Reading view

Azərbaycan Sloveniyada 7 cüdoçu ilə təmsil olunacaq

14–15 fevral tarixlərində Sloveniyanın paytaxtı Lyublyanada cüdo üzrə Avropa Açıq Turniri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizi 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək. İdmançılarımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Beynəlxalq yarışda 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri – “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Məhəmmədəli Quluzadə ədalət təmsilçiləri arasında yer alacaq.

Qadınlar

-48 kq
Şəfəq Həmidova

-52 kq
Aydan Vəliyeva
Leyla Əliyeva
Könül Əliyeva

-57 kq
Fidan Əlizadə

-70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova

“Sabah”ın futbolçusu: “Həmin matçların asan keçdiyini görməmişəm” (MÜSAHİBƏ)

“Sabah”ın futbolçusu Rəhman Daşdəmirovun “Futbolpress.az”a müsahibəsi:

– Uzun məğlubiyyətsizlik seriyası yaxalamısınız. Uğurunuzun sirri nədədir?
– Komanda olaraq hər oyuna çox ciddi yanaşırıq. Ən əsası da məşqçilərin tapşırıqlarını meydanda tam yerinə yetirməyə çalışırıq. Əlbəttə, nəticələr bizi sevindirməyə bilməz. Amma bununla kifayətlənməməliyik və daha da artırmalıyıq. Komanda olan hər kəs bunu yaxşı başa düşür.

– İkinci “Qarabağ”la xal fərqi 4-dür. Çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?
– Hazırda biz ancaq növbəti oyunumuza köklənmişik. Başqa məsələlər barədə düşünmürük. Bayaq uğurun sirri barədə sual verdiz. Məncə, uğurun sirri elə məhz budur. Diqqətimizi yalnız növbəti oyunumuza yönləndiririk. Bizim üçün hazırlıq prosesində ən vacib oyun da məhz növbəti oyun olur.

– “Qarabağ”la “Neftçi”nin oyununun təxirə salınması gündəmdədir. Bunu özünüzə qarşı haqsızlıq hesab etmirsiniz?
– Bu məsələlər barədə düşünmürəm. Mən futbolçuyam, mənim işim məşqlərdə özümü maksimum göstərmək və şans qazandıqda meydanda komandama maksimum xeyir verməkdir.

– “Qarabağ” “Nyukasl”la cavab oyunundan sonra sizinlə qarşılaşacaq. Bu, sizə hansısa üstünlük qazandırır?
– Düşünmürəm. “Qarabağ”ın əvvəllər də avrokubok oyunu ərəfəsində bizimlə oyunları olub. Həmin matçların asan keçdiyini görməmişəm. “Qarabağ”ın heyətində kifayət qədər yaxşı futbolçular var. Həmin oyunun bizə hər hansı üstünlük verəcəyini düşünmürəm.

– İlk dövrədə daha çox şans qazansanız da, son matçlarda ya ehtiyatda olursunuz, ya 15-20 dəqiqə oynayırsız. Rəqabətdə uduzursunuz, ya necə?
– Bizim çox geniş heyətimiz var. Komandanın hər bir üzvü öz mövqeyinin ən yaxşılarındandır. Ona görə, hər hansı oyunçunun müəyyən oyunlarda ehtiyatda qalması tam normaldır. Bizim üçün kimin oynamasından daha çox komandanın uğur qazanması vacibdir. Hər kəs oyun həftəsində məşqlərdə əlindən gələni edir. Yekun qərarı məşqçilər verir. Onların qərarına hörmətlə yanaşıram.

– Növbəti turda çətin “Qəbələ” səfəri var. Rəqib də yaxşı formadadır, kubokda da onlarla heç-heçə etmisiniz. Bu oyundan gözləntiləriniz nədir?
– Çətin matç olacaq. Sizin də qeyd etdiyiniz kimi bu komanda son kubok oyunumuz da çətin keçdi. İstənilən halda meydana qələbə üçün çıxacağıq. İnanıram ki, bu oyundan yaxşı nəticə ilə ayrılacağıq.

Şahin Cəfərov

Nəriman “Qarabağ”a təşəkkür etdi

ABŞ təmsilçisi “Kolumbus Kru”ya keçən Nəriman Axundzadə sabiq klubu “Qarabağ”a təşəkkür edib.

Futbolpress.az xəbər verir ki, 22 yaşlı futbolçu bununla bağlı instaqram hesabında paylaşım edib. O, komanda ilə fotosunu paylaşaraq, “Çox sağ ol, böyük “Qarabağ” ailəsi” deyə yazıb.

Nəriman MLS klubu ilə 3.5 illik müqavilə imzalayıb.

Forma səhvi “Zirə”yə 300 manata başa gəldi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şamaxı-2” – “Sabah-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Neftçi-2” – “Qarabağ-2” oyununa “Qarabağ-2” komandasının azarkeşləri buraxılmadığına görə “Neftçi-2” komandası 200 manat cərimə edilsin (maddə 62.1);

“Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ -2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə-2” komandasının heyətində 89 nömrəli futbolçu Əli Məmmədovun idman formasında oyunçu nömrəsi fərqli olduğuna görə “Zirə-2” komandası 300 manat cərimə edilsin (maddə 83.3).

Mərkəzi oyun Əhmədova tapşırıldı

I Liqada XIV turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, lider “Şəfa”nın “Səbail”lə oyununu Rəşad Əhmədov idarə edəcək.

12 fevral (cümə axşamı)

“Şahdağ Qusar” – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı OİK stadionu, 14:30

“Baku Sportinq” – MOİK
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Ruslan Babayev, Mahmud Bağırzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Buzovna qəsəbə stadionu, 14:30

“Səbail” – “Şəfa”
Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid Xasıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“ASCO Arena”, 17:00

13 fevral (cümə)

“Difai” – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Ağsu şəhər stadionu, 14:30

“Mingəçevir” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30

“Sabah” 1000, “Zirə” 1500, “Araz-Naxçıvan” 3000 manat cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Araz-Naxçıvan” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Sabah” komandası 1000 manat cərimə edilsin (maddə 68);

“Sabah” – “Araz-Naxçıvan” oyunu “Araz-Naxçıvan” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Araz-Naxçıvan” komandası 3000 manat cərimə edilsin (maddə 77.4);

“Sabah” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

“Sumqayıt” – “Zirə” oyununda “Zirə” komandasının 5 və 25 nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə “Zirə” komandası 1500 manat cərimə edilsin (maddə 83.2);

“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ” komandası 700 manat cərimə edilsin (maddə 43.1)

“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən sındırılmış 25 ədəd oturacağa görə stadiona dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86);

“Neftçi” – “Qəbələ” oyununun 90+1-ci dəqiqəsində “Neftçi” komandasının 15 nömrəli futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7)

Kurban Berdıyev və Yunis Hüseynov cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

4 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü “Sabah” – “Qəbələ” oyununa “Qəbələ” komandası təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ” komandasına xəbərdarlıq edilsin (maddə 20);

5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü “Turan Tovuz” – “Kəpəz” oyununun 41-ci dəqiqəsində “Turan Tovuz” komandasının məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyun buraxılmasın, “Turan Tovuz” komandası 2500 manat cərimə edilsin (maddə 51.2);

5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü “Turan Tovuz” – “Kəpəz” oyununun 64-cü dəqiqəsində “Turan Tovuz” komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);

“Qarabağ”ın Nərimanı

“Qarabağ” hücumçusu Nəriman Axundzadəni ABŞ təmsilçisi “Kolumbus Kru”ya satdı. Yerli futbolçular arasında ən yüksək məbləğli transfer kimi (1.5 milyon dollar) ölkə futbolunun tarixinə düşən Axundzadə yeni mövsümdə Luis Suares, Lionel Messi, Son Hın Min, Rodriqo Paul kimi ulduzlarla bir liqada mübarizə aparacaq.

Son dönəmlərdə “Qarabağ”da ən çox tənqid olunan adlardan olan Nəriman təzyiqlərə dözmədi. Baş məşqçi Qurban Qurbanov da “Şamaxı” ilə oyunsonrası mətbuat konfransında bundan bəhs edib, Nərimanın gedişinin onun üçün daha yaxşı olacağını qeyd edib.

Azərbaycanlı futbolçular arasında böyük perspektiv vəd edən Nəriman “Qarabağ” formasıyla ümumlikdə 127 oyunda 35 qol vurub, 17 məhsuldar ötürmə edib. Hücumun mərkəzində və cinahlarında oynamağı bacaran Axundzadənin statistikası yaşına görə kifayət qədər yaxşıdır. 13 dəfə əsas yığmanın formasını geyinən hücumçu hələlik millidə qol hesabını aça bilməyib.

Bu mövsüm “Qarabağ”da 26 oyunda 7 qol vurub, 3 məhsuldar edən Nəriman son dönəmlərdə ciddi tənqid olunduğu üçün mental cəhətdən “düşmüşdü”. Daha çox ehtiyatda qalan, şans qazananda isə tez-tez top itkilərinə yol verən Nərimanın gedişinin daha çox “Qarabağ”a mənfi təsirləri olacaq. Hər bir halda, tənqidlər olsa belə, Premyer Liqa matçlarında fərqlənməklə komandaya kömək olan hücumçunun ani gedişi neqativ təsirlər yaradacaq.

Şahin Cəfərov

Fransa klubunun futbolçusu “Qəbələ”də

“Qəbələ” transfer “pəncərəsi”nin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensiyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

Sonuncu komandası “Valensiyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

“Qarabağ” – “Nyukasl” matçının biletləri nə vaxt satışa çıxacaq?

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində 18 fevral 2026-cı il tarixində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçı üçün biletlər sabah, gün ərzində satışa çıxarılacaq.

Futbolpress.az xəbər verir ki, biletlər yalnız rəsmi satış kanalı olan “iTicket.az” vasitəsilə onlayn şəkildə əldə oluna bilər.

“Qarabağ” “Nyukasl”la cavab oyununu fevralın 25-də keçirəcək.

Faiqin yubileyi

Faiq Hacıyev Premyer Liqada 100-cü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “Turan Tovuz”un kapitanının yubileyi “Karvan-Yevlax”la matça (1:0) təsadüf edib. O, Azərbaycan Premyer Liqasının XIX turunun görüşünə start heyətində çıxıb.

Faiq keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.

25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019/20 mövsümündə “Qəbələ” forması ilə Premyer Liqada debüt edən Hacıyev “qırmızı-qaralar”la 6 oyuna çıxıb. O, “Turan Tovuz”dakı 94 görüşdə 3 qol vurub.

Qeyd edək ki, Faiq turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub.

25-ci qələbə

Azərbaycan Premyer Liqasının XIX turunda “Karvan-Yevlax”ı qəbul edən “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib.

Futbolpress.az xəbər verir ki,  bu, klub tarixinə Premyer Liqadakı 25-ci qələbə kimi düşüb.

Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komandadır.

Qeyd edək ki, “Turan Tovuz” 2022/23 mövsümündə debüt etdiyi Premyer Liqada ilk ev qələbəsini “Kəpəz” üzərində qazanıb. 2022-ci il sentyabrın 9-da keçirilən matçda meydan sahibləri 2 qola seviniblər.

Son 13 ilin rekordu

Premyer Liqasının XIX turunda “İmişli”nin qonağı olan “Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb.

Futbolpress.az xəbər verir ki, mövsümdə ilk dəfə sülhə imza atan (0:0) Gəncə klubu ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmamışdı.

Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də “Neftçi” ilə görüşdə qeydə alınmışdı – 2:2. Sonrakı 21 matçda 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb.

281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudur. Daha uzun heç-heçəsiz seriya sonuncu dəfə 2012-13-cü illərə təsadüf edib. Həmin vaxt “Rəvan” 25 görüşdə sülhsüz oynayıb.

Qeyd edək ki, çempionatın mütləq rekordu 1996-98-ci illərdə 51 oyunu heç-heçəsiz bitən “Şəfa”ya məxsusdur.

“Sabah”ın yubileyi

“Sabah” Premyer Liqada 50-ci ev qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XIX turuna təsadüf edib. Paytaxt təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.

Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.

Qeyd edək ki, 2018/19 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib – 1:0.

Almanlarla razılaşmadı, Azərbaycana gəldi

“Turan Tovuz”un yeni transferi Mark Mampassi Almaniya klubundan təklif alıb.

Futbolpress.az xəbər verir ki, 22 yaşlı müdafiəçi Tovuz təmsilçisindən öncə II Bundesliqa komandası “Braunşveyq”lə danışıq aparıb. Lakin futbolçunun müqavilə ilə məxsus olduğu “Lokomotiv”lə müzakirələr uğursuz nəticələnib.

Moskva klubu daha sonra tovuzluların icarə təklifini qəbul edib.

Mampassi mövsümün sonuna kimi “Turan Tovuz”un formasını geyinəcək.

“Pəncərə” bağlandı, yalnız bir klub transferə ehtiyac duymadı

Azərbaycan Premyer Liqasında qış transfer dönəmi başa çatıb.

Futbolpress.az-ın məlumatına görə, bu “pəncərə” əvvəlki illərə nisbətən daha sakit keçib. Klublar oyunçu transferlərində daha diqqətli davranıb. Bunda yeni tətbiq edilən legioner rüsumlarının da müəyyən rolu var. Klublar hər yeni əcnəbi üçün əlavə ödəniş etməli olduğundan artıq xərcə düşməyib.

Premyer Liqada 12 klubdan 11-i yeni oyunçu ilə güclənib. Yalnız “Araz-Naxçıvan” hansısa transferi reallaşdırmayıb. Baş məşqçi Andrey Demçenkonun indiki məqamda heyətlə bağlı çətinliyinin olmadığı görünür. Hər bir halda, komandanın son turlardakı uğursuz nəticələri yeni oyunçu transferinə zərurət yarada bilər.

Çempionluq mübarizəsi aparan “Sabah”, ikinci “Qarabağ” və avrokuboklara vəsiqə hədəfləyən “Neftçi” isə yalnız bir futbolçu transfer edib. Hər üç klub legionerlə güclənib.

“Şamaxı” və “Karvan-Yevlax” yalnız yerli oyunçu keçidləri ilə diqqət çəkir. Hər iki klub digər Premyer Liqa təmsilçilərində az şans qazanan futbolçuları icarəyə götürüb.

Bu ana qədər transferləri uğurlu alınan isə “Qəbələ”dir. Seydina Keyta, İsmaheel Akinade kimi legionerlər, yerli qolkiper Rza Cəfərov və cinah oyunçusu Turan Manafovu heyətinə qatan “qırmızı-qaralar” ikinci dövrədə ən yaxşı oyun göstərən kollektivlərdəndir və yeni transferlər özlərini yaxşı tərəfdən göstərə bilib.

Şahin Cəfərov

“Real”ın zədəlisinin bərpa müddəti uzanır

“Real”ın zədəli futbolçusu Cud Bellingem 2-3 ay yaşıl meydanlardan uzaq qala bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

La Liqada “Valyekano” ilə matçda zədələnən ingilis yarımmüdafiəçinin bir aya dönüşü düşünülsə də, durum daha ciddidir. 22 yaşlı yarımmüdafiəçinin bərpası 2-3 ay çəkə bilər.

Bellingem bu mövsüm 27 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Nə hücumda, nə də müdafiədə yaxşı futbol oynadıq”

“Mançester Yunayted”in baş məşqçisi Mayk Karrik Premyer Liqada “Vest Hem”lə heç-heçə etdikləri görüşə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Çətin oyun olacağını bilirdik. Düşünürəm ki, nə hücumda, nə müdafiədə yaxşı futbol oynadıq. Futbolçularıma son dəqiqəyə qədər mübarizə apardıqlarına görə təşəkkür edirəm. Neqativlər kimi pozitivlr də var. Hər oyunda qələbə qazanmaq mümkün deyil. Belə səfərdən bir xalla ayrılmaq da qənaətbəxşdir”.

