Normal view

Today — 25 February 2026Main stream

“Xatirə turniri” keçirildi

24 February 2026 at 21:03

AFFA və Bakı Kəndlər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə əfsanəvi futbolçu Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib.

Futbolpress.az xəbər verir ki, 14 yaşadək uşaqlar arasında təşkil olunan turnirdə Bakının kənd və qəsəbələrini təmsil edən 6 komanda mübarizə aparıb. Dalğa Məşq Mərkəzində baş tutan final qarşılaşmasında “Atəşgah”ı (Suraxanı) 4:0 hesabı ilə məğlub edən “Binə” komandası turnirin qalibi olub. “Atəşgah” isə ikinci yeri tutub.

Final matçından sonra mükafatlandırma mərasimi keçirilib. Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar. Kubok qalib komandaya AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov tərəfindən təqdim edilib.

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd Azərbaycan futbolunun parlaq simalarından olmuş mərhum Anatoli Banişevskinin xatirəsini yad etmək, eləcə də uşaqlar arasında futbolun kütləviliyini artırmaq və istedadlı futbolçuların üzə çıxarılmasına dəstək olmaqdı r.

Yesterday — 24 February 2026Main stream

“Nyukasl” – “Qarabağ”: heyətlər

24 February 2026 at 22:55

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda bu gün “Nyukasl”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 00:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

Nyukasl: Aaron Ramsdeyl, Kiran Trippye, Sven Botman, Joelinton, Sandro Tonali, Harvi Barns, Ceykob Mörfi, Villiam Osula, Nik Voltemad, Den Börn, Aleks Mörfi

Qarabağ: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Joni Montiel, Kamilo Duran, Abdullah Zubir, Dani Bolt, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina.

Simeonedən sürpriz qərar – yeni klubu ilə anlaşdı

24 February 2026 at 20:00

Argentinalı mütəxəssis Dieqo Simeone yayda “Atletiko”dan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “El Chiringuito” nəşri məlumat yayıb. Mütəxəssis İtaliyanın “İnter” klubu ilə şəxsi razılığa gəlib və yeni mövsümdən “neradzurra”ya rəhbərlik edəcək.

Simeone 2016-cı ildə verdiyi açıqlamada bir gün “İnter”i çalışdırmaq istədiyini deyib.

Mütəxəssis 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. Komanda onun başçılığı altında 2 dəfə La Liqanı, 2 dəfə Avropa Liqasını, 2 dəfə UEFA Super Kubokunu qazanıb.

Darvin İngiltərəyə qayıtmaq istəyir

24 February 2026 at 19:36

“Əl Hilal”ın hücumçusu Darvin Nunyes yayda İngiltərəyə qayıda bilər.

Futbolpress.az xəbər verir ki, “Tottenhem” və “Nyukasl” uruqvaylı hücumçunun xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Əl Hilal” Nunyesi çempionat oyunları üçün sifariş etməyib. Forvard yalnız Asiya Çempionlar Liqası matçlarında iştirak edə bilər. Nunyes klubun qərarından narazıdır və yayda ayrılmaq istəyir.

Darvin bu mövsüm 24 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

“Səbail”dən növbəti xal itkisi

24 February 2026 at 19:00

Azərbaycan I Liqasında XVI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Səbail” “Baku Sportinq”lə heç-heçə edib. “Cəbrayıl” isə “Şimal”a uduzub.

Azərbaycan I Liqası
XVI tur

24 fevral

“Şimal” – “Cəbrayıl” 3:2
Qollar: N.Osmanov, 45+1, C.Kəlbəliyev, 69, 75 – D.Açimi, 28, 64

“Səbail” – “Baku Sportinq” 0:0

Sxadadze məğlubiyyəti belə şərh etdi

24 February 2026 at 18:00

Azərbaycan Premyer Liqasının XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyun haqda çox danışmayacam. Əvvəlcə “Turan Tovuz”u təbrik edirəm. Oyuna çox pis başladıq. İlk dəqiqələrdə 2 qol buraxdıq. “Turan Tovuz” kimi təcrübəli komandaya qarşı sonradan oyunu toparlamaq çətindir. Rəqibin 2-ci qolundan sonra bir neçə fürsətimiz oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Fərqlənə bilsəydik, bəlkə də oyun başqa cür ola bilərdi. İkinci hissənin əvvəlində isə öz qapımıza qol vurduq. Bundan sonra komanda istədiyi kimi oynaya bilmədi. “Turan Tovuz” müdafiədə çox diqqətli oynayır. Onların müdafiə xəttini yarmaq çox çətin olur.

– Bu gün ən zəif oyununuzu oynadığınızı demək olar? Ya diqqət növbəti turda “Karvan-Yevlax”la oyunda idi?
– Bizim üçün hər oyun vacibdir. Aydın məsələdir ki, “Karvan-Yevlax”la matç final kimidir. Dörd gündən bir oyun oynayırıq. Bu da çətindir. Belə hallarda heyətdə rotasiyalar vacibdir. Bəzi futbolçular özlərini yaxşı tərəfdən göstərdi, bəziləri göstərə bilmədi. Sıx qrafikdə rotasiyalar etməliyik. Start heyətində meydana çıxanlar başa düşməlidirlər ki, özlərini göstərməlidirlər. Təəssüf ki, bəziləri göstərə bilmədilər. Bütün mövsümü 11 nəfərlə oynamaq mümkün deyil. Murad Musayev ötən matçda oynamamışdı. Halbuki komandanın kapitanıdır. Bu gün meydana çıxdı və müdafiədə komandanın ən səhvsiz oyunçularından biri idi. Hamı öz üzərində bu cür işləməlidir. Komanda 11 nəfərdən ibarət deyil. Digər futbolçular da xeyir verməlidir.

– “Karvan-Yevlax” uzun müddətdir qələbə qazana bilmir. Belə komanda ilə oyuna final deyirsiz. Öz komandanızdan ehtiyat edirsiz?
– Bütün rəqiblərə hörmətlə yanaşırıq. Heç vaxt deyə bilmərəm ki, biz “Karvan-Yevlax”dan güclüyük. Onlar da yaxşı komandadır. Çalışırlar, mübarizə aparırlar. Xalları az olsa da, çox ciddi oyun olacaq.

 

Berdıyev: “Azərbaycan futbolu daha da güclü olub”

24 February 2026 at 17:32

Azərbaycan Premyer Liqasının XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– “Qəbələ”dən bir az ehtiyat edirdik. Yaxşı komanda olduqlarını bilirdik. Rəqibin sürətli hücumçuları var. İşimizin öhdəsindən gəldik. Uşaqlar pis oynamadılar.

– Demək olar ki, bu gün gözlədiyiniz “Qəbələ”ni görmədiz?
– Xeyr, necə rəqib gözləyirdiksə, onu da gördük. Birinci hissədə “Qəbələ”nin kifayət qədər qol epizodları oldu. Heç bir komanda üçün onlara qarşı oynamaq asan olmayıb.

– Rəhim Sadıqovun mövqeyini dəyişmisiz sanki…
– Bəli, biz onunla danışdıq. Belə qərara gəldik ki, dayaq yarımmüdafiəçisi mövqeyində daha çox fayda verəcək.

– Mövsümün ilk yarısında bir çox mütəxəssislər “Turan Tovuz”un baxımsız futbol oynadığını bildirirdi. Ancaq son oyunlarda demək olar, 20 dəqiqəyə matçın taleyini həll edirsiniz. Komandada nəyi dəyişmisiniz?
– Komanda zamanla formalaşır. Buna bir neçə il lazım olur. Hər mövsümün özünün vəzifələri var. Bu mövsümün vəzifələri ötən mövsümdən fərqlidir. Buna uyğun olaraq irəliyə doğru addımlayırıq. Bəzən nəsə alınır, bəzən alınmır. Amma uşaqlar hara getdiklərini bilirlər. Bir az vaxt lazımdır.

– Əsas rəqibiniz “Zirə” ilə xal fərqi 5-ə yüksəldi. “Turan Tovuz”un avrokuboklar yolunda böyük addım atdığını demək olar?
– Xeyr, hələ deyə bilmərik. Ötən mövsüm bizə göstərdi ki, indidən nəsə demək tezdir. Hazırda Azərbaycan çempionatı o qədər rəqabətlidir ki, istənilən komanda digərindən xal ala bilər. Ötən mövsüm nəticələri hardasa əvvəlcədən demək olardı. Amma bu mövsüm gözlənilməz nəticələr qeydə alınır. Azərbaycan futbolu daha da güclü olub.

MS-in futbolçusu “Barselona” və “Real”ın hədəfində

24 February 2026 at 15:22

İspaniyalı futbolçu Rodri mövsümün sonunda “Mançester Siti”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona” və “Real” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Bild” nəşri məlumat yayıb.

Klublar yayda Rodri üçün danışıqlara başlayacaq.

Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 15 oyuna çıxıb.

ÇL matçı öncəsi PSJ-də iki şübhəli

24 February 2026 at 14:28

PSJ Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda sabah “Monako” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Paris klubunun iki futbolçusu, Osman Dembele və Fabian Ruis komandanın son məşqində iştirak etməyib. Bu barədə “Canal+” məlumat yayıb. Oyunçuların cavab görüşündə oynaması şübhəlidir.

PSJ – “Monako” oyunu saat 00:00-da start götürəcək. Tərəflər arasındakı ilk matçda PSJ qələbə qazanıb – 3:2.

Rövlan: “Yaxşı nəticələrlə avrokuboklara vəsiqə qazana bilərik”

24 February 2026 at 14:12

“Zirə” Premyer Liqanın XXI turunda “Turan Tovuz”a uduzub – 0:2. “Qartallar”ın müdafiəçisi Rövlan Muradov matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Ardıcıl iki qələbədən sonra “Turan Tovuz”a uduzdunuz. Məğlubiyyətə səbəb nə idi?
– “Turan Tovuz”la oyunun ağır olacağını bilirdik. Ağır məğlubiyyət yaşadıq. Düşünürəm ki, qarşıdakı oyunlarda yaxşı oyunumuzla qələbələr qazanıb, məğlubiyyəti unutduracağıq.

– İlk 20 dəqiqədə buraxdığınız qollar həlledici oldu. Geridönüş niyə alınmadı?
– İlk hissədə oyunumuz alınmadı, səhvlər etdik. İkinci hissədə toparlandıq. Hücumlar etdik, oyunu çevirməyə çalışdıq, amma qollar vura bilmədik və uduzduq.

– “Turan Tovuz” avrokuboklara mübarizə yolunda əsas rəqiblərinizdədir. Bu məğlubiyyət hədəfə gedən yolda çətinlik yaratmayacaq?
– Düzdür, əsas rəqiblərimizdən birinə xal itirdik. Amma qarşıda daha çətin oyunlar var. Növbəti matçlarda toparlanıb, yaxşı nəticələrlə avrokuboklara vəsiqə qazana bilərik.

