Normal view

Today — 29 October 2025Main stream

“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1 – Video

28 October 2025 at 23:30

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Kəpəz” – “Ağstafa Gəncləri” matçı meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Kəpəz” – “Ağstafa Gəncləri” 6:1 Qollar: Şahmar Aşurov, 17. Rauf Hüseynli, 35. Sadiq Şəfiyev, 41. Elcan Əbilov…

Source

“Dinamo” – “Turan Tovuz” 0:5 – Video

28 October 2025 at 23:00

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Dinamo” – “Turan Tovuz” matçı meydan sahiblərinin 0:5 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Dinamo” – “Turan Tovuz” 0:5 Qollar: İbrahima Vadji, 19; 51. Şəhriyar Əliyev, 24. Ayxan Hüseynov, 41.

Source

“Cəbrayıl” – “Şəfa” 0:3 – Video

28 October 2025 at 22:30

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Cəbrayıl” – “Şəfa” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Cəbrayıl” – “Şəfa” 0:3 Qollar: Amir Ebrahimzade, 25; 44. Amil Yunanov, 85. Sarı vərəqələr: Arsene Dauda…

Source

Yesterday — 28 October 2025Main stream

Xorxe Kaskilya penalti qərarından narazı qalıb

28 October 2025 at 22:00

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya futbol üzrə Azərbaycan Kubokunda “Qaradağ Lökbatan”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, kubokun 2-ci təsnifat mərhələsinin Qubada baş tutmuş bu görüşündə qapılara bütövlükdə 5 qol vurulub. 3:2 hesablı əzmkar qələbə sayəsində mərhələ adlayan “İmişli”nin baş məşqçisi Xorxe Kaskilya matçdan sonra jurnalistlərə açıqlamasında…

Source

“Qaradağ Lökbatan” – “İmişli” 2:3 – Video

28 October 2025 at 21:30

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “İmişli” matçı meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Qaradağ Lökbatan” – “İmişli” 2:3 Qollar: Sabir Allahquliyev, 28-pen; 69 – Elmir Rəhimzadə, 66.

Source

Azər Bağırov: “Daha yaxşı “Kəpəz” görmək istəyirik”

28 October 2025 at 21:00

“Kəpəz”in baş məşqçisi Azər Bağırov futbol üzrə Azərbaycan Kubokunda “Ağstafa Gəncləri”nə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, kubokun 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün Qəbələ şəhər stadionunda baş tutmuş bu görüş Gəncə təmsilçisinin 6:1 hesablı qələbəsiylə yekunlaşıb. Azər Bağırov oyundan sonra komandasının çıxışı ilə bağlı fikirlərini jurnalistlərlə…

Source

“Karvan” – “Şəki” 3:1 – Video

28 October 2025 at 20:30

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Karvan” – “Şəki” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Karvan” – “Şəki” 3:1 Qollar: Said İranxan, 16. Tompson Qavi 105+1. Coy Sleyd Mikels, 118 – Nurlan Novruzov, 90+2.

Source

PFL “Qarabağ”la “İmişli”nin oyunlarının yerini dəyişdirdi

28 October 2025 at 20:00

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) sonuncu qalibi olan “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Arena.az xəbər verir ki, Ağdam klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə oyununa daha yaxşı hazırlaşmaq məqsədilə 10-cu turda keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə 20-ci turda baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini…

Source

“Göygöl” – “Baku Sportinq” 0:2 – Video

28 October 2025 at 19:30

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Göygöl” – “Baku Sportinq” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Göygöl” – “Baku Sportinq” 0:2 Qollar: İlham Allahverdiyev, 40; 60. Sarı vərəqələr: Seymur Fərəci, 67 (qeyri…

Source

6 komanda Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəldi

28 October 2025 at 19:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub. Mərhələnin bu gün keçirilmiş oyunlarında Premyer Liqa klublarından “Karvan”, “Kəpəz”, “İmişli” və “Turan Tovuz” aşağı liqa komandaları ilə qarşılaşıblar. Elita təmsilçiləri sürprizə imkan verməyiblər.

Source

“Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” – Kaşkilya

28 October 2025 at 21:18

“Qaradağ Lökbatan” şübhəli penalti qərarından sonra hesabı açıb.

Komanda.az xəbər verir ki, bunu “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində qarşılaşdıqları “Qaradağ Lökbatan”la oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, qələbə qazandıqları görüşü şərh edib:

“Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı və matçın əvvələrində iki real qol vəziyyəti yaratdıq. Rəqib isə çox şübhəli penalti qərarından sonra hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumaqda çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı. İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Bir müddət sanki top rəqib qapısına daxil olmaq istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq”.

“Qaradağ Lökbatan” – “İmişli” oyunu bölgə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

The post “Rəqib şübhəli penalti qərarından sonra hesabı açdı” – Kaşkilya appeared first on Komanda.az.

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

28 October 2025 at 20:18

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə keçiriləcək oyununa daha yaxşı hazırlaşmaq məqsədilə 10-cu turda keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə 20-ci turda baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini istəyib.

Komanda.az xəbər verir ki, “Qarabağ” klubunun rəsmi müraciətini, “İmişli” klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.

Belə ki, 10-cu turda komandalar “Azersun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabr saat 17:00-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. 20-ci turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.

The post “Qarabağ”ın oyununun yeri dəyişdirildi appeared first on Komanda.az.

Asim Xudiyev Konfrans Liqası oyununda

28 October 2025 at 18:28

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Komanda.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində noyabrın 6-da keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Skopye şəhərində “Todor Proeski” adına milli stadionda baş tutacaq.

The post Asim Xudiyev Konfrans Liqası oyununda appeared first on Komanda.az.

Asim Xudiyev “Şkendiya” – “Yagelloniya” matçına təyinat aldı

28 October 2025 at 18:00

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev futbol üzrə Avropa Konfrans Liqasının oyununa təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Xudiyev Konfrans Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Source

“Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik”

28 October 2025 at 18:00

“Kəpəz”in baş məşqçisi Azər Bağırov komandasını Misli Premyer Liqasının oyunlarında daha yaxşı vəziyyətdə görmək istəyir.

Komanda.az xəbər verir ki, bunu “sarı-göylər”in baş məşqçisi özü “Ağstafa Gəncləri” komandası ilə Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, kubok matçında əsasən gənc futbolçulara şans verməsinin səbəblərindən danışıb:

“Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçlarında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardır. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.

“Kəpəz” – “Ağstafa Gəncləri” oyunu “sarı-göylər”in 6:1 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda “Araz-Naxçıvan”la üz-üzə gələcək.

The post “Çempionat matçlarında daha yaxşı komanda görmək istəyirik” appeared first on Komanda.az.

“Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq

28 October 2025 at 16:45

UEFA Çempionlar Liqasının 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri sabah satışa çıxarılacaq.

 Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Satışa oktyabrın 29-da, saat 15:00-dan start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.

Biletlər yalnız “iTicket.az”-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

The post “Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq appeared first on Komanda.az.

Abubakar “Neftçi”ni uğursuzluq zolağından çıxara bilər? – AÇIQLAMA

28 October 2025 at 16:33

“Neftçi” uzun müddət gözlənilən hücumçu mövqeyinə transferi ötən günlərdə nəhayət, reallaşdırdı. Bir müddət əvvəl adı “ağ-qaralar”la hallanan “Beşiktaş” və “Portu” kimi klublarda çıxış etmiş Kamerun millisinin üzvü Vensan Abubakar paytaxt təmsilçisi ilə müqavilə bağladı.

33 yaşlı futbolçunun debütü Premyer Liqanın son turuna – “Qəbələ” ilə səfər matçına (2:0) təsadüf etdi. Oyuna 70-ci dəqiqədə daxil olan kamerunlu forvard bir dəqiqə sonra məhsuldar ötürmə ilə hesabın açılmasında yaxından iştirak etdi və matçın sonlarına yaxın bir qol vurmağı da bacardı.

“Abubakarın transferi “Neftçi”ni uğursuzluq zolağından çıxara biləcəkmi” sualı ilə “ağ-qaralar”ın sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla əlaqə saxladıq. Sadıqovun Komanda.az-a açıqlaması belə oldu:

“Bilirsiz, mən hesab edirəm ki, bir futbolçu ilə hansısa uğursuzluq zolağından çıxmaq gündəmdə olmamalıdır. Ən vacibi odur ki, bu gün Abubakar da öz çıxışında bildirir ki, biz hamımız bir olsaq, bir nöqtəyə vursaq və bir yerdə çalışsaq, “Neftçi”nin ənənələrini nəzərə alaraq, əvvəlki əzəmətini qaytarmaqla istədiyimizə nail ola bilərik. Buna biz də – “Neftçi” rəhbərliyi, “Neftçi”sevərlər də ümid edirik. Və hamımız ümid edirik ki, tezliklə əzəmətini qaytaran, öz ənənəsinə sadiq olan güclü bir “Neftçi” görəcəyik. Bununla da ancaq və ancaq ümumi futbolumuz udacaq, gələcəkdə də bunun şahidi olacağıq”.

“Neftçi” Azərbaycan Premyer Liqasında 9 turdan sonra 12 xalla 8-ci pillədə yer alır.

Fəxri Rüstəmli

The post Abubakar “Neftçi”ni uğursuzluq zolağından çıxara bilər? – AÇIQLAMA appeared first on Komanda.az.

Vaqif Sadıqov hakimlərdən narazılıqlar haqda danışdı: “Qərəzli səhvlər görmürəm”

28 October 2025 at 14:28

Azərbaycan Premyer Liqasının cari mövsümündə cəmi 9 tur geridə qalmasına baxmayaraq, demək olar ki, hər turdan sonra hakim idarəçiliyi ciddi narazılıqlara səbəb olur. Baş məşqçilərin, futbolçularun oyunlardan sonrakı çıxışlarında açıq-aşkar hakimlərdən narazı olduqları görünür.

Bununla bağlı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik.

Sadıqov Komanda.az-a açıqlamasında hakimlərin idarəçiliydə qərəz olmadığını bildirdi:

“Hesab edirəm ki, səhvlər qaçılmazdır. Ancaq ən vacibi odur ki, qərəzli səhvlər görmürəm. Düzdür, səhvlər varsa, problemləri həll etmək lazımdır. Problemi həll etmək üçün gərək yollar tapılsın. Çalışmaq lazımdır. Ancaq yenə də deyirəm, ən vacibi odur ki, hansısa qərəzdən söhbət getməsin. Burada insan faktoru, amili var, istər-istəməz, hardasa, kimsə… Mən bunu izah etməyə də çətinlik çəkirəm. Yəni, hər kəs, ən vacibi, qərəz olmadığı yerdə gördüyünə qərar verir”.

Azərbaycan millisinin sabiq baş məşqçisi hesab edir ki, indi artıq əvvəlki dövr deyil, ölkədə futbol inkişaf edib:

“Yenə də deyirəm, bu gün ən vacibi odur ki, kiminsə nəyisə etməsi… O vaxtlar gedib, biz görmüşük. İndi tamamilə fərqli bir vaxtdır, futbolumuz inkişaf edib. Burda istər-istəməz bir şeyə toxunmalıyıq, bunu bir peşəkar kimi demək istəyirəm: Futbolun və futbolçuların səviyyəsi artdıqca hakimlərin də səviyyəsi onlarla eyni vaxtda artmalıdır. Bu olan halda, bəlkə də, biz bu söz-söhbətdən uzaq olacağıq. Hesab edirəm ki, futbolumuz da, futbolçularımız da, hakimlərimiz də ayaqlaşmalıdır və inkişafa, tərəqqiyə doğru getməlidirlər”.

Fəxri Rüstəmli

The post Vaqif Sadıqov hakimlərdən narazılıqlar haqda danışdı: “Qərəzli səhvlər görmürəm” appeared first on Komanda.az.

