Normal view

Today — 8 February 2026Main stream

“Lans” 3 xalı 3 qolla qazandı

8 February 2026 at 02:23

Fransa Liqa 1-də 21-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Lans” evdə “Renn”ə, “Brest” “Loryan”a, Lion “Olimpik”i isə səfərdə “Nant”a qalib gəlib.

Fransa Liqa 1
21-ci tur

6 fevral

Mets – Lill 0:0

7 fevral

Lans – Renn 3:1
Qollar
: Eduard, 41. Aqilar, 54. Sent-Maksimin, 78 – Lepaul, 8.

Brest – Loryan 2:0
Qollar
: Laskari, 50. Ayorke, 77.

Nant – Olimpik (Lion) 0:1
Qol
: Şults, 25.

8 fevral

18:00. Nitsa – Monako
20:15. Anje – Tuluza
20:15. Oser – Paris
20:15. Havr – Strasburq
23:45. PSJ – Olimpik (Marsel)

The post “Lans” 3 xalı 3 qolla qazandı appeared first on Komanda.az.

“Barselona”dan darmadağın

8 February 2026 at 02:12

İspaniya La Liqasında 23-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

“Barselona” evdə “Malyorka”ya, “Real Sosyedad” isə “Elçe”yə qalib gəlib.

Bu gün keçirilməli olan “Sevilya” – “Jirona” və “Rayo Valyekano” – “Real Ovyedo” matçları da əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

İspaniya La Liqası
25-ci tur

6 fevral

Selta – Osasuna 1:2
Qollar
: B.İqlesias, 53-pen – Budimir, 35. R.Qarsiya, 79.

7 fevral

Barselona – Malyorka 3:0
Qollar
: Levandovski, 29. L.Yamal, 61. Bernal, 83.

Real Sosyedad – Elçe
Qollar
: Suçiç, 24. Oyarsabal, 37. Oskarsson, 89 – A.Silva, 42.

Sevilya – Jirona matçı təxirə salınıb

Rayo Valyekano – Real Ovyedo matçı təxirə salınıb

8 fevral

17:00. Alaves – Xetafe
19:15. Atletik – Levante
21:30. Atletiko – Betis
00:00. Valensiya – Real

9 fevral

00:00. Vilyarreal – Espanyol

The post “Barselona”dan darmadağın appeared first on Komanda.az.

“Napoli”dən çətin qələbə

8 February 2026 at 01:53

İtaliya A Seriyasında 24-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Napoli” səfərdə “Cenoa”ya qalib gəlib. “Fiorentina” – “Torino” matçında isə qalib müəyyənləşməyib.

İtaliya A Seriyası
24-cü tur

6 fevral

Verona – Piza 0:0

7 fevral

Cenoa – Napoli 2:3
Qollar
: Malinovski, 3-pen. Kolombo, 57 – Höylund, 20; 90+5-pen. Maktominey, 22.

Fiorentina – Torino 2:2
Qollar
: Solomon, 51. Kin, 57 – Kasadey, 26. Maripan, 90+4.

8 fevral

15:30. Bolonya – Parma
18:00. Leççe – Udineze
21:00. Sassuolo – İnter
23:45. Yuventus – Latsio

9 fevral

21:30. Atalanta – Kremoneze
23:45. Roma – Kalyari

18 fevral

23:45. Milan – Komo

The post “Napoli”dən çətin qələbə appeared first on Komanda.az.

“Bayer” xal itirdi, “Borussiya” qalib gəldi

8 February 2026 at 00:54

Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 6 oyun baş tutub.

“Borussiya” (Mönhenqladbax) – “Bayer” matçında qalib müəyyənləşməyib. “Haydenhaym” evdə “Hamburq”a, “Volfsburq” Dortmund “Borussiya”sına uduzub. “Frayburq” “Verder”i “Maynts” “Auqsburq”u, “Sankt Pauli” isə “Ştutqart”ı məğlub yola salıb.

Almaniya Bundesliqası
21-ci tur

6 fevral

Union Berlin – Ayntraxt 1:1
Qollar
: Qerfeld, 87-pen – Braun, 83.

7 fevral

Frayburq – Verder 1:0
Qol
: Beste, 13.

Haydenhaym – Hamburq 0:2
Qollar
: Koniqsdorffer, 45+3. Filippe, 78.

Maynts – Auqsburq 2:0
Qollar
: Amiri, 8-pen; 80-pen.

Sankt Pauli – Ştutqart 2:1
Qollar
: Saliakas, 35. Sinani, 55-pen – Levelinq, 90.

Volfsburq – Borussiya (Dortmund) 1:2
Qollar
: Kulyerakis, 52 – Brandt, 38. Girassi, 87.

Borussiya (Mönhenqladbax) – Bayer 1:1
Qollar
: Engelhardt, 10 – Sander, 44-öz qapısına.

8 fevral

18:30. Köln – Leypsiq
20:30. Bayern – Hoffenhaym

The post “Bayer” xal itirdi, “Borussiya” qalib gəldi appeared first on Komanda.az.

“Arsenal”, “Çelsi” və “Mançester Yunayted”dən qələbə

8 February 2026 at 00:31

İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 7 oyun baş tutub.

Lider “Arsenal” evdə “Sanderlend”ə, “Mançester Yunayted” isə “Tottenhem”ə qalib gəlib. “Börnli” “Vest Hem”ə, “Fulhem” “Everton”a, “Vulverhempton” “Çelsi”yə, “Nyukasl” “Brentford”a məğlub olub.

İngiltərə Premyer Liqası
25-ci tur

6 fevral

Lids – Nottingem Forest 3:1
Qollar
: Boqle, 26. Okafor, 30. Kalvert-Lyuin, 49 – Lukka, 86.

7 fevral

Mançester Yunayted – Tottenhem 2:0
Qollar
: Mbömo, 38. B.Fernandes, 81.

Arsenal – Sanderlend 3:0
Qollar
: Subimendi, 42. Dyökereş, 66; 90+3.

Bornmut – Aston Villa 1:1
Qollar
: Rayan, 55 – M.Rocers, 22.

Börnli – Vest Hem 0:2
Qollar
: Sammervill, 13. Kastelyanos, 26.

Fulhem – Everton 1:2
Qollar
: Mikolenko, 18-öz qapısına. Dyusberi-Holl, 75. Leno, 83-öz qapısına.

Vulverhempton – Çelsi 1:3
Qollar
: Arokodare, 54 – Palmer, 13-pen; 35-pen; 38.

Nyukasl – Brentford 2:3
Qollar
: Botman, 24. B.Gimarayns, 79-pen – Janelt, 37. İ.Tyaqo, 45+2-pen. Uattara Da, 85.

8 fevral

18:00. Brayton – Kristal Pelas
20:30. Liverpul – Mançester Siti

The post “Arsenal”, “Çelsi” və “Mançester Yunayted”dən qələbə appeared first on Komanda.az.

“Trabzonspor”dan darmadağın

7 February 2026 at 23:49

Türkiyə Super Liqasında 21-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Karagümrük” “Antalyaspor”a qalib gəlib. “Samsunspor” isə “Trabzonspor”a böyük hesabla uduzub.

Türkiyə Super Liqası
21-ci tur

7 fevral

Karagümrük – Antalyaspor 1:0
Qol
: Serjinyo, 5.

Samsunspor – Trabzonspor 0:3
Qollar
: Onuaçu, 23; 81. Muçi, 90+1-pen.

8 fevral

15:30. Eyüpspor – Başakşəhər
18:00. Konyaspor – Göztəpə
18:00. Rizəspor – Qalatasaray
21:00. Beşiktaş – Alanyaspor

9 fevral

18:00. Kayserispor – Kocaelispor
21:00. Fənərbağça – Gənclərbirliyi
21:00. Qaziantep – Kasımpaşa

The post “Trabzonspor”dan darmadağın appeared first on Komanda.az.

“Decathlon”da “Neftçi”nin rəsmi mağazasının açılış mərasimi oldu

7 February 2026 at 23:00

“Neftçi” PFK-nın rəsmi mağazası bundan sonra “28 Mall”da yerləşən “Decathlon”da da fəaliyyət göstərəcək.

Komanda.az xəbər verir ki, bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.

Tədbirdə klubun rəsmiləri ilə yanaşı, futbolçular – Emin Mahmudov, Vensan Abubakar və Murad Məmmədov da iştirak ediblər. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlər onlarla xatirə şəkilləri çəkdiriblər.

Açılışa qatılan qonaqlara “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.

Bundan əvvəl “Gənclik Mall”da yerləşən “GO Sport”da da “Neftçi”nin rəsmi mağazasının açılışı baş tutmuşdu.

The post “Decathlon”da “Neftçi”nin rəsmi mağazasının açılış mərasimi oldu appeared first on Komanda.az.

“İnter” amerikalı futbolçu ilə bağlı vəziyyəti izləyir

7 February 2026 at 22:32

“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni “İnter”in diqqət mərkəzinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Turin təmsilçisinin baş məşqçisi Luçano Spalettinin rəhbərliyi altında karyerasında yeni bir mərhələyə qədəm qoysa da, mövsümün sonunda komandadan ayrıla bilər.

Məsələ burasındadır ki, amerikalı yarımmüdafiəçinin “Yuventus”la müqaviləsinin müddəti başa çatır və hələlik yeni sözləşmə ilə bağlı razılıq əldə olunmayıb. “İnter” son həftələrdə bu vəziyyəti yaxından izləyir. Milanlılar Makkenninin klubu ilə müqavilənin müddətini uzatmaması halında onu azad agent kimi heyətinə qatmağa hazırdır.

Bir neçə mövqedə oynamaq bacarığı ilə seçilən Makkenni cari mövsümdə 32 oyuna çıxaraq, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.

The post “İnter” amerikalı futbolçu ilə bağlı vəziyyəti izləyir appeared first on Komanda.az.

Adı “Real”la hallanan futbolçudan açıqlama

7 February 2026 at 22:00

Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes gələcəyi barədə açıqlama verib. Bu açıqlama “Real”a mümkün transferlə bağlı yayılan xəbərlər fonunda diqqət çəkib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Fernandes “Çelsi”dəki çıxışının onu xoşbəxt etdiyini bildirib:

“Burada keçirdiyim illər üçün minnətdaram. Bu klubda olmaqdan zövq alıram. “Çelsi”də çıxış etmək məni xoşbəxt edir. Mən bu komandada kuboklar qazanmaq istəyirəm”.

Argentinalı futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilin ortalarına qədərdir. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 85 milyon avrodur.

The post Adı “Real”la hallanan futbolçudan açıqlama appeared first on Komanda.az.

Yesterday — 7 February 2026Main stream

İlk gündə 1 qızıl, 1 bürünc medal

7 February 2026 at 21:31

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü iki medalla başa vurublar.

Komanda.az xəbər verir, Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.

27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.

Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.

Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.

“Böyük Dəbilqə” fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda 8 cüdoçu ilə təmsil olunur.

The post İlk gündə 1 qızıl, 1 bürünc medal appeared first on Komanda.az.

Azərbaycan çempionatı başa çatdı

7 February 2026 at 21:00

Yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın sonuncu – beşinci günündə sərbəst güləşdə 61, 70, 79, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Bununla da sərbəst güləş üzrə yarışa yekun vurulub.

Çempionatın ən yaxşı hakimi Vüqar Şükürov seçilərək xüsusi mükafatla təltif edilib.

