Normal view

Today — 14 December 2025Main stream

Baxşıyev: “Bura özüm gəlməmişəm, dəvət ediblər”

14 December 2025 at 19:45

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Araz=Naxçıvan” oyunundan (5:1) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Bizim üçün ağır oyun alındı. Həftə ərzində düşündüyümüz plan var idi ki, onun üzərində işləyirdik. 20-25 dəqiqə istədiyimizi meydanda görməyə çalışırdıq. Birinci qol komandaya təsir etdi. Qol epizodu da deyildi, öz səhvimizdən qol buraxdıq. Oyunu ümumi götürəndə, 2 penalti təyin edildi qapımıza, öz səhvlərimizdən sonra böyük hesablı nəticə oldu. Bir oyunumuz qalıb. “Qarabağ” matçını unudub, o oyuna hazırlaşacağıq.

– Mətbuatda qışda rəhbərliyin sizinlə yollarını ayıracağı tirajlanır. Hər halda, futbolçular da bunu oxuyur. Sizcə, olmazdı ki, rəhbərlik açıqlama versin və göstərsin ki, baş məşqçinin arxasındadır?
– Bura özüm gəlməmişəm, dəvət ediblər. Üzərimə nə düşürsə, onu yerinə yetirməyə çalışıram. Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir, bizə də təsirsiz ötüşmür. Qərar mənim deyil. Bizlə davam etsələr, işimizə davam edəcəyik. Digər qərarı versələr, ona da normal yanşacağıq.

Ayxan Abbasov Ağsuda yeniyetmə futbolçularla görüşdü

14 December 2025 at 19:03

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Ağsuda səfərdə olub.

Futbolpress.az xəbər verir ki, o, Ağsu şəhər stadionunda fəaliyyət göstərən “Hilal Ağsu” uşaq futbol məktəbini ziyarət edib. Yeniyetmələrlə görüşən millimizin baş məşqçisi onlarla səmimi söhbətlər aparıb, gələcək karyeralarında uğurlar arzulayıb

Ayxan Abbasov yeniyetmələri futbola olan sevgilərini qorumağa və daim çalışqan olmağa səsləyib. Görüşün sonunda uşaqlar millimizin baş məşqçisi ilə xatirə şəkilləri çəkdirib, ondan avtoqraf alıblar. Ayxan Abbasov yeniyetmələrə futbol topları və digər əşyalar hədiyyə edib.

Tahir Gözel azyaşlı azarkeşlə görüşdü

14 December 2025 at 17:12

“Qarabağ”ın prezidenti Tahir Gözel, UEFA Çempionlar Liqasının VI turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla klub bazasında görüşüb.

Futbolpress.az xəbər verir ki, bu barədə “atlılar”ın mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” – “Araz-Naxçıvan” oyunundan öncə baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib, sonda klub prezidenti azyaşlı azarkeşə komandanın rəsmi formasını təqdim edib.

Bağırov: “Səhvlər hamımızda var”

14 December 2025 at 17:00

Azərbaycan Premyer Liqasının XV turunun “Kəpəz” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü

– Maraqlı oyun alındı. “Qəbələ” də, “Kəpəz” də daim hücumda idi. Yenə qol epizodlarını dəyərləndirə bilmirik. Bu, məşqçilər korpusunu olaraq bizi yorur. Bugünkü oyun 9 xala bərabər idi. Həm “Qəbələ”ni keçdik, həm də “Karvan-Yevlax”dan uzaqlaşdıq.

– Yusif İmanovun oyunu sizi qane edir?
– Yusif 1 ildən çoxdur ki, oynamırdı. Meydanda olduğu matçlarda komandaya kömək edir. Səhvlər qaçılmazdır. Oyundan-oyuna daha yaxşı olur.

– Ohori son matçlarda fərqlənir. Onun oyununu necə dəyərləndirirsiz?
– Komandamızın çoxu yerli futbolçulardan ibarətdir. Səhvlər hamımızda var. Futbolçu meydanda mübarizə aparırsa, səhv etməlidir. Sevindirici hal odur ki, bir oyunçu inkişaf edir. Ohori də onlardan biridir. Onu bir çox mövqedə oynadırıq. O da öhdəsindən gəlir.

– Luis Paçunun ehtiyatda olmasının səbəbi nə idi?
– Taktiki qərar idi. “Qəbələ” arxadan topla çıxmağı yaxşı bacarıır. Ehtiram Şahverdiyev öndə daha yaxşı pressinq edir. Ona görə start heyətində ona şans verdik.

“Ağılsız insan deyiləm, reallığa baxıram” – Sxadadze

14 December 2025 at 16:38

Azərbaycan Premyer Liqasının XV turunun “Kəpəz” – “Qəbələ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– “Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Oyun haqda nə deyə bilərəm? Belə qırmızı vərəqələri ancaq biz ala bilərik. Başa düşmürəm ki, necə belə qırmızı vərəqə almaq olar? “Kəpəz”in qolunda müdafiəçilərimizdən heç biri rəqib oyunçunu saxlamadı. Bu gün  pis oynadıq. Murad Musayevin yoxluğu hiss olunurdu. Səhvlərdən nəticə çıxarıb daha yaxşı olmağa çalışacağıq.

– “Qəbələ”nin hədəfləri nədir?
– Reallığı nəzərə almaq lazımdır. Cibində 10 manat varsa, restrorana gedə bilməzsən. Mən ağılsız insan deyiləm, reallığa baxıram. Hədəfimiz Premyer Liqada qalmaqdır. Hər halda avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiz.

– Sanqare “Zirə” ilə matçda penaltini vura bilmədi, bu gün qırmızı vərəqə aldı. Onunla bağlı fikirləriniz necədir?
– Qaydalara görə 5 futbolçu transfer edə bilərik. Buna görə də heyətimizi qorumalıyıq. Sanqareyə gəldikdə, bəli çox səhvlər edir. Daha yaxşı olmaq lazımdır.

– Sizə elə gəlmir ki, Səlahət Ağayev rəqabətsizlikdən əziyyət çəkir?
– Komandada bütün mövqelərdə rəqabət olmalıdır. Rəqabət olmasa, inkişaf ola bilməz. Yeni qapıçı gətirməyi planlaşdırırıq.

– “Qəbələ”nin stadionunun ot örtüyü ölkədə ən yaxşılardandır. Sizcə, Yevlax şəhər stadionu Premyer Liqa səviyyəsindədir?
– Özünüz gördüz ki, top itkiləri çox olurdu. Sadəcə öyrəşmək lazımdır. Amma burada futbol oynamaq olar. Şamaxı stadionunda ümumiyyətlə top getmir. Ora baxanda, Yevlax şəhər stadionunun durumu yaxşıdır.

– Qış fasiləsində hansı mövqeləri gücləndirməyi planlaşdırırsız?
– Bu, daxili məsələdir. Hansı mövqelərə oyunçu cəlb etmək lazım olduğunu bilirik. Bunun üzərində çalışırıq.

– Hazırkı dövrə sizin üçün məşqşçi kimi ən ağır dönəmin olduğunu demək olar?
– Bəli, demək olar. Sona qədər mübarizə aparmalıyıq. Bəzi futbolçular iki qələbədən sonra bu matça köklənə bilməmişdilər.

“Qarabağ” – “Araz-Naxçıvan”: heyətlər

14 December 2025 at 16:34

“Qarabağ” Premyer Liqanın XV turunda “Araz-Naxçıvan”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 17:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov

“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev

“Zirə”nin legioneri Afrika Millətlər Kubokunda oynayacaq

14 December 2025 at 13:26

“Zirə”nin futbolçusu Rikardo Martins Mozambik millisinə dəvət alıb.

Futbolpress.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun oyunları üçün heyətə çağırılıb.

Bu səbəbdən o “İmişli”ylə növbəti turda keçiriləcək oyunda iştirak edə bilməyəcək. Yarımmüdafiəçi sabah Mozambik milli komandasının düşərgəsinə qoşulacaq.


Yevlaxda heyətlər məlum oldu

14 December 2025 at 12:49

“Qəbələ” Premyer Liqanın XV turunda bu gün “Kəpəz”in qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, 14:00-da Yevlax şəhər stadionunda start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Kəpəz” 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 9. Luis Paçu 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov

“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 27. Eşqin Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze

 

Argentina millisi DÇ-2026-dan kənarlaşdırıla bilər

14 December 2025 at 12:18

Argentina millisi DÇ-2026-dan kənarlaşdırıla bilər.

Futbolpress.az xəbər verir ki, buna səbəb Argentina Futbol Assoasiyasının prezidenti Klaudio Tapia barəsində cinayət işi açılmasıdır. Funksioner korrupsiyada ittiham olunur.

Hüquq-mühafizə orqanları Pilar şəhərindəki 100 min kvadrat metr olan nəhəng mülkün kimə məxsus olduğunu araşdırır. Sənəd üzərində mülk bir təqaüdçüyə aiddir. Lakin sənədlərin saxtalaşdırıldığı ehtimal edilir.

Tapianın eyni zamanda I Divizion klubların yüksək faizlə kreditlər verdiyi də bildirilir.

FIFA assosiasiya rəhbərnin qanunsuz əməllərinə görə milli komandaya da sanksiya tətbiq edə və Argentinanı mundiala buraxmaya bilər.

Hansı oyun, hansı kanalda? – TV

14 December 2025 at 11:39

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Azərbaycan, Premyer Liqa
14:00 Kəpəz – Qəbələ (CBC Sport)
17:30 Qarabağ – Araz-Naxçıvan (CBC Sport)

İtaliya, A Seriyası
15:30 Milan Sassuolo (Futbol 1)
18:00 Udineze – Napoli (Futbol 1)
21:00 Cenoaİnter (Futbol 1)
23:45 Bolonya Yuventus (Futbol 1)

Türkiyə, Super Liqa
15:30 QaziantepGöztəpə (beİN Sports 2)
18:00 Fatih Karagümrük Kocaelispor (beİN Sports 2)
21:00 Trabzonspor – Beşiktaş (Futbol 3, beİN Sports 1)
21:00 Samsunspor Başakşəhər (beİN Sports 2)

İspaniya, La Liqa
17:00 Sevilya Ovyedo (Futbol 2)
19:15 Selta – Atletik (Futbol 2)
21:30 Levante – Vilyarreal (İdman TV, Futbol 2)
00:00 Alaves – Real (İdman TV, Futbol 2)

İngiltərə, Premyer Liqa
18:00 Vest Hem – Aston Villa (İdman TV)
18:00 Kristal Pelas – Mançester Siti (beİN Sports 3)

Argentinada çempion bilindi

14 December 2025 at 11:00

Argentina çempionatının qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, pley-off seriyasındəRasinq”ə qalib gələn “Estudiantes” qızıl medalları qazanıb.

Əsas vaxtı 1:1 hesabıyla başa çatan görüşün qalibi penaltilər seriyasında dəqiqləşib. Son zərbələrdə dəqiq olan “Estudiantesçempion olub.

Juninyonun yeni klubu

14 December 2025 at 10:37

Qarabağın sabiq futbolçusu JuninyoFlamenqo”dan ayrılmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu Meksikanın “Pumas” klubu ilə anlaşıb. Bu barədə “Globo” nəşri məlumat yayıb. “Pumas” Juninyonun keçidi üçün “Flamenqo” ilə 5 milyon avro qarşılığında razılığa gəlib.

29 yaşlı hücumçu bu ilin yanvarında “Qarabağ“danFlamenqo”ya məhz 5 milyon avro qarşılığında transfer olunub. O, Braziliya təmsilçisi ilə 32 oyunda 4 qol vurub.

Milli üzvü məğlubiyyətin iştirakçısı oldu

14 December 2025 at 09:36

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdəQroningen”lə arşılaşıb. MatçVolendam”ın məğlubiyyəti ilə başa çatıb – 0:3.

Oyuna start heyətdə başlayan Ozan ikinci hissənin əvvəlində əvəzlənib.

Volendam” 16 turdan sonra 14 xalla 15-ci sıradadır.

Tovuzdan lider qayıdanlar

14 December 2025 at 09:18

“Sabah” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb. “Bayquşlar” Tovuz səfərində “Turan Tovuz”a 3:1 hesabıyla qalib gəlib.

Görüşün startından sona qədər daha nizamlı və üstün oynayan “futuristlər” qələbə sayəsində müvəqqəti liderliyə yüksəlib. Valdas Dambrauskas çempionatda son ayların ən formada komandasıdır. Hücum fazasında daha aktiv olan və qısa ötürmələrlə rəqib müdafiəsinə çətinlik yaşatmağı bacaran “Sabah” Tovuzda qalib gəlməkləQarabağ“la oyunöncəsi xüsusi motivasiya qazandı.

“Turan Tovuz” isə enişdədir. Turnir cədvəlində 24 xalla 5-ci sırada qərarlaşan bölgə təmsilçisi nəticələr bir yana, sərgilədiyi oyunla ümid vermir. Baş məşqçi Kurban Berdıyev də çətin situasiyanı qəbul edir. Mövsümün əvvəlində çempionluq iddiası ilə yola çıxan tovuzlular artıq yarışdan yavaş-yavaş uzaqlaşmaqdadır.

Liqada ən yaxşı heyətə sahib kollektivlərdən olan tovuzlularda konkret problemin nədə/kimdə olduğu qeyri-müəyyəndir. Bu heyət mövsümün əvvəlində yaxşı nəticələrlə seçilib, bir müddət liderliyə yüksəlib. Lakin enişin konkret səbəbləri məlum deyil. Son turlardakı xal itkiləri komanda üçün gələcəkdə avrokubok zonası üçün belə təhlükə yarada bilər.

Şahin Cəfərov

Mikels: “Bu mövqedə getdikcə daha yaxşı olacağam”

14 December 2025 at 08:43

“Sabah” Premyer Liqanın XV turunda “Turan Tovuz”u məğlub edib – 3:1.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın futbolçusu Coy-Lens Mikels matçdan sonra klubun mətbuat xidmətinə fikirlərini bildirib. Komandasının ilk qolunu vuran hücumçu yaxşı formada olduğunu deyib:

“Bəli, məncə formadayam. Hər şey mənim üçün yolunda gedir. Komanda da yaxşı oynayır və bu, mənə uyğundur. İndi fərqli mövqedə oynayıram. Bu mövqedə getdikcə daha yaxşı olacağam. Ümid edirəm ki, bu cür davam edib komandama qollar və məhsuldar ötürmələrlə kömək edəcəyəm”.

“Sabah” bu qələbə ilə müvəqqətli liderliyə yüksəlib. Mikels birinci pillədə olmalarına münasibət bildirib:

“Çox qürurvericidir. Bura qələbə üçünü gəlmişik. “Qarabağ“a qarşı böyük oyun bizi gözləyir. Matça tam hazırıq”.

“Kəpəz”dən qələbə, Suraxanıda darmadağın

14 December 2025 at 19:28

Bu gün Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub. 

“Kəpəz” Yevlaxda “Qəbələ“ni məğlub edib.

Digər matçda “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəlib.

Azərbaycan Premyer Liqası
XV tur

14 dekabr

14:00 Kəpəz – Qəbələ 1:0
Qol: Ohori, 56
Qırmızı vərəqə:
İbrahim Sanqare, 38 (“Qəbələ”)
Baş hakim: Rəvan Həmzəzadə
Yevlax şəhər stadionu

17:30 Qarabağ – Araz-Naxçıvan 5:1
Qollar:
Toral Bayramov, 31, 90+5 (pen.) Nəriman Axundzadə, 41, Montiel, 57 (pen.), Leandro Andrade, 72 – Ramon Maçado, 75 (pen.)
Baş hakim: Rəşad Əhmədov
Azersun Arena”

Premyer Liqada favoritlərin turu

14 December 2025 at 02:24

Bu gün İngiltərə Premyer Liqasında XVI tura start verilib.

 

Futbolpress.az xəbər verir ki, “Çelsi” “Everton”u, “Liverpul” “Brayton”u məğlub edib.

 

“Arsenal” son dəqiqələrdə vurduğu qolla “Vulverhempton”a qalib gəlib.

 

İngiltərə Premyer Liqası
XVI tur

 

13 dekabr

 

Çelsi – Everton 2:0
Qollar:
K.Palmer, 21, M.Qusto, 45

 

Liverpul – Brayton 2:0
Qollar:
H.Ekitike, 1, 60

 

Bernli – Fulhem 2:3
Qollar: L.Uqoçukvu, 21, O.Sonne, 86 – E.Smit-Rou, 9, K.Bassi, 31, H.Vilson, 58

 

Arsenal – Vulverhempton 2:1
Qollar:
S.Conston, 70 (avtoqol), Y.Moskera, 90+4 (avtoqol) – T.Arokodare, 90

 

14 dekabr

 

18:00 Kristal Pelas – Mançester Siti
18:00 Nottingem Forest – Tottenhem
18:00 SanderlendNyukasl
18:00 Vest Hem – Aston Villa
20:30 Brentford – Lids

 

15 dekabr

 

00:00 Mançester Yunayted – Bornmut

PSJ və “Tuluza” 3 xalı 3 qolla qazandı

14 December 2025 at 02:20

Fransa Liqa 1-də XVI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündəAnje” “Nant”a qalib gəlib.

PSJ bu turda “Mets”i məğlub edib. “Tuluza” isə səfərdəParis”dən üstün olub.

Fransa Liqa 1
XVI tur

12 dekabr

Anje – Nant 4:1
Qollar: Abdelli, 17-pen. Şerif, 60. Djibirin, 85. Raolisoa, 90+4 Kentonse, 81.

13 dekabr

Renn – Brest 3:1
Qollar: Lepaul, 24. Tamari, 25. Meyte, 87 – Balde, 13.

Mets – PSJ 2:3
Qollar:
Deminge, 42. Çitaişvili, 80 Q.Ramos, 31. Ndjantu, 39. Due, 63.

Paris – Tuluza 0:3
Qollar:
İdalqo, 29. Qboho, 37; 69.

14 dekabr

18:00. Lion Havr
20:15. Oser – Lill
20:15. LansNitsa
20:15. Strasburq – Loryan
23:45. Marsel – Monako

“Latsio”dan əzmkar qələbə

14 December 2025 at 01:49

İtaliya A Seriyasında XV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə “Leççe” “Piza”dan üstün olub.

“Torino” “Kremoneze”ni, “Latsio” “Parma”nı məğlub edib. “Atalanta” azarkeşləri önündə “Kalyari”yə qalib gəlib.

