Normal view

Today — 11 March 2026FutbolPress.Az

Salah “Liverpul”un tarixinə düşdü

11 March 2026 at 22:13

Misirli futbolçu Məhəmməd Salah “Liverpul”un tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, o, “qırmızılar”ın heyətində Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu adını qazanıb.

“Qalatasaray”la 1/8 final mərhələsinin ilk matçı (0:1) Salahın “Liverpul” formasıyla turnirdəki 81-ci oyunu olub.

Bundan əvvəlki rekordçu 80 oyunla Ceymi Karrager idi.

AFFA veteran futbolçuya vəzifə verdi

11 March 2026 at 19:28

AFFA-nın Elit-Məşq layihəsinin yeni direktoru məlum olub.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, bu post Mirbağır İsayevə həvalə olunub .

Bunadək layihənin direktoru Yunis Hüseynov idi.

İsayev ilə AFFA arasında bu gün müqavilə imzalanıb.

Mütəxəssis “Səbail”də akademiya koordinatoru vəzifəsini icra edirdi. O, daha əvvəl “Neftçi”ni əsas və gənclərdən ibarət, “Kəpəz”in isə əsas komandasını, həmçinin Azərbaycanın U-17 yığmasını çalışdırb.

Şahin Cəfərov

Rəhim Həsənovdan mübahisəli epizodlara şərh – VİDEO

11 March 2026 at 19:20

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXIII turunun və Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunlarındakı mübahisəli qərarları şərh edib.

Futbolpress.az xəbər verir ki, sədr qərarların düzgün olduğunu bildirib.

Slot: “Atmosferdən təsirlənən tək biz olmamışıq”

11 March 2026 at 18:50

“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasında “Qalatasaray”a uduzduqları görüşü şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Standart vəziyyətlər zamanı hər faulda hakim “Qalatasaray”ın lehinə qərar verirdi. Ləğv olunan qolumuzdan öncə də Van Daykı formasından çəkirdilər. Lakin qərar fərqli oldu. Gördük ki, atmosferdən təsirlənən tək biz olmamışıq”.

Komandalar arasndakı cavab oyunu martın 18-də olacaq.

FIFA Türkiyə klubunu növbəti dəfə cəzalandırdı

11 March 2026 at 18:19

FIFA İntizam Komitəsi Türkiyənin “Adana Demirspor” klubunu növbəti dəfə cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, I Liqa təmsilçisi maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün daha 6 xaldan məhrum olub.

“Adana Demirspor” -51 xalla liqada sonuncudur. Klubun yarışı tərk etməsi dəqiqləşib.

Legioneri Azərbaycan klubundan ayrıldı

11 March 2026 at 17:45

“Lənkəran” basketbol klubu Nmeso Nnebedum ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mövsümün əvvəlində kluba qoşulan amerikalı düşərgəni öz istəyi ilə tərk edib.

Qeyd edək ki, “Lənkəran” 24 yaşlı basketbolçunun ilk peşəkar klubu olub.

İran millisi dünya çempionatından imtina etdi

11 March 2026 at 17:30

İran millisi bu yay ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi dünya çempionatında iştirakdan imtina edib.

Futbolpress.az xəbər verir ki, bu barədə İranın İdman Naziri Əhməd Donyamali yerli mətbuata açıqlamasında deyib. O, yığmanın mundialda iştirak etməyəcəyini bildirib.

İran millisini kimin əvəzləyəcəyi məlum deyil.

Bu qərar bir neçə gündür İran ilə ABŞ arasında baş verən hərbi gərginliklə bağlıdır.

“Sabah”ın şikayəti təmin edilmədi, Berdıyevin cəzası azaldıldı

11 March 2026 at 17:12

Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Sabah” klubunun sabiq qapıçısı Yusif İmanovla bağlı etdiyi şikayət təmin edilməyib.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin kubokda “Kəpəz”lə matçda aldığı qırmızı vərəqəyə görə verilən 4 oyunluq cəzası 3-ə endirilib.

Qərarları təqdim edirik…

“Sabah” Futbol Klubunun Oyunçuların Statusu və Transferi Komitəsinin 3 dekabr 2025-ci il tarixli 8604 saylı Qərarından verilmiş şikayətə baxılmasına dair:
1. “Sabah” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. Oyunçuların Statusu və Transferi Komitəsinin “Yusif İmanov – Sabah Futbol Klubu” işi ilə əlaqədar qəbul etdiyi 3 dekabr 2025-ci il tarixli 8604 saylı Qərarı öz qüvvəsində saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

“Turan Tovuz” Peşəkar Futbol Klubunun Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü çərçivəsində “Turan Tovuz” – “Kəpəz” oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:
1. “Turan Tovuz” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 5 fevral 2026-cı il tarixində Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü “Turan Tovuz” – “Kəpəz” oyununun 64-cü dəqiqəsində “Turan Tovuz” komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyuna buraxılmaması və “Turan Tovuz” komandasının 10000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin 11 fevral 2026-cı il tarixli qərarı ləğv edilsin.
3. Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 2-ci maddəsinə uyğun olaraq “Turan Tovuz” komandasının baş məşqçisi Kurban Berdiyevin əməlləri İntizam Məcəlləsinin 53.1-ci maddəsi ilə tövsif edilsin və Kurban Berdiyevə 3 oyun oyuna buraxılmama, “Turan Tovuz” komandasına isə 6000 manat cərimə cəzası tətbiq edilsin.
4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

“Mingəçevir” Futbol Klubunun (I Liqa) “Şəfa” – “Mingəçevir” oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:
1. “Mingəçevir” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
2. 19 fevral 2026-cı il tarixində I Liqada XV turun “Şəfa” – “Mingəçevir” oyununun 45-ci dəqiqəsində “Mingəçevir” komandasının baş məşqçisi Ramiz Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 4 oyuna buraxılmaması barədə İntizam Komitəsinin 20 fevral 2026-cı il tarixli qərarı ilə nəzərdə tutulmuş 4 oyunluq cəzanın 1 oyunu İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınsın və 6 aylıq sınaq müddəti təyin edilsin.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

“Biləsuvar” Futbol Klubunun AFFA İntizam Komitəsinin 11 fevral 2026-ci il tarixli qərarından verilmiş şikayətə baxılamsına dair:
1. “Biləsuvar” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
2. 8 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Biləsuvar FK-Viləş PFK oyununda Biləsuvar FK komandasının heyətində 12 nömrəli futbolçu Emil Həsənzadənin qarşılaşmanın 26-cı dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmaması ilə bağlı İntizam Komitəsinin 11 fevral 2026-cı il tarixli qərarı ləğv edilsin.
3. AFFA İntizam Məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulmuş ədalətlilik və mütənasiblik prinsiplərinin təmin edilməsi məqsədi ilə Emil Həsənzadə ilə bağlı İntizam Məcəlləsinin 52.3-cü maddəsində göstərilən intizam pozuntusu ilə əlaqədar İntizam Məcəlləsinin 44.1-ci maddəsində nəzərdə tutulmuş cəza tədbiri seçilməklə Emil Həsənzadəyə növbəti 2 oyun müddətinə oyuna buraxılmama cəzası tətbiq olunsun.
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Firuddin Əmirxanovun Oyunçuların Statusu və Transfer Komitəsinin 16 fevral 2026-cı il tarixli, 8613 nömrəli qərarından verilmiş Şikayətinə baxılmasına dair.
1. Firuddin Əmirxanov tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. Oyunçuların Statusu və Transfer Komitəsinin 16 fevral 2026-cı il tarixli, 8613 nömrəli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Türkiyə Kuboku: “Fənərbağça” və “Qalatasaray”ın rəqibi bilindi

11 March 2026 at 16:45

Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” 1/4 finalda “Gənclərbirliyi”, “Fənərbağça” isə “Konyaspor”la qarşılaşacaq. “Beşiktaş”ın rəqibi “Alanyaspor” olacaq. “Trabzonspor” isə yarımfinal yolunda “Samsunspor”la üz-üzə gələcək.

Türkiyə Kuboku
1/4 final mərhələsi

Beşiktaş – Alanyaspor
Konyaspor – Fənərbağça
Qalatasaray – Gənclərbirliyi
Samsunspor – Trabzonspor

Yarımfinal

Qalatasaray – Gənclərbirliyi / Samsunspor – Trabzonspor
Konyaspor – Fənərbağça / Beşiktaş – Alanyaspor

Azərbaycanda keçiriləcək “FIFA Series – 2026”nın biletləri satışda

11 March 2026 at 16:26

Azərbaycanda keçiriləcək “FIFA Series – 2026”nın oyunlarına biletlər satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya millilərinin iştirakı ilə təşkil olunacaq turnirin martın 27-də baş tutacaq ilk matçlarına bilet satışı “https://iticket.az/” vasitəsi ilə həyata keçirilir.

Azərbaycan ilk oyunu martın 27-də Sent Lüsiya millisinə qarşı keçirəcək.

 

“Qarabağ” braziliyalı müdafiəçi ilə maraqlanır

11 March 2026 at 16:14

“Qarabağ” Braziliyanın “Sport Resife” klubunda çıxış edən Marselo Ayulu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. “Atlılar” müdafiəçi üçün rəsmi təklif göndərsə də, qarşı tərəf bunu qəbul etməyib.

23 yaşlı futbolçu 2023-cü ildən “Sport Resife”də çıxış edir. Onun “transfermarkt”da dəyəri 100 min avrodur.

Argentinalı futbolçu “Tottenhem”dən ayrıla bilər

11 March 2026 at 15:49

Argentinalı futbolçu Kristian Romero yayda “Tottenhem”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Yayda heyətdə ciddi dəyişikliklər etməyi düşünən London klubu Romeron satışa çıxaracaq. Argentinalı futbolçu da klubdan ayrılmağa müsbət yanaşır.

27 yaşlı müdafiəçi bu mövsüm 29 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Əvəzedicilər” də cərimələndi

11 March 2026 at 15:21

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

9 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XIX turun “Sabah-2” – “Sumqayıt-2” oyununda “Sabah-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

9 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XIX turun “Sabah-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

9 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XIX turun “Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

9 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XIX turun “Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1).

Forma qalmaqalı texniki məğlubiyyətlə nəticələndi

11 March 2026 at 15:00

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqada XVII turda baş tutmayan “Şəmkir” – “Xankəndi” oyunu ilə bağlı cəzalar verilib.

“Şəmkir” komandasına Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Azarkeşləri “Neftçi”ni 23 min manat ziyana saldı

11 March 2026 at 14:49

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

8 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Şamaxı” – “İmişli” oyununda “İmişli” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.10;

9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Zirə” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” komandası 15000 manat cərimə edilsin (maddə 52.6);

9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

“Qarabağ” – “Sabah” oyunundakı qalmaqalla bağlı cəzalar açıqlandı

11 March 2026 at 14:26

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXII turunun “Qarabağ” – “Sabah” matçında yaşanan qalmaqalla bağlı aşağıdakı qərarlar qəbul edilib:

1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Sabah” komandasının məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyun oyuna buraxılmasın, “Sabah” komandası 15000 manat cərimə edilsin (maddə 52.4)

1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasının məşqçisi Müşfiq Hüseynov kütləvi davada iştirak etdiyinə görə 6 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 48.2);

1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasının məşqçisi Zaur Tağızadə kütləvi davada iştirak etdiyinə görə 6 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 48.2);

Qazaxlar “Sabah”ın qapıçısına təklif göndərib

11 March 2026 at 14:23

“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstandan təklif alıb.

Futbolpress.az xəbər verir ki, “Aktobe” klubu qolkiperi transfer etmək istəyib. Bu barədə “sports.kz” saytı məlumat yayıb. “Aktobe”nin idman direktoru Marat Xayrulin Pokatilovla danışdığını və razılığa gələ bilmədiklərini söyləyib.

Qazaxıstanlı qapıçı 2024-cü ildən “Sabah”da çıxış edir. Onun klubla müqaviləsi mövsümün sonuna kimidir.

Jorgenin təyinatı haqda: “Onu tanımıram, ancaq xeyir-dua verə bilərəm”

11 March 2026 at 14:12

Azərbaycanın U-20 millisinin “sükanı” Rui Jorgeyə tapşırılıb. Portuqaliyalı mütəxəssis son olaraq Portuqaliyanın U-21 yığmasına rəhbərlik edib. O, 2010-2025-ci illərdə yığmanı çalışdırıb.

