Reading view

AFFA rəsmiləri Polşada

Polşanın paytaxtı Varşavada UEFA-nın 53 milli assosiasiyasından 110-dan çox İnsan Resursları və Maliyyə rəhbərləri “UEFA Grow” proqramının 4-cü buraxılışında iştirak edib.

Futbolpress.az xəbər verir ki, konfransda regional və yerli futbol assosiasiyaları ilə maliyyə münasibətlərinin idarə olunması, maliyyə məlumatlarının idarə edilməsinin təkmilləşdirilməsi, HR sahəsində transformasiya dəyişiklikləri, yeni əməkhaqqı sistemi ilə bağlı ideyalar və digər məsələlər müzakirə olunub.

Tədbirdə AFFA-nı Maliyyə İdarəetməsi Departamentinin rəhbəri Emil Nəcəfov və İnsan Resursları Departamentinin rəhbəri Gülşən Muradova təmsil ediblər.

“Milan” fransalı üçün 40 milyon avro tələb edir

“Milan” futbolçusu Kristofer Nkunku ilə yollarını ayırmağı düşünür.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” yayda oyunçu üçün gələcək təklifləri dəyərləndirməyə qərar verib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Milan” fransalı yarımmüdafiəçi üçün 40 milyon avro tələb edir.

Nkunku bu mövsüm32 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Qəbələ” – “Qarabağ”: heyətlər

“Qarabağ” Misli Premyer Liqasının XXXI turunda bu gün “Qəbələ”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 28. Murad Musayev 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 12. İbrahim Sanqare 14. Domi Massumo 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Sxadadze

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

 

Neymar dünya çempionatında oynaya bilər

“Santos”un hücumçusu Neymar Braziliya millisinin dünya çempionatı üçün geniş heyətinə daxil edilib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Baş məşqçi Karlo Ançelotti 33 yaşlı futbolçunu mundiala qədər yoxlamaq niyyətindədir.

Neymar “Santos”la bu mövsüm çempionatda 6 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Braziliya yığması dünya çempionatında C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq. Mundial iyunun 11-də start götürəcək.

Arbeloa: “Bu, “Real”a xəyanətdir”

“Real”ın baş məşqçisi Alvaro Arbeloa açıqlama verib.

Futbolpress.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, mütəxəssis paltardəyişmə otağında Valverde və Çuameninin dava etməsinin mətbuata sızdırılması ilə bağlı fikirlərini bölüşüb:

“Bu, düzgün deyil. Komanda daxilində olanlar burda da qalmalıdır. Yenə deyirəm, paltardəyişmə otağında olanları mətbuata ötürmək doğru deyil. Bu, “Real”a xəyanətdir”.

Vəliyev Berlində “bürünc” qazandı

Almaniyanın paytaxtı Berlində Paraüzgüçülük üzrə Dünya seriyasının növbəti mərhələsi keçirilir.

Futbolpress.az xəbər verir ki, yeniyetmə paralimpiyaçımız Əli Vəliyev bürünc medal qazanıb.

O, S10 kateqoriyasında 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda 1:03.42 nəticə ilə gənclər arasında üçüncü olub.

Dambrauskas 13-cüdür

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun finalına vəsiqə qazanan 13-cü legioner mütəxəssisdir.

Futbolpress.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Əcnəbi çalışdırıcılardan dördü kubok sevinci yaşayıb.

“Sabah” finalda mayın 13-də “Zirə” ilə qarşılaşacaq.

Mourinyo ilə danışıqlar başladı

Portuqaliyalı mütəxəssis Joze Mourinyo “Real”a baş məşqçi təyin oluna bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Xəbərdə “Real”ın Mourinyo ilə danışıqlara başladığı bildirilib.

“Real”a hazırda Alvaro Arbeloa rəhbərlik edir. Onun yayda klubdan ayrılacağı gözlənilir.

Mourinyo 2010-2013-cü illərdə “kral klubu”nda çalışıb. O, hazırda “Benfika”nın baş məşqçisidir.

Fransa klubunda qalmaqal: futbolçular bazaya zərər vurdu

Fransanın “Marsel” klubunun futbolçuları məskunlaşdıqları bazaya zərər vurub.

Futbolpress.az xəbər verir ki, bu barədə “Footmercato” nəşri məlumat yayıb.

Komandanın baş məşqçisi Habib Beye son turlarda zəif performans sərgiləyən futbolçuları cəzalandırmaq məqsədilə onları “La Commanderie” bazasında saxlayıb. Oyunçular qərara etiraz olaraq, bazadakı otaqları dağıdıb, çarpayıları aşırıblar. Nəşrin iddiasına görə, etirazların təşkilatçısı qabonlu hücumçu Pyer-Emerik Obameyanqdır.

Klub rəhbərliyi məsələ ilə bağlı sərt addımlar atmağa hazırlaşır.

“Marsel” çempionatda son 6 oyunun 4-də uduzub. Komanda 32 turdan sonra 53 xalla 7-ci sıradadır.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

İngiltərə, Premyer Liqa
15:30 Liverpul – Çelsi (İdman TV)
18:00 Sanderlend – Mançester Yunayted (beİN Sports 3)
20:30 Mançester Siti – Brentford (beİN Sports 3)

Azərbaycan, Premyer Liqa
17:00 Qəbələ – Qarabağ (CBC Sport)
19:30 Sumqayıt – Araz-Naxçıvan (CBC Sport)

İtaliya, A Seriyası
17:00 Kalyari – Udineze (Futbol 1)
20:00 Latsio – İnter (Futbol 1, Matç TV)
22:45 Leççe – Yuventus (Futbol 1, Matç TV)

İspaniya, La Liqa
18:15 Sevilya – Espanyol (İdman TV)
20:30 Atletiko – Selta (İdman TV)
23:00 Real Sosyedad – Betis (İdman TV)

Türkiyə, Super Liqa
21:00 Qalatasaray – Antalyaspor (Futbol 3, beİN Sports 1)
21:00 Beşiktaş – Trabzonspor (beİN Sports 2)
21:00 Konyaspor – Fənərbağça (beİN Sports 3)

Kaşkilya yenə “Zirə”dən xal aldı, Sadıqov üçün prioritet kubokdur

Dördüncü pillə uğrunda mübarizə aparan “Zirə” xal itkisi yaşayıb. Rəşad Sadıqovun yetirmələri XXXI turda səfərdə “İmişli” ilə qolsuz heç-heçə edib – 0:0.

“Qartallar” 50 xalla beşinci sıradadır və “Neftçi” ilə xallarını bərabərləşdirib. “Ağ-qaralar” sabah “Şamaxı”ya qalib gələcəyi halda, xal fərqini üçə yüksəldəcək. Bu, sona iki tur qalmış bakılılar üçün böyük üstünlük yaradacaq.

“Zirə”nin əsas hədəfi kuboku qazanmaqdır. “Qartallar” həm titul, həm də Avropa Liqasına vəsiqə əldə etmək arzusundadır. Finalda rəqib “Sabah”dır və bir oyunluq matç olacaq. Rəşad Sadıqov “Zirə” ilə buna qədər iki dəfə finala vəsiqə qazanıb və məğlub olub. Təcrübə baxımından “bayquşlar”ı üstələyən “qartallar” bütün diqqətini dörd gün sonra baş tutacaq həlledici matça verib.

“İmişli” isə bu mövsüm “Zirə”yə məğlub olmayıb. Liqadakı yerini təmin edən Jorj Kaşkilyanın yetirmələri debütant olmasına baxmayaraq, özündən güclü kollektivlərdən xal və xallar almağı bacarıb. Burda portuqaliyalı mütəxəssisin əməyi də danılmazdır.

