Reading view

Mareska adının “Mançester Siti” ilə hallanması haqda danışdı

“Çelsi”nin baş məşqçisi Enzo Mareska “Mançester Siti”ni çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bunun onu maraqlandırmadığını deyib:

“Bu məni maraqlandırmır, çünki bunun 100 faiz şayiə olduğunu bilirəm. Belə şeylərə vaxtım yoxdur. Burada müqaviləm var, ehtimal ki, 2029-cu ilə qədər. Mən bu klub üzərində cəmləşmişəm və burada olduğum üçün qürur duyuram.

Bir həftə öncə “Yuventus”la bağlı da eyni hal baş verdi. Mən buna fikir vermirəm. Əsas odur ki, bu xəbərlər niyə ortaya çıxıb, anlamaq lazımdır, amma bunlar sadəcə şayiələrdir”.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post Mareska adının “Mançester Siti” ilə hallanması haqda danışdı appeared first on Komanda.az.

“Qarabağ”ın futbolçusu 6 aya yaxın olmayacaq

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub. Həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.

Komanda.az kluba istinadən xəbər verir ki, “Qarabağ”ın digər futbolçusu Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.

Komandanın digər üzvü Kadir Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

Hər üç futbolçunun müalicə prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.

The post “Qarabağ”ın futbolçusu 6 aya yaxın olmayacaq appeared first on Komanda.az.

Azərbaycanda FİFA hakimlərinin sayı artıb

2026-cı ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin siyahısı FİFA tərəfindən təsdiqlənib.

Komanda.az xəbər verir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq arenada ölkəmizi təmsil edən baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub.

FİFA tərəfindən təsdiqlənmiş 2026-cı il üçün azərbaycanlı referilərin siyahısı aşağıdakı kimidir:

Referilər:

Kişilər:

Əliyar Ağayev

Elçin Məsiyev

Kamal Umudlu

Tural Qurbanov (yeni)

Qadınlar:

Fəridə Lütfəliyeva

Referi köməkçiləri:

Zeynal Zeynalov

Akif Əmirəli

Elşad Abdullayev

Pərvin Talıbov

Namiq Hüseynov

Vüsal Məmmədov

Cəmil Qulliyev (yeni)

Asiman Əzizli (yeni)

Qadınlar:

Gülnurə Əkbərzadə

Sevda Nurıyeva

VAR hakimləri:

Nicat İsmayıllı (yeni)

İnqilab Məmmədov (yeni)

Fərid Hacıyev (yeni)

Futzal üzrə referilər:

Hikmət Qafarlı

Knyaz Əmiraslanov

Əli Cəbrayılov

Çimərlik futbolu üzrə referi:

Nail Nağıyev

Yeni FİFA referilərinin siyahıya daxil edilməsi münasibətilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev referilərlə görüşərək onları təbrik edib, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Görüşdə, həmçinin, AFFA baş katibinin müşaviri Frank de Bleker, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər. Görüş zamanı hakimliyin inkişaf perspektivləri, beynəlxalq təyinatların artırılması və referilərin peşəkar hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

The post Azərbaycanda FİFA hakimlərinin sayı artıb appeared first on Komanda.az.

“Barselona” belçikalı futbolçu üçün ilkin danışıqlara başlayıb

Belçikanın “Brügge” klubunda çıxış edən 17 yaşlı vinger Yesse Bisivu karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə “Barselona” maraqlanır.

Kataloniyalılar onun U-17 dünya çempionatındakı çıxışından məmnun qalıb və artıq futbolçunun nümayəndəsi ilə ilkin danışıqlara başlayıb. Transferin gələn ilin yayında rəsmiləşdirilməsi mümkündür.

“Barselona” La Liqada 17 turdan sonra 43 xal toplayaraq, turnir cədvəlinə başçılıq edir. Hans-Diter Flikin rəhbərlik etdiyi komanda 2-ci pillədə qərarlaşan “Real”ı 4 xal qabaqlayır.

The post “Barselona” belçikalı futbolçu üçün ilkin danışıqlara başlayıb appeared first on Komanda.az.

Yüksək Liqa: Tovuz təmsilçisi qələbə qazandı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci turun növbəti matçı keçirilib.

Komanda.az xəbər verir ki, turun son oyun günündə “Abşeron”la qarşılaşan “Turan” 3:0 (25:19, 25:12, 25:18) hesablı qələbə qazanıb.

Oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Turun daha əvvəl gerçəkləşən qarşılaşmalarında “Azərreyl” “Murov Az Terminal”ı (3:0), “Gəncə” isə UNEC-i (3:2) məğlub edib. “Milli Aviasiya Akademiyası” – “Gənclər” matçının tarixi hələ dəqiqləşməyib.

The post Yüksək Liqa: Tovuz təmsilçisi qələbə qazandı appeared first on Komanda.az.

Azər Bağırov: “Oyuna yaxşı hazırlaşmışdıq, amma alınmadı”

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunun açılış matçında “Turan Tovuz”la üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda 0:2 hesabı ilə məğlub olan Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov istədikləri oyunun alınmadığını bildirib:

“Meydançada istədiyimiz oyun alınmadı. Kiminsə olmaması ilə əlaqəli deyil. İlk dəqiqələrdən “Turan”ın təzyiqinə düşdük. İstəməzdik belə olsun, əfsuslar olsun ki, məğlub olduq. Tovuz komandasını təbrik edirəm. Əslində, oyuna yaxşı hazırlaşmışdıq, amma alınmadı. Bəlkə də, 6 ayın yorğunluğu var idi. İstədiyimizi meydanda göstərə bilmədik. Rəhim Həsənov AFFA Hakimlər Komitəsinin sədri təyin olunduqdan sonra bir məsələyə toxundu ki, tempi öldürməmək, vaxtı uzatmamaq… “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarına da belə hallar təsir edir. Yalan olmasın, bəlkə də, bu gün 20-dən çox yerdəqalmalar oldu.

Qış toplanışımızı Gəncədə keçirəcəyik, hələ ki, planımızda xarici ölkəyə getmək yoxdur”.

“Kəpəz” növbəti turda “Qarabağ”ın qonağı olacaq.

Fəxri Rüstəmli

The post Azər Bağırov: “Oyuna yaxşı hazırlaşmışdıq, amma alınmadı” appeared first on Komanda.az.

Berdıyev: “Nəinki Azərbaycan, heç Rusiya mətbuatını belə, izləmirəm”

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunun açılış matçında “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçdan sonra tovuzluların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı olub. Türkmənistanlı çalışdırıcı 2:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Bu il çempionatda son oyun idi və çox vacib idi. Uşaqlar da bu məsuliyyəti dərk edirdi. Bir çox zədəli oyunçularımız var idi, öz mövqelərində oynamırdılar. Bu vacib qələbəyə görə futbolçularımı təbrik edirəm. Kifayət qədər təcrübəli məşqçiyəm, keçən oyunda azarkeşlərin “istefa” çağırışlarına fikir vermirdim. Nəinki Azərbaycan, heç Rusiya mətbuatını belə, izləmirəm.

Yanvarın 4-ü 18-i arası Türkiyədə toplanışda olacağıq”.

“Turan Tovuz” növbəti turda “Sumqayıt”ı qəbul edəcək.

Fəxri Rüstəmli

The post Berdıyev: “Nəinki Azərbaycan, heç Rusiya mətbuatını belə, izləmirəm” appeared first on Komanda.az.

“Roma” italiyalı hücumçu üçün hərəkətə keçib

“Roma” transfer bazarında aktiv işləməyə davam edir və “Atletiko”nun hücumçusu Cakomo Raspadorinin mümkün keçidini araşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt klubu yalnız “Mançester Yunayted”dən Coşua Zirkze ilə maraqlanmır, həm də italiyalı futbolçunun ətrafı ilə artıq ilkin əlaqələr qurulub.

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini uzun müddətdir Raspadorini izləyir və hələ “Atalanta”dakı dönəmində onu komandaya dəvət etməyə çalışıb.

25 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 13 oyuna çıxaraq, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post “Roma” italiyalı hücumçu üçün hərəkətə keçib appeared first on Komanda.az.

Az maaşa da razıdır – Təki Avropaya qayıtsın

“Əl-Nəsr”in yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını yenidən Avropada davam etdirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ər-Riyad təmsilçisi 33 yaşlı futbolçuya müqavilənin müddətini uzatmağı təklif etsə də, o, hələlik buna cavab verməyib.

Brozoviç Avropaya qayıtmaq niyyətindədir və həmçinin, hazırkı maaşının Avropa klubları üçün çox yüksək olduğunu anlayır. Bu səbəbdən, o, ciddi maaş endiriminə razı olmağa hazırdır. Keçidin artıq yanvarda baş tutması da istisna edilmir.

Xorvatiyalı futbolçunun “Əl-Nəsr”lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. O, Səudiyyə Ərəbistanına 2023-cü ilin yayında köçməzdən əvvəl 7 il İtaliya A Seriyasında “İnter”in formasını geyinib.

The post Az maaşa da razıdır – Təki Avropaya qayıtsın appeared first on Komanda.az.

“Napoli” bəyanat yaydı, Alleqriyə etirazını bildirdi

“Napoli” rəsmi saytında “Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin davranışına etirazını bildirib.

Bu, İtaliya superkubokunun yarımfinal matçında baş verib. Qarşılaşma “Napoli”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komanda.az Neapol klubunun yaydığı bəyanatı təqdim edir:

“Napoli” “Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin yarımfinal matçı zamanı azarkeşlərin gözü qarşısında və canlı yayımda Qabriele Orialini (“Napoli”nin idman koordinatoru) təhqir etməsini qətiyyətlə pisləyir.

Biz ümid edirik ki, bu, nəzərdən qaçmayacaq, xüsusən də, matçın 33 kamera ilə yayımlandığını nəzərə alsaq, baş verənləri görməməzlikdən gəlmək mümkün deyil”.

“Napoli” UEFA Çempionlar Liqasının 5-ci turunda evdə “Qarabağ”ı məğlub edib – 2:0.

The post “Napoli” bəyanat yaydı, Alleqriyə etirazını bildirdi appeared first on Komanda.az.

“Şəmkir”in hakimləri təhqir edən rəsmilərinin cəzası açıqlandı

Hakimləri təhqir edən 2-ci Liqa təmsilçisi “Şəmkir”in rəsmiləri 4 oyunluq diskvalifikasiya olunub.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

13-cü turun “Quba” ilə oyunu bitdikdən sonra hakimləri təhqir edən “Şəmkir”in meneceri Taleh Əliyev və digər rəsmisi Elçin Qurbanov 4 oyunluq cəzalanıblar. Bununla yanaşı, hər iki şəxsin hərəkətinə görə klub 1000 manat cərimələnib.

Həmçinin, “Şəmkir” 5 oyunçusunun sarı vərəqə almasına görə 70, azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə 600 manat ziayan düşüb.

Bölgə klubunun futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Onun hərəkətinə görə bölgə klubu 50 manat cərimələnib.

