Normal view

Today — 27 December 2025Main stream

Mircavadov ordan deyir, biz burdan…

27 December 2025 at 09:04

Ağasəlim Mircavadov 2006-cı ildə “Neftçi”dən “Xəzər Lənkəran”a gedəndə özü öz “torbasını tikmişdi”. O vaxtlar “Neftçi” Rövnəq Abdullayevin kurasiyasında idi və deyilənə görə o, Mircavadovun bu “xəyanətinə” belə reaksiya vermişdi: pul istəyirdin, bizdə də varıydı da…

İndi Mircavadov yenə “pul istəmək” janrında bir açıqlama verib. Deyib ki, yerli məşqçilərə üstünlük verilməlidir.

Ta o vaxtdan Mircavadov bu sözləri deyir, mən də bu sözlərə qarşı məqalə yazıram. Nə Mircavadov bezir, nə mən yoruluram.

Məlum “xəyanət” olayından sonra “qara siyahıya” düşən qocaman mütəxəssis işsizlikdən korşaldı getdi. Arada AFFA bu qəbildən məşqçiləri Məşqçilər Komitəsinə yığıb, “makulatura” məşğuliyyətinə düçar qoydu…

Yenə insafən, aralarında danışanı, yön göstərməyə çalışanı elə Mircavadov oldu. Ancaq ağsaqqalın fərqinə varmadığı bir şey var – sözünü ucuzlaşdırıb.

Artıq Mircavadov və o qəbildən olanlar nəsə deyəndə diqqət çəkə bilmir. Faciəvi tərəfi odur ki, onlar bunu hiss etmir, duymur.

Məncə, bəzən Nazim Süleymanov kimi, susub kənara çəkilmək, “antrakt götürmək” bəlkə də daha yaxşıdır. Bir neçə ay bundan əvvəl özünə hörmət edən veteranlarımızdan biri Novruz Əzimov müxbirimizə demişdi: “Mən nə deyim?!”. Necə zamanı müdrikliklə dəyərləndirən cümlə idi…

Filosoflardan birinin fikridir – “…yaxşı fikirdir, ancaq sənin ağzından əyri çıxır”.

Bizim futbolda real fikir sahibləri yox həddindədir, olanların da əksəri belə…

***

Mircavadovla mənim yarışım haradək gedəcək bilmirəm. Son on ildə yeddi yüz yetmiş yeddi dəfə deyib ki, yerli məşqçilərə şan vərilməlidü. Elə bir o qədər məqalə həsr etmişəm onun bu cümləsinə. Ki, məşqçiyə şans verməzlər, şansı qazanar.

Hə, bir də o ayrı dərd ki, yerli məşqçi dediyimiz – beş-altı öz üzərində çalışanlar istisna – elə bilir Azərbayasn futbolunun bunları işlə/dolanışıqla və s. ilə təmin etmək kimi borcu var. Futbolçu kimi heç bir uğuru olmayan ölkənin “trip atan” yerli məşqçi əhvalatına bax…

Ümumiyyətlə, idmanda “şans vermək” anlayışı deffektdir. Peşəkar yanaşanların, dişi-dırnağı ilə yüksələnlərin haqqına girməkdir bu ən sadə məntiqlə…

Mircavadov, inşallah bu israrından əl çəkər. Daha belə deməz. Özü də qollarını çilmələyib, bir akademiya açar, sözünü meydanda deyər. İndi mən Mircavadov misalında dedim, olsun digər, “mənə də iş” deyib ətalətində xumarlananlar.

Elçin Cəlilov

Klub rəhbərliyi transferlər üçün “kəsənin ağzını açdı”

27 December 2025 at 08:29

“Tottenhem” qış transfer dönəmində heyətini bir neçə futbolçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi transferlər üçün 150 milyon funt-sterlinq büdcə ayırıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Tottenhem”in hədəfləri “Mançester Siti”dən Savinyo və ya “Bornmut”dan Antoin Semenyo, “Portu”dan Samu Aqehovadır.

London klubu Premyer Liqada 17 turdan sonra 22 xalla 14-cü sıradadır.

Qurban Qurbanov onun satılmasını istəmir

27 December 2025 at 08:00

“Qarabağ” adı Braziliyanın “Vitoriya” klubu ilə hallanan Mateus Silva ilə bağlı qərarını verib.

Futbolpress.azın məlumatına görə, “atlılar” 28 yaşlı müdafiəçini mövsümün sonuna kimi saxlamaq niyyətindədir. Baş məşqçi Qurban Qurbanov müdafiənin həm cinahında, həm də mərkəzində oynamağı bacaran Silvanın satılmasına qarşıdır.

Sambaçı“ya hələlik real təklif yoxdur. Şifahi maraq göstərən “Vitoriya” “Qarabağ“la rəsmi təmasa keçməyib.

Mateus 2023-cü ilin sentyabrında Bolqarıstanın “Lokomotiv” klubundan “Qarabağ“a keçib. O, bumövsüm 23 oyunda 1 qol vurub.

Şahin Cəfərov

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 December 2025 at 02:15

İngiltərə Premyer Liqasında XVIII tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Mançester Yunayted” azarkeşləri önündəNyukasl”ı minimal hesabla məğlub edib.

İngiltərə Premyer Liqası
XVIII tur

26 dekabr

Mançester YunaytedNyukasl 1:0
Qol: P.Dorqu, 24

27 dekabr

16:30. Nottingem Forest – Mançester Siti
19:00. Arsenal – Brayton
19:00. BrentfordBornmut
19:00. Bernli – Everton
19:00. Liverpul – Vulverhempton
19:00. Vest Hem – Fulhem
21:30. Çelsi – Aston Villa

28 dekabr

18:00. Sanderlend – Lids
20:30. Kristal PelasTottenhem

“Fənərbağça”nın hücumçusu ərəblərin “radar”ında

26 December 2025 at 22:50

Fənərbağça“nın futbolçusu Yussuf En-Nesiri yanvarda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl İttihad” vəƏl Əhli” mərakeşli hücumçunun xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Klublar yanvarda Yussuf üçün rəsmi təklif göndərəcək.

En-Nesiri bu mövsüm Super Liqada 15 oyunda 7 qol vurub.

Misir yığması 10 nəfərlə qazandı

26 December 2025 at 21:59

Misir milli komandası Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda B qrupunun ikinci matçında Cənubi Afrika ilə qarşılaşıb. Matç Misirin minimal hesablı qələbəsiylə başa çatıb.

Yeganə qolu Məhəmməd Salah birinci hissədə penaltidən vurub. Misir yığması oyunda 45+2-ci dəqiqədə Məhəmməd Haninin qırmızı vərəqə almasıyla azlıqda qalıb.

Hakimləri təhqir edən futbolçuya ağır cəza

26 December 2025 at 21:30

Sevilya”nın futbolçusu Markao ağır cəza alıb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi La Liqada “Real”la oyunda hakimləri təhqir etdiyi üçün 6 oyunluq diskvalifikasiya olunub.

“Sevilya” Madrid təmsilçisinə 0:2 hesabıyla uduzub.

Hakimlər Antalyada toplaşacaq

26 December 2025 at 21:16

Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və köməkçi hakimlər üçün yanvarın 12-dən 18-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, toplanışa Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri Frank De Blekere və AFFA Hakimlər Komitəsinin sədri Rəhim Rəsənov rəhbərlik edəcəklər.

Hazırlıq müddətində UEFA Hakimlər Komitəsinin üzvləri də hakimlərimizə nəzəri və praktiki seminarlar keçəcəklər.

Toplanışda iştirak edəcək hakimlərin siyahısını diqqətinizə çatdırırıq:

1. Ağayev Əliyar Kərim

2. Bayramov Elvin Əsgər

3. Cabbarov Rauf Gülağa

4. Cəlilov Cavid Fuad

5. Əhmədov Rəşad Rövşən

6. Əliyev Əli Rahib

7. Hacıyev Fərid Teymur

8. Həmzəzadə Rəvan Aydın

9. İsmayıllı Nicat Sədrəddin

10. Məmmədov İnqilab Zülfüqar

11. Məsiyev Elçin Nazim

12. Qurbanov Tural Knyaz

13. Rəhimov Kamranbəy Əli

14. Umudlu Kamal İsmayıl

15. Əhmədov Əkbər Əsəd

16. Əliyev Kamran Səttar

17. Əliyev Emin Ilham

18. Həsənli Vüqar İlqar

19. Məmmədov İslam Sultanəli

20. Abbasov Zöhrab Xanlar

21. Abdullayev Elşad Məhəmməd

22. Bayramov Kamran Azər

23. Əliyev Müslüm Mahir

24. Əmirəli Akif Əsgər

25. Əzizli Asiman Müsavər

26. Hüseynov Namiq Hikmət

27. İbrahimov Eyyub İlham

28. İmami Rəhman Məzahir

29. Mamedov Şirmamed Qədiroviç

30. Məmmədov Vüsal Samir

31. Quliyev Cəmil Əzizağa

32. Ramazonov Rahil Əbil

33. Talıbov Pərvin Rafiq

34. Talıbzadə Tərlan Mirqələm

35. Teymurov Teymur Zöhrab

36. Zeynalov Kərim Zaur

37. Zeynalov Zeynal Mətləb

38. Nuriyeva Sevda Baba

39. Əkbərzadə Gülnurə Xalid

Fransalı tanınmış məşqçi vəfat etdi

26 December 2025 at 20:38

Fransalı mütəxəssis Jan-Lui Qasse vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. O, 72 yaşında bu səhər dünyasını dəyişib.

