Normal view

Today — 8 May 2026Main stream

Ölkə birinciliyinin qalibləri bilindi

8 May 2026 at 17:12

Stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb.

Futbolpress.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda U-19 və U-15 yaş qruplarındakı idmançılar bacarıqlarını göstəriblər. 4 gün davam edən birincilikdə paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.

Nəticələrə əsasən, U-19 yaş qrupunda şəxsi yarışlar Adil Əhmədzadə ilə Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib.
U-15 yaş qrupunda Onur Quluzadə ilə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəlib.

Qoşa yarışlarda Adil Əhmədzadə – Rüstəm Hacılı, Mərziyyə Nurmətova – Aylin Əsgərova tandemi U-19, Onur Quluzadə – Əliəkbər Mirzəliyev, Yağmur Məmmədli – Sofiya Trofimenko cütü isə U-15 yaş qrupunda birinci yeri tutub.
Qarışıq qoşa növündə isə Rüstəm Hacılı – Aylin Əsgərova, Onur Quluzadə Yağmur Məmmədli tandemi müvafiq yaş qruplarında baş mükafata layiq görülüb.

Qızların komanda mübarizəsində hər iki yaş qrupunda Sumqayıt-1, oğlanların yarışında isə Bakı-1 kollektivi qalib gəlib. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

Futbolçuları “Mingəçevir”i ziyana saldı

8 May 2026 at 16:45

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

5 may 2026-cı il tarixində I Liqada XXV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

5 may 2026-cı il tarixində I Liqada XXV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

5 may 2026-cı il tarixində I Liqada XXV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” komandasının 9 nömrəli futbolçusu Amil Yunanov azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Mingəçevir” komandası 3000 manat cərimə edilsin (maddə 52.4);

5 may 2026-cı il tarixində I Liqada XXV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” komandasının 27 nömrəli futbolçusu Elnur Mirzəyev rəqibə qarşı şifahi və ya qeyri-şifahi təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun oyuna buraxılmasın, “Mingəçevir” komandası 1200 manat cərimə edilsin (maddə 53.3, 11.3)

6 may 2026-cı il tarixində I Liqada XXV turun “Zaqatala” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Zaqatala” komandasının 2 nömrəli futbolçusu İlkin Qırtımov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Zaqatala” komandası 2400 manat cərimə edilsin (maddə 52.3);

6 may 2026-cı il tarixində I Liqada XXV turun “Zaqatala” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Səbail” komandasının 9 nömrəli futbolçusu Ruslan Voronsov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Səbail” komandası 2400 manat cərimə edilsin (maddə 52.3).

“Turan Tovuz” 700 manat cərimə ödəyəcək

8 May 2026 at 16:27

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda “Turan Tovuz” klubu 700 manat cərimələnib. Tovuz təmsilçisi “Zirə” ilə yarımfinal matçında 4 futbolçusu sarı vərəqə aldığı üçün bu qərarla üzləşib.

“Turan Tovuz” – “Zirə” oyunu 1:1 hesabıyla başa çatıb. “Zirə” iki oyunun nəticəsinə görə (ilk oyun 2:0) finala yüksəlib.

“Qarabağ” və Marko Yankoviçə ağır cəza

8 May 2026 at 16:21

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunda yarımfinalda keçirilən “Sabah” – “Qarabağ” oyunu ilə bağlı cəzaları açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Qərarlar:

“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri olan hissədən meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 6500 manat cərimə edilsin (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununun 37-ci dəqiqəsində “Qarabağ” komandasının 99 nömrəli qapıçısı Mateus Koxalski rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 1000 manat cərimə edilsin (maddə 46);

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının 8 nömrəli futbolçusu Marko Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 25500 manat cərimə edilsin (maddə, 45.3, 51.2, 53.3, 87.1);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən dəfələrlə pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 7000 manat cərimə edilsin (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşlərinin olduğu sektorda zərər və dağıntı törədildiyinə görə “Qarabağ” komandası 5000 manat cərimə edilsin. Stadionda sındırılmış 70 ədəd oturacağa görə dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışdığına, onu təhqir etdiyinə görə 6 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 18000 manat cərimə edilsin (maddə 45.3, 52.4);

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının əməkdaşı  İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 45.3)

“İmişli” – “Zirə”: heyətlər

8 May 2026 at 15:47

“İmişli” Misli Premyer Liqasının XXXI turunda bu gün “Zirə”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 16:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“İmişli”: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 70. Mehdi Tahirov 11. Vüsal Qənbərov 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular: 99. İmam Əli 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 10. Nikola Karaklaiç

Baş məşqçi: Jorj Kaşkilya

“Zirə”: 97. Tiaqo Silva 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 26. Stefan Aka 4. Ruan Renato 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 11. Junior Martins

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 9. Davit Volkov 5. Ange Mutsinzi 17. Ayron Qomis 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

“Sumqayıt” fəaliyyətini dayandırdı

8 May 2026 at 15:32

“Sumqayıt” Minifutbol Klubu fəaliyyətini dayandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.

“Maliyyə problemləri və sponsor dəstəyinin olmaması səbəbindən” Sumqayıt” Minifutbol Klubu fəaliyyətini dayandırır. Klubumuz Avropa Liqasına vəsiqə qazanmasına baxmayaraq, maddi çətinliklər səbəbindən turnirdə iştirakdan imtina etməli oldu. 8 illik fəaliyyətimiz boyunca Sumqayıtı layiqincə təmsil etdik, minifutbola futbolçular yetişdirdik, böyük ailəyə çevrildik və ölkənin ən güclü klublarından biri olduq. Klubun təsisçisi və rəhbəri Nicat Ələsgərov, ən uğurlu və sonuncu baş məşqçisi isə Nicat Məhərrəmov olmuşdur.

Bu illər ərzində klubumuz üçün əziyyət çəkən bütün futbolçulara, məşqçilərə və işçi heyətinə sonsuz təşəkkür edirik”.

Azərbaycanı Münhendə onlar təmsil edəcək

8 May 2026 at 15:09

Mayın 11-dən 14-dək Almaniyanın Münhen şəhərində taekvondo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, yarışda ölkəmizi 9 idmançı təmsil edəcək.

Kişilər arasında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Məhərrəmli (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq) və Elcan Əliyev (80 kq), qadınlar arasında isə Minayə Əkbərova (46 kq), Səmərrux Osmanova (49 kq) və Məryəm Məmmədova (53 kq) mübarizəyə qoşulacaqlar.

“Ədalətli İdman Ayı – 2026” çərçivəsində görüş

8 May 2026 at 14:50

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə ölkəmizdə keçirilən “Ədalətli İdman Ayı – 2026” çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisində görüş təşkil olunub.

Futbolpress.az xəbər verir ki, görüş Milli Məclisin Gənclər və idman komitəsi ilə AMADA-nın birgə əməkdaşlığı əsasında baş tutub.

Görüşün əsas məqsədi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tətbiqi, bu istiqamətdə görüləcək hazırlıq işləri, eləcə də təmiz və ədalətli idman prinsiplərinin təşviqi ilə bağlı fikir mübadiləsinin aparılması olub.

Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlardan bəhs edib, beynəlxalq arenada qazanılan nailiyyətlərin təmiz idman prinsiplərinə sadiqliklə daha da möhkəmləndiyini vurğulayıb. O, yeni Məcəllənin tətbiqinin ölkədə antidopinq siyasətinin daha da təkmilləşdirilməsinə və idmanda şəffaflığın gücləndirilməsinə töhfə verəcəyini bildirib.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə isə çıxışında yeni Məcəllənin əsas yenilikləri, beynəlxalq standartlarda nəzərdə tutulan dəyişikliklər və onların ölkə idmanına mümkün təsirləri barədə ətraflı məlumat verib. O, antidopinq sahəsində maarifləndirmə fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb, idmançılar, məşqçilər və idman ictimaiyyəti arasında təmiz və ədalətli idman prinsiplərinin təşviqinin yeni standartların effektiv tətbiqində mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, komitə üzvləri ilə AMADA əməkdaşları arasında antidopinq siyasətinin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda bu formatda görüşlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb və gələcəkdə növbəti görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.

AFFA rəsmiləri Özbəkistana nə üçün gedib?

8 May 2026 at 14:46

AFFA rəsmiləri işgüzar səfər çərçivəsində Özbəkistanda olub.

Futbolpress.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov, Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov və İnformasiya Texnologiyaları və Rəqəmsallaşma Departamentinin rəhbəri Rəhim Balakişiyev yer alıblar.

Onlar yerli futbol infrastrukturu və yaradılmış şəraitlə yaxından tanış olub, həmçinin müxtəlif istiqamətlər üzrə yerli mütəxəssislərlə bir sıra görüşlər keçirib, fikir mübadilələri aparıblar.

Səfər çərçivəsində Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Rövşən İrmatov Azərbaycan nümayəndə heyəti ilə görüşüb. İki ölkənin futbol qurumları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və futbolun müxtəlif istiqamətləri üzrə birgə fəaliyyət imkanları müzakirə olunub. Xüsusilə hakimlik sisteminin inkişafı, gənc hakimlərin hazırlanması və onların peşəkar səviyyəsinin artırılması məsələlərinə diqqət yetirilib.

Bununla yanaşı, futbolun rəqəmsallaşdırılması, müasir İT həllərinin tətbiqi, məlumat bazalarının idarə olunması və uşaq-gənclər futbolunun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər əməkdaşlığın daha da gücləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Anri çempionluğa ümid edir

8 May 2026 at 14:30

“Arsenal”ın sabiq futbolçusu Tyerri Anri londonluların Çempionlar Liqasında finala yüksəlmələrini şərh edib.

Futbolpress.az “Metro” nəşrinə istinadən xəbər verir ki, fransalı keçmiş hücumçu bunları deyib:

“Finala yüksəlməyimizə görə çox şadam. Görək, nə edəcəyik… Güclü rəqibə – son çempiona qarşı oynayacağıq. İnıram ki, “Arsenal” PSJ-ni də məğlub edəcək. Sonuncu dəfə bizim vaxtda – 20 il əvvəl komanda ÇL-də finala vəsiqə qazanıb. Bu mövsüm “Arsenal” möhtəşəm çıxış edir. Premyer Liqanı və Çempionlar Liqasını qazanmaq gücündədirlər. Düşünürəm ki, komanda adına hər şey müsbət sonluqla yekunlaşacaq”.

Vernidub onun transferini istəyir – danışıqlar başladı

8 May 2026 at 14:16

“Neftçi” icarə əsasında komandada çıxış edən Freddi Varqasın transfer hüquqlarını almaq istəyir.

Futbolpress.az-ın məlumatına görə, “ağ-qaralar” venesuelalı cinah oyunçusu müqavilə ilə məxsus olduğu “Makkabi” (Netanya) ilə danışıqlara başlayıb. İsrail klubu Varqası birdəfəlik satmağa razıdır. Futbolçu üçün tələb olunan məbləğ 1 milyon avrodur.

“Neftçi” Varqasın transferində israrcıdır. Komandanın baş məşqçisi Yuri Vernidub onu çox bəyənmir və onu yeni mövsümdə də heyətdə görməyi arzulayır.

Varqas ötən yay “Neftçi”yə bir illik icarə əsasında qoşulub. O, bu mövsüm 31 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

“Neftçi” Manilada yarımfinala yüksəldi

8 May 2026 at 13:48

“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində yarımfinala yüksəlib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün 1/4 finalda Monqolustan millisini məğlub edib – 21:11.

“Neftçi” yarımfinalda ABŞ – “Ulan-Bator Amazons” (Monqolustan) duelinin qalibi ilə qarşılaşacaq.

Emeri bunu bacaran beşinci məşqçi oldu

8 May 2026 at 13:29

İspaniyalı mütəxəssis Unay Emeri məşqçi karyerası ərzində altıncı dəfə avrokuboklarda final oynayacaq.

Futbolpress.az xəbər verir ki, onun rəhbərlik etdiyi “Aston Villa” Avropa Liqasında yarımfinalda “Nottingem Forest”i məğlub edərək (4:0) həlledici görüşə vəsiqə qazanıb.

Emeri avrokuboklarda altı final görən beşinci məşqçidir. Daha əvvəl Karlo Ançelotti, Covanni Trapattoni, Aleks Ferqyuson və Joze Mourinyo bunu bacarıb.

“Aston Villa” finalda mayın 20-da Almaniyanın “Frayburq” komandası ilə qarşılaşacaq.

Finallarda 300 minə yaxın tamaşaçı

8 May 2026 at 13:16

Azərbaycan Kubokunun 34-cü mövsümünün finalı 32-ci həlledici qarşılaşma olacaq.

Futbolpress.az xəbər verir ki, bunadək 2001/02 və 2019/20 mövsümləri başa çatdırılmayıb. Baş tutan 31 finaldan biri – 2020/21 mövsümünün matçı koronavirus pandemiyası səbəbindən tamaşaçısız keçirilib.

