Laporta: “Bəzi insanlar Olmo ilə anlaşmanın baş tutmasını istəmirdi”
“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Dani Olmo ilə bağlı fikirlərini bölüşüb.
Kataloniya klubu ispaniyalı futbolçunu 2024-cü ilin yayında “Leyptsiq”dən transfer edib. Avropa çempionunun qeydiyyatı ilk mərhələdə mümkün olmayıb, mövsüm ərzində isə o, yenidən oynamaq hüququnu itirib. Yalnız idman məhkəməsinin müdaxiləsindən sonra klub onu heyətə rəsmən daxil edə bilib.
Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, Laporta klubun Olmo uğrunda sona qədər mübarizə apardığını deyib:
“Biz Olmo üçün israrla mübarizə apardıq, çünki onun futbol keyfiyyətlərinə və işinə sədaqətinə ehtiyacımız var idi. Onun evinə – “Barselona”ya qayıtmaq istədiyini bilirdik. Bu transfer çoxlu maneələrlə müşayiət olunan, ziddiyyətli bir keçid idi və bəzi insanlar açıq-aşkar bu anlaşmanın baş tutmasını istəmirdi. Bütün bu çətinliklər Daninin “Barselona” ilə bağlarını daha da gücləndirdi. Biz ona çox minnətdarıq”.
Olmo cari mövsümdə 17 oyunda meydana çıxaraq, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
The post Laporta: “Bəzi insanlar Olmo ilə anlaşmanın baş tutmasını istəmirdi” appeared first on Komanda.az.