Normal view

Today — 11 June 2026Main stream

Mundiala dünya çempionu ilə – K qrupuna baxış

11 June 2026 at 19:51

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatı bu gün start götürəcək. “Futbolpress” mundialla bağlı rubrika başladıb – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edilib.

Ötən yazılarımızda A, B, C, D, E, F, G, H, İ və J qrupunu dəyərləndirdik. İndi isə K qrupuna nəzər salaq:

Qrup K
Kolumbiya
Portuqaliya
Özbəkistan
Konqo

Kolumbiya

“Qəhvəçilər” ləqəbli Cənubi Amerika təmsilçisi tarixində yeddinci dəfə dünya çempionatında mübarizə aparacaq. İlk dəfə 1962-ci ildə mundiala qatılan kolumbiyalılar həmin vaxt qrupdan çıxa bilməyib.

Birinci dəfə iştirak etdiyi mundialda SSRİ yığması ilə matçda 1:4 geridə olmasına baxmayaraq, geridönüş edərək 4:4 hesablı heç-heçə əldə etmişdi. Həmin görüşdə tarixin ən yaxşı qapıçılarından hesab edilən Lev Yaşina birbaşa künc zərbəsindən qol vuran Markos Koll qolkiperə unutmayacağı an yaşatmışdı.

Yığmanın dünya çempionatları tarixindəki ən yaxşı nəticəsi 2014-cü ilə aiddir. Komanda həmin mundialda 1/4 finala qədər irəliləmiş, ancaq Braziliyaya uduzaraq, mübarizəni dayandırmışdı. Dünya çempionatında 6 qolla bombardir olan Xames Rodriqes sonda “Qızıl buts”u qazanmışdı. Onun Uruqvaya vurduğu məşhur qol isə turnirin ən yaxşısı seçilmişdi.

Kolumbiya millisi ilə bağlı neqativ hadisə isə 1994-cü il mundialına aiddir. ABŞ ilə oyunda avtoqol müəllifi olan Andres Eskobar turnirdən qayıtdıqdan sonra Medellində qətlə yetirilmişdi. Bu, tarixin ən faciəli hadisələrindən hesab edilir.

Kolumbiya millisinin heyətinin dəyəri 302.35 milyon avrodur. Komandanın aparıcı üzvü “Bavariya”da çıxış edən Luis Diasdır. Heyətdə Luis Suares, Riçard Rios, Con Lukumi kimi son dönəmlərdə adından söz etdirən futbolçular yer alır.

Kolumbiya millisi mundiallarda:
22 oyun, 9 qələbə, 3 heç-heçə, 10 məğlubiyyət.

Portuqaliya

“Dənizçilər” və ya “Beş qalxanlılar” ləqəbli yığma tarixin ən uğurlu kollektivlərindəndir. Portuqallar 9-cu dəfə mundialda iştirak edəcək. İlk dəfə qatıldığı 1966 dünya çempionatında üçüncü yeri tutan komanda daha sonra bu uğurunu təkrarlaya bilməyib.

Tarixin ən yaxşı futbolçularından hesab edilən Kriştiano Ronaldo millinin simvoludur. Millidə ən çox qol vuran oyunçu ünvanını daşıyan portuqaliyalı ulduz həm də yığma ilə mundiallarda ən çox forma geyinəndir – 22 dəfə. Bu mundial Ronaldonun 6-cı dünya çempionatıdır.

“Futbolun Ronaldoya borcu var” kimi fikirlər Portuqaliya yığmasını mundialın favoritləri arasında göstərilməsinə səbəb olur. 41 yaşlı ulduz böyük ehtimalla sonuncu dünya çempionatında iştirak edəcək bu, o və komanda yoldaşları üçün əlavə çempionluq motivasiyası yaradıb.

Portuqaliya millisi mundiallarda:
35 oyun, 17 qələbə, 6 heç-heçə, 12 məğlubiyyət.

Özbəkistan

Mərkəzi Asiyanın güclü kollektivlərindən sayılan “ağ qurdlar” tarixində ilk dəfə dünya çempionatının əsas mərhələsinə qatılıb. Yığma 1992-ci ildən, SSRİ-nin dağılmasından sonra müstəqil komanda ilə beynəlxalq arenada yarışır.

Komanda müstəqilliyindən iki il sonra Asiya Oyunlarında qızıl medal qazanaraq, tarixinin ən böyük uğuruna nail olub.

Yığmanın heyətində Abdukadir Xusanov (“Mançester Siti”), Eldar Şomurodov (“Başakşəhər”) kimi futbolçular yer alıb.

Özbəkistan millisini keçmiş dünya çempionu Fabio Kannavaro çalışdırır. Mütəxəssisin mundial təcrübəsi yığmanın əsas üstünlüyü olacaq.

Konqo

“Bəbirlər” ləqəbli yığma tarixində ikinci dəfə dünya çempionatında iştirak edəcək. Konqo millisi bundan öncə 1974 mundialına qatılıb və qrupda qalıb. Həmin dövrdə ölkə Zair adı altında çıxış edib. Dünya çempionatında debüt “bəbirlər” üçün uğurlu alınmayıb və komanda hər üç oyunu uduzub. Həmin mundialda komanda Yuqoslaviyaya 0:9 hesabıyla məğlub olaraq ölkə futbolunun ən ağrılı nəticəsinə imza atdı.

Həmin mundialda maraqlı məqam komandanın müdafiəçisi Mvepu İllunqa ilə bağlıdır. Braziliya ilə oyunda cərimə zərbəsi başlanmazdan əvvəl topa qaçan İllunqanın uzun müddət futbol qaydalarını bilmədiyi iddia edilmişdi. Lakin oyunçu daha sonra açıqlamasında bu hərəkətinin siyasi etiraz olduğunu bildirmişdi.

Konqo yığmasının heyətinin dəyəri 143.90 milyon avrodur. Komandada Noa Sadiki (“Sanderlend”), Yoan Vissa (“Nyukasl”), Aaron Van-Bissaka (“Vest Hem”) kimi tanınmış futbolçular yer alır.

