Normal view

Today — 13 February 2026Main stream

Poçettino qayıda bilər

13 February 2026 at 18:15

Baş məşqçi axtarışlarını davam etdirən “Tottenhem”də daha bir mütəxəssisin namizədliyi nəzərdən keçirilir.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi komandanın sabiq baş məşqçisi Maurisio Poçettinoya təklif göndərmək niyyətindədir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

argentinalı mütəxəssis hazırda ABŞ yığmasına rəhbərlik edir.

Poçettino 2014-2019-cu illərdə “Tottenhem”i çalışdırıb.

London klubu fevralın 11-də baş məşqçisi Tomas Frankla vidalaşıb. Komanda Premyer Liqada 16-cı sıradadır.

“Barselona” hakimlərdən şikayət edəcək

13 February 2026 at 17:43

“Barselona” İspaniya Kubokunun yarımfinalının “Atletiko” ilə matçının hakimlərindən şikayət etməyi düşünür.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Kataloniya klubu matçın ikinci hissəsində ləğv olunan qolda hakim xətasının olduğunu düşünür. “Barselona” yaxın zamanda İspaniya Kral Futbol Federasiyasına şikayət ünvanlayacaq.

“Atletiko” “Barselona”nı 4:0 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab görüşü martın 3-də “Kamp Nou”da olacaq.

Azərbaycan çempionatı başa çatdı

13 February 2026 at 17:24

Yunan-Roma və sərbəst güləş üzrə U17 Azərbaycan çempionatı başa çatıb.

Futbolpress.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın sonuncu – beşinci günündə sərbəst güləşdə 48, 55, 65, 80 və 110 kq-da medalçılar müəyyənləşib.

48 kq
Hüseyn Rzazadə (Cəlilabad, Mywrestling)
Toğrul Əliyev (Cəlilabad, Mywrestling)
Nurxan İsmayılov (Abşeron, AHİTA), Həzrət Müzəffərov (Gəncə,Təhsil-1)

55 kq
Abbas Şəfiyev (Lənkəran)
Əliağa Süleymanov (Gəncə,Təhsil-1)
Əlirza Heybətli (Abşeron, Mywrestling), Şirzad Hüseynov (Gəncə, AHİTA)

65 kq
Rəşid Nazarov (ROİL,”Neftçi”)
Ramal Məmmədoğlu (Mywrestling)
Məhərrəm Babayev (Şəmkir), Xamis Zamanov (Zaqatala)

80 kq
Nihad Süleymanlı (“Neftçi”,Təhsil)
Elvin Hacıquliyev (Xaçmaz)
Tural Eynullayev (Masallı), Elvin Nəcəfzadə (Təhsil)

110 kq
Hakim Tağıyev (ROİL, “Neftçi”)
Khabib Zokhraev (AGF)
Məhəmməd Cəfərov (Goranboy), Nicat Mustafayev (Neftçi)

Premyer Liqa klubunda yeni müqavilə

13 February 2026 at 17:00

“Brentford” hücumçusu İqor Tyaqonun müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçunun sözləşməsi 2031-ci ilin yayına kimi artırılıb.

Tyaqo bu mövsüm Premyer Liqada 26 oyunda 17 qol vurub.

“Şəfa”nın futbolçusu: “Bu oyunda bir xal qazanmadıq, iki xal itirdik”

13 February 2026 at 16:38

“Şəfa” I Liqada XIV turda “Səbail”lə səfərdə heç-heçə edib – 0:0. Aktivinə bir xal yazdıran bakılılar üçüncü pillədəki “dənizçilər”lə altı xallıq fərqi qoruyub.

“Şəfa”nın futbolçusu İsmayıl Zülfüqarlı “Futbolpress.az“a açıqlamasında oyunu dəyərləndirdi:

“Səbail”lə oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, müdafiədə sıx oynayacaqlar və qapanacaqlar. Buna baxmayaraq, epizodlar yaratdıq, oyunboyu üstünlüyümüzü qoruduq. Qələbə üçün çox çalışdıq, amma alınmadı. Bu oyunda bir xal qazanmadıq, iki xal itirdik”.

Cinah oyunçusu lider olmaqlarına baxmayaraq, hələ çox oyun olduğunu və çempionatın gərgin keçəcəyini bildirdi:

“Hələ heç nə məlum deyil. Qarşıda uzun marafon var. Hər komanda bizə qarşı özünü yaxşı tərəfdən göstərməyə çalışır. Düşünürəm ki, çempionat çox gərgin keçəcək”.

Şahin Cəfərov

“Yuventus” və “İnter” türkiyəli futbolçu ilə maraqlanır

13 February 2026 at 16:23

“Yuventus” və “İnter” türkiyəli futbolçu Zeki Çelik ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Klublar “Roma”da çıxış edən və müqaviləsi mövsümün sonuna qədər olan cinah müdafiəçisini yaxından izləyir.

A Seriyası təmsilçiləri Türkiyə millisinin də üzvü olan Zekini azad agent kimi heyətinə qatmaq istəyir.

28 yaşlı müdafiəçi bu mövsüm 30 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Real”da Bellingem şoku

13 February 2026 at 16:00

“Real”ın futbolçusu Cud Bellingem bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Futbolpress.az xəbər verir ki, müdafiəçi hamstrinq zədəsi səbəbiylə 6-8 həftə oynaya bilməyəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bellingem bu mövsüm La Liqada 18 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Koxalskinin müqaviləsindəki xüsusi bənd

13 February 2026 at 15:39

“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin müqaviləsində sərbəsqalma məbləği ilə bağlı bənd var.

Futbolpress.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Xəbərdə qolkiperi transfer etmək istəyən klubların 2.5 milyon avro ödəməli olduğu bildirilib. Eyni zamanda “Qarabağ” qapıçının növbəti satışından 20 faizlik pay almalıdır.

Koxalski qış transfer dönəmində ölkəsinin “Vidzev” klubundan təklif aldığını, ancaq “Qarabağ”ın onu buraxmadığını açıqlayıb.

Polaşlı qolkiper bu mövsüm 24 oyunda 35 qol buraxıb.

“Sabah”dan ayrılan futbolçu Premyer Liqada qaldı

13 February 2026 at 15:24

“Sabah”dan ayrılan Camal Cəfərov karyerasına Premyer Liqada davam edəcək.

Futbolpress.az-ın məlumatına görə, cinah oyunçusu “Kəpəz”lə anlaşıb. Gəncə klubu yaxın zamanda keçidi açıqlayacaq.

23 yaşlı futbolçu daha əvvəl 2024-cü ilin yanvarından 2025-ci ilin yayına kimi “Kəpəz”də icarədə olub.

“Əvəzedicilər”də təyinatlar

13 February 2026 at 15:00

Əvəzedicilər Liqasının XVI turunun təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

14 fevral (şənbə)

“Sabah-2” – “Sumqayıt-2”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nəriman Ağayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bayıl Arena”, 14:00

16 fevral (bazar ertəsi)

“Araz-Naxçıvan-2” – “Zirə-2”
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Sənan Bayramzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu, 14:30

17 fevral (çərşənbə axşamı)

“Turan Tovuz-2” – “Şamaxı-2”
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Niyaz Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Novruz Əzimov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00

“Qarabağ-2” – “Qəbələ-2”
Hakimlər: Nazim Abdullayev, Cavid Ömərov, Hüseyn Vəliyev, Rəsul Babayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Binə qəsəbə stadionu, 14:30

“Neftçi-2” – “Kəpəz-2”
Hakimlər: Ceyhun Hüseynov, Tural Bayramov, Sadiq Əliyev, Nahid Xasıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Palms Sports Futbol Mərkəzi (IV meydança), 15:00

“Sabah” bu səviyyəni saxlasa, çempionluq şansı var” – serbiyalı

13 February 2026 at 14:42

“Sabah” Premyer Liqada 19 turdan sonra 46 xalla birinci sıradadır. “Bayquşlar” ikinci pillədəki “Qarabağ”ı 4 xal üstələyir.

Serbiyalı futbolçu Filip İvanoviç “Futbolpress.az”a açıqlamasında sabiq klubunun Premyer Liqadakı çıxışı haqda fikirlərini bölüşdü:

“Əlbəttə, “Sabah”ı, Azərbaycan çempionatının oyunlarını vaxt olduqca izləyirəm. Çalışıram ki, keçmiş klubumun bütün oyunlarına baxım. Yaxşı ritm yaxalayıblar və belə davam etməlidirlər. Qarşıda oyun çoxdur. “Sabah” bu səviyyəni saxlasa, çempionluq şansı var”.

İvanoviç 2018-2021-ci illərdə “Sabah”ın formasını geyinib. O, “futuristlər”lə 59 oyunda meydana çıxıb və 2 qol vurub.

Millətlər Liqası: Azərbaycanın oyunlarının təqvimi

13 February 2026 at 14:21

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupundakı oyunlarının təqvimi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, yığma ilk oyunu sentyabrın 27-də Lixtenşteynə qarşı keçirəcək.

24 sentyabr, 2026-cı il
22:45. Lixtenşteyn – Litva

27 sentyabr, 2026-cı il
17:00. Lixtenşteyn – Azərbaycan

1 oktyabr, 2006-cı il
20:00. Azərbaycan – Lixtenşteyn

4 oktyabr, 2006-cı il
17:00. Azərbaycan – Litva

13 noyabr, 2006-cı il
22:45. Litva – Azərbaycan

16 noyabr, 2006-cı il
20:00. Litva – Lixtenşteyn

Kulibali ilə müqavilə uzadıldı

13 February 2026 at 13:39

“Əl Hilal” müdafiəçisi Xalidu Kulibalinin müqaviləsinin müddətini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Seneqallı müdafiəçinin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.

Kulibali 2023-cü ildə “Çelsi”dən “Əl Hilal”a keçib.

“Real”da Mbappe narahatlığı

13 February 2026 at 13:20

“Real”ın futbolçusu Kilian Mbappe komandanın son məşqində fərdi çalışıb.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Fransalı hücumçu dizindəki ağrılar səbəbindən kollektiv məşqə qatılmayıb.

Mbappe ötən ilin dekabrında dizindən zədə almışdı. “Real” futbolçunun zədəsinin təkrarlanmasından narahatdır.

Mbappe bu mövsüm 31 oyunda 38 qol vurub, 5 məhsuldar ötürmə edib.

AFFA-da seminar

13 February 2026 at 12:52

AFFA-nın təşkilatçılığı ilə Azərbaycan Premyer Liqası və I Liqa klublarının təhlükəsizlik və mühafizə üzrə məsul şəxsləri üçün seminar təşkil olunub.

Futbolpress.az xəbər verir ki, seminar Futbol Klublarının Lisenziyalaşdırılması çərçivəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının – Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilib. Tədbirdə əsas diqqət “İzdihamın idarə edilməsi və futbol stadionlarında təhlükəsizliyin təmin olunması” mövzularına yönəldilib.

Seminar çərçivəsində kütləvi tədbirlər zamanı risklərin qiymətləndirilməsi, azarkeş axınının düzgün tənzimlənməsi, fövqəladə hallara operativ reaksiya mexanizmləri, həmçinin stadion ərazisində ictimai asayişin qorunması ilə bağlı məlumatlar təqdim olunub. Hüquq-mühafizə orqanlarının, həmçinin AFFA və Peşəkar Futbol Liqasının nümayəndələri real təcrübəyə əsaslanan nümunələr üzərindən çıxış edərək, iştirakçıların suallarını cavablandırıb, qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Seminarın sonunda iştiraka görə sertifikatlar təqdim edilib.

Edqaras Azərbaycan millisi ilə bağlı Dambrauskasla danışacaq

13 February 2026 at 12:25

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas Millətlər Liqasının püşkünü dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan və Lixtenşteynlə mübarizə aparacaq yığmanın çalışdırıcısı bunları deyib:

“Heç kim bizə asan oyunlar vəd etmir. Azərbaycan daha səviyyəli komandadır. Onların Avropa təcrübəsi olan oyunçuları var. “Qarabağ” klubu öz futbolu ilə təəccübləndirməkdədir. Yerli çempionatın ən yaxşı komandasıdır və yığmaya ən çox futbolçu göndərən onlardır.

“Sabah”ın litvalı məşqçisi Valdas Dambrauskasla danışacağam? Əlbəttə, hə. Onun komandasının bir neçə üzvü millidə oynayır. Matça tam hazır olmaq üçün bütün məlumatları toplayacağıq”.

“Sabah”ın legioneri Super Liqa klubuna keçə bilər

13 February 2026 at 12:09

Qazaxıstanlı qapıçı Stas Pokatilov “Sabah”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Vesti.kz” saytı məlumat yayıb. Qolkiperin Türkiyə Super Liqasından təklif aldığını və ilkin razılaşmaya yaxın olduğu bildirilib.

Pokatilovun “Sabah”la müqaviləsi mövsümün sonunda başa çatır. O, azad agent kimi yeni klubuna qoşula bilər.

FIFA məşhur klubu cəzalandırdı

13 February 2026 at 11:47

FIFA İspaniyanın “Atletik” klubunu cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, Bilbao təmsilçisinə “maliyyə mübahisələri və ya normativ tələblərin pozulması kimi müxtəlif pozuntular” səbəbindən transfer qadağası verilib.

“Atletik” 2027-ci ilin sonuna kimi yeni oyunçu qeydiyyatdan keçirə bilməyəcək.

Qarsiya hakimlərdən narazıdır

13 February 2026 at 11:34

“Barselona”nın futbolçusu Erik Qarsiya İspaniya Kubokunda “Atletiko”ya uduzduqları oyunu (0:4) şərh edib.

Futbolpress.az AS nəşrinə istinadən xəbər verir ki, müdafiəçi görüşün hakimliyindən narazı qaldığını bildirib:

“Ofsayd epizodunda VAR-a 6 dəqiqə baxıldı. Birinci dedilər, işləmir. Sonra gedib VAR-a baxırlar. Düzü, heç monitorda nəsə olduğunu görmədim. Yarıavtomatik sistemlə hər şey aydın və daha sadə izah edilməlidir. Son vaxtlar hakim qərarları əleyhimizə olur. “Atletiko”nun futbolçusu Juliano Baldeyə qarşı kobud oynadı və aşkar qırmızı vərəqə verilməliydi. Lakin hakimin fikri fərqli oldu. Bizə qarşı qərarlar asanlıqla verilir”.

Komandalar arasındakı cavab oyunu martın 3-də olacaq.