İtaliya A Seriyası
XV tur

12 dekabr

Leççe Piza 1:0
Qol:
Ştuliç, 72.

13 dekabr

Torino Kremoneze 1:0
Qol:
N.Vlaşiç, 27

Parma – Latsio 0:1
Qol: T.Noslin, 82

AtalantaKalyari 2:1
Qollar:
C.Skamakka, 11, 81 – C.Qaetano, 75

14 dekabr

15:30. Milan – Sassuolo
18:00. Fiorentina – Verona
18:00. Udineze – Napoli
21:00. Cenoaİnter
23:45. Bolonya Yuventus

15 dekabr

23:45. Roma – Komo

“Qarabağ”dan inamlı qələbə

13 December 2025 at 21:17

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında II turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, kişilərin yarışında “Qarabağ” “Azəryol”u 31:21 hesabıyla məğlub edib. “Bakı” “Dinamo” (40:26), “Kür” isə “Təhsil”dən (38:28) üstün olub.

Qadınların mübarizəsində “Kür” “Bakı”nı (54:11), “İdman Akademiyası” “Təhsil”i (43:16), “Azəryol” “Qarabağ”ı (46:27) üstələyib.

Azərbaycan boksçusu dünya çempionu oldu

13 December 2025 at 20:44

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionu olub.

Futbolpress.az xəbər verir ki, millinin 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula yiyələnib.

Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Edmond Xudoyanla (Rusiya) qarşılaşıb. Mamedov rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.

Bununla da millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialda 3-cü yeri tutublar.

Cüdoçular üçün seminar

13 December 2025 at 20:10

Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə regionlardan olan yeniyetmə cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib.

Futbolpress.az xəbər verir ki, seminarın məqsədi idmançılar arasında təmiz və ədalətli idman dəyərlərinin təşviqi, dopinqin fəsadları barədə məlumatlılığın artırılması olub.

Tədbirdə beynəlxalq yarışlarda tətbiq olunan anti-dopinq qaydaları, bəzi dərman vasitələrinin tərkibində dopinq elementlərinin ola bilməsi, eləcə də dopinqlə mübarizədə həkim–idmançı–məşqçi əməkdaşlığının vacibliyi barədə ətraflı məlumat verilib.

Yesterday — 13 December 2025Main stream

PSJ-də Şevalye sevinci

13 December 2025 at 22:10

PSJ-nin qapıçısı Luk Şevalye zədəsini sağaldıb.

Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Luis Enrike yerli mətbuata açıqlamasında deyib. O, fransalı qolkiperin məşqlərə başladığını bildirib.

Şevalye zədə üzündən Paris klubunun son iki matçında meydana çıxmayıb.

Berdıyev: “Bu səhvləri etməməli idik”

13 December 2025 at 19:40

Azərbaycan Premyer Liqasının XV turunun “Turan Tovuz” – “Sabah” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Müdafiədə buraxdığımız kobud səhvlərdən sonra “Sabah” qollar vurdu və qələbə qazandı. Bu səhvləri etməməli idik.

– Sizcə məğlubiyyətin əsas səbəbi nədir? Sizin taktiki səhvlərinizin olduğunu düşünürsüz?
– Desək ki, məşqçi səhv etmir, doğru olmaz. İstənilən məşqçi səhv edir.  Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi. Bunun nəticəsində “Sabah”ın istifadə edəcəyi boşluqlar çox oldu.

– Oyundan əvvəl rəqibi təhlil edirsiz?
– Əlbəttə.

– Bu gün azarkeşlər sizin ünvanınıza “istefa” şüarları səsləndirdi. Bununla bağlı nə deyə bilərsiniz?
– Bu məsələləri bütün klublarda prezident həll edir. Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir.

– Bu gün “Turan Tovuz”un sərgilədiyi oyun idi?
– Xeyr.

Şahin Cəfərov

“Bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil”

13 December 2025 at 19:36

Azərbaycan Premyer Liqasının XV turunun “Turan Tovuz” – “Sabah” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

İlk olaraq oyunçularımı təbrik edirəm. Həqiqətən də möhtəşəm oyun sərgilədik. Çox önəmli 3 xal qazandıq. Burada qalib gəlmək çətindir. Rəqib yaxşı təşkilatlanmış komandadır. Onların müdafiəsini yarmaq çox çətindir. 80-ci dəqiqəyə qədər hesabda 3:0 öndə idik. Bu gün qələbəyə layiq idik. Bakıdan bizi dəstəkləməyə gələn azarkeşlərimizi təbriik edirəm.

– “Sabah”ın çempionluq hədəfi var?
– Bizim sadəcə bir niyyətimiz var, o da növbəti oyuna hazırlaşmaqdır. 4 gün sonra bizi çox önəmli qarşılaşma gözləyir. Belə qələbələrdən sonra rahatlaşmaq olmaz. “Qarabağ”la matç çox ağır olacaq. Ölkənin ən yaxşı komandasına qarşı oynayacağıq. Avropada da sürprizlərə imza atıblar. Məşqlər və oyunlara hazırlaşmaq bizim üçün çox önəmlidir.

– Tovuz şəhər stadionundakı atmosfer və ot örtüyünün durumu ilə bağlı nə deyə bilərsiz?
– Azərbaycanda qonağam. Burada işləmək mənim üçün böyük üstünlükdür. Azarkeşlər, stadion baarədə xoş sözlər deyə bilərəm. Möhtəşəm idilər. Amma ot örtüyü barədə bunu deyə bilmərəm. Meydança yaxşı deyildi. Hamımız futbolçuların inkişafını istəyirik. Ancaq bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil.

Şahin Cəfərov

“Bir həftə onu ələ salanlar olmuşdu” – Ayxan Abbasov

13 December 2025 at 16:20

Azərbaycan Premyer Liqasının XV turunun “Şamaxı” – “Zirə” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

– Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, stabil oynayan bir kollektivdir. Onlar da ağır qrafikdən çıxmışdılar. Hər iki komandanın epizodları oldu. Mühüm qələbə qazandıq, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm.

– Avrokubok zonasına yaxınsınız. Belə hədəf var?
– Avroliqaya oynamaq üçün geniş heyət lazımdır. Mühüm amillər var. Hər oyuna baxırıq. Məqsəd hər matçda xal qazanmaqdır. Ötən il qışa qədər iki dövrədə 17 xal yığmışdıq, bu il isə artıq 20 xal var, kubokda irəliləmişik. Möhkəmlənmiş heyətimiz var. Eyni zamanda avroliqa üçün büdcə lazımdır.

– Msanqa Afrika Millətlər Liqasında oynayacaq…
– Msanqa Serbiya I Liqasından gəlib. Bir həftə onu ələ salanlar olmuşdu. Deyirdilər, “Şamaxı” Tanzaniyadan futbolçu gətirib. Amma indi milliyə də dəvət alır, özünü doğruldur. Bu gün qol vurub getməsi də daha sevindirir.

– Premyer Liqada qalmağı təmin etmisiz?
– 25 xalın bəs edəcəyini düşünürəm. İndi 20 xalımız var. Hər yer bizim üçün önəmlidir. Ötən ildən daha yaxşı olmaq istəyirik.

Şahin Cəfərov

Sadıqov: “Paltardəyişmə otağında danışdıq ki…”

13 December 2025 at 16:14

Azərbaycan Premyer Liqasının XV turunun “Şamaxı” – “Zirə” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında bunları deyib:

“Gərgin oyun keçdi. Çempionatda rahat matç yoxdur. İlk dəqiqələrdən hər iki komanda əzmkar oynadı. Qol vurduq, fasiləyə öndə yollandıq. Paltardəyişmə otağında danışdıq ki, daha diqqətli olmalıyıq. Rəqibin ilk qolu gözlədiyimiz hücumlardan biri ilə oldu. Sonra penaltidən fərqləndilər. Geriyə düşəndən sonra çoxsaylı qol epizodlarımız oldu. Bir matçda belə epizodlar qol olmursa, qələbə müşkülə çevrilir. Qarşıdakı oyunlara köklənməliyik. Hücum xəttində itkilərimiz var. Bir çox oyunlarda bunun problemini yaşadıq. Rotasiya imkanlarımız aşağı idi. Bu oyunu unudub, növbəti oyuna köklənməliyik”.

Şahin Cəfərov

Tovuzda “11-lik”lər bilindi

13 December 2025 at 15:50

“Sabah” Premyer Liqanın XV turunda bu gün “Turan Tovuz”un qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 16:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Turan Tovuz”: 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdiyev

“Sabah”: 92. Stas Pokatilov (k), 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmiro, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 11. Kahim Parris, 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas

 

A Seriyasında ayın baş məşqçisi bilindi

13 December 2025 at 14:22

İtaliya A Seriyasında noyabr ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, “Milan”ın çalışdırıcısı Massimiliano Alleqridir.

Onun rəhbərlik etdiyi komanda ötən ay 4 oyunda 3 qələbə qazanıb. “Milan” “Roma”nı, “İnter”i, “Latsio”nu 1:0 hesabıyla məğlub edib, “Parma” ilə heç-heçəyə razılaşıb (2:2).

“Milan” A Seriyasında 14 turdan sonra 31 xalla birinci sıradadır.

Vernidub: “Hər şeyin fərqindəyəm” (MÜSAHİBƏ)

13 December 2025 at 13:04

“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, ukraynalı mütəxəssis “Neftçi”yə gəlişi və hədəflər haqda danışıb.

– “Neftçi”yə gəlişiniz necə baş tutdu?
– Əslində, həm ölkə daxilindən, həm də ölkə xaricindən təkliflərim var idi. Amma “Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum. Çünki “Neftçi” böyük tarixə malik klubdur. Komandanı hələ SSRİ çempionatından tanıyıram. Özüm də futbolçu kimi “Neftçi”yə qarşı oynamışam. “Neftçi” Ukraynada da çox populyardır. Rəhbərliklə söhbətimizdən sonra klubun qarşısında hansı hədəflərin dayandığını gördüm. Layihəni çox bəyəndim. Burada sistemli iş aparılır və klubun böyük planları var. Hazırda nəticələr çox da ürəkaçan olmasa da, bunlar müvəqqətidir. Nəticələri birlikdə yaxşılaşdıracağıq.

– Artıq futbolçularla da tanış olmusunuz, komandanı bir neçə məşqə çıxarmısınız. İlkin təəssüratlarınız necədir?
– Heyət çox keyfiyyətli futbolçulardan ibarətdir. Klub gözəl və hədəflərə uyğun transfer siyasəti həyata keçirib. Hər mövqedə güclü futbolçular toplaşıb. Onlardan gözləntilərim yüksəkdir. Çalışacağıq ki, qısa zamanda komandaya öz oyun fəlsəfəmizi aşılayaq, həm taktiki, həm fiziki, həm də psixoloji cəhətdən onları yeni səviyyəyə qaldıraq. Vaxt gedir, artıq çempionatın ortasındayıq. İşə düzgün yanaşsaq, məqsədimizə çatacağıq. Yaxın vaxtlarda hər hansı bir transferin həyata keçirilməsi gündəmdə deyil. Əlbəttə, uzunmüddətli planda komandanın möhkəmləndirilməsi var, amma indi əsas prioritetimiz əlimizdə olan futbolçuların oyun səviyyəsini bir qədər də qaldırmaqdır. Onlara güvənirəm.

– Qarşınıza hansı hədəflər qoyulub?
– Əvvəlcə mütləq şəkildə nəticələri yaxşılaşdırmalıyıq. İşimiz çoxdur, amma qorxmuruq. Artıq bir neçə məşq keçmişəm, futbolçularda da istək və əzm hiss olunur. Rəhbərlikdən də ilk gündən yalnız dəstək görürəm. İnanıram ki, bu çətinliyin öhdəsindən birlikdə gələcəyik. İlk söhbətimizdə də rəhbərlikdən xahiş etdim ki, hər dəqiqə mənim və futbolçuların yanında olsun. Biz bir-birimizi çox yaxşı başa düşdük. Hədəflərə gəlincə, “Neftçi”yə yalnız çempionluq yaraşır. Düzdür, indi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq. Vuruşacağıq, sonadək mübarizə aparacağıq. Ən azı bunun üçün sona qədər döyüşəcəyik, əlimizdən nə gəlirsə, edəcəyik. Elə “Sumqayıt”la matçdan etibarən qələbələri sıralamağa çalışacağıq.

– “Neftçi” azarkeşlərinə sözünüz nədir?
– Bu komanda necə böyükdürsə, elə də böyük azarkeşi var. Balacadan böyüyə ürəyi “Neftçi” ilə döyünən azarkeş ordusu var. Bunu bilirəm. Hər şeyin fərqindəyəm. “Neftçi”ni hər oyunda nəticədən asılı olmayaraq sonadək dəstəklədiklərindən xəbərdaram. Çalışacağıq və əlimizdən gələni edəcəyik ki, onların ümidlərini doğruldaq, hər oyundan sonra onları evlərinə sevinclə yola salaq. Azarkeşlərdən də xahiş edirəm ki, futbolçulardan dəstəklərini əsirgəməsinlər.

Şamaxıda heyətlər məlum oldu

13 December 2025 at 12:56

ŞamaxıPremyer Liqanın XV turunda bu gün “Zirə“ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 14:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 6. Antonio Lara 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k)29. Ceyhun Nuriyev 4. Ruan Renato 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 30. Rikardo Martins5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov16. Fuad Bayramov 14. Elçin Əlicanov 48. Ramiz Muradov 33. Əkbər Eyubov 43. Əhliman Süleymanzadə 77. Yeqor Boqomolski 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Mbappe məhkəməni uduzdu – PSJ-yə cərimə ödəyəcək

13 December 2025 at 12:33

Real”ın futbolçusu Kilian Mbappe sabiq klubu PSJ-yə qarşı açdığı məhkəməni uduzub.

Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb.

Mbappe keçmiş klubundan 55 milyon avro məbləğində bonusları və 2024-cü ilin aprel-iyun ayları üçün maaşının ödənilməsini tələb etmişdi. Məhkəmə fransalı hücumçunun tələbini rədd edib.

PSJ tərəfi Mbappenin azad agent kimi “Real”a keçə bilmək üçün bonus və maaş tələbindən könüllü imtina etdiyini açıqlamışdı.

İddiası rədd edilən Mbappe məhkəmə xərclərini qarşılayacaq, eyni zamanda PSJ-yə kompensasiya üçün 3 milyon avro cərimə ödəyəcək.

“Danışılanlar məni narahat etmir” – Alvares

13 December 2025 at 12:00

Atletiko”nun futbolçusu Yulian Alvares adının “Barselona” ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu xəbərlər haqda bunları deyib:

“Danışılanlar məni narahat etmir. Bütün diqqətim özümdə, komandaya kömək olmaqdadır. Bir oyunçu kimi inkişaf etməyə və qazanmağa çalışmalıyam”.

Alvares bu mövsüm 21 oyunda 11 qol vurub.

Azərbaycan çempionatında ikinci günün qalibləri bilindi

13 December 2025 at 11:41

Üzgüçülük üzrə Azərbaycan çempionatında ikinci günün mükafatçıları müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, yarış həm fərdi, həm də estafet şəklində keçirilir.

İkinci gündə qeydə alınan nəticələr:

Qadınlar:

Sərbəst üsulla 100 metr – Məryəm Cavadova (qızıl medal), Vlastilina Xasyanova (gümüş medal), Aleksandra Slepenko (bürünc medal)

Sərbəst üsulla 400 metr – Məryəm Cavadova (qızıl medal), Aleksandra Slepenko (gümüş medal), Leyla Abduləzizova (bürünc medal).

“Arxası üstə” üsülu ilə 50 metr – Sofiya Hacıyeva (qızıl medal), Sofiya Medvedeva (gümüş medal), Ameliya Levçenko (bürünc medal)

“Arxası üstə” üsülu ilə 100 metr – Vlastilina Xasyanova (qızıl medal), Məryəm Cavadova (gümüş medal), Aişə Səmədova (bürünc medal)

“Brass” üsülu ilə 50 metr – Anastasiya Boborıkina (qızıl medal), Sofiya Lyovina (gümüş medal), Cahan Nəbiyeva (bürünc medal)

“Brass” üsülu ilə 200 metr – Anastasiya Boborıkina (qızıl medal), Sofiya Lyovina (gümüş medal), Əminə Turabova (bürünc medal)

“Butterfly” üsulu ilə 50 metr – Aleksandra Slepenko (qızıl medal), Dəniz Topçubaşova (gümüş medal), Nərmin Ramazanova (bürünc medal)

“Butterfly” üsulu ilə 200 metr – Vlastilina Xasyanova (qızıl medal), Nigar İsmayılova (gümüş medal), Leyla Heydərova (bürünc medal)

Kişilər:

Sərbəst üsulla 100 metr – Abdürrahman Rüstəmov (qızıl), Süleyman İsmayılzadə (gümüş medal), Yeqor Maynitski (bürünc medal),

Sərbəst üsulla 400 metr – Süleyman İsmayılzadə (qızıl medal), Amin Oruclu (gümüş medal), Timur Nikiforov (bürünc medal)

“Arxası üstə” üsülu ilə 50 metr – Rəşad Alquliyev (qızıl medal), Ayaz Zərbəliyev (gümüş medal), Timur Nikiforov (bürünc medal)

“Arxası üstə” üsülu ilə 100 metr – Oqtay Hüseynov (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Fərhad Şirməmmədli (bürünc medal)

“Brass” üsülu ilə 50 metr – Rəşad Alquliyev (qızıl medal), Osman Qəribov (gümüş medal), Qurban Əliyev (bürünc medal)

“Brass” üsülu ilə 200 metr – Oqtay Hüseynov (qızıl medal), Vasif Nəcəfli (gümüş medal), Denis Xasyanov (bürünc medal)

“Butterfly” üsulu ilə 50 metr – Abdürrahman Rüstəmov (qızıl medal), Rəşad Alquliyev (gümüş), Ayaz Zərbəliyev (bürünc)

“Butterfly” üsulu ilə 200 metr – Süleyman İsmayılzadə (qızıl medal), Oqtay Hüseynov (gümüş medal), Yeqor Maynitski (bürünc medal)

Qarışıq üsulla estafet üsulu kişilər (4×100)

Qızıl medal – RYUM 1

(Rəşad Alquliyev, Yeqor Maynitski, Abdürrahman Rüstəmov, Süleyman İsmayılzadə)

Gümüş medal – Ocaq 1

(Tofiq Əhmədzadə, Timur Nikiforov, Fərhad Şirməmmədli, Amin Oruclu)

Bürünc medal – Trikids 1

(Teymur Cəfərov, Tural Atakişiyev, Riad Abbaszadə, Əli Rzazadə)

Qeyd edək ki, Azərbaycan çempionatı bu gün başa çatacaq.

