Normal view

Today — 4 March 2026Main stream

“Qalatasaray” kubokda qələbəyə sevindi

4 March 2026 at 00:41

Bu gün Türkiyə Kubokunda A qrupunun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, A qrupunda “Qalatasaray” səfərdə “Alanyaspor”a qalib gəlib. Qrupun digər görüşündə “Trabzonspor” “Başakşəhər”dən üstün olub.

“Karagümrük” “Fethiyespor”a qalib gəlib, “İstanbulspor” “Boluspor”la heç-heçə edib.

Türkiyə Kuboku
Qrup mərhələsi
A qrupu

3 mart

Fethiyespor – Karagümrük 0:2
İstanbulspor – Boluspor 0:0
Alanyaspor – Qalatasaray 1:2
Başakşəhər – Trabzonspor 2:4

“Qarabağ”la oyundan əvvəl məşqlərə başladı

3 March 2026 at 22:38

Bazar günü “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir müddətdir zədəli olan Urfan Abbasov da fərdi məşqlərə başlayıb.

Martın 8-də keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununa saat 19:15-də start veriləcək.

Yesterday — 3 March 2026Main stream

“Real”ın futbolçusu üçün il başa çatdı

3 March 2026 at 22:15

“Real” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın vingeri Rodriqo sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ön çarpaz bağları qopan futbolçu 10 ay yaşıl meydanlardan uzaq qalacaq. Rodriqo ilin sonuna kimi komandasına kömək edə bilməyəcək.

Braziliyalı hücumçu bu mövsüm La Liqada 19 oyunda 1 qol vurub.

“Neftçi” – “Turan Tovuz”: bilet qiymətlərində endirim

3 March 2026 at 21:36

Misli Premyer Liqasının 23-cü turu çərçivəsində martın 9-u saat 20:30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, oyun biletlərinin qiymətində endirim olub. “VIP Silver” sektoruna biletlərin qiyməti 3, “VIP Gold” sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

“Ninkoviçin aldığı qırmızı vərəqə planlarımızı pozdu” – İliç

3 March 2026 at 21:25

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” – “Sumqayıt” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– “Zirə”ni təbrik edirəm. Kubok oyunları çətin olur. İlk hissəni yaxşı oynadıq. İkinci hissədə buraxılan səhv qolla nəticələndi. Fasilədən sonra oyunu dəyişməyə çalışdıq. Amma Ninkoviçin aldığı qırmızı vərəqə planlarımızı pozdu.

– Qəbul edirsinizmi ki, komandada intizam problemi var?
– Deməzdim. Futbolçular çalışır ki, tapşırıqları etsinlər.

– Ninkoviçin qovulmasına qədər də rəqibin müdafiəsini yara bilmirdiniz. Bu, nə ilə bağlı idi?
– “Zirə”nin də çox şansı olmadı. İlk zərbəni qola çevirdilər. Bu mövsüm 4 oyun keçirdik və hər biri bərabərsəviyyədə oldu. “Zirə” keyfiyyətli klubdur. Onların fərdi bacarıqları yüksək olan futbolçuları var. Biz bacardığımızı etdik.

– Mövsümə yaxşı başlamışdınız. Aleksa Yankoviç fərq göstərirdi. Bəs sonra nə oldu ki, komandada eniş başladı?
– Futbolçularla bağlı müzakirə aparmaq istəməzdim. Yaxşı başlamışdıq, müəyyən məqamdan sonra oyunumuzda eniş görünür. Qarşıda oyunlar var. Ümidliyik, çalışacağıq ki, əlimizdən gələni edək.

– Avrokuboklara nə dərəcə ümidiniz qalıb?
– Reallığa qalsa, çətin məsələdir. Aradakı xal fərqi böyükdür.

– Ninkoviç təcrübəsinə görə komandanı arxasıyca aparacaq futbolçudur. Amma son iki oyunda qırmızı vərəqə alıb, komandanı çətinə salır. Psixoloji problem var, ya necə?
– Ninkoviçdən gözləntilərimiz böyükdür. Bu gün də “qırmızı” aldı. Bəlkə, nəsə psixoloji problemləri var. Ancaq ondan ümidliyik, hələlik ümidimizi doğrultmur.

Şahin Cəfərov

Sadıqov: “Üzərimizdə gərginlik var idi”

3 March 2026 at 21:15

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” – “Sumqayıt” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Olduqca vacib oyuna çıxmışdıq. Kubok cavab oyunları gərginlik, stress daşıyır. İstər hazırlıqda, istər oyunda. Çünki burda ediləcək səhvi aradan qaldırmaq olmur. Üzərimizdə gərginlik var idi. 4 gündə 2 vacib oyuna çıxdıq. Futbolçularıma təşəkkür edirəm, əmzkarlıq və peşəkarlıq göstərdilər. Davam edirik. Qarşıda kritik dönəm var. Düşünürəm ki, əvvəlkindən daha çox çalışıb, diqqətli olmalıyıq.

– “Sumqayıt”a qarşı əvvəlki iki oyundan bugünkünün fərqi nə idi?
– Fərq yox idi. “Sumqayıt”ın yaxşı hücum gücü var. Şükürlər olsun, rəqibə qol imkanları vermədən bu gün qələbə qazandıq. Bu, önəmli idi. Hər üç oyun eyni keçdi. Bu gün məğlub da ola bilərdik.

– Sensasiya baş verməsə, yarımfinalda “Turan Tovuz”la qarşılaşacaqsınız. Bu komanda həm də çempionatda avrokuboklara vəsiqə mübarizənizdə əsas rəqibinizdir…
– “Turan Tovuz”u yarımfinala yaxın görürəm. Amma hələ cavab oyunu var. Bundan sonra dəqiq nəsə deyə bilərik. Ona görə hazırda növbəti rəqibi yox, çempionatdakı “Kəpəz”lə oyunu gözləyirik.

– Çətin periodda rotasiyalar etmək üçün əlinizdə heyət var?
– Bu gün bəlkə də, mövsümdə ilk oyun idi ki, tam heyətlə çıxdıq. Futbolçuların bərpası çox vacibdir. Heyətimiz rotasiya üçün kifayət edir. Düşünürəm ki, ehtiyac olduqca buna hazırıq. Vacib perioda giririk, sıx qrafikimiz var. “Kəpəz”, ardınca “Qarabağ”, sonra “Karvan-Yevlax”la oyunlar var. Hər şey futbolçulardan asılıdır.

Şahin Cəfərov

Şirəliyev Albaniyada təltif edildi

3 March 2026 at 20:24

Fevralın 25-dən martın 1-dək Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turniri keçirildi.

Futbolpress.az xəbər verir ki, reytinq xarakterli yarışda I-S kateqoriyalı hakim Asif Şirəliyev ədaləti yüksək səviyyədə qoruduğu üçün yerli federasiya tərəfindən təltif edilib.

Albaniya Güləş Federasiyasının prezidenti Sahit Prizreni həmyerlimizə turnirin ən yaxşı hakimi üçün nəzərdə tutulmuş xüsusi mükafatı təqdim edib.

APL klubu üçün seminar

3 March 2026 at 18:51

AFFA Hakimlər Komitəsi “Karvan-Yevlax”ın məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib.

Futbolpress.az xəbər verir ki, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib.

Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.

Zirədə heyətlər bilindi

3 March 2026 at 18:30

“Zirə” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda bu gün “Sumqayıt”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da başlayacaq görüşə komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 73. Anatoli Nuriyev 14. Elçin Əlicanov 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 22. Eren Aydın
Baş məşqçi: Rəşad Sadıqov

“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 9. Aleksandr Ramalinqom 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende 95. Nsana Simon 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 6. Sedrik Badalo
Baş məşqçi: Saşa İliç

 

Siyasət Əsgərovdan qələbə şərhi

3 March 2026 at 18:11

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya yığması ilə “Dalğa Arena”da keçirilən oyundan (2:0) sonra mətbuat konfransında fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, o, matçdan sonra bunları deyib:

“Çox yaxşı gün oldu. Əlbəttə ki, çətin oyun salındı. Qələbə qazanmaq istəyirdik və bunu bacardığımız üçün qürur duyuruq. Futbolçularımıza təşəkkür edirəm. Matçın ilk 20 dəqiqəsində səhvlərimiz oldu, amma getdikdə komanda özünə gəldi. İkinci hissədə də rəqibin təzyiq edəcəyini bilirdik. Maksimum dərəcədə diqqətli olmalıydıq. Çünki rəqib bərabərlik qolu üçün hücuma atılacaqdı və haradasa səhv edəcəkdi. Qızlar sona qədər xarakter göstərərək ikinci qolu vurdular və qələbə qazandıq”.

Siyasət Əsgərov martın 7-də səfərdə Macarıstan yığması ilə keçiriləcək matçdan da uğurlu nəticə ilə dönməyi hədəflədiklərini söyləyib:

“Qısa müddətdə bərpa olunmaq çox çətindir. Heyətimizdə itkilər var, 3 futbolçumuz zədə səbəbindən heyətdən kənarda qalıb. Bizi indi Macarıstana uzun səfər gözləyir. Rəqibin gücünə bələdik, heyətində fərdi cəhətdən yüksək keyfiyyətə malik oyunçular var. Buna baxmayaraq, Macarıstandan minimum heç-heçə ilə qayıtmağı hədəfləyirik”.

Milli qələbə ilə başladı

3 March 2026 at 17:38

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatı – 2027-nin seçmə mərhələsində mübarizəyə start verib.

Futbolpress.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirib. Millimizin heyətində 50 oyun keçirmiş Nigar Mirzaliyeva və Sevinc Cəfərzadəyə qarşılaşmadan əvvəl AFFA adından xatirə olaraq millinin rəsmi forması verilib.

Yubilyarlara hədiyyəni AFFA-nın baş katibi Cahangir Fərəcullayev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.

“Dalğa Arena”da təşkil olunan görüş millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu kapitan Sevinc Cəfərzadə vurub .

Nihat: “Titulu qorumaq üçün əlimdən gələni edəcəm”

3 March 2026 at 16:45

Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq turnirində Nihat Məmmədli (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Futbolpress.az xəbər verir ki, yunan-Roma güləşi üzrə milli komandanın üzvü yarış və gələcək hədəflərlə bağlı təəssüratlarını bölüşüb:

“Yarışa çox yaxşı hazırlaşmışdıq. Çəkisalma prosesi rahat keçdi. Uzun müddət yarışlarda iştirak etmirdim deyə çəkisalmada problem yaşamadım. Ona görə də yarış vaxtı özümü çox yaxşı hiss edirdim. Güclü rəqiblər var idi. Amma görünür, mən daha hazırlıqlı idim. Bütün rəqiblərimə qalib gələrək çempion oldum. Nihadla uzun illərdir ki, bir yerdə məşq edirik. Görüşün başa-baş mübarizə şəraitində keçəcəyini bilirdim. Çünki bir-birimizi çox yaxşı tanıyırıq. Belə vəziyyətdə fərqli nəsə etmək çətin olur.

Qarşıdan Avropa çempionatı gəlir. Hədəf bəllidir: çempion olmaq. Bu yarışdakı titul AÇ öncəsi böyük stimul oldu. Öz gücümə inanıram. İnşallah, 3 qat Avropa çempionu olaram. Titulu qorumaq üçün əlimdən gələni edəcəm.

Ötən il qabırğam sındı, gözlərimdə problem yarandı. Şükürlər olsun, indi tam hazıram. Heç bir zədəm, ağrım yoxdur. Avropa çempionatından sonra hədəfim indiyə qədər 60 kq-da medal qazana bilmədiyim dünya çempionatında uğur qazanmaq olacaq”.

Millinin sabiq futbolçusu Qırğızıstanda klubunu dəyişdi

3 March 2026 at 16:30

Azərbaycanın U-21 millisinin sabiq üzvü Dmitri Nağıyev Qırğızıstanda klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu “Toktoqul”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dmitri ilə müqavilə bir illikdir.

Nağıyev daha əvvəl Azərbaycanda “Sumqayıt”da forma geyinib. Onun son klubu “Ozgon” (Qırğızıstan) olub.

Yeni ofsayd qaydası təsdiq edildi

3 March 2026 at 15:39

FIFA yeni ofsayd qaydasını təsdiqləyib.

Futbolpress.az xəbər verir ki, qurumun inkişaf direktoru Arsen Vengerin təklif etdiyi yeni qaydaya görə, oyunçunun bədəni rəqib oyunçunu tam keçməzsə, ofsayd sayılmayacaq.

Qayda ilk olaraq Kanada çempionatında tətbiq ediləcək. Test uğurlu olarsa, 2027/28 mövsümündən digər çempionatlarda da bu qayda olacaq.

 

“Qəbələ”nin legioneri: “Titul qazanmaq şansımız var”

3 March 2026 at 15:24

“Qəbələ” Premyer Liqanın XXII turunda “Karvan-Yevlax”la heç-heçə edib – 1:1.

