Normal view

Today — 14 December 2025Main stream

“Sabah” yaxşı kollektiv formalaşdırıb” – Qurban Qurbanov

14 December 2025 at 19:52

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri ev oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 5:1 hesablı qələbəni belə şərh edib:

“Futbolçularımı təbrik edirəm. Vacib qabiliyyət idi. Sona yaxın boşluqlar oldu, lakin yaxşı oyun göstərdilər. Qarşımızda topla yaxşı davranan komanda var idi. Bu soyuq havada gələn, bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.

Bugünkü nəticələr “Sabah”la oyuna görədir. Yaxşı kollektiv formalaşdırıblar. Futbolçularıma bir az istirahət verməliyəm, komandada yorğunluq var. Qarşımızda ciddi rəqib var. “Neftçi”yə qarşı da yaxşı oynadılar. Bizi “Sabah”la çətin oyun gözləyir.

Futbolçulardan gözlədiyimi almışam, lakin daha çox gözlədiklərimdən onu ala bilməmişəm”.

Nəzrin

The post “Sabah” yaxşı kollektiv formalaşdırıb” – Qurban Qurbanov appeared first on Komanda.az.

“İlk qol komandaya təsir etdi” – Baxşıyev

14 December 2025 at 19:39

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:5 hesablı məğlubiyyəti belə şərh edib:

“Bizim üçün ağır oyun alındı. Üzərində işlədiyimiz bir plan var idi. İlk qol komandaya təsir etdi. Öz səhvimizdən qol buraxdıq. Bu il üçün bir oyunumuz qalıb. Bu oyunu unudub, ona hazırlaşmaq lazımdır.

Məni bura dəvət ediblər. Üzərimə nə düşünürsə, yerinə yetirməyə çalışıram. Qərar mənim deyil”.

Nəzrin

The post “İlk qol komandaya təsir etdi” – Baxşıyev appeared first on Komanda.az.

“Turan Tovuz”da “xüsusi görüş” – VİDEO

14 December 2025 at 19:09

“Tovuz Gənclər Evi” Sosial xidmətlər müəssisəsinin “Ünsiyyət” klubunun daun sindromlu və autizmli üzvləri Tovuz şəhər stadionuda qonaq olublar.

Komanda.az xəbər verir ki, uşaqlar və valideynlərlə keçirilən görüşdə “Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstəyin klub üçün vacib istiqamətlərdən biri olduğunu və bu cür aksiyaların davamlı şəkildə həyata keçiriləcəyini vurğulayıb.

“Nəfəs” İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində uşaqlara hədiyyələr təqdim olunub. Daun sindromlu və autizmli uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, onların özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədilə stadiona dəvət olunan qonaqlar “Turan Tovuz” – “Sabah” oyununu izləyiblər.

The post “Turan Tovuz”da “xüsusi görüş” – VİDEO appeared first on Komanda.az.

“Neftçi” turun son oyununda məğlub oldu

14 December 2025 at 19:00

Azərbaycan Basketbol Liqasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun son günündə “Abşeron Lions” “Neftçi” ilə üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun matçında “Abşeron Lions” qələbə qazanıb – 88:72.

Turun əvvəlki qarşılaşmalarında “Quba” “Lənkəran”ı (95:87), “Naxçıvan” “Sərhədçi”ni (90:74), “Ordu” “Sumqayıt”ı (106:86), NTD isə “Şəki”ni (93:79) məğlub edib.

The post “Neftçi” turun son oyununda məğlub oldu appeared first on Komanda.az.

Tahir Gözəl “Qarabağ”ın üzvləri ilə görüşdü

14 December 2025 at 18:41

“Qarabağ”ın prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüşüb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, Premyer Liqanın 15-ci turunun “Azərsun Arena”da keçirilən “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan öncə baş məşqçi Qurban Qurbanovla və komanda üzvləri ilə görüşüb.

Klub rəhbəri komandaya dəstəyini ifadə edib və qarşılaşmada uğurlar arzulayıb.

The post Tahir Gözəl “Qarabağ”ın üzvləri ilə görüşdü appeared first on Komanda.az.

“Sabah”ın əvəzediciləri “Zirə”yə məğlub oldu

14 December 2025 at 18:22

Əvəzedicilər Liqasında 14-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

“Sabah-2” “Zirə-2” ilə ev oyununda məğlub olub. “Sumqayıt-2” isə “Şamaxı-2” üzərində qələbəyə sevinib.

Əvəzedicilər Liqası
14-cü tur

14 dekabr

“Sabah-2” – “Zirə-2” 0:2
Qollar: Əhliman Süleymanzadə, 48. Ramiz Muradov, 82.

“Sumqayıt-2” – “Şamaxı-2” 3:2
Qollar
: Əjdər Hacılı, 2; 38; 61 – Bilal İsmayılov, 36. Edqar Adilxanov, 80-pen.

The post “Sabah”ın əvəzediciləri “Zirə”yə məğlub oldu appeared first on Komanda.az.

Jesus İtaliya klubuna icarəyə verilə bilər

14 December 2025 at 18:00

“Arsenal”ın hücumçusu Qabriel Jesus karyerasını İtaliya klublarından birində davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” braziliyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. İtaliya klubunun rəhbərliyi forvardı qış transfer pəncərəsində icarəyə götürməyə çalışacaq.

Jesus bu mövsüm “Arsenal”ın heyətində cəmi iki oyunda meydana çıxıb və qol vura bilməyib. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

The post Jesus İtaliya klubuna icarəyə verilə bilər appeared first on Komanda.az.

Vinisiusla bağlı bütün söz-söhbətlərə son qoyulub

14 December 2025 at 16:46

“Real”ın hücumçusu Vinisius Juniorun yaxın zamanda klubdan ayrılacağı ehtimalı azdır.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Madrid klubu braziliyalı futbolçunun müqaviləsini yeniləyəcəyinə tamamilə əmindir. Klub rəhbərliyi oyunçuya tam etibar edir və müqaviləsi bitdikdən sonra onun komandanı azad agent kimi tərk etməyəcəyinə inanırlar.

Həmçinin, Vinisiusun baş məşqçi Xabi Alonso ilə münaqişəsi tam həll olunub. Baş məşqçi forvardı “toxunulmaz” hesab edir.

Bu mövsüm mətbuatda yeni müqavilə şərtləriylə bağlı fikir ayrılıqları səbəbindən, 25 yaşlı futbolçunun 2026-cı ildə mümkün satışı haqda mütəmadi olaraq məlumatlar dolaşıb.

The post Vinisiusla bağlı bütün söz-söhbətlərə son qoyulub appeared first on Komanda.az.

Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi”

14 December 2025 at 16:29

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qəbələ” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçda 1:0 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı olub. Bağırov maraqlı oyun alındığını bildirib:

“Maraqlı oyun alındı. Baxmayaraq ki, bir qol vuruldu. Amma rəqib də, biz də daim hücumdaydıq. Bu oyun, mən deyərdim ki, 9 xala bərabər idi, çünki rəqibimizdən uzaqlaşırıq, turnir cədvəli baxımından. Mənim üçün çətin oyun alındı.

Komandamız çoxlu yerli futbolçulardan ibarət olduğuna görə səhvlər var. Oyunçu meydanda çıxış edirsə, səhvlər olacaq. Biz gəldikdən sonra Ohorini fərqli-fərqli mövqelərdə oynadırıq. Düşünürəm ki, zaman-zaman özünü inkişaf etdirəcək.

Əslində, bu gün yaxşı oyunçulara daha çox ehtiyacımız var. Ehtiram bu gün yaxşı çıxış, etdi, oynadığı mövqedə daha effektli idi. Sadəcə, qolu çatışmır. Düşünürəm ki, o da olacaq”.

“Kəpəz” növbəti turda “Turan Tovuz”la üz-üzə gələcək.

Fəxri Rüstəmli

The post Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi” appeared first on Komanda.az.

Tsxadadze: “Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz”

14 December 2025 at 16:07

“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı baş tutub. Gürcüstanlı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:

“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Belə qırmızı vərəqələri ancaq biz ala bilərdik. Qol da elə vuruldu ki, heç kim rəqibin oyunçusunun qarşısını ala bilmədi. Çox pis oynadıq.

Məqsədimiz ilk gündən Premyer Liqada qalmaqdır. Reallıqdan danışmalıyıq. 10 manatınız varsa, restorana getməyi düşünmürsüz. Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz.

Vəziyyət elədir ki, çempionatdakı iştirak ərizəsinə görə biz yalnız beş futbolçu gətirə bilərik. İbrahim Sanqareyə gəlincə, razıyam, çox səhvlər edir. Komandada rəqabət olmalıdır. Rəqabət olmadıqda, inkişafdan danışmaq olmaz. Hər kəsə hörmətlə yanaşırıq. Klub olaraq, qapıçı transferi üçün çalışırıq.

İntizamla bağlı heç bir hal olmadı. Sadəcə, futbolçumuz topa düzgün getmədi. Bu da futbolçu keyfiyyəti ilə bağlı məsələdir. İntizamla bağlı o halda olardı ki, oyunçu söyüş söysün.

Topla itkilər çox odu. Təkcə bizimlə yox, digər komandaların da oyunlarında da bunu görmüşdük. Amma o demək deyil ki, bu meydanda futbol oynamaq olmaz. Sadəcə, futbolçular özləri öyrəşməlidir.

Özümüz bilirik hansı mövqelərə oyunçu lazımdır. Bu, klubun daxili məsələsidir. Klub olaraq bunun üzərində çalışırıq.

Sona kimi mübarizə aparmalıyıq. Bəzi futbolçular ardıcıl iki qələbədən sonra oyuna köklənə bilməmişdilər. “Turan Tovuz”a qarşı da 23 dəqiqə yaxşı çıxış etmişdik. Düşünürəm ki, psixoloji olaraq buna hazır deyillər”.