“Sabah” üçün liderlik oyunu

13 December 2025 at 11:00

“Sabah” Premyer Liqanın XV turunda bu gün “Turan Tovuz”un qonağı olacaq. Matça saat 16:30-da start veriləcək.

“Turan Tovuz” 14 turdan sonra 24 xalla turnir cədvəlinin beşinci sırasında qərarlaşıb. Ehtiyatda daha bir oyunu olan Kurban Berdıyevin yetirmələri ikinci pillədəki “Sabah”dan dörd xal geridədir. “Bayquşlar”ın da ehtiyatda “Qarabağ“la bir matçı var. Həmin matç dekabrın 18-də keçiriləcək.

“Sabah” bu görüşdə qələbə qazanacağı halda, azı bir günlük liderliyə yüksələcək. Valdas Dambrauskasın yetirmələri yaxşı formadadadır. Komanda son 5 oyunda cəmi 1 heç-heçə edib, 4 qələbə qazanıb.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Tovuz təmsilçisi isə son 5 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib. Tovuz təmsilçisi “Sabah”a qarşı keçirdiyi son beş ev oyununun cəmi 1-də uduzub. 2 qələbə qazanan komanda 2 dəfə də heç-heçə edib.

“Sabah” Tovuz səfərində sonuncu dəfə 2023-cü ildə qələbə qazanıb. Komandaların son duelində “Sabah” azarkeşləri önündə inamlı qələbəyə sevinib.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

13 December 2025 at 10:20

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlauacaq telekanalların siyahısını təqdim edir…

13 dekabr

Azərbaycan, Premyer Liqa

14:00 Şamaxı – Zirə (CBC Sport)
16:30 Turan Tovuz – Sabah (CBC Sport)

Türkiyə, Super Liqa
15:30 RizəsporEyüpspor (beaİN Sports 1)
18:00 Kayserispor Alanyaspor (beİN Sports 1)
21:00 Antalyaspor Qalatasaray (Futbol 3, beİN Sports 1)

İspaniya, La Liqa
17:00 Atletiko – Valensiya (İdman TV)
21:30 Barselona – Osasuna (İdman TV)
00:00 Xetafe – Espanyol (Futbol 2)

İtaliya, A Seriyası
18:00 Torino Kremoneze (Futbol 1)
21:00 Parma – Latsio (Futbol 1)
23:45 AtalantaKalyari (Futbol 1, Matç TV)

İngiltərə, Premyer Liqa
19:00 Liverpul – Brayton (İdman TV)
19:00 Çelsi – Everton (beİN Sports 4)
00:00 Arsenal Vulverhempton (İdman TV)

Ronaldo məşhur filmə çəkiləcək

13 December 2025 at 09:00

Əl Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo “Forsaj” filmində rol alacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə aktyor Vin Dizel sosial şəbəkə hesabında paylaşım edib:

“Hamı soruşurdu ki, Ronaldo “Forsaj”da olacaqmı? Bəli, deməliyəm ki, həqiqətən, bu baş verəcək. Biz onun üçün rol yazmışıq”.

Salah bağışlandı

13 December 2025 at 08:35

Liverpul”un hücumçusu Məhəmməd Salah bağışlanıb.

Futbolpress.az xəbər verir ki, bir müddət əvvəl tənqidi açıqlamaları ilə baş məşqçi Arne Slotun qərarı ilə komandadan kənarlaşdırılan hücumçu heyətə qayıdıb. Bu barədə “Sky Sports” məlumat yayıb.

Salah Premyer Liqada “Brayton”la oyunda iştirak ərizəsində olacaq.

33 yaşlı hücumçu bu mövsüm çempionatda 13 oyunda 4 qol vurub.

“Zirə” uduzdu, “Sabah”dan qələbə

13 December 2025 at 18:29

Bu gün Azərbaycan Premyer Liqasında XV tura start verili.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Şamaxı” “Zirə“ni qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb – 2:1.

Günün digər oyununda “Sabah” “Turan Tovuz”un qonağı olub. Matç qonaqların qələbəsiylə bitib. 

Azərbaycan Premyer Liqası
XV tur

13 dekabr

Şamaxı – Zirə 2:1
Qollar: Msanqa, 54, Rossi, 61 (pen.) – Papunaşvili, 8
Baş hakim: İnqilab Məmmədov
Şamaxı şəhər stadionu

Turan Tovuz – Sabah 0:1
Qollar:
F.Ozobiç, 82 – V.Simiç, 68, U.Rahmonaliyev, 79, Mikels, 31
Baş hakim: Əliyar Ağayev
Tovuz şəhər stadionu

Bundesliqa: “Bayer” evdə, “Volfsburq” səfərdə sevindi

14 December 2025 at 00:50

Almaniya Bundesliqasında XIV turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Union Berlin” evdə “Leypsiq”lə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsiylə bitib.

“Bayer” bu turda “Köln”ə qalib gəlib. “Volfsburq” isə səfərdə “Borussiya”dan (Münhenqladbax) üstün olub.

Almaniya Bundesliqası
XIV tur

12 dekabr

Union Berlin – Leypsiq 3:1
Qollar:
Burke, 57. Ansa, 64. Skarke, 90+3 – Qomis, 60.

13 dekabr

Borussiya (Münhenqladbax) – Volfsburq 1:3
Qollar:
Kulyerakis, 22-öz qapısına – Vimmer, 4; 34. Amura, 34.

Ayntraxt – Auqsburq 1:0
Qol:
Doan, 68.

Hoffenhaym – Hamburq 4:1
Qollar:
Promel, 8. O.Kabak, 31. Lemperle, 65. Asllani, 72 – Filippe, 82.

Sankt Pauli – Haydenhaym 2:1
Qollar: Kaars, 35; 53 – Pyeringer, 64.

Bayer – Köln 2:0
Qollar:
Terrye, 66. Andrix, 72.

14 dekabr

18:30. Frayburq – Borussiya (Dortmund)
20:30. Bayern – Maynts
22:30. Verder – Ştutqart

Super Liqa: “Qalatasaray”dan darmadağın

13 December 2025 at 23:38

Türkiyə Super Liqasında XVI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub. “Kasımpaşa” evdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Oyun qolsuz yekunlaşıb.

Lider “Qalatasaray” “Antalyaspor” səfərində inamlı qələbə qazanıb.

Türkiyə Super Liqası
XI tur

12 dekabr

Kasımpaşa – Gənclərbirliyi 0:0

13 dekabr

Rizəspor – Eyüpspor 3:0
Qollar: Laci, 45+2-pen. S.Akaydın, 52. Sou, 81.

Kayserispor – Alanyaspor 0:0

Antalyaspor – Qalatasaray 1:4
Qollar: Van de Strek, 69 – Sane, 7. Sallai, 11. Osimhen, 56. İkardi, 90+3.

14 dekabr

15:30. Qaziantep – Göztəpə
18:00. Karagümrük – Kocaelispor
21:00. Samsunspor – Başakşəhər
21:00. Trabzonspor – Beşiktaş

15 dekabr

21:00. Fənərbağça – Konyaspor

“Sumqayıt” uduzdu, NTD-dən qələbə

12 December 2025 at 22:50

Azərbaycan Basketbol Liqasında IX turun daha iki oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında B qrupunda yer alan “Ordu” “Sumqayıt”ı məğlub edib – 106:86.

A qrupunda isə NTD “Şəki”yə qalib gəlib – 93:79.

Turun əvvəlki qarşılaşmalarında “Quba” “Lənkəran”ı (95:87), “Naxçıvan” isə “Sərhədçi”ni (90:74) məğlub edib.

Daha 4 boksçu 1/4 finalda

12 December 2025 at 22:16

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 4 idmançısı 1/4 finala yüksəlib.

Şahin Aslanov (60 kq) Demid Kloçkonu (İsrail) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti görüşünü dekabrın 14-də İvaylo Kolevə (Bolqarıstan) qarşı keçirəcək.

Adil Zalov (70 kq) da Avropa çempionatında qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Hakan Arda İlgündən (Türkiyə) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Zalov dekabrın 13-də Oskar Muszakovski (Polşa) ilə üz-üzə gələcək.

Gülər Hüseynova (48 kq) Oleksandra Mişçenkoya (Ukrayna) heç bir şans verməyib. Hər 3 raundu aktivinə yazan milli üzvü yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, dekabrın 14-də 1/4 finalda Maria Spennato (İtaliya) ilə döyüşəcək.

Fidan Bakarova (63 kq) isə Antonina Binieçkanı (Polşa) mübarizədən kənarlaşdırıb – 3:2 (29:26, 28:27, 29:26, 27:28, 27:28). O da dekabrın 14-də növbəti görüşünə çıxacaq. Bakarova Rihanna Holdenlə (İngiltərə) qüvvəsini sınayacaq.

Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.

Before yesterdayMain stream

Fransa klubunda yeni baş məşqçi

12 December 2025 at 19:39

“Nant” klubunun yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Ahmed Kantariyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı mütəxəssislə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Kantari bu postda bir neçə gün əvvəl istefaya göndərilən Luiş Kaştrunu əvəzləyib.

“Nant” Liqa 1-də 15 turdan sonra 11 xalla 17-ci sıradadır.

“Şamaxı”nın “Zirə” sindromu

12 December 2025 at 20:00

“ZirəPremyer Liqanın XV turunda sabah “Şamaxı“nın qonağı olacaq. Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 14:00-da start götürəcək.

“Zirə” 14 turdan sonra 27 xalla turnir cədvəlinin üçüncü sırasındadır. “Şamaxı” isə 17 xalla 7-ci sıradadır.

“Zirə” son 7 oyunda məğlub olmayıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv sonuncu dəfə oktyabrda “Sabah”a uduzub – 0:2. “Qartallar” bundan sonrakı 7 matçda 2 heç-heçə edib, 5 qələbə qazanıb.

Şamaxı” isə son iki rəsmi oyunu qələbə ilə başa vurub. Kubokda “Baku Sportinq”ə qalib gələn “şirlər” çempionatda autsayder “Karvan-Yevlax”ı üç cavabsız qolla məğlub edib.

Şamaxı” ilə “Zirə” arasında baş tutan son beş görüşdəqartallar”ın aşkar üstünlüyü var. “Zirə” 4-ü Premyer Liqa, 1-i kubok olmaqla 5 matçın hər birini qazanıb.

Şahin Cəfərov

Rəhim Həsənov FIFA referilərinin səhvini etiraf etdi – VİDEO

12 December 2025 at 18:35

AFFA Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov Misli Premyer Liqasının 14-cü turundakı və Azərbaycan kubokunun 1/8 final mərhələsindəki mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, FiFA referiləri Kamal Umudlunun “İmişli” – “Sabah” matçında, Əliyar Ağayevin isə “Sumqayıt” – “İmişli” matçında penalti təyin etməklə səhv qərar qəbul etdiklərini vurğulayıb.

Mareska mükafat qazandı

12 December 2025 at 18:15

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, “Çelsi“nin çalışdırıcısı Enzo Mareskadır.

Mütəxəssisin rəhbərlik etdiyi “zadəganlar” ötən ay 4 oyunda 3 qələbə qazanıb.

Çelsi” Premyer Liqada 15 turdan sonra 25 xalla 5-ci sıradadır.

Millinin keçmiş müdafiəçisinə 5 illik cəza

12 December 2025 at 17:52

Şamaxı”nın sabiq müdafiəçisi, oyun alqı-satqısında ittiham olunan Adil Nağıyev məhkəmə qarşısına çıxarılıb.

Futbolpress.az xəbər verir ki, o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il azadlıqdan məhrum edilib. Cəza 1 il sınaq müddəti təyin olunmaqla şərti hesab olunub.

Nağıyev Azərbaycan Premyer Liqası çərçivəsində baş tutan “Şamaxı” – “Kəpəz” və ötən mövsüm Azərbaycan Kubokunun 1/8 finalında keçirilmiş “Zirə” – “Şamaxı” matçlarının nəticəsini manipuliyasiya etməkdə günahlandırılıb.

Adil Nağıyev “Zirə”, “Səbail”, “Şamaxı” kimi klublarda forma geyinib. O, millidə 3 oyuna çıxıb.

AFFA nümayəndələrinin Gəncə və Tovuz səfəri

12 December 2025 at 17:32

AFFA Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli və məşqçi-koordinator Sərxan Hüseynov Qərb regionunu təmsil edən Gəncə və Turan Tovuz futbol akademiyalarına səfər ediblər.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa Klublarının Lisenziyalaşdırılması çərçivəsində Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək prosesi çərçivəsində reallaşan səfərin məqsədi akademiyalarda mövcud vəziyyətin qiymətləndirilməsi, lisenziyalaşdırma tələblərinə uyğunluğun yoxlanılması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub. Görüşlər çərçivəsində məşqçi heyəti və tibbi personalın fəaliyyəti, infrastrukturun mövcud durumu və bütün yaş qruplarında məşq proseslərinin təşkili yerində araşdırılıb, təkmilləşmə üçün müvafiq tövsiyələr təqdim olunub.

Akademiya rəhbərliyi ilə keçirilən geniş müzakirələrdə inkişaf modeli, daxili strukturun optimallaşdırılması və istedadlı futbolçuların hazırlanması üzrə prioritet istiqamətlər dəyərləndirilib. Tibbi, qapıçı və fiziki hazırlıq üzrə mütəxəssislərlə ayrıca görüşlər təşkil edilərək futbolçuların sağlamlıq göstəriciləri, peşəkar hazırlıq standartları və tətbiq olunan metodikalar təhlil olunub.

İnfrastruktur obyektlərinə baxış zamanı klubların mövcud potensialı qeydə alınıb, yeni inkişaf mərhələsinə keçid üçün cari imkanlar qiymətləndirilib. SMM və hüquq komandaları ilə aparılan müzakirələr isə sosial layihələrin gücləndirilməsi və ictimai fəaliyyətin effektivliyinin artırılmasına yönəlib. Klubların rəy və təklifləri AFFA tərəfindən qeydiyyata alınıb.

Bu səfər AFFA-nın futbol akademiyalarının inkişafına göstərdiyi davamlı dəstəyin, həmçinin lisenziyalaşdırma prosesinin daha da təkmilləşdirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.

“İkinci nəfəs”də MEDİA-nın rolu

12 December 2025 at 17:14

Feysbuk – 1 milyon baxış
Tiktok – 511 min baxış
Youtube – 387 min baxış
İnstagram – 717 min baxış.

Bu, “Futbolpress.az”ın sosial son 28 gündəki nəticələridir. Toplam 2 milyondan çox baxış…

Bura ölkə idman mediasının ən aktivi olan teleqram kanalımızı və saytımızın baxış statistikasını da əlavə etsək, 3 milyondan çox edir.

Və ən vacib məqam: bütün bu nəticələr sırf orqanikdir. Heç bir reklam olmadan, təbii nəticələr.

Ümumilikdə 50-dən çox ölkədən baxış – 10 milyonluq ölkə üçün bir media orqanının bu nəticələri göstərməsi “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi kimi pozitiv bir nonsesdir.

Bu nəticələrlə qonşu ölkələrdə ciddi reklam büdcəsi toplamaq olardı, lakin bizim analoji “bazarda” arzulanan hərəkətlilik hələ də yoxdur.

Daha bir vacib məqam ondadır ki, “Futbolpress.az” bu nəticələrə sırf ənənəsi, klassik, hətta konservativ adlandıra biləcəyimiz peşəkar jurnalistika ənənələrinə, prinsiplərinə sadiq qalmaqla nail olub. Bu, müasir jurnalistika anlayışında cücərən çoxsaylı “janrların”, həvəskar yanaşmaların “trend” olduğu dönəmdə baş veribsə, sevinməyə dəyər ki, popsa hələ də peşəkar/ənənəvi jurnalistikanı sıradan çıxarmağa tam qadir deyil.

17 illik fəaliyyəti ərzində popsadan uzaq olan “Futbolpress.az” və bu qəbildən olan elektron KİV-lərin, idman diliylə ifadə etsək, formada qalmasında MEDİA-nın rolu/dəstəyi böyükdür.

Xüsusən, son illər tüğyan edən “sosial media jurnalistikasının” yaxşı tərəfləri olduğu kimi, pis təsirləri də var. Əfsus ki, jurnalistikanın təməl prinsipləri – məlumatlandırma, maarifləndirmə və cəmiyyət zövqü formalaşdırmadan uzaq, faydadan çox zərər verən “yeni jurnalistika” inisiativi böyük ölçüdə ələ alıb. Dövlət üçün mühüm strateji əhəmiyyət daşıyan bu məsələdə peşəkar səhmanın yaranması sırf peşəkar medianın dəstəklənməsindən keçirdi və bu anlamda MEDİA mühüm əhəmiyyətli iş görür.

İdman mediasının maddi baxımdan çöküşü ərəfəsində MEDİA-nın yeganə spesifik sahə olaraq bu istiqamətə yönəlməsi öz faydasını böyük miqyasda göstərir. Müstəqil idman saytları üçün “ikinci nəfəs” rolunu oynayan bu dəstək indi real və ciddi nəticələrini göstərir.

Medianın İnkişafı Agentliyinin il ərzində iki/üç dəfə keçirdiyi müəllif məhsulu müsabiqələrinin hər birində İdman mediasından ən az bir qalibin olması da göstərir ki, spesifik sahələrdən məhz idman mediasının layihə müsabiqələrinə seçilməsi dəqiq, doğru yanaşmadır.

MEDİA-nın fərdi və redaksiya inkişafına yönəlik layihələrinin də faydası danılmazdır. Bundan başqa, reyestrdan keçmiş KİV orqanlarının vergidən azad olunması da mətbuatın inkişafına təkan verən məqamlardandır.

Nə yaxşı ki, yeni müsabiqə şərtlərində maddi cəhətdən 75% artım edildi. İndi layihə qalibləri daha geniş inkişaf imkanı əldə etmiş olacaq.