30 finalı ümumilikdə 300 minə yaxın – 289 min 463 seyrçi izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir.

2009/10 mövsümünün finalını isə rekord sayda 26000 tamaşaçı seyr edib. “Bakı” və “Xəzər Lənkəran” arasında keçirilən görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınan ən yüksək göstəricidir:

1992 1000
1993 10000
1993/94 1350
1994/95 5000
1995/96 5000
1996/97 5000
1997/98 5500
1998/99 8000
1999/00 6000
2000/01 2000
2001/02 –
2003/04 8000
2004/05 10000
2005/06 6000
2006/07 10000
2007/08 20000
2008/09 10000
2009/10 26000
2010/11 24000
2011/12 4300
2012/13 20000
2013/14 22000
2014/15 4500
2015/16 23000
2016/17 12800
2017/18 4500
2018/19 10000
2019/20 –
2020/21 –
2021/22 3500
2022/23 9000
2023/24 5500
2024/25 7513

Riera özünü doğrulda bilmədi

8 May 2026 at 12:29

Almaniyanın “Ayntraxt” klubu baş məşqçisi Albert Riera ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky De” nəşri məlumat yayıb. Klub rəhbərliyi ardıcıl üç oyundur, komandanın məğlub olmasından narazıdır. Onlar yayda Riera ilə müqaviləyə xitam verməyi düşünür.

Albert yanvarda komandaya baş məşqçi təyin edilib.

“Ayntraxt” Bundesliqada 32 turdan sonra 60 xalla 8-ci sıradadır.

Seriyanı kim qıracaq?

8 May 2026 at 12:15

“Zirə” Misli Premyer Liqasının XXXI turunda bu gün “İmişli”nin qonağı olacaq.

Futbolpress.az-ın məlumatına görə, komandalar bu mövsüm iki dəfə üz-üzə gəlib.

“Zirə” azarkeşləri önündə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçəyə razılaşıb. Rəşad Sadıqovun yetirmələri bu mövsüm liqada ən çox bərabərə qalan komandadır – 13 dəfə. “İmişli” isə 11 dəfə meydanı bir xalla tərk edib.

“İmişli” debüt etdiyi ildə Qubada – azarkeşləri önündə hələ qələbə qazana bilməyib. Jorj Kaşkilyanın rəhbərlik etdiyi kollektiv 8 heç-heçə edib, 6 dəfə uduzub.

“Zirə” isə 14 səfər matçının 6-da üç xala sevinib. 5 dəfə bərabərliyə razılaşan “qartallar” üç dəfə də meydanı xalsız tərk edib. “Zirə” səfərdə 18 qol vurub, “İmişli” evində 22 qol buraxıb.

“İmişli” – “Zirə” oyunu saat 16:30-da start götürəcək.

Şahin Cəfərov

Arda: “Doğru yoldayıq”

8 May 2026 at 11:46

“Şaxtyor”un baş məşqçisi Arda Turan Konfrans Liqasının yarımfinalında “Kristal Pelas”a məğlub olmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən matçdan sonra bunları deyib:

“Bir faiz şansın olsa belə, yarımfinalda uduzmaq məyusedicidir. Əslində, oyun olaraq finala çox yaxın idik. Lakin alınmadı, futbolçularım əllərindən gələni etdilər. Doğru yoldayıq. Yarımfinalda dayansaq da, meydanda gördüyüm komanda mənə qürur verdi”.

“Ayın qolu” layihəsində ayın qalibləri bilindi

8 May 2026 at 11:31

“Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında Nikola Ninkoviç, I Liqada Seyxan Fərəcov və II Liqada Rəsul İbrahimov birinci olub.

 

#azpfl #pfl #ayınqolu

“Mançester Siti” xorvatla “nikah təzələmək” istəyir

8 May 2026 at 11:14

“Mançester Siti” müdafiəçisi Yoşko Qvardiol ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. “Şəhərlilər” xorvatiyalı oyunçu ilə danışıqları yekunlaşdırmaq üzrədir. Yeni müqavilə ilə futbolçunun məvacibinin də artırılması nəzərdə tutulub.

Qvardiol 2023-cü ildən “Mançester Siti”də çıxış edir. O, 120 matçda 13 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

“Bavariya”dan “Milan”a

8 May 2026 at 10:45

“Bavariya”dan ayrılacağı açıqlanan Leon Qoretska karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, “Milan” futbolçunu heyətinə qata bilər. Bu barədə ESPN məlumat yayıb. Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilir.

Qoretska bu mövsüm 29 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi yayda başa çatır.

Ronaldo bunu bacaran ilk avropalıdır

8 May 2026 at 10:29

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 100-cü qolunu vurub.

Futbolpress.az xəbər verir ki, 41 yaşlı portuqaliyalı “Əl Şabab”la səfər matçında (4:2) fərqlənib.

Ronaldo Səudiyyə Ərəbistanı çempionatı tarixində 100 qola çatan ilk avropalı futbolçu olub.

Portuqaliyalı futbolçu 2023-cü ilin yanvarından “Əl Nəsr”də çıxış edir.

İspaniya Çempionlar Liqasında beş komanda ilə təmsil olunacaq

8 May 2026 at 10:17

İspaniya 2026/27 mövsümündə Çempionlar Liqasında beş komanda ilə təmsil olunacaq.

Futbolpress.az xəbər verir ki, La Liqa klubu “Valyekano”nun Konfrans Liqasında yarımfinalda “Strasburq”u məğlub etməsi və finala yüksəlməsi ölkənin UEFA reytinqindəki xallarını artırıb. İspaniya sıralamada ikinci yerə yüksəlib.

UEFA qaydalarına görə, reytinqdə ilk iki yeri tutan komanda növbəti mövsüm Çempionlar Liqasında beş komanda ilə təmsil olunur.

“Zirzəmi”də gərgin mübarizə

8 May 2026 at 10:00

Misli Premyer Liqasında XXXI tura start veriləcək. Açılış oyununda “Zirə” “İmişli”nin qonağı olacaq. Çempion “Sabah” “Kəpəz”i qəbul edəcək. Liqada qalmaq uğrunda mübarizə aparan “Qəbələ” “Qarabağ”la üz-üzə gələcək. “Sumqayıt” “Araz-Naxçıvan”, “Turan Tovuz” isə autsayder “Karvan-Yevlax”la üz-üzə gələcək. Tura “Neftçi” – “Şamaxı” matçı ilə yekun vurulacaq.

8 may
16:30 İmişli – Zirə
Bu mövsümün oyunları: 0:0, 1:1

Son beş oyunda üç qələbə qazanan “İmişli” liqada yerini böyük ölçüdə təmin edib. “Zirə” ilə matçda qazanılacaq xal komandanın elitada qalmasını rəsmiləşdirəcək. Bu mövsüm Qubada keçirdiyi oyunlarda istənilən rəqibə çətinlik yaratmağı bacaran “İmişli” artıq nəticələrinin təsadüfi olmadığını sübut edib.

Görüşün əhəmiyyəti “Zirə” üçün daha böyükdür. Avrokuboklara vəsiqə verən dördüncü yer uğrunda “Neftçi” ilə mübarizə aparan “qartallar” rəqibindən bir xal geri qalır. Rəşad Sadıqovun yetirmələri qarşıdakı üç oyundan maksimum nəticə əldə etməyi arzulayır. “Zirə” liqada dördüncü olsa və kubokun finalında “Sabah”a uduzsa belə, Konfrans Liqasına vəsiqə əldə edəcək. Buna görə, komanda üçün titul qazanmaq necə mühümdürsə, liqada dördüncü olmaq bir o qədər vacibdir.

8 may
19:30 Sabah – Kəpəz

Bu mövsümün oyunları: 1:0, 3:1

Çempionluğunu rəsmiləşdirən “Sabah”da baş məşqçi Valdas Dambrauskasın autsayderlə oyunda rotasiyalara gedəcəyi gözlənilir. Qızıl medallar təmin olunub və mütəxəssis bu səbəbdən qarşıdakı turlarda az oynayan, perspektiv vəd edən gənclərə şans verəcək.

Matç “Kəpəz” üçün daha önəmlidir. Gəncə təmsilçisinin qələbə qazanacağı halda, sonuncu olmayacağı dəqiqləşəcək. Pley-off zonasında əsas rəqib “Qəbələ”nin bu turda “Qarabağ”la oyunu var. Tur “Kəpəz” adına fərqin artması adına fürsətdir. Düzdür, “Sabah”ın evində büdrəməsi ehtimalı azdır, lakin Azər Bağırov istər bu mövsüm, istərsə də bundan öncə komandasından qat-qat güclü rəqiblərlə oyunlarda xallar qazanmağı bacarıb. Bu faktora nəzərən, çempionu “evində” rahat oyun gözləmir.

9 may
17:00 Qəbələ – Qarabağ

Bu mövsümün oyunları: 0:2, 1:2

Mövsümün ən baxımlı futbol sərgiləyən komandalarından olan “Qəbələ” oyununa görə olduğu mövqe üst-üstə düşmür. Hər matçda azı 3-4 real qol şansı yaradan “qırmızı-qaralar”da əsas problem sonluqla bağlıdır. Bəzən təcrübə, bəzən keyfiyyət çatışmazlığı nəticələrin gəlməsinə əngəl olur. Qələbə komandaya hava-su kimi lazımdır. Autsayder “Karvan-Yevlax” fərqi altıya endirib və komandalar növbəti turda bir-biri ilə üz-üzə gələcək. “Qəbələ” bu matçdan xalla ayrılıb, əsas rəqibi ilə duelə daha rahat çıxmağı arzulayır.

“Qarabağ” isə ötən turda “Turan Tovuz”u məğlub etməklə gümüş medalların taleyinə böyük ölçüdə aydınlıq gətirdi. Bu, “Qəbələ” üçün əlavə şansdır və heyətdə ciddi itkiləri olan “atlılar”ı büdrətmək bu dəfə daha real görünür.

9 may
19:30 Sumqayıt – Araz-Naxçıvan

Bu mövsümün oyunları: 0:1, 3:2

Sumqayıtda liqada iddiası qalmayan iki kollektivin dueli olacaq. “Sumqayıt” son matçlarda toparlanmış görünsə də, ötən turda “Kəpəz”lə matçda meydanı xalsız tərk etdi. “Kimyaçılar” azarkeşləri önündə oynayacaq və mövsümü yaxşı əhvalda bitirməyin planlarını qurur.

“Araz-Naxçıvan” isə Demçenkonun gəlişindən sonra qeyri-stabil nəticələrlə diqqət çəkir. Komanda hələ oyununu tapa bilməyib. “Sumqayıt”la matçda da favorit məhz rəqibdir. Demçenko klubdakı işini itirməmək üçün növbəti üç oyunda maksimum nəticə qazanmalıdır. Əks halda, yayda onunla da yollar ayrılacaq.

10 may
17:00 Turan Tovuz – Karvan-Yevlax

Bu mövsümün oyunları: 1:0, 2:1

Tovuz təmsilçisi demək olar, “üçlüy”ü təmin edib. Dördüncü pilədəki “Neftçi”dən altı xal öndə olan tovuzluların qarşıdakı üç matçda bu fərqi qapayacaq itkilərə yol verməsi ehtimalı çox azdır. Azarkeşləri önündə daha yaxşı futbol sərgiləyən “Turan Tovuz” görüşün favoritidir.

Matçın autsayder “Karvan-Yevlax” üçün əhəmiyyəti daha böyükdür. Komanda bu tur məğlub olsa və “Qəbələ” “Qarabağ”la matçdan xal qazansa, yevlaxlıların elitanı tərk edəcəyi dəqiqləşəcək. Şanslarını saxlamaq istəyən autsayder mütləq qələbə hədəfi ilə meydana çıxacaq.

10 may, 19:30 Neftçi – Şamaxı
Bu mövsümün oyunları: 2:2, 1:1

Son turlarda qazandığı xallarla turnir cədvəlində dördüncü pilləyə yüksələn “Neftçi” avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparır. “Zirə”dən bir xal öndə olan “ağ-qaralar” üçün xal itkisi yolverilməzdir. Düzdür, komandanın taleyi özündən asılı deyil, dördüncü olsalar belə, kubokun finalında “Sabah”ın titulu qazanmasını gözləməli olacaqlar. “Neftçi” qalan hər matçdan maksimum nəticə qazanıb, şansını sona qədər saxlamaq niyyətindədir.

“Şamaxı”nın isə iddiası qalmayıb. Ayxan Abbasov komandada son mövsümünü keçirir və ili pozitiv notlarla başa vurmaq arzusundadır. Səfərdə “Neftçi” üzərində qazanılacaq xal və ya xallar mütəxəssis üçün əlavə prestij olacaq.

