Normal view

Today — 16 April 2026Main stream

Arda Güler “Real”ın tarixinə keçdi

15 April 2026 at 23:47

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Real” səfərdə “Bavariya”nın qonağı olub.

Futbolpress.az xəbər verir ki, matça damğa vuran isim isə türkiyəli gənc ulduz Arda Güler olub.

Oyunun hələ 35-ci saniyəsində “Bavariya”nın əfsanəvi qapıçısı Manuel Noyer ötürmə zamanı kobud səhvə yol verib. Topu ələ keçirən Arda Güler sol ayağı ilə uzaq məsafədən boş qalan qapını dəqiq nişan alaraq hesabı açıb.

Bu qol Arda üçün bir neçə baxımdan əlamətdar olub.

​O, “Real Madrid” forması ilə Çempionlar Liqasında debüt qolunu vurub. Arda Güler “Real Madrid”in Çempionlar Liqası tarixində vurduğu ən sürətli qolun müəllifi kimi də kluba adını qızıl hərflərlə yazdırıb.

Messi məhkəməlik oldu

15 April 2026 at 23:40

Mayamidə fəaliyyət göstərən və idman musiqi tədbirlərinin təşkili üzrə ixtisaslaşan VID şirkəti “İnter Mayami”nin lideri Lionel Messini və Argentina Futbol Assosiasiyasını (AFA) məhkəməyə verib.

Futbolpress.az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb. Buna səbəb tərəflər arasındakı müqavilə şərtlərinin pozulması olub.

Şirkət ötən ilin oktyabrında Argentina millisinin Venesuela (1:0) və Puerto-Riko (6:0) yığmaları ilə keçirdiyi iki yoldaşlıq oyununun təşkili üçün eksklüziv hüquqların əldə edilməsinə dair AFA ilə 7 milyon dollar dəyərində müqavilə bağlayıb. Razılaşmaya əsasən, Messi zədələnmədiyi təqdirdə hər matçda ən azı 30 dəqiqə meydanda olmalı idi.

Lakin argentinalı ulduz Venesuela yığması ilə oyunda iştirak etməyib.

Şirkət rəhbərliyi 38 yaşlı superulduzun meydançaya çıxmaması səbəbindən milyonlarla dollar gəlir itirdiyini iddia edir. Hazırda şirkət vurulan bütün maddi zərərlərin ödənilməsini və təzminat tələb edir.

Yesterday — 15 April 2026Main stream

“Barselona” və “Mançester Siti”nin transfer savaşı

15 April 2026 at 22:59

​”Barselona” “Palmeyras”ın 16 yaşlı vunderkindi Eduardo Konseysaonu heyətinə qatmaq üçün “Mançester Siti” ilə gərgin rəqabətə girib.

Futbolpress.az xəbər verir ki, əvvəllər Endrik, Estevao Villian və Rayan kimi cənubi amerikalı istedadları rəqiblərinə əldən verən “Barselona” bu dəfə eyni ssenarini yaşamaqdan çəkinir.

İspaniyanın “AS” nəşrinin məlumatına görə, klub gənc ulduzla bağlı danışıqları maksimum dərəcədə sürətləndirib və ildırımsürətli həmlə edib.

Hücumameyilli yarımmüdafiəçi məşhur “Kopinya” turnirində keçirdiyi 7 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə Avropa nəhənglərinin diqqətini çəkib. Lakin “Barselona”nın skautları onu bu turnirdəki partlayışından çox əvvəl də izləyirdi.

Gənc futbolçunun 2029-cu ilin yanvarınadək qüvvədə olan müqaviləsində 100 milyon avroluq sərbəstqalma bəndi mövcuddur. Lakin “Palmeyras”ın bu məbləğin yarısına – yəni sabit ödənişlər və bonuslar da daxil olmaqla 50 milyon avroya bu transferə razılıq verəcəyi bildirilir.

Yeniyetmə cüdoçular arasında Liqa yarışının I turu başladı

15 April 2026 at 22:42

Aprelin 15-də cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının I turu start götürüb.

Futbolpress.az xəbər verir ki, Abşeron Olimpiya Kompleksində keçirilən turnirin ilk günündə 243 cüdoçu 6 çəkidə medalçıları müəyyənləşdirib.

Qızlar -40 kq, -52 kq, -70 kq, oğlanlar isə -50 kq, -66 kq və -90 kq çəki dərəcələrində mübarizə aparıblar.

Cari ildə U-17 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.

 

İlk günün mükafatçılarını təqdim edirik:

Qızlar

-40 kq

 

1. Fəridə Rəhimli (Naftalan UGİM)

2. Sofiya Bıkova (Maştağa İK)

3. Zeynəb Qurbanova (RKİM)

4. Rəvanə Əliquliyeva (Qəbələ (Bakı))

 

-52 kq

1. Samirə Əliyeva (Balaxanı İM)

2. Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)

3. Yağmur Abdullayeva (Arifoğlu İK)

3. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

 

-70 kq

1. Zümrüd Əliyeva (RKİM)

2. Aişə Rüstəmova (DİN İC)

3. Qönçə Məmmədli (Ələt İdman Klubu)

3. Lalə Səbziyeva (İOEUGİM Sumqayıt)

 

Oğlanlar

-50 kq

1. Ülvi Cəlilzadə (Neftçi İK)

2. Məhərrəm Bayramlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

3. Fərid Rzazadə (Pirşağı-Kürdəxanı İK)

3. Cəbrayıl Bağırov (Sərhədçi İM)

 

-66 kq

1. Əli Cəfərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Həsən İbadov (Neftçi İK)

3. Dünyamalı Asdanlı (Judo Club 2020 İK)

3. Hüseyn Şıxəliyev (Sərhədçi İM)

 

-90 kq

1. Tural Rzayev (Şuşa UGİM)

2. Qədir Umudəliyev (Qədiroğlu İK)

3. Munir Əlizadə (Atilla İK)

3. Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

Noyer yeni rekordun astanasında

15 April 2026 at 22:26

​”Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”a qarşı keçirilən cavab matçında yeni tarixi göstəriciyə imza atacaq.

Futbolpress.az xəbər verir ki, Noyer “Bavariya”nın start heyətində 137-ci ÇL matçına çıxaraq, Lionel Messinin bu göstəricidə (“Barselona” – 136 oyun) geridə qoyacaq.

​Hazırda bu siyahının mütləq lideri 149 oyunla İker Kasilyasdır. Əgər 40 yaşlı Noyer klubu ilə müqaviləsini daha bir il uzadarsa, gələn mövsüm Kasilyasın əlçatmaz görünən rekordunu qırmaq üçün real şans qazanacaq.

​Təcrübəli qapıçı gələcəyi ilə bağlı qəti qərarını hələ verməyib. O, mətbuat konfransında karyerasının davamı ilə bağlı verəcəyi qərarda rekordların və ya çempionluq ehtimallarının həlledici amil olmayacağını vurğulayıb.

Kukseviç: “Meydanda gördüyümüz yaxşı işlər bizim üçün qələbəyə bərabərdir”

15 April 2026 at 21:58

Bu gün keçirilən Qazaxıstan – Azərbaycan oyunu ilə bağlı millinin baş məşqçisi Yevgeni Kukseviç açıqlama verib.

Futbolpress.az həmin açıqlamanı təqdim edir:

“Birinci oyundan sonra istirahət etdik və yaxşı bərpa olunduq. Üstəlik, rəqibin adının gətirdiyi üstünlüyü, azarkeş amilini, zala uyğunlaşmaq baxımından yaşadığımız problemi bu dəfə bir kənara atdıq, psixoloji baxımdan matça tam hazır çıxdıq. Buna görə də yaxşı oynadığımız deyə bilərəm. Əslində, yoldaşlıq oyunlarını güclü rəqiblərə qarşı keçirmək yaxşı oldu. Zəif rəqibləri udub bayram etməkdənsə, səhvlərimizi, çatışmazlığımızı görüb, üzərində işləmək və inkişaf etmək lazımdır. Yenə deyirəm, bugünkü oyunumuz da çox çətin idi, ancaq uşaqlar bacardıqlarını göstərdilər. Sadəcə, soyuqqanlılığımız çatmadı. Bəzi epizodlarda yaxşı mənada nələrsə etmək istədik, alınmadı. Bu cür oyunlarda uduzsaq da, meydanda gördüyümüz yaxşı işlər bizim üçün qələbəyə bərabərdir”.

Altay Bayındır Super Liqaya qayıdır

15 April 2026 at 21:38

​”Mançester Yunayted”də axtardığını tapa bilməyən Altay Bayındır yenidən Super Liqaya dönməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu dəfə o, keçmiş klubu “Fənərbaxça”nın deyil, “Beşiktaş”ın uğurları üçün çalışacaq.

İngiltərənin məşhur “Daily Mail” nəşrinin yaydığı məlumata görə, növbəti mövsüm üçün heyətdə ciddi dəyişikliklər etməyi planlaşdıran “Beşiktaş” Altay Bayındırla hər mövzuda razılığa gəlib. 28 yaşlı qolçunun yenidən İstanbula qayıtmağa yaşıl işıq yandırdığı bildirilir.

“Qara qartallar” hazırda İngiltərə nəhəngi ilə transfer məbləği barədə müzakirələri davam etdirir.

“Qırmızı şeytanlar” Altayı 2023-cü ildə “Fənərbağça”dan 5 milyon avroya transfer etmişdi. Hazırda tərəflərin razılığa çox yaxın olduğu və transferin qısa zamanda rəsmiləşəcəyi gözlənilir.

Mourinyo Premyer Liqa yolunda

15 April 2026 at 21:18

​”Fənərbağça”dan ayrıldıqdan sonra Portuqaliyanın “Benfika” klubuna üz tutan Joze Mourinyo yenidən İngiltərə yolundadır.

Futbolpress.az xəbər verir ki, Mourinyonun rəhbərlik etdiyi “Benfika” Portuqaliya Liqasında çempionluq yarışından uzaqlaşıb.

29 turdan sonra 69 xal toplayan komanda lider “Portu”dan 7 xal geri qalır. Bu gedişat mütəxəssisin Portuqaliyadakı gələcəyini sual altına salıb.

Premyer Liqada 14-cü pilləyə qədər geriləyən “Nyukasl Yunayted” Eddi Haunu əvəzləmək üçün Mourinyonu əsas namizəd kimi görür.

“Yuventus”da yeni imza

15 April 2026 at 20:45

İtaliya A Seriyasının nəhəngi “Yuventus” təcrübəli yarımmüdafiəçisi Manuel Lokatelli ilə müqavilənin müddətini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano məlumat yayıb.

Turin təmsilçisi 27 yaşlı futbolçunun müqaviləsini 2030-cu ilə qədər yeniləyib.

Manuel Lokatelli bu mövsüm “qara-ağlar”ın heyətində ümumilikdə 41 rəsmi matçda meydana çıxıb. O, bu qarşılaşmalarda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Avroliqa rəhbərliyi bu klubları cəzalandırdı

15 April 2026 at 20:21

​Avroliqa rəhbərliyi maaş limitini keçən 4 basketbol klubunu ümumilikdə 5 milyon avrodan çox cərimələyib.

Futbolpress.az xəbər verir ki, siyahıya rekord məbləğlə “Panatinaikos” başçılıq edir.

Sezonun ən yüksək büdcəli heyətinə sahib olan və Naycel Heys-Devisə böyük müqavilə təklif edən “Panatinaikos” 3 milyon avroluq cərimə ilə siyahının zirvəsində yer alıb.

​Digər cərimələnən klublar isə bunlardır:

​”Anadolu Efes” (Türkiyə): 1.1 milyon avro

​”Hapoel Tel Əviv” (İsrail): 1 milyon avro

​”Olimpiakos” (Yunanıstan): 300 min avro

Klublar cərimə məbləğlərini iyun ayının sonuna qədər Avroliqa rəhbərliyinə ödəməlidirlər.

Toplanan 5 milyon avrodan çox vəsait maraqlı bir şəkildə bölüşdürüləcək. Bu məbləğ cərimələnən 4 klub və maaş standartından aşağıda qalan “ASVEL” istisna olmaqla, turnirdəki digər 15 klub arasında bərabər şəkildə paylanacaq.

“Beşiktaş” Premyer Liqa klubunun planlarını pozdu

15 April 2026 at 20:15

​”Beşiktaş”ın mövsümün sonunda Jota Silvanın satınalma hüququndan istifadə edəcəyi gözlənilsə də, Türkiyədən gələn son xəbərlər İngiltərə tərəfində ümidləri qırıb.

Futbolpress.az xəbər verir ki, Premyer Liqada qalıb-qalmayacağından asılı olmayaraq, yayda heyəti yenidən qurmağı planlaşdıran “Nottingem Forest” rəhbərliyi Jota Silvanın gedişini qəti hesab edirdi.

Lakin “Beşiktaş”ın portuqaliyalı vinger üçün nəzərdə tutulan yüksək satınalma məbləğini ödəmək niyyətində olmaması ingilislərin maliyyə planlarını pozub.

Bu vəziyyət Forest rəhbərliyini çətin seçim qarşısında qoyub. Jota Silvanın yay transfer pəncərəsi açıldıqda hansı klubda çıxış edəcəyi hələ də böyük sual işarəsi olaraq qalır.

Basketbolçularımız Dünya Kubokunda

15 April 2026 at 19:45

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Kubokunda mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, komandamız A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə mübarizə aparacaq.

Turnir iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək.

Futzal millimizdən daha bir məğlubiyyət

15 April 2026 at 19:19

Milli komandamız bu gün Aktauda Qazaxıstan yığması ilə ikinci beynəlxalq oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, millimizin 9:2 hesablı məğlubiyyəti ilə bitən ilk oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç 14-lükdə iki dəyişiklik edib.

Eldar Zeynalov və Qüdrət Qasımzadənin əvəzinə Tofiq Mikayılov və Pünhan Qasımzadə komandamıza kömək ediblər.

İlk görüşə nisbətdə daha inamlı təsir bağışlayan kollektiv bu dəfə 4:2 hesabı ilə uduzub.

Oyunu Azərbaycan Respublikasının Aktau şəhərindəki konsulluğunun əməkdaşları da izləyib.

“Yuventus”dan zədə xəbəri

15 April 2026 at 19:05

“Yuventus” təcrübəli hücumçusu Arkadiuş Milikin səhhəti ilə bağlı rəsmi açıqlama yayıb.

Futbolpress.az xəbər verir ki, polşalı forvardın məşq zamanı zədələnib.