Qubada 110, Bakıda 1000

Azərbaycan Premyer Liqasında XIX turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az-ın məlumatına görə, ən yüksək göstərici “Neftçi” – “Qəbələ” oyununda qeydə alınıb. “Palms Sports Arena”da baş tutan görüşdə 1000 tamaşaçı olub.

Ən aşağı göstərici isə Qubada qeydə alınıb. “İmişli” – “Kəpəz” görüşündə oyunu tribunalardan 110 tamaşaçı izləyib.

Sabah – Araz-Naxçıvan 4:1 (951 tamaşaçı)
Sumqayıt – Zirə 2:3 (700 tamaşaçı)
İmişli – Kəpəz 0:0 (110 tamaşaçı)
Turan Tovuz – Karvan-Yevlax 1:0 (400 tamaşaçı)
Şamaxı – Qarabağ 1:2 (900 tamaşaçı)
Neftçi – Qəbələ 1:0 (1000 tamaşaçı).

Qeyd: rəqəmlər Peşəkar Futbol Liqasının (PFL) rəsmi oyun protokollarından götürülüb.

Qud bay, Nəriman!

Dünən rəsmiləşdi, Nəriman Axundzadə ABŞ-də, MLS liqasında çıxış edəcək. “Kolumbus Kru” onu 1.2 milyon dollara transfer etdi.

Yenə sentimental damarımızın pulsu maksimal atışdadır. Elə bil, Nərimanı məsxərəyə qoyan biz deyildik.

Tənqid yox ha, məhz məsxərə…

Tənqidlər tam haqlı idi. Nəriman cari avrokubok mövsümünü pis keçirdi. APL-də isə normal.

İndi elə bil, yıxıb-sürüdüyümüz futbolçu deyil. Romantik fikirlər…

Rasionallığımızı həmişə rahat itirmişik də. Cəmiyyət olaraq ən mənfi cəhətlərimizdən biridir.

Nərimanı haqlı tənqid edirdiniz, indi dizinizə döyüb drama niyə oynayırsınız?

Elə yaxşı ki, ABŞ-ə getdi. O, onsuz da futbolu bir məqsədlə oynayırdı – imkanını yaxşılaşdırmaq. Bunu büruzə vermişdi. Nərimanın meydandakı performansı onun potensialını ortaya qoymuşdu. O, bundan sonra artırmayacaqdı. Bunun üçün imkanları çatardı, sadəcə idmançı şüuru bundan artığına qadir deyildi.

Bir az subyektiv, bəlkə bir az da ağır səsləndi, ancaq təcrübəmiz kifayət edir iddia etməyə.

Nərimanın “Qarabağ”da artırmayacağı aydın idi. Azərbaycanda başqa kluba keçməksə onun üçün daha pis olardı.

Sırf ABŞ-yə də beyninin daha yaxşı işlədiyi istiqamət üzrə hərəkət edərək getdi – pul qazanmaq, gələcəyini maddi təmin etmək.

Bu subyektivi də qeyd edim – böyük ehtimalla, Axundzadə bundan sonra uzağı 2-3 il futbol oynayacaq. Karyerasında ciddi eniş qaçılmazdır. Bunu Nərimanın psixoloji portreti izafi nümayiş etdirir.

Yalnız ən yaxşı, yox-yox, onun dilini ən uyğun şəkildə tutan bir psixoloq bu təxminlərimizi yanlış çıxara bilər.

Nəriman öz arzularının dalınca getdi. Onun haqsız olduğunu, yanlış etdiyini deməyə əsasımız da yoxdur. Çünki o bir qlobal personaj deyildi, fərd/subyekt idi.

Biz isə idealları olan personaların yetişməyini arzulayaq. Uşaq futbolumuzdakı kultural mühitdən məlumatlı olduğum üçün.. əfsus ki, bu yöndən də xoş proqnoz vermək olmur.

Qud bay, Nəriman! Futbolumuzdakı mühit düzələnədək səni və sənin kimi düşünənləri qınamaq mənasız olar. Uğurlar!

Kamil Əhməd

Ştegeni əvəzləyən tapıldı

“Jirona” heyətini yeni qapıçı ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi Ruben Blankonu transfer edib. Qolkiperlə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

“Jirona” qış transfer dönəmində “Barselona”dan Mark-Andre ter Ştegeni icarəyə götürüb. Qapıçının ciddi zədəsindən sonra klub yeni qolkiperlə güclənib.

Blanko son olaraq “Marsel”də forma geyinib. O, ötən ilin yayından klubsuz idi.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

11 fevral

İngiltərə, Premyer Liqa
23:30 Nottingem Forest – Vulverhempton (beİN Sports 5)
23:30 Aston Villa – Brayton (beİN Sports 2)
23:30 Mançester Siti – Fulhem (İdman TV, beİN Sports 3)
00:15 Sanderlend – Liverpul (beİN Sports 4)

İtaliya Kuboku
00:00 Bolonya – Latsio (TRT Spor)

Nəriman üçün yeni səhifə – MLS-də ilk azərbaycanlı

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS-də çıxış edəcək. 22 yaşlı futbolçunun “Qarabağ”dan “Kolumbus Kru”ya keçidi dünən rəsmiləşdi. Tərəflər arasında müqavilənin müddəti 3.5 illikdir.

MLS klubu Nərimanı çempionatda tətbiq edilən U-22 limitinə görə transfer edib. Qaydalara görə, komandalar heyətlərində 22 yaşa qədər olan azı üç futbolçu oynatmalıdır.

“Kolumbus Kru” MLS-in ortabablarındandır. Komanda ötən mövsümü 7-ci sırada bitirib və pley-offlara vəsiqə qazanıb. Klub bu mərhələdə “Sinsinnati”yə uduzub. Komanda müntəzəm mövsümdə 34 turda 54 xal toplayıb.

“Kolumbus Kru”da hücum xəttinin aparıcı oyunçusu Dieqo Rossidir. Uruqvay millisinin də üzvü olan hücumçu ötən mövsümdə 32 oyunda 16 qol vuraraq komandanın bombardiri olub. “Kolumbus Kru”nun heyətində Vessam Abu Ali (Fələstin), Daniel Qazdağ (Macarıstan) kimi legionerlər də var.

MLS-də yeni mövsümə fevralın 22-də start veriləcək. “Kolumbus Kru” ilk turda “Portlend Timbers”in qonağı olacaq.

Şahin Cəfərov

Mampassinin “Turan Tovuz”la müqaviləsindəki xüsusi bənd

“Turan Tovuz” Moskva “Lokomotiv”indən müdafiəçi Mark Mampassini icarəyə götürüb.

Futbolpress.az-ın məlumatına görə, Tovuz klubu mövsümün sonunda futbolçunun transfer hüquqlarını ala bilər. Tərəflər arasındakı müqavilədə bununla bağlı bənd yer alıb. Mampassinin satınalma məbləği 200 min avroya yaxındır.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib. Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub. Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var

Favoritlər qazandı, “zirzəmi”də sabitlikdir

Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Lider “Sabah” və ikinci “Qarabağ” qələbə qazanıb. Autsayder “Karvan-Yevlax” yenə uduzub, “Kəpəz” “İmişli” ilə heç-heçə edib. Turun son matçında “Neftçi” “Qəbələ”ni məğlub edib.

İmişli – Kəpəz 0:0
Turun ilk matçı qolsuz başa çatıb. Quba OİK stadionunda keçirilən matçda xalları bölən həm “İmişli”, həm də “Kəpəz” nəticəni qənaətbəxş hesab edə bilər. Ot örtüyü futbola yararsız olan arenada bir xal da müsbətdir. Ümumilikdə, qol epizodlarının kasad olduğu görüşün ikinci hissəsini “Kəpəz”in, birincisini isə “İmişli”nin aktivinə yazmaq olar.

Sabah – Araz-Naxçıvan 4:1
Lider “Sabah” inamlı qələbəyə sevindi. 16 dəqiqəyə 3 qol vuraraq rəqibin müqavimətini qıran “bayquşlar” aktivinə növbəti xallarını yazdırdı və çempionluq yolunda inamla addımlamağa davam etdi. “Futuristlər” son iki matçdır, erkən qollarla rəqibin dirəncini qırır.

“Araz-Naxçıvan” isə Elmar Baxşıyevdən sonra ciddi enişdədir. Andrey Demçenkonun gəlişindən sonra üç oyunda cəmi bir xal qazanan, əvəzində 10 qol buraxan naxçıvanlılar oyun planında da axsayır. Gedişat yaxşı görünmür. Demçenko komandanı toparlayıb, xallar qazanmağa başlaya bilməzsə, Bakı günləri tez başa çatacaq.

Sumqayıt – Zirə 2:3
Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” Premyer Liqada 5 oyun sonra qələbə qazandı. Son dəqiqələrdə vurulan qolla aktivinə üç xalı yazdıran “qartallar” oyun baxımından da rəqibindən üstün oynadı. Bəzi anlarda top itkiləri illə oyunu rəqibə verən qəsəbə təmsilçisi fasilədən sonra erkən qol buraxmasına baxmayaraq, sonda üç xalı qazanan tərəf oldu.

“Sumqayıt”da çatışmazlıqlar var. Müdafiə planında axsayan “kimyaçılar” son görüşlərdə hücumda əvvəlki effektivliyini itirib. Saşa İliçin rəhbərlik etdiyi kollektiv avrokuboklara vəsiqə yolunda əsas rəqiblərindən “Zirə”yə məğlub olmaqla həm də psixoloji üstünlüyü rəqibinə verdi. Bu komandalar ölkə kubokunun 1/4 finalında da üz-üzə gələcək və görünür, Sadıqov “kimyaçılar”ı artıq yaxşı “bilir”.

Turan Tovuz – Karvan-Yevlax 1:0
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan Tovuz” autsayderlə oyunda sürprizə imkan vermədi. 12-ci dəqiqədə penaltidən vurulan qolla qalib gələn tovuzlularda əsas problem realizasiyadadır. Xüsusilə ilk hissədə qol şansları yaradan tovuzlular son zərbələrdə uğursuzluq yaşadı. Qələbə yaxşıdır, lakin sərgilənən oyun daha güclü rəqiblərlə matçlarda qələbə üçün kifayət etməyə bilər.

Autsayder isə itirməkdə davam edir. Baş məşqçi postuna Füzuli Məmmədovun gəlişindən sonra hələ qələbə qazana bilməyən yevlaxlılar üçün həyəcan siqnalı artıq başlamalıdır. Rəqiblər xal qazanır, “Karvan-Yevlax” “altıdan” qalxa bilir. İndiki məqamda Yevlax klubu elitanı tərk etməyə əsas namizəddir.

Şamaxı – Qarabağ 1:2
“Qarabağ” bir neçə gün əvvəl kubokda məğlub olduğu rəqib üzərində bu dəfə son dəqiqə qolu ilə qələbə qazandı. Güclü qar altında keçirilən matçın ilk hissəsində meydan sahibləri daha yaxşı oynadı. İlk qolu vuran “şirlər” daha sonra cərimə zərbəsiylə məyus oldu. Fasiləyə qədər bir neçə epizod yaxalayan “Şamaxı” cəhdlərində uğursuz oldu. İkinci hissədə basqısını artıran “Qarabağ” son dəqiqədə Durann qolu ilə qələbəyə sevindi. Komandada liqa oyunlarına köklənmə problemi aşkardır. Bununla yanaşı, əlverişsiz hava şəraiti “atlılar”ın oyununa əngəl törədirdi. Hər bir halda, “Sabah”ın qələbə qazandığı turda aktivinə üç xalı yazdıran və fərqi qoruyan “Qarabağ” son saniyədəki qolla çempionluq yarışında qaldı.

Neftçi – Qəbələ 1:0
Turun son matçının taleyini bir qol həll etdi. İlk hissədə böyük təzyiqlə oynayan və bir neçə qol şansı yaradan “ağ-qaralar” üstün futbol sərgilədi. Qolun gəlməməsi vaxt getdikcə komandanı gərginləşdirdi və “Qəbələ” bundan istifadə etməyi bacarırdı. Lakin son zərbələrdə uğursuzluq yaşayan “qırmızı-qaralar” qapıya düşə bilmədi. Xüsusilə oyunun sonuna az qalmış Prin Ovusunun 100 faizlik şansı qaçırması “Qəbələ” düşərgəsini daha çox məyus etdi. Epizodqolla nəticələnsəydi, “Neftçi” yenidən təzyiqi artıra və əks-hücumlardan yaxşı şanslar yaxalamaq olardı. Yekunda qələbə qazanan “Neftçi” çempionatda ardıcıl ikinci üç xalını aktivinə yazdırdı və avrokuboklara vəsiqə verən yerlərə yaxınlaşdı.

Şahin Cəfərov

“Qarabağ”ın rəqibi səfərdə qazandı, “Çelsi” və MY xal itirdi

İngiltərə Premyer Liqasında XXVI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutub.

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl” səfərdə “Tottenhem”ə qalib gəlib. “Çelsi” “Lids”lə, “Mançester Yunayted” isə “Vest Hem”lə heç-heçə edib.

İngiltərə Premyer Liqası
XXVI tur

10 fevral

Çelsi – Lids 2:2
Qollar: J.Pedro, 24. Palmer, 58-pen – Nmeça, 67-pen. Okafor, 73.

Everton – Bornmut 1:2
Qollar: Ndiaye, 42-pen – Rayan, 61. A.Adli, 64.

Tottenhem – Nyukasl 1:2
Qollar: Qrey, 64 – Tiav, 45+5. Remsi, 68.

Vest Hem – Mançester Yunayted 1:1
Qollar: Souçek, 50 – Şeşko, 90+6.

11 fevral

23:30. Aston Villa – Brayton
23:30. Kristal Pelas – Bernli
23:30. Mançester Siti – Fulhem
23:30. Nottingem Forest – Vulverhempton
00:15. Sanderlend – Liverpul

12 fevral

00:00. Brentford – Arsenal

ABŞ klubunun rəsmisi Nərimandan danışdı

Nəriman Axundzadə MLS təmsilçisi “Kolumbus Kru”ya keçib. Hücumçu klubla 3.5 illik müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, “Kolumbus Kru”nun meneceri İssa Toll klubun mətbuat xidmətinə açıqlamasında forvardla bağlı fikirlərini bölüşüb:

“Nəriman komandamıza əlavə güc qatacaq bacarıqlar gətirir. Onun texniki qabiliyyətləri və yüksək iş tempi üslubumuza uyğun gəlir. Gənc yaşına baxmayaraq, Nəriman ölkə daxilində, Avropa arenasında və milli komandada dəyərli təcrübə qazanıb”.

MLS klubu Nərimanın transferini açıqladı

ABŞ təmsilçisi “Kolumbus Kru” “Qarabağ”ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 3.5 illik müqavilə imzalanıb.

Nəriman bu mövsüm “Qarabağ” formasıyla 26 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

Vernidub: “Mənimçün rəqibin fərqi yoxdur”

Azərbaycan Premyer Liqasının XIX turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– İkinci hissədə komanda ilk hissədəki tempi göstərə bilmədi. Səbəb nə idi?
– Bəli, səmimi desəm, ilk hissə kifayət qədər yaxşı oynadıq, rəqibə fürsət vermədik. Daha bir qol da vura bilərdik. Digər məsələ ilə psixologiya ilə bağlı idi. Komanda ev oyunlarında uzun müddət idi qələbə qazanmırdı, ona görə psixoloji gərginlik vardı. Uşaqlara dedim ki, bizə qələbə lazımdır, sonra da yolumuza davam etməliyik. Futbolçulara təşəkkür edirəm. Oyun yaddan çıxır, amma hesab həmişə qalır.

