Reading view

Rəşad Sadıqov: “İtirəcək çox şeyimiz var”

Azərbaycan Kubokunun finalında “Sabah” ilə “Zirə” arasında baş tutacaq final matçından əvvəl “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı təşkil olunub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçdan gözləntilərini bölüşüb:

– Bizi olduqca önəmli oyun gözləyir. Matça yaxşı hazırlaşa bilmişik. Könül istərdi ki, daha çox vaxtımız olsun. Sabah 40 gün tamam olacaq ki, 9-cu oyunumuza çıxacağıq. Müəyyən yorğunluq, gərginlik var və bu da normaldır. Sabah ilk dəqiqələrdən həyəcanı, təzyiqi atıb, mövsümün ən yaxşı oyunlarından birini keçirmək istəyirik. Qarşımızda güclü komanda var. Baxımlı futbol oynayırlar və yaxşı məşqçilər heyəti var. Oyunun mahiyyətini başa düşürük. Əlimizdən gələni edib, qalib olmağa çalışacağıq.

– Bu sualı “Zirə”nin baş məşqçisi yox, mütəxəssis kimi dəyərləndirməyinizi istəyirdim. Sabah kimi daha üstün görürsünüz?
– Mövsümün geridə qalan hissəsi hər şeyi aydın göstərib. Amma finalda qələbə qazanmaq üçün nələr etməliyik deyə düşünürük. Oyun planımız, hədəfimiz var. Çalışacağıq ki, ilk dəqiqələrdən intizamlı olaq.

– Həmkarınızın 7 titulu var, amma siz də kubokda iki final oynamısınız. Təcrübə baxımından özünüz üçün hansısa üstünlük var?
– Finallarda favoritlərlə qarşılaşmışıq. Bu il də qismətdən “Sabah”dır rəqib və çempiondur. Rəqibdə müəyyən psixoloji üstünlük var, daha inamlıdırlar. Məşqçiləri də təcrübəlidir, kubokları var. Bizim üzərimizdə təzyiq daha çoxdur, itirəcək çox şeyimiz var. Amma rəqibdə belə deyil, çempion olublar. Ona görə biz daha döyüşkən olmalıyıq. Çempionat yolu ilə avrokuboklara getmək çətin görünür. Ona görə demək olar, sabahkı matç bizim üçün son şansdır.

– Sabah bir çox klubun azarkeşi “Sabah”a dəstək olacaq. Həm “Qarabağ”, həm “Neftçi”, həm “Turan Tovuz” onların qələbələrini arzulayır. Bu məqam sizin üçün əlavə motivasiya ola bilər?
– Futbolçularla da bu haqda danışmışıq. Elə vəziyyət yaranıb ki, finaldakı məğlubiyyətimiz dörd komandaya sərf edir. Mən də onların yerində olsaydım, “Sabah”ın qalib gəlməsini istərdim. Amma ümumilikdə bu məqam bizim üçün hansısa əlavə motivasiya yaratmır.

– Bundan əvvəlki finallarda yaxşı oynamısınız. Bu rəqiblə son duel bərabərliklə başa çatıb. Sabah onlara qarşı necə oynayacaqsınız?
– Bəzi sualları burda cavablamaq olmur. Amma belə deyə bilərəm ki, hansısa sürpriz seçim düşünmürük. “Sabah” erkən qol vurub, rahat oynamağa çalışacaq. Bizim də planlarımız var. İstərdik ki, baxımlı oyun oynayaq. Sabah necə olacağını görəcəyik. Qələbə üçün əlimizdən gələni edəcəyik.

– Son oyunu Qubada “İmişli”yə qarşı keçirmisiniz və çox güc sərf etmişdiniz. Bu, matça necə təsir edəcək?
– Kubokla bağlı daha əvvəl ən çox narazılıq edən baş məşqçi mənəm. Hər mövsümə 1/8 finaldan başlayırıq. Bu dəfə də rəqibimiz “Neftçi” olmuşdu. Bu gün də final mövsüm bitməmişdir, indi də bundan gileylənirik. “İmişli” səfərində palçıqda oynamaq əlavə yorğunluq yaratdı. Oyuna çox güc qoya bilmədik. Məcbur olduq ki, bəzi futbolçuları dəyişək. Çünki orda 90 dəqiqə oynayan futbolçu hər an zədələnə bilər.

– Həmkarınız Dambrauskasa fərdi duellərdə çox uduzmusunuz. Hansısa qisas düşüncəniz var?
– “Sabah”a bu mövsüm iki dəfə uduzmuşuq. Aqressiyam yoxdur, sevinirəm ki, çempionatımızda onun kimi məşqçi var. Ümid edirəm ki, bir gün eyni şərtlərdə qarşılaşarıq. Bu, mənim üçün daha maraqlı olar.

– Komandada əhval necədir?
– Əhval yaxşıdır. Sabah üçüncü finalımızı oynayacağıq. Futbolçularıma təşəkkür etmək istəyirəm, altı ilimdə üç final gördük. Çempionatda 5 dəfə ikinci, 1 dəfə üçüncü olmuşuq. Kubokda medallar uğrunda mübarizə aparmışıq. Liqada son iki ilin gümüş mükafatçılarıyıq. Şəraiti nəzərə alsaq, futbolçulara çox sağ ol düşür. Yayda

– Penaltilər seriyasına hazırlaşmısınız?
– Bəli, təbii olaraq. Mən də Dambrauskasın yerində olsaydım, penaltilərə hazırlaşmazdım. Düşünürəm ki, sabahkı finalda oyun penaltilərə getsə, bizimçün uğurlu ola bilər. Biz də istərdik ki, qələbəni 90 dəqiqədə qazanaq. Liqada “İmişli” ilə matçda xal itirdik və liqa yolu ilə avrokuboklara getmək şanslarımızı azaltdıq. Orda fərqli gedişlər edə bilərdik, amma kuboka görə saxladıq. Əsas diqqətimiz burdadır. Futbolçularıma bu illərdə göstərdikləri mübarizələrə görə əvvəldən təşəkkür edirəm. Çalışacağıq ki, bu mövsümü də yaxşı yerdə bitirək. Nəticədən asılı olmayaraq, futbolçulardan qürur duyuram.

– Futbolçuların ümumi durumu necədir?
– Müəyyən problemlər var, bu gün də Hacıağa Hacılı zədələndi. Bu da “İmişli” səfərindəki yorğunluqla bağlıdır. Üzərimizdə aprel ayının yorğunluğu da var. Stressli matçlar keçirdik. Rəqib isə daha rahatdır, hazırlıq üçün çox vaxtları olub. Hər şeyə sıfırdan başlayacağıq.

– Hacıağa sabah meydanda olacaq?
– Yəqin ki, yox. Hacıağa bizim üçün çox önəmli idi.

– Enrike sizin sisteminizdə çoxlu işlər görür. Amma sabah o da olmayacaq. Bu, sizə nə dərəcə problem yarada bilər?
– Enrikenin yoxluğu ciddi sıxıntılar yaratdı. Məcburiyyətdən İssa Cibrillanı ardıcıl oynatdıq, çox güc sərf etdilər. Cinah futbolçularının üzərinə böyük iş düşdü. Enrikenin yoxluğu böyük itkidir. Həm hücumda, həm müdafiədə effektiv oynayırdı.

Şahin Cəfərov

 

Ramos yetirməsi olduğu klubunun səhmlərini aldı

“Real”ın sabiq futbolçusu Serxio Ramos “Sevilya” klubunun səhmlərini alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klub yaxın zamanda məsələ ilə bağlı açıqlama yayacaq.

Ramos “Sevilya”nın yetirməsidir. O, 2005-ci ildə “Real”a keçib və 2024-cü ilə kimi bu klubun formasını geyinib. Son olaraq Meksikada “Monterrey”də çıxış edən 40 yaşlı futbolçu hazırda azad agentdir.

“Qalatasaray”ın sabiq futbolçusu aşağı liqa klubunda

“Qalatasaray”ın sabiq futbolçusu Yasin Öztekinin yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, 39 yaşlı futbolçu “Uşakspor”a keçib. Bu barədə III Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Öztekin karyerası ərzində Dortmund “Borussiya”sı, “Qalatasaray”, “Trabzonspor”, “Göztepe”, “Yalova” kimi klublarda çıxış edib. Onun son ünvanı “Çoruhlu” olub.

Mourinyo yenidən “Real”da

“Real” baş məşqçi postu üçün Joze Mourinyo ilə anlaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb. Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb. Madrid klubu növbəti həftə təyinatı rəsmən açıqlayacaq.

Mourinyo hazırda “Benfika”ya rəhbərlik edir. O, “Real”da Alvaro Arbeloanı əvəzləyəcək.

Mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə “kral klubu”nu çalışdırıb.

Flikdən yeni müqavilə açıqlaması

“Barselona” baş məşqçisi Hansi Flik ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə mütəxəssis insayder Florian Plettenberqin sorğusuna cavab olaraq bildirib. Sözləşmənin detalları hələlik məlum deyil.

Flikin rəhbərlik etdiyi “Barselona” La Liqada sona üç tur qalmış çempionluğunu təmin edib.

Əliyar Ağayev bu dəfə I Liqada

I Liqada XXVI turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayev “Səbail” – “Şahdağ Qusar” oyununu idarə edəcək.

Matçlar saat 17:00-da start götürəcək.

14 may (cümə axşamı)

“Şimal” – “Difai”
Hakimlər: Rauf Cabarov, Rasim Axundov, Zakir Şükürzadə, Ruslan Quliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Törə Əhmədova
Şamaxı OİK stadionu

15 may (cümə)

“Mingəçevir” – MOİK
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Rəşad Qliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

“Səbail” – “Şahdağ Qusar”
Hakimlər: Əliyar Ağayev, Sənan Atayev, Rəhman Aslanov, Murad Səlimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bayıl Arena”

“Baku Sportinq” – “Zaqatala”
Hakimlər: Maqsud Şamıyev, Zöhrab Abbasov, Kərim Zeynalov, Nicat İsmayıllı
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Buzovna qəsəbə stadionu

“Şəfa” – “Cəbrayıl”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Binə qəsəbə stadionu

“Başqa klubların taleyi bizi maraqlandırmır” – Dambrauskas

Azərbaycan Kubokunun finalında “Sabah” ilə “Zirə” arasında baş tutacaq final matçından əvvəl “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı təşkil olunub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçdan gözləntilərini bölüşüb:

– Ardıcıl ikinci ildir, kubokun finalındayıq. Hər ölkədə belə matçlar böyük hadisədir. Rəqibimiz “Zirə”ni təbrik edirəm ki, finala qədər gəliblər. İstəyirəm ki, sabah meydanda hər iki komanda yaxşı oyun göstərsin. Hər kəsi tribunaya dəvət edirəm, inanıram ki, onlar matçdan həzz alacaqlar. Titulumuzu qorumağa çalışacağıq. Karyeramda çox final oynamışam və necə çətin olduğunu bilirəm. Düşünürəm ki, sabahkı matçda çoxlu qollar, dramatik anlar olacaq. İstəyirəm ki, meydanda güclü olan komanda – “Sabah” qazansın.

– Penaltilər seriyasına hazırlaşmısınızmı?
– Hər nəticə ola bilər. Matç əlavə vaxta da gedə bilər. Drama, yorğunluq da mümkündür. Səmimi deyirəm, penaltilər seriyası üzərində işləməmişik. Ümumi olaraq, hər məşq sonu penaltilərə çalışırıq.

– Bu final sizin karyeranız üçün nə ifadə edir?
– Mənim üçün böyük əhəmiyyət kəsb edir. Tarixi fürsətdir, bir mövsümdə iki titul qazana bilərik. Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik. Oyunu səbirsizliklə gözləyirik.

– Kuboku qazansanız, “Neftçi” Konfrans Liqasına, “Qarabağ” Avropa Liqasına gedəcək. Onların bu oyuna diqqəti böyükdür. Üzərinizdə təzyiq var?
– Nə üçün təzyiq hiss edək? Belə suallara nifrət edirəm. Kubokun finalıdır və iki komanda üçün tarixi oyundur. Başqa şeylər haqqında düşünmürük. Bütün diqqətimiz özümüzdədir, üçüncü komanda bizi maraqlandırmır. Qalib gəlsək, azarkeşlərimizi sevindirəcəyik, məğlub olsaq, öz fanatlarımızı məyus edəcəyik. Başqa şeylər haqqında danışmağın mənası yoxdur. Çalışacağıq ki, özümüz üçün oynayaq və matçdan qalib ayrılaq. Başqa klubların taleyi bizi maraqlandırmır.

– Karyeranızda 7 titul qazanmısınız. Bunun üstünlüyü var?
– Fərqli hisslərdir. Keçmişdə qazanılan uğur keçmişdə qalır. Çünki bunları fərqli komanda, fərqli oyunçularla bacarırsan. Təcrübəni hər gün məşqdə əldə edirsən. Finallar səni yaxşı məşqçi etmir. Həm biz, həm “Zirə” sabah qələbə üçün çalışacaq. Güclü olanın qazanacağını düşünürəm. İstəyirəm ki, maraqlı oyun olsun.

– “Zirə”nin beş müdafiəçi ilə oynayacağı gözlənilir. Bu cür komandalara qarşı oynamaq daha çətindir. Maraqlıdır, bunun üzərində işləmisiniz?
– Hər şeyi danışsam, marağı qalmaz. Düzdür, “Zirə”yə qarşı hazırlaşmaq çətindir. Onları dəfələrlə təhlil etmişəm və məncə, böyük sürprizlər olmayacaq. İki komanda da bir-birini tanıyır. Matçın taleyini kiçik detallar həll edəcək. Əvvəlki matçlara necə hazırlaşmışıqsa, buna da elə olacaq. Bizim hər zaman fərqli planlarımız olur. Üzərimizdə böyük təzyiq yoxdur və düşünürəm ki, meydana daha rahat çıxacağıq. İstədiyimiz oyunu sərgiləsək, meydanda yaxşı komanda biz olacağıq.

– Adətən mövsümün son oyunu kubok olanda futbolçuları kökləmək çətin olur. Amma bu dəfə fərqlidir. Sizcə, finalın mövsüm bitməmiş olması daha yaxşıdır?
– Bu məsələdə fikrim yoxdur. Qaydalara hörmətlə yanaşırıq. Məncə, finalın vaxtının çox önəmi yoxdur. Biz kimik ki, gəlib, nələrisə dəyişəcək.

