Reading view

Avrokuboklara iddiaçıların kubok duelləri

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. İlk oyun günündə “Sumqayıt” “Zirə”ni, “Sabah” isə “Qəbələ”ni qəbul edəcək.

17:00 Sumqayıt – Zirə

Premyer Liqada avrokuboklara vəsiqə mübarizəsi aparan komandalar bu dəfə kubokda üz-üzə gələcəklər. Bu mövsüm Saşa İliçin rəhbərliyi altında yaxşı nəticələrlə seçilən “Sumqayıt” üçün avrokuboklara vəsiqəni kubok yolu ilə qazanmaq daha uyğundur. “Kimyaçılar” liqada dördüncü sırada olmasına baxmayaraq, bəzən heyətlə bağlı problemlər, bəzən oyunların alınmaması xal itkilərinə səbəb olur. “Sumqayıt” üçün kubok yolu daha asan görünür. Nəticəyə oynamağı bacaran “kimyaçılar” azı final oynamaq arzusundadır. Həlledici görüşdə isə hər şeyin mümkünlüyü klubu daha iştahlandırır.

“Zirə” Premyer Liqada ikinci dövrəyə uğurlu başlamayıb. “Neftçi” səfərindən bir xalla dönən “qartallar” son turda “Sabah”a 1:3 hesabıyla uduzub. “Zirə” məğlubiyyəti unutdurmaqçün kubokda yaxşı nəticəyə ümid edir. Rəşad Sadıqovun komandası kubokda finallar oynayıb və daha təcrübəlidir. Cütün duelində “qartallar” bir addım öndə görünür.

19:30 Sabah – Qəbələ

Premyer Liqada son turların ən formada iki komandasının dueli olacaq. “Sabah” çempionatda ardıcıl 7 oyundur, qələbə qazanıb. Ümumilikdə son 16 matçda məğlub olmayan “bayquşlar” həm liqada, həm kubokda mükafatçılardan olmaq arzusundadır. Sıx qrafikə baxmayaraq, kubok görüşü komandanın oyun ritmindən qopmaması üçün daha əlverişlidir.

“Qəbələ” isə liqada son sıralardan qurtulmağı bacarıb. Kaxaber Sxadadzenin komandası son iki turda qazandığı inamlı qələbələrlə autsayderlə fərqi böyüdüb və indi daha rahatdır. “Qəbələ” ölkə kubokunun titullu komandalarındandır. Sxadadze liqada son sıralarda olmalarına baxmayaraq, kubokda final oynamaq niyyətindədir.

Şahin Cəfərov

Rosenyor “Arsenal”a məğlubiyyəti şərh etdi

“Çelsi”nin baş məşqçisi Liam Rosenyor İngiltərə Liqa Kubokunun yarımfinalında “Arsenal”a məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib

“İkinci hissədə daha üstün olsaq da, keyfiyyət göstərə bilmədik. Çoxlu təzyiqlərimizə baxmayaraq, qol vurmadı.

Oyundan öncə heyətlə bağlı problemlərimiz var idi. Bəhanə gətirmək istəmirəm, amma ciddi itkilər komandaya təsirini göstərdi. Hər bir halda, ikinci hissəsini daha yaxşı oynadığımız bir oyun oldu. Çox çalışsaq da, alınmadı”.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

4 fevral

Türkiyə Kuboku
14:00 Boluspor – Alanyaspor (A Spor)
16:30 Karagümrük – Başakşəhər (A Spor)
19:00 Gənclərbirliyi – Eyüpspor (A Spor)
21:30 Qalatasaray – İstanbulspor (A Spor)

Azərbaycan Kuboku
17:00 Sumqayıt – Zirə (CBC Sport)
19:30 Sabah – Qəbələ (CBC Sport)

İtaliya Kuboku
00:00 İnter – Torino (TRT Spor)

Fransa Kuboku
00:05 Strasburq – Monako (beİN Sports 4)
00:05 Lion – Laval (beİN Sports 3)
00:05 Loryan – PSJ (beİN Sports 5)

Elə-belə Zaur Axundov sicilləməsi

“Qarabağ”ın “Nyukasl”la oyuna yorğun çıxmaması üçün “Neftçi” ilə qarşılaşmanın təxirə salınması istəyi boş qaldı. Məsələn, günün müzakirə mövzusu bu ola bilər. Amma biz Zaur Axundov haqda iki gün əvvəl məqalə dərc etsək də, yenidən haqqında bəhs etmək istəyirik.

Elə-belə.

Və hər an bu baş verə bilər.

Ən aktual mövzunu kənara qoyub, məhz Axundovu dəxlisizcə müzakirə edə bilərik.

Biz onun haqqında vaxtsız-vədəsiz yazı yaza bilərik.

Guya qardaşının prezident olduğu “Araz Naxçıvan”ın hər şeyi məhz ona bağlıdır və bu klub necə ki məzmunsuzluğu, mahiyyətsizliyi ilə “göz oxşayır”, eləcə də Axundovun uzun illərdir ölkə futbolunda idarəçi olması “beyin yandırır”.

Dediyim kimi, həftəsonu, cümə, cümə axşamı, günün ilk və ya ikinci yarısı, ayın ortası, günəşin ultrabənövşəyi şüalarının kəskin şaquli düşdüyü vaxt – hər an biz Zaur Axundovdan bəhs edən məqalə ilə görüşünüzə gələ bilərik.

Bu bir gözlənilməzlikdir, anlaşılmazlıqdır, sistemsizlikdir, məntiqsizlikdir – hər nədirsə, edəcəyik.

Belə olmalıdır.

Axundov performansı ilə bunu haqq edib. Onun performansı özünəməxsusdur.

Ona performans sözünün işləndiyi sual ünvanlasam, nəticə hamımız üçün həm əyləncəli, həm düşündürücü ola bilər.

Azərbaycan futbolu belə idarəçiyə meydan açıbsa, niyə bu xaotikliyi, anlaşılmazlığı biz etməyək?

Müxtəlif klublarımız doğma arenasından “didərgin” düşüb. Onların hər birinə az-çox bəraət qazandırmaq olar. Ancaq muxtar respublika təmsilçisinin paytaxtda sərgərdan dolanmağının zərrə qədər məntiqi yoxdur.

Nə özü, nə rəhbərlik etdiyi klub anlaşılır.

Elmar Baxşıyevi mövsümün gedişində qovur, hansısa ukraynalı Demçenkonu baş məşqçi gətirir və nəticələr irəli yox, geri gedir. Zamanlamadakı qeyri-dəqiqliyin dəqiqliyinə heyran!

Hər an, istənilən formada ən ağlasığmaz məzmunda yazılara personaj olacaq adam deyilmi?

Məndən olsa, Əlcəzair ikinci divizionunun hər hansısa oyununa gedib, oyunsonrası mətbuat konfransında qonaq komandanın baş məşqçisinə Zaur Axundov haqda sual verərdim. Nə bilim niyə?!

Kimsə izah edə bilərmi o niyə Azərbaycan Premyer Liqasında çıxış edən bir klubun qeyri-rəsmi rəsmi rəhbəridi? Yox. Onda Əlcəzair ikinci divizionundakı istənilən matçın qonaq komandasının baş məşqçisi də təəccüblənməsin olanlara.

Məzmunsuzluğu anlada, ifadə edəcək fantaziya axtarışım hər hoqqa çıxara bilər…

Dünyada bazar günü, İranda isə cümə günü qeyri-iş günüdü və heç yer işləmir. Məhz istənilən cümə günü İranın hər hansı regional televiziya kanalında Zaur Axundovun futbol fəlsəfəsi haqda moizə oxumaq istərdim.

Təkrarolunmazlıq, ağlasığmazlıq, məəttəlbazlıq…

Elçin Cəlilov

“Fənərbağça”dan Kante sürprizi – rəsmi

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu “Əl İttihad”dan Nqolo Kanteni transfer edib. Bu barədə “bülbüllər”in mətbuat xidməti məlumat yayıb.

Kantenin keçidinin detalları açıqlanmayıb.

“Fənərbağça” daha öncə sənədləşmə işlərinin çatdırılmaması səbəbindən Kantenin transferinin baş tutmadığını açıqlamışdı.

Azərbaycan Kubokunda 1/4 final başlayır – YENİLƏNİR

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Sumqayıtda baş tutacaq. “Zirə” burda yerli komandanın qonağı olacaq.

Digər görüşdə isə Premyer Liqanın lideri “Sabah” “Qəbələ”nin müqavimətini qırmağa çalışacaq.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar

4 fevral

17:00 Sumqayıt – Zirə
Baş hakim: Cavid Cəlilov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30 Sabah – Qəbələ
Baş hakim: Fərid Hacıyev
“Bank Respublika Arena”

“Əl İttihad” “Monako”nun hücumçusunu transfer etdi

Fransanın “Monako” klubunun futbolçusu George İlenixena karyerasını Səudiyyə Ərəbistanıda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı hücumçu “Əl İttihad”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hücumçu ilə 3.5 illik müqavilə imzalanıb.

George bu mövsüm 20 oyunda 4 qol vurub.

AFFA akademiyalara baxış keçirdi

AFFA-nın uşaq futbolunun inkişafı strategiyasına uyğun olaraq, “Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək” prosesi çərçivəsində paytaxt klublarının akademiyalarına baxış keçirilib.

Futbolpress.az xəbər verir ki, layihə çərçivəsində “Sabah”, “Qarabağ” və “Neftçi” akademiyalarının mövcud vəziyyəti, tədris metodikası və infrastruktur imkanları yaxından izlənilib.

Keçirilən görüşlərin nəticəsi olaraq yaxın gələcəkdə akademiyaların fəaliyyətində aşağıdakı istiqamətlər üzrə yeniliklərin tətbiqi gözlənilir:
– Mövcud məşq proseslərinin beynəlxalq standartlara tam uyğunlaşdırılması və oyunçu yönümlü inkişaf metodikasına keçid;
– Kiçik yaş qruplarından əsas komandaya qədər olan keçid mərhələlərinin metodoloji ardıcıllığının təmin edilməsi;
– Akademiyadan peşəkar futbolçu mərhələsinə keçid prosesinin daha sistemli və ölçülə bilən meyarlar əsasında qurulması;
– Akademiyalarda rol bölgüsünün dəqiqləşdirilməsi və kadr potensialından daha effektiv istifadə üçün yeni struktur yanaşmalarının tətbiqi.

Aparılan genişmiqyaslı təhlillər yaxın müddətdə tətbiq olunacaq yeni Akademiya Standartlarının əsasını təşkil edəcək.

“Barselona”nın sabiq hücumçusu Türkiyə klubunda

Albaniya millisinin hücumçusu Rey Manajın yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı futbolçu “Sivasspor”a keçib. Bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Manajın son klubu Birləşmiş Ərəb Əmirliklərində “Şarja”da çıxış edib. O, daha əvvəl “Barselona”, “İnter” kimi klubların da formasını geyinib.

Balau üstünlüyü “Qarabağ”da görür: “Keçmiş haqda çox düşünməyə vaxt yoxdur”

“Şamaxı”nın futbolçusu Dieqo Balaunun “Futbolpress.az“a müsahibəsi:

– “Kəpəz” səfərində mühüm qələbə qazandınız. Oyunu necə şərh edərdiniz?
– Rəqibi təhlil etmişdik. Özümüzdəki səhvləri də gördük və həftə ərzində onları düzəltməyə çalışdıq. Əziyyətimizin əhrəsini gördük və üç xal qazandıq.

– “Qəbələ”yə böyükhesablı məğlubiyyətdən sonra “Kəpəz”ə qalib gəldiniz. Oyuna köklənmək çətin olmadı?
– Xeyr. Futbolda keçmiş haqda çox düşünməyə vaxt yoxdur. Hər beş gündən bir oyunumuz var və əsas məsələ səhvlərimizi görməkdir. Problemləri tez aradan qaldırmalıyıq ki, müsbət nəticələr əldə edə bilək.

– Liqada demək olar, yerinizi möhkəmləndirmisiniz. Bundan sonrakı hədəf nədir?
– Hələ nəsə dəqiqləşməyib. 100 faiz təmin olunanan sonra artıq danışmaq olar. Oyundan-oyuna baxırıq və hədəfimiz hər matçda yaxşı nəticə əldə etmək, xalları artırmaqdır.

– Növbəti rəqibiniz “Qarabağ”dır. İlk dövrədə səfərdə onlardan xal almısınız. İndi düşüncə qələbədir?
– “Qarabağ”ın gücü hamıya bəllidir. Amma azarkeşlərimiz önündə oynayacağıq və onları sevindirmək istəyirik. Düşünürəm ki, stadion amili də bizdən yanadır və qələbə qazanmaq şansımız var.

