Normal view

Today — 19 December 2025Main stream

“Qarabağ”da xüsusi görüş

19 December 2025 at 18:34

Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri bu gün “Qarabağ”ın qonağı olub.

Futbolpress.az xəbər verir ki, görüşdə “Qarabağ”ın baş direktoru Emrah Çelikel, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, baş məşqçi Qurban Qurbanov, komandanın üzvləri, həmçinin adıçəkilən məktəbin müəllimləri iştirak ediblər.

Səmimi və xoş atmosferdə keçən görüş zamanı Qurban Qurbanov və futbolçular şagirdlərlə yaxından ünsiyyət qurub, onlarla xatirə şəkilləri çəkdiriblər.

Lider səfərdə qazandı

19 December 2025 at 17:49

Bu gün Azərbaycan I Liqasında XI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib. Lider “Şəfa” səfərdə “Cəbrayıl”a qalib gəlib.

Azərbaycan I Liqası
XI tur

19 dekabr

Cəbrayıl – Şəfa 0:1
Qol: Vüqar Həsənov, 38

“Qarabağ”ın zədəlilərinin son durumu

19 December 2025 at 17:26

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.

Yarımmüdafiəçi Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.

Komandanın digər üzvü Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

Hər üç futbolçunun müalicə prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.

Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi

19 December 2025 at 17:15

Danimarka və Norveç millisinin sabiq baş məşqçisi Oqe Hareyde vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə məşqçinin oğlu Bendik Hareyde məlumat yayıb.

Mərhum bir müddət idi, beyin xərçəngindən əziyyət çəkirdi.

Danimarka yığması Hareydenin rəhbərliyi altında DÇ-2018-də 1/8 finala qədər irəliləyib.

Azər Bağırov: “Heç nə alınmadı”

19 December 2025 at 16:58

Azərbaycan Premyer Liqasının XVI turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Bu gün istədiklərimizi həyata keçirə bilmədik. Komanda ilk dəqiqələrdən “Turan Tovuz”un təsiri altına düşdü. 2-3 gün ərzində danışdığımız gedişlər meydanda alınmadı. Bəzən zəif oyunlar olur. İstəməzdik ki, bu gün olsun. Demək olar ki, heç nə alınmadı. “Turan Tovuz”u təbrik edirəm.

– Futbolçular ilin son matçı olduğu üçün istirahətə yollanmağa tələsir?

– Yox. Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçuların motivasiyası da yaxşı idi. Bəlkə də mövsümün yorğunluğundan ola bilər. Çox ağır günlərimiz oldu.

– Rəqib oyunçular tez-tez yerə yıxılırdı və hakim də oyunun dayanmasına şərait yaradırdı. Bu, sizin oyununuza mənfi təsir etdi?

– Səbəb tək bu deyil. Rəhim Həsənovla görüşdə bildirdi ki, istəyimiz oyun tempinin düşməməsi, tez-tez dayanmaların olmamasıdır. Bu gün tək futbolçulara yox, məşqçilər heyətinə psixoloji təsiri oldu. Yalan olmasın, rəqib oyunçular bəlkə 20 dəfə yerə yıxıldılar. Bunda çox vaxt məqsəd vaxt aparmaq idi.

Berdıyev: “Yalnız öz işimə köklənirəm”

19 December 2025 at 16:55

Azərbaycan Premyer Liqasının XVI turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– İlin sonuncu oyunu idi. Uşaqlar məsuliyyəti dərk edirdilər. Zədə səbəbindən həyətdə itkilər var idi. Bəzi futbolçular öz mövqelərində oynamırdı. Vacib qələbəyə görə onlara təşəkkürümü bildirirəm.

– Ötən matçdan sonra azarkeşlər sizin ünvanınıza istefa şüarları səsləndirdilər. Bu gün təzyiq hiss edirdiz?

– Xeyr, təcrübəli məşqçiyəm. Belə şeylərə fikir vermirəm.

– Azərbaycan mətbuatını izləyirsiz?

– Rusiyada olanda da mətbuatda yazılanları oxumurdum. Yalnız öz işimə köklənirəm.

– Qış təlim-məşq toplanışının planları qurulub?

– 4-18 yanvar tarixləri arasında Türkiyədə toplanış keçəcəyik. Ayın 10-u və 17-si yoxlama oyunlarımız olacaq.

Azərbaycanın FIFA referilərinin sayı artdı

19 December 2025 at 16:42

2026-cı ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı FIFA tərəfindən təsdiqlənib.

Futbolpress.az xəbər verir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq arenada ölkəmizi təmsil edən baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub.

FIFA tərəfindən təsdiqlənmiş 2026-cı il üçün referilərimizin siyahısı aşağıdakı kimidir:

Referilər:

Kişilər:

Əliyar Ağayev

Elçin Məsiyev

Kamal Umudlu

Tural Qurbanov (yeni)

Qadınlar:

Fəridə Lütfəliyeva

Referi köməkçiləri:

Zeynal Zeynalov

Akif Əmirəli

Elşad Abdullayev

Pərvin Talıbov

Namiq Hüseynov

Vüsal Məmmədov

Cəmil Qulliyev (yeni)

Asiman Əzizli (yeni)

Qadınlar:

Gülnurə Əkbərzadə

Sevda Nurıyeva

VAR hakimləri:

Nicat İsmayıllı (yeni)

İnqilab Məmmədov (yeni)

Fərid Hacıyev (yeni)

Futzal üzrə referilər:

Hikmət Qafarlı

Knyaz Əmiraslanov

Əli Cəbrayılov

Çimərlik futbolu üzrə referi:

Nail Nağıyev

Yeni FIFA referilərinin siyahıya daxil edilməsi münasibətilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev referilərlə görüşərək onları təbrik edib, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Görüşdə, həmçinin AFFA baş katibinin müşaviri Frank de Bleker, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər. Görüş zamanı hakimliyin inkişaf perspektivləri, beynəlxalq təyinatların artırılması və referilərin peşəkar hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Qarabağ”ın rəqibi yaponla gücləndi

19 December 2025 at 16:15

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Ayntraxt” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Frankfurt təmsilçisi “Yurqorden”dən Keyta Kosuqini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaponiyalı müdafiəçi yanvarda komandaya qoşulacaq.

“Qarabağ” “Ayntraxt”la Çempionlar Liqasının VII turu çərçivəsində yanvarın 21-də Bakıda qarşılaşacaq.

“Sabah”ın sabiq baş məşqçisi Rusiyada mükafat qazandı

19 December 2025 at 15:48

“Krasnodar”ın çalışdırıcısı Murad Musayev Rusiya Premyer Liqasında noyabr-dekabr ayının ən yaxşı baş məşqçisi seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Musayev 31.57 faiz səslə birinci olub. Onun rəhbərlik etdiyi komanda Premyer Liqada 18 turdan sonra 40 xalla birinci sıradadır.

Musayev 2021-2024-cü illərdə “Sabah”a rəhbərlik edib.

AHF rəsmisi Qahirədə

19 December 2025 at 15:34

Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov Misirin paytaxtı Qahirədə keçiriləcək Beynəlxalq Həndbol Federasiyasının (IHF) 40-cı Konqresinə qatılacaq.

Futbolpress.az xəbər verir ki, Konqresin gündəliyində duran əsas məsələlərdən biri IHF-də müvafiq strukturlara seçkilərin təşkilidir.

Bununla yanaşı, qlobal həndbolun inkişaf strategiyası, maliyyə məsələləri, eləcə də qayda və reqlamentlərə dair mühüm qərarlar da müzakirə ediləcək.

Qeyd edək ki, Konqres dekabrın 20-21-də keçiriləcək.

“Şəmkir”ə ağır cərimələr

19 December 2025 at 15:00

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

15.12.2025-ci il tarixində II Liqada keçirilməli olan XIII turun “Qaradağ Lökbatan” – “Sheki City” oyununa “Sheki City” komandası gəlmədiyinə görə matç baş tutmadığı üçün “Sheki City” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, komanda 1000 manat cərimə edilsin (maddə 79.1);

15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyununda “Şəmkir” komandasının 5 futbolçusu sarı vərəqə adığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyununun 90+6-cı dəqiqəsində “Şəmkir” komandasının 23 nömrəli futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyununun 90+7-ci dəqiqəsində “Şəmkir” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şəmkir” komandası 600 manat cərimə edilsin (maddə 52.5);

15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyunu bitdikdən sonra “Şəmkir” komandasının meneceri Taleh Əliyev hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyunu bitdikdən sonra “Şəmkir” komandasının rəsmisi Elçin Qurbanov hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

16.12.2025-ci il tarixində II Liqada XIII turun “Ağdaş” – “Dinamo” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə adığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

Bölgə klubuna texniki məğlubiyyət verildi

19 December 2025 at 14:43

II Liqada mübarizə aparan “Sheki City” klubuna texniki məğlubiyyət verilib.

Futbolpress.az xəbər verir ki, bununla bağlı AFFA İntizam Komitəsi qərar qəbul edib:

“15.12.2025-ci il tarixində II Liqada keçirilməli olan XIII turun “Qaradağ Lökbatan” – “Sheki City” oyununa “Sheki City” komandası gəlmədiyinə görə matç baş tutmadığı üçün “Sheki City” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, komanda 1000 manat cərimə edilsin”.

“Qarabağ” 10 min manat cərimələndi

19 December 2025 at 14:11

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda dünən baş tutan “Sabah” – “Qarabağ” oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununun 54-cü dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Qarabağ” komandası 3000 manat cərimə edilsin. Stadiona dəymiş ziyan “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununa “Qarabağ” komandasını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qarabağ” komandasına xəbərdarlıq edilsin (maddə 20);

2 illik müqavilə, 15 milyon avro maaş

19 December 2025 at 13:42

“Bavariya” futbolçusu Serj Qnabrinin müqaviləsini uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bayern&Germany” portalı məlumat yayıb. Tərəflər arasında danışıqlar son mərhələdədir.

Münhen klubu alman vingerə 2 illik sözləşmə təklif edib. Qnabrinin yeni müqavilədəki maaşı illik 15 milyon avrodur.

Serj bu mövsüm Bundesliqada 11 oyunda 4 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.

Türkiyənin tanınmış klubu III Liqaya düşdü

19 December 2025 at 13:23

Türkiyənin “Yeni Malatyaspor” klubu cəzalandırılıb.

Futbolpress.az xəbər verir ki, bu mövsüm II Liqada ikinci dəfə bir oyuna çıxmayan Malatya təmsilçisi aşağı liqaya düşüb. Bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar verib.

“Yeni Malatyaspor” 2017-2022-ci illərdə Türkiyə Super Liqasında çıxış edib. Komanda 2018/19 mövsümündə liqada 5-ci olub və Avropa Liqasına vəsiqə qazanıb.