Qasse məşqçi karyerası ərzində Fil Dişi Sahili yığmasını, PSJ, “Marsel”, “Sent-Etyen“, “Monpelye” vəBordo”da çalışıb.

Yesterday — 26 December 2025Main stream

“Beşiktaş”da iki oyunçu heyətdən kənarlaşdırıldı

26 December 2025 at 19:44

Beşiktaş“da iki futbolçu əsas komandadan uzaqlaşdırılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qapıçı Mert Günok və yarımmüdafiəçi Necip Uysal heyətdən kənarlaşdırılıb.

“Beşiktaş” Super Liqada 29 xalla 5-ci sıradadır.

İlham Əliyevdən futbolla bağlı maraqlı dialoq – VİDEO

26 December 2025 at 19:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib.

Futbolpress.az xəbər verir ki, o, tədbirdən sonra veteran futbolçular Oktay Abdullayev və Asim Xudiyevlə futbolla bağlı qısa söhbət edib.

Azərbaycanlı futbolçu “Spartak”la razılaşdı

26 December 2025 at 19:00

Rusiyanın “Dinamo” klubunda çıxış edən Ülvi Babayev karyerasınıSpartak”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder İvan Karpov məlumat yayıb. Azərbaycanlı futbolçu Mosvka klubu ilə 5 illik razılığa gəlib. Keçid yaxın zamanda açıqlanacaq.

21 yaşlı yarımmüdafiəçi bu mövsüm 15 oyunda 5 qol vurub.

Azərbaycan birinciliyinin mükafatçıları

26 December 2025 at 18:18

Dekabrın 26-da 14 yaşadək cüdoçularımız arasında Azərbaycan birinciliyində daha 6 çəkidə mükafatçılar bəlli olub.

Futbolpress.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışın ikinci günündə 139 idmançı tatamidə qüvvəsini sınayıb.

Qızlar -40 kq, -52 kq, -70 kq; oğlanlar isə -42 kq, -55 kq və -73 kq çəki dərəcələrində mübarizə aparıblar.

Qeyd edək ki, ölkə birinciliyi dekabrın 28-də başa çatacaq.

İkinci günün medalçıları:

Qızlar

-40 kq

1. Nərgiz Fərzəliyeva (RKİM)

2. Fatimeyizəhraxanım Məmmədzadə (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

3. Zeynəb İsgəndərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

3. Nuray Ağahüseynzadə (Xızı UGİŞM)

-52 kq

1. Nuray Nağıyeva (Şuşa UGİM)

2. Naziləzəhra Rüstəmli (ACF)

3. Sevinc Məmmədzadə (Neftçi İK)

3. Səma Qurbanova (Kanokan-TT İK)

-70 kq

1. Zümrüd Əliyeva (RKİM)

2. Aytac Rüstəmova (Goranboy UGİM)

3. Zeynəb Mehti (Turan İK)

Oğlanlar

-42 kq

1. Ayhan Musazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Fərid Abdullayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Fərid Babayev (Lokomotiv İK)

3. Cəfər Həmzəyev (Neftçi Siyəzən)

-55 kq

1. Yusif Şahverdili (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Yusif Qurbanov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Fərid Hüseynov (Atilla İK)

3. Əli Mustafazadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

-73 kq

1. Əli Qulamlı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

2. İbrahim Əliyev (Günəşli İK)

3. Kərim Məmmədov (Ramana İM)

3. Rəsul Əliyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

İrfan üçün 10 milyon avro

26 December 2025 at 17:49

Fənərbağça”da heyətdən kənarlaşdırılan İrfan Can Kahveci karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Hall Siti” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Fənərbağçaİrfan üçün 10 milyon avro tələb edir.

İrfan bu mövsüm Super Liqada 2 oyuna çıxıb. O, bir müddətdir baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.

Komanda yoldaşı öldürülən futbolçu karyerasını bitirir

26 December 2025 at 17:30

Ekvadorun “Barselona” klubunun futbolçusu Felipe Kaysedo karyerasını bitirməyi düşünür.

Futbolpress.az xəbər verir ki, buna səbəb bir müddət əvvəl hücumçunun komanda yoldaşı Mario Pineydanın öldürülməsidir. 37 yaşlı futbolçu ölümdən sarsıntı keçirib və həyatının təhlükədə olduğunu düşünür.

Kaysedo tezliklə karyerasını bitirməyə qərar verib.

Karyerası ərzində “Mançester Siti”, “İnter”, “Latsio” kimi klublarda çıxış edən Felipe 2025-ci ilin yanvarından “Barselona”da çıxış edir.

Lisenziya qalmaqalı: AFFA 3 şəxsi futboldan uzaqlaşdırdı

26 December 2025 at 17:15

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Region Liqasında mübarizə aparan bəzi klubların rəsmi şəxslərinin futboldan uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib:

AFFA Region Liqasında iştirak edən “Bakı” TFK komandasının rəsmisi Hüseynzadə İsmayıl Rövşən oğlu tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun 3 (üç) il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulsun. (Maddə 97)

AFFA Region Liqasında iştirak edən Çinar-Zəngilan Futbol Klubunun İdman direktoru Dünyamalıyev Anar Zahir oğlu tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun 3 (üç) il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulsun. (Maddə 97)

AFFA Region Liqasında iştirak edən Baku TFK-nın İcraçı direktoru Mustafayev Rövşən Yaşar oğlu lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulsun. (Maddə 97)

Millinin sabiq futbolçusu saxlanıldı

26 December 2025 at 16:43

Azərbaycanın 17 və 19 yaşa qədər futbolçulardan ibarət yığma komandalarının sabiq oyunçusu İsmayıl Karakaş Türkiyədə saxlanılıb.

Futbolpress.az xəbər verir ki, o, qanunsuz mərc oynamaqda ittiham edilir. Türkiyənin aşağı liqa klubu “Erciyes 28″də çıxış edən Karakaş istintaq çərçivəsində saxlanılıb. Onunla bağlı yekun qərar verilməyib.

26 yaşlı futbolçu Azərbaycanın U-17 millisində 11, U-19 yığmasında 3 oyuna çıxıb.

Bölgə klublarının cəzaları

26 December 2025 at 16:29

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I və II Liqa oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

I Liqa XII tur

24.12.2025-ci il tarixində I Liqada XII turun “Mingəçevir” – “Şahdağ Qusar” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

24.12.2025-ci il tarixində I Liqada XII turun “Mingəçevir” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Mingəçevir” komandası 750 manat cərimə edilsin (maddə 86.3);

24.12.2025-ci il tarixində I Liqada XII turun “Mingəçevir” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

24.12.2025-ci il tarixində I Liqada XII turun “Səbail” – “Şimal” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Səbail” komandası 600 manat cərimə edilsin (maddə 57.2);

25.12.2025-ci il tarixində I Liqada XII turun MOİK – “Şəfa” oyununda “Şəfa” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

II Liqa XIV tur

22.12.2025-ci il tarixində II Liqada XIV turun “Sheki City” – “Xankəndi” oyununda “Sheki City” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

22.12.2025-ci il tarixində II Liqada XIV turun “Sheki City” – “Xankəndi” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Sheki City” komandası 200 manat cərimə edilsin (maddə 59.1);

22.12.2025-ci il tarixində II Liqada XIV turun “Quba” – “Ağdaş” oyununun 88-ci dəqiqəsində “Ağdaş” komandasının 17 nömrəli futbolçusu Ramal Əhmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Ağdaş” komandası 100 manat cərimə edilsin (maddə 46);

23.12.2025-ci il tarixində II Liqada XIV turun “Şirvan” – “Kür-Araz” oyununda “Şirvan” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

23.12.2025-ci il tarixində II Liqada XIV turun “Şirvan” – “Kür-Araz” oyununun 74-cü dəqiqəsində “Kür-Araz” komandasının 3 nömrəli futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

23.12.2025-ci il tarixində II Liqada XIV turun “Şirvan” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının 77 nömrəli futbolçusu Müseyib Vəlizadə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

23.12.2025-ci il tarixində II Liqada XIV turun “Göygöl” – “Dinamo” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Göygöl” komandası 200 manat cərimə edilsin (maddə 57.2).

Qara Qarayev bu kluba keçə bilər (ÖZƏL)

26 December 2025 at 16:00

“Zirə” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.

Futbolpress.azın məlumatına görə, “qartallar” azad agent statusu daşıyan Qara Qarayevi heyətinə qatmaq niyyətindədir. Premyer Liqada gümüş medalları hədəfləyən Rəşad Sadıqov “Qarabağ“da birlikdə oynadığı Qaranı öz komandasında görmək istəyir.

Qarayev özü dəZirə“də oynamağa müsbət yanaşır.

Qara dünən “Araz-Naxçıvan”la vidalaşıb.

Şahin Cəfərov

“Neftçi”nin sabiq baş məşqçisi Monteneqro klubunda

26 December 2025 at 15:39

Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviçin yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis MonteneqronunBuduçnost” klubuna baş məşqçi təyin edilib. Bu barədəVijesti” nəşri məlumat yayıb.

Buduçnost” bu mövsüm 4-cü dəfə məşqçi dəyişikliyinə gedib. Komanda Liqada 19 turdan sonra 10 komanda arasında 7-cidir.

Bojoviç 2023-cü ilin dekabrından 2024-cü ilin iyununa kimi “Neftçi”yə rəhbərlik edib.

Super Liqa matçında mərc şübhəsi – araşdırma başladı

26 December 2025 at 15:26

Türkiyə futbolunda mərc işi bağlı araşdırmalar davam edir.

