Reading view

“Əvəzedicilər”də tur başladı

Bu gün Əvəzedicilər Liqasında XXIV tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçirilib.

“Sumqayıt-2” “Neftçi-2″ni məğlub edib. “Turan Tovuz”un əvəzediciləri isə “Şamaxı-2″dən üstün olub.

Əvəzedicilər Liqası
XXIV tur

30 aprel

“Sumqayıt-2” – “Neftçi-2” 2:1
Qollar: E.İsaqov, 7, Ə.Hacılı, 68 – F.Xeyrullayev, 70

“Şamaxı-2” – “Turan Tovuz-2” 1:3
Qollar: E.Ağalarov, 34 – T,Həsənov, 32. İ.İsmayılov, 90+1, E.Qasımov, 90+3

“Səbail”dən darmadağın

Azərbaycan I Liqasında XXIV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə iki qarşılaşma keçirilib.

“Səbail” “Cəbrayıl”ı darmadağın edib. “Difai” isə səfərdə “Baku Sportinq”lə heç-heçə edib.

Azərbaycan I Liqası
XXIV tur

30 aprel

“Baku Sportinq” – “Difai” 1:1
Qollar:
 R.Seyidov, 32 – K.Kamta, 80

“Səbail” – “Cəbrayıl” 6:0
Qollar:
 A.Almeyda, 12, F.Məmmədli, 25. R.Həsənov, 32 (avtoqol), R.Voronsov, 84, Q.Səfərov, 87, R.Hüseynov, 89

 

APL: iki oyunun təyinatları açıqlandı

Misli Premyer Liqasında XXX turun iki oyununun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Kəpəz” – “Sumqayıt” oyununu Əli Əliyev idarə edəcək.

2 may (şənbə)

“Kəpəz” – “Sumqayıt”

Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov

VAR: Elvin Bayramov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Asif Əliyev

Yevlax şəhər stadionu, 16:00

“Araz-Naxçıvan” – “İmişli”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“SOCAR Polymer Arena”, 18:30

“Neftçi” – “Qarabağ”: heyətlər

“Neftçi” Misli Premyer Liqasının XXI turunda təxirə salınmış oyunda bu gün “Qarabağ”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 20:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 6. Sessi Dalmeyda 5. İqor Ribeyro 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis

Ehtiyat oyunçular: 13. Kenan Piriç 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 24. Mustafa Sek 18. İfeanyi Metyu 9. Bassala Sambu 70. Andrey Ştoqrin 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 11. Emmanuel Addai 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

“Baku Open-2026” turnirinin açılış mərasimi keçirildi

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open – 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib. Ardınca çıxış edən AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov festivalda rekord sayda – 980 iştirakçının mübarizə apardığını bildirib. O, Azərbaycanın dünyada aparıcı şahmat ölkələrindən biri kimi tanındığını qeyd edib. Mahir Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şahmata yüksək səviyyədə qayğı göstərildiyini vurğulayıb.

Sonra 2023,2024 və 2025-ci illərdə keçirilən “Baku Open” turnirlərinin ən maraqlı anlarını əks etdirən video nümayiş etdirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycanda şahmat ənənələrinin olduğunu bildirib. Nazir şahmatçıların son illər beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etdiyini söyləyib. Fərid Qayıbov qeyd edib ki, Prezident İlham Əliyev bütün idman növlərinə yüksək səviyyədə qayğı göstərir.

Sonda Azərbaycan Şahmat Turunun yeni tanıtım videosu təqdim olunub.

Gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnirdə 3-cü turun rəmzi ilk gedişini edib.

Qeyd edək ki, “Baku Open” Azərbaycan Şahmat Turunun 2026-cı ildə ilk yarışıdır. Bakıdan sonra Şəkidə beynəlxalq şahmat yarışı keçiriləcək.

Xatırladaq ki, “Baku Open” beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir. Yarışa mayın 6-da yekun vurulacaq.

İngiltərə klubu “Qalatasaray”lı ilə danışıqlara başladı

“Qalatasaray”ın futbolçusu Qabriel Sara karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Aston Villa” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə italiyalı insayder Nikolo Skira məlumat yayıb. Xəbərdə Premyer Liqa klubunun braziliyalı futbolçu ilə danışıqlara başladığı bildirilib.

Sara bu mövsüm Super Liqada 27 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

“İnter”in futbolçusu “Beşiktaş”ın hədəfində

“İnter”in futbolçusu Luis Henrike karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə “Fanatik” nəşri məlumat yayıb. “İnter” braziliyalı vinger üçün 20 milyon avro tələb edir.

Henrike bu mövsüm A Seriyasında 27 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Sabah”ın çempionluğu bu gün rəsmiləşə bilər

“Sabah” klubunun bu gün Misli Premyer Liqasında çempionluğu rəsmiləşə bilər.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın ən yaxın izləyicisi “Qarabağ” səfərdə “Neftçi” ilə qarşılaşacaq. “Atlılar” bu matçda məğlub olacağı halda, “Sabah”ın sona 4 tur qalmış qızıl medalları təmin olunacaq.

“Futuristlər” 29 turdan sonra 72 xalla birinci sıradadır və “Qarabağ”ı 13 xal qabaqlayır. Mövsümün sonuna 4 tur qalıb və bu gün “atlılar” məğlub olsa, onların “bayquşlar”a çatması mümkünsüz olacaq.

 

Azərbaycan avarçəkəni Mingəçevirdə “qızıl” qazandı

Azərbaycan avarçəkəni Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki,  Azər İlyasov akademik avarçəkmədə tək nəfərlik qayıqla 1500 metr məsafədə (2008–2009 təvəllüdlər arasında) birinci olub.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.

Azərbaycan cüdoçularının rəqibləri bilindi

Aprelin 30-da Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.

1-3 may tarixlərində keçiriləcək Düşənbə Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə saat 16:00-da start götürəcək . Yarışın görüşləri “JudoTV” və “CBC Sport”dan canlı yayımlanacaq.

Kişilər

-60 kq, 1/8 final 

Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa) / Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə

-66 kq, 1/8 final 

Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan)

İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan)

-73 kq, 1/8 final 

Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə

+100 kq, 1/8 final

Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki (İran)

Camal Qamzatxanov – Yovan Pekoviç (Monteneqro)

Ronaldo yenə xatırlatdı – VİDEO

Səudiyyə Ərəbistanı çempionatında “Əl Nəsr” – “Əl Əhli” oyunundan (2:0) sonra qonaq komandanın azarkeşləri Ronaldonun əleyhinə şüarlar səsləndirib.

Futbolpress.az xəbər verir ki, ötən həftə komandaları Asiya Çempionlar Liqasını qazanan fanatlar “Əl Nəsr”in bu titulu qazana bilməməsinə işarə verib.

Ronaldo isə cavabında “Mənim də 5 Çempionlar Liqası kubokum var” deyə bildirib.

Portuqaliyalı hücumçu “Real”la bu uğura imza atıb.

Aqil Nəbiyev: “Perpektivli komandamız var”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan UEFA İnkişaf Turniri ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, baş məşqçi AFFA-nın mətbuat xidmətinə açıqlamasında səfərə tam heyətlə yollana bilmədiklərini və qısa müddətdə ardıcıl 3 oyun keçirdiklərini bildirib:

“Hazırkı yaş qrupu sonuncu dəfə ötən ilin oktyabrında Qəbələdə təşkil olunan MDB Oyunları zamanı bir araya gəlmişdi. Düzdür, toplanışlar tez-tez olsa, çatışmazlıqları daha erkən aradan qaldıra bilərik. Budəfəki toplanışa aprelin 20-də başladıq və qısa müddət ərzində ardıcıl üç oyun keçirdik. Bir neçə əsas futbolçumuz heyətdə deyildi. U-20 millinin toplanışına qatılanlar və zədəlilər var idi. Əli Bəşirov, Bilal Hacıyev, Uğur Qurbanlı və Mehdi Mütəllimlini qeyd edə bilərəm. Əlbəttə ki, onların yoxluğu bizə müəyyən çətinliklər yaratdı. Buna baxmayaraq, keçirdiyimiz üç oyundan ikisində qələbə qazandıq”.

A. Nəbiyev Rusiya, Qazaxıstan və Pakistan yığmalarına qarşı baş tutan matçları dəyərləndirib:

“Rusiya yığmasına qarşı keçirdiyimiz ilk görüşün birinci hissəsi 0:0 hesabı ilə yekunlaşdı. Fasilədən sonra heyətdə ardıcıl əvəzetmələrə əl atdıq. Dəyişikliklərdən sonra oyunumuzda, futbolçuların fiziki durumunda eniş yaşandı. Ancaq yenə də komanda toparlanaraq ardıcıl iki qələbə qazandı. 6 aylıq fasilədən sonra toplanaraq turnirə hazırlaşmaq həm bizim, həm də futbolçular üçün çətin oldu. Bu yaş qrupu ilə səfərdə ilk beynəlxalq turnirə qatılmışdıq. Buna görə də futbolçularda həyəcan, stress var idi. Həm texniki, həm də fiziki çatışmazlıqları barədə onları məlumatlandırmışıq, həmçinin klubları ilə də görüşəcəyik”.

U-17-nin baş məşqçisi noyabrda Almaniya, Şimali İrlandiya və Litva yığmalarına qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ matçlarına qədər komandanın hazır olacağına inandığını vurğulayıb:

“İlin sonlarında Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyik. Çətin qrupa düşmüşük. Rəsmi oyunlara qədər baş tutacaq toplanışlarda problemləri aradan qaldırmağa çalışacağıq. Perpektivli komandamız var, daha güclü olacaq potensiala malikik”.

Qeyd edək ki, U-17 UEFA İnkişaf Turnirində Rusiya (0:5) yığmasına məğlub olub, Qazaxıstan (1:1, Penaltilərlə 4:2) və Pakistan (1:0) seçmələrinə isə qalib  gəlib.

PSJ-də itkilər – ÇL matçında olmayacaqlar

PSJ ciddi itkilərlə üzləşib.

Futbolpress.az xəbər verir ki, Paris təmsilçisinin qapıçısı Luka Şevalye və müdafiəçi Əşrəf Hakimi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onlar bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Hakimi və Şevalye PSJ-nin Çempionlar Liqasında “Bavariya”ya qarşı keçirəcəyi cavab oyununu buraxacaq.

Görüş mayın 6-da olacaq. Komandalar arasındakı ilk matçda PSJ qələbə qazanıb – 5:4.

Tanınmış futbolçu karyerasını bitirir

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq futbolçusu Eşli Yanq karyerasını bitirməyə qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə cinah oyunçusu sosial şəbəkə hesabında paylaşım edib. “İpsviç”də çıxış edən 40 yaşlı futbolçu mayın 2-də son matçına çıxacağını bildirib.

Yanq karyerası ərzində “İnter”, “Mançester Yunayted”, “Everton”, “Aston Villa” kimi klublarda forma geyinib.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

Azərbaycan, Premyer Liqa
20:00 Neftçi – Qarabağ (CBC Sport, İdman TV)

Avropa Liqası
23:00 Nottingem Forest – Aston Villa (İctimai TV, TRT Spor)

Konfrans Liqası
23:00 Şaxtyor – Kristal Pelas (CBC Sport, TRT 1)

Parkerə vida

İngiltərə Premyer Liqasını tərk edəcəyi dəqiqləşəndən sonra  “Bernli” baş məşqçisi Skott Parkerlə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Berli” çempionatda 19-cu sıradadır.

İlham Əliyev güləşçiləri qəbul etdi

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.

Futbolpress.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib:

“Salaməleyküm, əyləşin.

İlk növbədə, milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.

Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.

Federasiyaya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.

Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.

Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.

Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.

Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.

Daha sonra idmançılar çıxış ediblər:

Sərbəst güləşçi Turan Bayramov deyib:

“Cənab Prezident, ilk növbədə, dəyərli vaxtınızı ayırıb bizi qəbul etdiyiniz üçün sərbəst güləş milli komandası adından Sizə təşəkkürlərimizi bildiririk. Ölkəmizi Avropa çempionatında layiqincə təmsil etdik. Komandamız ardıcıl surətdə ikinci dəfədir Avropa çempionu olur. Sizin bizi qəbul etməyiniz məsuliyyətimizi daha da artırır, bizə böyük bir stimul verir. Mən də inanıram və əlimdən gələni edəcəyəm ki, gələcəkdə qarşınıza qızıl medalla çıxım”.

Yunan-Roma güləşçisi Həsrət Cəfərovun fikirlərini:

“Cənab Prezident, ilk növbədə, Sizi salamlayıram. Bizi qəbul etdiyiniz üçün çox sağ olun. Bildiyiniz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazandım. Bu, mənim ümumilikdə dördüncü qızılımdır və yarış həqiqətən də çox çətin keçdi. Dördqat Avropa çempionu kimi Azərbaycan yunan-Roma güləşi tarixində bir rekorda imza atdım. Bizi belə dəstəklədiyiniz, bizə göstərdiyiniz diqqət və qayğı üçün Sizə öz təşəkkürümüzü bildiririk. Sizin diqqət və qayğınız bizim üçün ən böyük məsuliyyətdir. Çox sağ olun”.

Qadın güləşçi Jalə Əliyeva bunları söyləyib:

“Cənab Prezident, bu gün burada çıxış etmək mənim üçün böyük şərəfdir. Mən dörd il bundan qabaq da Sizinlə görüşdə iştirak etmişdim. 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuşdum. Bu dəfə isə böyüklərdən ibarət yarışda Avropa mükafatçısı oldum. Biz Sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Bizi dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun”.

Prezident İlham Əliyev yekunda bunları deyib:

“Çox sağ olun. Komandamız çoxmillətlidir, hələ hamı Azərbaycan dilini kifayət qədər bilmir, ona görə də rus dilində bir neçə söz demək istərdim. Hamını bir daha təbrik etmək və Azərbaycanı beynəlxalq arenada belə layiqincə təmsil etdiyinizə görə təşəkkürümü bildirmək istərdim. Əlbəttə, Avropa çempionatında belə bir mühüm, deyərdim ki, tarixi qələbədən danışarkən xüsusi qeyd etmək istərdim, həm yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilər birinci yeri qazanıblar. Yəni bu, çox əhəmiyyətlidir.

Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda inkişaf edir.

Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin uğuruna, qələbəsinə sevinir və bu, çox qiymətlidir.

Əlbəttə, qeyd etməli olduğum daha bir vacib məqam ondan ibarətdir ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni eyni dərəcədə çox sevindirir. Məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir. Bizdə isə artıq dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir. Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın — Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var. Dediyim kimi, vaxtilə federasiyaya rəhbərlik edənlərə və məşqçilərə azarkeşlik etmişəm, bu gün isə onlar öz tələbələrinə azarkeşlik edirlər. Bu, bizim regionumuzda ənənələrin davamlılığıdır. Tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu, bizi daha da yaxınlaşdırır.

Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur – biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir.

Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, – xalça üzərində və xalçadan kənarda, – layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.

Beləliklə, bir daha təbrik edirəm və yeni qələbələr arzulayıram. Sağ olun”.

Ronaldo: “Hamı hakimlərdən şikayət edir”

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “Record” nəşrinə danışan 40 yaşlı futbolçu liqa ilə bağlı fikirlərini bölüşüb:

“Son zamanlarda xoş olmayan situasiya var. Hamı hakimlərdən, çempionatdan şikayət edir. Bu, yanlışdır. Mövsümün sonunda fikirlərimi daha aydın bölüşəcəyəm. Avropadakı liqalarla rəqabət aparmaq istəyiriksə, özümüzü yaxşı göstərməliyik. Şikayətləri bitirməliyik”.

Ronaldonun komandası çempionatda 30 turdan sonra 79 xalla liderdir və ən yaxın izləyicisi “Əl Hilal”ı 8 xal qabaqlayır.

“Milan” təklif gözləyir

“Milan” futbolçusu Kristofer Nkunkunu satmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qırmızı-qaralar” fransalı yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcək.

Nkunku baş məşqçi Massimiliano Alleqrinin planlarında yer almır.

Yarımmüdafiəçi bu mövsüm 31 oyunda 6 qol vurub.

Konfrans Liqası: “Şaxtyor” İngiltərə klubuna qarşı

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, türkiyəli mütəxəssis Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor” “Kristal Pelas”la qarşılaşacaq.

Digər görüşdə “Valyekano” Fransa təmsilçisi “Strasburq”la üz-üzə gələcək.

Komandalar arasındakı cavab oyunları mayın 7-də keçiriləcək.

UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar

30 aprel

23:00 Şaxtyor – Kristal Pelas
23:00 Valyekano – Strasburq

Derbiyə doğru: “Neftçi” oyuna son şans kimi baxmalıdır”

“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edəcək.

Bakı klubunun keçmiş məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Neftçi” dördüncü yer üçün mübarizə aparmağa davam etmək istəyirsə, mütləq qələbə qazanmalıdır. Məğlubiyyət şanslarını çox azaldacaq. Buna görə, komanda matça maksimum şəkildə hazır olmalıdır”.

Komandalar arasında ötən həftə baş tutan görüşdə “Qarabağ” 5:1 hesablı qələbə qazanıb. Əsədov bu nəticənin bugünkü oyuna mümkün təsirindən söz açdı:

“1:5-in təsiri ola bilər. Belə məğlubiyyətin komandada inamsızlıq yaratmaq ehtimalı var. Amma bəzən də görürük ki, ağır nəticələr geridönüş üçün bir məqama çevrilir. “Neftçi” oyuna son şans kimi baxmalıdır. “Qarabağ”ın gücü isə bəllidir. Komandada daxili atmosfer nə qədər yaxşı olmasa da, meydanda sərgilənən oyun bunları arxa planda qoyur”.

Mütəxəssis “Neftçi”nin durumuna da toxundu:

“Ötən matç göstərdi ki, “Neftçi” hələ yüksək səviyyədə oyun üçün hazır deyil. Vernidubun işi çox olacaq. Məsələ tək taktiki vəziyyətdən getmir, oyunçu profili önəmlidir, komandada bəzi mövqelər gücləndirilməlidir. “Qarabağ”la oyun “Neftçi” üçün test oldu. Gələcək planları qurmaq üçün bu görüşlərdən nələrsə götürmək olar”.

“Neftçi” – “Qarabağ” oyununa saat 20:00-da start veriləcək.

Şahin Cəfərov

Milli Pakistanı məğlub etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində son oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, yığma üçüncü matçında Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş millinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.

Bununla da Aqil Nəbiyevin yetirmələri 4 komandanın iştirakı ilə baş tutan turniri 5 xalla tamamlayıb. U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1. Penaltilərlə 4:2) seçmələri ilə qarşılaşıb.

Fransa klubu baş məşqçisi ilə vidalaşacaq

Fransanın “Tuluza” klubunda baş məşqçi Karles Martinslə yollar ayrılacaq.

