Normal view

Today — 7 March 2026FutbolPress.Az

Azərbaycan cüdoçusu Avstriyada birinci oldu

7 March 2026 at 00:15

Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Avstriyanın Linz şəhərində keçirilən qran-prinin qalibi olub.

Futbolpress.az xəbər verir ki, milli üzvü turnirin finalında braziliyalı Ronald Limanı məğlub edib.

Murad Muradlı (60 kq) ilə İslam Rəhimov (66 kq) yarışı medalsız başa vurublar.

Yesterday — 6 March 2026FutbolPress.Az

FIFA referiləri üçün vəsiqələr və döş nişanları təqdim olundu

6 March 2026 at 20:42

AFFA-nın inzibati binasında 2026-cı ildə FIFA referiləri üçün vəsiqələr və döş nişanları təqdim olunub.

Futbolpress.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Elçin Məmmədov, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və AFFA Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər.

Vəsiqə və döş nişanlarını hakimlərə təqdim edən Cahangir Fərəcullayev onları bu münasibətlə təbrik edib. O, Azərbaycan hakimlərinin beynəlxalq arenada ölkəni layiqincə təmsil edəcəyinə inandığını bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Bəhruz Teymurov hakimlər üçün nəzərdə tutulan yeni bonus proqramı barədə təqdimatla çıxış edib. O, AFFA İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmiş proqramın tətbiq mexanizmi barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, bonus proqramı iki əsas prinsip – dayanıqlılıq və kollektiv məsuliyyət üzərində qurulub. Yeni sistem hakimlərin fəaliyyətində peşəkarlığın artırılması, performansın stimullaşdırılması və daha uğurlu nəticələrin əldə olunmasına xidmət edəcək.

Tədbirin sonunda hakimlərin sualları cavablandırılıb və proqramın tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

“Səbail” 3 xalı 4 qolla qazandı

6 March 2026 at 20:32

Azərbaycan I Liqasında XVII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son gündə iki qarşılaşma keçirilib.

“Səbail” səfərdə “Cəbrayıl”a qalib gəlib. MOİK isə “Difai”dən üstün olub.

Azərbaycan I Liqası
XVII tur

6 mart

“Cəbrayıl” – “Səbail” 1:4
Qollar: Andzuno Eli, 63 – Afonso Almeyda, 32; 75. Sadiq Quliyev, 37. Kamran Quliyev, 90+1.

MOİK – “Difai” 2:1
Qollar: Mehrac Baxşalı, 37. Kamal Kazımov, 85 – Musa Musazadə, 90.

İntizam Komitəsi gündəm yaradan məsələyə yenidən baxacaq (AÇIQLAMA)

6 March 2026 at 19:13

Misli Premyer Liqasının XXII turunun “Qarabağ” – “Sabah” oyununda (3:3) “bayquşlar”ın məşqçisi Valerio Zuddasın qeyri-etik jesti gərginliyə səbəb olmuşdu. AFFA İntizam Komitəsinin bu gün açıqlanan qərarlarında Zuddasın cəzalanmadığı görünür.

Mütəxəssisin hansısa cəza almaması gündəm yaradıb. Cəzanın olmamasının səbəbi hakimlər və AFFA nümayəndəsinin bununla bağlı oyun protokolunda qeydlər aparmaması olub.

Qərar açıqlanandan sonra epizodun videosu yayılıb. AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov “Futbolpress.az“a açıqlamasında məsələyə yenidən baxılacağını bildirdi:

“Qarabağ” – “Sabah” oyununun 84-cü dəqiqəsində baş vermiş epizodla bağlı qeyd etmək lazımdır ki, oyun zamanı nə hakimlər briqadası, nə də AFFA nümayəndəsi münaqişənin hansı səbəbdən yarandığını birbaşa müşahidə edib. Bu səbəbdən də rəsmi oyun protokolunda yalnız münaqişə faktının baş verməsi qeyd olunub, hadisənin mahiyyəti barədə əlavə hüquqi qiymətləndirmə aparılması üçün zəruri məlumatlar protokolda əksini tapmayıb.

Eyni zamanda, matçın rəsmi yayım görüntülərində də sözügedən epizod tam və aydın şəkildə qeydə alınmayıb ki, bu da ilkin mərhələdə hadisənin bütün halları üzrə obyektiv qiymətləndirmə aparılmasını məhdudlaşdırıb.

Lakin AFFA İntizam Komitəsinin qərarları ictimaiyyətə açıqlanandan təxminən 10 dəqiqə sonra həmin epizodu əks etdirən əlavə texniki video görüntülər mediada və ictimai platformalarda yayılıb. Məsələnin obyektiv araşdırılması və faktiki halların tam müəyyən olunması məqsədilə AFFA İntizam Komitəsi həmin görüntüləri də nəzərə almaqla əlavə hüquqi qiymətləndirmə aparacaq və zərurət yarandığı halda müvafiq qərar qəbul edəcəkdir.

Qeyd etmək vacibdir ki, AFFA İntizam Komitəsi öz fəaliyyətində AFFA-nın müvafiq normativ-hüquqi aktlarını, İntizam Məcəlləsinin tələblərini və ədalətli araşdırmanın fundamental prinsiplərini rəhbər tutur. Komitə hər bir işi mövcud sübutlar, rəsmi sənədlər və mümkün olan bütün informasiya mənbələri əsasında araşdıraraq obyektiv və ədalətli qərar qəbul etməyə çalışır.

Bu baxımdan belə texniki çəkilişlərin və hadisəni tam əks etdirən materialların vaxtında və rəsmi qaydada AFFA İntizam Komitəsinə təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Bu cür materialların operativ şəkildə təqdim edilməsi hadisələrin daha dolğun araşdırılmasına və hüquqi baxımdan əsaslandırılmış qərarların qəbul edilməsinə mühüm töhfə verir”.

Şahin Cəfərov

Bu nə komediyadı?!

6 March 2026 at 18:10

Misli Premyer Liqasının XXII turunun “Qarabağ” – “Sabah” oyununda (3:3) “bayquşlar”ın məşqçisi Valerio Zuddasın qeyri-etik jesti gərginliyə səbəb olmuşdu. Matçın 6-7 dəqiqəsi tərəflər arasında gərginliyə görə dayanmalı olmuşdu.

Valdas Dambrauskasın səyləri nəticəsində ara sakitləşmiş, lakin məsələ turun ən çox müzakirə olunan mövzusuna çevrilmişdi.

Gözlənirdi ki, məşqçi qeyri-etik jestinə görə cəzalandırılacaq. Lakin AFFA İntizam Komitəsinin bu gün açıqlanan qərarlarında Zuddasın cəzalanmadığı görünür.

Guya baş hakim və AFFA nümayəndəsi bu faktı protokolda qeyd etməyib.

Niyə?

Bu nə komediyadı?

Bu adamlar quldu? Öz vəzifə öhdəliyini bilmir?

Niyə ölkə futbolunu axmaq dedi-qodu məkanına çevirirsiz?

Sonra da zarıyırsız ki, azarkeş stadiona gəlmir. Bu dərəbəyliyi görən niyə gəlsin?

AFFA İntizam Məcəlləsində məsələ ilə bağlı maddə belədir:

“Dava iki və ya daha çox iştirakçı arasında, qəsdən və aqressiv fiziki təmas şəklində baş verən, oyunun normal gedişatını pozan və ya pozma təhlükəsi yaradan qarşılıqlı zorakılıq aktıdır.

Dava hadisəsinə qarışan və hərəkətləri daha ağır intizam tədbiri tələb etməyən şəxslər üçün: Oyunçular və rəsmi şəxslər 3 oyundan 6 oyuna qədər oyuna buraxılmama, klub barəsində 4 min manatdan 6 min manatadək cərimə tətbiq edilir”.

Məcəlləyə baxsaq, görünür, İntizam Komitəsi həm “Qarabağ”a, həm də “Sabah”a güzəşt edib.

Bunlar bir kənara, bəs necə olub AFFA nümayəndəsi gözü qarşısında baş verən davanı qeyd etməyib? Məsələ elə də budur…

Kamil Əhməd

Azərbaycan çempionatına yekun vuruldu

6 March 2026 at 17:39

Stolüstü tennis üzrə ölkə çempionatı başa çatıb.

Futbolpress.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışın son günündə həlledici oyunlar keçirilib. Kişilərin şəxsi yarışlarının final görüşündə Rüstəm Hacılıya qalib gələn Onur Quluzadə baş mükafata layiq görülüb. Xəyal Həşimli ilə Adil Əhmədzadə üçüncü olub.

Qadınlar arasında ölkə çempionu adını finalda Aylin Əsgərovanı məğlub edən Mərziyyə Nurmətova qazanıb.
Kişilərin qoşa yarışı Onur Quluzadə ilə Nihad Məmmədovun qələbəsi ilə nəticələnib. Hilal Həsənovla Vəzir Allahverdiyev fəxri kürsünün ikinci pilləsinə qalxıb. Xəyal Həşimli ilə Əliverdi Şahgəldiyev, Rüstəm Hacılı ilə Adil Əhmədzadə üçüncü yeri tutub.

Qadınlar arasında Aylin Əsgərova ilə Mərziyyə Nurmətova qələbə çalıb. Xədicə Əbilzadə ilə Arzu Aslanova ikinci yeri tutub.

Məryəm İmanova – Yağmur Məmmədli və Ləman Abdulhəmidova – Zemfira Mikayılova tandemi üçüncü olub.

Qarışıq qoşa növündə Adil Əhmədzadə – Mərziyyə Nurmətova cütü baş mükafata sahib çıxıb.

Onlar finalda Hilal Həsənov – Səbinə Məmmədova tandeminə qalib gəliblər.

Elşən Hüseynovla Nigar Mahmudova, Onur Quluzadə ilə Yağmur Məmmədli üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, komanda yarışlarında kişilərin mübarizəsi Bakı-1 kollektivinin qələbəsi ilə başa çatıb. Bakı-2 ikinci, Bakı-3 və Şabran komandası üçüncü yeri tutub.

Qadınların yarışında Sumqayıt-1 qalib gəlib. Bakı-1 komandası ikinci yeri tutub. Bakı-2 və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb. Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunub.

II Liqa klubları cəzalandı

6 March 2026 at 17:17

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

3 mart 2026-cı il tarixində II Liqada XVI turun “Xankəndi” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

3 mart 2026-cı il tarixində II Liqada XVI turun “Ağstafa Gəncləri” – “Göygöl” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Ağstafa Gəncləri” komandası 100 manat cərimə edilsin (maddə 68);

3 mart 2026-cı il tarixində II Liqada XVI turun “Ağstafa Gəncləri” – “Göygöl” oyununun 90+2-ci dəqiqəsində “Göygöl” komandasının 17 nömrəli futbolçusu Ruslan Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Göygöl” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

3 mart 2026-cı il tarixində II Liqada XVI turun “Sheki City” – “Ağdaş” oyununda xərəkdaşıyanlar olmadığına görə “Sheki City” komandası 200 manat cərimə edilsin (maddə 59.1);

4 mart 2026-cı il tarixində II Liqada XVI turun “Dinamo” – “Şirvan” oyununda “Dinamo” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

4 mart 2026-cı il tarixində II Liqada XVI turun “Dinamo” – “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

Elita klubu bir ay əvvəl gətirdiyi baş məşqçini göndərdi

6 March 2026 at 16:48

Türkiyənin “Gənclərbirliyi” klubu baş məşqçisi Levent Şahin ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Levent Şahin ötən ay kluba baş məşqçi təyin edilmişdi.

“Gənclərbirliyi” Super Liqada 24 xalla 13-cü sıradadır.

Avropa klubları “Qarabağ”ın futbolçusu ilə maraqlanır

6 March 2026 at 16:26

“Qarabağ”ın futbolçusu Emmanuel Addai yayda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, Almaniyanın “Ayntraxt” və İtaliyanın “Napoli” klubu vingerlə yaxından maraqlanır. Bu barədə “Football İnsider” portalı məlumat yayıb. Xəbərdə Addainin bir neçə İngiltərə klubunun da diqqətində olduğu qeyd edilib.

24 yaşlı futbolçu bu mövsüm 2024-cü ilin yayından “Qarabağ”da çıxış edir. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Addai bu mövsüm 38 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

İntizam Komitəsinin “Sabah”ın məşqçisini cəzalandırmamasının SƏBƏBİ

6 March 2026 at 16:05

Azərbaycan Premyer Liqasının XXII turunun “Qarabağ” – “Sabah” oyununun (3:3) son dəqiqələrində yaşanan gərginliklə bağlı İntizam Komitəsi hansısa qərar verməyib.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, görüşün sonlarında “Sabah”ın məşqçisi Valerio Zuddas rəqib komandanın məşqçilər korpusuna qeyri-etik hərəkət edib. Buna görə tərəflər arasında mübahisə yaşanıb. Baş məşqçilərin müdaxiləsindən sonra ara sakitləşib.

AFFA İntizam Komitəsinin məsələ ilə qərar verməməsinin səbəbi isə oyunun hakimlərinin və AFFA nümayəndəsi Emin Cəfərovun məsələ ilə bağlı hansısa qeyd aparmaması olub. Əlavə olaraq, epizodla bağlı videoyazı da olmadığı üçün İntizam Komitəsi hansısa cəza verməyib.

“Qarabağ” – “Sabah” oyununun baş hakimi Tural Qurbanov olub.