Mətbuatın iqtisadi rifahı ilə bağlı fundamental addımın real nəticələrdə özünü büruzə verməsi ən vacib amildir və ümid edək ki, son yeniliklər medianın peşəkarlığa doğru daha böyük addımlar atmasına təşviq edəcək. MEDİA-dan bu baxımdan daha böyük gözləntilər var…

Elçin Cəlilov

“Məğlubiyyətə səbəb Nərimanın zəif oyunu deyil”

12 December 2025 at 16:50

“QarabağÇempionlar Liqasının VI turunda “Ayaks”a uduzub – 2:4.

Millinin sabiq futbolçusu, Qərb Regional Futbol Federasiyasının rəhbəri Nadir NəbiyevFutbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:

Qarabağ“a inam böyük idi. Komanda oyuna da yaxşı başladı, qol vurdu. Rəqibdən üstün futbol sərgiləyirdilər. İkinci hissədə də pis oyun alınmadı. “Ayaks” son 15 dəqiqədə üstünlüyü ələ alıb qollar vurdu və qələbə qazandı“.

Mütəxəssis Qurban Qurbanovun Nəriman Axundzadəni meydana buraxmasına görə tənqid edilməsinə toxundu:

“Qurban müəllim ilk dəfə deyil ki, belə əvəzetmələr etsin. Dəfələrlə oyuna sonradan daxil olan futbolçular qələbə qolunu vurublar. Razıyam, əvəzetmələr bu dəfə yaxşı təsir göstərmədi. Amma məğlubiyyətə səbəb Nərimanın zəif oyunu deyil. Hücumda yaxşı fürsətlər boşa verildi, müdafiədə boşluqlar oldu və rəqib bundan yararlandı“.

Nəbiyev komandanın pley-off şanslarını da dəyərləndirdi:

Ayntraxt”la oyunda qələbə mütləqdir. Bundan əlavə, digər rəqiblərin də nəticələri önəmli olacaq. Çətindir, amma şanslar qalır. Ümid edirəm, “Qarabağ” sonda yenə azarkeşlərini sevindirəcək”.

Şahin Cəfərov

“Araz-Naxçıvan”ın oyununa təyinatlar

12 December 2025 at 16:29

Futzal üzrə Yüksək Liqada təxirə salınmış “Araz-Naxçıvan” – U-19 oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüş dekabrın 18-də keçiriləcək. Matça saat 13:00-da start veriləcək.

Araz-Naxçıvan – U-19

18 dekabr. Olimpik Star. Saat 13:00
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov
Hakim-inspektor: Elçin Səmədli

AFFA rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib

12 December 2025 at 16:13
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar bu gün AFFA rəhbərliyi Fəxri Xiyabanı ziyarət edib.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

AFFA rəhbərliyi Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad edib.

“Azəri” – çempion

12 December 2025 at 15:54

AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında “3 dekabr Beynəlxalq Əlillər Günü”nə həsr edilmiş futzal turnirinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, baş tutan oyunlardan sonra “Azəri” komandası yarışın qalibi olub.

“Ümid” ikinci, “Bakı” isə üçüncü yeri tutub.

Turnirin son oyunlarının ardından mükafatlandırma mərasimi keçirilib.

Bundan başqa, 12 qola imza atan “Azəri”nin oyunçusu Elcan Heydərov turnirin bombardiri olub. “Bakı”nın üzvü Nizaməddin Əzimzadə turnirin ən yaxşı qapıçısı, “Ümid”dən Ayxan Tanrıverdili isə ən yaxşı oyunçusu seçilib.

Benzemanın mundial arzusu

12 December 2025 at 15:30

Əl İttihad”ın hücumçusu Kərim Benzema DÇ-2026-da oynamaq istəyir.

Futbolpress.az xəbər verir ki, o, bu barədəLequipe” nəşrinə açıqlamasında deyib. Benzema Fransa yığmasının heyətində mundialda iştirak etmək istədiyini bildirib.

37 yaşlı hücumçu millidə 97 oyunda 37 qol vurub. O, 2022-ci ildə “Qızıl top” mükafatını qazanıb.


AB
Ş, Meksika və Kanadanın ev sahibliyi edəcəyi mundial gələn il 11 iyun – 19 iyul tarixlərində olacaq.

“Bavariya”da Boey qərarı

12 December 2025 at 15:15

Bavariya” müdafiəçisi Saşa Boeyi satmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Münhen klubu qış transfer dönəmində oyunçu üçün gələcək təklifləri dəyərləndirəcək.

Bavariya” 25 yaşlı futbolçu üçün 15 milyon avro tələb edir.

Boey bu mövsüm 14 oyuna çıxıb.

“İnter”də itki – ili bitirdi

12 December 2025 at 14:50

İnter” itki ilə üzləşib.

 

Futbolpress.az xəbər verir ki, komandanın müdafiəçisi Françesko Açerbi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Liverpul”la Çempionlar Liqası matçında (0:1) zədə alan Açerbi azı bir ay yaşıl meydanlardan uzaq qalacaq. 

Vernidubun debütü

12 December 2025 at 14:25

“Neftçi” Premyer Liqanın XV turunun “Sumqayıt”la oyununa yeni baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altında çıxacaq. Dekabrın 15-də, “Palm Sports Arena”da baş tutacaq görüşə saat 19:00-da start veriləcək.

Vernidub buna qədər yeni iş yerlərindəki ilk oyunlarında uğursuzluq yaşayıb. 2011-ci ildəZarya”nı Ukrayna çempionatında birinci oyuna çıxaran mütəxəssis məğlubiyyətlə üzləşib – 1:2.

Vernidub növbəti iş yeri “Soliqorsk”da da eyni aqibəti yaşayıb. Belarus təmsilçisi mütəxəssisin rəhbərliyi altında ilk matçda “Minsk”ə uduzub – 0:1.

YurininŞerif” karyerası uğurlu alınıb. Moldova çempionatında “Sfıntul”la matçda Vernidubun komandası qələbəyə sevinib – 4:1.

Ukraynalının son ünvanıKrivbas”dakı debütü də yaxşı alınmayıb. Komanda “Kolos”a səfərdə 0:1 hesabıyla məğlub olub.

Vernidubun debütü səfərə düşübsə, məğlub olub. Yeganə qələbəŞerif”lə ev oyunundakıdır.

Şahin Cəfərov

Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi

12 December 2025 at 14:17

Azərbaycanda 2025-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.

Futbolpress.az xəbər verir ki, “Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.

Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplamaqla, 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

Sorğuda iştirak edənlərdən 2-si son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, 1-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 1-i “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 1-i isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib.

“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluq sevinci yaşayıb. Bundan başqa, Qurbanovun komandası tarixində ikinci dəfə UEFA Çempionlar Liqasında əsas mərhələyə yüksəlib. Hazırda da bu turnirdə çıxışını davam etdirən “köhlən atlar” “Benfika”, “Kopenhagen” kimi komandaları məğlub edib, “Çelsi” ilə oyunda bərabərə qalıb.

QEYD: İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi dekabrın 15-də keçiriləcək. “Fairmont otel”in (“Üç alov qülləsi”) “Səttar Bəhlulzadə zalı”nda təşkil olunacaq tədbir saat 11:30-da başlayacaq.

Milli üzvü əməliyyat olundu

12 December 2025 at 13:57

Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın üzvü Mirzə Əmirov cərrahiyyə əməliyyatı olunub.

Futbolpress.az xəbər verir ki, futzalçının “Liv Bona Dea”da “diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası” əməliyyatı uğurlu alınıb.

Bu gün xəstəxananı tərk edəcək M. Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.

Livakoviçin yeni klubu

12 December 2025 at 13:40

Fənərbağça”nınJirona”ya icarəyə verdiyi Dominik Livakoviç karyerasını Xorvatiyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, qolkiper “Dinamo” ilə razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Livakoviç yanvarda yeni klubuna qoşulacaq.

Qolkiper “Jirona”da oyuna çıxmayıb.

Hücumçusu “Fənərbağça”dan ayrılmaq istəyir

12 December 2025 at 13:21

Mərakeşli hücumçu Yussuf En NesiriFənərbağça”dan ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Son dönəmlərdə ciddi tənqidlərə məruz qalan 28 yaşlı hücumçu qışda klubdan ayrılmaq niyyətindədir və bu barədə rəhbərliyi məlumatlandırıb.

En Nesirinin adı Səudiyyə Ərəbistanı klubları ilə hallanır.

Forvard bu mövsüm 24 oyunda 8 qol vurub, 1 məhsuldar ötürmə edib.

AL: 6 komanda pley-offda

12 December 2025 at 12:55

Avropa Liqasında VI tur başa çatıb.

Futbolpress.az xəbər verir ki, matçlardan sonra pley-off mərhələsinə vəsiqə qazanan 6 komanda məlum olub.

“Lion” (Fransa), “Midyullannd” (Danimarka), “Aston Villa” (İngiltərə), “Betis” (İspaniya), “Frayburq” (Almaniya) və “Ferentsvaroş“un (Macarıstan) ilk “24-lük”də yer alacağı dəqiqləşib.

“Ronaldonu nümunə götürün, Messini yox”

12 December 2025 at 12:30

Yuventus“un sabiq futbolçusu Klaudio Markizio açıqlama verib.

Futbolpress.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi Kriştiano Ronaldo və Lionel Messi haqda danışıb:

“Gənc futbolçular çempion biri olmaq üçün Ronaldonu nümunə götürməlidir, Messini yox. Çünki Ronaldo ulduz futbolçu olsa da, üzərində dayanmadan çalışıb və çalışmaqdadır. Messidəki isə Tanrının vergisidir. Onun məşq etməyə belə ehtiyacı yoxdur”.

“Qarabağ”ın çempionat oyunu 3 manata

12 December 2025 at 12:15

Qarabağın Premyer Liqanın XV turunda “Araz-Naxçıvan”a qarşı keçirəcəyi ev oyununun biletləri bu gün saat 13:00-da satışa çıxacaq.

Futbolpress.az xəbər verir ki, qiymətlər 3, 5, 7 və 15 manatdır.

Dekabrın 14-də keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununa saat 17:30-da start götürəcək.

Mamedov dünya çempionatının finalında

12 December 2025 at 11:50

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionatında finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialın yarımfinalda Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən 19 yaşlı boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, finalda Edmond Xudoyanla (Rusiya) üz-üzə gələcək. Həlledici görüş dekabrın 13-də olacaq.

Digər boksçularımızdan Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatında bürünc medala sahib olublar.

Tavareşin son durumu – “Turan Tovuz” toplanışı gözləyir

12 December 2025 at 11:38

“Turan Tovuz”un zədəli futbolçusu David Tavareş komandanın qış toplanışına qoşula bilər.

Futbolpress.azın məlumatına görə, yarımmüdafiəçi bu yay heyətə cəlb olunsa da, hələ rəsmi oyuna çıxmayıb. Yay hazırlığında ciddi zədə alan və 6 aylıq sıradan çıxan Davidin yanvardan sonra hazır olacağı ehtimal edilir.

“Turan Tovuz” Tavareşi Rumıniyanın “Buzau” klubundan heyətə cəlb edib.

Şahin Cəfərov

“Qalatasaray”ın hücumçusu “Milan”a təklif olundu

12 December 2025 at 11:25

Qalatasarayın futbolçusu Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, argentinalı hücumçu “Milan”a təklif edilib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qırmızı-qaralar” yanvarda heyətini təcrübəli forvardla gücləndirmək istəyir. Namizədlər arasında İkardi də var.

32 yaşlı hücumçu bu mövsüm 20 oyunda 7 qol vurub. O, İtaliyada daha öncə “Napoli” vəİnter”də çıxış edib.

3 oyun, 3 qol və mükafat

12 December 2025 at 11:13

İtaliya A Seriyasında noyabr ayının ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, “Kremoneze”nin hücumçusu Ceymi Vardidir.

İngiltərəli futbolçu ötən ay 3 oyunda 3 qol vurub.

Kremoneze” 14 turdan sonra 20 xalla 9-cudur.

Vernidub qazaxları yox, “Neftçi”ni seçib

12 December 2025 at 10:45

Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub Qazaxıstanın “Aktobe” klubundan təklif alıb.

Futbolpress.az xəbər verirk i, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Mütəxəssis “Neftçi” ilə yanaşı, “Aktobe”dən də təklif almasına baxmayaraq, seçimi “ağ-qaralar” olub.

Vernidub klubla 1.5 illik müqavilə imzalayıb. Onun aylıq maaşı 50 min dollardır.

Braziliya klubu “Qarabağ”ın futbolçusunu istəyir

12 December 2025 at 10:26

Qarabağın futbolçusu Pedro Bikalyo karyerasını Braziliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Botafoqo” klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “folhadoleste.com.br” saytı məlumat yayıb. Klubun ilk təklifi “Qarabağ” tərəfindən rədd edilib. Braziliya təmsilçisi danışıqları davam etdirir.

Botafoqo”ya Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti rəhbərlik edir.

Bikalyo bu mövsüm 25 oyunda meydana çıxıb. 24 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Ertem abinin narahatlığı boyu

12 December 2025 at 10:14

Ertem Şener artıq qıcıq oyatmağa başlayır. “Ayaks”a 2:4 hesablı məğlubiyyətə görə komandanı, Qurban Qurbanovu, klubu tənqid edən azarkeşlərə “turkish arabesk” ritmində “fikir orientalı” oynamağa başlayıb.

Bu azmış kimi, tənqidçi mediaya qarşı da irad bildirib: “ya siz ne yapıyorsunuz?!”.

Ertem abi, şimdi bak… Sən gəldin, qonağımız oldun, “Qarabağ”ın ÇL oyununu “CBC Sport”dan şərh etdin, “vatan, millet, sakarya” əhvalında emosiyaların sinir uclarından yapışıb, alqışlanası dərəcədə “hype” topladın, getdin.

Ok, bu, əla idi.

Sonra məlum oldu ki, ödənişli kanallarımızın birində oyunlar şərh edəcəksən. Bu da xub!

Qardaş ölkədən gəlirsən, xoşdur, işini gör, paranı al…

Amma artıq ağıl verməyə, “arabesk” ab-havası qondarmağa cəhd edirsən, bak, bu olmuyor işte…

Bizdə belə şeylər “yeyilməz”. Bizim auditoriyanın emosional sinir ucları “istismara açıq deyil”, güzel kardeşim benim.

Bizə bizdən çox can yandırmayacağını deyib, neqativ toxumu səpməyəcəkdim araya, lakin sən tənqidçi müəlliflərə irad bildirirsən…

Gör biz heç sənə tamada deyirikmi? Yox.

Məsələn, bizim tanınmış idman jurnalisti sizə analoji senaridə qonaq gəlsəydi, heç vaxt, “…bu hədiyyələri də futbol federasiyamız adına gətirdim” deməzdi. Bizim jurnalistikamız tam ayrı üslubda, fərqli kriteriyadadır. Bizdə peşəkar jurnalist tərifi maddi qarşılıq müqabilində etmir, amma sizdə – o mühitə çox yaxşı bələdəm, ötən yazımda da vurğulamışdım, bu işlər maliyyə qarşılığında edilir və bu məsələ bizdəki kimi “ayıb” sayılmır. Bu və bu kimi irili-xırdalı çoxlu fərqlərimiz var, sən hələ bu “bazarın” daxilinə bələd olmamış sürətli giriş yapmısan. Abi, yapma ya…

Bilirik ki, Türkiyədə lirə dəyər itirir, kardeş ülke Azerbeycanda isə… lənət şeytana! Heç cür niyyətinizin çılpaqlığına varmaq istəmirəm.

Kardeşim, Karabağ savaşı, “44 gün”və s. emosional mövzular həssas yanaşma tələb edir. Burada doza aşılması qıcıq yarada bilər…

Ertem abi, gəlişin gözəldir, bilirik ki, bu il Türkiyədən xeyli bloqer və s. də gəldi və ilk dəfədir ki, “Qarabağ” haqda qardaş ölkədə geniş danışlır artıq.

Bəli, bilirik, bu il bu baxımdan fərqlilik var. Amma ciddi xərc də çəkilib də…

Heç vaxt “Qarabağ”dan bu qədər danışılmırdı oralarda. “Bayer”lə heç-heçə edib Avropaya səs salanda, “Atletiko” ilə eyni nəticəni göstərəndə Türkiyə televiziyalarında danışılmırdı (1-2 istisna).

Bəli, ötən yazımda da bildirdiyim kimi, oranın öz şərtləri/qaydaları var, buranın öz qaydaları.

Paralı konuşmalar problem deyil, aşırı olması problem, güzel kardeşim. Anladın sen ne söylemek istediyimi…

Gəl-get, işini gör, pulunu qazan, gözəldir, rəng/dinamika qatırsan.

Bunlar əladı, çox gözəldir. Biz səni əzizimiz kimi qarşılayarıq da, yola da salarıq.

Lakin ağıl verməyə, “elə etməyin, belə edin” deməyə girişmə. İstənilən girişmələrə açıq ola bilərsən bəlkə də, amma buna yok artık…

Burda nəyi necə etməyi bilib, “Qarabağ”ı buralaradək ÇIXARANLAR var. Var bir bildiyimiz…

Barış Manço səmimiyyəti, Erkin Koray ustalığı, Cem Karaca məsumiyyəti, Edip Akbayram saflığında gəlin…

Güzel günler göreceyiz… Ceviz ağacı altında, Gülhane parkında!

Elçin Cəlilov

Hansı oyun, hansı kanalda? – TV

12 December 2025 at 09:45

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

12 dekabr

Türkiyə, Super Liqa
21:00 Kasımpaşa Gənclərbirliyi (Futbol 3, beİN Sports 1)

İtaliya, A Seriyası
23:45 Leççe Piza (Futbol 1)

İspaniya, La Liqa
00:00 Real Sosyedad – Jirona (İdman TV, Futbol 2)

ÇL: “Qarabağ” bu göstəricidə 4-cüdür

12 December 2025 at 09:30

Çempionlar Liqasında VI turun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.

Futbolpress.az-ın məlumatına görə, “Qarabağtopqazanmada 4-cü sıradadır. Azərbaycan təmsilçisinin futbolçuları 6 oyunda 264 dəfə rəqiblərdən “top oğurlayıb”.

Bu göstəricidə birinci sırada Bilbao “Atletik”i yer alıb. İspanlar 303 topqazanma ilə statistikada liderdir.

Benzema “Real”ın problemindən danışdı

12 December 2025 at 09:15

Əl İttihad”ın hücumçusu Kərim Benzema sabiq klubu “Real” haqda danışıb.

