Normal view

Today — 7 April 2026FutbolPress.Az

La Liqa: “Vilyareal”a ağır zərbə

7 April 2026 at 01:02

İspaniya La Liqasında 30-cu tur yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə “Jirona” evdə “Vilyareal”ı qəbul edib.

Gərgin keçən oyunun taleyini 1 qol həll edib. 45+1-ci dəqiqədə qonaqların müdafiəçisi Pau Navarro topu öz qapısına daxil edib. Beləcə, “Jirona” minimal hesablı qələbəyə sevinib – 1:0.

Qeyd edək ki, turnir cədvəlinə 76 xalla “Barselona” başçılıq edir. “Real” 69 xalla üçüncü, “Atletiko Madrid”i 2 xal qabaqlayan “Vilyareal” üçüncüdür.

A Seriyası: “Napoli” vacib qələbə qazandı

7 April 2026 at 00:45

İtaliya A Seriyasında 31-ci turun oyunları geridə qalıb.

Futbolpress.az xəbər verir ki, “Atalanta”, “Yuventus” və “Napoli” turun son oyun gününü qələbə ilə başa vurublar.

Günün ilk qarşılaşması “Udineze” və “Komo” arasında keçirilib. Oyunda hesab açılmayıb (0:0). Səfərdə “Leççe”nin qonağı olan “Atalanta” 3 xalı 3 qolla qazanıb (0:3). “Yuventus” evdə “Cenoa” üzərində 2:0 hesablı inamlı qələbə qazanıb.

Turun maraqla gözlənilən oyunlarından biri Neapolda baş tutub. “Napoli” evdə “Milanı” sınağa çəkib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib qapısından yeganə qolu 79-cu dəqiqədə Matteo Politano keçirib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 72 xalla “İnter” başçılıq edir. Son çempion “Napoli” 65 xalla ikinci, ondan 2 xal geri qalan “Milan” üçüncüdür.

“Arsenal”da itki: İki ulduz “Sportinq”ə qarşı oynamayacaq 

6 April 2026 at 23:52

​”Arsenal”ın baş məşqçisi Mikel Arteta sabah keçiriləcək Çempionlar Liqası matçı öncəsi komandadakı son vəziyyətlə bağlı mühüm açıqlamalar verib.

Futbolpress.az xəbər verir ki, insayder Fabrisio Romanonun verdiyi məlumata görə, “topçular” Portuqaliya səfərinə ciddi itkilərlə yola düşürlər.

Komandanın əsas simalarından olan Bukayo Saka və müdafiəçi Yurrien Timber zədə səbəbindən “Sportinq”ə qarşı keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcəklər. Hər iki futbolçunun sabahkı oyunun heyətindən çıxarıldığı təsdiqlənib.

Arteta azarkeşləri sevindirəcək xəbərləri də paylaşıb. Belə ki, zədədən qayıdan Qabriel Maqalhaes, Deklan Rays və Leandro Trossard artıq tam hazırdırlar. Baş məşqçi hər üç futbolçunun “Alvalade” stadionunda keçiriləcək gərgin mübarizədə iştirak edə biləcəyini rəsmən bildirib.

​Qeyd edək ki, “Sportinq” – “Arsenal” qarşılaşması sabah gecə keçiriləcək.

Bozinoski “Sabah”a qarşı mübarizəni prestij hesab edir

6 April 2026 at 23:43

“Naxçıvan”ın baş məşqçisi Nikola Bozinoski “Sabah”a qarşı mübarizəni komandası üçün prestij adlandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bunu “Sərhədçi”yə qarşı pley-in mərhələsinin ikinci oyunundan sonra verdiyi açıqlamada deyib.

O, qalib gəldikləri qarşılaşmanı şərh edib:

“Rəqib oyuna çox yaxşı başladı. Biz də onlara istədiyimiz kimi qarşılıq verdik. Əvəzetmələr zamanı ehtiyat oyunçu seçimimizin daha geniş olması komandaya üstünlük qazandırdı və bu amil meydanda mübarizəni daha rahat aparmağımıza şərait yaratdı. Bu da oyunun qırılma anlarından biri oldu. Pley-off mərhələsindəki rəqibimiz “Sabah”a qarşı mübarizə aparmaq bizim üçün prestijdir. Bu matçda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, oyun “Naxçıvan”ın 93:80 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə də qalib gələn komanda (98:87) pley-offa yüksəlib.

Türkiyə Super Liqasında 28-ci tur geridə qaldı

6 April 2026 at 22:56

Türkiyə Super Liqasında 28-ci tur geridə qalıb.

Futbolpress.az xəbər verir ki, turun son qarşılaşmasında “Kocaelispor” evdə “Başakşehir”i qəbul edib.

Görüş başladığı hesabla başa çatıb – 0:0.

Qeyd edək ki, 28 oyundan sonra  “Kocaelispor” 34 xalla turnir cədvəlində 8-ci, “Başakşehir” isə 44 xalla 6-cı pillədədir.

Boksçularımız beynəlxalq turnirdə finala yüksəliblər

6 April 2026 at 22:34

Bakıda ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri davam edir.

Futbolpress.az xəbər verir ki, yarışın beşinci günündə kişi boksçular arasında finalçılar bəlli olub.

Azərbaycan millisinin 11 idmançısı adını həlledici görüşə yazdırıb. Onlardan səkkizi 4 çəkidə bir-biri ilə qarşılaşacaq.

Yarımfinalda məğlub olan Zidan Hümbətov, Məhəmmədəli Qasımzadə, Sərxan Əliyev, Səidcəmşid Cəfərov, Rasim Çobanlı, Həsən Osmanlı, Murad Allahverdiyev və Səbuhi Əlizadə turniri bürünc medalla başa vurublar. Bununla da komandamızın hesabındakı bürünc mükafatların sayı 10-a yüksəlib. Bu gün başa çatan qadın boksçuların mübarizəsində 1 gün öncə Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) da yarışı 3-cü pillədə bitirib.

Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turnirində final döyüşləri aprelin 7-də, saat 13:00-da başlayacaq.

Yesterday — 6 April 2026FutbolPress.Az

“Naxçıvan” pley-offa yüksəlib

6 April 2026 at 22:01

“Naxçıvan” Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi pley-in mərhələsinin ikinci oyununda “Sərhədçi” ilə qarşılaşıb.

Oyun “Naxçıvan”ın 93:80 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə də qaləbə qazanan komanda (98:87) pley-offa yüksəlib.

 

Qurban Qurbanov: “Hər oyuna hazır olmalıyıq”

6 April 2026 at 21:52

Misli Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” oyunundan (7:0) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını belə cavablandırıb:

– Adətən “Qarabağ” liqada üstün olur və bu qədər xal fərqi ilə geriyə düşmür. Komanda hazırkı vəziyyətə lazımi reaksiyanı verə bilir? 

– Əlbəttə ki, verir. Komandada xarakter olduğu üçün nəticə qazanırıq. Bəzən uğursuz gedişatdan sonra geridönüş edə bilmişik, amma alınmayan zamanlar da olub. Daxili problemlər olub, futbolçuların çoxu istədiyimiz formada olmayıblar. Potensiallı futbolçularımız var, təcrübəli komandayıq. Sona kimi çalışırıq ki, qələbə qazanaq. “Sabah” yaxşı balanslaşmış komandadır. “Neftçi”, “Zirə”, “Turan Tovuz” da oyunlarını inkişaf etdiriblər, stabil oyun göstərir, nəticə qazanırlar. Hər oyuna hazır olmalıyıq. Çalışmalıyıq ki, nəticə vermək üçün düz nədirsə, ondan əl çəkməyək.

– Hakimlik məsələsi çox danışılır. Çempionatın bu vəziyyətinə hakimliyin nə dərəcədə təsiri var? 

– Fikir bildirmək bəlkə, düzgün deyil. Amma ümumən kənardan görünür ki, hakimlər bilmirlər nə qərar versinlər. Bilmirəm, tələb çoxdur, yoxsa dünya futbolunda da hansısa yeni qaydalar olur. Hakimlər bir az tərəddüd içindədirlər. Məndə də olur, bəzən təcrübəsi az olan futbolçudan oyunda çox şey tələb edirəm. Bəzən görürsən ki, təcrübəsizlik ona mane olur. Birində düz edir, o birində yox. Konkret qayda olmalıdır, futbolun da, hakimliyin də dili birdir. Ola bilər ki, tam formalaşmaq lazımdır. Bizim öz hakimlik məktəbimiz olmalıdır. Avropa nə qədər desə də, bizim də özümüzə aid dəst-xəttimiz, qanunlarımız olmalıdır. Hakimlər sanki bir az təzyiq altındadır. Allah köməkləri olsun. Çünki ən çox müzakirə olunan da onlardır. Allah işlərini asanlaşdırsın.

Adil Nəhmətli

Füzuli Məmmədov: “Hər şey göz önündədir”

6 April 2026 at 21:11

Misli Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” oyunundan (7:0) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:

“Oyun haqqında çox danışmağa ehtiyac yoxdur, hər şey göz önündədir. Komandamız bu gün ağır məğlubiyyət aldı, “Qarabağ”ı təbrik edir, qarşıdakı oyunlarda onlara uğurlar arzulayıram”.

Adil Nəhmətli

İkinci liqada növbəti turun oyunları keçirilib

6 April 2026 at 21:01

Futbol üzrə Azərbaycan II Liqasında XXI tura start verilib.

Futbolpress.az xəbər verir ki, bu gün iki görüş keçirilib.

“Ağdaş” səfərdə “Göygöl”ü məğlub edib, “Araz Saatlı” isə evdə “Ağstafa Gəncləri”nə böyük hesabla qalib gəlib.

 

II Liqa, XXI tur

6 aprel

 

“Göygöl” – “Ağdaş” 0:2

Qollar: E.Süleymanov, 18, 39

 

“Araz Saatlı” – “Ağstafa Gəncləri” 7:1

Qollar: X.Bədirov, 30, 90, R.Rüstəmov, 48, M.Məsimov, 54, 68, N.Səmədov, 75, E.Xəlilli, 77

“Real” ulduzu ilə müqaviləni uzada bilər

6 April 2026 at 19:53

Braziliyalı ulduz Vinisius Junior “Real”la yeni müqavilə imzalamağa yaxındır.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı futbolçu komandası ilə müqaviləni uzatmağa müsbət yanaşır.