Futbolpress.az xəbər verir ki, ötən il Super Liqada keçirilən “Kasımpaşa” – “Samsunspor” oyunu ilə bağlı iş açılıb.

Belə ki, matçın nəticəsinin manipulyasiya edildiyi ittihamları var.

Oyunun ilk hissəsində meydan sahibləri 1:0 hesabıyla öndə olsa da, yekunda qonaqlar 4:1 hesablı qələbə qazanıb. Şübhəli məqam isəSamsunspor”un ilk hissədə iki penaltini qaçırması, fasilədən sonra dörd qol vurmaqla geridönüş etməisidir.

AFFA Premyer Liqa klublarını cərimələdi

26 December 2025 at 15:00

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

“Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);

“Karvan-Yevlax” – “Neftçi” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Karvan-Yevlax” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Karvan-Yevlax” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

“Karvan-Yevlax” – “Neftçi” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 4000 manat cərimə edilsin (maddə 86.3);

“Karvan-Yevlax” – “Neftçi” oyunu bitdikdən “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərər “Neftçi” komandası tərəfindən qarşılansın (maddə 86);

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

 “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasının baş məşqçisi Kaxaber Tsxadadze hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);

“Qəbələ” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

“Araz-Naxçıvan” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Araz-Naxçıvan” komandası 2000 manat cərimə edilsin (maddə 57.2);

“Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

Sxadadze, “Qəbələ” və “Qarabağ”a ağır cəzalar

26 December 2025 at 14:50

Qəbələ“nin baş məşqçisi Kaxaber Sxadadze cəzalanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib. O, “Qarabağ“la matçda (1:2) hakimləri təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya olunub. Klub 10 000 manat məbləğində cərimələnib.

“Qəbələ” – “Qarabağ” oyunu ilə bağlı cəzalar:

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasının baş məşqçisi Kaxaber Tsxadadze hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);

“Qəbələ” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

Elmar Baxşıyevə təzminat ödəniləcək

26 December 2025 at 14:34

“Araz-Naxçıvan”dan ayırlan Elmar Baxşıyev təzminat alacq.

Futbolpress.azın məlumatına görə, klub mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verdiyi üçün ona kompensasiya ödəyəcək.

Baxşıyevin müqaviləsi mövsümün sonuna kimi idi. Klub uğursuz nəticələrə görə, bu gün mütəxəssislə yollarını ayırdığını bəyan edib.

Şahin Cəfərov

Prezident bu idmançılara mənzil hədiyyə etdi

26 December 2025 at 14:30

Bu gün 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Tədbirdə çıxış edən dövlət başçısı Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırıb.

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Mövlud Mirəliyevə, Ələkbər İmaməliyevə, Zöhrab Gözəlbəyliyə və İlahə Qədimovaya “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarının vəsiqələrini təqdim edib.

Ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Elmira Aslanova, Vəfa Musayeva, Nurəddin Rəcəbov, Eduard Məmmədov, Azər Məhərrəmov, Yaqub Abdullayev, Cahangir Ağarəhimov, Fikrət Hüseynov, Cahangir Bayramov və Coşqun Əliyev “Tərəqqi” medalları ilə təltif olunublar.

Dövlətimizin başçısı 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə – Şəmsi Səfərliyə, Böyükxanım Astanovaya, Morteza Validarviyə, Mehran Həmidzadəyə, Malik Həsənova, İmamverdi Məmmədova, Ramil Vəliyevə, Tofiq Əliyevə, Oqtay Abdullayevə, Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova, Ramil Cəfərova, Aygül Abdullayevaya, Yelizaveta Rubana, Xəyyam Orucova, Elnur İbrahimə, Taleh Nağızadəyə, Nərmin Kazımovaya və Fərid Tağızadəyə yeni mənzillərin orderlərini təqdim edib.

Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tərlan Həsənova, Asim Xudiyevə və Qərib Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

“Qarabağ”ın sabiq futbolçusu yeni iş tapdı

26 December 2025 at 14:08

“Qarabağ”ın sabiq futbolçusu Muarrem Muarremin yeni iş yeri bəlli olub.

Futbolpress.az xəbər verir ki, o, Şimali Makedoniya təmsilçisi “Rabotniçki”yə baş məşqçi təyin edilib. Bu barədə Skopye təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Muarremin son klubu ölkəsində “Başkimi” olub.

Keçmiş yarımmüdafiəçi 2012-2015 və 2016-2017-i illərdə “Qarabağın formasını geyinib.

Dembelenin ili

26 December 2025 at 13:49

Fransada ilin ən yaxşı idmançısı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədəLequipe” nəşri məlumat yayıb. Bu ada PSJ-nin və millinin vingeri Osman Dembele yiyələnib. O, 803 xalla birinci olub.

Dembele bu il “Qızıl top” və “The Best” mükafatlarını da qazanıb.

Lamin Yamal – 8.34

26 December 2025 at 13:26

“WhoScored” portalı bu mövsüm TOP-5 Liqasında ən yaxşı futbolçunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu, “Barselona”nın vingeri Lamin Yamaldır. Futbolçunun çıxışı 8.34 balla qiymətləndirilib.

İkinci və üçüncü sırada “Bavariya”nın futbolçuları yer alıb. Maykl Olis və Luis Dias 7.67 xalla müvafiq pillələri bölüşüb.

“Yuventus”da qalmaq istəyir

26 December 2025 at 13:00

“Yuventus”la müqaviləsi mövsümün sonuna kimi olan Veston Makkenni gələcəyi ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, 27 yaşlı futbolçu İtaliya mətbuatına açıqlamasında Turin klubunda qalmaq istədiyini bildirib:

“Yuventus”da qalmaq istəyirəm. Menecerim işləri görür. Özümü yaxşı hiss edirəm. Baş məşqçi Luçano Spalettidən çox məmnunam, o, inanılmaz biridir”.

Makkenni bu mövsüm 22 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Milli üzvü əməliyyat olundu

26 December 2025 at 12:32

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət millisinin üzvü Ayan Aslan əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Basketbolçu çiyin nahiyəsindən uğurlu əməliyyat keçirib.

Azərbaycan klubundan transfer

26 December 2025 at 12:15

“Abşeron Lions” heyətinə gənc basketbolçu qatıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Elita təmsilçisi 18 yaşlı Rəsul Məmmədzadəni transfer edib.

Məmmədzadə son olaraq “Naxçıvan”ın formasını geyinib.

“İkinci dövrədə hər şey ola bilər” – Əliyev

26 December 2025 at 11:38

“Turan Tovuz” Premyer Liqada qış fasiləsinə 27 xalla dördüncü sırada yollanıb. Komandanın futbolçusu Şəhriyar Əliyev “Futbolpress.az“a açıqlamasında dövrəni dəyərləndirdi:

“İlk dövrə çətin oldu, rahat xallar qazana bilərdik. Bəzi matçlarda yersiz xallar itirdik. Düşünürəm ki, pis nəticəmiz yoxdur. Ehtiyatda bir oyunumuz var, qələbə qazansaq, “üçlüy”ə daxil olacağıq. Liderlərdən də çox uzaq qalmırıq. Çalışacağıq ki, ikinci dövrəyə yaxşı hazırlaşaq, itirdiyimiz xalları bərpa edək. Pis nəticə göstərməmişik ilk dövrədə. Davamını gətirməliyik”.

Əliyev bu mövsüm çox şans qazanmamasının səbəbini izah etdi:

“Açığı, şans qazanmamağımın səbəbi zədələr oldu. Toplanışda tam iştirak edə bilmədim, sonra sağaldım, məşqlərə başladım, yenidən zədələndim. Kurban Berdıyevlə böyük söhbətimiz olmayıb. Zədələrimi sağaltmaqla məşğul olmuşam”.

Mövsümün əvvəlində çempionluq iddiasında olan “Turan Tovuz” lider “Sabah”dan 10 xal geri qalır. Komandanın ehtiyatda “Qəbələ” ilə bir oyunu da var. Şəhriyar hədəflərinin olduğu kimi qaldığını bildirdi:

“Bütün komandalar yaxşı mübarizə aparır. İkinci dövrədə hər şey ola bilər. Klublar iddialıdır, mübarizə aparır. İkinci dövrə çox ağır keçəcək. Avrokuboklara vəsiqə uğrunda ciddi rəqabət olacaq. Qarşımıza məqsəd qoymuşuq. Sona kimi vuruşacağıq. Hələ heç nə bitməyib. “Sabah” mövsümə yaxşı başlamamışdı, amma sonradan xallar qazanıb, qış çempionu oldu. İkinci dövrədə xallar itirməməyə çalışacağıq. Allah nəsib etsə, qarşımıza qoyduğumuz məqsədə çatmağa çalışacağıq”.

Müdafiəçi komandanın sonda avrokuboklardan kənar qalacağı halda, nəticənin faciə sayılmayacağını əlavə etdi:

“Avrokuboklar üçün mübarizə aparan komanda çoxdur. Səhvləri təkrarlamamalıyıq. Düşməsək, faciə olmayacaq. Qarşımıza məqsəd qoymuşuq və çatmaq üçün əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək. İnanın, çempionatda hamı bir-birindən xal ala bilir. Ardıcıl qələbələr qazanırsan, yuxarı qalxırsan, sonra xal itirirsən və aşağı pillələrə enirsən. Çox ciddi mübarizə gedəcək”.