Klubun tibbi heyətinin verdiyi məlumata görə, 14 aprel 2026-cı il tarixində keçirilən məşqdə ağrılar hiss edən Milik geniş müayinədən keçib. Testlərin nəticəsində futbolçunun sağ budunun arxa əzələsində orta dərəcəli gərilmə və zədələnmə aşkar edilib.

Milikin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik dəqiq deyil. Klub rəhbərliyi bildirib ki, zədənin sağalma gedişatını izləmək üçün təxminən 10 gün sonra futbolçu yenidən müayinə olunacaq və bundan sonra onun reabilitasiya müddəti dəqiqləşəcək.

Ekitikenin vəziyyəti dəqiqləşdi

15 April 2026 at 18:38

Çempionlar Liqasında PSJ-yə qarşı keçirilən cavab oyununda ağır zədə alan Huqo Ekitike üçün mövsüm vaxtından əvvəl başa çatıb.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı hücumçunun sağ vətərinin qopduğu rəsmən açıqlanıb.

Kritik matçın 31-ci dəqiqəsində heç bir zərbə almadan, topsuz zonada yerə yıxılan fransız ulduz tibbi heyətin müdaxiləsindən sonra sahəni xərəkdə və göz yaşları içində tərk edib.

“L’Equipe”in məlumatına görə, futbolçunun 7-9 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bu ağır zədə təkcə “Liverpul”u deyil, həm də Fransa millisini sarsıdıb. Ekitike iyun ayında start götürəcək 2026-cı il Dünya Çempionatını qaçırmalı olacaq. Bu, karyerasının ilk mundialına hazırlaşan gənc forvard üçün böyük şokdur.

Arne Slotun rəhbərliyi altında “Liverpul”un hücum xəttinin liderinə çevrilən Ekitike Avropanın ən formada olan oyunçularından biri idi. Onun yoxluğu “mersisaydlılar”ın həm Premyer Liqa, həm də Çempionlar Liqasındakı çempionluq yarışına ciddi zərbə vurub.

Cari mövsümdə “Liverpul” forması ilə 45 matça çıxan Huqo Ekitike, 17 qol və 6 məhsuldar ötürmə ilə komandasına böyük töhfə vermişdi.

I Liqa: MOİK qələbə qazandı, Qusarda hesab açılmadı

15 April 2026 at 18:26

Azərbaycan I liqasında 22-ci tur start götürüb.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

MOİK evdə “Zaqatala”nı 2:1 hesabı ilə məğlub edib. “Şahdağ Qusar” – “Cəbrayıl” matçı isə başladığı hesabla bitib (0:0).

Tura sabah oynanılacaq 3 görüşlə yekun vurulacaq.

 

15 aprel (çərşənbə)

15:00. MOİK – “Zaqatala” – 2:1

Qollar: N.Mark, 9, S.Fərəcov, 28 – R.İsmayılov, 18

Binə qəsəbə stadionu

 

16:00. “Şahdağ Qusar” – “Cəbrayıl” – 0:0

Şamaxı OİK stadionu

 

16 aprel (cümə axşamı) 

16:00. “Bakı Sportinq” – “Şəfa”

16:00. “Mingəçevir” – “Difai”

17:00. “Səbail”– “Şimal”

Cüdoçularımızın Avropa çempionatındakı rəqibləri bəlli oldu

15 April 2026 at 18:00

Aprelin 15-də Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Qitə yarışında ölkəmiz 11 çəki dərəcəsində 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunacaq. Mötəbər turnirdə 46 ölkədən 400 idmançı iştirak edəcək.

16–19 aprel tarixlərində keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi hər gün saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək.

 

Kişilər

-60 kq, 1/8 final

Balabəy Ağayev – Qal Blaziç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə

Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə

 

-66 kq, 1/16 final

Turan Bayramov – Nikolas Kuntse (Almaniya)

 

-73 kq, 1/16 final

Hidayət Heydərov – Konstantinos Tsaparas (Yunanıstan)

 

-81 kq, 1/16 final

Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə

Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə

 

-90 kq, 1/16 final

Murad Fətiyev – Aleks Çeret (Rumıniya)

 

-100 kq, 1/16 final

Zelim Kotsoyev – Nikola Pavlovski (Şimali Makedoniya)

 

+100 kq, 1/8 final

Kənan Nəsibov – Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə

 

Qadınlar

-48 kq, 1/16 final

Könül Əliyeva – Amber Gersyes (Niderland)

Şəfəq Həmidova – Erza Muminoviç (Kosova)

 

-52 kq, 1/16 final

Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya)

Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)

 

-70 kq, 1/32 final

Südabə Ağayeva – Maya Goşen (İsrail)

 

+78 kq, 1/16 final

Madina Kaisinova – Elis Startseva (Rusiya)

Dirk Kuytdan gecikmiş etiraf

15 April 2026 at 17:53

Niderland futbolunun əfsanəsi Dirk Kuyt baş məşqçilik karyerasının başlanğıcı ilə bağlı səmimi açıqlamalar verib.

Futbolpress.az xəbər verir ki, o, vaxtilə verdiyi bəzi qərarlardan peşman olduğunu gizlətməyib.

Kuyt hazırda “Liverpul”u çalışdıran Arne Slotun vaxtilə ona etdiyi təklifi xatırladıb.

Keçmiş hücumçu “Feyenoord”un baş məşqçisi təyin olunmadığı vaxtlarda göstərdiyi reaksiyadan utandığını bildirib:

“O vaxt “Feyenoord”un baş məşqçisi ola bilməyəcəyimə çox emosional və qəzəbli reaksiya vermişdim. Mənə elə gəlirdi ki, haqsızlıq olunur. Amma indi başa düşürəm ki, mən o zaman buna hazır deyildim. Slotun yanında köməkçi olmaq belə mənim üçün böyük şans idi”.

Karyerası ərzində “ADO Den Haq” və “Beerşot” kimi klublarda işləyən Kuyt “Feyenoord”u idarə etməyin onun üçün hələ də bir arzu olduğunu vurğulayıb. O, vaxtilə klub rəhbərliyinin ona olan inamından danışaraq, gələcəkdə bir gün bu xəyalının gerçəkləşəcəyinə ümid etdiyini bildirib.

Maquayr Kerriki çətin vəziyyətdə qoydu

15 April 2026 at 17:30

​İngiltərə Futbol Assosiasiyası “Mançester Yunayted”in 33 yaşlı müdafiəçisi Harri Maquayrı sərt şəkildə cəzalandırmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu vəziyyət baş məşqçi Maykl Kerriki çətin vəziyyətdə qoyub.

“Bornmut”la matçda (2:2) qırmızı vərəqə alan Maquayrın dördüncü hakimə qarşı sərgilədiyi aqressiv davranış ona baha başa gələcək. Təcrübəli stoperin 1 oyunluq diskvalifikasiya və pul cəriməsi alacağı gözlənilir.

“The Athletic” nəşrinin məlumatına görə, intizam işi davam etdiyi üçün ingilis futbolçu bu həftəsonu “Çelsi”yə qarşı vacib səfər matçında forma geyinə bilməyəcək.

Yanvar ayında komandanın sükanı arxasına keçən Maykl Kerrik üçün Maquayrın yoxluğu ciddi itkidir. Müdafiəçi bu mövsüm Premyer Liqada çıxdığı 14 matçın 10-nu məhz Kerrikin rəhbərliyi altında oynamışdı və komandanın əsas fiqurlarından biri hesab olunurdu.

Gedson yenidən İstanbul yolunda

15 April 2026 at 17:15

Mövsümün əvvəlində “Beşiktaş”dan ayrılaraq Rusiyanın “Spartak Moskva” klubuna transfer olan Gedson Fernandes köhnə komandasına dönməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, portuqaliyalının Rusiyaya uyğunlaşa bilmədiyi və ayrılmaq istədiyi bildirilir.

“Fanatik” nəşrinin yaydığı məlumata görə, “Beşiktaş” Kristian Asllanidən gözlənilən faydanı ala bilmədiyinə görə onun üçün satınalma bəndindən istifadə etməyəcək. Klub rəhbərliyi bu mövqe üçün ayrılan ciddi büdcəni məhz Gedson Fernandesin geri qaytarılmasına sərf etməyi planlaşdırır.

İddialara görə, portuqaliyalı yarımmüdafiəçi milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə İstanbula gələrək “Beşiktaş” rəsmiləri ilə təmasa keçib. “Qara qartallar”ın texniki heyətinin oyunçunun qayıdışına isti baxdığı vurğulanır.

Cari mövsümdə “Spartak Moskva” forması ilə 28 matça çıxan 27 yaşlı futbolçu 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Tanınmış hücumçu klubsuz qaldı

15 April 2026 at 16:47

Rumıniyanın ÇFR klubu hücumçusu İslam Slimani ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Kluj təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Əlcəzairli hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Slimani mövsümün əvvəlində Rumıniya təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı.

Forvard karyerası ərzində “Sportinq”, “Monako”, “Lester”, “Fənərbağça” kimi klublarda çıxış edib.

“Kənardan kiminsə mənim haqda nə düşündüyü maraqlı deyil”

15 April 2026 at 16:30

“Kəpəz” Misli Premyer Liqasında son iki oyunda uduzub. Milli fasilədən öncə “Qarabağ”a qalib gələn (1:0) gəncəlilər ardıcıl “Qəbələ”yə 1:2, “Karvan-Yevlax”a isə 1:4 hesabıyla məğlub olub.

“Kəpəz”in qapıçısı Yusif İmanov “Futbolpress.az“a açıqlamasında nəticələri şərh etdi:

“Komandada eyforiya yoxdur. Oyunlara maksimum hazırlaşırıq. Meydanda məşqçilərin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Futboldur, bəzən hər şey istədiyin kimi alınmır. Səhvlərimizi təhlil edirik. Ümid edirəm ki, növbəti oyunlarda yenidən yaxşı nəticələr qazanarıq”.

Qolkiper son iki oyunda 6 qol buraxması ilə bağlı bunları söylədi:

“Buraxılan qolların hamısında mənim səhvimin olduğunu düşünmürəm. Belə fikirləşən varsa, yəqin, oyunlara yaxşı baxmayıb. Hər rəqibə qarşı maksimum hazırlaşırıq və meydanda əlimizdən gələni edirik”.

İmanovun milli komandaya dəvət almaması gündəm yaratmışdı. Yığmanın baş məşqçisi Ayxan Abbasov onun yaxşı formada olmadığını əsas gətirərək düşərgəyə çağırmadığını bildirmişdi. İmanov məşqçinin qərarına hörmətlə yanaşdığını, növbəti toplanışlarda yer almaq üçün çox çalışacağını qeyd etdi:

“İşimə fokuslanmışam. Millidəki seçimlərə və məşqçilərin qərarına hörmətlə yanaşıram. Çalışacam ki, növbəti toplanışa məni də çağırsınlar. Əlimdən gələni edirəm. Kənardan kiminsə mənim haqda nə düşündüyü maraqlı deyil. İşimi görürəm və komandama kömək olmağa çalışıram”.

Şahin Cəfərov

PSJ-də itki

15 April 2026 at 16:12

PSJ itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Paris təmsilçisinin cinah oyunçusu Nuno Mendeş zədələnib.

Portuqaliyalı futbolçu Çempionlar Liqasında “Liverpul”la səfər matçında (2:0) zədə alıb. Onun durumu tibbi müayinədən sonra bilinəcək.

Mendeş bu mövsüm 37 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə edib.

“Real”ın sabiq futbolçusu vəfat etdi

15 April 2026 at 15:45

“Real”ın sabiq futbolçusu Xose Santamariya vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı keçmiş futbolçu 96 yaşında dünyasını dəyişib.

Santamariya 1957-1966-cı illərdə “Real”da çıxış edib. O, Madrid təmsilçisində 4 dəfə Avropa Kubokunu (indiki Çempionlar Liqası) qazanıb.

“Zəfər Kuboku”: milli ikinci oldu

15 April 2026 at 15:30

Türkiyənin Antalya şəhərində təşkil edilən güləş üzrə “Zəfər Kuboku” başa çatıb.

Futbolpress.az xəbər verir ki, ənənəvi turnirin son günündə 5 güləşçimiz fəxri kürsüyə qalxıb.

Sərbəst güləşdə Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Yunan-Roma güləşində isə Zəka Yusubovla (80 kq) Məhəmməd Mustafayev (110 kq) eyni nəticəyə imza atıb. İsfahan Həsənov (80 kq) isə bürünc medalı boynundan asıb.

Sərbəst güləş üzrə millimiz ənənəvi turniri 3 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayaraq, 147 xalla komanda hesabında 2-ci yeri tutub. Yunan-Roma güləşi üzrə yığmamız isə 5 qızıl, 2 gümüş və 2 bürünc medalla 169 xal toplayıb və ümumi sıralamada 2-ci pillədə yer alıb.

“Şamaxı” 50, “Sumqayıt” 70 manat ödəyəcək

15 April 2026 at 15:15

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

10 aprel 2026-cı il tarixində Əvəzedicilər liqasında XXIII turun “Zirə-2” – “Şamaxı-2” oyununun 74-cü dəqiqəsində “Şamaxı-2” komandasının 64 nömrəli futbolçusu Ramiz Zamanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

13 aprel 2026-cı il tarixində Əvəzedicilər liqasında XXIII turun “Qarabağ-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1).

Dünya çempionu mayor rütbəsi aldı

15 April 2026 at 14:45

Azərbaycanın güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi cənab general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.

Göstərilən etimada görə təşəkkür edir, Vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm!”

“Liverpul”un hücumçusu uzun müddət oynamayacaq

15 April 2026 at 14:30

“Liverpul” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın hücumçusu Huqo Ekitike sıradan çıxıb. Forvard Çempionlar Liqasında PSJ ilə matçda ağır zədə alıb.

“Lequipe” nəşri fransalı hücumçunun 9 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Ekitike yayda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Bu nə siyasətdi…

15 April 2026 at 14:05

19 yaşadək qız futbolu millimiz çexiyalı həmkarlarına məğlub olub – 0:9.

Çexiyanın 19 yaşlı qızları bizimkilərdən bu qədər güclüdür (?!). Nə yeyib, nə içirlər ki belə…

Müasir dünyanın gender bərabərliyi adlı siyasəti buralara da siraət etmişdir. Bu siraət də özbaşına, öz xoşuna deyil. Maliyyələşməsinə də dəstək verilir.

