Normal view

Yesterday — 21 February 2026Main stream

“Neftçi”də ikitərəfli oyun: “ağlar” sevindi

21 February 2026 at 21:00

“Neftçi” növbəti matça hazırlığını davam etdirir.

Futbolpress.az xəbər verir ki, məşqlər “Palms Sports” Futbol Mərkəzində təşkil olunur. Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında hazırlaşan komandanın üzvləri bu gün ikitərəfli oyun keçiriblər.

“Ağlar” və “qaralar”ın mübarizəsində qarşılaşma 3:2 hesabı ilə birincilərin xeyrinə başa çatıb. Qolları Vensan Abubakar (2), İmad Faraj, Bassala Sambu və Edvin Kuç vurublar.

Qeyd edək ki, “Qarabağ”la oyunu təxirə salınan “ağ-qaralar” Misli Premyer Liqasında növbəti görüşünü fevralın 28-də “Şamaxı”ya qarşı keçirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 14:30-da start götürəcək.

Milli Belarusa qalib gəldi

21 February 2026 at 20:45

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B qrupunda yer alan millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən qrupun son görüşündə komandamız 1:0 hesablı qələbə qazanıb. U-18-in heyətində qalibiyyət qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.

Murad Şəhriyarı məğlub edib, çempion oldu

21 February 2026 at 19:35

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.

Futbolpress.az xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi Gənclər və İdman Naziri Fərid Qayıbov edib.
Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub. Ağ fiqurlarla çıxış edən Məhəmməd Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan Məhəmməd Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.

Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.

“Rəqib keyfiyyətdə bizi üstələdi” – Məmmədov

21 February 2026 at 18:15

Azərbaycan Premyer Liqasının XXI turunun “Karvan-Yevlax” – “Araz-Naxçıvan” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Ağır məğlubiyyət oldu. Matça yaxşı başladıq, qol epizodları yaratdıq. Qələbə üçün imkanları dəyərləndirmək lazımdır. Rəqib keyfiyyətdə bizi üstələdi. Fasilədən sonra oyunu dəyişmək istədik, amma alınmadı.

– Keyfiyyət amilini əzmkarlıqla sığortalamaq olardı?
– İkinci hissədə daha gümrah futbolçuları meydana buraxdıq, sistemdə dəyişiklik etdik. Bununla hücum xəttində say artdı. Qalib gəlmək üçün qol vurmaq lazımdır. Epizodları yaradırıq. Amma son vuruşlarda keyfiyyət önəmlidir. Futbolçular əzmkarlıq göstərdilər. Amma bu, hələ kifayət etmir.

– Komanda sizin dönəminizdə hələ qələbə qazana bilməyib. Qələbə üçün nə çatmır?
– Çox çalışırıq. Bu oyuna da qələbə üçün çıxmışdıq. Rəqibə pressinq tətbiq edirdik. Bunun üçün güc lazımdır. Pressinqlə yaxşı qol epizodları yaratdıq.

– Komandada fiziki durum yerindədir? Sanki ilk hissənin sonlarından komandada eniş yaşandı…
– Sizinlə razı deyiləm. Komanda birinci hissədə pressinq tətbiq elədi. Ola bilər ki, futbolçular situasiyaya uyğun olaraq arxadan əks-hücuma çıxıblar. Fiziki və taktiki cəhətdən məğlub olmadıq. Biz bu gün rəqibə keyfiyyət baxımından uduzduq.

– Komandanı Premyer Liqada saxlamağa gücünüz çatacaq?
– Çox çalışıram. Sona qədər də çalışacam. İlk gündə neçə başlamışdımsa, elə də davam etdirəm.

Demçenkodan qələbə şərhi

21 February 2026 at 17:28

Azərbaycan Premyer Liqasının XXI turunun “Karvan-Yevlax” – “Araz-Naxçıvan” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çətin oyun olacağını bilirdik. “Karvan-Yevlax” elə vəziyyətdədir ki, onların itirəsi heç nəyi yoxdur, sona qədər döyüşəcəkdilər. Komandama dedim ki, rəqibi qiymətləndirmək lazımdır. Birinci hissədə istədiklərimizi tam olaraq edə bilmirdik. Belə vəziyyətdə səbirli olub şansını gözləmək lazımdır. Səbirli olub əks-hücumda qol vurduq. İkinci hissədə bir az fərqli oynadıq. Rəqibə oynamaq üçün məsafə verməməyə çalışdıq. Futbolçularıma təşəkkürümü bildirdim. Qələbə qazanmaq üçün hər şey etdilər. Hələ rahat ola bilmərik. Qarşıda oyunlarımız var.

– Felipe Santos daimi olaraq əsas heyətdə oynayacaq?

– Biz Santosa izah etdik ki, o, yaxşı futbolçudur. Onun yaxşı keyfiyyətləri var. Hər şey çox sadədir. O, öz üzərində daha çox işlədi və əsas heyətə qayıtdı.

– Klub prezidenti Ramin Axundovun axtarışa verilməsi komandaya necə təsir edir?

– Bu barədə elə də məlumatım yoxdur. Biz işimizi görürük. Bizim standart rejimimiz var. Komanda öz işini görməyə davam edir.

Federasiyada yeni baş katib

21 February 2026 at 15:24

Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.

Futbolpress.az xəbər verir ki, federasiyanın yeni baş katibi Əjdər Cəfərov təyin edilib.

Daha öncə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edən Cəfərov Əjdər Xosrov oğlu idman funksioneri kimi zəngin karyeraya malikdir.

Əjdər Cəfərov 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışmışdır. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

Millinin DÇ üçün heyəti açıqlandı

21 February 2026 at 14:29

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 24-də təlim-məşq toplanışına başlayacaq.

Futbolpress.az xəbər verir ki, millimiz dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 3-də Bakıda Şimali Makedoniya, 7-də isə Felksutda Macarıstan yığması ilə qarşılaşacaq.

N
AD/SOYAD
KLUB
1
Aytac Şərifova
Yüksekova (Türkiyə)
2
Nərgiz Əliyeva
Giresun Sanayispor (Türkiyə)
3
Günay İsmayılova
Neftçi PFK
4
Mehriban Şahməmmədova
Klubsuz
5
Nigar Mirzaliyeva
Hamburq (Almaniya)
6
Manə Mollayeva
Neftçi
7
Vüsalə Seyfəddinova
Neftçi
8
Jalə Məhsimova
Yüksekova (Türkiyə)
9
Coşqunə Əliyeva
Gaziantep Safir (Türkiyə)
10
Sevinc Cəfərzadə
Yüksekova (Türkiyə)
11
Kristina Bakarandze
Nike Lusso (Gürcüstan)
12
Ayşən Əhmədova
Amed Spor (Türkiyə)
13
Milana Rəhimova
Ljuboten (Şimali Makedoniya)
14
Ayşən Salamzadə
Neftçi
15
Yeliz Acar
Beşiktaş (Türkiyə)
16
Mədinə Curuqova
Neftçi
17
Peritan Bozdağ
Fənərbağça (Türkiyə)
18
Alina Nəhmədova
Partizan (Serbiya)
19
Aysun Muradova
Haymana (Türkiyə)
20
Kamilla Məmmədova
Dirçəliş
21
Xanım Əsədova
Neftçi
22
Nərgiz Hacıyeva
Şəfa
23
Vüsalə Hacıyeva
Yüksekova (Türkiyə)
24
Aydan Həsənova
Neftçi

“Yuventus”un futbolçusu “Liverpul”un “radar”ında

21 February 2026 at 13:41

“Liverpul” “Yuventus”un futbolçusu Kefren Türamla maraqlanır.

Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisi yayda fransalı yarımmüdafiəçi üçün təklif göndərməyi planlaşdırır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Yuventus” isə Türamı buraxmaq niyyətində deyil. Klub oyunçu ilə müqaviləni yeniləmək istəyir. Fransalı yarımmüdafiəçi hələ qərarını verməyib.

Türam bu mövsüm A Seriyasında 23 oyunda 1 qol vurub, 2 məhsuldar ptürmə edib.

PSJ-nin hücumçusu çempionat oyununu buraxacaq

21 February 2026 at 12:39

PSJ Fransa çempionatında bu gün “Mets”lə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Osman Dembele görüşü buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Monako” ilə Çempionlar Liqası matçında (3:2) zədələnən Dembele fərdi məşq edir.

PSJ – “Mets” oyunu bu gün saat 23:05-də keçiriləcək.

“Real”da itki

21 February 2026 at 12:00

“Real”ın futbolçusu Deyan Huysen zədələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məşqdə zədə alan müdafiəçi bir həftə bərpa müddəti keçəcək.

Huysen bu gün La Liqada “Osasuna”ya qarşı keçiriləcək matçı buraxacaq. Görüşə saat 21:30-da start veriləcək.

İngiltərədən “Sabah”a gələn futbolçunun müqaviləsindəki xüsusi bənd

21 February 2026 at 11:41

“Sabah” İngiltərənin “Birmingem” klubundan müdafiəçi Qodfred Boakini icarəyə götürüb. 20 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna kimi “bayquşlar”ın uğurları üçün çalışacaq.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, “Sabah” yayda oyunçunu almaq hüququna da malikdir. Bir müddət əvəzedici komandada çıxış edəcək Qodfred məşqçilər korpusu tərəfindən bəyənilsə, əsas komanda üçün transfer hüquqları alınacaq.

“Birmingem”in yetirməsi olan Boaki, karyerası ərzində bu klubun gənclərdən ibarət komandası ilə yanaşı, Finlandiyanın “İnter” (Turku) komandasında da çıxış edib.

Şahin Cəfərov

Messi sevinci

21 February 2026 at 11:13

“İnter Mayami”nin futbolçusu Lionel Messi zədəsini sağaldıb.

Futbolpress.az xəbər verir ki, argentinalı hücumçu komandanın son məşqinə qatılıb. Bu barədə ESPN məlumat yayıb.

Messi bir neçə gün əvvəl əzələsindəki ağrılar səbəbindən məşqdə iştirak etməmişdi.

Argentinalı hücumçu MLS-də mövsümün I turunda “Los Anceles”lə matçda oynaya biləcək. Görüş fevralın 22-də olacaq.

“Qalatasaray” Super Liqa matçında itki ilə çıxacaq

21 February 2026 at 10:50

“Qalatasaray” Türkiyə Super Liqasının XXIII turunda “Konyaspor”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Viktor Osimhen görüşdə iştirak edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı futbolçu sağ dizindəki ağrılar səbəbiylə matçın heyətinə daxil edilməyib.

Bu gün keçiriləcək “Konyaspor” – “Qalatasaray” matçına saat 21:00-da start veriləcək.

Azərbaycan yığması Belarusa qarşı

21 February 2026 at 10:28

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, B qrupunda yer alan millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək qrupun son görüşü Bakı vaxtı ilə saat 16:40-da başlanacaq.

Milli daha əvvəl Rusiyaya 1:7, Özbəkistana isə 1:3 hesabıyla uduzub.

UEFA “Barselona”nı cərimələdi

21 February 2026 at 09:48

UEFA İspaniyanın “Barselona” klubunu cərimələyib.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Klub Liqa mərhələsində “Slaviya” ilə səfər matçında (4:2) yaşananlara görə cəzalanıb.

“Barselona” azarkeşlərinin priotexniki vasitələrdən istifadə etməsinə görə 15, komandanın ikinci hissədə meydana gec daxil olması səbəbindən də 15 min avro cərimələnib.

İngiltərəli hücumçu “Çelsi”dən ayrılmaq istəyir

21 February 2026 at 09:16

İngiltərəli hücumçu Liam Delap yayda “Çelsi”dən ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, forvard oyun praktikasının azlığından narazıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Sanderlend”, “Brayton”, “Nyukasl” klubları Liamın xidmətində maraqlıdır.

Hücumçu bu mövsüm Premyer Liqada 17 oyunda 1 qol vurub.

“Araz-Naxçıvan” səfərdə qazandı

21 February 2026 at 16:26

Bu gün Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, autsayder “Karvan-Yevlax” azarkeşləri önündə “Araz-Naxçıvan”la üz-üzə gəlib. Görüş qonaqların qələbəsiylə başa çatıb.

Azərbaycan Premyer Liqası
XXI tur

21 fevral

14:30 Karvan-Yevlax – Araz-Naxçıvan 0:2
Qollar:
Felipe Santos, 32, 51 (pen.)
Baş hakim: İnqilab Məmmədov
Yevlax şəhər stadionu

Suraxanıda altı xallıq qələbə, Sumqayıtda xallar bölündü

21 February 2026 at 08:02

“Turan Tovuz” Premyer Liqanın XXI turunda “Zirə”ni məğlub edib – 2:0. Birinci hissəsini üstün oynayan tovuzlular 20 dəqiqəyə vurduğu iki qolla aktivinə üç xal yazdırdı. Tovuzlular fasiləyə qədər yenə qol vurmaq şansı yaxalamasına baxmayaraq, fürsətlər boşa verildi.

İkinci hissədə isə geridə olan “Zirə” daha aktiv oynadı. “Turan Tovuz”un sıx müdafiəsini yarmaqda çətinlik çəkən “qartallar” uzun ötürmələrə və uzaqdan zərbələrə üstünlük verdi. Lakin bu cəhdlər də boşa getdi.

Yekunda qələbə qazanan “Turan Tovuz” turnir cədvəlində rəqibini qabaqladı və üçüncü sıraya yüksəldi. Ehtiyatda daha bir oyunu olan qərblilərin fərqi daha da artırmaq imkanı var.

Günün digər matçında isə “Sumqayıt” “Qəbələ” ilə qolsuz heç-heçəyə razılaşdı. Hər iki hissənin əvvəlində daha yaxşı təsir bağışlayan “kimyaçılar” qol imkanlarından yararlana bilmədi. “Qəbələ” birinci yarıda penalti hüququ qazansa da, meydan sahiblərinin qapıçısı Mehdi Cənnətov qurtarışıyla komandasının xal qazanmasında mühüm rol oynadı.

Hər iki tərəf ümumi planda pis təsir bağışlamadı. İkili mübarizələrin daha çox olduğu görüşdə ədalətli nəticə məhz bərabərlik idi.

Şahin Cəfərov

La Liqa: “Atletik”dən əzmkar qələbə

21 February 2026 at 01:58

Bu gün İspaniya La Liqasında XXV tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Atletik” azarkeşləri önündə “Elçe” ilə qarşılaşıb. Matç Baskoniya təmsilçisinin qələbəsiylə başa çatıb.