– Avrokuboklara vəsiqə üçün kubok yolu da var. Tovuzlularla fərqin artdığını nəzərə alsaq, əsas diqqəti bundan sonra kuboka yönəldəcəyinizi düşünmək olar?
– Hər iki yolda irəliləmək istəyirik. Öncə çempionatda “Araz-Naxçıvan”la oyun var. Bu matçda qələbə qazanmaq, daha sonra kubokda irəliləmək istəyirik. Kubokda hədəfimiz mərhələni keçməkdir. Bunun üçün çalışacağıq.

– Fərdi oyununu necə dəyərləndirirsən?
– Bununla bağlı məşqçilər düzgün dəyərləndirmə edər. Əlimə düşən hər şansdan maksimum yararlanmağa çalışıram.

Şahin Cəfərov

Qəbələdə heyətlər məlum oldu

24 February 2026 at 13:51

“Qəbələ” Premyer Liqanın XIV turundan təxirə salınmış oyunda bu gün “Turan Tovuz”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 15:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 7. Turan Manafov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 8. Sambu Sissoko 14. Domi Massumo
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 16. İsaak Amoah 70. Paulo Quimbila 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Sxadadze

“Turan Tovuz”: 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 90. Joarlem Santos 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev

“Sabah”ın komandası Gürcüstanda ikinci oldu

24 February 2026 at 13:20

“Sabah”ın U-13 komandası Gürcüstanda keçirilən “Kobuleti Winter Cup” turnirində çıxışını başa vurub.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” qrup mərhələsində “Xelvaçauri” (3:0) və “Dolphins” (4:0) komandalarını məğlub edib, “İberia 1999” (1:1) ilə bərabərə qalıb. 1/4 finalda “Kobuleti”yə qalib gələn (3:0) “Sabah” yarımfinala yüksəlib. Komanda yarımfinalda “Xelvaçauri”ni 3:1 hesabıyla üstələyərək həlledici matça vəsiqə qazanıb.

Finalda yerli “Vazisubani” (0:0) komandasına oyun sonrası penaltilər seriyasında uduzan “Sabah” turnirin ikincisi olub.

Milli üzvləri Tiranada yarışacaq

24 February 2026 at 12:45

Sabah Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turnirinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilin ikinci reytinq yarışında ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz təmsil edəcək.

“Olimpik Park”da təşkil ediləcək turnirə sərbəst güləşçilər start verəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Turan Bayramov, Kənan Heybətov (hər ikisi 74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq.

Yarışın son günlərində isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Məhəmməd Bəna, məşqçilər Rövşən Bayramov, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Hikmət Haqverdiyev, Rəşad Məmmədov (hər ikisi 55 kq), Nihat Məmmədli, Nihad Quluzadə (hər ikisi 60 kq), Sakit Quliyev, Ziya Babaşov, Murad Məmmədov (hamısı 63 kq), Məhəmməd Şükürzadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Laçın Vəliyev (hər ikisi 87 kq), Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev, Arif Niftullayev (hamısı 97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) Tiranada çıxış edəcək.

Görüşlər hər gün Bakı vaxtı ilə 13:30-da start götürəcək. Medallar uğrunda qarşılaşmalar isə 21:00-da başlayacaq.

Reytinq turnirində I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.

Azərbaycan yığması iki yoldaşlıq oyunu keçirəcək

24 February 2026 at 12:30

Futzal üzrə Azərbaycan millisi aprelin 9-da və 11-də yoldaşlıq oyunları keçirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komandamız Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşacaq.

Həsənov Rusiyada “bürünc” qazandı

24 February 2026 at 12:16

Rusiyanın Xantı-Mansiysk şəhərində sərbəst güləş üzrə “Vladimir Semyonov kuboku” turniri keçirilib.

Futbolpress.az xəbər verir ki, 14 ölkənin təmsil olunduğu yarışda milli komandanın üzvü Ramiz Həsənov (79 kq) da iştirak edib.

Həmyerlimiz turniri bürünc medalla başa vurub.

Tedesko: “İstəsək, ağlaya bilərik, amma…”

24 February 2026 at 11:45

“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko Super Liqada “Kasımpaşa”ya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Sona qədər mübarizə aparacağıq. Heyətdə ciddi itkilər var və asan deyil. Çalışacağıq ki, əlimizdən gələn hər şeyi edək. İstəsək, ağlaya bilərik, amma etmirik, güclüyük və döyüşməyə davam edəcəyik”.

“Fənərbağça” çempionatda 53 xalla ikinci sıradadır. İstanbul klubu lider “Qalatasaray”dan iki xal geri qalır.

Azərbaycanın iki boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

24 February 2026 at 11:24

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turnirinə start verilib.

Futbolpress.az xəbər verir ki, 31 ölkədən 338 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.

50 kq-da Bilalhəbaşi Nəzərov 1/8 finalda Luis Runini (İrlandiya) sınağa çəkib. Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1 (30:27, 30:27, 28:29, 29:28, 30:27). O, növbəti görüşünü fevralın 27-də Rudolf Qarboyana (Ermənistan) qarşı keçirəcək.

Məhəmmədəli Aşırəliyev (60 kq) də turnirə qələbə ilə başlayıb. O, 1/16 finalda Mişel Baldassini (İtaliya) 3:2 (30:27, 29:28, 28:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Azərbaycan çempionu növbəti qarşılaşmasında Yazal Hussam Seyfellə (Misir) üz-üzə gələcək. Döyüş fevralın 25-də olacaq.

Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.

“Qəbələ” – “Turan Tovuz”: təyinatlar

24 February 2026 at 11:10

Misli Premyer Liqasının XIV turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” oyununun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, saat 15:00-da start götürəcək oyunu Cavid Cəlilov idarə edəcək.

Azərbaycan Premyer Liqası
XIV turdan təxirə salınmış oyun

24 fevral

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu, 15:00

Kivu: “Hər şeyə hazırıq”

24 February 2026 at 10:47

“İnter”in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasında “Bodo-Qlimt”ə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk oyunda 1:3 hesabıyla uduzmalarına baxmayaraq, növbəti mərhələ şanslarının yüksək olduğunu bildirib:

“Hələ heç nə bitməyib. Qələbə üçün meydana çıxacağıq və nəyə qadir olduğumuzu başa düşürük. Üzərimizdəki təzyiqi düşünməməliyik İki qol bizi əlavə vaxta, üçüncü qol isə növbəti mərhələyə apara bilər. Əilimizdən gələni edəcəyik. Özmüzə inanrıq, hər şeyə hazırıq”.

“İnter” – “Bodo-Qlimt” matçı bu gün, saat 00:00-da start götürəcək.

“Zirvə döyüşü”nü “Xankəndi” qazandı

24 February 2026 at 18:28

Bu gün Azərbaycan II Liqasında XV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə iki qarşılaşma baş tutub.

Turnir cədvəlinin şərikli liderləri “Xankəndi” və “Qaradağ Lökbatan” bu turda üz-üzə gəlib. Matç “Xankəndi”nin qələbəsiylə başa çatıb.

Azərbaycan II Liqası
XV tur

24 fevral

“Xankəndi” – “Qaradağ Lökbatan” 2:1
Qollar: 
E.Quliyev, 61, F.Abbaslı, 76 (avtoqol) – S.Allahquliyev, 16

“Şəmkir” – “Şəki Siti” 0:0

Sekidika: “İnanmıram ki, çempionluğun taleyi bir oyunla həll olunsun” (MÜSAHİBƏ)

24 February 2026 at 10:18

“Sabah” Premyer Liqanın XXI turunda “Kəpəz”i məğlub edib – 1:0. Bu, “bayquşlar”ın çempionatda ardıcıl 10-cu qələbəsi olub.

“Sabah”ın futbolçusu Cesse Sekidika matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Klub tarixində ilk dəfə ardıcıl 10 qələbə qazanmısınız. Fikirlərin nədir?
– Əlbəttə ki, bu, böyük nailiyyətdir. Bu komandanın ardıcıllığını və mentalitetini göstərir. Amma düzü, buna aldanmırıq. Etdiyimiz işlərə hörmətlə yanaşırıq, amma diqqətimiz həmişə növbəti matça və inkişafa yönəlib.

– Qarşıda isə mövsümün ən kritik oyunu – “Qarabağ”la matç var. Sizcə, çempionluğun taleyi bu oyunla həll olunacaq?
– Şübhəsiz ki, çox vacib matçdır, amma inanmıram ki, çempionluğun taleyi bir oyunla həll olunsun. Titul bütün mövsüm ərzində ardıcıllıqla qazanılır. Amma bu matç təkan və inam verə bilər və biz məsuliyyəti başa düşürük. İşimizə ciddi yanaşırıq.

– “Qarabağ” çətin “Nyukasl” səfərindən gələcək. Bu, sizə hansısa üstünlük qazandırır?
– “Qarabağ” bu vəziyyətləri idarə etməkdə çox təcrübəlidir. Dəfələrlə belə oyunlara çıxıblar. Düşünmürəm ki, yorğunluq və ya səyahət hər iki tərəf üçün bəhanə ola bilər. Bu səviyyədə hər komanda şəraitdən asılı olmayaraq hazır olmalıdır.

– Məğlubiyyət komandanı təzyiqə sala bilər. Buna hazırlıqsınız?
– Mənfi ssenariləri düşünmürük. Düşüncə tərzimiz çox sadədir: hər gün təkmilləşmək və hər matçda ən yaxşımızı göstərmək üçün işə gəlirik. Turnir cədvəli yanaşmamızı dəyişmir. Nəzarət edə biləcəyimiz şeylərə – performansımıza, mentalitetimizə və ardıcıllığımıza diqqət yetiririk. Bunu düzgün şəkildə etsəniz, mövsüm özünü müəyyən edəcək. Hazırda yeganə işimiz oyundan-oyuna təkmilləşməyə və ən yüksək səviyyədə yarışmağa davam etməkdir.

– Zədədən qayıdandan sonra tam formanı yığa bilmisən?
– Özümü fiziki cəhətdən yaxşı hiss edirəm və daha da önəmlisi, yenidən özümə inamlıyam. Zədədən sonra qayıtmaq həmişə bir az vaxt aparır. Yəni, təkcə bədən deyil, həm də zehni olaraq olmalısan. Komandaya hər cəhətdən kömək etməyə diqqət yetirirəm. Hər matçda özümü daha güclü və daha inamlı hiss edirəm. Bu, vacibdir.

Şahin Cəfərov

MLS klubu Qrizmannı transfer etmək istəyir

24 February 2026 at 10:00

“Atletiko”nun futbolçusu Antuan Qrizmann karyerasını MLS-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. “Orlando Siti” klubu fransalı hücumçunun xidmətində maraqlıdır.

ABŞ təmsilçisi transfer dönəminin sonuna kimi (red-martın 26-dək) Qrizmannın keçidini həll etmək istəyir.

34 yaşlı futbolçu bu mövsüm “Atletiko”da 35 oyunda 12 qol vurub. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.

