Reading view

Kərəmli 8 xallıq fərqi qabartdı: “Biz yox, onlar təzyiq altındadır”

I Liqanın lideri “Şəfa” mövsümdə ilk məğlubiyyətini yaşayıb. Bakı təmsilçisi XX turda səfərdə “Mingəçevir”ə uduzub – 2:5.

“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti belə şərh etdi:

“Kluba gələndən bəri liqada ilk məğlubiyyətimizdir. Oyunda hesabı bərabərləşdirmək üçün bir çox epizodumuz oldu. Rəqib də çoxlu qol şansları yaratdı. Oyunun sonlarında isə irəli atılıb hesabı bərabərləşdirməyə çalışdıq. Lakin qapımızda üçüncü qolu gördük. Bir müdafiəçini hücumçu ilə əvəzlədik, digərini isə irəli göndərdik ki, hesabı bərabərləşdirək. Amma önə çıxdığımız anda müdafiə xəttində boşluqlar verdik və yenidən qollar buraxdıq. “Mingəçevir” bu şanslardan maksimum yararlandı. Onları təbrik edirəm, qələbəyə layiq idilər”.

Mütəxəssis məğlubiyyətin komandada ruh düşkünlüyü yaratmayacağını əlavə etdi:

“Komandada ruh düşkünlüyü yoxdur. Çünki hamı 8 xal fərqiylə birinci pillədə olduğumuzu anlayır. Məğlubiyyətdən nəticə çıxarmalıyıq. Qarşıda oyunlar var və liderliyimizi davam etdirərək, mübarizəmizi aparacağıq”.

“Şəfa” növbəti iki turda ən yaxın izləyiciləri “Səbail” və “Baku Sportinq”lə qarşılaşacaq. Kərəmli komandada basqı olmadığını bildirdi:

“Rəqiblərdən irəlidəyik və xal fərqimiz var. Buna görə biz yox, onlar təzyiq altındadır. Çünki “Səbail” və “Baku Sportinq” həm ikincilikdən, həm də çempionluq mübarizəsindən qopmamağa çalışır. İndiki məqamda bizim üstünlüyümüz daha çoxdur”.

Şahin Cəfərov

“Kəpəz”in futbolçusu: “Qəbələ” ilə oyun prinsipial olacaq”

“Kəpəz”in futbolçusu Mate Abuladze klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi komandanın hazırlığını dəyərləndirib:

“Fasilədən səmərəli istifadə etdik. Texniki və taktiki məşqlərə çox vaxt ayırdıq. Fiziki hazırlığımızı yaxşılaşdırmağa da xüsusi diqqət etdik”.

Gürcüstanlı futbolçu Misli Premyer Liqasının XXVI turunda sabah “Qəbələ”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:

“Qəbələ” ilə oyun turnir cədvəlinə görə prinsipial olacaq. Altı xallıq oyundur. Onların gürcüstanlı baş məşqçisi var və bu, məni əlavə motivasiya edir”.

Abuladze sonda azarkeşlərə müraciət edib:

“Azarkeşlərin dəstəyi bizim üçün önəmlidir. Onlar 12-ci oyunçudur. Hər matçda dəstəklərini hiss edirik. Ümid edirəm ki, oyundan sonra yenə qələbəni qeyd edəcəyik”.

Sabah keçiriləcək “Kəpəz” – “Qəbələ” oyunu saat 15:30-da start götürəcək.

Bakıda mükafat fondu 3000 manat olan yarış başladı

Bu gün “Baku Open” stolüstü tennis turnirinə start verilib.

Futbolpress.az xəbər verir ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərirlər.

“Şüa İdman Kompleksi”ndə təşkil olunan turnirdə peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar.

4-5 aprel / 11-12 aprel tarixlərində keçiriləcək yarışın mükafat fondu 3000 manat olacaq.

Qeyd edək ki, sözügedən turnir həmçinin stolüstü tennisin kütləviliyinin və populyarlığının artırılması məqsədi daşıyır.

De Bruyne “Napoli”dən ayrılır? – AÇIQLAMA

Belçikalı futbolçu Kevin de Bruyne “Napoli”dəki gələcəyi ilə bağlı açıqlama verib.

Futbolpress.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi klubdan ayrılacağı haqda çıxan xəbərlərə münasibət bildirib:

“Napoli” ilə müqaviləm davam edir və bu klubda özümü xoşbəxt hiss edirəm. Növbəti addım haqda düşünmürəm. Bütün diqqətim “Napoli”dədir”.

De Bruyne bu mövsüm A Seriyasında 11 oyunda 4 qol vurub. 34 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Rusiya, Premyer Liqa
14:00 Akron – ÇSKA (Matç Premyer)
16:15 Zenit – Krılya Sovetov (Matç Premyer)
18:30 Dinamo Moskva – Orenburq (Matç Premyer)
20:45 Axmat – Krasnodar (Matç Premyer, Matç TV)

İspaniya, La Liqa
16:00 Real Sosyedad – Levante (İdman TV)
18:15 Malyorka – Real (İdman TV)
20:30 Betis – Espanyol (İdman TV)
23:00 Atletiko – Barselona (İdman TV)

İtaliya, A Seriyası
17:00 Sassuolo – Kalyari (Futbol 1)
20:00 Verona – Fiorentina (Futbol 1)
22:45 Latsio – Parma (Futbol 1)

Türkiyə, Super Liqa
21:00 Trabzonspor – Qalatasaray (Futbol 3, beİN Sports 1)

Ançelotti onu millidə düşünmür

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçu Neymarı yayda keçiriləcək dünya çempionatı üçün yığmaya çağırmağı planlaşdırmır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Ançelotti “Santos”da çıxış edən futbolçunun performansından razı deyil. O, Neymarın son oyunlarını izləyib və onun yığma üçün kifayət qədər yaxşı olmadığını düşünür.

33 yaşlı hücumçu bu mövsüm 6 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

Braziliya milli komandası ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundialda C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

II Liqada təyinatlar

II Liqada XXI turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Dinamo” – “Qaradağ Lökbatan” oyununu Nazim Abdullayev idarə edəcək.

6 aprel (bazar ertəsi) 

“Göygöl” – “Ağdaş”
Hakimlər: Rasim Musayev, Taleh Məmmədov, Rəşad Quliyev, Sərxan İsmayılov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Göygöl OİK stadionu, 15:00

“Araz Saatlı” – “Ağstafa Gəncləri”
Hakimlər: Səbuhi Bayramov, Məmmədəli Kərimov, Əkbər Əliyev, Vüqar Alıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Novruz Əzimov
Saatlı OİK stadionu, 15:30

7 aprel (çərşənbə axşamı)

“Dinamo” – “Qaradağ Lökbatan”
Hakimlər: Nazim Abdullayev, Sənan Atayev, Hüseyn Vəliyev, Samir Musayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Binə qəsəbə stadionu, 15:00

“Şirvan” – “Xankəndi”
Hakimlər: Əkbər Əhmədov, Aydın Baxşıyev, Elmin Süleymanov, Xalid Quliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şirvan OİK stadionu, 16:00

“Kür-Araz” – “Şəmkir”
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Rüfət Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elman Musayev
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00

9 aprel (cümə axşamı)

“Quba” – “Sheki City”
Hakimlər: Murad Səlimov, Əhməd Əhmədsoy, Ruslan Məmmədov, Hacıağa Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Quba OİK stadionu, 16:00

Vulkan

“Turan Tovuz” Azərbaycan Kubokunun yarımfinalının ilk oyununda “Zirə”yə 0:2 hesabıyla məğlub olub cavab qarşılaşmasında işini çətinə saldı. Lakin klubun rəhbəri Ehtiram Quliyev düşünür ki, bu, süni yaradılmış əngəlin nəticəsidir.

Narazılıqlar fonunda Ehtiram bəy media önündə brifinq keçirərək vulkan kimi püskürdü.

O, qarşılaşmanın baş hakimi Əliyar Ağayevin ünvanına ağır ittihamlar səsləndirdi.

Sitat: “Biz dilə gətirmədikcə, səssiz qaldıqca, “əliyargillər” belə oyunlar idarə edəcək, futbolumuzu bu günə qoyacaq. Yatırım etməyin də anlamı yoxdur. Belə çıxır ki, əziyyət çəkmək də, oyunçu transfer etmək də mənasızdır. “Əliyargillər”dən canımız, futbolumuzun “can”ı qurtarmalıdır. Oyundakı epizodları hamınız gördünüz. Futbol ictimaiyyətinin görməsini istəyirəm. “Turan Tovuz” azarkeşlərinin səssiz qalmamasını istəyirəm. Artıq bu qədər olmaz. Bir mövsümlük əziyyətimiz boşuna gedir. İki toplanış, çoxlu investisiya etmişik. Amma Əliyar Ağayev kimilər bizə oynamaq imkanı vermir”.

Dediklərindən göründüyü kimi, emosiyalar pik həddədir. Son illər belə açıq, qətiyyətli və radikal danışan klub rəhbəri olmamışdı.

Ehtiram bəy dolayısıyla AFFA-ya “od püskürdü” və futbola real yatırım edən bir şəxs kimi məmnun qalmadığını, əksinə, əzildiklərini dilə gətirdi.

Hansı klub öz mövqeyini bu qədər sərrast, qətiyyətli şəkildə bildirib son illər?

“Turan Tovuz”un sərt reaksiyası haqlıdır və bu halda olan başqa klublar da var. Sadəcə, Ehtiram bəyə əhsən!

Mövqeyini aşkar bildirən, problemləri dilə gətirən klub rəhbəri Azərbaycan futbolunun inkişafını digər hamısından daha çox istəyir. Çünki real addım atır, mövqe bildirir, problemin üzərinə pressinq edir.

Qorxaqlıq və mənfəət naminə həqiqətə göz yummaq əksər klubların mövqeyidir. Ona görə də belələrinin “tülkü həccə gedir” taktikası heç vaxt təqdir edilmir, bildirdikləri mövqe ictimailəşdirilmir, rezonans doğurmur.

AFFA rəhbərliyi real investor olan Ehtiram bəylə eyni  masada əyləşərək məsələləri səmimi və dürüst şəkildə müzakirə etməli, həm assosiasiyanın, həm də ölkə futbolunun imicinə zərbə vuran bütün amilləri vaxtında aşkarlamalı və gərəkli addımlar atmalıdır.

Kamil Əhməd

“Sabah”a qarşı qələbəsizlik seriyası

Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən “Qarabağ” – “Sabah” oyununda məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

Futbolpress.az-ın məlumatına görə, komandaların son 10 duelində qarşılıqlı qollar vurulub.

Dünən baş tutan heç-heçədən sonra “Qarabağ” “Sabah” qarşısındakı qələbəsizlik seriyası 7 oyuna çatıb. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2024-cü ilin sentyabrında “bayquşlar”ı məğlub edib.

“Sabah” “Qarabağ”la son iki matçda heç-heçə edib. “Futuristlər”in sonuncu qələbəsi isə ötən ilin dekabrında çempionat matçında qeydə alınıb.

“Qarabağ” ilə “Sabah” arasında kubokun cavab oyunu aprelin 22-də Masazırda baş tutacaq.

Lövdən Qana ilə bağlı açıqlama

Almaniyalı mütəxəssis Yoahim Löv adının Qana yığması ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

“Qanadan kimsə mənimlə əlaqə qurmayıb. Danışdığım tək komanda Özbəkistan yığması idi. Onlarla da razılıq olmadı”.

Afrika mətbuatı Qana Futbol Assosiasiyasının milli komandanın “sükanı arxasına” Yoahim Lövü gətirmək istədiyini iddia edib.

Löv 2006-2021-ci illərdə Almaniya yığmasına rəhbərlik edib.

Ronaldo dubl etdi, “Əl Nəsr” 3 xala sevindi

“Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Əl Najma”nı qəbul edib. 7 qolun vurulduğu matç meydan sahiblərinin qələbəsiylə başa çatıb – 5:2.

Kriştiano Ronaldo və Sadio Manenin dubl etdiyi matçda digər qolu Əl Hamdan vurub. Qonaq komandada isə Əl Tulayhu və Kardozo fərqlənib.

“Əl Nəsr” hazırda 70 xalla birinci sıradadır. “Əl Najma” isə 8 xalla 18-cidir.

Hesabatdan pozitiv notlar

AFFA-nın Hesabat Konfransı gözlənildiyi qədər ajiotaj yaratmadı. Bunu hansı prizmadan nəzərdə tutduğumu açıqlayım:

– Ötən il vəd olunanların əksəri reallaşdırılmadığına görə diqqətçəkən qeydlər olmadı

– ⁠AFFA-nın əvvəlki isteblişmenti heç bir iş olmasa belə, şişirdilmiş təqdimatla ictimaiyyətdə qıcıq oyadırdı və “heç nədən” geniş ictimai rezonans/müzakirələr yaradırdı.

İndiki AFFA rəhbərliyi bu baxımdan hədəfə gəlməsə də, futbolumuzun əzəli bəlası olan nəticəsizlik Rövşən Nəcəf və “drujinası” üçün “giyotin” rolunu oynadı.

Bəs AFFA nə etməli idi ki, futbol ictimaiyyəti bu qədər qınaqla dolmasın…

İdarəçilikdə, strukturda dəyişikliklər daha sürətlə aparılmalı və bitməli idi.

– Bu baxımdan axsamalar var və hazırkı AFFA isteblişmenti “monoetnik” deyil. Bu da ümumi prosesi ləngidir, gözlənilən futbolyönlü islahatların gecikməsinə səbəb olur. Beləcə irili-xırdalı, obyektiv-subyektiv səbəblərin detalına varmayan elektorat, “bəs nə oldu?!” sualına cavab tapa bilmədiyi üçün qınaq, tənqid enerjisi ilə “silahlanır”.

Hədəf?

AFFA rəhbərliyi…

Biz bunları aydın görə biliriksə, idarəçilikdəkilər də görməmiş, bilməmiş deyil.

Bununla da əsas həll yolunda vacib meyar müəyyənləşir:

Çevik qərarlar verilməli və icra edilməlidir. İdeya ətrafında birləşən komanda formalaşmalıdır.

***

Hesabat Konfransından sonra keçirilən mətbuat konfransında AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev və icraçı vitse-prezident Sərxan Hacıyev iştirak etdi. Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 Avropa Çempionatının ölkəmiz üzrə koordinasiyaçısı Sərxan bəy konfransda danışmadı, ona sual verən də olmadı.

Rövşən Nəcəf isə rəhbərliyə seçilməyindən sonra ilk dəfə idi ki, bu qədər net mövqedə idi. Düzdür, onu haqlı çıxaracaq, yaxud üstün mövqedə göstərəcək arqumentlər kasad idi, lakin heç bir sualda “malalama” olmadı. Politik manevrlər qaçılmaz idi və yararlandı, hərçənd yeri gələndə replika atır, “mesajlar” göndərirdi.

İdarəçilikdə “çistka” vacibdir və məhz bundan sonra strateji xətt müəyyənləşdirib irəliləmək lazımdır – Rövşən Nəcəfin çıxışında prioritet bu idi.

Bədən dili:

Konfransın təqdimat mərhələsində bu qəbildən çıxışlar AFFA-da və klublarda kök salmış bəzi “köhnələrin” necə “rəng verib rəng aldığını” bariz büruzə verirdi.

AFFA üçün ağır olacaq, amma bu vacib prosesdir…

Bədən dili məsələsində daha bir vacib məqamı qeyd etmək istərdim.

Baş katib Cahangir Fərəcullayev ötənilki konfransa nəzərən daha qayğılı görünürdü. Bundan öncəki analoji tədbirdə əsas məqam Fərəcullayevin, “Hər şeyə sıfırdan başlamalıyıq” şüarı idi.

Bu dəfə baş katib emosional deyil, rasional idi. Bəli, ötən bir ildə gözlə görünəcək böyük dəyişikliklər olmayıb, ona görə də gurultulu danışmaq da yoxdur. Hərçənd Elxan Məmmədov üçün iş/nəticə oldu-olmadı: pafoslu, gurultulu çıxışlar, qeyri-səmimi sözlər adi hal idi. Fərəcullayev bu baxımdan abırına qısıldı…

Gözlə görünməyəcək dəyişikliklər, hətta radikal addımların atıldığını bilirik, lakin bunlar bər-bəzəkli, hay-küylü təqdim edilmədi.

Həm Rövşən bəy, həm Fərəcullayev bir meyarda durdu: yalnız milli komanda əhəmiyyətli turnirlərdən birinə vəsiqə qazanacağı zaman sevinəcəyik, hələliksə sakit…

Baş katibin təqdimatında ən təqdirəlayiq məqam Tahir Süleymanovun adının çəkilməsi və ona etimadın göstərilməsi oldu.

Süleymanov çox nadir futbol şəxsiyyətlərindəndir ki, AFFA-dan iş istəməyib, işləməyi tələb edib, ictimai mövqeyi olub və daim fikirlərini açıq bildirib. Onu da əksəriyyət kimi “zərərsizləşdirmək” istəyirdi keçmiş rəhbərlik… Lakin təcrübəsi və ləyaqəti doğru mövqe sərgilməyinə səbəb olmuşdu.

Belə futbol adamımız çox azdır. Belə bir şəxsə etimad göstərən futbol funksionerinə neqativ yanaşa bilmərik. Doğru insan(lar) seçməyə və futbol idarəçiliyinə gətirməyə cəhd edən adamın niyyəti pis olmaz.

***

Ötənilki pafos və emosiya bu il yerini rasionallığa verib. AFFA rəhbərliyi ilk dəfədir ki, ideoloji səhihliyə yaxınlaşdığını göstərdi. Görək bu proses hara qədər və nə qədər gedəcək. Əsas odur, başlanğıc ciddi görünür və perspektivə inam yaradır.

Əvvəlki kimi pərakəndə, başıpozuq qərarlar yoxdur, təsadüfi adamlar AFFA-nın içinə soxulmur, qarışıqlıq, çaşğınlıq yaratmağa meydan ala bilmir.

Tənqidlər və qeydlərdən nəticələr çıxarıldığı hiss olunur və bu xoşdur.

Görüləcək işlər çoxdur. Hələ də bəzən həvəskar xarakterli addımlar atılır, lüzumsuz gərginlik mənbələri yaranır. Bu da sırf ideoloji bütövlüyün hələ tam formalaşmamasına görədir.

Əsas odur ki, zamanla “sular durulur” və AFFA rəhbərliyi nəyin peşəkar, səmimi, nəyinsə qurama və mənfəətcil qruplaşmaların “politikası” olduğunu bu bir ildə kifayət qədər sezib, öyrənib.

Tolerant yanaşma, peşəkarlaşma uğrunda böyümə prosesi və operativ qərarlar – bunlarda sürətlənmə yaransa, AFFA-nın növbəti konfransı da pozitiv notlarla daha çox diqqət çəkəcək. Əks halda… “yem olmaq” ehtimalı/riski qaçılmazdır.

