Reading view

“Sabah” “Abşeron Lions”a qalib gəldi

Azərbaycan Basketbol Liqasının 5-ci turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, son qarşılaşmada “Sabah” “Abşeron Lions”la üz-üzə gəlib.

Matç “Sabah”ın qələbəsi ilə bitib – 107:92.

Turun əvvəlki oyunlarında “Ordu” “Lənkəran”ı (91:76), “Sumqayıt” “Sərhədçi”ni (84:80), “Şəki” “Gəncə”ni (84:70), “Naxçıvan” “Quba”nı (86:78), “Neftçi” isə NTD-ni (99:71) məğlub edib.

The post “Sabah” “Abşeron Lions”a qalib gəldi appeared first on Komanda.az.

“Arda Gülərin əla sol ayağı var” – Sabiq futbolçu

“Real”ın sabiq futbolçusu Predraq Miyatoviç Madrid klubunun oyunçuları – Kilian Mbappe, Arda Gülər və Vinisius Juniorun oyununu şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər üç futbolçunun ümumi performansını yüksək qiymətləndirib:

“Mbappe başqa bir şeydir. Mövsümün əvvəlində bəzi çətinlikləri var idi, amma öz ritmini tapdı. Onun 2025-ci ildə heç bir komanda titulunu qazanmaması təəssüf doğurur, amma bu mövsüm fərqli olacaq.

Arda Gülər onunla yaxşı işləyir, əla sol ayağı var və o, həmişə Mbappeni axtarır. Onlar “Real” üçün çox vacib bir duet olacaqlar.

Son matçlarda gördüklərimə əsasən düşünürəm ki, Vinisius start heyətində olacaq. Baş məşqçi Xabi Alonso əlbəttə ki, əvəzetmələr etməyi sevir və seçimləri var. Amma düşünürəm ki, o, start heyətində olacaq”.

Madrid klubu növbəti oyununu Çempionlar Liqasında “Liverpul”a qarşı keçirəcək.

The post “Arda Gülərin əla sol ayağı var” – Sabiq futbolçu appeared first on Komanda.az.

Azərbaycan cüdoçuları veteranların dünya çempionatında iştirak edəcəklər

Azərbaycan təmsilçiləri 3-7 noyabrda Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatına qatılacaqlar.

Komanda.az xəbər verir ki, ölkəni mundialda 8 yaş kateqoriyasında 34 idmançı (33 kişi, 1 qadın) təmsil edəcək.

Veteranlardan ibarət komandaya baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edəcək.

Yarışda 67 ölkədən 2 548 cüdoçu mübarizə aparacaq.

Qadınlar

F6 yaş kateqoriyası

70 kq

Zülfiyyə Hüseynova

Kişilər

M2 yaş kateqoriyası

81 kq

Eyvaz Əhmədov

100 kq

Elçin Əhmədov

+100 kq

Qurban Məmmədli

Kənan Abdullaxanlı

M3 yaş kateqoriyası

66 kq

Vüqar Babayev

Vüqar Cəfərov

73 kq

Əhməd Məmmədov

81 kq

Emil Məhərrəmov

Heydər Əliheydərov

90 kq

Rövşən Bağırov

100 kq

Valeriy Fomin

Taleh Əlicanov

M4 yaş kateqoriyası

60 kq

Babək Hacıyev

Mansur Abbasov

73 kq

Vaqif Kərimov

Əli Əlibəyli

İlham Məmmədov

81 kq

Rauf Fərzəliyev

İlqar Əliheydərov

90 kq

Yaşar Mürsəliyev

100 kq

Emil Hüseynov

Rəsul Sultanov

+100 kq

Zaur Bağırov

Elçin Ələkbərov

M5 yaş kateqoriyası

73 kq

Anar Xəlilov

90 kq

Vidadi Kazımov

100 kq

Mövlud Mirəliyev

M6 yaş kateqoriyası

100 kq

Azər Əsgərov

+100 kq

Qabil Qasımov

M7 yaş kateqoriyası

90 kq

Nazim Əliyev

M8 yaş kateqoriyası

66 kq

Vahid Azarpur

73 kq

Zakir Kərimov

90 kq

Fərhad Rəcəbli.

The post Azərbaycan cüdoçuları veteranların dünya çempionatında iştirak edəcəklər appeared first on Komanda.az.

“Neftçi”nin əvəzedicilərindən növbəti qələbə

Əvəzedicilər Liqasında 9-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

“Neftçi-2” “Qəbələ-2” ilə ev oyunundan qələbə ilə ayrılıb.

Əvəzedicilər Liqası
9-cu tur
2 noyabr

“Neftçi-2” – “Qəbələ-2” 2:1
Qollar
: Mirşahbaz Şahbazov, 1. Antoni Hunpe, 35-öz qapısıa – Cuma Hüseynov, 49.

The post “Neftçi”nin əvəzedicilərindən növbəti qələbə appeared first on Komanda.az.

Berdıyev: “Qələbəyə layiq idik”

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Şamaxı”nı qəbul edib.

Komanda.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı “Şamaxı”nın bu mövsüm daha da gücləndiyini bildirib:

“Təxmin etdiyimiz kimi, çətin oyun oldu. “Şamaxı” bu mövsüm daha da güclənib. Vaxt keçdikcə daha da artırırlar. İkinci hissədə biz daha yaxşı çıxış etdik və düşünürəm ki, qələbəyə layiq idik.

