Reading view

“Bayern” də kosovolu hücumçu ilə maraqlanır

“Hoffenhaym”ın hücumçusu Fisnik Asllani “Bayern”ə keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu 23 yaşlı kosovolu futbolçunu 2026/27 mövsümündən başlayaraq Harri Keynin əvəzedicisi kimi nəzərdən keçirir.

Asllani bu mövsüm “Hoffenhaym”ın heyətində 9 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.

Daha əvvəl Asllani ilə “Barselona”nın maraqlandığı haqda xəbərlər yayılmışdı.

The post “Bayern” də kosovolu hücumçu ilə maraqlanır appeared first on Komanda.az.

Türkiyəli futbolçu Tudorla bağlı paylaşım etdi

“Yuventus”un futbolçusu Kənan Yıldız komandadan qovulan baş məşqçi İqor Tudora minnətdarlıq edib.

Komanda.az xəbər verir ki, türkiyəli oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Hər şey üçün təşəkkür edirəm, cənab. Gələcəkdə uğurlar arzulayıram”.

Xorvatiyalı mütəxəssis A Seriyasında cari mövsümdə postunu itirən ilk baş məşqçi olub. O, komandanı bu mövsüm 8 oyunda çalışdırıb və sentyabrın 13-dən bəri heç bir turnirdə qələbə qazana bilməyib.

Tudor 2025-ci ilin martında “Yuventus”un “sükanı arxasına” keçmişdi və onun rəhbərliyi altında komanda ötən mövsümü 4-cü pillədə başa vurmuşdu.

The post Türkiyəli futbolçu Tudorla bağlı paylaşım etdi appeared first on Komanda.az.

“Yuventus” “Qarabağ”ın rəqibinin futbolçusunu “qaralayıb”

“Çelsi”nin müdafiəçisi Malo Qusto karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “Calcimercato”-ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçuya “Yuventus” maraq göstərir.

Fransalı oyunçunun London təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. Onun bazar dəyəri 35 milyon avro civarındadır.

Qusto cari mövsümdə “Çelsi”nin heyətində 10 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Yuventus” “Qarabağ”ın rəqibinin futbolçusunu “qaralayıb” appeared first on Komanda.az.

Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar

Azərbaycanın boccia idman növü üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Komanda.az xəbər verir ki, fərdi yarışda qazaxıstanlı və qırğızıstanlı rəqiblərinə qalib gələn təmsilçilərimiz 5 qızıl və 1 gümüş medala sahib çıxıblar.

Sona Ağayeva (BC2), Günel Rzazadə (BC4), Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2) və Zaur Veysəlov (BC4) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.

Bocciaçılarımız sabah komanda yarışında Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan milli komandaları ilə mübarizə aparacaqlar.

The post Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar appeared first on Komanda.az.

“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” – Kaşkilya

“Qaradağ Lökbatan” şübhəli penalti qərarından sonra hesabı açıb.

Komanda.az xəbər verir ki, bunu “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində qarşılaşdıqları “Qaradağ Lökbatan”la oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, qələbə qazandıqları görüşü şərh edib:

“Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı və matçın əvvələrində iki real qol vəziyyəti yaratdıq. Rəqib isə çox şübhəli penalti qərarından sonra hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumaqda çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı. İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Bir müddət sanki top rəqib qapısına daxil olmaq istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq”.

“Qaradağ Lökbatan” – “İmişli” oyunu bölgə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

The post “Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” – Kaşkilya appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin futbolçusu İtaliyadakı həyatından narazıdır

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Skott Maktominey İngiltərə Premyer Liqasına qayıtmaq arzusundadır.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

28 yaşlı futbolçu 2024-cü ilin yayında İngiltərəni tərk edərək “Napoli”yə keçib. Ancaq o, Neapolda meydandan kənardakı həyat tərzindən narazıdır və bu səbəbdən geri dönməyi düşünür.

Şotlandiyalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Napoli” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin futbolçusu İtaliyadakı həyatından narazıdır appeared first on Komanda.az.

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə keçiriləcək oyununa daha yaxşı hazırlaşmaq məqsədilə 10-cu turda keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə 20-ci turda baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini istəyib.

Komanda.az xəbər verir ki, “Qarabağ” klubunun rəsmi müraciətini, “İmişli” klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.

Belə ki, 10-cu turda komandalar “Azersun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabr saat 17:00-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. 20-ci turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.

The post “Qarabağ”ın oyununun yeri dəyişdirildi appeared first on Komanda.az.

Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”

Azərbaycan Cüdo Federasiyası (ACF) paytaxtın əsas küçə və prospektləri boyunca xüsusi brendinq olunmuş avtobusla “Şəhər turu” həyata keçirib.

Komanda.az xəbər verir ki, 28 oktyabr – Ümumdünya Cüdo Günü ilə əlaqədar təşkil olunan turda yer alan kiçik cüdoçular şəhərin müxtəlif məkanlarında sakinlərlə görüşüb, onları Cüdo Günü münasibətilə təbrik edib, xatirə fotoları çəkdiriblər.

Layihə cüdonun dəyərlərini – hörmət, cəsarət və dostluğu daha geniş auditoriyaya çatdırmaqla ölkədə bu idman növünün populyarlığının artırılmasına xidmət edib. 28 oktyabr həm də cüdonun banisi Ciqoro Kanonun doğum günüdür. Cüdo hər kəsin əsl potensialını ortaya çıxara, özünü kəşf edə biləcəyi sistemdir.

Azərbaycanda cüdoya maraq sürətlə artır. Son illərdə idmançılarımız ən mötəbər arenalarda ölkəmizin bayrağını zirvəyə qaldırıb. Hidayət Heydərov və Zelim Kotsoyev kimi Olimpiya və dünya çempionlarımızın uğurları bütün ölkəyə böyük sevinc bəxş edib.

ACF-nin sistemli fəaliyyəti bu nailiyyətlərin əsasını təşkil edir. Regionlarda cüdonunun əhatə dairəsinin genişləndirilməsi, yeni təlim-məşq mərkəzlərinin istifadəyə verilməsi, məktəblilər üçün maarifləndirici kampaniyalar, məşqçi və hakimlər üçün ixtisasartırma proqramları, eləcə də inklüziv və kütləvilik yönümlü layihələr cüdonun ölkəmizdə davamlı inkişafına xüsusi töhfə verir.

The post Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu” appeared first on Komanda.az.

Türkiyə klubu transfer qadağası ilə üzləşdi

Türkiyənin “Sivasspor” klubu transfer qadağası ilə üzləşib.

Komanda.az xəbər verir ki, bu barədə FIFA qərar qəbul edib.

1-ci Liqada çıxış edən bölgə təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.

“Sivasspor”da Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik də çıxış edir. Komanda 1-ci Liqada 14 xalla 11-ci pillədə qərarlaşıb.

The post Türkiyə klubu transfer qadağası ilə üzləşdi appeared first on Komanda.az.

Asim Xudiyev Konfrans Liqası oyununda

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Komanda.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində noyabrın 6-da keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Skopye şəhərində “Todor Proeski” adına milli stadionda baş tutacaq.

The post Asim Xudiyev Konfrans Liqası oyununda appeared first on Komanda.az.

“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov komandasını Misli Premyer Liqasının oyunlarında daha yaxşı vəziyyətdə görmək istəyir.

Komanda.az xəbər verir ki, bunu “sarı-göylər”in baş məşqçisi özü “Ağstafa Gəncləri” komandası ilə Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, kubok matçında əsasən gənc futbolçulara şans verməsinin səbəblərindən danışıb:

“Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçlarında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardır. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.

“Kəpəz” – “Ağstafa Gəncləri” oyunu “sarı-göylər”in 6:1 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda “Araz-Naxçıvan”la üz-üzə gələcək.

The post “Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik” appeared first on Komanda.az.

Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb.

Komanda.az xəbər verir ki, hazırlıq Şamaxıda keçirilir.

Toplanışa ölkənin ən güclü boksçuları cəlb olunublar. Məşqlərdə əsas diqqət fiziki hazırlığa yönəlib.

Vaqif Kazımovun baş məşqçisi olduğu milli Şamaxıda noyabrın 6-dək hazırlıq keçəcək. Komanda taktiki-texniki məşqləri Sumqayıtda davam etdirəcək.

Toplanış Almaniyada keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

The post Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb appeared first on Komanda.az.

“Real”ın sabiq futbolçusu Vinisiusu qınadı

İspaniya çempionatının 10-cu turunun mərkəzi qarşılaşmasında “Real” öz meydanında “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

“Santyaqo Bernabeu”dakı oyunda “kral klubu”nun vingeri Vinisius Junior 72-ci dəqiqədə əvəzlənib və meydanı tərk edərkən narazılığını gizlətməyib.

Komanda.az xəbər verir ki, “Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos, braziliyalı futbolçunun reaksiyasını “Marca” nəşrinə belə şərh edib:

“Əla oyun keçirdiyin vaxt səni əvəzləyəndə, əlbəttə, narazı qalmaq təbiidir. Mənim də belə hallarım olub, amma heç vaxt birbaşa paltardəyişmə otağına getməmişəm. Düşünürəm ki, o, bir az sakitləşəndən sonra anlayacaq. Emosiyalarını cilovlaya bilərdi”.

“Real” qələbə sayəsində turnir cədvəlində xal fərqini “Barselona” ilə 5-ə yüksəldib. Belə ki, madridlilər 27 xalla liderliyini möhkəmləndirib, kataloniyalıların hesabında isə 22 xal var və komanda 2-ci pillədə qərarlaşıb.

The post “Real”ın sabiq futbolçusu Vinisiusu qınadı appeared first on Komanda.az.

“Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq

UEFA Çempionlar Liqasının 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri sabah satışa çıxarılacaq.

 Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Satışa oktyabrın 29-da, saat 15:00-dan start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.

Biletlər yalnız “iTicket.az”-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

The post “Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq appeared first on Komanda.az.

Abubakar “Neftçi”ni uğursuzluq zolağından çıxara bilər? – AÇIQLAMA

“Neftçi” uzun müddət gözlənilən hücumçu mövqeyinə transferi ötən günlərdə nəhayət, reallaşdırdı. Bir müddət əvvəl adı “ağ-qaralar”la hallanan “Beşiktaş” və “Portu” kimi klublarda çıxış etmiş Kamerun millisinin üzvü Vensan Abubakar paytaxt təmsilçisi ilə müqavilə bağladı.

