Normal view

Today — 27 December 2025Komanda.az

Skoulz “Liverpul”un sabiq futbolçusunu özündən üstün sayır

27 December 2025 at 08:29

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz özünü “Liverpul”un keçmiş futbolçusu Stiven Cerrardla müqayisə edib.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası tarixində mövqelərinin ən yaxşı futbolçularından sayılan iki sabiq oyunçunun müqayisəsində Skoulz üstünlüyü Cerrarda verib:

“Cerrard, yoxsa mən? Cerrard. O, daha atletik idi və matçların taleyini daha tez-tez həll edirdi. Elə bir komandada çıxış edirdi ki, məsuliyyəti üzərinə götürməli olurdu. Mən isə komandanın bir hissəsi idim, başa düşürsüz? “Mançester Yunayted”də mənim onun “Liverpul”dakı səlahiyyətlərim yox idi”.

Skoulz peşəkar futbolçu karyerasını 2013-cü ildə başa vurub.

Cerrard 1997–2015-ci illərdə “Liverpul”un əsas komandasında çıxış edib, 2016-cı ildə isə peşəkar futbolçu karyerasını bitirib.

The post Skoulz “Liverpul”un sabiq futbolçusunu özündən üstün sayır appeared first on Komanda.az.

“Mançester Yunayted”ə bir qol bəs etdi

27 December 2025 at 02:00

İngiltərə Premyer Liqasında 18-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Mançester Yunayted” evdə “Nyukasl”la qarşılaşıb və tək qolla qalib gəlib.

İngiltərə Premyer Liqası
18-ci tur

26 dekabr

Mançester Yunayted – Nyukasl 1:0
Qol
: Dorqu, 24.

27 dekabr

16:30. Nottingem Forest – Mançester Siti
19:00. Arsenal – Brayton
19:00. Brentford – Bornmut
19:00. Börnli – Everton
19:00. Liverpul – Vulverhempton
19:00. Vest Hem – Fulhem
21:30. Çelsi – Aston Villa

28 dekabr

18:00. Sanderlend – Lids
20:30. Kristal Pelas – Tottenhem

The post “Mançester Yunayted”ə bir qol bəs etdi appeared first on Komanda.az.

Paytaxt klubunda ciddi itki

27 December 2025 at 01:31

“Roma” klubunun yarımmüdafiəçisi Lorenso Pelleqrini sıradan çıxıb.

Komanda.az xəbər verir ki, futbolçu məşq zamanı zədələnib.

İlkin olaraq yüngül dartılma kimi görünən zədə futbolçunun meydanlardan uzun müddət kənarda qalmasına səbəb ola bilər. Onun yalnız bir aydan sonra sıraya dönəcəyi ehtimal olunur.

Bildirilir ki, yarımmüdafiəçi qarşıdan gələn “Cenoa” ilə, yeni ilin ilk həftəsində isə A Seriyası çərçivəsində əvvəlcə “Atalanta”, daha sonra “Leççe” ilə qarşılaşmaları buraxacaq.

Roma təmsilçisi hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

The post Paytaxt klubunda ciddi itki appeared first on Komanda.az.

“Qarabağ”ın sabiq futbolçusu “Rabotniçki”nin baş məşqçisi oldu

27 December 2025 at 00:33

“Qarabağ”ın sabiq futbolçusu Muarrem Muarremin yeni iş yeri bəlli olub.

Komanda.az xəbər verir ki, o, “Rabotniçki”nin baş məşqçisi təyin edilib.

Bu barədə Şimali Makedoniya klubunun mətbuat xidməti məlumat yayıb.

Gənc mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. “Rabotniçki” hazırda Şimali Makedoniyanın yüksək liqasında 16 turdan sonra 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Muarem Muarem “Qarabağ”ın tanınmış futbolçularından olub. O, müxtəlif vaxtlarda 2 dəfə (2012-15 və 2016-17-ci ilərdə) Ağdam klubunda oynayıb.

37 yaşlı məşqçi daha öncə “Qostivar”, “Başkimi” klublarını da çalışdırıb.

The post “Qarabağ”ın sabiq futbolçusu “Rabotniçki”nin baş məşqçisi oldu appeared first on Komanda.az.

“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı

26 December 2025 at 23:33

“Beşiktaş” klubu iki futbolçusunu heyətdən kənarlaşdırıb.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında bildirilib ki, texniki heyətin hesabatı və rəhbərliyin qərarına əsasən, Mert Günok və Necip Uysal artıq komandanın gələcək planlarında yer almayıb. Beləliklə, hər iki qapıçıdan yeni klub tapmaları istənilib. Futbolçular klub tapa bilmədikləri halda məşqlərini əsas komandadan ayrı davam etdirəcəklər.

“Beşiktaş” Futbol Akademiyasının yetirməsi olan Necip Uysal 2009/2010 mövsümündən etibarən klubun əsas komandasında çıxış edirdi. Mert Günok isə 2021/2022 mövsümündən bu yana İstanbul təmsilçisinin qapısını qoruyurdu.

The post “Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı appeared first on Komanda.az.

Marselo qarşılaşdığı ən çətin rəqiblərin adlarını açıqladı

26 December 2025 at 22:32

“Real”ın sabiq müdafiəçisi Marselo karyerası ərzində qarşılaşdığı ən çətin rəqiblərin adlarını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu sualı cavablandırarkən bəzi oyunçuların ona meydanda ciddi problemlər yaratdığını etiraf edib:

“Ah, bu uşaqlar həqiqətən mənə çətin anlar yaşadırdı”.

Siyahıda ilk olaraq Lionel Messinin adını çəkən sabiq müdafiəçi, argentinalı futbolçunu “çox çətin rəqib” kimi xarakterizə edib.

Daha sonra Marselo “Sevilya”nın sabiq futbolçusu Xesus Navası qeyd edib:

“O da mənə problemlər yaradırdı”.

Üçüncü olaraq “Real Sosyedad”ın keçmiş yarımmüdafiəçisi Xabi Prietonun adını çəkən Marselo, onun çox vaxt lazımi qədər qiymətləndirilmədiyini vurğulayıb:

“İnsanlara adi futbolçu təsiri bağışlayırdı, amma əslində ona qarşı oynamaq inanılmaz dərəcədə çətin idi. Bu qədər qaçacağını və belə oynayacağını gözləmirdim. Amma həqiqətən çox yaxşı idi”.

Siyahını tamamlayan futbolçu isə “Barselona”nın sabiq yarımmüdafiəçisi Pedro olub.

Marselo uzun illər La Liqada çıxış edib və dünyanın ən güclü hücumçularına qarşı oynamaq təcrübəsinə malikdir.

The post Marselo qarşılaşdığı ən çətin rəqiblərin adlarını açıqladı appeared first on Komanda.az.

Yesterday — 26 December 2025Komanda.az

Hakimlərin Antalyada təlim-məşq toplanışı olacaq

26 December 2025 at 21:31

Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və köməkçi hakimlər üçün yanvarın 12-dən 18-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçiriləcək.

Komanda.az xəbər verir ki, toplanışa Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri Frank De Blekere və AFFA Hakimlər Komitəsinin sədri Rəhim Rəsənov rəhbərlik edəcəklər.

Hazırlıq müddətində UEFA Hakimlər Komitəsinin üzvləri də hakimlərimizə nəzəri və praktiki seminarlar keçəcəklər.

Toplanışda iştirak edəcək hakimlərin siyahısını diqqətinizə çatdırırıq:

  1. Ağayev Əliyar Kərim
  2. Bayramov Elvin Əsgər
  3. Cabbarov Rauf Gülağa
  4. Cəlilov Cavid Fuad
  5. Əhmədov Rəşad Rövşən
  6. Əliyev Əli Rahib
  7. Hacıyev Fərid Teymur
  8. Həmzəzadə Rəvan Aydın
  9. İsmayıllı Nicat Sədrəddin
  10. Məmmədov İnqilab Zülfüqar
  11. Məsiyev Elçin Nazim
  12. Qurbanov Tural Knyaz
  13. Rəhimov Kamranbəy Əli
  14. Umudlu Kamal İsmayıl
  15. Əhmədov Əkbər Əsəd
  16. Əliyev Kamran Səttar
  17. Əliyev Emin Ilham
  18. Həsənli Vüqar İlqar
  19. Məmmədov İslam Sultanəli
  20. Abbasov Zöhrab Xanlar
  21. Abdullayev Elşad Məhəmməd
  22. Bayramov Kamran Azər
  23. Əliyev Müslüm Mahir
  24. Əmirəli Akif Əsgər
  25. Əzizli Asiman Müsavər
  26. Hüseynov Namiq Hikmət
  27. İbrahimov Eyyub İlham
  28. İmami Rəhman Məzahir
  29. Mamedov Şirmamed Qədiroviç
  30. Məmmədov Vüsal Samir
  31. Quliyev Cəmil Əzizağa
  32. Ramazonov Rahil Əbil
  33. Talıbov Pərvin Rafiq
  34. Talıbzadə Tərlan Mirqələm
  35. Teymurov Teymur Zöhrab
  36. Zeynalov Kərim Zaur
  37. Zeynalov Zeynal Mətləb
  38. Nuriyeva Sevda Baba
  39. Əkbərzadə Gülnurə Xalid

The post Hakimlərin Antalyada təlim-məşq toplanışı olacaq appeared first on Komanda.az.

“Sarri ilə işləməkdən siqaret çəkməyə başladım”

26 December 2025 at 20:30

“Çelsi”nin sabiq müdafiəçisi David Luiz klubdakı məşqçi fəaliyyəti zamanı Mauritsio Sarrinin təsirindən danışıb. Hazırda “Latsio”nu çalışdıran Sarri 2018–2019-cu illərdə londonluların baş məşqçisi olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Kiprin “Pafos” klubunda çıxış edən braziliyalı futbolçu, ən xüsusi şəxsin Sarri olduğunu bildirib:

“Ən xüsusi şəxs Sarri idi. Hətta demək olar ki, onunla işləməkdən siqaret çəkməyə başladım… Hər gün məni kabinetinə çağırırdı və deyirdi ki, danışmalıyıq. Bir-iki siqaret çəkib söhbət aparırdı, mən isə deyirdim: “Xahiş edirəm, pəncərəni açın”. O isə cavab verirdi: “Sakit ol, futboldan danışmalıyıq”. O, fantastik məşqçi və insan idi”.

O, əlavə edib ki, Avropa Liqasının finalında qələbə qazandıqda Sarri medalı uşaqlar kimi sevincək qarşılayıb:

“Mən onun üçün çox sevinirdim, hətta karyeramda qazandığım bütün titulardan daha çox. Çünki o, böyük ehtirasla gəldi və bir ayda hər şeyi dəyişmək istəyirdi. Mən isə onlardan biri idim ki, onu sakitləşdirməyə çalışırdım: “Sakit ol, bura “Napoli” deyil”.

David Luiz həmçinin, Eden Hazardla (“Çelsi”nin sabiq futbolçusu) bağlı hadisəni xatırlayıb:

“O, Hazardın pressinq etməsini istəyirdi, əsəbiləşir və kağızları yerə atırdı. Mən ona izah etməyə çalışırdım ki, “Çelsi”nin oyun üslubu fərqlidir. İlk üç aydan sonra isə o, komandaya açıldı və biz də ona alışdıq. Nəticədə, komanda inkişaf etdi: Premyer Liqada üçüncü olduq və Avropa Liqasını finalda üstün oyunla qazandıq”.

“Çelsi” bu mövsüm UEFA Çempionlar Liqasının 4-cü turunda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post “Sarri ilə işləməkdən siqaret çəkməyə başladım” appeared first on Komanda.az.

“Sevilya”nın futbolçusuna ağır cəza

26 December 2025 at 19:29

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Sevilya”nın braziliyalı müdafiəçisi Markaoya ağır cəza verib.

Komanda.az xəbər verir ki, buna La Liqanın 17-ci turunda “Real”la matçdan sonra baş verənlər səbəb olub.

Futbolçu görüşün baş hakimi Alexandro Munyis Ruisə qarşı təhqiramiz ifadələr işlətdiyi, qeyri-idman davranışı sərgilədiyi və ikinci sarı vərəqənin ardından meydandan qovulduğu üçün 6 oyunluq diskvalifikasiya olunub.

Beləliklə, Markaonun fevralın ortasına qədər rəsmi matçlarda meydana çıxa bilməyəcəyi müəyyənləşib. “Sevilya”nın qərardan şikayət etmək hüququ olsa da, cəzanın azalma ehtimalının cüzi olduğu vurğulanıb.

“Real” – “Sevilya” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

The post “Sevilya”nın futbolçusuna ağır cəza appeared first on Komanda.az.