Lakin kuluarlarda dolaşan xəbərlərə görə, Kaşkilya yayda göndəriləcək. İlk ilində “Kəpəz”, “Qəbələ” kimi Premyer Liqa təcrübəsi böyük olan komandaları üstələmək asan iş deyil və mütəxəssis daha yaxşı heyətlə nələr bacara biləcəyini göstərmək üçün şans qazanmalıdır.

Mahir oynadı, komandası qələbəyə sevindi

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda XXXIII turda “Arminiya”nı qəbul edib. Görüş “Kayzerslautern”in qələbəsiylə başa çatıb – 2:0.

Mahir bu görüşdə iştirak edib. O, 65-ci dəqiqədə meydana daxil olub.

“Kayzerslautern” 33 turdan sonra 49 xalla 6-cı sıradadır.

“Qəbələ” “Qarabağ”a qarşı, “Sumqayıt” “Araz-Naxçıvan”la üz-üzə – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXXXI turun növbəti oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

“Qəbələ” azarkeşləri önündə “Qarabağ”ı qəbul edəcək.

Günün digər matçında “Sumqayıt” azarkeşləri önündə “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Misli Premyer Liqası
XXXI tur

9 may

17:00 Qəbələ – Qarabağ
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

19:30 Sumqayıt – Araz-Naxçıvan
Baş hakim: Rəvan Həmzəzadə
M.H. Sumqayıt ş. st.

Səudiyyə Ərəbistanı Kral Kubokunun qalibi müəyyənləşib

Səudiyyə Ərəbistanı Kral Kubokunun finalında “Əl-Xolud” və “Əl-Hilal” komandaları üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, oyun “Əl-Hilal”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın dördüncü dəqiqəsində Ramiro Enrike hesabı açaraq “Əl-Xolud”u irəli çıxarıb. 42-ci dəqiqədə Nasser Əl-Dovsari oyuna tarazlıq gətirib. İlk hissəyə əlavə olunan 2-ci dəqiqədə isə Teo Hernandez “Əl-Hilal”ın qələbə qolunu vurub.

“Levante” 3 xalı 3 qolla qazandı

İspaniya La Liqasının 35-ci turunda “Levante” “Osasuna”nı qəbul edib.

Futbolpress.az xəbər verir ki, oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 3-cü dəqiqəsində Ceremi Tolyan avtoqol müəllifi olub. 11-ci dəqiqədə Ante Budimir “Osasuna”nın ikinci qolunu vurub. 35-ci dəqiqədə Viktor Qarsiya hesab arasındakı fərqi azaldıb. 37-ci dəqiqədə Qarsiya həm özünün, həm də komandasının ikinci qolunu vurub. 90-cı dəqiqədə Etta Eyonq “Levante”nin qələbə qoluna imza atıb.

Bu qələbə ilə xallarını 36-ya çatdıran “Levante” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşlb. Aktivində 42 xalı olan “Osasuna” isə 10-cu sırada yer alıb.

“Torino”dan əzmkar qələbə

İtaliya A Seriyasının XXXVI turu çərçivəsində “Torino” “Sassuolo”nu qəbul edib.

Futbolpress.az xəbər verir ki, oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Qolsuz bərabərliklə yekunlaşan ilk hissənin ardından ikinci 45 dəqiqədə qapılara 3 qol vurulub. Əvvəlcə qonaqlar 52-ci dəqiqədə Kristian Torstvedtin qolu ilə hesabda önə çıxıb. 66-cı dəqiqədə Covanni Simeone hesaba tarazlıq gətirib. 71-ci dəqiqədə fərqlənən Markus Pederse Turin təmsilçisinin qələbə qolunun müəllifi olub.

Bu qalibiyyətdən sonra xallarını 44-ə çatdıran “Torino” turnir cədvəlində 12-ci pilləyə yüksəlib. Aktivində 49 xalı olan “Sassuolo” isə 10-cu yerdə qərarlaşıb.

“Lans” çempionluq yolunda PSJ-ni “təqib” edir

Fransa Liqa 1-in 33-cü turu çərçivəsində “Lans” “Nant”ı qəbul edib.

Futbolpress.az xəbər verir ki, oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb (1:0).

“Lans”ın yeganə qolunu 79-cu dəqiqədə yarımmüdafiəçi Mezian Soareş vurub.

Hazırda 32 oyundan sonra “Lans” 67 xalla ikinci pillədə yer alıb. 1 oyun az keçirən PSJ isə 70 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 23 xalı olan “Nant” 17-ci yerdə qərarlaşıb.

“Borussiya Dortmund” ikinci yeri təmin etdi

Almaniya Bundesliqasının XXXIII turu çərçivəsində “Borussiya Dortmund” “Ayntraxt Frankfurt”u qəbul edib.

Futbolpress.az xəbər verir ki, oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı qonaqlar açıb. Can Uzun 2-ci dəqiqədə komandasını önə çıxarıb. İlk hissənin sonlarında Seru Girassi hesaba tarazlıq gətirib. 45+1-ci dəqiqədə fərqlənən Niko Şlotterbek “Borussiya”ya üstünlük qazandırıb. 72-ci dəqiqədə Samuele İnasio hesab arasındakı fərqi iki topa yüksəldib. 87-ci dəqiqədə Conatan Burkard hesab “Ayntraxt”ın ikinci qolunu vurub və yekun hesabı müəyyənləşdirib.

Bu qələbə ilə “Borussiya” xallarının sayını 70-ə çatdırıb və mövsümün bitməsinə iki tur qalmış ən yaxın izləyicisi olan “Leypsiq”i 8 xal qabaqlayaraq gümüş medalı təmin edib. 

Dambrauskas: “Məğlubiyyəti unutmalıyıq”

Misli Premyer Liqasının XXXI turunun “Sabah” – “Kəpəz” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “Kəpəz”i təbrik etmək istəyirəm. Düşünürəm ki, bu qələbə onlar üçün böyük uğurdur. Oyunumuzdan çox şey demək istəmirəm. İlk hissədə dominant, yaxşı oynayan tərəf biz idik. 3-4 qol fürsəti yaratdıq, amma rəqib komandanın qapıçısı əla seyvlər etdi. Fasilədən sonra dəyişikliklərə əl atdıq, amma ritmimiz düşdü. Anlaşılmaz səhvimizdən sonra rəqib fərqləndi və qapanmağa başladı. Hücumlarda daha səbirli olmalı idik, ancaq tələsdik. Məğlubiyyəti unutmalıyıq. Üzülməyə vaxt yoxdur, finala hazırlaşmalıyıq.

– Ola bilər ki, futbolçuların diqqətləri kubokun finalında idi?
– Müəyyən mənada ola bilər. Bu gün az şans qazanan futbolçulara fürsət verdik. Çox risk etmək istəmirdik. Amma futbolçular keyfiyyətlərini göstərməli idilər. Ümumiyyətlə, uşaqların çalışqanlığından şikayətlənə bilmərik. Bir anda heyətdə 5-6 dəyişiklik edəndə belə nəticələr qaçılmaz olur. Amma bu heyət 5-6 oyun birlikdə oynasa, daha yaxşı nəticələr əldə edə bilər.

Şahin Cəfərov

Azər Bağırov: “Futbol adamları bunları başa düşür”

Misli Premyer Liqasının XXXI turunun “Sabah” – “Kəpəz” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Azərbaycanımızı Avropada yaxşı təmsil etsinlər, inşallah. Oyuna gəlincə, rəqib 22 matç idi, məğlub olmurdu. Görüşlərin çoxunda birinci hissədə oyunun taleyini həll edirdilər. Bir az bəxtimiz gətirdi. Həm də qapıçımız Yusif İmanov yaxşı seyvlər etdi. Komandamızı qələbə münasibətilə təbrik edirəm. Gəncədən gələn azarkeşlərə təşəkkürlər.