Dekunun reallaşdıra bilmədiyi transfer

13 February 2026 at 11:18

“Barselona”nın idman direktoru Deku transferini istəyib, lakin alındıra bilmədikləri oyunçunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, funksioner bu barədə Almaniya mətbuatına danışıb. O, “Bayer”dən Conatan Tanı transfer etmək istəsək də, son mərhələdə alınmadı”.

Conatan Ta ötən ilin yayında “Bayer”dən “Bavariya”ya keçib.

Püşk dəyərləndirməsi: “Bizim üçün asan rəqib yoxdur”

13 February 2026 at 11:00

Azərbaycan yığması Millətlər Liqasının D Liqasının ikinci qrupunda Litva və Lixtenşteynlə mübarizə aparacaq.

Ötən tsiklda Fernandu Santuşun rəhbərliyi altında C Liqasında uğursuz nəticələr yaşayan və D Liqasına düşən yığmanın budəfəki rəqibləri daha zəifdir. Yalnız Litva yığması aşağı-yuxarı milli ilə başa-baş mübarizə aparacaq gücdədir. Lixtenşteynlə oyunlarda isə 6 xal qazanmaq mütləqdir.

Millinin veteran futbolçuları “Futbolpress.az“a açıqlamasında püşkü dəyərləndirdi:

Şahin Diniyev: “Məqsəd birinci olmaq və C Liqasına yüksəlməkdir. Bərabərsəviyyəli rəqiblərdir. Bizim üçün asan rəqib yoxdur. D Liqasındayıqsa, deməli komandaların gücləri bərabərdir. Mütləq qrup birincisi olmalıyıq”.

Arif Əsədov: “Hər iki komandadan üstünük. Bu baxımdan ilk pilləni tutmaq gücündəyik və bunu etməliyik. Ümid edək ki, yaxşı hazırlaşar və yaxşı nəticələr əldə edərik. Düzdür, Litva yığması Lixtenşteyndən daha güclüdür. Amma bizə uyğundur və onları keçməliyik”.

Zaur Həşimov: “Daha əvvəl hər iki komandayla qarşılaşmışıq. Məqsəd C qrupuna yüksəlməkdir və şansımız böyükdür. Fikrimcə, millimiz bu tapşırığın öhdəsindən gələ biləcək. Xal hədəfimiz maksimum olmalıdır. Qrupda birinci olmaq üçün düşünürəm ki, 9-10 xal bəs edəcək”.

Şahin Cəfərov

Azərbaycan çempionatında tay-brek günü

13 February 2026 at 10:38

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, 1/8 finalda keçirilən iki partiyanın nəticəsinə əsasən Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı növbəti mərhələyə yüksəlib. Rauf Məmmədov-Şiroğlan Talıbov və Xaqan Əhməd-Nicat Abasov cütlüyündə qalib bu gün baş tutacaq tay-brekdə məlum olacaq.

Qadınların yarışında Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova ¼ finala vəsiqə qazanıb. Gövhər Beydullayeva-Nərmin Abdinova qarşılaşmasında növbəti mərhələyə vəsiqənin taleyi tay-brekdə müəyyənləşəcək.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq.

“Landmark” Biznes Mərkəzində təşkil olunan Azərbaycan çempionatında partiyalar hər gün saat 15:00-da başlayır.

Haaland 4-cü oldu

13 February 2026 at 10:26

Norveçli hücumçu Erlinq Haaland “Mançester Siti”nin bombardirləri siyahısında dördüncü sıraya yüksəlib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqada XXVI turda “Fulhem”lə matçda fərqlənən forvard qollarının sayını 153-ə çatdırıb.

Haaland klub tarixinin ən çox qol vuran futbolçuları siyahısında dördüncüdür. Birinci pillədə isə 260 qolla keçmiş hücumçu Serxio Aquerodur.

Azərbaycan Kubokunda 1/8 finalın təyinatları

13 February 2026 at 10:10

Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, oyunlar fevralın 14-də və 15-də Olimpik Starda keçiriləcək.

14 fevral

Saat 14:00 Baku Fire – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov
Hakim-inspektor: Murad Məmmədov

Saat 16:00 Neftçi İK – Trabzon Azərbaycan
Hakimlər: Hidayət Feyzullayev, Anar Fərəcov, Nihad Bağırov
Hakim-inspektor: Füzuli Nəcəfov

Saat 18:00 Lənkəran – Atletiko Baku
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, İmran Məhərrəmov
Hakim-inspektor: Ramiz Əsədov

Saat 20:00 Xan-Lənkəran – Dəstə Ordubad
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Nihad Bağırov
Hakim-inspektor: Azad Hüseynov

15 fevral

Saat 14:00 Ulduz – Baku Fire-2
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Hidayət Feyzullayev
Hakim-inspektor: Murad Məmmədov

Saat 16:00 U-19 – Yeni Suraxanı
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov
Hakim-inspektor: Elçin Səmədli

Saat 18:00 STAR kargo – Şuşa
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hidayət Feyzullayev
Hakim-inspektor: Azad Hüseynov

Saat 20:00 Timsport – PFL
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov
Hakim-inspektor: Əfqan Həmzəyev

Skarlatake “Nyukasl”dan danışdı: “Cavab oyunu daha çətin olacaq”

13 February 2026 at 09:45

“Zirə” və “Xəzər Lənkəran”ın sabiq futbolçusu Adrian Skarlatake Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” cütü ilə bağlı fikirlərini bölüşdü.

Rumıniyalı keçmiş yarımmüdafiəçi “Futbolpress.az“a açıqlamasında İngiltərə klubunun favorit olduğunu söylədi:

“Nyukasl” kağız üzərində favoritdir. Lakin “Qarabağ” ilk oyunu evdə keçirəcək və qələbə onlarda özünəinam yaradacaq. Əsas oyun İngiltərədə olacaq. “Qarabağ” üçün cavab matçı daha çətin keçəcək. Düşünürəm ki, şanslar var və ümid edirəm ki, növbəti mərhələyə “Qarabağ” keçər. Onlar bu səviyyədə komandalara qarşı çox oynayıblar. Təcrübələri var. Məğlub olsalar belə, yenidən böyük təcrübə qazanacaqlar”.

“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda keçirəcək. Cavab görüşü isə 25-də səfərdə olacaq.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

13 February 2026 at 09:26

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

13 fevral

Türkiyə, I Liqa
15:30 Iğdır – Ümraniyespor (TRT Spor)
18:00 Boluspor – Hatayspor (TRT Spor)
21:00 Çorum – İstanbulspor (TRT Spor)

Türkiyə, Super Liqa
21:00 Qalatasaray – Eyüpspor (beİN Sports 1)
21:00 Antalyaspor – Samsunspor (beİN Sports 2)

Fransa, Liqa 1
22:00 Renn – PSJ (beİN Sports 4)
00:05 Monako – Nant (beİN Sports 4)

İtaliya, A Seriyası
23:45 Piza – Milan (Matç TV)

İspaniya, La Liqa
00:00 Elçe – Osasuna (Futbol 1)

Simeone: “Rahatlaşmaq olmaz”

13 February 2026 at 09:15

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya Kubokunun yarımfinalında “Barselona”ya qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis 4:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Azarkeşlərimizin belə oyunlara ehtiyacları var. Onlar illərdir, bizi irəli aparırlar, həmişə yanımızda olurlar. Onlara belə matçlar, nəticələr lazımdır.

Oyuna mükəmməl başladıq, ilk hissədə yaxşı oyunla dörd qol vurduq. Bəlkə, daha artığını edə bilərdik. Bilirdik ki, təslim olmayacaqlar. Ona görə fasilədən sonra daha diqqətli olmalıydıq. Düzdür, birinci hissədəki kimi əla oynamadıq, amma qol buraxmadan qələbə qazanmağımız möhtəşəmdir.

Kiminlə oynadığımızı bilirik. Rahatlaşmaq olmaz”.

Komandalar arasındakı cavab görüşü martın 3-də “Kamp Nou”da olacaq.

Nuriyevin “Sabah”ı “Zirə”yə dəyişməsinin səbəbi

13 February 2026 at 08:44

Azərbaycan millisinin üzvü Anatoli Nuriyev “Sabah”dan “Zirə”yə keçib.

Futbolpress.az-ın məlumatına görə, yarımmüdafiəçi “bayquşlar”da oyun praktikasının azlığından narazı olub. O, baş məşqçi Valdas Dambrauskasla danışıb və daha çox oynamaq istədiyi üçün klubdan ayrılmaq niyyətində olduğunu bildirib. Mütəxəssis futbolçunun gedişinə mane olmayıb.

Nuriyev “Zirə” ilə müddəti mövsümün sonuna kimi olan müqavilə imzalayıb.

29 yaşlı futbolçu bu mövsüm 13 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Barselona” 37 il sonra bunu yaşadı

13 February 2026 at 08:31

“Barselona” İspaniya Kubokunun yarımfinal mərhələsinin birinci oyununda “Atletiko”ya uduzub – 0:4.

Futbolpress.az xəbər verir ki, kataloniyalılar 37 ildən sonra birinci dəfə madridlilərdən 4 cavabsız qol buraxıb.

“Barselona” bundan əvvəl 1989-cu ildə “Atletiko”ya eyni hesabla məğlub olub.

Yarımfinalın cavab oyunu martın 3-də baş tutacaq.

ML perspektivləri – qayıdış mütləqdir

13 February 2026 at 08:28

Azərbaycan millisi Millətlər Liqasının D Liqasının ikinci qrupunda Litva və Lixtenşteynlə mübarizə aparacaq.

Ötən tsiklda Fernandu Santuşun rəhbərliyi altında C Liqasında uğursuz nəticələr yaşayan və D Liqasına düşən yığmanın budəfəki rəqibləri daha zəifdir. Yalnız Litva yığması aşağı-yuxarı milli ilə başa-baş mübarizə aparacaq gücdədir. Lixtenşteynlə oyunlarda isə 6 xal qazanmaq mütləqdir.

“Transfermarkt”da dəyəri 600 min avro olan “cırtdan ölkə” təmsilçisi ötən Millətlər Liqasında San Marinoya belə uduzub. Onlarla duellərdə xal itirmək milli üçün faciəvi nəticə sayılmalıdır. Ümumiyyətlə, Lixtenşteynin sonuncu qələbəsi ötən ilin oktyabrında Honq Konqla yoxlama oyununda olub. Rəsmi matçlardakı sonuncu qələbə isə 2020-ci ildə elə məhz Millətlər Liqasında San Marinoya qarşı olub.

Azərbaycan yığması buna qədər beş dəfə Lixtenşteynlə üz-üzə gəlib. 1998-ci ildə Avropa çempionatının seçmə mərhələsində bu rəqibə uduzan yığma növbəti 4 görüşdə 3 qələbə qazanıb, 1 dəfə heç-heçə edib. Komandalar sonuncu dəfə 2013-cü ildə yoldaşlıq görüşündə Dubayda qarşılaşıb və milli qələbə qazanıb – 1:0.

Litva yığması isə son illərdə inkişafda olan kollektivlərdəndir. “Transfermarkt”da dəyəri 18 milyon avro olan komanda DÇ-2026-nın seçmə mərhələsində Niderland və Finlandiyaya qarşı yaxşı oyun göstərməklə diqqət çəkib. Komandanın heyətində əsas oyunçu yarımmüdafiəçi Qvidas Qineytisdir. 21 yaşlı perspektivli futbolçu İtaliyanın “Torino” klubunda çıxış edir və dəyəri 5.5 milyon avrodur.

Litvalıların rəsmi matçlarda sonuncu qələbəsi ötən ilin sentyabrına təsadüf edir. Komanda Baltika Kubokunda Latviyaya iki cavabsız qolla qalib gəlib. Millimiz Litvaya qarşı buna qədər üç oyun keçirib. 1998-ci ildə birinci matçda qalib gələn yığma 2008-ci ildə litvalılara yoldaşlıq oyununda uduzub. Komandalar sonuncu dəfə 2019-cu ildə yoldaşlıq görüşündə Bakıda üz-üzə gəlib və qolsuz bərabərlik qeydə alınıb.

Şahin Cəfərov

“Barselona” ilk oyunda darmadağın oldu

13 February 2026 at 02:06

İspaniya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, “Barselona” final yolunun ilk matçında səfərdə “Atletiko” ilə üz-üzəgəlib. Matç madridlilərin 4:0 hesablı qələbəsiylə başa çatıb.

Qolları Erik Qarsiya (avtoqol), Antuan Qrizmann, Ademola Lukman və Yulian Alvares vurub.

Cavab görüşü martın 4-də olacaq.

Sterlinqin yeni klubu

12 February 2026 at 23:35

“Çelsi”dən ayrılan Rahim Sterlinqin yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, ingiltərəli vinger “Feyenoord”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sterlinqlə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Sterlinq ötən ay “Çelsi” ilə yollarını ayırıb.

Yesterday — 12 February 2026Main stream

ML: Türkiyə yığmasının rəqibləri

12 February 2026 at 22:30

UEFA Millətlər Liqasında 2026/27 mövsümünün püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan D Liqasının 2-ci qrupunda Lixtenşteyn və Litva ilə mübarizə aparacaq.

Türkiyə yığması A Liqasının 1-ci qrupunda Fransa, İtaliya və Belçika ilə üz-üzə gələcək.

UEFA Millətlər Liqası

Qruplar

A Liqası

Qrup1
Fransa, İtaliya, Belçika, Türkiyə

Qrup2
Almaniya, Niderland, Serbiya, Yunanıstan

Qrup3
İspaniya, Xorvatiya, İngiltərə, Çexiya

Qrup4
Portuqaliya, Danimarka, Norveç, Uels

B Liqası

Qrup1
Şotlandiya, İsveçrə, Sloveniya, Şimali Makedoniya

Qrup2
Macarıstan, Ukrayna, Gürcüstan, Şimali İrlandiya

Qrup3
İsrail, Avstriya, İrlandiya, Kosovo

Qrup4
Polşa, Bosniya və Herseqovina, Rumıniya, İsveç

C Liqası

Qrup1
Albaniya, Finlandiya, Belarus, San Marino

Qrup2
Monteneqro, Ermənistan, Kipr, Latviya/Cəbəllütariq (cütünün qalibi)

Qrup3
Qazaxıstan, Slovakiya, Farer adaları, Moldova

Qrup4
İslandiya, Bolqarıstan, Estoniya,Lüksemburq/Malta (cütünün qalibi)

D Liqası

Qrup1
Cəbəllütariq/Latviya (cütünün məğlubu), Malta/Lüksemburq (cütünün məğlubu), Andorra

Qrup2
Azərbaycan, Litva, Lixtenşteyn

Tahir Gözəldən “Neftçi”yə: “Rəqabət nə qədər prinsipial olsa da…”

12 February 2026 at 22:21

“Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksələrək, Azərbaycan futbol tarixində yeni və əlamətdar səhifə açıb. Bu, təkcə klubumuzun nailiyyəti deyil, eyni zamanda ölkə futbolunun beynəlxalq arenada artan nüfuzunun və davamlı inkişafının göstəricisidir.