Şahin Cəfərov

“Azarkeşlərə “Qarabağ”la oyunlarımızı izləmək maraqlıdır”

6 March 2026 at 15:46

“Sabah” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ”ni məğlub edib. Əsas və əlavə vaxtı bərabərliklə başa çatan (2:2, 3:3) görüşdə “bayquşlar” penaltilər seriyasında qalib gəlib.

“Sabah”ın futbolçusu Abdulla Xaybulayev matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:

– 120 dəqiqəlik “Qəbələ” oyununu necə şərh edərdin?
– Çətin oyun olacağını bilirdik. Matçın bitiminə 10 dəqiqə qalmışa kimi hesabda 2:0 öndə idik. Hər şey belə yekunlaşa bilərdi. Lakin ani diqqətsizlik qapımızda iki qol görməyimizlə nəticələndi. Ümumi baxsaq, oyunda üstün tərəf biz idik. Sadəcə, əldə etdiyimiz bəzi epizodları dəyərləndirə bilmədik və matç penaltilərə kimi uzandı. Ancaq əsas olan növbəti mərhələyə vəsiqə idi ki, bunun da öhdəsindən gəldik. İndi bu matçı unudub, qarşıdakı oyunlarımıza köklənməliyik.

– Oyunun sonlarında rəqib 10 nəfərlə hesabı bərabərləşdirdi. Arxayınlıq yaranmışdı, ya necə?
– Düzü, bunu izah etmək çətindir. Rəqibin mübariz kollektiv olduğunu bilirdik. Bunu həm kubokun ilk oyununda, həm də çempionat matçlarında görmüşdük. Rəqib təslim olmadı, sona kimi mübarizə apardı. Bunun üzərinə bizdən fərqli olaraq qol fürsətlərini lazımınca dəyərləndirmələrini də gəlməliyik. Bu futboldur, hərdən belə halların da şahidi oluruq. Ancaq əlbəttə, biz də komanda olaraq bundan dərs çıxarmalıyıq.

– Ardıcıl iki oyunda rəqiblər geridönüş edir. Komanda sanki artıq yorulub. Problemin nə olduğunu düşünürsən?
– Mövsümün sonu yaxınlaşdıqca hər komanda son dəqiqəyə kimi mübarizə aparır, heç kim təslim olmaq istəmir. Eyni qaydada biz də bu görüşlərdə geri dönüş edən tərəf ola bilərdik.

– “Qarabağ”la həm liqada çempionluq mübarizəsindəsiniz, həm də kubokda final üçün oynayacaqsınız… Bu haqda fikirlərin nədir?
– Məncə, azarkeşlərə “Qarabağ”la oyunlarımızı izləmək maraqlıdır. Yarımfinalda daha iki belə oyunu izləmək azarkeşlər üçün məncə, xoş olacaq. “Qarabağ” barədə xüsusi danışmağa ehtiyac yoxdur. Sadəcə, onu deyə bilərəm ki, belə güclü komanda ilə mübarizə şəxsən mənim üçün də xoşdur. İnanıram ki, “Qarabağ”la qarşıdakı oyunlarımızda da həm stadionda, həm də meydançada əsl futbol ab havasının şahidi olacağıq.

– Ayxan Abbasovun millidə ən çox bəyəndiyi adlardansan. Qarşıdan toplanış gəlir, lakin klubunda çox oynamırsan. Səncə, praktikanın azlığı millidə heyətə düşməyinə nə dərəcə təsir edə bilər?
– Milli komandada oynamaq hər bir futbolçu üçün şərəfdir. Millimizin heyətini yığmamızın məşqçilər korpusu müəyyənləşdirir. Onların istənilən seçiminə hörmətlə yanaşıram. Çağırılsam, millimizin müsbət nəticə qazanması üçün əlimdən gələni edəcəm.

– Komandada əsas heyətdə möhkəmlənə bilməməyin rəqabətlə bağlıdır?
– “Sabah”da hər mövqedə çox güclü rəqabət var. Hər bir futbolçu əsas heyətdə yer almaq üçün əlindən gələni edir, mən də həmçinin. Məncə, bu cür rəqabətin olması həm komandanın, həm də futbolçuların xeyrinədir. Əsas olan nə qədər oynamaq yox, oynadığın zaman komandana maksimum kömək etməyindir. İnanıram ki, çıxış etdiyim oyunlarda komandama xeyir verə bilmişəm.

Şahin Cəfərov

“Kəpəz”də struktur dəyişikliyi

6 March 2026 at 15:23

“Kəpəz” klubunda struktur dəyişikliyi həyata keçirilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun İnfrastruktur rəhbəri Ruslan Məmmədov İcraçı direktor vəzifəsinə təyin olunub.

Akademiyanın administratoru Fərid Heydərov isə İnfrastruktur meneceri kimi fəaliyyət göstərəcək.

Rauf Əliyev diskvalifikasiya olundu

6 March 2026 at 15:09

“Qarabağ” klubunun U-16 komandasının baş məşqçisi Rauf Əliyev dörd oyunluq cəzalanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Mütəxəssis çempionatda “Neftçi” ilə matçda hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib.

Azarkeşi “Qarabağ”ı, futbolçusu “Qəbələ”ni ziyana saldı

6 March 2026 at 14:56

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Sumqayıt” komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviç ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Qarabağ” – “Şamaxı” oyununun 89-cu dəqiqəsində meydana kənar şəxs daxil olduğuna görə “Qarabağ” komandası 2500 manat cərimə edilsin (maddə 86);

Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Qarabağ” – “Şamaxı” oyununda “Şamaxı” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Qəbələ” – “Sabah” oyununun 48-ci dəqiqəsində “Qəbələ” komandasının 50 nömrəli futbolçusu Adriel Ba Loua ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

“Qarabağ”a 8700 manat cərimə

6 March 2026 at 14:52

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Kəpəz” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);

27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Sumqayıt” oyununun 62-ci dəqiqəsində “Sumqayıt” komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviç ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);

28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Şamaxı” – “Neftçi” oyununda “Neftçi” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Şamaxı” – “Neftçi” oyununun 90+4-cü dəqiqəsində “Neftçi” komandasının məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 51.1);

28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Şamaxı” – “Neftçi” oyununda “Neftçi” komandasının texniki zonasının üst hissəsi, eyni zamanda “Neftçi” komandasının azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər “Neftçi” komandası tərəfindən qarşılansın (maddə 86);

1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Turan Tovuz” – “İmişli” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);.

1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Qarabağ” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

Millini DÇ-ya hazırlayacaq məşqçi bilindi

6 March 2026 at 14:21

Mərakeş milli komandasının yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, yığmanın sükanı Məhəmməd Uahbiyə tapşırılıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Məhəmməd bu postda Valid Reqraquini əvəzləyib.

Mərakeş yığması üç ay sonra – iyunda keçiriləcək dünya çempionatında C qrupunda Braziliya, Haiti və Şotlandiya ilə qarşılaşacaq.

Andradenin yubileyi

6 March 2026 at 14:00

Leandro Andrade “Qarabağ”da 200-cü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəinin yubileyi Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Şamaxı” ilə cavab oyununa (3:1) təsadüf edib.

Leandro 200 qarşılaşmada 54 qola imza atıb. O, Premyer Liqada 126 (39 qol), ölkə kubokunda 18 (2 qol), avrokuboklarda 56 (13 qol) oyunda “Qarabağ” forması geyinib.

Qeyd edək ki, Andrade “Qarabağ”da 2021/22 mövsümündə debüt edib.

Mövsümdə ilk Qəbələdə yaşandı

6 March 2026 at 13:39

Azərbaycan kubokunun 2025/26 mövsümündə ilk dəfə penaltilər seriyası zərurəti yaranıb.

Futbolpress.az xəbər verir ki, 1/4 final mərhələsinin “Qəbələ” – “Sabah” cütünün taleyi seriyada həll olunub.

Bakıda 0:0, Qəbələdə 3:3 hesablı heç-heçə edən rəqiblərin duelində yekunda paytaxt təmsilçisi qalib gəlib – 4:2. Bu, ölkə kuboku tarixində 35-ci penaltilər seriyası olub.

Sonuncu belə matç da “Sabah”ın iştirakı ilə olub. Bakı klubu 2024/25 mövsümünün 1/8 finalında “Turan Tovuz”dan üstün olub – 2:2, 3:1.

“Sabah” turnirin tarixində ikinci dəfə vurduğu penaltilər seriyasında yenə qalib gəlib.

“Qəbələ” 5-ci dəfə kubok matçında belə hadisə ilə üzləşib. 2 qələbəsi olan komanda 3-cü dəfə məğlub olub. “Qırmızı-qaralar” 2007/08 mövsümündə 1/4 finalda “Bakı”ya (1:1, 1:1, pen.4:3) , 2016/17 mövsümündə 1/8 finalda “Zaqatala”ya (2:2, pen.4:1) qalib gəlib. 2013/14 mövsümündə finalda (1:1, pen.2:3), 2015/16 mövsümündə yarımfinalda (1:1, 1:1, pen.3:4) “Neftçi”yə qarşı duellər uğursuz olub.

Millinin AÇ üçün heyəti

6 March 2026 at 13:26

Martın 9-dan 15-dək Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu gün ilin ilk qitə birinciliyində iştirak edəcək komandalarımızın heyəti açıqlanıb.

Nüfuzlu yarışın açılışını sərbəst güləşçilər edəcək. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq), Zəfər Əliyev (97 kq) və Yusif Dursunov (125 kq) xalçaya çıxacaq.

Daha sonra estafet qadın güləşinə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin tapşırıqlarını Əsmər Cankurtaran (50 kq), Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) uğurla yerinə yetirməyə çalışacaq.

Yarışın son günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Sabah Şəriəti ilə Rəsul Cəzininin rəhbərliyi altında Fərid Sadıxlı (55 kq), Ayxan Cavadov (60 kq), İlkin Qurbanov (63 kq), Fərid Xəlilov (67 kq), Fəraim Mustafayev (72 kq), Rəvan Nuriyev (77 kq), Elmin Əliyev (82 kq), Səid Axundzadə (87 kq), Əli Quliyev (97 kq) və Ayxan Mərdənov (130 kq) ölkəmizi təmsil edəcək.

U23 Avropa çempionatında ədaləti I dərəcəli hakimlərimiz Vüqar Şükürov və Kamran Əliyev qoruyacaq.

35-ci məğlubiyyət

6 March 2026 at 12:45

“Kəpəz” Azərbaycan kubokunda 35-ci məğlubiyyətini alıb.

Futbolpress.az xəbər verir ki, bu, 1/4 finalın “Turan Tovuz”la görüşünə təsadüf edib. Qərb derbisində qeydə alınan 0:2 hesablı yenilgi Gəncə klubu üçün kubokda 35-ci olub. “Kəpəz” 114-cü matçında bu qədər məğlubiyət alıb. Gəncə təmsilçisi evdə 16, səfərdə 19 dəfə uduzub.

Qeyd edək ki, Azərbaycan kubokunda yalnız “Neftçi” (43) və MOİK (42) daha çox məğlub olub.

“Sabah” üçün əlamətdar qol

6 March 2026 at 12:25

Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyununda (3:3, pen. 4:2) vurulan ilk qol “Sabah” üçün yubiley xarakteri daşıyıb.

Futbolpress.az xəbər verir ki, Bakı klubu turnirdə 25-ci səfər qoluna sevinib. Bu topu rəqib qapısından Timoteuş Puxaç keçirib.

Paytaxt təmsilçisi buna 13-cü matçında nail olub. “Sabah” ölkə kubokuna rəqib meydanlarında 25 və ya daha çox qol vuran 15-ci komandadır.

Qol sayını 27-yə çatdıran “Sabah”ın orta məhsuldarlığı 2,07-yə bərabərdir. Bu, ən azı 3 səfər oyununa çıxan komandalar arasında ən yüksək göstəricidir.

Qeyd edək ki, “Sabah” kubokdakı ilk səfər qolunu 2018/19 mövsümündə 1/8 finalın “Ağsu” ilə qarşılaşmasında vurub – 3:0.

“Neftçi”nin rekordu təkrarlandı: “Qarabağ”ın 21-ci yarımfinalı

6 March 2026 at 12:00

Bizon Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” 21-ci, “Zirə” 6-cı, “Sabah”la “Turan Tovuz” 2-ci dəfə 1/4 final səddini adlayıb.

“Şamaxı” ilə mübarizədən qalib ayrılan (1:2, 3:1) “Qarabağ” Azərbaycan kubokunun rekorduna şərik çıxıb. Ağdam klubu 21 dəfə finalın bir addımlığına qədər irəliləyən “Neftçi”yə çatıb.

İki matçın yekununda (0:0, 2:0) “Sumqayıt”ı üstələyən “Zirə” isə ən azı 6 dəfə yarımfinala yüksələn 7-ci komanda olub. Şərikli rekordçulardan başqa “Şamaxı” (12), “Qəbələ” (11), “Bakı” və “Xəzər Lənkəran” (hərəsi 8) da bunu bacarıb.

“Turan Tovuz” “Kəpəz”i (1:0, 2:0), “Sabah” “Qəbələ”ni (0:0, 3:3, pen.4:2) dayandırmaqla ən azı 2 dəfə yarımfinala yüksələn komandaların sayını 18-ə çatdırıb.

Qeyd edək ki, indiyədək 33 komanda 1/4 final səddini keçib.

