Reading view

Rəşad və İslam Avropa üçüncüsü oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, ikinci yarış günündə 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

Rəşad Məmmədov türkiyəli Ömər Rəcəplə tam üstünlüklə (8:0) qalib gələrək bürünc medalı boynundan asıb.

İslam Abbasov (87 kq) da eyni nəticəni təkrarlayıb. Təcrübəli güləşçimiz həlledici qarşılaşmada türkiyəli Doğan Kayanı üstələyib – 5:1. Bununla da İslam böyüklər arasında Avropa çempionatlarında qazandığı medalların sayını beşə (1 gümüş, 4 bürünc) çatdırıb.

Beka Kandelaki (130 kq) üçüncülük uğrunda qarşılaşmada ukraynalı Mixaylo Vişnivetskiyə 1:3 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Azərbaycan atleti Batumidə gümüş medal qazandı

Azərbaycan atleti İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Futbolpress.az xəbər verir ki, 71 kq çəki dərəcəsində yarışan İsa birdən qaldırma hərəkətində gostərdiyi 147 kq nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Təkanla qaldırma hərəkətində 180 kq çəkinin öhdəsindən gələn Rüstəmov bu dəfə 4-cü olub. Təmsilçimiz toplamda 327 kq göstərici ilə yarışı 4-cü yerdə bitirib.

Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya

AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən 3, 4 və 5-ci kateqoriyalı, həmçinin xanım hakimlər üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Futbolpress.az xəbər verir ki, sessiyadan əvvəl iştirakçı hakimlərin mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə testlər keçirilib. Nəticələr göstərdi ki, hakimlərin əksəriyyəti bu sahədə vəzifə və öhdəliklərini yaxşı başa düşürlər.

Sessiya zamanı Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.

Təlimçilər hakimlərin oyun prosesində oynadığı həlledici rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.

Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Həsrətdən sonra Qurban da “qızıl” üçün güləşəcək

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da mübarizəyə start verilib.

Yarışa 1/4 finaldan qoşulan Nihat Məmmədli (60 kq) ukraynalı Vladislav Kuzkoya şans tanımayıb – 5:0. Həmyerlimiz yarımfinalda ermənistanlı Suren Ağacanyana (tuş) uduzub və sabah bürünc medal uğrunda Tommaso Bosi (İtaliya) – Suner Konunov (Rusiya) qarşılaşmasının qalibiylə güləşəcək.

Həsrət Cəfərov (67 kq) startda isveçli Niklas Oehleni 5:1 hesabıyla üstələyib. Titullu güləşçimiz bolqarıstanlı Abu Muslim Amayevi isə “tuş”la yolundan kənarlaşdırıb. Cəfərov gərgin keçən yarımfinal görüşündə gürcüstanlı Dieqo Çxikvadzeyə 4:2 hesabıyla qalib gələrək 4-cü dəfə böyüklər arasında Avropa çempionatının finalına yüksəlib. Həsrət sabah həlledici görüşdə türkiyəli Murat Fıratla güləşəcək.

Ruslan Nurullayev (72 kq) debütdə ukraynalı Dmitro Vasilyevi (9:5) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ermənistanlı Qaspar Terteryana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.

Qurban Qurbanov (82 kq) bolqarıstanlı Svetoslav Nikolov (7:3) və moldovalı Mihail Braduya (5:4) qalib gələrək yarımfinala yüksəlib. Qurbanov finalın bir addımlığında gürcüstanlı dünya və Avropa mükafatçısı Gela Bolkvadzeni üstələyib – 2:1. Qurban sabah həlledici görüşdə rusiyalı Adlet Tyulbayevlə mübarizə aparacaq.

Murad Əhmədiyev (97 kq) finlandiyalı Arvi Savolaynenlə (7:3) xorvatiyalı Filip Smetkodan (2:1) güclü olub. Ancaq 1/4 finalda rusiyalı Artur Sarqsyana məğlub olub – 0:4

“Belə qərarlar mənə də xoş deyil” – Rəşad Sadıqov

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Zirə” – “Turan Tovuz” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Olduqca gərgin oyun keçdi. Matçdan əvvəl də özümüzü buna hazırlayırdıq. Nə qədər hazırlaşsan da, prosesin içində olanda fərqli alınır. Bu mövsümün ən gərgin qarşılaşmalarından biri oldu. 60-70-ci dəqiqəyə qədər bərabər oyun keçdi. Sonrasında rəqib təzyiqi artırdı, hücuma atıldı. Şükürlər olsun ki, bu dəqiqələrdə qol buraxmadıq. Rəqib böyük qüvvə ilə irəli atılırdı. “Turan Tovuz”un standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Futbolçulara təşəkkür edirəm, layiqli mübarizə aparıb, finala çıxdılar.

– “Turan Tovuz”u bu gün standart vəziyyətlərdə zərərsizləşdirə bildiniz. Bunun sirri nədir?
– Sirri yoxdur. Çempionatda növbəti turda onlarla qarşılaşacağıq. Necə olacağını bilmirik. Bu dəfə alındı. İlk hissədə standart vəziyyətlərdə daha etibarlı oynadıq.

– Birinci matçdakı mübahisəli epizodlar bu gün sizdə və komandada təzyiq yaradırdı?
– Təbii ki, müəyyən təzyiq yaradır. Bəzən haqlı iradlar da olur. Əlbəttə, aşırı etirazlar da normaldır. Avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə gedir. Bu prosesdə həm hakimlər, həm də rəqib komandalar üzərində əlavə təzyiqlər formalaşa bilər.

Epizodlara gəlincə, Hakimlər Komitəsi də təsdiqlədi ki, penaltidir. Biz də sonradan baxanda, eyni fikrə gəkdik. Ancaq 2-3 oyun əvvəl Yevlaxdakı oxşar epizodun şərhində bunun penalti olmadığı deyilmişdi. Ardınca  “Kəpəz” – “Qarabağ” oyunundakı mübahisəli epizodla bağlı bildirildi ki, rəqib əvvəlcə topa, sonra ayağa müdaxilə edir.

Biz də qaydaları izləyirik, amma bəzən eyni tip epizodlara fərqli yanaşmalar olur. Bəzən insan bilmir nə desin. Bizim oyunda penalti kimi dəyərləndirilir, başqa matçda isə “sürtünmə” kimi izah olunur. Soyuqqanlı baxanda biz də epizodları görürük, amma  çempionatda eyni situasiyalara fərqli şərhlərin verilməsi çaşqınlıq yaradır. Başımız qarışır. Çempionatda mübahisəli epizodlar həddindən artıq çoxdur. Bəzən hakimləri də qınamaq olmur. Bizim oyunlarımızda da verilməyən penaltilər olur,  50/50-yə epizodlar da var.

Düşünürəm ki, bu gün həm “Zirə”, həm “Turan Tovuz” finala layiq idi. İlk oyunda şanslarımızı daha yaxşı dəyərləndirdik. Düzdür, rəqibin penaltisi verilsəydi, bəlkə fərqli olardı. Amma ümumi baxanda, hər iki oyunda başabaş mübarizə getdi. Şükürlər olsun ki, bu dəfə biz daha şanslı olduq.

– Finaldakı rəqibiniz sabah bilinəcək. “Qarabağ”la bu mövsüm başabaş oyunlarınız olub. “Sabah”dan isə daha təcrübəlisiniz. Hansı rəqib daha uyğun olar?
– Hansısa rəqibi arzulamaq olmur. İmkan olsa, heç biriylə oynamazdıq. Həqiqətən də, “Qarabağ” kimi titullu komanda var, “Sabah” isə bu il çempionluğa çox yaxındır, ötən il kuboku qazanıb. Finala kim çıxsa, iddialı olacaq. Kimlərisə arzulamaq ürəyimdən keçmir. Xeyirlisi nədirsə, o olsun.

– Rəqib klubun rəhbəri Ehtiram Quliyevin ilk oyundan sonrakı açıqlaması sizə necə təsir etdi?
– Məyus oldum. Hakimləri mən də tənqid edərdim, haqlı  hesab edirəm. Səhv varsa, tənqid də normaldır. Lakin bəzi açıqlamalar var ki, insanı məyus edir. Bilmirəm, bəlkə, həddindən artıq emosional olub. Yəqin, bir az vaxt keçəndən sonra özü də məyusluq hissi keçirib.

– Qarşıda Tovuz səfəri var. Orda sizə qarşı təxribat çox olur. Səbəb nədir?
– Evimə gedirəm. Köhnə azarkeşlər də bilir ki, Tovuza ilk transferimdə üç ay oynaya bilmədim. Fuad Musayev o vaxt bildirmişdi ki, “Şəfa”da oynamalıyam, gənc, perspektivli futbolçuyam. Lakin mən Tovuzda qalmaq istədim,şəhəri və azarkeşləri çox sevdim. Üç ay sonra oynamağa başladım. Uğurlu karyeram da oradan formalaşdı. Milliyə düşdüm, sonra “Neftçi”yə keçdim. O komandanın, şəhərin mənə etdiyi yaxşılıqları unuda bilmərəm.

Azarkeşlərin şüarlarına gəlincə, araşdırma apardım və başa düşdüm ki, mənə niyə məyus olublar… “Şamaxı” – “Turan Tovuz” oyununda (0:0) 75-ci dəqiqədə penalti epizodu yaşanıb. Həmin vaxt matçı tribunadan izləyirdim. “Sky Box”a keçib, hər iki klubun rəhbərliyi ilə görüşdüm.

Stadiona getməyimin səbəbi oyunu analiz etməkdir. Yanımda azarkeşlər var idi və bizim tribunada nə danışdığımı eşitmirlər. Deyirlər ki, mən penalti qərarına sevinmişəm. Amma həmin an hər iki tərəfə demişəm ki, penalti yoxdur, VAR-a baxılacaq və penalti qərarı geri götürüləcək. Lakin “Turan Tovuz”un azarkeşləri etiraz edirdi ki, Rəşad penaltiyə sevinib. Amma mən sevinməmişdim. Bilmirəm ki, kim onlara çatdırıb ki, Rəşad onların uğursuzluğuna sevinib.

26 il əvvəl “Turan”da oynamışam. Bir çox insan məni tovuzlu kimi tanıyır. Amma indi o azarkeşləri kim yanlış istiqamətləndiribsə, düz etməyib. Sevinsəydim, deyərdim ola bilər, tənqidləriniz normaldır. Amma mümkün deyil belə şey olsun. Hansısa rəqibin oyununda verilən hansısa qərara sevinmirəm. Heç kim deyə bilməz ki, Rəşad emosional reaksiya verib. Bu gün də etirazları gördüm. Yenə də haqqımı halal edirəm.

– Ola bilər ki, bu açıqlamadan sonra etirazlar səngisin?
– Buna görə etmirəm. Bilsinlər ki, mən həmişə “Turan Tovuz”u diqqətdə saxlamışam. Legionerlərlə ora səfərə gedəndə deyirəm ki, bura mənim evimdir. Öz karyeramla bağlı onlara danışmışam. İndi səslənən fikirlər məni məyus edir. Ola bilsin, yanlış anlaşılma var.

– “Qarabağ”ın bugünkü durumu ortadadır. Baş məşqçi Qurban Qurbanov da etiraf edir ki, yorğunluq var, futbolçuların fikirləri fərqli yerdədir. Siz də bu komandada olmusunuz. Situasiya ilə bağlı nə düşünürsünüz?
– Finala kim çıxsa, istəkli olacaq. Kubok üçün son addımdır. “Qarabağ”ın pis durumda olduğunu düşünmürük. Finalda çox məsələ həll olunacaq. Mən rəqib seçmirəm, xeyirlisi nədirsə, o olsun. Bu il “Sabah”la “Qarabağ” arasındakı oyunları böyük həvəslə gözləyirəm. Əvvəl “Neftçi” – “Qarabağ” duellərinə maraq böyük idi. İndi “Sabah” da bu sıraya qoşulub. Oyunların keyfiyyəti fərqli olur. Matça baxanda zövq alırsan. Sabahkı oyunu da azarkeş kimi səbirsizliklə gözləyirəm.

– Elvin Cəfərquliyev cəzalandırılıb. Düşünmürsünüz ki, futbolçular parlayan dönəmlərdə səhvlər edir. Sizcə, onlar üçün psixoloq lazımdır? Sanki “ulduz xəstəliyi”ndən əziyyət çəkirlər…
– Bilmirəm problem nədədir. Mən də gənc olmuşam, mənim də səhvlərim olub. İndi kiminsə səhvləri barədə danışmaq istəmirəm. İstərdim ki, yerli futbolçular daha motivasiyalı olsunlar. Potensialları var. Çempionlar Liqasında güclü rəqiblərə qarşı oynayıblar. Çalışıb, bu uğurları düzgün balanslarşdırmaq lazımdır. Mütləq şəkildə bu balans qorunmalıdır.

