Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinə start veriləcək. Arena.az xəbər verir ki, mərhələnin ilk oyun günündə 6 qarşılaşma baş tutacaq. Oyunlardan beşinə saat 14:00-da, qalan birinə isə 17:00-da start veriləcək. Qeyd edək ki, Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub. Turun qapanış oyununda “Betis”lə “Atletiko” qarşılaşıblar. Madrid təmsilçisi səfərdə inamlı qələbəyə sevinib. Beləliklə, 10 turdan sonra 27 xala malik “Real” vahid liderdir.
Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Kəpəz” mərkəz yarımmüdafiəçisi Otar Aptsiauri ilə yollarını ayırıb. Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir. Gürcüstanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir. Klub Aptsiauriyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Samsunspor” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Qaziantep”in qonağı olan “Fənərbağça” isə rəqibini 4 cavabsız qolla məğlub edib. Beləliklə, geridə qalmış 10 turdan sonra 28 xala malik…
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama görüşünü keçirib. Arena.az xəbər verir ki, millimiz Qazaxıstan yığması ilə qarşılaşıb. Çimkənd şəhər stadionunda təşkil olunmuş qarşılaşmanı Özbəkistandan olan hakimlər briqadası idarə edib. Oyun Siyasət Əsgərovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir. Qeyd edək ki, Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyunları oktyabrın 28-də və 29-da keçiriləcək. 28 oktyabr “Göygöl” – “Baku Sportinq” Hakimlər: Namiq…
Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 9-cu turu “Zirə”nin futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub. Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir. Yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. Bu, “Sumqayıt”la ev matçına (1:0) təsadüf edib. Ceyhun qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.
Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turu “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andrade üçün yubileylə əlamətdar olub. Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib. Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O…
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub. “Malyorka” – “Levante” matçında qalib müəyyənləşməyib. Beş qolun qeydə alındığı “Osasuna” – “Selta” görüşündə qonaqlar qalib gəliblər. “Rayo Valyekano” isə “Alaves”i məğlub yola salıb.
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub. Yeddi qolun qeydə alındığı “Lill” – “Mets” matçında meydan sahibləri darmadağınla qələbə qazanıblar. Lion “Olimpik”i “Strasburq”u, “Anje” “Loryan”ı xalsız yola salıb. “Oser” evdə “Havr”a…
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Verona” – “Kalyari” və “Fiorentina” – “Bolonya” matçlarında qalib müəyyənləşməyib. “Torino” “Cenoa”nı məğlub yola salıbsa, “Sassuolo”nun qonağı olan “Roma” tək qolla 3…
Azərbaycan güləşçisi Kənan Heybətov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatının qalibi olub. Arena.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb. Kənan Heybətov (70 kq) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabıyla qalib gəlmiş…
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub. “Antalyaspor” evdə “Başakşəhər”ə, “Gənclərbirliyi” isə “Konyaspor”a məğlub olub. Lider “Qalatasaray” bu dəfə “Göztəpə” ilə ev oyunundan əzmkar qələbə ilə ayrılıb. “Kasımpaşa” – “Beşiktaş”…
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub. Beş qolun qeydə alındığı “Vulverhempton” – “Börnli” matçında qonaqlar qələbə qazanıblar. “Bornmut” “Nottingem Forest”i 2 cavabsız qolla yenibsə, “Tottenhem” “Everton”u səfərdə 3 qolla yenib.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 8-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Bayer” doğma meydanda “Frayburq”a 2 cavabsız qolla qalib gəlib. “Ştutqart” isə “Maynts”ı məğlub yola salıb. Beləliklə, geridə qalmış 8 turdan sonra itkisiz irəliləyən lider “Bayern”in 24 xalı var.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş oyununda qapılara qol vurulmayıb – 0:0. Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Bizim üçün asan oyun olmadı.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandaların “Azərsun Arena”dakı görüşündə qapılara qol vurulmayıb – 0:0. Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Son turdakı nəticədən sonra toparlanmağımız önəmli idi.
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 9-cu turunda “Neftçi”yə qarşı keçirdikləri ev oyununu şərh edib. Arena.az xəbər verir ki, bu gün Qəbələdə keçirilmiş oyun meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm.
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib. Arena.az xəbər verir ki, bu gün Qəbələdə keçirilmiş oyun “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Qəbələ” çox yaxşı komandadır. Burada oynamaq çətindir.
Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 4-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, turun qapanış matçında “Şəki” doğma meydanda NTD ilə qarşılaşıb. Şəki Olimpiya İdman Kompleksində baş tutmuş A qrupunun matçında meydan sahibləri qələbə qazanıblar – 88:81. Xatırladaq ki, turun əvvəlki matçlarında “Sabah” “Gəncə”ni…
Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb. Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün 6-cı turu çərçivəsində keçirilmiş “Əl-Hazem”lə oyunun iştirakçısı olub. Ronaldo səfərdə baş tutmuş bu oyunda “Nəcd cəngavərləri”nin 2:0 hesablı qələbəsinə…
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulacaq. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq. Günün ilk oyunu “Qəbələ” ilə “Neftçi” arasında keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək. Turun qapanış matçında isə son çempion…
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub. Üç qolun qeydə alındığı “Nyukasl” – “Fulhem” matçında meydan sahibləri qələbə qazanıblar. “Mançester Yunayted” də doğma meydanda “Brayton” üzərində inamlı qələbəyə sevinib.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub. Altı qolun qeydə alındığı “Jirona” – “Real Ovyedo” matçında qalib müəyyənləşməyib. “Espanyol” doğma meydanda “Elçe”ni tək qolla üstələyib. “Atletik” evdə “Xetafe”yə uduzubsa, “Valensiya”…
Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub. Səfərdə “Brest”lə qarşılaşmış PSJ rəqibini 3 cavabsız qolla məğlub edib. “Monako” doğma meydanda qarşılaşdığı “Tuluza”nı 1 qolla üstələyib. Üç qolun vurulduğu “Lans” – “Olimpik” (Marsel) görüşündə də…
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub. “Parma” – “Komo” matçında qapılara qol vurulmayıb. “Kremoneze” – “Atalanta” görüşündə də qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Beş qolun qeydə alındığı…
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub. “Kocaelispor” doğma meydanda “Alanyaspor”la, “Trabzonspor” isə “Eyüpspor”la qarşılaşıb. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər. 10-cu turun qalan görüşləri oktyabrın 26…
Azərbaycan güləşçisi Günay Qurbanova Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb. Arena.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı davam edir. Yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub. Bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kq) millini…
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub. Səfərdə “Auqsburq”la qarşılaşmış “Leypsiq” rəqibini 6 cavabsız qolla yenib. Çempion, cari mövsümdə də itkisiz irəliləyən “Bayern” bu dəfə səfərdə Mönhenqladbax “Borussiya”sını 3 cavabsız qolla…
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandaların Zirədəki görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Matça yaxşı başladıq.
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, üçüncü oyun günündə də iki qarşılaşma baş tutub. Günün ilk oyununda “Sərhədçi” “Naxçıvan”la üz-üzə gəlib. B qrupunun qarşılaşması Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb – 76:69. Günün ikinci görüşündə “Neftçi” “Abşeron Lions”la münasibətlərə…
Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 8-ci tur çərçivəsində “Gol Gohar”la qarşılaşıb. Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşdə darmadağına seviniblər – 5:0. Əmirhüseyn Hüseynzadə het-trik (18, 61…
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün “Masazır Arena”da keçirilmiş oyunda qalib müəyyənləşməyib – 2:2. Elmar Baxşıyev oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Mübarizəli, dinamik oyuna şahidlik etdik.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 9-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün “Masazır Arena”da keçirilmiş oyunda qalib müəyyənləşməyib – 2:2. Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Çətin oyun idi.
Xəbər verdiyimiz kimi, “Qarabağ”ın kabo-verdeli futbolçusu Leandro Andrade Avropa futbolu tarixində nadir bir uğura imza atıb. Arena.az xəbər verir ki, o, fərqli UEFA turnirlərində – Çempionlar Liqası və Avropa Liqası – hər ikisində ilk dəqiqədə qol vuran ilk futbolçu olub. Leandro Andrade Ağdam klubunun rəsmi saytına müsahibəsində bu barədə və qarşıdakı oyunlar haqda danışıb. …
Azərbaycan yığma komandasının kapitanı Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Arena.az xəbər verir ki, o, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazanmasını şərh edib. Teymur Rəcəbov əvvəlcə yarışla bağlı təəssüratlarını bölüşüb: “Reytinqə görə Azərbaycan…
Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb. Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 1/8 final mərhələsi çərçivəsində “Neşvil”lə qarşılaşıb. “Vağlar” doğma meydanda baş tutmuş bu oyunda növbəti qələbəyə seviniblər – 3:1. Messi 90 dəqiqə meydanda olub, 2 qolla, 1 məhsuldar ötürməylə yadda qalıb.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçiriləcək. Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq. Günün ilk oyunu “Araz-Naxçıvan”la “Sabah” arasında keçiriləcək. Məlum səbəblərdən, bu oyun “Masazır Arena”da keçiriləcək. Qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış oyununda “Real Sosyedad” doğma meydanda “Sevilya” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri çətin qələbəyə seviniblər. 10-cu turun qalan görüşləri…
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış oyununda “Lids” doğma meydanda “Vest Hem”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri çətin qələbəyə seviniblər. 9-cu turun qalan görüşləri şənbə və bazar…
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış oyununda “Milan” doğma meydanda “Piza” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. 8-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf…
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış oyununda “Verder” doğma meydanda “Union Berlin”lə üz-üzə gəlib. Meydan sahibləri yekunda minimal hesabla üstün olublar. Qeyd edək ki, 8-ci turun qalan görüşləri şənbə və bazar…
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub. Günün ilk oyununda B qrupunda yer almış “Quba” “Lənkəran”ı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 102:87. Günün ikinci görüşündə “Ordu” “Sumqayıt”la üz-üzə gəlib.
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoxlama görüşünü keçirib. Arena.az xəbər verir ki, millimiz Qazaxıstan yığması ilə qarşılaşıb. Çimkənd şəhər stadionunda təşkil olunmuş oyun Siyasət Əsgərovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 27-ci dəqiqədə Esra Manya və 82-ci dəqiqədə Sevinc…
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, əyalət təmsilçiləri arasında Qəbələdə keçirilmiş oyun “İmişli”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Çox ağır məğlubiyyətdir.