61 kq

  1. Camal Abbasov (“Neftçi”, Gəncə)
  2. Məhəmmədəli Əlizadə (İmişli)
  3. Cəbrayıl Verdiyev (Gəncə, AHİTA), Nicat Həsənov (AİJA)

70 kq

  1. Hacı Kərimov (Neftçi)
  2. Sadiq Hüseynov (Neftçi)
  3. İsa Yusibov (Neftçi), Kamal Məmmədov (Neftçi)

79 kq

  1. Elcan İsmayılzadə (Neftçi)
  2. Əli Hacıyev (AİJA)
  3. Ülfət Məmmədov (Mywrestling), Şeyxəli Babazadə (DİN)

92 kq

  1. Hüseyn Məmmədtağızadə (Neftçi)
  2. İsmayıl Əsədli (Gəncə, Təhsil-1)
  3. Əlim Əlimov (DİN), Nicat Qurbanov (Lokomativ)

125 kq

  1. Yusif Dursunov (Neftçi)
  2. Muxamad Qantemirov (AGF)
  3. İsmayıl Kərimov (Neftçi)

The post Azərbaycan çempionatı başa çatdı appeared first on Komanda.az.

“Qarabağ” Kuakuya görə peşman olub?

7 February 2026 at 20:30

“Qarabağ” 2025/26 mövsümünün əvvəlində Portuqaliyanın “Mafra” klubundan yarımmüdafiəçi Kris Kuakunu böyük ümidlərlə heyətinə qataraq rotasiyanı genişləndirməyi hədəfləmişdi. Ağdam klubu onunla 2+2 illik müqavilə imzalamışdı.

UEFA Çempionlar Liqası, Azərbaycan Premyer Liqası və ölkə kubokunda paralel mübarizə aparan “köhlən atlar” üçün geniş və keyfiyyətli heyət hər zaman prioritet olub. Ancaq Fil Dişi Sahilindən olan futbolçu baş məşqçi Qurban Qurbanovun gözləntilərini doğrulda bilmədi. Artıq görünən odur ki, Ağdam təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin transferinə görə müəyyən mənada peşmandır. Kuaku Qurbanovun start “11-liyində” möhkəmlənə bilmir və mövsümü demək olar ki, ehtiyat oyunçular skamyasında keçirir. O, “Qarabağ”ın ölkə kubokunda keçirdiyi iki matçın hər ikisinə start heyətdə başlasa da, bu qarşılaşmaların heç birində 90 dəqiqə meydanda qala bilmədi. Premyer Liqa oyunlarında da mənzərə aşağı-yuxarı oxşardır. Gah start heyətdə meydana çıxır, sonradan əvəz olunur, gah da ehtiyatdan oyuna qoşulur. Heç cür sabit oyun nümayiş etdirə bilmir ki, bilmir.

Daha diqqətçəkən məqam isə Kuakunun adının UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”a qarşı keçiriləcək matçlar üçün iştirak ərizəsindən çıxarılmasıdır. Onun yerinə uzun müddət ağır zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan Kadi Borgesin adının siyahıya daxil edilməsi çox şeydən xəbər verir. Bu qərar Qurban Qurbanovun artıq Kuakunu planlarından çıxardığının mesajı ola bilər.

Kəsəsi, adətən hər transferi xırdalığına qədər incələyən, təhlil edən “Qarabağ” görünür, bu dəfə seçimində yanılıb. Kuakunun transferi gözləntiləri doğrultmadı və artıq indidən uğursuz keçid kimi qiymətləndirilir.

Fəxri Rüstəmli

The post “Qarabağ” Kuakuya görə peşman olub? appeared first on Komanda.az.

“Mingəçevir”dən darmadağın

7 February 2026 at 19:29

1-ci Liqada 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Şimal” “Mingəçevir”lə qarşılaşıb. Qonaqlar bu oyunda darmadağına seviniblər.

1-ci Liqa
13-cü tur

7 fevral

“Şimal” – “Mingəçevir” 0:3
Qollar
: Məhəmməd Səfərov, 17. Bahadur Həziyev, 66-pen. Kennet Kalunqa, 83.

Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınmışdı:

“Cəbrayıl” – MOİK 2:2
“Şəfa” – “Baku Sportinq” 1:1
“Zaqatala” – “Səbail” 0:1
“Şahdağ Qusar” – “Difai” 4:0

The post “Mingəçevir”dən darmadağın appeared first on Komanda.az.

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin finalında

7 February 2026 at 18:28

Azərbaycanın bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində turnirində finala vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, Balabəy Ağayev (60 kq) buna nail olub.

27 yaşlı idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.

Bu raundda məğlub olan Ruslan Paşayev (66 kq) üçüncü yer uğrunda görüşə çıxacaq. Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.

“Böyük Dəbilqə” fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda 8 cüdoçu ilə təmsil olunur.

The post Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin finalında appeared first on Komanda.az.

Alvares dörd top-klubun transfer siyahısındadır

7 February 2026 at 17:27

“Atletiko”nun hücumçusu Xulian Alvares yay transfer pəncərəsində klubunu dəyişmək üçün böyük şanslara malikdir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu üçün sərt rəqabət yaranacağı bildirilir.

Ona “Barselona”, PSJ və İngiltərə Premyer Liqasının iki top-klubu maraq göstərir. Bu klublar artıq yanvarda Alvares üçün sorğu göndəriblər.

26 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 31 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

The post Alvares dörd top-klubun transfer siyahısındadır appeared first on Komanda.az.

“Yuventus” istəyir – Matteusun “Bayern”ə məsləhət gördüyü futbolçunu

7 February 2026 at 16:47

“Leyptsiq”in yarımmüdafiəçisi Xavyer Şlager cari mövsümün sonunda karyerasını İtaliyada davam etdirə bilər. 28 yaşlı futbolçu Almaniya klubundan azad agent statusu ilə ayrılacaq və başa çatacaq müqaviləsinin müddətinin uzadılmayacağı bildirilir.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, “Yuventus” artıq bir neçə aydır Şlagerin durumunu yaxından izləyir.

Turin təmsilçisinin rəhbərliyi yarımmüdafiə xəttini gücləndirmək üçün onu ideal variant hesab edir. İtaliyalılar avstriyalı futbolçunun oyun intellektini, yüksək işgüzarlığını və təcrübəsini xüsusilə dəyərləndirir.

Şlager cari mövsümdə “Leyptsiq”in heyətində 19 oyuna çıxaraq, 2 qol vurub. Yaxın vaxtlarda Almaniya futbolunun tanınmış siması Lotar Matteus onun namizədliyini “Bayern”ə tövsiyə etmişdi.

The post “Yuventus” istəyir – Matteusun “Bayern”ə məsləhət gördüyü futbolçunu appeared first on Komanda.az.

Macar futbolçu həftəlik 290 min avro maaş istəyir

7 February 2026 at 16:25

“Liverpul” rəhbərliyi yarımmüdafiəçi Dominik Soboslai ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

Mersisayd klubu macar futbolçunun maliyyə şərtlərini qəbul etməyə hazırdır. 25 yaşlı yarımmüdafiəçi yeni müqavilədə həftəlik 290 min avro maaş almaq istəyir. Hazırkı müqavilənin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Soboslai cari mövsümdə 33 oyunda iştirak edib, 8 qol vurub və 7 məhsuldar ötürmə verib.

The post Macar futbolçu həftəlik 290 min avro maaş istəyir appeared first on Komanda.az.

“Gəncə” NTD-ni məğlub etdi

7 February 2026 at 16:07

Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, NTD “Gəncə”nin qonağı olub. Gəncə Olimpiya İdman Kompleksində gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 104:85.

“Gəncə” A qrupunda 24 xalla üçüncü, NDT 18 xalla sonuncu altıncı pillədə qərarlaşıb.

Tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” “Sərhədçi”ni (97:89), “Ordu” “Naxçıvan”ı (95:92) məğlub edib.

The post “Gəncə” NTD-ni məğlub etdi appeared first on Komanda.az.

Rafinya: “Qavi həmişə hər şeyi unudur”

7 February 2026 at 15:43

“Barselona”nın hücumçusu Rafinya Dias komanda yoldaşı Qavi barədə maraqlı açıqlama verib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, Qavinin tez-tez əşyalarını unutduğunu deyib:

“Qavi həmişə hər şeyi unudur… Pasport, qulaqlıq, çanta… Biz daim dayanıb onun əşyalarını axtarmalı oluruq. Adətən, komandanın avadanlıq işçiləri dəzgahı yoxlayır və hər zaman əşyalarını tapırlar. Mən isə avtobusda arxada oturub baxıram, heç nə qoyub getmədiyinə əmin olmaq üçün”.

21 yaşlı Qavi hazırda diz əməliyyatından sonra bərpa prosesindədir. O, cari mövsümdə La Liqada 2 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. Onun meydana qayıdışı fevralın sonu – martın əvvəllərinə gözlənilir.

The post Rafinya: “Qavi həmişə hər şeyi unudur” appeared first on Komanda.az.

Argentinalı müdafiəçi “Barselona”ya keçə bilər

7 February 2026 at 15:20

“Barselona” heyətini gücləndirmək üçün planlar qurur.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, Kataloniya klubunun “radar”ına “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines düşüb.

Bildirilir ki, “qırmızı şeytanlar” 28 yaşlı futbolçunu satmaq istəmirlər. Ancaq “Barselona”ya yaxın mənbələr hesab edirlər ki, qiymət münasib olarsa, transfer reallaşa bilər. “Mançester Yunayted” Martines üçün təxminən 55 milyon avro tələb edə bilər.

Argentinalı müdafiəçi “Mançester Yunayted”in heyətində 104 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun komandası hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və UEFA Çempionlar Liqası zonasındadır.

The post Argentinalı müdafiəçi “Barselona”ya keçə bilər appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibi “Liverpul”un futbolçusu ilə maraqlanır

7 February 2026 at 14:43

“Liverpul”un yarımmüdafiəçisi Körtis Cons karyerasını İngiltərə Premyer Liqasının başqa klubunda davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

İngiltərəli futbolçuya “Aston Villa”, “Tottenhem” və “Nyukasl” kimi klublar maraq göstərir. Sonuncular Consu italiyalı futbolçu Sandro Tonali ilə əvəz etmək niyyətindədirlər. Tonali yay transfer pəncərəsində satıla bilər.

25 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə “qırmızılar”ın heyətində 30 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Consun transferində maraqlı olan “Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

The post “Qarabağ”ın rəqibi “Liverpul”un futbolçusu ilə maraqlanır appeared first on Komanda.az.

“Napoli” “Tottenhem”in təklifini rədd edib

7 February 2026 at 14:19

“Napoli”nin yarımmüdafiəçisi Antonio Verqara qış transfer pəncərəsində İngiltərəyə köçə bilərmiş.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunu yanvarda “Tottenhem” heyətinə qatmağa çalışıb.

London kıubu italiyalı futbolçu üçün 20 milyon avro təklif etsə də, “Napoli” rəhbərliyi bunu rədd edib. Hazırda klubun planlarında ondan ayrılmaq yoxdur.

Verqara cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

The post “Napoli” “Tottenhem”in təklifini rədd edib appeared first on Komanda.az.

İsveçli hücumçu “Arsenal”ın ən yaxşısı seçildi

7 February 2026 at 13:43

“Arsenal”ın hücumçusu Viktor Qyokereş yanvar ayının ən yaxşı oyunçusu adına layiq görülüb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsveçli forvard azarkeşlərin səsverməsində 48 faiz səslə digər namizədləri – Qabriel Jezus, Martin Subimendi və Qabriel Martinellini qabaqlayıb.

Qyokereş ötən ay “topçular”ın heyətində 8 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun komandası hazırda Premyer Liqada 53 xalla turnir cədvəlinə başçılıq edir.

Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” növbəti turda “Sanderlend”i qəbul edəcək.

The post İsveçli hücumçu “Arsenal”ın ən yaxşısı seçildi appeared first on Komanda.az.