– “Qarabağ”ın Çempionlar Liqasında “Nyukasl”la oyununun olması sizə üstünlük qazandırır?
– Xeyr. Üstünlük “Qarabağ”dadır. Onlar sıx qrafikdə olsalar da, yüksək səviyyədə futbol oynayırlar. Çempionlar Liqası təcrübəsi onları daha güclü edir. Ona görə pley-off oyununun “Qarabağ” üçün daha üstünlük olduğunu düşünürəm.

Şahin Cəfərov

Hakimlər Komitəsinin sədri: “Vadji “qırmızı” almalı idi”

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilmiş oyunlardakı mübahisəli epizodlarla bağlı şərh edib.

Futbolpress.az xəbər verir ki, o, “Qarabağ” – “Turan Tovuz” oyununda Elçin Məsiyevin səhv qərar verdiyini və İbrahima Vadjinin kobud oyuna görə qırmızı vərəqə almalı olduğunu bildirib:

“İmişli” yeni transferi ilə müqavilə imzaladı

“İmişli” yeni transferi Dioqo Kardozu ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı hücumçu ilə 2 il+6 aylıq müqavilə imzalanıb.

Dioqo Portuqaliyanın “1 Dezembro” klubundandan transfer edilib. O, bununla yanaşı, “Portimonense” U-23 komandasının formasını geyinib. Futbolçu eyni zamanda “Benfika” Akademiyasının yetirməsidir.

Finlandiyadan Azərbaycana

“Şahdağ Qusar” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, klub Aqostinyo Çipesseni transfer edib. Futbolçu son olaraq Finlandiyanın “Kokkolan” klubunda çıxış edib.

O karyerası ərzində Portuqaliyanın “Jil Visente”, “Vilaverdense”, “Vilanovenses” klublarında oynayıb. Futbolçu ilə 5 ay+1 illik müqavilə imzalanıb.

“Şahdağ Qusar” I Liqada 12 turdan sonra 12 xalla 8-ci sıradadır.

Kubokda təyinatlar bilindi

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, sabah keçiriləcək “Sumqayıt” – “Zirə” oyununu Cavid Cəlilov idarə edəcək.

4 fevral (çərşənbə)

“Sumqayıt” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00

“Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”, 19:30

5 fevral (cümə axşamı)

“Şamaxı” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov
VAR: Rauf Cabarov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu, 14:30

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tovuz şəhər stadionu, 19:00

Azərbaycanlı hakim Səudiyyə Ərəbistanı çempionatına təyinat aldı

Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq.

Futbolpress.az xəbər verir ki, beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.

Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək. Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.

Ronaldo “Əl Nəsr”dən ayrıla bilər

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl Nəsr”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb. 40 yaşlı hücumçu klub rəhbərliyi ilə münasibətlərinin pozulması səbəbindən Səudiyyə Ərəbistanını tərk edə bilər.

Ronaldo rəhbərliyin idarəetmə sistemindən narazıdır. O, XX turda “Əl Riyad”la matçda oynamamaqla klub idarəçilərini boykot edib.

Kantenin “Fənərbağça”ya keçidi baş tutmadı

“Əl İttihad”ın futbolçusu Nqolo Kantenin “Fənərbağça”ya keçidi baş tutmayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Fənərbağça” oyunçu və klubu ilə anlaşmasına baxmayaraq, “Əl İttihad”ın transfer sənədlərini vaxtında FIFA sisteminə yükləməməsi səbəbindən keçid baş tutmayıb.

Çempionluğa oynayan klub beş futbolçunu göndərdi

II Liqada mübarizə aparan “Xankəndi” 5 futbolçusu ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Xankəndi” Əliəkbər Şəbiyev, Məhərrəm Məmmədli, Adəm Topalov, Mirkamil Əliyev, Hüseyn Mənəfli ilə yollarını ayırıb.

Klub II Liqada 39 xalla ikinci sıradadır.

“Araz-Naxçıvan”ın sabiq futbolçusu I Liqada

“Mingəçevir” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi Elçin Mustafayevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Mustafayev ötən mövsüm “Araz-Naxçıvan”da forma geyinib.

Millinin sabiq futbolçusu klubsuz qaldı

Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev “Şəki Siti” klubundan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

İmamverdiyev karyerası ərzində “Neftçi”, “Kəpəz”, “Sabah” kimi Premyer Liqa klublarında oynayıb. O, Azərbaycan yığmasında 11 oyunda 1 qol vurub.

“Lisenziya iddiaçılarının tələblərə uyğunluğu mütəmadi olaraq yoxlanılır”

AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, o, müsahibəsində klubların lisenziyalaşdırma prosesi ilə bağlı son yeniliklər barədə məlumat verib.

– Klubların lisenziyalaşdırma prosesində son durum necədir?
– Klubların lisenziyalaşdırma prosesinə rəsmi başlanğıc açılış iclası ilə həyata keçirilir. Sözügedən iclas ötən il oktyabrın 16-da baş tutub. Oktyabrın sonunadək klublar müraciət etdikləri lisenziya növünə uyğun olaraq müvafiq ərizələrini Lisenziyalaşdırma şöbəsinə təqdim ediblər. Eyni zamanda, Klubların Lisenziyalaşdırılması Qaydaları tərəfimizdən hazırlanaraq klublara təqdim olunub.

– 2026/2027 lisenziyalaşdırma mövsümündə hər hansı yeniliklər tətbiq olunubmu?
– Bunu müəyyən mənada yenilik kimi qiymətləndirmək olar. Klubların lisenziyalaşdırılması prosesi klubların peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən əsas mexanizmlərdən biri olduğundan, bu prosesin əhatə dairəsi genişləndirilib. AFFA İcraiyyə Komitəsinin 25 oktyabr 2025-ci il tarixli qərarına əsasən, cari futbol ilindən etibarən II Liqanın bütün klubları, eləcə də Region Liqasından II Liqa lisenziya növünə müraciət edən və Region Liqasının 1/4 final mərhələsinə yüksələn komandalar lisenziyalaşdırma prosesinə cəlb olunacaqlar. Bu isə o deməkdir ki, 2026/2027 mövsümündə II Liqada iştirak etmək istəyən klublar cari mövsümdə müvafiq lisenziyanı əldə etməlidirlər.

– Lisenziyalaşdırma prosesi hazırda konkret olaraq hansı mərhələdədir?
– Açılış iclası çərçivəsində klublar lisenziyalaşdırma qaydalarına edilən yeniliklərlə tanış olublar. Paralel olaraq, qaydalar üzrə təlim və treninqlər təşkil edilib. Bu təlimlər klubların seçiminə uyğun olaraq həm AFFA-da, həm də klubların ofislərində – Bakı və regionlarda keçirilib. Bütün təlimlər dekabrın 25-də yekunlaşıb. Bəzi təcrübəli klublar təlimlərdə iştirak etdikləri dövrdə artıq prosesə qoşularaq, sənədlərini Klubların Lisenziyalaşdırma Platformasına daxil ediblər. Digər klublar isə təlimlərdən sonra bu mərhələyə keçiblər. Hazırda proses klublar tərəfindən sənədlərin icbari təqdimolunma mərhələsindədir.

– Lisenziyalaşdırma prosesində tələblərin yerinə yetirilmə monitorinq mərhələsi barədə nə deyə bilərsiniz?
– Təqdim edilən sənədlər əsasında lisenziya iddiaçılarının tələblərə uyğunluğu mütəmadi olaraq yoxlanılır və bu proses çərçivəsində klublarla sıx əməkdaşlıq qurulur. AFFA tərəfindən “Klubların Lisenziyalaşdırılması çərçivəsində Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi”nə start verilib. İlkin mərhələdə Premyer Liqa və I Liqa klubları ilə onlayn görüşlər keçirilib və bu görüşlərdə akademiyaların inkişaf ehtiyacları, tələblərə uyğunluğun artırılması və metodiki dəstək mexanizmləri müzakirə olunub. Növbəti mərhələdə Lisenziya və Qeydiyyat Departamentinin məşqçi-koordinatoru Sərxan Hüseynov tərəfindən klubların akademiyalarına yerində baxışlar həyata keçirilib. Səfərlər zamanı mövcud vəziyyət qiymətləndirilib, məşqçi heyəti, tibbi personal, infrastruktur, bütün yaş qrupları üzrə məşq prosesləri, eləcə də SMM və hüquq komandalarının fəaliyyəti təhlil olunub və klublara müvafiq tövsiyələr təqdim edilib. Bu tədbirlər AFFA-nın akademiyaların inkişafına göstərdiyi davamlı dəstəyin və lisenziyalaşdırma prosesinin daha da təkmilləşdirilməsinə yönəlmiş mühüm addımlardır.

– Ümumilikdə bu tədbirləri keyfiyyət və kəmiyyət baxımından necə dəyərləndirərdiniz?
– Ötən mövsüm klubların lisenziyalaşdırılması prosesində lisenziya iddiaçılarının sayı 41 idisə, 2026/27 mövsümü üçün müraciət edən klubların sayı təxminən 54-ə çatıb. Bu, kəmiyyət baxımından ciddi artım deməkdir. Qeyd etmək olar ki, prosesdə iştirak edən klublar ildən-ilə daha təcrübəli olur, tələblərin ciddiliyini daha yaxşı anlayırlar. Yerində aparılan təhlil və monitorinqlər bu kəmiyyət artımının mərhələli şəkildə keyfiyyətə çevrilməsini qaçılmaz edir.

Azərbaycan Kubokunun püşkü atıldı

Bu gün AFFA-nın inzibati binasında futzal üzrə Azərbaycan kubokunun 2025/2026-cı illər mövsümünün püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, sayca 30-cü dəfə təşkil olunacaq kubok yarışında 6-sı Yüksək, 10-u Birinci Liqa iştirakçısı olmaqla ümumilikdə 16 komanda mübarizə aparacaq. Yarışa 1/8 final mərhələsindən start veriləcək və hər mərhələdə komandalar bir dəfə qarşılaşacaqlar.

Fevralın 14-15-də başlayacaq Azərbaycan kubokunun qalibi mayın 21-də keçiriləcək final matçında müəyyənləşəcək.

1/8 final mərhələsində qarşılaşacaq cütlükləri diqqətinizə çatdırırıq:
1. U-19 – “Yeni Suraxanı”
2. “Lənkəran” – “Atletiko Baku”
3. “STAR kargo” – “Şuşa”
4. “Xan-Lənkəran” – “Dəstə Ordubad”
5. “Baku Fire” – “Araz-Naxçıvan”
6. “Neftçi” İK – “Trabzon Azərbaycan”
7. “Ulduz” – “Baku Fire-2”
8. “Timsport” – PFL

1/4 final
9. 1-ci cütün qalibi – 8-ci cütün qalibi
10. 2-ci cütün qalibi – 7-ci cütün qalibi
11. 3-cü cütün qalibi – 6-cı cütün qalibi
12. 4-cü cütün qalibi – 5-ci cütün qalibi

Yarımfinal
9-cu cütün qalibi – 12-ci cütün qalibi
10-cu cütün qalibi – 11-ci cütün qalibi

Premyer Liqa klubundan rekord transfer

İngiltərənin “Kristal Pelas” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Vulverhempton”dan Yorgen Strann Larseni transfer edib. BU barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kristal Pelas” Larsen üçün 43 milyon funt-sterlinq ödəyəcək. Bu, klub tarixinin rekord məbləğli transferidir.

“Mançester Siti” futbolçusunu icarəyə verdi

“Mançester Siti” futbolçusu Kalvin Fillipsi icarəyə verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi mövsümün sonuna kimi “Şeffild Yunayted”də çıxış edəcək. Bu barədə Çempionşip klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi bu mövsüm “Mançester Siti”də oyuna çıxıb.

Disasi Londonda klubunu dəyişdi

“Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, London təmsilçisi “Çelsi”dən müdafiəçi Aksel Disasini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Disasi mövsümün sonuna kimi “Vest Hem”də çıxış edəcək

Müdafiəçi bu mövsüm “Çelsi” ilə oyuna çıxmayıb.

“Qarabağ”la oyunun komandaya mənfi təsiri olmadı”

“Kəpəz” Premyer Liqanın XVIII turunda “Şamaxı”ya uduzub – 0:2.