“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, əyalət təmsilçiləri arasında Qəbələdə keçirilmiş oyun “İmişli”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Bizim üçün çətin durumdur.
“Karvan”ın baş məşqçisi Azər Həşimov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Tovuz və Yevlax təmsilçilərinin bu gün Şamaxıda baş tutmuş görüşü “Turan Tovuz”un 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Azər Həşimov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Oyuna hazırlaşmaq üçün…
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 9-cu turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Tovuz və Yevlax təmsilçilərinin bu gün Şamaxıda baş tutmuş görüşü “Turan Tovuz”un 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Çox çətin oyun…
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna start veriləcək. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Turun açılış oyununda “Karvan” ev oyunlarını keçirdiyi Şamaxıda “Turan Tovuz”la qarşılaşacaq. Oyunu Elvin Bayramov idarə edəcək. Günün digər oyunu “Kəpəz”lə “İmişli” arasında keçiriləcək.
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 2-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, bütün matçlar eyni gündə baş tutub. Türkiyə təmsilçisi “Samsunspor” doğma meydanda Ukraynanın “Dinamo” (Kiyev) kollektivi ilə qarşılaşıb və 3 cavabsız qola sevinib. “Fiorentina” (İtaliya) da səfərdə Avstriya “Rapid”i ilə dueldən 3…
Futbol üzrə Argentina millisinin və ABŞ klubu “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi MLS təmsilçisi ilə yeni müqaviləyə imza atıb. Arena.az bu barədə Mayami klubunun rəsmi saytına istinadən xəbər verir. Yeni sözləşmə 2028-ci ilin 31 dekabrına qədər nəzərdə tutulub. Futbolçunun əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin sonunda bitəcəkdi. Lionel Messi 2023-cü ilin yayından…
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının 8-ci turundakı mübahisəli epizodlara şərh verib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, sözügedən qurumun mətbuat xidməti buna qədər belçikalı mütəxəssisin fikirlərini yazılı olaraq təqdim edirdi. Bu gün isə AFFA onun şərhlərini videoformatda açıqlayıb.
Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Şəfa” – “Səbail” matçında qalib müəyyənləşməyib. Beş qolluq “Zaqatala” – “Mingəçevir” oyunu qonaqların çətin qələbəsiylə yekunlaşıb. “Cəbrayıl” isə “Şahdağ Qusar”la ev…
Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümünün 3-cü turunda yeni qol rekordu qeydə alınıb. Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir. Bildirilir ki, ÇL-in əsas mərhələsinin 3-cü turu çərçivəsində 21 və 22 oktyabr tarixlərində keçirilmiş 18 oyunda komandalar ümumilikdə 71 qol vurublar. Bu göstərici turnirin tarixində məhsuldarlıq…
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 2-ci turun oyunları keçiriləcək. Arena.az xəbər verir ki, bütün matçlar eyni gündə baş tutacaq. Türkiyə təmsilçisi “Samsunspor” doğma meydanda Ukraynanın “Dinamo” (Kiyev) kollektivini qəbul edəcək. “Fiorentina” (İtaliya) isə səfərdə Avstriya “Rapid”i ilə üz-üzə gələcək.
Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 3-cü turun oyunları keçiriləcək. Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edəcək. Avropanın yaşıl meydanlarında 18 qarşılaşma baş tutacaq. Türkiyənin “Fənərbağça” komandası evdə “Ştutqart”la (Almaniya) üz-üzə gələcək. İtaliya təmsilçisi “Roma” isə Çexiyanın “Viktoriya”…
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turundan təxirə salınmış oyunlar keçirilib. Arena.az xəbər verir ki, “Rizəspor” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. Bu komandaların görüşü qolsuz yekunlaşıb. Günün digər oyununda cari mövsümə uğursuz start vermiş “Beşiktaş” səfərdə “Konyaspor”la üz-üzə gəlib. “Qara qartallar” bu oyundan inamlı…
Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının üzvü Elmir Əliyev Serbiyanın Novi Sad şəhərində dünya çempionu olub. Arena.az xəbər verir ki, Serbiyada 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı davam edir. İkinci yarış günündə yunan-Roma güləşi üzrə daha 4 çəkidə mübarizəyə start verilib. Elmir Əliyev (55 kq) ilk mərhələni maneəsiz keçib.
Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. MOİK – “Baku Sportinq” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Şimal” – “Difai” oyununda isə qonaqlar darmadağına seviniblər. Turun qalan matçları oktyabrın 23-də keçiriləcək.
Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan”ın ev oyunlarını keçirdiyi Mərdəkandakı “Dalğa Arena” əsaslı təmirə bağlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb. Bununla əlaqədar PFL-in Premyer Liqanın təqvimində dəyişikliklər etməsi zərurəti yaranıb. Əsasnamənin tələblərinə uyğun olaraq, PFL tərəfindən “Araz-Naxçıvan” klubundan…
Futbol üzrə Lüksemburq yığmasının hücumameyilli yarımmüdafiəçisi Vensan Till bu yay müqavilə bağladığı “Zirə”dən göndərilib. Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı lüksemburqlu oyunçu ilə klub arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Xatırladaq ki, Vensan Till bu mövsümün əvvəlində “Sabah”dan…
Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) bir gündə vurulmuş qolların sayına görə ən yaxşı ikinci göstərici qeydə alınıb. Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir. Bu, qitənin bir nömrəli klub turnirinin 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 3-cü turu çərçivəsində ötən gecə baş tutmuş 9 matçdan sonra gerçəkləşib.
