Reading view

Luis Enrike – 2025-ci ilin ən yaxşı baş məşqçisi!

PSJ-ni çalışdıran Luis Enrike Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası tərəfindən 2025-ci ilin ən yaxşı baş məşqçisi elan edilib.

Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir.

Belə ki, IFFHS klublar üzrə 2025-ci ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb. Siyahıda birinci yeri Fransa çempionu PSJ-nin ispaniyalı baş məşqçisi tutub. Enrike 222 xalla birinci olub.

“Çelsi”nin (İngiltərə) baş məşqçisi Entso Mareska (60 xal) ikinci, “Barselona”nı (İspaniya) çalışdıran Hansi Flik isə (57 xal) üçüncü yerdə qərarlaşıb.

İlk “5-lik”də həmçinin “Bayern”dən (Almaniya) Vensan Kompani (42 xal) və “Arsenal”dan Mikel Arteta (24 xal) yer alıblar.

  1. Luis Enrike (PSJ) – 222
  2. Entso Mareska (“Çelsi”) – 60
  3. Hnsi Flik (“Barselona”) – 57
  4. Vensan Kompani (“Bayern”) – 42
  5. Mikel Arteta (“Arsenal”) – 24
  6. Antonio Konte (“Napoli”) – 21
  7. Simone İnzaqi (“İnter”/“Əl-Hilal”) – 17
  8. Xabi Alonso (“Bayer”/“Real”) – 14
  9. Abel Ferreyra (“Palmeyras”)
  10. Krunoslav Yurçiç (“Piramids”) – 9
  11. Filipe Luis (“Flamenqo”) – 9

“Roma”da Lorenso Pelleqrini şoku

Futbol üzrə İtaliya milli komandasının və “Roma”nın hücumameyilli yarımmüdafiəçisi Lorenso Pelleqrini uzun müddətə sıradan çıxıb.

Arena.az bu barədə İtaliya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, italiyalı futbolçu məşq zamanı zədələnib. İlkin olaraq yüngül dartılma kimi görünən zədə futbolçunun meydanlardan uzun müddət kənarda qalmasına səbəb ola bilər. Onun yalnız bir aydan sonra sıraya dönəcəyi ehtimal olunur.

Yarımmüdafiəçi qarşıdan gələn “Cenoa” ilə, həmçinin yeni ilin ilk həftəsində “Atalanta” və “Leççe”yə qarşı keçirəcəkləri oyunları buraxacaq. Bu oyunların hamısı A Seriyası çərçivəsində baş tutacaq.

“Roma”nın öz yetirməsi olan Lorenso Pelleqrini 2015-ci ilin martında “canavarlar”ın əsas komandasında debüt edib. 29 yaşlı futbolçunun paytaxt klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Pelleqrini cari mövsümdə 17 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, “sarı-qırmızılı” formada indiyə qədər 333 matça çıxıb, 58 qol vurub, 60 məhsuldar ötürmə verib.

Lorenso iki mövsüm “Sassuolo”da oynadıqdan sonra 2017-ci ildə yenidən doğma klubuna qayıdıb.

İtaliyanın U-19, U-20 və U-21 yığmalarında da oynamış Pelleqrini 2017-ci ildə əsas millidə debüt edib. O, İtaliya milli komandasının heyətində keçirdiyi 36 oyunda 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımüdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

Mert Günok və Necip Uysal “Beşiktaş”a lazım deyil – Rəsmi

Türkiyənin “Beşiktaş” klubu 2 futbolçusunu – qapıçı Mert Günok və yarımmüdafiəçi Necip Uysalı əsas komandanın heyətindən kənarlaşdırıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında bildirilib ki, texniki heyətin hesabatı və rəhbərliyin qərarına əsasən, Mert Günok və Necip Uysal artıq komandanın gələcək planlarında yer almayıb. Beləliklə, hər iki futbolçudan yeni klub tapmaları istənilib. Futbolçular klub tapa bilmədikləri halda məşqlərini əsas komandadan ayrı davam etdirəcəklər.

Xatırladaq ki, “Beşiktaş” futbol akademiyasının yetirməsi olan Necip Uysal 2009/2010-cu illər mövsümündən etibarən klubun əsas komandasında çıxış edirdi. 34 yaşlı dayaq yarımmüdafiəçisi indiyə qədər yalnız “qara qartallar”ın heyətində forma geyinib. O, meydana çıxdığı 466 oyunda 6 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Mert Günok isə 2021/2022-ci illər mövsümündən bu yana İstanbul təmsilçisinin qapısını qoruyurdu. 36 yaşlı türkiyəli qolkiper bu komandanın heyətində meydana çıxdığı 130 oyunda 153 qol buraxıb, 38 matçda qapısını toxunulmaz saxlayıb.

Misirdən Afrika Millətlər Kubokunda ikinci qələbə

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, qitə birinciliyinin növbəti oyun günündə 4 qarşılaşma baş tutub.

A qrupu çərçivəsində keçirilmiş Zambiya – Komor adaları oyunu qolsuz yekunlaşıb. Qitə birinciliyinə ev sahibliyi edən Mərakeş millisi də Mali yığması ilə “sülh bağlayıb”.

B qrupunda Misir yığması Cənubi Afrika Respublikasını tək qolla üstələyib. Anqola – Zimbabve görüşündə isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
24 dekabr

A qrupu

Zambiya – Komor adaları 0:0

Mərakeş – Mali 1:1
Qollar: B.Dias, 45+5-pen – Sinayoko, 64-pen.

Xallar: Mərakeş – 4. Mali – 2. Zambiya – 2. Komor adaları – 1.

B qrupu

Misir – Cənubi Afrika Respublikası 1:0
Qol: Salah, 45-pen.

Anqola – Zimbabve 1:1
Qollar: J.Dala, 24 – Musona, 45+6.

Xallar: Misir – 6. CAR – 3. Zimbabve – 1. Anqola – 1.

Premyer Liqa: MY “Nyukasl”ı tək qolla yendi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Mançester Yunayted” doğma meydanda “Nyukasl” ilə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. “Qırmızı şeytanlar” çətin qələbəyə seviniblər.

18-ci turun qalan görüşləri dekabrın 27-də və 28-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
18-ci tur
26 dekabr

Mançester Yunayted – Nyukasl 1:0
Qol: Dorqu, 24.

27 dekabr

16:30. Nottingem Forest – Mançester Siti
19:00. Arsenal – Brayton
19:00. Brentford – Bornmut
19:00. Börnli – Everton
19:00. Liverpul – Vulverhempton
19:00. Vest Hem – Fulhem
21:30. Çelsi – Aston Villa

28 dekabr

18:00. Sanderlend – Lids
20:30. Kristal Pelas – Tottenhem

“Traktor” “Şəms Azər Qəzvin”lə “sülh bağladı”

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 15-ci tur çərçivəsində “Şəms Azər Qəzvin”lə qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşdən xal itkisi ilə ayrılıb – 0:0.