– “Zirə”nin lehinə verilən yanlış qərarlar komanda haqda xoş olmayan fikirlər yaradır. Bu, sizə necə təsir edir?
– Səhv etmirəmsə, əsas etiraz “Turan Tovuz”la kubok oyununda olub. Bir də “Neftçi” ilə matçda. Bəli, hər üç epizod mübahisəyə açıqdır. “Neftçi” ilə oyundan sonra baxdım və düşündüm ki, ofsayd yoxdur. Lakin təkrarı izlədikdən sonra gördüm ki, Ruana görə qapıçı topu görmür. Biz də bildik ki, ofsayddır. Belə qərarlar mənə də xoş deyil. Hamı bilir ki, biz də uzun müddət hakimlikdən əziyyət çəkmişik. Azı 40 epizod göstərərəm ki, bizə qarşı olub. Bəlkə, həmin səhvlər bizi turnir cədvəlində fərqli yerə salıb. Səhv olub, bunu etiraf edirəm. Amma xeyrimizə və əleyhimizə olan səhvlərə baxsaq, fərq böyükdür. İstəmərəm ki, oyunlarımızda belə səhvlər olsun. Biləndə ki, “Neftçi” ilə oyundakı qol səhvdir, məyus oldum, 2-3 gün özümü yaxşı hiss etmədim. Həmin anın onlar üçün də necə məyusedici olduğunu başa düşürəm.

Şahin Cəfərov

“Futbolçuların haqqı yeyildi” – Yunis Hüseynov

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Zirə” – “Turan Tovuz” oyunundan (0:0) sonra qonaq komandanın məşqçisi Yunis Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Hər iki komanda finala yüksəlmək istəyirdi. Bu gün daha üstün oynayan tərəf biz idik. İlk oyunda haqqımızı yedilər. Məncə, finala biz çıxmalı idik. Ötən matçdakı səhvlərə görə yarımfinalda dayandıq. Bu gün də qolumuzu ləğv etdilər. Anlamıram, niyə hər dəfə biz qol vuranda VAR-a baxılır? Futbolçularımızın haqqı yeyildi. Finala layiq olan biz idik.

– Geridönüş üçün daha effektiv oyun gözlənilirdi. Bu gün epizodlara da çox girə bilmədiniz. Oyun alınmadı, ya ilk matçdakı psixoloji zərbənin təsiri var idi?
– Psixoloji təsirlər var idi, bunu danmıram. Ötən oyunda iki penalti epizodu oldu, rəqibin oyunçusuna isə qırmızı vərəqə göstərilmədi. Bugünkü matça da pis hazırlaşmamışdıq. “Zirə”nin 2:0 üstünlüyü var idi və müdafiədə qalıb, əks-hücumlara köklənmişdilər. Buna baxmayaraq, biz pis təsir bağışlamadıq. İlk hissədə qol vura bilsəydik, ardı gələcəkdi. Birinci yarıda imkanlardan istifadə etsəydik, oyunun gedişi fərqli olardı. Bu gün “Zirə” əsasən müdafiə olunmağa üstünlük verdi.

– Bugünkü oyunun idarəçiliyindən razı qaldınız?
– Narazı deyiləm, amma qol epizoduna baxmamışam. VAR-a baxıb, qolumuzu sildilər. Amma məncə, qol təmiz idi.

– Mövsümün əvvəlində klub rəhbəri Ehtiram Quliyev bildirmişdi ki, hədəf kubokdur. Yarımfinalda dayandınız. İndi çempionatda ikinciliyə yüksəlməyi hədəfləyirsiniz?
– İstəyirdik ki, titul qazanaq, amma alınmadı. Çempionatda çətin oyunlar bizi gözləyir. Növbəti matçlarda qələbə qazanmağa çalışacağıq. İnşallah, yaxşı yerlərdən birini tutacağıq.

Şahin Cəfərov

Azərbaycan çempionatında pley-off mərhələsinin püşkü atıldı

AFFA U-14 Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib.

Həmçinin, iştirakçı komandaların 1/4 və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.

U-14 Liqası, 1/8 final
“Neftçi” – “Araz Saatlı”
“Qarabağ” – “Baku Sportinq”
“UGİM Naxçıvan” – “Şamaxı”
“Astara” – “Ulduz” FA
“Metak” – “Gəncə”
“Turan Tovuz” – “Qəbələ”
“Sumqayıt” – “Şimal” RFF
“Sabah” – “Sumqayıt City”

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları aprelin 25-26-da, cavab görüşləri isə ayın 28-29-da keçiriləcək.

“Bastoninin futbolçu profili “Barselona”ya çox uyğundur”

İtaliyalı keçmiş müdafiəçi Leonardo Bonuççi “İnter”in futbolçusu Alessandro Bastoni haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yerli mətbuata açıqlamasında müdafiəçinin adının “Barselona” ilə hallanmasına münasibət bildirib.

“Bastoninin futbolçu profili “Barselona”ya çox uyğundur. Çünki o, yüksək texniki bacarıqlara sahibdir və əla müdafiəçidir”.

İtaliya mətbuatının xəbərinə görə, Bastoni yayda “Barselona”ya keçəcək. Tərəflər arasında şifahi razılığın əldə olunduğu bildirilir.

Türkiyə klubunda rumıniyalı məşqçi

Türkiyənin “Qaziantep” klubunun yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükanı” Mirel Radoya tapşırılıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 45 yaşlı mütəxəssis bu gecə Qaziantepə gələcək və rəsmi müqaviləyə imza atacaq.

Radoyun son ünvanı FKSB olub.

“Qaziantep” bir neçə gün əvvəl baş məşqçisi Burak Yılmazla yollarını ayırıb.

AÇ: Həsrət Cəfərov finalda

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finalına yüksəlib.

Futbolpress.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Cəfərov yarımfinalda gürcüstanlı rəqibi Dieqo Çxikvadzeyə 4:2 hesabı ilə qalib gəlib.

60 kq-da mübarizə aparan Nihat Məmmədli isə yarımfinalda ermənistanlı Suren Ağacanyana “tuş”la məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

“Yuventus”un futbolçusu üçün iki “elçi”

“Qalatasaray” “Yuventus”un futbolçusu Temu Koopmeyners ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. İstanbul klubu yayda belçikalı yarımmüdafiəçinin transferi üçün Turin təmsilçisi ilə danışıqlara başlamağı planlaşdırır.

Koopmeynerslə İngiltərənin “Mançester Yunayted” klubu da maraqlanır.

28 yaşlı futbolçu bu mövsüm 40 oyunda 2 qol vurub.

“Atletiko” argentinalı müdafiəçi ilə maraqlanır

“Tottenhem”dən ayrılacağı gözlənilən Kristian Romero karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Atletiko” 28 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Tərəflər arasında danışıqlar yayda başlayacaq.

Romero zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq. Argentinalı müdafiəçi bu “futbol ili”ndə 23 oyunda 4 qol vurub.

“Kəpəz” iki futbolçu ilə müqavilə imzaladı

“Kəpəz” akademiyanın üzvləri Raul İsaqov və Şahnur İsmayılov ilə peşəkar müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə bağlanıb.

16 yaşlı Raul hücuma meyilli yarımmüdafiəçi kimi çıxış edir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.

“Zirə” – “Turan Tovuz”: heyətlər

“Zirə” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Turan Tovuz”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaq:

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 3. Enrike Silva, 9. Coş Cinnelli, 8. David Tavares.
Məşqçi: Yunis Hüseynov.

Lukakuya cərimə

“Napoli” futbolçusu Romelu Lukakunu cərimələyib.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Hücumçu klubun daxili qaydalarını pozduğu üçün 150 min avro məbləğində cərimələnib.

Lukaku ötən ay milli komandaların oyunlarına görə yaranan fasilədə Belçikaya gedib və orda fərdi məşqlər edib. Klub onu geri çağırsa da, o, vaxtında İtaliyaya dönməyib.

Lukaku bu mövsüm A Seriyasında 5 oyunda 1 qol vurub. Onun yayda klubdan ayrılacağı gözlənilir.

“Turan Tovuz”un müdafiəçisi “Zirə” ilə oyunu buraxacaq

“Turan Tovuz” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Zirə” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisi görüşə itki ilə çıxacaq. Müdafiəçi Roderik Miller zədə səbəbindən oyunu buraxacaq.

Matç saat 19:00-da start götürəcək.

Komandalar arasındakı ilk oyunda “Zirə” qələbə qazanıb – 2:0.

“Mançester Yunayted” Kazemiroya əvəzləyici tapdı

“Real”ın futbolçusu Orelyen Çuameni karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” yayda komandadan ayrılacağı açıqlanan Kazemironun əvəzinə Çuamenini transfer etmək niyyətindədir.

Yarımmüdafiəçi bu mövsüm 44 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Azərbaycan idmançıları İtaliyada xatirə turnirinə qatılacaq

24-26 aprel tarixlərində İtaliyada akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turniri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, nüfuzlu beynəlxalq yarışda Azərbaycan Su İdman Növləri Federasiyası Volodimir Morozovun məşqçiliyi ilə 3 nəfərlik heyətlə mübarizə aparacaq.

Komandamızın heyətində perspektivli idmançılar olan Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev mükafatçılar sırasına düşməyə çalışacaq.

Mikelsin durumu sabah dəqiqləşəcək, Şafranko isə…

“Sabah” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyununda sabah “Qarabağ”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın hücumçusu Coy-Lens Mikelsin matçda iştirakı sual altındadır. Çempionatda “Qarabağ”la oyunda zədələnən forvardın durumuna sabah aydınlıq gələcək.

Komandanın digər hücumçusu Pavol Şafranko da görüşü buraxacaq. Uzun müddətdir, zədəli olan slovakiyalı futbolçu hələ fərdi məşq edir.

Sabah keçiriləcək “Sabah” – “Qarabağ” oyununa saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 2:2.

Veteranlar arasında Azərbaycan çempionatı keçirildi

Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib.

Futbolpress.az xəbər verir ki, Abşeron Olimpiya Kompleksində baş tutan yarışda 36 klub və idman cəmiyyətindən 103 usta cüdoçu mübarizə aparıb.

Qeyd edək ki, ölkə çempionatı Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və İdman Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Nəticələri təqdim edirik:

Kişilər
M-1 və M-2 yaş kateqoriyaları üzrə

-60 kq
1. Elşən Dünyamalıyev, M-1 (Umbayev Sport Klub)
2. Musa Əhmədli, M-2 (Neftçi İK)
3. Vaqif İsmayılov, M-1 (Quba CİK)
3. Elşən Allahverdiyev, M-1 (İstək İK)
-66 kq
1. Sadıx Məhərrəmov, M-1 (RKİM)
2. Xəyal Zaliyev, M-2 (Neftçi Sumqayıt)
3. Mirelturan Seyidi, M-1 (FHN)
3. Elbrus Zamanov, M-1 (Qusar)
-73 kq
1. Ruslan Hacıyev, M-1 (Turan İK)
2. Fariz Səfərov, M-1 (Mingəçevir UGİM)
3. Heydər Quliyev, M-1 (Maştağa İK)
3. Nurlan Şeydəbəyov, M-1 (Balaxanı İM)
-81 kq
1. Asim Qulamzadə, M-1 (Aydın Gənclər İK)
2. Natiq Sariyev, M-1 (Fəxri İK Qaradağ)
3. Sahib Əskərov, M-1 (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Hüseyn Heydərov, M-1 (Quba CİK)
-90 kq
1. Coşqun Abdullayev, M-1 (Şabran)
2. Orxan Əskərzadə, M-2 (Kano PİK)
3. Anar Yusifov, M-1 (DİN İC)
3. Mahir Abbasov, M-1 (Judo Club 2012)
-100 kq
1. Elçin Məmmədov, M-2 (Uğur İK Sumqayıt)
2. Rəşad Soltanov, M-1 (DİN İC)
+100 kq
1. Qurban Məmmədli, M-2 (Judo Club 2012)
2. Araz Mehrəliyev, M-1 (DİN İC)
M-2 və M-3 yaş kateqoriyaları üzrə
-60 kq
1. Babək Hacıyev, M-4 (Judo Club 2012)
2. Mənsur Abbasov, M-3 (Yevlax)
3. Elşən Kərimov, M-4 (Uğur İK Sumqayıt)
3. Əli Həsənov, M-3 (Judo Club 2012)
-66 kq
1. Vüqar Babayev, M-3 (Neftçi İK)
2. Qadir İsgəndərov, M-3 (Abşeron OİK)
3. Vüsal Kərimov, M-3 (Uğur İK Sumqayıt)
3. Babək Hüseynov, M-3 (Qusar)
-73 kq
1. İlqar Əliheydərov, M-4 (Neftçi İK)
2. Şıxrəcəb Şıxmuradov, M-3 (Qusar)
3. Emil Qurbanov, M-3 (DİN İC)
3. Elnur Əhmədov, M-4 (RKİM Sumqayıt)
-81 kq
1. Azər Fətullayev, M-3 (DİN İC)
2. Anar Ağayev, M-4 (Uğur İK Sumqayıt)
3. Emil Səmədov, M-3 (Kanokan-TT İK)
-90 kq
1. Hikmət Cəbiyev, M-3 (DİN İC)
2. Oqtay Paşayev, M-3 (DİN İC)
3. Xəqani Kazımov, M-4 (Judo Club 2012)
3. Heydər Əliheydərov, M-3 (Neftçi İK)
-100 kq
1. Emil Hüseynov, M-4 (Uğur İK Sumqayıt)
2. Valeriy Fomin, M-4 (Judo Club 2012)
3. İlqar Ağarəhimov, M-3 (Kanokan-TT İK)
3. Ramil Aslanov, M-3 (Sərhədçi İM)
+100 kq
1. Pərviz Şahbazov, M-4 (Uğur İK Sumqayıt)
2. Elşən Paşayev, M-3 (Kanokan-TT İK)
M-5, M-6 və M-7 yaş kateqoriyaları üzrə
-66 kq
1. Sultan Ağagülov, M-6 (Boz Oğuz İK)
2. Filman Şabiyev, M-5 (DİN İC)
-81 kq
1. Anar Xəlilov, M-5 (Bakı Cüdo Klubu)
2. Natiq Pircanov, M-6 (DİN İC)
-90 kq
1. Emin Həsənov, M-5 (Atilla İK)
2. Əyyub Hüseynov, M-5 (Metallurq Gəncə)
3. Araz Umarov, M-6 (Oğuz)
3. Nazim Əliyev, M-7 (A.A.A.B.M.)
+100 kq
1. Vüqar Bağırlı, M-5 (Judo Club 2012)
2. Tağı Tağızadə, M-6 (Spartak Wrestle Zone)

M-8 yaş kateqoriyası üzrə
-66 kq
1. Çingiz Təhməzov (Boz Oğuz İK)

“Sabah”ın futbolçusu millinin düşərgəsindən ayrıldı

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Futbolpress.az xəbər verir ki, “Sabah”ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

“UFC Fight Night” Bakıda!