“Tottenhem” yeni transferə görə peşmandır

7 February 2026 at 13:21

“Tottenhem” “Atletiko”dan transfer etdiyi yarımmüdafiəçi Konor Qallaher üçün xərclədiyi böyük məbləğə görə artıq peşman olub.

Komanda.az “Topskills Sports UK”-ya istinadən xəbər verir ki, Qallaherin ehtiyatda qalmasının səbəbi təkcə şans məsələsi deyil. Belə ki, klub onun oyun səviyyəsindən də razı qalmayıb.

26 yaşlı yarımmüdafiəçi yanvarda “Tottenhem”ə keçib və klubla müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayıb. O, londonluların heyətində 3 oyuna çıxaraq, 1 məhsuldar ötürmə verib.

Qallaherin Premyer Liqadakı ilk nəticələri hələ də “Tottenhem” rəhbərliyinin gözləntilərini tam qarşılamır.

The post “Tottenhem” yeni transferə görə peşmandır appeared first on Komanda.az.

Ronaldo ərəbləri 2,4 milyard dollar ziyana salıb!

7 February 2026 at 12:47

Səudiyyə Ərəbistanının futbol liqası “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun davam edən boykotu səbəbindən ciddi maliyyə itkiləri ilə üz-üzə qalıb.

Komanda.az “Speedline”-a istinadən xəbər verir ki, bu vəziyyət səbəbindən “Fox Sports” (dünyada məşhur idman yayımı və media şəbəkələrinin ümumi adı) Səudiyyə Ərəbistanı liqası ilə əməkdaşlığı dayandırıb. Ümumi maliyyə zərəri 2,4 milyard dollar təşkil edir.

Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.

41 yaşlı futbolçu cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında 18 oyun iştirak edib, 17 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun boykotu liqaya ciddi təsir göstərərək həm klub, həm də liqa səviyyəsində böyük maliyyə zərərinə səbəb olub.

The post Ronaldo ərəbləri 2,4 milyard dollar ziyana salıb! appeared first on Komanda.az.

“Atletiko”da Simeone dövrü bitir?

7 February 2026 at 12:24

Cari mövsümün sonunda “Atletiko”da baş məşqçi dəyişikliyi baş verə bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, klubun uzun illərdir dəyişməz baş məşqçisi olan Dieqo Simeonenin madridlilərdən ayrılmaq ehtimalı var.

Bu qərarın əsas səbəbi argentinalı mütəxəssislə klubun idman direktoru Mateu Alemani arasında münasibətlərin ciddi şəkildə gərginləşməsidir. Klub daxilində böyük təsir gücünə malik olan Alemani ilə yaşanan fikir ayrılıqları Simeonenin gələcəyini sual altına salıb. Artıq rəhbərliyin 55 yaşlı baş məşqçini əvəzləyə biləcək namizədlər üzərində axtarışlara başladığı da iddia olunur.

Dieqo Simeone ilə “Atletiko” arasındakı münasibətlər 21-ci əsr dünya futbolunun ən uzunmüddətli və sadiq əməkdaşlıqlarından biri hesab olunur. Argentinalı mütəxəssis 2011-ci ilin sonunda Madrid təmsilçisinin “sükanı arxasına” keçib və artıq 14 ildən çoxdur ki, komandaya rəhbərlik edir.

The post “Atletiko”da Simeone dövrü bitir? appeared first on Komanda.az.

Hüseynov ÇSKA-ya qarşı oynadı, komandası uduzdu

7 February 2026 at 12:16

Futbol üzrə Bolqarıstan çempionatında 20-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə Sofiya ÇSKA-sının qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hüseynov da bu matçın iştirakçısı olub. 23 yaşlı müdafiəçi qarşılaşmaya start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

20 turdan sonra 24 xal toplayan “Arda” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

The post Hüseynov ÇSKA-ya qarşı oynadı, komandası uduzdu appeared first on Komanda.az.

Özbək futbolçu “Mançester Siti”nin ən yaxşısı seçildi

7 February 2026 at 11:51

“Mançester Siti”də yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Abdukodir Xusanov “şəhərlilər”də ötən ayın ən yaxşısı seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Özbəkistanlı futbolçu azarkeşlər arasında keçirilən sorğuya əsasən qalib olub. 21 yaşlı mərkəz müdafiəçisi qapıçı Canluici Donnarumma və yarımmüdafiəçi Bernardo Silvanı qabaqlayıb.

Xusanov yanvar ayında “Mançester Siti”nin heyətində 7 rəsmi matçda meydana çıxıb.

The post Özbək futbolçu “Mançester Siti”nin ən yaxşısı seçildi appeared first on Komanda.az.

“Mançester Siti” İngiltərə millisinin üzvü üçün mübarizə aparır

7 February 2026 at 11:48

İngiltərə Premyer Liqasının top-klubları “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson uğrunda mübarizəni davam etdirir.

Komanda.az “The i Paper Sport”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun adı daha çox “Mançester Yunayted”lə hallandırılsa da, “Mançester Siti” də bu transfer yarışından geri çəkilmir.

“Şəhərlilər” qarşıdakı yay transfer pəncərəsində “qırmızı şeytanlar”ı qabaqlayaraq, perspektivli yarımmüdafiəçini heyətə qatacaqlarına əmindirlər. Rəhbərlik Andersonu transfer bazarında ən çox tələb olunan futbolçulardan biri hesab edir və bu fürsəti əldən vermək niyyətində deyil.

İngiltərə millisinin üzvü olan futbolçunun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

The post “Mançester Siti” İngiltərə millisinin üzvü üçün mübarizə aparır appeared first on Komanda.az.

“Gəncə”də yeni təyinat

7 February 2026 at 11:42

“Gəncə” basketbol klubunda məşqçi təyinatı gerçəkləşib.

Bu barədə Komanda.az-a bölgə təmsilçisindən məlumat verilib.

Zaur Məmmədov baş məşqçi Halil Atlının köməkçi təyin edilib.

43 yaşlı mütəxəssis son iki ildə klubun aşağı yaş qruplarından ibarət komandalarında çalışıb.

The post “Gəncə”də yeni təyinat appeared first on Komanda.az.

İngiltərə klubu Xulian Alvares üçün danışıqlara başlayıb

7 February 2026 at 11:22

“Atletiko”nun hücumçusu Xulian Alvares İngiltərə Premyer Liqasına keçməyə bir addım da yaxınlaşıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu “Çelsi”nin əsas transfer hədəflərindən biridir və klub artıq onun keçidi üzərində aktiv şəkildə çalışır.

Tərəflər arasında danışıqlar aparılır. Alvaresin nümayəndələrinin bu yaxınlarda Liqa kuboku çərçivəsində keçirilən “Çelsi” – “Arsenal” (0:1, ilk oyun – 2:3) oyunu zamanı Londonda olması da bu iddiaları daha da gücləndirib. Daha əvvəl “Arsenal”ın da onunla maraqlandığı xəbərləri yayılmışdı.

“Transfermarkt” portalına əsasən, Alvaresin bazar dəyəri 100 milyon avro olaraq qiymətləndirilir. Daha öncə onun üçün əsas namizəd kimi “Barselona” göstərilsə də, Premyer Liqa klublarının maliyyə imkanları kataloniyalılarla müqayisədə daha üstün hesab olunur.

Beləliklə, 26 yaşlı forvardın gələcək karyerasının İngiltərə ilə bağlı olması ehtimalı getdikcə artır.

The post İngiltərə klubu Xulian Alvares üçün danışıqlara başlayıb appeared first on Komanda.az.

Braziliyalı futbolçu “Qarabağ”ın rəqibini tərk edə bilər

7 February 2026 at 10:42

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş cari mövsümün sonunda klubunu dəyişə bilər.

“Sağsağanlar” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb və növbəti mövsüm UEFA Çempionlar Liqasından kənarda qalmaq riski ilə üz-üzədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun klub rəhbərliyi ilə şifahi razılaşması var. Belə ki, Çempionlar Liqasında çıxış edən hansısa bir klub “Nyukasl”a 80 milyon funt sterlinq (təxminən 92 milyon avro) məbləğində təklif göndərərsə, Gimarayeşin transferinə mane olunmayacaq.

28 yaşlı yarımmüdafiəçi üçün əsas namizəd “Mançester Siti”dir. Daha əvvəl futbolçu ilə adı hallanan “Mançester Yunayted” isə bu yarışda geri planda qalır.

Gimarayeşin klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Onun komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

The post Braziliyalı futbolçu “Qarabağ”ın rəqibini tərk edə bilər appeared first on Komanda.az.

“Bellingem “Real”da mənə çox kömək etdi” – Argentinalı futbolçu

7 February 2026 at 10:14

“Real”ın argentinalı futbolçusu Franko Mastantuono, komanda yoldaşı Çud Bellingem haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçuyla yaxşı dil tapdığını bildirib:

“Bellingem gözəl oyunçu və insandır, mən onu çox sevirəm. O, “Real”da mənə çox kömək etdi”.

Mastantuono 2025-ci ilin avqust ayında Argentinanın “River Pleyt” klubundan “Real”a keçib. 18 yaşlı futbolçu Madrid klubunda bütün yarışlarda 23 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. Bellingem isə 2023-cü ildən “Real”da çıxış edir.

The post “Bellingem “Real”da mənə çox kömək etdi” – Argentinalı futbolçu appeared first on Komanda.az.

Günün oyunları – TV

7 February 2026 at 09:30

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

7 fevral

Türkiyə, Super Liqa
15:30 Fatih Karagümrük – Antalyaspor (beİN Sports 1)
21:00 Samsunspor – Trabzonspor (Futbol 3, beİN Sports 1)

İngiltərə, Premyer Liqa
16:30 Mançester Yunayted – Tottenhem (İdman TV)
19:00 Arsenal – Sanderlend (beİN Sports 3)
19:00 Vulverhempton – Çelsi (beİN Sports 4)
21:30 Nyukasl – Brentford (İdman TV)

İspaniya, La Liqa
19:15 Barselona – Malyorka (İdman TV)
21:30 Sevilya – Jirona (Futbol 2)
00:00 Real Sosyedad – Elçe (İdman TV)

İtaliya, A Seriyası
21:30 Cenoa – Napoli (Futbol 1, Matç TV)
23:45 Fiorentina – Torino (Futbol 1, Matç TV)

Almaniya, Bundesliqa
21:30 Borussiya M – Bayer L (S Sport+)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Sabiq futbolçudan Karrikə məsləhət: “Dörd dəfə məğlub ol, sonra vəziyyəti dəyiş”

7 February 2026 at 08:29

“Arsenal”ın sabiq futbolçusu Pol Merson, Maykl Karrikin “Mançester Yunayted”in baş məşqçisi kimi gələcək perspektivləri barədə danışıb.

Komanda.az “Sportskeeda”-ya istinadən xəbər verir ki, o, Karrikin bu postu daimi olaraq tutmaq üçün yeganə şansının dörd məğlubiyyətə uğradıqdan sonra vəziyyəti dəyişmək olduğunu bildirib:

“Onun bu postu daimi olaraq tutmaq üçün yeganə şansı dörd məğlubiyyətə uğramaq və sonra vəziyyəti dəyişməkdir. İnsanlar məhz belə “qaçışlar”dan sonra böyük vəzifələrə namizədləri qiymətləndirirlər. Məsələn, Ole Qunnar Sulşer (“Mançester Yunayted”in sabiq baş məşqçi) bunun öhdəsindən gələ bilmədi. Karrik bunu bacararsa, təzyiqə tab gətirə biləcək”.

“Qırmızı şeytanlar” Premyer Liqada keçirdiyi 24 oyundan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda növbəti turda “Tottenhem”lə qarşılaşacaq.

The post Sabiq futbolçudan Karrikə məsləhət: “Dörd dəfə məğlub ol, sonra vəziyyəti dəyiş” appeared first on Komanda.az.