Məsələn, UEFA bu məsələdə səxavətlidir. Həmçinin qadın futbolunun inkişafına çalışan yerli assosiasiyalara “isti baxır”…

Beləcə, iki min onların əvvəllərindən ölkədə təşəkkül tapmağa başlayan qadın futbolu ekzotik nəticələrlə uduza-uduza hələ də mövcudiyyətini davam etdirir.

Əvvəllər ispaniyalı bir xanım idi baş məşqçi. Gördülər onun və tələblərinin xərci çoxdur, yola saldılar.

O vaxtdan indiyə bu sahəyə Siyasət Əsgərov baş məşqçilik edir. Bu nə siyasətdirsə…

Qızlarımız peşimandılar “köhnə qitənin” kandarına ayaq basmağa. Vacib oyunlarda qol yağışı “zərif” millilərimizi Bakının tunellərinin halına salır.

Keçən oyun xorvatlardan 6, indi çexlərdən 9 cavabsız qol…

Yoldaşlar, bu işi elə görün ki, qızlarımız, qadınlarımız bu qədər uduzmasın. Sabahın analarıdır, övlad böyüdəcəklər…

Bu məğlub mentalitetlə?

Emosional yanaşmadır, bilirəm, ancaq kimsə deyə bilərmi ciddiyyəti yoxdur?

İdman sağlamlıqdır, lakin yarış rəqabətdir. Rəqabət də udub-uduzmaqdır, uduzmaq-uduzmaq yox…

Kamil Əhməd

Azarkeşlər klubun bazasına hücum etdi

15 April 2026 at 13:48

Fransanın “Reyms” klubu azarkeşlərinin hücumuna məruz qalıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Liqa 2 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Çempionatda “Laval”la matçdan (2:2) sonra bir qrup silahlı azarkeş klubun məşq bazasına basqın edib. “Reyms” yaydığı bəyanatda azarkeşlərin bu davranışını qınayıb və bir daha belə halların təkrarlanacağı təqdirdə heç kimə güzəşt olunmayacağını bildirib.

“Reyms” Liqa 2-də beşinci sıradadır.

“Barselona”dan antirekord

15 April 2026 at 13:30

“Barselona” Çempionlar Liqasında antirekord müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, 1/4 finalın “Atletiko” ilə cavab matçında qapısını toxunulmaz saxlaya bilməyən kataloniyalılar turnir tarixində ardıcıl 15 oyunda qol buraxan ilk İspaniya təmsilçisi olub.

“Barselona” sonuncu dəfə ötən ilin aprelində Dortmund “Borussiya”sı ilə matçda (4:0) “quru oyun” keçirib.

II Liqa: altılıq sisteminin təqvimi

15 April 2026 at 13:09

Futbol üzrə Azərbaycan II Liqasında altılıq sisteminin təqvimi müəyyənləşib.

Futbolpress.az təqvimi təqdim edir:

XXIII tur

20-21 aprel
“Xankəndi” – “Dinamo”
“Qaradağ Lökbatan” – “Şəmkir”
“Quba” – “Şirvan”

“Sheki City” – “Araz Saatlı”
“Ağdaş” – “Ağstafa Gəncləri”
“Kür-Araz” – “Göygöl”

XXIV tur

27-28 aprel
“Dinamo” – “Şirvan”
“Şəmkir” – “Quba”
“Xankəndi” – “Qaradağ Lökbatan”

“Araz Saatlı” – “Göygöl”
“Ağstafa Gəncləri” – “Kür-Araz”
“Sheki City” – “Ağdaş”

XXV tur

4-5 may
“Qaradağ Lökbatan” – “Dinamo”
“Quba” – “Xankəndi”
“Şirvan” – “Şəmkir”

“Ağdaş” – “Araz Saatlı”
“Kür-Araz” – “Sheki City”
“Göygöl” – “Ağstafa Gəncləri”

XXVI tur

11-12 may
“Dinamo” – “Şəmkir”
“Xankəndi” – “Şirvan”
“Qaradağ Lökbatan” – “Quba”

“Araz Saatlı” – “Ağstafa Gəncləri”
“Sheki City” – “Göygöl”
“Ağdaş” – “Kür-Araz”

XXVII tur

18-19 may
“Quba” – “Dinamo”
“Şirvan” – “Qaradağ Lökbatan”
“Şəmkir” – “Xankəndi”

“Kür-Araz” – “Araz Saatlı”
“Göygöl” – “Ağdaş”
“Ağstafa Gəncləri” – “Sheki City”

I Liqaya vəsiqə uğrunda pley-off oyunu

27 may
I Liqada 9-cu yerin sahibi – II Liqada 2-ci yerin sahibi (neytral meydan)

II Liqaya vəsiqə uğrunda pley-off oyunları

29 may
II Liqada 11-ci yerin sahibi – Region Liqasında 2-ci yerin sahibi (neytral meydan)
II Liqada 10-cu yerin sahibi – Region Liqasında 3-cü yerin sahibi (neytral meydan)

Meneceri bölgə klubunu 1000 manat ziyana saldı

15 April 2026 at 12:45

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Araz Saatlı” – “Göygöl” oyununda “Araz-Saatlı” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Araz Saatlı” – “Göygöl” oyunu bitdikdən sonra “Araz-Saatlı” komandasının təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov rəqib oyunçuları, hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun oyuna buraxılmasın, “Araz Saatlı” komandası 1000 manat cərimə edilsin (maddə 52.4, 53);

“Araz Saatlı” – “Göygöl” oyununda “Araz-Saatlı” komandasının 27 nömrəli futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Araz Saatlı” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

“Araz Saatlı” – “Göygöl” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Araz Saatlı” – “Göygöl” oyununun matçöncəsi iclasında “Göygöl” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Göygöl” komandası 150 manat cərimə edilsin (maddə 58.1, 99);

“Şəmkir” – “Şirvan” oyununda “Şəmkir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

“Şəmkir” – “Şirvan” oyununda “Şirvan” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

AFFA “Qarabağ”ı cərimələdi

15 April 2026 at 12:38

AFFA İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Atlılar” “Şamaxı” ilə matçda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat məbləğində cərimələnib.

“Hakimlərin etdiyi soyğunçuluqdur”

15 April 2026 at 12:19

“Barselona”nın futbolçusu Rafinya Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko”ya qarşı keçirdikləri cavab oyununu (2:1) şərh edib.

Futbolpress.az AS-a istinadən xəbər verir ki, braziliyalı hücumçu matçın hakimliyindən gileylənib:

“Hakimlərin etdiyi soyğunçuluqdur. Çox problemlər var idi. “Atletiko”nun futbolçuları nə qədər qayda pozsalar da, referinin fiti susdu. Hakim bəzən heç onlara sarı vərəqə də göstərmirdi”.

“Barselona” cavab oyununda qələbə qazansa da, ilk matçdakı 0:2 hesablı məğlubiyyətə görə ümumi hesabda geridə olub və mübarizəni dayandırıb.

Mikels: “Qarabağ”ın zəif tərəflərini bilirik” (MÜSAHİBƏ)

15 April 2026 at 12:00

“Sabah”ın futbolçusu Coy-Lens Mikelsin “Futbolpress.az“a müsahibəsi:

– Mövsümün sonuna 6 tur qalıb. Çempionluq şansınızı neçə faizlə qiymətləndirərdiniz?
– Hazırda yalnız növbəti oyuna fokuslanmışıq. Bizim üçün ən vacib olan da  budur. Bəlkə bunu çətin hesab edənlər var, lakin özümüzə çox inanırıq.

– “Qarabağ”la aranızda 10 xallıq fərq var. Yaxşını düşündüyümüz kimi, bəzən pis ehtimalları da nəzərə almaq lazımdır. Sonda çempion ola bilməsəniz, mövsümü klub üçün uğursuz hesab edəcəksiniz?
– Biz daha geniş mənzərəyə baxmalıyıq. Yaxşı oyunlar keçirmişik, liderik və xal fərqimiz var. Tək liqada yox, həm də kubokda titul şanslarımız mövcuddur. Sona kimi mübarizəmizi davam etdirəcəyik, yekunda isə necə olacağını görəcəyik.

– Çempionatda 18 qolla bombardirsiniz. Mövsümün əvvəlində özünüz üçün konkret qol sayı ilə bağlı hədəf qoymuşdunuz?
– Rəqəmlərə çox fokuslanmıram. Əsas məqsədim komandaya qələbə qazanmaqda kömək etməkdir. Qol vurmağa davam edirəmsə, bu, yaxşıdır. Əlbəttə, mövsümü 20+ qolla bitirmək istərdim.

– Kubokda da titul şansınız davam edir və burada əsas rəqib “Qarabağ”dır. “Qızıl dubl” etmək arzunuz varmı?
– Bəli, əlbəttə. Hər futbolçu həm çempionatı, həm də kuboku qazanmağı arzulayır. Bu asan olmayacaq, əvvəlcə “Qarabağ” səddini aşmalıyıq. Finallarda da asan rəqiblər olmur. Kuboku yenidən qazanmağa çalışacağıq.

– Həm liqada, həm də kubokda “Qarabağ”la rəqabət aparırsınız. Onlar illərdir Çempionlar Liqasında oynayır və yaxşı nəticələr qazanırlar. Belə rəqibə qarşı xüsusi strategiyanız varmı? Onları necə dayandırmağı planlaşdırırsınız?
– “Qarabağ” çox təcrübəli və güclü komandadır. Çempionlar Liqasında bu mövsüm yaxşı oyunlar keçiriblər. Onlara qarşı 90 dəqiqə intizamlı, kompakt və diqqətli olmaq lazımdır. Kiçik səhvlər oyunun taleyini həll edə bilər. Rəqibə hörmətlə yanaşırıq. Bu mövsüm onlara qarşı bir neçə dəfə oynamışıq. “Qarabağ”ın zəif tərəflərini bilirik və imkanlardan maksimum istifadə etməyə çalışacağıq.

– “Sabah”dakı performansınız sayəsində Ruanda yığmasına dəvət aldınız. Debütünüzü necə ifadə edərdiniz?
– Millidə oynamaq qürurdur. Debütüm xoş anlarla yadda qaldı. Milli formanı geyinmək hər futbolçunun arzusudur.

– Sizinlə yanaşı, digər qardaşlarınız – Leroy Mikels və Coy-Slayd Mikels də yığmada meydana çıxır. Üç qardaş eyni anda millidə olmaq necə hissdir?
– Qardaşlarımla birlikdə meydanda olmaq debütü daha emosional etdi. Hissləri sözlə ifadə etmək çətindir. Uşaqlıq arzumuz idi ki, bir gün eyni komandada birlikdə oynayaq.

– Müqaviləniz mövsümün sonunda bitir. Sözləşmənin uzadılması ilə bağlı təklif almısınızmı?
– Hazırda mövsümü uğurla başa vurmağa fokuslanmışam. Bəli, müzakirələr olub, amma hələlik heç nə dəqiqləşməyib. “Sabah”da xoşbəxtəm. Yayda nə olacağını görəcəyik.

– Son dövrlərdə çempionatda hakim qərarları çox müzakirə olunur. Bu, sizə necə təsir edir?
– Əlbəttə, bəzən qərarlar bizim əleyhimizə olur və bu, məyusedicidir. Amma bununla bağlı çox şey edə bilmərik. Oyuna fokuslanmağa çalışırıq. Hakimlər haqqında çox danışmaq istəmirəm. Diqqətimizi oyunumuza veririk və hədəf maksimumu etməkdir.

– Bu mövsümü futbol karyeranızın ən yaxşısı hesab edərdinizmi?
– Statistikaya baxanda, ən yaxşı mövsümlərimdən biri olduğunu deyə bilərəm. Lakin mən dayanmıram, daim çalışıram və əminəm ki, daha yaxşı ola bilərəm.

Şahin Cəfərov

Aydın liderliyə yüksəldi

15 April 2026 at 11:38

Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında 7-ci turun partiyaları oynanılıb.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı hesabat turunda uğurlu çıxışını davam etdirib. Yeddinci turda Süleymanlı Belçika təmsilçisi Daniel Daroha üzərində qələbə qazanaraq yarış cədvəlində liderliyə yüksəlib.

Hazırda aktivində altı xal olan Aydın Süleymanlı 1-4-cü yerləri bölüşür. Amma şahmatçı əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb. Bu gün oynanılacaq 8-ci turda Aydın Süleymanlı Gürcüstan şahmatçısı Nikolaz Kaçarava ilə mübarizə aparacaq.

Avropa çempionatında çıxış edən digər təmsilçimiz Nicat Abasov hesabat turunda isveçli Erik Blomkvisti məğlub edib. 7 turdan sonra Nicat Abasov 5,5 xalla 10-cu pillədədir.

Digər şahmatçılarımıza gəlincə Məhəmməd Muradlı, Şiroğlan Talıbov, Şahin Vəliyev və Süleyman Süleymanlı hərəyə 5 xal toplayaraq müvafiq olaraq 38-ci, 50-ci, 53-cü və 56-cı yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, qitə çempionatında yüksək nəticə göstərəcək şahmatçılar gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanacaq. Avropa çempionatı 11 turdan ibarətdir.

“Barselona”ya görə 1 milyon uduzdu

15 April 2026 at 11:25

Rusiyalı keçmiş hücumçu Fedor Smolov “Barselona”nın Çempionlar Liqasında yarımfinala yüksəlməsinə mərc edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Keçmiş hücumçu kataloniyalıların “Atletiko” səddini aşmasına 1 milyon rubl (təxminən 22 min manat) mərc edib və uduzub. “Barselona” mərhələ adlasaydı, Smolov 3.42 milyon rubl (təxminən 68 min manat) qazanacaqdı.

“Barselona” iki oyunun nəticəsinə görə yarımfinalda mübarizəni dayandırıb (0:2, 2:1).

Qrizmann: “Belə matçlarda hər səhv baha başa gəlir”

15 April 2026 at 11:11

“Atletiko”nun futbolçusu Antuan Qrizmann Çempionlar Liqasında yarımfinala yüksəlmələrini şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi “Barselona” ilə 1/4 final matçından sonra bunları deyib:

“Çox xoşbəxtəm. Belə matçlarda hər səhv baha başa gəlir. Rəqibin ikinci qolu mənim səhvimə görə oldu. Buna baxmayaraq, istədiyimiz nəticəni qazana bildik. Azarkeşlərimizin dəstəyi danılmazdır. Onların sayəsində toparlandıq və fərqi minimuma endirməklə yarımfinala yüksəldik”.

