Normal view

Today — 20 December 2025Main stream

Bikalyo üçün növbəti təklif

20 December 2025 at 13:44

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın futbolçusu Pedro Bikalyonu heyətinə qatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi Azərbaycan klubuna yarımmüdafiəçi üçün ikinci təklifi göndərib. Klub Bikalyonu satınalma hüququ ilə birlikdə icarəyə götürmək variantını təklif etsə də, “Qarabağ” rədd edib.

24 yaşlı futbolçu bu mövsüm 27 oyunda 2 məhsuldar ötürmə edib.

“Karvan-Yevlax” – “Neftçi”: heyətlər

20 December 2025 at 13:08

“Neftçi” Premyer Liqanın XVI turunda bu gün “Karvan-Yevlax”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 14:0-da start götürəcək oyuna komandalar aşağıdakə heyətlə çıxacaqlar.

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev  2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 3. Said İranxan, 10. Samuel Durrant
Məşqçi: Füzuli Məmmədov

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 27. Kristian Kostin 11. İmad Faraj  10. Freddi Varqas 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 77. Falaye Sako 22. Luis Ortis 28. Alessio Kurçi
Baş Məşqçi: Yuri Vernidub

 

“Real”dan “Lion”a

20 December 2025 at 12:17

“Real”ın futbolçusu Endrik karyerasını Fransada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “Lion” braziliyalı hücumçunun icarəsi üçün “kral klubu” ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 19 yaşlı futbolçu mövsümün sonuna kimi Fransa təmsilçisində çıxış edəcək.

Endrik bu mövsüm “Real”da 3 oyuna çıxıb.

Klub nümayəndələri ilə görüş keçirildi

20 December 2025 at 11:51

Azərbaycan Premyer Liqası, I Liqa, liqalarda iştirak edən akademiyalar və digər komandaların nümayəndələri ilə görüş keçirilib.

Futbolpress.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində baş tutan görüşdə klub rəsmiləri ilə yanaşı, milli assosiasiyanın baş katibinin müavini Elçin Məmmədov və Yarışların Təşkili Departamentinin əməkdaşları iştirak ediblər.

AFFA tərəfindən keçirilən liqaların cari mövsümündə tətbiq edilən dəyişikliklər, yarışların təşkilində müsbət və mənfi tərəflərlə bağlı diskusiyalar aparılıb, eyni zamanda növbəti mövsümlə bağlı təkliflər müzakirə olunub.

Qarşıdakı günlərdə regionlarda çıxış edən aşağı liqa komandaları ilə görüşlərin silsiləli şəkildə təşkili və müzakirələrin davam etdirilməsi planlaşdırılıb.

30-u adlayan dəyərlilər

20 December 2025 at 11:30

“Transfermarkt” portalı yaşı 30-dan yuxarı olan futbolçuların dəyərlərini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, siyahının birinci pilləsində “Bavariya”nın və Almaniya millisinin hücumçusu Harri Keyn yer alır. 32 yaşlı futbolçunun “bazar dəyəri” 65 milyon avrodur.

Onun Münhen klubundakı komanda yoldaşı Yozua Kimmiz (30 yaş) 40 milyon avro ilə ikincidir.

“Mançester Yunayted” və Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandeş (30 yaş) də 40 milyon avro qiymətləndirilib və üçüncüdür.

Lepinitsa: “Çempionluqdan danışmaq hələ tezdir”

20 December 2025 at 11:00

“Sabah” Premyer Liqada I turdan təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib – 2:1.

“Bayquşlar”ın futbolçusu İvan Lepinitsa “Futbolpress.az“a açıqlamasında qələbəni şərh etdi:

“Bu mövsüm ilk oyunumuzdan etibarən böyük işlər görə biləcəyimizi bilirdik. Komanda daxilində yaxşı atmosfer var. “Qarabağ”la oyundan öncə də hamı bir-birinə inanırdı. Meydanda döyüşdük, əzmkarlıq göstərdik. 0:1 geri olanda da dönüş edə biləcəyimi anlayırdıq. İnandıq və bacardıq. İndi bu cür davam etməliyik”.

Yarımmüdafəçi çempionluq mübarizəsində olmalarına toxundu:

“Mövsüm uzundur, hələ yolun yarısını keçməmişik. Çempionluqdan danışmaq hələ tezdir. Ona görə üzərimizdə hansısa təzyiq yoxdur. Oyunumuza köklənəcəyik və işimizi görəcəyik. Sonda harda olduğumuza baxacağıq”.

Lepinitsa növbəti turun “Sumqayıt”la matçından gözləntilərini bölüşdü:

“Bu mövsüm hər oyun çətindir. “Sumqayıt” yaxşı komandadır və çoxlu qollar vurub. Oyunumuzu oynayıb, qələbə qazanmağa çalışacağıq”.

Şahin Cəfərov

“Mançester Yunayted”in belə oyunçulara ehtiyacı var”

20 December 2025 at 10:20

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson klubun transferlərini dəyərləndirib.

Futbolpress.az “Goal”a istinadən xəbər verir ki, mütəxəssis qapıçı Senne Lammensi fərqləndirib:

“Düşünürəm ki, Lammens öz rolunu ən yaxşı oynayanlardandır. 23 yaşı var, cəlddir və topla yaxşı rəftar edir. “Mançester Yunayted”in belə oyunçulara ehtiyacı var. Düşünürəm ki, o, son illərin ən yaxşı transferlərindəndir”.

Lammens bu ilin sentyabrında “Antverpen”dən 20 milyon avroya transfer edilib. O, Premyer Liqada 10 oyunda 15 qol buraxıb.

Saka “Arsenal” tarixinin ən yüksək ödənişli futbolçusu ola bilər

20 December 2025 at 09:51

“Arsenal” futbolçusu Buka Sakaya yeni müqavilə təklif edib.

Futbolpress.az xəbər verir ki, bu barədə “TEAMtalk” portalı məlumat yayıb. London klubu vingerin sözləşməsini 2031-ci ilin yayına qədər artırmaq istəyir.

Sakaya təklif olunan maaş isə həftəlik 300 min funt-sterlinqdir. İngiltərəli oyunçu təklifi qəbul etsə, klub tarixinin ən yüksək ödənişli futbolçusu olacaq.

Saka bu mövsüm Premyer Liqada 14 oyunda 4 qol vurub.

Ərəblərin Deşam planı – 8 illik müqavilə və…

20 December 2025 at 09:29

Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra Səudiyyə Ərəbistanı millisində işləyə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Səudiyyə Ərəbistanı Futbol Federasiyası mütəxəssisi uzunmüddətli layihənin əsas parçası kimi görür. Federasiya Deşamla danışıqlara başlayıb və komandanın “sükanı”nı na tapşırmaq niyyətindədir.

Deşama təklif olunan müqavilə 8 illikdir və ona geniş səlahiyyətlər verilib. Federasiya 2034-cü ildə Səudiyyə Ərəbistanıda keçiriləcək dünya çempionatında yaxşı iştirak etmək üçün uzunmüddətli layihə hazırlayır.

“Neftçi” “Karvan-Yevlax”a qarşı – YENİLƏNİR

20 December 2025 at 14:07

Bu gün Azərbaycan Premyer Liqasında XVI turun növbəti oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

“Neftçi” Yevlaxda “Karvan-Yevlax”ın qonağı olacaq. “Zirə” isə azarkeşləri önündə “İmişli” ilə qarşılaşacaq.