Elçin Cəlilov

Qurbanov: “Bu cür mübahisələr futbolu bəzəyir”

Azərbaycan Kubokunun “Qarabağ” – “Sabah” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərə möhtəşəm atmosferə görə təşəkkür etmək istəyirəm. Düşünürəm ki, futbolçular da onlara möhtəşəm oyun göstərdilər. Sürətli matç alındı. Qarşımızda çox yaxşı kollektiv var idi. Sona qədər mübarizə aparan bir komandaya qarşı oynadıq. Belə rəqibə qarşı oynamaq bizə xoşdur. Son iki oyunumuz çox baxımlı alınıb. Cavab oyununda da əlimizdən gələni edəcəyik.  Hələlik isə diqqətimiz 2 gün sonra çempionatda keçiriləcək “Karvan-Yevlax” oyunundadır, ona hazırlaşmalıyıq.

– Baş hakim təyinatından sonra çox müzakirə olundu. Siz bu barədə nə düşünürsünüz?
– Heç bir narahatlığım yoxdur. Müzakirə olunası bir mövzu deyil. Yəqin ki, son vaxtlar formda bir hakim idi. Ona görə də bu matça təyinat almışdı.

– Son vaxtlar adı “Sabah”la keçən Kaşuk meydanda çox az vaxt alır. Rəqabətdə uduzur, yoxsa…?
– “Sabah”la məsələsi yoxdur. Bilmirəm, qarşı tərəfin bununla bağlı nəsə hərəkətliliyi var, ya yox. Bizdə hələ belə bir düşüncə yoxdur. “Sabah”la son çempionat oyununda start heyətdə idi. Yetərincə zaman aldığını düşünürəm. Oyunundan tam razı qalmadığımız məqamlar var. Bunun üzərində çalışacağıq.

– Çempionat üçün kuboku, yaxud kubok üçün çempionatı qurban verməyə hazırsınızmı?
– Belə bir düşüncəmiz yoxdur. Hər iki turnirdə iddialı olmuşuq. Alınacaq, heç. Alınmayacaq, problem olmayacaq. Təki azarkeşlər baxımlı oyun izləsinlər.

– Hər zaman çempionat oyunlarında azarkeşlərin az olması müzakirə mövzusu olub. Bu gün bu qədər azarkeşlərin olmasını nəzərə alsaq, “baxımlı futbola daha çox baxılır” deyə bilərikmi?
– İnanın ki, azarkeşlər hər dəfə oyuna bu cür maraq göstərsələr, baxımlı futbol görərlər.

– Oyunun 70-75 dəqiqəsi çox sürətli alındı. Bu atmosfer sizə avrokubok matçını xatırlatdımı?
– Bəli xatırlatdı. Çox xoş oldu. Bəzi avrokubok matçlarından da daha çox azarkeş var idi. Baxımlı futbol izləmək çox xoşdur.

– Elvin Cəfərquliyevlə Zedadka arasında oyun zamanı bir mübahisə yarandı…
– Düzü epiozdu tam görmədim. Futbolda belə hallar normaldır. Bu cür mübahisələr futbolu bəzəyir. Futbol xarakter oyunudur. İkisini barışdırmaq üçün cəhd etdim. Dambrauskasla da oyundan sonra söhbətimiz oldu. Biz onunla hər zaman oyundan öncə də, sonra da ancaq futbol barədə danışırıq. Futbolda baş verənlər elə orada da qalır. Futbolun da gözəlliyi budur.

– Yeni AFFA rəhbərliyinin 2 ili tamam oldu. Siz də, bu qurumda İcraiyyə Komitəsinin üzvüsünüz. Son 2 ildə görülən işlər barədə düşüncələriniz?
– Yeni fikir, ideya olanda onun nəticəsini görmək üçün zaman lazımdır. Yeni bir struktur varsa, önu görmək də maraqlı olur. Futbolumuzun inkişafı üçün fikirlər, planlar var. Qeyd etdiyim kimi, bunların nəticəsini görmək üçün zaman lazımdır.

Dambrauskas “Qarabağ”la oyundan sonra nələr dedi?

Azərbaycan Kubokunun “Qarabağ” – “Sabah” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Baxımlı futbol alındı. Milli matçlara görə yaranmış fasilədən sonra oynamaq təbii ki, bir qədər çətin idi. Buna baxmayaraq, yaxşı oyun alındığını düşünürəm. 2-ci hissənin 2-ci yarısından sonra daha yaxşı çıxış etdiyimizi qeyd edə bilərəm. Hər iki komandanın da şansları oldu. Cavab oyunu da maraqlı keçəcək. Kubok matçını unudub çempionat oyunlarına köklənməliyik.

– Hesabı bərabərləşdirdikdən sonra önə keçməyə nə çatmadı?
– İlk hissədə hesabı açsaq da, sonradan 2 qol buraxdıq. Rəqibin göstərdiyi təzyiq çox yaxşı idi. Həddindən artıq ucuz toplar itirdik. Əvvəlki oyunlarda qurduğumuz kombinasiyalardan bu matçda istifadə edə bilmədik. 2-ci hissənin əvvəllində bu özünü daha qabarıq göstərdi. Fasilədən dönməyimiz buna təsir edə bilər. Qarşıdakı oyunlarda bunu aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik.

– İqor Noqeyranın yoxluğunda, Rəhman Daşdəmirov onu layiqincə əvəz edə bilirmi?
– Əlbəttə ki, Rəhman bizim üçün önəmli futbolçudur. Bilirsiniz ki, Rəhman iki mövqedə oynaya bilən müdafiəçidir. İnanıram ki, hər bir futbolçum daha çox oyunda olmağa layiqdir. Bu gün Rəhmandan da razı qaldım.

– Kağız üzərində kubokun favoriti bu cütün qalibi kimi qeyd olunur. Bu fikirlə razısınızmı?
– Mənim üçün ən önəmlisi növbəti keçirəcəyimiz matçdır. Bu barədə heç düşünmürəm.

– Növbəti mövsüm üçün transfer barədə rəhbərliklə danışmısınız?
– Hazırda Avropadakı oyunlar barədə düşünmürəm. Təbii ki, komanda ilə bağlı idman direktoru ilə söhbətlərimiz olur. Hər hansı rəsmi xəbər olsa, sizinlə paylaşılacaq.

– Komandanın hər iki cəbhədə də mübarizə aparmaq gücünün olduğunu düşünürsünüzmü?
– Bu sualın cavabını sizə buraxıram. Sizcə, bunu bacara bilərik? (gülür)

– Mətbuatda Aleksey Kaşukla maraqlandığınız qeyd olunur…
– Onu deyə bilərəm ki, “Sabah” çox özəl klubdur. Çox yaxşı rəhbərliyimiz var. Hamı kollektiv işləyir. Transferlər barədə heç narahat deyiləm. Skaut komandamız daim axtarışdadır. Onların işinə güvənirəm. Kaşukla bağlı yayılan xəbərlər şayiələrdir. Təbii ki, çempionatda oynayan yerli futbolçular daim nəzarətimizdədir.

“Qarabağ” – “Sabah” oyununda azarkeş rekordu

Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” matçı (2:2) rekordla əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 21 min tamaşaçı izləyib.

Bu, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən turnirlər üçün təkcə 2025/26 mövsümünün deyil, son 10 mövsümün yeni rekordudur.
Bir oyunu daha çox tamaşaçının izləməsinə sonuncu dəfə 2015/16 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ”la “Neftçi” arasında kubokun final görüşünü (1:0) 23 min izləyici seyr edib.

Bu gün keçirilən “Qarabağ” – “Sabah” matçı 2008-ci ildən PFL-in bayrağı altında keçirilən turnirlərdə ümumilikdə 5-ci göstərici kimi tarixə düşüb. Lakin daha çox tamaşaçı olan 4 oyunun hamısı kubokun final görüşləri olub. Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma PFL bayrağı altındakı yarışlar üçün hər hansı bir komandanın ev sahibliyi etdiyi (final neytral meydanda keçirilir) ən çox tamaşaçı toplayan matç olub. Əvvəlki rekord 2016-cı il fevralın 14-də qeydə alınıb. Gəncə şəhər stadionunda baş tutan “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (1:2) 20 min 400 tamaşaçı olub.

Ümumiyyətlə isə bir komandanın ev oyununa daha çox seyrçi toplaması sonuncu dəfə 2006/07 mövsümündə yaşanıb. Həmin vaxt “Neftçi” – “Xəzər Lənkəran” görüşünü 25 min nəfər izləyib. Bugünkü matçda isə sonrakı 19 mövsümün rekordu qeydə alınıb.

Qeyd edək ki, bu oyunadək mövsümün rekordu eyni komandaların eyni stadiondakı çempionat matçına məxsus idi. Misli Premyer Liqasının XXII turunun martın 1-də baş tutan matçında (3:3) 10 min 361 seyrçi qeydə alınıb.

Yoahim Löv millidə?

Almaniyalı məşqçi Yoahim Lövün işsiz günləri başa çata bilər.

Futbolpress.az xəbər verir ki, Qana Futbol Assosiasiyası təcrübəli mütəxəssisi milli komandanın baş məşqçi postuna gətirmək istəyir. Bu barədə Afrika mətbuatı məlumat yayıb.

Tərəflər arasında danışıqlar davam edir.

Qana yığmasında bir neçə gün əvvəl baş məşqçi Otto Addo ilə yollar ayrılıb.

Löv 2006-2021-ci illərdə Almaniya yığmasına rəhbərlik edib.

“Şəfa”nı məğlub edən tapıldı

I Liqada XX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçirilib.

Lider “Şəfa” Mingəçevirdə uduzub və mövsümdə ilk məğlubiyyətini yaşayıb.

Digər matçda “Şahdağ Qusar” qələbə qazanıb.

I Liqa

XX tur

“Mingəçevir” – “Şəfa” 5:2
Qollar: 
E.Mustafayev, 6, K.Kalunqa, 50, T.Qarayev, 86, 90+5, A.Usman, 88 – E.Zamanov, 55 (pen), A.Ebrahimzade, 90

“Şahdağ Qusar” – “Şimal” 1:0
Qollar: 
A.Kulibali, 4

Recep Öztop “Kəpəz”in qonağı oldu

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop “Kəpəz” PFK-nın qonağı olub.

Futbolpress.az xəbər verir ki, akademiyada keçirilən görüşdə klubun icraçı direktoru Ruslan Məmmədov, komandanın baş məşqçisi Azər Bağırov, kapitan Əli Səmədov, klubun ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Nofəl Əzizov, həmçinin “PatriotNews.az” saytının rəhbəri və “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə şəhər filialının sədr müavini Ceyhun Əliyev iştirak ediblər.

Qonağa klubun bazası, Akademiyanın fəaliyyəti və son dövrlərdə infrastruktur sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Görüş zamanı Ruslan Məmmədov baş konsul Recep Öztopa “Kəpəz”in formasını hədiyyə edib.

Sonda tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, idman və futbol sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Baş konsul komandanın məşqini də izləyib, futbolçulara qarşıdakı oyunlarda uğurlar arzulayıb və Gəncə stadionunda “Kəpəz”in oyunlarını canlı izləyəcəyini bildirib.

“Turan Tovuz” – “Zirə”: heyətlər

“Turan Tovuz” Azərbaycan Kubokunun yarımfinal mərhələsində bu gün “Zirə”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 17:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Turan Tovuz”: 41. Sergey Samok 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 9. Coş Cinnelli 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 5. Roderik Miller 3. Enrike Silva 99. İbrahima Vadji 8. David Tavareş
Məşqçi: Yunis Hüseynov

“Zirə”: 97. Tiaqo Silva 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 17. Ayron Qomis 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins
Baş məşqçi: Rəşad Sadıqov

 

Qattuzo İtaliya millisindən ayrıldı

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi postundan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Daha əvvəl federasiyanın rəhbəri Qabriel Qravina və milli komandanın nümayəndə heyətinin sədri Canluici Buffon istefa verib.

İtaliya yığması dünya çempionatının pley-off mərhələsində Bosniya və Herseqovinaya uduzub və mundialdan kənarda qalıb.

“Çelsi” futbolçusunu cəzalandırdı

“Çelsi” futbolçusu Enzo Fernandesi cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin bir neçə gün əvvəl “Real”a keçmək istəməsiylə bağlı açıqlama verməsidir.

Klub futbolçunun davranışının düzgün olmadığını bildirib və onun növbəti iki matçda oynamayacağını qeyd edib.

Azarkeşlər də Enzonun açıqlamasına qəzəblənib və onun klubdan göndərilməsini istəyib.

Fernandes bu mövsüm Premyer Liqada 30 oyunda 8 qol vurub.

Luçesku infarkt keçirdi

Rumıniyalı mütəxəssis Mirça Luçesku yenidən xəstəxanaya yerləşdirilib.

Futbolpress.az xəbər verir ki, o, infarkt keçirib. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

80 yaşlı mütəxəssis hazırda müşahidə altında saxlanılır.

Luçesku bir neçə gün əvvəl də huşunu itirmiş və xəstəxanalıq olmuşdu. O, müayinələrdən sonra yenidən evə buraxılmışdı.

Portuqaliyalı futbolçu “Mançester Siti”dən ayrılacaq

Portuqaliyalı futbolçu Bernardu Silva yayda “Mançester Siti”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçinin klubla müddəti başa çatacaq müqaviləsi uzadılmayacaq.

Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir.

Baş katib təsdiqlədi: Həsənzadə üçün son gün

AFFA-nın texniki direktoru Cahangir Həsənzadə vəzifəsindən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun baş katibi Cahangir Fərəcullayev mətbuat konfransında deyib.

O, Cahangir Həsənzadənin bu gün texniki direktor vəzifəsində son günü olduğunu bildirib.

Həsənzadə 2020-ci ildən AFFA-nın texniki direktoru vəzifəsində çalışırdı. Funksionerin ayrılıq xəbərini öncədən vermişdik.

Rodriyə yeni təklif

“Mançester Siti” futbolçusu Rodriyə yeni müqavilə təklif edib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İspan futbolçu hələ qərarını verməyib.

“Real” da Rodri ilə yaxından maraqlanır. Futbolçu “Mançester Siti”nin müqavilə təklifini qəbul etməzsə, “kral klubu” onun üçün hərəkətə keçəcək.

Rodrinin indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.

AFFA prezidenti: “Böyük hədəflərin arxasınca getməliyik”

AFFA prezidenti Rövşən Nəcəf Hesabat Konfransından sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, funksioner media nümayəndələri ilə görüşdə bunları deyib:

– Ötən il hakimlərin qərarları ilə bağlı çoxsaylı şikayətlər oldu, baş məşqçilər narazılıqlarını bildirdilər. Çalışdırıcılar qeyd edirlər ki, hakimlərin qərarlarına təsir edə bilmirik, etirazlar nəzərə alınmır. Hakimlərin qərarlarına münasibətdə hansı strateji metodlardan istifadə olunur?
– Hər narazı olan anda hakim mövqeyini dəyişsə, digər tərəf də narazı olarsa, mövqeyini dəyişsə, necə olacaq? Hakim qərar verərkən, kiminsə razı qalıb-qalmayacağını nəzərə almır. Lazım olan qərarları verir. Məni sevindirir ki, hakimlər təzyiqə baxmayaraq, qərarlarını dəyişmirlər. Hakim qərar verir, məşqçi dəyiş deyirsə… Necə olar, təsəvvür edirsiz? Hakim xətaları olubmu? Olub. Bunun üçün işlər görürük. Səhvsiz oyunlar olacaq? Hazırkı mərhələdə çətindir ki, olsun. Gələcəkdə bunu minumuma endirmək istəyirik. Hakimlərin inkişafı əsas prioritetlərimizdən biridir. Bəzi qərarlarda xətalar olub. Amma bunun olmaması üçün islahatlar aparırıq. Əsas məqsəd hakim qərarlarının doğruluq səviyyəsinin artırılmasıdır.

– Bu il İcraiyyə Komitəsində seçki olmadı. Qurban Qurbanov iclaslarda məhdud sayda iştirak edir, cəmi 2-3 iclasda olub. İcraiyyə Komitəsi faydalı qurumdur, əhəmiyyətli məsələlər müzakirə olunur. Əgər bir nəfər iclaslarda iştirak etmirsə, onun üzv olmasının nə əhəmiyyəti var? Üzv davamlı şəkildə iştirak etmirsə, hansısa tədbir görmək nəzərdə tutulur?
– Bu gün AFFA-nın hesabatını İK-nın hesabı kimi qəbul edə bilərik. Qurban Qurbanova gəldikdə, oyun qrafiki imkan verdiyi vaxtlarda iştirak edir. İcraiyyə Komitəsi ilə daim əlaqədəyik, rəsmi görüşlər olmadan da fikir mübadilələri aparırıq. O, futbolun, uşaq futbolunun inkişafı haqda dəyərli fikirlərini bizimlə bölüşür. Oyunları olanda da bizimlə danışır, öz fikirlərini, təklifləri verir. İK-nin bütün üzvlərinə təşəkkür edirəm ki, çox rəngarəng fikirlərlə gəlirlər. Bütün fikirlər barədə açıq müzakirələr aparırıq. Azərbaycan futbolunun inkişafına xidmət edəcək qərarları müzakirə edirik.

– Bu suala azarkeş kimi fikir bildirməyinizi istərdim. Son 1 ildə Azərbaycan futbolunun inkişaf tempindən razısınız?
– Yəqin ki, tam razı olacağım gün millimizin dünya çempionatının final mərhələsində oynayacağı gün olacaq. Əminəm ki, bu, nə vaxtsa baş verəcək. Bu istiqamətdə işləməliyik, böyük hədəflərin arxasınca getməliyik. Mənim dövrümə gəldikdə isə, Azərbaycan millisinin oyununu böyük turnirdə izləmək, bir azarkeş kimi məni ən çox sevindirəcək hadisə olardı. Futbolda komanda uduzur da, udur da. Əzmkarlığı, döyüşkən ruhu görəndə, azarkeş sevinir.

– Dövlətin ayırdığı maliyyəyə görə Premyer Liqa klubları uşaq futboluna 500 min manat pul ayrılır. Klubların əksəriyyəti sanki sui-istifadə hallarına yol verir. AFFA bu maliyyənin idarə olunmasına mexanizm təyin edirmi, bu, necə nizamlanır?
– Kublara ayrılan AFFA-nın vəsaitidir. Hər bir klub vəsaitin istifadəsi ilə bağlı sənəd göstərir. Uşaq futbolunun inkişafına, akademiyaların səmərəli işinə xüsusi diqqət ayrılır. Klublarla daim fikir mübadiləsi aparılır. Ayrılan vəsaitə nəzarət mexanizmi var. Sizdə düzgün istifadə edilməməsi ilə bağlı məlumat varsa, bildirin, biz də sizə minnətdar olarıq. Hər zaman şəffaflığı təmin etmək istəyirik.