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovla Jorgenin təyinatı haqda söhbətləşdik:

– Ağasəlim müəllim, U-20 yığması Jorjeyə tapşırıldı. Təyinatla bağlı fikirləriniz nədir?
– Nə olsun? Xeyir-dua verə bilərəm.

– Uzun illərdə ölkəsinin yığmasında çalışıb. Sizcə, uğurlu seçimdir?
– Nə deyim? Mən tanımıram. Klublarda işləməyib. Ancaq saytlardan da oxudum ki, ölkəsinin komandasında çalışıb.

– Azərbaycanın aşağı yaş komandalarında problemlər var. Jorje yaxşı komanda formalaşdıra biləcək?
– İşləsin, sonra biləcəyik. Yerli futbolçuların durumu göz qabağındadır. Uzun müddət Portuqaliyanın U-21 yığmasına rəhbərlik edibsə, deməli, nəsə yaxşı iş görə bilir.

– Yerli mütəxəssislər qala-qala onun təyinatı yerində qərardırmı?
– Bu başqa mövzudur. Danışmaq istəmirəm. İndiki məqamda ona ancaq xeyir-dua verə bilərəm.

Şahin Cəfərov

“Tottenhem” üçün doğru ad olduğumu düşünürəm”

11 March 2026 at 13:51

“Tottenhem”in baş məşqçisi İqor Tudor açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis klubdan ayrılacağı iddiaları ilə bağlı danışıb:

“Tottenhem” üçün doğru ad olduğumu düşünürəm. Çoxlu problemlər var və bunu açıqlamaq asan deyil. Bu məsələləri daxildə həll etməliyik. Mediaya bunlardan danışmayacam”.

“Tottenhem” Çempionlar Liqasında 1/8 finalda ilk oyunda “Atletiko”ya 2:5 hesabıyla uduzub.

“Qalatasaray”ın futbolçusu Ançelottinin “radar”ında

11 March 2026 at 13:24

“Qalatasaray”ın futbolçusu Qabriel Sara Braziliya yığmasına çağırıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Millinin baş məşqçisi Karlo Ançelotti zədəli Bruno Gimarayşın əvəzinə Saranı heyətə daxil etməyi düşünür.

Qabriel bu mövsüm “Qalatasaray” formasıyla 37 oyunda 6 qol vurub.

Liderin Şamaxı səfəri

11 March 2026 at 12:53

Bu gün Azərbaycan I Liqasında XVIII tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Lider “Şəfa” səfərdə “Şimal” ilə qarşılaşacaq.

Turun digər oyunları 12 və13 martda olacaq.

Azərbaycan I Liqası
XVIII tur

11 mart

15:00 Şimal – Şəfa
Şamaxı OİK stadionu

Strateji Kommunikasiyalar üzrə seminar keçirildi

11 March 2026 at 12:32

Bakıda yerləşən “Wyndham Garden Baku” otelinin toplantı zalında UEFA Milli Assosiasiyaların Kommunikasiyalar Bölməsi tərəfindən milli assosiasiyalara öz potensiallarını həyata keçirməyə kömək etmək üçün UEFA Grow proqramı çərçivəsində Strateji Kommunikasiyalar üzrə seminar təşkil olunub.

Futbolpress.az xəbər verir ki, iki gün davam edən tədbirdə strateji kommunikasiyanın vacibliyi, maraqlı tərəflərin auditi və komanda potensialının qiymətləndirilməsi, AFFA-nın imic və reputasiyasının gücləndirilməsi, strateji prioritetlərin kommunikasiya baxımından planlaşdırılması, hədəf auditoriyaların müəyyənləşdirilməsi, əsas mesajların formalaşdırılması məsələləri ilə bağlı müzakirələr aparılıb.

Seminar çərçivəsində beynəlxalq turnirlərə ev sahibliyi edən AFFA və Azərbaycan üçün kommunikasiya yanaşmaları, turnirin təşkili, təşviqi və irs kommunikasiyası müzakirə olunub.

Bununla yanaşı, iştirakçılar üçün interaktiv qrup işləri təşkil olunub, müvafiq mövzular üzrə fikir mübadiləsi aparılıb və praktiki yanaşmalar müzakirə edilib. Qrup müzakirələri zamanı yerli təcrübə, beynəlxalq yanaşmalar və inkişaf imkanları əsas diqqət mərkəzində saxlanılıb.

“Şamaxı”dan legioner transferi

11 March 2026 at 12:12

“Şamaxı” heyətini daha bir futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “şirlər” portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fransisko Fernandesi heyətinə qatıb.

25 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Qrizmanndan adının MLS klubu ilə hallanmasına münasibət

11 March 2026 at 11:34

Adı MLS klubu “Orlando” ilə hallanan Antuan Qrizmann açıqlama verib.

Futbolpress.az xəbər verir ki, fransalı hücumçu bununla bağlı Çempionlar Liqasında “Tottenhem”lə matçdan sonra yerli mətbuata danışan zaman deyib:

“Atletiko”da xoşbəxtəm və burda olmaqdan böyük zövq alıram. Məqsədim Çempionlar Liqasında finala çıxmaq və “Atletiko” ilə kubok qazanmaqdır”.

Daha əvvəl Qrizmannın “Orlando” ilə danışıq apardığı bildirilib.

İtaliya klubu Silva üçün danışıqlara başladı

11 March 2026 at 11:21

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı açıqlanan Bernardo Silva karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Turin klubunun nümayəndələrinin oyunçunun meneceri ilə görüşdüyü bildirilib.

Silva ilə Türkiyənin “Qalatasaray”, Portuqaliyanın “Benfika”, ABŞ-nin “İnter Mayami” klubları da maraqlanır.

31 yaşlı futbolçu bu mövsüm 38 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.

“Sabah” iki rekordu təkrarladı

11 March 2026 at 10:59

“Sabah” Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, Bakı klubu Misli Premyer Liqasının XXIII turunda “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.

Bu, həm də ən böyük fərqli qələbəsinin təkrarı olub. 2022-ci il dekabrın 23-də “Sumqayıt”ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər. Həmin matç da Premyer Liqa çərçivəsində baş tutub. 2022/23 mövsümündə səfərdə 6 top fərqi ilə qalib gələn “Sabah” eyni uğuru evdə təkrarlayıb.

“Sabah” Premyer Liqanın cari mövsümünün ən böyük qələbəsinin də rekordunu təkrarlayıb. XXIII turun bir gün əvvəlki matçında “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etmişdi. Bu rekordu təkrarlayan paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə Premyer Liqa görüşündə bu qədər qol vurub.

Zubir və Emindən sonra Mikels də bu siyahıya düşdü

11 March 2026 at 10:39

Coy Lens Mikels Premyer Liqada 50-ci qolunu vurub.

Futbolpress.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXIII turunun “Qəbələ” ilə matçına (7:1) təsadüf edib. Dubla imza atan almaniyalı hücumçu qol sayını 50-yə çatdırıb.

Azərbaycanda yalnız “Sabah”da forma geyinən Mikels 50-ci qolunu 102-ci oyununda vurub.

O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olub.

Almaniyalı futbolçu 2021/22 mövsümündə 11, növbəti çempionatda 17, 2023/24 mövsümündə 1, ötən turnirdə 9 dəfə fərqlənib. O, cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb.

Hansı oyun, hansı kanalda? – TV

11 March 2026 at 10:27

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

11 mart

Çempionlar Liqası
21:45 Bayer – Arsenal (İctimai TV)
00:00 PSJ – Çelsi (İctimai TV)
00:00 Real – Mançester Siti (CBC Sport)

Sekidika: “Bizim üçün vacib olan budur”

11 March 2026 at 10:19

Cesse Sekidika “Sabah”da 100-cü oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, hücumçunun yubileyi “Qəbələ” ilə Misli Premyer Liqasının XXIII tur matçına təsadüf edib. Görüş “Sabah”ın 7:1 hesablı qələbəsiylə başa çatıb və Sekidika qələbəyə bir qolla töhfə verib.

Hücumçu matçdan sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Sabah”ın futbolçusu Cesse Sekidika

“Möhtəşəm hisslərdir. Açığı, bunun mənim 100-cü oyunum olduğunu bilmirdim. Amma 100-cü oyunda qol vurmaq möhtəşəmdir.

Oynayan oyunçular, ehtiyatda qalanlar hamı bir komanda kimidir. Bizim üçün vacib olan budur. Birlikdə qalırıq və belə davam edirik”.

Maksim’um… minimum – ARAŞDIRMA

11 March 2026 at 10:00

“Qarabağ”ın işləri kontinentaldır. Ya çox yaxşıdır, ya çox pis. Orta yoxdur sanki.

Məsələn, əsas komanda çox yaxşıdır, möhtəşəm nəticələrə nail olub. Ancaq əvəzedicilər (çox) pis.

“Atlılar”ın şinelindən çıxan Maksim Medvedyev karyerasını bitirən kimi məşqçi kurslarına yazıldı, qısa müddətdə doğma klubun akademiyasında – U-14-də, sonra da əvəzedicilərin “sükanında” peyda oldu.

Maksimə qədər də bu komandanın əvəzediciləri ürəkaçan nəticələrlə fərqlənmirdi.

Cari mövsümün 19 turu geridə qalıb, 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Bu, ortabab deyilə biləcək vəziyyət də deyil. 4-cü yerdəki “Qəbələ 2” ilə 12 xal (!) fərq var. Sona 8 tur qalmış bu fərqin aradan qalxacağı da, əvəzedicilərdən əsas heyətə kiminsə qalxacağı da inandırıcı görünmür.

Özündən imkanca zəif “Qəbələ 2” və “Zirə 2”ni irəli buraxan əvəzedici “atlılar” pis tendensiyanı illərdir ki, aradan qaldıra bilmir.

Ümumiyyətlə, ölkə futbolunda son 10 ilə damğasını vurmuş, dominantlıq edən “Qarabağ”ın əvəzedicilərdən ibarət heyətinə diqqət yetirək:

67. Teymur Həsənov
42. Mahmud Ağayev (k)
93. Əşrəf Ələkbərli
80. Bəhruz Qurbanlı
91. Elton Mikayılov
76. Nicat Xasıyev
37. Əli İbrahim
74. Səbuhi Niftiyev
71. Məsud Əlişanlı
47. Mehdi Mütəllimli
39. Eltun Babazadə
49. Əli Bəşirov
48. Əliəkbər Rzazadə
32. Hikmət Cəbrayılzadə
26. Amin Rzayev
12. Nicat Məmmədzadə
23. Tofiq Bayramov
33. Uğur Səfərov
66. Hacı İbrahim
28. Allahverdi Rəhimov
70. Murad Məmmədov
25. Cavid Məlikov

Ən güclü komandamızın əvəzedicilərində çıxış edən “parlamaqda olan ad” gördünüzmü?

Fikrimcə, hətta əksəriniz heyətin 90-95%-ni tanımadınız (Bu mərəz bütün klublara şamil olunur).

Bəs bu vacibdirmi?

Azərbaycan futbolunda əsas fəlsəfə klubların maliyyə qazanması deyil, milli komanda üçün adların üzə çıxarılmasıdır.

Bunun üçün ən böyük tramplin əvəzedicilər liqası sayıla bilər, o da gördüyümüz kimi…

Haşiyə çıxaq ki, Bəbu ərəfələrdə taleyi müzakirə olunan liqanın formatında, məzmununda təkmilləşdirmə aparmaqla davam etdirməyə gərək var.

Liqanın təbliğatı yox həddindədir.

Biz bu və digər məsələlərə “Qarabağ” üzərindən fokuslandığımız üçün bu sual ətrafında düşünməyə dəyər: ən yaxşı, faktiki ən imkanlı klubumuzun əvəzedici heyətinin nəticələri və əsas heyətə inteqrasiya prosesi niyə bu qədər pisdir?

Kamil Əhməd

Levandovski qərarsızdır

11 March 2026 at 09:36

“Barselona”nın hücumçusu Robert Levandovski açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçu Kataloniya klubundakı gələcəyindən danışıb:

“Hazırda nə olacağını bilmirəm. Mövsümün sonunda necə hiss edəcəyim önəmlidir. Qərarsızam və hansı addımı atım, hələ bilmirəm”.