Şahin Cəfərov

“Araz-Naxçıvan” ayrılığı açıqladı

26 December 2025 at 11:20

“Araz-Naxçıvan” PFK-nın İdarə Heyətinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, iclasda klubun qış fasiləsinə qədərki çıxışı müzakirə olunub. Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb. Daha sonra baş məşqçi ilə görüş keçirilib mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024-2025-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.

Ukrayna klubunun futbolçusu “Neftçi”yə gəlmək istəyir

26 December 2025 at 11:09

“Neftçi” Ukraynanın “Polesye” klubunun futbolçusu Danil Beskorovaynini transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub “Krivbas”da birlikdə çalışdığı müdafiəçini Bakıya gətirmək niyyətindədir. Danil özü də “Neftçi”də, Vernidubun rəhbərliyi altında oynamağa müsbət yanaşır.

Ukrayna klubu real təklif olacağı halda, dəyərləndirəcək və oyunçunun satışına qarşı deyil.

26 yaşlı müdafiəçi bu mövsüm 9 oyuna çıxıb.

“Qalatasaray”ın daha bir sabiq üzvü saxlanıldı

26 December 2025 at 10:52

Türkiyədə futbolda qanunsuz mərc oyunları istintaqı çərçivəsində araşdırmalar davam edir.

Futbolpress.az xəbər verir ki, bu gün daha 29 nəfər saxlanılıb. Onların arasında “Qalatasaray” klubunun keçmiş idman direktoru Erden Timur da yer alıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Daha əvvəl klubun keçmiş futbolçusu Metehan Baltacı, Eren Elmalının adı mərc oyunlarında iştirakda hallanıb. Elmalı 4 aylıq diskvalifikasiya olunub, Baltacı isə həbs edilib.

“Qarabağ”ın oyununu idarə etmiş hakim ilin ən yaxşısı seçildi

26 December 2025 at 10:36

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin ən yaxşı kişi hakiminin adını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu ada fransalı referi Kleman Turpin layiq görülüb. O, 65 xalla birinci sırada qərarlaşıb.

Turpin bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Ferentsvaroş” oyununu da idarə edib.

Qara Qarayevdən paylaşım

26 December 2025 at 10:25

“Araz-Naxçıvan”dan ayrılan Qara Qarayev sosial şəbəkə hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi klub rəhbərliyinə təşəkkürünü bildirib:

“Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm. Komandaya növbəti ildə uğurlar arzulayıram. Hər şey üçün çox sağ olun”.

Qara dünən öz istəyi ilə “Araz-Naxçıvan”dan ayrılıb.

Hakimlər Komitəsinin sədri Əliyarın səhv qərar verdiyini bildirdi

26 December 2025 at 10:12

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XVI turunun oyunlarındakı mübahisəli qərarları şərh edib.

Futbolpress.az xəbər verir ki, o, “Karvan-Yevlax” – “Neftçi” oyununun birinci hissəsində Əliyar Ağayevin qonaqların qapısına təyin etdiyi penalti qərarının düzgün olmadığını bildirib.

Hakimidən Mbappeyə dəvət

26 December 2025 at 09:48

Real”ın hücumçusu Kilian Mbappe Afrikaya yollanıb.

Futbolpress.az xəbər verir ki, bu barədəLequipe” nəşri məlumat yayıb.

Mbappe PSJ-dən sabiq komanda yoldaşı Əşrəf Hakiminin dəvəti ilə Afrika Millətlər Kubokunda keçiriləcək Mərakeş – Mali oyununu izləmək üçün səfərə çıxıb. Matç bu gün 00:00-da tutacaq.

Alonsonun yerinə əsas namizəd odur

26 December 2025 at 09:30

Real”da əsas komandada baş məşqçi dəyişikliyi yaşana bilər.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, klub rəhbərliyi Xabi Alonsoya artıq əvəzləyici tapıb. Mütəxəssis işindən ayrılsa, onun yerinə Alvaro Arbeloa baş məşqçi təyin ediləcək.

Arbeloa 2004-2006 və 2009-2016-cı illərdəReal”ın formasını geyinib. O, hazırda klubun əvəzedici komandasında – “Kastilya”da çalışır.

Rüdigerin planı

26 December 2025 at 09:15

Real”ın futbolçusu Antonio Rüdiger yeni mövsümdə Səudiyyə Ərəbistanıda çıxış edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb. Alman müdafiəçi özü də Ərəbistana yollanmaqda maraqlıdır. Klubun adı hələ açıqlanmayıb.

Rüdigerin müqaviləsi mövsümün sonunda başa çatır. O, bu mövsüm La Liqada 6 oyuna çıxıb.

“Troya atı” AFFA həndəvərində

26 December 2025 at 08:44

2024-cü ilin aprelindən AFFA-da yeni hakimiyyətdir. Aprelin 2-də AFFA-nın İllik Hesabat Konfransında 2008-ci ildən futbol hakimiyyətinin başında olmuş Rövnəq Abdullayev idarəçilikdə “əl dəyişimini” belə ifadə etmişdi: “Kral öldü, yaşasın yeni kral”.

Yeni “kral” Rövşən Nəcəf isə seçkidə tək namizəd kimi qalib gəlməyindən sonra belə demişdi: “Mən kral deyiləm”.

O dövrdən sonra futbolsevərlər böyük dəyişikliklər gözləyirdi. Lakin danışmaqdan başqa hansısa hərəkətlilik gözə dəymədi.

***

Nə Rövnəq bəy əsas idarəçi idi, nə Rövşən bəy elədir…

Köhnə “kralın” dönəmindəki “boz kardinal” Elxan Məmmədovun “senarisi” ilə ölkə futbolu “Mədain xərabələrini” xatırladırdı.

Rövşən bəy və “on üç müşketyoru” da futbolun sarayına taxt salandan bu xərabələrin yerində ciddi səhman qura bilmirdilər.

“Boz kardinal”ın kölgəsindən çıxıb, azad hərəkət etməyə başlayan Sərxan Hacıyev yeni dövrün əsas icraçı fiquru roluna gətirilsə də, onunçün asan olmadı. İcraçı vitse-prezident və baş katib postlarının birgə gücü belə Hacıyevə böyük təkan verə bilmədi və o, fevralda baş katib postunu Cahangir Fərəcullayevə təhvil verməli oldu.

Lakin bu, dağıdıcı “boz kardinala” qarşı çıxmış Hacıyevin “vurulması” deyildi, o, elə simvolik olaraq o vaxt yaradılmış icraçı vitse-prezident vəzifəsində saxlanıldı.

Yeni baş katib isə “hər şey sıfırdan başlamalı olacaq” kimi iddialı açıqlama ilə gəldi…

Təyinatından 10 ay keçib.

Futbolsevərlər ciddi dəyişiklik görübmü? Yox.

Deməli, yeni futbol hakimiyyətinin köhnələrin xərabələri üzərində yeni nəsə yaratdığı gözə dəymir.

Zaman keçir…

Dəyişikliklər olur. Hər dəfə cəhdlər var. Lakin real nəticələr görünmürsə, deməli biz hansı qənaətə gələ bilərik?

Yeni futbol hökuməti özünü qura bilmir, “monoetnik” deyil, bir sözlə, liberallığı özünə mane olur.

***

Səbəb?

AFFA-da “köhnələrin” qalıntıları çoxdur və onlar hələ də “boz kardinala” “işləyir”…

Yeni hökumət niyə özünü bu “qalıntılardan” təmizləmir?

***

Ən aktual sualdır və iki ildir ki, cavabı birmənalı şəkildə verilmir.

Yeni futbol hökumətində də haçalanmalar var və bu, ümumi prosesin ləngiməyinə ən böyük səbəbdir.

Sanki yeni isteblişmentdə bunu duyan/bilən fiqurlar da var.

…Və deyəsən məhz bu səbəbdən “Troya atı” hazırlıqları gedir. AFFA növbəti cəhddə; bu dəfə içdən tamamilə “fəth ediləcək”.

Və “Odisseyin” kimliyinə də onda aydınlıq gələcək.

Elçin Cəlilov

Bobb yarışı – kim öndədir?

26 December 2025 at 08:33

“Mançester Siti”dən ayrılacağı gözlənilən Oskar Bobba iki təklif var.

Futbolpress.az xəbər verir ki, İngiltərənin “Kristal Pelas” və Almaniyanın “Borussiya” (Dortmund) klubları futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bobb mübarizəsində almanlar bir addım öndədir. Norveçli futbolçu Dortnmund təmsilçisinə keçməyə müsbət yanaşır.

Oskar bu mövsüm 15 oyunda meydana çıxıb.

Premyer Liqada mövsümün oyunçusu açıqlandı

26 December 2025 at 08:02

“Goal” nəşri İngiltərə Premyer Liqasında mövsümün oyunçusunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu, “Mançester Siti”nin hücumçusu Erlinq Haalanddır. Norveçli futbolçu bu mövsüm çempionatda 17 oyunda 19 qol vurub.

İkinci sırada “Arsenal”dan Deklan Rays, üçüncüdə isə “Mançester Yunayted”dən Brunu Fernandeş yer alıb.

Federasiyanın keçmiş prezidenti axtarışa verildi

25 December 2025 at 23:13

Ukrayna polisi Ukrayna Futbol Assosiasiyasının keçmiş prezidenti Andriy Pavelkonu axtarışa verib.

Futbolpress.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Pavelko vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq yolu ilə əmlak əldə etməkdə ittiham olunur.

Funksioner 2024-cü ilin dekabrından Ukraynadan çıxıb.

Pavelko 2015-2024-cü illərdə Ukrayna futboluna rəhbərlik edib.

