Reading view

Dambrauskas: “Rəqibin risk edəcəyini gözləyirdim”

Misli Premyer Liqasının XXIX turunun “Sabah” – “Karvan-Yevlax” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Çox ağır oyun alındı. “Qarabağ”a qarşı baş tutan iki çətin matçdan sonra bu, gözlənilən idi. Bu gün də bizim üçün ağır keçəcəyini ehtimal edirdik. Öz səviyyəmizdən aşağı çıxış etdik. Xüsusilə, birinci hissədə istədiyimiz kimi oynaya bilmədik. Yaratdığımız qol fürsətləri isə nəticə vermədi. Fasilədən sonra daha çox enerji ilə oynadıq. Qələbəni arzulayan biz idik. Rəqibin risk edəcəyini gözləyirdim, amma olmadı. Öz üslublarına sadiq qaldılar. Açığı, azarkeşlər üçün baxımlı oyun deyildi. Yolumuza davam edirik, bərpamızı keçib, qarşıdakı oyuna fokuslanacağıq.

– Xəyal Əliyevin son vaxtlarda az şans qazanır. Mütəmadi startda olması üçün nə çatmır?
– Belə deyim, rəqabət. Yaxşı komandayıq, hücum xəttində güclü futbolçularımız var. Əlbəttə, rəqabət asan deyil. Qələbə qazanırsansa, heyəti də hücumçunu də  dəyişmək çətin olur. Xəyal bu mövsüm bizə çox kömək edib. Mikelsin yoxluğunda faydalı oldu. Çalışmağa davam etməli və öz üzərində işləməlidir. Komandada çox yaxşı oyunçular var və əsas heyətdə yer almaq üçün daha üstün olmalısan. Məşqlərdə çox çalışır, əziyyət çəkir. Qərarımın arxasında dayanıram. İnanıram ki, bu cür işləməyə davam etsə, oynamaq imkanı qazanacaq.

Şahin Cəfərov 

 

“Qırmızı vərəqə oyuna çox təsir etdi” – Məmmədov

Misli Premyer Liqasının XXIX turunun “Sabah” – “Karvan-Yevlax” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Çətin oyun olacağını bilirdik. “Sabah” çox keyfiyyətli və güclü komandadır. Amma matça yaxşı hazırlaşmışdıq, ən azı məğlub olmamağı istəyirdik. Qırmızı vərəqə oyuna ciddi təsir etdi. “Sabah”a qarşı 10 nəfərlə oynamaq çətindir. Boşluqlara yol verdik və səhvlərdən sonra qollar buraxdıq. Nəticəyə baxmayaraq, futbolçulara təşəkkür edirəm, sona qədər mübarizə apardılar.

– Bu gün daha çox müdafiədən oynadınız. Bu, nə ilə bağlı idi?
– “Sabah” çox pressinq edən komandadır. Çalışırdıq ki, onların təzyiqindən çıxaq və epizod verməyək. Hesab 0:2 olandan sonra meydanda futbolçu sayı bərabərləşdi. Buna baxmayaraq, yenə qapalı oynamağa, rəqibə şans verməməyə çalışdıq.

– Qapıçınız Pedro yaxşı oynadı…
– O, bütün matçlarda çox yaxşı performans göstərir. Tək o yox, bütün futbolçular son matçlarda yaxşı çıxış edirlər.

Şahin Cəfərov

Berdıyev: “Pis oynamadıq”

Misli Premyer Liqasının XXIX turunun “Turan Tovuz” – “Zirə” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Pis oynamadıq. İlk hissədə çox güc sərf etdik. Fasilədən sonra futbolçularda yorğunluq hiss olundu. Bəzi əsas oyunçularımızın da yoxluğu oyuna təsir etdi. Uşaqlara yenə də təşəkkür edirəm.

– Demək olar, avrokuboklara vəsiqəni təmin etmisiniz. Növbəti oyunlarda gənclərə şans verməyi düşünmürsünüz? 

– Yerli gənc oyunçular özləri bu şanzı qazanmalıdır.

Şahin Cəfərov 

“Liqanı dördüncü yerdə bitirmək istəyirik” – Rəşad Sadıqov

Misli Premyer Liqasının XXIX turunun “Turan Tovuz” – “Zirə” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Oyun bizim üçün yaxşı başladı. Yaxşı qol şansı yaratdıq, lakin Eren Aydın epizoddan yararlana bilmədi. Daha sonra rəqib standart vəziyyətdən fərqləndi. 35-ci dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Fasilədən sonra isə sürəti artırıb, hücumda fəallıq göstərdik. Hesabı bərabərləşdirəndən sonra da imkanımız oldu. Amma ümumi baxanda, Tovuz səfərində 0:1-dən sonra bir xal qazanmaq yaxşı nəticədir.

– Rəvan Həmzəzadənin təyinatını eşidəndə nə düşündünüz?
– Heç nə. Çempionatın təcrübəli hakimlərindəndir. Onun təyinatını normal qarşıladıq. Bu gün meydanda yaxşı iş görən iki komanda var idi. Baxımlı futbol oynadıq. Bu gün yaxşı futboldan da danışmaq olar.

– Həm liqa, həm kubok yolu ilə avrokuboklara gedə bilərsiniz. Vəziyyəti necə dəyərləndirirsiniz?
– Çempionatda gərgin mübarizə gedir. Hələ heç nə həll olunmayıb. Liqanı dördüncü yerdə bitirmək istəyirik. Digər tərəfdən finalda da rəqib “Sabah”dır və bilmirsən, kuboku qazana biləcəksən, ya yox. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

– Elvin Cəfərquliyevin situasiyasını necə şərh edərdiniz?
– Dəqiqliklə nə olduğunu bilmirəm. Qurban müəllim yerli futbolçuya qarşı belə sərt qərar qəbul edirsə, deməli nəsə olub. Məyusedici məqamdır. Elvin potensiallı oyunçudur, Çempionlar Liqasında yaxşı səviyyədə oynayıb. Düşünürəm ki, sonda yaxşı olar, hər şey yoluna düşər.

– İstərdiniz heyətinizə qatasınız?
– Hər klub onun kimi futbolçunu arzulayar.

– Kuboka görə çempionatı “qurban verəcəksiniz”?
– Xeyr. Bir plan tutub, davam edirik. Çalışacağıq ki, həm liqada, həm kubokda yaxşı nəticə qazanaq.

– Abbas Hüseynovun adı “Zirə” ilə hallanır…
– Abbas gündəmimizdə deyil. Həmin mövqedə kapitan Qismət Alıyev çıxış edir.

Şahin Cəfərov

“Neftçi” – “Qarabağ”: biletlər satışda

Aprelin 30-u saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 3 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Anatoli Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, bundan əvvəl “Qarabağ”la hər iki oyuna (26 və 30 aprel) bilet əldə etmiş (“bundle”) azarkeşlərimizin bu matça girişi sərbəst olacaq.

“Ağdaş”dan darmadağın

Futbol üzrə Azərbaycan II Liqasında XXIV turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Araz Saatlı” “Göygöl”ü, “Ağdaş” isə səfərdə “Şəki Siti”ni məğlub edib.

II Liqa, XXIV tur
27 aprel

“Araz-Saatlı” – “Göygöl” 2:1
Qollar: 
M.Məsimov, 48, 57 – A.Quliyev, 82

“Şəki Siti” – “Ağdaş” 1:5
Qollar: 
S.Süleymanov, 56 – Y.Dilanov, 25, 45, E.Vəliyev, 42, E.Süleymanov, 58, S.Ağayev, 90

 

Azərbaycan yığması İnkişaf Turnirində qələbə qazandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində ikinci oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.

Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 turnir çərçivəsində son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.

“Sabah” – “Karvan-Yevlax”: heyətlər

“Sabah” Misli Premyer Liqasının XXIX turunda bu gün “Karvan-Yevlax”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 20:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 99. Patrik Mbina 7. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 9. Xəyal Əliyev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 11. Kahim Parris 53. Andrey Santos 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 13. Vüsal Məsimov 17. Samir Abdullayev 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 16. Rauf Rüstəmli 20. Coy Sleyd Mikels 37. Mois Nqvisani 10. Samuel Durrant
Baş məşqçi: Füzuli Məmmədov

 

“Bavariya”nın futbolçusu PSJ ilə oyunu buraxacaq

“Bavariya” Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda sabah PSJ ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Lennart Karl matçı buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi komandanın son məşqində iştirak etməyib.

PSJ – “Bavariya” oyunu saat 23:00-da start götürəcək.

“Atletiko”ya pis xəbər

“Atletiko” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Pablo Barrios zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Barrios bir ay yaşıl meydanlardan uzaq qalacaq. O, Çempionlar Liqasının yarımfinal mərhələsinin “Arsenal”la oyunlarını buraxacaq.

“Atletiko” aprelin 29-da “Arsenal”ı qəbul edəcək. Cavab görüşü mayın 5-də Londonda olacaq.

Barrios bu mövsüm 35 oyunda 1 qol vurub.

Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya

AFFA-da hər il mütəmadi şəkildə həyata keçirilən silsilə sessiyalar çərçivəsində bu il də AFFA-nın Komplayns və Danışılmış Oyunlara Qarşı Mübarizə şöbəsi tərəfindən Premyer Liqa hakimləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Futbolpress.az xəbər verir ki, sessiyadan əvvəl iştirak edən hakimlərin mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə “quiz” tipli testlər keçirilib. Nəticələr göstərir ki, hakimlər bu sahədə vəzifə və öhdəliklərini yaxşı anlayır və məsuliyyətlərini dərk edirlər.

Sessiya zamanı Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib. Təlimçilər hakimlərin oyun prosesində daşıdığı həlledici rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.

Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Bayramov: “Hədəfim Avropa çempionu olmaq idi”

Sərbəst güləş üzrə Avropa ikincisi Turan Bayramov (74 kq) təəssüratlarını bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Hədəfim Avropa çempionu olmaq idi. Artıq ikinci dəfədir ki, bu şansı əldən verirəm. Çox təəssüflənirəm. Final görüşündə taktiki səhv etdim. Bütün hesablarım 3:0-dan sonra puça çıxdı. Bu medalı qızıla çevirmək üçün əlimdən gələni edəcəyəm. Rəqibin güləş üslubu bizimkindən tam fərqlidir. O, rəqibi tutub saxlamaqla fəndlərini tətbiq edir. Mənə açıq güləşən rəqiblərlə mübarizə rahat olur. Bu idmançı isə daha çox fiziki güc hesabına, rəqibi döşəkdən kənarlaşdırmaqla üstünlük qazanır. Bu da mənim güləş üslubuma uyğun olmadığı üçün çətinlik yaradır. Yunan-Roma güləşində 77 kq, sərbəst güləşdə isə 74 kq ən rəqabətli çəkilərdən biridir. Hər bir medal idmançı üçün dəyərlidir”.

Qızlar futbolda: “İnkişaf gözlə görünəcək qədərdir”

Azərbaycanda qadın futbolu hələ istənilən səviyyədə deyil. Əsas milli komanda dünya çempionatının seçmə mərhələsində uğurlu çıxış etsə də, heyətdə yer alan oyunçuların əksəriyyəti milliləşdirilənlərdir. Aşağı yaş qruplarında isə vəziyyət ürəkaçan deyil – U-17, U-19 komandaları beynəlxalq arenada böyükhesablı məğlubiyyətlərlə yadda qalır.

Azərbaycanda qadın futbolunun mövcud durumu ilə bağlı “Sabah”ın komandasının çalışdırıcısı Mehdi İbrahimovla danışdıq:

“AFFA-nın Qadın Futbol Departamentinə yeni rəhbər təyin edilib – Zümrüd Ağayeva. Bundan sonra çempionatda komanda sayı artırılıb: əvvəllər 6 klub idisə, hazırda 12 kollektiv yarışır. Lakin kəmiyyət artsa da, keyfiyyət artmır. Bu da müəyyən mənada təbiidir – belə proseslər tək qadın futbolunda deyil, kişilər futbolunda da müşahidə olunur və zaman tələb edir.

