Reading view

Nicat Abasov liderliyə yüksəldi

Polşanın Katovitse şəhərində təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında 9-cu tur sona çatıb.

Futbolpress.az xəbər verir ki, hesabat turunda İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edən azərbaycanlı şahmatçı Nicat Abasov liderliyə yüksəlib. Aydın Süleymanlı ispan David Giharro ilə ilə heç-heçə edib.

Hazırda 7 xal toplayan Süleymanlı 5-ci pillədə qərarlaşıb. Hərəyə 7,5 xal toplayan Nicat Abasov və ispaniyalı David Giharro 9 turdan sonra 1-2-ci yerləri bölüşür. 7 xal toplayan digər azərbaycanlı şahmatçı Məhəmməd Muradlı 12-ci pillədədir.

Bu gün oynanılacaq 10-cu tur liderlərin dueliylə diqqəti cəlb edir. Eyni xala malik Nicat Abasovla David Giharonun mübarizəsi vahid lideri müəyyənləşdirə bilər.

Liderlərdən uzaqlaşan Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayıb.

Qeyd edək ki, Avropa çempionatında ilk 20-likdə qərarlaşacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.

“Zirə” ilə oyuna doğru: “Neftçi”nin daha istəkli olacağını düşünürəm”

“Neftçi” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Zirə”nin qonağı olacaq. “Ağ-qaralar” 43 xalla turnir cədvəlində beşincidir və dördüncü “qartallar”dan 1 xal geri qalır.

“Neftçi”nin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Maraqlı oyun olacaq. Matçı altı xallıq dəyərləndirmək olar. Məncə, şanslar bərabərdir. İki komanda üçün də qələbə çox önəmlidir. Avrokuboklara vəsiqə uğrunda mübarizədə oyunun əhəmiyyəti böyükdür. Məncə, “Neftçi” bir az üstündür. Çünki “Zirə” iki turnirdə mübarizə aparır. İstər-istəməz hər ikisində şanslarını davam etdirmək istəyir. Xüsusilə kubokda yarımfinalda ilk oyunda “Turan Tovuz”u üstələyiblər. Finala daha yaxındırlar. Çempionatda isə qarşıda oyunlar çoxdur”.

Mütəxəssis “Neftçi”nin daha istəkli olacağını qeyd etdi:

“Məncə, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bugünkü matçda rotasiyalar edə bilər. Kubokla Avropa Liqasına vəsiqə daha üstünlükdür. “Neftçi”nin daha istəkli olacağını düşünürəm. Qazanılan hər xal komandanı avrokubok zonasına aparır. Onlar üçün tək yol liqadır. Buna görə, “Neftçi” qələbəni daha çox istəyəcək. Nəticədən asılı olmayaraq, məncə, komandalar arasında “dördlük” mübarizəsi mövsümün sonuna kimi davam edəcək”.

“Zirə” – “Neftçi” oyununa saat 19:30-da start veriləcək.

Şahin Cəfərov

Hidayətdən uğurlu start

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

Futbolpress.az xəbər verir ki, 73 kq-da yarışan idmançı 1/16 finalda yunanıstanlı Konstantinos Tsaparasa ilə qarşılaşıb. Görüş Hidayətin qələbəsiylə başa çatıb. O, rəqibini ipponla məğlub edib.

Hidayət 1/8 finalda Dardan Çena (Kosovo) ilə qarşılaşacaq.

Ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

AAF rəsmisi Batumiyə nə üçün gedib?

Gürcüstanın Batumi şəhərində Avropa Ağırlıqqaldırma Federasiyasının növbəti konqresi keçirilir.

Futbolpress.az xəbər verir ki, konqresdə ölkəmizi AAF-nin vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü Firdovsi Umudov təmsil edir. Əvvəlcə EWF-in prezidenti Astrit Hasani çıxış edərək konqresin proqramını diqqətə çatdırıb və illik hesabatı təqdim edib. Audit hesabatlarının təsdiqindən sonra 2026 və 2027-ci illərdə baş tutacaq yarışlarla bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra Avropa Ağırlıqqaldırma Federasiyasında boş qalan vəzifə yerlərinə növbədənkənar seçkilər keçirilib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov konqresdə iştirakı çərçivəsində EWF-in prezidenti Astrit Hasani, qurumun Baş katibi Milan Mixayloviç, eləcə də Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti Laşa Talaxadze ilə görüşüb. Təmaslar zamanı yarışların təşkili, qaydalardakı yeniliklər və ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.

Klubların maliyyə menecerləri üçün seminar

AFFA-nın inzibati binasında Lisenziya və Qeydiyyat Departamentinin maliyyə mütəxəssisləri tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün seminar keçirilib.

Futbolpress.az xəbər verir ki, tədbir UEFA-nın IT Solution proqramına (CL/FFP IT Solution) maliyyə məlumatlarının daxil edilməsi mövzusuna həsr olunub.

Seminarda IT Solution proqramında baş vermiş yeniliklər müzakirə edilib, maliyyə menecerlərinə nəzəri və praktiki təlimlər keçirilib.

Sonda klub nümayəndələri 2025-ci maliyyə ili üzrə müvafiq məlumatları proqrama daxil ediblər. Eyni zamanda, seminar iştirakçılarının sualları AFFA-nın maliyyə mütəxəssisləri tərəfindən cavablandırılıb və onlara ətraflı praktiki izahlar təqdim edilib.

“Zirə” – “Neftçi” oyununa doğru: itkilər

“Zirə” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Neftçi”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, hər iki komanda görüşə bir itki ilə çıxacaq.

“Zirə”də Rüfət Abdullazadə, “Neftçi”də isə Bassalu Sambu oyunu buraxacaq. İki oyunçu da zədə səbəbindən matçda iştirak etməyəcək.

“Zirə” – “Neftçi” oyununa saat 19:30-da start veriləcək.

İki klub tarixində ilki bacardı

Konfrans Liqasında yarımfinalçılar məlum olub.

Futbolpress.az xəbər verir ki, İngiltərənin “Kristal Pelas” və Fransanın “Strasburq” komandası tarixində ilk dəfə avrokuboklarda yarımfinala adlayıb.

Premyer Liqa klubu “Fiorentina”nı, “Strasburq” isə “Maynts”ı mübarizədən kənarlaşdırıb.

“Kristal Pelas” final yolunda “Şaxtyor”, “Strasburq” isə “Valyekano” ilə üz-üzə gələcək.

Azərbaycan yığması Gürcüstana qarşı

19 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, Həbib Ağayevin rəhbərlik etdiyi kollektiv Gürcüstanla üz-üzə gələcək. Xorvatiyada, Luçko şəhərində baş tutacaq oyuna saat 14:00-da start veriləcək.

Azərbaycan yığması qrupda daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya isə 0:9 hesabıyla uduzub.

Mahirin komandası üçün səfər sınağı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Holştayn”la qarşılaşacaq. Matça saat 20:30-da start veriləcək.

“Kayzerslautern” 29 turdan sonra 46 xalla 7-cidir.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

Azərbaycan, Premyer Liqa
17:00 Araz-Naxçıvan – Turan Tovuz CBC Sport)
19:30 Zirə – Neftçi (CBC Sport)

İtaliya, A Seriyası
20:30 Sassuolo – Komo (Futbol 1)
22:45 İnter – Kalyari (Futbol 1, Matç TV)

Rusiya, Premyer Liqa
20:30 Rostov – Soçi (Matç Premyer)

Türkiyə, Super Liqa
21:00 Fənərbağça – Rizəspor (Futbol 3, beİN Sports 1)
21:00 Antalyaspor – Konyaspor (beİN Sports 2)

İtalyanlarsız yarımfinallar

Avrokuboklarda yarımfinalçılar məlum olub.

Futbolpress.az xəbər verir ki, Çempionlar Liqasında PSJ, “Atletiko”, “Bavariya”, “Arsenal”, Avropa Liqasında “Frayburq”, “Braqa”, “Aston Villa”, “Nottingem Forest”, Konfrans Liqasında isə “Şaxtyor”, “Kristal Pelas”, “Strasburq” və “Valyekano” final uğrunda mübarizə aparacaq.

Avrokuboklarda 2018/19 mövsümündən sonra birinci dəfə yarımfinallarda İtaliya təmsilçisi yoxdur.

“Turan Tovuz” Sumqayıt səfərində, “Neftçi” “Zirə”yə qarşı – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXVIII tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki matç baş tutacaq.

Günün birinci oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”la üz-üzə gələcək. Digər görüşdə “Neftçi” səfərdə “Zirə”nin qonağı olacaq.

Misli Premyer Liqası
XXVIII tur

17 aprel

17:00 Araz-Naxçıvan – Turan Tovuz
Baş hakim: Rauf Cabarov
Sumqayıt, “SOCAR Polymer stadium”

19:30 Zirə – Neftçi
Baş hakim: İnqilab Məmmədov
Zirə İK stadionu

Zirədə “avrokubok döyüşü”, “Qarabağ” üçün son şans

Bu gün Misli Premyer Liqasında XXVIII tura start veriləcək. İlk gündə “Turan Tovuz” “Araz-Naxçıvan”ın, “Neftçi” isə “Zirə”nin qonağı olacaq. Autsayder “Karvan-Yevlax” “Şamaxı”nı, “Kəpəz” “İmişli”ni qəbul edəcək.

Turun mərkəzi görüşündə lider “Sabah” “Qarabağ”la üz-üzə gələcək. Tura “Sumqayıt” – “Qəbələ” matçıyla yekun vurulacaq.