Azərbaycan Premyer Liqası
XVI tur

20 dekabr

14:00 Karvan-Yevlax – Neftçi 0:0
Baş hakim: Əliyar Ağayev
Yevlax şəhər stadionu

16:30 Zirə – İmişli
Baş hakim: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu

Milli üzvü məğlubiyyəti kənardan izlədi

20 December 2025 at 08:25

Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadənin formasını geyindiyi “Varajdin” Xorvatiya çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “İstra 1961” ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 3:1.

Rüfət görüşün iştirakçısı olmayıb. O, məğlubiyyəti ehtiyat oyunçular skamyasından izləyib.

“Varajdin” 18 oyundan sonra 23 xalla 5-ci sıradadır.

Yevlaxda qonaqların günü – “Kəpəz”dən aciz oyun

20 December 2025 at 08:00

“Turan Tovuz” qış fasiləsinə qələbə ilə yollanıb. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv dövrənin və ilin sonuncu turunda “Kəpəz”ə qalib gəlib – 2:0.

Yevlax şəhər stadionunda baş tutan görüş tovuzluların üstünlüyü ilə keçib. Hər iki hissədə topa daha çox sahib olan, boş zona verməyən, epizod yaradan “Turan Tovuz” layiqli qələbə qazanıb. Komandanın bundan əvvəlki matçlarda itirdiyi xallara görə ciddi narazılıq yaranmış, baş məşqçi Berdıyev azarkeşlər tərəfindən “istefaya” səslənmişdi. Buna baxmayaraq, “Qərb derbisi”ndə qazanılan qələbə az da olsa, əhvalı yaxşılaşdıracaq.

“Kəpəz” isə son turların ən pis oyunlarından birini keçirdi. 90 dəqiqə ərzində təhlükəli epizod yarada bilməyən gəncəlilər rəqib qapısına yaxınlaşa bilmirdi. “Turan Tovuz” bütün mövqeləri bağlamış, oynamağa imkan verməmişdi. “Kəpəz”in aciz oyunu yekunda məğlubiyyətlə nəticələndi.

“Turan Tovuz” ən pis halda ili 5-ci sırada başa vuracaq. Hazırda 27 xalı olan tovuzlular 4-cüdür və 5-ci “Zirə”dən bir oyun çox keçirib. “Qartallar” bu gün “İmişli”yə qalib gəlsə, mövqeyini yenidən ələ keçirəcək.

“Kəpəz”in mövqeyi isə rəqiblərdən asılıdır. 9 xalla 10-cu sırada yer alan gəncəlilər “Qəbələ”nin qələbə qazanacağı halda, bir pillə geriləyəcək.

Şahin Cəfərov

“Borussiya”lıların duelində iki qol

20 December 2025 at 01:41

Almaniya Bundesliqasında XV tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Dortmund “Borussiya”sı azarkeşləri önündə Münheqladbax “Borussiya”sı ilə qarşılaşıb. Matç dortmundluların qələbəsiylə başa çatıb – 2:0.

Almaniya Bundesliqası
XV tur

19 dekabr

Borussiya Dortmund – Borussiya Münhenqladbax 2:0
Qollar: Y.Brandt, 10, M.Beyer, 90+7

20 dekabr

18:30 Auqsburq – Verder
18:30 Köln – Yunion
18:30 Hamburq – Ayntraxt
18:30 Ştutqart – Hoffenhaym
18:30 Volfsburq – Frayburq
21:30 Leypsiq – Bayer

21 dekabr

18:30 Maynts – Sankt-Pauli
20:30 Haydenhaym – Bavariya

“İnter” Superkubokla vidalaşdı

20 December 2025 at 01:37

İtaliya Superkubokunda ikinci finalçı məlum olub.

Futbolpress.az xəbər verir ki, “İnter” yarımfinalda “Bolonya” ilə üz-üzə gəlib. Əsas vaxtı bərabərliklə bitən matçın yekununu penaltilər seriyası müəyyənləşdirib. Son zərbələrdə dəqiq olan “Bolonya” finala yüksəlib.

Superkubokun həlledici matçında “Napoli” ilə “Bolonya” üz-üzə gələcək.

Super Liqa: “Kocaelispor” evdə qazandı

19 December 2025 at 23:35

Türkiyə Super Liqasında XVII tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Kocaelispor” azarkeşləri önündə “Antalyaspor”a qalib gəlib.

Türkiyə Super Liqası
XVII tur

19 dekabr

Kocaelispor – Antalyaspor 2:1
Qollar: H.Smolçiç, 24, T.Bingöl, 37 – L.Cannetti, 32

20 dekabr

15:30 Konyaspor – Kayserispor
18:00 Eyüpspor – Fənərbağça
21:00 Beşiktaş – Rizespor

21 dekabr

15:30 Alanyaspor – Karagümrük
21:00 Qalatasaray – Kasımpaşa
21:00 Göztepe – Samsunspor

22 dekabr

18:00 Başakşəhər – Qaziantep
21:00 Gənclərbirliyi – Trabzonspor

Donnarumma “ən yaxşı” seçildi

19 December 2025 at 23:00

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci il üçün ən yaxşı qapıçının adını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu, “Mançester Siti”nin qolkiperi Canluici Donnarummadır. Qolkiper 169 xalla birinci olub.

Donnarumma bu ilin yanvarında PSJ-dən “Mançester Siti”yə keçib.

PSJ-də itki

19 December 2025 at 22:25

PSJ itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın qolkiperi Matvey Safonov zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rusiyalı qapıçı Qitələrarası Dünya Çempionatında “Flamenqo” ilə final matçında (1:1, penaltilə 2:1) sıradan çıxıb. Onun bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

“Sabah”ın komandalarından 10 qələbə

19 December 2025 at 21:54

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib.

Futbolpress.az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları keçirdikləri 11 oyunun 10-dan qələbə ilə ayrılıblar (1 heç-heçə).

U-8 Liqası

Sabah – Şirvansaray +:-

U-9 Liqası

Sabah – Zirə +:-

U-10 Liqası

Sabah – ROFM +:-

U-11 Liqası

Sabah – Azərbaycan Qartalları +:-

U-12 Liqası

Sabah – Qarabağ =:=

U-13 Liqası

Sabah – Vətən 4:1
Qollar: Rauf Ramazanov (2), Rəhim Həsənov, Nihat Manafov.

U-14 Liqası

Marafon – Sabah 0:12
Qollar: Yusif Ağayev (6), Hüseyn Musayev (2), Əli Səfərov, Ayxan Əliyev, İbrahim Sədiyev, Tofiq Zaidov.

U-14 Liqası (Qızlar)

Sumqayıt – Sabah 0:2
Qollar: Alina Məhəmmədova, Aylin Əhlimanzadə.

U-16 Liqası

Qəbələ – Sabah 0:4
Qollar: Ruslan Əbilov, Xəzər Hüseynzadə, Kənan Əliyev, Bəkir Eldarov.

Gənclər Liqası (U-19)

Şamaxı – Sabah 2:5
Qollar: Anar Hüseynov (2), Toğrul Tapdıqlı, Samir Şərifov, Ümid Səlimov.