Qeyd edək ki, cari mövsüm 44 oyunda iştirak edərək 17 qol, 13 məhsuldar ötürmə ilə yadda qalan Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi gələn il başa çatacaq. 

Super Liqada 11 metrlik cərimə zərbəsini ən çox onlar qazanıb

6 April 2026 at 19:08

“Transfermarkt” platforması bu mövsüm Türkiyə Super Liqasında ən çox 11 metrlik cərimə zərbəsi yerinə yetirən klubların adını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, siyahıda ilk pillədə 9 qazanılan penalti ilə Trabzonspor klubu qərarlaşıb.

İkinci pillədə Fənərbağça (7), üçüncü pillədə isə Göztepe (5) klubu var.

Digər favoritlərdən “Beşiktaş” 5-ci, “Qalatasaray” isə 8-ci pillədədir.

Yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı keçirilir

6 April 2026 at 18:44

Gəncədə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışına start verilib.

Futbolpress.az xəbər verir ki, Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən hazırlıq prosesinə 8 ölkədən 200-ə yaxın idmançı qatılıb.

Təlim düşərgəsində Azərbaycan millisi ilə yanaşı, Belarus, Bolqarıstan, Qazaxıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ nümayəndələri də iştirak edir.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Orxan Səfərov və Kotaro Sasaki, eləcə də yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçilər Əmrah Əhmədov və Tərlan Kərimov rəhbərlik edirlər.

Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən təlim-məşq toplanışı aprelin 8-də başa çatacaq.

Milli komanda Türkiyədə qələbə qazanıb

6 April 2026 at 18:19

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azarbaycan milli komandası ilk yoldaşlıq oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova yığması ilə qarşılaşıb.

Görüş komandamızın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurub.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək.

“Qarabağ” – “Karvan-Yevlax”: heyətlər

6 April 2026 at 18:01

“Qarabağ” Misli Premyer Liqasının XXVI turunda bu gün “Karvan-Yevlax”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 16. Rauf Rüstəmli 10. Samuel Durrant

Baş məşqçi: Füzuli Məmmədov

Millinin 7 futbolçusu səfərdən qayıtmadı

6 April 2026 at 17:36

Eritreya yığmasının 7 futbolçusu itkin düşüb.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Romen Molina məlumat yayıb.

Afrika Millətlər Kubokunda martın 31-də Eritreyanın Esvatiniyə qarşı keçirdiyi səfər oyunundan (2:1) sonra yığmanın 7 oyunçusu ölkəyə qayıtmayıb. Onların harda olmasıyla bağlı məlumat yoxdur.

 

Millinin əfsanəvi futbolçusu yenidən yaşıl meydanlarda

6 April 2026 at 17:17

Finlandiya millisinin sabiq futbolçusu Yari Litmanen yenidən yaşıl meydanlara qayıdıb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, 55 yaşlı əfsanəvi oyunçu Estoniyanın “Kalev” klubunun üçüncü komandasında oyunlara çıxacaq.

Litmanen karyerası ərzində “Ayaks”, “Barselona” və “Liverpul” kimi klublarda çıxış edib. O, 1995-ci ildə “Ayaks”ın heyətində Çempionlar Liqasının qalibi olub.

Litmanen Finlandiya millisində 137 oyun keçirib.

“Real” arzularımın klubudur”

6 April 2026 at 16:50

“Real”ın futbolçusu Vinisius Junior açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu klubdakı gələcəyindən danışıb:

“Danışıqlar müsbət irəliləyir və klubla müqaviləmi yeniləyəcəyəm. “Real” arzularımın klubudur. Uzun illər bu komandada oynamaq istəyirəm”.

Vinisius 2018-ci ildən “Real”ın formasını geyinir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı

6 April 2026 at 16:23

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın təşkil etdiyi “1001 Sevinc” lotereyasının növbəti tirajının qalibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, bu dəfə şans 22 yaşlı Şəmkir sakini Eltun Qurbanovun üzünə gülüb.
Ona aldığı 19 biletdən biri lotereyanın super uduşu – “Changan Q05” avtomobilini qazandırıb.

Qalib Eltun Qurbanov bildirib ki, lotereya biletini sadəcə şansını sınamaq üçün alıb və belə böyük uduş qazanacağını gözləməyib. Avtomobili qazanması ailəsində də böyük sevincə səbəb olub. Bunun xoş sürpriz olduğunu deyən Eltun hər kəsə şansını yoxlamağı tövsiyə edib.

Tiraj çərçivəsində digər qaliblərə də bir-birindən dəyərli hədiyyələr təqdim olunub və iştirakçılar sevinc dolu anlar yaşayıblar.
“1001 Sevinc” lotereyasının növbəti tirajı 14 apreldə keçiriləcək. Cəmi 50 qəpiyə “SAMSUNG” markalı paltaryuyan və qabyuyan maşın, 1 manata isə “Apple MacBook 16 M3 Pro” notbuku, eləcə də soyuducu qazanmaq şansı var.

Lotereyada iştirak etmək üçün sadəcə Azerlotereya.com və ya Misli.az saytına daxil olub “1001 Sevinc” bölməsindən istədiyiniz əşya üzrə lotereya bileti almağınız kifayətdir.

Əşya lotereyasının qalibləri “Azərlotereya”nın yutub kanalında canlı yayımda müəyyən olunur. Daha ətraflı məlumatı Azerlotereya.com rəsmi saytından əldə edə bilərsiniz.

//www.youtube.com/watch?v=m2cETDWlD2g

“Şəki” pley-offda

6 April 2026 at 16:18

“Şəki” Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə yüksəlib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi həlledici görüşdə “Quba”ya qalib gəlib – 120:77.

“Şəki”nin növbəti rəqibi “Absheron Lions” olacaq.

Pley-in mərhələsinin digər matçında “Sərhədçi” bu gün “Naxçıvan”la qarşılaşacaq.

“Fənərbağça”da itki

6 April 2026 at 15:49

“Fənərbağça” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Marko Asensio sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Asensio Super Liqada “Beşiktaş”la matçda (1:0) zədə alıb. Futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

Həkimlərin ilkin rəyinə görə, Asensio azı bir həftə yaşıl meydanlardan uzaq qalacaq.

Marko bu mövsüm Super Liqada 24 oyunda 11 qol vurub, 13 məhsuldar ötürmə edib.

Millinin Andorra ilə oyunlar üçün heyəti – adlar

6 April 2026 at 15:29

Qadınlardan ibarət Azərbaycan milli komandası aprelin 7-də İspaniyada təlim-məşq toplanışına başlayacaq.

Futbolpress.az xəbər verir ki, millimiz dünya çempionatının seçmə mərhələsində Andorra yığması ilə aprelin 14-də səfərdə, 18-də isə evdə qarşılaşacaq.

Millinin heyəti:

N.
AD/SOYAD
KLUB
1
Aytac Şərifova
Yüksekova (Türkiyə)
2
Nərgiz Əliyeva
Giresun Sanayispor (Türkiyə)
3
Günay İsmayılova
Neftçi
4
Nigar Mirzaliyeva
Hamburq (Almaniya)
5
Jalə Məhsimova
Yüksekova (Türkiyə)
6
Yeliz Açar
Beşiktaş (Türkiyə)
7
Alina Nəhmədova
Partizan (Serbiya)
8
Aysun Muradova
Haymana (Türkiyə)
9
Kamilla Məmmədova
Dirçəliş
10
Nərgiz Hacıyeva
Şəfa
11
Aydan Həsənova
Neftçi
12
Milana Rəhimova
Lyuboten (Şimali Makedoniya)
13
Diana Məmmədova
Rubin Kazan (Rusiya)
14
Röya Əliyeva
Neftçi
15
Sona Rəhimova
Neftçi
16
Fidan Cəfərova
Hakkarigücü (Türkiyə)
17
Manə Mollayeva
Neftçi
18
Vüsalə Seyfəddinova
Neftçi
19
Coşqunə Əliyeva
Gaziantep Safir (Türkiyə)
20
Esra Manya
Beşiktaş (Türkiyə)
21
Peritan Bozdağ
Fənərbağça (Türkiyə)
22
Sevinc Cəfərzadə
Yüksekova (Türkiyə)
23
Kristina Bakarandze
Nike Lusso (Gürcüstan)

“Sabah”ın komandası Türkiyədə çempion oldu

6 April 2026 at 15:12

“Sabah”ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilmiş “Antalya City Friendship Cup” beynəlxalq futbol turnirində iştirak edib.

Futbolpress.az xəbər verir ki, Nasir Nəsirlinin baş məşqçisi olduğu komandamız turnir çərçivəsində qrup mərhələsində Türkiyənin “Manavqat” (4:0), “TSI Academy” (7:1) və “Göztepe” (6:1) komandalarını məğlub edib. U-14 yarımfinalda meydan sahibi ölkənin “Kardelenspor” (5:1) komandasını üstələyərək həlledici matça vəsiqə qazanıb. Final oyununda Azərbaycanı təmsil edən “Young Pro” komandasına qalib gələn (3:0) “Sabah” turniri çempion kimi başa vurub.

Antalya City Friendship Cup
Qrup mərhələsi

Sabah – Manavqat 4:0
Qollar: Yusif Ağayev, Əli Hüseynli, Elman Tahirov, Tofiq Zaidov.

TSI Academy – Sabah 1:7
Qollar: Əli.Hüseynli (2), Yusif Ağayev, Eldar Hüseynov, Artyom Solovyov, Çingiz Müslümov, Tofiq Zaidov.

Sabah – Göztepe 6:1
Qollar: Yusif Ağayev (2), Elman Tahirov, Hüseyn Musayev, Tofiq Zaidov, Eldar Hüseynov.

Yarımfinal

Kardelenspor – Sabah 1:5
Qollar: Amal Şıxkərimzadə, Yusif Ağayev (2), Elman Tahirov, İhsan Mehrəliyev.

Final

Sabah – Young Pro 3:0
Qollar: Yusif Ağayev (2), Əli Səfərov.

Rəhim Həsənov Əliyar Ağayevin səhv qərarlar verdiyini təsdiqlədi – VİDEO

6 April 2026 at 14:46

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarındakı mübahisəli epizodları şərh edib.

Futbolpress.az xəbər verir ki, funksioner “Turan Tovuz” – “Zirə” oyununda baş hakim Əliyar Ağayevin səhv qərarlar verdiyini təsdiqləyib.