– İnkişaf strategiyası yazılıb, qarşıda bizi qlobal səviyyədə futbol yarışı gözləyir. Amma infrastrurktur məsələsi kifayət qədər yaxşı vəziyyətdə deyil. İnfrastrukturda qlobal dəyişikliyə başlanacaq?
– “Qarabağ”ın avrokuboklarda tarixi nailiyyət əldə etməsi, azərbaycanlı futbolçuların xarici liqalarda çıxış etməsi, qızlarımızın uğuru, məhz strategiya ilə bağlı məsələlərdir. İnfrastrukturla bağlı məsələni düz deyirsiniz. Cahangir Fərəcullayev də dedi ki, ən ağrılı yerimiz infrastrurkturdur. Zaman və maliyyə tələb olunur ki, tam dəyişdirilsin. Klublara əlavə sponsorlar cəlb olunarsa, bu, baş verə bilər. Amma bütün infrastrukturun qısa müddətdə həlli mümkün görünmür. Baxırıq ki, necə sponsorlar cəlb edə bilərik. Stadionlara sponsor adlarının verilməsi, sponsorun verdiyi maliyyənin infrastrurktura cəlb edilməsi də mümkündür. Görüləsi işlər çoxdur.

– Stadionlardan çox danışırıq. Sizə elə gəlmir ki, yeni mövsümdən Premyer Liqada klubların qarşısına şərt qoyulmalıdır ki, hər klub öz doğma stadionunda oynasın, stadionu olmayan klub Premyer Liqada çıxış etməsin.
– Tamamilə doğru deyirsiniz. Bu fikirlər İcraiyyə Komitəsində müzakirə olunur. Klublara həm stadionların standartları baxımından, həm də öz stadionlarında oynanılması üçün tələblər sərtləşdiriləcək. Klublar vəsaitləri düzgün sərf etməklə infrastruktur çatışmazlıqlarını həll etsinlər, təmsil etdikləri bölgələrdə çıxış etsinlər. Bu istiqamətdə müzakirələr aparılır. İK-nin iclaslarının birində bununla bağlı qərar verməyi düşünürük. Bununla futbolun inkişafını təmin etmək istəyirik. Çox incə balans var. Bunu təmin etməyə çalışırıq. Hazırda İK-nin iclasında müzakirə edilən mövzulardandır. Klub sayının artmasına gəlincə, prinsipcə müzakirə mövzusu ola bilər. Hansı klublar gələ bilər, onların infrastruktur imkanlarını dəyərləndirməliyik. Stadion məsələsini həll edək, sonra klub sayına baxaq.

– İlləri boşa vermişik, futbolumuzda problemlər çoxdur. Ən böyük problemlərdən biri də kadr çatışmazlığıdır. Bu probelmin həllini necə görürsünüz?
– Bütün sahələrdə olduğu kimi futbolda da yeni kadrların yetişdirilməsinə ehtiyac var. Hakimlərdən tutmuş, tibbi personala qədər. Daimi olaraq yeni kadrların hazırlanması lazımdır. Kadrların peşəkarlığının artırılması və bu sahəyə marağın saxlanılması əsas hədəf olaraq qalır. Hakimliyə dünya üzrə maraq azalıb. Bu baxımdan peşəkar hakimlərin sayı, hazırlanması əsas çatışmazlıq kimi qalır. Dünyada belədir, amma bütün sahələrə aiddir. Bununla bağlı xüsusi proqramların həyata keçirilməsi nəzərdə tutulur. AFFA və müvafiq qurumlar üzrə əməkdaşlıqların genişləndirilməsi əsas məsələlərdəndir. Kadr məsələsini növbəti iclaslarda müzakirə edəcəyik.

– AFFA-nın İcraiyyə Komitəsinin iclaslarında mətbuat iştirak etmir. İK-nin üzvlərindən müsahibə ala bilmirik ki, nələri müzakirə edirsiniz, danışırsınız. Bunu necə tənzimləmək olar?
– AFFA-nın rəhbəri yalnzı Rövşən Nəcəf deyil, AFFA-nın baş katibi, İK üzvləri var. Daim mətbuata açıqdırlar. İstənilən sualları verə bilərsizinuz. Cavab verməsələr, müzakirə edərik. AFFA rəhbərliyi bir şəxs deyil, İK var. İclasların hansı binada keçirilməsinin önəmi yoxdur. AFFA-nın binasında oldu, ya SOCAR-ın binasında. Əsas o iclaslarda verilən qərarlar, müzakirə edilən mövzulardır. İradı qəbul edirəm. Media ilə daha çox görüş keçirməyə hazıram. Bir dəfə görüş olmuşdu. Yəqin ki, bir dəfə də görüşərik. Media ilə qapalı görüş edərik, sizin fikirlərinizi eşitmək istəyərəm. Futbola marağın saxlanılması üçün hansı yanaşma dəyişikliyi etməliyik, bunu jurnalistlərlə müzakirə edərik.

– A milli son iki oyunda qalib gəldi. Təəssüf ki, İK-nin üzvlərini, AFFA rəhbərliyini orada görmədik, sizin orada olmamağınız nə ilə bağlıdır?
– Həmin dövrdə digər fəaliyyətimlə bağlı ölkədə yox idim. Oyunlara gedəndə də işıqlandırmıram. Bunu vəzifəmin bir hissəsi kimi görürəm. Hər oyuna getdiyimi mətbuata açıqlamağı düzgün hesab etmirəm. Mənim olduğum oyunlarda görə bilməzsiniz ki, stadiondan foto paylaşım. Şəxsi fikrimdir. Bu, səhv ola bilər.

– Premyer Liqa və I Liqa klubları AFFA İntizam Komitəsinin verdiyi cəzalardan narazıdır. “Neftçi” geridə qalan mövsümdə azarkeşlərin davranışına görə 105 min manat cərimə ödəyib. AFFA İntizam Komitəsi sanki klubları soyur. Bu məsələyə baxılması mümkündür?
– Onlar öz fəaliyyətlərində müstəqildir. Mən və ya digərlərimizin fəaliyyətlərinə təsir etməyi mümkün deyil. Narazı olan klublar prosedurlardan istifadə edə bilərlər. Klubları soyur deyirsiniz, amma bayaq deyirdik ki, əsas vəsait AFFA-dan gəlir. Cərimədən gələn pullar yenidən klublara gedir. Klubları soyur demək, düzgün deyil.

– Son zamanlarda şaiyələr gəzir ki, yayda PFL ləğv olunacaq və əvvəlki kimi bir kabinetdən ibarət quruma çevriləcək. Bu, nə dərəcədə dğrudur?
– PFL yarışları AFFA ilə imzalanmış müqavilə və qurumun verdiyi səlahiyyət əsasında keçirir. Yəni, tərəflər arasında münasibət müqavilə əsasındadır və fəaliyyətlər davam etdirilir. Gələcəkdə hansısa dəyişiklik edilməsə, əlavə funksiyaların verilməsi, azaldılması mümkün məsələlərdir. Amma danışılmır.

– Bu gün Hesabat Konfransında 26 milyon vəsaitin SOCAR-dan daxil olduğu açıqlandı. Sizdən əvvəlki dönəmdə SOCAR-a Rövnəq Abdullayev rəhbərlik edirdi. Hər il ən azı 20 milyon manat SOCAR-dan AFFA-ya sponsorluq müqaviləsi çərçivəsində ayrılır. Siz SOCAR və AFFA rəhbəri olduqdan sonra əvvəlki illərin hesabatına dair yoxlamalar aparılıb?
– Xeyr, əvvəlki dövrlərdəki məsələlərə görə araşdırılma nəzərdə tutulmayıb.

– Ağsu stadionunun Premyer Liqa standartlarına gətiriləcəyi deyildi. Bu stadion “İmişli” üçün hazırlanır?
– Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil. Bütün regionlarda inkişaf bərabər səviyyədə aparılmalıdır. Regionlarda olan standartların keyfiyyətinin yaxşılaşdırılmasına çalışırıq. Yanaşmamız o deyil ki, yalnız Premyer Liqada oynayan klublarımızın stadionlarını düzəldək. Regionlarda futbolun inkişafı və marağın artırılması üçün işləyirik.

– Legioner limitinin ləğv olunması qərarı qəbul edildi. Bununla bağlı tənqidi fikirlər də səsləndirildi. Sizcə, bu qərar bir il müddətində nə qədər effektiv olub?
– Məncə, çempionatın daha maraqlı keçməsi, klubların beynəlxalq arenada daha uğurlu çıxış etməsi suala cavabdır. Statistikaya da baxırıq. Limitin ləğvindən əvvəl və sonra azərbaycanlı futbolçuların oyun vaxtına baxanda, 13-14 faiz azalma var. Bunun sayəsində oyun keyfiyyəti və rəqabət artıb. Legioner və yerli futbolçular arasında da rəqabət var. Düzgün qərar verdiyimizi düşünürəm. Davamlı olaraq nəzarət edib nəticələri görmək olar.

– Klublara 2 milyon manatdan çox vəsait ayrılır. O vəsaitdən bir hissəsinin infrastruktura cəlb olunması tələbi qoyursunuz klublara? Yaşar Seyidov açıqlama vermişdi ki, Abşeron Olimpiya İdman Kompleksinin meydançası bərpa edilsin və müəyyən klublara verilsin. Bu istiqamətdə hansı addımları atacaqsınız?
– Əsas məqsəd odur ki, klublar mümkün qədər öz infrastrukturlarını bərpa etsinlər. Amma bunu yalnız AFFA-nın vəsaiti hesabına etmək mümkün görünmür. Özəl sponsorların cəlb edilməsi üçün klubların daha aktiv çalışmasını təşviq edirik. Səmərəli çıxış yolu budur, özəl vəsait hesabına klublar qazanc əldə edir və infrastrurktura yönəldir.

Azərbaycanlı hakim-inspektora beynəlxalq təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək. Həmyerlimiz aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.

Qeyd edək ki, C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıb.

Milliyə 17 oyunçu çağırıldı

Aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığmaları ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.

Futbolpress.az xəbər verir ki, aprelin 5-dən 7-dək Bakıda keçiriləcək hazırlıq prosesinə baş məşqçi Yevgeni Kukseviç 3-ü qapıçı olmaqla ümumilikdə 17 futzalçı dəvət edib. Komanda məşqlərini gündə iki dəfə olmaqla “Olimpik Star”da reallaşdıracaq.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı Neftçi İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı Baku Fire), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Qüdrət Qasımzadə (Şuşa)

Azərbaycan çempionu kim olacaq?

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq.

Futbolpress.az xəbər verir ki, ilk olaraq üçüncü yer uğrunda oyun keçiriləcək.

Saat 19:00-da “Aznur” “Sumqayıt”la üz-üzə gələcək.

Final isə saat 20:30-da start götürəcək. Həlledici qarşılaşmada “Zirə” ilə “Birbaşa Bakı” qarşılaşacaq.

Hər iki görüş Bakı Tennis Akademiyasında reallaşacaq.

“Milli komanda ötən il çətin sınaqdan keçdi” – Rövşən Nəcəf

AFFA Hesabat Konfransı keçirir.

Futbolpress.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövşən Nəcəf çıxış edib:

“Kişilərdən ibarət milli komanda ötən il çətin sınaqdan keçdi. Ayxan Abbasovun rəhbərliyi altında müsbət irəliləyişlər oldu. Ona təşəkkür edirəm. Komandanın oyununda intizam artıb. FİFA Series-2026-dakı uğur bunun bariz nəticəsidir. Bir daha millini təbrik edirəm. Komandamıza güvənirəm. “Qarabağ”ın Avropa arenasındakı uğuru xüsusi qeyd olunmalıdır. Azarkeşlərə yaşatdığı hisslərə görə klub rəhbərliyinə təşəkkür edirəm”.

AFFA-nın balansındakı stadion və məşq mərkəzlərinə ayrılan vəsait məlum oldu

AFFA Hesabat Konfransı keçirir.

Futbolpress.az xəbər verir ki, tədbirdə AFFA-nın balansında olan stadionların, milli komandaların məşq mərkəzinin və digər stadionların, məşq meydançalarının saxlanılmasına və yenidən bərpasına ayrılan vəsaitlər məlum olub. Bununla bağlı qurumun ötən il üzrə hesabatında qeyd olunub.

Ümumi məbləğ 4 milyon 254 min 477 manat təşkil edib.

“Dalğa Arena” üçün 1 milyon 738 min 10 manat, Ağsu stadionuna 833 min 788 manat, Binə stadionuna 791 min 181 manat, “ASCO Arena”ya 328 min 477 manat, Milli Komandaların Məşq Mərkəzinə 303 min 42 manat, Şamaxı stadionuna 213 min 379 manat, Təhsil və Reabilitasiya Mərkəzinə 46 min 600 manat vəsait ayrılıb.

“Qarabağ” UEFA-dan ən çox pul alan Azərbaycan klubudur

AFFA-nın Hesabat Konfransı keçirilir.

Futbolpress.az xəbər verir ki, tədbirdə UEFA-nın ötən il üzrə Azərbaycan klubları üzrə ayırdığı vəsait məlum olub.

Qurumun hesabatına görə, “Qarabağ” UEFA-dan ötən il üzrə 61 milyon 123 min 325 manat alıb.

“Sabah”a 3 milyon 27 min 845 manat, “Araz-Naxçıvan”a 2 milyon 480 min 415 manat, “Zirə”yə 2 milyon 70 min 729 manat, “Neftçi”yə 1 milyon 23 min 94 manat, “Sumqayıt”a 833 min 496 manat, “Səbail”ə 706 min 895 manat, “Turan Tovuz”a 706 min 895 manat, “Kəpəz”ə 706 min 895 manat, “Qəbələ”yə 427 min 340 manat, “Şamaxı”ya 279 min 555 manat çatıb.

Klublar üçün seminar

AFFA-nın təşkilatçılığı ilə “Eyeball” şirkəti tərəfindən klubların aşağı yaş qrupları üzrə komandalarının nümayəndələri üçün seminar keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, “Eyeball”ın əməkdaşı Viktor Rahbek, həmçinin oğlan və qızlar liqalarında çıxış edən klubların məşqçiləri və rəsmiləri iştirak ediblər.

AFFA-nın qurumlara ödədiyi vəsait məlum oldu

AFFA-nın Hesabat Konfransı keçirilir.

Futbolpress.az xəbər verir ki, tədbirdə 2025-ci ildə AFFA-nın tərkibində olan federasiyaların, üzvlərin və akademiyaların saxlanılmasına ayrılan vəsaitlər açıqlanıb. Qurum ümumilikdə 2 milyondan çox vəsait ayırıb.

Ən çox vəsait əldə edən Azərbaycan Futzal Federasiyası olub. Quruma 1 milyon 631 min 458 manat ayrılıb.

Futbolun İnkişaf Fonduna 384 min, Regional Futbol Federasiyaları İB-yə 208 min, Uşaq və Gənclər Futbol Federasiyasına 180 min, Çimərlik Futbol Federasiyasına 138 min, Azərbaycan Əlillər Futbolu Federasiyası İB-yə 86 min, Sahə Futbol Federasiyasına 60 min, Bakı FF-yə 45 min, İctimai Futbol Təşkilatları İB-yə 39 min 600, Tələbə Futbol Federasiyasına 35 min, İsgəndər Cavadov adına Akademiyaya 18 min manat verilib.

AFFA-ya 60 milyondan çox vəsait daxil olub

AFFA-nın Hesabat Konfransı keçirilir.

Futbolpress.az xəbər verir ki, mərasim saat 10:00-da başlayıb.

Tədbirdə AFFA-nın ötən il üzrə gəlirləri açıqlanıb.

Quruma 2025-ci ildə 61 milyon 437 min 894 manat vəsait daxil olub.

Bu məbləğdən 26 milyonu SOCAR-dan (AFFA Maliyyə dəstəyi), 11 milyon 128 min 500 manatı “AzərMaş”dan, 6 milyon 435 min 438 manat UEFA-dan, 5 milyon 300 min manat SOCAR-dan (Qrant Müqavilə) vəsait daxil olub.

Bundan əlavə, 4 milyon 907 min 311 manat AMYK Yayım Hüququ gəlirindən (UEFA), 2 milyon 874 min 917 manat FIFA-dan, 1 milyon 918 min manat “Paşa Sığorta”dan, 930 min manat “Paşa Həyat”dan, 500 min manat “Ensol MMC”dən, 132 min 750 manat “Carlsberg”dən, 59 min manat “Azərlotereya”dan, 1 milyon 251 min 978 manat digərlərindən qurumun hesabına köçürülüb.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Türkiyə, I Liqa
15:30 Adana Demirspor – Manisa (TRT Spor)
18:00 Pendikspor – Hatayspor (TRT Spor)
21:00 Çorum – Pendikspor (TRT Spor)

Azərbaycan Kuboku
17:30 Turan Tovuz – Zirə (CBC Sport)
20:00 Qarabağ – Sabah (CBC Sport)

Fransa, Liqa 1
22:45 PSJ – Tuluza (beİN Sports 3)

İspaniya, La Liqa
23:00 Rayo Valyekano – Elçe (Matç Premyer, Matç TV, Futbol 2)

Əvəzedicilər Liqasında fasilə – U-20 üçün oyunçu baxılacaq

2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatına hazırlıq məqsədilə Azərbaycan U-20 Milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, toplanış 13-26 aprel tarixlərini əhatə edəcək.

AFFA və Peşəkar Futbol Liqasının məsləhətləşmələrindən sonra bütün potenisal futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərtilə dəyişiklik ediləcək.

Belə ki, Əvəzedicilər Liqasının 13 aprel tarixdə keçiriləcək oyunlarından sonra yarışda iki həftəlik fasilə yaranacaq.

“Zirə”dən qələbə, mərkəzi oyunda “sülh”

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” Sumqayıtda “Zirə” ilə qarşılaşacaq. Matça saat 17:30-da start veriləcək.

Digər görüşdə “Qarabağ” “Sabah”ı qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, ilk oyunlar

3 aprel

17:30 Turan Tovuz – Zirə 0:2

Qol: Eren Aydın, 57, Mikels, 89
Baş hakim: Əliyar Ağayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:00 Qarabağ – Sabah 2:2

Qolllar: Kadi, 29, 60 – Umarali, 23, 60
Baş hakim: Rauf Cabarov
Tofiq Bəhramov adına Respublika Stadionu

“Messi istəsə, 1000 qol vurar”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni maraqlı açıqlama ilə gündəmə gəlib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis həmyerlisi “Lionel Messinin 1000 qol vura bilərmi” sualına belə cavab verib:

“Messi istəsə, 1000 qol vurar. Təki, istəsin”.

Hazırda “İnter Mayami”də çıxış edən Messi karyerası ərzində 900 qol vurub.

“Kashalata Cafe”də “Neftçi”nin futbolçuları ilə görüş

2 aprel – Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar bərabərlik və inklüzivlik istiqamətində maarifləndirmə təşəbbüsü ilə tədbir keçirilib.

Futbolpress.az xəbər verir ki, bu münasibətlə “Neftçi”nin futbolçuları – Emil Balayev, Edvin Kuç və Alessio Kurçinin iştirakı ilə autizmli gənclərin və əlilliyi olan şəxslərin məşğulluğuna və cəmiyyətə inteqrasiyasına dəstək verən “Kashalata Cafe”də görüş təşkil olunub.

“Kashalata Cafe”də çalışan gənclərin fəaliyyəti ilə tanış olub ünsiyyət quran komanda üzvləri heyətə xatirə hədiyyələri təqdim ediblər.