İspaniya La Liqası
XXV tur

20 fevral

Atletik – Elçe 2:1
Qollar: Q.Suruseta, 64, 89 (pen.) – A.Silva, 68 (pen.)

“Bavariya”dan qələbə, “Borussiya” xal itirdi

22 February 2026 at 01:00

Bu gün Almaniya Bundesliqasında XXIII turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Maynts” azarkeşləri önündə “Hamburq”la heç-heçəyə razılaşıb.

“Bavariya” bu turda “Ayntraxt”ı məğlub edib. Dortmund “Borussiya”sı “Leypsiq” səfərindən son dəqiqə qolu ilə bir xalla dönüb.

Almaniya Bundesliqası
XXIII tur

20 fevral

Maynts – Hamburq 1:1
Qollar: N.Amiri, 42 – F.Vieyra, 64

21 fevral

Leypsiq – Borussiya Dortmund 2:2
Qollar: K.Baumqartner, 20, 39 – R.Kardoso, 50 (avtoqol), F.Silva, 90+5

Bavariya – Ayntraxt Frankfurt 3:2
Qollar: A.Pavloviç, 16, H.Keyn, 20, 68 – Y.Burxardt, 77 (pen.), A.Kalimuendo, 86

Köln – Hoffenhaym 2:2
Qollar: R.Arçe, 15, S.El Mala, 63 – O.Kabak, 45, A.Kramariç, 60

Yunion – Bayer 1:0
Qol: R.Xedira, 28

Volfsburq – Auqsburq 2:3
Qollar: Y.Qerhardt, 41, K.Şoqai, 71 – R.Ribeyro, 59, M.Qreqoriç, 87 (pen.), E.Rexbesay, 90+4

Super Liqa: “Qalatasaray” səfərdə uduzdu

21 February 2026 at 22:47

Bu gün Türkiyə Super Liqasında XXIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub. “Rizespor” azarkeşləri önündə “Kocaelispor”u məğlub edib.

Lider “Qalatasaray” bu turda “Konyaspor”a uduzub.

Türkiyə Super Liqası
XXIII

20 fevral

Rizespor – Kocaelispor 2:0
Qollar: V.Mihayla, 13, S.Akaydın, 57

21 fevral

Eyüpspor – Gənclərbirliyi 1:0
Qol: M.Altunbaş, 90+1

Alanyaspor – Başakşəhər 1:2
Qollar: F.Haderyonay, 67 – D.Selke, 14, E.Şomurodov, 44 (pen.)

Konyaspor – Qalatasaray 2:0
Qollar: A.Dermibağ, 75, B.Kramer, 81

Berdıyevdən qələbə şərhi

20 February 2026 at 19:50

Azərbaycan Premyer Liqasının XXI turunun “Turan Tovuz” – “Zirə” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Birinci hissədə oyunumuz pis alınmadı. Əvəzetmələrdən sonra təşəbbüsü bir qədər əldən verdik. Şükürlər olsun ki, qələbə qazandıq.

– Avrokuboklar mübarizəsində əsas rəqiblərinizdən birini məğlub etdiniz. Mövsümün qalan hissəsində şanslarınızı necə dəyərləndirirsiz?
– Turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna növbəti matçı düşünürük. Buna köklənirik.

Before yesterdayMain stream

“Bu, məsuliyyət məsələsi deyil” – Saşa İliç

20 February 2026 at 22:02

Azərbaycan Premyer Liqasının XXI turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Oyunun ilk 20 dəqiqəsində yaxşı oyun göstərdik. Lakin fasiləyə yaxın katastrofik vəziyyət yarandı. İkinci hissədə bir az oyunu düzəltdik, amma qələbə qazana bilmədik.

– Futbolçular sanki şanslara məsuliyyətsiz yanaşırlar… Belə şey var, ya bizə elə gəlir?
– Belə deməzdim. Sadəcə ötürmələrdə, qərarlarda səhvlik olur. Bu, məsuliyyət məsələsi deyil.

– Roy Kehatın durumu necədir?
– Hələ dəqiq nəsə deyə bilmərəm. Birinci gün dəqiq bilinəcək.

– Ardıcıl üç oyundur, qələbə qazana bilmirsiniz. Bu, avrokubok mübarizənizə necə təsir edəcək?
– Qarşıda oyunlar var. Ciddi, çətin matçlar olacaq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək.

Şahin Cəfərov

Sxadadze: “Hər oyun döyüşməliyik ki, xallar qazanaq”

20 February 2026 at 21:53

Azərbaycan Premyer Liqasının XXI turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Çox danışmayacağam. Hər iki komanda yüksək səviyyədə oyun sərgilədi. Bu mövsüm üçüncü dəfə penaltini vura bilmirik. Məşq prosesində bunun üzərində işləyirik, amma oyunda alınmır. Futbolçuların mübarizəsindən razı qaldım. Belə işləsək, mövsümün sonuna kimi daha çox xal toplayacağıq.

– Penalti məsələsini həll etməyin nəsə yolu var?
– Bu, psixologiya məsələsidir. Ba Lua yüksək səviyyəli, təcrübəli oyunçudur. Futbolda belə hallar olur. Belə anlarda psixologiya mühümdür. İndi elə vəziyyətdəyik ki, hər oyun xal qazanmalıyıq, bu da futbolçulara təsir göstərir. Futbolçularıma təşəkkür edirəm. “Sumqayıt” yaxşı komandadır. Baxımlı oyun oldu. Belə komandalara qarşı oynamaq xoşdur. Biz də meydanda oyun göstərməyə çalışdıq. Qol olmasa da, zövq alınası oyun oldu. Penalti vurmağı da öyrənsək, daha yaxşı olacaq.

– Qış fasiləsində komandanı istədiyiniz kimi formalaşdıra bildiniz? 
– Heyəti gücləndirdik. Bəzi oyunçular komandaya gec qoşulsa da, uyğunlaşa bildilər. İndi müdafiədə də yaxşı oynamağa başlamışıq. Qışdan əvvəl arxa xətdə problemlər var idi. Hazırda həm hücumda, həm müdafiədə yaxşı çıxış edirik. Hər oyun döyüşməliyik ki, xallar qazanaq, mövsümü istədiyimiz yerdə bitirək.

– AFFA Hakimlər Komitəsi “Sabah”la oyunda sayılmayan qolun izahını verib. Bundan razı qaldınız?
– Oyun artıq bitib. Qərara hörmətlə yanaşıram. Amma mənə elə gəlir, qol var idi.

Şahin Cəfərov

Sadıqov: “Buraxılan səhvləri sonradan düzəltək alınmadı”

20 February 2026 at 19:20

Azərbaycan Premyer Liqasının XXI turunun “Turan Tovuz” – “Zirə” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Oyuna çox pis başladıq və qapımızda iki qol gördük. Oyunun əvvəlində sanki komandada çaşqınlıq var idi. Birinci hissəni çox pis keçirdik. İkinci yarıda isə tam əksi oldu. Rəqibin sıx müdafiəsini yara bilmədik. Fasilədən sonra futbolçular çalışdılar. Amma matçın əvvəlində buraxılan səhvləri sonradan düzəltək alınmadı.