“Qəbələ” növbəti turda “Qarabağ”ı qəbul edəcək.

Fəxri Rüstəmli

The post Tsxadadze: “Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz” appeared first on Komanda.az.

La Liqa klubu baş məşqçisi ilə vidalaşdı

14 December 2025 at 15:38

“Real Sosyedad” klubu baş məşqçi Serxio Fransiskonu istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir.

46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib.

İlin sonuna qədər san-sebastyanlılara əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Onun köməkçisi İmanol Aqirreçe olacaq.

Komanda hazırda La Liqada 16 turdan sonra 16 xalla 15-ci yerdədir. Fransisko bu posta iyulda təyin olunmuşdu.

The post La Liqa klubu baş məşqçisi ilə vidalaşdı appeared first on Komanda.az.

“Real” fransalı futbolçunu satmağı planlaşdırır

14 December 2025 at 15:31

“Real” yarımmüdafiəçi Eduardo Kamavinqanı zədələrinə görə satmağı düşünür.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, Madrid klubu təxminən 100 milyon avro dəyərində təklifləri nəzərdən keçirməyə hazırdır. Klub 23 yaşlı futbolçunun potensial satışından əldə edilən gəliri digər yarımmüdafiəçilərin alınmasına yatırmağı planlaşdırır.

Kamavinqa bu ilin avqust ayından bəri ayaq biləyi problemləri səbəbindən 48 gün meydandan kənarda qalıb. O, bu mövsüm bütün yarışlarda 15 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

The post “Real” fransalı futbolçunu satmağı planlaşdırır appeared first on Komanda.az.

Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal

14 December 2025 at 15:09

Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) təşkilatçılığı ilə keçirilən dünya çempionatında müxtəlif yaş və çəki dərəcələrində 5 medal qazanıblar.

Komanda.az Azərbaycan Karate Federasiyasına (AKF) istinadən xəbər verir ki, Cavid Kazımlı (16-17 yaş, +80 kq) və Selcan Babayeva (+60 kq) qızıl medal əldə edib.

Rəhman Yusubov (14-15 yaş, 75 kq) gümüş, Vaqif Bəndəliyev (16-17 yaş, 70 kq) və Toğrul Orucov (12-13 yaş, 60 kq) isə bürünc medala sahib olublar.

Dünya çempionatında Azərbaycan 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsi olmaqla, ümumilikdə 20 nəfərlik heyətlə iştirak edib. Karateçilər həm fərdi həm də komanda yarışlarında qüvvələrini sınayıblar.

Milliyə AKF-nin baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi Rza Mustafayev rəhbərlik ediblər.

The post Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal appeared first on Komanda.az.

Xabi Alonso risk etməyə hazırdır

14 December 2025 at 14:29

“Real” bu gün La Liqada “Alaves”lə səfər oyununa hazırlaşır.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, bu matç baş məşqçi Xabi Alonsonun komandada son oyunu ola bilər. Xal itkisi olarsa, o, postundan uzaqlaşdırılacaq. İspaniyalı məşqçi isə risk etməyə, eyni vaxtda Kilian Mbappe, Vinisius Junior, Rodriqo və Çud Bellingemı meydana buraxmağa hazırdır.

Madrid komandası hazırda La Liqada lider “Barselona”dan 7 xal geridə qalaraq ikinci yerdədir. Kataloniyalılar dünən “Osasuna”nı 2:0 hesabıyla məğlub ediblər.

The post Xabi Alonso risk etməyə hazırdır appeared first on Komanda.az.

“Az adam “Barselona”dan imtina edərdi”

14 December 2025 at 13:41

“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi David Silva “şəhərlilər”ə transfer qərarı barədə danışıb.

İngiltərə klubu 2010-cu ildə ispaniyalı futbolçunu “Valensiya”dan transfer etmişdi. Həmin dövrdə dünya çempionunun “Barselona”ya keçə biləcəyi iddia olunsa da, o, Kataloniya klubundan imtina edib.

Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu, İngiltərədə hər şeyin tam fərqli olduğunu bildirib:

“Az adam “Barselona”dan imtina edərdi, amma o vaxt “Mançester Siti” mənim üçün ən yaxşı seçim idi. Orada möhtəşəm 10 il keçirdim. Mənə çox isti münasibət göstərirdilər, hər şeyi qazandıq, komanda daim inkişaf edirdi. İngiltərədə hər şey tam fərqlidir”.

David Silva 2020-ci ildə peşəkar futbolçu karyerasını başa vurub. O, “Mançester Siti”nin heyətində 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

The post “Az adam “Barselona”dan imtina edərdi” appeared first on Komanda.az.

“Zirə”nin legioneri milliyə dəvət alıb

14 December 2025 at 13:26

“Zirə”nin futbolçusu Rikardo Martins Afrika Millətlər Kubokunda iştirak etmək üçün Mozambik millisinə dəvət alıb.

Komanda.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu səbəbdən o, Misli Premyer Liqasının 15-ci turunda “İmişli”yə qarşı matçda iştirak edə bilməyəcək.

Yarımmüdafiəçi sabah yığmanın düşərgəsinə qoşulacaq.

The post “Zirə”nin legioneri milliyə dəvət alıb appeared first on Komanda.az.

“Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir” – “Ayaks”ın futbolçusu

14 December 2025 at 12:43

“Ayaks”ın hücumçusu Kasper Dolberq UEFA Çempionlar Liqasının 6-cı turunda Bakıda “Qarabağ”ı üzərində qazanılan 4:2 hesablı qələbə haqda danışıb.

Komanda.az “De Telegraaf”-a istinadən xəbər verir ki, danimarkalı forvard Bakıda əldə etdikləri üç xalın onlar üçün çox vacib olduğunu deyib:

“Bu mövsüm avrokuboklar bizim üçün uğursuz oldu. Buna baxmayaraq, bu qələbəni uzun müddətdir gözləyirdik. Hər halda, həmin qələbəni Bakıda qazandıq və biz buna çox sevinirik. “Qarabağ”a qarşı yaxşı oyun oynadıq və bacardığımız hər şeyi göstərdik. Komandamın ilk qolunu vurduğum və hesabı bərabərləşdirdiyim üçün şadam. Bəli, növbəti mərhələyə keçmək üçün demək olar ki, heç bir şansımız yoxdur. Amma “Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir və bizə inkişaf etmək imkanı verir”.

The post “Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir” – “Ayaks”ın futbolçusu appeared first on Komanda.az.

Ərəblər 100 milyon avrodan çox xərcləməyə hazırdırlar – Salah üçün

14 December 2025 at 12:30

“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı Pro Liqası klublarının hədəfindədir.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları misirli futbolçunu 114-115 milyon avroya almağa ümid edirlər. Müqavilə, Salahın özü Mersisayd klubunu tərk etmək qərarına gəlsə, mümkün olacaq.

Salahın bir müddət əvvəl komandanın baş məşqçisi Arne Slotla münaqişəsi olub. İki tərəf bu yaxınlarda görüşüb və bundan sonra hücumçu “qırmızılar”ın heyətinə qayıdıb.

Salahın klubla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub. Onun bazar dəyəri 30 milyon avrodur.

The post Ərəblər 100 milyon avrodan çox xərcləməyə hazırdırlar – Salah üçün appeared first on Komanda.az.

“Çempionlar Liqası bizə çox şey öyrətdi”

14 December 2025 at 11:45

Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin komandasının UEFA Çempionlar Liqasındakı çıxışı barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qazaxıstanlı mütəxəssis bu turnirdə təcrübə topladıqlarını bildirib:

“Biz Çempionlar Liqasına müntəzəm qatılan klublardan fərqli olaraq başqa səviyyədəyik. Təcrübə toplayırıq. Çempionlar Liqası bizə çox şey öyrətdi. Futbolçular yüksək səviyyədə özlərini sınadılar”.

“Kayrat” 6 turdan sonra 1 xal toplayaraq, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komandanın növbəti matçı Belçikanın “Brügge” klu­bu ilə olacaq.

The post “Çempionlar Liqası bizə çox şey öyrətdi” appeared first on Komanda.az.

Flik: “Kubarsi fantastik səviyyədədir”

14 December 2025 at 11:23

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Osasuna” üzərində 2:0 hesablı qələbədən sonra mərkəz müdafiəçisi Pau Kubarsinin oyununu yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Düşünürəm ki, Kubarsi fantastik səviyyədədir. Bu, onun üçüncü mövsümüdür və inanılmaz dərəcədə inkişaf edib”.

18 yaşlı futbolçu 75-ci dəqiqəyə qədər oynayaraq, “Barselona”nın qapısını toxunulmaz saxlamasına kömək edib. O, bu mövsüm komanda ilə 19 oyunda iştirak edib. Kubarsi La Liqada debütünü 2024-cü ilin yanvar ayında gerçəkləşdirib.

“Barselona” 17 oyundan sonra 43 xalla İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.

The post Flik: “Kubarsi fantastik səviyyədədir” appeared first on Komanda.az.

La Liqanın rəhbərindən Xabi Alonsoya məsləhət

14 December 2025 at 10:28

İspaniya La Liqasının prezidenti Xavyer Tebas istefa təhlükəsi ilə üz-üzə qalan “Real”ın baş məşqçisi Xabi Alonsoya məsləhət verib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin peşəkarlığını yüksək qiymətləndirərək, ona dəstək nümayiş etdirib:

“Alonso özü olaraq qalmalıdır. O, Almaniya çempionatında kifayət qədər ciddi rəqabət şəraitində böyük uğurlar qazanıb. Tam formalaşmış mütəxəssisdir və yalnız irəli getməyə hazırdır. Ona və “Real”a dəstəyimi ifadə etmək istəyirəm. Onlar bu vəziyyətdən çıxış yolu tapacaqlar”.