– “Qarabağ”la oyunun təxirə salınmasını istəmədiyiniz bildirilir… 
– Kim yazır bunu? Deyilsə, oynayaq, oynayacağıq. Desələr yox, oynamayacağıq.

– Rəqib məşqçi dedi ki, oyunda aqressiya var idi…
– Aqressiya yox, intensivlik var idi.

– “Qarabağ”la oyun məsələsi çox gündəmdə qaldı. Onlarla matça xüsusi motivasiya ilə çıxmağa ehtiyac var, yoxsa sıradan matç olacaq?
– Azərbaycan çempionatında 12 komanda var. Mənimçün rəqibin fərqi yoxdur. Hər oyun vacibdir.

– Hakimlik barədə fikirləriniz?
– Mən baş məşqçiyəm, işim komandanı meydana çıxarmaqdır. Hakimlərin işinə Hakimlər Komitəsi rəy verir. Bəzi epizodlarda anlaşılmazlıq oldu. Amma qərəz olduğunu düşünmürəm.

– Breno Almeyda oynamağa hazırdır?
– Onu uzun müddətdir, izləyirdik. Yaxşı skautinqimiz var. Bu oyunçu skautların və məşqçi heyətinin xoşuna gəlib. Cinahlarda və mərkəzdə oynaya bilir. Yaxşı driblinqi, sürəti var. Ondan gözləntilərin çoxdur. Sabahdan bizimlə məşqlərə qoşulacaq. Tam hazır olması üçün vaxt lazımdır. Onu dərhal oyuna buraxa bilmərəm. Baxmaq, tanış olmaq lazımdır.

Şahin Cəfərov

“Məğlubiyyətə layiq deyildik” – “Qəbələ”nin məşqçisi

Azərbaycan Premyer Liqasının XIX turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:0) sonra qonaq komandanın məşqçisi Georgi Çixradze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Maraqlı, dinamik oyun oldu. Bilirdik ki, “Neftçi” matçın əvvəlində sürətli oynayacaq. İlk 15 dəqiqədə sürətdə geri qaldıq. Rəqib oyuna aqressiv başladı. Nəticədə qol buraxdıq. Amma bundan sonra çox yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə daha çox qol şansı yaratdıq. Bəzi epizodlar var idi ki, onları necə əldən verdiyimiz maraqlı gəldi. Futboldur. Düşünürəm ki, bu gün məğlubiyyətə layiq deyildik.

– Prins Ovusu yüz faizlik epizodu dəyərləndirə bilmədiyi üçün çox məyus olmuşdu. Komanda yoldaşları ona təsəlli verirdi. Futbolçunu bu durumdan necə çıxarmaq olar?
– Prinsi sakitləşdirdik. Gənc oyunçudur, öz üzərində işləyir, inkişaf edir. Premyer Liqada ilk mövsümüdür. Belə şeylər olur.

– Rəqib “Neftçi” olduğu üçün bu gün qapıda Rza Cəfərova şans verdiz?
– Rzanı daha əvvəldən transfer etmək istəyirdik. Həmin vaxt alınmadı. Ona böyük ümidlər bəsləyirik. Rzanın potensialına bələdik. “Sabah”la kubok matçını yaxşı keçirmişdi. Ona görə bu gün qapıda Rzanın dayanacağını planlaşdırmışdıq.

Şahin Cəfərov

“Şaxtyor”un yetirməsi “Turan Tovuz”da

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi Mark Rene Mampassini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Moskva “Lokomotiv”inə məxsus olan müdafiəçi icarə əsasında mövsümün sonunadək komandanın şərəfini qoruyacaq. Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib. Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub. Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var

İngiltərəli futbolçu üçün mövsüm bitdi

“Everton”un futbolçusu Cek Qriliş zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Yarımmüdafiəçi ayağındakı stress qırıqlığı səbəbindən əməliyyat olunub və mövsümün qalan hissəsində iştirak etməyəcək.

Qriliş bu mövsüm 22 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Neftçi” – “Qəbələ”: heyətlər

“Neftçi” Azərbaycan Premyer Liqasının XIX turunda bu gün “Qəbələ”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 17. Murad Xaçayev 7. Emil Səfərov 47. Murad Məmmədov 77. Falaye Sako 24. Mustafa Sek 18. İfeanyi Metyu 9. Bassala Sambu 11. İmad Faraj
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 19. Ağadadaş Salyanski 45. Vensan Abubakar 14. Edvin Kuç 27. Kristian Kostin 70. Andrey Ştoqrin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş Məşqçi: Yuri Vernidub

“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 94. Həbib Hüşənov 11. Asif Məmmədov 7. Turan Manafov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 70. Paulo Quimbila
Məşqçi: George Çixradze

Qurban Qurbanov: “Bəzi futbolçulardan narazıyam”

Azərbaycan Premyer Liqasının XIX turunun “Şamaxı” – “Qarabağ” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərə təşəkkür edirəm, son iki səfərdə yanımızda oldular. Futbolçulara təşəkkür edirəm, vacib qələbə qazandıq. İndi futboldan danışmaq bəlkə, düzgün olmaz. Bu gün xarakter önəmli idi. İlk hissədə “Şamaxı” bizdən daha aqressiv idi. Fasilədən sonra oyunu ələ ala bildik. Sonda da topa nəzarət edərək qalibiyyət qolunu vurduq. Vacib üç xal idi. “Şamaxı”nı da təbrik edirəm. Ayxana uğurlar arzu edirəm. Yaxşı, mübariz komandası var.

– “İmişli” ilə matçda da əsas heyət olacaq?
– Hansısa dəyişikliklər ola bilər. Bu heyət bundan əvvəl oynamamışdı. İstirahətə ehtiyacları var idi. Dəyişikliklər qaçılmazdır. Bəzi rotasiyalar edə bilərik. Həm Kadi qayıdır, həm də digər mövqelərdə bəzi dəyişikliklər ola bilər. Bəzi futbolçulardan narazıyam, istədiyim performansı göstərə bilmirlər. Müəyyən nüanslar var ki, düzgün, vaxtında etmək lazımdır. Qarşıda bir neçə günümüz var, nələrisə dəyişə bilərik. Hər komanda bizə fərqli yanaşır. İnanıram ki, sonda doğrusunu edəcəyik.

– Nəriman Axundzadənin gedişi haqda fikirləriniz nədir?
– Danışıqlar ciddi gedir. Sona yaxınlaşır, lakin bəzi məqamlar hələ tam dəqiqləşdirilməyib. Bu gün də oyundan sonra bir futbolçu mənə yaxınlaşdı ki, təklif var, nə düşünürsünüz getməyim və ya qalmağımla bağlı. Hər dəfə belə xoşagəlməz hallar yaşanır. Lakin təklif elə yerdən gəlir ki, ora ancaq pul üçün getmək olar. Pul da elədir ki… Çalışırıq ki, komandanı oyunlara yaxşı hazırlaya bilək.

– “Neftçi” ilə oyunun təxirəsalınma məsələsi nə yerdədir?
– Rəhbərlik səviyyəsində gedir məsələ. Bu haqda söhbət etməmişik.

– “İmişli” ilə səfər oyunu Qubada olacaq. Arenanın vəziyyəti pisdir. Stadion dəyişməklə bağlı müraciətiniz olub?
– Bir dəfə etdik, dəyişildi. İndi bilmirəm. Böyük ehtimalla, Qubada oynayacağıq.

– Bəhlulun komandada qalmağı nəylə bağlı oldu? 
– Bir sıra detallar var idi. Bəhlulun tərəfində idim. Məncə, çox dərinə getməyək.

– Nərimanın getməsindən sonra transfer gözlənilir?
– Bizim üçün ürəkaçan deyil. Sadəcə Nərimanın son vaxtlar məlum məsələlərə görə getməsi lazım idi. Adam özündə deyildi. Hər gün fərqli fikirdə olurdu, ya oxuyub gəlirdi, ya qarşısına nəsə çıxırdı. Nəriman son iki ildə ən məhsuldar oyunçularımızdandır. Getməsinə ehtiyac var idi, toparlansın, özünü tapsın. Sıx qrafikdə belə oyunçulara ehtiyacım var idi. Edəcək nəsə yoxdur, təki, onunçün yaxşı olsun. Son iki ildə çox əziyyət çəkib. İnşallah, daha yaxşı Nəriman görərik.

– Montiel bu gün qələbədə əsas pay sahibi oldu. Bəzi epizodlarda aqressiv idi…
– Futboldur, o da insandır. Bəzi epizodlarda narazılıqlarını bildirir. Məncə, qabarıq şəkildə nəsə etmir. Bu oyunlarda belə olmaq lazımdır.

Şahin Cəfərov

“Qarabağ”a qarşı aqressiyasız oynamaq mümkünsüzdür”

Azərbaycan Premyer Liqasının XIX turunun “Şamaxı” – “Qarabağ” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Üzücü məğlubiyyət oldu. Hava şəraitini nəzərə alsaq, bu gün xarakter göstərmək lazım idi. İlk hissədə oyun daha çətin keçdi. Ümumi götürəndə, pis mübarizə aparmadıq. Təəssüf ki, oyunun sonlarında qollar buraxırıq. İlk hissədə də, ikincidə də… Futbolçulara bununla bağlı xəbərdarlıq edirik, amma təəssüf. Oyunçulardan bunu diqqətdə saxlamaqlarını istəyirdik. Sonda boşluq verdik və məğlub olduq. Qarşıdan gələn oyunlara hazırlaşacağıq.

– “Qarabağ”a qarşı kubok matçında aqressiv oyun oynadınız. Kubokun cavab oyununda daha aqressiv komanda görəcəyik?
– Oynadıqca bir-birimizi daha yaxşı tanıyırıq. Boşluqlardan istifadə etmək istəyirlər. “Qarabağ”a qarşı aqressiyasız oynamaq mümkünsüzdür. Bütün oyunlarda formada olmaq istəyirəm. Ümumi götürsək, “Şamaxı” hər matç xarakter göstərir. Kubokun cavab görüşündə daha aqressiv oynamalıyıq.

– Son dəqiqələrdəki əvəzetmələrin məğlubiyyətə nə dərəcə təsiri oldu?
– Əvəzetmələrin səhv olduğunu deməzdim. Oruc özü əvəzetmə istədi, Kərim Rossi yorulmuşdu. Həmin anda müdafiədə boşluq yarandı. Komanda olaraq konsentrasiyamız çatmadı.

– Bəhlula verilməyən ikinci sarı vərəqə epizodu var. Nə düşünürsünüz?
– Məncə, ikinci “sarı” idi. Dirsək epizodu da var idi, müzakirə edilə bilər. Tam dəqiq baxmamışam. Bəlkə də, qaydalar çərçivəsindədir.

Şahin Cəfərov

“Arzum “Real”ı çalışdıran ilk afrikalı məşqçi olmaqdır”

Nigeriya millisinin baş məşqçisi Erik Xelle maraqlı açıqlama ilə gündəmə gəlib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis məşqçi karyerasıyla bağlı hədəfini açıqlayıb:

“Arzum “Real”ı çalışdıran ilk afrikalı məşqçi olmaqdır”.

Erik bu ilin yanvarından Nigeriya yığmasına rəhbərlik edir.

“Monako” hər oyun cərimə ödəyir – səbəb

“Monako” baş məşqçisi Sebastyen Pokonyoli üçün cərimə ödəyir.

Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisi mütəxəssisin baş məşqçilik üçün kateqoriyası olmadığı üçün hər oyun 25 min avro cərimə ödəyir.

Klub komandanı 17 oyuna çıxaran məşqçi üçün artıq 425 min avro xərcə düşüb.

“Monako” Fransa çempionatında 21 turdan sonra 28 xalla 10-cu sıradadır.

“Onların gözləntilərini qarşılamağa çalışacağam” – yeni transfer

“Fənərbağça”nın yeni transferi Nqolo Kante açıqlama verib.

Futbolpress.az xəbər verir ki, Super Liqada “Gənclərbirliyi” ilə matçda (3:1) debüt edən fransalı yarımmüdafiəçi bunları deyib:

“İlk oyunumda gözəl qələbə qazandıq. Azarkeşlər oyunun əvvəlindən sona qədər dəstək oldu. Ümid edirəm ki, mövsümün sonunda da birlikdə sevinərik. Onların gözləntilərini qarşılamağa çalışacağam. Stadionda atmosfer möhtəşəm idi”.

“Fənərbağça” Kanteni “Əl İttihad”dan transfer edib.

“Şamaxı” – “Qarabağ” oyununun başlama saatı dəyişdi

Güclü qar səbəbindən Azərbaycan Premyer Liqasının XIX turunda keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı dəyişilib.

Futbolpress.az xəbər verir ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.

Şamaxıda heyətlər bilindi

“Şamaxı” Premyer Liqanın XIX turunda bu gün “Qarabağ”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 14:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 90. Davud Mənsumov 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ” 99. Mateus Koxalski  13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

 

“Neftçi”də braziliyalı futbolçu – rəsmi

“Neftçi” bu il ilk transferini həyata keçirib.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda artıq “Neftçi” ailəsinin üzvüdür. 27 yaşlı futbolçu ilə 2.5 illik müqavilə bağlanıb.

Sonuncu klubu “Etnikos” (Kipr) olan Almeyda Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb. O, 2024-cü ilin yayından çıxış etdiyi “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəlllifi olub.

“Sabah”dan qələbə, “Qarabağ” “Neftçi” ilə heç-heçə etdi

AFFA-nın bayrağı altında təşkil edilən U-15 Liqasında I mərhələnin IV dövrəsinin III turunun, U-16 Liqasında isə II mərhələnin I dövrəsinin II və III turunun oyunları keçirilib.

Futbolpress.az nəticələri təqdim edir:

U-15 Liqa
A Liqası
“Turan Tovuz” – Ulduz – 1:1
Qollar: Əkbər Əzizli, 80+2 – Ayxan Qurbanzadə, 8

“Qarabağ” – “Neftçi” – 2:2
Qollar: Fərid Yarəliyev, 17; Murad Əlizadə, 54 – Harun Əliyev, 45; İlham Qubadov, 48

B Liqası
EFA – “Sumqayıt” – 2:2
Qollar: Şahin Qasımzadə, 12, 70 – Tunar Şirinli, 72; Murad Məmmədov, 77 (pen.)

“Araz-Naxçıvan” – “Şamaxı” – 3:1
Qollar: Ayaz Kəlbəliyev, 2; Hüseyn Əsədzadə, 34; Mahmut Oruç, 77 – Fərid Ağasarılı, 52

C Liqası
“Neftçi” İK İB – “Qəbələ” – 0:1
Qol: Emil Məmmədov, 48
“Zirə” – “Karvan-Yevlax” – 6:1
Qollar: Anar Muradlı, 9; Əli Hüseynov, 26, 32 (pen.), 35, 73; Riyad Bakerov, 62 – Şahin Bədəlov, 77 (pen.)

D Liqası
“Fireland” – “Xocalı” – 0:0
“Xudat City” – “Dinamo” – 7:1
Qollar: Bəylər Əhmədli, 16; Abubəkir Məmmədov, 27; Amil Nəbiyev, 46; Sabir Salmanlı, 51; Şərafəddin Qəniyev, 74, 79; Osman Hətəmov, 77 – Vüsal Həşimov, 66

U-16 Liqa
A qrupu, II tur
“Qəbələ” – “Qarabağ” – 0:1
Qol: Tunar Əsgərzadə, 51

“Sabah” – EFA – 6:0
Qollar: Ruslan Əbilov, 22, 35; Seyfəddin Heydərov, 55; Xəzər Hüseynzadə, 58; Ayxan İbadov, 70; Samir Həsənov, 74 (pen.)