UFC (Mütləq Döyüş Çempionatı) Azərbaycan Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb.

Futbolpress.az xəbər verir ki, müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il “UFC Fight Night” tədbirlərinin keçirilməsi planlaşdırılır.

Bu çərçivədə ilk tədbir iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Bildirilib ki, ötən ilin iyununda Bakı Kristal Zalında keçirilən UFC-nin debüt tədbiri 14 mindən çox tamaşaçını bir araya gətirib:

“Biletlərin tam satılması regionda MMA-ya böyük marağın göstəricisi olub. Las-Veqasda keçirilən görüşdə UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu uğurun davamı və tərəfdaşlığın gələcək inkişaf imkanlarını müzakirə ediblər”.

UFC rəhbərinin sözlərinə görə, Bakı ziyarət etmək üçün dünyanın ən yaxşı şəhərlərindən biridir:

“Şəhər olduqca gözəldir, burada yaşayan insanlar son dərəcə mehribandır. Ötən il ora səfər edəndə heyran qaldım. Qonaqpərvərlik ən yüksək səviyyədə idi. Azarkeşlər idmana inanılmaz həvəs göstərir, eyni zamanda kifayət qədər məlumatlı idilər. İnsanlar dünyanın hər yerindən gəlib bunu mütləq özləri yaşamalıdırlar”.

Fərid Qayıbov UFC ilə çoxillik tərəfdaşlığın əldə olunmasını Azərbaycanın qlobal idman məkanı kimi mövqeyini möhkəmləndirmək baxımından mühüm mərhələ olduğunu vurğulayıb:

“İlk Avropa Oyunları və “Formula 1″ kimi nüfuzlu tədbirlərə ev sahibliyi təcrübəsinə əsaslanan bu əməkdaşlıq qarışıq döyüş sənətlərinin inkişafını sürətləndirəcək və Azərbaycanla yanaşı, region idmançıları üçün yeni imkanlar yaradacaq. UFC artıq Bakı idman təqviminin mühüm hissəsinə çevrilib və yerli döyüşçülər üçün doğma azarkeşlər qarşısında çıxış etmək imkanı yaradır. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə yüksək səviyyəli idman tədbirləri keçirmək potensialını bir daha sübut edir.”

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev isə ötən il UFC-nin debüt tədbirinin uğurla və tam dolu tribunalarla baş tutmasından sonra tərəfdaşlığı genişləndirərək “Fight Night” tədbirlərinin yenidən Bakıda keçirilməsindən məmnun olduqlarını söyləyib:

“Builki tədbirə marağın daha da yüksək olacağı və şəhərə gələn ziyarətçilərin sayının artacağını gözləyirik. Əminik ki, tədbir daha genişmiqyaslı və yüksək səviyyədə keçiriləcək və iştirakçılar üçün unudulmaz təcrübə bəxş edəcək”.

Rosenyor: “Bütün məsuliyyət məndədir”

“Çelsi”nin baş məşqçisi Liam Rosenyor açıqlama verib.

Futbolpress.az xəbər verir ki, İngiltərə mətbuatına danışan mütəxəssis klubdakı taleyinə toxunub:

“Rəhbərlik mənə dəstək olur. Son dörd oyunumuzu uduzmuşuq. Klubla uzunmüddətli bir layihə düşünmüşük. Düzdür, onlar mənə inanır, ancaq indiki məqamda qarşıdakı oyunlarda yaxşı nəticə əldə etməliyik. Bütün məsuliyyət məndədir”.

“Çelsi” Premyer Liqada 48 xalla 6-cı sıradadır.

“Zirə” kubok oyununa itki ilə çıxacaq

“Zirə” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Turan Tovuz”u qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, “qartallar”ın futbolçusu Rüfət Abdullazadə zədə səbəbindən görüşü buraxacaq.

Matç saat 19:00-da start götürəcək.

Komandalar arasındakı ilk oyunda “Zirə” qələbə qazanıb – 2:0.

“DH Volley” Azərbaycan Yüksək Liqasının gümüş medallarını qazanıb

Azərlotereya” ASC-nin sponsoru olduğu “DH Volley” (“Demirören Holdinq”) komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb.

Futbolpress.az xəbər verir ki, qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.

Final qarşılaşması Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Qızıl medal uğrunda keçirilən oyunda “DH Volley” komandası “Turan” komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın nəticəsində “Turan” birinci yerə layiq görülüb, “DH Volley” ikinci yeri tutaraq gümüş medal qazanıb. Bürünc medala isə “Gəncə” komandası sahib olub.

Mükafatlandırma mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, “Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören və digər rəsmi şəxslər iştirak ediblər.

Qaliblərə medal və kuboklar təqdim edilib, həmçinin liqanın ən yaxşı oyunçuları və rəmzi komandası açıqlanıb. Qadın voleybolçular arasında Yüksək Liqada fərqlənən oyunçular arasında “DH Volley”in üzvləri də yer alıb. “Ən yaxşı toppaylayıcı” Natalia Gajewska, “Ən yaxşı hücumçu” Alla Alekumova, “Ən yaxşı diaqonal oyunçu” isə Katerina Jidkova seçilib.

AVF prezidenti Şahin Bağırov Yüksək Liqada çıxış edən bütün idmançılara, Gənclər və İdman Nazirliyinə, eləcə də aidiyyəti qurumlara, azarkeşlərə, media nümayəndələrinə və sponsorlara, xüsusilə də “Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirörenə Azərbaycan voleyboluna verilən böyük töhfəyə görə təşəkkür edib.

Mükafatlandırma mərasimində “Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören də “DH Volley” üzvlərini bu böyük uğur münasibətilə təbrik edərək qısa müddətdə əldə edilən müvəffəqiyyətin böyük zəhmətin və məqsədyönlü fəaliyyətin nəticəsi olduğunu bildirib.

Gələcək mövsümlərdə daha böyük uğurları hədəfləyən “DH Volley” komandası “Azərlotereya”nın sponsorluğu ilə yaradılıb. “Azərlotereya” gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Şirkət “Misli Premyer Liqası” başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır. Bu çərçivədə şirkət ölkə voleybolunun inkişafına da töhfə verir.

Şirkət 2021-ci ildən “Demirören Holdinq”in idarəetməsinə verilib. Fəaliyyət göstərdiyi ölkələrdə idmanın inkişafına xüsusi diqqət ayıran “Demirören Holdinq” xüsusilə voleybolun dəstəklənməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir. “DH Volley” komandasının əldə etdiyi uğur da bu dəstəyin və idmana yönəlmiş strategiyanın nəticələrindən biri kimi yüksək qiymətləndirilir.

 

 

“Klub ətrafında gəzən mənfi xəbərlər oyunumuza təsir edə bilər”

“Kəpəz” Misli Premyer Liqasında son üç oyunu uduzub. Bölgə təmsilçisində baş məşqçi Azər Bağırovla yayda yolların ayrılacağı xəbərləri dolaşır.

Mövzu ilə bağlı komandanın baş məşqçisi Azər Bağırovla danışdıq:

– “Qarabağ” kimi komandaya qalib gələndən sonra son məğlubiyyətlər əsas nədən qaynaqlanır?
– “Qarabağ” kimi komandaya qalib gəlmək nə qədər çətindirsə, bu qələbənin psixoloji baryerini adlamaq ondan da çətindir. Düşünürəm ki, bunun müəyyən təsirləri ola bilər. Amma artıq üçüncü oyundur. Birinci matçı psixoloji amillə izah etmək olar, amma digər görüşlərdə oyunçu çatışmazlığı və  diqqətsizlik özünü göstərdi. Ən öməli məqam isə odur ki, bu gün “Kəpəz” 6-7 legionerdən ibarət komandadır. Digər bütün klublarda 11-12 legioner var və əvəzetmələrlə heyəti gücləndirirlər. Bizdə isə legionerləri yerli futbolçular əvəz edir.

– ⁠”Kəpəz”dən ayrılacağınız ilə bağlı xəbərlər dolaşır.
– Ayrılıq məsələsi gündəmdə deyil. “Kəpəz”də işimiz var və mövsümün sonuna qədər bunu yekunlaşdırmalıyıq. Zaman göstərəcək. Rəhbərliklə danışığımız olub, inşallah, hər şey müsbətə doğru inkişaf edər.

– Bu cür xəbərlər komandaya necə təsir edir?
– Futbol insan faktorudur. Klub ətrafında yayılan mənfi xəbərlər, reaksiyalar oyunumuza təsir göstərə bilər. Yəni, futbolçularda emosional eniş qaçılmazdır. İnanıram ki, bunun öhdəsindən gələcəyik. Qarşımıza qoyulan hədəfləri isə yerinə yetirəcəyik.

Kamil Əhməd

PSJ-də itki

PSJ ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Vitinya zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun bərpa müddəti açıqlanmayıb.

Vitinya Fransa Liqa 1-də “Lion”la matçda (1:2) zədə alıb.

Yarımmüdafiəçi bu mövsüm 45 oyunda 7 qol vurub, 10 məhsuldar ötürmə edib.

Bölgə klubu 170 manat cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XXIII turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kür-Araz” – “Göygöl” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.

“Kür-Araz” – “Göygöl” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Kür-Araz” komandası 100 manat cərimə edilib.

“Xankəndi” – “Dinamo” oyununun 90-cı dəqiqəsində “Dinamo” komandasının məşqçisi İsmael Vəkiliqazicahani hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Dinamo” komandası 250 manat cərimə edilib.

Fernandeş: “Hədəfimiz “dördlük”də yer almaqdır”

“Mançester Yunayted”in futbolçusu Brunu Fernandeş açıqlama verib.

Futbolpress.az “TNT Sports”a istinadən xəbər verir ki, yarımmüdafiəçi komandanın hədəflərindən danışıb:

“Lids”lə oyundakı məğlubiyyətdən sonra geridönüş etməliydik. “Çelsi” səfərinin çətin olacağını bilirdik, amma çox mühüm qələbə qazandıq. Hədəfimiz “dördlük”də yer almaqdır. Qarşıdakı hər oyunun əhəmiyyəti böyükdür”.

“Mançester Yunayted” 33 turdan sonra 58 xalla 3-cü sıradadır.

Azərbaycan millisində yeni baş məşqçi

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) bədii üzgüçülük üzrə məşqçi Yekaterina Matviyenko ilə əməkdaşlığa start verib.

Futbolpress.az xəbər verir ki, bədii üzgüçülük üzrə idman ustası müxtəlif illərdə Ukrayna, Misir və Rusiyada məşqçi kimi çalışıb, o cümlədən Misirin Olimpiya və yeniyetmələrdən ibarət bədii üzgüçülük üzrə milli komandalarında fəaliyyət göstərib.

Son illərdə Krasnodar şəhərində bədii üzgüçülük klubunun baş məşqçisi olmuş mütəxəssis ASF-nin rəsmi saytına açıqlamasında fikirlərini bölüşüb:

“Mən dünyanın ən güclü bədii üzgüçülük ənənələrindən birinə malik olan Rusiya məktəbini təmsil edirəm və məqsədim qazandığım zəngin təcrübəni Azərbaycanda tətbiq edərək həm Bakıda, həm də regionlarda bədii üzgüçülüyün texniki bazasının möhkəmlənməsinə, peşəkar inkişafına və kütləviləşməsinə töhfə verməkdir”.