Şahin Cəfərov

Ukraynalı futbolçu üçün mövsüm başa çatdı

8 May 2026 at 09:36

“Trabzonspor” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Arseniy Bataqov menisküsdən (diz oynağında yerləşən qığırdaq toxuması) əməliyyat olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynalı futbolçu 4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Bataqov bu mövsüm Super Liqada 24 oyunda forma geyinib.

“İmişli” Qubada qələbəyə həsrətdir

8 May 2026 at 09:19

“İmişli” Misli Premyer Liqasının XXXI turunda “Zirə”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Quba OİK stadionunda baş tutacaq görüşə saat 16:30-da start veriləcək.

“İmişli” bu mövsüm Qubada keçirdiyi oyunlarda qələbə qazana bilməyib. Jorj Kaşkilyanın yetirmələri 14 matçda 8 heç-heçə edib, 6 dəfə uduzub.

 

“Real” Çuameni və Valverde ilə bağlı açıqlama yaydı

8 May 2026 at 09:04

“Real” futbolçuları Orelyen Çuameni ilə Federiko Valverdenin məşqdə mübahisə etməsi ilə bağlı rəsmi açıqlama yayıb.

Futbolpress.az xəbər verir ki, “kral klubu” rəsmi saytı vasitəsilə hadisə ilə bağlı araşdırma başladığını bildirib.

İspaniya mətbuatının xəbərinə görə, məşq zamanı Çuameni komanda yoldaşı Valverdeni vurub. Yerə yıxılan Valverdenin başı yerə sərt dəyib və o, kəllə-beyin travması alıb.

Ronaldo 971-ci qolunu vurdu

8 May 2026 at 08:39

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Əl Şabab”la qarşılaşıb. 6 qolun vurulduğu matç “Əl Nəsr”in qələbəsiylə başa çatıb – 4:2.

Ronaldo bu görüşdə bir qol vurub. Onun komanda yoldaşı Joao Feliks isə het-trik edib.

“Əl Şabab”la matçda fərqlənən Ronaldo qollarının sayını 971-ə çatdırıb.

“Əl Nəsr” 32 turdan sonra 82 xalla birinci sıradadır.

Komanda yoldaşı ilə dalaşan futbolçu kəllə-beyin travması aldı

8 May 2026 at 08:23

“Real”ın futbolçusu Federiko Valverde xəstəxanalıq olub.

Futbolpress.az xəbər verir ki, məşqdə komanda yoldaşı Orelyen Çuameni ilə dava edən yarımmüdafiəçi kəlləbeyin travması alıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Valverde iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

İspaniya mətbuatı Çuameninin Valverdeni döydüyünü iddia edib. Klub məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

“Zirə” “İmişli”yə qarşı – YENİLƏNİR

8 May 2026 at 16:30

Bu gün Misli Premyer Liqasında XXXI tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

“İmişli” Qubada “Zirə”ni qəbul edəcək. Çempion “Sabah” isə autsayderlər qrupunda yer alan “Kəpəz”lə üz-üzə gələcək.

Misli Premyer Liqası
XXXI tur

8 may

16:30 İmişli – Zirə 0:0
Baş hakim: Kamranbəy Rəhimov
Quba OİK stadionu

19:30 Sabah – Kəpəz 0:0
Baş hakim: Elvin Bayramov
“Bank Respublika Arena”

Avropa Liqasında finala vəsiqə qazanan klublar bəlli oldu

8 May 2026 at 01:22

Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, yarımfinal görüşləri geri dönüşlərlə yadda qalıb. Belə ki, ilk oyunda minimal hesabla məğlub olan “Aston Villa” evdə “Nottinqam Forest”i darmadağın edib. Digər qarşılaşmada da bənzər ssenari yaşanıb. İlk matçda məğlub olan “Frayburq” evdə qalib gələrək finala vəsiqə qazanıb.

UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları

7 may

23:00 Aston Villa – Nottinqam Forest 4:0 (4:1)
Qollar: O.Vatkins 36, E.Buendia 58 (pen), MakQinn 77,80

23:00 Frayburq – Braqa 3:1 (4:3)

Qollar: J.Manzambi 41,L.Kübler 19,72 – P.Viktor 79.

Qırmızı vərəqə: M.Dorgeles 6.

 

Konfrans Liqasında finalçıların adına aydınlıq gəldi

8 May 2026 at 01:11

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, “Kristal Pelas” “Şaxtyor”u qəbul edib. Görüş ilk qarşılaşmada olduğu kimi İngiltərə təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Digər finalçı isə “Strasburq” “Rayo Valyekano” cütündən qalib ayrılan İspaniya klubu olub.

UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab oyunları

7 may

23:00 Kristal Pelas – Şaxtyor 2:1 (5:2)
Qollar: P.Henrike (öz qapısına) 25, I.Sarr 52. – Equinaldo 34.

23:00 Strasburq – Valyekano 0:1 (0:2)

Qol: Alemao 42.

 

UEFA Çempionlar Liqasının finalçısı “Qalatasaray”ın ulduzunu istəyir

7 May 2026 at 23:27

UEFA Çempionlar Liqasının finalına yüksələn PSG “Qalatasaray”ın ulduzunu heyətinə cəlb etmək istəyir.

Futbolpress.az xəbər verir ki, Paris klubu Viktor Osimhen üçün “Cim-Bom” ilə danışıqlara başlayıb. Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Fransızlar Osimhen üçün “sarı-qırmızılar”a 75 milyon avro təklif edib. İstanbul nəhənginin isə təklifi geri çevirdiyi qeyd olunub.

Bu mövsüm nigeriyalı hücumçu “Qalatasaray”ın heyətində 32 oyunda meydana çıxıb və 20 qol, 8 məhsuldar ötürməyə imza atıb.

Yesterday — 7 May 2026Main stream

“Beşiktaş” “Real”ın oyunçusu üçün “hərəkət”ə keçir

7 May 2026 at 23:07

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Beşiktaş” “Real”ın oyunçusu ilə yaxından maraqlanır.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Madrid klubundan Raul Asensionun xidmətində maraqlıdır. Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

İspaniya nəhənginin gənc futbolçu üçün 40 milyon avroya yaxın məbləğ tələb etdiyi qeyd olunub.

Asensio bu mövsüm 31 oyunda meydana çıxıb və 2 qol, 1 məhsuldar ötürməyə imza atıb.

Premyer Liqa klubunda yeni müqavilə

7 May 2026 at 22:18

“Brayton” yoluna baş məşqçisi Fabian Hürtseler ilə davam edəcək.

Futbolpress.az xəbər verir ki, təcrübəli çalışdırıcı ilə müqavilənin müddəti 2029-cu ilə qədər uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fabian 2024-cü ilin iyul ayında komandanın “sükanı arxası”na gətirilib.

Hazırda klub onun rəhbərliyi altında XXXV turdan sonra 50 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Futzal üzrə Yüksək Liqada XIX turun oyunları keçirilib

7 May 2026 at 21:47

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında lider “Neftçi” İK “Baku Fire” ilə qarşılaşıb.

“Ağ-qaralar” rəqibinə 5:1 hesabı ilə qalib gəlib.

Günün ikinci oyununda isə “Araz-Naxçıvan” U-19 yığmasını 12:2 hesabı ilə darmadağın edib.

Bu tur “Şuşa” meydana çıxmadan 3 xalı aktivinə yazdırıb. Belə ki, “Lənkəran” çempionatda artıq çıxışını dayandırdığına görə, qələbə “Şuşa”ya verilib.

19 turdan sonra “Neftçi” 52 xalla liderdir. “Araz-Naxçıvan” 49 xalla ikincidir.

“Atletiko”dan yeni transfer həmləsi

7 May 2026 at 21:38

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Madrid klubu “Sportinq”in oyunçusu Maksi Arauxonu transfer etməyi planlaşdırır. Bu barədə “AS” nəşri məlumat yayıb.

Portuqallar 26 yaşlı futbolçunun keçidi üçün 50 milyon avro tələb edir.

Arauxo bu mövsüm “Sportinq”in heyətində 44 oyuna çıxıb və 7 qol, 4 məhsuldar ötürməyə imza atıb.

Cüdoçularımızın rəqibləri müəyyənləşdi

7 May 2026 at 21:09

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi baş tutub.

Futbolpress.az xəbər verir ki, püşkatmaya əsasən Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunacaq. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparacaq.

Mayın 8-dən 10-dək keçiriləcək Astana “Böyük Dəbilqə”sində ilk yarış günü təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 16:00-da start götürəcək.

Azərbaycan cüdoçularının rəqiblərini təqdim edirik:

Kişilər

66 kq, 1/16 final
Rəşad Yelkiyev – Hyonu An (Koreya)
Turan Bayramov – Matteo Piras (İtaliya)

73 kq, 1/8 final
Rəşid Məmmədəliyev – Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə

90 kq, 1/16 final
Aslan Kotsoyev – Aybol Nissanali (Qazaxıstan)

+100 kq, 1/8 final
Camal Feyziyev – Yakub Sordil (Polşa)
Uşanqi Kokauri – Jantilek Nurtilepuli (Qazaxıstan)

Qadınlar

48 kq, 1/16 final
Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya)

48 kq, 1/8 final
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə

52 kq, 1/16 final
Leyla Əliyeva – Taniştha Tokas (Hindistan)

52 kq, 1/8 final
Gültac Məmmədəliyeva – Şraddha Kadubal Çopade (Hindistan)

70 kq, 1/8 final
Südabə Ağayeva – Miriam Butkereyt (Almaniya)

Zamiq Əliyev rəmzi heyətə seçildi

7 May 2026 at 20:51

Albaniyanın “Eqnatiya” klubunda forma geyinən millimizin futbolçusu Zamiq Əliyev XXXV turun rəmzi heyətinə seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyası məlumat yayıb.

Qurum turun rəmzi “11-liy”ni açıqlayıb. Siyahıda Zamiq Əliyev də yer alıb.

Futbolçumuz “Partizani”yə (Tirana) qarşı son oyunda komandasının ilk qoluna imza atmışdı. Görüş “Eqnatiya”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Dünya çempionu klubunu dəyişə bilər

7 May 2026 at 20:32

Argentina millisinin və “Benfika”nın oyunçusu Nikolas Otamendi mövsümün sonunda komandadan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, təcrübəli müdafiəçinin transferi uğrunda 3 klub mübarizə aparır. Bu barədə TYC Sports məlumat yayıb.

“Valensiya”, Səudiyyə Ərəbistanı klublarından biri və “River Pleyt” 38 yaşlı futbolçunun xidmətində maraqlı olan komandalardır.

Bu mövsüm Portuqaliya nəhənginin heyətində 48 oyuna çıxan Otamendi 3 qol və 4 məhsuldar ötürməyə imza atıb.

Xatırladaq ki, 2025/26 mövsümünün sonunda argentinalının “Benfika” ilə müqaviləsi sona çatacaq.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibləri müəyyənləşdi

7 May 2026 at 19:54

Dövlət qurumları arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibləri bəlli olub.

Futbolpress.az xəbər verir ki, bütün görüşləri qələbə ilə başa vuran SOCAR-ın üzvləri qızıl medala layiq görülüb və kuboka sahib çıxıb. Finalda məğlub olan Azərişıq kollektivi isə gümüş medalı qazanıb. Üçüncü pillədə bürünc medalla mükafatlandırılan Ədliyyə komandası qərarlaşıb.

Qarşılaşmalar və təltifetmə mərasimi Bakı Tennis Akademiyasında keçirilib.

UEFA Çempionlar Liqasının finalçısı “Barsa”nın ulduzunu transfer edir

7 May 2026 at 19:45

UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanan “Arsenal” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “topçular” “Mançester Yunayted”ə məxsus olan, icarə əsasında “Barselona”nın formasını geyinən Markus Reşfordu transfer etməyi planlaşdırır. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

İngiltərəli futbolçunun “Barsa”da icarə müddəti bu mövsümün sonunda başa çatacaq.

28 yaşlı hücumçu İspaniya nəhənginin heyətində 46 oyuna çıxıb və 13 qol, 14 məhsuldar ötürməyə imza atıb.

 

 

“Heydər Əliyev Kuboku 2026” beynəlxalq boks turnirinə yekun vuruldu

7 May 2026 at 19:19

Bakıda yeniyetmə boksçular arasında təşkil edilən “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turniri başa çatıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Yarışda 8 ölkəni təmsil edən 185 idmançı rinqə çıxıb. Oğlanların mübarizəsində 14, qızlarda isə 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Azərbaycan millisi turniri 45 medalla (11 qızıl, 12 gümüş, 22 bürünc) başa vuraraq komanda hesabında birinci yeri tutub və Heydər Əliyev Kubokuna sahib olub. İkinci pillədə 10 medalla (4 qızıl, 2 gümüş, 4 bürünc) Gürcüstan yığması qərarlaşıb. Üçüncü sırada isə Qazaxıstan yer alıb (3 qızıl, 5 gümüş, 7 bürünc).