Levandovskinin yayda klubdan ayrılacağı iddia edilir. Polşalı forvard bu mövsüm 33 oyunda 14 qol vurub, 3 məhsuldar ötürmə edib.

Mikels zirvədə təkdir – fərq artır

11 March 2026 at 09:21

“Sabah” Misli Premyer Liqasının XXIII turunda “Qəbələ”ni darmadağın edib – 7:1.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın heyətində Coy-Lens Mikels dubl edib. İki qol vuran hücumçu bombardirlər zirvəsində izləyiciləri ilə fərqi artırıb.

Aktivində 12 qol olan Mikels komanda yoldaşı Velko Simiç və “Neftçi”nin hücumçusu Bassala Sambunu qabaqlayır. Hər iki oyunçunun aktivində 9 qol var.

PSJ “Çelsi”yə, “Real” “Mançester Siti”yə qarşı

11 March 2026 at 08:53

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Arsenal” Almaniyada “Bayer”in qonağı olacaq.

PSJ Fransada “Çelsi”ni qəbul edəcək, “Mançester Siti” isə səfərdə “Real”la üz-üzə gələcək.

Turnirin sürpriz komandası “Bodo-Qlimt” isə azarkeşləri önündə “Sportinq”in müqavimətini qırmağa çalışacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

11 mart

21:45 Bayer – Arsenal
00:00 Bodo-Qlimt – Sportinq
00:00 PSJ – Çelsi
00:00 Real – Mançester Siti

“Tottenhem”in qapıçısından antirekord

11 March 2026 at 08:48

“Tottenhem”in qapıçısı Antonin Kinski Çempionlar Liqasında antirekordla yadda qalıb.

Futbolpress.az xəbər verir ki, qolkiper turnirin pley-off mərhələlərində 15 dəqiqəyə 3 qol buraxan ilk qapıçı olub.

Kinski “Atletiko” ilə matçda bu antirekorda imza atıb.

Görüş Madrid təmsilçisinin 5:2 hesablı qələbəsiylə başa çatıb. Cavab oyunu martın 18-də Londonda olacaq.

Liderin “qol şousu”

11 March 2026 at 08:10

“Sabah” Misli Premyer Liqasının XXIII turunda “Qəbələ”ni məğlub edib. “Bayquşlar” autsayderə 7 qolla qalib gəlib.

Oyunun startından sona qədər üstün olan “Sabah” fürsətləri maksimum dəyərləndirməyi bacardı. Erkən qolla rəqibin müqavimətini qıran və sonrasında səhvlərə məcbur edən “futuristlər” bəlkə də, mövsümün ən rahat qələbəsini qazandı. “Qarabağ”ın “Araz-Naxçıvan”ı 6:0 hesabıyla məğlub etdiyi turda 7 qollu qələbə çempionluq yarışında komanda üçün əlavə motivasiya oldu.

“Qəbələ” isə mövsümün ən zəif oyununu keçirdi. Kaxaber Sxadadzenin yetirmələrinin fiziki yorğunluğu aşkar göründü. Yarımmüdafiə xəttindəki oyunçuların hərəkətsizliyi “Sabah” üçün rahat dəhlizin açılmasına səbəb olurdu. “Futuristlər” sürətli ötürmələrlə və tez-tez cinah dəyişmələri ilə “qırmızı-qaralar”ın müdafiəsini rahat yardı.

Daim mübariz futbolu ilə seçilən “Qəbələ” bu dəfə səfərdə asan təslim olan kollektiv görüntüsü yaratdı. Liqada qalmaq mübarizəsi aparan kollektivə bu məğlubiyyət ciddi zərbədir. İndiki məqamda vacib bu psixoloji sarsıntıdan tez qurtulmaq və növbəti oyunlara maksimum köklənə bilməkdir.

Şahin Cəfərov

Avropa çempionatına 5 medalla start

11 March 2026 at 01:20

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, yarışın 2-ci günündə sərbəst güləş üzrə 5 çəkidə medalçılar müəyyənləşib.

Vasif Bağırov (57 kq) finalda rusiyalı Ayanday Ondarla qarşılaşıb. Görüşə yaxşı başlayan güləşçimiz 3:0 hesablı üstünlük əldə etsə də, sona doğru təşəbbüsü əldən verib – 3:7. Nəticədə gümüş medalla kifayətlənib.

Musa Ağayevin (65 kq) ermənistanlı Arman Musikyanla görüşü dramatik alınıb. Sonuncu dəqiqəyədək 0:4 hesabıyla geridə olan həmyerlimiz əsl əzmkarlıq nümayiş etdirərək yekunda 6:4 hesablı qələbəyə sevinib. Bununla da bürünc medalı boynundan asıb.

Ramik Heybətov (70 kq) təsəlliverici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 6:2. Bürünc medal uğrunda qarşılaşmada Ukraynalı Mikita Sariyevə şans tanımayan (10:0) Heybətov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Səbuhi Əmiraslanov (79 kq) finalda rusiyalı İsmayıl Xaniyevlə bacarmayıb – 0:11. Belədə Avropa çempionatını 2-ci pillədə başa vurub.

Zəfər Əliyev (97 kq) üçüncü yer uğrunda türkiyəli Emirhan Kılıçla gücünü sınayıb. Görüşə yaxşı başlamayan milli üzvü 0:9 hesabıyla geri düşsə də, mübarizəni sonadək davam etdirib. Əsl xarakter nümayiş etdirən Əliyev 19:9 hesablı qələbəylə bürünc medala sahib çıxıb.

Beləliklə, millimiz qitə birinciliyinə 2 gümüş və 3 bürünc medalla start verib.

Region Liqasında pley-off mərhələsinin püşkü atıldı

10 March 2026 at 23:34

AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib. Həmçinin iştirakçı komandaların 1/4 final və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.

1/8 finalın cütləri:

“Xəzər” (Ağcabədi) – “Qovlar”
“Zəngəzur” – “Viləş”
“Samur” – “Şirvanovka”
“Biləsuvar” – “Ağsu Siti”
“Mil” (Beyləqan) – “Ramana”
“Marafon” – “Qobustan”
“Şəfəq” – “Beyləqan”
“Bərdə” – “Lənkəran”

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 14-15-də, cavab görüşləri isə 28-29-da keçiriləcək.

Yesterday — 10 March 2026FutbolPress.Az

Dambrauskasdan 7:1-ə şərh

10 March 2026 at 21:47

Misli Premyer Liqasının XXIII turunun “Sabah” – “Qəbələ” oyunundan (7:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Komandamı təbrik edirəm. Meydançada çox yaxşı, düzgün reaksiyalar verdilər. Rəqib haqda xoş sözlər demək istəyirəm. “Qəbələ” təhlükəli komandadır. Ola bilsin, kubokdakı 120 dəqiqəlik oyunun yorğunluğu onlara təsir etmişdi. İlk hissədə çox yaxşı oynadıq. Qollar vurduq, fasilədən sonra da bunu davam etdirdik. Oyunboyu üstün olduq. Bu oyunu unuduruq və üç gün sonra “İmişli” ilə oyunumuz var.

– “Qəbələ”yə qarşı kubok oyununda çətinlik çəkmişdiniz. Bu gün nə dəyişdi? Asanlıqla qalib gəldiniz, istədiyiniz qolları vura bildiniz…
– Bu gün həqiqətən, çox üstün oynadıq. Təzyiq edən, ilk dəqiqələrdən hücuma qoşulan komanda idik. Çempionatla kubok oyunları fərqlidir. Çünki kubokda iki mərhələli matçlardır. Orda nə baş verir versin, iki mərhələ var. İlk oyundan sonra növbətini düşünürsən ki, növbəti raunda necə yüksələk. “Qəbələ” kimi komandaya qarşı bir ayda 4 dəfə oynamaq asan deyil. Kubokda mərhələ adladıq, çempionatda istədiyimiz xalları qazandıq.

– Mikelsin əvəzlənməsi zədə ilə bağlı idi?
– Zədəsi ilə bağlı idi. Tam hazır deyil. Hər oyunda çalışır ki, maksimumu etsin. Onun töhfəsi qiymətsizdir. İki qol vurdu, iki məhsuldar ötürmə etdi. İki ay yarımdır, 90 dəqiqə oynamır. Ona fürsət veririk ki, oynasın. Son matçlarda fərqlənməsi möhtəşəmdir.

– Andrey Santosun oyunundan nə dərəcə razı qaldınız?
– Qısa müddət oynadı. 10 dəqiqədə oyunundan razı qalıb-qalmamaq çətindir. Hər məşqdə istəkli olduğunu göstərir. Rəqabətədavamlı, fiziki cəhətdən güclü oyunçudur. Lakin onun Rəhman, Solvet, Noqeyra kimi rəqibləri var. Vaxtını gözləməlidir. Bizim üçün hər oyunçu dəyərlidir və qarşıda oyunlarımız çoxdur. Hər futbolçunun bizə töhfə verməsini istəyirik. Gələcəkdə “11-lik”də də ola bilər.

– Mikels və Xəyal formadadır. Qışda komandaya cəlb olunan Mbina da var. Ağlınızda olan əsas hücumçu kimdir?
– Mənimçün favorit oyunçu oyun günü meydana çıxandır. Qarşıda çox oyunlar var. Bizim üçün hər futbolçu önəmlidir. Xəyaldan da, Mikelsdən də məmnunam. Xəyal milliyə namizəd oyunçudur. Sağlamlığı ilə bağlı problemi var idi və risk etmədik. Lazım gələrdisə, o da meydana çıxmağa hazır idi. Mbina isə bu həftə komanda ilə məşqlərə başlayıb. Bir məşqçi kimi belə geniş seçimin olması xoşdur.

– AFFA “Qarabağ”la oyunda baş verənlərlə bağlı yenidən qərar verəcək. Köməkçiniz böyük ehtimalla cəzalanacaq. İlk qərarda onun cəzalanmaması sizi təəccübləndirdi?
– Bütün şərhləri vermişik. Cəzadan əvvəl nəsə danışmaq istəmirəm. Bir həftə əvvəl baş verib, sonra oyunlar keçirilib. Məncə, məsələ biz və “Qarabağ” üçün artıq bağlanıb. Ola bilər, jurnalistlər üçün bu məsələ bağlanmayıb. Bu sizin öz seçiminizdir.

– “Qarabağ”la son oyunda yaşananlar komandalar arasındakı növbəti matçlara necə təsir edəcək?
– “Qarabağ”a hörmət edirik və hər oyuna ciddi yanaşırıq.

Şahin Cəfərov 

Sxadadze: “Oyunçuların əksəriyyəti bugünkü oyuna hazır deyildi”

10 March 2026 at 21:29

Misli Premyer Liqasının XXIII turunun “Sabah” – “Qəbələ” oyunundan (7:1) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Katastrofik hadisə baş verdi. Əlbəttə, belə hallarda məşqçi məsuliyyəti üzərinə götürür. Oyunu analiz edib, səhvlərimizi ortaya çıxarmalıyıq. Oyunçuların əksəriyyəti bugünkü oyuna hazır deyildi. Sadə səhvlərdən qollar buraxdıq. Sonra rəqib boşluqlardan maksimum istifadə etdi. “Sabah” kimi komandaya qarşı belə əks-hücum şansı vermək olmaz. Təhlillər aparmalıyıq. Danışacaq nəsə yoxdur.

– Liqada qalmaq uğrunda mübarizə aparırsız. Kubok oyununda “Sabah”a qarşı çox güc sərf etdiniz və bu gün “partladı”. “Sabah”la kubok matçlarında bu qədər güc sərf etməyinizə peşmansınız?
– Belə olacağını düşünməzdik. İki cəbhədə mübarizə aparmaq, lider “Sabah”a qarşı bir ayda beş oyun keçirmək çox çətindir. Kubokda 0:2 geridə olsaq da, xarakter göstərmişdik. Bugünkü oyunda mənfi olan şey oyunçularda xarakter çatışmazlığı idi.

– Uzun illərdir, sizi tanıyıram. Xatırlamıram ki, komandanız bu qədər qol buraxıb. Siz xatırlayırsınızmı?
– Uşaqlara da dedim, karyeramda belə hesab olmamışdı. Qismət imiş, bunu da yaşadıq. Məğlub olmaq olar, amma əzmkarlıq olmadan belə uduzmaq faciədir. Həyatda da mübarizə aparmaq vacibdir. Bu gün bəzi oyunçular meydanda mübarizə aparmadı.

