“Bayern”in hücumçusu Harri Keyn Bundesliqada bir mövsüm ərzində vurulan qollar üzrə rekordu qırmaq ehtimalı barədə fikirlərini bölüşüb.
Hazırda bu göstərici Münhen təmsilçisinin sabiq forvardı Robert Levandovskiyə məxsusdur. Polşalı hücumçu 2020/21 mövsümündə Bundesliqada 41 qol vuraraq, tarixi rekord müəyyənləşdirmişdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli hücumçu mümkün rekorda real yanaşdığını gizlətməyib:
“Düşünürəm ki, bu mümkündür, xüsusilə, mövsümə necə başladığımı nəzərə alsaq. Amma qarşıda hələ uzun yol var. Bu səviyyəni daha dörd-beş ay qorumaq lazımdır. Futbolda ən çətin məqam da məhz uzun müddət sabit qalmaqdır”.
O, Levandovskinin nəticəsinin əhəmiyyətini də vurğulayıb:
“Bu, inanılmaz rekorddur və onu qırmaq çox çətin olacaq, bunu anlayıram. Amma belə hədəflərə can atmaq həmişə xoşdur”.
Harri Keyn cari mövsümdə Bundesliqada 14 oyunda 18 qol vuraraq, yüksək məhsuldarlıq nümayiş etdirir.
UEFA Konfrans Liqasında Liqa mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, son turun bütün görüşləri eyni günə təsadüf edib.
“Samsunspor” səfərdə “Maynts”la qarşılaşıb. Türkiyə təmsilçisi bu oyunda uduzaraq ilk 8-likdən kənarda qalıb. Samsunlular pley-offda mübarizə aparacaqlar.
“Fiorentina” da İsveçrədə “Lozanna”ya məğlub olub.
Pley-off mərhələsinə 2026-cı ildə, 19-20 fevralda start veriləcək.
Avropa Konfrans Liqası Liqa mərhələsi, 6-cı tur 19 dekabr
“Real”ın qapıçısı Andrey Lunin baş məşqçi Xabi Alonso ilə bağlı sualları cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı qolkiper bunu deyib:
“Talavera” ilə oyunda son dəqiqədə komandanı qoldan xilas etməyim Alonsonu qovulmaqdan xilas etdimi? Mən belə düşünmürəm, sadəcə, işimi görürəm. Biz baş məşqçiyə tamamilə etibar edirik, ona heç bir şübhəm yoxdur. Alonso klubun əfsanəsidir və böyük hörmətə layiqdir. Sadəcə, onun fikirlərinə və oyun tərzinə alışmalıyıq”.
İspaniyalı məşqçi postundan uzaqlaşdırılmaq üzrə idi, amma görünür, hələlik o, vəzifəsində qalacaq.
“Real” çərşənbə günü Kral kubokunda “Talavera”nı 3:2 hesabıyla məğlub edib. “Kral klubu” şənbə günü La Liqada “Sevilya” ilə qarşılaşacaq.
Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib.
Komanda.az xəbər verir ki, Federasiyanın baş katibi Emin Cəfərov 2022–2025-ci illər ərzində Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunan nəticələr barədə hesabat verib.
Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib, onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəriciləri 80 faiz artırıb. Güllə və stend atıcılığı növü üzrə idmançılar beynəlxalq yarışlarda 21 qızıl, 33 gümüş, 31 bürünc olmaqla 85 medal əldə ediblər. Milli komandanın üzvü Nigar Nəsirova 2025-ci il dünya çempionatında 50 metr məsafəyə tapançadan güllə atıcılığı üzrə dünya rekordunu yeniləyib.
Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib.
Səsvermənin nəticələrinə əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib.
İsmət Əliyev, Zemfira Meftahətdinova, Tofiq Bəylərov vitse-prezident, Tamirlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.
Sonda federasiya prezidenti Vilayət Eyvazov çıxış edib, göstərilən etimada görə təşəkkürünü bildirib və qurumun qarşıdakı fəaliyyət planları barədə danışıb.
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olacaq. Yevlaxda keçiriləcək görüşdə “Kəpəz” “Turan Tovuz”u qonaq edəcək.
Turun qalan oyunları qarşıdakı üç gün ərzində keçiriləcək.
19 dekabr
Kəpəz – Turan Tovuz Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov VAR: Nicat İsmayıllı AVAR: Şirmamed Mamedov Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Namiq Əliyev Yevlax şəhər stadionu, 14:00
Qəbələ – Qarabağ Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı VAR: Rauf Cabarov AVAR: Elşad Abdullayev Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Eldar Məmmədov Qəbələ şəhər stadionu, 15:00
Araz-Naxçıvan – Şamaxı Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov VAR: Əliyar Ağayev AVAR: Kamranbəy Rəhimov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Asif Əliyev “Liv Bona Dea Arena”, 17:30
22 dekabr
Sumqayıt – Sabah Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə VAR: İnqilab Məmmədov AVAR: Kamran Bayramov Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Nəriman Axundov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30
“Sabah” Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edib.
Komanda.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis matçdan razı olduğunu bildirib:
“İlk olaraq oyunçularımı təbrik etmək istəyirəm. Bu gün inanılmaz performans göstərdilər. Hətta deyərdim ki, Azərbaycanın Avropaya səs salan komandasına qarşı mükəmməl futbol oynadıq. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən, bu gün möhtəşəm atmosfer yaratmışdılar. Mən “Sabah” ailəsini, rəhbərliyi, azarkeşləri qalibiyyət münasibəti ilə təbrik edirəm.
Deyə bilərəm ki, heç vaxt turnir cədvəlinə baxmıram. Paltardəyişmə otağında uşaqlara da dedim ki, hələ bu il üçün bizim bir oyunumuz var. Sabahdan bərpa prosesinə başlamalıyıq. Mövsümün əvvəlindən keçdiyimiz inkişafdan razıyam.
Əlbəttə ki, bugünkü oyunda da narazı qaldığım epizodlar olurdu. “Qarabağ” cinahlarda boşluqlar verirdi və biz qol fürsətləri yaradırdıq. Bu cür epizodları top-komandalara qarşı matçlarda dəyərləndirə bilməməyimiz məni məyus edir. Oyunun ilk 10 dəqiqəsindən razı qalmadım. Çox sadə qol buraxdıq. Amma ikinci hissədə üstün olan tərəf biz idik. Rəqibi yaxşı təzyiq altında saxlayırdıq. Bu da məni məmnun edirdi.
Əlimdə olan heyətdən çox məmnunam. Elə oyunçularımız var ki, hələ də potensialını tam açmayıb. Zədəli oyunçularımız var, bunlardan biri Cessi Sekidikadır. Onun da tam sağalmasını gözləyirik. Oyunçu gətirmək üçün tələsmirik. Çünki elə oyunçu gətirməliyik ki, komandamıza, paltardəyişmə otağına uyğun olsun. Belə bir oyunçu qarşımıza çıxacağı halda, düşünmədən rəhbərliklə müzakirə etməyə hazırıq.
Mən məşqçiyəm, nə idman direktoru, nə də agentəm. Mənim vəzifəm oyunçularda idman bacarıqlarını inkişaf etdirməkdir. Aron Maludanı burda görməkdən məmnunam. Düşünürəm ki, o da özünü inkişaf etdirmək üçün çalışır. Onun icarədə olması və ya burda davam etməsi mənim səlahiyyətimdə olan bir iş deyil”.
“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış oyunda “Sabah”ın qonağı olub.
Komanda.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olub. Qurbanov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Rəqibi təbrik edirəm. Oyuna gəldikdə, maraqlı oyun keçdi. Komandam həddindən artıq böyük güc sərf edir. Bir neçə turnirdə iştirak edirik. Bəzi futbolçular hazır deyildi. Xəstə olan oyunçularımız var idi. Hər bir halda, bunlar səbəb deyil.
Azarkeşlərə təşəkkür edirəm, yaxşı atmosfer var idi. “Qəbələ” ilə oyuna hazırlaşacağıq.
Marko Yankoviç dünən məşqdə zədə aldı. Risklidir onun meydana çıxması. Montiel də hələ tam hazır deyil. “Araz-Naxçıvan”la oyunda da xeyli güc sərf etmişdi. Ümumən, yaxşı çıxış etdilər. Amma hər bir halda, məğlub olduq və kimdəsə səhv axtarmaq istəmirəm.
Çempionun dəyişməsi ilə bağlı hər il belə fikir var. İstənilən an hər şey dəyişə bilər. Bu gün qarşımızda çox ciddi komanda var idi. Yaxşı təşkil olunmuş heyətlə üz-üzə gəldik. Bu “Sabah”ı götürsək, Avropada yaxşı nəticələr göstərə bilər. Avropa təcrübəsi olan məşqçiləri var, biz də onların uğuruna sevinərik. Addım-addım böyüyürlər”.