Futbolpress.azLequipe”yə istinadən xəbər verir ki, forvard “kral klubu”nun son oyunlardakı çıxışına toxunub:

Mbappe,Vinisius,Bellingem və Rodriqo arasında anlaşılmazlıq var. İndiki məqamda əsas problem budur. Hər futbolçu meydanda nə etməli olduğunu bilməlidir. Məsələn, Mbappe pleymeyker deyil, hücumçudur. Vinisius dayaq yox, hücum oyunçusudur, sol vingerdir. Hər futbolçu mövqeyində düzgün oynamalıdır”.

Benzema 2009-2023-cü illərdə “Real”ın formasını geyinib.

Reytinq: Azərbaycanın mövqeyi dəyişmədi

12 December 2025 at 08:47

Avrokuboklarda həftə başa çatıb.

Futbolpress.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası matçlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

“QarabağÇempionlar Liqasında “Ayaks”a uduzub və xal qazandırmayıb. Azərbaycan 22.250 xalla 26-cı sırada qərarlaşıb.

27-ci pillədəki Sloveniya da yerində qalıb. Ölkənin avrokuboklardakı yeganə təmsilçisi “Çelye” Konfrans Liqasında “Riyeka”ya uduzub. Sloveniyanın aktivində 22.219 xal var.

25-ci sıradakı Ukrayna isə xal ehtiyatını artırıb. “Şaxtyor” Konfrans Liqasında Maltada “Hamrun”u məğlub etməklə (2:0) ölkəsinə 0.500 xal qazandırıb. Ukrayna 22.850 xalla 25-ci pillədədir.

Reytinqə 103.339 xalla İngiltərə başçılıq edir.

Haaland: “Himn oxunanda ağlayacağam”

12 December 2025 at 08:25

Norveç millisinin futbolçusu Erlinq Haaland DÇ-2026 haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, “City Report”a danışan hücumçu ilk dəfə mundialda oynaması haqda bunları deyib:

İnanılmaz hisslərdir, ilk dəfə dünya çempionatında oynayacağam. Atam 1994-cü ildə ABŞ-də keçirilən mundialda oynayıb. İndi ilk dəfə mən bu ölkədə keçirilən dünya çempionatının bir parçası olacağam. Möhtəşəmdir. Dərim ürpəşəcək. Bəlkə də, himn oxunanda ağlayacağam”.

ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində olacaq.

Malalama…

12 December 2025 at 08:04

“Qarabağ”ın “Ayaks”a məğlubiyyətinə (2:4) səbəb olan detalları azarkeşcəsinə qabartmaq niyə təəssübkeşlərin acığına gəldi ki?

Dünən ölkə gündəmi: “Qarabağ” – “Ayaks” 2:4, Qurban Qurbanovun əvəzetmələrindən sonra buraxılan qollar, Nəriman Axundzadənin fürsətləri boşa verməsi və s. idi.

Dünyada ən gözlənilən şeylərdən biri azarkeşin məğlubiyyətdə günahkar axtarmasıdır. Hər dəfə belə hal olanda “təəssübkeşlər” oyanır, vəcdə gəlir, naftalin qoxulu dramalar ətrafda uçuşur…

Azarkeşdən nə istəyirsiz ki?!

Şırhaşır yağışda, heç də ucuz olmayan bileti alıb stadiona gələn azarkeş üstün olduğu oyundan məğlub ayrılan komandanı qınamasın?!

Sizin ağlınız çaşıb?

Ən uzağı, “…belə canıyanansızsa, ölkə çempionatının oyunlarına gəlin də!” deyib, qınaya bilərdik, onu da hər kiçik fürsətdə belə azarkeşin başına qaxınc etmişik də, indi nə istəyirsiniz ki?

“Ayaks”dır eee bu…!

Baho! Nə edək, udmayaq?!

12 ildir avrokuboklarda oynayan,cari mövsüm 7 xal (!) toplayan “Qarabağ”dır bu! Sıfır xallı rəqibdən 4 qol yeməsinə qıçından bəraət uydursun azarkeş?

“Qarabağ”ın özü özünü heç bu qədər müdafiə etməzdi ki, siz bunu edirsiniz…

Nərimanı göylərə qaldıran və dəfələrlə ona dəstək verənlər sırasında biz də olmuşuq. Amma bir zəhmət, Nəriman da meydana çıxanda hücumçunun etməli olduğu təməl davranışları göstərsin.

Hələ bəziləri lap dramanın şitini-şorunu çıxarıb. Ah.. gəncdir, eləməyin belə, psixologiyası pozulur…

Dünya futbolunda 21 yaşlı gənc olmur, olsa da, Nəriman kimi ləng olmur. “Ayaks”ın meydana buraxdığı 17 yaşlıdır gənc. Nəriman və digər yerli oyunçular ondan refleksin nə olduğunu öyrənsin, sonrasına baxarıq…

İdmançının psixoloji həssaslığı 1-2-3 oyun olar. Bərpa olunmursa, ya klub onu bu vəziyyətdən çıxara bilmir, ya da “qabında yoxdur”.

ÇL psixoloji həssaslıqdan çıxmaq üçün reabilitasiya meydanı deyil, ən hazırlıqlıların meydanda çıxdığı və nəticə üçün bacarıqlarını ortaya qoyduğu yerdir. Nərimanın builki ÇL oyunlarında ortaya nəsə qoyduğunu görmürük, üstəlik, rabitəsiz hərəkətlər, laqeyd “rolu” ilə əsəbləri gərir.

Bəllidir, bu işdə məqsədli və “hype” toplamaq üçün tənqid/tərif qondaranlar da var. Onları öz dünyalarında rahat buraxıb, ciddi söhbətə qayıdaq; yoldaşlar, “Qarabağ”ın, Qurbanovun, Nərimanın müdafiə edilməyinə nə ehtiyac var?! Məgər onlara qarayaxma, hücummu var?

Azarkeş – hirsini çıxardır.
Tənqid edən müəlliflər – olmalı olanı edir.

Kimsə sarsaq tərzdə danışırsa, özünü azarkeş kimi təqdim edib, “ağıl verirsə”, bu sarsaqların üzərindən niyə AZARKEŞLƏRİN üzərinə gedilir ki?

Ümumiyyətlə, siz niyə vurnuxursunuz? Nədir məğlubiyyətə görə tənqidlərin olmasına görə narahat olmağınızın səbəbi?!

“Neftçi” ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksələndə, “Qəbələ” iki dəfə bu nəticəni təkrarlayanda uğursuz nəticələrə uğrayarkən nə azarkeş, nə media sərt tənqid etməmişdi. Məntiq vardı: çünki bu yolda kövrək addımlarımız idi…

“Qarabağ” isə, təkrar qeyd edirəm, 12 ildir bu yolu gedir! Bu, postsovet ölkələri içində ən yaxşı nəticədir! Bilirsinizmi bu həm də nə boyda bir təcrübə deməkdir?

İndi bu boyda təcrübənin hesabda və oyunda üstün olduğu qarşılaşmada uduzması və bunun sırf əvəzetmələrdən sonra baş verməsi qıcıq yaratmasın?!

Qurbanovun, “…oyundan razı qaldım” ifadəsinin hər məğlubiyyətdən sonra işlənməsi ilk dəfə bu oyundan sonra emosiya partlayışına səbəb oldu. İnsanlar belə vəziyyətdə bu sözləri eşitmək istəmədi, reaksiya verdi. Və tam haqlıdılar.

Hər şeyin bir tərzi, əndazəsi var.

“Qarabağ”ın (və digər bir neçə klub da) oyunçuları mediaya qapadılıblar, şablon açıqlamalara da göz yumuruq; təki ən yaxşımız olan bu komanda elə də davam etsin, quru xəbər də yazsaq, bəsimizdir – deyirik, lakin bu qədər də yox.

2:1 üstün olduğun oyunda 15 dəqiqə ərzində 2:4 məğlub duruma düşmək, sonra, “oyundan razı qaldım” sözlərini eşitmək xoş deyil, güzəşti də yoxdur/olmamalıdır. Bunu uğurlarına görə büdrəmələrinə həlim yanaşdığımız “Qarabağ”ın (lazım olarsa) müdafiəsinə belə dəfələrlə qalxdığımızı xatırladaraq qeyd edirəm: bu dəfə müdafiəlik yer yox idi. Daha uğursuzluq olarkən, “Qarabağ” belə bir çempionatda oynayır ee, neyləsin ee” kimi arxaik bəraətlərə də yer yoxdur.

Elçin Cəlilov

Avropa Liqası: “Fənərbağça”dan darmadağın

12 December 2025 at 02:13

UEFA Avropa Liqasında VI turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” NorveçdəBrann”a qalib gəlib.

“Aston Villa” səfərdəBazel”dən, “Lion” isə evdə “Qo Ehed İqlz”dan üstün olub.

UEFA Avropa Liqası
VI tur

11 dekabr

Brann (Norveç) Fənərbağça (Türkiyə) 0:4
Bazel (İsveçrə) – Aston Villa 1:2
Selta (İspaniya) – Bolonya (İtaliya) 1:2
Seltik (Şotlandiya) – Roma (İtaliya) 0:3
Portu (Portuqaliya) – Malmö (İsveç) 2:0
FKSB (Rumıniya) – Feyenoord (Niderland) 4:3
Frayburq (Almaniya) – Zalsburq (Avstriya) 1:0
Lion (Fransa) – Qo Ehed İqlz (Niderland) 2:1
Panatinaikos (Yunanıstan) – Viktoriya (Çexiya) 0:0
Dinamo (Xorvatiya) – Betis (İspaniya) 1:3
Ferentsvaroş (Macarıstan) – Reyncers (Şotlandiya)
Ludoqorets (Bolqarıstan) – PAOK (Yunanıstan) 3:3
Midtyulland (Danimarka) – Genk (Belçika) 1:0
Nitsa (Fransa) – Braqa (Portuqaliya) 0:1
Şturm (Avstriya) – Srvena Zvezda (Serbiya) 0:1
Utrext (Niderland) – Nottingem Forest (İngiltərə) 1:2
Ştutqart (Almaniya) – Makkabi (Təl-Əviv, İsrail) 4:1
Yanq Boyz (İsveçrə) – Lill (Fransa) 1:0

“Samsunspor” uduzdu, “Fiorentina”dan qələbə

12 December 2025 at 02:08

UEFA Konfrans Liqasında V turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Türkiyə təmsilçisi “Samsunspor” Yunanıstanın AEK klubuna uduzub. “Fiorentina” Kiyev “Dinamo”suna qalib gəlib.

UEFA Konfrans Liqası
V tur

11 dekabr

Fiorentina (İtaliya) – Dinamo (Kiyev, Ukrayna) 2:1
Yagelloniya (Polşa) – Rayo Valyekano (İspaniya) 1:2
Drita (Kosovo) – Alkmar (Niderland) 0:3
Breydablik (İslandiya) – Şemrok Rovers (İrlandiya) 3:1
Samsunspor (Türkiyə) – AEK (Yunanıstan) 1:2
Şkendiya (Şimali Makedoniya) – Slovan (Slovakiya) 2:0
Hakken (İsveç) – AEK (Larnaka, Kipr) 1:1
Universitatya (Krayova, Rumıniya) – Sparta (Çexiya) 1:2
Noa (Ermənistan) – Legiya (Polşa) 2:1
Rapid (Avstriya) – Omoniya (Kipr) 0:1
Lex (Polşa) – Maynts (Almaniya) 1:1
Riyeka (Xorvatiya) – Çelye (Sloveniya) 3:0
Linkoln (Cəbəllütariq) – Siqma (Çexiya) 2:1
KuPS (Finlandiya) – Lozanna (İsveçrə) 0:0
Aberdin (Şotlandiya) – Strasburq (Fransa) 0:1
Rakuv (Polşa) – Zrinski (Bosniya və Herseqovina) 1:0
Hamrun (Malta) – Şaxtyor (Donetsk, Ukrayna) 0:2
Şelburn (İrlandiya) – Kristal Pelas (İngiltərə) 0:3

“Barselona” onunla “davam” dedi

11 December 2025 at 23:14

“Barselona” futbolçusu Erik Qarsiya ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçunun sözləşməsi 2031-ci ilin yayına kimi artırılıb.

Qarsiya bu mövsüm 22 oyunda 1 qol vurub.

“Naxçıvan” Bakı klubu ilə bacarmadı

11 December 2025 at 22:24

Azərbaycan Basketbol Liqasında IX turun daha bir oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, B qrupunda “Sərhədçi” “Naxçıvan”la qarşılaşıb. Görüş Bakı klubunun qələbəsiylə başa çatıb – 90:74.

Turun ilk matçında “Quba” “Lənkəran”ı 95:87 hesabı ilə məğlub edib.

Çempionlar Liqasında həftənin rəmzi komandası

11 December 2025 at 21:45

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb.

Futbolpress.az xəbər verir ki, heyətdəReal”ı məğlub edən “Mançester Siti”dən bir futbolçu yer alıb.

Qapıçı: Unai Simon (“Atletik Bilbao”).

Müdafiəçilər: Niko O’Rayli (“Mançester Siti”), Məhəmməd Salisu (“Monako”), David Hantsko (“Atletiko Madrid”), Jül Kunde (“Barselona”)

Yarımmüdafiəçilər: Lenart Karl (“Bavariya”), Riçard Rios (“Benfika”), Şarl De Ketelare (“Atalanta”)

Hücumçular: Entoni Qordon (“Nyukasl”), Meyson Qrinvud (“Marsel”), Noni Madueke (“Arsenal”)

Mərc oynadığı üçün həbs olunan “Fənərbağça”lı karyerasını bitirə bilər

11 December 2025 at 22:00

Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaş karyerasını bitirə bilər.

Futbolpress.az xəbər verir ki, mərc oyunlarına görə həbs olunan yarımmüdafiəçi bir daha futbol oynamamaq ehtimalı var. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

YandaşFənərbağça” və daha bir neçə klubun oyunlarına dəfələrlə mərc edib. Hazırda həbsdə olan futbolçunun saxlanılma müddəti hələ açıqlanmayıb.

“Quba” sevindi

11 December 2025 at 20:25

Azərbaycan Basketbol Liqasında IX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Lənkəran” “Quba” ilə üz-üzə gəlib. Matç Quba təmsilçisinin qələbəsiylə başa çatıb – 95:87.

IX tura dekabrın 14-də yekun vurulacaq.

“Araz-Naxçıvan”dan qələbə

11 December 2025 at 19:50

Bu gün futzal üzrə Yüksək Liqada X turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, bu dəfə turnir cədvəlinin qonşu pillələrində yer alan komandaların duelləri olub.

U-19 “Lənkəran”ı məğlub edib, lider “Neftçi” isə “Araz-Naxçıvan”a uduzub.

U-19 – Lənkəran (6:1) 8:4
Qollar:
İsmayıl Əhmədov, 0:47, 4:35, 6:53, 23:18, Pünhan Qasımzadə, 4:06, 12:36, Oqtay Mahmudzadə, 4:46, 38:46 // Ömər Kərimli, 3:26 ö/q, Şahin Xəlilov, 30:53, Ümid Qəhrəmanov, 34:47, Rasim Əhmədov, 38:23, Tofiq Məlikov, 39:44

Neftçi İK – Araz-Naxçıvan (1:2) 4:5
Qollar: Lukas Ramos, 18:05, Tofiq Əliyev, 27:13, Allef Maiolli, 30:51, İaqo Hernique, 38:28 // Kamran Hacıyev, 0:43 ö/q, Luicci Lonqo, 19:30, Karlos Bertuola, 24:57, 26:32, 37:58

Şuşa – Baku Fire (0:4) 2:6
Qollar: Rüstəm Bağırov, 33:19, 37:46 // Fərid Abbasov, 3:51, Rüfət Məmmədli, 6:03, 8:43, Nurlan Məmmədov,17:25, Novruz Kazıxanov, 32:20, Kənan Manafov, 36:28

“Məğlubiyyət o demək deyil ki, şanslar qalmayıb” – Diniyev

11 December 2025 at 19:30

“QarabağÇempionlar Liqasının VI turunda Bakıda “Ayaks”a uduzub – 2:4.

Millinin sabiq məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında oyunu dəyərləndirdi:

“Hamı kimi məyusam. “Qarabağ” üçün yaxşı şans var idi. “Ayaks”ı keçmək olardı, amma alınmadı. Lakin məğlubiyyət o demək deyil ki, şanslar qalmayıb. Düzdür, bu oyunda qələbə olsaydı, indi fərqli şeylərdən danışardıq. “Ayaks”ın əsas oyunçuları olmasa da, gəncləri özlərini sübut etmək istəyirdi. “Ayaks”da oyunçuların kimliyinin fərqi yoxdur”.

Mütəxəssis “atlılar”ın son dəqiqələrdə üstünlüyü əldən verməsinə toxundu:

“Qarabağ” 70-80 dəqiqə yaxşı oynadı. Təəssüf ki, son dəqiqələrdə üstünlük əldən verildi. Təəssüflənirik, amma nəzərə alaq ki, “Qarabağ” yaxşı işlər görüb. Çempionlar Liqasında 7 xal toplamaq asan iş deyil. Həm də şanslar hələ də davam edir”.

Məğlubiyyətə görə ən çox tənqid edilən Nəriman Axundzadədir. İkinci hissədə meydana daxil olan, lakin oyuna qoşula bilməyən hücumçu ardıcıl top itkilərinə yol verdi. Diniyev Nərimanın oyunundan da söz açdı:

“Məğlubiyyətə səbəb əvəzetmə deyil. Belə olduğunu düşünmürəm. Sadəcə meydança ağır idi, “Qarabağ” da çox güc sərf etmişdi. “Ayaks”ın gənc heyəti var, onların dinamikliyi və sürəti artırması təzyiq yaratdı. “Qarabağ”ın belə yorğunluğu gözlənilən idi”.

Şahin Cəfərov

“Neftçi” – “Sumqayıt” oyunu 2 manata

11 December 2025 at 19:12

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində dekabrın 15-i saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və “https://bilet.neftchi.az” saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, noyabrın 23-də keçirilmiş “Neftçi” – “İmişli” matçına onlayn bilet əldə etmiş azarkeşlərin “Sumqayıt”la oyuna girişi sərbəst olacaq.

Fransa klubu baş məşqçisini göndərdi

11 December 2025 at 18:44

Fransanın “Nant” klubunun baş məşqçisi Luiş Kaştru ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


“Nant” Fransa
çempionatında 15 turdan sonra 11 xalla 17-ci sıradadır.