The post “Şəmkir”in hakimləri təhqir edən rəsmilərinin cəzası açıqlandı appeared first on Komanda.az.

40 yaşlı Ronaldo bədənini nümayiş etdirdi – FOTO

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo hazırkı fiziki vəziyyətini əks etdirən fotosunu paylaşıb.

Komanda.az xəbər verir ki, Ronaldo sosial mediada paylaşdığı fotoya “Saunadan sonra” şərhini yazıb.

40 yaşlı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının cari mövsümündə 9 oyun keçirib, 10 qol vurub və 1 məhsuldar ötürmə edib. O, Portuqaliya millisinin heyətində isə 2026-cı il dünya çempionatının seçmə mərhələsində 5 oyun keçirib və 5 qol vurub.

The post 40 yaşlı Ronaldo bədənini nümayiş etdirdi – FOTO appeared first on Komanda.az.

Ter Ştegen Premyer Liqa klubuna keçə bilər

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

“Tottenhem” almaniyalı qapıçını heyətinə qatmaq istəyir. “Barselona” onun satışına hazır olsa da, hələlik konkret danışıqlar aparılmayıb.

33 yaşlı futbolçu “Barsa”nın formasını 2014-cü ilin yayından geyinir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

The post Ter Ştegen Premyer Liqa klubuna keçə bilər appeared first on Komanda.az.

“Sheki City”ə texniki məğlubiyyət verildi

Azərbaycan 2-ci Liqasında çıxış edən “Sheki City” texniki məğlubiyyətlə cəzalandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Bölgə təmsilçisinə 13-cü turun “Qaradağ Lökbatan”la matçına çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilib. Bununla yanaşı, klub 1000 manat cərimələnib.

The post “Sheki City”ə texniki məğlubiyyət verildi appeared first on Komanda.az.

“Qarabağ”a xəbərdarlıq edildi, 10 min manat cərimə olundu

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Sabah” – “Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə komitənin iclasında qərar qəbul olunub.

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” 2500 manat cərimə edilib.

Oyunun 54-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” 7000 manat cərimə edilib.

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Qarabağ” 3000 manat cərimə edilib. Stadiona dəymiş ziyan “Qarabağ” tərəfindən qarşılanacaq.

“Sabah” – “Qarabağ” oyununa “Qarabağ” təyin edilmiş vaxtdan gec gəldiyinə görə kluba xəbərdarlıq edilib.

The post “Qarabağ”a xəbərdarlıq edildi, 10 min manat cərimə olundu appeared first on Komanda.az.

Firminoya özünü xatırladan futbolçu

Qətərin “Əl-Sədd” klubunun hücumçusu Roberto Firmino “Liverpul”un futbolçusu Huqo Ekitike haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun ona özünü xatırlatdığını söyləyib:

“Ekitikeni çox bəyənirəm, o, topla əla davranır. O, mənə ilk dəfə “Liverpul”a gələndə özümü bir az xatırladır”.

Firmino 2015-ci ildən 2023-cü ilə qədər “qırmızılar”ın heyətində çıxış edib.

Ekitike bu yay 95 milyon avroya “Ayntraxt”dan (Frankfurt) “Liverpul”a transfer olunub.

”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post Firminoya özünü xatırladan futbolçu appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibi yapon futbolçunu transfer etdi – Rəsmi

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilk qış transferini həyata keçirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yaponiyalı oyunçu Keyta Kosuqi Frankfurt klubunun sıralarına qoşulub. 

19 yaşlı müdafiəçi İsveçin “Yurqorden” klubundan transfer olunub. 

“Qarabağ” – “Ayntraxt” matçı yanvarda 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və oyuna saat 21:45-də start veriləcək.

The post “Qarabağ”ın rəqibi yapon futbolçunu transfer etdi – Rəsmi appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin baş məşqçisi Kyezadan narazıdır

“Liverpul”un baş məşqçisi Arne Slot vinger Federiko Kyezanın çıxışından narazıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı ötən mövsüm “Plimut”a qarşı sensasiyalı məğlubiyyətdən sonra italiyalı futbolçuya çox əsəbiləşmişdi. Bu, Slotun Kyezaya etimadsızlığının yalnız bir nümunəsidir.

Slot Kyezaya etibar etmir, buna görə də onun start heyətinə düşməsi çətin görünür, hətta əvəzetmə kimi çıxıb müntəzəm qol vursa belə.

28 yaşlı futbolçu 2024-cü ilin avqustunda “Yuventus”dan “Liverpul”a keçib. “Qırmızılar”ı elə həmin yaydan etibarən Arne Slot çalışdırmağa başlayıb.

Kyeza cari mövsümdə 16 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin baş məşqçisi Kyezadan narazıdır appeared first on Komanda.az.

“Mançester Yunayted” 60 milyon avroluq oyunçu ilə maraqlanır

“Köln”ün yarımmüdafiəçisi Səid El-Mala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 19 yaşlı vingerin xidmətində “Mançester Yunayted” maraqlıdır.

Almaniya klubu futbolçusunu 60 milyon avro məbləğində qiymətləndirir. Transferin yayda rəsmiləşdirilməsi istisna olunmur. El Malanın “keçilər”lə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına kimidir.

Almaniyalı yarımmüdafiəçi cari mövsümdə 16 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

The post “Mançester Yunayted” 60 milyon avroluq oyunçu ilə maraqlanır appeared first on Komanda.az.

Tanınmış məşqçi vəfat edib

Danimarka və Norveç milli komandalarının sabiq baş məşqçisi Oqe Hareyde vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə mütəxəssisin oğlu Bendik Hareyde VG nəşrinə açıqlamasında deyib:

“Atam axşam evdə, ailəsinin yanında dünyasını dəyişdi. O, son oyununu oynadı. Xəstəliyi dövründə gördüyümüz bütün sevgi və dəstəyə görə sonsuz minnətdarıq”.

İyul ayında norveçli mütəxəssisə beyin xərçəngi diaqnozu qoyulmuşdu.

Oqe Hareyde 2017-ci ildə Danimarka millisinin baş məşqçisi kimi komandanı DÇ-2018-ə çıxarıb və 1/8 final mərhələsinə qədər irəliləyib. O, müxtəlif illərdə Norveç və İslandiya millilərini də çalışdırıb.

Klub səviyyəsində “Molde”, “Rusenborq”, “Vikinq”, “Bröndbü”, eləcə də İsveçin “Helsinqborq”, “Malmö” və “Erqryute” klublarında çalışan Hareyde İsveç, Danimarka və Norveç çempionu olub. 2014-cü ildə isə İsveç çempionatında ilin məşqçisi seçilib.

The post Tanınmış məşqçi vəfat edib appeared first on Komanda.az.

“Mançester Siti”nin futbolçusu ilə bağlı qərar veriləcək

“Mançester Siti”nin yarımmüdafiəçisi Klaudio Eçeverrinin Leverkuzen “Bayer”indəki icarəsinin bu qış başa çatması ehtimalı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun agentləri maraqlı klublarla danışıqlar aparır və qərar bu həftə sonu verilə bilər.

Argentinalı futbolçu oyun praktikasının azlığından əziyyət çəkir. Belə ki, o, cari mövsümdə “Bayer”də cəmi 270 dəqiqə oynayıb və 1 məhsuldar ötürmə verib.

Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

The post “Mançester Siti”nin futbolçusu ilə bağlı qərar veriləcək appeared first on Komanda.az.

Ter Ştegen qərarını verib

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yanvar transfer pəncərəsində komandasını dəyişmək niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Almaniyalı qolkiper cari mövsümdə ciddi oyun praktikası çatışmazlığı yaşayır. Hans-Diter Flikin rəhbərlik etdiyi məşqçilər heyəti əsas etimadı Xuan Qarsiyaya göstərir. Buna baxmayaraq, Ter Ştegen mövsümün sonuna qədər “Barselona”da qalmağa hazırdır.

33 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, 2014-cü ilin yayından “Barsa”nın şərəfini qoruyur.

The post Ter Ştegen qərarını verib appeared first on Komanda.az.

“Çelsi” və “Arsenal” türk futbolçu üçün danışıq aparır

İngiltərənin top-klubları “Yuventus”un hücumçusu Kənan Yıldız uğrunda mübarizəni davam etdirir.

Turin təmsilçisinin rəhbərliyi 20 yaşlı futbolçunu daha yaxşı şərtlərlə yeni müqavilə imzalamağa razı salmağa çalışsa da, Premyer Liqa klubları Kənanı heyətinə qatmaq niyyətindən geri çəkilmir.

Komanda.az “caughtoffside”-a istinadən xəbər verir ki, London təmsilçiləri “Çelsi” və “Arsenal” türkiyəli futbolçunun agentləri vasitəsilə danışıqlar aparır. Yıldız hələlik gələcəyi ilə bağlı yekun qərar verməyib.

Kənan Yıldız cari mövsümdə “Yuventus”un heyətində 21 oyunda iştirak edib, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

The post “Çelsi” və “Arsenal” türk futbolçu üçün danışıq aparır appeared first on Komanda.az.

Vilayət Eyvazov yenidən federasiya prezidenti seçildi

Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib.

Komanda.az xəbər verir ki, federasiyanın baş katibi Emin Cəfərov 2022-2025-ci illərdə Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunan nəticələr barədə hesabat verib. Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib, onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəriciləri 80 faiz artırıb.

Güllə və stend atıcılığı növü üzrə idmançılar beynəlxalq yarışlarda 21 qızıl, 33 gümüş, 31 bürünc olmaqla 85 medal əldə ediblər. Milli komandanın üzvü Nigar Nəsirova 2025-ci il dünya çempionatında 50 metr məsafəyə tapançadan güllə atıcılığı üzrə dünya rekordunu yeniləyib.

Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib.

İsmət Əliyev, Zemfira Meftahətdinova, Tofiq Bəylərov vitse-prezident, Tamirlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.

Sonda federasiya prezidenti Vilayət Eyvazov çıxış edib, göstərilən etimada görə təşəkkürünü bildirib və qurumun qarşıdakı fəaliyyət planları barədə danışıb.

The post Vilayət Eyvazov yenidən federasiya prezidenti seçildi appeared first on Komanda.az.

“Modriç Qattuzoya bənzəyir”

“Milan”ın sabiq hücumçusu Marko Simone İtaliya klubunun yarımmüdafiəçisi Luka Modriçin niyə oyunu ilə azarkeşləri heyrətləndirməyə davam etdiyini izah edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, azarkeşlərin Modriç kimi oyunçuları sevdiyini söyləyib:

“Karyerasında hər şeyi qazanmasına baxmayaraq, onun hələ də bu həvəsə sahib olduğunu görə bilərsiz. O, azarkeşlərin də pərəstiş etdiyi Cennaro Qattuzoya (“Milan”ın sabiq futbolçusu) bənzəyir. Onlar onun kimi oyunçuları sevirlər”.

Modriç daha əvvəl “Tottenhem” və “Real”da oynayıb. 40 yaşlı futbolçu 2018-ci ildə “qızıl top”u qazanıb.

The post “Modriç Qattuzoya bənzəyir” appeared first on Komanda.az.