 

“Arsenal”ın sabiq hücumçusu özünə klub tapdı

“Arsenal”ın sabiq futbolçusu Lukas Peresin yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, 37 yaşlı hücumçu “Kadis”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sequnda klubu forvardla müddəti mövsümün sonuna kimi olan müqavilə imzalayıb.

Peres karyerası ərzində “Arsenal”, “Vest Hem”, “Alaves”, “Elçe”, PSV kimi klublarda çıxış edib. O, ötən ilin yayından klubsuz idi.

“Böyük İpək Yolu” beynəlxalq turnirinin açılış mərasimi keçirildi

Bakıda kişi və qadın boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Daha sonra çıxış edən Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov yarışın əhəmiyyətini qeyd edib, turnirə güclü komandaların qatıldığını vurğulayıb.

Ardınca yarışın bolqarıstanlı supervayzeri Svetoslav Sapounciyev Təşkilat Komitəsinə minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb.

Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Qeyd edək ki, Bakı Boks Mərkəzində keçirilən turnir aprelin 7-də başa çatacaq. Yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları güclərini yoxlayırlar. Kişi boksçular 10, qadınlar 4 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

126 idmançının qatıldığı turnirdə döyüşlər hər gün saat 15:00-da başlayacaq.

U-20 millisinin toplanışı olacaq

13-26 aprel 2026-cı il tarixlərində 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, toplanış 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatına hazırlıq məqsədi daşıyır.

Qeyd olunan təlim-məşq toplanışı ilə əlaqədar futbolçuların düşərgəyə cəlb olunmasını təmin etmək məqsədilə AFFA və PFL-in təşkilatçılığı ilə keçirilən müvafiq liqaların təqvimində dəyişiklik edilə bilər. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Kəmər dərəcələri üzrə imtahan

Aprelin 2-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Gəncə İdman Sarayında kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Futbolpress.az xəbər verir ki, İmtahanda 120 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bununla yanaşı, bu mərhələ gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

Mərkəzi oyunda “Səbail” sevindi

Azərbaycan I Liqasında XX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə üç qarşılaşma keçirilib.

MOİK “Cəbrayıl”ı, “Zaqatala” isə “Difai”ni məğlub edib. Turnir cədvəlinin üçüncü sırasında qərarlaşan “Səbail” “Baku Sportinq”ə qalib gəlib və xalları bərabərləşdirib.

Azərbaycan I Liqası
XX tur

2 aprel

MOİK – Cəbrayıl 2:1
Qollar: C.Akuqre, 29, S.Məhərrəmli, 90 (pen.) – F.Abdullayev, 35

Zaqatala – Difai 1:0
Qol: R.Şabanov, 49 (pen.)

Səbail – Baku Sportinq 1:0
Qol: S.Bağırov, 87

“İstefa dalğası”: Buffon da getdi

İtaliya futbolunda milli komandanın dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra “istefa dalğası” başlayıb.

Futbolpress.az xəbər verir ki, federasiya rəhbəri Qabriel Qravinadan sonra keçmiş qolkiper Canluici Buffon da istefa verib. O, milli komandanın idarə heyətinin rəhbəri vəzifəsindən ayrılıb.

Buffon 2023-cü ilin avqustundan millidə çalışırdı.

Qvardiolaya əvəzləyici tapıldı

“Mançester Siti” baş məşqçi Xosep Qvardiolaya əvəzləyici tapıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klub rəhbərliyi mütəxəssisin hələ qərar verməməsindən narahatdır. Onlar Qvardiolaya seçim azadlığı verib.

Qvardiola klubdan ayrılsa, onun əvəzinə komandaya Enzo Mareskanın gətirilməsi planlaşdırılır.

Mareska son olaraq “Çelsi”yə rəhbərlik edib və yanvardan işsizdir. Mütəxəssis daha əvvəl “Mançester Siti”də Qvardiolanın köməkçisi olub.

Nazir idmançılarla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə “Azərbaycan Əməkdar idman ustası”, “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edilib.

Beynəlxalq arenalarda qazanılan nailiyyətləri yüksək dəyərləndirən Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. O, çıxışında bildirib ki, mart ayı ərzində Azərbaycanın Dövlət Himni 12 ölkədə səsləndirilib. İdmançılarımız ümumilikdə 40 qızıl, 35 gümüş və 43 bürünc medal qazanıblar.

Beynəlxalq arenalarda qazanılan nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.

Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük qələbələr arzulayıb.

Luçeskuya vida

Rumıniya millisi baş məşqçi Mirça Luçesku ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Rumıniya milli komandası dünya çempionatına vəsiqə qazana bilməyib.

Tur sabah başlayacaq

Peşəkar Çövkən Liqasının 2026-cı il mövsümündə 3-cü turun oyunlarına sabah (aprelin 3-ü) start veriləcək.

Futbolpress.az xəbər verir ki, turun mərkəzi oyununda ilk iki matçı qələbə ilə başa vurmuş “Embawood” və çempionluğa iddialı “Sərhədçi” komandaları qarşılaşacaqlar. Oyun saat 13:00-da start götürəcək. Günün ilk oyunu isə saat 12:00-da “Şamaxı” və “Buta Golden” klubları arasında baş tutacaq.

Tura şənbə günü keçiriləcək 3 oyunla yekun vurulacaq. Saat 12:00-da güclünü “Zəfər” və “Xəzər” komandaları ayırd edəcəklər. Ardınca “Ömər” – “Polad” və “Elit” – “Atilla” oyunları nəzərdə tutulub.

2 turdan sonra 4 komanda: “Polad”, “Sərhədçi”, “Elit” və “Embawood” mütləq nəticə ilə turnir cədvəlinə başçılıq edirlər.

“Polad” klubunun oyunçusu Şəfayət Budaqov 8 topla bombardirlər siyahısında birincidir. “Sərhədçi”nin üzvü Vahid Məmmədov 6, onun komanda yoldaşı İbrahim Rzalı isə 5 qol vurub.

Əlavə edək ki, yarışlar Binə Atçılıq Mərkəzində keçirilir.

DÇ-2026: Türkiyə yığmasının bir oyununun başlama saatı dəyişdi

Türkiyə millisinin dünya çempionatında Paraqvay ilə oyununun başlama saatı dəyişib.

Futbolpress.az xəbər verir ki, iyulun 20-də keçiriləcək görüş əvvəlcədən nəzərdə tutulduğu kimi 08:00-da deyil, 07:00-da start götürəcək.

Türkiyə yığması mundialda qrupda Paraqvayla yanaşı, ABŞ və Avstraliya ilə üz-üzə gələcək.

Sara zədələndi

“Qalatasaray”ın futbolçusu Qabriel Sara zədələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sara Braziliya yığmasının düşərgəsində sağ ayağından zədə alıb. Onun durumu tibbi müayinədən sonra məlum olacaq.

“Qalatasaray” bu mövsüm 39 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Bizim üçün çempionluq dəhlizi qurdular” – milli üzvü

“Bizim üçün çempionluq dəhlizi qurdular”.

Bu sözləri “Futbolpress.az”a açıqlamasında “Arda” klubunda çıxış edən Cəlal Hüseynov söylədi. Milli komanda ilə “FIFA Series-2026” turnirinin qalibi olan müdafiəçi klubunda xoş qarşılandığını bildirdi:

“Bolqarıstana qayıtmışam, komandada çox yaxşı qarşılandım. Bolqarıstan yığması da “FIFA Series-2026″ turnirinin qalibi olub. Heyətdə məndən başqa daha bir futbolçu da bu sevinci yaşamışdı. Məşqdə bizim üçün çempionluq dəhlizi qurdular. Həqiqətən, çox xoş hisslər idi”.

Müdafiəçi “Arda” klubundakı durumundan söz açdı:

“İşlərimiz yaxşı gedir. Yerimiz pis deyil. Pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparırıq. Şanslarımız davam edir. Hədəf beşinci olub, avrokuboklara vəsiqə qazanmaqdır.

Digər tərəfdən, kubokda da yarımfinaldayıq. Ay sonu iki matçımız olacaq. Komandamızda vəziyyət yaxşıdır. Kuboku qazanmaq şanslarımız var. Özüm də oyunlara çıxıram. Hər şey qaydasındadır. Qarşıda vacib oyunlarımız var. İndi onlara hazırlaşmalı və məqsədlərimizə çatmalıyıq”.

Şahin Cəfərov

İnfantino: “Futbol ən çətin şəraitdə belə birlik və ümid gətirir”

FIFA prezidenti Canni İnfantino İran milli komandasının futbolçuları və İran Futbol Federasiyasının vitse-prezidenti Məhəmməd Nəbi ilə görüşüb.

Futbolpress.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəhbəri sosial şəbəkə hesabında paylaşım edib:

“Kosta Rika ilə yoldaşlıq oyunundan əvvəl İran milli komandasının oyunçuları ilə görüşməkdən çox məmnun oldum. Oyunçularla, eləcə də İran Futbol Federasiyasının birinci vitse-prezidenti Mehdi Məhəmməd Nəbi ilə danışmaq imkanım oldu. Bir daha İran milli komandasını Dünya Kubokuna vəsiqə qazanması və İranda və dünyada milyonlarla insanı qürurlandırdığı üçün təbrik etdim. Futbol ən çətin şəraitdə belə birlik və ümid gətirir”.

Avro-2032-yə ev sahibliyi İtaliyadan alına bilər

İtaliyanın idman strukturu modernləşdirilməsə ölkənin Avro-2032-yə ev sahibliyi hüququ alına bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksandr Çeferin “La Gazetta dello Sport”a açıqlamasında deyib:

“İtaliyanın siyasi liderləri özlərinə sual verməlidir ki, nə üçün ölkədə pis infrastruktur var. Onlar Avro-2032-yə ev sahibliyi etmək istəyir, ümid edirəm ki, problemlər aradan qalxar. Əks halda, yarış İtaliyada keçirilməyəcək”.

Qattuzo dönəmi başa çatır

Cennaro Qattuzo İtaliya yığmasından ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mütəxəssis komandanı mundiala apara bilmədiyi üçün istefa verəcək.

İtaliya yığması dünya çempionatının pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub.

Qattuzo 2025-ci ilin yayından İtaliya yığmasına rəhbərlik edirdi.

Azərbaycanlı hakimlərə üç təyinat

FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin I raundunun 3 oyununda fəaliyyət göstərib.

Kamal Umudlu A qrupunun İsveç – Sloveniya və Belçika – İsveç matçlarında baş hakim, Belçika – Sloveniya qarşılaşmasında isə ehtiyat hakim olub.

Digər referimiz Vüsal Məmmədov isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirib.

“Mançester Yunayted” “Benfika”nın futbolçusu ilə maraqlanır

“Benfika”nın futbolçusu Samuel Dahl karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” 23 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Metro” nəşri məlumat yayıb.

“Qırmızı şeytanlar” yayda isveçli futbolçunun transferi üçün danışıqlara başlayacaq.

Samuel bu mövsüm “Benfika”da 46 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Onlar qədər qazanan idmançı yoxdur – Ronaldo üçüncüdür

“Sportico” portalı tarixin ən çox qazanan idmançılarının siyahısını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, birinci sırada keçmiş basketbolçu Maykl Cordan yer alıb. Onun karyerası ərzində qazancı 4.5 milyard dollardır.

İkinci sırada qolfçu Tayqer Vuds qərarlaşıb. Amerikalı idmançı karyerasında 2.88 milyard dollar gəlir əldə edib.

“Üçlüy”ü futbolçu Kriştiano Ronaldo tamamlayır. Onun qazancı isə 2.52 milyard dollardır.

Reytinq siyahısına  50 idmançı daxil edilib. Onların ümumi qazancı isə 56.2 milyard dollardır.

“Bəzən millilərə tapşırılmış və güclü olmayan oyunçular çağırılır”

AFFA kamera və analiz platforması “Eyeball” şirkəti ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev mərasimdə çıxış edərək anlaşmanın faydalarından söz açıb:

“Ən böyük problemimiz uşaq və gənclər futbolu ilə bağlıdır. Artıq texnologiyalar futbola da şamil edilir. Uşaq və gənclər futbolunda kamera və analiz tətbiq olunacaq. Yarışlarda stadionlara kamera quraşdırılacaq və analizlər aparılacaq. Turdan-tura baza yaranacaq. Bu da hər oyunçunun performansını ortaya qoyacaq.

Problemli mövzulardan biri odur ki, bəzən millilərə tapşırılmış və güclü olmayan oyunçular çağırılır. Bu datalar həqiqətən milliyə necə futbolçuların cəlb olunduğunu göstərəcək. Bu məlumatlar həm də Avropa və dünya skautlarına çıxış olacaq. Skautlar futbolçuları nəzarətdə saxlaya biləcək və vaxtı gələndə öz komandalarına cəlb edə biləcəklər. Bu, futbolumuzun inkişafı üçün bir təkan olacaq”.

Cabarov yenə “Qarabağ”ın oyununda

Bizon Azərbaycan Kubokunda 1/2 finalın ilk oyunlarının təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” – “Sabah” oyununu Rauf Cabarov idarə edəcək.

3 aprel (cümə)

“Turan Tovuz” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:30

“Qarabağ” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov

VAR: Kamal Umudlu

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00

“Real”ın futbolçusu PSJ-nin hədəfində

“Real”ın futbolçusu Eduardo Kamavinqa karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, PSJ yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Diario AS” nəşri məlumat yayıb. Paris klubu yayda fransalı oyunçu üçün danışıqlara başlayacaq.

“Real” Kamavinqanı satmağa müsbət yanaşır.

Futbolçu “Renn” klubunun yetirməsidir. O, 2021-ci ildən “Real”da çıxış edir.

İkardi “Qalatasaray”dan ayrılır? – AÇIQLAMA

“Qalatasaray”ın idarə heyətinin rəhbəri Abdullah Kavukçu hücumçu Mauro İkardinin klubdan ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, funksioner Türkiyə mətbuatına açıqlamasında bunları deyib:

“Bizdə əhdə sadiqlik var. Bizi kiminləsə səhv salmasınlar. İkardi istədiyi müddətdə “Qalatasaray”da qala bilər. Seçim özünündür”.

Argentinalı hücumçu komandanın məşqlərinə qatılmır. O, klubun yeni müqavilə təklifini qəbul etməyib.

İkardi bu mövsüm Super Liqada 24 oyunda 13 qol vurub. Onun müqaviləsi yayda başa çatır.

“Doğma divarlar”da xalsız qalanlar

Milsi Premyer Liqasında 20 tur geridə qalıb.

Futbolpress.az-ın məlumatına görə, çempionatda geridə qalan müddətdə yalnız iki komanda ev oyunlarında qələbə qazana bilməyib.

Autsayder “Karvan-Yevlax” və “İmişli” “doğma divarlar” arasında üç xala həsrətdir. Yevlax təmsilçisi 13 matçda 2 heç-heçə edib, 11 dəfə uduzub.

Ev oyunlarını mövsümün əvvəlində Şamaxıda, daha sonra isə Qubada keçirən “İmişli”  nominal meydan sahibi olduğu 12 matçda 7 heç-heçə edib, 5 dəfə uduzub.

Ev oyunlarında ən yaxşı statistika isə “Sabah”a məxsusdur. Çempionatın lideri Masazırda keçirdiyi 13 oyunda 10 qələbə qazanıb, 1 dəfə uduzub. Maraqlıdır, yeganə məğlubiyyət məhz “İmişli”yə qarşı olub.

Bu göstəricidə ikinci sırada “Qarabağ” yer alır. Qurban Qurbanovun yetirmələri 13 ev matçında 8 qələbə qazanıb, 2 dəfə uduzub.

Ev oyunlarında ən çox məğlubiyyət yaşayan “Karvan-Yevlax”dır – 11. “Kəpəz” və “Qəbələ” isə hərəsi 8 dəfə “doğma divarlar” arasında xalsız qalıb.

Azərbaycan idmançılarının reytinqi

Azərbaycan idmançılarının yeni reytinqi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, birinci sırada güləşçi Həsrət Cəfərov qərarlaşıb. Yunan-roma güləşçisinin aktivində 480 xal var.

İkinci sırada sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) mövqe tutub. İlk “üçlüy”ü 440 xalla cüdoçu Zelim Kostoyev tamamlayır.

Bayılda mərkəzi görüş

Bu gün Azərbaycan I Liqasında XX tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk gündə üç qarşılaşma keçiriləcək.

MOİK “Cəbrayıl”ı, “Zaqatala” isə “Difai”ni qəbul edəcək.

Turun mərkəzi görüşündə ikinci sırada yer alan “Baku Sportinq” ən yaxın izləyicisi “Səbail”i qəbul edəcək.

I Liqa
XX tur

2 aprel

15:00 MOİK – Cəbrayıl
13:00 Zaqatala – Difai
17:00 Səbail – Baku Sportinq

Skaloni italyanların durumuna məyus olub

Argentina millisinin baş məşqçisi Lionel Skaloni İtaliya yığmasının mundialdan kənarda qalmasını şərh edib.

Futbolpress.az “Football İtalia”ya istinadən xəbər verir ki, mütəxəssis “azzuri”nin uğursuz dönəmdən keçdiyini deyib:

“İtaliyada qohumlarım var və orda baş verənlər məni məyus edir. Həqiqətən, onların da mundialda olmasını istərdim. İtaliya güclüdür və yarışa rəng qatan kollektiv olacaqdı. Lakin futboldur və bəzən belə çətin dönəmlər olur”.

“Zirə” yayda onunla yollarını ayıracaq (ÖZƏL)

Yarımmüdafiəçi Eldar Quliyev mövsümün sonunda “Zirə”dən ayrılacaq.

Futbolpress.az-ın məlumatına görə, 24 yaşlı futbolçu baş məşqçi Rəşad Sadıqovun planlarına daxil deyil. Qəsəbə təmsilçisi müqaviləsi yaya kimi olan Quliyevlə vidalaşacaq.

Eldar 2023-cü ilin fevralından “Zirə”nin formasını geyinir. O, “qartallar”la 93 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

“Mançester Siti”də özbək fərqi

“Mançester Siti”də mart ayının ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, müdafiəçi Abdukodir Xusanovdur. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı oyunçu azarkeşlər arasında keçirilən səsvermədə yarımmüdafiəçi Rodri və vinger Ceremi Dokunu qabaqlayıb.

Özbəkistanlı futbolçu ötən ay 6 oyunda meydana çıxıb.

Azərbaycan yığması FIFA reytinqində irəlilədi

FIFA milli komandaların reytinqini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan yığması 1136.67 xalla 124-cü sırada qərarlaşıb. Milli ötən siyahı ilə müqayisədə üç pillə irəliləyib.

Azərbaycan yığması bir neçə gün əvvəl “FIFA Series-2026″nın qalibi olub. Komanda Sent Lüsiyanı (6:1) və Syerra Leoneni (1:1, penaltilər 9:8) məğlub edib.

Reytinq cədvəlinə 1877.32 xalla Fransa başçılıq edir.