Azərbaycan birinciliyində daha 6 çəkidə mükafatçılar bəlli oldu

26 December 2025 at 18:28

14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində daha 6 çəkidə mükafatçılar bəlli olub.

Komanda.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışın ikinci günündə 139 idmançı gücünü sınayıb.

Qızlar 40, 52, 70, oğlanlar isə 42, 55 və 73 kq çəki dərəcələrində mübarizə aparıblar.

Azərbaycan birinciliyi dekabrın 28-də başa çatacaq.

Qızlar

40 kq

  1. Nərgiz Fərzəliyeva (RKİM)
  2. Fatimeyizəhraxanım Məmmədzadə (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
  3. Zeynəb İsgəndərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM), Nuray Ağahüseynzadə (Xızı UGİŞM)

52 kq

  1. Nuray Nağıyeva (Şuşa UGİM)
  2. Naziləzəhra Rüstəmli (ACF)
  3. Sevinc Məmmədzadə (Neftçi İK), Səma Qurbanova (Kanokan-TT İK)

70 kq

  1. Zümrüd Əliyeva (RKİM)
  2. Aytac Rüstəmova (Goranboy UGİM)
  3. Zeynəb Mehti (Turan İK)

Oğlanlar

42 kq

  1. Ayhan Musazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  2. Fərid Abdullayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  3. Fərid Babayev (Lokomotiv İK), 3. Cəfər Həmzəyev (Neftçi Siyəzən)

55 kq

  1. Yusif Şahverdili (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  2. Yusif Qurbanov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  3. Fərid Hüseynov (Atilla İK), Əli Mustafazadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

73 kq

  1. Əli Qulamlı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
  2. İbrahim Əliyev (Günəşli İK)
  3. Kərim Məmmədov (Ramana İM), Rəsul Əliyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

The post Azərbaycan birinciliyində daha 6 çəkidə mükafatçılar bəlli oldu appeared first on Komanda.az.

Kassano “Qarabağ”ı məğlub edən komandanın baş məşqçisi haqda: “Qələbə onun qanındadır”

26 December 2025 at 17:27

İtaliyanın bir sıra klublarında çıxış etmiş sabiq futbolçu Antonio Kassano “Napoli”nin baş məşqçisi Antonio Konteni yüksək qiymətləndirib.

Komanda.az “calcionapoli1926.it”-ə istinadən xəbər verir ki, o, hazırda İtaliyada məşqçilik baxımından Kontenin səviyyəsinə çatan olmadığını bildirib:

“Kontenin komandalarında normal rotasiya aparılırsa və əsas oyunçular üçün alternativlər mövcuddursa, onu məğlub etmək çox çətindir. Bugünkü İtaliyada o, mütləq şəkildə ən yaxşı məşqçidir. Qələbə onun qanındadır, xarizması var, futbolçuların hörmətini qazanıb – hər şey ondadır. Konte haqqında pis bir söz demək mümkün deyil”.

Konte 2024-cü ilin yayında “Napoli”yə baş məşqçi təyin olunub və qısa müddətdə iki titul qazanmağı bacarıb. Bu uğurlar arasında A Seriyasının çempionluğu da yer alır. Onun komandası UEFA Çempionlar Liqasının 5-ci turunda evdə “Qarabağ”ı məğlub edib – 2:0.

The post Kassano “Qarabağ”ı məğlub edən komandanın baş məşqçisi haqda: “Qələbə onun qanındadır” appeared first on Komanda.az.

“Mançester Yunayted” futbolçusunu icarədən geri çağırıb

26 December 2025 at 16:53

“Mançester Yunayted” futbolçusu Tobbi Kollierin “Vest Bromviç”dən icarədən geri çağırıldığını açıqlayıb.

Komanda.az xəbər verir ki, məlumatı “The Athletic” nəşri yayıb.

21 yaşlı müdafiəçi artıq klubuna qayıdıb və baldır əzələsi zədəsi səbəbindən təxminən səkkiz həftə meydana çıxmayacaq. Klub rəhbərliyi qərara alıb ki, zədədən sonra o, artıq “Vest Bromviç”ə qayıtmayacaq.

Bildirilib ki, ingiltərəli futbolçu komanda üçün faydalı ola bilər, xüsusən də, Kobbi Mainunun gedişi baş verərsə. Həmçinin, onun xidmətinə Çempionşipin bir neçə klubu maraq göstərir.

The post “Mançester Yunayted” futbolçusunu icarədən geri çağırıb appeared first on Komanda.az.

Mainu Maktomineyin yolu ilə getmək istəyir

26 December 2025 at 16:32

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu klubuna özünü sübut etmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu yanvarda icarə əsasında “Napoli”yə keçərək müntəzəm oyun praktikası qazanmağı planlaşdırır.

Baş məşqçi Ruben Amorim Mainunu əsas heyətdə görməsə də, futbolçunun özü öz gücünə tam əmindir. İngiltərəli yarımmüdafiəçi Neapolda vaxtilə Skott Maktomineyin etdiyi kimi, parlaq çıxış etmək, daha sonra isə Mançesterə açıq mesajla qayıtmaq istəyir.

“Qırmızı şeytanlar” Skott Maktomineyi 2024-cü ilin yayında “Napoli”yə satmışdı. Mançester klubunun yetirməsi İtaliyada debüt mövsümünü möhtəşəm keçirib. O, Antonio Kontenin rəhbərlik etdiyi komanda ilə A Seriyasını qazanıb və çempionatın ən yaxşı futbolçusu seçilib.

The post Mainu Maktomineyin yolu ilə getmək istəyir appeared first on Komanda.az.

“Haland məni “Mançester Siti”yə qoşulmağa razı salmaq üçün uzun müddət çalışıb”

26 December 2025 at 16:14

“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma komandanın hücumçusu Erlinq Halandın onu kluba qoşulmağa təşviq etdiyini söyləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı qolkiper bunu deyib:

“Haland məni “Mançester Siti”yə qoşulmağa razı salmaq üçün uzun müddət çalışıb. Bu kluba qoşulmaqdan və Pep Qvardiolanın rəhbərliyi altında oynamaqdan məmnunam”.

Donnarumma yay transfer dövründə 35 milyon avroya Fransanın PSJ klubundan “Mançester Siti”yə transfer olunub. 26 yaşlı qolkiper “şəhərlilər”lə 2030-cu ilin ortalarına qədər olan uzunmüddətli müqavilə imzalayıb. O, bu mövsüm Premyer Liqada 14 oyunda meydana çıxıb və 12 top buraxıb.

The post “Haland məni “Mançester Siti”yə qoşulmağa razı salmaq üçün uzun müddət çalışıb” appeared first on Komanda.az.

İlin son təlim-məşq toplanışı üçün Şamaxı

26 December 2025 at 16:09

Kişi cüdoçulardan ibarət Azərbaycan yığması Şamaxıda ilin son təlim-məşq toplanışını keçir.

Bu barədə Komanda.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Təlim düşərgəsinin əsas məqsədi komandanın ümumi fiziki durumunu gücləndirməkdir.

Bundan əlavə, hazırlıq prosesinin məqsədi cüdoçuların qarşıdakı beynəlxalq turnirlərə optimal formada hazırlaşmasıdır.

The post İlin son təlim-məşq toplanışı üçün Şamaxı appeared first on Komanda.az.

Konteyə yeni müqavilə təklif olunacaq – Maaşı da artırılacaq

26 December 2025 at 15:47

“Napoli”nin prezidenti Aurelio de Laurentis baş məşqçi Antonio Konte üçün cəlbedici təklif hazırlayır.

Komanda.az “calcionapoli1926.it”-ə istinadən xəbər verir ki, bu təklif Kontenin mövcud maaşının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. De Laurentis italiyalı mütəxəssisi klubun uğurlarında əsas fiqur hesab edir və onunla əməkdaşlığı uzunmüddətli perspektivdə davam etdirmək istəyir.

Prezident Konteni klubun uğurlarında açar fiqur kimi görür. O, baş məşqçiyə maaşı artırılmaqla yeni müqavilə təklif etməyə hazırdır. De Laurentis Kontenin “Napoli”də uzun bir dövr – bütöv bir mərhələ ərzində çalışmasını arzulayır.

Antonio Konte 2024-cü ilin yayında “Napoli”nin baş məşqçisi təyin olunub və artıq komandanı iki titul, o cümlədən skudettoya qovuşdurub. Onun komandası UEFA Çempionlar Liqasının 5-ci turunda evdə “Qarabağ”ı məğlub (2:0) edib.

The post Konteyə yeni müqavilə təklif olunacaq – Maaşı da artırılacaq appeared first on Komanda.az.

Şevçenko: “Gedib hökumətdən pul tələb edə bilmərəm”

26 December 2025 at 15:32

Kiyev “Dinamo”sunun və “Milan”ın sabiq hücumçusu, hazırda Ukrayna Futbol Assosiasiyasının prezidenti olan Andrey Şevçenko Ukrayna millisinin ev oyunlarının başqa ölkələrdə keçirməsinin ciddi maliyyə problemləri yaratdığını bildirib.

Komanda.az “Dagens Nyheter”-ə istinadən xəbər verir ki, o, bu vəziyyətin federasiya üçün böyük xərclərə yol açdığını vurğulayıb:

“Bu matçlara çox böyük məbləğdə vəsait xərcləyirik, üstəlik, stadionu tam doldurmaq imkanımız da olmur. Bizim üçün ev oyununu yad meydanda keçirmək təxminən beş dəfə baha başa gəlir. Sponsorlarımız münaqişənin getdiyi ölkədədir və onların maliyyə imkanları məhduddur”.

Şevçenko həmçinin, dövlət dəstəyinin məhdud olduğunu deyib:

“Gedib hökumətdən pul tələb edə bilmərəm, çünki onların əsas diqqəti ölkənin xilasına yönəlib. Biz mövcud büdcə çərçivəsində əlimizdən gələni etməli və sosial layihələrimiz üçün əsasən özəl ianələrə güvənməliyik”.

Rusiya ilə 2022-ci ildən davam edən müharibə səbəbindən Ukrayna millisi oyunlarını öz ölkəsində keçirə bilmir.

The post Şevçenko: “Gedib hökumətdən pul tələb edə bilmərəm” appeared first on Komanda.az.

Region Liqası komandası cəzalandı – Azarkeşləri rəqibə hücum etdiyi üçün

26 December 2025 at 15:18

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “Xıdırlı” komandasına texniki məğlubiyyət verib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna “Viləş”lə oyunun yarımçıq dayandırılması səbəb olub.

Sözügedən matçda azarkeşlər meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstəriblər. Nəticədə, təhlükəsizlik tam təmin olunmadığına görə qarşılaşma yarımçıq dayandırıldığı üçün “Xıdırlı” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni turnirdəki “İstiqlal” da bu halla üzləşib. Komanda “Sabirabad”la dueldə meydanda olmadığından 0:3 hesablı məğlubiyyət alıb.

Region Liqasında “Hacıqabul” isə “Ucar”la matçda həkim təyin olunmadığı üçün eyni cəza ilə üzləşib.

Bundan əlavə, U-15 Liqasında “Xudat” “Kəpəz”lə oyunda, “Qəbələ” isə “Alfa” ilə qarşılaşmada meydana çıxmadığına görə texniki məğlubiyyət alıb.

The post Region Liqası komandası cəzalandı – Azarkeşləri rəqibə hücum etdiyi üçün appeared first on Komanda.az.

Amorim “Mançester Yunayted”in qış transfer planını açıqladı

26 December 2025 at 15:13

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim qış transfer pəncərəsi ilə bağlı klubun planlarından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın mövcud çətinliklərinə baxmayaraq, əvvəlcədən müəyyən olunmuş strategiyaya sadiq qalacağını vurğulayıb:

“Hazırda problemlərlə üzləşirik, ancaq klubun planı var və biz bu plana əməl edəcəyik. Klubun gələcəyi üçün vacib hesab etdiyimiz bir futbolçunu heyətə qatmaq imkanı yaranarsa, bunu edəcəyik. Əks halda, öz oyunçularımıza güvənirik”.

Baş məşqçi komandanın ehtiyat potensialına da diqqət çəkib:

“Bizim Cek Fleçer və Şey Leysi kimi gənc futbolçularımız var. Üç həftə ərzində Amad Diallo, Nussair Mazraui və Brayan Mbeumo komandaya qoşulacaq. Həmçinin, Bruno Fernandes və Kobbi Mainu da sıraya qayıdacaq”.

“Mançester Yunayted” qış transfer dövründə balanslı və uzunmüddətli strategiyaya üstünlük verməyi planlaşdırır. Komanda hazırda Premyer Liqada 26 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

The post Amorim “Mançester Yunayted”in qış transfer planını açıqladı appeared first on Komanda.az.