– “Omoniya”da işləyən zaman “Zirə”yə 6:0 hesabıyla qalib gəlmisiniz. Bundan əlavə, bu mövsüm də çempionatda üç dəfə onlara qalib gəlmisiniz. Futbolda belə şey var ki, bir məşqçiyə nə qədər çox uduzursansa, aqressiya yaranır. Sabah Rəşad Sadıqovdan aqressivlik gözləyirsiniz?
– Həqiqətən, bu cür statistikaların mənim üçün mənası yoxdur. Finaldır və iki komanda üçün vacib məqamdır. Belə matçlar elədir ki, hər nəticə mümkündür. Məncə, iki komanda da aqressiv olacaq və qələbə üçün çalışacaq.

– “Zirə” qələbə qazansa, Avropa Liqasına gedəcək. Sizcə, bu, sizə problem yarada bilər?
– Siz nə düşünürsünüz?

– Məncə, daha istəkli olacaqlar…
– Biz də istəkli olacağıq. Onlara problem yaratmağa çalışacağıq. Az səhv edən komanda qalib olacaq. İnşallah, ən yaxşı kollektiv titulu qazanar.

Şahin Cəfərov

25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi

“Fiorentina” futbolçusu Tariq Lemptey ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı cinah oyunçusu ilə müqaviləyə xitam verilib.

Lemptey bu mövsüm komandada 2 oyunda cəmi 25 dəqiqə oynayıb.

Cinah futbolçusu daha əvvəl “Çelsi” və “Brayton”da çıxış edib.

Hacı Əliyevin RAF-dakı ilk rəqibi bilindi

Azərbaycanlı idmançı Hacı Əliyev RAF güləş təşkilatı ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, güləşçinin turnirdəki ilk rəqibi Sebastian Rivera olacaq. Görüş oyunun 13-də, Sent Lyuisdə (ABŞ) keçiriləcək.

RAF güləş təşkilatı ABŞ-də yaradılmış peşəkar sərbəst güləş təşkilatıdır. 2025-ci ildən fəaliyyət göstərən qurumun məqsədi müxtəlif ölkələrdən olan elit güləşçilər üçün peşəkar platforma yaratmaqdır.

“Qarabağ” regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi

“Qarabağ” regionda ilk Dayanıqlılıq Hesabatını (Sustainability Report) ictimaiyyətə təqdim edib. 

Futbolpress.az xəbər verir ki, Bu mühüm addım klubun idman sahəsi ilə yanaşı sosial məsuliyyət, ekoloji yanaşma və müasir idarəetmə prinsipləri istiqamətində də lider mövqeyini bir daha təsdiqləyir. Bu təşəbbüs təkcə Azərbaycanda deyil, bütövlükdə regionda bir ilkdir. “Qarabağ” eyni zamanda,Avropa komandaları arasında da bu istiqamətdə hesabat hazırlayan qabaqcıl klublardan biri kimi fərqlənir.

Təqdim olunan hesabatda klubun aşağıdakı istiqamətlər üzrə fəaliyyəti geniş şəkildə əks olunub:

* Ekoloji dayanıqlılıq və resursların səmərəli idarə olunması
* Sosial məsuliyyət layihələri, inklüziv inkişaf təşəbbüsləri və icma ilə əlaqələr
* Korporativ idarəetmə və şəffaflıq prinsipləri

Hesabat, həmçinin klubun gələcək inkişaf strategiyasını, beynəlxalq standartlara uyğunlaşma istiqamətində atdığı addımları və uzunmüddətli dayanıqlılıq hədəflərini əhatə edir.

Qeyd edək ki, hesabat klubumuzla əməkdaşlıq çərçivəsində dünyanın aparıcı audit və konsaltinq şirkətlərindən biri olan “Deloitte”un dəstəyi ilə hazırlanıb. Şirkət xüsusilə dayanıqlılıq hesabatlarının hazırlanması, ESG (Environmental, Social, Governance) standartlarının tətbiqi və korporativ şəffaflığın artırılması istiqamətində beynəlxalq təcrübəsi ilə tanınır. “Qarabağ” ilə əməkdaşlıq çərçivəsində “Deloitte” hesabatın beynəlxalq standartlara uyğun strukturlaşdırılması, məlumatların düzgün ölçülməsi və təqdim olunması, eləcə də qlobal hesabatlılıq prinsiplərinə inteqrasiya prosesinə metodoloji dəstək göstərib. Bu tərəfdaşlıq sənədin etibarlılığını və beynəlxalq səviyyədə qəbul olunma potensialını daha da artırır. Xatırladaq ki, “Qarabağ” Futbol Klubu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi “İqlim Fəaliyyəti üçün İdman” (Sports for Climate Action) təşəbbüsünün rəsmi tərəfdaşıdır. Klubumuz bu təşəbbüsə qoşulmaqla həm də BMT-nin “Race to Zero” kampaniyasının dəstək göstərərək qlobal iqlim hədəflərinə töhfə vermək öhdəliyini təsdiqləyir.

Klubun prezidenti Tahir Gözel dayanıqlılıq hesabatının yalnız görülən işləri deyil, həm də illər ərzində formalaşdırılan dəyərləri və gələcək nəsillər qarşısında daşıdıqları məsuliyyəti əks etdirdiyini bildirib:

“Bu hesabat illər ərzində formalaşdırdığımız dəyərlərin, məsuliyyət anlayışımızın və gələcəyə baxışımızın əyani ifadəsidir. Burada gördüyümüz işlərlə yanaşı, inandığımız prinsipləri və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyəti əks etdiririk. Bu təşəbbüs klubumuz üçün, Azərbaycan üçün, bütövlükdə region üçün bir ilkdir. Hesabatdakı hər bir məqam real fəaliyyətlərə, ölçülə bilən nəticələrə əsaslanır. Biz inanırıq ki, bu yanaşma regionda fəaliyyət göstərən digər klublar üçün də istinad nöqtəsinə çevriləcək və dayanıqlı inkişafın yeni mərhələsinə təkan verəcək. Sözügedən hesabat, həmçinin COP29 çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərin bir hissəsidir.

Şübhəsiz ki, bu, ilk hesabatımızdır və biz bu istiqamətdə ilkin addımlarımızı atmağa başlamışıq. İnanırıq ki, növbəti hesabatlarda daha ətraflı, inkişafyönümlü və müqayisə oluna bilən nəticələr də öz əksini tapacaq”.

Final FIFA referisinə tapşırıldı

Azərbaycan Kubokunda “Sabah” ilə “Zirə” arasında keçiriləcək final matçının təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

13 may (çərşənbə)

“Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
“Palms Sports Arena”, 20:00

Qurbanov: “Uşaq futbola sevgi ilə başlamalıdır”

Uşaq futbolunun vəziyyəti milli komandanın nəticələrində özünü büruzə verir.

Bu sahədə çatışmazlıqlar çoxdur. Lakin yaxşılığa doğru müəyyən addımlar atılır. Uşaq liqalarının təşkilində dəyişikliklər, infrastrukturun yaxşılaşdırılmasına cəhdlər var. Bütün hallarda, bu sahənin əsas hərəkətverici qüvvəsi klubların uşaq futbol məktəbləridir. Onlar işi necə təşkil edəcəksə, nəticələr də ona uyğun olacaq. Akademiyalaşmaq istiqamətində addımlar atan “Neftçi” həm zəngin ənənəsinə sadiq qalmaq, həm yeniliklər tətbiq etmək fikrindədir.

Mövzunu akademiyanın koordinatoru Sənan Qurbanovla genişləndirdik.

– ⁠“Neftçi”nin akademiyası getdikcə daha çox diqqət çəkir. Nəticələr və planlar barədə danışardınız…
– Birinci növbədə nəqsədimiz əsas komandaya oyunçu yetişdirməkdir. Bunun öhdəsindən gəlsək, yaxşı nəticə saya bilərik. Milli komandada nə qədər çox oyunçumuz olsa, yenə müsbət dəyərləndirilər. Sistemli şəkildə işləyirik, buna uyğun məşq, oyun planlarımız var. Oyundan-oyuna və aylıq hesabatlarımız olur. Prinsiplərimizi beş aspekt üzərində məşqçilərə təqdim etmişik. Hesabatlar ilin əvvəlində, ortasında və sonunda olur. İndi mövsüm sona yaxınlaşır və yekun hesabat dövrü gəlir. Futbolçuların texniki, taktiki, kondisiya və psixoloji durumu ilə bağlı raportlar hazırlanır. Onların ilin əvvəlindəki vəziyyəti ilə son durumu arasındakı fərq məşqçinin gördüyü işin keyfiyyət göstəricisi sayılır. Bu qaydanı ötən ildən tətbiq etdik və yaxşı təsir göstərdi.

– Akademiya koordinatoru kimi ən çox nəyə önəm verirsiniz?
– Strukturlu işləməyi sevirəm və məşqçilərdən bunu tələb edirəm. Yaxşı nəticə bundan asılıdır. Koordinator kimi də bu məsələləni həmişə önə çəkirəm.

– Uşaq futbolunda valideyn amili də mühüm rol oynayır. İdmançının yetişməsində valideynin məsuliyyəti nədir?
– Bəli, akademiyada valideynlərin rolu böyükdür. İlk növbədə öz fəlsəfimizi onlara çatdırmalıyıq, maariflənmələri üçün də iclaslar keçirilməlidir. Valideyn ilk olaraq dəstəkçi kimi rolunu oynamalıdır. Bu alınsa, akademiya üçün daha faydalı olar.

– Gənclərin keçid dövrü həssas məsələdir. Müxtəlif səbəblərdən idmanı buraxmalı, yaxud məcburən uzaqlaşmalı olurlar. Bunun əsas səbəbi nədir və çıxış yollarını nədə görürsünüz?
– Oyunçuların keçid dövrü həssas məqamdır. Bəzən futbolçular bu mərhələni keçə bilmədikləri üçün bu sahə ilə vidalaşırlar. Qeyd etdiyim kimi, beş aspekt üzərində ciddi dayandığımız üçün futbolçuların yüksəlişi hiss olunur. Bu, Gənclər Liqasında daha çox görünür. Düzgün fiziki yükləmələr vacibdir. Liqa oyunlarından sonra intensiv məşqlərə, daha sonra onların bərpasına böyük önəm veririk.

– Peşəkar futbolçu olmaq istəyənlər neçə yaşdan başlamalıdır – ən aşağı və ən yuxarı yaş həddi nədir?
– Peşəkar futbolçu olmaq üçün daha erkən yaşdan başlamaq lazımdır. Bu, 6-8 yaş arası ola bilər. Uşaq həmin vaxt futbola əyləncə kimi yanaşmalı, bu sahəni sevməlidir. Amma o demək deyil ki, bu yaşda başlamasan, böyük futbol oynaya bilməyəcəksən. 12, 13 yaşdan da başlamaq olar. Əsas məsələ düzgün məşq proqramıdır, təməl prinsiplərin doğru seçilməsidir. Daha sonra futbolçu özü qərar verə bilir – davam etmək, yoxsa dayanmaq. Yaş artdıqca inkişaf dövrü prinsipləri önə çıxır və planla irəliləmə vacib olur. Uşaq futbola sevgi ilə başlamalıdır. Oynamalı, əylənməlidir, təməl budur. Qərar vermələr, qısa taktikalar, fiziki durumu yaxşılaşdırmaq növbəti mərhələlərdədir.

– İdmançının formada qalması, inkişaf etməsi üçün qidalanma, dieta və intizam vacib amillərdəndir. Bu istiqamətdə hansı tövsiyələri verərdiniz?
– İdmançının formada qalması və inkişaf etməsi akademiya üçün böyük amildir. Aşağı yaş qruplarında dietanın əleyhinəyəm. Onlar düzgün qidalanmalıdır, zərərli yeməklərdən uzaq olmalıdırlar. Qida onların güc qazanmasında böyük rol oynayır. Gənclər Liqasına yaxınlaşdıqca orqanizmə uyğun olaraq qidalanmada dəyişikliklər etməyə ehtiyac var. Dieta əsasən yetkin idmançılar üçün daha vacibdir. Bərpa dönəmi və yuxu da inkişafda böyük rol oynayır.

Elçin Cəlilov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Gimnastlar Portuqaliyada “qızıl” qazandı

6-11 may tarixlərində Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Futbolpress.az xəbər verir ki, turnirdə ölkəmizi böyüklər yaş kateqoriyasında Gövhər İbrahimova, Fidan Qurbanlı, Kamilla Seyidzadə, gənclər yaş kateqoriyasında Azadə Atakişiyeva və Nuray Muradlı təmsil edib.

Gənclər arasındakı mübarizədə Azadə Atakişiyeva və Nuray Muradlı komanda hesabında 94.000 xalla Amerika və İtaliyanı geridə qoyaraq qızıl medalın sahibi olub.

Fərdi proqramda top ilə Azadə Atakişiyeva 25.500 xalla qızıl, Gövhər İbrahimova isə 25.900 xalla gümüş medal əldə edib.

“Bakı–Xankəndi” velosiped yarışı: III mərhələsinin qalibləri mükafatlandırıldı

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırıb.

Futbolpress.az xəbər verir ki, Qazaxıstanın “Astana” komandasının rusiyalı üzvü Qleb Suritsaya qızıl, belçikalı Dyupon Timotiyə (“Tarteletto-İsorex”) gümüş, ekvadorlu Pita Kristian Davidə (“Roojai İnsurance Winspace”) bürünc medal təqdim olunub.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi Xankəndi şəhərində baş tutacaq.

Finala doğru: üstünlük kimdədir?

Azərbaycan Kubokunun finalında üz-üzə gələcək “Sabah”la “Zirə” arasındakı matç rəqiblərin 31-ci dueli olacaq.

Futbolpress.az xəbər verir ki, indiyədək yalnız Premyer Liqada qarşılaşan komandalar arasında 30 matç baş tutub.

Bu görüşlərdə “Sabah” 12, “Zirə” 8 dəfə qalib gəlib. 10 qarşılaşmada heç-heçə qeydə alınıb.

72 qolun vurulduğu duellərdə “Sabah” üstündür. Masazır təmsilçisi 40, Zirənin eyniadlı klubu 32 qola sevinib.

“Sabah” – “Zirə” qarşılaşmalarında 42 futbolçu qol sevinci yaşayıb. “Sabah”ın 24, “Zirə”nin 20 oyunçusu rəqib qapısına yol tapıb. Davit Volkovla Xulio Sezar Rodrigez hər iki komandanın heyətində fərqlənib.

