Normal view

Today — 26 March 2026Main stream

Rəşad Eyyubov: “Futbolçulara daim deyirəm ki, özünüzə inanın”

26 March 2026 at 17:20

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçiriləcək oyunöncəsi fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Bəzi oyunçularımız Əvəzedicilər liqasında, bəziləri I Liqada, bəziləri isə Premyer Liqada çıxış edirlər. Bu səbəbdən komandanı balanslaşdırmağa çalışdıq. Düşünürəm ki, fiziki baxımdan oyuna hazırıq. Taktiki baxımdan da qısa müddət ərzində futbolçulara maksimum məlumat ötürməyə çalışdıq. Futbolçulara daim deyirəm ki, özünüzə inanın, hədəflərinizi maksimum qoyun. Sadəcə sözlə yox, bunu əməllə meydançada göstərmək lazımdır”.

Qeyd edək ki, martın 27-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu saat 15:00-da başlanacaq.

“Qarabağ MechaHack 9030″dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır

26 March 2026 at 17:17

Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən “Qarabağ MechaHack 9030” robototexnika komandası, texnoloji biliklərin cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması istiqamətində fəaliyyətini genişləndirir.

Futbolpress.az xəbər verir ki, komanda son 6 ay ərzində sosial inklüzivlik prinsiplərinə sadiq qalaraq, ümumilikdə 95 şagird üçün genişmiqyaslı STEM seminarları və vorkşoplar silsiləsi həyata keçirib.

Bu missiya çərçivəsində komanda üzvləri iki fərqli uşaq evində məskunlaşan yeniyetmələri mühəndislik dünyasının maraqlı tərəfləri ilə tanış edib, onlarda gələcəyin peşələrinə olan marağı artırıblar. Sosial inklüzivliyin təmin olunması məqsədilə fəaliyyət dairəsini genişləndirən gənc mühəndislər, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “Qarabağ DOST Evi” filialında fiziki məhdudiyyətli və həssas qruplardan olan uşaqlar üçün xüsusi interaktiv seminar təşkil ediblər. Eyni zamanda, “Train Brain” tədris mərkəzində gənc istedadlara robototexnikanın incəlikləri və müasir proqramlaşdırmanın əsasları dərindən aşılanıb.

“Qarabağ MechaHack 9030” komandasının bu təşəbbüsü təkcə texniki biliklərin ötürülməsi deyil, həm də cəmiyyətdə bərabər imkanların yaradılması və gənclərin öz potensiallarını kəşf etmələri üçün bir bələdçi rolunu oynayır. Komanda rəhbərliyi bildirib ki, bu cür sosial layihələr davamlı xarakter daşıyacaq və daha çox gəncin modern texnologiyalarla tanış olmasına şərait yaradılacaq.

Bölgə klubları cəzalandı

26 March 2026 at 17:14

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

23 mart 2026-cı il tarixində II Liqada XIX turun “Araz Saatlı” – “Quba” oyunu “Araz Saatlı” komandasının formasında problem olması səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 150 manat cərimə edilsin (maddə 83.5);

23 mart 2026-cı il tarixində II Liqada XIX turun “Araz Saatlı” – “Quba” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

23 mart 2026-cı il tarixində II Liqada XIX turun “Araz Saatlı” – “Quba” oyununun 85-ci dəqiqəsində “Quba” komandasının 9 nömrəli futbolçusu Vidadi Cəfərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Quba” komandası 300 manat cərimə edilsin (maddə 45.1);

23 mart 2026-cı il tarixində II Liqada XIX turun “Şirvan” – “Sheki City” oyununda “Şirvan” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şirvan” komandası 300 manat cərimə edilsin (maddə 86.3);

23 mart 2026-cı il tarixində II Liqada XIX turun “Şirvan” – “Sheki City” oyununda “Sheki City” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

24 mart 2026-cı il tarixində II Liqada XIX turun “Kür-Araz” – “Qaradağ Lökbatan” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

24 mart 2026-cı il tarixində II Liqada XIX turun “Kür-Araz” – “Qaradağ Lökbatan” oyununun 77-ci dəqiqəsində “Kür-Araz” komandasının 9 nömrəli futbolçusu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

24 mart 2026-cı il tarixində II Liqada XIX turun “Ağdaş” – “Şəmkir” oyununun 73-cü dəqiqəsində “Şəmkir” komandasının 7 nömrəli futbolçusu İbrahim Camalov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7).

Salah üçün MLS iddiası

26 March 2026 at 15:34

“Liverpul”dan ayrılacağını açıqlayan Məhəmməd Salah karyerasını MLS-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “İnter Mayami” misirli hücumçunun xidmətində maraqlıdır. Bu barədə “İntependent” nəşri məlumat yayıb. MLS klubu yaxın zamanda Salahla danışıqlara başlayacaq.

Misirli futbolçu bu mövsüm 34 oyunda 10 qol vurub, 9 məhsuldar ötürmə edib. O, yayda “Liverpul”dan ayrılacağını açıqlayıb.

“İnter Mayami”də argentinalı hücumçu Lionel Messi çıxış edir.

Millinin Sent Lüsiya ilə oyununun hakimləri bilindi

26 March 2026 at 14:48

Azərbaycan milli komandasının “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə Sumqayıtda keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək:

27 mart

19:00. Azərbaycan – Sent Lüsiya
Baş hakim: Giorgi Kruaşvili
Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Koba Revazaşvili
(Hakimlər briqadası Gürcüstandandır)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Qalatasaray” Saraya qiymət qoydu

26 March 2026 at 12:37

“Qalatasaray” futbolçusu Qabriel Saranın transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul təmsilçisi adı İngiltərə klubları ilə hallanan yarımmüdafiəçi üçün 40 milyon avro tələb edir.

Sara bu mövsüm 39 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib. O, bu ay karyerasında ilk dəfə Braziliya yığmasına çağırılıb.

“Qarabağ” rəsmisi EFC-nin tədbirində

26 March 2026 at 12:00

Portuqaliyanın paytaxtı Lissabon şəhərində EFC-nin Kommersiya, İnnovasiya və Azarkeş Qrupları Bağlantısı (Commercial, Innovation and Fans Club Connect) tədbiri keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantı Avropa futbolunda kommersiya, innovasiya və azarkeş əlaqələrinin inkişafına həsr olunub.