Konqo millisi mundiallarda:
3 oyun, 3 məğlubiyyət.

K qrupunun afişası:
17 iyun Portuqaliya – Konqo
18 iyun Özbəkistan – Kolumbiya
23 iyun Portuqaliya – Özbəkistan
24 iyun Kolumbiya – Konqo
28 iyun Kolumbiya – Portuqaliya
28 iyun Konqo – Özbəkistan

Şahin Cəfərov

Mundiala doğru: ilk sürpriz, mübahisəli qol və yeganə çempionluq

11 June 2026 at 15:48

Bu gün dünya çempionatına start veriləcək. Sayca 23-cü olacaq mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

1930-cu ildən etibarən dörd ildən bir keçirilən dünya çempionatları bu günə qədər cəmi iki dəfə baş tutmayıb: 1942 və 1946-cı illərdə II Dünya Müharibəsi səbəbindən təşkil olunmayıb.

Mundiallar tarixində ilk sürpriz 1966-cı ildəki yarışa təsadüf edir. Turnirə ilk dəfə qatılan Şimali Koreya yığması 1/4 finala qədər irəliləməyi bacarmışdı. Asiyalılar həmin vaxt ən yaxşılardan olan İtaliya millisini 1/8 finalda məğlub etmişdi.

Ötən əsrin ortalarında Asiyadan bir komandanın dünya çempionatında 1/4 finala qədər gələ bilməsi mümkünsüz kimi idi, lakin koreyalılar bunu bacarmaqla tarixin sürprizinə imza atmışdı.

Komanda 1/4 finalda Portuqaliya ilə qarşılaşıb. 25 dəqiqəyə üç qol vuran asiyalılar bu üstünlüyü qoruya bilməmiş və yekunda 3:5 hesabıyla uduzmuşdu. Portuqaliyalı əfsanə Eusebio bu matçda dörd qolla geridönüşə töhfəsini vermişdi.

1966 mundialında azərbaycanlı hakim Tofiq Bəhramov da yer alıb. O, İngiltərə – Qərbi Almaniya finalında yan xətt hakimi funksiyasını icra edib. Bəhramovun ingilislərin əlavə vaxtda – 101-ci dəqiqədə vurduğu qolu qeydə alması tarixin ən mübahisəli qərarlarından hesab edilir. Topun qapı üst dirəyindən yerə dəyməsindən sonra baş hakim Qottfrid Denst Bəhramovla məsləhətləşəndən sonra qolu qeydə alıb. Alman cəbhəsi isə hələ də müzakirələrdə epizodun qol olmadığını iddia edir.

Mübahisəli qolun müəllifi Geof Hurst həmin görüşdə üç qol vurub. Bu, dünya çempionatları tarixində finallardakı ilk het-trikdir.

1966 mundialı İngiltərənin qələbəsiylə başa çatıb. Bu, onların tarixdəki yeganə dünya çempionluğudur.

Şahin Cəfərov

İran mundial oyunlarını boykot edə bilər – tapşırıq

11 June 2026 at 14:09

İran milli komandası dünya çempionatı oyunlarını boykot edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə sözügedən ölkənin KİV-i məlumat yayıb.

İran yığması matçların gedişində azarkeşlər tərəfindən İrana qarşı siyasi şüarlar səsləndiriləcəyi halda, meydandan çıxacaq. İran İdman Naziri baş məşqçi Əli Qaloneyə bu barədə tapşırıq verib.

Daha əvvəl İran azarkeşlərinin mundial oyunlarına buraxılmayacağı iddia edilib.

Milli qrupda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq.

DÇ-2026: zamanda səyahət – ilk çempion və ilklər

11 June 2026 at 13:29

Bu gün dünya çempionatına start veriləcək. Sayca 23-cü olacaq mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

1930-cu ildən etibarən dörd ildən bir keçirilən dünya çempionatları bu günə qədər cəmi iki dəfə baş tutmayıb: 1942 və 1946-cı illərdə II Dünya Müharibəsi səbəbindən təşkil olunmayıb.

Dünya çempionatlarının ilk qalibi Uruqvaydır. 1930-cu ildə cənubi amerikalıların ev sahibliyi etdiyi mundialda cəmi 13 komanda iştirak edib.

Ev sahibi Uruqvayla yanaşı, Argentina, ABŞ, Çili, Braziliya, Meksika, Paraqvay, Peru və Boliviya, Avropadan isə Fransa, Belçika, Yuqoslaviya, Rumıniya. Avropanın digər ölkələri isə 20-25 günlük gəmi səyahətinin yorucu olacağını düşünərək, mundialda iştirakdan imtina edib.

Dünya çempionatları tarixində ilk qolun müəllifi fransalı Lüsyen Lorendir. O, Meksika ilə matçda fərqlənməklə adını tarixə yazdırıb.

Birinci dünya çempionatı ilə maraqlı bir fakt isə toplarla bağlıdır. Finalçılar oyundan öncə öz topları ilə oynamaq istəyib. Bu səbəbdən həlledici görüşdə birinci hissədə Argentinanın, ikincidə isə Uruqvayın topundan istifadə edilib.

Birinci mundialın digər maraqlı məqamı Rumıniya ilə bağlıdır. Avropa təmsilçisinin heyəti həmin vaxtda kral II Kerol tərəfindən formalaşdırıb. O, bəzi oyunçuların iş yerlərindən icazələrin alınmasına da yardımçı olub.

İlk dünya çempionatında 18 matç baş tutub. Finalda Uruqvay və Argentina üz-üzə gəlib. 6 qolun vurulduğu matç Uruqvayın qələbəsiylə başa çatıb – 4:2.

Mundiallar tarixində həm ev sahibi, həm də çempion olan cəmi 6 ölkə var. Bunlar Uruqvay, İngiltərə, Qərbi Almaniya, Fransa, Argentina və İtaliyadır.

Bu gün start götürəcək dünya çempionatı ilk dəfə üç fərqli ölkədə baş tutacaq. Açılış oyunu 23:00-da Mexikoda olacaq. Ev sahiblərindən Meksika Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək.