Futbolpress.az xəbər verir ki, mütəxəssisin yayda başa çatacaq müqaviləsi uzadılmayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karles 2023-cü ildən “Tuluza”ya rəhbərlik edirdi. Onun komandası Fransa Liqa 1-də 31 turdan sonra 38 xalla 10-cu sıradadır.

Azərbaycan millisi ilk oyunda uduzdu

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, yığma Belarus millisi ilə qarşılaşıb. Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin heyətində qolu Ramil Əliyev vurub.

Halk klubunu dəyişir

“Atletiko Mineyro”nun hücumçusu Halk klubunu dəyişməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə Braziliyanın “Globo” nəşri məlumat yayıb. 39 yaşlı futbolçu “Fluminense” ilə anlaşıb. O, yaxın zamanda yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.

Halk “Atletiko Mineyro” ilə 2021-ci ildə Braziliya çempionu olub.

Derbidə qələbənin vacibliyi

“Neftçi” Misli Premyer Liqasında XXI turdan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edəcək. “Palms Sports Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Komandalar aprelin 26-da, XXIX tur çərçivəsində bu arenada üz-üzə gəlmiş və “Qarabağ” 5:1 hesablı qələbə qazanmışdı.

“Neftçi” əzəli rəqibinə qarşı keçirdiyi son 11 oyunda uduzub. Bakılılar bu gün seriyanı qırmaq arzusundadır. Oyunu vacib edən daha bir detal ilə “ağ-qaralar”ın liqada dördüncü pilləyə yüksəlmək şansının olmasıyla bağlıdır.

“Neftçi” bu gün “Qarabağ”la matçda üç xal qazansa, turnir cədvəlində dördüncü olan “Zirə”ni keçəcək və bir xallıq üstünlük yaranacaq. Dördüncü pillənin sahibi “Sabah”ın ölkə kubokunu qazanacağı halda, Konfrans Liqasına yollanacaq.

 

Avropa Liqası: yarımfinal başlayır

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, Portuqaliya təmsilçisi “Braqa” “Frayburq”la qarşılaşacaq.

İngiltərənin “Nottingem Forest” klubu isə “Aston Villa” ilə üz-üzə gələcək.

Hər iki görüş 23:00-da başlayacaq.

UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar

30 aprel

23:00 Nottingem Forest – Aston Villa
23:00 Braqa – Frayburq

Qrizmann: “Finala çıxmaq istəyirik”

“Atletiko”nun futbolçusu Antuan Qrizmann Çempionlar Liqasında “Arsenal”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, fransalı hücumçu 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İkinci hissədə biz daha yaxşı oynadıq. Yüksək intensivlikdə matç keçdi. Çempionlar Liqasında oyunlar məhz bu səviyyədə olmalıdır. Cavab qarşılaşmasını həyəcanla gözləyirik. Möhtəşəm oyun olacaq.

Finala çıxmaq istəyirik. Londondakı görüşə də maksimum səviyyədə hazırlaşacağıq. Ümid edirəm ki, qalib gələn tərəf biz olarıq”.

Cavab oyunu mayın 5-də keçiriləcək.

Fransa klubu “Qalatasaray”ın futbolçusu ilə maraqlanır

“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Monako” türkiyəli cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Liqa 1 klubu yayda Barışın transferi üçün “Qalatasaray”la danışıqlara başlayacaq.

25 yaşlı futbolçu bu mövsüm 47 oyunda 12 qol vurub, 15 məhsuldar ötürmə edib.

Argentinalı hücumçu “Atletiko”nun tarixinə düşdü

“Atletiko” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Arsenal”la heç-heçə edib – 1:1.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin yeganə qolunun müəllifi Yulian Alvares klubun tarixinə düşüb. Bu mövsüm turnirdə vurduğu qolların sayını 10-a çatdıran argentinalı hücumçu “Atletiko” formasıyla bunu bacaran ilk oyunçu olub.

“Atletiko” ilə “Arsenal” arasındakı cavab oyunu mayın 5-də, Londonda olacaq.

Nəriman oynadı, komandası 1/4 finala yüksəldi

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” ABŞ Kubokunda 1/8 final oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda I Liqa təmsilçisi “One Knoxvill” ilə qarşılaşıb. 5 qolun vurulduğu matç “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 4:1.

Nəriman oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

“Kolumbus Kryu” bu qələbə ilə 1/4 finala yüksəlib.

“Neftçi” “Qarabağ”a qarşı – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXI turdan təxirə salınmış oyun keçiriləcək.

Futbolpress.az xəbər verir ki, “Neftçi” azarkeşləri önündə “Qarabağ”ı qəbul edəcək. “Palms Sports Arena”da baş tutacaq oyuna saat 20:00-da start veriləcək.

Misli Premyer Liqası
XXI turdan təxirə salınmış oyun

30 aprel

20:00 Neftçi – Qarabağ 0:0
Baş hakim: Kamranbəy Rəhimov
“Palms Sports Arena”

Özbəkistanda daha bir uğur

10-14 may tarixlərində keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlaşan şose velosipedi üzrə yığma komandamız Özbəkistanda təşkil olunan “Tour of Bostonliq” yarışında çıxışını başa vurub.

Futbolpress.az xəbər verir ki, yarışın 163 km-lik 2-ci mərhələsi qrup finişi ilə yadda qalıb – fotofinişə əsasən, yığma komanda üzvlərimizdən Tural İsrafilov 16-cı, Musa Mikayılzadə isə 18-ci olub.

1-ci mərhələdə finiş xəttini 4-cü keçən Musa 2 yarış gününün yekununa əsasən, ümumi təsnifatda 4-cü nəticə göstərib və bununla da ölkə reytinqinə 20 təsnifat xalı qazandırıb.

Komandanın açıq məşqini 40 mindən çox azarkeş izlədi

“Qalatasaray” klubunun bu gün açıq məşqi keçirilib.

Futbolpress.az xəbər verir ki, “cim-bom” ötən həftə derbidə “Fənərbağça”ya qalib gəldikləri oyundan (3:0) sonra fanatlara jest edib. Komandanın məşqini 40 mindən çox azarkeş izləyib.

“Qalatasaray” Super Liqada 74 xalla birinci sıradadır. “Sarı-qırmızılar” ən yaxın izləyicisi “Fənərbağça”nı 7 xal qabaqlayır.

İdman Akademiyasında elmi-ptraktik konfrans keçirildi

Azərbaycan İdman Akademiyasında (ASA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya” adlı tələbə və gənc tədqiqatçıların IV elmi-praktik konfransı keçirilib.

Futbolpress.az xəbər verir ki, bu barədə ASA-nın mətbuat xidməti məlumat yayıb.

Konfransda çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev təqdim olunan məruzələrin aktuallığını qeyd edərək, gənclərin elmi fəaliyyətə artan marağını müsbət qiymətləndirib. ASA-nın rektoru gənc tədqiqatçıların elmi təşəbbüslərinin bundan sonra da dəstəklənəcəyini diqqətə çatdıraraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfrans çərçivəsində 4 doktorant, 36 magistrant və 29 bakalavr olmaqla ümumilikdə 69 nəfər məruzə ilə çıxış edib.

Sonda konfransda məruzə ilə çıxış edən iştirakçılara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

“Mingəçevir”dən darmadağın, lider xal itirdi

Azərbaycan I Liqasında XXIV tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə üç qarşılaşma keçirilib.

“Mingəçevir” azarkeşləri önündə “Zaqatala”nı darmadağın edib. Lider “Şəfa” autsayder “Şimal”la heç-heçə edib.

Azərbaycan I Liqası
XXIV tur

29 aprel

15:00. MOİK – “Şahdağ Qusar” 0:1
Qol: A.Çipesse, 60
“Bayıl Arena”

16:30. “Mingəçevir” – “Zaqatala” 7:1
Qollar: Xəyal Muradov, 8; Kennet Kalunqa, 13, 55, Fuad Bayramov, 65, Elçin Mustafayev, 78, Abba Usman, 80, Rəhim Cəfərli, 90 // Davud Mahmudov, 85
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

19:30. “Şəfa” – “Şimal” 0:0
“Bayıl Arena”

“Sabah” final seriyasının ilk oyununda qələbə qazandı

Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, “Sabah” “Abşeron Lions”la üz-üzə gəlib. Matç “bayquşlar”ın qələbəsiylə başa çatıb – 98:93.

Tərəflər arasında mayın 2-də ikinci, 5-də isə üçüncü oyun baş tutacaq.

Seriyada 3 qələbəyə ən tez çatan komanda çempion adını qazanacaq.

Qayıbov: “Bu yarışlar bizim üçün xüsusi bayramdır”

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası çərçivəsində Suqovuşanda keçirilən yarışların rəsmi hissəsində gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

Futbolpress.az xəbər verir ki, nazir hər kəsi salamlayaraq, yarış iştirakçılarına uğurlar arzulayıb. Fərid Qayıbov çıxışında bunları deyib:

“Bu yarışlar bizim üçün xüsusi bayramdır. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunan ərazilərimizdə beynəlxalq yarışların keçirilməsi əsas məqsədlərdən biridir. Bu, ənənəvi tədbirdir və beşinci dəfədir Suqovuşanda təşkil olunur. İnanıram ki, ən güclü qalib gələcək”.

Tədbirin rəsmi hissəsindən sonra su paradı baş tutub. İdmançılar draqon qayıqlarında keçid edib, iştirakçı ölkə bayraqlarını daşıyan skuterlər Suqovuşan su anbarında dövrə vurublar.

Ardınca yarışlara start verilib. İdmançılar reqatanın bu mərhələsində müxtəlif yaş kateqoriyalarında birnəfərlik kayak və kanoe qayıqlarında 200 metr məsafədə mübarizə aparıblar.

Azərbaycan komandasının heyətində ilk medalı Əlimurad Hacızadə qazanıb. Hacızadə birnəfərlik kayak qayığında 2008–2009-cu il təvəllüdlü idmançıların mübarizəsində gümüş medal əldə edib.

Xatırladaq ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatası 30 aprel – 1 may tarixlərində Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

“Turan Tovuz” onunla vidalaşacaq

Müdafiəçi Şəhriyar Əliyev mövsümün sonunda “Turan Tovuz”dan ayrılacaq.

Futbolpress.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçinin müddəti bitən anlaşması yenilənməyəcək. Şəhriyar azad agent kimi bölgə klubuna vida edəcək.

Əliyev 2022-ci ildən “Turan Tovuz”un formasını geyinir. O, bu mövsüm Premyer Liqada 3 oyuna çıxıb.

Şahin Cəfərov

Ederson “Fənərbağça”dan yüksək məbləğdə təzminat istədi

“Fənərbağça”dan ayrılması gündəmdə olan qapıçı Ederson klubdan təzminat istəyib.

Futbolpress.az xəbər verir ki, bu barədə “TransferFeed” portalı məlumat yayıb. Braziliyalı qolkiper müqaviləsinin vaxtından əvvəl ləğvi üçün klubdan 22 milyon avro kompensasiya tələb edib.

“Fənərbağça” Edersonla bağlı hələ qərar verməyib.

Qapıçı Super Liqada XXXIV turda “Qalatasaray”la oyunda (0:3) yersiz davranışına görə qırmızı vərəqə almış və komandasını çətin duruma salmışdı. Fanatlar kluba onun göndərilməsi ilə bağlı təzyiq edir.

Kubokun finalının vaxtı dəyişdi

Türkiyə Kubokunun final oyununun keçiriləcəyi stadion açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Həlledici görüş Antalya Stadionunda baş tutacaq. Matçın keçirilmə tarixi isə mayın 24-dən 22-nə salınıb.

Kubokda yarımfinal mərhələsinin oyunları keçiriləcək. “Konyaspor” “Beşiktaş”la, “Trabzonspor” isə “Gənclərbirliyi” ilə qarşılaşacaq.

“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır

Portuqaliyanın “Kaza Pia” klubunun futbolçusu Joao Qulart karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” 26 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “A Bola” nəşri məlumat yayıb. Portuqaliya təmsilçisi Joao üçün 1.5 milyon avro tələb edir.

Qulart “Sportinq”in yetirməsidir. O, bu mövsüm “Kaza Pia” ilə çempionatda 25 oyuna çıxıb.

FIFA-dan “qırmızı” qərar

FIFA yayda keçiriləcək dünya çempionatında yeni qayda tətbiq edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Oyun zamanı rəqib futbolçu ilə danışan zaman ağlayan futbolçuya birbaşa qırmızı vərəqə veriləcək. Bunda məqsəd oyunçuların irqçi və təhqiredici ifadələrdən istifadəsinin qarşısını almaqdır. Bu davranış ciddi pozuntu hesab ediləcək və oyunçu meydandan qovulacaq.

Dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Mundial iyunun 11-də start götürəcək.

Pavloviç: “Azı heç-heçəyə layiq idik”

“Bavariya”nın futbolçusu Aleksandr Pavloviç Çempionlar Liqasında PSJ-yə uduzduqları yarımfinal oyununu şərh edib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi 4:5 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Məğlubiyyət heç vaxt yaxşı olmur. Düşünürəm ki, azı heç-heçəyə layiq idik. Qarşıda cavab oyunu var və azarkeşlərimizin önündə oynayacağıq. Yaxşı nəticə ilə finala yüksələ bilərik”.

Cavab matçı mayın 6-da, Münhendə olacaq.

“Neftçi” – “Qarabağ”: təyinatlar bilindi

Misli Premyer Liqasında XXI turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, matçı Kamranbəy Rəhimov idarə edəcək.

Görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

30 aprel (cümə axşamı)

“Neftçi” – “Qarabağ”

Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Palms Sports Arena”, 20:00

Sumqayıtın komandası Azərbaycan çempionatından kənarlaşdırıldı

Sumqayıtın “Odlar Yurdu” komandası AFFA U-12 Liqasından kənarlaşdırılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Liqada “Odlar Yurdu” – “Məhəllə uşaqları” matçı üçün birincilərin heyətində yetərsay oyunçu olmadığına görə baş tutmayıb. İntizam Komitəsi mövsümdə üçüncü dəfə kluba texniki məğlubiyyət verib və “Odlar Yurdu” yarışlardan kənarlaşdırılıb.

“Fənərbağça”dan ayrılan mütəxəssis üçün İtaliya variantı

“Fənərbağça”dan ayrılan Domeniko Tedesko İtaliyada çalışa bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Fiorentina”da baş məşqçi postuna namizədlər arasındadır. Bu barədə “Firenze Viola” nəşri məlumat yayıb.

“Fiorentina”ya hazırda Paolo Vanoli rəhbərlik edir.

Komanda A Seriyasında 34 turdan sonra 37 xalla 15-ci sıradadır.

Vernidubun istəmədiyi legioner “Neftçi”dən gedəcək

“Neftçi” mövsümün sonunda futbolçusu Kristian Kostin ilə yollarını ayıracaq.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, rumıniyalı müdafiəçi ilə müddəti bitəcək anlaşma yenilənməyəcək. Baş məşqçi Yuri Vernidub Kostinin durumundan razı deyil və onu planlarına daxil etməyəcək.

Kostin ötən yay “Neftçi”yə transfer olunub. O, Premyer Liqada cəmi 5 oyuna çıxıb.

Şahin Cəfərov

“Bayer”də yeni müqavilə

Almaniyanın “Bayer” klubu futbolçusu Edmond Tapsoba ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçinin anlaşması 2031-ci ilin yayına kimi artırılıb.

Tapsoba 2020-ci ildən “Bayer”də çıxış edir. Mərkəz müdafiəçisi bu mövsüm Bundesliqada 26 oyunda 5 qol vurub.

“Prezident Kuboku 2026”: Azərbaycan ilk medalını qazandı

Azərbaycan təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasında ilk medalı qazanıb.

Futbolpress.az xəbər verir ki, Əlimurad Hacızadə tək nəfərlik kayakda gümüş mükafata sahib çıxıb. Hacızadə 2008-2009 təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəni ikinci keçib.

Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.

“Xankəndi” 570 manat cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

27 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Araz Saatlı” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununda “Xankəndi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun 90+4-cü dəqiqəsində “Xankəndi” komandasının 9 nömrəli futbolçusu Elvin Nəsibov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Xankəndi” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun 90+10-cu dəqiqəsində “Xankəndi” komandasının 88 nömrəli futbolçusu Müşfiq Teymurov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Xankəndi” komandası 250 manat cərimə edilsin (maddə 51.2);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununda meydançaya kənar əşya atıldığına görə “Xankəndi” komandası 200 manat cərimə edilsin (maddə 86.3);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun 90+8-ci dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 44 nömrəli futbolçusu Ülvi Sarıyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Qaradağ Lökbatan” komandası 800 manat cərimə edilsin (maddə 52.3);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan” komandasının 77 nömrəli futbolçusu Hakan Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7).

“Sabah”ın futbolçusu iki oyunluq diskvalifikasiya olundu

“Sabah”ın futbolçusu Aleksey İsayevin cəzası məlum olub.

Futbolpress.az xəbər verir ki, “Karvan-Yevlax”la çempionat matçında (2:0) qırmızı vərəqə alan yarımmüdafiəçi iki oyunluq diskvalifikasiya edilib. Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Klub futbolçunun “qırmızı” almasına görə 1000 manat cərimə ödəyəcək.

Derbiyə görə cəzalar bilindi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXIX oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “İmişli” – “Sumqayıt” oyununda “İmişli” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “İmişli” – “Sumqayıt” oyunu “Sumqayıt” komandasının formasında qüsurlar olması səbəbindən gec başladığına görə “Sumqayıt” komandası 1500 manat cərimə edilsin (maddə 83.5);

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “İmişli” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “İmişli” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilsin (maddə 86.3);

27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Sabah” – “Karvan-Yevlax” oyununun 64-cü dəqiqəsində “Sabah” komandasının 10 nömrəli futbolçusu Aleksey İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sabah” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Sabah” – “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sabah” komandası 6500 manat cərimə edilsin (maddə 86.3);

27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Sabah” – “Karvan-Yevlax” oyununun 36-cı dəqiqəsində “Karvan-Yevlax” komandasının 19 nömrəli futbolçusu Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Karvan-Yevlax” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);

AFFA rəsmisi “Barselona”nın oyununda

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş mayın 3-də Barselona şəhərində yerləşən “Nou Kamp” stadionunda keçiriləcək.

Elitaya vəsiqə uğrunda mübarizə aparırlar: “İtirilmiş heç nə yoxdur”

Misli Premyer Liqasına namizədlərdən hesab edilən “Baku Sportinq” I Liqada 41 xalla dördüncü sıradadır və ikinci pillədəki “Səbail”dən 2 xal geri qalır. Çempionatda gümüş medalları qazanan komanda elitaya vəsiqə yolunda pley-off oynayacaq.