– Birinci hissədə dəyişiklik etdiz. Səbəb nə idi?

– Oyunun əvvəlində İsmayıl İbrahimlidə müəyyən narahatlıq var idi. Onu meydana buraxıb-buraxmamaq barədə fikiləşirdik. Hiss olunurdu ki, oyununa təsir etdi. Hesabda geriyə düşdük və dəyişikliyə getdik.

– “Zirə”nin əvəzedici komandasını izləyirsiz? Bu mövsüm əsas komandaya əvəzedici heyətdən oyunçu dəvət etmirsiz deyəsən… 

– Mütəmadi olaraq uşaqları dəvət edirik. Əvəzedicilər Liqasını izləyə bilmirəm. Amma oradan komandaya oyunçular dəvət edirik. Kimi hazır görsək, şans verəcəyik.

– “Turan Tovuz” azarkeşləri sizi qarşı şüarlar səsləndirdi, atmacalar atdılar. Bunu nə ilə əlaqələndirirsiz?

– Açığı, mən də başa düşmədim. “Turan Tovuz” mənə doğma komandadır. Fikir bildirməyəcəm. Çünki səbəbini bilmədim.

Şahin Cəfərov

“Sumqayıt” – “Qəbələ”: heyətlər

20 February 2026 at 18:26

“Sumqayıt” Premyer Liqanın XXI turunda bu gün “Qəbələ”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Sumqayıt”: 1. Mehdi Cənnətov (k) 7. Rüstəm Əhmədzadə 19. Roi Kehat 72. Rayan Senhadjic 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 3. Höccət Haqverdi 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 95. Nsana Simon
Baş məşqçi: Saşa İliç

“Qəbələ”: 93. Rza Cəfərov 7. Turan Manafov 13. Nicat Əliyev (k) 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 8. Sambu Sissoko 16. İsaak Amoah 30. Prins Ovusu
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 11. Asif Məmmədov 28. Murad Musayev 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 14. Domi Massumo 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Sxadadze

Kubokda 1/4 finalın cavab oyunlarının vaxtı bilindi

20 February 2026 at 17:34

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının vaxtı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” – “Şamaxı” oyunu martın 3-də keçiriləcək.

Azərbaycan Kuboklu
1/4 final, cavab oyunları

3 mart (çərşənbə axşamı)

“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 19:00

4 mart (çərşənbə)

“Qarabağ” – “Şamaxı”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

5 mart (cümə axşamı)

“Kəpəz” – “Turan Tovuz”
Yevlax şəhər stadionu, 14:30

“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 18:00

İspaniya klubları Silva ilə maraqlanır

20 February 2026 at 16:35

“Mançester Siti”nin futbolçusu Bernardo Silva yayda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” mövsümün sonunda müqaviləsi bitən yarımmüdafiəçi ilə yollarını ayırmağı düşünür.

İspaniyanın “Barselona” və “Atletiko” klubları Silva ilə yaxından maraqlanır. Klublar 31 yaşlı futbolçu ilə yaxın zamanda danışıqlara başlamağı planlaşdırır.

Bernardo bu mövsüm Premyer Liqada 26 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bölgə klubu baş məşqçisini açıqladı

20 February 2026 at 16:14

“Şəki” klubunun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Firuddin Mövsümova tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

“Şəki” II Liqada 14 turdan sonra 25 xalla 4-cü sıradadır.

“Turan Tovuz” – “Zirə”: heyətlər

20 February 2026 at 15:50

“Turan Tovuz” Premyer Liqanın XXI turunda bu gün “Zirə”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Turan Tovuz”: 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular:1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev

“Zirə” 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 14. Elçin Əlicanov 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 11. Junior Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

“Birmingem”dən “Sabah”a

20 February 2026 at 15:44

“Sabah” FK heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, belçikalı futbolçu Qodfred Boaki İngiltərənin “Birmingem” klubundan icarəyə götürülüb. Anlaşmanın müddəti 2025/26 mövsümünün sonuna kimi nəzərdə tutulub. 20 yaşlı mərkəz müdafiəçisi “Sabah”ın əvəzedicilərdən ibarət komandasında çıxış edəcək.

“Birmingem”in yetirməsi olan Boaki, karyerası ərzində bu klubun gənclərdən ibarət komandası ilə yanaşı, Finlandiyanın “İnter” (Turku) komandasında da çıxış edib.

Daha bir kanal Premyer Liqa oyunlarını yayımlayacaq

20 February 2026 at 15:35

Azərbaycan Premyer Liqasının oyunlarını yayımlayacaq daha bir telekanal məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Çempionatda hər turun bir görüşü “İdman TV”dən də yayımlanacaq. İlk yayımın “Qarabağ” – “Sabah” oyunu olacağı bildirilir.

Premyer Liqanın yayım hüququ “CBC Sport”dadır.

Azərbaycanda bu federasiyanın adı dəyişdi

20 February 2026 at 15:26

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası fəaliyyət istiqamətlərini genişləndirir.

Futbolpress.az xəbər verir ki, bununla bağlı federasiyanın Ümumi Yığıncağında müvafiq qərar qəbul olunub.

Bu addım ölkəmizdə su idman növlərinin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyi artırmaq və beynəlxalq arenada daha effektiv təmsilçiliyə nail olmaq məqsədi daşıyır. Eyni zamanda populyarlığı artırmaq, kütləviliyi təmin etmək, yeniyetmə və gəncləri cəlb etmək əsas prioritetdir.

Müvafiq olaraq federasiyanın adı dəyişdirilərək Azərbaycan Su İdmanı növləri Federasiyası (Azerbaijan Water Sports Federation) adlandırılacaq.

Argentinalı hücumçu “Barselona”da oynamaq istəyir

20 February 2026 at 15:15

“Atletiko”nun futbolçusu Yulian Alvares mövsümün sonunda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, argentinalı hücumçu “Barselona”nın təklifini qəbul etmək niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Alvares DÇ-2026-dan sonra Kataloniya klubu ilə yeni müqavilə imzalamaq niyyətindədir. Keçidin təxminən 70 milyon avro məbləğində tamamlanacağı gözlənilir.

Alvares bu mövsüm La Liqada 24 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Mingəçevir”in baş məşqçisinə 4 oyunluq cəza

20 February 2026 at 14:45

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

18 fevral 2026-cı il tarixində I Liqada XV turun “Cəbrayıl” – “Baku Sportinq” oyununda “Cəbrayıl” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

18 fevral 2026-cı il tarixində I Liqada XV turun MOİK – “Səbail” oyununda MOİK komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);

19 fevral 2026-cı il tarixində I Liqada XV turun “Şəfa” – “Mingəçevir” oyununun 82-ci dəqiqəsində “Şəfa” komandasının 14 nömrəli futbolçusu Vüqar Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şəfa” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

19 fevral 2026-cı il tarixində I Liqada XV turun “Şəfa” – “Mingəçevir” oyununun 45-ci dəqiqəsində “Mingəçevir” komandasının baş məşqçisi Ramiz Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 4 oyun oyuna buraxılmasın, “Mingəçevir” komandası 3000 manat cərimə edilsin (maddə 52.4);

19 fevral 2026-cı il tarixində I Liqada XV turun “Şəfa” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının paltardəyişmə otağında stadiona dəymiş zərər “Mingəçevir” komandası tərəfindən qarşılansın (maddə 86);

19 fevral 2026-cı il tarixində I Liqada XV turun “Şimal” – “Şahdağ Qusar” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

19 fevral 2026-cı il tarixində I Liqada XV turun “Şimal” – “Şahdağ Qusar” oyununun 66-cı dəqiqəsində “Şahdağ Qusar” komandasının 10 nömrəli futbolçusu Vüsal Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 900 manat cərimə edilsin (maddə 45.1).