“Oyundan sonra ağladım”

İtaliya millisinin qapıçısı Canluici Donnarumma dünya çempionatına vəsiqə qazanmamalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, qolkiper Bosniya və Herseqovinaya penaltilərdə uduzduqları matçdan sonra bunları deyib:

“Oyundan sonra ağladım. İtaliyanı layiq olduğu yerə apara bilmədik və çox məyusuq. Millinin kapitanıyam və bundan qürur duyuram”.

“Sumqayıt” – “Neftçi” oyunu 2 manata

Misli Premyer Liqasının XXI turunda keçiriləcək “Sumqayıt” – “Nefçti” oyununun biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, 5 aprel, saat 18:00-da baş tutacaq “Sumqayıt” – “Neftçi” matçının biletlərini iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 14:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.

 

I Liqada təyinatlar məlum oldu

I Liqada XX turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Səbail” – “Baku Sportinq” oyununu Əli Əliyev idarə edəcək..

2 aprel (cümə axşamı)

MOİK – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Səbuhi Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Novruz Əzimov
Binə qəsəbə stadionu, 15:00

“Zaqatala” – “Difai”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Aydın Bəxşiyev, Şamil İmanzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Zaqatala OİK stadionu, 15:30

“Səbail” – “Baku Sportinq”
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Rəhman Aslanov, Murad Səlimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bayıl Arena”, 17:00

3 aprel (cümə)

“Şahdağ Qusar” – “Şimal”
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Safalı Ağayev, Maqsud Şamıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı OİK stadionu, 15:30

“Mingəçevir” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Mirnihat Seyidov, Sənan Bayramzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:30

Azərbaycan bu yarışda 43 boksçu ilə təmsil olunacaq

Aprelin 2-də Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turniri start götürəcək.

Futbolpress.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparacaqlar.

14 dəst (10 çəkidə kişi, 4 çəkidə qadın) medal uğrunda 126 boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına aprelin 7-də aydınlıq gələcək.

Azərbaycan kişilərin yarışında 37, qadınların mübarizəsində 6 boksçu ilə təmsil olunacaq.

Turnirin açılış mərasimi sabah saat 15:00-da olacaq. Ardınca döyüşlər başlayacaq.

Qeyd edək ki, turnirin supervayzeri Svetoslav Sapoundjiyev (Bolqarıstan), baş hakimi Anar Babanlı (Azərbaycan) olacaq. Görüşləri azərbaycanlı hakimlərlə yanaşı, Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistandan olan referilər də idarə edəcəklər.

“Sabah” “Astana”nı seçdi

“Sabah” basketbol komandası yoldaşlıq oyunları keçirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sabah” Qazaxıstanın “Astana” komandası ilə iki oyunda üz-üzə gələcək.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmalar aprelin 4-də, saat 19:30, aprelin 6-da, saat 15:00-da start götürəcək.

Adıyev qovuldu

Rusiyanın “Krılya Sovetov” klubu baş məşqçisi Maqomed Adıyevi istefaya göndərib.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə qovulub.

Adıyev ötən ilin yayından “Krılya Sovetov”a rəhbərlik edirdi. Komanda liqada 22 turdan sonra 13-cü sıradadır.

“Son oyunumda göz yaşlarımı saxlamaq çətin olacaq”

“Mançester Yunayted”in futbolçusu Kazemiro klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, komandada son aylarını keçirən yarımmüdafiəçi klubdakı durumundan danışıb:

“Azarkeşlərin sevgisini bilirəm. Bunları sözlə ifadə etmək olmur. Hər kəsə minnətdaram. İlk gündən məni tək qoymadılar, yanımda oldular.

Son oyunumda göz yaşlarımı saxlamaq çətin olacaq. Həyat yoldaşım azarkeşlərin bir il də qalmağım üçün etdikləri çağırışları eşidəndə kövrəlmişdi. Hiss edirəm ki, klubdan ayrılsam da, ömrümün sonuna qədər “Mançester Yunayted”in bir parçası olacağam”.

Kazemiro mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. O, 2022-ci ildən “Mançester Yunayted”də çıxış edir.

“Final fitindən sonra sanki ruhum bədənimdən çıxmışdı”

İsveç millisinin baş məşqçisi Qrem Potter dünya çempionatına vəsiqə qazanmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Polşaya 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra bunları deyib:

“İnanılmaz axşam oldu. Bu anların bir parçası olmaq möhtəşəmdir. Komandam adına çox sevinirəm. Çətin oldu, amma bacardıq. Futbolçularla qürur duyuram.

Final fitindən sonra sanki ruhum bədənimdən çıxmışdı… Qapıya baxıram, ehtiyat oyunçular skamyasına baxıram, hər kəs qaçır və düşünürəm ki, mən hardayam? Bu anlar üçün tanrıya hər zaman minnətdar olacağam”.

Azərbaycanlı qadın hakimlərə beynəlxalq təyinat

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, aprelin 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.

AFFA 3 klubu yarışlardan kənarlaşdırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda üç klubun yarışlardan kənarlaşdırılması ilə bağlı qərar qəbul edilib:

15 mart 2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməli olan Ağdam FK-Pambıqçı(Bərdə) oyunu Pambıqçı(Bərdə) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Pambıqçı (Bərdə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Pambıqçı(Bərdə) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)

15 mart 2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməli olan Füzuli FK-Məhsul(Zərdab) oyunu Məhsul(Zərdab) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Məhsul (Zərdab) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Məhsul (Zərdab) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)

29 mart 2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməli olan Zəfər FK(Bərdə)-Aran FK(Beyləqan) oyunu Zəfər FK(Bərdə) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Zəfər FK (Bərdə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Zəfər FK (Bərdə) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)

“Turan Tovuz”un legioneri şans qazanmadı

Tacikistan yığması Asiya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, komanda seçmə mərhələdə A qrupunu lider bitirib. Tacikistan qrupun son oyununda Filippinlə heç-heçə edib – 1:1.

Tacikistan yığmasında “Turan Tovuz”un qapıçısı Oleq Baklov da çıxış edir. O, Filippinlə matçda ehtiyatda qalıb.

Qattuzo: “Çox məyusam”

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo yığmadakı gələcəyi haqda sualı cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yığmanın dünya çempionatından kənar qalmasından sonra qovulacağı ilə bağlı çıxan xəbərlərə belə münasibət bildirib:

“Millidəki gələcəyim? Fərqi yoxdur. İndiki məqamda çox məyusam. Mundialdan kənar qalmaq adamı incidir”.

İtaliya yığması dünya çempionatının pley-off mərhələsində Bosniya və Herseqovinaya uduzub.

Futbolçusu bölgə klubunu ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda “Səbail” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda MOİK komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə MOİK komandası 450 manat cərimə edilsin (maddə 84.1);

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 26-cı dəqiqəsində “Şəfa” komandasının 6 nömrəli futbolçusu Xəyal Tomarov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Şəfa” komandası 300 manat cərimə edilsin (maddə 44.1);

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 90+3-cü dəqiqəsində “Şahdağ Qusar” komandasının 19 nömrəli futbolçusu Aqostinyo Çipesse təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 900 manat cərimə edilsin (maddə 45.1);

İspaniyada irqçilik skandalı

İspaniya millisi yoxlama oyununda Misirlə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, görüş qolsuz başa çatıb. Matçda ispan fanatlar Afrika təmsilçisinin oyunçularına qarşı irqçi şüarlar səsləndirib. Azarkeşlər müsəlman futbolçuların əleyhinə “tullan, tullan, tullanmayan müsəlmandır” deyə şüarlar deyib.

İspaniya Futbol Federasiyası hadisəni qınadığını və tədbir görəcəyini açıqlayıb.

“Kəpəz” böyük məbləğdə cərimələndi

AFFA İntizam Komitəsi “Kəpəz”i cərimələyib.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Misli Premyer Liqasında XXV turun “Kəpəz” – “Qarabağ” oyunundan əvvəl və matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 6500 manat cərimələnib.

Matç “Kəpəz”in qələbəsiylə başa çatıb – 1:0.

“Futbolun inkişafı naminə sağlam qüvvələr birləşməlidir” – MÜSAHİBƏ

Ölkə futbolunda yenə canlanma yaranıb. Aprelin 3-də keçiriləcək AFFA-nın Hesabat Konfransı fonunda gedişata geniş nəzər yetirmək üçün Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovla müsahibə etdik. Proseslərə təhlili yanaşmalar üçün zəngin təcrübəsi və səhih mövqeyi ilə Tahir müəllimin fikirləri ictimai əhəmiyyət daşıyır:

– Tahir müəllim, BFF-in aktivləşdiyi görünür. Bu haqda ətraflı məlumat verərdiniz?
– Uzun illərdən sonra, 2024-cü ilin aprel ayında AFFA-da rəhbər dəyişikliyi baş verdi. Futbolda nəhayət ki, islahatların aparılacağı ümidi yarandı. Federasiyanın ilk addımlarından biri yeni futbol strategiyasının hazırlanması oldu. Assosiasiya tərəfindən belçikalı mütəxəssislər dəvət edildi. İşlər onlara tapşırıldı. Eyni zamanda AFFA öz üzvlərinə, klublara, futbol ictimaiyyətinə müraciət edərək təkliflərin verilməsini istədi. Bir çox qurumların məsələyə biganə yanaşmasına baxmayaraq, öz tərəfimdən kompleks təkliflər paketi hazırladım, rəsmi olaraq AFFA-ya təqdim etdim. Sonrakı mərhələdə təkliflərimiz əcnəbilər tərəfindən bəyənildi, İcraiyyə Komitəsində baxıldı, belçikalılarla görüş təşkil edildi. Avropalıların prosesə şablon yanaşması, vaxtaşırı ölkəmizə səfərləri yersiz vaxt itkisinə səbəb olur, aylar itirilir, futbol ictimaiyyəti arasında narahatlıq yaradırdı. Gərgin keçən iclasda önəmli layihələrimizin qəbul edilməsinə və ümumi hərəkətliliyə nail olduq. Bir çox təkliflərimizlə bərabər, 8 regional futbol mərkəzi – akademiyaların yaradılması ideyamız yekun layihə sənədində öz əksini tapdı. Bu müddət ərzində yeni AFFA rəhbərliyi ilə mütəmadi görüşlərimiz, məsləhətləşmələrimiz olur, müəyyən təklifləri nəzərdən keçirirdik. İstəkli olduqları üçün köməyimizi əsirgəmirdik. Müzakirələrimizdən biri də rəhbərlik etdiyim Bakı Futbol Federasiyasının maddi-texniki bazasının yaxşılaşdırılması, ümumi futbol strukturuna inteqrasiyası idi. Danışıqlar bir qədər vaxt apardı. Özümlə bağlı açıqlamaq istəmədiyim bəzi təkliflərə münasibətdə təşəkkür edərək, futbol adına ümumi işlərin daha vacib olduğunu vurğuladım. İlkin mərhələdə BFF-lə bağlı layihələrin həyata keçirilməsi razılığına gəldik və yekunda rəsmi müqavilə imzaladıq. Minimum şərait və şərtlərlə böyük həcmdə işlərə start vermişik. Artıq birgə fəaliyyətimizlə “D” kateqoriyalı məşqçi kurslarının iki mərhələsini bitirmişik. İlin sonunadək daha 4 kursun keçirilməsi nəzərdə tutulub. Digər layihələrlə yanaşı, qısa müddətdə media və ictimaiyyət tərəfindən BFF-n müsbət aktivliyi hiss edilirsə, görünürsə, deməli, doğru yoldayıq.

– Bu yaxınlarda AFFA-nın baş katibi region federasiya rəhbərləri ilə görüşdü. Siz AFFA baş katibi ilə bir fotoda… Futbol ictimaiyyətinin öyrəncəli olmadığı situasiya idi. Görüş barədə və ümumiyyətlə, mövzu ətrafında geniş danışmağınızı istərdim.
– Hər zaman vurğulayıram, tənqidlər, fikirlər peşəkarlığa, dərin təhlillərə, pozitivliyə, qarşılıqlı inam və səmimiyyətə söykənməli, ideyaların həyata keçirilməsi fərdi yanaşmadan üstün tutulmalıdı. Ancaq ideoloji, strateji birliklə irəliləyişə nail olmaq olar. Futbolun inkişafı istənilirsə, öncə AFFA Nizamnaməsinə uyğun struktur bərpa edilməli, formalaşdırılmalı, hüquqi baza yaradılmalıdır. AFFA futbol federasiyalarını özündə birləşdirən assosiasiyadır. BFF də daxil olmaqla, region federasiyaları səsvermə hüququna malik qurumlardır. İllərdi AFFA öz Nizamnaməsini pozaraq de-yure səlahiyyətlərə sahib üzvlərini de-fakto kənarda qoyurdu. Federasiya daxilində bir qrup vəzifəli şəxs məqsədli şəkildə monopoliya yaratmışdı. Hüquqi baza təmin edilmədən nəinki futbol, heç bir təşkilat düzgün fəaliyyət göstərə bilməz. Futbol ictimaiyyəti AFFA strukturundan geniş məlumatlı olmasa da, bunların bilinməsi çox əhəmiyyətlidir. Qanunlar yerində olmadan, icra olunmadan, futbolumuzda dirçəlişi təmin edə biləcək işlək mexanizmin fəaliyyəti mümkünsüzdür. Belə görüşlər çoxdan baş tutmalı idi. AFFA-nın yeni rəhbər heyət üzvləri ilə bu mövzuda dəfələrlə söhbətlərim olub, qanunlara söykənərək vəziyyətdən çıxış yolları müzakirə edilib. Qeyd olunan görüşün mahiyyəti şəxsi müstəvidən irəli gəlmir. Cahangir Fərəcculayevin baş katib vəzifəsinə təyinatı və AFFA rəhbərliyinin dəstəyi ilə tədricən struktura uyğun addımların atılması sürətlənib. Strukturun bərpası heç də asan başa gəlmir. İllərdi Azərbaycan futbolu elə bir labirintə salınıb ki, qanunların aliliyinin bərqərar olması təəssüf ki, süni maneələrlə üzləşir, futbolda kök salanlara sərf etmir. Bu da özlüyündə vaxt aparır, ümumi işlərin irəliləməsini ləngidir. İstəyimiz odur ki, proses daha sürətlə davam etsin. AFFA öz üzvləri ilə birgə vahid orqanizm kimi çalışmalı, fəaliyyət göstərməlidir. Təbii ki, bunun üçün maddi-texniki bazanın yaradılması mütləqdir!

Görüşə gəldikdə, toplantı çox konstruktiv keçdi, infrastruktur, uşaq-gənclər futbolu, tədris, innovativ addımlar, media, ictimaiyyətlə əlaqələr və digər önəmli məsələlər müzakirə edildi. Region federasiyaları rəsmiləri, AFFA rəhbərliyinin çağırışına səs verməli, aktiv, təşəbbüskar olmalı, öz məsuliyyətlərini dərk etməli, qarşılıqlı işbirliyi qurulmalıdır. Futbol kuluarlarında islahatların aparılmasını istəməyənlər yetərincədir. Önəmli olan AFFA-ya yeni gələnlərin bunu başa düşməsidir. Azərbaycan futbolu bilərəkdən dolaşığa salınmış “hörümçək torundan” xilas olunmalıdır!

– Qarşıdan AFFA-nın Hesabat Konfransı gəlir. Ötənilki tədbirdə yeni baş katib iddialı danışmışdı. Vəd olunmuş işlərin icrası sizcə nə yerdədir?
– Ölkə futbolundakı vəziyyət kənardan göründüyü qədər sadə deyil, çox cərəyanlar mövcuddur. Bir çox tərəflərin futbolun ümumi inkişafından fərqli, öz maraqları var. Təzə gələnlər üçün futbolda baş verənlərin analizi, araşdırılması vaxt aparır, bu da işlərin daha sürətlə getməsinin qarşısını alır. İlk vaxtlar futbol təsərrüfatının daha asan idarə olunacağı zənn edilirdisə, hazırda vəziyyət müsbətə doğru dəyişməkdədir. Bununla yanaşı, futbol şəbəkələrinin planları baş tutmadıqca, aparılan prosesə qarşı təzyiqlər çoxalır. Futbol təsərrüfatında olanların bəzilərinə dəyişikliklər, yeniliklər sərf etmir. Onsuz da ləngiyən islahatların qarşısının alınması üçün “planlar” qurulur. Ətrafdan görünməsə də, daxildə gərginlik açıq sezilir. İctimaiyyət arasında müzakirələrin təhlil səviyyəsi artırılmalı, futbolun inkişafı naminə sağlam qüvvələr birləşməlidir. Bu işlərdə mətbuatın, sosial medianın rolu əvəzolunmazdır. Hər zaman xüsusi qeyd etdiyim kimi, mətbuat peşəkar futbolla azarkeşlər, cəmiyyət arasında böyük körpüdür. Bu bağlayıcı qüvvə nə qədər möhkəm olarsa, hər iki tərəf bir-birinə sıx bağlı olar, futbolun inkişaf sütunları dağıdıcı qüvvələrin qarşısını alar. Bunlarla paralel, futbola cavabdehlərin peşəkarlığa söykənərək, qətiyyəti, niyyəti, inamı çox vacibdir. Futbol komanda idman növüdür, AFFA öz üzv qurumları ilə birgə peşəkar idarəçi komanda kimi fəaliyyət göstərməlidir. Futbolda psixoloji narahatlıq, gözləmə mövqeyi, bəzilərinin strukturlarda “krot”luq fəaliyyəti davam edir. Nə qədər çətin görünsə də, dəqiq diaqnozlarla islahatlar sürətlə davam etdirilməlidir. Xüsusi vurğulayım, bu, tək adamın işi deyil, yuxarıda qeyd etdiyim kimi, vahid və futbolun gələcəyini təmin edəcək komanda formalaşmalıdır. Konfrans və sonrakı həftələr, aylar yeni qətiyyətli addımların, islahatların nə yerdə olduğunu göstərəcək. Azərbaycan futbolu adına çox illər itirilib, vaxt, zaman gözləmir…

– Sizin geniş spektrli təhlillərdən yana olduğunuzu bilirik. İndiki AFFA rəhbərliyinin yaxın və uzunvədəli planda gözləntiləri, qarşılaya biləcək planları, stratejisi varmı?
– İstək var, bu, birmənalıdır. Azərbaycan futbolunun müasir tələblərə cavab verən infrastruktur problemləri ilə yanaşı, ümumi idarəçilikdən daha çox, peşəkar futbol idarəçiliyi problemi özünü daha qabarıq hiss etdirir. Bu sarıdan təcrübəsizlik özünü büruzə verir və vaxt itkisinə səbəb olur. Futbolda bir mövsüm strateji olaraq 3-5 ilə bərabərdir. Uzunvədəli planlara gəldikdə, Futbolun İnkişaf Strategiyası qəbul edilib. Böyük vəsait və həcm tələb edən işdir. Dəfələrlə bildirmişəm, qəbul olunan strategiyanın həyata keçirilməsi üçün 8-10 il vaxt lazımdır, o da maliyyənin və işlərin düzgün olacağı, aparılacağı halda. Strategiyanın ən böyük strateji yanlışlığı 2025-28-ci illərin qeyd edilməsi oldu. Burada ilk növbədə belçikalıların məsuliyyətsizliyini qeyd etməliyəm, layihənin 3-4 ilə həyata keçirilə biləcəyi mümkünsüzlüyünü AFFA İcraiyyə Komitəsinə rəsmən bildirməli idilər. Artıq 1 il geridə qalıb… Proqramın həyata keçirilməsi çox böyük vəsait tələb edir. Maliyyə ayrılana kimi, mövcud imkanlardan səmərəli istifadə olunması şərtdir. Dövlət AFFA xətti ilə hər il futbola kifayət qədər dotasiya ayırır və maliyyə qonşu Qafqaz ölkələrinin futbola yatırımından daha çoxdur. Bu vəsaitin xərclənmə mexanizminə yenidən baxılmalıdır. Klublara ödənilən maliyyənin böyük hissəsi legionerlərə ödənilir. Digər tərəfdən, strateji planların həyata keçirilməsi məsələləri bəzi hallarda AFFA-nı aşır. Bura həqiqi hərbi xidmət, infrastruktur üçün torpaq sahələrinin ayrılması və s. məsələlər daxildir. Bütün bunlar dövlət səviyyəsində və müvafiq qurumlarla əlaqəli həll olunmalıdır. AFFA təkbaşına strateji inkişaf planını istəsə də belə, tam həcmdə həyata keçirə bilməz. Önəmli olan doğru yolun tutulması və tədricən bunların həyata keçirilməsidir. İnkişaf Strategiyası qəbul edilib, istək göstərilib, 2-3 olmasın, lap 5-6 il olsun, təki həyata keçirilsin, kağız üzərində qalmasın. 2027-ci ildə Azərbaycanda keçiriləcək U-20 dünya çempionatına hazırlıq bu işlərə böyük təkan verə bilər.