Uzun müddətdən sonra azarkeşlərimiz önündə çıxış edirdik. Düşünürəm ki, bir az həyəcan var idi. Ona görə vurğuladım ki, ikinci hissədə biz daha bütöv idik və futbolçular bir az sakitləşmişdi.

Fikirləşirəm ki, ikinci hissədə biz daha yaxşı çıxış etdik və qələbəyə layiq idik. Bu gün Emmanuel Hakman ilk hissədə heç vaxt olmadığı kimi daha zəif oynadı və tez-tez səhvlər buraxırdı. Ancaq ikinci hissədə sakitləşmişdi”.

“Turan Tovuz” növbəti turda “Zirə”nin qonağı olacaq.

Fəxri Rüstəmli

The post Berdıyev: “Qələbəyə layiq idik” appeared first on Komanda.az.

Ayxan Abbasov: “Məşqçilər etiraz edirlər ki, Ayxanın mətbuat konfransları uzun çəkir”

“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Turan Tovuz”un qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra “şirlər”in baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Çətin oyun oldu. Meydançanın belə olmasını gözləmirdik. Sürət baxımından hər iki komanda əziyyət çəkirdi. Düşünürəm ki, bir xala layiq idik. Futbolçularıma təşəkkür edirəm, belə bir ağır meydançada mübarizə apardılar.

Meydançaya da bir az təəssüfləndim ki, çox əziyyət çəkmişdilər. Məncə, bir az tələsdilər, gözləmək lazım idi.

Millidən danışmaq istəmirəm. Çünki keçən dəfə “Qəbələ”də də oldu. Məşqçilər etiraz edirlər ki, Ayxanın mətbuat konfransları uzun çəkir. Ona görə də, millidən danışmayaq. Millinin mətbuat konfranslarında danışarıq.

“Turan Tovuz” rəhbərliyini təbrik edirəm. Bu gün böyük işlər görürlər. İnanıram ki, bütün meydançalarımız təbii örtüyə keçər”.

“Şamaxı” növbəti turda “İmişli”ni qəbul edəcək.

Fəxri Rüstəmli

The post Ayxan Abbasov: “Məşqçilər etiraz edirlər ki, Ayxanın mətbuat konfransları uzun çəkir” appeared first on Komanda.az.

Fransa mediası: “Abubakar “Neftçi”yə keçərək çoxunu təəccübləndirdi”

Fransada Afrika futboluna aid portal kimi fəaliyyət göstərən “AfricaFootUnited”-da Kamerun millisinin kapitanı Vensan Abubakarın “Neftçi”yə transferi şərh edilib və onun Bakı klubundakı debütü qiymətləndirilib.

Komanda.az xəbər verir ki, tanınmış nəşr “Neftçi”nin yeni hücumçusu haqda bunları yazıb:

“Abubakar “Neftçi”yə keçərək çoxunu təəccübləndirdi. Çünki ona daha güclü liqalardan və klublardan təklif var idi. Amma Kamerun millisinin 33 yaşlı kapitanı Türkiyənin “Hatayspor” klubundan ayrıldıqdan sonra karyerasını yenidən canlandırmaq üçün Bakıya köçməyi seçdi. Cəmi üç matçda kamerunlu hücumçu dörd qol vurub, bir məhsuldar ötürmə edərək, bir daha effektivliyini və qol vurma instinktlərini sübut edib. Çempionatın səviyyəsi Avropa standartlarından aşağı olsa da, uğurlu başlanğıcdır. Buna baxmayaraq, onun seçimi suallar doğurur. Abubakar Afrika Millətlər Kuboku öncəsi medianın diqqətini itirmək riski ilə üz-üzədir. Lakin sabit oyun müddəti və aparıcı hücumçu statusu ona formasını qorumağa, milli komandaya töhfə verməyə imkan verə bilər. Bircə qalıb, karyerasının Azərbaycandakı mərhələsinin onun üçün tramplin, yoxsa karyerasının sonu olacağını başa düşmək”.

The post Fransa mediası: “Abubakar “Neftçi”yə keçərək çoxunu təəccübləndirdi” appeared first on Komanda.az.

Ançelotti “Qarabağ”ın olduğu turnirin favoritlərini açıqladı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında əsas favorit olan komandalar haqqında danışıb.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, italiyalı məşqçi dörd komandanın adını çəkib:

“Çempionlar Liqasında həmişə çempionluğa iddialı komandalar olur. Bunlar “Real”, “Bayern”, “Mançester Siti” və PSJ-dir. Turniri daha maraqlı etmək üçün birləşdirilmiş mərhələnin tətbiqi qərarı verilib. Bu formata öyrəşməliyik”.

Çempionlar Liqasının son çempionu Fransanın PSJ klubudur. Paris komandası 2024/25 mövsümündə turnirin finalında “İnter”i 5:0 hesabıyla məğlub etmişdi.

Azərbaycan çempionu “Qarabağ” da bu mövsüm Çempionlar Liqasında mübarizə aparır.

The post Ançelotti “Qarabağ”ın olduğu turnirin favoritlərini açıqladı appeared first on Komanda.az.