33 yaşlı futbolçunun debütü Premyer Liqanın son turuna – “Qəbələ” ilə səfər matçına (2:0) təsadüf etdi. Oyuna 70-ci dəqiqədə daxil olan kamerunlu forvard bir dəqiqə sonra məhsuldar ötürmə ilə hesabın açılmasında yaxından iştirak etdi və matçın sonlarına yaxın bir qol vurmağı da bacardı.

“Abubakarın transferi “Neftçi”ni uğursuzluq zolağından çıxara biləcəkmi” sualı ilə “ağ-qaralar”ın sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla əlaqə saxladıq. Sadıqovun Komanda.az-a açıqlaması belə oldu:

“Bilirsiz, mən hesab edirəm ki, bir futbolçu ilə hansısa uğursuzluq zolağından çıxmaq gündəmdə olmamalıdır. Ən vacibi odur ki, bu gün Abubakar da öz çıxışında bildirir ki, biz hamımız bir olsaq, bir nöqtəyə vursaq və bir yerdə çalışsaq, “Neftçi”nin ənənələrini nəzərə alaraq, əvvəlki əzəmətini qaytarmaqla istədiyimizə nail ola bilərik. Buna biz də – “Neftçi” rəhbərliyi, “Neftçi”sevərlər də ümid edirik. Və hamımız ümid edirik ki, tezliklə əzəmətini qaytaran, öz ənənəsinə sadiq olan güclü bir “Neftçi” görəcəyik. Bununla da ancaq və ancaq ümumi futbolumuz udacaq, gələcəkdə də bunun şahidi olacağıq”.

“Neftçi” Azərbaycan Premyer Liqasında 9 turdan sonra 12 xalla 8-ci pillədə yer alır.

Fəxri Rüstəmli

The post Abubakar “Neftçi”ni uğursuzluq zolağından çıxara bilər? – AÇIQLAMA appeared first on Komanda.az.

Messidən DÇ-2026 açıqlaması

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında iştirak ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az NBC-yə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu qərarını gələn il verəcəyini bildirib:

“Düzünü desəm, dünya çempionatında oynamaq möhtəşəm olardı. Mən yaxşı formada olub Argentina yığmasına faydalı olmağı arzulayıram. Gələn il “İnter Mayami” ilə mövsümöncəsi hazırlığa başlayanda vəziyyəti dəyərləndirəcəm. Özümü yüz faiz hazır hiss etsəm və komandaya xeyrim dəyə bilsə, qərarımı verəcəm”.

Argentina millisi son dünya çempionudur. Komanda Lionel Skaloninin rəhbərliyi altında, 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransa yığmasına qalib gələrək, tarixində üçüncü dəfə dünya çempionu olmuşdu.

The post Messidən DÇ-2026 açıqlaması appeared first on Komanda.az.

“Seltik” “sükan”ı sabiq baş məşqçisinə tapşırmaq istəyir

“Seltik” baş məşqçi postuna Angelos Postekoqlunu gətirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Klub yaxın vaxtlarda avstraliyalı mütəxəssislə əlaqə saxlayaraq, onun komandaya qayıtmaqda maraqlı olub-olmadığını öyrənmək niyyətindədir. Postekoqlu 2021–2023-cü illər arasında “Seltik”i çalışdırıb və bu müddətdə komandaya bir neçə yerli titul qazandıraraq uğurla idarə edib. O, daha sonra “Tottenhem” və “Nottingem Forest”də işləyib.

“Seltik”in baş məşqçisi Brendan Rocers yaxın günlərdə postunu tərk edib. Komanda Şotlandiya Premyer Liqasının 9 turundan sonra 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və liderdən 8 xal geri qalır.

The post “Seltik” “sükan”ı sabiq baş məşqçisinə tapşırmaq istəyir appeared first on Komanda.az.

“Barselona”nın prezidenti “Real”la oyundan sonra futbolçularla görüşüb

“Barselona”nın prezidenti Xuan Laporta komandanı “el klasiko”da “Real”a 1:2 hesabı ilə uduzduqdan sonra ruhlandırıb. La Liqanın 10-cu turunda baş tutan matçdan sonra Madrid klubunun xal fərqi 5-ə yüksəlib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Laporta növbəti gün klubun məşq bazasına gedərək, futbolçular qarşısında qısa, motivasiyaedici çıxış edib.

Prezident bu addımı ilə komandasına dəstəyini göstərib və “Real”a məğlubiyyətin onlara mənfi təsir göstərməməsini istəyib.

Laporta həm futbolçulara, həm də baş məşqçi Hans-Diter Flikə güvəndiyini və “Barselona”nın bütün turnirlərdə mükafat uğrunda mübarizə aparmaq gücündə olduğuna inandığını deyib.

The post “Barselona”nın prezidenti “Real”la oyundan sonra futbolçularla görüşüb appeared first on Komanda.az.

Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb

Türkiyə Super Liqası təmsilçisi “Gənclərbirliyi” baş məşqçisi Hüseyin Eroğlu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Aykut Çakmaklı yerli KİV-ə yeni baş məşqçinin Volkan Dəmirəl olacağını bildirib.

“Gənclərbirliyi” Super Liqada 8 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

The post Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb appeared first on Komanda.az.

Vaqif Sadıqov hakimlərdən narazılıqlar haqda danışdı: “Qərəzli səhvlər görmürəm”

Azərbaycan Premyer Liqasının cari mövsümündə cəmi 9 tur geridə qalmasına baxmayaraq, demək olar ki, hər turdan sonra hakim idarəçiliyi ciddi narazılıqlara səbəb olur. Baş məşqçilərin, futbolçularun oyunlardan sonrakı çıxışlarında açıq-aşkar hakimlərdən narazı olduqları görünür.

Bununla bağlı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik.

Sadıqov Komanda.az-a açıqlamasında hakimlərin idarəçiliydə qərəz olmadığını bildirdi:

“Hesab edirəm ki, səhvlər qaçılmazdır. Ancaq ən vacibi odur ki, qərəzli səhvlər görmürəm. Düzdür, səhvlər varsa, problemləri həll etmək lazımdır. Problemi həll etmək üçün gərək yollar tapılsın. Çalışmaq lazımdır. Ancaq yenə də deyirəm, ən vacibi odur ki, hansısa qərəzdən söhbət getməsin. Burada insan faktoru, amili var, istər-istəməz, hardasa, kimsə… Mən bunu izah etməyə də çətinlik çəkirəm. Yəni, hər kəs, ən vacibi, qərəz olmadığı yerdə gördüyünə qərar verir”.

Azərbaycan millisinin sabiq baş məşqçisi hesab edir ki, indi artıq əvvəlki dövr deyil, ölkədə futbol inkişaf edib:

“Yenə də deyirəm, bu gün ən vacibi odur ki, kiminsə nəyisə etməsi… O vaxtlar gedib, biz görmüşük. İndi tamamilə fərqli bir vaxtdır, futbolumuz inkişaf edib. Burda istər-istəməz bir şeyə toxunmalıyıq, bunu bir peşəkar kimi demək istəyirəm: Futbolun və futbolçuların səviyyəsi artdıqca hakimlərin də səviyyəsi onlarla eyni vaxtda artmalıdır. Bu olan halda, bəlkə də, biz bu söz-söhbətdən uzaq olacağıq. Hesab edirəm ki, futbolumuz da, futbolçularımız da, hakimlərimiz də ayaqlaşmalıdır və inkişafa, tərəqqiyə doğru getməlidirlər”.

Fəxri Rüstəmli

The post Vaqif Sadıqov hakimlərdən narazılıqlar haqda danışdı: “Qərəzli səhvlər görmürəm” appeared first on Komanda.az.

Sabiq futbolçu “Arsenal”ın müdafiəçisini təriflədi: “Haland qədər vacibdir”

“Liverpul”un sabiq oyunçusu Cimi Karrager “Arsenal”ın müdafiəçisi Qabriel Maqalesin oyununu yüksək qiymətləndirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun vacib oyunçulardan olduğunu söyləyib:

“Düşünürəm ki, Qabriel hazırda Premyer Liqada ən təsirli oyunçudur. O, fantastik müdafiəçidir, “Arsenal”ın bu qədər az qol buraxmasının səbəbi və həmçinin, standart zərbələr zamanı rəqiblər üçün real təhlükədir. O, Erlinq Haland kimi oyunçular qədər vacibdir”.

“Arsenal” son turda “Kristal Pelas” üzərində 1:0 hesablı qələbə qazanaraq, turnir cədvəlində rəqibləri üzərində üstünlüyünü artırıb. Komanda 9 turdan sonra 22 xalla Premyer Liqada birinci yerdədir.

The post Sabiq futbolçu “Arsenal”ın müdafiəçisini təriflədi: “Haland qədər vacibdir” appeared first on Komanda.az.

Levandovski qayıdır

“Barselona”nın hücumçusu Robert Levandovski zədədən sonra artıq noyabrın 2-də, La Liqanın 11-ci turunda “Elçe”yə qarşı oyunda meydana çıxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Polşalı forvard artıq əsas komanda ilə məşqlərin bir hissəsində iştirak edib. Həmçinin, kataloniyalıların qapıçısı Xuan Qarsiyanın da bərpa prosesi uğurla davam edir və onun da qarşıdakı görüşdə meydana çıxma ehtimalı var.

Qarsiyanın vəziyyəti oktyabrın 29-da, növbəti məşqdən öncə dəyərləndiriləcək. Klubun həkimləri onun səhhəti ilə bağlı risk etməyəcəklərini vurğulayıblar.

The post Levandovski qayıdır appeared first on Komanda.az.

“Yuventus” bu gün Spaletti ilə danışıqlara başlayacaq

“Yuventus” rəhbərliyi İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spaletti ilə danışıqlar aparmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar bu gün olacaq.

Turin klubu 66 yaşlı mütəxəssisə mövsümün sonuna qədər müqavilə, əlavə olaraq isə müddətin uzadılma imkanını təklif etməyi düşünür.

“Yuventus” son turda səfərdə “Latsio”ya 0:1 hesabı ilə məğlub olub və bütün turnirlərdə qələbəsiz oyunlar seriyasını 8-ə çatdırıb. Komanda A Seriyasının səkkiz turundan sonra 12 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

The post “Yuventus” bu gün Spaletti ilə danışıqlara başlayacaq appeared first on Komanda.az.