2023-cü ildə Malatyada baş verən güclü zəlzələ nəticəsində klubun infrastrukturu böyük zərər görüb. Bundan sonra maliyyə sıxıntıları da artan klub aşağı liqalara yuvarlanıb.

“Kəpəz” – “Turan Tovuz”: heyətlər

19 December 2025 at 12:57

“Kəpəz” Premyer Liqanın XVI turunda bu gün “Turan Tovuz”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 14:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 80. Şahnur İsmayılov83. Raul İsaqov 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov

“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 17. Rəhim Sadıqov 10. Xəyal Nəcəfov 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə 60. Vüqar Bağırov 21. Aleks Souza
Baş məşqçi: Kurban Berdiyev

“Turan Tovuz” məğlubedilməz rəqib deyil”

19 December 2025 at 12:37

“Kəpəz” Premyer Liqanın XVI turunda bu gün “Turan Tovuz”la qarşılaşacaq.

Gəncə təmsilçisinin kapitanlarından Əli Səmədov “Futbolpress.az“a açıqlamasında komandadakı son durumdan və matçla bağlı fikirlərini bölüşdü:

“Komandada atmosfer yaxşıdır. “Qəbələ” ilə oyundan sonra ruh yüksəkliyi var. “Turan Tovuz”la oyunda da qələbə qazanıb, fasiləyə xoş əhvalda yollanmaq istəyirik. Düzdür, rəqib enişdə, biz yüksəlişdəyik. Komandamız daha yaxşı təsir bağışlayır. Oyundan-oyuna artırırıq. Özümüzə inanırıq. “Turan Tovuz” məğlubedilməz rəqib deyil. Hamı matça hazırdır. Qələbə qazanıb, istirahətə rahat yollanmaq istəyirik”.

Yarımmüdafiəçi bu mövsüm az şans qazanmasına toxundu:

“Hər futbolçu daim oynamaq istəyər. Oynasam da, oynamasam da, komandamın yanındayam. Məşqçilərin qərarına hörmətlə yanaşıram. Əsas heyətdə olmasam da, hər matçda şans qazanıram. Əsas odur, komanda qələbə qazansın”.

Səmədov dövrəni belə dəyərləndirdi:

“Mövsümün əvvəlində əvvəlki illərdə olan senari yaşandı. Çempionata yaxşı başlamadıq, sonradan toparlandıq. Hazırda hər şey qaydasındadır. Ehtiyacımız olan qələbələri qazanmağa başlamışıq. Mövsümün əvvəlinə baxanda indi çox yaxşıyıq. Hədəfimiz elitada qalmaqdır. Bacardığımız qədər xalları artırıb, yuxarı sıralara qalxmaq niyyətindəyik. Fikrimiz aşağı sıralarla fərqi artırmaq və irəli getməkdir”.

Şahin Cəfərov

“Azərbaycanda futbolçu kimi daha gücləndim” (MÜSAHİBƏ)

19 December 2025 at 12:22

Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Murad Vəliyev Estoniyanın “Trans Narva” klubuna keçib.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi keçidi ilə bağlı Narva təmsilçisinin saytına müsahibə verib:

– Estoniyanın aşağı yaş qruplarında, daha sonra isə Azərbaycanın U-21 yığmasında oynamısan. Əsas milli komandalar səviyyəsində dəvət olsa, hansı variant üstün olar?
– Açığı, əvvəl daha çox Azərbaycan millisi haqda düşünürdüm. İndi isə bu haqda çox fikirləşməməyə başlamışam. Konkret maraq və danışıq olarsa, onda vəziyyətə uyğun qərar verəcəm.

– Ötən mövsüm “Şamaxı”da oynadın. Azərbaycan və Estoniya çempionatlarını necə müqayisə edərdin?
– Azərbaycan çempionatı çox güclüdür. Legioner limiti ləğv edilib və bu, liqanın səviyyəsinə ciddi təsir edir. Klublar indi daha güclü futbolçular dəvət edə bilirlər. Üstəlik, “Qarabağ” kimi Avropa səviyyəli komanda var. Onların hesabına liqanın səviyyəsi artır, digər komandalar da buna uyğunlaşmağa çalışır.

– Limitin ləğvi daha çox klubun Avropada oynamasına hesablanıb?
– Məncə, hə. Bu da səbəblərdəndir.

– Ötən mövsüm sənin üçün necə keçdi?
– Kubok oyunları da daxil olmaqla 15 oyuna çıxdım. İlk vaxtlar az şans qazanırdım, lakin mövsümün sonlarına yaxın daha çox oynamağa başladım. təəssüratlarım yaxşıdır. Azərbaycanda futbolçu kimi daha gücləndim və təcrübə qazandım.

– Bəs nə üçün orda qalmadın?
– Bir neçə səbəb var idi. Sonda qərara gəldik ki, yeni variant tapaq və irəli addım atım.

– Estoniya variantını dərhal nəzərdən keçirdin?
– Tam yox. Təkliflərə açıq idim və müxtəlif variantlara baxırdım. Sonra “Trans Narva”dan təklif oldu, danışdıq və ideyaları xoşuma gəldi. Düşündüm ki, karyeram üçün yaxşı addımdır. Estoniyada doğulduğum üçün də legioner sayılmıram və kifayət qədər oyun şansı qazana bilərəm.

– Klubsuz olanda nə işlə məşğul idin?
– Fərdi məşqlər edir, formamı qorumağa çalışırdım.

Şahin Cəfərov

Vəliev yenidən Estoniyada

19 December 2025 at 12:00

Son klubu “Şamaxı” olan Murad Vəliyev karyerasını Estoniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Trans Narva” klubu ilə anlaşıb. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Vəliyev daha əvvəl Estoniyada “Kalev”, “Levadiya”, “Nimme Yunayted”də çıxış edib. O, liqada 88 oyunda 5 qol vurub.

Murad ötən mövsüm “Şamaxı”da forma geyinib.

Azərbaycan UEFA reytinqində gerilədi

19 December 2025 at 11:39

Azərbaycan UEFA reytinqində geriləyib.

Futbolpress.az xəbər verir ki, dünən baş tutan Konfrans Liqası matçlarından sonra Sloveniya və Slovakiya irəli keçib. Aktivində 22.250 xal olan Azərbaycan həftəni 28-ci sırada bitirib.

Slovakiya 22.375 xalla 27-ci, Sloveniya isə 22.844 xalla 26-cı sıradadır.

Reytinqə103.658 xalla İngiltərə başçılıq edir.

UEFA-dan AFFA-ya məktub

19 December 2025 at 11:26

İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin 2025-ci ildəki fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib.

Klubların Lisenziyalaşdırılması Şöbəsi 2026/2027-cı illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

“Qarabağ” üçün həyəcan siqnalının vaxtıdır?

19 December 2025 at 11:19

Elə bil, “Ayaks”a məğlubiyyətdən sonra “Qarabağ”da ruh düşkünlüyü yaşanır. “Sabah”a da uduzdu. Liderlik əldən çıxdı…

“Qarabağ” enişdədirmi?

“Vəssalam, bitdi!” iddiasında olanlar da var.

Görəsən, doğrudan da “Qarabağ” üçün həyəcan siqnalının vaxtı çatıb?

Bunu son proseslərə əsasən iddia etmək absurd olar. 13 ildir sərasər avroliqalarda çıxış edən, çempionluqları əldən buraxmayan bir klubun enişi/çöküşü üçün bu cür əlamətlər kifayət etməz. Belə klublar ciddi xətalar etməsə, ani çöküş yaşamaz. Obrazlı ifadə etsək, özü istəməsə, sıradan çıxmaz…

Bəs nə olub?

“Atlılar”ın uzun illərdir bir “ənənəsi” var. Dekabr ayında eniş yaşayır…

Bu, mövsümə hazırlıq və gedişatla bağlıdır. Ölkə çempionatı ilə paralel ağır Avropa matçları komandanı bu və ya başqa formada sıradan çıxarır. Zədələr, fiziki-psixoloji yüklənmə və s. bu miqyasda yolun üzə çıxan əsas təsiredici əlamətlərindəndir.

Statistikaya fikir versək, son 10 ildə “Qarabağ” üçün ən çətin ay dekabr olub.

Sonra bu komanda toparlanır və yenidən inisiativi ələ alır.

Bir tur sonra qış fasiləsi başlayacaq. Bu fasilədə bərpa olunub sıralara dönəcək “Qarabağ” son iki həftədəkindən mütləq daha yaxşı görünəcək. Amma o başqa məsələ ki, indi Premyer Liqada “Sabah” kimi kabus izləmədədir, Çempionlar Liqasında “24-lükdə” qalmaq üçünsə 21 yanvarda “Ayntraxt”, 29 yanvarda isə “Liverpul”la qarşılaşmalarda yaxşı nəticələr əldə etmək qayğısı var. Bu period bəlkə də “atlılar” üçün son illərin ən dramatik dönəmdir. Görək necə adlayacaq…

Kamil Əhməd

“Barselona”da Fliklə bağlı qərar verildi

19 December 2025 at 10:39

“Barselona”da baş məşqçi Hansi Fliklə bağlı qərar verilib.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisə yeni müqavilə təklif edib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Kataloniya təmsilçisi Flikin sözləşməsini daha bir il müddətinə artırmaq istəyir.

Alman mütəxəssisin indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.

Flik 2024-cü ildən “Barselona”nı çalışdırır. Komanda onun rəhbərliyi altında 84 oyunda 62 qələbə qazanıb, 13 dəfə uduzub.

İbrahimoviçin oğlu peşəkar müqavilə imzaladı

19 December 2025 at 10:21

“Milan”ın keçmiş hücumçusu Zlatan İbrahimoviçin oğlu Vinsent İbrahimoviç ilk peşəkar müqaviləsini imzalayıb.

Futbolpress.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin detalları açıqlanmayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vinsent klubun U-18 komandasında çıxış edir.

İbrahimoviç “Milan”da baş məsləhətçi vəzifəsindədir.

İspan futbolçu “Barselona”ya keçə bilər

19 December 2025 at 10:00

“Aston Villa”nın futbolçusu Pau Torres karyerasını yenidən İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə ESPN məlumat yayıb. Kataloniya klubu ispaniyalı oyunçunu transfer etmək niyyətindədir.

Pau daha əvvə İspaniyada “Vilyarreal”da çıxış edib. O, bu mövsüm “Aston Villa”da 18 oyunda forma geyinib.

Zidan nə üçün “Real”da işləmək istəmir?