Lissabonda təşkil olunan tədbirin əsas məqsədi futbol klublarının davamlı maliyyə artımını təmin etməsi, rəqəmsal transformasiyaya uyğunlaşması və azarkeşlərlə daha güclü bağ qurması istiqamətində təcrübə mübadiləsinin aparılmasıdır.

Beynəlxalq platforma kimi təşkil olunan görüşdə aparıcı Avropa klublarının rəhbərləri, kommersiya və marketinq mütəxəssisləri, eləcə də texnologiya şirkətlərinin nümayəndələri iştirak ediblər. Panel müzakirələrində azarkeş bağlılığı, qlobal tərəfdaşlıqlar, bilet satışı texnologiyaları və stadion təcrübəsinin inkişafı kimi mövzular ön plana çıxıb.
Tədbirdə “Qarabağ” Futbol Klubunun, eləcə də Avropa Futbol Klubları İdarə Heyətinin üzvü Asif Əsgərov, marketinq və kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev və əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev iştirak ediblər.

“Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov “Tərəfdar Bağlılığı Yaratmaq – Xallar və İmtiyazlardan Kənar” panelində təqdimatla çıxış edib. O, “Qarabağ”ın mobil tətbiqi, son dövrlərdəki inkişafı, həmçinin loyallıq haqqında danışıb, müasir futbol klubları üçün əsas istiqamətlərdən biri azarkeşlərə real dəyər təqdim etmək və onlarla uzunmüddətli emosional bağ qurmaq olduğunu vurğulayıb. Əsgərov bildirib ki, düzgün qurulan azarkeş strategiyası klubun həm brend dəyərinə, həm də kommersiya gəlirlərinə müsbət təsir göstərir.

Əlavə olaraq, “Qarabağ” FK-nın “Blocksport” ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələr azarkeşlərlə rəqəmsal əlaqələrin daha da gücləndirilməsinə imkan yaradıb. Bu tərəfdaşlıq sayəsində azarkeşlər üçün yeni loyallıq imkanları, interaktiv xidmətlər və fərdiləşdirilmiş təcrübələr təqdim olunur ki, bu da klubun innovativ inkişaf strategiyasının mühüm hissəsini təşkil edir.

Azərbaycanlı futbolçu Türkiyə klubunda

26 March 2026 at 11:38

Azərbaycanlı futbolçu Denis Edilov karyerasını Türkiyədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Həvəskar Liqa təmsilçisi “Konyagücü” ilə anlaşıb. Klub sosial şəbəkə hesablarında transferi rəsmən açıqlayıb.

20 yaşlı futbolçu daha əvvəl “Quba” və “Qarabağ”ın əvəzedici komandasında çıxış edib.

Karib hövzəsindən Sumqayıta – millinin “cırtdan” rəqibi haqda

26 March 2026 at 11:10

Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sent Lüsiya yığması ilə qarşılaşacaq. Karib hövzəsi təmsilçisi ilə görüşə saat 19:00-da start veriləcək.

Sent Lüsiya milli komandasının “transfermarkt”da dəyəri 250 min avro göstərilib. Komandanın heyətində yalnız iki oyunçu portalda dəyərləndirilib. Bunlar vinger Arkell Cud-Boyd (150 min avro) və Bayan Amandır (100 min avro). Vinger İngiltərənin “Çeltenhem” klubunda çıxış edir. Aman isə Bosniya və Herseqovinanı təmsil edən “Velej”də forma geyinir. Heyətdəki digər futbolçularla bağlı konkret detallar yoxdur. Sent Lüsiya kiçik ölkədir və burda futboldan böyük qazanc əldə edilmir. Bu səbəbdən oyunçular futbola ikinci peşə kimi yanaşır.

Sent Lüsiya yığması dünya çempionatının seçmə mərhələsində Şimali və Mərkəzi Amerika zonasının seçmə mərhələsində C qrupunda yer alıb və 4 xalla üçüncü olaraq mundialdan kənarda qalıb. Komanda qrupda Kürasao, Haiti, Aruba və Barbadosla mübarizə aparıb.

Yığma 2025-ci ildə cəmi 4 rəsmi oyun keçirib. Barbados seçməsinə 2:1 hesabıyla qalib gələn Sent Lüsiya Kürasoya, Kubaya və Sent Vinsent və Qrenada adaları yığmasına uduzub.

Sent Lüsiya millisinin ləqəbi “The Piton Boys”dur. Ləqəb Karib adasının məşhur Piton dağlarından götürülüb. Milli FIFA reytinqində 167-ci sıradadır. Ən yaxşı göstərici 2003-cü ildə olub və həmin vaxt Sent Lüsiya 108-ci pillədə olub.

Şahin Cəfərov

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi xəstəliyə tutuldu, yaddaşını itirdi

26 March 2026 at 10:52

“Xəzər Lənkəran” klubunun keçmiş baş məşqçisi Con Toşak xəstəliyə tutulub.

Futbolpress.az xəbər verir ki, mütəxəssisə demensiya diaqnozu qoyulub. Bu barədə Toşakın oğlu Kamerun Toşak açıqlamasında deyib:

“Bu, dəhşətli xəstəlikdir. Əsasən qısamüddətli yaddaşa təsir edir. Demək olar ki, hər gün onunla danışıram və əgər günün ikinci yarısında söhbət etsək, səhər danışdığımızı xatırlamaya bilər. Yalnız “Liverpul”dakı günləri, “Real Sosyedad” və ya “Real”la bağlı xatirələrini soruşanda hiss edirəm ki, detalları heyrətamiz dərəcədə dəqiq yadında saxlayıb”.

Demensiya beynin fəaliyyətinin tədricən zəifləməsi xəstəliyidir.

Toşak 2013-cü ildə “Xəzər Lənkəran”a rəhbərlik edib. O, “Real”, “Liverpul”

Hansı oyun, hansı kanalda? – TV

26 March 2026 at 10:29

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Yoxlama oyunları
17:00 Moldova – Litva (CBC Sport)
21:00 Gürcüstan – İsrail (CBC Sport)
00:00 Braziliya – Fransa (TRT Spor)

DÇ-2026, pley-off oyunları
21:00 Türkiyə – Rumıniya (İctimai TV, TV8)
23:45 Ukrayna – İsveç (İctimai TV)
23:45 Danimarka – Şimali Makedoniya (CBC Sport)

İngiltərə klubu Kvaratsxeliya ilə maraqlanır

26 March 2026 at 09:39

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Arsenal” gürcüstanlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “The İndependent” nəşri məlumat yayıb. London klubu yayda oyunçu üçün danışıqlara başlayacaq.