Azərbaycanda qadın futbolçuların sayı çox deyil, seçim imkanları məhduddur və bu da  keyfiyyətli oyunçu yetişdirməyi çətinləşdirir. Liqanın qalibi Çempionlar Liqasına vəsiqə qazanır və buna görə həm oyunçu, həm də klub sayını artırmağa məcburuq. Beş-altı komandalı çempionatın qalibi beynəlxalq arenaya çıxanda nəticələr də ürəkaçan olmur. Məhz buna görə yeni rəhbərlik qadın futboluna diqqəti artırıb. Daha çox turnir təşkil olunur, liqalarda komanda sayı artırılır. Proses artıq başlayıb və bunun bəhrəsi də yaxın vaxtlarda görünəcək”.

Mütəxəssis bu sahənin inkişafda olduğunu bildirdi:

“İnkişaf gözlə görünəcək səviyyədədir. Liqaların sayı artıb, məktəblərdə futbol layihələri həyata keçirilir, turnirlər təşkil olunur. Eyni zamanda, peşəkar klubların da sayı artır. “Sabah” artıq Yüksək Liqaya komanda çıxarır və çempionatın ən gənc komandasıdır. Növbəti mövsümdən “İmişli”, “Zirə” kimi kollektivlərin də yarışa qatılması gözlənilir. Keyfiyyət hələ arzulanan səviyyədə olmasa da, bu istiqamətdə işlər görülməkdədir”.

İbrahimov qızların futbola marağına da toxundu:

“Bu sahədə də irəliləyiş var. Əvvəllər məktəblərdən seçim aparılırdısa, indi qızlar özləri bu sahəyə yönəlirlər. Keyfiyyətli futbolçuların sayı da artmaqdadır. Ümumilikdə, qızların futbola gəlişi bəlkə də  5-6 dəfə çoxalıb.

Kişilərdə olduğu kimi qızlarda da futbol bədəni formaya salır. Bəzən valideynlər bundan narahat olur – məsələn, “qızım futbol oynasa, kişi kimi olar” deyə düşünürlər. Amma biz onlara qızlarımızı göstəririk ki, bu belə deyil. Valideynlərin ən çox çəkindiyi məsələ məhz budur. Güləş, boks, cüdo ilə məşğul olan qızların fiziki durumu daha çox qabardılmalıdır, nəinki futbolla”.

Mütəxəssis aşağı yaş qrupları üzrə milli komandaların böyükhesablı məğlubiyyətlərindən də söz açdı. O, qadın futbolunun inkişaf mərhələsində olduğunu qeyd etdi və bu sahədə sistemli işlərin görüldüyünü bildirdi:

“Keyfiyyət artmaqdadır. U-19 yığmasının məğlubiyyətləri gündəm olsa da, nəzərə almaq lazımdır ki, bu komandanın formalaşdırılması uzun və çətin proses olub. Yeni departament rəhbərliyi qadın futboluna xüsusi diqqət yetirir. Oyunçuların, liqaların, komandaların sayının artması buna nümunədir. Əsas milli komandanın uğurlarını da misal göstərmək olar. Yığma dünya çempionatının seçmə mərhələsində 4 oyunda 3 qələbə qazanıb, FIFA reytinqində irəliləyib. Bunlar uzunmüddətli işin nəticəsidir. 10-12 il əvvəl Siyasət Əsgərov komandanı yığmağa başladı və bu gün görülən işlərin bəhrəsi artıq nəzərə çarpır. Ancaq həmin oyunçuların yaşları artır, bəziləri isə karyeralarını baça vurmaq üzrədir. Buna görə də hazırda yetişdirilən gənc qızlar gələcəkdə millinin əsas heyətini formalaşdıracaq”.  

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

“Turan Tovuz” – “Zirə”: heyətlər

“Turan Tovuz” Misli Premyer Liqasının XXIX turunda bu gün “Zirə”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 18:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaq.

“Turan Tovuz”: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima 32. Hayderson Hurtado 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 6. Fərid Yusifli 73. Ülvi Mədətov 60. Vüqar Bağırov 7. Xorxe Silva 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

“Zirə”:97. Tiaqo Silva, 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

 

Derbi qələbəsinin mükafatı

“Qalatasaray” Türkiyə Super Liqasının XXXIV turunda “Fənərbağça”nı məğlub edib – 3:0.

Futbolpress.az xəbər verir ki, “cim-bom”un prezidenti Dursun Özbek derbi qələbəsinə görə komandaya 5 milyon avro mükafat ayırıb.

“Qalatasaray” çempionatda 74 xalla liderdir və sona 4 tur qalmış ikinci sıradakı “Fənərbağça”nı 7 xal qabaqlayır.

Tedesko üçün kritik gün

“Fənərbağça” baş məşqçisi Domeniko Tedesko ilə yolları ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bu gün klubun İdarə Heyətinin iclası keçiriləcək. Toplantıda alman mütəxəssislə yolların ayrılması qərara alına bilər.

“Fənərbağça” dünən Super Liqada “Qalatasaray”a 0:3 hesabıyla uduzub.

Türkiyə çempionatında sona 4 tur qalmış “cim-bom” 74 xalla liderdir. “Fənərbağça” isə 64 xalla ikinci pillədə qərarlaşıb.

“Bu da bizim üçün sevindirici haldır” – Fərid Qayıbov

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasına start verilib.

Futbolpress.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov reqata ilə bağlı fikirlərini bölüşüb:

“Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında azad olunmuş torpaqlarda idman tədbirləri keçirilir. Bunların çoxu da beynəlxalq turnirlərdir. Avarçəkmədə isə bu beşinci tədbirdir. Bildiyiniz kimi, Suqovuşanda və Köndələnçayda “Prezident Kuboku” reqatası baş tutub. Burada kifayət qədər ölkə iştirak edir. Bu da bizim üçün sevindirici haldır. Növbəti idman bayramı münasibətilə hər birinizi təbrik edirəm”.

Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək. Yarışda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq. (Report)

I Liqada təyinatlar

I Liqada XXIV turun təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, lider “Şəfa”nın autsayder “Şimal”la oyununu Murad Səlimov idarə edəcək.

29 aprel (çərşənbə)

MOİK – “Şahdağ Qusar”
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Sənan Atayev, Nazim Abdullayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Bayıl Arena”, 15:00

“Mingəçevir” – “Zaqatala”
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:30

“Şəfa” – “Şimal”
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Elmin Süleymanov, Niyaz Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bayıl Arena”, 19:30

30 aprel (cümə axşamı)

“Baku Sportinq” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Aydın Baxşiyev, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Buzovna qəsəbə stadionu, 16:30

“Səbail” – “Cəbrayıl”
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Vüqar Bayramov, Sənan Bayramzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Törə Əhmədova
“Bayıl Arena”, 17:00

“Liv Bona Dea Arena”da yenilənmə işləri – FOTOLAR

“Liv Bona Dea Arena”da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işlərinə start verilib.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir və stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir. Layihə çərçivəsində meydanın keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və oyun şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.

Cabbarov: “Bu qələbələrin davamlı olmasını arzulayıram”

Azərbaycan idmançıları Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında 13 medal (5 qızıl, 2 gümüş, 6 bürünc) qazanıb.

Futbolpress.az xəbər verir ki, Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov “X” hesabında yığmanın nəticələri haqda bunları yazıb:

“Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında 13 medal (5 qızıl, 2 gümüş, 6 bürünc) qazanan komandamız tarixində növbəti parlaq səhifə yazdı. Bu nəticə ilə həm yunan-Roma, həm də sərbəst güləş millimiz Avropa çempionu oldu. Sərbəst güləşçilərimiz isə medalların əyarına görə son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram”.

Ağdərədə “Prezident Kuboku 2026” beynəlxalq reqatası start götürdü

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku 2026” reqatası Ağdərədə start götürüb.

Futbolpress.az xəbər verir ki, Qarabağın dilbər guşəsi Ağdərədə təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himninin səsləndirilib.

Sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca reqatanın ilk dəfə Sərsəng su anbarında keçirilməsinin qürurverici olduğunu bildirən gənclər və idman naziri Fərid Qayıbov təşkilatçılığın ildən-ilə təkmilləşdiyini deyib.

Nazir idmançıların yarışdan zövq alacaqlarına inandığını bildirib.

Ardınca nümunəvi çıxışlar start götürüb. Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdirilib.

Daha sonra akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçirilib. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vurublar.

Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək.Yarışda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq. (Report)

Salah üçün mövsüm bitdi

“Liverpul” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın hücumçusu Məhəmməd Salah sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bud nahiyəsindən zədə alan futbolçu mövsümün qalan oyunlarını buraxacaq.

Bununla da, Salahın “Liverpul” karyerası başa çatıb. O, daha əvvəl yayda klubdan ayrılacağını bildirmişdi.

“Qarabağ” 5, “Sabah” 10…

Yazın gəlişinə rəğmən havalar hələ soyuq keçsə də, Azərbaycan Premyer Liqasında temperatur çox qalxıb.

Turnir cədvəlinin “zirzəmisində” də, avrokuboklara vəsiqə uğrunda da şiddətli mübarizə gedir. Kimisi APL-i tərk edəcək, kimisi Avropaya vəsiqənin sevincini yaşayacaq… və bu arada, çempionluq uğrunda mübarizə son illərdə ilk dəfə “erkən doğuş” yaşadı.

Sona 4 tur qalmış, 13 xallıq fərq yaradan “Sabah”ın kürsünü əldən verməyəcəyi dəqiqdir.

“Bayquşlar”la “atlılar” Azərbaycan Kubokunda münasibətlərinə aydınlı gətirdi.

Diqqətləri üzərinə çəkən bu çəkişmə illər sonra ölkə futboluna canlanma gətirib. Ona görə də son ərəfələrin əsas manşetləri məhz bu iki klubla bağlı olur.

Maraqlı məqamlardan biri də proseslərin baş rolunda olan bu klubların növbəti mövsümə necə keçəcəyidir.

“Futbolpress.az” araşdırıb, yay fasiləsində “Qarabağ”ın 5, “Sabah”ın isə 10 futbolçu ilə müqaviləsi bitir.

Adları təqdim edirik:

“Qarabağ”:

Ramil Şeydayev
Badavi Huseynov
Emanuel Addai
Amin Ramazanov
Samy Mmae (icaresi bitir)

“Sabah”:

Stas Pokatilov
Nicat Mehbalıyev
İqor Noqeyra
Tellur Mütəllimov
Cesse Sekidika
Coy-Lens Mikels
Pavol Şafranko
Velko Simiç (icarə)
Orfe Mbina (icarə)
Timoteuş Puxaç (icarə)

“Atlılar”ın nə qərar verəcəyi hələ tam məlum deyil, amma heyəti gücləndirməkçün ciddi səbəblərin qabardığı bir mövsüm yaşadı.

“Futuristlər” isə gələcəyə daha yaxşı getmək üçün siyahıdakıların əksəri ilə anlaşma əldə etməyə çalışır. Məlumata görə Mikels, Pokatilov, Sekidika, Simiç və Puxaçla danışıqlar başlayıb və əsasən razılıq əldə olunub.

Güclülərin daha da güclənməsi daimi ehtiyacdır. Reallaşması diləyilə…

Kamil Əhməd

Gimnastlardan “qızıl”

Azərbaycanın aerobika gimnastları Çexiyada keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıblar.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyevadan ibarət “üçlük” yarışda birinci olub. Çexiya ikinci, Slovakiya üçüncü yeri tutub.

Azərbaycan yığması Monteneqroya yollandı

Minifutbol üzrə Azərbabycan milli komandası Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını uğurla başa vurub.

Futbolpress.az xəbər verir ki, Komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Herçeq Novi şəhərinə yollanıb.

Millimiz burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək

Saatlı və Zaqatalada futbol günü

Azərbaycan II Liqasında XXIV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

“Araz Saatlı” “Göygöl”, “Sheki City” isə “Ağdaş”la qarşılaşacaq.

Tura sabah yekun vurulacaq.

Azərbaycan II Liqası
XXIV tur

27 aprel

16:00 Araz Saatlı – Göygöl
Saatlı OİK stadionu

16:30 Sheki City – Ağdaş
Zaqatala OİK stadionu

BWF-dən oyun formatında əsaslı dəyişiklik

Dünya Badminton Federasiyası (BWF) üzv federasiyalar üçün məlumat sessiyaları keçirib.

Futbolpress.az xəbər verir ki, federasiyalara yeni 3×15 hesab sistemi barədə izah verilib. Bu məsələ Dünya Badminton Federasiyasının İllik Ümumi Yığıncağında səsverməyə çıxarılıb.