Alonso yayda “Real”ın baş məşqçisi vəzifəsinə təyin olunub. Onun komandası son matçında, UEFA Çempionlar Liqası çərçivəsində evdə “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olub.

The post La Liqanın rəhbərindən Xabi Alonsoya məsləhət appeared first on Komanda.az.

Günün oyunları – TV

14 December 2025 at 09:30

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

14 dekabr

Azərbaycan, Premyer Liqa
14:00 Kəpəz – Qəbələ (CBC Sport)
17:30 Qarabağ – Araz-Naxçıvan (CBC Sport)

İtaliya, A Seriyası
15:30 Milan – Sassuolo (Futbol 1)
18:00 Udineze – Napoli (Futbol 1)
21:00 Cenoa – İnter (Futbol 1)
23:45 Bolonya – Yuventus (Futbol 1)

Türkiyə, Super Liqa
15:30 Qaziantep – Göztəpə (beİN Sports 2)
18:00 Fatih Karagümrük – Kocaelispor (beİN Sports 2)
21:00 Trabzonspor – Beşiktaş (Futbol 3, beİN Sports 1)
21:00 Samsunspor – Başakşəhər (beİN Sports 2)

İspaniya, La Liqa
17:00 Sevilya – Ovyedo (Futbol 2)
19:15 Selta – Atletik (Futbol 2)
21:30 Levante – Vilyarreal (İdman TV, Futbol 2)
00:00 Alaves – Real (İdman TV, Futbol 2)

İngiltərə, Premyer Liqa
18:00 Vest Hem – Aston Villa (İdman TV)
18:00 Kristal Pelas – Mançester Siti (beİN Sports 3)

Almaniya, Bundesliqa
20:30 Bayern – Maynts (S Sport+)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Mançester Siti” Kroosu təəccübləndirib

14 December 2025 at 08:29

Almaniya millisinin və “Real”ın sabiq futbolçusu Toni Kroos UEFA Çempionlar Liqasının 6-cı turunda keçmiş komandasının “Mançester Siti”yə məğlubiyyətini (1:2) şərh edib.

Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, o, Madrid komandasının oyuna daha intensiv başladığını və ortaya temp qoyaraq rəqibi çaşdırdığını bildirib:

“Mançester Siti”nin passiv oyunundan təəccübləndim. Təhlükə yaratmadılar. “Real” daha təhlükəli görünürdü və nəticə bütün mənzərəni əks etdirmir”.

Kroos əlavə edib ki, “şəhərlilər” ikinci qoldan sonra aşağı müdafiə blokuna keçib ki, bu da “Real” üçün çətinlik yaradıb. Çünki Madrid komandası əks-hücumlarda daha yaxşı çıxış edir.

O, bildirib ki, məğlubiyyətə baxmayaraq, “Real” oyunda daha aktiv və təhlükəli tərəf olub.

The post “Mançester Siti” Kroosu təəccübləndirib appeared first on Komanda.az.

“Arsenal”la “Liverpul”dan qələbə

14 December 2025 at 02:46

İngiltərə Premyer Liqasında 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 4 oyun baş tutub.

“Çelsi” evdə “Everton”a, “Liverpul” “Brayton”a, “Arsenal” isə “Vulverhempton”a qalib gəlib.

İngiltərə Premyer Liqası
16-cı tur

13 dekabr

Çelsi – Everton 2:0
Qollar
: Palmer, 21. Qusto, 45.

Liverpul – Brayton 2:0
Qollar
: Ekitike, 1; 60.

Börnli – Fulhem 2:3
Qollar
: Uqoçukvu, 21. Sonne, 86 – Smit Rou, 9. Bassi, 31. H.Uilson, 58.

Arsenal – Vulverhempton 2:1
Qollar
: Conston, 70-öz qapısına. Moskera, 90+4-öz qapısına – Arokodare, 90.

14 dekabr

18:00. Kristal Pelas – Mançester Siti
18:00. Nottingem Forest – Tottenhem
18:00. Sanderlend – Nyukasl
18:00. Vest Hem – Aston Villa
20:30. Brentford – Lids

15 dekabr

00:00. Mançester Yunayted – Bornmut

The post “Arsenal”la “Liverpul”dan qələbə appeared first on Komanda.az.

“Barselona” inamlı qələbəyə sevindi

14 December 2025 at 02:28

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Atletiko” evdə “Valensiya”ya, “Malyorka” “Elçe”yə, “Barselona” “Osasuna”ya qalib gəlib. “Xetafe” isə evdə “Espanyol”a uduzub.

İspaniya La Liqası
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar
: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

Atletiko – Valensiya 2:1
Qollar
: Koke, 17. Qrizmann, 74 – Beltran, 63.

Malyorka – Elçe 3:1
Qollar
: Morlanes, 5. Maskarell, 82. Muriqi, 89 – Maffeo, 21-öz qapısına.

Barselona – Osasuna 2:0
Qollar
: Rafinya, 70; 86.

Xetafe – Espanyol 0:1
Qol
: Kabrera, 53.

14 dekabr

17:00. Sevilya – Real Ovyedo
19:15. Selta – Atletik
21.30. Levante – Vilyarreal
00:00. Alaves – Real

15 dekabr

00:00. Rayo Valyekano – Betis

The post “Barselona” inamlı qələbəyə sevindi appeared first on Komanda.az.

PSJ-dən səfərdə çətin qələbə

14 December 2025 at 02:14

Fransa Liqa 1-də 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Paris” evdə “Tuluza”ya uduzub. “Renn” “Brest”i məğlub edibsə, PSJ səfərdə “Mets”dən üstün olub.

Fransa Liqa 1
16-cı tur

12 dekabr

Anje – Nant 4:1
Qollar
: Abdelli, 17-pen. Şerif, 60. Djibirin, 85. Raolisoa, 90+4 – Kentonse, 81.

13 dekabr

Renn – Brest 3:1
Qollar
: Lepaul, 24. Tamari, 25. Meyte, 87 – Balde, 13.

Mets – PSJ 2:3
Qollar
: Deminge, 42. Çitaişvili, 80 – Q.Ramos, 31. Ndjantu, 39. Due, 63.

Paris – Tuluza 0:3
Qollar
: İdalqo, 29. Qboho, 37; 69.

14 dekabr

18:00. Olimpik (Lion) – Havr
20:15. Oser – Lill
20:15. Lans – Nitsa
20:15. Strasburq – Loryan
23:45. Olimpik (Marsel) – Monako

The post PSJ-dən səfərdə çətin qələbə appeared first on Komanda.az.

“Latsio”dan səfər qələbəsi

14 December 2025 at 01:57

İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Torino” – “Kremoneze” və “Atalanta” – “Kalyari” matçlarında meydan sahibləri qələbə qazanıblar. “Parma” isə evdə “Latsio”ya uduzub.

İtaliya A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol
: Ştuliç, 72.

13 dekabr

Torino – Kremoneze 1:0
Qol
: Vlaşiç, 27.

Parma – Latsio 0:1
Qol
: Noslin, 82.

Atalanta- Kalyari 2:1
Qol
: Skamakka, 11; 81 – Qaetano, 75.

14 dekabr

15:30. Milan – Sassuolo
18:00. Fiorentina – Verona
18:00. Udineze – Napoli
21:00. Cenoa – İnter
23:45. Bolonya – Yuventus

15 dekabr

23:45. Roma – Komo

The post “Latsio”dan səfər qələbəsi appeared first on Komanda.az.

“Bayer”dən inamlı qələbə

14 December 2025 at 00:46

Almaniya Bundesliqasında 14-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 5 oyun baş tutub.

“Ayntraxt” “Auqsburq”u, “Hoffenhaym” “Hamburq”u, “Sankt Pauli” “Haydenhaym”ı, “Bayer” isə “Köln”ü məğlub yola salıb.

Almaniya Bundesliqası
14-cü tur

12 dekabr

Union Berlin – Leypsiq 3:1
Qollar
: Burke, 57. Ansa, 64. Skarke, 90+3 – Qomis, 60.

13 dekabr

Borussiya (Mönhenqladbax) – Volfsburq 1:3
Qollar
: Kulyerakis, 22-öz qapısına – Vimmer, 4; 34. Amura, 34.

Ayntraxt – Auqsburq 1:0
Qol
: Doan, 68.

Hoffenhaym – Hamburq 4:1
Qollar
: Promel, 8. O.Kabak, 31. Lemperle, 65. Asllani, 72 – Filippe, 82.

Sankt Pauli – Haydenhaym 2:1
Qollar
: Kaars, 35; 53 – Pyeringer, 64.

Bayer – Köln 2:0
Qollar
: Terrye, 66. Andrix, 72.

14 dekabr

18:30. Frayburq – Borussiya (Dortmund)
20:30. Bayern – Maynts
22:30. Verder – Ştutqart

The post “Bayer”dən inamlı qələbə appeared first on Komanda.az.

“Qalatasaray”dan darmadağın

13 December 2025 at 23:59

Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.

“Kayserispor” – “Alanyaspor” oyunu qolsuz bitib. “Rizəspor” evdə “Eyüpspor”u böyük hesabla yenibsə, “Qalatasaray” da “Antalyaspor”u darmadağınla üstələyib.

Türkiyə Super Liqası
16-cı tur

12 dekabr

Kasımpaşa – Gənclərbirliyi 0:0

13 dekabr

Rizəspor – Eyüpspor 3:0
Qollar: Laci, 45+2-pen. S.Akaydın, 52. Sou, 81.