“Baku Sportinq”in baş məşqçisi Röyal Nəcəfov “Futbolpress.az“a açıqlamasında ikincilik şanslarını dəyərləndirdi:

“Ötən turda “Şimal”la matçda gözlənilməz məğlubiyyət aldıq. Hesabımızda olmayan nəticə idi. Oyuna yaxşı hazırlaşmışdıq. Bizim kimi onların da xallara ehtiyacı vardı. Çempionatın bitməsinə az qalıb və hər görüş xüsusi əhəmiyyət kəsb edir. “Şimal”a məğlub olmasaydıq, indi ikinci sırada idik.

İtirilmiş heç nə yoxdur. Qarşıda 4 final oyunu var. Rəqibin kimliyindən asılı olmayaraq, matçlar çətin keçəcək. Hər komanda digərindən xal ala bilər. Çalışacağıq ki, maksimum nəticə qazanaq və mövsümü ikinci sırada bitirək. Demək olar, hər həftə turnir cədvəlində vəziyyət dəyişir. Üç komanda arasında ciddi pley-off mübarizəsi gedir. Sona qədər mübarizə aparacağıq”.

I Liqada ikinci yeri tutan komanda Premyer Liqanı 11-ci bitirənlə bir matçdan ibarət pley-off oynayacaq. Nəcəfov elita yolundakı mümkün şanslarına toxundu:

“Pley-offda kimin olmasının fərqi yoxdur. Rəqib istənilən halda, elita klubudur. Favorit də Premyer Liqa təmsilçisi olacaq. Çünki səviyyə, keyfiyyət fərqi var. Bunlar pley-offda digər tərəfi favorit edir. Amma bir oyundan ibarət matçdır və hər şey mümkündür”.

Şahin Cəfərov

İtaliyada medal qazanan avarçəkənlər Bakıya qayıtdı

İtaliyada iki medal qazanan avarçəkənlərimiz vətənə qayıdıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, akademik avarçəkmə üzrə təşkil olunan “Paolo d’Aloja” xatirə turnirində komandamız iki medal qazanıb. Nurlan Paşayev-Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb.  Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.

Gürcüstan və Ermənistan dünya çempionatına ev sahibliyi edəcək

Ermənistan və Gürcüstan 2029-cu ildə keçiriləcək U-20 dünya çempionatına ev sahibliyi edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb. FIFA-nın Vankuverdə keçirilən İcraiyyə Komitəsinin iclasında bununla bağlı qərar qəbul olunub.

U-20 milli komandaların 2027-ci ildə keçiriləcək dünya çempionatına isə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək.

 

Milliyə 20 futbolçu çağırıldı – adlar

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası aprelin 30-da Bakıda təlim-məşq toplanışına başlayacaq.

Futbolpress.az xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək U-16 ardından Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq. Komandamız Litva, Rumıniya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq. Oyunlar Binə stadionunda keçiriləcək.

N.
Ad/Soyad
Klub
 1
İradə Əsədli
Şəfa
2
Süməyyə Əhməd
Ulduz
3
Xədicə Rəhimova
Neftçi
4
Zəhra İsmayılova
Şəfa
5
Məryəm Nuruzadə
Ulduz
6
Nuray Əzizova
Təhsil 8 İOEUGİM
7
Aylin Əliyeva
Ulduz
8
Xədicə Əlizadə
Liman
9
Nuray Qurbanova
Ulduz
10
Lamiyə Məmmədova
Şəfa
11
Məryəm Səmədli
Sabah
12
Suel Polikarpova
Neftçi
13
Sara Səlimova
Neftçi
14
Könül Hüseynova
Ulduz
15
Zeynəb Muradzadə
Təhsil 8 İOEUGİM
16
Tahirə Rəcəb
Şəfa
17
Aydan Nəsrullayeva
Ulduz
18
Səbinə Şərəfxanova
Krılya Sovetov (Rusiya)
19
Şəhanə Mirzəliyeva
Liman
20
Zəhra Abdullayeva
Ulduz

“Qırmızı şeytan”la bağlı qərar verildi

“Mançester Yunayted” futbolçusu Manuel Uqarte ilə bağlı qərarını verib.

Futbolpress.az “Football İnsider” portalına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” yay transfer dönəmində oyunçu üçün gələcək təklifləri dəyərləndirəcək. Bu

Uqarte klubun planlarına daxil deyil. O, bu mövsüm Premyer Liqada 22 oyuna çıxıb.

“Qara Qarayev” kitabının təqdimatı keçirildi

Aprelin 28-də Avropa Azərbaycan Məktəbində futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü, uzun illər “Qarabağ”da çıxış etmiş Qara Qarayevin həyat və karyerasından bəhs edən “Qara Qarayev” kitabının təqdimat mərasimi və imza günü keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, kitabın müəllifi, yazıçı Murad Aksoy, kitabın qəhrəmanı, tanınmış futbolçu Qara Qarayev və digər şəxslər iştirak ediblər.

Qara Qarayev hazırda U-21 yığmasında işləyir. O, peşəkar karyerası müddətində “Qarabağ”, “Neftçi” və “Araz-Naxçıvan”da çıxış edib.

ABL: final seriyası başlayır

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasına start verilir.

Futbolpress.az xəbər verir ki, həlledici raundda “Sabah” və “Abşeron Lions” komandaları üz-üzə gələcək. Seriyanın ilk qarşılaşması Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Seriyada üç qələbəyə tez çatan komanda Azərbaycan çempionu olacaq.

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 1–3 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turniri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycan mötəbər yarışda kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Dünya Cüdo Turuna daxil olan turnirdə 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.

Kişilər 

-60 kq
Murad Muradlı

-66 kq
Nizami İmranov
İslam Rəhimov

-73 kq
Rəşid Məmmədəliyev

+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov

Rumıniyalı mütəxəssis: “Kubok “Zirə” üçün daha vacibdir”

“Zirə” Azərbaycan Kubokunda finala yüksəlib. Rəşad Sadıqovun yetirmələri həlledici matçda “Sabah”la qarşılaşacaq. Final görüşü mayın 13-də olacaq.

“Zirə”nin sabiq futbolçusu Adrian Skarlatake “Futbolpress.az“a açıqlamasında keçmiş klubunun çıxışını dəyərləndirdi:

“Zirə”ni izləyirəm. “Turan Tovuz”u keçməyi bacardılar və indi Avropaya getmək şansları böyükdür. Final asan olmayacaq. “Sabah” bu mövsüm çox yaxşı oynayır və liqada çempion olacaqlarına şübhəm yoxdur.

Amma kubok “Zirə” üçün daha vacibdir. Çünki çempionat yolu ilə “üçlüy”ə daxil olmaqları çox çətindir – arada böyük xal fərqi var. Buna görə də kuboku qazanıb, Avropaya getmək daha real variantdır. Onlara uğurlar arzulayıram. Ümid edirəm ki, ilk titullarını qazanacaqlar. Final bir oyundan ibarətdir və hər şey mümkündür”.

Skarlatake 2018-2020-ci illərdə “Zirə”nin formasını geyinib.

Şahin Cəfərov

Dembele: “Yarımfinala yaraşan matç idi”

PSJ-nin futbolçusu Osman Dembele Çempionlar Liqasında “Bavariya”ya qarşı keçirdikləri yarımfinal mərhələsinin ilk oyununu şərh edib.

Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, matçda dubl edən fransalı hücumçu 5:4 hesablı qələbə haqqında bunları deyib:

“Özünə inanan və daim hücum futbolu oynayan iki komandanın möhtəşəm dueli oldu. Yarımfinala yaraşan matç idi. “Bavariya”nın yüksək səviyyəli komanda olduğunu bilirdik. Top fərqi bir olsa da, nəticədən razıyıq.

Oyunun sonlarına yaxın tempi aşağı saldıq. “Bavariya”nın sürətli futbolda necə oynadığını yaxşı başa düşürdük. Qarşıda cavab görüşü var və finala çıxmaq üçün Münhenə yollanacağıq”.

Komandalar arasındakı cavab oyunu mayın 6-da olacaq.

Okan üçün yeni müqavilə

“Qalatasaray” baş məşqçisi Okan Burukla müqaviləni uzatmaq niyyətindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. Super Liqa təmsilçisinin rəhbərliyi mütəxəssisin işindən razıdır və ona yeni – iki illik sözləşmə təklif etməyə hazırlaşır.

“Qalatasaray” çempionatda 74 xalla liderdir və ən yaxın izləyicisi “Fənərbağça”nı 7 xal qabaqlayır.

Okan 2022-ci ildən “Qalatasaray”a rəhbərlik edir. O, bu dövrdə 3 dəfə Super Liqanın, 1 dəfə ölkə kubokunun qalibi olub.

Lider autsayderə qarşı

Bu gün Azərbaycan I Liqasında XXIV tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

Lider “Şəfa” autsayder “Şimal”ı qəbul edəcək. MOİK “Şahdağ Qusar”la, “Mingəçevir” isə “Zaqatala” ilə üz-üzə gələcək.

Azərbaycan I Liqası
XXIV tur

29 aprel

15:00 MOİK – Şahdağ Qusar
16:30 Mingəçevir – Zaqatala
19:30 Şəfa – Şimal

Çempionlar Liqasında yeni rekord

Çempionlar Liqasında yeni rekord qeydə alınıb.

Futbolpress.az xəbər verir ki, yarımfinal mərhələsində PSJ ilə “Bavariya” arasında keçirilən ilk matç tarixə düşüb. 5:4 hesabıyla bitən görüş Çempionlar Liqasında XXI əsrin yarımfinalları arasında ən çox qol vurulan matç olub.

Bu, həm də turnirin bu ad altında keçirildiyi vaxtdan ən yüksək göstəricidir.

Sonuncu dəfə 1960-cı ildə Almaniyanın “Ayntraxt” komandası UEFA Kubokunda yarımfinalda “Reyncers”i (Şotlandiya) 6:3 hesabıyla məğlub edib.

“Prezident Kuboku 2026”: ilk mükafatçılar məlum olacaq

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasında bu gün ilk mükafatçılar müəyyənləşəcək.

Futbolpress.az xəbər verir ki, mübarizəyə saat 12:00-da start veriləcək.

Qeyd edək ki, reqatada Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

London klubunun nümayəndələri Osimheni izlədi

“Qalatasaray”ın futbolçusu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Arsenal” nigeriyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb.

London klubunun nümayəndələri Super Liqada keçirilən “Qalatasaray” – “Fənərbağça” matçında (3:0) Osimheni tribunadan izləyib.

Nigeriyalı futbolçu bu mövsüm 31 oyunda 20 qol vurub, 7 məhsuldar ötürmə edib.

ÇL: Madriddə “sülh”

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, İngiltərənin “Arsenal” komandası Madriddə “Atletiko”nun qonağı olub. Görüş qollu bərabərliklə başa çatıb.

Yarımfinalın ilk matçında PSJ “Bavariya”nı məğlub edib – 5:4.

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun

29 aprel

23:00 Atletiko – Arsenal 1:1
Qollar:
Alvares, 56 (pen.) – Qyökereş, 45 (pen.)

Parisdə Dembele fərqi

Çempionlar Liqasının yarımfinal mərhələsində Parisdə PSJ ilə “Bavariya” arasında keçirilən matçın ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, meydan sahiblərinin hücumçusu Osman Dembeledir.

Fransalı futbolçu “Bavariya”ya 5:4 hesabıyla qalib gəldikləri oyunda iki qol vurub.

Tərəflər arasındakı cavab oyunu mayın 6-da, Münhendə olacaq.

“Sabah”ın “qızıl dubl”u onlara şans yaradacaq

“Neftçi” Misli Premyer Liqasında 28 oyundan sonra 44 xalla turnir cədvəlində beşinci sıradadır. “Ağ-qaralar” sabah təxirə salınmış “Qarabağ”la matçda qələbə qazanacağı halda, dördüncü pilləyə yüksələcək.

“Neftçi” mövsümün sonuna kimi bu mövqedə qalsa və kubokda “Sabah” çempion olarsa, bakılılar Konfrans Liqasına vəsiqə qazanacaq.

“Bayquşlar”ın çempionluğu turnir cədvəlinin ikincisi “Qarabağ”ın da xeyrinədir. Belə ki, “futuristlər” “qızıl dubl” etsə, “atlılar” Avropa Liqasına yollanacaq. Ki, bu da Qurban Qurbanovun yetirmələri üçün Konfrans Liqasına nəzərən daha prestijli sayılır.

“Zirə”nin isə avrokubok şansı öz əlindədir. Rəşad Sadıqovun yetirmələri kuboku qazanmaqla AL-ə “bilet”ini alacaq.

“Sabah” XXX turda “Şamaxı”ya qalib gəlsə, çempionluğunu elan edəcək. Sabah “Qarabağ”ın “Neftçi”yə məğlubiyyəti də “bayquşlar”ın qızıl medalları üçün kifayət edir.

Şahin Cəfərov

“Neftçi”nin oyununa təyinatlar açıqlandı

Futzal üzrə Yüksək Liqada 18-ci turun oyunlarına təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Şuşa – Neftçi İK
30 aprel. Olimpik Star. Saat 14:30
Hakimlər: Hidayət Feyzullayev, Ramil Namazov, Hikmət Qafarlı
Hakim-inspektor: Füzuli Nəcəfov

U-19 – Baku Fire
30 aprel. Olimpik Star. Saat 16:30
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Knyaz Əmiraslanov
Hakim-inspektor: Elçin Səmədli

“Baku Open 2026” turniri başladı

Bu gün Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalında 1-ci turun partiyaları başlayıb.

Futbolpress.az xəbər verir ki, 1-ci tura yarışın baş hakimi Faiq Həsənov tərəfindən start verilib.

Festival 3 qrupda – A,B və C qrupları üzrə təşkil olunur. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilir. Festival çərçivəsində eyni zamanda veteran şahmatçılar arasında Azərbaycan çempionatının partiyaları oynanılır.

Bakı Kristal Zalında keçirilən festivalın açılış mərasimi aprelin 30-da olacaq. Yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının ümumi mükafat fondu 50.000 ABŞ dollarına bərabərdi.

Qeyd edək ki, yarışda sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Danil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd və digərləri mübarizə aparır.

Mərkəzi oyunda heç-heçə

Futbol üzrə Azərbaycan II Liqasında XXIV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son gündə iki qarşılaşma baş tutub.

Turun mərkəzi oyununda lider “Xankəndi” “Qaradağ Lökbatan”la heç-heçə edib.

II Liqa, XXIV tur
28 aprel

“Xankəndi” – “Qaradağ Lökbatan” 1:1
Qollar:
 E.Nəsibov, 45+5  – F.Abbaslı, 90+7
Qırmızı vərəqə: E.Nəsibov, 90+5, B.Teymurov, 90+8 (hər ikisi “Xankəndi”)

“Şəmkir” – “Quba” 2:5
Qollar: 
R.Abdullayev, 57, C.Cəlalzadə, 65 – V.Cəfərov, 18, 71 (pen), R.Məhərrəmov, 41, K.Mirzəyev, 45+3, B.Köçərli, 73

 

“Real”ın futbolçusu əməliyyat olundu

İspaniyanın “Real” klubunun futbolçusu Eder Militao əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı braziliyalı müdafiəçi sol ayağından əməliyyat edilib.

Militaonun oktyabrda yaşıl meydanlara qayıdacağı gözlənilir.

Braziliyalı müdafiəçi zədə səbəbindən dünya çempionatında iştirak etməyəcək.

“Hər zaman Azərbayacan güləşinə fayda verməyə çalışacağam”

Albaniyanın paytaxtı Tiranada komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə milli vətənə qayıdıb.

Futbolpress.az xəbər verir ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığma üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənəli qarşılanma mərasimi keçirilib.

Güləşçilər hava limanında yarışla bağlı fikirlərini bölüşüb:

İslam Bazarqanov, Avropa çempionu:
“Avropa çempionu  olduğum üçün çox xoşbəxtəm. Daha əvvəl iki bürünc medal qazanmışdım. Şükürlər olsun ki, bu dəfə medalın əyarını qızıla çevirə bildim. Rəqibim güclü idi və sevinirəm ki, dünya çempionatındakı məğlubiyyətin revanşını ala bildim. Ən çətin görüşüm final oldu. 8:0 hesabı ilə öndə idim, lakin rəqib tempi artıraraq fərqi azaltdı. Arxayınlaşmaq olmazdı”.

Ali Tsokayev, Avropa çempionu:
“Bu, böyüklər arasında Avropa çempionatında ilk çıxışım idi. Debütümdə qızıl medal qazandığım üçün çox sevinirəm. Bu uğurumda Azərbaycan Güləş Federasiyasının rolu böyükdür. Buna görə də qələbəmi federasiyamıza və sevincimi bölüşən azarkeşlərə həsr edirəm. Dünya çempionatından da qızıl medal gözləyirəm və bunun üçün məşqçilərimizin dəstəyilə öz üzərimdə çox çalışacağam”.

Giorgi Meşvildişvili, Avropa çempionu:
“Titulumu qorudum. Bu qələbə münasibətilə Azərbaycana, Azərbaycan Güləş Federasiyasına və məşqçilər heyətinə öz minnətdarlığımı bildirirəm. Karyeramı davam etdirdiyim müddətdə hər zaman Azərbaycan güləşinə fayda verməyə çalışacağam”.

Turan Bayramov, Avropa ikincisi:
“Beş ildən sonra yenidən Avropa çempionatının finalına yüksəldim. Təbii ki, hədəfim qızıl medal idi, lakin minimal fərqlə məğlub oldum. Şükür ki, yenə medalsız qalmadım. 74 kq çəki dərəcəsində rəqabət çox yüksəkdir. İnanıram ki, məşqlərimi daha da artıraraq dünya çempionatında bu gümüş medalı qızıla çevirəcəyəm. Millimiz həqiqətən çox güclüdür – bütün çəkilər üzrə təmsilçilərimiz reytinq cədvəlində ilk dördlükdə yer alır. Bu da yığmamızın səviyyəsini göstərir”.

Arseniy Djioyev, Avropa ikincisi:
“Çox sağ ol, Azərbaycan. Dəstəyinizə görə minnətdaram. Şükürlər olsun ki, gümüş medal qazandım. Azərbaycan Güləş Federasiyasına minnətdarlığımı bildirirəm – bu müddət ərzində bizim üçün hər cür şərait yaradılmışdı. Çəkdiyimiz zəhmət onu göstərir ki, doğru yoldayıq. Allahın köməyi ilə tezliklə, gümüş medalın əyarını qızıla çevirəcəyəm. Bu uğurda zəhməti olan bütün məşqçilər heyətinə də təşəkkür edirəm”.

Cəbrayıl Hacıyev, Avropa üçüncüsü:
“Azərbaycan xalqına bizə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Komanda hesabında birinci olduq. Federasiyaya, məşqçilər heyətinə və həkimlərə öz minnətdarlığımı bildirirəm. Yarımfinalda müəyyən səhvlər etdim və hazırlıq prosesində onların üzərində çalışacağam. Qarşıdan dünya çempionatı gəlir. Orada qızıl medal qazanmaq istəyirəm. Bu, Avropa çempionatında ikinci çıxışım idi – 2022-ci ildə məğlub olmuşdum, indi isə ilk medalımı qazandım”.