Bölgə təmsilçisinin müdafiəçisi Seydina Keyta “Futbolpress.az“a açıqlamasında oyunu dəyərləndirdi:

“Autsayderə qarşı xal itirmək məyusedicidir. Kifayət qədər şanslarımız oldu, amma son zərbələrdə dəqiqlik çatmadı. Qol imkanlarını boşa verdiyimiz üçün xallar itirdik”.

Keyta qış transfer dönəmində “Qəbələ”yə qoşulub. O, qısa müddət olmasına baxmayaraq, artıq komandanın əsas oyunçularından birinə çevrilib. Keyta “qırmızı-qaralar”a adaptasiyası haqda bunları dedi:

“Həmişə bacarıqlarıma inamışam. Şükürlər olsun, uyğunlaşma problemim olmadı. Təcrübəmdən istifadə etdim və indi komanda üçün ən yaxşısını etməyə çalışıram”.

“Qəbələ” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında “Sabah”la üz-üzə gələcək. Komandalar bir müddət əvvəl çempionatda qarşılaşmış və “bayquşlar” qələbə qazanmışdı (1:0). Həmin matçda “Qəbələ” son dəqiqədə qol vursa da, VAR müdaxiləsindən sonra hakim qolu saymamışdı. Keyta “Sabah”la duellərin gərginliyindən və kubokda hədəflərdən söz açdı:

“Sabah”la matçda nələr olduğunu gördük. Lakin indi bu, geridə qalıb. Hər oyunun öz hekayəsi var. Qarşıdakı matça köklənmişik. Ümid edirəm ki, yaxşı nəticə əldə edə biləcəyik.

Çempionatda yolumuza davam edirik. Xal fərqi olsa da, arxayınlıq yoxdur. Hələ qarşıda çox oyun var və bacardığımız qədər xallar qazanmağa çalışacağıq. Kuboka gəlincə, yaxşı heyətimiz var. Düşünürəm ki, titul qazanmaq şansımız var. Buna zəhmət və inamla nail olmaq olar”.

Şahin Cəfərov

Premyer Liqa klubları ÇL matçında onu izləyəcək

3 March 2026 at 15:00

İngiltərənin “Brentford” və “Sanderlend” “Qalatasaray”ın futbolçusu Rolland Sallai ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Premyer Liqa təmsilçiləri Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək “Liverpul” – “Qalatsaray” oyununda macar futbolçunu izləyəcək.

28 yaşlı futbolçu bu mövsüm 34 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.

Ronaldo Səudiyyə Ərəbistanıdan ayrıldı

3 March 2026 at 14:32

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı tərk edib.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı hücumçu Yaxın Şərqdəki siyasi vəziyyətin gərginliyi səbəbindən ölkəsinə qayıdıb. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Ronaldo və ailəsi Riyad şəhərində yaşayırdı. Son günlərdə şəhərə müxtəlif dron hücumları olub.

Azərbaycanda “Basketbol hər yerdə!” layihəsinə start verildi

3 March 2026 at 14:23

“Sabah” Basketbol Klubu, “Azərlotereya” ASC, Azərbaycan Basketbol Federasiyasının birgə təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Basketbol Hər Yerdə!” layihəsinin rəsmi açılışı olub.

Futbolpress.az xəbər verir ki, layihənin əsas məqsədi basketbolu hər kəs üçün daha əlçatan etmək, gənclərin asudə vaxtını səmərəli qurmaq, onların sağlam vərdişlərini dəstəkləyən, aktiv həyat tərzinə töhfə verən basketbol meydançalarının təmiri və yenilənməsini həyata keçirməkdir. Təşkilatçıların sözlərinə görə, bu təşəbbüs məhəllələrdə idman infrastrukturunun inkişafı ilə yanaşı sosial həmrəyliyin güclənməsinə də xidmət edəcək.

Belə ki, yeni yaradılmış Basketbolheryerde.az saytı vasitəsilə vətəndaşlar qeydiyyatdan keçərək basketbol meydançası üçün uyğun hesab etdikləri ərazilər barədə ətraflı məlumat təqdim edə bilərlər.

Tədbir çərçivəsində iştirakçılar peşəkar basketbolçularla görüşmək, onlarla eyni meydanı bölüşmək və ustad dərslərində iştirak etmək imkanı qazanıblar. Gənclər üçün təşkil edilən əyləncəli müsabiqələr maraqla qarşılanıb.

Günün ən həyəcanlı anı isə 5 555 manatlıq böyük mükafat uğrunda keçirilən “Beşdə 5” müsabiqəsi olub. İştirakçılar bacarıqlarını ortaya qoyaraq komanda ruhunu və idmana olan sevgilərini nümayiş etdiriblər.

Qeyd edək ki, “Azərlotereya” ölkədə basketbolun inkişafı istiqamətində böyük töhfə verir. Şirkət, eyni zamanda, “Sabah” Basketbol Klubunun sponsoru kimi komandanın fəaliyyətinə və yerli basketbolun inkişafına dəstək göstərir. Bu əməkdaşlıq peşəkar idmanın güclənməsinə və gənc basketbolçular üçün daha geniş imkanların yaradılmasına xidmət edir.

“Zirə” – “Sumqayıt”: statistika nə deyir?

3 March 2026 at 14:15

Bu gün Azərbaycan Kubokunda birinci yarımfinalçı məlum olacaq.

Futbolpress.az xəbər verir ki, “Zirə” azarkeşləri önündə 1/4 finalın cavab matçında “Sumqayıt”ı qəbul edəcək. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 0:0.

Turun favoriti “Zirə”dir. “Qartallar”ın son turlarda yüksəlişdə olması, “Sumqayıt”ın isə enişi meydan sahiblərini bir addım önə çıxarır.

Komandalar bu mövsüm çempionatda iki, kubokda bir dəfə üz-üzə gəlib. “Zirə” bu görüşlərdə iki qələbə qazanıb. “Qartallar” bir dəfə səfərdə, bir dəfə evdə qalibiyyət əldə edib.

“Sumqayıt” çempionatda son 4 oyunda qələbə qazana bilməyib. “Kimyaçılar” son olaraq “Kəpəz”ə məğlub olub.

“Zirə” isə son 5 matçda 3 qələbə qazanıb, 2 dəfə uduzub. Qəsəbə təmsilçisi sonuncu turda “Araz-Naxçıvan”ı məğlub etməklə avrokuboklara əsas iddiaçı olduğunu göstərdi.

“Sumqayıt” liqada 22 turdan sonra 31 xalla 7-ci sıradadır. İliçin komandası üçüncü sıradakı “Turan Tovuz”dan 10 xal geridədir. İndiki məqamda “kimyaçılar”ın liqa yolu ilə avrokuboklara vəsiqə qazanması çətin görünür. Bu minvalda “Sumqayıt”ın əsas diqqəti kuboka verəcəyi gözlənilir.

Azərbaycanı Budvada onlar təmsil edəcək

3 March 2026 at 13:45

Martın 4-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri start götürəcək.

Futbolpress.az xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və Elvin Məmişzadə turnirdə Aydın Qasımov (55 kq), Əli Baxışov (60 kq), Vüsal Xəlilov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), İsmayıl Vəliyev (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.

“Adriatik incisi”ndə İlqar Qasımzadə hakimlər sırasında yer alacaq.

“Real” La Liqa matçına itkilərlə çıxacaq

3 March 2026 at 13:17

“Real” İspaniya La Liqasının XXVII turunda “Selta”nın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin üç futbolçusu bu görüşü buraxacaq.

Martın 7-də baş tutacaq matçda müdafiəçilər Din Heysen, Alvaro Karreras və yarımmüdafiəçi Franko Mastantuono vərəqə cəzası üzündən oyunda olmayacaq.

“Selta” – “Real” oyunu 00:00-da başlayacaq.

Felipe Luis işsiz qaldı

3 March 2026 at 12:50

“Flamenqo” klubu baş məşqçisi Felipe Luislə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Klub Braziliya Kubokunda “Madueyra” ilə matçdan (8:0) sonra mütəxəssislə vidalaşıb.

Felipe 2024-cü ildən “Flamenqo”ya rəhbərlik edirdi. Komanda onun başçılığı altında Braziliya çempionu olub.

18 il sonra gələn qələbə

3 March 2026 at 12:26

“Xetafe” İspaniya La Liqasının XXVI turunda “Real”ı səfərdə məğlub edib – 1:0.

Futbolpress.az xəbər verir ki, komanda 18 il sonra Madriddən qələbə ilə dönüb.

“Xetafe” sonuncu dəfə 2008-ci ildə “Santyaqo Bernabeu”da qələbə qazanmışdı.

“Real” çempionatda 60 xalla ikincidir. “Xetafe” isə 32 xalla 11-ci sırada qərarlaşıb.

Liqanı tərk etsələr, maaşlar azalacaq

3 March 2026 at 12:00

“Tottenhem” İngiltərə Premyer Liqasında 29 xalla 16-cı sıradadır.

Futbolpress.az xəbər verir ki, London klubu elitanı tərk etmək təhlükəsi ilə üz-üzədir. Komanda düşmə zonasından cəmi iki xal öndədir.

“Tottenhem” liqanı tərk etsə, futbolçuların maaşı 50 faiz azalacaq. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Klub daha əvvəl futbolçuların müqavilələrinə belə bir bənd qoyub. Keçmiş rəhbər Daniel Levi bununla komandanın elitanı tərk etmək riskini aradan qaldırmağa çalışıb.

“Tottenhem” növbəti turda “Kristal Pelas”la qarşılaşacaq.

Millinin ilk sınağı

3 March 2026 at 11:35

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatı – 2027-nin seçmə mərhələsində mübarizəyə başlayacaq.

Futbolpress.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirəcək.

“Dalğa Arena”da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Saat 15:00-da başlanacaq qarşılaşma “İdman TV” vasitəsilə canlı yayımlanacaq.

3 mart

Azərbaycan (Qadınlar) – Şimali Makedoniya (Qadınlar)
“Dalğa Arena”. Saat 15:00
Baş hakim: Anna Adamska
Baş hakimin köməkçiləri: Yulia Bukaroviç, Angelika Novak
Dördüncü hakim: Mixalina Diakov
(Hakimlər briqadası Polşadandır)
Hakim-inspektor: Qraziella Pirriatore (İtaliya)
UEFA nümayəndəsi: Sərtan Kırağası (Türkiyə)

“Qarabağ”ın oyunu 5 manata

3 March 2026 at 11:24

Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyubları çərçivəsində keçiriləcək “Qarabağ” – “Şamaxı” ilə oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.

Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Martın 4-də keçiriləcək matça saat 19:00-da start veriləcək. İlk oyunda “Şamaxı” qələbə qazanıb – 2:1.

Cenk Sümer: “Burdakı inkişafı hər kəs görəcək” (MÜSAHİBƏ)

3 March 2026 at 11:05

Cenk Sümerlə müsahibə planda çoxdan idi. Məndən və qarşı tərəfdən asılı olan/olmayan səbəblərdən yubanırdı. Nəhayət, Rüstəm Əfsərli ilə vədələşməmiz bu dəfə baş tutdu.

Əvvəlcə Rüstəm məni yeni baza ilə tanış etdi. Nəinki Azərbaycan, region üçün füsunkar sayıla biləcək şərait…
15-20 dəqiqəlik turdan sonra randevu baş tutdu – Cenk bəyin iş otağında müsahibə üçün əyləşdik:

“Beşiktaş” da “Neftçi” kimi – xalqın komandasıdır”

– İlk sualım; “Neftçi”nin ilk əcnəbi rəhbərisiniz..
– Əcnəbi yox, yoldaşıq biz. Eyni millətik.

– Aha, necə oldu bu vəzifəyə gəldiniz?
– “Beşiktaş”da işlədiyim vaxtdan tanışlıq var idi. Açığı, burda işləyəcəyim ağlıma gəlməzdi. Bir neçə dəfə danışdıq. Klubumuzun Müşahidə Şurasındakıları nəzərdə tuturam – çox dəyərli insanlardır. Planlarını, ideyalarını dedilər. Bir az həyəcanlı idim. Marketinq, idarəetmə, akademiya fəaliyyətim olmuşdu. Ancaq Azərbaycana heç yolum düşməmişdi. Türkiyədə yaşayanda, məktəbdə oxuyanda burdan tanışlarımız var idi. Bir sözlə, bu mehriban ölkəyə gəldim, vəzifəni şərəflə qəbul etdim, qürurumla işləməyə davam edirəm.

– “Beşiktaş” da ağ-qara,”Neftçi” də…
– (Gülümsəyərək) Bu məqamı “Beşiktaş”dan ayrılıb bura gələndə vida paylaşımında da qeyd etmişdim. Ki, ağ-qara səyahətə başlayıram. Uşaqlıqdan “Beşiktaş” azarkeşiyəm. Futbol sevgisini tribunalarda yaşamışam. “Neftçi”nin rənglərinin ağ-qara olması məni xüsusi cəlb etdi. “Beşiktaş” camiəsində “rəngdaşlarına” xüsusi simpatiya, maraq var., “Beşiktaş” da “Neftçi” kimi – xalqın komandasıdır.