“Traktor” cari mövsümdə qazandığı 22 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 14 oyunda 5 qələbə qazanıb, 7 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Malavan”la qarşılaşacaq. Bu oyun dekabrın 30-da doğma meydanda baş tutacaq.

Tobi Kollyer “Mançester Yunayted”in düşərgəsinə qayıtdı

“Mançester Yunayted”in “Vest Bromviç”də icarədə olan dayaq yarımmüdafiəçisi Tobi Kollyer “qırmızı şeytanlar”ın düşərgəsinə qayıdıb.

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

21 yaşlı yarımmüdafiəçi baldır zədəsindən sonra reabilitasiya kursu keçmək üçün Mançester klubunun bazasına qayıdıb. Onun təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Kollyerin “Vest Bromviç”lə icarə müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulsa da, Mançester təmsilçisi onu komandada saxlamaq qərarına gəlib. Futbolçunun zədəsini sağaltdıqdan sonra Kobbi Meynu ilə rəqabət apara biləcəyi vurğulanır.

Tobi Kollyer “Brayton”un yetirməsi olsa da, 2022-ci ildən “Mançester Yunayted”in sistemindədir. O, “qırmızı şeytanlar”ın əsas komandasının heyətində 13 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Kollyer cari mövsümün əvvəlindən formasını geyindiyi “Vest Bromviç”in heyətində Çempionşipdə 12 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

21 yaşlı ingilis futbolçu İngiltərənin U-16 və U-20 yığmalarında da forma geyinib.

AFFA 39 hakimi Antalyaya göndərir

AFFA, Premyer Liqa oyunlarına təyinat alan baş hakim və köməkçi hakimlər üçün Antalya şəhərində təlim-məşq toplanışı təşkil edəcək.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və köməkçi hakimlər üçün yanvarın 12-dən 18-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçiriləcək.

Toplanışa Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri Frank De Blekere, həmçinin AFFA Hakimlər Komitəsinin sədri Rəhim Rəsənov rəhbərlik edəcəklər. Hazırlıq müddətində UEFA Hakimlər Komitəsinin üzvləri də hakimlərimizə nəzəri və praktiki seminarlar keçəcəklər.

Toplanışda iştirak edəcək hakimlərin siyahısını diqqətinizə çatdırırıq:

  1. Ağayev Əliyar Kərim
  2. Bayramov Elvin Əsgər
  3. Cabbarov Rauf Gülağa
  4. Cəlilov Cavid Fuad
  5. Əhmədov Rəşad Rövşən
  6. Əliyev Əli Rahib
  7. Hacıyev Fərid Teymur
  8. Həmzəzadə Rəvan Aydın
  9. İsmayıllı Nicat Sədrəddin
  10. Məmmədov İnqilab Zülfüqar
  11. Məsiyev Elçin Nazim
  12. Qurbanov Tural Knyaz
  13. Rəhimov Kamranbəy Əli
  14. Umudlu Kamal İsmayıl
  15. Əhmədov Əkbər Əsəd
  16. Əliyev Kamran Səttar
  17. Əliyev Emin Ilham
  18. Həsənli Vüqar İlqar
  19. Məmmədov İslam Sultanəli
  20. Abbasov Zöhrab Xanlar
  21. Abdullayev Elşad Məhəmməd
  22. Bayramov Kamran Azər
  23. Əliyev Müslüm Mahir
  24. Əmirəli Akif Əsgər
  25. Əzizli Asiman Müsavər
  26. Hüseynov Namiq Hikmət
  27. İbrahimov Eyyub İlham
  28. İmami Rəhman Məzahir
  29. Mamedov Şirmamed Qədiroviç
  30. Məmmədov Vüsal Samir
  31. Quliyev Cəmil Əzizağa
  32. Ramazonov Rahil Əbil
  33. Talıbov Pərvin Rafiq
  34. Talıbzadə Tərlan Mirqələm
  35. Teymurov Teymur Zöhrab
  36. Zeynalov Kərim Zaur
  37. Zeynalov Zeynal Mətləb
  38. Nuriyeva Sevda Baba
  39. Əkbərzadə Gülnurə Xalid

Felipe Kaysedo karyerasını başa vurdu

Futbol üzrə Ekvador yığmasının və İngiltərənin “Mançester Siti” klubunun sabiq hücumçusu Felipe Kaysedo karyerasını başa vurub.

Arena.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Tanınmış futbolçu bu qərarının dekabr ayında Quayakildə güllələnərək öldürülən komanda yoldaşı Mario Pineydanın faciəli ölümündən sonra oyuna davam etmək istəməməsindən irəli gəldiyini vurğulayıb. Kaysedo bu hadisədən son dərəcə şoka düşdüyünü bildirib.

“Davam etmək niyyətində deyiləm. Mario Pineydanın ölümü məni dərindən sarsıtdı və artıq futbol haqqında heç nə bilmək istəmirəm”.

Xatırladaq ki, Felipe Kaysedo 2025-ci ilin əvvəlindən Ekvadorun “Barselona” klubunda çıxış edirdi. 37 yaşlı forvard bu komandanın heyətində bütövlükdə 20 oyuna çıxıb, 3 qola imza atıb. Bir müddət öncə Kaysedonun komanda yoldaşı Mario Pineyda ailə üzvləri ilə birgə cinayətkar bir qrupun silahlı hücumuna məruz qalmışdı. Pineyda həmin hücum zamanı həyatını itirmişdi.

Felipe Kaysedo karyerası ərzində “Bazel”, “Mançester Siti”, “Sportinq” (Lissabon), “Malaqa”, “Levante”, “Lokomotiv” (Moskva), “Əl-Cəzirə”, “Espanyol”, “Latsio”, “Cenoa”, “İnter” (Milan), “Abha” kimi klublarda forma geyinib. O, 2005-2017-ci illər aralığında çıxış etdiyi Ekvador yığmasının heyətində 68 oyuna çıxıb, 22 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Markao 6 oyunluq cəza aldı

“Sevilya”nın braziliyalı müdafiəçisi Markao İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi tərəfindən sərt cəzalandırılıb.

Arena.az xəbər verir ki, buna İspaniya La Liqasının 17-ci turu çərçivəsində keçirilmiş “Real” – “Sevilya” matçından sonra baş verənlər səbəb olub.

Futbolçu görüşün baş hakimi Alexandro Munyis Ruisə qarşı təhqiramiz ifadələr işlətdiyi, qeyri-idman davranışı sərgilədiyi və ikinci sarı vərəqənin ardından meydandan qovulduğu üçün 6 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Beləliklə, Markaonun fevralın ortasına qədər rəsmi matçlarda meydana çıxa bilməyəcəyi müəyyənləşib. “Sevilya”nın qərardan şikayət etmək hüququ olsa da, cəzanın azalma ehtimalının cüzi olduğu vurğulanıb.