İspaniya və Argentina yığmalarının üz-üzə gələcəyi Finalissima oyununun vaxtı və yeri bəlli olub.
Komanda.az xəbər verir ki, Avropa və Amerika çempionlarını qarşılaşdıran Finalissima matçı 27 mart 2026-cı ildə Qətərin paytaxtı Dohada yerləşən “Lusail” stadionunda keçiriləcək.
Argentina millisi 2024-cü ildə Amerika Kubokunun qalibi olub. İspaniya yığması isə həmin il Avropa çempionluğunu qazanıb.
Xatırladaq ki, əvvəlki Finalissima 2022-ci ildə baş tutub. Həmin görüşdə Argentina millisi İtaliya yığmasını 3:0 hesabı ilə məğlub etmişdi.
Bu gün qadın voleybolçuların Yüksək Liqasında 7-ci turun oyunu keçirilib.
Komanda.az xəbər verir ki, UNEC VK-nın idman zalında UNEC və “Gəncə” komandaları üz-üzə gəlib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. Görüşdə qonaq komanda “Gəncə” 3:2 hesabı ilə UNEC üzərində qələbə qazanıb.
Turun növbəti oyunu sabah saat 15:00-da AVF-nin idman zalında “Abşeron” və “Turan” komandaları arasında keçiriləcək.
“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Dani Olmo ilə bağlı fikirlərini bölüşüb.
Kataloniya klubu ispaniyalı futbolçunu 2024-cü ilin yayında “Leyptsiq”dən transfer edib. Avropa çempionunun qeydiyyatı ilk mərhələdə mümkün olmayıb, mövsüm ərzində isə o, yenidən oynamaq hüququnu itirib. Yalnız idman məhkəməsinin müdaxiləsindən sonra klub onu heyətə rəsmən daxil edə bilib.
Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, Laporta klubun Olmo uğrunda sona qədər mübarizə apardığını deyib:
“Biz Olmo üçün israrla mübarizə apardıq, çünki onun futbol keyfiyyətlərinə və işinə sədaqətinə ehtiyacımız var idi. Onun evinə – “Barselona”ya qayıtmaq istədiyini bilirdik. Bu transfer çoxlu maneələrlə müşayiət olunan, ziddiyyətli bir keçid idi və bəzi insanlar açıq-aşkar bu anlaşmanın baş tutmasını istəmirdi. Bütün bu çətinliklər Daninin “Barselona” ilə bağlarını daha da gücləndirdi. Biz ona çox minnətdarıq”.
Olmo cari mövsümdə 17 oyunda meydana çıxaraq, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Neqreyra işi” ilə bağlı “Real”ın mövqeyini yenidən tənqid edib. Onun sözlərinə görə, “kral klubu” bu məhkəmə prosesində səmimi davranmır və keçmişdə mövqeyi tam fərqli olub.
“Barselona” və klubun keçmiş rəhbərliyi İspaniya Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Hakimlərin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya edilən ödənişlərlə bağlı rüşvət ittihamı ilə üzləşib.
Dekabrın 12-də “Barselona”nın prezidenti Xuan Laporta məhkəmədə ifadə verib. Həmin gün Kataloniya klubunun keçmiş baş məşqçiləri Luis Enrike və Ernesto Valverde də dindirilib. Bildirilirdi ki, prosesdə özəl ittihamçı qismində çıxış edən “Real”ın nümayəndələri Laportaya suallar ünvanlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas “Real”ın davranışını şou adlandırıb:
“Real”ın prezidenti (Florentino Peres) baş verənlərin yarısını belə, anlamır. Məhkəmədə hamı danışandan sonra sonuncu çıxış edən onların vəkili oldu. Niyə? Çünki məhkəməyə ən gec qoşulan da elə o idi.
Bu, iki ay çəkdi. Əvvəllər “Barselona” Super Liqa məsələsinə görə onların müttəfiqi idi. İndi isə Super Liqadan uzaqlaşdıqdan sonra özlərini cəngavər kimi aparırlar.
Üstəlik, verdikləri 12 sualın hamısına artıq Luis Enrike və Valverde cavab vermişdi. Bu proses bir şoudur, insanları aldatmaqdan başqa bir şey deyil”.
“Real”ın hüquqşünasları dindirilmə zamanı Laportadan hesabatlarda “aloe veralı hədiyyə dəstləri” (rəsmi sənədlərdə yazılan, amma real məzmunu şübhə doğuran bir xərc izahı) kimi göstərilən 60 min avroluq məbləğ barədə soruşublar. “Barselona”nın prezidenti isə bu ödənişi xatırlamadığını deyib.
Braziliyanın “Vasko da Qama” klubunun hücumçusu Rayan “Tottenhem”in maraq dairəsinə düşüb.
Komanda.az xəbər verir ki, bu barədə “NT Vascainos” məlumat yayıb.
London klubunun məşqçilər heyəti 19 yaşlı vingeri yaxından izləyir. Klub artıq qış transfer pəncərəsində “Vasqo da Qama”ya rəsmi təklif göndərə bilər.
Ancaq daha əvvəl də xəbər verildiyi kimi, bu keçidə “Real” ciddi maneə yaratmaq niyyətindədir. “Kral klubu” Rayan üçün 50 milyon avro ödəməyə hazırdır.
Braziliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 56 oyuna çıxıb, 20 qol vurub və 1 məhsuldar ötürmə verib.
Kişi voleybolçuların Yüksək Liqasında yarımçıq dayandırılmış 7-ci turun “Xilasedici” – “ORDU” oyunu ilə bağlı qərar verilib.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.
Dekabrın 17-də keçirilən qarşılaşmanın yekun nəticəsi ilə əlaqədar bu gün Azərbaycan Voleybol Federasiyasında (AVF) iclas keçirilib.
İclasda federasiyanın İnzibati Məsələlər Komissiyasının üzvləri, “Xilasedici” və “ORDU” komandalarının menecerləri, qarşılaşmanın supervayzeri və hakimlər iştirak ediblər.
AVF-nin baş katibi Faiq Orucovun rəhbərliyi ilə keçirilən iclasda dünənki qarşılaşmada baş verən hadisələr ətraflı şəkildə araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.
Qərara əsasən, yarımçıq dayandırılmış “Xilasedici” – “ORDU” qarşılaşmasında “Xilasedici” komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges uşaqların tərbiyəsi ilə bağlı fikirlərini bölüşüb.
Cütlük ümumilikdə beş uşaq böyüdür. Onların iki qızı var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rodriges uşaqlara zəhmətin və əziyyətin dəyərini aşılamağın indiki dövrdə xüsusilə vacib olduğunu vurğulayıb:
“Həm heç nəyə sahib olmaq, həm də hər şeyə sahib olmaq… Bunun nə demək olduğunu bilirsiz. Bu dövrdə uşaqlara əməyin və çalışmanın dəyərini necə izah etmək olar? Maddi imkanların səviyyəsi artsa da, ailənin əsas dəyərləri dəyişmir.
İqtisadi imkanlarımız fərqli səviyyədə olsa belə, mahiyyətimiz eyni qalır. Biz onlara öz dəyərlərimizi aşılayırıq. Uşaqlar bizim necə ağır zəhmət çəkdiyimizi görür, anlayırlar ki, heç nə asanlıqla əldə edilmir. Ona görə də, onlara daim xatırladırıq ki, mübarizə aparmaq və hər şeydən əvvəl yaxşı insan olmaq lazımdır.
Uşaqlar tərbiyəli, məsuliyyətli böyüyür, məktəbdə səylə oxuyur və müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Ən önəmlisi isə odur ki, onlar arzularının arxasınca gedirlər. Evdə gördükləri də məhz budur”.
“Qarabağ”ın və Azərbaycan millisinin üzvü Şahrudin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.
Komanda.az xəbər verir ki, 31 yaşlı qapıçı “IsarPark Plattling” klinikasında professor, doktor Stefan Fikert tərəfindən sol bud oynağından uğurlu əməliyyat keçirib.
Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.
“İnter” Zaqreb “Dinamo”sunda çıxış edən cinah müdafiəçisi Moris Valinçiçlə müqavilə imzalamaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi xorvatiyalı futbolçunu hazırda topuq zədəsindən bərpa olunan Denzel Dumfrisin müvəqqəti əvəzedicisi kimi nəzərdən keçirir.
“İnter” artıq qış transfer pəncərəsində “Dinamo”ya rəsmi təklif göndərə bilər.
23 yaşlı futbolçu cari mövsümdə 14 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib.
“Benfika”nın çalışdırıcısı Joze Mourinyo məşqçilik karyerasında qazandığı 750-ci qələbə ilə bağlı fikirlərini bölüşüb.