– Sizi vəzifəyə dəvət edənlər qarşınıza hansı hədəfi qoydu?
– İnfrastrukturun yenilənməyə ehtiyacı var idi. Akademiyada böyük işlər görülməli idi. Klubda müəyyən rejim yaratdıq. Bazamızın tam istifadəyə verilməsi üçün ciddi işlər gördük. Gündəlik ehtiyacları – yemək, fitness və s. işləri hazır etdik. Birinci mərtəbə sırf futbol komandasının ehtiyacı, ikinci mərtəbə idarəçilər, texniki heyət üçün ayrıldı. Üçüncü mərtəbə də hazırda hotel kimi fəaliyyət göstərir. Evi uzaq olan bəzi futbolçular burda qalır. Dördüncü mərtəbəyə də hotel qurmaq istəyirik. Əvəzedici komandaların taleyi məlum deyil, AFFA qərar verəcək. Bazanı gələcəkdə bu yöndən işimizə yaraması üçün hazır etmək istəyirik.

– 2012-ci ildə “Neftçi” ilk dəfə avrokuboklarda qrup mərhələsinə yüksəldi, amma həmin dönəmdən sonra klubda eniş oldu. Uzun müddətdir davam edən qara zolağın ağ zolaqla əvəzləndiyini nə vaxt görə bilərik?
– İşıq var. Mövsümün əvvəlindən də planlarımızı buna görə qurduq. Sadəcə, istədiyimiz nəticələr olmadı. Çox xal itirsək də, çox uduzmamışıq. Bəzi oyunlarda qələbə qazanmağa yaxın idik. Mövsümü itirməmək üçün baş məşqçi dəyişikliyinə getməyə qərar verdik. İndi nəticələr göz qabağındadır. Komanda təzyiqli oynayır, meydanda dominantlıq edir. Heyəti dəyişdik? Yox, məncə bu, ruh dəyişikliyi ilə mümkün oldu.

– Davamlı olmaqdır əsas məsələ…
– ⁠Yayın planlarını da qururuq. İnanırıq ki, avrokuboklara vəsiqə qazanacağıq. Son oyunda xal itkisinə görə çox üzüldük… Demək olar, son 4 oyunumuzun hamısında nəticəyə təsir edən hakim səhvləri oldu. Səhvlər futbolun tərkib hissəsidir, sadəcə istərdik, qəsdlə olmasın. Hakim səhvlərinə görə qələbədən olduq. Amma bunlara görə özümüzü də qınayırıq, dərslər çıxarmağa çalışırıq. Qarşıdakı matçlarda inkişaf edən oyunumuzu rəqibimizə diqtə etdirməli və “üçlük”də yer almalıyıq.

– Hakimlik haqda məsələyə geniş qayıdacağıq. Bir məqamı qeyd etmək istəyirəm. Siz vəzifəyə təyin olunandan sonra media önündə brifinqdə çempionluq iddiaları barədə suallara qəti şəkildə cavab verməmişdiniz. Ehtiyatlı yanaşmanız birmənalı qarşılanmamışdı.
– Ümumiyyətlə, həmişə danışanda diqqətli oluram. “Neftçi” harda varsa, iddiasını qoruyur. Bu aksiomadır. Hədəf final oynamaqdır. Ancaq bu yerlərə gəlmək üçün ciddi işlər görülməlidir, hazırlıq olmalıdır. Biz hər şeydən əvvəl bir ailəyik. “Neftçi” həmişə çempionatın ən iddialı komandasıdır. Lakin rəqiblərimizə də hörmətlə yanaşmalıyıq. Biz hazırlaşdığımız kimi onlar da hazırlaşır. Daim son günə qədər mübarizəmizi aparacağıq.“Neftçi” kubokları olan klubdur. Hər böyük klubda yüksəlişlər, enişlər ola bilər. İndi yüksəlişdəyik.

“Masaya yumruq vurmağa ehtiyac yoxdur”

– Əminlik çoxdur, motivasiya?
– Bilirsiniz, doğru oyunçunu seçmək, oyun planına uyğunlaşdırmaq gördüyümüz işin ən uğurlu tərəfi olar. Məşqçini seçəndə boş seçim etmədik. Samir Abasovun da öz qabiliyyəti, təcrübəsi var. Komandanı sonuncu dəfə çempion edən odur. Dəyərli məşqçidir. Onu da seçəndə bu kriteriyalara görə seçmişdik. Məsələn, Fatih Terim “Qalatasaray” tarixinin ən uğurlu adamıdır, amma kubok qazanmayanda o da postundan ayrılıb. Bizim bəlli oyun planımız, arzusunu qurduğumuz bir “Neftçi” var. “Beşiktaş”da hər kəs dominantlıq edən, rəqibə oyununu qəbul etdirən, iştahlı oynayan, həyəcanı yaşadan, yaşayan bir komanda istəyir. Biz də “Neftçi”də bunu etmək istəyirik. Vernidubla danışıq aparanda da bu xəyaldaydıq və ona hədəflərimizi, planlarımızı bildirmişdik. “Neftçi” önəmli klubdur. Burda bir çox ölkədən mütəxəssislər işləmək istəyər. Bu dəfə Vernidub üzərində qərar verdik. Samir Abasovla da davam etmək istərdik, amma alınmadı. İndi bunun səbəbləri haqda danışmaq istəmərəm. Bizim üçün önəmli biridir.. “Neftçi” rəhbərliyi bunun məsuliyyətini dərk edir. Biz də bu yolda çalışırıq.

– Samir Abasovun məşhur bir ifadəsi vardı: hakim səhvlərinə görə “Neftçi” yumruğunu masaya vurmalıdır. Klubun belə bir ehtiyacının olduğunu düşünürsünüz?
– ⁠ “Neftçi” böyük klubdur. İndiki hakimlərin də çoxu bu komandanı izləyərək böyüyüb… Masaya yumruq vurmağa ehtiyac yoxdur. Futbol səhvlər oyunudur. Bəzən hakimlər, bəzən futbolçular, bəzən azarkeşlər, bəzən idarəçilər səhv edir. Burda vacib məqam danışıb, həll yolunu tapmaqdır. AFFA ilə sıx ünsiyyətimiz var, orda hər kəs təcrübəlidir. Ordakılar da Azərbaycan futbolunun səviyyəsini artırmaq istəyir. İstər milli komandalar, istər klublar səviyyəsində. Qurumlarda bəzən axsamalar, səhvlər olur. Necə ki, biz dərs çıxarırıq, onlar da çıxarmalıdır. Şamaxıda son dəqiqədə penalti qoluna görə xal itirdik. Bəlkə qələbə qazansaydıq da, dərs çıxarmalı olduğumuz məqamlar var idi. Səhvləri səbirlə həll etməliyik. Biz azarkeş deyilik, daha təmkinli olmalıyıq. Onlar kimi düşünməməliyik. Hər şeyə, hakimlərə, futbolçulara, yarışın təşkilatçılarına, quruma, özümüzə hörmətlə yanaşmalıyıq. Bundan sonra da səhvlərimizdən dərs çıxararaq, nəticələr qazanmalıyıq.

– Sanki Samir Abasovla problemli ayrıldınız. Təzminat məsələsi, onun açıqlamaları və s. Əslində necə idi? Ayrılığın detallarını bilmək istərdik.
– Abasovla səmimi söhbətimiz oldu, nəzakətsizlik yox idi. O, peşəkar davrandı. Düzdür, ayrılıqlar üzücü olur, ancaq aramızda anlaşmazlıq olmayıb. Komandanı çempion etmək iddiası var idi. İstədiyi heyəti verdik, özü də açıq bildirirdi bunu, keyfiyyətli oyunçular aldıq. Alınmadı və yollarımızı ayırdıq. Müqavilədə nə necə qeyd olunmuşdusa, ona uyğun. Abasov bizdən əlavə nəsə istəməyib. Aramızda problem yoxdur. Hazırda da bilirik ki, Abasov “Neftçi”nin uğurunu uzaqdan da olsa izləyir, komandanın yaxşı nəticələrini arzulayır. Buna əminəm. Keçmiş futbolçumuzdur, bazamızın divarlarında fotosu var. “Neftçi”nin mirasını daşıyır.

“İnsanlar bəzən hiss etməyə bilər, amma “Neftçi” dünyada özünü sübut etmiş klubdur”

– Və Vernidub… Niyə o?
– Namizədlər çox idi. Lakin versiyalar üzərində iş yalnız Samir Abasovun gedişindən sonra başladı. “Neftçi” dünyanın izlədiyi bir klubdur. Çox sayda əcnəbi namizədi nəzərdən keçirdik, yerli mütəxəssis adları da var idi. İlk növbədə “iştahlı futbol” oynadan, dominantlığa üstünlük verən axtarırdıq. Beləcə Vernidubla davam etmək qərarı verdik. Bəzən günün 13-14 saatını işləyir.

– Azərbaycanda Mpenza, Esyen, Honda kimi məşhurlar oynayıb. Ancaq o qədər uğurlu olmayıb. Abubakar da gələndə düşünülürdü ki, o sıradan olacaq. Ancaq getdikcə azarkeşlərin sevimlisinə çevrilir.
– “Neftçi”yə gəlib, sıradan bir kluba yox. Abubakarın “Beşiktaş”a transferində də rolum olub. “Hatayspor”a keçməzdən əvvəl də danışığımız olmuşdu, amma razılıq əldə edilməmişdi. Bu dəfə danışdıq və “Neftçi”yə gəldi. Əmin idim ki, o bura gələndə fərq yaradacaq. Son oyunda da iki qol vurdu. Vəzifəsini bilir, işinə, məşqçilər korpusuna, komanda yoldaşlarına böyük hörmət edir. Əsl pəşəkardır. Üzərində çox çalışır. Əlavə məşqlər edir. Onu görən digər futbolçular da həvəslənir, əlavə fərdi məşqlər edirlər.. Gənc oyunçularımız var, akademiyaya da Belçikadan oyunçu (Mamadi Diavara) gətirmişik. “Anderlext”in yetirməsidir. Bu cür uşaqlara Abubakar yaxşı örnəkdir. Mən də onun burda olmasından qürur duyuram.

– Gələcəkdə onun kimi namizəd olsa, yenə gətirməyi düşünərsiniz?
-Niyə də yox… Bizə büdcə baxımdan çətinlik yaradan biri də deyil. İnsanlar bəzən hiss etməyə bilər, amma “Neftçi” dünyada özünü sübut etmiş klubdur.

“Könül istərdi ki, “Qarabağ” bunun nəticəsini görərdi”

– Abubakardan danışmışkən, hakimliklə bağlı tənqidi sözləri olmuşdu. Azarkeşlər düşünür ki, onun bu açıqlamasından sonra “Neftçi”yə qarşı “hakim səhvləri” oldu. Son oyundan sonra Emin Mahmudov da sərt açıqlama verdı…
– Abubakar sadəcə hakimlərin daha inkişaf etməli olduğunu bildirib. İllərlə yüksək səviyyəli liqalarda, komandalarda, millidə oynamış futbolçudur. Təcrübəsi var. Bir şeylər deyirsə, deməli, boş danışmaz… Hakimlər də həkimlər kimi, hər gün oxumalıdır, öyrənməlidir. Eminin də fikirlərinə hörmət edirəm. Əmək sərf edən bir oyunçudur, millinin kapitanıdır. Ölkənin ən dəyərli oyunçularındandır. Məncə, belə açıqlamaların pis təsiri yoxdur. Şamaxıdakı epizodda hakim birinci qərarını qayda pozuntusu verdi, sonra VAR-ın təsiri ilə dəyişdi. Kaş, belə səhvlər olmazdı. AFFA ilə də danışmışdıq, orda da təcübəli inasnlar var. Düşünürük ki, bunlardan dərslər çıxarılar. İstəyirik ki, qərarlar ədalətli olsun.

– “Qarabağ”la oyunun təxirə salınması çox müzakirə olundu. Sizcə, buna ehtiyac var idi? Və buna görə sizə təzyiq olundumu?
– Birinci PFL-dən müraciət gəldi. Məşqçilər korpusu ilə müzakirə etdik, nəticədə oynamaq istədiyimizi bildirdik. “Qarabağ”la oyunumuz onların tempinə çox təsir etməzdi. İdman prinsipləri var… Bir müddət keçdi, ictimaiyyətdə fikirlər çıxdı, Qurban Qurbanovun açıqlaması oldu. Yenidən müraciət etdilər. Vernidub Çempionlar Liqasında “Real”a qalib gəlmiş məşqçidir. Əslində oynamalıydıq, çünki təxirəsalınma bizə ziyanlıydı. Həmin ərəfədə yoxlama oyunu keçirməyə rəqib tapmadıq. Tempi itirmək istəmirdik. Yenidən müraciət gələndə məşqçimizlə danışdıq, dedi, eybi yox… Razılıq verdik. Könül istərdi ki, “Qarabağ” bunun nəticəsini görərdi. Əfsuslar olsun, alınmadı. “Qarabağ”la oyunöncəsi uğurlu temp yaxalamışdlq, bundan istifadə etmək istərdik. Olmadı.