Sinenkanın arzuladığı karyera: “Sonda özümə deyə bilim ki…”

6 March 2026 at 11:28

“İmişli” Premyer Liqada 10 oyundur, qələbə qazana bilmir. Bölgə təmsilçisi 22 turdan sonra 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Komandanın qolkiperi Andrey Sinenka “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Qələbə qazana bilməsək də, xal qazanmağı bacarırıq. Pis oynamırıq və hər matçda maksimumu etməyə çalışırıq. Komandada gərginlik yoxdur, hər şey qaydasındadır. Bütün diqqətimizi oyunlara vermişik”.

XXI turda “Turan Tovuz”la oyunda heç-heçə edən “İmişli” bu mövsüm “Sabah”, “Neftçi” kimi özündən güclü rəqiblərdən də xal almağı bacarıb. Sinenka mübarizənin meydanda getdiyini və hər komandanın bir-birindən xal almaq potensialında olduğunu bildirdi:

“Azərbaycan çempionatının səviyyəsi artıb. Zəif komanda yoxdur. Hər kollektiv bir-birini məğlub edə bilər. Artıq bu mövsüm bir neçə dəfə bunun şahidi olmuşuq. Rəqabət çox yüksəkdir. Biz də favorit olmadığımız görüşlərdən yaxşı nəticə ilə ayrılmağı bacarmışıq”.

“İmişli” növbəti turda “Şamaxı” səfərinə yollanacaq. Bölgə təmsilçisi qələbə qazanacağı halda, liqada qalmaq yolunda böyük addım atmış olacaq. Belaruslu qolkiper matçdan gözləntilərini bölüşdü:

“Şamaxı” azarkeşləri önündə yaxşı çıxış etməyi bacarır. Bizim üçün çətin oyun olacaq. Maksimum güclə hazırlaşırıq. Heç bir komandadan çəkinmirik və çalışacağıq, yaxşı nəticə əldə edək”.

Sinenka karyerası ilə bağlı hədəflərini də açıqladı:

“Düşünürəm ki, pis çıxış etmirəm. Hər gün çox çalışıram. Bu, mənim işimdir. Sevinirəm ki, güclü tərəflərimi göstərə bilirəm. Arzularım, məqsədlərim var və ona addım-addım çatmağa çalışıram. Elə karyera istəyirəm ki, sonda özümə deyə bilim ki, “sən maksimumunu etdin və özünü qınama ki, az çalışmısan”. Görək, gələcək nə göstərəcək”.

Şahin Cəfərov

Bir mükafat, altı namizəd

6 March 2026 at 11:16

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu ada “Arsenal”dan Viktor Qyökereş, “Mançester Siti”dən Antuan Semenyo, Niko Oreli, “Brentford”dan Danqo Otarra, “Mançester Yunayted”dən Benyamin Şeşko və “Liverpul”dan Vircil Van Dayk namizəd göstərilib.

Qalib yarışın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.

Dünyanın ən böyük stadionu olacaq – FOTO

6 March 2026 at 11:00

Vyetnamda dünyanın ən böyük stadionu tikiləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Hanoyi vilayətindəki arena “Tronq Donq” adlanacaq. Stadionun tutumunun 135 min olacağı planlaşdırılıb.

Təmir işlərinə artıq start verilib. Arenanın nə zamana hazır olacağı bəlli deyil.

Fransa Kubokunda yarımfinal cütləri

6 March 2026 at 10:43

Fransa Kubokunda yarımfinalçılar məlum olub.

Futbolpress.az xəbər verir ki, 1/4 finalda “Marsel”i mübarizədən kənarlaşdıran “Tuluza”nın növbəti rəqibi “Lans” olacaq.

Digər yarımfinal dueli isə “Nitsa” ilə “Strasburq” arasında olacaq.

Fransa Kubokunda yarımfinalın görüşləri aprelin 22-də keçiriləcək.

Dünya çempionatına üç ay qalmış millidə baş məşqçi ayrılığı

6 March 2026 at 10:18

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqu vəzifəsindən ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Mərakeş yığması üç ay sonra – iyunda keçiriləcək dünya çempionatında C qrupunda Braziliya, Haiti və Şotlandiya ilə qarşılaşacaq.

Londonlular bu günü də gördü

6 March 2026 at 10:00

“Tottenhem” İngiltərə Premyer Liqasının XXIX turunda “Kristal Pelas”a uduzub – 1:3.

Futbolpress.az xəbər verir ki, bu, londonluların çempionatdakı ardıcıl beşinci məğlubiyyəti olub. İqor Tudorun rəhbərlik etdiyi kollektiv ümumilikdə 11 oyundur, qalib gələ bilmir. Komanda sonuncu dəfə ötən ilin dekabrında qələbə qazanıb.

“Tottenhem” tarixində ilk dəfə ardıcıl 11 oyunda qalibiyyət görməyib.

London klubu Premyer Liqada 29 xalla 16-cı sıradadır.

Arxayınlıq və təkrarlanan ssenari

6 March 2026 at 09:36

“Sabah” son iki matçda altı qol buraxıb. Premyer Liqada “Qarabağ”la oyunda 11 dəqiqəyə 3 dəfə məyus olan “bayquşlar” eyni ssenarini “Qəbələ” ilə kubok matçında yaşadı.

Son 10 dəqiqəyə 2:0 öndə yollanan “futuristlər” bu dəfə 2 dəqiqəyə 2 qol buraxıb. Rəqibin azlıqda qalması və hesabda öndə olmağın yaratdığı arxayınlıq, müdafiədə boşalma və diqqətsizlik komandanın kubokla vidalaşmasına belə səbəb ola bilərdi.

90 dəqiqəyə oyunun taleyini həll edəcək vəziyyətə gələn “Sabah”ın ardıcıl qollar buraxması komandanın əlavə güc sərf etməsinə səbəb oldu. “Qarabağ”la ağır oyundan sonra kubokda da 120 dəqiqəlik matç və penaltilər seriyasının yaratdığı yorğunluq növbəti matçda özünü büruzə verə bilər.

Ümumiyyətlə, ardıcıl buraxılan qollar və müdafiədəki diqqətsizlik “Sabah” cəbhəsini narahat etməlidir. Kluba Premyer Liqada çempionluğa, kubokda titula oynayan komandaya yaraşmayan arxayınlıq hökm sürür. “Qarabağ”la liqada 4 xallıq fərq var və bu, qarşıdakı 11 turda qapanmayacaq qədər böyük deyil. Ani səhv və xal itkisi komandanı liderlikdən edə bilər. Eyni zamanda kubokda da final yolunda rəqib məhz “atlılar” olacaq. “Sabah” son iki oyundan mövsümün qalan hissəsini korlamamaq üçün mütləq lazımi dərsi çıxarmalıdır. Əks halda, çempionluq arzusuynan davam edilən yol məyusluqla sonlana bilər.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

6 March 2026 at 09:24

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

6 mart

Türkiyə, I Liqa
17:00 Sarıyer – Ümraniyespor (TRT Spor)
21:00 Pendikspor – Van BB (TRT Spor)

Fransa, Liqa 1
23:45 PSJ – Monako (beİN Sports 3)

İtaliya, A Seriyası
23:45 Napoli – Torino (Futbol 1)

İspaniya, La Liqa
00:00 Selta – Real (Matç TV, İdman TV)

Yevlaxda 350, Qəbələdə 300

6 March 2026 at 09:00

Azərbaycan Kubokunda dünən 1/4 final mərhələsinin cavab oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, yarımfinal uğrunda keçirilən iki görüşdə ümumilikdə 650 tamaşaçı olub.

Yevlaxda “Turan Tovuz”un “Kəpəz”ə qalib gəldiyi matçda tribunalada 350 tamaşaçı yerini alıb.

Qəbələdə baş tutan “Qəbələ” – “Sabah” duelində isə 300 tamaşaçı qeydə alınıb.

“Turan Tovuz” “Kəpəz”ə, “Sabah” isə “Qəbələ”yə qalib gəlib.

Flik “Barselona”dan ayrıla bilər

6 March 2026 at 08:41

“Barselona”nın baş məşqçisi Hansi Flik mövsümün sonunda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq “X” hesabında paylaşım edib. O, klubda yeni prezident seçkilərindən sonra Xoan Laporta qalib olmazsa, Flikin də işindən ayrılacağını bildirib.

Alman mütəxəssis indiki məqamda klubda qalmaq istəyir. Lakin o, yeni müqavilə imzalamır və prezident seçkilərinin nəticəsini gözləyir.

“Barselona”da prezident seçkiləri martın 15-də olacaq.

“Qarabağ”ın oyununun hakimləri bilindi

6 March 2026 at 08:25

Misli Premyer Liqasında XXIII turun üç oyununun təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunu Rəşad Əhmədova tapşırılıb.

7 mart (şənbə)

“Karvan-Yevlax” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Fərid Hacıyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu, 15:00

8 mart (bazar)

“Şamaxı” – “İmişli”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Həşimov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu, 15:00

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:15

Tramp: “Messi, oğlum sənin böyük azarkeşindir”

6 March 2026 at 08:16

ABŞ prezidenti Donald Tramp MLS-də son çempion “İnter Mayami”ni Ağ Evdə qəbul edib.

Futbolpress.az xəbər verir ki, ölkə rəhbəri klubun argentinalı hücumçusu Lionel Messi ilə söhbətində bunları deyib:

“Messi, oğlum sənin böyük azarkeşindir. O, səni böyük şəxsiyyət hesab edir. Gəldiyin üçün təşəkkür edirəm”.

Favoritlər büdrəmədi

6 March 2026 at 07:56

Azərbaycan Kubokunda növbəti yarımfinalçılar məlum olub. Mərhələnin favoritləri “Sabah” və “Turan Tovuz” sürprizə imkan verməyib.

“Kəpəz”lə ilk oyunda minimal hesablı qələbə qazanan tovuzlular cavab görüşündə də qalib gələn tərəf oldu. Hər iki hissənin əvvəlində vurduğu qollarla rəqibin müqavimətini qıran “Turan Tovuz” daha çox vura biləcəyi matçda iki qolla kifayətləndi. Yarımfinala yüksəlmək komanda adına yaxşı nəticədir, lakin sərgilənən oyunu yarımfinalçıya yaraşan deyil. Xüsusilə ikinci hissədə rəqibini azlıqda yaxalayan tovuzlular qapıya düşməkdə çətinlik çəkdi. Göründü ki, bu, hesabda öndə olmağın yaratdığı arxayınlıqdan doğurdu. Növbəti rəqib “Zirə” olacaq və komanda final arzulayırsa, mütləq hər epizoddan maksimum yararlanmağı düşünməlidir.

Digər yarımfinalçı isə “Sabah” isə Qəbələdə çətinliklə mərhələ adladı. İlk hissədə vurulan qol, ikinci hissənin əvvəlində rəqibin 10 nəfərlə qalması “bayquşlar”ın artıq cütün taleyini həll etdiyini düşündürürdü. Oyunun sonlarına yaxın daha bir qol vurmaqla 2:0 öndə olan “Sabah” ani diqqətsizliyin cəzasını çəkdi. Azlıqda oynamasına baxmayaraq təslim olmayan meydan sahibləri iki dəqiqəyə vurduğu iki qolla oyunu uzatmalara, daha sonra yenə fərqlənməklə penaltilərə qədər apardı. Son zərbələrdə isə uğursuz olan “Qəbələ” kuboka vida etdi, “Sabah” yarımfinala yüksəldi.

Final yolunda “Sabah” “Qarabağ”, “Turan Tovuz” isə “Zirə” ilə qarşılaşacaq.

Şahin Cəfərov

Türkiyə Kubokunda qrup mərhələsi başa çatdı

6 March 2026 at 02:05

Türkiyə kubokunun qrup mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Samsunspor” səfərdə “Antalyaspor”u, “Konyaspor” isə “Eyüpspor”u məğlub edib.

Türkiyə kuboku
Qrup mərhələsi, IV tur

5 mart

Aliağa – Gənclərbirliyi 1:3
Antalyaspor – Samsunspor 0:2
Bodrumspor – İğdır 0:0
Eyüpspor – Konyaspor 0:1

“Düşündüm ki, artıq qələbə qazanmışıq” – Sxadadze

5 March 2026 at 22:32

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Sabah” oyunundan (3:3) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Maraqlı oyun oldu. Çoxlu qol epizodları və qollar oldu. “Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Futbolçularım xarakter göstərdilər. Çempionatda da belə oyunlara ehtiyacımız var. Hədəfimiz liqada qalmaqdır. Növbəti oyuna hazırlaşacağıq və rəqib yenə “Sabah” olacaq.

– Rza Cəfərov niyə oynamadı?
– Səlahət Ağayev son iki oyunda yaxşı çıxış etdi. Ona görə bu gün ona şans verdik və pis təsir bağışlamadı.

– Nəzərə alsaq ki, penaltilərdə “Qəbələ” bu mövsüm elə də ürəkaçan təsir bağışlamır. Penaltilər seriyasına gedəndə nə düşündüz?
– Düzünü desəm, düşündüm ki, artıq qələbə qazanmışıq. Güman edirdim ki, penaltilər seriyasında yaxşı çıxış edəcəyik. Son iki çempionat oyununu nəzərə alsaq, bu oyunda belə gözləmirdim. Penaltilər məsələsi psixoloji məsələdir. Murad Musayev həmişə fərqli küncə vurur, bu dəfə alınmadı. Mən özüm də onun vurduğu penaltiyə təəccübləndim. Məşqlərdə etdiklərini psixoloji səbəbdən bu gün icra edə bilmədilər. Futbolçulardan öncədən soruşuruq ki, kim penaltini vurmaq istəyir.