“Nyukasl” klubuna qarşı keçiriləcək pley-off mərhələsinin iki oyunu arasında cəmi 6 günlük fasilənin olması, həmçinin bu müddət ərzində komandanın İngiltərəyə uzun səfər edəcəyini nəzərə alaraq, klubun Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi” PFK ilə keçirilməli olan oyunun təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb.

Peşəkar Futbol Liqası da öz növbəsində Əsasnaməyə uyğun olaraq “Neftçi” PFK-nın razılığını alıb və qarşılaşmanın başqa tarixə keçirilməsi barədə qərar qəbul edib.

Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın prezidenti Tahir Gözel bununla bağlı klubumuzun rəsmi saytına açıqlama verib. O, göstərilən anlayış və dəstəyə görə “Neftçi” klubuna təşəkkürünü bildirib:

“Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə “Neftçi” PFK-nın rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm. “Neftçi” klubu bu qərarı ilə bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdi. Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır.

İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, müraciətimizə Əsasnaməyə uyğun, operativ və obyektiv şəkildə yanaşdığına görə Peşəkar Futbol Liqasına minnətdarlığımı bildirirəm”.

Ayxan Abbasov: “Məqsədimiz C Liqasına qayıtmaqdır”

12 February 2026 at 22:19

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın hədəflərini açıqlayıb:

“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.
Qeyd edək ki, millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.

Millətlər Liqası: Azərbaycanın rəqibləri məlum oldu

12 February 2026 at 21:22

UEFA Millətlər Liqasının püşkü atılır.

Futbolpress.az xəbər verir ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteynlə mübarizə aparacaq.

UEFA Millətlər Liqasında yeni mövsümə sentybarın 24-də start veriləcək

“Qarabağ” – “Nyukasl”: ilk gündə neçə bilet satıldı?

12 February 2026 at 21:19

Çempionlar Liqasının pley-off mərhələsində fevralın 18-də Bakıda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyununa bilet satışı bu gün başlayıb.

Futbolpress.az xəbər verir ki, ilk gündə artıq 18 750 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 21:45-də start veriləcək.

“Sabah”dan ayrılan futbolçu “Zirə”də

12 February 2026 at 21:00

“Zirə” yeni futbolçuyla anlaşıb.

Futbolpress.az xəbər verir ki, “qartallar” Anatoli Nuriyevi heyətinə qatıb. Hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, milli komandamızın da üzvü olan Nuriyev daha əvvəl Ukraynanın “Hoverla”, “Munkaç”, “Seredniye”, “Stal”, “Minay”, “Kolos”, ölkəmizdə isə “Sumqayıt”, və “Sabah” klublarında çıxış edib.

“Neftçi” – “Qarabağ” oyunu təxirə salındı

12 February 2026 at 20:48

Premyer Liqanın XXI turunun “Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

“Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun rəsmi müraciəti, “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında Azərbaycan Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə tutulmuş “Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb”.

“Sabah” milli üzvü ilə vidalaşdı – rəsmi

12 February 2026 at 20:26

“Sabah” yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Nuriyev 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.

“Səbail”in futbolçusu mükafatlandırıldı

12 February 2026 at 18:36

I Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Səbail” futbol klubunun üzvü Ruslan Voronsov mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı XIV turun “Səbail” – “Şəfa” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

 

 

“Sumqayıt” afrikalı ilə müqavilənin detallarını açıqladı

12 February 2026 at 18:16

“Sumqayıt” FK 2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar” son olaraq Trnava “Spartak”ında çıxış etmiş hücumçu Sedrik Badolonu heyətinə qatıb. 28 yaşlı Burkina Faso millisinin üzvü ilə 2026/27 mövsümünün sonunadək + 1 il şərtiylə anlaşma əldə olunub.

Qeyd edək ki, Sedrik Badolo karyerası ərzində “Spartak” ilə yanaşı vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib.

“Bavariya” Keynlə bağlı qərarını verdi

12 February 2026 at 17:36

“Bavariya” hücumçusu Harri Keynin müqaviləsini uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Bundesliqa klubu yaxın zamanda ingilis hücumçu ilə danışıqlara başlayacaq.

Keyn bu mövsüm Bundesliqada 21 oyunda 24 qol vurub. 32 yaşlı hücumçunun müqaviləsi 2027-ci ilin yayına kimidir.

“Arsenal” hücumçusunu itirdi

12 February 2026 at 17:18

“Arsenal”ın futbolçusu Kay Haverts zədələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Alman hücumçu Premyer Liqada XXVII turda fevralın 22-də keçiriləcək “Tottenhem”lə matçda iştirak etməyəcək.

Haverts bu mövsüm 7 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

İspaniya klubunun Osimhen planı

12 February 2026 at 16:53

“Qalatasaray”ın futbolçusu Viktor Osimhen mövsümün sonunda klubdan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, nigeriyalı hücumçu “Atletiko”nun diqqət mərkəzindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Madrid təmsilçisi yayda hücumçusu Aleksander Sörlotu satıb, yerinə Osimheni transfer etməyi planlaşdırır.

Osimhen bu mövsüm 21 oyunda 15 qol vurub.

Azərbaycan çempionatının daha iki oyunu FIFA+ TV-də

12 February 2026 at 16:26

AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində bu həftə AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

Futbolpress.az xəbər verir ki, XV tur çərçivəsində fevralın 13-də keçiriləcək “Sumqayıt” – “Araz-Naxçıvan” (13:30) və fevralın 14-də baş tutacaq “Dirçəliş” – “Şəfa” (14:30) görüşü platformada göstəriləcək.

Qeyd edək ki, saziş lisenziya müddəti ərzində – 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.

“Sabah”ın komandalarından 6 qələbə

12 February 2026 at 16:00

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib.

Futbolpress.az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları keçirdikləri 9 oyunun 6-dan qələbələ ilə ayrılıblar (2 heç-heçə, 1 məğlubiyyət).

U-9

Sabah – Troya +:-

U-10 Liqası

Sabah – Amasiya =:=

U-11 Liqası

Sabah – Xan -:+

U-13 Liqası

Sabah – Sumqayıt 2:2
Qollar: Kamil Həziyev, Rəcəb Əzizov.

U-14 Liqası

Zirə – Sabah 0:5
Qollar: Cəlal Məmmədli, Əli Səfərov, Hüseyn Musayev, Elman Tahirov, Yusif Ağayev.

U-16 Liqası

Sabah – EFA 6:0
Qollar: Ruslan Əbilov (2), Seyfəddin Heydərov, Xəzər Hüseynzadə, Ayxan İbadov, avtoqol.

U-17 Liqası

Sabah – Şəfa 3:1
Qollar: İbrahim Hüseynov, Məhəmməd Mədətov, İbrahim Xəlilov.

Gənclər Liqası (U-19)

Sabah – EFA 7:0
Qollar: Rəşad Gülüşov (3), Toğrul Tapdıqlı, Anar Hüseynov (2), Əlibəy Mahmudov.

Araz-Naxçıvan – Sabah 1:7
Qollar: Anar Hüseynov (4), Toğrul Tapdıqlı (2), Emin Feyzullayev.

“Liverpul” “Milan”ın futbolçusu ilə maraqlanır

12 February 2026 at 15:30

“Milan”ın futbolçusu Kristian Pulişiç karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” amerikalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. “Qırmızılar” mövsümün sonunda Pulişiç üçün hərəkətə keçəcək.

Amerikalı futbolçu bu mövsüm 16 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib. O, daha əvvəl İngiltərədə “Çelsi”nin formasını geyinib.

Azərbaycan çempionatı: 1/8 finalın ilk partiyaları keçirildi

12 February 2026 at 15:26

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk partiyaları keçirilib.

Futbolpress.az xəbər verir ki, turnirin reytinq favoriti Şəhriyar Məmməyarov Murad İbrahimliylə, ötən ilki çempion Rauf Məmmədov isə Şiroğlan Talıbovla heç-heçə oynayıb. Eltac Səfərli Kamal Ağasiyevi, Aydın Süleymanlı Rəhim Qasımovu, Məhəmməd Muradlı Rəvan Əliyevi, Read Səmədov Paşam Əlizadəni, Əhməd Əhmədzadə isə Vüqar Rəsulovu məğlub edib. Nicat Abasov ilk partiyada Xaqan Əhmədə uduzub.

Qadın şahmatçıların yarışında bütün oyunlar məhsuldar alınıb. Ötən ilin çempionu Günay Məmmədzadə Nərmin Kazımovanı, Avropa çempionu Ülviyyə Fətəliyeva isə Zəhra Allahverdini məğlub edib. Digər görüşlərdə Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova qələbə qazanıb.

Bu gün yarışda 1/8 finalın cavab partiyaları oynanılacaq.

Bombardirlik yarışı: iki alman, bir serb

12 February 2026 at 15:16

Azərbaycan Premyer Liqasında bombardirlik yarışına 9 qolla “Sabah”ın futbolçuları Coy-Lens Mikels və Velko Simiç başçılıq edir.

Futbolpress.az xəbər verir ki, Mikels bu saya 14, Simiç isə 18 oyunda nail olub.

3-7-ci yerlərdə isə 4 futbolçu eyni sayda qol vurub. Bunlar “Qarabağ”dan Toral Bayramov, “Araz-Naxçıvan”dan Ba-Muaka Simakala, “Şamaxı”dan Kərim Rossi və “İmişli”dən Dieqo Almeydadır.

8-10-cu pillələrdə isə 6 qolu olan futbolçular yer alıb. “Neftçi”dən Bassalu Sambu, “Qəbələ”dən Domi Massumo və “Sumqayıt”dan Aleksandr Ramalinqom “10-luğ”u tamamlayır.

“Qol krallığı” yarışında yer alan ilk üç futbolçu da legionerdir. Mikels və Simakala alman, Simiç isə serbdir.

“Sabah”ın hücumçusunun son durumu

12 February 2026 at 14:49

“Sabah”ın futbolçusu Coy-Lens Mikels fərdi məşqlərini davam etdirir.

Futbolpress.az-ın məlumatına görə, alman hücumçu hələ zədəsini tam sağaltmayıb.

Mikelsin Premyer Liqanın XX turunda “Qəbələ” ilə səfər görüşündə də iştirakı sual altındadır. Hücumçu komandanın son iki matçını buraxıb.

Mikels bu mövsüm Premyer Liqada 9 qolla bombardirdir.

Tuxellə müqavilə uzadıldı

12 February 2026 at 14:30

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxellə müqavilə uzadılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin müqaviləsi 2028-ci ilin sonuna kimi artırılıb.

Tuxel ötən ilin yanvarından yığmaya rəhbərlik edir.

“Trabzonspor” – “Fənərbağça” oyununun hakimi açıqlandı

12 February 2026 at 14:13

Türkiyə Super Liqasının XXII turunda keçiriləcək “Trabzonspor” – “Fənərbağça” oyununun hakimi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşün baş hakimi Halil Umut Meler olacaq.

Fevralın 14-də keçiriləcək matça saat 21:00-da start veriləcək.

“Şah”a borcu olan Türkiyə klubunun xalları silindi

12 February 2026 at 13:55

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin sabiq klubu “Adana Demirspor” cəzalanıb.

Futbolpress.az xəbər verir ki, I Liqa təmsilçisinin keçmiş oyunçulara olan borclarına görə 12 xalı silinib. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

“Adana Demirspor” çempionatda -40 xalla sonuncudur və klubun liqanı tərk etməsi dəqiqləşib.

31 yaşlı qolkiper 2023-cü ilin sentyabrından 2024-cü ilin iyuluna qədər Türkiyə təmsilçisində forma geyinib. “Adana Demirspor”un “Şah”a da borcu var.

London klubunda Xavi səsləri

12 February 2026 at 13:24

“Tottenhem”də baş məşqçi axtarışları davam edir.

Futbolpress.az xəbər verir ki, London klubu ispan mütəxəssis Xavi Hernandesin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Tottenhem” rəhbərliyi Xavi ilə danışıqlara başlamağı planlaşdırır.

London klubu dünən baş məşqçisi Tomas Frankla yollarını ayırıb. Komanda Premyer Liqada 16-cı sıradadır.

“Sumqayıt”dan transfer

12 February 2026 at 12:49

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar” Slovakiyanın “Spartak” klubundan Sedrik Badolonu heyətinə qatıb. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.

Badolo bu mövsüm “Spartak”da 4 oyuna çıxıb.

“Bavariya” 6 il sonra bunu bacardı

12 February 2026 at 12:20

“Bavariya” Almaniya Kubokunda yarımfinala yüksəlib.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi 1/4 finalda “Leypsiq”i mübarizədən kənarlaşdırıb – 2:0.

“Bavariya” kubokda 6 il sonra yarımfinala yüksəlib. Komanda sonuncu dəfə 2019-cu ildə bunu bacarıb.

Almaniya Kubokunda yarımfinala “Bavariya”, “Frayburq”, “Ştutqart” və “Bayer” klubları qalıb. Püşkatma fevralın 15-də olacaq.

Hansı oyun, hansı kanalda? – TV

12 February 2026 at 11:52

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

12 fevral

İngiltərə, Premyer Liqa
00:00 Brentford – Arsenal (İdman TV, beİN Sports 3)

İspaniya, kubok
00:00 Atletiko – Barselona (Matç TV)

“Qarabağ” – “Nyukasl”: biletlərin qiymətləri

12 February 2026 at 11:35

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl” (İngiltərə) oyununun biletləri 12 fevral, saat 12:00-dan etibarən satışda olacaq.

Futbolpress.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN, VIP sektorlar: 200, 250, 300 və 400 AZN, VVIP sektorlar: 1000 AZN-dir.

“Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

“Karvan-Yevlax”ın futbolçusu: “Ümidimizi itirməmişik”

12 February 2026 at 11:26

“Karvan-Yevlax” Premyer Liqada 19 turdan sonra 6 xalla sonuncu – 12-ci sıradadır. Yevlax təmsilçisi çempionatda yeganə qələbəsini ikinci turda “Kəpəz”lə oyunda qazanıb.