Şahin Cəfərov

DÇ-2026 bu gün başlayır!

11 June 2026 at 12:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Meksika və Kanadada təşkil olunmuş futbol üzrə sayca 23-cü dünya çempionatına (DÇ-2026) bu gün start veriləcək.

Arena.az xəbər verir ki, bu dünya çempionatı bir sıra yeniliklərlə yadda qalacaq.

Mundial tarixdə ilk dəfə üç ölkənin birgə ev sahibliyi ilə təşkil olunacaq. Eyni zamanda, bu, dünya çempionatları tarixində ən çox komandanın iştirak edəcəyi yarış kimi tarixə düşəcək. FIFA-nın qərarına əsasən, DÇ-2026-da əvvəlki turnirlərdə olduğu kimi 32 yox, 48 milli komanda mübarizə aparacaq.

Turnir çərçivəsində rekord sayda – 104 oyun keçiriləcək. Kabo Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri mundialda debüt edəcəklər.

Mundialın matçları 16 şəhərdə keçiriləcək. Turnirin əsas yükünü ABŞ daşıyacaq. Belə ki, oyunlar adıçəkilən ölkənin 11 şəhərində baş tutacaq. Kanada və Meksika isə müvafiq olaraq hərəyə 2 və 3 şəhərlə mundial atmosferini yaşayacaq.

Birləşmiş Ştatlarda oyunlara ev sahibliyi edəcək şəhərlər arasında Hyuston, Boston Kanzas, Nyu-York/Nyu-Cersi, Los Anceles, Mayami, Dallas, Atlanta, Filadelfiya, Sietl və San Fransisko kimi nəhəng mərkəzlər yer alır. Kanadada oyunlar Toronto və Vankuverdə, Meksikada isə Mexiko, Qvadalaxara və Monterreydə keçiriləcək.

Meksika və Cənubi Afrika Respublikası komandalarının üz-üzə gələcəyi açılış qarşılaşması Mexikodakı məşhur “Estadio Azteka” stadionunda baş tutacaq. Final qarşılaşması isə Nyu-Yorkda yerləşən “MetLife Stadium”da baş tutacaq.

DÇ-2026 həm iştirakçıların sayına, həm oyunların miqyasına, həm də üç ölkəni əhatə edən təşkilatçılığına görə dünya futbolu tarixinin ən böyük çempionatı hesab olunur.

DÇ-2026
A qrupu
11 iyun

23:00. Meksika – CAR
Baş hakim: Vilton Sampayo (Braziliya)
Mexiko. “Estadio Azteka”.

Qrupların tərkibini bir daha xatırladırıq:

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.

“Vinisius dünya kubokunu Braziliyaya gətirə bilər”

11 June 2026 at 12:15

Braziliya millisinin futbolçusu Rafinya açıqlama verib.

Futbolpress.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, vinger dünya çempionatındakı şanslarını dəyərləndirib:

“Heyətimizdə Vinisius kimi keyfiyyətli oyunçu var. Gənc olmasına baxmayaraq, hər görüşdə fərq yaratmaq potensialındadır. Vinisius dünya kubokunu Braziliyaya gətirə bilər. İnanıram ki, komandamız mundialda layiqincə çıxış edəcək”.

Braziliya yığması qrupda Haiti, Mərakeş və Şotlandiya ilə qarşılaşacaq.

İnfantino: “Lazım olsaydı, onları Tehrandan özüm gətirərdim”

11 June 2026 at 11:49

FIFA prezidenti Canluici İnfantino açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, funksioner İran yığmasının dünya çempionatında iştirakına toxunub:

“İran məsələsində sevincliyəm. İnsanlar onların mundiala gəlməyəcəyini deyirdi, ancaq mən söz vermişdim, hər komandanın qatılacağını demişdim. Lazım olsaydı, onları Tehrandan özüm gətirərdim”.

İran yığması daha əvvəl regiondakı siyasi gərginliyə görə dünya çempionatına qatılmaq istəmədiyini açıqlamışdı.

İran mundialda Belçika, Misir və Yeni Zelandiya ilə bir qrupda mübarizə aparacaq.

Poçettino: “Meydan sahibiyik, niyə də çempion olmayaq?”

11 June 2026 at 10:26

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az “The Guardian”a istinadən xəbər verir ki, mütəxəssis mundialı qazana biləcəklərini deyib:

“Ev sahibi kimi dünya çempionatında olmaq əlavə enerjidir. Azarkeşlərimizin dəstəyi bizi daha gücləndirə bilər. Mundialı qazanmaq şansımızın olduğunu düşünməyənlər var. Eybi yox, bu, bizə daha rahat oynamaq imkanı verəcək. Meydan sahibiyik, niyə də çempion olmayaq?”

ABŞ yığması qrupda Türkiyə, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Dünya çempionatına bu gün start veriləcək.

Tramp ilk oyunu buraxacaq

11 June 2026 at 09:26

ABŞ Prezidenti Donald Tramp dünya çempionatında yığmanın Paraqvaya qarşı keçirəcəyi ilk oyunu buraxacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Trampın əvəzinə matçda ABŞ nümayəndə heyətindən dövlət katibi Marko Rubionun iştirakı gözlənilir.

Amerikalılar mundiala ev sahibi kimi qatılıb. Komanda ilk oyununu iyunun 13-də Paraqvaya qarşı keçirəcək.

DÇ-2026: Meksika hesabı açdı – YENİLƏNİR

11 June 2026 at 23:17

Bu gün dünya çempionatına start veriləcək.

Futbolpress.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin açılışı Mexikoda olacaq.

Birinci matçda meydan sahiblərindən Meksika Cənubi Afrika Respublikası seçməsi ilə qarşılaşacaq. A qrupunun görüşünə saat 23:00-da start veriləcək.