“Selta” “Osasuna”ya məğlub oldu

7 February 2026 at 02:52

İspaniya La Liqasında 23-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Selta” evdə “Osasuna” ilə qarşılaşıb. Oyun qonaqların qələbəsiylə yekunlaşıb.

İspaniya La Liqası
25-ci tur

6 fevral

Selta – Osasuna 1:2
Qollar
: B.İqlesias, 53-pen – Budimir, 35. R.Qarsiya, 79.

7 fevral

17:00. Rayo Valyekano – Real Ovyedo
19:15. Barselona – Malyorka
21:30. Sevilya – Jirona
00:00. Real Sosyedad – Elçe

8 fevral

17:00. Alaves – Xetafe
19:15. Atletik – Levante
21:30. Atletiko – Betis
00:00. Valensiya – Real

9 fevral

00:00. Vilyarreal – Espanyol

The post “Selta” “Osasuna”ya məğlub oldu appeared first on Komanda.az.

“Lids”dən inamlı qələbə

7 February 2026 at 02:41

İngiltərə Premyer Liqasında 25-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Lids” evdə “Nottingem Forest”lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

İngiltərə Premyer Liqası
25-ci tur

6 fevral

Lids – Nottingem Forest 3:1
Qollar
: Boqle, 26. Okafor, 30. Kalvert-Lyuin, 49 – Lukka, 86.

7 fevral

16:30. Mançester Yunayted – Tottenhem
19:00. Arsenal – Sanderlend
19:00. Bornmut – Aston Villa
19:00. Börnli – Vest Hem
19:00. Fulhem – Everton
19:00. Vulverhempton – Çelsi
21:30. Nyukasl – Brentford

8 fevral

18:00. Brayton – Kristal Pelas
20:30. Liverpul – Mançester Siti

The post “Lids”dən inamlı qələbə appeared first on Komanda.az.

“Lill”dən “Mets”lə heç-heçə

7 February 2026 at 02:32

Fransa Liqa 1-də 21-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Mets” evdə “Lill”lə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Fransa Liqa 1
21-ci tur

6 fevral

Mets – Lill 0:0

7 fevral

20:00. Lans – Renn
22:00. Brest – Loryan
00:05. Nant – Olimpik (Lion)

8 fevral

18:00. Nitsa – Monako
20:15. Anje – Tuluza
20:15. Oser – Paris
20:15. Havr – Strasburq
23:45. PSJ – Olimpik (Marsel)

The post “Lill”dən “Mets”lə heç-heçə appeared first on Komanda.az.

Autsayderlərin dueli qolsuz bitdi

7 February 2026 at 02:00

İtaliya A Seriyasında 24-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Verona” evdə “Piza” ilə qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb.

İtaliya A Seriyası
24-cü tur

6 fevral

Verona – Piza 0:0

7 fevral

21:00. Cenoa – Napoli
23:45. Fiorentina – Torino

8 fevral

15:30. Bolonya – Parma
18:00. Leççe – Udineze
21:00. Sassuolo – İnter
23:45. Yuventus – Latsio

9 fevral

21:30. Atalanta – Kremoneze
23:45. Roma – Kalyari

18 fevral

23:45. Milan – Komo

The post Autsayderlərin dueli qolsuz bitdi appeared first on Komanda.az.

İlk oyunda heç-heçə

7 February 2026 at 01:45

Almaniya Bundesliqasında 21-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Union Berlin” evdə “Ayntraxt”la qarşılaşıb. Bu matçda qalib müəyyənləşməyib.

Almaniya Bundesliqası
21-ci tur

6 fevral

Union Berlin – Ayntraxt 1:1
Qollar
: Qerfeld, 87-pen – Braun, 83.

7 fevral

18:30. Frayburq – Verder
18:30. Haydenhaym – Hamburq
18:30. Maynts – Auqsburq
18:30. Sankt Pauli – Ştutqart
18:30. Volfsburq – Borussiya (Dortmund)
21:30. Borussiya (Mönhenqladbax) – Bayer

8 fevral

18:30. Köln – Leypsiq
20:30. Bayern – Hoffenhaym

The post İlk oyunda heç-heçə appeared first on Komanda.az.

“Bizə sabitlik lazımdır”

7 February 2026 at 00:44

“İnter”in baş məşqçisi Kristian Kivu, “Milan” olmasaydı, onların artıq çempionluq titulunu qazanacağını iddia edən fransalı futbolçu Adrien Rabyonun sözlərinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Milan”ın futbolçusunun açıqlamasına belə cavab verib:

“Rabyonun sözlərini eşitdim. Biz rəqabətli olmağa çalışırıq. Bizə sabitlik lazımdır, əvvəlki illər çox yüksək standartlar qoymuşuq. Biz çalışırıq. Mən oyunçuların trebl, çempionluq və ya Çempionlar Liqası haqqında düşünmələrinin qarşısını almağa çalışıram. Bu, bir təşvişə, həyəcana çevrilməməlidir”.

“İnter” hazırda A Seriyasının turnir cədvəlində liderdir.

The post “Bizə sabitlik lazımdır” appeared first on Komanda.az.

“Oyunçu transfer etmək asan deyil” – “Tottenhem”in baş məşqçisi

6 February 2026 at 23:33

“Tottenhem”in baş məşqçisi Tomas Frank klubun transfer siyasəti ilə bağlı fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı baş məşqçiyə klubun ciddi iddialarının olmaması ilə bağlı irad bildirilib. O isə bunları deyib:

“Bu sizin fikrinizdir. “Tottenhem” çox iddialıdır. Oyunçu transfer etmək asan deyil. Bu, “Football Manager” oyunu deyil”.

“Tottenhem” bu qış yalnız bir vacib transfer həyata keçirib. London klubu Madrid “Atletiko”sundan yarımmüdafiəçi Konor Qallaheri transfer edib. Bu keçid “Tottenhem”ə təxminən 40 milyon avroya başa gəlib.

“Tottenhem” 24 oyundan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yerdədir.

The post “Oyunçu transfer etmək asan deyil” – “Tottenhem”in baş məşqçisi appeared first on Komanda.az.

Before yesterdayMain stream

Flik “Barselona”nın transfer məsələlərində nələrə diqqət etdiyini açıqladı

6 February 2026 at 23:00

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubun transfer siyasəti barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Oyunçularla müqavilə bağlarkən verdiyimiz hər bir qərar diqqətlə nəzərdən keçirilməlidir və Deku kimi (klubun idman direktoru) hər şeyi müzakirə etdiyim əla bir tərəfdaşım var. Qərarlar qəbul edilərkən maliyyə vəziyyəti həmişə nəzərə alınır. Həmçinin, oyunçunun yaxşı insan olub-olmaması və onun gəlişinin komandaya necə kömək edə biləcəyi də vacibdir”.

Kataloniya klubu qış transfer pəncərəsi zamanı yalnız bir transfer edib. Müdafiəçi Joao Kanselo Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan icarə əsasında “Barselona”ya keçib.

The post Flik “Barselona”nın transfer məsələlərində nələrə diqqət etdiyini açıqladı appeared first on Komanda.az.

“Ordu”dan növbəti qələbə

6 February 2026 at 22:32

Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, B qrupunda “Naxçıvan” klubu ilə qarşılaşan “Ordu” 95:92 hesablı qələbə qazanıb.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” isə “Sərhədçi”ni (97:89) məğlub edib.

The post “Ordu”dan növbəti qələbə appeared first on Komanda.az.

“Barselona”nın yarımfinaldakı rəqibi bilindi

6 February 2026 at 22:00

İspaniya kubokunun yarımfinal mərhələsinin püşkatması keçirilib.

Komanda.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, “Atletiko” “Barselona” ilə, “Atletik” isə “Real Sosyedad”la qarşılaşacaq.

İlk oyunlar 10-12 fevral, cavab oyunları isə 3-5 mart tarixlərində keçiriləcək. Final aprel ayında Sevilyadakı “Olimpiko de Sevilla – La Cartuja” stadionunda olacaq.

The post “Barselona”nın yarımfinaldakı rəqibi bilindi appeared first on Komanda.az.

Sərbəst güləşdə ilk medalçılar müəyyənləşdi

6 February 2026 at 21:31

Sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı davam edir.

Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın dördüncü günündə sərbəst güləşdə 57, 65, 74, 86 və 97 kq-da medalçılar müəyyənləşib.

57 kq

  1. Muhəmməd İsmayılov (Neftçi)
  2. Sədrəddin Həsənov (FHN)
  3. Hüseyn Hüseynov (Neftçi), Fəqan Allahverdiyev (Sumqayıt, Təhsil)

65 kq

  1. Bəşir Verdiyev (Neftçi)
  2. Ağa Qasımov (Neftçi)
  3. Hüseyn İsmayılov (“Neftçi”, AHİTA), Fərid Ağasızadə (Mywrestling)

74 kq

  1. Nurlan Ağazadə (Neftçi)
  2. İsmayıl Rəhimli (Neftçi)
  3. Nihad Abasov (Mywrestling), Heydərəli Saidov (Neftçi)

86 kq

  1. Məhəmməd Abbaszadə (Neftçi)
  2. Qəzənfər Kazımlı (Təhsil)
  3. Nurlan Kərimov (DİN), Vüqar Hümbətov (Neftçi)

97 kq

  1. Fərhad Süleymanlı (Neftçi)
  2. Ayxan İmanov (Təhsil)
  3. Samuray Ələkbərov (Abşeron), Tapdıq Quliyev (Şəmkir)

The post Sərbəst güləşdə ilk medalçılar müəyyənləşdi appeared first on Komanda.az.

19-cu turun təyinatları açıqlandı

6 February 2026 at 21:00

Azərbaycan Premyer Liqasında 19-cu turun təyinatları məlum olub.

Komanda.az həmin təyinatları təqdim edir:

Azərbaycan Premyer Liqası, 19-cu tur

8 fevral

Sabah – Araz-Naxçıvan
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”, 16:00

Sumqayıt – Zirə
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30

9 fevral

İmişli – Kəpəz
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultni
AFFA nümayəndəsi: Seymur Səlimli
Quba OİK stadionu, 14:30

Turan Tovuz – Karvan-Yevlax
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”, 18:30

10 fevral

Şamaxı – Qarabağ
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı şəhər stadionu, 14:30

Neftçi – Qəbələ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”, 19:00

The post 19-cu turun təyinatları açıqlandı appeared first on Komanda.az.

Həsənovdan 1/4 finalın oyunlarındakı mübahisəli epizodlara şərh – VİDEO

6 February 2026 at 20:30

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən ilk oyunlarda qeydə alınmış mübahisəli epizodlara şərh verib.

Komanda.az həmin açıqlamalarla sizi də tanış edir:

The post Həsənovdan 1/4 finalın oyunlarındakı mübahisəli epizodlara şərh – VİDEO appeared first on Komanda.az.

Sərbəst güləş üzrə daha 5 çəkidə finalçılar bəlli oldu

6 February 2026 at 20:00

Güləş üzrə U-20 Azərbaycan çempionatı davam edir.

Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın dördüncü günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kq-da finalçılar müəyyənləşib.

61 kq

Camal Abbasov (“Neftçi”, Gəncə) – Məhəmmədəli Əlizadə (İmişli)

70 kq

Hacı Kərimov (Neftçi) – Sadiq Hüseynov (Neftçi)

79 kq

Elcan İsmayılzadə (Neftçi) – Əli Hacıyev (AİJA)

92 kq

Hüseyn Məmmədtağızadə (Neftçi) – İsmayıl Əsədli (Gəncə, Təhsil-1)

125 kq

Muxamad Qantemirov (AGF) – Yusif Dursunov (Neftçi)

The post Sərbəst güləş üzrə daha 5 çəkidə finalçılar bəlli oldu appeared first on Komanda.az.