– Bu gün görünən, “Qəbələ”nin 5, “Sabah”ın 50 manatı var. Aradakı 45 manatlıq fərq meydanda göründü?
– Bu haqda danışmaq istəmirəm. Vacib olan xarakterdir və bu gün görünmədi. İstənilən halda, hər oyunçumuz xarakter göstərməlidir. Məsələn, “Şerif” nə vaxtsa “Real”a qalib gəlmişdi. Onlar arasında da fərq var idi. Ona görə deyirəm, bugünkü oyunda əsas və böyük problem xarakter idi.

Şahin Cəfərov

Tanınmış futbolçu millidən getdi

10 March 2026 at 19:50

“Bernli”nin futbolçusu Kayl Uolker İngiltərə millisindəki karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə 35 yaşlı cinah müdafiəçisi sosial şəbəkə hesabında paylaşım edib.

Uolker 2011-ci ildə İngiltərə millisində debüt edib. O, yığmada 96 oyunda 1 qol vurub.

Uolker karyerası ərzində “Tottenhem”, “Mançester Siti”, “Milan” kimi klublarda da çıxış edib.

“Turan Tovuz” ev oyunlarını bu şəhərdə keçirəcək

10 March 2026 at 18:38

Tovuz şəhər stadionunun ot örtüyündə yaranmış problemlə əlaqədar Peşəkar Futbol Liqası tərəfindən “Turan Tovuz”un ev oyunlarını müvəqqəti olaraq “Azersun Arena”da keçirməsinə icazə verilmişdi.

Futbolpress.az xəbər verir ki, klubun Tovuz şəhər stadionuna qayıtması öncədən test oyununun keçirilməsi şərti ilə Misli Premyer Liqasının 25-ci tur oyununa planlaşdırılmışdı. Son aparılan təhlillər, mütəxəssis rəyləri və klubun rəsmi müraciətinə əsasən, stadionun oyuna hazır vəziyyətə gətirilməsinin ən tez aprel ayının ortalarında mümkün ola biləcəyi müəyyənləşib.

“Turan Tovuz” klubunun müvəqqəti olaraq çıxış etdiyi “Azersun Arena”nın da təmirə bağlanması səbəbindən (“Turan Tovuz”un bu stadionda yalnız fevral ayında istifadə edəcəyi əvvəlcədən rəsmi şəkildə bildirilmişdi) sözügedən tur oyununun, həmçinin Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək ev qarşılaşmasının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili ilə bağlı Peşəkar Futbol Liqasına müraciət daxil olub. Tovuz şəhər stadionundakı mövcud durum, klubun müraciəti, eləcə də “Sumqayıt” klubunun razılıq məktubu nəzərə alınaraq Peşəkar Futbol Liqası tərəfindən “Turan Tovuz” klubunun Misli Premyer Liqasının 25-ci tur qarşılaşmasını və Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsinə qərar verilib.

Sözügedən qarşılaşmalardan sonra Tovuz şəhər stadionunun ümumi vəziyyəti yenidən qiymətləndiriləcək və 26-cı turdan etibarən komandanın ev oyunlarının Tovuz şəhər stadionunda keçirilib-keçirilməməsi ilə bağlı əlavə qərar qəbul olunacaq.

“Sabah” – “Qəbələ”: heyətlər bilindi

10 March 2026 at 18:26

“Sabah” Misli Premyer Liqasının XXIII turunda bu gün “Qəbələ”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:15-də start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 53. Andrey Santos 83. Stefen Ende

Baş məşqçi: Valdas Dambrauskas

“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 7. Turan Manafov 13. Nicat Əliyev 24. İsmael Akinade 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 8. Sambu Sissoko 16. İsaak Amoah 30. Prins Ovusu

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 14. Domi Massumo

Baş məşqçi: Kaxaber Sxadadze

“Qarabağ”ın legioneri Kolumbiya millisinə çağırıldı

10 March 2026 at 17:58

“Qarabağ”ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.

Futbolpress.az xəbər verir ki, 24 yaşlı futbolçu martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.

İndiyədək milli komandaya dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasına çağırılıb. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-nin Orlando şəhərində baş tutacaq.

Qeyd edək ki, Kamilo 2025-ci ilin avqustunda “Qarabağ”a keçib.

Totti “Roma”ya qayıda bilər

10 March 2026 at 17:49

İtaliyalı keçmiş futbolçu Françesko Totti “Roma”ya qayıda bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Klub rəhbərliyi Tottini aşağı yaş qruplarından birinə baş məşqçi təyin etməyə hazırlaşır. Təyinatın yaxın zamanda reallaşacağı bildirilir.

Totti 1993-2017-ci illərdə “Roma”nın formasını geyinib. O, klubda 785 oyunda 307 qol vurub, 205 məhsuldar ötürmə edib.

Azərbaycanın U-20 millisi əcnəbiyə tapşırıldı – rəsmi

10 March 2026 at 17:27

Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, yığmanın “sükanı” Rui Jorjeyə tapşırılıb. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.

Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq. 

Qeyd edək ki, Rui Jorge məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.
2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorge 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Laporta: “Bu, verdiyimiz ən yaxşı qərarlandandır”

10 March 2026 at 17:18

“Barselona” prezidenti Xoan Laporta açıqlama verib.

Futbolpress.az xəbər verir ki, İspaniya mətbuatına danışan funksioner hücumçu Lamin Yamal üçün PSJ-dən təklif aldıqlarını bildirib:

“Yamal üçün PSJ 250 milyon avro təklif etdi. Lakin cavabımız “yox” oldu. Bu, verdiyimiz ən yaxşı qərarlandandır”.

Yamal bu mövsüm 36 oyunda 19 qol vurub, 15 məhsuldar ötürmə edib.

Ronaldo effekti

10 March 2026 at 16:45

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun İspaniyanın “Almeriya” klubunun səhmlərinin bir hissəsini aldığını xəbər vermişdik.

Futbolpress.az xəbər verir ki, alışdan sonra Sequnda klubuna diqqət daha artıb. Belə ki, “Almeriya” Ronaldonun klubun səhmlərinin bir hissəsini almasından sonra İspaniyada instaqramda ən çox izləyicisi olan 5 klubdan biri olub.

1. Real Madrid – 181 milyon
2. Barselona – 147 milyon
3. Atletiko Madrid – 18 milyon
4. Sevilya – 3.6 milyon
5. Almeriya – 3.2 milyon.

“Almeriya” Sequndada 29 turdan sonra 52 xalla 2-ci sıradadır.

UEFA rəsmisi Bakıda səfərdə olub

10 March 2026 at 16:26

UEFA-da elit gənc oyunçuların inkişafı üzrə ekspert Julien Eskude Bakıda işgüzar səfərdə olub.

Futbolpress.az xəbər verir ki, o, iki günlük səfər zamanı AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Texniki direktor Cahangir Həsənzadə və Elit-Məşq layihəsinin meneceri Rüfət Kərimli ilə görüşüb.

Julien Eskude Azərbaycanda gənclər futbolunun inkişafı ilə tanış olub, regional elit proqramı, istedadlı futbolçuların müəyyən edilməsi prosesi, milli komandalara gedən yol, məşqçilik strukturu və “HatTrick” proqramı büdcəsinin ümumi bölgüsü mövzuları ətrafında AFFA rəsmiləri ilə fikir mübadiləsi aparıb.

AFFA-dan bölgə klubuna ağır cərimə

10 March 2026 at 16:12

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XVII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Baku Sportinq” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Baku Sportinq” – “Mingəçevir” oyununun fasiləsində “Mingəçevir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” komandası 900 manat cərimə edilsin (maddə 86.3);

5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şəfa” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Şəfa” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 45+2-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının həkimi Müşfiq Hümmətli hakimi təhqir və təhdid etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 3000 manat cərimə edilsin (maddə 52.4);

5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 90+4-cü dəqiqəsində “Şahdağ Qusar” komandasının məşqçisi Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 3000 manat cərimə edilsin (maddə 52.4);

5 mart 2026-cı il tarixində I Liqada XVII turun “Şəfa” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra “Şahdağ Qusar” komandasının icraçı direktoru Mirzə Bayrampul “A buraxılışı” akkreditasiyası olmadan Zona 1-ə daxil olduğuna görə “Şahdağ Qusar” komandası 300 manat cərimə edilsin (maddə 86.12);

6 mart 2026-cı il tarixində I Liqada XVII turun “Cəbrayıl” – “Səbail” oyununda “Cəbrayıl” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 210 manat cərimə edilsin (maddə 43.1).

Tanınmış güləşçilər Xırdalanda məktəblilərlə görüşdü

10 March 2026 at 15:46

Tanınmış güləşçilərimiz Xırdalanda məktəblilərlə görüşüb.

Futbolpress.az xəbər verir ki, 11 saylı tam orta məktəbdə qonaq olan yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya və Avropa çempionatının mükafatçısı Rasul Çunayev və qadın güləşi üzrə U15 yığma komandanın məşqçisi, U23 Avropa çempionatının mükafatçısı Solmaz Adilova yeniyetmə və gənclərə qazandıqları uğurlar, bu nailiyyətlərə gedən yolda üzləşdikləri çətinliklər barədə fikirlərini bölüşərək, onlara öz tövsiyələrini çatdırıblar.

Onlar daha sonra müxtəlif fəndlərin icrasını nümayiş etdirib və xalça üzərində mübarizə zamanı diqqət edilməli məqamları izah edib.

Qeyd edək ki, belə görüşlərin və ustad dərslərinin keçirilməsində məqsəd gənc nəslin sağlam ruhda böyüməsinə dəstək vermək, motivasiyanı artırmaq, güləşlə bağlı maarifləndirməni gücləndirmək və bu sahədə keyfiyyətin yüksəldilməsidir.

Nərimanın yeni klubunun sabiq futbolçularına ağır cəza

10 March 2026 at 15:26

MLS rəhbərliyi iki futbolçunu Derrik Cons və Yav Yeboanı ömürlük futboldan uzaqlaşdırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu liqa oyunlarına və öz komandalarının matçlarına mərc etməkdə ittiham edilib. Onlar 2024 və 2025 mövsümündə bir neçə dəfə bu qayda pozuntusuna yol verib.

Sanksiyaya səbəb epizodlardan biri 2024-cü ilin oktyabrına təsadüf edib. Həmin dönəmdə hər iki oyunçu “Kolumbus Kryu”da çıxış edib və onlar Consun sarı vərəqə almasına mərc edib.

“Kolumbus Kryu” ötən ay “Qarabağ”dan Nəriman Axundzadəni transfer edib.

Hazırda azad agent olan Cons “Kolumbus Kryu”dan başqa, “Neşvill”, “Hyuston”, “Şarlott”da çıxış edib. Yeboa isə indi Çində çıxış edir. O, daha əvvəl MLS-də “Kolumbus Kryu” və “Los Anceles”də forma geyinib.

“Neftçi” “evində” məyusdur

10 March 2026 at 15:14

“Neftçi” Misli Premyer Liqasının XXIII turunda “Turan Tovuz”a uduzub – 0:1.

Futbolpress.az-ın məlumatına görə, “ağ-qaralar” bu mövsüm 3-cü dəfə ev oyununda məğlub olub. Komanda “Palms Sports Arena”da keçiridiyi 11 matçda cəmi 2 qələbə qazanıb, 6 dəfə heç-heçə edib. Paytaxt klubu bu görüşlərdə 13 qol vurub, 11-ni buraxıb.

“Neftçi” çempionatda ev oyunlarındakı nəticələrə görə, turnir cədvəlində 8-ci pillədədir.

Federasiyanın sabiq rəhbəri ömürlük həbs olundu

10 March 2026 at 14:55

Konqo Futbol Federasiyasının keçmiş prezidenti Yan-Gi Blez Mayolas ömürlük həbs cəzasına məhkum edilib.

Futbolpress.az xəbər verir ki, funksioner çirkli pulların yuyulmasında ittiham olunub. Mayolas FIFA vəsaitlərindən 1.3 milyon dollar mənimsəməkdə təqsirli bilinib.