Futzal millimizin Ər-Riyada gedəcək heyəti açıqlandı

28 October 2025 at 11:30

Futzal üzrə Azərbaycan milli komandasının 6-cı İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək heyəti müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Bildirilir ki, baş məşqçi Yevgeni Kukseviç səfərə 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçı aparacaq. Qapıçılar: Kamran Hacıyev (Neftçi İK), Cavad Məmmədov (Baku Fire)…

Source

Azərbaycan millisinin Fransa ilə oyunu 200 manata

28 October 2025 at 10:30

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı keçirəcəyi matçların biletləri satışa çıxarılıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. “İticket.az” vasitəsilə satılan biletlərin qiymətləri İslandiya ilə oyun üçün 5-30 manat aralığında dəyişir. Azərbaycan – Fransa görüşü üçün bilet qiymətləri isə 5-200 manat…

Source

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə start verilir

28 October 2025 at 09:30

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinə start veriləcək. Arena.az xəbər verir ki, mərhələnin ilk oyun günündə 6 qarşılaşma baş tutacaq. Oyunlardan beşinə saat 14:00-da, qalan birinə isə 17:00-da start veriləcək. Qeyd edək ki, Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.

Source

Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb

28 October 2025 at 11:06

Futzal üzrə Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç 2-si qapıçı olmaqla, ümumilikdə səfərə 14 futzalçı aparacaq:

Qapıçılar: Kamran Hacıyev (“Neftçi İK”), Cavad Məmmədov (“Baku Fire”)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi “Neftçi İK”), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı “Araz-Naxçıvan”), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı “Baku Fire”), Oqtay Mahmudzadə (U-19)

A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də, 6-da və 8-də müvafiq olaraq Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

The post Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb appeared first on Komanda.az.

DÇ-2026: Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb

28 October 2025 at 10:43

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı oyunlarının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“İticket.az” vasitəsilə satılan biletlərin qiymətləri İslandiya ilə oyun üçün 5-30 manat arasında dəyişir. Azərbaycan – Fransa görüşü üçün bilet qiymətləri isə 5-200 manat aralığındadır.

İslandiya ilə qarşılaşma noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

The post DÇ-2026: Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb appeared first on Komanda.az.

“Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda

28 October 2025 at 18:51

Azərbaycan kubokunun 1/8 finalına vəsiqə qazanan ilk komandalar məlum olub.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçilərindən “İmişli”, “Kəpəz” və “Karvan-Yevlax” növbəti mərhələyə adlarını yazdırıb.

Mərhələ adlayan digər komandalar “Şəfa” və “Baku Sportinq”dir.

Bu günün son matçında Premyer Liqa təmsilçilərindən “Turan Tovuz” “Dinamo” ilə üz-üzə gəlib. Tovuz klubu 5 cavabsız qolla qalib gəlib.

Mərhələnin qalan oyunları sabah keçiriləcək.

Azərbaycan kuboku, 2-ci təsnifat mərhələsi

28 oktyabr

14:00. Göygöl – Baku Sportinq 0:2
Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Buzovna qəsəbə stadionu

Göygöl: 1. Nicat Əmirxanov 9. Ziyabil Məmmədov 14. Ülvi Cəlilov (k) 5. Taleh Hüseynzadə 10. Elcan Rəhimov 17. Ruslan Süleymanov 8. Kamal Həsən-pur 4. Sərcan Omarov 2. Surac Nəcəfov 6. Seymur Fərəci 22. Sənan Kərimov

Ehtiyat oyunçular: 12. Tofiq Mehdiyev 7. Nail Təhməzli 20. İsmayıl Məmmədov 18. Araz Quliyev 19. Ruslan Məmmədov 3. Raul Əlizadə

Məşqçi: Bilal Mehdiyev

Baku Sportinq: 1. Cəfər Əlizadə 11. İlham Allahverdiyev (k) 44. Samir İbrahimov 10. Elşən Abdullayev 20. Əli Mürsəlov 2. Xəyyam Hüseynov 6. Hüseyn Babayev 71. Cavanşir Şahbazlı 79. Mirmövsüm Caniyev 14. Ömər Məmmədzadə 19. Xəyyam Məmmədli

Ehtiyat oyunçular: 36. Elməddin Sultanov 9. Röyal Nəcəfov 5. Kamil Hüseynov 33. Luka Stevanoviç 7. Ceyhun Muxtarlı 8. Tolqar Yaqubov 22. Fərid Mahmudov 21. Pablo Enrike Alveş 17. Xəlil Bəşirov 77. Elvin Valiiev 18. Elgün Ələkbərli

Baş məşqçi: Kərim Diniyev

14:00. Karvan-Yevlax – Sheki City 3:1 (əlavə vaxtda)
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu

Karvan-Yevlax: 99. Pedro Mateuş 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov (k) 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 12. Vitor Roşa 3. Said İranxan 8. Peter Kinqs 10. Samuel Durrant 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 25. Əmrah Bulud 5. Nika Çaçaşvili 20. Coy Sleyd Mikels 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker

Baş məşqçi: Azər Həşimov

Sheki City: 1. Qurban Məhərrəmov 9. Nurlan Novruzov (k) 8. Kamal Mirzəyev 44. Təmraz Əmircanov 6. Elvin Dəmirov 27. Gülalı Mehrəliyev 77. Tahir Zeynalov 2. Said Əliyev 20. Nihat Fərəci 55. Rəşad Həsənov 4. Saleh Süleymanov

Ehtiyat oyunçular: 22. Həsən Həsənli 33. Ayxan Qocayev 10. Cavid İmamverdiyev 19. Rəsul İbrahimov 99. Nazim Bağırov 13. Elşad Əliyev 7. Rauf Məhərrəmov 92. Valeh Qəhrəmanlı 3. Raul Musayev 17. Ümid Nağdalıyev

Baş məşqçi: Elvin Həsənov

14:00. Qaradağ Lökbatan – İmişli 2:3
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu

Qaradağ Lökbatan: 90. Əli Kərimov 27. Sabir Allahquliyev 6. İsa Zeynallı 7. Elmin Əskərli 14. Fərid Abbaslı (k) 4. Vüsal Hüseynov 8. Ramil Orucov 11. Rəhman Quliyev 17. Tofiq Nəsibov 10. Emil Quluzadə 77. Hakan Həsənov

Ehtiyat oyunçular: 1. Rafiq Kərimov 3. Nicat Əskərov 9. Rövşən Şahmuradov 44. Qurban Hüseynov 15. Vüsal Alızadə 5. Nihad Əmrahzadə 21. Ayxan Məcidov 33. İlham Hüseynov 19. Mehdi Həşumov 88. Ceyhun Ağazadə

Baş məşqçi: Qəzənfər Abbasov

İmişli: 1. Hüseynəli Quliyev 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı (k) 44. Həzrət İsayev 3. Tuncay Yusifli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 6. Yau Mozes 23. Dioqo Rollo 17. Ezekiel Morqan

Ehtiyat oyunçular: 33. Andrey Sinenka 99. İmam Əli 19. Azər Salahlı 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 27. Lətif Rzayev 30. Xəlil Mürsəlli 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 7. Luis Silvestr

Baş məşqçi: Jorj Kaşkilya

14:00. Cəbrayıl – Şəfa 0:3
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

Cəbrayıl: 94. Matis Morvil 12. Andzuno Eli 21. İsa İsayev 7. Balamirzə Soltanov 8. Sadiq Hüseynli 4. Asif Məmmədov (k) 77. Əşrəf Zeynallı 2. Firəddin Abdullayev 19. Arsene Dauda 9. Dileyn Açimi 32. Elgün Dünyamalıyev

Ehtiyat oyunçular: 35. Fərman Bayramov 75. Emil Həbibov 10. Tapdıq Əhmədov 88. Əsədulla Heydərov 22. Əli Nəcəfli 11. Noh Lobe 5. Fərid Səfərli 62. Zaman Zamanlı 28. Rüstəm Əlizadə 55. Lətif Haşımov 49. Valeh Məmmədov 3. Həsən Həsənov

Məşqçi: Tariq Qasımov

Şəfa: 95. Rəvan Kazımov 88. Aqşin Paşayev (k) 8. Urfan İsmayılov 14. Vüqar Həsənov 80. Zahid Mərdanov 27. Pərviz Azadov 18. Elvin İsmayılov 11. Aqil Nəsibov 22. Hüseyn Mürsəlov 29. Ramin Nəsirli 99. Amir Ebrahimzade

Ehtiyat oyunçular: 13. Əli Həsənli 21. Novruz Məmmədov 33. Tərlan Quliyev 9. Amil Yunanov 42. Elnur Cəfərov 70. Ruslan Hacıyev 6. Xəyal Tomarov 2. Seymur Rəhimov 17. İsmayıl Zülfüqarlı 77. Ədilxan Qarəhmədov 83. Nihad Quliyev 23. Nahid Əliyev

Baş məşqçi: Elgiz Kərəmli

14:00. Kəpəz – Ağstafa Gəncləri 6:1
Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu

Kəpəz: 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov (k) 5. Rauf Hüseynli 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 21. Sadiq Şəfiyev 6. Pedro Qomeş

Ehtiyat oyunçular: 1. Kaçper Rosa 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 80. Şahnur İsmayılov 83. Raul İsaqov 9. Luis Paçu 10. Ryonosuke Ohori 55. Kresus Donqo

Baş məşqçi: Azər Bağırov

Ağstafa Gəncləri: 16. Ülvi Quliyev 8. Elgün Namazov (k) 3. Cəlal Cəlalzadə 2. İlkin Allahverdiyev 9. Eltac Hüseynov 17. Elgün Salıfov 25. Mübariz Kərimov 20. Vüsal Aslanov 6. Turan Məmmədov 7. Hüseyn Alıyev 22. Nicat İsmayılov

Ehtiyat oyunçular: 23. Uğur Məmmədhüseynov 21. Elgün Qəhrəmanov 10. Rüstəm Abdullayev 13. Nihat Bayramlı 14. Roma Dukaşvili

Baş məşqçi: Elşən Abadov

Dinamo – Turan Tovuz 0:5
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Azersun Arena”

Dinamo: 1. İbrahim Bağırov 14. Xəyal Qocayev 20. Valeh Seyidov (k) 10. Əlibala Ağayev 99. Yadigar Qarayev 18. Aydın İsxanzadə 8. İsmayıl İsmayılov 19. Məmməd Məmmədov 11. Fizuli Dəmirov 44. Əli Məmmədli 4. Məhəmməd Cəfərzadə

Ehtiyat oyunçular: 12. Elmin Qaçaylı 42. Ruslan Hüseynov 3. Rəhim Mustafayev 16. Bəxtiyar Əliyev 33. İkram Həmidli 22. Amil Nurəhmədov 2. Nihad Mahmudzadə 6. Orxan Novruzov 15. Kənan Abdullazadə 88. Nicat Nəsirli 27. Rəsul Məmmədli Məşqçi: İsmayıl Vəkiliqazicahani

Turan Tovuz: 41. Sergey Samok 4. Şəhriyar Əliyev (k) 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 39. Tural Bayramlı 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 99. Vadji İbrahima

Ehtiyat oyunçular: 13. Mehman Hacıyev 97. Elçin Qasımov 14. Murad Dadaşev 20. İbrahim Ramazanov 30. Mircamal Əlizadə 42. İsmayıl İsmayılov 60. Vüqar Bağırov

Baş məşqçi: Kurban Berdıyev

29 oktyabr

14:00. Şimal – Şahdağ Qusar
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

14:00. Xankəndi – Difai
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Ağsu şəhər stadionu

14:00. Zaqatala – Sumqayıt
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

16:00. Qəbələ – Mingəçevir
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu

16:00. Səbail – Şamaxı
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“ASCO Arena”

19:00. Neftçi – MOİK
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Palms Sports Arena”

The post “Turan Tovuz”, “Kəpəz”, “İmişli” və “Karvan-Yevlax” 1/8 finalda appeared first on Komanda.az.

Otar Aptsiauri “Kəpəz”ə lazım olmadı – Rəsmi

27 October 2025 at 23:20

Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Kəpəz” mərkəz yarımmüdafiəçisi Otar Aptsiauri ilə yollarını ayırıb. Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir. Gürcüstanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir. Klub Aptsiauriyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Source

“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı

27 October 2025 at 23:35

“Kəpəz” Otar Aptsiauri ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub Aptsiauriyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Otar Gəncə klubunun heyətində cəmi 4 oyun keçirib.

The post “Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı appeared first on Komanda.az.

“Neftçi” – MOİK matçına giriş pulsuz olacaq

27 October 2025 at 21:51

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız “Neftçi”nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün “Forza” və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

“Palms Sports Arena”dakı “Neftçi” – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək

The post “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq appeared first on Komanda.az.