“Jirona” “Barselona”nın futbolçusunu icarəyə götürmək istəyir

6 February 2026 at 19:29

“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Jirona” 18 yaşlı futbolçunu icarəyə götürməyi düşünərək, sonradan transfer etməkdə maraqlıdır. Kataloniya klubunun idman direktoru Deku isə perspektivli yarımmüdafiəçiylə müqavilə bağlamağın olduqca çətin olacağını, baş məşqçi Hans-Diter Flikin oyunçuya güvəndiyini və ona komandada əhəmiyyətli rol verməyə hazır olduğunu bildirib.

Bernal bu mövsüm “Barselona”nın 17 oyununda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. O, sentyabr ayında Kataloniya klubuyla 2029-cu ilin yayına qədər olan yeni müqavilə imzalayıb.

The post “Jirona” “Barselona”nın futbolçusunu icarəyə götürmək istəyir appeared first on Komanda.az.

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə”dəki ilk rəqibləri müəyyənləşdi

6 February 2026 at 19:00

Fransanın paytaxtı Parisdə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşibb.

Komanda.az xəbər verir ki, Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışında Azərbaycan 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 78 ölkədən 488 cüdoçu iştirak edəcək.

Paris “Böyük Dəbilqə”sinin təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 11:00-da, final bloku isə 20:00-da başlayacaq.

Kişilər

-60 kq, 1/16 final

Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə

-66 kq, 1/16 final

Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi ilə

Ruslan Paşayev – Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi ilə

-81 kq, 1/16 final

Zelim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi ilə

Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə

-100 kq, 1/16 final

Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası)

+100 kq, 1/16 final

Uşanqi Kokauri – Marvin Belz (Almaniya)

Kənan Nəsibov – Ştefan Heqi (Avstriya)

The post Azərbaycan cüdoçularının “Böyük Dəbilqə”dəki ilk rəqibləri müəyyənləşdi appeared first on Komanda.az.

“Naxçıvan” amerikalı basketbolçu ilə gücləndi

6 February 2026 at 18:30

“Naxçıvan” ABŞ-dan olan basketbolçu Roderik Smiti heyətinə qatıb.

Bu barədə Komanda.az-a klubdan məlumat verilib.

26 yaşlı oyunçu son olaraq Meksikanın “Mazatlan Venados” klubunda çıxış edib.

O, 2023-2024-cü illərdə “Sumqayıt” klubunun formasını geyinib.

The post “Naxçıvan” amerikalı basketbolçu ilə gücləndi appeared first on Komanda.az.

“İmişli”də yeni futbolçu

6 February 2026 at 18:00

“İmişli” heyətinə yeni futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi Raid Abbaszadə bundan sonra bölgə təmsilçisinin uğurları üçün mübarizə aparacaq.

The post “İmişli”də yeni futbolçu appeared first on Komanda.az.

“Şahdağ Qusar”dan darmadağın

6 February 2026 at 17:27

1-ci Liqada 13-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

“Şahdağ Qusar” “Difai” ilə qarşılaşıb və darmadağına sevinib.

Tura sabah keçiriləcək “Şimal” – “Mingəçevir” oyunu ilə yekun vurulacaq.

1-ci Liqa
13-cü tur

6 fevral

“Şahdağ Qusar” – “Difai” 4:0
Qollar
: Aqostinyo Çipesse, 12. Rahid Əmirquliyev, 59. Arsen Xalilov, 90+2. Famil Camalov, 90+4.

The post “Şahdağ Qusar”dan darmadağın appeared first on Komanda.az.

“Bayern” “İnter”in müdafiəçisini “qaralayıb”

6 February 2026 at 16:52

“İnter”in müdafiəçisi Yann-Aurel Bissek “Bayern” tərəfindən izlənilir.

Komanda.az xəbər verir ki, bu barədə SPORT1 məlumat yayıb.

25 yaşlı müdafiəçi ilə hələ birbaşa təmas olmasa da, Münhen klubu mərkəz müdafiəçiləri bazarını araşdırmağa davam edir. Bu, Dayo Upamekanonun komandada qalmasına baxmayaraq baş verir.

“İnter” yanvarda Bisseki İngiltərə Premyer Liqası klublarından birinə satmaqdan imtina edib. Milanlılar hazırda onun müqaviləsinin müddətini uzatmaq üçün danışıqlar aparır.

Almaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 21 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

The post “Bayern” “İnter”in müdafiəçisini “qaralayıb” appeared first on Komanda.az.

“Liverpul” Slota “dözməy”i seçib

6 February 2026 at 16:43

“Liverpul” cari mövsümü gözlənildiyi kimi keçirmir və bu səbəbdən, baş məşqçi Arne Slotun klubdakı gələcəyi ilə bağlı müzakirələr aparılır.

İngiltərə Premyer Liqasının son çempionu 24 turdan sonra turnir cədvəlində 6-cı pillədə qərarlaşıb və lider “Arsenal”dan 14 xal geri qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi nəticələrə baxmayaraq, niderlandlı mütəxəssisə tam etimad göstərir və onunla yolları ayırmağı planlaşdırmır. “Liverpul” Arne Slotun layihəsinə sadiq qalmaq niyyətindədir.

47 yaşlı baş məşqçinin Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. Bununla belə, yayılan şayiələrə əsasən, yanvarda “Real”dan ayrılan Xabi Alonsonun yaxın vaxtlarda Slotu əvəzləyə biləcəyi iddia olunur.

The post “Liverpul” Slota “dözməy”i seçib appeared first on Komanda.az.

Voleybol: Azərbaycan Yüksək Liqasında 12-ci tura yekun vuruldu

6 February 2026 at 16:39

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, “Murov Az Terminal”la qarşılaşan “DH Volley” komandası 3:0 (25:22, 25:17, 25:21) hesablı qələbəyə sevinib.

Oyun “Murov Az Terminal”ın idman zalında baş tutub.

Turun əvvəlki matçlarında “Azərreyl” UNEC-ə (3:1), “Turan” “Gəncə”yə (3:1) “Milli Aviasiya Akademiyası” isə “Abşeron”a (3:1) qalib gəlib.

The post Voleybol: Azərbaycan Yüksək Liqasında 12-ci tura yekun vuruldu appeared first on Komanda.az.

Azərbaycan Premyer Liqasında yanvarın ən yaxşı qolu müəyyənləşib

6 February 2026 at 16:33

Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasının 2025/2026 mövsümündə “ayın qolu” layihəsinin yanvar üçün qalibinin adını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

“Qəbələ”nin futbolçusu Domi Massumonun dəqiq zərbəsi yanvarın ən yaxşı qolu seçilib.

Qaliblər 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirilir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

The post Azərbaycan Premyer Liqasında yanvarın ən yaxşı qolu müəyyənləşib appeared first on Komanda.az.

“Mançester Yunayted”dən Mainu qərarı

6 February 2026 at 16:15

“Mançester Yunayted” yarımmüdafiəçisi Kobbi Mainunun gələcəyi ilə bağlı qərarını verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 20 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmağı planlaşdırır və yaxın vaxtlarda danışıqlara başlayacaq.

İngiltərəli oyunçunun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, cari mövsümdə İngiltərə Premyer Liqasında 15 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.

“Mançester Yunayted” hazırda Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

The post “Mançester Yunayted”dən Mainu qərarı appeared first on Komanda.az.

“Şamaxı”nın 60-cı qələbəsi

6 February 2026 at 16:08

“Şamaxı” ölkə kubokunda 60-cı qələbəsini qazanıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”a qarşı ev matçına təsadüf edib.

Şamaxının eyniadlı klubu 2:1 hesabı ilə qalib gəlib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub 60-cı qələbəsini 115-ci oyununda əldə edib.

“Şamaxı” evdə 34, səfərdə 24, neytral meydanda 2 dəfə qalib gəlib. Bu, yarışın tarixində 4-cü nəticədir. Yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”in hesabında daha çox qələbə var.

“Şamaxı” ilk qələbəsini 2001/2002 mövsümündə “Ümid”lə (Bakı) 1/8 finaldakı səfər matçında qazanıb – 3:1.

The post “Şamaxı”nın 60-cı qələbəsi appeared first on Komanda.az.

Kubok: 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub

6 February 2026 at 16:07

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub.

Komanda.az xəbər verir ki, dörd qarşılaşmada cəmi 4 top vurulub.

“Şamaxı” “Qarabağ”a 2:1, “Turan Tovuz” “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” qarşılaşmaları qolsuz bitib. Orta məhsuldarlıq 1,00-a bərabərdir.

Bu, 4 matçın keçirildiyi ilk oyunlar üçün antirekordun təkrarıdır. Elə ötən mövsümdə də eyni sayda qol qeydə alınıb: “Səbail” – “Qarabağ” 0:1, “Sabah” – “Sumqayıt” 0:0, “Kəpəz” – “Neftçi” 0:2, “Araz-Naxçıvan” – “Zirə” 1:0.

Bunadək isə 2004/2005 mövsümündə də 1/4 finalın ilk 4 görüşü 4 qolla bitib: “Neftçi” – “İnter” 0:0, “Gənclərbirliyi” – “MKT-Araz” 0:0, MOİK – “Xəzər Lənkəran” 0:1, “Karat” – “Bakı” 1:2.

Düzdür, bu raundda daha az – cəmi 2 qol vurulması da olub. Amma 1997/1998 mövsümündə 1/4 finalın ilk oyunlarından üçü baş tutub, birində isə texniki nəticə qeydə alınıb. Orta məhsuldarlıqda antirekord olsa da, ümumi oyun sayı da az olub: “Dinamo” – “Qarabağ” 0:0, “Kəpəz” – “Bakılı” 0:0, MOİK – “Neftçi” 1:1, “Pambıqçı” (Bərdə) – “Kür-Nur” -:+.

1/4 finalın cavab oyunlarında da ən az qolun qeydə alındığı mövsümlərdə 4 top vurulub. 1996/1997 və 1999/2000 mövsümlərində belə aşağı məhsuldarlıq yaşanıb.

The post Kubok: 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub appeared first on Komanda.az.

“Turan Tovuz” kubokda 10-cu qələbəsini qazanıb

6 February 2026 at 16:00

“Turan Tovuz” Azərbaycan kubokunda 10-cu qələbəsini qazanıb.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Kəpəz”lə ev qarşılaşmasında qeydə alınıb.

Tovuz təmsilçisi Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixində 18-ci, kubok matçında 10-cu qələbə olub. Evdə 5-ci dəfə qalib gələn qərblilər səfərdə də eyni sayda uğura malikdir.

“Turan Tovuz” ilk qələbəsini 2015/2016 mövsümünə təsadüf edən debüt matçında qazanıb. Qərblilər səfərdə gerçəkləşən 1/16 final görüşündə MOİK-i məğlub edib – 2:1.

The post “Turan Tovuz” kubokda 10-cu qələbəsini qazanıb appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Məğlubiyyət çox ağır hissdir”

6 February 2026 at 15:54

“Nyukasl”ın baş məşqçisi Eddi Hou komandanın son nəticələri barədə fikirlərini açıqlayıb.

Komanda.az “sağsağanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı məğlubiyyətin çox ağır hiss olduğunu deyib:

“Məğlubiyyət çox ağır hissdir. Onu qəbul etmək, yenidən düşünmək və ondan dərs çıxarmaq lazımdır. Biz bunu mümkün qədər tez etməyə çalışırıq”.

Onun sözlərinə görə, “indi əsas məqsəd futbolçuların növbəti oyuna pozitiv əhval-ruhiyyə ilə hazırlaşmasıdır, baxmayaraq ki, bu asan olmayacaq”.

