrupumuz var. Onlar nəticədən asılı olmayaraq hər zaman klubun yanındadırlar. Bu dəstək klubumuz üçün böyük stimuldur. Ev oyunlarını Gəncədə keçirəcəyimiz vaxt onların dəstəyinə daha çox ehtiyacımız olacaq və inanırıq ki, arena tam dolacaq.

– “Kəpəz”in veteranlarla bağlı nə deyə bilərsiz?
– Veteranlar “Kəpəz”in tarixidir. Klubun ən böyük uğurları onların adları ilə bağlıdır. Onların dəstəyinə hər zaman ehtiyacımız var. Veterlarla arasında Akademiyamızda fəaliyyət göstərənləri də var. Onlar klubumuzun aşağı yaş qruparndan ibarət komandalarda məşqçilər heyətində yer alıblar. Bundan başqa, klubun nəzdnində “Gəncə futbol əfsanələri” şurası da yaradılıb. Bu şuraya komandanın formasını geyinən bütün veteranlar üzv seçilib. Onlarla bağlı da planlarımız var. Bu ayın sonunda görüşümüz olacaq. Ev oyunlarımızı doğma stadionumuzda keçirəndə onlar üçün də xüsusi tribuna ayrılacaq və “Kəpəz”in matçlarını izləmələri üçün şərait yaradılacaq.

– Qarşıda sizi 2 çətin matç gözləyir. “Neftçi” və “Sabah” oyunları ilə bağlı gözləntiləriniz?
– Rəqibdən asılı olmayaraq baş məşqçi və futbolçularımızın hədəfi əzmkar oyun göstərib, qələbə qazanmaqdır. “Neftçi” ənənəsi olan köklü bir komandadır. Güclü heyətə malikdirlər. Onlarla oyunumuz hər zaman gərgin idman mübarizəsi şəraitində keçib. “Sabah” da artıq tarix yazmağa başlayır. Ötən mövsüm Azərbaycan kubokunu qazanmaları bunun sübutudur. Hazırda isə Premyer Liqada turnir cədvəlinin ilk pilləsində qərarlaşıblar və uğurlu mövsüm keçirirlər. Bütün bunlara rəğmən bildirdiyim kimi hədəfimiz hər oyunda layiqli mübarizə aparıb, maksuimum nəticə qazanmaqdır.

Şahin Cəfərov

Füzuli Məmmədov: “Hansısa səhv bizi Premyer Liqadan sala bilər”

14 February 2026 at 20:39

Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” – “Karvan-Yevlax” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çox maraqlı oyun oldu. Meydanda mübarizə getdi. Hər iki komanda yaxşı oyun sərgilədi. Bilirik ki, “Zirə” yaxşı komandadır, amma bu gün biz də yaxşı oynadıq. Standart vəziyyətdən qol buraxdıq. Hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı. Rəqibi təbrik edirəm, növbəti matça hazırlaşacağıq.

– Qavi Tompson meydandan çıxanda qərara etiraz etdi…
– Hər futbolçu oyunu alınmayanda stressdə olur. Qavinin də davranışı normaldır. Emosional idi. Daha sonra hərəkətini başa düşdü

– Artıq neçənci dəfədir ki, ilk hissədə əvəzetməyə gedirsiz. Bu, nə ilə bağlıdır?
– “Sumqayıt”la matçda Raufun oyunu pis alınmırdı. Müdafiədə problemlər var idi, məcburiyyətdən onu əvəzlədik. Bu gün də hesabda geridə idik. Qavi yarımmüdafiəçidir, Kinqs isə hücumameyillidir. Biz futbolçuların zəif çıxışına görə yox, hücumda effektiv olmaq dəyişiklik üçün edirik. Taktiki gedişlərdir.

– Birinci hissədə potensial penalti epizodu var idi. Epizoda baxdız, fikirləriniz nədir?
– Baxdım. VAR-da oturanlar da baxırlar. Dirsək var idi, amma necə dəyərləndirirlər, bilmirəm. Hakimlər bizdən daha biliklidir.