EFA – Sabah 0:6
Qollar: Anar Hüseynov, Toğrul Tapdıqlı, Nicat Kərimov, Daniel Korotenko (2), Babamirze Mehdiyev.

İsveçdə ilin futbolçusu bilindi

19 December 2025 at 21:24

İsveçdə 2025-ci ilin ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə hücumçu Aleksandr İsak layiq görülüb. Forvard bu il bütün turnirlər daxil olmaqla 42 oyunda 17 qol vurub, 4 məhsuldar ötürmə edib.

İsak yayda “Nyukasl”dan “Liverpul”a keçib. Hücumçu “qırmızılar”da 15 oyunda 2 qol vurub.

Yesterday — 19 December 2025Main stream

Alleqridən şikayət edəcəklər

19 December 2025 at 22:50

“Napoli” “Milan”ın baş məşqçisi Massimiliano Alleqridən şikayət edəcək.

Futbolpress.az xəbər verir ki, Neapol klubu İtaliya Superkubokunda “Milan”la matçda mütəxəssisin komandanın məşqçisi Qabriel Orialini təhqir etməkdə ittiham edir. Klub İtaliya Futbol Federasiyasının İntizam Komitəsinə Alleqri ilə bağlı şikayət ünvanlandırıb.

“Napoli” “Milan”ı 2:0 hesabıyla məğlub edib və finala yüksəlib.

Kapitandan mundial perspektivi: “Məsuliyyəti dərk etməliyik”

19 December 2025 at 22:40

“Bavariya”nın və İngiltərə millisinin futbolçusu Harri Keyn klubun saytına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, hücumçu İngiltərə yığmasının DÇ-2026-dakı perspektivini dəyərləndirib:

“Hazırda elə bir mərhələdəyik ki, bizi yalnız qələbə qane edə bilər. Son Avropa çempionatında da bu hisslər var idi. Finala qədər gəlmişdik, amma yenə atmosfer mənfi idi. Bilirdik ki, qələbə qazanmazsaq, neqativlər artacaq və belə də oldu.

Dünya reytinqində dördüncüyük və mundialın favoritləri arasında göstərilirik. Buna görə vəziyyəti, məsuliyyəti dərk etməli, təzyiqlərin öhdəsindən gəlməyi bacarmalıyıq. Son 8 ildə millidə yaxşı anlarımız oldu, finallar oynadıq. İndi əsas məsələ çempionluqdur”.

İngiltərə yığması mundialın seçmə mərhələsində Xorvatiya, Panama və Qana ilə L qrupunda mübarizə aparacaq.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundial 11 iyun – 19 iyulda olacaq.

Levandovski maaşının azaldılmasına razıdır

19 December 2025 at 19:30

Polşalı hücumçu Robert Levandovski “Barselona”da qalmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb. 37 yaşlı hücumçu maaşının azaldılmasına da razıdır. O, klubla yeni müqavilə imzalamaq niyyətindədir.

Levandovski bu mövsüm 17 oyunda 8 qol vurub. Onun sözləşməsi 2026-cı ilin yayına kimidir.

SSRİ idman ustası vəfat etdi

19 December 2025 at 19:15

Azərbaycan həndbol ictimaiyyətinə ağır itki üz verib.

Futbolpress.az xəbər verir ki, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası Leksutov İqor Pavloviç bu gün 82 yaşında dünyasını dəyişib.

O, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb. Təcrübəli mütəxəssis 40 ilə yaxın məşqçilik fəaliyyəti boyunca yüzlərlə idmançının yetişməsinə, Azərbaycan idman məktəbinin formalaşmasına böyük töhfələr verib.

Stankoviç qayıdır

19 December 2025 at 18:48

Serbiyalı mütəxəssis Deyan Stankoviç ölkəsində işləyəcək.

Futbolpress.az xəbər verir ki, o, “Srvena Zvezda”ya baş məşqçi təyin ediləcək. Bu barədə “Telegraf” nəşri məlumat yayıb. Tərəflər arasında razılıq əldə edilib və təyinat yaxın zamanda açıqlanacaq.

Stankoviç 2019-2022-ci illərdə də bu klubda işləyib. Onun son ünvanı Moskva “Spartak”ı olub.

“Qarabağ”da xüsusi görüş

19 December 2025 at 18:34

Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri bu gün “Qarabağ”ın qonağı olub.

Futbolpress.az xəbər verir ki, görüşdə “Qarabağ”ın baş direktoru Emrah Çelikel, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, baş məşqçi Qurban Qurbanov, komandanın üzvləri, həmçinin adıçəkilən məktəbin müəllimləri iştirak ediblər.

Səmimi və xoş atmosferdə keçən görüş zamanı Qurban Qurbanov və futbolçular şagirdlərlə yaxından ünsiyyət qurub, onlarla xatirə şəkilləri çəkdiriblər.

Lider səfərdə qazandı

19 December 2025 at 17:49

Bu gün Azərbaycan I Liqasında XI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib. Lider “Şəfa” səfərdə “Cəbrayıl”a qalib gəlib.

Azərbaycan I Liqası
XI tur

19 dekabr

Cəbrayıl – Şəfa 0:1
Qol: Vüqar Həsənov, 38

“Qarabağ”ın zədəlilərinin son durumu

19 December 2025 at 17:26

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.

Yarımmüdafiəçi Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.

Komandanın digər üzvü Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

Hər üç futbolçunun müalicə prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.

Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi

19 December 2025 at 17:15

Danimarka və Norveç millisinin sabiq baş məşqçisi Oqe Hareyde vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə məşqçinin oğlu Bendik Hareyde məlumat yayıb.

Mərhum bir müddət idi, beyin xərçəngindən əziyyət çəkirdi.

Danimarka yığması Hareydenin rəhbərliyi altında DÇ-2018-də 1/8 finala qədər irəliləyib.

Azər Bağırov: “Heç nə alınmadı”

19 December 2025 at 16:58

Azərbaycan Premyer Liqasının XVI turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Bu gün istədiklərimizi həyata keçirə bilmədik. Komanda ilk dəqiqələrdən “Turan Tovuz”un təsiri altına düşdü. 2-3 gün ərzində danışdığımız gedişlər meydanda alınmadı. Bəzən zəif oyunlar olur. İstəməzdik ki, bu gün olsun. Demək olar ki, heç nə alınmadı. “Turan Tovuz”u təbrik edirəm.

– Futbolçular ilin son matçı olduğu üçün istirahətə yollanmağa tələsir?

– Yox. Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçuların motivasiyası da yaxşı idi. Bəlkə də mövsümün yorğunluğundan ola bilər. Çox ağır günlərimiz oldu.

– Rəqib oyunçular tez-tez yerə yıxılırdı və hakim də oyunun dayanmasına şərait yaradırdı. Bu, sizin oyununuza mənfi təsir etdi?

– Səbəb tək bu deyil. Rəhim Həsənovla görüşdə bildirdi ki, istəyimiz oyun tempinin düşməməsi, tez-tez dayanmaların olmamasıdır. Bu gün tək futbolçulara yox, məşqçilər heyətinə psixoloji təsiri oldu. Yalan olmasın, rəqib oyunçular bəlkə 20 dəfə yerə yıxıldılar. Bunda çox vaxt məqsəd vaxt aparmaq idi.