AFFA üç nəfəri futboldan uzaqlaşdırıb

26 December 2025 at 15:02

Azərbaycanda üç şəxs müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Region Liqasında iştirak edən “Naxçıvan” klubunun baş məşqçisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun 3 (üç) il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulub.

Eyni turnirdəki “Çinar-Zəngilan”ın idman direktoru Anar Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun 3 (üç) il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirakı qadağan edilib.

Bundan əlavə, Region Liqasında iştirak edən “Baku TFK”nın icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid olan istənilən fəaliyyətə qatılması qadağan olunub.

The post AFFA üç nəfəri futboldan uzaqlaşdırıb appeared first on Komanda.az.

“İnter” xorvat futbolçunu transfer etməyə çalışacaq

26 December 2025 at 14:49

“İnter”in baş məşqçisi Kristian Kivu yanvar transfer pəncərəsində komandasını gücləndirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis əsasən sağ cinah müdafiəçisinə ehtiyac duyur.

Son zamanlar ən çox adı çəkilən namizəd isə “Dinamo”nun (Zaqreb) oyunçusu Moris Valinçicdir. O, Kivunun diqqətini çəkib.

Valinçic Xorvatiyanın aparıcı klubu “Dinamo”da çıxış edir və ötən yay klubla uzunmüddətli müqavilə imzalayıb. “İnter” isə hazırda A Seriyasının turnir cədvəlində liderliyini qoruyur.

The post “İnter” xorvat futbolçunu transfer etməyə çalışacaq appeared first on Komanda.az.

Azarkeşləri “Neftçi”ni ziyana saldı

26 December 2025 at 14:46

Azərbaycan Premyer Liqasında çıxış edən klublar cərimələnib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Azərbaycan Premyer Liqasında 16-cı turun “Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” komandası 2500 manat cərimə edilib.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 7000 manat cərimə edilib.

16-cı turun “Karvan-Yevlax” – “Neftçi” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilib.

“Karvan-Yevlax” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Karvan-Yevlax” komandası 5000 manat cərimə edilib.

Karvan-Yevlax” – “Neftçi” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 4000 manat cərimə edilib.

“Karvan-Yevlax” – “Neftçi” oyunu bitdikdən “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərər “Neftçi” komandası tərəfindən qarşılanacaq.

16-cı turun “Araz-Naxçıvan” – “Şamaxı” oyununa təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Araz-Naxçıvan” komandası 2000 manat cərimə edilib.

16-cı turun “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilib.

The post Azarkeşləri “Neftçi”ni ziyana saldı appeared first on Komanda.az.

“Qəbələ”nin baş məşqçisi 4 oyunluq cəzalandı

26 December 2025 at 14:40

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze dörd oyunluq cəzalanıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Misli Premyer Liqasında 16-cı turun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”də 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilib.

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, “Qəbələ” 10000 manat cərimə edilib.

“Qəbələ” – “Qarabağ” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” 5000 manat cərimə edilib.

The post “Qəbələ”nin baş məşqçisi 4 oyunluq cəzalandı appeared first on Komanda.az.

“Real” portuqaliyalı futbolçu üçün 90 milyon avro təklif etməyə hazırdır

26 December 2025 at 14:31

Portuqaliya millisinin və PSJ-nin yarımmüdafiəçisi Vitinya karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.

Portuqaliyalı futbolçunun xidmətində “Real” maraqlıdır. “Kral klubu”nun prezidenti Florentino Peres Vitinyanın transferi üçün 90 milyon avro təklif etməyə hazırdır. Xarici KİV-in iddiasına əsasən, 2026-cı il dünya çempionatından sonra Vitinyanın müqaviləsində məhz bu məbləğdə sərbəstqalma bəndi qüvvəyə minəcək. Yarımmüdafiəçinin PSJ ilə sözləşməsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

25 yaşlı futboçu bu ilin “qızıl top” səsverməsində üçüncü yeri tutub.

The post “Real” portuqaliyalı futbolçu üçün 90 milyon avro təklif etməyə hazırdır appeared first on Komanda.az.

Bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillər verildi

26 December 2025 at 14:10

Prezident İlham Əliyev 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Komanda.az xəbər verir ki, orderlər Şəmsi Səfərliyə, Böyükxanım Astanovaya, Morteza Validarviyə, Mehran Həmidzadəyə, Malik Həsənova, İmamverdi Məmmədova, Ramil Vəliyevə, Tofiq Əliyevə, Oqtay Abdullayevə, Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova, Ramil Cəfərova, Aygül Abdullayevaya, Yelizaveta Rubana, Xəyyam Orucova, Elnur İbrahimə, Taleh Nağızadəyə, Nərmin Kazımovaya və Fərid Tağızadəyə təqdim edilib.

The post Bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillər verildi appeared first on Komanda.az.

Türkiyədə “qumar” qalmaqalı: Futbolçuların adları açıqlandı

26 December 2025 at 14:07

Türkiyə mətbuatında qanunsuz mərc işi ilə bağlı saxlanılan futbolçuların ad və soyadları dərc olunub. Daha əvvəl polis tərəfindən bu iş üzrə ümumilikdə 26 nəfərin saxlanıldığı bildirilmişdi.

Komanda.az “TRT Haber”-ə istinadən xəbər verir ki, saxlanılan futbolçular bunlardır: Bahattin Berke Demircan, Doğukan Çınar, Ergün Nazlı, Eyyup Can Temiz, Furkan Demir, Gökan Payal, Hamit Bayraktar, Hüseyin Aybars Tüfekçi, İbrahim Yılmaz, İlke Tankul, İsmail Karakaş, Mert Aktaş və Tufan Kelleçi.

Ötən ay Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu qanunsuz mərc işi nəticəsində ölkədən 50 milyard ABŞ dollarından artıq vəsaitin çıxarıldığını açıqlamışdı.

Hazırda istintaq tədbirləri davam etdirilir.

The post Türkiyədə “qumar” qalmaqalı: Futbolçuların adları açıqlandı appeared first on Komanda.az.

Flik: “2026-cı il üçün əla hədəflərimiz var”

26 December 2025 at 13:43

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik gələn il üçün gözləntilərini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əla hədəflərinin olduğunu söyləyib:

“Bu, mənim, heyət, klub, azarkeşlər üçün təsirli və çox uğurlu bir il oldu. Burada yaşadıqlarım sadəcə inanılmazdır. Çox xoşbəxtəm. Amma bütün bunlar keçmişdə qalıb, bu mövsümün sonunda uğurlarımızı təkrarlamaq üçün çalışmağa davam etməliyik. 2026-cı il üçün əla hədəflərimiz var. Əvvəlki nailiyyətlərimiz əladır, amma irəliləməliyik. Məhz bunu edəcəyik”.

Kataloniya klubu 2025-ci ildə La Liqa, Kral kuboku və İspaniya superkubokunu qazanıb, həmçinin, uzun müddətdən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib. Komanda yeni ilin ilk oyununu yanvarın 3-də səfərdə “Espanyol”a qarşı keçirəcək.

The post Flik: “2026-cı il üçün əla hədəflərimiz var” appeared first on Komanda.az.

“İnter” xorvat futbolçu üçün hərəkətə keçib

26 December 2025 at 13:19

“Hayduk”un yarımmüdafiəçisi Branimir Mlaçiç “İnter”in maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Milan təmsilçisi 18 yaşlı futbolçunun mümkün transferi ilə bağlı artıq ilkin danışıqlara başlayıb. Bununla yanaşı, Mlaçiçə maraq göstərən klublar arasında “Barselona”, “Real”, “Nyukasl” və Dortmund “Borussiya”sı da yer alır.

Xorvatiyalı yarımmüdafiəçinin “Hayduk”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, cari mövsümdə 18 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib.

The post “İnter” xorvat futbolçu üçün hərəkətə keçib appeared first on Komanda.az.

Dembele Fransada ilin ən yaxşı idmançısı seçilib

26 December 2025 at 12:56

“Ekip” nəşri Fransada 2025-ci ilin ən yaxşı idmançısının adını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu ada PSJ-nin futbolçusu Osman Dembele layiq görülüb. O, 803 xalla birinci olub.

Üzgüçü Leon Marşan 661 xalla ikinci yeri tutub. İlk üçlüyü 380 xalla yelkənli qayıq idman növündən Çarli Dalin tamamlayıb.

The post Dembele Fransada ilin ən yaxşı idmançısı seçilib appeared first on Komanda.az.

“Mançester Yunayted”in əsas hədəfi odur

26 December 2025 at 12:53

“Mançester Yunayted” rəhbərliyi növbəti ildə komandanın müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb.

“Qırmızı şeytanlar”ın əsas transfer hədəflərindən biri “Kristal Pelas”ın və İngiltərə millisinin müdafiəçisi Mark Quehidir. Ancaq klub bu transfer uğrunda ciddi rəqabətlə üzləşə bilər. Belə ki, futbolçuya “Mançester Siti” və “Liverpul” da maraq göstərir.

Bundan başqa, “Mançester Yunayted”in diqqət mərkəzində “Atalanta”nın 17 yaşlı müdafiəçisi Honest Ahanor da yer alır.

Ruben Amorimin rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasının cari mövsümündə 17 oyunda 28 qol buraxıb və hazırda 26 xal toplayaraq, turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

The post “Mançester Yunayted”in əsas hədəfi odur appeared first on Komanda.az.

“Qarabağ”ın sabiq futbolçusu “Rabotniçki”nin baş məşqçi oldu

26 December 2025 at 12:51

“Qarabağ”ın sabiq futbolçusu Muarrem Muarrem özünə yeni iş yeri tapıb.

Komanda.az xəbər verir ki, o, vaxtı ilə futbolçusu olduğu “Rabotniçki”də baş məşqçi kimi çalışacaq.

Muarrem mövsümün sonuna qədər bu komandaya rəhbərlik edəcək. 37 yaşlı məşqçi “Qostivar”, “Başkimi” komandalarını çalışdırmışdı.

“Qarabağ”ın sabiq futbolçusu olan Muarrem Azərbaycan çempionunun tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsinə düşməsində önəmli rol oynayıb.

O, Avropa Liqasının pley-off mərhələsinin Niderlandda (1:1) keçirilmiş görüşündə “Qarabağ”ın qolunun müəllifi olmuşdu. Bakıdakı matç isə 0:0 bitmişdi.

“Rabotniçki” Şimali Makedoniyanın 10 qat ölkə çempionudur.

The post “Qarabağ”ın sabiq futbolçusu “Rabotniçki”nin baş məşqçi oldu appeared first on Komanda.az.

“Neftçi”nin sabiq baş məşqçisi Monteneqro klubunda

26 December 2025 at 12:36

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç Monteneqro klubu ilə anlaşıb.

Komanda.az “Vijesti”-yə istinadən xəbər verir ki, mütəxəssis “Buduçnost”un baş məşqçisi təyin ediləcək.

19 turdan sonra 10 komanda arasında 7-ci yerdə qərarlaşan “Buduçnost” cari mövsümdə artıq 4 baş məşqçi dəyişdirib.

Bojoviç 2023/2024 mövsümündə “Neftçi”ni çalışdırıb. Paytaxt klubu onun rəhbərliyi altında mövsümü 5-ci pillədə bitirib və avrokuboklardan kənarda qalıb.

The post “Neftçi”nin sabiq baş məşqçisi Monteneqro klubunda appeared first on Komanda.az.

“Real” müdafiəçi axtarır

26 December 2025 at 12:32

“Real” rəhbərliyi komandanın müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Buna səbəb Antonio Rüdigerin və avstriyalı futbolçu David Alabanın klubdan ayrılma ehtimalıdır. Ancaq “kral klubu”nun transfer strategiyası gözlənildiyi qədər aqressiv olmayacaq.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, madridlilər “Liverpul”un futbolçusu İbrahima Konate və “Bayern”də çıxış edən Dayot Upamekanonu transfer etmək niyyətində deyil.

Bundan əlavə, “Real”ın İngiltərə millisinin və “Kristal Pelas”ın müdafiəçisi Mark Quehi uğrunda ciddi mübarizəyə qoşulması da çətin görünür. Bildirilir ki, futbolçu ilə “Liverpul” artıq ilkin razılığa gəlib.

“Real” cari mövsümdə İspaniya çempionatında 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan 4 xal geri qalır.

The post “Real” müdafiəçi axtarır appeared first on Komanda.az.

Yamal Avropada ilin ən yaxşı cinah oyunçusu seçildi

26 December 2025 at 12:11

“Barselona”nın futbolçusu Lamin Yamal Avropada 2025-ci ilin ən yaxşı cinah oyunçusu seçilib.

Komanda.az xəbər verir ki, bu barədə “WhoScored” statistik portalı siyahı açıqlayıb.

Avropanın Top-5 liqasında çıxış edən futbolçuların siyahısına 8,34 xalla Lamin Yamal başçılıq edir.