“Sabah”ın futbolçuları “üçlüy”ü ələ keçirib

6 April 2026 at 14:26

Azərbaycan Premyer Liqasında ən çox məhsuldar ötürmə edən futbolçu Aleksey İsayevdir.

Futbolpress.az xəbər verir ki, “Sabah”da çıxış edən yarımmüdafiəçi 16 matçda 10 məhsuldar ötürmə edib.

İkinci və üçüncü sırada da “bayquşlar”ın futbolçuları yer alıb. Timoteuş Puxaç 9, Velko Simiç isə 8 assistlə “üçlüy”ü tamamlayır.

Dördüncü pillənin sahibi isə Kamilo Durandır. “Qarabağ”ın legioneri 23 oyunda 7 assist edib. Beşinci sırada isə “Neftçi”nin kapitanı Emin Mahmudov qərarlaşıb – məhsuldar ötürmə.

Qoretska: “Bu statistikanı dəyişmək istəyirik”

6 April 2026 at 14:00

“Bavariya”nın futbolçusu Leon Qoretska Çempionlar Liqasında “Real”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az Almaniya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi görüşlə bağlı bunları deyib:

“Daha əvvəl “Real”la duellərimizdə uğursuz olmuşuq. Bu statistikanı dəyişmək istəyirik. “Real”ın çox keyfiyyəti oyunçuları var, amma bu mövsüm bəzi matçlarda yaxşı nəticə qazana bilməyiblər. Buna baxmayaraq, onların necə oynayacağını təxmin etmək olmur. Çempionlar Liqasında daha uğurludurlar”.

Sabah keçiriləcək “Real” – “Bavariya” oyununa saat 23:00-da start veriləcək.

“Kəpəz”in legioneri məğlubiyyətdən sonra nələr yazdı?

6 April 2026 at 13:38

“Kəpəz”in futbolçusu Olavele Onanuqa sosial şəbəkə hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Qəbələ”yə məğlubiyyətdən sonra (0:2) instaqram hesabında bunları yazıb:

“Sona qədər mübarizə apar”.

“Kəpəz” çempionatda 26 turdan sonra 21 xalla 10-cu sıradadır. Gəncə təmsilçisi autsayder “Karvan-Yevlax”ı 13 xal qabaqlayır.

502 şahmatçı arasında 14 azərbaycanlı

6 April 2026 at 13:21

Aprelin 7-də Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatına start veriləcək.

Futbolpress.az xəbər verir ki, mötəbər yarışda 43 ölkədən 502 şahmatçı iştirak edir. Azərbaycanı Avropa çempionatında 14 şahmatçı təmsil edəcək.

Qitə çempionatında təmsilçilərimizdən Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaq.

Avropa çempionatı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazandıracaq.

Xatırladaq ki, qitə çempionatı 11 turdan ibarət olaraq təşkil edilir. Yarışa aprelin 19-da yekun vurulacaq.

İliçin rahatlığı

6 April 2026 at 13:00

“Sumqayıt” 10 oyundur, qələbə qazana bilmir. Saşa İliçin rəhbərlik etdiyi kollektiv sonuncu dəfə yanvarda, Misli Premyer Liqasında autsayder “Karvan-Yevlax”a qalib gəlib.

Mövsümün əvvəlində qazandığı nəticələrlə bir müddət “üçlük”də qərarlaşan “kimyaçılar” toparlana bilmir. Komanda oyun planında axsayır, xətlərarası əlaqə yox dərəcəsindədir. Yarımmüdafiəçilərin performansındakı eniş qol yollarında problemlərə səbəb olur. Hücumda Ramalinqom, Rüstəm Əhmədzadə, Aleksa Yankoviç, Ronaldo Vaskesin məhsuldarlığı sıfıra bərabərdir. Nə kəsərli hücum var, nə məntiqli oyun. Dünən də “Neftçi” ilə matçda vurulan qol standart vəziyyətdən, serbiyalı Nikola Ninkoviçin fərdi keyfiyyətləri hesabına oldu.

Uğursuz nəticələrə baxmayaraq, baş məşqçi Saşa İliçin rahatlığı xüsusi maraq yaradır. Ola bilsin, serbiyalı mövsümün sonunda yolların ayrılacağından artıq xəbərdardır. İstefa vermək niyyətində də deyil. Özü də yaxşı anlayır ki, bu cür uğursuzluqlar başqa ölkədə yaşansaydı, vəzifəsindən çoxdan kənarlaşdırılmışdı.

Turnir cədvəlində yeddinci pilləyə qədər geriləyən “Sumqayıt” qonşusu “Şamaxı”nın bu turda qələbə qazanacağı təqdirdə, daha bir pillə aşağı düşəcək. Mövsümün əvvəlində “üçlük”də yer alan komandanın yanvardan sonra bu qədər geriləməsinin səbəbi isə müəmmalıdır. Heyət eynidir, baş məşqçi dəyişməyib, komandanın əsas “silah”ları da yerindədir. Bəs bu enişin səbəbi nədir? Uğursuzluq kimin aktivinə yazılmalıdır? Suallar çoxdur, lakin tutarlı cavab tapmaq mümkün olmur ki, olmur…

Şahin Cəfərov

Azərbaycan Sloveniyada 6 idmançı ilə təmsil olundu

6 April 2026 at 12:39

Sloveniyanın Portoroj şəhərində təşkil edilmiş yelkənli qayıq idman növü üzrə “Sailing Point Easter Regatta 2026” beynəlxalq yarışına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) idmançıları da reqatada təmsil olunub.

Komandanın üzvlərindən Kamal Bəşirli “Qızıl” qrupda özünün yaş kateqoriyasında uğurlu nəticə əldə edib. Emel Məmmədli, Furkan Mustafayev və Səma Mansurzadə “Gümüş” qrupda, Amira Bayramova “Bürünc” qrupda, Amin Cəlilzadə isə “Zümrüd” qrupda mübarizə aparıblar.

Mərkəzi oyun Hacıyevə tapşırıldı

6 April 2026 at 12:28

I Liqada XXI turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Şəfa” – “Səbail” oyununu Fərid Hacıyev idarə edəcək.

8 aprel (çərşənbə)

“Baku Sportinq” – MOİK
Hakimlər: Alik Yunusov, Aydın Bəxşiyev, Məmmədəli Kərimov, Nazim Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Buzovna qəsəbə stadionu, 15:30

“Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Niyaz Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Şamaxı OİK stadionu, 15:30

9 aprel (cümə axşamı)

“Şəfa” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Mirnihat Seyidov, Asif Abdullayev, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Binə qəsəbə stadionu, 15:00

“Şimal” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Taleh Məmmədov, Ceyhun Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı OİK stadionu, 15:30

“Difai” – “Şahdağ Qusar”
Hakimlər: Pərviz İbrahimov, Zakir Şükürzadə, İlkin Mustafayev, Nahid Xasıyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Buzovna qəsəbə stadionu, 15:30

İnzaqi: “Pula ehtiyacım yoxdur”

6 April 2026 at 12:00

“İnter”in keçmiş baş məşqçisi Simone İnzaqi adının İtaliya yığması ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, hazırda “Əl Hilal”a rəhbərlik edən mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

“Səudiyyə Ərəbistanında hər şey məni qane edir. İnfrastruktur, həyat tərzi xoşdur. İtaliya yığması ilə adımın hallanması? Mənim pula ehtiyacım yoxdur. Təəssüflənirəm ki, milli komandamız dünya çempionatına vəsiqə qazana bilmədi. Amma əminəm ki, İtaliya futbolu yenidən dirçələcək.

Hazırda “Əl Hilal”a rəhbərlik edirəm və burda xoşbəxtəm. Milli komanda ilə adımın hallanması xoşdur. Lakin klubla müqaviləmin müddəti hələ bitməyib”.

İtaliya yığmasında bir neçə gün əvvəl baş məşqçi Cennaro Qattuzo ilə yollar ayrılıb.

MS və “Çelsi”nin rəqibi məlum oldu

6 April 2026 at 11:38

İngiltərə Federasiya Kubokunda yarımfinal mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, 1/4 finalda “Arsenal”ı mübarizədən kənarlaşdıran “Sauthempton”un növbəti rəqibi “Mançester Siti” olacaq.

“Çelsi” isə final yolunda “Lids”lə üz-üzə gələcək.

Yarımfinal oyunları aprelin 25 və 26-da olacaq.

Sərgən Yalçın: “Təyin olunan penalti qərarı düzgün deyildi”

6 April 2026 at 11:24

“Beşiktaş” Super Liqanın XXVIII turunda “Fənərbağça”ya uduzub – 0:1.

Futbolpress.az xəbər verir ki, matçdan sonra “qara qartallar”ın baş məşqçisi Sərgən Yalçın fikirlərini bölüşüb. “BeinSports”a açıqlama verən mütəxəssin rəqibin son dəqiqədə qazandığı penaltinin ədalətsiz qərar olduğunu deyib:

“Nəticədən sonra hakimlik müzakirə olunmalıdır. Təyin olunan penalti qərarı düzgün deyildi. Bizi məyus edən budur. İlk dəfə deyil ki, məğlub oluruq. Amma ədalətsiz qərarla uduzmaq bizi incidir”.

“Neftçi” üçün böyük şans!

6 April 2026 at 11:00

“Sumqayıt” üzərində qələbə (3:1) “Neftçi”ni avrokuboklara vəsiqə uğrunda mübarizə yoluna çıxartdı. “Ağ-qaralar” 42 xalla 4-cü pilləyə yüksəldi. “Araz Naxçıvan”ı 2 xal üstələyən Yuri Vernidubun “drujinası” növbəti tur elə bu rəqiblə üzləşəcək.

Taleyin öz əlində…

Həmin oyunda qələbə ən pis halda 4-cü yeri möhkəmlədəcək, 3-cü pillədəki “Zirə” xal itirsə (“Şamaxı”), “Neftçi” o yeri zəbt edəcək. Maraqlıdır ki, bu ssenari növbəti tur baş tutmasa, ondan sonrakı tur reallaşdırmaq olar. Çünki bu dəfə rəqib “Zirə” olacaq.

Ümumiyyətlə, “Qarabağ”la təxirə salınmış oyunu da nəzərə alsaq; qələbə və ya 1 xal “flaqman”ın avrokubok arzularını cücərdəcək.

Sona 8 tur qalıb.