Gəncə təmsilçinin hücumçusu Paçu “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Oyuna yaxşı başlamadıq. Qollar buraxdıq və reaksiya verməyə gecikdik. İkinci hissədə geridönüş etməyə çalışsaq da, alınmadı. Bir qol vura bilsəydik, hər şey fərqli olardı amma alınmadı. İndi bu matçı unudub, növbəti görüşlərə daha yaxşı hazırlaşmalıyıq”.

Paçu “Qarabağ” üzərində qələbənin “Şamaxı” ilə görüşə təsir etmədiyini bildirdi. O, eyforiyaya qapılmadıqlarını qeyd etdi:

“Yenə deyirəm, ikinci hissədə tez bir qol vursaydıq, fərqli şeylər olardı. Lakin oyuna pis başlamağımız və “Şamaxı”nın bundan yaxşı istifadə etməsi nəticəni belə etdi. “Qarabağ”la oyunun komandaya mənfi təsiri olmadı”.

Hücumçu mövsümlə bağlı fikirlərini bölüşdü:

“Liqada qalmaq üçün yaxşı şansımız var. Hər şey özümüzdən asılıdır, maksimum yaxşı nəticə göstərib, yuxarı pillələrə qalxmaq istəyirik. Qarşıda oyun çoxdur, hər şey dəyişə bilər. İşimizə fokuslanmışıq”.

Şahin Cəfərov

“Şamaxı”nın sabiq futbolçusu “Mingəçevir”də

“Mingəçevir” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Bahadur Həziyevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həziyev daha əvvəl “Şamaxı”, “Səbail” kimi klublarda çıxış edib.

“Neftçi” və “Zirə”də oynamış futbolçu “Xankəndi”də

“Xankəndi” klubu heyətini növbəti yarımmüdafiəçi ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, II Liqa təmsilçisi son klubu “Baku Sportinq” olan Əli Mürsəlovu transfer edib. Futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

“Neftçi”nin yetirməsi olan Mürsəlov “Turan Tovuz və “Zirə”də də çıxış edib.

İtaliya çempionu La Liqaya yollandı

“Latsio”nun futbolçusu Matias Vesino karyerasını İspaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Selta”ya keçib. Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.

Vesino bu mövsüm 14 oyunda 2 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi daha əvvəl “İnter”lə A Seriyasını, İtaliya Kubokunu və İtaliya Superkubokunun qalibi olub.

“Lion” ukraynalı hücumçu ilə gücləndi

Fransanın “Lion” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Olimpiakos”dan Roman Yaremçuku heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynalı hücumçu mövsümün sonuna kimi “Lion”da çıxış edəcək.

30 yaşlı futbolçu bu mövsüm 16 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

“Sportinq”dən “Napoli”yə

“Napoli” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Neapol klubu “Sportinq”dən Alison Santosu heyətinə qatıb. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “Napoli”nin formasını geyinəcək.

Alison bu mövsüm “Sportinq”də 31 oyunda meydana çıxıb.

Veysəlin son durumu

Gəncədə bıçaqlanan “Kəpəz”in futbolçusu Veysəl Rzayevin son durumu məlum olub.

Klubdan “Futbolpress.az“a verilən məlumata görə, yarımmüdafiəçinin həyatı təhlükəsi yoxdur. Kəsilmə-deşilmə yarasına görə əməliyyat edilən futbolçunun durumu stabildir.

Veysəl Rzayev qış transfer dönəmində “Turan Tovuz”dan “Kəpəz”ə keçib.

Şahin Cəfərov

Meksika millisinin üzvü “Atletiko”da

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Sietl Saunders”dən Obeda Varqası transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Varqas Meksika yığmasının da üzvüdür.

“Roma” “Bavariya”lı ilə gücləndi

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İtaliya təmsilçisi müqavilə ilə “Bavariya”ya məxsus olan Brayan Saraqosanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı vinger mövsümün sonuna kimi “canavarlar”ın heyətində çıxış edəcək.

Saraqosa ilk dövrəni İspaniyanın “Selta” klubunda keçirib.

“Sumqayıt” Ramalinqoma rəqib gətirir

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, “kimyaçılar” artıq bir neçə oyunçuyla danışıqlar aparır. Baş məşqçi Saşa İliç irəlidə Aleksandr Ramalinqomun məhsuldarlığının aşağı olması səbəbindən mərkəz hücumçusu transferi istəyib.

Yeni hücumçu legioner olacaq. Adı məlum olmasa da, oyunçu böyük ehtimalla, Serbiyadan gələcək.

İliç ölkəsindən bu yay “Sumqayıt”a Nikola Ninkoviç, Aleksa Yankoviçi gətirib. Ninkoviç hələ formasını tam bərpa etməsə də, Yankoviç klubun bu ana qədər ən uğurlu yay transferidir.

“Sumqayıt” 18 turdan sonra 30 xalla 4-cü sıradadır.

Şahin Cəfərov

“Liverpul”dan 72 milyonluq transfer

“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Mersisayd klubu “Renn”dən Jeremi Jakeni transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi mövsümün qalan hissəsini “Renn”də keçirəcək və yayda “Liverpul”a qoşulacaq.

İnsayder Fabrizio Romanonun xəbərinə görə, “qırmızılar” Jake üçün bonuslarla birlikdə 72 milyon avro ödəyəcək.

Müdafiəçi bu mövsüm Fransa təmsilçisi ilə 19 oyuna çıxıb.

“Çelsi” hücumçusunu göndərdi

“Çelsi” futbolçusu Tayrik Corcu icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı hücumçu mövsümün sonuna kimi “Everton”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mersisayd klubu yayda oyunçunun transfer hüquqlarını ala bilər.

Corc bu mövsüm “Çelsi” ilə 11 oyunda 3 qol vurub.

APL: “Qarabağ” – “Sabah” oyununun vaxtı bilindi

Azərbaycan Premyer Liqasında XXII turun oyun cədvəli məlum olub.

Futbolpress.az xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

27 fevral (cümə)

“Kəpəz” – “Sumqayıt”
Yevlax şəhər stadionu, 14:30

“Araz-Naxçıvan” – “Zirə”
“Liv Bona Dea Arena”, 18:00

28 fevral (şənbə)

“Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu, 14:30

“Qəbələ” – “Karvan-Yevlax”
Qəbələ şəhər stadionu, 17:00

1 mart (bazar)

“Turan Tovuz” – “İmişli”
“Azersun Arena”, 16:30

“Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

Benzema klubunu dəyişdi

Fransalı hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanıda klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, 38 yaşlı futbolçu “Əl İttihad”dan “Əl Hilal”a keçib. Bu barədə klubların mətbuat xidməti məlumat yayıb.

Karyerası ərzində “Lion”, “Real” kimi klublarda oynamış Benzema 2023-cü ildən “Əl İttihad”ın formasını geyinirdi.

Bundesliqaya gedən azərbaycanlı: “Mahirlə danışığımız olmayıb”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva yeni klubu “Hamburq”da debüt edib. O, Bundesliqada “Frayburq”la matçda (0:2) meydana çıxıb.

Mirzəliyeva “Futbolpress.az”a açıqlamasında Almaniya klubuna keçidi və debütü haqda fikirlərini bölüşdü:

“Təklif menecerlərdən gəldi və bildirdilər ki, Bundesliqadan səni istəyirlər. Təbii ki, hər futbolçu kimi mən də böyük liqalarda oynamaq istəyirdim və razılıq verdim”.

Mirzəliyeva sabiq klubu “Zenit” ilə “Hamburq” arasında danışıqların bir ay əvvəldən başladığını bildirdi:

“Ötən il komandanın heyətində ən yaxşılardan idim və buna görə ayrılığım asan olmadı. Təxminən klublar arasında bir aya yaxın danışıqlar getdi. Düzü, klubların hansı şərtlər qarşılığında razılaşdığını bilmirəm. Amma sonra bir müddət əvvəl keçmiş klubum “Zenit” razılığın olduğunu və gedəcəyimi söylədi”.

Almaniyada kişi futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir. Mirzəliyeva “Kayzerslautern”də forma geyinən azərbaycanlı ilə danışmadığını qeyd etdi:

“Mahir uzun illərdir, Azərbaycan futbolunu Avropada təmsil edir. Ümid edirəm ki, digər futbolçularımız da bir gün davamlı ölkə xaricində qala bilərlər. Mahirlə danışığa gəlincə, onunla hansısa söhbətimiz olmayıb”.

Milli komandanın üzvü olan Nigar yığmanın martdakı dünya çempionatının seçmə mərhələsi oyunları haqda fikirlərini bölüşdü:

“Hər turnirdən öncə hədəflər böyük olur. Düşünürəm ki, bu seçmə mərhələdə uğurlu ola bilsək, davamı daha yaxşı gələcək”.

Şahin Cəfərov

“Atletiko” transferi açıqladı

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Atalanta”dan Ademola Lukmanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı nigeriyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Atletiko” Lukmanın transferi üçün 35 milyon avro ödəyib.

“Qəbələ” – “Turan Tovuz” oyununun vaxtı bilindi

Azərbaycan Premyer Liqasının XIV turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” görüşünün oyun cədvəli məlum olub.

Futbolpress.az xəbər verir ki, qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

24 fevral (çərşənbə axşamı)

“Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu, 15:00

“Qarabağ”ın “Neftçi” səfərinin vaxtı məlum oldu

Azərbaycan Premyer Liqasında XX və XXI turun oyun cədvəli açıqlanıb.

Futbolpress.az xəbər verir ki, XXI turun “Neftçi” – “Qarabağ” oyunu fevralın 21-də keçiriləcək.

XX tur

14 fevral (şənbə)

“İmişli” – “Qarabağ”
Quba OİK stadionu, 14:30

“Zirə” – “Karvan-Yevlax”
Zirə İdman Kompleksinin stadionu, 17:00

15 fevral (bazar)

“Kəpəz” – “Neftçi”
Yevlax şəhər stadionu, 14:30

“Araz-Naxçıvan” – “Sumqayıt”
“Liv Bona Dea Arena”, 17:00

16 fevral (bazar ertəsi)

“Şamaxı” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 14:30

“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 17:00

XXI tur

20 fevral (cümə)

“Turan Tovuz” – “Zirə”
“Azersun Arena”, 17:00

“Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30

21 fevral (şənbə)

“Karvan-Yevlax” – “Araz-Naxçıvan”
Yevlax şəhər stadionu, 14:30

“Neftçi” – “Qarabağ”
“Palms Sports Arena”, 19:00

22 fevral (bazar)

“İmişli” – “Şamaxı”
Quba OİK stadionu, 14:30

“Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”, 17:00

“Qarabağ” “Neftçi”ni məğlub etdi

AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqasında XVI turun oyunları keçirilib.

Futbolpress.az nəticələri, vurulan qolları və turnir cədvəlini təqdim edir.

“Qəbələ” – “Şamaxı” – 2:0
Qollar: Ağasəlim Abdullayev, 42; Ayxan Əmiraslanlı, 85

EFA – “Dinamo” (Bakı) – 2:2
Qollar: Qurban Cəlilov, 18; Toğrul Haqverdiyev, 32 – Təmkin Əlizadə, 12; Rafael Eyvazov, 69

“Araz-Naxçıvan” – “Sumqayıt” – 0:1
Qol: Ülvi Əliyev, 29

“Kəpəz” – “Turan Tovuz” – 0:1
Qol: Tural Həsənov, 82

“Qarabağ” – “Neftçi” – 3:0
Qollar: Fateh Əskərzadə, 8 (avtoqol); Əli İbrahim, 11; Muyideen Olatunji Olude, 46

“Zirə” – “Sabah” – 0:3
Qollar: Samir Şərifov, 50; Anar Hüseynov, 58; Babamirzə Mehdiyev, 77

Yer
Komanda
O
Q
H
M
VQ
BQ
T/F
Xal
1
Sabah
16
12
3
1
61
15
46
39
2
Qəbələ
16
12
0
4
37
12
25
36
3
Qarabağ
16
10
5
1
68
23
45
35
4
Neftçi
16
11
1
4
48
28
20
34
5
Zirə
16
9
2
5
41
26
15
29
6
Sumqayıt
16
7
2
7
25
25
0
23
7
Turan Tovuz
16
6
3
7
20
26
-6
21
8
Kəpəz
16
5
2
9
18
27
-9
17
9
EFA
16
4
2
10
24
52
-28
14
10
Şamaxı
16
3
1
12
29
48
-19
10
11
Dinamo (Bakı)
16
3
1
12
16
70
-54
10
12
Araz-Naxçıvan
16
3
0
13
13
48
-35
9

Fransa klubunun futbolçusu “Portu”da

“Portu” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Portuqaliya təmsilçisi “Renn”dən Seko Fofananı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi icarə əsasında “Portu”nun formasını geyinəcək.