Xatırladaq ki, “Real” – “Sevilya” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Markao “Sevilya”ya 2022-ci ilin yayında 13 milyon avro müqabilində “Qalatasaray”dan keçib. 29 yaşlı müdafiəçi İspaniya klubunun heyətində indiyə qədər 49 oyuna çıxıb, 2 qola imza atıb.

Braziliyalı futbolçu əvvəllər “Qalatasaray”, “Rio Ave”, “Şaveş”, “Atletiko Paranaense”, “Ferroviariya”, “Quaratinqeta”, “Avai”, “Atletiko Qoyanense” kimi klublarda da çıxış edib.

İlham Əliyev 2025-ci ilin idman yekunlarından danışdı

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib.

Arena.az bu barədə Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

  • Əziz idmançılar. Əziz dostlar.

Ənənəvi olaraq ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır – Gəncədə və Yevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.

Əlbəttə ki, bütün bunlar, eyni zamanda, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır.

“Xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir”

Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.

Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.

Təbii ki, bundan sonrakı illərdə bu siyasət davam etdiriləcək. İdmanla məşğul olan bütün qurumlar çox sıx əlaqəli şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilmişdir. Bu ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə – bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir.

“Belə bir yarış ölkəmizin təqdimatının bir növüdür”

Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə biz layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir.

Bu il ölkədə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilib. Bu da dünya miqyasında ən populyar idman yarışıdır və adətən bu yarışların əksər mərhələləri Amerikada keçirilir, yaxud da ki, ən inkişaf etmiş ölkələrdə. Bakını da bu siyahıya salmağımız, ilk növbədə, ölkəmizin potensialını göstərir. Eyni zamanda, onu göstərir ki, biz artıq bu sahədə də öz fəaliyyətimizi göstəririk. Yenə də turnirin təşkilatçıları ilə görüşüm zamanı onlar da qeyd edirdilər ki, Bakının bu cür inkişaf etmiş şəhər olmasını, bu dərəcədə gözəl şəhər olmasını heç təsəvvür edə bilmirdilər, heç gözləmirdilər. Yəni minlərlə iştirakçının, xarici qonağın iştirakı ilə keçirilən və dünya mediası tərəfindən işıqlandırılan belə bir yarış ölkəmizin təqdimatının bir növüdür.

“Formula 1-dən sonra ölkəmizə gələn turistlərin sayı 20 faiz artıb”

Ənənəvi olaraq Formula 1 yarışı təbii ki, bu il də keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım davam edirdi, COVID-ə qədər. Sonra təbii ki, aşağı düşdü. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün. Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir.

Onu da deməliyəm ki, son vaxtlar bir neçə aparıcı ölkənin şəhəri Formula 1 yarışını keçirmək üçün təşkilatçılara müraciət edib və xüsusilə şəhər yarışlarını daha çox xahiş edib. Çünki Bakının timsalında hər kəs görür ki, şəhər yarışı böyük dərəcədə fərqlənir. Bir sözlə, bu kimi idman tədbirləri Azərbaycanın imicini böyük dərəcədə ucaldır.

“Əminəm ki, bu şərəfli adı biz ləyaqətlə daşıyacağıq”

Ölkədə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir. Xüsusilə mən ölkəmizdə ilk dəfə olaraq keçiriləcək xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdim. Çünki bu, ilk dəfə olaraq keçiriləcək tədbirdir və ilk ildən dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Bu da Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Burada da ölkələrin sayı kifayət qədər məhduddur və Azərbaycanın burada da olması, qış idmanı növündə Dünya Kubokunun keçirilməsi əlbəttə ki, böyük hadisədir. Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir. Hər il biz yeni traslar, yeni xizək zolaqları istifadəyə veririk. Əminəm ki, yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən 55 kilometr olacaq.

Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq. Amma hazırda bu, bizim bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir və orada mövcud olan infrastruktur, hotellərin sayı və gələcək planlar, – indi özəl sektor tərəfindən oraya çox böyük maraq göstərilir,- bütövlükdə o bölgədə minlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb. Təkcə Şahdağ Xizək Mərkəzi bundan faydalanmır, bütün ətraf kəndlər, şəhərlər, orada işləyən, yaşayan insanların bir çoxu turizmin bu sektoruna da cəlb edilib.

Yəni bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıbdır. Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da – Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir.

Əlbəttə ki, bu il daha bir önəmli hadisə baş vermişdir. Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilib və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Mən əminəm ki, bu şərəfli adı biz ləyaqətlə daşıyacağıq.

“Hər şey ədalətli olmalıdır”

Əlbəttə, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması da qeyd etdiyim kimi, bir ənənəyə çevrilib. Bu, çox gözəl ənənədir, artıq 30 ilə yaxındır ki, davam edir və hər şey ədalətli olmalıdır. Azərbaycanın idman şöhrətini ucaldan insanlar əlbəttə ki, dövlət tərəfindən qiymətləndirilməlidir və onların fəaliyyətinə layiqli münasibət göstərilməlidir.

Mən sizi qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, qələbələr arzulayıram. Sağ olun.

İlham Əliyev bir qrup idmançıya yeni mənzillərin orderini təqdim etdi

Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi olub.

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Mövlud Mirəliyevə, Ələkbər İmaməliyevə, Zöhrab Gözəlbəyliyə və İlahə Qədimovaya “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarının vəsiqələrini təqdim edib.

Ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Elmira Aslanova, Vəfa Musayeva, Nurəddin Rəcəbov, Eduard Məmmədov, Azər Məhərrəmov, Yaqub Abdullayev, Cahangir Ağarəhimov, Fikrət Hüseynov, Cahangir Bayramov və Coşqun Əliyev “Tərəqqi” medalları ilə təltif olundular.

Dövlət başçısı 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə – Şəmsi Səfərliyə, Böyükxanım Astanovaya, Morteza Validarviyə, Mehran Həmidzadəyə, Malik Həsənova, İmamverdi Məmmədova, Ramil Vəliyevə, Tofiq Əliyevə, Oqtay Abdullayevə, Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova, Ramil Cəfərova, Aygül Abdullayevaya, Yelizaveta Rubana, Xəyyam Orucova, Elnur İbrahimə, Taleh Nağızadəyə, Nərmin Kazımovaya və Fərid Tağızadəyə yeni mənzillərin orderlərini təqdim edib.

Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tərlan Həsənova, Asim Xudiyevə və Qərib Əliyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü veriləcək.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev idmançılarla söhbət edib.

AFFA İkinci Liqa ilə bağlı 2025-ci ilin son cəzalarını açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 14-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

İkinci Liqa, 14-cü tur

“Şəki” – “Xankəndi” oyununda “Şəki”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Bu oyunda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Şəki” 200 manat cərimə ödəyəcək.

“Quba” – “Ağdaş” oyununda “Ağdaş”ın futbolçusu Ramal Əhmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Ağdaş” buna görə 100 manat cərimə edilib.