Hansı oyun, hansı kanalda? – TV

24 February 2026 at 09:36

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

24 fevral

Azərbaycan, Premyer Liqa
15:00 Qəbələ – Turan Tovuz (CBC Sport)

Çempionlar Liqası
21:45 Atletiko – Brügge (CBC Sport)
00:00 Nyukasl – Qarabağ (İctimai TV)
00:00 İnter – Budo Qlimt (CBC Sport)

“Fənərbağça”da ciddi itki

24 February 2026 at 09:24

“Fənərbağça” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin qolkiperi Ederson sıradan çıxıb.

Super Liqada “Kasımpaşa” ilə matçda (1:1) zədələnən qapıçı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Nyukasl” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

24 February 2026 at 09:00

“Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsində bu gün “Qarabağ”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, “sağsağanlar”ın 6 futbolçusu Azərbaycan təmsilçisi ilə görüşü buraxacaq.

“Nyukasl”da Bruno Gimarayş, Lyuis Mayli, Fabian Şar, Tino Livramento və Emil Kraft zədə, Malik Tiav isə cəza səbəbindən matçda olmayacaq.

Sabah baş tutacaq görüşə saat 00:00-da start veriləcək.

ÇL: pley-off mərhələsinin cavab oyunlarına start verilir

24 February 2026 at 08:38

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” səfərdə “Nyukasl”la üz-üzə gələcək. ilk oyunda ingilislər böyükhesablı qələbə qazanıb – 6:1.

“Atletiko” Madriddə “Brügge”ni qəbul edəcək. Tərəflərin ilk duelində qalib müəyyənləşməyib – 3:3.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

24 fevral

21:45 Atletiko – Brügge
İlk oyun 3:3

00:00 Bayer – Olimpiakos
İlk oyun 2:0

00:00 İnter – Bodo-Qlimt
İlk oyun 1:3

00:00 Nyukasl – Qarabağ
İlk oyun 6:1

“Turan Tovuz” 3 xalı 3 qolla qazandı

24 February 2026 at 16:55

Bu gün Azərbaycan Premyer Liqasında XIV turdan təxirə salınmış oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, “Qəbələ” azarkeşləri önündə “Turan Tovuz”la üz-üzə gəlib. Matç qonaqların qələbəsiylə başa çatıb.

“Qəbələ” – “Turan Tovuz” matçı daha əvvəl güclü duman səbəbindən təxirə salınmışdı.

Azərbaycan Premyer Liqası
XIV turdan təxirə salınmış oyun

24 fevral

15:00 Qəbələ – Turan Tovuz 0:3
Qollar:
Serrano, 9, Ozobiç, 18, Keyta, 47 (avtoqol)
Baş hakim: Cavid Cəlilov
Qəbələ şəhər stadionu

“Qarabağ” ÇL-də mübarizəni dayandırdı

25 February 2026 at 01:50

“Qarabağ” bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə “Nyukasl”ın qonağı olub. Görüş rəqibin qələbəsiylə başa çatıb.

Komandalar arasındakı ilk oyunda ingilislər qələbə qazanıb – 6:1.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

24 fevral

00:00 Nyukasl (İngiltərə) – Qarabağ 3:2

Qollar: Tonali, 4, Joelinton, 6, Botman, 52 – Kamilo Duran, 51, Elvin Cəfərquliyev, 57

Baş hakim: Davide Massa (İtaliya)

İlk oyun: 6:1

MY-dən əzmkar qələbə

24 February 2026 at 02:02

İngiltərə Premyer Liqasında XXVII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Çelsi” azarkeşləri önündə “Bernli” ilə heç-heçə edib. “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl” səfərdə “Mançester Siti”yə uduzub.

Lider “Arsenal” Londonda “Tottenhem”ə qalib gəlib.

Turun son matçıdna “Mançester Yunayted” səfərdə “Everton”u məğlub edib.

İngiltərə Premyer Liqası
XXVII tur

21 fevral

Aston Villa – Lids 1:1
Qollar:
T.Abraham, 88 – Stax, 31.

Çelsi – Bernli 1:1
Qollar:
J.Pedro, 4 – Flemminq, 90+3.

Vest Hem – Bornmut 0:0

Brentford – Brayton 0:2
Qollar
: D.Qomes, 30. Uelbek, 45+1.

Mançester Siti – Nyukasl 2:1
Qollar:
O’Rayli, 14; 27 – Holl, 22.

22 fevral

Kristal Pelas – Vulverhempton 1:0
Qol:
Gessand, 90.

Nottingem Forest – Liverpul 0:1
Qol:
Makallister, 90+7.

Sanderlend – Fulhem 1:3
Qollar:
Le Fi, 76 – R.Ximenes, 54; 61-pen. İvobi, 85.

Tottenhem – Arsenal 1:4
Qollar:
Kolo Muani, 34 – Eze, 32; 61. Dyökereş, 47; 90+4.

23 fevral

Everton – Mançester Yunayted 0:1
Qol: Sesko, 72

Eddi: “Məqsədimiz qələbə qazanmaqdır”

23 February 2026 at 21:27

“Nyukasl”ın baş məşqçisi Eddi Hau Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Heyətdə rotasiyalar olacaq, amma məqsədimiz qələbə qazanmaq, ritmi itirməməkdir. İlk oyundakı nəticə önəmlidir, lakin mənimçün daha vacib olan sərgilədiyimiz futbol, oyunçuların davranışıdır”.

“Nyukasl” – “Qarabağ” oyunu sabah, saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda ingilislər qələbə qazanıb – 6:1.

Before yesterdayMain stream

“Qarabağ” “Nyukasl” üçün yola düşdü

23 February 2026 at 20:32

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində sabah “Nyukasl”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, “atlılar” matç üçün İngiltərəyə yola düşüb.

Sabah keçiriləcək görüşə saat 00:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda “Nyukasl” qələbə qazanıb – 6:1.

“Neftçi” onun formasını əbədiləşdirir

23 February 2026 at 20:25

“Neftçi” əfsanəvi futbolçusu Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Neftçi” Peşəkar Futbol Klubunun qərarı ilə, 2026/27 mövsümündən etibarən komandanın 9 nömrəli forması fevralın 23-də anadan olmasından 80 il ötən unudulmaz Anatoli Banişevskinin xatirəsinə əbədiləşdirilir.

Bu, fəaliyyətdə olduğu 89 il ərzində Azərbaycan futbolunu hər zaman irəli aparmış “Neftçi”yə, onun şanlı tarixinə, formasını geyinmiş yüzlərlə futbolçuya əfsanəvi Anatoli Banişevskinin simasında sərgilədiyi hörmətdir.

Hakimlər Komitəsinin sədri mübahisəli epizodları şərh etdi

23 February 2026 at 19:39

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXI turunun oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, funksioner turdakı mübahisəli epizodlarda hakimlərin doğru qərar verdiyini deyib:

II Liqada qonaqların günü

23 February 2026 at 19:00

Azərbaycan II Liqasında XV tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə 4 oyun baş tutub.

“Şirvan” səfərdə “Araz Saatlı”ya, “Dinamo” isə “Kür-Araz”a qalib gəlib.

Azərbaycan II Liqası
XV tur

23 fevral

“Araz Saatlı” – “Şirvan” 1:2
Qollar: X.Bədirov, 29 – X.Bədirov, 42-avtoqol, Ü.Quliyev, 89-pen.

“Kür-Araz” – “Dinamo” – 2:4
Qollar: E.Məmmədov, 22-pen; 90+1 – V.Seyidov, 7, V.Seyidov, 37-pen; 80-pen; Ə.Abbasov, 77

“Göygöl” – “Quba” – 0:2
Qollar: V.Cəfərov, 57, İ.Azaxov, 90+3

“Ağdaş” – “Ağstafa Gəncləri” – 0:1
Qol: Ə.Bağırov, 27

Stadnik milliyə məşqçi təyin edilib

23 February 2026 at 18:32

Qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb.

Futbolpress.az xəbər verir ki, Mariya Stadnik U17 və U15 yaş qrupu üzrə milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib. Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.

Qeyd edək ki, Toğrul Əsgərov əvvəlki kimi, böyüklər və U23 milli komandada, o cümlədən U20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.

Ölməz “9 nömrə” – VİDEO

23 February 2026 at 18:03

“Neftçi TV” Azərbaycanın əfsanəvi futbolçusu, mərhum Anatoli Banişevskinin 80 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb.

Futbolpress.az xəbər verir ki, filmdə unudulmaz “9 nömrə”nin həyat yoldaşı İnna Banişevskaya, veteran futbolçular – Kazbek Tuayev, İsgəndər Cavadov, Səməd Qurbanov, Rüstəm Rəhimov, Böyükağa Ağayev və “След кометы. Страницы жизни Анатолия Банишевского” kitabının müəllifi, jurnalist Azər Cahangirov əfsanə ilə bağlı xatirələrini bölüşüblər.

“Qalatasaray”ın oyunu portuqallara tapşırıldı

23 February 2026 at 17:39

Çempionlar Liqasının pley-off mərhələsində İtaliyada “Yuventus” və “Qalatasaray” arasında keçiriləcək cavab görüşünə təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Joau Pinheyru olacaq. Ona yan xətt hakimləri Brunu Xesus və Lusianu Maya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Joau Qonçalveş yerinə yetirəcək.

Matç fevralın 25-də, saat 00:00-da keçiriləcək. “Qalatasaray” ilk oyunda 5:2 hesabıyla qələbə qazanıb.

Keçmiş “Sabah”lı: “Liderlik onları eyforiyaya salmamalıdır”

23 February 2026 at 17:18

“Sabah” Premyer Liqada 21 turdan sonra 52 xalla birinci sıradadır. “Bayquşlar” ehtiyatda bir oyunu olan “Qarabağ”ı 7 xal qabaqlayır.

“Sabah”ın sabiq futbolçusu Filip İvanoviç “Futbolpress.az“a açıqlamasında “futuristlər”in çıxışını dəyərləndirdi:

“Sabah”ın oyunlarını izləyirəm. Komanda yaxşı təsir bağışlayır. Liderlik onları eyforiyaya salmamalıdır. Oyundan-oyuna irəliləməlidirər. “Qarabağ”la arada xal fərqi olmasına baxmayaraq, diqqəti əldən vermək olmaz. Qarşıda hələ çox oyun var və düşünürəm ki, bu tempi qorumalıdırlar.

“Sabah”ın yaxşı baş məşqçisi, keyfiyyətli heyəti var. Ümid edirəm ki, çempionluq yolunda büdrəməzlər və mövsümün sonunda klubda yeni tarix yazmağı bacararlar”.

İvanoviç 2018-2021-ci illərdə “Sabah”ın formasını geyinib. O, “futuristlər”lə 59 oyunda meydana çıxıb və 2 qol vurub.

Şahin Cəfərov

“Beşiktaş” hücumçusunu itirdi

23 February 2026 at 16:45

“Beşiktaş”ın zədəli hücumçusu El Bilal Turenin son duurmu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergen Yalçın yerli mətbuata açıqlamasında deyib. O, forvardın 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Ture Super Liqada “Başakşəhər”lə matçda zədə alıb.