Xviça bu mövsüm 37 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə edib.

DÇ-2026: pley-off mərhələsinə start verilir

26 March 2026 at 09:03

Bu gün yayda keçiriləcək dünya çempionatının pley-off mərhələsinin oyunlarına start veriləcək.

Futbolpress.az xəbər verir ki, Türkiyə yığması yarımfinalda Rumıniya ilə qarşılaşacaq. Cütün qalibi Slovakiya – Kosovo duelinin qalibi ilə üz-üzə gələcək.

İtaliya yığması Şimali İrlandiyanın müqavimətini qırmağa çalışacaq.

DÇ-2026
Pley-off mərhələsi, yarımfinal

26 mart

21:00 Türkiyə – Rumıniya
23:45 Çexiya – İrlandiya
23:45 Danimarka – Şimali Makedoniya
23:45 İtaliya – Şimali İrlandiya
23:45 Polşa – Albaniya
23:45 Slovakiya – Kosovo
23:45 Ukrayna – İsveç
23:45 Uels – Bosniya və Herseqovina

Milli ilk oyunda böyük hesabla uduzdu

25 March 2026 at 22:35

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşıb. “Raudondvario” stadionunda keçirilən görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz növbəti oyununu martın 28-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Yesterday — 25 March 2026Main stream

Millinin oyunu yunanlara tapşırıldı

25 March 2026 at 17:37

Azərbaycanın U-21 millisinin Avro-2027-nin seçmə mərhələsində Portuqaliyaya qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Bakıda baş tutacaq oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Xristos Vergetis olacaq. Ona yan xətt hakimləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandros Katsikogiannis yerinə yetirəcək.

Martın 27-də, “Dalğa Arena”da keçiriləcək matça saat 15:00-da start veriləcək.

“FIFA Series – 2026”: mətbuat konfransının vaxtı dəyişdirildi

25 March 2026 at 17:32

“FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfransının vaxtında dəyişiklik edilib.

Futbolpress.az martın 26-da baş tutacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtını diqqətinizə çatdırır:

26 mart

Sent Lüsiya milli komandası
18:15. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

Azərbaycan milli komandası
18:30. Mətbuat konfransı (“Dalğa Arena”)
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)

Dibala üçün Türkiyə variantı

25 March 2026 at 16:28

“Roma”nın futbolçusu Paulo Dibala karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə Super Liqadan adı açıqlanmayan bir klubun Dibalaya 3 illik müqavilə təklif etməyə hazırlaşdığı bildirilib.

Argentinalı futbolçunun “Roma” ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Kolin Kazım 4-cü liqa klubunda

25 March 2026 at 15:46

Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım Riçards İngiltərədə çalışacaq.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Kroli Taun” klubuna baş məşqçi təyin olunub. Bu barədə 4-cü liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Kolin Türkiyə yığmasında 37 oyunda 2 qol vurub. O, futbolçu kimi “Qalatasaray”, “Bursaspor”, “Fənərbağça”, “Seltik”, “Koritiba”, “Blekbern”, “Tuluza” kimi klublarda forma geyinib.

Rəşad Eyyubov jurnalistlərlə görüşəcək

25 March 2026 at 14:34

Martın 26-da saat 13:45-də “Palms Sports Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə oyunöncəsi açıq məşqi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Məşqdən 15 dəqiqə əvvəl – saat 13:30-da U-21 millimizin baş məşqçisi Rəşad Eyyubovun brifinqi təşkil olunacaq.

Türklər Avropada 5 komanda ilə təmsil olunacaq

25 March 2026 at 14:17

Yeni mövsümdə Türkiyəni avrokuboklarda 5 klub təmsil edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Türkiyədən Çempionlar Liqası və Avropa Liqasına 2, Konfrans Liqasına isə 1 komanda qatılacaq.

Zirvə yarışında kritik period – lider üçün ağır təqvim

25 March 2026 at 13:43

Misli Premyer Liqasının lideri “Sabah”ı çətin qrafik gözləyir. “Bayquşlar” milli komandaların oyunlarına görə yaranmış fasilədən sonra ağır perioda daxil olacaq.

Aprelin 3-də “Qarabağ”la kubok matçında üz-üzə gələcək “Sabah” daha sonra çempionatda “Araz-Naxçıvan”, “Zirə” və “Qarabağ”a qarşı oyunları olacaq. Valdas Dambrauskasın yetirmələri üçün kritik dönəm məhz bu 4 oyunluq perioddur. “Sabah” bu çempionat görüşlərində büdrəməsə, çempionluq yolunda böyük addım atmış sayılacaq.

Həmin bu periodda ikinci sıradakı “Qarabağ”ın isə oyunları nisbətən rahatdır. “Sabah”la kubok görüşündə sonra “atlılar” autsayder “Karvan-Yevlax” və ortabab “Şamaxı” ilə üz-üzə gələcək. Bu iki oyunlarda qazanılacaq xallar və “Sabah”ın hansısa matçda büdrəməsi “Qarabağ” cəbhəsini yenidən ümidləndirə bilər.

“Sabah”ın növbəti 4 oyunu:

3 aprel: Qarabağ – Sabah (kubok)
7 aprel: Araz-Naxçıvan – Sabah (çempionat)
11 aprel: Sabah – Zirə (çempionat)
18 aprel: Qarabağ – Sabah

“Qarabağ”ın növbəti 4 oyunu:

3 aprel: Qarabağ – Sabah (kubok)
6 aprel: Qarabağ – Karvan-Yevlax (çempionat)
11 aprel: Şamaxı – Qarabağ (çempionat)
18 aprel: Qarabağ – Sabah.

“Sabah” liqada 62 xalla birinci sıradadır. İkinci pillədəki “Qarabağ”ın 52 xalı və ehtiyatda da bir oyunu var.

Azərbaycanlı mütəxəssis Çempionlar Liqasına təyinat aldı

25 March 2026 at 13:24

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssis Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.