DÇ-2026
Qrup A

11 iyun

23:00 Meksika – CAR 1:0

Qol: Qinones, 8

Yesterday — 10 June 2026Main stream

DÇ-2026: son çempionun qrupu – “Səhra Tülküləri” sürpriz arzusunda

10 June 2026 at 18:30

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına 10 gün qalıb. “Futbolpress” yeni rubrikaya başlayır – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edəcək.

Ötən yazılarımızda A, B, C, D, E, F, G, H və İ qrupunu dəyərləndirdik. İndi isə J qrupuna nəzər salaq:

Qrup J
Əlcəzair
Argentina
Avstriya
İordaniya

Əlcəzair

1964-cü ildən FIFA-ya üzv olan “Səhra Tülküləri” tarixində beşinci dəfə dünya çempionatında iştirak edəcək. Komandanın mundiallardakı ən böyük uğuru 2014-cü ildə 1/8 finala yüksəlməsi olub.

Əlcəzairin mundialın tarixinə adını yazdırmağı bacarıb. Komanda 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında həmin dövrlərin ən güclülərindən olan Qərbi Almaniyanı məğlub etməklə Avropa komandasına qalib gələn ilk Afrika təmsilçisi oldu.

Həmin mundial Əlcəzair tarixinə “Xixon rüsvayçılığı” kimi də yazılıb. Belə ki, qrupda iki qələbə qazanan yığma sonuncu turda Avstriyanın Qərbi Almaniyaya qalib gəlməsiylə növbəti mərhələyə vəsiqə qazana bilməyib. Bu qalmaqallı nəticələrdən sonra FIFA mundiallarda son turun oyunlarının hamısını eyni vaxtda keçirir.

Afrika təmsilçisinin heyətinin dəyəri 256.9 milyon avrodur. FIFA reytinqində 28-ci sırada olan yığma qrupda ikincilik üçün iddialıdır. Heyətin ən dəyəri oyunçusu “Bayer”də çıxış edən İbrahim Mazadır Onun qiyməti 45 milyon avrodur. Mazadan başqa, komandada Fares Çaibi, Amin Giuri, Rayan Ait-Nuri kimi tanınmış futbolçular var.

Əlcəzair mundiallarda:
13 oyun, 3 qələbə, 3 heç-heçə, 7 məğlubiyyət.

Argentina

“Tanqoçular” Cənubi Amerikanın ən uğurlu yığmalarındandır. Son çempion ümumilikdə mundiallarda üç dəfə “qızıl” qazanıb. 6 finalda iştirak edən Argentina 1930, 1990 və 2014-də ikinci, 1978, 1986 və 2022-də birinci olub.

Son illər milli komandaların futbolunda ən uğurlu yığma məhz Argentinadır. Lionel Skaloninin rəhbərlik etdiyi kollektiv 2021 və 2024-də Amerika Kubokunu, 2022-ci ildə dünya çempionatını qazanıb.

Heyətdə kifayət qədər ulduzlar var. Bu mundial həm də tarixin ən yaxşı futbolçularından biri hesab edilən Lionel Messinin sonuncu beynəlxalq yarışı olacaq.

“Tanqoçular” mundiallarda:
88 oyun, 47 qələbə, 17 heç-heçə, 24 məğlubiyyət.

Avstriya

Avropanın ən qədim yığmalarından olan Avstriya 8-ci dəfə dünya çempionatında iştirak edəcək. Komanda ötən əsrdə iki dəfə mundialda mükafatçılar sırasına düşüb. Yığma 1934 və 54-cü illərdə müvafiq olaraq üç və dördüncü yeri tutub.

XXI əsrdə birinci dəfə mundialda iştirak edəcək avstriyalıların heyətinin dəyəri 242.20 milyon avrodur. Komandanın ən bahalı futbolçusu Konrad Laymerdir. “Bavariya”da çıxış edən yarımmüdafiəçinin dəyəri 32 milyon avrodur.

Avstriya millisi mundiallarda:
29 oyun, 12 qələbə, 4 heç-heçə, 13 məğlubiyyət.

İordaniya

Qrupun zəif bəndi İordaniya yığmasıdır. Asiya təmsilçisi tarixində birinci dəfə dünya çempionatının əsas mərhələsində iştirak edəcək.

Yığma beynəlxalq arenada buna qədər ən böyük uğurunu 2023-cü ildə əldə edib. İordaniya Asiya Kubokunda gümüş medal qazanıb.

Qızıl dövrünü yaşayan yığmanın heyətinin dəyəri 20.3 milyon avrodur. Komandada yalnız bir futbolçu Avropada legioner həyatı yaşayır. Bir vaxtlar adı “Qarabağ”la da hallanan Mussa Əl Tamari “Renn”də top qovur. Komandanın aparıcı üzvü olan hücumçunun dəyəri 10 milyon avrodur.

J qrupunun afişası
16 oyun Argentina – Əlcəzair
16 iyun Avstriya – İordaniya
22 iyun Argentina – Avstriya
22 iyun İordaniya – Əlcəzair
27 iyun Əlcəzair – Avstriya
27 iyun İordaniya – Argentina

Şahin Cəfərov

Mundiala 300 kq balıq və tanınmış aşpazları aparacaqlar

10 June 2026 at 10:15

Norveç millisi dünya çempionatına 300 kq balıq və ölkənin ən tanınmış aşpazlarını aparacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə VG nəşri məlumat yayıb.

Federasiya rəhbərliyi komandanı öyrəşdikləri qidaları qəbul etməsinə davam etmək imkanı yaratmaq üçün bu addımı atıb. Skandinaviya təmsilçisi daha əvvəl Olimpiya Oyunları zamanı idmançılarına görə ölkədən ərzaq və aşpaz aparmışdı.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundial sabah start götürəcək. Norveç yığması Fransa, Seneqal və İraqla bir qrupda mübarizə aparacaq.

Before yesterdayMain stream

DÇ-2026: iddialılar və “aslanlar”

9 June 2026 at 21:53

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına 10 gün qalıb. “Futbolpress” yeni rubrikaya başlayır – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edəcək.