Premyer Liqa klubları cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:

17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Araz-Naxçıvan” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

18 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Karvan-Yevlax” – “Şamaxı” oyununda təşkilati-texniki öhdəliklər (mətbuat konfransı otağı düzgün təşkil edilməyib) pozulduğuna görə “Karvan-Yevlax” komandası 1000 manat cərimə edilsin (maddə 68);

18 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Qarabağ” – “Sabah” oyunu başa çatdıqdan sonra “Qarabağ” komandasının azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

18 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Qarabağ” – “Sabah” oyununda “Sabah” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

18 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Qarabağ” – “Sabah” oyununun 47-ci dəqiqəsində “Sabah” komandasının 6 nömrəli futbolçusu Abdulax Xaybulayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sabah” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

18 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Qarabağ” – “Sabah” oyunu başa çatdıqdan sonra “Sabah” komandasının azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sabah” komandası 5000 manat cərimə edilsin (maddə 86.3, 86.9);

19 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Kəpəz” – “İmişli” oyununda “Kəpəz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

AFFA “Neftçi”ni böyük məbləğdə cərimələdi

AFFA İntizam Komitəsi “Neftçi” klubunu böyük məbləğdə cərimələyib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Misli Premyer Liqasında “Zirə” ilə matçda (1:1) yaşananlara görə ümumilikdə 26 min 200 manat məbləğində cəzalanıb:

17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Zirə” – “Neftçi” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Zirə” – “Neftçi” oyununun 90+6-cı dəqiqəsində “Zirə” komandasının məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zirə” komandası 2000 manat cərimə edilsin (maddə 47.2);

17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Zirə” – “Neftçi” oyunu bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulduğuna və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” komandası 3000 manat cərimə edilsin. Dəymiş zərər “Zirə” komandası tərəfindən qarşılansın (maddə 86.3);

17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Zirə” – “Neftçi” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” komandasının baş məşqçisi Yuri Vernidub hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 51.1, 11.3);

17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Zirə” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının məşqçisi Dmitro Kara Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 51.1, 11.3);

17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Zirə” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Neftçi” komandasının 33 nömrəli futbolçusu Breno Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 45.1, 11.3);

17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 4500 manat cərimə edilsin (maddə 86.3)

Kroos: “Heç vaxt belə fikrim olmayıb”

“Real”ın sabiq futbolçusu Toni Kroos açıqlama verib.

Futbolpress.az AS nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi karyerasını yenidən bərpa edəcəyi ilə bağlı dolaşan xəbərlərə münasibət bildirib:

“Heç vaxt belə bir fikrim olmayıb. Çünki istədiyim şəkildə ayrılmışam. Futbolçu səhifəmi bağladım. Həmişə düşünürdüm ki, karyeramı ən yaxşı necə bitirə bilərəm və hər şey istədiyim kimi oldu”.

Kroos karyerası ərzində “Bavariya” və “Real”da çıxış edib. 36 yaşlı keçmiş yarımmüdafiəçi 2024-cü ildə “butslarını asıb”.

“Messi bütün dövrlərin ən yaxşı futbolçusudur”

“Barselona”nın futbolçusu Lamin Yamal açıqlama verib.

Futbolpress.az İspaniya mətbuatına istinadən xəbər verir ki, vinger futbol tarixinin ən yaxşı oyunçusunun Lionel Messi olduğunu deyib:

“Messi bütün dövrlərin ən yaxşı futbolçusudur. Hamı ona hörmət edir. Ümid edirəm ki, mən də onun yolunu davam etdirə biləcəyəm”.

Messi hazırda “İnter Mayami”də çıxış edir.

Nəbi qələbə ilə başladı

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya kuboku start götürüb.

Futbolpress.az xəbər verir ki, reytinq xarakterli yarışa Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov qələbə ilə başlayıb.

70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə Necat Ekinçi (Türkiyə) ilə qarşılaşıb. Boksçumuz rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib. İsgəndərov 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gələcək. Görüş aprelin 22-də olacaq.

Qeyd edək ki, Dünya kuboku aprelin 26-da başa çatacaq.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

Rusiya, Premyer Liqa
18:30 Soçi – Krılya Sovetov (Matç Premyer)
20:45 ÇSKA – Rostov (Matç Premyer)

Azərbaycan Kuboku
19:00 Zirə – Turan Tovuz (CBC Sport)

Türkiyə Kuboku
21:30 Konyaspor – Fənərbaxça (ATV – Türkiyə)

İspaniya, La Liqa
21:00 Malyorka – Valensiya (İdman TV)
21:00 Atletik – Osasuna (Futbol 2)
23:30 Real – Alaves (Futbol 2)

İngiltərə, Premyer Liqa
23:00 Brayton – Çelsi (İdman TV)

İtaliya Kuboku
23:00 İnter – Komo (TRT Spor, Futbol 1, Matç TV)

“Zirə” – “Turan Tovuz”: final şansları

“Zirə” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Turan Tovuz”u qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşə saat 19:00-da start veriləcək.

Komandalar arasındakı ilk matçda “Zirə” qələbə qazanıb – 2:0. “Turan Tovuz” finala adlamaq üçün azı üç top fərqiylə qalib gəlməlidir.

İlk oyunda tovuzluların xeyrinə verilməyən iki penalti bir neçə gün gündəmdə qaldı. Klubun rəhbəri Ehtiram Quliyevin hakimləri sərt tənqid etməsi, azarkeşləri etiraza səsləməsi daha sonra “Turan Tovuz”un 15 min manat cərimələnməsinə səbəb oldu. Oyun ətrafında kifayət qədər gərginlik var. İlk matçdakı hakim səhvlərindən sonra iki top fərqi ilə  geridə olan tovuzlular səfərdə geridönüşə ümid edirlər.

Kurban Berdıyevin yetirmələri bu mövsüm “Zirə”yə bir dəfə qalib gəlib. Fevralda baş tutan Premyer Liqa oyunu “Turan Tovuz”un 2:0 hesablı qələbəsiylə başa çatıb. Çempionatın digər matçında isə qolsuz bərabərlik qeydə alınıb.

“Turan Tovuz” Misli Premyer Liqasının son turunda “Araz-Naxçıvan”a ikinci hissədə üç qol vurub. Ümumiyyətlə, bu mövsüm tovuzlular hücumda daha çox şans yaratsalar da, vurduqları qolların sayı azdır. Ancaq bu gün final arzulayan komanda əlinə düşən hər bir şansdan istifadə etməlidir.

Bölgə təmsilçisi “Zirə”yə sonuncu dəfə 2023-cü ildə üç qol vurub. 2022/23 mövsümünün mayında Zirədə baş tutan çempionat matçında tovuzlular 3:1 hesablı qələbə qazanıb. Bu gün eyni hesab qeydə alınarsa, oyun əlavə vaxta gedəcək.

“Zirə” isə daha rahatdır. Komandanın iki top üstünlüyü var və azarkeşləri önündə “qartallar”ın üç top fərqi ilə məğlub olması inandırıcı görünmür. “Turan Tovuz”un erkən vuracağı qol oyunun seyrini dəyişə bilər.

“Turan Tovuz” çempionatda üçüncü sırada qərarlaşıb və böyük ölçüdə ilk üçlükdə yerini təmin edib. “Zirə” isə dördüncüdür və “Neftçi” ilə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Rəşad Sadıqovun yetirmələri üçün kubok yolu daha əlverişli və prestijlidir.

Şahin Cəfərov

14-cü dəfə ölkəsinin ən yaxşı futbolçusu seçildi

“Milan”ın yarımmüdafiəçi Luka Modriç Xorvatiyada ilin ən yaxşı futbolçusu seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 40 yaşlı futbolçu bu həftə mükafatını alacaq.

Modriç karyerasında 14-cü dəfə ölkəsində ilin futbolçusu seçilib.

Bakı klubu “100”ü keçdi

Azərbaycan II Liqasında ikinci sırada qərarlaşan “Qaradağ Lökbatan” 100 qol sayını keçib.

Futbolpress.az xəbər verir ki, komanda 23 turda ümumilikdə 105 qol vurub, 17-ni buraxıb. “Qaradağ Lökbatan” bu mövsüm Azərbaycan çempionatlarında ən çox qol vuran komandadır.

Lökbatan təmsilçisi 23 turdan sonra 63 xalla ikinci sıradadır və lider “Xankəndi”dən 3 xal geri qalır.

Silvadan sonra o da “Mançester Siti”dən ayrılacaq

Müdafiəçi Con Stounz yayda “Mançester Siti”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Stounz klubla müddəti başa çatacaq müqaviləni uzatmayacaq.

Con 2016-ci ildən “Mançester Siti”də çıxış edir. 31 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqada 7 oyuna çıxıb.

Daha əvvəl portuqaliyalı yarımmüdafiəçi Bernardu Silvanın klubdan ayrılacağı açıqlanıb.

“Çelsi” 16 yaşlı futbolçu ilə müqavilə imzaladı

“Çelsi” 16 yaşlı futbolçu Kalvin Diakite ilə peşəkar müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb. London klubu Kalvin ilə müddəti 2028-ci ilin yayına kimi olan sözləşmə imzalayıb.

Diakite “Çelsi”nin U-18 və U-21 komandalarında çıxış edir.

Premyer Liqanı tərk edəcək ilk komanda

İngiltərə Premyer Liqasını tərk edəcək birinci komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, XXXIII turda “Vest Hem”in “Kristal Pelas”la heç-heçə etməsindən (0:0) sonra 20-ci pillədə yer alan “Vulverhempton”un elitadan düşəcəyi dəqiqləşib.

“Canavarlar” 17 xalla 20-cidir və sona beş tur qalmış hər oyunu qazansa belə, autsayderlər zonasından çıxa bilmir.

“Vulverhempton” yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.

“Zirə” Azərbaycan Kubokunda finala yüksəldi

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib. “Zirə” azarkeşləri önündə “Turan Tovuz”u qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.

İlk oyunda 2:0 hesablı qələbə qazanan “Zirə” finala adlayan tərəf olub.

Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, cavab oyunu

21 aprel

19:00 Zirə – Turan Tovuz 0:0
Baş hakim: Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu
İlk oyun 2:0

Səhvdir…

Deməli, Rəhim Həsənov deyir ki, İnqilab Məmmədov “Zirə” – “Neftçi” oyununda (1:1) səhv qərar verib.

Hakimlər Komitəsinin sədri bunadək də bir neçə dəfə analoji mövqedə çıxış edib.

Ümumən, De Blekerin HK sədrliyi dövründə əsası qoyulan bu işin məntiqini anlamaq asan deyil.

HK sədri hakimin təqsirkar olduğunu etiraf etdi.

Və?

Səhv qərara görə zərər çəkən komanda bundan nəsə qazanırmı?

Yox.

Bəs bu göstəriş niyə var?

Hakimi cəzalandır, vəssalam da. HK sədri media rolunu niyə oynayır?

Ümumiyyətlə, AFFA bu məsələdə təkmilləşdirmə aparmağı düşünsün. Məsələnin absurdluğu ortada əməlli-başlı oriental oynayır…

HK sədri səhvə “səhvdir” təsdiqi verməkçün deyil, islahat aparmaq, idarə etməkçündür, inkişafa məsuliyyət daşıyır.

İnkişaf isə yenə gizlənib, gözə dəymir.

Kamil Əhməd

“Fənərbağça” kubok oyununa itki ilə çıxacaq

“Fənərbağça” Türkiyə Kubokunda “Konyaspor”la 1/4 final oyununa itki ilə çıxacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yüngül zədəsi olan Dorgeles Nene matçın iştirak ərizəsində yer almayıb.

Sabah keçiriləcək “Konyaspor” – “Fənərbağça” oyununa saat 21:30-da start veriləcək.

Sərxan Həşimov ECU-nun vitse-prezidenti ola bilər

Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimovun namizədliyi Avropa Şahmat Birliyinin (ECU) vitse-prezidenti vəzifəsinə irəli sürülüb.

Futbolpress.az xəbər verir ki, mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun qardaşı Sərxan Həşimovun namizədliyi Azərbaycan Şahmat Federasiyası (AŞF) tərəfindən verilib.

Qeyd edək ki, Avropa Şahmat Birliyinin rəhbərliyinə seçkilər bu il iyunun 18-də keçiriləcək.

UEFA Gənclər Liqasında çempion bilindi

UEFA Gənclər Liqasında mövsümün qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, final matçında “Brügge” və “Real”ın U-19 komandaları üz-üzə gəlib.

Əsas vaxtı bərabərliklə bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. Son zərbələrdə dəqiq olan “Real” çempion adını qazanıb.

AÇ: 3 güləşçi üçün bürünc medal şansı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start verilib.

Futbolpress.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Rəşad Məmmədov (55 kq) 1/4 finalda rusiyalı Avropa çempionu və dünya mükafatçısı Emin Seferşayevə 0:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz sabah bürünc medal uğrunda güləşəcək. Rəqib türkiyəli Ömər Rəcəp olacaq.

Ziya Babaşov (63 kq) debütdə türkiyəli 2 qat Avropa çempionu Kərəm Kamala uduzub – 0:8.

Sənan Süleymanov (77 kq) belaruslu Şuay Mamedovu vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 9:0. Ancaq 1/4 finalda macarıstanlı Robert Fritşə minimal fərqlə məğlub olub – 5:6.

İslam Abbasov (87 kq) polşalı Arkadiuş Kuliniçlə (3:1) norveçli Eksos Mukubuya (4:3) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında bolqarıstanlı Semyon Novikova məğlub olan (0:4) güləşçimiz sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Valtteri Latvala (Finlandiya), Maryan Kola (Albaniya) və ya Doğan Kaya (Türkiyə) olacaq.

Beka Kandelaki (130 kq) albaniyalı Qriseldi Kodraya tam üstünlüklə (11:0), almaniyalı Yello Krahmerə isə minimal fərqlə (3:2) qalib gələrək yarımfinala adını yazdırıb. Macarıstanlı Dariuş Vitekə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan təmsilçimiz sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Sulxan Buidze (Gürcüstan) – Mixaylo Vişnivetski (Ukrayna) qarşılaşmasının qalibi olacaq.