Kayserispor – Alanyaspor 0:0

Antalyaspor – Qalatasaray 1:4
Qollar: Van de Strek, 69 – Sane, 7. Sallai, 11. Osimhen, 56. İkardi, 90+3.

14 dekabr

15:30. Qaziantep – Göztəpə
18:00. Karagümrük – Kocaelispor
21:00. Samsunspor – Başakşəhər
21:00. Trabzonspor – Beşiktaş

15 dekabr

21:00. Fənərbağça – Konyaspor

The post “Qalatasaray”dan darmadağın appeared first on Komanda.az.

Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatdı

13 December 2025 at 23:20

Bakı Su İdmanı Sarayında 3 gün ərzində davam etmiş üzgüçülük üzrə Azərbaycan Çempionatı – 2025 yekunlaşıb.

Komanda.az xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar sərbəst, arxasıüstə, brass, kəpənək və qarışıq üsullar üzrə həm fərdi, həm də estafet şəklində yarışıb.

Gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarını və qonaqları salamlayaraq hər kəsə uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev üzgüçülük üzrə ölkə çempionatının əhəmiyyətindən və gələcək layihələrdən danışıb.

Final yarışları başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Medalları gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, vitse-prezident Xaliq İldırımzadə, baş katib Oqtay Atayev, eləcə də federasiyanın müşaviri Rəşad Əbdürəhmanov təqdim edib.

Qadınlar

“Arxası üstə” üsülu ilə 200 metr – Vlastilina Xasyanova (qızıl medal), Məryəm Cavadova (gümüş medal), Dəniz Topçubaşova (bürünc medal)

“Brass” üsülu ilə 100 metr – Anastasiya Boborıkina (qızıl medal), Sofiya Hacıyeva (gümüş medal), Sofya Lyovina (bürünc medal)

Sərbəst üsulla 50 metr – Leyla Abduləzizova (qızıl medal), Aişə Səmədova (gümüş medal), Aleksandra Slepenko (bürünc medal)

Sərbəst üsulla 200 metr – Məryəm Cavadova (qızıl medal), Vlastilina Xasyanova (gümüş medal), Aleksandra Slepenko (bürünc medal)

Qarışıq üsulla 200 metr – Məryəm Cavadova (qızıl medal), Sofiya Medvedeva (gümüş medal), Nərmin Ramazanova (bürünc medal)

Kişilər

“Arxası üstə” üsülu ilə 200 metr – Oqtay Hüseynov (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Əli Rzazadə (bürünc medal)

“Brass” üsülu ilə 100 metr – Fərhad Şirməmmədli (qızıl medal), Qurban Əliyev (gümüş medal), Vasif Nəcəfli

“Butterfly” üsulu ilə 100 metr – Abdürrahman Rüstəmov (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Fərhad Şirməmmədli (bürünc medal)

Sərbəst üsulla 50 metr – Abdürrahman Rüstəmov (qızıl medal), Ayaz Zərbəliyev (gümüş medal), Rəşad Alquliyev (bürün medal)

Sərbəst üsulla 200 metr – Süleyman İsmayılzadə (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Amin Oruclu (bürünc medal)

Qarışıq üsulla 200 metr – Amin Oruclu (qızıl medal), Timur Nikiforov (gümüş medal), Tofiq Əhmədzadə (bürünc medal)

Sərbəst üsulla estafet üsulu kişilər (4×100) Qızıl medal – RYUM 1 (Oqtay Hüseynov, Rəşad Alquliyev, Abdürrahman Rüstəmov, Süleyman İsmayılzadə) Gümüş medal – Ocaq 1 (Fərhad Şirməmmədli, Amin Oruclu, Firdovsi Abbasov, Mikayıl İsrafilov) Bürünc medal – Trikids 1 (Əli Rzazadə, Teymur Cəfərov, Tural Atakişiyev, Riad Abbaszadə)

The post Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatdı appeared first on Komanda.az.

Azərbaycanın 2 boksçusu AÇ-nin yarımfinalında

13 December 2025 at 23:00

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start verilib.

Komanda.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin 2 idmançısı yarımfinala vəsiqəni təmin edib.

Qardaş Rəhimov (46 kq) Misteak Rama (Albaniya) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, 1/2 finalda Rati Xarbedia (Gürcüstan) ilə qarşılaşacaq.

Şükar Əliyev (75 kq) də 1/4 final döyüşündən qalib ayrılıb. O, Yannik Müllerdən (Almaniya) güclü olub – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28). Əliyev yarımfinalda Aleks Domjanla (Macarıstan) döyüşəcək.

Yarımfinala vəsiqə qazanan boksçular özləri üçün azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, Avropa çempionatında daha 3 boksçumuz 1/4 final döyüşünə çıxacaq.

The post Azərbaycanın 2 boksçusu AÇ-nin yarımfinalında appeared first on Komanda.az.

Fransalı futbolçunun “Roma”ya keçmək ehtimalı azalıb

13 December 2025 at 22:32

“Tottenhem”in hücumçusu Matteys Telin “Roma”ya keçmək ehtimalı azdır.

Komanda.az xəbər verir ki, bu barədə “Il Messaggero” məlumat yayıb.

20 yaşlı futbolçunu transfer etmək istəyən “Roma”nın şansları azalır, çünki Tel, Tomas Frank (“Tottenhem”in baş məşqçisi) üçün getdikcə vacib oyunçuya çevrilir. Yaxınlarda onun UEFA Çempionlar Liqası üçün komandanın heyətinə daxil edilməsi klubdakı mövqeyini gücləndirib.

Fransalı forvard cari mövsümdə bütün turnirlərdə 14 oyunda iştirak edib və 2 qol vurub. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.

The post Fransalı futbolçunun “Roma”ya keçmək ehtimalı azalıb appeared first on Komanda.az.

“Tottenhem”in futbolçusu “Kristal Pelas”a keçə bilər

13 December 2025 at 22:00

“Tottenhem”in vingeri Brennan Conson İngiltərə Premyer Liqasının digər klubuna keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Uelsli futbolçu ilə “Kristal Pelas” maraqlanır. Consonun transferi yanvarda reallaşa bilər.

24 yaşlı oyunçunun “Tottenhem”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, cari mövsümdə “Tottenhem”in heyətində 19 oyuna çıxıb və 4 qol vurub.

The post “Tottenhem”in futbolçusu “Kristal Pelas”a keçə bilər appeared first on Komanda.az.

Yesterday — 13 December 2025Main stream

Azərbaycan çempionatlarında 2-ci turun oyunları keçirilib

13 December 2025 at 21:32

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, kişilərin yarışında “Qarabağ” “Azəryol”u (31:21), “Bakı” “Dinamo”nu (40:26), “Kür” “Təhsil”i (38:28) məğlub edib.

Qadınların mübarizəsində “Kür” “Bakı”nı (54:11), “İdman Akademiyası” “Təhsil”i (43:16), “Azəryol” “Qarabağ”ı (46:27) üstələyib.

The post Azərbaycan çempionatlarında 2-ci turun oyunları keçirilib appeared first on Komanda.az.

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

13 December 2025 at 21:08

Komanda.az Premyer Liqanın 15-ci turunun “Turan Tovuz” – “Sabah” matçının (1:3) videoicmalını təqdm edir:

The post “Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO appeared first on Komanda.az.

Premyer Liqa klublarının hədəfindədir – 19 yaşlı futbolçu

13 December 2025 at 20:30

“Leyptsiq”in futbolçusu Yan Diomande İngiltərə Premyer Liqası klubları arasında böyük marağa səbəb olub.

19 yaşlı vinger “Mançester Siti”, “Liverpul”, “Tottenhem”, “Çelsi” və Premyer Liqanın digər aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif şayiələrə baxmayaraq, hazırda iddiaçılardan heç biri Fil Dişi Sahilindən olan oyunçu ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə etməyib.

Diomandenin “Leyptsiq”lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir və sözləşmədə sərbəstqalma maddəsi yer almır.

Onun transferi 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra reallaşa bilər. Ancaq “Leyptsiq” bu keçid üçün çox yüksək məbləğ tələb etməyi planlaşdırır. Mənbələrin məlumatına görə, tələb olunan məbləğ 100 milyon avrodan artıq olacaq.

The post Premyer Liqa klublarının hədəfindədir – 19 yaşlı futbolçu appeared first on Komanda.az.

“Mançester Yunayted” iki futbolçusu ilə bağlı qərar verməlidir

13 December 2025 at 19:29

Tanınmış insayder Fabrizio Romano “Mançester Yunayted”in hücumçusu Coşua Zirkze və yarımmüdafiəçisi Kobbi Mainu ilə bağlı vəziyyət barədə danışıb.

Komanda.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında “Roma”nın Coşua Zirkzeyə marağının çox konkret və ciddi səviyyədə olduğunu bildirib:

“Roma”nın Coşua Zirkzeyə marağı çox konkret və ciddi səviyyədədir. Klub onu heyətinə qatmaq istəyir və o, prioritet transfer məqsədi hesab olunur. Ancaq hər şey “Mançester Yunayted”dən asılıdır.

Kobbi Mainunun icarəyə verilməsinə isə 10-dan çox klub maraq göstərir. “Napoli” artıq bir neçə həftədir ki, onunla maraqlanır, amma hələlik Zirkze məsələsində olduğu kimi, hər şey “Mançester Yunayted”in razılığına bağlıdır”.

The post “Mançester Yunayted” iki futbolçusu ilə bağlı qərar verməlidir appeared first on Komanda.az.

Berdıyev: “Uşaqlara dedim ki, bu ağrılıdır, həm də utancvericidir”

13 December 2025 at 18:53

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sabah”ı qəbul edib.