Osman Nurmaqomedov:
“Bu, 97 kq çəki dərəcəsində çıxış etdiyim ilk Avropa çempionatı idi. Rəqibim Olimpiya və dünya mükafatçısı, həmçinin 3 qat Avropa çempionu olub. Görüş mənim üçün çətin keçdi. Fiziki baxımdan gücüm çatmadı. İlin sonuna qədər fiziki hazırlığımı daha da möhkəmləndirəcəyəm. Dünya çempionatından əvvəl reytinq turnirində iştirak edəcəyik. Həmin yarışda bu çəkidə özümü sübut etsəm, dünya çempionatındakı iştirakım məqsədəuyğun hesab ediləcək. Sərbəst güləşdə ən rəqabətli çəkilərdən biri 97 kq-dır. Fürsətdən istifadə edib, 2025-ci ilin nəticələrinə görə Avropanın ən yaxşı sərbəst güləş məşqçisi seçilmiş Xetaq Qazyumova təşəkkürümü bildirirəm”.

“Prezident Kuboku-2026” beynəlxalq reqatasının püşkü atıldı

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının püşkatma mərasimi təşkil olunub.

Futbolpress.az xəbər verir ki, tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının rəsmiləri, hakimlər kollegiyası, komanda nümayəndələri və məşqçilər iştirak ediblər.

Püşkatma zamanı komandaların çıxış ardıcıllığı, idmançıların mübarizə aparacağı cütlüklər və məsafələr müəyyənləşdirilib.

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir keçirildi

UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə Bakı şəhəri 242 nömrəli tam orta məktəbdə “Futbolda Uşaq Hüquqlarının Qorunması” layihəsi çərçivəsində maarifləndirici seminar təşkil olunub.

Futbolpress.az xəbər verir ki, seminar layihənin mentoru, eyni zamanda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin layihə əsaslı öyrənmə üzrə eksperti Ofeliya Qafarova tərəfindən keçirilib.

Tədbirin təşkilində məqsəd futbol mühitində uşaqların hüquqlarının qorunması, təhlükəsiz və inklüziv idman mühitinin təşviqi, şagirdlər arasında hüquqi məlumatlılığın artırılması, həmçinin zorakılıq və ayrı-seçkilik hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin aparılmasıdır.

Seminar zamanı iştirakçılara uşaq hüquqlarının əsas prinsipləri, futbolda təhlükəsiz davranış qaydaları, qarşılıqlı hörmət və komanda etikası barədə ətraflı məlumat verilib. Tədbir interaktiv formada təşkil olunaraq şagirdlərin aktiv iştirakı təmin edilib, situasiyalı tapşırıqlar və müzakirələr vasitəsilə mövzu daha dərindən izah olunub.

Layihə çərçivəsində keçirilən seminarlar uşaqların həm idman mühitində, həm də gündəlik həyatlarında öz hüquqlarını tanımasına və qorumasına dəstək verir. Bu təşəbbüs məktəblərdə təhlükəsiz mühitin formalaşdırılmasına və gənclərin sağlam inkişafına mühüm töhfə verir.

“Futbolda Uşaq Hüquqlarının Qorunması” layihəsi çərçivəsində maarifləndirici seminarların digər təhsil müəssisələrində də davam etdirilməsi planlaşdırılır.

Daha bir futbolçu MS-dən ayrılacaq

Müdafiəçi Con Stounz mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərəli oyunçu ilə müqavilənin müddəti uzadılmayacaq.

Stounz 2016-cı ildən “Mançester Siti”də çıxış edirdi.

“Şəhərlilər” daha əvvəl yarımmüdafiəçi Bernardu Silvanın klubdan ayrılacağını açıqlamışdı.

“Bu uğurla kifayətlənməyəcəyik” – Qazyumov

Albaniyanın paytaxtı Tiranada komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə milli vətənə qayıdıb.

Futbolpress.az xəbər verir ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığma üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi keçirilib.

Millinin baş məşqçisi Xetaq Qazyumov turnirlə bağlı fikirlərini bildirib:

“Komandamızın hesabında Avropa çempionu olduğumuz üçün çox xoşbəxt və qürurluyuq. Çempionluğumuz komanda olaraq birgə işləməyimizin nəticəsidir. Bizə daim və qayğı göstərən Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman nazirliyinə, Milli Olimpiya Komitəsinə, eləcə də bizi dəstəkləyən, bizim üçün dua edən və bizim üçün həyəcan keçirən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bu qələbə münasibətilə məşqçiləri, idmançıları və həkim heyətini təbrik edirəm. Təbii ki, bu uğurla kifayətlənməyəcəyik. Hər birinin əməyi və zəhməti böyükdür. İndi bir az istirahət edəcəyik. Ondan sonra isə dünya çempionatının hazırlığına start verəcəyik. Növbəti qələbələrlə azarkeşlərin etimadını doğrultmağa çalışacağıq”.

Dambrauskas azyaşlıların qonağı oldu

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Litvada vaxtilə təhsil aldığı “Zemynos” məktəbində azyaşlıların qonağı olub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis onlayn şəkildə şagirdlərlə görüşə qoşularaq, onlara xoş sürpriz edib.

Məşqçi məktəbdə keçirdiyi uşaqlıq illərindən danışıb, ardıcıl zəhmətin şagird arzularını necə peşəkar futbolçu reallığına çevirdiyini izah edib. O, uşaqlara özlərinə daha çox inanmağı, səhv etməkdən çəkinməməyi, daim inkişaf etməyə çalışmağı, məqsədləri uğrunda sona kimi mübarizə aparmağı və xəyallarının ardınca getmələrinin vacibliyini xüsusi vurğulayıb.

“Qırmızı şeytanlar”da 5 illik müqavilə

“Mançester Yunayted” futbolçusu Kobbi Maino ilə müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” gənc oyunçu ilə razılığa gəlib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Maino klubla müddəti 2031-ci ilin yayına kimi olan müqaviləyə imza atacaq.

Futbolçu bu mövsüm Premyer Liqada 24 oyunda 2 məhsuldar ötürmə edib.

Tedesko: “İşlərin bu yerə gəlməsinə görə məyusam”

“Fənərbağça”dan ayrılan Domeniko Tedesko açıqlama verib.

Futbolpress.az xəbər verir ki, Almaniya mətbuatına danışan mütəxəssis vidası ilə bağlı bunları deyib:

“Mövsümün ortalarında yeni müqavilə haqda danışırdıq. Ancaq işlər tərs getdi. Mövsümün ikinci məğlubiyyətindən sonra yollarımız ayrıldı. Bu, futboldur. Böyük bir layihə düşünürdük, ancaq alınmadı. İşlərin bu yerə gəlməsinə görə məyusam”.

“Fənərbağça” Super Liqada 67 xalla ikinci sıradadır və lider “Qalatasaray”dan 7 xal geri qalır.

“Kəpəz”in kapitanı: “Azarkeşlərimiz qarşısında borcluyuq”

“Kəpəz” Misli Premyer Liqasında ardıcıl dörd oyundur, məğlub olur. Komandanın kapitanı Dieqo Verdaska “Futbolpress.az“a açıqlamasında nəticələri şərh etdi:

“Futbolun yaxşı tərəfləri olduğu kimi pis tərəfləri də var. Amma müsbət məqam odur ki, hər həftə vəziyyəti dəyişmək şansın yaranır. Düzdür, ardıcıl məğlubiyyətlərə görə məyusuq. Özümüzü tənqid etməli, nəticələrdən dərs çıxarmalıyıq. Oyunlarda bütün gücümüzü ortaya qoymalıyıq. Görünür, bundan əvvəl də çox çalışsaq da, kifayət etməyib. Azarkeşlərimiz qarşısında borcluyuq. Nəticələri mütləq düzəltməliyik”.

Verdaska komandanın liqada qalmaq şanslarından söz açıb:

“Qarşıda dörd oyun var. Artıq hər matç bizim üçün finaldır. Rəqiblərə yox, özümüzə baxırıq. Hər şey bizim əlimizdədir. Azərbaycanın ən böyük klubu “Kəpəz”i elitada saxlamalıyıq. Bunun üçün lazım olan bütün keyfiyyətlərə sahibik”.

Şahin Cəfərov

Kontenin yerinə iki namizəd

“Napoli” yayda baş məşqçi dəyişikliyi edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Neapol klubu mövsümün sonunda Antonio Konte ilə vidalaşsa, onun yerinə Mauritsio Sarri və ya Enzo Mareskanı gətirməyə çalışacaq.

“Napoli” A Seriyasında 66 xalla ikinci sıradadır.

Kontenin adı “Çelsi” ilə hallanır.

“İnter”də yeni müqavilə hazırlığı

“İnter” futbolçusu Federiko Dimarko ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Neradzurra” 28 yaşlı müdafiəçinin sözləşməsini 2030-cu ilin yayına qədər artırmaq niyyətindədir.

Dimarko bu mövsüm 43 oyunda 7 qol vurub, 15 məhsuldar ötürmə edib. Onun indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.

“Prezident Kuboku 2026”: Komandaların rəsmi paradı və təqdimatı keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasında iştirak edən komandaların rəsmi paradı və təqdimatı keçirilib.

Futbolpress.az xəbər xəbər verir ki , Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan tədbir Mingəçevirdə gerçəkləşib.

Parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət ediblər. Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olub.

Ardınca Dövlət Himni səsləndirilib və tədbir bədii hissə ilə davam edib.

Parada Azərbaycan təmsilçiləri ilə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 100-dən artıq idmançı qatılıb.

Qeyd edək ki, yarışa ötən gün Ağdərədə – Sərsəng su anbarında start verilib. Reqataya mayın 1-də yekun vurulacaq. (Report)

“Fənərbağça”da prezident seçkiləri olacaq

Türkiyənin “Fənərbağça” klubunda növbəti prezident seçkilərinin tarixi məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı rəhbəri Sadəttin Saran klubun mətbuat xidmətinə açıqlamasında bildirib. O, seçkilərin iyunun 6-7-də olacağını vurğulayıb.

Sadəttin Saran 2025-ci ilin sentyabrından “Fənərbağça”nın prezidentidir.

Seçkilərdə yeni namizədlər hələ açıqlanmayıb.

Cerrarda təklif

“Liverpul”un sabiq futbolçusu Stiven Cerrard təklif alıb.

Futbolpress.az xəbər verir ki, “Bristol Siti” klubu mütəxəssisi komandanın baş məşqçi postuna gətirmək istəyir. Bu barədə “The İndependent” nəşri məlumat yayıb. Cerrard yeni iş yeri ilə bağlı yayda seçim edəcək.

Mütəxəssis son olaraq Səudiyyə Ərəbistanıda “Əl İttifaq”da çalışıb.

Bombardirin son durumu

“Sabah”ın hücumçusu Coy-Lens Mikels əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, alman futbolçu bu səbəbdən Misli Premyer Liqasında XXIX turda “Karvan-Yevlax”la oyunda iştirak etməyib. Mikels üzündən əməliyyat keçirib və növbəti turda “Şamaxı” ilə matçda meydana çıxa bilər.

“Sabah” “Karvan-Yevlax”ı 2:0 hesabıyla məğlub edib.

Mikels liqada 18 qolla bombardirdir.

Braziliyalı futbolçu dünya çempionatında oynamayacaq

Braziliyalı futbolçu Eder Militao yayda keçiriləcək dünya çempionatını buraxacaq.

Futbolpress.az xəbər verir ki, “Real”da çıxış edən müdafiəçi zədə səbəbindən mundialda iştirak etməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliya yığması ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirdə Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq. Dünya çempionatı iyunun 11-də start götürəcək.

Xviça PSJ-dən ayrılır? – AÇIQLAMA

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyanın meneceri və atası Badri Kvaratsxeliya açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Badri oğlunun Fransa klubundan ayrılacağı haqda çıxan xəbərlərə münasibət bildirib:

“Xviça PSJ-dən ayrılır? Xeyr, o, bu haqda düşünmür. Xviça özünü Parisdə xoşbəxt hiss edirəm və klubla daha çox uğurlar qazanmaq arzusundadır”.

Gürcüstanlı futbolçu bu mövsüm 42 oyunda 16 qol vurub, 9 məhsuldar ötürmə edib.

Bakıda “Prezident Kuboku” keçiriləcək

Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan daha bir yarış baş tutacaq.

Futbolpress.az xəbər verir ki, 2–3 may tarixlərində Bakıda, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku” təşkil olunacaq.

Turnirdə Azərbaycan Su İdman Növləri Federasiyası ilə yanaşı, “Xəzər” Yelkənli Qayıqlar İdman Klubundan ümumilikdə 30-dan çox idmançı mübarizə aparacaq.

Yarış iki kateqoriyada – yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə keçiriləcək. Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

“Qarabağ” üçün əlamətdar oyun

“Qarabağ” Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.

Futbolpress.az xəbər verir ki, Ağdam klubu Misli Premyer Liqasının XXIX turunda yubileyi gerçəkləşdirib. “Neftçi”nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıb – 5:1.

“Qarabağ” turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur.

Klub çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir “Şirvan”ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.

Dibala: “Nəyə qadir olduğumu sübut etməliyəm”

“Roma”nın hücumçusu Paulo Dibala açıqlama verib.

Futbolpress.az xəbər verir ki, İtaliya mətbuatına danışan futbolçu Argentina yığmasına mümkün qayıdışından söz açıb:

“Məqsədim dünya çempionatına qayıtmaqdır. Bunun üçün komandamda yaxşı oynamalıyam. Millidə güclü rəqabət var və ora düşmək asan olmayacaq. Məşqçiyə nəyə qadir olduğumu sübut etməliyəm”.

Dibala bu mövsüm 23 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Roma” icarədə oynayan futbolçu ilə bağlı qərarını verdi

“Roma” icarə əsasında komandada çıxış edən Brayan Saraqosa ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İtaliya klubu oyunçunun performansından məmnun deyil və o, birdəfəlik transfer edilməyəcək.

Saraqosa yayda müqavilə ilə məxsus olduğu “Bavariya”ya qayıdacaq.

Brayan bu mövsüm A Seriyasında 4 oyuna çıxıb.

Medinanın yubileyi

Kevin Medina “Qarabağ”ın heyətində 200-cü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, kolumbiyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXIX turunun “Neftçi” ilə görüşünə (5:1) təsadüf edib. O, 200 matçda 6 qola imza atıb.

Bu görüş Kevinin çempionatda 117-ci (3 qol) oyunu olub. O, avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 dəfə meydana çıxıb.

Qeyd edək ki, cənubi amerikalı 2020-ci ilin yayından “Qarabağ”da forma geyinir.

“Neftçi”dən son 15 mövsümün rekordu

Misli Premyer Liqasının XXIX turunun “Neftçi” – “Qarabağ” oyununu 9500 tamaşaçı izləyib.

Futbolpress.az xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir.

“Ağ-qaralar”ın meydanında daha çox izləyici sonuncu dəfə 2010/11 mövsümündə qeyd alınıb. 2011-ci il fevralın 13-də “Xəzər Lənkəran”la Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmanı (0:0) 10 min seyrçi izləyib.

Qeyd edək ki, “Palms Sports Arena”dakı görüşdə qonaqlar qalib gəlib – 5:1.

“Qarabağ” 700-ə çatdı

“Qarabağ” Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub.

Futbolpress.az xəbər verir ki, yubiley topuna Musa Qurbanlı imza atıb. O, Misli Premyer Liqasının XXIX turunun “Neftçi” ilə oyununda (5:1) hesabı açıb. Rəqib meydanlarında 488-ci görüşünə çıxan Ağdam klubu qol sayını 704-ə çatdırıb. Bu göstəricidə mütləq rekordçu olan “Qarabağ”ın orta məhsuldarlığı 1,44-ə bərabərdir.

Ağdamlıların ilk qolu 1992-ci il mövsümünə təsadüf edib. 1992-ci il mayın 9-da “Plastik”lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov meydan sahiblərinin qapısına yol tapıb.

“Zirə”nin 50-ci “sülh”ü

“Zirə” Premyer Liqada 50-ci səfər heç-heçəsinə imza atıb.

Futbolpress.az xəbər verir ki, bu yubiley “Turan Tovuz”la görüşə təsadüf edib. Misli Premyer Liqasının XXIX turunun qarşılaşmasında 1:1 hesabı qeydə alınıb. 50-ci sülh rəqib meydanlarındakı 166-cı qarşılaşmada gerçəkləşib. “Zirə” turnirin tarixində səfərdə ən azı 50 heç-heçə edən 11-ci komanda olub.

Qeyd edək ki, “Zirə”nin ilk səfər heç-heçəsi 2015-ci il avqustun 16-da “Kəpəz”lə matçda qeydə alınıb – 1:1.

Premyer Liqada XXI əsrin rekordu

“Sumqayıt” Misli Premyer Liqasının 2025/26 mövsümündə 5-ci dəfə penaltidən yararlanmayıb.

Futbolpress.az xəbər verir ki, XXIX turun “İmişli” ilə səfər görüşündə (2:0) Nikola Ninkoviç 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib. “Gənclik şəhəri” təmsilçisi mövsümdəki 8 belə imkanın yalnız üçünü qola çevirib.

Bir komandanın mövsümdə 5 penaltidən yararlanmaması turnirdə XXI əsrin antirekordudur. 2001-2026-cı illərdə üç dəfə bir komanda mövsüm ərzində 4 imkanı qaçırıb. “Şəfa” 2001/02 mövsümündə 5, “Qarabağ” 2020/21, “Sabah” isə 2022/23 mövsümündə eyni sayda – 9 imkandan dördündən istifadə edə bilməyib. “İmişli” ilə görüşədək bu antirekordun şəriki olan “Sumqayıt” artıq həmin üç komandanı da “geridə qoyub”.

Qeyd edək ki, ümumilikdə cari mövsümdə təyin olunan 60 penaltidən 48-i qolla nəticələnib. Bu zərbələrdən istifadə faizi 80-ə bərabərdir.

Puxaç: “Yaxşı oynamadıq”

“Sabah” Misli Premyer Liqasının XXIX turunda “Karvan-Yevlax”ı məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, matçdan sonra “bayquşlar”ın futbolçusu Timoteuş Puxaç jurnalistlərin suallarını cavablandırıb:

– Oyunu necə şərh edərdiniz?
– Yaxşı oynamadıq. Küləkli hava da oyuna mənfi təsir göstərirdi və topla oynamaq, ötürmə etmək olduqca çətin idi. Matçın keyfiyyəti yüksək olmasa da, bizim üçün əsas hədəf 3 xal qazanmaq idi və buna nail olduq.