Berdıyev: “Yalnız öz işimə köklənirəm”

19 December 2025 at 16:55

Azərbaycan Premyer Liqasının XVI turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– İlin sonuncu oyunu idi. Uşaqlar məsuliyyəti dərk edirdilər. Zədə səbəbindən həyətdə itkilər var idi. Bəzi futbolçular öz mövqelərində oynamırdı. Vacib qələbəyə görə onlara təşəkkürümü bildirirəm.

– Ötən matçdan sonra azarkeşlər sizin ünvanınıza istefa şüarları səsləndirdilər. Bu gün təzyiq hiss edirdiz?

– Xeyr, təcrübəli məşqçiyəm. Belə şeylərə fikir vermirəm.

– Azərbaycan mətbuatını izləyirsiz?

– Rusiyada olanda da mətbuatda yazılanları oxumurdum. Yalnız öz işimə köklənirəm.

– Qış təlim-məşq toplanışının planları qurulub?

– 4-18 yanvar tarixləri arasında Türkiyədə toplanış keçəcəyik. Ayın 10-u və 17-si yoxlama oyunlarımız olacaq.

Azərbaycanın FIFA referilərinin sayı artdı

19 December 2025 at 16:42

2026-cı ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı FIFA tərəfindən təsdiqlənib.

Futbolpress.az xəbər verir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq arenada ölkəmizi təmsil edən baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub.

FIFA tərəfindən təsdiqlənmiş 2026-cı il üçün referilərimizin siyahısı aşağıdakı kimidir:

Referilər:

Kişilər:

Əliyar Ağayev

Elçin Məsiyev

Kamal Umudlu

Tural Qurbanov (yeni)

Qadınlar:

Fəridə Lütfəliyeva

Referi köməkçiləri:

Zeynal Zeynalov

Akif Əmirəli

Elşad Abdullayev

Pərvin Talıbov

Namiq Hüseynov

Vüsal Məmmədov

Cəmil Qulliyev (yeni)

Asiman Əzizli (yeni)

Qadınlar:

Gülnurə Əkbərzadə

Sevda Nurıyeva

VAR hakimləri:

Nicat İsmayıllı (yeni)

İnqilab Məmmədov (yeni)

Fərid Hacıyev (yeni)

Futzal üzrə referilər:

Hikmət Qafarlı

Knyaz Əmiraslanov

Əli Cəbrayılov

Çimərlik futbolu üzrə referi:

Nail Nağıyev

Yeni FIFA referilərinin siyahıya daxil edilməsi münasibətilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev referilərlə görüşərək onları təbrik edib, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Görüşdə, həmçinin AFFA baş katibinin müşaviri Frank de Bleker, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər. Görüş zamanı hakimliyin inkişaf perspektivləri, beynəlxalq təyinatların artırılması və referilərin peşəkar hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Qarabağ”ın rəqibi yaponla gücləndi

19 December 2025 at 16:15

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Ayntraxt” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Frankfurt təmsilçisi “Yurqorden”dən Keyta Kosuqini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaponiyalı müdafiəçi yanvarda komandaya qoşulacaq.

“Qarabağ” “Ayntraxt”la Çempionlar Liqasının VII turu çərçivəsində yanvarın 21-də Bakıda qarşılaşacaq.

“Sabah”ın sabiq baş məşqçisi Rusiyada mükafat qazandı

19 December 2025 at 15:48

“Krasnodar”ın çalışdırıcısı Murad Musayev Rusiya Premyer Liqasında noyabr-dekabr ayının ən yaxşı baş məşqçisi seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Musayev 31.57 faiz səslə birinci olub. Onun rəhbərlik etdiyi komanda Premyer Liqada 18 turdan sonra 40 xalla birinci sıradadır.

Musayev 2021-2024-cü illərdə “Sabah”a rəhbərlik edib.

AHF rəsmisi Qahirədə

19 December 2025 at 15:34

Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov Misirin paytaxtı Qahirədə keçiriləcək Beynəlxalq Həndbol Federasiyasının (IHF) 40-cı Konqresinə qatılacaq.

Futbolpress.az xəbər verir ki, Konqresin gündəliyində duran əsas məsələlərdən biri IHF-də müvafiq strukturlara seçkilərin təşkilidir.

Bununla yanaşı, qlobal həndbolun inkişaf strategiyası, maliyyə məsələləri, eləcə də qayda və reqlamentlərə dair mühüm qərarlar da müzakirə ediləcək.

Qeyd edək ki, Konqres dekabrın 20-21-də keçiriləcək.

“Şəmkir”ə ağır cərimələr

19 December 2025 at 15:00

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

15.12.2025-ci il tarixində II Liqada keçirilməli olan XIII turun “Qaradağ Lökbatan” – “Sheki City” oyununa “Sheki City” komandası gəlmədiyinə görə matç baş tutmadığı üçün “Sheki City” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, komanda 1000 manat cərimə edilsin (maddə 79.1);

15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyununda “Şəmkir” komandasının 5 futbolçusu sarı vərəqə adığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyununun 90+6-cı dəqiqəsində “Şəmkir” komandasının 23 nömrəli futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyununun 90+7-ci dəqiqəsində “Şəmkir” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şəmkir” komandası 600 manat cərimə edilsin (maddə 52.5);

15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyunu bitdikdən sonra “Şəmkir” komandasının meneceri Taleh Əliyev hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyunu bitdikdən sonra “Şəmkir” komandasının rəsmisi Elçin Qurbanov hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

16.12.2025-ci il tarixində II Liqada XIII turun “Ağdaş” – “Dinamo” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə adığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

Bölgə klubuna texniki məğlubiyyət verildi

19 December 2025 at 14:43

II Liqada mübarizə aparan “Sheki City” klubuna texniki məğlubiyyət verilib.

Futbolpress.az xəbər verir ki, bununla bağlı AFFA İntizam Komitəsi qərar qəbul edib:

“15.12.2025-ci il tarixində II Liqada keçirilməli olan XIII turun “Qaradağ Lökbatan” – “Sheki City” oyununa “Sheki City” komandası gəlmədiyinə görə matç baş tutmadığı üçün “Sheki City” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, komanda 1000 manat cərimə edilsin”.

“Qarabağ” 10 min manat cərimələndi

19 December 2025 at 14:11

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda dünən baş tutan “Sabah” – “Qarabağ” oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununun 54-cü dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Qarabağ” komandası 3000 manat cərimə edilsin. Stadiona dəymiş ziyan “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununa “Qarabağ” komandasını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qarabağ” komandasına xəbərdarlıq edilsin (maddə 20);

2 illik müqavilə, 15 milyon avro maaş

19 December 2025 at 13:42

“Bavariya” futbolçusu Serj Qnabrinin müqaviləsini uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bayern&Germany” portalı məlumat yayıb. Tərəflər arasında danışıqlar son mərhələdədir.

Münhen klubu alman vingerə 2 illik sözləşmə təklif edib. Qnabrinin yeni müqavilədəki maaşı illik 15 milyon avrodur.

Serj bu mövsüm Bundesliqada 11 oyunda 4 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.

Türkiyənin tanınmış klubu III Liqaya düşdü

19 December 2025 at 13:23

Türkiyənin “Yeni Malatyaspor” klubu cəzalandırılıb.