Before yesterdayMain stream

Vüsal Qənbərov əməliyyat olundu

27 October 2025 at 21:00

Azərbaycan Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə matçda ağır zədə almış “İmişli”nin futbolçusu Vüsal Qənbərov əməliyyat olunub. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb. Vüsal qamış və incik sümüklərinin sınığı diaqnozu ilə əməliyyat əməliyyata məruz qalıb. Əməliyyat uğurla baş tutub və futbolçunun vəziyyəti stabildir. Bildirilir ki…

Source

Əsgərov: “Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik”

27 October 2025 at 20:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Qazaxıstana qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Arena.az xəbər verir ki, bu gün Çimkənd şəhər stadionunda baş tutmuş Qazaxıstan – Azərbaycan matçı millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Siyasət Əsgərov oyundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib: “Qazaxıstan yığması…

Source

U-17 millimiz Kosovoya da 0:6 hesabıyla uduzdu

27 October 2025 at 19:00

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb. Arena.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer almış millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Vadul lui Voda şəhərində keçirilmiş görüş Kosovo seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xatırladaq ki…

Source

Azərbaycan millisi Çimkənddə ikinci qələbəsinə sevindi

27 October 2025 at 18:00

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama görüşünü keçirib. Arena.az xəbər verir ki, millimiz Qazaxıstan yığması ilə qarşılaşıb. Çimkənd şəhər stadionunda təşkil olunmuş qarşılaşmanı Özbəkistandan olan hakimlər briqadası idarə edib. Oyun Siyasət Əsgərovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Source

Əvəzedicilər: “Qarabağ” uduzdu, “Sabah” qalib gəldi

27 October 2025 at 17:00

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 8-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub. “Qəbələ-2” – “Qarabağ-2” və “Zirə-2” – “Araz-Naxçıvan-2” oyunlarında meydan sahibləri 3 cavabsız qola seviniblər. “Şamaxı-2” – “Turan Tovuz-2” və “Sumqayıt-2” – “Sabah-2” oyunlarında isə…

Source

“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi

27 October 2025 at 19:41

Əvəzedicilər Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Qəbələ-2” və “Zirə-2” evdə, “Turan Tovuz-2” və “Sabah-2” isə səfərdə qələbə qazanıblar.

Xatırladaq ki, turun daha öncə keçirilmiş “Kəpəz-2” – “Neftçi-2” oyunu da qonaqların 3:1 hesablı qələbəsiylə yekunlaşmışdı.

Əvəzedicilər Liqası
8-ci tur

27 oktyabr

“Qəbələ-2” – “Qarabağ-2” 3:0
Qollar: Ceyhun Bağırzadə, 28. Nasiru Salihu, 45. Cuma Hüseynov, 90+1.

“Şamaxı-2” – “Turan Tovuz-2” 1:3
Qollar: Nihat Mehralıyev, 82 – Cəmil Məmmədov, 29. Elçin Qasımov, 48. Fərid Cəfərov, 77.

“Zirə-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Ramiz Muradov, 71; 81. Elşən Abdullayev, 86.

“Sumqayıt-2” – “Sabah-2” 1:2
Qollar: Murad Rüstəmov, 90+3 – Həmzəalı Mikayılov, 24-pen. Amir Qəribov, 90+3.

The post “Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi appeared first on Komanda.az.

“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”

27 October 2025 at 19:00

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Çimkənd şəhər stadionunda Qazaxıstan yığmasına qarşı keçirilən yoldaşlıq görüşündən sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:

“Qazaxıstan yığması ilə oyunlar bizim üçün çox vacib idi. Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik. Bu səbəbdən futbolçuların motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edirdi. Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik. İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik. Görünür, həmin oyundan sonra rəqib bizi çox yaxşı təhlil etmişdi. Bu gün çətinliklərlə üzləşdik. Fikrimcə, futbolçularımızın ikinci görüşə tam bərpa ola bilməməsi də müəyyən rol oynadı. Yenə də də qızlar xarakter göstərərək sona qədər mübarizə apardılar və qələbə topunu vurdular. Buna görə komandamıza təşəkkür edirəm.
Fürsətdən istifadə edərək Qazaxıstan Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışının yeri çox gözəl idi və bizim üçün hər cür şərait yaradılmışdı”.

Millimiz Qazaxıstan yığması ilə keçirdiyi ilk yoldaşlıq görüşündə 2:1 hesablı qələbə qazanıb.

The post “Qələbə qazanmaq böyük önəm kəsb edirdi” appeared first on Komanda.az.

Əvəzedicilər Liqası: 9, 10 və 11-ci turun oyun cədvəli açıqlandı

27 October 2025 at 15:00

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 9-cu, 10-cu və 11-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Qarşıdakı turların oyun cədvəli ilə sizi də tanış edirik: 31 oktyabr “Qarabağ-2” – “Zirə-2” Binə qəsəbə stadionu, 14:00. 1 noyabr “Araz…

Source

“İmişli”nin futbolçusu əməliyyat olundu

27 October 2025 at 17:40

“İmişli”nın futbolçusu Vüsal Qənbərov “Kəpəz”lə keçirilən oyunda aldığı zədə nəticəsində qamış (tibia) və incik (fibula) sümüklərinin sınığı diaqnozu ilə 27 oktyabr 2025-ci il tarixində əməliyyat olunub.

Bu brədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu məlumat verib.

Qənbərova qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub. Əməliyyat uğurla həyata keçirilib, oyunçunun vəziyyəti sabit və qənaətbəxşdir.

Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq. Klub rəhbərliyi və həkim heyəti ona tam bərpası və tezliklə meydanlara qayıtması üçün bütün zəruri şəraiti təmin edir.

The post “İmişli”nin futbolçusu əməliyyat olundu appeared first on Komanda.az.

Azərbaycan millisi böyük hesabla uduzdu

27 October 2025 at 16:08

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

Komanda.az xəbər verir ki, B Liqasının I qrupunda Kosovo ilə qarşılaşan yığma 0:6 hesabı ilə uduzub.

Oyun Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçirilib.

Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.

The post Azərbaycan millisi böyük hesabla uduzdu appeared first on Komanda.az.

Azərbaycan millisi ikinci oyunda da qələbəyə sevindi

27 October 2025 at 15:19

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununda da qələbə qazanıb.

Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstana qalib gəlib. Çimkənd şəhər stadionunda baş tutan matç Azərbaycan millisinin 1:0 hesablı üstünlüyü ilə bitib. Qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva rəqib komandanın qapısından keçirib.

Komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.

The post Azərbaycan millisi ikinci oyunda da qələbəyə sevindi appeared first on Komanda.az.

Birinci Liqa: 8-ci və 9-cu turun oyun cədvəli açıqlandı

27 October 2025 at 14:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 8-ci və 9-cu turlarının oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb. 8-ci turun oyunları üç, 9-cu turun matçları isə iki günü əhatə edəcək. 8-ci tur 20 noyabr “Zaqatala” – “Şahdağ Qusar” Zaqatala Olimpiya İdman Kompleksinin…

Source

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin təyinatları

27 October 2025 at 13:00

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir. Qeyd edək ki, Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyunları oktyabrın 28-də və 29-da keçiriləcək. 28 oktyabr “Göygöl” – “Baku Sportinq” Hakimlər: Namiq…

Source

Ceyhun Nuriyev Premyer Liqada 100-cü oyununu keçirdi

27 October 2025 at 12:00

Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 9-cu turu “Zirə”nin futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub. Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir. Yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. Bu, “Sumqayıt”la ev matçına (1:0) təsadüf edib. Ceyhun qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.

Source

“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu

27 October 2025 at 11:00

Futbol üzrə Azərbaycan çempionatının 2025/2026-cı illər mövsümünə uğursuz başlamış “Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub olub. Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir. “Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının cari mövsümünün 9-cu turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzublar. Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız…

Source

“Kəpəz” öz meydanında 20-ci darmadağına üzüldü

27 October 2025 at 10:00

“Kəpəz” futbol üzrə Azərbaycan çempionatlarında öz meydanında 20-ci dəfə böyükhesablı məğlubiyyətini alıb. Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir. Gəncə klubu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 9-cu turunda “İmişli”yə evdə 0:3 hesabı ilə uduzub. Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı 3 top fərqi…

Source

Patrik Andrade Premyer Liqada 100-ə çatdı

27 October 2025 at 09:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turu “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andrade üçün yubileylə əlamətdar olub. Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib. Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O…

Source

“Kubokun finalında doğma “Qarabağ”ımızı görmək istərdim” – MÜSAHİBƏ

27 October 2025 at 14:12

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdən sonra “Avrora Qrup”un prezidenti Ceyhun Abbasovun jurnalistlər üçün brifinqi keçirilib:

– Öncə müqavilə ilə bağlı fikirlərinizi bölüşərdiz…

– Bu gün futbol ictimaiyyətində bizim üçün çox önəmli, mühüm bir sənədə imza atdıq. PFL-lə “Avrora Qrup” arasında sponsorluq müqaviləsi imzalandı və bundan sonra Azərbaycan kuboku “Bizon” kuboku adlancaq. Şəxsən bizim, “Avrora” ailəsi üçün çox dəyərlidir. Buna görə, çalışacağıq ki, PFL-lə birgə bu missiyanı layiqincə həyata keçirək.

– Niyə bir mövsümlük imzalamısız, daha uzunmüddətli imzalamaq olmazdı?

– Qarşı tərəfi sınamaq istədik, həmçinin onlar da bizi. Hansı tərəfdən baxsan, bu, biznesdir. Bu müqavilənin bizim biznesə, marka dəyərinə gətirəcək dəyərdən söhbət gedir. Mən və komandam da düşünür ki, bu, uzunömürlü olacaq. Qarşılıqlı münasibətlərimiz bu prosesləri daha yuxarılara aparacaq və Azərbaycan futboluna, idmanına öz töhfəmizi verəcəyik. Bilirsiz ki, futbol idmanın şahıdır və Azərbaycanda da buna çox böyük maraq var. Xüsusən də, doğma “Qarabağ”ımızın son illərdə ortaya qoyduğu performans futbola marağı daha da artırır. Biz də bunun şahidiyik. Eyni zamanda, biz də öz markamıza inanırıq. Yerli brendimiz, sərvətimizdir. On ilin brendidir. Artıq bu sirr deyil, dünyanın 10-a yaxın ölkəsinə bu məhsul ixrac olunur. Bir Azərbaycan məhsulu, brendi kimi öz sözünü deyir.

– Son illər sponsorlar, bir çox şirkətlər Azərbaycan futbolundan yan qaçır. Maraqlıdır, PFL sizi necə razı saldı?

– İdmana olan marağımız, dəstəyimiz qaçılmazdır. Hazırda bir neçə kluba dəstəyimizi veririk. “Zirə”dir, “Sabah”ın alt qruplarına dəstək oluruq. Doğma “Araz”ımıza kömək edirik, sponsor kimi dəstək oluruq. PFL-dən də belə bir təklif gəldi və düşünürəm ki, biz də onu layiqincə dəyərləndirmişik.

– Deyə bilərsiz nə qədər maliyyə ayrılacaq?

– Xeyr (gülür).

– Yayda hansı klubun kuboku qaldırmasını istəyərdiz?

– Finalda doğma “Qarabağ”ımızı görmək istərdim.

– Bəs digəri?

– Sirr qalsın.

– “Bizon” ölkə kubokunda PFL-ə maliyyə cəhətdən dəstək göstərəcək. Maraqlıdır, PFL-in bu yöndə sizdə dəstəyi nə olacaq?

– Daha çox reklam nəzərdə tutulub.

– Bəs o reklamın nə dərəcədə səmərəli olması üçün hansısa ölçü mexanizmi var? Necə biləcəksiz nə dərəcədə səmərəli oldu o reklam lövhələri?

– Ümumiyyətlə, bir söz deyim, bu reklam elə bir şeydir ki, iki vur iki, dörd deyil. Yəni, bunu həmin dəqiqə ölçmək çətindir. Zaman-zaman reklam, marketinq dəstəyi özünü göstərəcək. Ancaq biz “Avrora”nın marketinq qrupu olaraq oturub düşündük ki, bu yola çıxsaq, PFL-lə birgə çalışsaq, uğurlu olarıq.

– Həvəskar futbolçu olduğunuzu dediz, yəqin ki, oynayırsız da. PFL-in prezidenti Elxan Səmədov da əvvəllər oynayırdı. Daha əvvəl yaşıl meydanlarda qarşılaşmısız?

