Reading view

Super Liqa: meydan sahibləri sevindi

Türkiyə Super Liqasında XXIV tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Trabzonspor” və “Başakşəhər” evdə qələbəyə sevinib.

Türkiyə Super Liqası
XXIV tur

27 fevral

Başakşəhər – Konyaspor 2:0
Qollar: Selke, 52, 61.

Trabzonspor – Karagümrük 3:1
Qollar: Onuaçu, 20. Nvayvu, 47, 50 – Verde, 28.

Mbappenin son durumu

“Real”ın futbolçusu Kilian Mbappe zədə səbəbindən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Alvaro Arbeloa yerli mətbuata açıqlamasında deyib. O, Mbappenin iki həftə sonra hazır olacağını bildirib.

Fransalı hücumçu daha əvvəl zədə səbəbindən Çempionlar Liqasında “Benfika” ilə oyunu (2:1) buraxıb.

Mbappe bu mövsüm 33 oyunda 38 qol vurub.

Demçenko: “Oyun baxımından irəli getdiyimizi demək olar”

Azərbaycan Premyer Liqasının XXII turunun “Araz-Naxçıvan” – “Zirə” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Bu gün meydanda başqa komanda gördük. Oyun baxımından irəli getdiyimizi demək olar. Bu gün də pis oynamadıq, xallar qazanmaq imkanımız var idi, amma alınmadı. Futbol belədir, qol vurmursansa, sənə vururlar. Baş verənlər bizim səhvlərimizin nəticəsi idi. Futbolçularımızın gözündə alov var idi, istəkli idilər. Bu, sevindiricidir.

– Nuno Rodriqes sizin gəlişinizdən sonra az oynayır. Bu gün də fərqli mövqedə oynadı. Onun belə effektsiz olduğunu düşünmürsünüz?
– Mənim üçün əsas olan məşqdir. Futbolçu məşqdə nə göstərirsə, oyunda da onu göstərir. Hansı oyunçu məşqlərdə verdiyim tapşırıqları tez qəbul edirsə, o da start heyətində başlayır. Bu gün Nunoya şans verdik. Özünü yaxşı göstərə bildi və ondan razıyıq.

“Mən də onun yerində olsaydım, eyni şeyi edərdim”

Azərbaycan Premyer Liqasının XXII turunun “Araz-Naxçıvan” – “Zirə” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Olduqca vacib qələbə qazandıq. Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Eyni səviyyədə olan, ikisi də avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların dueli idi. Vacib olan sona qədər intizamı qoruyub-saxlamaq və qələbə qazanmaq idi. Şükürlər olsun ki, bunu bacardıq. Qarşıda bizi “Sumqayıt”la vacib kubok oyunu gözləyir. Bütün diqqətimizi həmin matça yönəltməliyik. Bundan sonra çempionatın 3-cü dövrəsinin hazırlıqlarına başlayacağıq.

– “Sumqayıt” son zamanlar “qara zolaq”dadır. Demək olar ki, avrokuboklara vəsiqə mübarizəsindəki rəqiblərinizdən biri sıradan çıxdı?
– Qətiyyən bu fikirlə razı deyiləm. “Kəpəz”lə oyuna baxırdım. “Sumqayıt” qırmızı vərəqəyə qədər yaxşı oynayırdı. Sadəcə olaraq “Kəpəz” əks-hücumlarda təhlükəli oldu və əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. “Sumqayıt”ın baş məşqçisi xeyli rotasiya etdi. Rəqibi 3 gün sonrakı matçda yorğun gözləmirik. Çempionat elə gedir ki, hər oyunda xal və ya xallar uğrunda mübarizə aparmalıyıq ki, sonda istədiyimiz nəticəyə çata bilək.

– “Sumqayıt” çempionatdakı xal itkilərindən sonra diqqəti kuboka yönəldəcək. Bu amil “Zirə”nin işini çətinləşdirməyəcək?
– Biz də başa düşürük ki, kubokda daha istəkli olacaqlar. Mənə elə gəlir ki, qırmızı vərəqədən sonra edilən dəyişikliklərdə “Sumqayıt”ın baş məşqçisi kubok matçını düşünürdü. Yəqin ki, mən də onun yerində olsaydım, eyni şeyi edərdim.

Koxalskivari arzu

Koxalski “The Sun”a müsahibəsində İngiltərədə oynamaq arzusunda olduğunu deyib. Çempionlar Liqasının pley-off mərhələsinədək yüksəlmiş bir komandanın qapıçısı…

Nadir rast gəlinən məsələdir. Diqqət çəkməsi də buna görədir.

Koxalski Azərbaycanın ən güclü komandasında, 12 il ardıcıl avrokubokların qrup mərhələsində çıxış etmiş bir komandanın üzvüdür. Hər halda, bunun özü də bəsit status deyil.

…Hardasa oynamağı – bu EPL kimi super çempionatdırsa – arzulamaq qəbahət deyil. Koxalskinin tam haqqıdır. Lakin olduğun yeri, özünüifadə məzmununu dərk etmək də vacib detaldır. Peşəkarlıq tələblərinə aid detal…

İncələnsə, bu açıqlamada “Qarabağ”ın statusuna hörmətsizlik əlaməti də çıxarmaq, müzakirə etmək olar. Amma olmasın…

Polyak qonaq da bilsin, nə olar, nə olmaz…

Kamil Əhməd

Azər Bağırov: “Qələbəmizi onlara həsr edirik”

Azərbaycan Premyer Liqasının XXII turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərimizə təşəkkür edirəm. Qələbəmizi onlara həsr edirik. Xüsusən də bir neçə gün əvvəl ata olan qazimiz Kərim və onun qızına. Oyun çox maraqlı alındı. Meydanda istədiyimiz hər şeyi həyata keçirə bildik, lazımi qollar vurduq. Futbolçularımı təbrik edirəm.

– Futbolçuların bu qədər motivasiyalı olmasının səbəbi nə idi?
– “Sabah”la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də, bu motivasiya elə həmin oyundan gəlirdi.  Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar.

– Kubokda hədəfiniz nə olacaq?
– Rəhbərlik komandaya yaxşı motivasiya verir. Bütün oyunlara maksimum nəticə üçün çıxırıq. “Turan Tovuz”la kubokun ilk matçında meydana daha çox yerli futbolçu buraxmışdıq. Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəli getmək istəyirik.

Saşa: “Rahat olduğumu deməzdim”

Azərbaycan Premyer Liqasının XXII turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– İlk növbədə “Kəpəz”i təbrik edirəm. Birinci hissədə bu mövsüm ən bərbad oyunumuzu keçirdik. Belə bəsit qollar buraxdığımıza inana bilmirəm. İkinci yarıda toparlanmağa çalışsaq da aldığımız qırmızı vərəqə hər şeyi dəyişdi. Qarşıda kubok matçımız var. Diqqətimizi ora yönəltməyə çalışacağıq.

– Getməyin vaxtı çatıb, yoxsa vəziyyəti düzəldə biləcəksiz?
– Daha yaxşı oynamağa çalışacağıq. Ramalinqomun bir oyunluq cəzası qalıb. Bizi kubok matçı da gözləyir. Mövcud oyunçularla davam edəcəyik.

– Yankoviçin start heyətindən kənarda qalması nə ilə əlaqədardır? Onun da start heyətində meydana çıxmaması öz təsirini göstərdi?
– Yankoviçin hərarəti yüksək idi. İki məşqdə iştirak etməmişdi.

– Ninkoviç kimi təcrübəli oyunçu sarı vərəqəsi ola-ola ikinci “sarı”nı almasını necə şərh edirsiniz?
– Fasilədə ona bildirmişdim ki, ehtiyatlı oynasın. Amma düzü, ikinci sarı vərəqə aldığı epizodda o qədər də kobud oynadığını düşünmürəm. Baş hakim bu qərarı verdi, hörmətlə yanaşırıq.