Hakimlər üçün seminar başa çatdı

25 December 2025 at 22:26

Azərbaycan Atletika Federasiyasında keçirilən “Atletika növü üzrə Hakimlər üçün Seminar” bu gün başa çatıb.

Fubtolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. İştirakçılar test imtahanı verərək nəzəri biliklərini yoxlayıb və seminarın sonunda sertifikatlar ilə təltif olunublar.

Seminarın məqsədi hakimlərin peşəkar bacarıqlarını artırmaq və beynəlxalq standartlara uyğun fəaliyyətini təmin etməkdir.

PSV Veermanı buraxmadı

25 December 2025 at 21:49

PSV adıFənərbağça” ilə hallanan yarımmüdafiəçi Coey Veermanın klubda qalacağını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Niderland təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Eyndhoven təmsilçisi yarımmüdafiəçinin mövsümün sonuna kimi komandada olacağını qeyd edib.


Daha
əvvəl “Fənərbağça”nın Veermanla razılaşdığı iddia edilirdi.

27 yaşlı futbolçu bu mövsüm Erediviziyada 16 oyunda 7 qol vurub.

Ferminin arzusu

25 December 2025 at 21:00

Barselona”nın futbolçusu Fermin Lopes adının “Çelsi” ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:

Barselona”da xoşbəxtəm. Ümid edirəm ki, bu klubda daha uzun müddət qalaram”.

Fermin bu mövsüm La Liqada 12 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Premyer Liqa çempionu vəfat etdi

25 December 2025 at 20:40

İngiltərənin “Nottingem Forest” klubunun sabiq futbolçusu Con Robertson vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 72 yaşlı futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Robertson “Nottingem Forest”lə İngiltərə Premyer Liqasının qalibi olub.

Before yesterdayMain stream

“Neftçi” onunla vidalaşdı

25 December 2025 at 19:23

İcarə əsasında “Neftçi”də çıxış edən Aleks Fernandes klubu tərk edib.

Futbolpress.azın məlumatına görə, braziliyalı yarımmüdafiəçinin müddəti ilin sonuna kimi olan müqaviləsi uzadılmayacaq. Baş məşqçi Yuri Vernidubun planlarına daxil olmayan Fernandes klubu “Baltika”ya dönəcək.

Aleks bu ilin fevralından “Neftçi”dədir. 23 yaşlı vinger “ağ-qaralar”la Premyer Liqada cəmi 13 oyuna çıxıb,1 qo və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Turan Tovuz”un qış planı

25 December 2025 at 18:36

“Turan Tovuz”un qış hazırlıq planı bəlli olub.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi yanvarın 4-də Türkiyəyə yola düşəcək. Antalyanın Belek bölgəsindəki “İC Santai Belek” otelində məskunlaşacaq komandamızın Türkiyə toplanışı yanvarın 18-dək davam edəcək.

Baş məşqçi Kurban Berdıyev toplanış çərçivəsində 2 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblər hələ məlum deyil.

Premyer Liqa klubu legionerini göndərdi

25 December 2025 at 18:15

“Karvan-Yevlax” iranlı futbolçu Səid İranxanla bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mövsümün əvvəlində komandaya cəlb olunan Səid 10 oyuna çıxıb 1 qolun müəllifi olub.

I Liqa: liderdən növbəti qələbə

25 December 2025 at 17:50

Azərbaycan I Liqasında XII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, lider “Şəfa” səfərdə MOİK-ə qalib gəlib.

Difai” isəCəbrayıl”dan üstün olub.

Azərbaycan I Liqası
XII tur

25 dekabr

MOİK – “Şəfa” 0:2
Qollar: Nahid Əliyev, 68. Zahid Mərdanov, 83.

Difai” – “Cəbrayıl” 5:2
Qollar: Bayraməli Qurbanov, 1; 18; 45+2. Roman Hüseynov, 60. Nazim Həsənzadə, 81 – Dileyn Açimi, 12. Tapdıq Əhmədov, 90+3.

Azərbaycan çempionatının başlama tarixi açıqlandı

25 December 2025 at 17:29

Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının başlanma tarixi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, yanvarın 7-11-i aralığında Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adları bəlli olacaq.

İlk “3-lük”də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək. Görüşləri yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş I-S kateqoriyalı, təcrübəli referilər də idarə edəcək.

İlkin mərhələ qarşılaşmaları 10:00-da başlayacaq. Həlledici görüşlər isə 18:00-da start götürəcək. Çempionatın açılış mərasimi yanvarın 7-də, saat 17:00-da baş tutacaq.

Milli üzvü Yunanıstanda kubok qazandı

25 December 2025 at 17:12

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Yunanıstan Superkubokunun qalibi olub.

Futbolpress.az xəbər verir ki, hücumçunun formasını geyindiyi “Panionios” klubu finalda “Olimpiakos”la qarşılaşıb.

Rəhimovanın komandası 3:2 (25:22, 23:25, 24:26, 25:19, 15:12) hesabı ilə qalib gələrək Yunanıstan Superkubokunu qazanıb.

Rəhimova qələbədən sonra federasiyanın mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Final oyunu çox gərgin keçdi, lakin biz qalib gəldik. Rəqibimiz Yunanıstan çempionu “Olympiakos” idi. Qələbə münasibətilə komandamı təbrik edirəm. Bu mövsüm komandamızın əsas hədəfi iştirak etdiyimiz bütün yarışlarda qalib gəlməkdir. İlk hədəfimizə çatdıq və inanıram ki, bu qələbə növbəti oyunlar üçün bizə əlavə motivasiya verəcək”.

Şimanskiyə qiymət qoydular

25 December 2025 at 16:50

Fənərbağça” futbolçusu Sebastyan Şimanskini satışa çıxarıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu yarımmüdafiəçi üçün 10 milyon avro tələb edir.

Şimanski bu mövsüm 24 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Laymer: “Belə yerdə olmaq möhtəşəmdir”

25 December 2025 at 16:30

Avstriyalı futbolçu Konrad LaymerBavariya” ilə müqaviləsini uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi Almaniya mətbuatına açıqlamasında deyib:

“Klubda özümü xoşbəxt hiss edirəm. Danışıqlara açığam. Belə yerdə olmaq möhtəşəmdir. Gələcəkdə nə olacağını bilmirəm, amma burda rahatam”.

Laymer bu mövsüm 24 oyunda 2 qol vurub, 7 məhsuldar ötürmə edib.

“Fənərbağça”nın prezidenti azadlığa buraxıldı

25 December 2025 at 16:15

Narkotik maddələrin əldə edilməsi, istifadəsi və istifadəsinə şərait yaradılması ittihamları ilə saxlanın “Fənərbağça”nın prezidenti Saadettin Saran azadlığa buraxılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Funksioner ədliyyə nəzarəti şərti ilə sərbəst buraxılıb. Ona eyni zamanda ölkədən çıxma qadağası qoyulub.

Saran bu ilin sentyabrından “Fənərbağ“nın prezidentidir.

Qara Qarayev “Araz-Naxçıvan”dan ayrıldı

25 December 2025 at 15:41

Yarımmüdafiəçi Qara Qarayev “Araz-Naxçıvan”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qarayev klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Qara ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.

Bir neçə gün əvvəl “Araz-Naxçıvan” baş məşqçisi Elmar Baxşıyevlə vidalaşıb.

“Kəpəz” seçimlərə başlayır

25 December 2025 at 15:26

“Kəpəz” Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.

Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisi 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızları seleksiya məşqlərinə dəvət edir. Seçimlər 2026-cı il yanvarın 3-ü və 4-ü tarixlərində təşkil olunacaq. Seleksiya prosesi klubumuzun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.

Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.

Təlimatçılar üçün kurs

25 December 2025 at 15:12

AFFA-nın təşkilatçılığı ilə məşqçi kurslarının təlimatçıları üçün kurs keçirilib.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən tədbirə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edib.

Bobbdan ayrılıq qərarı

25 December 2025 at 14:48

Yarımmüdafiəçi Oskar Bobb “Mançester Siti”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 22 yaşlı futbolçu artıq rəhbərliyi bununla bağlı məlumatlandırıb.

Bobbla Almaniyanın “Borussiya” klubu yaxından maraqlanır.

Norveçli futbolçu bu mövsüm Premyer Liqada 9 oyuna çıxıb.

Dünyanın ən bahalı klubu

25 December 2025 at 14:30

Transfermarkt” portalı klubların dəyərini yeniləyib.

Futbolpress.az xəbər verir ki, dünyanın ən bahalı heyətə sahib komandasıReal”dır. İspaniya təmsilçisinin dəyəri 1.38 milyard avrodur.

İkinci sırada 1.29 milyard avro ilə “Arsenal” qərarlaşıb. Üçlüyü 1.19 milyard avro ilə “Mançester Siti” tamamlayır.

Premyer Liqanın penalti statistikası

25 December 2025 at 14:16

Azərbaycan Premyer Liqasında 16 turda ən çox penalti təyin edən hakim Rəşad Əhmədovdur.

Futbolpress.azın məlumatına görə, referi 7 matçda 5 dəfə qapılara 11 metrlik zərbə təyin edib.

Ən çox penalti qazanan komanda isəSumqayıt”dır. “Kimyaçılar” 16 matçda 5 dəfə penalti vurmaq imkanı qazanıb. “Sumqayıt” bunların 2-dən yararlana bilib. Ən çox penaltiyə səbəb olan komanda isə “Karvan-Yevlax”dır. Autsayder 16 turda 7 dəfə penalti cəzasına məruz qalıb və hər biri qolla nəticələnib.