Futbolpress.az xəbər verir ki, bu mövsüm II Liqada ikinci dəfə bir oyuna çıxmayan Malatya təmsilçisi aşağı liqaya düşüb. Bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar verib.

“Yeni Malatyaspor” 2017-2022-ci illərdə Türkiyə Super Liqasında çıxış edib. Komanda 2018/19 mövsümündə liqada 5-ci olub və Avropa Liqasına vəsiqə qazanıb.

2023-cü ildə Malatyada baş verən güclü zəlzələ nəticəsində klubun infrastrukturu böyük zərər görüb. Bundan sonra maliyyə sıxıntıları da artan klub aşağı liqalara yuvarlanıb.

“Kəpəz” – “Turan Tovuz”: heyətlər

19 December 2025 at 12:57

“Kəpəz” Premyer Liqanın XVI turunda bu gün “Turan Tovuz”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 14:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 80. Şahnur İsmayılov83. Raul İsaqov 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov

“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 17. Rəhim Sadıqov 10. Xəyal Nəcəfov 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə 60. Vüqar Bağırov 21. Aleks Souza
Baş məşqçi: Kurban Berdiyev

“Turan Tovuz” məğlubedilməz rəqib deyil”

19 December 2025 at 12:37

“Kəpəz” Premyer Liqanın XVI turunda bu gün “Turan Tovuz”la qarşılaşacaq.

Gəncə təmsilçisinin kapitanlarından Əli Səmədov “Futbolpress.az“a açıqlamasında komandadakı son durumdan və matçla bağlı fikirlərini bölüşdü:

“Komandada atmosfer yaxşıdır. “Qəbələ” ilə oyundan sonra ruh yüksəkliyi var. “Turan Tovuz”la oyunda da qələbə qazanıb, fasiləyə xoş əhvalda yollanmaq istəyirik. Düzdür, rəqib enişdə, biz yüksəlişdəyik. Komandamız daha yaxşı təsir bağışlayır. Oyundan-oyuna artırırıq. Özümüzə inanırıq. “Turan Tovuz” məğlubedilməz rəqib deyil. Hamı matça hazırdır. Qələbə qazanıb, istirahətə rahat yollanmaq istəyirik”.

Yarımmüdafiəçi bu mövsüm az şans qazanmasına toxundu:

“Hər futbolçu daim oynamaq istəyər. Oynasam da, oynamasam da, komandamın yanındayam. Məşqçilərin qərarına hörmətlə yanaşıram. Əsas heyətdə olmasam da, hər matçda şans qazanıram. Əsas odur, komanda qələbə qazansın”.

Səmədov dövrəni belə dəyərləndirdi:

“Mövsümün əvvəlində əvvəlki illərdə olan senari yaşandı. Çempionata yaxşı başlamadıq, sonradan toparlandıq. Hazırda hər şey qaydasındadır. Ehtiyacımız olan qələbələri qazanmağa başlamışıq. Mövsümün əvvəlinə baxanda indi çox yaxşıyıq. Hədəfimiz elitada qalmaqdır. Bacardığımız qədər xalları artırıb, yuxarı sıralara qalxmaq niyyətindəyik. Fikrimiz aşağı sıralarla fərqi artırmaq və irəli getməkdir”.

Şahin Cəfərov

“Azərbaycanda futbolçu kimi daha gücləndim” (MÜSAHİBƏ)

19 December 2025 at 12:22

Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Murad Vəliyev Estoniyanın “Trans Narva” klubuna keçib.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi keçidi ilə bağlı Narva təmsilçisinin saytına müsahibə verib:

– Estoniyanın aşağı yaş qruplarında, daha sonra isə Azərbaycanın U-21 yığmasında oynamısan. Əsas milli komandalar səviyyəsində dəvət olsa, hansı variant üstün olar?
– Açığı, əvvəl daha çox Azərbaycan millisi haqda düşünürdüm. İndi isə bu haqda çox fikirləşməməyə başlamışam. Konkret maraq və danışıq olarsa, onda vəziyyətə uyğun qərar verəcəm.

– Ötən mövsüm “Şamaxı”da oynadın. Azərbaycan və Estoniya çempionatlarını necə müqayisə edərdin?
– Azərbaycan çempionatı çox güclüdür. Legioner limiti ləğv edilib və bu, liqanın səviyyəsinə ciddi təsir edir. Klublar indi daha güclü futbolçular dəvət edə bilirlər. Üstəlik, “Qarabağ” kimi Avropa səviyyəli komanda var. Onların hesabına liqanın səviyyəsi artır, digər komandalar da buna uyğunlaşmağa çalışır.

– Limitin ləğvi daha çox klubun Avropada oynamasına hesablanıb?
– Məncə, hə. Bu da səbəblərdəndir.

– Ötən mövsüm sənin üçün necə keçdi?
– Kubok oyunları da daxil olmaqla 15 oyuna çıxdım. İlk vaxtlar az şans qazanırdım, lakin mövsümün sonlarına yaxın daha çox oynamağa başladım. təəssüratlarım yaxşıdır. Azərbaycanda futbolçu kimi daha gücləndim və təcrübə qazandım.

– Bəs nə üçün orda qalmadın?
– Bir neçə səbəb var idi. Sonda qərara gəldik ki, yeni variant tapaq və irəli addım atım.

– Estoniya variantını dərhal nəzərdən keçirdin?
– Tam yox. Təkliflərə açıq idim və müxtəlif variantlara baxırdım. Sonra “Trans Narva”dan təklif oldu, danışdıq və ideyaları xoşuma gəldi. Düşündüm ki, karyeram üçün yaxşı addımdır. Estoniyada doğulduğum üçün də legioner sayılmıram və kifayət qədər oyun şansı qazana bilərəm.

– Klubsuz olanda nə işlə məşğul idin?
– Fərdi məşqlər edir, formamı qorumağa çalışırdım.

Şahin Cəfərov

Vəliev yenidən Estoniyada

19 December 2025 at 12:00

Son klubu “Şamaxı” olan Murad Vəliyev karyerasını Estoniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Trans Narva” klubu ilə anlaşıb. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Vəliyev daha əvvəl Estoniyada “Kalev”, “Levadiya”, “Nimme Yunayted”də çıxış edib. O, liqada 88 oyunda 5 qol vurub.

Murad ötən mövsüm “Şamaxı”da forma geyinib.

Azərbaycan UEFA reytinqində gerilədi

19 December 2025 at 11:39

Azərbaycan UEFA reytinqində geriləyib.

Futbolpress.az xəbər verir ki, dünən baş tutan Konfrans Liqası matçlarından sonra Sloveniya və Slovakiya irəli keçib. Aktivində 22.250 xal olan Azərbaycan həftəni 28-ci sırada bitirib.

Slovakiya 22.375 xalla 27-ci, Sloveniya isə 22.844 xalla 26-cı sıradadır.

Reytinqə103.658 xalla İngiltərə başçılıq edir.

UEFA-dan AFFA-ya məktub

19 December 2025 at 11:26

İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin 2025-ci ildəki fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib.

Klubların Lisenziyalaşdırılması Şöbəsi 2026/2027-cı illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

“Qarabağ” üçün həyəcan siqnalının vaxtıdır?