Ötən yazılarımızda A, B, C, D, E, F, G və H qrupunu dəyərləndirdik. İndi isə İ qrupuna nəzər salaq:

Qrup İ
Fransa
İraq
Norveç
Seneqal

Fransa

Mundialın favoritlərindən sayılan Fransa yığması 17-ci dəfə dünya çempionatına qatılacaq. “Xoruzlar” iki dəfə çempion olub, iki dəfə finalda uduzub. Komanda bir dəfə də bürünc medal qazanıb. Dünya çempionatlarının titullu kollektivlərindən olan fransızlar bu dəfə də əsas favoritlər arasındadır.

Heyətin dəyəri 1.52 milyard avrodur. FIFA reytinqində birinci olan fransızlarda baş məşqçi Didye Deşam üçün yığmadakı son turnirdir. O, mundialdan sonra vəzifəsindən ayrılacaq.

Mundialda Fransa millisində əsas diqqət Kilian Mbappedə olacaq. Kapitan iki qol vuracağı halda, dünya çempionatlarında ən çox fərqlənən fransalı futbolçu statusunu qazanacaq.

Fransa millisi mundiallarda:
73 oyun, 39 qələbə, 14 heç-heçə, 20 məğlubiyyət

İraq

“Mesopotomiya Aslanları” ləqəbli yığma tarixində ikinci dəfə mundialda iştirak edəcək. Komanda birinci dəfə 1986-cı ildə dünya çempionatının əsas mərhələsində çıxış edib və qrupda qalıb.

Qrupun zəif bəndi hesab edilən İraq hələ mundiallar tarixində hələ xal qazana bilməyib.

Heyətin dəyəri 21 milyon avrodur. Komandanın ən bahalı futbolçusu ABŞ təmsilçisi “Neşvill”də çıxış edən Ahmed Qasemdir. 22 yaşlı vingerin qiyməti 3.5 milyon avrodur.

İraq yığması mundiallarda:
3 oyun, 3 məğlubiyyət

Norveç

Norveç tarixində dördüncü dəfə dünya çempionatında iştirak edəcək. Komanda buna qədər 1938, 1994, 1998 mundiallarında mübarizə aparıb. Skandinavların ən yaxşı göstəricisi 1998-də 1/8 final oynamaqdır.

Norveç futbolunun inkişafı özünü milli komanda səviyyəsində də göstərdi və indi yığma Avropanın güclü kollektivləri ilə başa-baş mübarizə aparmaq iqtidarındadır. Heyətdə Erlinq Haaland, Martin Edeqor kimi ulduz futbolçular var.

Komandanın dəyəri 589.90 milyon avrodur. Ən bahalı futbolçu Erlinq Haalanddır – 200 milyon avro. O, eyni zamanda mundialda iştirak edən ən yüksək dəyərə sahib iki oyunçudan biridir. Digəri isə ispan Lamin Yamaldır.

Norveç mundiallarda:
8 oyun, 2 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət.

Seneqal

“Teranqa Aslanları” ləqəbli milli qrupda iddialılar arasındadır. Komanda tarixində dördüncü dəfə dünya çempionatında mübarizə aparacaq. Seneqal mundialda az iştirak etməsinə baxmayaraq, uğurlu nəticələrlə diqqət çəkib. Yığma 2002 mundialında 1/4 finala qədər irəliləyib. Sonuncu – 2022-ci ilin dünya çempionatında isə 1/8 finalda mübarizəni dayandırıb.

Seneqal yığmasının dəyəri 478.10 milyon avrodur. Komandanın ən bahalı futbolçusu “Everton”da çıxış edən İliman Ndiayedir – 55 milyon avro. Seneqalda Nikolas Cekson, İsmail Sarr, Pape Qeye kimi tanınmış adlar da var.

Seneqal millisi mundiallarda:
12 oyun, 5 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət.

İ qrupunun afişası
16 iyun Fransa – Seneqal
16 iyun İraq – Norveç
22 iyun Fransa – İraq
23 iyun Norveç – Seneqal
26 iyun Norveç – Fransa
26 iyun Seneqal – İraq

Şahin Cəfərov

DÇ-2026: 28 komanda əcnəbi ilə mundiala gəlir

9 June 2026 at 18:15

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına iki gün qalıb.

Futbolpress.az xəbər verir ki, mundialda iştirak edəcək 48 komandanın 28-ni əcnəbi məşqçilər çalışdırır. 20 kollektiv isə öz ölkəsinin mütəxəssisinə etimad göstərib.

Dünya çempionatında əncəbi məşqçiləri olan komandalar:

Panama, Cənubi Afrika, Avstriya, Kolumbiya, Konqo, Portuqaliya, Uruqvay, Yeni Zelandiya, Türkiyə, Əlcəzair, Haiti, Kanada, İordaniya, Ekvador, Paraqvay, ABŞ, İngiltərə, Belçika, Qətər, İraq, Braziliya, Özbəkistan, Tunis, Mərakeş, Qana, Səudiyyə Ərəbistanı, Kürasao.

Yerli məşqçiləri olanlar:

Fransa, Xorvatiya, Yaponiya, Argentina, Şotlandiya, Kabo Verde, Norveç, İsveçrə, Niderland, İspaniya, İran, Almaniya, Misir, Fil Dişi Sahili, Bosniya və Herseqovina, Cənubi Koreya, Meksika, Avstraliya, Seneqal, Çexiya.

Dünya çempionatında argentinalı məşqçilər üstünlük təşkil edir. Altı “tanqoçu” mundialda komandalarına rəhbərlik edəcək: Nestor Lorenso (Kolumbiya), Lionel Skaloni (Argentina), Marselo Byelsa (Uruqvay), Sebatyan Bekkakeke (Ekvador), Qustavo Alfaro (Paraqvay), Maurisio Poçettino (ABŞ).

Mundialın ən gənc məşqçisi Yulian Naqelsmanndır. Almaniyaya rəhbərlik edən mütəxəssisin 38 yaşı var. Ən yaşlısı isə Kürasaonu çalışdıran Dik Advokatdır – 78 yaş.

Dünya çempionatına 11 iyunda start veriləcək.