– Ötən oyunda da rəqibinizə aşkar qırmızı vərəqə verilməmişdi. Sizcə, sonuncu pillədə olduğunuza görə, hakimlər sizə qeyri-ciddi yanaşırlar?
– Mübarizə aparırıq, əziyyət çəkirik. Hər oyuna qələbə üçün çıxırıq, amma belə epizodlar bizi məyus edir. Hakimlər daha diqqətli olmalıdırlar. Hansısa səhv bizi Premyer Liqadan sala bilər. İstəyim odur ki, hakimlər bizim matçlarda çox diqqətli olsunlar.

Şahin Cəfərov

Sadıqov: “İstədiyimizi nə qədər reallaşdıracağıq, onu zaman göstərəcək”

14 February 2026 at 19:43

Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” – “Karvan-Yevlax” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Gərgin oyun olacağını bilirdik. Rəqibimiz hər oyuna “ölüm-qalım” mübarizəsi ilə çıxır. Hər xal onlar üçün çox önəmlidir. Bilirdik ki, qarşımızda möhkəm komanda olacaq. Müdafiə davranışları fərqli idi, daha kompakt oynadılar. Oyunboyu yaxşı hücumlarımız var idi. 2-ci və ya 3-cü qolu vursaydıq, matç daha rahat keçərdi. Amma vacib olan odur ki, qalib gəldik. Rəqibə qol epizodu vermədik. Futbolçularımı təbrik edirəm. Çox vacib və stressli görüşdə qələbə qazandıq.

– Anatoli Nuriyevin transferi necə alındı?
– Bəyəndiyim futbolçulardan idi. “Sabah”a müraciət etdik və buna “hə” dedilər. Nuriyevin keçidinə razı oldular. Bizim üçün vacib transfer idi. Buna görə “Sabah”a təşəkkür edirəm. Yaxından və yaxşı tanıdığım oyunçudur. Son vaxtlarda az oynayıb. Amma zamanla daha yaxşı formaya düşəcək.

– Bu heyət hədəflərə çatmağa imkan verəcək?
– İstədiyimiz ən azından avrokuboklara düşməkdir. İki komanda çempionluq, digər beş komanda isə avrokuboklara vəsiqə üçün mübarizə aparır. Komandaların yaxşı heyətləri var, yaxşı performans göstərirlər. İstədiyimizi nə qədər reallaşdıracağıq, onu zaman göstərəcək. Ən vacib olan zədəlilərimizin az olması, futbolçuların yaxşı formada olmasıdır.

Şahin Cəfərov

“İnter” “Yuventus”u xalsız yola saldı

15 February 2026 at 01:50

İtaliya A Seriyasında XXV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. bir oyun baş tutub.

“Milan” səfərdə “Piza”ya qalib gəlib.

İtaliya A Seriyası
XXV tur

13 fevral

Piza – Milan 1:2
Qollar:
Loyola, 71 – Loftus-Çik, 39. Modriç, 85.

14 fevral

Komo – Fiorentina 1:2
Qollar:
Parisi, 77 (avtoqol.) – Facoli, 26. M.Kin, 54 (pen.)

Latsio – Atalanta 0:2
Qollar:
Ederson, 41 (pen.), Zalevski, 60.

İnter – Yuventus 3:2
Qollar:
Kambyazo, 17 (öz qapısına) Espozito, 76. Zyelinski, 90 – Kambyazo, 26. Lokatelli, 83.

15 fevral

15:30. Udineze – Sassuolo
18:00. Kremoneze – Cenoa
18:00. Parma – Verona
21:00. Torino – Bolonya
23:45. Napoli – Roma

16 fevral

23:45. Kalyari – Leççe

“Qarabağ” və “Zirə”dən qələbə

14 February 2026 at 18:56

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Qarabağ” Qubada “İmişli”nin məğlub edib, digər görüşdə “Zirə” “Karvan-Yevlax”dan üstün olu.