– Komanda yoldaşın Aleksey İsayevə verilən qırmızı vərəqə haqqında nə deyə bilərsiniz?
– Məncə, düzgün qərar idi. Aleksey topa toxunsa da, ayağını çox qaldırmışdı və bu da qayda pozuntusudur.

– Bəs rəqibin “qırmızı”sı?
– Şübhəsiz ki, 11 nəfərlə oynamaq daha asan olardı, lakin bizim komandada da qırmızı vərəqə olduğu üçün say bərabərliyi ilə davam etmək məcburiyyətində qaldıq.

– “Zirə” ilə kubokun final matçı haqda fikirləriniz nədir?
– Hələ vaxt var. Ona görə bu haqda danışmaq tezdir. İndi bütün diqqətimiz növbəti turun “Şamaxı” ilə oyunundadır.

Şahin Cəfərov

AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı Şöbəsinin Sosial Layihələr üzrə meneceri Zəhra Vəlizadə Avropanın idman sahəsindəki ən nüfuzlu gənclər platformalarından biri olan European Sports NGO (ENGSO) Youth təşkilatının 2026-2027-ci illərdə Azərbaycan üzrə “Gənc nümayəndə” seçilib.

Futbolpress.az xəbər verir ki, o, növbəti iki il ərzində proqramın “Dayanıqlı İnkişaf” (Sustainable Development) işçi qrupunda fəaliyyət göstərəcək. O, bu müddət ərzində Azərbaycanı beynəlxalq idman diplomatiyası və dayanıqlılıq mövzularında keçirilən tədbirlərdə təmsil edəcək.

ENGSO Youth “Gənc Nümayəndələr” proqramı idman sektorunda uşaq və gənclərin hüquqlarını müdafiə edən, idmanı sosial dəyişiklik vasitəsi kimi təşviq edən aktiv və bilikli gəncləri bir araya gətirir.

Əməkdaşımız bu proqram çərçivəsində beynəlxalq işçi qruplarında fəaliyyət planlarının hazırlanmasında iştirak edəcək, idman və gənclər siyasəti üzrə Avropa standartlarının tətbiqi ilə bağlı təcrübə toplayacaq, sahə üzrə beynəlxalq mentorluq və şəbəkələşmə imkanlarından yararlanacaq.

Azərbaycan yığması tarixində ilk

Minifutbol üzrə Azərbaycan milli komandası dünya reytinqində birinci pilləyə yüksəlib.

Futbolpress.az xəbər verir ki, Dünya Minifutbol Federasiyası (WMF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Siyahının ilk pilləsində son dünya çempionatının qalibi olan Azərbaycan millisi qərarlaşıb. 4085 xal toplayan komandamız tarixində ilk dəfə olaraq bu uğura imza atıb.

Reytinq cədvəlinin ikinci pilləsində 3890 xalla son Avropa çempionu Serbiya millisi yer alır. İlk üçlüyü isə 3385 xalla Rumıniya komandası tamamlayır.

“Sumqayıt” bu göstəricidə “Şəmkir”ə çatdı

“Sumqayıt” Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIX turuna təsadüf edib. “Gənclik şəhəri” təmsilçisi “İmişli” ilə görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Yubiley qələbəsi 233-cü səfər matçına təsadüf edib. “Sumqayıt” turnirin tarixində rəqib meydanında ən azı 50 və daha çox qələbə qazanan 12-ci komanda olub və bu göstəricidə “Şəmkir”ə çatıb.

Sumqayıtın eyniadlı təmsilçisinin ilk səfər qələbəsi 2011/12 mövsümünə təsadüf edib. Komanda 2011-ci il noyabrın 5-də “Qarabağ”a qalib gəlib – 2:1.

Levandovskinin “Barselona” karyerası başa çatır

Polşalı hücumçu Robert Levandovski yayda klubdan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 35 yaşlı hücumçunun müddəti başa çatan müqaviləsi uzadılmayacaq.

“Barselona” Levandovskinin əvəzinə “Atletiko”dan Yulian Alvaresi transfer etmək istəyir.

Levandovski bu mövsüm La Liqada 26 oyunda 12 qol vurub.

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçiriləcək

Bu gün Mingəçevirdə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, tədbir saat 14:00-da başlayacaq.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə reqatanın açılışı rəsmi paradla start götürəcək.

Saat 19:00-dan etibarən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi keçiriləcək. Tədbir zəngin bədii proqramla davam edəcək. Tamaşaçılara müxtəlif rəqs və musiqi nömrələri, eləcə də xüsusi şou proqramlar təqdim olunacaq.

Reqataya arışa ötən gün Ağdərədə – Sərsəng su anbarında start verilib. “Prezident Kuboku 2026” beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

Reqataya mayın 1-də yekun vurulacaq.

Türk futbolçu üçün mövsüm bitdi

“İnter” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyəli futbolçu mövsümün qalan hissəsini buraxacaq.

Hakanın yayda keçiriləcək dünya çempionatına qədər hazır olacağı bildirilir.

Türkiyə millisi dünya çempionatında D qrupunda ABŞ, Avstraliya və Paraqvayla qarşılaşacaq.

Modriç mundialda oynayacaq?

“Milan”ın və Xorvatiya millisinin futbolçusu Luka Modriçin almacıq sümüyündə sınıq aşkarlanıb.

Futbolpress.az xəbər verir ki, İtaliya klubu yarımmüdafiəçinin mövsümün qalan hissəsində oynaya bilməyəcəyini açıqlayıb.

Modriç əməliyyat olunub. Futbolçu buna baxmayaraq, yayda keçiriləcək dünya çempionatında iştirak edə bilər. Onun üçün xüsusi maska hazırlanacaq.

Xorvatiya yığması ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundialda L qrupunda İngiltərə, Kanada və Panama ilə qarşılaşacaq.

“Fənərbağça” ona əmanət

“Fənərbağça” baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisini mövsümün sonuna kimi köməkçi məşqçi Zeki Murat Göle çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Fənərbağça” Super Liqada “Qalatasaray”a məğlubiyyətdən (0:3) sonra baş məşqçisi Tedesko ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

İstanbul klubu çempionatda 67 xalla ikincidir və lider “Qalatasaray”dan 7 xal geri qalır.

ÇL: Parisdə 9 qol

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir matç keçirilib. Fransanın PSJ komandası azarkeşləri önündə “Bavariya”nı qəbul edib. 9 qolun vurulduğu oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Yarımfinalın digər oyununda sabah “Atletiko” ilə “Arsenal” üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun

28 aprel

23:00 PSJ – Bavariya 3:2
Qollar: Kvaratsxeliya, 24, 56, Neves, 33, Dembele, 45+4 (pen.), 59 – Keyn, 17 (pen.), Olise, 41, Upamekano, 65, Dias, 69

Çempionluğa bir addım qala

“Sabah” Misli Premyer Liqasında XXIX turda autsayder “Karvan-Yevlax”ı məğlub edib – 2:0. “Bayquşlar” ikinci hissədə vurduğu qollarla çempionluğa bir addım da yaxınlaşıb.

Turnir cədvəlinin ikinci pilləsində yer alan “Qarabağ” aprelin 30-da “Neftçi”yə təxirə salınmış oyunda məğlub olacağı halda, “Sabah”ın birinciliyi rəsmiləşəcək. Bu hal baş verməzsə, “futuristlər” bir həftə gözləməli olacaq. Valdas Dambrauskasın yetirmələri XXX turda səfərdə “Şamaxı”ya qarşı keçirilən matçda üç xal əldə etsə, “Qarabağ”ın nəticəsindən asılı olmayaraq, qızıl medalları rəsmiləşdirəcək.

“Sabah”ın autsayder “Karvan-Yevlax”la matçda rahat və böyükhesablı qələbə qazanacağı ehtimal edilirdi. Lakin komandanın “Qarabağ”a qarşı keçirdiyi ardıcıl iki oyunun yorğunluğu özünü göstərdi. “Bayquşlar” ilk hissədə bir neçə real qol şansı yaxalamasına baxmayaraq, hesabı aça bilmədi. Fasilədən sonra ardıcıl qollar vuran “Sabah” oyunun taleyini altı dəqiqəyə vurduğu qollarla həll etdi.

“Sabah” çempionluğa, Yevlax təmsilçisi isə I Liqaya yaxınlaşdı. “Karvan-Yevlax”ın artıq elitada qalması şansları minimumdur. Sanki komanda da taleyi ilə barışıb. “Sabah”a “diş keçirə bilməyən” Füzuli Məmmədovun yetirmələri növbəti turda məğlub olsa və “Qəbələ” qələbə qazansa, onların da liqanı tərk etməsi dəqiqləşəcək.

Şahin Cəfərov

“Fənərbağça” Tedeskonu göndərdi

“Fənərbağça” baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

“Fənərbağça” Super Liqada XXIV turda “Qalatasaray”a uduzub 0:3. Komanda çempionatda 67 xalla ikinci sıradadır və liderdən 7 xal geri qalır.

Dambrauskas: “Rəqibin risk edəcəyini gözləyirdim”

Misli Premyer Liqasının XXIX turunun “Sabah” – “Karvan-Yevlax” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Çox ağır oyun alındı. “Qarabağ”a qarşı baş tutan iki çətin matçdan sonra bu, gözlənilən idi. Bu gün də bizim üçün ağır keçəcəyini ehtimal edirdik. Öz səviyyəmizdən aşağı çıxış etdik. Xüsusilə, birinci hissədə istədiyimiz kimi oynaya bilmədik. Yaratdığımız qol fürsətləri isə nəticə vermədi. Fasilədən sonra daha çox enerji ilə oynadıq. Qələbəni arzulayan biz idik. Rəqibin risk edəcəyini gözləyirdim, amma olmadı. Öz üslublarına sadiq qaldılar. Açığı, azarkeşlər üçün baxımlı oyun deyildi. Yolumuza davam edirik, bərpamızı keçib, qarşıdakı oyuna fokuslanacağıq.

– Xəyal Əliyevin son vaxtlarda az şans qazanır. Mütəmadi startda olması üçün nə çatmır?
– Belə deyim, rəqabət. Yaxşı komandayıq, hücum xəttində güclü futbolçularımız var. Əlbəttə, rəqabət asan deyil. Qələbə qazanırsansa, heyəti də hücumçunu də  dəyişmək çətin olur. Xəyal bu mövsüm bizə çox kömək edib. Mikelsin yoxluğunda faydalı oldu. Çalışmağa davam etməli və öz üzərində işləməlidir. Komandada çox yaxşı oyunçular var və əsas heyətdə yer almaq üçün daha üstün olmalısan. Məşqlərdə çox çalışır, əziyyət çəkir. Qərarımın arxasında dayanıram. İnanıram ki, bu cür işləməyə davam etsə, oynamaq imkanı qazanacaq.

Şahin Cəfərov 

 

“Qırmızı vərəqə oyuna çox təsir etdi” – Məmmədov

Misli Premyer Liqasının XXIX turunun “Sabah” – “Karvan-Yevlax” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Çətin oyun olacağını bilirdik. “Sabah” çox keyfiyyətli və güclü komandadır. Amma matça yaxşı hazırlaşmışdıq, ən azı məğlub olmamağı istəyirdik. Qırmızı vərəqə oyuna ciddi təsir etdi. “Sabah”a qarşı 10 nəfərlə oynamaq çətindir. Boşluqlara yol verdik və səhvlərdən sonra qollar buraxdıq. Nəticəyə baxmayaraq, futbolçulara təşəkkür edirəm, sona qədər mübarizə apardılar.

– Bu gün daha çox müdafiədən oynadınız. Bu, nə ilə bağlı idi?
– “Sabah” çox pressinq edən komandadır. Çalışırdıq ki, onların təzyiqindən çıxaq və epizod verməyək. Hesab 0:2 olandan sonra meydanda futbolçu sayı bərabərləşdi. Buna baxmayaraq, yenə qapalı oynamağa, rəqibə şans verməməyə çalışdıq.

– Qapıçınız Pedro yaxşı oynadı…
– O, bütün matçlarda çox yaxşı performans göstərir. Tək o yox, bütün futbolçular son matçlarda yaxşı çıxış edirlər.

Şahin Cəfərov

Berdıyev: “Pis oynamadıq”

Misli Premyer Liqasının XXIX turunun “Turan Tovuz” – “Zirə” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Pis oynamadıq. İlk hissədə çox güc sərf etdik. Fasilədən sonra futbolçularda yorğunluq hiss olundu. Bəzi əsas oyunçularımızın da yoxluğu oyuna təsir etdi. Uşaqlara yenə də təşəkkür edirəm.

– Demək olar, avrokuboklara vəsiqəni təmin etmisiniz. Növbəti oyunlarda gənclərə şans verməyi düşünmürsünüz? 

– Yerli gənc oyunçular özləri bu şansı qazanmalıdır.

Şahin Cəfərov 

“Liqanı dördüncü yerdə bitirmək istəyirik” – Rəşad Sadıqov

Misli Premyer Liqasının XXIX turunun “Turan Tovuz” – “Zirə” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Oyun bizim üçün yaxşı başladı. Yaxşı qol şansı yaratdıq, lakin Eren Aydın epizoddan yararlana bilmədi. Daha sonra rəqib standart vəziyyətdən fərqləndi. 35-ci dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Fasilədən sonra isə sürəti artırıb, hücumda fəallıq göstərdik. Hesabı bərabərləşdirəndən sonra da imkanımız oldu. Amma ümumi baxanda, Tovuz səfərində 0:1-dən sonra bir xal qazanmaq yaxşı nəticədir.

– Rəvan Həmzəzadənin təyinatını eşidəndə nə düşündünüz?
– Heç nə. Çempionatın təcrübəli hakimlərindəndir. Onun təyinatını normal qarşıladıq. Bu gün meydanda yaxşı iş görən iki komanda var idi. Baxımlı futbol oynadıq. Bu gün yaxşı futboldan da danışmaq olar.

– Həm liqa, həm kubok yolu ilə avrokuboklara gedə bilərsiniz. Vəziyyəti necə dəyərləndirirsiniz?
– Çempionatda gərgin mübarizə gedir. Hələ heç nə həll olunmayıb. Liqanı dördüncü yerdə bitirmək istəyirik. Digər tərəfdən finalda da rəqib “Sabah”dır və bilmirsən, kuboku qazana biləcəksən, ya yox. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

– Elvin Cəfərquliyevin situasiyasını necə şərh edərdiniz?
– Dəqiqliklə nə olduğunu bilmirəm. Qurban müəllim yerli futbolçuya qarşı belə sərt qərar qəbul edirsə, deməli nəsə olub. Məyusedici məqamdır. Elvin potensiallı oyunçudur, Çempionlar Liqasında yaxşı səviyyədə oynayıb. Düşünürəm ki, sonda yaxşı olar, hər şey yoluna düşər.

– İstərdiniz onu heyətinizə qatasınız?
– Hər klub onun kimi futbolçunu arzulayar.

– Kuboka görə çempionatı “qurban verəcəksiniz”?
– Xeyr. Bir plan tutub, davam edirik. Çalışacağıq ki, həm liqada, həm kubokda yaxşı nəticə qazanaq.

– Abbas Hüseynovun adı “Zirə” ilə hallanır…
– Abbas gündəmimizdə deyil. Həmin mövqedə kapitan Qismət Alıyev çıxış edir.

Şahin Cəfərov

“Neftçi” – “Qarabağ”: biletlər satışda

Aprelin 30-u saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 3 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Anatoli Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, bundan əvvəl “Qarabağ”la hər iki oyuna (26 və 30 aprel) bilet əldə etmiş (“bundle”) azarkeşlərimizin bu matça girişi sərbəst olacaq.

“Ağdaş”dan darmadağın

Futbol üzrə Azərbaycan II Liqasında XXIV turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Araz Saatlı” “Göygöl”ü, “Ağdaş” isə səfərdə “Şəki Siti”ni məğlub edib.

II Liqa, XXIV tur
27 aprel

“Araz-Saatlı” – “Göygöl” 2:1
Qollar: 
M.Məsimov, 48, 57 – A.Quliyev, 82

“Şəki Siti” – “Ağdaş” 1:5
Qollar: 
S.Süleymanov, 56 – Y.Dilanov, 25, 45, E.Vəliyev, 42, E.Süleymanov, 58, S.Ağayev, 90

 

Azərbaycan yığması İnkişaf Turnirində qələbə qazandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində ikinci oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.

Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 turnir çərçivəsində son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.

“Sabah” – “Karvan-Yevlax”: heyətlər

“Sabah” Misli Premyer Liqasının XXIX turunda bu gün “Karvan-Yevlax”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 20:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 99. Patrik Mbina 7. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 9. Xəyal Əliyev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 11. Kahim Parris 53. Andrey Santos 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 13. Vüsal Məsimov 17. Samir Abdullayev 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 16. Rauf Rüstəmli 20. Coy Sleyd Mikels 37. Mois Nqvisani 10. Samuel Durrant
Baş məşqçi: Füzuli Məmmədov

 

“Bavariya”nın futbolçusu PSJ ilə oyunu buraxacaq

“Bavariya” Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda sabah PSJ ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Lennart Karl matçı buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi komandanın son məşqində iştirak etməyib.

PSJ – “Bavariya” oyunu saat 23:00-da start götürəcək.

“Atletiko”ya pis xəbər

“Atletiko” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Pablo Barrios zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Barrios bir ay yaşıl meydanlardan uzaq qalacaq. O, Çempionlar Liqasının yarımfinal mərhələsinin “Arsenal”la oyunlarını buraxacaq.

“Atletiko” aprelin 29-da “Arsenal”ı qəbul edəcək. Cavab görüşü mayın 5-də Londonda olacaq.

Barrios bu mövsüm 35 oyunda 1 qol vurub.

Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya

AFFA-da hər il mütəmadi şəkildə həyata keçirilən silsilə sessiyalar çərçivəsində bu il də AFFA-nın Komplayns və Danışılmış Oyunlara Qarşı Mübarizə şöbəsi tərəfindən Premyer Liqa hakimləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Futbolpress.az xəbər verir ki, sessiyadan əvvəl iştirak edən hakimlərin mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə “quiz” tipli testlər keçirilib. Nəticələr göstərir ki, hakimlər bu sahədə vəzifə və öhdəliklərini yaxşı anlayır və məsuliyyətlərini dərk edirlər.

Sessiya zamanı Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib. Təlimçilər hakimlərin oyun prosesində daşıdığı həlledici rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.

Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Bayramov: “Hədəfim Avropa çempionu olmaq idi”

Sərbəst güləş üzrə Avropa ikincisi Turan Bayramov (74 kq) təəssüratlarını bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Hədəfim Avropa çempionu olmaq idi. Artıq ikinci dəfədir ki, bu şansı əldən verirəm. Çox təəssüflənirəm. Final görüşündə taktiki səhv etdim. Bütün hesablarım 3:0-dan sonra puça çıxdı. Bu medalı qızıla çevirmək üçün əlimdən gələni edəcəyəm. Rəqibin güləş üslubu bizimkindən tam fərqlidir. O, rəqibi tutub saxlamaqla fəndlərini tətbiq edir. Mənə açıq güləşən rəqiblərlə mübarizə rahat olur. Bu idmançı isə daha çox fiziki güc hesabına, rəqibi döşəkdən kənarlaşdırmaqla üstünlük qazanır. Bu da mənim güləş üslubuma uyğun olmadığı üçün çətinlik yaradır. Yunan-Roma güləşində 77 kq, sərbəst güləşdə isə 74 kq ən rəqabətli çəkilərdən biridir. Hər bir medal idmançı üçün dəyərlidir”.

Qızlar futbolda: “İnkişaf gözlə görünəcək qədərdir”

Azərbaycanda qadın futbolu hələ istənilən səviyyədə deyil. Əsas milli komanda dünya çempionatının seçmə mərhələsində uğurlu çıxış etsə də, heyətdə yer alan oyunçuların əksəriyyəti milliləşdirilənlərdir. Aşağı yaş qruplarında isə vəziyyət ürəkaçan deyil – U-17, U-19 komandaları beynəlxalq arenada böyükhesablı məğlubiyyətlərlə yadda qalır.

Azərbaycanda qadın futbolunun mövcud durumu ilə bağlı “Sabah”ın komandasının çalışdırıcısı Mehdi İbrahimovla danışdıq:

“AFFA-nın Qadın Futbol Departamentinə yeni rəhbər təyin edilib – Zümrüd Ağayeva. Bundan sonra çempionatda komanda sayı artırılıb: əvvəllər 6 klub idisə, hazırda 12 kollektiv yarışır. Lakin kəmiyyət artsa da, keyfiyyət artmır. Bu da müəyyən mənada təbiidir – belə proseslər tək qadın futbolunda deyil, kişilər futbolunda da müşahidə olunur və zaman tələb edir.

Azərbaycanda qadın futbolçuların sayı çox deyil, seçim imkanları məhduddur və bu da  keyfiyyətli oyunçu yetişdirməyi çətinləşdirir. Liqanın qalibi Çempionlar Liqasına vəsiqə qazanır və buna görə həm oyunçu, həm də klub sayını artırmağa məcburuq. Beş-altı komandalı çempionatın qalibi beynəlxalq arenaya çıxanda nəticələr də ürəkaçan olmur. Məhz buna görə yeni rəhbərlik qadın futboluna diqqəti artırıb. Daha çox turnir təşkil olunur, liqalarda komanda sayı artırılır. Proses artıq başlayıb və bunun bəhrəsi də yaxın vaxtlarda görünəcək”.

Mütəxəssis bu sahənin inkişafda olduğunu bildirdi:

“İnkişaf gözlə görünəcək səviyyədədir. Liqaların sayı artıb, məktəblərdə futbol layihələri həyata keçirilir, turnirlər təşkil olunur. Eyni zamanda, peşəkar klubların da sayı artır. “Sabah” artıq Yüksək Liqaya komanda çıxarır və çempionatın ən gənc komandasıdır. Növbəti mövsümdən “İmişli”, “Zirə” kimi kollektivlərin də yarışa qatılması gözlənilir. Keyfiyyət hələ arzulanan səviyyədə olmasa da, bu istiqamətdə işlər görülməkdədir”.

İbrahimov qızların futbola marağına da toxundu:

“Bu sahədə də irəliləyiş var. Əvvəllər məktəblərdən seçim aparılırdısa, indi qızlar özləri bu sahəyə yönəlirlər. Keyfiyyətli futbolçuların sayı da artmaqdadır. Ümumilikdə, qızların futbola gəlişi bəlkə də  5-6 dəfə çoxalıb.

Kişilərdə olduğu kimi qızlarda da futbol bədəni formaya salır. Bəzən valideynlər bundan narahat olur – məsələn, “qızım futbol oynasa, kişi kimi olar” deyə düşünürlər. Amma biz onlara qızlarımızı göstəririk ki, bu belə deyil. Valideynlərin ən çox çəkindiyi məsələ məhz budur. Güləş, boks, cüdo ilə məşğul olan qızların fiziki durumu daha çox qabardılmalıdır, nəinki futbolla”.

Mütəxəssis aşağı yaş qrupları üzrə milli komandaların böyükhesablı məğlubiyyətlərindən də söz açdı. O, qadın futbolunun inkişaf mərhələsində olduğunu qeyd etdi və bu sahədə sistemli işlərin görüldüyünü bildirdi:

“Keyfiyyət artmaqdadır. U-19 yığmasının məğlubiyyətləri gündəm olsa da, nəzərə almaq lazımdır ki, bu komandanın formalaşdırılması uzun və çətin proses olub. Yeni departament rəhbərliyi qadın futboluna xüsusi diqqət yetirir. Oyunçuların, liqaların, komandaların sayının artması buna nümunədir. Əsas milli komandanın uğurlarını da misal göstərmək olar. Yığma dünya çempionatının seçmə mərhələsində 4 oyunda 3 qələbə qazanıb, FIFA reytinqində irəliləyib. Bunlar uzunmüddətli işin nəticəsidir. 10-12 il əvvəl Siyasət Əsgərov komandanı yığmağa başladı və bu gün görülən işlərin bəhrəsi artıq nəzərə çarpır. Ancaq həmin oyunçuların yaşları artır, bəziləri isə karyeralarını baça vurmaq üzrədir. Buna görə də hazırda yetişdirilən gənc qızlar gələcəkdə millinin əsas heyətini formalaşdıracaq”.  

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

“Turan Tovuz” – “Zirə”: heyətlər

“Turan Tovuz” Misli Premyer Liqasının XXIX turunda bu gün “Zirə”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 18:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaq.

“Turan Tovuz”: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima 32. Hayderson Hurtado 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 6. Fərid Yusifli 73. Ülvi Mədətov 60. Vüqar Bağırov 7. Xorxe Silva 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

“Zirə”:97. Tiaqo Silva, 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

 

Derbi qələbəsinin mükafatı

“Qalatasaray” Türkiyə Super Liqasının XXXIV turunda “Fənərbağça”nı məğlub edib – 3:0.

Futbolpress.az xəbər verir ki, “cim-bom”un prezidenti Dursun Özbek derbi qələbəsinə görə komandaya 5 milyon avro mükafat ayırıb.

“Qalatasaray” çempionatda 74 xalla liderdir və sona 4 tur qalmış ikinci sıradakı “Fənərbağça”nı 7 xal qabaqlayır.

Tedesko üçün kritik gün

“Fənərbağça” baş məşqçisi Domeniko Tedesko ilə yolları ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bu gün klubun İdarə Heyətinin iclası keçiriləcək. Toplantıda alman mütəxəssislə yolların ayrılması qərara alına bilər.

“Fənərbağça” dünən Super Liqada “Qalatasaray”a 0:3 hesabıyla uduzub.

Türkiyə çempionatında sona 4 tur qalmış “cim-bom” 74 xalla liderdir. “Fənərbağça” isə 64 xalla ikinci pillədə qərarlaşıb.

“Bu da bizim üçün sevindirici haldır” – Fərid Qayıbov

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasına start verilib.

Futbolpress.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov reqata ilə bağlı fikirlərini bölüşüb:

“Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında azad olunmuş torpaqlarda idman tədbirləri keçirilir. Bunların çoxu da beynəlxalq turnirlərdir. Avarçəkmədə isə bu beşinci tədbirdir. Bildiyiniz kimi, Suqovuşanda və Köndələnçayda “Prezident Kuboku” reqatası baş tutub. Burada kifayət qədər ölkə iştirak edir. Bu da bizim üçün sevindirici haldır. Növbəti idman bayramı münasibətilə hər birinizi təbrik edirəm”.

Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək. Yarışda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq. (Report)

I Liqada təyinatlar

I Liqada XXIV turun təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, lider “Şəfa”nın autsayder “Şimal”la oyununu Murad Səlimov idarə edəcək.

29 aprel (çərşənbə)

MOİK – “Şahdağ Qusar”
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Sənan Atayev, Nazim Abdullayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Bayıl Arena”, 15:00

“Mingəçevir” – “Zaqatala”
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:30

“Şəfa” – “Şimal”
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Elmin Süleymanov, Niyaz Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bayıl Arena”, 19:30

30 aprel (cümə axşamı)

“Baku Sportinq” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Aydın Baxşiyev, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Buzovna qəsəbə stadionu, 16:30

“Səbail” – “Cəbrayıl”
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Vüqar Bayramov, Sənan Bayramzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Törə Əhmədova
“Bayıl Arena”, 17:00

“Liv Bona Dea Arena”da yenilənmə işləri – FOTOLAR

“Liv Bona Dea Arena”da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işlərinə start verilib.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir və stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir. Layihə çərçivəsində meydanın keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və oyun şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.

Cabbarov: “Bu qələbələrin davamlı olmasını arzulayıram”

Azərbaycan idmançıları Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında 13 medal (5 qızıl, 2 gümüş, 6 bürünc) qazanıb.

Futbolpress.az xəbər verir ki, Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov “X” hesabında yığmanın nəticələri haqda bunları yazıb:

“Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında 13 medal (5 qızıl, 2 gümüş, 6 bürünc) qazanan komandamız tarixində növbəti parlaq səhifə yazdı. Bu nəticə ilə həm yunan-Roma, həm də sərbəst güləş millimiz Avropa çempionu oldu. Sərbəst güləşçilərimiz isə medalların əyarına görə son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram”.

Ağdərədə “Prezident Kuboku 2026” beynəlxalq reqatası start götürdü

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku 2026” reqatası Ağdərədə start götürüb.

Futbolpress.az xəbər verir ki, Qarabağın dilbər guşəsi Ağdərədə təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himninin səsləndirilib.

Sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca reqatanın ilk dəfə Sərsəng su anbarında keçirilməsinin qürurverici olduğunu bildirən gənclər və idman naziri Fərid Qayıbov təşkilatçılığın ildən-ilə təkmilləşdiyini deyib.

Nazir idmançıların yarışdan zövq alacaqlarına inandığını bildirib.

Ardınca nümunəvi çıxışlar start götürüb. Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdirilib.

Daha sonra akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçirilib. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vurublar.

Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək.Yarışda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq. (Report)

Salah üçün mövsüm bitdi

“Liverpul” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın hücumçusu Məhəmməd Salah sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bud nahiyəsindən zədə alan futbolçu mövsümün qalan oyunlarını buraxacaq.

Bununla da, Salahın “Liverpul” karyerası başa çatıb. O, daha əvvəl yayda klubdan ayrılacağını bildirmişdi.

“Qarabağ” 5, “Sabah” 10…

Yazın gəlişinə rəğmən havalar hələ soyuq keçsə də, Azərbaycan Premyer Liqasında temperatur çox qalxıb.

Turnir cədvəlinin “zirzəmisində” də, avrokuboklara vəsiqə uğrunda da şiddətli mübarizə gedir. Kimisi APL-i tərk edəcək, kimisi Avropaya vəsiqənin sevincini yaşayacaq… və bu arada, çempionluq uğrunda mübarizə son illərdə ilk dəfə “erkən doğuş” yaşadı.

Sona 4 tur qalmış, 13 xallıq fərq yaradan “Sabah”ın kürsünü əldən verməyəcəyi dəqiqdir.

“Bayquşlar”la “atlılar” Azərbaycan Kubokunda münasibətlərinə aydınlı gətirdi.

Diqqətləri üzərinə çəkən bu çəkişmə illər sonra ölkə futboluna canlanma gətirib. Ona görə də son ərəfələrin əsas manşetləri məhz bu iki klubla bağlı olur.

Maraqlı məqamlardan biri də proseslərin baş rolunda olan bu klubların növbəti mövsümə necə keçəcəyidir.

“Futbolpress.az” araşdırıb, yay fasiləsində “Qarabağ”ın 5, “Sabah”ın isə 10 futbolçu ilə müqaviləsi bitir.

Adları təqdim edirik:

“Qarabağ”:

Ramil Şeydayev
Badavi Huseynov
Emanuel Addai
Amin Ramazanov
Samy Mmae (icaresi bitir)

“Sabah”:

Stas Pokatilov
Nicat Mehbalıyev
İqor Noqeyra
Tellur Mütəllimov
Cesse Sekidika
Coy-Lens Mikels
Pavol Şafranko
Velko Simiç (icarə)
Orfe Mbina (icarə)
Timoteuş Puxaç (icarə)

“Atlılar”ın nə qərar verəcəyi hələ tam məlum deyil, amma heyəti gücləndirməkçün ciddi səbəblərin qabardığı bir mövsüm yaşadı.

“Futuristlər” isə gələcəyə daha yaxşı getmək üçün siyahıdakıların əksəri ilə anlaşma əldə etməyə çalışır. Məlumata görə Mikels, Pokatilov, Sekidika, Simiç və Puxaçla danışıqlar başlayıb və əsasən razılıq əldə olunub.

Güclülərin daha da güclənməsi daimi ehtiyacdır. Reallaşması diləyilə…

Kamil Əhməd

Gimnastlardan “qızıl”

Azərbaycanın aerobika gimnastları Çexiyada keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıblar.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyevadan ibarət “üçlük” yarışda birinci olub. Çexiya ikinci, Slovakiya üçüncü yeri tutub.

Azərbaycan yığması Monteneqroya yollandı

Minifutbol üzrə Azərbabycan milli komandası Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını uğurla başa vurub.

Futbolpress.az xəbər verir ki, Komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Herçeq Novi şəhərinə yollanıb.

Millimiz burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək

Saatlı və Zaqatalada futbol günü

Azərbaycan II Liqasında XXIV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

“Araz Saatlı” “Göygöl”, “Sheki City” isə “Ağdaş”la qarşılaşacaq.

Tura sabah yekun vurulacaq.

Azərbaycan II Liqası
XXIV tur

27 aprel

16:00 Araz Saatlı – Göygöl
Saatlı OİK stadionu

16:30 Sheki City – Ağdaş
Zaqatala OİK stadionu

BWF-dən oyun formatında əsaslı dəyişiklik

Dünya Badminton Federasiyası (BWF) üzv federasiyalar üçün məlumat sessiyaları keçirib.

Futbolpress.az xəbər verir ki, federasiyalara yeni 3×15 hesab sistemi barədə izah verilib. Bu məsələ Dünya Badminton Federasiyasının İllik Ümumi Yığıncağında səsverməyə çıxarılıb.

BWF üzvləri bu sistemi təsdiqləyib. Yeni formatın 4 yanvar 2027-ci ildən tətbiq olunması planlaşdırılır.

3×15 hesab sistemi təklifi badmintonda mövcud 3×21 formatının əvəzinə setlərin 15 xala qədər oynanılmasını nəzərdə tutur. Məqsəd oyunların daha dinamik, qısa və tamaşaçılar üçün daha cəlbedici olmasına nail olmaqdır.

BWF bununla bağlı təqdimat slaydları, rəsmi hesabatlar və digər məlumat materiallarını üzv assosiasiyalar üçün əlçatan edib.

Qeyd olunan linkə keçid etməklə yeni formatla bağlı bütün məlumatları əldə edə bilərsiniz.

“Real”ın daha bir futbolçusu üçün mövsüm bitdi

“Real” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın hücumçusu Kilian Mbappe sıradan çıxıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Fransalı futbolçu zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Mbappe La Liqada 28 oyunda 24 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Real”da daha əvvəl Eder Militao və Arda Güler zədə səbəbindən mövsümü bitirib.

Milli üzvü məğlubiyyətin iştirakçısı oldu

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Botev”lə qarşılaşıb. Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:2.

Cəlal oyuna ehtiyatda başlayıb. O, ikinci hissədə meydana daxil olub.

“Arda” 31 turdan sonra 44 xalla 7-ci sıradadır.

“Tottenhem”in futbolçusu dünya çempionatında oynamayacaq

“Tottenhem”in və Niderland millisinin futbolçusu Xavi Simons zədələnib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqada XXXIV turda “Vulverhempton”la matçda (0:1) xəsarət alıb.

Simonsun durumu ciddidir. O, bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq və yayda keçiriləcək dünya çempionatını buraxacaq.

Niderland yığması mundialda F qrupunda Yaponiya, Tunis və İsveçlə qarşılaşacaq.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatına iyunun 11-də start veriləcək.

“Qoca sinyora” titulsuz qaldı

“Yuventus” İtaliya A Seriyasının XXXIV turunda “Milan”la qolsuz heç-heçəyə razılaşıb.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi 34 turdan sonra 64 xalla 4-cü sıradadır.

“Qoca sinyora” lider “İnter”dən 15 xal geri qalır və sona dörd oyun qala çempionluq şansını itirib.

“İnter” ikinci pillədəki “Napoli”ni isə 10 xal qabaqlayır.

Tamaşa davam etməlidir…

Bəlli ki, millinin baş məşqçisi postu strateji yerdir. Deməli, Ayxan Abbasovun dedikləri daim diqqətdə saxlanılmalıdır. Görək strateji posta kim qoyulub, necə fikirləşir, proseslərə yanaşması nədir və s.

29-cu turun “Şamaxı” – “Kəpəz” (2:0) oyunundan sonra mətbuat konfransında Abbasova verilən sual və onun cavabına diqqət yetirək:

– AFFA rəhbərliyi ilə söhbətlərinizdə çempionatdakı hakim səhvlərini müzakirə edirsiniz?
– Cahangir müəllimlə söhbətlərimizdə bütün mövzulara toxunuruq, hakimlik də bunların arasındadır. Federasiya da səhvlərin az olmasını istəyir. Lakin həqiqəti demək lazımdır, burda medianın, AFFA-nın, klubların da payı var. Bəzən lazımsız ajiotaj yaradır, futbolumuzu sanki şouya çeviririk. Türkiyəyə baxıb, müəyyən addımlar atırıq. Bəzi gənc hakimlər də səhvlərdən tam şəkildə qurtula bilmirlər. Mənimlə razılaşmaya bilərsiniz, amma bu gün səhvsiz yer yoxdur. Hər şeyi hakimlərin üzərinə yıxmaq da düzgün deyil. Klubların haqqına girilib, bunu da demək lazımdır. Amma çıxış yolu hakimləri silmək deyil. Onlar da təcrübə qazanmalıdır, üzərlərinə bu qədər getmək olmaz. Səhvlər həddən artıq müzakirə olunanda, bəzi hakimlərdə qorxu yaranır.

Abbasov, etiraf edirik, qarışıq dönəmdən keçirik. Ancaq bu qarışıqlığın içində fikirlərin də qarışması üçün hər hansı zəmin yoxdur.

Qarışıqlıqda media tərəf kimi göstərilir. Qarışdırmayaq…

Ümumiyyətlə, gəlin belə edək: media deyəndə nə nəzərdə tutulur?

Kiminçünsə “sarı mətbuat” nümunəsi də mediadır.

Futbol aləmindəki oxucu kütləsi nə boyda olar?