Funksionerlə birlikdə qurumun baş katibi Badji Mombo Vantete də həbs edilib.

“Fənərbağça” kosovolu hücumçu ilə maraqlanır

10 March 2026 at 14:27

“Hoffenhaym”ın futbolçusu Fisnik Asslani karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Kosovo mətbuatı məlumat yayıb. “Fənərbağça” 23 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Kosovolu futbolçu bu mövsüm Bundesliqada 24 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib. Forvardın “transfermarkt”da dəyəri 30 milyon avrodur.

“Favorit biz deyilik” – Simeone

10 March 2026 at 14:01

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında “Tottenhem”ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Çətin oyun olacaq. “Tottenhem” Premyer Liqada yaxşı durumda olmasa da, bu turnirə fərqli yanaşır. Favorit biz deyilik. Onlar liqada aşağı sıralardadılar, amma Çempionlar Liqasında 1/8 finala birbaşa yüksəliblər. Biz isə pley-off oynamışıq”.

Bu gün keçiriləcək “Atletiko” – “Tottenhem” oyunu saat 00:00-da başlayacaq.

“Qarabağ”la oyunu unutmaq lazım idi” – Rüfət

10 March 2026 at 13:18

“Şamaxı” Misli Premyer Liqasının XXIII turunda “İmişli” ilə heç-heçə edib – 0:0.

“Şirlər”in futbolçusu Rüfət Abbasov matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Qələbə üçün nə çatmadı?
– Çətin olacağını bilirdik. Qələbə qazanmaq istəyirdik. Rəqib çox yaxşı müdafiə olunmağı bacarır. Son oyunlarda da uduzmurdular. İstəyirdik ki, qələbə qazanıb, xallarımızı artıraq. Amma indiki məqamda bir xal da pis deyil.

– “Qarabağ”la ağır kubok oyununun bu görüşə təsiri nə dərəcə oldu?
– “Qarabağ”la oyunda psixoloji və fiziki yorulmuşduq. “Qarabağ”la oyunu unutmaq lazım idi. “İmişli” ilə matçda istəyimiz qalibiyyət idi, alınmadı.

– Komanda altı oyundur, qələbə qazana bilmir. Səbəb nədir?
– Hər oyuna qələbə üçün çıxırıq. Bəzən alınır, bəzən yox. Qarşıdakı matçlarda bu seriyanı bitirməliyik.

– Komanda və fərdi olaraq oyununuzda eniş hiss edirsiniz?
– Eniş olduğunu düşünmürəm. Əksinə, daha yaxşı oynayırıq. İndi bəzən istədiklərin alınır, bəzən yox. Növbəti matçlarda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– Liqada demək olar, yerinizi möhkəmlətmisiz. Oyunlara köklənmək çətin olmur?
– Xeyr. Xallarımızı artırmaq istəyirik. Hər oyuna qələbə motivasiyası ilə çıxırıq.

Şahin Cəfərov

Flik: “Orda çoxlu pulları olan güclü komandalar var”

10 March 2026 at 12:45

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının 1/8 finalında bu gün “Nyukasl”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az “Diario Sport” xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Premyer Liqa dünyanın ən yaxşı liqasıdır. Orda çoxlu pulları olan güclü komandalar var. Onların təmsilçilərinin bu mərhələdə daha çox olması bunu göstərir.

Bacarıqlı komandayıq və üslubumuza sadiq qalmalı, oyunumuzu oynamalıyıq. Düşünürəm ki, “Nyukasl” azarkeşləri möhtəşəm atmosfer yaradacaq. Onların təzyiqinin öhdəsindən gəlməliyik.

İki oyunda da vacib məsələ müdafiədə diqqətli olmaqdır. “Atletiko” ilə kubok oyununda ani boşluqlara görə 4 qol buraxmışdıq. Bu dəfə daha ehtiyatlı oynamalıyıq”.

“Nyukasl” – “Barselona” oyunu saat 00:00-da start götürəcək.

Hakimləri tənqid edən futbolçu cərimələndi

10 March 2026 at 12:26

“Mançester Siti”nin futbolçusu Rodri cərimələnib.

Futbolpress.az xəbər verir ki, İngiltərə Futbol Assosiyasiyası Premyer Liqada “Tottenhem”lə matçdan (2:2) sonra hakim haqda tənqidi fikirlər səsləndirən Rodrini 80 min avro məbləğində cərimələyib.

Rodriyə diskvalifikasiya tətbiq edilməyib.

“Real”da itki

10 March 2026 at 12:15

“Real” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Alvaro Karreras zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçiyə sağ ayağın baldır zədəsi diaqnozu qoyulub. Alvaronun bərpa müddəti açıqlanmayıb.

Cinah oyunçusu bu mövsüm 34 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Turan Tovuz”un yubiley qələbəsi

10 March 2026 at 11:50

“Turan Tovuz” Premyer Liqada 50-ci qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, qərb təmsilçisinin yubileyi Misli Premyer Liqasının XXIII turuna təsadüf edib. Tovuz klubu səfərdə “Neftçi”yə qalib gəlib – 1:0.

50-ci qələbə 131-ci matçda əldə olunub. “Turan Tovuz” evdə 26, səfərdə 24 dəfə üç xala sevinib. Qərblilər turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olub.

Qeyd edək ki, 2022/23 mövsümündən Premyer Liqada çıxış edən “Turan Tovuz” ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında əldə edib – 1:0.

İran millisinin 5 futbolçusu Avstraliyadan sığınacaq aldı

10 March 2026 at 11:25

Qadın futbolçulardan ibarət İran millisinin beş futbolçusu Avstraliyadan siyası sığınacaq alıb.

Futbolpress.az xəbər verir ki, oyunçular daha əvvəl Asiya Kuboku matçında milli himni oxumaqdan imtina etdikləri üçün İran tərəfindən “xəyanətkar” adlandırılmışdı.

Futbolçular daha sonra Avstraliyaya sığınacaq üçün müraciət edib və humanitar viza alıb.

Qurban Qurbanovun yanında təcrübə keçib

10 March 2026 at 11:06

Qazaxıstanın AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov “Qarabağ”ın düşərgəsinə gəlib.

Futbolpress.az xəbər verir ki, bu barədə Almatı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın baş məşqçisi Qurban Qurbanovun yanında təcrübə keçib.

Proses Qurbanovun dəvəti ilə başlayıb. Dovran “Qarabağ”da əsas komandanın hazırlığı, futbolçuların fiziki hazırlığı, nəzəri dərslər, analitika ilə bağlı təcrübələr keçib.

Bu dəfə “Xankəndi” bəyanat yaydı: kimdir müqəssir?

10 March 2026 at 10:47

II Liqada mübarizə aparan “Xankəndi” klubu bəyanat yayıb.

Futbolpress.az xəbər verir ki, klub dünən “Şəmkir” ilə baş tutmayan oyunla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bunlar qeyd edilib:

“Dünən Azərbaycanın futbol üzrə İkinci Liqasının 17-ci turu çərçivəsində keçirilməli olan “Şəmkir” – “Xankəndi” oyunu öncəsi yaranmış xoşagəlməz vəziyyətlə bağlı klubumuz ictimaiyyətə hadisənin detalları barədə məlumat verməyi zəruri hesab edir.

Oyundan əvvəl komandaların meydançaya çıxışı və təşkilati prosedurlar zamanı formalarla bağlı texniki problem ortaya çıxmışdır. Məsələ dərhal oyunun təşkilati məsul şəxslərinin diqqətinə çatdırılmış və qaydalara uyğun şəkildə həll olunması üçün addımlar atılmışdır.

Bu mərhələdə qarşılaşmanın rəsmi nümayəndələri (AFFA və PFL, eləcə də oyuna təyinat almış hakimlər briqadası və inspektor), o cümlədən yarışın təşkilində iştirak edən qurumların rəsmiləri ilə onlayn formatda təcili müzakirələr aparılmış, yaranmış vəziyyətin aradan qaldırılması və oyunun baş tutması üçün müxtəlif variantlar nəzərdən keçirilmişdir.

Qeyd etmək lazımdır ki, yarışın Əsasnaməsinə uyğun olaraq oyunun əsas təşkilati məsuliyyəti oyuna təyin olunmuş Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) nümayəndəsinin üzərinə düşür və oyundan əvvəl, oyun zamanı və oyundan sonra onun verdiyi qərar və tələblər bütün iştirakçılar tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir.
“Xankəndi” FK olaraq klubumuz yaranmış vəziyyətə baxmayaraq, qarşılaşmanın keçirilməsi üçün bütün mümkün həll yollarını və tövsiyələri dəstəkləmiş, rəsmi şəxslərin qərarlarına uyğun şəkildə hərəkət etmiş və oyunun baş tutması üçün üzərinə düşən bütün addımları atmışdır.

Məqsədimiz çempionatın idman prinsiplərinə uyğun olaraq mübarizənin meydanda baş tutması və azarkeşlərin gözlədiyi oyunun keçirilməsi idi. Bununla yanaşı, baş vermiş hadisənin mahiyyətini tam aydınlaşdırmaq üçün bəzi məqamları xüsusi olaraq qeyd etməyi vacib hesab edirik.

“Xankəndi” FK olaraq komandamız oyuna hazırlıq zamanı Peşəkar Futbol Liqası və AFFA tərəfindən müəyyən edilmiş bütün tələblərə tam əməl edərək stadiona gəlmişdir. Klubumuz oyun üçün iki fərqli rəngdə forma dəstini hazır vəziyyətdə təqdim etmişdir. Qeyd edək ki, AFFA və PFL nümayəndələri, eləcə də hakimlər briqadası və inspektor bunu yerində yoxlayıb dəqiqləşdirdilər.

Yarış qaydalarına əsasən ev sahibi komanda oyundan ən azı iki gün əvvəl hansı forma ilə meydana çıxacağı barədə müvafiq qurumlara və rəqib klubun rəsmi elektron poçt ünvanına məlumat verməlidir. Bu oyunda məlumat ən gec iki gün öncə saat 16:00-dək təqdim olunmalı idi. Qonaq komanda məhz bu məlumat əsasında öz formasını müəyyənləşdirir.

Təəssüf ki, “Şəmkir” PFK Əsasnamənin bu tələbini pozaraq forma ilə bağlı məlumatı əvvəlcədən təqdim etməmişdir və ilk problem məhz bu səbəbdən yaranmışdır.

Bundan əlavə, oyun günü ev sahibi komandanın yalnız bir forma dəsti ilə stadiona gəldiyi və alternativ forma təqdim edə bilmədiyi məlum olmuşdur. Yaranmış vəziyyətin aradan qaldırılması və oyunun keçirilməsi üçün müxtəlif həll variantları müzakirə olunsa da, nəticə etibarilə “Şəmkir” PFK komandası bu tövsiyələrin heç birinə məhəl qoymamış, beləliklə müxtəlif bəhanələr gətirərək oyuna çıxmaqdan imtina etmişdir.

“Xankəndi” FK olaraq bir daha vurğulayırıq ki, klubumuz oyun üçün AFFA və PFL nümayəndələrinin, rəsmi şəxslərin bütün təşkilati, texniki tələblərini və tövsiyələrini nəzərə alaraq tam şəkildə yerinə yetirmiş və qarşılaşmaya hazır vəziyyətdə olmuşdur.

PFL-in hadisə ilə bağlı açıqlamasında göstərilmişdir ki, qonaq komanda olan “Xankəndi” Əsasnamə üzrə problemin yaranmasına görə məsuliyyət daşımamasına baxmayaraq, oyunun keçirilməsi üçün AFFA nümayəndəsinin və PFL-in bütün tələblərini yerinə yetirərək Azərbaycan futbolunun maraqlarına xidmət etmişdir.

Bir daha bəyan edirik ki, biz hər zaman çempionatın idman prinsiplərinə, qaydalarına və Azərbaycan futbolunun maraqlarına sadiq qalmışıq və sadiq qalmaqda davam edəcəyik.

Bununla belə, baş vermiş hadisə ilə bağlı yekun ədalətli qərarın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müvafiq qurumları tərəfindən yarış qaydalarına uyğun şəkildə veriləcəyinə inanırıq”.

Daha əvvəl “Şəmkir” klubu məsələ ilə bağlı bəyanat yayıb.