– Özüm həvəskar futbolçuyam, artıq 45 ildir ki, oynayıram. Futbola böyük marağım var. “Avrora Qrup”un daxilində hazırda 36 komanda fəaliyyət göstərir. İlboyu oynayırıq, özüm də bir komandanın üzvüyəm. Elxan müəllimlə çox yaxşı münasibətlərimiz var futbol sahəsində. Bugünkü müqavilənin kökündə məhz bu münasibətlər dayanır.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post “Kubokun finalında doğma “Qarabağ”ımızı görmək istərdim” – MÜSAHİBƏ appeared first on Komanda.az.

“Yerli brendlə müqavilənin futbolumuza töhfəsi böyük olacaq” – PFL rəsmisi

27 October 2025 at 12:37

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdə PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev çıxış edib.

O, bu günün xüsusi bir gün olduğunu söyləyib:

“Bu gün xüsusi bir gündür. Bu günü xüsusi edən həm də ondan ibarətdir ki, biz yerli brendlə müqavilə bağlayırıq. Düşünürəm ki, bunun futbolumuza töhfəsi böyük olacaq. “Avrora Qrup” şirkətinə təşəkkür edirəm. Layihəmiz uğurlu olacaq. Ceyhun bəy (“Avrora Qrup”un prezidenti Ceyhun Abbasov) bildirdi ki, futbolla yaxından maraqlanır. Bu bizi sevindirir. Ümid edirəm ki, birlikdə Azərbaycan futbolunu istədiyimiz səviyyəyə çatdıracağıq”.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post “Yerli brendlə müqavilənin futbolumuza töhfəsi böyük olacaq” – PFL rəsmisi appeared first on Komanda.az.

“Bu gün PFL ilə müqaviləyə imza atmaqla bu yolda uğurlu olmaq istəyirik”

27 October 2025 at 12:27

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdə PFL-in prezidenti Elxan Səmədov, idman jurnalistləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasov bu yolda uğurlu olmaq üçün çalışacaqlarını bildirib:

“Sağlam bədəndə sağlam ruh olar” devizi ilə qarşısındayıq. Bu gün cənab prezident İlham Əliyevin idmana qayğısı göz önündədir. Biz də çalışırıq ki, bu yolu davam etdirək. Bu gün PFL ilə müqaviləyə imza atmaqla bu yolda uğurlu olmaq istəyirik.

“Bizon” markamız çətin markadır. Bu marka altında müxtəlif içkilərimiz mövcuddur. Düşünürük ki, “Bizon”umuz bu ilin markası olacaq. Və bu marka idmana da böyük töhfəsini verəcək”.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post “Bu gün PFL ilə müqaviləyə imza atmaqla bu yolda uğurlu olmaq istəyirik” appeared first on Komanda.az.

PFL sponsorluq müqaviləsi imzaladı – Azərbaycan kubokunun adı dəyişdi

27 October 2025 at 12:11

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, “Ritz-Carlton” otelinin “Şuşa” zalında keçirilən tədbirdə PFL-in prezidenti Elxan Səmədov, idman jurnalistləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən Bizon Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

The post PFL sponsorluq müqaviləsi imzaladı – Azərbaycan kubokunun adı dəyişdi appeared first on Komanda.az.

“Qəbələ”nin 200-cü məğlubiyyəti

27 October 2025 at 10:39

“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub olub.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Misli Premyer Liqasının 9-cu turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzub.

Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız qalıb. “Qəbələ” Premyer Liqadakı məğlubiyyət sayında ən çox uduzan 6-cı komandadır. Yalnız “Kəpəz”, “Turan”, “Şamaxı”, “Neftçi” və “Sumqayıt” daha çox görüşdə xalsız qalıb.

“Qəbələ”nin ilk məğlubiyyəti 2006-cı il avqustun 11-də “MKT-Araz”la səfər matçına təsadüf edib – 1:4.

The post “Qəbələ”nin 200-cü məğlubiyyəti appeared first on Komanda.az.

Evdə 20-ci böyükhesablı məğlubiyyət

27 October 2025 at 10:29

“Kəpəz” Azərbaycan çempionatlarında öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmtinə istinadən xəbər verir ki, Gəncə klubu Misli Premyer Liqasının 9-cu turunda “İmişli”yə evdə 0:3 hesabı ilə uduzub.

Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı 3 top fərqi ilə uduzan 3-cü komandadır. Yalnız MOİK və “Sumqayıt” daha çox ağır məğlubiyyətə üzülüb.

“Kəpəz”in evdəki ilk böyükhesablı məğlubiyyəti 2001-ci il martın 12-də “Şəmkir”lə qarşılaşmaya təsadüf edib – 0:3.

The post Evdə 20-ci böyükhesablı məğlubiyyət appeared first on Komanda.az.

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün əlamətdar tur

27 October 2025 at 10:19

Azərbaycan Premyer Liqasının 9-cu turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.

Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

Andrade 2020/2021 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, “Qarabağ”da 92 görüşdə 8 qola sevinib, “Araz-Naxçıvan”da isə 8 matçda iştirak edib.

The post “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün əlamətdar tur appeared first on Komanda.az.

Qurban Qurbanov yenə zəif tempdən şikayətləndi

26 October 2025 at 22:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş oyununda qapılara qol vurulmayıb – 0:0. Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Bizim üçün asan oyun olmadı.

Source

Ayxan Abbasov: “Əsas odur ki, “Qarabağ”dan xal aldıq”

26 October 2025 at 21:00

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandaların “Azərsun Arena”dakı görüşündə qapılara qol vurulmayıb – 0:0. Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Son turdakı nəticədən sonra toparlanmağımız önəmli idi.

Source

Premyer Liqa: “Qarabağ” “Şamaxı” ilə bacarmadı

26 October 2025 at 20:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, turun qapanış matçında son çempion “Qarabağ” “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirib. “Azərsun Arena”da təşkil edilmiş qarşılaşmanın baş hakimi Tural Qurbanov olub. Bu oyunda qapılara qol vurulmayıb. 26 oktyabr “Qarabağ”…

Source

Vensan Abubakar: “Neftçi”yə faydalı olmaq üçün gəlmişəm”

26 October 2025 at 20:00

“Neftçi”nin yeni transferi, kamerunlu mərkəz hücumçusu Vensan Abubakar paytaxt klubunun mətbuat xidmətinə açıqlama verib. Arena.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ” üzərində qazandıqları səfər qələbəsindən (2:0) sonra fikirlərini bölüşüb. Kamerunlu forvard “Neftçi” camiəsinin və azarkeşlərin onu Bakıda çox yaxşı qarşıladıqlarını bildirib: “Öncə…

Source

Sxadadze: “Neftçi”nin cəmi 2 zərbəsi oldu, ikisi də qol oldu”

26 October 2025 at 19:30

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 9-cu turunda “Neftçi”yə qarşı keçirdikləri ev oyununu şərh edib. Arena.az xəbər verir ki, bu gün Qəbələdə keçirilmiş oyun meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm.

Source

Samir Abasov: “9 oyuna 2 qələbə “Neftçi” üçün azdır”

26 October 2025 at 19:00

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib. Arena.az xəbər verir ki, bu gün Qəbələdə keçirilmiş oyun “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Qəbələ” çox yaxşı komandadır. Burada oynamaq çətindir.

Source

“Qəbələ” – “Neftçi” 0:2 – Video

26 October 2025 at 18:30

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Qəbələ” – “Neftçi” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir. “Qəbələ” – “Neftçi” 0:2 Qollar: İfeanyi Metyu, 72. Vensan Abubakar, 81. Sarı vərəqələr: Edvin Kuç, 40 (qeyri-idman hərəkəti). Elvin Camalov, 42 (qeyri-idman hərəkəti).

Source

Premyer Liqa: Abubakar qolla başladı, “Neftçi” qalib gəldi

26 October 2025 at 18:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulacaq. Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub. “Qəbələ” doğma meydanda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Qəbələ şəhər stadionunda baş tutmuş qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edib. Paytaxt təmsilçisi bu oyunda…

Source

“Kəpəz” “Gəncənin futbol əfsanələri” şurası yaratdı

26 October 2025 at 16:00

Cari mövsümə uğursuz start vermiş “Kəpəz” Peşəkar Futbol Klubunun nəzdində yeni şura – “Gəncənin futbol əfsanələri” təsis edilib. Arena.az xəbər verir ki, bununla əlaqədar bu gün Gəncə klubunda iclas keçirilib. Tədbirdə “Kəpəz” PFK-nın infrastruktur rəhbəri Ruslan Məmmədov, seleksiya üzrə məşqçi Əli Rəhimov, komandanın baş məşqçisi Azər Bağırov, köməkçi məşqçi Zaur Əsədov…

Source

Rahil Məmmədov Finlandiyada əməliyyat olundu

26 October 2025 at 11:00

Azərbaycan millisinin Ukrayna ilə oyuna hazırlığı zamanı zədələnmiş “Araz-Naxçıvan”ın müdafiəçisi Rahil Məmmədov əməliyyat olunub. Arena.az bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir. Bildirilir ki, müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub. Cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə…

Source

Premyer Liqa: “Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı

26 October 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulacaq. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq. Günün ilk oyunu “Qəbələ” ilə “Neftçi” arasında keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək. Turun qapanış matçında isə son çempion…

Source

Rəşad Sadıqov: “Biz onlarla rəqabət aparmaqda çətinlik çəkirik”

25 October 2025 at 22:20

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandaların Zirədəki görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Matça yaxşı başladıq.

Source

“Zirə” – “Sumqayıt” 1:0 – Video

25 October 2025 at 22:00

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Zirə” – “Sumqayıt” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir. “Zirə” – “Sumqayıt” 1:0 Qol: Brahim Konate, 37. Sarı vərəqələr: Brahim Konate, 90 (qeyri-idman hərəkəti) – Rüstəm Əhmədzadə, 45+1 (qeyri-idman hərəkəti). Səbuhi Abdullazadə…

Source

Premyer Liqa: “Zirə” “Sumqayıt”ı tək qolla yendi

25 October 2025 at 20:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub. Burada “Zirə” “Sumqayıt”la qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanı Rauf Cabbarov idarə edib. Meydan sahibləri bu matçda tək qolla 3 xal…

Source

“Araz-Naxçıvan” – “Sabah” 2:2 – Video

25 October 2025 at 19:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun bu gün keçirilmiş “Araz-Naxçıvan” – “Sabah” matçı bərabərliklə (2:2) başa çatdı. Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir. “Araz-Naxçıvan” – “Sabah” 2:2 Qollar: İssuf Paro, 59. Ba-Muaka Simakala, 90+9 – Stiv Solvet, 55. Coy Lens Mikels, 73-pen. Sarı vərəqələr: Coşqun Diniyev…

Source

Elmar Baxşıyev: “Hakimlərin ədalətinə inanmağa çalışırıq”

25 October 2025 at 19:00

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün “Masazır Arena”da keçirilmiş oyunda qalib müəyyənləşməyib – 2:2. Elmar Baxşıyev oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Mübarizəli, dinamik oyuna şahidlik etdik.

Source

Dambrauskas: “Hakimin qərarı bizə böyük zərər vurdu”

25 October 2025 at 18:30

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 9-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün “Masazır Arena”da keçirilmiş oyunda qalib müəyyənləşməyib – 2:2. Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Çətin oyun idi.

Source

Premyer Liqa: “Sabah”la “Araz-Naxçıvan”dan məhsuldar heç-heçə

25 October 2025 at 18:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Masazırda baş tutub. “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gəlib. Məlum səbəblərdən, Naxçıvan klubu rəqibini “Masazır Arena”da “qəbul edib”. Qarşılaşmanı Rəşad Əhmədov idarə edib.