“Qarabağ” və “niyə”lər

20 February 2026 at 14:32

“Qarabağ” – Azərbaycan futboluna adını qızıl hərflərlə yazdıran, qırılması çətin olan rekordların sahibi.

İlk dəfə Çempionlar Liqasının, qrupunda, liqa mərhələsində, pley-offunda oynamış komanda. Azərbaycanlı futbolçuların bu turnirlərdə tarixə düşən qolları vurduğu komanda. Əla. Mübaliğəsiz, böyük nəticələrdir, bundan sonra kiminsə azı 5-10 ildə bunu bacarması sual altındadır, elə özlərinin də.

Bura qədər hər şey gözəl, ancaq təşəkkürlər alan “Qarabağ”ın narahatlıq yaradan işləri (olmayan işləri) bəs nədir?

Azərbaycanın indiki məqamda bir nömrəli klubu olan “Qarabağ” tək futbol komandasıdır. Niyə? Avrokuboklarda ardıcıl iştiraka, qazanılan qələbələrə görə gələn milyonlar hardadır, hara gedir?

Ən çox gəlir əldə edən klubun niyə rekord məbləğli transferi illər əvvələ aiddir? (red – 2012-ci ildə Riçard Almeyda 1.2 milyon avro qarşılığında “Santo Andre” klubundan “Qarabağ”a keçib)

Avropada adından söz etdirən klubun nə üçün qadın futbol komandası fəaliyyət göstərmir? Saxlamağa pul yoxdur?

Əsas komandası Avropada “at oynadan” klubun nə üçün aşağı yaş qruplarında nəticələri ürəkaçan deyil?

Əvəzedici komandası nə üçün çempion ola bilmir?

Son 10 ildə 2-3 addan başqa, klubun hansı yetirməsi əsas komandaya yüksələ bilib?

Azərbaycan futbolunun inkişafı uşaq futbolundan başlayır. “Qarabağ” uşaq futbolunda hansı işləri görür?

Suallar, narahatlıq yaradan məqamlar… Məsələ, klubun uğurlarına kölgə salmaq deyil, məlumdur, “Qarabağ”ın bacardığını bundan sonra kiminsə bacarması çətindir, futbol üçün müsbət məqamdır. Bəs çatışmazlıqlar? Onlar necə olacaq?

Yuxarıda verilən “niyə”ləri “nə zaman”lar əvəz edir. Nə zaman bunlar da qaydasına düşəcək? Danışılmır, qeyd edilmir, uğurlara hamı sevinir, bəs çatışmazlıqlar necə olacaq?

Şahin Cəfərov

Milli üçün ilin ilk sınağı

20 February 2026 at 14:25

Fevralın 23-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turniri start götürəcək.

Futbolpress.az xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Məşqçilər korpusu ilin ilk beynəlxalq sınağında Bilalhəbaşi Nəzərov (50 kq), Nicat Hüseynov, Zəlimxan Süleymanov, Zidan Hünbətov (hər üçü 55 kq), Məhəmmədəli Aşırəliyev, Məhəmmədəli Qasımzadə, Tağı Nəsibov (hər üçü 60 kq), Maqsud Xasmetov, Malik Həsənov, Zaur Qəhrəmanov (hər üçü 65 kq), Murad Allahverdiyev (80 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcək.

35 ölkədən 400-dək boksunun iştirakı gözlənilən turnirdə ölkəmizi hakim kimi Qalib Əbiyev təmsil edəcək.

Qeyd edək ki, yarışın püşkü fevralın 22-də atılacaq.

Qurban Qurbanov “Nyukasl”la oyundan öncə media önünə çıxacaq

20 February 2026 at 14:03

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq.

Futbolpress.az xəbər verir ki, komandanın media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” oyunu fevralın 24-də İngiltərədə, “St James Park” stadionunda, Mərkəzi Avropa Vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) start götürəcək. Komandalar arasında ilk oyunda ingilislər qələbə qazanıb – 6:1.

“Real”ın qapıçısı Fransa klubunun səhmlərini aldı

20 February 2026 at 13:53

“Real”ın qapıçısı Tibo Kurtua klub sahibi olub.

Futbolpress.az xəbər verir ki, belçikalı qolkiper Fransanın “Le Man” klubunun səhmlərinin bir hissəsini alıb.

Fransa Liqa 2-də yarışan “Le Man”ın səhmdarları arasında Novak Cokoviç, Felipe Massa, Kevin Maqnussen kimi adlar var. Komanda çempionatda 23 turdan sonra 39 xalla 5-ci sıradadır.

Suraxanıda avrokubok “döyüşü”

20 February 2026 at 13:31

Bu gün Premyer Liqada XXI tura start veriləcək.

Günün ilk matçında avrokuboklara vəsiqə mübarizəsi aparan “Turan Tovuz” və “Zirə” komandaları üz-üzə gələcək. Tovuz şəhər stadionunun ot örtüyünün yararsız olması səbəbindən görüş Suraxanıda, “Azersun Arena”da olacaq. Matça saat 17:00-da start veriləcək.

“Turan Tovuz” 19 yundan sonra 34 xalla 4-cü sıradadır. Bölgə təmsilçisinin “Qəbələ” ilə ehtiyatda bir matçı var və bu görüş fevralın 24-də keçiriləcək.

“Zirə” isə 20 turdan sonra 35 xalla üçüncü sırada qərarlaşıb. “Turan Tovuz” qələbə qazanacağı halda, rəqibini keçəcək, eyni zamanda dörd gün sonra baş tutacaq “Qəbələ” matçını da üç xalla bitirsə, fərqi artıracaq. Bu baxımdan tovuzlular üçün qələbə xüsusi önəm daşıyır.

“Turan Tovuz” son 5 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə də uduzub. Komanda son turda “Şamaxı” səfərindən bir xalla dönüb.

“Zirə” isə son 5 oyunda 2 qələbə qazanıb, 2 dəfə heç-heçə edib. Bir görüş isə bərabərliklə başa çatıb. “Turan Tovuz”la matçda heç-heçə belə “Zirə” cəbhəsinə sərf edir.

Komandalar arasında I dövrədə baş tutan görüşdə qolsuz bərabərlik qeydə alınıb. Tərəflərinson 5 duelində “Zirə” 2, “Turan Tovuz” 1 qələbə qazanıb. Bərabərliklə başa çatan iki görüşdə də qapılara qol vurulmayıb.

Sakanın arzusu

20 February 2026 at 12:48

“Arsenal”la yeni müqavilə imzalayan Bukayo Saka açıqlama verib.

Futbolpress.az xəbər verir ki, 24 yaşlı futbolçu London klubunda xoşbəxt olduğunu deyib:

“Burda xoşbəxtəm. Bacardığım qədər komanaya kömək etmək istəyirəm. Hədəflərim, iddialarım var. “Arsenal”la titul qazanmaq istəyirəm. İnanıram ki, yaxın zamanda məqsədlərimizə çatacağıq. Uzun illər bu komandada olmağı arzulayıram”.