– Fasilədə nəyi dəyişdiniz?
– Ortada oyunu uduzurduq. Rəqib topla daha çox oynayırdı. İstəyirdik ki, bu mövqeni gücləndirək və hardasa bacardıq. Əsas diqqətimiz ikinci hissədə idi.

– Bir mövsümdə iki çempionu məğlub edən komandasınız, amma autsayderlər qrupundasınız…
– Heyətdə böyük dəyişikliklər edə bilmirik. Psixoloji və fiziki enişlər normaldır. Ən böyük çətinliyimiz onda idi ki, oyunu gücləndirə bilmirdik. Ardıcıl dörd məğlubiyyətlərdə də ciddi itkilərimiz yaranmışdı. Futbol adamları bunları başa düşür, amma azarkeşlər başqa cür baxır və bu da başadüşüləndir.

Şahin Cəfərov

Bakıda keçiriləcək UFC turnirinin biletləri bu tarixdə satışa çıxarılacaq

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev və meksiyalı Manuel Torresin görüşünə biletlər mayın 15-də, saat 10:00-dan etibarən satışa çıxarılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Biletlər iTicket üzərindən satışa təqdim olunacaq. “UFC Fight Club” üzvləri biletlərini mayın 13-də, saat 10:00-da əldə edə biləcəklər. Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslərə isə biletlər bir gün sonra təqdim olunacaq.

Qeyd edək ki, Rafael Fiziyev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tixuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel “Loco” Torresdir (17-3).

Xatırladaq ki, bu il “UFC Fight Night” iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

“Qarabağ” və “Zirə”dən inamlı qələbə

Əvəzedicilər Liqasında XXV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

“Zirə-2” “Sumqayıt-2”-ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Digər oyunda isə “Qarabağ-2” “Turan Tovuz-2” ilə qarşılaşıb. “Köhlən atlar” rəqibinin qapısından 3 cavabsız top keçirib.

Əvəzedicilər Liqası
25-ci tur

8 may

“Zirə-2” – “Sumqayıt-2” 3:1
Qollar
: 2 M.Ələkbərov, 4. R.Qafarov, 74. E.Məmmədov – 6. N. Orucəli

”Qarabağ-2” – “Turan Tovuz-2” 3:0

Qollar: 52. E.Babazadə, 62. N.Xasıyev, 83. A.Hüseynov

“Real Madrid” Valverde və Çuamenini cəzalandırdı

“Real Madrid” rəhbərliyi Federiko Valverde və Orelyen Çuamenini cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, futbolçular məşqdə və paltardəyişmə otağında dava etdiklərinə görə cərimələniblər. Hər iki oyunçu 500 min avro məbləğində cərimə olunub.

Xatırladaq ki, Madrid klubunu 10 may tarixində “Barselona”ya qarşı oyun gözləyir.

Kaşkilya üzr istədi

“İmişli” Misli Premyer Liqasının 31-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda “Zirə” ilə 0:0 hesablı heç-heçə edib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova yaxınlaşıb görüşmədiyim üçün üzr istəyirəm. Matça gəlincə, ədalətli mübarizə getdi. Hər iki komanda qol vurmağa, qələbə qazanmağa çalışırdı. Birinci hissə barədə danışsaq, yaxşı oyun göstərdiyimizi deyə bilərəm. “Zirə”dən daha çox qol şansı yaratdıq. Rəqibin 2 real qol imkanı oldu. Lakin fərqlənə bilmədi. Biz də həmçinin, fürsətləri boşa verdik. Rəqabətli keçən ilk hissənin ardından ikinci 45 dəqiqə də eyni atmosferlə davam etdi. İkinci hissənin xüsusilə son 20 dəqiqəsində “Zirə” daha fəal oyun nümayiş etdirdi və uzun paslarla oynamağa başladı. Buna görə də hücum xəttimizi bir az arxaya çəkməli olduq. Fikrimcə, bu oyun üçün hesab tam ədalətlidir. Çempionatda “Zirə”yə qarşı üç oyun keçirmişik və hamısında heç-heçə etmişik.  Rəqibə qarşı çempionat ərzində yaxşı oyunlar sərgiləmişik. Bunun üçün oyunçularıma təşəkkür edirəm. Bütün matçlarda sona qədər mübarizə apardılar. Texniki heyətin də işini yüksək qiymətləndirirəm, “çox sağ ol” deyirəm. Onlar futbolçulara, futbolçular da onlara inandı və çempionatın sonlarını yaxşı formada keçiririk.

– Ev oyunlarınızı başqa stadionda keçirsəydiniz, “İmişli” daha yuxarı pillələrdə ola bilərdi?

– Bilmirəm. Bizim meydanımız buradır və burada oynamalıyıq. Əlimizdən gələni etdik.

– Mətbuatda yayılan xəbərlərə görə, klub rəhbərliyi növbəti mövsüm üçün ispaniyalı məşqçi ilə anlaşıb. Bununla bağlı nə deyə bilərsiniz? 

– Bu barədə nəsə deyə bilmərəm.

Murad

Mövsüm Vyetnamda açılır

Çimərlik güləşi üzrə yeni mövsümə start verilir.

Futbolpress.az xəbər verir ki, mayın 9-10-da Vyetnamın Dananq şəhərində böyüklər arasında Dünya Seriyasının ilk mərhələsi keçiriləcək.

Kişilərin yarışında 4 çəki üzrə 14 ölkədən 40 idmançının iştirakı nəzərdə tutulur. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Dünya Seriyasında ölkəmizi Rübail İbrahimli (70 kq), Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kq) və Əşrəf Aşırov (90 kq) təmsil edəcək.

Sabah qrup mərhələsinin ilk 2 turu baş tutacaq. Növbəti gün isə sonuncu tur, yarımfinal və medal görüşləri keçiriləcək.

Rəşad Sadıqov: “May ayında palçıqda futbol oynayırıq”

Misli Premyer Liqasının XXXI turu çərçivəsində “Zirə” səfərdə “İmişli” ilə qolsuz bərabərliyə razılaşıb.

Futbolpress.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Olduqca ağır oyun oldu. Meydançanın vəziyyətini gördünüz. Futbolçular 90 dəqiqə ərzində çox istəkli idilər. Qələbə qazanmaq üçün əllərindən gələni etdilər, amma sonluğu gətirə bilmədik. Məyusuq, qələbə qazanmaq istəyirdik. Artıq qarşıdakı oyunlara hazırlaşmalıyıq.

– Kubokun finalı ərəfəsində futbolçuları çempionat matçlarına kökləmək çətin deyil?
– Üstün tərəf biz idik, yaxşı qol fürsətləri yaratdıq. Qəti şəkildə, sırf kuboku düşünmürük. Adətən belə həlledici görüşlər mövsümün sonunda olurdu. İndi isə ağır qrafikə təsadüf etdi. Rotasiyaların, zədələrin oyunumuza təsiri olur. Sıx qrafikdən keçmişik. 35 gün ərzində 8-ci oyunumuz idi. Aprel ayı bizi çox yordu.

– Oyundan sonra rəqib baş məşqçi ilə görüşmədiniz. Bunun səbəbi nədir?
– Adətən oyundan sonra məşqçilər həmkarları ilə görüşüb sonra futbolçularını təbrik edir. “İmişli”nin baş məşqçisi isə matç bitən kimi oyunçularının yanına getdi, mən də tərcüməçi ilə görüşdüm.

– Premyer Liqada komanda sayının artırılmasına gərək var?
– Məqsəd sadəcə sayı artırmaqdırsa, say artıb, amma may ayında palçıqda futbol oynayırıq. Klubların çoxu 3-4 stadiondan istifadə edir. İnfrastrukturu, stadionu olan klub varsa, Premyer Liqaya gələ bilər. Çempionatımızda keyfiyyətli komandalar, legionerlər var. Bunu saxlamaq üçün ən azı meydançalar yaxşı vəziyyətdə olmalıdır.