“Atletiko” iki oyunun nəticəsinə görə (2:0, 1:2) yarımfinala adlayıb. Madrid təmsilçisinin final yolundakı rəqibi PSJ olacaq.

Millinin qazaxlarla ikinci dueli

15 April 2026 at 10:45

Futzal üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, komanda Qazaxıstan yığması ilə qarşılaşacaq. Aktau şəhərindəki BS Arenada keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında 2 gün əvvəl keçirilən oyunda meydan sahibləri 9:2 hesablı qələbə qazanıb.

“Qapı”da gözləyən təhlükə – “Qarabağ” axtarışdadır

15 April 2026 at 10:24

“Qarabağ” mövsümün sonunda iki qapıçısı – Mateuş Koxalski və Fabian Buntiçlə vidalaşa bilər.

Futbolpress.az-ın məlumatına görə, polşalı qolkiper Koxalskiyə Avropanın TOP-5 Liqa klublarından maraq var. 25 yaşlı qapıçı Azərbaycan təmsilçisindən ayrılmağa müsbət yanaşır.

Buntiç isə oyun praktikasının azlığından narazıdır. 2024-cü ilin yayında heyətə cəlb olunan, ancaq gözləntiləri doğrultmayan qolkiper daha çox ehtiyatda qalır. Bu səbəbdən o, yayda klubunu dəyişmək niyyətindədir. Buntiçə ölkəsi Xorvatiyadan  maraq var.

Koxalski bu mövsüm 34, Buntiç isə 6 oyunda meydana çıxıb.

“Qarabağ” yayda heyətini ən azı iki legioner qolkiperlə gücləndirmək niyyətindədir. Komandanın kapitanlarından Şahruddin Məhəmmədəliyevin tez-tez zədələnməsi bunu zəruri edir.

Daha əvvəl “İmişli”nin qapıçısı Andrey Sinenkanın “atlılar”ın diqqətində olduğu bildirilmişdi. “Qarabağ”ın maraqlandığı digər qolkiper isə “Şamaxı”dan Rikardo Fernandesdir. Sinenkanın müqaviləsi yayda bitir. Rikardonun isə “Şamaxı”yla sözləşməsi 2027-ci ilin yayına kimidir.

Şahin Cəfərov

Millinin məşqçisi: “Sevincliyik”

15 April 2026 at 10:07

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə səfərdə keçirilən oyundan (3:1) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:

“İlk olaraq qələbə münasibətilə komandamı təbrik edirəm. Bizim üçün çox ağır oyun oldu. Rəqib öz meydanında çıxış edirdi, xal qazanmaq istəyirdi, erkən qolla da hesabı açdı. Ancaq cavab qolunu dərhal vurmağımız işimizi bir az yüngülləşdirdi. Birinci hissədə hesabda önə keçməyə çalışdıq, çox qol vəziyyətləri yaratdıq. Əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Fasilədən sonra öz oyunumuzu tapdıq. Məşqlərdə üzərində işlədiyimiz hücum bizə penalti qazandırdı. Qalan dəqiqələrdə nəzarət tam olaraq tərəfimizdə oldu, qızlar rəqibi topsuz saxladılar. Qələbə qazandığımız üçün sevincliyik”.

Baş məşqçi Andorra yığmasına qarşı keçiriləcək növbəti qarşılaşmada da eyni uğuru təkrarlamaq istədiklərini söyləyib:

“Artıq səfər matçını unudub, bu komanda ilə Bakıda keçirəcəyimiz görüşə köklənməliyik. Evdəki oyunda da hədəfimiz maksimum nəticə qazanmaqdır”.

Qeyd edək ki, millimiz Andorra yığması ilə aprelin 18-də “Bank Respublika Arena”da qarşılaşacaq.

Flik: “Yarımfinala çıxmağa layiq idik”

15 April 2026 at 09:50

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasında “Atletiko”ya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən matçdan sonra bunları deyib:

“Əlbəttə, hamımız məyusuq, çünki xüsusilə birinci hissədə çoxlu şanslarımız var idi. Üçüncü qolu vurmaq imkanımız oldu, amma sonda qol buraxdıq. Bəxtimiz gətirmədi, bir az daha yaxşı oynamalı idik, amma bunu qəbul etməliyik. Bu futboldur – hər şey xırda detallara bağlıdır. İki oyunun nəticəsinə əsasən düşünürəm ki, yarımfinala çıxmağa layiq idik.

Ən yadda qalan məqam fantastik oyunumuz oldu. Hətta azlıqda oynadığımız vaxtda belə bu, məni çox sevindirdi və komanda ruhunu aydın şəkildə göstərdi. Məhz bunu vurğulamaq istəyirəm. Oyunçular özləri ilə fəxr edə bilərlər”.

“Barselona” cavab oyununda qələbə qazansa da, ilk matçdakı 0:2 hesablı məğlubiyyətə görə ümumi hesabda geridə olub və mübarizəni dayandırıb.

ÇL oyunları bu kanallarda – TV

15 April 2026 at 09:35

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

Çempionlar Liqası
23:00 Arsenal – Sportinq (İctimai TV)
23:00 Bayern – Real (CBC Sport)

I Liqada tur başlayır

15 April 2026 at 09:19

Bu gün Azərbaycan I Liqasında XXII tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, birinci gündə üç oyun baş tutacaq.

“Zaqatala” MOİK-in qonağı olacaq. “Şahdağ Qusar” “Cəbrayıl”la, “Mingəçevir” isə “Difai” ilə qarşılaşacaq.

Turun qalan matçları sabah baş tutacaq.

Azərbaycan I Liqası
XXII tur

15 aprel

15:00 MOİK – Zaqatala
16:00 Şahdağ Qusar – Cəbrayıl
16:00 Mingəçevir – Difai

27 turun “ən”ləri

15 April 2026 at 09:00

Misli Premyer Liqasında 27 turdan sonra ən çox heç-heçə edən komandalar məlum olub.

Futbolpress.az-ın məlumatına görə, üç kollektiv 11 dəfə “sülh”ə razılaşıb. Turnir cədvəlinin dördüncü sırasında qərarlaşan “Zirə”, 8-ci “Şamaxı” və 9-cu “İmişli” ən çox bərabərə qalan kollektivlərdir.

Çempionatda ən az qələbəsi olan autsayder “Karvan-Yevlax”dır. Ötən turda ikinci qalibiyyətini əldə edən yevlaxlıların 27 turda cəmi 2 qələbəsi var.

Ən çox uduzan da məhz Yevlax təmsilçisidir. Autsayder 27 oyunun 20-də meydanı xalsız tərk edib.

Çempionatın lideri “Sabah” isə ən çox qələbəyə sevinəndir – 20. “Bayquşlar” 27 turda cəmi 1 dəfə uduzub ki, bu da liqanın ən yaxşı göstəricisidir. Lideri üstün edən daha bir statistika isə vurulan qolların sayındadır. “Sabah” 27 oyunda 66 qol vurub və 21-ni buraxıb.

Çempionatda ən az qol buraxan ikinci sıranın sahibi “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri 27 oyunda 18 dəfə qapısında qol görüb. Bu göstəricidə buraxılan 19 qolla “üçlüy”ü “Turan Tovuz” tamamlayır.

Şahin Cəfərov

ÇL: “Real” öndə – YENİLƏNİR

15 April 2026 at 23:47

Bu gün UEFA Çempionlar Liqasında son iki yarımfinalçı müəyyənləşəcək.

Futbolpress.az xəbər verir ki, ilk oyunda Portuqaliyada “Sportinq”i məğlub edən “Arsenal” bu dəfə rəqibini Londonda qəbul edir.

Günün digər matçında “Real” “Bavariya”nın qonağıdır. Tərəflər arasındakı birinci oyunda almanlar qələbə qazanıb.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları

15 aprel

23:00 Arsenal – Sportinq 0:0
İlk oyun 1:0

23:00 Bavariya – Real 2:3
İlk oyun 2:1

Qollar: A.Pavloviç, H.Keyn, 38 – A. Güler, 1, 29, Mbappe, 42

Millinin yekun heyəti məlum oldu

15 April 2026 at 08:30

Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Qitə yarışında Azərbaycanı təmsil edəcək yekun heyət məlum olub.

Futbolpress.az xəbər verir ki, mötəbər turnirdə 11 çəki dərəcəsində 15 cüdoçumuz (9 kişi və 6 qadın) mübarizə aparacaq.

İlkin heyətdə yer alan Ruslan Paşayev (-66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib.

Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.

Qeyd edək ki, yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.

Heyət:

Kişilər

-60 kq

Balabəy Ağayev

Əhməd Yusifov

-66 kq

Turan Bayramov

-73 kq

Hidayət Heydərov

-81 kq

Zelim Tçkayev

Ömər Rəcəbli

-90 kq

Murad Fətiyev

-100 kq

Zelim Kotsoyev

+100 kq

Kənan Nəsibov

Qadınlar

-48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

-52 kq

Leyla Əliyeva

Gültac Məmmədəliyeva

-70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova.

“Milan” “Fiorentina”nın ulduzuna “qarmaq atır”

14 April 2026 at 23:58

İtaliya nəhəngi “Milan” hücum xəttini gücləndirmək üçün maraqlı bir transfer formulu üzərində işləyir.

Futbolpress.az xəbər verir ki, “rossonerilər” “Fiorentina”nın qolçusu Mois Kini heyətinə qatmaq üçün “yaradıcı” həll yolu tapıb.

İtaliyadan gələn xəbərlərə görə, növbəti mövsüm “Milan”ın sükanı arxasına keçəcəyi gözlənilən Massimiliano Alleqri “Yuventus”da birlikdə çalışdığı 26 yaşlı Kin ilə yenidən bir araya gəlmək istəyir. Təcrübəli mütəxəssis italyan forvardın fiziki və texniki gücünün “San Siro” üçün ideal olduğunu düşünür.

Kinin müqaviləsində 52 milyon avroluq sərbəstqalma bəndi olsa da, “Milan” rəhbərliyi bu məbləği tam nağd şəkildə ödəməyə isti baxmır. Bunun əvəzinə klub “Fiorentina”ya cəlbedici bir paket təklif edəcək.

Plan Santiaqo Ximenesi rəqibə təklif etmək və transfer üçün 10-15 milyon aralığında puldan keçməkdir.

“Fiorentina”nın Avrokuboklarda, xüsusən də Konfrans Liqasında “Kristal Pelas”a qarşı uğursuzluq ehtimalı Kinin Florensiyadakı gələcəyini sual altına salıb.

“Qalatasaray”da İkardi dövrü bitmək üzrədir

14 April 2026 at 23:40

“Qalatasaray”da son həftələrin ən çox müzakirə olunan mövzusu Mauro İkardinin gözlənilmədən ehtiyat oyunçular skamyasına məhkum edilməsidir.

Futbolpress.az xəbər verir ki, argetinalı ulduz artıq komandanın hücum xəttində əsas seçim hesab olunmur.

Viktor Osimhenin heyətə qayıtması “Qalatasaray”ın hücum planlarını tamamilə dəyişib. Bu rəqabətdə geri düşən İkardi “Göztepe” və “Kocaelispor”la keçirilən son iki rəsmi matçda cəmi 15 dəqiqə meydanda qala bilib.

Xüsusilə “Kocaelispor” matçında buraxılan qoldan sonra Okan Burukun İkardini meydana daxil etmək üçün xeyli gözləməsi diqqətdən qaçmayıb. İnsayderlər bunu baş məşqçinin ulduz futbolçuya olan baxış bucağının dəyişməsi və ona artıq “toxunulmaz” kimi baxmaması kimi qiymətləndirirlər.

Mövsümün sonunda müqaviləsi başa çatacaq 33 yaşlı qolçunun gələcəyi dumanlıdır. Klub rəhbərliyi hazırda İkardi ilə yeni müqavilə imzalamağı planlaşdırmır. Texniki heyətin mövsümün qalan hissəsində yalnız məcburi hallarda ona şans verəcəyi iddia olunur.

​Bütün bu baş verənlər “Qalatasaray” və İkardi eşqinin mövsüm sonunda rəsmən bitəcəyi ehtimalını maksimuma çatdırıb.

Milli komanda Andorranı məğlub etdi

14 April 2026 at 23:18

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, səfərdə Andorra ilə üz-üzə gələn komandamız 3:1 hesablı qələbəyə sevinib.

“Andorra la Vella” stadionunda keçirilən qarşılaşmada Sevinc Cəfərzadə iki, Esra Maniya bir qol vurmağı bacarıb.

Daha əvvəl Macarıstana uduzan yığmamız (0:1) Şimali Makedoniyanı 2:0 hesabı ilə məğlub etmişdi.

Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 6 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın isə 1 xalı var.

Levandovski Türkiyə klubuna təklif olundu

14 April 2026 at 22:50

“Barselona”nın polşalı qol maşını Robert Levandovski “Beşiktaş”a təklif olunub.

Futbolpress.az xəbər verir ki, insayder Ertan Süzgünun verdiyi məlumata görə, 37 yaşlı ulduzun adı “qara qartallar”ın masasındadır.

Lakin klubun texniki heyəti həm futbolçunun yüksək maliyyə xərcləri, həm də yaşı səbəbindən bu transferə hələlik isti baxmır.

​Hazırda bazar dəyəri 8 milyon avro olan 37 yaşlı forvardın “Barselona” ilə müqaviləsi bu il başa çatır.

Kişi voleybolçuların liqasında finalçılar bəlli oldu

14 April 2026 at 22:32

Kişi voleybolçular arasında Yüksək Liqada finalçılar müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, yarımfinalda “Xilasedici” “Murov Az Terminal”ı 3:0 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

“Ordu” isə “Neftçi”ni məğlub edib – 3:2.

Oyunlar Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.

ABL-də 1/4 final həyəcanı: “Sabah” qələbə qazandı

14 April 2026 at 22:16

Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında “Naxçıvan”la qarşılaşan “Sabah” qələbəyə sevinib – 106:74

Raundun əvvəlki görüşlərində NTD “Neftçi”ni (97:94), “Ordu” “Gəncə”ni (108:106), “Abşeron Lions” isə “Şəki”ni (109:78) məğlub edib.

1/4 finalın ikinci oyunları aprelin 16-17-də keçiriləcək.

Before yesterdayMain stream

“Liverpul”a Şlotterbek fürsəti

14 April 2026 at 22:01

​”Liverpul” “Borussiya Dortmund”un ulduz müdafiəçisi Niko Şlotterbeki heyətinə qatmaq üçün hərəkətə keçib.