Futbol üzrə Argentina millisinin və ABŞ klubu “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi MLS-də yeni rekorda imza atıb. Arena.az bu barədə yarışın mətbuat xidmətinə istinadən xəbər verir. Belə ki, argentinalı futbolçu MLS karyerası ərzində 5-ci dəfə ayın ən yaxşı futbolçusu seçilib. Bu da çempionatda yeni rekord kimi qeydə alınıb. Messi iki il ərzində 5 mükafat qazanıb ki…
2-ci Liqanın 6-cı turunda “Araz Saatlı”nı 14:0 hesabı ilə yenmiş “Xankəndi” “Şəfa”nın 22 il əvvəl imza atdığı XXI əsrin rekordunu təkrarlayıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb. Bu, PFL-in bayrağı altında keçirilən yarışların tarixində ən böyük fərqli qələbə olub. 2008-ci ildən Premyer Liqa, Birinci Liqa, İkinci Liqa…
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 3-cü turuna yekun vurulacaq. Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutacaq. Azərbaycan çempionu “Qarabağ”ın səfərdə İspaniya “Atletik”i ilə üz-üzə gələcəyi gündə rəqiblərindən “Çelsi” də evdə “Ayaks”la qarşılaşacaq. “Liverpul” səfərdə “Ayntraxt”ın qonağı…
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində üçüncü oyununa çıxacaq. Arena.az xəbər verir ki, Azərbaycan çempionu İspaniya təmsilçisi “Atletik”lə üz-üzə gələcək. Sözügedən komandalar arasındakı oyun Bilbaoda, “San Mames” stadionunda baş tutacaq. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat…
Çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşçqisi Oyan Nəzəriani dünya seriyasında qazandıqları uğurla bağlı fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, Misirin paytaxtı İsgəndəriyyədə dünya çempionu olmuş çimərlik güləşçilərimiz bu gün vətənə qayıdıblar. Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib. Millimizin baş məşqçisi və tarixi uğura imza…
Azərbaycan güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşilər arasında təşkil edilmiş dünya çempionatının qalibi olub. Arena.az xəbər verir ki, oktyabrın 20-də Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatına start verilib. İlk yarış günündə 4 çəkidə yunan-Roma güləşi üzrə finalçılar müəyyənləşiblər. Ziya Babaşov (63 kq) yaponiyalı Miruto Tokuhiqaya 7:1…
“Neftçi”nin basketbol komandası FIBA Avropa Kubokunun 2025/2026-cı illər mövsümünün əsas mərhələsində ikinci oyununu keçirib. Arena.az xəbər verir ki, “ağ-qaralar” Bakıda Estoniyanın “Kalev” komandası ilə üz-üzə gəliblər. Qarşılaşma Bakı İdman Sarayında baş tutub. Azərbaycan təmsilçisi bu oyundan 95:84 hesablı qələbəyə sevinib. “Neftçi”nin baş məşqçisi Vitali Stepanovski matçdan…
Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov 2-ci Liqa təmsilçisi “Şəmkir”in baş məşqçi postunu tərk edib. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İkinci Liqanın 6-cı turu çərçivəsində doğma meydanda “Qaradağ Lökbatan”dan alınmış 0:1 hesablı məğlubiyyətin ardından məşqçi ilə klub rəhbərliyi arasında görüş olub.
“Atletik”in baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər. Ernesto Valverde bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında…
Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub. Yeddi qolun qeydə alındığı “Şirvan” – “Dinamo” matçında meydan sahibləri qələbə qazanıblar. “Ağdaş”ın qonağı olan “Şəki” 3 cavabsız qola sevinib. “Xankəndi” isə “Araz Saatlı” ilə səfər matçından 14…
Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun bütün təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
9-cu turun oyunları oktyabrın 24-də, 25-də və 26-da baş tutacaq. Təyinatlar isə aşağıdakı kimidir:
Premyer Liqa 9-cu tur
24 oktyabr
“Karvan” – “Turan Tovuz” Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev. VAR: Əliyar Ağayev. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Nəriman Axundov. Şamaxı şəhər stadionu, 14:30.
“Kəpəz” – “İmişli” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov. VAR: Cavid Cəlilov. AVAR: Müslüm Əliyev. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Qəbələ şəhər stadionu, 17:00.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 8-ci turundakı qayda pozuntularına hüququ qiymət verilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 8-ci tur
“Şamaxı” – “Kəpəz” oyununun 44-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Şamaxı” buna görə 3000 manat cərimələnib. “Şamaxı”nın geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün sözügedən klub 1500 manat cərimə edilib. “Kəpəz”in də geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün Gəncə komandası 1500 manat cərimə edilib. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub komandası 700 manat cərimə edilib.
“İmişli” – “Qəbələ” oyununda “Qəbələ”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.
“Sumqayıt” – “Karvan” oyunu “Karvan”ın meydançaya gec çıxması səbəbindən gec başladığı üçün Yevlax komandası 3000 manat cərimə edilib.
“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün paytax komandası 700 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə sözügedən klub 6000 manat cərimələnib. “Neftçi”nin azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyinə görə paytaxt komandası 3000 manat cərimə edilib.