Murad

Premyer Liqa üçün bu klublara lisenziya verildi

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqa, II Liqa və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

Premyer Liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib:

“Baku Sportinq” FK, “Difai” FK, “İmişli” PFK, “Karvan-Yevlax” FK, “Kəpəz” PFK İB, “Mingəçevir” FK, “Səbail” PFK, “Şəfa” FK.

I Liqada 25 turdan sonra “Şəfa” liderdir. Komanda ən yaxın izləyicisi “Səbail”i 5 xal qabaqlayır.

“Sabah” – “Kəpəz”: Heyətlər

Misli Premyer Liqasının XXXI turu çərçivəsində “Sabah” “Kəpəz”i qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlərlə çıxacaqlar.

“Sabah”: 92. Stas Pokatilov (k) 17. Tellur Mütəllimov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 20. Coy Lens Mikels 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 70. Cesse Sekidika 7. Umarali Raxmonaliyev 83. Stefe Ende

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 2. Amin Seydiyev 89. Cəfər Muxtarov 21. Velko Simiç 11. Kahim Parris 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 19. Aron Maluda

Baş məşqçi: Valdas Dambrauskas

“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 6. Camal Cəfərov 29. Dioqo Verdaska (k) 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 77. Fərid Nəbiyev 17. Ümid Səmədov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 80. Şahnur İsmayılov 57. Amur Yusifov 83. Raul İsaqov 24. Olavale Onanuqa

Baş məşqçi: Azər Bağırov

 

“Məktəbli Qızlar” turnirinə yekun vuruldu

AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan “Məktəbli Qızlar” turnirinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, 59 saylı tam orta məktəbdə əvvəlcə Bakının 55 saylı və Lənkəranın 5 saylı məktəbləri III yer uğrunda oyunda qarşılaşıblar.

Ardından final görüşündə Bakı şəhəri 220 saylı tam orta məktəb və Lənkəran şəhəri 1 saylı tam orta məktəbin komandası üz-üzə gəlib.

220 saylı tam orta məktəb turnirin qalibi olub. II və III yerləri müvafiq olaraq 1 saylı tam orta məktəb və 55 saylı tam orta məktəbin komandaları tutublar. İlk üç yerin sahiblərinə diplom və medallar, qalibə isə kubok təqdim olunub.

Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt, AFFA-nın Dövlət qurumları ilə işlər üzrə məsul şəxsi Ramazan Səmədov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) əməkdaşı Xanım Həsənova və Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Sevda Ramazanova təqdim ediblər.

Qeyd edək ki, “Məktəbli Qızlar” turniri 7-9 yaşlı qızlar üçün nəzərdə tutulmuş pilot layihədir. İlkin olaraq bu mövsüm layihə 2 regionda – Bakı üzrə seçilmiş 20 dövlət və özəl məktəbdə, həmçinin Lənkərandan 10 məktəbdə keçirilib. Turnirin təşkilində əsas məqsəd növbəti mövsüm AFFA U-10 Qızlar Liqasını yaratmaqla qızlar arasında erkən yaşlardan futbola marağın yaradılması və gələcəkdə aşağı yaş qrupu üzrə millilərə yeni futbolçuların cəlb edilməsidir.

Azərbaycan çempionatında bütün oyunlar eyni vaxtda

I Liqada XXVI turun oyun cədvəli açıqlanıb.

Futbolpress.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq. Matçlar saat 17:00-da start götürəcək.

14 may (cümə axşamı)

“Şimal” – “Difai”
Şamaxı OİK stadionu

15 may (cümə)

“Mingəçevir” – MOİK
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

“Səbail” – “Şahdağ Qusar”
“Bayıl Arena”

“Baku Sportinq” – “Zaqatala”
Buzovna qəsəbə stadionu

“Şəfa” – “Cəbrayıl”
Binə qəsəbə stadionu

Ölkə birinciliyinin qalibləri bilindi

Stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb.

Futbolpress.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda U-19 və U-15 yaş qruplarındakı idmançılar bacarıqlarını göstəriblər. 4 gün davam edən birincilikdə paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.

Nəticələrə əsasən, U-19 yaş qrupunda şəxsi yarışlar Adil Əhmədzadə ilə Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib.
U-15 yaş qrupunda Onur Quluzadə ilə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəlib.

Qoşa yarışlarda Adil Əhmədzadə – Rüstəm Hacılı, Mərziyyə Nurmətova – Aylin Əsgərova tandemi U-19, Onur Quluzadə – Əliəkbər Mirzəliyev, Yağmur Məmmədli – Sofiya Trofimenko cütü isə U-15 yaş qrupunda birinci yeri tutub.
Qarışıq qoşa növündə isə Rüstəm Hacılı – Aylin Əsgərova, Onur Quluzadə Yağmur Məmmədli tandemi müvafiq yaş qruplarında baş mükafata layiq görülüb.

Qızların komanda mübarizəsində hər iki yaş qrupunda Sumqayıt-1, oğlanların yarışında isə Bakı-1 kollektivi qalib gəlib. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

Futbolçuları “Mingəçevir”i ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

5 may 2026-cı il tarixində I Liqada XXV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

5 may 2026-cı il tarixində I Liqada XXV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

5 may 2026-cı il tarixində I Liqada XXV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” komandasının 9 nömrəli futbolçusu Amil Yunanov azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Mingəçevir” komandası 3000 manat cərimə edilsin (maddə 52.4);

5 may 2026-cı il tarixində I Liqada XXV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” komandasının 27 nömrəli futbolçusu Elnur Mirzəyev rəqibə qarşı şifahi və ya qeyri-şifahi təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun oyuna buraxılmasın, “Mingəçevir” komandası 1200 manat cərimə edilsin (maddə 53.3, 11.3)

6 may 2026-cı il tarixində I Liqada XXV turun “Zaqatala” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Zaqatala” komandasının 2 nömrəli futbolçusu İlkin Qırtımov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Zaqatala” komandası 2400 manat cərimə edilsin (maddə 52.3);

6 may 2026-cı il tarixində I Liqada XXV turun “Zaqatala” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Səbail” komandasının 9 nömrəli futbolçusu Ruslan Voronsov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Səbail” komandası 2400 manat cərimə edilsin (maddə 52.3).

“Turan Tovuz” 700 manat cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda “Turan Tovuz” klubu 700 manat cərimələnib. Tovuz təmsilçisi “Zirə” ilə yarımfinal matçında 4 futbolçusu sarı vərəqə aldığı üçün bu qərarla üzləşib.

“Turan Tovuz” – “Zirə” oyunu 1:1 hesabıyla başa çatıb. “Zirə” iki oyunun nəticəsinə görə (ilk oyun 2:0) finala yüksəlib.

“Qarabağ” və Marko Yankoviçə ağır cəza

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunda yarımfinalda keçirilən “Sabah” – “Qarabağ” oyunu ilə bağlı cəzaları açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Qərarlar:

“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri olan hissədən meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 6500 manat cərimə edilsin (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununun 37-ci dəqiqəsində “Qarabağ” komandasının 99 nömrəli qapıçısı Mateus Koxalski rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 1000 manat cərimə edilsin (maddə 46);

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının 8 nömrəli futbolçusu Marko Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 25500 manat cərimə edilsin (maddə, 45.3, 51.2, 53.3, 87.1);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən dəfələrlə pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 7000 manat cərimə edilsin (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşlərinin olduğu sektorda zərər və dağıntı törədildiyinə görə “Qarabağ” komandası 5000 manat cərimə edilsin. Stadionda sındırılmış 70 ədəd oturacağa görə dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışdığına, onu təhqir etdiyinə görə 6 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 18000 manat cərimə edilsin (maddə 45.3, 52.4);

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının əməkdaşı  İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 45.3)

“İmişli” – “Zirə”: heyətlər

“İmişli” Misli Premyer Liqasının XXXI turunda bu gün “Zirə”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 16:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“İmişli”: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 70. Mehdi Tahirov 11. Vüsal Qənbərov 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular: 99. İmam Əli 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 10. Nikola Karaklaiç

Baş məşqçi: Jorj Kaşkilya

“Zirə”: 97. Tiaqo Silva 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 26. Stefan Aka 4. Ruan Renato 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 11. Junior Martins

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 9. Davit Volkov 5. Ange Mutsinzi 17. Ayron Qomis 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

“Sumqayıt” fəaliyyətini dayandırdı

“Sumqayıt” Minifutbol Klubu fəaliyyətini dayandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.