Bu göstərici Portuqaliya kubokunun 1/8 finalında, “Benfika”nın “Farense” üzərində 2:0 hesablı qələbəsindən sonra qeydə alınıb.
Komanda.az “EuroFoot”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu nailiyyətə özünəməxsus şəkildə, fəlsəfi yanaşma sərgiləyib:
“750 qələbə – onlardan hansı ən vacibdir? Birincisi? “Benfika”nın “Belenenseş” üzərində qələbəsi? “Portu”nun UEFA Çempionlar Liqasında “Monako”nu məğlub etməsi? “İnter”in Çempionlar Liqasının finalında “Bayern”ə qalib gəlməsi? Yoxsa bugünkü “Farense” – “Benfika” oyunu?
Xeyr! Ən vacibi növbəti, 751-ci qələbədir. Gəlin, növbəti uğur üzərində işləyək!”
Mourinyo məşqçilik karyerası ərzində 10 komandaya rəhbərlik edib. O, “Benfika” ilə “Çelsi”ni iki dəfə çalışdırıb və ümumilikdə 26 titul qazanıb, 4 dəfə isə ilin ən yaxşı klub məşqçisi seçilib.
“Liverpul”un müdafiəçisi Co Qomes Premyer Liqanın növbəti turunda “Tottenhem”lə keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Brayton”la (2:0) oyunun birinci hissəsində aldığı arxa bud əzələsi zədəsi səbəbindən qarşıdakı oyunda iştirak etməyəcək. Ancaq zədənin ciddi olmadığı vurğulanır.
28 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib. Onun komandası dekabrın 20-də səfərdə “Tottenhem”lə qarşılaşacaq.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
“Barselona” rəhbərliyi Robert Levandovski ilə növbəti mövsümdə əməkdaşlığın davam etdirilib-etdirilməməsinə görə hələ yekun qərar verməyib.
Polşalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, 37 yaşlı forvardın klubda qalması onun cari mövsümdəki çıxış səviyyəsindən və əsas rəqibi Ferran Torreslə müqayisəli performansından asılı olacaq.
Bundan başqa, yay transfer pəncərəsində hücumçuların bazarda əlçatan olub-olmaması və mövsümün sonunda klubun maliyyə durumu da həlledici rol oynayacaq.
Rəhbərlik həmçinin, Levandovski kimi nüfuzlu futbolçunun mümkün gedişinin paltardəyişmə otağındakı ab-havaya göstərə biləcəyi təsiri də nəzərə almağı planlaşdırır.
Mövcud məlumatlara əsasən, Levandovski artıq MLS təmsilçisi “Çikaqo Fayr”la danışıqlar aparır, ancaq o, hələlik gələcəyi ilə bağlı qəti qərar qəbul etməyib.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 15-ci turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, o, bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
Həsənov “Şamaxı” – “Zirə” (2:1), “Kəpəz” – “Qəbələ” (1:0) və “Qarabağ” – “Araz-Naxçıvan” (5:1) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.
Federasiya rəsmisi hakimlərin həmin epizodlar zamanı düzgün qərarlar verdiyini bildirib.
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu yarımmüdafiəçisi Ruben Neveşi müqaviləni yeniləməyə razı sala bilməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yeni müqavilə imzalamaqdan imtina edib və Avropaya geri dönməyə açıqdır.
Hazırda onun əsas namizədi uzun müddətdir maraq göstərən “Mançester Yunayted” hesab olunur.
28 yaşlı futbolçu 2023-cü ildə “Əl-Hilal”a keçərək, müddəti 3 il olan müqavilə bağlamışdı. O, cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen klubun daxili informasiyasını KİV-lərə ötürməkdə əsas şübhəli kimi görülür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalıların baş məşqçisi Hans-Diter Flikin komandada “gizli agent”i müəyyən etdiyi barədə məlumatlar yayılmışdı. Ancaq konkret ad açıqlanmamışdı.
33 yaşlı Ter Ştegen “Barsa”nın heyətində 2014-cü ildən çıxış edir.
Almaniyalı qolkiper cari mövsümdə yalnız İspaniya kubokunda bir oyuna çıxıb, çünki o, mövsümün ilk yarısını ağır zədədən bərpa olunmağa sərf edib.
“Barselona” dekabrın 21-də səfərdə “Vilyarreal”la qarşılaşacaq.
UEFA Çempionlar Liqasında baş verən xoşagəlməz hadisələr Almaniya klubu üçün ciddi sanksiyalara səbəb olub.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, “Ayntraxt”ın “Barselona” ilə səfər oyunu (1:2) zamanı frankfurtlu azarkeşlərinin davranışı UEFA-nın sərt qərarına səbəb olub. Qonaq sektorunda pirotexniki vasitələrdən istifadə edilməsi, tribunaya əşyaların atılması və işıq raketinin buraxılması qurumun diqqətindən yayınmayıb.
Nəticədə, UEFA “Ayntraxt”a növbəti iki Avropa səfər oyununda azarkeş qadağası tətbiq edib. Bu isə o deməkdir ki, yanvarın 21-də Çempionlar Liqasında “Qarabağ”la Bakıda keçiriləcək matçda Frankfurt təmsilçisinin azarkeşləri stadionda olmayacaq. Komanda növbəti mərhələyə yüksələrsə, sonrakı səfər oyunu da eyni cəza altına düşəcək.
Bundan başqa, pirotexnika qalmaqalına görə “Ayntraxt” 30 min avro, “Kamp Nou” stadionunda tualetlərə və pleksiqlas divara dəyən zərərə görə isə əlavə 8 min avro cərimələnib. Klub ziyanın aradan qaldırılması üçün 30 gün ərzində “Barselona” rəhbərliyi ilə əlaqə saxlamalıdır. Frankfurt klubu daha əvvəl “Roma” ilə oyundakı oxşar hadisələrə görə şərti cəza altında idi.
“Bild”in yazdığına görə, bu cəza minlərlə günahsız “Ayntraxt” azarkeşini də zərbə altında qoyub. Artıq Bakıya səfər üçün uçuş və otellər bron edən, futbola görə yola çıxan fanatlar stadiondan kənarda qalacaqlar. Məlumata görə, klub “Qarabağ”la oyun üçün təxminən 3000 bilet sorğusu almışdı.
“Bayern”in müdafiəçisi Dayo Upamekano birbaşa “Liverpul”a təklif edilib.
Komanda.az xəbər verir ki, bu barədə TZ məlumat yayıb.
Fransalı futbolçu Münhen klubunda çətin vəziyyətdədir. Yeni müqavilə ilə o, illik 18 milyon avro qazanmaq istəyir. Həmçinin, Upamekano müqaviləyə 65 milyon avroluq çıxış şərti daxil edilməsini də tələb edir. “Bayern” hazırda bu maliyyə tələblərinin heç birini yerinə yetirməyə hazır deyil.
27 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 20 oyuna çıxıb və 1 qol vurub. Onun “Bayern”lə müqaviləsinin müddəti gələn yay başa çatacaq.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 20 yaşlı futbolçuya müddəti 5 il olan yeni müqavilə təklif etməyə hazırdır. Əməkhaqqı illik 5 milyon avro təşkil edəcək və müqavilədə əlavə pul bonusları da nəzərdə tutulacaq.
Tərəflər arasındakı mövcud müqavilənin müddəti 2029-cu ilin iyununun sonunda başa çatacaq.
Türkiyəli futbolçu cari mövsümdə 21 oyunda iştirak edərək, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
İtaliya millisinin sabiq müdafiəçisi, hazırda Özbəkistan yığmasının baş məşqçisi olan Fabio Kannavaro “Yuventus”un bu mövsüm A Seriyası titulunu qazanmaq şansları ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Yuventus” hazırda əsas rəqiblərindən geri qalır, amma skudettodan imtina edə bilmir. İndi onların əla baş məşqçiləri var. Luçano Spalettinin işini həmişə bəyənmişəm. Ondan öyrəniləsi çox şey var. O, mənim ən sevdiyim məşqçidir”.
Turin klubu A Seriyasında 15 turdan sonra 26 xalla turnir cədvəlində beşinci yerdədir. Komanda lider “İnter”dən yeddi xal geridədir.
Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci ildə sonuncu iclası keçirilib.
Bu barədə Komanda.az-a gentlikdən bildirilib.
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə cari ilin 9 ayı ərzində görülən işlər barədə təqdimatla çıxış edib. Sonra agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülən işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb.
Bununla yanaşı, AMADA-nın 2026–2030-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib.
İclasda həmçinin, 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb.
Müşahidə Şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib.
“Çelsi” 2026-cı ildə yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiənin mərkəzinə daha bir keyfiyyətli futbolçu transfer edərək, Moyses Kaysedo və Enzo Fernandеsin üzərindəki yükü azaltmaq niyyətindədir.