– Qələbə qazanmaq üçün xarakter lazımdır, futbolçularda isə xarakter çatışmır. 8 matçda cəmi 1 qələbə qazanmısız, futbolçular yersiz vərəqələr alır, asan qollar buraxırsız. Amma siz çox sakitsiz, futbolçuları çox rahat müdafiə edirsiz, sanki hər şey qaydasındadır. Düşünmürsüz ki, bu, doğu yol deyil və futbolçulara öz xarakterinizi göstərməlisiz?
– Rahat olduğumu deməzdim. Təbii ki, bununla bağlı müəyyən işlər görülür. İlk 20 dəqiqədə buraxılan qollar komandanın oyununu sındırdı.

Cahangir Həsənzadə təkzib etsə də…

AFFA-nın texniki direktoru Cahangir Həsənzadənin vəzifəsindən ayrıldığı haqda xəbərlər dolaşırdı. Həsənzadə mətbuata açıqlamasında bunu təkzib etdi. Lakin AFFA onunla yolları ayırmaqda qərarlıdır.

Futbolpress.az”ın əldə etdiyi məlumata görə assosiasiya texniki direktor vəzifəsinə xaricdə axtarış aparır. Belçika və Niderland versiyalarının olduğu bildirilir.

Razılaşma əldə olunacağı halda? Həsənzadənin texniki direktor postunu tərk etməyi dəqiqləşəcək.

Kamil Əhməd

Avropa Liqası: İtaliya klubları 1/8 finalda üz-üzə gələcək

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, İtaliyanın “Roma” və “Bolonya” klubları bu mərhələdə üz-üzə gələcək.

“Portu” “Ştutqart”la, “Lion” isə “Selta” ilə qarşılaşacaq.

UEFA Avropa Liqası
1/8 final mərhələsi

Ferentsvaroş – Braqa
Panatinaikos – Betis
Genk – Frayburq
Selta – Lion
Ştutqart – Portu
Nottingem Forest – Midtyulland
Bolonya – Roma
Lill – Aston Villa

D lisenziyalı məşqçi kursları yekunlaşdı

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə keçirilən D lisenziyalı məşqçi kursu uğurla başa çatıb.

Futbolpress.az xəbər verir ki, kurslara 100 namizəd arasından 25 iştirakçı seçilib. Kursun əsas məqsədi futbolun inkişafına töhvə vermək, uşaq və yeniyetmələrlə çalışan məşqçilərin nəzəri və praktiki biliklərini artırmaq, həmçinin müasir məşqçilik metodikasını iştirakçılara aşılamaq, futbolda maarifləndirmə prosesinə töhvə vermək olub.

Bayıl stadionunda 3 gün davam edən tədris proqramı çərçivəsində iştirakçılara məşq prosesinin planlaşdırılması, yaş xüsusiyyətlərinə uyğun məşqlərin təşkili, texniki və praktiki hazırlığın əsasları, eləcə də futbolçularla düzgün ünsiyyət və pedaqoji yanaşma prinsipləri barədə məlumat verilib. İlham Əzizzadənin tədris etdiyi nəzəri və praktiki təlimlərin texniki təşkilində Orxan Mikayıllı, İman Zeynallı və Ziya Səfərov fəal iştirak ediblər.

Kursa təltifetmə mərasimi ilə yekun vurulub. AFFA baş katibinin müavini Elçin Məmmədov, BFF-nin prezidenti Tahir Süleymanov, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov kurs iştirakçılarını əldə etdikləri D lisenziyası münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda kursu uğurla başa vuran iştirakçılara AFFA tərəfindən D lisenziyalı məşqçi sertifikatları, kursun təşkilində və keçirilməsində əməyi olanlara isə BFF-nin xüsusi diplomları təqdim edilərək təşəkkür edilib.

AFFA-nın qəbul etdiyi Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq növbəti D lisenziyalı kurslar mart ayında keçiriləcək.

“Neftçi” ukraynalıları göndərdi

“Neftçi” basketbol komandası baş məşqçi Valeri Stepanovski və köməkçi məşqçi Oleq Qonçarovla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynalı mütəxəssislərlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, “Neftçi”də baş məşqçi funksiyasını hələlik köməkçi məşqçi, gürcüstanlı mütəxəssis Daviti Çivçivadze yerinə yetirəcək.

“Qalatasaray” “Liverpul”a, “Real” “Mançester Siti”yə rəqib oldu

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” bu mərhələdə İngiltərənin “Liverpul” komandası ilə qarşılaşacaq.

“Real” “Mançester Siti”yə, “Çelsi” isə PSJ-yə rəqib olub.

Çempionlar Liqası
1/8 final mərhələsi

PSJ (Fransa) – “Çelsi” (İngiltərə)
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
“Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya)
“Bodo-Qlimt” (Norveç) – “Sportinq” (Portuqaliya)
“Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə)
“Atalanta” (İtaliya) – “Bavariya” (Almaniya)
“Atletiko” (İspaniya) – “Tottenhem” (İngiltərə)
“Bayer” (Almaniya) – “Arsenal” (İngiltərə)

Ruslar üçün iki rəqib

Futbol üzrə Rusiya millisi martda iki yoldaşlıq oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Milli martın 27-də Nikaraqua, 31-də isə Mali ilə qarşılaşacaq. Hər iki görüş Rusiyada olacaq.

Rusiya yığması Ukraynaya hücumla bağlı UEFA-ya üzv olan ölkələrin komandaları ilə yoxlama oyunları keçirə bilmir. Ruslar eyni zamanda beynəlxalq yarışlardan da kənarlaşdırılıb.

“Qalatasaray”ın oyunu təxirə salındı

Çempionlar Liqasında 1/8 finala yüksələn “Qalatasaray”ın Türkiyə Super Liqasında bir oyunu təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, “cim-bom”un XXVII turda “Göztepe” ilə səfər matçı əvvəldən nəzərdə tutulduğu kimi 17-19 mart aralığında oynanılmayacaq. Buna səbəb həmin ərəfədə klubun ÇL-də matçının olmasıdır.

Görüşün yeni vaxtı açıqlanmayıb.

“Qalatasaray” 1/8 finalda ya “Liverpul”, ya “Tottenhem”lə qarşılaşacaq.

“Qarabağ”la ilklər və rekordlar

Azərbaycan klubları üçün avrokubokların 2025/26 mövsümü başa çatıb.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, mübarizəni davam etdirən sonuncu təmsilçimiz – UEFA Çempionlar Liqasının pley-offuna qədər irəliləyən “Qarabağ” 1/8 final şansını İngiltərənin “Nyukasl” klubu ilə matçlarda əldən verib. Qurban Qurbanovun yetirmələrinin cari mövsümdəki avrokubok çıxışı tarixi nailiyyətlərlə əlamətdar olub.

Azərbaycan futbolu tarixində ikinci dəfə əsas mərhələyə yüksələn “Qarabağ” buna Liqa formatlı turnirdə nail olmaqla ilkə imza atıb.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi Azərbaycanın UEFA Gənclər Liqasında 2 komanda ilə təmsil olunmasına səbəb olub. “Qarabağ” Çempionlar Liqası yolunda, “Sabah” Çempionlar yolunda mübarizə aparıb.

Ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsinə adlayan “Qarabağ” özünün sahibi olduğu Azərbaycan rekordunu yeniləyib. Ağdam klubu 2014/15 mövsümündən başlayan seriya müddətində 2 dəfə UEFA Çempionlar Liqası, 9 dəfə UEFA Avropa Liqası, 1 dəfə UEFA Konfrans Liqasında əsas raunda yüksəlib.

I turun “Benfika” ilə Portuqaliyadakı oyununda 3:2 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk qələbəsini qazanıb.

“Benfika” ilə oyunun ən yaxşısı seçilən Pedro Bikalyo Azərbaycan klubunun heyətində UEFA Çempionlar Liqasında matçın oyunçusu seçilən ilk futbolçu kimi tarixə düşüb.

II turda “Kopenhagen”i Bakıda 2:0 hesabı ilə məğlub edən “Qarabağ” Azərbaycan təmsilçilərinin UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk ev qələbəsini əldə edib, həm də ilk quruhesablı qələbəni qazanıb.

“Kopenhagen”lə qarşılaşmanın ən yaxşısı seçilən Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında oyunun futbolçusu adına layiq görülən ilk azərbaycanlı futbolçu olub.

IV turda dünya çempionu “Çelsi” ilə Bakıdakı oyunda qeydə alınan 2:2 hesablı heç-heçə Azərbaycan klublarının İngiltərə təmsilçiləri ilə oyunda ilk xalı kimi tarixə düşüb.