“Maliyyə problemləri və sponsor dəstəyinin olmaması səbəbindən” Sumqayıt” Minifutbol Klubu fəaliyyətini dayandırır. Klubumuz Avropa Liqasına vəsiqə qazanmasına baxmayaraq, maddi çətinliklər səbəbindən turnirdə iştirakdan imtina etməli oldu. 8 illik fəaliyyətimiz boyunca Sumqayıtı layiqincə təmsil etdik, minifutbola futbolçular yetişdirdik, böyük ailəyə çevrildik və ölkənin ən güclü klublarından biri olduq. Klubun təsisçisi və rəhbəri Nicat Ələsgərov, ən uğurlu və sonuncu baş məşqçisi isə Nicat Məhərrəmov olmuşdur.

Bu illər ərzində klubumuz üçün əziyyət çəkən bütün futbolçulara, məşqçilərə və işçi heyətinə sonsuz təşəkkür edirik”.

Azərbaycanı Münhendə onlar təmsil edəcək

Mayın 11-dən 14-dək Almaniyanın Münhen şəhərində taekvondo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, yarışda ölkəmizi 9 idmançı təmsil edəcək.

Kişilər arasında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Məhərrəmli (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq) və Elcan Əliyev (80 kq), qadınlar arasında isə Minayə Əkbərova (46 kq), Səmərrux Osmanova (49 kq) və Məryəm Məmmədova (53 kq) mübarizəyə qoşulacaqlar.

“Ədalətli İdman Ayı – 2026” çərçivəsində görüş

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə ölkəmizdə keçirilən “Ədalətli İdman Ayı – 2026” çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisində görüş təşkil olunub.

Futbolpress.az xəbər verir ki, görüş Milli Məclisin Gənclər və idman komitəsi ilə AMADA-nın birgə əməkdaşlığı əsasında baş tutub.

Görüşün əsas məqsədi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tətbiqi, bu istiqamətdə görüləcək hazırlıq işləri, eləcə də təmiz və ədalətli idman prinsiplərinin təşviqi ilə bağlı fikir mübadiləsinin aparılması olub.

Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlardan bəhs edib, beynəlxalq arenada qazanılan nailiyyətlərin təmiz idman prinsiplərinə sadiqliklə daha da möhkəmləndiyini vurğulayıb. O, yeni Məcəllənin tətbiqinin ölkədə antidopinq siyasətinin daha da təkmilləşdirilməsinə və idmanda şəffaflığın gücləndirilməsinə töhfə verəcəyini bildirib.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə isə çıxışında yeni Məcəllənin əsas yenilikləri, beynəlxalq standartlarda nəzərdə tutulan dəyişikliklər və onların ölkə idmanına mümkün təsirləri barədə ətraflı məlumat verib. O, antidopinq sahəsində maarifləndirmə fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb, idmançılar, məşqçilər və idman ictimaiyyəti arasında təmiz və ədalətli idman prinsiplərinin təşviqinin yeni standartların effektiv tətbiqində mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, komitə üzvləri ilə AMADA əməkdaşları arasında antidopinq siyasətinin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda bu formatda görüşlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb və gələcəkdə növbəti görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.

AFFA rəsmiləri Özbəkistana nə üçün gedib?

AFFA rəsmiləri işgüzar səfər çərçivəsində Özbəkistanda olub.

Futbolpress.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov, Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov və İnformasiya Texnologiyaları və Rəqəmsallaşma Departamentinin rəhbəri Rəhim Balakişiyev yer alıblar.

Onlar yerli futbol infrastrukturu və yaradılmış şəraitlə yaxından tanış olub, həmçinin müxtəlif istiqamətlər üzrə yerli mütəxəssislərlə bir sıra görüşlər keçirib, fikir mübadilələri aparıblar.

Səfər çərçivəsində Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Rövşən İrmatov Azərbaycan nümayəndə heyəti ilə görüşüb. İki ölkənin futbol qurumları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və futbolun müxtəlif istiqamətləri üzrə birgə fəaliyyət imkanları müzakirə olunub. Xüsusilə hakimlik sisteminin inkişafı, gənc hakimlərin hazırlanması və onların peşəkar səviyyəsinin artırılması məsələlərinə diqqət yetirilib.

Bununla yanaşı, futbolun rəqəmsallaşdırılması, müasir İT həllərinin tətbiqi, məlumat bazalarının idarə olunması və uşaq-gənclər futbolunun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər əməkdaşlığın daha da gücləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Anri çempionluğa ümid edir

“Arsenal”ın sabiq futbolçusu Tyerri Anri londonluların Çempionlar Liqasında finala yüksəlmələrini şərh edib.

Futbolpress.az “Metro” nəşrinə istinadən xəbər verir ki, fransalı keçmiş hücumçu bunları deyib:

“Finala yüksəlməyimizə görə çox şadam. Görək, nə edəcəyik… Güclü rəqibə – son çempiona qarşı oynayacağıq. İnıram ki, “Arsenal” PSJ-ni də məğlub edəcək. Sonuncu dəfə bizim vaxtda – 20 il əvvəl komanda ÇL-də finala vəsiqə qazanıb. Bu mövsüm “Arsenal” möhtəşəm çıxış edir. Premyer Liqanı və Çempionlar Liqasını qazanmaq gücündədirlər. Düşünürəm ki, komanda adına hər şey müsbət sonluqla yekunlaşacaq”.

Vernidub onun transferini istəyir – danışıqlar başladı

“Neftçi” icarə əsasında komandada çıxış edən Freddi Varqasın transfer hüquqlarını almaq istəyir.

Futbolpress.az-ın məlumatına görə, “ağ-qaralar” venesuelalı cinah oyunçusu müqavilə ilə məxsus olduğu “Makkabi” (Netanya) ilə danışıqlara başlayıb. İsrail klubu Varqası birdəfəlik satmağa razıdır. Futbolçu üçün tələb olunan məbləğ 1 milyon avrodur.

“Neftçi” Varqasın transferində israrcıdır. Komandanın baş məşqçisi Yuri Vernidub onu çox bəyənmir və onu yeni mövsümdə də heyətdə görməyi arzulayır.

Varqas ötən yay “Neftçi”yə bir illik icarə əsasında qoşulub. O, bu mövsüm 31 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

“Neftçi” Manilada yarımfinala yüksəldi

“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində yarımfinala yüksəlib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün 1/4 finalda Monqolustan millisini məğlub edib – 21:11.

“Neftçi” yarımfinalda ABŞ – “Ulan-Bator Amazons” (Monqolustan) duelinin qalibi ilə qarşılaşacaq.

Emeri bunu bacaran beşinci məşqçi oldu

İspaniyalı mütəxəssis Unay Emeri məşqçi karyerası ərzində altıncı dəfə avrokuboklarda final oynayacaq.

Futbolpress.az xəbər verir ki, onun rəhbərlik etdiyi “Aston Villa” Avropa Liqasında yarımfinalda “Nottingem Forest”i məğlub edərək (4:0) həlledici görüşə vəsiqə qazanıb.