29-cu tur: “Qarabağ”
30-cu tur: “Karvan Yevlax”
31-ci tur: “Şamaxı”
32-ci tur: “Sabah”
33-cü tur: “Kəpəz”

Sırf “Neftçi” spektrından yanaşsaq, liderlik/çempionluq uğrunda mübarizədə olan “Qarabağ” və “Sabah”dan başqa oyunlarda xal itirməsə, hətta 3-cü yeri tutmaq mümkündür. Çünki qonşu pillələrdə qərarlaşan rəqiblərin də hegemonlarla qarşılaşması var və xal itirmə ehtimalı “Neftçi”yə nisbətən daha çoxdur. “Xalq komandası” resurs baxımından da avrokuboklara namizədlər – “Turan Tovuz”, “Zirə” və “Araz Naxçıvan”dan daha geniş imkanlara malikdir.

Kamil Əhməd

Tanınmış futbolçu “butslarını asdı”

6 April 2026 at 10:37

“Çelsi”nin sabiq futbolçusu Oskar karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ürəyindəki problemə görə “butslarını asıb”. Bu barədə Oskar “Globo” nəşrinə müsahibəsində deyib.

Son klubu Braziliyada “San Paulo” olan futbolçu daha əvvəl “Çelsi” və “Şanxay Port”da çıxış edib. O, London klubu ilə İngiltərə Premyer Liqasını və Avropa Liqasını qazanıb.

Abubakar: “Qarşıdakı hər oyuna final kimi yanaşmalıyıq”

6 April 2026 at 10:23

“Neftçi” Misli Premyer Liqasının XXVI turunda “Sumqayıt”ı məğlub edib – 3:1.

Futbolpress.az xəbər verir ki, matçdan sonra “ağ-qaralar”ın hücumçusu Vensan Abubakar klubun televiziyasına açıqlamasında oyunla bağlı fikirlərini bölüşüb:

“Komanda çox yaxşı çalışır. Oyundan-oyuna özünəinam daha da artır. Bunu xüsusi vurğulamaq istəyirəm. Düşünürəm ki, eyni ruhda davam etməliyik. Qarşıdakı hər oyuna final kimi yanaşmalıyıq.

Oyunda tək hücumçu ilə oynayırdıq, bu, asan deyil. Hər oyunu təhlil edib, yaxşılaşdıra bilərik. Qol epizodları çox yaradırıq, amma bəzən vura bilmirik. Məşqlərdə bunun üzərində çox çalışırıq.

Qarşıdakı hər oyun final kimi olacaq. Çalışacağıq ki, oyunumuzu meydanda göstərək”.

Hansı oyun, hansı kanalda? – TV

6 April 2026 at 10:09

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

İtaliya, A Seriyası
14:30 Udineze – Komo (Futbol 1)
17:00 Leççe – Atalanta (Futbol 1)
20:00 Yuventus – Cenoa (Futbol 1)
22:45 Napoli – Milan (Futbol 1)

Azərbaycan, Premyer Liqa
19:00 Qarabağ – Karvan-Yevlax (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Kocaelispor – Başakşəhər (beİN Sports 1)

İspaniya, La Liqa
23:00 Jirona – Vilyarreal (İdman TV, Futbol 2)

 

Qvardiola ayrılığı açıqladı

6 April 2026 at 09:45

Portuqaliyalı futbolçu Bernardu Silva mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola “Sky Sports”a açıqlamasında deyib. O, Silvanın kluba vida edəcəyini söyləyib.

Bernardu 2017-ci ildən “Mançester Siti”də çıxış edirdi.

Futbolçunun adı İspaniya və Türkiyə klubları ilə hallanır.

“Neftçi” Vernidubun vətəni deyil – 2

6 April 2026 at 09:30

İkinci dəfə yazmağa ehtiyac yarandı. Yuri Vernidub “Neftçi” tribunasını öz vətəni üçün istifadə edir. Üç ay əvvəl bu haqda yazmışdıq.

Deməli, Vernidub “Sumqayıt” – “Neftçi” (1:3) oyunundan sonra keçirilən mətbuat konfransında çıxışına belə başlayıb:

“Bir il əvvəl Ukraynada, “Krivbass”da çalışırdım. Həmin vaxt, səhv etmirəmsə, aprelin 4-də idi. Uşaq meydançasına ballistik raket atılmışdı və 9 uşaq həlak olmuşdu. 9 uşaqla yanaşı, 21 böyük də ölmüşdü. Vaxt keçsə də, bunu xatırlayıram. Bunu deməli idim. İndi isə sualları verə bilərsiniz”.

Bu artıq neçənci belə haldır. Dünyada buna oxşar hallar varmı? Çox az da olsa, var. Lakin bu ona dəlalət etmir ki, Vernidub ara-sıra bu tribunadan “vətəninin həqiqətlərini” işıqlandırsın, tirajlandırsın.

O, bilir ki, bunu onlarla media orqanı yazacaq və məsələ geniş auditoriyaya yayılacaq.

Bilirik ki, Ukrayna Rusiya ilə müharibədədir. Azərbaycan dövlətinin bu müharibəyə, ümumiyyətlə bütün müharibələrə münasibəti də məlumdur. Biz heç vaxt aqressor tərəfdə olmamışıq.

Müharibədə qalib gəlmiş ölkə kimi yandaşımızı da, əksimizə dayananları da görmüşük.

Sözügedən müharibədə isə haqlı və ya haqsız tərəfi müəyyənləşdirmək bizə düşməyib. Azərbaycanın hər iki ölkə ilə münasibətləri var…

Vernidub bura gələndən azı 3-4 dəfə bu müharibədən bəhs edən məqamları xüsusi qabardıb – sual verilmədən, öz təşəbbüsü ilə.

Ötən dəfə də yazmışdıq, güman ki, “Neftçi”nin onunla bu mövzuda hər hansı “centlmen anlaşması” olub. O halda bu anlaşılandır, elə deyilsə, onda Vernidubun etdiyi fürsətdən sui-istifadə halıdır.

Beynəlxalq hüquqdan və nəzəri politikadan anlayışı olan biri kimi qeyd edim ki, Azərbaycan demokratik dövlətdir və beynəlxalq hüququn prinsiplərinə tam əməl edir. Bu halda kimin nəsə deməyi və nə cür deməyi problem sayılmamalıdır…

Vernidubun təşəbbüsləri də problem sayılmır, sadəcə, sui-istifadə halıdır.

O, bura müqavilə əsasında işləməyə gəlib. Vətəni müharibə şəraitində olan biri xüsusi amansız vəziyyətdən ölkəsini tərk etməyib ki, onun bəhs etdiyimiz çıxışlarını haray kimi qəbul edək və hüququn təqsirsizlik prezumpsiyası əsasında haqlı sayaq. Belə bir hal yoxdur, o, bura işləməyə gəlib. İctimai əsaslarla da deyil, yüksək qonorarlı/ödənişli özəl işə. O halda işləməyə gəldiyi ölkənin ictimai tribunalarından vətəni naminə müntəzəm istifadənin adı nədir?

Biz emosional xalq ola bilərik, haqsızlığa məruz qalmağın nə olduğunu da çox yaxşı bilə bilərik, lakin bəzən bu rasionallığı itirəcək həddə gələndə yaxşı hal olmur.

Bizim Ukrayna – Rusiya müharibəsində hansı ölkənin haqlı, hansının haqsız olduğuna dair öz fikrimiz, rəyimiz, mövqeyimiz ola bilər. Lakin dövlət xalqın emosiyaları əsasında idarə edilmir. Dövlətimizin hər iki ölkə ilə münasibətləri var. 99.9% insanımız Ukraynaya hücum edildiyini, haqsızlığa məruz qaldığını deyə, düşünə bilər. Lakin bir təsisatın vasitəsilə ölkənin ictimai tribunalarından öz ölkənin reputasiyasına uyğun təbliğat aparmaq – bu, istifadədir.

Təkrar qeyd edirik, buna dair sual yoxdursa, birbaşa çıxışa başlanırsa və sonra, “indi suallarınızı verə bilərsiniz” deyilirsə, bu zərurətdən doğan vəziyyət yox, sui-istifadədir və məsələyə aidiyyatı olan tərəflər bir az da diqqətli olsalar, daha yaxşı olar.

Bu mühakimə yürütmək deyil, politik münasibət deyil, “Rusiya tərəfi nə düşünər” təəssübkeşliyi isə heç deyil. Biz də bilirik nə var, nə yox. Bir-iki dəfə oldu, çox pakizə. Daha bunu ənənəyə çevirib istifadə etməyin.

Yazını xalq şairi Məmməd Arazın “Müharibə olmasa!” şeiri ilə bitirmək istəyirəm.

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında,-
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər,-
Müharibə olmasa!

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar.
Bəşərin gülləsi-söz,
Sözü-məhəbbət olar,-
Müharibə olmasa!

Kamil Əhməd

“Sumqayıt”ın qələbə həsrəti – 10 oyunda 7 məğlubiyyət!

6 April 2026 at 09:15

“Sumqayıt” Misli Premyer Liqasının XXVI turunda “Neftçi”yə uduzub – 1:3.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar” 10 oyundur, qələbə qazana bilmir. Komanda sonuncu dəfə çempionatda yanvarda autsayder “Karvan-Yevlax”a qalib gəlib. “Gənclik şəhəri” təmsilçisi bu görüşlərdə 7 dəfə məğlub olub, 3 dəfə heç-heçə edib.

“Sumqayıt” 26 turdan sonra 32 xalla 7-ci sırada qərarlaşıb.

PSJ 75 milyonluq futbolçu ilə maraqlanır

6 April 2026 at 08:48

“Leypsiq” klubunun futbolçusu Yan Diomande karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, PSJ afrikalı vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Paris klubu mövsümün sonunda Diomandenin transferi üçün “Leypsiq”lə danışıqlara başlamağı planlaşdırır.

Fil Dişi Sahili yığmasının da üzvü olan 19 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 75 milyon avrodur. Diomande bu mövsüm Bundesliqada 27 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.

Niderlandda çempion məlum oldu

6 April 2026 at 08:30

Niderland Erediviziyasında çempion məlum olub.

Futbolpress.az xəbər verir ki, PSV sona beş tur qalmış qızıl medalları təmin edib.

Turnir cədvəlinin ikinci sırasında yer alan “Feyenoord”un XXIX turda “Volendam”la bərabərə qalmasından sonra liderlə fərq 17 olub. Bununla da PSV-nin sona beş tur qalmış çempionluğu rəsmiləşib.