Komandanın müdafiəçisi Vüsal Məsimov son durumla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Elitanı tərk etməyə əsas komanda kimi göstərilirsiniz. Gedişatı nə üçün dəyişə bilmirsiniz?
– Düzdür, vəziyyət yaxşı deyil, bunu komandada hər kəs başa düşür. Ürəkdən istəyirik ki, bu vəziyyətdən çıxaq. Çox çalışırıq, əziyyət çəkirik. İnanıram ki, vəziyyət düzələcək. Qarşıda hələ 14 oyun var və ümidimizi itirməmişik. Premyer Liqada qalmaq üçün əlimizdən gələnin artığını etməliyik.

– Siz itirdikcə rəqiblər xallarını artırır. Artıq “Kəpəz”lə fərq 7-yə çatıb…
– Xal fərqi artsa da, hələ heç nə bitməyib. Çox inanırıq ki, yaxşı olacaq. Çətin görsənir, amma ümidsiz deyilik. İnşallah, sonda sevinən tərəf biz olarıq.

– Bu heyət liqada qalmağa kömək olacaq?
– Heyətlə bağlı problemimiz yoxdur. Yaxşı kollektivimiz var və daha yaxşı olmağa çalışırıq. Düşünürəm ki, əziyyətimizin yaxşı mənada faydasını görəcəyik.

– Son turlarda iddialı rəqiblərlə qarşılaşırsınız. Növbəti görüş də səfərdə “Zirə” ilə olacaq. Uğursuz seriyanı sonlandıra biləcəksiniz?
– Çətin qrafikimiz var. Səfərlər güclü rəqiblərə qarşıdır. “Zirə” iddialı komandadır və çox yaxşı futbolçuları var. Düzdür, çətindir, amma mümkünsüz deyil. Futbolda hər şey ola bilər. “Zirə”dən xal almağa çalışacağıq.

– Növbəti turda “Kəpəz” “Neftçi”, “Qəbələ” “Sabah”la qarşılaşacaq. Rəqiblərin xal itirməsi gözləniləndir. Bu tur sizin üçün bir fürsət ola bilər?
– Əsas öz oyunumuzdur. Açığı, rəqiblərin də xal qazanmamasını istərdik. Amma yenə deyirəm, ilk növbədə özümüz xallar qazanmalıyıq.

Şahin Cəfərov

Ədilxan sabiq klubuna qayıtdı

12 February 2026 at 11:14

“Şahdağ Qusar” qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, bölgə klubu “Şəfa”dan Ədilxan Qarəhmədovu icarə əsasında heyətinə qatıb. 25 yaşlı futbolçu cari mövsümün sonuna qədər komandada çıxış edəcək.

Qeyd edək ki, yarımmüdafiəçi 2024/25 mövsümündə “Şahdağ Qusar”ın heyətində Azərbaycan II Liqasının qalibi olub.

Milner rekordun bir addımlığında

12 February 2026 at 10:45

“Brayton”un futbolçusu Ceyms Milner Premyer Liqanın XXVI turunda “Aston Villa” ilə matçda meydana çıxıb.

Futbolpress.az xəbər verir ki, görüş Milnerin çempionatdakı 653-cü matçı olub. 40 yaşlı yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında keçmiş rekordçu Qaret Berriyə çatıb.

Milner daha bir görüşdə meydana çıxsa, Premyer Liqada ən çox oyun keçirən futbolçu olacaq.

Van Dayk “Liverpul”un tarixinə düşdü

12 February 2026 at 10:26

“Liverpul” İngiltərə Premyer Liqasının XVI turunda “Sanderlend”i məğlub edib – 1:0.

Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisinin yeganə qolunu Vircil Van Dayk vurub.

Niderlandlı müdafiəçi bununla da Premyer Liqada 23-cü qoluna imza atıb. “Opta”nın məlumatına görə, Van Day “Liverpul” tarixində ən çox qol vuran müdafiəçi ünvanını əldə edib.

Bundan əvvəlki rekordçu 22 qolla Sami Hyupiya idi.

Premyer Liqanın “ən”ləri

12 February 2026 at 10:15

Azərbaycan Premyer Liqasında ən az qələbə qazanan komanda “Karvan-Yevlax”dır. Autsayder 19 turda cəmi 1 dəfə 3 xala sevinib. Komandanın yeganə qələbəsi ikinci turda “Kəpəz”ə qarşı olub – 3:2. Növbəti 18 turun 15-də uduzan yevlaxlılar cəmi 3 dəfə də heç-heçə edə bilib. “Karvan-Yevlax” 6 xalla sonuncu – 12-ci sıradadır və 11-ci pillədəki “Kəpəz”dən 7 xal geri qalır.

Premyer Liqanın lideri “Sabah” isə ən çox qələbə qazanan komandadır. Valdas Dambrauskasın yetirmələri 19 oyunda 14 qələbə qazanıb, cəmi 1 dəfə uduzub. “Sabah” liqada ən az məğlubiyyət görən komandadır. “Futuristlər”in yeganə xalsız ayrıldığı görüş “İmişli” ilə ev oyunu olub – 0:1.

19 turda ən çox heç-heçə edən kollektiv “Neftçi”dir. Yuri Vernidubun gəlişindən sonra oyun baxımından artıran “ağ-qaralar” 19 turda 9 dəfə meydanı bir xalla tərk edib. Paytaxt təmsilçisi qalan 10 görüşün 6-da qələbə qazanıb, 4-də uduzub.

Çempionatda ən az heç-heçə edən “Kəpəz”dir. Gəncə təmsilçisi 19 turda cəmi bir dəfə – ötən tur “İmişli” ilə matçda meydanı bir xalla tərk edib. “Kəpəz” qalan 18 görüşün 14-nü uduzub, 4-də qələbə qazanıb.

Messi zədələndi

12 February 2026 at 09:50

“İnter Mayami”nin hücumçusu Lionel Messi zədələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb. Argentinalı futbolçu zədə səbəbindən komandanın son məşqini buraxıb.

Messinin durumu tibbi müayinədən sonra bilinəcək.

MLS-də yeni mövsümə fevralın 22-də start veriləcək. “İnter Mayami” birinci turda “Los Anceles Qalaksi” ilə qarşılaşacaq.

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri məlum olacaq

12 February 2026 at 09:25

Bu gün UEFA Millətlər Liqasının püşkü atılacaq.

Futbolpress.az xəbər verir ki, D Liqasında yer alan Azərbaycan yığmasının da rəqibləri bəlli olacaq. Mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azərbaycan D Liqasının 1-ci səbətində yer alacaq.

UEFA Millətlər Liqasında yeni mövsümə sentybarın 24-də start veriləcək.

UEFA Millətlər Liqası
2026/2027 mövsümü

A Liqası
1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya
2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya
3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç
4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B Liqası
1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail
2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna
3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya
4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

C Liqası
1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan
2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan
3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya
4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino

D Liqası
1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu
2-ci səbət: Lixtenşteyn, Andorra

Premyer Liqa klubunda baş məşqçi ayrılığı

12 February 2026 at 09:17

İngiltərənin “Nottingem Forest” klubunun baş məşqçisi Şon Dayç ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

Dayç sentyabrda “Nottingem Forest”ə baş məşqçi təyin edilmişdi

Komanda Premyer Liqada 26 turdan sonra 27 xalla 17-ci sıradadır.

Mərkəzi oyunda “sülh”

12 February 2026 at 19:00

Bu gün Azərbaycan I Liqasında XIV tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Turun mərkəzi görüşü bu gün baş tutub. Lider “Şəfa” səfərdə “Səbail”lə heç-heçə edib.

“Şəfa” 3ü xalla turnir cədvəlində birinci sıradadır. Üçüncü “Səbail”in isə 26 xalı var.

Azərbaycan I Liqası
XIV tur

12 fevral

“Şahdağ Qusar” – “Cəbrayıl” 4:2
Qollar: 
K.Adjey, 37, P.Aqblevor, 43, Y.Aşurov, 50, C.Qurbanlı, 68 – A.Eli, 34, D.Açimi, 60
Qırmızı vərəqə: A.Eli, 34 (“Cəbrayıl”), A.Dauda, 90 (“Cəbrayıl”), 90

“Baku Sportinq” – MOİK
Qollar: 
E.Tağıyev, 53, X.Məmmədli, 90+5

“Səbail” – “Şəfa” 0:0

Azərbaycanlı futbolçu Maldiv adaları çempionu oldu

12 February 2026 at 08:39

Azərbaycanlı futbolçu Nazim Məmmədzadə Maldiv adaları çempionu olub.

Futbolpress.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin çıxış etdiyi “Maziya” sonuncu turda “Odi”ni məğlub edərək qızıl medalları qazanıb.

Klub tarixində 6-cı dəfə ölkə çempionu olub.

Nazim ötən ilin dekabrında “Maziya”ya keçib. “Neftçi”nin yetirməsi olan müdafiəçi karyerasının son illərini ölkə xaricində keçirir. O, “Maziya”dan əvvəl Qırğızıstanda “Alay”, Polşada “Svinoyçe”, Latviyada “Qrobina”, İspaniyada “Marino Luanko”, Şimali Makedoniyada “Renova”da çıxış edib.

İtaliya Kubokunda yarımfinal cütləri

12 February 2026 at 08:26

İtaliya Kubokunda yarımfinal mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, “İnter” final yolunda “Komo” ilə qarşılaşacaq. “Atalanta”nın rəqibi isə “Latsio” olacaq.

Görüşlərin vaxtı hələ açıqlanmayıb.

PFL “Neftçi”nin cavabını gözləyir

12 February 2026 at 08:09

Premyer Liqanın XXI turunun “Neftçi” – “Qarabağ” oyununun təxirə salınıb-salınmayacağı hələ məlum deyil. Matçın startına 10 gündən az vaxt qalsa da, məsələ hələ həllini tapmayıb.

Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev “Futbolpress.az“a açıqlamasında oyunla bağlı yekun qərarın yaxın zamanda açıqlanacağını bildirdi:

“Əsasnamədə nəzərdə tutulmuş hallarda və qaydada matçların təxirə salınması, oyunun tarixinin, başlanğıc vaxtının və keçirilmə yerinin dəyişdirilməsi mümkündür.

Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndində oyunların vaxtının dəyişdirilməsi və təxirə salınması ilə bağlı müddəalar qeyd olunub: “Avrokuboklarda 4-cü təsnifat mərhələsində (pley-off) iştirak edən klub oyunun bir dəfə təxirə salınması üçün müraciət edə bilər. Liqa mərhələsindən sonrakı pley-off mərhələlərində də klubun bununla bağlı hər mərhələdə bir dəfə olmaqla müraciət etməsi mümkündür”.
Bu iki halda rəqib komandanın razılığı olmalıdır. Artıq “Qarabağ” komandası liqa mərhələsini adlayaraq 1/16 final mərhələsinə yüksəlib. Komandanın Əsasnaməyə uyğun olaraq oyunun təxirə salınması üçün müraciət etmək hüququ var.

Lakin PFL təkcə “Qarabağ” komandasının müraciətinə əsasən oyunu təxirə sala bilməz. Bunun üçün komandanın Azərbaycan Premyer Liqasında qarşılaşacağı rəqibinin də razılığı olmalıdır. Əsasnamədə qeyd olunan bütün prosedur qaydaları yerinə yetirilərsə, PFL-in rəsmi saytında bu məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində fevralın 18-da Bakıda “Nyukasl”la qarşılaşacaq. “Atlılar” fevralın 21-də “Neftçi”, 25-də isə “Nyukasl”la səfərdə üz-üzə gələcək. “Qarabağ” İngiltərəyə uzun səfərlə bağlı “Neftçi” ilə görüşün təxirə salınmasını istəyir.

“Tottenhem”li üçün mövsüm bitdi

11 February 2026 at 23:33

“Tottenhem” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Vilson Odober sıradan çıxıb.

Premyer Liqada “Nyukasl”la oyunda zədələnən futbolçu mövsümün qalan hissəsini buraxacaq.

Odober bu mövsüm 33 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.

Veysələ ziyarət

11 February 2026 at 22:19

“Kəpəz” klubunun İdarə Heyətinin üzvü Fərman Əlizadə, infrastruktur rəhbəri Ruslan Məmmədov, baş məşqçi Azər Bağırov və komandanın kapitanı Əli Səmədov futbolçu Veysəl Rzayevi ziyarət ediblər.

Futbolpress.az xəbər verir ki, klub nümayəndələri Veysəlin səhhəti ilə yaxından maraqlanıb, ona mənəvi dəstək göstərərək tezliklə tam sağalmasını və yaşıl meydanlara qayıtmasını arzulayıblar.

Veysəl fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Azərbaycan çempionatında daha 47 döyüş keçirildi

11 February 2026 at 21:35

Gənc boksçular arasında Azərbaycan çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, yarışın üçüncü günündə 47 döyüş keçirilib.

Qız boksçular arasında U-19 Azərbaycan çempionatında daha iki çəkidə yarımfinalçıların adlarına aydınlıq gəlib.

Oğlan boksçuların mübarizəsində isə 60 kq və 65 kq-da 1/8, 70 kq-da 1/4 finalçılar müəyyənləşib.

7 gün davam edəcək yarışın 4-cü günündə 49 görüş olacaq. Bakı Boks Mərkəzində keçirilən çempionatda döyüşlər saat 12:00-da başlanacaq.

Qeyd edək ki, yarışın qaliblərinin adına fevralın 15-də aydınlıq gələcək.