Klub rəhbərliyi mövsüm ərzində bu iki futbolçunun üzərinə düşən məsuliyyətin çox olmasından narahatdır.
“Çelsi” daha əvvəl “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu ilə maraqlanıb, həmçinin, “Kristal Pelas”dan Adam Uortonun transfer variantını nəzərdən keçirib. Ancaq son məlumatlara əsasən, Mainu uğrunda mübarizəyə artıq “Mançester Siti” də qoşulub.
London klubu Premyer Liqada 16 turdan sonra 28 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.
PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın 2025-ci ildə daha bir titul qazanması ilə bağlı danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, klubdakı hər kəsin çox xoşbəxt olduğunu bildirib:
“PSJ Qətərdə qələbə ilə başlayıb və burada qələbə ilə başa vurur. Bu, inanılmazdır. Altı kubok qazandıq. Bu, Paris klubu üçün tarixi bir nailiyyətdir. Hamı çox xoşbəxtdir. Öz performansımızla fəxr edirik”.
Paris klubu Qitələrarası kubokun həlledici oyununda Braziliyanın “Flamenqo” komandasını penaltilər seriyasında məğlub edib (2:1).
“Bornmut”un vingeri Antuan Semenyo “Liverpul”a keçidə bir addım da yaxınlaşıb.
Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, Mersisayd klubu Qana millisinin 25 yaşlı oyunçusu ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb.
Semenyo Premyer Liqanın digər top-klublarının marağına baxmayaraq, karyerasını məhz “Liverpul”da davam etdirmək niyyətindədir. Onun bu seçimi transfer prosesini xeyli sürətləndirib.
Semenyo cari mövsümdə İngiltərə çempionatında 15 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
“Mançester Yunayted”in kapitanı Bruno Fernandesin gələcəyi qeyri-müəyyən olaraq qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi 2026-cı ilin yay transfer pəncərəsi üçün Səudiyyə Ərəbistanı çempionatını təmsil edən klubların əsas hədəflərindən biridir.
Fernandesin yanvarda “Mançester Yunayted”dən ayrılması ehtimalı olduqca aşağıdır və bu ssenari real görünmür. Daha çox ehtimal edilən variant isə mövsüm başa çatdıqdan sonra rəsmi təkliflərin gəlməsidir. Bu halda mümkün transferin taleyi birbaşa futbolçunun öz qərarından asılı olacaq.
31 yaşlı oyunçunun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Peşəkar Futbol Liqası və “Misli”nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş, idman jurnalistləri arasında intellektual yarış keçirilib.
Komanda.az xəbər verir ki, 60-dan çox media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb.
Dövlət Vergi Xidmətinin Şamaxı tədris mərkəzində baş tutan yarışda komandalara Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə iştirak edən 12 komandanın adları verilib. Tamamilə Azərbaycan futboluna həsr olunmuş suallar əsasında keçirilən yarışda sona qədər gərgin mübarizə gedib.
Belə ki, qalib “qızıl oyun”da müəyyənləşib. Yekunda “Sumqayıt” komandası qalib, “Sabah” ikinci, “Kəpəz” üçüncü olub.
Tədbirin sonunda çempion “Sumqayıt” komandasına kubok və medallar təqdim edilib.
Turnirdə qaliblə yanaşı, ikinci və üçüncü yerin sahibləri də pul mükafatı qazanıb.
“Qalatasaray”da çıxış edən argentinalı hücumçusu Mauro İkardinin karyerasını yenidən İtaliya çempionatında davam etdirmək variantları yaranıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə A Seriyasından üç klub maraqlanır. Söhbət “Roma”, “Milan” və “Komo”dan gedir.
İkardinin agentləri artıq adıçəkilən klublarla ilkin danışıqlara başlayıblar. Onun “Qalatasaray”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatacaq.
O, cari mövsümdə İstanbul təmsilçisinin heyətində 21 oyuna çıxaraq, 8 qol vurub.
İkardi əvvəllər İtaliyada “İnter”in formasını geyinib.
“Barselona”nın müdafiəçisi Ronald Arauxo meydana qayıtmağa hazırlaşır.
Uruqvaylı futbolçu sonuncu dəfə UEFA Çempionlar Liqasının “Çelsi” ilə Londonda keçirilən və 0:3 hesablı məğlubiyyətlə nəticələnən oyununda forma geyinmişdi. Həmin qarşılaşmada ilk hissədə qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyan Arauxo o vaxtdan bəri meydanlardan uzaq qalmışdı.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu hazırda vətənində fərdi məşqlərini davam etdirir və şəxsi fiziki hazırlıq məşqçisi ilə çalışır. Bildirilir ki, məşq prosesi “Barselona”nın nümayəndələri ilə daimi əlaqə şəraitində aparılır və müdafiəçiyə verilən yüklənmələr klubla məsləhətləşərək tənzimlənir.
Arauxo Londonda aldığı qırmızı vərəqədən sonra yaşadığı psixoloji problemlərə görə müvəqqəti olaraq Kataloniya klubunun düşərgəsini tərk etmişdi. İndi isə o, həm fiziki, həm də mənəvi baxımdan yenidən yaşıl meydanlara qayıtmaq üçün addım-addım hazırlaşır.
Karlo Ançelottinin oğlu Davide Ançelotti “Botafoqo”da baş məşqçi postunu tərk edir.
36 yaşlı çalışdırıcı cari ilin iyulunda Rio-de-Janeyro təmsilçisinin “sükanı arxasına” keçmişdi. Komanda onun rəhbərliyi altında mövsümü ölkə çempionatında turnir cədvəlinin 6-cı pilləsində başa vurub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis klubla müqavilənin müddətini uzatmamaq qərarına gəlib. Onun sözləşməsi bu ayın sonunda başa çatacaq.
Ançelotti “Botafoqo”ya təyinatınadək heç vaxt baş məşqçi kimi çalışmayıb. O, 2012-ci ildən etibarən atası Karlo Ançelottinin rəhbərlik etdiyi bütün komandalarda köməkçi məşqçi olub.
Ata Ançelotti hazırda Braziliya millisinin baş məşqçisi vəzifəsində çalışır.
“Bayern”in baş məşqçisi Vensan Kompani oyunçularını müntəzəm olaraq komandanın hücumçusu Harri Keyni təqlid etməyə təşviq edir.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, ingilis futbolçu təkcə qol vurma bacarığı ilə deyil, həm də topdan kənarda özünü göstərməsi və komandaya sadiqliyi ilə tanınır. Belçikalı mütəxəssis isə bütün futbolçularından bu münasibəti görmək istədiyini bildirib:
“Mən bunu hamınızdan gözləyirəm. İndi və beş ildən sonra!”
Keyn bu mövsüm “Bayern”in heyətində bütün yarışlarda 24 oyunda 29 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2023-cü ilin yayından Münhen klubunda çıxış edir.
“Liverpul”un və “Bayern”in sabiq futbolçusu Ditmar Hamann İngiltərə klubunun hücumçusu Məhəmməd Salahın gələcəyi barədə danışıb.
Hamannın fikrincə, Salah oyun vaxtının azaldılmasını qəbul etmirsə və baş məşqçidən dəstək görmədiyini bildirirsə, tərəflər üçün ən yaxşı yol ayrılıq ola bilər. O, həmçinin, bildirib ki, belə vəziyyətdə klub və oyunçu kompromis tapmalıdır.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Salahın Avropada maraq doğurmağa davam edəcəyini söyləyib:
“Məncə, o, Səudiyyə Ərəbistanına getmək istəməz. Hələ də Avropada onu istəyən komandalar var. Onu İtaliya liqasında görmək mümkündür. A Seriyası belə oyunçuları cəlb etməklə onların ən yaxşı formaya qayıtmasına kömək edir”.
33 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 14 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci turun oyunu yarıda dayandırılıb.
Komanda.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən “Xilasedici” – “Ordu” matçı supervayzerin qərarı ilə yarıda saxlanılıb.
Qarşılaşma ilə bağlı Azərbaycan Voleybol Federasiyası tərəfindən müvafiq qərar qəbul ediləcək və açıqlanacaq.
Günün ilk görüşündə isə “Neftçi” “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.
“Bornmut”un yarımmüdafiəçiləri Aleks Skott və Tayler Adams “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Komanda.az xəbər verir ki, bu barədə “Transfer News Live” məlumat yayıb.
Bazar ertəsi Premyer Liqa çərçivəsində üz-üzə gələn komandaların oyunu 4:4 hesabı ilə yekunlaşıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Tayler Adams zədə səbəbindən oyunu davam etdirə bilməyib və onun yerinə məhz Aleks Skott meydana daxil olub.