Yarışda ən yaxşı boksçu adına Aliimran Aliyev (Qazaxıstan) layiq görülüb. İlqar Qasımzadə (Azərbaycan) isə ən yaxşı hakim seçilib.

Rəhim Həsənov mübahisəli epizodları şərh etdi – VİDEO

7 May 2026 at 18:45

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXX turunda baş verən mübahisəli epizodları şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis hakim qərarlarının doğru olduğunu bildirib:

“Baku Sportinq” 3 xalı 3 qolla qazandı

7 May 2026 at 18:21

Futbol üzrə Azərbaycan I Liqasında XXV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turun son oyununda “Cəbrayıl” “Baku Sportinq”i qəbul edib. Qarşılaşma qonaqların (2:3) qələbəsi ilə başa çatıb.

Azərbaycan I Liqası

XXV tur

7 may

”Cəbrayıl” – “Baku Sportinq” 2:3

Qollar: D.Açimi, 23, A.Dauda, 65 – E.Tağıyev, 28, 70, 86

“Bayer”in yeni transfer hədəfi bəlli oldu

7 May 2026 at 18:13

“Bayer” heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Futbolpress.az xəbər verir ki, Leverkuzen klubu “Börnli”nin oyunçusu Maksim Esteve ilə yaxından maraqlanır. Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

23 yaşlı müdafiəçinin artıq Çempionşipə düşəcəyi dəqiqləşən komandası ilə 2030-cu ilə qədər müqaviləsi mövcuddur.

Esteve bu mövsüm “Börnli”nin heyətində 34 oyunda meydana çıxıb və fərqlənməyi bacarmayıb.

Braziliyalı futbolçu “Qarabağ”dan ayrıla bilər

7 May 2026 at 17:53

Müdafiəçi Dani Bolt yayda “Qarabağ”dan ayrıla bilər.

Futbolpress.az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov braziliyalı futbolçunun performansından razı deyil. Mütəxəssis təklif gələcəyi halda, Boltun gedişinə qarşı çıxmayacaq.

Ötən yay heyətə cəlb olunan müdafiəçi ümidləri doğrultmayıb. Bolta vətəni Braziliyadan bir neçə klub maraq göstərsə də, hələlik rəsmi müraciət daxil olmayıb.

Dani bu mövsüm 38 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Benfika” Türkiyə klubunun hücumçusu ilə maraqlanır

7 May 2026 at 17:36

“Trabzonspor”un futbolçusu Felipe Auqusto karyerasını Portuqaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Benfika” braziliyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Record” nəşri məlumat yayıb. Türkiyə klubu forvard üçün azı 15 milyon avro tələb edir.

Auqusto bu mövsüm 37 oyunda 15 qol vurub.

PSJ-nin hücumçusu “Çelsi”yə keçə bilər

7 May 2026 at 17:14

Portuqaliyalı hücumçu Qonçalo Ramoş mövsümün sonunda PSJ-dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Fransa məlumat yayıb. Forvard oyun praktikasının azlığından narazıdır və klubunu dəyişmək niyyətindədir.

“Çelsi” Ramoşun xidmətində maraqlıdır. London klubu portuqaliyalını yeni mövsüm üçün əsas heyət hücumçusu kimi düşünür.

Qonçalo bu mövsüm 41 oyunda 12 qol vurub.

“Arsenal” Artetanın heykəlini qoymalıdır”

7 May 2026 at 16:54

Niderlandlı keçmiş futbolçu Uesli Sneyder açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi “Arsenal”ın baş məşqçisi Mikel Artetadan danışıb:

“Arsenal” Artetanın heykəlini qoymalıdır. Bu heyətlə Çempionlar Liqasında finala çıxmaq inanılmazdır”.

“Arsenal” Çempionlar Liqasının finalında PSJ ilə qarşılaşacaq. Matç mayın 30-da keçiriləcək.

Bakıda futzal turnirinə yekun vuruldu

7 May 2026 at 16:35

Bakıda UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futzal turnirinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, yarışın həlledici oyunları universitetin idman zalının futzal meydançasında baş tutub.

Üçüncü yer uğrunda görüşdə Nəqliyyat və Logistika fakültəsinin komandası İTT fakültəsinin komandasını 2:0 hesabı ilə məğlub edərək turnirin bürünc mükafatçısı olub.

Final qarşılaşmasında isə İqtisadiyyat fakültəsinin komandası ilə Maşınqayırma və Metallurgiya fakültəsinin komandası üz-üzə gəlib.

Əlavə vaxtda rəqibini 2:0 hesabı ilə üstələyən Maşınqayırma və Metallurgiya fakültəsinin komandası turnirin qalibi olub.

Yekunda qalib komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlər müvafiq medallarla mükafatlandırılıb.

Bununla yanaşı, turnirdə fərqlənən oyunçular müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.

Mükafatlandırma mərasimində veteran futbolçu Vəli Qasımov, Azərbaycan Texniki Universitetinin Kommunikasiya Şöbəsinin müdiri Səfa Bağırov və digər rəsmi şəxslər iştirak ediblər.

Onlar qalib komandaları təbrik edərək kubok və mükafatları təqdim ediblər.

AFFA və AzTU gələcəkdə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini planlaşdırır.

“Futbolçularımız yox, döyüşçülərimiz var”

7 May 2026 at 16:33

PSJ-nin prezidenti Nasser Əl Xəlaifi Çempionlar Liqasında finala yüksəlmələrini şərh edib.

Futbolpress.az xəbər verir ki, funksioner yerli mətbuata açıqlamasında bunları deyib:

“Futbolçularımız yox, döyüşçülərimiz var. Dünyanın ən yaxşı məşqçisinə sahibik. Xəyalımız ikinci dəfə Çempionlar Liqasını qazanmaqdır”.

PSJ finalda “Arsenal”la qarşılaşacaq. Həlledici görüş mayın 30-da olacaq.

Azərbaycan klubu 1/4 finalda

7 May 2026 at 16:20

Qadınlar arasında keçirilən 3×3 basketbol üzrə Dünya Seriyasının Manila mərhələsində ölkəmizi təmsil edən “Neftçi Socar” klubu qrup birincisi olaraq 1/4 finala vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda Monqolustan millisi ilə qarşılaşacaq.

Oyun sabah Bakı vaxtı ilə saat 12:15-də baş tutacaq.

“Hakana mövqeyində rəqib yoxdur”

7 May 2026 at 15:50

“İnter”in sabiq futbolçusu Canfranko Matteoli açıqlama verib.

Futbolpress.az xəbər verir ki, İtaliya mətbuatına danışan keçmiş oyunçu komandanın kapitanı Hakan Çalhanoğlunu tərifləyib:

“O, çox önəmli oyunçudur. Kritik məqamlarda önə çıxır və matçların taleyini həll edir. Hakana mövqeyində rəqib yoxdur”.

Çalhanoğlu bu mövsüm 30 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə edib.

“Qalatasaray”lı üçün mövsüm bitdi

7 May 2026 at 15:31

“Qalatasaray” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Qabriel Sara zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sara mövsümün qalan hissəsini buraxacaq. Braziliyalı futbolçunun yayda keçiriləcək dünya çempionatında iştirakı da sual altındadır.

Qabriel cari “futbol ili”ndə Super Liqada 27 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

İspanların tarixə düşəcəyi final

7 May 2026 at 15:30

Çempionlar Liqasının finalında PJS ilə “Arsenal” qarşılaşacaq.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, turnir tarixində ilk dəfə həlledici görüşdə iki ispan mütəxəssis üz-üzə gələcək.

“Arsenal”ı Mikel Arteta, PSJ-ni isə Luis Enrike çalışdırır.

Final görüşü mayın 30-da Macarıstanda keçiriləcək.

“Milan” Leaoya qiymət qoydu

7 May 2026 at 15:17

“Milan” futbolçusu Rafael Leaoya qiymət qoyub.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. İtaliya klubu portuqaliyalı hücumçu üçün 60 milyon avro tələb edir. “Rossonyeri”lər bu məbləğdə təklif gələcəyi halda, Leaonu satacaq.

Forvard bu mövsüm A Seriyasında 27 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.

Azərbaycanı Berlində onlar təmsil edəcək

7 May 2026 at 15:14

Bu gün Almaniyanın paytaxtı Berlində paraüzgüçülük üzrə Dünya Seriyasının Berlin mərhələsi start götürəcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycanı yarışda kişilər arasında S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında Əli Vəliyev və Murad Məmmədov, S6 kateqoriyasında Abuzər Nəzərov təmsil edəcək.

Qadınlar arasında isə S4 kateqoriyasında Könül Süleymanova mübarizə aparacaq. Berlin mərhələsinə mayın 9-da yekun vurulacaq.

 

“Neftçi”nin oyunu 1 manata

7 May 2026 at 14:53

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində mayın 10-u saat 19:30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” matçının – paytaxt təmsilçisinin bu mövsüm sonuncu ev oyununun biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, “VIP Gold” sektoruna biletlərin qiyməti 5 AZN, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorlarına 3 AZN, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

“CBC Sport” bəyanat yaydı

7 May 2026 at 14:36

“CBC Sport” telekanalı Çempionlar Liqasında “Bavariya” – PSJ oyununun efirə verilməməsi ilə bağlı bəyanat yayıb.

Futbolpress.az xəbər verir ki, bununla bağlı feysbuk hesabında paylaşım edilib. Bəyanat:

“Əziz və hörmətli futbol azarkeşləri,

mayın 6-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bavariya” – PSJ qarşılaşmasının yayımı texniki səbəblərdən mümkün olmayıb.

Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb. Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq yayımı bərpa etmək mümkün olmayıb.

Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.

Əziz idmansevərlər, anlayışınıza ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk.

Hörmətlə, “CBC Sport”

Kapitan: “Nə şansımız varsa, dəyərləndirməyə çalışacağıq”

7 May 2026 at 14:25

“Karvan-Yevlax” Misli Premyer Liqasında 30 turdan sonra 14 xalla sonuncu sıradadır.

Yevlax təmsilçisi pley-off zonasından – 11-ci sıradan altı xal geri qalır. Komandanın kapitanı Vadim Abdullayev “Futbolpress.az“a açıqlamasında liqada qalmaq şanslarını dəyərləndirdi:

“Qarşıda üç oyun var. Hamı istəyir ki, nələrsə dəyişsin. Nə şansımız varsa, dəyərləndirməyə çalışacağıq. Amma indiki məqamda hər şey tək bizdən asılı deyil. “Qəbələ” amili də var. Əlimizdən gələni edəcəyik ki, çempionatda qalaq”.

“Karvan-Yevlax” son oyunlarda topladığı xallarla “Qəbələ” ilə fərqi endirib. Abdullayev geridə qalan matçların bəzilərində məğlubiyyətə layiq olmadıqlarını bildirdi:

“Elə matçlar var idi ki, xallar qazana bilərdik. Oyunumuzla buna layiq olmuşuq, amma alınmayıb. Lakin indi geriyə baxmağın faydası yoxdur. Qarşıdakı matçlara diqqət etməli və qalan şansımızdan yararlanmalıyıq”.

Kapitan klubdakı taleyinə də toxundu:

“Çalışırıq ki, liqada qalaq. İndi klubdakı gələcəyimlə bağlı nəsə demək doğru olmaz. Diqqətimiz oyunlardadır və yalnız bunu düşünürük”.

Şahin Cəfərov

“Real”ın məşqində gərginlik

7 May 2026 at 14:15

“Real” klubunun iki futbolçusu məşq zamanı mübahisə edib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Məşq zamanı epizodların birində yarımmüdafiəçilər Federiko Valverde ilə Orelyen Çuameni arasında kobud oyundan sonra mübahisə yaranıb və vəziyyət əlbəyaxa dava həddinə çatıb.

Digər futbolçuların müdaxiləsi ilə sakitləşən tərəflər daha sonra paltardəyişmə otağında da mübahisə ediblər.

“Kubokda hər mərhələ keçdikcə pul mükafatı alırdıq” – VİDEO

7 May 2026 at 13:52

Peşəkar Futbol Liqası ilk Azərbaycan Kubokunun qalibi “İnşaatçı” (Bakı) komandasının baş məşqçisi olmuş Məmmədəli Məmmədovla müsahibə hazırlayıb.

Futbolpress.az xəbər verir ki, o, final matçı ilə bağlı bir çox maraqlı məqamlara toxunub:

“1992-ci ildən danışırıqsa, həmin il bizim üçün tarixi alınmışdı. Komandamızda ulduz futbolçu yox idi. Kollektiv oyun nümayiş etdirərək gücümüzü göstərməyə çalışırdıq. Kubok qazanmağa layiq komanda idik”

Məmmədov final matçı öncəsi klub rəhbəri ilə olan maraqlı dialoqlarından, eyni zamanda kubokdakı rəqibləri barədə də söz açıb:

“Sponsorumuz olan evtikmə kombinatının rəhbəri oyundan iki gün əvvəl keçirilən iclasda bizə yaxşı vəd verdi. Bildirdi ki, kuboku qazanacağınız təqdirdə komandanın üzvlərindən birinə ikiotaqlı ev, digərlərinə pul mükafatı verəcək. Kubokda hər mərhələ keçdikcə pul mükafatı alırdıq”.