İkinci yeri “Bayern”dən Maykl Olise (7,85 xal) tutub. İlk 3-lüyü Münhen klubunun digər üzvü Luis Dias (7,67 xal) qapayıb.

İlk 5-likdə Meyson Qrinvud (“Marsel”, 7,58 xal) və Rafinya (“Barselona”, 7,47 xal) da yer alıb.

The post Yamal Avropada ilin ən yaxşı cinah oyunçusu seçildi appeared first on Komanda.az.

“Yuventus” 4 müdafiəçi arasında seçim edəcək

26 December 2025 at 12:08

“Yuventus” rəhbərliyi qış transfer pəncərəsində heyəti yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisinin qısa siyahısında dörd futbolçunun adı yer alır.

“Yuventus” “Milan”dan Koni de Vinter, “Sassuolo”dan Tarik Muharemoviç, “Tottenhem”dən Radu Draquşin və “Brayton”un futbolçusu Dieqo Koppolanı yaxından izləyir.

“Transfermarkt” portalı De Vinterin dəyərini 20 milyon avro, Muharemoviçi 14 milyon avro, Draquşini 22 milyon avro, Koppolanı isə 10 milyon avro olaraq qiymətləndirir.

“Yuventus” A Seriyasında 16 turdan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda sabah Luçano Spallettinin rəhbərlik etdiyi “Piza” ilə qarşılaşacaq.

The post “Yuventus” 4 müdafiəçi arasında seçim edəcək appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibi Semenyodan vaz keçməyib

26 December 2025 at 11:47

“Bornmut”un vingeri Antuan Semenyonun “Liverpul”a keçid ehtimalı istisna olunmur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, son günlər 25 yaşlı futbolçunun “Mançester Siti”yə transfer olunmaq istədiyi barədə xəbərlər yayılsa da, Mersisayd klubu hələ də mübarizədən çəkilməyib.

“Liverpul” noyabrdan etibarən qanalı futbolçunun ətrafı ilə əlaqə saxlayır və onun transferindən imtina etməyib. Ona yaxın mənbələr Semenyonun “şəhərlilər”in heyətinə qoşulmaq istədiyini təsdiqləsələr də, hələlik rəsmi müqavilə imzalanmayıb.

“Mançester Siti” gözlənilməz halların qarşısını almaq üçün transferi tez bir zamanda yekunlaşdırmaq istəyir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibi Semenyodan vaz keçməyib appeared first on Komanda.az.

“Çelsi”nin müdafiəçisi “Barselona”ya təklif edilib

26 December 2025 at 11:30

“Çelsi”nin müdafiəçisi Aksel Disasi “Barselona”ya təklif olunub. Komandanın baş məşqçisi Enzo Mareska artıq uzun müddətdir fransalı futbolçunu planlarına daxil etmir, bu səbəbdən, oyunçunun nümayəndələri onun üçün yeni klub axtarışındadır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Disasinin xidməti “Barselona”ya tam transfer variantı ilə təklif edilib, icarə ehtimalı nəzərdə tutulmur. Ancaq ispanlar hələlik yekun qərar verməyib.

Bildirilir ki, “Barsa” yanvarda müdafiənin mərkəz xəttini böyük xərclər olmadan gücləndirməyi planlaşdırır.

27 yaşlı futbolçu cari mövsümdə “Çelsi”nin heyətində heç bir oyunda iştirak etməyib və hətta iştirak ərizəsinə də salınmayıb.

The post “Çelsi”nin müdafiəçisi “Barselona”ya təklif edilib appeared first on Komanda.az.

“Araz-Naxçıvan” Baxşıyevlə yollarını ayırdığını rəsmən açıqladı

26 December 2025 at 11:16

“Araz-Naxçıvan” Elmar Baxşıyevlə yolları ayırdığını açıqlayıb.

Bu barədə Komanda.az-a Naxçıvan təmsilçisindən məlumat verilib.

“Araz-Naxçıvan”ın İdarə Heyətinin iclasında klubun qış fasiləsinə qədərki çıxışı müzakirə olunub. Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb.

Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024-2025-ci illər mövsümündə Misli Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.

The post “Araz-Naxçıvan” Baxşıyevlə yollarını ayırdığını rəsmən açıqladı appeared first on Komanda.az.

Azərbaycan klubu 18 yaşlı basketbolçu ilə anlaşıb

26 December 2025 at 10:54

“Abşeron Lions” heyətinə gənc basketbolçu qatıb.

Bu barədə Komanda.az-a klubdan məlumat verilib.

18 yaşlı Rəsul Məmmədzadə heyətə cəlb olunub.

O, daha əvvəl Azərbaycan Basketbol Liqasında “Naxçıvan”ın formasını geyinib.

The post Azərbaycan klubu 18 yaşlı basketbolçu ilə anlaşıb appeared first on Komanda.az.

“Barselona”nın futbolçusu sıradan çıxıb

26 December 2025 at 10:50

“Barselona”nın müdafiəçisi Andreas Kristensen yenidən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Komanda.az “Esport3”-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Vilyarreal”la son oyun ərəfəsində aldığı zədə səbəbindən təxminən 4 ay forma geyinə bilməyəcək.

Danimarkalı futbolçu bərpa müddətinin bu qədər uzun olacağından sarsılıb. Buna baxmayaraq, klub rəhbərliyi ona dəstək olmağa hazırdır.

“Barselona”nın prezidenti Xuan Laporta Kristensenə maaşının azaldılması şərti ilə yeni, bir illik müqavilə təklif etməyi planlaşdırır. Daha əvvəl müdafiəçinin özü də klubla müqavilənin müddətini uzatmaqda maraqlı olduğu və maaş endiriminə razılaşdığı bildirilmişdi.

Kristensen cari mövsümdə Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın heyətində 17 oyunda iştirak edib və 1 qol vurub.

The post “Barselona”nın futbolçusu sıradan çıxıb appeared first on Komanda.az.

“Artıq Abramoviçlə heç bir əlaqəm yoxdur” – Şevçenko

26 December 2025 at 10:33

“Çelsi”nin sabiq hücumçusu Andrey Şevçenko artıq klubun keçmiş sahibi Roman Abramoviçlə heç bir əlaqəsinin olmadığını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Artıq Abramoviçlə heç bir əlaqəm yoxdur. Bunu qəzetdə gördüm, amma yaxından izləmədim”.

Daha əvvəl mediada sabiq futbolçuda rusiyalı iş adamının nəzarətində olan təşkilatların bir hissəsi olduğu barədə məlumatlar yayılıb. Eyni zamanda, Britaniya hökumətinin “Çelsi”nin satışından əldə edilən gəlir üçün Abramoviçi məhkəməyə verməyi planlaşdırdığı bildirilib. Hakimiyyət əldə edilən gəlirin xüsusi fond vasitəsilə Ukraynaya dəstək üçün istifadəsini düşünür, lakin iş adamı pulu Kiyev və Moskva arasında bölüşdürməyi planlaşdırır. Şevçenko isə öz növbəsində Abramoviçin Ukraynaya pul ödəyəcəyinə əminliyini bildirib.

Rusiyanın Ukraynaya hücumundan sonra bu iki ölkə arasında müharibə hələ də davam edir.

The post “Artıq Abramoviçlə heç bir əlaqəm yoxdur” – Şevçenko appeared first on Komanda.az.

Azərbaycan millisinin üzvü əməliyyat olunub

26 December 2025 at 10:30

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət millisinin üzvü Ayan Aslan əməliyyat olunub.

Bu barədə Komanda.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Basketbolçu çiyin nahiyəsindən uğurlu əməliyyat keçirib.

The post Azərbaycan millisinin üzvü əməliyyat olunub appeared first on Komanda.az.

Rəhim Həsənov: “Əliyar Ağayev “Neftçi”nin oyununda səhv qərar verib”

26 December 2025 at 10:26

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 16-cı turunda keçirilmiş “Karvan-Yevlax” – “Neftçi” oyununda FİFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Həsənov hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını söyləyib.

O, bundan əlavə, “Kəpəz” – “Turan Tovuz”, “Qəbələ” – “Qarabağ”, “Zirə” – “İmişli” və “Sumqayıt” – “Sabah” görüşlərindəki mübahisəli epizodları da şərh edib və həmin oyunlarda səhvlərin olmadığını vurğulayıb.

The post Rəhim Həsənov: “Əliyar Ağayev “Neftçi”nin oyununda səhv qərar verib” appeared first on Komanda.az.

“Mbappedən bir az daha artığını görmək istəyirəm”

26 December 2025 at 10:11

Fransalı sabiq futbolçu Frank Leböf “Real”ın hücumçusu Kilian Mbappenin bu mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, Mbappenin hücumların sonlandırılmasında yüksək keyfiyyətə malik olduğunu vurğulasa da, komanda oyunu baxımından müəyyən çatışmazlıqlar gördüyünü bildirib:

“Mən ondan hələ də bir az daha artığını görmək istəyirəm. Məsələn, topu itirdiyi zaman az da olsa, geri qayıdıb komanda yoldaşlarına kömək etmək istədiyini göstərməlidir”.

Cari mövsümdə “kral klubu”nun ən məhsuldar futbolçusu olan Mbappe bütün turnirlərdə 24 oyunda meydana çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə verib.

The post “Mbappedən bir az daha artığını görmək istəyirəm” appeared first on Komanda.az.

Qarayev “Araz-Naxçıvan”a təşəkkür etdi

26 December 2025 at 10:04

“Araz-Naxçıvan”dan ayrılan Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev klub rəhbərliyinə təşəkkür edib.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafəçi bu barədə sosial şəbəkədəki paylaşımda bildirib.

Təcrübəli oyunçu Naxçıvan təmsilçisi ilə vidalaşıb:

“Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm. Komandaya növbəti ildə uğurlar arzulayıram. Hər şey üçün çox sağ olun”.

“Araz-Naxçıvan” ötən gün Qara Qarayevin yolların ayrıldığını açıqlayıb. O, klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib.

The post Qarayev “Araz-Naxçıvan”a təşəkkür etdi appeared first on Komanda.az.

Günün oyunları – TV

26 December 2025 at 09:30

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

26 dekabr

Türkiyə, 1-ci liqa
21:00 Sakaryaspor – Manisa (TRT Spor)

Səudiyyə Ərəbistanı, Pro Liqa
21:30 Əl-Hilal – Əl-Kalij (S Sport+)

İngiltərə, Premyer Liqa
00:00 Mançester Yunayted – Nyukasl (İdman TV, beİN Sports 3)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Fullkruq “Milan” üçün yaxşı transfer olacaq, amma…”

26 December 2025 at 08:29

“İnter”in sabiq futbolçusu Cüzeppe Berqomi “Milan”a keçidi gözlənilən “Vest Hem”in hücumçusu Niklas Fullkruq haqqında fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçunu İtaliya klubunda əsas oyunçu olaraq görmədiyini bildirib:

“Düşünürəm ki, o, yaxşı transfer olacaq. Amma “Milan”ın hazırkı sistemində Rafael Leao və Kristian Pulişiç hələ də əsas oyunçular kimi qalcaq. Lakin bəzi matçlarda onun bacarıqları daha faydalı ola bilər”.

“Milan” hazırda A Seriyasının turnir cədvəlində ikinci yerdədir.

The post “Fullkruq “Milan” üçün yaxşı transfer olacaq, amma…” appeared first on Komanda.az.

“Tam əminəm ki, “Milan” mövsümü ilk dördlükdə bitirəcək”

26 December 2025 at 01:30

“Fulhem”də icarə əsasında çıxış edən “Milan”ın hücumçusu Samuel Çukvueze İtaliya A Seriyasındakı rəqabət barədə danışıb.

Komanda.az “On Sport”-a istinadən xəbər verir ki, Nigeriya millisinin üzvü “Milan”ın hazırkı çıxışını yüksək qiymətləndirir:

“Onlar həqiqətən yaxşıdırlar. Eyni ruhda davam etsələr, düşünürəm ki, skudetto qazana bilərlər. Mən tam əminəm ki, onlar mövsümü ilk dördlükdə bitirəcəklər”.

Massimiliano Alleqrinin komandası hazırda A Seriyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb və 15 turdan sonra 32 xal toplayıb.

“Milan” 2025-ci ilin son matçını bazar günü “Verona”ya qarşı, evdə keçirəcək.

The post “Tam əminəm ki, “Milan” mövsümü ilk dördlükdə bitirəcək” appeared first on Komanda.az.

Məhkəmə “Fənərbaxça”nın prezidenti barədə qərar verdi

26 December 2025 at 00:11

Dünən İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan narkotiklə bağlı istintaq çərçivəsində saxlanılan “Fənərbaxça” İdman Klubunun prezidenti Sadettin Saranla bağlı məhkəmə yeni qərar verib.