– Ba Luanın oyununu necə dəyərləndirirsiz?
– Ba Lua çox vacib oyunçudur. Əlbəttə ki, qış hazırlıq toplanışında bizlə birlikdə olsaydı, daha hazır olardı. Qırmızı vərəqə epizoduna gəldikdə isə,  epizodu AFFA özü aydınlaşdırmalıdır. Mənə elə gəlir ki, oyun epizodundan öncə qayda pozuntusu vardı. Həm də istərdim araşdırsınlar. Hakimlərin yanaşması fərqli ola bilər. Onsuz da geriyə dönən deyilik. Daha bir məqamda Akinadenin üzünə zərbə oldu. Şəxsi düşüncəmə görə həmin epizodda qırmızı vərəqə var idi. Bu da araşdırmalıdır.

– Yəqin ki, bu gecə yata bilməyəcəksiniz və yaxud gec yatacaqsınız. Bu xoşbəxtlikdən olacaq, yoxsa məyusluqdan?
– Futbolçu vaxtlarımda da, indi də oyunlardan sonra yata bilmirəm. (gülür). Bu adrenalindir. İstərdim ki, başa düşəsiz ki, məğlub olmaq olar. Amma bu cür oyun, xarakter göstərmək asan deyil.

Before yesterdayFutbolPress.Az

Dambrauskas: “Səhvlərimizdən nəticələr çıxarmalıyıq”

5 March 2026 at 22:02

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Sabah” oyunundan (3:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Hər iki komandaya təşəkkür edirəm. “Qəbələ” bu gün böyük əzmkarlıq göstərdi, ruh nümayiş etdirdi. Futbolçularımı yarımfinala yüksəldiklərinə görə təbrik edirəm. Çox çətin oyun anlar. Bundan əvvəlki, 3:0 öndə olduğumuz oyunda da rəqib (“Qarabağ”) geridönüş edə bilmişdi. Bu gün də hesabda 2:0 öndə idik. Rəqib 10 nəfərlə qaldıqdan sonra geridönüş etdi. Təhlillər aparıb bunları araşdırmalıyıq. Bu, kubok oyunudur. Hər ölkədə belə “dəli” hesablar olur, hekayələr yazılır. İnanıram ki, azarkeşimiz olmayan fanatlar da belə oyundan həzz aldılar. Bakıya qayıdacağıq. 5 gün sonra yenə “Qəbələ” ilə oyunumuz var.  Mənim üçün də çətindir. Bu rəqiblə bir ay ərzində artıq 4-5 dəfə qarşılarıq. Eyni rəqibi təkrar-təkrar təhlil etmək çətindir.

– Hesab 2:0 olandan sonra komandada arxayınlıq yarandı?

– Bu gün düşünmədiyimiz bir şey gerçəkləşdi. Birinci hissədə rəqibə ümumiyyətlə, fürsətlər vermədik. Oyunu nəzarətdə saxlayırdıq. İkinci hissədə də üstün olan tərəf biz idik. Qısa müddətdə iki qol buraxmağımızın səbəblərini daha yaxşı təhlil etməliyik. Araşdırmaq lazımdır, psixoloji və ya taktiki amillər ola bilər.

– Həm Premyer Liqada, həm də kubokda qalib olmağın planlarını qurursuz?

– Bütün fikrim futbolçuları bərpa edib növbəti oyuna hazırlaşmaqdır.

– Yarımfinalda rəqibin “Qarabağ” olması “Sabah”ın titul qazanmaq şanslarına necə təsir edir?

– Həqiqətən də indi bu barədə düşünmürəm. Hələ heç yarımfinal oyunlarının təqvimi bəlli deyil. Mənim fikrim qarşıdan gələn “Qəbələ”, “Sumqayıt” və “İmişli” ilə keçiriləcək çempionat matçlarındadır. Bunlardan sonra yarımfinal matçları haqda fikirləşək.

– Bayaq dediz ki, “dəli” hesab oldu. Məşqçilik karyeranızda belə hallar baş verib?

– Sözün açığı, tam xatırlamıram ki, 2:0, 3:0 öndə olduğumuz hansısa matçlarda rəqib gəlib belə geridönüş etsin. Amma bu, futboldur, istənilən hesab qeydə alına bilər. “Sabah” azarkeşlərini stadiona dəvət edirəm ki, belə oyunlar görsünlər.

– Son iki oyunda 6 qol buraxmısız. Müdafiədəki problemlər sizi narahat etmir ki?

– Bu dəli dünyada gələcəkdə nələr baş verəcəyini heç kim bilə bilməz. Ona görə, deyirəm ki, bizim avrokuboklarda iştirakımız hələ dəqiqləşməyib. Hələ qarşıda 11 tur və kubokda yarımfinal matçları var. Nələr olacağını indidən deyə bilmərik. Düzdür, son iki oyunda baş verənlər məni narahat etməyə bilməz. Bu iki matç bizim üçün böyük dərsdir. Səhvlərimizdən nəticələr çıxarmalıyıq.

– “Qarabağ”la oyunlarınız gərgin keçir. Bundan sonrakı matçlarda da eyni halların baş verəcəyi azarkeşləri narahat edir. Siz necə düşünürsünüz?

– Keçmişdə olanlar keçmişdə qalmalıdır. “Qarabağ”la son oyunda baş verənlərə görə üzr istədik. Bizim rəqibə böyük hörmətimiz var. İnanıram ki, onların da bizə həmçinin. Meydanda rəqib ola bilərik. Amma bunlar hamısı meydançanın içində qalmalıdır. Oyun bitəndən sonra hər kəs öz işinə davam etməlidir. Bu, sadəcə “Qarabağ”la bağlı olan məsələ deyil.

“Neftçi”dən darmadağın

5 March 2026 at 19:50

Bu gün futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk matçda lider “Neftçi” orta pillələrdə yer alan “Şuşa”nı qəbul edib. Görüş “ağ-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb. “Lənkəran” komandası oyuna gəlmədiyinə görə, “Araz-Naxçıvan”la görüş keçirilməyib. Bu qarşılaşmanın nəticəsi ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.

Turun son oyunu kifayət qədər maraqlı alınıb. Gənclər yığması iddialı rəqibinin qapısından fasiləyə qədər 4 cavabsız top keçirib. İkinci hissədə qapıçını Meydan oyunçusu ilə əvəzləyən “Baku Fire” ardıcıl qollar vurmağı bacarıb.

Neftçi İK – Şuşa (7:0) 14:0
5 mart. Olimpik Star. Saat 12:30
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov
Hakim-inspektor: Azad Hüseynov
Qollar: Allef Maiolli, 0:34, Nihad İsmayılov, 2:43, 20:58, Markus Vinisius, 7:18, 36:36, Leonildo Rodrigues, 15:47, 17:29, 31:28, Hüseyn Əbdülov, 16:03 ö/q, Fərid Atakişiyev, 16:49, Qüdrət Qasımzadə, 20:28 ö/q, Lukas Ramos, 21:28, Əhməd İsmayılov, 34:50, Emil Həsənzadə, 38:54
Sarı vərəqələr: Emil Həsənzadə, 15:13 // Qüdrət Qasımzadə, 28:57, Rüstəm Bağırov, 28:57, Adil İsmayılov, 29:20
Qırmızı vərəqə: Rüstəm Bağırov, 31:28

Araz-Naxçıvan – Lənkəran -:-
5 mart. Olimpik Star. Saat 14:30
Hakimlər: Hidayət Feyzullayev, Mahir Məmmədov, Hacıəli Ağayev
Hakim-inspektor: Azad Hüseynov

Baku Fire – U-19 (0:4) 8:6
5 mart. Olimpik Star. Saat 16:30
Hakimlər: Knyaz Əmiraslanov, İmran Məhərrəmov, Elgün Hüseynov
Hakim-inspektor: Əfqan Həmzəyev
Qollar: Oqtay Rüstəmli, 22:47, 25:00, 30:23, 35:06, Eldar Zeynalov, 23:30, 25:50, Kənan Manafov, 32:13, Oqtay Mahmudzadə, 39:42 ö/q // Emil Bayramov, 2:32, Fərid Kərimli, 14:48, İsmayıl Əhmədov, 17:17, 24:35, Oqtay Mahmudzadə, 19:26, Turan Azayev, 27:58
Sarı vərəqələr: Emil Bayramov, 14:30, Oqtay Mahmudzadə, 35:25

“Qalatasaray” Barışa qiymət qoydu

5 March 2026 at 18:34

“Qalatasaray” futbolçusu Barış Alper Yılmaza qiymət qoyub.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi adı İtaliya klubları ilə hallanan vinger üçün 50 milyon avro tələb edir. Bu barədə “Sabah” nəşri məlumat yayıb.

Barış bu mövsüm 37 oyunda 10 qol vurub, 14 məhsuldar ötürmə edib.

Arteta: “Futbolçular düzgün məşq edə bilmirlər”

5 March 2026 at 18:18

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada “Brayton”a qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla başa çatan matçdan sonra bunları deyib:

“Hər şeylə mübarizə aparırıq. Bir çox oyunçumuz artıq əvvəlki gücündə deyil. Sıx qrafik, gərginlik… üstəlik kifayət qədər problemləri də var. Futbolçular düzgün məşq edə bilmirlər. Buna baxmayaraq, nəticələrimiz göz qabağındadır. Uşaqların etdiklərini yüksək qiymətləndirirəm”.

“Arsenal” çempionatda 67 xalla liderdir.

Neymar milliyə qayıda bilər

5 March 2026 at 17:36

“Santos”un hücumçusu Neymar Braziliya millisinə çağırıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə UOL nəşri məlumat yayıb. Baş məşqçi Karlo Ançelotti Fransa və Xorvatiyaya qarşı keçiriləcək yoxlama oyunları üçün Neymara dəvət göndərməyi düşünür.

Neymar sonuncu dəfə 2023-cü ilin oktyabrında milliyə çağırılıb.

Braziliya yığması martın 27-də Fransa, aprelin 1-də Xorvatiya ilə qarşılaşacaq.

“Mingəçevir” və “Şəfa”dan qələbə, autsayder Zaqatalada sevindi

5 March 2026 at 17:23

Azərbaycan I Liqasında XVII tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Lider “Şəfa” “Şahdağ Qusar”a qalib gəlib. Turnir cədvəlinin üçüncü sırasında qərarlaşan “Mingəçevir” səfərdə “Baku Sportinq”i məğlub edərək xal fərqini birə endirib.

Zaqatalada “Şimal” qələbə qazanıb.

Azərbaycan I Liqası
XVII tur

5 mart

Baku Sportinq – Mingəçevir 0:1
Qol: Q.Əlizadə, 90+2

Şəfa – Şahdağ Qusar 2:1
Qollar: T.Quliyev, 57, N.Əliyev, 65 – A.Kulibali, 90+2

Zaqatala – Şimal 3:4
Qollar: A.Babazadə, 27, R.Şabanov, 45, S.Abdullayev, 48 – C.Şahbazlı, 7, A.Qla, 33, N.Osmanov, 58, 89

Bağırov: “Belə məğlubiyyətlər adamı üzür”

5 March 2026 at 17:02

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Kəpəz” – “Turan Tovuz” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Azarkeşlərə təşəkkür edirəm ki, məğlub olmağımıza baxmayaraq, komandanı dəstəklədi. Neçə oyundur, təhlillər aparırıq, yenə standart vəziyyətlərdən qol buraxırıq. Bu, adamı üzür. Növbəti oyunumuza hazırlaşacağıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirən. Belə məğlubiyyətlər adamı üzür. Standartlara hazırlıqda çox iş qapıçı məşqçisinin üstünə düşür. Nə deyim… Baxacağıq, çalışacağıq ki, çempionatda yuxarı qalxaq.

– Azarkeş dəstəyindən danışdınız. Amma ilk hissənin sonlarında fanatlar oyundan çox narazı qalmışdı…
– Normaldır. Bu, komandanı ayıltmaq kimi bir şeydir.

– Ohorinin zədəsi ciddiyə oxşayır.
– Həkimlər çox ciddi demədi. MRT müayinəsindən sonra bilinəcək. Burxulma oldu, şükürlər olsun, dartılma yoxdur.

– Kubokla vidalaşmağınız gözlənilən idi. Çempionatda da yerinizi qorumuş kimi görünürsünüz. Azarkeşlər daha iddialı komanda görmək istəyir. Gələn mövsümlə bağlı nə düşünürsünüz?
– Komandanı sıfırdan mən yığmamışdım. Çempionatda ən çox yerli, ən az legioner bizdədir. Bu saylarda böyük ölçüdə uduzuruq. Mövsümün əvvəlindən balans məsələsi darmadağın oldu. Bir neçə oyunçu heç nədən getdi. Bu, böyük zərbə oldu. Bunun altından hansı vəziyyətlə çıxdığımızı bilirsiniz. Uşaqlar maksimum hazırlaşır. Bugünkü oyunu da pis adlandırmazdım. Epizodlarımız oldu, rəqibə təzyiq edə bildik, pressinqlərimiz var idi. Sadəcə standart vəziyyətlərdən qol buraxanda ruh düşkünlüyü yaşanır. Bu uşaqlarla sona qədər davam edəcəyik. Komandada qalıb-qalmayacağımız sonra məlum olacaq.