“Turan Tovuz”un oyununda Yaşar Sultanovun xatirəsi yad edildi – FOTO

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Şamaxı”nı qəbul edir.

Komanda.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, qarşılaşmadan əvvəl, bir müddət öncə vəfat etmiş Tovuz futbolunun tanınmış simalarından olan, “Turan Tovuz”un İdarə Heyətinin keçmiş üzvü, mərhum Yaşar Sultanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Turan-Tovuz” – “Şamaxı” matçı saat 16:00-da start götürüb.

The post “Turan Tovuz”un oyununda Yaşar Sultanovun xatirəsi yad edildi – FOTO appeared first on Komanda.az.

“Turan Tovuz” – “Şamaxı” matçında böyük izdiham – FOTO

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Şamaxı”nı qəbul edir.

Komanda.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, cari mövsümdə doğma meydanda ilk oyununu keçirəcək “Turan Tovuz”un matçına maraq həddən artıq böyükdür.

Belə ki, tribunaların böyük hissəsi dolu olduğu halda, stadionun girişində hələ də izdiham yaşanır. Komandalarını dəstəkləməyə gələn yerli azarkeşlərin axını hələ də davam edir.

“Turan Tovuz” – “Şamaxı” matçı saat 16:00-da start götürüb.

The post “Turan Tovuz” – “Şamaxı” matçında böyük izdiham – FOTO appeared first on Komanda.az.

Vinisius Alonsonu məyus edib

“Real”ın baş məşqçisi Xabi Alonso dünən “Valensiya” ilə oyunda hücumçu Vinisius Juniorun penaltidən yararlana bilməməsinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Həmin an məni məyus etdi, hesabı 3:0 edə bilərdik. Komandanın daimi penalti yerinə yetirən oyunçusu var – Kilian Mbappe. Amma oyun zamanı kimin penalti yerinə yetirəcəyinə oyunçuların özləri qərar verə bilərlər”.

Oyun “Santyaqo Bernabeu” stadionunda baş tutub və Madrid klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Mbappe həmin oyunda iki qol vurub.

The post Vinisius Alonsonu məyus edib appeared first on Komanda.az.

ÇL: Əliyar Ağayev “Arsenal”ın oyununa təyinat alıb

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Komanda.az xəbər verir ki, o, Çexiyada yerli “Slaviya” və İngiltərənin “Arsenal” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.

Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaq, Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.

“Slaviya” – “Arsenal” matçı noyabrın 4-də baş tutacaq.

The post ÇL: Əliyar Ağayev “Arsenal”ın oyununa təyinat alıb appeared first on Komanda.az.

Bu mövsüm ilk dəfə meydana çıxdı

“Real”ın hücumçusu Endrik ilk dəfə meydana çıxmaq üçün noyabr ayına qədər gözləməli olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu şənbə günü La Liqada “Valensiya” ilə oyunun 79-cu dəqiqəsində Kilian Mbappeni əvəzləyib və bu, onun hazırkı baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında ilk oyunu olub.

Forvardın sonuncu oyunu isə 18 mayda, komandanın sabiq baş məşqçisi Karlo Ançelottinin rəhbərliyi altında baş tutub. O, daha sonra zədə alıb və sağlam olmasına baxmayaraq, sentyabr ayından bəri ehtiyat oyunçular skamyasında oturub. Endrik yanvar ayında icarə əsasında Fransanın “Lion” klubuna keçə bilər.

The post Bu mövsüm ilk dəfə meydana çıxdı appeared first on Komanda.az.

Keyn İspaniya klubuna keçə bilər

“Bayern”in hücumçusu Harri Keyn İspaniya klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu “Barselona”nın transfer siyahısındadır. Forvard 65 milyon avroya, gələn yay “Bayern”dən Kataloniya klubuna transfer oluna bilər. Klub onu polşalı hücumçu Robert Levandovskinin əvəzedicisi kimi nəzərdən keçirir.

Keynin “Bayern”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir. 32 yaşlı hücumçu bu mövsüm Bundesliqada 9 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.

The post Keyn İspaniya klubuna keçə bilər appeared first on Komanda.az.

Yamal sevgilisindən ayrılıb

“Barselona”nın hücumçusu Lamin Yamal sevgilisi Niki Nikoldan ayrıldığını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xəyanətin olmadığını söyləyib:

“Ayrılmışıq, artıq bir yerdə deyilik. Xəyanət? Xeyr, mən ona xəyanət etməmişəm. Münasibətimiz bitdi, vəssalam”.

Yamalın Kataloniya klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir. 18 yaşlı futbolçu bu mövsüm La Liqada 6 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Barselona” növbəti La Liqa matçında bu gün “Elçe” ilə qarşılaşacaq.

The post Yamal sevgilisindən ayrılıb appeared first on Komanda.az.

Azərbaycan millisinin İslamiada üçün heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Heyətdə 12 oyunçu yer alıb:

Baş məşqçi: Faiq Qarayev.

Məşqçilər: Famil Ağayev, Ziya Rəcəbov, Emin Əbilov.