Samokun “quru oyunları”

10 March 2026 at 10:37

“Turan Tovuz”un qapıçısı Sergey Samok Premyer Liqada meydana çıxdığı ardıcıl 8-ci oyunda qapısını toxunulmaz saxlayıb.

Futbolpress.az xəbər verir ki, Misli Premyer Liqasının XXIII turunun “Neftçi” ilə görüşündə (1:0) qapısını toxunulmaz saxlayan qolkiper cari mövsüm meydana çıxdığı 6 matçın heç birində qol buraxmayıb.

Samok ötən çempionatın son iki turunda da “quru oyun” keçirib. O, sonuncu dəfə 2024/25 mövsümünün XXXIV turunda qol buraxıb.

Rusiyalı qapıçı “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçında (1:2) rəqibin fərqlənməsinə mane ola bilməyib. Həmin görüşdə sonuncu qolu 32-ci dəqiqədə Dembo Darbo vurub. Buraxılan topdan sonra Samok quru dəqiqələrinin sayını 778-ə çatdırıb.

“Qarabağ”ın legioneri üçün əlamətdar qol

10 March 2026 at 10:30

“Qarabağ”ın futbolçusu Leandro Andrade Premyer Liqada 40-cı qolunu vurub.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yubiley qolu 127-ci oyununa təsadüf edib.

O, Misli Premyer Liqasının XXIII turunun “Araz-Naxçıvan”la görüşündə (6:0) dubl müəllifi olub. Leandronun ilk qolu yubiley xarakterli olub. İkinci dəfə fərqlənməklə isə Azərbaycan çempionatlarındakı göstəricisini 41-ə çatdırıb.

Premyer Liqada 2021/22 mövsümündə debüt edən və yalnız “Qarabağ”da çıxış edən Andrade turnirin tarixinə 40 və daha çox qol vuran 70-ci futbolçu kimi düşüb. Yarımmüdafiəçi 41 qol vuran Samir A. Məmmədov, Fazil Əsədov, Leandro Qomeş, Baqali Daboya şərik çıxıb.

20-ci böyükhesablı məğlubiyyət

10 March 2026 at 10:24

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək liqasında 20-ci dəfə böyük hesabla məğlub olub.

Futbolpress.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIII turuna təsadüf edib. Naxçıvan təmsilçisi “Qarabağ”la səfər matçında 0:6 hesabı ilə uduzub.

Üç və ya daha çox top fərqi ilə olan 20 məğlubiyyətdən 8-i öz, 12-si rəqib meydanında qeydə alınıb. “Araz-Naxçıvan”ın ilk belə matçı 2000-ci il sentyabrın 9-da “Neftçi”yə qarşı olub. Bakı klubu səfərdə 7 cavabsız qol vurub.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Qarabağ”la son üç görüşdə böyükhesablı məğlubiyyət alıb – 0:5, 1:5, 0:6.

“Liverpul” “Qalatasaray”la oyuna itkilərlə çıxacaq

10 March 2026 at 10:18

“Liverpul” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda bu gün “Qalatasaray”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, İngiltərə təmsilçisinin qapıçısı Alisson Beker və yarımmüdafiəçi Federiko Kyeza görüşü buraxacaq.

İstanbulda baş tutacaq “Qalatasaray” – “Liverpul” oyununa saat 21:45-də start veriləcək.

Zirədə “sarı-göy” sürpriz”

10 March 2026 at 10:00

“Zirə” Misli Premyer Liqasının XXIII turunda “Kəpəz”lə heç-heçə edib – 2:2. Oyuna erkən qolla başlayan “qartallar” bir xalı son saniyədə vurduğu qolla qazanıb.

Autsayderlə görüşdə aşkar favorit olan “Zirə” rahatlığın cəzasını aldı. Avrokuboklara vəsiqə mübarizəsində “Turan Tovuz”un “Neftçi” ilə oyunu olduğu turda belə xal itkisi komanda üçün yayda çətin durum yarada bilər. Tovuzluların səfərdə qazanması və yenidən avrokubok yarışında “Zirə” ilə “Turan Tovuz” arasındakı fərqin 5-ə yüksəlməsi qəsəbə təmsilçisi üçün yaxşı olmadı.

“Turan Tovuz” səfərdə “Neftçi”ni məğlub etməklə mövqeyini gücləndirdi. Kurban Berdıyevin yetirmələri daha diri, arzulu göründü və klub bu mövsüm uzun fasilədən sonra ilk medallarını qazanmağa yaxındır.

Autsayder “Kəpəz” isə yaxşı müqavimət göstərməyi bacardı. Geridə olmasına baxmayaraq, iki qol vurmaqla son saniyəyə qədər öndə olan gəncəlilər ani diqqətsizlikdən qol buraxdı. İkinci hissədə rəqibin tələskənliyindən yararlanan, qazandığı toplarla sürətli əks-hücumlara çıxmaq əvəzinə topu saxlayan və vaxt qazanan “sarı-göylər”in üçüncü qolu vurub, daha rahatlamaq imkanı da var idi.

Hər bir halda, “Kəpəz” üçün qazanılan hər xalın önəmi böyükdür. Turnir cədvəlində 10-cu sıraya qalxan gəncəlilər bu gün elitada qalmaq mübarizəsindəki rəqiblərindən “Qəbələ”nin “Sabah”a uduzmasını azulayacaq.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

10 March 2026 at 09:38

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

10 mart

Türkiyə, I Liqa
14:30 Van BB – Adana Demirspor (TRT Spor)
17:00 Serik – Pendikspor (TRT Spor)
21:00 Manisa – Sarıyer (TRT Spor)

Misli Premyer Liqası
19:15 Sabah – Qəbələ (CBC Sport)

Çempionlar Liqası
21:45 Qalatasaray – Liverpul (TRT 1, CBC Sport)
00:00 Nyukasl – Barselona (İctimai TV)

Forma qalmaqalı: bölgə klubu PFL-ə müraciət ünvanladı

10 March 2026 at 09:23

II Liqada mübarizə aparan “Şəmkir” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi dünən “Xankəndi” ilə baş tutmayan oyunla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bunlar qeyd edilib:

“Hörmətli, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, departament rəhbəri Elgiz Abbasov!

Futbol üzrə Azərbaycan II Liqası çərçivəsində keçirilməsi nəzərdə tutulan “Şəmkir” – “Xankəndi” oyununun baş tutmaması ilə bağlı baş vermiş vəziyyəti diqqətinizə çatdırmaq istəyirik ki, rəsmi təqvimə əsasən oyunun başlanma vaxtı saat 15:00 olaraq müəyyən edilmişdir. Meydan sahibi olan “Şəmkir”in futbolçuları və məşqçi heyəti bütün qaydalara uyğun şəkildə, vaxtında – saat 15:00-da meydançaya daxil olmuş və oyunun başlanmasını gözləmişdir. Buna baxmayaraq, rəqib komanda “Xankəndi” forma uyğunsuzluğu səbəbindən oyuna başlaya bilməmişdir. Şəmkir komandası idman etikası və qaydalar çərçivəsində 45 dəqiqə müddətində meydançada rəqibini gözləmişdir. Lakin problem aradan qaldırılmamışdır.

Daha sonra isə təxminən 1 saat 30 dəqiqə keçdikdən sonra qonaq komanda üzərində nömrələr olmayan formalarla meydana çıxmağa cəhd etmişdir. Həmin formaların “Barselona” klubunun dizaynına bənzər olduğu, lakin futbolçuların arxa hissəsində nömrələrin olmadığı qeyd olunmuşdur.

Məlum olduğu kimi, futbol qaydalarına və yarışın əsasnaməsinə əsasən hər bir futbolçunun formasının arxa hissəsində aydın görünən nömrə olmalıdır. Bu tələb oyun zamanı hakimlərin epizodları düzgün qeyd etməsi üçün zəruridir. Belə ki, vurulan qollar, göstərilən sarı və qırmızı vərəqələr, eləcə də digər oyun epizodları rəsmi protokolda məhz futbolçuların nömrələri ilə qeyd edilir. Bu səbəbdən nömrəsiz forma ilə oyuna çıxmaq futbol qaydalarına uyğun hesab edilə bilməz. Baş verən vəziyyət təəssüf ki, “Xankəndi” tərəfindən yarışın təşkilati qaydalarına lazımi səviyyədə əməl olunmadığını göstərir. Digər tərəfdən isə meydan sahibi olan “Şəmkir” oyuna tam hazır olduğu, bütün qaydalara əməl etdiyi və əsasnamənin tələblərini yerinə yetirdiyi açıq şəkildə görünür.

Bu baxımdan yaranmış vəziyyətə obyektiv və ədalətli hüquqi qiymətin verilməsini sizdən xahiş edirik. Əminik ki, Peşəkar Futbol Liqası Azərbaycan futbolunda qayda-qanunun və idman prinsiplərinin qorunması istiqamətində bu məsələyə də ədalətli yanaşacaqdır”.

“Mançester Siti” “Liverpul”a rəqib oldu

10 March 2026 at 09:04

İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, “Mançester Siti” yarımfinal yolunda “Liverpul”la qarşılaşacaq.

“Arsenal”ın rəqibi “Sauthempton” olacaq. 1/8 finalda “Sanderlend”i mübarizədən kənarlaşdıran Liqa 2 təmsilçisi “Port Veyl” bu dəfə “Çelsi” səddini aşmağa çalışacaq.

İngiltərə Federasiya Kuboku
1/4 final cütləri

Sauthempton – Arsenal
Çelsi – Port Veyl
Mançester Siti – Liverpul
Vest Hem – Lids

Bu mərhələnin oyunları 4-5 apreldə olacaq.

ÇL: “Atletiko” və “Bavariya”dan darmadağın, “Barselona”dan heç-heçə

11 March 2026 at 02:00

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçı İstanbulda baş tutub. “Qalatasaray” burda “Liverpul”a qalib gəlib.

“Bavariya” İtaliyada “Atalanta”nı, “Atletiko” isə Madriddə “Tottenhem”i məğlub edib. “Barselona” səfərdə “Nyukasl”la heç-heçəyə razılaşıb.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

10 mart

Qalatasaray – Liverpul 1:0
Qol: M.Lemina, 7

Atalanta – Bavariya 1:6
Qollar: M.Paşaliç, 90+3 – Y.Stanisiç, 12, M.Olis, 22, 64, S.Qnabri, 25, N.Cekson, 52, C.Musiala, 67

Atletiko – Tottenhem 5:2
Qollar: M.Lorente, 6, A.Qrizmann, 14, Y.Alvares, 15, 55, R.Le Norman, 22 – P.Porro, 26, D.Solanke, 76

Nyukasl – Barselona 1:1
Qollar: H.Barns, 86 – L.Yamal, 90+6 (pen.)

“Sabah”dan tarixi qələbə

10 March 2026 at 21:06

Bu gün Misli Premyer Liqasında XXIII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçirilib. Lider “Sabah” “Qəbələ”ni 7 qolla məğlub edib. Bu, klub tarixinin ən böyükhesablı qələbəsi olub.

Misli Premyer Liqası
XXIII tur

10 mart

19:15 Sabah – Qəbələ 7:1
Qollar:
Mikels, 10, 33, Aleksey, 24, Parris, 40, Maluda, 53, Sekidika, 63, Rəhman, 77 – Ba Lua, 87
Baş hakim: İnqilab Məmmədov
“Bank Respublika Arena”

“Neftçi”nin çıxışlıq, Vernidubun təsirlik halı

10 March 2026 at 08:14

Nə oldu, “Neftçi”?! – Vernidub-tıss…

Bu cümləni yazmamaq üçün özümü çox sıxdım. Alınmadı. Yazdım.

Hələ ki, bütün cəhdlər dub-tıss…

Vernidub “Turan Tovuz”un yeganə qoluna heç cür cavab verə bilmədi. Bu məğlubiyyətlə avrokuboklar utopiyası eyforiyaya döndü.

Ancaq Vernidubda günah yoxdur. Gəlişindən keçən qısa müddətdə nizamlı oyun, xarakter kimi vacib nəsnələri yükləməyi bacardı.

Sadəcə, “Neftçi” komanda olaraq da homogen formaya salınmalıdır.