“Nyukasl” İngiltərə kubokunun yarımfinalında “Mançester Siti”yə uduzaraq (1:3, ilk oyunda 0:2) finala çıxa bilməyib. Komanda bütün turnirlər üzrə son 4 oyunda qələbə qazana bilməyib və bu müddətdə 3 məğlubiyyət alıb.

Hounun yetirmələri Premyer Liqanın növbəti turunda “Brentford”u qəbul edəcək.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

The post “Qarabağ”ın rəqibinin baş məşqçisi: “Məğlubiyyət çox ağır hissdir” appeared first on Komanda.az.

ÇL: “Qarabağ”ın futbolçusunun qolu ən yaxşılar arasında

6 February 2026 at 15:43

UEFA bu mövsüm Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələlərində ən yaxşı qollardan ibarət videomaterial tərtib edib. 

Komanda.az xəbər verir ki, bu siyahıda “Qarabağ”ın futbolçusu da özünə yer edib. Ağdam klubunun oyunçusu Emmanuel Addainin Çempionlar Liqasının 2-ci turunda “Kopenhagen”ə (2:0) vurduğu qol Çempionlar Liqasının ən yaxşıları arasındadır.

“Qarabağ”ın heyətində Addaidən əvvəl Abdullah Zubir fərqlənmişdi.

The post ÇL: “Qarabağ”ın futbolçusunun qolu ən yaxşılar arasında appeared first on Komanda.az.

Karrik “Mançester Yunayted”də Amorimin etmədiyini edir

6 February 2026 at 15:34

“Mançester Yunayted”in yeni baş məşqçisi Maykl Karrik oyunçularına matçlardan sonra istirahət günü verir.

Komanda.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

“Qırmızı şeytanlar”ın keçmiş baş məşqçiləri Erik ten Haq və Ruben Amorim belə bir təcrübə tətbiq etməyiblər. Karrikin təyinatından sonra isə komandanın nəticələri nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

“Mançester Yunayted” 24 turun nəticəsinə əsasən, 41 xal toplayaraq Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və UEFA Çempionlar Liqası zonasındadır. Komanda növbəti turda, sabah “Tottenhem”lə qarşılaşacaq.

The post Karrik “Mançester Yunayted”də Amorimin etmədiyini edir appeared first on Komanda.az.

Azərbaycanın millisi Gürcüstana uduzdu

6 February 2026 at 15:23

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan milli 0:6 hesabı ilə uduzub.

Komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.

The post Azərbaycanın millisi Gürcüstana uduzdu appeared first on Komanda.az.

“Vest Hem” baş məşqçisini göndərməyi nəzərdən keçirir

6 February 2026 at 15:15

“Vest Hem” baş məşqçisi Nuno Espirito Santunun mövsümün sonunda göndərilməsini nəzərdən keçirir.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcının müqaviləsində komandanın Premyer Liqadan düşməsi halında, klubun onu işdən çıxarmaq hüququ mövcuddur. “Vest Hem” bu halda Santuya sözləşmənin vaxtından əvvəl pozulmasına görə hansısa maliyyə kompensasiyası ödəmək məcburiyyətində olmayacaq.

Komanda hazırda İngiltərə Premyer Liqasında 24 turun nəticəsinə əsasən 20 xal toplayaraq, turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və növbəti turda səfərdə “Bernli” ilə qarşılaşacaq.

The post “Vest Hem” baş məşqçisini göndərməyi nəzərdən keçirir appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin aparıcı futbolçusu geri dönür

6 February 2026 at 14:49

“Nyukasl”ın baş məşqçisi Eddi Hou, yarımmüdafiəçi Bruno Gimarayeşin bərpa prosesi barədə açıqlama verib.

Komanda.az “sağsağanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi, Gimarayeşin sağalmağa yaxınlaşdığını bildirib:

“Bruno sağalmağa yaxınlaşır. Fevralın 4-də səfərdə olanda məşq keçdi və özünü kifayət qədər yaxşı hiss etdi. Bu gün onunla görüşəcəm və ümid edirik ki, tam formada olacaq”.

28 yaşlı futbolçu yanvarda zədələnmiş və bir neçə oyunu buraxmışdı. O, cari mövsümdə 33 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun komandası növbəti turda “Brentford”u qəbul edəcək.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

The post “Qarabağ”ın rəqibinin aparıcı futbolçusu geri dönür appeared first on Komanda.az.

AFFA iki komandaya texniki məğlubiyyət verib

6 February 2026 at 14:46

AFFA Region Liqasında çıxış edən iki komandaya texniki məğlubiyyət verilib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar çıxarıb.

İmişlinin “Araz” komandası “Hacıqabul”la görüşün 86-cı dəqiqəsində meydanı tərk etdiyi üçün bu halla üzləşib. Oyun başa çatmadığından, bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Crystal” isə “Samur”la qarşılaşmada təyin olunan vaxtda meydana çıxmayıb. Bu səbəbdən, onlar da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıblar.

The post AFFA iki komandaya texniki məğlubiyyət verib appeared first on Komanda.az.

Sterlinq ortada qalıb – Premyer Liqada oynaya bilməz

6 February 2026 at 14:11

“Çelsi”nin sabiq oyunçusu Rahim Sterlinq bu mövsüm İngiltərə Premyer Liqasında iştirak etməyəcək.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu sərbəst agent statusunda olmasına baxmayaraq, İngiltərə çempionatının son mərhələsi üçün qeydiyyat müddəti bitmədən yeni klub tapmayıb.

Klublar azad agent statusunda olan futbolçuları martın 26-dək transfer edə bilərlər, ancaq bunun üçün heyətdə 25-dən az oyunçu olmalıdır. Hazırda Premyer Liqada belə klub yoxdur.

İngiltərəli futbolçu cari mövsümdə hələ heç bir oyunda iştirak etməyib.

The post Sterlinq ortada qalıb – Premyer Liqada oynaya bilməz appeared first on Komanda.az.

Türkiyə klubunda yeni baş məşqçi – Rəsmi

6 February 2026 at 14:01

Türkiyənin “Konyaspor” komandasının yeni baş məşqçisinin adı açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu İlhan Palutla anlaşıb.

Onunla 1,5 illik müqavilə imzalanıb.

The post Türkiyə klubunda yeni baş məşqçi – Rəsmi appeared first on Komanda.az.

Argentinalı futbolçu “Real”a keçmək istəyir

6 February 2026 at 13:44

Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes klubunu dəyişmək niyyətindədir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Real”a keçmək istəyir.

Argentinalı futbolçu İngiltərənin dumanlı havasından narazıdır və daha günəşli ölkədə çıxış etmək arzusundadır. “Kral klubu” isə onu komandaya qatmaqdan məmnun olar.

Fernandesin “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir. O, cari mövsümdə 36 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə verib.

The post Argentinalı futbolçu “Real”a keçmək istəyir appeared first on Komanda.az.

İngiltərə klubunun müdafiəçisi “Beşiktaş”da – Rəsmi

6 February 2026 at 13:20

“Vulverhempton”un müdafiəçisi Emmanuel Aqbadu İngiltərəni tərk edərək, karyerasını “Beşiktaş”da davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahilindən olan futbolçu “canavarlar”da keçən ilin sentyabrından çıxış edirdi. O, cari mövsümdə 17 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib. “Transfermarkt” portalına görə, 28 yaşlı müdafiəçinin bazar dəyəri 18 milyon avrodur.

“Beşiktaş” Türkiyə çempionatında 20 turdan sonra 36 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda lider “Qalatasaray”dan 13 xal geridir.

The post İngiltərə klubunun müdafiəçisi “Beşiktaş”da – Rəsmi appeared first on Komanda.az.

“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb

6 February 2026 at 13:17

Bir-birindən maraqlı və həyəcan dolu şans oyunlarının ünvanı olan “Azərlotereya” böyük uduşlarla sevindirməyə davam edir. Son günlər qeydə alınan uduşlar oyunsevərlərin marağını daha da artırıb.

Çoxlarının sevimlisi olan “Binqo”da növbəti rekord qeydə alınıb. Belə ki, “Binqo” oyununda 50 qəpiklə 71 125 manatlıq cekpot qazanılıb.

“Virtual Binqo” 90-dək nömrələnmiş şarların lototrondan çıxarılması ilə keçirilən virtual ədədli lotereya oyunudur.

Bu oyunda hər 5 dəqiqədən bir cekpot qazanmaq fürsəti var. Oyunçular həm 50 qəpiklik, həm də 1 AZN-lik otaqlarda şanslarını sınaya bilərlər.

Yalnız 18 yaşına çatmış şəxslər azerlotereya.commisli.az saytlarında qeydiyyatdan keçərək oyun qaydaları ilə tanış ola, könüllü şəkildə şans oyunlarında iştirak edə bilərlər.

The post “Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb appeared first on Komanda.az.

“Arsenal” braziliyalı futbolçu ilə danışıq aparıb

6 February 2026 at 12:48

“Arsenal” “Korintians”ın yarımmüdafiəçisi Breno Bidonla ilkin danışıqlar aparıb.

Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, “Çelsi”nin bu transferə müdaxilə edə biləcəyi bildirilir. Amma “topçular” braziliyalı futbolçunu transfer etmək üçün ən yaxın mövqedədir.

“Korintians”la müqaviləsində Bidon üçün 100 milyon avro məbləğində çıxış maddəsi göstərilib. Ancaq San Paulo klubu 20 yaşlı futbolçunun perspektivini real qiymətləndirir və yayda onu 30 milyon avroya satmağa razı ola bilər.

Bidon 2024-cü ilin martından etibarən “Korintians”ın əsas komandasında çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 107 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin sonuna qədərdir.

The post “Arsenal” braziliyalı futbolçu ilə danışıq aparıb appeared first on Komanda.az.

Səudiyyə Ərəbistanı çempionatı rəsmisindən Ronaldonun “üsyan”ına reaksiya

6 February 2026 at 12:32

Səudiyyə Ərəbistanının Pro Liqası rəsmiləri “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun komandanın transfer pəncərəsində güclənməməsindən narazı qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Daha əvvəl xəbər verilmişdi ki, bu səbəbdən portuqaliyalı futbolçu “Əl-Nəsr”in oyunlarını boykot etməklə yanaşı, yayda klubu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qurum rəsmilərindən biri Pro Liqanın sadə prinsip üzərində qurulduğunu, hər bir klubun müstəqil şəkildə fəaliyyət göstərdiyini, həmçinin, eyni qaydalara tabe olduğunu deyib:

“Klubların öz idarə heyətləri, rəhbərləri və futbol komandaları var. Oyunçu transferləri, xərclər və strategiya barədə qərarlar yalnız klublar tərəfindən qəbul edilir və maliyyə strukturu çərçivəsində həyata keçirilir. Bu struktur bütün liqa üzrə bərabər şəkildə tətbiq olunur”.

O, həmçinin, əlavə edib ki, Ronaldonun gəlişindən bəri “Əl-Nəsr”in həyatında əhəmiyyətli rolu olub və klubun inkişafında, iddialarının reallaşmasında iştirak edib:

“Hər bir yüksək səviyyəli idmançı kimi, o da qalib gəlmək istəyir. Ancaq heç kim – nə qədər önəmli olsa da, öz klubundan kənar qərar vermir. Son transfer hərəkətləri klubların müstəqilliyini bir daha göstərib. Bəzi klublar güclənmə yolunu seçib, digərləri isə fərqli strategiya tətbiq edib. Bütün bu qərarlar maliyyə parametrlərinə uyğun olaraq klublar tərəfindən qəbul edilib”.

The post Səudiyyə Ərəbistanı çempionatı rəsmisindən Ronaldonun “üsyan”ına reaksiya appeared first on Komanda.az.