Eyndhoven təmsilçisi tarixində 27-ci dəfə liqanın qalibi olub.

“Qarabağ” darmadağınla qələbə qazandı – YENİLƏNİB

6 April 2026 at 20:53

Misli Premyer Liqasında bu gün XXVI turun daha bir oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qarabağ” autsayder “Karvan-Yevlax”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşdə meydan sahibləri turnir cədvəlinin autsayderinə 7 cavabsız qolla qalib gəlib.

Kamilo Duranın het-trik, Leandro Andradenin dubl etdiyi oyunda Dani Bolt və Abdulla Zubir hərəyə bir dəfə fərqləniblər.

Bununla da “Qarabağ” ikinci pillədəki yerini möhkəmləndirib, “Karvan-Yevlax” isə sonuncu pillədə qərarlaşmağa davam edir.

Misli Premyer Liqası 
XXVI

6 aprel

19:00 Qarabağ – Karvan-Yevlax 7:0

Qollar: Leandro Andrade 23′, 64′, Kamilo Duran 31′, 45′, 48′ Dani Bolt 40′, Abdulla Zubir 43′

Baş hakim: Kamranbəy Rəhimov
Tofiq Bəhramov adına Respublika stadionu

Milli üzvü heç-heçəni kənardan izlədi

6 April 2026 at 00:38

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Feyenoord”la qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.

Ozan görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Volendam” Erediviziyada 28 xalla 14-cü sıradadır.

Millinin toplanışı başladı

5 April 2026 at 22:29

Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.

Futbolpress.az xəbər verir ki, yığma üzvləri səhər və axşam olmaqla günü iki məşqlə başa vurub.

Milli aprelin 7-dək hazırlığını Bakıda davam etdirəcək. Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq.

Qeyd edək ki, millimiz aprelin 8-də Tbilisiyə səfər edəcək, ertəsi gün və ayın 11-də Gürcüstan yığması ilə iki oyun keçirəcək.

Before yesterdayFutbolPress.Az

İliç: “Neftçi” belə səhvləri bağışlamır”

5 April 2026 at 20:43

Misli Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Neftçi” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Rəqibi təbrik edirəm. Bəzi səhvlərə yola verdik. Bunun nəticəsində məğlub olduq.

– Komanda 10 oyundur, qələbə qazana bilmir. Bu məğlubiyyətlərdə sizin payınız nə qədərdir və istefa vermək haqda düşünürsünüz?
– Mənlə bağlı qərarı rəhbərlik verir. Problem yoxdur. Futbolçulara tapşırıqları veririk. Səbuhiyə başa salırıq ki, mərkəzdə səhv etmək olmaz, amma hər oyun təkrarlanır.

– Belə çıxır, kapitanla baş məşqçi arasında problem var?
– Tək Səbuhi ilə bağlı problem yoxdur. Bu gün Səbuhidir, sabah Murata, sonra Ninkoviç ola bilər. Bir nəfərə deyilirsə, digərləri də başa düşməlidir. “Neftçi” kimi rəqiblər belə səhvləri bağışlamır.

– “Karvan-Yevlax”, “Kəpəz”, “Qəbələ”yə qarşı da yaxşı oyun görməmişik. Bunun arxasında nə dayanır?
– “Kəpəz”lə oyunu izləmisiniz? Buraxdığımız qollara baxmısınız?

– Futbolçular səhv edəcəksə, bəs, baş məşqçi burda nə rol oynayır?
– Çempionatda 4-5 komanda var ki, səviyyə baxımından bizi üstələyir. Səhvlər nəticəyə təsir edir. Biz maksimumuza ötən ilin noyabrında çatdıq. Çempionatın birinci yarısında heç kim sual vermirdi ki, niyə belə qələbələr qazanırsınız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidir ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər.

– Rəhbərliyi dediniz, futbolçuların səhvlərini bildirdiniz. Bəs, siz baş məşqçi kimi nələri səhv edirsiniz? 
– Məsuliyyətim komandanı hazırlamaq, buraxılan səhvləri çalışmaqdır. Futbolda daha çox səhv edən komanda uduzur. Böyük problemimizdir, asan səhvlər buraxırıq. Sırf buna görə uduzuruq. Məşqlərdə çalışırıq, səhvlər üzərində işləyirik, amma növbəti oyunda yenə bu səhvlər təkrarlanır. “Qarabağ” eyni heyətlə nə qədər uzağa gedə bilər? Rotasiyalar lazımdır…

– Səbuhi Abdullazadə sanki oynamaq istəmir. Onu meydana buraxmaq nə dərəcədə düzgündür?
– Mənim üçün inanılmazdır. Çünki mən də futbolçu olmuşam. Başa düşə bilmirəm ki, necə oynamaq istəməyə bilərsən? Bu, anormal bir şeydir. Səbuhi bu klubun yetirməsidir. Onun oynamaq istəmədiyinə inanmıram.

– Azarkeşlər sizinlə bağlı problem görmür, onlar da futbolçuları günahkar sayır. Rəhbərlik yeni müqavilə təklif etsə, qərarınız necə olar?
– Nəticə qazanmaq istəyirsənsə, hamı bir olmalı, bir strategiya üçün çalışmaq lazımdır. Demirəm ki, bütün səhvlər futbolçularn üzərinə düşür, hamının səhvləri var. Futbolçuların səhvi mənim də səhvim deməkdir. Yeni müqavilə haqda danışmaq istəmirəm. İndi bunun vaxtı deyil.

Şahin Cəfərov

Vernidub: “Komandamın nəyə qadir olduğunu görmək istəyirəm”

5 April 2026 at 20:25

Misli Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Neftçi” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Bir il əvvəl Ukraynada, “Krivbass”da çalışırdım. Həmin vaxt, səhv etmirəmsə, aprelin 4-də idi. Uşaq meydançasına ballistik raket atılmışdı və 9 uşaq həlak olmuşdu. 9 uşaqla yanaşı, 21 böyük də ölmüşdü. Vaxt keçsə də, bunu xatırlayıram. Bunu deməli idim. İndi isə sualları verə bilərsiniz.

– Bu gün qələbə qazanmaq üçün əvvəlki matçlarda olan nəyisə dəyişdinizmi?
– İşləyirik, çox çalışırıq. Futbolçuların yaxşı əhvalı var. Bütün oyunçular oynamaq istəyir. İşimiz indi daha asan olub. Sadəcə heyəti seçməliyəm. Özünüz də görürsünüz, bu gün komanda gözəl performans sərgilədi. Kifayət qədər qol epizodları yaratdıq, fərq böyük ola bilərdi. Buraxdığımız qoldan sonra yaxşı reaksiya göstərdik. Məşqçi kimi mənim üçün önəmli olan budur.

– Qarşıda “Qarabağ”la 2 oyun var. Digər rəqiblər isə “Zirə” və “Araz-Naxçıvan”dır. Komanda fasilədən necə qayıdıb? Bu oyunlara hansı dərəcədə hazırsınız?
– Uşaqlara demişəm ki, ağır aprel ayı var. 5 oyunumuz olacaq və ardıcıl güclü rəqiblərlə qarşılaşacağıq. Bu, əladır. Bu oyunları səbirsizliklə gözləyirəm. Komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Bu matçları uğurla başa vura  bilsək, yaxşı olacaq.

– Emin Mahmudovun durumu necədir?
– Ondan böyük gözləntilərim var. Düşünürəm ki, 1-2 gün sonra məşqlərə qoşulacaq. Bilirsiniz, kapitandır. Kapitanla oyun bir cürdür, kapitansız tam başqa. Meydandakı idarəetmə baxımından onsuz da çətinliklər ola bilir. Emin gün keçdikcə daha da yetkinləşir.

– Turnir cədvəlində sizdən aşağıda olan komandalara xal itirirsiniz. Qarşıda da onlara qarşı duellər olacaq. Hansısa fərqli planınız var?
– Hər zaman bir plan var: çıx, oyna və qazan. Necə olacağını görəcəyik.

– Plan eynidirsə, nə üçün iddialı komandalarla oyunlarda xal qazanmaq çətin olur?
– Hər oyun üçün plan var. İndi bunu deyə bilmərəm. Rəqiblərin güclü və zəif tərəflərini bilirik. Tək A yox, B planımız da var.

– Bəzi taktiki dəyişikliklər etmişdiniz. Abubakar ehtiyatda olsa da, start “11-lik”də mərkəz hücumçusu buraxmamağınız nə ilə bağlıdır?
– Varqas ikinci oyundur, hücumçu kimi oynayır. Sambunun bəzi kiçik problemləri var. Hələ də bizimlə məşq etmir. Abubakar hələ tam formasını yığmayıb. Buna görə startda Varqas oynadı və pis də alınmadı.

– “Turan Tovuz” – “Zirə” oyunundakı mübahisəli hakim qərarları ilə bağlı nə deyə bilərsiniz?
– Hakimlər bizim də xətrimizə dəyib. Lakin onlar da insandır, səhv edə bilərlər. Məğlub olan komanda üçün qərarlar bəzən ağır olur. Gücümü komandama həsr edirəm, digər amillərə fikir vermirəm. Ukraynada olanda da hakimlər məni sevirdi, indi də. Yenə deyirəm, işim komandamı oyunlara hazırlamaqdır.

Şahin Cəfərov

Bağırov: “Qəbələ” qələbəni daha çox istədi”

5 April 2026 at 19:20

Misli Premyer Liqasının XXVI turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Düzü, belə nəticəni gözləyirdim. Nə vaxtsa uduzacağımızı bilirdim. Hiss olundu ki, bu gün “Qəbələ” qələbəni daha çox istədi. Xırda səhvlərimiz qolla nəticələndi. Çempionat davam edir, növbəti oyunlara köklənəcəyik.

– Özünüzdən güclü rəqiblərə qarşı daha yaxşı oynayırsınız. Amma eyni mövqelərdə olduğunuz rəqiblərə xal itirirsiniz. Köklənmə problemi var?
– 4-5 oyundan sonra bir matçda zəif oynamaq normaldır. Ən az legioneri olan komandayıq. Əlimizə düşən fürsətləri dəyərləndirə bilməyəndə çətinlik olur. Bu gün adi epizodları vura bilmədik.