İkardinin İtaliya klubuna keçidi baş tutmaya bilər

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin “Milan”a transferi baş tutmaya bilər.

“Qırmızı-qaralar” qış transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır və 32 yaşlı forvard əsas namizədlərdən biri hesab olunurdu.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar dayandırılıb.

Buna səbəb “Milan” rəhbərliyinin diqqətini tam şəkildə “Vest Hem”in futbolçusu Niklas Fullkruqun transferinə yönəltməsidir. Almaniyalı hücumçu klub üçün əsas prioritet olaraq qalır və bu keçidin yanvarın əvvəlində rəsmiləşdirilməsi gözlənilir.

Daha əvvəl Mauro İkardinin A Seriyasına qayıtmaq istədiyi bildirilirdi. Argentinalı futbolçu vaxtilə İtaliyada “İnter” və “Sampdoriya”nın formasını geyinib.

The post İkardinin İtaliya klubuna keçidi baş tutmaya bilər appeared first on Komanda.az.

UEFA-dan AFFA-ya məktub

İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin 2025-ci ildəki fəaliyyətini yüksək qiymətləndirib.

Bu barədə Komanda.az-a AFFA-dan məlumat verilib.

Şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib.

Klubların Lisenziyalaşdırılması Şöbəsi 2026/2027 Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

The post UEFA-dan AFFA-ya məktub appeared first on Komanda.az.

“Barselona” onu buraxmaq istəmir

Markus Reşford hazırda “Mançester Yunayted”dən icarə əsasında “Barselona”nın formasını geyinir. Mövsümün sonunadək nəzərdə tutulan müqavilədə onun birdəfəlik transferi üçün satınalma şərti də yer alır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalıların rəhbərliyi ingiltərəli vingerin klubdakı gələcəyi ilə bağlı yekun qərar verməsə də, onunla yolları davam etdirmək variantına daha çox meyillidir.

28 yaşlı futbolçunun tam transferi hazırda onun mövsümün sonunda komandadan ayrılmasından daha real ssenari kimi qiymətləndirilir.

Bildirilir ki, “Barselona” rəhbərliyində Reşfordun 30 milyon avro qarşılığında satın alınmasının zəruriliyi ilə bağlı inam getdikcə artır. O, cari mövsümdə Hans-Diter Flikin komandasında keçirdiyi 23 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə verib.

The post “Barselona” onu buraxmaq istəmir appeared first on Komanda.az.

İspaniya klubu Ançelottinin namizədliyini nəzərdən keçirir

Davide Ançelotti yaxın vaxtlarda Braziliyanın “Botafoqo” klubunda baş məşqçi postunu tərk edib.

36 yaşlı mütəxəssis iyulda bu vəzifəyə təyin olunmuşdu və bu, onun baş məşqçi kimi ilk müstəqil işi idi. Son günlər italiyalı çalışdırıcının müqavilənin müddətini uzatmamaq qərarına gəldiyi məlum olub.

Bu fonda Avropadan ona maraq xəbərləri ortaya çıxıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ançelottinin namizədliyi “Rayo Valyekano” tərəfindən nəzərdən keçirilir. Ancaq söhbətin konkret hansı vəzifədən getdiyi hələlik açıqlanmır.

Hazırda Madrid təmsilçisinin baş məşqçisi İniqo Peresdir. “Rayo Valyekano” La Liqada turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb və eyni zamanda Konfrans Liqasında ümumi mərhələnin yekunlarına əsasən birbaşa 1/8 finala vəsiqə qazanıb.

Davide Ançelotti daha əvvəl atası Karlo Ançelottinin köməkçisi kimi “Real”da çalışıb.

The post İspaniya klubu Ançelottinin namizədliyini nəzərdən keçirir appeared first on Komanda.az.

Azərbaycan UEFA reytinqində geriləyib

Avropa klub yarışlarının son oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərib.

Komanda.az xəbər verir ki, Konfrans Liqasında dünən keçirilən oyunlardan sonra Azərbaycan 26-cı yerdən (22.250 xal) 28-ci yerə düşüb.

Slovakiya Azərbaycandan bir pillə yuxarıdadır (22.375), Bolqarıstan isə 29-cu pillədədir (19.875).

Azərbaycan Avropa mövsümünə 17.125 xalla başlayıb. Hazırda ölkəni yalnız bir klub – “Qarabağ” Avropa yarışlarında təmsil edir.

The post Azərbaycan UEFA reytinqində geriləyib appeared first on Komanda.az.

İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini bağladı

Sabiq futbolçu Zlatan İbrahimoviçin oğlu Vinsent İbrahimoviç ilk peşəkar müqaviləsini imzalayıb. 2008-ci il təvəllüdlü futbolçu atasının hazırda çalışdığı klubun – “Milan”ın şərəfini qoruyacaq.

Komanda.az “qırmızı-qaralar”ın mətbuat xidmətinin bu hadisə ilə bağlı yaydığı açıqlamanı təqdim edir:

“Milan” məmnuniyyətlə bildirir ki, Vinsent Zlatan İbrahimoviç klubla ilk peşəkar müqaviləsini imzalayıb. Yarımmüdafiəçi “Milan Futuro” (“Milan”ın gələcəyi) layihəsinin bir hissəsidir”.

Zlatan İbrahimoviç 2023-cü ildə futbolçu karyerasını başa vurub. O, qısa fasilədən sonra isə “Milan” rəhbərliyinə daxil olub və daha əvvəl Paolo Maldiniyə məxsus olan vəzifəyə yaxın bir mövqedə fəaliyyət göstərməyə başlayıb.

The post İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini bağladı appeared first on Komanda.az.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

19 dekabr

Azərbaycan, Premyer Liqa
14:00 Kəpəz – Turan Tovuz (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Kocaelispor – Antalyaspor (beİN Sports 1)

İtaliya, superkubok
23:00 Bolonya – İnter (TRT Spor, Futbol 1)

Almaniya, Bundesliqa
23:30 Borussiya D – Borussiya M (S Sport+)

İspaniya, La Liqa
00:00 Valensiya – Malyorka (İdman TV, Futbol 2)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Levandovskinin rekordunu qırmaq çox çətin olacaq”

“Bayern”in hücumçusu Harri Keyn Bundesliqada bir mövsüm ərzində vurulan qollar üzrə rekordu qırmaq ehtimalı barədə fikirlərini bölüşüb.

Hazırda bu göstərici Münhen təmsilçisinin sabiq forvardı Robert Levandovskiyə məxsusdur. Polşalı hücumçu 2020/21 mövsümündə Bundesliqada 41 qol vuraraq, tarixi rekord müəyyənləşdirmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli hücumçu mümkün rekorda real yanaşdığını gizlətməyib:

“Düşünürəm ki, bu mümkündür, xüsusilə, mövsümə necə başladığımı nəzərə alsaq. Amma qarşıda hələ uzun yol var. Bu səviyyəni daha dörd-beş ay qorumaq lazımdır. Futbolda ən çətin məqam da məhz uzun müddət sabit qalmaqdır”.

O, Levandovskinin nəticəsinin əhəmiyyətini də vurğulayıb:

“Bu, inanılmaz rekorddur və onu qırmaq çox çətin olacaq, bunu anlayıram. Amma belə hədəflərə can atmaq həmişə xoşdur”.

Harri Keyn cari mövsümdə Bundesliqada 14 oyunda 18 qol vuraraq, yüksək məhsuldarlıq nümayiş etdirir.

The post “Levandovskinin rekordunu qırmaq çox çətin olacaq” appeared first on Komanda.az.

“Samsunspor” “Maynts”a uduzsa da, pley-offa yüksəldi

UEFA Konfrans Liqasında Liqa mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, son turun bütün görüşləri eyni günə təsadüf edib.

“Samsunspor” səfərdə “Maynts”la qarşılaşıb. Türkiyə təmsilçisi bu oyunda uduzaraq ilk 8-likdən kənarda qalıb. Samsunlular pley-offda mübarizə aparacaqlar.

“Fiorentina” da İsveçrədə “Lozanna”ya məğlub olub.

Pley-off mərhələsinə 2026-cı ildə, 19-20 fevralda start veriləcək.

Avropa Konfrans Liqası
Liqa mərhələsi, 6-cı tur

19 dekabr

Alkmaar (Niderland) – Yagelloniya (Polşa) 0:0
Şaxtyor (Kiyev, Ukrayna) – Riyeka (Xorvatiya) 0:0
Slovan (Slovakiya) – Hakken (İsveç) 1:0
Legiya (Polşa) – Linkoln (Cəbəllütariq) 4:1
Sparta (Praqa, Çexiya) – Aberdin (Şotlandiya) 3:0
Dinamo (Kiyev, Ukrayna) – Noa (Ermənistan) 2:0
Kristal Pelas (İngiltərə) – KuPS (Finlandiya) 2:2
Rayo Valyekano (İspaniya) – Drita (Kosovo) 3:0
Şemrok Rovers (İrlandiya) – Hamrun (Malta) 3:1
Omoniya (Kipr) – Rakuv (Polşa) 0:1
Maynts (Almaniya) – Samsunspor (Türkiyə) 2:0
Strasburq (Fransa) – Breydablik (İslandiya) 3:1
Çelye (Sloveniya) – Şelburn (İrlandiya) 0:0
Zrinski (Bosniya və Herseqovina) – Rapid (Avstriya) 1:1
AEK (Yunanıstan) – Universitatya (Krayova, Rumıniya) 2:2
Siqma (Çexiya) – Lex (Polşa) 1:2
AEK (Larnaka, Kipr) – Şkendiya (Şimali Makedoniya) 1:0
Lozanna (İsveçrə) – Fiorentina (İtaliya) 1:0

The post “Samsunspor” “Maynts”a uduzsa da, pley-offa yüksəldi appeared first on Komanda.az.

“Napoli” “Milan”a qalib gəldi, finala yüksəldi

İtaliya superkubokunda ilk finalçı müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu gün yarımfinalın ilk qarşılaşması baş tutub.

“Napoli” Səudiyyə Ərəbistanında “Milan”la qarşılaşıb. 2 cavabsız qolla qalib gələn son çempion finala yüksəlib.

İtaliya superkuboku
Yarımfinal

18 dekabr

Napoli – Milan 2:0
Qollar
: David Neres, 39. Höylund, 63.

19 dekabr

23:00. Bolonya – İnter

The post “Napoli” “Milan”a qalib gəldi, finala yüksəldi appeared first on Komanda.az.

“Biz Alonsoya tamamilə etibar edirik”

“Real”ın qapıçısı Andrey Lunin baş məşqçi Xabi Alonso ilə bağlı sualları cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı qolkiper bunu deyib:

“Talavera” ilə oyunda son dəqiqədə komandanı qoldan xilas etməyim Alonsonu qovulmaqdan xilas etdimi? Mən belə düşünmürəm, sadəcə, işimi görürəm. Biz baş məşqçiyə tamamilə etibar edirik, ona heç bir şübhəm yoxdur. Alonso klubun əfsanəsidir və böyük hörmətə layiqdir. Sadəcə, onun fikirlərinə və oyun tərzinə alışmalıyıq”.