19 December 2025 at 09:36

Fransalı mütəxəssis Zinəddin Zidanın “Real”da işləmək istəməməsinin səbəbi məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Bir müddətdir adı “Real”la hallanan mütəxəssisin niyyəti Fransa yığmasında işləməkdir. O, 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra yığmaya təyinat alacağına ümid edir. O, bu səbəbdən “kral klubu”na rəhbərlik etmək fikrində deyil.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ı çalışdırıb. Komanda onun rəhbərliyi altında iki dəfə La Liqanı, üç dəfə Çempionlar Liqasını qazanıb.

Hansı oyun, hansı kanalda? – TV

19 December 2025 at 09:25

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

19 dekabr

Azərbaycan, Premyer Liqa
14:00 Kəpəz – Turan Tovuz (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Kocaelispor – Antalyaspor (beİN Sports 1)

İtaliya Superkuboku
23:00 Bolonya – İnter (Futbol 1, TRT Spor)

Fransa Kuboku
00:00 Lans – Olnoye (beİN Sports 5)

İspaniya, La Liqa
00:00 Valensiya – Malyorka (İdman TV, Futbol 2)

“Sabah”ınız xeyir!..

19 December 2025 at 09:05

“Sabah” 2018-də Premyer Liqaya yüksələndən bu başlığı “sıxırdım”. Murad Musayevin dönəmində vəziyyət buna çox yaxın idi, lakin alınmadı. Dedim, tələsməyim, bunun öz zamanı var…

“Qarabağ”la oyun bu başlığı nəhayət, əmələ gətirdi.

Çox yaxşı oyun, çox ağıllı taktiki yanaşma və dayanıqlı irəliləyiş vəd edən oyun nümayiş etdirən “futuristlər” Valdas Dambrauskasla “level” adlatmasını gerçəkləşdirə bilərlər.

Bu “Sabah” ildən-ilə təkmilləşmə keçmiş, səhvlərdən təcrübə toplamış yetkin kluba, sistematik komandaya bənzəyir. Məsələn, “Qarabağ” haqda, “klub yox, komandadır” ifadəsini işlədirik, lakin “Sabah” elə tipik klubdur.

Sırf öz dəsti-xətti, imici, öz yanaşmaları olan klub kimi bişdi, yetişdi.

Təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib liderlik kürsüsünü ələ keçirdi. Gələn tur “Sumqayıt”ı da məğlub edə bilsə, “qış çempionu” olacaq…

***

“Qarabağ”la oyunda hesabda geri düşən “bayquşlar” panikaya düşmədi, oyun nizamında xaos yaranmadı. Dinamikanı aşağı salmadan oynadılar və psixoloji möhkəmlik sayəsində qocaman dominantı üstələməyi bacardılar.

“Sabah”ınkı təsadüfi sıçrayış deyil, illərlə gedilən yolun məntiqi nəticəsidir. Bu klubun yeganə narahatlıq yaradan əlaməti emosional disbalans ehtimalıdır. Bəzən hər şey yaxşı gedərkən ani eniş, “tektonik çat” yaranır. Bu dəfə bu mərəz kontrol edilə bilsə, əlamətlər göstərir ki, “Sabah” daha diri/gümrah heyətə malikdir və uzun marafona dözümlülük baxımından ən ümidverici komandadır.

Oyundan sonra Qurban Qurbanov:

– “Sabah” bu oyun, heyətlə Avropada nəsə edə bilər?
– Bugünkü “Sabah” bəli. Çempionluğa oynayırlarsa, Avropada nə üçün nəticə verə bilməsinlər? Hamımız buna sevinərik. “Sabah”ın Avropa təcrübəsi olan məşqçisi də var. Onlar addım-addım yaxşı işlər görürlər.

Elçin Cəlilov

Konfrans Liqası: 1/8 final və pley-offa yüksələnlər

19 December 2025 at 09:00

UEFA Konfrans Liqasında Liqa mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, 36 komanda arasında 1-8-ci yerləri tutanlar birbaşa 1/8 finala, 9-24-cü yerlər isə pley-off mərhələsinə yüksəlib.

1/8 finala vəsiqə qazananlar:

“Şaxtyor” (Ukrayna), “Strasburq” (Fransa), “Rakuv” (Polşa), AEK (Yunanıstan), “Sparta” (Çexiya), “Valyekano” (İspaniya), “Maynts” (Almaniya), AEK (Kipr).

Pley-off mərhələsinə vəsiqə qazananlar:

“Lozanna” (İsveçrə), “Kristal Pelas” (İngiltərə), “Lex” (Polşa), “Samsunspor” (Türkiyə), “Çelye” (Sloveniya), AZ (Niderland), “Fiorentina” (İtaliya), “Riyeka” (Xorvatiya), “Yagelloniya” (Polşa), “Omoniya” (Kipr), “Noa” (Ermənistan), “Drita” (Kosovo), “KuPS” (Finlandiya), “Şkendiya” (Şimali Makedoniya), “Zrinski” (Bosniya), “Siqma” (Çexiya”).

Pley-off mərhələsinin püşkü yanvarın 16-da atılacaq. Matçlar 19 və 26 fevralda olacaq.

“Turan Tovuz” 3 xalı 2 qolla qazandı

19 December 2025 at 15:55

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Turan Tovuz” Yevlaxda “Kəpəz”in qonağı olub. Matç tovuzluların qələbəsiylə başa çatıb.

Azərbaycan Premyer Liqası
XVI tur

19 dekabr

14:00 Kəpəz – Turan Tovuz 0:2
Qollar:
Serrano, 6, Jo, 46
Baş hakim: Kamal Umudlu
Yevlax şəhər stadionu

“Sabah” – “Qarabağ” oyununu izləyən azarkeş sayı

19 December 2025 at 08:21

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyununu izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan görüşdə tribunalarda 4225 tamaşaçı olub.

Matç “Sabah”ın qələbəsiylə başa çatıb – 2:1. “Bayquşlar” bu nəticə ilə xallarını 34-ə çatdırıb və liderliyə yüksəlib. “Qarabağ” isə 33 xalla ikinci pillədə qərarlaşıb.

“Bayquşlar” zirvədə

19 December 2025 at 08:00

Premyer Liqada lider dəyişib. I turun təxirə salınmış oyununda “Qarabağ”a qalib gələn “Sabah” birinci pilləyə yüksəlib.

Oyundan öncə matç ətrafında “Qarabağ” qələbə qazanacaq, çempionat relsə düşəcək” deyə mülahizələr az deyildi. Çempionlar Liqasında “Ayaks”a məğlubiyyətdən sonra liqada “Araz-Naxçıvan”a 5 qolla qalib gələn “atlılar”ın “Sabah” səddini də aşacağı ehtimal edilirdi.

Oyuna daha basqılı başlayan, erkən qol vuran, qol epizodlarına girən “Qarabağ” 20-ci dəqiqədən sonra geri çəkilməyə məcbur oldu. İrəlidə yüksək pressinq tətbiq edən, bir neçə dəfə top oğurlamağı bacaran “Sabah” təslim olmayacağını göstərdi. Valdas Dambrauskasın kənardakı çılğınlığı, emosional davranışları ona heç-heçənin də qane etməyəcəyini işarə edirdi. “Qarabağ” kimi komandaya qarşı geridə olsa belə…

İkinci hissədə “Qarabağ” müdafiəsindəki boşluqları əsas uzun ötürmələrlə yarmağa çalışan “Sabah” cəhdlərində uğurlu olurdu. Əvvəlcə müdafiədəki səhv, daha sonra boşluq “bayquşlar”ın geridönüşü ilə nəticələndi.

“Sabah” “Sumqayıt”la növbəti matçda qələbə qazansa, tarixində ilk dəfə qış fasiləsinə lider kimi yollanacaq. Mövsümün əvvəlindən iddiasını ortaya qoyan və artıq 14 oyundur, uduzmayan “futuristlər” layiqli yerdədi. İndi əsas məsələ qalxdığın zirvəni qoruya bilməkdədir.

Şahin Cəfərov

KL: Liqa mərhələsi başa çatdı

19 December 2025 at 02:27

Konfrans Liqasında Liqa mərhələsinin sonuncu – VI turunun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Türkiyənin “Samsunspor” klubu Almaniyada “Maynts”a uduzub. Türklər məğlubiyyətə baxmayaraq, mərhələni “24-lük”də bitirib.

Konfrans Liqası
VI tur

18 dekabr

Alkmaar (Niderland) – Yagelloniya (Polşa) 0:0
Şaxtyor (Kiyev, Ukrayna) – Riyeka (Xorvatiya) 0:0
Slovan (Slovakiya) – Hakken (İsveç) 1:0
Legiya (Polşa) – Linkoln (Cəbəllütariq) 4:1
Sparta (Praqa, Çexiya) – Aberdin (Şotlandiya) 3:0
Dinamo (Kiyev, Ukrayna) – Noa (Ermənistan) 2:0
Kristal Pelas (İngiltərə) – KuPS (Finlandiya) 2:2
Rayo Valyekano (İspaniya) – Drita (Kosovo) 3:0
Şemrok Rovers (İrlandiya) – Hamrun (Malta) 3:1
Omoniya (Kipr) – Rakuv (Polşa) 0:1
Maynts (Almaniya) – Samsunspor (Türkiyə) 2:0
Strasburq (Fransa) – Breydablik (İslandiya) 3:1
Çelye (Sloveniya) – Şelburn (İrlandiya) 0:0
Zrinski (Bosniya və Herseqovina) – Rapid (Avstriya) 1:1
AEK (Yunanıstan) – Universitatya (Krayova, Rumıniya) 2:2
Siqma (Çexiya) – Lex (Polşa) 1:2
AEK (Larnaka, Kipr) – Şkendiya (Şimali Makedoniya) 1:0
Lozanna (İsveçrə) – Fiorentina (İtaliya) 1:0

 

“Napoli” Superkubokun finalında

19 December 2025 at 01:49

İtaliya Superkubokunda yarımfinal mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, “Napoli” final yolunda “Milan”la qarşılaşıb. Görüş Neapol klubunun qələbəsiylə başa çatıb – 2:0. Qolları David Neres və Rasmus Hoylund vurub.

“Napoli” finalda “Bolonya” – “İnter” cütünün qalibi ilə qarşılaşacaq.

İtaliya Superkuboku Səudiyyə Ərəbistanıda keçirilir.

“Qalatasaray”a bir qol bəs etdi

18 December 2025 at 23:50

“Qalatasaray” Türkiyə Kubokunda A qrupunda birinci oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, “cim-bom” azarkeşləri önündə “Başakşəhər”i qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Qalatasaray”ın yeganə qolunu 22-ci dəqiqədə Ahmet Kutucu vurub.

Premyer Liqa: turun təyinatları məlum oldu

18 December 2025 at 23:16

Azərbaycan Premyer Liqasında XVI turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, sabah keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununu Kamal Umudlu idarə edəcək.