“Qırmızı şeytanlar” baş məşqçi Ruben Amorimin tələblərinə uyğun olaraq, orta xətti yenidən qurmaq niyyətindədir və bu baxımdan hər iki futbolçunun transferi nəzərdən keçirilir. Bildirilir ki, klublar Adamsın keçidi ilə bağlı artıq danışıqlar aparıblar, ancaq 26 yaşlı yarımmüdafiəçinin ciddi zədəsi sözləşmənin baş tutmamasına səbəb ola bilər.
“Transfermarkt” portalı amerikalı Adamsın transfer dəyərini 25 milyon, 22 yaşlı Aleks Skottun qiymətini isə 30 milyon avro olaraq göstərir.
“Aston Villa” belçikalı yarımmüdafiəçisi Yuri Tilemansla yeni müqavilə imzalamağı planlaşdırır.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi 28 yaşlı futbolçu ilə danışıqlar aparmaq niyyətindədir.
Tilemansın klubu ilə mövcud müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub. O, cari mövsümdə Premyer Liqada 10 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib.
Unay Emerinin komandası İngiltərə Premyer Liqasında 16 turdan sonra 33 xal toplayaraq, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
“Sumqayıt” komandasının qış hazırlıq planları bəlli olub.
Komanda.az xəbər verir ki, Saşa İliçin yetirmələri Premyer Liqada dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.
Komanda 2026-cı il, yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.
Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
“Kimyaçılar” 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.
FİFA 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının rekord həcmdə mükafat fondunu açıqlayıb.
Komanda.az xəbər verir ki, mundialın ümumi mükafat fondu 727 milyon ABŞ dolları təşkil edəcək.
Bu məbləğin 655 milyon dolları turnirdə iştirak edəcək 48 milli komanda arasında bölünəcək ki, bu da əvvəlki mundialla müqayisədə təxminən 50 faiz çoxdur.
Mükafatların bölgüsü aşağıdakı kimidir:
1-ci yer – 50 milyon dollar
2-ci yer – 33 milyon dollar
3-cü yer – 29 milyon dollar
4-cü yer – 27 milyon dollar
5–8-ci yerlər – 19 milyon dollar
9–16-cı yerlər – 15 milyon dollar
17–32-ci yerlər – 11 milyon dollar
33–48-ci yerlər – 9 milyon dollar
Bundan əlavə, final mərhələsinə vəsiqə qazanan hər bir yığmaya hazırlıq xərclərinin qarşılanması üçün 1,5 milyon dollar ayrılacaq. Beləliklə, mundialın bütün iştirakçıları minimum 10,5 milyon dollar gəlir əldə edəcəyi dəqiqləşib.
Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Kristofer Nkunkunun “Milan”a keçidi gözlənilən effekti verməyib. Fransalı hücumçu İtaliya klubunda özünü doğrulda bilmədiyi üçün rəhbərlik artıq futbolçu ilə yolların ayrılması variantlarını nəzərdən keçirir.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Nkunkunun agenti Pini Zahavi bu məsələ üzərində aktiv şəkildə çalışır və hazırda ən real variant onun Səudiyyə Ərəbistanı klublarından birinə satılmasıdır.
“Çelsi”dən transfer olunan Nkunku “Milan”ın heyətində mütəmadi olaraq meydana çıxsa da, indiyədək komandada qol hesabını aça bilməyib.
“Qırmızı-qaralar” hazırda 18 dekabrda start götürəcək İtaliya superkubokunda iştirak etmək üçün Səudiyyə Ərəbistanına yollanıblar.
“Mançester Siti”nin müdafiəçisi Natan Ake qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Komanda.az “ElDesmarque”-yə istinadən xəbər ki, “Atletiko” 30 yaşlı müdafiəçiyə maraq göstərir.
Madridlilər Akeni yanvarda icarə yolu ilə komandaya qatmaq və sonradan almaq istəyirlər.
Niderlandlı futbolçu 2020-ci ildən “Mançester Siti”də çıxış edir. O, cari mövsümdə baş məşqçi Pep Qvardiolanın birinci seçimi olmadığı üçün bütün turnirlərdə cəmi 14 oyunda iştirak edib.
Akenin “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
“Lans”ın 23 yaşlı yarımmüdafiəçisi Mamadu Sanqarenin İngiltərəyə keçidi gündəmə gəlib.
Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “Tottenhem” malili futbolçunu transfer etməkdə maraqlıdır.
Həmçinin,b“Çelsi” və “Mançester Yunayted” də ona diqqət yetirir.
Sanqarenin dəyəri bu yay “Lans”a keçdikdən sonra ciddi şəkildə artıb. Cari mövsümdə Fransa çempionatında 15 oyunda iştirak edən yarımmüdafiəçi 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Bayern” müdafiəçisi Dayot Upamekano ilə yeni müqavilə barədə danışıqlar aparır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun agentləri müqaviləyə 2028-ci ildən etibarən qüvvəyə minəcək 65 milyon avro məbləğində çıxış şərti daxil edilməsini istəyirlər.
Həmçinin, 27 yaşlı müdafiəçi yeni müqaviləyə imza atması üçün yüksək məbləğdə bonus almaq arzusundadır. “Bayern” rəhbərliyi isə bütün bu tələblərə baxmayaraq nikbindir və Upamekano ilə razılığa gələcəyinə inanır.
Hazırkı müqaviləsinin müddəti yayda başa çatacaq fransalı futbolçuya “Real” da maraq göstərir.
Bu gün Azərbaycan Premyer Liqasında 1-ci turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunu keçirilib.
Komanda.az xəbər verir ki, qarşılaşma “Bank Respublika Arena”da təşkil olunub.
Bu oyunun nəticəsi Premyer Liqada lideri dəyişə bilərdi. “Qarabağ” matçdan öncə 33 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşmışdı. İki xal az toplayan “Sabah” ikinci idi. Meydan sahibləri qələbə qazanmaqla “köhlən atlar”ı “taxt”dan endirə bilərdi.
Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma meydan sahibləri yekunda əzmkar qələbə qazanmaqla zirvəyə yüksəliblər.
Azərbaycan Premyer Liqası, 1-ci turun oyunu
18dekabr
Sabah–Qarabağ 2:1 Qollar: Coy Lens Mikels, 52. Aaron Maluda, 88 – Leandro Andrade, 9. Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli VAR: Tural Qurbanov AVAR: Asiman Əzizli Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Erkin Hüseynov “Bank Respublika Arena”, 19:30
Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybulayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda. Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Cesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos. Baş məşqçi: Valdas Dambrauskas. Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran. Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai. Baş məşqçi: Qurban Qurbanov.
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu karyerasını Mançesterin başqa klubunda davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” 20 yaşlı oyunçunu komandaya qatmaq istəyir.
“Şəhərlilər” artıq Mainu üçün mübarizəyə başlayıblar. İngiltərəli yarımmüdafiəçi baş məşqçi Ruben Amorim rəhbərliyi altında oyun vaxtından narazıdır.
O, cari mövsümdə bütün turnirlərdə 12 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
“İnter”in yarımmüdafiəçisi Davide Frattesi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya diqqət yetirən Premyer Liqanın dörd klubundan biri “Liverpul”dur.
Klublar hesab edirlər ki, Frattesinin “İnter”də hazırkı oyun praktikası vəziyyəti onun qış transfer pəncərəsi zamanı asanlıqla komandadan ayrılmasına şərait yaradacaq.
İtaliyalı futbolçu 2024-cü ilin yayında “İnter”ə qoşulub. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 13 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda verib.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
“Vasko da Qama”nın hücumçusu Rayanın karyerasını “Real”da davam etdirmək ehtimalı gündəmə gəlib.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “kral klubu” 19 yaşlı futbolçunun transferi üçün ilkin olaraq 50 milyon avroluq təklif hazırlayır.
Bundan əvvəl “Barselona”nın da braziliyalı oyunçu ilə bağlı “Vasko da Qama”ya rəsmi təklif göndərdiyi barədə şayiələr dolaşırdı. Onun Avropa top-klublarının diqqətini çəkməsi cari mövsümdəki məhsuldar çıxışı ilə əlaqələndirilir.
Rayan 2025-ci ildə bütün turnirlər daxil olmaqla 55 oyunda meydana çıxıb, 20 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Vasko da Qama” ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Liqa kubokunda “Brentford”la oyundan əvvəl fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq əllərindən gələni edəcəklərini söyləyib:
“Brentford” çətin rəqibdir. Bunu bu mövsüm özümüz də gördük. Əvvəlki mövsümlərdə turnirin lap əvvəlində “Nyukasl” və “Tottenhem”lə qarşılaşmışdıq. O vaxtlar çoxlu zədəli oyunçularımız var idi. Bu şəraitdə oynamaq çətin idi. Bu dəfə əlimizdən gələni edəcəyik”.