İspaniyalı məşqçi postundan uzaqlaşdırılmaq üzrə idi, amma görünür, hələlik o, vəzifəsində qalacaq.

“Real” çərşənbə günü Kral kubokunda “Talavera”nı 3:2 hesabıyla məğlub edib. “Kral klubu” şənbə günü La Liqada “Sevilya” ilə qarşılaşacaq.

The post “Biz Alonsoya tamamilə etibar edirik” appeared first on Komanda.az.

Atıcılıq Federasiyasında köhnə-yeni prezident

Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib.

Komanda.az xəbər verir ki, Federasiyanın baş katibi Emin Cəfərov 2022–2025-ci illər ərzində Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunan nəticələr barədə hesabat verib.

Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib, onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəriciləri 80 faiz artırıb. Güllə və stend atıcılığı növü üzrə idmançılar beynəlxalq yarışlarda 21 qızıl, 33 gümüş, 31 bürünc olmaqla 85 medal əldə ediblər. Milli komandanın üzvü Nigar Nəsirova 2025-ci il dünya çempionatında 50 metr məsafəyə tapançadan güllə atıcılığı üzrə dünya rekordunu yeniləyib.

Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib.

İsmət Əliyev, Zemfira Meftahətdinova, Tofiq Bəylərov vitse-prezident, Tamirlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.

Sonda federasiya prezidenti Vilayət Eyvazov çıxış edib, göstərilən etimada görə təşəkkürünü bildirib və qurumun qarşıdakı fəaliyyət planları barədə danışıb.

The post Atıcılıq Federasiyasında köhnə-yeni prezident appeared first on Komanda.az.

“Turan Tovuz” “Kəpəz”ə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olub. Yevlaxda keçirilən görüşdə “Kəpəz” “Turan Tovuz”u qonaq edib. Oyun Tovuz təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb.

Turun qalan oyunları qarşıdakı üç gün ərzində keçiriləcək.

Azərbaycan Premyer Liqası, 16-cı tur

19 dekabr

Kəpəz – Turan Tovuz 0:2
Qol:
Serrano, 6. Joarlem Santos, 47.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu, 14:00

Kəpəz: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 80. Şahnur İsmayılov 83. Raul İsaqov 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov

Turan Tovuz: 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 17. Rəhim Sadıqov 10. Xəyal Nəcəfov 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə 60. Vüqar Bağırov 21. Aleks Souza
Baş məşqçi: Kurban Berdıyev

20 dekabr

Karvan-Yevlax – “Neftçi
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu, 14:00

Zirə – İmişli
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu, 16:30

21 dekabr

Qəbələ – Qarabağ
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu, 15:00

Araz-Naxçıvan – Şamaxı
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Liv Bona Dea Arena”, 17:30

22 dekabr

Sumqayıt – Sabah
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30

The post “Turan Tovuz” “Kəpəz”ə qalib gəldi appeared first on Komanda.az.

Azərbaycan birinciliyi start götürüb

Cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürüb.

Komanda.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışın ilk günündə 177 cüdoçu 6 çəki dərəcəsində mübarizə aparıb.

Qızlar arasında 40 kq, 52 kq, 70 kq; oğlanlarda isə 50 kq, 66 kq və 90 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib.

Dörd gün davam edəcək ölkə birinciliyinə 89 klub və idman cəmiyyətindən 495 cüdoçu qatılıb.

İlk günün mükafatçı:

Qızlar

40 kq

  1. Sofiya Bıkova (ACF)
  2. Ayan Muradova (Şəki)
  3. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
  4. Ləman Niftəliyeva (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

52 kq

  1. Tövsiyyə Babayeva (Qəbələ Bakı)
  2. Yağmur Əhmədzadə (Neftçi Sumqayıt)
  3. Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)
  4. Nərmin Ağamirzəzadə (RKİM)

70 kq

  1. Fidan Cəlilli (RKİM)
  2. Məsumə Məmmədli (Judo Club 2012)
  3. Rəna Əhmədova (Qəbələ İK şəhər)
  4. Sümeyya Nuriyeva (Sumqayıt şəhəri İOEUGİM)

Oğlanlar

50 kq

  1. Nihad Ağayev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
  2. Anar Mirzoev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  3. Rəvan Məmmədli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
  4. Rza Ayvazlı (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

66 kq

  1. Elgün Ələkbərov (FHN İSK)
  2. Zaməddin Bağırov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
  3. Sənan Piriyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  4. Elgün Səfərov (Mingəçevir UGİM)

90 kq

  1. Nurəddin Əliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  2. Ömər Axundov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
  3. Nazim Ağayev (FHN İSK)
  4. Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

The post Azərbaycan birinciliyi start götürüb appeared first on Komanda.az.

“Azərbaycanın Avropaya səs salan komandasına qarşı mükəmməl oynadıq”

“Sabah” Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edib.

Komanda.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis matçdan razı olduğunu bildirib:

“İlk olaraq oyunçularımı təbrik etmək istəyirəm. Bu gün inanılmaz performans göstərdilər. Hətta deyərdim ki, Azərbaycanın Avropaya səs salan komandasına qarşı mükəmməl futbol oynadıq. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən, bu gün möhtəşəm atmosfer yaratmışdılar. Mən “Sabah” ailəsini, rəhbərliyi, azarkeşləri qalibiyyət münasibəti ilə təbrik edirəm.

Deyə bilərəm ki, heç vaxt turnir cədvəlinə baxmıram. Paltardəyişmə otağında uşaqlara da dedim ki, hələ bu il üçün bizim bir oyunumuz var. Sabahdan bərpa prosesinə başlamalıyıq. Mövsümün əvvəlindən keçdiyimiz inkişafdan razıyam.

Əlbəttə ki, bugünkü oyunda da narazı qaldığım epizodlar olurdu. “Qarabağ” cinahlarda boşluqlar verirdi və biz qol fürsətləri yaradırdıq. Bu cür epizodları top-komandalara qarşı matçlarda dəyərləndirə bilməməyimiz məni məyus edir. Oyunun ilk 10 dəqiqəsindən razı qalmadım. Çox sadə qol buraxdıq. Amma ikinci hissədə üstün olan tərəf biz idik. Rəqibi yaxşı təzyiq altında saxlayırdıq. Bu da məni məmnun edirdi.

Əlimdə olan heyətdən çox məmnunam. Elə oyunçularımız var ki, hələ də potensialını tam açmayıb. Zədəli oyunçularımız var, bunlardan biri Cessi Sekidikadır. Onun da tam sağalmasını gözləyirik. Oyunçu gətirmək üçün tələsmirik. Çünki elə oyunçu gətirməliyik ki, komandamıza, paltardəyişmə otağına uyğun olsun. Belə bir oyunçu qarşımıza çıxacağı halda, düşünmədən rəhbərliklə müzakirə etməyə hazırıq.

Mən məşqçiyəm, nə idman direktoru, nə də agentəm. Mənim vəzifəm oyunçularda idman bacarıqlarını inkişaf etdirməkdir. Aron Maludanı burda görməkdən məmnunam. Düşünürəm ki, o da özünü inkişaf etdirmək üçün çalışır. Onun icarədə olması və ya burda davam etməsi mənim səlahiyyətimdə olan bir iş deyil”.

“Sabah” – “Qarabağ” matçı ikincilərin UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda evdə “Ferensvaroş”la (2:3, səfərdə 3:1) qarşılaşma səbəbindən təxirə salınmışdı.

“Sabah” Premyer Liqanın 16-cı turunda “Sumqayıt”ın qonağı olacaq.

Fəxri Rüstəmli

The post “Azərbaycanın Avropaya səs salan komandasına qarşı mükəmməl oynadıq” appeared first on Komanda.az.

Qurban Qurbanov: “Bu gün qarşımızda çox ciddi komanda var idi”

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış oyunda “Sabah”ın qonağı olub.

Komanda.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olub. Qurbanov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Rəqibi təbrik edirəm. Oyuna gəldikdə, maraqlı oyun keçdi. Komandam həddindən artıq böyük güc sərf edir. Bir neçə turnirdə iştirak edirik. Bəzi futbolçular hazır deyildi. Xəstə olan oyunçularımız var idi. Hər bir halda, bunlar səbəb deyil.

Azarkeşlərə təşəkkür edirəm, yaxşı atmosfer var idi. “Qəbələ” ilə oyuna hazırlaşacağıq.

Marko Yankoviç dünən məşqdə zədə aldı. Risklidir onun meydana çıxması. Montiel də hələ tam hazır deyil. “Araz-Naxçıvan”la oyunda da xeyli güc sərf etmişdi. Ümumən, yaxşı çıxış etdilər. Amma hər bir halda, məğlub olduq və kimdəsə səhv axtarmaq istəmirəm.

Çempionun dəyişməsi ilə bağlı hər il belə fikir var. İstənilən an hər şey dəyişə bilər. Bu gün qarşımızda çox ciddi komanda var idi. Yaxşı təşkil olunmuş heyətlə üz-üzə gəldik. Bu “Sabah”ı götürsək, Avropada yaxşı nəticələr göstərə bilər. Avropa təcrübəsi olan məşqçiləri var, biz də onların uğuruna sevinərik. Addım-addım böyüyürlər”.

“Sabah” – “Qarabağ” matçı ikincilərin UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda evdə “Ferensvaroş”la (2:3, səfərdə 3:1) qarşılaşma səbəbindən təxirə salınmışdı.

“Qarabağ” Premyer Liqanın 16-cı turunda “Qəbələ”nin qonağı olacaq.

Fəxri Rüstəmli

The post Qurban Qurbanov: “Bu gün qarşımızda çox ciddi komanda var idi” appeared first on Komanda.az.

“Milan”ın futbolçusu əməliyyat olunacaq

“Milan”ın hücumçusu Santiaqo Ximenes ayaq biləyindən əməliyyat etdirəcək.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyatın məqsədi sümüyün bərpasıdır.

Futbolçunun təxminən 6 həftə sonra meydanlara qayıda biləcəyi gözlənilir.

Meksikalı hücumçu bu mövsüm A seriyasında 9 matçda iştirak edib və qol vura bilməyib.

The post “Milan”ın futbolçusu əməliyyat olunacaq appeared first on Komanda.az.

Finalissimanın vaxtı və yeri dəqiqləşdi

İspaniya və Argentina yığmalarının üz-üzə gələcəyi Finalissima oyununun vaxtı və yeri bəlli olub.

Komanda.az xəbər verir ki, Avropa və Amerika çempionlarını qarşılaşdıran Finalissima matçı 27 mart 2026-cı ildə Qətərin paytaxtı Dohada yerləşən “Lusail” stadionunda keçiriləcək.

Argentina millisi 2024-cü ildə Amerika Kubokunun qalibi olub. İspaniya yığması isə həmin il Avropa çempionluğunu qazanıb.

Xatırladaq ki, əvvəlki Finalissima 2022-ci ildə baş tutub. Həmin görüşdə Argentina millisi İtaliya yığmasını 3:0 hesabı ilə məğlub etmişdi.