17 aprel, 17:00 Araz-Naxçıvan – Turan Tovuz
Turun açılış oyunu Sumqayıtda, “SOCAR Palymer Arena”da keçiriləcək. “Liv Bona Dea Arena”nın təmirə bağlanması səbəbindən ev oyunlarını müvəqqəti olaraq burda keçirən “Araz-Naxçıvan”ın rəqibi “Turan Tovuz” olacaq.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Naxçıvan təmsilçisinin şansları riyazi olaraq qalır. Bu turda qazanılacaq qələbə və “Zirə” – “Neftçi” matçının heç-heçə bitməsi komanda üçün fürsət ola bilər.

Ötən tur “Sumqayıt”ı məğlub edən “Turan Tovuz” isə ikinci pilləyə “göz dikib”. “Qarabağ”la arada 4 xallıq fərq var. “Atlılar”ın qarşıda “Sabah” və “Neftçi” ilə ardıcıl duelləri olacaq və tovuzlular bu vəziyyətdən yararlanmaq niyyətindədir.

17 aprel, 19:30 Zirə – Neftçi
Turun maraqla gözlənilən qarşılaşmalarından biri Zirədə baş tutacaq. Ardıcıl 4 qələbə qazanan və avrokubok zonasına yaxınlaşan “Neftçi” burda dördüncü pillənin sahibi “Zirə”nin qonağı olacaq. Tərəflər arasında xal fərqi minimumdur.

Son oyunlarda yaxşı formada olan “Neftçi” rəqibindən bir addım öndə görünür. Lakin “Zirə” çempionatda intizamlı oyunu və etibarlı müdafiəsi ilə seçilən komandalardandır. Rəşad Sadıqovun yetirmələri rəqibini öz meydanında qəbul edib, sürətli əks-hücumlarla şanslarını yoxlayacaq. Əks halda, “Neftçi”yə qarşı açıq oyun komanda üçün baha başa gələ bilər.

18 aprel, 15:30 Karvan-Yevlax – Şamaxı
Mövsümdə ikinci qələbəsini ötən oyunda qazanan Yevlax təmsilçisində elitada qalmaq ümidləri yenidən artıb. Düzdür, 11-ci pillədəki “Qəbələ” ilə xal fərqi 8-dir və qarşıdakı 6 oyunda bunun qapanacağı inandırıcı görünmür. Lakin ümidlər sonda ölür və autsayder hər şansdan maksimum yararlanmağa çalışacaq.

“Şamaxı” isə son iki oyunda ardıcıl olaraq “Zirə” və “Qarabağ”dan xal qoparmağı bacarıb. Ayxan Abbasovun yetirmələri liqada mövqeyini möhkəmləndirib və mövsümün sonuna qədər daha üst sıralara yüksəlmək niyyətindədir. Mütəxəssisin yayda klubdan ayrılacağı gözlənilir və o, vidanı pozitiv notlarla etmək arzusundadır.

18 aprel, 19:00 Qarabağ – Sabah
Turun, bəlkə də, mövsümün ən vacib görüşü Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Lider “Sabah” səfərə 10 xallıq üstünlüklə yollanır. “Bayquşlar” üçün heç-heçə də sərfəli nəticə sayılır.

Komandaları müqayisə edəndə daha rahat tərəf məhz “Sabah”dır. Məğlubiyyət belə fərqi 7-yə endirəcək və yenə hər şey “Sabah”ın özündən asılı olacaq.

Tərəflər arasında bu arenada baş tutan son oyun kubok matçına təsadüf edib və qollu bərabərlik qeydə alınıb. Ümumiyyətlə, “Qarabağ”ın “Sabah”a qarşı ev sahibi olduğu son iki matçda 10 qol vurulub və qalib müəyyənləşməyib – 2:2, 3:3.

Görüş “Qarabağ” üçün həlledici olacaq. Son illərin dəyişməz çempionu taxtından salınıb və yenidən zirvəyə qayıtması çətin görünür. Lakin “Sabah” üzərində inamlı qələbə komandanı motivasiya edə, rəqibi isə ruhdan sala bilər. Bu baxımdan “Qarabağ” bütün şanslarından maksimum yaralanmağa çalışacaq.

19 aprel, 15:30 Kəpəz – İmişli
“Qarabağ” qələbəsindən sonra ardıcıl iki məğlubiyyət yaşayan “Kəpəz” azarkeşlərini sevindirməyə çalışacaq. Gəncə təmsilçisi sonuncu pillədən 10 xal öndədir. 11-ci sıradakı “Qəbələ”ni isə iki xal üstələyən “sarı-göylər” bu turda qalib gəlməklə pley-off təhlükəsini müvəqqəti də olsa uzaqlaşdırmaq niyyətindədir.

“İmişli”nin isə aktivində 26 xal var. Ötən tur “Qəbələ” ilə oyunda vacib qələbə qazanan bölgə təmsilçisi liqadakı yerini böyük ölçüdə təmin edib. Jorj Kaşkilyanın yetirmələri “Kəpəz”i də məğlub edəcəyi halda, sonuncu olmayacaqları dəqiqləşəcək.

19 aprel, 19:00 Sumqayıt – Qəbələ
“Sumqayıt”da işlər yolunda getmir. Sıralanan xal itkiləri komanda haqda ancaq neqativ fikirlər yaradır. Birinci dövrədə “üçlük”də yer alan, qışdan sonra ciddi eniş yaşayan “kimyaçılar” 12 oyundur, qələbə qazana bilmir. Ötən turda “Turan Tovuz”la matçın (1:2) ikinci hissəsində əvvəlki oyunlarla müqayisədə daha yaxşı təsir bağışlayan “gənclik şəhəri” təmsilçisi qələbəsizlik seriyasına son qoymaq istəyir. “Sumqayıt” bu dəfə azarkeşləri önündə oynayacaq və “12-ci adamın” dəstəyi komanda üçün əlavə güc rolunu alacaq.

“Qəbələ” isə pley-off zonasından qurtulmağın yollarını axtarır. Rəqibləri “Kəpəz” və “İmişli” bu tur bir-biri ilə qarşılaşacaq və bu görüş “qırmızı-qaralar” üçün əlavə şans yaradacaq. “Sumqayıt” səfərində qazanılacaq qələbə komandanı 10-cu sıraya yüksəldə bilər. Bunun üçün isə “Kəpəz” məğlub olmalıdır.

Gəncəlilərin oyunu daha tez olacaq və xal itkisi “Qəbələ”yə qələbə üçün əlavə stimul verəcək.

Şahin Cəfərov

KL: “Strasburq”dan geri dönüş, Ardanın komandası yarımfinalda

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları baş tutub.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında AZ “Şaxtyor”u qəbul edib.

Görüş 2:2 hesablı bərabərliklə bitsə də, ümumi hesabda (5:2) qalib olan Arda Turanın yetirmələri yarımfinala adlayıblar.

“Fiorentina” evdə “Kristal Pelas”ı, AEK “Rayo Valyekano”nu qəbul edib. “Maynts 05” isə Fransada “Strasburq”la üz-üzə gəlib.

 

UEFA Konfrans Liqası

1/4 final 

16 aprel

 

AZ (Niderland) – “Şaxtyor” (Ukrayna) 2:2

İlk oyun 0:3

Qollar: İ.S. Yensen, 73, M. Sin, 80 – Alisson, 58, L. O. Meyreleş, 83

“Fiorentina” (İtaliya) – “Kristal Pelas” (İngiltərə) 2:1

İlk oyun – 0:3

Qollar: A. Qudmunsson, 30 (pen), Ş. Ndur, 53 – İ. Sarr, 17

AEK (Afina, Yunanıstan) – “Rayo Valyekano” (İspaniya) 3:1

İlk oyun – 0:3

Qollar: R. Marin, 36 (pen), Zini, 13, 51 – İ. Palazon, 60

“Strasburq” (Fransa) – “Maynts 05 (Almaniya) 4:0

İlk oyun – 0:2

Qollar: S. Nanasi, 26, A. Outtara, 35, J. Ensiso, 69, E. Emeqa, 74

AL: İspaniyada 6 qol, “Aston Villa”dan darmadağın

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində cavab oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk görüşündə “Selta” “Frayburq”u qəbul edib.

İlk qarşılaşmada olduğu kimi, bu dəfə də almanlar rəqib qapısına 3 top vurublar – 1:3. Beləliklə, ümumi nəticədə 6:1 hesablı qələbə qazanan komanda adını yarımfinala yazdırıb.

Günün digər matçlarında “Aston Villa” “Bolonya”nı, “Nottingem Forest” “Portu”nu qəbul edib. İspaniyada baş tutan “Betis” “Braqa” oyununda 6 qol vurulub.

UEFA Avropa Liqası

1/4 final

16 aprel

 

“Selta” (İspaniya) – “Frayburq” (Almaniya) 1:3

İlk oyun – 0:3

Qollar: V. Svedberq, 90+1 – İ. Matanoviç, 33, Y. Suzuki, 39, 50,

“Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya) 4:0

İlk oyun – 3:1

Qollar: O. Votkins, 16, E. Buendia, 26, M. Rocers, 39, E. Konsa, 89

“Nottingem Forest” (İngiltərə) – “Portu” (Portuqaliya) 1:0

İlk oyun – 1:1

Qollar: M. Gibbs-Vayt, 12

“Betis” (İspaniya) – “Braqa” (Portuqaliya) 2:4

İlk oyun – 1:1

Qollar: Entoni, 13, A. Ezzalzuli, 26 – P. Viktor, 38, V. Karvalyo, 49, R. Orta, 53 (pen), J. Qorbi, 76

Güləşçilərimiz Türkiyəyə yollanır

Sabah Türkiyənin Antalya şəhərində “Çempionlar” turnirinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, aprelin 20-dək davam edəcək ənənəvi yarışda U20 yaş qrupu üzrə milli komandaların üzvləri mübarizə aparacaq.