Komanda.az bu barədə Türkiyə mediasına istinadən xəbər yayıb.

İstintaq çərçivəsində toplanan əlavə sübutlara əsasən, Saran barəsində “narkotik maddə əldə etmə, narkotik istifadəsini asanlaşdırma və narkotik istifadə etmə” maddələri ilə İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən tədbir görülüb.

Daha sonra o, məhkəməyə çıxarılıb. Prokurorluqda ifadəsi alındıqdan sonra onun ədliyyə nəzarəti şərti ilə sərbəst buraxılmasına qərar verilib.

The post Məhkəmə “Fənərbaxça”nın prezidenti barədə qərar verdi appeared first on Komanda.az.

“Fliklə işləyərkən özümü rahat hiss edirəm”

25 December 2025 at 23:33

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes baş məşqçi Hans-Diter Flikin tələbləri barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Baş məşqçi məndən intensivlik, pressinqdə aktiv iştirak, topa sahib olmaqda soyuqqanlılıq, cərimə meydançasında hərəkətlilik və qapıya zərbələr tələb edir. Bu, həmişə oynamağa çalışdığım üslubdur. Flik özünəinam yaradır və mən onunla işləyərkən özümü rahat hiss edirəm”.

22 yaşlı futbolçu “Barselona”da tez-tez əsas heyətdə yer almamasına baxmayaraq, bu mövsüm 18 matçda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Barselona” yanvarın 3-də, La Liqada “Espanyol”la qarşılaşacaq.

The post “Fliklə işləyərkən özümü rahat hiss edirəm” appeared first on Komanda.az.

Before yesterdayKomanda.az

“Böyük bir məsuliyyət götürdüyümü başa düşürəm”

25 December 2025 at 22:32

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo komandasının vəziyyəti və performansı barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunçularından məmnun olduğunu söyləyib:

“Gizlətməyəcəm ki, böyük bir məsuliyyət götürdüyümü başa düşürəm. Demək istəyirəm ki, oyunçular əllərindən gələni edirlər. Onların yanaşmasından çox məmnunam. Düşünürəm ki, bu, hər kəs üçün aydındır”.

47 yaşlı mütəxəssis 2025-ci ilin iyun ayından yığmaya rəhbərlik edir. Komanda bu müddət ərzində 6 oyun keçirib, 5 qələbə qazanıb və 1 məğlubiyyətlə üz-üzə qalıb. İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off mərhələsində qələbə əldə etməlidir.

The post “Böyük bir məsuliyyət götürdüyümü başa düşürəm” appeared first on Komanda.az.

Sabiq kapitanı “Çelsi”nin əsas problemini açıqladı

25 December 2025 at 21:31

“Çelsi”nin sabiq kapitanı Con Terri London təmsilçisinin hazırkı əsas problemini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Çelsi”nin heyətində təcrübəli futbolçuların azlığının açıq şəkildə hiss olunduğunu bildirib:

“Düşünürəm ki, hazırda “Çelsi”də bir az təcrübə çatışmır. Yeni sahiblər bu cür yanaşma seçiblər və bu, normaldır. İndi klub əvvəlki sahibin dövründən fərqli bir üsulla nəticə qazanmağa çalışır. Sadəcə, komandada bir qədər təcrübə çatmır. Məncə, “Çelsi” Premyer Liqada ən gənc heyətə malik klublardan biridir. Təcrübəli, artıq çox şey qazanmış futbolçularla yanaşı oynadıqda, bu, gənc oyunçulara ciddi təsir göstərə bilər”.

Con Terri 1998–2017-ci illərdə “Çelsi”nin formasını geyinib.

“Çelsi” Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post Sabiq kapitanı “Çelsi”nin əsas problemini açıqladı appeared first on Komanda.az.

Azərbaycan millisi Dünya Kubokunda 3-cü oldu

25 December 2025 at 20:30

Hindistanın Nyu-Delhi şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda Azərbaycan millisi uğurla çıxış edib.

Komanda.az xəbər verir ki, zorxana üzrə komanda yarışlarında millimiz 3-cü yerə çıxıb.

Fərdi mübarizədə isə Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsov Səfərov 3 bürünc, Nihat Qasımov 3 bürünc, Tural Allahverdiyev 1 bürünc medal qazanıblar.

Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş medal əldə ediblər.

Ümumi medal sıralamasında Azərbaycan yığması Dünya Kubokunu 3-cü pillədə başa vurub.

The post Azərbaycan millisi Dünya Kubokunda 3-cü oldu appeared first on Komanda.az.

Azərbaycan birinciliyi start götürüb

25 December 2025 at 19:29

14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi start götürüb.

Komanda.az Cüdo Federasiyasına istinadən xəbər verir ki, ilk yarış günündə 137 idmançı tatamiyə çıxıb.

Qızlar 36, 48, 63 kq, oğlanlar isə 38, 50 və 66 kq çəki dərəcələrində qüvvələrini sınayıblar.

Abşeron Olimpiya İdman Kompleksində baş tutan turnirə 103 klub və idman cəmiyyətindən ümumilikdə 18 çəki dərəcəsində 430 cüdoçu (329 oğlan, 101 qız) qoşulub.

Qızlar

36 kq

  1. Ləman Bağırova (Naxçıvan UGİM)
  2. Fəridə Rəhimli (Naftalan UGİM)
  3. Gülşən İmanova (Biləsuvar OİK), Ayan Məmmədli (RKİM)

48 kq

  1. Yağmur Abdullayeva (Şuşa UGİM)
  2. Mələk Vəliyeva (Qədiroğlu İK)
  3. Zəhra Səfərova (Goranboy UGİM), Firəngiz Kamilova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

63 kq

  1. Məleykə Əsədova (Şahin 313 İK)
  2. Nəzrin Xəlilova (ACF)
  3. Rəfiqə Ələkbərova (Judo Club 2012)

Oğlanlar

38 kq

  1. Muhəmməd Eyvazlı (ROİL)
  2. Əfsan Cabbarov (Şuşa UGİM)
  3. Rəhim Manaflı (Evolution Judo Club), Sədrəddin Şıxəhmədov (Sumqayıt şəhəri İOEUGİM)

50 kq

  1. Eldar Xəlilov (Goranboy OİK)
  2. Məhərrəm Bayramlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
  3. Nicat Əliyev (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ), İmran Salahov (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)

66 kq

  1. Hüseyn Ələsgərov (Qəbələ İK şəhər)
  2. Yaqub Əliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
  3. Hüseyn Quliyev (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ), Ramal Cəfərli (Sumqayıt şəhəri İOEUGİM)

The post Azərbaycan birinciliyi start götürüb appeared first on Komanda.az.

“Turan Tovuz”un qış hazırlıq planı müəyyənləşdi

25 December 2025 at 18:31

“Turan Tovuz”un qış hazırlıq planı bəlli olub.

Komanda.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Beləliklə, Komanda yanvarın 4-də Türkiyəyə yola düşəcək. Antalyanın Belek bölgəsində məskunlaşacaq Tovuz təmsilçisi Türkiyə toplanışını yanvarın 18-dək davam etdirəcək.

Baş məşqçi Kurban Berdıyev toplanış çərçivəsində 2 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.

The post “Turan Tovuz”un qış hazırlıq planı müəyyənləşdi appeared first on Komanda.az.

“Karvan-Yevlax” futbolçusu ilə yollarını ayırdı

25 December 2025 at 18:00

“Karvan-Yevlax” futbolçusu Səid İranxanla yollarını ayırıb.

Bu barədə Komanda.az-a Yevlax təmsilçisindən məlumat verilib.

İranlı oyunçu ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Mövsümün əvvəlində bölgə klubuna keçən Səid İranxan 10 oyunda 1 qolun müəllifi olub.

The post “Karvan-Yevlax” futbolçusu ilə yollarını ayırdı appeared first on Komanda.az.

Ölkə çempionatının tarixi müəyyənləşdi

25 December 2025 at 17:27

Güləş üzrə böyüklər arasında ölkə çempionatının vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, 7-11 yanvarda Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionlarının adları bəlli olacaq.

İlk “3-lük”də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək.

Görüşləri yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş I-S kateqoriyalı, təcrübəli referilər də idarə edəcək.

İlkin mərhələ qarşılaşmaları 10:00-da başlayacaq. Həlledici görüşlər isə 18:00-da start götürəcək. Çempionatın açılış mərasimi 7 yanvar 17:00-a təyin edilib.

The post Ölkə çempionatının tarixi müəyyənləşdi appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibi Kərim üçün danışıq aparıb

25 December 2025 at 16:52

Dortmund “Borussiya”sının vingeri Kərim Adeyemi karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” və “Borussiya” tərəfləri artıq ilkin danışıqlar aparıblar. Dortmund klubu 23 yaşlı futbolçunun transferi ilə bağlı 23 milyon avro civarında təklifi nəzərdən keçirməyə hazırdır.

Mersisaydlılar hələlik Adeyemini əsas heyətin dəyişməz üzvü kimi görmürlər. Klubun əsas məqsədi hücum xəttində ehtiyat qüvvəni gücləndirmək və bu mövqedə daha çox seçim imkanına sahib olmaqdır.

Almaniyalı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 22 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibi Kərim üçün danışıq aparıb appeared first on Komanda.az.

“Difai” ilə “Şəfa” qələbəyə sevindi

25 December 2025 at 16:46

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilin son oyun günündə iki qarşılaşma baş tutub. Lider “Şəfa” səfərdə MOİK-i, “Difai” isə doğma meydanda “Cəbrayıl”ı məğlub edib.

1-ci Liqa, 12-ci tur

25 dekabr

MOİK – “Şəfa” 0:2
Qollar: 
N.Əliyev, 68, Z.Mərdanov, 83

“Difai” – “Cəbrayıl” 5:2
Qollar: 
B.Qurbanov, 1, 18, 45+2, R.Hüseynov, 60, N.Həsənzadə, 81 – D.Açimi, 12, T.Əhmədov, 90+3

The post “Difai” ilə “Şəfa” qələbəyə sevindi appeared first on Komanda.az.

“Milan” serbiyalı hücumçunun agenti ilə görüş keçirib

25 December 2025 at 16:33

“Yuventus”un hücumçusu Duşan Vlahoviç “Milan”ın transfer siyahısında qalmaqda davam edir.

Serbiyalı futbolçu artıq gələn yay azad agent ola bilər, çünki onun turinlilərlə müqaviləsinin müddəti başa çatacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” rəhbərliyi Vlahoviçin transferi üzərində aktiv şəkildə çalışır. “Qırmızı-qaralar” artıq onun agenti ilə görüş keçiriblər.

Bildirilir ki, bu transferdə “Milan”ın idman direktoru İqli Tare şəxsən maraqlıdır.

25 yaşlı futbolçu cari mövsümdə 17 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Noyabrın sonunda zədələnən hücumçunun marta qədər yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

The post “Milan” serbiyalı hücumçunun agenti ilə görüş keçirib appeared first on Komanda.az.

Azərbaycan millisinin üzvü Yunanıstan superkubokunun qalibi oldu

25 December 2025 at 16:14

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Yunanıstan superkubokunun qalibi olub.

Komanda.az Azərbaycan Voleybol Federasiyasına (AVF) istinadən xəbər verir ki, hücumçunun formasını geyindiyi “Panionios” klubu finalda “Olimpiakos”la qarşılaşıb.

Rəhimovanın komandası 3:2 (25:22, 23:25, 24:26, 25:19, 15:12) hesabı ilə qalib gələrək Yunanıstan Superkubokunu qazanıb.

Rəhimova qələbədən sonra AVF-nin mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Final oyunu çox gərgin keçdi, lakin biz qalib gəldik. Rəqibimiz Yunanıstan çempionu “Olimpiakos” idi. Qələbə münasibətilə komandamı təbrik edirəm. Bu mövsüm komandamızın əsas hədəfi iştirak etdiyimiz bütün yarışlarda qalib gəlməkdir. İlk hədəfimizə çatdıq və inanıram ki, bu qələbə növbəti oyunlar üçün bizə əlavə motivasiya verəcək”.

The post Azərbaycan millisinin üzvü Yunanıstan superkubokunun qalibi oldu appeared first on Komanda.az.

2026-cı ildə “qızıl top”a namizəd 10 futbolçu – SİYAHI

25 December 2025 at 16:11

“Goal” portalı 2026-cı il üçün “qızıl top” mükafatına əsas namizədlərin reytinq siyahısını təqdim edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahının ilk pilləsində hazırda “Bayern”də çıxış edən İngiltərə millisinin hücumçusu Harri Keyn qərarlaşıb. İkinci yerdə Norveç yığmasının və “Mançester Siti”nin forvardı Erlinq Halanddır. İlk üçlüyü isə Fransa millisinin və “Real”ın futbolçusu Kilian Mbappe tamamlayır.