Source

Leandro Andrade: “Bu, mənim üçün xoş bir sürpriz oldu”

25 October 2025 at 17:30

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın kabo-verdeli futbolçusu Leandro Andrade Avropa futbolu tarixində nadir bir uğura imza atıb. Arena.az xəbər verir ki, o, fərqli UEFA turnirlərində – Çempionlar Liqası və Avropa Liqası – hər ikisində ilk dəqiqədə qol vuran ilk futbolçu olub. Leandro Andrade Ağdam klubunun rəsmi saytına müsahibəsində bu barədə və qarşıdakı oyunlar haqda danışıb. …

Source

Əvəzedicilər Liqası: “Neftçi” Gəncədən inamlı qələbə ilə qayıdır

25 October 2025 at 15:00

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 8-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Günün yeganə matında “Kəpəz”lə “Neftçi”nin ikinci komandaları üz-üzə gəliblər. Paytaxt təmsilçisi Gəncədən inamlı qələbə ilə qayıdıb. 8-ci turun qalan oyunları oktyabrın 27-də keçiriləcək.

Source

“Şəmkir” üçün müvəqqəti baş məşqçi

25 October 2025 at 10:00

Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Şəmkir” komandasına müvəqqəti baş məşqçi təyin edilib. Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib. Vüqar Nadirovla yolların qarşılıqlı razılıq əsasında ayrılmasından sonra “Şəmkir”i müvəqqəti olaraq baş məşqçinin köməkçisi Kamran İsmayılov çalışdıracaq. O…

Source

Premyer Liqa: “Araz” “Sabah”a, “Zirə” “Sumqayıt”a qarşı

25 October 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçiriləcək. Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq. Günün ilk oyunu “Araz-Naxçıvan”la “Sabah” arasında keçiriləcək. Məlum səbəblərdən, bu oyun “Masazır Arena”da keçiriləcək. Qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

Source

Siyasət Əsgərov: “Müdafiədə çox diqqətli oynadıq”

24 October 2025 at 23:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Qazaxıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Çimkənd şəhər stadionunda keçirilmiş yoxlama oyunu Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Siyasət Əsgərov oyundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib…

Source

Azərbaycan millisi Qazaxıstana Çimkənddə qalib gəldi

24 October 2025 at 22:00

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoxlama görüşünü keçirib. Arena.az xəbər verir ki, millimiz Qazaxıstan yığması ilə qarşılaşıb. Çimkənd şəhər stadionunda təşkil olunmuş oyun Siyasət Əsgərovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 27-ci dəqiqədə Esra Manya və 82-ci dəqiqədə Sevinc…

Source

“Kəpəz” – “İmişli” 0:3 – Video

24 October 2025 at 21:00

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Kəpəz” – “İmişli” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir. “Kəpəz” – “İmişli” 0:3 Qollar: Luis Silvestr, 45+3. Dioqo Almeyda, 60. Rafael Vieqaş, 85. Sarı vərəqələr: Olavale Onanuqa, 44 (hakimin qərarına etiraz). Dioqo Verdaska…

Source

Azər Bağırov: “Bu gün susmaq lazımdır”

24 October 2025 at 20:30

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, əyalət təmsilçiləri arasında Qəbələdə keçirilmiş oyun “İmişli”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Çox ağır məğlubiyyətdir.

Source

Xorxe Kaskilya: “Qələbəni Vüsal Qənbərova həsr edirik”

24 October 2025 at 20:00

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, əyalət təmsilçiləri arasında Qəbələdə keçirilmiş oyun “İmişli”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Bizim üçün çətin durumdur.

Source

Premyer Liqa: “Kəpəz” “İmişli”yə böyük hesabla uduzdu

24 October 2025 at 19:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması “Kəpəz”lə “İmişli” arasında keçirilib. Qəbələ şəhər stadionunda baş tutmuş bu görüşün baş hakimi Kamal Umudlu olub. Gəncə təmsilçisi ilk hissədə azlıqda qaldığı bu matçın yekununda darmadağına üzülüb.

Source

“Karvan” – “Turan Tovuz” 1:2 – Video

24 October 2025 at 18:30

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Karvan” – “Turan Tovuz” matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir. “Karvan” – “Turan Tovuz” 1:2 Qollar: Şakil Sno, 69 – Alexandro Serrano, 71. Filip Ozobiç, 77. Sarı vərəqələr: Eltun Turabov, 10 (qeyri-idman hərəkəti). Şakil Sno…

Source

U-17 millimiz Uelsə biabırçı hesabla uduzdu

24 October 2025 at 18:00

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Arena.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Moldovanın paytaxtı Kişinyov şəhərində yerləşən “Zimbru 2” stadionunda keçirilmiş görüş Uels seçməsinin 7:0 hesablı qələbəsi…

Source

Azər Həşimov: “Məğlubiyyətə layiq olmadığımız halda uduzduq”

24 October 2025 at 17:30

“Karvan”ın baş məşqçisi Azər Həşimov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Tovuz və Yevlax təmsilçilərinin bu gün Şamaxıda baş tutmuş görüşü “Turan Tovuz”un 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Azər Həşimov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Oyuna hazırlaşmaq üçün…

Source

Kurban Berdıyev: “Karvan”la matçdan tam razı qalmadım”

24 October 2025 at 17:00

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 9-cu turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Tovuz və Yevlax təmsilçilərinin bu gün Şamaxıda baş tutmuş görüşü “Turan Tovuz”un 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Çox çətin oyun…

Source

Premyer Liqa: “Karvan” “Turan Tovuz”a da uduzdu

24 October 2025 at 16:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna start verilib. Arena.az xəbər verir ki, turun açılış oyununda “Karvan” ev oyunlarını keçirdiyi Şamaxıda “Turan Tovuz”la qarşılaşıb. Elvin Bayramovun idarə etdiyi oyunda qapılara 3 qol vurulub. Hesabı “Karvan” açsa da, “Turan Tovuz” buraxdığı qolun əvəzini artıqlaması ilə çıxmağı bacarıb.

Source

Premyer Liqa: “Karvan” “Turan”a, “Kəpəz” “İmişli”yə qarşı

24 October 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna start veriləcək. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Turun açılış oyununda “Karvan” ev oyunlarını keçirdiyi Şamaxıda “Turan Tovuz”la qarşılaşacaq. Oyunu Elvin Bayramov idarə edəcək. Günün digər oyunu “Kəpəz”lə “İmişli” arasında keçiriləcək.

Source

De Blekere 8-ci turdakı mübahisəli epizodları şərh etdi – Video

23 October 2025 at 20:00

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının 8-ci turundakı mübahisəli epizodlara şərh verib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, sözügedən qurumun mətbuat xidməti buna qədər belçikalı mütəxəssisin fikirlərini yazılı olaraq təqdim edirdi. Bu gün isə AFFA onun şərhlərini videoformatda açıqlayıb.

Source

Yüksək Liqa: “Neftçi” və “Araz-Naxçıvan”dan növbəti qələbə

23 October 2025 at 19:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun bütün görüşləri “Olimpik Star”da baş tutub. Əvvəlcə “Şuşa” U-19 yığmamızla üz-üzə gəlib. 12 qolun qeydə alındığı oyunda “Şuşa” qalib gəlib. “Araz-Naxçıvan”la “Baku Fire” arasında baş tutmuş mərkəzi oyunda son çempion qalib gəlib.

Source

Birinci Liqa: “Səbail” xal itirdi, “Cəbrayıl”la “Mingəçevir” sevindi

23 October 2025 at 17:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Şəfa” – “Səbail” matçında qalib müəyyənləşməyib. Beş qolluq “Zaqatala” – “Mingəçevir” oyunu qonaqların çətin qələbəsiylə yekunlaşıb. “Cəbrayıl” isə “Şahdağ Qusar”la ev…

Source

Quruseta: “Qarabağ”la matç finala bərabər görüş oldu”

23 October 2025 at 15:00

“Atletik”in hücumçusu Qorka Quruseta Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində Bilbaoda baş tutmuş bu qarşılaşmada İspaniya təmsilçisi 3:1 hesablı əzmkar qələbəyə sevinib. Komandasının qələbəsinə 2 qolla töhfə vermiş Qorka Quruseta matçdan sonra…

Source

ÇL: “Qarabağ” yalnız “Yunion”dan geri qalır

23 October 2025 at 13:00

“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin ilk üç oyununda rəqiblərdən top almağa görə ikinci pillədə qərarlaşıb. Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisinin futbolçuları geridə qalmış matçlarda 150 dəfə buna nail olublar. Belçikanın “Yunion” (154) komandası bu nominasiyada birincidir. İspaniya təmsilçisi “Atletik” (146) isə üçüncüdür. Xatırladaq ki, “Qarabağ”…

Source

Leandro Andrade ilkə imza atdı, Yan Sorenseni geridə qoydu

23 October 2025 at 12:30

UEFA Çempionlar Liqasının “Atletik”lə səfər matçı “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade üçün əlamətdar olub. Arena.az xəbər verir ki, kabo-verdeli futbolçu unikal nailiyyətə imza atıb. O, bunu Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Atletik”lə oyunun 48-ci saniyəsində qol vurmaqla bacarıb. 26 yaşlı oyunçu Bilbaodakı matçın startında hesabı açıb.

Source

Knyaz Əmiraslanov Maltaya gedir – ÇL oyunları üçün

23 October 2025 at 12:00

Azərbaycanlı FİFA referisi Knyaz Əmiraslanov futzal üzrə UEFA Çempionlar Liqasının (ÇL) oyunlarına təyinat alıb. Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir. Bildirilir ki, Knyaz Əmiraslanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında ədaləti qoruyacaq. Həmyerlimiz oktyabrın 29-da “Benfika” (Portuqaliya)…

Source

Yüksək Liqa: Bu gün 6-cı turun oyunları keçiriləcək

23 October 2025 at 09:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunları keçiriləcək. Arena.az xəbər verir ki, turun bütün görüşləri “Olimpik Star”da baş tutacaq. Əvvəlcə Şuşa U-19 yığmamızla üz-üzə gələcək. “Araz-Naxçıvan”la “Baku Fire” arasında baş tutacaq mərkəzi oyunu FİFA referiləri idarə edəcəklər. Turun son matçında isə “Lənkəran” “Neftçi” İK…

Source

Valverde: “Qarabağ”ın bizə qol vurmasını sakit qarşıladım”

22 October 2025 at 23:59

“Atletik”in baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gəliblər. İspaniya təmsilçisi bu görüşdə 3:1 hesablı əzmkar qələbəyə sevinib.

Source

Qurban Qurbanov: “Məğlub olmamaq şansımız var idi”

22 October 2025 at 23:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gəliblər. Oyun meydan sahiblərinin 3:1 hesablı əzmkar qələbəsiylə yekunlaşıb.

Source

ÇL: “Qarabağ” Bilbaodan xalsız qayıdır

22 October 2025 at 22:40

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində üçüncü oyununa çıxıb. Arena.az xəbər verir ki, Azərbaycan çempionu İspaniya təmsilçisi “Atletik”lə üz-üzə gəlib. Sözügedən komandalar arasındakı oyun Bilbaoda, “San Mames” stadionunda baş tutub. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edib. Qurban Qurbanovun kollektivi qitənin…

Source

“Sabah” “Nant”a Gənclər Liqasında biabırçı hesabla uduzdu

22 October 2025 at 21:00

“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında 2025/2026 mövsümünün 2-ci təsnifat mərhələsində ilk matçına çıxıb. Arena.az xəbər verir ki, Azərbaycan çempionu Fransada yerli “Nant” klubunun U-19 komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib. Fransızlar ilk hissədə 4 qola imza atıblar. Babakar Fall (4), Junior Kone (18), Brayan Nzita (23) və…

Source

“Atletik” – “Qarabağ”: Start heyətlər açıqlandı

22 October 2025 at 19:30

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Atletik” – “Qarabağ” matçının start heyətləri müəyyənləşib. Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı oyun Bilbaoda baş tutacaq. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək. “Atletik” – “Qarabağ” Baş hakim: İqor…

Source

Birinci Liqa: “Difai” “Şimal”ı 4 qolla məğlub etdi

22 October 2025 at 16:30

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. MOİK – “Baku Sportinq” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Şimal” – “Difai” oyununda isə qonaqlar darmadağına seviniblər. Turun qalan matçları oktyabrın 23-də keçiriləcək.