 

 

 

Konfrans Liqasında yarımfinal həyəcanı

7 May 2026 at 13:31

Bu gün UEFA Konfrans Liqasında finalçılar məlum olacaq.

Futbolpress.az xəbər verir ki, türkiyəli mütəxəssis Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor” İngiltərədə “Kristal Pelas”ın qonağı olacaq.

Fransa təmsilçisi “Strasburq” isə İspaniyanın “Valyekano” komandasını qəbul edəcək.

UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab oyunları

7 may

23:00 Kristal Pelas – Şaxtyor
İlk oyun 3:1

23:00 Strasburq – Valyekano
İlk oyun 0:1

“Arsenal”ın Arteta planı

7 May 2026 at 13:16

Çempionlar Liqasında finala yüksələn “Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqaviləni uzatmaq niyyətindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London klubunun rəhbərliyi yayda mütəxəssislə danışıqlara başlayacaq.

Artetanın hazırki müqaviləsi 2027-ci ilin yayına kimidir.

Çempionlar Liqasında finala yüksələn “topçular” İngiltərə Premyer Liqasında da sona üç tur qalmış liderdir.

Almanlar PSJ ilə oyunun hakimindən narazıdır

7 May 2026 at 12:46

“Bavariya” klubu Çempionlar Liqasının yarımfinalında PSJ-yə qarşı keçirdikləri oyunun idarəçiliyindən narazı qalıb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin direktoru Yan-Kristian Drezen açıqlamasında deyib:

“Oyunun hakimi Pinheyro anlaşılmaz qərarlar verdi. Nə danışacağımızı bilmirik. Çempionlar Liqasında cəmi 15 oyun idarə etmiş hakimin belə matça təyinat alması qəribədir. Açığı, qərarları da onun təcrübəsizliyini göstərdi”.

“Bavariya” iki oyunun nəticəsinə görə (4:5, 1:1) PSJ-yə uduzub və mübarizəni dayandırıb. Münhen klubu 1:1 hesabıyla başa çatan cavab görüşündə üç dəfə penalti qərarı gözləsə də, hakim “11 metrə” təyin etməyib.

“Birinci oyunda “mat” oldum” – Arda Turan

7 May 2026 at 12:27

“Şaxtyor”un baş məşqçisi Arda Turan Konfrans Liqasında “Kristal Pelas”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis birinci matçda 1:3 hesablı məğlubiyyətə baxmayaraq, final üçün mübarizə aparacaqlarını deyib:

“İlk oyun geridə qaldı. Matça yenidən başlaya bilərik. Həmişə yaxşı oynamaq mümkün deyil, lakin sona qədər döyüşmək lazımdır. Birinci oyunda “mat” oldum. Bu dəfə vəziyyəti dəyişməyə, ən azı məğlub olmamağa çalışacağıq”.

“Kristal Pelas” – “Şaxtyor” oyunu saat 23:00-da start götürəcək.

Çempionlar Liqası tarixinə düşən braziliyalı

7 May 2026 at 12:15

PSJ-nin futbolçusu Markinyos Çempionlar Liqasının tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, yarımfinalda “Bavariya” ilə matçda meydana çıxan müdafiəçi turnirdə ən çox oyun keçirən braziliyalı futbolçu adını qazanıb. Münhendəki görüş Markinyosun ÇL-dəki 121-ci matçı olub.

Bundan əvvəlki rekordçu Roberto Karlos idi. Keçmiş müdafiəçi turnirdə 120 oyun keçirmişdi.

“CBC Sport” texniki problemə görə üzr istədi

7 May 2026 at 11:46

“CBC Sport” telekanalında Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” – PSJ oyununu yayımlamaması sosial şəbəkələrdə narazılığa səbəb olub. Matçın anonsu edilsə də, görüş saatında yayımın baş tutmamasına görə telekanal tənqidlərə məruz qalıb.

“CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov “Futbolpress.az“a açıqlamasında texniki problem yaşadıqlarını və tamaşaçılardan üzr istədiklərini bildirdi:

“Texniki problem idi, səhvimizi etiraf edirik. Günah bizdədir, texniki səbəblərdən qaynaqlanıb. İstəməzdik belə olsun. Məsuliyyəti dərk edirik. Tamaşaçılarımızdan üzr istəyirik, görünür, taleyimiz belə gətirib”.

Şahin Cəfərov

30 yaşında “butslarını asdı”

7 May 2026 at 11:39

Dortmund “Borussiya”sının futbolçusu Niklas Süle karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, 30 yaşlı müdafiəçi bu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib. O, Bundesliqada “Hoffenhaym”la oyunda aldığı zədədən sonra bu qərarı verib.

Süle Almaniya millisinin də sabiq üzvüdür. Müdafiəçi yığmada 49 oyuna çıxıb.

“Neftçi” bu futbolçuya görə cəzalanıb: “Narahatlığa səbəb yoxdur”

7 May 2026 at 11:23

FIFA tərəfindən transfer qadağası ilə üzləşən “Neftçi”nin cəzası ləğv olunacaq.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı “Futbolpress.az“a açıqlamasında bildirdi. O, qadağanın yaxın zamanda qüvvədən düşəcəyini bildirdi:

“Bir futbolçuyla bağlı ödəniş texniki səbəbdən gecikmişdi. FIFA-da sistem elədir ki, portal avtomatik işləyir və gecikməyə görə klub qırmızı siyahıya salınıb. Ancaq ödəniş edilib və cəza yaxın zamanda ləğv olunacaq. Narahatlığa heç bir səbəb yoxdur”.

“Neftçi” Alessio Kurçini Belçikanın “Frank Borains” klubundan heyətinə qatıb. Lüksemburqlu hücumçu ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 

Kurçi bu mövsüm 18 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

Kvaratsxeliyadan başqa bunu bacaran olmayıb

7 May 2026 at 11:17

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, “Bavariya” ilə yarımfinal mərhələsinin cavab matçında məhsuldar ötürmə edən gürcüstanlı yarımmüdafiəçi ardıcıl 7-ci oyunda qolun vurulmasında iştirak edib.

Kvaratsxeliya turnir tarixində pley-off mərhələlərində bu göstəriciyə imza atan ilk oyunçudur.

Xviça bu mövsüm turnirdə 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Sumqayıt” yayda onlarla vidalaşacaq

7 May 2026 at 11:00

Müdafəçi Danilo Beskorovoyni və yarımmüdafiəçi Emil Mustafayev “Sumqayıt”dan ayrılacaq.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, icarə əsasında “kimyaçılar”da çıxış edən hər iki futbolçunun transfer hüquqları alınmayacaq.

Danilo və Emil müqavilə ilə məxsus olduğu Ukraynanın “Polissya” klubuna qayıdacaq.

Futbolçular “Sumqayıt” formasıyla Premyer Liqada 11 matça çıxıb.

Şahin Cəfərov

Yaponiya millisinin sabiq üzvü “Neftçi”də

7 May 2026 at 10:55

“Neftçi” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” yaponiyalı Aoi Katsuranı transfer edib.

Yaponiya millisinin sabiq üzvü olan Katsura karyerası ərzində U18 Asiya çempionatının gümüş medalını qazanıb, U19 dünya çempionatında iştirak edib.

“İmişli”nin əməkdaşları Türkiyə klubunda təcrübə keçib

7 May 2026 at 10:49

“İmişli” klubunun nümayəndə heyəti Türkiyənin Trabzon şəhərinə səfər çərçivəsində “Trabzonspor” futbol klubunda 5 günlük təcrübə proqramında olub.

Futbolpress.az xəbər verir ki, səfərdə klubun oyunların təşkili üzrə meneceri İlkin Əhmədov və komandanın meneceri Mədət Eminbəyli iştirak edib.

“Trabzonspor”un meneceri Əmrah Tokun dəvəti ilə baş tutan səfər zamanı nümayəndələr əsas komandanın bazası, qadın futbol akademiyası və aşağı yaş qrupları üzrə təlim-məşq mərkəzlərinin fəaliyyəti ilə tanış olub.

Səfər çərçivəsində klubun baş məşqçisi Fateh Tekke və rəhbərliklə keçirilən görüşlərdə oyunların təşkili, əməkdaşlıq imkanları və təcrübə mübadiləsi müzakirə edilib.

Bununla yanaşı, “Trabzonspor” klubunun uşaq futbol akademiyası ziyarət edilib, akademiyanın rəhbəri İlkər Ərdəmlə qarşılıqlı əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olunub.

“25 yaşıma qədər özümü Maradona hesab edirdim”

7 May 2026 at 10:38

“Flamenqo”nun futbolçusu Saul Niqes maraqlı açıqlama ilə gündəmə gəlib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi karyerası ilə bağlı danışıb:

“25 yaşıma qədər özümü Maradona hesab edirdim. Sonra nə baş verdiyini anlamadım. Problemlər yaşadım və futboldan zövq almamağa başladım. Fərqli mövqelərdə oynamaq isə məni yordu”.

Saul karyerası ərzində “Atletiko”, “Sevilya” kimi klublarda da çıxış edib.

Avropa Liqası: finalçılar məlum olacaq

7 May 2026 at 09:15

Bu gün UEFA Avropa Liqasında finalçılar məlum olacaq.

Futbolpress.az xəbər verir ki, Almaniya təmsilçisi “Frayburq” azarkeşləri önündə “Braqa”nı qəbul edəcək.

İngiltərədə isə “Aston Villa” ilə “Nottingem Forest” üz-üzə gələcək.

UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları

7 may

23:00 Aston Villa – Nottingem Forest
İlk oyun 0:1

23:00 Frayburq – Braqa
İlk oyun 1:2

Enrike: “Xarakter göstərdik”

7 May 2026 at 08:46

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında “Bavariya”ya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Meydanda xarakter göstərdik və sona qədər döyüşdük. Çempionlar Liqasında ardıcıl ikinci mövsüm finala yüksəlmək sevindiricidir. “Bavariya” əsas favoritlərdən idi və onlara qarşı inanılmaz dərəcədə gərgin oyunlar keçirdik. Yekunda üstün olduğumuz üçün sevincliyik. Nəticədən çox razıyıq”.

PSJ iki oyunun nəticəsinə görə (5:4, 1:1) finala yüksəlib. Fransa klubu həlledici görüşdə “Arsenal”la qarşılaşacaq.

ÇL: həftənin oyunçusu kim olacaq?

7 May 2026 at 08:30

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Arsenal”dan Deklan Rays, PSJ-dən isə Vilyan Paço mükafat uğrunda yarışacaq.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Kompanidən PSJ-yə tərif

7 May 2026 at 08:15

“Bavariya”nın baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının yarımfinalında PSJ-yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra bunları deyib:

“Düşünürəm ki, birinci hissə daha yaxşı oynadıq. Lakin qeyd etmək lazımdır ki, rəqib kompakt müdafiə olundu və ötürmələrin qarşısını ala bilirdilər. Qayıdan topların da onlara keçməsi işimizi çətinləşdirdi. PSJ həm müdafiədə, həm də hücumda çox yaxşı oynadı”.

PSJ iki oyunun nəticəsinə görə (5:4, 1:1) finala yüksəlib. Fransa klubu həlledici görüşdə “Arsenal”la qarşılaşacaq.

FIFA-dan “Neftçi”yə transfer qadağası

7 May 2026 at 07:53

FIFA “Neftçi”yə transfer qadağası qoyub.

Futbolpress.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb. “Ağ-qaralar” sabiq futbolçularından və ya məşqçilərindən birinə olan borcu səbəbindən cəzalanıb.

“Neftçi” üç transfer dönəmi üçün qadağa ilə cəzalandırılıb. Klub maliyyə öhdəliyini yerinə yetirəcəyi təqdirdə, qadağa aradan götürüləcək.

Bakı klubu Misli Premyer Liqasında  mövsümün sonuna üç tur qalmış 50 xalla dördüncü sıradadır. “Neftçi” bu mövqeyi tutsa və “Sabah” Azərbaycan Kubokunun qalibi olsa, “ağ-qaralar” Konfrans Liqasında iştirak hüququ əldə edəcək.

Before yesterdayMain stream

Futbolçusu “Zirə”ni 50 manat ziyana saldı

6 May 2026 at 21:49

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar açıqlanıb.

1 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXIV turun “Qarabağ-2” – “Zirə-2” oyununun 61-ci dəqiqəsində “Zirə-2” komandasının 62 nömrəli futbolçusu Rəvan Qaraəhmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zirə-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

1 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXIV turun “Qarabağ-2” – “Zirə-2” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ-2” komandası 250 manat cərimə edilsin (maddə 86.3);

1 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXIV turun “Sabah-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1).