Oyunçular: Ayşə Abduləzimova, Aynur İmanova, Marqariya Stepanenko, Kseniya Pavlenko, Yuliya Kərimova, Bəyaz Quluyeva, Valeriya Kondratyeva, Anastasiya Bayduk, Ülkər Kərimova, Nilufər Ağazadə, Yelizaveta Burkova, Valeriya Burkova.

İslamiadanın açılış mərasimi noyabrın 7-də, bağlanış mərasimi isə 21-də olacaq.

The post Azərbaycan millisinin İslamiada üçün heyəti açıqlanıb appeared first on Komanda.az.

“Bəlkə də, Yamal heç kimə nümunə olmaq istəmir”

“Barselona”nın futbolçusu Lamin Yamalın futbolla əlaqəli olmayan problemləri ilə bağlı müzakirələr davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu problemlərin ispaniyalı futbolçunun karyerasına mane ola biləcəyinə inanılır. “Cadena Ser”-in jurnalisti Ramon Besa bildirib ki, media Yamalın şəxsi həyatına çox müdaxilə edir:

“Hamımız özümüzü Yamalın məsləhətçiləri, müəllimləri, atası kimi təqdim edirik və hər birimiz onun nə etməli olduğunu bilirik. Amma sadəcə, onun özü olmasına icazə verməliyik. Bəlkə də, Yamal heç kimə nümunə olmaq istəmir. O, müəyyən qaydalara əməl etdiyi “La Masiya”da böyüyüb və indi öz taleyini seçməkdə sərbəstdir. Problem ondadır ki, media onun şəxsi həyatına çox diqqət yetirir. Məsələn, hamı onun Jerar Pike və Şakiranın yaşadığı evə köçdüyünü bilir. Təsəvvür edə bilərəm ki, Yamal bu şöhrətdən zövq alır, amma buna görə də onun səhv yol seçdiyini düşünməyə meylliyik”.

“Barselona” bu gün La Liqanın 11-ci turu çərçivəsində “Elçe” ilə qarşılaşacaq.

The post “Bəlkə də, Yamal heç kimə nümunə olmaq istəmir” appeared first on Komanda.az.

Türkiyəli hücumçunun “Qarabağ”a qarşı oynamayacağı gözlənilir

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayntraxt” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Frankfurt təmsilçisinin forvardı Can Uzun zədələnib.

Türkiyə millisinin 19 yaşlı hücumçusu Almaniya Bundesliqanın 9-cu turunun “Haydenhaym”la qarşılaşmasında (1:1) sıradan çıxıb. Onun uzun müddət oynamayacağı ehtimal edilir.

“Qarabağ” – “Ayntraxt” qarşılaşması 2026-cı ildə, yanvarın 21-də keçiriləcək.

The post Türkiyəli hücumçunun “Qarabağ”a qarşı oynamayacağı gözlənilir appeared first on Komanda.az.

“Bir oyunçunun bir klub üçün 250 qol vurması inanılmazdır”

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un baş məşqçisi Arne Slot komandada 250 qol vuran hücumçu Məhəmməd Salahın nailiyyətini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun inanılmaz olduğunu söyləyib:

“Bu, inanılmazdır. Bir oyunçunun bir klub üçün 250 qol vurması demək olar ki, inanılmazdır. Artıq futbolda bunu çox tez-tez görmürsən”.

Salahın qolu “Liverpul”a Premyer Liqanın 10-cu turunda “Aston Villa”ya qarşı oyunda 2:0 hesablı qələbə qazandırıb və komandanın 2025/26 Premyer Liqa mövsümündə dörd oyunluq məğlubiyyət seriyasına son qoyulub. Salahdan əvvəl “Liverpul”un heyətində yalnız iki oyunçu 250 və ya daha çox qol vurub: Yan Raş (346) və Rocer Hant (285).

The post “Bir oyunçunun bir klub üçün 250 qol vurması inanılmazdır” appeared first on Komanda.az.

“Qarabağ”a qarşı oynamaq dəyərli təcrübədir” – MÜSAHİBƏ

“İmişli”nin braziliyalı yarımmüdafiəçisi Luis Silvestr Juninyo Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– “Qarabağ” kimi güclü rəqibə qarşı oynamaq (0:2) səndə hansı hissləri yaratmışdı?

– Çempionlar Liqasında mübarizə aparan bir komandaya qarşı oynamaq bizim üçün dəyərli və önəmli təcrübədir.

– Matçdan öncə baş məşqçi sizə sırf bu oyuna məxsus hansısa tapşırıqları vermişdi? Yoxsa ki, hər oyuna eyni tapşırıqlarla çıxarır?

– O, məndən hər zaman olduğu kimi, öz üslubumda, inamla və sərbəst şəkildə oynamağımı istədi.

– Oyunun gedişində fərqlənmək üçün real imkanın oldu, amma bunu reallaşdıra bilmədin.

– Bəli, penaltidən fərqlənmək üçün yaxşı imkanım oldu, lakin təəssüf ki, bu epizodu dəyərləndirə bilmədim. Bu da futbolun bir hissəsidir. Səhv yalnız cəhd edənlərə məxsusdur.

– “Qarabağ”la qarşılaşma sənə növbəti oyunlar üçün hansı dərsləri verdi?