Saka ilə 5 illik müqavilə imzalanacaq

“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka klub rəhbərliyi ilə yeni müqavilə haqda razılığa gəlməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər demək olar ki, razılığa gəliblər. Yeni müqaviləyə əsasən, 24 yaşlı futbolçunun həftəlik maaşı təxminən 343 min avro olacaq və bu, onu komandanın ən çox qazanan oyunçusu edəcək. Yarımmüdafiəçinin “Arsenal”la müqaviləsi beş il müddətinə uzadılacaq.

Sakanın London klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, bu mövsüm 10 oyunda meydana çıxıb və 3 qol vurub.

The post Saka ilə 5 illik müqavilə imzalanacaq appeared first on Komanda.az.

Simeone: “Bu, bizim üçün vacib qələbədir”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 10-cu turunda səfərdə “Betis”lə oyunda 2:0 hesablı qələbəni şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk hissədə çox yaxşı oynadıqlarını söyləyib:

“Əla oyun keçirdik, ilk hissədə çox yaxşı oynadıq və 2:0 hesabı ilə irəli çıxdıq. Fasilədən sonra ilk hissədəki qədər kəskin deyildik, amma davamını gətirdik. Bu, bizim üçün və La Liqadakı mövqeyimiz üçün vacib qələbədir”.

Madrid klubunun 10 turdan sonra 19 xalı var və İspaniya çempionatının turnir cədvəlində dördüncü yerdədir.

The post Simeone: “Bu, bizim üçün vacib qələbədir” appeared first on Komanda.az.

Yamal “el klasiko”dan sonra profil şəklini silib

“Barselona”nın 18 yaşlı vingeri Lamin Yamal son “el klasiko”da uğursuz çıxış edib və matçın ən aşağı qiymət alan oyunçularından biri olub.

Oktyabrın 26-da keçirilən La Liqanın 10-cu tur matçında “Real” doğma meydanda “Barselona” üzərində 2:1 hesablı qələbə qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunun gedişində Yamal yerli azarkeşlər tərəfindən fitə basılıb. Matçdan sonra isə gənc futbolçu sosial şəbəkədəki profil şəklini silərək, yerinə qara fon qoyub.

Qarşılaşma öncəsi Yamalın “Real” haqqında sərt açıqlamaları diqqət çəkmişdi və bu, matçdan sonra meydanda yaşanan gərginlikdə əsas səbəblərdən biri olub.

The post Yamal “el klasiko”dan sonra profil şəklini silib appeared first on Komanda.az.

“Tottenhem” hücumçusunu satmağı planlaşdırır

“Tottenhem”in hücumçusu Dominik Solanke qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Londonluların baş məşqçisi Tomas Frank 28 yaşlı forvardın çıxışından razı deyil və klub onu artıq yanvarda satmağı planlaşdırır.

“Tottenhem” qışda yeni hücumçu almaq niyyətindədir, ancaq rəhbərlik bunun çətin olacağının fərqindədir. Yanvar ayı adətən böyük transferlərin baş tutması üçün mürəkkəb dövr hesab olunur.

İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə 3 matçda meydana çıxıb. “Tottenhem” onun dəyərini təxminən 69 milyon avro qiymətləndirir.

The post “Tottenhem” hücumçusunu satmağı planlaşdırır appeared first on Komanda.az.

“Seltik” baş məşqçisi ilə vidalaşdı – Rəsmi

“Seltik” baş məşqçi Brendon Rocersin istefa ərizəsini qəbul edib.

Komanda.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssis komandanı tərk etdikdən sonra “Seltik”ə müvəqqəti olaraq Martin O’Nill rəhbərlik edəcək. İrlandiyalı məşqçi 2000–2005-ci illər arasında da komandanın “sükanı arxasında” olub.

“Seltik” Şotlandiya çempionatında 9 turdan sonra17 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “Harts”dan 8 xal geri qalır.

“Seltik” növbəti matçını doğma meydanda “Falkirk”ə qarşı keçirəcək.

The post “Seltik” baş məşqçisi ilə vidalaşdı – Rəsmi appeared first on Komanda.az.

İngiltərə klubu Endriki icarəyə götürmək istəyir

“Tottenhem” “Real”ın hücumçusu Endrikin durumunu yaxından izləyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvard Madrid təmsilçisindəki az oyun praktikası səbəbindən narazıdır və yanvarda icarəyə gətməyə hazırdır. Bununla belə, Endrik gələcəyini məhz “Real”la əlaqələndirir və klubdan tam ayrılmaq niyyətində deyil.

“Tottenhem” rəhbərliyi isə 19 yaşlı futbolçunun oyun xüsusiyyətlərinin komandaya tam uyğun olduğunu hesab edir və qış transfer pəncərəsində onu icarəyə götürmək planı qurur.

Endrik bu mövsüm hələ meydana çıxmayıb. Onun “Real”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

The post İngiltərə klubu Endriki icarəyə götürmək istəyir appeared first on Komanda.az.

Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç 2-si qapıçı olmaqla, ümumilikdə səfərə 14 futzalçı aparacaq:

Qapıçılar: Kamran Hacıyev (“Neftçi İK”), Cavad Məmmədov (“Baku Fire”)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi “Neftçi İK”), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı “Araz-Naxçıvan”), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı “Baku Fire”), Oqtay Mahmudzadə (U-19)

A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də, 6-da və 8-də müvafiq olaraq Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

The post Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb appeared first on Komanda.az.

Ronaldo və Messi ötən mövsümün ən yaxşısı olmağa namizədlər arasında

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPRO) 2024/25 mövsümünün ən yaxşı 11 futbolçusu sırasına düşmək üçün namizədlərin adlarını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin siyahıda futbol dünyasının bir çox tanınmış simaları yer alıb.

Onların arasında Kriştiano Ronaldo, Lionel Messi, Osman Dembele, Məhəmməd Salah, Lamin Yamal və Erlinq Haland kimi adlar diqqət çəkir.

2025-ci ildə “qızıl top” mükafatının qalibi PSJ-nin vingeri Osman Dembele olub. “France Football”ın sorğusuna əsasən, ikinci yeri İspaniya millisinin və “Barselona”nın oyunçusu Lamin Yamal, 3-cü yeri isə portuqaliyalı futbolçu Vitinya tutub.

The post Ronaldo və Messi ötən mövsümün ən yaxşısı olmağa namizədlər arasında appeared first on Komanda.az.

DÇ-2026: Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı oyunlarının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“İticket.az” vasitəsilə satılan biletlərin qiymətləri İslandiya ilə oyun üçün 5-30 manat arasında dəyişir. Azərbaycan – Fransa görüşü üçün bilet qiymətləri isə 5-200 manat aralığındadır.

İslandiya ilə qarşılaşma noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

The post DÇ-2026: Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb appeared first on Komanda.az.

İngiltərə klubu “Barselona”nın futbolçusu ilə maraqlanır

“Barselona”nın yarımmüdafiəçisi Dro Fernandes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçuya “Vest Hem” ciddi şəkildə maraq göstərir.

London klubu ispaniyalı oyunçunu münasib qiymətə transfer etmək niyyətindədir, çünki Fernandesin əsas komandadakı debütündən sonra onun bazar dəyərinin artacağı gözlənilir.

Fernandes “Barselona”nın heyətində iki oyunda iştirak edib və bir məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

The post İngiltərə klubu “Barselona”nın futbolçusu ilə maraqlanır appeared first on Komanda.az.

Vinisius “Real”dan ayrılmağı düşünür

“Real”ın hücumçusu Vinisius Junior komandadan ayrıla bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu Madrid klubundan ayrılmağı ciddi şəkildə düşünür. Oyunçu, statusunun, komandaya verdiyi töhfələrin qiymətləndirilmədiyini və baş məşqçi Xabi Alonso ilə münasibətlərinin getdikcə gərginləşdiyini düşünür. O, Alonsonun oyun planlarına və onun üslubuna uyğun gəlmədiyini hiss edir.

Baş məşqçiylə futbolçu arasında münaqişə xüsusilə, “Barselona”ya qarşı oyunda (2:1) şiddətli şəkildə alovlanıb.

Vinisiusun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

The post Vinisius “Real”dan ayrılmağı düşünür appeared first on Komanda.az.

“Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda

Azərbaycan kubokunun 1/8 finalına vəsiqə qazanan ilk komandalar məlum olub.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçilərindən “İmişli”, “Kəpəz” və “Karvan-Yevlax” növbəti mərhələyə adlarını yazdırıb.

Mərhələ adlayan digər komandalar “Şəfa” və “Baku Sportinq”dir.

Bu günün son matçında Premyer Liqa təmsilçilərindən “Turan Tovuz” “Dinamo” ilə üz-üzə gəlib. Tovuz klubu 5 cavabsız qolla qalib gəlib.

Mərhələnin qalan oyunları sabah keçiriləcək.