Daha səhih ifadə edək, “ağ-qaralar” öz “sükançısını” tapıb, ancaq onun fəlsəfəsinə uyğun heyət formalaşdırmaq da şərtdir.

Məsələn, intensiv hücum cəhdləri, rəqibin üzərinə gedişlərdə müxtəlif axtarışlar açıq sezilir. Lakin icra prosesi arzulanan səviyyədə deyil. Vernidubun sevdiyi cinahlardan reydlər bu komandanın aciz qaldığı tələblərdəndir.

“Neftçi” idarəçiləri vahid ideya ətrafında otura bilirlərsə, ilk növbədə bu mövsümdən çox gələn mövsümün xəritəsini cızmağa resurs sərf etməyi qərarlaşdırmalıdır. Hələ də “otura bilmirlərsə” Vernidub da heyif olacaq. Düzəlməyəcək…

Ukraynalı mütəxəssis oyunsonrası açıqlamada deyib ki, oyunçuları pisləyib özünü yaxşı göstərməyi sevmir. Məsələn, demçenkokimilərin abırına büküləsi frazadır…

Məşqçi/şəxsiyyət etikası “Neftçi”nin mirasına uyğundur, son illərin nataraz gedişatını sonlandıra və yeni dalğa yarada bilər, lakin klub rəhbərliyi ideoloji birliyə gəlməli, daha geniş spektrdan baxmalıdır.

“Bu mənim yeyintim”, “bu sənin yeyintin” özbaşınalığı sürərsə, heyf yenə o tribunanın həsrətlə döyünən ürəklərinə…

Kamil Əhməd

“Futbolumuzun indiki durumuna görə bu liqanın yaradılması vacibdir”

9 March 2026 at 17:24

Əvəzedicilər Liqasının ləğvi gündəmdədir. Kuluarlarda dolaşan xəbərlərə görə, AFFA apreldə keçiriləcək İcraiyyə Komitəsinin Hesabat iclasında yeni mövsümə bağlı bəzi qərarları açıqlayacaq ki, onlardan biri də “əvəzedicilər”in ləğvidir.

Premyer Liqada 12 komanda 10-nun ikincilərinin mübarizə apardığı yarışın faydaları böyükdür. Klublardakı gənc, yerli oyunçular məhz burda oyun praktikası yığır, əsas komandaya yüksəlmək üçün tər tökür. “Zirə”, “Sabah”, “Qəbələ”, “Sumqayıt”, “Şamaxı” kimi kollektivlərin əvəzedicilərindən A komandaya yüksələnlərin sayı da az deyil.

Azərbaycan 2027-ci ildə U-20 dünya çempionatına ev sahibliyi edəcək. Azərbaycanda da bu yığmanın formalaşdırılması üçün Əvəzedicilər Liqasının varlığı önəmlidir. Klubların U-19 komandalarında durumlar yaxşı deyil və hər bir halda, əsas komandalarla məşq keçən oyunçular daha hazır formada olurlar.

“Zirə” klubunun akademiyasının koordinatoru Zaur Həşimovla məsələ ilə bağlı söhbətləşdik:

“Üçüncü mövsümdür ki, Əvəzedicilər Liqasının ləğvi haqda müzakirə gedir. Sanki futbolumuza həll olunmamış ən böyük problem bu liqanın qalıb-qalmamasıdır. Hər dəfə eyni fikirdə olmuşam, bu çempionat çox faydalıdır. Gənclər burda təcrübə qazanır, bir neçə məşqçimiz fəaliyyətlərinə məhz əvəzedici komandalarda başlayıb. Əvəzedici komanda əsas komandaya körpü rolunu daşıyır. Hələ ki, U-19-lardan kimsə birbaşa əsas komandaya gedə bilməyib. Buna görə, əvəzedicilərin yarışı mühümdür. Tək futbolçu, məşqçi deyil, hətta, hakimlər də var ki, elita yolunu burdan keçirir”.

Mütəxəssis əvəzedici komandanı saxlamağın böyük büdcə tələb etmədiyini qeyd etdi. O, AFFA üçün Əvəzedicilər Liqasının ləğvi mövzusunda öz təklifini də bildirdi:

“Əvəzedici komandaların böyük büdcəsi yoxdur. Oyunların keçirildiyi yerlər II Liqa, Region Liqasına baxmış daha yaxşıdır. Bir çox səbəblər var ki, liqanın saxlanılması üçün əsasdır. Lakin təklif edirəm ki, Əvəzedicilər Liqası ləğv olunarsa, U-20 Liqası yaradılsın. Qarşıdan dünya çempionatı gəlir. Fikrimcə, futbolumuzun indiki durumuna görə bu liqanın yaradılması vacibdir”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Azərbaycanın iki güləşçisi Avropa çempionatının finalında

10 March 2026 at 00:33

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı start götürüb.

Futbolpress.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalçaya çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Vasif Bağırov (57 kq) fransalı Rasul Qalburayevə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. O, gürcüstanlı Nikoloz Botçorişvilini isə 6:2 hesabıyla üstələyib. Bağırov sabah finalda rusiyalı Ayanday Ondarla güləşəcək.

Musa Ağayev (65 kq) italiyalı Mattia Bientinesini vaxtından əvvəl (10:0) yarışdan kənarlaşdırsa da, 1/4 finalda belaruslu Maqomedxan Maqomedxanova 4:7 hesabıyla məğlub olub. Ağayev bürünc medal uğrunda ermənistanlı Arman Musikyanla mübarizə aparacaq.

Ramik Heybətov (70 kq) polşalı Daniel Kulçinskiyə 9:4 hesbıyla qalib gəldikdən sonra 1/4 finalda moldovalı Aleksandr Qaydarliylə bacarmayıb – 0:11. Heybətov təsəlliverici görüşdə gürcüstanlı Qoqa Otinaşviliylə üz-üzə gələcək.

Səbuhi Əmiraslanov (79 kq) belaruslu Aleksandr Viarbitskiyə (11:4) və almaniyalı Marat Kardanova (6:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Səbuhi gürcüstanlı Giorgi Qoqritçianiyə də gücünü göstərib – 4:1. Əmiraslanov həlledici görüşdə rusiyalı İsmayıl Xaniyevlə qarşılaşacaq.

Zəfər Əliyev (97 kq) ermənistanlı Qurqen Simonyana 6:2 hesabıyla qalib gəlsə də, yarımfinalda ukraynalı İvan Primaçenkoya eyni hesabla məğlub olub. Əliyev bürünc medal uğrunda Davide Kossu (İtaliya) – Emirhan Kılıç (Türkiyə) görüşünün qalibiylə güləşəcək.

Before yesterdayFutbolPress.Az

Berdıyev: “Hər şey sonda bilinəcək”

9 March 2026 at 23:24

Misli Premyer Liqasının XXIII turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Hər iki tərəf yaxşı oyun göstərdi. Sevinirəm ki, bu gün qələbə qazandıq. Fikirləşirəm ki, oyunçularım qələbəni haqq edirdi.

– Bu qələbə 3-cü yer uğrunda iddianı nə dərəcədə ortaya qoyur?
– Bundan əvvəl də demişdim ki, oyundan-oyuna hazırlaşırıq. Kubok və ya çempionat oyunu olmasının fərqi yoxdur. Turnir cədvəlinə fikir vermirik. Hər şey sonda bilinəcək.

– Öndə olsanız da, İbrahima Vadji və Joarlem Santos meydanda qaldı… Bu, nə ilə bağlı idi?
– Vadji fiziki baxımından da yaxşı durumda olduğu üçün düşündük ki, ikisini də oynada bilərik.

– “Turan Tovuz” kubok üçün liqanı, liqanı isə kubok üçün qurban verəcək?
– Heç bir fərqi yoxdur. Hamısı eyni əhəmiyyəti daşıyır.

– “Turan Tovuz” artıq neçə oyundur ki, qol buraxmır. Bu uğurun sirri nədədir?
– Bu suala cavab vermək çətindir. Çünki qapımız qarşısında təhlükəli epizodlar olur. Əgər olmasaydı, başqa məsələdir. Amma yenə təhlükəli vəziyyətlər göstərir ki, işləməli olduğumuz məqamlar çoxdur.

– Çempionluq hədəfiniz qalır?
– Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm. Biz yalnız qarşımızdakı oyuna hazırlaşırıq.

Şahin Cəfərov

Vernidub: “Heç vaxt demirəm ki, mən yaxşıyam, oyunçular pis”

9 March 2026 at 23:05

Misli Premyer Liqasının XXIII turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– İlk məğlubiyyətinizi yaşadınız. Bu, komandaya necə təsir edəcək? Qəza kimi yanaşacaqsınız, ya necə?
– Nə vaxtsa bir məğlubiyyət olmalı idi. Oyuna baxanda demək olmaz ki, məğlubiyyətə layiq idik. Azından heç-heçə olmalıydı, qələbə də qazana bilərdik. Böyük epizodlar olmadı. Onlar bir şansı dəyərləndirdi, biz yox. Bununla barışmaq və işləmək lazımdır.

– İkinci hissədə komandanın oyunu alınmırdı. “Şamaxı” ilə matçdakı hakim qərarları bu oyuna necə təsir etdi? Köklənmək problemi yox idi?
– Əlaqəsi yoxdur. Ümumi oyunda intensivlik var idi, amma ikinci hissə yaxşı alınmadı. “Turan Tovuz” zəif rəqib deyil. Üçüncü yerdədilər, amma bu gün onlardan pis oynamadıq. Buraxdığımız bir qol oyunun taleyini həll etdi.

– Bu heyət hədəflərinizə çatmaq üçün yetərlidirmi?
– Dəfələrlə təkrar etmişəm, gələndən eyni heyətdir. Sadəcə braziliyalı bir oyunçu (red-Brener Almeyda) transfer etmişik və belə davam edəcəyik.

– Cinah oyunçularınız zədəli idi. Onların yoxluğu oyuna necə təsir etdi?
– Ciddi bir şey olmadı. Məcburiyyətdən əvəzlənmə etdik. Amma bizdə 23 futbolçu var və hamısı oynamalıdır. Onlar bura oturmağa gəlməyib. Zədələrin nəticəyə ciddi təsir etdiyini düşünmürəm. Heç vaxt demirəm ki, mən yaxşıyam, oyunçular pis. Futbolçular hər oyun artırmağa çalışır.

– İlk dəfə müsəlman ölkəsində işləyirsiniz. Komandanızda oruc tutanlar var. Bu, oyunçuların hazırlıq planına təsir edir?
– Həqiqətən, təsiri var. Lakin tək bizdə deyil, digər komandalarda da eyni vəziyyətdir. Onlara nəsə qadağa qoymağa haqqım yoxdur. Bunların da öhdəsindən gələcəyik. Tək bizdə deyil, eyni şey “Turan Tovuz”da da var. 7-yə kimi yemək yeməmək və 8-də oyuna çıxmaq çətindir.

– Özünüzdən əvvəli məşqçilərdən fərqli olaraq, nə deyirsiz ki, “komandanı hazırlamağa vaxt lazımdır”, nə də “yığdığım komanda”dır. Gələcəkdə bu sözləri deməyəcəksiniz?
– Mənə qədər burda bir məşqçi olub. Həmin məşqçi haqda nəsə deyə bilmərəm, bu, qeyri-etik olar. Həm də həmkarımdır. Mənə qədər olan hamı günahkardır demərəm. Hər zaman aldığın zərbəni dəf etməyi bacarmalısan və insan olaraq qalmalısan. Ona görə də indiyə qədər çalışdığım klublarda hər zaman nəticə olub.

– “Qarabağ”la təxirə salınmış oyunun vaxtı açıqlanmayıb. Rəqib apreldə 3 dəfə “Sabah”a qarşı oynaya bilər. Bu halda sizinlə oyunun may ayında keçirilməsini istəyə bilər. Bu dəfə də “Qarabağ”a güzəşt edəcəksiniz?
– Qərarı nə mən, nə “Qarabağ” verir. Mən bilən AFFA bu haqda qərar verir. Nə vaxt desələr, oynamağa hazırıq. Əlbəttə, biz də öz təkliflərimizi verəcəyik. Bildiyim qədərilə, hər iki tərəf tarixdə razılaşmalıdır. Sabah desələr, sabah oynayacağıq. “Qarabağ”a qarşı oynamaq mənim üçün də maraqlıdır. Güclü komandalara qarşı duellər yaxşı olur. Görməliyik ki, biz də oralara çatmaq üçün nələr etməliyik. Yolumuza davam edəcəyik.