AFFA “Lənkəran” klubunun şikayətini təmin etmədi

11 December 2025 at 18:30

AFFA Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Region Liqasında çıxış edən “Lənkəran” klubunun şikayətinə baxılıb. İclasda aşağıdakı qərar qəbul edilib:

1. “Lənkəran” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 16 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Salyan OİK-Lənkəran FK oyunu bitdikdən sonra Lənkəran FK komandasının heyətində 10 nömrəli futbolçu Şahin Ağayevin hakimlər briqadasını təhqir etməsinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmaması barədə İntizam Komitəsinin 20 noyabr 2025-ci il tarixli qərarı öz qüvvəsində saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Lider xal itirdi, “Səbail”dən qələbə

11 December 2025 at 18:15

Azərbaycan I Liqasında X tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib. Lider “Şəfa” “Zaqatala” ilə oyunda xal itirib. İkinci pillədə yer alan “Səbail” isəDifai”yə qalib gəlib.

Azərbaycan I Liqası
X tur

Şəfa – Zaqatala 1:1
Qollar: E.Cəfərov, 55 – O.Təhməzli, 74

SəbailDifai 3:0
Qollar: R.Hacıyev, 5, E.Qasımov, 88, 90+4

Milli DÇ-2028-ə əsas mərhələdən başlayacaq

11 December 2025 at 17:49

Futzal üzrə 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə gələn ilin aprelində start veriləcək.

Futbolpress.az xəbər verir ki, sabah – dekabrın 12-də isə ilkin mərhələnin püşkü atılacaq. Azərbaycan millisi yenə mübarizəyə əsas mərhələdən başlayacaq. Belə ki, komandamız UEFA-nın açıqladığı reytinq cədvəlinin 25-ci pilləsində yer alsa da, Rusiyanın cəzalı olması və yarışlardan kənarlaşdırılması millimizə mübarizəyə əsas mərhələdən başlayacaq 24 iştirakçıdan biri olmaq şansı yaradıb. Onu da qeyd edək ki, Avropa zonasından DÇ-2028-də 7 komanda iştirak edə bilər. Əgər 2028-ci il oktyabrın 7-dən 29-dək baş tutacaq yarışa Avropa qitəsində yer alan ölkələrdən biri evsahibliyi etmək hüququ qazanarsa, bu zaman seçmə mərhələlərdən 7 yox, 6 komanda vəsiqə qazanacaq.

5 mərhələli seçim

Avropa zonası üzrə seçimlər 5 mərhələdən ibarət olacaq: İlkin mərhələ (hər qrupda 4 komanda və oyunlar qrupda yer alan ölkələrdən birində keçiriləcək), Əsas mərhələnin qrup oyunları (burada oyunlar ev-səfər prinsipi ilə keçiriləcək), Əsas mərhələnin pley-off oyunları (ev-səfər prinsipi ilə keçirləcək oyunların qalibi davam etmək hüququ qazanacaq), Elit-raundun qrup mərhələsi (qrupda yer alan komandalar ev-səfər şərti ilə qarşılaşacaqlar), Elit-raundun pley-off oyunları (son 1 və ya 2 vəsiqənin sahibini müəyyənləşdirmək üçün ev-səfər prinsipi ilə keçiriləcək oyunların qalibi).

Püşkatma və oyunların keçirilmə təqvimi:

İlkin mərhələnin püşkatma mərasimi: 12 dekabr 2025

İlkin mərhələnin oyunları: 6-15 aprel 2026

Əsas mərhələnin qrup oyunlarının püşkatması: 19 may 2026

Əsas mərhələnin qrup oyunlarının tarixləri: 12-21 oktyabr 2026, 2-11 noyabr 2026, 6-9 dekabr 2026, 22 fevral – 3 mart 2027

Əsas mərhələnin pley-off oyunlarının püşkatması: 3 mart 2027

Əsas mərhələnin pley-off oyunlarının keçirlmə tarixi: 12-21 aprel 2027

Elit-raundun qrup mərhələsinin püşkü: 20 may 2027

Elit-raund qrup mərhələsinin oyunlarının təqvimi: 6-15 sentyabr 2027, 11-20 oktyabr 2027, 13-22 dekabr 2027

Elit-raund pley-off oyunlarının püşkatması: 20 yanvar 2028

Elit-raund pley-off oyunlarının keçirilmə tarixi: 10-19 aprel 2028

UEFA zonası üzrə seçmə mərhələnin formatı

İlkin mərhələ

Bu mərhələdə komandalar hər birində 4 iştirakçı olmaqla qruplara bölünəcəklər. Oyunlar qrupda yer alan ölkələrdən birində mini-turnir formatında keçiriləcək. Onlardan qrup qalibi və bir və ya bir neçə ən yaxşı göstəriciyə malik 2-ci yeri tutmuş komanda əsas mərhələyə vəsiqə qazanacaq.

Əsas mərhələ

İlkin mərhələdən 12 komandanın əsas mərhələyə vəsiqə qazanmasından sonra ümumi iştirakçıların sayı 36 olacaq. Burada komandalar hər birində 3 iştirakçı olmaqla 12 qrupa bölünəcəklər. Qrup qalibləri və ən yaxşı göstəriciyə sahib olacaq 2-ci yeri tutan 4 milli Elit-raunda birbaşa yüksələcək. Yerdə qalan 8 qrup ikincisi pley-off oyunlarında iştirak edəcək. Püşkatmadan sonra cütlərin qalibi olacaq 4 milli də Elit-raunda vəsiqə qazanacaq. Bu mərhələnin həm qrup, həm də pley-off oyunları ev-səfər prinsipi ilə keçiriləcək.

Əsas mərhələdən mübarizəyə başlayacaq 24 komanda: Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Sloveniya, Çexiya, Polşa, Niderland, Ermənistan, Gürcüstan, Belarus, Slovakiya, Finlandiya, Belçika, Serbiya, Macarıstan, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, AZƏRBAYCAN

Elit-raund

Burada 20 komanda hər birində 4 yığma olmaqla 5 qrupa bölünəcək. Yekunda 5 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq. Qrup ikinciləri arasında 4 ən yaxşı nəticəsi olan komanda pley-offda gücünü sınayacaq və onlardan 2-si final mərhələsində oynamaq hüququ qazanacaq. Əgər final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilərsə, bu zaman pley-offda 4 yox, 2 ən yaxşı nətisəi olan qrup ikincisi iştirak edəcək və 1 komanda həlledici mərhələyə yüksələcək. Əsas mərhələdə olduğu kimi, burada da bütün oyunlar ev-səfər prinsipi ilə keçiriləcək.

İndiyə qədər dünya çempionu olanlar

2024: Braziliya – Argentina (Özbəkistan) 2:1

2021: Portuqaliya – Argentina (Litva) 2:1

2016: Argentina – Rusiya (Kolombiya) 5:4

2012: Braziliya – İspaniya (Tayland) 3:2

2008: Braziliya – İspaniya (Braziliya) 2:2, 4:3 pen.

2004: İspaniya – İtaliya (Tayvan) 2-1

2000: İspaniya – Braziliya (Quatemala) 4:3

1996: Braziliya – İspaniya (İspaniya) 6:4

1992: Braziliya – ABŞ (Honq Kon1) 4:1

1989: Braziliya – Niderland (Niderland) 2:1

Dumana görə təxirə salınan oyunla bağlı yeni qərar

11 December 2025 at 17:25

Azərbaycan Premyer Liqasının XIV turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunu ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin iclası keçirilib və oyunun keçirilmə tarixi, eləcə də bununla bağlı digər  məsələlərlə əlaqədar müzakirələr aparılıb.

Futbolpress.az xəbər verir ki, qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turun təqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları və klubların da fikrini diqqətə alaraq PFL İdarə Heyəti aşağıdakı qərarları qəbul edib:

– Əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçirilsin;

– Oyun 2026-cı ildə baş tutsun;

– Klublar 2026-cı ildə baş tutacaq oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə etsinlər;

– 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Azərbaycan Premyer Liqasının növbəti oyunlarına şamil edilsin.

“İnsanlar bizi izləmək üçün böyük pullar ödəyirlər”

11 December 2025 at 17:15

Real”ın futbolçusu Cud Bellingem Çempionlar Liqasında “Mançester Siti”yə uduzduqları oyundan (1:2) sonra fikirlərini bölüşüb.

Futbolpress.az “CBS Sports”a istinadən xəbər verir ki, yarımmüdafiəçi bunları deyib:

“Komanda olaraq artırmalıyıq, inkişaf etdirməli olduğumuz şeylər var. Azarkeşlərin məni fitə basmalarını başa düşürəm. İnsanlar bizi izləmək üçün böyük pullar ödəyir. Biz dünyanın yaxşı klubu üçün oynayırıq və onları məyus etməli deyilik”.

PSJ-nin avtobusuna hücum

11 December 2025 at 16:48

PSJ klubunun avtobusuna hücum olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb. Paris təmsilçisinə məxsus avtobus Bilbaoda baş tutan “Atletik” – PSJ matçından sonra daşlanıb. Hadisə zamanı futbolçular avtobusda olmayıb.

PSJ səfərdəAtletik”lə qolsuz heç-heçə edib.

Ramos üçün Premyer Liqa iddiası

11 December 2025 at 16:26

“Monterrey”dən ayrılan Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Mançester Yunayted”in diqqət mərkəzinə düşüb. “Qırmızı şeytanlar” 39 yaşlı müdafiəçini azad agent kimi sıralarına qatmaq niyyətindədir.

Ramos bu mövsüm “Monterrey”də 15 oyunda 2 qol vurub.

“Qurban Qurbanov hər zaman futbolçularının arxasında durur”

11 December 2025 at 16:15

“Qarabağ” Çempionlar Liqasının VI turunda “Ayaks”a uduzub – 2:4.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Nə demək olar… Üzücü oldu. “Qarabağın məğlubiyyətinə görə məyusuq. Oyundan əvvəl də görünən o idi ki, xalı olmasa da, bu, “Ayaks”dır. Tarixi, ənənəsi var. Çətin oyun olacağını bilirdik. “Qarabağ” oyuna yaxşı başladı, hesabda da irəli çıxdı, hücumlar etməyə davam etdi. 2:1-dən sonra da qol vurmaq istəyirdilər. Böyük qüvvə ilə irəli atıldılar vəAyaksəks-hücumlardan fərqləndi”.

Mütəxəssis “Qarabağ”ın pley-off şanslarının davam etdiyini bildirdi:

“Şanslar davam edir, irəli pozitiv baxmalıyıq. “Qarabağın göstərdiyi oyun fəxredicidir. Əvvəl Çempionlar Liqasına düşməyi arzu edirdik, indi isə qazandığı xallara görə pley-off arzulayırıq. Bu, istəkdir. Amma reallığa baxaq, rəqiblərin büdcəsi, şəraiti, gücü ortadadır. Bunlar fonunda belə “Qarabağ” Azərbaycanı layiqincə təmsil edir. Qarşıda iki oyun var. Hələ heç nə bitməyib. Şanslar davam edir”.

Mütəxəssis oyunun ikinci hissəsində meydana daxil olan, lakin uğursuz çıxışı ilə tənqidlərə səbəb olan Nəriman Axundzadə haqda danışdı:

“Bu məsələyə məşqçi prizmasından yanaşmaq lazımdır. Düzdür, azarkeşlərin fikirlərinə hörmətlə yanaşmalıyıq. Amma baxaq, Qurban Qurbanovun əlində ikinci hücumçu kimi tək Nəriman var. O, çempionatda da mütəmadi oynayır, qollar vurur. Bəs bu zaman nə deyək? Futboldur, ilk növbədə hər şey oyunçudan asılıdır. O, özünü fərdi şəkildə oyuna hazırlamalıdır. Məşqçi nəyisə dəyişmək, hücumu gücləndirmək istəyir. Lakin oyunçuda alınmırsa, məşqçi buna nə edə bilər? Futbolda belə hallar olur. Qurban Qurbanov hər zaman futbolçularının arxasında durur. Neçə illərdir, belə situasiyalar olur. Enişlər olsa da, Qurbanov futbolçularının arxasındadır. Çalışır ki, onları belə vəziyyətdən çıxara. Məsələyə neqativ yanaşmaq asandır. Məsələ pozitiv düşünmək, daha yaxşı olmaq üçün çalışmaqdır”.

Şahin Cəfərov

Azər Əliyev sabiq klubuna qayıtdı

11 December 2025 at 15:45

Neftçi”nin sabiq futbolçusu Azər Əliyevin yeni ünvanı məlum olub.

 

Futbolpress.az xəbər verir ki, 31 yaşlı müdafiəçiYenisey”ə keçib. Bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Əliyevlə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

 

Azər daha əvvəl 2013-2017-ci illərdəYenisey”in formasını geyinib.

 

Müdafiəçi 2022-ci ilin yanvarından bu ilin yayına kimi “Neftçi”də çıxış edib. O, Azərbaycan yığmasında bir oyuna çıxıb.

Abubakara Eto əngəli

11 December 2025 at 15:30

“Neftçi”nin futbolçusu Vensan Abubakarın Kamerun millisinə dəvət alınmaması ilə bağlı yeni iddia çıxıb.

Futbolpress.az xəbər verir ki, bu barədəSunSport” nəşri məlumat yayıb. Kamerun Futbol Federasiyasının rəhbəri Samuel Eto qəsdlə Abubakarın milliyə dəvətinə qarşı çıxıb.

Eto millinin 56 qolla bombardiridir. Abubakarın isə aktivində 45 qol var. İddiaya görə, Eto rekordunun qırılmaması üçün Abubakarın yığma yolunu bağlayıb.

Millinin rəqibləri məlum oldu

11 December 2025 at 15:15

Bu gün 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə II raundun püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. B Liqasının 6-cı qrupunda yer alan U-19 Xorvatiya, Çexiya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.

Benzema ilə bağlı qərar verildi

11 December 2025 at 14:50

Fransalı hücumçu Kərim Benzema yayda “Əl İttihad”dan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Foot Mercato” nəşri məlumat yayıb. Klub rəhbərliyi 2026-cı ilin yayına qədər müqaviləsi olan 37 yaşlı futbolçu ilə yola davam etməmək qərarı alıb.

Benzema 2023-cü ildən “Əl İttihad”da çıxış edir. O, bu mövsüm 12 oyunda 11 qol vurub.

Azərbaycan yığması Belçika ilə bir qrupda

11 December 2025 at 14:25

Bu gün 17 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə II raundun püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B Liqasının 3-cü qrupunda yer alan U-17 Belçika, Sloveniya və Farer adaları yığmaları ilə mübarizə aparacaq.

“Turan Tovuz” – “Sabah” oyunu FIFA referisinə tapşırıldı

11 December 2025 at 14:15

Premyer Liqada XV turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Turan Tovuz” – “Sabah” oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

13 dekabr (şənbə)

Şamaxı” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı şəhər stadionu, 14:00

“Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu, 16:30

14 dekabr (bazar)

“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu, 14:00

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Azersun Arena”, 17:30

15 dekabr (bazar ertəsi)

İmişli” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Quba OİK stadionu, 14:00

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Palms Sports Arena”, 19:00

Təxirə salınan oyunun müəmmalı taleyi

11 December 2025 at 13:50

Premyer Liqanın XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunu (08.12.2025) qatı duman səbəbindən 23-cü dəqiqədən dayandırılıb. Daha sonra Peşəkar Futbol Liqası (PFL) oyunun keçirilməsinin mümkün olmadığını bildirərək, matçı təxirə salıb.

Əsasnaməyə görə, başlayan, ancaq yarımçıq dayandırılan oyun ən geci bir gün sonra baş tutmalıdır.

Lakin Qəbələdəki matçın keçirilmə vaxtı açıqlanmayıb və qeyri-müəyyən durum hökm sürür. Duman kimi fors-major hallarda bəs hansı qayda tətbiq edilir?

Oyunun baş tutmama səbəbinin əsasları ilə bağlı hər iki kluba müraciət etdik:

“Qəbələ” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli: “Növbəti gün iki oyun var idi. Buna görə VAR və canlı yayım olmayacaqdı. Çünki “CBC Sport”un maşınları Bakıya qayıtmalı idi. Klublar da VAR-sız və canlı yayımsız oynamaq istəmədiyi üçün məsələ belə oldu”.

“Turan Tovuz” klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev: “Səhəri Premyer Liqanın 2 oyunu var idi. Hər şey öncədın planlaşdırılır – VAR, canlı yayım və sairə. Həm VAR, həm də “CBC Sport” oyunlardan xeyli öncə təyin olunan yerdə olmalıdırlar”.

PFL təfsil açıqlama verməyib, təxirəsalmanın detalları bilinmir. Bu da haqlı şübhələrə, suallara şərait yaradır.

Güman edilir ki, “CBC Sport”un PTS-i və VAR sistemi Bakıya qayıtdığından ertəsi gün oyunu davam etdirmək mümkün olmayıb.

Əsasnamə pozuntusudur və maraqlıdır ki, məsələ nə geniş müzakirə olunur, nə aydınlıq verilir.

Xatırladaq ki, 2023/2024 mövsümündə, 2023-cü ilin dekabrında “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu Tovuz stadionunda işıq dirəyinin aşması səbəbindən 81-ci dəqiqədə yarımçıq dayanmış, fors-major hal olsa da, növbəti gün oyun VAR və canlı yayım olmadan qaldığı yerdən davam etdirilmişdi. Matçdan sonra isə hər iki klubun baş məşqçiləri analoji durumdan narazılığını bildirmişdi. Bəlkə bu “təcrübədən” çəkindiyinə, əlavə söz-söhbət istəmədiyinə görə PFL ertəsi oyunun davam etməsinə göstəriş verməyib. “Bəlkələr” çoxdur, izah isə yoxdur.

PFL-in bu mövzuda mövqeyini öyrənməyə çalışırıq…

Şahin Cəfərov

“Fənərbağça”nın istəmədiyi futbolçu İtaliya yolunda

11 December 2025 at 13:26

Fənərbağça“da əsas komandadan uzaqlaşdırılan Rodriqo Bekao karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fiorentina” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Bekaonun meneceri danışıqlar üçün artıq İtaliyaya yollanıb.

Müdafiəçi bu mövsüm Super Liqada 1 oyuna çıxıb.