7 qola sevinən Volkov duellərin ən məhsuldar oyunçusudur. O, “Zirə”də 6, “Sabah”da 1 dəfə sevinib. Xulio isə 3 dəfə masazırlıları, 2 dəfə zirəliləri sevindirməyi bacarıb.

Volkov “Zirə”də 6 qol vurduğu kimi Coy Lens Mikels də eyni sayda topu “Sabah”da vurub. Beş futbolçunun aktivində 3 qol var. Hamidu Keyta “Zirə”də, Amadu Diallo, Kevin Kubemba, Marko Deviç və Velko Simiç “Sabah”da buna nail olub.

Əvvəlki 30 dueldə yeganə het-trik Volkovun hesabındadır. 8 dubl qeydə alınıb. Marko Deviç, Velko Simiç, Amadu Diallo, Coy Lens Mikels və Kevin Kubemba “Zirə”nin, Hamidu Keyta, Nicat Süleymanov və Xulio Sezar Rodriqez “Sabah”ın qapısına 2 qol vurub.

Varqasın qolu türklərin gündəmində – VİDEO

“Neftçi”nin futbolçusu Freddi Varqasın “Karvan-Yevlax”a vurduğu qol Türkiyə mətbuatının gündəminə düşüb.

Futbolpress.az xəbər verir ki, türkiyəli keçmiş futbolçu Nihat Kahveci “Kontra” proqramında qolu şərh edib və bunları deyib:

“Boş qapıya topuqla zərbə vurmaq inanılmaz dərəcədə özünəinamlı olmaqdan xəbər verir”.

Azərbaycanı Astanada 17 şahmatçı təmsil edəcək

Qazaxıstanın Astana şəhərində türkdilli ölkələr arasında şahmat üzrə açıq çempionat təşkil olunacaq.

Futbolpress.az xəbər verir ki, 14-17 may tarixlərində keçiriləcək yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları iştirak edəcək. Ölkəmiz çempionatda həm kişilər, həm də qadınların yarışında mübarizə aparacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandasında Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimli çıxış edəcək. Komandanın kapitanı Qədir Hüseynov olacaq.

Qadınların yarışında komandanın heyətinə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət edilib. Kapitan kimi İlahə Qədimova təsdiqlənib.

Turnir çərçivəsində eyni zamanda 16 yaşlılar arasında çempionat keçiriləcək. U16 turnirində ölkəmizi kapitan Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə, Lalə Hüseynova təmsil edəcək.

Reqlamentə əsasən 45 dəqiqədən ibarət partiyalarda hər gedişə 30 saniyə əlavə olunacaq. Ümumilikdə 7 tur oynanılacaq.

“Araz-Naxçıvan”da ayrılıq: “…təəssüflənmək olar”

“Araz-Naxçıvan” və futbolçu Vanderson Melo arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Melo Premyer Liqa təmsilçisinin saytına qısa açıqlama verib:

“Burada 3 maraqlı mövsüm keçirdim. Uğurlu nəticələrimiz də oldu, təəssüfləndiyimiz oyunlar da. Komanda ötən mövsüm tarixində ilk dəfə olaraq üçüncü yeri tutdu və avrokuboklarda oynamaq hüququ qazandı. UEFA Konfrans Liqasında “Aris” kimi güclü rəqibi üstələdik və mərhələ adladıq. Cari mövsümlə bağlı isə ancaq təəssüflənmək olar. Çünki qarşıya qoyulan məqsədə çata bilmədik.

Burada olmağıma şərait yaradan klub rəhbərliyinə təşəkkür edirəm. Ümid edirəm ki, növbəti mövsüm “Araz-Naxçıvan” hazırkından daha yaxşı çıxış edər və uğur qazanar”.

Vanderson 2023-2024-cü illər mövsümündən “qırmızı-ağlar”da çıxış edirdi.

PSJ-nin 5 futbolçusu rəmzi komandada

Fransa Liqa 1-də 2025/26 mövsümünün rəmzi komandası açıqlanıb.

Futbolpress.az xəbər verir ki, heyətdə lider PSJ-dən 5 futbolçu yer alıb:

Qapıçı: Roben Risser (“Lans”)

Müdafiəçilər: Nunu Mendeş, Vilyan Paço, Əşrəf Hakimi (hamısı PSJ), Malanq Sarr (“Lans”)

Yarımmüdafiəçilər: Vitinya (PSJ), Korenten Tolisso (“Lion”), Mamadu Sanqare (“Lans”)

Hücumçular: Meyson Qrinvud (“Marsel”), Osman Dembele (PSJ), Floryan Toven (“Lans”).

“Beşiktaş” “Lill”in futbolçusu ilə danışıqlara başladı

“Lill”in futbolçusu Nabil Bentaleb karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Foot Mercato” nəşri məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçinin Fransa klubu ilə müqaviləsi yayda başa çatır.

“Beşiktaş” artıq oyunçu ilə danışıqlara başlayıb. İstanbul təmsilçisi əlcəzairli futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir.

Bentaleb bu mövsüm Fransa çempionatında 25 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Cəmil Əliyevdən növbəti rekord

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində üzgüçülükdə yeni rekord əldə edilib.

Futbolpress.az xəbər verir ki, Quba sakini Cəmil Əliyev növbəti dəfə ölkə üzrə rekord nəticəyə imza atıb. O, müvafiq qaydalara uyğun şəkildə 13 saat fasiləsiz üzərək əvvəlki rekordunu yeniləyib.

Qeyd edək ki, Cəmil Əliyev bundan əvvəl 10 saat fasiləsiz üzərək ölkə üzrə rekord nəticəyə imza atmışdı.

Elita üçün son addım

İngiltərə Premyer Liqasına vəsiqə uğrunda keçirilən pley-off mərhələsində finalçılar məlum olub.

Futbolpress.az xəbər verir ki, Çempionşip təmsilçiləri “Hall Siti” və “Midlsbro” elita üçün həlledici görüşdə üz-üzə gələcək. Final mayın 23-də, “Uembli” stadionunda keçiriləcək.

Daha əvvəl “Koventri” və “İpsviç” Premyer Liqaya vəsiqə qazanıb.

“CBC Sport”, bəs…?

“CBC Sport” son vaxtlar “qarışıqlıq” sözünə uyğun layiqli şəkildə fəaliyyət göstərir. Telekanal əlindən gələni edir ki, işində nöqsanlar yaransın.

Bu istiqamətdə yazılar çox olub. Lakin “CBC Sport” xüsusən bu ərəfələr elə mövzudur ki, nə qədər yazılsa, çox deyil.

Məsələn, yayım keyfiyyətinin aşağı olması kimi ənənəvi problemdən tutmuş, bəzi oyunların ümumiyyətlə yayımlanmaması və s.

Bunlar öz yerində. Həm də “CBC Sport”u tənqid etməyin ərəfəsi, günü yoxdur…

Məni ən çox düşündürən fərqli məsələdir. Bu telekanalın prodüseri var yəqin. Bir normal dekorasiya qura bilmirlərmi?

İdman telekanalı olasan, studiya çəkilişlərin “Lider TV”nin xəbərlər studiyasının fonunu xatırlada…

İmkan var. Bəs niyə edilmir?

Türkiyəni qoyuram kənara, qonşu Gürcüstanın “youtube” kanallarında belə analitik proqramlar xüsusi qrafiklərlə zəngin formada tərtib edilir. Ekspert monoloq demir, fikirlərini əyani şəkildə göstərir.

“CBC Sport”un analitik verilişlərində iki-üç nəfər danışır.

Danışır…

Studiya belə mövzudan heç bir əlamət daşımır. Səsini alsan, baxan inanmaz efirdə futboldan danışılır.

Fərqli tematikalı proqramlar?

Yoxdur.

İnteraktivlik?

Yoxdur.

Peşəkar yayım standartlarına uyğunluq?

Yoxdur.

Yeniliklər?

Yoxdur.

Maliyyə?

Var.

Bəs..?

Kamil Əhməd

40 yaşında dünya çempionatında oynayacaq

Bosniya və Herseqovina milli komandasının DÇ-2026 üçün heyəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Şalke”nin 40 yaşlı hücumçusu Edin Dzeko yığmaya dəvət alıb. Bu, onun son mundialı olacaq.

Dzeko bu mövsüm “Şalke” formasıyla 10 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bosniya və Herseqovina millisi dünya çempionatında B qrupunda Kanada, Qətər və İsveçrə ilə mübarizə aparacaq. Mundiala iyunun 11-də start veriləcək.

Sabiq futbolçusu “Çelsi”yə rəhbərlik edə bilər

“Çelsi”də baş məşqçi postuna daha bir namizəd məlum olub.

Futbolpress.az xəbər verir ki, braziliyalı Felipe Luis “zadəganlar”a rəhbərlik edə bilər. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Mütəxəssis son olaraq “Flamenqo”nu çalışdırıb. O, martdan işsizdir.

Felipe Luis futbolçu kimi 2014/15 mövsümündə “Çelsi”də forma geyinib.

“Bakı-Xankəndi” velosiped yarışında 3-cü mərhələ başladı

“Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışında 3-cü mərhələyə start verilib.

Futbolpress.az xəbər verir ki, Qəbələdə start götürəcək tur Mingəçevirdə başa çatacaq. Ümumi məsafə 162,9 kilometrdir.

İlk mərhələdə finişə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Ötən gün “Astana”nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov növbəti raundun qalibi olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

 

Naməlumluq simfoniyası

Premyer Liqanın bu mövsümü finişə yaxınlaşır. Yeni çempion ilə fərqlənən 2025/26 sezonu pis-yaxşı nələrləsə yadda qalacaq. Futbol ilahəsi gələn ilin qara buludlarından qorusun…

Niyə neqativ?

Liqanı tərk edən “Karvan-Yevlax” yenə bir az təcrübə yığmışdı, onun yerinə gəlməyə əsas namizəd olan “Şəfa” heç nəyi ilə elitaya hazır deyil. Bölgə təmsilçisi gedir, yerinə rəqiblərini Sumqayıtda qəbul edəcək Bakı təmsilçisi gəlir…

Komanda yenidən qurulmalıdır.

Necə? Yerli futbolçu “bazarında” normal “çeşidlər” yoxdur. Legioner də 50/50-ə ehtimal…

“Şamaxı” Ayxan Abbasovun yerinə Azər Bağırovu istəyir, lakin “Kəpəz” onu buraxmamaqda israrlıdır. Bu yandan da “şirlər”in “sükançı”sı olmağa vurnuxan tapşırangellər fəsiləsinin nümayəndələri…

Daha bir taleyi naməlum klub “Qəbələ”dir. Qış fasiləsində heyəti gücləndirməkçün imkanlarını zorlayacaq qədər xərc çəkən “qırmızı-qaralar” bundan da fayda görmədi. Sxadadze kimi əcnəbi məşqçi, kifayət qədər transferlər… Və bu klubun taleyi pley-off oyunundan asılıdır. İşdi-şayət I Liqa təmsilçisinə məğlub olsa, necə olacaq?..

“İmişli” Kaşkilya ilə birtəhər liqada qalmağı bacardı, amma son xəbərlərə görə portuqaliyalını postunda saxlamaq günü-gündən çətinləşir. Büdcə artımı ehtimalı da yoxdur. Yenə sual yaranır: necə olacaq?

“Kəpəz”də həmişəki kimi aləm bir-birinə dəyib və elə də qalıb. Nə sular durulur, nə tunelin ucunda işıq görünür. Gah rəhbərliyin tam şəkildə gedəcəyi deyilir, gah yeni sponsor tapdıqları və bu formada davam edəcəkləri sədaları eşidilir. Bütün hallarda, “Kəpəz”in defolt olmaması üçün sponsor tapmaq mütləqdir. Yenə naməlum vəziyyət…

Beləcə, Premyer Liqada olan klubların təqribən yarısı müəmmalı durumla üz-üzədir.

Bu naməlumluq növbəti mövsüm haqda həyəcan siqnalıdır.

Kamil Əhməd

“Sabah” onun üçün bir milyon avro ödəyəcək

“Sabah” icarə əsasında komandada çıxış edən Timoteuş Puxaçın transfer hüquqlarını almağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” polşalı müdafiəçi üçün müqavilə ilə məxsus olduğu “Holştayn Kil”ə bir milyon avro ödəməyə hazırdır. Bu barədə “transfermarkt.de” saytı məlumat yayıb. Keçidin bu məbləğ qarşılığında tamamlanacağı gözlənilir.

Puxaç bu mövsüm “Sabah” formasıyla 32 oyunda 2 qol vurub, 12 məhsuldar ötürmə edib.

Sisse rusları Afrikaya dəvət etdi

Rusiya milli komandası Mali ilə yoldaşlıq oyunu keçirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Mali Futbol Federasiyasının rəhbəri Maxazu Baba Sisse “Sport24.ru” saytına açıqlamasında deyib. O, yayda Rusiya millisini qəbul etməyə hazır olduqlarını bildirib.

Rusiya yığması martın 31-də Sankt-Peterburqda Mali ilə yoldaşlıq oyunu keçirib və qolsuz bərabərlik qeydə alınıb.

Rusiya millisinin Ukrayna ilə müharibə səbəbindən UEFA-ya üzv ölkələrlə rəsmi və ya yoldaşlıq oyunu keçirməsi qadağan edilib.

“Qarabağ” fransalı vingerlə razılığa gəldi

Kiprin “Omoniya” klubunun futbolçusu Jali Muaddib karyerasını Azərbaycanda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, fransalı vinger “Qarabağ”la anlaşıb. Bu barədə Kipr klubunun meneceri Giorgos İrakleus yerli “SportFM” radiosuna açıqlamasında deyib. O, Jalinin “Qarabağ”la razılaşdığını və yeni mövsümdən komandada olmayacağını bildirib.

Muaddib bu mövsüm Kipr çempionatında 28 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 375 min avrodur. O, azad agent kimi “Qarabağ”a keçəcək.

Advokat mundial üçün qayıdır

Niderlandlı mütəxəssis Dik Advokat DÇ-2026-da Kürasao yığmasına rəhbərlik edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə “Voetbal İnternational” nəşri məlumat yayıb. 78 yaşlı mütəxəssisin mundiala görə milliyə qayıdacağı bildirilib.

Advokat daha əvvəl dünya çempionatına vəsiqə qazandıqdan sonra Kürasao millisində baş məşqçi vəzifəsindən ayrılmışdı. O, ailə səbəblərə görə bu addımı atmışdı.