BWF üzvləri bu sistemi təsdiqləyib. Yeni formatın 4 yanvar 2027-ci ildən tətbiq olunması planlaşdırılır.

3×15 hesab sistemi təklifi badmintonda mövcud 3×21 formatının əvəzinə setlərin 15 xala qədər oynanılmasını nəzərdə tutur. Məqsəd oyunların daha dinamik, qısa və tamaşaçılar üçün daha cəlbedici olmasına nail olmaqdır.

BWF bununla bağlı təqdimat slaydları, rəsmi hesabatlar və digər məlumat materiallarını üzv assosiasiyalar üçün əlçatan edib.

Qeyd olunan linkə keçid etməklə yeni formatla bağlı bütün məlumatları əldə edə bilərsiniz.

“Real”ın daha bir futbolçusu üçün mövsüm bitdi

“Real” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın hücumçusu Kilian Mbappe sıradan çıxıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Fransalı futbolçu zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Mbappe La Liqada 28 oyunda 24 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Real”da daha əvvəl Eder Militao və Arda Güler zədə səbəbindən mövsümü bitirib.

Milli üzvü məğlubiyyətin iştirakçısı oldu

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Botev”lə qarşılaşıb. Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:2.

Cəlal oyuna ehtiyatda başlayıb. O, ikinci hissədə meydana daxil olub.

“Arda” 31 turdan sonra 44 xalla 7-ci sıradadır.

“Tottenhem”in futbolçusu dünya çempionatında oynamayacaq

“Tottenhem”in və Niderland millisinin futbolçusu Xavi Simons zədələnib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqada XXXIV turda “Vulverhempton”la matçda (0:1) xəsarət alıb.

Simonsun durumu ciddidir. O, bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq və yayda keçiriləcək dünya çempionatını buraxacaq.

Niderland yığması mundialda F qrupunda Yaponiya, Tunis və İsveçlə qarşılaşacaq.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatına iyunun 11-də start veriləcək.

“Qoca sinyora” titulsuz qaldı

“Yuventus” İtaliya A Seriyasının XXXIV turunda “Milan”la qolsuz heç-heçəyə razılaşıb.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi 34 turdan sonra 64 xalla 4-cü sıradadır.

“Qoca sinyora” lider “İnter”dən 15 xal geri qalır və sona dörd oyun qala çempionluq şansını itirib.

“İnter” ikinci pillədəki “Napoli”ni isə 10 xal qabaqlayır.

Tamaşa davam etməlidir…

Bəlli ki, millinin baş məşqçisi postu strateji yerdir. Deməli, Ayxan Abbasovun dedikləri daim diqqətdə saxlanılmalıdır. Görək strateji posta kim qoyulub, necə fikirləşir, proseslərə yanaşması nədir və s.

29-cu turun “Şamaxı” – “Kəpəz” (2:0) oyunundan sonra mətbuat konfransında Abbasova verilən sual və onun cavabına diqqət yetirək:

– AFFA rəhbərliyi ilə söhbətlərinizdə çempionatdakı hakim səhvlərini müzakirə edirsiniz?
– Cahangir müəllimlə söhbətlərimizdə bütün mövzulara toxunuruq, hakimlik də bunların arasındadır. Federasiya da səhvlərin az olmasını istəyir. Lakin həqiqəti demək lazımdır, burda medianın, AFFA-nın, klubların da payı var. Bəzən lazımsız ajiotaj yaradır, futbolumuzu sanki şouya çeviririk. Türkiyəyə baxıb, müəyyən addımlar atırıq. Bəzi gənc hakimlər də səhvlərdən tam şəkildə qurtula bilmirlər. Mənimlə razılaşmaya bilərsiniz, amma bu gün səhvsiz yer yoxdur. Hər şeyi hakimlərin üzərinə yıxmaq da düzgün deyil. Klubların haqqına girilib, bunu da demək lazımdır. Amma çıxış yolu hakimləri silmək deyil. Onlar da təcrübə qazanmalıdır, üzərlərinə bu qədər getmək olmaz. Səhvlər həddən artıq müzakirə olunanda, bəzi hakimlərdə qorxu yaranır.

Abbasov, etiraf edirik, qarışıq dönəmdən keçirik. Ancaq bu qarışıqlığın içində fikirlərin də qarışması üçün hər hansı zəmin yoxdur.

Qarışıqlıqda media tərəf kimi göstərilir. Qarışdırmayaq…

Ümumiyyətlə, gəlin belə edək: media deyəndə nə nəzərdə tutulur?

Kiminçünsə “sarı mətbuat” nümunəsi də mediadır.

Futbol aləmindəki oxucu kütləsi nə boyda olar?

Onların neçə faizi peşəkar KİV oxuyur?

Ümumiyyətlə, peşəkarla “obıvatel” ayırımı edə bilən məşqçi, futbolçu, futbol funksioneri nə qədərdir?

Bunu ayırd edə bilməsək – ki bilmərik – dəyərləndirmədə mizanı qaçırmaq ehtimalı böyükdür.

Peşəkar mühakimə, təhlil qabiliyyətli media ümumi kütlənin 10-15%-ni təşkil edər, ya etməz.

Bu kiçik faiz Azərbaycan futbolu başda olmaqla, idmanında əsas hərəkətverici qüvvədir.

Olmasaydı, nələr olardı…

Gələk məğzə. Hakimlərin qınanması onların səhvinə görə deyil, qələtinə görədir. Əslində “qələt” ərəbcədən tərcümədə elə “səhv”dir. Sizin üstünə çox da gedilməməsini məqbul bildiyiniz hakim nöqsanları yığılıb qalaq-qalaq, nə boyda səhv tayası yaradıbsa, vəziyyəti ifadə etməkçün qələt sözünü işlətməyə bilmirsən.

Mövsüm sonunda milliyə görə tərk edəcəyiniz klub baş məşqçiliyi postu bu həqiqətin toksikliyini sizə də az yaşatmayıb.

Absurd hakim səhvlərindən şikayətlənən APL məşqçiləri arasında aktivlərdən olmusunuz.

İndi nə oldu?

Sizin çıxışınızdakı ideyanı əslində anlayırıq. Lap yaxşı anlayırıq. Neqativ periodun uzun-uzadı keçməməsi naminə elə danışırsınız. Lakin medianın (peşəkar medianın) ucuz şouya çevrilməsində rolu yoxdur. Məsələni “maski-şou”ya çevirənlər var.

Bəli, AFFA-nın iki ildən çoxdur təmərküzləşə bilməyən yeni idarəçiliyi bu cür şouların mənbə və mənsəbini görə bilmədiyi (?) üçün vəziyyət “şou” halını alır.

Bu haqda ipucu xarakterli məqalələr dərc etməkdən usandıq, irəliləyiş yoxdur ki, yoxdur. Davam edir özbaşınalıq.

Futbol naminə bir yaxşı iş görüləndə bir hakim qələti vurub o yaxşı işin gözünü deşir. Bir zəhmət, artıq suların hardan bulandığını sezib, bilib, real addımlar atsın da AFFA. Bu ki, özbaşına olası iş deyil.

Qələtləri də gənc hakimlərdən çox təcrübəlilər edir. Odur ki, təcrübə qazanılası bir şey yoxdur. Səhnə qurulub və oyun gedir.

Ssenarisi və oyunçuları bəlli tamaşa.

Bir-birimizi ittiham etməklə heç nəyə nail ola bilməyəcəyimiz bir şounun içindəyik.

Freddi Merkurinin oxuduğu kimi, “The show must go on!” – Tamaşa davam etməlidir…

Elçin Cəlilov

Lənkəranda qızlar üçün futbol festivalı keçirilib

AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə “FIFA Women’s Development Programme” çərçivəsində 8-10 yaşlı qızlar üçün futbol festivalı keçirilib.

Futbolpress.az xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutan tədbirdə 63 qız iştirak edib.

Proqram çərçivəsində iştirakçılar üçün sadə futbol məşqləri, estafet oyunları və əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin milli komandanın futbolçuları ilə fotozona yaradılıb və məşqçilər tərəfindən topla ilkin davranış qaydaları göstərilib. Qızlar həm əyləniblər, həm də futbol bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Tədbirdə AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, assosiasiya nümayəndələri, qadınlardan ibarət milli komandaların məşqçiləri və oyunçuları iştirak ediblər. Millinin üzvü Mədinə Curuqova festivalın gənc səfiri seçilib.

İştirakçılar AFFA tərəfindən idman geyimi, toplar və gödəkçələrlə təmin olunublar.
Bu cür festivalların gələcəkdə də davamlı keçirilməsi planlaşdırılır. Layihənin təşkilində əsas məqsəd qızlar arasında sağlam həyat tərzini təşviq etmək, futbola marağı artırmaq, gələcəkdə onları liqalara və milli komandalara hazırlamaqdır.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

Azərbaycan, Premyer Liqa
18:00 Turan Tovuz – Zirə (CBC Sport)
20:00 Sabah – Karvan-Yevlax (CBC Sport)

İtaliya, A Seriyası
20:30 Kalyari – Atalanta (Futbol 1)
22:45 Latsio – Udineze (Futbol 1, Matç TV)

Türkiyə, Super Liqa
21:00 Beşiktaş – Fatih Karagümrük (beİN Sports 1)
21:00 Konyaspor – Trabzonspor (Futbol 2, beİN Sports 2)

Rusiya, Premyer Liqa
21:00 Baltika – Akron Moskva (Matç Premyer)

İspaniya, La Liqa
23:00 Espanyol – Levante (Futbol 2)

İngiltərə, Premyer Liqa
23:00 Mançester Yunayted – Brentford (beİN Sports 3)

Azərbaycan yığmasından tarixi nəticə

Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən boks üzrə Dünya kubokuna yekun vurulub.

Futbolpress.az xəbər verir ki, 49 ölkədən 400 idmançının qatıldığı yarışda Azərbaycan millisi tarixi nəticəyə imza atıb. Komandamız Dünya kubokunda ilk dəfə 3 qızıl və 1 bürünc medal qazanıb.

Finalda Sübhan Mamedov (50 kq) İssam Bensayarla (Mərakeş) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.

Onun ardınca Məhəmməd Abdullayev (+90 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə Davit Çaloyana (Ermənistan) gücünü göstərib. Rəqibini 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən Abdullayev komandamızın üçüncü qızıl medalını rəsmiləşdirib və Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.

Millimizin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kq) Dünya kubokunun qalibi olub, daha öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.

Beləliklə, 3 qızıl və 1 bürünc medal qazanan kişilərdən ibarət millimiz Dünya kubokunu komanda hesabında ikinci yerdə başa vurub. Yarışa 6 kişi boksçu ilə qatılan yığmamızı ev sahibləri yalnız gümüş medal hesabına qabaqlayıb.

Qeyd edək ki, boksçularımız Vətənə aprelin 29-da qayıdacaqlar.

Geridönüş üçün “harakiri”

Honda avtomobil sənayesində samballı marka sayılır. “Neftçi” “probeqi” aşmış Hondanı gətirmişdi.

Yaponun yaxşısını gətirmək çətindir. Başa düşürük. Düşməyə çalışırıq…

Hələliksə “Neftçi” elə haldadır, yaponun pisini gətirib ona tətbiq etmək lazımdır – harakiri…

Bu il əzəmətini geri qaytarmağa çalışan, bununçün vurnuxan “flaqman” nələrisə düz etmir ki, “qaş düzəltmək əvəzinə, vurub gözü də çıxarır”…

“Sabah”a heç cür qalib gələ bilməyən “atlılar” kükrəmiş halda bütün qəzəbini “Neftçi”dən çıxdı – 5:1.

Yuri Vernidubun gəlişindən bəri yüksəliş və özünəinam mövzularının baş qəhrəmanına çevrilmiş komanda bu nəticəylə xarizmanı yerlə bir etdi.

Konfrans Liqasına vəsiqə ehtimalı qalır, lakin bu durum və gedişatla çətin… Olsa da, bu “Neftçi” yenidən yığılmalıdır.

Onsuz da son illərin ən çox sökülüb-yığılan komandasıdır, ortada real nəticə görünmür. Ancaq Vernidubun oyun fəlsəfəsi, yanaşması ilkin işartıları ilə ümid verir. Bu mütəxəssisin ideyalarına yatırım etməyə dəyər. Yalnız bir şərtlə – kosmetik yox, köklü dəyişikliklə…

İndiki heyət natarazdı, köntöydür, istəniləni icra etmək potensialı aşağıdır.