Siyahının davamında aşağıdakı futbolçular yer alır:

4. Lamin Yamal (“Barselona”)

5. Deklan Rays (“Arsenal”)

6. Vitinya (PSJ)

7. Mikael Olise (“Bayern”)

8. Luis Dias (“Bayern”)

9. Lionel Messi (“İnter Mayami”)

10. Əşrəf Hakimi (PSJ)

Daha əvvəl Tomas Müller Lionel Messinin 2026-cı il dünya çempionatında mümkün iştirakı ilə bağlı fikirlər səsləndirərək, bunun “qızıl top” uğrunda mübarizədə qüvvələr balansını dəyişə biləcəyini deyib.

The post 2026-cı ildə “qızıl top”a namizəd 10 futbolçu – SİYAHI appeared first on Komanda.az.

“Araz-Naxçıvan” Qara Qarayevlə vidalaşdı

25 December 2025 at 16:00

“Araz-Naxçıvan” Qara Qarayevlə yolları ayırıb.

Bu barədə Komanda.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Yarımmüdafiəçi klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Müraciəti nəzərə alan klub rəhbərliyi xidmətlərinə görə ona təşəkkür edib. Futbolçu ilə müddəti mövsümün sonuna qədər olan müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qara Qarayev ötən ilin oktyabrından “Araz-Naxçıvan”ın heyətində çıxış edirdi.

The post “Araz-Naxçıvan” Qara Qarayevlə vidalaşdı appeared first on Komanda.az.

“Mançester Yunayted” yarımmüdafiəçi axtarır

25 December 2025 at 15:49

“Mançester Yunayted” qış transfer pəncərəsində yarımüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi bu mövqedə seçim azlığının baş məşqçi Ruben Amorimin işini ciddi şəkildə çətinləşdirdiyini anlayır.

Bu səbəbdən, “qırmızı şeytanlar” problemli zonanı gücləndirmək üçün aktiv şəkildə variantları dəyərləndirir. Rəhbərlik yanvarda yarımmüdafiəçi mövqeyinə ediləcək demək olar ki, istənilən transferin uğurlu olacağına və komandanı daha da gücləndirəcəyinə inanır.

“Mançester Yunayted”in maraq dairəsində “Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Ruben Neveş yer alır.

Amorimin komandası İngiltərə Premyer Liqasında 17 turdan sonra turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

The post “Mançester Yunayted” yarımmüdafiəçi axtarır appeared first on Komanda.az.

Mainu Premyer Liqanın başqa klubuna keçə bilər

25 December 2025 at 15:34

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu İngiltərə Premyer Liqasının digər klubuna keçə bilər.

Komanda.az “Talking Ball”-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçuya “Arsenal” maraq göstərir.

Londonlular yanvar transfer pəncərəsində Mainunu heyətinə qatmağa çalışa bilər. Hazırda klublar yarımmüdafiəçinin icarəsi üzrə danışıqlar aparır, ancaq hələ yekun razılaşma əldə olunmayıb. Bildirilir ki, futbolçunun özü də “Arsenal”a keçmək variantına maraqlıdır.

Mainu cari mövsümdə Premyer Liqada 11 oyunda iştirak edib. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

The post Mainu Premyer Liqanın başqa klubuna keçə bilər appeared first on Komanda.az.

“Kəpəz” futbolçu seçimlərinə start verir

25 December 2025 at 15:29

“Kəpəz” Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.

Klubdan Komanda.az-a verilən məlumata görə, Gəncə təmsilçisi 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızları seleksiya məşqlərinə dəvət edir.

Seçimlər 2026-cı il yanvarın 3-4-də təşkil olunacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.

Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.

The post “Kəpəz” futbolçu seçimlərinə start verir appeared first on Komanda.az.

Türk futbolçunun “Yuventus”dan tələbi

25 December 2025 at 15:10

“Yuventus”un vingeri Kənan Yıldız klubu ilə yeni müqavilə imzalaya bilər.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, komandanın aparıcı futbolçusu maaşının ciddi şəkildə artırılmasını istəyir.

Kənan illik qazancının 6 milyon avroya çatdırılmasını tələb edir. Hazırda isə 20 yaşlı yarımmüdafiəçi “Yuventus”da mövsümə 1,7 milyon avro qazanır. Tərəflər arasındakı müqavilənin müddəti 2029-cu ilin yayına qədərdir.

Türkiyəli futbolçu cari mövsümdə İtaliya A Seriyasında 15 oyunda meydana çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

The post Türk futbolçunun “Yuventus”dan tələbi appeared first on Komanda.az.

Qvardiola ingiltərəli futbolçuya güvənmir

25 December 2025 at 14:49

Qış transfer pəncərəsində “Mançester Siti”ni tərk edə biləcək futbolçuların sayı arta bilər.

Komanda.az MEN nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola artıq dayaq yarımmüdafiəçisi Kelvin Fillipsə güvənmir. Klub uyğun təklif daxil olacağı təqdirdə, onu buraxmağa hazırdır.

İngilis futbolçu cari mövsümdə yalnız Liqa kubokunda bir oyunda iştirak edib və həmin matçda cəmi 7 dəqiqə meydanda olub.

Bundan başqa, “Mançester Siti”nin Oskar Bobla də yollarını ayırmaq ehtimalı var. Son vaxtlar tez-tez zədələnən vingerin icarəyə verilməsi əsas variant kimi nəzərdən keçirilir, ancaq klub onun tam satışını da istisna etmir.

Bob bu mövsüm bütün turnirlərdə 15 oyunda forma geyinib və 1 məhsuldar ötürmə verib.

The post Qvardiola ingiltərəli futbolçuya güvənmir appeared first on Komanda.az.

AFFA-nın təşkilatçılığı ilə məşqçi kurslarının təlimatçıları üçün kurs keçirildi

25 December 2025 at 14:44

AFFA-nın təşkilatçılığı ilə məşqçi kurslarının təlimatçıları üçün kurs keçirilib.

Bu barədə Komanda.az-a AFFA-dan məlumat verilib.

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən tədbirə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edib.

The post AFFA-nın təşkilatçılığı ilə məşqçi kurslarının təlimatçıları üçün kurs keçirildi appeared first on Komanda.az.

Barkola “Qarabağ”ın rəqibinə bir şərtlə keçəcək

25 December 2025 at 14:32

PSJ-nin vingeri Bredli Barkola karyerasını “Liverpul”da davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “İndykaila News” məlumat yayıb.

23 yaşlı futbolçu agentinə bildirib ki, “Liverpul” onu transfer etmək istəyirsə, oyun vaxtına zəmanət verməlidir. Barkola mersisaydlılara yalnız start heyətinin daimi üzvü olacağı halda keçməyə razıdır.

Fransalı futbolçu cari mövsümdə bütün turnirlər üzrə 21 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post Barkola “Qarabağ”ın rəqibinə bir şərtlə keçəcək appeared first on Komanda.az.

Serbiyalı futbolçu “Sabah”ın uğurlu çıxışının “sirr”ini açıqladı – MÜSAHİBƏ

25 December 2025 at 14:11

“Sabah” Azərbaycan Premyer Liqasının 16-cı turunda “Sumqayıt”ı məğlub (3:1) edərək, qış fasiləsinə qış çempionu kimi yollandı.

Komandanın serbiyalı yarımmüdafiəçisi Velko Simiç Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– “Qarabağ” üzərində qazanılan 2:1 hesablı qələbə və liderliyə yüksəlmək komandada hansı emosiyaları yaratdı?

– Bu, bizim üçün böyük bir addım idi. Bu qələbə yüksək səviyyədə rəqabət apara biləcəyimizin sübutu idi. Ancaq komanda olaraq hər birimiz başa düşürük ki, bu, yalnız bir qələbədir. Qarşıda bizi uzun mövsüm gözləyir.

– “Qarabağ”la təxirə salınmış oyunda belə güclü rəqibi məğlub etmək “Sabah”ın çempionluq iddiasını nə dərəcədə gücləndirdi?

– İnsanların bizi bu yarışda görməsi xoşdur, amma çempionluq barədə danışmaq üçün hələ tezdir. Yol uzundur. İndi əsas çağırışımız mövsümün sonuna qədər sabitliyi qorumaqdır.

– “Sumqayıt”la oyunda iki qol vurdun. Həmin matçı karyeranda xüsusi edən nəsə oldu?

– Tam səmimi deyim, xüsusi heç nə. Yeni üç xal, yeni hədəflər. Oyunları xüsusi edən yekunda qazanılan nəticədir.

– Qış fasiləsinə qış çempionu statusu ilə yollanmaq futbolçulara psixoloji baxımdan hansı üstünlükləri verir?

– Bu, son 4–5 ay ərzində çox çalışdığımızın sübutudur. Amma növbəti mərhələdə daha da yaxşı olmalıyıq.

– Səncə, “Sabah”ın bu mövsüm uğurlu çıxışının əsas səbəbi nədir?

– Yaxşı oyunçu qrupu, güclü xarakter, məşqçilər heyətinin düzgün rəhbərliyi və klub daxilində yaxşı təşkilatlanma.

– Azərbaycan çempionatını necə dəyərləndirirsən? Buradakı oyun tempi və rəqabət səviyyəsi səni qane edir?

– “Sabah” çox intensiv və hücumameyilli futbol oynayır, çox qaçırıq. Bəli, tempdən razıyam. Çempionatda rəqabət yaxşıdır. Hər bir oyun çətin keçir.

– Serbiyadan gələn biri üçün Azərbaycana uyğunlaşma prosesi necə keçdi? Hansısa çətinliklərlə üzləşdin?

– Mən bura Türkiyədən gəlmişəm (“Sivasspor”dan icarə əsasında “Sabah”a qoşulub – red.), Serbiyadan yox. Şəhərə, ölkəyə və liqaya uyğunlaşma çox asan oldu. Artıq demək olar, bu prosesi geridə qoymuşam.

– Mövsümün qalan yarısı üçün şəxsi hədəflərin nələrdir?

– Şəxsi hədəflərim inkişafa davam etmək və qol, həmçinin, məhsuldar ötürmələrlə komandaya töhfə verməkdir. İnanıram ki, mövsümün sonunda komanda olaraq hədəflərimizə çata biləcəyik.

Fəxri Rüstəmli

The post Serbiyalı futbolçu “Sabah”ın uğurlu çıxışının “sirr”ini açıqladı – MÜSAHİBƏ appeared first on Komanda.az.

“Barselona” müdafiəçisinin zədələnməsindən faydalanmaq istəyir

25 December 2025 at 13:48

“Barselona” uzunmüddətli zədəsi olan Andreas Kristensenin qeydiyyat prosesini başlatmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Kataloniyalılar danimarkalı futbolçunun zədəsini La Liqada rəsmi şəkildə qeydiyyata aldıqda, yanvarda yeni müdafiəçi transfer etmək imkanına sahib olacaqlar və bu keçid Kristensenin maaşının 80 faizi hesabına həyata keçirilə biləcək.

“Barselona” daha əvvəl də bu üsuldan bir neçə dəfə istifadə edib.

29 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlər üzrə 17 oyunda iştirak edib və 1 qol vurub. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.

The post “Barselona” müdafiəçisinin zədələnməsindən faydalanmaq istəyir appeared first on Komanda.az.

Asim Xudiyevə Prezidentin fərdi təqaüdü veriləcək

25 December 2025 at 13:36

Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib.

Komanda.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abdullayev Yaqub Bəkir oğlu

Ağarəhimov Cahangir Ağababa oğlu

Aslanova Elmira Aydın qızı

Bayramov Cahangir Tofiq oğlu

Əliyev Coşqun Ceyhun oğlu

Hüseynov Fikrət Akif oğlu

Məhərrəmov Azər Asif oğlu

Məmmədov Eduard Tofiq oğlu

Musayeva Vəfa Təbriz qızı

Rəcəbov Nurəddin Rəcəb oğlu.

İdmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:

Gözəlbəyli Zöhrab Katib oğlu

İmaməliyev Ələkbər Əbdülbağı oğlu

Qədimova İlahə Akif qızı

Mirəliyev Mövlud Mustafa oğlu.

İdmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilsin:

Əliyev Qərib Tələt oğlu

Həsənov Tərlan Əliheydər oğlu

Xudiyev Asim Xəlil oğlu.

The post Asim Xudiyevə Prezidentin fərdi təqaüdü veriləcək appeared first on Komanda.az.

“Milan” ondan narazıdır – Satmağı planlaşdırır

25 December 2025 at 13:19

“Milan”ın hücumçusu Kristofer Nkunku qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu fransalı futbolçunun oyunundan narazıdır və yaxşı təklif alacağı təqdirdə, onu satmağı düşünür.