19 dekabr (cümə)

“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu, 14:00

20 dekabr (şənbə)

“Karvan-Yevlax” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu, 14:00

“Zirə” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu, 16:30

21 dekabr (bazar)

“Qəbələ” – “Qarabağ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu, 15:00

“Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Liv Bona Dea Arena”, 17:30

22 dekabr (bazar ertəsi)

“Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30

Yesterday — 18 December 2025Main stream

“Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq” – Dambrauskas

18 December 2025 at 21:58

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Futbolçularımı təbrik edirəm. Onları tərifləmək istəyirəm. İnanılmaz performans göstərdik. Tək Azərbaycanda deyil, Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq. Stadionda əla atmosfer var idi. Azarkeşlər üçün yaxşı, keyfiyyətli oyun oldu.

– Zirvəyə qalxmaq asandır, qorumaq çətindir. Liderliyinizi sona qədər qoruya biləcəksiniz?
– Turnir cədvəlinə sonda baxacağıq. Paltardəyişmə otağında da uşaqlara dedim ki, qarşıda hələ bir oyun var. Sabah yaxşı bərpa məşqçi keçməliyik. Birinci gün də eyni performansı göstərməliyik. Rəqiblər bizə fərqli yanaşırlar. Qarşımızı almaq üçün əllərindən gələni edirlər. Ümumi olaraq, inkişafımızdan razıyam və bunu davam etdirməliyik.

– Tez-tez oyunçularınızdan narazılığını bildirirdiniz. Bu gün nədənsə narazı qaldınız?
– Bugünkü oyunda da narazı qaldığım məqamlar var idi. “Qarabağ” ilk hissədə bizə cinahlardan boşluqlar verirdi, say üstünlüyü yaradıb, cərimə meydançasına daxil olsaq da, yararlana bilmirdik. Top komandalara qarşı belə epizodlardan yararlana bilməzsənsə, çətin ola bilər. İkinci hissədə daha yaxşı oynadıq. Bu gün çoxlu qol fürsətləri yaratdıq. Rəqibə göstərdiyimiz təzyiqə baxmaq lazımdır. Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram. Oyunun ilk 10-12 dəqiqəsindən razı qalmadım. Rəqibə həddən artıq hörmət göstərdik. Keçidlərdə yaxşı çıxış etmədik. Düzəltməli olduğumuz çox şey var.

– Heyətlə bağlı planlar nədir? Gələnlər və gedənlər olacaq?
– Bu heyətdən çox məmnunam. Potensiallı oyunçularımız var və daha artıra bilərik. Zədəlilərimiz var – Cesse Sekidika, Ziden Xaled. Cesse ötən mövsüm çox qol vuranlardan olub. Onun qısa zamanda formasını bərpa etməyinə ümid edirik. Xaled üç aydan çoxdur, zədəlidir. Onlar hələ potensiallarını göstərə bilməyib. Yeni transferlər barəsində tələsməməliyik. Rəhbərliklə danışacağıq. Gələcək oyunçular üslubumuza uyğun olmalıdır. Variant olsa, tələsmədən, detallı şəkildə müzakirə edəcəyik.

– Maludanı komandada saxlamaq üçün indidən danışıqlara başlamağı düşünürsünüz?
– Mən məşqçiyəm, idman direktoru, menecer deyiləm. Mənim işim oyunçuların bacarıqlarını artırmaqdır. Aaron gənc, ağıllıdır. Böyük işlər görür. Etdiklərindən məmnunuq. Lakin daha artırmaq potensialındadır. Onun klubdakı taleyi mənimlə bağlı deyil. Bu barədə klub rəhbərliyindən soruşmaq lazımdır.

Şahin Cəfərov

Qurbanov: “Kimdəsə səhv axtarmaq istəmirəm”

18 December 2025 at 21:43

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Belə nəticəni gözləyirdim. Komandam həddindən artıq böyük güc sərf edib. Bəzi futbolçular tam hazır deyildi. Bunu görürdük. Problemlərimiz oldu. Bu oyun bizə böyük fayda verəcək. Rəqibin gücünü, istəyini gördük. Çox ciddi hazırlaşan komandadır.

– Montielin durumu necədir? Sanki onun meydanı tərk etməsindən sonra meydanda fərqli oyun gördük. Həlledici məqam kimi bu məcburi əvəzetməni deyə bilərik?
– Montiel üçün sıx qrafikdə oynamaq çətindir. Hələ tam formada deyil. 3-4 gündən bir oynamağa tam hazır olmayıb. Oyunun qırılma nöqtəsi kimi bunu deyə bilmərəm. Lakin meydanda olması bizimçün üstünlük olardı. Onun kimi usta futbolçunun yoxluğu çatışmazlıqlara səbəb olur. Məğlub olmuşuq, kimdəsə səhv axtarmaq istəmirəm.

– Marko Yankoviçin yaxşı oynaya bilməməsi nə ilə bağlı idi?
– Yankoviç dünən yüngül zədə almışdı.

– Bu matçdan sonra ürəyinizdə çempion dəyişə bilər ehtimalı artdımı?
– Həmişə bu fikir olur. Dünya futbolunda da dəyişikliklər olur. Bu gün qarşımızda böyük işlər görmüş klub var. Gələcəyə böyük yatırım sərf ediblər, planları var. Belə klublardan nəticələr gözləməliyik. Daha ciddi, diqqətli olmalıyıq.

– “Sabah” bu oyun, heyətlə Avropada nəsə edə bilər?
– Bugünkü “Sabah” bəli. Çempionluğa oynayırlarsa, Avropada nə üçün nəticə verə bilməsinlər? Hamımız buna sevinərik. “Sabah”ın Avropa təcrübəsi olan məşqçisi də var. Onlar addım-addım yaxşı işlər görürlər.

Şahin Cəfərov

“Qarabağ”da məcburi əvəzetmə

18 December 2025 at 19:58

Premyer Liqanın I turundan təxirə salınmış oyunda “Sabah”la qarşılaşan “Qarabağ” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Joni Montiel oyunun 25-ci dəqiqəsində zədələnib. Onun əvəzinə meydana Marko Yankoviç daxil olub.

İlk hissəsi davam edən matçda “Qarabağ” öndədi – 1:0.

AMADA-da iclas

18 December 2025 at 19:33

Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci ildə sonuncu iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə cari ilin 9 ayı ərzində görülən işlər barədə təqdimatla çıxış edib. Sonra agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülən işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb.

Bununla yanaşı, AMADA-nın 2026–2030-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib.

İclasda həmçinin 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb.

Müşahidə Şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib.

Son çempion fasiləyə lider yollandı

18 December 2025 at 18:50

Futzal üzrə Yüksək Liqada IX turdan təxirə salınmış oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, “Araz-Naxçıvan” U-19-la qarşılaşıb. Böyükhesablı qələbə sayəsində son çempion qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanıb.

“Araz-Naxçıvan” – U-19 12:2

Mərkəzi oyunun heyətləri

18 December 2025 at 18:24

“Sabah” Azərbaycan Premyer Liqasının I turunda təxirə salınmış oyunda bu gün “Qarabağ”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 19:30-da start götürəcək matça komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Sabah”: 92. Stas Pokatilov (k) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 46. Aleksey İsayev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmiro 88. Xəyal Əliyev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 11. Kahim Parris 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas

“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 7. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 81. Kevin Medina 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

I Liqada heç-heçələr günü

18 December 2025 at 17:40

Azərbaycan I Liqasında XI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

“Səbail” “Şahdağ Qusar”la, “Mingəçevir” isə “Difai” ilə heç-heçə edib.

Azərbaycan I Liqası

XI tur

18 dekabr

“Şahdağ Qusar” – “Səbail” 2:2
Qollar: 
S.Ağalarov, 27, R.Voronsov, 35 – S.Bağırov, 26, B.Həziyev, 69

“Difai” – “Mingəçevir” 1:1
Qollar:
 M.Musazadə, 2 – S.Abdullayev, 9 (pen)
Qırmızı vərəqə: M.Musazadə, 31 (“Difai”)

Şahruddin əməliyyat olundu

18 December 2025 at 17:24

Azərbaycan millisinin və “Qarabağ”ın üzvü Şahrudin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı qapıçı “IsarPark Plattling” klinikasında professor, doktor Stefan Fikert tərəfindən sol bud oynağından uğurlu əməliyyat keçirib.

Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

Dibala “Roma”dan ayrıla bilər – yeni klubu…

18 December 2025 at 16:45

“Roma”nın futbolçusu Paulo Dibala karyerasını Argentinada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Doble Amarilla” portalı məlumat yayıb. Argentinalı hücumçu klubla müqaviləsini uzatmaq istəmir və yayda “Boka Xuniors”a keçmək variantını nəzərdən keçirir.

32 yaşlı futbolçu bu mövsüm 13 oyunda 2 qol vurub. Onun müqaviləsi 2026-cı ilin yayına kimidir.

“Milan” serbiyalı hücumçu ilə maraqlanır

18 December 2025 at 16:30

“Milan” qış fasiləsində heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” “Yuventus”dan Duşan Vlahoviçlə maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Milan klubu serbiyalı hücumçunun durumunu yaxından izləyir və qış transfer dönəmində rəsmi təmaslar başlayacaq.

Vlahoviç bu mövsüm 20 oyunda 8 qol vurub.

Tanınmış futbolçu klubsuz qaldı

18 December 2025 at 16:14

Braziliyalı müdafiəçi Tyaqo Silva “Fluminense”dən ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı müdafiəçinin niyyəti Avropaya qayıtmaq və Braziliya millisinin DÇ-2026 üçün heyətinə düşməkdir.

Silva bu mövsüm 46 oyunda 4 qol vurub.

Müdafiəçi daha əvvəl “Çelsi“, PSJ, “Milan” kimi klubların formasını geyinib.

Almaniya klubu “Qarabağ”la oyunda dəstəksiz qalacaq

18 December 2025 at 15:45

UEFA “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Ayntraxt”ı cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Frankfurt klubu turnirdə “Barselona” ilə səfər matçında azarkeşlərinin uyğunsuz davranışlarına və priotexniki vasitələrdən istifadəsinə görə iki oyunluq azarkeş qadağasına məruz qalıb.

“Ayntraxt” “Qarabağ”la Bakıda keçiriləcək oyunda azarkeş dəstəyindən məhrum olacaq.

Görüş gələn il yanvarın 21-də olacaq.

Rəhim Həsənov hakim qərarlarını şərh etdi – VİDEO

18 December 2025 at 15:29

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XV turunda keçirilmiş oyunlardakı mübahisəli epizodlarə şərh edib.