Onların neçə faizi peşəkar KİV oxuyur?

Ümumiyyətlə, peşəkarla “obıvatel” ayırımı edə bilən məşqçi, futbolçu, futbol funksioneri nə qədərdir?

Bunu ayırd edə bilməsək – ki bilmərik – dəyərləndirmədə mizanı qaçırmaq ehtimalı böyükdür.

Peşəkar mühakimə, təhlil qabiliyyətli media ümumi kütlənin 10-15%-ni təşkil edər, ya etməz.

Bu kiçik faiz Azərbaycan futbolu başda olmaqla, idmanında əsas hərəkətverici qüvvədir.

Olmasaydı, nələr olardı…

Gələk məğzə. Hakimlərin qınanması onların səhvinə görə deyil, qələtinə görədir. Əslində “qələt” ərəbcədən tərcümədə elə “səhv”dir. Sizin üstünə çox da gedilməməsini məqbul bildiyiniz hakim nöqsanları yığılıb qalaq-qalaq, nə boyda səhv tayası yaradıbsa, vəziyyəti ifadə etməkçün qələt sözünü işlətməyə bilmirsən.

Mövsüm sonunda milliyə görə tərk edəcəyiniz klub baş məşqçiliyi postu bu həqiqətin toksikliyini sizə də az yaşatmayıb.

Absurd hakim səhvlərindən şikayətlənən APL məşqçiləri arasında aktivlərdən olmusunuz.

İndi nə oldu?

Sizin çıxışınızdakı ideyanı əslində anlayırıq. Lap yaxşı anlayırıq. Neqativ periodun uzun-uzadı keçməməsi naminə elə danışırsınız. Lakin medianın (peşəkar medianın) ucuz şouya çevrilməsində rolu yoxdur. Məsələni “maski-şou”ya çevirənlər var.

Bəli, AFFA-nın iki ildən çoxdur təmərküzləşə bilməyən yeni idarəçiliyi bu cür şouların mənbə və mənsəbini görə bilmədiyi (?) üçün vəziyyət “şou” halını alır.

Bu haqda ipucu xarakterli məqalələr dərc etməkdən usandıq, irəliləyiş yoxdur ki, yoxdur. Davam edir özbaşınalıq.

Futbol naminə bir yaxşı iş görüləndə bir hakim qələti vurub o yaxşı işin gözünü deşir. Bir zəhmət, artıq suların hardan bulandığını sezib, bilib, real addımlar atsın da AFFA. Bu ki, özbaşına olası iş deyil.

Qələtləri də gənc hakimlərdən çox təcrübəlilər edir. Odur ki, təcrübə qazanılası bir şey yoxdur. Səhnə qurulub və oyun gedir.

Ssenarisi və oyunçuları bəlli tamaşa.

Bir-birimizi ittiham etməklə heç nəyə nail ola bilməyəcəyimiz bir şounun içindəyik.

Freddi Merkurinin oxuduğu kimi, “The show must go on!” – Tamaşa davam etməlidir…

Elçin Cəlilov

Lənkəranda qızlar üçün futbol festivalı keçirilib

AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə “FIFA Women’s Development Programme” çərçivəsində 8-10 yaşlı qızlar üçün futbol festivalı keçirilib.

Futbolpress.az xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutan tədbirdə 63 qız iştirak edib.

Proqram çərçivəsində iştirakçılar üçün sadə futbol məşqləri, estafet oyunları və əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin milli komandanın futbolçuları ilə fotozona yaradılıb və məşqçilər tərəfindən topla ilkin davranış qaydaları göstərilib. Qızlar həm əyləniblər, həm də futbol bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Tədbirdə AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, assosiasiya nümayəndələri, qadınlardan ibarət milli komandaların məşqçiləri və oyunçuları iştirak ediblər. Millinin üzvü Mədinə Curuqova festivalın gənc səfiri seçilib.

İştirakçılar AFFA tərəfindən idman geyimi, toplar və gödəkçələrlə təmin olunublar.
Bu cür festivalların gələcəkdə də davamlı keçirilməsi planlaşdırılır. Layihənin təşkilində əsas məqsəd qızlar arasında sağlam həyat tərzini təşviq etmək, futbola marağı artırmaq, gələcəkdə onları liqalara və milli komandalara hazırlamaqdır.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

Azərbaycan, Premyer Liqa
18:00 Turan Tovuz – Zirə (CBC Sport)
20:00 Sabah – Karvan-Yevlax (CBC Sport)

İtaliya, A Seriyası
20:30 Kalyari – Atalanta (Futbol 1)
22:45 Latsio – Udineze (Futbol 1, Matç TV)

Türkiyə, Super Liqa
21:00 Beşiktaş – Fatih Karagümrük (beİN Sports 1)
21:00 Konyaspor – Trabzonspor (Futbol 2, beİN Sports 2)

Rusiya, Premyer Liqa
21:00 Baltika – Akron Moskva (Matç Premyer)

İspaniya, La Liqa
23:00 Espanyol – Levante (Futbol 2)

İngiltərə, Premyer Liqa
23:00 Mançester Yunayted – Brentford (beİN Sports 3)

Azərbaycan yığmasından tarixi nəticə

Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən boks üzrə Dünya kubokuna yekun vurulub.

Futbolpress.az xəbər verir ki, 49 ölkədən 400 idmançının qatıldığı yarışda Azərbaycan millisi tarixi nəticəyə imza atıb. Komandamız Dünya kubokunda ilk dəfə 3 qızıl və 1 bürünc medal qazanıb.

Finalda Sübhan Mamedov (50 kq) İssam Bensayarla (Mərakeş) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.

Onun ardınca Məhəmməd Abdullayev (+90 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə Davit Çaloyana (Ermənistan) gücünü göstərib. Rəqibini 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən Abdullayev komandamızın üçüncü qızıl medalını rəsmiləşdirib və Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.

Millimizin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kq) Dünya kubokunun qalibi olub, daha öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.

Beləliklə, 3 qızıl və 1 bürünc medal qazanan kişilərdən ibarət millimiz Dünya kubokunu komanda hesabında ikinci yerdə başa vurub. Yarışa 6 kişi boksçu ilə qatılan yığmamızı ev sahibləri yalnız gümüş medal hesabına qabaqlayıb.

Qeyd edək ki, boksçularımız Vətənə aprelin 29-da qayıdacaqlar.

Geridönüş üçün “harakiri”

Honda avtomobil sənayesində samballı marka sayılır. “Neftçi” “probeqi” aşmış Hondanı gətirmişdi.

Yaponun yaxşısını gətirmək çətindir. Başa düşürük. Düşməyə çalışırıq…

Hələliksə “Neftçi” elə haldadır, yaponun pisini gətirib ona tətbiq etmək lazımdır – harakiri…

Bu il əzəmətini geri qaytarmağa çalışan, bununçün vurnuxan “flaqman” nələrisə düz etmir ki, “qaş düzəltmək əvəzinə, vurub gözü də çıxarır”…

“Sabah”a heç cür qalib gələ bilməyən “atlılar” kükrəmiş halda bütün qəzəbini “Neftçi”dən çıxdı – 5:1.

Yuri Vernidubun gəlişindən bəri yüksəliş və özünəinam mövzularının baş qəhrəmanına çevrilmiş komanda bu nəticəylə xarizmanı yerlə bir etdi.

Konfrans Liqasına vəsiqə ehtimalı qalır, lakin bu durum və gedişatla çətin… Olsa da, bu “Neftçi” yenidən yığılmalıdır.

Onsuz da son illərin ən çox sökülüb-yığılan komandasıdır, ortada real nəticə görünmür. Ancaq Vernidubun oyun fəlsəfəsi, yanaşması ilkin işartıları ilə ümid verir. Bu mütəxəssisin ideyalarına yatırım etməyə dəyər. Yalnız bir şərtlə – kosmetik yox, köklü dəyişikliklə…

İndiki heyət natarazdı, köntöydür, istəniləni icra etmək potensialı aşağıdır.

“Qarabağ”dan alınan acınacaqlı məğlubiyyətin əsas səbəbi oyun modeli yox, sürətli icraetmə problemi idi. Təkbətək mübarizələrdə keyfiyyət fərqi buna bariz nümunə idi.

Varsa, başbilən önə çıxmalı, indidən gələn mövsümün fakturasını Vernidubun fəlsəfəsi əsasında qurmalıdır. Bəlkə belə geridönüşə nail oluna…

Kamil Əhməd

Vitali, axı sən “Neftçi”sən…

“Neftçi” əzəli rəqibi “Qarabağ”a azarkeşləri önündə 1:5 hesablı məğlubiyyətə üzüldü.

“Atlılar”ın enişi və bununla yanaşı, “Neftçi”nin artan performansı görüşdən əvvəl “ağ-qaralar”ın şanslarının yüksək dəyərləndirilməsinə səbəb olmuşdu. Vəziyyət fərqli imiş…

Müdafiədə ciddi boşluqlara yol verən “ağ-qaralar” nəticədə darmadağın oldu. Hücum fazasında da rəqibinə “diş keçirə bilməyən” ev sahibləri əzəli rəqibinə qarşı ardıcıl 11-ci oyunda qələbə qazana bilmədi.

Bakılıların məşqçisi Vitali Vernidubun oyun sonrası açıqlaması isə “Neftçi” azarkeşləri arasında daha böyük qəzəb doğurdu. Mütəxəssis məğlubiyyəti şərh edərkən rəqibin səviyyəsinin yüksək olduğunu, komandanın hələ onlarla mübarizə aparacaq gücə çatmadığını bildirdi.

Bunu futbol ictimaiyyəti də görür. İllərdir uğursuz nəticələrinə görə tənqid hədəfi olan “Neftçi” Yuri Vernidubun gəlişindən sonra dirçəlməkdə idi. Lakin oğlu, həm də köməkçisi Vitalinin açıqlaması yerinə düşmədi. Hər kəs anlayır “Neftçi” ilə “Qarabağ” arasında yaranan fərqi, uçurumu.

Ancaq flaqmanı təmsil edən məşqçi nə üçün belə açıqlama versin?

Axı “Neftçi” böyükdür və miqyas sənin də məsuliyyətindədir… Belə məzlum mahiyətli açıqlama nəyə/kimə lazımdır?

Məğlub olmusan, yaxşı, mövsüm bir oyundan ibarət deyil, avrokuboklara vəsiqə şansların davam edir, hələ üstəlik qarşıda yenidən “Qarabağ”la oyun var…

Niyə bu qədər bədbin yanaşma?

“Kəpəz” səndən daha güclüdür? Ya “Zirə”si, “Turan Tovuz”u, mövsümdə “Qarabağ”a ilk məğlubiyyəti yaşadan “Sumqayıt”ı?

Yəqin, Vernidub bu açıqlamaya görə, oğlunu tənbehləyər.

Maraqlıdır, gəlişindən sonra hər konfransda “Neftçi” əzəmətindən danışan Yuri oğlu ilə bu haqda söhbətləşməyib? Ya Vitali “Neftçi”nin nə məna daşıdığını anlamır?

Hər halda, “Qəbələ”də çıxış etdiyi illərdə bunu bilirdi…

Luzer məşqçilərə xas olan bu açıqlama növbəti oyun öncəsi komandaya necə təsir edəcək?

Cavabı üç gün sonra, yenidən “Palms Sports Arena”da baş tutacaq dueldə daha aydın olacaq.

Şahin Cəfərov

Tovuzda “sülh”, “Sabah”dan qələbə

Bu gün Misli Premyer Liqasında XXIX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə iki qarşılaşma keçirilib.

Günün birinci matçında “Zirə” səfərdə “Turan Tovuz”la üz-üzə gəlib. Matç qollu bərabərliklə başa çatıb.

Lider “Sabah” autsayder “Karvan-Yevlax”a qalib gəlib.

Misli Premyer Liqası
XXIX tur

27 aprel

18:00 Turan Tovuz – Zirə 1:1
Qollar: Rəhim Sadıxov, 22 – Volkov, 61
Baş hakim: Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

20:00 Sabah – Karvan-Yevlax 2:0
Qollar: Mbina, 50, Maluda, 55
Qırmızı vərəqə: Aleksey, 65 (“Sabah”) – Qavi, 36 (“Karvan-Yevlax”)
Baş hakim: Kamranbəy Rəhimov
“Bank Respublika Arena”

Azərbaycan millisi Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız Avropanın zirvəsini fəth edib. 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.

Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.

Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.

Xatırladaq ki, Tiranada İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.

Vernidub: “Hesaba görə azarkeşlərdən üzr istəyirəm”

Misli Premyer Liqasının XXIX turunun “Neftçi” – “Qarabağ” oyunundan (1:5) sonra meydan sahibi komandanın məşqçisi Vitali Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– “Qarabağ”la aramızda səviyyə fərqi var. Biz də o mərhələyə çatmaq istəyirik. Asan məsələ deyil, amma çalışmalı, hər gün məşq etməliyik. Boşluqlar olarsa, o gücə çatmaq mümkün deyil. Futbolçular bunu nə qədər tez dərk etsə, nəticələr də  bir o qədər əlçatan olacaq. Belə rəqibə qarşı oynayanda tək motivasiya və keyfiyyət kifayət etmir, matçda maksimum güc sərf etmək lazımdır.

– “Qarabağ”ın yarımmüdafiə xəttinə qarşı hansısa planınız var idi?
– Əlbəttə, oyuna hazırlaşmışdıq. Rəqibi təhlil etmədiyimizi düşünürsünüz? Kadi Borges, Yankoviç kimi futbolçular Çempionlar Liqasında böyük komandalara qarşı səviyyəsini göstərib. Bizim oyunçular da bu sualı özlərinə verməlidir: onlar da belə oynaya bilərdilərmi? Biz məşqçilər olaraq da bu sualı özümüzə verəcəyik. Həqiqətən, bu cür oyunlarda taktiki baxımdan nələri yaxşılaşdıra bilərik? Hər kəs bunu qəbul etməli, başa düşməlidir. Hər futbolçu öz ambisiyasını “Neftçi”dən öncə saxlamalıdır. Klub oyunçulardan böyükdür.

– “Qarabağ”ın start heyətində Musa Qurbanlı var idi. Bu gün onun qarşısını ala bilməməyiniz nə ilə bağlıdır?
– Suala necə cavab verəcəyimi bilmirəm. Rəqibi təhlil etmişdik. Sadəcə Musa həmin epizodlarda müdafiəni yara bildi. İlk növbədə öz mövqeyimizi bilməliyik, oyunu təhlil etməli və nəticə çıxarmalıyıq. Hesaba görə azarkeşlərdən üzr istəyirəm.

– Bu hesabın dörd gündən sonra təkrarlanmaması üçün nə etmək lazımdır?
– Hazırlaşacağıq və ümid edirəm ki, istədiyimiz nəticəyə nail olacağıq.

– Məğlubiyyət sona dörd tur qalmış komandaya inamsızlıq gətirə bilər?
– Psixoloji təsirlər olacaq, lakin peşəkar futbolçu belə məğlubiyyətlərdən çıxmağı bacarmalıdır.

– Danışığınızdan elə hiss olunur ki, futbolçularda intizamsızlıq var…
– Belə bir şey yoxdur. “Neftçi” böyük klubdur. Futbolçuların fərqli ambisiyaları ola bilər, amma hamı klubun hədəflərinə çatması üçün çalışmalıdır. Hər kəs başa düşməlidir ki, “Neftçi”də oynamaq üstünlükdür.

Şahin Cəfərov

Qurbanov: “Bu qələbə futbolçulara rahatlıq verə bilər”

Misli Premyer Liqasının XXIX turunun “Neftçi” – “Qarabağ” oyunundan (1:5) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçularımı təbrik edirəm, yaxşı oyun göstərdilər və vacib üç xal qazandıq.

– Start heyəti müəyyənləşdirəndə əsas məqam nə oldu?
– Futbolçuların hazırlığına görə belə addım atdıq. Heyətdə rotasiyalar etmək lazım idi. Çünki oyunçular sıx qrafikdə çıxış edirdilər və yorğunluq yaranmışdı. Üç gün sonra yenidən matçımız var və buna görə ehtiyatlı davrandıq.

– Son günlərin gərginliyi fonunda komandanı bugünkü oyuna hazırlamaq əlavə güc tələb etdi?
– Hazırlığa çox vaxtımız olmadı, komanda olaraq cəmi bir məşq keçdik. “Neftçi”yə qarşı oynayanda əlavə motivasiyaya ehtiyac olmur. Bu rəqiblə oynamaq xoşdur, azarkeşlər üçün də baxımlı alınır. Növbəti oyuna hazırlaşmaq isə daha çətin olacaq, çünki bu qələbə futbolçularda müəyyən rahatlıq yarada bilər.

Şahin Cəfərov

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu oldu

Azərbaycanın daha bir güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, 92 kq-da mübarizə aparan Ali Tsokayev həlledici matçda  bolqarıstanlı Ahmed Batayevlə qarşılaşıb.

Tsokayev finalda 5:3 hesabıyla qalib gələrək, Avropa çempionu adını qazanıb.

Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal qazanıb.

Cəfərov Dünya Kubokunun qalibi oldu

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kubokunda final döyüşlərinə start verilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.

75 kq-da mübarizə aparan boksçumuz Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) də final görüşünə çıxacaq. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.

Azərbaycan komandası İtaliyada medal qazandı

Akademik avarçəkmə üzrə Azərbaycan komandası “Paolo d’Aloja” xatirə turnirində uğurlu çıxış edib.

Futbolpress.az xəbər verir ki, idmançılar İtaliyada təşkil olunan reqatada iki medal qazanıb.

Nurlan Paşayev – Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.

“Bəzən lazımsız ajiotaj yaradırıq” – Abbasov

Misli Premyer Liqasının XXIX turunun “Şamaxı” – “Kəpəz” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Bizim üçün xoş qələbə oldu. Uzun müddətdir azarkeşlərimizin önündə qələbəmiz yox idi. Bu gün hər iki komanda da uduzmaq istəmirdi. Oyun sürətli başladı, qol epizodları da yaratdıq. İkinci hissəyə yaxşı başlaya bilmədik, lakin sonradan toparlana bildik. Komandanı, azarkeşlərimizi təbrik edirəm.

– “Kəpəz”ə burda 1:4 hesabıyla məğlub olmuşdunuz. Bu, oyuna necə təsir göstərdi?
– Üzücü məğlubiyyətlərimiz olub amma bəzi matçlardan təcrübə də qazanmışıq. Çox epizod yaratsaq da, onlardan istifadə edə bilmirik. “Kəpəz”in aqressiv oynayacağını gözləyirdik. Dünən “Qəbələ” – “Araz-Naxçıvan” oyununu da izlədik, sanki bir final matçı idi…

– Rəhbərlik yeni baş məşqçi ilə bağlı sizinlə danışıb?
– Bu haqda söhbət olmayıb, qərar rəhbərliyə məxsusdur. Mövsüm hələ başa çatmayıb. Futbolçuları son oyuna qədər kökləmək istəyirik. İndi bu mövzunu müzakirə etmək, qeyri-peşəkar yanaşma olar.