“Milan” Nkunkunu bu yay “Çelsi”dən 37 milyon və üstəgəl 5 milyon avroya alıb. 28 yaşlı forvard Milan klubunun heyətində bütün yarışlarda 14 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

The post “Milan” ondan narazıdır – Satmağı planlaşdırır appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibi milli üzvü ilə anlaşıb

25 December 2025 at 12:47

İngiltərə millisinin və “Kristal Pelas”ın müdafiəçisi Mark Quehi yayda “Liverpul”a keçmək üçün ilkin razılıq əldə edib.

Komanda.az xəbər verir ki, bu barədə “Tribal Football” məlumat yayıb.

Klub və futbolçu arasında yayda transferin reallaşması üçün razılaşma əldə olunub. 25 yaşlı oyunçu mersisaydlılara pulsuz keçə bilər, çünki onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.

Quehi “Kristal Pelas”da 2021-ci ilin yayından çıxış edir. O, cari mövsümdə Premyer Liqada 16 oyunda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibi milli üzvü ilə anlaşıb appeared first on Komanda.az.

Zidanın oğlu Əlcəzair millisi ilə oyuna çıxdı, atasından alqış aldı

25 December 2025 at 12:32

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan oğlu Luka Zidanın Afrika kubokunun qrup mərhələsində Əlcəzair – Sudan matçındakı çıxışını yüksək qiymətləndirib.

Komanda.az xəbər verir ki, fransalı keçmiş futbolçu sosial şəbəkə hesabında paylaşım edib:

“Luka, bravo”.

27 yaşlı qolkiper Əlcəzair millisi ilə matçın start heyətində meydana çıxıb və qapısını toxunulmaz saxlayıb. Onun komandası oyunu inamlı qələbə (3:0) ilə başa vurub.

The post Zidanın oğlu Əlcəzair millisi ilə oyuna çıxdı, atasından alqış aldı appeared first on Komanda.az.

“Roma” misirli hücumçu üçün hərəkətə keçib

25 December 2025 at 12:10

“Mançester Siti”nin hücumçusu Omar Marmuş “Roma”nın maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.

Paytaxt klubu misirli futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Ancaq romalıları bu transferdə ciddi rəqabət gözləyir. Belə ki, “Tottenhem” də Marmuşun xidmətində maraqlıdır və daha əvvəl 26 yaşlı futbolçunu yanvarda icarəyə götürmək niyyətində olduğunu bildirmişdi.

Marmuş cari mövsümdə bütün turnirlərdə ümumilikdə 15 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

The post “Roma” misirli hücumçu üçün hərəkətə keçib appeared first on Komanda.az.

Azərbaycan boksçuları bu il beynəlxalq yarışlarda 231 medal qazanıblar

25 December 2025 at 12:03

Azərbaycan boksçuları 2025-ci ildə beynəlxalq yarışlarda 231 medal qazanıb.

Komanda.az xəbər verir ki, bu barədə Boks Federasiyası məlumat yayıb.

Bu il müxtəlif yaş qrupları üzrə Azərbaycan milliləri 231 medal qazanıblar. Komandalar bu mükafatları qatıldıqları 47 beynəlxalq yarışda əldə ediblər. Onlardan 69-u qızıl, 60-ı gümüş və 102-si bürüncdür. Nəticədə komandalar ötən illə müqayisədə 44 faiz irəliləyişə nail olublar.

Boksçular 231 mükafatdan 5-ni dünya, 55-ni Avropa çempionatlarında (hər ikisi “World Boxing” və IBA) əldə edib. İdmançılar Gimnaziada İdman Oyunlarında 21 (9-8-4), Dünya kubokunda 3 (0-0-3), III MDB Oyunlarında 24 (6-5-13) və VI İslam Həmrəyliyi Oyunlarında 6 (1-3-2) dəfə fəxri kürsüyə qalxıblar.

Yığmamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) U-19 Avropa çempionatında qızıl medal qazanmaqla boks tariximizə gənclər arasında qitə birinciliyinin ikiqat qalibi kimi düşüb. Xumar Cəfərli (75 kq) də məktəblilərin Avropa çempionatında birinci olmaqla, ilki reallaşdırıb. O, bu yaş qrupunda qızıl medala sahib olan azərbaycanlı qız boksçu kimi adını tarixə yazdırıb.

Abbasəli Məmmədli (48 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (80 kq) məktəblilərin, Əminə Tağı (50 kq), Gülər Hüseynova (48 kq) və Qardaş Rəhimov (46 kq) yeniyetmələrin Avropa çempionatlarında bütün rəqiblərini məğlub edərək Azərbaycan himnini səsləndiriblər.

19 yaşlı Sübhan Mamedov (50 kq) U-23-lər arasında Avropa, böyüklər arasında dünya çempionu tituluna yiyələnib. Komandalarımız dünya və Avropa çempionatlarında 2024-cü illə müqayisədə 72 faiz yüksək nəticə göstəriblər.

Müxtəlif yaş qrupları üzrə milli komandalarımız 47 yarışda 477 boksçu ilə təmsil olunub. Onlardan 48,4 faizi çıxışını medalla başa vurublar.

Bir il öncə boksçular 35 beynəlxalq yarışda 135 (44-48-68) medal qazanmışdı.

The post Azərbaycan boksçuları bu il beynəlxalq yarışlarda 231 medal qazanıblar appeared first on Komanda.az.

“Atletiko” onun satışından 46-52 milyon avro qazanmaq istəyir

25 December 2025 at 11:48

“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher qış transfer pəncərəsində madridliləri tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu Qallaheri icarəyə göndərmək niyyətində deyil, ancaq onun tam transferi variantına açıqdır.

“Atletiko” 25 yaşlı yarımmüdafiəçinin satışından təxminən 46–52 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qallaherin xidmətində bir sıra klublar maraqlıdır. Onunla “Mançester Yunayted”, “Tottenhem”, “Aston Villa”, “Nyukasl”, “Çelsi”, “Milan” və “Yuventus” yaxından maraqlanır.

İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə ümumilikdə 25 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post “Atletiko” onun satışından 46-52 milyon avro qazanmaq istəyir appeared first on Komanda.az.

“Atletiko” alman futbolçunun transferini gözdən keçirir

25 December 2025 at 11:34

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska karyerasını “Atletiko”da davam etdirmə ehtimalını nəzərdən keçirir.

Komanda.az AS-a istinadən xəbər verir ki, madridlilər 30 yaşlı futbolçunun transferində maraqlıdır.

Qoretskanın Münhen klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Almaniyalı futbolçu “Atletiko”ya keçməyə müsbət yanaşır, ancaq gələcəyi ilə bağlı hələ yekun qərar verməyib. Bildirilir ki, “Bayern” Qoretskaya maaşının azaldılması şərti ilə yeni müqavilə təklif edə bilər. Bu halda yarımmüdafiəçi ehtiyat oyunçu rolunu qəbul etməli olacaq.

Ona daha əvvəl “Yuventus” və “Fənərbaxça” klublarının da maraq göstərdiyi bildirilirdi.

The post “Atletiko” alman futbolçunun transferini gözdən keçirir appeared first on Komanda.az.

“Neftçi” ukraynalı müdafiəçini transfer edə bilər

25 December 2025 at 11:25

“Neftçi” heyətini əcnəbi oyunçu ilə gücləndirə bilər.

Komanda.az “TaToTake” portalına istinadən xəbər verir ki, “ağ-qaralar” Ukraynanın “Polesya” klubunun mərkəz müdafiəçi Danilo Beskorovaynı ilə maraqlanır.

Zədələr səbəbindən 26 yaşlı futbolçu bu mövsüm cəmi dörd oyun keçirib və Jitomir təmsilçisi onun üçün təklifləri qəbul etməyə hazırdır.

“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub artıq Beskorovaynı ilə işləmək təcrübəsinə malikdir. Ukraynalı müdafiəçi əvvəllər onun rəhbərliyi altında “Krivbass”da oynayıb.

The post “Neftçi” ukraynalı müdafiəçini transfer edə bilər appeared first on Komanda.az.

Alonsonun hələ də qovulmaq təhlükəsi var

25 December 2025 at 11:19

“Real”ın baş məşqçisi Xabi Alonso hələ də istefadan tam sığortalanmayıb.

İspaniyalı mütəxəssis dekabrın ortalarında vəzifəsini itirməyə çox yaxın olub. Ancaq komandasının ardıcıl üç qələbə qazanmasından sonra baş məşqçi dəyişikliyi ilə bağlı söz-söhbətlər səngiyib. Buna baxmayaraq, Alonsonun yaxın zamanda komandadan ayrılması ehtimalı hələ də istisna edilmir.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “Real” rəhbərliyi yalnız nəticələrin sabit şəkildə davam edəcəyi halda baş məşqçi ilə əməkdaşlığı davam etdirəcək. Əks halda, “kral klubu” Alonsonun istefası ilə bağlı qərar verə bilər.

Madridlilər ilin son oyununda “Sevilya”ya qalib gəlməsəydilər (2:0), klubun prezidenti Florentino Peres Xabi Alonsonu artıq vəzifəsindən uzaqlaşdıra bilərdi.

Alonso bu vəzifəyə yay aylarının əvvəlində təyin olunub və Karlo Ançelottini əvəzləyib.

The post Alonsonun hələ də qovulmaq təhlükəsi var appeared first on Komanda.az.

“Barselona” axtardığı müdafiəçini tapıb

25 December 2025 at 10:51

“Barselona” qış transfer pəncərəsi ərəfəsində müdafiə xəttini gücləndirmək üçün variantları araşdırmaqda davam edir.

Kataloniya klubu münasib qiymətə keyfiyyətli futbolçu tapmağı hədəfləyir.

Komanda.az “Diario sport”-a istinadən xəbər verir ki, La Liqa təmsilçisinin maraq dairəsinə Berlinin “Union” klubunda çıxış edən portuqaliyalı müdafiəçi Dieqo Leyte düşüb.

Leyte “Barselona”nın tələblərinə uyğun hesab olunur və yanvarda transfer oluna bilər.

Yanvarın 23-də 27 yaşını qeyd edəcək Leytenin “Union”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. O, Portuqaliya millisinə 2 dəfə dəvət alsa da, hələlik əsas yığmada debüt etməyib.

The post “Barselona” axtardığı müdafiəçini tapıb appeared first on Komanda.az.

“İnter” “Qarabağ”ın rəqibinin futbolçusu ilə maraqlanır

25 December 2025 at 10:22

“Liverpul”un vingeri Federiko Kyezanın yenidən İtaliyaya qayıtması gündəmə gəlib.

İtaliyalı futbolçu ilə “İnter” maraqlanır və artıq bu transfer istiqamətində ilkin addımlar atmağa başlayıb.

Komanda.az “Inter Xtra”-ya istinadən xəbər verir ki, Milan təmsilçisi 28 yaşlı futbolçunun keçidi ilə bağlı ilkin danışıqlar aparıb.

Bildirilir ki, transfer yanvarda reallaşa bilər, ancaq bu mərhələdə icarə variantı yeganə real ssenari kimi dəyərləndirilir.

Kyezanın özü də A Seriyasına qayıtmaqda maraqlıdır. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “İnter” “Qarabağ”ın rəqibinin futbolçusu ilə maraqlanır appeared first on Komanda.az.

“Xabi Alonsonun nə qədər böyük oyunçu olduğuna heç vaxt əhəmiyyət verilmədi”

25 December 2025 at 09:39

“Sanderlend”in yarımmüdafiəçisi Qranit Caka “Bayer”də (Leverkuzen) olarkən hazırda “Real”ın baş məşqçisi Xabi Alonso ilə işlədiyi vaxtı xatırlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Hər komandanın eqosu var, amma Alonsonun nə qədər böyük oyunçu olduğuna və ya transfer haqqının nə qədər olduğuna heç vaxt əhəmiyyət verilmədi. O, yalnız meydanda nə edə biləcəyinə əhəmiyyət verirdi. O, sənin komanda üçün mübarizə aparmağını görmək istəyir. Bunu etsən və yaxşı məşq etsən, o, sənə şans verəcək. Alonsoda ən çox heyran olduğum şey budur”.

İsveçrəli futbolçu 2023-2025-ci illərdə “Bayer”də Xabi Alonsonun rəhbərliyi altında çıxış edib. İspaniyalı mütəxəssis bu yay iş yerini dəyişərək, “Real”ın baş məşqçisi postuna təyin olunub. Caka isə bu il iyul ayında “Bayer”dən “Sanderlend”ə keçib.

The post “Xabi Alonsonun nə qədər böyük oyunçu olduğuna heç vaxt əhəmiyyət verilmədi” appeared first on Komanda.az.