Forvard bu mövsüm Super Liqada 16 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.

Qızına görə millidən ayrıldı

23 February 2026 at 16:30

Kurasao yığmasının baş məşqçisi Dik Advokat vəzifəsindən ayrılıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qızının səhhəti ilə bağlı işindən ayrılmağa qərar verib.

Kurasao millisi Advokatın rəhbərliyi altında tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.

“Zirə”nin legionerinin yubileyi

23 February 2026 at 16:07

Misli Premyer Liqasının XXI turunun “Turan Tovuz”la oyunu Davit Volkov üçün yubiley xarakteri daşıyıb.

Futbolpress.az xəbər verir ki, o, “Zirə”nin heyətində 100-cü çempionat matçını keçirib.

Gürcüstanlı hücumçu bu qarşılaşmalarda 36 qol vurub. Davit Premyer Liqada “Zirə” forması ilə ilk oyununu 2020-ci il fevralın 1-də “Sabah”a qarşı (2:0) keçirib.

Qeyd edək ki, Volkov turnirdə “Qəbələ” və “Sabah”da da çıxış edib.

AFFA rəhbərliyi Anatoli Banişevskinin məzarını ziyarət edib

23 February 2026 at 15:45

Azərbaycan futbol tarixinin parlaq simalarından olmuş, uzun illər “Neftçi” klubunun şərəfini qorumuş, SSRİ millisinin heyətində çıxış etmiş və öz dövrünün ən güclü, ən istedadlı hücumçularından biri kimi yaddaşlara həkk olunmuş Anatoli Banişevskinin doğum günüdür.

Futbolpress.az xəbər verir ki, anadan olmasının 80-ci ildönümündə AFFA rəhbərliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri və futbol veteranları mərhum futbolçunun məzarını ziyarət edib, gül dəstələri qoyub, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Azərbaycan yığması Tacikistana da uduzdu

23 February 2026 at 15:35

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, yığma 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun rəqibin qələbəsi ilə bitib – 1:0.

U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub, Belarusa qalib gəlib – 1:0.

Mahir Emreli: “Çox qol vurmaq istəyirəm”

23 February 2026 at 15:26

“Kayzerslautern”in hücumçusu Mahir Emreli Almaniya mətbuatına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, uzun müddət sonra II Bundesliqada “Proyssen”lə matçda (3:2) meydana çıxan forvard bunları deyib:

“Çətin dövr idi. Əvvəlcə, son bir neçə ayda bərpa keçdiyim müddətdə mənə kömək olan, dəstək göstərən hər kəsə təşəkkür edirəm. Özümü 85-90 faiz hazır hiss edirəm və motivasiyalıyam. Bu mövsüm çox oynamaq, çox qol vurmaq istəyirəm”.

Mahir ötən ilin noyabrından zədəli idi.

“Bugünkü uğura məğlub ola-ola, yıxıla-yıxıla gəlmişik, çəkinməmişik” – Qurbanov

23 February 2026 at 15:00

Çempionlar Liqasının pley-off mərhələsində fevralın 25-də keçiriləcək “Nyukasl” – “Qarabağ” oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Cavab oyununa gedirik. Əlbəttə ki, qarşılaşma haqda danışmaq asan deyil. İlk matçdakı nəticəyə görə belədir. Hər halda, üzərimizə düşən vəzifədir, oyun haqda fikirlərimizi bölüşməliyik. Bir neçə gün vaxtımız oldu ki, oyunu təhlil edək. Deyiləcək çox fikir yoxdur. Bəli, rəqib bizi üstələdi. Cavab oyununda daha diqqətli, daha mübariz, daha məsuliyyətli olmalıyıq. Çünki gedəcəyimiz yol uzundur, rəqib doğma meydanda oynayır. Ümumən pis hazırlaşmadıqBaxmayaraq, psixoloji zərbə aldıq, hazırlığımız pis deyil. Çalışırıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək.

– Birinci oyunun ikinci hissəsində beşli müdafiəçiyə keçdiniz və yaxşı oynadınız. Gələcək matçlarda bu sistemi yoxlamağı düşünmürsünüz?
– Xeyr. Biz öz oyunumuzu daha yaxşılaşdırmalıyıq.

– Açıq məşq burda oldu. “Nyukasl”la səfər oyunu öncəsi bu qərarı verməyinizə səbəb nə idi?
– Belə hallar olub. Sadəcə Bakıdakı maçtdan sonra bərpaya vaxt lazım idi. İki gün öncə getsəydik, hazırlıq planımız pozulardı. Ona görə belə addım atdıq ki, istədiyimiz kimi hazırlaşa bilək.

– Müdafiənin mərkəzi ilə bağlı problem var. Qarşıdakı üç ayda bunu necə çözməyi düşünürsünüz?
– Samidən düşündüyümüzü ala bilmədik. Hər bir halda, başqa variantlar üzərində çalışacağıq.

– Saminin əvəzedici komandaya göndərilməsinin səbəbi sırf nədir?
– İntizam qaydalarını pozmuşdu. Kodekslərimiz var. Məncə, çox danışmağa ehtiyac yoxdur.

– Toral Bayramovun ötən oyunda penalti zamanı güldüyü görüntüləri yayıldı. Onunla bağlı hansısa tədbir görüldü?
– Bəlkə, epizoda qədər nəsə söhbət edirdilər. Düzdür, fikirlərimi bildirdim, amma xırdalıqlara getmək lazım deyil.

– “Neftçi” ilə matç “Nyukasl”la oyunun fonunda yenidən gündəmə gəlib…
– İndi müzakirə olunası məsələ deyil. Bizim rəhbərlik adından “Neftçi”yə təşəkkür edildi. İkinci xahişimizdən sonra qərar verildi. “Nefçti”yə bir daha təşəkkür edirəm. Bizim qrafikimiz çox sıx idi. İstəyirdik ki, “Nyukasl”la oyuna yaxşı hazırlaşaq. Əsasən də, iki oyun arasında cəmi 2 gün vaxtımız var. Səfərdəki görüşü, yolu düşünərək bu addımı atdıq ki, futbolçular hamısı hazır olsunlar. Bizi başa düşmək lazımdır. Tək “Qarabağ” yox, başqası olsun, illərcə baş verib. Bu gün də bunun tərəfdarıyıq. Bizim hazırkı hazırlığımız onlarla yan-yana qoyulası deyil. “Nyukasl” illərdir bu rejimdə oynayır, uyğunlaşıb. Çox xırdalığa getsək, çox danışmaq olar. Müqayisəolunmazdır. İlin əvvəlindən deyirlər ki, pley-off matçlarında qarşı tərəf razı olarsa, oyun təxirə salınacaq. “Neftçi” yox desəydi, yenə işimizi görəcəkdik, sağ ol deyəcəkdik. O qədər problemlərimiz var ki, bu, müzakirə olunası problem deyil. Biz bir-birimizə meydanda rəqibik. Amma “Neftçi” rəhbərliyi və ya digərləri ilə münasibət yaxşıdır, bir-birimizi daha tez və yaxşı anlamışıq. Çox da müzakirə olunası mövzu deyil. Təşəkkür edirəm ki, “Neftçi” buna razılıq verdi.

– Ayxan Abbasov mətbuat konfransında bildirdi ki, Qubadakı qapıların birinin ölçüsü digərindən 11 sm yüksəkdir. Bu haqda nə deyəcəksiz?
– Ayxan maraqlı açıqlama verib. Mən meydançanı demişdim, Ayxan qapıları deyib(gülür). “No comment”, fikir bildirməyəcəm.

– Bəhlulun Çinə transferi alınmadı. Daha sonra isə zədələndi. İndi psixoloji durumu necədir?
– Yaxşı deyil, çox üzgündür. Tək Bəhlul yox, hamımız üzgünük. Amma zədə qaçılmazdır. O, yaxşı mövsüm keçirib, gözlənilən idi ki, hansısa məqamda futbolçu yorulur. Belə hallar olur.

– Növbəti mövsüm bu uğuru təkrarlamaq üçün hansı mövqelərə transferlər lazımdır? Çatışmazlıqlar hansı mövqelərdir?
– Hər mövqeyə baxış keçiririk. Transfer etmək istəyirik. Həm komandada oyunçunu sayını artırmaq, həm də keyfiyyəti yaxşılaşdırmaq istəyirik. Ən azından əldə etdiyimizi saxlamaq istəyiriksə, Premyer Liqada liderlər sırasında olmalıyıq.

– Düşünmək olar ki, “Nyukasl”ı keçmək real görünmədiyi üçün dərinlikdə daha çox “Sabah”la oyunu düşünürsüz?
– İnanın ki, fikrimdə “Nyukasl”la görüşdür. “Sabah”la oyun barədə düşünmürük. Böyük turnirdir. Reallığa baxsaq, oradakı matçda yaxşı nəticə əldə etməyimiz real görünmür. Amma biz bu turnirdən həzz almalıyıq, futbolçular bu turnirdə böyüyürlər, böyük məğlubiyyətlər həmişə idmançını möhkəm edir. Bu cür böyük komandalara qarşı, belə tribunlarda oynamaq özü ayrıca məsuliyyətdir. Bu gün var İgitlərə Premyer Liqası və Avropa futbolu. Bu liqa digələrindən fərqlənir. İngiltərə klubları digərlərindən bir baş yuxarıdır. Onların hazırda futbola yönəldiyi məbləğlər, infrasturktur digərlərini üstələyir. Bilirik, hara gedirik. Həmişə futbolçularımdan cəsarətli olmaqlarını istəyirəm. Bugünkü uğura məğlub ola-ola, yıxıla-yıxıla gəlmişik, çəkinməmişik, qorxmamışıq. Bu da bəzən uğurlar əldə etməyə şərait yaradır. Hazırda fikrimiz “Nyukasl”la səfər matçıdır. Optimal formada olmaq istəyirik. Nə qərarlar versək, sırf bu oyuna görə veriləcək.

– “Qarabağ” bu mövsüm çox uğurlu çıxış etdi və tələblər artacaq. Bu haqda fikriniz necədir?
– Tamamilə doğrudur. Əgər bir insan, kollektiv müəyyən səviyyəyə qalxıbsa, ən asanıdır. Orada qalmaq çətindir. Məsuliyyətimiz, tələblər artır, gözləntilər çoxalır. Bu oyunlarda hiss edirik. Yaxşı qələbələrimiz oldu. Nəticələr baxsaq, 10 xal əldə etdik. ÇL kimi böyük turnirdə 10 xal əldə etmək, böyük uğurdur. Hansısa oyunda uduzurduq, həmən neqativ fikirlər dolaşırdı. Biz gözləntiləri hiss edirdik. Qaçılmazdır. Buna görə futbol çox sevilir, dünyada yəqin ki, 1 nömrəli müzakirə mövzusudu futboldur. Buna görə bizə dayanmaq, durmaq olmaz. həmişə işimizə pozitiv yanaşmalıyıq ki, uğurlarımızı qoruyub-saxlaya bilək.