Saka bu mövsüm Premyer Liqada 23 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Tedesko: “Məğubiyyətə layiq idik”

20 February 2026 at 12:26

“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko Avropa Liqasında “Nottingem Forest”ə məlubiyyəti şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:3 hesabıyla bitən görüşdən sonra bunarı deyib:

“Məğubiyyətə layiq idik. Bir komanda pis , bir komanda yaxşı oynadı. Onlar bizdən güclü idilər. İlk 30 dəqiqədə göstərdikləri təziqdən çıxa bilmədik. Hər şey bu qədər sadədir”.

Komandalar arasındakı cavab oyunu fevralın 7-də İngiltərədə olacaq.

Məşhur futbolçu karyerasını bitirə bilər

20 February 2026 at 12:12

“Santos”da çıxış edən Neymar ilin sonunda karyerasını bitirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə hücumçu “Caze TV”yə açıqlamasında deyib:

“Gələcəyimlə bağlı bilmirəm. Ola bilər, dekabrda karyeramı bitirim. İndi bu günü yaşayıram. Ancaq bu il mənim üçün həlledici olacaq”.

Daha əvvəl Neymarın DÇ-2026 üçün Braziliya yığmasına çağırılmayacağı halda, karyerasını bitirəcəyi iddia edilib.

Yığma özbəklərə qarşı

20 February 2026 at 11:58

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, B qrupunda yer alan millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:20-də başlanacaq.

Azərbaycan yığması dünən ilk matçda Rusiyaya 1:7 hesabıyla uduzub.

Serbiyalı hücumçunun “Barselona” arzusu

20 February 2026 at 11:30

Serbiyalı hücumçu Duşan Vlahoviç mövsümün sonunda “Yuventus”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Vlahoviç “Barselona” klubundan təklif alacağı halda, “qoca sinyora” ilə vidalaşacaq.

26 yaşlı hücumçu daha əvvəl “Yuventus”la yeni müqavilə danışıqlarında razılaşa bilməyib.

Vlahoviç bu mövsüm A Seriyasında 13 oyunda 3 qol vurub.

Qurbanov və ritorik suallar

20 February 2026 at 11:13

Qurbanov Qurbanovun AFFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasına qatılması xüsusi xəbər kimi təqdim olundu. Səbəb onun bu iclaslara əksər vaxt qatılmamasıdır.

Bu məsələnin özü də xüsusi xəbər kimi ayrıca təqdim olunmalıdır.

Qurbanov niyə əksərən İK iclaslarına qatılmır?

Qrafik sıxlığı?

Bəlkə də ən sıx qrafik bu ərəfələrdədir, amma dünən iclasda idi.

Aydın deyil, niyə qatılmırdı, niyə dünən qatıldı…

Ritorikanı dincə qoyub, başqa suala baxaq.

Qurbanov son vaxtlar heç vaxt olmadığı qədər emosional çıxışlar etdi. Yararsız meydança məsələsindən tutmuş legioner limitinədək… Əsasən haqlı olan iradları ictimai formada, bəzən də emosional açıqlamaq sakit təbiətli imicini yaddaşlarda möhkəmləndirən Qurbanovu bu mənada daha çox diqqət mərkəzinə çəkir.

Görəsən onun İK-dakı təklifləri, fikirləri “işləmir”?

Ümumiyyətlə, çoxsaylı suallar və onların ritorik halı… Buna səbəb Qurbanovun analoji mövzulara dair suallara cavab vermək istəməməsidir.

Özəl müsahibələrə toxunmur, yaxud yan keçir. Oyunsonrası mətbuat konfranslarında bu mövzuda sual verilərkən isə o, “milli komanda”, “AFFA İcraiyyə Komitəsi” tematikalı suallara bəzən, “bu haqda danışmaq istəmirəm” kimi reaksiyalar verir.

Qurbanov İK iclaslarına niyə qatılmırdı?

Necə oldu ki, dünən qatıldı?

Nədən razı, nədən narazıdır?

Son iclasda nələr danışdı, nələr eşitdi?

Ölkə futbolunun ənənəvi problemlərini son dönəmlər daha intensiv və emosional ifadə etməsinə səbəb nədir?

Bu və başqa çox sayda açıq qalan suallar var. Bu suallarla ona müraciət edə də bilərik, lakin əksərinə əvvəllər də cavab vermədiyi bilinən faktdır.

Qurbanovun ictimaililiyi yetəri qədər deyil. Sanki ictimai mövzularda qəti, korrekt, açıq mövqelər bildirmir və ümumiyyətlə bu profildə daha çox qapalı mövqeyi diqqət çəkir.

Halbuki faktiki durumda ölkə futbolunun problemlərinin həllinə ən təsirli çıxışları məhz o edə bilər.

Qurbanov obrazının yükünü və təsir potensialını bilməmiş deyil. O obrazın yükünə layiq dərəcədə mövqe qoymalı, ictimaililiyini artırmalıdır.

Kamil Əhməd

Milliyə İsveçdən oyunçu çağırıldı

20 February 2026 at 10:58

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən fevralın 22-dək Bakıda, ayın 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.

Futbolpress.az xəbər verir ki, U-19 Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək. Hər iki matçın Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.

N.
Ad / Soyad
Klub
1
Məhdi Həsənov
Neftçi
2
Rauf Əyyubov
Sabah
3
Həzrət Səmədov
Sabah
4
Murad Qurbanov
Zirə
5
Məhəmmədəli Məmmədov
Turan Tovuz
6
Tuncay Əhmədov
Sabah
7
Tunar Muradov
Turan Tovuz
8
Fərid Abdinov
Stroqino (Rusiya)
9
Nadir Nəsibli
MOİK
10
İlkin Həzizadə
Sumqayıt
11
Əli Qazibəyov
Qarabağ
12
Abdulaziz Cabbarlı
Qarabağ
13
İbrahim Babayev
Barselona
14
Nurlan Zeynallı
Sumqayıt
15
Vüsal Kərimov
Neftçi
16
Əhliman Süleymanzadə
Zirə
17
Sabutay Hacı
Alboraya (İspaniya)
18
İslam Həsənov
Qrafiçar (Serbiya)
19
Əli İbrahim
Qarabağ
20
Nicat Nərimanov
Brommapoykarna (İsveç)
21
Əhməd Vəliyev
Qarabağ

Nərimanın klubunda yeni oyunçu

20 February 2026 at 10:26

Azərbaycanlı futbolçu Nəriman Axundzadənin yeni yeni klubu “Kolumbus Kryu” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, MLS təmsilçisi portuqaliyalı Andre Qomeşi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qomeş karyerası ərzində “Benfika”, “Valensiya”, “Barselona”, “Everton” kimi klublarda oynayıb.

“İmişli”dən transfer

20 February 2026 at 10:13

“İmişli” PFK heyətinə yeni oyunçu cəlb edib.

Futbolpress.az xəbər verir ki, Azərbaycanlı futbolçu Orxan Fərəcov ilə kontrakt imzalanıb.