VII turun “Ayntraxt”la Bakıda keçirilən oyununda (3:2) qol sevinci yaşayan Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk Azərbaycan vətəndaşı kimi tarixə düşüb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla başa vuran “Qarabağ” 2017/18 mövsümündə qrupda topladığı 2 xaldan 5 dəfə çox xal yığmaqla rekorda imza atıb.

“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci yerdə başa vurmaqla pley-offa vəsiqə qazanıb ki, bu da Azərbaycan futbolu tarixində ilk belə nəticədir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsi UEFA reytinqində 6 bonus xalı qazandırıb ki, bu da Azərbaycan klublarının avrokuboklardakı ən yüksək qazancıdır.

Elvin Cəfərquliyev “Nyukasl”la ilk matçda (1:6) qol vurmaqla UEFA Çempionlar Liqasının pley-offunda fərqlənən ilk Azərbaycan futbolçusu kimi tarixə düşüb. O, cavab görüşündə də (2:3) rəqib qapısına yol tapmaqla UEFA Çempionlar Liqasının əsas mərhələlərində ardıcıl iki oyun qol vuran ilk azərbaycanlı futbolçu olub.

Kamilo Duran Liqa mərhələsi və pley-offda ümumilikdə 5 qol vurmaqla Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələlərindəki ən yaxşı bombardiri olub.

“Qarabağ” UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə ümumilikdə 31 qol vurub ki, bu da Azərbaycan klublarının bir mövsüm üçün mütləq rekordudur.

2025/26 mövsümündə Azərbaycan klubları avrokuboklarda 48 qol vurub ki, bu da 2023/24 mövsümündəki məhsuldarlıq rekordunun təkrarıdır. Bu qollardan 31-i “Qarabağ”ın payına düşür.

“Qarabağ”ın uğurlu çıxışı nəticəsində Azərbaycanın cari mövsüm üçün UEFA reytinqi 5,812-yə bərabər olub. Bu, 2023/24 mövsümündən sonra (5,850) ikinci ən yüksək göstəricidir.

“Qarabağ” cari mövsüm klubun UEFA reytinqinə 13,750 xal qazanmaqla Azərbaycan futbolu tarixində rekorda imza atıb. Ağdam klubu 2 il əvvəl topladığı 11,000 xallıq göstəricini geridə qoyub.

Yevlaxda heyətlər bilindi

“Kəpəz” Premyer Liqanın XXII turunda bu gün “Sumqayıt”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 14:30-da Yevlax şəhər stadionunda baş tutacaq görüşə komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov
Baş məşqçi: Azər Bağırov

“Sumqayıt”: 1. Mehdi Cənnətov 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə (k) 75. Nadir Orucov 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 71. Masaki Murata80. Keffel Resende
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 3. Höccət Haqverdi 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 37. Nihad Orucəli 97. Vüsal Paşayev 95. Nsana Simon 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç

Həsənov 1/4 finalda

Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində 1/4 finala vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, milli üzvü bu hüquqa gürcüstanlı Laşa Qaqnidzeni məğlub etməklə yiyələnib.

Həsənov 1/8 finalda rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Yertuqan Zeynulinovla (Qazaxıstan) qarşılaşacaq.

Qeyd edək ki, daha öncə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) də 1/4 finala yüksəlib.

Avropa Liqasında püşk günü

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Futbolpress.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbirə Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Liqa mərhələsinin “8-lik”də başa vuranlar:  “Lion” (Fransa), “Aston Villa” (İngiltərə), “Midtyullannd” (Danimarka), “Betis” (İspaniya), “Portu”, “Braqa” (hər ikisi Portuqaliya), “Frayburq” (Almaniya), “Roma” (İtaliya).

Pley-off mərhələsinin qalibləri: “Genk” (Belçika), “Bolonya” (İtaliya), “Ştutqart” (Almaniya), “Ferentsvaroş” (Macarıstan), “Nottinqem Forest” (Almaniya), “Selta” (İspaniya), “Lill” (Fransa), “Panatinaikos” (Yunanıstan).

Millinin rəqibləri məlum olacaq

Bu gün minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri məlum olacaq.

Futbolpress.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək mərasim saat 20:00-da başlanacaq.

Yığmamız püşk öncəsi 1-ci səbətdə yer alıb.

Qitə birinciliyinin final mərhələsi 27 may – 4 iyun tarixlərində Slovakiyada keçiriləcək.

1-ci səbət: Slovakiya, Azərbaycan, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Serbiya;
2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;
3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya;
4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya

Rumıniyalı: “Həm “Sabah”, həm də “Qarabağ” çempionluğa layiqdir”

Premyer Liqanın lideri “Sabah” XXII turda ən yaxın izləyicisi “Qarabağ”ın qonağı olacaq.

“Zirə”nin sabiq futbolçusu Adrian Skarlatake “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Azərbaycan çempionatını izləyirəm. “Sabah”ın nəticələri sürpriz deyil. Hər il daha yaxşı oynayırlar. “Qarabağ” isə artıq özünü sübut edir. Eyni nizamda davam edirlər və nəticələrini daha yaxşılaşdırırlar. Düşünürəm ki, şanslar bərabərdir. Oyunun nəticəsi çox maraqlıdır”.

Rumıniyalı mütəxəssis liqada qızıl medal yarışının sona qədər davam edəcəyini gözlədiyini qeyd etdi:

“Bu görüşlə çempionluğun taleyinin həll olunacağını düşünmürəm. Qarşıda hələ matçlar var. Məncə, yarış sona kimi davam edəcək. Həm “Sabah”, həm də “Qarabağ” çempionluğa layiqdir. Premyer Liqada əla mübarizə gedir”.

Şahin Cəfərov

Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Futbolpress.az xəbər verir ki, mərasim saat 15:00-da başlayacaq.

Bu mərhələdə İngiltərədən 6 komanda yarışacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi

PSJ – Barselona/Çelsi
Qalatasaray – Liverpul/Tottenhem
Real – Sportinq/Mançester Siti
Atalanta – Arsenal/Bavariya
Nyukasl – Çelsi/Barselona
Atletiko – Tottenhem/Liverpul
Bodo-Qlimt – Mançester Siti/Sportinq
Bayer – Bavariya/Arsenal

Tedesko: “Fənərbağça” ilə qürur duyuram”

“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko Avropa Liqasında “Nottingem Forest”ə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Fənərbağça” ilə qürur duyuram. Yaxşı oynadıq. Ciddi itkilərimizə baxmayaraq, mübarizə apardıq, qələbə qazandıq. İlk oyunda zəif çıxış etmişdik. Rəqib yeni baş məşqçisi ilə bizi üstələməyi bacardı. Mərhələni evdə uduzduq”.

“Fənərbağça” iki oyunun nəticəsinə görə (0:3, 2:1) Avropa Liqasında mübarizəni dayandırıb.

“Bavariya”nın sabiq futbolçusu La Liqa klubuna baş məşqçi təyin edildi

İspaniyanın “Malyorka” klubunun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisinin “sükanı” Martin Demiçelisə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə mövsümün sonuna kimi tapşırılıb.

Martinin son iş yeri Meksikada “Monterrey” olub.

“Malyorka” La Liqada 18-ci sıradadır.

Martin Demiçelis futbolçu kimi “Bavariya” və “Mançester Siti” klublarındakı çıxışı ilə tanınıb.

Millinin Dublin sınağı

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

Futbolpress.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv səfərdə İrlandiya ilə qarşılaşacaq. Dublində, “National Basketball Arena”da keçiriləcək görüşə saat 23:30-da start veriləcək. Matç “İdman” TV-dən canlı yayımlanacaq.

Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya 49:87, Lüksemburqa isə 90:95 hesabıyla uduzub. Yığma qrupda 2 xalla 4 komanda arasında sonuncudur.

Hardan başladıq, harda bitdi – Azərbaycan UEFA reytinqində

Avrokuboklarda pley-off mərhələsindən sonra ölkələrin UEFA reytinqi yenilənib.