Premyer Liqa klubunun yeni baş məşqçisi bilindi

İngiltərənin “Bornmut” klubunun yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin “sükanı” Mark Rouza tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis yayda komandada işinə başlayacaq.

“Bornmut”u hazırda Andoni İraola çalışdırır. O, mövsümün sonunda kubdan ayrılacaq.

“Bornmut” çempionatda 33 turdan sonra 48 xalla 7-ci sıradadır.

II Liqada darmadağınlar günü

Futbol üzrə Azərbaycan II Liqasında XXIII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, lider “Xankəndi” “Dinamo”nu məğlub edib.

“Qaradağ Lökbatan” bu turda “Şəmkir”ə darmadağınla qalib gəlib.

II Liqa, XXIII tur
20 aprel

“Xənkəndi” – “Dinamo” 2:1
Qollar:
 E.Quliyev, 13, B.Teymurov, 90+2 – F.Dəmirov, 88

“Quba” – “Şirvan” 3:1
Qollar: 
R.Məhərrəmov, 19, İ.İbrahimli, 41, R.Zeynallı, 58 – Q.İbrahimov, 83

“Qaradağ Lökbatan” – “Şəmkir” 9:1
Qollar: 
F.Abbaslı, 2, R.Orucov, 9, A.Mikayılov, 21 (pen), A.Mikayılov, 49, 88, 90+1, İ.Əliyev, 63, İ.Müseyibov, 87 (avtoqol), İ.Ağayarov, 90+3 – S.Abbasov, 61

“Şəki Siti” – “Araz Saatlı” 1:8
Qollar:
 S.Süleymanov, 39 – E.Xəlilli, 4, 23, 67, X.Bədirov, 10, M.Məsimov, 43, 68, 81, N.Səmədov, 83

 

“Neftçi” bəyanat yaydı

“Neftçi” bəyanat yayıb.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” “Zirə” ilə oyunda yaşanan hakim səhvləri ilə bağlı bunları bildirib:

“Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilmiş “Zirə” – “Neftçi” qarşılaşmasının bütün gedişatı boyunca və eyni zamanda son dəqiqələrində “Neftçi” yenə hakim səhvləri ilə üzləşdi. 90+4-cü dəqiqədə “Zirə”nin qolu qaydaların kobud şəkildə pozulması ilə vuruldu, rəqib komandanın futbolçusu Ruan Renatonun oyundan kənar vəziyyətdə olmasına və “Neftçi”nin qapıçısı Kenan Piriçin görmə bucağını kəsməsinə baxmayaraq, qol baş hakim İnqilab Məmmədov tərəfindən qeydə alındı, VAR-da əyləşən Nicat İsmayıllı isə bu epizoda müdaxilə etmədi.

Bu səhv mövsümün həlledici mərhələsində “Neftçi”nin növbəti ədalətsiz xal itkisinə gətirib çıxarmaqla yanaşı, qoldan sonra hər iki komandanın futbolçuları arasında yaranmış mübahisələr və VAR-ın səssiz qalması səbəbi ilə meydanda baş verən hadisələr nəticəsində baş məşqçi Yuri Vernidub, baş məşqçinin köməkçisi Dmitro Kara-Mustafa və futbolçu Breno Almeydaya əsassız qırmızı vərəqələr göstərildi.

20.04.2026 tarixində AFFA-nın inzibati binasında “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, “Neftçi” PFK-nın Baş İcraçı Direktoru və klubun digər nümayəndələri AFFA rəsmiləri və Hakimlər Komitəsinin sədri ilə görüşüb. Görüşdə klubumuz sözügedən oyunda qapımıza vurulan qola etiraz edib, eyni zamanda məşqçilərimiz və futbolçumuza göstərilən əsassız qırmızı vərəqələrin ləğv olunmasını tələb edib. Həmçinin mövsüm ərzində bir neçə dəfə təkrarlanan kobud hakim səhvlərini sərt şəkildə qınayıb, bir çox hakimlərin “Neftçi”yə qarşı ədalətsiz və qərəzli mövqe sərgilədiyini bildirib.

Klub nümayəndələri “Zirə” – “Neftçi” oyununda verilmiş yanlış qərarlara etirazını bildirib, həmin qərarların əsaslandırılmasını tələb edib, Hakimlər Komitəsinin sədri tərəfindən verilmiş cavablar klub rəsmilərini qismən qane edib.

Hakimlər Komitəsinin 20.04.2026 tarixli qərarı ilə “Zirə” – “Neftçi” oyununun hakimlərinin açıq-aşkar kobud səhvə yol verdiyinin etiraf olunmasını təqdirəlayiq hesab edirik. Bununla belə, təəssüf hissi ilə bildiririk ki, itirilən xallar geri qayıtmayacaq və bu hal mövsümdə artıq birinci dəfə baş vermir.

Bir daha bu mövsüm “Neftçi”nin oyunlarında dəfələrlə təkrarlanan kobud səhvləri bəzi hakimlərin komandamıza qarşı ədalətsiz və qərəzli münasibəti ilə əlaqələndirir, günahkarların ən sərt formada cəzalandırılmasını, bu kimi halların dayandırılmasını və gələcəkdə baş verməməsi üçün müvafiq tədbirlərə əl atılmasını AFFA Hakimlər Komitəsindən tələb edirik.

“Neftçi” PFK olaraq aşağıdakıları bəyan edirik:

1. “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik;
2. Bu kampaniyanı aparanlara öz məqsədlərinə nail olmayacağını bildirir və ölkənin ən qədim-köklü futbol klubu olan “Neftçi” olaraq sona qədər mübarizə aparacağıq;
3. Qarşımızda kimin olub-olmamasına baxmayaraq, böyük “Neftçi” camiəsinin – azarkeşlərin arxamızda olması yetərlidir;
4. Bütün çətinliklərə rəğmən, “Neftçi” Azərbaycan futbolunun flaqmanı olub, var və bundan sonra da olacaq”.

Ruslar bu dəfə afrikalıları seçdi

Rusiya milli komandası iyunda yoldaşlıq oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, yığma Moskvada Burkino-Faso ilə qarşılaşacaq. Matç iyunun 5-də olacaq.

Rusiyanın Ukraynaya hücumu səbəbindən bu ölkənin milli komandası və klubları UEFA və FIFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb. Buna görə Rusiya millisi Avropadan bir komanda ilə oynaya bilmir.

“Sumqayıt”ın legioneri: “Elə oyunlar olub ki, bəxtimiz gətirməyib”

“Sumqayıt” Misli Premyer Liqasının XXVIII turunda “Qəbələ”ni məğlub edib – 1:0.

Matçdan sonra “kimyaçılar”ın müdafiəçisi Rayan Senhaci “Futbolpress.az”ın suallarını cavablandırdı:

– Oyunu necə şərh edərdin?
– Uzun müddətdir qələbə qazana bilmirdik. Nəhayət, bu uğursuz seriyanı qıraraq, 3 xal əldə etdik və buna görə çox sevinirik.

– “Qəbələ” daha yaxşı oynayan tərəf idi. Bəxtinizin gətirdiyini düşünmürsünüz?
– Bundan əvvəlki turlarda elə oyunlar olub ki, bəxtimiz gətirməyib, yaxşı oynamışıq, amma uduzmuşuq. Futbolda belə hallar olur. “Qəbələ” ilə oyunda da bəxt bizdən yana oldu.

– Qarşıda “İmişli” ilə səfər oyunu var. Qələbənin ardını gətirmək mümkün olacaq?
– “İmişli”ni yaxşı tanıyırıq. Müdafiədə inamlı çıxış edirlər. Onlarla matç daha çətin olacaq. Səfərdə oynayacağıq və Quba stadionunun vəziyyəti də məlumdur. Ümumiyyətlə, “İmişli”ə qarşı səfərdə oynamaq bütün komandalar üçün çətindir. Buna baxmayaraq, yaxşı nəticə qazanmağa çalışacağıq.

Şahin Cəfərov

“Sabah”ın komandalarından 8 qələbə

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar baş tutub.

Futbolpress.az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları keçirdikləri 11 oyunun 8-dən qələbə ilə ayrılıblar.

U-8 Liqası
Modern – Sabah -:+

U-9 Liqası
Sabah – Sühb -:+

U-10 Liqası
Sabah – ROFM -:+

U-11 Liqası
Sabah – Gənclik +:-

U-12 Liqası
Sabah – Zirə +:-

U-13 Liqası
Araz-Naxçıvan – Sabah 2:6
Qollar: Nihat Manafov (2), Ayxan Hüseynli, Əli Hüseynli (2), Hüseyn Əliskəndərov.

U-14 Liqası
Zirvə – Sabah 2:15
Qollar: Yusif Ağayev (5), Hüseyn Musayev (2), Tofiq Zaidov (3), Artyom Solovyov (2), Eldar Hüseynov (2), Eltun Məmmədov.

U-15 Liqası
Qarabağ – Sabah 0:2
Qollar: Yusif Mirzəzadə, Həsən Məhmədov.

U-16 Liqası
Turan Tovuz – Sabah 2:1
Qol: Ruslan Əbilov.

U-17 Liqası
Şəfa – Sabah 2:4
Qollar: İbrahim Xəlilov (2), Rail Bədəlov, Murad Quliyev.

Gənclər Liqası (U-19)
Sabah – Neftçi 3:0
Qollar: Toğrul Tapdıqlı (2), Ümid Səlimov.

“Çelsi” onunla vidalaşacaq

“Çelsi” futbolçusu Alexandro Qarnaço ilə yollarını ayırmağı planlaşdırır.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Zadəganlar” yayda oyunçu üçün gələcək təklifləri dəyərləndirəcək.

Qarnaço bu mövsüm 32 oyunda 8 qol vurub. Onun klubla müqaviləsi 2032-ci ilin yayına kimidir.

Rəhim Həsənov hakimin “Neftçi”nin oyununda səhv qərar verdiyini təsdiqlədi

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Premyer Liqanın XXVIII turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.

Futbolpress.az xəbər verir ki, o, “Zirə” – “Neftçi” matçının son dəqiqələrində meydan sahiblərinin vurduğu qolun qaydalar çərçivəsində olmadığını və hakimin səhv qərar verdiyini bildirib:

Londonda Simeone səsləri

“Çelsi” mövsümün sonunda baş məşqçi dəyişikliyi edə bilər.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi Liam Rosenyorun işindən narazıdır və onunla yolları ayırmağı düşünür. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Rosenyorun yerinə əsas namizəd isə Dieqo Simeonedir. “Atletiko”da son mövsümünü keçirən mütəxəssis London klubunda işləməyə müsbət yanaşır. Tərəflər arasında danışıqlar yaxın zamanda başlayacaq.

“Çelsi” İngiltərə Premyer Liqasında 33 turdan sonra 48 xalla 6-cı sıradadır.

Ederson “Fənərbağça”dan ayrılmaq istəyir

Braziliyalı qapıçı Ederson “Fənərbağça”dan ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qolkiper agentinə özünə yeni klub tapmağı tapşırıb.

Ederson “Fənərbağça”nın “Rizespor”la oyununda son dəqiqədə çıxışda səhv edib və komandası qələbəni əldən verib. Bundan sonra qolkiper sosial şəbəkələrdə azarkeşlər tərəfindən ciddi tənqidlərə məruz qalıb.

Braziliyalı qapıçı bu mövsüm Super Liqada 23 oyunda 23 qol buraxıb.

Levandovskinin meneceri “Barselona” ilə görüşəcək

Hücumçu Robert Levandovskinin meneceri Piri Zahavi “Barselona”nın nümayəndələri ilə görüşəcək.

Futbolpress.az xəbər verir ki, agent klubla yeni müqavilə danışıqlarını yekunlaşdırmaq niyyətindədir. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

“Yuventus” və bir neçə Səudiyyə Ərəbistanı klubu Levandovskinin xidmətində maraqlıdır. Zahavi müştərisinin “Barselona”dakı taleyini dəqiqləşdirmək və yeni müqavilə olmayacağı halda, digər variantlar üzərində çalışmaq istəyir.

Polşalı futbolçu bu mövsüm 25 oyunda 12 qol vurub. Onun müqaviləsi mövsümün sonunda başa çatır.

Milli üzvü qol vurdu, komandası heç-heçə etdi

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” Albaniya çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda XXXII turda “Bilis”lə qarşılaşıb. Matç 1:1 hesabıyla bitib.

Vüsal oyuna start heyətdə başlayıb və 75-ci dəqiqədə əvəzlənib. İsgəndərli matçda komandasının yeganə qoluna imza atıb. O, 19-cu dəqiqədə penaltidən fərqlənib.

“Partizani” çempionatda 32 turdan sonra 45 xalla 5-ci sıradadır.

AÇ: Azərbaycanın iki güləşçisi yarımfinalda

Azərbaycanın 2 yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Futbolpress.az xəbər verir ki, İslam Abbasov (87 kq) norveçli Eksos Mukubunu, Beka Kandelaki (130 kq) isə almaniyalı Yello Krameri məğlub edib.

Rəşad Məmmədov (55 kq) və Ziya Babaşov (63 kq) isə 1/4 finalda uduzub.

Arbeloa rəhbərliyin qərarını gözləyir

“Real”ın baş məşqçisi Alvaro Arbeloa açıqlama verib.