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Avropa Liqasının 2025/26 mövsümünün Liqa mərhələsinin 3-cü turunun oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Məsiyev Avropa Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) – “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq. Ona bu oyunda yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, “Genk” – “Betis” oyunu oktyabrın 23-də Belçikanın Genk şəhərinin eyni adlı stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Vest Hem” “Brentford”u qəbul edib. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər.
Beləliklə, geridə qalmış 8 turdan sonra 19 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 16 xalla ikincidir. “Liverpul”la “Bornmut” 15, “Çelsi”, “Tottenhem” və “Sanderlend” 14 xal toplayıblar.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Alaves” “Valensiya”nı qəbul edib. Tərəflər medanı qolsuz tərk ediblər.
Beləliklə, geridə qalmış 9 turdan sonra 24 xala malik “Real” vahid liderdir. “Barselona” 22 xalla ikinci, “Vilyarreal” 17 xalla üçüncü pillədə qərarlaşıb. “Atletiko” və “Betis”in 16, “Espanyol”un 15, “Elçe” və “Atletik”in 14 xalı var.
İspaniya, La Liqa 9-cu tur
17 oktyabr
Real Ovyedo – Espanyol 0:2 Qollar: K.Qarsiya, 70. Milla, 82.
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Kremoneze” “Udineze”ni qəbul edib. Komandalar yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, geridə qalmış 7 turdan sonra 16 xala malik “Milan” vahid liderdir. “İnter”, “Napoli” və “Roma”nın 15, “Bolonya”nın 13, “Komo” və “Yuventus”un 12, “Atalanta”nın 11 xalı var.
Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu turnirin əsas mərhələsinin 3-cü turunda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şarca” komandası ilə qarşılaşıb.
Səfərdə baş tutmuş bu oyunda təbrizlilər möhtəşəm qələbəyə seviniblər. İlk qələbəsini rəsmiləşdirmiş İran çempionunun heyətində Luşkya (8, 11), Haşemnecad (40), Esmaeilifar (45+3) və Kazemayni (84) fərqləniblər.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv ÇL-dəki növbəti oyununu doğma meydanda İraq təmsilçisi “Əl-Şorta”ya qarşı keçirəcək. Bu oyun dekabrın 3-də baş tutacaq.
Qeyd edək ki, Asiya Çempionlar Liqasının yeni mövsümündə ümumilikdə 24 komanda mübarizə aparır. İştirakçılar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünüblər. Hər zonada 12 komanda yarışır və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə mübarizə aparırlar.
Hər komanda 8 oyun keçirəcək. Onların nəticələrinə əsasən, “Qərb” və “Şərq”in hərəsindən 8 ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Orada da komandalar öz zonalarında yer alanlarla qarşılaşacaqlar. Yalnız 1/4 final mərhələsindən “Qərb”lə “Şərq” birləşəcək. 1/4 final, yarımfinal və final görüşləri gələn il aprelin 17-25-də Səudiyyə Ərəbistanında keçiriləcək.
Püşkatmanın nəticələrinə əsasən, “Traktor” “Qərb” zonasında yer alıb. Komanda hazırda 5 xalla 4-cü pillədə qərarlaşıb. Təbrizlilər növbəti turlarda evdə “Əl-Sədd” (Qətər), “Əl-Duhail” (Qətər), səfərdə “Nasaf” (Özbəkistan) və “Əl-Qarafa” (Qətər) ilə də qarşılaşacaqlar.
Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olmuş “Traktor” ölkənin Asiya Çempionlar Liqasının Elit turnirində yeganə təmsilçisidir. Təbriz təmsilçisi ötən mövsüm Asiya Çempionlar Liqasının 2-ci turnirinə qatılmış və 1/4 finala qədər irəliləmişdi.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Eyüpspor” “Kasımpaşa”nı qəbul edib. Meydan sahibləri 2 cavabsız qolla qələbə qazanıblar.
Beləliklə, 9 turdan sonra 25 xala malik “Qalatasaray” vahid liderdir. “Trabzonspor” 20 xalla ikinci, “Fənərbağça” 19 xalla üçüncüdür. “Qaziantep” 17, “Göztəpə” və “Samsunspor” 16, “Beşiktaş” və “Alanyaspor” 13 xal toplayıblar.
Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 19-cu qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki yarış Auistin şəhərində təşkil olunub.
ABŞ qran-prisində son 4 ilin çempionu Maks Ferstappen qalib olub. Sıralama turunda da ən sürətli olmuş “Red Bull”un pilotu yarışa birinci başlayıb. Niderlandlı sürücü 56 dövrəlik yarışda bu üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun cari mövsümdəki 5-ci, karyerası ərzində 68-ci zəfərdir.
“Maklaren”də çıxış edən Lando Norris Austində ikinci, “Ferrari”dən Şarl Lekler isə üçüncü olub.
Beləliklə, geridə qalmış 19 mərhələdən sonra Oskar Piastri (“Maklaren”) 346 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 332 xalla ikincidir. Maks Ferstappen (“Red Bull”) isə 306 xalla üçüncü pillədə qərarlaşıb.
Mühəndislər Kubokunda “Maklaren” 678 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 341 xalla ikinci, “Ferrari” isə 334 xalla üçüncü yerdə gedir.
Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 20-ci qran-prisi Meksikada keçiriləcək. Mexiko şəhərində baş tutacaq bu yarış oktyabrın 26-da təşkil olunacaq.
Cüdo üzrə Azərbaycan milli komandası Meksikanın Qvadalaxara şəhərində keçirilmiş qran-pri turnirində parlaq çıxışı ilə yadda qalıb.
Arena.az xəbər verir ki, bu yarışda Azərbaycan ümumilikdə 7 çəki dərəcəsində 11 idmançı ilə təmsil olunub. Cüdoçularımızdan 9-cu qran-prini medalla başa vurub.
İlk gündə tatamiyə çıxan 4 təmsilçimizdən üçü fəxri kürsüdə yer almağı bacarıb.
Balabəy Ağayev (-60 kq) və Ruslan Paşayev (-66 kq) bütün görüşlərdə qalib gələrək Dövlət Himnimizi səsləndiriblər. Cüdoçularımız final görüşlərində müvafiq olaraq Miçel Auqustu (Braziliya) və Lukas Sahanı (Finlandiya) məğlub edərək qızıl medal qazanıblar.
-60 kq çəki dərəcəsində yarışan digər idmançımız Əhməd Yusifov üçüncü yer yer uğrunda görüşdə fransalı Enzo Jandan üstün olaraq bürünc medala yiyələnib.
Turnirin ikinci günündə millimiz aktivinə daha 3 medal yazdırıb. Olimpiya çempionumuz Hidayət Heydərov (-73 kq) və -81 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə bütün görüşlərdə qələbə qazanaraq Dünya Cüdo Turu Seriyasına daxil olan yarışda çempionluq sevinci yaşayıblar. Heydərov həlledici görüşdə çexiyalı Husniddin Karimovu, Qələndərzadə finlandiyalı Eetu İhanamakini məğlub edib. Rəşid Məmmədəliyev (-73 kq) isə beynəlxalq turnirin bürünc medalını boynundan asıb.
Sonuncu yarış günündə millimiz daha 3 medal – 2 qızıl və 1 bürünc medal qazanıb.
-100 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionu Zelim Kotsoyev və ən ağır çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri (+100 kq) bütün görüşlərində qələbə qazanaraq çempion olublar. Kotsoyev finalda italiyalı Cennaro Pirelli, Kokauri isə ikiqat Olimpiya çempionu Lukaş Krpaleki (Çexiya) məğlub edib.
Bununla da, cüdoçularımız kişilərin yarışdığı 7 çəki dərəcəsinin 6-da qızıl medal qazanmaqla tarixi nəticəyə imza atıblar.
Ümumilikdə, Azərbaycan millisi qran-prini 6 qızıl və 3 bürünc medalla başa vuraraq 33 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.
Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turu yüksək məhsuldarlıqla əlamətdar olub.
Arena.az xəbər verir ki, baş tutmuş 6 qarşılaşmada qapılara 24 qol vurulub.
“Şamaxı” – “Kəpəz” (1:4) və “Sumqayıt” – “Karvan” (4:1) oyunlarında 5, “Neftçi” – “Araz-Naxçıvan” və “İmişli” – “Qəbələ” (hər ikisi 2:2) matçlarında 4, “Turan Tovuz” – “Qarabağ” (1:2) və “Sabah” – “Zirə” (3:0) qarşılaşmalarında 3 qol vurulub.
Bu, cari mövsümün yeni məhsuldarlıq rekordudur. Bunadək ən yüksək göstərici 18 qolun (orta hesabla 3,00) vurulduğu 5-ci tura təsadüf etmişdi.
Orta məhsuldarlığın ən azı 4 olması son 4 mövsümdə ilk dəfə yaşanır. Sonuncu belə hal 2021/2022-ci illər mövsümünün 10-cu turunda qeydə alınmışdı. Həmin vaxt 4 oyunda 17 qol vurulmuşdu və məhsuldarlıq 4,25-ə bərabər olmuşdu.
Xatırladaq ki, 2021-ci il noyabrın 6-7-də keçirilmiş həmin turda “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) görüşləri baş tutmuşdu.
20 yaşadək futbolçulardan ibarət Mərakeş milli komandası Çilidə təşkil edilmiş U-20 dünya çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, Çilidə keçirilən turnirin finalında Argentina Mərakeş yığmaları üz-üzə gəliblər.
Qarşılaşma Mərakeş millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində hər iki qolu 20 yaşlı hücumçu Yassir Zabiri rəqib qapısından keçirib. O, 12-ci və 29-cu dəqiqələrdə fərqlənməklə görüşün taleyini elə ilk hissədə müəyyənləşdirib.
Beləliklə, Mərakeş 42 ildən sonra 20 yaşadək futbolçular arasında dünya çempionatının finalında Argentinanı məğlub edən ilk komanda olub.
Bürünc medal uğrunda görüşdə isə Kolumbiya millisi Fransa yığmasını üstələyib – 1:0. Cənubi Amerika təmsilçisinin heyətində yeganə qolu 2-ci dəqiqədə fərqlənmiş Oskar Perea vurub.
Qeyd edək ki, U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək.
Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.
“Elçe” – “Atletik” matçında qapılara qol vurulmayıb. Beləcə, Bilbao təmsilçisi UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəyi oyundan sonra xal itkisi ilə üzləşib.