19 December 2025 at 11:19

Elə bil, “Ayaks”a məğlubiyyətdən sonra “Qarabağ”da ruh düşkünlüyü yaşanır. “Sabah”a da uduzdu. Liderlik əldən çıxdı…

“Qarabağ” enişdədirmi?

“Vəssalam, bitdi!” iddiasında olanlar da var.

Görəsən, doğrudan da “Qarabağ” üçün həyəcan siqnalının vaxtı çatıb?

Bunu son proseslərə əsasən iddia etmək absurd olar. 13 ildir sərasər avroliqalarda çıxış edən, çempionluqları əldən buraxmayan bir klubun enişi/çöküşü üçün bu cür əlamətlər kifayət etməz. Belə klublar ciddi xətalar etməsə, ani çöküş yaşamaz. Obrazlı ifadə etsək, özü istəməsə, sıradan çıxmaz…

Bəs nə olub?

“Atlılar”ın uzun illərdir bir “ənənəsi” var. Dekabr ayında eniş yaşayır…

Bu, mövsümə hazırlıq və gedişatla bağlıdır. Ölkə çempionatı ilə paralel ağır Avropa matçları komandanı bu və ya başqa formada sıradan çıxarır. Zədələr, fiziki-psixoloji yüklənmə və s. bu miqyasda yolun üzə çıxan əsas təsiredici əlamətlərindəndir.

Statistikaya fikir versək, son 10 ildə “Qarabağ” üçün ən çətin ay dekabr olub.

Sonra bu komanda toparlanır və yenidən inisiativi ələ alır.

Bir tur sonra qış fasiləsi başlayacaq. Bu fasilədə bərpa olunub sıralara dönəcək “Qarabağ” son iki həftədəkindən mütləq daha yaxşı görünəcək. Amma o başqa məsələ ki, indi Premyer Liqada “Sabah” kimi kabus izləmədədir, Çempionlar Liqasında “24-lükdə” qalmaq üçünsə 21 yanvarda “Ayntraxt”, 29 yanvarda isə “Liverpul”la qarşılaşmalarda yaxşı nəticələr əldə etmək qayğısı var. Bu period bəlkə də “atlılar” üçün son illərin ən dramatik dönəmdir. Görək necə adlayacaq…

Kamil Əhməd

“Barselona”da Fliklə bağlı qərar verildi

19 December 2025 at 10:39

“Barselona”da baş məşqçi Hansi Fliklə bağlı qərar verilib.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisə yeni müqavilə təklif edib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Kataloniya təmsilçisi Flikin sözləşməsini daha bir il müddətinə artırmaq istəyir.

Alman mütəxəssisin indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.

Flik 2024-cü ildən “Barselona”nı çalışdırır. Komanda onun rəhbərliyi altında 84 oyunda 62 qələbə qazanıb, 13 dəfə uduzub.

İbrahimoviçin oğlu peşəkar müqavilə imzaladı

19 December 2025 at 10:21

“Milan”ın keçmiş hücumçusu Zlatan İbrahimoviçin oğlu Vinsent İbrahimoviç ilk peşəkar müqaviləsini imzalayıb.

Futbolpress.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin detalları açıqlanmayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vinsent klubun U-18 komandasında çıxış edir.

İbrahimoviç “Milan”da baş məsləhətçi vəzifəsindədir.

İspan futbolçu “Barselona”ya keçə bilər

19 December 2025 at 10:00

“Aston Villa”nın futbolçusu Pau Torres karyerasını yenidən İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə ESPN məlumat yayıb. Kataloniya klubu ispaniyalı oyunçunu transfer etmək niyyətindədir.

Pau daha əvvə İspaniyada “Vilyarreal”da çıxış edib. O, bu mövsüm “Aston Villa”da 18 oyunda forma geyinib.

Zidan nə üçün “Real”da işləmək istəmir?

19 December 2025 at 09:36

Fransalı mütəxəssis Zinəddin Zidanın “Real”da işləmək istəməməsinin səbəbi məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Bir müddətdir adı “Real”la hallanan mütəxəssisin niyyəti Fransa yığmasında işləməkdir. O, 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra yığmaya təyinat alacağına ümid edir. O, bu səbəbdən “kral klubu”na rəhbərlik etmək fikrində deyil.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ı çalışdırıb. Komanda onun rəhbərliyi altında iki dəfə La Liqanı, üç dəfə Çempionlar Liqasını qazanıb.

Hansı oyun, hansı kanalda? – TV

19 December 2025 at 09:25

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

19 dekabr

Azərbaycan, Premyer Liqa
14:00 Kəpəz – Turan Tovuz (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Kocaelispor – Antalyaspor (beİN Sports 1)

İtaliya Superkuboku
23:00 Bolonya – İnter (Futbol 1, TRT Spor)

Fransa Kuboku
00:00 Lans – Olnoye (beİN Sports 5)

İspaniya, La Liqa
00:00 Valensiya – Malyorka (İdman TV, Futbol 2)

“Sabah”ınız xeyir!..

19 December 2025 at 09:05

“Sabah” 2018-də Premyer Liqaya yüksələndən bu başlığı “sıxırdım”. Murad Musayevin dönəmində vəziyyət buna çox yaxın idi, lakin alınmadı. Dedim, tələsməyim, bunun öz zamanı var…

“Qarabağ”la oyun bu başlığı nəhayət, əmələ gətirdi.

Çox yaxşı oyun, çox ağıllı taktiki yanaşma və dayanıqlı irəliləyiş vəd edən oyun nümayiş etdirən “futuristlər” Valdas Dambrauskasla “level” adlatmasını gerçəkləşdirə bilərlər.

Bu “Sabah” ildən-ilə təkmilləşmə keçmiş, səhvlərdən təcrübə toplamış yetkin kluba, sistematik komandaya bənzəyir. Məsələn, “Qarabağ” haqda, “klub yox, komandadır” ifadəsini işlədirik, lakin “Sabah” elə tipik klubdur.

Sırf öz dəsti-xətti, imici, öz yanaşmaları olan klub kimi bişdi, yetişdi.

Təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib liderlik kürsüsünü ələ keçirdi. Gələn tur “Sumqayıt”ı da məğlub edə bilsə, “qış çempionu” olacaq…

***

“Qarabağ”la oyunda hesabda geri düşən “bayquşlar” panikaya düşmədi, oyun nizamında xaos yaranmadı. Dinamikanı aşağı salmadan oynadılar və psixoloji möhkəmlik sayəsində qocaman dominantı üstələməyi bacardılar.

“Sabah”ınkı təsadüfi sıçrayış deyil, illərlə gedilən yolun məntiqi nəticəsidir. Bu klubun yeganə narahatlıq yaradan əlaməti emosional disbalans ehtimalıdır. Bəzən hər şey yaxşı gedərkən ani eniş, “tektonik çat” yaranır. Bu dəfə bu mərəz kontrol edilə bilsə, əlamətlər göstərir ki, “Sabah” daha diri/gümrah heyətə malikdir və uzun marafona dözümlülük baxımından ən ümidverici komandadır.

Oyundan sonra Qurban Qurbanov:

– “Sabah” bu oyun, heyətlə Avropada nəsə edə bilər?
– Bugünkü “Sabah” bəli. Çempionluğa oynayırlarsa, Avropada nə üçün nəticə verə bilməsinlər? Hamımız buna sevinərik. “Sabah”ın Avropa təcrübəsi olan məşqçisi də var. Onlar addım-addım yaxşı işlər görürlər.