Emeri avrokuboklarda altı final görən beşinci məşqçidir. Daha əvvəl Karlo Ançelotti, Covanni Trapattoni, Aleks Ferqyuson və Joze Mourinyo bunu bacarıb.

“Aston Villa” finalda mayın 20-da Almaniyanın “Frayburq” komandası ilə qarşılaşacaq.

Finallarda 300 minə yaxın tamaşaçı

Azərbaycan Kubokunun 34-cü mövsümünün finalı 32-ci həlledici qarşılaşma olacaq.

Futbolpress.az xəbər verir ki, bunadək 2001/02 və 2019/20 mövsümləri başa çatdırılmayıb. Baş tutan 31 finaldan biri – 2020/21 mövsümünün matçı koronavirus pandemiyası səbəbindən tamaşaçısız keçirilib.

30 finalı ümumilikdə 300 minə yaxın – 289 min 463 seyrçi izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir.

2009/10 mövsümünün finalını isə rekord sayda 26000 tamaşaçı seyr edib. “Bakı” və “Xəzər Lənkəran” arasında keçirilən görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınan ən yüksək göstəricidir:

1992 1000
1993 10000
1993/94 1350
1994/95 5000
1995/96 5000
1996/97 5000
1997/98 5500
1998/99 8000
1999/00 6000
2000/01 2000
2001/02 –
2003/04 8000
2004/05 10000
2005/06 6000
2006/07 10000
2007/08 20000
2008/09 10000
2009/10 26000
2010/11 24000
2011/12 4300
2012/13 20000
2013/14 22000
2014/15 4500
2015/16 23000
2016/17 12800
2017/18 4500
2018/19 10000
2019/20 –
2020/21 –
2021/22 3500
2022/23 9000
2023/24 5500
2024/25 7513

Riera özünü doğrulda bilmədi

Almaniyanın “Ayntraxt” klubu baş məşqçisi Albert Riera ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky De” nəşri məlumat yayıb. Klub rəhbərliyi ardıcıl üç oyundur, komandanın məğlub olmasından narazıdır. Onlar yayda Riera ilə müqaviləyə xitam verməyi düşünür.

Albert yanvarda komandaya baş məşqçi təyin edilib.

“Ayntraxt” Bundesliqada 32 turdan sonra 60 xalla 8-ci sıradadır.

Seriyanı kim qıracaq?

“Zirə” Misli Premyer Liqasının XXXI turunda bu gün “İmişli”nin qonağı olacaq.

Futbolpress.az-ın məlumatına görə, komandalar bu mövsüm iki dəfə üz-üzə gəlib.

“Zirə” azarkeşləri önündə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçəyə razılaşıb. Rəşad Sadıqovun yetirmələri bu mövsüm liqada ən çox bərabərə qalan komandadır – 13 dəfə. “İmişli” isə 11 dəfə meydanı bir xalla tərk edib.

“İmişli” debüt etdiyi ildə Qubada – azarkeşləri önündə hələ qələbə qazana bilməyib. Jorj Kaşkilyanın rəhbərlik etdiyi kollektiv 8 heç-heçə edib, 6 dəfə uduzub.

“Zirə” isə 14 səfər matçının 6-da üç xala sevinib. 5 dəfə bərabərliyə razılaşan “qartallar” üç dəfə də meydanı xalsız tərk edib. “Zirə” səfərdə 18 qol vurub, “İmişli” evində 22 qol buraxıb.

“İmişli” – “Zirə” oyunu saat 16:30-da start götürəcək.

Şahin Cəfərov

Arda: “Doğru yoldayıq”

“Şaxtyor”un baş məşqçisi Arda Turan Konfrans Liqasının yarımfinalında “Kristal Pelas”a məğlub olmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən matçdan sonra bunları deyib:

“Bir faiz şansın olsa belə, yarımfinalda uduzmaq məyusedicidir. Əslində, oyun olaraq finala çox yaxın idik. Lakin alınmadı, futbolçularım əllərindən gələni etdilər. Doğru yoldayıq. Yarımfinalda dayansaq da, meydanda gördüyüm komanda mənə qürur verdi”.

“Mançester Siti” xorvatla “nikah təzələmək” istəyir

“Mançester Siti” müdafiəçisi Yoşko Qvardiol ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. “Şəhərlilər” xorvatiyalı oyunçu ilə danışıqları yekunlaşdırmaq üzrədir. Yeni müqavilə ilə futbolçunun məvacibinin də artırılması nəzərdə tutulub.

Qvardiol 2023-cü ildən “Mançester Siti”də çıxış edir. O, 120 matçda 13 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

“Bavariya”dan “Milan”a

“Bavariya”dan ayrılacağı açıqlanan Leon Qoretska karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, “Milan” futbolçunu heyətinə qata bilər. Bu barədə ESPN məlumat yayıb. Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilir.

Qoretska bu mövsüm 29 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi yayda başa çatır.

Ronaldo bunu bacaran ilk avropalıdır

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 100-cü qolunu vurub.

Futbolpress.az xəbər verir ki, 41 yaşlı portuqaliyalı “Əl Şabab”la səfər matçında (4:2) fərqlənib.

Ronaldo Səudiyyə Ərəbistanı çempionatı tarixində 100 qola çatan ilk avropalı futbolçu olub.

Portuqaliyalı futbolçu 2023-cü ilin yanvarından “Əl Nəsr”də çıxış edir.

İspaniya Çempionlar Liqasında beş komanda ilə təmsil olunacaq

İspaniya 2026/27 mövsümündə Çempionlar Liqasında beş komanda ilə təmsil olunacaq.

Futbolpress.az xəbər verir ki, La Liqa klubu “Valyekano”nun Konfrans Liqasında yarımfinalda “Strasburq”u məğlub etməsi və finala yüksəlməsi ölkənin UEFA reytinqindəki xallarını artırıb. İspaniya sıralamada ikinci yerə yüksəlib.

UEFA qaydalarına görə, reytinqdə ilk iki yeri tutan komanda növbəti mövsüm Çempionlar Liqasında beş komanda ilə təmsil olunur.

“Zirzəmi”də gərgin mübarizə

Misli Premyer Liqasında XXXI tura start veriləcək. Açılış oyununda “Zirə” “İmişli”nin qonağı olacaq. Çempion “Sabah” “Kəpəz”i qəbul edəcək. Liqada qalmaq uğrunda mübarizə aparan “Qəbələ” “Qarabağ”la üz-üzə gələcək. “Sumqayıt” “Araz-Naxçıvan”, “Turan Tovuz” isə autsayder “Karvan-Yevlax”la üz-üzə gələcək. Tura “Neftçi” – “Şamaxı” matçı ilə yekun vurulacaq.

8 may
16:30 İmişli – Zirə
Bu mövsümün oyunları: 0:0, 1:1

Son beş oyunda üç qələbə qazanan “İmişli” liqada yerini böyük ölçüdə təmin edib. “Zirə” ilə matçda qazanılacaq xal komandanın elitada qalmasını rəsmiləşdirəcək. Bu mövsüm Qubada keçirdiyi oyunlarda istənilən rəqibə çətinlik yaratmağı bacaran “İmişli” artıq nəticələrinin təsadüfi olmadığını sübut edib.

Görüşün əhəmiyyəti “Zirə” üçün daha böyükdür. Avrokuboklara vəsiqə verən dördüncü yer uğrunda “Neftçi” ilə mübarizə aparan “qartallar” rəqibindən bir xal geri qalır. Rəşad Sadıqovun yetirmələri qarşıdakı üç oyundan maksimum nəticə əldə etməyi arzulayır. “Zirə” liqada dördüncü olsa və kubokun finalında “Sabah”a uduzsa belə, Konfrans Liqasına vəsiqə əldə edəcək. Buna görə, komanda üçün titul qazanmaq necə mühümdürsə, liqada dördüncü olmaq bir o qədər vacibdir.