Konfrans Liqasında V tur oyunları keçiriləcək

11 December 2025 at 12:36

Bu gün UEFA Konfrans Liqasında V turun oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Türkiyənin “Samsunspor” komandası Yunanıstan təmsilçisi AEK ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası
Liqa mərhələsi, V tur

11 dekabr

21:45. “Samsunspor” (Türkiyə) – AEK (Yunanıstan)
21:45. “Şkendiya” (Şimali Makedoniya) – “Slovan” (Slovakiya)
21:45. “Yagelloniya” (Polşa) – “Rayo Valyekano” (İspaniya)
21:45. “Fiorentina” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna)
21:45. “Noah” (Ermənistan) – “Legiya” (Polşa)
21:45. “Drita” (Kosovo) – “Alkmaar” (Niderland)
21:45. “Unversitatiya” (Rumıniya) – “Sparta” (Çexiya)
21:45. “Şemrok Rovers” (İrlandiya) – “Breydablik”(İslandiya)
21:45. “Hekken” (İsveç) – AEK (Kipr)

00:00. “Hamrun” (Malta) – “Şaxtyor” (Ukrayna)
00:00. “Lex” (Polşa) – “Maynts” (Almaniya)
00:00. “Aberdin” (Şotlandiya) – “Strasburq” (Fransa)
00:00. “Rapid” (Avstriya) – “Omoniya” (Kipr)
00:00. “Şelburn” (İrlandiya) – “Kristal Pelas” (İngiltərə)
00:00. “Riyeka” (Xorvatiya) – “Çelye” (Sloveniya)
00:00. “Rakuv” (Polşa) – “Zrinski” (Bosniya və Herseqovina)
00:00. “Linkoln” (Cəbəllütariq) – “Siqma” (Çexiya)
00:00. KuPS (Finlandiya) – “Lozanna” (İsveçrə)

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi

11 December 2025 at 12:20

5 yaşlı Orucov Nihat Kənan oğlu autizm xəstəsidir. Nihatın anası Samirə Orucova övladının müalicəsi üçün maddi imkanlarının çox məhdud olduğunu bildirir. Kütləvi informasiya vasitələrinə müraciət edən ana vətəndaşlarımız, xeyirxah insanların yardım əli uzadacağına inanır.

Futbolpress.az-a müraciətində ana deyib ki, 5 yaşlı övladını özü tək böyüdür:

“Nihat doğulduqdan sonra ilk vaxtlar uşaqda qeyri-adilik hiss etmirdik. Düşünürdük ki, o da gec dil açan, gec danışan uşaqlar kimidir. Amma getdikcə davranışlarında qəribəliklər üzə çıxdı. Uşaqda nitq pozuntusu, qorxu, bəzən hədsiz aktivlik, bəzən də qavrama çətinliyi olduğu göründü. Həkimə apardım. Müayinələr zamanı məlum oldu ki, övladım autizm xəstəsidir. Həm də bu xəstəliyin ağır növü olan Kanner autizmi“.

Orucova bildirib ki, tənha anadır, işləyir, amma aldığı əməkhaqqı ilə balalarının maddi ehtiyaclarını qarşılaya bilmir. Bir tərəfdən də Nihatın müalicə xərcləri vəziyyəti daha da ağırlaşdırır:

“Oğlum əziyyət çəkir, uzunmüddətli müalicə almalıdı, bir kurs müalicə isə 300 manatdır. Nihat yaşıdlarından geri qalır, heç nəyə reaksiya vermir. Nihatın əlilliyi bu günlərdə təsdiqlənib. İlkin olaraq 205 manat müavinət təyin edilib. Sonra bəlkə məbləğ artacaq. Ancaq müavinətlə və mənim kiçik əməkhaqqımla uşağın müalicəsini davamlı təmin etmək mümkün deyil. Ona görə də xalqımıza, mərhəmətli insanlara üz tutub kömək istəyirəm. Kimin imkanı nəyə çatır, kömək etsin”.

S.Orucova bank kartı və əlaqə nömrəsini də yazıb:

Kapital Bank 5239.1517.3928.6964 kart anaya aiddir. Orucova Samirə adınadır.

Əlaqə nömrəsi: 070-525-62-03.

Salahın “elçiləri”

11 December 2025 at 12:19

“Liverpul”dan ayrılacağı gözlənilən Məhəmməd Salah bir neçə klubun diqqət mərkəzinə düşüb.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçiləri misirli hücumçunu heyətinə qatmaq üçün hərəkətə keçməyə başlayıb. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Əl Nəsr”, “Əl Hilal”, “Əl İttihad”,”Əl Əhli” vəƏl Qadisiya” 33 yaşlı futbolçunun xidmətində maraqlıdır. Səudiyyə Ərəbistanı çempionatının rəhbərliyi oyunçunun mümkün transferi üçün klublara maliyyə yardımı ayırmağa hazırdır.

Salah özü Avropada qalmaq niyyətindədir.

Qələbə gözləməyək?

11 December 2025 at 12:00

Hər kəsin qələbə gözlədiyi anda gələn məğlubiyyət “Qarabağa turnir cədvəlində mövqe, həm də psixoloji olaraq neqativ təsirlərini göstərəcək. İki dəfə önə keçilməsinə baxmayaraq, son dəqiqələrdə ardıcıl qollar buraxmaq yaraşmadı.

Nəriman Axundzadənin oyuna daxil olması ilə dəyişən oyun, azalan pressinq, rəqibin ustalığı və s. bunlar ayrı mövzudur. Lakin matçın ilk hissəsində 2-3 ötürmə ilə “Qarabağ” qapısına yaxınlaşan “Ayaks” asan olmayacağını əvvəldən göstərmişdi.

İllərdir, “Qarabağüçün əvvəldən rahat hesab edilən oyunlar demək olar, məğlubiyyətlə başa çatıb. Bəlkə, 1-2 dəfə heç-heçə ola, ya yox. Bu il Ferentsvaroş“a səfərdə iki fərqlə qalib gəldikdən sonra da Bakıda rahat nəticə proqnozlaşdırılırdı. Lakin bəlkə də, bu mövsümün ən çətin, dramatik oyunlarından biri macarlara qarşı evdə olmuşdu. 2:3 hesablı məğlubiyyət və Çempionlar Liqasına alınan çətin bilet.

Bu dəfə isəAyaks“. Ağır mövsüm keçirən, liqada liderdən uzaq düşən, Çempionlar Liqasında xal qazana bilməyən amsterdamlılar “Qarabağın rəqibləri arasında bəlkə də, ən rahatı hesab edilirdi. Baş məşqçi postu da müvəqqəti birinə tapşırılan “narıncılar”ın burda qələbə qazanmasına inanan kəsim çox az idi. Hər kəs qələbəyə köklənmiş, pley-off yolu gözləyirdi… Lakin keçmişə baxsaq, “Qarabağ”ın yaxşı futbolu, yaxşı nəticələri məhz favorit olmadığı, meydana rahat çıxdığı matçlarda olub. 

Niderland klubuna oyunun taleyini həll etmək üçün 10 dəqiqə kifayət etdi. Əvvəlcə bərabərlik qolunu vurdular, daha sonra əks-hücumlardan fərqləndilər. Bakıda “Çelsi“dən xal al, “Ayaks”a uduz… SəfərdəBenfika”dan üç xal al, Bakıda “Ayaks”a uduz… Belə bir məqamda motivasiya məsələsi də üzə çıxır. Oyunçular çox arxayın idimi? Nəyin rahatlığı, nəyin gətirdiyi qələbə gözləntisi idi?

Nərimanın oyuna daxil olması ilə hücumda problemlər artdı. Amma əvəzləməyə qədər qaçırılan şansları kimə yazmaq olar? Zubirin real epizodda ləng qərar verməsi, bundan öncə bir dəfə təkbətəki vura bilməməsi və s. Tək Zubirlə deyil, rəqibin ikinci qoluna qədər kifayət qədər epizodlar qaçırıldı. Çempionlar Liqasınəhənglər”in yeridir. Sən 10 epizod qaçır, onlar birində səni cəzalandırar. Məhz belə də oldu, “Qarabağ” nizamlı qurulan hücumlardan fərqlənə bilmədi, “Ayaks” kortəbii futbol və son dəqiqələrdəki əks-hücumlar hesabına Bakıdan üç xalla döndü və pley-off ümidlərini saxladı.

Bizim ümidimiz? Var, amma daha çətindir. Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna qalib gəlmək, səfərdəLiverpul”dan azı bir xal almaq müşkül məsələyə oxşayır.

Şahin Cəfərov

Berezutskinin yeni iş yeri

11 December 2025 at 11:42

“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutskinin yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Rusiyanın “Ural” klubuna baş məşqi təyin edilib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

“Ural” Rusiya I Liqasında 21 turdan sonra 41 xalla ikinci sırada qərarlaşıb. Komanda lider “Fakel”dən 7 xal geridədir.

Berezutski 2024/25 mövsümündəSabah”a rəhbərlik edib. O, “bayquşlar”la Azərbaycan Kubokunu qazanıb.

Azərbaycanın üç boksçusu yarımfinalda

11 December 2025 at 11:25

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin 3 idmançısı mərhələni qələbə ilə başa vurub.

Sübhan Mamedov (48 kq) Şodiyorjon Melikuzyevdən (Özbəkistan) güclü olub. Avropa çempionumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Sahil Alahverdovi (Gürcüstan) ilə döyüşəcək.

Alfonso Dominqes (92 kq) də 1/4 finaldan qalib ayrılıb. Dünya çempionumuz Andrey Zaplitnini (Moldova) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Dominqes növbəti görüşündə Turabek Xabibullayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Məhəmməd Abdullayev (+92 kq) isə Dovlet İslamov (Türkmənistan) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Dünya çempionatının mükafatçısı yarımfinalda David Surovu (Rusiya) sınağa çəkəcək.

Hər 3 boksçu yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

“Qarabağ”da Mateus fərqi

11 December 2025 at 11:14

Sofascore” portalı Çempionlar Liqasının “Qarabağ” – “Ayaks” oyununda futbolçuların performanslarını qiymətləndirib.

Futbolpress.az xəbər verir ki, görüşün ən yaxşısı 9.6 balla niderlandlıların yarımmüdafiəçi Oskar Qlux olub. “Ayaks”da cinah müdafiəçisi Anton Qae də 8 balla ikinci ən yaxşı futbolçu kimi dəyərləndirilib.

Qarabağın heyətində ən yüksək balı alan Mateus Silvadır. Komandanın ikinci qolunu vuran cinah oyunçusunun çıxışı 7.6 balla dəyərləndirilib. Start heyətdə meydana çıxanlarda ən zəifləri isə Elvin Cəfərquliyev və Bəhlul Mustafazadə olub – 6.1 bal.

Avropa Liqası: “Fənərbağça” Norveç səfərində

11 December 2025 at 10:49

Bu gün UEFA Avropa Liqasında VI turun oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” səfərdə Norveçin “Brann” komandasının qonağı olacaq.

“Roma” bu turda “Seltik”lə, “Lill” isəYanq Boyz”la qarşılaşacaq.

UEFA Avropa Liqası
VI tur

11 dekabr

21:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Betis” (İspaniya)
21:45. “Ferentsvaroş” (Macarıstan) – “Reyncers” (Şotlandiya)
21:45. “Yanq Boys” (İsveçrə) – “Lill” (Fransa)
21:45. “Midtyullannd” (Danimarka) – “Genk” (Belçika)
21:45. “Ludoqorets” (Bolqarıstan) – PAOK (Yunanıstan)
21:45. “Şturm” (Avstriya) – “Srvena Zvezda” (Serbiya)
21:45. “Nitsa” (Fransa) – “Braqa” (Portuqaliya)
21:45. “Ştutqart” (Almaniya) – “Makkabi” (Təl-Əviv, İsrail)
21:45. “Utrext” (Niderland) – “Nottinqem Forest” (İngiltərə)

00:00. “Portu” (Portuqaliya) – “Malmö” (İsveç)
00:00. “Lion” (Fransa) – “Qo Ehed İqlz” (Niderland)
00:00. “Seltik” (Şotlandiya) – “Roma” (İtaliya)
00:00. “Bazel” (İsveçrə) – “Aston Villa” (İngiltərə)
00:00. “Frayburq” (Almaniya) – “Zaltsburq” (Avstriya)
00:00. FCSB (Rumıniya) – “Feyenoord” (Niderland)
00:00. “Selta” (İspaniya) – “Bolonya” (İtaliya)
00:00. “Panatinaikos” (Yunanıstan) – “Viktoriya” (Çexiya)
00:00. “Brann” (Norveç) – “Fənərbağça” (Türkiyə)

“Qarabağ” dünya reytinqində gerilədi

11 December 2025 at 10:33

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” 3 pillə geriləyərək, 68-ci sırada qərarlaşıb. Azərbaycan çempionunun aktivində 187.5 xal var.

Ötən siyahıda 276-cı olan “Sabah” irəliləyib. “Bayquşlar” 87.25 xalla bu dəfə 252-ci pillədə qərarlaşıb.

“Zirə” 70.5 xalla 360-cıdır. “Qartallar” ötən siyahı ilə müqayisədə 27 pillə irəliləyib.

“Araz-Naxçıvan” 57.75 xalla 486-cıdır. Naxçıvan təmsilçisi ötən siyahı ilə müqayisədə 96 sıra geriləyib.

Reytinqə 585 xalla PSJ başçılıq edir.

Alonso: “Çətin günlərin keçəcəyinə inanmalıyıq”

11 December 2025 at 10:22

“Real”ın baş məşqçisi Xabi Alonso Çempionlar Liqasında “Mançester Siti”yə uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Oyun gərgin keçdi. Hər iki komanda bəzi anlarda dominantlıq etdi. Rəqib qısa müddət ərzində oyunun gedişatını dəyişdi. Qoldan sonra irəli atıldıq, cəhdlər etdik, amma alınmadı. Kifayət qədər özümüzü tənqid edirik. Lakin çətin günlərin keçəcəyinə inanmalıyıq”.

Azarkeş də uduzdu

11 December 2025 at 10:09

“Qarabağ” – “Ayaks” (2:4) oyununa 1400 niderlandlı gəlmişdi. Cari ÇL mövsümünün ən pis nəticələrinə uğramış “Ayaks”ı 3800 km. uzaqda dəstəkləməyə o qədər azarkeş gəlmişdi. Bəli, azarkeş…

Hansı ki, “Qarabağ”ın avrokubok oyununa 30.000 baxmağa (!) gəlir, ölkə çempionatı oyununa isə ən çox 300.

…Və o 1400 nəfər 30 min yerli azarkeşdən daha kompakt, daha gurultulu idi. Susdurdu…

Azarkeşlərimiz “Qarabağ”ı möhkəm qınayır, hətta Qurban Qurbanovu tənqid atəşinə tutub əvəzetmələrində, taktikasında səhv axtarırlar.

Ancaq dünən meydanda uduzan həm də azarkeşimiz idi. Biz nəyisə hamılıqla düz etmirik, yoldaşlar…

Kamil Əhməd

Yayda “Real”dan ayrılacaq

11 December 2025 at 09:46

“Real” futbolçusu David Alaba ilə yollarını ayıracaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 33 yaşlı müdafiəçi mövsümün sonunda klubu tərk edəcək. Son iki mövsümdə tez-tez zədə alan Alabanın müqaviləsi uzadılmayacaq.

33 yaşlı futbolçu bu mövsüm La Liqada 3 oyuna çıxıb.

“Arsenal”ı tarixinə düşən braziliyalı

11 December 2025 at 09:30

“Arsenal” Çempionlar Liqasının VI turunda “Brügge“ni səfərdə məğlub edib – 3:0.

Futbolpress.az xəbər verir ki, londonluların heyətində fərqlənən Qabriel Martinelli klubun tarixinə düşüb. O, “Arsenal”la Çempionlar Liqasında ardıcıl 5 qol vuran ilk braziliyalı oyunçu olub.

“Arsenal” 18 xalla birinci sıradadır.

“Qarabağ”la oyunda dubl etdi, “ən yaxşı” adına namizəd oldu

11 December 2025 at 09:15

UEFA Çempionlar Liqasında VI turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Qarabağ“la oyunda iki qol vuran “Ayaks”ın futbolçusu Oskar Qlux namizədlər arasında yer alıb. Digər iddiaçılar “Atalanta”dan De Ketelare, “Arsenal”dan Nodi Madueke vəBarselona”dan Jül Kundedir.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Avropa çempionu karyerasını bitirdi

11 December 2025 at 08:52

Portuqaliya millisinin sabiq qapıçısı Rui Patrisiu karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə 37 yaşlı qolkiper özü paylaşım edib.

Patrisiu Portuqaliya millisi ilə 2016-cı ildə Avropa çempionu olub, 2019-cu ildə isə Millətlər Liqasını qazanıb.

Sportinq”in yetirməsi olan qolkiper “Roma”, “Atalanta“, “Əl Əyn” kimi klublarda çıxış edib.

ÇL: daha üç komanda pley-offda!

11 December 2025 at 08:27

Çempionlar Liqasında VI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, oyunlardan sonra daha üç komanda pley-off mərhələsinə vəsiqəni təmin edib. 13 xalı olan “Mançester Siti”, PSJ vəAtalanta”nın mərhələni “24-lük”də bitirəcəyi dəqiqləşib.

Daha əvvəl “Arsenal” vəBavariyapley-offa vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi “Qarabağ” 6 turdan sonra 7 xalla 22-ci sırada qərarlaşıb.

“Qarabağ”ın mövqeyi

11 December 2025 at 08:19

UEFA Çempionlar Liqasında VI turun oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, matçlardan sonra turnir cədvəlində komandaların yerləri məlum olub.

Bakıda “Ayaks”a uduzan “Qarabağ” 7 xalla 22-ci sıradadır. Azərbaycan təmsilçisi oyundan öncə 19-cu sırada qərarlaşmışdı.

Turnir cədvəlinə 18 xalla “Arsenal” başçılıq edir.

Zərərli israr və ya uduzanda razı olmayaq

11 December 2025 at 08:01

Milyard il də olsa, Qurban Qurbanovu qınayanlardan müdafiə edərəm, amma cəmi iki məsələyə görə yox:

•⁠ ⁠Uduzduğumuz oyundan “razı qalması”
•⁠ ⁠⁠Bəzən hansısa futbolçunun lehinə inad etməsi

İllərdir Qurban müəllimi detallı izləyirəm, araşdırıram. Onda bu iki məsələdə inadkarlıq heç yaxşı hal deyil.

İlk dəfədir bunu qeyd edirəm, əvvəllər onun əziz xətrinə görə toxunmurdum.