Kürasao yığması tarixində ilk dəfə mundialda iştirak edəcək. Onlar E qrupunda Almaniya, Fil Dişi Sahili və Ekvador milliləri ilə mübarizə aparacaq.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirə iyunun 11-də start veriləcək.

Dembele ardıcıl ikinci il bu mükafatı qazandı

Fransa çempionatında 2025/26 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, PSJ-nin hücumçusu Osman Dembele bu mükafata layiq görülüb. O, Fransa Peşəkar Futbolçular Assosiasiyası tərəfindən ilin ən yaxşısı seçilib.

Dembele bu nominasiyada komanda yoldaşları Vitinya, Nunu Mendeş, “Marsel”dən Meyson Qrinvud və “Lans”dan Floryan Toveni qabaqlayıb.

Fransalı vinger Liqa 1-də 20 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Dembele ötən il də çempionatda ilin ən yaxşı futbolçusu mükafatını qazanmışdı.

Nə ruslar istəyir, nə də “Zirə”

Rusiyanın “Ural” klubu “Zirə”dən icarəyə götürdüyü Yeqor Boqomolskinin transfer hüquqlarını almayacaq.

Futbolpress.az-ın məlumatına görə, Ekaterinburq təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyunçunun performansından məmnun deyil. Klub bu səbəbdən onun transfer hüquqlarını almaq fikrində deyil.

Yeqor fevralda “Zirə”dən “Ural”a keçib. O, Rusiya I Liqasında 9 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Boqomolski “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun da planlarına daxil deyil. Klub yayda oyunçu ilə vidalaşmağı düşünür.

Şahin Cəfərov

“Tottenhem” “Lids”lə bacarmadı

İngiltərə Premyer Liqasında XXXVI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub. “Tottenhem Hotspur” “Lids Yunayted”i qəbul edib. Görüş bərabərliklə başa çatıb.

Bu matçdan sonra aktivində 38 xal olan “Tottenhem” turnir cədvəlinin 17-ci, 44 xalı olan “Lids” isə 14-cü pilləsində qərarlaşıb.

İngiltərə Premyer Liqası
XXXVI tur

11 may

“Tottenhem” – “Lids” 1:1
Qollar
: M.Tel 50 – D.Kalvert-Lyuin 74

“Jirona” məğlubiyyətdən son dəqiqədə xilas oldu

İspaniya La Liqasında XXXV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub. “Rayo Valyekano” “Jirona”nı qəbul edib. Görüş bərabərliklə başa çatıb.

İspaniya La Liqası
XXXV tur

11 may

“Rayo Valyekano” – “Jirona” 1:1
Qollar
: Alemao 86 – C.Stuani 90

“Napoli”dən gümüş medallar uğrunda vacib xal itkisi

İtaliya A Seriyasında XXXVI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub. “Napoli” “Bolonya”nı qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb.

36-cı turdan sonra “Napoli” 70 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. “Bolonya” isə 52 xalla səkkizinci sıraya yüksəlib.

Sona iki tur qalmış üçüncü yerdəki “Milan” ilə “Napoli” arasında cəmi 2 xal fərq var.

İtaliya A Seriyası
XXXVI tur

11 may

“Napoli” – “Bolonya” 2:3
YQollar
: G. Di Lorenzo 45+2, A.Santos 48 – F.Bernardesi 9, R.Orsolini 34 (pen), J.Rove 90+1

DÇ-2026 öncəsi ABŞ millisində ciddi itki

“Atletiko Madrid” və ABŞ milli komandasının yarımmüdafiəçisi Conni Kardozo zədə səbəbindən əməliyyat olunacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Kardozo ötən həftə klubun məşqi zamanı zədə alıb. 24 yaşlı yarımmüdafiəçidə oynaq zədəsi və bağın ciddi şəkildə burxulması aşkarlanıb. Kardozonun tezliklə əməliyyat olunacağı bildirilib.

İspaniya mediasında yayılan məlumatlara görə, Kardozonun sağalması üç aydan altı aya qədər çəkə bilər. Sözügedən hal baş verərsə, futbolçu 11 iyun – 19 iyul tarixlərində keçiriləcək DÇ-2026-nı buraxacaq.

Qeyd edək ki, yarımmüdafiəçinin şərəfini qoruduğu ABŞ milli komandası turnirin qrup mərhələsində Türkiyə, Paraqvay və Avstraliya ilə qarşılaşacaq.

“Beşiktaş”dan yeni transfer həmləsi

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Beşiktaş” Fransa çempionatına üz tutub.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” “Lill”in oyunçusu Nabil Bentaleb ilə yaxından maraqlanır. Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.

Əlcəzairli futbolçunun mövsümün sonunda Fransa klubu ilə müqaviləsi başa çatacaq.

Bu mövsüm “Lill”in heyətində 36 oyuna çıxan 31 yaşlı yarımmüdafiəçi 2 qol və 2 məhsuldar ötürməyə imza atıb.

“Real”ın müdafiəçisi əməliyyat olundu

Madrid “Real”nın müdafiəçisi Ferlan Mendi əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, əməliyyat uğurla başa çatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu bud sümüyündəki zədə səbəbindən əməliyyat edilib. Kral klubu Mendinin komandaya nə vaxt qoşulacağı ilə bağlı heç bir informasiya verməyib.

Son illər zədələrdən əziyyət çəkən Mendi bu mövsüm “Real”ın heyətində cəmi 9 oyuna çıxıb və fərqlənməyi bacarmayıb.

 

“Fənərbağça”nın yeni baş məşqçi namizədi bəlli oldu

“Fənərbağça”nın yeni prezident namizədləri – Aziz Yıldırım və Hakan Safinin yeni baş məşqçi haqda planları bəlli olub.

Futbolpress.az xəbər verir ki, hər iki prezidentliyə namizəd Filip Luisi komandanın “sükanı arxası”nda görmək istəyir. Bu barədə Braziliya mediasından “RTI Esporte” məlumat yayıb.

Baş məşqçilik karyerası ərzində yalnız ölkəsinin “Flamenqo” klubunu çalışdırmış braziliyalı bu ilin mart ayından etibarən işsizdir. 2024-cü ilin yanvarından baş məşqçiliyə başlayan Filip əvvəlcə “Flamenqo U-17”yə, ardınca “Flamenqo U-20”yə, sonda isə əsas komandaya rəhbərlik edib.

 

Azərbaycan atıcıları AÇ-də bürünc medal qazandılar

Azərbaycan atıcılıq millisi beynəlxalq arenada növbəti uğuruna imza atıb.

Futbolpress.az xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Çempionatında qadınlardan ibarət komandamız 25 metr standart tapança yarışında bürünc medal qazanaraq ölkəmizi növbəti dəfə fəxrlə təmsil edib.

Komandanın heyətində yer alan Nigar Nəsirova, Zeynəb Sultanova və Xana Əliyeva yarış ərzində yüksək dəqiqlik, peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək fəxri kürsüyə yüksəliblər.

Azərbaycan parataekvandoçusu gümüş medal qazandı

Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına start verilib.

Futbolpress.az xəbər verir ki, qitə çempionatının ilk günündə K44 kateqoriyasında 58 kq çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/4 finalda Polşadan olan Kasjan Mikolajczak üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.

Yarımfinal mərhələsində Türkiyə təmsilçisi Ali Can Özcan zədə səbəbindən döyüşə çıxmadığı üçün Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb.

Finalda isə israilli Asaf Yasur ilə qarşılaşan Sabir Zeynalov son raundda məğlub olub və bununla da karyerasında ilk dəfə parataekvondo üzrə Avropa çempionatının gümüş medalını qazanıb.

“Atletiko”da CİDDİ İTKİ

İspaniyanın “Atletiko” klubunun heyətində ciddi itki baş verib.

Futbolpress.az xəbər verir ki, Nauel Molina zədələnərək sıradan çıxıb. Argentinalı oyunçu La Liqanın 35-ci turu çərçivəsində baş tutan “Selta”ya qarşı matçda zədə alıb.

Təcrübəli müdafiəçi bud əzələsindən xəsarət alıb. Tibbi yoxlanışdan sonra Molinanın 20 gün yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Bununla da futbolçu mövsümün qalan üç oyununda komandasına kömək edə bilməyəcək.

Argentina millisinin üzvü iyunda başlayacaq dünya çempionatına kimi sağalaraq meydanlara geri dönəcək.

Qeyd edək ki, Molina cari mövsüm Madrid təmsilçisinin forması ilə meydana çıxdığı 46 oyunda 2 qol və 4 məhsuldar ötürməyə imza atıb.

DÇ-2026: Argentina millisinin genişləndirilmiş heyəti açıqlandı

Argentina millisinin DÇ-2026 üçün genişləndirilmiş heyəti müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb.

Heyət aşağıdakı kimi təqdim olunub.

Qapıçılar: Emiliano Martinez (Aston Villa), Jeronimo Rulli (Marsel), Valter Benites (PSV), Xuan Musso (Atletiko), Fakundo Kambese (Rasinq), Santyaqo Beltran (River Pleyt);

Müdafiəçilər: Aqustín Giay (Palmeyras), Nauel Molina (Atletiko), Qonzalo Montiel, German Pessella (hər ikisi River Pleyt), Nikolas Kapaldo (Sankt-Pauli), Kevin Makallister (Union), Lukas Martínez (River Pleyt), Markos Senesi (Bornmut), Lisandro Martinrs (Mançester Yunayted), Marcos Lib), Nikolas Otamendi (Benfika), Kristian Romero (Tottenhem), Leonardo Balerdi (Marsel), Lautaro Di Lollo (Boka Xuniors), Zayed Romero (Xetafe), Fakundo Medina (Lans/Marsel), Nikolas Talyafiko (Lion), Markos Akunya (River Pleyt), Qabriel Roxas (Rasinq);

Yarımmüdafiəçilər: Massimo Perrone (Komo), Leandro Paredes (Boka Xuniors), Qvido Rodriqes (Valensiya), Anibal Moreno (River Pleyt), Enzo Fernandes (Çelsi), Rodriqo De Paul (İnter Mayami), Ezekiel Palasios (Bayer), Aleksis Makallister (Liverpul), Covani Lo Selso (Betis), Niko Paz (Komo), Nikolas Dominqes (Nottingem Forest), Alehandro Qarnaço (Çelsi), Nikolas Qonzales (Atletiko), Klaudio Eçeverri (Jirona), Milton Delqado (Boka Xuniors), Alan Varela (Porto), Esekel Fernandes (Bayer), Emilio Bunendia (Aston Villa), Valentin Barko (Strasburq), Tiaqo Almada (Atletiko), Tomas Aranda (Boka Xuniors);

Hücumçular: Culiano Simeone, Xulian Alvares, Nikolas Qonzales (hamısı Atletiko), Lionel Messi (İnter Mayami), Lautaro Martínes (İnter), Santyaqo Kastro (Bolonya), Franko Mastantuono (Real Madrid), Canluka Prestianni (Benfika), Matias Soule (Roma), Santyaqo Kastro (Bolonya), Xose Maneul Lopes (Palmeyras), Mateo Pelleqrino (Parma).

ÇL: Final mərhələsinin hakimləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının final mərhələsinin hakim təyinatları müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, PSJ – “Arsenal” matçında baş hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək. Ona Yan Zaidel və Rafael Foltin kömək edəcək. Dördüncü hakim olaraq İsveçrədən Sandro Şerer oyuna təyinat alıb. Almaniyadan Bastian Dankert və Robert Şröder isə VAR hakimi olacaq. 

Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.

“Xankəndi” “Şirvan”ı darmadağın etdi

II Liqada 26-cı turun daha iki oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, “Xankəndi” “Şirvan”ı, “Qaradağ Lökbatan” isə “Quba”nı qəbul edib. Hər iki görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.

II Liqa
XXVI tur

11 may

“Xankəndi” – “Şirvan” 4:0
Qollar:
B.Teymurov 2, 39, 77, M.Caniyev 88

“Qaradağ Lökbatan” – “Quba” 3:0
Qollar:
İ.Əliyev 35, V.Hüseynov 58, İ.Ağayarov 78

 

“Barselona” Hansi Flik ilə müqaviləni uzadacaq

“Barselona” rəhbərliyi baş məşqçi Hansi Flik ilə müqaviləni uzatmağı planlaşdırır.

Futbolpress.az xəbər verir ki, “Barsa”da təcrübəli çalışdırıcı ilə müqavilə müddətinin 2028-ci ilin yayına qədər uzadılması nəzərdə tutulub. Bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

Flikin kontraktında daha bir il – 2029-cu ilə qədər artırılma haqda əlavə bəndin də yer alacağı gözlənilir.

Xatırladaq ki, almaniyalı çalışdırıcı 2024-cü ilin iyul ayında kataloniyalıların “sükanı arxası”na gətirilib.

 

İkardi “Qalatasaray”da qalacaq? – Dursun Özbek açıqladı

“Qalatasaray”ın rəhbəri Dursun Özbek müqavilə müddəti başa çatan Mauro İkardi ilə bağlı son vəziyyətə aydınlıq gətirib.

Futbolpress.az xəbər verir ki, klub rəsmisi Türkiyə mediasına açıqlamasında ulduz futbolçu ilə danışıqlar aparılacağını bildirib:

Mövsüm sonu gəlir. İkardinin “Qalatasaray”a qatqısı çox böyükdür. Bir nəsli azarkeşimizə çevirdi. Mauro ilə görüşəcəm. Şərtlər barəsində qarşılıqlı danışacam. O bizim üçün bir dəyərdir. Danışıqların müsbət yekunlaşacağını arzulayıram”.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında PSJ-dən icarəyə götürülən argentinalı oyunçu 2023-cü ilin iyulunda tam şəkildə “sarı-qırmızılar”a transfer olunmuşdu.

Renat oynadı, komandası darmadağına sevindi

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Motor” Polşa çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda 32-ci turda səfərdə “Visla” ilə qarşılaşıb. Matç “Motor”un darmadağını ilə başa çatıb – 4:0.

Renat oyunun ikinci hissəsində – 77-ci dəqiqədə meydana daxil olub.

“Motor” 32 turdan sonra 42 xalla 10-cu sıradadır.

Lunev və Sultanova Osiyekdə “gümüş” qazandı

Azərbaycan atıcılıq millisinin üzvləri Ruslan Lunev və Zeynəb Sultanova Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Çempionatında növbəti uğura imza atıblar.