Futbolpress.az xəbər verir ki, transferin reallaşması üçün İngiltərə təmsilçisinin vaxtı olduqca məhduddur.

Almaniya mətbuatının yaydığı məlumata görə, Şlotterbekin müqaviləsində xüsusi bir sərbəstqalma maddəsi var. Lakin bu maddə bütün yay boyu qüvvədə olmayacaq. Sözügedən bəndin iyulun ortalarında — tam olaraq 19 iyulda keçiriləcək Dünya Çempionatının finalı ilə eyni vaxtda başa çatacağı bildirilir.

Bu o deməkdir ki, “Liverpul” və ya Şlotterbeklə maraqlanan digər iki klub transferi bitirmək istəyirsə, yay transfer pəncərəsinin ilk həftələrində qəti addım atmalıdır. Əks halda, iyulun ortasından sonra “Dortmund”un istədiyi qiyməti diqtə etmək hüququ olacaq.

Əgər ulduz futbolçu 50 milyon avrodan baha olan sərbəstqalma məbləği ilə satılarsa, klubun yeni müdafiəçi tapmaq üçün təxminən 6 həftə vaxtı və ciddi büdcəsi olacaq.

Premyer Liqada gözlənilməz ayrılıq

14 April 2026 at 21:48

​”Bornmut” klubunun baş məşqçisi Andoni İraola mövsümün sonunda vəzifəsindən ayrılacağını rəsmən elan edib.

Futbolpress.az xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssisin “Bornmut”la olan müqaviləsi bu mövsümün sonunda başa çatır.

Klub tərəfindən verilən rəsmi bəyanatda tərəflərin yeni müqavilə imzalanmayacağı və İraolanın yayda komanda ilə vidalaşacağı bildirilib.

Məlumata görə, təcrübəli məşqçi karyerasını Avropanın daha iddialı klublarından birində davam etdirmək niyyətindədir.

İraolanın rəhbərliyi altında “Bornmut” cari mövsümdə keçirdiyi 32 matçda 45 xal toplayaraq Premyer Liqada 11-ci pillədə qərarlaşıb.

Maskerano “İnter Mayami”dən getdi

14 April 2026 at 21:20

“İnter Mayami”nin baş məşqçisi Xaviyer Maskerano vəzifəsindən ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klub rəhbərliyi rəsmi açıqlama yayıb.

Açıqlamada onun bu qərarı özünün verdiyi, şəxsi səbəbləri əsas gətirdiyi bildirilir.

Klubu müvəqqəti olaraq Gilyermo Hoyos çalışdıracaq.

Asprilla geri qayıdacaq

14 April 2026 at 20:55

Türkiyə Süper Liqasında çempionluğa fokuslanan “Qalatasaray”da gələn mövsümün heyət planlaması artıq start götürüb.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Okan Burukun siyahısı əsasında hərəkətə keçən klub rəhbərliyi Yaser Asprilla ilə bağlı qəti qərarını verib.

“Sport” nəşrinin yaydığı məlumata görə, “cim-bom” qış fasiləsində “Jirona”dan icarəyə götürdüyü 23 yaşlı kolumbiyalı oyunçunun transfer hüquqlarını almamağa qərar verib. Bu qərara əsas səbəb futbolçunun “Göztepe” ilə matçda yaşadığı zədə olub.

Xəbərin detallarında qeyd olunur ki, “Qalatasaray” rəhbərliyi zədə riskini və maliyyə şərtlərini nəzərə alaraq, Asprilla üçün nəzərdə tutulan 20 milyon avroluq satınalma maddəsindən istifadə etməyəcək.

Beləliklə, gənc vinger mövsümün sonunda İspaniyaya geri dönəcək.

Hakanın menecerindən “Qalatasaray” cavabı: “Heç bir görüş olmayıb!”

14 April 2026 at 20:39

​”İnter”in ulduz futbolçusu Hakan Çalhanoğlunun meneceri Qordon Stipic son günlər yayılan transfer şayiələrinə son qoyub.

Futbolpress.az xəbər verir ki, o, türkiyəli yarımmüdafiəçinin gələcəyi ilə bağlı faktları rəsmən açıqlayıb.

Menecer bildirib ki, 32 yaşlı futbolçunun Milan təmsilçisi ilə 2027-ci ilə qədər müqaviləsi var və o, həm klubundan, həm də İtaliyadakı həyatından olduqca məmnundur.

Transfer spekulyasiyalarına aydınlıq gətirən Stipic “cim-bom”la heç bir təmasın olmadığını vurğulayıb:

​”Gerçəklər çox sadədir: Nə keçən yay, nə də yanvar ayında ‘Qalatasaray’la hər hansı bir görüş keçirilməyib. Heç bir nöqtədə konkret təşəbbüs və ya tələb olmayıb”.

Hakanın hazırda yalnız uğura fokuslandığını deyən agent futbolçunun “İnter”lə A Seriyasının çempionluq mübarizəsinə və Türkiyə millisinin kapitanı kimi Dünya Çempionatına hazırlaşdığını qeyd edib.

Cari mövsümdə “İnter” forması ilə 28 rəsmi matça çıxan təcrübəli yarımmüdafiəçi 10 qol və 6 asistlə komandasının liderlərindən biri olduğunu bir daha sübut edib.

Keçmiş nigeriyalı futbolçudan Osimhenə sərt tənqid

14 April 2026 at 20:21

Nigeriya millisinin sabiq üzvü Efan Ekoku, “Qalatasaray”da forma geyinən həmyerlisi Viktor Osimhen haqqında kəskin fikirlər səsləndirib.

Futbolpress.az xəbər verir ki, o, Osimhenin hələ “ən yüksək səviyyəyə” çatmadığını iddia edib.

58 yaşlı Ekoku Osimhenin adının dünyanın ən yaxşı hücumçuları ilə eyni sırada çəkilməsinə qarşı çıxıb:

​”Osimhenin yüksək səviyyəli oyunçular arasında olduğunu düşünmürəm. Levandovski, Benzema və Ronaldo kimi simalar 15 ildir zirvədədirlər. Mbappe, Keyn və Haaland da həmçinin. Məncə, Osimhen onlardan bir pillə aşağıdadır”.

Ekoku gənc forvardın xarakterini də tənqid edərək, onun emosiyalarını idarə edə bilmədiyini vurğulayıb:

“O, duyğularını gizlədə bilmir və çox tez əsəbiləşir. Son Afrika Millətlər Kubokunda bəzi komanda yoldaşlarına qarşı komanda ruhuna zərər verə biləcək şəkildə danışdığını gördük. Onun yenidən Avropanın böyük klublarına qayıdıb-qayıtmayacağını görmək maraqlı olacaq”.

​Karyerası ərzində “Norviç”, “Uimbldon” və “Qrasshopper” kimi klublarda çıxış edən Ekoku Nigeriya millisi ilə 1994-cü ildə Afrika Millətlər Kubokunun qalibi olub.

“Napoli”nin prezidentindən şok təklif

14 April 2026 at 19:52

​”Napoli” klubunun qalmaqallı prezidenti Aurelio De Laurentiis futbolun mövcud sistemini “darıxdırıcı” adlandıraraq, dünyanı şoka salacaq dəyişikliklər təklif edib.

Futbolpress.az xəbər verir ki, De Laurentiisin ən diqqətçəkən təklifi oyun müddəti ilə bağlı olub.

O, 90 dəqiqəlik sistemin artıq tamaşaçı itirdiyini iddia edərək, matçların hər biri 25 dəqiqə olmaqla, cəmi 50 dəqiqə davam etməsini istəyir. Prezidentin fikrincə, bu, oyunu daha intensiv və aksiyonla dolu edəcək.

Futbolun simvolu olan kartların ədalətsizliyə yol açdığını müdafiə edən klub rəhbəri, basketbol və buz hokeyindəki kimi dəqiqəlik cəza sistemini təklif edib.

İtaliyalı futbol adamı bu tədbirlərin qaçılmaz olduğunu bildirib. O, gənc nəslin uzunmüddətli oyunlardan sıxıldığını və futbolun digər əyləncə sektorları ilə rəqabət apara bilməsi üçün bu dəyişikliklərin vacib olduğunu vurğulayıb.

Gənc cüdoçuların ne-vaza turniri bitdi

14 April 2026 at 19:32

20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib.

Futbolpress.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə 32 klub və idman cəmiyyətindən 145 idmançı (113 oğlan, 32 qız) ümumilikdə 13 çəki dərəcəsində qüvvəsini sınayıb.

Cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.

Qalib və mükafatçıları təqdim edirik:

 

Oğlanlar

-60 kq

1. Kərim Kərimli (Neftçi İK)

2. Bahadır Feyzullayev (Neftçi İK)

3. Nicat Şıxızadə (JC 2012 Qobustan)

3. Fərid Qasımzadə (Azəri-Cüdo İKİB)

 

-66 kq

1. Nihad Rəhimov (RKİM)

2. Əli Cəfərov (Judo Club 2012)

3. Kənan Məmmədov (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)

3. Zeyd Ələsgərov (Sərhədçi İM)

 

-73 kq

1. Fəqan Məmmədli (Judo Club 2012)

2. Tunar Məmmədli (Sərhədçi İM)

3. Rəsul Əmirzadə (Neftçi İK)

3. Ümüd Əbdülov (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)

 

-81 kq

1. Məhəmməd Ağakişiyev (Sərhədçi İM)

2. Cahandar Haqverdiyev (Atilla İK)

3. Kənan Məmmədli (Judo Club 2012)

3. Həşim Abbasov (Atilla İK)

 

-90 kq

1. Qəzənfər Kazımlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. Amir Xəzriyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Akif Zeydquliyev (Atilla İK)

 

-100 kq

1. Elşən Fərzəliyev (Judo Club 2012)

2. Fərid İsmayılov (Judo Club 2012)

 

+100 kq

1. Oqtay Məmmədov (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

 

Qızlar

-52 kq

1. Sevil Abdulzadə (Neftçi İK)

2. Leyla Əliyeva (Judo Club 2012)

3. Gülay Haqverdiyeva (Neftçi İK)

 

-57 kq

1. Zeynəb Şərbətova (Naftalan UGİM)

2. Esmira Bayramova (Xəzri İK)

3. Zəhra Əliyeva (AHİTA)

3. Yasəmən Əkbəri (RKİM)

 

-63 kq

1. Zəhra Hüseynzadə (Xəzri İK)

2. Leyla Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. İlahə Əzizzadə (Neftçi İK)

 

-70 kq

1. Mələk Bayramlı (DİN İC)

2. Aynur Mirzağayeva (Neftçi İK)

 

-78 kq

1. Arzu Rəşidova (Sumqayıt şəhəri İOEUGİM)

2. Əsmər Əliyeva (Neftçi İK)

3. Zəhra İbadova (Neftçi İK)

 

+78 kq

1. Ceyran Vijehdolatabad (Fərid İK Sumqayıt)

2. Aysel Mustafazadə (İmişli)

3. Nərgiz Vəlizadə (Judo Club 2012)

Güləş millilərimizin heyəti bəlli oldu

14 April 2026 at 19:15

Aprelin 20-dən 26-dək Albaniyanın Tirana şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, yarışda iştirak edəcək milli komandalarımızın heyəti müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasının elan etdiyi siyahı:

 

Yunan-Roma güləşi (20-22 aprel)

55 kq Rəşad Məmmədov

60 kq Nihat Məmmədli

63 kq Ziya Babaşov

67 kq Həsrət Cəfərov

72 kq Ruslan Nurullayev

77 kq Sənan Süleymanov

82 kq Qurban Qurbanov

87 kq İslam Abbasov

97 kq Murad Əhmədiyev

130 kq Beka Kandelaki

Baş məşqçi Məhəmməd Bəna

Böyük məşqçi Nurəddin Rəcəbov

Məşqçi Rövşən Bayramov

Məşqçi Bəhruz Həzrətipur

Məşqçi Rəsul Cəzini

Məşqçi Sabah Şəriəti

 

Qadın güləşi (22-24 aprel)

50 kq Elnurə Məmmədova

57 kq Jalə Əliyeva

59 kq Günay Qurbanova

62 kq Ruzanna Məmmədova

65 kq Birgül Soltanova

Baş məşqçi əvəzi Toğrul Əsgərov

Böyük məşqçi Ağahüseyn Mustafayev

 

Sərbəst güləş (24-26 aprel)

57 kq İslam Bazarqanov

61 kq Nürəddin Novruzov

65 kq Rəşid Babazadə

70 kq Kənan Heybətov

74 kq Turan Bayramov

79 kq Cəbrayıl Hacıyev

86 kq Arseniy Djioyev

92 kq Ali Tsokoyev

97 kq Osman Nurmaqomedov

125 kq Giorgi Meşvildişvili

Baş məşqçi Xetaq Qazyumov

Böyük məşqçi Cəbrayıl Həsənov

Məşqçi Taymuraz Kokoyev

Məşqçi Şərif Şərifov

 

Avropa çempionatında ədaləti I-S dərəcəli hakimlərimiz – Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə qoruyacaq.

İkinci liqada bol qollu tur geridə qaldı

14 April 2026 at 18:55

Azərbaycan II liqasında 22-ci tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçirilib.

“Xankəndi” evdə “Dinamo”ya 3:1 hesabı ilə qalib gəlib. “Qaradağ Lökbatan” öz meydanında “Quba”nı böyük hesabla məğlub edib – 5:1. “Şəki Siti” isə qonaq “Ağstafa Gəncləri”nə 1:4 hesabı ilə məğlub olub.

 

14 aprel (çərşənbə axşamı)

13:00. “Xankəndi” – “Dinamo” – 3:1

Qollar: Elvin Nəsibov, 7, 67; Emin Quliyev, 71-pen. // Valeh Seyidov, 34

Palms Sports FM (IV meydança)

16:00. “Qaradağ Lökbatan” – “Quba” – 5:1

Qollar: R.Quliyev, 43, 45, T.Axverdiyev, 55, S.Allahquliyev, 62, V.Hüseynov, 85 // B.Köçərli, 74

Lökbatan OİK stadionu

16:00. “Şəki Siti” – “Ağstafa Gəncləri” – 1:4

Qollar: R.İbrahimov, 8 // R.Süleymanov, 3, E.Hüseynov, 50, İ.Allahverdiyev, 66, E.Hüseynov, 72

Zaqatala OİK stadionu

Türkiyə millisinin üzvü Bundesliqada qalacaq

14 April 2026 at 18:35

Almaniya Bundesliqasında çıxış edən “Hoffenhaym” klubu türkiyəli milli futbolçu Ozan Kabakla müqaviləni yenilədiyini rəsmən açıqlayıb.