Turnirə yollanan idmançılarımızı təqdim edirik:

Sərbəst güləş

57 kq Muhəmməd İsmayılov

61 kq Camal Abbasov

65 kq Bəşir Verdiyev

70 kq Hacı Kərimov

74 kq Nurlan Ağazadə

79 kq Elcan İsmayılzadə, Muradxan Omarov

86 kq Məhəmməd Abbaszadə

92 kq Hüseyn Məmmədtağızadə

97 kq Fərhad Süleymanlı

125 kq Yusif Dursunov, Muxamad Qantemirov

Böyük məşqçi Arif Abdullayev

Məşqçi Rövşən Hacıyev

Məşqçi Nazim Əlicanov

Məşqçi Əşrəf Əliyev

 

Qadın güləşi

50 kq Nəzrin Əhmədli

53 kq Esra Məmmədli

55 kq Səadət Quliyeva

72 kq Zəhra Kərimzadə

Məşqçi Həsrət Məmmədyarov

 

Yunan-Roma güləşi

55 kq Emin Cavadlı, Nicat İsgəndərli, Hikmət Haqverdiyev, Elnar Ziyadov, Xalid Ələsgərov

60 kq Əli Nəzərov, Maksut Cankurtaran, Nihat Bəhmənov

63 kq Tural Əhmədov, Əmrah Əmrahov

67 kq Murad Əliyev, Roman Kərimov, Orxan Əliyev

72 kq Yusif Əhmədli, Kamran Rəcəbli

77 kq Cavad Məmmədov, Cavidan Nehmətov

82 kq Zaur Hüseynli

87 kq Orxan Hacıyev, Abdulla Həsənov

97 kq Mahir Qurbanlı, Rihad İbrahimli, Fuad Hüseynli

130 kq Museyi-Kazım Hüseyn

Böyük məşqçi Turac Hüseynli

Məşqçi Emin Əhmədov

Məşqçi Akif Əliyev

 

Niderlandlı futbolçu karyerasını bitirdi

​”Feyenoord”, “Monako” və “Fulhem” kimi klublarda çıxış etmiş Terens Konqolo peşəkar futbol karyerasını sonlandırdığını elan edib.

Futbolpress.az xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.

Konqolonun karyerasındakı son dayanacaq maraqlı bir nöqtə oldu. Cari ilin fevral ayında Gürcüstanın “İberiya 1999” klubu ilə müqavilə imzalayan futbolçu orada cəmi bir rəsmi matça çıxdıqdan sonra qəfil futbol həyatını bitirmək qərarına gəlib.

​Niderlandlı futbolçu 4 dəfə milli komandanın formasını geyinib.

Türkiyəli şahmatçı tarixə düşdü

Türkiyəli şahmatçı Yağız Kaan Erdoğmuş  2700 ELO reytinq səddini aşaraq şahmat tarixində bu səviyyəyə çatan “ən gənc qrossmeyster” ünvanını qazanıb.

Futbolpress.az xəbər verir ki, ​ Monakoda keçirilən turnirdə mübarizə aparan 14 yaşlı idmançı sabiq dünya çempionu Veselin Topalovu məğlub edərək elit şahmatçılar sırasına daxil olub.

​Bununla da Yağız Kaan 2700 ELO xalına çatan ən gənc şahmatçı kimi tarixə düşüb. Bu rekord əvvəllər 15 yaşında bu zirvəyə çatan çinli Vey İyə məxsus idi.

​Müqayisə üçün qeyd edək ki, dünyanın 1 nömrəsi Maqnus Karlsen, eləcə də Əlirza Firuzca və Qukeş Dommaracu bu səviyyəyə ancaq 16 yaşlarında çata bilmişdilər.

​Yağız Kaan həmçinin Türkiyə şahmat tarixinin ən yüksək ELO reytinqinə sahib idmançısı olub.

“Udineze”dən Zaniolo açıqlaması

​”Udineze”nin prezidenti Franko Soldati Nikolo Zaniolonun komandadakı çıxışından çox razı olduqlarını və onun birdəfəlik transferi üçün danışıqlara başladıqlarını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Soldati futbolçu haqqında bu sözləri deyib:

“Zaniolo həm xarakteri, həm də futbolu ilə komandaya mükəmməl uyğunlaşıb. Onu çox müsbət qiymətləndiririk və inanıram ki, Nikolo daha bir il bizimlə qalacaq. Artıq transfer məsələsi üzərində işləyirik”.

​Zaniolo bu mövsüm çıxdığı 30 matçda 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Qalatasaray” ilə müqaviləsi gələn il bitir.

Milli komanda günü iki medalla bitirdi

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ilk günü yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, millimiz günü 2 medalla bitirib.

Əhməd Yusifovdan sonra 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov da bürünc medal qazanıb. O, Rusiya təmsilçisi Abdullah Parçiyevi məğlub edib.

Avropa çempionatı aprelin 19-da yekunlaşacaq.

Yunanıstan derbisi türkiyəli hakimə tapşırıldı

Türkiyənin tanınmış hakimi Halil Umut Meler Yunanıstan Super Liqasında həftənin ən maraqlı qarşılaşmasını idarə edəcək.

Futbolpress.az Yunanıstan Futbol Federasiyasına istinadən xəbər verir ki, bazar günü baş tutacaq “Panatinaikos” – “Olimpiakos” derbisində baş hakim funksiyasını Halil Umut Meler yerinə yetirəcək.

Ona yan xətt hakimləri qismində İbrahim Çağlar Uyarcan və Abdullah Bora Özkara köməklik göstərəcəklər.

Afina şəhərindəki “Apostolos Nikolaidis” stadionunda keçiriləcək prinsipial qarşılaşma bazar günü, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

ABL: Bu dəfə “Neftçi” qalib gəldi

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi çərçivəsində daha bir oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, NTD və “Neftçi” komandaları cavab görüşündə üz-üzə gəliblər.

Bakı İdman Sarayında baş tutan qarşılaşma “Neftçi”nin 119:99 hesablı qələbəsi ilə bitib.

NTD ilk dueldə qalib gəldiyi (97:94) üçün yarımfinala adlayan tərəf üçüncü görüşdə müəyyənləşəcək.

“Barselona”dan Bastoni həmləsi

​”İnter”in ulduz müdafiəçisi Alessandro Bastoni həm fiziki, həm də psixoloji yorğunluq səbəbindən “Kalyari” ilə oyunda heyətdə yer almayacaq.

Futbolpress.az xəbər verir ki, bu gərginlik fonunda “Barselona” transfer təklifini masaya qoyub.

“La Gazzetta dello Sport”un məlumatına görə, Bastoninin son oyunlardakı performansı və üzləşdiyi mənfi rəylər onun qısa müddətli “fasilə” verməsini qaçılmaz edib. Baş məşqçi Kristian Kivu futbolçunu qorumaq məqsədilə onu heyətdən kənar saxlayıb.

Bastoninin klubdakı qeyri-müəyyən vəziyyətindən yararlanmaq istəyən “Barselona” rəsmi təklif göndərib.

Kataloniyalılar transfer qiymətini aşağı salmaq üçün nağd pulla yanaşı, gənc müdafiəçi Hektor Fortun mübadiləyə daxil edilməsi planlaşdırır.

​”İnter” Bastoninin qiymətini 60 milyon avro civarında qiymətləndirir və ulduz oyunçunu dəyərindən ucuz satmaq niyyətində deyil.

“Futbol dünyası çox xüsusi bir insanı itirdi”

​”Arsenal”, “Yuventus” və “Liverpul” kimi nəhəng klubların keçmiş qapıçısı Aleks Manninger 48 yaşında faciəvi şəkildə həyatını itirib.

Futbolpress.az Avstriya mətbuatına istinadən xəbər verir ki, hadisə Zalsburq yaxınlığındakı kənddə baş verib.

Manninger idarə etdiyi avtomobillə qorunmayan dəmiryolu keçidindən keçərkən qatarla toqquşub. Hadisə yerində göstərilən ilkin tibbi yardıma baxmayaraq, təcrübəli idmançının həyatını xilas etmək mümkün olmayıb. Qatardakı sərnişinlər isə xəsarət almayıblar.

Avstriya Futbol Federasiyası Manningerin vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb:

“Aleks Manningerin ölüm xəbəri bizi şoka saldı. Futbol dünyası çox xüsusi bir insanı itirdi”.

“Çelsi” Kaysedo ilə bağlı qərarını verdi

“Çelsi” dayaq yarımmüdafiəçisi Moyzes Kaysedo ilə olan müqavilənin müddətini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano xəbər yayıb.

“Zadəganlar” 24 yaşlı ulduz futbolçunun müqaviləsini 2033-cü ilə qədər yeniləyib.

Kaysedo bu mövsüm “Çelsi” forması ilə ümumilikdə 42 rəsmi matçda meydana çıxıb. Ekvadorlu yarımmüdafiəçi bu qarşılaşmalarda komandasına 4 qol və 1 məhsuldar ötürmə ilə töhfə verib.

Messi İspaniyadan klub alır

Dünya futbolunun əfsanəsi Lionel Messi karyerasında yeni və maraqlı bir səhifə açır.

Futbolpress.az xəbər verir ki, ulduz futbolçu İspaniya klublarından birini tamamilə öz mülkiyyətinə keçirməyə hazırlaşır.

Məşhur insayder Fabrizio Romanonun yaydığı məlumata görə, Messi İspaniya üçüncü divizionunda mübarizə aparan “UE Kornella” klubunu satın alır. Klubun yerləşdiyi Kataloniya bölgəsi Messinin uzun illər “Barselona”da çıxış etdiyi və onun üçün doğma sayılan bir məkandır.

Xəbərdə qeyd olunur ki, Messi klubun səhmlərinin 100%-nə sahib olacaq.