“Selta” – “Real Sosyedad” oyununda da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Levante”nin qonağı olan “Rayo Valyekano” 3 xalı 3 cavabsız qolla qazanıb. “Real” isə səfərdə “Xetafe”ni tək qolla üstələyib.
9-cu tura oktyabrın 20-də keçiriləcək “Alaves” – “Valensiya” matçı ilə yekun vurulacaq.
İspaniya, La Liqa 9-cu tur
17 oktyabr
Real Ovyedo – Espanyol 0:2 Qollar: K.Qarsiya, 70. Milla, 82.
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Cenoa” – “Parma” və “Atalanta” – “Latsio” matçlarında qapılara qol vurulmayıb. “Kalyari” doğma meydanda “Bolonya”ya məğlub olubsa, “Yuventus” da “Komo” ilə səfər matçında 2 cavabsız qola üzülüb. Bu, Turin təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyətidir.
Üç qolun qeydə alındığı “Milan” – “Fiorentina” görüşündə isə meydan sahibləri qələbə qazanıblar.
Tura oktyabrın 20-də keçiriləcək “Kremoneze” – “Udineze” oyunu ilə yekun vurulacaq.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 7-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Frayburq” – “Ayntraxt” matçında qalib müəyyənləşməyib.
Səfərdə “Sankt Pauli” ilə qarşılaşan “Hoffenhaym” isə 3 xalı 3 cavabsız qolla qazanıb.
Beləliklə, 7 turdan sonra 21 xalı olan son çempion “Bayern” itkisiz irəliləyən yeganə komandadır. “Leypsiq” 16 xalla ikinci, “Ştutqart” 15 xalla üçüncüdür. Dortmund “Borussiya”sı ilə “Bayer”in 14, “Köln”ün 11 xalı var.
Almaniya, Bundesliqa 7-ci tur
17 oktyabr
Union Berlin – Borussiya (Mönhenqladbax) 3:1 Qollar: Doexi, 3; 26. Xedira, 81 – Tabakoviç, 33.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Kayserispor” – “Samsunspor” matçında qonaqlar inamlı qələbə qazanıblar. “Alanyaspor” “Göztəpə”ni, “Qaziantep” isə “Antalyaspor”u məğlub yola salıb. “Fənərbağça” da bu turda “Karagümrük”ü məğlub edib.
Tura oktyabrın 20-də keçiriləcək “Eyüpspor” – “Kasımpaşa” matçı ilə yekun vurulacaq.
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Lliqasının 8-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların məhsuldar alınmış görüşündə qalib müəyyənləşməyib – 2:2.
Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Nəsə demək çətindir. Qəliz oyun alındı. Özümüzə də anlaşılmaz qalan bəzi şeylər oldu. 1:0 udurduq, o vaxta kimi çox yaxşı oynayırdıq, üstünlük bizdə idi. Qol vurandan sonra nədənsə, geriyə oturduq. Bunun səbəbi istəkdən irəli gəlmirdi, belə bir planımız da yox idi. Çox top itirdik. Xüsusilə də orta xətdə. Onda da üstünlük rəqibə keçdi və qol vurdular. İkinci hissədə çox şeyi dəyişmək istəyirdik ki, müdafiəçimizin səhvindən qol buraxdıq. İkinci hissə başlayanda planlar nə idisə, sona qədər elə oynadıq. Futbolçular ruhdan düşmədilər. Epizodlarımız var idi, üstünlük bizdə idi. Bu gün kim qazandı, kim itirdi, demək çətindir. Üzücü olan odur ki, qərarlarımızda çox problem görünürdü. Cərimə meydançasına çatanda səhv qərarlar verirdik. Bu həftə birlikdə çox məşq etmədik. Millidə olan oyunçularımız var idi. Bu vaxta kimi hazırlaşdığımız kimi, hazırlaşa bilmədik. Amma bu, bəhanə deyil.
1:0-dan sonra müdafiəyə oturmaq tapşırıq deyildi. Bütün planlarımızı qol vurmaq üçün hazırlamışdıq. Fikirləşirdik ki, basqı yaradacağıq. Özüm də niyə bu qədər top itkilərinə yol verdiyimizi bilimirəm. Öyündüyümüz müdafiə xəttində səhvə yol verdik. Heç-heçənin səbəbi 1:0-dan sonra oynadığımız futboldadır”.
Samir Abasov Vensan Abubakarın transferinə də münasibət bildirib:
“Onun gəlişi bizə çox yaxşı təsir göstərəcək. Hər bir futbolçu yanında təcrübəli, keyfiyyətli oyunçu görəndə, onun keyfiyyətinə uymağa çalışır. Abubakarla danışmağa vaxtımız olmayıb. Görüşməmişik. Şəxsi söhbətimiz olmayıb. Sabahdan məşqlərə qoşulacaq, danışacağıq. Abubakar rəqiblər üçün də motivasiya ola bilər. Biri var digərlərinə qarşı oynamaq, biri də var Abubakara qarşı yaxşı oynamaq. Bu da bizə bəlkə əks təsir edə bilər. Hücumda problemlərimiz var idi, qol vurmaq problemimiz var idi, onu çözmək baxımından gətirmişik”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Lliqasının 8-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların məhsuldar alınmış görüşündə qalib müəyyənləşməyib – 2:2.