– Sabah az oynayan futbolçuları meydanda görə biləcəyik?
– Xeyr, optimal heyətlə çıxacağıq.

Şahin Cəfərov

Montiel: “Özümü “10 nömrə” kimi daha yaxşı hiss edirəm”

23 February 2026 at 14:54

“Qarabağ”ın futbolçusu Joni Montiel Çempionlar Liqasında “Nyukasl”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi matçdan əvvəl təşkil olunan mətbuat konfransında bunları deyib:

– Düşünürəm ki, ilk oyunun birinci hissəsində bizə yaraşmayan şəkildə oynadıq. Fasilədən sonra daha yaxşı mübarizə apardıq. Birinci yarıda da belə oynamalıydıq. Bu yarışın səviyyəsi bəllidir. Düşünürəm ki, ilk oyununun ikinci hissəsindəki kimi oynasaq, yaxşı nəticə əldə edə bilərik.

– Bu mərhələdə, komandadan, özünüzüdən gözləntiləriniz nə idi?
– Çempionlar Liqasının səviyyəsi məni təəccübləndirmədi. Hansısa oyunun asan keçdiyini xatırlamıram. Azərbaycanın ən böyük klubu olaraq bilirəm ki, bizdən gözləntilər yüksəkdi. Çalışdığımız qədər bunların qarşılığını verməyə çalışdıq.

– Hansı mövqedə daha məhsuldar olacağınızı düşünürsünüz? Bəzən “10 nömrə”, bəzən vinger kimi oynayırsınız…
– Tez adaptasiya olmaq kimi xüsusiyyətim var. Lakin özümü “10 nömrə” kimi daha yaxşı hiss edirəm. Bu mövqedə oynayanda daha faydalı oluram. Ancaq digər mövqelərə də ehtiyac olarsa, oynamağa hazıram.

Şahin Cəfərov

“Arsenal”ın ən yaxşısı

23 February 2026 at 14:10

“Arsenal”ın hücumçusu Viktor Qyökereş bu mövsüm komandanın ən məhsuldar oyunçusudur.

Futbolpress.az xəbər verir ki, isveçli forvard 25 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun “qol+ötürmə” sistemində 17 xalı var.

Komandanın bu göstəricidə ikinci ən yaxşı oyunçusu Leandro Trossarddır. Belçikalı yarımmüdafiəçi 7 qol vurub, 8 məhsuldar ötürmə edib. Onun xalı 15-dir.

“Arsenal” Premyer Liqada 28 turdan sonra 61 xalla birinci sıradadır.

“A Seriyası dünyanın ən çətin liqasıdır”

23 February 2026 at 13:38

“Milan”ın məşqçisi Marko Landuççi A Seriyasında “Parma”ya uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Parma” çox yaxşı oynadı. Biz də hücumlar etsək də, top qapıya girmədi. Üç xal qazanmaq istəyirdik və məyusuq.

Düşünürəm ki, A Seriyası dünyanın ən çətin liqasıdır. Çox balanslıdır və hər oyunun öz təhlükəsi var”.

“Milan” çempionatda 54 xalla ikinci sıradadır və lider “İnter”dən 10 xal geridədir.

Millinin sonuncu sınağı

23 February 2026 at 13:09

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək matç Bakı vaxtı ilə saat 13:20-də başlanacaq.

Valdasın dilindən çıxan həqiqətlər

23 February 2026 at 12:57

“Sabah” – “Kəpəz” (1:0) oyunundan sonra mətbuat konfransında Valdas Dambrauskas belə bir məsələyə toxunub:

“İstərdik ki, önümüzdə həftə tribunada daha çox azarkeşimizi görək. Əvvəlki konfranslarda da demişəm, ardıcıl qələbələr, çoxlu qollar olduqda sanki azarkeş sayımız artmaq əvəzinə azalır. Bilmirəm nə ilə bağlıdır. Bəlkə də, havalara görədir. “Qarabağ”la oyunda stadiona çox azarkeşin gəlməsini istərdim. Komandalarınızı Çempionlar Liqasında, Avropa Liqasında görmək istəyirsiniz, amma daxili çempionat da önəmlidir. Çox istərdim ki, növbəti matçda azarkeşlər tribunada yerini alsınlar”.

Elə mövzular var ki, “passiv aktual” adlandırmaq olar. Yəni həmişə aktualdır, lakin həll edilmir.

Doğrudan, Azərbaycan Premyer Liqası oyunlarında azarkeş niyə olmur?

Bəli, bunu elə “olmur” kimi ifadə edə bilərik, çünki tribunalarda əksərən kluba hər hansı formada yaxın olanlar olur. Orijinal azarkeş ya çox azdır, ya da heç yoxdur.

Valdas, “…ardıcıl qələbələr, çoxlu qollar olduqda sanki azarkeş sayımız artmaq əvəzinə azalır” ifadəsi ilə problemi obrazlı şəkildə mükəmməl ifadə edib. Ümumiyyətlə, “futuristlər”in litvalı baş məşqçisinin özünüifadə məzmunu digərlərindən fərqlidir. O, məsələlərin fəlsəfi qatını da aça/yarada bilir. Yuxarıdakı cümlə də bu sıradandır.

Azərbaycanda azarkeş anlayışındakı absurd reallığı bu qədər sərrast ifadə etmək asan məsələ deyil.

12 il sərasər avrokubokların qrup mərhələsinə yüksələn “Qarabağ”ın APL oyunlarına bəzən heç 200-300 nəfər gəlmir.

Niyə?

Cavab tapmaq çətindir. Əksərən bu mövzuda müxtəlif uduşlar, əyləncəli proqramlar təklif edilir. Bunun ən yaxşısını vaxtilə “Qəbələ” etdi, ancaq tribuna dolmadı ki dolmadı…

Bir zamanlar böyük futbolun regionlara açılması ilə azarkeş amilində canlanmanın yaranacağı ən populyar iddia idi. Lakin indi APL-dəki iştirakçıların təxminən yarısı region təmsilçisi olsa da, yenə ürəkaçan, diqqətçəkən məqam yoxdur.

Əvvəla, region təmsilçilərinin vəziyyəti elədir ki, azarkeş kultu formalaşmır. Daha çox həmin klublar ətrafında dedi-qodu mühiti yaranıb.

Ümumiyyətlə, bir əlin barmaqlarının sayı qədər olmayacaq ənənəyə sahib regionların elə yarısı böyük futboldan uzaq qalıb/saxlanılıb. Olanlar da, məsələn, Gəncə, Tovuz – daha çox deyingənlik, narazılıq, istefa tələblərində qabarırlar, üzə çıxırlar.

Fərqlilik yoxdur. Bir az “Sabah” tərəfdarları cəhd etdi, kult yaratmaq istiqamətində maraqlı addımlar atdı, lakin orda da səngimə müşahidə olunur. Elə Valdas dediyi kimi, oyuna gəlmirlər…

Nəticələri pisləşsə də, son illər adına layiq yerlərdə olmasa da, nisbətən “Neftçi” tribunaları canfəşanlığıyla gözə dəyir. O da böyük ölçüdə ənənədən doğur…

Vəziyyət ürəkaçan deyil, ancaq bunda azarkeşi günahlandırmaqla çıxış yolu tapa bilmərik. Bizim futbol öz təbiiliyini itirib. Bəlkə də problem bundan qaynaqlanır.

Azarkeş görür ki, bütün klublara eyni məbləğdə dövlət dotasiyası ayrılır. Və bu pullar klubun böyüməyinə yox, legioner gəl-getinə xərclənir. Klubları mənfəətbazlar basıb. Əksər klublarda bir-biri ilə əlaqəsi olan şəxslər çalışır və onların əsas məqsədi ölkə futbolunda dövr edən maliyyədən özünə “qatlamaqdır”.

Bu və bu kimi reallıqları görən, bilən, eşidən azarkeş, əlbəttə tribunaya gəlməz, deyinər, dedi-qodu edər, neqativ saçar. Bu aura, mühit ümumi ölkə futbolunun başına çöküb. Yaxşı cəhdlər edən azsayda klub da bu auranən yaratdığı “qısırlaşma” modundan əziyyət çəkir.

Təşəkkürlər, Valdas! Sosioloji, iqtisasi məzmunlu problemi qabartdığınız, hətta fəlsəfi çalarlarla ifadə etdiyiniz üçün.

Bizə belə futbol simaları lazımdır – indiki məqamın səbəblərini tapmaq və həll etmək üçün.

Çox azdır sizin kimisi, lap az.

Kamil Əhməd

İngiltərə çempionatlarında belə şey olmamışdı

23 February 2026 at 12:26

“Şeffild Uenzdey” klubu Çempionşipi tərk edəcək.

Futbolpress.az xəbər verir ki, XXXIII turda “Şeffild Yunayted”ə uduzan komandanın liqada qalmayacağı dəqiqləşib.

“Şeffild Uenzdey” İngiltərə çempionatları tarixində fevraldan elitanı tərk etməyi bilinən ilk komanda olub.

Klubun aktivində -7 xal var. “Şeffild Uenzdey” maliyyə problemlərinə görə, mövsümün əvvəlində xal silmə cəzasına məruz qalıb.

“Komandanın liqada qalacağına əminəm”

23 February 2026 at 12:13

“Tottenhem”in baş məşqçisi İqor Tudor Premyer Liqada “Arsenal”a uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis 1:4 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İlk hissədə yaxşı mübarizə apardıq. Rəqibin qoluna reaksiya verə bildik və oyunda balans yaratdıq. Fasilədən sonra “Arsenal”ın erkən qolu planlarımızı pozdu.

Komandanın liqada qalacağına əminəm. Nəticələrimiz pis olsa da, keyfiyyətli oyunçularımız var və geridönüş edə bilərik”.

“Tottenhem” Premyer Liqada 27 turdan sonar 29 xalla 16-cı sıradadır.

Azərbaycan güləşçisi Belarusda “qızıl” qazandı

23 February 2026 at 11:45

Fevralın 20-dən 22-dək Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turniri keçirilib.

Futbolpress.az xəbər verir ki, 55-ci dəfə təşkil edilən yarışda sərbəst güləş üzrə milli komandanın üzvü Abubakr Abakarov (92 kq) uğurlu çıxış edib.

Bütün rəqiblərinə qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Abubakr finalda dağıstanlı Qamzat Qasanov üzərində inamlı qələbə qazanıb – 12:5.

Zaur Ramazanova şərik çıxdı

23 February 2026 at 11:33

Misli Premyer Liqasının XXI turu Filip Ozobiç üçün əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, “Turan Tovuz”un yarımmüdafiəçisi turnirdə 70-ci qolunu vurub.

O, “Zirə” ilə ev oyununda (2:0) fərqlənib. Filip “70”ə 218-ci oyununda çatıb. Onun orta məhsuldarlığı 0,32-yə bərabərdir.