– Elvin Cəfərquliyevin durumu millinin baş məşqçisi kimi sizi narahat edir?
– Ümumilikdə, milliyə namizəd hər futbolçunun vəziyyəti məni narahat edir. Həqiqətən, yaxşı durumda deyilik, potensiallı futbolçularımız da azdır. Onları itirə bilmərik. Klubların öz qərarları var. Tək Elvin yox, digər legioner futbolçularımızdan da oynamayanlar olur. Bu, yaxşı hal deyil. Yayda hazırlaşmaq üçün vaxtımız olacaq.

– Futbolçular oyunlara hansı motivasiya ilə çıxır?
– Çempionatda 6 komanda var ki, əsas hədəfləri liqada qalmaqdır. Biz iki ildir, bunu bacarırıq. Kubokda şanslarımız var idi, amma alınmadı. Çempionatda isə bəzi vaxtlar qələbə qazanıb, “dördlük”ə yaxınlaşa bilərdik, lakin bu da alınmadı. Qışdan daha rahat oynayırıq. Çempionat başlayandan autsayderlər qrupunda olmamışıq. Bəzi şeylər büdcəyə bağlıdır – geniş heyət olmalıdır, avrokuboklara vəsiqə uğrunda mübarizə aparırsansa, keyfiyyət də artmalıdır. Amma ümumi baxanda, futbolçular gözləntilərdən daha yaxşı çıxış etdi.

– AFFA rəhbərliyi ilə söhbətlərinizdə çempionatdakı hakim səhvlərini müzakirə edirsiniz?
– Cahangir müəllimlə söhbətlərimizdə bütün mövzulara toxunuruq, hakimlik də bunların arasındadır. Federasiya da səhvlərin az olmasını istəyir. Lakin həqiqəti demək lazımdır, burda medianın, AFFA-nın, klubların da payı var. Bəzən lazımsız ajiotaj yaradır, futbolumuzu sanki şouya çeviririk.

Türkiyəyə baxıb, müəyyən addımlar atırıq. Bəzi gənc hakimlər də səhvlərdən tam şəkildə qurtula bilmirlər. Mənimlə razılaşmaya bilərsiniz, amma bu gün səhvsiz yer yoxdur. Hər şeyi hakimlərin üzərinə yıxmaq da düzgün deyil. Klubların haqqına girilib, bunu da demək lazımdır. Amma çıxış yolu hakimləri silmək deyil. Onlar da təcrübə qazanmalıdır, üzərlərinə bu qədər getmək olmaz. Səhvlər həddən artıq müzakirə olunanda, bəzi hakimlərdə qorxu yaranır.

Futbolun inkişafı sistemli prosesdir – uşaq futbolundan tutmuş Premyer Liqaya, hakimliyə qədər… Hakimlər Komitəsinin sədri deyiləm, suallara açığam, amma hakimlərin təhlili mənim səlahiyyətimdə deyil.

Şahin Cəfərov

“Bu gün “Kəpəz”dəyəm, sabah necə olacaq, Allah bilir”

Misli Premyer Liqasının XXIX turunun “Şamaxı” – “Kəpəz” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Artıq 4 turdur, məğlub oluruq və bu, komandanı çətin vəziyyətə salıb. Diqqətsizliyimiz oyunun qırılma nöqtəsi oldu.

– Gec gəlməyiniz nə ilə bağlı idi?
– Futbolçularla birlikdə olduğumuz üçün.

– Komanda sanki meydana məğlub çıxmışdı…
– İkinci hissə bizim üstünlüyümüz ilə keçdi. Qol da vurduq, amma sayılmadı. Yarımmüdafiədə itirilən topdan sonra rəqib fərqləndi. Futbolçulara tapşırmışdıq ki, orta sahədə belə səhvlərə yol verməsinlər, təəssüf ki…

– Klub ətrafında söz-söhbətlər var və bu, komandaya təsir edir. “Kəpəz”də nə baş verir?
– Allah hər şeyi görür. İşimi vicdanla yerinə yetirməyə çalışıram. Məşqçi kimi kiminsə arxada nəsə etməsinə deyil, yalnız öz işimə fokuslanıram.

– Rəhbərliyin dəstəyini hiss edirsiniz?
– Bəli, dünən də görüşmüşdük. Komandaya tövsiyələrini veriblər.

– Komandanın pley-offda kim olursa olsun, onu məğlub etmək gücündə olduğunu düşünürsünüz? 
– Qarşıda dörd tur var. Pley-off haqda düşünmək istəmirəm.

– Adınız başqa klublarla hallanır…
– Bu gün “Kəpəz”dəyəm, sabah necə olacaq, onu Allah bilir. Əsas odur ki, işimi vicdanla görməyə çalışıram. “Şamaxı”da Elmar Baxşıyevin, Tərlan Əhmədovun da adı hallanır.

– Gedəcəksiniz, ya qalacaqsınız?
– İndi burdayam, başqa nəsə demək istəmirəm.

Şahin Cəfərov

“Bavariya”da Ceksonla bağlı qərar verildi

“Bavariya”da icarə əsasında komandada çıxış edən hücumçu Nikolas Ceksonla bağlı qərar verilib.

Futbolpress.az xəbər verir ki, Münhen klubu kolumbiyalı futbolçunun transfer hüquqlarını almayacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Cekson “Çelsi”dən icarəyə götürülüb. O, bu mövsüm 29 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Neftçi” – “Qarabağ”: heyətlər açıqlandı

“Neftçi” Misli Premyer Liqasının XXIX turunda bu gün “Qarabağ”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. ElvinBədəlov7. Emil Səfərov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 9. Bassala Sambu 27. Kristian Kostin 23. Cordan Rezabala 28. Alessio Kurçi
Məşqçi: Vitali Vernidub

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov(k) 27.ToralBayramov 22. MusaQurbanlı 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo
Ehtiyat oyunçular: 89. Amin Ramazanov 97. Fabian Buntiç 77. Ramil Şeydayev 20. Kadi Borqes 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

ASİNF “Prezident Kuboku 2026” öncəsi Ağdərə sakinləri ilə görüş keçirib

27 aprel–1 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası ərəfəsində Azərbaycan Su İdman Növləri Federasiyasının nümayəndələri Ağdərə sakinləri ilə görüş keçirib.

Futbolpress.az xəbər verir ki, Ağdərədə Həsənriz kəndinə köç edən sakinlərlə görüş zamanı bildirilib ki, Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında aprelin 27-də ilk dəfə Sərsəng su anbarında beynəlxalq idman tədbiri təşkil olunacaq. Tədbirin “Prezident Kuboku-2026” beynəlxalq reqatası çərçivəsində keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, saat 12:00-dan etibarən Sərsəng su anbarında akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar baş tutacaq. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaqlar.

Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.

Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

Messinin komandası yenə xal itirdi

Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Nyu-İnqlend Revolyuşn”la qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.

Messi oyuna start heyətdə başlayıb və sona qədər oynayıb.

“İnter Mayami” ardıcıl üç oyundur, qələbə qazana bilmir. Komanda 10 turdan sonra 19 xalla 2-ci sıradadır.

“Şamaxı” – “Kəpəz”: heyətlər bilindi

“Şamaxı” Misli Premyer Liqasının XXIX turunda bu gün “Kəpəz”i qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa

Baş məşqçi: Ayxan Abbasov

“Kəpəz”: 33. Yusif İmanov 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori

 

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 80. Şahnur İsmayılov 57. Amur Yusifov 83. Raul İsaqov

Baş məşqçi: Azər Bağırov

Bazarqanov: “Hələ də inana bilmirəm ki, çempion olmuşam”

Sərbəst güləş üzrə Avropa çempionu İslam Bazarqanov (57 kq) qələbə təəssüratlarını bölüşüb.

Futbolpress.az xəbər verir ki, qızıl medalçı Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Hələ də inana bilmirəm ki, çempion olmuşam. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu, mənim üçün çox prinsipial görüş idi. Dünya çempionatında Musa Mextixanova məğlub olmuşdum. Onun güləş üslubu mənə uyğun gəlmirdi. Köklənmək çətin idi. Şükürlər olsun ki, qalib gələ bildim.

Məşqçilər heyətinə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Bu yarışa yüksək səviyyədə hazırlaşmaq üçün hər bir şərait yaradılmışdı. Kislovodsk və Bakıda ağır təlim-məşq toplanışları keçdik və bunun faydasını da yarışda gördük”.

Liqa 1-ə vəsiqə qazandılar

“Trua” komandası yeni mövsümdə Fransa Liqa 1-də mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, Liqa 2-də XXXII turda “Sent-Etyen”i məğlub edən (2:0) kollektiv sona iki tur qalmış elitaya vəsiqəni təmin edib.

Turnir cədvəlinin birinci sırasında yer alan “Trua” ən yaxın izləyicisi “Le Man”ı 7 xal qabaqlayır.

“Komandanın əldə etdiyi uğurlar kifayət qədər diqqət görmədi”

“Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı Azərbaycan çempionatında “Sabah”a uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Komandama mübarizəyə görə təşəkkür edirəm, yaxşı oynadılar. Oyunu qalib gələ biləcəyimiz nöqtələrə də gətirdik. Amma indi söyləmək istəmədiyim səbəblərdən dolayı nəticəni xeyrimizə dəyişə bilmədik.

Ümumi mövsümə gəldikdə, basketbolçularımla qürur duyuram. Hər zaman yanımızda olan, dəstək verən rəhbərliyə təşəkkür edirəm. Mövsüm öncəsi çox az müddətdə hazırlıq keçməyimizə, bir çox texniki detalı irəlilədikcə yoluna qoyduğumuza baxmayaraq, hər zaman komandamızı inkişaf etdirməyə çalışdıq. Bunun nəticəsini də mövsüm ərzində gördük. Azərbaycan Kubokunu ikinci dəfə qazandıq, çempionatda yarımfinala çıxdıq. Ona görə xoşbəxtəm. Amma onu da deyim ki, komandanın əldə etdiyi uğurlar basketbol ictimaiyyətindən kifayət qədər diqqət görmədi. Buna görə üzgünəm.

Çempionatda yerli basketbolçulara ən çox oynamaq imkanı yaradan biz olduq. Mən bura ilk gəldiyimdə yerlilərə nə dəstək verə bilərəm deyə düşündüm. İki mövsümdə əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Bu gün gəldiyimiz nöqtədə içim rahatdır. Azarkeşlərə minnətdaram. Onların dəstəyinin qarşılığında nəticə vermək üçün səy göstərdik. Hər kəs haqqını halal etsin”.

Qazyumov ilin ən yaxşı məşqçisi seçildi

Azərbaycan milli komandasının çalışdırıcısı Xetaq Qazyumov sərbəst güləş üzrə 2025-ci ilin ən yaxşı məşqçisi kimi xüsusi mükafatla təltif edilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Milli komanda onun rəhbərliyi altında ötən il Avropa çempionu olub və dünya çempionatında 4-cü yeri tutub.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

İtaliya, A Seriyası
14:30 Fiorentina – Sassuolo (Futbol 1)
17:00 Cenoa – Komo (Futbol 1)
20:00 Torino – İnter (Futbol 1)
22:45 Milan – Yuventus (Futbol 1, Matç TV)

Rusiya, Premyer Liqa
15:00 Pari NN – Spartak Moskva (Matç Premyer)
18:00 Dinamo Moskva – Soçi (Matç Premyer)
18:00 Krasnodar – Dinamo Mahaçqala (Matç TV)
20:30 Zenit – Axmat (Matç Premyer, Matç TV)

Türkiyə, Super Liqa
15:30 Gənclərbirliyi – Konyaspor (beİN Sports 1)
21:00 Qalatasaray – Fənərbağça (Futbol 3, beİN Sports 1)

Azərbaycan, Premyer Liqa
16:00 Şamaxı – Kəpəz (CBC Sport)
19:00 Neftçi – Qarabağ (CBC Sport, İdman TV)

İspaniya, La Liqa
16:00 Rayo Valyekano – Real Sosyedad (İdman TV)
23:00 Vilyarreal – Selta (İdman TV)

Nəriman yenə kənarda qaldı

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Filadelfiya”nı qəbul edib. Matç “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 2:0.

Nəriman bu görüşdə meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb.

“Kolumbus Kryu” 10 turdan sonra 12 xalla 8-ci sıradadır.

“Qarabağ” “Neftçi”ni 5 qolla məğlub etdi

Bu gün Misli Premyer Liqasında XXIX turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ikinci gündə daha iki qarşılaşma baş tutub.

Günün birinci oyununda “Şamaxı” “Kəpəz”i məğlub edib.

Turun mərkəzi matçında “Neftçi” “Qarabağ”a uduzub.

Misli Premyer Liqası
XXIX tur

26 aprel

16:00 Şamaxı – Kəpəz 2:0
Qollar: Apolinario, 69, Tirkoveanu, 75
Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu

19:00 Neftçi – Qarabağ 1:5
Qollar:
Elvin Bədəlov, 21 – Musa Qurbanlı, 9, 32, Montiel, 38, Leandro, 67, Addai, 90+3
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”

La Liqa: “Sevilya” yenə uduzdu

İspaniya La Liqasında XXXII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə “Real” səfərdə “Betis”lə heç-heçə edib.

“Alaves” evdə “Malyorka”ya, “Valensiya” “Jirona”ya, “Atletiko” isə “Atletik”ə qalib gəlib. Lider “Barselona” səfərdə “Xetafe”ni məğlub edib.

İspaniya La Liqası
XXXII tur

24 aprel

Betis – Real 1:1
Qollar:
Belyerin, 90+4 – Vinisius, 17.

25 aprel

Alaves – Malyorka 2:1
Qollar:
T.Martines, 56; 69 – Vircill, 18.

Xetafe – Barselona 0:2
Qollar:
Fermin Lopes, 45. Raşford, 74.

Valensiya – Jirona 2:1
Qollar:
Ramazani, 50. U.Sadiq, 59 – Roka, 63.

Atletiko – Atletik 3:2
Qollar:
Qrizmann, 49. Sörlot, 54; 90+3 – Paredes, 23. Quruseta, 90+7.

26 aprel

Rayo Valyekano – Real Sosyedad 3:3
Qollar:
Kamello, 30. Leyeune, 84. Alemao, 90+9 – Oyarsabal, 22; 76-pen. Oskarsson, 63.

Real Ovyedo – Elçe 1:2
Qollar:
Çayra, 76 – Biqas, 6. Vilyar, 16.

Osasuna – Sevilya 2:1
Qollar:
R.Qarsiya, 80. Katena, 90+9 – Maupay, 69.

Vilyarreal – Selta 2:1
Qollar:
Moreno, 2-pen. Pepe, 29 – B.İqlesias, 73-pen.

27 aprel

23:00. Espanyol – Levante

Mərkəzi oyunda “sülh”

İtaliya A Seriyasında XXXIV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Napoli” azarkeşləri önündə autsayder “Kremoneze”ni darmadağın edib.

“Roma” bu turda səfərdə “Bolonya”ya qalib gəlib. “Verona” – “Leççe” matçında qalib müəyyənləşməyib.

İtaliya A Seriyası
XXXIV tur

24 aprel

Napoli – Kremoneze 4:0
Qollar: S.Maktominey, 3, F.Terraçiano, 45 (avtoqol), K.De Bruyne, 45+3, A.Santos, 52

25 aprel

Parma – Piza 1:0
Qol:
Elfeqe, 82.

Bolonya – Roma 0:2
Qollar:
Malen, 7. El-Aynaui, 45+1.

Verona – Leççe 0:0

26 aprel

Fiorentina – Sassuolo 0:0

Cenoa – Komo 0:2
Qollar: Duvikas, 10. Diao, 68.

Torino – İnter 2:2
Qollar: Simeone, 70. Vlaşiç, 79-pen – M.Türam, 23. Bissek, 61.

Milan – Yuventus 0:0

Bundesliqa: “Borussiya”dan 4 cavabsız qol

Almaniya Bundesliqasında XXXI turun növbəti oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib. “Leypsiq” azarkeşləri önündə “Yunion”u məğlub edib.

“Bavariya” “Maynts”la matçda 0:3-dən geridönüş edib. “Ayntraxt” səfərdə “Auqsburq”la heç-heçəyə razılaşıb.

Almaniya Bundesliqası
XXXI tur

24 aprel

Leypsiq – Yunion 3:1
Qollar: M.Frinkqrafe, 22, R.Kardoso, 25, R.Baku, 62 – D.Doeki, 78

25 aprel

Auqsburq – Ayntraxt 1:1
Qollar:
Kade, 44 – Doan, 66.

Köln – Bayer 1:2
Qollar:
Valdşmit, 77 – Şik, 43-pen; 52.

Haydenhaym – Sankt Pauli 2:0
Qollar:
Zivzivadze, 3. E.Dinkci, 82.

Maynts – Bavariya 3:4
Qollar:
Köhr, 15. Nebel, 29. Bekker, 45+2 – N.Cekson, 53. Olise, 73. Musiala, 80. H.Keyn, 83.

Volfsburq – Borussiya (Mönhenqladbax) 0:0

Hamburq – Hoffenhaym 1:2
Qollar:
Qlatsel, 34 (pen.) – Asllani, 18. Lemperle, 45.

26 aprel

Ştutqart – Verder 1:1
Qollar:
Demiroviç, 61 – Staqe, 18.

Borussiya (Dortmund) – Frayburq 4:0
Qollar:
Beyer, 8. Girassi, 14. Bensebaini, 31. F.Silva, 87.

Derbini “Qalatasaray” qazandı

Türkiyə Super Liqasında XXXI turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma baş tutub. “Başakşəhər” azarkeşləri önündə “Kasımpaşa”nı darmadağın edib.

İkinci gündə meydan sahibləri qələbəyə sevinib.

Turun mərkəzi oyununda lider “Qalatasaray” derbidə “Fənərbağça”ya qalib gəlib.

Türkiyə Super Liqası
XXXI tur

24 aprel

Başakşəhər – Kasımpaşa 4:0
Qollar: E.Şomurodov, 5, 87, B.Yıldırım, 22, D.Selke, 81

25 aprel

Eyüpspor – Qaziantep 3:0
Qollar: U.Bozok, 62, R.Rauks, 65, M.Altunbaş, 78

Kayserispor – Rizespor 2:0
Qollar: F.Çalov, 79, L.Benes, 88

Göztepe – Antalyaspor 2:0
Qollar: X.Santos, 1, A.Kurtulan, 22

26 aprel

Gənclərbirliyi – Kocaelispor 1:0
Qol:
M.Mimaroğlu, 34-pen.

Qalatasaray – Fənərbağça 3:0
Qollar:
Osimhen, 40. B.A.Yılmaz, 67-pen. L.Torreyra, 83.

❌