Source

“Qarabağ”ın U-19 komandası “Atletik”ə də uduzdu

22 October 2025 at 16:00

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümündə keçirdiyi ardıcıl üçüncü oyunda məğlub olub. Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Liqa mərhələsinin 3-cü turunda İspaniyanın “Atletik” komandası ilə üz-üzə gəlib. Sözügedən komandalar arasındakı görüş bu gün İspaniyada baş tutub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı…

Source

“Dalğa Arena” əsaslı təmirə bağlandı, “Araz” Sumqayıta üz tutdu

22 October 2025 at 15:30

Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan”ın ev oyunlarını keçirdiyi Mərdəkandakı “Dalğa Arena” əsaslı təmirə bağlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb. Bununla əlaqədar PFL-in Premyer Liqanın təqvimində dəyişikliklər etməsi zərurəti yaranıb. Əsasnamənin tələblərinə uyğun olaraq, PFL tərəfindən “Araz-Naxçıvan” klubundan…

Source

Miçel Madeyra: “Qarabağ” səfər oyunlarında daha təhlükəlidir”

22 October 2025 at 15:00

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın ispaniyalı sabiq yarımmüdafiəçisi Miçel Madeyra “Ondavasca” nəşrinə açıqlama verib. Arena.az xəbər verir ki, 39 yaşlı veteran futbolçu UEFA Çempionlar Liqasının bu gün keçiriləcək “Atletik” – “Qarabağ” oyunundan əvvəl fikirlərini bölüşüb. O, vaxtilə “Qarabağ”da beş il çıxış etdiyini xatırladıb: “Burada gözəl illərim olub. Mən klubu…

Source

Vensan Till “Zirə”yə lazım olmadı

22 October 2025 at 14:00

Futbol üzrə Lüksemburq yığmasının hücumameyilli yarımmüdafiəçisi Vensan Till bu yay müqavilə bağladığı “Zirə”dən göndərilib. Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı lüksemburqlu oyunçu ilə klub arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Xatırladaq ki, Vensan Till bu mövsümün əvvəlində “Sabah”dan…

Source

Siyasət Əsgərov: “Məqsəd seçmə mərhələyə tam hazır olmaqdır”

22 October 2025 at 12:30

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın mətbuat xidmətinə açıqlama verib. Arena.az xəbər verir ki, o, Qazaxıstanda təşkil olunmuş təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib. Baş məşqçi komandada ab-havanın yüksək olduğunu deyib: “Belə toplanışlar bizim üçün çox önəmlidir. Beynəlxalq səviyyədə nə qədər çox oyun keçirsək…

Source

“Xankəndi” XXI əsrin rekordunu təkrarladı

22 October 2025 at 12:00

2-ci Liqanın 6-cı turunda “Araz Saatlı”nı 14:0 hesabı ilə yenmiş “Xankəndi” “Şəfa”nın 22 il əvvəl imza atdığı XXI əsrin rekordunu təkrarlayıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb. Bu, PFL-in bayrağı altında keçirilən yarışların tarixində ən böyük fərqli qələbə olub. 2008-ci ildən Premyer Liqa, Birinci Liqa, İkinci Liqa…

Source

“Qarabağ” üçün İspaniya, “Sabah” üçün Fransa sınağı

22 October 2025 at 11:00

“Qarabağ” və “Sabah” klublarının U-19 komandaları bu gün UEFA Gənclər Liqasının 2025/2026 mövsümündə növbəti matçlarına çıxacaqlar. Arena.az xəbər veri rki, Ağdam təmsilçisi bu turnirin əsas mərhələsinin 3-cü turunda İspaniyanın “Atletik” kollektivinin qonağı olacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. Bilbao klubunun U-19 komandası 6 xalla 6-cı…

Source

ÇL: “Qarabağ” Bilbaoda “Atletik”lə üz-üzə

22 October 2025 at 09:00

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində üçüncü oyununa çıxacaq. Arena.az xəbər verir ki, Azərbaycan çempionu İspaniya təmsilçisi “Atletik”lə üz-üzə gələcək. Sözügedən komandalar arasındakı oyun Bilbaoda, “San Mames” stadionunda baş tutacaq. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat…

Source

Yüksək Liqa: 6-cı turun bütün təyinatları açıqlandı

21 October 2025 at 23:00

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına təyinatlar açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. “Araz-Naxçıvan”la “Baku Fire” arasında baş tutacaq mərkəzi oyunu FİFA referiləri idarə edəcəklər. Qeyd edək ki, növbəti turun bütün görüşləri oktyabrın 23-də…

Source

Medina: “Atletik”ə qarşı layiqli mübarizə aparmağa çalışacağıq”

21 October 2025 at 22:30

“Qarabağ”ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”ə qarşı keçirəcəkləri oyundan danışıb. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər. Ağdam klubunun təcrübəli müdafiəçisi bu gün İspaniyada təşkil edilmiş mətbuat konfransında…

Source

Qurban Qurbanov: “Atletik”in tempinə davam gətirməliyik”

21 October 2025 at 22:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”ə qarşı keçirəcəkləri oyundan danışıb. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər. Qurban Qurbanov bu gün İspaniyada təşkil edilmiş mətbuat konfransında fikirlərini…

Source

Vüqar Nadirov “Şəmkir”lə vidalaşdı

21 October 2025 at 20:00

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov 2-ci Liqa təmsilçisi “Şəmkir”in baş məşqçi postunu tərk edib. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İkinci Liqanın 6-cı turu çərçivəsində doğma meydanda “Qaradağ Lökbatan”dan alınmış 0:1 hesablı məğlubiyyətin ardından məşqçi ilə klub rəhbərliyi arasında görüş olub.

Source

Aytor Paredes: “Özümüzü “Qarabağ”la matçda favorit saymırıq”

21 October 2025 at 19:00

“Atletik”in müdafiəçisi Aytor Paredes Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər. Aytor Paredes bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları…

Source

Ernesto Valverde: “Hədəf “Qarabağ”la matçda 3 xal qazanmaqdır”

21 October 2025 at 18:30

“Atletik”in baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər. Ernesto Valverde bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında…

Source

Vensan Abubakar “Neftçi” ilə rəsmi müqaviləyə imza atdı

21 October 2025 at 18:00

Futbol üzrə Kamerun milli komandasının hücumçusu Vensan Abubakar Azərbaycan klubu “Neftçi” ilə rəsmi müqaviləyə imza atıb. Arena.az xəbər verir ki, Abubakar bu gün Bakıdakı özəl klinikalardan birində müayinədən keçib. Kamerunlu hücumçudan kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Həmçinin USM…

Source

İkinci Liqa: “Xankəndi” “Araz Saatlı”nı 14 cavabsız qolla yendi

21 October 2025 at 17:30

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub. Yeddi qolun qeydə alındığı “Şirvan” – “Dinamo” matçında meydan sahibləri qələbə qazanıblar. “Ağdaş”ın qonağı olan “Şəki” 3 cavabsız qola sevinib. “Xankəndi” isə “Araz Saatlı” ilə səfər matçından 14…

Source

Əvəzedicilər Liqası: 8-ci turun bütün təyinatları açıqlandı

21 October 2025 at 16:30

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 8-ci turun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 8-ci turun oyunları oktyabrın 25-də və 27-də keçiriləcək.

Əvəzedicilər Liqası
8-ci tur

25 oktyabr

“Kəpəz-2” – “Neftçi-2”
Hakimlər: Ceyhun Hüseynov, Rizvan Süleymanov, Elvin Mədətov, Kamil Aydınov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.

27 oktyabr

“Qəbələ-2” – “Qarabağ-2”
Hakimlər: Rəsul Babayev, Əhməd Əhmədsoy, Hüseyn Vəliyev, Rasim Musayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

“Şamaxı-2” – “Turan Tovuz-2”
Hakimlər: Alik Yunusov, Cavid Ömərov, Sadiq Əliyev, Niyaz Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 14:30.

“Zirə-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 14:30.

“Sumqayıt-2” – “Sabah-2”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Ruslan Babayev, Sənan Bayramzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi Arena” (ehtiyat meydança), 15:00.

The post Əvəzedicilər Liqası: 8-ci turun bütün təyinatları açıqlandı appeared first on ARENA.AZ.

Premyer Liqa: 9-cu turun bütün təyinatları açıqlandı

21 October 2025 at 15:30

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

9-cu turun oyunları oktyabrın 24-də, 25-də və 26-da baş tutacaq. Təyinatlar isə aşağıdakı kimidir:

Premyer Liqa
9-cu tur

24 oktyabr

“Karvan” – “Turan Tovuz”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 14:30.

“Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu, 17:00.

25 oktyabr

“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Dalğa Arena”, 16:00.

“Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

26 oktyabr

“Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Qəbələ şəhər stadionu, 16:00.

“Qarabağ” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 18:30.

The post Premyer Liqa: 9-cu turun bütün təyinatları açıqlandı appeared first on ARENA.AZ.

AFFA “Qarabağ”ın futbolçusunu 3 oyunluq cəzalandırdı

21 October 2025 at 15:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 7-ci turundakı qayda pozuntularına hüququ qiymət verilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Əvəzedicilər Liqası, 7-ci tur

“Qarabağ-2” – “Neftçi-2” oyununun 37-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Nicat Xasıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Qarabağ” buna görə 300 manat cərimə edilib.

“Qarabağ-2” – “Neftçi-2” oyununun 67-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Vüsal Kərimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Neftçi” buna görə 50 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Zirə-2” oyununda “Zirə”nin 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Sumqayıt-2” – “Kəpəz-2” oyununun 53-cü dəqiqəsində “Sumqayıt”ın qapıçısı Aftandil Arixov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Sumqayıt” buna görə 100 manat cərimə edilib.

“Sumqayıt-2” – “Kəpəz-2” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 70 manat cərimə edilib.

The post AFFA “Qarabağ”ın futbolçusunu 3 oyunluq cəzalandırdı appeared first on ARENA.AZ.

AFFA MOİK-in futbolçusuna 3 oyunluq cəza verdi

21 October 2025 at 14:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 5-ci turundakı qayda pozuntularına hüququ qiymət verilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Birinci Liqa, 5-ci tur

“Səbail” – “Zaqatala” oyununda “Zaqatala”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

MOİK – “Cəbrayıl” oyununun 64-cü dəqiqəsində MOİK-in futbolçusu Zeynəddin Abdurahmanov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. MOİK komandası buna görə 2400 manat cərimə edilib.

MOİK – “Cəbrayıl” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə MOİK klubu 450 manat cərimə edilib.

MOİK – “Cəbrayıl” oyununa təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə MOİK komandası 600 manat cərimə edilib.

The post AFFA MOİK-in futbolçusuna 3 oyunluq cəza verdi appeared first on ARENA.AZ.

Babək Quliyev Slovakiyaya gedir: 3 oyuna təyinat alıb

21 October 2025 at 14:00

Babək Quliyev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 10-cu qrupun 3 oyununda fəaliyyət göstərəcək.

Babək Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də isə İsveçrə – Bolqarıstan oyunlarının hakim-inspektoru olacaq. Noyabrın 3-də isə o, San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, bu qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.

The post Babək Quliyev Slovakiyaya gedir: 3 oyuna təyinat alıb appeared first on ARENA.AZ.

AFFA “Neftçi”ni azarkeşlərinə görə 9000 manat cərimələdi

21 October 2025 at 13:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 8-ci turundakı qayda pozuntularına hüququ qiymət verilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqası, 8-ci tur

“Şamaxı” – “Kəpəz” oyununun 44-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Şamaxı” buna görə 3000 manat cərimələnib. “Şamaxı”nın geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün sözügedən klub 1500 manat cərimə edilib. “Kəpəz”in də geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün Gəncə komandası 1500 manat cərimə edilib. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub komandası 700 manat cərimə edilib.

“İmişli” – “Qəbələ” oyununda “Qəbələ”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.

“Sumqayıt” – “Karvan” oyunu “Karvan”ın meydançaya gec çıxması səbəbindən gec başladığı üçün Yevlax komandası 3000 manat cərimə edilib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün paytax komandası 700 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə sözügedən klub 6000 manat cərimələnib. “Neftçi”nin azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyinə görə paytaxt komandası 3000 manat cərimə edilib.

The post AFFA “Neftçi”ni azarkeşlərinə görə 9000 manat cərimələdi appeared first on ARENA.AZ.

Elçin Məsiyev “Genk” – “Betis” oyununa təyinat aldı

21 October 2025 at 10:00

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Avropa Liqasının 2025/26 mövsümünün Liqa mərhələsinin 3-cü turunun oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Məsiyev Avropa Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) – “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq. Ona bu oyunda yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, “Genk” – “Betis” oyunu oktyabrın 23-də Belçikanın Genk şəhərinin eyni adlı stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

The post Elçin Məsiyev “Genk” – “Betis” oyununa təyinat aldı appeared first on ARENA.AZ.