Futbolpress.az xəbər verir ki, bu mövsüm “Qarabağ”la Çempionlar Liqasında təmsil olunan Azərbaycan 22.938 xalla 27-ci sırada qərarlaşıb.

Reytinq siyahısında 28-ci Slovakiya, 29-cu Bolqarıstan, 30-cu İrlandiyanın heç bir təmsilçisi artıq avrokuboklarda mübarizədə davam etmədiyi üçün Azərbaycanın cari futbol ilini 27-ci sırada bitirəcəyi dəqiqləşib.

Avrokuboklarda bu mövsüm başlamazdan əvvəl Azərbaycan reytinqdə 30-cu sırada idi.

“Qarabağ” Çempionlar Liqasında mübarizəni pley-off mərhələsində dayandırıb. “Atlılar” bu mərhələdə İngiltərənin “Nyukasl” komandasına uduzub – 1:6, 2:3.

“Hələlik kiminləsə danışığım olmayıb” – “Qarabağ”ın legioneri

“Qarabağ”ın futbolçusu Emmanuel Addai Afrika mətbuatına açıqlama verib.

Futbolpress.az “panafricafootball.com” saytına istinadən xəbər verir ki, 24 yaşlı vinger Qana yığmasına mümkün dəvəti haqda fikirlərini bölüşüb:

“Hələlik kiminləsə danışığım olmayıb. Amma inanıram ki, onlar oyunumu görümlər. Tələsmirəm, hər şey zamanında gözəldir. Millidə oynamaq arzusundayam. Ölkəm üçün nəsə etdiyimi xatırlamaq istəyirəm”.

Addai bu mövsüm 36 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Barselona”da ciddi itki

“Barselona” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Frenki de Yonq sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu sağ ayağının əzələsindəki zədəyə görə azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Frenki bu mövsüm 31 oyunda 1 qol vurub, 7 məhsuldar ötürmə edib.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

27 fevral

Azərbaycan, Premyer Liqa
14:30 Kəpəz – Sumqayıt (CBC Sport)
18:00 Araz-Naxçıvan – Zirə (CBC Sport)

Türkiyə, I Liqa
17:00 Erokspor – Boluspor (TRT Spor)
21:00 İstanbulspor – Iğdır (TRT Spor)

Türkiyə, Super Liqa
21:00 Trabzonspor – Karagümrük (beİN Sports 1, Futbol 3)
21:00 Başakşəhər – Konyaspor (beİN Sports 2)

Fransa, Liqa 1
23:45 Strasburq – Lans (beİN Sports 4)

İtaliya, A Seriyası
23:45 Parma – Kalyari (Futbol 2)

İngiltərə, Premyer Liqa
00:00 Vulverhempton – Aston Villa (beİN Sports 3)

İspaniya, La Liqa
00:00 Levante – Alaves (Futbol 1)

“Zirzəmi”də həlledici oyun, zirvədə çempionluq “döyüşü”

Azərbaycan Premyer Liqasında bu gün XXII tura start veriləcək. Açılış oyunu “Kəpəz” ilə “Sumqayıt” arasında olacaq. Avrokuboklara vəsiqə mübarizəsi aparan “Zirə” və “Araz-Naxçıvan” Mərdəkanda üz-üzə gələcək. Autsayder “Karvan-Yevlax” “Qəbələ”nin qonağı olacaq. “Neftçi”nin bu turdakı rəqibi “Şamaxı” olacaq. “Turan Tovuz” “İmişli”ni qəbul edəcək. Turun mərkəzi görüşündə lider “Sabah” ən yaxın izləyicisi “Qarabağ”la qarşılaşacaq.

27 fevral / 14:30 Kəpəz – Sumqayıt
Son 4 oyunda qələbə qazana bilməyən “Kəpəz” uğursuz seriyanı sonlandırmaq arzusundadır. Bu tur liqada qalmaq uğrunda əsas rəqiblər “Qəbələ” və “Karvan-Yevlax” üz-üzə gələcək. Gəncə təmsilçisi rəqiblərinin duelini fürsət bilib, xallarını artırmaq, autsayderlər bölgəsindən aralaşmaq niyyətindədir. Ötən tur “Sabah” səfərində yaxşı futbol sərgiləyən “Kəpəz”in Yevlaxda xal qazanmaq şansları yüksəkdir. Azı heç-heçə komanda üçün qənaətbəxş sayılacaq.

“Sumqayıt” da gəncəlilər kimi son turlarda qələbə qazana bilmir. Ardıcıl xal itkiləri ilə avrokubok zonasından uzaqlaşan “kimyaçılar” qələbə qazanaraq, təslim olmadığını göstərmək arzusundadır. “Zirə” və “Araz-Naxçıvan”ın bu tur üz-üzə gəlməsi “Sumqayıt” üçün irəliləmək adına yaxşı imkandır.

27 fevral / 18:00 Araz-Naxçıvan – Zirə
Andrey Demçenkonun rəhbərlik etdiyi “Araz-Naxçıvan” son iki oyunu qələbə ilə başa vurub. Komandada atmosfer yaxşı yüksəkdir və niyyət seriyanı davam etdirməkdir. Ukraynalı mütəxəssis gəlişindən sonrakı ilk ciddi sınağında “Neftçi”yə böyük hesabla (0:4) uduzmuşdu. Demçenko bu dəfə daha bir çətin sınaq qarşısındadır. Avrokuboklara iddiaçılardan “Zirə”ni məğlub etmək mütəxəssisin adına yazılan pozitiv məqam olacaq və eyni zamanda naxçıvanlılar “üçlük” yarışından qopmayacaq.

“Zirə” isə ötən turda “Turan Tovuz”a uduzmaqla 4-cü sıraya gerilədi. Rəşad Sadıqovun yetirmələri bu görüşün ikinci hissəsində toparlanmağa çalışsa da, qollar vurmaq alınmadı. “Araz-Naxçıvan” səfərində də xallar itirilsə, komanda üçün medal şansları azalacaq.

28 fevral / 14:30 Şamaxı – Neftçi
Ötən turu “Qarabağ”ın Çempionlar Liqasındakı matçına görə boş keçirən “Neftçi” Şamaxıda qonaq olacaq. Yuri Vernidubun komandası son oyunlarda sərgilədiyi performansla avrokuboklar zonasına yaxınlaşıb. “Şamaxı” səfərində qazanılacaq qələbə iddianı daha gücləndirəcək.

İki həftə öncəyədək yaxşı ritmdə olduğu görünən “Neftçi”nin aradakı fasilədən sonra hansı tonusda olduğu maraqlıdır. “Şamaxı” azarkeşləri önündə daha yaxşı təsir bağışlayır. Son dörd matçda cəmi bir dəfə uduzan “şirlər” məğlubiyyətsizlik seriyasını davam etdirməyi planlaşdırır.

28 fevral / 17:00 Qəbələ – Karvan-Yevlax
Autsayder “Karvan-Yevlax” üçün həlledici görüş olacaq. Turnir cədvəlinin 10-cu sırasında yer alan “Qəbələ”yə məğlubiyyət komandanın liqada qalmaq şanslarını minimuma endirəcək. Bu gün “Kəpəz” “Sumqayıt”la qarşılaşacaq və qələbə qazanacağı halda, yevlaxlılarla fərqi 10-a yüksəldəcək. “Karvan-Yevlax” belə ssenari olacağı halda, matçda daha təzyiq altında olacaq. Bu, komandada neqativ təsirlər yarada bilər və hansısa tələskənlik, həyəcan komandaya baha başa gələ bilər.

“Qəbələ” isə “Turan Tovuz”la təxirə salınmış oyunu çıxmaqla digər matçlarda yaxşı təsir bağışlayıb. İkinci dövrədə qazanılan xallarla ehtiyatını gücləndirən “qırmızı-qaralar” autsayderi məğlub edəcəyi halda, liqada qalmaq yolunda böyük və önəmli addım atmış olacaq.