O, kluba yeni nəfəs gətirməyi və gənc istedadların yetişdirilməsi üçün yeni bir sistem qurmağı hədəfləyir.

Oskardan futbola vida

​Oskar Kardozo 42 yaşında aktiv futbol karyerasını sonlandırdığını rəsmən açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Paraqvaylı forvard bu qərarını sosial media hesabından paylaşıb.

2014-2016-cı illər arasında “Trabzonspor”un formasını geyinən Kardozo güclü fiziki hazırlığı və usta qolçuluğu ilə qısa zamanda azarkeşlərin sevimlisinə çevrilmişdi. O, Türkiyə təmsilçisinin heyətində çıxdığı 66 matçda 28 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Kardozonun Avropa karyerasındakı ən parlaq dönəmi Portuqaliya nəhəngi “Benfika” ilə bağlıdır. O, bu klubun heyətində 293 oyunda 172 qol vuraraq Avropa futbolunun ən qorxulu hücumçularından biri kimi adını tarixə yazdırıb.

Karyerasının son illərini Paraqvayın “Libertad” klubunda keçirən ulduz futbolçu burada da yaşın sadəcə rəqəm olduğunu sübut edib. O, “Libertad” forması ilə 352 matçda 136 qol və 37 asistlik möhtəşəm göstəriciyə imza ataraq futbolu zirvədə tərk edib.

Premyer Liqada 6 oyunun vaxtı bəlli oldu

Misli Premyer Liqasında XXX turun oyun cədvəli müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, görüşlər 2, 3, 4 və 5 may tarixlərində keçiriləcək.

Turun cədvəlini təqdim edirik:

 

2 may (şənbə)

 

16:00. “Kəpəz” – “Sumqayıt”

Yevlax şəhər stadionu

18:30. “Araz-Naxçıvan” – “İmişli”

“SOCAR Polymer Arena”

 

3 may (bazar)

 

16:00. “Şamaxı” – “Sabah”

Şamaxı şəhər stadionu

18:30. “Zirə” – “Qəbələ” 

Zirə İK stadionu

 

4 may (bazar ertəsi)

 

19:30. “Qarabağ” – “Turan Tovuz”

T.Bəhramov adına Respublika stadionu

 

5 may (çərşənbə axşamı)

 

16:00. “Karvan-Yevlax” – “Neftçi” 

Yevlax şəhər stadionu

Vlahoviç “Milan”la “Yuventus” arasında

​”Milan” hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.

Futbolpress.az xəbər verir ki, “Qırmızı-qaralar”ın hədəfində “Yuventus”un serb ulduzu Duşan Vlahoviç var.

“La Gazzetta dello Sport”un məlumatına görə, gözlənilən performansı göstərə bilməyən Kristofer Nkunkunu satmağı planlaşdıran “Milan” onun yerini Vlahoviçlə doldurmaq istəyir.

Transferin pərdəarxasında maraqlı maliyyə detalları var:

​Turin klubu illik 12 milyon avro qazanan 26 yaşlı hücumçuya maaşının ciddi şəkildə azaldılacağı qısamüddətli yeni müqavilə təklif edib. Vlahoviç isə bu təklifə qətiyyən isti baxmır.

“Milan” rəhbərliyi ulduz futbolçunu razı salmaq üçün ona hazırkı 12 milyon avroluq maaşından daha yüksək bir məbləğ təklif etməyə hazırlaşır.

FIFA referisi liderlərin duelində

Misli Premyer Liqasının XXVIII turun lider “Sabah” səfərdə ən yaxın izləyicisi “Qarabağ”la qarşılaşacaq.

Görüş çempionatda sona 6 tur qalmış qızıl medallar uğrunda mübarizədə həlledici rol daşıyır.

Matçın baş hakimi isə FIFA referisi Elçin Məsiyev olacaq.

Məsiyev bu mövsüm çempionatda 12 oyuna təyinat alıb. O, ötən ilin dekabrında Masazırda baş tutan “Sabah” – “Qarabağ” oyununun da hakimi olub. Bu matçda “bayquşlar” qələbəyə sevinib – 2:1.

Məsiyev bundan başqa, bu mövsüm “Sabah”ın 1, “Qarabağ”ın isə 3 oyununa təyinat alıb. Tərəflər FIFA referisinin idarə etdiyi digər görüşləri qələbə ilə başa vurub.

Elçin Məsiyev ümumilikdə 12 matçda 50 sarı vərəqə, 2 qırmızı vərəqə göstərib. Referi 7 dəfə penalti təyin edib.

“Sabah” Premyer Liqada 66 xalla birincidir. Ehtiyatda bir oyunu olan “Qarabağ”ın isə aktivində 56 xal var.

Şahin Cəfərov

“Mingəçevir” ikinci pilləyə yüksəldi

Azərbaycan I Liqasında XXII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə üç matç baş tutub.

“Mingəçevir” “Difai”ni məğlub edərək ikinci pilləyə yüksəlib. Lider “Şəfa” “Baku Sportinq”lə heç-heçə edib. “Səbail” isə “Şimal”dan üstün olub.

Azərbaycan I Liqası
XXII tur

16 aprel

Mingəçevir – Difai 2:1
Qollar: K.Kalunqa, 33, A.Usman, 90 (pen.) – K.Kamta, 49

Baku Sportinq – Şəfa 0:0

Səbail – Şimal 4:0
Qollar: K.Quliyev, 1, 58 (pen.), 90 (pen.), R.Rikardo, 74

I Liqa klubu üçün maarifləndirici sessiya

I Liqada çıxış edən “Cəbrayıl” klubunun əsas komandasının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Futbolpress.az xəbər verir ki, sessiya AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

Təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, oyun zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.
Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.
Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Kim üçün İstanbulda görüş

“Bavariya”nın futbolçusu Kim Min-Cey karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, müdafiəçinin meneceri “Fənərbağça” ilə danışıq aparmaq üçün İstanbula gəlib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Cənubi koreyalı futbolçu sabiq klubunda yenidən oynamağa müsbət yanaşır.

Kim 2021/22 mövsümündə “Fənərbağça”da çıxış edib. O, 2023-cü ilin yayında “Napoli”dən “Bavariya”ya keçib.

Simeone “İnter”in hədəfində

2011-ci ildən bəri İspaniyanın “Atletiko Madrid” klubunu çalışdıran Dieqo Simeone karyerasında yeni səhifə aça bilər.

Futbolpress.az xəbər verir ki, Argentinalı mütəxəssisin yenidən İtaliyaya qayıdacağı iddia olunur.

Fransanın “Foot Mercato” nəşrinin yaydığı məlumata görə, A Seriyasında çempionluğa doğru irəliləməsinə baxmayaraq, “İnter” mövsümün sonunda baş məşqçi dəyişikliyinə getməyi düşünür.

Rəhbərliyin hazırkı idarəetmə ilə bağlı bəzi şübhələrinin olduğu və komandanın sükanını məhz Dieqo Simeoneyə tapşırmaq xəyalı qurduğu bildirilir.

Xəbərdə vurğulanır ki, Milan təmsilçisi argentinalı məşqçini inandıra bilsə, dərhal bu keçidi rəsmiləşdirməyə hazırdır.

Xatırladaq ki, təcrübəli mütəxəssisin Madrid klubu ilə hələ 1+1 illik müqaviləsi qüvvədədir.

“Mançester Siti”nin ulduzu komandadan gedir

“Mançester Siti” ulduz futbolçusu Bernardo Silvanın mövsüm sonunda komandadan ayrılacağını rəsmən elan edib.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi sosial media hesabından paylaşdığı mesajla kluba və azarkeşlərə vida edib.

Silva mesajında bu ifadələrə yer verib:

​”9 il əvvəl bura gələndə bir uşağın xəyallarının ardınca qaçırdım. Bu şəhər və bu klub mənə xəyal etdiyimdən qat-qat artıqını verdi. Birlikdə qazandıqlarımız qəlbimdə sonsuza qədər yaşayacaq bir mirasdır. Pep Qvardiolaya, texniki heyətə və bütün komanda yoldaşlarıma təşəkkür edirəm”.

Bernardo Silvanın “Siti”dən ayrılacağı dəqiqləşdikdən sonra onun adı transfer bazarında ən çox axtarılan isimlərdən birinə çevrilib.

Türkiyə mətbuatının iddialarına görə, ulduz futbolçu “Qalatasaray”ın transfer siyahısındadır və “sarı-qırmızılılar”ın bu keçid üçün ciddi cəhd göstərəcəyi gözlənilir.

Arda cəzalandırıla bilər

​”Real”ın “Bavariya”ya 4:3 hesabı ilə məğlub olaraq Çempionlar Liqası ilə vidalaşdığı gecədə Arda Güler hadisələrin mərkəzində olub.

Futbolpress.az xəbər verir ki, iki qol vuraraq komandasını oyunda saxlayan gənc ulduz matçın sonunda qəzəbinə hakim ola bilməyib.

Kamavinqanın 86-cı dəqiqədə qırmızı vərəqə almasından sonra azlıqda qalan Madrid klubu son dəqiqələrdə 2 qol buraxaraq turnirdən kənarlaşıb. Matçın final fitindən sonra referi Slavko Vinçiçə tərəf qaçaraq sərt şəkildə etiraz edən Arda Güler birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

İspaniya mətbuatı Arda Gülerin alacağı cəzanın hakimin raportundan asılı olacağını bildirir.

UEFA-nın intizam qaydalarına görə, əgər raportda “hakimə təhqir və ya nalayiq ifadələr” qeyd olunarsa, gənc futbolçu 2 matçlıq diskvalifikasiya oluna bilər.