U-19 Azərbaycan çempionatı

11 fevral

Qızlar

51 kq

1/4 final

Laləzar Muradova (Şabran) – Aytən Musayeva (“Berzloy” İK) – 3:2

Ruqiyyə Məmmədli (“AZSport” BK) – Aylin Hüseynli (888 BK) – birinci qalib gəlib

Əminə Tağı (DİN İC) – Mələk Abbasova (“Turan-Qovlar” BİK) – birinci qalib gəlib

54 kq

Elmira Kamalova (RKİM) – Zəhra Səlimzadə (“Abşeron” BK) – ikinci qalib gəlib

Zəhra Məmmədova (RİM-1) – Nuray Mikayılova (Mingəçevir) – birinci qalib gəlib

Türkan Nəcəfova (“Roman” İK) – Aylin Nəcəfova (“Neftçi” İK) – ikinci qalib gəlib

Nərmin Pirməmmədova (Qazax) – Aysu Mikayılova (Sumqayıt) – 0:5

Oğlanlar

1/16 final

60 kq

Sübhan Babayev (RİM-1) – Sadiq Cəbrayılov (“Zərbə” BİK) – birinci qalib gəlib

Məhəmməd İmaməliyev (Astara) – Emil Hümbətzadə (“Roman” İK) – 5:0

Musa Şəkərov (Şirvan) – Əli Məmmədov (AzTU) – birinci qalib gəlib

Əli Həsənov (Lənkəran) – Ramal Zeynallı – ikinci qalib gəlib

Əli Baxışov (“Dəmir Yumruq” BİK) – Məhəmmədəli Mirzəyev (MOİK) – birinci qalib gəlib

Fikrət Abbaslı (Naxçıvan MR) – İsgəndər Şükürov (“Qəbələ” İK) – birinci qalib gəlib

Səid Aslanov (Gəncə) – Şəmistan Həsənli (“Olimp 2018” İK) – 5:0

Baqir Əmirxanlı (“Neftçi” İK) – Şaiq Abbasov (DİN İC) – birinci qalib gəlib

Ömər Xasiyev (“AZSport” BK) – Əflatun İsmiyev (Sumqayıt) – ikinci qalib gəlib

Onur Zamanlı (Naxçıvan MR) – Ələkbər Əliyev (“Arena” İK) – ikinci qalib gəlib

Vaqif Paşayev (UGM-7) – Yusif Bəylərov (Quba) – 5:0

Bahadur Nağılı (MOİK) – Tunar Məmmədov (Gəncə) – 0:5

Toğrul Quliyev (“Qızıl əlcək” İK) – Hüseyn Abdulmanaflı (“Arena” İK) – birinci qalib gəlib

Nursultan Soltanlı (AHİTA) – Hüseyn Hüseynov (Sumqayıt) – 5:0

Elgün Abbaslı (“Neftçi” İK) – Sənan Axundov (Salyan) – birinci qalib gəlib

Mehdi Tağıyev (UGİM-1) – Raul Heydərli (“Neftçi” İK) – 0:5

65 kq

Şahin Aslanov (UGM-7) – İbrahim İsmayılov (“Qızıl əlcək” İK) – 5:0

Elxan Əlizadə (MOİK) – Ümid Qurbanov (Lənkəran) – birinci qalib gəlib

Yusif İsmayılov (Pirşağı-Kürdəxanı İK) – Nəbi Quliyev (Mingəçevir) – ikinci qalib gəlib

Kənan Qasımov (Göygöl) – Nihat Ağayev (“Neftçi” İK) – ikinci qalib gəlib

Haqverdi Həsənov (“Neftçi” İK) – Mehdi Fərəcov (UGİM-1) – 5:0

Saleh Sədiyev (888 BK) – Dəniz Mirağayev (UGİM-1) – 0:5

Kənan Məmmədli (DİN İC) – Vəli İbrahimli (“Abşeron” İK) – birinci qalib gəlib

Yusif Ağayev (Astara) – Təşkilat Quliyev (Sumqayıt) – ikinci qalib gəlib

Vüsal Xəlilov (RİM-1) – Ümid Səfərli (“Cəsur” İK) – birinci qalib gəlib

Nicat Həsənov (Ağcabədi) – Elcan İsgəndərli (“Qızıl əlcək” İK) – ikinci qalib gəlib

Onur Əlizadə (“Berzloy” İK) – Rəvan Niftiyev (Şirvan) – birinci qalib gəlib

Məhəmmədəli Məmmədli (Tərtər) – Aqşin Əhmədov (Quba) – birinci qalib gəlib

Nihat İmanzadə (“Qələbə2020” İK) – İslam Tağıyev (“Neftçi” İK) – ikinci qalib gəlib

Ruhin Səfərov (Naxçıvan MR) – Ümid Cəfərov (KNOUT) – birinci qalib gəlib

Tamerlan Əlimzanov (MOİK) – Ümid Qazıyev (Naxçıvan MR) – birinci qalib gəlib

Arif Musayev (UGM-13) – Turqay Rəhimli (Gəncə) – 0:5

1/8 final

70 kq

Teymur İsmayılov (AzTU) – Dəniz Zeynalov (“Qızıl əlcək” İK) – ikinci qalib gəlib

Nurlan Süleymanov (“Abşeron” BK) – Malik İsayev (Salyan) – birinci qalib gəlib

Seydəmir Quliyev (RİM-1) – Elmir Həşimov (“Arena” İK) – birinci qalib gəlib

Adil Zalov (“Qızıl əlcək” İK) – Zaur Quluzadə (“Şamaxı Uğur” BK) – birinci qalib gəlib

Rza Rzayev (Gəncə) – Sultan Muradov (Quba) – birinci qalib gəlib

Raul Əsədullayev (Lənkəran) – Murad Məmmədov (MOİK) – 5:0

Zəkəriyyə Rəhimov (MOİK) – Oqtay İsmayılov (Z-1 İK) – ikinci qalib gəlib

Şaiq Abdullayev (DİN İC) – Valeh Eyvazlı (“Qızıl əlcək” İK) – ikinci qalib gəlib

Gəncədə qaliblər bilindi

11 February 2026 at 21:00

Yunan-Roma və sərbəst güləş üzrə U17 Azərbaycan çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, gəncə İdman Sarayında təşkil olunan yarışın üçüncü günündə yunan-Roma güləşində 48, 55, 65, 80 və 110 kq-da medalçılar müəyyənləşib. Bununla da yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

48 kq
1. Ömər Salmanov (MOİK)
2. Yusif Mirzəyev (Lənkəran, “Sparta”)
3. Ümid Babayev (Gimnaziya, Kürdəmir), Hüseyn Hüseynzadə (Zəngilan)

55 kq
1. Qurban Məcnunov (Neftçi)
2. Elnur Quliyev (Abşeron)
3. Amin Məmmədov (UGİM-5, “Neftçi”), Elmir Abbasov (UGİM-2)

65 kq
1. Orxan Həbibli (Neftçi)
2. Nihad Məhərrəmov (UGİM-2)
3. Murad Pirimov (Zəngilan), Hüseyn Vəlizadə (Sumqayıt, Gimnaziya)

80 kq
1. Ruslan Nuriyev (AHİTA)
2. İsfahan Həsənov (ROİL, “Neftçi”)
3. Yaşar Məmmədov (MOİK), Zəka Yusubov (Lənkəran, “Sparta”)

110 kq
1. Emin Baxşəliyev (UGİM-2)
2. Məhəmməd Mustafayev (Neftçi)
3. Manaf Məmmədli (Zəngilan), Rauf Mütəllimov (Sumqayıt, Təhsil)

Before yesterdayMain stream

Super Liqa layihəsi tarixə qovuşdu

11 February 2026 at 20:32

“Real” Avropa Super Liqası layihəsindən çıxıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Real”ın da bu qərarından sonra Super Liqa layihəsi başlamadan başa çatıb.

2021-ci ildə Avropanın tanınmış 12 klubu yeni liqa yaratmaq niyyətində olduğunu açıqlayıb. İdeya müəllifi isə “Real”ın rəhbəri Florentino Peres olub. Daha sonra UEFA və FIFA-nın təzyiqindən sonra klubların əksəir layihədən ayrılıb.

“Barselona”nın da Super Liqadan çıxmasıyla layihəni tək dəstləkyən komanda “Real” qalmışdı.

“Barselona”da ciddi itki

11 February 2026 at 20:00

“Barselona” İspaniya Kubokunun yarımfinal mərhələsində sabah “Atletiko” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Markus Reşford görüşdə iştirak etməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dizindən zədə alan ingilis futbolçu Madridlilərlə matçı buraxacaq.

“Atletiko” – “Barselona” oyunu sabah, saat 00:00-da keçiriləcək.

“Sabah”dan ayrılan hücumçu özünə klub tapdı

11 February 2026 at 19:44

“Sabah”ın ötən ay yollarını ayırdığı Neqoş Kupusoviçin yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, 24 yaşlı hücumçu “Radnik”ə keçib. Bu barədə Bosniya və Herseqovina təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ötən ay “Sabah”dan ayrılıb. O, bu mövsüm “bayquşlar”la 4 oyunda iştirak edib.

Rəhim Həsənov hakim qərarlarını şərh etdi – VİDEO

11 February 2026 at 19:12

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Premyer Liqanın XIX turunun oyunlarındakı mübahisəi epizodları şərh edib.

Futbolpress.az xəbər verir ki, o, “Şamaxı” – “Qarabağ” oyununda hakimin yanlış qərar verdiyini deyib:

Koxalski: “Qarabağ” məni buraxmadı”

11 February 2026 at 18:34

Polşalı qapıçı Mateuş Koxalski “Qarabağ”dan ayrılmaq istəyib.

Futbolpress.az xəbər verir ki, qolkiper bununla bağlı ölkəsinin mətbuatına açıqlamasında deyib. O, Polşanın “Vidzev” klubundan təklif aldığını və “hə” dediyini, lakin “Qarabağ”ın onu buraxmadığını söyləyib:

“Vidzev”dən təklif almışdım və “hə” demişdim. Lakin “Qarabağ” razılaşmadı. Futbol mənim üçün çox vacibdir. Amma ailəm və sevdiklərim həmişə mənim üçün prioritet olub və olacaq. Ümid edirəm ki, insanlar bunu başa düşərlər. Mən ailə adamıyam və bu cür ayrılıq psixoloji cəhətdən pis təsir edir.

Çempionlar Liqasında oynayıram, gözəl hissdir. “Qarabağ” və Azərbaycan uğur qazanmaq üçün mükəmməl yerdir. Amma heç kimin bilmədiyi bir şey var: Məşqdən və ya oyundan sonra evə qayıdanda tək qalıram, sevdiklərimdən uzaqdayam”.

Premyer Liqa klubları üçün maarifləndirici sessiya

11 February 2026 at 18:00

“Qarabağ”, “Zirə”, “Qəbələ”, “Turan Tovuz”, “Araz-Naxçıvan” və “Kəpəz”in aşağı yaş qruplarının (U-15-U-19), həmçinin “Baku-Sportinq”lə “Difai” klubunun əsas komandasının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Futbolpress.az xəbər verir ki, sessiya AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

Təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, oyun zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.
Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Milli üzvləri məktəblilərlə görüşdü

11 February 2026 at 17:37

Bu gün Kərim Kərimov adına 8 saylı tam orta məktəbin rəhbərliyinin dəvəti əsasında qızların futbola marağının artırılmasına yönəlmiş tədbir çərçivəsində görüş keçirilib.

Futbolpress.az xəbər verir ki, səbail rayonu üzrə Məktəbli Qızlar Turnirində iştirak edən komanda ilə baş tutan görüşdə məktəbin direktoru Aytən Baxşıyeva, AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva və departamentin əməkdaşları, qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov, eləcə də millinin futbolçuları iştirak ediblər.

Tədbirin təşkilində əsas məqsəd qızlar arasında futbolun inkişafının təşviqi, idmana marağın artırılması və sağlam həyat tərzinin təbliği olub. Görüş zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, gənc idmançılara motivasiyaedici tövsiyələr verilib.

AFFA iki komandaya texniki məğlubiyyət verdi

11 February 2026 at 17:12

AFFA iki komandaya texniki məğlubiyyət verib.

Futbolpress.az xəbər verir ki, bununla bağlı AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib:

AFFA Region Liqasında keçirilən Bakı TFK-Mərcanlı FK oyununda Bakı TFK komandasının heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün Bakı TFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)

AFFA U-17 Liqasında keçirilməli olan Turan Tovuz FK-Lion PFK oyunu Lion PFK komandası təyin edilən vaxtda meydanda olmadığına görə bax tutmadığı üçün Lion PFK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79)

“Ronaldo qalsın, mən də qalım”

11 February 2026 at 16:45

“Əl Nəsr” baş məşqçisi Jorje Jesusla müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi portuqaliyalı mütəxəssislə danışıqlara start verib. Bu barədə “Al Riyadiyah” nəşri məlumat yayıb.

Jesus klubda qalmaqdan yanadır. Mütəxəssisin yeni müqavilə üçün tək şərti həmyerlisi Kriştiano Ronaldonun komandada qalmasıdır. O, portuqaliyalının klubda oynamağa davam edəcəyinə təminat alacağı halda, yeni sözləşməyə imza atacaq.

Ronaldo bir müddət əvvəl iki həftəlik boykot qərarı vermiş və klub işçilərin maaşlarını ödəmədiyi üçün oyunlara çıxmamağa qərar vermişdi. “Əl Nəsr” məvacibləri ödəyib və Ronaldo etirazı dayandırıb.

Tanınmış klub baş məşqçisi ilə vidalaşdı

11 February 2026 at 16:30

Fransanın “Marsel” klubu baş məşqçisi Roberto De Zerbi ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Zerbi 2024-cü ilin yayından komandaya rəhbərlik edirdi.

“Marsel” çempionatda 21 turdan sonra 39 xalla 4-cü sıradadır.

“Çelsi”də itki

11 February 2026 at 16:12

“Çelsi”nin futbolçusu Mark Kukureyla zədələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Liam Rosenyor yerli mətbuata açıqlamasında deyib. O, cinah müdafiəçisinin ayağında problem olduğunu bildirib.

Kukurelyanın son durumu tibbi müayinədən sonra bilinəcək.

İspan futbolçu bu mövsüm Premyer Liqada 24 oyuna çıxıb.

Azərbaycan Sloveniyada 7 cüdoçu ilə təmsil olunacaq

11 February 2026 at 15:45

14–15 fevral tarixlərində Sloveniyanın paytaxtı Lyublyanada cüdo üzrə Avropa Açıq Turniri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizi 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək. İdmançılarımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Beynəlxalq yarışda 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri – “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Məhəmmədəli Quluzadə ədalət təmsilçiləri arasında yer alacaq.

Qadınlar

-48 kq
Şəfəq Həmidova

-52 kq
Aydan Vəliyeva
Leyla Əliyeva
Könül Əliyeva

-57 kq
Fidan Əlizadə

-70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova

“Sabah”ın futbolçusu: “Həmin matçların asan keçdiyini görməmişəm” (MÜSAHİBƏ)

11 February 2026 at 15:33

“Sabah”ın futbolçusu Rəhman Daşdəmirovun “Futbolpress.az”a müsahibəsi:

– Uzun məğlubiyyətsizlik seriyası yaxalamısınız. Uğurunuzun sirri nədədir?
– Komanda olaraq hər oyuna çox ciddi yanaşırıq. Ən əsası da məşqçilərin tapşırıqlarını meydanda tam yerinə yetirməyə çalışırıq. Əlbəttə, nəticələr bizi sevindirməyə bilməz. Amma bununla kifayətlənməməliyik və daha da artırmalıyıq. Komanda olan hər kəs bunu yaxşı başa düşür.