– Düşünürəm ki, komandamız bu oyunda hücum potensialını və qol imkanları yaratmaq bacarığını yüksək səviyyədə nümayiş etdirdi. Bu oyunumuzu növbəti matçlarda da davam etdirə bilsək, qələbə bizə çox yaxın olacaq.

– Azərbaycan Premyer Liqasında hakimliklə bağlı fikrin necədir?

– Mən hakimliklə bağlı heç bir şərh vermək istəmirəm.

– “İmişli” bu mövsüm Premyer Liqada debüt edir. Hədəfləriniz nələrdir?

– Gözləntilərimiz komandamızın maksimum səylə mübarizə aparması və “İmişli”nin yüksək nəticələr əldə edə biləcəyini göstərməsidir.

– Növbət turda “Şamaxı” ilə səfərdə qarşılaşacaqsız. Gözləntilərin nələrdir?

– Bilirik ki, “Şamaxı” komandası güclüdür, amma oyundan asılı olmayaraq, biz həmişə üç xalı qazanmaq məqsədilə meydana çıxırıq.

Fəxri Rüstəmli

The post “Qarabağ”a qarşı oynamaq dəyərli təcrübədir” – MÜSAHİBƏ appeared first on Komanda.az.

Amorim: “Kazemironu digər futbolçulara nümunə göstərirəm”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim futbolçularına kimdən nümunə götürməli olduqlarını açıqlayıb.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, xüsusilə, 33 yaşlı yarımmüdafiəçi Kazemironun əzmkarlığını yüksək qiymətləndirib:

“Mən Kazemironu digər futbolçulara nümunə göstərirəm. O, bir vaxtlar start heyətindəki yerini itirdi, amma mübarizəni dayandırmadı və sonda yenidən əsas heyətə qayıtdı. Bu, oyunçulara göstərir ki, hər kəsin şansı var və mən hamıya ədalətli yanaşıram”.

Braziliyalı futbolçu 2022-ci ildə “Real”dan “Mançester Yunayted”ə keçib.

The post Amorim: “Kazemironu digər futbolçulara nümunə göstərirəm” appeared first on Komanda.az.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

2 noyabr

İtaliya, A Seriyası
15:30 Verona – İnter (Futbol 1)
18:00 Fiorentina – Leççe (Futbol 1)
23:45 Milan – Roma (Futbol 1, Matç TV)

Türkiyə, Super Liqa
15:30 Konyaspor – Samsunspor (beİN Sports 2)
18:00 Kayserispor – Kasımpaşa (beİN Sports 2)
21:00 Beşiktaş – Fənərbaxça (Futbol 3, beİN Sports 1)

Azərbaycan, Premyer Liqa
16:00 Turan Tovuz – Şamaxı (CBC Sport)
18:30 Sumqayıt – Araz-Naxçıvan (CBC Sport)

İngiltərə, Premyer Liqa
18:00 Vest Hem – Nyukasl (beİN Sports 3)
20:30 Mançester Siti – Bornmut beİN Sports 3)

İspaniya, La Liqa
21:30 Barselona – Elçe (İdman TV, Futbol 2)
00:00 Betis – Malyorka (İdman TV, Futbol 2)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Xavi önəmli addımlar atır”

“Tottenhem”in baş məşqçisi Tomas Frank komandaya yeni qoşulan yarımmüdafiəçi Xavi Simonsun oyuna təsirini dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı çalışdırıcı, Xavinin önəmli addımlar atdığını deyib:

“Xavi önəmli addımlar atır. O, düzgün zonalara daxil olur və indi əsas rol yalnız son ötürmə və son hərəkətə qalır”.

Baş məşqçi həmçinin, bildirib ki, 22 yaşlı niderlandlı futbolçunun fiziki forması günbəgün yaxşılaşır.

The post “Xavi önəmli addımlar atır” appeared first on Komanda.az.

“Real”dan darmadağın

İspaniya La Liqasında 11-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

“Atletiko” evdə “Sevilya”nı, “Vilyarreal” “Rayo Valyekano”nu, “Real” da “Valensiya”nı böyük hesabla məğlub olub.

İspaniya La Liqası
11-ci tur

31 oktyabr

Xetafe – Jirona 2:1
Qollar: Martin, 72. Mayoral, 86 – Stuani, 90+4-pen.

1 noyabr

Vilyarreal – Rayo Valyekano 4:0
Qollar: Moreno, 22. Moleyro, 56. Komesana, 58. A.Peres, 65.

Atletiko – Sevilya 3:0
Qollar: X.Alvares, 64-pen. Almada, 77. Qrizmann, 90.

Real Sosyedad – Atletik 3:2
Qollar: B.Mendes, 38. Qedes, 47. Qorrotksateqi, 90+2 – Quruseta, 42. Navarro, 79. 

Real – Valensiya 4:0
Qollar: Mbappe, 19-pen; 31. Bellingem, 44. Karreras, 82.

2 noyabr

17:00. Levante – Selta
19:15. Alaves – Espanyol
21:30. Barselona – Elçe
00:00. Betis – Malyorka

3 noyabr

00:00. Real Ovyedo – Osasuna

The post “Real”dan darmadağın appeared first on Komanda.az.

PSJ-yə bir qol bəs etdi

Fransa Liqa 1-də 11-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.

“Paris” səfərdə “Monako”nu, Marsel “Olimpik”i “Oser”i məğlub edib. PSJ də evdə “Nitsa”nı tək qolla yenib.