– Sizin layihə rəhbəri olduğunuz “Sabahın ulduzları” yarışının keçirilməsi gözlənilir. İşlər nə yerdədir?
– “Sabahın ulduzları” böyük, əhatəli layihədir. Hazırlıq mərhələsi davam edir. Uşaq, yeniyetmə futbolu olmasına baxmayaraq, yeni, daha peşəkar tələblərə cavab verən əsasnamə hazırlandı, AFFA ilə birgə təsdiq olundu. Xüsusi dizaynda medallarımız, mükafatlarımız hazırdı artıq. Paytaxtda futbol infrastrukturu probleminin olması heç kimə sirr deyil. Bunu nəzərə alaraq oyunlar mərkəzləşdirilmiş qaydada Bayıl stadionunda keçiriləcək. AFFA daxili resursları hesabına aprel ayından Bayıl stadionunda əsaslı təmir işlərinə start verəcək. İnzibati bina, mövsüm bitən kimi isə, ot örtüyü, projektorlar dəyişdiriləcək, digər zəruri işlər görüləcək. Bakı zonasında futbol mərkəzi-akademiyasının inşasına kimi, arena əsaslı təmirdən sonra uşaq-gənclər futbolu və tədris mərkəzinə çevrilməlidir. Yenidənqurmadan dərhal sonra, daha yaxşı şəraitdə “Sabahın ulduzları” yarışları start götürəcək. Sponsor, tərəfdaşlarla danışıqlarımız davam edir. “CBC Sport” kanalında canlı yayımın təşkili, həftəlik xüsusi verilişin olması razılığı əldə olunub. Digər tərəfdən YouTube versiyası üzərindən 100-dən çox oyunun canlı göstərilməsi üçün işlərimiz davam edir. Uşaq futbolunda heç vaxt belə yanaşma olmayıb. Yarışlara ancaq əsasnamə tələblərinə cavab verən klub, komandalar buraxılacaq. Kəmiyyət yox, keyfiyyət ön planda olacaq. İstedadlı futbolçuların üzə çıxması, yetişməsi ilə yanaşı məşqçilərin, hakimlərin, gənc klub menecerlərinin inkişafı təmin ediləcək, praktiki və nəzəri seminarlar keçiriləcək. “Sabahın ulduzları” layihəsi uşaq-gənclər futboluna münasibəti dəyişəcək. İnanıram ki, bu nəcib işlərdə media, jurnalistlər, ümumilikdə futbol ictimaiyyəti öz dəstəyini əsirgəməyəcək.

– Klublar tərəfindən “Sabahın ulduzları” layihəsinə maraq hansı səviyyədədir?
– Bu yarış özünü illərdi doğrultmuş layihədir. AFFA ilə bərabər aparıcı klublarla danışılıb və məşqçi, futbolçular səbirsizliklə “Sabahın ulduzları”nın startını gözləyirlər.

– Uşaq futbolundan söz düşmüşkən, bu sahəni bilməyinizlə bərabər BFF əməkdaşları manitorinqlər aparır. Uşaq futbolunda vəziyyət nə yerdədir?
– Assosiasiya ilə razılıq əsasında manitorinqlər keçirilir və mövsümün sonunda kompleks halda detallı təqdimat hazırlanacaq. Övladınız da U-13 “Neftçi”nin futbolçusudur, hər həftə oyunları izləyirsiniz. İstedadlarımız yetərincədir. Problem uşaq-gənclər futboluna olan münasibətdir. “Uşaq futbolu yoxdur” deməklə futbolçu yetişməz! Əməli işlər görülməli, ortaya keyfiyyətli məhsul qoyulmalıdır. AFFA tərəfindən klublara hər il bu sahə üzrə 500 min manat (12 klub – 6 milyon) təmənnasız vəsait ödənilir. Əlavə olaraq yarışların keçirilməsinə 1-2 milyon pul xərclənir. Toplam 7-8 milyon vəsait sərf olunur. Azərbaycan şərtləri üçün az məbləğ deyil. “Neftçi”, “Sabah” kimi klublar uşaq futboluna yatırım edir, “Ulduz”, digər özəl klublar az vəsait xərcləmir. Hər mövsüm bu rəqəm ümumilikdə 10-15 milyon edir. Bunun qarşılığında keyfiyyətli futbolçu qıtlığının olması ölkə futbolunun faciəsidir. Deməli, işlər düzgün qurulmayıb. Tək infrastruktur çatışmazlığı problemi deyil, işə yanaşma, təşkilatı səviyyə, məşqçi kvalifikasiyası, hakimlik və digər məqamlar kompleks yanaşma ilə həll edilməlidir. Bölgələrimizdə vəziyyət daha acınacaqlıdır. Bu sahədə köklü islahatlar aparılmalıdır.

– Aşağı yaş qrupları yığmaların çıxışında bu, özünü açıq göstərir. Neçə il lazımdır ki, vəziyyət düzəlsin?
– İllərə bölmək istəməzdim. İşə düzgün, peşəkar yanaşma ilə keyfiyyət prosesini sürətləndirmək mümkündür.

– “FİFA series-2026” oyunlarında millinin çıxışını necə qiymətləndirirsiniz?
– Azərbaycan futbolu elə vəziyyətdədir ki, hər bir xırda qığılcım da pozitivliyə söykənməlidir. Əvvəlki illərə baxanda, millidə məğlub psixologiya, bəhanələr aşılanmır artıq. İstək, məsuliyyət, qələbə ruhu formalaşır. Məşqçi, futbolçular da bunun fərqindədilər. Ölkə futbolunun durumu bəllidir. İmkanlar daxilində minimumdan maksimumun əldə edilməsinə çalışılmalıdır. Millinin toplanışı qarşıdakı aylar üçün faydalı olacaq. Ayxan Abbasov turnirdə nəticə dalınca qaçmadı, demək olar, bütün futbolçuları müxtəlif oyun quruluşunda sınadı. Hətta final görüşündə rəqib nəticəni düşünüb optimal heyəti dəyişmirdisə, Azərbaycan yoxlama oyunu düşüncəsi ilə kifayət qədər əvəzetmələr etdi. Önəmli olan baş məşqçinin müsbətləri, boşluqları görməsi və qarşıdakı toplanışlarda bunların inkişaf etdirilməsi, aradan qaldırılmasıdır. İstənilən qələbə psixoloji olaraq futbolçularda özünəinamı artırır. Əsas, eyforiyaya qapılmadan potensialın artırılması, rəqabətin yaradılması, rəsmi oyunlar üçün optimal heyətin formalaşdırılmasıdır.

– Premyer Liqada klublar tərəfindən hakimlərdən narazılıq sanki çoxalıb. Beynəlxalq dərəcəli hakim kimi münasibətiniz maraqlıdır, bu, bəzi klubların özünü sığortasıdır, yoxsa həqiqətən hakim idarəçiliyində problemlər var?
– Premyer Liqada son dövrədir, çempionat sona yaxınlaşır. Hazırda elə durumdur ki, komandalar hər xal uğrunda amansız mübarizə aparırlar. Turnir cədvəlində olan vəziyyət asan oyunların olmadığını göstərir. Bu, çempionluq, avrokubok zonası uğrunda rəqabətlə bərabər, autsayderlər qrupuna da aiddir. Hakimlərdən maksimum konsentrasiya, psixoloji hazırlıq tələb olunur. Demək olar, hər il qaydalarda dəyişiklər edilir, yeni tövsiyyələr verilir. Nəinki futbolçular, bir çox hakimlər yenilikləri qavramağa, meydanda tətbiq etməyə çətinlik çəkirlər. Bu da məşqçilərin, azarkeşlərin narazılığına səbəb olur. Sürətlə dəyişdirilən “Oyun qaydaları” publikada çaşqınlıq yaradır, sabitlik pozulur. Klubların əsas etirazı referi-VAR sinxronluğunun olmamasına, eyni, oxşar epizodlarda hakimlərin fərqli yanaşmalarınadır. Referilərin mübahisə doğuran epizodlarda birmənalı baxışı təmin edilməlidir. Finişə 8 tur qalıb, hakim qərarları geniş müzakirələrə səbəb olacaq. AFFA hakimlər üçün istənilən şəraiti yaradıb. Bunun qarşılığı meydanda yüksək səviyyədə verilməlidir.

Elçin Cəlilov

“Qalatasaray”ın baş məşqçisi London klubuna “yox” deyib

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Tottenhem”dən təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Tutto Mercato” nəşri məlumat yayıb. London klubu mütəxəssisi baş məşqçi təyin etmək istəyib, lakin Burukun cavabı “yox” olub.

“Tottenhem” dünən “sükanın” Roberto De Zerbiyə tapşırıldığını açıqlayıb.

“Hazırda bacarmayacağımız şey yoxdur” – Hakan

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu dünya çempionatına vəsiqə qazanmaları haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi mundialla bağlı bunları deyib:

“Çox istedadlı komandayıq. Hazırda bacarmayacağımız şey yoxdur. Arzularımız var. Bütün futbolçular xəyal qurur. İnşallah, dünya çempionatında ölkəmizi layiqincə təmsil edəcəyik”.

Türkiyə millisi mundialda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər olacaq. Mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

AFFA Vaqif Cavadova iş verdi

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib.

Futbolpress.az xəbər verir ki, qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəmizdə “Qarabağ”, “Bakı”, “Keşlə” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt”, AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda “Tvente”, Rusiyada “Volqa”, Türkiyədə “Qaziantep BB” və “Boluspor”un heyətində legioner həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.

2020-ci ildə məşqçiliyə başlayan Vaqif Cavadov “Sumqayıt”da və qısa müddət Qazaxıstanın “Turan” klubunda fəaliyyət göstərib. Məşqçiliyə “Sumqayıt”ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra “Sumqayıt-2”də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında “Sumqayıt”ın əsas komandasının baş məşqçisi olub.

Azərbaycanın U-20 yığmasının baş məşqçisi portuqaliyalı Ruy Jorjedir.

“Belə qələbələr bizə daha da inam verəcək” – Hüseynov

Azərbaycan millisi “FIFA Series-2026” turnirinin qalibi olub. Yığma həlledici görüşdə Syerra Leone millisini penaltilər seriyasında məğlub edib.

Azərbaycan yığmasının futbolçusu Cəlal Hüseynov “Futbolpress.az“a açıqlamasında turnirdəki çıxışlarını şərh etdi:

“Qalib gəlmişiksə, hər şey müsbətdir. Qələbə hər zaman yaxşı hiss etdirir. Komanda yoldaşlarım, hamı əziyyət çəkdi. Əvvəldən istəyimiz turnirin qalibi olmaq idi və bunu bacardıq”.

Müdafiəçi millinin iki oyundakı performansından söz açdı:

“Yaxşı oyunlar oynadıq. İkinci matçda rəqib daha yaxşı idi. Bizə meydanda çətinlik yaratdılar. Buna baxmayaraq, penaltilər seriyasında qələbə qazandıq. Hər bir halda, qalib gəlmək xoşdur. Belə qələbələr inamımızı daha da artıracaq. Növbəti oyunlarda maksimum nəticə göstərməyə çalışacağıq”.

Şahin Cəfərov

Mitkov: “Azərbaycanla matçda qələbəyə layiq idik”

Bolqarıstanın U21 yığmasının üzvü Asen Mitkov Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan futbolçu 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Qələbə üçün bir qol çatmadı. Son dəqiqələrdə şanslarımız oldu, amma yararlana bilmədik. Birinci hissədə tələskənliyə yol verdik. Fasilədən sonra daha yaxşı oynadıq. Azərbaycanla matçda qələbəyə layiq idik. Heyətdə itkilərimizin olması oyuna təsir etdi”.

Bolqarıstanlı məşqçi Azərbaycanla oyundan sonra nələr dedi?

Bolqarıstanın U21 yığmasının baş məşqçisi Todor Yantsev Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Nə olursa-olsun qələbə qazanmalı idik. Birinci hissədə oyunumuzu göstərə bilmədik. Fasilədən sonra çox yaxşı oynadıq, qol şansları yaratdıq. Azlıqda qalsaq da, qələbə üçün şanslarımız var idi. Matçdan əvvəl gözlənilməz itkilərimiz oldu və bu, matça təsirini göstərdi”.

Qattuzo: “Belə məğlubiyyəti həzm etmək çox çətindir”

İtaliya millisi DÇ-2026-da iştirak etməyəcək.

Futbolpress.az xəbər verir ki, “azzuri” pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub.

Millinin baş məşqçisi Cennaro Qattuzo “Football İtalia”ya açıqlamasında məğlubiyyəti belə şərh edib:

“Buna layiq deyildik. Çox çalışdıq, mübarizə apardıq, amma alınmadı. Rəqib qapısı qarşısında üç real şans yaxaladıq. Onlar isə demək olar, ciddi epizod yaratmadan qalib gəldi.

Komandamla fəxr edirəm. İtaliya futbolu üçün bu mundial vacib idi. Belə məğlubiyyəti həzm etmək çox çətindir”.

Dördqat dünya çempionu mundiallar tarixinə antirekordla düşdü

İtaliya millisi DÇ-2026-da iştirak etməyəcək.

Futbolpress.az xəbər verir ki, “azzuri” pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub.

İtaliya dünya çempionluğu yaşamış, amma ardıcıl 3 mundialı buraxan ilk milli komanda olub.

Dördqat dünya çempionu sonuncu dəfə 2014-cü ildə qitənin ən nüfuzlu futbol turnirində iştirak edib.

Qurbanovun “sarı”ları

FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi idarəçilik edib.

Futbolpress.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçirilən Niderland – Belarus matçında (2:1) ədalət təmsilçisi olub. O, meydan sahiblərinin 2, qonaqların isə 1 futbolçusuna sarı vərəqə göstərib.

Digər həmyerlimiz Asiman Əzizli isə köməkçi hakim funksiyasını yerinə yetirib.

Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.

Çikaqoda “sülh”

Meksika və Belçika milli komandaları yoldaşlıq oyununda üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, görüş Çikaqoda baş tutub. Matç qollu bərabərliklə başa çatıb – 1:1.

Meksikanın qolunu Xorxe Sançes vurub. Belçikada isə Dodi Lukebakio fərqlənib.

Meksika yığması dünya çempionatının A qrupunda Cənubi Afrika, Cənubi Koreya, Çili və Çexiya ilə mübarizə aparacaq.

Belçika millisi isə G qrupunda Yeni Zelandiya, Misir və İranla üz-üzə gələcək.

ABL: pley-in mərhələsinin cütləri

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, “Quba” 1/4 final yolunda “Şəki” ilə qarşılaşacaq. “Sərhədçi”nin rəqibi isə “Naxçıvan” olacaq.

Oyunlar 3-10 aprel aralığında keçiriləcək. 2 qələbə sayına tez çatan komanda 1/4 finala yüksələcək.

Azərbaycan Basketbol Liqası
Pley-in mərhələsi

Quba – Şəki
Sərhədçi – Naxçıvan
Lənkəran – Gəncə
Sumqayıt – NTD Bakı

Kapitan “Sumqayıt”la vidalaşa bilər

Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə yayda “Sumqayıt”dan ayrıla bilər.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi iddialı komandada oynamaq arzusundadır. “Kimyaçılar”ın yetirməsi bu mövsümün əvvəlində “Neftçi” və “Zirə”dən təklif almasına baxmayaraq, “Sumqayıt”da qalmışdı. Kapitan artıq dəyişiklik vaxtının olduğunu düşünür.

Səbuhi bu mövsüm 27 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Sumqayıt”la müqaviləsi 2027-ci ilin yayına kimidir.

Şahin Cəfərov

DÇ-2026: qruplar

Bu il keçiriləcək futbol üzrə dünya çempionatının bütün iştirakçıları məlum olub.

Futbolpress.az xəbər verir ki, Türkiyə yığması D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fil dişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundial  iyunun 11-dən iyulun 19-na qədər keçiriləcək.

“Türkiyə sonuncu dəfə dünya çempionatına qatılanda 1 yaşım var idi”

Türkiyə millisinin futbolçusu Orkun Kökçü DÇ-2026-nın pley-off mərhələsinin finalında Kosovoya qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi mundiala vəsiqə qazanmalarını belə şərh edib:

“Çox xoşbəxtik. Böyük hədəfimiz vardı. Türkiyə sonuncu dəfə dünya çempionatına qatılanda mən hələ 1 yaşında idim. Hər zaman o hekayələri eşidirdik. Hədəfimiz yeni hekayəni bizim yazmağımız idi”.

Türkiyə millisi mundialda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər olacaq. Mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

Montella: “Dünya çempionatı futbolun zirvəsidir”

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın pley-off mərhələsinin finalında Kosovoya qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Futbolçularımla qürur duyuram. Çox istedadlı olmaqlarına baxmayaraq, böyük fədakarlıq və səbirlə oynadılar. Rəqibimiz sona qədər mübarizə apardı. Bizə çox çətinlik yaşatdılar.

Hər məşqçi dünya çempionatında olmağı arzu edər. Buna nail olduğum üçün çox xoşbəxtəm. İnanılmaz hisslərdir. Dünya çempionatı futbolun zirvəsidir”.