Məğlubiyyətə baxmayaraq, türkiyəli ulduz “Bavariya”nın qapısına vurduğu 2 qolla matçın ən yaxşılarından biri olub və Çempionlar Liqasında dubl edən ən gənc oyunçulardan biri kimi tarixə düşüb.

Avropa çempionatında ilk medalımız

Cüdo millimiz Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında çıxış edir.

Futbolpress.az xəbər verir ki, komandamız aktivinə ilk medalını yazdırıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevə qalib gələrək nüfuzlu qitə turnirinin bürünc medalını qazanıb.

Çempionata aprelin 19-da yekun vurulacaq.

“Nəhənglər”in hədəfində olan futbolçu qərarını verdi

İngiltərə millisinin futbolçusu Entoni Qordon yayda “Nyukasl”dan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Hücumçu özünü daha güclü komandada sınamaq arzusundadır.

“Liverpul”, “Arsenal” və “Bavariya” Qordonla yaxından maraqlanır.

İngilis futbolçu bu mövsüm 26 oyunda 12 qol vurub, 10 məhsuldar ötürmə edib.

Məmmədov bu mövsüm ikinci dəfə “Neftçi”nin oyununda

Misli Premyer Liqasında sabah keçiriləcək “Zirə” – “Neftçi” oyununu İnqilab Məmmədov idarə edəcək.

Futbolpress.az-ın məlumatına görə, FIFA referisi liqada bu mövsüm ikinci dəfə “Neftçi”nin oyununa təyinat alıb. O, bundan öncə ötən ilin sentyabrında baş tutan “Sabah”la oyunu idarə edib – 0:0.

Məmmədov “Zirə”nin çempionatda 4-cü oyununu idarə edəcək. Referi buna qədər “qartallar”ın 3 səfər matçında baş hakim olub. “Zirə” bu görüşlərin ikisində qələbə qazanıb, birində uduzub. “Qəbələ” və “Sumqayıt”ı üstələyən qəsəbə təmsilçisi “Şamaxı”ya isə məğlub olub.

Millinin futbolçuları azarkeşlərlə görüşdü

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçularının iştirakı ilə bu gün Azərbaycan İdman Akademiyasında imza günü təşkil olunub.

Futbolpress.az xəbər verir ki, tədbirdə komandanın üzvləri Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva iştirak ediblər.

Futbolçular azarkeşlərlə görüşərək imzalı şəkillərini paylayıb və onlarla xatirə fotoları çəkdiriblər.

“Real” üzərində qələbəyə layiq idik”

“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasında “Real” üzərində qələbəni (4:3) şərh edib.

Futbolpress.az DAZN-a istinadən xəbər verir ki, qolkiper qələbəyə layiq olduqlarını deyib:

“Bizim üçün vacib gecə idi. Azarkeşlərimizə əsl futbolu yaşatdıq. Qol buraxandan sonra tələsmədik və sakit reaksiya verdik. Oyunun növbəti anlarında da üstünlük bizdə oldu. Rəqibi gözlədik, boşluqlarını axtardıq. Şansımız düşəndə isə bundan yararlandıq. Son dəqiqələrdəki geridönüş isə əla alındı. “Real” üzərində qələbəyə layiq idik”.

“Parabadminton Günü”

17 aprel saat 10:00-da Bakı Badminton Klubunda Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə “Parabadminton Günü” təşkil olunacaq.

Futbolpress.az xəbər verir ki, tədbirin əsas məqsədi parabadminton idman növünün təbliği, əlilliyi olan şəxslərin idmana cəlb olunması, inklüzivliyin təşviqi, eləcə də yeni istedadların üzə çıxarılmasıdır.

Tədbir çərçivəsində əlilliyi olan yeniyetmə və gənclər parabadminton idman növünü ilk dəfə sınaqdan keçirmək imkanı əldə edəcək, bu paraidman növü üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər.

“Prezident Kuboku 2026”: ilk dəfə Sərsəngdən

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 27 aprel – 1 may tarixlərində avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası keçiriləcək.

Futbolpress.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan , Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan  100-dən artıq idmançı mübarizə aparacaq.
“Prezident Kuboku” ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonunda, Sərsəng su anbarından start götürəcək. Aprelin 27-də Sərsəngdə akademik, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları və yarışlar baş tutacaq.

İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq. Tədbir çərçivəsində eyni zamanda milli musiqi və rəqs nümunələri nümayiş etdiriləcək. Beləliklə, Suqovuşan və Köndələnçaydan sonra Qarabağda yeni bir məkanda avarçəkmə ənənəsinin əsası qoyulacaq.

Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək. Saat 18:30-dan etibarən baş tutacaq açılış mərasimində əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. Ardınca komandaların Heydər Əliyev prospektindən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə qədər yürüşü təşkil olunacaq. Parad yekunlaşdıqdan sonra “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi və bədii hissə başlayacaq. Bədii hissədə şoular, müxtəlif rəqs və musiqi nömrələri nümayiş etdiriləcək. Tədbir “Döngə” qrupunun canlı ifaları ilə davam edəcək. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

29 aprel tarixində Qarabağın daha bir dilbər guşələrindən olan Suqovuşan su anbarında yarışlar davam edəcək.  “Prezident Kuboku 2026” beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

Reqataya mayın 1-də yekun vurulacaq.

Arbeloa narahat deyil

“Real”ın baş məşqçisi Alvaro Arbeloa açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis istefaya göndəriləcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib:

“Gələcəyimdən narahat deyiləm. Klub rəhbərliyi nə qərar versə, onunla razılaşacağam. Məyusam, komanda olaraq daha yaxşısını edə bilərdik, ancaq olmadı”.

“Real” Çempionlar Liqasında mübarizəni 1/4 finalda dayandırıb. Komanda La Liqada lider “Barselona”dan 9 xal geri qalır.

“Çempionluğu hər şeydən çox istəyirik” – Okan Buruk

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın çempionluq hədəfindən söz açıb:

“Çempionluğu hər şeydən çox istəyirik. Oyunçular da arzuludur. Komandada bir az fiziki yorğunluq var. Kiçik zədələrimiz oldu, oyunçuların bəziləri ağrıları olsa da, meydana çıxdı. Toparlanmağa çalışırıq.

Son turdakı xal itkisindən sonra tənqidlərin olacağını bilirdik. Bunlara hörmətlə yanaşırıq. Bəzən təriflənirsən, bəzən tənqid olunursan. Hər bir halda, liderik və ən yaxın izləyicimiz “Fənərbağça” ilə evimizdə oynayacağıq”.

“Qalatasaray” 68 xalla birinci sıradadır. İkinci pillədəki “Fənərbağça”nın 66 xalı var.

“Beşiktaş”ın futbolçusu: “Azərbaycan millisində oynamaqdan məmnunam”

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində səfərdə Andorraya qalib gəlib – 3:1.

Yığmanın sonucu qolunun müəllifi Esra Manya “Futbolpress.az“ə açıqlamasında görüşü dəyərləndirdi:

“Bütün məşqlərdə bütün gücümüzlə hazırlaşmışdıq. Mütləq qələbə qazanmalı idik. İstək və əzmimizlə meydanda son dəqiqəyə qədər mübarizə apardıq və qalib gəldik. Oyunda üstün tərəf biz idik. Qrupdan çıxmaq yolunda bu qələbənin əhəmiyyəti böyük idi”.

Millinin heyətində qol vuran Manya hisslərini bölüşdü:

“Millidə qol vurmaq qürurvericidir. Azərbaycan yığmasında oynamaqdan məmnunam. Son dəqiqələrdə vurulan qollar xüsusi gözəl olur. Sevincimi komanda yoldaşlarımla bölüşdüm”.

Azərbaycan yığması seçmə mərhələdə növbəti oyunu aprelin 18-də Bakıda Andorraya qarşı keçirəcək. Yarımmüdafiəçi bu matçdan gözləntilərini bölüşdü:

“Qələbə bizi rahatlaşdırmayacaq. Növbəti oyunu azarkeşlərimiz önündə keçirəcəyik və yenə qələbə qazanmaq mütləqdir. Hamımız bu arzudayıq. Bu görüşdən də mütləq üç xal götürməliyik”.

Azərbaycan millisi qrupda 6 xalla ikincidir. Lider Macarıstanın isə aktivində 7 xal var. Esra növbəti mərhələ şanslarını dəyərləndirdi:

“Macarıstan bir az daha güclüdür. Düzdür, bizim də gücümüz var. Andorra ilə Şimali Makedoniyanı məğlub etsək, Macarıstandan da xallar alsaq, qrupdan çıxa bilərik. Şanslarımızı yüksək dəyərləndirirəm”.

Bir müddət əvvəl “Fatih Vatan”dan “Beşiktaş”a keçən futbolçu yeni klubundan söz açdı:

“Beşiktaş” köklü klubdur. Bu komandada olmaqdan məmnunam. Təklif gələndə çox düşünmədim. Yenidən orda oynamaq mənim üçün xoşdur. Türkiyədə qadın futbolunun səviyyəsi hər gün artır. Hədəflərimiz yaxşı yerlərdə olmaqdır”.

Şahin Cəfərov

Milli Belarusla birgə hazırlıq keçir

​Azərbaycanın kamandan oxatma üzrə milli komandası beynəlxalq yarışlara hazırlıq məqsədilə növbəti təlim-məşq prosesini davam etdirir.

Futbolpress.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan bu hazırlıq mərhələsi Belarusun milli komandası ilə birgə keçirilir.