Premyer Liqada ən yaxşı penalti vuran Toral Bayramovdur. “Qarabağın futbolçusu 4 penaltini də maksimum dəyərləndirib. Ən çox penalti qurtaran isəatlılar”ın qapıçısı Mateuş Koxalskidir. Qolkiper təyin edilən 5 penaltidən 2-ni qurtarıb.

İdmançılar və idman mütəxəssisləri təltif edildi

25 December 2025 at 13:39

Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib.

Futbolrpess.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abdullayev Yaqub Bəkir oğlu

Ağarəhimov Cahangir Ağababa oğlu

Aslanova Elmira Aydın qızı

Bayramov Cahangir Tofiq oğlu

Əliyev Coşqun Ceyhun oğlu

Hüseynov Fikrət Akif oğlu

Məhərrəmov Azər Asif oğlu

Məmmədov Eduard Tofiq oğlu

Musayeva Vəfa Təbriz qızı

Rəcəbov Nurəddin Rəcəb oğlu.

İdmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:

Gözəlbəyli Zöhrab Katib oğlu

İmaməliyev Ələkbər Əbdülbağı oğlu

Qədimova İlahə Akif qızı

Mirəliyev Mövlud Mustafa oğlu.

İdmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilsin:

Əliyev Qərib Tələt oğlu

Həsənov Tərlan Əliheydər oğlu

Xudiyev Asim Xəlil oğlu.

PSJ “Real”ın futbolçusuna təklif göndərəcək

25 December 2025 at 13:21

Real”ın futbolçusu Antonio Rüdiger karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, PSJ alman müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “El Nacional” nəşri məlumat yayıb. Paris klubu yaxın zamanda Rüdiger üçün “Real”a təklif göndərəcək.

Madrid klubu futbolçunu yaxşı məbləğ qarşılığında satmağa razıdır.

Rüdiger bu mövsüm La Liqada 6 oyuna çıxıb.

Planetin ən yaxşı boksçusu məlum oldu

25 December 2025 at 12:46

Nüfuzlu “The Ring” portalı dünyanın ən yaxşı boksçularının reytinqini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, amerikalı Terens Kroufordun karyerasını bitirməsindən sonra birinci sıraya ukraynalı Aleksandr Usik yüksəlib.

İkinci sırada Noya Ynuouz (Yaponiya), üçüncüdə isə Cessi Rodriqes (ABŞ) qərarlaşıb.

Flik danışıqlara açıqdır

25 December 2025 at 12:30

“Barselona” baş məşqçisi Hansi Fliklə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə COPE radiosu məlumat yayıb. Mütəxəssis klub rəhbərliyi ilə yeni müqavilə danışıqlarına hazır olduğunu bildirib.

“Barselona”da Flik klubun uzunmüddətli layihəsinin bir parçası kimi görülür. Əsas məqsəd “La Masia”dan yeni adlar üzə çıxarmaqdır.

“Barselona” La Liqada 46 xalla liderdir.

Azərbaycan boksçularından 231 medal

25 December 2025 at 12:16

2025-ci il Azərbaycan boksu üçün uğurlu bir il kimi tarixdə qalacaq.

Futbolpress.az xəbər verir ki, bu il müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları 231 medal qazanıblar. Yığmalarımız bu mükafatları qatıldıqları 47 beynəlxalq yarışda əldə ediblər. Onlardan 69-u qızıl, 60-ı gümüş və 102-si bürüncdür. Nəticədə komandalarımız ötən illə müqayisədə 44 faiz irəliləyişə nail olublar.

Boksçularımız 231 mükafatdan 5-ni dünya, 55-ni Avropa çempionatlarında (hər ikisi World Boxing və IBA) əldə edib. Milli komandalarımız Gimnaziada İdman Oyunlarında 21 (9-8-4), Dünya kubokunda 3 (0-0-3), III MDB Oyunlarında 24 (6-5-13) və VI İslam Həmrəyliyi Oyunlarında 6 (1-3-2) dəfə fəxri kürsüyə qalxıblar.

Yığmamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) U-19 Avropa çempionatında qızıl medal qazanmaqla boks tariximizə gənclər arasında qitə birinciliyinin ikiqat qalibi kimi düşüb. Xumar Cəfərli (75 kq) də məktəblilərin Avropa çempionatında birinci olmaqla, ilki reallaşdırıb. O, bu yaş qrupunda qızıl medala sahib olan azərbaycanlı qız boksçu kimi adını tarixə yazdırıb. Abbasəli Məmmədli (48 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (80 kq) məktəblilərin, Əminə Tağı (50 kq), Gülər Hüseynova (48 kq) və Qardaş Rəhimov (46 kq) yeniyetmələrin Avropa çempionatlarında bütün rəqiblərini məğlub edərək Azərbaycan himnini səsləndiriblər. 19 yaşlı Sübhan Mamedov (50 kq) U-23-lər arasında Avropa, böyüklər arasında dünya çempionu tituluna yiyələnib. Komandalarımız dünya və Avropa çempionatlarında 2024-cü illə müqayisədə 72 faiz yüksək nəticə göstəriblər.

Müxtəlif yaş qrupları üzrə milli komandalarımız 47 yarışda 477 boksçu ilə təmsil olunub. Onlardan 48,4 faizi çıxışını medalla başa vurublar.

Qeyd edək ki, 1 il öncə boksçularımız 35 beynəlxalq yarışda 135 (44-48-68) medal qazanmışdı.

“Arsenal” “Milan”ın gənc futbolçusu ilə maraqlanır

25 December 2025 at 11:49

“Arsenal” “Milan”ın futbolçusu Davide Bartezagi ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. İngiltərə klubu 19 yaşlı müdafiəçinin transferi üçün danışıqlara başlayacaq.

“Milan” Bartezagini satmağa müsbət yanaşmır. Onun klubla müqaviləsi 2030-cu ilin yayına kimidir.

“Barselona”nın futbolçusu Messinin qayıtmasını arzulayır

25 December 2025 at 11:26

Barselona”nın futbolçusu Pedri argentinalı hücumçu Lionel Messinin kluba qayıdışı ideyasını dəstəkləyib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi bununla bağlı “Esquire” nəşrinə müsahibəsində deyib:

Messinin “Kamp Nou”da şəklini gördüm. Açığı, son vaxtlar onunla danışmamışıq. Qəti şəkildə qayıtmasının tərəfdarıyam. Tarixin ən yaxşı futbolçusudur və birlikdə oynayanda bizə çox köməyi dəyib”.

Messi hazırda MLS təmsilçisi “İnter Mayami”də çıxış edir.

Vernidub sabiq oyunçusunu “Neftçi”yə gətirmək istəyir

25 December 2025 at 11:06

Ukraynanın “Polissya” klubunun futbolçusu Danilo Beskorovayni karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Neftçi” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Ağ-qaralar” 26 yaşlı futbolçunu transfer etmək istəyir.

Danil daha əvvəl 2024-cü ildəKrivbass”da Yuri Vernidubla çalışıb. Vernidub indi sabiq tələbəsini “Neftçi”yə gətirmək niyyətindədir.

Müdafiəçi bu mövsüm 9 oyuna çıxıb. “Transfermarkt”da dəyəri 600 min avro olan futbolçu Ukraynanın U-20 yığmasının da formasını geyinib.

Fabreqas: “Belə qrupu idarə etmək çox çətindir”

25 December 2025 at 10:45

İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas “Real”ın çalışdırıcısı Xabi Alonso haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis DAZN telekanalına açıqlamasında həmkarının işinin çətin olduğunu deyib:

“Real”da bütün futbolçular yaxşıdır. Hamı oynamağa layiq olduğunu düşünür. Meydanda hər kəs fərq yaratmağa çalışır. Dəyərləri 50 milyondan çoxdur və hamı milli komandalarda oynayır. Belə qrupu idarə etmək çox çətindir”.

Qoretska üçün Madrid variantı

25 December 2025 at 10:23

“Bavariya”dan ayrılacağı gözlənilən Leon Qoretska karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Atletiko” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Madrid klubunun nümayəndələri oyunçunun agenti ilə danışıqlara başlayıb.

Qoretska bu mövsüm “Bavariya”da 30 oyuna çıxıb.

“Zirə”də transfer səfərbərliyi

25 December 2025 at 10:00

“Zirə” qış transfer dönəmində heyətini bir neçə futbolçu ilə gücləndirmək istəyir.

Futbolpress.azın məlumatına görə, baş məşqçi Rəşad Sadıqov xüsusilə hücum xəttindəki itkilərə görə bu mövqe üçün azı iki oyunçunun transferini istəyir. Mütəxəssis bir vinger, bir də mərkəz hücumçusu ilə komandanı gücləndirmək niyyətindədir.

Büdcəsi azalan “Zirə” aşağı ödənişli futbolçular arasından seçim etməlidir. Qışda keyfiyyətli futbolçu gətirmək həmişə müşkül məsələ olub. Bu səbəbdən klub oyunçulara 6+1 illik müqavilə şərti ilə təklif göndərəcək.

“ZirəPremyer Liqada 16 turdan sonra 28 xalla üçüncü sıradadır.

Kamerundan uğurlu start

25 December 2025 at 09:42

Afrika Millətlər Kubokunda I turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, F qrupunda Kamerun yığması Qabonla qarşılaşıb. Matç kamerunluların minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. Yeganə qolu 6-cı dəqiqədə Karl Etta Eyonq vurub.