– Rəhbərliklə danışmısınızmı?
– Hər şeyə mayda aydınlıq gələr.

– Qalmağınız sizdən, ya klub rəhbərliyindən asılıdır?
– Hər şey rəhbərlik və məşqçinin fikirlərinin üst-üstə düşməsiylə bağlıdır. Əlbəttə, komandanı özüm yığsam, Gəncədə qalmaq mənim üçün asan olar.

– Söhbətlər var ki, rəhbərlik dəyişəcək. Bu, komandada sıxıntı yaradır?
– Xeyr. Peşəkar futbolçu belə şeylərə fokuslanmır. Hər şeyimiz qaydasındadır. Maaş, mükafat… Hər şey təmin olunursa, futbolçu da maksimum hazırlaşmalıdır.

Şahin Cəfərov

“Qəbələ” – “Sabah”: heyətlər

5 March 2026 at 16:50

“Sabah” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda bu gün “Qəbələ”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 18:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 7. Turan Manafov 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua6. Xayme Syerra16. İsaak Amoah30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 3. Eduardo Kunde 14. Domi Massumo 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze

“Sabah”: 92. Stas Pokatilov (k)6. Abdulax Xaybulaev21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 70. Cesse Sekidika 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 83. Stefan Ende
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 2. Amin Seydiyev5. Rəhman Daşdəmirov 89. Cəfər Muxtarov 20. Coy Lens Mikels 22. Zinedin Uld Xaled 7. Umarali Raxmonaliyev53. Andrey Santos19. Aron Maluda
Baş məşqçi: Valdas Dambrauskas

“Məqsədimiz finala çıxmaq, kuboku qazanmaqdır”

5 March 2026 at 16:46

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Kəpəz” – “Turan Tovuz” oyunundan (0:2) sonra qonaq komandanın məşqçisi Ruslan Abışov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Birinci oyunda qazandığımız qələbə bizim üçün heç nəyi dəyişmirdi. Oyuna ciddi hazırlaşmışdıq. Erkən qol uşaqlarda arxayınlıq yaratdı və bu, təsirini göstərdi. İkinci hissənin də əvvəlində fərqlənməyimiz eyni vəziyyəti yaratdı. Artıq hesabda 3:0 öndəydik. Amma əks-hücumlarda daha yaxşı oynaya, çox qol vura bilərdik. İndi bu matçı unudub, çempionata hazırlaşacağıq. Kubokda hədəfimiz böyükdür, finala qədər getmək istəyirik.

– Kurban Berdıyevin əsas göstərişləri nələr idi?
– Bacardığımız qədər dediklərini futbolçulara çatdırmağa çalışdıq. Əsas odur, qələbə qazandıq və mərhələni keçdik.

– Finala çıxmaq şanslarınızı necə dəyərləndirirsiniz?
– Bizim üçün kubok vacibdir. Qarşıda “Zirə” ilə çətin oyun var. Onlar da kuboka iddialıdır. Məqsədimiz finala çıxmaq, kuboku qazanmaqdır.

Şahin Cəfərov

“Əvəzedicilər”də təyinatlar

5 March 2026 at 16:35

Əvəzedicilər liqasında XIX turun təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, “Qarabağ-2” – “Neftçi-2” oyununu Emin Əliyev idarə edəcək.

9 mart (bazar ertəsi)

“Zirə-2” – “Qəbələ-2”
Hakimlər: Murad Səlimov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Samir Musayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Binə qəsəbə stadionu, 15:00

“Sabah-2” – “Sumqayıt-2”
Hakimlər: İslam Məmmədov, Safalı Ağayev, Ağadur Mahmudov, Ləman Əmirli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Bayıl Arena”, 15:00

“Şamaxı-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Nəriman Ağayev, Aydın Baxşıyev, Elvin Mədətov, Hacıağa Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şamaxı şəhər stadionu, 15:00

10 mart (çərşənbə axşamı)

“Turan Tovuz-2” – “Kəpəz-2”
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Elmin Süleymanov, Rüfət Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Namiq Əliyev
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00

“Qarabağ-2” – “Neftçi-2”
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Kamil Aydınov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu, 15:00

Derbinin hakimləri bilindi

5 March 2026 at 16:12

Türkiyə Super Liqasının XXV turunda keçiriləcək “Beşiktaş” – “Qalatasaray” oyununun hakimi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, İstanbul derbisini Ozan Ergün idarə edəcək. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Ona yan xətt hakimləri Abil Usta və Mustafa Savranlar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adnan Deniz yerinə yetirəcək.

Martın 7-də keçiriləcək matça saat 21:00-da start veriləcək.

Cəzalı yoxdur, zədəli isə…

5 March 2026 at 15:26

“Sabah” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda bu gün “Qəbələ”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” oyuna bir itki ilə çıxacaq. Hücumçu Pavol Şafranko zədəsi səbəbiylə görüşü buraxacaq. Komandada cəzalı futbolçu yoxdur.

“Qəbələ” – “Sabah” oyunu saat 18:00-da start götürəcək. İlk oyunda qolsuz bərabərlik qeydə alınıb.

“Neftçi”nin oyununa böyük maraq

5 March 2026 at 15:09

“Neftçi” Premyer Liqanın XXIII turunda “Turan Tovuz”u qəbul edəcək.

Fiutbolpress.az xəbər verir ki, martın 9-da, “Palms Sports Arena”da keçiriləcək görüş üçün bilet satışı davam edir.

“Neftçi”nin mətbuat xidmətinin yaydığı xəbərə görə, oyuna artıq 3000 bilet satılıb.

“Neftçi” – “Turan Tovuz” oyunu saat 20:30-da start götürəcək.

Karrik: “Bəhanə lazım deyil”

5 March 2026 at 14:45

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik Premyer Liqada “Nyukasl”a uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Yaxşı oynamadıq. Keyfiyyətimizi göstərə bilmədik. Bəhanə lazım deyil. Hamımız məsuliyyətimizi başa düşürük və vəziyyəti qəbul edirik. Növbəti matçlarda səhvləri aradan qaldırmağa çalışacağıq”.

“Mançester Yunayted” çempionatda 51 xalla üçüncü sıradadır.

Millinin oyunu portuqallara tapşırıldı

5 March 2026 at 14:23

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda martın 7-də, Bakı vaxtı ilə saat 17:30-da Felksutdakı “Panço Arena”da keçiriləcək Macarıstan – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək:

7 mart

Macarıstan (Qadınlar) – Azərbaycan (Qadınlar)
“Panço Arena”. Saat 17:30
Baş hakim: Filipa Pereyra Kunya
Baş hakimin köməkçiləri: Andreya Souza, Kristiana Moreyra Kosta
Dördüncü hakim: Sara Alves
(Hakimlər briqadası Portuqaliyadandır)

“Kəpəz” – “Turan Tovuz”: heyətlər

5 March 2026 at 13:40

“Kəpəz” Azərbaycan Kubokunda bu gün 1/4 final mərhələsində “Turan Tovuz”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 14:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov11. Rəhman Hacıyev9. Luis Paçu29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseyov 81. Elgün Bayramov 99. Əli Səmədov5. Rauf Hüseynli 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 30. Ruslan Quliyev12. Mahamadu Ba
Baş məşqçi: Azər Bağırov

“Turan Tovuz”: 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe  9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi
Məşqçi: Ruslan Abışov

Yeni üzgüçülük rekordu

5 March 2026 at 12:54

Quba sakini Cəmil Əliyevin müraciəti əsasında təşkil olunmuş xüsusi testdə o, müvafiq qaydalara uyğun şəkildə 10 saat fasiləsiz üzərək, ölkədə yeni statistik rekord müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, rekord Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə rəsmiləşdirilib və İdman Günü ərəfəsində Cəmil Əliyevə Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən sertifikat təqdim olunub.

Milli üzvü oynadı, komandası bir xal qazandı

5 March 2026 at 12:26

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov “Arda” klubunda növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi Bolqarıstan çempionatının XXIV turunda “Çerno More” ilə matçda meydana çıxıb. Görüş bərabərliklə başa çatıb.

Cəlal start heyətdə oyuna başlayıb və sona qədər meydanda qalıb.

“Arda” çempionatda 32 xalla 7-ci sıradadır.

“Fənərbağça” və “Qalatasaray”ın “transfer yarışı”

5 March 2026 at 12:00

“Tottenhem”in futbolçusu Pape Sarr karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” və “Qalatasaray” seneqallı futbolçunun xidmətində maraqlıdır. Bu barədə “Africafoot” portalı məlumat yayıb.

23 yaşlı futbolçu klubunu dəyişməyə müsbət yanaşır. O, yayda seçimini edəcək.

Sarr bu mövsüm 28 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Qəbələdə revanş arzusu

5 March 2026 at 11:36

Premyer Liqanın lideri “Sabah” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda bu gün “Qəbələ” ilə qarşılaşacaq. Tərəflər arasındakı ilk duel qolsuz başa çatıb.

Yaxşı formada olan “Sabah” çempionatda ağır “Qarabağ”la oyundan çıxıb. “Bayquşlar” səfərdə rəqibinə 3:0 hesablı üstünlük yaratmasına baxmayaraq, son dəqiqələrdə üç qol buraxaraq qələbəni əldən verib. Hər bir halda, əsas rəqiblə oyunda qazanılan bir xal və fərqin qorunması “Sabah” üçün yaxşıdır. Valdas Dambrauskasın komandası 22 oyundur, uduzmur. Heyətin keyfiyyəti və hazırkı durumda “Sabah” kubokda da yarımfinala əsas iddiaçıdır.

“Qəbələ” isə son turlarda xal itkiləri yaşayır. Mövsümün ikinci dövrəsinə ardıcıl qələbələrlə başlayan “qırmızı-qaralar”da eniş yaşanır. Komanda altı oyundur, qələbə qazana bilmir. Çempionatda son turda autsayder “Karvan-Yevlax”la matçda xal itirmək komandada ruh düşkünlüyünə səbəb ola bilər. Buna baxmayaraq, “Qəbələ” kubokda təcrübəli kollektivdir və bu titulu qazanmağı bacarıb. Sxadadze və komandası çətin keçən mövsümü kubokla başa vurmaq arzusundadır. “Sabah”la oyun mövsümün xilası üçün yaxşı fürsətdir.

Matç Qəbələ şəhər stadionunda olacaq və “Qəbələ” burda özündən güclü rəqiblərlə yaxşı oyunu ilə seçilir. “Sabah” bu arenadakı son matçda minimal hesablı qələbə qazanıb. Lakin oyunun sonlarında “Qəbələ”nin vurduğu, ancaq sayılmayan qolu çox müzakirə edildi. Bu amil də “qırmızı-qaralar”ın güc göstərişi üçün əlavə motivasiya yaradacaq.

Şahin Cəfərov

Vaqif Cavadov Belçika klubunda təcrübə keçib

5 March 2026 at 11:24

“Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov “PRO” kateqoriyalı məşqçilik kursları çərçivəsində Belçikanın “Vesterlo” klubunda təcrübədə olub.

Futbolpress.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı həm əsas komandanın, həm də “Vesterlo” akademiyasının məşqlərini izləyən Cavadov bu əsnada komandanın bir sıra rəsmiləri ilə görüşüb, onlarla bir sıra məsələlərdə fikir mübadiləsi aparıb.

Küveytdə qalan hakimlərlə bağlı son durum: “Variantlar axtarırıq”

5 March 2026 at 11:12

Küveyt Kubokunun oyunlarını idarə etmək üçün bu ölkəyə yollanan Əliyar Ağayev hələ Azərbaycana qayıda bilmir. FIFA referisi bölgədə yaranan hərbi gərginliklə bağlı Küveytdən çıxa bilməyib.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov “Futbolpress.az“a açıqlamasında Ağayevin Bakıya qayıda bilməsi üçün variantlar axtardıqlarını dedi:

“Hələ yenilik yoxdur. Həm Əliyar və Nicatla, həm də Azərbaycanın Küveytdəki səfirliyi ilə daim əlaqədəyik. Variant axtarırıq ki, hakimlərimiz Azərbaycana qayıtsın”.

Əliyar Ağayevlə yanaşı, Nicat İsmayıllı da hazırda Küveytdədir.

Şahin Cəfərov

Buzovnada kritik duel

5 March 2026 at 10:51

Bu gün Azərbaycan I Liqasında XVII tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, lider “Şəfa” azarkeşləri önündə “Şahdağ Qusar”la qarşılaşacaq.

Turnir cədvəlinin ikinci sırasında qərarlaşan “Baku Sportinq” Buzovna qəsəbə stadionunda ən yaxın izləyicisi “Mingəçevir”lə üz-üzə gələcək.

“Zaqatala” isə “Şimal”ı qəbul edəcək.

Azərbaycan I Liqası
XVII tur

5 mart

15:00 Baku Sportinq – Mingəçevir
15:00 Şəfa – Şahdağ Qusar
15:00 Zaqatala – Şimal

“Ömrümün sonuna kimi “Bavariya”da qalmaq istərdim”

5 March 2026 at 10:38

“Bavariya”nın futbolçusu Aleksandar Pavloviç açıqlama verib.