Elçin Cəlilov

Konfrans Liqası: 1/8 final və pley-offa yüksələnlər

19 December 2025 at 09:00

UEFA Konfrans Liqasında Liqa mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, 36 komanda arasında 1-8-ci yerləri tutanlar birbaşa 1/8 finala, 9-24-cü yerlər isə pley-off mərhələsinə yüksəlib.

1/8 finala vəsiqə qazananlar:

“Şaxtyor” (Ukrayna), “Strasburq” (Fransa), “Rakuv” (Polşa), AEK (Yunanıstan), “Sparta” (Çexiya), “Valyekano” (İspaniya), “Maynts” (Almaniya), AEK (Kipr).

Pley-off mərhələsinə vəsiqə qazananlar:

“Lozanna” (İsveçrə), “Kristal Pelas” (İngiltərə), “Lex” (Polşa), “Samsunspor” (Türkiyə), “Çelye” (Sloveniya), AZ (Niderland), “Fiorentina” (İtaliya), “Riyeka” (Xorvatiya), “Yagelloniya” (Polşa), “Omoniya” (Kipr), “Noa” (Ermənistan), “Drita” (Kosovo), “KuPS” (Finlandiya), “Şkendiya” (Şimali Makedoniya), “Zrinski” (Bosniya), “Siqma” (Çexiya”).

Pley-off mərhələsinin püşkü yanvarın 16-da atılacaq. Matçlar 19 və 26 fevralda olacaq.

“Turan Tovuz” 3 xalı 2 qolla qazandı

19 December 2025 at 15:55

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Turan Tovuz” Yevlaxda “Kəpəz”in qonağı olub. Matç tovuzluların qələbəsiylə başa çatıb.

Azərbaycan Premyer Liqası
XVI tur

19 dekabr

14:00 Kəpəz – Turan Tovuz 0:2
Qollar:
Serrano, 6, Jo, 46
Baş hakim: Kamal Umudlu
Yevlax şəhər stadionu

“Sabah” – “Qarabağ” oyununu izləyən azarkeş sayı

19 December 2025 at 08:21

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyununu izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan görüşdə tribunalarda 4225 tamaşaçı olub.

Matç “Sabah”ın qələbəsiylə başa çatıb – 2:1. “Bayquşlar” bu nəticə ilə xallarını 34-ə çatdırıb və liderliyə yüksəlib. “Qarabağ” isə 33 xalla ikinci pillədə qərarlaşıb.

“Bayquşlar” zirvədə

19 December 2025 at 08:00

Premyer Liqada lider dəyişib. I turun təxirə salınmış oyununda “Qarabağ”a qalib gələn “Sabah” birinci pilləyə yüksəlib.

Oyundan öncə matç ətrafında “Qarabağ” qələbə qazanacaq, çempionat relsə düşəcək” deyə mülahizələr az deyildi. Çempionlar Liqasında “Ayaks”a məğlubiyyətdən sonra liqada “Araz-Naxçıvan”a 5 qolla qalib gələn “atlılar”ın “Sabah” səddini də aşacağı ehtimal edilirdi.

Oyuna daha basqılı başlayan, erkən qol vuran, qol epizodlarına girən “Qarabağ” 20-ci dəqiqədən sonra geri çəkilməyə məcbur oldu. İrəlidə yüksək pressinq tətbiq edən, bir neçə dəfə top oğurlamağı bacaran “Sabah” təslim olmayacağını göstərdi. Valdas Dambrauskasın kənardakı çılğınlığı, emosional davranışları ona heç-heçənin də qane etməyəcəyini işarə edirdi. “Qarabağ” kimi komandaya qarşı geridə olsa belə…

İkinci hissədə “Qarabağ” müdafiəsindəki boşluqları əsas uzun ötürmələrlə yarmağa çalışan “Sabah” cəhdlərində uğurlu olurdu. Əvvəlcə müdafiədəki səhv, daha sonra boşluq “bayquşlar”ın geridönüşü ilə nəticələndi.

“Sabah” “Sumqayıt”la növbəti matçda qələbə qazansa, tarixində ilk dəfə qış fasiləsinə lider kimi yollanacaq. Mövsümün əvvəlindən iddiasını ortaya qoyan və artıq 14 oyundur, uduzmayan “futuristlər” layiqli yerdədi. İndi əsas məsələ qalxdığın zirvəni qoruya bilməkdədir.

Şahin Cəfərov

KL: Liqa mərhələsi başa çatdı

19 December 2025 at 02:27

Konfrans Liqasında Liqa mərhələsinin sonuncu – VI turunun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Türkiyənin “Samsunspor” klubu Almaniyada “Maynts”a uduzub. Türklər məğlubiyyətə baxmayaraq, mərhələni “24-lük”də bitirib.

Konfrans Liqası
VI tur

18 dekabr

Alkmaar (Niderland) – Yagelloniya (Polşa) 0:0
Şaxtyor (Kiyev, Ukrayna) – Riyeka (Xorvatiya) 0:0
Slovan (Slovakiya) – Hakken (İsveç) 1:0
Legiya (Polşa) – Linkoln (Cəbəllütariq) 4:1
Sparta (Praqa, Çexiya) – Aberdin (Şotlandiya) 3:0
Dinamo (Kiyev, Ukrayna) – Noa (Ermənistan) 2:0
Kristal Pelas (İngiltərə) – KuPS (Finlandiya) 2:2
Rayo Valyekano (İspaniya) – Drita (Kosovo) 3:0
Şemrok Rovers (İrlandiya) – Hamrun (Malta) 3:1
Omoniya (Kipr) – Rakuv (Polşa) 0:1
Maynts (Almaniya) – Samsunspor (Türkiyə) 2:0
Strasburq (Fransa) – Breydablik (İslandiya) 3:1
Çelye (Sloveniya) – Şelburn (İrlandiya) 0:0
Zrinski (Bosniya və Herseqovina) – Rapid (Avstriya) 1:1
AEK (Yunanıstan) – Universitatya (Krayova, Rumıniya) 2:2
Siqma (Çexiya) – Lex (Polşa) 1:2
AEK (Larnaka, Kipr) – Şkendiya (Şimali Makedoniya) 1:0
Lozanna (İsveçrə) – Fiorentina (İtaliya) 1:0

 

“Napoli” Superkubokun finalında

19 December 2025 at 01:49

İtaliya Superkubokunda yarımfinal mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, “Napoli” final yolunda “Milan”la qarşılaşıb. Görüş Neapol klubunun qələbəsiylə başa çatıb – 2:0. Qolları David Neres və Rasmus Hoylund vurub.

“Napoli” finalda “Bolonya” – “İnter” cütünün qalibi ilə qarşılaşacaq.

İtaliya Superkuboku Səudiyyə Ərəbistanıda keçirilir.

“Qalatasaray”a bir qol bəs etdi

18 December 2025 at 23:50

“Qalatasaray” Türkiyə Kubokunda A qrupunda birinci oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, “cim-bom” azarkeşləri önündə “Başakşəhər”i qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Qalatasaray”ın yeganə qolunu 22-ci dəqiqədə Ahmet Kutucu vurub.