– Yusif İmanovun milliyə dəvət almamasına münasibətiniz nədir?
– Ayxan müəllimin futbolu, beynindəki düşüncələri və buna uyğun qapıçı seçimi – bu, normal bir haldır. Hətta biz görmüşük ki, öz klubunda oynamayan, millidə daha yaxşı oyunlar nümayiş etdirib. Normaldır. Hər məşqçinin futbola baxışı var. Ayxan müəllimin fikirlərinə və düşüncələrinə, futbola baxışına hörmətlə yanaşıram. Mən necə olardım? Başqa məsələdir.

– Rəhbərliklə yeni müqavilə haqda danışmısınız?
– Xeyr, yeni müqavilə imzalamamışıq. Amma bəzi söhbətlərimiz olub. Maliyyə tərəfləri tam bilinəndən sonra digər məsələlərə də aydınlıq gələcək. Yəni büdcəmizin nə qədər olacağı bəlli olduqdan sonra rəhbərliklə müzakirə aparacağıq. Bizim planımız var və ona uyğun da işimizə davam edirik.

Sxadadze: “Futbolçulara dedim ki…”

5 April 2026 at 18:39

Misli Premyer Liqasının XXVI turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar, yaxşı nəticə qazandılar. Birinci hissədə oyunçularda gərginlik hiss olunurdu. Fasilədən sonra rəqibə imkan vermədik. Demək olar, şans yarada bilmədilər. İlk hissənin sonunda futbolçulara dedim ki, özünüzə inanın, daha yaxşı oynaya bilərsiniz. Bizim üçün hər oyun finala bərabərdir. Bu gün də göstərdik ki, oynaya bilirik.

– Ardıcıl məğlubiyyətlərdən sonra azarkeşlər sizi istefaya səsləyir, artıq klubun yeni baş məşqçi axtarması ilə bağlı xəbərlər çıxırdı. Bu, sizə necə təsir edirdi?
– Hər yerdə belədir. Komanda uduzursa, günahkar məşqçidir. İşimiz belədir. Azarkeşləri də başa düşürəm, nəticə istəyirlər. Onlarla görüşdüm və xahiş etdim ki, belə etməsinlər. Çünki onda komanda daxilində də atmosfer pozulur. Klubda görüş oldu, rəsmilər iştirak etdi. Bu, komandaya müsbət təsirini göstərdi.

– Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Sizcə, bu qələbəni şişirtməyə dəyər, ya necə? Nə düşünürsünüz?
– Yaxşı oyunlar oldu. Ayxan Abbasov komandanı toparlaya bilib. Psixoloji baxımdan belə qələbələr vacibdir. Komandanı indiki məqamda tənqid etmək olmaz. Bu, millidir və hər kəs onlara azarkeşlik etməlidir.

“Sumqayıt” – “Neftçi”: heyətlər

5 April 2026 at 16:48

“Neftçi” Misli Premyer Liqasının XXVI turunda bu gün “Sumqayıt”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 18:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 24. Sənan Muradlı 75. Nadir Orucov 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 72. Rayan Senhadjic 6. Sedrik Badolo 95. Nsana Simon
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 21. Nihad Əhmədzadə 37. Nihad Orucəli 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 71. Masaki Murata 11. Aleksa Yankoviç
Baş məşqçi: Saşa İliç

“Neftçi”: 13. Kenan Piriç (k) 4. Elvin Camalov 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 70. Andrey Ştoqrin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

“Qarabağ”ın oyunu 3 manata

5 April 2026 at 16:00

Premyer Liqanın XXVI turu çərçivəsində keçiriləcək “Karvan-Yevlax” ilə oyunun biletləri bu gün satışa çıxıb.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qiymətlər isə 3 və 20 manat aralığındadır.

Biletlər iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Sabah keçiriləcək matça saat 19:00-da start veriləcək.

Milli üzvü məğlubiyyətin iştirakçısı oldu

5 April 2026 at 14:52

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” Albaniya çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Vlajniya” ilə qarşılaşıb. Matç “Partizani”nin məğlubiyyəti ilə başa çatıb – 0:2.

Vüsal matça start heyətdə başlayıb və sona qədər oynayıb.

“Partizani” 30 turdan sonra 44 xalla 4-cü sıradadır.

“Kəpəz” – “Qəbələ”: heyətlər

5 April 2026 at 14:45

“Kəpəz” Misli Premyer Liqasının XXVI turunda bu gün “Qəbələ”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 15:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 97. Elxan Məmmədov 80. Şahnur İsmayılov
Baş məşqçi: Azər Bağırov

“Qəbələ”: 1. Səlahət Ağayev  28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 3. Eduardo Kunde 8. Sambu Sissoko
Baş məşqçi: Kaxaber Sxadadze

 

Flikin “300”ü

5 April 2026 at 13:36

“Barselona” İspaniya La Liqasının XXX turunda “Atletiko”nu məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, bu nəticə kataloniyalıların baş məşqçisi Hansi Flik üçün əlamətdar statistika ilə yadda qalıb. Belə ki, komanda mütəxəssisin başçılığı altında 299 və 300-cü qolları vurub.

“Barselona” bu saya 107 oyunda çatıb.

Flikin dönəmində komandanın bombardiri Robert Levandovskidir – 58 qol.

Azər Bağırov: “Müsbət qığılcımlar var”

5 April 2026 at 13:00

“Kəpəz”in baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın hazırlığını dəyərləndirib:

“Fasilə, inşallah, komandamızın xeyrinə olar. Bu müddəti fiziki, taktiki və psixoloji hazırlıqlara ayırmışıq. İki həftəlik məşq prosesini zədəsiz başa vurduğumuzu düşünürəm. Oyunlar necə hazırlaşdığımızı göstərəcək. Əsas nəticədir. Şükürlər olsun, bazada hər şərait var. Böyük komandalarda necə struktur işi varsa, bu da həminkilərdəndir. Yerdə qalan məsələlər zamanladır”.

Bağırov nəticələr və Misli Premyer Liqasında növbəti turlar haqda fikirlərini bölüşüb:

“Olduğumuz yerdə ailə ruhu qurmaq istəyirik. Çalışırıq, komandada yaxşı əhval yaradaq. Bugünkü gündə nəticələrimizin səbəblərindən biri də yaxşı kollektiv formalaşdırmağımızdır. Müsbət qığılcımlar var.

Hər oyuna fərdi hazırlaşırıq. Futbolçular dünən yox, sabah haqda düşünürlər. Hərəsinini özünün təhlili, yanaşması bizim üçün önəmlidir və onlar da bunu dərk edir”.

“Kəpəz” bu gün “Qəbələ” ilə qarşılaşacaq. Matça saat 15:30-da start veriləcək.

Nəriman MLS-də növbəti oyuna çıxdı

5 April 2026 at 12:33

Azərbaycanlı futbolçu Nəriman Axundzadə MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, “Kolumbus Kryu”da çıxış edən hücumçu “Atlanta” ilə matçda iştirak edib. O, ikinci hissədə – 90-cı dəqiqədə meydana daxil olub.

Matç “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 3:1.

Nərimanın komandası 6 turdan sonra 5 xalla 11-ci sırada qərarlaşıb.

Hansı oyun, hansı kanalda? – TV

5 April 2026 at 12:25

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Azərbaycan, Premyer Liqa
15:30 Kəpəz – Qəbələ (CBC Sport)
18:00 Sumqayıt – Neftçi (İdman TV, CBC Sport)

Rusiya, Premyer Liqa
17:30 Dinamo Mahaçqala – Baltika (Matç Premyer, Matç TV)
20:30 Spartak Moskva – Lokomotiv Moskva (Matç Premyer, Matç TV)

İspaniya, La Liqa
16:00 Xetafe – Atletik (İdman TV)
18:15 Valensiya – Selta (Futbol 2)
20:30 Ovyedo – Sevilya (İdman TV)
23:00 Alaves – Osasuna (İdman TV)

İtaliya, A Seriyası
17:00 Kremoneze – Bolonya (Futbol 1)
20:00 Piza – Torino (Futbol 1)
22:45 İnter – Roma (Futbol 1, Matç TV)

Türkiyə, Super Liqa
21:00 Fənərbağça – Beşiktaş (Futbol 3, beİN Sports 1)

Adı “Fənərbağça” ilə hallanan hücumçudan ayrılıq qərarı

5 April 2026 at 11:23

Hücumçu Seru Girassi “Borussiya”dan ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, 30 yaşlı forvard mövsümün sonunda təklifləri dəyərləndirəcək. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Girassi bu mövsüm 39 oyunda 18 qol vurub, 6 məhsuldar ötürmə edib. Forvardın adı Türkiyənin “Fənərbağça” klubu ilə hallanır.

“Qəbələ”dən qələbə, “Neftçi” səfərdə qazandı

5 April 2026 at 19:55

Bu gün Misli Premyer Liqasında XXVI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki oyun baş tutub.

Günün birinci matçında “Kəpəz” Yevlaxda “Qəbələ”yə uduzub.

Digər görüşdə “Neftçi” “Sumqayıt”a qalib gəlib.

Misli Premyer Liqası
XXVI tur

5 aprel

15:30 Kəpəz – Qəbələ 0:2
Qollar:
Akinade, 74, Massumo, 90
Baş hakim: Vüqar Həsənli
Yevlax şəhər stadionu

18:00 Sumqayıt – Neftçi 1:3
Qollar:
Ninkoviç, 53 – Varqas, 36 (pen.), Metyu, 65, Abubakar, 89
Baş hakim: Kamal Umudlu
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Arsenal” kubokla vidalaşdı

5 April 2026 at 01:28

“Arsenal” İngiltərə Federasiya Kubokunda mübarizəni dayandırıb.

Futbolpress.az xəbər verir ki, “topçular” Çempionşip təmsilçisi “Sauthempton”a 1/4 finalda uduzub. Görüş 1:2 hesabıyla başa çatıb.

“Arsenal”ın yeganə qolunu Qyökereş vurub. “Sauthempton”da isə Ross Stivart və Şea Çarles fərqlənib.

“Real” uduzdu, “Barselona” qələbə qazandı

5 April 2026 at 01:17

Bu gün İspaniya La Liqasında XXX turun növbəti oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib. “Valyekano” azarkeşləri önündə “Elçe”ni məğlub edib.

“Real” səfərdə “Malyorka”ya uduzub. “Barselona” isə səfərdə “Atletiko”ya qalib gəlib.