“Burdakı inkişafı hər kəs görəcək”

– Akademiyadan da danışaq. Neçə ildir, binası natamamdır. Bu məsələdə irəliləyiş gözlənir?
– Bazamızda üçü təbii, biri süni olmaqla 4 açıq meydançamız var. Biri də qapalı, o sırf akademiya üçündür. Ancaq bu imkanlar tam yetərli deyil. U-7-dən U-13-ə qədər olan komandalar qapalı və bəzən açıq meydançada məşq edirlər. Digər qruplar isə açıq meydançalardadır. Nəzərimizdə tutduğumuz yeni akademiya modelində minimum 4 meydançaya ehtiyac var. Onu da bazanın ərazisində etmək çətindir. Yeni bir ərazidə baza/akademiya yaratmaq planımız var. Burdakı isə sırf idman mərkəz kimi istifadə ediləcək. İki yer barədə müzakirələr gedir, tezliklə seçim edib işlərə başlayacağıq. Məqsədimiz uşaqların həm oxuyacaqları, düzgün qidalanacaqları, fitness məşqləri edə biləcəkləri, texniki teoremləri öyrənə biləcəyi bir mühit hazırlamaqdır. Bu plan üzərində çalışırıq.

– Yaxın plandır, ya uzaq?
– Orta. Bu mövzuda müsbət addımlar atılır, sizi də məlumatlandıracağıq. Həm məşqçi, həm futbolçu yetişdirən bir klub olmaq istəyirik.

– Bunlar qlobal məsələdir. Mövcud duruma görə hansısa yenilik gözlənilirmi? Məsələn, akademiyada keyfiyyətli kadr dəyişikliyi nəzərdə tutulurmu?
– Elxan Abdullayevi akademiyanın koordinatoru vəzifəsinə gətirmişik. Sənan Qurbanov akademiyada işinə davam edir, Atilla Küçüktaka və Fuad Əsədov kimi təcrübəli qapıçı məşqçilərimiz var. Baş məşqçimiz və köməkçiləri də akademiyanın məşqçilərinə dəstək verməyə başlayıblar. Akademiyada daha ciddi işlər görmək üçün proseslər davam edir. A komandasındakı ciddiyəti akademiyaya da yansıtmaq istəyirik. Burdakı inkişafı hər kəs görəcək. Bu haqda qısa zamanda məlumatlar veriləcək. Bilirik, azarkeşlər çox şey gözləyir. Klubun sahibi azarkeşlərdir. Sadəcə, daha rasional olmaq məcburiyyətindəyik. Xarakterimizi, davranışlarımızı, emosiyalarımızı düzgün istifadə etmək məcburiyyətindəyik. Bəzən yaxşı işlər gec nəticə verə bilər, əsas odur, tələsik qərarlar verilməsin.

Elçin Cəlilov

UEFA “Tottenhem”i cərimələdi

3 March 2026 at 10:29

UEFA “Tottenhem” klubunu cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, London təmsilçisi Çempionlar Liqasında Liqa mərhələsinin VIII turunun “Ayntraxt”la matçında azarkeşlərinin qeyri-etik davranışlarına görə cəzaya məruz qalıb. UEFA “Tottenhem”i 30 min avro məbləğində cərimələyib.

“Tottenhem” turnirdə 1/8 finalda “Atletiko”ya rəqib olub.

Arbeloa: “Nə qədər pis oynasaq da, azı bir qol vurmalıydıq”

3 March 2026 at 10:07

“Real”ın baş məşqçisi Alvaro Arbeloa La Liqada “Xetafe”yə uduzduqları görüşü şərh edib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Daha yaxşı oynaya bilərdik. Qol şansları yaratdıq, meydanda üstün olduq. Lakin qol vura bilmədik və məğlub olduq. Azı bir qol vurmalıydıq.

Tənqidləri başa düşürəm. Bu oyunda nə qədər pis oynasaq da, azı bir qol vurmalıydıq. Rəqib tək imkanını dəyərləndirdi, biz isə qaçırdıq”.

Barış İtaliya klublarının hədəfində

3 March 2026 at 09:39

“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. Xəbərdə “İnter” və “Napoli”nin Barışla yaxından maraqlandığı bildirilib.

Barış Alper Yılmaz bu mövsüm 36 oyunda 9 qol vurub, 13 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına kimidir.

Mbappenin son durumu

3 March 2026 at 09:26

“Real”ın futbolçusu Kilian Mbappeninson durumu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı hücumçuya sol dizinin bağlarının dartılma diaqnozu qoyulub.

Mbappenin bərpa müddəti açıqlanmayıb.

Fransalı futbolçu zədə səbəbindən Çempionlar Liqasında “Benfika” (2:1), La Liqada isə “Xetafe” ilə oyunu (0:1) buraxıb.

Mbappe bu mövsüm 33 oyunda 38 qol vurub.

İtirən itirir…

3 March 2026 at 09:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Premyer Liqanın XXII turunun oyunlarındakı mübahisəli epizodları şərh edib. Funksioner “Şamaxı” – “Neftçi” oyununda (2:2) meydan sahiblərinin son dəqiqələrdə qazandığı penaltinin haqlı qərar olduğunu bildirib.

Həsənov bundan başqa, “Kəpəz” – “Sumqayıt” matçında (3:0) “sarı-göylər”in üçüncü qolu vurduğu penaltinin isə yanlış olduğunu qeyd edib.

“Neftçi” cəbhəsi “Şamaxı” ilə oyunun sonunda yaşananlara görə ciddi narazılıq bildirdi, etiraz etdi, bəyanat yaydı. Məşqçilər, futbolçular – hamılıqla sərt açıqlamalar verildi, amma çi fayda.

“Sumqayıt”ın “Kəpəz”lə matçda qapısına təyin edilən penalti də yanlış imiş. “Kimyaçılar” ilk hissənin sonlarına yaxın “11 metrə”dən qol buraxdı və hesab 0:3 oldu. Bəlkə də, matçın qırılma anı məhz bu idi. 0:2-dən dönüşə ümid edən sumqayıtlılar daha bir qol buraxmaqla motivasiyadan düşdü. Oyun bitdi, epizodla bağlı narazılıq olmadı, amma olsaydı, nə dəyişəcəkdi?

Premyer Liqada rəqabətin artması, keyfiyyətli oyunların çoxalmasını hamı arzulayır. Ölkə futbolunun inkişafı prioritetdir, ancaq bəzən hakim qərarlarının həlledici olması məyusedicidir.

Çempionatda istənilən komanda onlara qarşı haqsız qərarlar verildiyini iddia, bəzən sübut edə bilər. Yenə qeyd edək, çi fayda… Xatırlamıram ki, dünya futbolunda da nə zamansa yanlış hakim qərarına görə oyun təkrarlansın və ya nə. Hər şey 90 dəqiqədə meydanda həll edilir. Verilən qərarlar yekundan sonra dəyişmir. İtirən itirdiyi kimi də qalır…

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

3 March 2026 at 08:39

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

3 mart

Asiya Çempionlar Liqası
11:45 Melburn – Buriram (Spor Smart Türkiyə)
14:00 Qanqvon – Maçida (Spor Smart Türkiyə)

Türkiyə Kuboku
14:00 Fethiyespor – Karagümrük (A Spor)
21:30 Alanyaspor – Qalatasaray (A Haber)
21:30 Başakşəhər – Trabzonspor (A Spor)

Azərbaycan Kuboku
19:00 Zirə – Sumqayıt (CBC Sport)

İngiltərə, Premyer Liqa
23:30 Lids – Sanderlend (beİN Sports 4)
23:30 Everton – Bernli (beİN Sports 5)
23:30 Bornmut – Brentford (beİN Sports 2)
00:15 Vulverhempton – Liverpul (beİN Sports 3)

İtaliya Kuboku
00:00 Komo – İnter (TRT Spor)

“Yuventus”da yeni müqavilə

3 March 2026 at 08:24

“Yuventus” futbolçusu Ueston Makkenni ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı cinah oyunçusu ilə sözləşmənin müddəti 2030-cu ilin yayına kimi artırılıb.

Makkenni 2020-ci ildən “Yuventus”da çıxış edir. O, 220 oyunda 26 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

“Zirə” Azərbaycan Kubokunda yarımfinala yüksəldi

3 March 2026 at 20:55

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə “Zirə” “Sumqayıt”la üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Zirə” ümumi hesabda rəqibini üstələyib və yarımfinala yüksəlib.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab oyunu

3 mart

19:00 Zirə – Sumqayıt 2:0
Qol:
Volkov, 28, Ceyhun, 88
Qırmızı vərəqə: Ninkoviç, 84 (“Sumqayıt”)
İlk oyun 0:0
Baş hakim: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

“Real” uduzdu

3 March 2026 at 02:34

İspaniya La Liqasında XXVI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Barselona” bu turda “Vilyarreal”ı, “Atletiko” isə “Ovyedo”nu məğlub edib.

Sonuncu gündə bir matç keçirilib. “Real” azarkeşləri önündə “Xetafe”yə uduzub.

Rayo Valyekano – Atletik 1:1
Qollar
: De Frutos, 35 – İ.Uilyams, 47.

Barselona – Vilyarreal 4:1
Qollar:
Yamal, 28; 37; 69. Levandovski, 90+1 – Qeye, 49.

Malyorka – Real Sosyedad 0:1
Qol: Soler, 36.

Real Ovyedo – Atletiko 0:1
Qol: X.Alvares, 90+4.

1 mart

Elçe – Espanyol 2:2
Qollar:
Aquado, 42. Mir, 90-pen – K.Qarsiya, 7. Romero, 57.

Valensiya – Osasuna 1:0
Qol:
Ramazani, 67-pen.

Betis – Sevilya 2:2
Qollar:
Antoni, 16. Fidalqo, 37 – A.Sançes, 62. Romero, 85.

Jirona – Selta 1:2
Qollar:
Vanat, 35 – Yutqla, 58. V.Reis, 70-öz qapısına.

2 mart

Real – Xetafe 0:1
Qol: M.Satriano, 39

“Zirə” – “Sumqayıt” oyunu FIFA referisinə tapşırıldı

2 March 2026 at 22:57

Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşü olan “Zirə” – “Sumqayıt” oyununun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

3 mart (çərşənbə axşamı)

“Zirə” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 19:00

Before yesterdayMain stream

Rəhim Həsənov mübahisəli penaltini şərh etdi – VİDEO

2 March 2026 at 21:23

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Premyer Liqanın XXII turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Kəpəz” – “Sumqayıt” meydan sahiblərinin lehinə təyin olunan penaltinin düzgün olmadığını bildirib.

Referi eyni zamanda “Şamaxı” – “Neftçi” görüşündəki (2:2) meydan sahiblərinin lehinə təyin edilən penaltinin isə doğru qərar olduğunu qeyd edib.

II Liqada darmadağın

2 March 2026 at 19:34

II Liqada XVI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün turnir cədvəlində ikinci olan “Qaradağ Lökbatan” “Şəmkir”lə qarşılaşıb və darmadağına sevinib.

II Liqa

XVI tur

2 mart

“Qaradağ Lökbatan” – “Şəmkir” 4:0

Qollar: Rəhman Quliyev, 30. Hakan Həsənov, 44. Tural Axverdiyev, 45. İlham Hüseynov, 87.

“Zirə”nin legioneri: “Avrokuboklara vəsiqə qazanacağımıza tam inanıram”

2 March 2026 at 19:00

“Zirə” Premyer Liqanın XXII turunda “Araz-Naxçıvan”a qalib gəlib – 1:0.

“Qartallar”ın qapıçısı Tiaqo Silva matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı…

– Avrokuboklara vəsiqə yolunda rəqiblərinizdən birini məğlub etdiniz. Fikirləriniz nədir?
– Bu, xüsusilə də Avropa yerləri uğrunda mübarizədə bizim üçün çox vacib üç xal idi. “Araz-Naxçıvan” kimi komandaya qarşı belə oyunlar xırda detallar üzərində həll olunur və biz 1:0 hesablı qələbəni təmin etmək üçün yetkinlik, diqqət və güclü komanda ruhu göstərdik. Qapımızı toxunulmaz saxlamaq hər zaman müsbət haldır və bu, bütün komandanın əməyinin göstəricisidir. Sadəcə mövsümün bu qədər vacib mərhələsində tribunada daha çox azarkeş görməmək bir az məyusedicidir. Onların dəstəyi böyük fərq yaradır və ümid edirik ki, növbəti oyunlarda bu enerjini daha çox hiss edəcəyik.