Futbolpress.az xəbər verir ki, atıcılar 25 metr məsafəyə atəş üzrə duet (qarışıq komanda) yarışında yüksək nəticə göstərərək final mərhələsinə yüksəliblər.

Final qarşılaşmasında inamlı və peşəkar çıxış edən Lunev və Sultanova Avropa Çempionatının gümüş medalını qazanıb.

Premyer Liqada oyun cədvəli bilindi

Misli Premyer Liqasında XXXII turun oyun cədvəli müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

15 may (cümə)

“Karvan Yevlax” – “Qəbələ”
Yevlax şəhər stadionu, 17:00

“Araz-Naxçıvan” – “Kəpəz”
“SOCAR Polymer Arena”, 19:30

16 may (şənbə)

“Şamaxı” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 17:00

“Qarabağ” – “İmişli”
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00

17 may (bazar)

“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 18:00

“Sabah” – “Neftçi”
“Bank Respublika Arena”, 18:00

“Sabah” medallarına nə vaxt qovuşacaq?

Misli Premyer Liqasının 32-ci turu çərçivəsində 17 may saat 18:00-da keçiriləcək “Sabah” – “Neftçi” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Turnirin qalibi adını qazanmış “Sabah” futbol klubuna çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

Azərbaycan yığması son oyunda uduzdu

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində son oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda keçirilən görüş rəqib komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

U-16-nın heyətində qolları 3-cü dəqiqədə penaltidən Xədicə Rəhimova və 20-ci dəqiqədə Suel Polikarpova vurublar.

Kanselo tarixə düşdü

Müdafiəçi Joao Kanselo tarixə düşüb.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı oyunçu Avropanın TOP-5 liqalarının dördündə ölkə çempionu olan ilk futbolçu olub.

Kanselo “Yuventus”la A Seriyasını, “Barselona” ilə La Liqanı, “Bavariya” ilə Bundesliqanı və “Mançester Siti” ilə İngiltərə Premyer Liqasını qazanıb.

Müdafiəçi hazırda icarə əsasında “Barselona”da çıxış edir. O, müqavilə ilə “Əl Hilal”a məxsusdur.

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı: medalçılar mükafatlandırıldı

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov iştirak ediblər.

Qazaxıstanlı Yevgeni Fyodorova qızıl, isveçrəli Aleksandr Balmerə gümüş, uruqvaylı Erik Antonio Faqundesə bürünc medal verilib.

Bu raundda idmançılar “Sea Breeze”dən start götürməklə İsmayıllıya qədər 193,3 km məsafə qət ediblər.

Yarışın məqsədi ölkədə velosiped idmanının inkişafına töhfə vermək, Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirmək və işğaldan azad olunmuş ərazilərə diqqəti artırmaqdır.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

“Neftçi” rəsmisinin İzmir səfəri

“Neftçi” İdman Klubunun nümayəndə heyəti icraçı direktor Fərəc Əliyevin rəhbərliyi ilə Türkiyənin İzmir şəhərinə səfər edərək “Aliağa Petkim Spor Klubu” ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Futbolpress.az xəbər verir ki, keçirilən görüşlər çərçivəsində tərəflər əsasən basketbol idman növü üzrə inkişaf perspektivləri, birgə təlim-məşq toplanışlarının təşkili, gənc idmançıların hazırlanması və digər müvafiq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Səfər nəticəsində iki klub arasında gələcəkdə birgə layihələrin icra edilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və münasibətlərin davamlı inkişafı barədə razılıq əldə olunub.

Bu səfər “Neftçi” İdman Klubunun beynəlxalq nüfuzunun daha da yüksəldilməsi və Azərbaycan idmanının xaricdə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Yekun qərarı Perez verəcək

Portuqaliyalı mütəxəssis Joze Mourinyo “Real”ı çalışdırmağa yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında bir müddətdir, davam edən danışıqlar artıq son mərhələdədir. Yekun qərarı klubun rəhbəri Florentino Perez verəcək.

Mourinyo hazırda “Benfika”ya rəhbərlik edir. O, 2010-2013-cü illərdə “kral klubu”nda çalışıb.

“Real”ın indiki baş məşqçisi Alvaro Arbeloanın yayda klubdan ayrılacağı gözlənilir.

Rəhim üçün əlamətdar oyun

Misli Premyer Liqasının XXXI turu Rəhim Sadixov üçün yubileylə əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, “Turan Tovuz”un yarımmüdafiəçisi turnirdə 200-cü matçına çıxıb. “Karvan-Yevlax”la qarşılaşmanı (1:0) əvəz olunmadan keçirən Rəhim 200 oyunda 31 qola imza atıb.

Debütü 2019/20 mövsümünə təsadüf edən yarımmüdafiəçi 3 klubun formasını geyinib. O, “Sumqayıt”da 82 (17 qol), “Zirə”də 70 (10 qol), “Turan Tovuz”da 48 (4 qol) görüşə çıxıb.

Kubokda finala doğru: 10 mövsümün rekordu

Azərbaycan Kubokunun 2025/26 mövsümünün baş tutan 38 oyununu 41 min 895 tamaşaçı izləyib.

Futbolpress.az xəbər verir ki, bu, son 10 mövsümdə ən yüksək göstəricidir.

Orta göstərici isə 1102-yə bərabərdir. Bu, indiki formatda – bütün klubların qatıldığı, təsnifat mərhələlərinin təşkil olunduğu və 39 matçdan ibarət mövsümlər üçün rekord göstəricidir. Bu formata ardıcıl 3-cü dəfə üstünlük verilir.

Azərbaycan Kuboku 18-ci dəfə PFL-in bayrağı altında təşkil olunub. 2008-ci ildən indiyədək olan dövrdə 465 matç təşkil olunub. Onlardan biri baş tutmayıb, biri yarımçıq dayandırılıb.

Bu qarşılaşmaları 695 min 272 tamaşaçı izləyib. Finaldan sonra bu rəqəm 700 mini keçə bilər.

Tamaşaçısız keçirilən 2020/21 mövsümünün qarşılaşmaları və baş tutmayan matç nəzərə alınmamaqla orta göstərici 1555-ə bərabər olub.

Orta tamaşaçı sayında 2010/11 mövsümü rekordla əlamətdar olub – 3369.

 

U-13 Liqasının qalibləri mükafatlandırıldı

AFFA U-13 Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Bayıl stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Turan Tovuz” üzərində 1:0 hesablı qələbə qazanan “Sabah” komandası yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Qarabağ” və “Neftçi“ komandaları üz-üzə gəliblər. Görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında rəqibini 4:3 hesabı ilə məğlub edən “Neftçi” çempion olub. “Qarabağ” isə gümüş medallar əldə edib.

Oyunlardan sonra “Sabah” bürünc, “Qarabağ” gümüş medalla, “Neftçi” qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi mükafatçılar da müəyyənləşib. U-8 Liqasında “Ulduz” Futbol Akademiyasından Cəlal Quliyev, U-9 Liqasında “Qarabağ”dan Arda Babayev, U-13 Liqasında isə “Qarabağ”dan Yusif Əliyev feyr-pley mükafatçısı seçilib.

U-13 Liqasında mövsümün ən yaxşı qapıçısı “Qarabağ”ın qolkiperi Amid Şabanov, ən yaxşı futbolçusu isə “Neftçi”nin üzvü Adil Şabanov seçilib.

Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və Yarışların təşkili departamentinin rəhbəri Emin Cəfərov təqdim ediblər.

“Bu məğlubiyyət qazandıqlarımızı kölgədə qoymur” – Solvet

“Sabah” Misli Premyer Liqasının XXXI turunda “Kəpəz”ə uduzub – 0:1. Bu, çempionluğunu öncədən elan edən “bayquşlar”ın mövsümdə ikinci məğlubiyyətidir.

Komandanın müdafiəçisi Stiv Solvet “Futbolpress.az“a açıqlamasında fikirlərini bölüşdü:

“Öz meydanımızda 33 oyun idi, məğlub olmurduq. Ona görə, nəticə daha çox məyus edir. Buna baxmayaraq, bu məğlubiyyət qazandıqlarımızı kölgədə qoymur. Əla mövsüm keçirdik və klub tarixində ilk dəfə çempion oldu. Bunun həzzini yaşamalıyıq”.

“Sabah” ölkə kubokunun finalında “Zirə” ilə üz-üzə gələcək. Solvet matçdan gözləntilərini söylədi:

“Zirə” yaxşı komandadır. Onlar da avrokuboklara vəsiqə qazanmaq istəyir və titulun önəmi böyükdür. Final bir matçdan ibarət olur və hər nəticə mümkündür. Məncə, tempimizi saxlasaq və keyfiyyətlərimizi ortaya qoysaq, istədiyimiz nəticəni qazana bilərik. Qələbə öz əlimizdədir”.

“Sabah” – “Zirə” oyunu mayın 13-də olacaq.

Şahin Cəfərov

Mikelsdən sonra Emin

Misli Premyer Liqasında 2025/26 mövsümünün ən erkən qollarından biri vurulub.

Futbolpress.az xəbər verir ki, XXXI turun “Neftçi” – “Şamaxı” matçında (3:0) hesabı açan Emin Mahmudov 1-ci dəqiqədə fərqlənib.

Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən ikinci qoldur. Hesabın belə erkən açılması ilk dəfə II turda qeydə alınıb. 2025-ci il avqustun 24-də Coy Lens Mikels 1-ci dəqiqədə topu rəqib qapısından keçirib.

Emin kimi almaniyalı futbolçu da “Şamaxı” ilə görüşdə (2:1) fərqlənib. Çempionatın bombardiri səfər görüşündə buna nail olub.

Premyer Liqada ikinci ispaniyalı

Misli Premyer Liqasının XXXI turu “Turan Tovuz”un yarımmüdafiəçisi Alexandro Serrano üçün əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. Onun yubileyi “Karvan-Yevlax”la ev matçına (1:0) təsadüf edib.

Serrano bu qarşılaşmalarda 11 qola imza atıb. Premyer Liqada yalnız bir klubda çıxış edən futbolçu “Turan Tovuz”da 2023/24 mövsümündə debüt edib.

Serrano Premyer Liqada 100 və daha çox oyun keçirən ikinci ispaniyalıdır. Onadək yalnız “Qarabağ”ın sabiq futbolçusu Miçel buna nail olub.

Dibalanın durumu qeyri-müəyyəndir

“Roma”nın hücumçusu Paulo Dibala açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “Sky Sport”a danışan argentinalı futbolçu klubdan yeni müqavilə təklifi almadığını bildirib:

“Nə olacağını bilmirəm. Müqaviləmin bitməsinə qədər iki oyun var. Görək, necə olacaq. Hazırki məqamda klubdan heç kim mənimlə əlaqə saxlamayıb”.

Dibala bu mövsüm A Seriyasında 20 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

BƏƏ klubu İkardi ilə maraqlanır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmsilçisi “Palm Siti” argentinalı hücumçu Mauro İkardi ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, klub “Qalatasaray”la müqaviləsi yayda bitəcək forvardı azad agent kimi sıralarına qatmaq niyyətindədir. Bu barədə insayder Maurizio Ruzzo məlumat yayıb.

İkardi “Palm Siti”də oynamağa müsbət yanaşmır.

Argentinalı hücumçu bu mövsüm Super Liqada 30 oyunda 14 qol vurub.

Flik: “Bu anı heç vaxt unutmayacağam”

“Barselona” İspaniya La Liqasında çempion olub.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi XXXV turda “Real”ı məğlub edərək (2:0) sona üç tur qalmış qızıl medalları təmin edib.

Komandanın baş məşqçisi Hansi Flik “Marca”ya açıqlamasında çempionluğu belə dəyərləndirib:

“Bu anı heç vaxt unutmayacağam. İlk dəfə “el klasiko”da qələbə qazanaraq, çempionluğumuzu elan etdik. Azarkeşlərimiz üçün inanılmaz anlar oldu. Həqiqətən, çox yaxşı oynadıq və əla qələbə qazandıq”.

Qadın məşqçi TOP-5 çempionatlarının tarixinə düşdü

“Yunion” klubu Bundesliqanın XXXIII turunda səfərdə “Maynts”a qalib gəlib – 3:1.

Futbolpress.az xəbər verir ki, Berlin təmsilçisinin çalışdırıcısı Mari-Luize Eta çempionat tarixinə düşüb. O, Avropanın TOP-5 çempionatlarında qələbə qazanan ilk qadın məşqçi olub.

Mütəxəssis ötən ay “Yunion”a baş məşqçi təyin edilib.

Milli İnkişaf Turnirində son oyununa çıxacaq

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün son oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək görüş saat 12:00-da başlayacaq. Qarşılaşma FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

Milli bundan öncə Rumıniyaya 1:7, Litvaya isə 1:4 hesabıyla uduzub.

Nəriman məğlubiyyətin iştirakçısı oldu

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti matçına çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Nyu York Siti” ilə qarşılaşıb. Matç “Kolumbus Kryu”nun məğlubiyyəti ilə başa çatıb – 0:3.

Nəriman oyuna ehtiyatda başlayıb və 79-cu dəqiqədə Piçardın əvəzinə meydana daxil olub.

“Kolumbus Kryu” 12 turdan sonra 12 xalla 12-ci sıradadır. “Nyu York Siti” isə 15 xalla 7-cidir.

“El klasiko”da bərabərlik

“Barselona” İspaniya La Liqasının XXXV turunda “Real”ı məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, bu, Kataloniya təmsilçisinin “el klasiko”lardakı 106-cı qələbəsi olub. “Barselona” qalibiyyət sayında Madrid klubuna çatıb.

Komadnalar arasındakı 52 görüş isə heç-heçə başa çatıb.

“Real” “el klasiko”larda 444, “Barselona” isə 441 qol vurub.

“Şaxtyor” çempion oldu, Arda tarixə düşdü

Ukrayna Premyer Liqasında 2025/26 mövsümünün qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, “Şaxtyor” “Poltava”nı məğlub edərək (4:0) sona üç tur qalmış qızıl medalları təmin edib.

Donetsk təmsilçisi ən yaxın izləyicisi “Polessye”ni 11 xal qabaqlayır.

“Şaxtyor”un baş məşqçisi Arda Turan Türkiyə futbolu tarixində Avropada əcnəbi klubla kubok qazanan ilk mütəxəssis olub.