ABŞ-yə daxil ola bilməyən hakim mundialdan kənarda qaldı

9 June 2026 at 15:47

Somalidən olan hakim Ömər Əbdülqədir Artan dünya çempionatı oyunlarını idarə edə bilməyəcək.

Futbolpress.az xəbər verir ki, referi daha əvvəl matçlara təyinat alacaq hakimlərin siyahısında yer almasına baxmayaraq, matçlarda olmayacaq.

Buna səbəb onun ABŞ-yə daxil ola bilməməsidir. Ölkə rəhbəri Donal Tramp Somalidən olanların ABŞ-yə girişi ilə bağlı sərt məhdudiyyətlər tətbiq edib. Hakim buna görə mundial üçün sözügedən ölkəyə gələ bilməyib.

FIFA referi ilə bağlı bəyənatında qurumun ölkələrin daxili immiqrasiya qaydalarına qarışmadığını bildirib.

“Arsenal”ın futbolçusu dünya çempionatını buraxacaq

9 June 2026 at 08:26

“Arsenal”ın futbolçusu Yurren Timber Niderland millisinin DÇ-2026 üçün heyətindən çıxarılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. Müdafiəçi qasıq nahiyəsindən zədə alıb və mundialda iştirak edə bilməyəcək.

Niderland yığması dünya çempionatında Yaponiya, İsveç və Tunislə bir qrupda mübarizə aparacaq.

DÇ-2026: favoritin qrupu

8 June 2026 at 22:00

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına 10 gün qalıb. “Futbolpress” yeni rubrikaya başlayır – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edəcək.

Ötən yazılarımızda A, B, C, D, E, F və G qrupunu dəyərləndirdik. İndi isə H qrupuna nəzər salaq:

Qrup H
Kabo Verde
Səudiyyə Ərəbistanı
Uruqvay
İspaniya

Kabo Verde

“Mavi Köpək Balıqları” ləqəbli yığma tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək. Komanda mundiala qatılan ən kiçik Afrika ölkəsidir.

Beynəlxalq arenada ciddi uğuru olmayan “cırtdanlar”ın heyətinin dəyəri 54.5 milyon avrodur. Qrupun zəif bəndi hesab edilən Kabo Verde yığmasının ən bahalı oyunçusu Loqan Kostadır. “Vilyarreal”da çıxış edən mərkəz müdafiəçisinin qiyməti 15 milyon avrodur. Komandanın üzvlərinin hamısı legioner həyatı yaşayır.

Səudiyyə Ərəbistanı

“Yaşıl Şahinlər” ləqəbli yığma yeddinci dəfə mundialda iştirak edəcək. Səudiyyə Ərəbistanı eyni zamanda 2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək. Komandanın mundiallardakı ən böyük uğuru 1994-cü ildə pley-off oynamaqdır.

Səudiyyə Ərəbistanı yığması 2022-ci ildə baş tutan dünya çempionatında çempion Argentinaya qrup mərhələsində qalib gəlməklə sensasiya etmişdi. Bu, həm də “tanqoçular”ın 36 oyunluq məğlubiyyətsizlik seriyasının qırılması idi.

Komandanın heyətinin dəyəri 40 milyon avrodur. Ən bahalı futbolçu Fransanın “Lans” klubunda çıxış edən Saud Abdulhamiddir – 9 milyon avro.

Səudiyyə Ərəbistanı yığması mundiallarda:
19 oyun, 4 qələbə, 2 heç-heçə, 13 məğlubiyyət.

Uruqvay

Dünya çempionatlarının ən sabit komandalarından olan Uruqvay yığması 15-ci dəfə mundialda mübarizə aparacaq. Yığma iki dəfə dünya çempionu olub. Ötən əsrə təsadüf edən uğurlar 1930 və 1950-ci ilə aiddir. Komandanın XXI əsrdə mundialdakı ən yaxşı göstəricisi isə 2010-cu ildə dördüncülükdür. “Mavi ağlar” dünya çempionatında sürpriz etmək potensialı olan yığmalardan hesab edilir.

Heyətin dəyəri 359.30 milyon avrodur. Komandanın ən bahalı futbolçusu Federiko Valverdedir. “Real”da forma geyinən yarımmüdafiəçinin qiyməti 90 milyon avrodur.

Uruqvay millisi dünya çempionatlarında:
59 oyun, 25 qələbə, 13 heç-heçə, 21 məğlubiyyət.

Qrupun, ümumiyyətlə, dünya çempionatının əsas favoriti İspaniya yığmasıdır. “Buğalar” 17-ci dəfə mundialda iştirak edəcək. İspanlar buna qədər 16 dünya çempionatında olmasına baxmayaraq, cəmi bir dəfə çempionluq yaşayıb. 2010-cu ildə qızıl medalı qazanan ispanlar son Avropa çempionudur və bu dəfə dünya çempionatını qazanmağa ən böyük namizəddir.

İspaniya millisi beynəlxalq arenada tarix yazmağı bacarıb. “Buğalar” ardıcıl Avropa və dünya çempionu olan ilk yığma kimi adını tarixə qızıl hərflərlə yazdırıb.

“Buğalar”ın heyətinin dəyəri 1.22 milyard avrodur. Komandada ən dəyərli oyunçu 18 yaşlı Lamin Yamaldır – 200 milyon avrodur. Baş məşqçi Luis de la Fuenta yığmaya “Real”dan heç kimi çağırmayıb və bu, İspaniya mediasında təccüb yaradıb. Mundialın ən gənc heyəti olan ispanlar yeniləmə dövründədir və bu dünya çempionatı onlar üçün özünü sübut etmək adına bir şansdır.

İspaniya millisi mundiallarda:
67 oyun, 31 qələbə, 17 heç-heçə, 19 məğlubiyyət.