– Qarşıda “Sumqayıt”a qarşı kubok oyunu var. “Turan Tovuz”la liqadakı 3 xallıq fərqi nəzərə alsaq, əsas diqqəti kuboka yönəldib, titul qazanmaq arzunuz var?
– “Sumqayıt”a qarşı kubok oyununun çox vacib olduğunu bilirik. İlk oyun 0:0 hesabı ilə başa çatdı, buna görə də hər şey açıq qalır və oyunun taleyi yenə detallarla həll olunacaq. Addım-addım irəliləyəcəyik, ikinci oyunda planımıza və etməli olduqlarımıza fokuslanacağıq. Təbii ki, finalı da düşünürük. Rəqibə hörmətlə yanaşırıq, lakin keyfiyyətimizə inanırıq və hədəfimizə çatmaq üçün mübarizə aparacağıq.

– Son bir ayda “Sumqayıt”la iki dəfə qarşılaşmısınız. Artıq onları daha yaxından tanıdığınızı demək olar?
– Gəldiyim gündən demişəm ki, kiminlə oynamağımızın fərqi yoxdur. “Zirə” hər zaman meydana qələbə üçün çıxmalıdır. Artıq göstərmişik ki, istər çempionluq uğrunda mübarizə aparan, istərsə də liqada qalmaq üçün oynayan komandalar olsun, istənilən rəqibi məğlub edə bilərik.

– Premyer Liqada mükafatçılar sırasına düşmək şanslarınızı necə dəyərləndirirsiniz?
– Avrokuboklarda olacağımıza tam inanıram. Buna qətiyyən şübhəm yoxdur. Qələbələr üçün mübarizəni davam etdirəcəyik və qalan 11 oyuna final kimi yanaşacağıq.

– Qarşıdakı 4 turdakı 3 rəqib autsayderlərdir… Təqvim də lehinizədir demək olar?
– Favorit olmağımız keyfiyyətimizdən və oyunun müxtəlif məqamlarını düzgün oxuyub idarə etmək bacarığımızdan irəli gəlir.

Şahin Cəfərov

“Neftçi”nin əvəzedicilərindən çətin qələbə

2 March 2026 at 18:34

Əvəzedicilər Liqasında XVIII tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.

“Neftçi-2” bu turda “Zirə-2″yə minimal hesabla qalib gəlib. “Sumqayıt”ın əvəzedicilər “Araz-Naxçıvan-2″dən, “Qəbələ”nin ikinciləri isə “Kəpəz-2″dən üstün olub.

Əvəzedicilər Liqası
XVIII tur

2 mart

“Kəpəz-2” – “Qəbələ-2” 1:2
Qollar: Amur Yusifov, 73 – Rəvan Əsədov, 25. Qədir Ramazanov, 89.

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” 3:4
Qollar: Nuran Muradlı, 7. İftixar İbrahimov, 54. İbrahim Piriyev, 82 – Kamal Zülfiyev, 5. Ruslan Əliyev, 45+1. Rəvan Mustafayev, 55 (avtoqol). Elgün İsaqov, 70.

“Neftçi-2” – “Zirə-2” 1:0
Qol: Ömər Qurbanov, 79

“İlklər həmişə çətin və önəmli olur”

2 March 2026 at 18:00

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya yığması ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Sabah çox vacib oyuna çıxacağıq. Çünki bu, dünya çempionatının seçmə mərhələsində ilk matçımız olacaq. İlklər həmişə çətin və önəmli olur. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq. İtkilərimizin olmasına baxmayaraq, oyuna tam köklənmişik. Rəqibi təhlil edərək komanda ilə bölüşmüşük. Planımızı da buna görə qurmuşuq. Meydandan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyunu saat 15:00-da başlanacaq.

“Fənərbağça”da itki

2 March 2026 at 17:17

“Fənərbağça” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Nelson Semedo sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah oyunçusu Super Liqada “Antalyaspor”la matçda (2:2) zədələnib.

Semedo 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Nunyes üçün İngiltərə variantı

2 March 2026 at 16:45

“Əl Hilal”ın hücumçusu Darvin Nunyes yayda İngiltərəyə qayıda bilər.

Futbolpress.az xəbər verir ki, “Çelsi” uruqvaylı futbolçunun xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. London klubu mövsümün sonunda Nunyeslə danışıqlara başlayacaq.

Darvin daha əvvəl İngiltərədə “Liverpul”un formasını geyinib. 26 yaşlı hücumçu bu mövsüm “Əl Hilal”da 24 oyunda 9 qol vurub.

“İnter” onunla müqaviləni uzatmaq istəyir

2 March 2026 at 16:30

“İnter” futbolçusu Federiko Dimarko ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Neradzurra” 28 yaşlı müdafiəçinin sözləşməsini 2030-cu ilin yayına qədər artırmaq niyyətindədir.

Dimarko bu mövsüm 35 oyunda 7 qol vurub, 15 məhsuldar ötürmə edib. Onun indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.

“Arsenal”ın istədiyi futbolçuya qiymət qoydular

2 March 2026 at 16:15

“İnter”in futbolçusu Alessandro Bastoni karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Arsenal” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. London klubu Bastoninin transferi üçün danışıqlara başlamağa hazırdır.

“İnter” müdafiəçi üçün 100 milyon avro tələb edir.

Bastoni 2017-ci ildən “İnter”in formasını geyinir.

Cüdoçulara təbrik

2 March 2026 at 15:50

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində 7 medal qazanan millinin üzvlərini təbrik edib.

Futbolpress.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Nəbiyev cüdoçuları əlamətdar nailiyyət münasibətilə təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

“Böyük Dəbilqə”də 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 7 medal qazanan Azərbaycan cüdoçuları komanda hesabında ikinci, kişilərin mübarizəsində isə birinci yeri tutub.

Bəyanat: “Neftçi” AFFA-ya dəvət edildi

2 March 2026 at 15:26

AFFA bəyanat yayıb.

Futbolpress.az xəbər verir ki, qurum Premyer Liqadakı hakimlik və referilərdən narazı olan klublarla bağlı açıqlama bildirib. AFFA son günlərdə “Şamaxı” ilə oyundakı mübahisəli qərarlara etiraz edən “Neftçi”yə də dəvət göndərib:

“Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ölkə futbolunun ali idarəedici qurumu olaraq fəaliyyətini beynəlxalq standartlara, xüsusilə UEFA və FIFA prinsiplərinə uyğun şəkildə həyata keçirir. AFFA-nın əsas prioritetləri ədalətli oyun, şəffaf idarəçilik, bərabər münasibət və futbol ictimaiyyətinin etimadının qorunmasıdır.

Son dövrlərdə AFFA Hakimlər Komitəsi və Hakimlər Departamentində aparılmış islahatlar məhz bu prinsiplərin daha da möhkəmləndirilməsinə yönəlib. Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurları beynəlxalq təlimatlara uyğun icra olunur və proseslərin institusional əsaslarla təkmilləşdirilməsi davam etdirilir.

Eyni zamanda bildiririk ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün 3 dəfə rəsmi müraciət etmək hüququna malikdir. Bu mexanizm şəffaflığın artırılması və sualların institusional qaydada cavablandırılması məqsədi daşıyır.

Bununla yanaşı, “Neftçi” PFK tərəfindən son günlər ictimaiyyətə Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılır. Yaranmış vəziyyətdə spekulyasiya xarakterli məlumatların yayılması, ictimai rəylə manipulyasiya edilməsi və oyun epizodlarının qiymətləndirilməsində şəxsi maraqlardan irəli gələrək qaydaların təhrif olunması hallarının qarşısını alınması məqsədilə bildiririk ki, AFFA Hakimlər Komitəsi klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazırdır.

Bu məqsədlə “Neftçi” PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvət edir, təqdim olunan epizodların detallı şəkildə təhlil olunmasını və mövcud sualların cavablandırılmasını təklif edirik.

AFFA olaraq bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırırıq”.

 

Cəfərov Kosovonun oyununda

2 March 2026 at 15:06

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo – Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 2-ci qrupunun I turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən “Fadil Vokrri” stadionunda təşkil olunacaq.

 

“Bu uğur onların da əməyinin nəticəsidir”

2 March 2026 at 14:26

Albaniyanın paytaxtı Tiranada keçirilən “Muhamet Malo” turnirində çıxış edən Ziya Babaşov (63 kq) çempion olub.

Futbolpress.az xəbər verir ki, tunan-Roma güləşi üzrə milli komandanın üzvü reytinq xarakterli yarışdakı çıxışını belə şərh edib:

“İlk öncə hər kəsi salamlayıram. Mənə dua edən və dəstək olan hər kəsə minnətdaram. Yarış yüksək səviyyədə və güclü rəqabət şəraitində keçdi. İddialı rəqiblər çox idi. Bu, mənim üçün ən önəmli yarışlardan biri idi.

Finala qədər yaxşı görüşlər keçirdim. Finalda komanda yoldaşımla qarşılaşdım. Biz Sakit Quliyevlə dost və komanda yoldaşı olsaq da, xalça üzərində hər birimiz qələbə uğrunda əlimizdən gələni edirik. Ümid edirəm ki, finala layiq bir görüş nümayiş etdirə bildik.

Bu qələbənin arxasında çox insan – məşqçilər korpusu və komandamız dayanır. Bu uğur onların da əməyinin nəticəsidir. Reytinq turnirində ilk medalımdır. Buna görə çox qürurluyam. İnanıram ki, uğurlarımız davamlı olacaq”.

“Hər futbolçu kimi mən də ehtiyatda olmaq istəmərəm” (MÜSAHİBƏ)

2 March 2026 at 14:12

“Turan Tovuz” Premyer Liqanın XXII turunda “İmişli” ilə heç-heçə edib – 0:0.

Tovuz təmsilçisinin futbolçusu Şəhriyar Əliyev matçla bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:

– Ardıcıl qələbələrdən sonra gözlənilməz xal itkisi yaşadınız. Üç xal üçün nə çatmadı?
– Rəqibi təhlil etmişdik. Çox sıx müdafiə olunurlar. Bundan öncəki oyunlarına baxmışdıq. Qol şansları yaratdıq, amma dəyərləndirə bilmədik. Ümumi götürəndə yaxşı oynadıq. Bu xal itkisi növbəti matçlarda bizə daha motivasiya verəcək. Çalışacağıq ki, şanslarımızı maksimum dəyərləndirib, rəqiblərlə xal fərqini artıraq.

– 5 xallıq fərq yaranmışdı, yenidən 3 oldu. Bu, növbəti oyunlarda komandanı təzyiqə salmaz?
– Bizim də şanslarımız var. Yaxşı formadayıq. Xal itkisi futbolda qaçılmazdır. Çempionatda da, kubokda da şanslarımız var. İnşallah, mövsümün sonunda avrokuboklara gedə bilərik.

– Kubok yolu indiki məqamda nisbətən rahat görünür. Əsas diqqəti titul qazanmağa yönləndirməyi düşünmürsünüz?
– Kubok oyunları iki matçdan ibarət olur. Çempionat elədir ki, bir oyun xal itirəndə növbəti matçda bunu düzəltmək imkanın olur. Amma kubokda elə deyil. Komandalar daha fərqli yanaşır, fərqli hazırlaşırlar. Hər iki turnirdə sona qədər mübarizə aparacağıq. Çempionatda da azı üçüncü yeri qorumağa çalışacağıq. Son oyunlarda yaxşı çıxış edirik. Qol buraxmırıq, formamız qaydasındadır. Bu ritmi saxlamağa çalışacağıq.

– Son dönəmlərdə şans qazanmırsınız. Ehtiyatda qalmaq narahat etmir?
– Əlbəttə, hər futbolçu kimi mən də ehtiyatda olmaq istəmərəm. Baş məşqçinin qərarıdır. Danışmışıq, mənim də şansım olacaq. İndi bütün diqqətimiz yaxşı nəticələr qazanmaqdadır. Şəhriyar oynadı, ya başqası oynadı fərqi yoxdur, önəmli olan nəticələrin yaxşı olmasıdır. Hər kəs faydalı olmaq istəyir.

– Müqaviləniz başa çatır. Oyun praktikanızın azlığı qərarınıza nə dərəcə təsir edəcək?
– Açığı, klubla bu haqda danışığımız olmayıb. Bütün diqqətimiz oyunlardadır. Hamılıqla buna köklənmişik.

Şahin Cəfərov

Müqaviləni uzat, maaşın artsın

2 March 2026 at 13:53

“Qalatasaray” futbolçusu Lukas Torreyra ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu uruqvaylı yarımmüdafiəçi ilə yaxın zamanda danışıqlara başlayacaq. Torreyraya maaşının 4.5 milyon avrodan 5.5 milyon avroya yüksəldilməsi təklif olunacaq.

Lukas bu mövsüm 35 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun sözləşməsi 2028-ci ilin yayına kimidir.

Sabiq “Barselona”lı Türkiyəyə sığındı

2 March 2026 at 13:24

İranın “İstiqlal” klubunun futbolçusu Munir El Haddadi Türkiyəyə gəlib.