İspaniya La Liqası
XXX tur

3 aprel

Valyekano – Elçe 1:0
Qol: R.Nteka, 74

4 aprel

Betis – Espanyol 0:0

Malyorka – Real 2:1
Qollar: M.Morlaes, 41, V.Muriqi, 90+1 – E.Militao, 88

Real Sosyedad – Levante 2:0
Qollar: J.Martin, 30, B.Mendes, 83

Atletiko – Barselona 1:2
Qollar: C.Simeone, 39 – M.Reşford, 42, R.Levandovski, 87

Super Liqa: derbini “Fənərbağça” qazandı

5 April 2026 at 23:30

Türkiyə Super Liqasında XXVIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Lider “Qalatasaray” bu turda “Trabzonspor”a uduzub.

İstanbul derbisində “Fənərbağça” qələbə qazanıb.

Türkiyə Super Liqası 

XXVIII

4 aprel 

Gənclərbirliyi – Göztəpə 0:2

Qollar: Miroşi, 39-pen. Bokele, 68-pen.

Kasımpaşa – Kayserispor 2:0

Qollar: Benediçak, 10. Yanniotis, 66.

Qaziantep – Alanyaspor 1:1

Qollar: Kozlovski, 63 – İ.Kaya, 42.

Trabzonspor – Qalatasaray 2:1

Qollar: Onuaçu, 4. Nvayvu, 62 –  Sinqo, 48.

5 aprel

Karagümrük – Rizespor 2:1
Qollar: Serginyo, 39, S.Babiçka, 87 – A.Sov, 70

Samsunspor – Konyaspor 2:2
Qollar: K.Holz, 42, 72 – E.Bardi, 23 (pen.), B.Kramer, 78

Antalyaspor – Eyüpspor 3:0
Qollar: S.Strik, 63, N.Storm, 77, S.Ballet, 83

Fənərbağça – Beşiktaş 1:0
Qol: K.Aktürkoğlu, 90+11 (pen.)

Baxşıyev: “Arxayınlaşmağa haqqımız yoxdur”

4 April 2026 at 21:39

NTD komandasının baş məşqçisi Tahir Baxşıyev “Sumqayıt” BK (121:107) ilə qarşılaşmadan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis pley-off mərhələsində qələbə qazandıqları ilk matçla bağlı bunları deyib:

“Komandanı təbrik edirəm. Pley-off yolunda ilk addımı atdıq. Bilirdik ki, bizi çətin oyun gözləyir. Cavab görüşü də çox ağır olacaq. “Sumqayıt” yaxşı komanda olduğunu sübut etdi, sona qədər mübarizə apardılar. Bizim isə arxayınlaşmağa haqqımız yoxdur. Cavab oyununa ciddi hazırlaşacağıq. Hazırda komandamız daha yaxşı oynayır. Sadəcə diqqəti itirmək olmaz. Oyunçularım istədiyim kimi oynaya bilirlər. Əgər bu şəkildə davam etsələr, bizi qarşıda hələ çox oyun gözləyir”.

ABL: NTD və “Gəncə” ilk oyunu qazandı

4 April 2026 at 21:19

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, NTD “Sumqayıt”ı, “Gəncə” isə “Lənkəran”ı məğlub edib.

Komandalar arasındakı cavab oyunu 6-7 apreldə keçiriləcək.

Azərbaycan Basketbol Liqası
Pley-in mərhələsi, ilk oyunlar

NTD – Sumqayıt 121:107
Gəncə – Lənkəran 91:55

“Qarabağ”ın U-12 komandası Antalyada yarımfinala yüksəlib

4 April 2026 at 21:00

“Qarabağ”ın U-12 komandasının “Antalya Friendship Cup 2026” turnirində iştirakı çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov komandamızı ziyarət edib.

Futbolpress.az xəbər verir ki, qonaqlar komanda üzvləri ilə görüşərək onlara növbəti oyunlarda uğurlar arzulayıb və xatirə şəkli çəkdiriblər.

Əlavə edək ki, komanda turnirdə aşağıdakı nəticələri əldə edib:

“Qarabağ” – “Viz Sinara” 2:1
“Qarabağ” – “Manavgat Kartalları” 9:0
“Qarabağ” – “Slovan Liberec” 1:0
“Qarabağ” – DSI FC 4:1
“Qarabağ” – “Almaty Junior” 7:0

Qeyd edək ki, “Almaty Junior”la görüşdə qələbə qazanan komanda yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Tanınmış futbolçudan ayrılıq qərarı

4 April 2026 at 19:18

Müdafiəçi Kiran Trippye mövsümün sonunda “Nyukasl”dan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı futbolçunun müddəti başa çatacaq müqaviləsi uzadılmayacaq.

Trippye 2022-ci ildən “Nyukasl”da çıxış edirdi. O, bu mövsüm Premyer Liqada 18 oyunda 1 məhsuldar ötürmə edib.

İngiltərəli futbolçu “sağsağanlar”dan öncə “Mançester Siti”, “Bernli, “Tottenhem”, “Atletiko” kimi klublarda forma geyinib.

Avropa Kubokunun açılış mərasimi keçirildi

4 April 2026 at 18:47

Aprelin 4-də Gəncə İdman Sarayında cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun rəsmi açılış mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca iştirakçılar və qonaqlar salamlanıb, Gəncənin beynəlxalq idman yarışlarına ev sahibliyi edən şəhərlərdən biri kimi əhəmiyyəti vurğulanıb.

Açılış mərasimində bildirilib ki, turnir Avropa Cüdo Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Yarışda 10 ölkədən 269 idmançı mübarizə aparır.
Rəsmi hissədə Avropa Cüdo Birliyinin idman komissarı Patris Ronyu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cavad Cavadov və Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov çıxış ediblər. Çıxışlarda ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı, bölgələrdə beynəlxalq yarışların təşkili və bu cür turnirlərin gənc idmançıların inkişafındakı rolu xüsusi qeyd olunub. Natiqlər yarış iştirakçılarına uğurlar arzulayıb, turnirin yüksək səviyyədə təşkilində əməyi olan bütün tərəflərə təşəkkürlərini bildiriblər.

Daha sonra bədii hissə təqdim olunub. Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” ritm və rəqs ansamblının çıxışı mərasimə xüsusi rəng qatıb.

Qeyd edək ki, Gəncədə təşkil olunan yeniyetmələr arasında Avropa Kuboku iki gün davam edəcək.

Super Liqa matçında qapıçı qol vurdu – VİDEO

4 April 2026 at 18:36

“Kasımpaşa” Türkiyə Super Liqasının XXVIII turunda “Kayserispor”u məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı Andreas Canniotis komandasının ikinci qolunun müəllifi olub. O, öz meydançasından vurduğu zərbə ilə fərqlənməyi bacarıb.

“Kasımpaşa” Super Liqada 27 xalla 13-cü sıradadır. “Kayserispor” isə 23 xalla 16-cıdır.

Qolkiperin qolunu burdan izləyə bilərsiniz.

“Meydana qələbə üçün çıxmalıyıq, başqa variantımız yoxdur”

4 April 2026 at 18:15

“Kəpəz”in futbolçuusu Əli Səmədov klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komandanın hazırlığından və növbəti turun “Qəbələ” ilə matçından danışıb:

“Qarabağ” üzərindəki möhtəşəm qələbədən sonra üç günlük istirahət etdik. Fiziki hazırlığımızı yaxşı duruma gətirməyə çalışdıq. Ağır məşqlərimiz oldu. Hamı məşqlərdə canla-başla iştirak etdi. Düşünürəm ki, hər şey qaydasındadır.

“Qəbələ” bizim turnir cədvəlində əsas rəqiblərimizdən biridir. Bu qarşılaşmadan sonra da rəqiblərimizlə ardıcıl oyunlarımız olacaq. Meydana qələbə üçün çıxmalıyıq, başqa variantımız yoxdur. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Buna görə də “Qəbələ” ilə matç bizim üçün çox vacibdir.

Azarkeşlərimiz hər oyunda bizi dəstəkləyirlər. Oyundan-oyuna azarkeşlərin sayı artır. Hamısına təşəkkürümü bildirirəm. İnanıram ki, “Qəbələ” ilə görüşdə də dəstəklərini əsirgəməyəcəklər. Onların dəstəyi bizim üçün çox vaacibdir”.

Sabah keçiriləcək “Kəpəz” – “Qəbələ” oyunu saat 15:30-da start götürəcək.

“Cavab oyununda hər kəsə qalib gələcəyik” – kapitan

4 April 2026 at 17:53

“Turan Tovuz” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Zirə”yə uduzub – 0:2.

Tovuz təmsilçisinin kapitanı Faiq Hacıyev “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Oyunun çətin keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq. Bəzi məqamlarda istədiklərimizi edə bilmədik. Düzdür, hesab bizi qane etmir, ancaq bu, hələ son deyil”.

Cinah oyunçusu final şanslarının qaldığını əlavə etdi:

“Başa düşürük, hesab əleyhimizədir və geridönüş asan olmayacaq. Amma ikinci oyuna daha yaxşı hazırlaşacağıq. Nəticəni xeyrimizə dəyişə biləcək gücdəyik. Bizim üçün hələ heç nə bitməyib”.

Kapitan oyunun hakim idarəçiliyinə də toxundu:

“Hakimlər haqda danışmağı sevmirəm. Ona görə şərh verməyəcəyəm. İnşallah, cavab oyununda hər kəsə qalib gələcəyik”.

Komandalar arasında yarımfinalın cavab matçı aprelin 21-də, Zirə İdman Kompleksinin stadionunda olacaq.

Şahin Cəfərov

“Mançester Siti” “Liverpul”u darmadağın etdi

4 April 2026 at 17:46

“Mançester Siti” İngiltərə Federasiya Kubokunda yarımfinala yüksəlib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” 1/4 finalda “Liverpul”u darmadağın edib – 4:0.

“Mançester Siti”nin qollarını Erlinq Haaland (3) və Antoine Semenyo vurub. “Liverpul”da Məhəmməd Salah ikinci hissədə penaltidən yararlana bilməyib.

Mahir qələbənin iştirakçısı oldu

4 April 2026 at 17:25

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Fortuna” ilə qarşılaşıb. Matç “Kayzerslautern”in qələbəsiylə başa çatıb – 3:0.

Mahir oyuna 83-cü dəqiqədə daxil olub.