“Hər zaman “Mançester Yunayted” azarkeşi olacağam”

6 May 2026 at 21:24

“Mançester Yunayted”in futbolçusu Kazemiro açıqlama verib.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi yayda “qırmızı şeytanlar”dan ayrılacağını bildirib:

“Buradakı son mövsümümdür. Bu klub daim qəlbimdə yaşayacaq. Hər zaman “Mançester Yunayted” azarkeşi olacağam. Çətin vaxtlarımız oldu, amma toparlandıq və klubu layiq olduğu yerə – Çempionlar Liqasına qaytardıq. Komandadan xoş xatirələrlə ayrılacağam”.

Kazemiro bu mövsüm Premyer Liqada 33 oyunda 9 qol vurub.

Fati ilə bağlı qərar verildi

6 May 2026 at 20:54

“Monako” icarə əsasında komandada çıxış edən Ansu Fatinin transfer hüquqlarını alacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Fransa klubu futbolçunun müqavilə ilə məxsus olduğu “Barselona”ya 11 milyon avro ödəyəcək.

Fati bu mövsüm “Monako”da 28 oyunda 11 qol vurub.

Azərbaycan komandası birinci oldu

6 May 2026 at 20:34

Bakıda “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirdə yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisi 17 medal qazanıb.

İlkin Ağayevin baş məşqçisi olduğu U-17 komandamızın heyətində Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq) və Səma Abbasova (66 kq) turnirin qalibi adına yiyələniblər.

Yeganə Rəhimova (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Rəmziyə Mirzəyeva (70 kq) gümüş, Nəsrin Abdullazadə, Aysan Miriyeva (hər ikisi 46 kq), Nurgül Ocaqova (48 kq), Tunca Mürşüdova, Sima İsmayılova (hər ikisi 50 kq), Alsu Yafarova (52 kq), Nərmin Abdullazadə, Ayan Novruzlu (hər ikisi 54 kq), Emiliya Beydullayeva (57 kq) və Aynur Vəlizadə (63 kq) bürünc medal qazanıblar.

Beləliklə, 3 qızıl, 4 gümüş və 10 bürünc medal qazanan Azərbaycan millisi qız boksçuların yarışında komanda hesabında 1-ci yeri tutub.

İkinci yeri Gürcüstan (3-1-1), üçüncü pilləni neytral idmançılardan ibarət komanda (AİN, 1-2-1) tutub.

Qeyd edək ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komandanın qatıldığı yarışda oğlanların mübarizəsinə sabah yekun vurulacaq.

“Qəbələ” – “Qarabağ”: hakimlər bilindi

6 May 2026 at 19:45

Misli Premyer Liqasının XXXI turunda keçiriləcək oyunlara təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Qəbələ” – “Qarabağ” matçını FIFA referisi İnqilab Məmmədov idarə edəcək.

8 may

16:30. “İmişli” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
Quba OİK

19:30. “Sabah” – “Kəpəz”
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
“Bank Respublika Arena”

9 may

17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
Qəbələ şəhər stadionu

19:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

10 may

17:00. “Turan Tovuz” – “Karvan-Yevlax”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov
Tovuz şəhər stadionu

19:30. “Neftçi” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
VAR: Rəşad Əhmədov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
“Palms Sports Arena”

Azərbaycan yığması ilk oyunda uduzdu

6 May 2026 at 19:29

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, milli Litvanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda keçirilən görüş rəqib komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.

Günün digər matçında Rumıniya yığması Gürcüstan seçməsini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, U-16 növbəti oyununu mayın 8-də Rumıniya yığmasına qarşı keçirəcək.

“Əvəzedicilər”də son durum – “Sabah” üçün kritik tur

6 May 2026 at 19:15

Əvəzedicilər Liqasında 2025/26 mövsümünün bitməsinə üç tur qalıb.

24 turdan sonra “Sabah-2” 53 xalla turnir cədvəlinə başçılıq edir. “Bayquşlar” ən yaxın izləyicisi “Qəbələ-2″ni 4 xal qabaqlayır. Növbəti – 25-ci turda məhz bu komandalar üz-üzə gələcək. “Sabah”ın əvəzediciləri qələbə qazanacağı halda, böyük ölçüdə çempionluğun taleyini həll edəcək.

“Üçlüy”ü isə “Neftçi-2” tamamlayır. Rəşad Abdullayevin rəhbərlik etdiyi kollektiv liderdən 6, ikincidən iki xal geri qalır.

Autsayder isə “Araz-Naxçıvan”ın əvəzediciləridir. Komanda 24 turda cəmi 4 qələbə qazanıb. 17 dəfə uduzan naxçıvanlılar 15 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Autsayderlər qrupundakı digər komandalar isə “Şamaxı-2” və “Kəpəz-2″dir. Birincilər 17 xalla 8-ci, ikincilər isə 16 xalla 9-cu sıranı tutur.

Liqada ən çox qol vuran komanda “Sabah-2″dir. “Bayquşlar” 24 turda 61 qol vurub. 26 qol buraxan “futuristlər” bu göstəricidə də ən yaxşı kollektivdir.

“Şamaxı” və “Araz-Naxçıvan”ın əvəzediciləri isə buraxılan qol sayında rekordçudur. Hər iki komanda 24 oyunda 70 qol buraxıb.

Şahin Cəfərov

Fransalı ulduz “Barselona”nın hədəfində

6 May 2026 at 18:50

Müdafiə xəttini gücləndirməyi planlaşdıran “Barselona” transfer hədəflərinə daha bir futbolçunu əlavə edib.

Futbolpress.az xəbər verir ki, kataloniyalılar “Çelsi”nin oyunçusu Uesli Fofana ilə yaxından maraqlanır. Bu barədə “Sky Sports” məlumat yayıb.

25 yaşlı oyunçu menecerləri tərəfindən İspaniya nəhənginə təklif olunub. Artıq fransalı futbolçunun transferi üçün danışıqlara başlanılıb. “Çelsi” Fofana üçün 30 milyon avro tələb edir. “Barselona” rəhbərliyi isə futbolçunun ilkin icarəyə verilməsi şərti ilə müqavilə imzalamağa razı olduğunu bildirib. Tərəflər arasında danışıqlar davam edir.

Təcrübəli müdafiəçi bu mövsüm “zadəganlar”ın heyətində 22 oyuna çıxıb və 1 məhsuldar ötürməyə imza atıb.

Kazemirodan məsləhət

6 May 2026 at 18:34

“Mançester Yunayted”in futbolçusu Kazemiro açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi komandanın müvəqqəti baş məşqçisi Maykl Karriklə bağlı danışıb:

“O, vəzifəsində qalmalıdır. “Mançester Yunayted”i idarə edə bilmək üçün bütün keyfiyyətlərə sahibdir. Artıq özünü sübut edib. Seçim mənə aid deyil, amma məsləhətim odur ki, Karrik işində qalsın”.

Karrikin gəlişindən sonra “Mançester Yunayted” ardıcıl qələbələr qazanıb və komanda üçüncü sırada yer alır. “Qırmızı şeytanlar” yeni mövsümdə Çempionlar Liqasında iştirakı təmin edib.

Karrik komandaya mövsümün sonuna kimi müvəqqəti baş məşqçi təyin olunub.

“Şəfa”dan xal itkisi, “Səbail” səfərdə qazandı

6 May 2026 at 18:09

Bu gün Azərbaycan I Liqasında XXV turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ikinci gündə üç qarşılaşma baş tutub.

Lider “Şəfa” səfərdə “Difai” ilə qolsuz heç-heçə edib. Turnir cədvəlinin ikincisi “Səbail” “Zaqatala”ya qalib gəlib. “Şimal” – MOİK oyununda isə qalib müəyyənləşməyib.

Azərbaycan I Liqası
XXV tur

6 may

Difai – Şəfa 0:0

Şimal – MOİK 1:1
Qollar: A.Qla, 40 – S.Fərəcov, 85

Zaqatala – Səbail 0:3
Qollar: Almeyda, 20, 34, P.Rikardo, 81
Qırmızı vərəqə: İ.Qırtımov, 54 (“Zaqatala”) – R.Voronsov, 54 (“Səbail”)

“Liverpul”dan “Yuventus”a

6 May 2026 at 17:53

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, braziliyalı qolkiper “Yuventus”la razılaşıb. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Alisson Turin klubu ilə iki mövsümlük müqavilə imzalayacaq və illik 5 milyon avro məvacib alacaq.

Keçid yayda açıqlanacaq.

Alisson bu mövsüm Premyer Liqada 25 oyuna çıxıb.

“Qalatasaray” “Parma”nın futbolçusu ilə maraqlanır

6 May 2026 at 17:30

“Parma”nın futbolçusu Mandela Keyta karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Komandanın baş məşqçisi Okan Buruk rəhbərlikdən Mandelanın transferini istəyib.

23 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 18 milyon avrodur. O, bu mövsüm 37 oyunda meydana çıxıb.

Şkrinyardan “Fənərbağça”ya pis xəbər

6 May 2026 at 17:14

“Fənərbağça” Super Liqanın XXXVI turunda “Konyaspor”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Milan Şkrinyar bu görüşdə iştirak edə bilməyəcək. 31 yaşlı futbolçunun zədəsi sağalmayıb və o, turu buraxacaq.

Şkrinyar bu mövsüm 40 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Mayın 9-da keçiriləcək “Konyaspor” – “Fənərbağça” oyununa saat 21:00-da start veriləcək.

Daha bir azərbaycanlı UFC ilə müqavilə imzaladı

6 May 2026 at 16:45

Azərbaycanlı döyüşçü Fərman Həsənov UFC ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “MMA Azərbaycan” məlumat yayıb. Həsənov iyunda Bakıda keçiriləcək UFC turnirində debüt edəcəyi gözlənilir.

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.

AFFA bölgə klublarını cərimələdi

6 May 2026 at 16:23

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Göygöl” – “Ağstafa Gəncləri” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Göygöl” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Ağdaş” – “Araz Saatlı” oyununda “Ağdaş” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Ağdaş” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Ağdaş” – “Araz Saatlı” oyunu “Araz Saatlı” komandasının qapıçısının formasında qüsur olması səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 150 manat cərimə edilsin (maddə 83.5);

“Quba” – “Xankəndi” oyununun 71-ci dəqiqəsində “Quba” komandasının 8 nömrəli futbolçusu Kamal Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Quba” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

“Şirvan” – “Şəmkir” oyunu bitdikdən sonra “Şirvan” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Şirvan” komandası 200 manat cərimə edilsin (maddə 86.3);

Riad Rəfiyev və Saşa İliç cəzalandı

6 May 2026 at 16:01

“Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Saşa İliç cəzalanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib:

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 5000 manat cərimə edilsin. (maddə 51.1);

“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 5000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin (maddə 87.1, 19);

“Baku Open 2026”: son tura start verildi

6 May 2026 at 15:46

Bu gün Bakı Kristal Zalında təşkil olunan “Baku Open” Beynəlxalq Şahmat Festivalının son turuna start verilib.

Futbolpress.az xəbər verir ki, 9-cu turun rəmzi ilk gedişlərini Avropa Şahmat Birliyinin prezidenti Zurab Azmayparaşvili, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili, Beynəlxalq Şahmat Federasiyasının baş katibi Lukas Turlej edib.

Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.

Əliyar Ağayev Əvəzedicilər Liqasına göndərildi

6 May 2026 at 15:31

Əvəzedicilər Liqasında XXV turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayev “Zirə-2” – “Sumqayıt-2” oyununu idarə edəcək.

7 may (cümə axşamı)

“Neftçi-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Ləman Əmirli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Müzəffər Müzəffərli
Palms Sports Futbol Mərkəzi (IV meydança), 17:00

8 may (cümə)

“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Əliyar Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Vüqar Alıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Xatirə Aslanova
Palms Sports Futbol Mərkəzi (IV meydança), 13:00

“Turan Tovuz-2” – “Qarabağ-2”
Hakimlər: Elçin Abdullayev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Samir Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Novruz Əzimov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00

9 may (şənbə)

“Kəpəz-2” – “Şamaxı-2”
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Rüfət Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30

10 may (bazar)

“Qəbələ-2” – “Sabah-2”
Hakimlər: İslam Məmmədov, Kamran Bayramov, Rəşad Quliyev, Sərxan İsmayılov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00

“Yuventus”un futbolçusu türklərə “yox” dedi

6 May 2026 at 15:14

“Qalatasaray” “Yuventus”un futbolçusu Federiko Qattini transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı müdafiəçiyə təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Qatti Türkiyədə oynamaq istəmir və bu səbəbdən “yox” cavabı verib.

İtaliyalı futbolçu bu mövsüm 25 oyunda 4 qol vurub.

