“Barselona” Levandovski ilə bağlı qərarsızdır
“Barselona” rəhbərliyi Robert Levandovski ilə növbəti mövsümdə əməkdaşlığın davam etdirilib-etdirilməməsinə görə hələ yekun qərar verməyib.
Polşalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, 37 yaşlı forvardın klubda qalması onun cari mövsümdəki çıxış səviyyəsindən və əsas rəqibi Ferran Torreslə müqayisəli performansından asılı olacaq.
Bundan başqa, yay transfer pəncərəsində hücumçuların bazarda əlçatan olub-olmaması və mövsümün sonunda klubun maliyyə durumu da həlledici rol oynayacaq.
Rəhbərlik həmçinin, Levandovski kimi nüfuzlu futbolçunun mümkün gedişinin paltardəyişmə otağındakı ab-havaya göstərə biləcəyi təsiri də nəzərə almağı planlaşdırır.
Mövcud məlumatlara əsasən, Levandovski artıq MLS təmsilçisi “Çikaqo Fayr”la danışıqlar aparır, ancaq o, hələlik gələcəyi ilə bağlı qəti qərar qəbul etməyib.
The post “Barselona” Levandovski ilə bağlı qərarsızdır appeared first on Komanda.az.