Seko bu mövsüm 12 oyunda 1 qol vurub.

Lider fərqi qorudu, “Qəbələ” “zirzəmi”dən uzaqlaşır, “Neftçi”dən “4-4″lük oyun

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Lider “Sabah” növbəti qələbəsini qazanıb, ikinci “Qarabağ” “Turan Tovuz”dan üstün olub.

“Neftçi” bu turda “Araz-Naxçıvan” səfərindən darmadağınla dönüb, “Şamaxı” “Kəpəz”ə, “Sumqayıt” isə “Karvan-Yevlax”a qalib gəlib. “Qəbələ” “İmişli”ni məğlub edib.

Karvan-Yevlax – Sumqayıt 0:2
Turun ilk matçında autsayder yenə xalsız qaldı. Yevlaxı təmsil edən “Karvan-Yevlax” uzun müddətdir, qələbəyə həsrət qalıb. Elitanı tərk etməyə əsas namizəd olan bölgə klubunun oyun planında çatışmazlıqları var. Son zərbələrdə uğursuzluq yaşayan “Karvan-Yevlax” müdafiədəki səhvləri də başqa problemdir. Gedişat yaxşı görünmür.

“Sumqayıt” isə avrokubok zonasında qalmaq yolunda mühüm qələbə qazandı. “Zirə”nin xal itirdiyi turda bu qələbə “kimyaçılar” üçün xüsusi önəm daşımış oldu. Saşa İliçin komandası hücumda yaxşı təsir bağışlasa da, bəzən yarımmüdafiə xəttindəki ötürmə səhvləri komandanın qapısı qarşısında təhlükəyə səbəb olur. “Kimyaçılar” bu problemi də yoluna qoysa, avrokuboklar zonasında qala bilər.

Qəbələ – İmişli 3:2
İkinci dövrənin ən yaxşı komandalarından biri “Qəbələ”dir. Kaxaber Sxadadzenin yetirmələri ardıcıl ikinci matçında qələbə qazanaraq, autsayderlər bölgəsindən uzaqlaşa bildi. Sonuncu sıradakı “Karvan-Yevlax”ı 8 xal qabaqlayan “qırmızı-qaralar” liqada qalmaq yolunda inamla irəliləyir. Hücumda realizasiya problemini həll etdiyi görünən bölgə klubu artıq iki oyuna yeddi qol vurmağı bacarıb.

“İmişli” isə eniş yaşayır. Qəbələ səfərində ikinci hissədə daha gümrah oyun göstərən bölgə klubu son dəqiqələrdə müdafiədəki boşluğa görə cəzalandı. “Qəbələ”nin qələbəsi tərəflər arasındakı xal fərqini 4-ə endirdi. “İmişli” gedişatı dəyişməlidir, yoxsa komanda təhlükəli zonaya düşə bilər.

Kəpəz – Şamaxı 0:2
Ötən turda “Qarabağ” səfərindən üç xalla dönən “Kəpəz” “şirlər”lə bacarmadı. Yevlaxda baş tutan matçda ilk hissədə buraxdığı qollarla xalsız qalan gəncəlilər autsayder “Karvan-Yevlax”ın uduzduğu turda yaxşı fürsəti boşa verdi.

“Şamaxı” isə “Qəbələ”yə 0:4 hesablı ağır məğlubiyyətdən sonra toparlanmağı bacardı. İki qol vuran və daha artığını vurmaqçün imkanları olan “şirlər” mövqeyini möhkəmləndirdi.

Zirə – Sabah 1:3
Lider “Sabah” çətin səfərdən inamlı qələbə ilə döndü. “Qarabağ”la 4 xallıq fərqi qoruyan “bayquşlar” çempionluq yolunda irəliləməkdədir. “Zirə” kimi intizamlı müdafiəsi ilə seçilən komandaya 30 dəqiqədə üç qol vuran “Sabah” oyunun taleyini məhz bu anlarda həll etdi.

“Zirə” isə rəqibin müqavimətini qıra bilmədi. Hər iki hissədə qol şansları yaradan “qartallar” qapıya düşməkdə çətinlik çəkdi. Hücumda realizasiya problemləri yaşayan “Zirə” azarkeşləri önündə ağır məğlubiyyət yaşadı.

Araz-Naxçıvan – Neftçi 0:4
Andrey Demçenkonun gəlişindən sonra Premyer Liqada ikinci oyunda da xal itirən naxçıvanlıların oyun planında çatışmazlıqları var. Müdafiədə və hücumda dişsiz görünən “Araz-Naxçıvan” yekunda layiq olduğu məğlubiyyəti yaşadı. Elmar Baxşıyevlə vidalaşan klub hələ uğursuz seriyadan çıxa bilmir. Sanki Baxşıyevin “ahı tutub”. Gedişat yaxşı görünmür, nəticələr belə davam etsə, Demçenkonun da Bakı günləri qısa çəkəcək.

“Neftçi” isə mövsümün ən yaxşı oyunlarından birini keçirdi. “Futbol ili”ndə ilk dəfə böyükhesablı qələbəyə sevinən “ağ-qaralar” pozitiv siqnallar verir. Avrokubok zonasından komanda çox uzaq deyil və qələbə seriyasının davam etməsi komandanı “beşlik” mübarizəsinə qoşa bilər.

Qarabağ – Turan Tovuz 1:0
Çempionlar Liqasında tarix yazan “Qarabağ” liqadakı “Kəpəz” məğlubiyyətindən sonra tovuzlular üzərində mühüm qələbəyə sevindi. “Sabah”ın öncədən üç xalı qazanması oyundan əvvəl təzyiqi daha artırmışdı. Xal itkisi fərqi böyüdə bilərdi. Lakin “Qarabağ” oyunboyu üstün olduğu matçda qələbəyə sevindi və xal fərqinin böyüməsinə imkan vermədi.

“Turan Tovuz” isə son dəqiqələrini daha basqılı oynadığı matçda xalsız qaldı. İlk hissədə bir neçə imkan yaradan tovuzlular qol vura bilmədi. “Qarabağ”ı geridə qəbul edən, bəzən ani hücuma çıxan bölgə təmsilçisinin oyunu göstərirdi ki, komanda bir xala razıdır. Son dəqiqələrdə dirəyə dəyən top komandanı xaldan məhrum etdi. Məğlubiyyətdən qaçmağa çalışan tovuzluların hesabı bərabərləşdirməyə gücü çatmadı.

Şahin Cəfərov

Mahir Emrelinin klubu sabiq “Fənərbağça”lını transfer etdi

Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, II Bundesliqa təmsilçisi “Hoffenhaym”dan Mergim Berişanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.

Berişa bu mövsüm “Hoffenhaym”la oyuna çıxmayıb.

Forvard karyerası ərzində “Zaslburq”, “Auqsburq”, “Fənərbağça” kimi klublarda çıxış edib.

Maksimin Fransaya qayıdır

Meksikanın “Club Amerika” klubunun ayrılan Allan Sen-Maksiminin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu Fransa təmsilçisi “Lans”la anlaşıb. Bu barədə “Foot Mercato” nəşri məlumat yayb. Liqa 1 klubu 28 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalayacaq.

Sen-Maksimin daha əvvəl Fransanın “Monako”, “Nitsa”, İngiltərənin “Nyukasl”, Sədiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”, Türkiyədə “Fənərbağça”da çıxış edib.

“Qarabağ”dan transfer – rəsmi

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “atlılar” AEK-dən Jeremi Qnalini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.

23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.

Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.

“Fənərbağça”nın hücumçusu ərəblərlə razılaşdı

“Fənərbağça”nın futbolçusu Yussuf En Nesiri karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl İttihad” mərakeşli hücumçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubun En Nesiriyə təklif göndərdiyi və “hə” cavabı aldığı bildirilir.

“Əl İttihad” və “Fənərbağça” danışıqları davam etdirir.

En Nesiri bu mövsüm Super Liqada 15 oyunda 7 qol vurub.

Larnakadan gələn fransalı – “Qarabağ”ın yeni transferi kimdir?

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. “Atlılar” Kiprin AEK klubundan sol cinah müdafiəçisi Jeremi Qnali ilə anlaşıb. Tərəflər arasında yaxın zamanda müqavilə imzalanacağı gözlənilir.

“Transfermarkt”da dəyəri 450 min avro olan Qnali bu mövsüm Kipr çempionatında 14 oyunda 2 məhsuldar ötürmə edib. Cinah oyunçusu Larnaka təmsilçis ilə Konfrans Liqasında 5, Avropa Liqasında 6 oyunda meydanda olub. Qnailinin Avropa Liqası oyunları daha məhsuldar keçib – 3 assist.

Komandanın aparıcı üzvlərindən olan 23 yaşlı futbolçu “Mets” klubunun yetirməsidir. Futbol həyatına Fransada başlayan Qnali daha sonra İspaniyada aşağı liqa klubları “Tarazona”, “Melilla”da forma geyinib. Jeremi 2024-cü ilin avqustunda 150 min avro qarşılığında “Tarazona”dan AEK-ə keçib.

2021-ci ildə “Mets”in B komandası ilə oyunlara çıxan Qnaili 5 ilə 400 min avro dəyər artırıb. Güclü fizikası ilə seçilən müdafiəçi sol cinahda müdafiədə, yarımmüdafiədə və hücumda oynamağı bacarır.

Qnali peşəkar karyerası ərzində 154 matça çıxıb. O, bu görüşlərdə 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Ruandadan Azərbaycana

I Liqa təmsilçisi “Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi qanalı hücumçu Peter Aqblevor ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, daha öncə Ruandanın “Musenza” və “Police” FC komandalarında çıxış edib. Peterlə mövsümün sonuna qədər sözləşmə imzalanıb.

Qruda Premyer Liqanı Bundesliqaya dəyişdi

“Leypsiq” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Brayton”dan Brayan Qrudanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı vinger mövsümün sonuna kimi “Leypsiq”də çıxış edəcək.

Qruda Premyer Liqada bu mövsüm 18 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Millinin hazırlığı başladı

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Futbolpress.az xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Bakıda başlayıb.

Məşqçilər korpusu toplanışa Azərbaycan çempionatının bütün mükafatçılarını cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq fevralın 20-də yekunlaşacaq.

“Bavariya”dan “Roma”ya

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İtaliya klubu müqavilə ilə “Bavariya”ya məxsus olan Brayan Saraqosanı heyətinə qatıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 24 yaşlı vinger mövsümün sonuna kimi “Roma”nın formasını geyinəcək.

Saraqosa mövsümün ilk dövrəsini “Selta”da keçirib. O, La Liqada 19 oyunda 1 qol vurub.

Milli üzvünün Bundesliqadakı debütü uğursuz alındı

Azərbaycanın qadınlardan ibarət milli komandasının müdafiəçisi Nigar Mirzəliyeva yeni klubu “Hamburq”da debüt edib.

Futbolpress.az xəbər verir ki, o, Qadınların Bundesliqasında XVI turda “Frayburq”la görüşdə meydana çıxıb. Matç “Hamburq”un məğlubiyyəti ilə başa çatıb – 0:2.

“Hamburq” 16 turdan sonra 10 xalla 12-ci sıradadır.

“Mövsümün əvvəlində oyunumdan razı deyildim” (MÜSAHİBƏ)

“Sumqayıt”ın futbolçusu Nikola Ninkoviçin “Futbolpress.az“a müsahibəsi:

-“Karvan-Yevlax” səfərində qazanılan qələbəni necə şərh edərdin?
-Avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizədə çox mühüm qələbə idi. “Turan Tovuz”la oyunda məğlubiyyət yaşadıq və buna reaksiya verib, üç xal qazanmalıydıq. İstədiyimizə çatdıq və yaxşı oynayaraq, qələbə qazandıq.

– Avrokuboklardan söz açdın. Qarşıdan Azərbaycan Kubokunda “Zirə” ilə oyunlar gəlir. Kubok da avrokuboklara vəsiqə verən daha asan yol kimi görünür…
– Biz yarışlara yox, oyunlara baxırıq. Hədəfimiz hər oyunda maksimum nəticə əldə etməkdir. Ya Premyer Liqa, ya kubok, fərqi yoxdur. Önəmli olan oyunumuzla xallarımızı artırmaqdır. Sonda harda olacağımızı görəcəyik.