“Turan Tovuz” – “Sumqayıt” – 1:0
Qol: Zahiriddin Balayev, 87

“Neftçi” – “Zirə” – 4:1
Qollar: Qafar Babayev, 4, 57; Renat Əliyev, 54; Onur Əlizadə, 81 – Hüseyn Rəhim, 2

B qrupu, III tur

“Kəpəz” – “Dinamo” (Bakı) – 12:1
Qollar: Məhdi Bağırov, 1, 3; Fərda Məmmədzadə, 7, 66, 85; Turan Salahlı, 12, 32; Cavid Rüstəmov, 39, 42; Ömər Məmmədov, 43; Allahverdi Ələkbərov, 50; Nizami İbrahimov, 89 – Rəfael Talıblı, 65

“Şəfa” – “Metak” – 4:3
Qollar: Arif Abdullazadə, 40 (pen.); Tuncay Camalov, 44; Əli Kərimov, 75; Qasım Məmmədov, 82 – Nazim Mirzəyev, 18, 42; Seyfulla Nəbiyev, 56

“Şamaxı” – “Araz-Naxçıvan” – 3:5
Qollar: Hüseyn Hüseynov, 10, 57; Hüseyn Bəbirxanlı, 26 – Ramal Qədəşiyev, 42; Fərxan Məmmədzadə, 62, 71; Ədalət Hüseynli, 68 (pen.); Rəvan Allahverdiyev, 81

Laporta “Barselona”nın Super Liqa layihəsindən çıxmasını şərh etdi

“Barselona”nın prezidenti Xoan Laporta klubun Avropa Super Liqası layihəsindən çıxmasını şərh edib.

Futbolpress.az AS nəşrinə istinadən xəbər verir ki, funksioner qərarla bağlı bunları deyib:

“Super Liqanı həyata keçirmək mümkünsüz idi. Əlavə xərclər yaranırdı və faydası olmurdu. “Real”la da münasibətlərimiz yaxşı olmadığı üçün narahat idik.

Avropa futbolu ailəsinə qayıtdıq. Super Liqadan çıxmağımızı rəsmi elan etmişik. FIFA və UEFA ilə hər şey qaydasındadır. Avropa futbolunun inkişafı üçün bütün təşkilatlara yenidən qoşulacağıq”.

2021-ci ildə Avropanın tanınmış 12 klubu yeni liqa yaratmaq niyyətində olduğunu açıqlayıb. İdeya müəllifi isə “Real”ın rəhbəri Florentino Peres olub. Daha sonra UEFA və FIFA-nın təzyiqindən sonra klubların əksəir layihədən ayrılıb.

“Barselona”nın da Super Liqadan çıxmasıyla layihəni tək dəstləyən komanda “Real” qalıb.

Haaland: “Çempionluq mübarizəsi sona qədər davam edəcək”

“Mançester Siti”nin futbolçusu Erlinq Haaland Premyer Liqada çempionluq yarışından danışıb.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, norveçli hücumçu bunları deyib:

“Çempionluq mübarizəsi sona qədər davam edəcək. Dəfələrlə hər şeyin dəyişdiyinin şahidi olmuşuq. İndiki məqamda bu haqda çox düşünmək lazım deyil. Bütün diqqətimiz növbəti oyundadır”.

“Mançester Siti” Premyer Liqada 50 xalla ikincidir və lider “Arsenal”dan 6 xal geri qalır.

Nəriman MLS klubunda – “Qarabağ” açıqladı

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə karyerasını ABŞ-də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, hücumçu “Kolumbus Kryu” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında müqavilə yaxın zamanda imzalanacaq.

Nəriman bu mövsüm “Qarabağ” formasıyla 26 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

“İnter”də yeni müqavilə hazırlığı

“İnter” futbolçusu Federiko Dimarko ilə müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. “Neradzurra” müdafiəçinin sözləşməsini 2030-cu ilin yayına kimi artırmaq niyyətindədir. Tərəflər arasında danışıqlar davam edir.

28 yaşlı futbolçu bu mövsüm 31 oyunda 6 qol vurub, 13 məhsuldar ötürmə edib.

Elitada nə işiniz var?

Premyer Liqanın sonuncusu “Karvan-Yevlax”ın qələbə həsrəti davam edir. Yevlax təmsilçisi sonuncu dəfə birinci dövrənin ikinci oyununda “Kəpəz”ə qalib gəlib. Bundan sonra keçirdiyi 18 oyunda cəmi 3 heç-heçə edən bölgə klubu 15 dəfə də uduzub.

6 xalla turnir cədvəlinin “zirzəmi”sində yer alan yevlaxlılar 11-ci pillədəki “Kəpəz”dən 7 xal geri qalır. Gəncə təmsilçisi heyətinə və təcrübəsinə görə daha üstündür və böyük ehtimalla “Karvan-Yevlax” liqanı tərk edən komanda olacaq.

Mövsümün əvvəlində kifayət qədər legioner gətirən yevlaxlılar da komandanın nəticələri bir yana, ümumi idarəçilikdə də çatışmazlıqlar var. İkinci dövrədir və iki aya çempionat bitəcək, hələ klubun sahibləri ortalıqda görünmür. Nə danışan var, nə söz deyən. Uğursuz nəticələr fonunda baş məşqçi Füzuli Məmmədovun, ondan əvvəlki çalışdırıcı Azər Həşimovun belə kimə hesabat verdiyi qeyri-müəyyəndir.

Səriştəsiz legionerlərlə liqada qalmağa çalışan, qış fasiləsində ortabab klublarda şans qazanmayan yerliləri heyətinə qataraq mübarizə aparmağa çalışan komandanın cəhdləri boşa gedir. Belə mənzərə yaranıb ki, sanki klubun liqada qalmasını istəyən yoxdur. Meydanda futbolçularda o canyanğısını görmək olmur. Bir mövsümlük legionerlər vaxt gözləyir, “futbol ili” bitsin, qayıdaq işimizə-gücümüzə.

Premyer Liqada komanda sayının artması məsələsi müzakirə olunanda Qurban Qurbanovun əsas say deyil, keyfiyyət dediyi məsələ elə budur. “Karvan-Yevlax”ın indiki məqamda liqada nə işi var? Ötən mövsüm də I Liqada rəqabətsizlikdən mükafatçılar sırasına düşüldü, olan o idi, başqa kim var idi? İndi isə liqanı də böyük ehtimalla məhz onlar tərk edəcək. Gəldik, oynadıq, qayıdırıq…

Şahin Cəfərov

Premyer Liqanın favoriti açıqlandı

“Opta”nın superkompüteri İngiltərə Premyer Liqasının favoritini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, çempionluğa əsas iddiaçı “Arsenal”dır. “Topçular”ın qızıl medal şansları 91.41 faiz göstərilib.

İkinci sırada “Mançester Siti” yer alıb. “Şəhərlilər”in çempionluq ehtimalı 7.09 faiz olub.

Üçüncü pillədə isə 1.36 faizlə “Ason Villa” yer alıb.

“Arenal” hazırda 25 turdan sonra 56 xalla birinci sıradadır və ikinci “Mançester Siti”ni 6 xal qabaqlayır.

Azərbaycan çempionatında ikinci partiyalar keçirildi

Şahmat üzrə Azərbaycan çempionatında 1/16 final mərhələsinin ikinci partiyaları keçirilib.

Futbolpress.az xəbər verir ki, iki oyunun nəticəsinə əsasən Murad İbrahimli Vüqar Manafova (1,5-0,5), Əhməd Əhmədzadə Allahverdi Həmidova (1,5-0,5), Vüqar Rəsulov Fərid Orucova (2-0) qalib gələrək növbəti mərhələyə adlayıb.

Rəqibini hər iki partiyada məğlub edən Aydın Süleymanlı, Eltac Səfərli, Şiroğlan Talıbov 1/8 finalda mübarizə aparmaq imkanı qazanıb. İlk görüşdə qələbə qazanan, cavab oyununda heç-heçəyə nail olan Məhəmməd Muradlı və Read Səmədov da adını növbəti mərhələyə yazdırıb.
1/16 final mərhələsinin iki oyunundan sonra qalib müəyyənləşməyən tərəflər arasında bu gün tay-brek oynanılacaq. Nicat Abasov-Şəmsi Qaraxanov, Ümid Aslanov-Xaqan Əhməd, Rəhim Qasımov-Məhəmməd Zülfüqarlı, Kamal Ağasiyev-Fərhad Tahirov, Xəzər Babazadə-Rəvan Əliyev və Misrətdin İskəndərov-Paşam Əlizadə arasında qalib bu gün baş tutacaq tay-brek oyunlarında müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan çempionatına fevralın 22-də yekun vurulacaq. Qadın şahmatçılar mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

10 fevral

Azərbaycan, Premyer Liqa
14:30 Şamaxı – Qarabağ (CBC Sport)
19:00 Neftçi – Qəbələ (CBC Sport)

Asiya Çempionlar Liqası
20:00 Traktor – Əl Sədd (İdman TV)

İngiltərə, Premyer Liqa
23:30 Tottenhem – Nyukasl (beİN Sports 2)
23:30 Çelsi – Lids (beİN Sports 4)
23:30 Everton – Bornmut (beİN Sports 5)
00:15 Vest Hem – Mançester Yunayted (beİN Sports 3, İdman TV)

İtaliya Kuboku
00:00 Napoli – Komo (TRT Spor, Futbol 1, Matç TV)

“Bavariya”nın vingeri ingilislərin hədəfində

“Bavariya”nın futbolçusu Maykl Olis İngiltərə klublarının diqqət mərkəzinə düşüb.

Futbolpress.az xəbər verir ki, “Mançester Siti” və “Çelsi” ingilis vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb. Premyer Liqa klubları mövsümün sonuna kimi Olisi izləyəcək.

Maykl daha əvvəl Premyer Liqada “Kristal Pelas”da çıxış edib.

O, bu mövsüm “Bavariya”da 21 oyunda 10 qol vurub, 13 məhsuldar ötürmə edib.

Luçeskunun son durumu

Bir müddət əvvəl səhhətindəki problemlərə görə xəstəxanalıq olan Mirça Luçeskunun son durumu yaxşıdır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb. 80 yaşlı mütəxəssis artıq evə buraxılıb və bir müddət həkim nəzarətində qalacaq.

Luçesku 2024-cü ilin yayından Rumıniya yığmasına rəhbərlik edir.

Qubada xallar bölündü, autsayder itirməkdədir

Azərbaycan Premyer Liqasında daha iki oyun baş tutub.

Elitada qalmaq mübarizəsi aparan “Kəpəz” Qubada “İmişli” ilə qolsuz heç-heçə edib, “Turan Tovuz” isə autsayder “Karvan-Yevlax”la matçda qələbəyə sevinib – 1:0.

“İmişli”nin ev oyunlarını keçirdiyi Quba OİK stadionu ürəkaçan vəziyyətdə deyil. Futbol oynamağa yararsız olan arenada qazanılan hər xal istənilən komanda üçün qənaətbəxş sayıla bilər. “Kəpəz səfərdə bir xal əldə etməsinə baxmayaraq, autsayderin məğlub olması gəncəlilər üçün turun yaxşı bitdiyi anlamına gəlir.

Digər görüşdə isə avrokuboklara vəsiqə mübarizəsi aparan “Turan Tovuz” autsayder “Karvan-Yevlax”ı penaltidən vurduğu qolla məğlub edib. İlk hissədə hesabı açandan daha sonra bir-iki şans yaxalayan tovuzlular fərqi artıra bilmədi. Birinci yarıda “dişsiz” görünən autsayder fasilədən sonra hücum cəhdləri etsə də, fərqlənmək mümkün olmadı. Ümumiyyətlə, “Karvan-Yevlax” geridəqalan 19 turda ən zəif oyun göstərən kollektivdir. Qol vurmaqda, müdafiə olunmaqda çətinlik çəkən yevlaxlılar liqanı tərk etməyə ən real namizəddir.

Şahin Cəfərov

“Qarabağ” son saniyədə sevindi, “Neftçi”dən qələbə

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında “Qarabağ” “Şamaxı”nı, digər görüşdə “Neftçi” “Qəbələ”ni məğlub edib.

Azərbaycan Premyer Liqası
XIX tur

10 fevral

14:30 Şamaxı – Qarabağ 1:2
Qollar:
Oruc Məmmədov, 15 – Joni Montiel, 18, Kamilo Duran, 90+4
Baş hakim: Kamal Umudlu
Şamaxı şəhər stadionu

19:00 Neftçi – Qəbələ 1:0
Qol:
Emin Mahmudov, 11
Baş hakim:Əliyar Ağayev
“Palms Sports Arena”

“Fənərbağça” 3 xalı 3 qolla qazandı

Türkiyə Super Liqasında XXI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. “Trabzonspor” səfərdə “Samsunspor”a qalib gəlib, “Karagümrük” isə “Antalyaspor”dan üstün olub.

“Qalatasaray” bu turda “Rizespor”u məğlub edib. “Beşiktaş” evində xal itirib.

“Fənərbağça” azarkeşləri önündə “Gənclərbirliyi”ni məğlub edib.

Türkiyə Super Liqası
XXI tur

7 fevral

Karagümrük – Antalyaspor 1:0
Qol: Serjinyo, 5.

Samsunspor – Trabzonspor 0:3
Qollar: Onuaçu, 23; 81. Muçi, 90+1-pen.

8 fevral

Eyüpspor – Başakşəhər 1:2
Qollar: U.Bozok, 90+3 – Selke, 14. Şomurodov, 53.

Konyaspor – Göztəpə 0:0

Rizəspor – Qalatasaray 0:3
Qollar: B.A.Yılmaz, 19. Y.Akgün, 62. Osimhen, 73.

Beşiktaş – Alanyaspor 2:2
Qollar: O.Kökçü, 32-pen. Hyon Qyu O, 54 – G.Yalçın, 9; 16.

9 fevral

Kayserispor – Kocaelispor 1:2
Qollar: T.Sarıarslan, 81 – Aqyei, 65; 73.

Fənərbağça – Gənclərbirliyi 3:1
Qollar: Taliska, 16-pen. K.Aktürkoğlu, 27; 33 – Koita, 55.

Qaziantep – Kasımpaşa 2:1
Qollar: Kozlovski, 24. Bayo, 36 – Benediçak, 16.

Berdıyev: “Fərqlənsəydik, daha rahat oynaya bilərdik”

Azərbaycan Premyer Liqasının XIX turunun “Turan Tovuz” – “Karvan-Yevlax” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Hər şeydən əvvəl kubok oyunundakı davranışa görə azarkeşlərdən üzr istəyirəm. Emosional davranış idi. Oyuna gəlincə, ilk hissədə çoxlu məqamlarımız oldu, amma dəyərləndirə bilmədik. Fərqlənsəydik, daha rahat oynaya bilərdik. Fərq minimum olduğu üçün oyunun sonları dramatik alındı.

– Vadji startda oynasa da, qol vura bilmir. Bunun səbəbini nədə görürsünüz?
– Əsas odur ki, epizodlar yaradır. Ona inanıram.

– Sergey Samok daha əvvəl kubok oyunlarında şans qazanırdı. İndi isə Premyer Liqada da gördük. Bu, nəylə bağlıdır?
– Əsas qapıçımız Oleq zədəlidir.

Şahin Cəfərov

“Belə oyunla uğur qazanmaq olar” – Məmmədov

Azərbaycan Premyer Liqasının XIX turunun “Turan Tovuz” – “Karvan-Yevlax” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Rəqibin gücünü bilirdik. Yaxşı hazırlaşmışdıq, futbolçular mübarizə apardılar. Belə oyunla uğur qazanmaq olar. Bir az da artırmalıyıq. Qarşıdakı oyunlarda daha effektli olmağa çalışacağıq. Müdafiəçimizə açıq ayaqla zərbə var idi, amma qərar yumşaq oldu. Epizodu daha diqqətlə qarşılamaq olardı. Bəlkə, hakimlər başqa cür dəyərləndirər. “Turan Tovuz”un qələbəsinə kölgə salmaq istəmirəm, keyfiyyətli komandadırlar.