“Mançester Siti” və “Brentford” arasında oyun bu gün Mançesterdə keçiriləcək.
PSJ gənc oyunçusu İbrahim Mbaye ilə bağlı vacib qərar verib.
Paris təmsilçisi futbolçunun müqaviləsində nəzərdə tutulan uzatma şərtini aktivləşdirərək, anlaşmanı daha bir il müddətinə artırıb. 17 yaşlı vingerin əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ rəhbərliyi Mbayeyə olan etimadı nəzərə alaraq, sözləşmənin müddətini 2028-ci ilə qədər uzadıb.
Seneqallı futbolçu artıq Paris klubunun əsas komandasında 30 oyuna çıxıb. Cari mövsümdə baş məşqçi Luis Enrike onu 8 dəfə start heyətində meydana buraxıb, 10 qarşılaşmada isə sonradan oyuna daxil olub. O, PSJ forması ilə 2 qol vurub və 4 məhsuldar ötürmə verib.
Mbaye Seneqal millisində də özünü göstərib – iki oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
“Karvan-Yevlax”ın sabiq baş məşqçisi Azər Həşimovla problemləri bitmir ki, bitmir.
Yevlax klubunun rəhbərliyi bir müddət öncə Həşimovu istefaya göndərsə də, onunla qarşılıqlı razılıq əldə edə bilməmişdi. Həşimov müqaviləyə əsasən bütün alacağı məvacibi (20 000 manat) tələb edir, klub isə bunu ödəmək istəmir.
Tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ilin may ayına qədər idi. “Karvan-Yevlax” Həşimovla müqaviləyə rəsmi olaraq xitam verə bilmədiyi üçün yeni baş məşqçisi Füzuli Məmmədovun da təyinatını rəsmən açıqlamayıb. Hətta PFL-in rəsmi saytında belə, komandanın baş məşqçisi kimi Həşimov göstərilib.
Komanda.az-ın əldə etdiyi məlumata görə, müqaviləsinə birtərəfli xitam verildiyinə görə, keçmiş baş məşqçisi “Karvan-Yevlax”dan Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib. Məsələ təkcə bu da deyil.
Yevlax klubunun Həşimovu müqavilənin müddəti ilə bağlı aldatdığı da deyilir. Komanda bu il Premyer Liqaya yüksəldikdən sonra Həşimov klubda əmək fəaliyyətinə iyun ayından başladığı halda, müqavilənin bağlanması sentyabr ayından göstərilib. Klubun belə addım atdığı sübut olunsa, Yevlax təmsilçisi cərimə olunacaq.
“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasında keçirdiyi 15 oyundan sonra 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai uzun müddətə sıradan çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, macar futbolçuda dizin arxa hissəsində əzələ zədəsi aşkarlanıb və onun meydana qayıtması ən tezi 2026-cı ilin fevralında gözlənilir.
Soboslai zədəsini İngiltərə Premyer Liqasının 16-cı tur matçında, “Brayton”la qarşılaşmada (2:0) alıb. O, başlanğıcda oyuna qayıtmağa çalışsa da, bir müddət sonra əvəzlənməli olub.
25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 23 oyunda iştirak edib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Son günlər mətbuatda “Çelsi”nin baş məşqçisi Enzo Mareskanın yaxın zamanda vəzifəsindən uzaqlaşdırıla biləcəyi ilə bağlı iddialar geniş müzakirə olunur.
İtaliyalı mütəxəssisin klub rəhbərliyi ilə fikir ayrılıqları səbəbindən postunu itirə biləcəyi bildirilir. Mareska da son açıqlamalarında bu məsələyə üstüörtülü şəkildə toxunmuşdu.
Londonlular dünən Liqa kubokunda “Kardiff Siti”ni 3:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Oyundan sonra jurnalistlər Mareskadan mümkün gedişi ilə bağlı sualı cavablandırmasını istəyiblər.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, Mareska klubun sahibləri ilə danışmadığını bildirib:
“Klubun sahibləri ilə danışmamışam. Dünən də deyildiyi kimi, “Everton”la oyundan bir gün sonra “Kardiff Siti” ilə görüşə hazırlaşmağa başlamışam və gələcəyimlə bağlı heç kimlə müzakirə aparmamışam”.
“Çelsi” həftəsonu İngiltərə Premyer Liqası çərçivəsində səfərdə “Nyukasl”la görüşəcək. Komanda UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.
“Barselona”nın mərkəz müdafiəçisi Pau Kubarsi Kataloniya klubunda 100-cü oyununa çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha çox oyun keçirəcəyinə ümid edir:
“Həyatımın klubu üçün 100-cü oyunum! Ümid edirəm ki, burada daha çox oyun keçirəcəm. Bu, möhtəşəmdir. Bunu səbirsizliklə gözləyirəm”.
18 yaşlı futbolçu Kral kubokunun 1/32 final mərhələsinin “Qvadalahara” ilə oyununda ikinci hissədən əvvəl meydana çıxıb. Matç Kataloniya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
AFFA prezidenti Rövşən Nəcəf klubların lisenziyalaşdırılması ilə bağlı qurumun açıqladığı hesabat barədə danışıb.
Komanda.az xəbər verir ki, o, lisenziyalaşdırma sisteminin düzgün tətbiqinin Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcəyini deyib:
“UEFA-nın hər bir üzv assosiasiyası 2004-2005-ci il mövsümündən etibarən UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziyalaşdırma sisteminin tətbiq olunmasına başlayıb və bu proses klubların fəaliyyətində mühüm rol oynayır. Lisenziyalaşdırma sistemi UEFA yarışlarında iştirak edən klublar qarşısında eyni tələbləri qoyur, tətbiqdə bərabərlik və bitərəfliyi təmin edir. Digər assosiasiyalarda olduğu kimi, lisenziyalaşdırma prosesi Azərbaycan klub futbolunun inkişafında da xüsusi rola malikdir. Lisenziyalaşdırma prosesi lisenziya əldə etmək üçün müraciət edən klubların nəzdində uşaq-gənclər komandasının sayının artırılmasında, infrastruktur səviyyəsinin, əməkdaşların və məşqçilərin ixtisaslarının yüksəldilməsində, həmçinin maliyyə məsələlərində müəyyən stabillik və davamlılığın təmin olunmasına dəstək olur. Klublar üçün lisenziyalaşdırma prosesi ən vacib amillərdəndir.
Klublar bu məsələ ilə bağlı öz üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmalı və nəzərə alınmalıdır ki, lisenziyalaşdırma prosesi klubların inkişafında və stabil fəaliyyətində xüsusi rola malikdir. Görülən işləri yüksək qiymətləndirməklə bildirmək istərdim ki, lisenziyalaşdırma sisteminin düzgün tətbiq olunması futbolumuzun inkişafına müsbət təsir göstərəcək”.
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva FİFA-nın Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü qismində Qətərin paytaxtı Dohada keçirilən plenar iclasa qatılıb.
Bu barədə Komanda.az-a AFFA-nın mətbuat xidmətindən bildirilib.
İlk iclas tanışlıq xarakterli olub, məqsədlərin müəyyənləşdirilməsinə, iş prosedurlarının və digər təşkilati məsələlərin razılaşdırılmasına həsr edilib.
Toplantıda qadın futbolunun inkişafı, müxtəlif regionlarda bu sahə üzrə FIFA layihə və proqramlarının tətbiqi, daha da irəli aparılması məsələləri ilə bağlı müxtəlif tövsiyələr verilir və müzakirələr aparılır.
Azərbaycan stolüstü tennisçisi Xədicə Babazadə Avropa Stolüstü Tennis Birliyinin təşkil etdiyi “ETTU Eurotalents Selection camp” toplanışında iştirak edəcək.
Bu barədə Komanda.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.
İdmançı milli komandanın məşqçisi Səbinə Əzizlinin müşayiəti ilə Xorvatiyaya yola düşüb. Vrsar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında qitənin ən istedadlı stolüstü tennisçiləri təcrübəli mütəxəssislərin rəhbərliyi altında fiziki, texniki və taktiki hazırlıq keçəcəklər.
Beynəlxalq təlim-məşq toplanışına dekabrın 23-də yekun vurulacaq.
“ETTU Eurotalents Development Camp” layihəyəsi xüsusi istedadı və davamlı nəticələri ilə seçilən yeniyetmə stolüstü tennisçilərin hazırlığını təkmilləşdirmək məqsədi daşıyır.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandadakı daxili məlumatları sızdıran şəxsi müəyyən edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisə dünən axşam, birbaşa “Barselona”nın paltardəyişmə otağında baş verib.