Futbolpress.az xəbər verir ki, Həsənov qərarların düzgün verildiyini bildirib:

İngiltərə klubunun hücumçusu 21 yaşında öldü

18 December 2025 at 15:15

İngiltərənin “Makklesfild” klubunun futbolçusu Etan Maklod vəfat edib.

Futbolpress.az xəbər verir ki, hücumçu avtomobil qəzasında dünyasını dəyişib.

21 yaşlı futbolçu “Vulverhempton”un yetirməsidir. O, bu yaydan “Makklesfild”də çıxış edirdi.

“Liverpul”un Arda planı

18 December 2025 at 14:50

“Liverpul” “Real”ın futbolçusu Arda Gülerlə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb. İngiltərə klubu türkiyəli yarımmüdafiəçinin durumunu yaxından izləyir. “Liverpul” lazım gələrsə, Arda üçün Florian Virtsi verməyə razıdır.

Güler bu mövsüm 24 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

Mərkəzi oyuna doğru: “Meydanda optimal heyətlər olacaq”

18 December 2025 at 14:30

“Sabah” Premyer Liqada I turdan təxirə salınmış oyunda bu gün “Qarabağ”la qarşılaşacaq.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında oyundan gözləntilərini bölüşdü:

“Son illərin ən maraqlı oyunlarından biri olacaq. Komandalar hər oyun, həm də turnir cədvəlindəki yerə görə bir-birinə yaxındır. “Sabah” yaxşı formadadır. atmosfer, özünəinam yüksək səviyyədədir. “Qarabağ” isə “Ayaks”a məğlubiyyətdən sonra “Araz-Naxçıvan”a qalib gəldi. Onların da vəziyyəti düzəlib. Artıq diqqəti çempionata verəcəklər”.

Əsədov komandaların şanslarına toxundu:

“Şanslar bərabərdir. Psixoloji, meydan amili kimi üstünlük “Sabah”dadır. Lakin “Qarabağ”ın da gücünü bilirik. Toparlanıb, öz gücünü göstərməyə qadirdir. Hər iki komanda optimal heyətlə meydana çıxacaq. Rotasiyalar olacağını düşünmürəm. “Sabah” da qalib heyətini qoruyacaq. Gərgin oyun olacaq.

Vacib odur ki, gedişatda hansı komanda daha düzgün oynayacaq. Eyni zamanda, hakimlər də işlərində diqqətli olmalıdır. Ümid edirəm ki, referilər hansısa qərarla nəticəyə təsir etməsin. Penaltilər, qırmızı vərəqələr də ola bilər. Əsası mübarizənin meydanda getməsi və nəticənin oyunla həll olunmasıdır. Hər iki komandada keyfiyyətli oyunçular var. Səhv edən cəzalana bilər. Buna görə meydanda diqqətli olmaq mühümdür”.

“Sabah” – “Qarabağ” oyunu saat 19:30-da start götürəcək.

DÇ-2026: mükafat fondu məlum oldu

18 December 2025 at 14:15

FIFA 2026-cı ildə keçiriləcək dünya çempionatının mükafat fondunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, ümumi məbləğ 727 milyon dollardır.

Çempion 50, ikinci 33, üçüncü yer isə 29 milyon dollar qazanacaq. Bundan əlavə, iştirakçı hər ölkə 10.5 milyon dollar əldə edəcək.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatı 11 iyun – 19 iyulda olacaq.

“Neftçi”dəki böhranın detalları – VİDEO

18 December 2025 at 13:42

“İdman TV”də yayımlanan “Futbol var” verilişinin növbəti buraxılışı yayımlanıb.

Proqramda qonaq “Futbolpress.az” saytının baş redaktoru Elçin Cəlilov və Hakimlər Komitəsinin keçmiş sədri Xəqani Məmmədov olub.

“Fənərbağça”dan 6 milyonluq təklif

18 December 2025 at 13:18

Almaniyanın “Yunion” klubunun futbolçusu Dioqo Leyte karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu Berlin təmsilçisinə müdafiəçi üçün 6 milyon avro təklif etməyə hazırlaşır.

Leyte bu mövsüm Bundesliqada 10 oyuna çıxıb.

“Napoli” Lukakuya qiymət qoydu

18 December 2025 at 12:50

“Napoli” futbolçusu Romelu Lukakunu satmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Neapol klubu belçikalı hücumçu üçün 10-15 milyon avro tələb edir.

Lukaku zədə səbəbindən bu mövsüm oyuna çıxmayıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Hansı oyun, hansı kanalda? – TV

18 December 2025 at 12:26

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

18 dekabr

Türkiyə Kuboku
18:30 Gənclərbirliyi – Bodrumspor (A Spor)
21:30 Qalatasaray – Başakşəhər (A Spor)

Azərbaycan, Premyer Liqa
19:30 Sabah – Qarabağ (CBC Sport)

İtaliya Superkuboku
23:00 Napoli – Milan (TRT Spor, A Spor, Futbol 1)

UEFA Konfrans Liqası
00:00 Maynts – Samsunspor (CBC Sport, TRT 1)

İspaniya Kuboku
00:00 Mursiya – Betis (Futbol 3)

Konfrans Liqasında həlledici tur

18 December 2025 at 11:44

Bu gün UEFA Konfrans Liqasında sonuncu – VI turun oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Türkiyənin “Samsunspor” klubu Almaniyada “Maynts”ın qonağı olacaq.

Ukrayna təmsilçisi “Şaxtyor” “Riyeka”nı qəbul edəcək.

UEFA Konfrans Liqası
VI tur

18 dekabr

00:00. “Alkmaar” (Niderland) – “Yagelloniya” (Polşa)
00:00. “Şaxtyor” (Ukrayna) – “Riyeka” (Xorvatiya)
00:00. “Slovan” (Slovakiya) – “Hakken” (İsveç)
00:00. “Legiya” (Polşa) – “Linkoln” (Cəbəllütariq)
00:00. “Sparta” (Çexiya) – “Aberdin” (Şotlandiya)
00:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Noa” (Ermənistan)
00:00. “Kristal Pelas” (İngiltərə) – “KuPS” (Finlandiya)
00:00. “Rayo Valyekano” (İspaniya) – “Drita” (Kosovo)
00:00. “Şemrok Rovers” (İrlandiya) – “Hamrun” (Malta)
00:00. “Omoniya” (Kipr) – “Rakuv” (Polşa)
00:00. “Maynts” (Almaniya) – “Samsunspor” (Türkiyə)
00:00. “Strasburq” (Fransa) – “Breydablik” (İslandiya)
00:00. “Çelye” (Sloveniya) – “Şelbrun” (İrlandiya)
00:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Rapid” (Avstriya)
00:00. AEK (Yunanıstan) – “Universitatya” (Rumıniya)
00:00. “Siqma” (Çexiya) – “Lex” (Polşa)
00:00. AEK (Larnaka, Kipr) – “Şkendiya” (Şimali Makedoniya)
00:00. “Lozanna” (İsveçrə) – “Fiorentina” (İtaliya)

Masazırda zirvə oyunu: kimin seriyası qırılacaq?

18 December 2025 at 11:28

“Sabah” Premyer Liqanın I turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”la qarşılaşacaq. Masazırda, “Bank Respublika Arena”da keçiriləcək görüşə saat 19:30-da start veriləcək.

“Qarabağ” Premyer Liqada 33 xalla liderdir. “Atlılar”a zirvədə qalmaqçün heç-heçə də kifayət edir. “Sabah” isə birinci pilləyə yüksəlməkçün mütləq qələbə qazanmalıdır.

“Bayquşlar” yaxşı formadadır. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv sonuncu dəfə avqustda “İmişli”yə uduzub – 0:1. “Sabah bundan keçirdiyi 13 rəsmi oyunda məğlub olmayıb – 4 heç-heçə, 9 qələbə. “Qarabağ” da çempionatda sonuncu dəfə avqustda məğlub olub. “Atlılar” ev oyununda “Sumqayıt”a uduzub – 0:1.

Komandalar arasında baş tutan son beş oyunda tərəflər hərəyə bir qələbə qazanıb. Üç oyunda bərabərlik qeydə alınıb. “Sabah” ev oyununda sonuncu dəfə 2024-cü ilin yanvarında kubok matçı çərçivəsində “Qarabağ”a uduzub – 1:7. Masazırda baş tutan son üç dueldə “Sabah” bir qələbə qazanıb, iki dəfə heç-heçə edib.

Şahin Cəfərov

“Barselona”nın futbolçusu öldürüldü

18 December 2025 at 11:15

Ekvadorun “Barselona” klubunun futbolçusu Mario Pineyda vəfat edib.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bir qrup şəxs tərəfindən öldürülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Pineyda karyerası ərzində Ekvadorda “İndependyente”, “Nasyonal”, Braziliyada “Fluminense”də çıxış edib.

Azərbaycanın iki boksçusu Avropa çempionu oldu

18 December 2025 at 10:48

Almaniyanın Keinbaum şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi 29 ölkədən 382 idmançının qatıldığı yarışı 2 qızıl və 2 gümüş medalla başa vurub.

Finalda Gülər Hüseynova (48 kq) Asmin Cabasla (Türkiyə) qarşılaşıb. MDB Oyunlarının qalibi Avropa çempionatını da titulla yekunlaşdırıb. O, rəqibini 5:0 (29:26, 29:26, 30:25, 30:25, 28:27) hesabı ilə məğlub edərək çempion adına yiyələnib və Almaniyada Azərbaycan himnini səsləndirib.

Qardaş Rəhimov (46 kq) da komanda yoldaşının uğurunu davam etdirib. O, MDB Oyunlarının ardınca Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz həlledici görüşdə Birham-Pasa İuseima (Rumıniya) 3:2 (29:28, 30:27, 30:27, 27:30, 28:29) hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Millimizin digər üzvlərindən Şahin Aslanov (60 kq) və Şükar Əliyev (75 kq) isə Avropa çempionatının gümüş medalına yiyələniblər.

Levandovski üçün MLS iddiası

18 December 2025 at 10:29

Barselona”nın futbolçusu Robert Levandovski karyerasını ABŞ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, MLS təmsilçiləri “Çikaqo Fayr” vəİnter Mayami” polşalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə BBC məlumat yayıb.

Çikaqo Fayr” klubu artıq Levandovski ilə görüşüb və ilkin təklifi edib. Polşalı forvardın “Barselona” ilə müqaviləsi yayda başa çatır.

Levandovski bu mövsüm 17 oyunda 8 qol vurub. “Barselona” onunla müqaviləni uzatmaq niyyətində deyil.

İngiltərə klubları “Fənərbağça”nın futbolçusu ilə maraqlanır

18 December 2025 at 10:22

Fənərbağça”nın futbolçusu Ceyden Ostervolde qışda klubunu dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, İngiltərə Premyer Liqası klubları 24 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubların qış transfer dönəmindəFənərbağça” ilə danışıqlara başlayacağı bildirilir.