“Neftçi” fürsəti dəyərləndirdi, “Şamaxı”da motivasiya problemi

“Neftçi” Misli Premyer Liqasında növbəti qələbəsini qazandı. Yuri Vernidubun yetirmələri XXXI turda “Şamaxı”nı məğlub etməklə beşinci pillədəki “Zirə” ilə xal fərqini üçə yüksəltdi. “Ağ-qaralar” bu nəticə ilə dördüncü sıra uğrunda mübarizədə böyük üstünlük yaxaladı.

Erkən qolla rəqibin planlarını pozan “Neftçi” birinci hissədə daha bir neçə real fürsət yaxalamasına baxmayaraq, fərqi artıra bilmədi. Fasilədən sonra üstünlüyünü iki topa çatdıran “ağ-qaralar” matçın qalan hissəsini rahat keçirdi və rəqibinə ciddi qol imkanı vermədi.

Əsas rəqibi “Zirə”nin xal itirməsindən yararlanan “Neftçi”nin avrokuboklara vəsiqə şansı artıq demək olar, “Sabah”dan asılıdır. Komanda liqadakı yerini qoruyur və fərqi artırıb. Bundan sonrası isə “bayquşlar”ın kuboku qazanıb-qazanmamasından asılıdır. Hər bir halda, Vernidubun gəlişindən sonra sərgilənən oyun və əldə olunan nəticələr “Neftçi” adına ümid verir.

“Şamaxı” isə liqadakı yerini təmin edib və komandada motivasiya əskikliyi hiss olunur. Son iki matçda altı qol buraxan “şirlər” rəqib qapılarına yol tapa bilməyib. Hücumda effektivlik azalıb və iddianın qalmaması da məğlubiyyətlərə əsas səbəbdir.

Şahin Cəfərov

“Roma” səfərdə qazandı, “Milan” uduzdu

İtaliya A Seriyasında XXXVI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, açılış matçında “Torino” “Sassuolo”ya qalib gəlib.

“Yuventus” bu turda “Leççe”dən üstün olub.

Bu gün 5 oyun baş tutub.

“Kremoneze” evdə “Piza”ya qalib gəlib. “Verona” evdə “Komo”ya, “Parma” “Roma”ya, “Milan” da “Atalanta”ya uduzub.

İtaliya A Seriyası
XXXVI tur

8 may

Torino – Sassuolo 2:1
Qollar
: C.Simeone, 66. Pedersen, 70 – Torstvedt, 51.

9 may

Kalyari – Udineze 0:2
Qollar
: Buksa, 56. Qeye, 90+6.

Latsio – İnter 0:3
Qollar:
L.Martines, 6. Suçiç, 39. H.Mkitaryan, 89.

Leççe – Yuventus 0:1
Qol:
Vlahoviç, 1.

10 may

Verona – Komo 0:1
Qol:
Duvikas, 71.

Kremoneze – Piza 3:0
Qollar:
Vardi, 31. Bonassoli, 51. Okereke, 86.

Fiorentina – Cenoa 0:0

Parma – Roma 2:3
Qollar: Strefessa, 47. Keyta, 87 – Malen, 22; 90+11-pen. Renç, 90+4.

Milan – Atalanta 2:3
Qollar: Pavloviç, 88. Nkunku, 90+4-pen – Ederson, 7. Zappakosta, 29. Raspadori, 52.

11 may

22:45. Napoli – Bolonya

Yunanıstan çempionatının qalibi bəlli oldu

Yunanıstan çempionatının qalibi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, AEK “Panatinaikos”u 2-1 məğlub edərək çempionluğu təmin edib.

Afina təmsilçisinə qələbə qazandıran qolları 72-ci dəqiqədə Ambrosini Cabaça və əsas vaxta əlavə olunan 4-cü dəqiqədə Joao Mario vurub. “Panatinaikos”un yeganə qoluna isə Andre Tetteh imza atıb.

“Arsenal” liderliyini qoruyur

Futbol üzrə İngiltərə Premyer Liqasının XXXVI turu çərçivəsində “Arsenal” səfərdə “Vest Hem” ilə üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, oyun “topçular”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qol 83-cü dəqiqədə vurulub. “Arsenal”ın belçikalı futbolçusu Leandro Trossar fərqlənərək komandasına vacib üç xal qazandırıb.

Qarşılaşmanın əlavə vaxtında “Vest Hem” hesabı bərabərləşdirsə də, qol qeydə alınmayıb.

Bu, “Arsenal”ın Premyer Liqada ardıcıl üçüncü qələbəsi olub. Mikel Artetanın komandası çempionatın başa çatmasına iki tur qalmış xalını 79-a çatdırıb. London klubu ikinci pillədə qərarlaşan “Mançester Siti”ni beş xal qabaqlayır. “Şəhərlilər”in isə ehtiyatda bir oyunu var.

Aktivində 36 xalı olan “Vest Hem” turnir cədvəlində 18-ci pillədə yer alıb və hələ də Premyer Liqanı tərk etmək təhlükəsi ilə üz-üzədir.

“Qəbələ” “Sabah”a qalib gəldi

Əvəzedicilər Liqasında XXV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

“Qəbələ-2” evdə “Sabah-2”ni qəbil edib və minimal hesabla qalib gəlib.

Əvəzedicilər Liqası
25-ci tur
10 may

“Qəbələ-2” – “Sabah-2” 1:0
Qol: Süleyman Damadayev, 35 (pen)

II Liqada XXVI tura start verilib

II Liqada 26-cı turun oyunlarına start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günü 3 qarşılaşma baş tutub.

“Araz Saatlı” “Ağstafa Gəncləri”nə 3 cavabsız qolla qalib gəlib. “Ağdaş” “Kür-Araz”ı məğlub edib. “Şəki Siti” isə evdə “Göygöl” ilə bacarmayıb.

2-ci Liqa
26-cı tur

10 may

“Araz Saatlı” – “Ağstafa Gəncləri” 3:0
Qollar: Coşqun Əsədzadə, 34; 90+5. Yaqub Yusubov, 69.

“Şəki Siti” – “Göygöl” 1:2
Qollar: Zaur Fərzəliyev, 41 – Taleh Hüseynzadə, 26; 86.

“Ağdaş” – “Kür-Araz” 2:1
Qollar: Elvin İsmayılov, 40. Yusif Dilanov, 51 – Bayram Əliyev, 71.

“Sabah”la matçda qələbə üçün oynayacağıq” – Vernidub

Misli Premyer Liqasının XXXI turunun “Neftçi” – “Şamaxı” oyunundan (3:0) sonra meydan sahib komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Ukraynalı mütəxəssis Lobanovskinin komandalarının vizik kartı o idi ki, ilk dəqiqələrdən pressinq tətbiq edir, qol vurur və müdafiəyə çəkilirdi. Bu gün də “Neftçi” bu sistemlə çıxış etdi. Bunu bəyənirsiniz deyə tətbiq edirsiniz?
– Lobanovski böyük əfsanədir. Deməzdim ki, onu çox yaxşı tanıyıram və sistemini tətbiq etmək istəyirəm. “Neftçi” olaraq çalışırıq ki, adımıza layiq oyun göstərək. İlk dəqiqələrdən aqressiv olmalı, pressinq etməliyik. Bizdən aşağı sıralarda qərarlaşan komandalara tez qol vuranda oyun daha da asanlaşır. Bəzən bu, yaxşı alınır. Bugünkü matçda da çox tez qol vurduq və əlavə şanslar yaratdıq. Amma bir neçə epizodda fürsətləri boşa verdik. İkinci hissə isə edə bilmədiklərimizi etdik. Xoşdur ki, komandam vəziyyəti dərk edir və oyunun əvvəlindən müdafiədə qalmır.

– “Qarabağ”ı beş ildir, məğlub edə bilmirdiniz və bu seriyanı siz pozdunuz. Komanda üç ildir “Sabah”a da qalib gələ bilmir, bu həsrəti də başa çatdıra biləcəksiniz?
– Başqa yolumuz yoxdur. Hazırda turnir cədvəlinə baxsaq, “Zirə” ilə aramızda üç xallıq fərq var və bu, heç nə demək deyil. “Sabah”la matçda qələbə üçün oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, mövsümü yaxşı yerdə bitirək.

– Qapıçı mövqeyində dəyişikliyi daha tez etməli olduğunuzu düşünmürsünüz?
– Qeyri-adi bir şey görmürəm. Emil Balayev və Kenan Piriç yaxşı qapıçıdır. Sadəcə, “Qarabağ”a böyük hesablı məğlubiyyətdən sonra Emilə şans verməyi qərara aldım. Həmin matçdan sonra dəyişiklik etməli idim. Gələcək üçün deyə bilərəm ki, eyni səviyyəli iki qapıçımız var. Düşünürəm ki, hər ikisi şansını qazanacaq.

– Abubakar məsələsi necə olacaq? Hardadır və nə üçün oynamır?
– Hər futbolçunun şansı olacaq. Daha əvvəl Ağadadaş haqqında suallar verilirdi, amma son iki matçda o da oynayır. Məşqdə göstərdiyi əzmkarlığı bəyənirəm və buna görə şans verirəm. Kimlər yaxşı olacaq, onlar da şans əldə edəcək. Bu, bizim futbol həyatımızdır.

Şahin Cəfərov

Ayxan Abbasov: “Heç bir klubla danışığım olmayıb”

Misli Premyer Liqasının XXXI turunun “Neftçi” – “Şamaxı” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Son oyunları gözləyirik. Çempionatın elə yerindəyik ki, bəzi matçlar formal xarakter daşıyır. Buna baxmayaraq, qarşıda bir ev matçımız var, “Turan Tovuz”la qarşılaşacağıq. Hazırlaşacağıq. Elə futbolçular var ki, onları meydanda görmək istəyirik.

– Ardıcıl iki güclü rəqiblə oynadınız və qol vura bilmədiniz. Futbolçuların oyunlara köklənməyində problem hiss edirsiniz?
– İki matçda altı qol buraxmışıq. Buna qədər səhv etmirəmsə, az qol buraxan komandalar arasında 4, ya 5-də idik. Təqvimimiz ağır oldu. Bilirdik ki, son matçlar çətin keçəcək, rəqiblər isə daha iddialı kollektivlərdir. Bu oyunlardan əvvəl çempionatdakı yerimizi təmin etdik. Mövsümün sonudur və yorğunluq normaldır. Liqa bizim üçün gərgin keçdi. Görürsən ki, futbolçular istirahəti gözləyir. Bu da normaldır. Rəqibi də qeyd etmək lazımdır – onlar da hər matça final kimi yanaşır. Futbolçular ağır yolda canlarını qoydular. Azarkeşlərimizi sevindirmək istəyirdik, təssüf ki, alınmadı.

– Sizcə, burdakı birinci oyunda, yoxsa bugünkü matçda “Neftçi”yə qarşı çox çətinlik çəkdiniz?
– Şamaxıda 2:2 hesablı heç-heçə etmişdik və asan alınmamışdı. Həmin oyunda rəqib bizdən böyük ölçüdə fərqlənməmişdi. Düzdür, matçın sonları dramatik keçmişdi. Bugünkü görüşlə müqayisə etmirəm. “Neftçi” bu gün üstün idi, son matçlarda da yaxşı çıxış edirlər. “Qarabağ”ı məğlub etdilər, sonra “Karvan-Yevlax”a qalib gəldilər. Onların Avroliqa yolu açılıb. “Neftçi” Azərbaycan futbolunun tarixidir. Heyətlərinin potensialı var və daha yüksəkdə olmağa layiqdirlər.

– “Şamaxı”dakı taleyinizə aydınlıq gəlib? Təklif olsa, sizi fikrinizdən döndərə bilər?
– Klubla danışmışıq və vəziyyəti təhlil etmişik. İnşallah, qarşıdakı iki oyundan xal qazanıb, elə ayrılarıq.

– “Şəfa”dan təklif var?
– Belə söhbət olmayıb. Bir işə köklənməliyik, qarşıda ağır yol var. Heç bir klubla bu barədə danışmamışam.

Şahin Cəfərov

21-ci mükafatçı, Avropada 23-cü təmsilçi

Misli Premyer Liqasının 2025/26 mövsümünün üçüncü mükafatçısı və ölkəmizin avrokuboklardakı daha bir təmsilçisi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, “Sabah”la “Qarabağ”ın ardından “Turan Tovuz” buna nail olub.

Kurban Berdıyevin baş məşqçisi olduğu komanda XXXI turun “Karvan-Yevlax”la ev oyunundakı qələbə ilə (1:0) xallarının sayını 59-a çatdırıb. Bununla da Tovuz klubu ilk “üçlük”də yerini təmin edib.

Bu qələbədən sonra “Neftçi” və “Zirə” üçün əlçatmaz olan Qərb təmsilçisinin gümüş, yoxsa bürünc medallara sahib çıxacağı son 2 turda dəqiqləşəcək. İlk medalını təmin edən “Turan Tovuz” çempionatın tarixinə mükafat sahibi olan 21-ci komanda kimi düşüb.

Əvvəlki 33 mövsümdə (2001/02 mövsümü başa çatmayıb) 20 komanda mükafata yiyələnib. “Neftçi” hamıdan çox – 21 dəfə medalçılar sırasında yer alıb. “Qarabağ” cari mövsümdə özünün 20-ci mükafatını əldə etsə də, medalın əyarı hələ dəqiqləşməyib.

“Şamaxı”nın 9, “Kəpəz”lə “Bakı”nın hərəyə 6, “Qəbələ”nin 5, “Şəmkir”, “Xəzər Lənkəran” və “Zirə”nin hərəyə 4 mükafatı var. “Turan Tovuz”la eyni şəhərin – Tovuzun çempionatdakı ilk təmsilçisi “Turan”ın da eyni sayda – 4 medalı var: 1 qızıl, 1 gümüş və 2 bürünc.

İlk çempionluğunu bu il qazanan “Sabah” 3-ə çatıbsa, “Xəzər” (Sumqayıt), “Xəzri”, “Karvan”ın hərəyə 2 medalı var. Digər komandalar “Turan Tovuz” kimi bir dəfə “üçlüy”ə düşüb: AZAL, “Simurq”, “Viləş”, “Səbail”, “Sumqayıt”, “Araz-Naxçıvan”.

İlk “üçlük”də yerini təmin edən “Turan Tovuz” avrokuboklara da yüksəlib. Qitə səhnəsində debüt edəcək komandanın UEFA Avropa Liqası, yoxsa UEFA Konfrans Liqasında mübarizə aparacağı kubokun finalı və ya qarşıdakı turlardan asılı olacaq.