Futbolpress.az xəbər verir ki, İsmayılova kişilər arasında Çempionlar Liqasının dörddəbir final mərhələsində İtaliyanın “Cucine Lube Civitanova” və Polşanın “Aluron CMC Warta Zawiercie” komandalarının qarşılaşmasında iştirak edəcək. O, bu gün İtaliyada baş tutacaq görüşdə supervayzer kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qarşılaşmanın hakimləri portuqaliyalı Ferreira Ricardo və yunanıstanlı Vasileiadis Vasileios olacaq.

Qrizmann rəsmən MLS klubunda

25 March 2026 at 12:24

Fransalı futbolçu Antuan Qrizmann karyerasını MLS-də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, hücumçu “Orlando Siti”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qrizmannla 2 illik müqavilə imzalanıb.

Fransalı futbolçu daha əvvəl “Atletiko”, “Barselona”da çıxış edib.

Salah “Liverpul”dan ayrılacaq

25 March 2026 at 12:12

Məhəmməd Salah mövsümün sonunda “Liverpul”dan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə misirli hücumçu özü açıqlamasında deyib. O, klubla müddəti bitəcək müqaviləni uzatmayacağını bildirib.

Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. O, komandada 435 oyunda 255 qol vurub, 122 məhsuldar ötürmə edib.

Milli AÇ-də ilk oyununa çıxacaq

25 March 2026 at 12:04

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşacaq.

“Raudondvario” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

24 mart

20:00. Litva (U-19) – Azərbaycan (U-19)
Baş hakim: Yon Orliç (Moldova)
Baş hakimin köməkçiləri: Anatolie Basiul (Moldova), Semen Şlonçak (Ukrayna)
Dördüncü hakim: Viktor Kopiyevski (Ukrayna)
Kaunas, “Raudondvario” stadionu

Before yesterdayMain stream

“Qarabağ” bölgə klubunun qapıçısını istəyir

24 March 2026 at 15:40

“Qarabağ” klubu “İmişli”nin qapıçısı Andrey Sinenko ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə qolkiperin meneceri Dmitri Xlebosolov “bel.football” saytına açıqlamasında deyib. O, “Qarabağ”ın qolkiperlə danışıqlara başladığını bildirib:

“Sinenko hazırda Azərbaycanda ən yaxşı qapıçılardan biridir. “Qarabağ” klubu ilə işləyən agentlərdən birinə Sinenko ilə danışıqlar aparmaq üçün səlahiyyət vermişəm. Sinenko üçün mövsüm bitdikdən sonra daha yaxşı variantlar araşdıracağıq”.

PSJ təxirəsalınma istəyir, “Lans” “yox” deyir

24 March 2026 at 15:36

PSJ Liqa 1-də aprelin 11-də “Lans”la matçın təxirə salınmasını istəyir.

Futbolpress.az xəbər verir ki, Paris təmsilçisi bununla bağlı Fransa Peşəkar Futbol Liqasına müraciət edib.

“Lans” klubu isə oyunun təxirə salınmasına qarşıdır. Çempionatda zirvə yarışında olan komanda PSJ ilə görüşün keçirilməsinin tərəfdarıdır və təxirəsalma qərarını dəstəkləmir.

PSJ Çempionlar Liqasında aprelin 8-də və 14-də “Liverpul”la 1/4 final matçının olması səbəbindən çempionat görüşünün təxirə salınmasını istəyir.

PSJ çempionatda 60 xalla liderdir. “Lans” isə 59 xalla ikinci sıradadır.

“Fənərbağça” iki futbolçusu ilə vidalaşacaq

24 March 2026 at 14:26

“Fənərbağça” mövsümün sonunda iki futbolçusu ilə yollarını ayıracaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb. İstanbul klubu müdafiəçi Çağlar Söyüncü və cinah oyunçusu Oğuz Aydınla vidalaşacaq.

Çağlar bu mövsüm 14, Oğuz isə 33 oyuna çıxıb.

Tanınmış hücumçudan vida qərarı

24 March 2026 at 12:38

Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav karyerasını bitirməyə qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə 41 yaşlı hücumçu özü açıqlamasında deyib. O, martın 28-də son oyununa çıxacağını bildirib.

Vaqner 2004-2012-ci illərdə Moskva ÇSKA-sında çıxış edib. O, 259 oyunda 124 qol vurub, 53 məhsuldar ötürmə edib. Forvard Braziliya millisində 20 oyunda 4 qol vurub.

Lav hazırda ölkəsində “Retro”da çıxış edir.

“Öyrənməliyik ki, oyunlarda işimiz yüngül olsun”

24 March 2026 at 12:07

Futzal üzrə Azərbaycan millisi martın 23-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirir.

Futbolpress.az xəbər verir ki, məşqlərə başlayan komandanın baş məşqçisi Yevgeni Kukseviç hazırlıqla bağlı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə bunları deyib:

“Bizi aprel ayında 4 çətin oyun gözləyir. Bunu nəzərə alıb, qısamüddətli olsa da, toplanış keçirməyi lazım bildik. Oyun planında üzərində işləməli olduğumuz məqamlar var. Eyni zamanda heyətimizdə də bir necə yeni futzalçı var. Onları yoxlamaq istəyirik ki, apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirək. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır, həvəslə verilən tapşırıqları edirlər. Çempionat oyunları arasında da müəyyən qədər vaxt var. Bundan maksimum yararlanmağa çalışırıq. Öyrənməliyik ki, oyunlarda işimiz yüngül olsun”.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktau şəhərində Qazaxıstan yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Azərbaycan yığması heç-heçə ilə başladı

24 March 2026 at 19:02

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşıb.

Görüş bərabərliklə başa çatıb – 1:1. Millinin yeganə qolunu Əli Bəşirov vurub.

Şahruddin müəmması

24 March 2026 at 09:03

Ayxan Abbasovun milli komandanın baş məşqçisi olmasında idman mediasının müstəqil kəsiminin ciddi rolu olub. Daha doğrusu, yeni AFFA rəhbərliyinin sələflərindən fərqli olaraq, ictimai fikrə nisbətən həssas yanaşdığını görüb ən çox pressinq tətbiq etdiyimiz istiqamətlərdən biri milli komandanın yerli mütəxəssisə həvalə olunması məsələsi idi.

Tarixi şərait elə gətirdi ki, bu alındı və həmin şəxs Ayxan Abbasov oldu.

Oldu.

Amma Şahruddin Maqomedaliyevin yığmaya dəvət olunması olmadı…

3 aydır meydana çıxmayan qapıçı pis mövsüm keçirməyən Yusif İmanovdan nəyi ilə üstündür?