Azərbaycan Premyer Liqası
XX tur

14 fevral

14:30 İmişli – Qarabağ 0:1
Qol:
Musa Qurbanlı, 80
Qırmızı vərəqə: Dieqo Almeyda, 84 (“İmişli”) – Kadi Borges, 72 (“Qarabağ”)
Baş hakim: Cavid Cəlilov
Quba OİK stadionu

17:00 Zirə – Karvan-Yevlax 1:0
Qol:
Volkov, 20
Baş hakim: Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu

“Leypsiq” xal itirdi

15 February 2026 at 22:59

Almaniya Bundesliqasında XXII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

Dortmund “Borussiya”sı doğma meydanda “Maynts”la qarşılaşıb. Görüş meydan sahiblərinin darmadağınıyla başa çatıb.

Almaniya Bundesliqası
XXII tur

13 fevral

Borussiya (Dortmund) – Maynts 4:0
Qollar:
Jirassi, 10; 42. Bayer, 15. Köhr, 84-öz qapısına.

14 fevral

Bayer – Sankt Pauli 4:0
Qollar:
Kuansa, 13. Şik, 14. Tapsoba, 52. Poku, 78.

Ayntraxt – Borussiya (Münhenqladbax) 3:0
Qollar:
Braun, 24. Amaimuni, 34. Knauff, 75.

Hamburq – Union Berlin 3:2
Qollar:
Koniqsdorffer, 35; 82. Kapaldo, 45+2 – Kerfeld, 28-pen. İliç, 89.

Hoffenhaym – Frayburq 3:0
Qollar:
Asllani, 46. O.Kabak, 51. Gendrey, 90+5.

Verder – Bavariya 0:3
Qollar:
H.Keyn, 22-pen; 25. Qoretska, 70.

Ştutqart – Köln 3:1
Qollar:
Demiroviç, 15; 84. Undav, 90+2.

15 fevral

Auqsburq – Haydenhaym 1:0
Qol:
Klod-Mauris, 80 (pen.)

Leypsiq – Volfsburq 2:2
Qollar:
Diomande, 70. Qruda, 89 – Amura, 52. Svanberq, 78.

“Beşiktaş” səfərdə qazandı

15 February 2026 at 23:32

Türkiyə Super Liqasında XXII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Lider “Qalatasaray” azarkeşləri önündə “Eyüpspor”u darmadağın edib. “Samsunspor” səfərdə “Antalyaspor”a uduzub.

“Fənərbağça” bu turda səfərdə “Trabzonspor”a qalib gəlib.

Türkiyə Super Liqası
XXII tur

13 fevral

Antalyaspor – Samsunspor 3:1
Qollar: Ballet, 6, 22. Storm, 72 – Ntçam, 90+6 (pen.)

Qalatasaray – Eyüpspor 5:1
Qollar: Y.Akgün, 2. İkardi, 33, 48, 70. Onquene, 87 (avtoqol) – M.Altunbaş, 71.

14 fevral

Gənclərbirliyi – Rizəspor 2:2
Qollar:
Sou, 18 (avtoqol), Koita, 45 – Pala, 77, 87.

Alanyaspor – Konyaspor 2:1
Qollar:
Ruan, 37. Haderqyonay, 80-pen – Bardi, 83.

Trabzonspor – Fənərbağça 2:3
Qollar:
Muçi, 6. Onuaçu, 43 – Talişka, 15. K.Aktürkoğlu, 34. Asensio, 48.

15 fevral

Kocaelispor – Qaziantep 3:0
Qollar:
Aqyei, 36. S.Dursun, 76. Rivas, 81.

Göztəpə – Kayserispor 0:0

Başakşəhər – Beşiktaş 2:3
Qollar:
Selke, 36. B.Yıldırım, 88 – Hyonq Oh, 43. O.Kökçü, 58. M.Həkimoğlu, 90+7.

16 fevral

21:00. Kasımpaşa – Karagümrük

❌
❌