Fransa Liqa 1
11-ci tur

1 noyabr

Monako – Paris 0:1
Qol
: M.Simon, 53.

PSJ – Nitsa 1:0
Qol
: Q.Ramos, 90+4.

Oser – Olimpik (Marsel) 0:1
Qol
: A.Qomes, 30.

2 noyabr

18:00. Renn – Strasburq
20:15. Lans – Loryan
20:15. Lill – Anje
20:15. Nant – Mets
20:15. Tuluza – Havr
23:45. Brest – Olimpik (Lion)

The post PSJ-yə bir qol bəs etdi appeared first on Komanda.az.

“Liverpul” qələbə həsrətinə son qoydu

İngiltərə Premyer Liqasında 10-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 7 oyun keçirilib.

“Nottingem Forest” – “Mançester Yunayted” matçında qalib müəyyənləşməyib.

“Tottenhem”lə “Çelsi” arasında baş tutmuş London derbisində “zadəganlar” qələbə qazanıblar.

“Börnli”nin qonağı olmuş lider “Arsenal” inamlı qələbəyə sevinib. 

Çempion “Liverpul” da evdə “Aston Villa”ya qalib gəlib.

İngiltərə Premyer Liqası
10-cu tur

1 noyabr

Brayton – Lids 3:0
Qollar: Uelbek, 11. D.Qomes, 64; 70.

Tottenhem – Çelsi 0:1
Qol: J.Pedro, 34.

Börnli – Arsenal 0:2
Qollar: Dyökereş, 14. D.Rays, 35.

Kristal Pelas – Brentford 2:0
Qollar: Mateta, 30. N.Kollinz, 51-öz qapısına.

Fulhem – Vulverhempton 3:0
Qollar: Sessenyon, 9. H.Uilson, 62. Moskera, 75-öz qapısına.

Nottingem Forest – Mançester Yunayted 2:2
Qollar: Gibbs-Uayt, 48. Savona, 50 – Kazemiro, 34. A.Diallo, 81.

Liverpul – Aston Villa – 2:0
Qollar: Salah, 45+1. Qravenberx, 58.

2 noyabr

18:00. Vest Hem – Nyukasl
20:30. Mançester Siti – Bornmut

The post “Liverpul” qələbə həsrətinə son qoydu appeared first on Komanda.az.

“Yuventus”dan səfərdə çətin qələbə

İtaliya A Seriyasında 10-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.

“Napoli” – “Komo” matçı qolsuz bitib. “Udineze” evdə “Atalanta”ya, “Yuventus” səfərdə “Kremoneze”yə qalib gəlib.

10-cu turun qalan görüşləri noyabrın 2-də və 3-də keçiriləcək.

İtaliya A Seriyası
10-cu tur

1 noyabr

Napoli – Komo 0:0

Udineze – Atalanta 1:0
Qol: Zaniolo, 40.

Kremoneze – Yuventus 1:2
Qollar: Vardi, 83 – Kostiç, 2. Kambyazo, 68.

2 noyabr

15:30. Verona – İnter
18:00. Fiorentina – Leççe
18:00. Torino – Piza
21:00. Parma – Bolonya
23:45. Milan – Roma

3 noyabr

21:30. Sassuolo – Cenoa
23:45. Latsio – Kalyari

The post “Yuventus”dan səfərdə çətin qələbə appeared first on Komanda.az.

“Bayern”lə “Bayer” də bacarmadı

Almaniya Bundesliqasında 9-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 6 oyun baş tutub.

“Union Berlin” – “Frayburq”, “Haydenhaym” – “Ayntraxt” və “Maynts” – “Verder” görüşlərində qalib müəyyənləşməyib. “Leypsiq” “Ştutqart”ı məğlub yola salıb. “Sankt Pauli”nin qonağı olan Mönhenqladbax “Borussiya”sı darmadağına sevinib. Lider “Bayern” də bu dəfə “Bayer”i 3 cavabsız qolla yenib.

Almaniya Bundesliqası
9-cu tur

31 oktyabr

Auqsburq – Borussiya (Dortmund) 0:1
Qol
: Girassi, 37.

1 noyabr

Haydenhaym – Ayntraxt 1:1
Qollar
: Zivzivadze, 32 – Kristensen, 55.

Maynts – Verder 1:1
Qollar
: Vidmer, 36 – Stage, 86.

Leypsiq – Ştutqart 3:1
Qollar
: Şabo, 45-öz qapısına. Diomandde, 53. R.Kardozo, 90+1 – T.Tomas, 65.

Sankt Pauli – Borussiya (Mönhenqladbax) 0:4
Qollar
: Tabakoviç, 15; 40. Maşino, 75. Fraulo, 80.

Union Berlin – Frayburq 0:0

Bayern – Bayer 3:0
Qollar: Qnabri, 25. N.Cekson, 31. Bade, 44-öz qapısına.

2 noyabr

18:30. Köln – Hamburq
20:30. Volfsburq – Hoffenhaym

The post “Bayern”lə “Bayer” də bacarmadı appeared first on Komanda.az.

“Qalatasaray”dan ev oyununda heç-heçə

Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Göztəpə” “Gənclərbirliyi”ni tək qolla yenib. Lider “Qalatasaray” isə “Trabzonspor”la ev oyununda xal itirib.