Futbolpress.az xəbər verir ki, Almaniya mətbuatına danışan 21 yaşlı yarımmüdafiəçi karyerası ilə bağlı planlarından söz açıb:

“Ömrümün sonuna kimi “Bavariya”da qalmaq istərdim. Amma həyatdır, necə olacağını heç vaxt bilmirsən. Ona görə indilik bunu arzu kimi qəbul edirəm. Hər şey xəyal etdiyim kimi olsa, möhtəşəm olar.

Kumirim Kriştiano Ronaldodur. Yaşının çox olmasına baxmayaraq, nə qədər formada olduğunu görürük. O, hər gənc oyunçu üçün örnəkdir”.

Pavloviç bu mövsüm 32 oyunda 3 qol vurub.

Türkiyəli futbolçu bu mükafata namizəd oldu

5 March 2026 at 10:26

Almaniya Bundesliqasında fevral ayının ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafat uğrunda “Bavariya”dan Harri Keyn, Luis Dias, “Hoffenhaym”dan Ozan Kabak, “Bayer”dən Edmond Tapsoba, Alexandro Qrimaldo, “Leypsiq”dən Yan Diomande yarışacaq.

Qalib yarışın rəsmi saytında keçirilən sorğu nəticəsində müəyyən olunacaq.

Premyer Liqaya iddialı klubda gözlənilməz ayrılıq

5 March 2026 at 10:05

Azərbaycan I Liqasında mübarizə aparan “Şəfa”nın prezidenti Sərdar Salmanzadə vəzifəsindən ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub Salmanzadə ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verib.

“Şəfa” 36 xalla I Liqada liderdir.

Bölgə klubu afrikalı ilə gücləndi

5 March 2026 at 09:46

Azərbaycan I Liqasında çıxış edən “Şimal”  klubu heyətini yeni legionerlə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Xaçmaz təmsilçisi 21 yaşlı hücumçu Qla Anj Donaldı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahilindən olan futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Donald karyerası ərzində Moldovanın “Saksan” və Azərbaycanda “Mingəçevir” komandalarında çıxış edib.

“Şimal” I Liqada 8 xalla onuncudur.

“Şamaxı”nın sensasiyaya gücü çatmadı

5 March 2026 at 09:00

“Qarabağ” Azərbaycan Kubokunda yarımfinala yüksəlib. Qurban Qurbanovun yetirmələri 1/4 finalda “Şamaxı” səddini aşıb – 1:2, 3:1.

İlk oyundakı məğlubiyyətdən sonra revanş oyununa təzyiqlə başlayan “Qarabağ” erkən qola sevindi. 6-cı dəqiqədə Addainin fərqlənməsiylə ümumi hesaba tarazlıq gətirən “atlılar”ın böyükhesablı qələbə qazanacağı ehtimal edilirdi.

İlk 10-15 dəqiqədən sonra oyunda balans yaradan qonaqlar sonrasında daha aktiv göründü. Sürətli hücumlara çıxan “Şamaxı” fasiləyə kimi hesabı bərabərləşdirməyi bacardı və təslim olmayacağını göstərdi. Qoldan əlavə də fürsətləri olan “şirlər” önə keçə, oyunun taleyini həll edə bilmədi.

Fasilədən sonra daha böyük təzyiq göstərən “Qarabağ” ardıcıl qollarla fərqi artırmağı bacardı. 3:1-dən sonra daha 2-3 qol vurmaq imkanı olan “atlılar” qapıya düşə bilmədi. Bəzi anlarda bəxt, bəzi anlarda qapıçı Rikardo Fernandes qola imkan vermədi.

Matçın sonları daha gərgin alındı. Standart vəziyyətlərdən təhlükə yaratmağı bacaran “Şamaxı” oyunun son dəqiqəsində penalti qazandı. 11 metrəlik zərbədən qapıya düşə bilməyən Kərim Rossi komandasının kubokla vidalaşmasına səbəb oldu. Son dəqiqədə ümumi hesabı bərabərləşdirmək olsaydı, bəlkə də, matçı penaltilər seriyasına qədər aparmaq mümkün olardı.

“Qarabağ” 3:1 hesablı qələbəylə adını yarımfinala yazdırdı. “Şamaxı” ümumi planda pis təsir bağışlamadı və asan təslim olmadı. “Qarabağ” 3 oyun sonra vacib qələbə qazanmaqla həm rahat nəfəs aldı, həm də kubok iddiasını qorudu.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

5 March 2026 at 08:39

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

5 mart

Azərbaycan Kuboku
14:30 Kəpəz – Turan Tovuz (CBC Sport)
18:00 Qəbələ – Sabah (CBC Sport)

Türkiyə Kuboku
21:30 Antalyaspor – Samsunspor (A Haber)
21:30 Eyüpspor – Konyaspor (A Spor)

İngiltərə, Premyer Liqa
00:00 Tottenhem – Kristal Pelas (beİN Sports 3)

Fransa Kuboku
00:10 Lion – Lans (beİN Sports 5)

Luisi əvəzləyən tapıldı

5 March 2026 at 08:21

“Flamenqo” yeni baş məşqçisini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Braziliya təmsilçisinin sükanı Leonardo Jardimə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə 2027-ci ilin sonuna kimi nəzərdə tutulub.

Jardim bu postda bir neçə gün əvvəl klubdan ayrılan Felipe Luisi əvəzləyib.

Portuqaliyalı Jardim daha əvvəl “Monako”, “Sportinq” kimi klublarda işləyib.

“Turan Tovuz” və “Sabah” yarımfinalda

5 March 2026 at 20:52

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında “Kəpəz” Yevlaxda “Turan Tovuz”la qarşılaşıb. Görüş tovuzluların qələbəsiylə başa çatıb. “Turan Tovuz” iki oyunda da rəqibinə qalib gələrək yarımfinala yüksəlib.

Digər matçda “Sabah” “Qəbələ”ni penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəlib.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab oyunları

5 mart

14:30 Kəpəz – Turan Tovuz 0:2
Qollar:
Jorje Silva, 13, Hurtado, 51
İlk oyun 0:1
Yevlax şəhər stadionu

18:00 Qəbələ – Sabah 3:3 (penaltilə 2:4)
Qollar:
Akinade, 88, 90, Nuğay, 115 – Puxaç, 31, 62, Mikels, 105
İlk oyun 0:0
Qəbələ şəhər stadionu

“Bayer” səfərdə qazandı

5 March 2026 at 01:36

Almaniya Bundesliqasında XVII turdan təxirə salınmış oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, “Bayer” səfərdə “Hamburq”la qarşılaşıb. Matç Leverkuzen təmsilçisinin qələbəsiylə başa çatıb. Yeganə qolu Kofane vurub.

Almaniya Bundesliqası
XVII turdan təxirə salınmış oyun

4 mart

Hamburq – Bayer 0:1
Qol: K.Kofane, 73

“Fənərbağça” və “Beşiktaş”dan darmadağın

5 March 2026 at 01:26

Türkiyə Kubokunda B qrupunun sonuncu oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” “Rizespor”u 4:1 hesabıyla məğlub edib.

“Fənərbağça” isə səfərdə “Qaziantep”ə 4 qolla qalib gəlib.

Türkiyə Kuboku
Qrup mərhələsi
B qrupu

4 mart

Erzurumspor – Keçiörengücü 4:2
Beşiktaş – Rizespor 4:1
Beyoğlu – Kocaelispor 1:0
Qaziantep – Fənərbağça 0:4

Qurbanov: “Sakit qalmağa vaxtımız yoxdur”

4 March 2026 at 21:29

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qarabağ” – “Şamaxı” oyunundan (3:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Futbolçuları təbrik edirəm. Vacib qələbə qazandıq. İkinci hissədə oyunu ələ almışdıq. Düzdür, bəzi anlarda səhvlər etdik. Sıx qrafikdəyik. Qarşıdakı oyunlarda futbolçular daha yaxşı olacaqlar. Azarkeşlərə təşəkkür edirəm. Komandaların yanlarında oldular.

– Kadi “8 nömrə”də oynadı. Bu, yeni mövsüm üçün sınaqdır?
– Kadi bu mövqedə də oynaya bilir. Əvvəlki matçlarda Pedro Bikalyo çox güc sərf etmişdi. Ehtiyat etdik. İstərdik ki, daha çox ön xəttdə oynasın. Lakin “8 nömrə” kimi də oynamağı bacarır. Gələcəkdə belə rotasiyalar edəcəyik.

– Rəqibiniz “Sabah” ola bilər. Fanatlar da bu cütü arzulayır…
– Rəqibin kimliyinin fərqi yoxdur. Azarkeşlər üçün də belə cütlər maraqlıdır. Kim düşsə, oynayacağıq.

– “Sabah”ın prezidenti Maqsud Adıgözəlov deyib ki, kubokun finalından sonra onların qələbələrinə kölgə salmısınız. Hansısa cavabınız var?
– Keçmişə qayıtmaq istəmirəm. Üzürlü hesab edin, bu suala cavab verməyəcəyəm.

– Qrafik yenidən sıxlaşdı. Görünür, apreldə 3 dəfə “Sabah”la qarşılaşa bilərsiniz, həm də “Neftçi” ilə təxirə salınmış oyun ola bilər…
– Gələcək hələ bilinmir. Proqramı götür-qoy etməli, hər oyuna hazırlaşmalıyıq. Ola bilər yoruculuq olsun. Psixoloji gərginlik də mümkündür. Bizim işimiz futbolçuları oyunlara kökləməkdir. Bəzən alınmaya bilir. Yorğun olsaq da, hər oyuna maksimum nəticə üçün çıxırıq.

– Qnali ilk dəfə startda yer aldı. Onun çıxışını necə dəyərləndirirsiniz?
– İlk oyunu idi. Hiss olunurdu ki, hələ tam uyğunlaşmayıb. Normal haldır, yavaş-yavaş optimal formasını bərpa edəcək.

– Sanki “Qarabağ”ın üzərində təzyiq çoxdur, sanki tək qalmısınız. Bunu hiss edirsiniz?
– Futbolda belə şeylər olur. Psixoloji gərginlik var. İlboyu sıx qrafikdə oynayırıq. Mövsümün əvvəlindən gərgin rejimdə olmuşuq. Oyunlar arası vaxt çox az olub. Sakit qalmağa vaxtımız yoxdur. Bizdən gözləntilər böyükdür. Nə qədər desəkdə ki, qrupa düşdük, sakitləşək, yox, daha gərgin saatlar, tələblər başlayır. Bunlar normaldır. Özümü tək hiss etmirəm. Kollektivik. Bəzən intriqalar ola bilər. Amma bunlar meydanda olur. Kənarda münasibətlər normaldır. Bəzən gərgin rejim altında haldan düşmüş kimi ola bilərik. Çalışırıq ki, bunları hiss etdirməyək. Bu işin başındayıqsa, bunlara hazır olmalıyıq.

– Yayda yenilənmiş “Qarabağ” görə bilərik, ya heyətdəki bəzi çatışmazlıqları aradan qaldırıb, yola davam etməyi düşünürsünüz?
– Hər şey ola bilər. Bizdən asılı olan-olmayan səbəblərə görə çox dəyişiklik də ola bilər.

– Əsas və ehtiyat heyət arasında ciddi fərqlər olmurdu. Amma sanki son dönəmlərdə komandalar arasında fərq çoxdur. Həqiqətən, belədirsə, gələcəkdə bununla bağlı nə etməyi düşünürsünüz?
– Detallı təhlillər gedir. Müəyyən nüanslar var. Bu il oyunlarımız çox oldu. Əlavə olaraq, Çempionlar Liqasının öz yükü var. Oyundan-oyuna gərginlik və tələb çoxalır. Futbolçular da bəzən bunlara dözmür. Bu il bəlkə də ehtiyatımızı az tutduq. Bizdən asılı səbəblər deyildi. 4-5 futbolçu var idi ki, hər şey razılaşdırılmışdı, amma son anda “yox” cavabı oldu. Sadəcə planlarımız tam alınmadı. İstəməzdim ki, digər heyətlə bağlı nəsə “zəif” deyərək ifadə işlədim. Futbolçular oynamadıqca ritmdən düşürlər. Heyətin daha geniş olmasını istərdik.

– Bədavinin fiziki durumu daha çox oynamağa imkan verir? 
– Bədavidən çox razıyam. Oyuna yanaşması, idman forması qane edir. Qarşıdakı oyunlarda oynamaq ehtimalı çoxdur.

– Kamilo Duranı daha çox sağ vinger kimi oynatmağı düşünmürsünüz?
– Gözləniləndir. Oyunların gedişatına baxacağıq. Duranın fiziki dözümlülüyü daha yaxşı olsa, orda oynamaq ehtimalı çoxdur.

Şahin Cəfərov

“Son dəqiqələr üzücü oldu” – Abbasov

4 March 2026 at 21:13

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qarabağ” – “Şamaxı” oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Son dəqiqələr üzücü oldu. “Qarabağ”ın gücünü bilirdik. Oyuna yaxşı başlamadıq, amma sonra imkanlar yarada bildik. İkinci hissədə rəqibin təzyiqini gözləyirdik. Təəssüf ki, həmin anlarda səhvlər etdik. Son dəqiqədə penaltidən yararlana bilsəydik, bəlkə, şansımız olardı. Uşaqlara təşəkkür edirəm. 4 gündən bir oynamaq asan deyil. Qarşıdakı oyunlara hazırlaşacağıq.