1 mart / 16:30 Turan Tovuz – İmişli
Ardıcıl qələbələrlə “üçlüy”ə daxil olan və 4-cü pillədəki “Zirə” ilə xal fərqini 5-ə yüksəldən “Turan Tovuz” indiki məqamda mükafatçılar sırasında olmağa əsas namizəddir. Tovuz təmsilçisinin hədəfi avrokuboklara vəsiqədir və bu andan sonra yeri itirmək komanda üçün faciəvi hesab edilə bilər. 4-cü pillədəki “Zirə” bu turda “Araz-Naxçıvan”ın qonağı olacaq və matç “Turan Tovuz”unkundan daha erkən baş tutacaq. “Qartallar”ın məğlubiyyəti tovuzluları daha motivasiyalı edə bilər.

“İmişli” isə son turlardakı xal itkilərinə baxmayaraq, liqadakı yerini qorumağı bacarır. “Qəbələ” xallarını artırıb yaxınlaşsa da, bölgə təmsilçisinin hədəfi elitanı tərk etməməkdir ki, indiki məqamda bu, real görünür.

1 mart / 19:00 Qarabağ – Sabah
Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” artıq bütün diqqətini daxilə verəcək. Premyer Liqanın lideri “Sabah”la görüş “atlılar” üçün çempionluq mübarizəsinin davam edib-etməyəcəyi kimi kritik önəm daşıyır. Komandalar arasındakı fərq 7 xaldır və “Qarabağ”ın ehtiyatda bir görüşü var. “Sabah”la matçda qələbə qazanama bilməmək yayda komandanın qızıl medallara çata bilməməsi ilə bitə bilər.

“Sabah” yaxşı forma yığıb və komanda ardıcıl 10 oyundur, qələbə qazanır. “Qarabağ”la görüşdə prioritet məğlub olmamaqdır. Həm fərq qorunacaq, həm psixoloji üstünlük “bayquşlar”da olacaq. Valdas Dambrauskasın bu görüş üçün əsas silahı hücumdakı sürəti və driblinqi ilə seçilən Aaron Maluda və komandanın yaradıcı adları – Aleksey İsayev ilə Velko Simiç olacaq. “Sabah” bu turda qələbə qazansa, tarixinin ilk çempionluğu üçün böyük addım atmış olacaq.

Şahin Cəfərov

Turun oyunu paralel yayımda

“Sabah” Premyer Liqanın XXII turunda “Qarabağ”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 19:00-da start veriləcək.

Matç “CBC Sport”la yanaşı, “İdman” TV-dən də paralel yayımlanacaq.

Telekanallar arasında razılaşmaya əsasən, bundan sonra hər turun bir görüşü “İdman” TV-dən də efirə veriləcək.

“Sabah” 21 turdan sonra 52 xalla birinci sıradadır. “Qarabağ” isə 45 xalla ikincidir.

Linqard ölkəsinə qayıdır

“Mançester Yunayted”in sabiq futbolçusu Jesse Linqard karyerasını Braziliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Korintians” ilə danışıqlar aparır. Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilib.

Linqardın son klubu Cənubi Koreyada “Seul” olub. 33 yaşlı futbolçu daha əvvəl “Mançester Yunayted”, “Brayton”, “Vest Hem” kimi klubların formasını geyinib.

“Sumqayıt” Yevlaxda darmadağın oldu, “Zirə”dən çətin qələbə

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Kəpəz” Yevlaxda “Sumqayıt”ı məğlub edib. Avrokuboklara vəsiqə mübarizəsi aparan “Zirə” səfərdə “Araz-Naxçıvan”a qalib gəlib.

Azərbaycan Premyer Liqası
XXII tur

27 fevral

14:30 Kəpəz – Sumqayıt 3:0
Qollar:
Ohori, 2, Paçu, 19, 38 (pen.)
Qırmızı vərəqə: Ninkoviç, 62 (“Sumqayıt”)
Baş hakim: Rəşad Əhmədov
Yevlax şəhər stadionu

18:00 Araz-Naxçıvan – Zirə 0:1
Qol:
Ayron Qomis, 67
Baş hakim: Rauf Cabarov
Liv Bona Dea Arena

Hacıyev reytinq turnirində üçüncü oldu

Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turniri davam edir.

Futbolpress.az xəbər verir ki, reytinq turnirinin ikinci günündə sərbəst güləş üzrə millinin 3 üzvü mübarizə aparıb və onların 1-i fəxri kürsüyə qalxıb.

Cəbrayıl Hacıyev (79 kq) 1/4 finalda iranlı Mohammad Aşğar Noxodilarimiyə 2:7 hesabıyla məğlub olsa da, təsəlliverici görüşdə gürcüstanlı Tariel Qafrindaşvilini “tuş”la, bürünc medal uğrunda görüşdə isə hindistanlı Saqar Caqlana 10:4 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Maqomedxan Maqomedov (97 kq) türkiyəli Rıfat Eren Qıdak (6:4) və amerikalı Conatan Leonard Aiellonu (13:2) mübarizədən kənarlaşdırsa da, yarımfinalda rusiyalı Muxamed-Taxir Xaniyevlə (0:10) bacarmayıb. Bu görüşdə zədələnən Maqomedov bürünc medal uğrunda görüşə çıxmayıb.

Giorgi Meşvildişvili (125 kq) türkmənistanlı Ziyamuhammet Saparova tam üstünlüklə (12:2) qalib gəlsə də, 1/4 finalda amerikalı Vayt Eviri Hendriksona 4:15 hesabıyla uduzub.

İki klub texniki məğlubiyyət aldı

AFFA iki kluba texniki məğlubiyyət verib.

Futbolpress.az xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar qəbul edib:

“15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Qobu PFK-Crystal FC oyunu Crystal FC komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Crystal FC komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)

15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Universal Football Academy-Dirçəliş FK oyununda Dirçəliş komandasının heyətində adı protokolda olmayan Ələkbər Əliyev iştirak etdiyi üçün Dirçəliş komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)”

Mövsümün kritik oyunu 5 manata

“Qarabağ” Premyer Liqanın XXII turu çərçivəsində keçiriləcək “Sabah” ilə oyunun biletlərini satışa çıxarıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlər bu gün saat 18:00-dan etibarən satışa çıxıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.

Martın 1-də keçiriləcək “Qarabağ” – “Sabah” oyunu saat 19:00-da start götürəcək.

500 manatlıq cərimənin təfərrüatları

AFFA İntizam Komitəsi “İmişli” klubunu cərimələyib. Buna səbəb klubun U-13 komandasının “Hacıqabul”la oyunda meydana başqa komandaların formaları və nömrəsi olmayan formalarla çıxmasıdır.

AFFA klubu 500 manat məbləğində cərimələyib. Eyni zamanda növbəti dəfə təkrarlanacağı halda, komandanın yarışdan kənarlaşdırılması ilə bağlı xəbərdarlıq edilib.

Klubdan “Futbolpress.az“a verilən açıqlamada cəzaya səbəbin formaların vaxtında stadiona çatdırılmaması olduğu bildirildi:

“Sözügedən turda təşkilati baxımdan zaman məhdudiyyəti yaranmışdır. Komandanın formaları klubun bazasında, İmişli şəhərində yerləşdiyi halda, oyun Saatlıda keçirildiyindən məsafə və vaxt sıxlığı səbəbilə administrator formaları vaxtında oyun məkanına çatdıra bilməmişdir.

Yaranmış vəziyyət sırf texniki və logistika xarakterli olmuş, hər hansı qaydanı bilərəkdən pozmaq niyyəti daşımamışdır. Klub tərəfindən gələcəkdə bu kimi halların təkrarlanmaması üçün təşkilati planlamanın daha da təkmilləşdirilməsi istiqamətində müvafiq addımların atılması nəzərdə tutulur”.

Arda “100”ə çatdı, “Fənərbağça” da qazandı

Türkiyəli futbolçu Arda Güler “Real”da 100-cü oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Çempionlar Liqasında “Benfika” ilə matçda (2:1) olub.

Ardanın 100 oyuna çıxmasıyla sabiq klubu “Fənərbağça” 2 milyon avro bonus qazanıb. Türkiyə klubu ilə “Real” futbolçunun transferi zamanı müqavilədə bununla bağlı bənd yer alıb.

Arda 2023-cü ilin yayında “Fənərbağça”dan “Real”a keçib.