Premyer Liqada 2016/17 mövsümündə debüt edən Ozobiç “Qəbələ”də 16, “Qarabağ”da 35, “Neftçi”də 15 qol vurub. İndiki klubunda 4-cü dəfə fərqlənən yarımmüdafiəçi turnirdə 70 və daha çox qola sevinən 23-cü futbolçu olub. Ozobiç bu göstəricidə Zaur Ramazanova şərik olub.

1. Nazim Əliyev – 183

2. Müşfiq Hüseynov – 125

3. Rövşən Əhmədov – 116

4-5. Qurban Qurbanov – 115

Samir Ələkbərov – 115

6. Alay Bəhramov – 108

7. Nadir Nəbiyev – 103

8-9. Xaqani Məmmədov – 102

Vadim Vasilyev – 102

10. Kənan Kərimov – 101

11. Musa Qurbanov – 94

12. Fazil Pərvərov – 89

13. Samir Musayev – 88

14-15. Fərrux İsmayılov – 85

İmamyar Süleymanov – 85

16. Samir Əliyev – 84

17. İsmayıl Məmmədov – 76

18. İlham Məmmədov – 74

19. Azər İsayev – 73

20. Paşa Əliyev – 72

21. Badri Kvaratsxeliya – 71

22-23. Zaur Ramazanov – 70

Filip Ozobiç – 70

Qeyd edək ki, Ozobiç “23-lük”də karyerasını davam etdirən yeganə futbolçudur.

“Anatoli Banişevski tribunası”

23 February 2026 at 11:22

“Neftçi” sabiq futbolçusu Anatoli Banişevskinin adını əbədiləşdirməyə davam edir.

Futbolpress.az xəbər verir ki, bu gündən etibarən “Neftçi”nin ev oyunlarını keçirdiyi “Palms Sports Arena”nın ən böyük tribunalarından biri – “Cənub” tribunası Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adını daşıyacaq.

Bununla “Neftçi”  əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atıb.

“Sabah”dan tarixi göstərici

23 February 2026 at 11:16

“Sabah” Misli Premyer Liqasında ardıcıl 10-cu qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, Bakı klubu seriyasını yubiley həddinə XXI turda çatdırıb.

Paytaxt təmsilçisi evdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. “Sabah” bunadək “İmişli”ni 3:0, “Neftçi”ni 2:0, “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Sumqayıt”ı 3:1, “Karvan-Yevlax”ı 4:1, “Zirə”ni 3:1, “Araz-Naxçıvan”ı 4:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.

Klub tarixində ilk dəfə belə seriyaya imza atan “Sabah” turnirin tarixində ən azı 10 qələbəni sıralayan 9-cu komandadır. Bunadək 8 klub 17 seriyaya imza atıb. Cari mövsüm qeydə alınan bu seriya isə 18-cidir.

“Neftçi” hamıdan çox – 6 dəfə ən azı 10 ardıcıl görüşdə qalib gəlib. “Qarabağ”ın 4, “Şəmkir”in 2 belə seriyası var. “Bakı”, “Kəpəz”, “Turan”, “Xəzər” (Sumqayıt) və “Xəzər Lənkəran” isə “Sabah” kimi bir dəfə ardıcıl qələbə seriyasını ikirəqəmli ədədə çatdırıb.

Qeyd edək ki, “Sabah” növbəti turda “Qarabağ”la qarşılaşacaq.

APL: son 9 mövsümün ən aşağı göstəricisi təkrarlandı

23 February 2026 at 11:00

Misli Premyer Liqasının XXI turunun 5 oyununda 5 qol vurulub.

Futbolpress.az xəbər verir ki, “Turan Tovuz” “Zirə”ni evdə, “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı səfərdə 2, “Sabah” öz meydanında “Kəpəz”i 1 qolla məğlub edib. “Neftçi” – “Qarabağ” qarşılaşması isə təxirə salınıb.

Baş tutan 5 görüşdə orta məhsuldarlıq 1,00-a bərabər olub. Bu, mövsümün yeni antirekordudur.

Ardıcıl ikinci turda məhsuldarlıq antirekordu qeydə alınır. Ötən turun 6 matçında 8 qol vurulmuşdu. Orta məhsuldarlıq 1,33-ə bərabər idi.

Orta məhsuldarlığın 1,00 olması son 9 mövsümün antirekordunun təkrarıdır. Belə göstərici sonuncu dəfə ötən mövsümün XII turunda qeydə alınıb. 2024-cü il noyabrın 1-3-də keçirilən 5 matçda 5 qol vurulub.

Qeyd edək ki, daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/17 mövsümünə təsadüf edib. II turun 4 oyununda 3 qol vurulub və məhsuldarlıq 0,75 olub.

Mikelsdən 100-cü oyun: tarixdə 7-ci

23 February 2026 at 10:52

“Sabah”ın futbolçusu Coy-Lens Mikels Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, almaniyalı hücumçunun yubileyi XXI tura təsadüf edib.

O, “Kəpəz”lə ev qarşılaşmasında (1:0) meydana sonradan çıxıb. Azərbaycanda yalnız bir klubda – “Sabah”da forma geyinən 32 yaşlı forvard 100 oyunda 47 qol vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.

Coy-Lens çempionatın tarixində ən azı 100 oyun keçirən legioner statuslu futbolçular arasında ən yüksək orta məhsuldarlığa malikdir. Ümumilikdə isə Mikels minimum 100 matça çıxanların siyahısında orta göstəricidə 7-ci nəticəyə malikdir.

Premyer Liqada 2021-ci ildə debüt edən Mikels ölkəmizdə yalnız “Sabah”ın formasını geyinib. O, 2021-23-cü illərdə şərəfini qoruduğu kluba 2024-cü ildə qayıdıb.

Qeyd edək ki, Coy-Lens turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub. O, eyni klubda buna nail olan 210-cu oyunçudur.

“Paris”də baş məşqçi dəyişikliyi

23 February 2026 at 10:34

Fransanın “Paris” klubunun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Antuan Kombuareyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 62 yaşlı mütəxəssis bu postda Stefan Jiyini əvəzləyib.

Kombuare məşqçi karyerası ərzində “Strasburq”, “Valensyen”, PSJ, “Lans”, “Genqam”, “Dijon” kimi klublarda işləyib.

“Paris” Liqa 1-də 23 turdan sonra 15 xalla 23-cü sıradadır.

PSJ portuqaliyalı ilə müqaviləni uzatdı

23 February 2026 at 10:17

PSJ futbolçusu Joau Neveş ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Paris klubu portuqaliyalı yarımmüdafiəçinin müqaviləsini 2030-cu ilin yayına kimi artırıb.

Neveş 2024-cü ilin yayında “Benfika”dan PSJ-yə keçib. O, komandada Çempionlar Liqasını, Fransa Liqasını və Fransa Kubokunu qazanıb.

Turdan diqqət çəkən məqamlar

23 February 2026 at 10:00

Premyer Liqada XXI tur başa çatıb.

Son oyun günündə Qubada “İmişli” “Şamaxı” ilə qolsuz heç-heçə edib, lider “Sabah” isə autsayderlərdən “Kəpəz” üzərində minimal qələbəyə sevinib.

Məhsuldarlığın aşağı olduğu turda “Turan Tovuz” və “Araz-Naxçıvan” 2:0-la 3 xal qazanıb, “Qəbələ” isə səfərdə “Sumqayıt”la dueldən bir xalla ayrılıb.

Turan Tovuz – Zirə 2:0
Turun açılış matçı tovuzluların inamlı qələbəsiylə başa çatdı. Kurban Berdıyevin yetirmələri ilk hissədəki təzyiqi ilə iki qol vurmaqla oyunun taleyini həll etdi. Fasilədən sonra “Zirə” geridönüş cəhdləri etməsinə baxmayaraq, tablodakı hesab dəyişmədi.

“Turan Tovuz” qələbə sayəsində avrokubok mübarizəsində rəqibini üstələdi. Ehtiyatda da bir oyunu olan tovuzlular “Qəbələ” ilə təxirə salınan matçda da üç xal qazansa, “üçlük”dəki yerini möhkəmləndirəcək.

Sumqayıt – Qəbələ 0:0
Turun qol vurulmayan birinci oyunu Sumqayıtda oldu. Hər iki hissədə tərəflər qol vurmağa çalışsa da, hesab açılmadı. Birinci hissədə “Qəbələ” qazandığı penalti hüququndan yararlana bilmədi. Ba Lua dəqiq olsaydı, bəlkə də, oyunun seyri fərqli olardı.

Fərdi mübarizələrin bol olduğ oyun maraqlı alındı. Tək çatışmayan qol idi. “Sumqayıt” hər iki hissənin əvvəlində ciddi təzyiq göstərir, daha sonra “Qəbələ” oyunu tarazlaşdırırdı. Mübarizələrin, epizodların olduğu oyunda bərabərlik iki tərəf üçün də ədalətli nəticə sayıla bilər.

Karvan-Yevlax – Araz-Naxçıvan 0:2
Autsayder xal itkilərinə davam edir. Aylardır, qələbəyə həsrət qalan yevlaxlılar elitanı tərk etmək yolunda irəliləyir. Füzuli Məmmədovun komandası “Araz-Naxçıvan”la oyuna yaxşı başlasa da, son nöqtəni qoymaq alınmadı. Yevlax klubunda bu mövsüm əsas məsələ məhz qol vurmaqdır. “Karvan-Yevlax” sonuncu dəfə yanvarın 25-də “Sabah”la səfər matçında fərqlənib. Ondan sonra qol vura bilməyən yevlaxlılar uğursuz gedişatı dayandıra bilməzsə, elita mübarizəsi bir mövsümlük olacaq.

“Araz-Naxçıvan” isə Andrey Demçenkonun rəhbərliyi altında ardıcıl ikinci qələbəsini qazandı. Sürətli əks-hücumla hesabı açan naxçıvanlılar ikinci hissəyə də təzyiqlə başladı və ikinci qolu vurdu. Bununla da rəqibinin müqavimətini qıran naxçıvanlılar ciddi təzyiqlə üzləşmədi. Ardıcıl qələbələr komandanı yenidən avrokubok yarışına qoşdu.

İmişli – Şamaxı 0:0
Qubada keçirilən daha bir oyun qolsuz başa çatdı.”İmişli” nisbətdə daha yaxşı görünsə də, müdafidə sıx oynayan “şirlər”i məyus etmək alınmadı. Meydançanın durumunun yaxşı olmaması üzündən daha çox uzaqdan zərbələrlə qol vurmağa çalışan komandaların cəhdləri boşa getdi. Hər iki kollektiv liqada qalmaq yolunda vacib xallar toplayıb və indiki məqamda iki tərəf üçün də bir xal pis nəticə sayılmır.

Sabah – Kəpəz 1:0
“Qarabağ”la mövsümün kritik oyunu öncəsi mühüm qələbə qazanan “Sabah” gəncəliləri ciddi pressinq hesabına məğlub etməyi bacardı. Hər iki hissədə üstün oynayan “Bayquşlar” sona yaxın təzyiqini artırmaqla rəqibi boşluq verməyə məcbur etdi. “Kəpəz” müdafiəsinin son dəqiqələrdəki ani diqqətsizliyi məğlubiyyətə səbəb oldu. Hər bir halda, oyun baxımından üstün olan “Sabah” layiqli qələbə qazandı.