“Qarabağ”dan alınan acınacaqlı məğlubiyyətin əsas səbəbi oyun modeli yox, sürətli icraetmə problemi idi. Təkbətək mübarizələrdə keyfiyyət fərqi buna bariz nümunə idi.

Varsa, başbilən önə çıxmalı, indidən gələn mövsümün fakturasını Vernidubun fəlsəfəsi əsasında qurmalıdır. Bəlkə belə geridönüşə nail oluna…

Kamil Əhməd

Vitali, axı sən “Neftçi”sən…

“Neftçi” əzəli rəqibi “Qarabağ”a azarkeşləri önündə 1:5 hesablı məğlubiyyətə üzüldü.

“Atlılar”ın enişi və bununla yanaşı, “Neftçi”nin artan performansı görüşdən əvvəl “ağ-qaralar”ın şanslarının yüksək dəyərləndirilməsinə səbəb olmuşdu. Vəziyyət fərqli imiş…

Müdafiədə ciddi boşluqlara yol verən “ağ-qaralar” nəticədə darmadağın oldu. Hücum fazasında da rəqibinə “diş keçirə bilməyən” ev sahibləri əzəli rəqibinə qarşı ardıcıl 11-ci oyunda qələbə qazana bilmədi.

Bakılıların məşqçisi Vitali Vernidubun oyun sonrası açıqlaması isə “Neftçi” azarkeşləri arasında daha böyük qəzəb doğurdu. Mütəxəssis məğlubiyyəti şərh edərkən rəqibin səviyyəsinin yüksək olduğunu, komandanın hələ onlarla mübarizə aparacaq gücə çatmadığını bildirdi.

Bunu futbol ictimaiyyəti də görür. İllərdir uğursuz nəticələrinə görə tənqid hədəfi olan “Neftçi” Yuri Vernidubun gəlişindən sonra dirçəlməkdə idi. Lakin oğlu, həm də köməkçisi Vitalinin açıqlaması yerinə düşmədi. Hər kəs anlayır “Neftçi” ilə “Qarabağ” arasında yaranan fərqi, uçurumu.

Ancaq flaqmanı təmsil edən məşqçi nə üçün belə açıqlama versin?

Axı “Neftçi” böyükdür və miqyas sənin də məsuliyyətindədir… Belə məzlum mahiyətli açıqlama nəyə/kimə lazımdır?

Məğlub olmusan, yaxşı, mövsüm bir oyundan ibarət deyil, avrokuboklara vəsiqə şansların davam edir, hələ üstəlik qarşıda yenidən “Qarabağ”la oyun var…

Niyə bu qədər bədbin yanaşma?

“Kəpəz” səndən daha güclüdür? Ya “Zirə”si, “Turan Tovuz”u, mövsümdə “Qarabağ”a ilk məğlubiyyəti yaşadan “Sumqayıt”ı?

Yəqin, Vernidub bu açıqlamaya görə, oğlunu tənbehləyər.

Maraqlıdır, gəlişindən sonra hər konfransda “Neftçi” əzəmətindən danışan Yuri oğlu ilə bu haqda söhbətləşməyib? Ya Vitali “Neftçi”nin nə məna daşıdığını anlamır?

Hər halda, “Qəbələ”də çıxış etdiyi illərdə bunu bilirdi…

Luzer məşqçilərə xas olan bu açıqlama növbəti oyun öncəsi komandaya necə təsir edəcək?

Cavabı üç gün sonra, yenidən “Palms Sports Arena”da baş tutacaq dueldə daha aydın olacaq.

Şahin Cəfərov

Tovuzda “sülh”, “Sabah”dan qələbə

Bu gün Misli Premyer Liqasında XXIX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə iki qarşılaşma keçirilib.

Günün birinci matçında “Zirə” səfərdə “Turan Tovuz”la üz-üzə gəlib. Matç qollu bərabərliklə başa çatıb.

Lider “Sabah” autsayder “Karvan-Yevlax”a qalib gəlib.

Misli Premyer Liqası
XXIX tur

27 aprel

18:00 Turan Tovuz – Zirə 1:1
Qollar: Rəhim Sadıxov, 22 – Volkov, 61
Baş hakim: Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

20:00 Sabah – Karvan-Yevlax 2:0
Qollar: Mbina, 50, Maluda, 55
Qırmızı vərəqə: Aleksey, 65 (“Sabah”) – Qavi, 36 (“Karvan-Yevlax”)
Baş hakim: Kamranbəy Rəhimov
“Bank Respublika Arena”

Azərbaycan millisi Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız Avropanın zirvəsini fəth edib. 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.

Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.

Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.

Xatırladaq ki, Tiranada İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.

Vernidub: “Hesaba görə azarkeşlərdən üzr istəyirəm”

Misli Premyer Liqasının XXIX turunun “Neftçi” – “Qarabağ” oyunundan (1:5) sonra meydan sahibi komandanın məşqçisi Vitali Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– “Qarabağ”la aramızda səviyyə fərqi var. Biz də o mərhələyə çatmaq istəyirik. Asan məsələ deyil, amma çalışmalı, hər gün məşq etməliyik. Boşluqlar olarsa, o gücə çatmaq mümkün deyil. Futbolçular bunu nə qədər tez dərk etsə, nəticələr də  bir o qədər əlçatan olacaq. Belə rəqibə qarşı oynayanda tək motivasiya və keyfiyyət kifayət etmir, matçda maksimum güc sərf etmək lazımdır.

– “Qarabağ”ın yarımmüdafiə xəttinə qarşı hansısa planınız var idi?
– Əlbəttə, oyuna hazırlaşmışdıq. Rəqibi təhlil etmədiyimizi düşünürsünüz? Kadi Borges, Yankoviç kimi futbolçular Çempionlar Liqasında böyük komandalara qarşı səviyyəsini göstərib. Bizim oyunçular da bu sualı özlərinə verməlidir: onlar da belə oynaya bilərdilərmi? Biz məşqçilər olaraq da bu sualı özümüzə verəcəyik. Həqiqətən, bu cür oyunlarda taktiki baxımdan nələri yaxşılaşdıra bilərik? Hər kəs bunu qəbul etməli, başa düşməlidir. Hər futbolçu öz ambisiyasını “Neftçi”dən öncə saxlamalıdır. Klub oyunçulardan böyükdür.

– “Qarabağ”ın start heyətində Musa Qurbanlı var idi. Bu gün onun qarşısını ala bilməməyiniz nə ilə bağlıdır?
– Suala necə cavab verəcəyimi bilmirəm. Rəqibi təhlil etmişdik. Sadəcə Musa həmin epizodlarda müdafiəni yara bildi. İlk növbədə öz mövqeyimizi bilməliyik, oyunu təhlil etməli və nəticə çıxarmalıyıq. Hesaba görə azarkeşlərdən üzr istəyirəm.

– Bu hesabın dörd gündən sonra təkrarlanmaması üçün nə etmək lazımdır?
– Hazırlaşacağıq və ümid edirəm ki, istədiyimiz nəticəyə nail olacağıq.

– Məğlubiyyət sona dörd tur qalmış komandaya inamsızlıq gətirə bilər?
– Psixoloji təsirlər olacaq, lakin peşəkar futbolçu belə məğlubiyyətlərdən çıxmağı bacarmalıdır.

– Danışığınızdan elə hiss olunur ki, futbolçularda intizamsızlıq var…
– Belə bir şey yoxdur. “Neftçi” böyük klubdur. Futbolçuların fərqli ambisiyaları ola bilər, amma hamı klubun hədəflərinə çatması üçün çalışmalıdır. Hər kəs başa düşməlidir ki, “Neftçi”də oynamaq üstünlükdür.

Şahin Cəfərov

Qurbanov: “Bu qələbə futbolçulara rahatlıq verə bilər”

Misli Premyer Liqasının XXIX turunun “Neftçi” – “Qarabağ” oyunundan (1:5) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçularımı təbrik edirəm, yaxşı oyun göstərdilər və vacib üç xal qazandıq.

– Start heyəti müəyyənləşdirəndə əsas məqam nə oldu?
– Futbolçuların hazırlığına görə belə addım atdıq. Heyətdə rotasiyalar etmək lazım idi. Çünki oyunçular sıx qrafikdə çıxış edirdilər və yorğunluq yaranmışdı. Üç gün sonra yenidən matçımız var və buna görə ehtiyatlı davrandıq.

– Son günlərin gərginliyi fonunda komandanı bugünkü oyuna hazırlamaq əlavə güc tələb etdi?
– Hazırlığa çox vaxtımız olmadı, komanda olaraq cəmi bir məşq keçdik. “Neftçi”yə qarşı oynayanda əlavə motivasiyaya ehtiyac olmur. Bu rəqiblə oynamaq xoşdur, azarkeşlər üçün də baxımlı alınır. Növbəti oyuna hazırlaşmaq isə daha çətin olacaq, çünki bu qələbə futbolçularda müəyyən rahatlıq yarada bilər.

Şahin Cəfərov

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu oldu

Azərbaycanın daha bir güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, 92 kq-da mübarizə aparan Ali Tsokayev həlledici matçda  bolqarıstanlı Ahmed Batayevlə qarşılaşıb.

Tsokayev finalda 5:3 hesabıyla qalib gələrək, Avropa çempionu adını qazanıb.

Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal qazanıb.

Cəfərov Dünya Kubokunun qalibi oldu

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kubokunda final döyüşlərinə start verilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.

75 kq-da mübarizə aparan boksçumuz Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) də final görüşünə çıxacaq. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.

Azərbaycan komandası İtaliyada medal qazandı

Akademik avarçəkmə üzrə Azərbaycan komandası “Paolo d’Aloja” xatirə turnirində uğurlu çıxış edib.

Futbolpress.az xəbər verir ki, idmançılar İtaliyada təşkil olunan reqatada iki medal qazanıb.

Nurlan Paşayev – Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.

“Bəzən lazımsız ajiotaj yaradırıq” – Abbasov

Misli Premyer Liqasının XXIX turunun “Şamaxı” – “Kəpəz” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Bizim üçün xoş qələbə oldu. Uzun müddətdir azarkeşlərimizin önündə qələbəmiz yox idi. Bu gün hər iki komanda da uduzmaq istəmirdi. Oyun sürətli başladı, qol epizodları da yaratdıq. İkinci hissəyə yaxşı başlaya bilmədik, lakin sonradan toparlana bildik. Komandanı, azarkeşlərimizi təbrik edirəm.

– “Kəpəz”ə burda 1:4 hesabıyla məğlub olmuşdunuz. Bu, oyuna necə təsir göstərdi?
– Üzücü məğlubiyyətlərimiz olub amma bəzi matçlardan təcrübə də qazanmışıq. Çox epizod yaratsaq da, onlardan istifadə edə bilmirik. “Kəpəz”in aqressiv oynayacağını gözləyirdik. Dünən “Qəbələ” – “Araz-Naxçıvan” oyununu da izlədik, sanki bir final matçı idi…

– Rəhbərlik yeni baş məşqçi ilə bağlı sizinlə danışıb?
– Bu haqda söhbət olmayıb, qərar rəhbərliyə məxsusdur. Mövsüm hələ başa çatmayıb. Futbolçuları son oyuna qədər kökləmək istəyirik. İndi bu mövzunu müzakirə etmək, qeyri-peşəkar yanaşma olar.

– Elvin Cəfərquliyevin durumu millinin baş məşqçisi kimi sizi narahat edir?
– Ümumilikdə, milliyə namizəd hər futbolçunun vəziyyəti məni narahat edir. Həqiqətən, yaxşı durumda deyilik, potensiallı futbolçularımız da azdır. Onları itirə bilmərik. Klubların öz qərarları var. Tək Elvin yox, digər legioner futbolçularımızdan da oynamayanlar olur. Bu, yaxşı hal deyil. Yayda hazırlaşmaq üçün vaxtımız olacaq.