“Qarabağ”ın hücumçusu: “Sona qədər mübarizə apardıq”

“Qarabağ”ın futbolçusu Kamilo Duran sosial şəbəkə hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, hücumçu komandasının Çempionlar Liqasındakı çıxışı haqda fikirlərini bölüşüb:

“Bu tarixi hadisənin bir hissəsi olduğum üçün Allaha minnətdaram. Dəstəklərinə görə azarkeşlərə və mesajlara görə hamıya təşəkkür edirəm. Sona qədər mübarizə apardıq. Komandamızla fəxr edirəm”.

Bakı klubu çempionatdan kənarlaşdırıldı

“Bakı TFK” komandası Region Liqasından kənarlaşdırılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Klub “Beyləqan”la matça təyin olunan vaxtda gəlmədiyi üçün görüş baş tutmayıb. “Bakı TFK” bu mövsüm üçüncü dəfə bu halı təkrarladığı üçün liqadan kənarlaşdırılıb.

Ronaldo İspaniya klubunun səhmlərini aldı

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo İspaniyanın “Almeriya” klubunun səhmlərinin bir hissəsini alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Sequnda təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ronaldo klubun səhmlərinin 25 faizini alıb.

“Almeriya” İspaniya Sequndasında 27 turdan sonra 48 xalla 3-cü sıradadır.

AFFA rəsmiləri Xocalı qurbanlarının xatirə abidəsini ziyarət edib

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanları anılıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi və əməkdaşları Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Məşqçisi “Sabah”ı ziyana saldı

“Sabah”ın əvəzedici komandasının məşqçisi Din Haliloviç cəzalanıb.

Futbolpress.az xəbər verir ki, o, Əvəzedicilər Liqasında “Kəpəz-2” ilə matçda hakimin qərarına etiraz etdiyi üçün cəzalanıb.

Görüşdə qırmızı vərəqə alan mütəxəssis iki oyunluq diskvalifikasiya edilib və klub 500 manat məbləğində cərimələnib.

Bölgə klublarının cəzaları bilindi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan I və II Liqanın oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

24 fevral 2026-cı il tarixində I Liqada XVI turun “Şimal” – “Cəbrayıl” oyununun 87-ci dəqiqəsində “Şimal” komandasının 28 nömrəli futbolçusu Nurlan Bayramov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Şimal” komandası 300 manat cərimə edilsin (maddə 44.1);

24 fevral 2026-cı il tarixində I Liqada XVI turun “Səbail” – “Baku Sportinq” oyununda “Səbail” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

25 fevral 2026-cı il tarixində I Liqada XVI turun “Mingəçevir” – MOİK oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

II Liqa XV tur

23 fevral 2026-cı il tarixində II Liqada XV turun “Araz Saatlı” – “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

23 fevral 2026-cı il tarixində II Liqada XV turun “Araz Saatlı” – “Şirvan” oyununun 90+2-ci dəqiqəsində “Şirvan” komandasının 54 nömrəli futbolçusu Elcan Rəsulov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şirvan” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

23 fevral 2026-cı il tarixində II Liqada XV turun “Kür-Araz” – “Dinamo” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.10;

24 fevral 2026-cı il tarixində II Liqada XV turun “Şəmkir” – “Sheki City” oyununda “Şəmkir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

24 fevral 2026-cı il tarixində II Liqada XV turun “Şəmkir” – “Sheki City” oyununun 53-cü dəqiqəsində “Şəmkir” komandasının 44 nömrəli futbolçusu Hüseyn Atayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 100 manat cərimə edilsin (maddə 46);

AFFA iki klubu cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“İmişli” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Sabah” – “Kəpəz” oyununun 90+8-ci dəqiqəsində “Kəpəz” komandasının 88 nömrəli futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Kəpəz” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

Koxalski: “Ümid edirəm ki, tək azarkeşlər yox, klubların skautları da məni izləyiblər”

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski İngiltərə mətbuatına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, polşalı qolkiper İngiltərə oynamaq arzusundan söz açıb:

“Ümid edirəm ki, tək azarkeşlər yox, klubların skautları da məni izləyiblər. Həmişə ən yaxşı oyunumu göstərməyə, komandama kömək etməyə çalışıram. “Nyukasl”la oyunlarda 9 qol buraxdım və təbii ki, xoşbəxt deyiləm.

Lakin insanların bu matçlardan sonra mənim haqqımda yaxşı danışmasına sevindim. Bu, mənim üçün böyük motivasiyadır. Ümid edirəm ki, gələcəkdə böyük liqalarda, böyük oyunlarda iştirak edərəm”.

APL: çempionluğun favoriti kimdir?

“Euro Club İndex” portalı Azərbaycan Premyer Liqasını qazanmağa əsas namizədi açıqlayıb.

Futbolpress.az xəbər verir ki, hazırda turnir cədvəlində ikinci pillədə olan “Qarabağ” qızıl medalların favoritidir. Portala görə, “atlılar” mövsümü 78 xalla birinci sırada bitirəcək.

Çempionatda lider olan “Sabah”ın isə 75 xalla ikinci olacağı qeyd edilib.

“Üçlüy”ü “Turan Tovuz” tamamlayacaq. Çempionatda son turlarda qazanılan qələbələrlə üçüncü sıraya qalxan tovuzlular dördüncü “Zirə”ni 5 xal qabaqlayır. Portalı Tovuz klubunun mövsümü üçüncü bitirəcəyini göstərib.

Elitanı tərk edəcək komanda kimi “Karvan-Yevlax” göstərilib. Bölgə klubunun qarşıdakı turlarda cəmi 7 xal toplayacağı və liqanı sonuncu kimi tərk edəcəyi qeyd olunub.

“Sabah” hazırda ikinci sıradakı “Qarabağ”dan 7 xal öndədir. “Atlılar”ın ehtiyatda bir oyunu var. Komandalar növbəti turda üz-üzə gələcək və qələbə qazanacaq komanda qızıl medal yarışında önə keçəcək. “Sabah” üçün heç-heçə də müsbət nəticə sayılacaq.

Kamilo Duranın son durumu

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” ilə oyunda zədələnmiş futbolçu hazırda həkimlərin müşahidəsi altındadır.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Duranın son durumu həkimlərin yekun rəyindən sonra bilinəcək. Kolumbiyalı hücumçu Premyer Liqada XXII turda “Sabah”la oyunu buraxa bilər.

“Qarabağ” – “Sabah” oyunu martın 1-də keçiriləcək.

KL: 1/8 finalçılar məlum olacaq

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Türkiyə təmsilçisi “Samsunspor” Şimali Makedoniyanın “Şkendiya” komandasını qəbul edəcək.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları

26 fevral

21:45. “Fiorentina” (İtaliya) – “Yagelloniya” (Polşa)
İlk oyun – 3:0

21:45. “Samsunspor” (Türkiyə) – “Şkendiya” (Şimali Makedoniya)
İlk oyun – 1:0

21:45. “Sele” (Sloveniya) – “Drita” (Kosovo)
ilk oyun – 3:2

21:45. “Riyeka” (Xorvatiya) – “Omoniya” (Kipr)
İlk oyun – 1:0

00:00. “Lex” (Polşa) – “KuPS” (Finlandiya)
İlk oyun – 2:0

00:00. Alkmaar (Niderland) – “Noa” (Ermənistan)
İlk oyun – 0:1

00:00. “Kristal Pelas” (İngiltərə) – “Zrinski” (Bosniya və Herseqovina)
İlk oyun – 1:1

00:00. “Lozanna” (İsveçrə) – “Siqma” (Çexiya)
İlk oyun – 1:1

“Sumqayıt”ın legioneri üçün mövsüm bitdi

Azərbaycan Premyer Liqasının XXI turunun “Qəbələ” ilə matçında zədələnən və oyunu davam etdirə bilməyən futbolçu Roi Kehat vətəni İsraildə əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulan yarımmüdafiəçi professor Eran Tamir tərəfindən əməliyyat edilib.

Uğurlu keçən cərrahi müdaxilə nəticəsində Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək. O, ən az mövsümün sonuna qədər komandaya kömək edə bilməyəcək.

Osimhen “Qalatasaray”ın tarixinə düşdü

Nigeriyalı hücumçu Viktor Osimhen “Qalatasaray”ın tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, forvard “sarı qırmızılar”la avrokuboklarda ən çox qol vuran futbolçu olub.