Klubun media və marketinq direktoru Rüstəm Əfsərli: “Klub adından deməliyəm ki, AFFA-nın bəyanatı gözlənilməz oldu. Çünki indiyə qədər qurumun fəaliyyəti ilə bağlı hansısa sözümüz olmayıb. Görülən işlərdən daim məmnun olmuşuq. Bu məsələlərdən iradımız olmayıb. Suallarımız hakim qərarları ilə bağlıdır. Yanlış qərarlardan ən çox əziyyət çəkən komanda bizik. Bununla bağlı suallarımız var idi. Diqqət etsəniz, mövsüm ərzində hakimlər komitəsində bizim matçda lehimizə bir yanlış qərar olduğu deyilməyib. Amma əleyhimizə olan yanlış qərarlar təsdiqlənib. Suallarımız bunlardan ibarət idi. AFFA Hakimlər Komitəsinə dəvətə görə təşəkkür edirik. “Şamaxı” ilə oyunda penaltinin doğru olduğu açıqlanandan sonra görüşə ehtiyac qalmadı. Hakimlərlə bağlı suallar var, federasiya ilə bağlı yox. Bir məqamı bildirmək istərdik, bəyanatda bir neçə xoşagəlməz, qəbulolunmaz ifadələr var idi. İctimai fikirlərin manipulyasiyası, oyun qaydaların yozulmasında şəxsi maraqlar və s. bunlar “Neftçi”yə eyham vurularaq istifadə edilə bilməz. Bizim tariximiz göz önündədir. Ümid edirəm ki, növbəti dəfə diqqət edilər və belə ifadələrdən qaçılar. Bir daha qeyd edirəm, qurumla bağlı narazılığımız yoxdur və ölkənin köklü klubu olaraq AFFA-nın qərarlarına, islahatlarına dəstək olduğumuzu bildirmək istəyirəm”.

Şahin Cəfərov

Rəşad Sadıqov: “Gedişat elə oldu ki, bir xal qazandıq”

9 March 2026 at 21:05

Misli Premyer Liqasının XXIII turunun “Zirə” – “Kəpəz” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyun bizim üçün yaxşı başladı. Erkən qol vurduq. Ondan sonra da yaxşı epizodlarımız oldu. Şanslardan yararlana bilmədik. Rəqib standart vəziyyətlərdən fərqləndi. Çoxsaylı hücumlar etdik, daha çox oyuna nəzarət edən tərəf idik. Hesabın da təsiri var idi. Rəqib irəlidə idi və müdafiəyə çox diqqət edirdi. Mövsümboyu belə oyunlar olur. Yaxşı epizodlardan vaxtında istifadə edə bilmirsən və rəqib standartlardan istifadə edir. Oyunöncəsi də bu haqda danışmışdıq. Bu qədər çətinliyə baxmayaraq, bir xal da pis deyil.

– Bu gün bir xal qazandınız, ya iki xal itirdiniz?
– Hamımız üç xala köklənmişdik. “Kəpəz”in son turlardakı çıxışını görmüşdük. Yaxşı oynayırlar. Üç xal istəyirdik, amma gedişat elə oldu ki, bir xal qazandıq.

– Oyunun sonlarında gəncəli azarkeşlər sizə qarşı şüarlar səsləndirirdi…
– Eşitmirdim, maraqlı deyil. Çempionatda 2 komanda liderliyə, 5 komanda avrokuboklara mübarizə aparır. 5 komandada yalnız yerli məşqçi mənəm. Sadəcə bunu qeyd etmək istəyirəm.

Şahin Cəfərov

“Daha dəqiq oynamağı bacarsaydıq, son dəqiqədə qələbəni əldən verməzdik”

9 March 2026 at 20:47

Misli Premyer Liqasının XXIII turunun “Zirə” – “Kəpəz” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərimizin yaxşı və pis gündə yanımızda olmaqlarını istəyirəm. Əsl azarkeşlər dar gündə tanınır. “Zirə” illərin komandasıdır, yaxşı komandadır. Sürətli əks-hücumlarımızı planlaşdırmışdıq. Maraqlı oyun alındı. İlk hissədə yaxşı başlamadıq. Amma sonra toparlandıq və məncə, daha dəqiq oynamağı bacarsaydıq, son dəqiqədə qələbəni əldən verməzdik. Qarşıda çətin oyunlarımız var. “Zirə”yə uğurlar arzu edirəm.

– Bu gün bir xal qazandınız, ya iki xal itirdiniz?
– Məncə, iki xal itirdik.

Şahin Cəfərov

II Liqada bu gün: “Şirvan” qazandı, liderin oyunu baş tutmadı

9 March 2026 at 20:16

Azərbaycan II Liqasında XVII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün bir matç baş tutub. “Şirvan” azarkeşləri önündə “Quba”nı məğlub edib.

Lider “Xankəndi”nin bu gün “Şəmkir”ə qarşı keçirməli olduğu oyun baş tutmayıb.

Azərbaycan II Liqası
XVII tur

9 mart

Şirvan – Quba 1:0
Qol: Ruslan Şahbazov, 10

“Neftçi” – “Turan Tovuz”: heyətlər

9 March 2026 at 20:06

“Neftçi” Misli Premyer Liqasının XXIII turunda bu gün “Turan Tovuz”u qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 20:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 33. Breno Almeyda 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 27. Kristian Kostin 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

“Turan Tovuz”: 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev

Zirədə heyətlər məlum oldu

9 March 2026 at 17:57

“Zirə” Misli Premyer Liqasının XXIII turunda bu gün “Kəpəz”i qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 18:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Zirə”:  97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 4. Ruan Renato 28. Leroy Mikels 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 22. Eren Aydın

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili 5. Ange Mutsinzi 11. Junior Martins 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

“Kəpəz”: 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 6. Camal Cəfərov 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze

Ehtiyat oyunçular: 33. Yusif İmanov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 57. Amur Yusifov

Baş məşqçi: Azər Bağırov

“Laporta Messinin “Barselona”ya qayıtmasını istəmir”

9 March 2026 at 15:17

“Barselona”nın sabiq baş məşqçisi Xavi açıqlama verib.

Futbolpress.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis komandanın keçmiş kapitanı Lionel Messinin kluba mümkün qayıdışına toxunub:

“Düzü, Messinin yaxın zamanda “Barselona”ya qayıdacağını düşünmürəm. Çünki klubun rəhbəri hazırda Xoan Laportadır və böyük ehtimalla, yenidən seçimlərdə qalib olacaq. Laporta Messinin “Barselona”ya qayıtmasını istəmir. Ona görə onun dövründə bunun gerçəkləşəcəyinə inanmıram”.

“Barselona” ÇL matçına itkilərlə çıxacaq

9 March 2026 at 14:38

“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsində “Nyukasl”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, komandalar arasında sabah İngiltərədə baş tutacaq ilk oyunda “Barselona”nın 4 futbolçusu iştirak etməyəcək. Bunlar Aleks Balde, Jul Kunde, Andres Kristensen və Frenki de Yonqdur. Adıçəkilən oyunçular heyətə daxil edilməyib.

“Nyukasl” – “Barselona” oyunu saat 00:00-da başlayacaq.

İtaliya klubu “Qarabağ”ın vingerini izləyir

9 March 2026 at 14:16

“Qarabağ”ın futbolçusu Emmanuel Addai “Napoli”nin diqqət mərkəzindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə Afrika mətbuatı məlumat yayıb. Xəbərdə Neapol klubunun nümayəndələrinin 24 yaşlı vingeri mövsümün sonuna qədər izləyəcəyi bildirilir.

“Napoli” fərdi keyfiyyətləri yüksək olan Addainin sürəti və rəqib müdafiəsindəki aktivliyi xüsusi cəlb edib. İtaliya təmsilçisi Addaini hücum xətti üçün alternativ güc variantı kimi düşünür.

Emmanuelin “Qarabağ”la müqaviləsi mövsümün sonuna kimidir. O, bu “futbol ili”ndə 39 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

23 “qırmızı”lıq Mineyro derbisi – VİDEO

9 March 2026 at 13:39

Braziliyada “Kruzeyro” – “Atletiko” arasında keçirilən matç qalmaqalla yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, Mineyro derbisinin sonlarında futbolçular arasında dava düşüb. Getdikcə böyüyən mübahisə daha sonra rəsmi şəxslərin müdaxiləsindən sonra dayandırılıb.

Hakim oyundan sonra protokolda 23 nəfərə qırmızı vərəqə göstərdiyini qeyd edib.

“Kruzeyro” rəqibini minimal hesabla məğlub edib – 1:0.

Millinin Çempionlar Kuboku üçün heyəti

9 March 2026 at 13:10

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi FIBA Çempionlar Kubokunda mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, yığmanın turnir üçün heyətində Arika Karter,Aleksandra Mollenhauer,Tatyana Deniskina, Brianna Freyzer olacaq.

Milli B qrupunda İspaniya, Kanada və Taylandla mübarizə aparacaq. Görüşlər 13-15 martda olacaq.

Autsayderin 72 il sonra gələn uğuru

9 March 2026 at 12:50

“Port Veyl” klubu İngiltərə Federasiya Kubokunda 1/8 finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, komanda 1/16-da Premyer Liqa təmsilçisi “Sanderlend”i mübarizədən kənarlaşdırıb – 1:0.

İngiltərə Liqa 1-də (səviyyəcə 3-cü liqa) autsayder olan “Port Veyl” 72 ildən sonra kubokda 1/8 finala yüksəlib.

Türkiyəli mütəxəssis hava limanında vəfat etdi

9 March 2026 at 12:01

Türkiyəli mütəxəssis Engin Fırat 55 yaşında vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb. O, İstanbul hava limanında ürək tutmasından həyatını itirib.

Fırat karyerası ərzində Moldova, Keniya millisini, İranda “Sepahan”, “Sayfa” kimi klublarda çalışıb. Onun adı bir neçə dəfə də Azərbaycan yığmasıyla hallanıb.

“Baqaja qoymaq” istedadı

9 March 2026 at 11:55

Elmar Baxşıyevi Demçenko ilə əvəzləyən “Araz Naxçıvan” bunun acısını çəkir. Növbəti məğlubiyyət “Qarabağ”a qarşı – 0:6.

“Araz Naxçıvan”da bütün qərarlar Zaur Axundova məxsusdur. Mütləq hakimiyyət sahibidir və illərdir, ölkə futbolunda klubcuq-klubcuq oyunu oynayan klub rəhbərlərindən biridir.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Bakıda oynayan Naxçıvan təmsilçisi anidən ötən il, dekabrın 23-də qərar verdi ki, baş məşqçi dəyişikliyinə getsin. Hardan, necə, nə cür tapdılar Demçenkonu, bilinmir. Bilinən odur ki, kifayət qədər bahalı heyət yığılsa da, nəticələr pisdir.

***

“Bu gün “Qarabağ”a istədikləri kimi oynamağa imkan verdilər”. Bu cümlə ilə komandasını “baqaja qoyan” baş məşqçi bilməlidir ki, gələcəkdə daha pis fəsadlar yaşana bilər. Biabırçı məğlubiyyətə görə məşqçilər korpusunu da təqsirkar sayan naməlum tapıntı komandası haqda yuxarıdakı cümlədə öz işgüzar səviyyəsini də, klubun daxili ab-havasının nə vəziyyətdə olmasını da qoydu ortaya.

Kamil Əhməd

“Zirə”dən son dəqiqə qolu, “Neftçi” uduzdu

9 March 2026 at 22:30

Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Zirə” “Kəpəz”i qəbul edib. Görüş bərabərliklə başa çatıb.

Turun mərkəzi görüşündə “Neftçi” “Turan Tovuz”a uduzub.

Misli Premyer Liqası
XXIII tur

9 mart

18:30 Zirə – Kəpəz 1:2
Qollar: Eren Aydın, 5 – Rauf Hüseynli, 32, Dieqo Verdaska, 51
Baş hakim: Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu

20:30 Neftçi – Turan Tovuz 0:1
Qol:
Jo, 56
Baş hakim: Əliyar Ağayev
“Palms Sports Arena”

❌
❌