Abbasov oyun praktikasından əziyyət çəkən Şahruddini milliyə çağırmaqla hansı məntiqə əsaslandığını bildirməlidir.

İctimaiyyətdə belə fikir formalaşıb ki, İmanovun “Sabah”dan məlum qalmaqallı ayrılığı bugünkü vəziyyətin əsas səbəbidir.

Ölkə futbolunu yaxından izləyənlərin bunu iddia etməsi, müxtəlif konspiroloji versiyaların cücərməsi qətiyyən xoş məsələ deyil, Abbasov.

Biz demokratik mühitin adamlarıyıq, amma məntiqli…

Hətta Qurban Qurbanovun bu məsələyə təəccübünü gizlətməməsi… ciddi suallardan biridir.

Azərbaycan millisinə dəvət məsələsi həmişə qarışıq müzakirələrə səbəb olub. Lakin indiki dövrdə belə halın olması xoş deyil və məsuliyyətli tərəf(lər) bunu SOS kimi qəbul etməlidir.

İzah verilməlidir. Aşkarlıq prinsipi qorunmalıdır.

Əks halda, tərəf(lər) adbaad sual altına qoyulacaq.

Elçin Cəlilov

“Sevilya” baş məşqçisi ilə vidalaşdı

23 March 2026 at 21:40

“Sevilya” baş məşqçisi Matias Almeyda ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Sevilya” Almeydanın rəhbərliyi altında 32 oyunda 10 qələbə qazanıb, 15 dəfə uduzub. Komanda La Liqada 29 turdan sonra 31 xalla 15-ci sıradadır.

Osimhen əməliyyat olundu

23 March 2026 at 21:17

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Osimhen Çempionlar Liqasında “Liverpul”la səfər matçında qolundan zədə almışdı. Onun bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Fransalı tanınmış futbolçu karyerasını bitirdi

23 March 2026 at 20:35

Fransa millisinin sabiq futbolçusu Dimitri Payet karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu özü açıqlama verib.

Son klubu Braziliyada “Vasko da Qama” olan Dimitri karyerası ərzində “Lill”, “Marsel”, “Vest Hem” kimi klublarda forma geyinib.

Payet Fransa yığmasında 38 oyunda 8 qol vurub.

Millinin baş məşqçisi Türkiyəyə nə üçün gedib?

23 March 2026 at 20:21

Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə səfərdədir.

Futbolpress.az xəbər verir ki, o, qadınlardan ibarət Birinci Liqa klubu “Qaziantep Safir”in prezidenti Murat Kocaardıçın dəvəti ilə bu ölkəyə yollanıb və hazırda klub rəhbərinin xüsusi qonağı kimi komandanın düşərgəsində iştirak edir.

Siyasət Əsgərov səfər çərçivəsində “Qaziantep Safir”in məşqçilər korpusu ilə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparır, məşq proseslərini yaxından izləyir və öz təcrübəsini həmkarları ilə bölüşür. O, 2022/2023-cü illər mövsümündə Türkiyənin “Fomget” qadın komandası ilə ölkə çempionluğunu qazanıb.

Baş məşqçi səfər zamanı “Qaziantep Safir”in martın 24-də “Haymana”ya qarşı keçirəcəyi pley-off qarşılaşmasını da stadiondan izləyəcək. Həmin oyunda Azərbaycan milli komandasının futbolçuları da üz-üzə gələcək. Belə ki, Coşqunə Əliyeva “Qaziantep Safir”in, Aysun Muradova isə “Haymana”nın heyətində çıxış edir. Matçın qalibi Türkiyə Superliqasına vəsiqə qazanacaq.

II Liqada tur başladı

23 March 2026 at 19:23

Azərbaycan II Liqasında XIX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyunun günündə üç qarşılaşma baş tutub.

“Araz-Saatlı” öz meydanında “Quba”nı, “Dinamo” “Ağstafa Gəncləri”ni məğlub edib. “Şirvan” – “Şəki Siti” matçında isə qalib müəyyənləşməyib.

Azərbaycan II Liqası
XIX tur

“Araz Saatlı” – “Quba” 3:1
Qollar: 
E.Xəlilli, 38, 60, 63 – V.Cəfərov, 5

“Dinamo” – “Ağstafa Gəncləri” 3:1
Qollar: 
Y.Qarayev, 37, V.Seyidov, 44, 90+5 (pen) – Ə.Bağırov, 35

“Şirvan” – “Şəki Siti” 2:2
Qollar: 
Ç.Məmmədov, 59, E.Rəsulov, 89 – Z.Fərzəliyev, 47, 75

 

Milli komandalar üçün fərqli məkanlar

23 March 2026 at 16:39

Güləş üzrə Azərbaycan milli komandaları qarşıdan gələn mühüm yarışlara hazırlıqları davam etdirir.

Futbolpress.az xəbər verir ki, qadın güləşi üzrə yığmamız Göygöldə təlim-məşq toplanışı keçir. Martın 22-də start götürən hazırlıq prosesi aprelin 4-dək davam edəcək. Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 12 güləşçi iştirak edir.

Sərbəst güləş üzrə U20 millimiz də eyni məkanda toplanışı davam etdirir. Martın 15-də başlayan məşqlər 14 gün davam edəcək. Toplanışda böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında 20 güləşçi yer alıb.

Yunan-Roma güləşi üzrə U17 millimiz martın 15-dən Qazaxıstanın Almatı şəhərində Özbəkistan, Türkmənistan və Tacikistan komandalarıyla birgə toplanış keçir. Ayın 26-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov və Zöhrab Abbasovun rəhbərliyi altında 22 güləşçi iştirak edir.

Bu yaş qrupu üzrə sərbəst güləş komandamız isə Xaçmaza yollanacaq. Martın 27-dən aprelin 9-dək böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında 30 idmançı Xaçmaz Olimpiya İdman Kompleksində qarşıdakı yarışlara hazırlaşacaq.

Qrizmann MLS yolunda

23 March 2026 at 15:44

“Atletiko”nun futbolçusu Antuan Qrizmann karyerasını MLS-də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Fransalı hücumçu “Orlando Siti” ilə razılığa gəlib. Qrizmann yeni klubu ilə 2 illik müqavilə imzalayacaq.