Cari ilin 10 aprel tarixindən start götürən birgə təlim-məşq toplanışı hər iki ölkənin idmançıları üçün yüksək səviyyəli hazırlıq imkanı yaradır. Aprelin 20-nə qədər davam edəcək bu prosesin əsas məqsədi oxatanların fiziki dözümlülüyünün artırılması, taktiki hazırlığın təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Gərgin məşq rejimində keçən toplanış zamanı hər iki komandanın üzvləri həm fərdi, həm də qrup şəklində müvafiq proqramları icra edirlər. Bu cür beynəlxalq səviyyəli birgə hazırlıqlar idmançıların qarşıdakı mötəbər yarışlara daha yüksək formada yollanmasına xidmət edir. Azərbaycan Kamandan Oxatma Federasiyası beynəlxalq hazırlıq prosesində iştirak edən hər iki komandaya qarşıdakı yarışlarda uğurlar arzulayır.

“Qarabağ” – “Sabah” oyunu FIFA referisinə tapşırıldı

Misli Premyer Liqasında XXVIII turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” – “Sabah” oyununu FIFA referisi Elçin Məsiyev idarə edəcək.

17 aprel (cümə)

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
“SOCAR Polymer Arena”, 17:00

“Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zirə İdman Kompleksinin stadionu, 19:30

18 aprel (şənbə)

“Karvan-Yevlax” – “Şamaxı”
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu, 15:30

“Qarabağ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30

19 aprel (bazar)

“Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Yevlax şəhər stadionu, 15:30

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamranbəy Rəhimov
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00

Millinin sabiq hücumçusu “butslarını asdı”

Paraqvaylı futbolçu Oskar Kardozo karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, 42 yaşlı hücumçu bu barədə özü açıqlama verib.

Son klubu ölkəsində “Libertad” olan Oskar daha əvvəl “Benfika”, “Trabzonspor”, “Olimpiakos” kimi komandaların formasını geyinib.

Kardozo Paraqvay millisində 57 oyunda 12 qol vurub.

“Həmin əməkdaş və futbolçu barəsində lazımi ölçünü götürəcəyik”

AFFA İntizam Komitəsi II Liqada mübarizə aparan “Araz Saatlı”nı cərimələyib.

Klub təhlükəsizlik üzrə menecer Xəyal Məmmədov və futbolçu Samir Məmmədovun rəqib oyunçuları və hakimləri təhqir etməsi səbəbindən iki min manat məbləğində cəzalanıb.

Klubun rəhbəri Ədalət Abdullayev “Futbolpress.az“a açıqlamasında qərarı şərh etdi:

“İntizam Komitəsinin qərarlarından xəbərdarıq. Arzuolunmaz haldır. Biz də olanları ciddi intizam pozuntusu kimi qiymətləndirir, həmin əməkdaş və futbolçu barəsində lazımi ölçünü götürəcəyik. Amma, təəssüf ki, bu kimi qurumlar bütün məsələlərə rasional yanaşır və bu prizmadan qərarlar çıxarır. Səbəbi yox, nəticəni qiymətləndirir. Olanlara haqq qazandırmaq niyyətindən tamamilə uzağam.

II Liqa yarımpeşəkar olsa da, biz daha çox peşəkar davranmağa çalışmalıyıq. Lakin, bu futboldur. Bəzən, emosiyaları idarə etmək çətin olur. Üstəgəl, bir mövsüm boyu bütün növ çətinliklərlə üzləşən kollektivi eyni tonusda saxlamaq, peşəkar davranmağa ilhamlandırmaq heç də asan olmur. Olanlardan nəticə çıxarıb, irəli baxmalıyıq. Qarşıda 5 final oyunu əhəmiyyətində oyunumuz var. Sakitləşib, soyuq başla oyunlara köklənməliyik”.

“Araz Saatlı” II Liqada 11 xalla sonuncu – 12-ci sıradadır.

Arda məğlubiyyətdən sonra bunları yazdı

“Real”ın futbolçusu Arda Güler Çempionlar Liqasında “Bavariya”ya uduzduqları oyundan (3:4) sonra paylaşım edib.

Futbolpress.az xəbər verir ki, matçda iki qol vuran türkiyəli yarımmüdafiəçi sosial şəbəkə hesabında bunları yazıb:

“Belə olmamalıydı. Geri dönəcəyik”.

“Bavariya” “Real”ı 4:3 hesabıyla məğlub edib və adını yarımfinala yazdırıb.

Mbappe ÇL-də rekorda imza atdı

“Real”ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, fransalı futbolçu bir mövsümdə səfər oyunlarında 10 qol vuran ilk futbolçu olub.

Mbappe rekordunu Münhendə “Bavariya”ya qarşı 1/4 final mərhələsinin cavab matçında müəyyənləşdirib.

“Real” “Bavariya”ya 3:4 hesabıyla məğlub olub və turnirlə vidalaşıb.

“Kişi kimi davransa, dediyini qəbul edər”

“Bavariya”nın futbolçusu Yosip Stanişiç açıqlama verib.

Futbolpress.az “Kicker”ə istinadən xəbər verir ki, müdafiəçi Çempionlar Liqasında “Real”a 1/4 final oyununda rəqib futbolçu Antonio Rüdigerin onu təhqir etdiyini deyib:

“Rüdiger məni təhqir etdi. Bu, qəbuledilməzdir. İki dəfə bir söz işlətdi. Mənim bunu deməyim doğru deyil. Ondan soruşun, kişi kimi davransa, dediyini qəbul edər”.

“Bavariya” “Real”ı 4:3 hesabıyla məğlub edib və adını yarımfinala yazdırıb.

Millinin baş məşqçisi jurnalistlərlə görüşəcək

Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 18-də “Bank Respublika Arena”da Andorra yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının oyunöncəsi mətbuat konfransının və açıq məşqinin vaxtı məlum olub.

Futbolpress.az xəbər verir ki, tədbir oyundan bir gün öncə – 17 apreldə olacaq. Millinin çalışdırıcısı Siyasət Əsgərovun mətbuat konfransı saat 17:15-də təşkil olunacaq. Açıq məşq isə 18:00-da olacaq.

Aprelin 18-də keçiriləcək Azərbaycan – Andorra oyunu saat 17:00-da start götürəcək. Milli qrupda 6 xalla ikincidir. Lider Macarıstanın 7 xalı var. Andorra isə 1 xalla qrup sonuncusudur.

“İnanıram ki, yüksək səviyyəli liqalarda oynamaq şansı qazanacağam”

“Sabah”ın U-18 basketbol komandası ilk dəfə iştirak etdiyi Gənclər Çempionlar Liqasında 7-ci yeri tutub.

“Bayquşlar”ın üzvü Hüseyn Məmmədov turnir və karyerasındakı hədəfləri ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– İlk dəfə iştirak etdiyiniz turnirdə 7-ci oldunuz. Çıxışınızı necə şərh edərdin?
– Ümumi götürəndə pis alınmadı. Bəzi oyunlarda istədiyimiz nəticəni əldə edə bilməsək də, komandada böyük istək və ruh hiss olunurdu.

– Turnirlə bağlı fikirlərin nədir?
– Bu cür turnirlər səviyyəmizi görmək və çatışmazlıqlarımızı müəyyən etmək baxımından çox önəmlidir. İlk dəfə beynəlxalq turnirdə iştirak etdim. Bu, çox dəyərli təcrübə idi. Daha sürətli və fiziki baxımdan güclü komandalarla oynamaq öz üzərimdə işləməyin vacibliyini göstərdi. Eyni zamanda, belə turnirlər qarşıdakı oyunlara psixoloji baxımdan daha möhkəm hazırlaşmağa kömək edir.

– Azərbaycanda basketbol hələ çox inkişaf etməyib. İndiki məqamda ilkin hədəflərin nədir?
– Hədəfim oyunumu inkişaf etdirmək, millidə daha çox şans qazanmaqdır. Daim üzərimdə işləyirəm, çalışıram ki, fiziki və texniki cəhətdən inkişaf edim. İnanıram ki, zəhmətimin qarşılığını alacağam. Basketbolçu kimi maksimum potensialıma çatmaq istəyirəm.

– Ölkə xaricində çıxış etmək arzun var?
– Bəli, əsas hədəflərimdən biri budur. Daha yüksək səviyyəli liqalarda oynamaq, Azərbaycanı beynəlxalq arenada təmsil etmək istəyirəm. İnanıram ki, bu səviyyədə çıxış etmək şansı qazanacağam.

Şahin Cəfərov

Davin Cəfərov Portuqaliyada beynəlxalq kartinq yarışının qalibi oldu

Azərbaycanın yüksələn motorsport istedadı, 16 yaşlı Davin Cəfərov beynəlxalq arenada sabit performansını və yüksək rəqabət qabiliyyətini bir daha nümayiş etdirib.

Futbolpress.az xəbər verir ki, Formula 4 üzrə uğurla keçdiyi iki test sessiyasından sonra o, yarış ritmini qorumaq və formasını yüksək səviyyədə saxlamaq məqsədilə Portuqaliyada, KIRO (“Karting International West Region trekində”) keçirilən “TAG Livre Portuguese Trophy” yarışında iştirak edib.

Yarışda Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan pilotlar mübarizə apararaq güclü beynəlxalq rəqabət mühiti formalaşdırıblar. Güclü külək və arabir yağan yağış nəticəsində trasda tutumun və görünmənin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Davin Cəfərov yüksək səviyyəli çıxış sərgiləyib.

Yarış həftəsonu gərgin mübarizə ilə yadda qalıb, ümumilikdə 8 qəza qeydə alınıb. Buna baxmayaraq, Davin Cəfərov hər üç yarışı səhvsiz və qəzasız başa vurub. Onun sabit və inamlı çıxışı yekunda birinci yerlə nəticələnib. Bununla da Davin Cəfərov yenidən podiumun ən yüksək pilləsinə yüksələrək motorsport dünyasında perspektivli pilot kimi mövqeyini daha da möhkəmləndirib.