– İkinci “Qarabağ”la xal fərqi 4-dür. Çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?
– Hazırda biz ancaq növbəti oyunumuza köklənmişik. Başqa məsələlər barədə düşünmürük. Bayaq uğurun sirri barədə sual verdiz. Məncə, uğurun sirri elə məhz budur. Diqqətimizi yalnız növbəti oyunumuza yönləndiririk. Bizim üçün hazırlıq prosesində ən vacib oyun da məhz növbəti oyun olur.

– “Qarabağ”la “Neftçi”nin oyununun təxirə salınması gündəmdədir. Bunu özünüzə qarşı haqsızlıq hesab etmirsiniz?
– Bu məsələlər barədə düşünmürəm. Mən futbolçuyam, mənim işim məşqlərdə özümü maksimum göstərmək və şans qazandıqda meydanda komandama maksimum xeyir verməkdir.

– “Qarabağ” “Nyukasl”la cavab oyunundan sonra sizinlə qarşılaşacaq. Bu, sizə hansısa üstünlük qazandırır?
– Düşünmürəm. “Qarabağ”ın əvvəllər də avrokubok oyunu ərəfəsində bizimlə oyunları olub. Həmin matçların asan keçdiyini görməmişəm. “Qarabağ”ın heyətində kifayət qədər yaxşı futbolçular var. Həmin oyunun bizə hər hansı üstünlük verəcəyini düşünmürəm.

– İlk dövrədə daha çox şans qazansanız da, son matçlarda ya ehtiyatda olursunuz, ya 15-20 dəqiqə oynayırsız. Rəqabətdə uduzursunuz, ya necə?
– Bizim çox geniş heyətimiz var. Komandanın hər bir üzvü öz mövqeyinin ən yaxşılarındandır. Ona görə, hər hansı oyunçunun müəyyən oyunlarda ehtiyatda qalması tam normaldır. Bizim üçün kimin oynamasından daha çox komandanın uğur qazanması vacibdir. Hər kəs oyun həftəsində məşqlərdə əlindən gələni edir. Yekun qərarı məşqçilər verir. Onların qərarına hörmətlə yanaşıram.

– Növbəti turda çətin “Qəbələ” səfəri var. Rəqib də yaxşı formadadır, kubokda da onlarla heç-heçə etmisiniz. Bu oyundan gözləntiləriniz nədir?
– Çətin matç olacaq. Sizin də qeyd etdiyiniz kimi bu komanda son kubok oyunumuz da çətin keçdi. İstənilən halda meydana qələbə üçün çıxacağıq. İnanıram ki, bu oyundan yaxşı nəticə ilə ayrılacağıq.

Şahin Cəfərov

“Tottenhem” baş məşqçisini göndərdi

11 February 2026 at 15:16

“Tottenhem” baş məşqçisi Tomas Frank ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

“Tottenhem” Premyer Liqada 16-cı sıradadır.

Nəriman “Qarabağ”a təşəkkür etdi

11 February 2026 at 14:50

ABŞ təmsilçisi “Kolumbus Kru”ya keçən Nəriman Axundzadə sabiq klubu “Qarabağ”a təşəkkür edib.

Futbolpress.az xəbər verir ki, 22 yaşlı futbolçu bununla bağlı instaqram hesabında paylaşım edib. O, komanda ilə fotosunu paylaşaraq, “Çox sağ ol, böyük “Qarabağ” ailəsi” deyə yazıb.

Nəriman MLS klubu ilə 3.5 illik müqavilə imzalayıb.

Forma səhvi “Zirə”yə 300 manata başa gəldi

11 February 2026 at 14:39

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şamaxı-2” – “Sabah-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Neftçi-2” – “Qarabağ-2” oyununa “Qarabağ-2” komandasının azarkeşləri buraxılmadığına görə “Neftçi-2” komandası 200 manat cərimə edilsin (maddə 62.1);

“Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ -2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə-2” komandasının heyətində 89 nömrəli futbolçu Əli Məmmədovun idman formasında oyunçu nömrəsi fərqli olduğuna görə “Zirə-2” komandası 300 manat cərimə edilsin (maddə 83.3).

Mərkəzi oyun Əhmədova tapşırıldı

11 February 2026 at 14:26

I Liqada XIV turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, lider “Şəfa”nın “Səbail”lə oyununu Rəşad Əhmədov idarə edəcək.

12 fevral (cümə axşamı)

“Şahdağ Qusar” – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı OİK stadionu, 14:30

“Baku Sportinq” – MOİK
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Ruslan Babayev, Mahmud Bağırzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Buzovna qəsəbə stadionu, 14:30

“Səbail” – “Şəfa”
Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid Xasıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“ASCO Arena”, 17:00

13 fevral (cümə)

“Difai” – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Ağsu şəhər stadionu, 14:30

“Mingəçevir” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30

“Sabah” 1000, “Zirə” 1500, “Araz-Naxçıvan” 3000 manat cərimələndi

11 February 2026 at 14:12

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Araz-Naxçıvan” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Sabah” komandası 1000 manat cərimə edilsin (maddə 68);

“Sabah” – “Araz-Naxçıvan” oyunu “Araz-Naxçıvan” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Araz-Naxçıvan” komandası 3000 manat cərimə edilsin (maddə 77.4);

“Sabah” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Sumqayıt” – “Zirə” oyununda “Zirə” komandasının 5 və 25 nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə “Zirə” komandası 1500 manat cərimə edilsin (maddə 83.2);

“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ” komandası 700 manat cərimə edilsin (maddə 43.1)

“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən sındırılmış 25 ədəd oturacağa görə stadiona dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86);

“Neftçi” – “Qəbələ” oyununun 90+1-ci dəqiqəsində “Neftçi” komandasının 15 nömrəli futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7)

Kurban Berdıyev və Yunis Hüseynov cəzalandı

11 February 2026 at 14:09

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

4 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü “Sabah” – “Qəbələ” oyununa “Qəbələ” komandası təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ” komandasına xəbərdarlıq edilsin (maddə 20);

5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü “Turan Tovuz” – “Kəpəz” oyununun 41-ci dəqiqəsində “Turan Tovuz” komandasının məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyun buraxılmasın, “Turan Tovuz” komandası 2500 manat cərimə edilsin (maddə 51.2);

5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü “Turan Tovuz” – “Kəpəz” oyununun 64-cü dəqiqəsində “Turan Tovuz” komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);

“Qarabağ”ın Nərimanı

11 February 2026 at 13:39

“Qarabağ” hücumçusu Nəriman Axundzadəni ABŞ təmsilçisi “Kolumbus Kru”ya satdı. Yerli futbolçular arasında ən yüksək məbləğli transfer kimi (1.5 milyon dollar) ölkə futbolunun tarixinə düşən Axundzadə yeni mövsümdə Luis Suares, Lionel Messi, Son Hın Min, Rodriqo Paul kimi ulduzlarla bir liqada mübarizə aparacaq.

Son dönəmlərdə “Qarabağ”da ən çox tənqid olunan adlardan olan Nəriman təzyiqlərə dözmədi. Baş məşqçi Qurban Qurbanov da “Şamaxı” ilə oyunsonrası mətbuat konfransında bundan bəhs edib, Nərimanın gedişinin onun üçün daha yaxşı olacağını qeyd edib.

Azərbaycanlı futbolçular arasında böyük perspektiv vəd edən Nəriman “Qarabağ” formasıyla ümumlikdə 127 oyunda 35 qol vurub, 17 məhsuldar ötürmə edib. Hücumun mərkəzində və cinahlarında oynamağı bacaran Axundzadənin statistikası yaşına görə kifayət qədər yaxşıdır. 13 dəfə əsas yığmanın formasını geyinən hücumçu hələlik millidə qol hesabını aça bilməyib.

Bu mövsüm “Qarabağ”da 26 oyunda 7 qol vurub, 3 məhsuldar edən Nəriman son dönəmlərdə ciddi tənqid olunduğu üçün mental cəhətdən “düşmüşdü”. Daha çox ehtiyatda qalan, şans qazananda isə tez-tez top itkilərinə yol verən Nərimanın gedişinin daha çox “Qarabağ”a mənfi təsirləri olacaq. Hər bir halda, tənqidlər olsa belə, Premyer Liqa matçlarında fərqlənməklə komandaya kömək olan hücumçunun ani gedişi neqativ təsirlər yaradacaq.

Şahin Cəfərov

Fransa klubunun futbolçusu “Qəbələ”də

11 February 2026 at 13:20

“Qəbələ” transfer “pəncərəsi”nin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensiyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

Sonuncu komandası “Valensiyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

“Qarabağ” – “Nyukasl” matçının biletləri nə vaxt satışa çıxacaq?

11 February 2026 at 12:58

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində 18 fevral 2026-cı il tarixində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçı üçün biletlər sabah, gün ərzində satışa çıxarılacaq.

Futbolpress.az xəbər verir ki, biletlər yalnız rəsmi satış kanalı olan “iTicket.az” vasitəsilə onlayn şəkildə əldə oluna bilər.

“Qarabağ” “Nyukasl”la cavab oyununu fevralın 25-də keçirəcək.

Faiqin yubileyi

11 February 2026 at 12:32

Faiq Hacıyev Premyer Liqada 100-cü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “Turan Tovuz”un kapitanının yubileyi “Karvan-Yevlax”la matça (1:0) təsadüf edib. O, Azərbaycan Premyer Liqasının XIX turunun görüşünə start heyətində çıxıb.

Faiq keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.

25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019/20 mövsümündə “Qəbələ” forması ilə Premyer Liqada debüt edən Hacıyev “qırmızı-qaralar”la 6 oyuna çıxıb. O, “Turan Tovuz”dakı 94 görüşdə 3 qol vurub.

Qeyd edək ki, Faiq turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub.

25-ci qələbə

11 February 2026 at 12:23

Azərbaycan Premyer Liqasının XIX turunda “Karvan-Yevlax”ı qəbul edən “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib.

Futbolpress.az xəbər verir ki,  bu, klub tarixinə Premyer Liqadakı 25-ci qələbə kimi düşüb.

Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komandadır.

Qeyd edək ki, “Turan Tovuz” 2022/23 mövsümündə debüt etdiyi Premyer Liqada ilk ev qələbəsini “Kəpəz” üzərində qazanıb. 2022-ci il sentyabrın 9-da keçirilən matçda meydan sahibləri 2 qola seviniblər.

Son 13 ilin rekordu

11 February 2026 at 12:00

Premyer Liqasının XIX turunda “İmişli”nin qonağı olan “Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb.

Futbolpress.az xəbər verir ki, mövsümdə ilk dəfə sülhə imza atan (0:0) Gəncə klubu ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmamışdı.

Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də “Neftçi” ilə görüşdə qeydə alınmışdı – 2:2. Sonrakı 21 matçda 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb.

281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudur. Daha uzun heç-heçəsiz seriya sonuncu dəfə 2012-13-cü illərə təsadüf edib. Həmin vaxt “Rəvan” 25 görüşdə sülhsüz oynayıb.

Qeyd edək ki, çempionatın mütləq rekordu 1996-98-ci illərdə 51 oyunu heç-heçəsiz bitən “Şəfa”ya məxsusdur.

“Sabah”ın yubileyi

11 February 2026 at 11:39

“Sabah” Premyer Liqada 50-ci ev qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XIX turuna təsadüf edib. Paytaxt təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.

Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.

Qeyd edək ki, 2018/19 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib – 1:0.

Almanlarla razılaşmadı, Azərbaycana gəldi

11 February 2026 at 11:23

“Turan Tovuz”un yeni transferi Mark Mampassi Almaniya klubundan təklif alıb.

Futbolpress.az xəbər verir ki, 22 yaşlı müdafiəçi Tovuz təmsilçisindən öncə II Bundesliqa komandası “Braunşveyq”lə danışıq aparıb. Lakin futbolçunun müqavilə ilə məxsus olduğu “Lokomotiv”lə müzakirələr uğursuz nəticələnib.

Moskva klubu daha sonra tovuzluların icarə təklifini qəbul edib.

Mampassi mövsümün sonuna kimi “Turan Tovuz”un formasını geyinəcək.

“Pəncərə” bağlandı, yalnız bir klub transferə ehtiyac duymadı

11 February 2026 at 11:00

Azərbaycan Premyer Liqasında qış transfer dönəmi başa çatıb.

Futbolpress.az-ın məlumatına görə, bu “pəncərə” əvvəlki illərə nisbətən daha sakit keçib. Klublar oyunçu transferlərində daha diqqətli davranıb. Bunda yeni tətbiq edilən legioner rüsumlarının da müəyyən rolu var. Klublar hər yeni əcnəbi üçün əlavə ödəniş etməli olduğundan artıq xərcə düşməyib.

Premyer Liqada 12 klubdan 11-i yeni oyunçu ilə güclənib. Yalnız “Araz-Naxçıvan” hansısa transferi reallaşdırmayıb. Baş məşqçi Andrey Demçenkonun indiki məqamda heyətlə bağlı çətinliyinin olmadığı görünür. Hər bir halda, komandanın son turlardakı uğursuz nəticələri yeni oyunçu transferinə zərurət yarada bilər.

Çempionluq mübarizəsi aparan “Sabah”, ikinci “Qarabağ” və avrokuboklara vəsiqə hədəfləyən “Neftçi” isə yalnız bir futbolçu transfer edib. Hər üç klub legionerlə güclənib.

“Şamaxı” və “Karvan-Yevlax” yalnız yerli oyunçu keçidləri ilə diqqət çəkir. Hər iki klub digər Premyer Liqa təmsilçilərində az şans qazanan futbolçuları icarəyə götürüb.

Bu ana qədər transferləri uğurlu alınan isə “Qəbələ”dir. Seydina Keyta, İsmaheel Akinade kimi legionerlər, yerli qolkiper Rza Cəfərov və cinah oyunçusu Turan Manafovu heyətinə qatan “qırmızı-qaralar” ikinci dövrədə ən yaxşı oyun göstərən kollektivlərdəndir və yeni transferlər özlərini yaxşı tərəfdən göstərə bilib.

Şahin Cəfərov

“Real”ın zədəlisinin bərpa müddəti uzanır

11 February 2026 at 10:39

“Real”ın zədəli futbolçusu Cud Bellingem 2-3 ay yaşıl meydanlardan uzaq qala bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

La Liqada “Valyekano” ilə matçda zədələnən ingilis yarımmüdafiəçinin bir aya dönüşü düşünülsə də, durum daha ciddidir. 22 yaşlı yarımmüdafiəçinin bərpası 2-3 ay çəkə bilər.