Komanda.az xəbər verir ki, 1:3 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışıdırıcı müdafiədəki səhvlərdən məğlub olduqlarını bildirib:

“Fikirləşirəm ki, bu gün müdafiədə buraxdığımız səhvləri “Sabah” lazımınca dəyərləndirdi. Hansı ki, biz onları etməməli idik.

İstənilən məşqçi səhv edə bilər. İlk hissədə düzülüşümüz düzgün olmadı və bununla əlaqədar “Sabah”ın istifadə edəcəyi boşluqlar oldu. İkinci hissədə arxa xətdə buraxdığımız səhvləri “Sabah” dəyərləndirdi.

İlk növbədə, bu məsələləri bütün klublarda prezident həll edir. O ağrı-acı ki biz onları azarkeşlərə yaşatdıq – mən bununla bağlı paltardəyişmə otağında danışdım. Uşaqlara dedim ki, bu ağrılıdır, həm də utancvericidir”.

“Turan Tovuz” növbəti turda “Kəpəz”lə üz-üzə gələcək.

Fəxri Rüstəmli

The post Berdıyev: “Uşaqlara dedim ki, bu ağrılıdır, həm də utancvericidir” appeared first on Komanda.az.

Dambrauskas: “Çox önəmli qələbə qazandıq”

13 December 2025 at 18:43

“Sabah” Azərbaycan Premyer Liqasının 15-ci turunda bu gün “Turan Tovuz”un qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“İlk olaraq oyunçularımı təbrik edirəm. Həqiqətən də, bu gün möhtəşəm çıxış etdik. Çox önəmli qələbə qazandıq. Rəqib yaxşı təşkil olunmuş komandadır. Qalib gəldiyimizə görə çox şadıq. Oyunçularım qələbəyə layiq idilər.

Bizim sadəcə bir arzumuz var. O da hər dəfə qarşıdakı oyuna hazırlaşımağımızdır. Dörd gün sonra bizi ağır oyun gözləyir. Elə bir komandaya qarşı oynayacağıq ki, ölkəmizi Avropada layiqincə təmsil edir. Tək istəyimiz Bakıya qayıqıb, bərpa olunub bu oyuna hazırlaşmaqdır.

Azərbaycanlı deyiləm, sizin ölkənizdə qonağam. Burada işləmək mənim üçün zövqdür. Azarkeşlər baxımından hər şey yaxşı idi. Amma meydança baxımından bunu deyə bilməyəcəm. Hər kəs istəyir ki, futbolçular inkişaf eləsin. Amma bu cür meydançalarda bu mümkün deyil”.

“Sabah” növbəti turda səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Fəxri Rüstəmli

The post Dambrauskas: “Çox önəmli qələbə qazandıq” appeared first on Komanda.az.

Azərbaycan boksçusu 19 yaşında dünya çempionu oldu

13 December 2025 at 18:00

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionu olub.

Komanda.az xəbər verir ki, millinin 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula yiyələnib.

Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Edmond Xudoyanla (Rusiya) qarşılaşıb. Mamedov rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.

Bununla da millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialda 3-cü yeri tutublar.

The post Azərbaycan boksçusu 19 yaşında dünya çempionu oldu appeared first on Komanda.az.

“Şamaxı” “Zirə”yə belə qalib gəldi – VİDEO

13 December 2025 at 17:27

Komanda.az Premyer Liqanın 15-ci turunun “Şamaxı” – “Zirə” matçının (2:1) videoicmalını təqdim edir.

The post “Şamaxı” “Zirə”yə belə qalib gəldi – VİDEO appeared first on Komanda.az.

Sterlinq “Çelsi”yə lazım deyil

13 December 2025 at 16:48

“Çelsi” yarımmüdafiəçisi Rahim Sterlinqlə yollarını ayırmağı planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

31 yaşlı futbolçunun karyerasını davam etdirə biləcəyi variantlar arasında İngiltərə Premyer Liqasının “Lids” və “Kristal Pelas” klubları göstərilir. Sterlinq heç bir klub tərəfindən alınmasa, londonlular onunla müqaviləni vaxtından əvvəl ləğv etməyi düşünə bilər.

İngiltərəli futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, cari mövsümdə hələ “Çelsi”nin heyətində bir dəqiqə belə, iştirak etməyib.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post Sterlinq “Çelsi”yə lazım deyil appeared first on Komanda.az.

Ayxan Abbasov: “Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır”

13 December 2025 at 16:41

“Şamaxı” Azərbaycan Premyer Liqasının 15-ci turunda doğma meydanda “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra oyunla bağlı fikirlərini bildirib:

“Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, sabit oynayan bir kollektivdir. Onlar da ağır qrafikdən çıxmışdılar. Hər iki komandanın epizodları oldu. Mühüm qələbə qazandıq, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm.

Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır. Mühüm amillər var. Hər oyuna baxırıq. Məqsəd hər matçda xal qazanmaqdır. Ötən il qışa qədər iki dövrədə 17 xal yığmışdıq, bu il isə artıq 20 xal var, kubokda irəliləmişik. Möhkəmlənmiş heyətimiz var. Eyni zamanda, avrokubok üçün büdcə lazımdır.

Premyer Liqada qalmaq üçün 25 xalın bəs edəcəyini düşünürəm. İndi 20 xalımız var. Hər yer bizim üçün önəmlidir. Ötən ildən daha yaxşı olmaq istəyirik”.

The post Ayxan Abbasov: “Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır” appeared first on Komanda.az.

Upamekanonun daha iki “elçi”si var

13 December 2025 at 16:26

“Bayern”in müdafiəçisi Dayot Upamekano daha iki top-klubun maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə maraqlanan klubların siyahısına İngiltərə Premyer Liqasının top-klubları – “Mançester Siti” və “Çelsi” də qoşulub.

Premyer Liqa təmsilçiləri artıq 27 yaşlı müdafiəçinin transferi üzərində işləməyə başlayıblar. Upamekano mövsümün sonunda, müqaviləsinin müddəti başa çatdıqdan sonra “Bayern”dən azad agent kimi ayrıla bilər.

Daha əvvəl Upamekano uğrunda mübarizədə favoritlər kimi “Real” və PSJ göstərilirdi. Həmçinin, “Liverpul”un da onunla maraqlandığı barədə məlumatlar yayılmışdı. Buna baxmayaraq, Münhen klubunun rəhbərliyi Upamekanonu müqavilənin müddətini uzatmağa razı salmaq niyyətindən hələ də əl çəkməyib.

The post Upamekanonun daha iki “elçi”si var appeared first on Komanda.az.

Rəşad Sadıqov: “Bu itkilər bizi çox yordu”

13 December 2025 at 16:20

“Zirə” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə uduzub.

Komanda.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bildirib:

“Gərgin oyun oldu. Ümumiyyətlə, çempionatda heç bir oyun rahat keçmir. Hər iki komanda meydanda əzmkar oyun nümayiş etdirdi. Birinci hissə bizim üçün uğurlu oldu, hesabda önə keçdik. Fasilədə danışdıq ki, rəqib ikinci hissənin əvvəlində fəal olacaq, daha diqqətli olmalıyıq. Amma təəssüf ki, birinci qol rəqibin gözlədiyimiz hücumundan vuruldu. Diqqətsizlik etdik və “Şamaxı” fərqləndi. Daha sonra penalti. İkinci qoldan sonra çoxlu qol epizodlarımız oldu. Belə epizodlar qol olmursa, həmin matçda qalib gəlmək müşkülə çevrilir. Bu oyundan nəticələr çıxarıb növbəti qarşılaşmalara köklənəcəyik. Hücum xəttində dörd futbolçunu birdən itirmişik. Bu itkilər bizi çox yordu, bir çox oyunlarda özünü hiss etdirdi. Bu gün dörd hücumameyilli oyunçudan istifadə edə bilmədik. Bu, hücumu gücləndirməyimizə mane olur”.

The post Rəşad Sadıqov: “Bu itkilər bizi çox yordu” appeared first on Komanda.az.

Dumfris agentini dəyişib – “İnter”dən ayrıla bilər

13 December 2025 at 15:44

“İnter”in müdafiəçisi Denzel Dumfris gələn il komandanı tərk edə bilər. 29 yaşlı futbolçu bu yaxınlarda agentini dəyişib və artıq transfer bazarında onun maraqlarını tanınmış menecer Ali Barat təmsil edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun növbəti ilin yayında Milan klubundan ayrılma ehtimalı kifayət qədər yüksəkdir.

Onun “İnter”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Dumfris cari mövsümdə Kristian Kivunun komandasında bütün turnirlərdə 15 oyuna çıxıb və 3 qol vurub.

The post Dumfris agentini dəyişib – “İnter”dən ayrıla bilər appeared first on Komanda.az.

“Beşiktaş” “Çelsi”nin futbolçusu ilə maraqlanır

13 December 2025 at 15:18

“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Eagle Media” məlumat yayıb.

Ukraynalı futbolçunun transferində “Beşiktaş” maraqlıdır. “Qara qartallar” Mudriki heyətinə tamhüquqlu transfer əsasında cəlb etməyi planlaşdırır.

24 yaşlı futbolçu dopinq qalmaqalı səbəbindən uzun müddət yaşıl meydanlardan kənar qalıb. O, 2024/25 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlərdə 15 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

The post “Beşiktaş” “Çelsi”nin futbolçusu ilə maraqlanır appeared first on Komanda.az.

DÇ-2026-nın ən populyar oyunları açıqlandı

13 December 2025 at 14:43

FİFA 2026-cı il dünya çempionatının biletlərinə yüksək tələbat olduğunu açıqlayıb.

Komanda.az quruma istinadən xəbər verir ki, biletlərin üçüncü satış mərhələsinin başlamasından cəmi 24 saat keçdikdən sonra 200-dən çox ölkədən 5 milyon müraciət daxil olub. Bu, qrup mərhələsinin bəzi oyunlarına olan böyük marağı göstərir.