8 may
19:30 Sabah – Kəpəz

Bu mövsümün oyunları: 1:0, 3:1

Çempionluğunu rəsmiləşdirən “Sabah”da baş məşqçi Valdas Dambrauskasın autsayderlə oyunda rotasiyalara gedəcəyi gözlənilir. Qızıl medallar təmin olunub və mütəxəssis bu səbəbdən qarşıdakı turlarda az oynayan, perspektiv vəd edən gənclərə şans verəcək.

Matç “Kəpəz” üçün daha önəmlidir. Gəncə təmsilçisinin qələbə qazanacağı halda, sonuncu olmayacağı dəqiqləşəcək. Pley-off zonasında əsas rəqib “Qəbələ”nin bu turda “Qarabağ”la oyunu var. Tur “Kəpəz” adına fərqin artması adına fürsətdir. Düzdür, “Sabah”ın evində büdrəməsi ehtimalı azdır, lakin Azər Bağırov istər bu mövsüm, istərsə də bundan öncə komandasından qat-qat güclü rəqiblərlə oyunlarda xallar qazanmağı bacarıb. Bu faktora nəzərən, çempionu “evində” rahat oyun gözləmir.

9 may
17:00 Qəbələ – Qarabağ

Bu mövsümün oyunları: 0:2, 1:2

Mövsümün ən baxımlı futbol sərgiləyən komandalarından olan “Qəbələ” oyununa görə olduğu mövqe üst-üstə düşmür. Hər matçda azı 3-4 real qol şansı yaradan “qırmızı-qaralar”da əsas problem sonluqla bağlıdır. Bəzən təcrübə, bəzən keyfiyyət çatışmazlığı nəticələrin gəlməsinə əngəl olur. Qələbə komandaya hava-su kimi lazımdır. Autsayder “Karvan-Yevlax” fərqi altıya endirib və komandalar növbəti turda bir-biri ilə üz-üzə gələcək. “Qəbələ” bu matçdan xalla ayrılıb, əsas rəqibi ilə duelə daha rahat çıxmağı arzulayır.

“Qarabağ” isə ötən turda “Turan Tovuz”u məğlub etməklə gümüş medalların taleyinə böyük ölçüdə aydınlıq gətirdi. Bu, “Qəbələ” üçün əlavə şansdır və heyətdə ciddi itkiləri olan “atlılar”ı büdrətmək bu dəfə daha real görünür.

9 may
19:30 Sumqayıt – Araz-Naxçıvan

Bu mövsümün oyunları: 0:1, 3:2

Sumqayıtda liqada iddiası qalmayan iki kollektivin dueli olacaq. “Sumqayıt” son matçlarda toparlanmış görünsə də, ötən turda “Kəpəz”lə matçda meydanı xalsız tərk etdi. “Kimyaçılar” azarkeşləri önündə oynayacaq və mövsümü yaxşı əhvalda bitirməyin planlarını qurur.

“Araz-Naxçıvan” isə Demçenkonun gəlişindən sonra qeyri-stabil nəticələrlə diqqət çəkir. Komanda hələ oyununu tapa bilməyib. “Sumqayıt”la matçda da favorit məhz rəqibdir. Demçenko klubdakı işini itirməmək üçün növbəti üç oyunda maksimum nəticə qazanmalıdır. Əks halda, yayda onunla da yollar ayrılacaq.

10 may
17:00 Turan Tovuz – Karvan-Yevlax

Bu mövsümün oyunları: 1:0, 2:1

Tovuz təmsilçisi demək olar, “üçlüy”ü təmin edib. Dördüncü pilədəki “Neftçi”dən altı xal öndə olan tovuzluların qarşıdakı üç matçda bu fərqi qapayacaq itkilərə yol verməsi ehtimalı çox azdır. Azarkeşləri önündə daha yaxşı futbol sərgiləyən “Turan Tovuz” görüşün favoritidir.

Matçın autsayder “Karvan-Yevlax” üçün əhəmiyyəti daha böyükdür. Komanda bu tur məğlub olsa və “Qəbələ” “Qarabağ”la matçdan xal qazansa, yevlaxlıların elitanı tərk edəcəyi dəqiqləşəcək. Şanslarını saxlamaq istəyən autsayder mütləq qələbə hədəfi ilə meydana çıxacaq.

10 may, 19:30 Neftçi – Şamaxı
Bu mövsümün oyunları: 2:2, 1:1

Son turlarda qazandığı xallarla turnir cədvəlində dördüncü pilləyə yüksələn “Neftçi” avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparır. “Zirə”dən bir xal öndə olan “ağ-qaralar” üçün xal itkisi yolverilməzdir. Düzdür, komandanın taleyi özündən asılı deyil, dördüncü olsalar belə, kubokun finalında “Sabah”ın titulu qazanmasını gözləməli olacaqlar. “Neftçi” qalan hər matçdan maksimum nəticə qazanıb, şansını sona qədər saxlamaq niyyətindədir.

“Şamaxı”nın isə iddiası qalmayıb. Ayxan Abbasov komandada son mövsümünü keçirir və ili pozitiv notlarla başa vurmaq arzusundadır. Səfərdə “Neftçi” üzərində qazanılacaq xal və ya xallar mütəxəssis üçün əlavə prestij olacaq.

Şahin Cəfərov

Ukraynalı futbolçu üçün mövsüm başa çatdı

“Trabzonspor” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Arseniy Bataqov menisküsdən (diz oynağında yerləşən qığırdaq toxuması) əməliyyat olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynalı futbolçu 4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Bataqov bu mövsüm Super Liqada 24 oyunda forma geyinib.

“İmişli” Qubada qələbəyə həsrətdir

“İmişli” Misli Premyer Liqasının XXXI turunda “Zirə”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Quba OİK stadionunda baş tutacaq görüşə saat 16:30-da start veriləcək.

“İmişli” bu mövsüm Qubada keçirdiyi oyunlarda qələbə qazana bilməyib. Jorj Kaşkilyanın yetirmələri 14 matçda 8 heç-heçə edib, 6 dəfə uduzub.

 

“Real” Çuameni və Valverde ilə bağlı açıqlama yaydı

“Real” futbolçuları Orelyen Çuameni ilə Federiko Valverdenin məşqdə mübahisə etməsi ilə bağlı rəsmi açıqlama yayıb.

Futbolpress.az xəbər verir ki, “kral klubu” rəsmi saytı vasitəsilə hadisə ilə bağlı araşdırma başladığını bildirib.

İspaniya mətbuatının xəbərinə görə, məşq zamanı Çuameni komanda yoldaşı Valverdeni vurub. Yerə yıxılan Valverdenin başı yerə sərt dəyib və o, kəllə-beyin travması alıb.

Ronaldo 971-ci qolunu vurdu

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Əl Şabab”la qarşılaşıb. 6 qolun vurulduğu matç “Əl Nəsr”in qələbəsiylə başa çatıb – 4:2.

Ronaldo bu görüşdə bir qol vurub. Onun komanda yoldaşı Joao Feliks isə het-trik edib.

“Əl Şabab”la matçda fərqlənən Ronaldo qollarının sayını 971-ə çatdırıb.

“Əl Nəsr” 32 turdan sonra 82 xalla birinci sıradadır.

Komanda yoldaşı ilə dalaşan futbolçu kəllə-beyin travması aldı

“Real”ın futbolçusu Federiko Valverde xəstəxanalıq olub.