“Turan Tovuz” Azərbaycan futbolu tarixinə avrokuboklara (İntertoto kuboku da nəzərə alınmaqla) vəsiqə qazanan 23-cü komanda kimi düşüb.

İndiyədək 22 komanda ölkəmizi Avropada təmsil edib: “Qarabağ”, “Neftçi”, “Şamaxı”, “Qəbələ”, “Sabah”, “Zirə”, “Bakı”, “Xəzər Lənkəran”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Bakı fəhləsi”, “Şəmkir”, , “Araz-Naxçıvan”, AZAL, “Sumqayıt”, “Xəzri”, “Səbail”, “Simurq”, “Turan”, “Şəfa”, “Viləş”.

Tovuz avrokuboklarda 2-ci komanda ilə təmsil olunacaq. 1994-cü ildə Azərbaycanın avrokuboklardakı ilk təmsilçisi bu şəhərin komandası “Turan” olub.

Berdıyev: “Bu, nə qədər güclənməyimizdən asılı olacaq”

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində “Turan Tovuz” “Karvan”ı qəbul edib və minimal hesabla qalib gəlib.

Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyundan qabaq futbolçulara matçın çətin olacağını demişdim. Onlar məsuliyyətin dərəcəsini başa düşürdülər. Qələbə qazandıq və tapşırığı həll etdik.

– Hakmanın və Millerin sarı vərəqəsi var idi. Hakmanı əvəzlədiniz, amma Miller qaldı. Burda cəzalı duruma düşmə amili rol oynadı, yoxsa başqa səbəb var idi?
– Sadəcə olaraq bəzi səhvlər var idi. Hakman xəstələndiyi üçün bəzi məşqlərini buraxmalı olmuşdu.

– Karyeranızda çox uğurlarınız olub. “Turan Tovuz” ilə də avrokuboklara vəsiqə qazandınız. Bu sizin karyeranızda hansı yeri tutur?
– Təbii ki, xüsusi yer tutur. Mən bura gələndə klub prezidenti qarşıma belə bir məqsəd qoydu. Prezidentə təşəkkürümü bildirirəm ki, bu yolda ürəyini və ruhunu göstərdi. Mövsümboyu harda oynamağımızdan aslı olmayaraq, bizi dəstəkləyən bütün azarkeşlərimizə də təşəkkür edirəm.

– “Turan Tovuz” avrokuboklarda uğurlu olması üçün ciddi şəkildə güclənməlidir?
– Klub prezidenti tapşırıq verib ki, heyət güclənməlidir. Futbolçular dəvət etmək üçün variantlar axtarırıq. Avrokubok təcrübəsi olanlara üstünlük verəcəyik.

– Növbəti mövsüm Premyer Liqada hədəf yüksələcək?
– Bu barədə indidən danışmaq çətin olar. Bu, nə qədər güclənməyimizdən asılı olacaq. Baxın, “Sabah” güclü heyətə sahib olduğu üçün çempion oldu. Bunu da inkar edə bilmərik. Məhz gələnlər “Sabah”ın oyununu canlandırdı. Həmçinin baş məşqçi amili də özünü doğrultdu.

Murad

Füzuli Məmmədov: “Premyer Liqaya yenidən qayıda bilərik”

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində “Karvan” səfərdə “Turan Tovuz”a 1:0 hesabı ilə məğlub olub.

Futbolpress.az xəbər verir ki, Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyun gözlədiyimiz kimi gərgin keçdi. Hər iki komanda döyüşkən futbol sərgilədi. Rəqibi tam təhlil etmişdik və futbolçularımızı qələbəyə kökləmişdik. Oyunçularımız da qalibiyyət üçün çox çalışdı. Bir qol matçın taleyini həll etdi. Qələbə üçün sistemdə dəyişiklik etdik, əvəzetmələri yoxladıq. Amma Tovuz komandasının müdafiə xətti çox yaxşıdı. Rəqibi səhvlər etməyə məcbur etsək də çox diqqətli oynadılar. Bir qol epizodumuz oldu. Təəssüf ki, ondan da yararlana bilmədik. Buna baxmayaraq futbolçularım meydanda çox zəhmət çəkdilər. Hər birinə təşəkkürümü bildirirəm. “Turan Tovuz”u da təbrik edirəm. Avrokuboklarda onlara uğurlar arzulayıram.

 – Son iki mövsümdə aşağı liqaya düşən komandalar orda cəmi bir mövsüm qalıb təkrar Premyer Liqaya qayıdıblar. “Karvan”da belə potensial görürsüzmü? Rəhbərliklə bu mövzuda söhbətiniz olubmu?

–  İnfrastruktur baxımından komandanın növbəti il yenidən geri qayıtmağı üçün hər bir şərait var. Heyətdə də bu potensiala sahib olan futbolçular var. Bu məqsəd üçün çalışmaq istəyiriksə, yaxşı komanda qurmalıyıq. Çempionat bitdikdən sonra rəhbərliklə bu haqda danışığımız olacaq.

 – Hansı məqama görə təəssüflənirsiz?

– Bəzi oyunlarımız var idi ki, qələbə qazana bilərdik. Çox sadə səhvlər etdik və qollar buraxdıq. Çox məqamlar var. İtirdiyimiz xallar bizə su kimi lazım idi. Səfərdə “Turan Tovuz” kimi komandaya qalib gəlmək çətindir. Amma bəzi ev oyunlarımız var ki, onları qələbə ilə yekunlaşdıra bilərdik.

– “Karvan” aşağı liqaya düşdükdən sonra sizin məşqçilik karyeranız hansı yöndə davam edəcək? Bununla bağlı hər hansısa danışıq və ya razılaşma varmı?

– Rəhbərliklə hələki bu məsələ ilə bağlı danışığımız olmayıb. Çempionat bitdikdən sonra bəlli olacaq. Hər şey uyğun olarsa, yenidən Premyer Liqaya qayıtmaq üçün birlikdə çalışacağıq.

Murad Abdullazadə

“Neftçi” – “Şamaxı”: heyətlər

“Neftçi” Misli Premyer Liqasının XXXI turunda bu gün “Şamaxı”nı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Neftçi”: 1. Emil Balayev , 8. Emin Mahmudov (k) , 15. Elvin Bədəlov 7. Emil Səfərov, 77. Falaye Sako , 6. Sessi Dalmeyda , 5. İqor Ribeyro , 33. Breno Almeyda , 11. İmad Faraj , 10. Freddi Varqas , 22. Luis Ortis

Ehtiyat oyunçular: 13. Kenan Piriç , 81. Məhdi Həsənov , 4. Elvin Camalov , 17. Murad Xaçayev , 19. Ağadadaş Salyanskiy , 14. Edvin Kuç , 24. Mustafa Sek , 18. İfeanyi Metyu , 70. Andrey Ştoqrin , 23. Cordan Rezabala , 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

“Şamaxı” : 1. Rikardo Fernandes , 5. Arsen Ağcabəyov (k) , 2. Abdulla Rzayev , 97. Oruc Məmmədov , 82. Rüfət Abbasov , 9. Karim Rossi , 3. Vladislav Veremeyev , 13. Rikardo Apolinario , 11. Dioqo Balau , 4. Sezar Enrike , 8. Alfons Msanqa

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov , 99. Səlim Həşimov , 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov , 21. Bilal İsmayılov , 27. Emil Süleymanov , 7. Edqar Adilxanov , 77. Nihat Mehralıyev , 14. Ravil Qafarov , 10. Andrey Tirkoveanu , 88. Rodriqo Fernandeş , 19. Abdullahi Şuaybu

Baş məşqçi: Ayxan Abbasov

Üzgüçülükdə yeni ölkə rekordu müəyyənləşdi

Azərbaycanın üzgüçülük idmanı tarixində yeni rekord qeydə alınıb.

Futbolpress.az xəbər verir ki, Quba sakini Cəmil Əliyev növbəti dəfə ölkə üzrə rekord nəticə göstərib. O, müvafiq qaydalara uyğun şəkildə 13 saat fasiləsiz üzərək əvvəlki rekordunu yeniləyib.

Qeyd edək ki, Cəmil Əliyev bundan əvvəl 10 saat fasiləsiz üzərək ölkə üzrə rekordu müəyyənləşdirmişdi.

Vyetnamda bir dəst medal

Vyetnamın Dananq şəhərində çimərlik güləşi mövsümünə start verilib.

Futbolpress.az xəbər verir ki, həftəsonu keçirilən Dünya Seriyasının ilk mərhələsində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 4 güləşçi təmsil edib. Millimiz Vyetnamdan 1 dəst medalla qayıdır.

Əşrəf Aşırovun (90 kq) çimərlik güləşində debütü uğurlu alınıb. Qrup mərhələsində maksimum nəticə göstərən həmyerlimiz yarımfinalda yunanıstanlı Mixail Akritidisə, finalda isə gürcüstanlı İuza Tsertsvadzeyə 3:1 hesabıyla qalib gələrək çempion olub.

Sahib Dadaşov (80 kq) qrup 2-cisi kimi yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda fransalı Huqo Kuenoya şans tanımayıb – 3:0. Finalda gürcüstanlı Luka Çxitunidzeyə minimal fərqlə (1:2) məğlub olan Dadaşov gümüş medalı boynundan asıb.

Rübail İbrahimli (70 kq) də qrup ikincisi kimi adını yarımfinala yazdırıb. Güləşçimiz finalın bir addımlığında rusiyalı Konstantin Topşinoyevə 0:1 hesabıyla məğlub olsa da, fransalı Kuentin Stikeri (2:1) üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Dörd çəkidən üçündə təmsil olunan millimiz 60 xal toplayaraq, komanda hesabında Gürcüstan (71) və Ukraynadan (65) sonra 3-cü yeri tutub.

İngiltərə klubları “Qarabağ”ın futbolçusu ilə maraqlanır

“Qarabağ”ın futbolçusu Emmanuel Addai karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Hall Siti” və “Midlsbro” qanalı cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Addai özü də İngiltərədə oynamağa müsbət yanaşır.

Qanalı vinger bu mövsüm Premyer Liqada 27 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi yayda başa çatır.

“Turan Tovuz” – “Karvan-Yevlax”: heyətlər

“Turan Tovuz” Misli Premyer Liqasının XXXI turunda bu gün “Karvan-Yevlax”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Turan Tovuz”: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 88. Faiq Hacıyev  6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev

“Karvan-Yevlax”:  99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 17. Samir Abdullayev 77. Əli Abdullayev 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 10. Samuel Durrant                         Baş məşqçi: Füzuli Məmmədov

 

Mbappe “el klasiko”da oynamayacaq

“Real” İspaniya La Liqasının XXXV turunda bu gün “Barselona” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kilian Mbappe “el klasiko”da iştirak etməyəcək. Fransalı hücumçu matçın heyətinə daxil edilməyib.

“Barselona” – “Real” oyununa saat 23:00-da start veriləcək.

“Barselona” turnir cədvəlində 88 xalla liderdir və ikinci “Real”ı 11 xal qabaqlayır. Kataloniyalılar bu gün məğlub olmayacağı halda, çempionluğunu rəsmiləşdirəcək.

“İnter”in hücumçusu milli komanda seçimini etdi

“İnter”in hücumçusu Yoan Bonni milli komanda seçimini edib.

Futbolpress.az xəbər verir ki, forvard Fil Dişi Sahili yığmasının uğurları üçün çalışacaq. Bu barədə Afrika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bonni buna qədər Fransa millisinin aşağı yaş qruplarında oynayıb.

Forvard bu mövsüm “İnter”də 45 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.

Messi MLS-də rekorda imza atdı

“İnter Mayami”nin hücumçusu Lionel Messi rekorda imza atıb.

Futbolpress.az xəbər verir ki, argentinalı futbolçu turnir tarixində qol+assistlər sayında 100-ə ən tez çatan oyunçu olub. Messi bunu 64 matçda bacarıb. O, bu görüşlərdə 59 qol vurub, 41 məhsuldar ötürmə edib.

Buna qədər rekordçu Sebastyan Covinko idi. O, 95 oyunda bunu göstəriciyə nail olmuşdu.

Kadinin yubiley qolu

“Qarabağ”ın futbolçusu Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb.

Futbolpress.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Qəbələ” ilə səfər qarşılaşmasında (1:1) fərqlənib. 25-ci qoluna Misli Premyer Liqasının XXXI turunda sevinən cənubi amerikalı buna 76-cı oyununda nail olub.

Ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinən Kadi 2021/22 mövsümündə 12, 2022/23 mövsümündə 4, 2024/25 mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb.

Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci qolunu 2025/26 mövsümündə vuran 4-cü futbolçudur. Onun komanda yoldaşı Toral Bayramov və “Araz-Naxçıvan”lılar Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.

Abbasov “350”yə çatdı: tarixin 14-cüsü

Urfan Abbasov Premyer Liqada 350-ci oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “Araz-Naxçıvan”ın kapitanının yubileyi “Sumqayıt”la səfər matçına (1:2) təsadüf edib. O, Misli Premyer Liqasının XXXI turunun görüşünə start heyətində çıxıb.

Abbasov 350 oyunda 8 qola imza atıb. Debütü 2011/12 mövsümünə təsadüf edən futbolçu üç klubun formasını geyinib. O, “Qəbələ”də 248 (5 qol), “Səbail”də 47 (2 qol) və “Araz-Naxçıvan”da 55 (1 qol) oyun keçirib.

Urfan Azərbaycan çempionatları tarixinə yüksək dəstədə 350 və daha çox oyun keçirən 14-cü futbolçu kimi düşüb. O, 2025/26 mövsümündə adı sifariş vərəqində olmuş oyunçular arasında 3-cü göstəriciyə malikdir. “Qəbələ”nin futbolçusu Asif Məmmədov 388, karyerasını mövsümün gedişində “Araz-Naxçıvan”da bitirən Qara Qarayev 360 matçın iştirakçısı olub.

Klublar üçün danışılmış oyunlara qarşı sessiya

II Liqada çıxış edən “Göygöl”, “Ağstafa Gəncləri” və “Şəmkir” klublarının əsas komandalarının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Futbolpress.az xəbər verir ki, sessiya AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

Təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, oyun zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.
Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Slot: “Yeni mövsümdə fərqli “Liverpul” görəcəklər”

“Liverpul”un baş məşqçisi Arne Slot açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis yeni mövsümlə bağlı fikirlərini bölüşüb:

“Azarkeşlərimizə fərqli şeylər yaşatmaq istərdik, amma indi alınmır. Onları xoşbəxt etməyi arzulayırıq. Əminəm ki, yeni mövsümdə fərqli “Liverpul” görəcəklər”.