Azərbaycan kuboku, 2-ci təsnifat mərhələsi

28 oktyabr

14:00. Göygöl – Baku Sportinq 0:2
Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Buzovna qəsəbə stadionu

Göygöl: 1. Nicat Əmirxanov 9. Ziyabil Məmmədov 14. Ülvi Cəlilov (k) 5. Taleh Hüseynzadə 10. Elcan Rəhimov 17. Ruslan Süleymanov 8. Kamal Həsən-pur 4. Sərcan Omarov 2. Surac Nəcəfov 6. Seymur Fərəci 22. Sənan Kərimov

Ehtiyat oyunçular: 12. Tofiq Mehdiyev 7. Nail Təhməzli 20. İsmayıl Məmmədov 18. Araz Quliyev 19. Ruslan Məmmədov 3. Raul Əlizadə

Məşqçi: Bilal Mehdiyev

Baku Sportinq: 1. Cəfər Əlizadə 11. İlham Allahverdiyev (k) 44. Samir İbrahimov 10. Elşən Abdullayev 20. Əli Mürsəlov 2. Xəyyam Hüseynov 6. Hüseyn Babayev 71. Cavanşir Şahbazlı 79. Mirmövsüm Caniyev 14. Ömər Məmmədzadə 19. Xəyyam Məmmədli

Ehtiyat oyunçular: 36. Elməddin Sultanov 9. Röyal Nəcəfov 5. Kamil Hüseynov 33. Luka Stevanoviç 7. Ceyhun Muxtarlı 8. Tolqar Yaqubov 22. Fərid Mahmudov 21. Pablo Enrike Alveş 17. Xəlil Bəşirov 77. Elvin Valiiev 18. Elgün Ələkbərli

Baş məşqçi: Kərim Diniyev

14:00. Karvan-Yevlax – Sheki City 3:1 (əlavə vaxtda)
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu

Karvan-Yevlax: 99. Pedro Mateuş 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov (k) 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 12. Vitor Roşa 3. Said İranxan 8. Peter Kinqs 10. Samuel Durrant 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 25. Əmrah Bulud 5. Nika Çaçaşvili 20. Coy Sleyd Mikels 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker

Baş məşqçi: Azər Həşimov

Sheki City: 1. Qurban Məhərrəmov 9. Nurlan Novruzov (k) 8. Kamal Mirzəyev 44. Təmraz Əmircanov 6. Elvin Dəmirov 27. Gülalı Mehrəliyev 77. Tahir Zeynalov 2. Said Əliyev 20. Nihat Fərəci 55. Rəşad Həsənov 4. Saleh Süleymanov

Ehtiyat oyunçular: 22. Həsən Həsənli 33. Ayxan Qocayev 10. Cavid İmamverdiyev 19. Rəsul İbrahimov 99. Nazim Bağırov 13. Elşad Əliyev 7. Rauf Məhərrəmov 92. Valeh Qəhrəmanlı 3. Raul Musayev 17. Ümid Nağdalıyev

Baş məşqçi: Elvin Həsənov

14:00. Qaradağ Lökbatan – İmişli 2:3
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu

Qaradağ Lökbatan: 90. Əli Kərimov 27. Sabir Allahquliyev 6. İsa Zeynallı 7. Elmin Əskərli 14. Fərid Abbaslı (k) 4. Vüsal Hüseynov 8. Ramil Orucov 11. Rəhman Quliyev 17. Tofiq Nəsibov 10. Emil Quluzadə 77. Hakan Həsənov

Ehtiyat oyunçular: 1. Rafiq Kərimov 3. Nicat Əskərov 9. Rövşən Şahmuradov 44. Qurban Hüseynov 15. Vüsal Alızadə 5. Nihad Əmrahzadə 21. Ayxan Məcidov 33. İlham Hüseynov 19. Mehdi Həşumov 88. Ceyhun Ağazadə

Baş məşqçi: Qəzənfər Abbasov

İmişli: 1. Hüseynəli Quliyev 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı (k) 44. Həzrət İsayev 3. Tuncay Yusifli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 6. Yau Mozes 23. Dioqo Rollo 17. Ezekiel Morqan

Ehtiyat oyunçular: 33. Andrey Sinenka 99. İmam Əli 19. Azər Salahlı 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 27. Lətif Rzayev 30. Xəlil Mürsəlli 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 7. Luis Silvestr

Baş məşqçi: Jorj Kaşkilya

14:00. Cəbrayıl – Şəfa 0:3
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

Cəbrayıl: 94. Matis Morvil 12. Andzuno Eli 21. İsa İsayev 7. Balamirzə Soltanov 8. Sadiq Hüseynli 4. Asif Məmmədov (k) 77. Əşrəf Zeynallı 2. Firəddin Abdullayev 19. Arsene Dauda 9. Dileyn Açimi 32. Elgün Dünyamalıyev

Ehtiyat oyunçular: 35. Fərman Bayramov 75. Emil Həbibov 10. Tapdıq Əhmədov 88. Əsədulla Heydərov 22. Əli Nəcəfli 11. Noh Lobe 5. Fərid Səfərli 62. Zaman Zamanlı 28. Rüstəm Əlizadə 55. Lətif Haşımov 49. Valeh Məmmədov 3. Həsən Həsənov

Məşqçi: Tariq Qasımov

Şəfa: 95. Rəvan Kazımov 88. Aqşin Paşayev (k) 8. Urfan İsmayılov 14. Vüqar Həsənov 80. Zahid Mərdanov 27. Pərviz Azadov 18. Elvin İsmayılov 11. Aqil Nəsibov 22. Hüseyn Mürsəlov 29. Ramin Nəsirli 99. Amir Ebrahimzade

Ehtiyat oyunçular: 13. Əli Həsənli 21. Novruz Məmmədov 33. Tərlan Quliyev 9. Amil Yunanov 42. Elnur Cəfərov 70. Ruslan Hacıyev 6. Xəyal Tomarov 2. Seymur Rəhimov 17. İsmayıl Zülfüqarlı 77. Ədilxan Qarəhmədov 83. Nihad Quliyev 23. Nahid Əliyev

Baş məşqçi: Elgiz Kərəmli

14:00. Kəpəz – Ağstafa Gəncləri 6:1
Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu

Kəpəz: 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov (k) 5. Rauf Hüseynli 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 21. Sadiq Şəfiyev 6. Pedro Qomeş

Ehtiyat oyunçular: 1. Kaçper Rosa 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 80. Şahnur İsmayılov 83. Raul İsaqov 9. Luis Paçu 10. Ryonosuke Ohori 55. Kresus Donqo

Baş məşqçi: Azər Bağırov

Ağstafa Gəncləri: 16. Ülvi Quliyev 8. Elgün Namazov (k) 3. Cəlal Cəlalzadə 2. İlkin Allahverdiyev 9. Eltac Hüseynov 17. Elgün Salıfov 25. Mübariz Kərimov 20. Vüsal Aslanov 6. Turan Məmmədov 7. Hüseyn Alıyev 22. Nicat İsmayılov

Ehtiyat oyunçular: 23. Uğur Məmmədhüseynov 21. Elgün Qəhrəmanov 10. Rüstəm Abdullayev 13. Nihat Bayramlı 14. Roma Dukaşvili

Baş məşqçi: Elşən Abadov

Dinamo – Turan Tovuz 0:5
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Azersun Arena”

Dinamo: 1. İbrahim Bağırov 14. Xəyal Qocayev 20. Valeh Seyidov (k) 10. Əlibala Ağayev 99. Yadigar Qarayev 18. Aydın İsxanzadə 8. İsmayıl İsmayılov 19. Məmməd Məmmədov 11. Fizuli Dəmirov 44. Əli Məmmədli 4. Məhəmməd Cəfərzadə

Ehtiyat oyunçular: 12. Elmin Qaçaylı 42. Ruslan Hüseynov 3. Rəhim Mustafayev 16. Bəxtiyar Əliyev 33. İkram Həmidli 22. Amil Nurəhmədov 2. Nihad Mahmudzadə 6. Orxan Novruzov 15. Kənan Abdullazadə 88. Nicat Nəsirli 27. Rəsul Məmmədli Məşqçi: İsmayıl Vəkiliqazicahani

Turan Tovuz: 41. Sergey Samok 4. Şəhriyar Əliyev (k) 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 39. Tural Bayramlı 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 99. Vadji İbrahima

Ehtiyat oyunçular: 13. Mehman Hacıyev 97. Elçin Qasımov 14. Murad Dadaşev 20. İbrahim Ramazanov 30. Mircamal Əlizadə 42. İsmayıl İsmayılov 60. Vüqar Bağırov

Baş məşqçi: Kurban Berdıyev

29 oktyabr

14:00. Şimal – Şahdağ Qusar
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

14:00. Xankəndi – Difai
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Ağsu şəhər stadionu

14:00. Zaqatala – Sumqayıt
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

16:00. Qəbələ – Mingəçevir
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu

16:00. Səbail – Şamaxı
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“ASCO Arena”

19:00. Neftçi – MOİK
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Palms Sports Arena”

The post “Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda appeared first on Komanda.az.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

28 oktyabr

Azərbaycan, kubok
14:00 Karvan-Yevlax – Sheki City (CBC Sport)
17:00 Dinamo – Turan Tovuz (CBC Sport)

UEFA Millətlər Liqası, qadınlar
21:00 Türkiyə – Kosovo (TRT Spor)

İtaliya, A Seriyası
21:30 Leççe – Napoli (Futbol 1)
23:45 Atalanta – Milan (Futbol 1)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Çox çalışırıq, amma səhvlər etməyə davam edirik” – “Yuventus”un futbolçusu

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli komandanın son oyunlardakı çətinlikləri barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səhvlər üzərində çalışmalı olduqlarını deyib:

“Komanda hər məşqdə əlindən gələni edir. Çox çalışırıq, amma səhvlər etməyə davam edirik. Problemin nə olduğunu anlamalıyıq. Təcili olaraq təkmilləşməli və matçlarda qalib gəlməyə başlamalıyıq. Çətinliklərin öhdəsindən gəlmək üçün birlik və həmrəyliyi qorumaq xüsusilə vacibdir”.

Turin komandası A Seriyasında oktyabrın 29-da “Udineze” ilə qarşılaşacaq. Komanda 8 oyundan sonra 12 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

The post “Çox çalışırıq, amma səhvlər etməyə davam edirik” – “Yuventus”un futbolçusu appeared first on Komanda.az.

“Atletiko”dan inamlı qələbə

İspaniya La Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Betis” evdə “Atletiko” ilə qarşılaşıb. Madrid təmsilçisi inamlı qələbəyə sevinib.

Hazırda 27 xala malik “Real” vahid liderdir. “Barselona” 22, “Vilyarreal” 20, “Atletiko” 19, “Espanyol” 18, “Betis” 16 xal toplayıb.

İspaniya La Liqası
10-cu tur

24 oktyabr

Real Sosyedad – Sevilya 2:1
Qollar
: Oyarsabal, 19-pen; 36 – Qudel, 30.

25 oktyabr

Jirona – Real Ovyedo 3:3
Qollar
: Stuani, 64-pen; 90-pen. Unahi, 83 – Vinas, 38-pen. Rondon, 57. Karmo, 90+7.

Espanyol – Elçe 1:0
Qol
: K.Romero, 47.

Atletik – Xetafe 0:1
Qol
: Mayoral, 75.

Valensiya – Vilyarreal 0:2
Qollar
: Moreno, 45-pen. Komesana, 57.

26 oktyabr

Malyorka – Levante 1:1
Qollar
: Maffeo, 79 – Etta Eyonq, 22.

Real – Barselona 2:1
Qollar
: Mbappe, 22. Bellingem, 43 – F.Lopes, 38.