Bellingem bu mövsüm 27 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Nə hücumda, nə də müdafiədə yaxşı futbol oynadıq”

11 February 2026 at 10:24

“Mançester Yunayted”in baş məşqçisi Mayk Karrik Premyer Liqada “Vest Hem”lə heç-heçə etdikləri görüşə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Çətin oyun olacağını bilirdik. Düşünürəm ki, nə hücumda, nə müdafiədə yaxşı futbol oynadıq. Futbolçularıma son dəqiqəyə qədər mübarizə apardıqlarına görə təşəkkür edirəm. Neqativlər kimi pozitivlr də var. Hər oyunda qələbə qazanmaq mümkün deyil. Belə səfərdən bir xalla ayrılmaq da qənaətbəxşdir”.

Qubada 110, Bakıda 1000

11 February 2026 at 10:00

Azərbaycan Premyer Liqasında XIX turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az-ın məlumatına görə, ən yüksək göstərici “Neftçi” – “Qəbələ” oyununda qeydə alınıb. “Palms Sports Arena”da baş tutan görüşdə 1000 tamaşaçı olub.

Ən aşağı göstərici isə Qubada qeydə alınıb. “İmişli” – “Kəpəz” görüşündə oyunu tribunalardan 110 tamaşaçı izləyib.

Sabah – Araz-Naxçıvan 4:1 (951 tamaşaçı)
Sumqayıt – Zirə 2:3 (700 tamaşaçı)
İmişli – Kəpəz 0:0 (110 tamaşaçı)
Turan Tovuz – Karvan-Yevlax 1:0 (400 tamaşaçı)
Şamaxı – Qarabağ 1:2 (900 tamaşaçı)
Neftçi – Qəbələ 1:0 (1000 tamaşaçı).

Qeyd: rəqəmlər Peşəkar Futbol Liqasının (PFL) rəsmi oyun protokollarından götürülüb.

Qud bay, Nəriman!

11 February 2026 at 09:40

Dünən rəsmiləşdi, Nəriman Axundzadə ABŞ-də, MLS liqasında çıxış edəcək. “Kolumbus Kru” onu 1.2 milyon dollara transfer etdi.

Yenə sentimental damarımızın pulsu maksimal atışdadır. Elə bil, Nərimanı məsxərəyə qoyan biz deyildik.

Tənqid yox ha, məhz məsxərə…

Tənqidlər tam haqlı idi. Nəriman cari avrokubok mövsümünü pis keçirdi. APL-də isə normal.

İndi elə bil, yıxıb-sürüdüyümüz futbolçu deyil. Romantik fikirlər…

Rasionallığımızı həmişə rahat itirmişik də. Cəmiyyət olaraq ən mənfi cəhətlərimizdən biridir.

Nərimanı haqlı tənqid edirdiniz, indi dizinizə döyüb drama niyə oynayırsınız?

Elə yaxşı ki, ABŞ-ə getdi. O, onsuz da futbolu bir məqsədlə oynayırdı – imkanını yaxşılaşdırmaq. Bunu büruzə vermişdi. Nərimanın meydandakı performansı onun potensialını ortaya qoymuşdu. O, bundan sonra artırmayacaqdı. Bunun üçün imkanları çatardı, sadəcə idmançı şüuru bundan artığına qadir deyildi.

Bir az subyektiv, bəlkə bir az da ağır səsləndi, ancaq təcrübəmiz kifayət edir iddia etməyə.

Nərimanın “Qarabağ”da artırmayacağı aydın idi. Azərbaycanda başqa kluba keçməksə onun üçün daha pis olardı.

Sırf ABŞ-yə də beyninin daha yaxşı işlədiyi istiqamət üzrə hərəkət edərək getdi – pul qazanmaq, gələcəyini maddi təmin etmək.

Bu subyektivi də qeyd edim – böyük ehtimalla, Axundzadə bundan sonra uzağı 2-3 il futbol oynayacaq. Karyerasında ciddi eniş qaçılmazdır. Bunu Nərimanın psixoloji portreti izafi nümayiş etdirir.

Yalnız ən yaxşı, yox-yox, onun dilini ən uyğun şəkildə tutan bir psixoloq bu təxminlərimizi yanlış çıxara bilər.

Nəriman öz arzularının dalınca getdi. Onun haqsız olduğunu, yanlış etdiyini deməyə əsasımız da yoxdur. Çünki o bir qlobal personaj deyildi, fərd/subyekt idi.

Biz isə idealları olan personaların yetişməyini arzulayaq. Uşaq futbolumuzdakı kultural mühitdən məlumatlı olduğum üçün.. əfsus ki, bu yöndən də xoş proqnoz vermək olmur.

Qud bay, Nəriman! Futbolumuzdakı mühit düzələnədək səni və sənin kimi düşünənləri qınamaq mənasız olar. Uğurlar!

Kamil Əhməd

Ştegeni əvəzləyən tapıldı

11 February 2026 at 09:21

“Jirona” heyətini yeni qapıçı ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi Ruben Blankonu transfer edib. Qolkiperlə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

“Jirona” qış transfer dönəmində “Barselona”dan Mark-Andre ter Ştegeni icarəyə götürüb. Qapıçının ciddi zədəsindən sonra klub yeni qolkiperlə güclənib.

Blanko son olaraq “Marsel”də forma geyinib. O, ötən ilin yayından klubsuz idi.

Hansı oyun, hansı kanalda? – TV

11 February 2026 at 09:02

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

11 fevral

İngiltərə, Premyer Liqa
23:30 Nottingem Forest – Vulverhempton (beİN Sports 5)
23:30 Aston Villa – Brayton (beİN Sports 2)
23:30 Mançester Siti – Fulhem (İdman TV, beİN Sports 3)
00:15 Sanderlend – Liverpul (beİN Sports 4)

İtaliya Kuboku
00:00 Bolonya – Latsio (TRT Spor)

Nəriman üçün yeni səhifə – MLS-də ilk azərbaycanlı

11 February 2026 at 08:44

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS-də çıxış edəcək. 22 yaşlı futbolçunun “Qarabağ”dan “Kolumbus Kru”ya keçidi dünən rəsmiləşdi. Tərəflər arasında müqavilənin müddəti 3.5 illikdir.

MLS klubu Nərimanı çempionatda tətbiq edilən U-22 limitinə görə transfer edib. Qaydalara görə, komandalar heyətlərində 22 yaşa qədər olan azı üç futbolçu oynatmalıdır.

“Kolumbus Kru” MLS-in ortabablarındandır. Komanda ötən mövsümü 7-ci sırada bitirib və pley-offlara vəsiqə qazanıb. Klub bu mərhələdə “Sinsinnati”yə uduzub. Komanda müntəzəm mövsümdə 34 turda 54 xal toplayıb.

“Kolumbus Kru”da hücum xəttinin aparıcı oyunçusu Dieqo Rossidir. Uruqvay millisinin də üzvü olan hücumçu ötən mövsümdə 32 oyunda 16 qol vuraraq komandanın bombardiri olub. “Kolumbus Kru”nun heyətində Vessam Abu Ali (Fələstin), Daniel Qazdağ (Macarıstan) kimi legionerlər də var.

MLS-də yeni mövsümə fevralın 22-də start veriləcək. “Kolumbus Kru” ilk turda “Portlend Timbers”in qonağı olacaq.

Şahin Cəfərov

Mampassinin “Turan Tovuz”la müqaviləsindəki xüsusi bənd

11 February 2026 at 08:26

“Turan Tovuz” Moskva “Lokomotiv”indən müdafiəçi Mark Mampassini icarəyə götürüb.

Futbolpress.az-ın məlumatına görə, Tovuz klubu mövsümün sonunda futbolçunun transfer hüquqlarını ala bilər. Tərəflər arasındakı müqavilədə bununla bağlı bənd yer alıb. Mampassinin satınalma məbləği 200 min avroya yaxındır.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib. Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub. Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var

De Zerbi üçün vida vaxtı

11 February 2026 at 08:19

“Marsel”də baş məşqçisi Roberto De Zerbi ilə yollar ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mütəxəssis klub rəhbərliyi ilə danışıb və postundan ayrılmağa qərar verib.

“Marsel” Fransa çempionatında 21 turdan sonra 39 xalla 4-cü sıradadır.

Favoritlər qazandı, “zirzəmi”də sabitlikdir

11 February 2026 at 08:01

Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Lider “Sabah” və ikinci “Qarabağ” qələbə qazanıb. Autsayder “Karvan-Yevlax” yenə uduzub, “Kəpəz” “İmişli” ilə heç-heçə edib. Turun son matçında “Neftçi” “Qəbələ”ni məğlub edib.

İmişli – Kəpəz 0:0
Turun ilk matçı qolsuz başa çatıb. Quba OİK stadionunda keçirilən matçda xalları bölən həm “İmişli”, həm də “Kəpəz” nəticəni qənaətbəxş hesab edə bilər. Ot örtüyü futbola yararsız olan arenada bir xal da müsbətdir. Ümumilikdə, qol epizodlarının kasad olduğu görüşün ikinci hissəsini “Kəpəz”in, birincisini isə “İmişli”nin aktivinə yazmaq olar.

Sabah – Araz-Naxçıvan 4:1
Lider “Sabah” inamlı qələbəyə sevindi. 16 dəqiqəyə 3 qol vuraraq rəqibin müqavimətini qıran “bayquşlar” aktivinə növbəti xallarını yazdırdı və çempionluq yolunda inamla addımlamağa davam etdi. “Futuristlər” son iki matçdır, erkən qollarla rəqibin dirəncini qırır.

“Araz-Naxçıvan” isə Elmar Baxşıyevdən sonra ciddi enişdədir. Andrey Demçenkonun gəlişindən sonra üç oyunda cəmi bir xal qazanan, əvəzində 10 qol buraxan naxçıvanlılar oyun planında da axsayır. Gedişat yaxşı görünmür. Demçenko komandanı toparlayıb, xallar qazanmağa başlaya bilməzsə, Bakı günləri tez başa çatacaq.

Sumqayıt – Zirə 2:3
Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” Premyer Liqada 5 oyun sonra qələbə qazandı. Son dəqiqələrdə vurulan qolla aktivinə üç xalı yazdıran “qartallar” oyun baxımından da rəqibindən üstün oynadı. Bəzi anlarda top itkiləri illə oyunu rəqibə verən qəsəbə təmsilçisi fasilədən sonra erkən qol buraxmasına baxmayaraq, sonda üç xalı qazanan tərəf oldu.

“Sumqayıt”da çatışmazlıqlar var. Müdafiə planında axsayan “kimyaçılar” son görüşlərdə hücumda əvvəlki effektivliyini itirib. Saşa İliçin rəhbərlik etdiyi kollektiv avrokuboklara vəsiqə yolunda əsas rəqiblərindən “Zirə”yə məğlub olmaqla həm də psixoloji üstünlüyü rəqibinə verdi. Bu komandalar ölkə kubokunun 1/4 finalında da üz-üzə gələcək və görünür, Sadıqov “kimyaçılar”ı artıq yaxşı “bilir”.

Turan Tovuz – Karvan-Yevlax 1:0
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan Tovuz” autsayderlə oyunda sürprizə imkan vermədi. 12-ci dəqiqədə penaltidən vurulan qolla qalib gələn tovuzlularda əsas problem realizasiyadadır. Xüsusilə ilk hissədə qol şansları yaradan tovuzlular son zərbələrdə uğursuzluq yaşadı. Qələbə yaxşıdır, lakin sərgilənən oyun daha güclü rəqiblərlə matçlarda qələbə üçün kifayət etməyə bilər.

Autsayder isə itirməkdə davam edir. Baş məşqçi postuna Füzuli Məmmədovun gəlişindən sonra hələ qələbə qazana bilməyən yevlaxlılar üçün həyəcan siqnalı artıq başlamalıdır. Rəqiblər xal qazanır, “Karvan-Yevlax” “altıdan” qalxa bilir. İndiki məqamda Yevlax klubu elitanı tərk etməyə əsas namizəddir.

Şamaxı – Qarabağ 1:2
“Qarabağ” bir neçə gün əvvəl kubokda məğlub olduğu rəqib üzərində bu dəfə son dəqiqə qolu ilə qələbə qazandı. Güclü qar altında keçirilən matçın ilk hissəsində meydan sahibləri daha yaxşı oynadı. İlk qolu vuran “şirlər” daha sonra cərimə zərbəsiylə məyus oldu. Fasiləyə qədər bir neçə epizod yaxalayan “Şamaxı” cəhdlərində uğursuz oldu. İkinci hissədə basqısını artıran “Qarabağ” son dəqiqədə Durann qolu ilə qələbəyə sevindi. Komandada liqa oyunlarına köklənmə problemi aşkardır. Bununla yanaşı, əlverişsiz hava şəraiti “atlılar”ın oyununa əngəl törədirdi. Hər bir halda, “Sabah”ın qələbə qazandığı turda aktivinə üç xalı yazdıran və fərqi qoruyan “Qarabağ” son saniyədəki qolla çempionluq yarışında qaldı.

Neftçi – Qəbələ 1:0
Turun son matçının taleyini bir qol həll etdi. İlk hissədə böyük təzyiqlə oynayan və bir neçə qol şansı yaradan “ağ-qaralar” üstün futbol sərgilədi. Qolun gəlməməsi vaxt getdikcə komandanı gərginləşdirdi və “Qəbələ” bundan istifadə etməyi bacarırdı. Lakin son zərbələrdə uğursuzluq yaşayan “qırmızı-qaralar” qapıya düşə bilmədi. Xüsusilə oyunun sonuna az qalmış Prin Ovusunun 100 faizlik şansı qaçırması “Qəbələ” düşərgəsini daha çox məyus etdi. Epizodqolla nəticələnsəydi, “Neftçi” yenidən təzyiqi artıra və əks-hücumlardan yaxşı şanslar yaxalamaq olardı. Yekunda qələbə qazanan “Neftçi” çempionatda ardıcıl ikinci üç xalını aktivinə yazdırdı və avrokuboklara vəsiqə verən yerlərə yaxınlaşdı.

Şahin Cəfərov

“Qarabağ”ın rəqibi səfərdə qazandı, “Çelsi” və MY xal itirdi

11 February 2026 at 02:41

İngiltərə Premyer Liqasında XXVI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutub.