Türkiyə, Super Liqa
11-ci tur

31 oktyabr

Başakşəhər – Kocaelispor 1:0
Qol
: Şomurodov, 90+1-pen.

1 noyabr

Göztəpə – Gənclərbirliyi 1:0
Qol
: Juan Santos, 45+1.

Qalatasaray – Trabzonspor 0:0

2 noyabr

15:30. Konyaspor – Samsunspor
18:00. Kayserispor – Kasımpaşa
21:00. Beşiktaş – Fənərbağça

3 noyabr

21:00. Alanyaspor – Qaziantep
21:00. Eyüpspor – Antalyaspor
21:00. Rizəspor – Karagümrük

The post “Qalatasaray”dan ev oyununda heç-heçə appeared first on Komanda.az.

MY Fransa klubunun futbolçusunu “qaralayıb”

“Mançester Yunayted” “Lill”in yarımmüdafiəçisi Ayyub Buaddi ilə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

18 yaşlı futbolçuya Premyer Liqanın digər klubları, xüsusilə də, “Arsenal” da diqqət göstərir. Ancaq hazırda onu ən yaxından izləyən klub “Mançester Yunayted”dir. Bununla belə, “qırmızı şeytanlar” hələ “Lill”ə rəsmi təklif göndərməyiblər.

Fransalı yarımmüdafiəçinin klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

The post MY Fransa klubunun futbolçusunu “qaralayıb” appeared first on Komanda.az.

Azərbaycanın daha bir cüdoçusu DÇ-də qızıl medal qazandı

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

Komanda.az xəbər verir ki, o, finalda Polşa təmsilçisi Yakub Sordili məğlub edərək qızıl medala sahib çıxıb.

Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medalla kifayətlənib.

Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (hər ikisi 90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşıblar. Rəqibini üstələyən Kotsoyev bürünc mükafata yiyələnib.

Ötən gün Azərbaycan cüdoçularından İslam Rəhimov (66 kq) Avropa çempionu olmuşdu.

The post Azərbaycanın daha bir cüdoçusu DÇ-də qızıl medal qazandı appeared first on Komanda.az.

“Neftçi” NTD-ni məğlub etdi

Azərbaycan Basketbol Liqasında 5-ci turun daha bir oyunu reallaşıb.

Komanda.az xəbər verir ki, A qrupunda “Neftçi” və NTD kollektivləri qarşılaşıblar.

Bakı İdman Sarayında təşkil olunan matç “Neftçi”nin qələbəsi ilə bitib – 99:71.

Turun əvvəlki oyunlarında “Ordu” “Lənkəran”ı (91:76), “Sumqayıt” “Sərhədçi”ni (84:80), “Şəki” “Gəncə”ni (84:70), “Naxçıvan” isə “Quba”nı (86:78) üstələyib.

The post “Neftçi” NTD-ni məğlub etdi appeared first on Komanda.az.

“Sumqayıt”da yeni futbolçu

“Sumqayıt” FK 2025/26 mövsümü üçün daha bir futbolçunu heyətinə qatıb.

Komanda.az xəbər verir ki, komanda son olaraq Türkiyənin “Sakaryaspor” klubunda çıxış etmiş Konqo millisinin üzvü mərkəz yarımmüdafiəçisi Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Fransanın “Lans” komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin “Sankt Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” klublarında çıxış edib.

The post “Sumqayıt”da yeni futbolçu appeared first on Komanda.az.

“Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, Naxçıvan təmsilçisi yer aldığı 7-ci qrupdakı son matçında Niderland çempionu “Tigers Roermond”u 3:2 hesabı ilə məğlub edib.

Beləliklə 7 xal toplayan Naxçıvan təmsilçisi qrup qalibi kimi növbəti mərhələyə adlayıb.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın “Yunayted Qalati” klubunu məğlub edib – 2:1. Komanda daha sonra Lüksemburq çempionu “Differdanje 03” komandası isə heç-heçə edib – 2:2.

The post “Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı appeared first on Komanda.az.

İtaliyalı müdafiəçi “Qarabağ”ın rəqibinin hədəfindədir

“Kalyari”nin müdafiəçisi Riyad İdrissi növbəti transfer mövsümü üçün diqqət mərkəzindədir.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, “İnter” və “Napoli” 20 yaşlı futbolçunun xidmətinə maraq göstərir.

İtaliyalı futbolçu keçən mövsüm B Seriyasının təmsilçisi “Modena” klubuna icarəyə verilib və orada yaxşı çıxış edib.

“Kalyari” gənc futbolçudan asanlıqla ayrılmaq istəmir. Daha əvvəl “Torino”, “Udineze” və “Cenoa”nın təklifləri rədd edilib.

İdrissi həmçinin, İtaliyanın U-21 millisində də çıxış edib.

“Napoli” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

The post İtaliyalı müdafiəçi “Qarabağ”ın rəqibinin hədəfindədir appeared first on Komanda.az.