H qrupunun afişası

15 iyun İspaniya – Kabo Verde
16 iyun Səudiyyə Ərəbistanı – Uruqvay
21 iyun İspaniya – Səudiyyə Ərəbistanı
22 iyun Uruqvay – Kabo Verde
27 iyun Kabo Verde – Səudiyyə Ərəbistanı
27 iyun Uruqvay – İspaniya

Uesli Fransa DÇ-2026 öncəsi sıradan çıxdı

7 June 2026 at 16:00

Braziliya millisinin cinah müdafiəçisi Uesli Fransa zədə səbəbindən bu il keçiriləcək dünya çempionatında (DÇ-2026) iştirak edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Futbolçu Misir yığmasına qarşı keçirdikləri yoxlama oyununda (2:1) zədələnib. Aparılan tibbi müayinə nəticəsində onun sol budunda əzələ zədəsi aşkarlanıb. Bu səbəbdən Uesli Braziliya yığmasının mundial üçün açıqlanmış heyətindən çıxarılıb.

Baş məşqçi Karlo Ançelotti onun əvəzinə İtaliyanın “Atalanta” komandasının yarımmüdafiəçisi Edersonu milliyə çağırıb. 26 yaşlı futbolçu ötən klub mövsümündə bütün turnirlərdə 41 matç keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliya millisi DÇ-2026-da C qrupunda Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə mübarizə aparacaq.

Uesli Fransa Braziliyanın “Atletiko Tubarao” klubunun yetirməsidir. Ölkəsində “Flamenqo”nun da formasını geyinmiş futbolçu “Roma”ya 2025-ci ilin yayında 25 milyon avro müqabilində keçib. 22 yaşlı müdafiəçinin İtaliya klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var. O, “canavarlar”ın heyətində 39 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Uesli 2025-ci ilin mart ayında debüt etdiyi Braziliya millisinin heyətində 8 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Lennart Karl DÇ-2026-ya gedə bilməməsini şərh etdi

7 June 2026 at 11:00

“Bayern”in hücumameyilli yarımmüdafiəçisi Lennart Karl aldığı zədə səbəbilə, Almaniya yığmasının heyətindən çıxarılmasını şərh edib.

Arena.az xəbər verir ki, bir neçə gün sonra başlayacaq dünya çempionatında iştirak edə bilməyəcək 18 yaşlı futbolçu müvafiq üzücü məqamla bağlı bunları söyləyib:

“Düzü, nədən başlayacağımı bilmirəm, amma müvafiq ağrını sözlərlə təsvir etmək çətindir. Vacib bir yarışı buraxmalı oldum”, deyə Karl məyusluqla vurğulayıb.

Yeri gəlmişkən, Karl pərəstiş etdiyi futbolçudan da söhət açıb: “Futbol oynamağa başladığım vaxtdan bəri, Lionel Messi mənim üçün bir təqlid nümunəsi olub. Bu, sadəcə səylə çalışmağım üçün təkandır ki, özüm haqda ən yüksək səviyyədə bəyan edim”, deyə Karl vurğulayıb.

Xatırladaq ki, Lennart Karl 2022-ci ildən “Bayern”in futbol sistemindədir. 17 yaşlı futbolçu 2025-ci ildən əsas komandaya cəlb edilir. O, Münhen klubunun əsas komandasının heyətində 40 oyuna çıxıb, 9 qol vurub, 8 məhsuldar ötürmə verib.

Karl Almaniyanın U-15, U-16, U-17 və U-21 yığmalarında oynadıqdan sonra 2026-cı ildə əsas millidə debüt edib. O, millinin heyətində 3 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

DÇ-2026: “Fironlar” “Qırmızı şeytanlar”a qarşı – G qrupuna baxış

7 June 2026 at 20:00

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına 10 gün qalıb. “Futbolpress” yeni rubrikaya başlayır – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edəcək.

Ötən yazılarımızda A, B, C, D, E və F qrupunu dəyərləndirdik. İndi isə G qrupuna nəzər salaq:

Qrup G
Belçika
İran
Yeni Zelandiya
Misir

Belçika

Qrupun favoriti Belçika “qırmızı şeytanlar” ləqəbini daşıyır. Avropanın nüfuzlu kollektivlərindən sayılan yığma ilk dəfə 1930-cu ildəki dünya çempionatında iştirak edib.

Komandanın mundiallardakı ən yaxşı göstəricisi üçüncü yerdir. “Qırmızı şeytanlar” 2018-ci ildə bu uğura nail olub. 2015-2022-ci illər aralığı yığmanın ən yaxşı dövrü hesab edilir.

Belçika tarixində 15-ci dəfə dünya çempionatında iştirak edəcək. Komanda 2022-ci ildəki mundialda qrupdan çıxa bilməyib. Bu dəfə hədəf uğursuzluğa son qoymaq və azı yarımfinal oynamaqdır.

“Qırmızı şeytanlar”ın heyətinin dəyəri 547.20 milyon avrodur. Dünya çempionatı ölkə futbolununun ulduzlarından Tomas Menye, Kevin de Bruyne, Aksel Vitsel, Romelu Lukaku kimi adların sonuncu mundialıdır. Hazırkı heyətdə ən dəyərli oyunçu “Mançester Siti”də çıxış edən Jeremi Dokudur – 75 milyon avro.

Belçika millisi mundiallarda:
48 oyun, 20 qələbə, 9 heç-heçə, 19 məğlubiyyət.

İran

Asiyanın ən güclü yığmalarından sayılan İran mundial ərəfəsində ən çox gündəm mövzusu oldu. Komandanın regiondakı siyasi durumla bağlı dünya çempionatı iştirakı sual altında idi. Məhz yığma ABŞ ilə olan qalmaqal səbəbindən mundial zamanı bu ölkədə məskunlaşmamağa qərar verib.

İran yığması tarixində yeddinci dəfə dünya çempionatına qatılacaq. Komanda buna qədər qrupdan çıxa bilməyib. Millinin heyətinin dəyəri 32.05 milyon avrodur. Komandanın ən dəyərli oyunçusu “Əl Nəsr”də çıxış edən Mehdi Qayedidir – 4.5 milyon avro.

İran yığması mundiallarda:
18 oyun, 3 qələbə, 4 heç-heçə, 11 məğlubiyyət.