– Uğuru nə vaxt qazanmaq olacaq?
– Növbəti oyunlarda.

– Qələbə lazımdır…
– Elitada qalmaq üçün qələbə lazımdır. Son iki oyunda komandamda əzmkarlığı, istəyi görürəm. Futbolçular bütün güclərini qoyurlar.

– Kubokda oyununuz yox idi. Daha çox vaxtınız olmuşdu. Bu, xeyrinizə idi?
– Vaxtımız oldu ki, rəqibi tam dəyərləndirək, oyuna yaxşı hazırlaşaq. Bu oyunda çox boşluq vermədik.

– Araz Abdullayev nə üçün oynamadı?
– Ayağında yüngül zədə var idi, risk etmədik.

Şahin Cəfərov

“Neftçi” “Qəbələ” ilə oyuna itkilərlə çıxacaq

“Neftçi” Azərbaycan Premyer Liqasının 19-cu turunun “Qəbələ” ilə matçının hazırlığını başa vurub.

Futbolpress.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Futbolçular – İqor Ribeyro və Freddi Varqas cəzalı olduqları üçün bu görüşü buraxacaqlar.

Qeyd edək ki, fevralın 10-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 19:00-da başlanacaq.

Azərbaycan çempionatının ilk günündə 41 döyüş keçirildi

Gənc boksçular arasında Azərbaycan çempionatına start verilib.

Futbolpress.az xəbər verir ki, yarışın ilk günündə 5 çəki dərəcəsində 41 döyüş keçirilib.

50 kq, 55 kq, 60 kq, 65 kq-da 1/16, 70 kq-da 1/8 finalçılar bəlli olub.

7 gün davam edəcək yarışın 2-ci günündə 45 görüş olacaq. Bakı Boks Mərkəzində keçirilən U-19 Azərbaycan çempionatında döyüşlər saat 12:00-da başlanacaq.

Qeyd edək ki, yarışın qaliblərinin adına fevralın 15-də aydınlıq gələcək.

U-19 Azərbaycan çempionatı

9 fevral

1/32 final

50 kq

Səyədulla Kərimli (888 BK) – Ömər Şükürov (Mingəçevir) – ikinci qalib gəlib

Hacımurad Ağayev (“Zərbə” BİK) – Xəyal İbrahimov (“Şamaxı Uğur” BK) – 4:0

Kərəm Qocayev (MOİK) – Tural Hüseynov (“Ağa” BK) – birinci qalib gəlib

Qulamhüseyn Sadıqov (“Neftçi” İK) – Murad Əliyev (CİTSM) – ikinci qalib gəlib

Mirəli Mahmudov (“Cəsur” İK) – Vüsal Heydərov (“Rahim” BİK) – 0:5

55 kq

Hüseyn Qənbərli (Naxçıvan MR) – Murad Rzayev (“Berzloy” İK) – ikinci qalib gəlib

Nihat Qasımov (RKİM) – Xan Məmmədov (AzTU) – 5:0

Ağahüseyn Zeynalov (“Zərbə” BİK) – Aqil Dadaşov (Şirvan) – 0:5

Fərman Tağıyev (Z-1 İK) – Rəsul Mehdizadə (“Abşeron” İK) – ikinci qalib gəlib

Alişan Tağıyev (Sumqayıt) – Sanur Məmmədov (“Neftçi” İK) – 0:5

Abubəkr Sədrəddinov (Siyəzən) – İsmayıl Rzayev (RKİM) – ikinci qalib gəlib

Aydın Qasımov (Mingəçevir) – Əli Məmmədov (“Dəmir Yumruq” BİK) – 5:0

Rüstəm Şahbazov (Sumqayıt) – Nadir Mustafayev (“Sahil” BK) – birinci qalib gəlib

Ömər Qasımov (“Qızıl əlcək” İK) – Eynulla Nurulu (RRB BK) – 5:0

Nihat Qasımov (“Neftçi” İK) – Aqşin Əliyev (AHİTA) – birinci qalib gəlib

Kamal Məmmədov (Naxçıvan MR) – Zakir Həsənzadə (Gəncə) – 0:5

60 kq

Vaqif Paşayev (UGM-7) – Əlixalid Məmmədli (FS İK) – birinci qalib gəlib

Yusif Bəylərov (Quba) – İsmayıl Məmmədli (Beyləqan) – birinci qalib gəlib

Bahadur Nağılı (MOİK) – Ramal Cəfərzadə (Z-1) – birinci qalib gəlib

Tunar Məmmədov (Gəncə) – Həmzə İmanov (UGM-13) – birinci qalib gəlib

Toğrul Quliyev (“Qızıl əlcək” İK) – Cavid Məhərrəmli (“Roman” İK) – birinci qalib gəlib

Hüseyn Abdulmanaflı (“Arena” İK) – Kənan Saatov (Qusar) – birinci qalib gəlib

Rəşid Salahov (RKİM) – Nursultan Soltanlı (AHİTA) – ikinci qalib gəlib

Ömər Əli (“Ağa” İK) – Hüseyn Hüseynov (Sumqayıt) – ikinci qalib gəlib

Nicat Rəfiyev (“Sahil” BK) – Elgün Abbaslı (“Neftçi” İK) – ikinci qalib gəlib

Etibar Cabbarov (Hövsan OİK) – Sənan Axundov (Salyan) – ikinci mərhələ adlayıb

Rəsul Poladov (“Qələbə2020” İK) – Mehdi Tağıyev (UGİM-1) – ikinci qalib gəlib

Raul Heydərli (“Neftçi” İK) – Cahandar Baxşəlizadə (Siyəzən) – 5:0

65 kq

Kənan Məmmədov (“Qızıl əlcək” İK) – Arif Musayev (UGM-13) – ikinci qalib gəlib

Ömər Kərimov (DİN İC) – Turqay Rəhimli (Gəncə) – ikinci qalib gəlib

1/16 final

70 kq

Nizami Əsgərov (“Neftçi” İK) – Elmir Həşimov (“Arena” İK) – ikinci mərhələ adlayıb

Adil Zalov (“Qızıl əlcək” İK) – Kərim Sultanov (Sumqayıt) – 5:0

Zaur Quluzadə (“Şamaxı Uğur” BK) – Coşqun Muradov (“Qafqaz” BİK) – 5:0

Rza Rzayev (Gəncə) – Yədulla Qurbanov (Neftçala) – birinci qalib gəlib

Sultan Muradov (Quba) – Mirfərid Seyidli (Hövsan OİK) – birinci mərhələ adlayıb

Raul Əsədullayev (Lənkəran) – Məhəmməd Səmədov (“Roman” İK) – 5:0

Murad Məmmədov (MOİK) – Məhəmməd Şirməmmədli (AHİTA) – birinci qalib gəlib

Əli İsmayılov (DİN İC) – Zəkəriyyə Rəhimov (MOİK) – ikinci qalib gəlib

Oqtay İsmayılov (Z-1 İK) – Azər Sadıqov (MOİK) – birinci qalib gəlib

Amil Tağıyev (Astara) – Şaiq Abdullayev (DİN İC) – 1:4

Valeh Eyvazlı (“Qızıl əlcək” İK) – Sənan Qurbanov (“Neftçi” İK) – birinci qalib gəlib

Zaur Axundova cinayət işi açıldı

Azərbaycan Futzal Federasiyasnın (AFF) prezidenti Zaur Axundov cinayət məsuliyyətinə cəlb edilib.

Futbolpress.az xəbər verir ki, Zaur Axundov xüsusilə külli miqdarda mənimsəmədə (CM-nin 179.4) ittiham edilir.

Cinayət işi üzrə istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır. Hələlik onunla bağlı məhkəmə qərarı yoxdur.

Qeyd edək ki, Zaur Axundovun qardaşı Ramin Axundov “Araz-Naxçıvan” futbol klubunun prezidentidir. Axundov bir müddət əvvəl 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. O, istintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib. (Qafqazinfo)

“Qalatasaray”ın yetirməsi “Zirə”də

“Zirə” yeni futbolçuyla anlaşıb.

Futbolpress.az xəbər verir ki, “qartallar” Eren Aydını heyətinə qatıb. Türkiyəli hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, “Qalatasaray” yetirməsi olan 21 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.

“Buna görə də komandamız həddindən artıq riskə getmirdi”

Azərbaycan Premyer Liqasının XIX turunun “İmişli” – “Kəpəz” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Jorj Jaşkilya fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib…

“Oyun gözlədiyimizdən də çətin alındı. Çünki hər iki komanda bu qarşılaşmanın nə qədər vacib olduğunu yaxşı başa düşürdü. Oyuna planımıza uyğun başladıq, erkən qol vurub oyunun tempini bir qədər aşağı salmaq istəyirdik. Lakin rəqib bunun qarşısını yaxşı aldı. Xırda foullarla oyunun ritmini pozdular və bu səbəbdən birinci hissədə hesabı aça bilmədik.

Mübarizə əsasən orta sahədə getdiyi üçün ilk hissədə təhlükəli epizodlar çox olmadı. Yalnız Almeydanın bir real qol imkanı var idi, təəssüf ki, bundan yararlana bilmədi. Ümumilikdə, birinci hissə tarazlı mübarizə şəraitində keçdi.
İkinci hissədə oyun daha da çətinləşdi. Çünki fasilədən sonra meydançanın vəziyyəti daha da pisləşmişdi. Buna baxmayaraq, komandamız qol vurmaq və hücum etmək üçün çalışırdı, amma eyni zamanda riskləri minimumda saxlamağa üstünlük verirdi. Hər iki komanda anlayırdı ki, bu mərhələdə xal itkisi çox böyük əhəmiyyət daşıyır.

Hazırda “Kəpəz”lə aramızda 6 xallıq fərq var və bu oyunda həmin üstünlüyü qoruyub saxlaya bildik. Məhz buna görə də komandamız həddindən artıq riskə getmirdi. Bununla yanaşı, fərqi daha da artırmaq istəyi də var idi. Təbii ki, “Kəpəz” də buna imkan verməmək üçün sona qədər mübarizə apardı.

Oyun boyu tez-tez xırda foullar baş verdi və bu da ritmin düşməsinə səbəb oldu. Nəticə etibarilə, xal fərqinin qorunub saxlanılması baxımından bu oyunun nəticəsini qənaətbəxş hesab etmək olar”.

Azər Bağırov: “Heç kim istəməzdi ki, belə hadisə olsun”

Azərbaycan Premyer Liqasının XIX turunun “İmişli” – “Kəpəz” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Rəqibin oyunlarını izləmişdik. Burada oynamağın çətin olacağını bilirdik. Belə meydançada oynamaq asan deyil. Rəqib də fiziki oyuna üstünlük verirdi. 4 gün əvvəl çətin kubok oyunumuz olub. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq və heç olmasa 1 xal qazandıq. İrəli baxacağıq. Qarşıda çətin oyunlarımız var. Mübarizə hələ ki davam edir.

– Veysəl Rzayevin durumu necədir?
– Palatadadır. Müalicə olunur.

– Yenidən komandaya qayıdacaq?
– Bu məsələlər bitdikdən sonra klub rəhbərliyi ilə söhbətimiz olacaq. İnşallah hər şey həm klubumuz, həm də Veysəl üçün daha yaxşı olar.

– Sizcə, futbolçunun gecə vaxtı küçədə olması nə dərəcədə doğrudur?
– Futbolçular öz evlərində qalırlar, azad vaxtları var. Gəncə balaca şəhərdir. Bütün futbolçulara nəzarət edirik. Yazılmayan qaydalar var. Bu, Allahın qədəri idi. Belə oldu. Heç kim istəməzdi ki, belə hadisə olsun. Əlbəttə ki, ölçü götürüləcək.

Şahin Cəfərov

“Turan Tovuz” – “Karvan-Yevlax”: heyətlər

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XIX turunda bu gün “Karvan-Yevlax”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 18:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 5. Roderik Miller 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 3. Enrike Silva 90. Joarlem Santos 9. Coş Cinnelli

Baş məşqçi: Kurban Berdiyev

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 7. Araz Abdullayev 42. İbrahim Qədirzadə 17. Samir Abdullayev 8. Peter Kings 10. Samuel Durrant 37. Mois Nqvisani 19. Tompson Qavi 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov

 

Sarri: “Belə atmosferdə oynamaq işgəncədir”

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri A Seriyasında “Yuventus”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Məyusluğumuz son dəqiqələrdə buraxılan qola deyil, 2:1 öndə olanda qaçırdığımız iki real epizodla bağlıdır. Bunları dəyərləndirsəydik, oyunu erkən bitirə bilərdik.

Belə atmosferdə oynamaq işgəncədir. Turnililər komandalarına böyük dəstək göstərirdilər, bizi təzyiq altına salmağı bacarmışdılar. Oyunçularım çox çalışdılar, amma yekunda bir xalla kifayətləndik. Ümumi götürəndə belə səfərdən bir xal da qazanmaq yaxşıdır”.

Arteta: “Çempionluq üçün hər oyunu qazanmalıyıq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempionluq yarışından danışıb.

Futbolpress.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis bunları deyib:

“Üstünlüyümüz var? Xeyr. Çempionluq üçün hər oyunu qazanmalıyıq. İşimizi görür, lazım olan hər şeyi edirik. Vəziyyətin təhlillərini aparırıq. İndi çempionluq yox, qarşıdakı “Brentford”la oyunu düşünürəm”.

“Arsenal” Premyer Liqada 25 turdan sonra 56 xalla birinci sıradadır.

ÇL-də yeni top – FOTO

UEFA Çempionlar Liqasının pley-off mərhələsində və finalda istifadə ediləcək topu təqdim edib.

Futbolpress.az xəbər verir ki, toplar “Adidas” tərəfindən hazırlanıb.

Çempionlar Liqasının pley-off mərhələsinə fevralın 18-də start veriləcək. “Qarabağ” bu raundda İngiltərənin “Nyukasl” komandası ilə qarşılaşacaq.

Turnirin finalı isə 30 mayda Macarıstanda olacaq.

Duranın yeni klubu rəsmiləşdi

Müqavilə ilə “Əl Nəsr”ə məxsus olan, icarə əsasında “Fənərbağça”da çıxış edən Con Duran klubu tərk edib.

Futbolpress.az xəbər verir ki, kolumbiyalı hücumçu “Zenit”lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Duran mövsümün sonuna kimi Rusiya klubunda çıxış edəcək.

22 yaşlı futbolçu bu mövsüm “Fənərbağça”da 21 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə dib.

Azərbaycan yığması yenə uduzdu

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, millimiz Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasındakı ilk matçda gürcülər 6:0 hesablı qalibiyyət əldə edib.

İngilislər “Qarabağ” üçün nə qədər yer ayırıb?

“Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandasına qarşı keçirəcəyi oyunda azərbaycanlı azarkeşlər üçün ayrılmış yer sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “ST James’ Park”da baş tutacaq görüşdə “Qarabağ” fanatları üçün 2466 yer ayrılıb. Biletlərin qiymətləri 115 manatdır.

“Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-ü Bakı vaxtı ilə 23:59-da, yerli vaxtla isə (İngiltərə) saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk oyun isə fevralın 18-də Bakıda olacaq və 21:45-də start götürəcək.

MY “Real”ın futbolçusu ilə maraqlanır

“Mançester Yunayted” “Real”ın futbolçusu Eder Militao ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “TEAMtalk” portalı məlumat yayıb. “Qırmızı şeytanlar” yayda müdafiəçi üçün 40 milyon avro təklif edəcək.

Militao hazırda zədəlidir. Onun “Real”la müqaviləsi 2028-ci ilin yayına kimidir.

Fərid Qayıbov fələstinli səfirlə görüşdü

Fevralın 9-da gənclər və idman naziri Fərid Qayıbov Fələstin Dövlətinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Əhməd Metanini qəbul edib.