Premyer Liqa: turun təyinatları məlum oldu

18 December 2025 at 23:16

Azərbaycan Premyer Liqasında XVI turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, sabah keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununu Kamal Umudlu idarə edəcək.

19 dekabr (cümə)

“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu, 14:00

20 dekabr (şənbə)

“Karvan-Yevlax” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu, 14:00

“Zirə” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu, 16:30

21 dekabr (bazar)

“Qəbələ” – “Qarabağ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu, 15:00

“Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Liv Bona Dea Arena”, 17:30

22 dekabr (bazar ertəsi)

“Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30

Before yesterdayMain stream

“Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq” – Dambrauskas

18 December 2025 at 21:58

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Futbolçularımı təbrik edirəm. Onları tərifləmək istəyirəm. İnanılmaz performans göstərdik. Tək Azərbaycanda deyil, Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq. Stadionda əla atmosfer var idi. Azarkeşlər üçün yaxşı, keyfiyyətli oyun oldu.

– Zirvəyə qalxmaq asandır, qorumaq çətindir. Liderliyinizi sona qədər qoruya biləcəksiniz?
– Turnir cədvəlinə sonda baxacağıq. Paltardəyişmə otağında da uşaqlara dedim ki, qarşıda hələ bir oyun var. Sabah yaxşı bərpa məşqçi keçməliyik. Birinci gün də eyni performansı göstərməliyik. Rəqiblər bizə fərqli yanaşırlar. Qarşımızı almaq üçün əllərindən gələni edirlər. Ümumi olaraq, inkişafımızdan razıyam və bunu davam etdirməliyik.

– Tez-tez oyunçularınızdan narazılığını bildirirdiniz. Bu gün nədənsə narazı qaldınız?
– Bugünkü oyunda da narazı qaldığım məqamlar var idi. “Qarabağ” ilk hissədə bizə cinahlardan boşluqlar verirdi, say üstünlüyü yaradıb, cərimə meydançasına daxil olsaq da, yararlana bilmirdik. Top komandalara qarşı belə epizodlardan yararlana bilməzsənsə, çətin ola bilər. İkinci hissədə daha yaxşı oynadıq. Bu gün çoxlu qol fürsətləri yaratdıq. Rəqibə göstərdiyimiz təzyiqə baxmaq lazımdır. Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram. Oyunun ilk 10-12 dəqiqəsindən razı qalmadım. Rəqibə həddən artıq hörmət göstərdik. Keçidlərdə yaxşı çıxış etmədik. Düzəltməli olduğumuz çox şey var.

– Heyətlə bağlı planlar nədir? Gələnlər və gedənlər olacaq?
– Bu heyətdən çox məmnunam. Potensiallı oyunçularımız var və daha artıra bilərik. Zədəlilərimiz var – Cesse Sekidika, Ziden Xaled. Cesse ötən mövsüm çox qol vuranlardan olub. Onun qısa zamanda formasını bərpa etməyinə ümid edirik. Xaled üç aydan çoxdur, zədəlidir. Onlar hələ potensiallarını göstərə bilməyib. Yeni transferlər barəsində tələsməməliyik. Rəhbərliklə danışacağıq. Gələcək oyunçular üslubumuza uyğun olmalıdır. Variant olsa, tələsmədən, detallı şəkildə müzakirə edəcəyik.

– Maludanı komandada saxlamaq üçün indidən danışıqlara başlamağı düşünürsünüz?
– Mən məşqçiyəm, idman direktoru, menecer deyiləm. Mənim işim oyunçuların bacarıqlarını artırmaqdır. Aaron gənc, ağıllıdır. Böyük işlər görür. Etdiklərindən məmnunuq. Lakin daha artırmaq potensialındadır. Onun klubdakı taleyi mənimlə bağlı deyil. Bu barədə klub rəhbərliyindən soruşmaq lazımdır.

Şahin Cəfərov

Qurbanov: “Kimdəsə səhv axtarmaq istəmirəm”

18 December 2025 at 21:43

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Belə nəticəni gözləyirdim. Komandam həddindən artıq böyük güc sərf edib. Bəzi futbolçular tam hazır deyildi. Bunu görürdük. Problemlərimiz oldu. Bu oyun bizə böyük fayda verəcək. Rəqibin gücünü, istəyini gördük. Çox ciddi hazırlaşan komandadır.

– Montielin durumu necədir? Sanki onun meydanı tərk etməsindən sonra meydanda fərqli oyun gördük. Həlledici məqam kimi bu məcburi əvəzetməni deyə bilərik?
– Montiel üçün sıx qrafikdə oynamaq çətindir. Hələ tam formada deyil. 3-4 gündən bir oynamağa tam hazır olmayıb. Oyunun qırılma nöqtəsi kimi bunu deyə bilmərəm. Lakin meydanda olması bizimçün üstünlük olardı. Onun kimi usta futbolçunun yoxluğu çatışmazlıqlara səbəb olur. Məğlub olmuşuq, kimdəsə səhv axtarmaq istəmirəm.

– Marko Yankoviçin yaxşı oynaya bilməməsi nə ilə bağlı idi?
– Yankoviç dünən yüngül zədə almışdı.

– Bu matçdan sonra ürəyinizdə çempion dəyişə bilər ehtimalı artdımı?
– Həmişə bu fikir olur. Dünya futbolunda da dəyişikliklər olur. Bu gün qarşımızda böyük işlər görmüş klub var. Gələcəyə böyük yatırım sərf ediblər, planları var. Belə klublardan nəticələr gözləməliyik. Daha ciddi, diqqətli olmalıyıq.

– “Sabah” bu oyun, heyətlə Avropada nəsə edə bilər?
– Bugünkü “Sabah” bəli. Çempionluğa oynayırlarsa, Avropada nə üçün nəticə verə bilməsinlər? Hamımız buna sevinərik. “Sabah”ın Avropa təcrübəsi olan məşqçisi də var. Onlar addım-addım yaxşı işlər görürlər.

Şahin Cəfərov

“Qarabağ”da məcburi əvəzetmə

18 December 2025 at 19:58

Premyer Liqanın I turundan təxirə salınmış oyunda “Sabah”la qarşılaşan “Qarabağ” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Joni Montiel oyunun 25-ci dəqiqəsində zədələnib. Onun əvəzinə meydana Marko Yankoviç daxil olub.

İlk hissəsi davam edən matçda “Qarabağ” öndədi – 1:0.

AMADA-da iclas

18 December 2025 at 19:33

Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci ildə sonuncu iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə cari ilin 9 ayı ərzində görülən işlər barədə təqdimatla çıxış edib. Sonra agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülən işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb.

Bununla yanaşı, AMADA-nın 2026–2030-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib.

İclasda həmçinin 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb.

Müşahidə Şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib.

“Sabah” “Qarabağ”ı məğlub edib, liderliyə yüksəldi

18 December 2025 at 21:26

Bu gün Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ın qonağı olub. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Sabah” xallarını 34-ə çatdırıb və liderliyə yüksəlib. “Qarabağ” isə 33 xalla ikinci sıradadır.

I turdan təxirə salınmış oyun

18 dekabr

19:30 Sabah – Qarabağ 2:1
Qollar:
Coy-Lens Mikels, 52, Aaron Maluda, 88 – Leandro Andrade, 9
Baş hakim: Elçin Məsiyev

❌
❌