Ostervolde bu mövsüm 23 oyunda 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Bir pula bax, bir nəticələrə…

18 December 2025 at 10:00

“Neftçi” ötən il Azərbaycan Premyer Liqasında oyunçulara ən çox əməkhaqqı ödəyən klubdur.

Bu barədə Klubların Lisenziyalaşdırılması üzrə hesabatda məlumat qeyd edilib. “Ağ-qaralar” ötən il üzə ümumilikdə 18 milyon 287 min 111 manat maaş ödəyib.

Çempionatın ən yaxşı büdcəsinə sahib komandalar arasında “üçlük”də olan paytaxt klubu maaş ödənişində birincidir. Ötən ildə mövsümün birinci dövrəsi üçün gətirilən legionerlərin çoxu qışda yola salınmış, yenidən heyət qurulmuşdu. Lakin nəticələr ürəkaçan olmadı. “Neftçi” avrokuboklardan kənarda qaldı – mövsüm 6-cı sırada tamamlandı.

Tarixinin ən pis dönəmlərini keçirən və toparlana bilməyən “ağ-qaralar” ötən il iki dəfə də baş məşqçisini dəyişdi. Mövsümə Roman Qriqorçukla başlayan və iddiası böyük olan “Neftçi” uğursuzluq yaşamış, daha sonra oktyabrda “sükanı” Samir Abasova tapşırmışdı. Abasov da “ağqaralar”ı çətin durumdan çıxara bilmədiyi üçün ötən ay istefaya göndərildi və indi komanda Yuri Verniduba əmanətdir.

Yüksək əməkhaqqılı futbolçuların gətirilməsinə baxmayaraq, nəticələrin düzəlməməsi klubda problemin tək heyətlə bağlı olmadığına da işarədir. “Ağ-qaralar” elə bir situasiyadadır ki, sanki kim gəlsə, vəziyyət düzəlməyəcək.

Ötən il “Neftçi”dən daha az maaş ödəyən “Sabah”, “Zirə“, “Araz-Naxçıvan” avrokuboklara vəsiqə qazandı. İllərdir ölkə futbolunun yükünü çiyinlərində daşıyan “Qarabağ” da paytaxt klubundan 5 milyon daha az maaş ödəyib.

Şahin Cəfərov

PSJ “Bavariya” və “Barselona”nın göstəricisini təkrarladı

18 December 2025 at 09:42

PSJ Qitələrarası Kuboku qazanıb.

Futbolpress.az xəbər verir ki, bu, Paris təmsilçisinin 2025-ci ildəki 6-cı titulu olub.

PSJ bu il Fransa Liqa 1-i, Fransa Kubokunu, Fransa Superkubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu və Qitələrarası Kuboku qazanıb.

Daha əvvəl “Barselona” vəBavariya” bir ildə 6 titul qazanmışdı.

Ançelotti ilə yollar ayrıldı

18 December 2025 at 09:24

Braziliyanın “Botafoqo” klubunun baş məşqçisi Davide Ançelotti ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Davide bu ilin yayından komandaya rəhbərlik edirdi. “Botafoqo” onun başçılığı altında 14 qələbə qazanıb, 11 dəfə heç-heçə edib, 7 dəfə uduzub.

Davide Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğludur.

“Sabah” “Qarabağ”ı məğlub edib, liderliyə yüksəldi

18 December 2025 at 21:26

Bu gün Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ın qonağı olub. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Sabah” xallarını 34-ə çatdırıb və liderliyə yüksəlib. “Qarabağ” isə 33 xalla ikinci sıradadır.

I turdan təxirə salınmış oyun

18 dekabr

19:30 Sabah – Qarabağ 2:1
Qollar:
Coy-Lens Mikels, 52, Aaron Maluda, 88 – Leandro Andrade, 9
Baş hakim: Elçin Məsiyev

“Mançester Siti” yarımfinalda

18 December 2025 at 08:05

“Mançester Siti” İngiltərə Kubokunda yarımfinala yüksəlib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” 1/4 finalda “Brentford”la qarşılaşıb. Görüş “Mançester Siti”nin qələbəsiylə başa çatıb – 2:0.

Yarımfinalın püşkü sabah atılacaq.

Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı

17 December 2025 at 19:10

Türkiyənin “Antalyaspor” klubu baş məşqçisi Erol Bulutla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub rəhbərliyi komandanın uğursuz çıxışına görə mütəxəssislə vidalaşıb. 

Antalyaspor” onun başçılığı altında 10 oyunda 3 qələbə qazanıb, 5 dəfə uduzub. Komanda çempionatda 15 xalla 15-ci sıradadır.

Jurnalistlər arasında intellektual yarış keçirildi

17 December 2025 at 23:02

Peşəkar Futbol Liqası və “Misli”ninşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş, idman jurnalistləri arasında intellektual yarış keçirilib.

Futbolpress.az xəbər verir ki, 60-dan çox media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb. Dövlət Vergi Xidmətinin Şamaxı tədris mərkəzində baş tutan yarışda komandalara Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə iştirak edən 12 komandanın adları verilib. Tamamilə Azərbaycan futboluna həsr olunmuş suallar əsasında keçirilən yarışda sona qədər gərgin mübarizə gedib. Belə ki, qalib “qızıl oyun”da müəyyənləşib. Yekunda “Sumqayıt” komandası qalib, “Sabah” ikinci, “Kəpəz” üçüncü olub.

Tədbirin sonunda çempion “Sumqayıt” komandasına kubok və medallar təqdim edilib. Turnirdə qaliblə yanaşı, ikinci və üçüncü yerin sahibləri də pul mükafatı qazanıb.

“Sumqayıt”ın qış planı bilindi

17 December 2025 at 21:00

“Sumqayıt” Futbol Klubunun qış hazırlıq planları bəlli olub.

Futbolpress.az xəbər verir ki, Saşa İliçin yetirmələri dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Komanda yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 3-dan 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “Sumqayıt” FK bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.

Suareslə davam

17 December 2025 at 20:58

İnter Mayami” hücumçusu Luis Suareslə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 38 yaşlı hücumçunun sözləşməsi 2026-cı ilin sonuna kimi artırılıb.

Suares ötən mövsümdə MLS-də 32 oyunda 10 qol vurub.

AFFA prezidenti Dohada

17 December 2025 at 18:45

AFFA prezidenti Rövşən Nəcəf Qətərin paytaxtı Dohada keçirilən FIFA-nın Plenar Sessiyasına qatılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

AFFA rəhbəri FIFA Plenar Sessiyasında və Komitə iclaslarında iştirak edir.

Before yesterdayMain stream

Milli üzvünün yeni klubu

17 December 2025 at 17:50

“Naxçıvan” klubu heyətini yeni basketbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, klub Azərbaycan millisinin üzvü Emanuel Aqbasonla ikili lisenziya əsasında mövsümün sonuna qədər müqavilə imzalayıb.

Basketbolçu son mövsümü “Sabah”da keçirib.

“Zaqatala” evdə uduzdu, “Baku Sportinq” səfərdə qazandı

17 December 2025 at 17:33

Azərbaycan I Liqasında XI tura start verilib.

 

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

 

“Zaqatala” azarkeşləri önündə MOİK-ə uduzub. “Baku Sportinq” isə səfərdəŞimal”a qalib gəlib.

 

Azərbaycan I Liqası

XI tur

 

17 dekabr

 

Zaqatala – MOİK 1:3
Qollar: R.Şabanov, 65 (pen.) – S.Fərəcov, 25, 90+5, Z.Abdurahmanov, 47

 

Şimal – Baku Sportinq 0:1
Qol:
İ.Allahverdiyev, 9 (pen.)

Ohori: “Kuboku qazanmaq istəyirik”

17 December 2025 at 17:24

“Kəpəz” Premyer Liqanın XV turunda “Qəbələ“ni məğlub edib – 1:0.

Görüşdə gəncəlilərin yeganə qolunu vuran Ryonusuki OhoriFutbolpress.az“a açıqlamasında qələbəni şərh etdi:

Çox vacib oyun idi. Qələbənin əhəmiyyətini dərk edirdik. Şükürlər olsun, yaxşı oynadıq və istədiyimiz nəticəni qazandıq. Qolu mən vursam da, komanda olaraq qələbə qazanmışıq. Bütün komanda yoldaşlarıma minnətdaram”.

Ohori qələbənin növbəti oyun üçün əlavə motivasiya yaratdığını bildirdi:

“Mühüm qələbə oldu və bu, bizdə inamı daha artıracaq. İnanıram ki, bundan sonra həm fərdi, həm də komanda olaraq daha yaxşı olacağıq və nəticələr gələcək. Bacardığım qədər faydalı olmaq istəyirəm”.

Ohori qış fasiləsində Yaponiyaya qayıdacağını söylədi. O, eyni zamanda komandanın hədəflərinə toxundu:

“Qarşıda bir oyun var. Planlarımızı həyata keçirsək, qələbə qazana bilərik. Bundan sonra Yaponiyaya gedəcəm və bir müddət ailəmlə vaxt keçirəcəyəm. Fasilədən daha yaxşı qayıtmaq arzusundayam. Hədəfimiz liqada qalmaqdır və düşünürəm ki, bunun üçün potensialımız kifayət qədərdir. Öz oyunumuzda qalsaq və belə irəliləsək, məqsədə çatacağıq. Kubokla bağlı hədəfimiz çempionluqdur. Bunu da bacara bilərik”.

Şahin Cəfərov

Bulut üçün son

17 December 2025 at 16:48

Türkiyənin “Antalyaspor” klubu baş məşqçisi Erol Bulutla yollarını ayırmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Yağız Sabuncuoğlu məlumat yayıb. Klub rəhbərliyi mütəxəssisin işindən narazıdır.

Antalyaspor” onun başçılığı altında 10 oyunda 3 qələbə qazanıb, 5 dəfə uduzub. Komanda çempionatda 15 xalla 15-ci sıradadır.

“Sumqayıt”ın oyunu 2 manata

17 December 2025 at 16:28

22 dekabr, saat 19:30-da baş tutacaq “Sumqayıt” – “Sabah” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, biletləri  iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 15:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. BirBank Cashback Mastercard kartları ilə onlayn bilet alışı zamanı 30% keşbek əldə etmək mümkündür.

Bilet almaq üçün linkə daxil olmaq lazımdır.

 

“Sabah” – “Qarabağ” oyununun təyinatları açıqlandı

17 December 2025 at 16:15

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” matçının təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

18 dekabr (cümə axşamı)

“Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 19:30

Lisenziya verilən klub sayı bilindi – “Neftçi” fərqi

17 December 2025 at 15:26

Azərbaycanda 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.