“Bundan da yaxşı oyunlarımız olub” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 5:1 hesablı qələbəni belə şərh edib:

“Vensan Abubakarın komandada böyük rolu var, böyük oyunçudur, təcrübəsi bəllidir. Bu gün yalnız istəkli olduğumuz üçün qalib gəldiyimizi deməzdim. Bundan da yaxşı oyunlarımız olub. Mətbuat konfransını bir futbolçuya həsr edəcəyiksə, bu artıq “Neftçi”nin digər oyunçularına haqsızlıq olar.

“Qarabağ”da heç bir boşluq yoxdur və gündən-günə güclənən komandadır. Qurban Qurbanova və komandasına “Çelsi” ilə oyunda uğurlar arzu edirəm. Bizim derbiyə gəldikdə isə, maraqlı oyun olacaq. Hər iki komanda derbiyə layiq oyun göstərəcək”.

Nəzrin

The post “Bundan da yaxşı oyunlarımız olub” – Samir Abasov appeared first on Komanda.az.

“Sumqayıt” və “Turan Tovuz”dan qələbə

Oktyabrın 31-də Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” “İmişli” ilə üz-üzə gəlib. “Azərsun Arena”da keçirilən oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Dünən turun daha iki oyunu keçirilib. Əvvəlcə “Zirə” Şamaxıda “Karvan-Yevlax”la qarşılaşıb. Yevlax təmsilçisi matçda iki dəfə hesabda irəli çıxsa da, sonda qələbə qazanan “qartallar” olub.

Günün son matçında isə autsayder “Kəpəz” “Neftçi”nin qonağı olub. Bol qollu matçda meydan sahibləri darmadağına seviniblər.

Bu gün daha iki oyun olub. “Turan Tovuz” bir müddətlik fasilədən sonra qayıtdığı doğma meydanda “Şamaxı” ilə görüşüb. Üç qolluq oyunda meydan sahibləri qələbə qazanıblar.

“Araz-Naxçıvan” isə bu turda Sumqayıtda eyniadlı komanda ilə qarşılaşıb. Məhsuldar keçən bu oyunda da meydan sahibləri qalib gəliblər.

10-cu tura noyabrın 3-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 10-cu tur

31 oktyabr

Qarabağ – İmişli 2:0
Qollar: Abdullah Zubir, 52. Emmanuel Addai, 82.
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Azersun Arena”

Qarabağ: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov

İmişli: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 94. Rafael Vieqas 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç 6. Yau Moses
Baş məşqçi: Jorj Kaşkilya

1 noyabr

Karvan-Yevlax – Zirə 2:3
Qol
: Barker, 29. Spens, 62 – Brahim Konate, 57. Leroy Mikels, 74. Ayron Qomis, 87.
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu

Karvan-Yevlax: 1. Kamran İbrahimov 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 33. Eltun Turabov 18. Süleyman Əhmədov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 10. Samuel Durrant 21. İmani Barker
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 37. Mois Nqvisani 3. Said İranxan 8. Peter Kings 4. Olavale Doyeni
Baş məşqçi: Azər Həşimov

Zirə: 13. Aydın Bayramov 70. Namik Ələskərov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 4. Ruan Renato (k) 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 32. Qismət Alıyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 16. Fuad Bayramov 26. Stefan Aka 28. Leroy Mikels 11. Junior Martins 77. Yeqor Boqomolski 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Neftçi – Kəpəz 5:1
Qollar: Emin Mahmudov, 19. Vensan Abubakar, 23. Bussala Sambu, 74; 86. Freddi Varqas, 90+1 – Sadiq Şəfiyev, 77.
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Palms Sports Arena”

Neftçi: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 45. Vensan Abubakar 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 9. Bassala Sambu 27. Kristian Kostin 22. Luis Ortis
Baş məşqçi: Samir Abasov

Kəpəz: 1. Kaçper Rosa 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 55. Kresus Donqo 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov

2 noyabr

Turan Tovuz – Şamaxı 2:1
Qollar: Roberto Olabe, 45+2. Joarlem Santos, 49 – Rikardo Apolinario, 45-pen.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu

Turan Tovuz: 1. Oleq Baklov 29. Filip Ozobiç 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 99. Vadji İbrahima
Baş məşqçi: Kurban Berdiyev

Şamaxı: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 5. Arsen Ağcabəyov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 90. Davud Mənsumov 6. Antonio Lara
Baş məşqçi: Ayxan Abbasov

Sumqayıt – Araz-Naxçıvan 3:2
Qollar: Roi Kehat, 17; 78. Ronaldo Vaskes, 69 – Çarlz Boli, 41. Patrik Andrade, 51.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
M.H. adına Sumqayıt şəhər stadionu

Sumqayıt: 1. Mehdi Cənnətov (k) 7. Rüstəm Əhmədzadə 6. Rauf Rüstəmli 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 72. Rayan Senhadji 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 3. Höccət Haqverdi 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 66. Ruslan Əliyev 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 23. Ronaldo Vaskez 95. Nsana Simon
Baş məşqçi: Saşa İliç 

Araz-Naxçıvan: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 8. Coşqun Diniyev 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 10. Felipe Santos 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 16. Ramon Maçado 23. Nuno Rodriqes 7. Hamidu Keyta 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev

3 noyabr

19:30. Sabah – Qəbələ
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Bank Respublika Arena”

The post “Sumqayıt” və “Turan Tovuz”dan qələbə appeared first on Komanda.az.

❌