Futbolpress.az xəbər verir ki, bu barədə mərakeşli hücumçu sosial şəbəkə hesabında paylaşım edib. O, İrandakı siyası gərginlik səbəbindən Türkiyəyə gəldiyini və burda güvəndə olduğunu bildirib.

Munir karyerası ərzində “Barselona”, “Valensiya”, “Alaves”, “Sevilya” kimi klublarda çıxış edib. O, 2025-ci ilin sentyabrından “İstiqlal”ın formasını geyinirdi.

AzVİF İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

2 March 2026 at 12:58

Azərbaycan Velosiped İdmanı Federasiyası İcraiyyə Komitəsinin növbəti, 4-cü iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan federasiya prezidenti Zaur Axundov iştirakçıları iclasın gündəliyi ilə tanış edib.

Federasiya prezidenti 10-14 may tarixlərində təşkil olunacaq “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışına hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğunu deyib və bu vaxtadək görülmüş işlərlə bağlı ətraflı məlumat üçün sözü yarışın Təşkilat Komitəsinin sədri, federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərova verib.

Sahib Ələkbərov bildirib ki, “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışında iştirak edəcək 25 komanda iştirakını təsdiqləyib. Onların içərisində 1 Dünya Turu, 7 Pro-kontinental, 16 kontinental və Azərbaycan yığma komandası yer alır. Bundan başqa, velosiped yarışının bütün məlumatlarını özündə əks etdirən rəsmi sayt (www.bakukhankendi.az) da hazırlanıb və izləyicilərin istifadəsinə verilib.

Hazırlıq çərçivəsində marşrutlar üzrə infrastrukturun hazırlıq səviyyəsi cari ilin 18-24 fevral tarixlərində yarışın texniki direktoru Roland Hofer və təhlükəsizlik üzrə menecer Andre Noyman tərəfindən yerli mütəxəssislərlə birlikdə yenidən yoxlanılıb. Sahib Ələkbərov “Eurosport” kanalı ilə bütün mərhələləri canlı yayımlanacaq “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının ölkəmizin turizm və idman potensialının, beynəlxalq idman tədbirlərinin təşkili sahəsində əldə etdiyi təcrübənin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proseslərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov İcraiyyə Komitəsinin son iclasından keçən dövr ərzində görülən işlər və keçirilən tədbirlər barədə məlumat verib. O, bildirib ki, Elm və Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində respublikanın 15 bölgəsində velosiped bölmələri açılıb və aktiv fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Lənkəran, Gəncə və Mingəçevir şəhərlərində yerləşən universitetlərin tələbələrinə, həmçinin Gəncə şəhərində şəhid və qazi övladlarına velosipedlər hədiyyə olunub və proses bundan sonra da davam etdiriləcək. Bundan başqa, mart ayında görüləcək işlər və keçiriləcək tədbirlərlə bağlı da iclas iştirakçılarına məlumat verilib.

İclasda federasiyanın fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

“Finalissima” təxirə salına bilər

2 March 2026 at 12:38

İspaniya və Argentina milli komandaları arasında keçiriləcək “Finalissima” təxirə salına bilər.

Futbolpress.az xəbər verir ki, buna səbəb görüşün oynanılacağı Qətərdə idman tədbirlərinin qeyri-müəyyən müddətə qədər dayandırılmasıdır.

Qətər Futbol Federasiyası Yaxın Şərqdəki siyasi gərginliyə görə martın 1-dən bütün idman turnirlərini dayandırıb.

“Finalissima” martın 27-də, “Lusail” stadionunda keçirilməlidir.

Kapitan bir neçə ay oynamayacaq

2 March 2026 at 12:26

Dortmund “Borussiya”sı ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Emre Can sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Emrenin Bundesliqada “Bavariya” ilə görüşdə (2:3) sol dizinin çarpaz bağları qopub. Kapitanın bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Can bu mövsüm 16 oyunda meydana çıxıb.

Son 8 mövsümün rekordu

2 March 2026 at 12:01

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Futbolpress.az xəbər verir ki, bu, XXII turun son oyununa təsadüf edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Sabah” matçını (3:3) 10 min 361 tamaşaçı izləyib.

Bunadək rekord XII turda qeydə alınmışdı. 2025-ci il noyabrın 21-də baş tutan “Sumqayıt” – “Qarabağ” oyununa 9100 seyrçi tamaşa edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda qonaqlar qalib gəlib – 4:2.

“Qarabağ” – “Sabah” matçındakı göstərici təkcə cari deyil, son 8 mövsümün rekordudur. Daha çox tamaşaçıya sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilən XI turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (0:2) 13 min 300 seyrçi qeydə alınıb.

60 azarkeş

2 March 2026 at 11:48

Premyer Liqada XXII turun ən az azarkeş qeydə alındığı oyun Mərdəkanda baş tutub.

Futbolpress.az xəbər verir ki, avrokuboklara vəsiqə mübarizə aparan “Araz-Naxçıvan” ilə “Zirə”nin duelində tribunada 60 tamaşaçı olub.

Matç “Zirə”nin qələbəsiylə başa çatıb.

Bu rəqəm bəlkə də, Premyer Liqada mövsümün ən aşağı üç göstəricisindən biridir. Naxçıvandakı stadionun hazır olmaması səbəbindən Bakıda məskunlaşan “Araz-Naxçıvan”ın oyunlarını şəhərdən kənarda – “Liv Bona Dea Arena”da (Mərdəkan) keçirməsi sayın aşağı olmasının əsas səbəbidir.

Karrik rekordu təkrarladı

2 March 2026 at 11:29

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXVIII turunda “Kristal Pelas”ı məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” yeni baş məşqçisi Maykl Karrikin rəhbərliyi altında 23 xal qazanıb.

“Opta”nın məlumatına görə, Karrik Premyer Liqada ilk 9 matçında ən çox xal toplayan ikinci məşqçidir.

Bundan əvvəlki rekord “Tottenhem”in sabiq baş məşqçisi Ange Postekoqluya aid idi. Mütəxəssis londonlularla ilk 9 matçında bu qədər xal qazanmışdı.

“Barselona” Levandovskini itirdi

2 March 2026 at 11:16

“Barselona” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın hücumçusu Robert Levandovski sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqada “Vilyarreal”la matçda (4:1) zədə alan polşalı forvard bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Levandovski İspaniya Kubokunda “Atletiko”ya qarşı keçirələcək yarımfinalın cavab görüşünü buraxacaq. “Barselona” ilk matçda rəqibinə 0:4 hesabıyla uduzub. Görüş martın 4-də olacaq.

Millinin oyunu polyaklara tapşırıldı

2 March 2026 at 10:52

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda martın 3-də, saat 15:00-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununa hakim təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək:

3 mart

Azərbaycan (Qadınlar) – Şimali Makedoniya (Qadınlar)
“Dalğa Arena”. Saat 15:00
Baş hakim: Anna Adamska
Baş hakimin köməkçiləri: Julia Bukaroviç, Angelika Novak
Dördüncü hakim: Mixalina Diakov
(Hakimlər briqadası Polşadandır)

Milli reytinq turnirində birinci oldu

2 March 2026 at 10:41

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə “Muhamet Malo” turnirinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, reytinq xarakterli yarışın son günündə yunan-Roma güləşi üzrə 55, 60, 72, 82, 97 və 130 kq-da mübarizə baş tutub. Milli üzvləri son yarış günündə 1 qızıl, 2 gümüş medal qazanıb.

55 kq
Rəşad Məmmədov qırğızıstanlı Ulan Muratbek Uluya (5:1), Rəşad Məmmədov qazaxıstanlı Arsen Jumaya (9:3) və hindistanlı Lalit Lalitə (6:5) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə rusiyalı dünya mükafatçısı və 2 qat Avropa çempionu Emin Seferşayevə 1:3 hesabıyla məğlub olan Rəşad gümüş medal əldə edib.

60 kq
Nihat Məmmədli amerikalı Maksvel Hopper Blek (8:0), qazaxıstanlı Yerbol Kamaliev (6:0) və rusiyalı Suner Konunova (3:1), Nihad Quluzadə isə qazaxıstanlı Akjol Tuyakov (8:2), türkmənistanlı Azatcan Açilov (10:0) və rusiyalı dünya və Avropa mükafatçısı Sadik Lalayevə (8:0) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə komanda yoldaşını ilk xal prinsipinə əsasən üstələyən Məmmədli fəxi kürsünün ən yüksək pilləsinə qalxıb. Belədə Nihad gümüş medalı boynundan asıb.

72 kq
Ruslan Nurullayev hindistanlı Saurav Rana (9:0) və macarıstanlı Kristyan İştvan Vantsanı (5:1) mübarizədən kənarlaşdırsa da, yarımfinalda iranlı Höccət Həsən Rəzaiyə (3:7), bürünc medal görüşündə isə gürcüstanlı Avropa mükafatçısı Yuri Lomadzeyə 4:7 hesabıyla məğlub olub.

82 kq
Tuncay Vəzirzadə qazaxıstanlı Almir Tolebayevə (4:0) və qırğızıstanlı 2 qat olimpiya mükafatçısı, 2 qat dünya və 3 qat Asiya çempionu Akjol Mahmudova (5:2) gücünü göstərsə də, yarımfinalda rusiyalı Adlet Tulubayevlə (1:6), bürünc medal görüşündə isə rusiyalı İrakli Kalandiyayla (1:11) bacarmayıb.

97 kq
Murad Əhmədiyev 1/8 finalda gürcüstanlı Giorgi Meliaya sonuncu xal prinsipinə əsasən (2:2), Məhəmməd Əhmədiyev isə təsnifat mərhələsində rusiyalı Artur Sarqsyana 2:7 hesabıyla məğlub uduzub. Məhəmməd ilk təsəlliverici görüşdə amerikalı Maykl Foya (6:2) qalib gəlsə də, ikinci təsəlliverici görüşdə qırğızıstanlı Uzur Cuzupbekova (2:8) məğlub olub.

130 kq
Sərxan Məmmədov 1/8 finalda rusiyalı Ali İlyasova 1:3 hesabıyla məğlub olub. Beka Kandelaki qazaxıstanlı Alimxan Sızdıkovla Ali İlyasovu 7:3 hesabıyla üstələyib. Yarımfinalda rusiyalı Marat Kamparova ilk xal prinsipinə əsasən (1:1) məğlub olan Kandelaki üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Elias Kuosmanenə uduzub – 0:3.

Beləliklə, millimiz cari ildə iştirak etdiyi ilk beynəlxalq yarışda 2 qızıl və 3 gümüş medal qazanıb. Yekunda 128 xal toplayan yığmamız komanda hesabında 1-ci yeri tutub. Qazaxıstan (95) ikinci, İran (89) isə üçüncü olub.

Tarixdə ilk cüt: yenə XXII turda

2 March 2026 at 10:29

Azərbaycan çempionatlarının yüksək liqası tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu qarşılaşmada heç-heçə qeydə alınıb.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXII turuna təsadüf edib. “Qarabağ” – “Sabah” görüşü 3:3 hesabı ilə başa çatıb. 1992-ci ildən keçirilən turnirin ən məhsuldar heç-heçələri siyahısında 1 dəfə 6:6, 1 dəfə 4:4, 16 dəfə 3:3 hesabı var.

İlk dəfə eyni cüt arasında 2 belə məhsuldar heç-heçə qeydə alınıb. “Qarabağ”la “Sabah” 2023/24 mövsümündə də dueldən 3:3 hesablı heç-heçə ilə ayrılıb. Həmin vaxt da komandaların görüşü indiki kimi XXII tura təsadüf edib. 2024-cü il fevralın 11-də keçirilən görüş də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Bunadək heç-bir cütün bir-biri ilə iki matçında 6 və ya daha çox qollu heç-heçə olmamışdı. Hər iki sülh “Qarabağ”ın meydanında gerçəkləşib.

“Sabah” tarixində 4-cü dəfə Premyer Liqa matçında məhsuldar heç-heçə etməklə “Kəpəz” və “Turan”a məxsus rekordu təkrarlayıb. “Qarabağ” isə yalnız bu rəqiblə görüşlərdə 3 və ya daha çox qol vuraraq 1 xal qazanıb.

Avrokubok yolunda gözlənilməz itki, “İmişli”nin xal qazancları

2 March 2026 at 10:17

“Turan Tovuz” Premyer Liqanın XXII turunda “İmişli” ilə heç-heçə edib. Suraxanıda, “Azersuna Arena”da baş tutan görüş qolsuz başa çatıb.

“Zirə” və “Qəbələ” ilə matçlarda inamlı qələbə qazanan tovuzluların “İmişli”yə də qalib gəlməsi gözlənilirdi. Avrokuboklara vəsiqə yolunda ən yaxın izləyicisi “Zirə”ni 5 xal qabaqlayan “Turan Tovuz” fərqi qoruya bilmədi. Elitada qalmaq mübarizəsi aparan bölgə klubu ilə matçda itirilən xalların acısı yayda çəkilə bilər.