Çempionlar Liqasının pley-off mərhələsində “Yuventus”la matçda (2:3) fərqlənən Osimhen “Qalatasaray” formasıyla avrokuboklardakı 13-cü qoluna imza atıb.

Benzema şoku

“Əl Hilal”ın hücumçusu Kərim Benzema zədələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı futbolçu məşqdə xəsarət alıb və iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Benzema bu ay “Əl İttihad”dan “Əl Hilal”a keçib. O, yeni klubunda 3 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

ÇL gecəsi sürpriz zəng – VİDEO

“Qalatasaray” Çempionlar Liqasında 1/8 finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, “cim-bom” pley-offda “Yuventus”u üstələyib.

İlk oyunda 5:2 hesablı qələbə qazanan “sarı qırmızılar” cavab matçında məğlubiyyətə (2:3)baxmayaraq, ümumi hesabda öndə olub.

Matçdan sonra Türkiyə prezidenti Recep Tayyip Erdoğan klubu tərk edib. O, zəng vasitəsilə baş məşqçi Okan Buruk, futbolçular Barış Alper Yılmaz və Abduklerim Bardakçı ilə danışıb.

“Yuventus”un kapitanı: “Ağlamaq istəyirəm”

“Yuventus”un futbolçusu Manuel Lokatelli Çempionlar Liqası ilə vidalaşmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, kapitan pley-off mərhələsində “Qalatasaray”a iki oyunun nəticəsində uduzmaları haqda bunları deyib

“Düzü, ağlamaq istəyirəm. Həqiqətən, inanırdıq ki, 1/8 finala yüksələ bilərik. Cavab oyununda canımızı qoyuq,amı çox çalışdı. Lakin ilk oyundakı məğlubiyyət işimizi çətinləşdirdi. Bütün komanda yoldaşlarıma mübarizələrinə görə təşəkkür edirəm”.

“Karvan-Yevlax” baş məşqçisi ilə bağlı bəyanat yaydı

“Karvan-Yevlax” klubu baş məşqçisi Füzuli Məmmədovun istefaya göndərilməsi ilə bağlı çıxan xəbərlərlə bağlı bəyanat yayıb.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi iddiaların əsassız olduğunu bildirib:

“Karvan-Yevlax” ilə bağlı sosial şəbəkələrdə və bir neçə KİV-də yayılan baş məşqçi Füzuli Məmmədovun guya istefaya göndərilməsi barədə məlumatlar tamamilə əsassız və həqiqətə uyğun deyil.

Klub rəhbərliyi olaraq bildiririk ki, Füzuli Məmmədov komandanın baş məşqçisi olaraq fəaliyyətini davam etdirir və onunla bağlı hər hansı istefa və ya müqaviləyə xitam qərarı mövcud deyil.

Təəssüflə qeyd edirik ki, bu kimi məqsədli və təsdiqlənməmiş məlumatların yayılması komandamız daxilində sabitliyi pozmağa, süni fikir ayrılığı formalaşdırmağa və ictimai rəyə təsir göstərməyə yönəlmiş cəhd təsiri bağışlayır. Klub olaraq bu cür manipulyativ yanaşmaları qətiyyətlə rədd edir, həm məşqçilər korpusuna, həm də futbolçularımıza tam etimad bəslədiyimizi açıq şəkildə bəyan edirik.

Füzuli müəllim peşəkar yanaşması, nizam-intizamı və futbol biliyi ilə qısa müddətdə komandada sağlam mühit formalaşdırıb. O, həm taktiki baxımdan oyunumuzu inkişaf etdirib, həm də futbolçuların fərdi inkişafına xüsusi önəm verib. Komandanın gələcək planları və strategiyası məhz onun rəhbərliyi altında qurulub.

Mövsüm ərzində müəyyən çətinliklərin olması futbolun təbii bir hissəsidir. Lakin rəhbərlik olaraq baş məşqçimizə tam etimad göstəririk və uzunmüddətli hədəflərimiz istiqamətində birlikdə çalışmağa davam edəcəyik.

İctimaiyyəti rəsmi olmayan və təsdiqlənməmiş məlumatlara inanmamağa çağırırıq. Klubumuzla bağlı hər hansı yenilik yalnız rəsmi mənbələr vasitəsilə açıqlanır”.

Mərkəzi oyuna maraqlı təyinat – Qurbanov bu mövsüm nə edib?

Premyer Liqanın XXII turunun “Qarabağ” – “Sabah” oyununu FIFA rereferisi Tural Qurbanov idarə edəcək. Mövsümün ən kritik oyunlarından hesab olunan görüşə Əliyar Ağayev, Elçin Məsiyev kimi beynəlxalq təcrübəsi daha çox olan hakimlərin əvəzinə yeni FIFA referisi statusu alan Qurbanovun təyinatı maraqla qarşılandı.

Tural Qurbanov bu mövsüm çempionatda idarə etdiyi oyun sayına görə, hakimlər arasında 7-cidir. Referi cari futbol ilində 10 matçda iş başında olub.

Qurbanov bu mövsüm “Sabah”ın 4, “Qarabağ”ın isə 1 oyununda baş hakim olub. “Sabah” bu görüşlərin hamısında qələbə qazanıb. Referinin idarə etdiyi “Qarabağ”ın yeganə matçı “Şamaxı”ya qarşı olub və matçda qalib müəyyənləşməyib.

Qurbanov ümumiyyətlə bu mövsüm 10 oyunda 43 sarı, 1 qırmızı vərəqə verib. Referi 5 dəfə də penalti təyin edib.

Martın 1-də keçiriləcək “Qarabağ” – “Sabah” oyununa saat 19:00-da start veriləcək. “Sabah” 21 oyundan sonra 52 xalla birinci sıradadır. Ehtiyatda bir matçı olan “Qarabağ” isə 45 xalla ikincidir. “Bayquşlar” bu matçda qələbə qazanacağı halda, tarixinin ilk çempionluğu yolunda mühüm addım atmış olacaq.

Şahin Cəfərov

Avropa Liqası: “Fənərbağça”dan vida

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” komandası İngiltərədə “Nottingem Forest”in qonağı olub. İstanbul klubu qələbə qazansa da, iki oyunun nəticəsinə görə turnirlə vidalaşıb.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları

26 fevral

“Ferentsvaroş” (Macarıstan) – “Ludoqorets” (Bolqarıstan) 2:0
İlk oyun – 1:2

“Viktoriya” (Çexiya) – “Panatinaikos” (Yunanıstan) 1:1  (penaltilər 1:2)
İlk oyun – 2:2

“Ştutqart” (Almaniya) – “Seltik” (Şotlandiya) 0:1
İlk oyun – 4:1

“Srvena Zvezda” (Serbiya) – “Lill” (Fransa) 0:2
İlk oyun – 1:0

00:00. “Genk” (Belçika) – “Dinamo” (Xorvatiya) 1:3 (əlavə vaxt)
İlk oyun – 3:1

“Selta” (İspaniya) – PAOK (Yunanıstan) 1:0
İlk oyun – 2:1

 “Nottinqem Forest” (İngiltərə) – “Fənərbağça” (Türkiyə) 1:2
İlk oyun – 3:0

“Bolonya” (İtaliya) – “Brann” (Norveç) 1:0
İlk oyun – 1:0

Koutinyonun MLS arzusu

Braziliyanın “Vasko Da Qama” klubundan ayrılan Filippe Koutinyo karyerasını MLS-də davam etdirmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi menecerlər vasitəsilə ABŞ klubları ilə əlaqəyə keçib.

Koutinyo bir neçə il MLS-də oynamaq və burda da karyerasını bitirmək istəyir.

Braziliyalı futbolçu daha əvvəl “İnter”, “Liverpul”, “Barselona”, “Bavariya”, “Aston Villa” kimi klublarda top qovub.

ÇL: həftənin oyunçusu kim olacaq?

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu ad uğrunda “Atletiko”dan Aleksandr Sörlot, “Bodo-Qlimt”dən Peter Hage, “Real”dan Orelyen Çuameni və “Qalatasaray”dan Viktor Osimhen yarışacaq.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.