Futbolpress.az xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq 26 yaşlı mərkəz müdafiəçisi klubu ilə uzunmüddətli yeni sazişə imza atıb.

Ozan Kabak imza mərasimində klubuna minnətdarlığını bu sözlərlə ifadə edib:

​”Burada özümü çox rahat hiss edirəm və komanda ilə birlikdə inkişaf potensialı görürəm. “Hoffenhaym” ağır zədəli olduğum dönəmdə belə mənə inandı və böyük dəstək oldu. Bu inkişafın bir parçası olmağa davam edərək birlikdə hədəflərimizə çatmaq istəyirəm”.

Qeyd edək ki, 2022-ci ilin yayında 7 milyon avroya “Şalke 04″dən transfer edilən Ozan cari mövsümdə meydana çıxdığı 21 oyunda 4 dəfə fərqlənib. O, “Hoffenhaym” karyerası ərzində isə ümumilikdə 84 matça çıxaraq 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Kurtua dünyanın ən yaxşısı seçildi

14 April 2026 at 18:15

​”The Athletic” nəşri hazırda karyerasını davam etdirən dünyanın ən yaxşı 15 qapıçısının reytinqini tərtib edib.

Futbolpress.az xəbər verir ki, reytinq hazırlanarkən qapıçıların elit səviyyədə çıxış etdikləri müddət, sabitlikləri və oyuna təsirləri əsas götürülüb.

Məhz bu uzunmüddətli meyarlara görə təkcə bu mövsüm parlayan bir çox qapıçı siyahıdan kənarda qalıb.

Siyahının ilk pilləsində “Real Madrid”in belçikalı qapıçısı Tibo Kurtua qərarlaşıb.

​Ümumi sıralama isə belədir:

1. ​Tibo Kurtua (“Real Madrid” / Belçika)

​2. Canluici Donnarumma (“Mançester Siti” / İtaliya)

3. ​Alisson (“Liverpul” / Braziliya)

​4. Manuel Noyer (“Bavariya” / Almaniya)

​5. Mayk Menyan (“Milan” / Fransa)

6. ​Emiliano Martines (“Aston Villa” / Argentina)

7. ​David Raya (“Arsenal” / İspaniya)

​8. Yan Oblak (“Atletiko Madrid” / Sloveniya)

​9. Xoan Qarsiya (“Barselona” / İspaniya)

​10. Qreqor Kobel (“Borussiya Dortmund” / İsveçrə)

11. ​Cordan Pikford (“Everton” / İngiltərə)

​12. Yan Sommer (“İnter” / İsveçrə)

​13. Unai Simon (“Atletik Bilbao” / İspaniya)

​14. Dioqu Koşta (“Portu” / Portuqaliya)

15. Ederson (“Fənərbağça” / Braziliya)

Milli Xorvatiyada “qol yağışı”na düşdü

14 April 2026 at 17:57

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Həbib Ağayevin rəhbərlik etdiyi kollektiv Çexiya ilə qarşılaşıb.

Xorvatiyanın Luçko şəhərində keçirilən görüş rəqibin darmadağınıyla baça çatıb – 0:9.

U-19 daha əvvəl Xorvatiyaya 6 cavabsız qolla uduzub.

“Beşiktaş” “Yuventus”un futbolçusu ilə maraqlanır

14 April 2026 at 17:32

“Yuventus”un futbolçusu Edon Zergova karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” kosovolu oyunçunun xidmətində maraqlıdır. Bu barədə “Takvim” nəşri məlumat yayıb. İstanbul klubu yayda oyunçu üçün danışıqlara başlamağı planlaşdırır.

27 yaşlı futbolçu bu mövsüm A Seriyasında 13 oyunda meydana çıxıb.

“Çox istərdim ki, Neymar da dünya çempionatında oynasın”

14 April 2026 at 17:16

“Barselona”nın futbolçusu Lamin Yamal açıqlama verib.

Futbolpress.az xəbər verir ki, ispan vinger Neymarın yayda keçiriləcək dünya çempionatında iştirak etməsini arzuladığını deyib:

“Braziliya yığmasını onsuz təsəvvür edə bilmirəm. Çox istərdim ki, Neymar da dünya çempionatında oynasın. Uşaq vaxtı mənim kumirim idi. İndi onunla üz-üzə gəlməyi arzulayıram”.

Sabiq futbolçusu “Çelsi”ni tənqid etdi

14 April 2026 at 16:45

“Çelsi”nin sabiq futbolçusu Con Obi Mikel “zadəganlar”ı tənqid edib.

Futbolpress.az xəbər verir ki, İngiltərə mətbuatına danışan keçmiş yarımmüdafiəçi sabiq klubu haqda bunları deyib:

“Bir milyon funt-sterlinqdən çox pul xərclənib, ancaq oyunu dəyişəcək futbolçu yoxdur. Bəzən oyunlarda meydana çıxan futbolçuları tanımıram.

“Real”, “Mançester Siti” hər il yeni futbolçular transfer edir. Onlar qısa zamanda fərq yaradırlar. Ancaq “Çelsi”də elə deyil. Nə qədər oyunçu gəlir, amma heç özlərini sübut edə bilmirlər”.

“Çelsi” Premyer Liqada 32 turdan sonra 48 xalla 6-cı sıradadır.

“Zəfər Kuboku”nda daha 6 medal

14 April 2026 at 16:30

Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər kuboku” davam edir.

Futbolpress.az xəbər verir ki, U17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ikinci günündə 6 güləşçimiz fəxri kürsüyə yüksəlib.

Sərbəst güləşdə Hüseyn Rzazadə (48 kq) gümüş, Abbas Şəfiyev (55 kq) və Elgün Kərimli (92 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kq) Qurban Məcnunov (55 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medalın sahibi olublar. Yusif Mirzəyev (48 kq) isə gümüş medalı boynundan asıb.

Azərbaycan güləşçiləri “Zəfər Kuboku”nda ilk gündə 4 medal qazanmışdı.

Azərbaycan çempionatında pley-off mərhələsinin püşkü atıldı

14 April 2026 at 16:12

AFFA U-13 Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib.

Həmçinin, iştirakçı komandaların 1/4 və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.

U-13 Liqası, 1/8 final
“Qarabağ” – “Azəri” (Gəncə)
“Qəbələ” – “Ulduz” (Mingəçevir)
“Turan Tovuz” – “Viləş”
“Xan Lənkəran” – “Aran” (Beyləqan)
“Araz Saatlı” – “Sumqayıt”
“Araz-Naxçıvan” – “Sabah”
“Sumqayıt City” – “Zirvə”
“Neftçi” – “Metak”

“Şaxtyor” 17 yaşlı vinger transfer edir

14 April 2026 at 15:45

Braziliyanın “Atletiko Paranaense” klubunun futbolçusu Bruninyo karyerasını Ukraynada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “Şaxtyor” 17 yaşlı vingerin transferi üçün “sambaçılar”la anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bruninyo yayda Donetsk klubuna qoşulacaq.

Vinger bu mövsüm Braziliya A Seriyasında 6 oyuna çıxıb.

Avropa çempionatında iştirak edəcək milli üzvləri ilə görüş

14 April 2026 at 15:27

Cüdo üzrə böyüklər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.

Futbolpress.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, həmçinin milli komandaların məşqçi heyəti iştirak edib.

Federasiya rəhbərliyi qarşıdan gələn Avropa çempionatı öncəsi milli üzvləri ilə bir araya gələrək idmançılara etimadlarını ifadə edib, turnirin məsuliyyəti və əhəmiyyəti barədə fikirlərini bölüşüb. Çıxışlarda Azərbaycan cüdoçularının qitə miqyaslı bu mötəbər yarışda uğurlu nəticələr əldə edəcəyinə inam ifadə olunub.

Eyni zamanda, idmançılara yarışöncəsi son tövsiyələr verilib, tatamidə intizam, soyuqqanlılıq və düzgün taktiki yanaşmanın vacibliyi diqqətə çatdırılıb. Görüşün sonunda cüdoçulara uğurlar arzulanıb.

Qeyd edək ki, böyüklər arasında Avropa çempionatı 16–19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Azərbaycan qitə çempionatında 15 cüdoçu (9 kişi, 6 qadın) ilə təmsil olunacaq.

UEFA “Barselona”nın şikayətini rədd etdi

14 April 2026 at 15:10

“Barselona” Çempionlar Liqasının 1/4 finalının “Atletiko” ilə ilk matçının hakimi İştvan Kovaçdan UEFA-ya şikayət etmişdi.

Futbolpress.az xəbər verir ki, qurumun İntizam Komitəsi kataloniyalıların şikayətini rədd edib. UEFA-nın açıqlamasında bunlar qeyd olunub:

“Barselona”nın ötən həftə “Atletiko” ilə oyundan sonra hakimə qarşı etdiyi şikayət qəbuledilməzdir”.

Daha öncə İspaniya mətbuatı referinin bu mövsüm bir daha Çempionlar Liqasına təyinat almayacağını xəbər vermişdi.

“Barselona” – “Atletiko” matçında (0:2) meydan sahiblərinin müdafiəçisi Pau Kubarsi qırmızı vərəqə alıb. Klub bundan və ikinci hissədə rəqib futbolçu Mark Pubillin cərimə meydançasında əllə oynadığını, ancaq hakimin penalti təyin etmədiyini bildirmişdi.

Komandalar arasındakı cavab oyunu bu gün, saat 23:00-da olacaq.

Alman hücumçu “Milan”dan ayrılacaq

14 April 2026 at 14:48

İcarə əsasında “Milan”da çıxış edən Niklas Fullkruq yayda klubdan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, İtaliya təmsilçisi forvardın performansından narazıdır və onun transfer hüquqlarını almayacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Fullkruq bu mövsüm “Milan”la A Seriyasında 16 oyunda 1 qol vurub.

33 yaşlı hücumçu müqavilə ilə İngiltərənin “Vest Hem” klubuna məxsusdur.

Noyer qərarını verdi

14 April 2026 at 14:30

“Bavariya”nın qapıçısı Manuel Noyerin adı İngiltərə klubları ilə hallanır.

Futbolpress.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Xəbərdə Premyer Liqadan bir neçə klubun alman qolkiperlə maraqlandığı bildirilib.

Noyer “Bavariya”dan ayrılmayacaq. O, karyerasını bu klubda bitirmək niyyətindədir.

41 yaşlı qapıçının Münhen təmsilçisi ilə müqaviləsi yayda başa çatır.

“Qarabağ”dan xanım fanatlara jest

14 April 2026 at 14:13

“Qarabağ” klubu xanım azarkeşləri üçün növbəti dəfə jest edib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqanın XXVIII turu çərçivəsində “Sabah” ilə keçiriləcək ev oyununda komandanı dəstəkləmək istəyən xanım azarkeşlər üçün giriş tamamilə pulsuzdur.

Aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna saat 19:30-da start veriləcək.

Almeyda “Qarabağ” günlərini xatırladı: “Lider olmuşam”

14 April 2026 at 13:48

“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Braziliya mətbuatına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, o, “atlılar”da keçirdiyi illəri xatırlayıb:

“Uşaq olanda atama Çempionlar Liqasında oynamaq istədiyimi deyirdim. Allaha şükür ki, buna “Qarabağ”la nail oldum. Səkkiz il pley-off mərhələsində mübarizə apardıqdan sonra qrup mərhələsinə vəsiqə qazanmaq əməyimin bəhrəsi idi. “Stamford Bridge” və “Olimpico” kimi stadionlarda oynamaq möhtəşəm hissdir.

Həm meydanda, həm də ondan kənarda lider olmuşam. Oynamadığım vaxtlarda belə, paltardəyişmə otağında komanda yoldaşlarımı dəstəkləmişəm”.

Almeyda 2012-2019 və 2021-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib.

“Nəticəyə görə məyusuq, ancaq…”

14 April 2026 at 13:30

Futzal üzrə Azərbaycan millisinin üzvü Ülvi Əliyev açıqlama verib.

Futbolpress.az xəbər verir ki, o, Qazaxıstana məğlub olduqları yoldaşlıq görüşünü (2:9) belə şərh edib:

“Rəqibimizin gücünü bilirdik. Təsadüfi deyil ki, bu gün Avropanın 4-cü ən güclü komandasıdır. Dünya çempionatında da kifayət qədər yaxşı çıxış etmişdilər. Düzdür, Avropa çempionatının final mərhələsinə vəsiqəni pley-off oyunlarında əldən vermişdilər. Rəqabətli çempionatları var.

Oyun gərgin keçdi. 12-13 dəqiqə yaxşı mübarizə apardıq. Yorğunluq tədricən sözünü dedi. Çünki rəqibdən fərqli olaraq, biz Tbilisdə 2 ağır görüş keçirmişdik, üstəlik Aktauya gecə saatlarında gəldik və məşq etmədən oyuna çıxdıq. Dediklərim bəhanə kimi qəbul olunmasın. Nəticəyə görə məyusuq, ancaq bu məğlubiyyətin ətrafında dolanıb qalmaq istəmirik. Heyətimizdə gənclər də var, təcrübəlilər də. Yeni sistem qurulur, baş məşqçinin tələbi fərqlidir. Oyun təcrübəsi azdır, belə qarşılaşmalar bu boşluğu doldurmaq üçün bizə çox kömək edəcək. Yenə deyirəm, vəziyyət düşünüldüyü qədər də ağır deyil. Əsas odur ki, etdiyimiz səhvlərdən nəticə çıxaraq, oyunumuzu təkmilləşdirək. Vacib olan rəsmi matçlardır, ona qədər hazır olmalıyıq”.

Azərbaycan idmançıları Çinə yollandı

14 April 2026 at 13:13

Stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Futbolpress.az xəbər verir ki, Seçmə komandanın üzvləri Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova bu gün Çinə yola düşüblər.

Onlar baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə aprelin 14-dən 27-dək Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcəklər. Təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

“Zirə”nin futbolçusu: “Premyer Liqa gözlədiyimdən daha rəqabətlidir”

14 April 2026 at 12:49

“Zirə” Misli Premyer Liqasının XXVII turunda “Sabah”la heç-heçə edib – 2:2.

Matçdan sonra “qartallar”ın türkiyəli futbolçusu Eren Aydın “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Çətin “Sabah” səfərindən xalla döndünüz. Oyunu necə şərh edərdiniz?
– Həqiqətən, bu rəqibə qarşı oynamaq çox çətindir. Oyuna istədiyimiz kimi başlaya bilmədik. Amma xarakter göstərdik və geri düşməyimizə baxmayaraq, reaksiya verə bildik. Bu səfərdən qazanılan bir xalın əhəmiyyəti çoxdur.