Ən çox müraciət edilən oyun Kolumbiya – Portuqaliya matçı olub (Mayami, 27 iyun). Qalan 5 populyar oyunlara Braziliya – Mərakeş (Nyu-York, Nyu-Cersi, 13 iyun), Meksika – Cənubi Koreya (Qvadalahara, 18 iyun), Ekvador – Almaniya (Nyu-York, Nyu-Cersi, 25 iyun) və Şotlandiya – Braziliya (Mayami, 24 iyun) daxildir.

Ən çox müraciət edən ölkələr ev sahibləri ABŞ, Meksika və Kanadadır. Siyahının qalan pillələrində Kolumbiya, İngiltərə, Ekvador, Braziliya, Argentina, Şotlandiya, Almaniya, Avstraliya, Fransa və Panama yer alıb.

DÇ-2026-nın final oyununa biletlər 4 min dollardan başlayır ki, bu da 2022-ci ilə nisbətən 7 dəfə bahadır. Azarkeşlər Birliyi qiymətlərin yenidən nəzərdən keçirilməsini tələb edərək, bunu “DÇ ənənələrinə xəyanət” adlandırıb.

The post DÇ-2026-nın ən populyar oyunları açıqlandı appeared first on Komanda.az.

“Real”ın hücumçusu Fransa klubuna keçəcək

13 December 2025 at 14:17

“Real” “Lion”la braziliyalı hücumçu Endrikin icarə müqaviləsini rəsmiləşdirib. O, yanvarda madridlilərdən ayrılaraq yeni klubunda oyun təcrübəsi qazanacaq.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

İcarə hər iki tərəf üçün faydalıdır. Endrik Avropa turnirlərində çıxış edən komandada oyun praktikası qazanacaq və Braziliya millisinin heyətinə düşmək üçün baş məşqçi Karlo Ançelottini təsirləndirmək şansı əldə edəcək.

“Real” isə 19 yaşlı futbolçuya sərf etdiyi 60 milyon avrodan çox investisiyanı qoruyur. Klub onun potensialına inamını saxlayır və qiymətini qorumaq üçün icarəni vacib addım hesab edir. Bu addım həm oyunçunun, həm də klubun gələcəyi üçün strateji əhəmiyyət daşıyır.

The post “Real”ın hücumçusu Fransa klubuna keçəcək appeared first on Komanda.az.

“Liverpul”u “Qarabağ”la matça Cerrard çıxara bilər

13 December 2025 at 13:42

“Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard yenidən Merseysayd klubuna qayıda bilər.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis komandanın baş məşqçisi Arne Slot istefaya göndəriləcəyi təqdirdə “qırmızılar”ı çalışdırmağa hazırdır.

Klub daxilində Cerrardın müvəqqəti baş məşqçi təyin olunması ilə bağlı danışıqlar aparılıb.

Arne Slot “Liverpul”un baş məşqçisi postuna 2024-cü ilin yayında təyin olunub və o, almaniyalı mütəxəssis Yurgen Kloppun yerini tutub. Niderlanlı çalışdırıcının klubla müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq. Komanda onun rəhbərliyi altında ötən mövsüm İngiltərə çempionu olub.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Liverpul”u “Qarabağ”la matça Cerrard çıxara bilər appeared first on Komanda.az.

“Neftçi” sabiq futbolçusunu geri qaytardı – Bu dəfə məşqçi kimi

13 December 2025 at 13:16

“Neftçi” ötən günlərdə yeni baş məşqçisinin adına aydınlıq gətirdi. “Ağ-qaralar” ukraynalı mütəxəssis Yuri Vernidubla anlaşdı.

Komanda.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu daha bir məşqçinin təyinatını rəsmiləşdirib. Belə ki, “Neftçi”nin sabiq futbolçusu Aqil Məmmədov bundan sonra Vernidubun köməkçilərindən biri olacaq.

36 yaşlı mütəxəssis klubun qapıçıları ilə işləyəcək.

Aqil Məmmədov futbolçu kimi karyerasını “Neftçi”də başa vurub. Daha sonra klubdan ona akademiyada qalıb qapıçı məşqçilər üzrə kordinator kimi çalışmaq təklif olunub. O, indi əsas komandada iş başında olacaq.

The post “Neftçi” sabiq futbolçusunu geri qaytardı – Bu dəfə məşqçi kimi appeared first on Komanda.az.

“Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum” – MÜSAHİBƏ

13 December 2025 at 13:03

“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis “Neftçi”yə gəlişi və hədəflər haqda danışıb:

– “Neftçi”yə gəlişiniz necə baş tutdu?

– Əslində, həm ölkə daxilindən, həm də ölkə xaricindən təkliflərim var idi. Amma “Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum. Çünki “Neftçi” böyük tarixə malik klubdur. Komandanı hələ SSRİ çempionatından tanıyıram. Özüm də futbolçu kimi “Neftçi”yə qarşı oynamışam. “Neftçi” Ukraynada da çox populyardır. Rəhbərliklə söhbətimizdən sonra klubun qarşısında hansı hədəflərin dayandığını gördüm. Layihəni çox bəyəndim. Burada sistemli iş aparılır və klubun böyük planları var. Hazırda nəticələr çox da ürəkaçan olmasa da, bunlar müvəqqətidir. Nəticələri birlikdə yaxşılaşdıracağıq.

– Artıq futbolçularla da tanış olmusuz, komandanı bir neçə məşqə çıxarmısız. İlkin təəssüratlarınız necədir?

– Heyət çox keyfiyyətli futbolçulardan ibarətdir. Klub gözəl və hədəflərə uyğun transfer siyasəti həyata keçirib. Hər mövqedə güclü futbolçular toplaşıb. Onlardan gözləntilərim yüksəkdir. Çalışacağıq ki, qısa zamanda komandaya öz oyun fəlsəfəmizi aşılayaq, həm taktiki, həm fiziki, həm də psixoloji cəhətdən onları yeni səviyyəyə qaldıraq. Vaxt gedir, artıq çempionatın ortasındayıq. İşə düzgün yanaşsaq, məqsədimizə çatacağıq. Yaxın vaxtlarda hər hansı bir transferin həyata keçirilməsi gündəmdə deyil. Əlbəttə, uzunmüddətli planda komandanın möhkəmləndirilməsi var, amma indi əsas prioritetimiz əlimizdə olan futbolçuların oyun səviyyəsini bir qədər də qaldırmaqdır. Onlara güvənirəm.

– Qarşınıza hansı hədəflər qoyulub?

– Əvvəlcə mütləq şəkildə nəticələri yaxşılaşdırmalıyıq. İşimiz çoxdur, amma qorxmuruq. Artıq bir neçə məşq keçmişəm, futbolçularda da istək və əzm hiss olunur. Rəhbərlikdən də ilk gündən yalnız dəstək görürəm. İnanıram ki, bu çətinliyin öhdəsindən birlikdə gələcəyik. İlk söhbətimizdə də rəhbərlikdən xahiş etdim ki, hər dəqiqə mənim və futbolçuların yanında olsun. Biz bir-birimizi çox yaxşı başa düşdük. Hədəflərə gəlincə, “Neftçi”yə yalnız çempionluq yaraşır. Düzdür, indi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq. Vuruşacağıq, sonadək mübarizə aparacağıq. Ən azı bunun üçün sona qədər döyüşəcəyik, əlimizdən nə gəlirsə, edəcəyik. Elə “Sumqayıt”la matçdan etibarən qələbələri sıralamağa çalışacağıq.

– “Neftçi” azarkeşlərinə sözünüz nədir?

– Bu komanda necə böyükdürsə, elə də böyük azarkeşi var. Balacadan böyüyə ürəyi “Neftçi” ilə döyünən azarkeş ordusu var. Bunu bilirəm. Hər şeyin fərqindəyəm. “Neftçi”ni hər oyunda nəticədən asılı olmayaraq sonadək dəstəklədiklərindən xəbərdaram. Çalışacağıq və əlimizdən gələni edəcəyik ki, onların ümidlərini doğruldaq, hər oyundan sonra onları evlərinə sevinclə yola salaq. Azarkeşlərdən də xahiş edirəm ki, futbolçulardan dəstəklərini əsirgəməsinlər.

The post “Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum” – MÜSAHİBƏ appeared first on Komanda.az.

MY futbolçusunun satışından 80 milyon avro qazanmaq istəyir

13 December 2025 at 12:42

Portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandes yaxın gələcəkdə “Mançester Yunayted”dən ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

“Qırmızı şeytanlar”ın rəhbərliyi 31 yaşlı futbolçunun böyük məbləğ qarşılığında satış variantını nəzərdən keçirməyə hazırdır.

Mançester təmsilçisi Fernandesin transferindən təxminən 80 milyon avro gəlir əldə etməyi planlaşdırır. Onunla Səudiyyə Ərəbistanı çempionatında çıxış edən klubların maraqlandığı bildirilir.

Bruno Fernandes 2020-ci ilin yanvarından “Mançester Yunayted”in şərəfini qoruyur. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

The post MY futbolçusunun satışından 80 milyon avro qazanmaq istəyir appeared first on Komanda.az.

Türkiyə klubu Rüdiger üçün təklif göndərəcək

13 December 2025 at 12:17

Almaniya millisinin və “Real”ın müdafiəçisi Antonio Rüdiger klubunu dəyişə bilər.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

32 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub “Qalatasaray”dır. İstanbul təmsilçisinin rəhbərliyi Rüdigeri qışda transfer etmək üçün cəhd göstərəcək. Bildirilir ki, futbolçunun özü də danışıqlara açıqdır.

Almaniyalı müdafiəçinin “kral klubu” ilə müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdir.