Futbolpress.az xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, bu sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

“Real”dan icarəyə gedən futbolçu ayın oyunçusu adına namizəd oldu

Fransa Liqa 1-də yanvar ayının ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Futbolpress.az xəbər verir ki, qış transfer dönəmində “Real”dan “Lion”a keçən Endrik də mükafatı almağa namizədlər arasındadır. O, ayın oyunçusu nominasiyasında “Marsel”dən Meyson Qrinvud və komanda yoldaşı Pavel Şultsla yarışır. Qalib turnirin rəsmi saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Endrik “Lion”la ötən ay 3 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

“İmişli” – “Kəpəz”: heyətlər bilindi

“Kəpəz” Premyer Liqanın XIX turunda bu gün “İmişli”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, Quba OİK stadionunda keçiriləcək görüşə saat 14:30-da start veriləcək. Komandaların oyun üçün heyətləri artıq məlumdur:

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 70. Mehdi Tahirov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç 79. Dioqo Kardozu
Baş məşqçi: Jorj Kaşkilya

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 77. Fərid Nəbiyev 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 12. Mahamadu Ba
Baş məşqçi: Azər Bağırov

“Nyukasl” səfəri üçün biletlər nə vaxt satışa çıxacaq?

Fevralın 24-də saat 23:59-da (Bakı vaxtı ilə) UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “St James’ Park”da keçiriləcək “Nyukasl” – “Qarabağ” matçının biletləri “Qarabağ” azarkeşləri üçün bu gün satışa çıxarılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Satış saat 15:00-dan başlayacaq.

Azarkeşlər biletlərini iTicket.az saytından əldə edə bilərlər.

 

Beş oyun sonra gələn qələbə

“Zirə” Premyer Liqada 5 oyun sonra qələbə qazanıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Sumqayıtda yerli komandaya qalib gəlib – 3:2.

İlk hissədə hesabı açan “qartallar” daha sonra cavab qolu ilə hesabın bərabərləşməsinə baxmayaraq, fasiləyə qədər daha bir qol vurmağı bacardı. Birinci yarıda daha üstün oynayan və epizodlara girən “qartallar” fərqi artıra bilmədi. İkinci hissədə isə meydan sahibləri daha yaxşı göründü.

“Sumqayıt” hissənin əvvəlində hesaba tarazlıq gətirdi, daha sonra yaxşı qol imkanları yaratdı. Müdafiədə nizamlı olan “Zirə” oyunun sonlarına yaxın sürətli əks-hücumla qələbəni gətirən qolu vurdu.

Bir neçə gün əvvəl kubokda üz-üzə gələn komandalar ilk oyundan müəyyən nəticələr çıxarmışdı. Liqa matçında daha məhsuldar oynayan və riskə gedən kollektivlərin ifasında baxımlı oyun alındı. “Zirə” qələbəsizlik seriyasını bitirdi və avrokuboklara vəsiqə yolundakı rəqiblərindən olan “kimyaçılar”ı üstələməyi bacardı.

Şahin Cəfərov

“Bu, komanda ruhunun və düzgün oyun yanaşmasının göstəricisidir”

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan təlim-məşq toplanışı barədə AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, o, komandanın hazırlığından razı qaldığını deyib:

“Toplanış komandamız üçün çox faydalı oldu. Özümüzdən yaşca böyük olan Özbəkistanın U-20 yığmasına qarşı iki oyun keçirdik və bu matçlar futbolçularımıza vacib beynəlxalq təcrübə qazandırdı. Ümumilikdə komandanın toplanış zamanı həm oyuna münasibətindən, həm də göstərdiyi performansdan razıyam. Bu hazırlıq bir çox futbolçu üçün inkişaf baxımından dəyərli təcrübə oldu”.

U-19-un baş məşqçisi Özbəkistan yığmasına qarşı keçirilən yoxlama oyunlarını (3:2, 0:4) da dəyərləndirib:

“İlk oyunda komanda xarakter və intizam göstərdi. Rəqib hesabı bərabərləşdirsə və biz azlıqda qalsaq da, qızlar toparlanaraq qələbə qazanmağı bacardılar. Bu, komanda ruhunun və düzgün oyun yanaşmasının göstəricisidir. İkinci görüşdə isə yorğunluq və məhdud rotasiya imkanları öz təsirini göstərdi, nəticədə məğlub olduq. Buna baxmayaraq, belə qarşılaşmalar hazırlıq prosesinin vacib hissəsidir və gələcəkdə üzərində işləməli olduğumuz məqamları göstərir”.

 

“Mançester Siti” özbəki itirdi

“Mançester Siti” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in müdafiəçisi Abdukodir Xusanov sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqanın XXV turunda “Liverpul”la matçda (2:1) sıradan çıxan özbək futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

“Tək akademiyalara yox, idman məktəblərinə də dəstək olmaq lazımdır”

Azərbaycan futbolunun problemli yerlərindən biri uşaq futboludur. İllərdir danışılan, qabardılan çatışmazlıqlar hələ həllini tapmayıb. Klublar daha çox diqqəti əsas komandalara verir, maliyyənin böyük qismini bura ayırır. Ancaq faktdır ki, ölkə futbolunun gələcəyini düşünərək ilk addımlar məhz uşaq futbolunda atılmalıdır.

“Sumqayıt” klubunun U-12 komandasının məşqçisi Rasim Əhmədovla bu mövzuda söhbətləşdir. Daha əvvəl idman məktəblərində məşqçilik edən mütəxəssis uşaq futbolunun mənzərəsindən söz açdı:

“Uşaq futbolu ilə bağlı çox danışmaq olar. Bu gün uşaq futbolu nə vəziyyətdədir, hər kəs bilir. AFFA-nın gördüyü müəyyən tədbirlər var. Atılan addımlar yavaş-yavaş uşaq futboluna dəstəyinə addımdır. Uşaq futbolu gələcəyimiz üçün əsasdır. İstedadlı uşaqların gələcəkdə millidə oynaması üçün çox qərarlar vermək olar. Əvvəlcə nəticələr ləğv olundu ki, uşaqlar daha çox oyuna köklənsin. Bu, yaxşıdır. Amma çatışmazlıqlar da var. Süni meydançalar, bir meydançada 3-4 komandanın oynaması və s. Biz o vaxt Bakı birinciliyinə gedirdik və təbii otda oynayırdıq. Ancaq bu gün baxırıq ki, uşaqların süni örtükdə oynaması zədələrə gətirir. Mənim komandamda artıq 2 uşaqda dizində problem yaranıb. Müalicə etdiririk. Yarışlar süni yox, təbii örtükdə keçirilsə, daha yaxşı olar. İnkişaf etmək istəyiriksə, bunları da etməliyik. Bu gün gedib “Neftçi”nin bazasında oynayırıq baxırıq ki, 3-4 komanda da oynayır. Gah top o tərəfə gedir, gah valideyn səsləri qarışır və s. Bununla bağlı qərarlar verilməlidir”.

Şəraitdən gileylənən mütəxəssis uşaq futbolundakı bəzi qərarları şərh etdi:

“Keçmiş “Bakı” akademiyası, daha sonra “Qəbələ” klubunda yaxşı şərait var idi. Uşaqlaryaxşı meydançalarda oynayırdı. Baxın, indi Premyer Liqada bu klubların nə qədər yetirmələri var. Uşaqların inkişafı üçün şərait əvvəldən yaradılmalıdır. İndi ən çox dəstəyi uşaq futboluna versələr, istedadlı uşaqlar üzəçıxır. Komandalar ildə 2-3 dəfə beynəlxalq turnirlərə getməli, təcrübə qazanmalıdırlar. Onlar başqa klubların akademiyalarına qarşı oynasalar, fərqli tərzdə inkişaf olar.

Xal sisteminin qaytarılması tərəfdarıyam. Çünki o vaxt biz uşaq olanda yarışlara mükafatlar verilirdi. Bizim də qalib olmağımız üçün stiul var idi. Uşaq bilsə ki, nəsə uğrunda oynayır, bəlkə məsuliyyət artır. U13-ə qədər xalların sayılmaması bir tərəfdən yaxşıdır ki, bütün uşaqlar oynayır. Bir ərəfdən də pisdir ki, uşaqlarda stimul yoxdur. Düzdür, Avropa standartları ilə gedirik, amma yenə deyirəm, hansısa mükafat da olsa, uşaqların marağıdaha artar”.

Əhmədov ölkədə fəaliyyət göstərən idman məktəblərindən diqqətdən kənar qaldığını vurğuladı. O, ölkə futbolunun inkişafının məhz uşaq futbolundan başladığını qeyd edərək, idman məktəblərinin bu inkişafdakı vacib roluna toxundu:

“Uşaq futbolundan danışanda tək akademiyaları nəzərdə tutmalı deyilik. Rəhbərlər, koordinatorlar var, uşaq futbolunu nəzarətdə saxlayır, çatışmazlıqları aradan qaldırmağa çalışırlar. Ancaq yarışlarda ən çox idman məktəblərinin komandaları iştirak edir. Məşqçilər öz hesablarına komanda qurur, inventarlarında problemlər olsa da, yarışırlar, mübarizə aparırlar. Bu məktəblərdə olan potensiallı uşaqlar sonra akademiyalara üz tutur. Tək akademiyalara yox, idman məktəblərinə də dəstək olmaq lazımdır. Diqqətdən kənar qalan məktəblərdən çıxır məhz yaxşı uşaqlar. Uşaq futbolunun problemi çoxdur. İdman məktəblərində işləyən məşqçilər diqqətdən uzaqdır. Onların təhsilinə fikir verilmir. Akademiyada işləyənlər karyerasını erkən bitirən futbolçulardır. Onlar da özləri məşqdə gördüklərini tətbiq edirlər. Amma idman məktəblərində təhsili olan məqçilər elə orda da qalır. İnandırım sizi, bəzən yarışlara elə komandalar gəlir ki, heç futbol forması yoxdur. İcarəyə inventar götürüb, yarışlara qoşulurlar. Problemləri sadalasaq, dəhşətli mənzərə çıxır. AFFA, Premyer Liqa klubları uşaq futboluna diqqət edib, səviyyə artması üçün daha çox çalışsa, inkişaf da daha çox olar”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Qvardiola: “Arsenal” üçün bu fərq kifayətdir?”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada çempionluq yarışından danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis lider “Arsenal”la aradakı 6 xallıq fərqin böyük olmadığını deyib:

“Düzdür, indi altı xal geridəyik, amma hər şey baş verə bilər. Qarşıda uzun period var. “Arsenal” üçün bu fərq kifayətdir? Məncə, yox. Qarşıdan Çempionlar Liqası, Liqa Kuboku, Federasiya Kuboku oyunları var. Zədələr futbolda qaçılmazdır. Hər şey ola bilər. Təcrübəmə əsaslanaraq deyirəm ki, qarşıdakı 13 oyun az deyil. Uzun müddətdir və hər şey mümkündür. Eyni zamanda öz meydanımızda da onlara qarşı oyunumuz var. “Arsenal”ı diqqətlə izləyəcəyik, kiçik səhvdən də yararlanmaq istəyirik”.

“Arsenal” 25 turdan sonra 56 xalla birinci sıradadır. İkinci “Mançester Siti”nin aktivində 50 xal var.

Neymar karyerasını bitirə bilər

“Santos”un futbolçusu Neymar karyerasını bitirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Touchline” portalı məlumat yayıb. Braziliyalı futbolçu yayda keçiriləcək dünya çempionatı üçün yığmaya çağırılmazsa, karyerasını bitirəcək.

34 yaşlı hücumçu Braziliya millisində 128 oyunda 79 qol vurub və yığmanın bombardiridir. O, 2023-cü ildən milliyə çağırılmır.

Yenə Zaur Axundov və absurd çələngi

Son iki həftədə üçüncü dəfə Zaur Axundovdan yazmağımız əbəs deyil. “Araz Naxçıvan” ötən il, dekabrın 23-də  durduğu yerdə Elmar Baxşıyevi qovub, yerinə ukraynalı Demçenkonu baş məşqçi gətirdi.

Klub olaraq bu addımın səbəbini açıqlamasa da, qonaq dedi ki, avrokuboklara vəsiqə hədəflənib.

Maşallah, islahata gəl… Demçenko ilə Premyer Liqa oyunlarında 10 qol buraxılıb. Onun səkkizi son iki oyunda…

Zair Axundov rəsmən “Araz Naxçıvan”ın heç nəyi deyil, ancaq hər şeyi o idarə edir. Daha doğrusu, fantaziyasına gələn-gəlməyən qərarlarla klubu rəncidə edib.

Ölkə çempionatının ən absurd klubudur. Naxçıvanın standartlara tam cavab verən stadionu var. Ölkə kubokunun finalını qəbul edib. Yüngülvari əl gəzdirilsə, “Araz Naxçıvan” ev oyunlarını orda keçirə bilər, ancaq getmir…

Son üç ildə klublara 8,5 milyon manat dotasiya verilib. Zaur Axundov bu pulun 5 faizini o stadionun yenidənqurmasına sərf etsəydi…

Etmir, pulları legioner transferinə xərcləyirlər. Və sanki elə təəssürat yaranır ki, heç bir vasitə bu klubu Naxçıvana, öz yurduna təhkim edə bilməz. Halbuki bunu etməməkçün səbəb yoxdur.

AFFA bu və buna oxşar digər halları nəzərə almalıdır. Zaur Axundov kimi klub rəhbərlərinə nə var ki… Onların qarşısında konkret mexanizm olmasa, dotasiyanın qəpiyini də infrastruktura xərcləməz.

Bu boşluqdan sui-istifadə hallarına yol verilməməsi üçün dotasiyanın verilməsinin korrekt mexanizmi hazırlanmalıdır. Kağız üzərində şərtlərə əməl edilmir. Yalançı vədlər və manipulyasiyalarla mənimsənən və faydasız istiqamətlərə dağıdılan o pullar ölkə futbolunda Axundov kimi absurd klub rəhbərləri və şəbəkələşmiş menecer-idarəçi tayfası yaratdı. Bütün bunların isə ölkə futbolunun inkişafına aidiyyatı yoxdur…

Elçin Cəlilov

Flik “Barselona”da ayrıla bilər – bu hal baş versə

“Barselona”nın baş məşqçisi Hansi Flik klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Mütəxəssis bu il klubda keçirilən prezident seçkilərində Xoan Laporta qalib olmazsa, komandadan ayrılacaq.

“Barselona”da prezident seçkiləri martın 15-də olacaq. Namizədlər Laporta və Viktor Fontdur.

Azərbaycanlı futbolçunun komandası yenə uduzdu

Azərbaycanlı futbolçu Sərtan Taşkının formasını geyindiyi “Serikspor” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Iğdır”la qarşılaşıb. Matç “Serikspor”un məğlubiyyəti ilə başa çatıb – 1:3.

Oyuna start heyətdə başlayan Sərtan 46-cı dəqiqədə əvəzlənib.

“Serikspor” çempionatda 24 turdan sonra 26 xalla 20 komanda arasında 17-cidir.

Milli üzvü Bundesliqada növbəti oyununa çıxdı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevanın formasını geyindiyi “Hamburq” Bundesliqada növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Leypsiq”i qəbul edib. 4 qolun vurulduğu matç “Hamburq”un məğlubiyyəti ilə başa çatıb – 1:3.

Nigar görüşə start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib.

“Hamburq” 17 turdan sonra 10 xalla 14 komanda arasında 12-cidir.

Daha iki komanda Azərbaycanda keçiriləcək mundiala vəsiqə qazandı

Cənubi Amerika çempionatı Argentinada çövkən üzrə keçiriləcək dünya çempionatına vəsiqə qazanan iki komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, ilk dəfə təşkil edilən qitə çempionatının birinci günündə keçirilən qarşılaşmalar artıq yüksək rəqabətin anonsu oldu. Argentina və Uruqvay komandaları arasında baş tutan görüş 3:2 hesabı ilə Uruqvayın qələbəsi ilə yekunlaşdı. Digər matçda isə Çili yığması Kolumbiyanı 3:1 hesabı ilə məğlub edərək inamla finala adladı.