– Futbolçular oyunlara hansı motivasiya ilə çıxır?
– Çempionatda 6 komanda var ki, əsas hədəfləri liqada qalmaqdır. Biz iki ildir, bunu bacarırıq. Kubokda şanslarımız var idi, amma alınmadı. Çempionatda isə bəzi vaxtlar qələbə qazanıb, “dördlük”ə yaxınlaşa bilərdik, lakin bu da alınmadı. Qışdan daha rahat oynayırıq. Çempionat başlayandan autsayderlər qrupunda olmamışıq. Bəzi şeylər büdcəyə bağlıdır – geniş heyət olmalıdır, avrokuboklara vəsiqə uğrunda mübarizə aparırsansa, keyfiyyət də artmalıdır. Amma ümumi baxanda, futbolçular gözləntilərdən daha yaxşı çıxış etdi.

– AFFA rəhbərliyi ilə söhbətlərinizdə çempionatdakı hakim səhvlərini müzakirə edirsiniz?
– Cahangir müəllimlə söhbətlərimizdə bütün mövzulara toxunuruq, hakimlik də bunların arasındadır. Federasiya da səhvlərin az olmasını istəyir. Lakin həqiqəti demək lazımdır, burda medianın, AFFA-nın, klubların da payı var. Bəzən lazımsız ajiotaj yaradır, futbolumuzu sanki şouya çeviririk.

Türkiyəyə baxıb, müəyyən addımlar atırıq. Bəzi gənc hakimlər də səhvlərdən tam şəkildə qurtula bilmirlər. Mənimlə razılaşmaya bilərsiniz, amma bu gün səhvsiz yer yoxdur. Hər şeyi hakimlərin üzərinə yıxmaq da düzgün deyil. Klubların haqqına girilib, bunu da demək lazımdır. Amma çıxış yolu hakimləri silmək deyil. Onlar da təcrübə qazanmalıdır, üzərlərinə bu qədər getmək olmaz. Səhvlər həddən artıq müzakirə olunanda, bəzi hakimlərdə qorxu yaranır.

Futbolun inkişafı sistemli prosesdir – uşaq futbolundan tutmuş Premyer Liqaya, hakimliyə qədər… Hakimlər Komitəsinin sədri deyiləm, suallara açığam, amma hakimlərin təhlili mənim səlahiyyətimdə deyil.

Şahin Cəfərov

“Bu gün “Kəpəz”dəyəm, sabah necə olacaq, Allah bilir”

Misli Premyer Liqasının XXIX turunun “Şamaxı” – “Kəpəz” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Artıq 4 turdur, məğlub oluruq və bu, komandanı çətin vəziyyətə salıb. Diqqətsizliyimiz oyunun qırılma nöqtəsi oldu.

– Gec gəlməyiniz nə ilə bağlı idi?
– Futbolçularla birlikdə olduğumuz üçün.

– Komanda sanki meydana məğlub çıxmışdı…
– İkinci hissə bizim üstünlüyümüz ilə keçdi. Qol da vurduq, amma sayılmadı. Yarımmüdafiədə itirilən topdan sonra rəqib fərqləndi. Futbolçulara tapşırmışdıq ki, orta sahədə belə səhvlərə yol verməsinlər, təəssüf ki…

– Klub ətrafında söz-söhbətlər var və bu, komandaya təsir edir. “Kəpəz”də nə baş verir?
– Allah hər şeyi görür. İşimi vicdanla yerinə yetirməyə çalışıram. Məşqçi kimi kiminsə arxada nəsə etməsinə deyil, yalnız öz işimə fokuslanıram.

– Rəhbərliyin dəstəyini hiss edirsiniz?
– Bəli, dünən də görüşmüşdük. Komandaya tövsiyələrini veriblər.

– Komandanın pley-offda kim olursa olsun, onu məğlub etmək gücündə olduğunu düşünürsünüz? 
– Qarşıda dörd tur var. Pley-off haqda düşünmək istəmirəm.

– Adınız başqa klublarla hallanır…
– Bu gün “Kəpəz”dəyəm, sabah necə olacaq, onu Allah bilir. Əsas odur ki, işimi vicdanla görməyə çalışıram. “Şamaxı”da Elmar Baxşıyevin, Tərlan Əhmədovun da adı hallanır.

– Gedəcəksiniz, ya qalacaqsınız?
– İndi burdayam, başqa nəsə demək istəmirəm.

Şahin Cəfərov

“Bavariya”da Ceksonla bağlı qərar verildi

“Bavariya”da icarə əsasında komandada çıxış edən hücumçu Nikolas Ceksonla bağlı qərar verilib.

Futbolpress.az xəbər verir ki, Münhen klubu kolumbiyalı futbolçunun transfer hüquqlarını almayacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Cekson “Çelsi”dən icarəyə götürülüb. O, bu mövsüm 29 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Neftçi” – “Qarabağ”: heyətlər açıqlandı

“Neftçi” Misli Premyer Liqasının XXIX turunda bu gün “Qarabağ”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. ElvinBədəlov7. Emil Səfərov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 9. Bassala Sambu 27. Kristian Kostin 23. Cordan Rezabala 28. Alessio Kurçi
Məşqçi: Vitali Vernidub

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov(k) 27.ToralBayramov 22. MusaQurbanlı 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo
Ehtiyat oyunçular: 89. Amin Ramazanov 97. Fabian Buntiç 77. Ramil Şeydayev 20. Kadi Borqes 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

ASİNF “Prezident Kuboku 2026” öncəsi Ağdərə sakinləri ilə görüş keçirib

27 aprel–1 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası ərəfəsində Azərbaycan Su İdman Növləri Federasiyasının nümayəndələri Ağdərə sakinləri ilə görüş keçirib.

Futbolpress.az xəbər verir ki, Ağdərədə Həsənriz kəndinə köç edən sakinlərlə görüş zamanı bildirilib ki, Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında aprelin 27-də ilk dəfə Sərsəng su anbarında beynəlxalq idman tədbiri təşkil olunacaq. Tədbirin “Prezident Kuboku-2026” beynəlxalq reqatası çərçivəsində keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, saat 12:00-dan etibarən Sərsəng su anbarında akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar baş tutacaq. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaqlar.

Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.

Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

Messinin komandası yenə xal itirdi

Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Nyu-İnqlend Revolyuşn”la qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.

Messi oyuna start heyətdə başlayıb və sona qədər oynayıb.

“İnter Mayami” ardıcıl üç oyundur, qələbə qazana bilmir. Komanda 10 turdan sonra 19 xalla 2-ci sıradadır.

“Şamaxı” – “Kəpəz”: heyətlər bilindi

“Şamaxı” Misli Premyer Liqasının XXIX turunda bu gün “Kəpəz”i qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa

Baş məşqçi: Ayxan Abbasov

“Kəpəz”: 33. Yusif İmanov 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori

 

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 80. Şahnur İsmayılov 57. Amur Yusifov 83. Raul İsaqov

Baş məşqçi: Azər Bağırov

Bazarqanov: “Hələ də inana bilmirəm ki, çempion olmuşam”

Sərbəst güləş üzrə Avropa çempionu İslam Bazarqanov (57 kq) qələbə təəssüratlarını bölüşüb.

Futbolpress.az xəbər verir ki, qızıl medalçı Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Hələ də inana bilmirəm ki, çempion olmuşam. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu, mənim üçün çox prinsipial görüş idi. Dünya çempionatında Musa Mextixanova məğlub olmuşdum. Onun güləş üslubu mənə uyğun gəlmirdi. Köklənmək çətin idi. Şükürlər olsun ki, qalib gələ bildim.

Məşqçilər heyətinə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Bu yarışa yüksək səviyyədə hazırlaşmaq üçün hər bir şərait yaradılmışdı. Kislovodsk və Bakıda ağır təlim-məşq toplanışları keçdik və bunun faydasını da yarışda gördük”.

Liqa 1-ə vəsiqə qazandılar

“Trua” komandası yeni mövsümdə Fransa Liqa 1-də mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, Liqa 2-də XXXII turda “Sent-Etyen”i məğlub edən (2:0) kollektiv sona iki tur qalmış elitaya vəsiqəni təmin edib.

Turnir cədvəlinin birinci sırasında yer alan “Trua” ən yaxın izləyicisi “Le Man”ı 7 xal qabaqlayır.

“Komandanın əldə etdiyi uğurlar kifayət qədər diqqət görmədi”

“Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı Azərbaycan çempionatında “Sabah”a uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Komandama mübarizəyə görə təşəkkür edirəm, yaxşı oynadılar. Oyunu qalib gələ biləcəyimiz nöqtələrə də gətirdik. Amma indi söyləmək istəmədiyim səbəblərdən dolayı nəticəni xeyrimizə dəyişə bilmədik.

Ümumi mövsümə gəldikdə, basketbolçularımla qürur duyuram. Hər zaman yanımızda olan, dəstək verən rəhbərliyə təşəkkür edirəm. Mövsüm öncəsi çox az müddətdə hazırlıq keçməyimizə, bir çox texniki detalı irəlilədikcə yoluna qoyduğumuza baxmayaraq, hər zaman komandamızı inkişaf etdirməyə çalışdıq. Bunun nəticəsini də mövsüm ərzində gördük. Azərbaycan Kubokunu ikinci dəfə qazandıq, çempionatda yarımfinala çıxdıq. Ona görə xoşbəxtəm. Amma onu da deyim ki, komandanın əldə etdiyi uğurlar basketbol ictimaiyyətindən kifayət qədər diqqət görmədi. Buna görə üzgünəm.

Çempionatda yerli basketbolçulara ən çox oynamaq imkanı yaradan biz olduq. Mən bura ilk gəldiyimdə yerlilərə nə dəstək verə bilərəm deyə düşündüm. İki mövsümdə əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Bu gün gəldiyimiz nöqtədə içim rahatdır. Azarkeşlərə minnətdaram. Onların dəstəyinin qarşılığında nəticə vermək üçün səy göstərdik. Hər kəs haqqını halal etsin”.

Qazyumov ilin ən yaxşı məşqçisi seçildi

Azərbaycan milli komandasının çalışdırıcısı Xetaq Qazyumov sərbəst güləş üzrə 2025-ci ilin ən yaxşı məşqçisi kimi xüsusi mükafatla təltif edilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Milli komanda onun rəhbərliyi altında ötən il Avropa çempionu olub və dünya çempionatında 4-cü yeri tutub.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

İtaliya, A Seriyası
14:30 Fiorentina – Sassuolo (Futbol 1)
17:00 Cenoa – Komo (Futbol 1)
20:00 Torino – İnter (Futbol 1)
22:45 Milan – Yuventus (Futbol 1, Matç TV)

Rusiya, Premyer Liqa
15:00 Pari NN – Spartak Moskva (Matç Premyer)
18:00 Dinamo Moskva – Soçi (Matç Premyer)
18:00 Krasnodar – Dinamo Mahaçqala (Matç TV)
20:30 Zenit – Axmat (Matç Premyer, Matç TV)

Türkiyə, Super Liqa
15:30 Gənclərbirliyi – Konyaspor (beİN Sports 1)
21:00 Qalatasaray – Fənərbağça (Futbol 3, beİN Sports 1)

Azərbaycan, Premyer Liqa
16:00 Şamaxı – Kəpəz (CBC Sport)
19:00 Neftçi – Qarabağ (CBC Sport, İdman TV)

İspaniya, La Liqa
16:00 Rayo Valyekano – Real Sosyedad (İdman TV)
23:00 Vilyarreal – Selta (İdman TV)

Nəriman yenə kənarda qaldı

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Filadelfiya”nı qəbul edib. Matç “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 2:0.

Nəriman bu görüşdə meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb.

“Kolumbus Kryu” 10 turdan sonra 12 xalla 8-ci sıradadır.

Azərbaycanın üç boksçusu finalda

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokunda yarımfinal mərhələsinin döyüşləri başa çatıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin 3 idmançısı bu mərhələdə qələbə qazanaraq finala yüksəlib.

50 kq-da Sübhan Mamedov Anvarjan Xodjiyevlə (Qırğızıstan) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. O, finalda İssam Bensayarla (Mərakeş) döyüşəcək.

Səidcəmşid Cəfərov (75 kq) da komanda yoldaşının uğurunu davam etdirib. O, finala gedən yolda Qabriel Quidi Rontani (İtaliya) üzərində inamlı qələbə qazanıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Cəfərov həlledici görüşdə Tauan Silva (Braziliya) ilə gücünü yoxlayacaq.