Davin Cəfərov yalnız trekdə deyil, trekdən kənarda da Azərbaycanı qürurla təmsil etməyə davam edir. Onun artıq tanınan “44 qələbə jesti” bu dəfə də digər pilotların və komanda üzvlərinin diqqətini cəlb edib. Davin Cəfərov bildirib ki, bu jest Azərbaycanın 44 günlük Zəfərinə həsr olunub və dözümlülüyün, qətiyyətin, eləcə də milli qürurun rəmzidir.

KL: yarımfinalçılar məlum olacaq

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, türkiyəli mütəxəssis Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor” Niderlandda “Alkmaar”ın qonağı olacaq. İlk oyunda Ukrayna təmsilçisi qələbə qazanıb.

Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları

16 aprel

20:45. Alkmaar (Niderland) – “Şaxtyor” (Ukrayna)
İlk oyun 0:3

23:00. “Fiorentina” (İtaliya) – “Kristal Pelas” (İngiltərə)
İlk oyun – 0:3

23:00. AEK (Afina, Yunanıstan) – “Rayo Valyekano” (İspaniya)
İlk oyun – 0:3

23:00. “Strasburq” (Fransa) – “Maynts” (Almaniya)
İlk oyun – 0:2

“Hakim oyunu korladı” – Arbeloa

“Real”ın baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasında “Bavariya”ya uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yarımmüdafiəçi Eduardo Kamavinqanın meydandan qovulmasını belə şərh edib:

“Hakim oyunu korladı. Belə hərəkətə görə oyunçunu meydandan qovmazlar. Oyunun qırılma anı bu epizod idi”.

“Real” iki oyunda da “Bavariya”ya uduzub və Çempionlar Liqası ilə vidalaşıb.

MPL: liderin səfərdə “biləyi bükülmür”

“Sabah” Misli Premyer Liqasında bu mövsüm səfər oyunlarında məğlub olmayan yeganə kollektivdir.

Futbolpress.az-ın məlumatına görə, “bayquşlar” qonaq olduğu 13 matçda 10 qələbə qazanıb, 3 dəfə heç-heçə edib. Səfərdə 34 qol vuran “futuristlər” qapısında 12 top görüb.

Səfər oyunları statistikasında ikinci sırada “Qarabağ” yer alır. Turnir cədvəlində də həmin mövqedə olan “atlılar” 12 səfər matçında 8 qələbə qazanıb, 2 heç-heçə edib, 2 dəfə də uduzub. 23 qol vuran komanda 10-nu buraxıb.

Turnir cədvəlinin üçüncüsü “Turan Tovuz” isə 14 səfər matçında 7 qələbə qazanıb, 5 heç-heçə edib, 2 dəfə də uduzub. Tovuzlular bu göstəricidə də üçüncü pillədə qərarlaşıb. 16 qol vuran bölgə klubu qapısında 7 top görüb. “Turan Tovuz” liqada səfərdə ən az qol buraxan komandadır.

Səfər görüşlərinin ən pis göstəricisi isə “Karvan-Yevlax”la bağlıdır. Autsayder 13 səfər görüşündə cəmi 1 qələbə qazanıb. 3 heç-heçə edən yevlaxlılar 9 dəfə meydanı məğlub tərk edib. Turnir cədvəlinin sonuncu sırasında qərarlaşan kollektiv səfərdə keçirdiyi matçlarda cəmi 9 qol vurub, 30-nu buraxıb ki, bu da liqanın ən pis statistikasıdır.

Şahin Cəfərov

ÇL: həftənin oyunçusu kim olacaq?

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Futbolpress.az xəbər verir ki, mükafat uğrunda PSJ-dən Osman Dembele, “Bavariya”dan Maykl Olis, “Barselona”dan Dani Olmo və “Arsenal”dan Martin Subimendi yarışacaq.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

“Real”da Arbeloa ilə bağlı qərar verildi

“Real” baş məşqçisi Alvaro Arbeloa ilə yollarını ayıracaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. “Kral klubu”nun rəhbərliyi yaxın zamanda mütəxəssisi istefaya göndərəcək.

“Real” Çempionlar Liqasında mübarizəni 1/4 finalda dayandırıb. Madrid təmsilçisi La Liqada isə lider “Barselona”dan 9 xal geri qalır.

Avropa Liqasında yarımfinalçılar məlum olacaq

Bu gün UEFA Avropa Liqasında yarımfinalçılar məlum olacaq.

Futbolpress.az xəbər verir ki, “Portu” İngiltərədə “Nottingem Forest”lə üz-üzə gələcək. “Frayburq” “Selta”nın qonağı olacaq, “Aston Villa” “Bolonya”nı qəbul edəcək.

İspaniyanın “Betis” komandası isə “Braqa” ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları

16 aprel

20:45 Selta – Frayburq
İlk oyun 0:3

23:00 Aston Villa – Bolonya
İlk oyun 3:1

23:00 Betis – Braqa
İlk oyun 1:1

23:00 Nottingem Forest – Portu
İlk oyun 1:1

Nəriman 90 dəqiqə şans qazandı

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” ABŞ Kubokunda növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Riçmond Kikers”lə qarşılaşıb. Görüş “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 3:0.

Nəriman oyuna start heyətdə başlayıb və sona qədər oynayıb.

“Kolumbus” qələbə sayəsində 1/8 finala yüksəlib.

Legioner hücumçu “Sumqayıt”la vidalaşacaq

“Sumqayıt” mövsümün sonunda hücumçu Aleksandr Ramalinqomla vidalaşacaq.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, “kimyaçılar” 33 yaşlı forvardla müqaviləni uzatmayacaq.

Madaqaskarlı futbolçu ötən yay “kimyaçılar”a transfer olunub. Onunla 1+1 illik sözləşmə imzalanıb. “Sumqayıt” bir illik artırma bəndindən istifadə etməyəcək.

Ramalinqom bu mövsüm Premyer Liqada 24 oyunda 6 qol vurub.

Şahin Cəfərov

Arda Güler “Real”ın tarixinə keçdi

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Real” səfərdə “Bavariya”nın qonağı olub.

Futbolpress.az xəbər verir ki, matça damğa vuran isim isə türkiyəli gənc ulduz Arda Güler olub.

Oyunun hələ 35-ci saniyəsində “Bavariya”nın əfsanəvi qapıçısı Manuel Noyer ötürmə zamanı kobud səhvə yol verib. Topu ələ keçirən Arda Güler sol ayağı ilə uzaq məsafədən boş qalan qapını dəqiq nişan alaraq hesabı açıb.

Bu qol Arda üçün bir neçə baxımdan əlamətdar olub.

​O, “Real Madrid” forması ilə Çempionlar Liqasında debüt qolunu vurub. Arda Güler “Real Madrid”in Çempionlar Liqası tarixində vurduğu ən sürətli qolun müəllifi kimi də kluba adını qızıl hərflərlə yazdırıb.

Messi məhkəməlik oldu

Mayamidə fəaliyyət göstərən və idman musiqi tədbirlərinin təşkili üzrə ixtisaslaşan VID şirkəti “İnter Mayami”nin lideri Lionel Messini və Argentina Futbol Assosiasiyasını (AFA) məhkəməyə verib.

Futbolpress.az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb. Buna səbəb tərəflər arasındakı müqavilə şərtlərinin pozulması olub.

Şirkət ötən ilin oktyabrında Argentina millisinin Venesuela (1:0) və Puerto-Riko (6:0) yığmaları ilə keçirdiyi iki yoldaşlıq oyununun təşkili üçün eksklüziv hüquqların əldə edilməsinə dair AFA ilə 7 milyon dollar dəyərində müqavilə bağlayıb. Razılaşmaya əsasən, Messi zədələnmədiyi təqdirdə hər matçda ən azı 30 dəqiqə meydanda olmalı idi.

Lakin argentinalı ulduz Venesuela yığması ilə oyunda iştirak etməyib.

Şirkət rəhbərliyi 38 yaşlı superulduzun meydançaya çıxmaması səbəbindən milyonlarla dollar gəlir itirdiyini iddia edir. Hazırda şirkət vurulan bütün maddi zərərlərin ödənilməsini və təzminat tələb edir.

“Barselona” və “Mançester Siti”nin transfer savaşı

​”Barselona” “Palmeyras”ın 16 yaşlı vunderkindi Eduardo Konseysaonu heyətinə qatmaq üçün “Mançester Siti” ilə gərgin rəqabətə girib.

Futbolpress.az xəbər verir ki, əvvəllər Endrik, Estevao Villian və Rayan kimi cənubi amerikalı istedadları rəqiblərinə əldən verən “Barselona” bu dəfə eyni ssenarini yaşamaqdan çəkinir.

İspaniyanın “AS” nəşrinin məlumatına görə, klub gənc ulduzla bağlı danışıqları maksimum dərəcədə sürətləndirib və ildırımsürətli həmlə edib.

Hücumameyilli yarımmüdafiəçi məşhur “Kopinya” turnirində keçirdiyi 7 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə Avropa nəhənglərinin diqqətini çəkib. Lakin “Barselona”nın skautları onu bu turnirdəki partlayışından çox əvvəl də izləyirdi.

Gənc futbolçunun 2029-cu ilin yanvarınadək qüvvədə olan müqaviləsində 100 milyon avroluq sərbəstqalma bəndi mövcuddur. Lakin “Palmeyras”ın bu məbləğin yarısına – yəni sabit ödənişlər və bonuslar da daxil olmaqla 50 milyon avroya bu transferə razılıq verəcəyi bildirilir.

Yeniyetmə cüdoçular arasında Liqa yarışının I turu başladı

Aprelin 15-də cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının I turu start götürüb.

Futbolpress.az xəbər verir ki, Abşeron Olimpiya Kompleksində keçirilən turnirin ilk günündə 243 cüdoçu 6 çəkidə medalçıları müəyyənləşdirib.