“Zirə”nin qələbə qazandığı turda “İmişli”ni məğlub edə bilməmək avrokuboka vəsiqə arzusunda olan komanda üçün böyük itki sayıla bilər. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektivi qarşıda kubokda “Kəpəz”, çempionatda “Neftçi” ilə oyunlar gözləyir. Tovuzlular çətin qrafiköncəsi yersiz xal itkisi yaşadı.

“İmişli” üçünsə hər xal qazancdır. Elitada qalmaq hədəfində olan bölgə klubu rəqiblərinin xal qazandığı turda bir xala sevinməlidir. Bu mövsüm “Qarabağ”, “Sabah”, “Turan Tovuz”, “Neftçi” kimi komandalardan xal almağı bacaran “İmişli” uzun müddətdir, qələbə qazanmasına baxmayaraq, autsayderlərlə fərqin azalmasına da imkan vermir. Heç-heçələrlə liqada tutunmağa çalışan “şirlər”i qarşıda “Şamaxı”, “Sabah” və “Neftçi” ilə duellər gözləyir.

Şahin Cəfərov

Millinin makedonlarla sınağı

2 March 2026 at 10:00

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

Futbolpress.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Şimali Makedoniya yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək görüşə saat 20:00-da start veriləcək.

Azərbaycan millisi daha əvvəl Şimali Makedoniyaya 49:87, Lüksemburqa 90:95 hesabıyla uduzub, İrlandiyaya isə qalib gəlib-  76:75.

Milli qrupda 4 xalla 3-cü sıradadır.

“Zirə” və “Kəpəz”in turu

2 March 2026 at 09:38

Premyer Liqada XXII tur başa çatıb.

Futbolpress.az xəbər verir ki, altı matçın baş tutduğu turda cəmi iki komanda qələbə qazanıb. “Kəpəz” Yevlaxda “Sumqayıt”ı, “Zirə” isə Mərdəkanda “Araz-Naxçıvan”ı üstələyib. Birincilər 3:0, ikincilər 1:0 hesablı qələbəyə sevinib.

Turun digər görüşləri bərabərliklə başa çatıb. Yeganə qol vurulmayan matç Suraxanıda olub. “Turan Tovuz” burda “İmişli” ilə bərabərə qalıb.

Turun məhsuldar görüşü “Qarabağ” ilə “Sabah” arasında olub. Liderlərin duelində 6 qol vurulub – 3:3.

Premyer Liqada XXII turun nəticələri:

Kəpəz – Sumqayıt 3:0
Araz-Naxçıvan – Zirə 0:1
Şamaxı – Neftçi 2:2
Qəbələ – Karvan-Yevlax 1:1
Qarabağ – Sabah 3:3.

“Qarabağ” – 3 oyun, 12 qol

2 March 2026 at 09:23

“Qarabağ” Premyer Liqanın XXII turunda “Sabah”la heç-heçə edib – 3:3.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv son üç rəsmi matçında qələbə qazana bilməyib.

“Atlılar” Çempionlar Liqasında iki görüşdə “Nyukasl”a uduzub (1:6, 2:3), ardınca “Sabah”la bərabərə qalıb. “Qarabağ” bu görüşlərdə 12 qol buraxıb, 6-nı vurub.

Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” Premyer Liqada lider “Sabah”dan 7 xal geri qalır.

Hansı oyun, hansı kanalda? – TV

2 March 2026 at 09:12

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

2 mart

Türkiyə, I Liqa
21:00 Manisa – Çorum (TRT Spor)

İtaliya, A Seriyası
21:30 Piza – Bolonya (Futbol 2, S Sport 2)
23:45 Udineze – Fiorentina (Futbol 2, S Sport 2)

İspaniya, La Liqa
00:00 Real – Xetafe (İdman TV, Matç TV)

“Qarabağ”a qarşı məğlubiyyətsizlik seriyası

2 March 2026 at 08:45

“Sabah” Premyer Liqanın XXII turunda “Qarabağ”la heç-heçə edib – 3:3.

Futbolpress.az xəbər verir ki, Valdas Dambrauskasın yetirmələri çempionatda 43 xalla liderdir və ən yaxın izləyicisi “atlılar”ı 7 xal qabaqlayır.

“Sabah” “Qarabağ”a qarşı son altı oyunda uduzmayıb. “Bayquşlar” bu görüşlərdə 1 qələbə qazanıb, 5 dəfə heç-heçə edib.

“Sabah”ın “Qarabağ”a qarşı sonuncu məğlubiyyəti 2024-cü ilin sentyabrında olub – 2:3.

Premyer Liqada mövsümün azarkeş rekordu

2 March 2026 at 08:32

Azərbaycan Premyer Liqasında mövsümün azarkeş rekordu qeydə alınıb.

Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” oyununu 10 min 361 tamaşaçı tribunadan izləyib.

Buna qədərki rekord XII turda “Sumqayıt” – “Qarabağ” matçında (2:4) olmuşdu – 9 min 100 tamaşaçı.

“Qarabağ” – “Sabah” oyunu 3:3 hesabıyla başa çatıb.

Messi dubl etdi, “İnter Mayami” qələbə qazandı

2 March 2026 at 08:23

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Orlando” ilə qarşılaşıb. 6 qolun vurulduğu görüş “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 4:2.

Messi bu görüşdə dubl edib. Digər qolları isə Mateo Silvetti və Telasko Seqoviya vurub.

“İnter Mayami” 2 turdan sonra 3 xalla 7-ci sıradadır.

 

Liderlərin duelində triller

2 March 2026 at 07:59

Premyer Liqada çoxdan gözlənilən görüş baş tutdu. Çempionluq mübarizəsi aparan “Sabah”la “Qarabağ” “Respublika stadionu”nda üz-üzə gəldi. Oyuna lider kimi çıxan “bayquşlar” ən yaxın izləyicisi “atlılar”ı 7 xal qabaqlayırdı. “Sabah” qələbə qazanacağı halda, çempionluq yolunda böyük addım atmış olacaqdı. Oyun “Qarabağ”çünsə qızıl medallar yarışından çox da geri düşməmək üçün kritik əhəmiyyət daşıyırdı.

Görüşə meydan sahibləri üstün başlasa da, “Sabah” ilk kəsərli hücumunda hesab açmağa nail oldu. Qoldan sonra basqısını artıran “Qarabağ”ın birinci yarıda cəhdləri boşa getdi. “Sabah” nizamlı müdafiəsi ilə diqqət çəkdi. Fasilədən sonra üstünlüyünü artıran “atlılar” əks-hücumda yaxalandı. Fərqi artıran “bayquşlar” daha rahat oynamağa başladı. Təzyiqdən irəli gələn tələskənlik “Qarabağ” üçün daha bir qolun buraxılması ilə nəticələndi. Artıq dəqiqələr 60-ı göstərirdi və “Sabah” son yarımsaata 3:0 öndə girdi. Valdas Dambrauskasın komandasının belə kritik matçda bu hesabdan sonra oyunu əldən verəcəyi ehtimalı az idi. Amma futboldur, bir göz qırpımında hər şeyin baş verdiyinin bir şahidi oldu.

73-cü dəqiqəsə fərqi azaldan “Qarabağ”a sanki ultragüc gəldi, “Sabah” isə əksinə, üstünlükdən qaynaqlanan rahatlıq komandanın boşalmasına səbəb oldu. 10 dəqiqəyə ardıcıl iki qol da vuran “Qarabağ” hesaba tarazlıq gətirdi. Oyunun sonları daha gərgin alındı. Texniki zonada məşqçilər korpusu arasında yaşanan gərginlik, 0:3-dən geri qayıdan “Qarabağ”ın qələbə arzusu matçın yekununu dramatikləşdirdi. Oyuna əlavə altı dəqiqə artıran, ancaq onun 3-4 dəqiqəsini oynadan baş hakim Tural Qurbanov meydan sahiblərinin narazılığına səbəb oldu. Hər bir halda, oyun gərgin sonluqla da başa çatdı və tərəflər meydanı bir xalla tərk etdi.

Ümumi nəticə çempionluq mübarizəsində “Qarabağ”ın əleyhinədir. Lakin 0:3-dən geridönüş edən komandanın sərgilədiyi xarakter, təslim olmamaq “atlılar” üçün pozitiv məqamdır. “Sabah”ın isə üstünlüyünü qoruya bilməməsi neqativ məqamlara səbəb oldu. İstənilən halda, “bayquşlar” üçün tarixinin ilk çempionluğu indi daha yaxın görünür. 7 xallıq fərqin qorunması və bu oyundan hər cür dərs çıxarmalı olan “Sabah”ın bu andan sonra çempionluğu əldən verməsi klub adına uğursuz mövsüm kimi qiymətləndirilə bilər.

Şahin Cəfərov

Berdıyevdən heç-heçə şərhi

1 March 2026 at 19:50

Azərbaycan Premyer Liqasının XXII turunun “Turan Tovuz” – “İmişli” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Qol imkanlarından yararlana bilmədik. Rəqib bir dəfə də qapımıza zərbə vura bilmədi. Ümumi baxanda, bu gün iki xal itirdik.

– Coş Ginelli və İbrahima Vadjinin CV-si yaxşıdır. Lakin meydanda sanki istəniləni verə bilmirlər. Onlara nə qədər vaxt lazımdır?
– Məşqlərdə bunun üzərində işləyirik. Fikirləşirəm ki, oyundan-oyuna problemi aradan qaldıracağıq.

– Qarşıda kubokda “Kəpəz” və çempionatda “Neftçi” ilə oyuna çıxacaqsınız. Qısa müddətdə iki ağır oyuna çıxmaq futbolçuların fiziki durumuna necə təsir edəcək?
– Futbolçuların fiziki vəziyyətləri qaneedicidir. Kubok matçına hazırlaşacağıq.

– Aleks Souzanı mövsümün sonuna qədər saxlayıb, daha sonra transferinə icazə vermək olmazdı?
– Xeyr, belə düşünmürük. Haqlı olaraq belə qərar vermişik.

Kaşkilya: “Güclü rəqiblərə müqavimət göstəririk”

1 March 2026 at 19:19

Azərbaycan Premyer Liqasının XXII turunun “Turan Tovuz” – “İmişli” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyunçularımı təbrik edirəm. Taktiki cəhətdən yüksək səviyyədə çıxış etdik. “Turan Tovuz” son matçlarda qalib gəlir, psixoloji durumları üstündür. Amma onlara qarşı yaxşı mübarizə apardıq. Çətin oyun alındı. “Turan Tovuz” avrokuboklarda oynamaq istəyir. Çox intensiv oyun gedirdi. Rəqibin futbolçuları fiziki cəhətdən güclüdür. Onlar bu sarıdan bizdən güclü idilər. Amma oyun quruluşunda bizim yarımmüdafə xətti rəqibin yarımmüdafiəsinin qarşısını ala bilirdi. Oyunumuzdan razıyıq. Birinci hissədə epizodlar yarada bildik. “Turan Tovuz”un mərkəz müdafiəçiləri təcrübəli və güclüdürlər. Rəqibin gücünü nəzərə alaraq, əlimizdən gələni edirdik. Biz hücumumuza daha çox diqqət yetirəcəyik. Meydana qələbə üçün çıxmışdıq. Amma oyunun gedişatından razıyıq. Heç-heçə bizim üçün pozitiv nəticədir.

– Komanda uzun müddətdir, qələbə qazana bilmir. Bu heyətlə hara qədər gedə bilərsiniz?
– Limitli resursları olan “İmişli” kimi komanda üçün çətindir. Onu da nəzərə almaq lazımdır ki, müəyyən oyunlarda bəxt amili bizə qarşı olub. “Karvan-Yevlax” və “Araz-Naxçıvan”a qarşı matçlarda qələbəni əldən verdik. Bu, bəxtdir və buna qarşı nəsə edə bilmərik. Hər oyunda qalib gəlmək istəyirik. Bizim üçün üç xal qazanmaq əsas məsələdir. Son 8 oyunun ikisində uduzmuşuq. “Qəbələ” və “Qarabağ” kimi nəhəng rəqibə qarşı. “Turan Tovuz”la görüşdə qol buraxmadıq. Güclü rəqiblərə müqavimət göstəririk. Hazırda 10-cu pillədə qərarlaşan komandadan 5 xal öndəyik. Düzdür, super mövqe deyil, amma hər oyunda qalib gəlmək, tilsimi qırmaq istəyirik. Son 11 oyun bizim üçün çox çətin olacaq. Əziyyət çəkəcəyik. Amma buna hazırıq.

Qurbanov: “Sabah”ın gücünü daha yaxşı bildik”

1 March 2026 at 22:51

Azərbaycan Premyer Liqasının XXII turunun “Qarabağ” – “Sabah” oyunundan (3:3) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çox maraqlı oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Azarkeşlərin görmək istədiyi kimi matç oldu. Rəqibin hücum xətti çox güclüdür. Futbol elə səviyyəyə çatıb ki, belə oyunlarda hər hesab ola bilər. Futbolun sevilən tərəfi ondadır ki, bəzən düşünmədiyin hallar ilə üzləşirsən. Məni narahat edən futbolçularımın bərpasıdır. Çox gərgin qrafikdə oynayırdıq. “Nyukasl”dan sonra belə bir matç oldu. 3 gün sonra kubok, sonra yenidən çempionat oyunu olacaq.