Antuan bu mövsüm 43 oyunda 13 qol vurub, 4 məhsuldar ötürmə edib.

Milli üzvünün qardaşı “Liverpul” və “İnter”dən təklif alıb

23 March 2026 at 14:39

“Beşiktaş”ın futbolçusu Orkun Kökçü iki klubdan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. “Liverpul” və “İnter”dən təklif alan Orkun klublara “yox” cavabı verib.

Kökçü bu mövsüm 32 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün qardaşıdır.

“Elə etmək lazımdır ki, nə futbolçu itsin, nə məşqçi”

23 March 2026 at 14:00

“Neftçi”nin əvəzedici komandası liqada birinci sıradadır. “Ağ-qaralar” ikinci pillədəki “Sabah-2” ilə eyni xala sahibdir – 44 xal.

“Ağ-qaralar”ın baş məşqçisi Rəşad Abdullayevlə çempionat və digər məsələlər haqda söhbətləşdik. Mütəxəssis əvvəlcə Əvəzedicilər Liqasındakı rəqabətə toxundu:

“Əvəzedicilər Liqasında “üçlük”də ciddi mübarizə var. Bizdə hər il heyət dəyişir. Bu il oyuçu keyfiyyətində bir az fərq var. Məqsədimiz oyunçu yetişdirmək, komandada qələbə ruhunu saxlamaqdır. Çalışacağıq ki, mövsümü “üçlük”də bitirək. Həqiqiətən, bu il liqada rəqabət artıb. Demək olar, 4-5 komanda yuxarı sıralar uğrunda mübarizə aparır. Çalışırıq ki, ilk pillədə qalaq. Amma reallıq var. Hər şeyi nəzərə almalıyıq. Hər bir halda, “üçlük”də qalmağa çalışacağıq”.

Abdullayev zirvəyə şərik olan “Sabah”ın ikinciləri haqda danışdı:

“Sabah”ın heyətində legionerlər var. Ehtiyat oyunçular skamyası genişdir. Məşqçinin silahı əvəzetmələrdir. Onların təcrübəli oyunçuları var. Məsələn, məşqçi bir hissəni bir, digər hissəni isə ikinci heyətlə oynaya bilir. Təcrübəli futbolçuların da qoşulmasıya güc nisbəti dəyişir. Biz də əlimizdə olanlarla işləməyə çalışırıq. Gənc, potensiallı heyətimiz var. Son oyunlarda əzmkar qələbələr qazanırıq. Komandamız bunun hesabına birinci sıraya yüksəlib”.

Yeni mövsümdən Əvəzedicilər Liqasının ləğv olunması gündəmdədir. Bəzi klublar bunun lehinə, bəziləri isə əleyhinədir. Uzun müddət əvəzedici komandada işləyən Abdullayev liqanın qalmasından yanadır:

“Bu mövzu hər il gedir. Əvəzedicilər Liqasının yaşaması yaxşıdır. İkinci heyət vacibdir. “Neftçi” hər zaman əvəzedicilərin yarışlarının olmasının tərəfdarıdır. Liqa ləğv olunsa, futbolçuları, məşqçiləri itirə bilərik. Ona görə yaxşı fikirləşmək lazımdır. Elə etmək lazımdır ki, nə futbolçu itsin, nə məşqçi”.

Mütəxəssis liqanın faydalarından da danışdı:

“Bizdən əsas komandaya gedən futbolçular çoxdur. Eyni zamanda digər Premyer Liqa klublarından təkliflər alan oyunçularımız var. Ağadadaş, Rza, Murad son illərdə üzə çıxan yerli oyunçularımızdır. Hələ başqa klublarda nə qədər futbolçumuz var. Çalışmalıyıq ki, gəncləri Azərbaycan futboluna qazandıraq. Bu liqalar futbolçular üçün tramplin rolunu oynayır. Bunu ləğv etsələr belə, bu səviyyəyə uyğun nəsə yaradılmalıdır. Çünki bu komandalar gənclərin əsas komandaya yüksəlməsində müstəsna rol oynayır”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

 

18 yaşlı futbolçu vəfat etdi

23 March 2026 at 13:18

Kolumbiyanın “Milyonarios” klubunun futbolçusu Santyaqo Kastrilyon vəfat edib.

Futbolpress.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi martın 22-də oyun zamanı huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Santyaqo “Milyonarios” klubunun akademiyasının ən istedadlı futbolçularından hesab edilirdi. O, 18 yaşında əsas komandaya qədər yüksəlməyi bacarmışdı.

Azərbaycan boksçuları Macarıstanda 4 medal qazandı

23 March 2026 at 12:30

Macarıstanın Debretsen şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi 19 ölkənin qatıldığı yarışda 2 gümüş və 2 bürünc medal qazanıb.

Komandamızın heyətində Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutub. Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurub.

Akademiyalara ziyarətin ilk mərhələsi yekunlaşdı

23 March 2026 at 12:00

“Ehtiyacların təhlili və dəstək prosesi” çəçivəsinin ilk mərhələsi olan Misli Premyer Liqası klublarının akademiyalarına 2026-cı il üzrə yerində ziyarət, geribildirim və fərdi qiymətləndirmə prosesi yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, klub akademiyalarının inkişafı üzrə məşqçi mütəxəssis-koordinator olan AFFA nümayəndəsi Sərxan Hüseynov tərəfindən geribildirim hesabatları klubların bir qisminə yerində ziyarət olunaraq, digər akademiyalarla isə onlayn formatda təqdimat və müzakirə sessiyaları şəklində təşkil edilib.

Ziyarətlərin və hesabatların məqsədi AFFA-nın növbəti mövsümdən tətbiq edəcəyi “5-Ulduz Akademiya İnkişaf Modeli” çərçivəsində akademiya və futbol məktəblərinin müxtəlif sahələr üzrə cari vəziyyətini qiymətləndirmək olub.

Hər bir akademiya ilə fərdi təqdimat, mövcud vəziyyətin şəffaf təhlili, güclü tərəflərin vurğulanması, inkişafa ehtiyacı olan istiqamətlər üzrə detallı geribildirim və növbəti addımların müzakirəsi həyata keçirilib. Ziyarətlər nəticəsində müəyyən edilən ehtiyaclara və akademiya rəhbərlərindən alınan geribildirimlərə uyğun olaraq AFFA tərəfindən klub akademiyalarına dəstək tədbirlərinin təqdim edilməsi planlaşdırılır.