Qrupun digər matçında Fil Dişi Sahili yığması Mozambikdən üstün olub – 1:0.

Gürcüstanda ilin idmançısı açıqlandı – Kvaratsxeliya müəmması

25 December 2025 at 09:25

Gürcüstanda 2025-ci ilin ən yaxşı idmançısı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, qılıncoynadan Sandro Bazadzedir. Bu barədə “Sputnik” nəşri məlumat yayıb. Bazadze bu il karyerasında ilk dəfə dünya çempionatında qızıl medal qazanıb.

PSJ ilə bu il Çempionlar Liqasını qazanan Xviça Kvaratsxeliyanın mükafatı qazanmaması dünya mətbuatında maraq doğurub.

Volkan yenidən Super Liqada

25 December 2025 at 09:10

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisinin sükanı Volkan Demirelə tapşırılacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Mütəxəssislə razılığa gəlinib və yaxın zamanda təyinat açıqlanacaq.

Volkan son olaraq “Gənclərbirliyi”ni çalışdırıb. O, ayın əvvəlində öz istəyi ilə vəzifəsindən ayrılıb.

“Antalyaspor” Super Liqada 17 turdan sonra 15 xalla 15-ci sıradadır.

“Neftçi”nin sabiq baş məşqçisi: “Qumarbaz deyiləm”

25 December 2025 at 08:39

“Neftçi”nin sabiq baş məşqçisi Vlasimil Petrjela açıqlama verib.

Futbolpress.az “Sport24.ru” saytına istinadən xəbər verir ki, mütəxəssis məşqçi vaxtlarında qumar oynamasından danışıb:

“Monakoda bir dəfə kazinoda olmuşam. Bundan başqa, bir neçə dəfə də Sankt-Peterburqda oynamışam, lakin qumarbaz deyiləm. Sonuncu dəfə təxminən, 20 il əvvəl kazinoda olmuşam, o da Peterburqda. Asılılığım varsa, indi niyə getmirəm? Qumarbaz deyiləm, sadəcə əvvəllər bir neçə dəfə oynamışam. Bu, məşqçi fəaliyyətimə heç cür mane olmayıb”.

Petrjela 2008/209-cu illərdə “Neftçi”yə rəhbərlik edib.

Milli üzvünə vida

25 December 2025 at 08:21

Türkiyənin “Eyüpspor” klubu futbolçusu Svit Seslar ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Seslar bu mövsüm Super Liqada 10 oyunda 1 qol vurub.

Futbolçu Sloveniya milli komandasının da üzvüdür.

Premyer Liqanın dəyəri artdı – kim neçəncidir?

25 December 2025 at 08:00

Transfermarkt” portalı Azərbaycan Premyer Liqasının dəyərini yeniləyib.

Futbolpress.azın məlumatına görə, oyunçuların qiymətlərinin dəyişməsi ilə çempionatın dəyəri artıb. Premyer Liqanın ümumi dəyəri 125 milyon avroya çatıb.

Çempionatın ən bahalı klubu “Qarabağ”dır. “Atlılar”ın heyətinin dəyəri 28.50 milyon avrodur. Komandanın futbolçusu Leandro Andrade isə liqanın “ən bahalısıdır” – 3 milyon avro.

Dəyərinə görə ikinci sırada “Sabah” qərarlaşıb. Premyer Liqada fasiləyə lider yollanan “bayquşlar”ın ümumi dəyəri 16.60 milyon avrodur. Komandanın ən bahalı futbolçusu icarə əsasında klubda olan Timoteuş Puxaçdır – 1.6 milyon avro.

Üçlüy”ü isə “Zirə” tamamlayır. “Qartallar”ın heyətinin ümumi dəyəri 13.90 milyon avrodur. Kapitan Qismət Alıyev komandanın ən bahalı oyunçusudur – 1.2 milyon avro.

Premyer Liqa klublarının dəyəri:

1. Qarabağ – 28.50 milyon avro

2. Sabah – 16.60 milyon avro

3. Zirə – 13.90 milyon avro

4. Neftçi – 12.13 milyon avro

5. Turan Tovuz – 10.30 milyon avro

6. Sumqayıt – 8.98 milyon avro

7. Araz-Naxçıvan – 8.95 milyon avro

8. Şamaxı – 6.55milyon avro

9. Kəpəz – 5.20 milyon avro

10. Qəbələ – 4.30 milyon avro.

Şahin Cəfərov

Türkiyə Kuboku: “Samsunspor” evdə qazandı

24 December 2025 at 23:23

Türkiyə Kubokunda qrup mərhələsinin I turunun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün daha dörd matç baş tutub.

Super Liqa təmsilçiləri “Samsunspor” ilə “Eyüpspor”un duelində birincilər qələbə qazanıb. “Boluspor” “Fethiyespor”la heç-heçə edib.

Türkiyə Kuboku
Qrup mərhələsi, I tur

B qrupu

Iğdır – Aiağa 2:2
Samsunspor – Eyüpspor 2:1

A qrupu

Boluspor – Fethiyepor 0:0
Keçiörengücü – Beyoğlu 3:1

Ronaldo oynadı, “Əl Nəsr” darmadağına sevindi

24 December 2025 at 22:26

Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Asiya Çempionlar Liqası 2-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, komanda VI turda “Əl Zavra”nı (İraq) qəbul edib. Görüş “Əl Nəsr”in qələbəsiylə başa çatıb – 5:1.

Start heyətdə meydana çıxan Ronaldo 46-cı dəqiqədə əvəzlənib.

“Əl Nəsr” 6 turdan sonra D qrupunda 18 xalla liderdir.

“Fənərbağça”nın prezidenti saxlanıldı

24 December 2025 at 21:24

Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sadəttin Saran narkotiklə bağlı saxlanılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Saran narkotik maddələrin əldə edilməsi, istifadəsi və istifadəsinə şərait yaradılması ittihamları ilə istintaqa cəlb olunub.

Sadettin Saran bu ilin sentyabrından “Fənərbağça”da prezident vəzifəsini icra edir.

MY Premyer Liqa matçına itkilərlə çıxacaq

24 December 2025 at 20:44

“Mançester Yunayted”in iki futbolçusu Premyer Liqada növbəti turu buraxacaq.

Futbolpress.az xəbər verir ki, Brunu Fernandeş və Kobi Maino “Nyukasl”la səfər görüşündə zədə səbəbindən iştirak etməyəcək.

“Nyukasl” – “Mançester Yunayted” oyunu dekabrın 26-da keçiriləcək.

“Atletiko”nu bu kluba dəyişdi

24 December 2025 at 20:00

“Osasuna” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, La Lia təmsilçisi “Atletiko”dan Xavi Qalanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xavi bu mövsüm Madrid təmsilçisi ilə 10 oyuna çıxıb.

“Karvan-Yevlax”ın qış planı – birinci rəqib məlumdur

24 December 2025 at 19:15

“Neftçi” ilə dekabrın 20-də keçirilən oyundan sonra istirahətə buraxılan “Karvan-Yevlax” yanvarın 3-də Yevlaxda toplaşacaq.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisinin toplanış çərçivəsində 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Komanda yanvar ayının 17-də Yevlaxda “Kəpəz”lə qarşılaşacağıq. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, “Karvan-Yevlax” 2026-ci ildə ilk rəsmi oyununu Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah” klubuna qarşı keçirəcək.

Zirvə yarışı: fasiləyə eyni xalla yollananlar

24 December 2025 at 18:55

II Liqada dövrəyə yekun vurulub.

Futbolpress.az-ın məlumatına görə, sonuncu turun oyunlarından sonra “Qaradağ Lökbatan” fasiləyə lider yollanıb. Aktivində 39 xal olan Bakı təmsilçisi turnir cədvəlinin birinci sırasında qərarlaşıb.

İkinci pillədə qərarlaşan “Xankəndi”nin də eyni xalı var. Lakin komandaların qol göstəricilərində üstün “Qaradağ Lökbatan” olduğu üçün birinci pillədə məhz bu klub qərarlaşıb.

Hər iki komanda 14 turdan sonra 13 qələbə qazanıb, 1 dəfə uduzub. “Qaradağ Lökbatan” 58, “Xankəndi” isə 55 qol vurub. Qol buraxma göstəricisi isə 8-9-dur.

Ötən il Region Liqasını qazandıqdan sonra II Liqaya vəsiqə qazanan “Xankəndi” təcrübəli və iddialı heyət formalaşdırıb. Hədəf I Liqaya yüksəlməkdir. Dövrənin nəticələri komandanın şanslarını artırır. “Xankəndi”də ciddi eniş olmazsa, komanda “Qaradağ Lökbatan”la birlikdə yuxarı liqaya qalxmağa əsas namizəddir.

Turnir cədvəlinin üçüncü sırasında yer alan “Quba” isə 32 xalla liderlərdən 7 xal geri qalır. Bölgə klubu 10 qələbə qazanıb, 2 heç-heçə edib, 2 dəfə uduzub. “Quba” 14 tura 37 qol vurub. Çempionatın bombardiri Vidadi Vəfərov isə komandanın qollarının demək olar, yarısına imza atıb – 18 qol.

Yarışın autsayderi isə “Araz Saatlı”dır. Bölgə təmsilçisi 14 turda cəmi 1 qələbə qazanıb, 1 heç-heçə edib, 12 dəfə uduzub. Komanda 14 oyunda 12 qol vurub, 75-ni buraxıb. Bu, həm də Azərbaycan çempionatlarında (Premyer Liqa, I və II Liqa üzrə) ən pis göstəricidir. Heyəti gənclərdən təşkil olunan kollektivin liqada qalmaq ehtimalı çətindir.