Aaron Maluda “Sabah”ın tarixinə düşdü

20 October 2025 at 20:00

“Sabah”ın futbolçusu Aaron Maluda Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Zirə”yə qol vurmaqla paytaxt klubunun tarixinə düşüb.

Arena.az bu barədə “Sabah”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Oyunun 45+2-ci dəqiqəsində fərqlənmiş hücumçu “bayquşlar”ın bütün turnirlərdə vurduğu 400-cü qolun da müəllifi olub. O, rəqib komandanın qapısının torunu silkələməklə həmçinin “Sabah”dakı qol hesabını açıb.

“Sabah” – “Zirə” oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, müqavilə ilə Fransanın “Lill” klubuna məxsus olan cinah hücumçusu (sol vinger) “Sabah”da icarə əsasında çıxış edir. Paytaxt təmsilçisi gənc futbolçunu bu ilin yayında Fransa klubundan bir illik icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Aaron Maluda Fransanın “Olimpik” (Lion) klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Olimpik” (Nim) klublarının ikinci və əsas komandalarında oynayıb. Vinger Fransanın U-19 millisinin də üzvü olub.

Onu da qeyd edək ki, Aaron Fransa yığmasının və İngiltərənin “Çelsi” klubunun veteran futbolçusu, ötənlərin tanınmış siması Floran Maludanın oğludur.

The post Aaron Maluda “Sabah”ın tarixinə düşdü appeared first on ARENA.AZ.

Azərbaycan millisi Qazaxıstana 23 futbolçu ilə yollanır

20 October 2025 at 18:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisi oktyabrın 21-dən 28-dək Qazaxıstanın Çimkənd şəhərində təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, millimiz toplanış çərçivəsində oktyabrın 24-də və 27-də Qazaxıstan yığması ilə iki yoxlama görüşü keçirəcək.

Artıq millimizin bu oyunlar üçün heyəti də müəyyənləşib. Baş məşqçi Siyasət Əsgərov heyətə 23 futbolçu daxil edib.

  1. Aytac Şərifova – Yüksekova (Türkiyə)
  2. Nərgiz Əliyeva – Fatih Vətən (Türkiyə)
  3. Nigar Mirzəliyeva – Zenit (Rusiya)
  4. Manə Mollayeva – Neftçi
  5. Jalə Məhsimova – Yüksekova (Türkiyə)
  6. Kristina Bakarandze – Liman
  7. Fidan Cəfərova – Hakkarigücü (Türkiyə)
  8. Kamilla Məmmədova – Yelimay (Qazaxıstan)
  9. Coşqunə Əliyeva – Neftçi
  10. Sevinc Cəfərzadə – Yüksekova (Türkiyə)
  11. Ayşən Əhmədova – Amed Spor (Türkiyə)
  12. Alina Dorofeyeva – Rubin Kazan (Rusiya)
  13. Ayşən Salamzadə – Neftçi
  14. Alina Nəhmədova – Neftçi
  15. Aysun Muradova – Haymana Spor (Türkiyə)
  16. Peritan Bozdağ – Fənərbağça (Türkiyə)
  17. Xanım Əsədova – Neftçi
  18. Vüsalə Seyfəddinova – Neftçi
  19. Nərgiz Hacıyeva – Aktobe (Qazaxıstan)
  20. Firəngiz Teymurova – Neftçi (Azərbaycan)
  21. Vüsalə Hacıyeva – Yüksekova (Türkiyə)
  22. Mədinə Curuqova – Neftçi
  23. Esra Manya – Beşiktaş (Türkiyə)

Azərbaycan millisi ilə Qazaxıstan yığmaları arasındakı oyunların təqvimi və təyinatları isə belədir:

24 oktyabr
Qazaxıstan – Azərbaycan
Baş hakim: Gulşoda Saidkulova
Baş hakimin köməkçiləri: Kristina Sereda, Xayriniso Erkiniva
Dördüncü hakim: Roziyabonu Yusupova
(Hakimlər briqadası Özbəkistandandır)
Çimkənd şəhər stadionu. Saat 19:00.

27 oktyabr
Qazaxıstan – Azərbaycan
Baş hakim: Roziyabonu Yusupova
Baş hakimin köməkçiləri: Kristina Sereda, Xayriniso Erkiniva
Dördüncü hakim: Gulşoda Saidkulova
(Hakimlər briqadası Özbəkistandandır)
Çimkənd şəhər stadionu. Saat 14:00.

The post Azərbaycan millisi Qazaxıstana 23 futbolçu ilə yollanır appeared first on ARENA.AZ.

İkinci Liqa: “Quba” 6 qola sevindi, “Şəmkir” evdə uduzdu

20 October 2025 at 17:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Göygöl” – “Ağstafa Gəncləri” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Yeddi qolluq “Kür-Araz” – “Quba” matçında qonaqlar darmadağına seviniblər. “Şəmkir”in qonağı olan “Qaradağ Lökbatan” da əlavə vaxtda penaltidən vurduğu yeganə qolla 3 xal qazanıb.

6-cı turun qalan görüşləri oktyabrın 21-də keçiriləcək.

İkinci Liqa
6-cı tur

20 oktyabr

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1
Qollar: Elcan Rəhimov, 88 – Elgün Qəhrəmanov, 77
Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Ruslan Babayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Kür-Araz” – “Quba” 1:6
Qollar: Əlisa İsayev, 45+1 – Vidadi Cəfərov, 29-pen; 33; 65. Samir Ağayev, 36. Bəhram Köçərli, 67. Nihad Mollayev, 77.
Hakimlər: Rasim Musayev, Cavid Ömərov, Hüseyn Vəliyev, Niyaz Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəmkir” – “Qaradağ Lökbatan” 0:1
Qol: Tofiq Nəsibov, 90+6-pen.
Hakimlər: Nahid Xasıyev, Səbuhi Əmrahov, Rizvan Süleymanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

21 oktyabr

“Araz Saatlı” – “Xankəndi”
Hakimlər: Nəriman Ağayev, Samir Qaracayev, Elvin Mədətov, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Ağdaş” – “Şəki”
Hakimlər: Kamil Aydınov, Səbuhi Aydınov, Mirnihad Seyidov, Murad Səlimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağdaş şəhər stadionu, 14:00.

“Şirvan” – “Dinamo”
Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Ləman Əmirli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

The post İkinci Liqa: “Quba” 6 qola sevindi, “Şəmkir” evdə uduzdu appeared first on ARENA.AZ.

Əvəzedicilər Liqası: “Qəbələ” “Araz-Naxçıvan”a uduzdu

20 October 2025 at 16:30

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 7-ci tura bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Araz-Naxçıvan” və “Qəbələ”nin ikinci komandaları üz-üzə gəliblər. Beş qolun qeydə alındığı oyunda Naxçıvan təmsilçisi çətin qələbəyə sevinib.

Əvəzedicilər Liqası
7-ci tur

17 oktyabr

“Qarabağ-2” – “Neftçi-2” 2:4
Qollar: Murad Məmmədov, 29. Bəhruz Qurbanlı, 83 – Vüsal Kərimov, 24. Nihad Əliyev, 50. Aslan Şirinov, 64. Həsən Mahmudov, 90.
Hakimlər: Elvin Bayramov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 14:30.

18 oktyabr

“Turan Tovuz-2” – “Zirə-2” 2:3
Qollar: Elçin Qasımov, 45+1-pen; 71 – Murad Ələkbərov, 21. Elşən Abdullayev, 66. Yusif Hacıyev, 81.
Hakimlər: Rövşən Rəcəbov, Teymur Teymurov, Orxan İbişov, Vüqar Həsənli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.

19 oktyabr

“Sabah-2” – “Şamaxı-2” 1:1
Qollar: Nihat Cabbarov, 50 – Sənan Muradlı, 7.
Hakimlər: Kamranbəy Rəhimov, Kərim Zeynalov, Ağadur Mahmudov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı Olimpiya Stadionu (3-cü meydança), 13:00.

“Sumqayıt-2” – “Kəpəz-2” 1:3
Qollar: Əjdər Hacılı, 66 – Raul Məmmədov, 57. Elcan Əbilov, 71; 87.
Hakimlər: Rəşad Əhmədov, Sadiq Əliyev, Ruslan Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Neftçi Arena” (ehtiyat meydança), 16:00.

20 oktybar

“Araz-Naxçıvan-2” – “Qəbələ-2” 3:2
Qollar: İbrahim Piriyev, 53; 73. Fərid Tağıyev, 60 – Rüfət Əhmədov, 45+1. Nasiru Salihu, 66.
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Tural Bayramov, Ləman Əmirli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Binə qəsəbə stadionu, 14:30.

The post Əvəzedicilər Liqası: “Qəbələ” “Araz-Naxçıvan”a uduzdu appeared first on ARENA.AZ.

“Qarabağ” Bilbaoya yollanır

20 October 2025 at 15:30

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Atletik”in qonağı olacaq “Qarabağ” bu gün İspaniyaya yollanacaq.

Arena.az xəbər verir ki, komanda saat 18:00-da çarter reysi ilə səfərə çıxacaq.

Sabah – oktyabrın 21-də Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Tədbirdə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Yeri gəlmişkən, Bilbao təmsilçisi oyun üçün Azərbaycan klubuna 600 bilet ayırıb. Artıq 400-ə yaxın bilet satılıb.

Bu vacib oyun ərəfəsində Ağdam klubunun heyətində itki var. Musa Qurbanlı zədə səbəbindən “Atletik”lə matçı buraxacaq. 23 yaşlı hücumçunun dizində ağrılar var. O, Azərbaycan millisinin düşərgəsindən qayıdandan sonra dizində ağrılar hiss edib və iki həftəlik müalicəyə ehtiyacı olduğu müəyyənləşib.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də Bilbaodakı “Estadio de San Mames”də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

The post “Qarabağ” Bilbaoya yollanır appeared first on ARENA.AZ.

Rüfət Abdullazadə “Qoritsa” ilə matçda ehtiyatda qaldı

20 October 2025 at 15:00

Azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” komandasının “Qoritsa” ilə səfər oyununda şans qazanmayıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Xorvatiya çempionatının 2025/2026-cı illər mövsümünün 10-cu turu çərçivəsində səfərdə “Qoritsa” ilə qarşılaşıb.

“Varajdin” bu oyundan inamlı qələbə ilə ayrılıb – 3:1. Azərbaycanlı vinger bu görüşün sonunadək ehtiyatda qalıb.

“Varajdin” 10 turdan sonra 15 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Bu komanda keçirdiyi 10 oyunda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna bu yay “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə indiyə qədər “Varajdin”də 8 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.

The post Rüfət Abdullazadə “Qoritsa” ilə matçda ehtiyatda qaldı appeared first on ARENA.AZ.

“Atletik” – “Qarabağ” oyunu xorvat hakimə tapşırıldı

20 October 2025 at 13:00

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Atletik” – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.

Arena.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi İqor Payaç olacaq. Ona yan xətt hakimləri Boyan Zobenitsa və İvan Mihali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək. VAR-da İvan Bebek, AVAR-da isə Fedayi San əyləşəcək.

Xatırladaq ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də Bilbao şəhərində keçirləcək. “San Mames” stadionunda təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində geridə qalmış 2 turdan sonra Azərbaycan çempionu 6 xalla 6 şərikli liderdən biridir. Bilbao təmsilçisi isə əvvəl keçirdiyi hər iki oyunda uduzub və turnir cədvəlinin 34-cü pilləsində qərarlaşıb.

The post “Atletik” – “Qarabağ” oyunu xorvat hakimə tapşırıldı appeared first on ARENA.AZ.

Premyer Liqa: 2025/26 mövsümünün ən məhsuldar turu

20 October 2025 at 11:00

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turu yüksək məhsuldarlıqla əlamətdar olub.

Arena.az xəbər verir ki, baş tutmuş 6 qarşılaşmada qapılara 24 qol vurulub.

“Şamaxı” – “Kəpəz” (1:4) və “Sumqayıt” – “Karvan” (4:1) oyunlarında 5, “Neftçi” – “Araz-Naxçıvan” və “İmişli” – “Qəbələ” (hər ikisi 2:2) matçlarında 4, “Turan Tovuz” – “Qarabağ” (1:2) və “Sabah” – “Zirə” (3:0) qarşılaşmalarında 3 qol vurulub.