The post Finalissimanın vaxtı və yeri dəqiqləşdi appeared first on Komanda.az.

“Gəncə”dən çətin qələbə

Bu gün qadın voleybolçuların Yüksək Liqasında 7-ci turun oyunu keçirilib.

Komanda.az xəbər verir ki, UNEC VK-nın idman zalında UNEC və “Gəncə” komandaları üz-üzə gəlib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. Görüşdə qonaq komanda “Gəncə” 3:2 hesabı ilə UNEC üzərində qələbə qazanıb.

Turun növbəti oyunu sabah saat 15:00-da AVF-nin idman zalında “Abşeron” və “Turan” komandaları arasında keçiriləcək.

The post “Gəncə”dən çətin qələbə appeared first on Komanda.az.

İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatmaya əsasən, “Çelsi” “Arsenal”/”Kristal Pleas” duelinin qalibi ilə üz-üzə gələcək.

“Mançester Siti” isə “Nyukasl”a rəqib olub.

Yarımfinalın ilk oyunları yanvarın 12-də, cavab matçları isə fevralın 2-də keçiriləcək.

The post İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu appeared first on Komanda.az.

Laporta: “Bəzi insanlar Olmo ilə anlaşmanın baş tutmasını istəmirdi”

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Dani Olmo ilə bağlı fikirlərini bölüşüb.

Kataloniya klubu ispaniyalı futbolçunu 2024-cü ilin yayında “Leyptsiq”dən transfer edib. Avropa çempionunun qeydiyyatı ilk mərhələdə mümkün olmayıb, mövsüm ərzində isə o, yenidən oynamaq hüququnu itirib. Yalnız idman məhkəməsinin müdaxiləsindən sonra klub onu heyətə rəsmən daxil edə bilib.

Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, Laporta klubun Olmo uğrunda sona qədər mübarizə apardığını deyib:

“Biz Olmo üçün israrla mübarizə apardıq, çünki onun futbol keyfiyyətlərinə və işinə sədaqətinə ehtiyacımız var idi. Onun evinə – “Barselona”ya qayıtmaq istədiyini bilirdik. Bu transfer çoxlu maneələrlə müşayiət olunan, ziddiyyətli bir keçid idi və bəzi insanlar açıq-aşkar bu anlaşmanın baş tutmasını istəmirdi. Bütün bu çətinliklər Daninin “Barselona” ilə bağlarını daha da gücləndirdi. Biz ona çox minnətdarıq”.

Olmo cari mövsümdə 17 oyunda meydana çıxaraq, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

The post Laporta: “Bəzi insanlar Olmo ilə anlaşmanın baş tutmasını istəmirdi” appeared first on Komanda.az.

La Liqanın prezidenti “Real”ı tənqid etdi

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Neqreyra işi” ilə bağlı “Real”ın mövqeyini yenidən tənqid edib. Onun sözlərinə görə, “kral klubu” bu məhkəmə prosesində səmimi davranmır və keçmişdə mövqeyi tam fərqli olub.

“Barselona” və klubun keçmiş rəhbərliyi İspaniya Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Hakimlərin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya edilən ödənişlərlə bağlı rüşvət ittihamı ilə üzləşib.

Dekabrın 12-də “Barselona”nın prezidenti Xuan Laporta məhkəmədə ifadə verib. Həmin gün Kataloniya klubunun keçmiş baş məşqçiləri Luis Enrike və Ernesto Valverde də dindirilib. Bildirilirdi ki, prosesdə özəl ittihamçı qismində çıxış edən “Real”ın nümayəndələri Laportaya suallar ünvanlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas “Real”ın davranışını şou adlandırıb:

“Real”ın prezidenti (Florentino Peres) baş verənlərin yarısını belə, anlamır. Məhkəmədə hamı danışandan sonra sonuncu çıxış edən onların vəkili oldu. Niyə? Çünki məhkəməyə ən gec qoşulan da elə o idi.

Bu, iki ay çəkdi. Əvvəllər “Barselona” Super Liqa məsələsinə görə onların müttəfiqi idi. İndi isə Super Liqadan uzaqlaşdıqdan sonra özlərini cəngavər kimi aparırlar.

Üstəlik, verdikləri 12 sualın hamısına artıq Luis Enrike və Valverde cavab vermişdi. Bu proses bir şoudur, insanları aldatmaqdan başqa bir şey deyil”.

“Real”ın hüquqşünasları dindirilmə zamanı Laportadan hesabatlarda “aloe veralı hədiyyə dəstləri” (rəsmi sənədlərdə yazılan, amma real məzmunu şübhə doğuran bir xərc izahı) kimi göstərilən 60 min avroluq məbləğ barədə soruşublar. “Barselona”nın prezidenti isə bu ödənişi xatırlamadığını deyib.

The post La Liqanın prezidenti “Real”ı tənqid etdi appeared first on Komanda.az.

“Səbail” və “Mingəçevir”dən heç-heçə

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 11-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün iki qarşılaşma keçirilib.

Çempionatın iddialı komandalarından olan “Şəfa” “Şahdağ Qusar”la heç-heçə edib. “Difai” – “Mingəçevir” görüşündə də bərabərlik qeydə alınıb.

1-ci Liqa, 11-ci tur

18 dekabr

“Şahdağ Qusar” – “Səbail” 2:2
Qollar: 
S.Ağalarov, 27, R.Voronsov, 35 – S.Bağırov, 26, B.Həziyev, 69

“Difai” – “Mingəçevir” 1:1
Qollar:
 M.Musazadə, 2 – S.Abdullayev, 9 (pen)
Qırmızı vərəqə: M.Musazadə, 31 (“Difai”)

The post “Səbail” və “Mingəçevir”dən heç-heçə appeared first on Komanda.az.

“Tottenhem” də istəyir – “Real”ın hədəfindəki futbolçunu

Braziliyanın “Vasko da Qama” klubunun hücumçusu Rayan “Tottenhem”in maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “NT Vascainos” məlumat yayıb.

London klubunun məşqçilər heyəti 19 yaşlı vingeri yaxından izləyir. Klub artıq qış transfer pəncərəsində “Vasqo da Qama”ya rəsmi təklif göndərə bilər.

Ancaq daha əvvəl də xəbər verildiyi kimi, bu keçidə “Real” ciddi maneə yaratmaq niyyətindədir. “Kral klubu” Rayan üçün 50 milyon avro ödəməyə hazırdır.

Braziliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 56 oyuna çıxıb, 20 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post “Tottenhem” də istəyir – “Real”ın hədəfindəki futbolçunu appeared first on Komanda.az.

Azərbaycan Voleybol Federasiyası yarımçıq dayandırılmış oyunla bağlı qərar verdi

Kişi voleybolçuların Yüksək Liqasında yarımçıq dayandırılmış 7-ci turun “Xilasedici” – “ORDU” oyunu ilə bağlı qərar verilib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Dekabrın 17-də keçirilən qarşılaşmanın yekun nəticəsi ilə əlaqədar bu gün Azərbaycan Voleybol Federasiyasında (AVF) iclas keçirilib.

İclasda federasiyanın İnzibati Məsələlər Komissiyasının üzvləri, “Xilasedici” və “ORDU” komandalarının menecerləri, qarşılaşmanın supervayzeri və hakimlər iştirak ediblər.

AVF-nin baş katibi Faiq Orucovun rəhbərliyi ilə keçirilən iclasda dünənki qarşılaşmada baş verən hadisələr ətraflı şəkildə araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, yarımçıq dayandırılmış “Xilasedici” – “ORDU” qarşılaşmasında “Xilasedici” komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

The post Azərbaycan Voleybol Federasiyası yarımçıq dayandırılmış oyunla bağlı qərar verdi appeared first on Komanda.az.

“Uşaqlar bizim necə ağır zəhmət çəkdiyimizi görür” – Ronaldonun xanımı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges uşaqların tərbiyəsi ilə bağlı fikirlərini bölüşüb.

Cütlük ümumilikdə beş uşaq böyüdür. Onların iki qızı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rodriges uşaqlara zəhmətin və əziyyətin dəyərini aşılamağın indiki dövrdə xüsusilə vacib olduğunu vurğulayıb:

“Həm heç nəyə sahib olmaq, həm də hər şeyə sahib olmaq… Bunun nə demək olduğunu bilirsiz. Bu dövrdə uşaqlara əməyin və çalışmanın dəyərini necə izah etmək olar? Maddi imkanların səviyyəsi artsa da, ailənin əsas dəyərləri dəyişmir.

İqtisadi imkanlarımız fərqli səviyyədə olsa belə, mahiyyətimiz eyni qalır. Biz onlara öz dəyərlərimizi aşılayırıq. Uşaqlar bizim necə ağır zəhmət çəkdiyimizi görür, anlayırlar ki, heç nə asanlıqla əldə edilmir. Ona görə də, onlara daim xatırladırıq ki, mübarizə aparmaq və hər şeydən əvvəl yaxşı insan olmaq lazımdır.

Uşaqlar tərbiyəli, məsuliyyətli böyüyür, məktəbdə səylə oxuyur və müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Ən önəmlisi isə odur ki, onlar arzularının arxasınca gedirlər. Evdə gördükləri də məhz budur”.

The post “Uşaqlar bizim necə ağır zəhmət çəkdiyimizi görür” – Ronaldonun xanımı appeared first on Komanda.az.

AFFA Şahrudini əməliyyat etdirdi

“Qarabağ”ın və Azərbaycan millisinin üzvü Şahrudin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.

Komanda.az xəbər verir ki, 31 yaşlı qapıçı “IsarPark Plattling” klinikasında professor, doktor Stefan Fikert tərəfindən sol bud oynağından uğurlu əməliyyat keçirib.

Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

The post AFFA Şahrudini əməliyyat etdirdi appeared first on Komanda.az.

“İnter” xorvat futbolçu üçün təklif göndərə bilər – Tezliklə

“İnter” Zaqreb “Dinamo”sunda çıxış edən cinah müdafiəçisi Moris Valinçiçlə müqavilə imzalamaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi xorvatiyalı futbolçunu hazırda topuq zədəsindən bərpa olunan Denzel Dumfrisin müvəqqəti əvəzedicisi kimi nəzərdən keçirir.

“İnter” artıq qış transfer pəncərəsində “Dinamo”ya rəsmi təklif göndərə bilər.

23 yaşlı futbolçu cari mövsümdə 14 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib.

The post “İnter” xorvat futbolçu üçün təklif göndərə bilər – Tezliklə appeared first on Komanda.az.

“Araz-Naxçıvan” təxirə salınmış oyunda qələbə qazandı

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 9-cu turdan təxirə salınmış “Araz-Naxçıvan” – U-19 matçı keçirilib.

Komanda.az xəbər verir ki, “Olimpik Star”da baş tutan görüş Naxçıvan təmsilçisinin 12:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra son ölkə çempionu qış fasiləsinə 25 xalla turnir cədvəlinin zirvəsində yollanıb. U-19 isə 6 xalla beşincidir.

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 3-cü dövrəyə 2026-cı il yanvarın 19-da start veriləcək.