Azərbaycanı Avropa Kubokunda onlar təmsil edəcək

6 May 2026 at 14:52

9–10 may tarixlərində Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 9 çəki dərəcəsində 26 cüdoçu (23 kişi, 3 qadın) ilə təmsil olunacaq. Heyətə kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Beynəlxalq turnirdə 17 ölkədən 208 idmançı (150 kişi, 58 qadın) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri – “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Rəşad Əliyev, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev də yer alacaq.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq
Babarəhim Mirzəyev
Murad Əliyev
Murad Muradlı
Məhəmməd Məmişov
Şamo Hüseynov

-66 kq
Yaşar Nəcəfov
Hüseyn Allahyarov
Zahir Ağazadə
İslam Rəhimov
Nizami İmranov
Elşən Əsədov
Nazir Talıbov

-73 kq
Nadir İmanov
Rüfət Şövlətov
Nəriman Mirzəyev
Elton İmranov
Bəhram Qurbanlı

-90 kq
Xəyyam Əliyev
Nihad Şıxəlizadə

-100 kq
Əjdər Bağırov
Şahin Əsədov
Elmar Qasımov

+100 kq
Qurban Məmmədli

Qadınlar

-48 kq
Diana Tçkayeva

-57 kq
Ülviyyə Bayramova

+78 kq
Madina Kaisinova

Aziz Yıldırım “Fənərbağça”da prezidentliyə namizəd oldu

6 May 2026 at 14:30

“Fənərbağça” klubunda iyun ayında prezident seçkiləri olacaq.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin sabiq rəhbəri Aziz Yıldırım yenidən namizədlər arasında olacaq. Bu barədə funksioner özü açıqlama verib. O, “Fənərbağça”da prezidentliyə iddiaçı olduğunu bildirib.

Yıldırım 1998-2018-ci illərdə klubun rəhbəri olub.

Berdıyev onun transferini istəyir

6 May 2026 at 14:15

“Turan Tovuz” Moskva “Lokomotiv”indən icarəyə götürdüyü müdafiəçi Mark Mampassi ilə bağlı qərarını verib.

Futbolpress.az-ın məlumatına görə, Tovuz təmsilçisi futbolçunun transfer hüquqlarını almaq istəyir. Komandanın baş məşqçisi Kurban Berdıyev Markın performansından məmnundur və onun birdəfəlik transfer edilməsini arzulayır.

Mampassi bu ilin fevralından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqada 8 oyunda 1 qol vurub.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol”, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib. Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub.

Şahin Cəfərov

MS onunla müqaviləni uzadır

6 May 2026 at 13:50

“Mançester Siti” futbolçusu Fil Fodenlə müqaviləsini uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında müddəti 2031-ci ilin yayına kimi olan müqavilə imzalanacaq.

Foden bu mövsüm “şəhərlilər”lə Premyer Liqada 29 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Eyeball” platformasının istifadəsinə başlanıldı

6 May 2026 at 13:32

AFFA tərəfindən futbolun inkişafı və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr çərçivəsində “Eyeball” analitik platformasının istifadəsinə başlanılıb.

Futbolpress.az xəbər verir ki, layihə həm kişi, həm də qadın futbolunu əhatə edir və artıq U-15, U-16, U-17, U-19 və Əvəzedicilər Liqası, eləcə də qadınlar arasında U-16 və Yüksək Liqa komandaları bu sistemə daxil edilib. Bu addım yerli futbolda analitika və rəqəmsal yanaşmanın tətbiqini genişləndirməyə xidmət edir.

“Eyeball” platformasının Azərbaycan dili üzrə istifadəsinin də tam təmin olunması planlaşdırılır. Bu yenilik yerli istifadəçilər üçün platformadan daha rahat və effektiv istifadə imkanları yaradacaq, eyni zamanda analitik məlumatların daha anlaşılan formada təqdim edilməsinə töhfə verəcək.

“Eyeball” layihəsinin ilkin mərhələsində platformanın Bakı və Abşeron ərazisində fəaliyyət göstərən klublar arasında tətbiqi nəzərdə tutulub. Növbəti mərhələdə isə region klublarının da sistemə qoşulması planlaşdırılır. Eyni zamanda, növbəti mövsümdən etibarən bütün klubların öz ev oyunlarını çəkərək platformaya yükləməsi nəzərdə tutulur.
Yüklənmiş oyunlar platforma tərəfindən avtomatik emal olunur və qısa müddət ərzində geniş statistik göstəricilər və analitik məlumatlar formalaşdırılır. İstifadəçilər oyunların tam video görüntüsünü izləməklə yanaşı, konkret epizodları seçə, hadisələr üzrə filtr tətbiq edə və oyun daxilində baş verən bütün əsas məqamları ayrıca analiz edə bilirlər.
Bundan əlavə, hər həftə bütün yaş qrupları üzrə “Həftənin rəmzi komandası” hazırlanacaq və platforma üzərindən təqdim olunacaq. Bu isə futbolçuların fərdi performanslarının daha yaxından izlənilməsinə və fərqlənən oyunçuların ön plana çıxmasına əlavə imkan yaradacaq.

Eyni zamanda, “Eyeball” platforması üzərindən futbolçuların performans göstəriciləri və oyun görüntüləri xarici klub skautları tərəfindən də izlənilə bilər. Bu isə yerli futbolçuların beynəlxalq səviyyədə daha geniş tanınmasına və onların xarici klublarda çıxış etməsi üçün əlavə imkanların yaranmasına şərait yaradır.

Beləliklə, platforma yalnız analiz aləti deyil, həmçinin futbolçuların karyera inkişafına dəstək verən mühüm vasitə rolunu oynayır.

Kanadalı futbolçu “Milan”ın “radar”ında

6 May 2026 at 13:17

“Sassuolo”nun futbolçusu İsmael Kone yayda komandasını dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, İtaliyanın “Milan” və İngiltərənin bir neçə klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Konenin müqaviləsində 35 milyon avroya sərbəst qalar bəndi var. Klublar yayda bundan istifadə etmək niyyətindədir.

Kanadalı futbolçu bu mövsüm A Seriyasında 32 oyunda 6 qol vurub.

“Arsenal” rekordunu təkrarladı

6 May 2026 at 12:50

“Arsenal” Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Atletiko”ya qalib gəlib – 1:0.

Futbolpress.az “Opta”ya istinadən xəbər verir ki, bu, London klubunun mövsümdəki 41-ci qələbəsi olub. “Arsenal” qalibiyyət sayında rekordunu təkrarlayıb.

“Topçular” sonuncu dəfə 1970/71 mövsümündə 41 qələbə qazanmışdı.

“Neftçi”ni “dördlüy”ə salan göstəricilər

6 May 2026 at 12:26

Yuri Vernidubun gəlişindən sonra oyun planında artıran və turnir cədvəlində ciddi yüksəlişə nail olan “Neftçi” Misli Premyer Liqasında ən çox qələbə qazanan 4 komandadan biridir.

“Ağ-qaralar” 30 oyunda 13 dəfə üç xala sevinib. Bu, “Sabah”, “Qarabağ” və “Turan Tovuz”dan sonra ən yaxşı göstəricidir. Komandanın “üçlük”dən kənarda qalmasının əsas səbəbi isə mövsümün əvvəlində daha aşağı pillələrdə qərarlaşan kollektivlərlə oyunlarda itirlən xallardır.

Maraq üçün qeyd edək ki, “Neftçi” liqada ən çox heç-heçə edən (11) dörd komanda arasındadır. Beşinci pillədə yer alan “Zirə” bu göstəricidə liderdir – 13 bərabərlik. “Neftçi” ilə yanaşı, “İmişli” və “Şamaxı”nın də 11 “sülh”ü var.

71 yaşlı azarkeşin stadiona girişinə qadağa qoyuldu

6 May 2026 at 12:15

İngiltərənin “Everton” klubunun 71 yaşlı bir azarkeşi həbs olunub.

Futbolpress.az xəbər verir ki, buna səbəb fanatın Premyer Liqanın XXXV turunda “Mançester Siti” ilə matçda rəqib futbolçu Antuan Semenyoya qarşı irqçilik etməsi olub.

Azarkeş daha sonra girov qarşılığında sərbəst buraxılıb, ancaq onun qeyri-müəyyən müddətə stadiona girişinə qadağa qoyulub.

“Everton” – “Mançester Siti” oyunu 3:3 hesabıyla bitib.

Simeone: “İçimdə sakitlik var”

6 May 2026 at 11:47

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında “Arsenal”a uduzduqları görüşü şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Mübarizəni dayandırdıqsa, deməli, rəqib finala daha çox layiq idi. Onlar şanslarından maksimum yararlandılar və bir qolla oyunun taleyini həll etdilər. Necə hiss etdiyimi soruşsanız… içimdə sakitlik var. Bilirəm ki, komandam meydanda bütün gücünü qoydu”.

“Arsenal” finalda PSJ – “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq.

Peres türkiyəli futbolçunu “Real”a gətirmək istəyir

6 May 2026 at 11:26

“Yuventus”un futbolçusu Kenan Yıldız karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Real” türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Madrid təmsilçisinin rəhbəri Florentino Peres Kenanın oyununu çox bəyənir və onu komandada görmək istəyir.

Tərəflər arasında yayda danışıqların olacağı ehtimal edilir.

Yıldız bu mövsüm A Seriyasında 34 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Sumqayıt”ın oyunu 2 manata

6 May 2026 at 11:08

Misli Premyer Liqasında XXXI turda 9 may, saat 19:30-da baş tutacaq “Sumqayıt” – “Araz-Naxçıvan” matçının biletləri satışa çıxıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.

Biletləri “iTicket.az”, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 14:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.

Azərbaycan yığması Litva ilə üz-üzə

6 May 2026 at 10:53

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, yığma Litvanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Binə stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşma FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

Daha bir klub Kvaratsxeliyanın qardaşına “elçi düşdü”

6 May 2026 at 10:39

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyanın qardaşı Tornike Xvaratsxeliya daha bir klubun diqqət mərkəzinə düşüb.

Futbolpress.az xəbər verir ki, “Bavariya” Gürcüstanın “Dinamo” klubunda çıxış edən 16 yaşlı hücumçu ilə maraqlanır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

Daha əvvəl İtaliyanın “Yuventus” və “Napoli” klubunun Tornikeni izlədiyi bildirilib.

Hücumçu bu gün Çempionlar Liqasında keçiriləcək “Bavariya” – PSJ oyununu izləmək üçün “Allianz Arena”da olacaq. Münhen klubunun rəhbərliyi matç ərəfəsində futbolçu ilə görüşməyi planlaşdırır.

“Arsenal”dan “Portu”ya

6 May 2026 at 10:23

“Portu” icarə əsasında komandada çıxış edən Yakub Kiviorun transfer hüquqlarını alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliya klubu yarımmüdafiəçi üçün müqavilə ilə məxsus olduğu “Arsenal”a 17 milyon avro ödəyəcək.

Kivior bu mövsüm “Portu”da 38 oyuna çıxıb.

“Neftçi”nin iddiası, autsayderin şansları tükənir

6 May 2026 at 10:09

“Neftçi” Misli Premyer Liqasında növbəti qələbəsini qazandı. “Ağ-qaralar” səfərdə autsayder “Karvan-Yevlax”a inamlı hesabla – 3:0-la qalib gəldi. Xallarını 50-yə çatdıran bakılılar 4-cü pillədəki mövqeyini qorudu.

Ötən turda “Qarabağ” üzərində qazanılan qələbədən sonra eyforiyaya qapılmayan, yevlaxlılarla duelə də ciddi yanaşan “Neftçi” yaxşı çıxışla arzuladığı üç xalı qazandı.

Paytaxt klubunun qarşıda finala bərabər üç oyunu var. Komanda 4-cü yeri tutsa belə, avrokuboklara vəsiqə qazanması özündən asılı deyil. “Sabah”ın kubokda “Zirə”ni məğlub etməsi, “ağ-qaralar” üçün Konfrans Liqası “bileti” verəcək. Əksi olacağı halda, komanda avrokuboklardan kənarda qalacaq.

Autsayder “Karvan-Yevlax” isə I Liqaya bir addım da yaxınlaşdı. Yevlax təmsilçisi rəqibinə yalnız yarımsaat müqavimət göstərə bildi. Qarşıda üç oyun var və yevlaxlıların 11-ci “Qəbələ” ilə arasındakı xal fərqi 6-dır. Komandaların bir-biri ilə də dueli var. Ancaq autsayder liqada qalmaq şansını davam etdirə bilməkçün oyuna qədər xal fərqini üçə endirməlidir. İndiki məqamda gedişat “Qəbələ”nin lehinədir.

Ümumilikdə, Füzuli Məmmədovun yetirmələrinin riyazi olaraq pley-off şansları davam edir. Lakin sərgilənən oyun, heyətin keyfiyyəti onları “Qəbələ”dən bir addım geridə saxlayır.

Şahin Cəfərov

Halkın transferi açıqlandı

6 May 2026 at 09:42

“Atletiko Mineyro”dan ayrılan Halk “Fluminense”yə keçib.