Futbolpress.az xəbər verir ki, İspaniya mətbuatına danışan mütəxəssis klubdakı gələcəyindən söz açıb:

“Real”da qalıb-qalmamağımla bağlı qərarı rəhbərlik verəcək. Mənim diqqətim oyunlardadır. Qarşıda 7 matç var və hər biri önəmlidir. Qalan məsələlər rəhbərliyin işidir”.

İspaniya mətbuatı Arbeloanın yaxın zamanda istefaya göndəriləcəyini iddia edir.

Komanda La Liqada ikinci sıradadır və lider “Barselona”dan 9 xal geri qalır.

“Fənərbağça” və “Qalatasaray” dünya çempionu ilə maraqlanır

Müqavilə ilə “İnter”ə məxsus olan, icarə əsasında “Marsel”də çıxış edən Benjamin Pavar karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qalatasaray” və “Fənərbağça” cinah müdafiəçisinin xidmətində maraqlıdır.

“İnter” Pavarı heyətdə düşünmür. Klub yayda futbolçunu icarəyə verməyi və ya birdəfəlik satmağı planlaşdırır.

Pavar 2018-ci ildə Fransa yığması ilə dünya çempionu olub.

“Kəpəz”in enişi: eyforiya, yoxsa…

“Kəpəz” Misli Premyer Liqasında ardıcıl üç oyundur, qələbə qazana bilmir. Azər Bağırovun yetirmələri “Qarabağ”a qalib gəldikdən sonra autsayder “Karvan-Yevlax”a, “Qəbələ”yə və “İmişli”yə minimal fərqlə məğlub olub.

Liqada qalmaq uğrunda əsas rəqiblərlə oyunlarda itirilən xallar komandada narahatlıq yarada bilər. “Kəpəz” üçün müsbət məqam odur ki, xal itirdiyi turda ən yaxın izləyicisi “Qəbələ” də xalsız qaldı. Bölgə təmsilçisi dünən “Sumqayıt”a qalib gəlsəydi, gəncəlilər bir pillə geriləyəcək və pley-off zonasına düşəcəkdi.

İkinci dövrədə ən çox xal toplayan “Kəpəz”in bu cür ani ani enişi gözlənilmirdi. Rəhbərliyin baş məşqçi Azər Bağırovla yayda vidalaşacağı xəbərlərinin çıxması da sanki nəticələrə təsirsiz ötüşmür. Bundan başqa, komandada sanki arxayınlıq yaranıb. “Turan Tovuz”la heç-heçə, “Qarabağ” üzərində qələbə “sarı-göylər”i necə eyforiyaya salıbsa, hələ çıxmaq mümkün olmayıb. İndiki məqamda məğlubiyyətlərə səbəb iki variant var: ya komanda hələ də eyforiyadadır, arxayınlıq yaranıb, ya da baş məşqçi ilə bağlı dolaşan söz-söhbətlər komandaya təsir edir.

Son turlarda autsayderlər zonasında qərarlaşan komandaların oyunlarına baxsaq, məhz ən zəif performansı “Kəpəz”in göstərdiyini demək olar. “Karvan-Yevlax” artırıb, ardıcıl iki qələbə… “Qəbələ” isə yaxşı oynayır, xal itirir. Komandanın oyunu ümid verir. “İmişli” ardıcıl iki qələbə ilə demək olar, liqadakı yerini təmin etdi.

“Kəpəz” isə bu fonda artıq narahat olmağa başlamalıdır.  “Qəbələ” ilə xal fərqi iki, “Karvan-Yevlax”la isə yeddidir. Sonuncu yevlaxlılarla fərq böyükdür, ancaq pley-off riskindən yayınmaq üçün qarşıdakı turlarda xal ehtiyatını artırmaq vacibdir.

Şahin Cəfərov

“Sabah” – “Qarabağ” oyununun hakimləri bilindi

Azərbaycan Kubokunda yarımfinalın cavab oyunlarının təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Zirə” – “Turan Tovuz” oyununu Əli Əliyev idarə edəcək.

“Sabah” – “Qarabağ” görüşü isə Rəvan Həmzəzadəyə tapşırılıb.

21 aprel (çərşənbə axşamı)

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 19:00

22 aprel (çərşənbə)

“Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu
VAR: Kamranbəy Rəhimov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”, 20:00

Premyer Liqa klubları derbidə onu izləyəcək

“Qalatasaray”ın futbolçusu Qabriel Sara yayda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, İngiltərə təmsilçiləri “Nyukasl” və “Aston Villa” braziliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Takvim” nəşri məlumat yayıb.

Premyer Liqa klublarının skautları aprelin 26-də keçiriləcək “Qalatasaray” – “Fənərbağça” oyununda Saranı tribunadan izləyəcək.

26 yaşlı futbolçu bu mövsüm 42 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

Nərimana ləvəngi təklifi – VİDEO

Bir qrup azərbaycanlı azarkeş ABŞ təmsilçisi “Kolumbus Kryu”da çıxış edən Nəriman Axundzadəyə tribunadan maraqlı təklif göndərib.

Futbolpress.az xəbər verir ki, fanatların MLS-də matç zamanı kənarda isinmə hərəkətləri edən millinin hücumçusu ilə dialoqa girib və ona yemək təklif edib. Nəriman isə bunu gülərək qarşılayıb.

Həmin anların görüntülərini təqdim edirik:

Azərbaycan çempionu 15 şahmatçıya qarşı

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və ölkəmizin Slovakiyadakı səfirliyinin təşkilatçılığıyla qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu, beynəlxalq usta Ülviyya Fətəliyeva Vyana və Bratislavada şahmatçılar üçün seans keçirib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionu eyni vaxtda 15 iştirakçıya qarşı mübarizə aparıb. Ülviyyə Fətəliyeva şahmatçılarla görüşdən məmnun olduğunu və turnirin keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarılığını bildirib.

Xatırladaq ki,Azərbaycan çempionu olan Ülviyyə Fətəliyeva 2024-cü ildə Yunanıstanın Rodos şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa çempionatının qalibidir. Bu ilin mart ayında 8 ölkədən 10 şahmatçının qatıldığı turnirdə 9 turda 6,5 xal toplayaraq “IV Women’s Chess Championship”də birincilik qazanıb.

Milli “Çempionlar” turnirində üçüncü oldu

Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turniri başa çatıb.

Futbolpress.az xəbər verir ki, turnirin son günündə 4 güləşçimiz fəxri kürsüyə qalxıb.

Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) gümüş, Muxamad Qantemirov (125 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Tural Əhmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Sərbəst güləş üzrə millimiz turniri 119 xalla komanda hesabında 3-cü pillədə yer alıb.

Beləliklə, “Çempionlar” turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə edib.

Haaland: “Siz manşet axtarırsınız, amma mən də ağıllıyam”

“Mançester Siti”nin futbolçusu Erlinq Haaland Premyer Liqada “Arsenal”a qələbə qazandıqları oyundan sonra maraqlı açıqlama ilə diqqət çəkib.

Futbolpress.az “ViaPlay”a istinadən xəbər verir ki, norveçli hücumçu 2:1 hesablı qələbədən sonra çempionluq şansları ilə bağlı verilən sualı belə cavablandırıb:

“Yalnız onu deyə bilərəm ki, addım-addım gedəcəyik. Qarşıda oyunlar var. Bilirəm, siz manşet axtarırsınız, amma mən də ağıllıyam”.

“Mançester Siti” çempionatda 67 xalla ikincidir və lider “Arsenal”dan üç xal geri qalır.

“Elitanı tərk etməyi ağlımıza belə gətirmirik”

“Qəbələ” Misli Premyer Liqasının XXVIII turunda “Sumqayıt”a uduzub – 0:1.

Matçdan sonra “qırmızı-qaralar”ın futbolçusu Eşqin Əhmədov “Futbolpress.az“a oyunla bağlı fikirlərini bölüşdü:

“Üstünlüyümüzlə keçən oyun oldu. Qələbə qazanmaq istəyirdik. Bu tur turnir cədvəlində bizdən geridə olan “Karvan-Yevlax” da qalib gəlib bizə yaxınlaşdı. Növbəti oyunlara hazırlaşacağıq”.

Cinah futbolçusu matçın nəticəsinin ədalətli olmadığını bildirdi:

“Məğlubiyyəti ədalətli nəticə hesab etmirəm. Çox qol fürsəti yaratdıq, vura bilmədik. Əksinə, “Sumqayıt” az şansdan yararlanıb, qələbə qazandı. Ən azı 1 xalı haqq edirdik. Turnir cədvəlində mövqeyimiz yaxşı deyil. Çoxlu qol vurmalıyıq. Növbəti turda rəqibimiz “Araz-Naxçıvan”dır. Çətin oyun olacaq. Mütləq qələbə qazanmalıyıq, başqa yolumuz yoxdur. Oyun baxımından Premyer Liqadakı komandalardan geri qalmırıq. Elitanı tərk etməyi ağlımıza belə gətirmirik. Qəbələyə futbol yaraşır”.

Şahin Cəfərov

“Mançester Siti”nin futbolçusundan rekord göstərici

“Mançester Siti” İngiltərə Premyer Liqasının XXXIII turunda “Arsenal”ı məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in futbolçusu Rayan Şerki bu görüşdə bir qolla yadda qalıb. O, matçın birinci hissəsində hesabı açıb.

Şerki bu mövsüm çempionatda 10 qol vurub, 13 məhsuldar ötürmə edib. Fransalı futbolçu Premyer Liqada debüt mövsümündə 10-dan çox qol vura və məhsuldar ötürmə edə bilən ilk oyunçu adını qazanıb.

Millinin ilkin heyəti açıqlandı – adlar

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən aprelin 23-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışında olacaq.

Futbolpress.az xəbər verir ki, U-17 aprelin 24-dən mayın 1-dək Qazaxıstanın Çimkənd şəhərində UEFA İnkişaf Turnirində iştirak edəcək. Aqil Nəbiyevin yetirmələri turnir çərçivəsində Rusiya, Qazaxıstan və Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Milli komandanın 26 nəfərlik ilkin siyahısı bəlli olub. 20 futbolçudan ibarət yekun heyət Qazaxıstan səfəri öncəsi müəyyənləşəcək.

U-17-yə dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

N.
 Ad / Soyad
Klub
1
Ülvi Abbaslı
Sumqayıt
2
Oqtay Mehrəliyev
Qarabağ
3
Əkbər Əhmədov
Sabah
4
Qüdrət Qarayev
Kəpəz
5
Ruslan Quliyev
Neftçi
6
Vaqif Nəbiyev
Qarabağ
7
Əbubəkir Abdullayev
Sabah
8
Roman Fərzəli
Qarabağ
9
Arda Əzizli
Qarabağ
10
Vaqif  Məmmədli
Sabah
11
Tunar Bayramov
Qarabağ
12
Nazim Əliyev
Srvena Zvezda (Serbiya)
13
Əhəd Hacızadə
Qarabağ
14
Yusif Orucəliyev
Qarabağ
15
Nihad Hüseynzadə
Sabah
16
Şikar Şikar
Neftçi
17
Firdovsi Şeydayev
Sabah
18
Nicat Əhmədzadə
Marcet (İspaniya)
19
Rəsul Balakişiyev
Marcet (İspaniya)
20
Ümid Əliyev
Hueska (İspaniya)
21
Amin İmanverdiyev
Osense (İspaniya)
22
Tunar Əsgərzadə
Qarabağ
23
Ömər Kosayev
Sumqayıt
24
Yusif Quliyev
Marcet (İspaniya)
25
Ruslan Əbilov
Sabah
26
Hikmət Mirzə
Nastik İdman Akademiyası (İspaniya)

 

25 aprel
14:30. Rusiya (U-17) – Azərbaycan (U-17)
“Namıs” stadionu, BIIK İdman Kompleksi

27 aprel
14:30. Azərbaycan (U-17) – Qazaxıstan (U-17)
“Namıs” stadionu, BIIK İdman Kompleksi

30 aprel
09:30. Pakistan (U-17) – Azərbaycan (U-17)
“Namıs” stadionu, BIIK İdman Kompleksi

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

100-cü “sülh”

“Zirə” Premyer Liqada 100-cü dəfə heç-heçə edib.

Futbolpress.az xəbər verir ki, Bu, “Neftçi” ilə ev matçında qeydə alınıb. Misli Premyer Liqasının XXVIII turunun görüşü 1:1 hesabı ilə nəticələnib.

Paytaxt təmsilçisi 332-ci oyununda 100-cü sülhə imza atıb. “Zirə” çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadır. Bakılıların sülhlərindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.

Qəsəbə klubunun ilk heç-heçəsi 2015/16 mövsümünə təsadüf edib. 2015-ci il avqustun 16-da “Kəpəz”lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.

Premyer Liqada son 10 mövsümü rekordu

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Futbolpress.az xəbər verir ki, bu, XXVIII turun “Qarabağ” – “Sabah” matçına (0:1) təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izləyib.

Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. XXII turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 tamaşaçı seyr edib.

XXVIII turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/16 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununa 20 min 400 nəfər tamaşa edib.

“Turan Tovuz”un yubileyi

“Turan Tovuz” Misli Premyer Liqasının XXVIII turunda “Araz-Naxçıvan” üzərində 3:0 hesablı qələbə qazanıb.

Futbolpress.az xəbər verir ki, bu, klub tarixinə iki yubileylə düşüb.