“Hamı Modriçin səviyyəsini bilir” – Sabiq futbolçu

25 December 2025 at 08:30

“Milan”ın sabiq hücumçusu Oliver Birhoff yayda İtaliya klubuna keçən Luka Modriç haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xorvatiyalı oyunçunun performansını yüksək qiymətləndirib:

“Hamı Modriçin səviyyəsini bilir. Onun hətta topu qazanmaqda belə, komandaya necə kömək etməsini çox bəyənirəm. Bəlkə də, həftədə bir oyun oynamaq ona kömək edir, bu, onun enerjisinə qənaət edir”.

Almaniyalı sabiq futbolçu 1998-2001-ci illərdə “Milan”da oynayıb və 1999-cu ildə İtaliya çempionluğunu qazanıb.

The post “Hamı Modriçin səviyyəsini bilir” – Sabiq futbolçu appeared first on Komanda.az.

Kapello alman hücumçunun “Milan”a mümkün keçidi haqda danışdı

25 December 2025 at 00:30

“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello “Vest Hem”in hücumçusu Niklas Fullkruqun komandaya mümkün transferi barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Fullkruq “Milan”a uyğundurmu? Bu, ciddi sualdır. Əsl hücumçu olmadan oynamaq əlbəttə ki, çətindir. Fullkruq köhnə məktəb hücumçusudur və klub öz səviyyəli oyunçusunu sistemə necə inteqrasiya edəcəyi barədə düşünüb. Amma məsələ təkcə hücumçuda deyil. “Milan” Avropa yarışlarında iştirak etmir ki, bu da onlara A Seriyasındakı rəqibləri üzərində çox vacib üstünlük verir”.

32 yaşlı almaniyalı futbolçu gözlənilməz hadisələr istisna olmaqla, yanvarın əvvəlində İtaliya klubuna transfer oluna bilər. O, “Vest Hem”də 29 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

The post Kapello alman hücumçunun “Milan”a mümkün keçidi haqda danışdı appeared first on Komanda.az.

“Arsenal” üçün hansı vacibdir: Çempionlar Liqası, yoxsa, Premyer Liqa?

24 December 2025 at 23:33

“Arsenal”ın mərkəz müdafiəçisi Vilyam Saliba UEFA Çempionlar Liqası və İngiltərə Premyer Liqası arasında seçim edib.

Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, o, Çempionlar Liqasının daha dəyərli olduğunu söyləyib:

“Biz bunu komanda yoldaşlarımla daim müzakirə edirik. Çempionlar Liqası yenə də daha dəyərlidir. Amma hər ikisini qazana bilsək, xoşbəxt olardıq!”

“Arsenal” hazırda İngiltərə Premyer Liqasında 39 xalla turnir cədvəlində birincidir. “Topçular” Çempionlar Liqasının turnir cədvəlində də liderlik edir.

The post “Arsenal” üçün hansı vacibdir: Çempionlar Liqası, yoxsa, Premyer Liqa? appeared first on Komanda.az.

“Fənərbaxça”nın prezidenti narkotik işi ilə bağlı saxlanıldı

24 December 2025 at 22:32

Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Sadəttin Saran narkotiklə bağlı saxlanılıb.

Komanda.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, İstanbul polisi əldə etdiyi yeni sübutlar əsasında Saran haqqında saxlanılma tədbiri həyata keçirib.

O, indi narkotik maddələrin əldə edilməsi, istifadəsi və istifadəsinə şərait yaradılması ittihamları ilə istintaqa cəlb olunub.

Saranın ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılması gözlənilir.

Sadettin Saran bu ilin sentyabrından “Fənərbaxça”da prezident vəzifəsini icra edir.

The post “Fənərbaxça”nın prezidenti narkotik işi ilə bağlı saxlanıldı appeared first on Komanda.az.

“Atletiko”nun futbolçusu La Liqada klubunu dəyişdi

24 December 2025 at 21:31

İspaniyanın “Osasuna” klubi La Liqanın digər təmsilçisi “Atletiko”nun futbolçusu Xavi Qalanı transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə “Osasuna”nın mətbuat xidməti məlumat yayıb.

Sol cinah müdafiəçisi 2023-cü ildən “Atletiko”da çıxış edirdi. O, cari mövsümdə 10 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

The post “Atletiko”nun futbolçusu La Liqada klubunu dəyişdi appeared first on Komanda.az.

Afrika Millətlər Kubokundan 1,2 milyard dollarlıq qazanc

24 December 2025 at 20:30

Mərakeşin Afrika Millətlər Kubokunun təşkilinə görə əldə edəcəyi gəlir açıqlanıb.

Komanda.az “Əl-Ərəbiyə” telekanalına istinadən xəbər verir ki, ölkə turnirin keçirilməsinə görə 1,2 milyard dollar qazana bilər.

Mərakeşin təxminən 1 milyona yaxın xarici qonaq qəbul edəcəyi, bu səbəbdən mehmanxana sektoru, nəqliyyat, kafe və restoranların gəlirlərinin 1,2 milyard dollara qədər olacağı bildirilib. Bununla yanaşı, Mərakeşin oyunların yayım hüquqlarının satışından 22,5 milyon dollar qazanacağı qeyd edilib.

Mərakeş mətbuatının məlumatına görə, ölkə turniri keçirmək üçün infrastrukturun qurulmasına təxminən 16 milyard dollar xərcləyib.

Dekabrın 22-də startı verilən Afrika Millətlər Kuboku 2026-cı il yanvarın 18-də yekunlaşacaq.

The post Afrika Millətlər Kubokundan 1,2 milyard dollarlıq qazanc appeared first on Komanda.az.

“Karvan-Yevlax” “Kəpəz”lə yoxlama oyunu keçirəcək

24 December 2025 at 19:05

“Karvan-Yevlax” komandasının qış təlim-məşq toplanışının detalları müəyyənləşib.

Komanda.az xəbər verir ki, komanda yanvarın 3-də Yevlaxda toplaşacaq.

Bölgə təmsilçisinin toplanışda 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Artıq rəqiblərdən birinin adına aydınlıq gəlib.

Füzuli Məmmədovun rəhbərlik etdiyi komanda yanvarın 17-də Yevlaxda “Kəpəz”lə qarşılaşacaq. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

“Karvan-Yevlax” 2026-ci ildə ilk rəsmi oyununu Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah” klubuna qarşı keçirəcək.

The post “Karvan-Yevlax” “Kəpəz”lə yoxlama oyunu keçirəcək appeared first on Komanda.az.

“Messinin iştirakı dünya çempionatında güc balansını dəyişəcək”

24 December 2025 at 18:28

“Vankuver”in hücumçusu Tomas Müller 38 yaşlı Lionel Messinin 2026-cı il dünya çempionatında mümkün iştirakı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Yahoo Sports”-a istinadən xəbər verir ki, almaniyalı forvard, Messinin iştirakının turnirdə güc balansını dəyişəcəyini bildirib:

“Messi mundiala gəlsə, bu, çox maraqlı olacaq. Onun iştirakı turnirdə güc balansını dəyişəcək. MLS-də yüksək səviyyə göstərib, amma top-komandalarla oyunlarda necə çıxış edəcəyini bilmirəm… Argentina millisini turnirin əsas favoritlərindən biri hesab edirəm”.

Argentina millisi hazırkı dünya çempionudur. Lionel Skaloninin rəhbərlik etdiyi komanda 2022-ci il mundialının finalında Fransa yığmasını penaltilər seriyasında məğlub etmişdi.

The post “Messinin iştirakı dünya çempionatında güc balansını dəyişəcək” appeared first on Komanda.az.

“Arsenal” “Marsel”in futbolçusu ilə maraqlanır

24 December 2025 at 17:27

“Marsel”in yarımmüdafiəçisi Daril Bakola transfer bazarında böyük maraq doğurur.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, 18 yaşlı futbolçuya “Arsenal”, “Ştutqart” və Dortmund “Borussiya”sı kimi klublar maraq göstərir.

Fransalı yarımmüdafiəçinin “Marsel”lə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. O, 2025/26 mövsümündə Fransa çempionatında 7 oyunda iştirak edib.

Bakola UEFA Çempionlar Liqasının “Nyukasl”a qarşı keçirilən matçında (2:1) məhsuldar ötürmə ilə yadda qalıb.

The post “Arsenal” “Marsel”in futbolçusu ilə maraqlanır appeared first on Komanda.az.

“Səbail” autsayderə uduzdu

24 December 2025 at 16:55

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 12-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Şəfa” doğma meydanda autsayder “Şimal”a uduzub, “Baku Sportinq” “Zaqatala”ya qalib gəlib, “Mingəçevir” – “Şahdağ Qusar” matçında isə qalib müəyyənləşməyib.

1-ci Liqa, 12-ci tur

“Səbail” – “Şimal” 3:4
Qollar: 
E.Qasımov, 43, K.Quliyev, 71-pen; 90+2 – X.Bədirov, 48, Ş.Sədiyev, 54, F.Nadirov, 60, A.Məmmədov, 65

“Mingəçevir” – “Şahdağ Qusar” 1:1
Qollar: 
K.Kalunqa, 14 – K.Kalunqa, 25

“Baku Sportinq” – “Zaqatala” 2:1
Qollar: 
İ.Allahverdiyev, 19-pen; 60 – K.Mardok, 89

The post “Səbail” autsayderə uduzdu appeared first on Komanda.az.

“Real”la oyun mənim üçün hər cəhətdən kabus idi”

24 December 2025 at 16:51

“Barselona”nın yarımmüdafiəçisi Pedri “Real”la bir müddət əvvəl keçirilən uğursuz “el klasiko”sunu yada salıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu oyunun ona mənfi təsir göstərdiyini söyləyib:

“Real”la oyun mənim üçün hər cəhətdən kabus idi: uduzduq, karyeramda ilk qırmızı vərəqəni aldım və zədələndim. Bu zədə ciddi mənfi təsir göstərdi”.

“Barselona”nın “Real”la oyunu oktyabrın sonunda “Santyaqo Bernabeu”da baş tutub və 1:2 hesablı məğlubiyyətlə başa çatıb. Pedri matçın sonunda qırmızı vərəqə alıb və qısa müddət sonra ona ciddi zədə diaqnozu qoyulub.

Amma il “Barselona” üçün uğurlu başa çatıb. Komanda bir sıra qələbələr qazanıb və turnir cədvəlində “Real”ı 4 xal qabaqlayaraq, liderdir.

The post “Real”la oyun mənim üçün hər cəhətdən kabus idi” appeared first on Komanda.az.

Məşhur stadionda təmir işləri aparılacaq

24 December 2025 at 16:32

“Mançester Yunayted” yay aylarında “Old Trafford” stadionunda təmir işləri aparmağı planlaşdırır.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, əsas məqsəd arenanın damında yaranan sızmaların aradan qaldırılmasıdır.

Bildirilir ki, təmir çərçivəsində drenaj sistemi yenilənəcək. Bu addım su axınlarının tutulmasının və yağış sularının damda yığılmasının qarşısını almağa xidmət edəcək. Bundan əlavə, stadionun ot örtüyündə əsaslı bərpa işləri aparılacaq, ehtiyat oyunçular oturacaqları isə UEFA-nın yeni tələblərinə uyğun şəkildə yenilənəcək.

“Mançester Yunayted” rəhbərliyi 100 min tamaşaçı tutumuna malik yeni stadionun inşası planlarından hələ də imtina etməyib. Bununla belə, klub arenanın bütün standartlara cavab verdiyinə əmin olmaq istəyir.

Son dövrlərdə “Old Trafford”la bağlı siçanların meydançada görünməsi, damdan su axması və mətbəx divarlarında yağ izləri kimi problemlər tez-tez gündəmə gəlir. Bu da stadionun texniki vəziyyətinin ciddi narahatlıq doğurduğunu göstərir.

The post Məşhur stadionda təmir işləri aparılacaq appeared first on Komanda.az.

Kapello “Milan”a görə narahatdır

24 December 2025 at 16:13

“Milan” noyabrdakı uğurlu çıxışından sonra dekabrda tempini itirib.

Komanda “Sassuolo” kimi güclü olmayan rəqiblərlə oyunlarda xallar itirib və İtaliya superkubokundan da erkən mərhələdə kənarlaşıb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın sabiq baş məşqçisi Fabio Kapello vəziyyətdən narahat olduğunu bildirib:

“Klub daxilində nəsə bir böhran baş verir, xallar itirilir və lazımsız qollar buraxılır. Bu, tamamilə Massimiliano Alleqriyə (“Milan”ın baş məşqçisi) bənzəmir. “Milan” dərhal müdafiədəki möhkəmliyini bərpa etməlidir”.

“Milan” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

The post Kapello “Milan”a görə narahatdır appeared first on Komanda.az.

❌
❌