O, cari mövsümdə “Real”ın heyətində 3 oyuna çıxıb.

The post Türkiyə klubu Rüdiger üçün təklif göndərəcək appeared first on Komanda.az.

“Biz “İnter”i yüksək səviyyəyə çatdırdıq”

13 December 2025 at 11:40

“İnter”in hücumçusu Lautaro Martines bu mövsüm A Seriyası çempionluğu uğrunda mübarizə haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bunu söyləyib:

“Biz “İnter”i yüksək səviyyəyə çatdırdıq. Skudetto? Biz “Napoli”, “Milan” və “Roma” ilə mübarizə aparacağıq. “Milan”ın çox bəyəndiyim baş məşqçisi var”.

“İnter” 14 oyundan sonra 30 xalla İtaliya çempionatının turnir cədvəlində üçüncü yerdədir. Komanda lider “Milan”dan və “Napoli”dən bir xal geridədir. “İnter” dekabrın 14-də, A Seriyasının 15-ci turu çərçivəsində “Cenoa” ilə səfərdə oynayacaq.

The post “Biz “İnter”i yüksək səviyyəyə çatdırdıq” appeared first on Komanda.az.

Alonsonun taleyi “Alaves”lə oyundan asılıdır

13 December 2025 at 11:18

“Real”ın baş məşqçisi Xabi Alonsonun vəzifəsini itirmə riski yarandığı bildirilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqada “Alaves”lə qarşıdakı oyunda uğursuz nəticə “kral klubu”nun rəhbərliyini ispaniyalı mütəxəssislə yolları ayırmağa vadar edə bilər.

Alonsonun mümkün əvəzləyicisi kimi əsas namizəd Zinəddin Zidan göstərilir. Fransalı mütəxəssis 2021-ci ildə “Real”dan ayrıldıqdan sonra heç bir komandada çalışmayıb. Ancaq hazırda Madrid klubu Zidanın qayıdışı ilə bağlı onunla heç bir danışıqlar aparmır.

Xabi Alonso bu ilin iyununda “Real”ın baş məşqçisi təyin olunub. Ondan əvvəl komandaya dörd il ərzində italiyalı Karlo Ançelotti rəhbərlik edirdi.

The post Alonsonun taleyi “Alaves”lə oyundan asılıdır appeared first on Komanda.az.

“Çelsi” üçün qış “səssiz” keçəcək

13 December 2025 at 10:41

“Çelsi”nin qış transfer pəncərəsində səs-küylü keçidlər etməyi planlaşdırmadığı bildirilir.

London təmsilçisi zədələr səbəbindən heyətində müəyyən çətinliklər yaşasa da, klub rəhbərliyi bu vəziyyətə görə məsuliyyəti baş məşqçi Enzo Mareskanın üzərinə qoyur. Onun əsas vəzifəsinin mövcud futbolçular arasında düzgün rotasiya aparmaq olduğu vurğulanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” rəhbərliyi komandanın ciddi gücləndirməyə ehtiyac duymadığı qənaətindədir. Bu səbəbdən də qış transfer pəncərəsində böyük məbləğlərin xərclənməsi gözlənilmir.

Mareskanın komandası hazırda İngiltərə Premyer Liqasında 15 turdan sonra topladığı 25 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Londonlular bu gün çempionat çərçivəsində “Everton”u qəbul edəcəklər.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post “Çelsi” üçün qış “səssiz” keçəcək appeared first on Komanda.az.

Benzema: “Mbappe “Real”da kuboklar qazanmalıdır”

13 December 2025 at 10:14

“Əl-İttihad”ın futbolçusu Kərim Benzema “Real”ın hücumçusu Kilian Mbappe ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, həmyerlisi olan fransalı futbolçunu dəstəklədiyini söyləyib:

“Mən Mbappeni dəstəkləyirəm. Onun uğur qazanmaq üçün lazım olan hər şeyi var. İndi o, “Real”da kuboklar qazanmalıdır, amma təbii ki, bunu təkbaşına edə bilməz”.

26 yaşlı forvard bu mövsüm bütün yarışlarda 25 qol vurub və bu, “Real”ın Çempionlar Liqasında, La Liqada vurduğu qolların yarısından çoxudur.

The post Benzema: “Mbappe “Real”da kuboklar qazanmalıdır” appeared first on Komanda.az.

Günün oyunları – TV

13 December 2025 at 09:30

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

13 dekabr

Azərbaycan, Premyer Liqa
14:00 Şamaxı – Zirə (CBC Sport)
16:30 Turan Tovuz – Sabah (CBC Sport)

Türkiyə, Super Liqa
15:30 Rizəspor – Eyüpspor (beaİN Sports 1)
18:00 Kayserispor – Alanyaspor (beİN Sports 1)
21:00 Antalyaspor – Qalatasaray (Futbol 3, beİN Sports 1)

Almaniya, 2-ci Bundesliqa
16:00 Arminiya – Kayzerslautern (Tivibu Spor 3)

İspaniya, La Liqa
17:00 Atletiko – Valensiya (İdman TV)
21:30 Barselona – Osasuna (İdman TV)
00:00 Xetafe – Espanyol (Futbol 2)

İtaliya, A Seriyası
18:00 Torino – Kremoneze (Futbol 1)
21:00 Parma – Latsio (Futbol 1)
23:45 Atalanta – Kalyari (Futbol 1, Matç TV)

İngiltərə, Premyer Liqa
19:00 Liverpul – Brayton (İdman TV)
19:00 Çelsi – Everton (beİN Sports 4)
00:00 Arsenal – Vulverhempton (İdman TV)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Reşford: “Artıq özümü evdəki kimi hiss etməyə başlayıram”

13 December 2025 at 08:29

“Barselona”nın cinah oyunçusu Markus Reşforddan İngiltərədən köçdükdən sonra Kataloniya klubuna necə uyğunlaşdığı soruşulub.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu özünü rahat hiss etdiyini bildirib:

“Bütün komanda yoldaşlarım məni yaxşı qarşıladılar. Əvvəldən şəhərdə özümü rahat hiss edirəm. Mançesterdən kənarda ilk dəfədir yaşayıram, amma artıq özümü evdəki kimi hiss etməyə başlayıram. İspan dilimi daha da inkişaf etdirmək istəyirəm, bunun üzərində çox çalışıram”.

“Barselona” 28 yaşlı futbolçunu bu ilin yayında “Mançester Yunayted”dən icarəyə götürüb. Reşford “Barselona”nın heyətində bütün yarışlarda 21 oyunda 6 qol vurub və 11 məhsuldar ötürmə edib.

The post Reşford: “Artıq özümü evdəki kimi hiss etməyə başlayıram” appeared first on Komanda.az.

“Jirona”dan əzmkar qələbə

13 December 2025 at 02:28

İspaniya La Liqasında 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Real Sosyedad” evdə “Jirona” ilə qarşılaşıb. Oyun qonaqların əzmkar qələbəsiylə yekunlaşıb.

İspaniya La Liqası
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar
: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

17:00. Atletiko – Valensiya
19:15. Malyorka – Elçe
21:30. Barselona – Osasuna
00:00. Xetafe – Espanyol

14 dekabr

17:00. Sevilya – Real Ovyedo
19:15. Selta – Atletik
21.30. Levante – Vilyarreal
00:00. Alaves – Real

15 dekabr

00:00. Rayo Valyekano – Betis

The post “Jirona”dan əzmkar qələbə appeared first on Komanda.az.

“Leççe”yə bir qol bəs etdi

13 December 2025 at 02:15

İtaliya A Seriyasında 15-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Leççe” evdə “Piza” ilə qarşılaşıb və bir qolla qalib gəlib.

İtaliya A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol
: Ştuliç, 72.

13 dekabr

18:00. Torino – Kremoneze
21:00. Parma – Latsio
23:45. Atalanta- Kalyari

14 dekabr

15:30. Milan – Sassuolo
18:00. Fiorentina – Verona
18:00. Udineze – Napoli
21:00. Cenoa – İnter
23:45. Bolonya – Yuventus

15 dekabr

23:45. Roma – Komo

The post “Leççe”yə bir qol bəs etdi appeared first on Komanda.az.

“Nant” darmadağına üzüldü

13 December 2025 at 01:59

Fransa Liqa 1-də 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Anje” evdə “Nant”la qarşılaşıb. Qonaqlar bu görüşdə darmadağına üzülüblər.

Fransa Liqa 1
16-cı tur

12 dekabr

Anje – Nant 4:1
Qollar
: Abdelli, 17-pen. Şerif, 60. Djibirin, 85. Raolisoa, 90+4 – Kentonse, 81.

13 dekabr

20:00. Renn – Brest
22:00. Mets – PSJ
00:05. Paris – Tuluza

14 dekabr

18:00. Olimpik (Lion) – Havr
20:15. Oser – Lill
20:15. Lans – Nitsa
20:15. Strasburq – Loryan
23:45. Olimpik (Marsel) – Monako

The post “Nant” darmadağına üzüldü appeared first on Komanda.az.

“Union Berlin”dən inamlı qələbə

13 December 2025 at 01:37

Almaniya Bundesliqasında 14-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Union Berlin” evdə “Leypsiq”lə qarşılaşıb. Meydan sahibləri yekunda inamlı qələbə qazanıblar.

Almaniya Bundesliqası
14-cü tur
12 dekabr

Union Berlin – Leypsiq 3:1
Qollar
: Burke, 57. Ansa, 64. Skarke, 90+3 – Qomis, 60.