Futbolpress.az xəbər verir ki, məşqdə komanda yoldaşı Orelyen Çuameni ilə dava edən yarımmüdafiəçi kəlləbeyin travması alıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Valverde iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

İspaniya mətbuatı Çuameninin Valverdeni döydüyünü iddia edib. Klub məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Çempionu dayandıran tapıldı, “Zirə” xal itirdi

Bu gün Misli Premyer Liqasında XXXI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“İmişli” Qubada “Zirə”ni qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Çempion “Sabah” autsayderlər qrupunda yer alan “Kəpəz”lə qarşılaşıb. Oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Misli Premyer Liqası
XXXI tur

8 may

16:30 İmişli – Zirə 0:0
Baş hakim: Kamranbəy Rəhimov
Quba OİK stadionu

19:30 Sabah – Kəpəz 0:1
Qol: R.Hacıyev 46
Baş hakim: Elvin Bayramov
“Bank Respublika Arena”

Avropa Liqasında finala vəsiqə qazanan klublar bəlli oldu

Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, yarımfinal görüşləri geri dönüşlərlə yadda qalıb. Belə ki, ilk oyunda minimal hesabla məğlub olan “Aston Villa” evdə “Nottinqam Forest”i darmadağın edib. Digər qarşılaşmada da bənzər ssenari yaşanıb. İlk matçda məğlub olan “Frayburq” evdə qalib gələrək finala vəsiqə qazanıb.

UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları

7 may

23:00 Aston Villa – Nottinqam Forest 4:0 (4:1)
Qollar: O.Vatkins 36, E.Buendia 58 (pen), MakQinn 77,80

23:00 Frayburq – Braqa 3:1 (4:3)

Qollar: J.Manzambi 41,L.Kübler 19,72 – P.Viktor 79.

Qırmızı vərəqə: M.Dorgeles 6.

 

Konfrans Liqasında finalçıların adına aydınlıq gəldi

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, “Kristal Pelas” “Şaxtyor”u qəbul edib. Görüş ilk qarşılaşmada olduğu kimi İngiltərə təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Digər finalçı isə “Strasburq” “Rayo Valyekano” cütündən qalib ayrılan İspaniya klubu olub.

UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab oyunları

7 may

23:00 Kristal Pelas – Şaxtyor 2:1 (5:2)
Qollar: P.Henrike (öz qapısına) 25, I.Sarr 52. – Equinaldo 34.

23:00 Strasburq – Valyekano 0:1 (0:2)

Qol: Alemao 42.

 

UEFA Çempionlar Liqasının finalçısı “Qalatasaray”ın ulduzunu istəyir

UEFA Çempionlar Liqasının finalına yüksələn PSG “Qalatasaray”ın ulduzunu heyətinə cəlb etmək istəyir.

Futbolpress.az xəbər verir ki, Paris klubu Viktor Osimhen üçün “Cim-Bom” ilə danışıqlara başlayıb. Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Fransızlar Osimhen üçün “sarı-qırmızılar”a 75 milyon avro təklif edib. İstanbul nəhənginin isə təklifi geri çevirdiyi qeyd olunub.

Bu mövsüm nigeriyalı hücumçu “Qalatasaray”ın heyətində 32 oyunda meydana çıxıb və 20 qol, 8 məhsuldar ötürməyə imza atıb.

“Beşiktaş” “Real”ın oyunçusu üçün “hərəkət”ə keçir

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Beşiktaş” “Real”ın oyunçusu ilə yaxından maraqlanır.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Madrid klubundan Raul Asensionun xidmətində maraqlıdır. Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

İspaniya nəhənginin gənc futbolçu üçün 40 milyon avroya yaxın məbləğ tələb etdiyi qeyd olunub.

Asensio bu mövsüm 31 oyunda meydana çıxıb və 2 qol, 1 məhsuldar ötürməyə imza atıb.

Premyer Liqa klubunda yeni müqavilə

“Brayton” yoluna baş məşqçisi Fabian Hürtseler ilə davam edəcək.

Futbolpress.az xəbər verir ki, təcrübəli çalışdırıcı ilə müqavilənin müddəti 2029-cu ilə qədər uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fabian 2024-cü ilin iyul ayında komandanın “sükanı arxası”na gətirilib.

Hazırda klub onun rəhbərliyi altında XXXV turdan sonra 50 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Futzal üzrə Yüksək Liqada XIX turun oyunları keçirilib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında lider “Neftçi” İK “Baku Fire” ilə qarşılaşıb.

“Ağ-qaralar” rəqibinə 5:1 hesabı ilə qalib gəlib.

Günün ikinci oyununda isə “Araz-Naxçıvan” U-19 yığmasını 12:2 hesabı ilə darmadağın edib.

Bu tur “Şuşa” meydana çıxmadan 3 xalı aktivinə yazdırıb. Belə ki, “Lənkəran” çempionatda artıq çıxışını dayandırdığına görə, qələbə “Şuşa”ya verilib.

19 turdan sonra “Neftçi” 52 xalla liderdir. “Araz-Naxçıvan” 49 xalla ikincidir.

“Atletiko”dan yeni transfer həmləsi

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Madrid klubu “Sportinq”in oyunçusu Maksi Arauxonu transfer etməyi planlaşdırır. Bu barədə “AS” nəşri məlumat yayıb.

Portuqallar 26 yaşlı futbolçunun keçidi üçün 50 milyon avro tələb edir.

Arauxo bu mövsüm “Sportinq”in heyətində 44 oyuna çıxıb və 7 qol, 4 məhsuldar ötürməyə imza atıb.

Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi baş tutub.

Futbolpress.az xəbər verir ki, püşkatmaya əsasən Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunacaq. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparacaq.

Mayın 8-dən 10-dək keçiriləcək Astana “Böyük Dəbilqə”sində ilk yarış günü təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 16:00-da start götürəcək.

Azərbaycan cüdoçularının rəqiblərini təqdim edirik:

Kişilər

66 kq, 1/16 final
Rəşad Yelkiyev – Hyonu An (Koreya)
Turan Bayramov – Matteo Piras (İtaliya)

73 kq, 1/8 final
Rəşid Məmmədəliyev – Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə

90 kq, 1/16 final
Aslan Kotsoyev – Aybol Nissanali (Qazaxıstan)

+100 kq, 1/8 final
Camal Feyziyev – Yakub Sordil (Polşa)
Uşanqi Kokauri – Jantilek Nurtilepuli (Qazaxıstan)

Qadınlar

48 kq, 1/16 final
Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya)

48 kq, 1/8 final
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə

52 kq, 1/16 final
Leyla Əliyeva – Taniştha Tokas (Hindistan)

52 kq, 1/8 final
Gültac Məmmədəliyeva – Şraddha Kadubal Çopade (Hindistan)

70 kq, 1/8 final
Südabə Ağayeva – Miriam Butkereyt (Almaniya)

Zamiq Əliyev rəmzi heyətə seçildi

Albaniyanın “Eqnatiya” klubunda forma geyinən millimizin futbolçusu Zamiq Əliyev XXXV turun rəmzi heyətinə seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyası məlumat yayıb.

Qurum turun rəmzi “11-liy”ni açıqlayıb. Siyahıda Zamiq Əliyev də yer alıb.

Futbolçumuz “Partizani”yə (Tirana) qarşı son oyunda komandasının ilk qoluna imza atmışdı. Görüş “Eqnatiya”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Dünya çempionu klubunu dəyişə bilər

Argentina millisinin və “Benfika”nın oyunçusu Nikolas Otamendi mövsümün sonunda komandadan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, təcrübəli müdafiəçinin transferi uğrunda 3 klub mübarizə aparır. Bu barədə TYC Sports məlumat yayıb.

“Valensiya”, Səudiyyə Ərəbistanı klublarından biri və “River Pleyt” 38 yaşlı futbolçunun xidmətində maraqlı olan komandalardır.

Bu mövsüm Portuqaliya nəhənginin heyətində 48 oyuna çıxan Otamendi 3 qol və 4 məhsuldar ötürməyə imza atıb.

Xatırladaq ki, 2025/26 mövsümünün sonunda argentinalının “Benfika” ilə müqaviləsi sona çatacaq.

❌