Yarışın son günündə isə gərginlik maksimum həddə çatdı. Üçüncü yer uğrunda oyunda Argentina Kolumbiyanı 3:2 hesabı ilə məğlub edərək turniri bürünc medalla başa vurdu. Günün əsas qarşılaşmasında isə Uruqvay və Çili üz-üzə gəldi. Final oyunu əsl idman dramına çevrildi və 3:2 hesabı ilə Uruqvayın qələbəsi ilə nəticələndi.

Beləliklə, Uruqvay yığması qitə çempionatının qalibi olaraq birbaşa dünya çempionatına vəsiqə qazandı. Çili komandası isə ikinci yeri tutaraq qitəni dünya səhnəsində təmsil etmək hüququ əldə etdi.

Dünya çempionatına ev sahibliyini Azərbaycan edəcək. Mundial bu ilin iyununda baş tutacaq.

Valdas bəy, nə olub?

“Sabah” – “Araz-Naxçıvan” (4:1) oyunundan sonra keçirilən mətbuat konfransında Valdas Dambrauskas “Neftçi” – “Qarabağ” matçının təxirə salınması ehtimalı ilə bağlı suala belə cavab verib:

“Sabah”ın oyununa gəlmisiz və “Qarabağ”la bağlı sual verirsiz. Hörmətsizlikdir. Bu ölkə təkcə “Qarabağ”dan ibarət deyil. Mən onlara böyük hörmət edirəm. Təqvimi mən hazırlamıram. Nəyə görə məndən soruşursuz? Üzr istəyirəm, bu, düzgün deyil. “Sabah”ın oyununa gəlmisiz, “Qarabağ”la “Neftçi” barədə soruşursunuz. Bu, tamamilə yanlışdır və hörmətsizlikdir”.

Bilmirəm, bəlkə əvvəlki oyunlarda da “Qarabağ” haqda suallar olub, amma istənilən halda Valdas bəyin emosional, mədəni-aqressiv reaksiyası anlaşılmaz oldu.

Əvvəla, təxirəsalma mövzusu haqda sualın ona kim veribsə, məntiqdən kənara çıxmayıb, hörmətsizlik isə heç etməyib. Məsələ mövzuya aiddir.

Bu, “Sabah”a da təsir edəcək işdir. Jurnalist güman ki, bu aspektdə verib sualı. Nə var ki burda əsəbləşəcək?

O başqa məsələ ki, təxirəsalma ilə bağlı nə AFFA, nə PFL-dən münasibət var. Sanki bu proses tərəfləri bə medianı düşündürür, vəssalam.

“Sabah” çempionluq yolunu daha da hamarlatdı. Güman ki, “Qarabağ”a əsas rəqib kimi hörmət edilməkdən çox artıq rəqabət aurasına keçid edirlər…

Bu, maraqlı faktordu. Görək…

Kamil Əhməd

Portuqaliyalı tanınmış məşqçi BƏƏ klubunda

Portuqaliyalı mütəxəssis Ruy Vitoriya Birləşmiş Ərəb Əmirliklərində çalışacaq.

Futbolpress.az xəbər verir ki, o, sözügedən ölkənin “Əl Vasl” komandasın baş məşqçi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

55 yaşlı mütəxəssis karyerası ərzində “Benfika”, “Gimaraynş”, “Panatinaykos” və Misir yığmasında işləyib.

Xəyal: “Çox sevinirəm ki, qollar vururam”

“Sabah” Premyer Liqanın XIX turunda “Araz-Naxçıvan”ı məğlub edib – 4:1.

Futbolpress.az xəbər verir ki, görüşdə iki qol vuran Xəyal Əliyev “bayquşlar”ın mətbuat xidmətinə açıqlamasında görüşü şərh edib:

“Çox sevinirəm ki, qollar vururam. İnşallah, davamlı olar. Növbəti matçda da qol vurub, azarkeşləri sevindirmək istəyirəm. Hər oyuna qələbə üçün çıxırıq. Əhvalımız yaxşıdır, inşallah, hər şey yaxşı olacaq”.

Qubada “sülh”, “Turan Tovuz”dan qələbə

Bu gün Azərbaycan Premyer Liqasında XIX turun daha iki oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Kəpəz” səfərdə “İmişli”nin qonağı olub. Matç bərabərliklə başa çatıb.

Digər görüşdə “Turan Tovuz” autsayder “Karvan-Yevlaxl”a qalib gəlib.

Azərbaycan Premyer Liqası
XIX tur

9 fevral

14:30 İmişli – Kəpəz 0:0
Baş hakim: Fərid Hacıyev
Quba OİK stadionu

18:30 Turan Tovuz – Karvan-Yevlax 1:0
Qol:
Serrano, 15 (pen.)
Baş hakim: Vüqar Həsənli
“Azersun Arena”

Seriya davam edir – “Sabah”dan “ildırımsürətli zərbə”

“Sabah” Premyer Liqada növbəti qələbəsini qazanıb. “Bayquşlar” azarkeşləri önündə “Araz-Naxçıvan”ı 4:1 hesabıyla məğlub edib.

Ötən tur Zirədə, bu dəfə isə Masazırda erkən qolla rəqibin müqavimətini qırmağı bacaran “Sabah” çempionluq yolunda inamla irəliləməkdədir. Baş məşqçi Valdas Dambrauskasın “ildırımsürətli zərbə” planı işə yaramaqdadır. “Araz-Naxçıvan”la oyunda 16 dəqiqəyə 3 qol vuran və oyunun taleyini həll edən “Sabah” “Zirə” ilə matçda da 27 dəqiqəyə bunu bacarmışdı.

Dambrauskasın drujinası qələbə seriyası yaxalayıb. İkinci pillədəki “Qarabağ”ı bir oyun daha çox keçirməklə 7 xal üstələyən “futuristlər” rəqibin diqqətinin Çempionlar Liqasında olmasından maksimum yararlanmaq niyyətindədir.

Hücumçu Pavol Şafranko, Coy-Lens Mikels kimi qol duyumları yüksək futbolçuların heyətdə olmamasına baxmayaraq, “Sabah” son 3 oyunda 11 qol vurub və 2-ni buraxıb. Dambrauskasın yetirmələri ümumilikdə çempionatda ardıcıl 8 oyundur, qələbə qazanır.

Premyer Liqada iki tur sonra “Qarabağ”la mövsümün vacib oyunu var. “Atlılar” bu matçdan bir neçə gün öncə Çempionlar Liqasında “Nyukasl”la cavab görüşünə çıxacaq. “Bayquşlar” rəqibin uzun səfərdən yorğun gəlməsini lehinə çevirməyə çalışacaq. “Qarabağ”la səfər görüşündə qazanılacaq qələbə “Sabah” üçün çempionluğun taleyini demək olar, həll edəcək.

Şahin Cəfərov

Gəncədə ölkə çempionları məlum oldu

Gəncə İdman Sarayında qadın güləşi üzrə yeniyetmələrin ölkə çempionatı keçirilib.

Futbolpress.az xəbər verir ki, yarışda U15 və U17 yaş qruplarında Azərbaycan çempionları müəyyənləşib.

U15 yaş qrupu

33 kq

1. Ülviyyə Musayeva (Gəncə, Təhsil-1)

2. Ayla Məmmədzadə (AHİTA)

3. Zəhra Aslanlı (Abşeron)

36 kq

1. Gülay Xasməmmədova (Abşeron, “Mywrestling”)

2. Sara Kərimova (AHİTA)

3. Tamara Rəcəbova (Yevlax, UGİM-5)

39 kq

1. Nərgiz Cəfərzadə (Gəncə)

2. İradə Çeredelina (AHİTA)

42 kq

1. Leyla Əsgərova (Gəncə, Təhsil-1)

2. Məryəm İsmayılova (ROİL, Astara)

3. Məryəm Nəhmətzadə (Astara)

46 kq

1. Mədinə Kərimova (Gəncə)

2. Vəfa Orucova (Müşviqabad)

3. Tunay Nəhmətzadə (Astara), Yağmur Məlikli (Abşeron, “Mywrestling”)

50 kq

1. Günel Kərimli (Abşeron, “Mywrestling”)

2. Məryəm Hacıyeva (Neftçi)

3. Gülbacı Cavadova (Astara), Aişə Cabbarova (Sumqayıt)

58 kq

1. Zərifə Alızadə (ROİL)

2. Yağmur Səmidova (Abşeron)

3. Zəhra Mustafazadə (UGİM-5)

62 kq

1. Aylin Həsənli (Astara)

2. Ruqəyyə Mərdiyeva (AHİTA)

66 kq

1. Fatimə Qayqiyeva (AİJA)

U17 yaş qrupu

40 kq

1. Gülxanım Şirinova (Gəncə)

2. Nərgiz Ədilova (Göyçay)

46 kq

1. Nuray Cəfərli (ROİL, Astara)

49 kq

1. Xədicə Qurbanzadə (Müşviqabad)

2. Nəzrin Əhmədli (Müşviqabad)

3. Səbinə Mikayılova (Mywrestling)

53 kq

1. Fatimə Bayramova (UGİM-2)

2. Aynur Nadirli (Qax)

3. Aylin Güləhmədli (Neftçi)

57 kq

1. Məryəm Əmrəli (Abşeron)

2. Ülviyyə Musayeva (AHİTA, “Neftçi”)

3. Qaratel Quliyeva (Gəncə)

61 kq

1. Suramirac Abbassoy (Müşviqabad)

2. Fidan Babayeva (Abşeron, “Mywrestling”)

3. Rəna Nuriyeva (AİJA)

65 kq

1. Nuray Həsənli (Abşeron, “Mywrestling”)

2. Mədinə Qasımova (Neftçi)

69 kq

1. Simurə Abdullayeva (Abşeron)

2. Ayla Turabova (Abşeron)

“Böyük Dəbilqə”: Azərbaycan üçüncü oldu

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.

Futbolpress.az xəbər verir ki, yarışın son günündə yığma komandamımız daha bir medal qazanıb.

-81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev karyerasında ikinci dəfə analoji turnirdə gümüş medala layiq görülüb. 26 yaşlı cüdoçumuz iki il əvvəl də Paris tatamisində eyni nəticəni göstərmişdi.

Tçkayev finala gedən yolda Çin, Böyük Britaniya, Tacikistan və Qazaxıstan təmsilçilərinə qalib gəlib. Həlledici görüşdə isə yaponiyalı Yuhei Oinoya uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (-60 kq) qızıl, Ruslan Paşayev (-66 kq) isə bürünc medal əldə etmişdi.

Beləliklə, Paris Böyük Dəbilqəsini bir dəst medalla başa vuran Azərbaycan millisi 78 ölkə arasında kişilərin mübarizəsində 2-ci, ümumi komanda hesabında isə 3-cü yeri tutub.

İliç: “Məğlubiyyətin müdafiə ilə bağlı olduğunu düşünmürəm”

Azərbaycan Premyer Liqasının XIX turunun “Sumqayıt” – “Zirə” oyunundan (2:3) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Maraqlı oyun oldu, gözəl qollar vuruldu. Yekunda uduzduq.

– Bu gün müdafiədə pis çıxış etdiniz. Arxa xəttdə dəyişiklik etməyiniz nəylə bağlı idi?
– Paşayevi təbrik edirəm. Bu gün qəşəng oynadı. Gələcəkdə klub üçün önəmli oyunçu ola biləcək. Məğlubiyyətin müdafiə ilə bağlı olduğunu düşünmürəm. Rayanın mövqeyini dəyişdik. Standart vəziyyətlərdə bizə lazım idi. Yorğun görünməyi normal idi. Deməzdim ki, müdafiəyə görə uduzduq. İlk qol müdafiənin səhvi deyildi. İkinci qol cərimə zərbəsindən gəldi. Üçüncüdə müdafiənin səhvi ola bilər.

– İki fərqli hissə gördük. İkinci hissədə daha fəal oynadınız. Səbuhinin əvəzlənməsindən sonra komandada effektivlik artdı. Rəqib baş məşqçi də bunu etiraf etdi. Səbuhinin performansında eniş yaşaması nəylə bağlıdır?
– Səbuhi komanda üçün önəmli oyunçudur. Bu gün özü də bildirdi ki, narahatlığı var. Temperaturu ola-ola meydana çıxmışdı. Gücünü göstərə bilmədi. Amma yenə deyirəm, bizimçün vacib oyunçudur.

– Rüstəm son oyunlarda ehtiyatda qalır. Bu, taktiki qərardır, ya onun performansı aşağıdır?
– Rüstəm də komanda üçün vacib oyunçudur. Zədəsi var idi və bir həftə məşqdən kənarda qalmışdı. Formasını yığmasına vaxt lazımdır. Bu həftə durumuna baxacağıq, yaxşı olsa, gələn oyun startda olacaq.

– Ehtiyat qüvvəniz kasaddır. Bu, avrokuboklar üçün oynayan komandaya nə dərəcə təsir edəcək?
– Hazırda iki oyunçumuz zədəlidir. Onlar da oyuna qoşulsa, rahat ola bilər. Bu heyətdən maksimum istifadə etməyə çalışacağıq.

– Komandanızın performansında eniş hiss edirsiniz? Təlim-məşq toplanışında da məğlubiyyətlər oldu. Rəqibləri düzgün seçmədiyinizi düşünürsünüz?
– Toplanışda özümüzdən güclü rəqibləri seçmək mənim fikrim olub. Ordakı nəticələr vacib deyil. Düşünmürəm ki, toplanışımız zəif keçib.

Şahin Cəfərov

“Çalışırıq ki, imkanlarımızın ən yaxşısını edək” – Sadıqov

Azərbaycan Premyer Liqasının XIX turunun “Sumqayıt” – “Zirə” oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Baxımlı oyunun şahidi olduq. İkinci hissədə daha üstün oynadıq. Fasiləyə bir top üstünlüyü ilə getdik. İkinci hissədə də yaxşı oynadıq. Rəqibin sonlara yaxın təhlükəli epizodları da oldu. Vacib qələbə qazandıq. Futbolçuları göstərdikləri oyuna görə təşəkkür edirəm.

– Fasilədə futbolçularla nə danışdınız?
– Fasilədə onu danışdıq ki, ikinci hissəyə fəal başlayaq. Kubok oyununda iki fərqli hissə olmuşdu. Bilirdik ki, “Sumqayıt”ın hücum gücü yaxşıdır. İkinci hissənin ilk dəqiqəli bizim üçün çətin keçdi. Buraxdığımız qol xeyrimizə oldu. Bundan sonra daha fəal oynadıq. Kombinasiyalarımız olurdu, amma qol vura bilmirdik. İstədiyimiz qol 89-da gəldi.

– Uzun müddət idi qələbə qazana bilmirdiniz. Bu gün seriyanı bitirdiz. Qələbə üçün xarakter lazımdır, ya ustalıq?
– Qələbə üçün bütün komponentlərdə yaxşı olmalısan, ən yaxşısını etməlisən. İstər bu gün, istərsə də kubok oyununda, yaxşı oynamışdıq, futbolçulardan razı qalmışdım. Bu gün də çətin olacağını bilirdik. Nə qədər belə oyunlar olsa, çempionatımız daha maraqlı olar.

– Bu oyundan sonra kubokda şansları necə dəyərləndirirsiniz?
– Kubokda hər şey 0-dan olacaq. “Sumqayıt”ın gücünü bilirik və nədəsə üstün olduğumuzu demək olmur. Çalışacağıq ki, oyuna qədər zədəlilərimiz tam sağalsın. Hər itki komandaya təsir edir. Məsələn, bu gün “Sumqayıt”ın da itkiləri var idi. Onlar da olsaydı, bizə daha çətin olardı.