25 yaşlı yarımmüdafiəçi karyerası ərzində müxtəlif illərdə “Şamaxı-2”, “Keşlə”, “Səbail”, Polşanın “KS CK Troszyn” və “Narew Ostrołęka” klublarında çıxış edib.

Son mövsümlərdə isə “Baku Sporting” və “Şahdağ” FK-nın formasını geyinib.

Ançelotti üçün yeni müqavilə

20 February 2026 at 09:30

İtaliyalı mütəxəssis Karlo Ançelotti Braziliya millisi ilə müqaviləsini uzadacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə məşqçi “Movistar” telekanalına danışan zaman deyib. O, yığma ilə sözləşməsinin 2030-cu ilin sonuna qədər artırılacağını bildirib.

Ançelotti ötən ilin mayından yığmaya rəhbərlik edir. Onun Braziliya millisində illik 10 milyon avro qazandığı bildirilir.

Hansı oyun, hansı kanalda? – TV

20 February 2026 at 09:07

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

20 fevral

Azərbaycan, Premyer Liqa
17:00 Turan Tovuz – Zirə (CBC Sport)
19:30 Sumqayıt – Qəbələ (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Rizespor – Kocaelispor (beİN Sports 1)

İtaliya, A Seriyası
23:45 Sassuolo – Verona (Futbol 2)

Fransa, Liqa 1
23:45 Brest – Marsel (beİN Sports 4)

İspaniya, La Liqa
00:00 Atletik – Elçe (İdman TV, Matç TV)

Afişa məzmunlu iclas(lar) – TƏHLİL

20 February 2026 at 08:42

Dünən SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Əvvəla, İK-nın iclaslarının AFFA-nın binasından kənarda keçirilməsi anlaşılmazdır. Bu, Rövşən Nəcəfin dövründə dəbə minib.

AFFA-nın üzv olduğu UEFA-nın digər üzv assosiasiyalarının heç biri toplantılarını inzibati binadan kənarda keçirmir.

Bu məsələdə hüquqi aspektdən prinsipiallıq olmaya bilər, lakin nəzərə alınmalıdır ki, yerli futbol təşkilatlarının assosiasiyası UEFA-nın mötəbər üzvüdür və bu onların müstəqil qurum olmasına dəlalət edir. Azərbaycanda SOCAR qismində olmaqla, digər yerli ali qurumlarda da himayəçi/sponsor təşkilatlar var, ancaq heç birində qurum himayəçiyə yönəlik bu həddə imic assimlyasiyasına yol vermir. Gələcəkdə bu məsələlərə diqqət yetirmək lazımdır. AFFA-nın iclas və daha mühüm tədbirlərin təşkilatçılığına uyğun olan inzibati binası var. Rövşən bəy isə SOCAR-ın prezidenti olmaqla yanaşı, həm də AFFA-nın prezidentidir və bu iki məsələnin bir-birinə qarışması korporativ etikadan tutmuş, hüquqi kriteriyalaradək uyğun sayılmır.

***

İclasın gündəliyinə nəzər yetirdikdə aydın olur ki, aprelin 3-nə təyin olunan İllik Hesabat Konfransı öncəsi hazırlıq/məşğələ xarakterli iclas keçib. Bir neçə toplantıya qatılmayan Qurban Qurbanovun yenidən sıralara qayıtmasından başqa diqqətçəkan məqam yoxdur.

Haşiyə çıxaq ki, Qurbanovun İK iclaslarından sonra ictimaiyyətə açıqlamalar verməsi digər üzvlərə nəzərən daha çox əhəmiyyətlidir. Lakin biz digər üzvlər kimi, onun da brifinq keçirməməsini görürük.

Ümumiyyətlə, keçmiş AFFA rəhbərliyinin son dönəmindən miras qalan bu hal sonlandırılsa yaxşı olar. AFFA İK-nın iclasları ən mühüm proseslərdən biridir və onun anonsundan tutmuş iclasın icmalınadək – hər detal ictimaiyyətə açıq olmalıdır. Lakin qapalılıq müşahidə olunur və bu anlaşılmaz, hətta qəbulolunmazdır. Məhz bu səbəbdən iclasın gündəliyindəki məsələlər ətrafında müzakirələr zəif gedir, yaxud heç olmur…

İndi isə gündəlikdə müzakirə olunan məsələlərin mahiyyətinə yüngülvari toxunaq.

Niyə yüngülvari?

Çünki predmetlər afişa şəklində açıqlanıb, ondan sonra heç bir təfsilat, geniş açıqlamalar olmayıb.

Məsələn, predmetlərdən birinə nəzər yetirək:

“AFFA-nın baş katibinin müavini Elçin Məmmədov Misli Premyer Liqası klublarının akademiyalarında aparılmış yerində təhlillər üzrə hesabatı təqdim edib”.

Bunu iclasdakı ən vacib mövzulardan biri saymaq olar, lakin bizə məlum deyil;

– Akademiyalarda aparılmış yerində təhlillər hansı məsələləri əhatə edib
– ⁠Təhlillərin nəticələri nədir?
– ⁠AFFA-nın nəticələrlə bağlı qərarları/mövqeyi nədən ibarətdir.

Gördüyümüz kimi, bu, mətbuat üçün təhlillərə maneə yaradan vəziyyətdir. İctimaiyyətə açıqlılığın pozulması…

“AFFA-nın 2026-cı il üçün büdcəsi müzakirə olunaraq təsdiqlənib”.

Güman ki, büdcə haqqında detallı məlumatlar Hesabat Konfransında açıqlanacaq. Lakin ona hələ iki aya yaxın müddət var. Cari ilin büdcəsində prioritetlərin nədən ibarət olması indidən bildirilməli idi. Futbolun İnkişafına dair yeni proqramın icrası kimi həssas məsələdən tutmuş, Premyer Liqa klublarına verilən dotasiyalara qədər – əksər mövzular açıq qalıb. Qeyd olunanların AFFA-nın büdcəsinə aid olmadığını bildirə bilərlər, lakin prosesin mühümlüyü, əhəmiyyətliliyi nəzərə alınaraq müzakirə və təhlillərə maneə yaradacaq bu qapalılığın anormal hal olduğu aşkara çıxır.

“AFFA-nın baş katibi Cahangir Fərəcullayev Əvəzedicilər Liqasının 2026/2027-ci illər mövsümü üçün statusu barədə geniş məlumat verib. Məsələ ətrafında İcraiyyə Komitəsi üzvləri tərəfindən təkliflər səsləndirilib, yekun qərarın verilməsi üçün Klublar Komitəsinin rəyinin alınmasının məqsədəuyğun olduğu bildirilib”.

Əvəzedicilər Liqasının ləğvi haqda xəbərlərin dolaşmasına rəvac verən durum burdan qaynaqlanır. Çünki məsələ naməlum qalır – “2026/2027-ci illər mövsümü üçün status” deyərkən nəzərdə tutulan nədir? Və bu məsələ İK kimi ali orqanda həll olunmalıykən, əhəmiyyətlilik dərəcəsi məlum olmayan Klublar Komitəsinə niyə həvalə edilməlidir? OK, demokratik yanaşma, plüralizm və s. Ancaq bu nəsnələr kritik məsələlərdə yada düşəndə şübhə oyada bilir.