Osasuna – Selta 2:3
Qollar
: Budimir, 37-pen; 45+1 – Yutqla, 26; 69. P.Duran, 87.

Rayo Valyekano – Alaves 1:0
Qol
: Alemao, 90+1.

27 oktyabr

Betis – Atletiko 0:2
Qollar
: C.Simeone, 3. Baena, 45+1.

The post “Atletiko”dan inamlı qələbə appeared first on Komanda.az.

DÇ-nin son günündə daha bir medal

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə millinin daha bir üzvü fəxri kürsüyə qalxıb.

Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal Şərif Uuluya (0:10) məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Ali Tsokayev (86 kq) isə italiyalı Qabriele Nikkoliniyə (11:0) və gürcüstanlı Tornike Samxaradzeyə (13:2) tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.

Beləliklə, millimiz mundialı 1 dəst medalla başa vurub. Xatırladaq ki, ötən gün Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ (137) birinci, İran (127) isə ikinci olub.a

The post DÇ-nin son günündə daha bir medal appeared first on Komanda.az.

“Fənərbaxça”dan darmadağın

Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə iki oyun baş tutub.

“Samsunspor” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Qaziantep”in qonağı olan “Fənərbaxça” isə darmadağına sevinib.

Hazırda 28 xala malik “Qalatasaray” vahid liderdir. “Trabzonspor” 23, “Fənərbaxça” 22, “Beşiktaş”, “Samsunspor” və “Qaziantep” 17 xal toplayıb.

Türkiyə Super Liqası
10-cu tur

24 oktyabr

Karagümrük – Kayserispor 2:2
Qollar: Larsson, 16-pen. A.R.Cankaya, 79 – Onuqxa, 68; 74.

25 oktyabr

Kocaelispor – Alanyaspor 2:0
Qollar: T.Bingöl, 62. S.Dursun, 88.

Trabzonspor – Eyüpspor 2:0
Qollar: F.Auqusto, 12. Ulai, 51.

26 oktyabr

Antalyaspor – Başakşəhər 0:4
Qollar: Şomurodov, 22; 88. Da Kosta, 45+4; 53.

Qalatasaray – Göztəpə 3:1
Qollar
: Osimhen, 19. Q.Sara, 63. İkardi, 66 – E.Bekiroğlu, 6.

Gənclərbirliyi – Konyaspor 1:2
Qollar
: O.Ülgün, 28 – U.Nayir, 45+2. Bardi, 49.

Kasımpaşa – Beşiktaş 1:1
Qollar
: Vink, 33 – C.Ündər, 5.

27 oktyabr

Qaziantep – Fənərbaxça 0:4
Qollar
: En Nesiri, 5; 21. Taliska, 81; 88.

Samsunspor – Rizəspor 1:1
Qollar
: Holse, 7 – Rak-Sakyi, 32.

The post “Fənərbaxça”dan darmadağın appeared first on Komanda.az.

“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı

“Kəpəz” Otar Aptsiauri ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub Aptsiauriyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Otar Gəncə klubunun heyətində cəmi 4 oyun keçirib.

The post “Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı appeared first on Komanda.az.

“Həmişə yalnız Halandın qollarına etibar edə bilmərik”

“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reynders “Aston Villa”ya 0:1 hesablı məğlubiyyətdən sonra açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, bunu deyib:

“Həmişə yalnız Erlinq Halandın qollarına etibar edə bilmərik, baxmayaraq ki, əlbəttə, onlar bizə çox kömək edir. Hamımız qol vurmaq istəyirik və özümüzü yaxşı mövqelərə qoyuruq. Bəzən top qapıya girmir, amma zamanla işlər düzələcək”.

Erlinq Haland avqust ayından bəri ilk dəfə qol vura bilməyib və bu, norveçli futbolçunun 12 oyunluq qol seriyasına son qoyub.

“Şəhərlilər” Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir və lider “Arsenal”dan 6 xal geridədir.

The post “Həmişə yalnız Halandın qollarına etibar edə bilmərik” appeared first on Komanda.az.

“Neftçi” – MOİK matçına giriş pulsuz olacaq

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız “Neftçi”nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün “Forza” və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

“Palms Sports Arena”dakı “Neftçi” – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək

The post “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq appeared first on Komanda.az.

PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu

PSJ (Fransa) və “Sevilya” (İspaniya) klublarında çıxış etmiş Polşa millisinin sabiq futbolçusu Qjeqoj Krıxovyak karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

35 yaşlı yarımmüdafiəçi “Sevilya”nın heyətində 2 dəfə UEFA Avropa Liqasının qalibi olub. O, həmçinin Rusiyada “Lokomotiv” (Moskva), “Krasnodar”, İngiltərədə “Vest Bromviç”, Fransada “Reyms” və “Nant” kollektivlərində forma geyinib.

The post PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu appeared first on Komanda.az.

“Sumqayıt”da yeni basketbolçu

“Sumqayıt” daha bir basketbolçunun keçidini reallaşdırıb.

Komanda.az Sumqayıt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan Hüseyn Qaflanov icarəyə götürülüb.

Gənc basketbolçu karyerası ərzində “Real Madrid Academy”, “Valencia Basket Academy”, VKM, “Southern California Academy”, “DME Wisconsin” kimi klublarda çıxış edib.

The post “Sumqayıt”da yeni basketbolçu appeared first on Komanda.az.

“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi

Əvəzedicilər Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Qəbələ-2” və “Zirə-2” evdə, “Turan Tovuz-2” və “Sabah-2” isə səfərdə qələbə qazanıblar.

Xatırladaq ki, turun daha öncə keçirilmiş “Kəpəz-2” – “Neftçi-2” oyunu da qonaqların 3:1 hesablı qələbəsiylə yekunlaşmışdı.

Əvəzedicilər Liqası
8-ci tur

27 oktyabr

“Qəbələ-2” – “Qarabağ-2” 3:0
Qollar: Ceyhun Bağırzadə, 28. Nasiru Salihu, 45. Cuma Hüseynov, 90+1.

“Şamaxı-2” – “Turan Tovuz-2” 1:3
Qollar: Nihat Mehralıyev, 82 – Cəmil Məmmədov, 29. Elçin Qasımov, 48. Fərid Cəfərov, 77.

“Zirə-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Ramiz Muradov, 71; 81. Elşən Abdullayev, 86.

“Sumqayıt-2” – “Sabah-2” 1:2
Qollar: Murad Rüstəmov, 90+3 – Həmzəalı Mikayılov, 24-pen. Amir Qəribov, 90+3.

The post “Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi appeared first on Komanda.az.

“Yuventus” baş məşqçisini qovdu – Rəsmi

İtaliya təmsilçisi “Yuventus” İqor Tudoru baş məşqçi postundan qovub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onu bu postda müvəqqəti olaraq Massimo Brambilla əvəz edəcək.

Tudor 2025-ci ilin martından “Yuventus”a rəhbərlik edirdi. Onun rəhbərliyi ilə komanda cari mövsüm 8 turdan sonra 12 xalla səkkizincidir.

The post “Yuventus” baş məşqçisini qovdu – Rəsmi appeared first on Komanda.az.

Türkiyə şokdadır: 571 hakimdən 371-i “qumarbaz” çıxdı

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bəyan edib ki, ölkədə peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin bukmeker şirkətlərində mərc hesabı var.

Komanda.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib. Qurum rəhbəri deyib ki, həmin hakimlərdən 152-si isə aktiv şəkildə mərc oynayır. Məlumat quruma dövlət qurumlarından verilib.

Mərc oynayanlar arasında 7 üst kateqoriya hakim də var: “10 nəfərdən çox hakim oyunlara 10 mindən çox pul qoyuluşu edib”.

TFF rəhbəri bildirib ki, məsələ ilə bağlı qurumun intizam orqanları dərhal hərəkətə keçəcək: “Onlar qanunlara əsasən cəzalandırılacaq”.

Hacıosmanoğlu əlavə edib ki, Türkiyə futbolunda təmizlənmə prosesi başlayıb: “Nə qədər pislik varsa, hamısını təmizləməliyik. Biz bu işi hakimlərlə başladıq, amma burada dayanmayacağıq. Klublar da eyni məsuliyyəti daşımalıdır. Hər kəs özünü və çevrəsini yoxlamalıdır”.

TFF prezidenti bildirib ki, aparılan araşdırmalar FİFA və UEFA ilə də paylaşılıb.

The post Türkiyə şokdadır: 571 hakimdən 371-i “qumarbaz” çıxdı appeared first on Komanda.az.

“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Çimkənd şəhər stadionunda Qazaxıstan yığmasına qarşı keçirilən yoldaşlıq görüşündən sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:

“Qazaxıstan yığması ilə oyunlar bizim üçün çox vacib idi. Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik. Bu səbəbdən futbolçuların motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edirdi. Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik. İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik. Görünür, həmin oyundan sonra rəqib bizi çox yaxşı təhlil etmişdi. Bu gün çətinliklərlə üzləşdik. Fikrimcə, futbolçularımızın ikinci görüşə tam bərpa ola bilməməsi də müəyyən rol oynadı. Yenə də də qızlar xarakter göstərərək sona qədər mübarizə apardılar və qələbə topunu vurdular. Buna görə komandamıza təşəkkür edirəm.
Fürsətdən istifadə edərək Qazaxıstan Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışının yeri çox gözəl idi və bizim üçün hər cür şərait yaradılmışdı”.

Millimiz Qazaxıstan yığması ilə keçirdiyi ilk yoldaşlıq görüşündə 2:1 hesablı qələbə qazanıb.

The post “Qələbə qazanmaq böyük önəm kəsb edirdi” appeared first on Komanda.az.

“Yuventus” fransalı futbolçu üçün təklif göndərə bilər – Qışda

“Udineze”nin yarımmüdafiəçisi Artur Atta “Yuventus”un maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 22 yaşlı futbolçunu yaxından izləyir və qış transfer pəncərəsində onunla bağlı rəsmi təklif göndərə bilər.

Atta bu yay “Mets”dən “Udineze”yə keçib və qısa müddətdə İtaliya A Seriyasında özünü göstərib. O, cari mövsümdə 9 oyunda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” fransalı yarımmüdafiəçinin dəyərini təxminən 12 milyon avro qiymətləndirir.