– Penaltini sanki Şuaybu vurmaq istəyirdi…
– Penalti vuranımız Rikardo Apolinario və Kərim Rossidir. Kərim neçə oyun idi, penaltilərdən yararlana bilirdi. Qismət.

– PFL-ə cavab vermişdiniz. Hansısa reaksiya gəldi?
– Danışıqlarımız oldu. Hər kəs istəyir ki, meydançalarımız yaxşı olsun, inkişaf getsin. Hamı bunu istəyir. PFL-də işləyənlərlə çoxdan əlaqəmiz var. Oyundan sonra danışdıq. Bu məsələni öz aramızda yaxşı mənada həll etdik. Bir-birimizi başa düşdük.

Şahin Cəfərov

Türkiyədə 13 yoldaşlıq oyunu

4 March 2026 at 18:35

Qadın basketbol millimizin U16 və U18 komandaları 15–24 fevral tarixlərində Ankarada təlim-məşq toplanışı keçib.

Futbolpress.az xəbər verir ki, toplanış çərçivəsində komandalar Türkiyə klublarına qarşı yoxlama oyunları keçiriblər.
U18 komandası 6, U16 komandası isə 7 yoldaşlıq oyunu keçirib.

Baş məşqçi Evren Alkaya toplanışı belə dəyərləndirib:

“Rəqiblər Türkiyə liqalarında çıxış edən güclü komandalar idi və bu oyunlar komandalarımız üçün önəmli hazırlıq mərhələsi oldu. U18 komandası yaxşı performans göstərdi. U16 isə daha gənc heyətlə mübarizə apararaq vacib təcrübə qazandı.”

Bu hazırlıq qarşıdakı beynəlxalq oyunlar və yayda keçiriləcək FIBA gənclər turnirlərinə hazırlığın bir hissəsidir.
Mart ayında qadın millimiz EuroBasket seçmə mərhələsi çərçivəsində Bolqarıstan və Monteneqro ilə səfərdə qarşılaşacaq.

17 mart saat 19:00-da komandamız Bakı İdman Sarayında Ukrayna ilə üz-üzə gələcək.

Milliyə 22 oyunçu çağırıldı – adlar

4 March 2026 at 18:10

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının martın 5-dən 10-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı olacaq.

Futbolpress.az xəbər verir ki, komandamız martın 11-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Sloveniyanın Catez ob Savi şəhərinə yollanacaq. U-17 B Liqasının 3-cü qrupunda Sloveniya, Belçika və Farer adaları ilə qarşılaşacaq.

12 mart
15:00. Belçika – Azərbaycan
Baş hakim: Veronika Vasilçenko (Ukrayna)
Baş hakimin köməkçiləri: İrina Qolyak (Ukrayna), Kaya Şkrban (Sloveniya)
Dördüncü hakim: Tayda Xlebeç (Sloveniya)
Krşko, “Matiye Qubça” stadionu

15 mart
15:00. Sloveniya – Azərbaycan
Baş hakim: Oksana Kruç (Moldova)
Baş hakimin köməkçiləri: Natalya Çeban (Moldova), İrina Qolyak (Ukrayna)
Dördüncü hakim: Veronika Vasilçenko (Ukrayna)
Brejitse şəhər stadionu

18 mart
15:00. Azərbaycan – Farer adaları
Baş hakim: Veronika Vasilçenko (Ukrayna)
Baş hakimin köməkçiləri: İrina Qolyak (Ukrayna), Kaya Şkrban (Sloveniya)
Dördüncü hakim: Tayda Xlebeç (Sloveniya)
Krşko, “Matiye Qubça” stadionu

N
Ad/Soyad
Club
1
İradə Əsədli
Şəfa
2
Süməyyə Əhməd
Ulduz
3
Aydan Abdullayeva
Sabah
4
Aysu Əsədova
Sabah
5
Ayan Abdiyeva
Liman
6
Xədicə Rəhimova
Neftçi
7
Zəhra İsmayılova
Şəfa
8
Məryəm Nuruzadə
Ulduz
9
Nuray Əzizova
Təhsil 8 İOEUGİM
10
Aylin Əliyeva
Ulduz
11
Xədicə Əlizadə
Liman
12
Nuray Qurbanova
Ulduz
13
Məryəm Səmədli
Sabah
14
Suel Polikarpova
Neftçi
15
Sara Səlimova
Neftçi
16
Fatimə Kərimli
Sabah
17
Dəniz Mikayıllı
Şəfa
18
Mehri Məmmədzadə
Sabah
19
Ebru Əmirova
Ulduz
20
Könül Hüseynova
Ulduz
21
Şəhanə Mirzəliyeva
Liman
22
Zəhra Abdullayeva
Ulduz

“Qarabağ” – “Şamaxı”: heyətlər

4 March 2026 at 17:54

Azərbaycan Kubokunun 1/4 final mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Şamaxı” oyununun heyətləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 22. Musa Qurbanlı 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 11. Emmanuel Addai 24. Jeremi Qnali
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 81. Kevin Medina 9. Joni Montiel 6. Kris Kuaku 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov

“Şamaxı”: 1. Rikardo Fernandes (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov 10. Andrey Tirkoveanu 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

 

Klublar üçün danışılmış oyunlara qarşı sessiya

4 March 2026 at 17:41

Misli Premyer liqasında çıxış edən “Karvan-Yevlax”, “Şamaxı”, “Sumqayıt” klublarının aşağı yaş qrupları, həmçinin I Liqada mübarizə aparan MOİK, “Səbail” və “Şahdağ-Qusar”ın əsas komandasının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Futbolpress.az xəbər verir ki, sessiya AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

Təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, oyun zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.
Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.
Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.
Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

İtaliya klubu türkiyəli ilə bağlı qərarını verdi

4 March 2026 at 16:45

İtaliyanın “Kalyari” klubu icarə əsasında komandada çıxış edən Semih Kılıçsoyla bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi hücumçunun transfer hüquqlarını “Beşiktaş”dan alacaq. Bu barədə “Tuttomercato” nəşri məlumat yayıb.

Semih mövsümün əvvəlindən “Kalyari”də çıxış edir. O, bu mövsüm 18 oyunda 4 qol vurub.

MLS klubu Messiyə 347 min dollar ziyana düşdü

4 March 2026 at 16:30

MLS təmsilçisi “Vankuver” Lionel Messiyə görə 347 min dollar ziyana düşüb.

Futbolpress.az xəbər verir ki, klub “İnter Mayami” ilə matçın afişası zamanı Messinin fotosundan istifadə edib.

İtaliyadan bir azarkeş argentinalı hücumçunu izləmək üçün oyuna bilet alıb. Lakin o, 8923 km məsafə qət edib gəlməsinə baxmayaraq, Messi oyunda iştirak etməyib. Fanat bu səbəbdən klubu məhkəməyə verib.

Məhkəmə azarkeşin şikayətini təmin edib və “Vankuver”ə 347 min dollar cərimə kəsib.

“Daha güclü komanda olduğumuzu düşünürəm”

4 March 2026 at 16:09

NTD komandasının basketbolçusu Zeyn Nouls klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, o, çempionatdan, komandaya keçidindən söz açıb:

– Növbəti oyun liqanın liderlərindən biri olan “Absheron Lions”a qarşıdır. Bu matçdan gözləntiləriniz nədir?
– Bu oyunda meydançaya daha böyük enerji, əzmkarlıq və özünəinamla çıxacağımızı gözləyirəm. “Sabah”a qarşı matçda oyunun böyük hissəsində yaxşı basketbol oynadıq, lakin qələbə qazanmaq üçün bu kifayət etmədi. Buna baxmayaraq, potensialımızın yüksək olduğunu və daha güclü komanda olduğumuzu düşünürəm.

– Liqada uzun fasilə oldu. Komanda bu dövrdən necə istifadə etdi?
– Bu müddət ərzində iki yoxlama oyunu keçirdik. Bu oyunlar bizə daha çox birlikdə oynamaq və bir-birimizi daha yaxşı anlamaq imkanı verdi. Düşünürəm ki, bu fasilə müəyyən mənada komandaya fayda verdi.

– NTD klubunu seçməyinizə nə səbəb oldu?
– Hesab edirəm ki, komandaya fiziki güc qatmaqla kömək edə bilərəm. Meydanda fiziki gücümü və sərt oyun tərzimi ortaya qoyuram və bu xüsusiyyətlərimin komandaya fayda verəcəyinə inanırdım.

– Azərbaycan Basketbol Liqasının səviyyəsini necə qiymətləndirərdiniz? Digər komandaların oyunlarını izləmək imkanınız olubmu?
– Açığı, indiyə qədər cəmi iki oyunda iştirak etmişəm, ona görə fikir bildirmək düzgün olmazdı. Amma qarşılaşdığımız komandalar yaxşı basketbol nümayiş etdirdilər. Digər komandaların oyunlarını isə hələ ki, canlı izləmək imkanım olmayıb.

Madrid klubunda Arda səsləri

4 March 2026 at 15:58

“Atletiko”da mövsümün sonunda baş məşqçi Dieqo Simeone ilə yolların ayrılacağı gözlənilir.

Futbolpress.az xəbər verir ki, mütəxəssisin “İnter”lə razılaşdığı bildirilir.

“Atletiko”da Simeonenin əvəzinə əsas namizəd isə Arda Turandır. Bu barədə “Fichajes” portalı məlumat yayıb.

Arda hazırda “Şaxtyor”a rəhbərlik edir. Türkiyəli mütəxəssis real variant olsa, dəyərləndirməyə hazırdır.

Asensio heyətdən kənarda qaldı

4 March 2026 at 15:22

“Fənərbağça” Türkiyə Kubokunda bu gün “Qaziantep”in qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Marko Asensio görüşü buraxacaq. O, ağrıları səbəbiylə heyətə daxil edilməyib.

“Qaziantep” – “Fənərbağça” oyununa saat 21:30-da start veriləcək.

“Real” Arbeloaya əvəzləyici tapdı

4 March 2026 at 14:51

“Real” baş məşqçisi Alvaro Arbeloa ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisin işindən narazıdır. Bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.

“Real”da Arbeloanın əvəzinə əsas namizəd “Milan”ın çalışdırıcısı Massimiliano Alleqridir. “Kral klubu” əvvəlki illərdə bir neçə dəfə Alleqri ilə danışıq aparsa da, razılaşa bilməyib.

“Real” rəhbərliyi komandanın sükanını növbəti mövsümdən məhz italiyalı tapşırmaq istəyir.

Alleqri 2025-ci ildən “Milan”a rəhbərlik edir.

Adı “Sabah”la hallanan mərakeşli qapıçı ilə bağlı AÇIQLAMA

4 March 2026 at 14:25

Fransa mətbuatı PSJ-nin U-23 komandasının qapıçısı Bilal Laurendonun “Sabah”la anlaşdığını yazıb. Xəbərdə qolkiperin yayda azad agent kimi “bayquşlar”a qoşulacağı bildirilib.

“Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov “Futbolpress.az“a açıqlamasında xəbərlə bağlı bunları dedi:

“Klubumuzun seleksiya xidməti mövsüm ərzində komandamızı gücləndirə biləcək futbolçuların axtarışı istiqamətində fəaliyyətini davam etdirir. Hər hansı keçid rəsmiləşdirildiyi halda, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Laurendon 2019-cu ildən PSJ-nin akademiyasındadır. O, əsas komanda ilə cəmi bir matça çıxıb. Bilal MərakeşinU-20 yığmasının da üzvüdür.

Şahin Cəfərov

“Sumqayıt” üçün SOS

4 March 2026 at 14:01

Sumqayıt – Zirə 0:0 (kubok)
Sumqayıt – Zirə 2:3
Araz-Naxçıvan – Sumqayıt 1:0
Sumqayıt – Qəbələ 0:0
Kəpəz – Sumqayıt 3:0
Zirə – Sumqayıt 2:0 (kubok)

“Sumqayıt” son 6 oyununda qələbə qazana bilməyib. “Kimyaçılar” 2 dəfə heç-heçə edib, 4 dəfə uduzub. Saşa İliçin rəhbərlik etdiyi kollektiv son 4 matçda da qol vura bilməyib.

İkinci dövrəyə “beşlik”də başlayan “kimyaçılar” indi 7-ci sıraya qədər geriləyib.

Mövsümün əvvəlində qarşıya qoyulan əsas hədəf liqada qalmaq, orta sıralarda qərarlaşmaq idisə, ardıcıl qələbələrdən sonra klubda “avrokubok iştahı” baş qaldırmış, komanda bu mübarizəyə qoşulmuşdu. Bəzi dönəmlərdə ikinci, üçüncü sıraya qədər irəliləyən “kimyaçılar” indi eniş dövrünü yaşayır.

Ötən yay heyətə cəlb olunan, komandanın aparıcı üzvünə çevrilən Marko Yankoviç bir neçə oyunda həlledici qollar vurmuş, məhsuldar ötürmələr etmişdi. Demək olar, bütün klubların əsas çəkindiyi ada çevrilən serbiyalı da indi əvvəlki formasında deyil.

Həmyerlisi, komandanın təcrübəli adı Nikolo Ninkoviç də son oyunlarda intizamsızlığı ilə komandaya problemlər yaratmaqdadır. Liqada “Kəpəz” səfərində, kubokda isə Zirədə qırmızı vərəqə almaqla “kimyaçılar”ı çətin duruma salan yarımmüdafiəçinin oyun baxımından da enişdə olduğunu demək olar.