Qərb təmsilçisi Premyer Liqada 25-ci dəfə səfərdə qalib gəlib. Yubiley qələbəsi 69-cu matça təsadüf edib.

Tovuz klubu turnirin tarixində 25 və daha çox səfər qələbəsi qazanan 20-ci komanda olub. İlk belə nəticə 2022/23 mövsümünə təsadüf edib. “Turan Tovuz” 2022-ci il avqustun 13-də “Səbail”in meydanından 3 xalla dönüb – 1:0.

“Araz-Naxçıvan”la görüş həm də tovuzluların Premyer Liqada 10-cu böyükhesablı qələbəsi kimi yadda qalıb. Evdə 4 dəfə üç və ya daha çox top fərqinə sevinən “Turan Tovuz” səfərdə 6-cı uğurunu əldə edib. İlk belə qələbə 2023-cü il mayın 5-də “Neftçi” ilə ev matçında qazanılıb – 4:0.

Qvardioladan sonra Kompani

“Bavariya” Bundesliqanın XXX turunda “Ştutqart”ı 4:2 hesabıyla məğlub edərək, çempionluğunu rəsmiləşib.

Futbolpress.az xəbər verir ki, bu qalibiyyət komandanın çalışdırıcısı Vensan Kompaninin çempionatdakı 50-ci qələbəsi olub. Belçikalı mütəxəssis bu saya 64 oyunda çatıb.

Kompani Bundesliqada 50 qələbəyə ən tez çatan ikinci məşqçi olub. Rekordçu isə Xosep Qvardioladır. O, “Bavariya” ilə 61 oyunda 50 qələbə qazanıb.

Ronaldo qol vurdu, komandası yarımfinala yüksəldi

Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Asiya Çempionlar Liqası 2-də yarımfinala yüksəlib.

Futbolpress.az xəbər verir ki, komanda 1/4 finalda Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunu məğlub edib – 4:0. Ronaldo qələbəyə bir qolla töhfə verib.

Portuqaliyalı hücumçu bununla da karyerası ərzində vurduğu qolların sayını 969-a çatdırıb.

Liderin statistikası

“Sabah” Misli Premyer Liqasının XXVIII turunda səfərdə “Qarabağ”ı məğlub edib – 1:0.

Futbolpress.az-ın məlumatına görə, “bayquşlar” 2024-cü ilin sentyabrından “atlılar”a uduzmur. Ötən mövsümün əvvəlində reallaşan görüş “Qarabağ”ın 3:2 hesablı qələbəsiylə başa çatıb.

“Sabah” həmin matçdan sonra son çempiona qarşı 8 oyun keçirib. Bu görüşlərin 3-də qələbə qazanan “futuristlər” qalan 5 matçda heç-heçə edib.

Tərəflər bu mövsüm 4 dəfə üz-üzə gəlib və 2 matç “Sabah”ın qələbəsiylə nəticələnib.

Valdas Dambrauskasın yetirmələri ümumilikdə cari “futbol ili”ndə 28 oyunda 21 qələbə qazanıb, 6 heç-heçə edib, 1 dəfə uduzub. Yeganə məğlubiyyət liqanın debütantı “İmişli”yə qarşı olub – 0:1.

Şahin Cəfərov

Komandanı elitaya yüksəltdi, ilin baş məşqçisi seçildi

İngiltərə Çempionşipində mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, “Koventri”nin çalışdırıcısı Frenk Lemparddır. Bu barədə İngiltərə Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Lempardın rəhbərlik etdiyi “Koventri” 25 il sonra İngiltərə Premyer Liqasına vəsiqə qazanıb. Komanda çempionatda sona üç tur qalmış çempionluğu rəsmiləşdirib.

Azərbaycan alpinisti Annapurna zirvəsini fəth etdi

Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlının da daxil olduğu 5 nəfərlik komanda Himalay dağ silsiləsində yerləşən Annapurna (8091 m) zirvəsini fəth edib.

Futbolpress.az xəbər verir ki, baza düşərgəsindən hərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyef şəraitində irəliləyərək zirvəyə qalxmaqla bu mövsümün ilk uğurlu çıxışını həyata keçiriblər.

İdmançımız zirvəyə qalxan zaman süni oksigen balonundan istifadə etməyib. Aşurlı ötən il də zirvələrə süni oksigendən istifadə etmədən qalxmışdı.

Bununla da Aşurlının 8000 metrdən yüksək zirvələr üzrə fəth etdiyi zirvələrin sayı 9-a çatıb.

Arteta: “Çempionluq yarışı bitməyib”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında “Mançester Siti”yə uduzduqları görüşdən sonra fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, 1:2 hesabıyla bitən matçdan sonra jurnalistlərə açıqlama verən mütəxəssis çempionluq yarışının hələ davam etdiyini deyib:

“Fərqi artırmaq üçün yaxşı fürsətimiz var idi, alınmadı. Lakin çempionluq yarışı bitməyib. Bizim beş, onların altı oyunu var və hələ üç xal öndəyik. Qarşıda matçlar çoxdur. Hələ də inanıram ki, çempionluğun taleyi öz əlimizdədir”.

“Arsenal” 33 turdan sonra 70 xalla birinci sıradadır. Bir oyun az keçirən “Mançester Siti”nin 67 xalı var.

MPL: 6 oyuna 9 qol

Misli Premyer Liqasında XXVIII tur başa çatıb.

Futbolpress.az xəbər verir ki, 6 matçda qapılara cəmi 9 qol vurub. Məhsuldarlığın aşağı olduğu turda yeganə çox qol açılış oyununda qeydə alınıb. “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3 cavabsız qolla məğlub edib.

“Sabah” “Qarabağ”ı, “Karvan-Yevlax” “Şamaxı”nı, “İmişli” “Kəpəz”i, “Sumqayıt” isə “Qəbələ”ni eyni hesabla, 1:0-la məğlub edib.

Yeganə heç-heçə isə Zirədə qeydə alınıb. “Neftçi” burda son dəqiqədə buraxdığı qolla qələbəni əldən verib – 1:1.

Qələbəyə yaraşmayan oyun

“Sumqayıt” Misli Premyer Liqasında 9 turdan sonra qələbə qazandı. Saşa İliçin rəhbərlik etdiyi kollektiv azarkeşləri önündə “Qəbələ”ni minimal hesabla (1:0) məğlub etdi.

Nəticənin “kimyaçılar”ın xeyrinə olmasına baxmayaraq, oyun demək olar, 90 dəqiqə rəqibin üstünlüyü ilə keçdi. “Qəbələ” hər iki hissədə daha çox qol imkanı yaratsa da, yararlana bilmədi. “Sumqayıt” qoldan sonra əks-hücumlara hesablanmış oyun sərgilədi. “Kimyaçılar” iki əlverişli imkanı da qaçırdı.

“Qəbələ” autsayder “Karvan-Yevlax”ın qələbə qazandığı, 10-cu pillədə qərarlaşan “Kəpəz”in isə məğlub olduğu turda irəliləmək şansını boşa verdi. “Sumqayıt” isə xallarını 35-ə çatdıraraq mövqeyini qorudu.

“Kimyaçılar” üçün mövsüm demək olar, başa çatıb. Komanda sonuncu “Karvan-Yevlax”dan 21, 10-cu yerdə olan “Qəbələ”dən isə 16 xal öndədir. “Sumqayıt”ın liqada qalacağı dəqiqləşib və artıq komandada əksər oyunçular üçün “çemodan” əhvalı hiss olunur. Baş məşqçi Saşa İliç başda olmaqla, bir çox legionerin də klubdakı gələcəyi sual altındadır.

“Qəbələ” isə pley-offlara qalmamaq üçün çalışır. Bölgə klubu çempionatda ən çox qol şansı yaradan kollektivlər arasında “üçlük”də olmasına baxmayaraq, 28 turda vurulan qol sayı cəmi 25-dir. Komandada keyfiyyət və təcrübə çatışmazlığı nəticələrdə öz əksini tapıb.

“Qəbələ”nin növbəti turdakı rəqibi “Araz-Naxçıvan” olacaq. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Autsayder “Karvan-Yevlax” səfərdə lider “Sabah”la qarşılaşacaq və böyük ehtimalla xal itirəcək. “Kəpəz” isə “Şamaxı”nın qonağı olacaq. Gəncəlilərin də bu matçdan xal qazanmaq şansı az görünür. Bu fonda “Qəbələ”nin azarkeşləri önündə “Araz-Naxçıvan”ı məğlub etməsi, mövsümün başa çatmasına bir ay qalmış komandanı pley-off zonasından çıxara bilər.

Şahin Cəfərov

Bundesliqada çempion bilindi

Almaniya Bundesliqasında 2025/26 mövsümünün qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, XXX turda “Ştutqart”ı məğlub edən “Bavariya” sona 4 tur qalmış qızıl medalları təmin edib.

Münhen təmsilçisi 4:2 hesablı qələbə nəticəsində xallarını 79-a çatdırıb və ən yaxın izləyicisi “Borussiya”nı 15 xal qabaqlayıb.

“Bavariya” son 14 ildə 13-cü dəfə Bundesliqanın qalibi olub.

Mərkəzi oyunu “Mançester Siti” qazandı

İngiltərə Premyer Liqasında XXXIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün 4 oyun baş tutub. ilk gündə autsayder “Vulverhempton” “Lids”ə uduzub. “Tottenhem” “Brayton”la heç-heçəyə razılaşıb.

“Çelsi” Londonda “Mançester Yunayted”lə bacarmayıb.

Turun mərkəzi görüşündə “Mançester Siti” “Arsenal”ı məğlub edib.

İngiltərə Premyer Liqası
XXXIII tur

18 aprel

Brentford – Fulhem 0:0

Tottenhem – Brayton 2:2
Qollar:
Porro, 39. X.Simons, 77 – Mitoma, 45+3. Rutter, 90+5.

Lids – Vulverhempton 3:0
Qollar:
Castin, 18. Okafor, 20. Kalvert-Lyuin, 90+5-pen.

Nyukasl – Bornmut 1:2
Qollar:
Osula, 68 – Tavernye, 32. Truffert, 85.

Çelsi – Mançester Yunayted 0:1
Qol:
Kunya, 43.

19 aprel

Aston Villa – Sanderlend 4:3
Qollar:
O.Uotkins, 2; 36. M.Rocers, 46. T.Abraham, 90+3 – Riqq, 9. Hume, 86. İsidor, 87.

Everton – Liverpul 1:2
Qollar:
Beto, 54 – Salah, 29. Van Deyk, 90+10.

Nottingem Forest – Börnli 4:1
Qollar:
Gibbs-Uayt, 62; 69; 77. İ.Jezus, 90+8 – Flemminq, 45+2.

Mançester Siti – Arsenal 2:1
Qollar:
Şerki, 16. Haland, 65 – Haverts, 18.

20 aprel

23:00. Kristal Pelas – Vest Hem

“Çempionlar” turnirində daha 4 medal

Türkiyənin Antalya şəhərində “Çempionlar” turniri davam edir.

Futbolpress.az xəbər verir ki, U-20 yaş qrupu üzrə keçirilən turnirin ikinci günündə 4 güləşçimiz fəxri kürsüyə yüksəlib.

Sərbəst güləşdə Nurlan Ağazadə (74 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşində 87 kq-da Orxan Hacıyev gümüş və Abdullah Həsənov isə bürünc medalla turniri başa vurub.

Qadın güləşində isə Esra Məmmədli (53 kq) üçüncü yeri tutub.

İliç: “Oyunumuzdan razı qalmadım”

Misli Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Oyunumuzdan razı qalmadım. Ancaq uzun müddət sonra qələbə qazandıq, bu, yaxşıdır.

– Bu qələbə növbəti oyunlara motivasiya baxımından necə təsir edəcək?
– 9 oyun sonra gələn qələbə komandanın əhvalı üçün vacibdir. Amma yenə qeyd edirəm, bugünkü oyundan razı deyiləm.

– Ninkoviçin əvəzlənməsi nə ilə bağlı idi?
– Ninkoviç bizim üçün vacib oyunçudur. Amma performansından məmnun qalmadım. Ona görə əvəzləmək qərarına gəldim.

Şahin Cəfərov

Sxadadze: “Məğlubiyyətə görə onlardan üzr istəyirik”

Misli Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze görüşlə bağlı fikirlərini bölüşdü.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçın məğlubiyyətini belə şərh etdi:

“Hər şeyi gördünüz. Böyük üstünlüyümüz var idi. Sadəcə qol epizodlarını reallaşdıra bilmədik. Qol vura bilmirsənsə, qalib gələ bilməzsən. İki dəfə boş qapıya vura bilmədik. Bilmirəm nə üçün belə oldu. Məncə, sonda soyuqqanlılıq çatmadı. Qolları vurmaq lazım idi. Çalışıb bundan sonra maksimumu etməliyik. Premyer Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərə təşəkkür edirəm. Uğursuz nəticələrə baxmayaraq, bizi dəstəkləyirlər. Məğlubiyyətə görə onlardan üzr istəyirik”.

Şahin Cəfərov

 

“Turan” – çempion

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Turan” və “DH Volley” komandaları üz-üzə gəlib. “Turan” 3:1 hesabıyla qələbə qazanaraq çempion adını qazanıb.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının bürünc medalçısı “Gəncə” komandası olub.