– Oyunun sonuna altı dəqiqə əlavə edildi. Sizcə, bu müddət az deyildi?
– Oyunda fasilələr çox olmuşdu. Belə oyunda 6 dəqiqənin əlavə edilməsi məncə də az idi. Bəzən elə oyunlar olur ki, heç kim onun bitməsini istəmir.

– Matç başa çatandan sonra rəqib komandadakı həmkarınızla 1-2 dəqiqəlik səhbətiniz oldu…
– Rəqibin köməkçi məşqçisi bizə qarşı ədəbsizlik elədi. Danışığımız da bu yöndə idi. Bildirdim ki, bizim bütün heyətdən buna görə üzr istəmək lazımdır. O da dedi ki, məşqçinin əvəzinə mən hamınızdan üzr istəyirəm.

– Qarşıdakı oyunlara komandanı psixoloji hazırlamaq çətin olmayacaq?
– Məni düşündürən məqam futbolçuların bərpasıdır. Çox sıx qrafikdə oynayırdıq, qarşıdakı matçlarda rotasiyalarla oyunçuları bərpa etməyə çalışacağıq.

– Matçdan sonra futbolçular sevinirdilərmi, yoxsa bərabərliyə üzülənlər var idi?
– Oyundan sonra sevinənlər də, narazı qalanlar da var idi. Futbolçularımdan razı qaldım, xarakter göstərdilər. Xarakter qoymasan, nəticə əldə etmək olmaz. Məcbur deyilik ki, hər il çempion olaq. Futbolda belə termin yoxdur. Sona qədər mübarizə aparacağıq. Bu gün “Sabah”ın gücünü daha yaxşı bildik. Qalib gəlmək istəyiriksə, bugünkündən daha yaxşı oynamalıyıq.

– Müdafiədə rotasiyalar etmişdiz. Yaxşı alındığını düşünürsünüz?
– Bu gun belə bir heyət çıxarmağı uyğun gördüm. Bolt deməzdim ki, zəif çıxış etdi. Qarşısında çempionatın ən sürətli oyunçularından olan Maluda var idi. Ona qarşı da normal çıxış ediyini düşünürəm. Kaşuk da isə bəlkə də həyəcan var idi. Daha yaxşı oynaya bilərdi.

– Musa Qurbanlı vacib qol vurdu. Onunla bağlı fikirləriniz nədir? Startda görə biləcəyik? 
– Musa çox əziyyət çəkir. Bu cür davam eləsə, start heyətində də yer ala bilər.

“Ümid edirəm ki, bir daha belə səhvlərimiz olmayacaq”

1 March 2026 at 22:28

Azərbaycan Premyer Liqasının XXII turunun “Qarabağ” – “Sabah” oyunundan (3:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyundan öncə məşqçilər heyəti ilə danışarkən deyirdik ki, matç hesab 3:3 bitə bilər. Əfsuslar olsun ki, hesada 3:0 öndə olsaq da, bu üstünlüyü sona qədər qoruyub-saxlaya bilmədik. Düzdür, bizə çətin idi. Burada “Qarabağ”ın təcrübəsi öz rolunu oynadı. Çox üzgünük. 3:0 öndəsənsə, necəsə yolunu tapıb sona qədər üstünlüyü saxlamaq lazım idi. Amma təəssüf ki, bunu edə bilmədik. Bu, bizim üçün yaxşı dərsdir, bundan nəticə çıxarmalıyıq. Qarşıda kubok matçı var, çempionat oyunları olacaq. Bu mənada, belə vəziyyətə düşdükdə, artıq daha yaxşı hazırlıqlı olmalıyıq, düzgün oynamalıyıq. Hər iki komandanı bugünkü oyuna görə təbrik edirəm. 70-ci dəqiqəyə qədər hesabda öndə olsaq da, rəqib son 20 dəqiqədə gözəl geridönüş edərək, hesabı bərabərləşdirdi. Soyuq havada stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Gəlməyənlərə görə də çox üzgünəm. Hələ də tribunada boş yerlər var idi. Bəzən çempionatda bu cür oyunlar Çempionlar Liqası matçlarından daha maraqlı, daha gərgin alınır. Demək olar ki, bu oyunda hər şey, intriqa, dram var idi…

– İki xal itirdiniz, yoxsa bir xal qazandınız?
– Oyundan qabaq soruşsaydınız, fərqli cavab verərdim. Amma hesab 3:0 olduqdan sonra güzgüyə baxırıq və məyusuq. Biz xalları itirdik. Ona görə də “Qarabağ”ı gözəl geridönüşü reallaşdırdığı üçün təbrik etdim. Bu oyundan nəticələr çıxarmalıyıq. Ümid edirəm ki, bir daha belə səhvlərimiz olmayacaq.

– Köməkçilərinizdən biri Azərbaycan futbolunun əfsanələrindən sayılan Müşfiq Hüseynova qarşı qeyri-etik hərəkət etdi. Ona hansısa cəza olacaq?
– Əlbəttə ki, biz üzr istədik. Sözün açığı, o anı görməmişdim. Çünki meydançaya köklənmişdim. Bir də gördüm ki, hər iki komandanın ehtiyat skamyası ayağa qalxıb və orada nəsə baş verib. “Sabah” olaraq biz heç vaxt bu cür məsələlərə haqq vermirik. Bizim üçün hörmət çox önəmlidir. Biz feyr-pley qaydalarının hamısına riayət edirik.

– Çempionluq mübarizəsində olan komanda 12 dəqiqəyə 3 qol buraxdı. Bunun səbəbini necə izah edə bilərsiz?
– Mən artıq bunu başa saldım. Konsentrasiya əskikliyi, təcrübə və rəqib…

– Xəyal Əliyevin fasilədə əvəzlənməsi nə ilə əlaqədar idi?
– Məcburi əvəzetmə idi. Sağlamlığı ilə bağlı idi. Hətta dünən onun bu gün start heyətində meydana çıxması sual altında idi.

– Son dəqiqələrdə baş hakimin qərarlarına iradlarınızı bildirirdiniz. Sizcə, hakim idarəçiliyi necə idi?
– Hər nə desəm də, bunun önəmi yoxdur. Çünki Hakimlər Komitəsinin sədri var və səhvlərdən onlar məsuldurlar. Səhvlərinə baxırlar. Hər birimiz insanıq. Səmimi şəkildə ümid edirəm ki, istəyərəkdən səhv olmayıb, hər kəs səhv edə bilər. Bundan artıq şərh demək istəmirəm. Oyun da artıq başa çatıb. Oyunçularımı təhlil etməliyəm, onların səhvində məsuliyyətim var, hakimlərin səhvlərində də Hakimlər Komitəsinin.

“Quba”nın futbolçusu mükafatına qovuşdu

1 March 2026 at 19:26

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Quba” futbol klubunun üzvü Ramin Məhərrəmov mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı XVI turun “Quba” – “Kür-Araz” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

“Qarabağ” – “Sabah”: heyətlər bilindi

1 March 2026 at 18:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXII turunda bu gün “Sabah”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 15. Leandro Andrade, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

“Sabah”: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 7. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 70. Cesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

 

Mərkəzi oyunda gərgin son

1 March 2026 at 20:59

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün birinci matçında “Turan Tovuz “İmişli” ilə heç-heçə edib.

Turun mərkəzi görüşündə lider “Sabah” səfərdə “Qarabağ”la bərabərə qalıb.

Azərbaycan Premyer Liqası
XXII tur

1 mart

16:30 Turan Tovuz – İmişli 0:0
Baş hakim: Fərid Hacıyev
“Azersun Arena”

19:00 Qarabağ – Sabah 3:3

Qollar: Bikalyo, 73, Medina, 79, Musa, 84 – Xəyal, 13, Maluda, 54, Mikels, 61
Baş hakim: Tural Qurbanov
Tofiq Bəhramov adına Respublika stadionu

Premyer Liqa: derbini “Arsenal” qazandı

2 March 2026 at 00:54

İngiltərə Premyer Liqasında XXVIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Autsayder “Vulverhempton” evdə “Aston Villa”nı qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Liverpul” bu turda “Vest Hem”i, “Mançester Siti” isə “Lids”i məğlub edib.

İngiltərə Premyer Liqası
XXVIII tur

27 fevral

Vulverhempton – Aston Villa 2:0
Qollar: J.Qomes, 61, R.Qomes, 90+8

28 fevral

Bornmut – Sanderlend 1:1
Qollar:
Evanilson, 63 – Mayenda, 18.

Bernli – Brentford 3:4
Qollar:
Kayode, 45+3 (avtoqol). Antoni, 47. Flemminq, 60 – Damsqor, 9. Tyaqo, 25. Şade, 34.

Liverpul – Vest Hem 5:2
Qollar
: Ekitike, 5. Van Deyk, 24. Makallister, 43. Qakpo, 70. Disasi, 82 (avtoqol) – Souçek, 49. Kastelyanos, 74.

Nyukasl – Everton 2:3
Qollar
: Remsi, 32. Mörfi, 82 – Brentueyt, 19. Beto, 34. Berri, 83.

Lids – Mançester Siti 0:1
Qol:
Semenyo, 45+2.

1 mart

Brayton – Nottingem Forest 2:1
Qollar:
D.Qomes, 6. Uelbekk, 15 – Gibbs-Uayt, 13.

Fulhem – Tottenhem 2:1
Qollar:
H.Uilson, 7. İvobi, 34 – Riçarlison, 66.

Mançester Yunayted – Kristal Pelas 2:1
Qollar:
B.Fernandes, 57-pen. Şeşko, 65 – Lakrua, 4.

Arsenal – Çelsi 2:1
Qollar:
Saliba, 21. Timber, 66 – İnkapye, 45+2 (avtoqol)

Bundesliqa: favoritlərdən qələbə

2 March 2026 at 01:03

Almaniya Bundesliqasında XXIV turun növbəti oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Auqsburq” azarkeşləri önündə “Köln”ə qalib gəlib.

Turun mərkəzi görüşündə “Bavariya” səfərdə Dortmund “Borussiya”sına qalib gəlib.

Almaniya Bundesliqası
XXIV tur

27 fevral

Auqsburq – Köln 2:0
Qollar: Ribeyro, 55 (avtoqol), Klod-Mauris, 90+6

28 fevral

Borussiya (Münhenqladbax) – Union Berlin 1:0
Qol:
Diks, 90+4 (pen.)

Bayer – Maynts 1:1
Qollar:
Kuansa, 88 – Bekker, 67.

Hoffenhaym – Sankt Pauli 0:1
Qol:
Laqe, 45+4.

Verder – Haydenhaym 2:0
Qollar:
Miloşeviç, 57. Behrens, 90+7 (avtoqol)

Borussiya (Dortmund) – Bavariya 2:3
Qollar:
Şlotterbek, 26. Svensson, 83 – Keyn, 54, 70 (pen.), Kimmix, 87.

1 mart

Ştutqart – Volfsburq 4:0
Qollar: D.Undav, 21, J.Levelinq, 30, 42, N.Narti, 90+5

Ayntraxt F – Frayburq 2:0
Qollar: F.Çaibi, 64, J.Bahoya, 81

Hamburq – Leypsiq 1:2
Qollar: F.Vieyra, 22 – Romulo, 36, Y,Diomande, 50

Super Liqa: “Fənərbağça” səfərdə xal itirdi

2 March 2026 at 01:00

Türkiyə Super Liqasında XXIV turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Trabzonspor” və “Başakşəhər” evdə qələbəyə sevinib.

“Qalatasaray” “Alanyaspor”a qalib gəlib. “Fənərbağça” səfərdə “Antalyaspor”la heç-heçə edib.

Türkiyə Super Liqası
XXIV tur

27 fevral

Başakşəhər – Konyaspor 2:0
Qollar: Selke, 52, 61.

Trabzonspor – Karagümrük 3:1
Qollar: Onuaçu, 20. Nvayvu, 47, 50 – Verde, 28.

28 fevral

Kasımpaşa – Rizespor 0:3
Qollar: H.Dervişoğlu, 25, V.Mihaila, 56, A.Mebude, 80

Kocaelispor – Beşiktaş 0:1
Qol: E.Aqbadu, 52

Göztepe – Eyüpspor 0:0

Qalatasaray – Alanyaspor 3:1
Qollar: S.Boey, 45+2, L.Torreyra, 58, V.Osimhen, 83 – S.Munye, 49

1 mart

Gənclərbirliyi – Kayserispor 0:0

Samsunspor – Qaziantep 0:0

Antalyaspor – Fənərbağça 2:2
Qollar: L.Mercan, 43 (avtoqol), Van de Strek, 49 – S.Şerif, 63. V.Sarı, 69 (avtoqol)

❌
❌