– Son oyunlarda start heyətdə yer alırsan. Artıq formanı tam bərpa etdiyini demək olar?
– Bura gəldiyim ilk gündən çox çalışıram, maksimumu edirəm. Məncə, formamı xeyli yaxşılaşdırmışam və hazırda yaxşı səviyyədəyəm. Buna baxmayaraq, inanıram ki, hələ də inkişaf edə bilərəm.

– Formanı yığmaq nə üçün çox zaman apardı?
– Mövsümün əvvəlində yaxşı deyildim və oynayanda da uyğunlaşa bilmirdim. Buna baxmayaraq, çox çalışdım, mübarizə apardım və formamı qaytardım. Mövsümün əvvəlində oyunumdan razı deyildim, bilirdim ki, artıra biləcəm. İndi isə yaxşı səviyyədəyəm və düşünürəm ki, gözləntiləri doğrulda bilirəm.

– Həmyerlin Aleksa Yankoviç oynadığı müddətdə çox effektivdir. Lakin bəzi matçlarda ehtiyat qüvvə kimi oyuna çıxır. Onunla danışırsınızmı? Təcrübəli biri kimi nə məsləhət verirsiniz?
– Yankoviç bu komandanın vacib oyunçusudur. Onun oyuna qoşulması ilə sürətimizi artırırıq. Driblinqləri ilə rəqibləri keçir, bizimçün şanslar yaradır. Yankoviç oyunun taleyini həll edə biləcək oyunçudur. Ona məsləhətim odur ki, hər gün çox çalışsın. O, liqada ən yaxşı oyunçulardan biri olduğunu sübut edəcək.

– Karyeranızda bir neçə klubda, ölkədə oynamışınız. Azərbaycan çempionatını digərlərindən fərqləndirən nədir?
– Əsas fərq keyfiyyətlə bağlıdır. Düzdür, burdan zəif və güclü liqalarda oynamışam. Amma hər çempionatın özünəxas cəhətləri var. Azərbaycanda komandalar demək olar, eyni səviyyədədir. Sonuncu sırada olan birinci sıradan xal almaq potensialındadır. Oyunların nəticələrini əvvəldən təxmin etmək olmur.

Şahin Cəfərov

“Araz-Naxçıvan”ın sabiq hücumçusu bölgə klubunda

I Liqada mübarizə aparan “Şimal” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Xaçmaz təmsilçisi “Şəki Siti”dən hücumçu Elşad Əliyevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Araz Naxçıvan”nın yetirməsi olan Əliyev karyerası ərzində “Araz Naxçıvan”, “Sumqayıt-2”, “Zaqatala”, “Cəbrayıl” və “Şəki Siti” komandalarında çıxış edib.

Azərbaycan yığması Özbəkistanla qarşılaşacaq

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün bu gün Özbəkistana yola düşəcək.

Futbolpress.az xəbər verir ki, U-19 Daşkənddə baş tutacaq hazırlıq çərçivəsində fevralın 4-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək. Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 14:00-da başlanması planlaşdırılır.

N.
Ad / Soyad
Klub
1
Nərgiz Ağaliyeva
Şəfa FK
2
Firuzə Bayramova
Dirçəliş FK
3
Bədriyyə Mavludova
Şəfa FK
4
Məsumə Nəzərli
Neftçi PFK
5
Arzu Cəfərova
Şəfa FK
6
Aygün Novruzova
Sabah FK
7
Yelizaveta Vaysman
Şəfa FK
8
Pərişan Abdullayeva
Liman FK
9
Aysel Cumayeva
Liman FK
10
Ülviyyə İslamova
Baku Juniors FK
11
Arzu Ağaliyeva
Şəfa FK
12
Mədinə Qədiməliyeva
Şəfa FK
13
Vahidə Əlipaşayeva
Dirçəliş FK
14
Səma Əsədova
Sabah FK
15
Mədinə Curuqova
Neftçi PFK
16
Ayşən Salamzadə
Neftçi PFK
17
Xanım Əsədova
Neftçi PFK

“Mançester Siti”ni bu kluba dəyişdi

“Nottingem Forest” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Mançester Siti”dən Ştefan Orteqanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı qolkiperlə razılaşmanın detalları açıqlanmayıb.

Orteqa 2022-ci ildən “Mançester Siti”dədir. O, bu mövsüm rəsmi oyuna çıxmayıb.

“Neftçi”nin 200-cü “qol silahı”

İqor Ribeyro “Neftçi”nin heyətində ilk çempionat qolunu vurub.

Futbolpress.az xəbər verir ki, braziliyalı müdafiəçi Azərbaycan Premyer Liqasının XVIII turunda fərqlənib. O, “Araz-Naxçıvan”la görüşdə (4:0) sabiq komandasının qapısına yol tapıb.

Ribeyro Azərbaycan çempionatları tarixində “Neftçi”nin heyətində rəqib qapısına qol vuran 200-cü futbolçu olub. Cari mövsümün startına qədər 194 oyunçu bunu bacarmışdı. İqora qədər daha 5 futbolçu bu siyahıya cari çempionatda daxil olub. Alesio Kurçi, Freddi Varqas, İmad Faraj, İfeanyi Metyu və Vensan Abubakar da ilk qoluna əvvəlki turlarda imza atıb.

“Neftçi” Azərbaycan çempionatlarının yüksək liqasında ən çox futbolçusu qol vuran komandadır. Heç bir digər komandanın 200 oyunçusu fərqlənməyib.

Qeyd edək ki, “ağ-qaralar”ın ilk qolunu 1992-ci il mayın 8-də “Xəzər”in (Sumqayıt) qapısına Yunis Hüseynov vurub. 200 nəfərlik “qol silah”ları siyahısına isə 99 qol vuran Samir Ələkbərov başçılıq edir.

“Qarabağ”ın yetirməsi I Liqada

“Difai” növbəti transferini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi mövqeyində çıxış edən Nihad Əliyev I Liqa klubuna qoşulub.
Nihad Əliyev “Qarabağ” akademiyasının yetirməsidir.

O, Qarabağ U10-dan Qarabağ-2-yə qədər klubun bütün yaş qruplarında çıxış edib. Milli komanda səviyyəsində isə U16, U17 və U19 yığmalarında ölkəmizi təmsil edib.

Millidə yeni məşqçilər

Azərbaycan Cüdo Federasiyası (ACF) istedadlı idmançıların peşəkar inkişafını dəstəkləmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və fiziki hərəkətlərin icrasında texniki düzgünlüyü artırmaq məqsədilə məşqçilər heyətinin gücləndirilməsi barədə qərar qəbul edib.

Futbolpress.az xəbər verir ki, qərara əsasən, Orxan Səfərov yeniyetmə oğlanlardan ibarət yığma komandanın, Tərlan Kərimov isə yeniyetmə qızlardan ibarət yığma komandanın məşqçisi vəzifəsinə təyin edilib.

Hər iki mütəxəssis aktiv idmançı karyerasını başa vurduqdan sonra Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə peşəkar bilik və bacarıqlarını artırıb, Beynəlxalq Cüdo Federasiyasının Akademiyasını (IJF Academy) uğurla tamamlayıb.
Orxan Səfərov həmçinin Yaponiyanın Tokai Universitetində bir aylıq məşqçi hazırlıq proqramında iştirak edərək müasir məşq metodologiyaları üzrə praktiki təcrübə qazanıb. Hal-hazırda da BCF Akademiyasında 2-ci səviyyə məşqçilik kursunda təhsil alır. Paralel olaraq ACF-də təhsil eksperti kimi fəaliyyət göstərir, yerli məşqçilər və idmançıların peşəkar inkişafına töhfə verir. Azərbaycan İdman Akademiyasında tədris prosesində iştirak edir, nəzəri və praktiki dərslər aparır.

Tərlan Kərimov ölkədə idmanın təbliği, gənclərin və uşaqların sağlam həyat tərzinə cəlb olunması və idmana inteqrasiyası istiqamətində aktiv fəaliyyət göstərir. Azərbaycan Cüdo Federasiyasının ölkə məşqçilərinin peşəkar inkişafı ilə əlaqədar təhsil fəaliyyətlərində aktiv iştirak edir.

Qeyd edək ki, hər iki məşqçi “İstedadların seçimi” turnirlərində fərqlənərək “Gələcəyin ümidləri” təlim proqramına seçilmiş yeniyetmə cüdoçularla çalışacaq, onların texniki-taktiki bacarıqlarının və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli fəaliyyət göstərəcək.

“Fənərbağça”nın hücumçusu Rusiya klubuna keçə bilər

Müqavilə ilə “Əl Nəsr”ə məxsus olan, icarə əsasında “Fənərbağça”da çıxış edən Con Duran karyerasını Rusiyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Zenit” kolumbiyalı hücumçunun icarəsi üçün klublarla danışıq aparır. Bu barədə “Championat” nəşri məlumat yayıb.

Duranın “Zenit”də oynamağa müsbət yanaşdığı bildirilir.

Forvard bu mövsüm “Fənərbağça”da 21 oyunda 5 qol vurub.

“Yuventus” transferi açıqladı

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi “Nitsa”dan Jeremi Boqanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Afrikalı cinah oyunçusu mövsümün sonuna kimi “qoca sinyora”nın formasını geyinəcək.

Boqa 2023-cü ildən “Nitsa”da çıxış edir. O, 78 oyunda 11 qol vurub 9 məhsuldar ötürmə edib.

Donu açılan “Neftçi”

Ötən tur “Zirə” ilə heç-heçə nəticələnən oyundan sonra “Vernidubun kəlməsi”ni yazmağa səbəb yaranmışdı. Qısadı, oxuyun, qayıdın, davam edək.

Deyəsən, Vernidub son illər baş məşqçi problemini çözə bilməyən “Neftçi”nin dərdinə məlhəm ola biləcək.

4:0 hesablı qələbənin doğurduğu eyforiya deyil, hərçənd kifayət qədər güclü heyəti olan “Araz Naxçıvan” darmadağın edilib… Sadəcə, Vernidub gəlişindən bu yana komandadaxili ab-hava baxımından atdığı addımlarla, qısa vədəli strateji yanaşmaları ilə buna zəmin yaradırdı.

Həqiqətən, “Neftçi”nin bütövləşmə, Vernidubun dediyi kimi meydanda istəkli olma kimi həssas problemi vardı. Bu məqamı ilk dəfə elə ukraynalı mütəxəssis səsləndirmişdi və qeyd etmişdik ki, tam “doqquzluqdan” vurub.

Və budur, uzun aylar, bəlkə də illər sonra ilk dəfə “ağ-qaralar” bu qədər kompakt, israrlı və istəkli görünürdü. Həm də bu detallara ölçüləri dəqiq oyun amilini əlavə etsək, böyükhesablı qələbənin ciddi şəkildə işıqlı gələcəyə işarə etdiyini deyə bilərik.

Qalır düşərgənin psixoloji ab-havasını nizamlamaq. Başqa heç nəyə ehtiyac yoxdur, “Neftçi”nin tədricən yüksəlməsi üçün heyəti kifayətdir. Növbəti mövsümə ağıllı keçid edilsə…

Kamil Əhməd

“Kəpəz”in yubileyi

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, Gəncə klubunun yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

Qərb təmsilçisi “Şamaxı” ilə ev matçında 0:2 hesabı ilə uduzub. “Kəpəz” 700 oyunda 293 qələbə qazanıb, 146 heç-heçə edib və 261 dəfə uduzub. 1040 qola sevinən komanda 889 top buraxıb.

Gəncə klubu evdə 342, səfərdə 346, neytral meydanda 12 oyun keçirib. “Kəpəz” oyun sayında yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”dan geri qalır.

Qeyd edək ki, ilk matçını 1992-ci il mayın 3-də keçirən Gəncə təmsilçisi evdə “Turan”a 2:1 hesabı ilə qalib gəlib.

“Sabah” iki rekordunu təkrarladı

“Sabah” Azərbaycan Premyer Liqasında ardıcıl 7-ci qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, bu, XVIII turun “Zirə” ilə görüşündə gerçəkləşib.

Bunadək “İmişli” (3:0), “Neftçi” (2:0), “Turan Tovuz” (3:1), “Qarabağ” (2:1), “Sumqayıt” (3:1) və “Karvan-Yevlax” (4:1) üzərində qələbə qazanan paytaxt təmsilçisi bu dəfə 3:1 hesabına sevinib. Bu, klub tarixinin rekordunun təkrarıdır.

“Sabah” Premyer Liqada ən uzun qələbə seriyasına 2022-ci ildə imza atmışdı. Həmin vaxt da komanda ardıcıl 7 dəfə qalib gəlib. 2022/23 mövsümünün ilk yarısındakı seriya dövründə 17 qol vuran paytaxt klubu 4 top buraxıb. Bu dəfə isə top fərqi 20-5-dir.