Bu proses təkcə qiymətləndirmə deyil, həm də akademiyaların inkişafı üçün praktik dəstək mexanizmi yaratmağı hədəfləyir. Məqsəd Azərbaycan futbolunun bazasını təşkil edən uşaq və gənclər sisteminin uzunmüddətli, dayanıqlı və peşəkar şəkildə inkişaf etdirilməsidir.

Osimhen Türkiyədə klub alacaq

23 March 2026 at 09:11

“Qalatasaray”ın futbolçusu Viktor Osimhen Türkiyədə klub alacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə Afrika mətbuatı məlumat yayıb. Nigeriyalı hücumçu “İstanbulspor”un səhmlərini almaq üçün danışıqlara başlayıb.

“İstanbulspor” Türkiyə I Liqasında mübarizə aparır. Komanda çempionatda 32 turdan sonra 39 xalla 16-cı sıradadır.

Madrid derbisində “Real” sevindi

23 March 2026 at 02:09

İspaniya La Liqasında XXIX turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, turun mərkəzi görüşü Madriddə baş tutub.

“Real” burda əzəli rəqibi “Atletiko”nu qəbul edib. 5 qolun vurulduğu matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Real”ın qollarını Vinisius Junior (2) və Federiko Valverde vurub. “Atletiko”da isə Ademola Lukman və Nahuel Molina fərqlənib.

“Real” 29 turdan sonra 69 xalla ikinci sıradadır. “Atletiko” isə 57 xalla 4-cüdür.

Liqa Kubokunu “Mançester Siti” qazandı

23 March 2026 at 00:00

İngiltərə Liqa Kubokunun qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Mançester Siti” və “Arsenal” üz-üzə gəlib. Görüş “şəhərlilər”in qələbəsiylə başa çatıb – 2:0.

Qolları Niko Orayli vurub.

“Mançester Siti” tarixində 9-cu dəfə Liqa Kubokunu qazanıb.

“Liverpul” Salaha əvəzləyici tapdı

22 March 2026 at 12:30

“Liverpul” misirli hücumçu Məhəmməd Salaha əvəzləyici tapıb.

Futbolpress.az xəbər verir ki, “qırmızılar” “Bavariya”nın vingeri Maykl Olisi transfer etmək istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Olis bu mövsüm 38 oyunda 15 qol vurub, 27 məhsuldar ötürmə edib. Onun “transfermarkt”də dəyəri 140 milyon avrodur.

Millinin sabiq futbolçusu karyerasını bitirdi

22 March 2026 at 11:38

Bolqarıstan millisinin sabiq futbolçusu İvelin Popov karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi “RB Sport”a açıqlamasında deyib.

Popovun son klubu ölkəsində “Arda” olub.

Yarımmüdafiəçi 2016/17 mövsümündə “Spartak”ın heyətində Rusiya çempionu adını qazanıb.

Popov milli komandada  90 oyunda 16 qol vurub.

Hansı oyun, hansı kanalda? – TV

22 March 2026 at 10:48

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Rusiya, Premyer Liqa
14:45 Orenburq – Spartak Moskva (Matç Premyer)
17:00 Dinamo Moskva – Zenit (Matç TV)
17:30 Krılya Sovetov – Rubin (Matç Premyer)
20:00 Lokomotiv Moskva – Akron (Matç Premyer, Matç TV)

İtaliya, A Seriyası
15:30 Komo – Piza (Futbol 1)
18:00 Bolonya – Latsio (Futbol 1)
18:00 Atalanta – Verona (Futbol 3)
21:00 Roma – Leççe (Futbol 1)
23:45 Fiorentina – İnter (Futbol 1)

İngiltərə, Premyer Liqa
16:00 Nyukasl – Sanderlend (beİN Sports 3)
18:15 Aston Villa – Vest Hem (beİN Sports 3)

İspaniya, La Liqa
17:00 Barselona – Rayo Valyekano (İdman TV)
19:15 Selta – Alaves (İdman TV)
21:30 Atletik – Betis (İdman TV)
00:00 Real – Atletiko (İdman TV, Futbol 2, Matç TV)

“Turan Tovuz” büdrəmədi, “Qəbələ”nin enişi davam edir

22 March 2026 at 10:00

“Turan Tovuz” Misli Premyer Liqasının XXV turunda “Qəbələ”ni məğlub edib – 3:2.

Qələbə sayəsində xallarını 48-ə çatdıran tovuzlular 4-cü pillədəki “Zirə” ilə 6 xallıq fərqi qorudu. Kurban Berdıyevin yetirmələri milli fasiləyə müsbət ab-havada yollandı.

“Qəbələ” isə “Kəpəz”in qazandığı turda vacib xallar itirdi. Artıq komandalar arasındakı xal fərqi 6-ya yüksəlib və Gəncə təmsilçisi liqada qalmaq yolunda böyük addım atıb. “Kəpəz” turnir cədvəlinin sonuncusu “Karvan-Yevlax”ı da 13 xal qabaqlayır və autsayderin qarşıdakı müddətdə bu fərqi qapaması inandırıcı deyil. Həm nəticələr, həm komandanın sərgilədiyi oyun buna ümid vermir.

“Qəbələ” isə son turlarda eniş yaşayır. “Sabah”a 1:7 hesablı məğlubiyyətdən sonra “Neftçi”yə 1:3 uduzan “qırmızı-qaralar” Tovuz təmsilçisindən də 3 qol buraxıb. Kaxaber Sxadadzenin ardıcıl üçüncü məğlubiyyəti yaşaması, komandanın “qara zolağ”a düşməsi azarkeşlərin də narazılığına səbəb olur. Son turlardakı matçlarda mütəxəssisi istefaya səsləyən fanatlar haqlı etirazlarını bildirir.

Hər bir halda, qarşıda 9 tur var və “aşağı”da liqada qalmaq yarışı fərqli mənzərəyə çevrilə bilər.

Şahin Cəfərov

MLS-də debüt edən ilk azərbaycanlı

22 March 2026 at 09:24

Azərbaycanlı futbolçu Nəriman Axundzadə MLS-də debüt edib.

Futbolpress.az xəbər verir ki, “Kolumbus Kryu”da çıxış edən forvard “Toronto” ilə matçda ikinci hissədə – 88-ci dəqiqədə meydana çıxıb. Görüş “Kolumbus Kryu”nun məğlubiyyəti ilə başa çatıb – 1:2.