“Neftçi” ilə matçdan sonra bildirmişdiz ki, mövsümün ikinci hissəsi çətin olacaq. Bu çətinliyə qarşı hansısa ehtiyat variant hazırlamısız?
– Komandamızın müəyyən strategiyası var. Fərqli oyunçularla da komandanı gücləndirmək istərdik. Amma əlimizdə olan futbolçulardan razıyam. Bəzən zamana ehtiyac olur ki, potensiallarını açsınlar. Çalışırıq ki, imkanlarımızın ən yaxşısını edək.

– Transfer dönəmini bağlamısınız? Bu heyət kifayət edəcək avrokuboklara vəsiqə üçün?
– Ən yaxşı variantımız futbolçularımızın ideal formada olmasıdır. Zədələrin, itkilərin azlığıdır. Bəlkə, alınsa, bir futbolçu ilə güclənərik. Xəbər olmadı. Maksimum bir transfer ola bilər. İndiki məqamda ən yaxşı silahımız futbolçuların yaxşı formada olmasıdır.

– Mövqesi nədir?
– Hücumda oynayır. Həm vinger, həm hücumçu kimi.

Şahin Cəfərov

“Nə üçün “Qarabağ” haqda danışım?” – Dambrauskas

Azərbaycan Premyer Liqasının XIX turunun “Sabah” – “Araz-Naxçıvan” oyunundan (4:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Oyunçularımı təbrik edirəm. Həqiqətən, çox möhtəşəm qələbə idi. Futbolçuların bu gün necə arzulu, istəkli olduğunu gördüm. Məğlub etdiyimiz komandalar – “Zirə”, “Araz-Naxçıvan” top kollektivlərdir, yaxşı heyətləri var. İstərdim ki, azarkeşlərimizi də təbrik edim. Amma daha çox fanatın olmasını istərdim. İlk hissənin 16-cı dəqiqəsinə qədər üç gözəl qol vurduq. İlk hissənin bəzi anlarında təşəbbüsü itirsək də, sonra balans yaratdıq. Fasiləyə qədər daha bir neçə qol vura bilərdik. İkinci hissəni də yaxşı keçirdik. Dördüncü qolumuz həqiqətən, çox möhtəşəm idi. Bir az məyusuq, çünki qol buraxmaq istəmirdik. Yenə də 4:1 bizim üçün yaxşı nəticədir. İndi bu matçı unudub, qarşıdakı oyuna köklənməliyik.

– “Sabah”ın çempionluq yolundakı əsas rəqibi “Qarabağ”ın liqadakı oyunu təxirə salına bilər. Bununla bağlı fikirləriniz nədir?
– Mənim komandam “Araz-Naxçıvan”la oynayıb. Nə üçün “Qarabağ” haqda danışım? Mən “Sabah”ın baş məşqçisiyəm, “Qarabağ”ın yox. Demək olar, hər konfransda “Qarabağ”la suallar verilir. Bu tip suallara cavab vermək istəmirəm. Bunu dediyim üçün üzr istəyirəm, amma “Qarabağ” haqda suallar mənə, bizə bir az hörmətsizlikdir. Onlara böyük hörmətim var. Sadəcə mən ancaq komandam haqda danışmaq istəyirəm.

– Sualın verilməsinin səbəbi odur ki, “Qarabağ”ın oyununun ləğv edilməsi sizə haqsızlıq deyil?
– Təqvimi hazırlayan mən deyiləm. Bunu məndən yox, federasiyadan, liqanın təşkilatçılarından soruşun.

– Ardıcıl üç oyundur ki, ilk hissənin əvvəlində üç qol vurursunuz, amma sonra məhsuldarlıq aşağı düşür. Siz tapşırırsınız ki, çox güc sərf etməsinlər?
– Təbii ki, yox. Komandamın 10 qol vurmasını istərəm. Heç bir liqada bu, mümkün deyil. 5 qol vurulubsa, az deyil. Futbolda ortalama 2-3 qol yaxşı hesab edilir. Çünki rəqiblər də 2-3 qol buraxdıqdan sonra rəqiblər də bunların qarşısını almağa çalışır. İkinci hissədə pressinq edirdik və görürük ki, daha çox qol vurmağa çalışmışıq. Əvvəl 0:0, 1:0 olanda deyirdiniz ki, niyə məhsuldar deyilsiniz. İndi 4 qol vururuq, niyə daha çoxunu vurmadığımızı deyirsiniz…

Şahin Cəfərov

Demçenko: “Futbolçularda narahatlıq gördüm”

Azərbaycan Premyer Liqasının XIX turunun “Sabah” – “Araz-Naxçıvan” oyunundan (4:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Yaxşı komandaya qarşı oynadıq. Müdafiədə və hücumda yaxşı idilər. Qapımızda gördüyümüz qolları səhvlərimizə görə buraxdıq. İlk dəqiqələrdən rəqibə təzyiq göstərməyə çalışdıq. Pressinq komanda işidir. Təzyiq zamanı səhv etdik və daha sonra qapımızda qol gördük. Əks-hücumlardan üç qol buraxdıq və uşaqların əhvalı korlandı. Hücum oyunu oynamaq üçün istəyin olmalıdır. “Neftçi” ilə oyunda da futbolçularda narahatlıq var idi. Bu gün də çalışdıq, amma alınmadı. Rəqibi nə qədər oyunçunu özünə yaxın buraxsan, deməli istəyin var. Bu gün futbolçularda narahatlıq gördüm. Futbolda bu narahatlıq yaxşı keyfiyyət deyil. Oyunçular dəqiq verməkdə çətinlik çəkir. Komandanı müdafiə oyunundan hücum oyununa keçirməyə çalışırıq. Bununçün vaxt lazımdır.

– Felipe Santos ötən oyundan sonra da meydana daxil olub, fərq yarada bilmişdi, bu dəfə də. Sizin üçün hələ də məşq prosesi daha önəmlidir?
– Bəli, yaxşı göstəricidir. Komanda oyunu tək hücumdan deyil, müdafiədən də asılıdır. Nə vaxt həm hücumda, həm müdafiədə oynayacağıq, daha yaxşı olacağıq. Hansısa oyunçunu fərqləndirmək istəmirəm. Bu gün komanda olaraq uduzduq.

Sumqayıtda heyətlər bilindi

“Sumqayıt” Premyer Liqanın XIX turunda bu gün “Zirə”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 8. Səbuhi Abdullazadə (k) 97. Vüsal Paşayev 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 71. Masaki Murata 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 7. Rüstəm Əhmədzadə 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 64. Kənan Feyziyev 75. Nadir Orucov 66. Ruslan Əliyev 37. Nihad Orucəli 19. Roi Kehat 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç

“Zirə” 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 19. Rüfət Abdullazadə 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 43. Əhliman Süleymanzadə 26. Stefan Aka 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 77. Yeqor Boqomolski 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

 

Sabah Azərbaycan çempionatına start veriləcək

Fevralın 9-da boks üzrə gənclər arasında Azərbaycan çempionatına start veriləcək.

Futbolpress.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlar arasında 10, qızlar arasında 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 58 komandanın 276 (244 oğlan, 32 qız) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq. Qaliblərin adına isə fevralın 15-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, U-19 Azərbaycan çempionatının supervayzeri özbəkistanlı Aleksandr Hamidov, baş hakimi həmyerlimiz Anar Babanlı olacaq. Döyüşləri yerli referilərlə yanaşı, neytral hakimlər – Yay Olimpiya Oyunları və dünya çempionatları təcrübəsi olan Veronika Şuks (Macarıstan), Dmitri Meliss (Estoniya), Mişel Buriqo Paulo (Braziliya), Pavlov Pavel Petkov (Bolqarıstan), Qo Çjan (Çin) və Bekjon Yusupov (Özbəkistan) da idarə edəcəklər.

Yunanıstanlı basketbolçu “Çelsi”nin qadın komandasının səhmlərini aldı

31 yaşlı basketbolçu Yannis Adetokunbo “Çelsi”nin qadınlardan ibarət komandasının sahibi olub.

Futbolpress.az xəbər verir ki, bu barədə yunanıstanlı oyunçu sosial şəbəkə hesabında məlumat yayıb.

Yannis “Reddit”in həmtəsisçisi Aleksis Ohanyan ilə tərəfdaşlıq edərək klubun səhmlərinə şərik olub.

Yunanıstanlı funksioner eyni zamanda “Miluoki Bryuers”, “Neşvill” və”Los Anceles Qolf Klab”da səhm sahibidir.

“Sabah” – “Araz-Naxçıvan”: heyətlər

Azərbaycan Premyer Liqasının XIX turunda bu gün “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək matça komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Sabah”: 92. Stas Pokatilov (k) 46. Aleksey İsayev 9. Xəyal Əliyev 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Anatoli Nuriyev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 12. Kristian Avram 4. Rahil Məmmədov 14. Ülvi İsgəndərov 16. Ramon Maçado 29. Vanderson Melo 23. Nuno Rodriqes 10. Felipe Santos 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko

 

Braziliya klubundan 25 milyonluq transfer

Braziliyanın “Palmeyras” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi “Vulverhempton”dan Con Ariası transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı vingerlə müqavilə 2029-cu ilin sonuna kimi nəzərdə tutulub.

Braziliya mətbuatının xəbərinə görə, “Palmeyras” Arias üçün 25 milyon avro ödəyəcək.

İngiltərə millisinin sabiq üzvü “Seltik”də

“Liverpul”un sabiq futbolçusu Aleks-Oksleyd Çemberlenin yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi “Seltik”ə keçib. Bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Karyerası ərzində “Arsenal”, “Liverpul”, “Beşiktaş”da çıxış edib. O, İngiltərə yığmasında 35 oyunda 7 qol vurub.

Enrike üçün yeni müqavilə

PSJ klubu baş məşqçisi Luis Enrikenin müqaviləsini uzaqmat istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Klub mütəxəssislə müddəti 2030-cu ilin yayına kimi olan sözləşmə imzalamaq niyyətindədir.

Enrike 2023-cü ildən komandaya rəhbərlik edir. PSJ onun başçılığı altında ötən il UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu, Fransa Kubokunu və Liqa 1-i qazanıb.

“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Həmişə təzyiq hiss edirəm”

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl”ın baş məşqçisi Eddi Hau Premyer Liqada “Brentford”a uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:3 hesabıyla bitən görüşdən sonra bunları deyib:

“Həmişə təzyiq hiss edirəm. İstər qələbə seriyası olanda, istərsə də məğlubiyyət. İndiki ikinci durumdayıq. Nəticələri dəyişdirmək basqısı var. Lakin hər zaman deyirəm, özüm özümə daha çox təzyiq edirəm. İşlərimə, oyunçularımdan tələblərimə görə yüksək standartlarım var. Məğlubiyyət olanda da özümə əsəbləşir, özümü günahlandırıram”.

“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda keçirəcək. Cavab görüşü 25-də İngiltərədə olacaq.

Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazandı

Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri davam edir.

Futbolpress.az xəbər verir ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir. Yarışın dördüncü günündə yığmanın 3 üzvü xalça üzərinə çıxıb.

Nərgiz Səmədova (53 kq) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.

Jalə Əliyeva (57 kq) startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub.

Zəhra Kərimzadə (72 kq) 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabıyla üstələyib.

Liderdən darmadağın, “Zirə”dən qələbə

Azərbaycan Premyer Liqasında bu gün XIX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.

Əvvəlcə lider “Sabah” “Araz-Naxçıvan”ı qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Digər görüşdə “Sumqayıt” “Zirə” ilə qarşılaşıb. Matç qonaqların qələbəsiylə başa çatıb.

Azərbaycan Premyer Liqası
XIX tur

8 fevral

16:00 “Sabah” – “Araz-Naxçıvan” 4:1
Qollar:
Umarali, 9 (pen.), Maluda, 11, Xəyal, 16, 68 – Santos, 86
Baş hakim: Tural Qurbanov
“Bank Respublika Arena”

18:30 “Sumqayıt” – “Zirə” 2:3

Qollar: Ninkoviç, 29, Ramalinqom, 50 – Volkov, 27, Rövlan, 34, Papunaşvili, 89
Baş hakim: İnqilab Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bundesliqa: “Bavariya”dan darmadağın

Almaniya Bundesliqasında XXI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Ayntraxt” səfərdə “Yunion”la heç-heçə edib.

“Borussiya” (Münhenqladbax) – “Bayer” matçında qalib müəyyənləşməyib. “Haydenhaym” evdə “Hamburq”a, “Volfsburq” Dortmund “Borussiya”sına uduzub.

“Bavariya” bu turda “Hoffenhaym”ı darmadağın edib. “Leypsiq” isə “Köln” səfərindən üç xalla dönüb.

Almaniya Bundesliqası
XXI tur

6 fevral

Union Berlin – Ayntraxt 1:1
Qollar: Qerfeld, 87-pen – Braun, 83.

7 fevral

Frayburq – Verder 1:0
Qol: Beste, 13.

Haydenhaym – Hamburq 0:2
Qollar: Koniqsdorffer, 45+3. Filippe, 78.

Maynts – Auqsburq 2:0
Qollar: Amiri, 8-pen; 80-pen.

Sankt Pauli – Ştutqart 2:1
Qollar: Saliakas, 35. Sinani, 55-pen – Levelinq, 90.

Volfsburq – Borussiya (Dortmund) 1:2
Qollar: Kulyerakis, 52 – Brandt, 38. Girassi, 87.

Borussiya (Münhenqladbax) – Bayer 1:1
Qollar: Engelhardt, 10 – Sander, 44-öz qapısına.

8 fevral

Köln – Leypsiq 1:2
Qollar:
Tilmann, 51 – Baumqartner, 29, 56.

Bavariya – Hoffenhaym 5:1
Qollar:
Keyn, 20 (pen.), 45 (pen.) L.Dias, 45+2; 62, 89 – Kramariç, 35.

PL: mərkəzi oyunu “Mançester Siti” qazandı

İngiltərə Premyer Liqasında XXV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə “Lids” “Nottingem Forest”ə qalib gəlib.

Lider “Arsenal” evdə “Sanderlend”ə, “Mançester Yunayted” isə “Tottenhem”ə qalib gəlib.

Turun mərkəzi görüşündə “Mançester Siti” səfərdə “Liverpul”u məğlub edib.

İngiltərə Premyer Liqası
XXV tur

6 fevral

Lids – Nottingem Forest 3:1
Qollar: Boqle, 26. Okafor, 30. Kalvert-Lyuin, 49 – Lukka, 86.

7 fevral

Mançester Yunayted – Tottenhem 2:0
Qollar: Mbemo, 38. B.Fernandes, 81.

Arsenal – Sanderlend 3:0
Qollar: Subimendi, 42. Dyökereş, 66; 90+3.

Bornmut – Aston Villa 1:1
Qollar: Rayan, 55 – M.Rocers, 22.

Börnli – Vest Hem 0:2
Qollar: Sammervill, 13. Kastelyanos, 26.

Fulhem – Everton 1:2
Qollar: Mikolenko, 18-öz qapısına. Dyusberi-Holl, 75. Leno, 83-öz qapısına.

Vulverhempton – Çelsi 1:3
Qollar: Arokodare, 54 – Palmer, 13-pen; 35-pen; 38.

Nyukasl – Brentford 2:3
Qollar: Botman, 24. B.Gimarayns, 79-pen – Janelt, 37. İ.Tyaqo, 45+2-pen. Uattara Da, 85.

8 fevral

Brayton – Kristal Pelas 0:1
Qol: İ.Sarr, 61

Liverpul – Mançester Siti 1:2
Qollar: D.Soboslai, 74 – B.Silva, 84, E.Haaland, 90+3 (pen.)

❌