“Sabah” həm də ardıcıl 3-cü matçda 3 və ya daha çox qol vurub. Bu da klubun Premyer Liqadakı rekordunun təkrarıdır. Bakı təmsilçisi 2021/22 mövsümünün ilk yarısında “Sumqayıt” (3:0), “Qəbələ” (3:1) və “Zirə” (3:3) ilə qarşılaşmalarda məhsuldarlıq göstərib.

Zaur Axundovun eksperiment oyuncağı…

“Araz Naxçıvan” Elmar Baxşıyevi vaxtsız-vədəsiz göndərdi, yerinə Demçenkonu gətirdi. Klubun “nefutbolni” idarə edildiyini sübut edən bu faktdan sonra eybəcər nəticə özünü çox gözlətmədi.

Demçenko ötən tur xal itkisinə, bu dəfə isə “Neftçi”yə 0:4 hesablı biabırçı məğlubiyyətə səbəbi-izahlar gücənməkdədir…

Nə deyəsən, bu klub haqda futbolyönlü söhbət, müzakirə, müqayisə yersiz görünür.

Zaur Axundovun futbol İQ-nə oxşayan bir klub…

2.5 milyon dövlət dotasiyasına nə qədər əlavə etdiyi, ümumiyyətlə, bu əlavəni hardan, necə etdiyi naməlumdur. Klub kimi funksionallığı bəlli deyil.

Ancaq legioner gəl-getləri tüğyan edir. Qoymayın, iddia avrokuboklara vəsiqədir!

Son avrokubok mövsümündə düşdüyü rəzil durumun miskin mənzərəsi hələ göz önündən getməyib.

Bir klubun zərrə qədər yararlılığı olanda ona münasibətin də bir ədəbi olur. “Araz Naxçıvan”ın nə uşaq futboluna faydası var, nə yerli oyunçuların inkişafına, nə də yeni tapıntılar mövzusuna. Bircə yerli baş məşqçi üçün iş yeri olmaq kimi faydalılıq vardı, o da ləğv olundu. İndi Elmarın yerinə gətirilən Demçenko dəmə qoyub…

Kamil Əhməd

“Real”da ciddi itki

“Real” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Cud Bellingem sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqada “Valyekano” ilə matçda (2:1) zədələnən ingilis futbolçu bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Bellingem bu mövsüm 27 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.

50-ci het-trik

Azərbaycan Premyer Liqasının XVIII turu mövsümün ikinci het-triki ilə əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Domi Massumo “İmişli” ilə ev oyununda (3:2) qol vurub.

Konqoluya qədər Toral Bayramov fərqlənib. “Qarabağ”ın futbolçusu V turun “Araz-Naxçıvan”la səfər görüşündə (5:0) üç dəfə qol sevinci yaşayıb.

Domi Premyer Liqanın tarixində milliləşənlər də daxil olmaqla legionerlərin ümumilikdə 50-ci het-trikinə imza atıb. Bunlardan 42-si legioner statuslu, 8-i Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür.

Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner Davit Volkovdur. Cari mövsümdə “Zirə”də çıxış edən gürcüstanlı 4 matçda fərqlənib. Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb. O, “Kəpəz” forması geyindiyi 1997/98 mövsümündə 2 het-trik müəllifi olub.

“Neftçi”nin 1030 gün gözlədiyi qələbə

Azərbaycan Premyer Liqasının XVIII turunda “Araz-Naxçıvan”la qarşılaşan “Neftçi” mövsümdə ilk dəfə səfərdə böyükhesablı qələbə qazanıb.

Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi rəqib meydanında 4:0 hesabı ilə qalib gəlib.

“Ağ-qaralar” sonuncu dəfə belə nəticəyə 2023/24 mövsümündə imza atmışdı. Bunu 624 gün gözləyən Bakı klubu 2024-cü il mayın 18-də “Səbail”in meydanında 3 cavabsız qola sevinib.

“Neftçi”nin səfərdəki 4 və ya daha çox top fərqli qələbəsi isə 2022/23 mövsümündə qeydə alınmışdı. “Liv Bona Dea”dakı uğurdan 1030 gün əvvəl – 2023-cü il aprelin 8-də “Sumqayıt” qonaqların 4 cavabsız qoluna üzülüb.

“Sabah”ın legioneri: “Hədəfimizin nə olduğunu bilirik”

“Sabah” Premyer Liqanın XVIII turunda “Zirə”ni məğlub edib – 3:1. “Bayquşlar”ın futbolçusu Stiv Solvet matçdan sonra “Futbolpress.az“a fikirlərini bölüşdü:

“Yaxşı performans göstərdik. İlk hissədə qollar vurub, matçın taleyini demək olar, həll etdik. Sonda qol buraxmaq istəməzdik, amma oldu”.

Solvet komandanı uğurlu çıxışına toxundu:

“Mövsümün ilk dövrəsində gördüyümüz işlərin üzərinə qoyub, irəliləyirik. Ancaq hələ də inkişaf etdirməli olduğumuz məqamlar var. İşimizə fokuslanmışıq. Qarşıda uzun marafon var. Əsas odur ki, hədəfimizin nə olduğunu bilirik. Təvazökar qalmalıyıq və diqqətimizi itirməməliyik. Bu yolda yanımızda olan azarkeşlərimizə də təşəkkür edirəm”.

Müdafiəçi Azərbaycan Kubokunda “Qəbələ”yə qarşı keçirəcəkləri oyundan da söz açdı:

“Həm çempionatda, həm kubokda uğurlu olmaq isəyirik. Məqsədimiz qələbə qazanmaqdır. Hər oyun bizimçün çox vacibdir”.

Şahin Cəfərov

Lisenziyalaşdırma üzrə menecerlər üçün imtahan keçirildi

AFFA-nın təşkilatçılığı ilə klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni əməkdaşlar üçün onlayn formatda imtahan keçirilib.

Futbolpress.az xəbər verir ki, əvvəlcə AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları iştirakçılara imtahanın şərtlərini xatırladıblar. Menecerlər verilən sualları cavablandırıblar. İmtahandan müvəffəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, lisenziya qaydalarına əsasən, lisenziya iddiaçısı olan hər bir klubun lisenziyalaşdırma üzrə meneceri qeyd olunan sertifikata malik olmalıdır.

Lukmanın yeni klubu – rəsmi

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Atalanta”dan Ademola Lukmanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçu tibbi müayinədən keçdikdən onra rəsmi müqaviləyə imza atacaq.

Lukman 2022-ci ildən “Atalanta”da çıxış edirdi. O, 137 oyunda 55 qol vurub, 27 məhsuldar ötürmə edib

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

2 fevral

Türkiyə, Super Liqa
21:00 Kocaelispor – Fənərbağça (Futbol 3, beİN Sports 1)

İtaliya, A Seriyası
23:45 Udineze – Roma (Futbol 1, S Sport+, S Sport 2)

İngiltərə, Premyer Liqa
00:00 Sanderlend – Bernli (beİN Sports 3)

Boş tribuna miskinliyi

Teoremimiz səhv imiş. “Uğur olsun ki, azarkeş də stadiona gəlsin” fikri alt-üst olub.

Azərbaycan futbol tarixinin ən böyük nəticəsinin qazanıldığı ildir. “Qarabağ” ÇL-in liqa mərhələsində 10 xal toplayaraq pley-off mərhələsinə yüksəlib.

Həftənin bazar günüdür. Axşam saat 18:30-da başlayan oyunu stadiondan izləməməkçün bəhanə yoxdur. Ancaq azarkeş stadiona gəlmir.

Nəzəri baxımdan nəsə icad eləmək olmur. Sizcə, niyə belədir?

12 ildir avrokubokların qrup mərhələsində mübarizə aparan bir klubun indi onminlərlə tərəfdarı, azarkeşi formalaşmalıydı. Hanı bəs?!

Desək ki, böyük xal fərqi ilə turnir cədvəlinin zirvəsindədi, bəlkə stimulsuzluğu əsas gətirmək olar, ancaq heç bu da deyil axı.

“Sabah” zirvəni ələ keçirib. “Turan Tovuz”un ehtiyatında bir təxirə salınan oyun olduğu üçün bu qarşılaşmada qələbə qazansa, ikinci yeri təmin etmək potensialı yaranırdı.

Bunca dramatizmi olan oyun boş tribunalar önündə keçirildi.

Klub bu haqda düşünməlidir. Aksiyalar icad edilməli, bu anormal süstlük aradan götürülməlidir.

Ok, klubun bu işlə maraqlanması bunun ən bariz bilinən tərəfidir. Ancaq klubu bu məsələdən kənarlaşdırsaq belə, stadionun bu qədər boş olması klub miqyasını da aşan məsələdir axı…

Niyə insanlar stadiona getmir? Bu sual əməlli-başlı ritorik hal alıb.

Kamil Əhməd

Noqeyra: “Tarixi titulun ardınca getmək üçün hədəfə köklənməliyik”

“Sabah”ın futbolçusu İqor Noqeyra Braziliya mətbuatına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi Premyer Liqada “Zirə”yə qarşı keçirdikləri oyun və çempionluq yarışı haqda danışıb:

“İntizamlı komandaya qarşı əla oynadıq. Məğlub edilməsi çətin olan rəqibə üç qol vurduq. Oyunun əvvəlindən təzyiq göstərdik və demək olar, yarımsaata qələbəni təmin etdik. Komandamız əla formadadır. Tarixi titulun ardınca getmək üçün hədəfə köklənməliyik”.

“Sabah” Premyer Liqada 18 turdan sonra 43 xalla birinci sıradadır və ikinci pillədəki “Qarabağ”ı 4 xal qabaqlayır.

“Arsenal”dan “Ayaks”a

“Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Niderland təmsilçisi “Arsenal”dan Oleksandr Zinçenkonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah oyunçusu mövsümün sonuna kimi icarə əsasında “Ayaks”da çıxış edəcək.

29 yaşlı futbolçu ilk dövrəni “Nottingem Forest”də keçirib.

Premyer Liqa klubundan ayrılan futbolçu “Mingəçevir”də

“Karvan-Yevlax”dan ayrılan Nika Çaçaşvilinin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Mingəçevir”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Nika ötən ay “Karvan-Yevlax”la vidalaşıb.

Ronaldodan gözlənilməz qərar – oyuna çıxmayacaq

“Əl Nəsr”in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında “Əl Riyad”la matçda oynamaq istəmir.

Futbolpress.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb. Ronaldo klubun idarə edilməsi tərzindən narazıdır və o, boykot qərarı verib. Portuqaliyalı hücumçu “Əl Riyad”la görüşdə oynamayacağı ilə bağlı məşqçilər heyətini məlumatlandırıb.

Bu gün keçiriləcək “Əl Nəsr” – “Əl Riyad” oyununa 19:15-də start veriləcək.

Nuruşov cavabını nokautla verdi – VİDEO

Azərbaycan MMA döyüşçüsü Məhəmmədəli Nuruşov növbəti görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, o, Özbəkistanda “Octagon 84” turundən yerli döyüşdü Şahzod Uzoqovla qarşılaşıb. Nuruşov rəqibini nokautla məğlub edib.

Azərbaycanlı döyüşçü peşəkar karyerasında ikinci qələbəsini qazanıb.

Görüşdən öncə özbəksitanlı idmançı Nuruşovun üzərinə ani qışqıraraq, onu diksindirib. Daha sonra onu qıcıqlandıran hərəkətlər edən özbəkin döyüşdə nokautla məğlub olması sosial mediada geniş yayılıb.

Ayxan Abbasovun diqqət menyusu üçün…

“Şamaxı”nın “Qəbələ”yə 0:4 hesablı məğlubiyyətindən sonra belə bir məqalə dərc etmişdik.

Sonra “Şamaxı” “Qarabağ”ı məğlub edən “Kəpəz”ə qalib gəldi.

Və oyunsonrası mətbuat konfransında “şirlər”in baş məşqçisi Ayxan Abbasov belə fraza işlədib:

“…Uşaqlar çalışır. Bir oyun uduzandan sonra elə tənqidlər oldu ki, sanki, “Şamaxı” sonuncudur. Sanki burda iş yoxdur”.

Diqqət!

Abbasov bilməlidir ki, o, artıq həm də (!) milli komandanın baş məşqçisidir. “Şamaxı”dakı iş/nəticələr həmçinin “millinin çalışdırıcısı” kimi qiymətləndirməyə “materialdır”. Bu səbəbdən Abbasov tənqidlərə belə münasibət göstərməsə, doğru olar.