Məhəmməd Abdullayev (+90 kq) yarımfinalda da rinqdən qalib ayrılıb. Boksçumuz bu dəfə Omar Şinaya (Norveç) gücünü göstərib – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Milli üzvü finalda Davit Çaloyanla (Ermənistan) qüvvəsini sınayacaq.

Nəbi İsgəndərov (70 kq) isə yarımfinalda Kaian Reisi (Braziliya) ilə döyüşüb və rəqib finala yüksəldiyi üçün boksçumuz bürünc medal qazanıb.

Qeyd edək ki, Dünya kubokuna aprelin 26-da yekun vurulacaq.

Vüsal oynadı, komandası səfərdə uduzdu

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” Albaniya çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Tirana”nın qonağı olub. Görüş “Partizani”nin məğlubiyyəti ilə başa çatıb – 1:2.

Vüsal oyuna start heyətdə başlayıb və ikinci hissədə – 71-ci dəqiqədə əvəzlənib.

“Partizani” 33 turdan sonra 45 xalla 5-ci sıradadır.

Asiya Çempionlar Liqasının qalibi bilindi

Asiya Çempionlar Liqasının qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici oyunda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli” ilə Yaponiyanın “Maçida” komandası üz-üzə gəlib. Görüş ərəblərin qələbəsiylə başa çatıb – 1:0.

Yeganə qolu Feras Albrikan vurub.

“Əl Əhli” ardıcıl ikinci dəfə Asiya Çempionlar Liqasının qalibi olub.

“Qarabağ” “Neftçi”ni 5 qolla məğlub etdi

Bu gün Misli Premyer Liqasında XXIX turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ikinci gündə daha iki qarşılaşma baş tutub.

Günün birinci oyununda “Şamaxı” “Kəpəz”i məğlub edib.

Turun mərkəzi matçında “Neftçi” “Qarabağ”a uduzub.

Misli Premyer Liqası
XXIX tur

26 aprel

16:00 Şamaxı – Kəpəz 2:0
Qollar: Apolinario, 69, Tirkoveanu, 75
Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu

19:00 Neftçi – Qarabağ 1:5
Qollar:
Elvin Bədəlov, 21 – Musa Qurbanlı, 9, 32, Montiel, 38, Leandro, 67, Addai, 90+3
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”

La Liqa: “Sevilya” yenə uduzdu

İspaniya La Liqasında XXXII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə “Real” səfərdə “Betis”lə heç-heçə edib.

“Alaves” evdə “Malyorka”ya, “Valensiya” “Jirona”ya, “Atletiko” isə “Atletik”ə qalib gəlib. Lider “Barselona” səfərdə “Xetafe”ni məğlub edib.

İspaniya La Liqası
XXXII tur

24 aprel

Betis – Real 1:1
Qollar:
Belyerin, 90+4 – Vinisius, 17.

25 aprel

Alaves – Malyorka 2:1
Qollar:
T.Martines, 56; 69 – Vircill, 18.

Xetafe – Barselona 0:2
Qollar:
Fermin Lopes, 45. Raşford, 74.

Valensiya – Jirona 2:1
Qollar:
Ramazani, 50. U.Sadiq, 59 – Roka, 63.

Atletiko – Atletik 3:2
Qollar:
Qrizmann, 49. Sörlot, 54; 90+3 – Paredes, 23. Quruseta, 90+7.

26 aprel

Rayo Valyekano – Real Sosyedad 3:3
Qollar:
Kamello, 30. Leyeune, 84. Alemao, 90+9 – Oyarsabal, 22; 76-pen. Oskarsson, 63.

Real Ovyedo – Elçe 1:2
Qollar:
Çayra, 76 – Biqas, 6. Vilyar, 16.

Osasuna – Sevilya 2:1
Qollar:
R.Qarsiya, 80. Katena, 90+9 – Maupay, 69.

Vilyarreal – Selta 2:1
Qollar:
Moreno, 2-pen. Pepe, 29 – B.İqlesias, 73-pen.

27 aprel

23:00. Espanyol – Levante

PL: “Liverpul”, “Arsenal” və “Tottenhem”dən qələbə

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib. “Çelsi” səfərdə “Brayton”a uduzub.

“Liverpul” bu turda “Kristal Pelas”a, “Arsenal” isə “Nyukasl”a qalib gəlib.

İngiltərə Premyer Liqası
XXXIV tur

21 aprel

Brayton – Çelsi 3:0
Qollar:
F.Kadıoğlu, 3. Hinselvud, 56. Uelbek, 90+1.

22 aprel

Bornmut – Lids 2:2
Qollar:
Krupi, 60. Rayan, 85 – Hill, 68-öz qapısına. Lonqstaff, 90+7.

Börnli – Mançester Siti 0:1
Qol:
Haland, 5.

24 aprel

Sanderlend – Nottingem Forest 0:5
Qollar:
Hume, 17-öz qapısına. K.Vud, 31. Gibbs-Uayt, 34. İ.Jezus, 37. E.Anderson, 90+5.

25 aprel

Fulhem – Aston Villa 1:0
Qol:
Sessenyon, 43.

Liverpul – Kristal Pelas 3:1
Qollar:
A.İsak, 35. E.Robertson, 40. F.Virts, 90+6 – Munos, 71.

Vest Hem – Everton 2:1
Qollar:
Souçek, 51. K.Uilson, 90+2 – Dyuzberi-Holl, 88.

Vulverhempton – Tottenhem 0:1
Qol:
Palninya, 82.

Arsenal – Nyukasl 1:0
Qol:
Eze, 9.

27 aprel

23:00. Mançester Yunayted – Brentford

“Mançester Siti” finalda

“Mançester Siti” İngiltərə Kubokunda finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” yarımfinalda “Sauthempton”la qarşılaşıb. Matç “Mançester Siti”nin qələbəsiylə başa çatıb – 2:1.

Qolları Jeremi Doku və Niko Qonsales vurub. “Sauthempton”da isə Finn Azas fərqlənib.

“Mançester Siti” finalda “Çelsi” – “Lids” cütünün qalibi ilə qarşılaşacaq. Matç sabah baş tutacaq.

“Neftçi”nin hücumçusu “Qarabağ”la oyunu buraxacaq

“Neftçi” Misli Premyer Liqasının 29-cu turunda “Qarabağ”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar”ın oyun üçün hazırlığı bu gün başa çatıb. Komandanın üzvləri “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Futbolçu Breno Almeyda cəzalı olduğu üçün bu görüşü buraxacaq. Eyni səbəbdən baş məşqçi Yuri Vernidub və köməkçisi Dmitro Kara-Mustafa texniki zonada olmayacaqlar.

Qeyd edək ki, aprelin 26-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 19:00-da başlanacaq.

Sumqayıtda ölkə birinciliyi keçirildi

Sumqayıt Olimpiya İdman Kompleksində kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi baş tutub.

Futbolpress.az xəbər verir ki, yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunun Sumqayıt bölməsindən gimnastlar mübarizə aparıblar.

İdmançılar kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə müxtəlif gimnastika alətlərində öz proqramlarını təqdim ediblər. Yekun nəticələrə əsasən, “Ocaq Sport” Klubu ən yüksək nəticə göstərərək yarışın qalibi olub.

Qeyd edək ki, turnirdə ümumilikdə 50-yə yaxın gimnast iştirak edib.

Cəbrayıl Avropa üçüncüsü oldu

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Albaniyada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb.

Futbolpress.az xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə Rasul Şapiyevi (Şimali Makedoniya) 8:0 hesabı ilə məğlub edib.

Azərbaycanın digər güləşçisi Rəşid Babazadə (65 kq) isə ermənistanlı Vazgen Tevanyana 0:7 hesabı ilə uduzub.

“Göstərdik ki, layiq olduğumuz yerdə deyilik” – Sxadadze

Misli Premyer Liqasının XXIX turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Ümumi baxsaq, iki xal itirdik. Oyunlarımızda tez-tez belə hallar yaşanır. Turnir cədvəlində elə yerdəyik ki, futbolçular əsəbi davranır. Bu da normaldır. İlk hissədə hücumların təşkilində çətinliklərimiz oldu. İkinci hissədə daha aqressiv oynadıq. Qol vəziyyətləri yaratdıq, amma sonluğu tamamlamaqda çətinlik çəkdik. Bu da futbolçuların gərginliyi və tələskənliyi ilə bağlıdır. Baxmayaraq ki, oyunçularım xarakter göstərdi. Qarşıdakı hər oyun həlledici olacaq. Azarkeşlərə dəstəklərinə görə təşəkkür edirəm. Çətin anlarda da yanımızda olurlar. Arzum budur ki, sona qədər bizimlə qalsınlar.

– Turan Manafov və Quimbila haradadır?
– Bu sualı klub rəhbərliyinə versəniz, yaxşı olar.

– Qarşıda  dörd çətin oyun var. Neçə xal toplayacağınızı düşünürsünüz?
– Hər oyunda döyüşmək lazımdır. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Bu gün bəlkə də, düşünürdülər ki, “Araz-Naxçıvan” rahat qələbə qazanacaq. Bu, turnir cədvəlindəki mövqeyimizlə bağlıdır. Lakin göstərdik ki, layiq olduğumuz yerdə deyilik.

– Oyunun sonlarında Prins Ovusunu əvəzlədiniz. Qələbənin vacib olduğu matçda onu əvəzləmək nə dərəcədə doğru idi?
– Yorulduğu üçün dəyişdik. Matçın sonlarına doğru rəqib əvəzetmələrlə fiziki baxımdan güclənmişdi. Belə anda tək hücumu yox, müdafiəni də düşünməli idik.

Şahin Cəfərov

Demçenko: “Komandanı mən qurmamışam”

Misli Premyer Liqasının XXIX turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Oyunumuz alındı. Rəqibin sürətli əks-hücumlara üstünlük verdiyini bilirdik. İlk hissədə onları dəf etməyi bacardıq, şanslar da yaratdıq, amma qola çevirə bilmədik. Futbolda qayda budur ki, sən qol vura bilməsən, rəqib fərqlənir. Belə də oldu. Daha sonra hesabı bərabərləşdirə bildik. Futbolçuların texnikası oyunun taktikasını da qurur. Böyük futbol xırda detallardan ibarətdir və bu məqamlarda zəif olduq. Oyunun sonunda qələbə qolunu da vura bilərdik, amma alınmadı. Hücuma çıxanda müdafiədə boşluqlar yaranır. Matçın sonunda qalib gələ və ya uduza bilərdik.

– Komandada nələri dəyişə bilmisiniz?
– İlk olaraq, müasir futbolu aşılamaq istəyirdik – yəni, topla daha düzgün davranmağı bacaran komanda formalaşdırmağa çalışdıq. Texnikalı və kompakt futbol lazımdır, bu da  özünəinam yaradır. Amma ümumi baxanda, bəzi məqamlarda texniki bacarıqların kifayət etmədiyini görürük.

– Hansı mövqelərdə çatışmazlıqlar var?
– Komandanı mən qurmamışam. Bu heyətlə işləməyə çalışırıq.

– Avrokuboklara vəsiqə şanslarınızı necə dəyərləndirirsiniz?
– Turnir cədvəli göstərir ki, o qədər də yaxşı mövqedə deyilik. Amma hər oyun bizə yeni bir şans verir. Komanda futbol oynayanda xallar da gəlir, lakin, bu, hələ bizdə tam alınmır.

– Mövsümün bitməsinə bir neçə tur qalıb. Yay transferləri üçün planlarınızı qurmusunuz?
– Bu haqda danışmaq tezdir. Müqaviləm yayda başa çatır. Qarşımıza avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulub. Hələ işləməliyik.

– Komanda avrokuboklara vəsiqə qazana bilməzsə, məsuliyyətin nə qədərini özünüzə götürürsünüz?
– Məsuliyyəti üzərimə götürürəm. Gəmidəyəm və kapitan mənəm – istiqaməti də mən müəyyənləşdirirəm. Ancaq işə təsir edən başqa amillər də var. Ümumilikdə isə bütün nəticələrə görə məşqçi məsuliyyət daşıyır.

Şahin Cəfərov

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, o, 57 kq çəki dərəcəsində Musa Mextixanovu (UWW) məğlub edib – 8:6.

Beləliklə, bu, Avropa çempionatında Azərbaycanın üçüncü qızıl medalı olub. Daha əvvəl Həsrət Cəfərov və Qurban Qurbanov çempion adını qazanıb.