“Şirvan” – “Kür-Araz” oyununda “Şirvan”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 74-cü dəqiqəsində “Kür-Araz”ın futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 50 manat cərimə edilib. Oyun bitdikdən sonra “Kür-Araz”ın futbolçusu Müseyib Vəlizadə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 1000 manat cərimə edilib.

“Göygöl” – “Dinamo” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Göygöl” 200 manat cərimə edilib.

AFFA “Mingəçevir”i 960 manat cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 12-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Birinci Liqa, 12-ci tur

“Mingəçevir” – “Şahdağ Qusar” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Mingəçevir” daha 750 manat cərimə ödəyəcək. “Şahdağ Qusar”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Qusar komandası 210 manat cərimə edilib.

“Səbail” – “Şimal” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Səbail” 600 manat cərimə edilib.

MOİK – “Şəfa” oyununda “Şəfa”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

AFFA Sxadadzeni 4 oyunluq cəzalandırdı, “Neftçi”ni…

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 16-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Azərbaycan Premyer Liqası, 16-cı tur

“Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Gəncə komandası 2500 manat cərimə edilib. “Kəpəz”in azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Gəncə komandası 7000 manat cərimə edilib.

“Karvan” – “Neftçi” oyununda “Karvan”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Yevlax komandası 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Karvan” 5000 manat cərimə edilib. Oyunun 90+8-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə paytaxt komandası 4000 manat cərimə edilib. Oyun bitdikdən “Neftçi”nin azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərər “Neftçi” tərəfindən qarşılanacaq.

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib. “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze hakimləri təhqir etdiyinə görə 4 oyun oyunluq cəzalanıb. “Qəbələ” buna görə 10000 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Ağdam komandası 5000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Araz-Naxçıvan” 2000 manat cərimə edilib.

“Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.

Usman Dembele – Fransada 2025-ci ilin ən yaxşı idmançısı!

Futbol üzrə Fransa yığma komandasının və PSJ-nin hücumçusu Usman Dembele Fransada 2025-ci ilin ən yaxşı idmançısı seçilib.

Arena.az xəbər verir ki, bu ölkəni nüfuzlu “Ekip” nəşri Fransada 2025-ci ilin ən yaxşı idmançılarının müəyyənləşdirilməsi üçün soğru keçirib.

Sorğunun yekunlarına əsasən, bu ada Dembele layiq görülüb. O, 803 xalla birinci olub.

Üzgüçü Leon Marşan 661 xalla ikinci yeri tutub. İlk “üçlüy”ü 380 xalla yelkənli qayıq idman növündən Çarli Dalin tamamlayıb.

Xatırladaq ki, Usman Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

2025/2026-cı illər mövsümündə Dembele PSJ-nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib.

Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 109 oyun, 45 qol və 34 məhsuldar ötürmədən ibarətdir.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 57 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Kleman Turpen – 2025-ci ilin ən yaxşı kişi hakimi!

Fransalı Kleman Turpen Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən (IFFHS) 2025-ci ilin ən yaxşı kişi hakimi seçilib.

Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Fransalı FİFA referisi 65 xalla birinci olub. Digər fransalı hakim Fransua Leteksye, həmçinin polşalı Şimon Marçinyak (hər ikisi 55 xal) 2-3-cü yerləri bölüşdürüblər.

2025-ci ilin 10 ən yaxşı kişi hakiminin yer aldığı siyahı belədir:

  1. Kleman Turpen (Fransa) – 65
  2. Fransua Leteksye (Fransa) – 55
  3. Şimon Marçinyak (Polşa) – 55
  4. İstvan Kovaç (Rumıniya) – 54
  5. Feliks Svayer (Almaniya) – 45
  6. Slavko Vinçiç (Sloveniya) – 41
  7. Alireza Faqani (Avstraliya) – 25
  8. Mauritsio Mariani (İtaliya) – 25
  9. Sandro Şörer (İsveçrə) – 12

Qara Qarayev “Araz”a bu sözlərlə vida etdi

“Araz-Naxçıvan”dan ayrılan Azərbaycan milli komandasının sabiq mərkəz yarımmüdafiəçisi Qara Qarayev klub rəhbərliyinə təşəkkür edib.

Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Təcrübəli oyunçu Naxçıvan təmsilçisi ilə bu sözlərlə vidalaşıb:

“Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm. Komandaya növbəti ildə uğurlar arzulayıram. Hər şey üçün çox sağ olun”.

Xatırladaq ki, “Araz-Naxçıvan” ötən gün Qarayevin klubdan ayrıldığını açıqlayıb. O, klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib.

Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi. O, cari mövsümdə məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 13 oyuna çıxıb. Qara “Araz-Naxçıvan”ın heyətində bütövlükdə 37 oyun keçirsə də, qol və məhsuldar ötürmə müəllifi olmayıb.

Qarayev əvvəllər “Qarabağ”da (445 oyun, 5 qol, 15 assist) və “Neftçi”də (28 oyun, 1 qol, 2 assist) çıxış edib. O, Azərbaycan milli komandasının heyətində də 77 oyun keçirib.

“Araz-Naxçıvan” Elmar Baxşıyevin istefasını rəsmən açıqladı

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə qeyri-sabit çıxışı ilə diqqət çəkən “Araz-Naxçıvan”da İdarə Heyətinin iclası keçirilib.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, iclasda əsas komandanın qış fasiləsinə qədərki çıxışı müzakirə olunub.

Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb. Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulmuş müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Elmar Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında 2024/2025-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.

Əlavə edək ki, Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə 16 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb. Komandanı 3-cü pillədəki “Zirə”dən 2 xal ayırır.

Rəhim Həsənov Əliyar Ağayevin yenə səhv qərar verdiyini açıqladı

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 16-cı turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, o, 2025-ci ildəki sonuncu turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib. Həsənov “Karvan” – “Neftçi” oyununda FIFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib. O, hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını söyləyib.

Hakimlər Komitəsinin sədri “Kəpəz” – “Turan Tovuz”, “Qəbələ” – “Qarabağ”, “Zirə” – “İmişli” və “Sumqayıt” – “Sabah” görüşlərindəki mübahisəli epizodları da şərh edib və həmin oyunlarda səhvlərin olmadığını vurğulayıb.

AFFA Hakimlər Komitəsinin sədrinin 16-cı turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Sadəttin Saran barədə yeni qərar

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça” klubunun prezidenti Sadəttin Saran bu gün sərbəst buraxılıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Dünən İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan narkotik işi ilə bağlı istintaq çərçivəsində saxlanılmış “Fənərbağça” İdman Klubunun prezidenti ilə bağlı məhkəmə bu gün yeni qərar verib. İstintaq çərçivəsində toplanmış əlavə sübutlara əsasən, Saran barəsində “narkotik maddə əldə etmə, narkotik istifadəsini asanlaşdırma və narkotik istifadə etmə” maddələri ilə cinayət işi açılıb. Daha sonra o, məhkəməyə çıxarılıb. Prokurorluqda ifadəsi alındıqdan sonra Saranın ədliyyə nəzarəti şərti ilə sərbəst buraxılmasına qərar verilib.