“Kayzerslautern” çempionatda 28 turdan sonra 43 xalla 7-ci sıradadır.

Milliyə 18 futbolçu çağırıldı – adlar

4 April 2026 at 16:51

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən aprelin 9-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Futbolpress.az xəbər verir ki, U-19 aprelin 11-dən 17-dək Xorvatiyada Avropa çempionatının seçmə mərhələsinin II raundunda mübarizə aparacaq. Millimiz B Liqasının 6-cı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq.

Millinin heyəti və oyunların təqvimi:

Nr.
 Adı / Soyadı
Klub
1
Nərgiz Ağaliyeva
Şəfa
2
Firuzə Bayramova
Dirçəliş
3
Vahidə Əlipaşayeva
Dirçəliş
4
Mədinə Curuqova
Neftçi
5
Arzu Cəfərova
Şəfa
6
Səma Əsədova
Sabah
7
Yelizaveta Vaysman
Şəfa
8
Ülviyyə İslamova
Baku Juniors
9
Pərişan Abdullayeva
Liman
10
Xanım Əsədova
Neftçi
11
Aygün Novruzova
Sabah
12
Aysu Əsədova
Sabah
13
Ayan Abdiyeva
Liman
14
Mədinə Qədiməliyeva
Şəfa
15
Məsumə Nəzərli
Neftçi
16
Ayşən Salamzadə
Neftçi
17
Arzu Ağaliyeva
Şəfa
18
Bədriyyə Mavludova
Şəfa
11 aprel

14:00. Xorvatiya (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)
Baş hakim: Henrikke Nervik (Norveç)
Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Jasmin Matisiak (Almaniya)
Dördüncü hakim: Angelika Soeder (Almaniya)
Karlovaç, “Branko Çavloviç-Çavlek” stadionu

14 aprel

16:00. Çexiya (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)
Baş hakim: Eqlantina Pyetruşay (Albaniya)
Baş hakimin köməkçiləri: Paola Şayl (Albaniya), Iva Yaniç (Xorvatiya)
Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya)
Luçko stadionu

17 aprel

14:00. Azərbaycan (U-19, Qadınlar) – Gürcüstan (U-19, Qadınlar)
Baş hakim: Henrikke Nervik (Norveç)
Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Iva Yaniç (Xorvatiya)
Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya)
Luçko stadionu

Komandası qələbələri sıraladı, özü də mükafat qazandı

4 April 2026 at 16:19

İtaliya A Seriyasında mart ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Futbolpress.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Komo”nun çalışdırıcısı Sesk Fabreqas layiq görülüb.

Onun rəhbərlik etdiyi komanda ötən ay çempionatda “Leççe”ni (3:1), “Kalyari”ni (2:1), “Roma”nı (2:1) və “Piza”nı (5:0) məğlub edib.

“Komo” A Seriyasında 57 xalla 4-cü sıradadır.

Kadinin “40”ı

4 April 2026 at 15:42

Kadi Borqes “Qarabağ”ın heyətində 40-cı qolunu vurub.

Futbolpress.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Sabah”la qarşılaşmasında (2:2) dubl müəllifi olub. O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını “40”a çatdırıb.

Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi “Qarabağ”ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.

Qeyd edək ki, Borqes “Qarabağ”da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.

18 ildən sonra: tarixdə 3-cü dəfə

4 April 2026 at 15:24

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları meydana çıxan 4 komandadan üçünün 2 qol vurması ilə yadda qalıb.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” – “Sabah” qarşılaşmasında (2:2) hər iki komanda, “Turan Tovuz” – “Zirə” matçında (0:2) qonaqlar iki dəfə fərqlənib.

Ölkə kuboku tarixində 3-cü dəfə yarımfinalın ilk oyunlarında ən azı 3 komanda 2 və ya daha çox qol vurub. Belə məhsuldarlığa sonuncu dəfə 18 il əvvəl təsadüf olunub. 2007/08 mövsümündə “Qəbələ” – “Xəzər-Lənkəran” (1:3) və “Neftçi” – “İnter” (2:2) cütlərində yalnız bir komanda 2-dən az qol vurub.

1994/95 mövsümündə də oxşar hadisə yaşanıb. “Neftçi” – “Xəzri” (2:1) və “Kəpəz” – “Kur-Nur” (3:3) matçlarında üç komanda məhsuldarlıq göstərib.

Ümumilikdə isə 2 görüşdə 6 qol vurulub və orta məhsuldarlıq 3,00-ə bərabər olub. 1/2 finalın ilk oyunlarında Azərbaycan kuboku tarixində 9-cu dəfə bu rəqəm 3 və ya daha yüksək olub.

Mütləq rekord 1994/95 mövsümünə məxsusdur. “Neftçi” – “Xəzri” (2:1) və “Kəpəz” – “Kur-Nur” (3:3) matçlarında 9 qol vurulub və orta göstərici 4,50 olub. 2007/08 və 2008/09 mövsümlərində 8, 2023/24 mövsümündə 7 qol qeydə alınıb. 1997/98, 2015/16, 2016/17 və 2022/23 mövsümlərində isə indiki kimi ilk oyunlar 6 qolla yekunlaşıb.

“Sabah”ın yubiley qolu

4 April 2026 at 15:00

“Sabah” Azərbaycan Kubokunda 50-ci qolunu vurub.

Futbolpress.az xəbər verir ki, bu, yarımfinalın ilk matçına təsadüf edib.

“Qarabağ”la səfər görüşündə hesabı açan Umarali Raxmonaliyev Bakı klubunun yubiley qolunun müəllifi olub. Paytaxt təmsilçisi ölkə kubokunda keçirdiyi 27-ci matçında 2:2 hesablı heç-heçə ilə qollarının sayını 51-ə yüksəldib.

“Sabah”ın orta məhsuldarlığı 1,89-a bərabərdir. Paytaxt təmsilçisi evdə 19, səfərdə 29, neytral meydanda 3 dəfə fərqlənib. Bununla da ölkə kuboku tarixində 50 və ya daha çox qol vuran komandaların sayı 21-ə çatıb.

Kubokda 2017/18 mövsümündə debüt edən “Sabah” ilk qolunu növbəti ildə vurub. “Sabah” 2018/19 mövsümünün 1/8 finalında “Ağsu”ya 3:0 hesabı ilə qalib gəlib. Komandanın kubokdakı ilk qolunu 2018-ci il dekabrın 6-da keçirilən görüşün 6-cı dəqiqəsində Bəxtiyar Soltanov vurub.

Yetirmələrinin satışından ən çox qazanan klublar

4 April 2026 at 14:26

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) son 10 ildə yetirmələrinin satışından ən çox qazanc əldə edən klubları açıqlayıb.

Futbolpress.az xəbər verir ki, birinci sırada Portuqaliyanın “Benfika” klubu yer alıb. Lissabon təmsilçisinin qazancı 589 milyon avro göstərilib.

İkinci sırada Niderland “Ayaks”ı yer alıb. “Narıncılar” akademiyasından çıxan oyunçuların satışından 454 milyon avro qazanıb.

“Üçlüy”ü İngiltərənin “Çelsi” klubu tamamlayır – 442 milyon avro.

Nesta “Tottenhem”in təklifini rədd etdi

4 April 2026 at 14:00

“Milan”ın və İtaliya millisinin sabiq futbolçusu Alessandro Nesta “Tottenhem”dən təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Keçmiş müdafiəçi komandanın yeni baş məşqçisi Roberto De Zerbinin məşqçilər korpusuna qoşulmaq təklifini rədd edib.

Nesta baş məşqçi kimi çalışmaq istəyir və təkliflər gözləyir.

Sabiq müdafiəçi daha əvvəl “Recinna”, “Frozinone”, “Peruca” və “Mayami”də çalışıb.

“Liverpul” PL klubunun futbolçusu ilə maraqlanır

4 April 2026 at 13:34

“Liverpul” İngiltərənin “Bornmut” klubunun müdafiəçisi Markos Senesi ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “TEAMtalk” portalı məlumat yayıb. “Qırmızılar” yayda müdafiəçi üçün Premyer Liqa klubuna təklifini bildirəcək.

Senesi 2022-ci ildən “Bornmut”un formasını geyinir. O, bu mövsüm Premyer Liqada 30 oyunda meydana çıxıb.

Kərəmli 8 xallıq fərqi qabartdı: “Biz yox, onlar təzyiq altındadır”

4 April 2026 at 13:00

I Liqanın lideri “Şəfa” mövsümdə ilk məğlubiyyətini yaşayıb. Bakı təmsilçisi XX turda səfərdə “Mingəçevir”ə uduzub – 2:5.

“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti belə şərh etdi:

“Kluba gələndən bəri liqada ilk məğlubiyyətimizdir. Oyunda hesabı bərabərləşdirmək üçün bir çox epizodumuz oldu. Rəqib də çoxlu qol şansları yaratdı. Oyunun sonlarında isə irəli atılıb hesabı bərabərləşdirməyə çalışdıq. Lakin qapımızda üçüncü qolu gördük. Bir müdafiəçini hücumçu ilə əvəzlədik, digərini isə irəli göndərdik ki, hesabı bərabərləşdirək. Amma önə çıxdığımız anda müdafiə xəttində boşluqlar verdik və yenidən qollar buraxdıq. “Mingəçevir” bu şanslardan maksimum yararlandı. Onları təbrik edirəm, qələbəyə layiq idilər”.

Mütəxəssis məğlubiyyətin komandada ruh düşkünlüyü yaratmayacağını əlavə etdi:

“Komandada ruh düşkünlüyü yoxdur. Çünki hamı 8 xal fərqiylə birinci pillədə olduğumuzu anlayır. Məğlubiyyətdən nəticə çıxarmalıyıq. Qarşıda oyunlar var və liderliyimizi davam etdirərək, mübarizəmizi aparacağıq”.

“Şəfa” növbəti iki turda ən yaxın izləyiciləri “Səbail” və “Baku Sportinq”lə qarşılaşacaq. Kərəmli komandada basqı olmadığını bildirdi:

“Rəqiblərdən irəlidəyik və xal fərqimiz var. Buna görə biz yox, onlar təzyiq altındadır. Çünki “Səbail” və “Baku Sportinq” həm ikincilikdən, həm də çempionluq mübarizəsindən qopmamağa çalışır. İndiki məqamda bizim üstünlüyümüz daha çoxdur”.

Şahin Cəfərov

❌
❌