The post “Yuventus” fransalı futbolçu üçün təklif göndərə bilər – Qışda appeared first on Komanda.az.

“İmişli”nin futbolçusu əməliyyat olundu

“İmişli”nın futbolçusu Vüsal Qənbərov “Kəpəz”lə keçirilən oyunda aldığı zədə nəticəsində qamış (tibia) və incik (fibula) sümüklərinin sınığı diaqnozu ilə 27 oktyabr 2025-ci il tarixində əməliyyat olunub.

Bu brədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu məlumat verib.

Qənbərova qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub. Əməliyyat uğurla həyata keçirilib, oyunçunun vəziyyəti sabit və qənaətbəxşdir.

Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq. Klub rəhbərliyi və həkim heyəti ona tam bərpası və tezliklə meydanlara qayıtması üçün bütün zəruri şəraiti təmin edir.

The post “İmişli”nin futbolçusu əməliyyat olundu appeared first on Komanda.az.

“Bayern” ingiltərəli müdafiəçi üçün danışıqlara başlayıb

“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi “Bayern”in transfer hədəfləri arasındadır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu klubu ilə müqaviləsinin müddəti bitəndə yeniləməyəcək və bu da ona gələn yay “Kristal Pelas”dan azad agent kimi ayrılmağa imkan verəcək.

“Bayern”lə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq Dayot Upamekanonu da oxşar gələcək gözləyir. Münhen klubu artıq Upamekanonun potensial əvəzedicisi kimi gördüyü Quehinin nümayəndələri ilə danışıqlar aparır.

25 yaşlı müdafiəçi üçün eyni zamanda, “Liverpul”, “Real” və Avropanın digər aparıcı klubları mübarizə aparacaq.

The post “Bayern” ingiltərəli müdafiəçi üçün danışıqlara başlayıb appeared first on Komanda.az.

Sabiq futbolçu “el klasiko”nu tənqid etdi

“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Xulio Salinas “el klasiko”dan sonra hər iki komandanın – “Real” və “Barselona” – çıxışını kəskin tənqid edib.

Komanda.az xəbər verir ki, Salinas “Mundo Deportivo”-a açıqlamasında matçı belə dəyərləndirib:

“Bu, son illərin ən zəif “el klasiko”su idi. Hər iki komanda hazırda yaxşı formada deyil. Qalib gələn sadəcə daha az zəif tərəf oldu”.

Dünən keçirilən qarşılaşmada “Real” “Barselona” üzərində 2:1 hesablı qələbə qazanıb. Bu nəticədən sonra Xabi Alonsonun komandası 27 xalla La Liqada lideriliyini qoruyub, “Barselona” isə 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

The post Sabiq futbolçu “el klasiko”nu tənqid etdi appeared first on Komanda.az.

Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıqlara başlayıb.

Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Təlim-məşq toplanışı “Milli Aviasiya Akademiyası” voleybol klubunun idman zalında keçirilir. Yığmanın heyətinə 12 voleybolçu cəlb olunub. Hazırlıq prosesinə baş məşqçi Faiq Qarayev rəhbərlik edir və ona məşqçilər Famil Ağayev, Ziya Rəcəbov və Emin Əbilov kömək edirlər.

Komanda qarşıdakı günlərdə bir neçə yoxlama oyunu keçirəcək.

Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri yaxın günlərdə açıqlanacaq.

The post Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb appeared first on Komanda.az.

Vinisius cəzalandırıla bilər

“Real”ın hücumçusu Vinisius Junior “el klasiko” zamanı əvəzlənməsinə əsəbi reaksiya göstərdiyi üçün klub tərəfindən intizam cəzası ala bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçunun davranışı rəhbərlik tərəfindən ciddi intizam pozuntusu kimi qiymətləndirilir.

Klub daxilində bəziləri onun cəzalandırılmasını tələb edir, digərləri isə məsələni baş məşqçi Xabi Alonso ilə futbolçu arasında şəxsi şəkildə həll etməyin tərəfdarıdır.

İddialara görə, “Real” Vinisiusa 53 min avroya qədər cərimə və ya 10 gün müddətinə qədər komandadan uzaqlaşdırma tətbiq edə bilər.

“El klasiko”da “Real” “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. 26 yaşlı futbolçu ikinci hissədə əvəzlənərkən meydanı əsəbi tərk edib və birbaşa paltardəyişmə otağına yollanıb. O, qapıçılar üzrə məşqçi Luis Llopislə söhbətdən sonra ehtiyat oyunçular skamyasına qayıdıb.

The post Vinisius cəzalandırıla bilər appeared first on Komanda.az.

“Yuventus”un dərdi Del Pyeronu da dilə gətirdi

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero komandanın bu mövsümdəki uğursuzluqlarını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu bunu deyib:

“Mənim fikrimcə, bu, təkcə baş məşqçi İqor Tudorla bağlı deyil. Bu, daha mürəkkəb bir məsələdir: komandanın təşkili, oyunçuların kimyası və performanslarının keyfiyyəti. Oyunçular acınacaqlı nəticələrin arasında özlərini getdikcə daha pis hiss edirlər”.

Turin komandası bazar günü “Latsio” ilə oyundan (0:1) sonra ardıcıl üçüncü məğlubiyyətini alıb. Komanda səkkiz oyundur ki, qələbə qazana bilmir. Mediada isə artıq baş məşqçi İqor Tudorun qovulduğu xəbərləri yayılıb.

The post “Yuventus”un dərdi Del Pyeronu da dilə gətirdi appeared first on Komanda.az.

Azərbaycan millisi böyük hesabla uduzdu

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

Komanda.az xəbər verir ki, B Liqasının I qrupunda Kosovo ilə qarşılaşan yığma 0:6 hesabı ilə uduzub.

Oyun Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçirilib.

Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.

The post Azərbaycan millisi böyük hesabla uduzdu appeared first on Komanda.az.

Xarici KİV: “Yuventus” baş məşqçi ilə yollarını ayırıb

“Yuventus” rəhbərliyi baş məşqçi İqor Tudoru vəzifəsindən azad edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Turin klubunun rəhbərliyi Tudoru qovulması barədə bu gün səhər məlumatlandırıb.

“Yuventus”un gənclər komandasının çalışdırıcısı Massimo Brambilla yaxın gələcəkdə müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.

“Yuventus” son vaxtlar uğursuz seriya ilə diqqət çəkir. Komanda ardıcıl 4 oyundur qol vura bilmir və son 8 matçda qələbə üzünə həsrət qalıb.

Turinlilər hazırda A Seriyasının turnir cədvəlində 12 xalla 8-ci pillədə qərarlaşıb.

The post Xarici KİV: “Yuventus” baş məşqçi ilə yollarını ayırıb appeared first on Komanda.az.

De Yonq: “Meydanda səhnə qurmağın nə mənası var?”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “el klasiko”dan (1:2) sonra “Real”ın kapitanı Dani Karvahalın Lamin Yamala etdiyi hərəkətə sərt reaksiya verib.

Matç bitdikdən sonra Karvahal əli ilə “sus” işarəsi göstərərək, Yamala “jest” edib. Bu hərəkət “Barselona” düşərgəsində narazılıq yaradıb.

Komanda.az xəbər verir ki, De Yonq ESPN-ə açıqlamasında onların bir-birini yaxşı tanıdıqlarını bildirib:

“Karvahal Yamalla danışmaq istəyirdisə, bunu təkbətək edə bilərdi. Belə hərəkətlər etmək lazım deyil deyirsə, qoy zəng etsin, axı onlar İspaniya millisində bir yerdə oynayırlar, bir-birlərini yaxşı tanıyırlar. Meydanda səhnə qurmağın nə mənası var?”

18 yaşlı Yamal matçdan öncə Jerar Pike (“Barselona”nın keçmiş futbolçusu) tərəfindən təşkil olunan “Medialiqa”nın “YouTube” yayımında “Real”ı saxtakarlıqda ittiham etmişdi.

The post De Yonq: “Meydanda səhnə qurmağın nə mənası var?” appeared first on Komanda.az.

Azərbaycan millisi ikinci oyunda da qələbəyə sevindi

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununda da qələbə qazanıb.

Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstana qalib gəlib. Çimkənd şəhər stadionunda baş tutan matç Azərbaycan millisinin 1:0 hesablı üstünlüyü ilə bitib. Qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva rəqib komandanın qapısından keçirib.

Komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.

The post Azərbaycan millisi ikinci oyunda da qələbəyə sevindi appeared first on Komanda.az.

“Mbappenin qolunun ləğvi əsl biabırçılıqdır”

“Real”ın klub televiziyasının aparıcısı “Barselona” ilə keçirilən “el klasiko”da Kilian Mbappenin qolunun ləğv edilməsinə sərt reaksiya verib.

Fransalı hücumçunun qolu oyundankənar vəziyyət səbəbindən qeydə alınmayıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, “Real TV”-nin aparıcısı qərarla razılaşmayıb və hakimləri kəskin tənqid edib:

“Mbappenin qolunun ləğvi – bu, əsl biabırçılıqdır! Bu epizodda oyundankənar vəziyyət qeydə almaq sadəcə inanılmazdır. Belə görüntülərdən sonra qolu ləğv etmək olmaz. “Real”ın hələ də Xavyer Tebas (La Liqanın prezidenti) və Xose Maria Enrike Neqreyra (İspaniya Futbol Federasiyasının keçmiş vitse-prezidenti) liqasında lider qalması möcüzədir”.

“El klasiko” Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Xabi Alonsonun komandası hazırda La Liqada 5 xallıq fərqlə liderlik edir.

The post “Mbappenin qolunun ləğvi əsl biabırçılıqdır” appeared first on Komanda.az.

Vinisiusdan Yamala: “Hə, indi danış görüm!”

İspaniya La Liqasının 10-cu turunda “Real”ın “Barselona” üzərində 2:1 hesablı qələbəsindən sonra gərgin anlar yaşanıb.

Madrid klubunun braziliyalı hücumçusu Vinisius Junior görüş bitdikdən sonra “Barselona”nın futbolçusu Lamin Yamalla sözlə “atışıb”.

Komanda.az “Yahoo Sports”-a istinadən xəbər verir ki, Yamal paltardəyişmə otağına doğru gedərkən Vinisius ona yaxınlaşaraq qışqırıb:

“Sən topu ancaq arxaya ötürürsən! Çox danışırsan. Hə, indi danış görüm!”