Qurbanov nadir şəxsiyyətdir ki, Azərbaycan futboluna XİDMƏT edib. O, bizimçün mənəvi anlamda toxunulmazdır. Ondan öyrənməliyik və yeni-yeni ideyalarının gerçəkləşməsinə/icrasına meydan verməliyik.

Ancaq bütün bu pozitivlərin ucaltdığı bu şəxsiyyətin tənqid olunmalı məqamını da artıq qeyd etmək VACİBDİR.

Bəzən legionerə, bəzən yerli oyunçuya görə – inad edib, ona inanılmaz dərəcədə dəstək verib, şans tanıyıb. Olan olub, keçən keçib – lakin indi biz yüksəlişdə/öyrənməkdə olan “Qarabağ”dan deyil, 12 ildir sərasər avrokuboklarda çıxış edən klubdan danışırıqsa, artıq baxış bucağında dəyişikliyə ehtiyac var.

***

“Qarabağ” klub olaraq cari ÇL mövsümünə xəsis yanaşdı. Xəsis deyilsə, onda qeyri-ciddi…

Belə olmur…

***

Nəriman dünya futbol təfəkkürünə görə gənc sayılmır. Bu yaşda futbolçu ustalığa namizəd/usta olur. Ancaq bu növcavan hər formada göstərir ki, ona ümid bəsləmək əbəsdir.

Gəncdir, hələ öyrənəcək?! Artıracaqsa belə, bu eksperiment “Qarabağ”da olmamalıdır.

Andrade kimi top saxlama, müdafiə-hücum fazasında dinamik balans yaratma, pressinq kimi keyfiyyətləri olan futbolçunu çıxarıb, yerinə Nərimanı salmaq irəlidə olduğumuz oyunu uduzmağa səbəb olan əsas qərar idi.

Nəriman pressinqdə yoxdur, top qəbulunda həvəskar səhvlər edir, meydanda yerini belə doğru təyin edə bilmir.

Və bu oyunçu iki ildir ki belədir…

“Çelsi” ilə dominant oynayarkən əvəzetmələrdən sonra “sındıq” və qələbəni əldən verdik, “Ayaks”a qarşı da hərtərəfli üstünlük yaratmışkən edilən əvəzetmələr bizdə eniş, rəqibdə yüksəliş yaradırsa… barı oyundan “razı qalmayaq”, Qurban müəllim.

Elçin Cəlilov

“Qarabağ”a iki qol vuran futbolçu: “Həyəcanlı gecə oldu”

11 December 2025 at 01:26

Çempionlar Liqasının VI turunda keçirilən “Qarabağ” – “Ayaks” oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, Amsterdam klubunun yarımmüdafiəçisi Oskar Qluxdur. O, 4:2 hesabıyla qələbə qazandıqları oyunda iki qol vurub.

Oskar UEFA-nın saytına açıqlamasında matçla bağlı bunları deyib:

“Sevincimi izah etmək çətindir. Həyəcanlı gecə oldu. Bakıya gəldiyimiz andan hazırlıq çox yaxşı idi və bunun bəhrəsini matçda gördük. Görüşə diktə etdik. Rəqib erkən qolla hesabı açdı. Amma performansımız yaxşı oldu. “Qarabağ” iki dəfə önə keçsə də, geridönüş edəcəyimizə inanırdıq. Yekunda bunu bacardıq. Qələbəyə dair güclü inamla bura gəlmişdik. Hələ iki oyunumuz qalır, onları da qələbə ilə bitirmək istəyirik”.

Qurban Qurbanov: “Çox geridə qalmışıq”

11 December 2025 at 00:33

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının VI turunda “Ayaks”a uduzduqları görüşdən (2:4) sonra jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Rəqibi təbrik etmək istəyirəm. Oyunsonrası baş məşqçiləri öz oyunçuları tərəfə getdi, görüşə bilmədik. Oyuna gəlincə, futbolçulardan razı qaldım. Son dönəmlərdə belə dinamik, sürətli oyun nadir hallarda olur. Sadəcə bu cür komandalar səhvləri bağışlamır və əllərinə düşən imkanları maksimum dəyərləndirirlər. Bura Çempionlar Liqasıdır, istənilən nəticəni gözləmək lazımdır. “Ayaks”da əvvəlki oyunlarda alınmayanlar bu oyunda alındı. Bundan öncə məğlub olmalarına baxmayaraq, yaxşı oynamışdılar. Hər bir halda, futbolçulardan razı qaldım. Döyüşərək məğlub olduq. Bu gün bərabərlik haqda düşünmürdük. Futbolçular qələbə ruhunu vermişdi. Sona kimi hücumda daha çox olduq. Azarkeşlərimizə də təşəkkür edirəm. Bu gün futbol bayramı idi, sadəcə qələbə çatmadı.

– Qələbə istəyirdiz və öndə olduğunuz anlarda əks-hücumlardan qol buraxdınız…
– Hazırlığımız necədirsə, sona kimi saxlamaq istəyirik. Belə böyük oyunlarda gücümüzü sona qədər sınamalıyıq. Qol vurandan sonra geri çəkilmək düzgün olmazdı. “Ayaks” topla çox yaxşı davranmağı bacarır. Riskə getdik, rəqibə pressinq etdik. Bizim qol epizodlarımız daha çox olub. Nədən razı qaldım? Demək olar, bir günün içində oyuna hazırlaşdıq. Rəqibə uyğun hazırlıqlarımız oldu.

– “Bu cür komandalar səhvləri bağışlamır” dediniz. Hansı səhvləri nəzərdə tutursunuz?
– İlk iki qol uzaqdan vurulan zərbələr idi. Diqqətsizlik yaranmışdı. 3 və 4-cü qol da əks-hücumda yaxalandıq. Hücuma çıxanda toplar itirdik. Oyunun sonlarında Elvin Cəfərquliyev sol cinahda daha diqqətli olmalı idi. Bizim cinah müdafiəçilərimiz hücumda daha aktiv çıxış edir. Sona yaxın futbolçularda yorğunluq var idi. Bəlkə də, həmin epizodlarda sürətdə uduzduq.

– Oyunun qırılma anı Zubirin 2:1 öndə olduğunuz anda yaxşı imkanı qaçırması idi?
– Çoxlu şanslarımız oldu. Saymaq olar, amma artıq gecdir. Qırılma anı demək üçün gecdir. Epizodlardan rəqib daha yaxşı istifadə etdi.

– Oyuna sonradan daxil olanlardan razı qaldınız? Xüsusilə, Nəriman…
– Tam razı qaldım deməzdim. Daha yaxşı oynaya bilərdilər. Sürəti artırmaq istəyirdik. Dəqiq olsaydılar, məncə, fərqli olardı. İlk dəfə deyil, bu baş verir. Bu gün alınmadı.

– Nərimanın oyunu ilə bağlı narazılıq var. Azarkeşlər deyir ki, o oyuna daxil olandan sonra hücumda ləngimələr olur.
– Nərimanla bağlı nə qədər vaxtdır, müzakirələr gedir. Özüm bilmirəm Nəriman haqda nə deyim. Nəsə fikir bildirsəm, azarkeşə qarşı çıxmış olaram. Nəriman daha yaxşı oynaya bilərdi. Dəfələrlə futbolçularımın yanında olmuşam, bu gün də. Oyunun əvvəlindən çox güc sərf etdik. Azarkeşlərin narazılığı ilə bağlı hansısa fikir bildirmək istəmirəm. Sadəcə Nəriman daha yaxşı oynaya bilərdi.

– Hava şəraiti oyuna necə təsir etdi?
– Ağır idi. Amma indi nəsə fikir bildirsəm, düzgün çıxmaz. Oyun bitib. Hər iki komanda üçün şərtlər eyni idi. Avropadan gələn komandalar ilboyu bu rejimdə, tempdə oynayırlar. Bu gün çox istəkli olmağımız bəlkə də, bizi yordu. Oyuna kənardan baxanda həzz alırdım. 90 dəqiqə dayanma, ləngimə oldu. Meydanda sürət, mübarizə var idi. Bugünkü matç son dönəmlərin ən yaxşı üç oyunundan biri idi. Xeyli sayda qol epizodları, qollar oldu.

– “Ayntraxt”la oyundan öncə çempionatda bir aylıq fasilə olacaq. Amma Almaniyada liqa davam edəcək. Bu, komandaya mənfi təsir edə bilər?
– Olar. Çünki onlar daha hazır olacaqlar. Hər bir halda, başqa yolumuz yoxdur, maksimum çalışmalıyıq. Bəzi yoldaşlıq oyunları keçirməyi planlaşdırırıq. Qarşıda çempionat matçlarımız var. Köklənmək psixoloji baxımdan asan olmayacaq.

– Pley-off şanslarınızı necə dəyərləndirirsiniz?
– Futbolçular məğlubiyyətə görə məyusdur. Onlar da şansdan maksimum istifadə etməyə çalışdılar. Paltardəyişmə otağında da kefsiz olduqlarını gördük. Onları qaytarmaq üçün vaxtımız olacaq. Şansımız varsa, maksimum istifadə etməyə çalışacağıq.

– U-19 komandası Gənclər Liqasında 6 oyuna xal toplaya bilmədi və böyükhesabla uduzdu. Bu haqda fikirlərinizi bilmək istəyirdim. O kollektivdən hansısa oyunçunun əsas komandaya gəlmək ehtimalı var?
– Azərbaycan futbolunun yaralı yeridir. Bu gün 19 yaşlılarımızda fərq bu qədər hiss olunursa, 4-5 il sonra bu komanda hansı səviyyədə olacaq, maraqlıdır. Bu, bizim üçün böyük təhlükədir. Bəlkə, kənardan nəticələrimiz, vuruşmağımız bizi aldadır. Gələcəyə baxsaq, futbolumuzdakı fərqlər böyüyə-böyüyə gedir. Sonu necə olacaq, bilmirəm. “Qarabağ” olaraq mütləq şəraitimizi yaxşılaşdırmalı, daha diqqətli olmalıyıq. Həm də 19 yaşlılarımızın çox 17, 18 yaşlı oyunçular idi, ilk dəfədir belə turnirdə iştirak edirlər. Rəqiblər böyüyə-böyüyə gəlirlər. Bu gün biz Çempionlar Liqasında oynayırıqsa, onlar 17 yaşlarından başlayır belə turnirlərdə oynamağa. Onların şəraitindən isə danışmağa dəyməz. Avropada uşaq futbolu deyəndə ağıla gələn ilk komanda “Ayaks”dır. Onların şəraitindən danışılası deyil. Onların şəraiti Azərbaycan futbolunun şəraitindən üstündür. Özüm də bir neçə klubda, akademiyada olmuşam. Onlarla biz yan-yana qoyulası deyilik. Fərq çox böyükdür.

– Azərbaycanda futbolunda üzdə olan əsas iki simadan birisiniz. Gələcəyə ümid yoxdur?
– Ümidsiz olacağıqsa, futboldan uzaqlaşmalıyıq. Çalışıb, onlarla ayaqlaşmalıyıq. Bu gün klub olaraq onlara qarşı mübarizə apara bilirik. Elə səviyyədə olan komandalardır ki… Bu gün futbol elə səviyyədədir ki, istənilən komanda digərinə qalib gəlmək gücündədir. Finallarda belə böyükhesablı nəticələr olur. Çox geridə qalmışıq. Onlar gələcəyə böyük yatırımlar edirlər. Hər bir halda, pozitiv olmalıyıq.

Şahin Cəfərov

“Belə oyundan qələbə ilə ayrılmaq kifayət qədər yaxşıdır”

11 December 2025 at 00:08

“Ayaks”ın baş məşqçisi Fred Qrim Çempionlar Liqasında “Qarabağ”a qalib gəldikləri oyundan (4:2) sonra jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşdü…

– Maraqlı oyun alındı. Məncə, “Qarabağ”ın da qollarının keyfiyyəti yaxşı idi. Böyük şansları oldu ki, önə keçsinlər. Fasilədən sonra daha yaxşı oynamağa çalışdıq. 1:2 geridə olanda yenidən qol vurmaq çətin idi. Amma sonda bunu bacardıq.

– Nəhayət, xal qazandınız. Sizcə, qələbəni gətirən əsas amil nə idi?
– Əsas məsələ necə oynamağımızdan, taktikamızdan ibarət idi. Düzdür, daha yaxşı ola bilərdik. Oyun çətin keçdi, amma istədiyimiz nəticəni qazandıq.

– Çempionlar Liqasıında geridönüşünüz olmuşdu?
– Buna sevinirəm. Belə oyundan qələbə ilə ayrılmaq kifayət qədər yaxşıdır. Nəticədən məmnunam. Belə oyunlarda xırda detallar həlledici olur.

– Futbolçularınız çox sürüşürdü. Amma “Qarabağ”ın oyunçuları yox.
– Bəli, ola bilər, “Qarabağ” belə ot örtüyündə oynamağa öyrəşib. Bizim üçün çətin oldu.

– “Feyenoord”la matç üçün özünəinamınız artacaq?
– Bəli. İstəyirik ki, qələbə seriyamızı davam etdirək.

– Paltardəyişmə otağında ilk qələbəni necə qeyd etdiniz?
– Böyük sevinc var idi. Azarkeşlərimiz də böyük dəstək göstərdi. İnanılmaz hisslər yaşayırıq.

– Meydana çıxan gəncləriniz haqda nə düşünürsünüz?
– Pis oynamadılar. Aaron da özünü yaxşı göstərdi. Gənc olmalarına baxmayaraq, bu cür səviyyəyə hazır olduqlarını göstərdilər.

– İlk qələbə münasibətilə təbrik edirəm. Son 10 dəqiqədə 3 qol vurdunuz. Həmin an “Qarabağ”ı nədə üstələdiniz?
– Məncə, ilk növbədə komandanın yaxşı təşkil olunması vacib məqam idi. “Qarabağ”ın güclü tərəflərini də, axsaq tərəflərini də bilirdik.

Şahin Cəfərov

“Qarabağ” – “Ayaks”: heyətlər

10 December 2025 at 20:38

“Qarabağ” Çempionlar Liqasının VI turunda bu gün “Ayaks”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 21:45-də start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamillo Duran

Baş məşqçi: Qurban Qurbanov

“Ayaks”: 1. Vitezslav Yaroş, 2. Lukas Rosa, 15. Yuri Baas (k), 30. Aaron Bouvman, 3. Anton Qaaey, 48. Sean Steur, 4. Ko İtakura, 24. Yorti Mokio, 7. Raul Moro, 10. Oskar Qlux, 9. Kasper Dolberq

Baş məşqçi: Fred Qrim

Azərbaycan klubu legionerini göndərdi

10 December 2025 at 19:29

“Lənkəran” klubu basketbolçusu Raşed Disonla vidalaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mövsümün əvvəlində komandaya qoşulan ABŞ-dən olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib

Qeyd edək ki, “Lənkəran” 23 yaşlı basketbolçunun ilk peşəkar klubu olub.

Region Kubokunun püşkü atıldı

10 December 2025 at 18:33

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Region Kubokunun 2026/2027-ci illər mövsümünün ilk raundunun püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək komanda ilkin mərhələdən mübarizəyə başlayacaq.

Azərbaycan komandası ilkin mərhələnin 7-ci qrupunda Polşa, Türkiyə və Rumıniya kollektivləri ilə mübarizə aparacaq.

Bu raundun oyunları 2026-cı ilin sentyabr-dekabr ayları aralığında Türkiyədə baş tutacaq.

“Mingəçevir”dən inamlı qələbə

10 December 2025 at 17:26

Azərbaycan I Liqasında X tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Azərbaycan I Liqası 

X tur

“Mingəçevir” – “Cəbrayıl” 2:0

Qollar: S.Abdullayev, 16 (pen), Q.Səfərov, 52

“Baku Sportinq” – “Şahdağ Qusar” 2:1

Qollar: L.Stevanoviç, 1, X.Məmmədli, 28 – R.Voronsov, 23

MOİK – “Şimal” 2:0

Qollar: S.Fərəcov, 20 (pen), 71

ÇL: “Real” uduzdu, Bilbaoda qazanan olmadı

11 December 2025 at 01:56

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” Bakıda “Ayaks”a uduzub

İspaniyanın “Real” klubu bu turda “Mançester Siti”yə məğlub olub. 

UEFA Çempionlar Liqası
Liqa m
ərhələsi, VI tur

10 dekabr

QarabağAyaks (Niderland) 2:4
Qollar: K.Duran, 10, M.Silva, 47 – K.Dolberq, 39, O.Qlux, 79, 90, A.Qae, 83

Vilyarreal (İspaniya) – Kopenhagen (Danimarka) 2:3
Qollar: S.Komezans, 47, T.Oluvaseyi, 56 – M.Elyunusi, 2, E.Aşuri, 48, A.Kornelius, 90

Atletik (İspaniya) – PSJ (Fransa) 0:0

Bayer (Almaniya) – Nyukasl (İngiltərə) 2:2
Qollar: B.Gimaraynş, 13 (avtoqol), A.Qrimaldo, 88 – E.Qordon, 51 (pen.), L.Mayli, 74

Benfika (Portuqaliya) – Napoli (İtaliya) 2:0
Qollar: R.Rios, 20, L.Barreyro, 49

Brügge (Belçika) – Arsenal (İngiltərə) 0:3
Qollar: N.Madueke, 25, 47, Q.Martinelli, 56

Borussiya (Dortmund) – Bodo-Qlimt (Norveç) 2:2
Qollar: Y.Brant, 18, 51 – H.Alessami, 42, Y.P.Hage, 75

Yuventus (İaliya) – Pafos (Kir) 2:0
Qollar: V.Makkeni, 67, C.Devid, 73

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 1:2
Qollar: Rodriqo, 28 – N.Oreli, 35, E.Haaland, 43 (pen.)

“Qarabağ” “Ayaks”a məğlub oldu

10 December 2025 at 23:40

“QarabağÇempionlar Liqasında bu gün növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, “atlılar” Bakıda “Ayaks”ı qəbul edib. Matç Amsterdam təmsilçisinin qələbəsiylə başa çatıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VI tur

10 dekabr

21:45 QarabağAyaks (Niderland) 2:4
Qollar: Kamilo Duran, 11, Mateus Silva, 49 – Dolberq, 40, Oskar Qlox, 78, 90, Anton Qae, 83
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
Tofiq Bəhramov adına Respublika stadionu

❌
❌