“Neftçi” – “Qarabağ” oyunu FIFA referisi tapşırıldı

Misli Premyer Liqasında XXIX turun dörd oyununun təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, “Neftçi” – “Qarabağ” oyununu FIFA referisi Tural Qurbanov idarə edəcək.

Misli Premyer Liqası 

XXIX tur

26 aprel (bazar)

“Şamaxı” – “Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev

VAR: Emin Əliyev

AVAR: İnqilab Məmmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Şamaxı şəhər stadionu, 16:00

“Neftçi” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov

VAR: Rauf Cabarov

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

“Palms Sports Arena”, 19:00

27 aprel (bazar ertəsi)

“Turan Tovuz” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov

VAR: Fərid Hacıyev

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Tovuz şəhər stadionu, 18:00

“Sabah” – “Karvan-Yevlax”

Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov

VAR: Əli Əliyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Elman Musayev

“Bank Respublika Arena”, 20:00

“Hakimlərə görə qələbə qazana bilmədik”

Misli Premyer Liqasının XXIX turunun “İmişli” – “Sumqayıt” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Hakimlərlə bağlı təəccüb və narazılığım var. Penalti qərarı ilə razı deyiləm. Belə epizodlar çempionatda çox olur. Komandamın çıxışından razıyam – futbolçular sona qədər mübarizə apardılar. 90 dəqiqə ərzində daha üstün tərəf biz idik. Mövsümün sonuna dörd oyun qalıb. Hədəfimizə yaxın olsaq da, hələ heç nə həll olunmayıb. Əvvəlki oyunlarımızda da yaxşı çıxış etmişdik. Bu gün hakim qərarlarına görə qələbə qazana bilmədik.

-Hakimlərlə bağlı narazılıq çoxdur. Sizə qarşı da nəsə olduğunu düşünürsünüz?

-Bu suala artıq cavab verdim. Çempionatın səviyyəsinin qalxmasını istəyiriksə, hakimlik də inkişaf etməlidir.

– Yeni mövsümdə də komandada olacaqsınız?

-Bu haqda ötən mətbuat konfransında danışmışdım. Komanda hələ hədəfinə çatmayıb. Hazırda bütün diqqətimiz bu məsələyə yönəlib.

Şahin Cəfərov 

İliç: “Belə hal yenə olsa… “

Misli Premyer Liqasının XXIX turunun “İmişli” – “Sumqayıt” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Mətbuatda yayılan neqativ məlumatlar mənə və kluba qarşı haqsızlıqdır. Futbolçularla aramda heç bir problem yoxdur. Xahiş edirəm, məqalə yazanda, reallıqlara istinad olunsun. Belə hallar təkrarlanarsa, növbəti mətbuat konfransında iştirak etməyəcəyəm. Oyuna gəlincə isə vacib xallar qazandıq.

– Kapitan Səbuhi Abdullazadə çox etirazlar edir. Onun cəzalanması gündəmdədir?

– Səbuhiyə böyük hörmətim var. Onu bəyənmirəm, deməzdim, sadəcə oyununu dəyişməlidir. Əvəzlənməsi də normaldır. Səbuhinin böyük potensialı var və o, millinin vacib oyunçularındandır.

-İkinci hissədə çox şans yaratdınız. Fasilədə nəyi dəyişdiniz? 

-Qeyri-adi heç nə yoxdur. İlk hissədə qol vurduq. Fasilədən sonra rəqib irəli çıxdı və boşluqlar verdi.

-Yeni mövsümdə komandada qalacağınız dəqiqləşib? Dəqiqləşibsə, hansı dəyişiklikləri planlaşdırırsınız?

-Rəhbərliklə danışıb, bu mövsümün qalan hissəsində gənclərə şans verməyi qərara aldıq. Bu strategiya ilə davam edəcəyik.

-Bu strategiya sizin klubdakı taleyinizə necə təsir edəcək?

– İndi diqqətimiz növbəti dörd oyundadır.

-Mətbuat konfransına girməməyiniz hörmətsizlikdir…

-Digər jurnalistlərdən də üzr istəyirəm, ola bilsin, fikrim düzgün başa düşülməyib. Mən yalnız vəziyyəti izah etmək istədim. Komanda barədə reallıqların yazılmasını xahiş edirəm. Danil ilə mübahisəmi yazan jurnalistə də deyin ki, həqiqətləri yazsın. Mənim işim, taktiki gedişlərim tənqid oluna bilər, bu normaldır. Amma olmayan şeylərin yazılması doğru deyil.

-Düşünmürsünüz ki, autsayderlərlə oyunlarda itirilən xallar sizi avrokuboklardan kənarda qoydu?

-Avrokuboklar uğrunda mübarizə aparırsansa, bu hədəfləri olan komandalarla oyunlarda xal itirməmək vacibdir.

– Ninkoviç növbəti dəfə penaltidən yararlana bilmədi… 

– Futbolda belə hallar olur. Daha əvvəl Rüstəm də penaltini vura bilməmişdi. Ninkoviç bizim üçün vacib oyunçudur. Görək, növbəti penaltini kim yerinə yetirəcək…

Şahin Cəfərov 

Azərbaycan idmançısı Daşkənddə 5-ci oldu

“Elite” Atçılıq Klubunun yetirməsi Anar Hümbətov Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş konkur üzrə “Mantena” Kuboku turnirində iştirak edib.

Futbolpress.az xəbər verir ki, beynəlxalq Atçılıq Federasiyasının təqvim planına daxil olan bu turnirdə Hümbətov “Aqat” ləqəbli atla hündürlüyü 110 sm olan maneələri dəf etmək yarışlarında 5-ci yeri tutub.

O, hündürlüyü 115 sm olan maneələrin keçilməsində isə 6-cı nəticə göstərib.

Turnirdə 9 ölkəni təmsil edən 10 idmançı mübarizə aparıb.

Qəbələdə heyətlər açıqlandı

“Qəbələ” Misli Premyer Liqasının XXIX turunda bu gün “Araz-Naxçıvan”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 18:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 11. Asif Məmmədov22. Fərid İsgəndərov74. Süleyman Damadayev66. Nuğay Rəşidov 12. İbrahim Sanqare 3. Eduardo Kunde
Baş məşqçi: Kaxaber Sxadadze
“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 17. İssuf Paro 23. Nuno Rodriqes 10. Felipe Santos 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə 14. Ülvi İsgəndərov 86. İbrahim Piriyev 6. Patrik Andrade 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko
Baş məşqçi: Andrey Demçenko

 

“İnter” onun transfer hüquqlarını alacaq

“İnter” icarə əsasında komandada çıxış edən Manuel Akanjinin transfer hüquqlarını alacaq.

Futbolpress.az xəbər verir ki, “neradzurra” isveçrəli müdafiəçi üçün klubu “Mançester Siti”yə 15 milyon avro ödəyəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Akanji mövsümün əvvəlində “Mançester Siti”dən “İnter”ə keçib. O, Milan təmsilçisi ilə 42 oyunda 2 qol vurub.

“Neftçi” və “Qarabağ”ın birgə bəyanatı

“Neftçi” Misli Premyer Liqasının XXIX turunda sabah “Qarabağ”la qarşılaşacaq.

Futbopress.az xəbər verir ki, hər iki komanda matçdan öncə birgə bəyanat yayıb:

“26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti “Palms Sports Arena”ya yönələcək. 4 gün aralıqla Misli Premyer Liqasının oyunları çərçivəsində “Neftçi” və “Qarabağ” komandaları iki dəfə üz-üzə gələcəklər.

Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir.

Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.

Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.

Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. “Neftçi” və “Qarabağ” olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.

Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.

Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.

Sabah keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da start götürəcək.

Sərxan Hacıyev: “Finalın Azərbaycanda keçirilməsini istəyirik”

– Aprelin 13-dən U-20 yığma komandası təlim-məşq toplanışına yığılıb. Sabah toplanışın son günüdür. Toplanış zamanı 2 futbolçu zədələnib. Biri əvvəldən zədələnmişdi deyə başqa futbolçu çağırıldı. Digəri isə toplanış zamanı zədə aldı. Hazırlıq davam edir, yeni məşqçilər heyəti var. Sabah son gündür. Bu toplanış gələcək hazırlıq üçün də faydalı olacaq.

– Növbəti təlim-məşq toplanışının harada keçirilməsi planlaşdırılır?
– Mayın sonunda başlayacaq və iyunun əvvəlinə kimi planlaşdırılır. O da Qəbələdə baş tutacaq.

– Yoxlama oyunları olacaq?
– Bu toplanışda olmadı. Bunu baş məşqçi xahiş etdi. Toplanışı daha çox futbolçuları tanımaq üçün etdik. İkinci hazırlıqda artıq fikir var ki, yoxlama oyunu olsun. Ancaq hələ qərar verilməyib. Rəqibi məşqçilər korpusu seçəcək.

– U-20 dünya çempionatına hazırlıq necə gedir?
– Qurumlarla əlaqədəyik. FIFA və Özbəksitandan olan həmkarlarla sıx danışıqlar olur. Hazırlıqlar davam edir. Detallı məlumatlar yoxdur. Açılış və bağlanış oyunu ilə bağlı da hələ qeyri-müəyyənlik var. Çempionatın tarixinə gəldikdə, təxminən 2027-ci il sentyabr ayının ortalarından oktyabrın əvvələrinə təsadüf edəcək. Yaxın günlərdə dəqiq tarixlər, açılış-bağlanış oyunu, həm də püşkatma mərasimi ilə bağlı daha detallı məlumatlar əldə ediləcək.

– Futbolçuların oyun praktikasının artırılması ilə bağlı hansısa addım atılacaq? Əvəzedicilər Liqasının da ləğvi müzakirə olunub. Premyer Liqa və ya I Liqada hansısa klubun yığmanın bazası kimi fəaliyyət göstərməsi gündəmdədir?
– Bu qərar verilmədi və olmayacaq. Komanda hazırda gördüyünüz kimi, bir ayda təxminən iki həftəlik toplanış keçəcək. Sual yaranır ki, çempionatlar necə olacaq? Çünki bəzi futbolçular Gənclər Liqasında, bəziləri Əvəzedicilərdə oynayır. PFL və Gənclər Liqasını keçirən daxili departamentlə danışdıq və yarışları müvəqqəti dayandırdıq. Bunu etmək məcburiyyətində idik. Əvəzedicilər Liqasının ləğvi müzakirə olunur, amma hələ qərar verilməyib. Ləğv olunmasa belə, böyük ehtimalla format dəyişikliyi nəzərdə tutulur. U-20 yığmasının məşqçilər korpusu artıq 17 aylıq məşq vaxtlarını veriblər. Bu gün artıq bilirik ki, milli necə məşq edəcək. Dünya çempionatı bizim üçün prioritetdir.

– Bəs, Premyer Liqada oynayan futbolçularla bağlı məsələ necə olacaq?
– Bəli, bu məsələ var, amma detallı müzakirə edilməyib. “Qarabağ”la məşq keçən bir futbolçumuz var. Premyer Liqada oynayan bu yaşlı futbolçular demək olar, əsas heyət deyillər. Düzdür, “Sumqayıt”da var və buna görə indi ordakı uşaqları çağıra bilmədik. Gələcəkdə klublarla da danışıqlar olacaq. Premyer Liqanın dayandırılmaslı məsələsi gündəmdə deyil (gülür).

– Heyətin gücləndirilməsi yönündə ölkə xaricində çıxış edən futbolçularla bağlı hansısa addımlar atılıb?
– Bu toplanışa da ölkə xaricində çıxış edən futbolçuları dəvət edirdik. Təəssüflər olsun ki, onlar liqada davam etdiyinə görə, futbolçular toplanışa qoşula bilmədi. Gələcəkdə əlbəttə ki, onları yenidən dəvət etmək fikrimiz var. Hazırkı toplanışda ölkə xaricindən bizdə ancaq “Marset” futbol məktəbindən oyunçu var.

– Siyahıda olanlar hansı ölkədə oynayan futbolçulardır?
– Türkiyə və İsveçdə oynayanlar var. Hansı ki, bundan əvvəl də yığmaya dəvət ediliblər. Almaniyadan da 1-2 oyunçumuz nəzarətdədir. Amma detallı məlumat verə bilmirəm. Çünki Azərbaycanla bağlılıqları olsa da, pasportları hələ ki yoxdur.

– AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov hazırda FIFA-da çalışır. Onunla əlaqə necədir, dünya çempionatının keçirilməsi yönündə hansı köməyi var?
– Bununla bağlı Elxan Məmmədovla müəyyən əlaqələrimiz olur, ancaq o, FIFA-da milli assosiasiyalar üzrə rəhbərdir. Sırf dünya çempionatının keçirilməsi ilə bağlı kontaktlar isə FIFA-nın Yarışların Keçirilməsi üzrə Departamenti ilə qurulur.

– Finalın Azərbaycanda, yoxsa Özbəkistanda keçirilməsi sizin üçün prinsipial məqamdır?
– Bu məsələ ilə bağlı Özbəkistandan olan həmkarlarımızla danışıqlar gedir. Finalın Azərbaycanda keçirilməsini istəyirik.

– Çempionatlardakı yeni formatlar necə olacaq?
– Bu məsələni hələ detallı danışmamışıq. Sadəcə bir variantdır. Toplanışdan sonra məşqçilər heyəti ilə də müzakirə ediləcək.

– Premyer Liqada hakimliklə bağlı fikirləriniz nədir?
– Xahiş edirəm, bu mövzuya toxunmayaq. Mediatur U-20 yığmasının toplanışı ilə bağlıdır və suallar da bu haqda istiqamətdə olsun.

– U-19 və U-20 yığma komandalarının təlim-məşq toplanışları üst-üstə düşsə, prioritet hansı olacaq?
– Yaxşı sualdır. Bu məsələ ilə bağlı onu deyim ki, belə bir şey baş verə bilər. Məşqçilərlə birlikdə qərar veriləcək, amma burada daha çox U-20 yığması prioritet götürüləcək.

– U-20 yığmasının dünya çempionatına qarşısına hansı hədəf qoyulacaq?
– Yığma komandamız və baş məşqçi qarşısında əsas hədəf qoyulub- komandamız elə çıxış etməlidir ki, sadəcə iştirakçı kimi görünməyək. DÇ-də iz qoymuş komanda kimi yadda qalmaq istəyirik. Ən azından mübarizə aparaq, asan şəkildə məğlub olmayaq. Çünki dünya çempionatıdır, reallıqları da nəzərə almaq lazımdır. Keçmiş dünya çempionatlarının qrup mərhələlərinə nəzər salsaq, görərik ki, iştirakçıların hər biri çox güclü komandadır. Elə yaş qrupudur ki, bu turnirə xüsusi əhəmiyyət verilir. Bunlar 17 yaşlılar səviyyəsində deyil – peşəkar müqaviləsi olan, böyük klublara məxsus oyunçuların çıxış edəcəyi turnirdir. Biz də AFFA olaraq reallığı anlayırıq. Əsas istiqamətimiz odur ki, komandamız çempionatda mübarizə aparsın.

– Təqvimlə bağlı açıq qalan məsələlər – şəhərlər və tarixlər – bunlara nə vaxt aydınlıq gətiriləcək?
– Yayda keçiriləcək əsas dünya çempionatından sonrakı həftələrdə bəlli olacaq. Təxminən iyul-avqust aylarında.

“İmişli” – “Sumqayıt”: heyətlər

“Sumqayıt” Misli Premyer Liqasının XXIX turunda bu gün “İmişli”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“İmişli”: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 70. Mehdi Tahirov 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes 23. Dioqo Rollo 79. Dioqo Kardozu 7. Luis Silvestr

Ehtiyat oyunçular: 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 30. Xəlil Mürsəlli 94. Rafael Vieqaş 17. Ezekiel Morqan

Baş məşqçi: Jorj Kaşkilya

“Sumqayıt”: 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 9. Aleksandr Ramalinqom 72. Rayan Senhadji 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 11. Aleksa Yankoviç

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 24. Sənan Muradlı 64. Kənan Feyziyev 75. Nadir Orucov 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 6. Sedrik Badolo 23. Ronaldo Vaskez 80. Keffel Resende

Baş məşqçi: Saşa İliç

Jorje: “Elə komanda quracağıq ki, bütün ölkə onunla fəxr edəcək”

Azərbaycanın U-20 yığmasının baş məşqçisi Ruy Jorje Qəbələdə təşkil olunan təlim-məşq toplanışında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Toplanış necə keçir?

– Keyfiyyətli məşqlər keçmişik. Oyunçulardan istədiyimiz geridönüşü ala bilirik. İki həftəlik təlim-məşq toplanışından razıyam.

– Yoxlama oyununu olmamasının səbəbi nədir?

– Oyunçuları daha yaxından tanımaq lazımdır. Əvvəlcə hansı səviyyədə olduğumuzu bilmək istəyirdik.

– Komanda ilə bağlı təəssüratlarınız necədir?

– Futbolçuların yanaşmasından razıyam. Çox istəklidirlər və bizim oyun fəlsəfəmizə uyğun gəlirlər. Görürük ki, öyrənməyə və inkişaf etməyə can atırlar.

– Oyun fəlsəfəniz necə olacaq?

– Hazırda bunu demək çox çətindir. Sözsüz ki, hamı hücumameyilli oynamaq istəyər. Çalışacağıq ki, bu istiqamətdə gedək. Amma bunun üçün keyfiyyət lazımdır. Bunu da əldə etmək üçün çox çalışmalıyıq.

– Qarşıdakı toplanışda yoxlama oyunları nəzərdə tutulub?

– Bəli, olacaq. Çox güman ki, xarici milli komandaya qarşı oynayacağıq.

– Heyəti yığarkən yerli məşqçilərdən fikir almısınız, yoxsa öz seçimlərinizdir?

– Bu yaş kateqoriyasında bundan əvvəl milliyə dəvət olunmuş oyunçulardır. Son oyunları izləmişik.

– Sizdən əvvəl burada tanınmış məşqçilər çalışıb, amma heç biri uğur qazanmayıb. Artıq komanda ilə tanışsınız. Şanslarınızı necə qiymətləndirirsiniz?

– Keçmiş məşqçilər barədə danışmaq düzgün olmazdı. Bura oyunçuların keyfiyyətini artırmaq üçün gəlmişəm. Gələcəyə fokuslanmışam. Bunun üçün əlimdən gələni edəcəyəm. İnanıram, elə komanda quracağıq ki, bütün ölkə onunla fəxr edəcək. Bu, mənim üçün çox vacibdir. 2027 FIFA U-20 Dünya Çempionatına ev sahibi kimi qatılacağıq. Sözsüz ki, bizimlə dünya çempionatına vəsiqə qazanacaq komandalar arasında güc nisbəti var. Digər iştirakçılarla aramızdakı fərqi azaltmaq üçün işləməliyik.

– Qəbələdə şərait necədir?

– Çox razıyam. Bizim üçün əla şərait yaradılıb. Hara getsən, hər yerdə qonaqpərvər insanlarla rastlaşırsan. Dəstəyə görə hamıya təşəkkür edirəm.

Şahin Cəfərov 

Arteta: “Bütün gücümüzü qoymalıyıq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında çempionluq yarışından danışıb.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis hələ heç nəyin dəqiqləşmədiyini bildirib:

“Qarşıda oyunlar var. Necə olacağını bilmirik. Fərqli ssenarilər üzərində işləyirik. Məncə, vəziyyətə görə başqa şeylər düşünə bilərik. Önümüzdə 5 oyun var və bütün gücümüzü qoymalıyıq”.

“Arsenal” 33 turdan sonra 70 xalla ikincidir. Eyni xala sahib “Mançester Siti” isə birinci pillədə qərarlaşıb.

“Sumqayıt” səfərdə qazandı, Qəbələdə “sülh”

Bu gün Misli Premyer Liqasında XXIX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçirilib.

Günün birinci matçında “Sumqayıt” “İmişli”ni məğlub edib. Digər görüşdə “Qəbələ” “Araz-Naxçıvan”la heç-heçəyə razılaşıb.

Misli Premyer Liqası
XXIX tur

25 aprel

16:00 İmişli – Sumqayıt 0:2
Qolkar:
Ramalinqom, 34, 88
Baş hakim: Elçin Məsiyev
Quba OİK stadionu

18:30 Qəbələ – Araz-Naxçıvan 1:1

Qollar: Ömər Buludov, 76 (avtoqol) – Keyta, 83
Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu

Mərkəzi oyunda “sülh”

İtaliya A Seriyasında XXXIV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Napoli” azarkeşləri önündə autsayder “Kremoneze”ni darmadağın edib.

“Roma” bu turda səfərdə “Bolonya”ya qalib gəlib. “Verona” – “Leççe” matçında qalib müəyyənləşməyib.

İtaliya A Seriyası
XXXIV tur

24 aprel

Napoli – Kremoneze 4:0
Qollar: S.Maktominey, 3, F.Terraçiano, 45 (avtoqol), K.De Bruyne, 45+3, A.Santos, 52

25 aprel

Parma – Piza 1:0
Qol:
Elfeqe, 82.

Bolonya – Roma 0:2
Qollar:
Malen, 7. El-Aynaui, 45+1.

Verona – Leççe 0:0

26 aprel

Fiorentina – Sassuolo 0:0

Cenoa – Komo 0:2
Qollar: Duvikas, 10. Diao, 68.

Torino – İnter 2:2
Qollar: Simeone, 70. Vlaşiç, 79-pen – M.Türam, 23. Bissek, 61.

Milan – Yuventus 0:0

Bundesliqa: “Borussiya”dan 4 cavabsız qol

Almaniya Bundesliqasında XXXI turun növbəti oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib. “Leypsiq” azarkeşləri önündə “Yunion”u məğlub edib.

“Bavariya” “Maynts”la matçda 0:3-dən geridönüş edib. “Ayntraxt” səfərdə “Auqsburq”la heç-heçəyə razılaşıb.

Almaniya Bundesliqası
XXXI tur

24 aprel

Leypsiq – Yunion 3:1
Qollar: M.Frinkqrafe, 22, R.Kardoso, 25, R.Baku, 62 – D.Doeki, 78

25 aprel

Auqsburq – Ayntraxt 1:1
Qollar:
Kade, 44 – Doan, 66.

Köln – Bayer 1:2
Qollar:
Valdşmit, 77 – Şik, 43-pen; 52.

Haydenhaym – Sankt Pauli 2:0
Qollar:
Zivzivadze, 3. E.Dinkci, 82.

Maynts – Bavariya 3:4
Qollar:
Köhr, 15. Nebel, 29. Bekker, 45+2 – N.Cekson, 53. Olise, 73. Musiala, 80. H.Keyn, 83.

Volfsburq – Borussiya (Mönhenqladbax) 0:0

Hamburq – Hoffenhaym 1:2
Qollar:
Qlatsel, 34 (pen.) – Asllani, 18. Lemperle, 45.

26 aprel

Ştutqart – Verder 1:1
Qollar:
Demiroviç, 61 – Staqe, 18.

Borussiya (Dortmund) – Frayburq 4:0
Qollar:
Beyer, 8. Girassi, 14. Bensebaini, 31. F.Silva, 87.

Derbini “Qalatasaray” qazandı

Türkiyə Super Liqasında XXXI turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma baş tutub. “Başakşəhər” azarkeşləri önündə “Kasımpaşa”nı darmadağın edib.

İkinci gündə meydan sahibləri qələbəyə sevinib.

Turun mərkəzi oyununda lider “Qalatasaray” derbidə “Fənərbağça”ya qalib gəlib.

Türkiyə Super Liqası
XXXI tur

24 aprel

Başakşəhər – Kasımpaşa 4:0
Qollar: E.Şomurodov, 5, 87, B.Yıldırım, 22, D.Selke, 81

25 aprel

Eyüpspor – Qaziantep 3:0
Qollar: U.Bozok, 62, R.Rauks, 65, M.Altunbaş, 78

Kayserispor – Rizespor 2:0
Qollar: F.Çalov, 79, L.Benes, 88

Göztepe – Antalyaspor 2:0
Qollar: X.Santos, 1, A.Kurtulan, 22

26 aprel

Gənclərbirliyi – Kocaelispor 1:0
Qol:
M.Mimaroğlu, 34-pen.

Qalatasaray – Fənərbağça 3:0
Qollar:
Osimhen, 40. B.A.Yılmaz, 67-pen. L.Torreyra, 83.

❌