Yeni Zelandiya

Qrupun zəif bəndi Yeni Zelandiyadır. “Ağlar” ləqəbli komanda Okeaniya təmsilçisidir. Yığma tarixində üçüncü dəfə dünya çempionatında iştirak edəcək. “Ağlar” heç vaxt qrupdan çıxa bilməyib. Yeni Zelandiya millisi mundiallarda qələbəsi olmayan kollektivlərdəndir.

Heyətin dəyəri 34.35 milyon avrodur. Komanda üzvlərinin əksəri İngiltərənin müxtəlif çempionatlarında top qovur. Ən dəyərli və tanınmış oyunçu “Nottingem Forest”də çıxış edən hücumçu Kris Vuddur – 5 milyon avro.

Yeni Zelandiya millisi mundiallarda:
6 oyun, 3 heç-heçə, 3 məğlubiyyət.

Misir

Qrupun favoritlərindən biri Belçikadırsa, digəri Misir yığmasıdır. Son dönəmlərdə inkişafda olan “Fironlar” dördüncü dəfə dünya çempionatına qatılacaq.

Misirlə bağlı maraqlı fakt isə buna qədər üç mundialda olmasına baxmayaraq, qələbə qazana bilməməsidir. Digər qeyd edilməli məqam isə Misirin dünya çempionatlarında iştirak edən ilk Afrika komandası olmasıdır – 1934 mundialı.

Millinin heyətinin dəyəri 116.48 milyon avrodur. Komandada Məhəmməd Salah, Omar Marmuş, David Trezeqe kimi tanınmış adlar var.

Misir yığması mundiallarda:
7 oyun, 2 heç-heçə, 5 məğlubiyyət.

Qrupdakı ilk matç “Fironlar”la “Qırmızı şeytanlar” arasında olacaq. Bu görüş birinci turdan qrupun liderinin kimliyinə böyük ölçüdə aydınlıq gətirəcək.

G qrupunun afişası:
15 iyun Belçika – Misir
16 iyun İran – Yeni Zelandiya
21 iyun Belçika – İran
22 iyun Yeni Zelandiya – Misir
27 iyun Misir – İran
27 iyun Yeni Zelandiya – Belçika

 

Şahin Cəfərov

DÇ-2026: İran millisinə viza verildi

3 June 2026 at 18:00

Futbol üzrə İran milli komandasına ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında (DÇ-2026) iştirak üçün müvafiq viza verilib.

Arena.az bu barədə İRNA-ya istinadən xəbər verir.

Bu barədə İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibulahzadə bildirib. Onun sözlərinə görə, Tehranın Ankaradakı səfirliyi ilə Meksika səfirliyi arasında əlaqələndirmə nəticəsində iyunun 3-də İran milli komandasının oyunçularına, texniki və inzibati heyətinə 2026-cı il dünya çempionatında iştirak üçün vizalar təqdim edilib:

“Əldə olunan razılığa uyğun olaraq, Meksika vizalarının verilməsi proseduru Meksika səfırliyində istisna qaydada, milli komanda üzvlərinin Ankaradakı Meksika səfirliyində iştirakı olmadan və barmaq izləri alınmadan həyata keçirilib. Bu addım İran millisinin 2026-cı il dünya çempionatına göndərilmə prosesini asanlaşdırmaq məqsədilə və İran ilə Meksika səfirliklərinin Ankarada sıx əməkdaşlığı çərçivəsində atılıb”.

Səfir deyib ki, milli komanda Türkiyənin Antalyadakı təlim-məşq düşərgəsində hazırlığın yekun mərhələsindədir:

“Ankaraya gedib-gəlmək ehtiyacının olmaması, həmçinin milli komandanın gündəlik məşqlərə, iyunun 4-də Mali yığması ilə keçiriləcək yoxlama oyununa hazırlığa diqqətini cəmləməsi baxımından bu çox vacibdir”.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq. İran millisi Belçika, Misir və Yeni Zelandiya ilə birgə G qrupunda yer alıb.

İran yığmasının mundialda iştirakı üçün oyunçulara və məşqçilər heyətinə ABŞ və Meksika vizalarının verilməsində problem yaranmışdı. İran nümayəndə heyəti turnirin gedişində ölkələrarası səfərlər edəcəyi üçün çoxgirişli vizalara ehtiyac duyur.

Kristof Baumqartner DÇ-2026-nı buraxacaq

3 June 2026 at 09:00

Futbol üzrə Avstriya millisinin yarımmüdafiəçisi Kristof Baumqartner zədə səbəbindən dünya çempionatında (DÇ-2026) çıxış edə bilməyəcək.

Arena.az bu barədə Avstriya Futbol İttifaqına istinadən xəbər verir.

Bildirilir ki, 26 yaşlı futbolçu Tunis yığması ilə yoxlama oyunundan (1:0) əvvəl, isinmə hərəkətləri zamanı sağ bud nahiyəsindən zədələnib.

MRT müayinəsindən sonra onun dünya çempionatında iştirakının qeyri-mümkün olduğu müəyyənləşib.

DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Avstriya millisi J qrupunda İordaniya, Argentina və Əlcəzair yığmaları ilə qarşılaşacaq.

Kristof Baumqartner hazırda Almaniyanın “Leypsiq” klubunun formasını geyinir. O, sözügedən komandaya 2023-cü ilin yayında “Hoffenhaym”dan 25,5 milyon avro müqabilində keçib. Avstriyalı futbolçu “Leypsiq”in heyətində 120 oyuna çıxıb, 27 qol vurub, 14 məhsuldar ötürmə verib.

Avstriyanın “Sankt Pölten” klubunun yetirməsi olan Kristof Baumqartner 2017-ci ildən “Leypsiq”ə keçənə qədər “Hoffenhaym”da çıxış edib.

Mərkəz yarımmüdafiəçisi 2020-ci ildə debüt etdiyi Avstriya yığmasının heyətində meydana çıxdığı 58 oyunda 19 qola imza atıb, 14 məhsuldar ötürmə verib.

❌
❌