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl” səfərdə “Tottenhem”ə qalib gəlib. “Çelsi” “Lids”lə, “Mançester Yunayted” isə “Vest Hem”lə heç-heçə edib.

İngiltərə Premyer Liqası
XXVI tur

10 fevral

Çelsi – Lids 2:2
Qollar: J.Pedro, 24. Palmer, 58-pen – Nmeça, 67-pen. Okafor, 73.

Everton – Bornmut 1:2
Qollar: Ndiaye, 42-pen – Rayan, 61. A.Adli, 64.

Tottenhem – Nyukasl 1:2
Qollar: Qrey, 64 – Tiav, 45+5. Remsi, 68.

Vest Hem – Mançester Yunayted 1:1
Qollar: Souçek, 50 – Şeşko, 90+6.

11 fevral

23:30. Aston Villa – Brayton
23:30. Kristal Pelas – Bernli
23:30. Mançester Siti – Fulhem
23:30. Nottingem Forest – Vulverhempton
00:15. Sanderlend – Liverpul

12 fevral

00:00. Brentford – Arsenal

ABŞ klubunun rəsmisi Nərimandan danışdı

10 February 2026 at 23:12

Nəriman Axundzadə MLS təmsilçisi “Kolumbus Kru”ya keçib. Hücumçu klubla 3.5 illik müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, “Kolumbus Kru”nun meneceri İssa Toll klubun mətbuat xidmətinə açıqlamasında forvardla bağlı fikirlərini bölüşüb:

“Nəriman komandamıza əlavə güc qatacaq bacarıqlar gətirir. Onun texniki qabiliyyətləri və yüksək iş tempi üslubumuza uyğun gəlir. Gənc yaşına baxmayaraq, Nəriman ölkə daxilində, Avropa arenasında və milli komandada dəyərli təcrübə qazanıb”.

MLS klubu Nərimanın transferini açıqladı

10 February 2026 at 23:06

ABŞ təmsilçisi “Kolumbus Kru” “Qarabağ”ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 3.5 illik müqavilə imzalanıb.

Nəriman bu mövsüm “Qarabağ” formasıyla 26 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

Vernidub: “Mənimçün rəqibin fərqi yoxdur”

10 February 2026 at 22:00

Azərbaycan Premyer Liqasının XIX turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– İkinci hissədə komanda ilk hissədəki tempi göstərə bilmədi. Səbəb nə idi?
– Bəli, səmimi desəm, ilk hissə kifayət qədər yaxşı oynadıq, rəqibə fürsət vermədik. Daha bir qol da vura bilərdik. Digər məsələ ilə psixologiya ilə bağlı idi. Komanda ev oyunlarında uzun müddət idi qələbə qazanmırdı, ona görə psixoloji gərginlik vardı. Uşaqlara dedim ki, bizə qələbə lazımdır, sonra da yolumuza davam etməliyik. Futbolçulara təşəkkür edirəm. Oyun yaddan çıxır, amma hesab həmişə qalır.

– “Qarabağ”la oyunun təxirə salınmasını istəmədiyiniz bildirilir… 
– Kim yazır bunu? Deyilsə, oynayaq, oynayacağıq. Desələr yox, oynamayacağıq.

– Rəqib məşqçi dedi ki, oyunda aqressiya var idi…
– Aqressiya yox, intensivlik var idi.

– “Qarabağ”la oyun məsələsi çox gündəmdə qaldı. Onlarla matça xüsusi motivasiya ilə çıxmağa ehtiyac var, yoxsa sıradan matç olacaq?
– Azərbaycan çempionatında 12 komanda var. Mənimçün rəqibin fərqi yoxdur. Hər oyun vacibdir.

– Hakimlik barədə fikirləriniz?
– Mən baş məşqçiyəm, işim komandanı meydana çıxarmaqdır. Hakimlərin işinə Hakimlər Komitəsi rəy verir. Bəzi epizodlarda anlaşılmazlıq oldu. Amma qərəz olduğunu düşünmürəm.

– Breno Almeyda oynamağa hazırdır?
– Onu uzun müddətdir, izləyirdik. Yaxşı skautinqimiz var. Bu oyunçu skautların və məşqçi heyətinin xoşuna gəlib. Cinahlarda və mərkəzdə oynaya bilir. Yaxşı driblinqi, sürəti var. Ondan gözləntilərin çoxdur. Sabahdan bizimlə məşqlərə qoşulacaq. Tam hazır olması üçün vaxt lazımdır. Onu dərhal oyuna buraxa bilmərəm. Baxmaq, tanış olmaq lazımdır.

Şahin Cəfərov

“Məğlubiyyətə layiq deyildik” – “Qəbələ”nin məşqçisi

10 February 2026 at 21:48

Azərbaycan Premyer Liqasının XIX turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:0) sonra qonaq komandanın məşqçisi Georgi Çixradze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Maraqlı, dinamik oyun oldu. Bilirdik ki, “Neftçi” matçın əvvəlində sürətli oynayacaq. İlk 15 dəqiqədə sürətdə geri qaldıq. Rəqib oyuna aqressiv başladı. Nəticədə qol buraxdıq. Amma bundan sonra çox yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə daha çox qol şansı yaratdıq. Bəzi epizodlar var idi ki, onları necə əldən verdiyimiz maraqlı gəldi. Futboldur. Düşünürəm ki, bu gün məğlubiyyətə layiq deyildik.

– Prins Ovusu yüz faizlik epizodu dəyərləndirə bilmədiyi üçün çox məyus olmuşdu. Komanda yoldaşları ona təsəlli verirdi. Futbolçunu bu durumdan necə çıxarmaq olar?
– Prinsi sakitləşdirdik. Gənc oyunçudur, öz üzərində işləyir, inkişaf edir. Premyer Liqada ilk mövsümüdür. Belə şeylər olur.

– Rəqib “Neftçi” olduğu üçün bu gün qapıda Rza Cəfərova şans verdiz?
– Rzanı daha əvvəldən transfer etmək istəyirdik. Həmin vaxt alınmadı. Ona böyük ümidlər bəsləyirik. Rzanın potensialına bələdik. “Sabah”la kubok matçını yaxşı keçirmişdi. Ona görə bu gün qapıda Rzanın dayanacağını planlaşdırmışdıq.

Şahin Cəfərov

“Şaxtyor”un yetirməsi “Turan Tovuz”da

10 February 2026 at 20:06

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi Mark Rene Mampassini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Moskva “Lokomotiv”inə məxsus olan müdafiəçi icarə əsasında mövsümün sonunadək komandanın şərəfini qoruyacaq. Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib. Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub. Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var

İngiltərəli futbolçu üçün mövsüm bitdi

10 February 2026 at 18:37

“Everton”un futbolçusu Cek Qriliş zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Yarımmüdafiəçi ayağındakı stress qırıqlığı səbəbindən əməliyyat olunub və mövsümün qalan hissəsində iştirak etməyəcək.

Qriliş bu mövsüm 22 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Neftçi” – “Qəbələ”: heyətlər

10 February 2026 at 17:48

“Neftçi” Azərbaycan Premyer Liqasının XIX turunda bu gün “Qəbələ”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 17. Murad Xaçayev 7. Emil Səfərov 47. Murad Məmmədov 77. Falaye Sako 24. Mustafa Sek 18. İfeanyi Metyu 9. Bassala Sambu 11. İmad Faraj
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 19. Ağadadaş Salyanski 45. Vensan Abubakar 14. Edvin Kuç 27. Kristian Kostin 70. Andrey Ştoqrin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş Məşqçi: Yuri Vernidub

“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 94. Həbib Hüşənov 11. Asif Məmmədov 7. Turan Manafov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 70. Paulo Quimbila
Məşqçi: George Çixradze

Qurban Qurbanov: “Bəzi futbolçulardan narazıyam”

10 February 2026 at 17:43

Azərbaycan Premyer Liqasının XIX turunun “Şamaxı” – “Qarabağ” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərə təşəkkür edirəm, son iki səfərdə yanımızda oldular. Futbolçulara təşəkkür edirəm, vacib qələbə qazandıq. İndi futboldan danışmaq bəlkə, düzgün olmaz. Bu gün xarakter önəmli idi. İlk hissədə “Şamaxı” bizdən daha aqressiv idi. Fasilədən sonra oyunu ələ ala bildik. Sonda da topa nəzarət edərək qalibiyyət qolunu vurduq. Vacib üç xal idi. “Şamaxı”nı da təbrik edirəm. Ayxana uğurlar arzu edirəm. Yaxşı, mübariz komandası var.

– “İmişli” ilə matçda da əsas heyət olacaq?
– Hansısa dəyişikliklər ola bilər. Bu heyət bundan əvvəl oynamamışdı. İstirahətə ehtiyacları var idi. Dəyişikliklər qaçılmazdır. Bəzi rotasiyalar edə bilərik. Həm Kadi qayıdır, həm də digər mövqelərdə bəzi dəyişikliklər ola bilər. Bəzi futbolçulardan narazıyam, istədiyim performansı göstərə bilmirlər. Müəyyən nüanslar var ki, düzgün, vaxtında etmək lazımdır. Qarşıda bir neçə günümüz var, nələrisə dəyişə bilərik. Hər komanda bizə fərqli yanaşır. İnanıram ki, sonda doğrusunu edəcəyik.

– Nəriman Axundzadənin gedişi haqda fikirləriniz nədir?
– Danışıqlar ciddi gedir. Sona yaxınlaşır, lakin bəzi məqamlar hələ tam dəqiqləşdirilməyib. Bu gün də oyundan sonra bir futbolçu mənə yaxınlaşdı ki, təklif var, nə düşünürsünüz getməyim və ya qalmağımla bağlı. Hər dəfə belə xoşagəlməz hallar yaşanır. Lakin təklif elə yerdən gəlir ki, ora ancaq pul üçün getmək olar. Pul da elədir ki… Çalışırıq ki, komandanı oyunlara yaxşı hazırlaya bilək.

– “Neftçi” ilə oyunun təxirəsalınma məsələsi nə yerdədir?
– Rəhbərlik səviyyəsində gedir məsələ. Bu haqda söhbət etməmişik.

– “İmişli” ilə səfər oyunu Qubada olacaq. Arenanın vəziyyəti pisdir. Stadion dəyişməklə bağlı müraciətiniz olub?
– Bir dəfə etdik, dəyişildi. İndi bilmirəm. Böyük ehtimalla, Qubada oynayacağıq.

– Bəhlulun komandada qalmağı nəylə bağlı oldu? 
– Bir sıra detallar var idi. Bəhlulun tərəfində idim. Məncə, çox dərinə getməyək.

– Nərimanın getməsindən sonra transfer gözlənilir?
– Bizim üçün ürəkaçan deyil. Sadəcə Nərimanın son vaxtlar məlum məsələlərə görə getməsi lazım idi. Adam özündə deyildi. Hər gün fərqli fikirdə olurdu, ya oxuyub gəlirdi, ya qarşısına nəsə çıxırdı. Nəriman son iki ildə ən məhsuldar oyunçularımızdandır. Getməsinə ehtiyac var idi, toparlansın, özünü tapsın. Sıx qrafikdə belə oyunçulara ehtiyacım var idi. Edəcək nəsə yoxdur, təki, onunçün yaxşı olsun. Son iki ildə çox əziyyət çəkib. İnşallah, daha yaxşı Nəriman görərik.

– Montiel bu gün qələbədə əsas pay sahibi oldu. Bəzi epizodlarda aqressiv idi…
– Futboldur, o da insandır. Bəzi epizodlarda narazılıqlarını bildirir. Məncə, qabarıq şəkildə nəsə etmir. Bu oyunlarda belə olmaq lazımdır.

Şahin Cəfərov

“Qarabağ”a qarşı aqressiyasız oynamaq mümkünsüzdür”

10 February 2026 at 17:29

Azərbaycan Premyer Liqasının XIX turunun “Şamaxı” – “Qarabağ” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Üzücü məğlubiyyət oldu. Hava şəraitini nəzərə alsaq, bu gün xarakter göstərmək lazım idi. İlk hissədə oyun daha çətin keçdi. Ümumi götürəndə, pis mübarizə aparmadıq. Təəssüf ki, oyunun sonlarında qollar buraxırıq. İlk hissədə də, ikincidə də… Futbolçulara bununla bağlı xəbərdarlıq edirik, amma təəssüf. Oyunçulardan bunu diqqətdə saxlamaqlarını istəyirdik. Sonda boşluq verdik və məğlub olduq. Qarşıdan gələn oyunlara hazırlaşacağıq.

– “Qarabağ”a qarşı kubok matçında aqressiv oyun oynadınız. Kubokun cavab oyununda daha aqressiv komanda görəcəyik?
– Oynadıqca bir-birimizi daha yaxşı tanıyırıq. Boşluqlardan istifadə etmək istəyirlər. “Qarabağ”a qarşı aqressiyasız oynamaq mümkünsüzdür. Bütün oyunlarda formada olmaq istəyirəm. Ümumi götürsək, “Şamaxı” hər matç xarakter göstərir. Kubokun cavab görüşündə daha aqressiv oynamalıyıq.

– Son dəqiqələrdəki əvəzetmələrin məğlubiyyətə nə dərəcə təsiri oldu?
– Əvəzetmələrin səhv olduğunu deməzdim. Oruc özü əvəzetmə istədi, Kərim Rossi yorulmuşdu. Həmin anda müdafiədə boşluq yarandı. Komanda olaraq konsentrasiyamız çatmadı.

– Bəhlula verilməyən ikinci sarı vərəqə epizodu var. Nə düşünürsünüz?
– Məncə, ikinci “sarı” idi. Dirsək epizodu da var idi, müzakirə edilə bilər. Tam dəqiq baxmamışam. Bəlkə də, qaydalar çərçivəsindədir.

Şahin Cəfərov

“Qarabağ” son saniyədə sevindi, “Neftçi”dən qələbə

10 February 2026 at 20:57

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında “Qarabağ” “Şamaxı”nı, digər görüşdə “Neftçi” “Qəbələ”ni məğlub edib.

Azərbaycan Premyer Liqası
XIX tur

10 fevral

14:30 Şamaxı – Qarabağ 1:2
Qollar:
Oruc Məmmədov, 15 – Joni Montiel, 18, Kamilo Duran, 90+4
Baş hakim: Kamal Umudlu
Şamaxı şəhər stadionu

19:00 Neftçi – Qəbələ 1:0
Qol:
Emin Mahmudov, 11
Baş hakim:Əliyar Ağayev
“Palms Sports Arena”

❌
❌