Qarşılaşmadan sonra “Real” turnir cədvəlində 27 xalla liderliyini qoruyub. “Barselona” isə 22 xalla 2-ci pillədə qərarlaşıb. Xabi Alonsonun komandası əsas rəqibindən artıq 5 xal irəlidədir.

The post Vinisiusdan Yamala: “Hə, indi danış görüm!” appeared first on Komanda.az.

“Kubokun finalında doğma “Qarabağ”ımızı görmək istərdim” – MÜSAHİBƏ

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdən sonra “Avrora Qrup”un prezidenti Ceyhun Abbasovun jurnalistlər üçün brifinqi keçirilib:

– Öncə müqavilə ilə bağlı fikirlərinizi bölüşərdiz…

– Bu gün futbol ictimaiyyətində bizim üçün çox önəmli, mühüm bir sənədə imza atdıq. PFL-lə “Avrora Qrup” arasında sponsorluq müqaviləsi imzalandı və bundan sonra Azərbaycan kuboku “Bizon” kuboku adlancaq. Şəxsən bizim, “Avrora” ailəsi üçün çox dəyərlidir. Buna görə, çalışacağıq ki, PFL-lə birgə bu missiyanı layiqincə həyata keçirək.

– Niyə bir mövsümlük imzalamısız, daha uzunmüddətli imzalamaq olmazdı?

– Qarşı tərəfi sınamaq istədik, həmçinin onlar da bizi. Hansı tərəfdən baxsan, bu, biznesdir. Bu müqavilənin bizim biznesə, marka dəyərinə gətirəcək dəyərdən söhbət gedir. Mən və komandam da düşünür ki, bu, uzunömürlü olacaq. Qarşılıqlı münasibətlərimiz bu prosesləri daha yuxarılara aparacaq və Azərbaycan futboluna, idmanına öz töhfəmizi verəcəyik. Bilirsiz ki, futbol idmanın şahıdır və Azərbaycanda da buna çox böyük maraq var. Xüsusən də, doğma “Qarabağ”ımızın son illərdə ortaya qoyduğu performans futbola marağı daha da artırır. Biz də bunun şahidiyik. Eyni zamanda, biz də öz markamıza inanırıq. Yerli brendimiz, sərvətimizdir. On ilin brendidir. Artıq bu sirr deyil, dünyanın 10-a yaxın ölkəsinə bu məhsul ixrac olunur. Bir Azərbaycan məhsulu, brendi kimi öz sözünü deyir.

– Son illər sponsorlar, bir çox şirkətlər Azərbaycan futbolundan yan qaçır. Maraqlıdır, PFL sizi necə razı saldı?

– İdmana olan marağımız, dəstəyimiz qaçılmazdır. Hazırda bir neçə kluba dəstəyimizi veririk. “Zirə”dir, “Sabah”ın alt qruplarına dəstək oluruq. Doğma “Araz”ımıza kömək edirik, sponsor kimi dəstək oluruq. PFL-dən də belə bir təklif gəldi və düşünürəm ki, biz də onu layiqincə dəyərləndirmişik.

– Deyə bilərsiz nə qədər maliyyə ayrılacaq?

– Xeyr (gülür).

– Yayda hansı klubun kuboku qaldırmasını istəyərdiz?

– Finalda doğma “Qarabağ”ımızı görmək istərdim.

– Bəs digəri?

– Sirr qalsın.

– “Bizon” ölkə kubokunda PFL-ə maliyyə cəhətdən dəstək göstərəcək. Maraqlıdır, PFL-in bu yöndə sizdə dəstəyi nə olacaq?

– Daha çox reklam nəzərdə tutulub.

– Bəs o reklamın nə dərəcədə səmərəli olması üçün hansısa ölçü mexanizmi var? Necə biləcəksiz nə dərəcədə səmərəli oldu o reklam lövhələri?

– Ümumiyyətlə, bir söz deyim, bu reklam elə bir şeydir ki, iki vur iki, dörd deyil. Yəni, bunu həmin dəqiqə ölçmək çətindir. Zaman-zaman reklam, marketinq dəstəyi özünü göstərəcək. Ancaq biz “Avrora”nın marketinq qrupu olaraq oturub düşündük ki, bu yola çıxsaq, PFL-lə birgə çalışsaq, uğurlu olarıq.

– Həvəskar futbolçu olduğunuzu dediz, yəqin ki, oynayırsız da. PFL-in prezidenti Elxan Səmədov da əvvəllər oynayırdı. Daha əvvəl yaşıl meydanlarda qarşılaşmısız?

– Özüm həvəskar futbolçuyam, artıq 45 ildir ki, oynayıram. Futbola böyük marağım var. “Avrora Qrup”un daxilində hazırda 36 komanda fəaliyyət göstərir. İlboyu oynayırıq, özüm də bir komandanın üzvüyəm. Elxan müəllimlə çox yaxşı münasibətlərimiz var futbol sahəsində. Bugünkü müqavilənin kökündə məhz bu münasibətlər dayanır.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post “Kubokun finalında doğma “Qarabağ”ımızı görmək istərdim” – MÜSAHİBƏ appeared first on Komanda.az.

“Mançester Yunayted”in ilk beşlikdə yer ala bilməməsi üçün heç bir səbəb görmürəm”

İngiltərə millisinin sabiq futbolçusu Ceymi Rednapp “Mançester Yunayted”in bu mövsümdəki perspektivlərini qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın Premyer Liqada ilk beşliyə düşmək üçün hər şansı olduğuna inanır:

“Çox da aldanmamalıyıq, amma “Mançester Yunayted”in ilk beşlikdə yer ala bilməməsi üçün heç bir səbəb görmürəm. Əlbəttə ki, bunun üçün kifayət qədər imkanları var. Lakin baş məşqçi Ruben Amorimin dediyi kimi, heç bir illüziyaya qapılmağa ehtiyac yoxdur. Vəziyyət kəskin şəkildə dəyişə bilər”.

“Mançester Yunayted” şənbə günü “Brayton”u 4:2 hesabı ilə məğlub edərək Premyer Liqanın turnir cədvəlində ilk beşliyə yüksəlib. “Qırmızı şeytanlar” 2024/25 mövsümündə turnir cədvəlində 15-ci yeri tutmuşdular.

The post “Mançester Yunayted”in ilk beşlikdə yer ala bilməməsi üçün heç bir səbəb görmürəm” appeared first on Komanda.az.

Yamal Pike ilə Şakiranın keçmiş evini almağa hazırlaşır

“Barselona”nın hücumçusu Lamin Yamal tanınmış keçmiş cütlük – Jerar Pike (“Barselona”nın sabiq futbolçusu) və müğənni Şakiranın əvvəllər yaşadığı malikanəni almağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.

Yamal yeni evi hazırkı sevgilisi Niki Nikolla birlikdə paylaşmağı planlaşdırır. O, bu addımı ilə “Barselona”dakı komanda yoldaşları Alexandro Balde və Ronald Arauxonun qonşusu olacaq.

Malikanə Barselona yaxınlığında, Espluges-de-Ljobreqat rayonundakı “Ciutat Diagonal” yaşayış kompleksində yerləşir. Bura öz məxfiliyi və eksklüzivliyi ilə tanınır.

İspaniyalı futbolçu cari mövsümdə “Barselona”nın heyətində La Liqa və UEFA Çempionlar Liqasında 8 matçda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

The post Yamal Pike ilə Şakiranın keçmiş evini almağa hazırlaşır appeared first on Komanda.az.

“İsak 20 qol vurmasa, hamı onun uğursuz olduğunu deyəcək” – Sabiq futbolçu

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un sabiq futbolçusu Stiv Makmanaman komandanın hücumçusu Aleksander İsakın bu mövsüm müntəzəm olaraq qol vurmağa başlayacağını gözləyir.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“İsak? 20 qol vurmasa, hamı onun uğursuz olduğunu deyəcək”.

26 yaşlı isveçli futbolçu yay transfer pəncərəsində 145 milyon avroya “Nyukasl”dan “Liverpul”a keçib. O, yeni komandasında hələ qol vurmayıb.

The post “İsak 20 qol vurmasa, hamı onun uğursuz olduğunu deyəcək” – Sabiq futbolçu appeared first on Komanda.az.

“Yerli brendlə müqavilənin futbolumuza töhfəsi böyük olacaq” – PFL rəsmisi

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdə PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev çıxış edib.

O, bu günün xüsusi bir gün olduğunu söyləyib:

“Bu gün xüsusi bir gündür. Bu günü xüsusi edən həm də ondan ibarətdir ki, biz yerli brendlə müqavilə bağlayırıq. Düşünürəm ki, bunun futbolumuza töhfəsi böyük olacaq. “Avrora Qrup” şirkətinə təşəkkür edirəm. Layihəmiz uğurlu olacaq. Ceyhun bəy (“Avrora Qrup”un prezidenti Ceyhun Abbasov) bildirdi ki, futbolla yaxından maraqlanır. Bu bizi sevindirir. Ümid edirəm ki, birlikdə Azərbaycan futbolunu istədiyimiz səviyyəyə çatdıracağıq”.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post “Yerli brendlə müqavilənin futbolumuza töhfəsi böyük olacaq” – PFL rəsmisi appeared first on Komanda.az.

“Bu gün PFL ilə müqaviləyə imza atmaqla bu yolda uğurlu olmaq istəyirik”

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdə PFL-in prezidenti Elxan Səmədov, idman jurnalistləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov bu yolda uğurlu olmaq üçün çalışacaqlarını bildirib:

“Sağlam bədəndə sağlam ruh olar” devizi ilə qarşısındayıq. Bu gün cənab prezident İlham Əliyevin idmana qayğısı göz önündədir. Biz də çalışırıq ki, bu yolu davam etdirək. Bu gün PFL ilə müqaviləyə imza atmaqla bu yolda uğurlu olmaq istəyirik.

“Bizon” markamız çətin markadır. Bu marka altında müxtəlif içkilərimiz mövcuddur. Düşünürük ki, “Bizon”umuz bu ilin markası olacaq. Və bu marka idmana da böyük töhfəsini verəcək”.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post “Bu gün PFL ilə müqaviləyə imza atmaqla bu yolda uğurlu olmaq istəyirik” appeared first on Komanda.az.