“Liverpul” Premyer Liqada 36 turdan sonra 59 xalla 4-cü sıradadır.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

İtaliya, A Seriyası
14:30 Verona – Komo (Futbol 1)
17:00 Fiorentina – Cenoa (Futbol 1)
20:00 Parma – Roma (Futbol 1)
22:45 Milan – Atalanta (Futbol 1)

Rusiya, Premyer Liqa
16:00 Zenit – Soçi (Matç Premyer, Matç TV)
18:15 Axmat – Dinamo Mahaçqala (Matç Premyer)
20:30 Lokomotiv Moskva – Baltika (Matç Premyer, Matç TV)

Azərbaycan, Premyer Liqa
17:00 Turan Tovuz – Karvan-Yevlax (CBC Sport)
19:30 Neftçi – Şamaxı (CBC Sport)

İngiltərə, Premyer Liqa
17:00 Kristal Pelas – Everton (beİN Sports 2)
17:00 Bernli – Aston Villa (beİN Sports 3)
19:30 Vest Hem – Arsenal (İdman TV)

İspaniya, La Liqa
18:15 Atletik – Valensiya (Futbol 2)
23:00 Barselona – Real (İdman TV, Matç TV, Futbol 2)

Fransa, Liqa 1
23:00 PSJ – Brest (beİN Sports 2)

Avropa klubları “Sabah”ın futbolçusu ilə danışıqlara başladı

“Sabah”ın futbolçusu Aaron Maluda Avropa klublarının diqqət mərkəzindədir.

Futbolpress.az xəbər verir ki, İtaliyanın “Sampdoriya” və Şotlandiyanın “Seltik” klubu fransalı vingerlə maraqlanır. Bu barədə Fransanın “Lequipe” nəşri məlumat yayıb. Klubların Maluda ilə danışıqlara başladığı bildirilib.

20 yaşlı futbolçu bu mövsüm 27 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

Okan Buruk: “Hədəfimiz artıq beşinci çempionluqdur”

“Qalatasaray” Türkiyə Super Liqasında 2026/26 mövsümünün çempionu olub.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Antalyaspor”u 3:2 hesabıyla məğlub edərək, sona bir tur qalmış qızıl medalları rəsmiləşdirib.

Matçdan sonra komandanın baş məşqçisi Okan Buruk fikirlərini bölüşüb:

“Bura “Qalatasaray”a xidmət etmək üçün gəlmişəm. Çətin dönəm idi və ardıcıl dörd çempionluq qazandıq. Bu klubda olmağın verdiyi dəyəri çox yaxşı bilirəm. Buna qədər klub ardıcıl dörd dəfə çempionluq yaşamışdı, amma sonrası olmamışdı. Hədəfimiz artıq beşinci çempionluqdur”.

Messi fərq yaratdı, “İnter Mayami” qazandı

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Toronto” ilə qarşılaşıb. Matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 4:2.

Messi bu görüşün iştirakçısı olub. Argentinalı hücumçu iki məhsuldar ötürmə edib, bir qol vurub.

“İnter Mayami” 12 turdan sonra 22 xalla 2-ci sıradadır.

“Kəpəz”in arzuladığı “sülh”, “Qəbələ” üçün pley-off variantı

“Qəbələ” Misli premyer Liqasının XXXI turunda azarkeşləri önündə “Qarabağ”la heç-heçə edib. Bölgə təmsilçisi ilk hissəni geridə tamamlasa da, fasilədən sonra hesaba tarazlıq gətirib və yekunda meydanı bərabərliklə tərk edib – 1:1.

Turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan “Qəbələ” aktivinə bir xal yazdırmaqla böyük ölçüdə sonuncu olmayacağını dəqiqləşdirdi. Nəticə “Qarabağ”la “Qəbələ”dən daha çox “Kəpəz”in işinə yaradı. Bu turda çempion “Sabah”ı məğlub edən Gəncə təmsilçisi liqadakı yerini təmin etdi.

Sonuncu “Karvan-Yevlax” bu gün Tovuzda məğlub olacağı halda, I Liqaya yuvarlanacaq. “Qəbələ” isə elitada qalmaq uğrunda pley-off oynayacaq. Rəqib də böyük ehtimalla “Səbail” olacaq. Komandaların durumuna nəzər salsaq, “Qəbələ” elitada qalmağa daha yaxın tərəfdir. Həm heyət, həm də sərgilənən oyun “qırmızı-qaralar”ı üstün göstərir.

“Qəbələ” ümumiyyətlə, bu mövsüm çempionatda ən çox qol epizodu yaradan komandadır. Bölgə klubunun bu mövqedə olmasının başlıca səbəbi keyfiyyət və təcrübə çatışmazlığıdır.

“Qarabağ”da isə hər kəs mövsümün başa çatmasını arzulayır. Fiziki və psixoloji yorğunluq özünü göstərir. Çempionlar Liqasında tarixi mövsüm keçirən “atlılar” artıq gücdən düşüb və komandanın yaxşı istirahətə ehtiyacı var.

Şahin Cəfərov

“Karvan-Yevlax”dan vida, “Neftçi”dən inamlı qələbə

Bu gün Misli Premyer Liqasında XXXI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında autsayder “Karvan-Yevlax” səfərdə “Turan Tovuz”la qarşılaşıb. Minimal hesabla məğlub olan Yevlax təmsilçisi Premyer Liqanı tərk edib. Tovuz klubu isə avrokuboklara vəsiqəni təmin edib.

Tura “Neftçi” – “Şamaxı” oyunu ilə yekun vurulub. Meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Misli Premyer Liqası
XXXI tur

10 may

17:00 Turan Tovuz – Karvan-Yevlax 1:0
Qol: Ayxan Hüseynov, 45+1
Baş hakim: Əkbər Əhmədov
Tovuz şəhər stadionu

19:30 Neftçi – Şamaxı 3:0
Qol: Emin Mahmudov, 1, İmad Faraj, 47, Breno Almeyda 83
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”

Bu klublar Super Liqanı tərk etdi

Türkiyə Super Liqasında 2025/26 mövsümünün bitməsinə bir tur qalmış artıq liqanı tərk edəcək 2 klubun adına aydınlıq gəlib.

Futbolpress.az xəbər verir ki, çempionatın XXXIII turunda “Alanyaspor”a 3-1 hesabı ilə məğlub olan “Kayserispor”un və “Kocaelispor”a 1-0 qalib gələn “Fatih Karagümrük”ün aşağı liqaya düşəcəyi dəqiqləşib.

Liqanın qarşıdakı son turunda elitanı tərk edəcək üçüncü komanda da bəlli olacaq. “Antalyaspor”, “Gençlerbirliyi”, “Eyüpspor” və “Kasımpaşa” Super Liqada qalmaq uğrunda mübarizə aparacaq.

 

“Mançester Siti” “Arsenal” ilə xal fərqini azaltdı

İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində “Mançester Siti” “Brentford”u qəbul edib.

Futbolpress.az xəbər verir ki, oyun “şəhərlilər”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

60-cı dəqiqədə Jeremi Doku hesabı açıb. Erlinq Hollan 75-ci dəqiqədə ikinci qolu vurub. Əsas vaxta əlavə olunan ikinci dəqiqədə Omar Marmuş hesabı 3:0 edib.

Beləlikləturnir cədvəlinin ikinci pilləsində olan “Mançester Siti” xallarını 74-ə çatdıraraq lider “Arsenal” ilə xal fərqini 2-yə endirib. “Brentford” isə 51 xalla səkkizinci sırada yer alıb.

“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu oldu

Türkiyə Super Liqasının XXXIII turu çərçivəsində lider “Qalatasaray” “Antalyaspor”u qəbul edib.

Futbolpress.az xəbər verir ki, görüş “Cim-Bom”un 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı ilk hissəyə əlavə edilən 3-cü dəqiqədə qonaqların heyətində Soner Dikmen açıb. Digər 5 qol isə ikinci hissədə vurulub. Əvvəlcə 56-cı dəqiqədə fərqlənən Mario Lemina oyuna tarazlıq gətirib. 62-ci dəqiqədə Soner Dikmen həm özünün, həm də komandasının ikinci qolunu vurub. Qoldan cəmi 4 dəqiqə sonra Viktor Osimhen yenidən hesabı bərabərləşdirib. 88-ci dəqiqədə Osimhen dublunu rəsmiləşdirib. Əsas vaxta artırılan 5-ci dəqiqədə isə Kaan Ayhan yekun hesabı müəyyənləşdirib.

Beləliklə, “Qalatasaray” 77 xal toplayaraq sona bir tur qalmış ardıcıl 4-cü, ümumilikdə isə 26-cı dəfə çempion adını qazanıb.

U-15 Liqasının qalibləri mükafatlandırılıb

AFFA U-15 Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki,Neftçi” Futbol Mərkəzində təşkil edilən tədbirdən əvvəl sonuncu turun oyunları baş tutub. A Liqasının 10-cu turunun son qarşılaşmalarında “Ulduz” “Neftçi”ni 2:1, “Sabah” isə EFA-nı 3:1 hesabı ilə məğlub edib.

Beləliklə, “Neftçi” 24 xalla mövsümü çempion kimi, “Sabah” 22 xalla ikinci, “Ulduz” isə 20 xalla üçüncü pillədə başa vurub.

Matçların ardından mükafatlandırma mərasimi baş tutub. Çempionatda 3-cü yeri tutan “Ulduz” bürünc, 2-ci pillənin sahibi “Sabah” gümüş medallarla təltif olunub. Çempion “Neftçi”yə isə qızıl medallar və kubok təqdim edilib.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 27 qol yazdıran “Karvan-Yevlax”ın futbolçusu Ramil İsmayıllı ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. İştirakçı komandalar arasında keçirilmiş sorğuya əsasən, mövsümün ən yaxşı oyunçusu isə “Neftçi”nin üzvü Kənan Əzimov seçilib.

Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov təqdim ediblər.

“İnter” 3 xalı 3 qolla qazandı

İtaliya A Seriyasının XXXVI turu çərçivəsində lider “İnter” “Latsio”nun qonağı olub.

Futbolpress.az xəbər verir ki, oyun “göy-qaralar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk qolunu altıncı dəqiqədə qonaqların kapitanı Lautaro Martinez vurub. 39-cu dəqiqədə Petar Suçiç fərqi iki topa yüksəldib. 76-cı dəqiqədə fərqlənən Henrix Mxitaryan yekun hesabı müəyyən edib.

Bu qəıəbədən sonra çempionluğu təmin edən “İnter” 85 xalla birinci yerdədir. “Latsio” isə 51 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, 13 may tarixində sözügedən komandalar İtaliya Kubokunun finalında yenidən üz-üzə gələcək.

Cüdoçularımız Avropa Kubokunda 5 medal qazandı

Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb.

Futbolpress.az xəbər verir ki, ilk yarış günündə milli komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanıb.

Mükafatların üçü -66 kq çəki dərəcəsində əldə olunub. İslam Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Elşən Əsədov ikinci yeri tutaraq gümüş, Nizami İmranov isə bürünc medala sahib çıxıb. Digər bürünc medallara Babarəhim Mirzəyev (-60 kq) və Rüfət Şövlətov (-73 kq) yiyələniblər.

Sabah başa çatacaq beynəlxalq turnirdə Azərbaycan medalların əyarına görə 18 ölkə arasında ikinci pillədə qərarlaşıb.

“Barselona” kimi oynamasaq da, yaxşı qələbə oldu”

Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (2:1) sonra meydan sahibi komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Futbolçulara təşəkkür edirəm, yaxşı nəticə qazandıq. Birinci hissədəki oyunumuzdan razı qaldım. Amma fasilədən sonra rəqib üstünlüyü ələ aldı və fərdi səhvimizdən yararlandılar. Qoldan sonra temp aşağı düşdü. Şadam ki, xarakter göstərib, istədiyimiz nəticəni əldə etdik. “Barselona” kimi oynamasaq da, yaxşı qələbə oldu. Bu gün bəzi gənc futbolçulara da şans verdik.

– Fasilədən sonra üstünlüyün rəqibə keçməsi nə ilə bağlı idi? 

– “Araz-Naxçıvan” keyfiyyətli komandadır. Fərdi olaraq yaxşı oyunçulara sahibdirlər. Ən böyük problem o idi ki, tez-tez ötürmə səhvlərinə yol verdik. Buna görə üstünlük onlara keçirdi.

Şahin Cəfərov 

Demçenko: “Bəzi futbolçular qələbəni kifayət qədər istəmirdi”

Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko fikirlərini bölüşdü:

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları bildirdi:

– Bu gün oyunumuz alınırdı. Yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Məğlubiyyətdə özümüz günahkarıq. Rəqib sadə səhvlərimizdən yararlandı. Fasilədən sonra qol vurduq və irəli atıldıq. Oyunu idarə edən tərəf biz idik. Amma sonra avtoqolla məğlub olduq. Meydanda qələbə üçün “ölməlisən”, bütün gücünü ortaya qoymalısan – işin yarısı elə budur. Hamı bacardığını etməlidir. Bəzi futbolçular qələbəni kifayət qədər istəmirdi. Qalib olmaq üçün 100, 150 faizini meydanda qoymalısan. Kimsə axsayırsa, bütün komanda bundan əziyyət çəkir.

Şahin Cəfərov 

“Qarabağ” xal itirdi, “Sumqayıt” “Araz-Naxçıvan”ı “əliboş” yola saldı – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXXI turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Qəbələ” azarkeşləri önündə “Qarabağ”ı qəbul edib. Oyun bərabərliklə başa çatıb.

Günün digər matçında “Sumqayıt” doğma divarlar arasında “Araz-Naxçıvan”la üz-üzə gəlib. Meydan sahibləri son dəqiqə qolu ilə 3 xalı əldə edib.

Misli Premyer Liqası
XXXI tur

9 may

17:00 Qəbələ – Qarabağ 1:1
Qollar:
İsmael Akinade, 57 – Kadi Borges, 28
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

19:30 Sumqayıt – Araz-Naxçıvan 2:1

Qol: Aleksandr Ramalinqom, 45+2, Rahil Məmmədov (öz qapısına), 90+3 – Ba-Muaka Simakala, 62
Baş hakim: Rəvan Həmzəzadə
M.H. Sumqayıt ş. st.

❌