Xatırladaq ki, Sadettin Saran bu ilin sentyabr ayından “Fənərbağça” klubunda prezident vəzifəsini icra edir. Bir neçə gün öncə müxtəlif ittihamlarla bağlı izahatı alınmış iş adamı sərbəst buraxılmışdı. Lakin narkotik istifadəsi ilə bağlı verdiyi analizlərin nəticəsi pozitiv çıxmış Saran ötən gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Polina Rəhimova Yunanıstan Super Kubokunun qalibi oldu

Voleybol üzrə Azərbaycan milli komandasının da üzvü olan Polina Rəhimova Yunanıstan Super Kubokunun qalibi olub.

Arena.az xəbər verir ki, hücumçumuzun formasını geyindiyi “Panionios” komandası final görüşündə Yunanıstan çempionu “Olimpiakos” ilə qarşılaşıb.

Gərginliyi ilə yadda qalan oyunda Rəhimovanın komandası 3:2 (25:22, 23:25, 24:26, 25:19, 15:12) hesabı ilə qalib gələrək Yunanıstan Super Kubokunu qazanıb.

Polina Rəhimova qələbədən sonra fikirlərini bölüşüb. O, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Final oyunu çox gərgin keçdi, lakin biz qalib gəldik. Rəqibimiz Yunanıstan çempionu “Olimpiakos” idi. Qələbə münasibətilə komandamı təbrik edirəm. Bu mövsüm komandamızın əsas hədəfi iştirak etdiyimiz bütün yarışlarda qalib gəlməkdir. İlk hədəfimizə çatdıq. İnanıram ki, bu qələbə növbəti oyunlar üçün bizə əlavə motivasiya verəcək”.

“Turan Tovuz” Antalyada 2 yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında qeyri-sabit mövsüm keçirən “Turan Tovuz” komandasının qış hazırlıq planı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda yanvarın 4-də Türkiyəyə yola düşəcək. Antalyanın Belek bölgəsindəki “İC Santai Belek” otelində məskunlaşacaq komandanın Türkiyə toplanışı yanvarın 18-nə qədər davam edəcək.

Baş məşqçi Kurban Berdıyev toplanış çərçivəsində komandanı 2 yoxlama görüşündə sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün geridə qalmış 16 turundan sonra 27 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz təmsilçisi keçirdiyi 15 oyunda 8 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət görüb. Komandanın “Qəbələ” ilə təxirə salınmış oyunu da var.

“Karvan” Səid İranxanla erkən vidalaşdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Karvan” iranlı mərkəz müdafiəçisi Səid İranxan ilə yollarını ayırıb.

Arena.az bu barədə Yevlax klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, tərəflər arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Klub Səidə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Səid İranxan cari mövsümün əvvəlində “Karvan”ın heyətinə cəlb edilmişdi. O, Yevlax komandasının heyətində meydana çıxdığı 12 oyunda 1 qola imza atıb.

Səid Cənubi Azərbaycan nəhəngi “Traktor”un yetirməsidir. 24 yaşlı futbolçu daha öncə İranda “Peykan”, “Fajr Sepasi”, “İstiqlal” (Xuzistan) kimi klubların da formasını geyinib. O, İranın U-21 və U-23 millilərində çıxış etsə də, əsas yığmada debüt şansı qazanmayıb.

Birinci Liqa: “Difai”dən darmadağın, “Şəfa”dan inamlı qələbə

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, turun və 2025-ci ildəki sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Difai” – “Cəbrayıl” oyununda meydan sahibləri darmadağına seviniblər. MOİK isə lider “Şəfa”ya 2 cavabsız qolla uduzub.

Beləliklə, komandalar qış fasiləsinə yollanıblar. “Şəfa” isə qış çempionu olub.

Birinci Liqa
12-ci tur

24 dekabr

“Mingəçevir” – “Şahdağ Qusar” 1:1
Qollar: Kennet Kalunqa, 14 – Ruslan Voronsov, 25.
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Səbail” – “Şimal” 3:4
Qollar: Emil Qasımov, 43. Kamran Quliyev, 71-pen; 90+2 – Xəyal Bədirov, 48. Şahlar Sədiyev, 54. Fərid Nadirov, 60. Amil Məmmədov, 65.
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Nəriman Ağayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 14:00.

“Baku Sportinq” – “Zaqatala” 2:1
Qollar: İlham Allahverdiyev, 19; 60 – Kabamba Mardok, 89.
Hakimlər: Elvin Bayramov, Teymur Teymurov, Şirmamed Mamedov, Şamil İmanzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Buzovna qəsəbə stadionu, 14:30.

25 dekabr

MOİK – “Şəfa” 0:2
Qollar: Nahid Əliyev, 68. Zahid Mərdanov, 83.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Mirnihat Seyidov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 14:00.

“Difai” – “Cəbrayıl” 5:2
Qollar: Bayraməli Qurbanov, 1; 18; 45+2. Roman Hüseynov, 60. Nazim Həsənzadə, 81 – Dileyn Açimi, 12. Tapdıq Əhmədov, 90+3.
Hakimlər: Rəvan Həmzəzadə, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Ağsu şəhər stadionu, 14:30.

Qara Qarayev “Araz-Naxçıvan”ı tərk etdi – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının keçmiş üzvü, mərkəz yarımmüdafiəçisi Qara Qarayev “Araz-Naxçıvan”dan ayrılıb.

Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Təcrübəli futbolçu bu gün klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Qarayevin müraciətini nəzərə alan klub rəhbərliyi onunla mövsümün sonuna qədər nəzərdə tutulmuş müaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Rəhbərlik futbolçuya xidmətlərinə görə təşəkkür edib.

Xatırladaq ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi. O, cari mövsümdə məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 13 oyuna çıxıb. Qara “Araz-Naxçıvan”ın heyətində bütövlükdə 37 oyun keçirsə də, qol və məhsuldar ötürmə müəllifi olmayıb.

Qarayev əvvəllər “Qarabağ”da (445 oyun, 5 qol, 15 assist) və “Neftçi”də (28 oyun, 1 qol, 2 assist) çıxış edib. O, Azərbaycan milli komandasının heyətində də 77 oyun keçirib.

Mariya Kaputi – 2025-ci lin ən yaxşı qadın hakimi!

İtaliyalı Mariya Kaputi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən 2025-ci ilin ən yaxşı qadın futbol hakimi seçilib.

Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytı vasitəsilə məlumat yayıb.

IFFHS 2025-ci ilin ən yaxşı qadın hakimlərinin siyahısı açıqlanıb. Tam adı Mariya Sole Ferrieri Kaputi olan italiyalı referi 97 xalla birinci olub. Fransalı Stefani Frappar 93 xalla ikinci yeri tutub. İlk “3-lüy”ü 57 xalla xorvatiyalı İvana Martinçiç qapayıb.