BOS-un müəmmalı taleyi

Bakı Olimpiya stadionunun tikintisi 2012-ci ildə başlamışdı. 2015-ci ilin 18 martında isə Prezident İlham Əliyev arenanın açılışını etmişdi.

68 min tutumu olan BOS Avropanın elit stadionlarından sayılır.

Stadion ilk dəfə Avropa Oyunlarının açılışı üçün istifadə edildi.

Bundan başqa arenada AVRO-2020-nin qrup və 1/4 final mərhələsinin oyunları keçirilib. 2019-cu ildə isə burada UEFA Avropa Liqasının finalı baş tutub.

Tikintisinə 1 milyard manat sərf olunan bu nəhəng arena uzun müddətdir ki, istifadəsiz qalıb.

İnfrastruktur dərdi böyüməkdə olan ölkə futbolunun bu boyda imkanları olan bazası istifadəsiz qalıb.

Məlumdur, BOS-u saxlamaq baha başa gəlir, xərcləri digər stadionlara nisbətən çoxdur. Ancaq əsas xərcləri SOCAR çəkir.

Belədə hansısa kluba niyə təhkim edilmir?

Bir ara müxtəlif marketinq layihələri icra olunsa da, fayda vermədi. Nə toy keçirmək, nə başqa…

Təsəvvür edin, BOS-da keçirilən son böyük tədbir 2024-cü ildə 11-22 noyabrda COP-29 olub.

Bu qədər xərc çəkilən nəhəng arenanın istifadəsiz qalması absurddur.

Kamil Əhməd

Osimhen: “Çətin də olsa, bunun öhdəsindən gələ bildik”

“Qalatasaray”ın futbolçusu Viktor Osimhen Çempionlar Liqasında 1/8 finala yüksəlmələrini şərh edib.

Futbolpress.az xəbər verir ki, forvard pley-offda “Yuventus”a qarşı keçirdikləri cavab oyunundan (2:3) sonra bunları deyib:

“Bu gecənin belə olacağını bilirdim. Turində möhtəşəm atmosfer var idi. Azarkeşlər daim rəqibi təziq altında saxlayır, onların həyatını kabusa çevirir. Buna baxmayaraq, çətin də olsa, bunun öhdəsindən gələ bildik.

“Qalaasaray” azarkeşlərinə təşəkkür edirəm. Bizi tək qoymadılar, onların səsini daim eşidirdim. Bu gün mərhələ adladıq, amma inkişaf etdirməli məqamlarımız çoxdur”.

“Mingəçevir”in məğlubiyyətsizlik seriyası

Yeni mövsümdə Premyer Liqaya vəsiqə hədəfləyən “Mingəçevir” I Liqada 8 oyundur, uduzmur.

Futbolpress.az xəbər verir ki, Ramiz Məmmədovun rəhbərlik etdiyi kollektiv sonuncu dəfə IX turda, ötən ilin noyabrında “Baku Sportinq”lə matçda meydanı xalsız tərk edib – 1:2.

“Mingəçevir” son 8 matçda 3 qələbə qazanıb, 5 heç-heçə edib. Bölgə klubu liqada 29 xalla üçüncü sıradadır və lider “Şəfa”dan 7 xal geri qalır.

Rauldan “Real”a pis xəbər

“Real” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Raul Asensio sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Çempionlar Liqasında “Benfika” ilə pley-off matçında (2:1) zədələnib. Raulun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

“Real” iki oyunun nəticəsinə görə, “Benfika”nı üstələyib (1:0, 2:1) və 1/8 finala yüksəlib.

ÇL: 1/8 finalçılar

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin iştirakçıları məlum olub.

Futbolpress.az xəbər verir ki, bu raundda İngiltərədən 6 komanda yarışacaq.

1/8 finalın püşkü fevralın 27-də atılacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi

PSJ – Barselona/Çelsi
Qalatasaray – Liverpul/Tottenhem
Real – Sportinq/Mançester Siti
Atalanta – Arsenal/Bavariya
Nyukasl – Çelsi/Barselona
Atletiko – Tottenhem/Liverpul
Bodo-Qlimt – Mançester Siti/Sportinq
Bayer – Bavariya/Arsenal

Abbasov ona millinin qapılarını açdı

Azərbaycan millisi “FİFA series” turniri çərçivəsində martda bir sıra oyunlar keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin birinci görüşü martın 27-də Sent Lusiyaya qarşı olacaq.

Azərbaycanın ev sahibliyi edəcəyi yarışda Sent Lusiya ilə yanaşı, Syerra-Leone və Oman da mübarizə aparacaq.

Millinin baş məşqçisi Ayxan Abbasov yoxlama xarakteri daşıyan turnir üçün heyətə çağıracağı bəzi adlar artıq məlumdur.

“Futbolpress.az”ın əldə etdiyi məlumata görə, Albaniyanın “Partizani” klubunda çıxış edən Vüsal İsgəndərli də siyahıda yer alacaq. Vinger sonuncu dəfə 2024-cü ilin yayında Albaniya və Qazaxıstanla oyunlar üçün yığmaya çağırılmışdı.

Vüsal millidə 2019-cu ildə debüt edib. Onun ilk matçı Avropa çempionatının seçmə mərhələsində Slovakiyaya qarşı oyun (0:2) olub.

Azərbaycanda “Rəvan”, “Simurq”, “Zirə”, “Keşlə” (indiki “Şamaxı), “Sumqayıt”, Türkyədə “Keçiörengücü”, “Boluspor”, Albaniyada isə “Eqnatiya”da forma geyinmiş Vüsal 2025-ci ilin yayından “Partizani”nin uğurları üçün çalışır.

Cinah hücumçusu bu mövsüm 27 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

“Qarabağ” – “Sabah” oyunu Qurbanova tapşırıldı

Azərbaycan Premyer Liqasının XXII turunun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” – “Sabah” görüşünü Tural Qurbanov idarə edəcək.

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Yevlax şəhər stadionu, 14:30

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
“Liv Bona Dea Arena”, 18:00

28 fevral (şənbə)

“Şamaxı” – “Neftçi”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu, 14:30

“Qəbələ” – “Karvan-Yevlax”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu, 17:00

1 mart (bazar)

“Turan Tovuz” – “İmişli”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov
VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Azersun Arena”, 16:30

“Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

Azərbaycanın daha bir boksçusu 1/4 finalda

Azərbaycan boksçusu Məhəmmədəli Aşırəliyev Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində növbəti qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, 60 kq-da mübarizə aparan milli üzvü 1/8 finalda Yazal Hussam Seyfeli (Misir) mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Azərbaycan çempionu 1/4 finalda Ayder Abduraimovla (Ukrayna) döyüşəcək. Görüş fevralın 27-də olacaq.

Qeyd edək ki, Aşırəliyevdən öncə Bilalhəbaşi Nəzərovla (50 kq) Zidan Hünbətov (55 kq) 1/4, Malik Həsənov (65 kq) 1/8 finala vəsiqə qazanıb.

ÇL: “Qalatasaray”, “Real” və PSJ 1/8 finalda

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Atalanta” azarkeşləri önündə Dortmund “Borussiya”sını məğlub edib. “Real” Madriddə “Benfika”ya qalib gəlib.

“Real”, “Atalanta” və PSJ adını 1/8 finala yazdırıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

25 fevral

Atalanta (İtaliya) – Borussiya (Dortmund, Almaniya) 4:1
Qollar:
C.Skamakka, 5, D.Zappakosta, 45, M.Paşaliç, 57, L.Samarciç, 90+5 (pen.) – K.Adeyemi, 75
İlk oyun 0:2

Yuventus (İtaliya) – Qalatasaray (Türkiyə) 3:2 
Qollar:
M.Lokatelli, 37 (pen.), F.Qatti, 70, V.Makkenni, 82 – V.Osimhen,105+1, B.Yılmaz, 119
İlk oyun 2:5

PSJ (Fransa) – Monako (Fransa) 2:2
Qollar: Markinyos, 60, X.Kvaratsxeliya, 66 – M.Akliuş, 45, J.Teze, 90+1
İlk oyun 3:2

Real (İspaniya) – Benfika (Portuqaliya) 2:1
Qollar:
A.Çuameni, 16, V.Junior, 80 – R.Silva, 14
İlk oyun 1:0

❌