The post “Araz-Naxçıvan” təxirə salınmış oyunda qələbə qazandı appeared first on Komanda.az.

Mourinyo 750-ci qələbədən sonra: “Ən vacibi 751-cidir”

“Benfika”nın çalışdırıcısı Joze Mourinyo məşqçilik karyerasında qazandığı 750-ci qələbə ilə bağlı fikirlərini bölüşüb.

Bu göstərici Portuqaliya kubokunun 1/8 finalında, “Benfika”nın “Farense” üzərində 2:0 hesablı qələbəsindən sonra qeydə alınıb.

Komanda.az “EuroFoot”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu nailiyyətə özünəməxsus şəkildə, fəlsəfi yanaşma sərgiləyib:

“750 qələbə – onlardan hansı ən vacibdir? Birincisi? “Benfika”nın “Belenenseş” üzərində qələbəsi? “Portu”nun UEFA Çempionlar Liqasında “Monako”nu məğlub etməsi? “İnter”in Çempionlar Liqasının finalında “Bayern”ə qalib gəlməsi? Yoxsa bugünkü “Farense” – “Benfika” oyunu?

Xeyr! Ən vacibi növbəti, 751-ci qələbədir. Gəlin, növbəti uğur üzərində işləyək!”

Mourinyo məşqçilik karyerası ərzində 10 komandaya rəhbərlik edib. O, “Benfika” ilə “Çelsi”ni iki dəfə çalışdırıb və ümumilikdə 26 titul qazanıb, 4 dəfə isə ilin ən yaxşı klub məşqçisi seçilib.

The post Mourinyo 750-ci qələbədən sonra: “Ən vacibi 751-cidir” appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin futbolçusu “Tottenhem”lə matçı buraxacaq

“Liverpul”un müdafiəçisi Co Qomes Premyer Liqanın növbəti turunda “Tottenhem”lə keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Brayton”la (2:0) oyunun birinci hissəsində aldığı arxa bud əzələsi zədəsi səbəbindən qarşıdakı oyunda iştirak etməyəcək. Ancaq zədənin ciddi olmadığı vurğulanır.

28 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib. Onun komandası dekabrın 20-də səfərdə “Tottenhem”lə qarşılaşacaq.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin futbolçusu “Tottenhem”lə matçı buraxacaq appeared first on Komanda.az.

“Barselona” Levandovski ilə bağlı qərarsızdır

“Barselona” rəhbərliyi Robert Levandovski ilə növbəti mövsümdə əməkdaşlığın davam etdirilib-etdirilməməsinə görə hələ yekun qərar verməyib.

Polşalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, 37 yaşlı forvardın klubda qalması onun cari mövsümdəki çıxış səviyyəsindən və əsas rəqibi Ferran Torreslə müqayisəli performansından asılı olacaq.

Bundan başqa, yay transfer pəncərəsində hücumçuların bazarda əlçatan olub-olmaması və mövsümün sonunda klubun maliyyə durumu da həlledici rol oynayacaq.

Rəhbərlik həmçinin, Levandovski kimi nüfuzlu futbolçunun mümkün gedişinin paltardəyişmə otağındakı ab-havaya göstərə biləcəyi təsiri də nəzərə almağı planlaşdırır.

Mövcud məlumatlara əsasən, Levandovski artıq MLS təmsilçisi “Çikaqo Fayr”la danışıqlar aparır, ancaq o, hələlik gələcəyi ilə bağlı qəti qərar qəbul etməyib.

The post “Barselona” Levandovski ilə bağlı qərarsızdır appeared first on Komanda.az.

AFFA Hakimlər Komitəsinin sədri 15-ci turun mübahisəli epizodlarını şərh etdi – VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 15-ci turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, o, bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Həsənov “Şamaxı” – “Zirə” (2:1), “Kəpəz” – “Qəbələ” (1:0) və “Qarabağ” – “Araz-Naxçıvan” (5:1) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.

Federasiya rəsmisi hakimlərin həmin epizodlar zamanı düzgün qərarlar verdiyini bildirib.

The post AFFA Hakimlər Komitəsinin sədri 15-ci turun mübahisəli epizodlarını şərh etdi – VİDEO appeared first on Komanda.az.

Tanınmış futbolçu Səudiyyə Ərəbistanı klubunu tərk edəcək

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu yarımmüdafiəçisi Ruben Neveşi müqaviləni yeniləməyə razı sala bilməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yeni müqavilə imzalamaqdan imtina edib və Avropaya geri dönməyə açıqdır.

Hazırda onun əsas namizədi uzun müddətdir maraq göstərən “Mançester Yunayted” hesab olunur.

28 yaşlı futbolçu 2023-cü ildə “Əl-Hilal”a keçərək, müddəti 3 il olan müqavilə bağlamışdı. O, cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post Tanınmış futbolçu Səudiyyə Ərəbistanı klubunu tərk edəcək appeared first on Komanda.az.

Ter Ştegen “casusluq”da şübhəli bilinir

“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen klubun daxili informasiyasını KİV-lərə ötürməkdə əsas şübhəli kimi görülür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalıların baş məşqçisi Hans-Diter Flikin komandada “gizli agent”i müəyyən etdiyi barədə məlumatlar yayılmışdı. Ancaq konkret ad açıqlanmamışdı.

33 yaşlı Ter Ştegen “Barsa”nın heyətində 2014-cü ildən çıxış edir.

Almaniyalı qolkiper cari mövsümdə yalnız İspaniya kubokunda bir oyuna çıxıb, çünki o, mövsümün ilk yarısını ağır zədədən bərpa olunmağa sərf edib.

“Barselona” dekabrın 21-də səfərdə “Vilyarreal”la qarşılaşacaq.

The post Ter Ştegen “casusluq”da şübhəli bilinir appeared first on Komanda.az.

UEFA qərar verdi: “Ayntraxt” Bakıya azarkeşsiz gələcək

UEFA Çempionlar Liqasında baş verən xoşagəlməz hadisələr Almaniya klubu üçün ciddi sanksiyalara səbəb olub.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, “Ayntraxt”ın “Barselona” ilə səfər oyunu (1:2) zamanı frankfurtlu azarkeşlərinin davranışı UEFA-nın sərt qərarına səbəb olub. Qonaq sektorunda pirotexniki vasitələrdən istifadə edilməsi, tribunaya əşyaların atılması və işıq raketinin buraxılması qurumun diqqətindən yayınmayıb.

Nəticədə, UEFA “Ayntraxt”a növbəti iki Avropa səfər oyununda azarkeş qadağası tətbiq edib. Bu isə o deməkdir ki, yanvarın 21-də Çempionlar Liqasında “Qarabağ”la Bakıda keçiriləcək matçda Frankfurt təmsilçisinin azarkeşləri stadionda olmayacaq. Komanda növbəti mərhələyə yüksələrsə, sonrakı səfər oyunu da eyni cəza altına düşəcək.

Bundan başqa, pirotexnika qalmaqalına görə “Ayntraxt” 30 min avro, “Kamp Nou” stadionunda tualetlərə və pleksiqlas divara dəyən zərərə görə isə əlavə 8 min avro cərimələnib. Klub ziyanın aradan qaldırılması üçün 30 gün ərzində “Barselona” rəhbərliyi ilə əlaqə saxlamalıdır. Frankfurt klubu daha əvvəl “Roma” ilə oyundakı oxşar hadisələrə görə şərti cəza altında idi.

“Bild”in yazdığına görə, bu cəza minlərlə günahsız “Ayntraxt” azarkeşini də zərbə altında qoyub. Artıq Bakıya səfər üçün uçuş və otellər bron edən, futbola görə yola çıxan fanatlar stadiondan kənarda qalacaqlar. Məlumata görə, klub “Qarabağ”la oyun üçün təxminən 3000 bilet sorğusu almışdı.

The post UEFA qərar verdi: “Ayntraxt” Bakıya azarkeşsiz gələcək appeared first on Komanda.az.

Upamekano “Qarabağ”ın rəqibinə təklif edilib

“Bayern”in müdafiəçisi Dayo Upamekano birbaşa “Liverpul”a təklif edilib.

Komanda.az xəbər verir ki, bu barədə TZ məlumat yayıb.

Fransalı futbolçu Münhen klubunda çətin vəziyyətdədir. Yeni müqavilə ilə o, illik 18 milyon avro qazanmaq istəyir. Həmçinin, Upamekano müqaviləyə 65 milyon avroluq çıxış şərti daxil edilməsini də tələb edir. “Bayern” hazırda bu maliyyə tələblərinin heç birini yerinə yetirməyə hazır deyil.

27 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 20 oyuna çıxıb və 1 qol vurub. Onun “Bayern”lə müqaviləsinin müddəti gələn yay başa çatacaq.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post Upamekano “Qarabağ”ın rəqibinə təklif edilib appeared first on Komanda.az.

İlin ən yaxşı klubu və futbolçusu adına namizədlər açıqlanıb

“Globe Soccer Awards”ın mətbuat xidməti ilin ən yaxşı futbol klubu nominasiyasının finalçılarını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahıda beş klub yer alıb: “Liverpul”, “Çelsi”, PSJ, “Barselona” və “Flamenqo”.

İlin ən yaxşı futbolçusu mükafatına isə Kilian Mbappe, Osman Dembele, Vitinya, Rafinya və Lamin Yamal namizəd göstərilib.

Mükafatlandırma mərasimi dekabrın 28-də, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək və qaliblər səsvermə yolu ilə müəyyənləşəcək.

The post İlin ən yaxşı klubu və futbolçusu adına namizədlər açıqlanıb appeared first on Komanda.az.

Türk futbolçuya 5 illik müqavilə təklif olunacaq

“Yuventus” hücumçusu Kənan Yıldızla müqavilənin müddətini uzatmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 20 yaşlı futbolçuya müddəti 5 il olan yeni müqavilə təklif etməyə hazırdır. Əməkhaqqı illik 5 milyon avro təşkil edəcək və müqavilədə əlavə pul bonusları da nəzərdə tutulacaq.

Tərəflər arasındakı mövcud müqavilənin müddəti 2029-cu ilin iyununun sonunda başa çatacaq.

Türkiyəli futbolçu cari mövsümdə 21 oyunda iştirak edərək, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

The post Türk futbolçuya 5 illik müqavilə təklif olunacaq appeared first on Komanda.az.

“Yuventus”un əla baş məşqçisi var”

İtaliya millisinin sabiq müdafiəçisi, hazırda Özbəkistan yığmasının baş məşqçisi olan Fabio Kannavaro “Yuventus”un bu mövsüm A Seriyası titulunu qazanmaq şansları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Yuventus” hazırda əsas rəqiblərindən geri qalır, amma skudettodan imtina edə bilmir. İndi onların əla baş məşqçiləri var. Luçano Spalettinin işini həmişə bəyənmişəm. Ondan öyrəniləsi çox şey var. O, mənim ən sevdiyim məşqçidir”.

Turin klubu A Seriyasında 15 turdan sonra 26 xalla turnir cədvəlində beşinci yerdədir. Komanda lider “İnter”dən yeddi xal geridədir.