– Əvvəlcə geri düşdünüz, sonra önə keçdiniz. Yekunda isə bərabərlik alındı. Qələbə üçün nə çatmadı?
– “Sabah” kimi rəqiblə oyunda geridönüş etmək asan deyil. Ancaq biz bir-birinə inanan kollektivik. Hesab nə olursa olsun, oyundan qopmuruq. Tələsmədik, üslubumuza sadiq qaldıq. Sona qədər mübarizə apardıq. Məncə, bir xal qənaətbəxşdir. Bu, komandamızın xarakterindən xəbər verir.

– Gəlişinizdən sonra komandada hücumda ən effektiv oyunçulardansınız. Bu da sizdən gözləntiləri artırır. Üzərinizdə təzyiq yaranmır?
– Təzyiq yoxdur. İşim komandaya kömək etməkdir. Futbol komanda oyunudur. Fərdi olaraq baxmırıq. Hər zaman əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Özümüzə inanırıq. Məsuliyyətli biriyəm və gözləntiləri bilirəm. Bu, məni daha da motivasiya edir.

– Bir müddətdir, Azərbaycandasınız. Premyer Liqa ilə bağlı təəssüratlarınız nələrdir?
– Azərbaycan Premyer Liqasında fiziki oyuna üstünlük verilir. Hər oyun çox çətin keçir. Komandalar intizamlıdır. Premyer Liqa gözlədiyimdən daha rəqabətlidir. Futbolçu kimi burda inkişaf edəcəyəm.

– Qarşıda avrokoboklara vəsiqə uğrunda “Neftçi” ilə kritik oyun var. Qələbə sizi daha üstün edəcək. Şansları necə dəyərləndirirsiniz?
– “Neftçi” böyük və keyfiyyətli klubdur. Çətin oyun olacaq. Lakin biz də səviyyəmizi bilirik və meydana qələbə üçün çıxacağıq. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bu oyun bizim üçün çox vacibdir. Düzgün oynasaq və fürsətləri dəyərləndirsək, qazanacağımızı düşünürəm.

Şahin Cəfərov

“Qarabağ”ın futbolçusu millidən çıxarıldı

14 April 2026 at 12:30

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Futbolpress.az xəbər verir ki, zədə səbəbindən “Qarabağ”ın futbolçusu Əli Bəşirovun əvəzinə heyətə “Qəbələ”nin oyunçusu Ariz Kərimov cəlb olunub.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

Milli çexlərə qarşı

14 April 2026 at 12:15

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Həbib Ağayevin rəhbərlik etdiyi kollektiv Çexiya ilə qarşılaşacaq.

Xorvatiyanın Luçko şəhərində keçiriləcək oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

U-19 daha əvvəl Xorvatiyaya 6 cavabsız qolla uduzub.

 

“Azərlotereya” çempion axtarır!

14 April 2026 at 11:55

Ölkənin lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” yeni “Poz-Qazan” oyunu “Çempion”u təqdim edir.

Çempion” oyununda ən böyük uduş məbləği 25 000 manatdır. Bu məbləğdə uduş olan biletlərin sayı 3 ədəddir. 10 biletdə 3000, daha 10 biletdə isə 1000 manat qazanmaq şansı var.

Qiyməti 3 manat olan lotereya biletlərinin ümumi sayı 2 000 000 ədəddir. Onlardan 565 523 ədədi uduşludur. Cəmi uduş məbləği isə 4 020 000 manatdır.

Qaydalara gəlincə, müvafiq xanalar pozulduqdan sona hər hansı oyun sırasındakı “Sənin nəticən” “Rəqibin nəticəsi”ndən böyük olarsa, qarşısındakı uduş qazanılır. “ÇARPAN” xanasında isə 2X, 5X,10X simvollarından birini tapdıqda uduş müvafiq olaraq 2, 5 və 10 dəfə artır.

Şans oyunlarında yalnız 18 yaşı tamam olan şəxslər iştirak edə bilərlər. Bir-birindən əyləncəli “Poz-Qazan” oyunlarında 500 000 manatadək böyük uduşlar qazana bilərsiniz.

Biletləri “Azərlotereya”  satış nöqtələri, “Misli” məntəqələri, “Azərpoçt” şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də mağaza və köşklərdən əldə etmək mümkündür.

 

Hansı oyun, hansı kanalda? – TV

14 April 2026 at 11:30

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

Asiya Çempionlar Liqası

18:45 Traktor – Şabab Əl-Əhli (İdman TV)

Dünya çempionatı, seçmə mərhələ, qadınlar

21:00 Andorra – Azərbaycan (İdman TV)

Çempionlar Liqası

23:00 Atletiko – Barselona (CBC Sport)

23:00 Liverpul – PSJ (İctimai TV)

“Qəbələ”də yeni müqavilə

14 April 2026 at 11:18

“Qəbələ” futbolçusu  Prins Ovusu ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə sözləşmənin müddəti 2028-ci ilin iyun ayınadək uzadılıb.

20 yaşlı vinger “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.

Kapitan: “Danışsam, böyük problemlər olacaq”

14 April 2026 at 10:51

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXXII turunda “Lids”ə uduzub – 1:2.

Futbolpress.az “Sky Sports”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın kapitanı Brunu Fernandeş matçdan sonra hakimlikdən narazılıq edib:

“Hakim haqda danışmaq istəmirəm. Danışsam, böyük problemlər olacaq. Qaydalar hamı üçün fərqlidir. Yaxşı olar ki, heç nə deməyim”.

“Mançester Yunayted” ikinci hissədə müdafiəçi Lisandro Martinesin qovulmasından sonra azlıqda qalıb. Klub oyunun birinci hissəsində rəqibin vurduğu ilk qolda da qayda pozuntusu olduğunu iddia edir.

Ronaldo DÇ-2030-da da oynamaq istəyir

14 April 2026 at 10:30

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo 2030-cu ildə keçiriləcək dünya çempionatında oynamaq ehtimalından danışıb.

Futbolpress.az xəbər verir ki, 41 yaşlı hücumçu futbolda hər şeyin mümkünlüyündən söz açıb:

“Qarşıdan mundial gəlir. Yaxşı hədəflər uğrunda mübarizə aparacağıq. 2030-cu ildəki dünya çempionatında da iştirak etmək ehtimalım var. Hazırda 41 yaşımdayam və hər oyun qol vururamsa, bəlkə 4 il sonra da bunu bacararam”.

Ronaldo bu mövsüm “Əl Nəsr”də 28 oyunda 25 qol vurub.

Karrik narazıdır: “Əleyhimizə qərarlar verilir”

14 April 2026 at 10:19

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXXII turunda “Lids”ə uduzub – 1:2.

Futbolpress.az “Sky Sports”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Maykl Karrik matçdan sonra oyunun hakimliyindən narazılıq edib:

“Oyuna yaxşı başlamadıq. Rəqibin qayda pozuntusu etməsinə baxmayaraq, vurduğu qol qeydə alındı. Qol ləğv olunmalı idi, amma etmədilər. Bu, oyunda vacib məqamlardan idi.

İkinci hissədə isə azlıqda qaldıq. Lisandro Martines kobud oynamasa da, meydandan qovuldu. Bilmirəm, hakimlər onun davranışını necə aqressiv adlandıra bilər? Ən pisi odur ki, VAR-a baxandan sonra da qərar dəyişmədi. Artıq iki oyundur, əleyhimizə qərarlar verilir. Bu görüş isə karyeramda yaşadığım ən pis matçlardan idi”.

Autsayderlərin pley-off şansları

14 April 2026 at 10:00

Misli Premyer Liqasında mövsümün sonuna altı tur qalıb.

Turnir cədvəlinin sonuncusu “Karvan-Yevlax” “Kəpəz”ə qalib gəlməklə liqada qalmaq ümidlərini cücərtdi. 11-ci pillədəki “Qəbələ”dən 8 xal geri qalan yevlaxlılar şanslarını davam etdirməkdədir.

Çempionatı 11-ci sırada bitirən komanda I Liqanın 2-cisi ilə pley-off oynayacaq. İstənilən halda, Premyer Liqadan pley-offa gedən komanda cütün favoritidir və elitada qalmağa daha yaxın olacaq.

“Karvan-Yevlax”:
28-ci tur: “Şamaxı”
29-cu tur: “Sabah”
30-ci tur: “Neftçi”
31-ci tur: “Turan Tovuz”
32-cü tur: “Qəbələ”
33-cü tur: “İmişli”

Təqvim autsayderin nə lehinədir, nə əleyhinə. “Şamaxı”, “Qəbələ”, “İmişli” kimi komandalarla oyunlarda qazanılacaq qələbə pley-off yolunu aça bilər. Lakin vəziyyət elədir ki, Yevlax klubu özünün qazanmasıyla yanaşı, “Qəbələ”nin də xal itirməsini gözləməlidir.

“Qəbələ”də isə hər şey özündən asılıdır. 8 xallıq fərq var və bu fərqin qapanması, “qırmızı-qaralar”ın sonuncu sıraya geriləməsi klub adına faciəvi mövsüm sayılacaq.

“Qəbələ”:
28-ci tur: “Sumqayıt”
29-cu tur: “Araz-Naxçıvan”
30-cu tur: “Zirə”
31-ci tur: “Qarabağ”
32-ci tur: “Karvan-Yevlax”
33-cü tur: “Şamaxı”.

Azərbaycan yığması Andorraya qarşı

14 April 2026 at 09:39

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Andorra ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, C Liqasının 3-cü qrupu çərçivəsində baş tutacaq görüşə saat 21:00-da start veriləcək.

Matç Andorra la Vella şəhərindəki Milli Stadionda keçiriləcək.

Milli 3-cü qrupda 3 xalla ikinci sıradadır. Lider Macarıstanın 4, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu – 4-cü pillədəki Andorranın 1 xalı var.

MY 45 il sonra bunu yaşadı

14 April 2026 at 09:26

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXXII turunda “Lids”ə uduzub – 1:2.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” 1981-ci ildən sonra birinci dəfə çempionatda “Old Trafford”da bu rəqibə məğlub olub.

“Mançester Yunayted” həmin tarixdən sonra “Lids”ə qarşı keçirdiyi 18 oyunda 11 qələbə qazanmış, 7 dəfə heç-heçə etmişdi.

ÇL: PSJ və “Atletiko” yarımfinalda

15 April 2026 at 01:01

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Barselona” “Atletiko”nun qonağı olub. Tərəflər arasındakı ilk oyunda madridlilər 0:2 hesabı ilə qalib gəlsələr də, bu dəfə katalonlar paytaxt klubundan 2:1 hesabı ilə üstün olub. Lakin bu qələbə növbəti mərhələyə adlamaq üçün kifayət etməyib.

Digər görüşdə “Liverpul” PSJ-ni qəbul edib. İlk oyunu 2:0 hesablı qələbə ilə başa vuran parislilər bu dəfə də eyni hesabla qalib gəliblər – 0:2.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları

14 aprel

23:00 Atletiko – Barselona 1:2

İlk oyun 2:0 / Ümumi hesab 3:2

Qol: L. Yamal, 4, F. Torres, 24 – A. Lukman, 31

23:00 Liverpul – PSJ 0:2

İlk oyun 0:2 / Ümumi hesab 0:4

Qol: O. Dembele, 72, 90+1

“Üçlük”lər liderlərindir

14 April 2026 at 08:57

Misli Premyer Liqasında 27 turdan sonra ən çox məhsuldar ötürmə edən futbolçular məlum olub.

Futbolpress.az-ın məlumatına görə, “üçlük”də lider “Sabah”ın oyunçuları yer alıb. Aleksey İsayev, Velko Simiç və Timoteuş Puxaç hərəyə 10 məhsuldar ötürmə edib.

Növbəti “üçlük”də isə ikinci pillədə qərarlaşan “Qarabağ”ın futbolçularıdır. Kamilo Duran 8, Joni Montiel və Abdullah Zubir isə hərəyə 7 məhsuldar ötürmə müəllifi olub.

“Sabah” liqada 66 xalla liderdir. “Qarabağ” isə 56 xalla ikinci pillədə yer alıb.

Vüsal oynadı, komandası məğlub oldu

14 April 2026 at 08:25

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” Albaniya çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Elbasani” ilə qarşılaşıb. Matç “Partizani”nin məğlubiyyəti ilə başa çatıb – 0:3.

Vüsal oyuna start heyətdə başlayıb və 62-ci dəqiqədə əvəzlənib.

“Partizani” çempionatda 44 xalla 5-ci sıradadır. “Elbasani” isə 56 xalla ikincidir.

“Daha inamlı olmaq üçün belə turnirlərdə çox oynamaq lazımdır”

14 April 2026 at 08:12

“Qarabağ”ın U-12 komandası Antalyada “Friendship Cup” turnirində ikinci yeri tutub. Azərbaycan təmsilçisi həlledici görüşdə Polşanın “Rakuv” klubunun U-12 komandasına penaltilər seriyasında uduzub (0:0, penaltilər 3:4).

“Qarabağ”ın çalışdırıcısı Şöhrət Yusifovla turnir barədə söhbətləşdik:

“Turnir yüksək səviyyədə təşkil olunmuşdu, qaldığımız otel stadionlara 2 dəqiqəlik məsafədə idi. Bu da uşaqların tez bərpası üçün kifayət qədər üstünlük yaradırdı. Stadionların təbii ot örtüklü olması bizim üçün çox yaxşı oldu. Ən azından ildə 1-2 dəfə də olsa futbolçular təbii ot örtüyündə futbol oynamağın həzzini yaşaya bilirlər. Nəticə etibarilə qrupda olan bütün rəqiblərimizi məğlub etdik;

Qarabağ 2-1 Viz Sinara (Rusya)
Qarabağ 9-0 Manavgat kartalları(Türkiyə)
Qarabağ 1-0 Slovan Liberec (Çexiya)
Qarabağ 4-1 Dsi Fk (Türkiyə)
Qarabağ 7-0 Almaty Junior (Qazaxıstan).

Birbaşa yarımfinal mərhələsinə vəsiqə qazandıq. Yarımfinalda isə Bolqarıstanın “Slaviya” komandasına qalib gəldik – 3:0. Həlledici görüşdə isə “Rakuv”a penaltilər seriyasında uduzduq.