Məlumatları açıqlayan şəxs tutulub və çox güman ki, klubda işinə davam etməyəcək.
“Barselona” hazırda 17 oyundan sonra 43 xalla İspaniya La Liqasında lider mövqedədir. Turnir cədvəlinin 2-ci pilləsində olan “Real” isə onlardan 4 xal geri qalır.
Kataloniyalılar dekabrın 21-də “Vilyarreal”la səfər matçına çıxacaq.
Ukraynanın “Dinamo” (Kiyev) klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın “sükanı arxasına” İqor Kostyuk dəvət olunub. 50 yaşlı mütəxəssis Aleksandr Şovkovskinin noyabrda gedişindən sonra baş məşqçi vəzifəsini müvəqqəti icra edirdi.
“Dinamo” Ukrayna Premyer Liqasında 16 turdan sonra 26 xalla 4-cü pillədə qərarlaşıb.
“İnter Mayami”nin 38 yaşlı hücumçusu Luis Suares klubla yeni müqavilə imzalamağa hazırdır.
Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” və “Miami Herald” nəşrləri məlumat yayıb.
Uruqvaylı futbolçu ilə bağlanacaq yeni müqavilənin müddəti 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq.
“İnter Mayami” cari ildə MLS kubokunu qazanıb, ancaq Suares pley-off mərhələsində keçirilən son dörd oyunda start heyətində yer almayıb.
Suaresin Mayami klubu ilə müqaviləsinin müddəti bu ilin 31 dekabr tarixində başa çatacaq. Daha əvvəl komandanın digər oyunçusu Lionel Messinin “İnter Mayami” ilə üç illik müqavilə imzaladığı və 2028-ci ilin sonuna qədər klubda qalacağı açıqlanmışdı.
“İnter”in müdafiəçisi Stefan de Vreyin klubdakı gələcəyi hələ də sual altındadır. Niderlandlı futbolçunun klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar müsbət nəticə verməyib və hazırda müzakirələr dayandırılıb. Bu səbəbdən, De Vreyin növbəti yay “İnter”i tərk etmə ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.
Fevralda 34 yaşını qeyd edəcək müdafiəçi bu mövsüm “İnter”in heyətində 7 oyunda iştirak edib. Həmin qarşılaşmaların 6-da baş məşqçi Kristian Kivu ona start heyətində yer verib.
“İnter” fevralın 19-da, İtaliya superkubokunun yarımfinalında “Bolonya” ilə üz-üzə gələcək.
Fransa millisinin baş məşqçisi Didye Deşam “İlin oyunçusu” nominasiyası üzrə komandasının üzvləri arasında seçim etməli olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən ən yaxşıların mükafatlandırma mərasimi keçirilib və mükafatı PSJ-nin fransalı oyunçusu Osman Dembele qazanıb. Futbolçu, Deşamın səs verdiyi siyahıda birinci yerdədir. “Real”ın fransalı hücumçusu Kilian Mbappe ikinci, PSJ-nin oyunçusu Əşrəf Hakimi isə ilk üçlüyü tamamlayır.
Deşam 2012-ci ildən bəri Fransa millisinə rəhbərlik edir. O, 2026-cı il dünya çempionatından sonra vəzifəsindən ayrılmağı planlaşdırır.
“Çelsi”nin sabiq qapıçısı Eduard Mendi hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubi ilə yeni müqavilə imzalayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2028-ci ilin ortalarına qədər qüvvədə olacaq.
Mendi “Əl-Əhli”yə iki il əvvəl transfer olunub. Səudiyyə Ərəbistanı klubunda keçirdiyi 92 oyunda qapısında 94 qol görən seneqallı qolkiper 39 matçda qapını toxunulmaz saxlayıb.
“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenninin klubdakı gələcəyi ilə bağlı yeni qərar verilib.
27 yaşlı futbolçunun mövcud müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaqdı və bir neçə ay əvvəl onun komandadan ayrılması demək olar ki, qaçılmaz görünürdü.
Ancaq Komanda.az “La Stampa”-ya istinadən xəbər verir ki, Turin klubunun planları kəskin şəkildə dəyişib. Hazırda həm “Yuventus”, həm də futbolçunun tərəfi yeni müqavilə imzalamaqda maraqlıdır.
Amerikalı futbolçu cari mövsümdə “Yuventus”un heyətində 21 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
“Barselona”nın hücumçusu Robert Levandovski 2026-cı ildə klubunu dəyişə bilər.
37 yaşlı futbolçunu heyətinə qatmaq istəyən MLS təmsilçisi “Çikaqo Fayr” onunla danışıqlarda ciddi irəliləyiş əldə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar müsbət məcrada keçib. Polşalı forvard mümkün transferə açıqdır. Bildirilir ki, “Çikaqo Fayr” Levandovskinin maaşla bağlı tələblərini problemsiz şəkildə qarşılamağa hazırdır.
Daha əvvəl hücumçuya Səudiyyə Ərəbistanı çempionatından olan klubların da maraq göstərdiyi iddia olunurdu. O, cari mövsümdə “Barselona”nın heyətində 17 oyuna çıxaraq, 8 qol vurub və 2 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.
İspaniya kubokunda qazanılan qələbədən sonra “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin mətbuat konfransı gözlənildiyindən xeyli qısa alınıb. Kataloniyalılar səfərdə “Deportivo Qvadalahara”nı 2:0 hesabı ilə məğlub ediblər.
Görüşün taleyini 76-cı dəqiqədə Andreas Kristensenin, 90-cı dəqiqədə isə Markus Reşfordun vurduğu qollar həll edib. Qarşılaşmanın startı təxminən 30 dəqiqə gecikdiyi üçün oyundan sonrakı mətbuat konfransını da ixtisar etmək lazım gəlib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı baş məşqçi jurnalistlərin cəmi üç sualını cavablandırıb. Həmin vaxt “Barsa”nın futbolçuları artıq baş məşqçini klub avtobusunda gözləyirmiş.
“Barselona” növbəti oyununu dekabrın 21-də, La Liqa çərçivəsində səfərdə “Vilyarreal”a qarşı keçirəcək.
FİFA dünən Qətərin paytaxtı Dohada 2024/2025-ci illər mövsümü üzrə dünya futbolunun ən yaxşılarının adlarını açıqlayıb.
Komanda.az xəbər verir ki, ilin ən yaxşı kişi baş məşqçisi Luis Enrike, futbolçusu Osman Dembele, qapıçısı isə Canluici Donnarumma seçilib.
Ölkələrin milli komandalarının baş məşqçiləri və kapitanlarının iştirak etdiyi etdiyi səsvermədə Azərbaycan Ayxan Abbasov və Emin Mahmudovla təmsil olunub.
Ayxan Abbasov ən yaxşı futbolçu üçün səsvermədə Əşrəf Hakimi (1-ci yer), Kilian Mbappe (2-ci yer) və Məhəmməd Salaha (3-cü yer) səs verib.
Emin Mahmudovun seçimi isə belə olub: Kilian Mbappe (1-ci yer), Osman Dembele (2-ci yer), Lamin Yamal (3-cü yer).
Ayxan Abbasov ilin məşqçisi kimi ilk yerə PSJ-nin baş məşqçisini layiq görüb: Luis Enrike (1-ci yer), Arne Slot (2-ci yer), Mikel Arteta (3-cü yer).
Emin Mahmudovun seçimi isə belədir: Luis Enrike (1-ci yer), Enzo Mareska (2-ci yer), Arne Slot (3-cü yer).
Qapıçı seçiminə gəlincə, Ayxan Abbasovun ilk üçlüyü belədir: Canluici Donnarumma (1-ci yer), Manuel Noyer (2-ci yer), Yann Zommer (3-cü yer).
Emin Mahmudov da Ayxan Abbasov kimi Donnarummanı ilk yerə layiq görüb: Canluici Donnarumma (1-ci yer), Tibo Kurtua (2-ci yer), Alisson Bekker (3-cü yer).
Argentina millisinin baş məşqçisi Lionel Skaloni FİFA-nın “ilin ən yaxşı futbolçusu” nominasiyası üzrə səs verdiyi oyunçuların adlarını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafat PSJ-nin vingeri Osman Dembeleyə təqdim olunsa da, Argentina millisinin “sükanı arxasında” olan mütəxəssis onu ilk üçlüyə daxil etməyib.
Skaloninin siyahısında birinci pilləni hazırda “Real”da çıxış edən Kilian Mbappe tutub. Onun ardınca “Barselona”nın iki futbolçusu – Pedri və Lamin Yamal qərarlaşıb.
Mbappe 2022-ci ilin dekabrında Fransa və Argentina milliləri arasında keçirilən dünya çempionatının finalında het-trikə imza atmışdı. Buna baxmayaraq, Lionel Skaloninin rəhbərlik etdiyi Argentina yığması penaltilər seriyasında qalib gələrək mundialın qalibi olmuşdu.