The post “Yuventus”un əla baş məşqçisi var” appeared first on Komanda.az.

AMADA-da ilin son iclası

Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci ildə sonuncu iclası keçirilib.

Bu barədə Komanda.az-a gentlikdən bildirilib.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə cari ilin 9 ayı ərzində görülən işlər barədə təqdimatla çıxış edib. Sonra agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülən işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb.

Bununla yanaşı, AMADA-nın 2026–2030-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib.

İclasda həmçinin, 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb.

Müşahidə Şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib.

The post AMADA-da ilin son iclası appeared first on Komanda.az.

“Çelsi”nin yarımmüdafiə ilə bağlı planı var

“Çelsi” 2026-cı ildə yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiənin mərkəzinə daha bir keyfiyyətli futbolçu transfer edərək, Moyses Kaysedo və Enzo Fernandеsin üzərindəki yükü azaltmaq niyyətindədir.

Klub rəhbərliyi mövsüm ərzində bu iki futbolçunun üzərinə düşən məsuliyyətin çox olmasından narahatdır.

“Çelsi” daha əvvəl “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu ilə maraqlanıb, həmçinin, “Kristal Pelas”dan Adam Uortonun transfer variantını nəzərdən keçirib. Ancaq son məlumatlara əsasən, Mainu uğrunda mübarizəyə artıq “Mançester Siti” də qoşulub.

London klubu Premyer Liqada 16 turdan sonra 28 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post “Çelsi”nin yarımmüdafiə ilə bağlı planı var appeared first on Komanda.az.

“Hamı çox xoşbəxtdir” – PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın 2025-ci ildə daha bir titul qazanması ilə bağlı danışıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, klubdakı hər kəsin çox xoşbəxt olduğunu bildirib:

“PSJ Qətərdə qələbə ilə başlayıb və burada qələbə ilə başa vurur. Bu, inanılmazdır. Altı kubok qazandıq. Bu, Paris klubu üçün tarixi bir nailiyyətdir. Hamı çox xoşbəxtdir. Öz performansımızla fəxr edirik”.

Paris klubu Qitələrarası kubokun həlledici oyununda Braziliyanın “Flamenqo” komandasını penaltilər seriyasında məğlub edib (2:1).

The post “Hamı çox xoşbəxtdir” – PSJ-nin prezidenti appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibi qanalı futbolçu ilə razılığa gəlib

“Bornmut”un vingeri Antuan Semenyo “Liverpul”a keçidə bir addım da yaxınlaşıb.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, Mersisayd klubu Qana millisinin 25 yaşlı oyunçusu ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.

Semenyo Premyer Liqanın digər top-klublarının marağına baxmayaraq, karyerasını məhz “Liverpul”da davam etdirmək niyyətindədir. Onun bu seçimi transfer prosesini xeyli sürətləndirib.

Semenyo cari mövsümdə İngiltərə çempionatında 15 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibi qanalı futbolçu ilə razılığa gəlib appeared first on Komanda.az.

Konfrans Liqası: Bu gün 6-cı turun oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasının liqa mərhələsində sonuncu – 6-cı turun oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, 18 qarşılaşmanın hamısı eyni saatda start götürəcək.

Türkiyənin “Samsunspor” klubu səfərdə “Maynts”la üz-üzə gələcək. “Fiorentina” isə İsveçrədə “Lozanna”nın qonağı olacaq.

UEFA Konfrans Liqası

Liqa mərhələsi, 6-cı tur

18 dekabr

00:00. AZ Alkmaar (Niderland) – “Yagelloniya” (Polşa)

00:00. “Şaxtyor” (Ukrayna) – “Riyeka” (Xorvatiya)

00:00. “Slovan” (Slovakiya) – “Hakken” (İsveç)

00:00. “Legiya” (Polşa) – “Linkoln” (Cəbəllütariq)

00:00. “Sparta” (Çexiya) – “Aberdin” (Şotlandiya)

00:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Noa” (Ermənistan)

00:00. “Kristal Pelas” (İngiltərə) – “KuPS” (Finlandiya)

00:00. “Rayo Valyekano” (İspaniya) – “Drita” (Kosovo)

00:00. “Şemrok Rovers” (İrlandiya) – “Hamrun” (Malta)

00:00. “Omoniya” (Kipr) – “Rakuv” (Polşa)

00:00. “Maynts” (Almaniya) – “Samsunspor” (Türkiyə)

00:00. “Strasburq” (Fransa) – “Breydablik” (İslandiya)

00:00. “Çelye” (Sloveniya) – “Şelbrun” (İrlandiya)

00:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Rapid” (Avstriya)

00:00. AEK (Yunanıstan) – “Universitatya” (Rumıniya)

00:00. “Siqma” (Çexiya) – “Lex” (Polşa)

00:00. AEK (Larnaka, Kipr) – “Şkendiya” (Şimali Makedoniya)

00:00. “Lozanna” (İsveçrə) – “Fiorentina” (İtaliya)

UEFA Konfrans Liqasında pley-off mərhələsinə 2026-cı il fevralın 19-20-də start veriləcək.

The post Konfrans Liqası: Bu gün 6-cı turun oyunları keçiriləcək appeared first on Komanda.az.

Kapitanın gələcəyi sual altındadır

“Mançester Yunayted”in kapitanı Bruno Fernandesin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi 2026-cı ilin yay transfer pəncərəsi üçün Səudiyyə Ərəbistanı çempionatını təmsil edən klubların əsas hədəflərindən biridir.

Fernandesin yanvarda “Mançester Yunayted”dən ayrılması ehtimalı olduqca aşağıdır və bu ssenari real görünmür. Daha çox ehtimal edilən variant isə mövsüm başa çatdıqdan sonra rəsmi təkliflərin gəlməsidir. Bu halda mümkün transferin taleyi birbaşa futbolçunun öz qərarından asılı olacaq.

31 yaşlı oyunçunun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

The post Kapitanın gələcəyi sual altındadır appeared first on Komanda.az.

PFL idman jurnalistlərini bir araya gətirdi – Bu dəfə Şamaxıda

Peşəkar Futbol Liqası və “Misli”nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş, idman jurnalistləri arasında intellektual yarış keçirilib.

Komanda.az xəbər verir ki, 60-dan çox media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb.

Dövlət Vergi Xidmətinin Şamaxı tədris mərkəzində baş tutan yarışda komandalara Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə iştirak edən 12 komandanın adları verilib. Tamamilə Azərbaycan futboluna həsr olunmuş suallar əsasında keçirilən yarışda sona qədər gərgin mübarizə gedib.

Belə ki, qalib “qızıl oyun”da müəyyənləşib. Yekunda “Sumqayıt” komandası qalib, “Sabah” ikinci, “Kəpəz” üçüncü olub.

Tədbirin sonunda çempion “Sumqayıt” komandasına kubok və medallar təqdim edilib.

Turnirdə qaliblə yanaşı, ikinci və üçüncü yerin sahibləri də pul mükafatı qazanıb.

The post PFL idman jurnalistlərini bir araya gətirdi – Bu dəfə Şamaxıda appeared first on Komanda.az.

İkardinin İtaliyadan 3 “elçi”si var

“Qalatasaray”da çıxış edən argentinalı hücumçusu Mauro İkardinin karyerasını yenidən İtaliya çempionatında davam etdirmək variantları yaranıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə A Seriyasından üç klub maraqlanır. Söhbət “Roma”, “Milan” və “Komo”dan gedir.

İkardinin agentləri artıq adıçəkilən klublarla ilkin danışıqlara başlayıblar. Onun “Qalatasaray”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatacaq.

O, cari mövsümdə İstanbul təmsilçisinin heyətində 21 oyuna çıxaraq, 8 qol vurub.

İkardi əvvəllər İtaliyada “İnter”in formasını geyinib.

The post İkardinin İtaliyadan 3 “elçi”si var appeared first on Komanda.az.

Arauxo geri dönür

“Barselona”nın müdafiəçisi Ronald Arauxo meydana qayıtmağa hazırlaşır.

Uruqvaylı futbolçu sonuncu dəfə UEFA Çempionlar Liqasının “Çelsi” ilə Londonda keçirilən və 0:3 hesablı məğlubiyyətlə nəticələnən oyununda forma geyinmişdi. Həmin qarşılaşmada ilk hissədə qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyan Arauxo o vaxtdan bəri meydanlardan uzaq qalmışdı.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu hazırda vətənində fərdi məşqlərini davam etdirir və şəxsi fiziki hazırlıq məşqçisi ilə çalışır. Bildirilir ki, məşq prosesi “Barselona”nın nümayəndələri ilə daimi əlaqə şəraitində aparılır və müdafiəçiyə verilən yüklənmələr klubla məsləhətləşərək tənzimlənir.

Arauxo Londonda aldığı qırmızı vərəqədən sonra yaşadığı psixoloji problemlərə görə müvəqqəti olaraq Kataloniya klubunun düşərgəsini tərk etmişdi. İndi isə o, həm fiziki, həm də mənəvi baxımdan yenidən yaşıl meydanlara qayıtmaq üçün addım-addım hazırlaşır.

The post Arauxo geri dönür appeared first on Komanda.az.

Ançelotti postunu tərk edir

Karlo Ançelottinin oğlu Davide Ançelotti “Botafoqo”da baş məşqçi postunu tərk edir.

36 yaşlı çalışdırıcı cari ilin iyulunda Rio-de-Janeyro təmsilçisinin “sükanı arxasına” keçmişdi. Komanda onun rəhbərliyi altında mövsümü ölkə çempionatında turnir cədvəlinin 6-cı pilləsində başa vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis klubla müqavilənin müddətini uzatmamaq qərarına gəlib. Onun sözləşməsi bu ayın sonunda başa çatacaq.

Ançelotti “Botafoqo”ya təyinatınadək heç vaxt baş məşqçi kimi çalışmayıb. O, 2012-ci ildən etibarən atası Karlo Ançelottinin rəhbərlik etdiyi bütün komandalarda köməkçi məşqçi olub.

Ata Ançelotti hazırda Braziliya millisinin baş məşqçisi vəzifəsində çalışır.

The post Ançelotti postunu tərk edir appeared first on Komanda.az.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

18 dekabr

Türkiyə, kubok
18:30 Gənclərbirliyi – Bodrumspor (A Spor)
21:30 Qalatasaray – Başakşəhər (A Spor)

Azərbaycan, Premyer Liqa
19:30 Sabah – Qarabağ (CBC Sport)

İtaliya, superkubok
23:00 Napoli – Milan (TRT Spor, A Spor, Futbol 1)

UEFA Konfrans Liqası
00:00 Maynts – Samsunspor (CBC Sport, TRT 1)

İspaniya, kubok
00:00 Mursiya – Betis (Futbol 3)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Kompani bütün oyunçularının Keynə bənzəməsini istəyir

“Bayern”in baş məşqçisi Vensan Kompani oyunçularını müntəzəm olaraq komandanın hücumçusu Harri Keyni təqlid etməyə təşviq edir.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, ingilis futbolçu təkcə qol vurma bacarığı ilə deyil, həm də topdan kənarda özünü göstərməsi və komandaya sadiqliyi ilə tanınır. Belçikalı mütəxəssis isə bütün futbolçularından bu münasibəti görmək istədiyini bildirib:

“Mən bunu hamınızdan gözləyirəm. İndi və beş ildən sonra!”