Turnirdə yeganə mənfi məqam fərdi nominasiyaların olmaması idi, ən azından futbolçular üçün belə turnirlərdən qazanılan mükafatlar həm motivasiya, həm də xatirədir”.

Yusifov bu il artıq üçüncü beynəlxalq turnirdə iştirak etdiklərini bildirdi. O, belə yarışların komanda üçün faydalarından söz açdı:

“Düşünürəm ki, bu yaşda futbolçular il ərzində nə qədər çox beynəxalq turnirlərdə iştirak etsələr, bir o qədər sürətli inkşaf yolu keçərlər. Biz hər turnir daha çox inkşaf edirik və bu, futbolçularda özünəinamı artırır. 

Şəxsi olaraq, mənim baş məşqçi kimi 5-ci beynəxalq turnirim idi. Hər yarış bizim üçün də böyük təcrübədir. “Qarabağ” rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, həm komandamıza, həm də mənim kimi gənc məşqçilərə etimad göstərir, bizi belə yarışlara göndərirlər. Bu turnirlərdə oyunçular qədər, biz də inkşaf edirik”.

Yusifov Türkiyədəki turnirdə iştirak edən komandalarla Azərbaycan təmsilçiləri arasındakı əsas fərqlərə toxundu:

“Əsas fərq təcrübə ilə bağlıdır. Rəqiblərimizin çoxu ildə ən azı 8 belə beynəxalq yarışda iştirak edir. Görünən odur ki, futbolçular bu cür yarışlarda daha çox oynadıqca özünəinamı və təcrübələri artır. Bunun göstəricisi kimi, bu il qatıldığımız turnirlərdə həm oyun, həm də nəticə olaraq inkşafı gördük. İlk turnirdə komandamız qrupda qalmışdısa, ikincidə 1/4 final mərhələsində dayandı. Bu yarışda isə məğlubiyyətsiz finala qədər irəlilədik. Düşünürəm ki, bu yaş qrupunda nə qədər çox turnirlərdə iştirak imkanımız olsa, bir o qədər inkşafımız sürətlənər”.

Mütəxəssis futbolçuların və turnirdəki oyunların səviyyəsindən danışdı:

“Futbolçularımız texniki, fiziki baxımdan bu yaşda Avropadakılardan geri qalmır, deyərdim ki, çoxundan üstün və istedadlıdırlar. Sadəcə psixoloji cəhətdən inkşaf etmək istəyiriksə, turnirlərin sayı çox olmalıdır. Ki futbolçular bu tempə, sürətə, təzyiqə öyrəşsinlər. Daha inamlı və dominant olmaq üçün belə yarışlarda çox oynamaq, vərdiş etmək lazımdır. Çünki yerli çempionatla turnirin ab-havası eyni olmur”.

Yusifov 12 yaşa qədər uşaqlarla işləməyin çətinliklərinə toxundu:

“Bu yaş futbolda keçid dövrüdür və futbolçularla diqqətli işləmək lazımdır. Keçid dedikdə, buna qədər uşaqlar 7×7 oynayırdısa, artıq 12 yaşdan 9×9-a keçid edirlər. Hər bir uşağa fərdi yanaşmaq mütləqdir. Bunları detallı şəkildə izah etmək isə vaxt alır. Əslində, bunu çətinlik kimi yox, bu yaşda işə daha çox diqqət ayırmaq zərurəti kimi görürəm. Avqustdan yanvara qədər komandamız böyük irəliləyiş göstərdi. Turnirlərdəki yüksələn performansımız da bunu təsdiqləyir. 

Məşqlərdə ən böyük çətinlik isə uşaqları kökləməkdir. Baxırsan ki, bəzən diqqətləri başqa yerdə olur. Onların diqqətini çəkmək, fikirlərini toplamaq, futbolun incəliklərini sevə-sevə öyrətmək lazımdır. Məşq prosesində də nələrisə fərqli etməlisən ki, onlar üçün əyləncəli olsun, maraqları artsın”.

Mütəxəssis Azərbaycanda U-12 Liqasının təşkilatçılığından da danışdı:

“Təşkilatçılıq normaldır. U-12 Liqasının oyunlarının keçirilməsi üçün iki stadion var. Hər biri süni örtüklüdür, amma durumu yaxşıdır. Bəzən hava şəraitindən asılı olaraq oyunlar təxirə salınır. Bu, mənfi haldır. Bu yaş qrupu üçün üstüörtülü stadionlar daha məqsədəuyğundur. 

Digər mənfi məqam isə hakimlərlə bağlıdır. Onların təcrübəsizliyinə görə yersiz fit çalınır, oyunlar tez-tez dayanır.  Böyük futbol üçün uşaq yetişdiririksə, gərək onlar yüksək tempə uyğunlaşsın.

Bildiyiniz kimi, uşaq liqalarında U-12 yarışlarınadək nəticələr qeydə alınmır. Buna səbəb psixoloji amildir. Avropa nümunəsində nəzərə alınıb ki, bu yaşlarda böyükhesablı nəticələr qeydə alınır  və  psixologiyası hələ möhkəmlənməmiş uşaqlarda travma yarada bilər. 

12 yaşdan sonra oyunlar 9×9, 13 yaşdan isə 11×11 tərkibində keçirilir və nəticələr qeydə alınır. Medallar, nəticələr uşaqlar üçün böyük stimuldur. Özümüz də görürük ki, mükafatı olan turnirlərdə uşaqlar daha həvəsli olur. Amma ümumi baxanda, bu yaş qrupunda məqsəd futbolçu yetişdirmək, onların inkişafına fokuslanmaqdır”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

 

Super Liqada tur bitdi

14 April 2026 at 00:04

Türkiyə Superliqasında XXIX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turun son oyun günündə iki görüş keçirilib.

“Eyüpspor” evdə “Samsunspor”u sınağa çəkib. Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə bitib.

“Rizespor” isə doğma meydanda “Qaziantep”i 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Hazırda 68 xala malik “Qalatasaray” turnir cədvəlinin lideridir. Sonrakı pillələrdə “Fənərbağça” (66), “Trabzonspor” (64), “Beşiktaş” (55) qərarlaşıblar.

Nene Avropa nəhənglərinin hədəfində

13 April 2026 at 23:45

​”Fənərbağça”nın mövsümün əvvəlində böyük ümidlərlə heyətinə qatdığı Dorgeles Nene sərgilədiyi oyunla Avropa klublarını hərəkətə keçirib.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı futbolçunun yüksələn forması nəhənglərin diqqətindən qaçmayıb.

Super Liqanın son turunda “Kayserispor”u 4:0 hesabı ilə məğlub edən “sarı-lacivərdlilər”in heyətində Nene növbəti dəfə qol sevincini yaşayıb. Bununla da malili hücumçu bu mövsüm liqada vurduğu qolların sayını 10-a çatdırıb.

“Africa Top Sports”un yaydığı məlumata görə, yay transfer pəncərəsi yaxınlaşdıqca “Borussiya Dortmund”, “Bayer Leverkusen” və “Marsel” kimi klubların skautları Nenenin çıxışını yaxından izləyirlər. Futbolçunun bu performansı davam edəcəyi təqdirdə, “Fənərbağça”nın onu yayda heyətdə saxlaması çətin görünür.

Mövsümün əvvəlində 18 milyon avroya “Zalsburq”dan alınan Nene “Fənərbağça” forması ilə çıxdığı 37 rəsmi matçda 11 qol və 10 asistlə yadda qalıb.

Çalhanoğlu gündəm oldu: “99 faiz “Qalatasaray”da oynayacaq”

13 April 2026 at 23:20

​”A Spor” telekanalının məşhur şərhçisi Taner Karaman “Qalatasaray”ın transfer gündəmində olan milli futbolçu Hakan Çalhanoğlu ilə bağlı sensasiyalı proqnoz verib.

Futbolpress.az xəbər verir ki, Karaman təcrübəli yarımmüdafiəçinin “sarı-qırmızılı” formanı geyinmə ehtimalının çox yüksək olduğunu vurğulayıb.

O, transferin reallaşacağına tam əminliyini bu sözlərlə ifadə edib:

​”Hakan Çalhanoğlu gələn mövsüm 99 faiz ‘Qalatasaray’ forması geyinəcək”.

“İnter”in heyətində uğurlu çıxış edən və Avropanın ən yaxşı yarımmüdafiəçilərindən biri hesab olunan Hakanın İstanbula köçməsi xəbəri Türkiyə mediasında “ilin transfer bombası” kimi qiymətləndirilir.

“Qalatasaray” rəhbərliyinin bu transfer üçün bütün imkanlarını səfərbər etdiyi bildirilir.

Qana yeni baş məşqçisinə qovuşdu

13 April 2026 at 22:51

Qana Futbol Federasiyası təcrübəli mütəxəssis Karlos Keyruşun milli komandanın baş məşqçisi təyin olunduğunu rəsmən açıqlayıb.

Futbolpress.az xəbər verir ki, 73 yaşlı mütəxəssis “Qara ulduzlar”ı 2026-cı il Dünya Çempionatına hazırlayacaq.

“Real Madrid” və “Mançester Yunayted” kimi nəhənglərdə çalışmış Keyruş milli komandalar səviyyəsində zəngin təcrübəyə malikdir. O, indiyədək Cənubi Afrika (2002), Portuqaliya (2010) və İran (2014, 2018) milliləri ilə dünya çempionatlarında iştirak edib.

11 iyun 2026-cı ildə start götürəcək Dünya Çempionatında Qana millisi maraqlı qrupda yer alıb. Keyruşun yetirmələri ilk matçını 18 iyunda Panamaya qarşı keçirəcək. Qrupun digər rəqibləri isə İngiltərə və Xorvatiya komandalarıdır.

​Təyinatdan dərhal sonra hazırlıqlara başlayan Keyruşun əsas hədəfi bu çətin qrupdan çıxaraq turnirdə yadda qalan nəticəyə imza atmaqdır.

“Bavariya”dan sürpriz transfer həmləsi

13 April 2026 at 22:32

Almaniya nəhəngi “Bavariya” heyətini gücləndirmək üçün İngiltərə Premyer Liqasına üz tutub.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi “Nyukasl Yunayted”in ulduzu Entoni Qordonu transfer etməyi ciddi şəkildə planlaşdırır.

Məşhur insayder Florian Plettenberqin yaydığı məlumata görə, 25 yaşlı vinger sol cinah üçün əsas namizəd hesab olunur. Klub rəhbərliyi Qordonu həm Luis Diasın rəqibi, həm də onu əvəzləyə biləcək güclü bir alternativ kimi komandada görmək istəyir.

Mənbə bildirir ki, futbolçu tərəfi ilə artıq konkret danışıqlar baş tutub. Lakin klublar arasında hələlik rəsmi təmas qurulmayıb.

“Nyukasl” isə öz ulduz futbolçusunu komandada saxlamaq niyyətindədir və bu transferin asan olmayacağı gözlənilir.

“Qarabağ” – “Sabah” oyununun biletləri satışa çıxarılır

13 April 2026 at 22:16

Premyer Liqanın XXVIII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sabah” matçının biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti 5–20 manat aralığındadır.

Biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışda olacaq. 16, 17 və 18 aprel tarixlərində isə biletləri həm iTicket.az-dan onlayn, həm də Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopdan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Stadionun qapıları azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Həsənov FIFA referisinin səhvini etiraf etdi – VİDEO

13 April 2026 at 21:55

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXVII turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Sabah” – “Zirə” oyununun hakimi Tural Qurbanovun səhv qərar verdiyini bildirib.

Kukseviç: “Lider futzalçımız yoxdur”

13 April 2026 at 21:47

Bu gün keçirilən Qazaxıstan – Azərbaycan oyunundan sonra futzal millimizin baş məşqçi Yevgeni Kukseviç açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyun barədə bu fikirləri səsləndirib:

“Bu cür atmosferdə oynamaq çox çətindir. Azarkeşlər zalı doldurmuşdular, oyun zamanı dayanmadan öz dəstəklərini göstərdilər. Komandamız üçün hər bir oyun təcrübə qazanmaq baxımından vacibdir.

Qazaxıstan millisinin heyətində dəyişiklik olsa da, onlar dördlüyü və sistemi saxlayıblar. Yeni gələn futzalçılar isə onlara dəstək ola bilir. Çünki güclü, rəqabətli çempionatları var. Biz isə hələ sxemi və sistemi qurmamışıq

Bugünkü oyunda demək olar, bütün üstünlüyü rəqibə verdik. Gürcüstanla oyunlarda topu özümüzdə saxlayırdıq, hücumlar qururduq. Bu gün meydanda nəzarət tamamilə rəqibdə idi.

Qısa vaxtda ardıcıl qollar buraxırıq. Çünki oyunu üzərinə götürəcək lider futzalçımız yoxdur. Hər dəfə tapşırılır ki, əsəblərinizə hakim olun, soyuqqanlılığınızı qoruyun. Bu da psixoloji durumla bağlıdır. Bununla bağlı nə qədər söhbət aparsaq da, oyun zamanı dediyimizin əksini görürük.

Bu görüşləri danışan zamanı çətin olacağını bilirdik. Qısa vaxtda 4 oyun keçirmək ağırdır, lakin milli üçün faydalıdır”.

 

Futzal millimiz Qazaxıstanda darmadağın oldu

13 April 2026 at 21:35

Azərbaycanın futzal millisi Aktaudakı təlim-məşq toplanışı çərçivəsində bu gün Qazaxıstan yığması ilə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, görüş rəqibin  böyük hesablı qələbəsi ilə yekunlaşıb – 9:2.

Komandamız səfərə 16 futzalçı ilə yollansa da, görüş FİFA-nın reytinq cədvəlinə salınacağına görə, protokola 14 nəfərin adı daxil edilib. Tbilisi toplanışı ilə müqayisədə Azərbaycan millisinin qapısını Cavad Məmmədov qoruyub.

Matça rəng qatan məqamlardan biri uzun müddət mill komandamıza başçılıq etmiş Alesio Da Silvanın bu dəfə rəqib məşqçisi kimi əks düşərgədə olması olub.

Bu komandalar arasında növbəti oyun aprelin 15-də, saat 17:00-da başlayacaq.

ABL-də mövsümün oyunçusu bəlli oldu

13 April 2026 at 21:15

Azərbaycan Basketbol Liqasında mövsümün “B” qrupunun ən dəyərli oyunçusu seçilib.

Futbolpress.az xəbər verir ki, “Ordu”nun üzvü təltif edilib.

Mükafatlandırılan idmançı komandanın təcrübəli basketbolçusu Cermeyn Hed olub.

 

❌
❌