Bu, cari mövsümün yeni məhsuldarlıq rekordudur. Bunadək ən yüksək göstərici 18 qolun (orta hesabla 3,00) vurulduğu 5-ci tura təsadüf etmişdi.

Orta məhsuldarlığın ən azı 4 olması son 4 mövsümdə ilk dəfə yaşanır. Sonuncu belə hal 2021/2022-ci illər mövsümünün 10-cu turunda qeydə alınmışdı. Həmin vaxt 4 oyunda 17 qol vurulmuşdu və məhsuldarlıq 4,25-ə bərabər olmuşdu.

Xatırladaq ki, 2021-ci il noyabrın 6-7-də keçirilmiş həmin turda “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) görüşləri baş tutmuşdu.

The post Premyer Liqa: 2025/26 mövsümünün ən məhsuldar turu appeared first on ARENA.AZ.

“Sumqayıt” üçün 75-ci ev qələbəsi

20 October 2025 at 10:00

2025/2026-cı illər mövsümünə uğurlu start vermiş “Sumqayıt” futbol üzrə Azərbaycan Premyer Liqasında 75-ci ev qələbəsini qazanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəər verir.

Bildirilir ki, “Gənclik şəhəri” təmsilçisi bu uğura 223-cü matçında nail olub. Bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 8ci turuna təsadüf edib. Sumqayıtın eyniadlı klubu öz meydanında Yevlaxın “Karvan” komandasını 4:1 hesabıyla məğlub edib.

İlk ev qələbəsi 2011/2012-ci illər mövsümünə təsadüf edən bu komanda 2011-ci il oktyabrın 30-da AZAL-a 2:1 hesabı ilə qalib gəlib. “Sumqayıt” ölkə çempionatlarının yüksək dəstəsində 75 və daha çox qələbə qazanan 12-ci komanda kimi tarixə düşüb.

Qeyd edək ki, Saşa İliçin rəhbərlik etdiyi komanda cari mövsümdə qazandığı 14 xalla 5-ci pillədə qərarlaşıb və lider “Qarabağ”dan cəmi 2 xal geri qalır.

The post “Sumqayıt” üçün 75-ci ev qələbəsi appeared first on ARENA.AZ.

Azərbaycan millisi Millətlər Liqasında qrup üçüncüsü oldu

19 October 2025 at 23:00

Amputant futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil edilmiş Millətlər Liqasının C qrupunda üçüncü yeri tutub.

Arena.az xəbər verir ki, bu qrupda mübarizəyə bu gün yekun vurulub.

“Bayıl Arena”da təşkil olunmuş turnirin son günündə 3 oyun keçirilib. Azərbaycan millisi son gündə iki matça çıxıb. İlk görüşdə Niderland üzərində qələbə qazanan komandamız son qarşılaşmasında Ukrayna yığmasına məğlub olub.

Beləliklə, 9 xalla turnirin qalibi olan Ukrayna seçməsi Millətlər Liqasının B qrupuna yüksəlib. Sonuncu yerdə qərarlaşan Belçika isə D qrupuna düşüb.

Oyunların ardından mükafatlandırma mərasimi keçirilib. Üçüncü yeri tutmuş Azərbaycan millisi bürünc, ikinci yerdə qərarlaşmış İsrail gümüş, çempion Ukrayna yığması isə qızıl medal və kubokla mükafatlandırılıb.

Bundan əlavə, Eddi Neqqers (Niderland) turnirin ən yaxşı qapıçısı, Dmitri Şkexelski (Ukrayna) ən yaxşı gənc oyunçusu, Sənan Hacıyev (Azərbaycan) ən yaxşı futbolçusu seçilib. 3 qola imza atmış Ben Maman (İsrail) isə C qrupunun bombardiri olub.

Mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak və bu qurumun İcraiyyə Komitəsinin üzvləri təqdim ediblər.

Son günün nəticələrini və turnir cədvəlini nəzərinizə çatdırırıq:

Azərbaycan – Niderland – 1:0
Qol: Sənan Hacıyev

Belçika – İsrail – 0:5
Qollar: Aviran Ohana (2), Ben Maman (2), Yoav Tsarfati

Azərbaycan – Ukrayna – 1:3
Qollar: Mixaylo Sokolian (avtoqol) – Hüseyn Hüseynov (avtoqol), Mikola Aleksienko, Dmitri Kuts

  1. Ukrayna – 9
  2. İsrail – 8
  3. Azərbaycan – 7
  4. Niderland – 4
  5. Belçika – 0

The post Azərbaycan millisi Millətlər Liqasında qrup üçüncüsü oldu appeared first on ARENA.AZ.

Samir Abasov: “Bu gün kim qazandı, kim itirdi, demək çətindir”

19 October 2025 at 22:40

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Lliqasının 8-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların məhsuldar alınmış görüşündə qalib müəyyənləşməyib – 2:2.

Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Nəsə demək çətindir. Qəliz oyun alındı. Özümüzə də anlaşılmaz qalan bəzi şeylər oldu. 1:0 udurduq, o vaxta kimi çox yaxşı oynayırdıq, üstünlük bizdə idi. Qol vurandan sonra nədənsə, geriyə oturduq. Bunun səbəbi istəkdən irəli gəlmirdi, belə bir planımız da yox idi. Çox top itirdik. Xüsusilə də orta xətdə. Onda da üstünlük rəqibə keçdi və qol vurdular. İkinci hissədə çox şeyi dəyişmək istəyirdik ki, müdafiəçimizin səhvindən qol buraxdıq. İkinci hissə başlayanda planlar nə idisə, sona qədər elə oynadıq. Futbolçular ruhdan düşmədilər. Epizodlarımız var idi, üstünlük bizdə idi. Bu gün kim qazandı, kim itirdi, demək çətindir. Üzücü olan odur ki, qərarlarımızda çox problem görünürdü. Cərimə meydançasına çatanda səhv qərarlar verirdik. Bu həftə birlikdə çox məşq etmədik. Millidə olan oyunçularımız var idi. Bu vaxta kimi hazırlaşdığımız kimi, hazırlaşa bilmədik. Amma bu, bəhanə deyil.

1:0-dan sonra müdafiəyə oturmaq tapşırıq deyildi. Bütün planlarımızı qol vurmaq üçün hazırlamışdıq. Fikirləşirdik ki, basqı yaradacağıq. Özüm də niyə bu qədər top itkilərinə yol verdiyimizi bilimirəm. Öyündüyümüz müdafiə xəttində səhvə yol verdik. Heç-heçənin səbəbi 1:0-dan sonra oynadığımız futboldadır”.

Samir Abasov Vensan Abubakarın transferinə də münasibət bildirib:

“Onun gəlişi bizə çox yaxşı təsir göstərəcək. Hər bir futbolçu yanında təcrübəli, keyfiyyətli oyunçu görəndə, onun keyfiyyətinə uymağa çalışır. Abubakarla danışmağa vaxtımız olmayıb. Görüşməmişik. Şəxsi söhbətimiz olmayıb. Sabahdan məşqlərə qoşulacaq, danışacağıq. Abubakar rəqiblər üçün də motivasiya ola bilər. Biri var digərlərinə qarşı oynamaq, biri də var Abubakara qarşı yaxşı oynamaq. Bu da bizə bəlkə əks təsir edə bilər. Hücumda problemlərimiz var idi, qol vurmaq problemimiz var idi, onu çözmək baxımından gətirmişik”.

The post Samir Abasov: “Bu gün kim qazandı, kim itirdi, demək çətindir” appeared first on ARENA.AZ.

Elmar Baxşıyev: “Bizə vəd olundu ki, yaxın gələcəkdə…”

19 October 2025 at 22:20

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Lliqasının 8-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların məhsuldar alınmış görüşündə qalib müəyyənləşməyib – 2:2.

Elmar Baxşıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı və dinamik oyuna şahidlik etdik. Meydanda yaxşı mübarizəli oyun getdi. Çətin səfər oyununa komandanı kökləmişdik. Bu gün meydanda komanda kimi yaxşı iş ortaya qoyduq. Qalib də gələ bilərdik, uduza da bilərdik. Bir xal qazandıq. Yolumuza davam edirik”.

Elmar Baxşıyev Patrik Andradenin performansından da söhbət açıb:

“Patrikin enişdə olduğunu düşünmürük. Ondan istədiyimiz oyunu bizə verməyə çalışır. Böyük futbolçudur, böyük potensiala malikdir. O da komandanın bir hissəsidir. Daha da yaxşı oyunlar göstərəcək. Əlbəttə, o da öz ölkəsinin mundialda oynamağına sevinir. Onun psixoloji təsir altında olduğunu hiss etmirik. Daha çox komandamıza köklənib. Düşünürəm ki, Patrik ölkəmizdə yaxşı oyunu ilə seçilən futbolçudur və bizə faydası dəyir”.

Elmar Baxşıyev Felipe Santosun Benin millisində oynamağa qərar verməsinə də toxunub:

“Onun qərarıdır. Öz vətənində oynamaq istəyir. Müasir futbolda da bu, normal haldır. Hansısa ölkənin vətəndaşlığına sahib olursan. Bizim xəbərimiz var idi. Biz də ona uğurlar arzuladıq. O, dünya çempionatında iştirak etmək arzusu ilə Benin vətəndaşlığını qəbul etdi. Gələcəkdə bizi nə gözləyir, nə mən, nə də Santos cavab verə bilər. Bizim üçün önəli oyunçudur. Sərəncamımızda olsa, komanda üçün daha xeyirli olar”.

Elmar Baxşıyev Naxçıvana azarkeşlərlə görüşdən də danışıb və komandasının doğma meydanda oynamaq şansları barədə söhbət açıb:

“Görüş çoxdan nəzərdə tutulmuşdu. Sadəcə, Konfrans Liqasına hazırlıq, oyunların sıxlığı ilə əlaqədar o səfəri milli fasiləyə salmalı olduq. Faydalı görüş oldu. Komanda da şəhəri görməkdən məmnun oldu. Gördülər ki, necə şəhərdir, futbolu orada necə sevirlər. Düşünürəm ki, biz Naxçıvana qayıtsaq, komanda olaraq böyümək ehtimalımız artar. Bizə vəd olundu ki, yaxın gələcəkdə komandanın ev oyunlarını Naxçıvanda keçirmək ehtimalı yüksəkdir”.

The post Elmar Baxşıyev: “Bizə vəd olundu ki, yaxın gələcəkdə…” appeared first on ARENA.AZ.

“Neftçi” – “Araz-Naxçıvan” 2:2 – Video

19 October 2025 at 22:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunun bu gün keçirilmiş “Neftçi” – “Araz-Naxçıvan” matçı bərabərliklə (2:2) başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
8-ci tur
19 oktyabr

“Neftçi” – “Araz-Naxçıvan” 2:2
Qollar: Bassala Sambu, 19. Emin Mahmudov, 56 – Ba-Muaka Simakala, 36; 47.
Sarı vərəqələr: İqor Ribeyro, 28 (qeyri-idman hərəkəti). Sessi D Almeyda, 33 (qeyri-idman hərəkəti). Freddi Varqas, 62 (qeyri-idman hərəkəti). Luis Ortis, 78 (qeyri-idman hərəkəti) – Felipe Santos, 28 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 6 dəq.
Saat 18:30. “Palms Sports Arena ”, 2800 tamaşaçı.

Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 77. Falaye Sako, 6. Sessi D Almeyda (18. İfeanyi Metyu, 60), 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu (19. Ağadadaş Salyanski, 89), 11. İmad Faraj (47. Murad Məmmədov, 89), 10. Freddi Varqas, 23. Cordan Rezabala (22. Luis Ortis, 77).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə (29. Vanderson Melo, 70), 5. Slavik Alxasov (77. Bruno Franko, 90+4), 8. Coşqun Diniyev (19. Bar Kohen, 66), 24. Mustafa Əhmədzadə (23. Nuno Rodriqes, 70), 6. Patrik Andrade, 17. İssuf Paro, 10. Felipe Santos (7. Hamidu Keyta, 66), 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 16. Ramon Maçado.
Baş məşqçi: Elmar Baxşıyev.

The post “Neftçi” – “Araz-Naxçıvan” 2:2 – Video appeared first on ARENA.AZ.

❌
❌