AFFA yəqin bilir, ictimaiyyət Əvəzedicilər Liqasının ləğvini birmənalı qarşılamır. Ötən il də bu formada gündəmə gələn mövzu ətrafında mətbuatda geniş təhlillər dərc olundu. Liqanın ləğvi ertələndi.

Görünür, AFFA bu məsələdə maraqlıdır. Yenidən gündəmə gələn ləğv məsələsinin əhəmiyyətləri hesablanmadan fəsadları haqda kifayət qədər qeydlər varkən…

Əvəzedicilər Liqasının ləğvi legioner limitinin ləğvindən doğan “yerli futbolçu defisiti” problemini bir az da tətikləyə bilər. Gənc futbolçuların legionerləşmiş Premyer Liqa klublarında özünə maraq yaratmasına çətinliklər var idi, Əvəzedicilər Liqası ləğv olunarsa, yalnız bir alternativ qalır – I Liqa. Onun da səviyyəsi çox aşağıdır.

Əvəzedicilər Liqasından APL klublarına futbolçu inteqrasiyası da ürəkaçan vəziyyətdə deyildi, lakin bu ona əsas vermir ki, liqa ləğv olunmalıdır. Belədə büdcəyə qənaət niyyətindən başqa hansısa əhəmiyyətli arqument qabarmır. O da şübhəli…

Məsələ ətrafında data bilgilər əsasında təhlillər aparılmalı, problemdən çıxış yolları tapılmalıykən ən asan yola əl atmaq yumşaq ifadə edilsə, təqdirəlayiq hal deyil.

Qeyd olunan istiqamətlər üzrə pərakəndə yanaşmalar uğurlu gələcək vəd etmir (Qərarların heç biri data bilgilərə əsaslanmır, geniş müzakirələrə açıq olmayıb – red.) və yaxşı işlər görməyə canfəşanlıq edən AFFA-nı yaxın gələcəkdə sərt tənqidlərin hədəfinə gətirə bilər.

“Misli Premyer Liqası hakimləri üçün nəzərdə tutulan yeni bonus sistemi baş katib Cahangir Fərəcullayev tərəfindən təqdim olunub. Bu sistemin hakimlərin fəaliyyətinin stimullaşdırılmasına və oyunlarda idarəçiliyin keyfiyyətinin artırılmasına xidmət edəcəyi bildirilib. Təklif olunan sistem İcraiyyə Komitəsinin üzvlərinin səsverməsi ilə təsdiq edilib”.

Yeni bonus sistemi nədən ibarətdir? Bu sistemə keçid qərarı hansı ehtiyacdan yarandı? Faydaları nədən ibarət olacaq?

Yenə açıq suallar. Ümumiyyətlə, AFFA-nın katibliyi bu məsələləri ictimaiyyətə ətraflı açıqlaya, təhlil edə biləcək şəxs(lər) müəyyənləşdirməlidir. Mediada intensiv çıxışlarla geniş müzakirələrə nail olunmalıdır. Tarix göstərib, bu halda verilən qərarlar nisbətən daha faydalı olub.

“CBC Sport”, İctimai TV, İdman TV, müstəqil idman mediası… bu məsələlər geniş müzakirə edilməli, yeri gələrsə, akademik təhlillər edilməlidir.

İclasın AFFA-nın saytında açıqlanan gündəliyi “2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 Dünya çempionatı ilə əlaqədar ev sahibliyi müqaviləsi təsdiqlənib” bəndi ilə bitir. Əvvəlində “sonda” yazılaraq…

Niyə ki?!

İclasın gündəliyi rəsmi-işgüzar üslubdur, publisistik elementlərə nə gərək?

Diqqətli, dəqiq olmağa ciddi ehtiyac var, cənablar. Kiçik nüanslardakı nöqsanlar böyük işlərdə etimadsızlığa əsas verər.

Sonda qeyd edək ki, U-20 Dünya çempionatı ilə bağlı müqavilənin təsdiqlənməsi mübarək olsun, ancaq həmtəşkilatçı Özbəkistanda işlər başlayıb və bir neçə addım atılıb.

Elçin Cəlilov

“Fənərbağça”da ciddi itki

20 February 2026 at 08:31

“Fənərbağça” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Milan Şkrinyar zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Avropa Liqasında “Nottingem Forest”lə matçda əzələsini dartan slovakiyalı müdafiəçinin son durumu tibbi müayinədən sonra bilinəcək.

“Fənərbağça” İngiltərə təmsilçisinə 0:3 hesabıyla uduzub.

“Turan Tovuz”dan qələbə, Sumqayıtda qolsuz “sülh”

20 February 2026 at 21:30

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün birinci matçında “Turan Tovuz” “Zirə”ni qəbul edib. “Azersun Arena”da keçirilən görüş tovuzluların qələbəsiylə başa çatıb.

Digər görüş Sumqayıtda keçirilib. Görüş qolsuz başa çatıb.

Azərbaycan Premyer Liqası
XXI tur

20 fevral

17:00 Turan Tovuz – Zirə 2:0
Qollar:
F.Ozobiç, 11, X.Silva, 19
Baş hakim: Rəvan Həmzəzadə
“Azersun Arena”

19:30 Sumqayıt – Qəbələ 0:0
Baş hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Kubokda yarımfinalçılar bilindi

19 February 2026 at 21:22

Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar məlum olub.

Futbolpress.az xəbər verir ki, “Şəki” “Abşeron Lions”a qalib gəlib və adını yarımfinala yazdırıb.

Bölgə təmsilçisi final yolunda “Gəncə” ilə qarşılaşacaq.

Yarımfinalın digər görüşü isə “Ordu” ilə “Sabah” arasında olacaq.

Arteta: “Ayağa qalxmalıyıq”

19 February 2026 at 20:50

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada “Vulverhempton”la heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:2 hesabıyla bitən matçdan sonra bunları deyib:

“Ayağa qalxmalıyıq. Səfərdə “Tottenhem”ə qarşı oyunumuz var və çempionluğu necə çox istədiyimizi, gücümüzü göstərməliyik. Əsas məsələ budur”.

“Arsenal” 27 turdan sonra 58 xalla birinci sıradadır. İkinci sırada isə ehtiyatda bir oyunu olan “Mançester Siti”dir. “Şəhərlilər”in aktivində 53 xal var.

Saka ilə müqavilə uzadıldı

19 February 2026 at 20:19

“Arsenal” futbolçusu Bukayo Saka ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Vingerlə sözləşmənin müddəti açıqlanmayıb.

Bukayo Saka 2018-ci ildə “Arsenal”da debüt edib.

24 yaşlı futbolçu bu mövsüm 23 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Avropa Liqası: “Fənərbağça” ingilislərə uduzdu

20 February 2026 at 00:50

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” azarkeşləri önündə İngiltərənin “Nottingem Forest” komandası ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 3:0.

İtaliya “Bolonya”sı Norveçdə “Brann”ı məğlub edib.

Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar

19 fevral

21:45 Brann – Bolonya 0:1
21:45 Dinamo Zaqreb – Genk 1:3
21:45 Fənərbağça – Nottingem Forest 0:3
21:45 PAOK – Selta 1:2

00:00 Seltik – Şutqart 1:3
00:00 Lill – Srvena Zvezda 0:1
00:00 Ludoqorets – Ferentsvaroş 2:1
00:00 Panatinaikos – Viktoriya Plzen 2:2

❌
❌