Həm də xal ehtiyatı baxımından böhran yaşayan “Qəbələ”yə 4 cavabsız qolla məğlubiyyət… Üstəlik, ondan əvvəlki tur “Araz Naxçıvan”a 2 cavabsız qolla yenilgi – Abasov, iki oyuna 6 qol buraxılır və tənqid olunmanız təəssüf yaradır?!

Nəticələrdən söhbət düşmüşkən, Abbasov da razılaşar ki, onun məşqçi kimi milliyə təyinatı nəticələrindən çox, “necə məşqçi”liyi səbəb olub.

Və bu təyinatda tənqidindən incidiyi futbol ictimaiyyətinin, idman mediasının rolu danılmazdır.

***

Sanki Abbasov “Şamaxı”nın liqada qalması müqabilində mənəvi təmənna umur. Ola bilər ki, klubun imkanları fonunda nəticələr qismən qənaətbəxş sayılsın, lakin yuxarıdakı mətləbi təkrirdən keçirməkdə fayda var: klubdakı işinin hər detalı milli komandakı Ayxan Abbasova da təsir edəcək və bu, çox normaldır. Liqada necəsə qalmaq yox, necə qalmaqdır mövzu…

“Bir futbolçunu qazandırmaq üçün illər lazımdır. Təəssüf ki, buna qiymət az verilir. Əsas nəticəyə baxılır”.

Əməlli-başlı inciklik. Gözlənilməz. Hələ dərinə getsən, minnət motivi də tapmaq olar.

Abbasovun milliyədək yüksəlməsində futbol camiəsi olaraq AFFA-ya pressinq unudulmamalıdır. Və uzun illər əcnəbi çalışdırıcılardan yaxa qurtarmaq üçün edilən cəhdlərin yekununda kifayət qədər yerli məşqçi namizədlərin içindən Abbasovun qabarması/qabardılması hansısa kabinetlərdə həll olunan məsələ deyil(di). Abbasov zəhmətkeşliyi, rasional xarakteri və adekvat mövqeyinə görə fərqləndirilib.

Hələ tənqidin ucu belə görünmür, bu təlaşdır?!

Əcnəbi baş məşqçilərin tuş gəldiyi tənqidlərin yarısının yarısının yarısı belə yoxdu ortada, Abbasov…

“Üzərində işlədiyimiz şeylər var. Bu gün Orucun, Edqarın, Rüfətin oyunu ortadadır. Bunu görə bilmiriksə, təəssüf…”

Zamanında bunu görənlər və artıqlaması ilə qabardanlardır sizin iki ardıcıl məğlubiyyətinizi tənqid edənlər. Təəssüflənməyə tələsmək lazım deyil…

“Bilirəm, məğlub olanda bu söhbət çıxır. Mən istirahət vaxtlarım da belə işləyirəm. Təhlillər aparanda, bəlkə də, daha dəqiq öyrənmək lazımdır”.

Bu sitat da Abbasovdan gözlənilən reaksiya olmadı. Milliyə baş məşqçi axtarılarkən, yenə əcnəbi dürtmək istəyənlərə qarşı yerli mütəxəssis üçün israr edən kəsim öz arqumentləriylə həmişəki kimi kəskin haqli idi. Ayxan Abbasovun namizədliyi ortaya çıxanda haqqında, “böhran dövrünün ən uğurlu meneceri” ifadəsini işlətmişik.

Hələ böhranın rüşeymi yoxkən Abbasovun arqumental/ortastatistik tənqidlərə qarşı bir mətbuat konfransında bir neçə dəfə təəssüflənməsi…

İnanaq ki, “böhran dövrünün uğurlu idarə edilməsi” tərifindəki Ayxan bəyi yenidən görəcəyik. Biz bu yönünə görə onu dəstəkləmişik, xırda tənqidlərə təəssüflənəni yox.

Elçin Cəlilov

Qurban Qurbanov: “Narahatam”

Azərbaycan Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Vacib qələbə idi. Futbolçularım xarakter göstərdilər. Azarkeşlərə təşəkkür edirəm, bizi dəstəklədilər. Yaxşı, bərk komandaya qarşı oynayırdıq. “Turan Tovuz”un özünəxas oyunu var. Belə matçlarda ritmi tutmaq asan deyil. Hər pauza, cərimə zərbəsi rəqibin üstünlüyü idi. Sona yaxın standart vəziyyətlərdən təhlükə yaratdılar.

– Adətən, səfər oyunlarından sonra ikinci heyətə üstünlük verirsiniz. Bu gün isə “Turan Tovuz”a qarşı əsas heyəti buraxmışdınız. Bu addımı çempionluq yolunda təhlükə yarandığı üçün atdınız?
– Belə hallar olur. Uzaq səfərdən gəlmişdik, yorğunluq var idi. Lakin futbolçulara bildirmişdim ki, bu oyuna hazır olmalıdırlar. Həm də artıq ehtiyac var. Narahat olduğum zədələrdir. Belə matçlarda mikro zədələr yarana bilər. Futbolçuların hazırlığına baxandan sonra qərar verdik ki, bu heyətlə çıxaq.

– Çempionlar Liqasında yüksək səviyyədə oyunlar və hakimlər görmüsünüz. Bizim yerli FIFA referilərinə nə tövsiyə verə bilərsiniz?
– Heç nə, oyun zamanı emosiyalar olur. Sadəcə bir az çox oyun dayanırdı. Bəzi epizodları davam etdirmək olardı. Elçin Məsiyev təyinat alanda rahat oluram. Çünki Avropa təcrübəsi var, oyun tempini yaxalaya bilər. Bəzi anlarda emosiyalara qapıldıq, lakin sonra ona bildirdim səbəbi. Normal qarşıladı. Biz kənardayıq və bəzi epizodlarda yanıla bilərik. Sadəcə oyun çox dayananda bir az aqressiya yaranır. Tempin düşməsinə görə fikirlərimi bildirmişdim. Amma ümumi götürəndə onlar bizdən daha yaxşı bilirlər.

– 21 il sonra “Nyukasl”ın stadionuna gedəcəksiniz. Xatirənizdə necə qalıb?
– Normal, olduğu kimi. O vaxt çılğın azarkeşlər var idi, bir az vahiməli idi. Orda sanki başqa bir futbol var. İngiltərə Premyer Liqası bütün liqaları üstələyir. Dünən yəqin “Liverpul” – “Nyukasl” oyununa baxdınız, ilk hissədə demək olar, oyun 2 dəfə dayandı, ya yox. Orda futbol başqadır. Hər komanda sona kimi mübarizə aparır. Elə bil forma yaranıb ki, sanki oyunun sonlarını azarkeşlər üçün oynayırlar. Daha çox mübarizə, qol olur.

– İbrahima Vadjinin epizodunda qırmızı vərəqə və sizin qolunuzda ofsayd şübhəsi var idi. Təkrara baxmışdınız?
– “Qırmızı”ya ehtiyac yoxdur. İstəmərəm ki, bəsit vərəqələr verilsin. Futbol mübarizələr oyunudur. O epizodlar azarkeşlərdə daha həvəs yaradır. 100 faizlik epizodlara qırmızı vərəqə verilməlidir, amma Vadjidə məncə, ehtiyac yox idi. Qola gəlincə, təkrara baxdım, təmiz qol idi.

– Çempionlar Liqasındakı uğurunuza görə, bəzi klublar sizi təbrik etmədi. Münasibətiniz necədir?
– Normal. Dünya futbolunda belə hallar var. Hamısı dostlarımızdır, özümüzünkülərdir. Hər klubun öz strukturu, sistemi var. Neqativ düşüncələrim yoxdur.

– “Liverpul”la oyunun ikinci hissəsində böyük ekranlarda məyus görünmüşdünüz. Belə hallarda sizi kim təsəlli edir?
– Mənə 90 dəqiqə baxsanız, məyus görünürəm (gülür). Özüm, klubum, Azərbaycan futbolu üçün bizim pley-off mərhələsinə çıxmaq böyük uğurdur. 10 xal topladıq, sevinməliyik. Amma hamımız məyus idik. Azarkeşlər də fərqli yanaşırlar. İstər-istəməz bəzi anlarda təəssüf hissi yaranır. Hər birimizin həyatda problemi olur. Futbol elədir ki, bir oyun qəhrəman olursan, bir oyun əksi. İndi futbol elə həddədir ki… İngiltərə Premyer Liqasında hər oyunda 4-5 qol olur, hər komanda bir-birinə qalib gələ bilir. İndiki 4-5 qollu oyunlar o vaxtın 0:0-larına bənzəyir. Futbol çox inkişaf edir. Çempionlar Liqasında 13 qol vurmuşuq, az deyil. Əvvəl il ərzində demək olar, 1-2 oyun böyükhesab qeydə alınırdı, amma indi hər tur bolqollu qarşılaşmalar olur.

– Vaxtilə futbolçusu olduğunuz “Baltika” sizi təbrik etdi. Sizinlə birbaşa əlaqəyə keçiblər?
– Xeyr. Amma yenə sağ olsunlar, hər birinə təşəkkür edirəm. Yuri Syominlə danışmışdım, təbrik etdi.

– “Sabah”ın davamlı yüksəlişi şəxsinizdə və komandada həyəcan yaradır?
– Narahatlıq həmişə olur. Qarşımıza çempionluq məqsədi qoymuşuqsa, bu, normaldır. Digər tərəfdən də sevinirik ki, çempionatda mübarizə gərginləşir. İdmandır, bir gün udursan, bir gün uduzursan. “Sabah” gəlir, həyəcanlı olaq, deyə fikirləşməməliyik.

– “Nyukasl”la səfər oyunundan öncə “Neftçi” ilə matç var. Təxirə salınma istəyəcəksini?
– Planda var, amma qarşıdakı günlərdə daha dəqiqləşəcək. Uzun səfərdir və oyunlar arasında vaxt azdır. Proqramımıza baxacağıq, uyğun görsək, təxirə salına ilər.

– “Nyukasl”la oyunöncəsi Şamaxı və Quba səfəriniz var. Burda meydançalar süni örtüklüdür. Narahatlıq var?
– Çox narahatam. “İmişli” ilə oyunda həva şəraiti pis olsa, həmin meydançada oynamaq çətin olacaq. Zədələrə görə narahatlıq var. Ümumilikdə, bu matçları “Nyukasl”la qarşı yaxşı hazırlıq kimi düşünmürəm. Narahatam. Qarşıdakı günlərdə hansısa rotasiya edə bilərik. Bizim daha çox oynamağa, oyun təcrübəsinə ehtiyac var. Lazım olsa, risklərə gedəcəyik.

– Pley-off üçün üç oyunçu sifariş edə bilərsiniz. Yeni transfer Jereminin Bakıya gələcəyi deyilir…
– Bəli, var. Bakıya gəlməlidir. Rəhbərliklə danışmamışam tam.

– Digər iki yer üçün Ramil və Kadi heyətə salına bilər?
– Baxacağıq. Hansı xəttə daha çox oyunçu lazım olacaq, mütləq edəcəyik. Hazırda boş yer yoxdur və əvəzetmə üçün kimisə çıxarmalıyıq. Götür-qoy edəcəyik. Qarşıda vaxtımız var.

– Quba və Şamaxı səfərinin yerinin dəyişməsi variantı var?
– Deyəsən, bir dəfə dəyişmişik. Olsaydı, böyük məmnuniyyətlə edərdim. Amma idman qaydaları var.

– “Nyukasl”la oyuna kimisə göndərmək fikriniz var?
– Xeyr. Püşkatmadan öncə də onların oyunlarına baxırdıq. Burda da işimiz çox olacaq.

Şahin Cəfərov

“Elə başa düşülməsin ki, bəhanədir, buna görə uduzduq”

Azərbaycan Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Qarabağ”ı Çempionlar Liqasındakı uğuruna görə təbrik edirəm. Bu, Azərbaycan futbolunun uğurudur. Oyuna gəlincə, yaxşı məqamlar var idi. Ümumilikdə isə məyusedici nəticə oldu. Sonda imkanlar yaratsaq da, dəyərləndirə bilmədik.

– Burdan xal və ya xallar qazanmaq üçün nə çatmadı?
– Realizasiya.

– Transferlər bitib, ya axtarışdasınız?
– Axtarışdayıq.

– Vadjinin ilk hissədəki müdaxiləsinə qırmızı vərəqə verilə bilərdi. Bu haqda fasilədə onunla danışdınız?
– Xeyr, söhbət olmayıb. Pis niyyəti olmayıb. Oyun epizodu idi. Vadji sonra yaxınlaşıb, üzr istədi.