Elmar Baxşıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Maraqlı və dinamik oyuna şahidlik etdik. Meydanda yaxşı mübarizəli oyun getdi. Çətin səfər oyununa komandanı kökləmişdik. Bu gün meydanda komanda kimi yaxşı iş ortaya qoyduq. Qalib də gələ bilərdik, uduza da bilərdik. Bir xal qazandıq. Yolumuza davam edirik”.
Elmar Baxşıyev Patrik Andradenin performansından da söhbət açıb:
“Patrikin enişdə olduğunu düşünmürük. Ondan istədiyimiz oyunu bizə verməyə çalışır. Böyük futbolçudur, böyük potensiala malikdir. O da komandanın bir hissəsidir. Daha da yaxşı oyunlar göstərəcək. Əlbəttə, o da öz ölkəsinin mundialda oynamağına sevinir. Onun psixoloji təsir altında olduğunu hiss etmirik. Daha çox komandamıza köklənib. Düşünürəm ki, Patrik ölkəmizdə yaxşı oyunu ilə seçilən futbolçudur və bizə faydası dəyir”.
Elmar Baxşıyev Felipe Santosun Benin millisində oynamağa qərar verməsinə də toxunub:
“Onun qərarıdır. Öz vətənində oynamaq istəyir. Müasir futbolda da bu, normal haldır. Hansısa ölkənin vətəndaşlığına sahib olursan. Bizim xəbərimiz var idi. Biz də ona uğurlar arzuladıq. O, dünya çempionatında iştirak etmək arzusu ilə Benin vətəndaşlığını qəbul etdi. Gələcəkdə bizi nə gözləyir, nə mən, nə də Santos cavab verə bilər. Bizim üçün önəli oyunçudur. Sərəncamımızda olsa, komanda üçün daha xeyirli olar”.
Elmar Baxşıyev Naxçıvana azarkeşlərlə görüşdən də danışıb və komandasının doğma meydanda oynamaq şansları barədə söhbət açıb:
“Görüş çoxdan nəzərdə tutulmuşdu. Sadəcə, Konfrans Liqasına hazırlıq, oyunların sıxlığı ilə əlaqədar o səfəri milli fasiləyə salmalı olduq. Faydalı görüş oldu. Komanda da şəhəri görməkdən məmnun oldu. Gördülər ki, necə şəhərdir, futbolu orada necə sevirlər. Düşünürəm ki, biz Naxçıvana qayıtsaq, komanda olaraq böyümək ehtimalımız artar. Bizə vəd olundu ki, yaxın gələcəkdə komandanın ev oyunlarını Naxçıvanda keçirmək ehtimalı yüksəkdir”.
Azərbaycanın çimərlik güləşi üzrə milli komandasının üzvləri Vüsal Əliyev və İbrahim Yusubov dünya çempionu olublar.
Arena.az xəbər verir ki, bu gün çimərlik güləşi üzrə mövsümə yekun vurulub.
Həftəsonu Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.
Yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 3 güləşçimiz çıxış edib.
80 kq
Sahib Dadaşov misirli Adham Abdelzaherə (4:1), Vüsal Əliyev isə gürcüstanlı Diego Maxaradzeyə (3:2) qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıblar.
A qrupunda yer alan Sahib gürcüstanlı Ramaz Zoidze (2:2) və moldovalı Vasile Diakonu (1:1) sonuncu xal prinsipinə əsasən üstələyibsə, serbiyalı Milyan Rayiçə heç bir şans tanımayıb – 3:0.
B qrupunda qərarlaşan Vüsal isə ilk turda ukraynalı Vasil Mixaylova 1:3 hesabıyla məğlub olsa da, növbəti turda zədəli fransalı Huqo Kueno üzərində texniki qələbə qazanıb. Son turda isə yunanıstanlı Xristos Xristoforidisə 4:0 hesabıyla qalib gəlib.
Dadaşov qrup lideri, Əliyev isə ikinci yerin sahibi kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında təmsilçilərimiz üz-üzə gəlib və Vüsal Sahibi 3:2 hesabıyla məğlub edib.
Dadaşov Zoidzeyə 4:2 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Əliyev isə finalda Mixaylova 2:3 hesabıyla məğlub olub və yarışı gümüş medalla başa vurub.
90 kq
İbrahim Yusubov A qrupunda amerikalı Yakob Bumqardner (3:0), yunanıstanlı Mixail Akritidis (3:1) və gürcüstanlı Davit Xutsişviliyə (3:2) qalib gəlib. Qrup lideri kimi yarımfinala vəsiqə qazanan təcrübəli güləşçimiz amerikalı Cabari Ayronsa da gücünü göstərib – 4:1. Yusubov finalda ukraynalı Oleksey Yakovçuka 2:1 hesabıyla qalib gələrək çempion olub.
Dünya Seriyasının final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladığı xallar hesablanıb və hər çəki üzrə yekun 3-lük müəyyənləşib. Nəticədə bu il çimərlik güləşində debüt edən Vüsal Əliyev 80 kq-da dünya çempionu olub. İbrahim Yusubov isə 90 kq-da eyni nəticəyə imza atıb. Beləliklə, təcrübəli güləşçimiz 4 qat dünya çempionu ünvanına sahib çıxıb.
İlk dəfə bir mövsümdə 2 təmsilçimiz böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu adını qazanıb.