Kaşkilya: “Nəticəni ədalətli saymaq olar”

Misli Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “İmişli” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Oyuna bütün komanda hazır idi. Kollektiv olaraq ancaq qələbə haqda düşünürdük. Bu qalibiyyəti Mozesə həsr edirik. Üç gün əvvəl atası rəhmətə gedib, bu gün çox əzmkar oynadı. Psixoloji köklənmək çətin olsa da, özünü yaxşı tərəfdən göstərdi, diqqətini maksimum səviyyədə saxladı. Bura gəlib bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Standart vəziyyətlər üzərində çox hazırlaşırıq, bu gün də bunun bəhrəsini gördük – qol vurduq. İlk hissədə hesab fərqini artıra, oyunu daha tez bitirə bilərdik, amma futbolçular real qol imkanlarından yararlana bilmədi. İkinci hissədə “Kəpəz” üstünlüyü ələ aldı və daha açıq oynamağa başladılar. Əks-hücumlarda şanslarımız yaransa da, fərqlənə bilmədik. Oyunun sonları gərgin keçdi və çalışdıq ki, tempi aşağı salaq. Oyuna baxanda nəticəni ədalətli saymaq olar. Qarşıdakı oyunlara köklənəcəyik.

– Mətbuatda sizin növbəti mövsümdə komandadan ayrılacağınız yazılır. Bu barədə rəhbərliklə söhbətiniz olubmu?
– Bütün diqqətimiz bu mövsümdədir. Məqsədimizə çatdıqdan sonra bu barədə danışıqlarımız ola bilər. Hamının bildiyi kimi, əsas hədəf Premyer Liqada qalmaqdır. Şanslarımız çox olsa da, hələ heç nə yüz faiz təmin olunmayıb.

– Uzun müddətdir zədəli olan Vüsal Qənbərovun bundan sonraklı matçlarda daha çox oyunda olacağını gözləmək olarmı?
– Zədəsini tam sağaltsa da, 3-4 ay futboldan uzaq qaldığı üçün bu proses mərhələli şəkildə getməlidir. Növbəti matçlarda oyun vaxtının artacağını gözləmək olar.

– Mövsümün əvvəlində “İmişli”nin sonuncu yer tutacağı proqnozlaşdırılırdı. İndiki halda sonuncu pillədən 15 xal irəlidəsiniz…
– Çətinliklərə, əlverişsiz şərtlərə baxmayaraq komandanın öz xarakterini göstərir. Mövsümün əvvəlində texniki heyət komandanın bu keyfiyyətinə çox inanırdı. Bu çətinliklər “İmişli”ni formalaşdırdı. Bu zarafat deyil – 1-ci Liqadan yüksələn komanda üçün ilk mövsümdə bu qədər xal toplamaq asan deyil.

Şahin Cəfərov

“Məğlub olduğumuz oyunlardan nəticə çıxarmalıyıq”

Misli Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “İmişli” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “İmişli”nin müdafiədə necə qapandığını hamımız bilirik. Futbolçulara təhlillərimizdə bunları demişdik. Standart vəziyyətlərdən yaxşı oynadıqlarını bilirdik. Lakin elə standartdan qol buraxdıq. Son oyunlar daha vacib olacaq. Ona görə də möhkəm olub, bu oyunu unudub, komandanı qələbəyə kökləmək lazımdır.

– Son vaxtar mətbuatda “Kəpəz”lə bağlı gəzən söz-sohbətlər bu günki məğlubiyyətdə rol oynadığını düşünürsünüzmü? Bu, futbolçuların motivasiyasına təsir edir?
– Hər şey ola bilər. Futbolçular da insandır, amma fikrimcə, onlar oyuna köklənmişdilər. Cüzi səhv bizi məğlub duruma saldı. Futbolda belə hallar olur – biri gedir, biri gəlir. Futbolçu, məşqçi, rəhbərlik… Xüsusilə Gəncədə hər kəs belə məsələlərə diqqət etməlidir. Peşəkar futbolçu belə şeylər haqda yox, yalnız oyunu düşünməlidir. İrəli baxmalı, gələcəyini planlamalıdır.

– Oyundan sonra Yusif İmanovla azarkeşlər arasında bir insident yaşandı…
– Yusif nə qədər əsəbi olsa da, azarkeşlərə qarşı bu cür davranışı düzgün deyil. O, cəzalandırılacaq. Sona qədər komandaya dəstək olan azarkeşlərə belə münasibət göstərmək xoş deyil. Düşünürəm ki, Yusif də artıq səhvini başa düşüb.

– Oyundan sonra paltardəyişmə otağında səsiniz aqressiv eşidilirdi…
– Şəxsən kiməsə irad bildirmirəm. Mənim üçün futbolçular arasında fərq yoxdur. İradlarımı ümumi şəkildə bildirmişəm. Futbolçular necə ki, “Sumqayıt”, “Qarabağ”la oyunlarda başlarını qoyurdusa, yenə də eyni yanaşma olmalıdır. Məğlub olduğumuz oyunlardan nəticə çıxarmalıyıq.

– Vurğuladınız ki, Gəncə Azərbaycan futbolunun beşiyidir. Necə düşünürsünüz, nə vaxta kimi “Kəpəz” liqada qalmaq üçün oynayacaq?
– Bu məsələyə bir qədər də əks tərəfdən baxaq. Azərbaycan çepionatında ilk 5-6-cı yerlər uğrunda mübarizə aparan komandaların büdcələrinə nəzər saldıqda görürük ki, bizdə vəziyyət elə də ürəkaçan deyil. Balans yoxdur deyə, çətinliyimiz olur. Premyer Liqada yuxarı sıralarda yer almaq üçün ən azı 18 yaxşı futbolçun olmalıdır. Hədəfə addım-addım çatmaq lazımdır.

Şahin Cəfərov

“Sumqayıt” – “Qəbələ”: heyətlər

“Sumqayıt” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Qəbələ”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 18:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Sumqayıt”: 22. Xəyal Fərzullayev (k) 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 75. Nadir Orucov 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 6. Sedrik Badolo 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 97. Vüsal Paşayev 9. Aleksandr Ramalinqom 25. Abdul Raşid Mumini

“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare
Baş məşqçi: Kaxaber Sxadadze

 

Azərbaycan cüdoçusu “bürünc” uğrunda görüşə buraxılmayacaq

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayacaq.

Futbolpress.az xəbər verir ki, yarımfinalda Simeon Katarina (Niderland) ilə görüşdə qadağan edilmiş fənddən istifadə etdiyi üçün birbaşa “hansoku-make” alan cüdoçu bu səbəbdən yarışdan kənarlaşdırılıb.

Azərbaycan Avropa çempionatında 4 medal qazanıb.

Karrik: “Qərarı mən vermirəm”

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik klubdakı taleyi ilə bağlı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, İngiltərə mətbuatına danışan mütəxəssis bunları deyib:

“Klubda qalacağam? Həqiqətən, burda olmaqdan zövq alıram. Vəziyyəti başa düşürəm, amma qərarı mən vermirəm. Komanda ilə xüsusi anlar yaşamaq istəyirəm. Klubdakı taleyimlə bağlı konkret nəsə yoxdur”.

“Mançester Yunayted” Premyer Liqada 33 turdan sonra 58 xalla üçüncü sıradadır.

“Arsenal”ın hücumçusu PSJ yolunda

“Arsenal”ın hücumçusu Qabriel Martinelli karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, PSJ braziliyalı futbolçu ilə maraqlanır. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Paris klubunun idman direktoru Luiş Kampuş hücumçunun agenti ilə görüş keçirib.

“Arsenal” Martinellini yaxşı məbləğ qarşılığında satmağa razıdır.

24 yaşlı hücumçu bu mövsüm 46 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Kəpəz” – “İmişli”: heyətlər

“Kəpəz” Misli Premyer Liqasının XXVIII turunda bu gün “İmişli”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 15:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Kəpəz”: 33. Yusif İmanov 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 17. Ümid Səmədov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 80. Şahnur İsmayılov 57. Amur Yusifov 10. Ryonosuke Ohori

Baş məşqçi: Azər Bağırov

“İmişli”: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr

Ehtiyat oyunçular: 99. İmam Əli 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 30. Xəlil Mürsəlli 79. Dioqo Kardozu 17. Ezekiel Morqan

Baş məşqçi: Jorj Kaşkilya

“Neftçi” “Qarabağ”la matçdan əvvəl azarkeşlərə müraciət etdi

“Neftçi” Misli Premyer Liqasının 29-cu turunda 26 aprel, saat 19:00-da “Qarabağ” klubunu qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, oyuna böyük marağı nəzərə alaraq, hər iki klub azarkeşlərinin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və matç zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır.

“Palms Sports Arena”da keçiriləcək görüşdə Ağdam təmsilçisinin azarkeşləri üçün “Qərb 2” sektoru ayrılacaq. Onlar biletlərini oyun günü – aprelin 26-sı saat 12.00-dan etibarən stadionun “Qarabağ” azarkeşləri üçün xüsusi ayrılmış kassasından əldə edə bilərlər.

Təhlükəsizlik məqsədi ilə arenanın “Neftçi” azarkeşləri üçün nəzərdə tutulan sektorlarına “Qarabağ” klubunun formasını, şarfını və ya digər rəmzlərini daşıyan azarkeşlərin buraxılmasının qarşısı alınacaq.

“Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi və oyunun insidentsiz keçməsi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq.

“Hədəf qələbə qazanmaqdır” – Morqan

“İmişli” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Kəpəz”in qonağı olacaq.

Bölgə təmsilçisinin futbolçusu Ezekiel Morqan matçla bağlı “Futbolpress.az”a fikirlərini bölüşdü:

“Ötən turda bizim üçün çox əhəmiyyətli qələbə qazandıq. “Qəbələ” güclü rəqibdir və turnir cədvəlində bizi qabaqlamaması üçün bu oyunda üç xal qazanmaq vacib idi. Qələbə bizi daha da inamlı edir.

Bu dəfə isə digər rəqiblərdən “Kəpəz”lə qarşılaşacağıq. Onlar da son oyunlarda qələbə qazana bilməyiblər və daha istəkli olacaqlar. Rəqibə hörmətlə yanaşırıq. Hədəf qələbə qazanmaqdır”. 

24 yaşlı yarımmüdafiəçi bu mövsüm çempionatda 26 oyunda meydana çıxıb. Morqan şəxsi çıxışını dəyərləndirdi:

“Həmişə daha çox oynamaq, meydanda olduğum müddətdə komandama kömək etmək istəyirəm. Məşqlərdə ciddi çalışıram və hər an oynamağa hazır oluram. İnanıram ki, üzərində daha da çox işləməli olduğum şeylər var. Yüksək səviyyəyə çatmaq, komandamın uğurlu nəticələr qazanmasına kömək etmək istəyirəm”.

“Kəpəz” – “İmişli” oyunu saat 15:30-da start götürəcək.

Şahin Cəfərov

“İmişli” və “Sumqayıt”a bir qol bəs etdi

Bu gün Misli Premyer Liqasında XXVIII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında “Kəpəz” Yevlaxda “İmişli”ni qəbul edib. Matç qonaqların qələbəsiylə başa çatıb.

Digər görüşdə “Sumqayıt” “Qəbələ”ni məğlub edib.

Misli Premyer Liqası
XXVIII tur

19 aprel

15:30 Kəpəz – İmişli 0:1
Qol: Azər Salahlı, 39
Yevlax şəhər stadionu

18:00 Sumqayıt – Qəbələ 1:0
Qol:
Höccət Haqverdi, 19
M.H.Sumqayıt ş. st.

Super Liqa: son oyunda meydan sahibləri sevindi

Türkiyə Super Liqasında XXX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki matç baş tutub. “Konyaspor” səfərdə “Antalyaspor”a qalib gəlib. “Fənərbağça” azarkeşləri önündə son dəqiqədə buraxdığı qolla qələbəni əldən verib.

Lider “Qalatasaray” autsayder “Gənclərbirliyi” ilə matçdan qalib ayrılıb.

“Beşiktaş” səfərdə “Samsunspor”a uduzub.

Türkiyə Super Liqası
XXX tur

17 aprel

Antalyaspor – Konyaspor 0:2
Qollar:
D.Qonsalves, 56. M.İbrahimoğlu, 90+6.

Fənərbağça – Rizəspor 2:2
Qollar:
Taliska, 80-pen. K.Aktürkoğlu, 86 – Soue, 47. Saqnan, 90+8.

18 aprel

Karagümrük – Eyüpspor 1:2
Qollar:
Serjinyo, 16 – Kranevitter, 39-öz qapısına. Leqovski, 44.

Kocaelispor – Göztəpə 1:1
Qollar:
S.Dursun, 90+8-pen – Janderson, 3.

Gənclərbirliyi – Qalatasaray 1:2
Qollar:
Nyanq, 66 – İkardi, 2. Y.Akgün, 35.

19 aprel

Kasımpaşa – Alanyaspor 1:0
Qol:
İ.C.Kahveci, 60.

Samsunspor – Beşiktaş 2:1
Qollar:
Holse, 50. Kulibali, 56 – Asllani, 90+1-pen.

Trabzonspor – Başakşəhər 1:1
Qollar:
F.Auqusto, 73 – Selke, 90+3.

20 aprel

Qaziantep – Kayserispor 3:0
Qollar: M.Bayo, 25, A.Bennaser, 45+1 (avtoqol), D.Soresku, 80

❌