  1. Mariya Kaputi (İtaliya) – 97
  2. Stefani Frappar (Fransa) – 93
  3. İvana Martinçiç (Xorvatiya) – 67
  4. Tess Olofsson (İsveç) – 22
  5. Edina Alves (Braziliya) – 16
  6. Katya İtsel Qarsiya (Meksika) – 15
  7. Silviya Qasperotti (İtaliya) – 13
  8. Antsino Tvanyanyukva (Namibiya) – 12
  9. Dezire Qrundbaxer (İsveçrə) – 11
  10. Buxra Karbubi (Mərakeş) – 11

İlham Əliyev sərəncam imzaladı: bu idmançılar təltif edildilər

Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla bəzi idmançılar və idman mütəxəssisləri medal və fəxri adlarla təltif ediliblər.

Arena.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Sərəncam imzalayıb.

Sərəncamla idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abdullayev Yaqub Bəkir oğlu
Ağarəhimov Cahangir Ağababa oğlu
Aslanova Elmira Aydın qızı
Bayramov Cahangir Tofiq oğlu
Əliyev Coşqun Ceyhun oğlu
Hüseynov Fikrət Akif oğlu
Məhərrəmov Azər Asif oğlu
Məmmədov Eduard Tofiq oğlu
Musayeva Vəfa Təbriz qızı
Rəcəbov Nurəddin Rəcəb oğlu.

İdmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Gözəlbəyli Zöhrab Katib oğlu
İmaməliyev Ələkbər Əbdülbağı oğlu
Qədimova İlahə Akif qızı
Mirəliyev Mövlud Mustafa oğlu.

İdmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib:

Əliyev Qərib Tələt oğlu
Həsənov Tərlan Əliheydər oğlu
Xudiyev Asim Xəlil oğlu.

Afrika Millətlər Kubokunda Əlcəzairdən uğurlu start

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin ilk turuna yekun vurulub.

Arena.az xəbər verir ki, qitə birinciliyinin dördüncü oyun günündə də 4 qarşılaşma baş tutub.

E qrupunda yer almış Əlcəzair yığması Sudanla görüşdə darmadağına imza atıb. Qrupun digər oyununda Burkina Faso Ekvatorial Qvineya ilə görüşdən əzmkar qələbə ilə ayrılıb.

F qrupunda Kamerun millisi Qabonu, Kot-d’İvuar yığması isə Mozambiki tək qolla yenib.

Yeri gəlmişkən, Mozambik milli komandasının heyətində “Zirə”nin yarımmüdafiəçisi Rikardo Martins də yer alıb. O, 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
24 dekabr

E qrupu

Əlcəzair – Sudan 3:0
Qollar: Mahrez, 2; 61. Maza, 85.

Burkina Faso – Ekvatorial Qvineya 2:1
Qollar: Minonqu, 90+5. Tapsoba, 90+8 – Aniebo, 85.

F qrupu

Kamerun – Qabon 1:0
Qol: Etta Eyonq, 6.

Kot-d’İvuar – Mozambik 1:0
Qol: A.Diallo, 49.

Türkiyə Kubokunda qrup mərhələsinin ilk turu yekunlaşdı

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin ilk turuna yekun vurulub.

Arena.az xəbər verir ki, ilk turun sonuncu oyun günündə 4 qarşılaşma baş tutub.

A qrupunda yer almış “Boluspor”la “Fethiyespor”un görüşündə qapılara qol vurulmayıb.

B qrupunun “İğdır” – “Aliağa” görüşündə də qalib müəyyənləşməyib. Bu qrupun digər görüşündə “Samsunspor” evdə “Eyüpspor”a qalib gəlib.

C qrupunda isə “Keçiörengücü” “Beyoğlu Yeni Çarşı” üzərində qələbəyə sevinib.

Qeyd edək ki, Türkiyə Kubokunda qrup mərhələsinin 2-ci turuna yanvarın 13-də start veriləcək.

Türkiyə Kuboku
Qrup mərhələsi, 1-ci tur
24 dekabr

A qrupu

Boluspor – Fethiyespor 0:0

B qrupu

İğdır – Aliağa 2:2
Qollar: O.Özcan, 38. Rotariu, 73 – V.Çətin, 37. A.Özek, 90.

Samsunspor – Eyüpspor 2:1
Qollar: Marius, 10. S.Aydoğdu, 33 – B.Baran, 90.

C qrupu

Keçiörengücü – Beyoğlu Yeni Çarşı 3:1
Qollar: H.Ayan, 17. A.Akman, 37. E.Develi, 80 – E.Eren, 59.

Sadəttin Saran saxlanıldı – Narkotik istifadə edirmiş

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça” klubunun prezidenti Sadəttin Saran narkotik işi ilə bağlı saxlanılıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, İstanbul polisi əldə etdiyi yeni sübutlar əsasında Saran haqqında saxlanılma tədbiri həyata keçirib. O, narkotik maddələrin əldə edilməsi, istifadəsi və istifadəsinə şərait yaradılması ittihamları ilə istintaqa cəlb olunub.

Saranın ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılması gözlənilir.

Xatırladaq ki, Sadettin Saran bu ilin sentyabr ayından “Fənərbağça” klubunda prezident vəzifəsini icra edir. Bir neçə gün öncə müxtəlif ittihamlarla bağlı izahatı alınmış iş adamı sərbəst buraxılmışdı. Lakin narkotik istifadəsi ilə bağlı verdiyi analizlərin nəticəsi pozitiv çıxmış Saran hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xavi Qalan “Atletiko”nu “Osasuna”ya dəyişdi

Madrid “Atletiko”sunun ispaniyalı sol cinah oyunçusu Xavi Qalan bundan sonra La Liqanın digər təmsilçisi “Osasuna”da çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə “Osasuna”nın mətbuat xidməti məlumat yayıb.

Cinah müdafiəçisi 2025/2026-cı illər mövsümünün sonuna kimi icarəyə götürülüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Xatırladaq ki, Xavi Qalan “Atletiko”ya 2023-cü ilin iyul ayında “Selta”dan keçib. 30 yaşlı ispan futbolçunun Madrid klubu ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var. O, ötən mövsümün ikinci dövrəsini “Real Sosyedad”da icarədə keçirib (18 oyun, 1 assist). Cari mövsümdə isə müdafiəçi “Atletiko”nun heyətində cəmi 7 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. Qalanın “Atletiko”nun heyətindəki çıxışı ümumilikdə 56 oyun və 7 məhsuldar ötürmədən ibarətdir.

Xavi Qalan daha öncə “Selta”, “Kordoba” və “Hueska”da da forma geyinib.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

“Karvan” qış fasiləsində “Kəpəz”lə yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Karvan” komandasının qış təlim-məşq toplanışının detalları bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, komanda yanvarın 3-də Yevlaxda toplaşacaq. Bölgə təmsilçisinin toplanış çərçivəsində 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Artıq rəqiblərdən birinin adına aydınlıq gəlib.

Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-də Yevlaxda “Kəpəz”lə üz-üzə gələcək. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Xatırladaq ki, “Karvan” 2026-ci ildə ilk rəsmi oyununu Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah”a qarşı keçirəcək.

Yevlax təmsilçisi mövsümün geridə qalmış hissəsində 16 oyun keçirib, 1 qələbə, 3 heç-heçə və 12 məğlubiyyət görüb. Cəmi 6 xalı olan komanda yarış cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb.

“Napoli” “Qarabağ”la oyunda yaşananlara görə cərimələndi

UEFA, Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la oyunda yaşananlara görə İtaliyanın “Napoli” klubunu cərimələyib.

Arena.az xəbər verir ki, buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində Neapolda keçirilmiş matçda yaşananlar səbəb olub.

İtaliya təmsilçisi sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 12 min cərimələnib. Neapol klubu həmçinin azarkeşlərin atəşfəşanlıq etməsi ucbatından 5250 avro ziyana düşüb.

Qeyd edək ki, Neapoldakı “Dieqo Armando Maradona” stadionunda baş tutmuş bu görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə bitmişdi.

Xatırladaq ki, həm “Napoli”, həm də “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin geridə qalmış 6 turundan sonra 7 xal toplayıb. Ağdam klubu 22-ci, Neapol təmsilçisi 23-cü sırada qərarlaşıb. Hər iki komandanın 2 qələbəsi, 1 heç-heçəsi, 3 məğlubiyyəti var.

Birinci Liqa: “Səbail”lə “Zaqatala” ili məğlubiyyətlə bitirdi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyunarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Mingəçevir” – “Şahdağ Qusar” oyununda qalib müəyyənləşməyib. “Səbail” 7 qolun vurulduğu “Şimal”la ev oyununda məğlubiyyətə üzülüb. “Baku Sportinq” də “Zaqatala”ya qalib gəlib.

2025-ci ilə təsadüf edən sonuncu tura dekabrın 25-də yekun vurulacaq.

Birinci Liqa
12-ci tur
24 dekabr

“Mingəçevir” – “Şahdağ Qusar” 1:1
Qollar: Kennet Kalunqa, 14 – Ruslan Voronsov, 25.
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Səbail” – “Şimal” 3:4
Qollar: Emil Qasımov, 43. Kamran Quliyev, 71-pen; 90+2 – Xəyal Bədirov, 48. Şahlar Sədiyev, 54. Fərid Nadirov, 60. Amil Məmmədov, 65.
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Nəriman Ağayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 14:00.

“Baku Sportinq” – “Zaqatala” 2:1
Qollar: İlham Allahverdiyev, 19; 60 – Kabamba Mardok, 89.
Hakimlər: Elvin Bayramov, Teymur Teymurov, Şirmamed Mamedov, Şamil İmanzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Buzovna qəsəbə stadionu, 14:30.

25 dekabr

MOİK – “Şəfa”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Mirnihat Seyidov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 14:00.

“Difai” – “Cəbrayıl”
Hakimlər: Rəvan Həmzəzadə, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Ağsu şəhər stadionu, 14:30.

Basketbol: Azərbaycan Kubokunda yeni mövsümün püşkü atıldı

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi təşkil edilib.

Arena.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunmuş mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra turnirdə iştirak edəcək komandalarla bağlı videoçarx nümayiş etdirilib. Ardınca püşkatma mərasimi keçirilib və qarşılaşmalar müəyyənləşib.

Püşkün nəticələrinə əsasən, “Abşeron”, “Sabah”, “Ordu” və “Gəncə” komandaları yarışa birbaşa 1/4 final mərhələsindən qoşulacaqlar.

1/8 final mərhələsində isə bu oyunlar baş tutacaq:

“Şəki” – “Sərhədçi”
“Neftçi” – “Lənkəran”
NTD – “Sumqayıt”
“Naxçıvan” – “Quba”

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunlarının yanvarın 13–14-də keçirilməsi nəzərdə tutulub. 1/4 final qarşılaşmalarının isə fevralın 18-22-də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, basketbol üzrə Azərbaycan Kubokunda ötən mövsümün qalibi NTD komandasıdır.

“Atletik” “Qarabağ”la oyunda baş verənlərə görə cəzalandırıldı

“Atletik” “Qarabağ”a qarşı keçirdiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda azarkeşlərin yol verdikləri pozuntulara görə cərimələnib.

Arena.az xəbər verir ki, Avropanın ali futbol qurumu Bilbao komandasına 10 min avro cərimə tətbiq edib.

Buna sözügedən qarşılaşmada azarkeşlərin UEFA İntizam Qaydalarının 16 (2) maddəsinə əməl etməməsi səbəb olub.

“Atletik” “İdman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” (xüsusilə siyasi, ideoloji, dini və ya təhqiredici məzmunlu jest, söz, obyekt və ya hansısa başqa vasitələrlə ötürülməsi) ucbatından cəza ilə üzləşib.

Xatırladaq ki, sözügedən matç zamanı İspaniya komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı. “Qarabağ” rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi.

Azərbaycan çempionu İspaniyada baş tutmuş bu oyunda rəqibinə 1:3 hesabıyla məğlub olmuşdu.

Cavid İmamverdiyev – İkinci Liqanın bombardiri!

Futbol üzrə Azərbaycan milli komandasının keçmiş yarımmüdafiəçisi Cavid İmamverdiyev İkinci Liqa tarixinin ən yaxşı bombardiridir.

Arena.az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) İkinci Liqanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Ölkə çemionatının üçüncü səviyyəli dəstəsi uzun fasilədən sonra 2023-cü ildə bərpa olunub. PFL bayrağı altında həmin vaxtdan keçirilməyə başlayan və İkinci Liqa adlanan yarışda 3-cü mövsümün ilk hissəsi başa çatıb.

Cavid İmamverdiyev yarışın İkinci Liqa adlandığı dövrdə ən çox qol vurmuş futbolçudur. Üç mövsümü üç fərqli klubda – “Kür-Araz”, “Quba” və “Şəki”də oynamış futbolçu 65 qola imza atıb.

“Şahdağ Qusar” və “Xankəndi”də 57 dəfə fərqlənmiş Tural Qurbatov siyahıda ikincidir. Liderlərdən fərqli üç deyil, iki mövsümü İkinci Liqada keçirmiş Elvin Nəsibov da 50 qol səddini arxada qoyub. “Füzuli”, “Cəbrayıl” və “Şəfa”da oynamış futbolçu 51 dəfə fərqlənib.

Ümumilikdə isə 14 oyunçu 20 və daha çox qol vurub.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində bu turnir ikinci dəstə adlanıb və bu siyahıda nəzərə alınmayıb.