PFL sponsorluq müqaviləsi imzaladı – Azərbaycan kubokunun adı dəyişdi

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, “Ritz-Carlton” otelinin “Şuşa” zalında keçirilən tədbirdə PFL-in prezidenti Elxan Səmədov, idman jurnalistləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən Bizon Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post PFL sponsorluq müqaviləsi imzaladı – Azərbaycan kubokunun adı dəyişdi appeared first on Komanda.az.

PSJ-nin futbolçusu da “el klasiko”nu izləməyə gedib

PSJ-nin sağ cinah müdafiəçisi Əşrəf Hakimi bazar günü “Santyaqo Bernabeu”da baş tutan “Real” – “Barselona” qarşılaşmasında (2:1) iştirak edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli futbolçu oyunu VİP lojadan izləyib. Oyundan sonra onun stadionda çəkdirdiyi şəkillər internetdə yayılıb.

“Real” “el klasiko”da Kilian Mbappe və Çud Bellingemin qolları sayəsində qalib gəlib.

Hakimi “Real” akademiyasının məzunudur. O, əsas heyətə düşə bilməyib və 2020-ci ildə Madrid klubu onu “İnter”ə satıb. 26 yaşlı futbolçu 2021-ci ildən isə PSJ-də çıxış edir.

The post PSJ-nin futbolçusu da “el klasiko”nu izləməyə gedib appeared first on Komanda.az.

“Barselona” onun başçılığı altında bütün oyunlarda uduzub

“Real” dünən La Liqanın 10-cu turunda doğma meydanda “Barselona”nı məğlub edib.

“Santyaqo Bernabeu”da keçirilən qarşılaşma madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, “Barselona” köməkçi-məşqçisi Markus Sorqun rəhbərliyi altında keçirdiyi bütün üç oyunda məğlub olub.

Kataloniyalılar daha əvvəl Sorqun idarəçiliyi altında “Atletiko”ya və “Leqanes”ə də uduzmuşdular. Hər iki qarşılaşma ötən ilin dekabrında baş tutmuşdu.

Baş məşqçi Hans-Diter Flik “el klasiko”da iştirak edə bilməyib. O, “Jirona” ilə oyunda qırmızı vərəqə aldığı üçün diskvalifikasiya olunmuşdu.

“Barselona” növbəti turda doğma meydanda “Elçe”ni qəbul edəcək.

The post “Barselona” onun başçılığı altında bütün oyunlarda uduzub appeared first on Komanda.az.

“Qəbələ”nin 200-cü məğlubiyyəti

“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub olub.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Misli Premyer Liqasının 9-cu turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzub.

Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız qalıb. “Qəbələ” Premyer Liqadakı məğlubiyyət sayında ən çox uduzan 6-cı komandadır. Yalnız “Kəpəz”, “Turan”, “Şamaxı”, “Neftçi” və “Sumqayıt” daha çox görüşdə xalsız qalıb.

“Qəbələ”nin ilk məğlubiyyəti 2006-cı il avqustun 11-də “MKT-Araz”la səfər matçına təsadüf edib – 1:4.

The post “Qəbələ”nin 200-cü məğlubiyyəti appeared first on Komanda.az.

“Real”ın futbolçusundan “Barselona”nı təhqir edən azarkeşlərə dəstək – FOTO

La Liqanın 10-cu turunda keçirilən “el-klasiko”da “Real” “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

Matçın ardından “Santyaqo Bernabeu”dakı “Real” azarkeşləri “Barselona”ya qarşı təhqiredici şüarlar səsləndiriblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tribunalar “¡Puta Barça!” (ispanca təhqiredici ifadə, təxminən “rədd olsun Barselona!” mənasında) sözlərini hayqırıb.

Kadrlarda “Real”ın müdafiəçisi Din Heysenin azarkeşlərə əl hərəkətləri ilə bu şüarları daha yüksək səslə demələri üçün işarə etdiyi görünür.

The post “Real”ın futbolçusundan “Barselona”nı təhqir edən azarkeşlərə dəstək – FOTO appeared first on Komanda.az.

Evdə 20-ci böyükhesablı məğlubiyyət

“Kəpəz” Azərbaycan çempionatlarında öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmtinə istinadən xəbər verir ki, Gəncə klubu Misli Premyer Liqasının 9-cu turunda “İmişli”yə evdə 0:3 hesabı ilə uduzub.

Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı 3 top fərqi ilə uduzan 3-cü komandadır. Yalnız MOİK və “Sumqayıt” daha çox ağır məğlubiyyətə üzülüb.

“Kəpəz”in evdəki ilk böyükhesablı məğlubiyyəti 2001-ci il martın 12-də “Şəmkir”lə qarşılaşmaya təsadüf edib – 0:3.

The post Evdə 20-ci böyükhesablı məğlubiyyət appeared first on Komanda.az.

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün əlamətdar tur

Azərbaycan Premyer Liqasının 9-cu turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.

Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

Andrade 2020/2021 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, “Qarabağ”da 92 görüşdə 8 qola sevinib, “Araz-Naxçıvan”da isə 8 matçda iştirak edib.

The post “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün əlamətdar tur appeared first on Komanda.az.

Alonso Zidanın uğurunu təkrarladı

“Real” Xabi Alonsonun rəhbərliyi altında ilk “el klasiko” qələbəsini qazanıb. Komanda dünən doğma meydanda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, Alonso “Real”ın “sükanı arxasında” debüt oyununda “Barselona”ya qalib gələn ikinci baş məşqçi olub. 2016-cı ildə bunu sonuncu dəfə Zinəddin Zidan bacarmışdı.

Alonso bu ilin iyununda Karlo Ançelottini əvəz edərək “Real”ın baş məşqçisi təyin olunub. Madridlilər italiyalı mütəxəssisin rəhbərliyi altında ötən mövsüm keçirdiyi bütün dörd “el klasiko” görüşündə məğlub olmuşdu.

“Real” hazırda 27 xalla La Liqada turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Barselona” isə 22 xalla 2-cidir.

The post Alonso Zidanın uğurunu təkrarladı appeared first on Komanda.az.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

27 oktyabr

Rusiya, Premyer Liqa
20:30 Axmat – Soçi (Matç Premyer)

Türkiyə, Super Liqa
21:00 Qaziantep – Fənərbaxça (Futbol 3, beİN Sports 1)
21:00 Samsunspor – Rizəspor (beİN Sports 2)

İspaniya, La Liqa
00:00 Betis – Atletiko (Futbol 2, S Sport+)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Bayern”in futbolçusu Premyer Liqa klubuna keçə bilər

“Bayern”in yarımmüdafiəçisi Aleksandar Pavloviç İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” futbolçunu almaqda maraqlıdır. Lakin Münhen klubunun Pavloviç üçün yüksək transfer tələbi bu sövdələşməyə mane ola bilər. “Bayern”in rəhbərliyi oyunçunun satışı üçün 80 milyon avro tələb edir.

21 yaşlı yarımmüdafiəçinin Almaniya klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.

The post “Bayern”in futbolçusu Premyer Liqa klubuna keçə bilər appeared first on Komanda.az.

“Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi

İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

“Malyorka” – “Levante” matçında qalib müəyyənləşməyib. “Osasuna” – “Selta” görüşündə qonaqlar qalib gəliblər. “Rayo Valyekano” isə “Alaves”i məğlub yola salıb. Turun mərkəzi oyununda da “Real” “Barselona”ya qalib gəlib.

İspaniya La Liqası
10-cu tur

24 oktyabr

Real Sosyedad – Sevilya 2:1
Qollar
: Oyarsabal, 19-pen; 36 – Qudel, 30.

25 oktyabr

Jirona – Real Ovyedo 3:3
Qollar
: Stuani, 64-pen; 90-pen. Unahi, 83 – Vinas, 38-pen. Rondon, 57. Karmo, 90+7.

Espanyol – Elçe 1:0
Qol
: K.Romero, 47.

Atletik – Xetafe 0:1
Qol
: Mayoral, 75.

Valensiya – Vilyarreal 0:2
Qollar
: Moreno, 45-pen. Komesana, 57.

26 oktyabr

Malyorka – Levante 1:1
Qollar
: Maffeo, 79 – Etta Eyonq, 22.

Real – Barselona 2:1
Qollar
: Mbappe, 22. Bellingem, 43 – F.Lopes, 38.

Osasuna – Selta 2:3
Qollar
: Budimir, 37-pen; 45+1 – Yutqla, 26; 69. P.Duran, 87.

Rayo Valyekano – Alaves 1:0
Qol
: Alemao, 90+1.

27 oktyabr

00:00. Betis – Atletiko

The post “Rayo Valyekano” evdə, “Selta” səfərdə sevindi appeared first on Komanda.az.

“Lill”dən darmadağın

Fransa Liqa 1-də 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Lill” “Mets”i, Lion “Olimpik”i “Strasburq”u, “Anje” “Loryan”ı xalsız yola salıb. “Oser” evdə “Havr”a, “Renn” isə “Nitsa”ya uduzub.

Hazırda 20 xala malik PSJ vahid liderdir. “Lans” 19, Marsel və Lion “Olimpik”ləri 18, “Lill” və “Monako” 17 xal toplayıb.

Fransa Liqa 1
9-cu tur

24 oktyabr

Paris – Nant 1:2
Qollar
: Çerqi, 15 – Əl-Ərəbi, 2. Ablin, 39.

25 oktyabr

Brest – PSJ 0:3
Qollar
: Hakimi, 29; 39. Due, 90+6.

Monako – Tuluza 1:0
Qol
: Salisu, 3.

Lans – Olimpik (Marsel) 2:1
Qollar
: Eduard, 23-pen. Pavar, 53-öz qapısına – Qrinvud, 17.

26 oktyabr

Lill – Mets 6:1
Qollar
: İqamane, 24. Korreya, 34; 53. Perro, 64. B.Andre, 82. Haraldsson, 90+3 – Sane, 90+5.

Anje – Loryan 2:0
Qollar
: P.Peter, 16. Şerif, 59.

Oser – Havr 0:1
Qol
: A.Ture, 47.

Renn – Nitsa 1:2
Qollar
: Budlal, 67 – S.Diop, 38. Klauss, 45+1.

Olimpik (Lion) – Strasburq 2:1
Qollar
: Dukure, 31-öz qapısına. Morreyra, 90+1 – Panikelli, 25.

The post “Lill”dən darmadağın appeared first on Komanda.az.

❌