Nəriman MLS-də debüt edən ilk azərbaycanlı futbolçudur.

Berdıyev: “Vacib və çətin qələbə oldu”

21 March 2026 at 19:52

Misli Premyer Liqasının XXV turunun “Turan Tovuz” – “Qəbələ” oyunundan (3:2) sonra Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Çətin oyun və çətin qələbə oldu. Oyuna yaxşı başlamışdıq. Birinci hissənin ikinci yarısından etibarən təşəbbüsü rəqibə verdik. İkinci hissəni bütövlükdə yaxşı oynadıq. Hesabı bir qədər də artıra bilərdik. Çox vacib və çətin qələbə oldu”.

“Qorxmuram, cavab verməyə hazıram” – Sxadadze

21 March 2026 at 19:49

Misli Premyer Liqasının XXV turunun “Turan Tovuz” – “Qəbələ” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çox axmaq qollar buraxırıq. “Neftçi” ilə oyunu yada salsaq, həmin oyunda da cərimə meydançasında bizim 4, onların 1 futbolçusu var idi. Lakin çox asan qol buraxdıq. Azarkeşləri də başa düşürəm. Təbii ki, nəticəyə baş məşqçi cavabdehdir. Mən də qorxmuram, cavab verməyə hazıram. Rəqiblərə bütün komponentlərdə uduzmuruq. Sadəcə bəzi məqamlarda diqqət əskikliyi olur. Liqada son mərhələyə başlayacağıq. Daha yaxşı olmağa çalışacağıq.

– Futbolçularda psixoloji baxımdan problem olduğu görsənir. Baş məşqçi kimi bu problemi aradan qaldırmaq üçün hansı addımı atmağı düşünürsünüz?
– Təbii ki, komanda uduzanda üzərimizdə daha çox təzyiq olur. Son ay yarımda 11 oyun keçirdik. Bu gərginlikdə matçlar keçirmək oyunçularda psixoloji problem yaratmışdı. Daha güclü olmalıyıq. Qışdan sonra daha yaxşı oynayırdıq. Lakin nəticə qazanmaqda çətinlik çəkirik. Qarşıda fasilə var. Bu vaxtdan istifadə etməyə çalışacağıq.

“Liverpul”da Salah şoku

21 March 2026 at 16:37

“Liverpul”un futbolçusu Məhəmməd Salah zədələnib.

Futbolpress.az xəbər verir ki, misirli hücumçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Qalatasaray”la oyununda xəsarət alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Salah azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

33 yaşlı hücumçu bu mövsüm 34 oyunda 10 qol vurub.

“Turan Tovuz” – “Qəbələ”: heyətlər

21 March 2026 at 15:12

“Turan Tovuz” Misli Premyer Liqasının XXV turunda bu gün “Qəbələ” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Turan Tovuz”: 41. Sergey Samok, 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 32. Hayderson Hurtado (k) 7. Xorxe Silva 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 15. Emmanuel Hakman 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

“Qəbələ”:  1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 7. Turan Manafov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 8. Sambu Sissoko
Baş məşqçi: Kaxaber Sxadadze

 

İngiltərə klubundan 999 illik müqavilə

21 March 2026 at 14:20

İngiltərənin “Milluol” klubu ev oyunlarını keçirdiyi “The Den” stadionunu 999 illik icarəyə götürüb.

Futbolpress.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klub 3035-ci ilə qədər “The Den” arenada matçlarını keçirəcək.

Stadion 1993-cü ildə istifadəyə verilib. “Milluoll” həmin ildən oyunlarını burda keçirir.

Ronaldo milliyə niyə çağırılmayıb?

21 March 2026 at 13:26

“Əl Nəsr”in futbolçusu Kriştiano Ronaldo Portuqaliya yığmasına dəvət almayıb.

Futbolpress.az xəbər verir ki, o, zədə səbəbindən millinin Meksika və ABŞ ilə keçirəcəyi yoldaşlıq oyunlarında iştirak etməyəcək.

Ronaldo bir neçə həftə əvvəl zədələnib. O, “Əl Nəsr”in “Əl Xalic” və “Neom” ilə matçlarında meydana çıxmayıb.

Əsgərov türklərlə yunanların duelində

21 March 2026 at 12:45

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis qadınlar arasında Avropa Kubokunun 1/4 mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor” – PAOK görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu martın 22-də Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman kompleksində keçiriləcək.

Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Hansı oyun, hansı kanalda? – TV

21 March 2026 at 12:02

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

21 mart

Rusiya, Premyer Liqa
14:45 Axmat – Rostov (Matç Premyer)
17:00 ÇSKA – Dinamo Mahaçqala (Matç Premyer)
19:15 Krasnodar – Pari NN (Matç Premyer)
21:30 Baltika – Soçi (Matç Premyer)

Azərbaycan, Premyer Liqa
16:00 Turan Tovuz – Qəbələ (CBC Sport, İdman TV)

İspaniya, La Liqa
17:00 Elçe – Malyorka (Futbol 2)
21:30 Osasuna – Jirona (Futbol 2)
00:00 Sevilya – Valensiya (İdman TV, Futbol 2)

İtaliya, A Seriyası
18:00 Parma – Kremoneze (Futbol 1)
21:00 Milan – Torino (Futbol 1)
23:45 Yuventus – Sassuolo (Futbol 1)

Almaniya, Bundesliqa
18:30 Bayern – Union Berlin (S Sport+)
21:30 Borussiya D – Hamburq (S Sport+)

İngiltərə, Premyer Liqa
16:30 Brayton – Liverpul (beİN Sports 3)
19:00 Fulhem – Bernli (İdman TV)
21:30 Everton – Çelsi (İdman TV)
00:00 Lids – Brentford (beİN Sports 3)

“Turan Tovuz”dan çətin qələbə

21 March 2026 at 18:00

Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçirilib. “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gəlib. Matç tovuzlular ın qələbəsiylə başa çatıb.

Misli Premyer Liqası
XXV tur

21 mart

16:00 Turan Tovuz – Qəbələ 3:2
Qollar:
H.Hurtado, 3, 49, Jo, 59 – Eşqin Əhmədov, 27, Miller, 90+7 (avtoqol)
Baş hakim: Kamal Umudlu

❌
❌