13 dekabr

18:30. Borussiya (Mönhenqladbax) – Volfsburq
18:30. Ayntraxt – Auqsburq
18:30. Hoffenhaym – Hamburq
18:30. Sankt Pauli – Haydenhaym
21:30. Bayer – Köln

14 dekabr

18:30. Frayburq – Borussiya (Dortmund)
20:30. Bayern – Maynts
22:30. Verder – Ştutqart

The post “Union Berlin”dən inamlı qələbə appeared first on Komanda.az.

İlk oyunda heç-heçə

13 December 2025 at 00:44

Türkiyə Super Liqasında 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Kasımpaşa” evdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Oyun qolsuz yekunlaşıb.

Türkiyə Super Liqası
16-cı tur

12 dekabr

Kasımpaşa – Gənclərbirliyi 0:0

13 dekabr

15:30. Rizəspor – Eyüpspor
18:00. Kayserispor – Alanyaspor
21:00. Antalyaspor – Qalatasaray

14 dekabr

15:30. Qaziantep – Göztəpə
18:00. Karagümrük – Kocaelispor
21:00. Samsunspor – Başakşəhər
21:00. Trabzonspor – Beşiktaş

15 dekabr

21:00. Fənərbağça – Konyaspor

The post İlk oyunda heç-heçə appeared first on Komanda.az.

“Ordu” və NTD-dən qələbə

12 December 2025 at 23:34

Azərbaycan Basketbol Liqasında 9-cu turun daha iki oyunu keçirilib.

Komanda.az xəbər verir ki, günün ilk matçında B qrupunda yer alan “Ordu” “Sumqayıt”ı məğlub edib – 106:86.

A qrupunda isə NTD və “Şəki” komandaları üz-üzə gəliblər.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 93:79.

Turun əvvəlki qarşılaşmalarında “Quba” “Lənkəran”ı (95:87), “Naxçıvan” isə “Sərhədçi”ni (90:74) məğlub edib.

The post “Ordu” və NTD-dən qələbə appeared first on Komanda.az.

Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!

12 December 2025 at 22:32

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 4 idmançısı 1/4 finala yüksəlib.

Şahin Aslanov (60 kq) Demid Kloçkonu (İsrail) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti görüşünü dekabrın 14-də İvaylo Kolevə (Bolqarıstan) qarşı keçirəcək.

Adil Zalov (70 kq) da Avropa çempionatında qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Hakan Arda İlgündən (Türkiyə) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Zalov dekabrın 13-də Oskar Muszakovski (Polşa) ilə üz-üzə gələcək.

Gülər Hüseynova (48 kq) Oleksandra Mişçenkoya (Ukrayna) heç bir şans verməyib. Hər 3 raundu aktivinə yazan milli üzvü yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, dekabrın 14-də 1/4 finalda Maria Spennato (İtaliya) ilə döyüşəcək.

Fidan Bakarova (63 kq) isə Antonina Binieçkanı (Polşa) mübarizədən kənarlaşdırıb – 3:2 (29:26, 28:27, 29:26, 27:28, 27:28). O da dekabrın 14-də növbəti görüşünə çıxacaq. Bakarova Rihanna Holdenlə (İngiltərə) qüvvəsini sınayacaq.

Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.

The post Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında! appeared first on Komanda.az.

Before yesterdayMain stream

Modriç: “İtaliyada çox sərt və rəqabətli liqa var”

12 December 2025 at 21:31

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyasının səviyyəsi barədə fikirlərini bölüşüb. O, “qırmızı-qaralar”a yayda “Real”dan azad agent kimi keçib.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu İtaliyada çox sərt və rəqabətli liqa olduğunu bildirib:

“İtaliyada çox sərt və rəqabətli liqa var. Amma bu məni təəccübləndirmədi, çünki mən buna hazır idim. Uşaqlıqdan A Seriyası oyunlarını izləyirdim və uzun müddət bu çempionata diqqətlə baxırdım. Ona görə də, buradan nə gözləyəcəyimi bilirdim”.

40 yaşlı yarımmüdafiəçinin “Milan”la müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq. O, cari mövsümdə 14 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

The post Modriç: “İtaliyada çox sərt və rəqabətli liqa var” appeared first on Komanda.az.

“Barselona” niyə Antonini yox, Rafinyanı alıb? – Açıqlama

12 December 2025 at 20:30

“Barselona”nın sabiq idman direktoru Jordi Kroyff Kataloniya klubunun daha əvvəl Rafinya Dias və Antoni arasında seçim etməsinin səbəbini izah edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, funksioner bunu deyib:

“Mən “Barselona”da olanda Rafinya ilə Antoni arasında seçim etməli idik. Birincisini seçdik, çünki o, artıq Premyer Liqada özünü sübut etmişdi. Yəni, “Barselona”da uğursuz olsa belə, daha yüksək qiymətə satıla bilərdi”.

“Barselona” Rafinyanı 2022-ci ilin iyul ayında “Lids”dən alıb. Elə həmin yay Antoni “Ayaks”dan “Mançester Yunayted”ə keçib. Lakin Antoni İngiltərə klubunda uğursuz olub və nəticədə “Betis”ə transfer olunub.

The post “Barselona” niyə Antonini yox, Rafinyanı alıb? – Açıqlama appeared first on Komanda.az.

La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi

12 December 2025 at 19:29

“Real”ın hücumçusu Kilian Mbappe və “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal İspaniya La Liqasının ən bahalı futbolçuları olublar.

Komanda.az “Transfermarkt” onlayn portalına istinadən xəbər verir ki, fransalı və ispaniyalı oyunçunun bazar dəyəri 200 milyon avroya bərabərdir.

Onları 160 milyon avro dəyəri olan Madrid klubunun və İngiltərə millisinin futbolçusu Çud Bellingem izləyir.

Hazırda La Liqanın turnir cədvəlinə 16 oyundan 40 xalla “Barselona” başçılıq edir. “Real” 36 xalla ikincidir.

The post La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi appeared first on Komanda.az.

Psixoloji problemləri var imiş – Klubu ona kömək edib

12 December 2025 at 19:00

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden ötən mövsüm yaşadığı psixoloji çətinliklərdən çıxmaqda klubun böyük dəstəyini görüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu ötən mövsüm ciddi mənəvi problemlər yaşayırdı. Klub isə ona yardım etmək üçün bütün mümkün addımları atıb: Foden bir çox psixoloji testlərdən keçib və müxtəlif çətinliklərin öhdəsindən gəlmə metodikaları ilə tanış olub.

25 yaşlı futbolçunun klubla birgə apardığı iş müsbət nəticə verib. İlin əvvəlində özünü tamamilə ruhdan düşmüş hiss edən Foden indi “tam başqa bir insana” çevrildiyini bildirir.

Foden bu mövsüm 20 matçda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

The post Psixoloji problemləri var imiş – Klubu ona kömək edib appeared first on Komanda.az.

Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

12 December 2025 at 18:28

İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Bu ada “Brentford”un futbolçusu İqor Tyaqo layiq görülüb.

Braziliyalı hücumçu ötən ay 4 matçda 5 qol vurub.

O, səsvermədə Harvi Barns (“Nyukasl”), Kirnan Dyusberi-Holl (“Everton”), Ceremi Doku (“Mançester Siti”), Bruno Fernandes (“Mançester Yunayted”), Morqan Gibbs-Uayt (“Nottinqem Forest”), Ris Ceyms (“Çelsi”) və Deklan Raysı (“Arsenal”) geridə qoyub.

The post Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu appeared first on Komanda.az.

“Qarabağ”dan darmadağın, “Kəpəz”dən çətin qələbə

14 December 2025 at 19:23

Dünən Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub.

Hər iki oyun bölgələrdə keçirilib. Əvvəlcə “Şamaxı” doğma publika önündə “Zirə”ni qəbul edib. Ayxan Abbasovun komandası bu görüşda iddialı rəqibinə qalib gəlməyi bacarıb.

Günün son matçı Tovuzda baş tutub. Kurban Berdıyevin komandası “Sabah”la üz-üzə gəlib. Oyun paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb.

Bu gün daha iki oyun olub. Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ” ilə qarşılaşıb. Qonaqların ilk hissədən azlıqda qaldığı matçda sonda qələbəyə sevinən Gəncə təmsilçisi olub.

“Qarabağ” isə bu tur “Araz-Naxçıvan”la görüşüb. Ağdam təmsilçisi rəqibini böyük hesabla yenib.

Turun qalan oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası, 15-ci tur

13 dekabr

Şamaxı – Zirə 2:1
Qol: Msanqa, 54. Karim Rossi, 61-pen – Papunaşvili, 8.
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Turan Tovuz – Sabah 1:3
Qollar: Filip Ozobiç, 82 – Coy Lens Mikels, 31. Velko Simiç, 68. Umarali Rahmonaliyev, 79.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu

Turan Tovuz: 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdiyev

Sabah: 92. Stas Pokatilov (k), 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmiro, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 11. Kahim Parris, 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas

14 dekabr

Kəpəz – Qəbələ 1:0
Qol:
Ohori, 54.
Qırmızı vərəqə: Sanqare, 38 (“Qəbələ”)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu

Kəpəz: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu 
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 9. Luis Paçu 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov 

Qəbələ: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 27. Eşqin Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze 

Qarabağ – Araz-Naxçıvan 5:1
Qollar: Toral Bayramov, 30; 90+5-pen. Nəriman Axundzadə, 41. Xoni Montiel, 57-pen. Leandro Andrade, 72 – Ramon Maçado, 76-pen.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Azərsun Arena”

Qarabağ: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran 
Baş məşqçi: Qurban Qurbanov

Araz-Naxçıvan: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev 

15 dekabr

14:00. İmişli – Karvan-Yevlax
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu

19:00. Neftçi – Sumqayıt
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Palms Sports Arena”

The post “Qarabağ”dan darmadağın, “Kəpəz”dən çətin qələbə appeared first on Komanda.az.

❌
❌