2025/2026 mövsümündə lisenziyalaşdırma prosesində ümumilikdə 41 klub iştirak edib. Onlardan 38-nə lisenziya verilib.

Mümkün olan 24 UEFA lisenziyası almış yeganə klub isə “Neftçi”dir.

Sabiq “Çelsi”li ilə müqavilə uzadıldı

17 December 2025 at 15:15

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli” qapıçısı Eduard Mendi ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı qolkiperin sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb.

Mendi “Əl Əhli”dən əvvəl “Çelsi”nin formasını geyinib. Qolkiper 2023-cü ildən “Əl Əhli”də çıxış edir.

Premyer Liqa klublarının gəlirləri

17 December 2025 at 14:49

Azərbaycan Premyer Liqasında iştirak edən klubların 2024-cü ildə əldə etdiyi gəlirlər məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.

2024-cü ildə ən çox gəlir əldə edən klub “Qarabağ”dır. “Atlılar” ötən il 34 milyon 753 min 800 manat gəlir əldə edib.

Ən çox qazanan ikinci klub “Neftçi”dir – 28 milyon 617 min 506 manat. “Sabah” isə 26 milyon 953 min 800 manat gəlirlə üçüncüdür.

2024-cü ildə digər klubların gəlirləri aşağıdakı kimi olub:

“Zirə” – 10 milyon 968 min 897 manat

“Sumqayıt” – 9 milyon 178 min, 60 manat

“Səbail” – 7 milyon 799 min 500 manat

“Araz-Naxçıvan” – 6 milyon 208 min 100 manat

“Turan Tovuz” – 6 milyon 145 min 200 manat

“Kəpəz” – 3 milyon 711 min 300 manat

“Şamaxı” – 3 milyon 51 min 300 manat

Qeyd olunan məbləğlər reklam və sponsorlardan daxilolmalar, UEFA-dan daxilolmalar, Futbolun İnkişafı Fondundan daxilolmalar, Kommersiya və digər əməliyyat gəlirləri, bilet satışından daxilolmalar hesabına formalaşıb.

Mbappe və Haaland rəmzi komandaya düşmədi

17 December 2025 at 14:26

FIFA 2025-ci ilin rəmzi komandasını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland vəReal”ın forvardı Kilian Mbappe “11-lik”də yer almayıb.

Qapıçı: Canluici Donnarumma (“Mançester Siti”)

Müdafiəçilər: Nunu Mendeş, Paço, Əşrəf Hakimi (hamısı PSJ), Vircil van Dayk (“Liverpul”)

Yarımmüdafiəçilər: Vitinya (PSJ), Pedri (“Barselona”), Koul Palmer (“Çelsi“), Cud Bellingem (“Real”)

Hücumçular: Lamin Yamal (“Barselona”), Osman Dembele (PSJ)

Ştegen 4 kluba “yox” dedi

17 December 2025 at 14:00

Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen 4 klubdan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sport” nəşri məlumat yayıb.

Tottenhem“, “Bolonya“, “Beşiktaş” vəAyaks” alman qolkiperə rəsmi təklif göndərsə də, rədd cavabı alıb. Ştegen mövsümün sonuna kimi “Barselona”dan qalmaq istəyir.

AFFA-nın vitse-prezidenti Dohaya nə üçün gedib?

17 December 2025 at 13:26

Qətərin paytaxtı Dohada FIFA Plenar Sessiyası keçirilir.

Futbolpress.az xəbər verir ki, AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva FIFA-nın Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü qismində Sessiyada və Komitə iclaslarında iştirak edir.

Məşhur boksçudan vida qərarı

17 December 2025 at 12:50

Məşhur amerikalı boksçu, WBA, WBO və IBF versiyaları üzrə dünya çempionu olmuş Terens Krouford karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə səhifələrində elan edib.

Terens peşəkar rinqdə heç vaxt məğlub olmayıb. Onun aktivində 31-i nokautla olmaqla 42 qələbə var.

MS 2 futbolçu ilə vidalaşa bilər

17 December 2025 at 12:28

“Mançester Siti” qış transfer dönəmində iki futbolçusu ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” müdafiəçi Riki Lyuis və Oskar Bobbu satmaq istəyir. Bu barədə “Football İnsider” portalı məlumat yayıb.

Bobb ilə “Kristal Pelas” klubu yaxından maraqlanır. Lyuis isə Almaniya və İspaniya klublarının hədəfindədir.

Lyuis bu mövsüm 12, Bobb isə 14 oyuna çıxıb.

Qeyri-müəyyənlik: “Son oyundan sonra danışmaq olar”

17 December 2025 at 12:16

“Turan Tovuz” Premyer Liqada 15 turdan sonra 24 xalla 5-ci sıradadır.

Komandanın futbolçusu Faiq Hacıyev “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Son oyunlarda yaxşı nəticə qazana bilmirik. Qarşıda bir oyun var və sonda fasilədi. “Kəpəz”lə matça yaxşı hazırlaşıb, qələbə qazanmaq və dövrəni yaxşı bitirmək istəyirik. Sona qədər mübarizə aparacağıq. Fasilədən sonra isə daha yaxşı “Turan Tovuz” göstərməyə çalışacağıq “.

Hacıyev son turlarda ehtiyatda qalması ilə bağlı fikirlərini bildirdi:

Qərarı baş məşqçi verir. Biz futbolçuyuq və işimiz yaxşı hazırlaşmaqdır. Əlimdən gələnin yaxşısını etməyə çalışıram ki, formada qalım. Son qərarı məşqçi verir”. 

Faiq ayrılıq iddialarına toxundu:

“Məşqçinin qərarına hörmətlə yanaşıram. Klubdakı durumla bağlı hansısa söhbətimiz olmayıb. Son oyundan sonra nəsə danışmaq olar”.

Şahin Cəfərov 

İngiltərə klubunda Xavi səsləri

17 December 2025 at 11:49

Barselona”nın sabiq baş məşqçisi Xavi İngiltərədə işləyə bilər.

Futbolpress.az xəbər verir ki, “Çelsi” klubu mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə “Football İnsider” portalı məlumat yayıb.

London klubunda baş məşqçi Enzo Mareska ilə yollar ayrıla bilər. Rəhbərlik Mareskanın əvəzinə Xavini gətirmək niyyətindədir.

İspan mütəxəssis 2021-2024-cü illərdəBarselona”nı çalışdırıb. O, ötən ilin yayından işsizdir.

ÇelsiPremyer Liqada 16 turdan sonra 28 xalla 4-cü sıradadır.

Suares üçün yeni müqavilə

17 December 2025 at 11:27

Uruqvaylı hücumçu Luis Suaresİnter Mayami” ilə müqaviləsini uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Tərəflər arasında danışıqlar son mərhələdədir. 39 yaşlı hücumçunun müqaviləsi 1 il müddətinə artırılıb.

Suares ötən mövsümdə 50 oyunda 17 qol vurub, 17 məhsuldar ötürmə edib.

“Çelsi”nin sabiq futbolçusu PL yolunda

17 December 2025 at 11:15

Atletiko”nun futbolçusu Konor Qallaher karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” klubu hücumçunun xidmətində maraqlıdır. Bu barədəTEAMtalk” portalı məlumat yayıb. “Qırmızı şeytanlar”ın nümayəndələri qış transfer dönəmində oyunçu və klubu ilə danışıqlara başlayacaq.

Konor daha əvvəl İngiltərədəÇelsi“nin formasını geyinib. Yarımmüdafiəçi bu mövsüm “Atletiko”da 26 oyunda 2 qol vurub.

Lukakunun qayıdış vaxtı məlum oldu

17 December 2025 at 10:51

Belçikalı hücumçu Romelu Lukaku zədəsini sağaldıb.

Futbolpress.az xəbər verir ki, “Napoli”də çıxış edən futbolçu İtaliya Superkubokunun yarımfinalında “Milan”la matçda meydana çıxa bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Lukaku mövsümün əvvəlindəOlimpiakos”la yoxlama oyununda zədələnib.

“Napoli” – “Milan” matçı dekabrın 22-də keçiriləcək.

“Arsenal”dan ayrılan futbolçu “Ayaks”da

17 December 2025 at 10:28

Arsenal”dan ayrılan Takehiro Tomiyasunun yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Ayaks”a keçib. Bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

27 yaşlı futbolçu azad agent kimi “Ayaks”a keçib. O, bu ilin yayından klubsuz idi.

Tur Zaqatalada başlayır

17 December 2025 at 10:09

Bu gün Azərbaycan I Liqasında XI tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

“Zaqatala” azarkeşləri önündə MOİK ilə qarşılaşacaq. “Şimal”ın rəqibi isə “Baku Sportinq” olacaq.

Turun digər oyunları 18 və 19 dekabrda olacaq.

Azərbaycan I Liqası
XI tur

17 dekabr

14:00 Zaqatala – MOİK
Baş hakim:
Zaqata OİK stadionu

14:30 Şimal – Baku Sportinq
Baş hakim:
Şamaxı OİK stadionu

“The Best”: Emin Mahmudov və Ayxan Abbasov kimlərə səs verib?

17 December 2025 at 09:48

Azərbaycan millisinin kapitanı Emin Mahmudovun FIFA-nın ilin ən yaxşı futbolçusuna verdiyi “The Best” mükafatı üçün səsləri məlum olub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi fransalı hücumçu Kilian Mbappeyə 5, Osman Dembeleyə 3, Lamin Yamala isə 1 səs verib.

Millinin baş məşqçisi Ayxan Abbasov isə Əşrəf Hakimiyə 5, Kilian Mbappeyə 3, Məhəmməd Salaha isə 1 səs verib.

“The Best” mükafatını Osman Dembele (PSJ) qazanıb.

“Turan Tovuz” bu mövqeni gücləndirmək istəyir – axtarışlar başlayıb

17 December 2025 at 09:26

“Turan Tovuz” qış transfer dönəmində heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.

Futbolpress.azın məlumatına görə, baş məşqçi Kurban Berdıyev forvardlar Jo, İbrahima Vadji və Aleks Souzanın performansından razı deyil. Jo və Aleks mütəmadi şans qazanmasına baxmayaraq, məhsuldarlıqları aşağıdır.

Seneqallı Vadji də ümidləri doğrultmur. Klub hücumda daha effektiv futbolçu ilə güclənmək niyyətindədir.

“Turan Tovuz” çempionatda 14 oyundan sonra 24 xalla 5-ci sıradadır.

Aleks və Jo bu mövsüm hərəyə üç qol vurub. Vadji isə ümumiyyətlə Premyer Liqada qol hesabını açmayıb.