Komandada hər mövqedə sanki axsamalar başlayır. Yaxşı ritmini qoruya bilməyən “Sumqayıt” indi çətin durumdan çıxa bilmir. Komandanın növbəti rəqibi autsayder “Karvan-Yevlax” olacaq. Bu görüşdə xalın itirilməsi baş məşqçi Saşa İliçin postunu təhlükə altına salacaq.

Şahin Cəfərov

“Araz-Naxçıvan”ın akademiyasında görüş

4 March 2026 at 13:51

AFFA-nın uşaq futbolunun inkişafı strategiyasına uyğun olaraq, “Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək” prosesində həyata keçirilən akademiya səfərləri çərçivəsində növbəti görüş “Araz-Naxçıvan”ın akademiyasında baş tutub.

Futbolpress.az xəbər verir ki, səfər zamanı akademiyanın direktoru Sakit Rzayevlə geniş müzakirələr aparılıb, mövcud fəaliyyət istiqamətləri və gələcək inkişaf perspektivləri ətraflı şəkildə nəzərdən keçirilib.

Görüşdə aşağıdakı məsələlər müzakirə olunub:

• Akademiyanın mövcud infrastruktur imkanları;
• Naxçıvan regionunda mövsümboyu mütəmadi yarışların keçirilmə imkanları;
• Yaş qrupları üzrə fəaliyyət modeli;
• Məşq prosesinin təşkili və metodoloji yanaşmalar;
• Region futbolunun inkişafında akademiyanın rolu;
• Uzunmüddətli inkişaf baxışı və strukturlaşma perspektivləri.

Qeyd olunub ki, Naxçıvanda futbola maraq, potensial mövcuddur və bu potensialın sistemli şəkildə inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Tərəflər arasında akademiya fəaliyyətinin mərhələli şəkildə təkmilləşdirilməsi, idarəetmə və proqramlaşdırma istiqamətində struktur addımların atılması, eləcə də gələcək inkişaf planının hazırlanması barədə qarşılıqlı razılıq əldə edilib.

Səfər regionlarda vahid və dayanıqlı akademiya modelinin formalaşdırılması istiqamətində davam edən prosesin tərkib hissəsidir.

Felipeni Jardim əvəzləyəcək

4 March 2026 at 12:50

Braziliyanın “Flamenqo” klubunun yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Leonardo Jardimə tapşırılıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Jardimlə müqavilə 2027-ci ilin yayına kimi olacaq.

Mütəxəssis bu postda bir neçə gün əvvəl vəzifəsindən ayrılan Felipe Luisi əvəzləyəcək.

Jardim “Monako” klubundakı işi ilə daha çox tanınır.

“Barselona”da itkilər

4 March 2026 at 12:27

“Barselona” itkilərlə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçiləri Jul Kunde və Aleks Balde sıradan çıxıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Hər iki oyunçunun azı bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

“Barselona” La Liqada 64 xalla liderdir. Komanda İspaniya Kubokunda yarımfinalda “Atletiko” səddini aşa bilməyib – 0:4, 3:0.

“Borussiya”nın futbolçusu “Real”ın “radar”ında

4 March 2026 at 12:00

Dortmund “Borussiya”sının futbolçusu Niko Şlotterbek karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Real” klubu müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Bild” nəşri məlumat yayıb. Madrid təmsilçisi 26 yaşlı futbolçu üçün yayda danışıqlara başlayacaq.

Alman müdafiəçinin “Borussiya” ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

Şlotterbek bu mövsüm 27 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Kapitanın yubileyi

4 March 2026 at 11:36

“Zirə”nin kapitanı Qismət Alıyev Bakı klubunun heyətində 200-cü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab matçına (2:0) təsadüf edib.

Qəsəbə klubunun oyun sayında rekordçusu olan Alıyev 2020/21 mövsümündən çıxış etdiyi komandada 15 qol vurub. O, Premyer Liqada 166, ölkə kubokunda 22, avrokuboklarda 12 dəfə meydana çıxıb. Qismət çempionatda 13, avrokubokda 2 qola sevinib.

Qeyd edək ki, onun “Zirə”dəki debütü də “Sumqayıt”la matça təsadüf edib. Alıyev 2020-ci il oktyabrın 18-də Premyer Liqanın səfər görüşündə (1:2) meydana çıxıb.

Qələbəyə həsrət qalan Premyer Liqa klubları

4 March 2026 at 11:23

Azərbaycan Premyer Liqasında 22 tur geridə qalıb.

Futbolpress.az-ın məlumatına görə, çempionatda üç komanda uzun müddətdir, qələbə qazana bilmir.

Bunlar autsayder “Karvan-Yevlax”, “Qəbələ” və “İmişli”dir.

Turnir cədvəlinin sonuncusu “Karvan-Yevlax” bu mövsüm cəmi 1 qələbə qazanıb. Yevlax təmsilçisinin yeganə üç xal qazancı 20 tur əvvəl – II turda “Kəpəz”lə matçda olub – 3:2. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv bu mövsüm cəmi 7 xal toplayıb.

“Qəbələ” son beş oyunda qələbə qazana bilməyib. Mövsümün ikinci dövrəsinə yaxşı başlayan və ardıcıl iki qələbə qazanan “qırmızı-qaralar” daha sonra 3 dəfə məğlub olub, 2 dəfə heç-heçə edib. “Qəbələ” 16 xalla 10-cu sıradadır.

Premyer Liqanın debütantı “İmişli” isə 10 oyundur, qələbəyə həsrətdir. Komanda sonuncu dəfə ötən ilin noyabrında “Neftçi” səfərində üç xala sevinib. Jorj Kaşkilyanın rəhbərlik etdiyi komanda qələbə qazana bilməsə də, heç-heçələr hesabına xallarını artırmağı bacarır. “İmişli” 21 xalla 9-cu sıradadır.

Şahin Cəfərov

Azərbaycan Kuboku: 3 oyuna təyinatlar açıqlandı

4 March 2026 at 11:07

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu gün baş tutacaq “Qarabağ” – “Şamaxı” oyununu Fərid Hacıyev idarə edəcək.

4 mart

“Qarabağ” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Zöhrab Abbasov, Rəşad Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

5 mart (cümə axşamı)

“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu, 14:30

“Qəbələ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu, 18:00

Klopp üçün ayrılıq siqnalı

4 March 2026 at 10:45

“Red Bull” şirkətinin qlobal idman direktoru Yurgen Klopp vəzifəsindən kənarlaşdırıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə rəhbərliyin funksionerin fəaliyyətindən narazı olduğu bildirilib. Kloppun bəzi qərarları son dönəmlərdə rəhbərlikdə çox tənqid edilib.

Alman mütəxəssisin adı bir müddət əvvəl “Real”la hallanırdı.

Klopp 2015-2024-cü illərdə “Liverpul”a rəhbərlik edib. O, 2025-ci ilin yanvarından “Red Bull” şirkətində çalışır.

PSJ-nin qapıçısı “Sabah”la razılaşdı

4 March 2026 at 10:22

Fransanın PSJ klubunun U-23 komandasının qapıçısı Bilal Laurendon karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. 20 yaşlı qolkiperin mövsümün sonunda azad agent kimi “Sabah”a qoşulacağı bildirilir. Məlumata görə, tərəflər arasında artıq anlaşma əldə edilib.

Laurendon 2019-cu ildən PSJ-nin akademiyasındadır. O, əsas komanda ilə cəmi bir matça çıxıb. Bilal MərakeşinU-20 yığmasının da üzvüdür.

II Liqa: son gündə bir oyun

4 March 2026 at 10:10

Bu gün Azərbaycan II Liqasında XVI tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçiriləcək. “Dinamo” “Şirvan”la üz-üzə gələcək.

Azərbaycan II Liqası
XVI tur

4 mart

14:30 Dinamo – Şirvan
Binə qəsəbə stadionu

Turun əvvəlki oyunları:

Qaradağ Lökbatan – Şəmkir 4:0
Xankəndi – Araz Saatlı 1:1
Sheki City – Ağdaş 1:4
Ağstafa Gəncləri – Göygöl 1:1

Almaniyada yeni liqalar yaradıldı

4 March 2026 at 09:45

Almaniyada yeni mövsümdən etibarən Bundesliqa və II Bundesliqa klubları üçün 21 yaşadək futbolçuların çıxış edəcəyi liqa keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Almaniya Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Yeni liqaların yaradılmasında məqsəd gənc futbolçuların inkişafına təkan verməkdir.

Yarışda Bundesliqa və II Bundesliqa klublarının U-21 komandaları mübarizə aparacaq.

UEFA-dan “Qalatasaray”a cəza

4 March 2026 at 09:28

UEFA “Qalatasaray”ı cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, qurum Türkiyə klubunu Çempionlar Liqasında “Yuventus”la səfər matçında azakeşlərininuyğunsuz davranışlarına görə 40 min avro məbləğində cərimələyib. “Qalatasaray”a eyni zamanda bir səfər matçına azarkeş aparmamaq cəzası verilib.

İstanbul təmsilçisi qərardan etiraz edəcək.

“Qalatasaray” Çempionlar Liqasının pley-off mərhələsində “Liverpul”la martın 18-də İngiltərədə üz-üzə gələcək. İlk oyun isə martın 10-da Türkiyədə olacaq.

“Sumqayıt”ın enişi, “Zirə”nin yüksəlişi

4 March 2026 at 09:12

“Zirə” Azərbaycan Kubokunda yarımfinala yüksəlib. “Qartallar” iki oyunun nəticəsinə görə “Sumqayıt”ı mübarizədən kənarlaşdırıb – 0:0, 2:0.

Saşa İliçin rəhbərliyi altında mövsümə yaxşı başlayan “kimyaçılar” son dönəmlərdə enişdədir. Liqada ardıcıl xal itkiləri ilə geriləyən komanda kubokla da vidalaşdı. “Zirə” səfərində dişsiz oyun göstərən, rəqib müdafiəsini yara bilməyən “Sumqayıt” layiq olduğu məğlubiyyəti yaşadı.

Avrokuboklara vəsiqə mübarizəsində geri düşən “kimyaçılar” liqada üçüncü sıradakı “Turan Tovuz”dan 10 xal geri qalır. Fərqin aradan qaldırılması inandırıcı görünmür. Həm yuxarıdakı komandalar daha formadadır, həm də “Sumqayıt” sərgilədiyi oyunla o ümidi vermir.

Nəticələr bir yana, komandada intizamsızlıq da aşkardır. Heyətin ən təcrübəli adı Nikolo Ninkoviç son iki rəsmi matçda qırmızı vərəqə almaqla komandanı çətin duruma salır. Təcrübəsiylə fayda verməsi gözlənilən yarımmüdafiəçi əksinə yersiz vərəqələrlə planları pozur. İliçin onun barəsində tədbir görəcəyi gözlənilir.

“Sumqayıt” enişdədirsə, “Zirə” üçün yüksəlişdə demək olar. Rəşad Sadıqovun komandası son turlarda inamlı təsir bağışlayır. Liqada əsas rəqiblərindən “Araz-Naxçıvan”a qalib gələn “qartallar” çətin “Sumqayıt” səddini də rahatlıqla aşmağı bacardı. Qəsəbə komandası üçün hər iki yarışda mübarizə davam edir.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

4 March 2026 at 08:45

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

4 mart

Asiya Çempionlar Liqası
14:00 Seul – Kobe (Spor Smart Türkiye)
16:15 Johor – Hiroşima (Spor Smart Türkiye)

Türkiyə Kuboku
15:30 Erzurumspor – Keçiörengücü (A Spor)
21:30 Qaziantep – Fənərbağça (ATV Türkiye)
21:30 Beşiktaş – Rizespor (A Haber)
21:30 Beyoğlu – Kocaelispor (A Spor)

Azərbaycan Kuboku
19:00 Qarabağ – Şamaxı (CBC Sport)

İngiltərə, Premyer Liqa
23:30 Brayton – Arsenal (beİN Sports 3)
23:30 Aston Villa – Çelsi (İdman TV, beİN Sports 4)
23:30 Mançester Siti – Nottingem Forest (beİN Sports 2)
00:15 Nyukasl – Mançester Yunayted (beİN Sports 5)

İtaliya Kuboku
00:00 Latsio – Atalanta (TRT Spor)

“Real”ın sabiq məşqçisi yenidən La Liqada

4 March 2026 at 08:40

İspaniyanın “Alaves” klubunun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Kike Floresə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Flores məşqçi karyerası ərzində “Real”, “Atletiko”, “Xetafe”, “Valensiya” kimi komandalara rəhbərlik edib.

“Alaves” La Liqada 26 turdan sonra 27 xalla 16-cı sıradadır.

“Qarabağ” yarımfinalda

4 March 2026 at 21:00

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti cavab oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” azarkeşləri önündə “Şamaxı”nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb – 3:1.

Komandalar arasındakı ilk oyunda “Şamaxı” qələbə qazanıb.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab oyunu

4 mart

19:00 Qarabağ – Şamaxı 3:1
Qollar:
Addai, 6, 61, Andrade, 64 – Rossi, 31
(“Şamaxı”nın futbolçusu Kərim Rossi 90+4-də penaltidən yararlana bilməyib)
Baş hakim: Fərid Hacıyev
İlk oyun 1:2

❌
❌