Qızlar -40 kq, -52 kq, -70 kq, oğlanlar isə -50 kq, -66 kq və -90 kq çəki dərəcələrində mübarizə aparıblar.

Cari ildə U-17 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.

 

İlk günün mükafatçılarını təqdim edirik:

Qızlar

-40 kq

 

1. Fəridə Rəhimli (Naftalan UGİM)

2. Sofiya Bıkova (Maştağa İK)

3. Zeynəb Qurbanova (RKİM)

4. Rəvanə Əliquliyeva (Qəbələ (Bakı))

 

-52 kq

1. Samirə Əliyeva (Balaxanı İM)

2. Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)

3. Yağmur Abdullayeva (Arifoğlu İK)

3. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

 

-70 kq

1. Zümrüd Əliyeva (RKİM)

2. Aişə Rüstəmova (DİN İC)

3. Qönçə Məmmədli (Ələt İdman Klubu)

3. Lalə Səbziyeva (İOEUGİM Sumqayıt)

 

Oğlanlar

-50 kq

1. Ülvi Cəlilzadə (Neftçi İK)

2. Məhərrəm Bayramlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

3. Fərid Rzazadə (Pirşağı-Kürdəxanı İK)

3. Cəbrayıl Bağırov (Sərhədçi İM)

 

-66 kq

1. Əli Cəfərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Həsən İbadov (Neftçi İK)

3. Dünyamalı Asdanlı (Judo Club 2020 İK)

3. Hüseyn Şıxəliyev (Sərhədçi İM)

 

-90 kq

1. Tural Rzayev (Şuşa UGİM)

2. Qədir Umudəliyev (Qədiroğlu İK)

3. Munir Əlizadə (Atilla İK)

3. Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

Noyer yeni rekordun astanasında

​”Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”a qarşı keçirilən cavab matçında yeni tarixi göstəriciyə imza atacaq.

Futbolpress.az xəbər verir ki, Noyer “Bavariya”nın start heyətində 137-ci ÇL matçına çıxaraq, Lionel Messinin bu göstəricidə (“Barselona” – 136 oyun) geridə qoyacaq.

​Hazırda bu siyahının mütləq lideri 149 oyunla İker Kasilyasdır. Əgər 40 yaşlı Noyer klubu ilə müqaviləsini daha bir il uzadarsa, gələn mövsüm Kasilyasın əlçatmaz görünən rekordunu qırmaq üçün real şans qazanacaq.

​Təcrübəli qapıçı gələcəyi ilə bağlı qəti qərarını hələ verməyib. O, mətbuat konfransında karyerasının davamı ilə bağlı verəcəyi qərarda rekordların və ya çempionluq ehtimallarının həlledici amil olmayacağını vurğulayıb.

Kukseviç: “Meydanda gördüyümüz yaxşı işlər bizim üçün qələbəyə bərabərdir”

Bu gün keçirilən Qazaxıstan – Azərbaycan oyunu ilə bağlı millinin baş məşqçisi Yevgeni Kukseviç açıqlama verib.

Futbolpress.az həmin açıqlamanı təqdim edir:

“Birinci oyundan sonra istirahət etdik və yaxşı bərpa olunduq. Üstəlik, rəqibin adının gətirdiyi üstünlüyü, azarkeş amilini, zala uyğunlaşmaq baxımından yaşadığımız problemi bu dəfə bir kənara atdıq, psixoloji baxımdan matça tam hazır çıxdıq. Buna görə də yaxşı oynadığımız deyə bilərəm. Əslində, yoldaşlıq oyunlarını güclü rəqiblərə qarşı keçirmək yaxşı oldu. Zəif rəqibləri udub bayram etməkdənsə, səhvlərimizi, çatışmazlığımızı görüb, üzərində işləmək və inkişaf etmək lazımdır. Yenə deyirəm, bugünkü oyunumuz da çox çətin idi, ancaq uşaqlar bacardıqlarını göstərdilər. Sadəcə, soyuqqanlılığımız çatmadı. Bəzi epizodlarda yaxşı mənada nələrsə etmək istədik, alınmadı. Bu cür oyunlarda uduzsaq da, meydanda gördüyümüz yaxşı işlər bizim üçün qələbəyə bərabərdir”.

Altay Bayındır Super Liqaya qayıdır

​”Mançester Yunayted”də axtardığını tapa bilməyən Altay Bayındır yenidən Super Liqaya dönməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu dəfə o, keçmiş klubu “Fənərbaxça”nın deyil, “Beşiktaş”ın uğurları üçün çalışacaq.

İngiltərənin məşhur “Daily Mail” nəşrinin yaydığı məlumata görə, növbəti mövsüm üçün heyətdə ciddi dəyişikliklər etməyi planlaşdıran “Beşiktaş” Altay Bayındırla hər mövzuda razılığa gəlib. 28 yaşlı qolçunun yenidən İstanbula qayıtmağa yaşıl işıq yandırdığı bildirilir.

“Qara qartallar” hazırda İngiltərə nəhəngi ilə transfer məbləği barədə müzakirələri davam etdirir.

“Qırmızı şeytanlar” Altayı 2023-cü ildə “Fənərbağça”dan 5 milyon avroya transfer etmişdi. Hazırda tərəflərin razılığa çox yaxın olduğu və transferin qısa zamanda rəsmiləşəcəyi gözlənilir.

Mourinyo Premyer Liqa yolunda

​”Fənərbağça”dan ayrıldıqdan sonra Portuqaliyanın “Benfika” klubuna üz tutan Joze Mourinyo yenidən İngiltərə yolundadır.

Futbolpress.az xəbər verir ki, Mourinyonun rəhbərlik etdiyi “Benfika” Portuqaliya Liqasında çempionluq yarışından uzaqlaşıb.

29 turdan sonra 69 xal toplayan komanda lider “Portu”dan 7 xal geri qalır. Bu gedişat mütəxəssisin Portuqaliyadakı gələcəyini sual altına salıb.

Premyer Liqada 14-cü pilləyə qədər geriləyən “Nyukasl Yunayted” Eddi Haunu əvəzləmək üçün Mourinyonu əsas namizəd kimi görür.

“Yuventus”da yeni imza

İtaliya A Seriyasının nəhəngi “Yuventus” təcrübəli yarımmüdafiəçisi Manuel Lokatelli ilə müqavilənin müddətini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano məlumat yayıb.

Turin təmsilçisi 27 yaşlı futbolçunun müqaviləsini 2030-cu ilə qədər yeniləyib.

Manuel Lokatelli bu mövsüm “qara-ağlar”ın heyətində ümumilikdə 41 rəsmi matçda meydana çıxıb. O, bu qarşılaşmalarda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Avroliqa rəhbərliyi bu klubları cəzalandırdı

​Avroliqa rəhbərliyi maaş limitini keçən 4 basketbol klubunu ümumilikdə 5 milyon avrodan çox cərimələyib.

Futbolpress.az xəbər verir ki, siyahıya rekord məbləğlə “Panatinaikos” başçılıq edir.

Sezonun ən yüksək büdcəli heyətinə sahib olan və Naycel Heys-Devisə böyük müqavilə təklif edən “Panatinaikos” 3 milyon avroluq cərimə ilə siyahının zirvəsində yer alıb.

​Digər cərimələnən klublar isə bunlardır:

​”Anadolu Efes” (Türkiyə): 1.1 milyon avro

​”Hapoel Tel Əviv” (İsrail): 1 milyon avro

​”Olimpiakos” (Yunanıstan): 300 min avro

Klublar cərimə məbləğlərini iyun ayının sonuna qədər Avroliqa rəhbərliyinə ödəməlidirlər.

Toplanan 5 milyon avrodan çox vəsait maraqlı bir şəkildə bölüşdürüləcək. Bu məbləğ cərimələnən 4 klub və maaş standartından aşağıda qalan “ASVEL” istisna olmaqla, turnirdəki digər 15 klub arasında bərabər şəkildə paylanacaq.

“Beşiktaş” Premyer Liqa klubunun planlarını pozdu

​”Beşiktaş”ın mövsümün sonunda Jota Silvanın satınalma hüququndan istifadə edəcəyi gözlənilsə də, Türkiyədən gələn son xəbərlər İngiltərə tərəfində ümidləri qırıb.

Futbolpress.az xəbər verir ki, Premyer Liqada qalıb-qalmayacağından asılı olmayaraq, yayda heyəti yenidən qurmağı planlaşdıran “Nottingem Forest” rəhbərliyi Jota Silvanın gedişini qəti hesab edirdi.

Lakin “Beşiktaş”ın portuqaliyalı vinger üçün nəzərdə tutulan yüksək satınalma məbləğini ödəmək niyyətində olmaması ingilislərin maliyyə planlarını pozub.

Bu vəziyyət Forest rəhbərliyini çətin seçim qarşısında qoyub. Jota Silvanın yay transfer pəncərəsi açıldıqda hansı klubda çıxış edəcəyi hələ də böyük sual işarəsi olaraq qalır.

ÇL: “Bavariya” və “Arsenal” yarımfinalda

Bu gün UEFA Çempionlar Liqasında son iki yarımfinalçı müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, ilk oyunda Portuqaliyada “Sportinq”i məğlub edən “Arsenal” bu dəfə rəqibini Londonda qəbul edib. Matç qolsuz başa çatıb.

Günün digər matçında “Real” “Bavariya”ya uduzub.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları

15 aprel

23:00 Arsenal – Sportinq 0:0
İlk oyun 1:0

23:00 Bavariya – Real 4:3
İlk oyun 2:1
Qollar: A.Pavloviç, H.Keyn, 38, L.Dias, 86, Olis, 90+4 – A. Güler, 1, 29, Mbappe, 42

❌