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes yayda klubdan ayrılmağa çox yaxın olduğunu açıqlayıb.
2025-ci ilin yay transfer pəncərəsində portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı klublarından birinə keçə biləcəyi ilə bağlı söz-söhbətlər yayılsa da, o, sonda İngiltərədə qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fernandes klub rəhbərliyinin onun mümkün gedişinə müsbət yanaşdığını bildirib:
“Klub yayda getməyimi istəyirdi və bu fikir beynimdə dərin iz buraxdı. Bu mövzunu direktorlarla müzakirə etdim, amma düşünürəm ki, onlar sadəcə belə bir qərarı verməyə cəsarət etmədilər. Mən qalmağı seçdim – qismən ailə səbəblərinə görə, amma əsasən bu klubu səmimi şəkildə sevdiyim üçün. Baş məşqçi ilə söhbətim də qərarıma təsir etdi. Bununla belə, rəhbərlikdə sanki belə bir hiss vardı: “Getsən, biz çox da məyus olmayacağıq”.
31 yaşlı yarımmüdafiəçi bu münasibətin onu sarsıtdığını gizlətməyib:
“Bu, mənə çox ağır təsir etdi. Hətta ağırdan da çox, kədərli idi. Çünki məni qınamağa əsas yoxdur. Mən həmişə meydandayam, həmişə oynayıram və bütün gücümü ortaya qoyuram. Sonra ətrafa baxırsan və klubu mənim qədər dəyərləndirməyən, onun üçün mübarizə aparmayan futbolçular görürsən. Əsl məyusluq da məhz bundan yaranır”.
İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi Premyer Liqada çempionluq üçün əsas favoriti açıqlayıb.
Komanda.az “BBC Podcast”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu titul uğrunda əsas namizədin “Arsenal” olduğunu bildirib:
“Arsenal”ı yalnız “Mançester Siti” izləyir və maraqlıdır ki, “şəhərlilər” “topçular”la rəqabət apara biləcəkmi? Ancaq burada hər şey “Arsenal”ın oyunundan asılıdır. Çünki əvvəlki mövsümlərdə də onlar lider idilər, sonradan üstünlüyü əldən verdilər”.
“Arsenal” 16 turdan sonra 36 xalla turnir cədvəlinin zirvəsindədir. İkinci pillədə qərarlaşan “Mançester Siti” ilə aradakı fərq 2 xaldır. Üçlüyü “Aston Villa” 33 xalla tamamlayır.
Runi daha əvvəl bildirib ki, o, “Aston Villa”nın çempion olacağına inanmır.
“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un sabiq futbolçusu Ceymi Karrager komandanın hücumçusu Məhəmməd Salahın gələcəyi ilə bağlı fikirlərini bildirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, misirli futbolçunu növbəti mövsümdə “qırmızılar”ın heyətində görmədiyini söyləyib:
“Onu gələn mövsüm “Liverpul”da görmürəm. Maraqlıdır, hazırkı mövsümün sonuna qədər komandada qalacaqmı? Düşünürəm ki, Salah getmək qərarına gələrsə, peşman olacaq. “Real” və ya “Barselona”nın onu transfer etməsi ehtimalı azdır. Ən çox ehtimal olunan seçim Səudiyyə Ərəbistanıdır”.
33 yaşlı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Liverpul”la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.
Komanda.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində “Alba” klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 82:106 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
“Sabah” B qrupunu 7 xalla sonuncu – dördüncü pillədə bitirib. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncü olub.
“Arsenal” “Milan”ın 20 yaşlı qapıçısı Lorenzo Torrianini transfer siyahısına daxil edib.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
London təmsilçisi italiyalı qolkiperin “Milan”dakı inkişafını yaxından izləyir və onun gələcək karyerası ilə maraqlanır. Torrianinin hazırkı bazar dəyəri 500 min avro olaraq qiymətləndirilir.
20 yaşlı futbolçunun “qırmızı-qaralar”la müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir. O, cari mövsümdə “Milan”ın ikinci komandasında – D Seriyasında 10 oyunda iştirak edib və 12 top buraxıb.
“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi karyerasını “Mançester Siti”də davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
“Şəhərlilər” İngiltərə millisinin 25 yaşlı oyunçusunu müdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
Yayda “Liverpul”a keçidi baş tutmayan Quehi “Kristal Pelas”la 2026-cı ilin 30 iyununa qədər olan müqaviləsini uzatmaq istəmir və komandadan ayrılmağa hazırdır. “Mançester Siti” isə uzun müddətdir onun inkişafını izləyir.
Klub müdafiədə ciddi yeniləmələrə hazırlaşır və Quehi uzunmüddətli perspektiv üçün ideal variant sayılır. “Kristal Pelas” isə onun pulsuz getməsinin qarşısını almaq üçün qışda satmağı da nəzərdən keçirir, çünki bir neçə top-klub maraq göstərir.
İngiltərəli futbolçu cari mövsümdə 25 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edilən “Güləş Qarabağda” kampaniyasının ikinci günündə Laçın şəhər 2 saylı orta məktəbə baş çəkilib.
Komanda.az xəbər verir ki, tədbirdə tanınmış güləşçilər çıxış edərək gənc nəslə öz tövsiyələrini veriblər.
Daha sonra güləşlə bağlı maarifləndirici viktorina keçirilib və sualları dəqiq cavablandıran şagirdlər AGF tərəfindən mükafatlandırılıb.
Daha sonra Rafiq Hüseynov, Eldəniz Əzizli, Mariya Stadnik, Rəsul Çunayev və Oyan Nəzəriani şagirdlərin suallarını cavablandırıb və avtoqraf veriblər.
Güləşin ulduzları Şuşaya da baş çəkiblər. Şuşa qalasında yerli sakinlərlə görüşən nümayəndə heyəti onlarla xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Qarabağa Böyük Qayıdış layihəsinin tərkib hissəsi olan kampaniyanın məqsədi işğaldan azad olunmuş torpaqlarda yaşayan sakinlərdə motivasiyanı yüksəltmək, milli ruhda inkişafa töhfə vermək, güləşin ölkədə daha da populyarlaşmasını və bu sahədə maariflənməni təmin etməkdir.
“Mançester Siti”nin futbolçusu Jeremi Doku zədələndiyi üçün 2025-ci ildə meydana çıxa bilməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belçikalı vinger təqribən 2-3 həftəlik yaşıl meydanlardan kənar qalacaq. Onun 2026-cı il yanvarın 1-də Premyer Liqada “Sanderlend”lə matça qədər hazır olması istisna edilmir.
Doku cari mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 22 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Fransanın PSJ klubunun futbolçusu Osman Dembele FIFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu, çalışdırıcı Luis Enrike isə ən yaxşı məşqçisi seçilib.
Komanda.az xəbər verir ki, onların mükafatlandırılma mərasimi Qətərin paytaxtı Dohada keçirilib.
Paris təmsilçisi ötən mövsüm Fransa Liqa 1, Fransa kuboku və superubokunun çempionu, həmçinin Çempionlar Liqasının və UEFA superkubokunun qalibi olub. Dembele Liqa 1-də 25 qolla 2024/2025 mövsümünün bombardiri olub. Ümumilikdə isə Dembele ötən mövsüm PSJ-də 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.
Argentinanın “İndependiente” klubunun futbolçusu Santyaqo Montielin qolu 2025-ci il üçün “Ferents Puşkaş” mükafatına layiq görülüb.
Komanda.az xəbər verir ki, FIFA-nın mətbuat xidməti məlumat yayıb.
O, Argentina çempionatının 16-cı turunda “İndependiente Rivadavia” ilə matçda vurduğu qola görə təltif edilib.
Namizədlər arasında daha 10 futbolçunun adı yer alıb. Santyaqo Montiel cari mövsüm komandasının heyətində 36 oyunda yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.
İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro A Seriyasında ən güclü klubun “İnter” olduğunu bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Milan klubunun çempionatdakı liderliyinin heç də təsadüfi olmadığını deyib:
“Kristian Kivu (“İnter”in baş məşqçisi)? O, qəssab deyil. Uzun illərdir futboldadır və komandanın turnir cədvəlinin zirvəsində yer almasına təəccüblənməyə dəyməz. “İnter” hazırda İtaliya çempionatının ən güclü klubudur”.
Kristian Kivu cari ilin yayında “İnter”in baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 15 turdan sonra 33 xal toplayaraq, A Seriyasında turnir cədvəlinin lideridir.
“İnter” növbəti turda səfərdə “Atalanta” ilə üz-üzə gələcək. Qarşılaşma dekabrın 28-də keçiriləcək.