Şahin Cəfərov

“Fənərbağça”da yeni hücumçu

24 December 2025 at 18:17

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu “Samsunspor”dan Antoni Musaba ilə anlaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 25 yaşlı hücumçu ilə 4.5 illik müqavilə imzalanacaq.

Musaba bu mövsüm Super Liqada 15 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Azərbaycan Kubokunda püşk atıldı

24 December 2025 at 17:36

Basketbol üzrə Azərbaycan Kubokunun (2026) püşkatma mərasimi baş tutub.

Futbolpress.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən turnirin mərhələləri və oyun cütlükləri müəyyənləşib.

1/8 final oyunları 13–14 yanvar tarixlərində keçiriləcək.

1/4 final mərhələsinin qarşılaşmaları isə 18–22 fevral tarixlərində Bakı İdman Sarayında baş tutacaq.

Qarşılaşmalar kubokun reqlamentinə uyğun olaraq bir oyun sistemi əsasında keçiriləcək.

1/8 final mərhələsində “Şəki” – “Sərhədçi”, “Neftçi” – “Lənkəran”, NTD – “Sumqayıt” və “Naxçıvan” – “Quba” cütlükləri üz-üzə gələcəklər.

“Abşeron”, “Sabah”, “Ordu” və “Gəncə” komandaları yarışa birbaşa 1/4 final mərhələsindən qoşulacaqlar.

Mingəçevirdə “sülh”, “Səbail” evdə uduzdu

24 December 2025 at 17:26

Azərbaycan I Liqasında XII tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

“Səbail” azarkeşləri önündə “Şimal”a uduzub. “Baku Sportinq” “Zaqatala”ya qalib gəlib. “Mingəçevir” – “Şahdağ Qusar” oyununda qalib müəyyənləşməyib.

Azərbaycan I Liqası
XII tur

24 dekabr

“Mingəçevir” – “Şahdağ Qusar” 1:1
Qollar: Kennet Kalunqa, 14 – Ruslan Voronsov, 25.

“Səbail” – “Şimal” 3:4
Qollar: Emil Qasımov, 43. Kamran Quliyev, 71-pen; 90+2 – Xəyal Bədirov, 48. Şahlar Sədiyev, 54. Fərid Nadirov, 60. Amil Məmmədov, 65.

“Baku Sportinq” – “Zaqatala” 2:1
Qollar: İlham Allahverdiyev, 19; 60 – Kabamba Mardok, 89.

“Atletiko”nun futbolçusu “Roma” yolunda

24 December 2025 at 16:50

“Atletiko”nun futbolçusu Cakomo Raspadori karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Roma” hücumçunun xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Canavarlar” italiyalı futbolçu üçün bir müddətdir danışıqlar aparsa da, hələ razılıq əldə edilməyib.

Raspadori bu mövsüm La Liqada 11 oyunda 1 məhsuldar ötürmə edib.

O, daha əvvəl İtaliyada “Napoli”də çıxış edib.

MS onun üçün danışıqlara başlayacaq

24 December 2025 at 16:27

“Mançester Siti” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” “Bornmut”dan Antoin Semenyo ilə maraqlanır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Mançester Siti” bu həftə danışıqlara start verəcək. Futbolçunun sərbəstqalma məbləği 65 milyon avrodur.

Semenyo bu mövsüm Premyer Liqada 16 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Barselona”da qalmaq istəyirəm”

24 December 2025 at 16:15

İngiltərəli hücumçu Markus Reşford “Barselona”da qalmaq istəyir.

Futbolpress.az xəbər verir ki, futbolçu bu barədə insayder Fabrizio Romanoya açıqlamasında deyib:

“Gələcəyim? “Barselona”da qalmaq istəyirəm. Bu, mənim məqsədimdir. Hər məşqdə çox çalışır və bütün gücümü qoyuram. “Barselona” böyük və möhtəşəm klubdur”.

Reşford müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur. O, icarə əsasında “Barselona”da çıxış edir.

İngiltərəli futbolçu bu mövsüm La Liqada 17 oyunda 2 qol vurub, 7 məhsuldar ötürmə edib.

Premyer Liqa klubu hücumçu axtarışında

24 December 2025 at 15:52

“Kəpəz” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az-ın məlumatına görə, “sarı-göylər” mərkəz hücumçusu axtarışındadır. İrəlidə rəqabətsiz olan Luis Paçunun məhsuldarlığı aşağıdır.

Azər Bağırov hücumda həm rəqabət yaratmaq, həm də qol yollarındakı sıxıntıları aradan qaldırmaq niyyətindədir. Klub hücumçu transferini qısa müddətdə tamamlamaq niyyətindədir.

“Kəpəz” Premyer Liqada 16 turdan sonra ən az qol vuran iki komandadan biridir – 11 qol. Gəncə təmsilçisi 9 xalla turnir cədvəlində 10-cu sıradadır.

Bölgə klubu üçün yeni sponsor

24 December 2025 at 15:26

Dekabrın 23-də Qusarda Futbolun İnkişaf Fondu – FİF-in vasitəçiliyi ilə “Şahdağ Qusar” Futbol Klubu və ISFA Green Life arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Tural Piriyev “Şahdağ Qusar”ın yenidən gücləndirilməsi üçün görülən işlər barədə məlumat verib və bu prosesdə dəstək olan hər kəsə təşəkkür edib.

Daha sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, FİF-in Himayəçilər Şurasının üzvü Asim Xudiyev, İSFA MMC-nin direktoru Samir Xeyirbəyov və “Şahdağ Qusar” FK-nın prezidenti Rahid Əmirquliyev çıxış ediblər.

Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. Tərəfdaşlıq müqaviləsini “Şahdağ Qusar” FK-nın prezidenti Rahid Əmirquliyev və İSFA-nın rəhbəri Samir Xeyirbəyov imzalayıblar.

Bastoni üçün 2 “elçi”

24 December 2025 at 15:15

“İnter”in futbolçusu Alessandro Bastoni qış transfer dönəmində klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona” və “Liverpul” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bastoni klubdan ayrılmağa müsbət yanaşır.

26 yaşlı futbolçu bu mövsüm A Seriyasında 14 oyunda meydana çıxıb. Onun “İnter”lə müqaviləsi 2028-ci ilin yayına kimidir.

“Mingəçevir”in futbolçusu mükafatlandırıldı

24 December 2025 at 14:44

I Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Mingəçevir” futbol klubunun üzvü Seymur Məmmədov mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, noyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı XII turun “Mingəçevir” – “Şahdağ Qusar” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

“Fənərbağça”nın prezidentinin narkotik testi pozitiv çıxdı

24 December 2025 at 14:30

“Fənərbağça”nın prezidenti Sadettin Saranın narkotik testi pozitiv çıxıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Funksionerdən bir neçə gün əvvəl götürülən testlərin nəticəsi müsbət olub.

Saran daha əvvəl narkotik maddələrlə bağlı istintaq çərçivəsində şübhəli qismində İstanbul Respublika Baş Prokurorluğuna dəvət edilmiş və ifadə vermişdi. O, daha sonra sərbəst buraxılmışdı.

Millinin hücumçusu “Qarabağ”a təklif olundu

24 December 2025 at 14:17

Polşanın “Motor” klubundan ayrılacağı gözlənilən Renat Dadaşov karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, hücumçu “Qarabağ”a təklif olunub. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Renatın millinin üzvü olması və yerli statusu daşıması Azərbaycana gəlmək ehtimalını daha artırır.

Dadaşov bu mövsüm “Motor”da 11 oyuna çıxıb.

II Liqanın bombardirləri

24 December 2025 at 13:54

II Liqanın ən yaxşı bombardirləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, ölkə çemionatının üçüncü səviyyəli dəstəsi uzun fasilədən sonra 2023-cü ildə bərpa olunub. PFL bayrağı altında həmin vaxtdan keçirilməyə başlayan və II Liqa adlanan yarışda 3-cü mövsümün ilk hissəsi başa çatıb.

Cavid İmamverdiyev yarışın II Liqa adlandığı dövrdə ən çox qol vurub. Üç mövsümü üç fərqli klubda – “Kür-Araz”, “Quba” və “Sheki City”də oynayan futbolçu 65 qola imza atıb.

“Şahdağ Qusar” və “Xankəndi”də 57 dəfə fərqlənən Tural Qurbatov siyahıda ikincidir. Liderlərdən fərqli üç deyil, iki mövsümü II Liqada keçirən Elvin Nəsibov da 50 qol səddini arxada qoyub. “Füzuli”, “Cəbrayıl” və “Şəfa”da oynamış futbolçu 51 dəfə fərqlənib.

Ümumilikdə isə 14 oyunçu 20 və daha çox qol vurub.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində bu turnir ikinci dəstə adlanıb və siyahıda nəzərə alınmayıb.

II Liqada 20 və daha çox qol vuranlar

1. Cavid İmamverdiyev – 65

2. Tural Qurbatov – 57

3. Elvin Nəsibov – 51

4. Vidadi Cəfərov – 49

5. Elxan Məmmədov – 36

6. Elariz Xəlilli – 32

7. Famil Camalov – 30

8-9. Valeh Seyidov – 27

Tofiq Nəsibov – 27

10. Amil Yunanov – 26

11. Ramazan Abbasov – 24

12-13. Vüqar Əşrəfli – 23

Röyal Nəcəfov – 23

14. Ülvi Quliyev – 21

❌
❌