Şahin Cəfərov

P.S. Turun “Neftçi” – “Qarabağ” oyunu ikincilərin Çempionlar Liqasında “Nyukasl”la oyununun olması səbəbindən təxirə salınıb.

“Milan”ın futbolçusu ağır zədə aldı – FOTO

23 February 2026 at 09:36

“Milan” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Ruben Loftus-Çik zədələnib.

İngiltərəli futbolçu A Seriyasında “Parma” ilə matçda (0:1) rəqib qapıçı Eduardo Korvi iə toqquşub. Xərəkdə meydanı tərk edən və xəstəxanaya aparılan yarımmüdafiəçi boynundan zədə alıb.

İtaliya mətbuatının xəbərinə görə, Loftus-Çik əməliyyat edilməlidir və bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

Ruben bu mövsüm 23 oyunda 3 qol vurub.

“Sabah”ın məşqçisi: “Qələbəmizə tez inandığımızdan məğlub olduq”

23 February 2026 at 09:23

“Sabah” basketbol klubu Azərbaycan Kubokunun finalında “Gəncə”yə uduzub.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın məşqçisi Rimas Kurtinaytis 82:89 bitən matçla bağlı klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Üstünlüyümüzü əldən verdik. Bəzi epizodlarda konsentrasiyanı itirdik. 30 dəqiqə oyuna nəzarət bizdə idi. 4-cü period isə ağır alındı. Qələbəmizə tez inandığımızdan məğlub olduq. “Gəncə”ni təbrik edirəm. Bizimlə oyuna yaxşı hazırlaşmışdılar”.

Hansı oyun, hansı kanalda? – TV

23 February 2026 at 09:16

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

23 fevral

Türkiyə, I Liqa
14:30 Sivasspor – Sakaryaspor (TRT Spor)
17:00 Pendikspor – Keçiörengücü (TRT Spor)
21:00 Amedspor – Vanspor (TRT Spor)

Türkiyə, Super Liqa
21:00 Fənərbağça – Kasımpaşa (beİN Sports 1, Futbol 3)

İtaliya, A Seriyası
21:30 Fiorentina – Piza (Matç TV)
23:45 Bolonya – Udineze (Matç TV)

İngiltərə, Premyer Liqa
00:00 Everton – Mançester Yunayted (beİN Sports 3)

İspaniya, La Liqa
00:00 Alaves – Jirona (İdman TV, Futbol 1)

“Hər oyunda qol vurmaq istəyirəm” – Parris

23 February 2026 at 09:00

“Sabah” Premyer Liqanın XXI turunda “Kəpəz”i məğlub edib – 1:0.

Komandanın yeganə qolunu vuran Kahim Parris matçdan sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Hər oyunda qol vurmaq istəyirəm. “Kəpəz”ə qarşı bir neçə dəfə fərqlənmişəm. Buna görə özümə inamım var. Bu dəfə də qol vuracağıma inanırdım. Bizim üçün xüsusi qələbə idi. Üç xal üçün Allaha şükür edirəm.

Vacib oyunlarda qol vurmaq çox gözəldir. Hər dəfə meydana çıxanda istedadımı göstərməyim üçün verilən fürsətə və imkana görə minnətdaram”.

Bölgələrdəki oyunların fərqi

23 February 2026 at 08:39

Premyer Liqada XXI turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici Yevlaxda və Sumqayıtda olub. “Karvan-Yevlax”ın “Araz-Naxçıvan” və “Sumqayıt”ın “Qəbələ” ilə matçında tribunada 1000 tamaşaçı yer alıb.

Ən aşağı göstərici isə Qubada olub. “İmişli”nin “Şamaxı” ilə görüşünə 100 tamaşaçı baxıb.

Turun oyunlarını izləyən azarkeş sayı:

Turan Tovuz – Zirə 2:0 (250 tamaşaçı)
Sumqayıt – Qəbələ 0:0 (1000 tamaşaçı)
Karvan-Yevlax – Araz-Naxçıvan 0:2 (1000 tamaşaçı)
İmişli – Şamaxı 0:0 (100 tamaşaçı)
Sabah – Kəpəz 1:0 (971 tamaşaçı).

İtaliyalı ikinci dəfə “Qarabağ”ın ingilislərlə duelində

23 February 2026 at 08:23

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçirəcəyi cavab oyununu italiyalı Davide Massa idarə edəcək.

Futbolpress.az-ın məlumatına görə, italiyalı referi daha öncə də Azərbaycan təmsilçisinin matçını idarə edib. O, 2018-ci ildə Avropa Liqasının qrup mərhələsində Bakıda baş tutan “Qarabağ” – “Arsenal” oyununun baş hakimi olub.

“Atlılar” bu görüşdə 0:3 hesabıyla uduzub.

“Qarabağ” “Nyukasl”la fevralın 25-də səfərdə qarşılaşacaq. Komandalar arasındakı ilk görüş ingilislərin qələbəsiylə başa çatıb – 6:1.

Masazırda kritik qələbə

23 February 2026 at 08:00

“Sabah” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb. Valdas Dambrauskasın yetirmələri liqada qalmaq mübarizəsi aparan “Kəpəz”ə qalib gəlib – 1:0.

Oyunun startından sona qədər üstün oynayan, xüsusilə ikinci hissənin sonlarında ciddi pressinq edən “Sabah” qələbə qolunu da son dəqiqələrdə vurdu. Qoldan sonra da təzyiqini davam etdirən “bayquşlar” fərqi artırmaqçün şans yaxalasa da, alınmadı. Minimal hesablı qələbə “Qarabağ”la mövsümün vacib oyunu öncəsi “Kəpəz”lə matçdakı kritik qələbə komandaya əlavə motivasiya verəcək.

Gəncə təmsilçisi isə yaxşı mübarizəsi ilə fərqlənməyi bacardı. “Kəpəz” liderə qarşı autsayder yox, avrokubok mübarizəsi aparan komanda təsiri bağışladı. İkili mübarizələrə girən, sürətli hücuma çıxmağa çalışan, müdafiədə sıx oynayan “sarı-göylər” ani diqqətsizlikdən qol buraxaraq, məğlub oldu. Autsayder “Karvan-Yevlax”ın uduzduğu turda xal itkisi gəncəlilər üçün ciddi narahatlıq yaratmaz.

Şahin Cəfərov

Ayxan Abbasov: “Kubokda iddialıyıq”

22 February 2026 at 18:50

Azərbaycan Premyer Liqasının XXI turunun “İmişli” – “Şamaxı” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çətin oyun olacağını bilirdik. Futbolçular çox əziyyət çəkdi. Oyunun gedişatına baxanda tərəflər üçün bir xal yaxşı oldu. Sevindirici haldır ki, iki oyundur, qol buraxmırıq. Bundan öncə ucuz qollar buraxmışıq. Bu dəfə yaxşı alındı. Dövrənin bitməsinə bir oyun qalıb və sonrasında kritik dönəm başlayır. Çalışacağıq ki, hazır olaq.

– “Şamaxı” demək olar, liqada yerini qoruyub. Futbolçuları son dövrədə nə ilə motivasiya edəcəksiniz?
– Önəm verdiyimiz məsələ bu olacaq. İlin əvvəlində futbolçulardan istəyim olmuşdu ki, hamı karyerasını göz önünə gətirsin və bu dəfə pikə çatmağa çalışsın. Məsələn, ötən mövsüm 7 qol vurubsa, bu il 9 olsun. Oyun sayları artsın. Futbolçular karyeralarının yaxşı dönəmlərindədi. Kubokda iddialıyıq. Yolumuza davam etməliyik. Bilirik, çətin olacaq, amma ilk oyun ümid verir. Yuxarı pillələrlə xal fərqimiz var, amma hər şey mümkündür. Futbolçularım istəklidir.

– Motivasiyanı kuboka yönəltmək olar?
– Məncə, şansımız var. İnanmasaq, deməli, bu işi etməyək. Bu gün Azərbaycan çempionatı çox maraqlı keçir. Kubokda ilk “altılıq”da olmayan komandaların şansları var. Bizim də, “Qəbələ”nin də… Məncə, maraqlı olacaq. İstərdim ki, “beşlik”də olmayan komandalardan kubokda irəliləyən olsun.

– Bütün ölkənin narazı olduğu arenadan sizin də narazılığınız var?
– Nəsə danışmağın yeri yoxdur, hər şey deyilib. Sevindirici oldu ki, bir məsələni biz həll etdik. Sən demə, qapılar 11 sm hündür imiş, bu gün bizim vəsilə ilə bu da standartlarla uyğun oldu.

Şahin Cəfərov

Azərbaycan Kubokunun qalibi bilindi

22 February 2026 at 20:33

Bakı İdman Sarayında basketbol üzrə Azərbaycan Kubokunun (2026) “Gəncə” – “Sabah” final oyunu baş tutub.

Futbolpress.az xəbər verir ki, final görüşünə üstün başlayan “Sabah” klubu oyunun sonlarına doğru bu üstünlüyü əldən verib və “Gəncə” rəqibi üzərində 89:82 hesabı ilə qələbə qazanaraq, klub tarixində ikinci dəfə kubokun sahibi olub.

Azərbaycan Kubokunun (2026) ən dəyərli oyunçusu (MVP) “Gəncə” klubundan Cervis Qarret seçilib.

“Qələbə bizim olmalı idi” – Kaşkilya

22 February 2026 at 18:17

Azərbaycan Premyer Liqasının XXI turunun “İmişli” – “Şamaxı” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyun gözlədiyimiz kimi çətin keçdi. “Şamaxı” yaxşı futbol oynayır, uzun ötürmələrə üstünlük verir. Qayda pozuntuları çox oldu və temp aşağı düşdü. Bugünkü oyunda qələbə bizim olmalı idi, amma xal itirdik. Dirəyə dəyən toplarımız oldu. Qələbəyə layiq idik. İstədiyimiz nəticəni əldə edə bilmədik.

– Ayxan Abbasov dedi ki, qapının birinin hündürlüyü çox idi, biz bildirdik və problem həll olundu…
– Bundan öncə də eyni qapılar idi. Bilmirəm, nə cavab verim. Bizdən asılı olan şey deyil.

– Komanda qol vura bilmir. Bu, sizi narahat etmir?
– Qol vurmayanda qələbə qazanmaq da olmur. Komanda əlindən gələni edir ki, qol vursun. “Kəpəz” və “Şamaxı” sıx müdafiə oynayır, yara bilmədik. “Qarabağ”la matçda da imkanlar yaratmağımıza baxmayaraq, qol vurmaq olmadı. Bu gün əsas hücumçumuz Almeyda da oyunu buraxırdı. Əlimizdən gələni edirik ki, rotasiyalar olsun.