İngiltərə millisinin sabiq üzvü futbola qayıdır

6 February 2026 at 12:19

İngiltərəli yarımmüdafiəçi Aleks Oksleyd-Çemberleyn uzun müddət azad agent statusunda qaldıqdan sonra yenidən futbola qayıtmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Şotlandiyanın “Seltik” klubu ilə müqavilə imzalamağa yaxındır. Gözləntilərə görə, tərəflər bu gün 6 aylıq müqavilə bağlayacaq.

Çemberleyn ötən ilin yayında “Beşiktaş”dan ayrılmışdı. O, karyerası ərzində “Liverpul” və “Arsenal” kimi klublarda çıxış edib, peşəkar futbol yoluna isə “Sauthempton”da başlayıb.

İngiltərəli futbolçu 2012–2019-cu illər aralığında millinin formasını 35 dəfə geyinib, bu müddətdə 7 qol vurub və 6 məhsuldar ötürmə verib.

The post İngiltərə millisinin sabiq üzvü futbola qayıdır appeared first on Komanda.az.

Tahir Gözəl: “Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın”

6 February 2026 at 12:03

“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan Televiziyasına açıqlama verib. 

Komanda.az xəbər verir ki, o, “Neftçi” ilə oynayacaqları matçın təxirə salınmasını istədiklərini bildirib:

“Qrafikimiz çox ağırdır, çox çətindir. “Neftçi” ilə daim təmasdayıq. “Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma qərar onlarındır. Hər bir qərarlarına böyük ehtiramla yanaşacağıq”.

“Qarabağ” fevralın 18-də Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la, Azərbaycan Premyer Liqasının 21-ci turunda isə fevralın 21-də  “Neftçi” ilə qarşılaşacaq.

Bu arada, yayılan son məlumatlara görə, “Neftçi” – “Qarabağ” oyunu təxirə salınacaq.

The post Tahir Gözəl: “Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın” appeared first on Komanda.az.

Tanınmış futbolçu MLS klubu ilə anlaşıb

6 February 2026 at 11:47

Yarımmüdafiəçi Xames Rodriqes karyerasını MLS-də davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “Minnesota Yunayted” klubu ilə razılığa gəlib.

Kolumbiyalı oyunçu ABŞ təmsilçisinə azad agent statusunda qoşulacaq. Tərəflər arasında razılaşmanın rəsmiləşdirilməsi üçün yalnız son detalları dəqiqləşdirmək qalır.

Rodriqes yanvarın əvvəlində Meksikanın “Leon” klubundan ayrıldıqdan sonra azad agent idi. Çempionlar Liqasının ikiqat qalibi karyerası ərzində “Portu”, “Monako”, “Real”, “Bayern” və “Everton” kimi klubların formasını geyinib. Son üç ildə isə “Olimpiakos”, “San-Paulu”, “Rayo Valyekano” və “Leon”da çıxış edərək müxtəlif liqalarda özünü sınayıb.

The post Tanınmış futbolçu MLS klubu ilə anlaşıb appeared first on Komanda.az.

“Yuventus” “Qarabağ”ın rəqibinin futbolçusundan əl çəkmir

6 February 2026 at 11:31

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali hələ də “Yuventus”un maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu uzun müddətdir Turin təmsilçisinin transfer hədəflərindən biri hesab olunur. Ancaq yüksək transfer məbləği “Yuve” üçün əsas problem olaraq qalır.

“Yuventus” ümidini itirməyib və yaz aylarından etibarən Tonalinin transferi üzərində aktiv işləməyə hazırlaşır. “Nyukasl” futbolçusu üçün təxminən 90 milyon avro tələb edir. Bu isə Premyer Liqa klublarına “Yuventus”dan daha üstün mövqe qazandırır.

Tonali 2023-cü ilin yayında “Milan”dan 60 milyon avrodan artıq məbləğə “Nyukasl”a transfer olunub. İtaliya millisinin üzvünün İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

The post “Yuventus” “Qarabağ”ın rəqibinin futbolçusundan əl çəkmir appeared first on Komanda.az.

Ronaldonun “üsyan”ı davam edir

6 February 2026 at 11:13

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo meydana qayıtmaq niyyətində deyil. Dünən 41 yaşını qeyd edən portuqaliyalı futbolçu komandanın oyunlarını boykot etməyə davam edir.

Komanda.az “Al Nassr Zone”-yə istinadən xəbər verir ki, Ronaldo klub rəhbərliyinə “səmərəsiz idarəetmə” ilə bağlı vəziyyət həll olunmayana qədər çempionat matçlarında iştirak etməyəcəyini bildirib.

Daha əvvəl müxtəlif mənbələr Kriştiano Ronaldonun yay transfer pəncərəsində “Əl-Nəsr”dən ayrılma ehtimalı barədə məlumatlar yayıb.

Bildirilir ki, onun karyerasını Avropanın aparıcı liqalarından birində davam etdirməsi variantı müzakirə olunur. Həmçinin, portuqaliyalı oyunçuya MLS klublarından da maraq var.

The post Ronaldonun “üsyan”ı davam edir appeared first on Komanda.az.

Çempionlar Liqası: “Qarabağ” iştirak ərizəsində dəyişiklik edib

6 February 2026 at 11:08

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq “Qarabağ” iştirak ərizəsində dəyişiklik edib.

Komanda.az-a bu barədə Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.

İştirak ərizəsində Kris Kuakunu Kadi Borges əvəzləyib.

“Qarabağ”ın yeni transferi Jeremi Qnali isə iştirak ərizəsində yer almayıb.

“Qarabağ”la “Nyukasl” arasında ilk oyun fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-də, saat 00:00-da İngiltərədə keçiriləcək.

Kadinin adı noyabr ayında zədələndiyi üçün iştirak ərizəsindən çıxarılmışdı.

The post Çempionlar Liqası: “Qarabağ” iştirak ərizəsində dəyişiklik edib appeared first on Komanda.az.

Rafinya ilə bağlı qeyri-müəyyənlik var

6 February 2026 at 10:47

“Barselona”nın futbolçusu Rafinya Dias hələ də son zədəsindən tam bərpa olunmayıb.

Braziliyalı vinger İspaniya kubokunda “Albasete”yə qarşı keçirilən son matçı buraxıb. O, La Liqada “Elçe” ilə keçirilən əvvəlki oyunda isə əzələ diskomfortu səbəbindən fasilədə əvəzlənib.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Rafinya dünən “Barselona”nın məşqində iştirak etməyib. Bu səbəbdən, 29 yaşlı futbolçunun qarşıdakı “Malyorka” ilə oyunda meydana çıxması sual altındadır.

Rafinya cari mövsümdə 22 oyunda iştirak edib, 13 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun komandası sabah La Liqanın 23-cü turu çərçivəsində “Malyorka”nı qəbul edəcək.

The post Rafinya ilə bağlı qeyri-müəyyənlik var appeared first on Komanda.az.

Levandovski ehtiyat oyunçu olmağa razıdır

6 February 2026 at 10:27

“Barselona”nın hücumçusu Robert Levandovski klubda ehtiyat oyunçu statusunda da qalmağa hazırdır. 37 yaşlı futbolçu cari mövsümdə əsas heyətdə daimi yer ala bilmir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, əvvəlki illərdə polşalı forvard start heyətindəki mövqeyini itirsəydi, ciddi şəkildə ayrılıq barədə düşünə bilərdi. Ancaq indi vəziyyət fərqlidir.

O, yaşını və əvvəlki səviyyəni qorumağın çətinliyini anlayır, buna görə də rotasiya çərçivəsində oynamağa razıdır.

Levandovskinin “Barselona” ilə müqaviləsinin müddəti yayda başa çatacaq. Kataloniya klubu isə hələlik onunla əməkdaşlığın davam etdirilib-etdirilməyəcəyi barədə yekun qərar verməyib.

The post Levandovski ehtiyat oyunçu olmağa razıdır appeared first on Komanda.az.

Del Pyero: “Milan” skudettoya əsas namizəddir”

6 February 2026 at 10:06

“Yuventus”un sabiq oyunçusu Alessandro Del Pyero bu mövsüm A Seriyasının titul yarışında kimi favorit hesab etdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Milan” skudettoya əsas namizəddir, lakin yeganə namizəd deyil. Massimiliano Alleqrinin komandasının Avropa və ya kubok matçlarının olmaması üstünlüyü var. Digər komandalar artıq geridə qalıblar, lakin onlar yenə də “Milan” və “İnter”lə birlikdə titul yarışına qoşula bilərlər”.

“İnter” 23 turdan sonra 55 xalla turnir cədvəlinə başçılıq edir. “Milan” (50) ikinci yerdə qərarlaşıb, “Napoli” (46) və “Yuventus” (45) isə ilk dördlüyü tamamlayır.

“Napoli” 2024/25 mövsümündə İtaliya çempionluğunu qazanıb.

The post Del Pyero: “Milan” skudettoya əsas namizəddir” appeared first on Komanda.az.

Günün oyunları – TV

6 February 2026 at 09:29

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

6 fevral

Səudiyyə Ərəbistanı, Pro Liqa
21:30 Əl-Nəsr – Əl-İttihad (TRT Spor)

Almaniya, Bundesliqa
23:30 Union Berlin – Aytntraxt F (S Sport+)

İtaliya, A Seriyası
23:45 Verona – Piza (Futbol 1)

İngiltərə, Premyer Liqa
00:00 Lids – Nottingem Forest (İdman TV, beİN Sports 3)

İspaniya, La Liqa
00:00 Selta – Osasuna (Futbol 2, Matç TV)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Milan” “İnter”lə eyni təzyiq altında deyil” – Sabiq futbolçu

6 February 2026 at 08:28

“Milan”ın sabiq oyunçusu Massimo Ambrozini komandanın “Bolonya” ilə oyunundan sonra (3:0) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Milan”, şübhəsiz ki, qələbəyə layiq idi, inanılmaz dərəcədə yaxşı oyun göstərdilər. Bundan əlavə, “Milan” “İnter”lə eyni təzyiq altında deyil. “İnter” rəhbərliyi yüksək nəticələrə öyrəşdiyi üçün baş məşqçi Kristian Kivu liqanı qazanmaq baxımından təzyiq altındadır. Bu, “Milan” üçün əlavə üstünlük ola bilər”.

“Milan” hazırda İtaliya A Seriyasının turnir cədvəlində “İnter”dən 5 xal geridədir.

The post “Milan” “İnter”lə eyni təzyiq altında deyil” – Sabiq futbolçu appeared first on Komanda.az.

“Atletiko” darmadağınla yarımfinalda

6 February 2026 at 02:25

İspaniya kubokunun 1/4 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Betis” evdə “Atletiko” ilə qarşılaşıb. Darmadağına sevinən Madrid təmsilçisi sonuncu yarımfinalçı olub.

İspaniya kuboku
1/4 final mərhələsi

3 fevral

Albasete – Barselona 1:2
Qollar
: Moreno, 87 – Yamal, 39. Arauxo, 56.

4 fevral

Alaves – Real Sosyedad 2:3
Qollar
: Rebbax, 8. T.Martines, 29-pen – Oyarsabal, 15. Qedes, 76. Oskarsson, 80.

Valensiya – Atletik 1:2
Qollar
: U.Sadiq, 35 – U.Sadiq, 26-öz qapısına. İ.Uilyams, 90+6.

5 fevral

Betis – Atletiko 0:5
Qollar
: Hansko, 12. Simeone, 30. Lukman, 37. Qrizmann, 62. Almada, 83.

The post “Atletiko” darmadağınla yarımfinalda appeared first on Komanda.az.