– “Qarabağ”ın qolundan sonra nəyə etiraz edirdiniz?
– Ofsaydla bağlı şübhələrimiz var idi. Nədənsə, VAR da xətti göstərmədi. Hər oyun göstərir, bu gün yox. Bəlkə də, mən də səhv edirəm. Elə başa düşülməsin ki, bəhanədir, buna görə uduzduq.

– Stadionla bağlı tez-tez yer dəyişirsiniz. Bu, komandanın oyununa təsir edir?
– Stadionumuzun hazır olmasını gözləyirik. Azarkeşlərimiz önündə oynamaq istəyirik.

– Avrokuboklara getməkçün kuboku, ya liqanı düşünürsünüz?
– İkisini də.

– Qolda müdafiəçiniz Zubirə ötürmə etdi. Bu səhvi necə qarşılayırsınız?
– Futboldur, ola bilər.

– Yeni hücumçunuz Çinellidən gözləntiləriniz nədir?
– Vaxt lazımdır. Düşünürəm ki, kömək edəcək.

Şahin Cəfərov

Demçenkodan 0:4-ə şərh

Azərbaycan Premyer Liqasının XVIII turunun “Araz-Naxçıvan” – “Neftçi” oyunundan (0:4) sonra meydan sahibi komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Birinci hissə bizim üçün əlverişli olmadı. Standart vəziyyətdən qollar buraxdıq. Səhvlərə yol verdik və “Neftçi” iki qol vurdu. Fasilədən sonra daha yaxşı oynadıq, fürsətlər yaratdıq.  Hücum oyunu oynamaq üçün xüsusi istək lazımdır. Futbolçularda müəyyən psixoloji vəziyyət olmalıdır ki, hücum futbolu oynayasan. Bunu futbolçularda görmədim. “Neftçi”ni təbrik edirəm, yaxşı oynayaraq 4 qol vurdular.

– “Araz-Naxçıvan” rəhbərliyi tələbkarlığı ilə seçilir. Qələbəsizlik oyunlar davam edərsə, mövsüm başa çatmamış komandadan ayrılmaq ehtimalınız ola bilər?
– Başa düşürəm ki, 0:4 xoşagəlməz hesabdır. Komandaya hücum futbolu oynamağı öyrətmək istəyirəm. Üç həftənin içərisində psixoloji olaraq dəyişmək də asan deyil. Zaman bunu göstərəcək. Burada qalmağım nəticədən asılıdır.

– Hücum bir kənara, müdafiədə də problemlər var…
– Bəli, böyük problemdir. Hücuma çıxdıq və qapımızda 90 dəqiqədə 4 qol gördük. Daim müdafiə olunmaq Avropa futbolu deyil. Müasir Avropa futbolunun tələbini yerinə yetirmək istəyirik.

– Ötən mövsüm komandanı avrokuboklara çıxarmış Felipe Santos, Ramon Maçado, Nuno Rodriqes əsas heyətdən kənarda qalır. Səbəb nədir?
 Mənim üçün birinci olan məşq prosesidir. Kim daha güclüdür, kim mənim fəlsəfəmi daha tez qavrayır, o da oynayır.

– Həmyerliniz Vernidub sizi yaxşı tanıyır. Məğlubiyyətdə bu amil nə dərəcə rol oynadı?
 Vernidubu yaxşı tanıyıram, Ukraynada işləyib. Onun işini də izləmişəm. Amma bu gün öz oyunumuzu öyrətməyə çalışmalıyıq.

– Sizin üçün daha önəmli məşqlərdə özünü yaxşı göstərib, matçda rəqibi keçə bilməyən Hamidu Keytadır, yoxsa meydana sonradan daxil olan və cinahda aktivlik gətirən Felipe Santos?
– Bunu oyunda görürük. Felipe Santos qeyri-standart oyunçudur. Futbol təkcə hücumdan asılı deyil, müdafiədən ibarətdir. Bütün komanda ilə həm hücumda, həm də müdafiədə olmaq lazımdır.

Şahin Cəfərov

“Daha yaxşı olmalıyıq, önümüzdə daha çox işlər var”

Azərbaycan Premyer Liqasının XVIII turunun “Araz-Naxçıvan” – “Neftçi” oyunundan (0:4) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib…

– Sizdən öncəki məşqçilər komandanın fiziki durumundan şikayətlənirdi. Bu gün isə komandada həm oyun intizamı var idi, həm də yüksək pressinq tətbiq edirdi.Qışda komandada nəyi dəyişdiniz?
– Əvvəldən istəyim o olmuşdu ki, bu performansımız bir oyunluq olmasın, hər matçda belə olaq. Çünki futbolçularım bunu edə bilərlər. Fiziki vəziyyətə gəldikdə, daha yaxşı olmalıyıq, önümüzdə daha çox işlər var. Çünki komandanın yaxşı fiziki durumu yaxşı olarsa, gözəl də oynayar, yaxşı pressinq edib, yaxşı hücumlar həyata keçirərlər. Bunların arxasında həm də sürət dayanır. Hətta oyundan əvvəl İmad Fərəc və Cordan Rezabala xəstlənmişdi, onlar yox idi. Heç bizimlə deyildilər. Çünki onlar 5 gün xəstə oldular, digər oyunçular meydanda yaxşı görünürdülər. Bizdə ulduz yoxdur, kollektiv var. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün – bizim şüarımızdır. Ona görə hər biri ilə fəxr edirəm.

– “Zirə” ilə ötən turda edə bilmədiyiniz nələri bu gün etdiz?
– Demişdim ki, “Zirə” ilə oyun çətin idi. Düşünmürəm ki, “Zirə” ilə oyuna hazır deyildik. Orada psixoloji durum faktoru rol oynadı. Yoldaşlıq matçlarındakı gözəl oynamışdıq, məhz bu gün oynadığımız matç kimi. Mənim üçün ən önəmlisi odur ki, futbolçularrın hər biri bugünkü kimi oynamasını çatdırım. O zaman mən də sakit, səbirli olacam.

– Freddi Varqasın durumu nə yerdədir?
– Dəqiq deyə bilmərəm. Ayağına tikiş qoyublar. Orada çox ciddi kəsik var. ümid etməlk istəyirəm ki, hər şey yaxşı olacaq.

– Azərbaycanlı futbolçular rəqabətə görə çox da oynamırlar. Onların icarəyə yollanmasına icazə verəcəksiz?
– Heç kimi icarəyə verməyə hazırlaşmırıq. 22 futbolçumuz və 4 qapıçımız var. Buna qədər kim icarəyə verilibsə, olub. Hamısı oynamaq istəyir. Hər birinə şərait yaradacam. “Qəbələ”yə icarəyə verilən Rza Cəfərovu da izləyəcəyik.

– Növbəti görüş sabiq klubunuz “Qəbələ”yə qarşı olacaq…
– Mən o komandaya böyük hörmətlə yanaşıram, oğlum orada 3 il oynayıb. Hörmət başqa, oyun başqa. Mən “Neftçi”nin udmasını istəyirəm. “Qəbələ”nin də baş məşqçisi də öz qələbələrini. Son turlarda yaxşı çıxış edirlər, maraqlı oyun olacaq.

– Həm Andrey Ştoqrin, həm də Murad Məmmədov 90 dəqiqə oynamır. Səbəb fiziki durumlarıdır, ya necə?
– Ştoqrin oyunun gedişində dizindən zərbə aldı. Ona afərin ki, o cür vəziyyətdə olsa da, oynadı. Əgər fiziki duruma gəldikdə, rahat şəkildə 120-130 dəqiqə qaça bilər. Özü əvəzetmə istədi. Hesab da bizə imkan verirdi ki, dəyişikliyə gedək. Eyni məsələ Murada da aiddir. 22 oyunçum var, hamısı oynamaq istəyir. Mütləq şəkildə bütün oyunçuların oynamasına şərait yaratmalıyam ki, daim ehtiyatda oturmasınlar, meydanda oyun göstərsinlər. Oyun praktikası tam başqadır, 30 dəqiqə oyun, saatyarımlıq məşqdən daha faydalıdır

Şahin Cəfərov

“Qarabağ” – “Turan Tovuz”: heyətlər

“Qarabağ” Azərbaycan Premyer Liqasının XVIII turunda bu gün “Turan Tovuz”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 18:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ”: 99. Mateus Koxalski  13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 32. Hikmət Cəbrayılzadə 20. Kadi Borqes 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman  32. Hayderson Hurtado

Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə 90. Joarlem Santos 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş

Baş məşqçi: Kurban Berdiyev

Quluzadə Tunisə yollandı

Stolüstü tennisçi Onur Quluzadə ilin ilk beynəlxalq yarışlarına qatılacaq.

Futbolpress.az xəbər verir ki, seçmə komandanın üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunisə yola düşüb. Quluzadə, fevralın 2-dən 5-dək Tunisin eyni adlı paytaxtında keçiriləcək “WTT Youth Contender Tunis 2026”, fevralın 6-dan 8-dək isə “WTT Youth Star Contender Tunis 2026” yarışlarında bacarığını göstərəcək.

Qeyd edək ki, Onur Quluzadə bundan əvvəl istirak etdiyi analoji turnirlərin dəfələrlə qalibi və mükafatçısı olub.

“Araz-Naxçıvan” – “Neftçi”: heyətlər məlum oldu

“Neftçi” Azərbaycan Premyer Liqasının XVIII turunda bu gün “Araz-Naxçıvan”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da, Mərdəkanda, “Liv Bona Dea Arena”da keçiriləcək görüşə komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 29. Vanderson Melo 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 4. Rahil Məmmədov 14. Ülvi İsgəndərov26. Ömər Buludov33. Elmir Cəfərov16. Ramon Maçado 23. Nuno Rodriqes 10. Felipe Santos 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 47. Murad Məmmədov 77. Falaye Sako 24. Mustafa Sek5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 70. Andrey Ştoqrin 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 27. Kristian Kostin 22. Luis Ortis 28. Alessio Kurçi
Baş Məşqçi: Yuri Vernidub

“Neftçi”dən darmadağın, “Qarabağ”dan qələbə

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

“Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib. Matç qonaqların qələbəsiylə başa çatıb. “Turan Tovuz” isə səfərdə “Qarabağ”a uduzub.

Azərbaycan Premyer Liqası
XVIII tur
1 fevral

16:00 Araz-Naxçıvan – Neftçi 0:4
Qollar: İqor Ribeyro, 4, Bassalu Sambu, 40, Kurçi, Abubakar, 90+2

Baş hakim: Rauf Cabarov
“Liv Bona Dea Arena”

18:30 Qarabağ – Turan Tovuz 1:0
Qol:
Zubir, 41
Baş hakim: Elçin Məsiyev
Tofiq Bəhramov adına Respublika stadionu

“Fənərbağça” səfərdə qazandı

Bu gün Türkiyə Super Liqasında XX turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Trabzonspor” səfərdə “Antalyaspor”la heç-heçə edib. “Samsunspor” “Kasımpaşa”ya qalib gəlib.

Türkiyə Super Liqası
XX tur

30 yanvar

Antalyaspor – Trabzonspor 1:1
Qollar: S.van de Strik, 43 – P.Onauçu, 53 (pen.)

Kasımpaşa – Samsunspor 0:1
Qol: J.Assumu, 90+2

31 yanvar

Alanyaspor – Eyüpspor 1:3
Qollar:
G.Yalçın, 3 – T.Ulvan, 49. Yao, 86. Ampem, 90+4.

Başakşəhər – Rizəspor 2:2
Qollar:
Şomurodov, 19. B.Yıldırım, 74 – T.Şahin, 45+1. Mihaila, 68.

Beşiktaş – Konyaspor 2:1
Qollar:
Çernı, 34. O.Kökçü, 77 – D.Türüç, 23.

Göztəpə – Karagümrük 2:1
Qollar:
Olaytan, 20. Janderson, 45+1 – Serjinyo, 13.

1 fevral

Gənclərbirliyi – Qaziantep 2:1
Qollar: T.Kelvin, 10, M.Mimaroğlu, 77 – M.Bayo, 63

Qalatasaray – Kayserispor 4:0
Qollar: A.Opoku, 7 (avtoqol), V.Osimhen, 26 (pen.), Q.Sara, 60, M.İkardi, 90+4 (pen.)

2 fevral

Kocaelispor – Fənərbağça 0:2
Qollar: M.Asensio, 45+1, D.Nene, 75

❌