Türkiyə millisi mundialda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər olacaq. Mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

“Heç-heçə ədalətli nəticədir”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Plovdivdə Bolqarıstan yığması ilə keçirilən oyundan (0:0) sonra fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçı belə şərh edib:

“Komandamız bu matçda daha fəal çıxış etdi. Futbolçular bu gün nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirdilər. Onlar nə rəqibdən, nə də stadiondakı atmosferdən çəkindilər. Birinci hissədə çox yaxşı çıxış etdik və topa nəzarət əsasən bizdə idi. Fasilədən sonra rəqibin təzyiqi artdı ki, bu da təbii haldır. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Hər iki komandanın təhlükəli epizodları oldu. Ümumilikdə komandamın çıxışında müsbət məqamlar gördüm. Belə təməllə gələcəyə pozitiv baxa bilərik”.

Qeyd edək ki, U-21 qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.

Türkiyə millisinin baş məşqçisi oyun zamanı huşunu itirdi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya – Türkiyə oyununda xoşagəlməz hadisə baş verib.

Futbolpress.az xəbər verir ki, türklərin baş məşqçisi Egemen Korkmaz meydanın kənarında huşunu itirib və yerə yıxılıb. Hadisə matçın 35-ci dəqiqəsində baş verib.

Hakim bu səbəbdən oyunu dayandırıb. Korkmaz ilkin müdaxilə ilə ayılsa da, xəstəxanaya aparılıb.

Matçın baş tutub-tutmayacağı məlum deyil. Görüş ilk hissədə 0:0 olarkən dayandırılıb.

“Tottenhem” baş məşqçisini açıqladı

“Tottenhem”in yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, London təmsilçisinin “sükanı” Roberto De Zerbiyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

İtaliyalı mütəxəssis bu postda bir neçə gün əvvəl istefaya göndərilən İqor Tudoru əvəzləyib.

De Zerbi son olaraq “Marsel”i çalışdırıb.

“Milan” serbiyalı hücumçu transfer etdi

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” Serbiyanın “Partizan” klubundan Andrey Kostiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Kostiç yayda “Milan”a qoşulacaq.

Forvard bu mövsüm 27 oyunda 10 qol vurub.

Türkiyə millisiylə birgə Bursada toplanış

Sərbəst güləş üzrə Azərbaycanın U20 milli komandası növbəti təlim-məşq toplanışına başlayır.

Futbolpress.az xəbər verir ki, milli sabahdan Bursada Türkiyə millisiylə birgə hazırlığa start verəcək. 15 gün davam edəcək toplanışda əsasən taktiki-texniki çalışmalara yer ayrılacaq.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 11 güləşçi – Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq). Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) hazırlıq prosesinə cəlb edilib.

Millimiz toplanış bitdikdən sonra 17-19 apreldə keçiriləcək “Çempionlar” turnirində iştirak etmək üçün Antalyaya yollanacaq.

Milli İsveçrə ilə bir qrupda

Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandasının 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri məlum olub.

Futbolpress.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv A qrupunda İsveçrə, İslandiya və İrlandiya ilə üz-üzə gələcək.

AVRO-2029-un ilkin seçmə oyunları noyabrın 8-18-i aralığında, həmçinin 2027-ci ilin fevralın 7-17-də keçiriləcək.

“Fənərbağça”nın prezidenti qəzaya düşdü

“Fənərbağça” klubunun prezidenti Sadettin Saran avtomobil qəzası keçirib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb. Hadisə İstanbulda, Saran evə gedən zaman baş verib. Qəzada Saran xəsarət almayıb.

Qeyd edək ki, Sadettin Saran ötən ilin sentyabrından “Fənərbağça”nın prezidentidir.

 

“Mareskanın gedişi bizə çox təsir göstərdi” – Kukurelya

“Çelsi”nin futbolçusu Mark Kukurela açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, ispan müdafiəçi komandanın sabiq baş məşqçisi Enzo Mareska haqda danışıb:

“Mareska ilə 18 ay işlədik və bir-birimizi yaxşı bilirdik. “Arsenal”a baxın, Arteta yeddi ildir, komandadadır. Hələ çox böyük kubok qazanmasalar da, ona inanmaqda davam edirlər. Mareskanın gedişi bizə çox təsir göstərdi. Mən olsaydım, mövsümün sonuna qədər onunla yola davam edərdim”.

“Çelsi” ilin əvvəlində Mareska ilə vidalaşıb və komandanı hazırda Liam Rosenyor çalışdırır.

London klubu Premyer Liqada 31 turdan sonra 48 xalla 6-cı sıradadır.

“Qalatasaray” həyatımı dəyişdi”

“Qalatasaray”ın futbolçusu Qabriel Sara açıqlama verib.

Futbolpress.az xəbər verir ki, Braziliya millisinin düşərgəsində “Canal Wamo Youtube”yə danışan yarımmüdafiəçi İstanbul klubunun həyatına təsirindən söz açıb:

“Qalatasaray”da milliyə yüksələ bilməyim üçün hər şeyi etdilər. Çempionlar Liqasında mübarizəmiz bu yolda mənə çox kömək oldu. Kim olduğumu göstərmək istəyirəm. Klubuma qayıdanda da yüksək formamı qorumalıyam. “Qalatasaray” həyatımı dəyişdi”.

Sara 2024-cü ildən “Qalatasaray”da çıxış edir.

Montella onları kənarda saxladı

Kosovo və Türkiyə yığması bu gün dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, görüşə saat 22:45-də start veriləcək.

Türkiyə yığmasında beş futbolçu oyunun heyətinə daxil edilməyib. Baş məşqçi Vinçenso Montella Merih Demiral, Məhəmməd Şengezer, Oğuz Aydın, Ahmetcan Kaplan və Mustafa Eskihellaça ehtiyac duymayıb.

“Sabah” iki legioneri millidə debüt etdi

“Sabah”ın futbolçuları milli komandalarda oyunlara çıxıb.

Futbolpress.az xəbər verir ki, Rəhman Daşdəmirov, Aleksey İsayev, Xəyal Əliyev və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətində “FIFA Series-2026” beynəlxalq turnirinin qalibi olub. Rəhman Sent Lüsiya, Aleksey Syerra Leone, Xəyal və Abdulla isə milli komandamızın turnir çərçivəsində keçirdiyi hər iki matçda şans qazanıb.

Coy-Lens Mikels Ruanda millisində debüt edib və “FIFA Series-2026” beynəlxalq turnirinin qalibi olub. O, Estoniya ilə matçda komandasının qələbəsinə məhsuldar ötürmə ilə töhfə verib.

Umarali Raxmonaliyev isə Qabon yığma komandası ilə oyunda Özbəkistanın əsas millisinin heyətində debüt edib.

Priştinada türklərə jest

Kosovo və Türkiyə yığması bu gün dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, görüşə saat 22:45-də start veriləcək.

Oyunun keçiriləcəyi Priştinada yerli əhali türkiyəli fanatlara jest edib. Kafelərin birində qonaq fanatlara çay və qəhvə pulsuz verilir:

“Bütün türk azarkeşlərə qəhvə və çay pulsuzdur. Siz bunları 1999-cu ildə ödəmisiniz, indi borcunuz yoxdur”.

“Çempionluq mübarizəsində növbəti üç tur həlledici olacaq”

“Şəfa” Azərbaycan I Liqasında 19 turdan sonra 45 xalla birinci sıradadır. Bu mövsüm məğlub olmayan bakılılar ən yaxın izləyicisi “Baku Sportinq”i 8 xal qabaqlayır.

“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Mövsüm başlayandan tam istədiyimiz səviyyədə oyun göstəririk. Nəticələr də istədiyimiz kimidir. Çox qol vurur, az qol buraxırıq. İşimizin öhdəsindən gəlməyi bacarırıq. Amma bu, o demək deyil ki, çempionluğun taleyini həll etmişik. Qarşıda turlar var və hər şey dəyişə bilər. Stabilliyi, ciddiyyəti qorumalıyıq”.

“Şəfa” çempionatda növbəti üç turda “Mingəçevir”, “Səbail” və “Baku Sportinq”lə qarşılaşacaq. Mütəxəssis liqada ən kritik dönəmin başladığını qeyd etdi:

“İndi çempionluq haqda danışmırıq. Önümüzdə üç vacib oyun var. Çempionatda ən çətin dönəm bundan sonra başlayır. Düşünürəm ki, çempionluq yolunda növbəti üç tur həlledici olacaq”.

Kərəmli klubdan ayrılacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirdi:

“Belə xəbərlər hər klubda olur. Mövsümün sonuna kimi işimizdəyik. İndi çıxan şayiələrə fikir vermirik. Bunu düşünsək, işimizə istədiyimiz kimi diqqət edə bilmərik”.

Şahin Cəfərov

“Belə nəticələrlə barışmaq çətindir” – Kukurelya

“Çelsi”nin futbolçusu Mark Kukureyla Çempionlar Liqasında PSJ-yə məğlub olmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi turnirdə mübarizəni 1/8 finalda dayandırmalarına belə izah verib:

“PSJ ilə oyunlarda təcrübəmiz çatmadı. Bir çox oyunçu üçün belə səviyyədə oyun ilk idi və bunun cəzasını çəkdik. Belə nəticələrlə barışmaq çətindir. Hər gün mübarizə aparırsan, çalışırsan, amma başa düşürsən ki, hələ də yüksək səviyyəndən uzaqsan”.

“Çelsi” PSJ-yə səfərdə 2:5, evdə isə 0:3 hesabıyla uduzub.

Gəncədə 11 ölkə təmsilçiləri yarışacaq

Aprelin 4-də Gəncədə start götürəcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Gəncə İdman Sarayında iki gün davam edəcək yarışda 11 ölkə təmsilçiləri mübarizə aparacaqlar.

Azərbaycan cüdoçuları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ idmançıları gücünü sınayacaq.

Ölkəmiz turnirdə 100-dən çox cüdoçu ilə təmsil olunacaq.

 

Dağıstanlı “Beşiktaş”da

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu “Bandırmaspor”dan 14 yaşlı Görkem Dağıstanlını transfer edib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Dağıstanlı “Bandırmaspor”un U-14 komandasında bu mövsüm 10 oyunda 15 qol vurub, 11 məhsuldar ötürmə edib.

“Sumqayıt” bolqarıstanlı futbolçu ilə maraqlanır

Bolqarıstanın ÇSKA klubunun futbolçusu İlian İliyev karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Sumqayıt” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Blits” nəşri məlumat yayıb. “Kimyaçılar”ın baş məşqçisi Saşa İliç Sofiya təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədər olan futbolçunun transferini istəyir.

İliyev Bolqarıstan yığmasının da üzvüdür. O, bu mövsüm 23 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Mançester Yunayted”dən 1+1 illik təklif

“Mançester Yunayted” futbolçusu Harri Maquayrla müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” müdafiəçiyə 1+1 illik sözləşmə təklif edib. Bu barədə ESPN məlumat yayıb. Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilib.

Maquayr 2019-cu ildən “Mançester Yunayted”də çıxış edir. O, 266 oyunda 17 qol vurub, 9 məhsuldar ötürmə edib.

Milli üzvü “qızıl” qazandı

Özbəkistanın paytaxtı Daşkənddə nərd üzrə “Asiya Qran Pri 2026” beynəlxalq turniri keçirilib.

Futbolpress.az xəbər verir ki, 55-dən çox ölkədən 700-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycan yığmasının üzvü Kənan Həsənzadə uğurla çıxış edib.

O, “Backgammon” (Blitz) kateqoriyasında 256 iştirakçı arasında hamını qabaqlayaraq qızıl medal qazanıb.

 

AÇ: millinin oyun proqramı bilindi

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı bəlli olub.

Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv F qrupunda ilk matçını Avstriyaya qarşı keçirəcək. Görüş mayın 28-də, yerli vaxtla saat 13:30-da start götürəcək.

Azərbaycan komandası mayın 29-da, saat 15:45-də İtaliya ilə, 30-da, saat 13:15-də isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.

“İran yığmasının düşdüyü çətin vəziyyətdən xəbərdarıq”

FIFA prezidenti Canni İnfantino İran yığmasının dünya çempionatında mümkün iştirakı ilə bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri “El Financiero”ya açıqlamasında bunları deyib:

“İran yığmasının düşdüyü çətin vəziyyətdən xəbərdarıq. Çalışırıq. Dünya çempionatının ən yaxşı halda keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Lakin indi İranla bağlı ancaq A planımız var, alternativ yoxdur”.

Dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. İran yalnız oyunlarının Meksikaya salınacağı halda, turnirdə iştirak edə biləcəyini açıqlayıb.

“Sportinq”in hücumçusu “Liverpul”un hədəfində

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Luis Suares karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” kolumbiyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Corriere de Mah” nəşri məlumat yayıb.

“Sportinq” yayda keçiriləcək dünya çempionatının sonuna kimi futbolçunu buraxmayacaq. Klub oyunçunun yaxşı performansı ilə dəyərinin artması ehtimalına qarşı bu qərarı verib.

Suares bu mövsüm 42 oyunda 33 qol vurub.

“Millətlər Liqasında da yaxşı nəticələr əldə etmək olar”

Azərbaycan milli komandası “FIFA Series-2026” turnirinin qalibi olub. Yığma Sent Lüsiyaya (6:1) və Syerra Leoneyə (1:1, penaltilər 9:8) qalib gəlib.

“Qəbələ” və “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev millinin turnirdəki çıxışı ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Millinin oyunlarını necə dəyələndirirsiniz?
– Hər toplanış komanda üçün faydalıdır. Uyğunlaşma, xəttlərarası əlaqələri yaxşılaşdırmaq adına yaxşı fürsət idi. Baş məşqçi Ayxan Abbasov da yeni oyunçuları yoxlaya bildi.

– Sizcə, bu iki oyundan hansı faydanı götürmək olar?
– Futbolçuların özünəinamı artdı. Hər iki oyunda komanda çox istəkli görünürdü. Düşünürəm ki, millinin qarşısına turnirin qalibi olmaq hədəfi qoyulmuşdu.

– Rəqiblərin də gücünü nəzərə almaq lazımdır…
– Hər bir halda, rəqibdən asılı olmayaraq, qələbələr motivasiya artırır, futbolçularda özgüvən yaradır. Amma oyun planında bəzi şeyləri daha yaxşılaşdırmaq lazımdır.

– Bu oyunla Millətlər Liqasında şanslar necədir?
– Avropa komandaları fərqli oynayır. Oyun sistemini daha da yaxşılaşdırmaq lazımdır. Məncə, Millətlər Liqasında da yaxşı nəticələr əldə etmək olar. Nə qədər acı səslənsə də, indi D Liqasındayıq və bütün hədəf C Liqasına qaxlmaq olmalıdır. Buna köklənməliyik.

Ölkə çempionatına yekun vuruldu

Şahmat üzrə 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, yarış ilk dəfə paytaxtdan kənarda – Gəncə şəhərindəki Gəncə İdman Sarayında təşkil olunub. Ölkə çempionatının bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Qaliblər və mükafatçılar:

8 yaşadək oğlanlar:
1. Ziya Qubatov (Quba)
2. Məhəmməd Mirzəyev (Bakı)
3. Kəmaləddin Hüseynov (Bakı)
3. Suad Rəhimli

8 yaşadək qızlar:
1. Əminə Əmənzadə (Bakı)
2. Selin Məmmədova (Gəncə)
3. Aylin Abbaslı (Şamaxı)

10 yaşadək oğlanlar:
1. Nurlan Qənizadə (Bakı)
2. Kənan Babasoy (Bakı)
3. Daniel Konovalov (Bakı)

10 yaşadək qızlar:
1.Nurcan Tahirova (Gəncə)
2. Banu Məmmədzadə (Bakı)
3. Şəms Carçılı (Qazax)

12 yaşadək oğlanlar:
1. Səfa Hümmətov (Bakı)
2. Kamran Babayev (Bakı)
3. Nurlan Əzizli (Sumqayıt)

12 yaşadək qızlar;
1. Mehriban Əhmədli (Gəncə)
2. Xanımzar Hümmətli (Sumqayıt)
3. Sadəgül Əfəndi (Bakı)

14 yaşadək oğlanlar;
1. Şəmsi Qaraxanov (Bakı)
2. Yaşar Şirinov (Bakı)
3. Suat İbrahimli (Bakı)

14 yaşadək qızlar;
1. Zəhra Allahverdi (Mingəçevir)
2. Leyla Mirzəliyeva (Sumqayıt)
3. Fatimə Mirzəliyeva (Sumqayıt)

16 yaşadək oğlanlar;
1. Paşam Əlizadə (Bakı)
2. Elçin Şəkərəliyev (Sumqayıt)
3. Hüseyn Qurbanov (Gəncə)

16 yaşadək qızlar;
1. Lalə Hüseynova (Bakı)
2. Əsnad Vəliyeva (Bakı)
3. Ayan Hüseynli (Bakı)

18yaşadək oğlanlar;
1. Tunar Davudov (Bakı)
2. Rüstəm Rüstəmov (Sumqayıt)
3. Fərid Orucov (Sumqayıt)

18yaşadək qızlar;
1. Nərmin Abdinova (Bakı)
2. Nurtən Nuriyeva (Sumqayıt)
3. Leyla Budaqova (Gəncə)

Qeyd edək ki, hər yaş qrupunda mükafatçı şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunub. Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya çempionatı və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 3-cü yeri tutan şahmatçılara isə reytinqli beynəlxalq yarışda iştirak üçün 2.000 AZN-dək maddi dəstək göstəriləcək.

Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi

Qana millisinin baş məşqçisi Otto Addo istefaya göndərilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyası məlumat yayıb. 50 yaşlı mütəxəssis yoldaşlıq oyununda Almaniyaya məğlubiyyətdən (1:2) sonra istefaya göndərilib.

Addo 2024-cü ilin martından komandaya rəhbərlik edirdi.

Qana yığması ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.

“Fənərbağça” və “Qalatasaray” onun üçün “yarışacaq”

“Roma” ilə müqaviləsi mövsümün sonuna qədər olan Paulo Dibala karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb.

“Fənərbağça” və “Qalatasaray” argentinalı hücumçunu heyətinə qatmaq istəyir. Dibala hələ qərar verməyə tələsmir və danışıqlara başlamayıb.

Dibala bu mövsüm A Seriyasında 17 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Zirə”nin legioneri “FIFA Series-2026″nın ən yaxşı oyunçusu seçildi

“Zirə”nin futbolçuları Leroy-Jak Mikels və Anje Mutsinzinin çıxış etdiyi Ruanda millisi “FIFA Series–2026” beynəlxalq turnirinin qalibi olub.

Futbolpress.az xəbər verir ki, yığma həlledici görüşdə Estoniyanı məğlub edib – 2:0.

“Zirə”nin futbolçusu Leroy Mikels görüşdə bir qolla yadda qalıb. Daha əvvəl Qrenade ilə matçda da fərqlənən Leroy turnirin ən yaxşı oyunçusu seçilib.

Ruandada “Zirə”nin digər futbolçusu Ange Mutsinzi, “Sabah”ın hücumçusu Joy-Lens Mikels və “Karvan-Yevlax”ın vingeri Coy-Slayd Mikels də çıxış edir. Hər üç futbolçu Estoniya ilə matçda şans qazanıb.

Tuxel risk etməyəcək

İngiltərə milli komandası bu gün yoxlama matçı keçirəcək.

Futbolpress.az xəbər verir ki, yığma Yaponiya ilə üz-üzə gələcək.