Keyn bu mövsüm “Bayern”in heyətində bütün yarışlarda 24 oyunda 29 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2023-cü ilin yayından Münhen klubunda çıxış edir.

The post Kompani bütün oyunçularının Keynə bənzəməsini istəyir appeared first on Komanda.az.

Sabiq futbolçu “Qarabağ”ın rəqibinin hücumçusuna İtaliyanı məsləhət görür

“Liverpul”un və “Bayern”in sabiq futbolçusu Ditmar Hamann İngiltərə klubunun hücumçusu Məhəmməd Salahın gələcəyi barədə danışıb.

Hamannın fikrincə, Salah oyun vaxtının azaldılmasını qəbul etmirsə və baş məşqçidən dəstək görmədiyini bildirirsə, tərəflər üçün ən yaxşı yol ayrılıq ola bilər. O, həmçinin, bildirib ki, belə vəziyyətdə klub və oyunçu kompromis tapmalıdır.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Salahın Avropada maraq doğurmağa davam edəcəyini söyləyib:

“Məncə, o, Səudiyyə Ərəbistanına getmək istəməz. Hələ də Avropada onu istəyən komandalar var. Onu İtaliya liqasında görmək mümkündür. A Seriyası belə oyunçuları cəlb etməklə onların ən yaxşı formaya qayıtmasına kömək edir”.

33 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 14 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post Sabiq futbolçu “Qarabağ”ın rəqibinin hücumçusuna İtaliyanı məsləhət görür appeared first on Komanda.az.

PSJ Qitələrarası kubokun sahibi oldu

Fransanın PSJ klubu FIFA Qitələrarası kubokunun sahibi olub.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi Qətərdə baş tutan həlledici görüşdə Braziliyanın “Flamenqo” kollektivini üstələyib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşdığından qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (2:1) Luis Enrikenin baş məşqçisi olduğu komanda Qitələrarası Kuboka sahib çıxıb.

PSJ tarixində ilk dəfə Qitələrarası kuboka sahib çıxıb.

The post PSJ Qitələrarası kubokun sahibi oldu appeared first on Komanda.az.

Turun sonuncu oyunu yarıda dayandırıldı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci turun oyunu yarıda dayandırılıb.

Komanda.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən “Xilasedici” – “Ordu” matçı supervayzerin qərarı ilə yarıda saxlanılıb.

Qarşılaşma ilə bağlı Azərbaycan Voleybol Federasiyası tərəfindən müvafiq qərar qəbul ediləcək və açıqlanacaq.

Günün ilk görüşündə isə “Neftçi” “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.

The post Turun sonuncu oyunu yarıda dayandırıldı appeared first on Komanda.az.

“Mançester Yunayted” “Bornmut”un iki futbolçusunu “qaralayıb”

“Bornmut”un yarımmüdafiəçiləri Aleks Skott və Tayler Adams “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Transfer News Live” məlumat yayıb.

Bazar ertəsi Premyer Liqa çərçivəsində üz-üzə gələn komandaların oyunu 4:4 hesabı ilə yekunlaşıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Tayler Adams zədə səbəbindən oyunu davam etdirə bilməyib və onun yerinə məhz Aleks Skott meydana daxil olub.

“Qırmızı şeytanlar” baş məşqçi Ruben Amorimin tələblərinə uyğun olaraq, orta xətti yenidən qurmaq niyyətindədir və bu baxımdan hər iki futbolçunun transferi nəzərdən keçirilir. Bildirilir ki, klublar Adamsın keçidi ilə bağlı artıq danışıqlar aparıblar, ancaq 26 yaşlı yarımmüdafiəçinin ciddi zədəsi sözləşmənin baş tutmamasına səbəb ola bilər.

“Transfermarkt” portalı amerikalı Adamsın transfer dəyərini 25 milyon, 22 yaşlı Aleks Skottun qiymətini isə 30 milyon avro olaraq göstərir.

The post “Mançester Yunayted” “Bornmut”un iki futbolçusunu “qaralayıb” appeared first on Komanda.az.

“Aston Villa”nın Tilemans planı

“Aston Villa” belçikalı yarımmüdafiəçisi Yuri Tilemansla yeni müqavilə imzalamağı planlaşdırır.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi 28 yaşlı futbolçu ilə danışıqlar aparmaq niyyətindədir.

Tilemansın klubu ilə mövcud müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub. O, cari mövsümdə Premyer Liqada 10 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib.

Unay Emerinin komandası İngiltərə Premyer Liqasında 16 turdan sonra 33 xal toplayaraq, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

The post “Aston Villa”nın Tilemans planı appeared first on Komanda.az.

“İnter Mayami”dən Luis Suareslə yeni müqavilə

“İnter Mayami” hücumçusu Luis Suaresin müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı uruqvaylı futbolçunun yeni sözləşməsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.

“İnter Mayami” və Luis Suares arasında mövcud sözləşmənin müddəti 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Suares 2024-cü ildən “İnter Mayami”də çıxış edir. Bu mövsüm o, klubda 32 oyunda 10 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

The post “İnter Mayami”dən Luis Suareslə yeni müqavilə appeared first on Komanda.az.

“Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşdi

“Sumqayıt” komandasının qış hazırlıq planları bəlli olub.

Komanda.az xəbər verir ki, Saşa İliçin yetirmələri Premyer Liqada dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Komanda 2026-cı il, yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

“Kimyaçılar” 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.

The post “Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşdi appeared first on Komanda.az.

DÇ-2026-nın rekord mükafat fondu açıqlandı

FİFA 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının rekord həcmdə mükafat fondunu açıqlayıb.

Komanda.az xəbər verir ki, mundialın ümumi mükafat fondu 727 milyon ABŞ dolları təşkil edəcək.

Bu məbləğin 655 milyon dolları turnirdə iştirak edəcək 48 milli komanda arasında bölünəcək ki, bu da əvvəlki mundialla müqayisədə təxminən 50 faiz çoxdur.

Mükafatların bölgüsü aşağıdakı kimidir:

1-ci yer – 50 milyon dollar

2-ci yer – 33 milyon dollar

3-cü yer – 29 milyon dollar

4-cü yer – 27 milyon dollar

5–8-ci yerlər – 19 milyon dollar

9–16-cı yerlər – 15 milyon dollar

17–32-ci yerlər – 11 milyon dollar

33–48-ci yerlər – 9 milyon dollar

Bundan əlavə, final mərhələsinə vəsiqə qazanan hər bir yığmaya hazırlıq xərclərinin qarşılanması üçün 1,5 milyon dollar ayrılacaq. Beləliklə, mundialın bütün iştirakçıları minimum 10,5 milyon dollar gəlir əldə edəcəyi dəqiqləşib.

Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

The post DÇ-2026-nın rekord mükafat fondu açıqlandı appeared first on Komanda.az.

“Milan” fransalı hücumçu ilə vidalaşmaq istəyir

Kristofer Nkunkunun “Milan”a keçidi gözlənilən effekti verməyib. Fransalı hücumçu İtaliya klubunda özünü doğrulda bilmədiyi üçün rəhbərlik artıq futbolçu ilə yolların ayrılması variantlarını nəzərdən keçirir.

Komanda.az “​Tuttosport”-a istinadən xəbər verir ki, Nkunkunun agenti Pini Zahavi bu məsələ üzərində aktiv şəkildə çalışır və hazırda ən real variant onun Səudiyyə Ərəbistanı klublarından birinə satılmasıdır.

“Çelsi”dən transfer olunan Nkunku “Milan”ın heyətində mütəmadi olaraq meydana çıxsa da, indiyədək komandada qol hesabını aça bilməyib.

“Qırmızı-qaralar” hazırda 18 dekabrda start götürəcək İtaliya superkubokunda iştirak etmək üçün Səudiyyə Ərəbistanına yollanıblar.

The post “Milan” fransalı hücumçu ilə vidalaşmaq istəyir appeared first on Komanda.az.

“Neftçi” “Şəki” üzərində qələbə qazandı

Azərbaycan Basketbol Liqasında 7-ci turdan təxirə salınmış matç keçirilib.

Komanda.az xəbər verir ki, A qrupunun görüşündə səfərdə “Şəki” ilə üz-üzə gələn evdə “Neftçi” 84:67 hesablı qələbə qazanıb.

Oyun Şəki Olimpiya İdman Kompleksində baş tutub.

The post “Neftçi” “Şəki” üzərində qələbə qazandı appeared first on Komanda.az.

Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı

“Antalyaspor” baş məşqçisi Erol Bulutla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda son olaraq Super Liqanın 16-cı turunda doğma meydanda “Qalatasaray”a 1:4 hesabı ilə uduzub.

“Antalyaspor” turnir cədvəlində 15 xalla 15-ci pillədə qərarlaşıb. Erol Bulut komandaya bu il baş məşqçi təyin olunmuşdu.

The post Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı appeared first on Komanda.az.

“Mançester Siti”nin müdafiəçisi La Liqa klubuna keçə bilər

“Mançester Siti”nin müdafiəçisi Natan Ake qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az “ElDesmarque”-yə istinadən xəbər ki, “Atletiko” 30 yaşlı müdafiəçiyə maraq göstərir.

Madridlilər Akeni yanvarda icarə yolu ilə komandaya qatmaq və sonradan almaq istəyirlər.

Niderlandlı futbolçu 2020-ci ildən “Mançester Siti”də çıxış edir. O, cari mövsümdə baş məşqçi Pep Qvardiolanın birinci seçimi olmadığı üçün bütün turnirlərdə cəmi 14 oyunda iştirak edib.

Akenin “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

The post “Mançester Siti”nin müdafiəçisi La Liqa klubuna keçə bilər appeared first on Komanda.az.

“Sabah”dan “Qarabağ” üzərində əzmkar qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 1-ci turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunu keçirilib.

Komanda.az xəbər verir ki, qarşılaşma “Bank Respublika Arena”da təşkil olunub.

Bu oyunun nəticəsi Premyer Liqada lideri dəyişə bilərdi. “Qarabağ” matçdan öncə 33 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşmışdı. İki xal az toplayan “Sabah” ikinci idi. Meydan sahibləri qələbə qazanmaqla “köhlən atlar”ı “taxt”dan endirə bilərdi.

Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma meydan sahibləri yekunda əzmkar qələbə qazanmaqla zirvəyə yüksəliblər.

Azərbaycan Premyer Liqası, 1-ci turun oyunu

18 dekabr 

Sabah  Qarabağ 2:1
Qollar: Coy Lens Mikels, 52. Aaron Maluda, 88 – Leandro Andrade, 9.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 19:30

Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybulayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Cesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

The post “Sabah”dan “Qarabağ” üzərində əzmkar qələbə appeared first on Komanda.az.

❌