– 9 oyundur da, qələbə qazana bilmirsiniz… 
– Düzdür, amma nəzərə alaq ki, 9 oyunun 7-də də uduzmamışıq. Qol vura bilməsək də, nəzərə alaq ki, güclü müdafiəsi olan komandalara qarşı oynamışıq. Qol vura bilmirik və qol da buraxmırıq. Bu faktin neqativ tərəfini yox, pozitiv tərəfini görmək olar. Bizdən aşağıda olanlar 30-40 qol buraxıb, amma bizdə elə deyil. Bunlara da nəzər salmaq lazımdır. Hücumda problemlərimiz var, son nöqtəni qoymaqda çətinlik yaşayırıq.

Şahin Cəfərov

“Azarkeş sayımız artmaq əvəzinə azalır” – Dambrauskas

22 February 2026 at 19:24

Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Kəpəz” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Çox yaxşı oyun alındı. Ümumiyyətlə, son dəqiqələrdə fərqlənsək belə, komandanın performansından çox xoşum gəldi. Rəqibə irəlidə təzyiq edirdik, çoxlu qol fürsətləri yaratdıq. Məmnunam ki, bu gün qapımızı toxunulmaz saxladıq. Daha bir neçə də qol vura bilərdik. Rəqibin də yaxşı oyun planı var idi. Sona qədər bizi təzyiq altında saxladılar.

– Son iki oyunda çətin qələbələr qazanırsınız. Bunu “Qarabağ”la oyunöncəsi həyəcan siqnalı kimi qəbul edirsiniz? 
– Ola bilər. Belə halda, çox işləmək və oyanmaq lazımdır.

– Mikels və yeni transfer Mbina Orfenin fiziki durumu necədir?
– Mikelsin qayıdışı hər birimizi sevindirdi. Son 20 dəqiqədə meydanda oldu. O, özünü sübut etmiş futbolçudur. Orfe xəstələnib. Meydana qayıtması üçün 2-3 həftə vaxt lazımdır.

– “Qarabağ”la oyun rəqib meydanında keçirəcək. “Sabah” azarkeşlərinə hansı çağırışı edə bilərsiniz?
– İstərdik ki, önümüzdə həftə tribunada daha çox azarkeşimizi görək. Əvvəlki konfranslarda da demişəm, ardıcıl qələbələr, çoxlu qollar olduqda sanki azarkeş sayımız artmaq əvəzinə azalır. Bilmirəm nə ilə bağlıdır. Bəlkə də, havalara görədir. “Qarabağ”la oyunda stadiona çox azarkeşin gəlməsini istərdim. Komandalarınızı Çempionlar Liqasında, Avropa Liqasında görmək istəyirsiniz, amma daxili çempionat da önəmlidir. Çox istərdim ki, növbəti matçda azarkeşlər tribunada yerini alsınlar.

Şahin Cəfərov

 

“Qarabağ”la ədavətimiz yoxdur” – Azər Bağırov

22 February 2026 at 19:14

Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Kəpəz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Futbolçularım yaxşı mübarizə apardılar. Qələbə qazana bilməsək də, onlara təşəkkür etdim.

– Bu gün hazır komanda görünürdü meydanda. Bir xal üçün nə çatmadı?
– Ani diqqətsizlik qola səbəb oldu. Oyunun sonlarında belə qol buraxmaq istəməzdik. Zonaları bağlamışdıq, sadəcə həmin diqqətsizlik məğlubiyyətə səbəb oldu.

– Əvəzetmələr oyuna yaxşı qoşula bilmədi…
– Ən yaxşıları meydana buraxdıq. Ehtiyatda vinger yox idi. Müdafiəçini o mövqe üçün buraxdıq. Uşaqlar təcrübə qazandılar. Bu gün onlar əsl futbol oynadılar. Fürsətdən istifadə edib, bizi bu gün dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.

– Ötən illə müqayisədə bu il komandanı liqada saxlamaq nə dərəcə çətindir?
– Keçən mövsüm daha çox legionerimiz var idi. Bu il ən az əcnəbi futbolçu bizdədir. Bacardığımız qədər rotasiya edirik, amma istədiklərimiz tam alınmır. “Turan Tovuz”la oyunda rəqibdə 2 azərbaycanlı var idi, biz də 9. Bu gün də eyni qaydada. Bu gün bir epizod oldu ki, “Sabah”ın irəli çıxan bütün oyunçuları legioner idi.

– Sizin komandada qalacağınız dəqiqdir?
– Hələ qərar verilməyib.

– “Kəpəz” azarkeşləri ötən oyunda “Neftçi” azarkeşləri ilə birlikdə “Qarabağ” aleyhinə şüarlar səsləndirirdi…
– Eşitməmişəm. “Qarabağ”la ədavətimiz yoxdur. Bu gün Azərbaycanın Avropada ən hörmətolunası komandası “Qarabağ”dır. Azarkeşlərin nə üçün belə dediyini bilmirəm. Mən eşitməmişəm.

Şahin Cəfərov

“Nyukasl” – “Qarabağ”: hakimlər açıqlandı

22 February 2026 at 16:03

Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə keçiriləcək “Nyukasl” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, fevralın 25-də baş tutacaq görüşü İtaliyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. VAR-da Daniele Şiffi və Kristian Dingert olacaq.

“Qarabağ” ilk oyunda 1:6 hesabıyla uduzub.

Mahir qayıtdı

22 February 2026 at 15:59

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundeslqiada bu gün “Proyssen”lə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Mahir uzun müddət sonra komandanın iştirak ərizəsində yer alıb. O, oyuna ehtiyatda başlayacaq.

Mahir ötən ilin noyabrından zədəlidir.

“Proyysen” – “Kayzerslautern” matçı saat 16:30-da başlayacaq.

“Sabah” – “Kəpəz”: heyətlər

22 February 2026 at 15:54

“Sabah” bu gün Premyer Liqanın XXI turunda “Kəpəz”i qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 70. Cesse Sekidika 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev94. Rəvan Mirzəmmədov17. Tellur Mütəllimov 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 89. Cəfər Muxtarov 20. Coy Lens Mikels 11. Kahim Parris 7. Umarali Raxmonaliyev 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

“Kəpəz”: 33. Yusif İmanov7. Ehtiram Şahverdiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 77. Fərid Nəbiyev 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 30. Ruslan Quliyev
Baş məşqçi: Azər Bağırov

“Real” 15 il sonra bunu yaşadı

22 February 2026 at 13:31

“Real” İspaniya La Liqasında “Osasuna”ya uduzub – 1:2.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi 15 ildən sonra bu rəqiblə dueldən məğlub ayrılıb. “Real” sonuncu dəfə 2011-ci ilin yanvarında “Osasuna”ya uduzub.

“Kral klubu” La Liqada 60 xalla liderdir. “Osasuna” isə 33 xalla 9-cu pillədə qərarlaşıb.

Qubada heç-heçə, “Sabah”dan çətin qələbə

22 February 2026 at 19:00

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında “İmişli” Qubada “Şamaxı” ilə heç-heçə edib.

Digər görüşdə “Sabah” “Kəpəz”ə qalib gəlib.

Azərbaycan Premyer Liqası
XXI tur

22 fevral

14:30 İmişli – Şamaxı 0:0
Baş hakim: Rəşad Əhmədov
Quba şəhər stadionu

17:00 Sabah – Kəpəz 1:0
Qol:
QKahim Parris, 87
Baş hakim: Əliyar Ağayev
“Bank Respublika Arena”

Bundesliqada məhsuldar gün

23 February 2026 at 01:00

Bu gün Almaniya Bundesliqasında XXIII turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Maynts” azarkeşləri önündə “Hamburq”la heç-heçəyə razılaşıb.

“Bavariya” bu turda “Ayntraxt”ı məğlub edib. Dortmund “Borussiya”sı “Leypsiq” səfərindən son dəqiqə qolu ilə bir xalla dönüb.

Almaniya Bundesliqası
XXIII tur

20 fevral

Maynts – Hamburq 1:1
Qollar: N.Amiri, 42 – F.Vieyra, 64

21 fevral

Leypsiq – Borussiya Dortmund 2:2
Qollar: K.Baumqartner, 20, 39 – R.Kardoso, 50 (avtoqol), F.Silva, 90+5

Bavariya – Ayntraxt Frankfurt 3:2
Qollar: A.Pavloviç, 16, H.Keyn, 20, 68 – Y.Burxardt, 77 (pen.), A.Kalimuendo, 86

Köln – Hoffenhaym 2:2
Qollar: R.Arçe, 15, S.El Mala, 63 – O.Kabak, 45, A.Kramariç, 60

Yunion – Bayer 1:0
Qol: R.Xedira, 28

Volfsburq – Auqsburq 2:3
Qollar: Y.Qerhardt, 41, K.Şoqai, 71 – R.Ribeyro, 59, M.Qreqoriç, 87 (pen.), E.Rexbesay, 90+4

22 fevral

Frayburq – Borussiya Münhenqladbax 2:1
Qollar: M.Ginter, 38, İ.Matanoviç, 74 – H.Tabakoviç, 85

Sankt-Pauli – Verder 2:1
Qollar: H.Vahl, 55, Fujita, 70 – Y.Miloşeviç, 62

Haydenhaym – Ştutqart 3:3
Qollar: E.Dinkçi, 20, A.İbrahimoviç, 34 (pen.), S.Konte, 82 – K.Fuxrix, 5, M.Mittelştadt, 44 (pen.), D.Undav, 88

Super Liqa: “Fənərbağça” xal itirdi

23 February 2026 at 22:47

Türkiyə Super Liqasında XXIII turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub. “Rizespor” azarkeşləri önündə “Kocaelispor”u məğlub edib.

Lider “Qalatasaray” bu turda “Konyaspor”a uduzub.

“Beşiktaş” azarkeşləri önündə “Göztepe”ni darmadağın edib.

Türkiyə Super Liqası
XXIII

20 fevral

Rizespor – Kocaelispor 2:0
Qollar: V.Mihayla, 13, S.Akaydın, 57

21 fevral

Eyüpspor – Gənclərbirliyi 1:0
Qol: M.Altunbaş, 90+1

Alanyaspor – Başakşəhər 1:2
Qollar: F.Haderyonay, 67 – D.Selke, 14, E.Şomurodov, 44 (pen.)

Konyaspor – Qalatasaray 2:0
Qollar: A.Dermibağ, 75, B.Kramer, 81

22 fevral

Kayserispor – Antalyaspor 1:0
Qol:
T.Sarıarslan, 89.

Qaziantep – Trabzonspor 1:2
Qollar:
Bayo, 22 – F.Auqusto, 24. Onuaçu, 27.

Beşiktaş – Göztəpə 4:0
Qollar:
Ndidi, 9. Murilyo, 36. Olaytan, 59. Hyon-Qyu, 74.

Karagümrük – Samsunspor 0:0

24 fevral

Fənərbağça – Kasımpaşa 1:1
Qollar
: Asensio, 90+5 – Allevina, 90+11.

❌
❌