İngiltərə millisinin futbolçusu Cud Bellingem görüşü buraxacaq. Onun yüngül zədəsi var və baş məşqçi Tomas Tuxel yerli mətbuata açıqlamasında yarımmüdafiəçini risk etməyəcəyini bildirib.

İngiltərə – Yaponiya oyunu saat 22:45-də başlayacaq.

Avram məğlubiyyəti kənardan izlədi

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın formasını geyindiyi Moldova yığması yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Kiprlə üz-üzə gəlib. 5 qolun vurulduğu matç Moldovanın məğlubiyyəti ilə başa çatıb – 2:3.

Avram oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B qrupunda yer alan milli səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

31 mart

20:00. Bolqarıstan (U-21) – Azərbaycan (U-21) 0:0
Plovdiv, “Xristo Botev”
Baş hakim: Denis Şurman
Baş hakimin köməkçiləri: Dmitro Zaporojenko, Viktor Nijnik
Dördüncü hakim: Dmitro Pançişin
(Hakimlər briqadası Ukraynadandır)

Nə qazandıq?

Azərbaycan millisi “FIFA Series-2026” turnirinin qalibi oldu. İlk görüşdə Sent-Lüsiya üzərində tarixə düşən (red-ən böyük hesablı qələbə) qalibiyyət (6:1) əldə edən yığma həlledici oyunda Syerra Leone yığmasını üstələdi.

Sumqayıtda, “Mehdi Hüseynzadə” stadionunda baş tutan görüşə milli daha yaxşı başlasa da, rəqib əks-hücumlardan şanslar əldə etdi. Milli birinci yarıda hücumda effektivlik göstərə bilmirdi. Bəzi anlarda tələskənlik, bəzi anlarda yanlış ötürmələr hücumların nəticəsiz yekunlaşmasına səbəb oldu. Yarımsaatın tamamına dəqiqələr qalmış yığmanı əks-hücumda yaxalayan afrikalılar istədikləri qolu vurmağı bacardı. Epizodda qayda pozuntusunun olub-olmaması da bir sual idi, hər bir halda, epizod bitməmiş diqqəti itirmək olmaz. Milli məhz bu diqqətsizlikdən qapısında qol gördü. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışan yığma iki şans yaxalasa da, rəqib qapıçını keçmək mümkün olmadı.

Milli ikinci hissədə daha üstün oynadı. Görünür, futbolçular fasilədə “ayılmışdı”. Ardıcıl hücumlardan sonra standart vəziyyət zamanı Rahil Məmmədovun akrobatik vuruşu və hesabın bərabərləşməsi komandaya əlavə təkan verdi. Lakin əsas vaxtda önə çıxmaq, oyunu tez bitirmək alınmadı.

Penaltilər seriyası isə daha gərgin alındı. Tərəflər hərəyə 10 penalti vurdu, milli 9-nu, rəqib 8-ni qola çevirdi. Turnirin böyük mahiyyəti olmasa da, həm Azərbaycan, həm Syerra Leone tərəfi qalib olmaq üçün çox arzulu idi. Matçboyu rəqib komandanın baş məşqçisi Məhəmməd Kallonun kənarda çılğınlığı, məğlubiyyət sonrası mətbuat konfransına gəlməməsi onun üçün görüşün necə önəmli olduğunu, məğlubiyyətin isə necə kədərləndirdiyini göstərdi.

“FIFA Series” turniri yoldaşlıq xarakteri daşıyır və beynəlxalq reytinq baxımından ciddi əhəmiyyət kəsb etmir. Hər bir halda, qazanılan iki qələbə və tarixin ilk kuboku yığma üçün motivasiyaverici olacaq.

Qazanc nə oldu?

FIFA reytinqinə cüzi təsir, uzunmüddətli qələbəsizlik seriyasının bitirilməsi və futbolçuların yoxlanılması.

Ayxan Abbasov, demək olar, dəvət etdiyi futbolçuların hamısına şans verdi. Mütəxəssis kimin hələ potensialını artırmalı, kiminsə milli üçün faydalı ola bilməyəcəyini gördü.

Lakin xüsusilə Syerra Leone ilə matçda nümayiş etdirilən oyun Millətlər Liqasında uğur qazanmaq üçün yetərli olmayacaq. Bu turnirdəki rəqiblərimiz  Lixtenşteyn və Litva olacaq. Birinciləri hər iki matçda məğlub etmək olar, amma Litva kifayət qədər ciddi rəqibdir. Son dövrlərdə inkişafda olan bu komanda müdafiədə kompakt oyunu ilə seçilir. Syerra Leone yığmasının müdafiəsini yarmaqda çətinlik çəkən, Sent Lüsiya ilə əldə etdiyi 10 şansın birində  dəqiq olan milli Litvaya qarşı daha ciddi hazırlaşmalıdır.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Avropa çempionatı
19:30 Xorvatiya U21 – Türkiyə U21 (TRT Spor)

Yoxlama oyunu
20:00 Norveç – İsveçrə (CBC Sport)
21:00 Rusiya – Mali (Matç Premyer, Matç TV)

DÇ-2026
22:45 Kosovo – Türkiyə (TV8)
22:45 Bosniya və Herseqovina – İtaliya (CBC Sport)

DÇ-2026: İtaliya yenə mundialdan kənar qaldı

Bu gün dünya çempionatının pley-off mərhələsinin final oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Türkiyə yığması həlledici görüşdə Kosovoya qalib gəlib.

Çexiya Danimarkanı, İsveç isə Polşanı üstələyib. İtaliya millisi isə Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub.

DÇ-2026
Pley-off mərhələsi, final

31 mart

Bosniya Herseqovina – İtaliya 1:1 (penaltilər 4:1)
Qollar:
Tabakoviç, 79 – M.Kin, 15.

İsveç – Polşa 3:2
Qollar:
Elanqa, 19. Laqerbielke, 44. Dyökereş, 88 – Zalevski, 33. Sviderski, 55.

Kosovo – Türkiyə 0:1
Qol:
K.Aktürkoğlu, 53.

Çexiya – Danimarka 2:2 (penaltilər 3:1)
Qollar:
Şults, 3. Kreyçi, 100 – Andersen, 72. Hoq, 111.

Millinin futbolçusu: “Gülə-gülə danışırıqsa, nə xoş”

Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Milli həlledici görüşdə Syerra Leoneni məğlub edib – 1:1, penaltilər 9:8.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra millinin futbolçusu Vüsal İsgəndərli fikirlərini bölüşüb:

“Gülə-gülə danışırıqsa, nə xoş. Əlbəttə, istəyimiz budur ki, qələbələr davam etsin. Bu iki oyunda rəqibin adı önəmli deyil. Əsas odur, qələbələr bizə inam versin”.

 

Yeni yolun başlanğıcı…

Millimiz “FIFA Series-2026” turniri çərçivəsində cırtdan Sent Lüsiya ilə qarşılaşmada ən böyükhesablı qələbəsini qazandı (6:1)…

İkinci oyunda Afrikanın ortabablarından olan Syerra Leone ilə əsas vaxtda 1:1 hesabıyla bitən oyunu dramatik penaltilər seriyasında udub turnirin qalibi oldu – kubok götürdü…

Millinin baş məşqçisi Ayxan Abbasov mükafatlandırmaya övladı ilə qatılmışdı…

Millinin oyunçuları sanki böyük bir turnirin qalibi olubmuş kimi sevinirdi…

Futbolçular mətbuata açıqlamalarında o qədər sevincli görünürdülər ki…

***

Bütün bunlar ironik və ikonik detallarıyla fərqli hisslər yaradırdı.

Açığı, bəzən sentimental olmamaq mümkün deyildi.

Bəli, reallıq hissi hakimlik etsə, olanları qəribə qarşılamaq, təsvir etmək olar. Lakin bütün tərkibi ilə bu mənzərələr futbolumuzun tarixi səbəb-nəticə əlaqələrinin bariz mənzərəsi idi.

Bizə isə rasional olmaq, peşəkar yanaşma gərəkdir.

***

Peşəkarlıq mühitinin formalaşdırılmasına hələ çox var, lakin bir rasional detalı qeyd etmək olar. AFFA-nın baş katibi Cahangir Fərəcullayev “CBC Sport”a flaş açıqlamasında belə bir cümlə işlətdi: “Bu yeni yolun başlanğıcıdır”.

Tipik rasional yanaşmadır. Reallıq hissinə söykənmiş, mövcud vəziyyəti ironiyadan xilas edib gələcək barədə ümidverici iddia etmək.

Bəli, bugünkü nəticə ilə öyünəsi bir şey yoxdur. Lakin simvolik yanaşma sərgiləyib, bu kiçik müsbət məqama uğurlu gələcəyin başlanğıcı mahiyyətində yanaşmaq olar.

Bir şərtlə, iddianın məsuliyyəti dərk edilə və bunun üçün ümidverici zəmin ola/yaradıla.

Varmı?

Görürükmü?

İctimaiyyətin əksəri bu suallara müsbət, pozitiv reaksiya verməz.

Ehtimal ki, bunu AFFA da bilir, baş katibə də əyandır.

3 gün sonra assosiasiyanın hesabat konfransı olacaq. İnkişafa ümid verəcək, yeni yolun başlanğıcı şüarına lobbi yaradacaq arqumentlərin olub-olmayacağı həmin konfransda əyani bilinəcək.

Ötən bir ildə hansı addımlar atılıb və qarşıda hansı planlar/prioritetlər müəyyənləşdirilib? Məhz bu suala cavab həmin konfransda böyük ölçüdə məlum olacaq.

Yeni yolun başlanğıcıdırmı…

Elçin Cəlilov

Bayramov: “Hər cür situasiyaya hazır idik”

Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Milli həlledici görüşdə Syerra Leoneni məğlub edib – 1:1, penaltilər 9:8.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra millinin qapıçısı Aydın Bayramov fikirlərini bölüşüb:

“Bütün xalqımızı təbrik edirəm. Çoxdandı qələbə qazana bilmirdik. Bu iki qələbə vacib idi. İstərdik ki, elə əsas vaxtda qələbəni təmin edək. Futboldur. Hər cür situasiyaya hazır idik.

Final, penaltilər deyiləndə beynimdə müəyyən ssenarini düşünürdüm. Analiz etmişdim. Düzdür, penaltilər seriyası mənim üçün çox uğurlu alınmadı. İstiqaməti tapırdım, amma tuta bilmirdim”.

FIFA-dan AFFA-ya xatirə hədiyyəsi

“FIFA Series – 2026” beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FIFA AFFA-ya təşəkkürünü bildirib.

Futbolpress.az xəbər verir ki, ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib. Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və gələcəkdə əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Azərbaycan milli komandası “FIFA Series – 2026” turnirinin qalibi olub.

Ayxan Abbasov: “Bu, gələcək üçün təkan verəcək”

“FIFA Series-2026” turnirinin finalında keçirilən Azərbaycan – Syerra-Leone oyunundan (1:1, penaltilər 9:8) sonra millinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Azarkeşlərə təşəkkür edirəm. Bizə dəstək oldular. Oyunların fərqli olacağını bilirdik. İlk hissədə səhvlər etdik, hücumda aqressivlik çatmadı. Rəqib bizi əks-hücumda yaxaladı və fərqləndi. İkinci hissədə yaxşı müdafiə olunub, hücumların effektivliyini artırmalıydıq. Sonda hesabı bərabərləşdirdik. Penaltilər seriyası maraqlı alındı. Turnirdə qalib olduğumuz üçün sevincliyik. Bu oyun bizə siqnallar verdi. Rəqiblər güclü olduqca biz də artırmalıyıq. Gələcək oyunlara baxacağıq. Qarşıda iki yoxlama oyunu olacaq. Bununla Millətlər Liqasına hazır olmağa çalışacağıq.

– İlk dəfə çempion olduq, ilk dəfə penaltilərdə qələbə qazandıq. İlk penalti təcrübəniz haqda fikirlərinizi bilmək istəyirdim…
– İlk deyil. Kubokda “Sumqayıt”da işlədiyim vaxt “Qarabağ”ı penaltilər seriyasında keçmişdik. Futbolçular məşqlərdə penaltiləri yoxlayırdılar. Bugünkü seriya da bir təcrübədir. Bu oyun milli üçün faydalı olacaq.

– Bu turnir milliyə hansı təcrübəni qazandırdı?
– FIFA-nın turniridir. Rəqiblərimizdən Lixtenşteyn də burda mübarizə aparırdı. Onların qrupunda daha zəif komandalar var idi və elə zəif olan qalib oldu. Bu toplanışda millidə yeni adlar oldu, sınaqdan keçdi. Bəlli sistem üzərində çalışırıq. İnşallah, xeyrini görəcəyik.

– İki oyundan sonra Millətlər Liqası üçün optimal heyəti təxminən formalaşdımı?  
– Müəyyən fikirlər yaranır. Turnirə hələ var. Zədələr həmin vaxt işimizi çətinə sala bilər.

– Litva və Lixtenşteyn yığmasını izləmisinizmi?
– İki komandanı da təhlil edirik. Litva möhkəm komandadır. Evlərində çox yaxşı çıxış edirlər. Məncə, onlarla şanslar bərabərdir. Çalışacağıq ki, maksimum nəticə əldə edək.

– Bu oyundan aldığınız siqnallar hansılardır?
– İki oyunda da sonradan meydana daxil olan futbolçu oyunu dəyişdi. Ruhdan düşmürlər, çox istəklidirlər. Millidə rəqabət olduğu hiss edildi. Bu, gələcək üçün təkan verəcək. Bir çox futbolçunu yaxından izlədik. İnanıram ki, bizi təəccübləndirən yeni oyunçular da olacaq.

– Sadiq Baqıyev var Rusiyada. “Torpedo”da ən yaxşı futbolçu seçildi bu yaxınlarda. Tək o deyil, digər oyunçulardan da izlədikləriniz varmı? Bəyəndiyiniz futbolçu olsa, dərhal pasport məsələsi həll oluna bilər?
– Bəyəndiyimiz olsa, problem olmaz. U-21 yığma komandamıza da namizəd futbolçular izlənilir. Sadiq Baqıyevi U-21 yığmasına çağırdıq. Lakin bəzi məsələlər oldu, legioner statusu ala bilərdi deyə, imtina etdi. Biz də istəyirik ki, burda oynamaq istəyənlərə kömək edək.

Şahin Cəfərov

 

AFFA-nın baş katibi: “Qələbəni kiçiltmək lazım deyil”

Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Milli həlledici görüşdə Syerra Leoneni məğlub edib – 1:1, penaltilər 9:8.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev “CBC Sport”a fikirlərini bölüşüb:

“Hər kəsi təbrik edirəm. Qələbəni kiçiltmək lazım deyil. Uşaqlar iki oyunda yaxşı mübarizə apardı, layiqli qələbə qazandı. Hesabda geri düşməyimizə baxmayaraq, sona qədər mübarizə apardıq, penaltilərdə qələbə qazandıq. Bu, bizim üçün vacibdir.

Rəqiblər haqda deyilə bilər ki, tanınmır. Amma bu, bizim üçün yolun başlanğıcıdır. Davamı gəlsin”.

“Qırmızı şeytan” turinlilərin hədəfində

“Mançester Yunayted”in futbolçusu Manuel Uqarte karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” uruqvaylı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Uqaret “Mançester Yunayted”dən ayrılmağa müsbət yanaşır. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

Londonda De Zerbi səsləri

İtaliyalı mütəxəssis Roberto De Zerbi “Tottenhem”i çalışdıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London klubu son iş yeri “Marsel” olan mütəxəssislə bir müddətdir, danışıqlar aparır. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilib.

De Zerbi hazırda işsizdir. O, daha əvvəl İngiltərədə “Brayton”u çalışdırıb.

Millinin düşərgəsindən “Arsenal”a pis xəbər

“Arsenal”ın və İngiltərə millisinin futbolçusu Noni Madueke zədələnib.

Futbolpress.az xəbər verir ki, o, yığmanın düşərgəsində xəsarət alıb. Bu barədə millinin baş məşqçisi Tomas Tuxel yerli mətbuata açıqlamasında deyib. Madueke bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Noni bu mövsüm “Arsenal”la Premyer Liqada 20 oyunda 2 qol vurub.

“Xankəndi”dən 14 cavabsız qol

Azərbaycan II Liqasında XX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçirilib.

“Xankəndi” “Kür-Araz”ı 14 cavabsız qolla məğlub edib.

Azərbaycan II Liqası
XX tur

30 mart

Xankəndi – Kür-Araz 14:0
Qollar: B.Teymurov, 18, 42, R.Məhərrəmov, 21, E.Nəsibov, 34, 38, 43, T.Qurbatov, 53, 57, E.Quliyev, 60, 66, M.Canıyev, 69, 85, İ.Səfərzadə, 75, Ə.Mürsəlov, 87

Salah üçün PSJ variantı

“Liverpul”dan ayrılacağını açıqlayan Məhəmməd Salah karyerasını PSJ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Euro Football” portalı məlumat yayıb. Misirli futbolçunun agenti Məhəmməd Yamani parislilərin oyunçuya marağını təsdiqləyib:

“Salah möhtəşəm oyunçudur. PSJ-nin marağı onun hələ də hansı səviyyədə olduğunu göstərir”.

Salah yayda “Liverpul”dan ayrılacaq.

Malta ilə də bacarmadılar

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda son oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan milli Bolqarıstanın Plovdiv şəhərindəki üçüncü görüşündə Malta yığması ilə qarşılaşıb. “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesablı heç-heçə başa çatıb. Azərbaycan yığmasının heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.

Bununla milli qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Qeyd edək ki, U-17 qrupdakı ilk iki oyununda Bolqarıstan (1:1) və Litva (0:0) yığmaları ilə heç-heçə edib.

Kadisdə fiasko

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində mübarizəsini başa vurub.

Futbolpress.az xəbər verir ki, martın 27-də İspaniyanın Kadis şəhərində start götürən yarışda C qrupunda yer alan komanda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland yığmaları ilə qarşılaşıb. Milli hər üç görüşdə məğlub olub.

Qeyd edək ki, AVRO-2026-nın ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparıb və qrup birinciləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb.

2026 Avropa Çempionatı (2-ci təsnifat mərhələsi)
C qrupu
Oyunların nəticəsi

27 mart
İspaniya – Azərbaycan 3:0 (25:10, 25:19, 25:17)

28 mart
Niderland – Azərbaycan 3:0 (25:11, 25:12, 25:16)

29 mart
Azərbaycan – Estoniya 0:3 (15:25, 20:25, 15:25)

Azərbaycan yığması “FIFA Series-2026″nın qalibi oldu

Azərbaycan milli komandası “FIFA Series-2026” turnirində bu gün final oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Syerra Leone yığması ilə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşün əsas vaxtı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan milli qalib adını qazanıb.

Azərbaycan yığması bundan əvvəl Sent Lüsiya millisinə qalib gəlib – 6:1.

“FIFA Series-2026”

30 mart

19:00 Azərbaycan – Syerra Leone 1:1 (penaltilər 9:8)

Qollar: Rahil Məmmədov, 72 – Kanu, 28
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

❌