“Monako” 1/4 finalda dayandı

6 February 2026 at 02:17

Fransa kubokunun 1/8 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Strasburq” evdə “Monako” ilə qarşılaşıb və qələbə qazanaraq 1/4 finala yüksəlib.

Fransa kuboku
1/8 final mərhələsi

3 fevral

Reyms – Le Man 3:0
Qollar
: Leoni, 38; 71. Benhattab, 84.

Olimpik (Marsel) – Renn 3:0
Qollar
: Quiri, 2. Qrinvud, 46. Obameyanq, 83.

4 fevral

Loryan – Paris 2:0
Qollar
: Şadiu, 55. Mbou, 82-öz qapısına.

Olimpik (Lion) – Laval 2:0
Qollar
: Endrik, 80. Hautbo, 90+4-öz qapısına.

Nitsa – Monpelye 3:2
Qollar
: Budaşe, 72. Mendi, 89. Diop, 90+7 – Pepra, 3-öz qapısına. Mendi, 69.

Tuluza – Amyen 1:0
Qol
: Qboho, 39.

Trua – Lans 2:4
Qollar
: Adeline, 45+4. Ripar, 63 – Sotoka, 41. Sima, 50; 58. Bulatoviç, 52.

5 fevral

Strasburq – Monako 3:1
Qollar
: Qodo, 7. Enkiso, 55; 61 – Bieret, 58.

1/4 finalda aşağıdakı qarşılaşmalar baş tutacaq:

Loryan – Nitsa
Olimpik (Lion) – Lans
Olimpik (Marsel) – Tuluza
Strasburq – Reyms

The post “Monako” 1/4 finalda dayandı appeared first on Komanda.az.

“Atalanta” “Yuventus”u yarımfinala buraxmadı

6 February 2026 at 02:04

İtaliya kubokunun 1/4 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün bir oyun baş tutub.

“Atalanta” evdə “Yuventus”la qarşılaşıb. Rəqibini 3 cavabsız qolla yenmiş “Atalanta” növbəti yarımfinalçı olub.

İtaliya kuboku
1/4 final mərhələsi

4 fevral

İnter – Torino 2:1
Qollar
: Bonni, 35. Diuf, 47 – Kulenoviç, 57.

5 fevral

Atalanta – Yuventus 3:0
Qollar
: Skamakka, 27-pen. Sulemana, 77. Paşaliç, 85.

10 fevral

00:00. Napoli – Komo

11 fevral

00:00. Bolonya – Latsio

The post “Atalanta” “Yuventus”u yarımfinala buraxmadı appeared first on Komanda.az.

“Barselona”da oynayıb, “Real”ı sevib

6 February 2026 at 01:00

“Barselona”nın sabiq yarımmüdafiəçisi Kevin-Prins Boatenq maraqlı açıqlama ilə gündəmə gəlib.

Komanda.az “DeadlineDayLive”-a istinadən xəbər verir ki, qanalı sabiq futbolçu sevimli klubunun əslində “Real” olduğunu etiraf edib:

“Mənim sevimli komandam həmişə “Real” olub. Kriştiano Ronaldonu (“Real”ın sabiq futbolçusu) dünyanın ən yaxşı oyunçusu hesab edirdim. Amma “Barselona”da çıxış etdiyim üçün mətbuat konfranslarında yalan danışmalı olurdum. Əks halda, orada oynaya bilməzdim”.

Boatenq 2019-cu ildə “Barselona”nın formasını icarə əsasında geyinib. Onun futbolçu karyerasında son klubu Berlin “Herta”sı olub. O, Qana millisinin heyətində 15 oyuna çıxıb və 2 qol vurub.

The post “Barselona”da oynayıb, “Real”ı sevib appeared first on Komanda.az.

Flikin Reşforddan tələbi

6 February 2026 at 00:33

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, Markus Reşford potensialını hələ tam şəkildə ortaya qoymayıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu mütəmadi olaraq məhsuldar çıxışı ilə yadda qalsa da və gözləntiləri xeyli üstələsə də, almaniyalı mütəxəssis onun oyununda inkişaf üçün hələ də yer olduğunu düşünür.

“Barsa”nın çalışdırıcısı Reşforddan rəqib qapısı önündə daha effektiv olmağı tələb edir. Söhbət xüsusilə, son ötürmə və zərbələrin keyfiyyətindən gedir. Flikin fikrincə, 28 yaşlı hücumçu bu komponentlərdə irəliləyiş etsə, öz potensialını tam şəkildə reallaşdıra bilər.

“Barselona” Reşfordu mövsümün sonuna qədər “Mançester Yunayted”dən icarəyə götürüb. Kataloniya klubunun onu 30 milyon avroya satın almaq hüququ da var.

The post Flikin Reşforddan tələbi appeared first on Komanda.az.

“Fənərbaxça”dan inamlı qələbə

6 February 2026 at 00:01

Türkiyə kubokunun qrup mərhələsində 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Konyaspor” evdə “Aliağa”ya, “Fənərbağça” “Ərzurumspor”a qalib gəlib. Səfərdə “Keçiörengücü” ilə qarşılaşmış “Qaziantep” darmadağına sevinib. “Kocaelispor” – “Beşiktaş” matçında isə qalib müəyyənləşməyib.

Türkiyə kuboku
Qrup mərhələsi, 3-cü tur

5 fevral

B qrupu
Konyaspor – Aliağa 4:0

C qrupu
Kocaelispor – Beşiktaş 1:1
Fənərbağça – Ərzurumspor 3:1
Keçiörengücü – Qaziantep 1:5

The post “Fənərbaxça”dan inamlı qələbə appeared first on Komanda.az.

“Pulişiç mövsümün ilk yarısında yaxşı oynadı, amma indi görünmür”

5 February 2026 at 23:41

“Milan”ın sabiq müdafiəçisi Alessandro Kostakurta mövsüm irəlilədikcə komandanın daha da inkişaf edəcəyinə şübhə etmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, komandaya əsas töhfəni verə biləcək futbolçuların adlarını çəkib:

“Mən Rafael Leaodan, eyni zamanda, Kristian Pulişiçdən danışıram. Pulişiç mövsümün ilk yarısında yaxşı oynadı, amma indi görünmür. Kristofer Nkunku da indikindən daha çox töhfə verə bilər. Düşünürəm ki, “Milan” inkişaf edə bilər”.

“Milan” hazırda A Seriyasının turnir cədvəlində lider “İnter”dən 5 xal geridədir.

The post “Pulişiç mövsümün ilk yarısında yaxşı oynadı, amma indi görünmür” appeared first on Komanda.az.

“İnter” qışı niyə “səssiz” keçirib? – Açıqlama

5 February 2026 at 23:22

“İnter”in prezidenti Cüzeppe Marotta klubun qış transfer pəncərəsində fəal olmamasına münasibət bildirib.

Komanda.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbəri heyəti gücləndirməyə ehtiyac duymadıqlarını deyib:

“Transfer pəncərəsi adətən komandaların problemlərini həll etdiyi dövrdür. Ancaq bizim buna ehtiyacımız yoxdur, çünki yayda çox yaxşı iş gördük. Kristian Kivu (baş məşqçi) həmçinin, akademiyanın futbolçularına güvənə bilər. Biz mövcud vəziyyətdən razıyıq”.

“İnter” hazırda A Seriyasında turnir cədvəlinə başçılıq edir. Komanda 23 turdan sonra 55 xal toplayıb və ikinci pillədə qərarlaşan “Milan”ı 5 xal qabaqlayır.

Kivunun rəhbərlik etdiyi komanda növbəti turda səfərdə “Sassuolo” ilə üz-üzə gələcək.

The post “İnter” qışı niyə “səssiz” keçirib? – Açıqlama appeared first on Komanda.az.

Qnabridən “Bayern”lə yeni müqavilə

5 February 2026 at 23:00

“Bayern” futbolçusu Serj Qnabrinin müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Münhen təmsilçisi 30 yaşlı vingerlə 2028-ci ilin yayına qədər sözləşmə imzalayıb.

Qnabrinin əvvəlki müqaviləsinin müddəti 2026-cı ildə başa çatırdı.

The post Qnabridən “Bayern”lə yeni müqavilə appeared first on Komanda.az.

“Quba” “Sərhədçi”ni məğlub etdi

5 February 2026 at 22:41

Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, günün yeganə matçında “Quba” “Sərhədçi” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan B qrupunun görüşündə “Quba” 97:89 hesablı qələbə qazanıb.

Tura fevralın 8-də yekun vurulacaq. Ötən gün “Sumqayıt” “Lənkəran”ı məğlub edib – 102:77.

The post “Quba” “Sərhədçi”ni məğlub etdi appeared first on Komanda.az.

“Kəpəz” “Turan Tovuz”a ilk oyunda belə uduzdu – VİDEO

5 February 2026 at 22:22

Komanda.az Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Turan Tovuz”la “Kəpəz” arasında keçirilmiş ilk oyundan (1:0) hazırlanmış videoicmalı təqdim edir:

The post “Kəpəz” “Turan Tovuz”a ilk oyunda belə uduzdu – VİDEO appeared first on Komanda.az.

Yamal: “Heç bir oyunda uduzmamalıyıq”

5 February 2026 at 22:00

“Barselona”nın hücumçusu Lamin Yamal bu mövsüm La Liqada titul uğrunda mübarizə barədə danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bu mübarizənin çətin və uzun olduğunu söyləyib:

“Bu, çox çətin və uzun bir turnirdir. Sona qədər heç nə həll olunmayacaq. Son tura qədər mübarizə aparmalıyıq. Xal toplamalı və heç bir oyunda uduzmamalıyıq. Hər matç vacibdir. Ümid edirik ki, bunu bacaracağıq”.

Kataloniya klubu İspaniya çempionatının 22 turundan sonra 55 xalla turnir cədvəlinə başçılıq edir.

The post Yamal: “Heç bir oyunda uduzmamalıyıq” appeared first on Komanda.az.

Yunan-Roma güləşi üzrə mübarizəyə yekun vuruldu

5 February 2026 at 21:29

Yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı davam edir.

Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın üçüncü günündə yunan-Roma güləşində 60, 67, 77, 87 və 130 kq-da medalçılar müəyyənləşib.

Bununla da yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

60 kq

  1. Maksut Cankurtaran (AHİTA)
  2. Nihat Bəhmənov (UGİM-10)
  3. Ayxan Əsədli (AHİTA), Nihad İsmayılzadə (MOİK)

67 kq

  1. Murad Əliyev (AHİTA)
  2. Roman Kərimov (DİN)
  3. Orxan Əliyev (Şəmkir), Saleh İbrahimov (Şuşa, UGİM)

77 kq

  1. Cavad Məmmədov (Neftçi)
  2. Cavidan Nehmətov (AHİTA)
  3. İslam Sultanov (DİN), Akif Nəcəfli (Sumqayıt, “Neftçi”)

87 kq

  1. Orxan Hacıyev (AHİTA)
  2. Abdulla Həsənov (AHİTA)
  3. Emil Abbasov (Neftçi)

130 kq

  1. Museyi Kazım Hüseyn (DİN)
  2. Əli Bayramov (Sumqayıt-Təhsil)
  3. Elməddin Rzayev (AHİTA)

The post Yunan-Roma güləşi üzrə mübarizəyə yekun vuruldu appeared first on Komanda.az.

“Hava şəraiti oyuna təsir edirdi” – Abışov

5 February 2026 at 21:13

“Turan Tovuz”un köməkçi məşqçisi Ruslan Abışov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan danışıb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:

“Hava şəraiti oyuna təsir edirdi. Qarşıda hələ oyunlar var. Hazırlaşıb daha yaxşı çıxış edəcəyik”.

Nəzrin

The post “Hava şəraiti oyuna təsir edirdi” – Abışov appeared first on Komanda.az.

❌
❌