Şahin Cəfərov

“Barselona” kubokda mərhələ adladı

17 December 2025 at 09:05

“Barselona” İspaniya Kubokunda 1/8 finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi 1/16 final mərhələsində aşağı liqa təmsilçisi “Quadalahara”nı məğlub edib – 2:0.

Komandanın qollarını Andreas Kristensen və Markus Reşford vurub.

“Sabah”ın baş məşqçisi: “Təcrübə baxımından problemimiz var”

17 December 2025 at 08:43

“Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Çempionlar Liqasında “Alba”ya uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 82:106 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:

“Bu bizim çempionlar liqasında ilk mövsümümüz idi. Əlbəttə təcrübə baxımından problemimiz var. Bu da təbii haldır. Evdə çox yaxşı oyunlarımız oldu. Amma təəssüf ki, evdəki performansı səfər oyunlarında nümayiş etdirə bilmədik. Heyətdə rotasiya ilə bağlı çətinliklərimiz var. Biz 7 nəfərlə ilk 3 periodlarda yaxşı mübarizə aparırıq, lakin əvvəlki bəzi oyunlarda olduğu kimi bu dəfə də son periodda heyətdəki rotasiya imkanlarının çatışmazlığı səbəbindən istədiyimizi edə bilmirik. “Alba Berlin”də eyni zamanda 3-4 oyunçu əvəzlənir, amma bizdə belə bir imkan yoxdur. Buna baxmayaraq bu turnir bizim üçün böyük təcrübə oldu”.

“The Best”: Messi səsini kimlərə verdi?

17 December 2025 at 08:25

İnter Mayami”nin futbolçusu Lionel Messinin “The Best” mükafatında kimlərə səs verdiyi məlum olub.

Futbolpress.az xəbər verir ki, argentinalı hücumçu mükafatın qalibi Osman Dembeleyə 5 səs verib.

Messi 3 səsi “Real”dan Kilian Mbappeyə, 1 səsi isəBarselona”dan Lamin Yamala verib.

Premyer Liqanın “intizamsızları”

17 December 2025 at 08:01

“Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade Premyer Liqada ən çox sarı vərəqə alan oyunçudur.

Futbolpress.az-ın məlumatına görə, yarımmüdafiəçi 14 matçda 7 dəfə rəsmi xəbərdarlıq alıb.

İkinci pillədəSumqayıt”dan Rayan Senhadjidir. Mərkəz müdafiəçisi 14 matçda 4 dəfə sarı, 1 dəfə qırmızı vərəqə ilə cəzalanıb.

Üçlüy”üZirə“dən Ayron Qomis tamamlayır. Yarımmüdafiəçi 13 görüşdə 4 “sarı“, 1 “qırmızı” alıb.

Premyer Liqada 15 turdan sonra futbolçuları ən az cəzalanan klub isəQarabağ“dır. Çempionatın liderinin oyunçuları 17 dəfə sarı vərəqə alıb. İkinci sırada 22 sarı, 1 qırmızı vərəqə ilə “Turan Tovuz” qərarlaşıb. “Üçlüyü “Sabah” tamamlayır – 30 sarı vərəqə.

Şahin Cəfərov

“Sabah” ÇL-də mübarizəni dayandırdı

17 December 2025 at 00:55

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” Berlində “Alba” ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 106:82.

“Sabah” B qrupunu 7 xalla sonuncu sırada bitirib və turnirdə mübarizəni dayandırıb.

İlin ən yaxşı baş məşqçisi

16 December 2025 at 22:14

2025-ci ilin ən yaxşı baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu ada PSJ-nin çalışdırıcısı Luis Enrike layiq görülüb.

Paris klubu bu il Liqa 1-i, Fransa Kubokunu, Fransa Superkubokunu, Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb.

AGF Laçın və Şuşada məktəblilərlə görüşdü

16 December 2025 at 23:11

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edilən “Güləş Qarabağda” kampaniyasının ikinci günündə əvvəlcə Laçın şəhər 2 saylı orta məktəbə baş çəkilib.

Futbolpress.az xəbər verir ki, təhsil ocağının akt zalında keçirilən tədbir maraqlı və rəngarəng keçib. Tanınmış güləşçilərimiz çıxış edərək gənc nəsilə öz tövsiyələrini çatdırıblar. Daha sonra güləşlə bağlı maarifləndirici viktorina həyata keçirilib və sualları daha dəqiq cavablandıran şagirdlər AGF tərəfindən mükafatlandırılıb. Bundan başqa, 2 şagirdin mahnı ifa etməsi tədbirə əlavə rəng qatıb.

Daha sonra Rafiq Hüseynov, Eldəniz Əzizli, Mariya Stadnik, Rəsul Çunayev və Oyan Nəzəriani şagirdlərin suallarını cavablandırıb və avtoqraf imzalayıblar.

Güləşin ulduzları Şuşaya da baş çəkib. Şuşa qalasında yerli sakinlərlə görüşən nümayəndə heyəti onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Qarabağa Böyük Qayıdış layihəsinin tərkib hissəsi olan kampaniyanın məqsədi işğaldan azad olunmuş torpaqlarda yaşayan sakinlərdə motivasiyanı yüksəltmək, milli ruhda inkişafa töhfə vermək, güləşin ölkədə daha da populyarlaşmasını və bu sahədə maariflənməni təmin etməkdir.

Tanınmış güləşçilər Qarabağ Universitetində olub

16 December 2025 at 22:07

Azərbaycan Güləş Federasiyası “Güləş Qarabağda” kampaniyası çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində tədbir keçirib.

Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyilə təşkil edilən tədbir ali təhsil ocağının akt zalında baş tutub.

Tanınmış güləşçilərimiz, nüfuzlu yarışların qalib və mükafatçıları – Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev, həmçinin çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani tələbələr önündə çıxış edib. Onlar qələbəyə gedən yolun hamar olmadığını, dəfələrlə müxtəlif maneələrlə üzləşdiklərini, ancaq heç vaxt ruhdan düşməyərək mübarizə apardıqlarını və nəticədə uğurlara nail olduqlarını bildirib, gəncləri daim mübariz ruhda olmağa, milli şüur altında mənəvi dəyərlərə riayət etməyə səsləyiblər.

Daha sonra maraqlı viktorina keçirilib. Müxtəlif suallarla tələbələrin güləşlə bağlı bilikləri yoxlanılıb. Test vasitəsilə həm də bu idman növü ilə bağlı daha ətraflı məlumat toplamağa şərait yaradılıb. Böyük maraqla qarşılanan və ciddi mübarizə şəraitində keçən viktorinanın qaliblərinə AGF tərəfindən hədiyyələr təqdim edilib.

Daha sonra tələbələr güləşçilərə müxtəlif suallar ünvanlayıb və onlardan avtoqraf alıb. Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan güləşini və güləşçisini təbliğ etmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdir.

“The Best” mükafatının sahibi məlum oldu

16 December 2025 at 22:00

FIFA 2025-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu ada PSJ-nin və Fransa millisinin üzvü Osman Dembele layiq görülüb. Vinger “The Best” mükafatını qazanıb.

Dembele bu il həm də “Qızıl top”un qalibi olub.

“Mançester Siti”də itki

16 December 2025 at 20:18

“Mançester Siti” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in futbolçusu Jeremi Doku sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Vinger 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Doku bu mövsüm 22 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.

Əvəzedicilər Liqası: “Neftçi”dən darmadağın

16 December 2025 at 19:48

Əvəzedicilər Liqasında XIV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

“Neftçi-2″ “Araz-Naxçıvan-2″ni böyükhesabla məğlub edib.

Əvəzedicilər Liqası
XIV tur

16 dekabr

“Araz-Naxçıvan-2” – “Neftçi-2” 0:4
Qollar:
Röyal Fərzullazadə, 59. Vüsal Kərimov, 65. Nihad Əliyev, 80. Fariz Xeyrullayev, 90+3-pen.

Turun digər oyunları:

“Sabah-2” – “Zirə-2” 0:2

“Sumqayıt-2” – “Şamaxı-2” 3:2

“Qarabağ-2” – “Kəpəz-2” 1:2

“Turan Tovuz-2” – “Qəbələ-2” 0:5

Almeyda: “Azərbaycan çempionatında rəqabət yüksəkdir”

16 December 2025 at 19:29

İmişli” Premyer Liqanın XV turunda “Karvan-Yevlax”la heç-heçə edib – 1:1.

İmişli”nin futbolçusu Dioqo AlmeydaFutbolpress.az“a açıqlamasında oyunu şərh etdi:

Çətin matç oldu. Düşünürəm ki, ümumi götürəndə biz daha yaxşı oynadıq, qol epizodları yaratdıq. Rəqib bir dəfə təhlükəli gəldi və o da qol oldu. Komandamız yaxşı oynamasına baxmayaraq, bir xalla kifayətləndi”.

Komandasının yeganə qolunu vuran hücumçu hisslərini belə ifadə etdi:

Əsas komandanın nəticələridir. Qollarla köməyim dəyirsə, nə xoş mənə. Lakin hər zaman ilk növbədə komandanın yaxşı nəticə qazanmasıdır. Qolu kimin vurmasının böyük önəmi yoxdur”.

Almeyda komandanın I dövrədəki çıxışına toxundu:

“Məqsəd elitada qalmaqdır və məncə, düzgün yolda irəliləyirik. Yeni komanda olmağımıza baxmayaraq, nəticələrimiz qənaətbəxşdir. İmkanlarımız məhdud ola bilər, amma pis mübarizə aparmırıq. Maksimumu edib, daha yaxşı nəticələr üçün çalışacağıq. “Sumqayıt”la oyunda üç xal itirməsəydik, daha yaxşı yerdə ola bilərdik. Hər bir halda, dövrə üçün nəticələrimiz müsbət qiymətləndirilə bilər”.

Portuqaliyalı futbolçu Premyer Liqada ona çətinlik yaradan müdafiəçilərdən söz açdı:

“Azərbaycan çempionatında rəqabət yüksəkdir. Hər komandaya qarşı oynamaq çətindir. Güclü müdafiəçilər var və indi kiminsə adını çəkib, fərqləndirmək istəmirəm. Burda kifayət qədər güclü müdafiəçilər oynayır”.

Şahin Cəfərov

“Fənərbağça”da itki

16 December 2025 at 19:20

Fənərbağça” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Arçe Braun zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqada “Konyaspor“la matçda (4:0) zədə alan cinah oyunçusu iki ay yaşıl meydanlardan uzaq qalacaq.

Braun bu mövsüm Super Liqada 14 oyunda 2 qol vurub.

Bakı dünyanın “İdman Paytaxtı” seçildi

16 December 2025 at 18:50

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçib.

Futbolpress.az xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin bu statusa layiq görüldüyü bildirilib.

Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

❌
❌