Futbolpress.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı hücumçu ilə müqavilə 2027-ci ilin sonuna kimi nəzərdə tutulub.

Halk karyerası ərzində “Portu”, “Zenit”, “Atletiko Mineyro”da çıxış edib.

“Şəfa” çempionluğunu rəsmiləşdirə bilər

6 May 2026 at 09:25

Bu gün Azərbaycan I Liqasında çempion müəyyənləşə bilər.

Futbolpress.az xəbər verir ki, lider “Şəfa” XXV tur çərçivəsində “Difai”ni məğlub etsə, sona iki tur qalmış qızıl medalları rəsmiləşdirəcək.

Bakı klubu 53 xalla turnir cədvəlində birinci sıradadır və ən yaxın izləyicisi “Səbail”i 7 xal qabaqlayır.

“Difai” – “Şəfa” oyunu saat 16:00-da start götürəcək.

Dambrauskasdan həmyerlisinə təbrik

6 May 2026 at 09:12

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas basketbol klubunun Azərbaycan çempionu olması ilə bağlı paylaşım edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis feysbuk hesabında bunları yazıb:

“Sabah” basketbol klubunu ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olması münasibətilə təbrik edirəm. Oyunçulara, rəhbərliyə və azarkeşlərə böyük alqış! Möhtəşəm nailiyyətlərdir və bu prosesin içində olanlar hansı əziyyətlərin çəkildiyini bilir. Xüsusilə, litvalı məşqçi heyətini – Aurimas Yasilionis, Laimonas Barkauskas və Avropa basketbolunun canlı əfsanəsi Rimas Kurtinaytisi təbrik edirəm!”

Məhsuldar ötürmə etdi, “ən yaxşı” seçildi

6 May 2026 at 08:49

Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən “Arsenal” – “Atletiko” oyununun (1:0) ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, “topçular”ın yarımmüdafiəçisi Deklan Raysdır.

İngiltərəli futbolçu matçdakı yeganə qolun ötürməsini edib.

“Arsenal” “Atletiko”ya qalib gəlib və adını finala yazdırıb.

Arteta: “Birlikdə tarix yazdıq”

6 May 2026 at 08:37

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında finala yüksəlmələrini şərh edib.

Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, mütəxəssis yarımfinalda “Atletiko”ya qalib gəldikləri (1:0) oyundan sonra bunları deyib:

“İnanılmaz axşam idi. Birlikdə tarix yazdıq. Bu uğurda əməyi olan hər kəsə təşəkkür edirəm. Stadionda möhtəşəm atmosfer var idi. Fanatlar üçün finalın nə olduğunu yaxşı başa düşürdük. 20 il sonra yenidən bir nömrəli titulu qazanmağa yaxınıq”.

“Arsenal” finalda PSJ – “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq.

ÇL: PSJ finalda

7 May 2026 at 01:04

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı məlum olub

Futbolpress.az xəbər verir ki, “Bavariya” ilə cavab matçında heç-heçə edən  PSJ-ni adını finala yazdırıb.

Komandalar arasındakı ilk matçda parislilər qələbə qazanıb – 5:4.

Cütün qalibi finalda “Arsenal”la qarşılaşacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu

6 may

23:00 Bavariya – PSJ 1:1

Qollar: Keyn, 90+6Dembele, 3
İlk oyun 4:5

Sarvanı “Karvan”a bab olmalı…

6 May 2026 at 08:10

“Karvan Yevlax” Misli Premyer Liqasının debütantıdır. Ancaq burada 30 oyuna cəmi 3 qələbə qazana bilib. Son illər belə autsayder olmamışdı.

I Liqanın səviyyəsi o qədər aşağıdır ki, bölgə təmsilçisi Premyer Liqada çox pis nəticəyə uğradı.

Yevlax təmsilçisi yalnız Füzuli Məmmədovun baş məşqçi təyinatından sonra yerli futbolçu potensialından istifadə faizini 5-6-dan 20-25-ə qaldırıb.

Müxtəlif ölkələrdən, səviyyəsi qənaətbəxş olmayan əcnəbiləri gətirməklə nəyə nail olundu?

Klub rəhbərliyi bundan ciddi dərs almalıdır.

Ok, Premyer Liqaya yüksəlməklə illik 2.5 milyon manat dotasiyadan faydalanıb stadionu yararlı vəziyyətə saldılar. Bunu ciddi iş saymaq olar. Lakin komanda quruculuğunda naşı davrandıqları aşkardır.

I Liqada yenidən elitaya vəsiqə üçün mübarizə aparmağa potensial toplaya biliblər. Son məlumatlara görə Məmmədovla yola davam ediləcək.

Hər halda, Pro kateqoriyalı, təcrübəli mütəxəssislə yenidən sıralara qayıdıb, daha faydalı komandaya çevrilə bilərlər.

Bunun üçün həm işartılar görünür, həm də imkan/zəmin var.

30 oyunun 22-də məğlub olmaq üçün heyətin 80 faizini əcnəbidən ibarət formalaşdırmağa gərək yox idi. Oxşar qeyd bir neçə ortabab PL klubuna da şamil edilə bilər…

Kamil Əhməd

“Beşiktaş” kubokda mübarizəni dayandırdı

5 May 2026 at 23:29

“Beşiktaş” Türkiyə Kubokunda mübarizəni dayandırıb.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi yarımfinalda “Konyaspor”a uduzub – 0:1. Görüşdə yeganə qolu 90+8-də Enis Bardi penaltidən vurub.

“Konyaspor”un finaldakı rəqibi “Trabzonspor” – “Gənclərbirliyi” cütünün qalibi olacaq.

“Sabah” Azərbaycan çempionu oldu

5 May 2026 at 22:00

“Sabah” Azərbaycan Basketbol Liqasının qalibi olub.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” final seriyasının üçüncü oyununda da “Abşeron Lions”u məğlub edib – 108:95.

Əvvəlki iki matçda da qalib olan “Sabah” mövsümün çempionu adını qazanıb.

“Qızıl əlcəy”in sahibi bilindi

5 May 2026 at 21:32

“Arsenal”ın qapıçısı David Raya Premyer Liqada mövsümün “qızıl əlcək” mükafatını qazanıb.

Futbolpress.az xəbər verir ki, o, ardıcıl üçüncü mövsüm bu mükafata layiq görülüb.

Raya cari “futbol ili”ndə 35 oyunun 17-də qapısını toxunulmaz saxlayıb.

“Arsenal” Premyer Liqada 35 turdan sonra 76 xalla liderdir.

Qayıbov idmançılarla görüşdü

5 May 2026 at 21:13

Bu gün gənclər və idman naziri Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca “Azərbaycan Respublikasının idman ustası” adına layiq görülən idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Daha sonra nazir idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirərək onları və məşqçilərini təbrik edib. Qayıbov bildirib ki, aprel ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 13 ölkədə səsləndirilib, idmançılarımız isə ümumilikdə 82 qızıl, 56 gümüş və 70 bürünc medal qazanıblar.

Tədbir zamanı beynəlxalq yarışlarda əldə olunan nəticələri əks etdirən videoçarx nümayiş etdirilib. Bir sıra idman növləri üzrə nümayəndələr isə iştirak etdikləri yarışlar və əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər.

Sonda nazir Fərid Qayıbov idmançılara gələcək yarışlarda da uğurlar arzulayıb.

“Sumqayıt” akademiyasının üzvləri ekskursiyada olub

5 May 2026 at 20:51

“Sumqayıt” Futbol Akademiyasının U-14, U-15 oğlanlar və U-16 qızlar komandaları üçün klubun baş sponsoru olan “Azərikimya” İstehsalat Birliyinə (İB) maarifləndirici ekskursiya təşkil edilib.

Futbolpress.az xəbər verir ki, səfər çərçivəsində “Azərikimya” İB-nin baş direktoru Elnur Məmmədli gənc futbolçularla görüşərək, onlara gələcək karyeraları və şəxsi inkişafları ilə bağlı tövsiyələrini verib.

Görüşün ardından iştirakçılar müəssisənin inzibati binası ilə tanış olub, daha sonra Etilen-Polietilen zavoduna yollanıblar. Burada gənc futbolçulara istehsalat prosesləri və müasir qurğuların iş prinsipi barədə ətraflı məlumat verilib.

Tədbirin əsas məqsədi gənclərin dünyagörüşünü artırmaq, onları real iş mühiti ilə tanış etmək və gələcək ixtisas seçimlərində onlara dəstək olmaqdır.

Sonda ekskursiyanın təşkilinə görə “Sumqayıt” FK-nın vitse-prezidenti Aydın Xəlilova, akademiya meneceri Zərifə Bayramovaya və “Azərikimya” İB-nin İstehsalat üzrə böyük mütəxəssisi Rəhim Əkbərova minnətdarlıq ifadə olunub.

Azərbaycan təmsilçisi Dünya Kubokunda mübarizə aparacaq

5 May 2026 at 20:30

8–10 may tarixlərində Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun birinci mərhələsi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına reytinq xalı verən bu yarışda Azərbaycan Su İdman Növləri Federasiyasını Tatyana Smilovenko təmsil edəcək.

Kanoe üzrə milli komandanın liderlərindən olan Tatyana Smilovenko Dünya Kubokunda medallar və reytinq xalları uğrunda yarışacaq.

Fiziyev Bakıda Torreslə döyüşəcək

5 May 2026 at 19:45

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, idmançılar yüngül çəkidə münasibətlərə aydınlıq gəticəklər.

İkinci əsas döyüşdə isə azarkeşləri ulduz döyüşçü Şarabutdin “Shara Bullet” Maqomedov (Rusiya) ilə “dağıdıcı” döyüş tərzi ilə tanınan Miçel Pereyra (Braziliya) arasında yüksək səviyyəli orta çəki qarşılaşması gözləyir.

Qeyd edək ki, Rafael Fiziyev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel “Loco” Torresdir (17-3).

Bu il “UFC Fight Night” iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Əliyev: “Azarkeşlərdən xahişim budur ki…”

5 May 2026 at 19:29

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Xanlar Əliyev Bakıda keçiriləcək UEFA İnkişaf Turniri ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın oyunlara hazır olduğunu deyib:

“Aprelin 30-dan təlim-məşq toplanışındayıq. Komandanın hazırlıq durumu və məşqlərdəki reaksiyaları bizi qane edir. Bunun bəhrəsini sabahkı oyunda müsbət nəticə ilə görəcəyimizə inanıram. Bildiyiniz kimi, son Avropa çempionatının seçmə mərhələsinin ardından 2009-cu il təvəllüdlülər yuxarı yaş qrupuna keçiblər. Turnir üçün əsasən 2010-2011-ci il təvəllüdlü oyunçuları dəvət etmişik. İlk dəfə millinin heyətində olanlar var. Onlar üçün yeni təcrübədir. Komandanın psixoloji durumu və məşqlərə yanaşması yaxşıdır”.

Əliyev rəqiblər barədə də fikirlərini bildirib:

“Bu turnirdə yeni oyunçuların son durumlarını görmək imkanımız olacaq. Onların özlərini göstərməsi baxımından yaxşı şansdır. Rəqibləri təhlil etmişik. Rumıniya son Avropa çempionatının seçmə mərhələsində A Liqasında mübarizə aparıb. Gürcüstan yığması bizə tanış rəqibdir. İlk rəqibimiz olan Litva ilə görüşə yaxşı hazırlaşmışıq. Turnir futbolçuların inkişafı nöqteyi-nəzərindən bizim üçün çox önəmlidir. Hər kəsə şans verəcəyik”.

O, komandanın azarkeş dəstəyinə ehtiyac duyduğunu sözlərinə əlavə edib: “

“Turnirin Bakıda keçirilməsi bizim üçün əlavə üstünlükdür. Azarkeşlərdən xahişim budur ki, oyunlarımıza gəlsinlər, qızları dəstəkləsinlər. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. UEFA İnkişaf Turniri də həmin yarışa hazırlıq məqsədi daşıyır”.

Qeyd edək ki, U-16 UEFA İnkişaf Turniri çərçivəsində mayın 6-da Litva, 8-də Rumıniya, 11-də isə Gürcüstan yığması ilə qarşılaşacaq. Oyunlar Binə stadionunda keçiriləcək.

ÇL: “Arsenal” finalda!

6 May 2026 at 00:55

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı məlum olub.

Futbolpress.az xəbər verir ki, İngiltərənin “Arsenal” komandası yarımfinal mərhələsinin cavab oyununda Madrid “Atletiko”sunu minimal hesabla məğlub edib. “Topçular” iki oyunun nəticəsinə görə adını finala yazdırıb.

“Arsenal”ın finaldakı rəqibi PSJ – “Bavariya” cütünün qalibi olacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu

5 may

23:00 Arsenal – Atletiko 1:0
Qol:
Saka, 45

❌
❌