2-ci Liqada 20 və daha çox qol vuranlar

  1. Cavid İmamverdiyev – 65
  2. Tural Qurbatov – 57
  3. Elvin Nəsibov – 51
  4. Vidadi Cəfərov – 49
  5. Elxan Məmmədov – 36
  6. Elariz Xəlilli – 32
  7. Famil Camalov – 30
  8. Valeh Seyidov – 27
  9. Tofiq Nəsibov – 27
  10. Amil Yunanov – 26
  11. Ramazan Abbasov – 24
  12. Vüqar Əşrəfli – 23
  13. Röyal Nəcəfov – 23
  14. Ülvi Quliyev – 21

Qari Nevill: “Mançester Siti” çox təhlükəlidir”

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill 2025/26-cı illər mövsümündə İngiltərə çempionluğu uğrunda mübarizədən danışıb.

Arena.az xəbər verir ki, hazırda futbol təhlilçisi olaraq çalışan veteran futbolçu lider “Arsenal”ı “Mançester Siti”nin çox təhlükəli olması gerçəyindən xəbərdar edib:

“Mançester Siti” çox təhlükəlidir. Onların heyətində Erlinq Haland var, başlarında isə Xosep Qvardiola dayanıb. Onlar meydanda tamamilə xüsusi oyunçulara malikdirlər və ehtiyat oyunçular skamyasında da tamamilə xüsusi oyunçuları var. Bu, “Arsenal” üçün ən böyük təhlükədir”, deyə Qari Nevill vurğulayıb.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsümündə geridə qalmış 17 turdan sonra 39 xalı olan “Arsenal” vahid liderdir. “Mançester Siti” 37 xalla ikinci, “Aston Villa” isə 36 xalla üçüncü pillədə qərarlaşıb. “Çelsi” və son çempion “Liverpul” 29, “Sanderlend” 27, “Mançester Yunayted”lə “Kristal Pelas” 26 xal toplayıb.

Luis de la Fuente – 2025-ci ilin ən yaxşı baş məşqçisi!

İspaniya yığmasını çalışdıran Luis de la Fuente Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən ilin ən yaxşısı elan edilib.

Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Qurum milli komandalar üzrə 2025-ci ilin ən yaxşı baş məşqçisini açıqlayıb. Bu ada ispaniyalı mütəxəssis layiq görülüb. 64 yaşlı məşqçi 136 xalla birinci olub.

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines 83 xalla ikinci yeri tutub. İlk “3-lüy”ü 59 xalla Argentina yığmasından Lionel Skaloni qapayıb.

Bütövlükdə 10 məşqçinin yer aldığı siyahı ilə sizi də tanış edirik:

  1. Luis de la Fuente (İspaniya) – 136
  2. Roberto Martines (Portuqaliya) – 83
  3. Lionel Skaloni (Argentina) – 59
  4. Stol Solbakken (Norveç) – 48
  5. Tomas Tuxel (İngiltərə) – 41
  6. Didye Deşam (Fransa) – 30
  7. Valid Reqraqi (Mərakeş) – 25
  8. Timur Kapadze (Özbəkistan) – 10
  9. Nestor Lorenso (Kolumbiya) – 10
  10. Xavyer Aqirre (Meksika) – 8.

Vüsal Tirana “Dinamo”suna qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 18-ci turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşdə 90 dəqiqə oynayıb.

“Partizani” 18 turdan sonra 23 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. Sözügedən komanda 18 oyunda 6 qələbə qazanıb, 5 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 17 oyuna çıxıb, 3 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Liqa Kubokunda sonuncu yarımfinalçı “Arsenal” oldu

Futbol üzrə İngiltərə Liqa Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Arsenal” doğma meydanda “Kristal Pelas”la qarşılaşıb. Oyunda hesabı avtoqola sevinmiş “topçular” açıblar. Amma “Kristal Pelas” 90+5-ci dəqiqədə vurduğu cavab qolu sayəsində oyunu əlavə vaxta daşıyıb. Əlavə vaxtda da hesab dəyişməz qaldığından qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Arsenal” sonuncu yarımfinalçı olub.

Xatırladaq ki, daha öncə “Çelsi”, “Mançester Siti” və “Nyukasl” da yarımfinala yüksəlmişdilər.

Beləliklə, İngiltərə Liqa Kubokunda finala vəsiqə uğrunda “Mançester Siti” “Nyukasl” ilə, “Çelsi” isə “Arsenal”la mübarizə aparacaq.

Yarımfinalın ilk oyunları yanvarın 12-də, cavab matçları fevralın 2-də keçiriləcək.

İngiltərə Liqa Kuboku
1/4 final

16 dekabr

Kardiff Siti – Çelsi 1:3
Qollar: Törnbull, 75 – Qarnaço, 57; 90+3. Neto, 82.

17 dekabr

Mançester Siti – Brentford 2:0
Qollar: Şerki, 32. Savinyo, 67.

Nyukasl – Fulhem 2:1
Qollar: Vissa, 10. Mayli, 90+2 – Lukiç, 16.

23 dekabr

Arsenal – Kristal Pelas 1:1 (penaltilər 8:7)
Qollar: Lakrua, 80-öz qapısına – Qehi, 90+5.

Zamiq Əliyev “Teuta” ilə matçda meydandan qovuldu

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 18-ci turu çərçivəsində “Teuta” ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 1:0. Əliyev bu görüşə start heyətdə başlayıb. O, 78-ci və 90+2-ci dəqiqələrdə sarı vərəqə almaqla meydandan qovulub.

“Eqnatiya” 18 turdan sonra 37 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 1-ci pillədə qərarlaşıb. Sözügedən komanda 18 oyunda 11 qələbə qazanıb, 4 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 56 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Afrika Millətlər Kubokunda Nigeriya və Tunisdən uğurlu start

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, qitə birinciliyinin üçüncü oyun günündə 4 qarşılaşma baş tutub.

C qrupunda yer almış Nigeriya yığması Tanzaniyanı, Tunis millisi isə Uqandanı oxşar hesabla (3:1) üstələyib.

D qrupunda Konqo Demokratik Respublikası Beninlə görüşdə tək qola sevinib. Seneqal yığması isə Botsvananı böyük hesabla yenib.

Bu gün baş tutmuş oyunlarda Azərbaycanda çıxış edən bəzi oyunçular da iştirak ediblər. Belə ki, “Sumqayıt”ın müdafiəçisi Abdul Raşid Mumini və “Neftçi”nin yarımmüdafiəçisi Sessi De Almeyda Benin millisinin heyətində meydana çıxıblar. Mumini sonadək oynayıb. De Almeyda isə 82-ci dəqiqədə əvəzlənib.

“Şamaxı”nın legioneri Alfons Msanqa da Tanzaniya yığmasının Nigeriyaya qarşı oyununda iştirak edib. O, 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
23 dekabr

C qrupu

Nigeriya – Tanzaniya 2:1
Qollar: Ajayi, 36. Lukman, 52 – Mombva, 50.

Tunis – Uqanda 3:1
Qollar: Sxiri, 10. Axuri, 40; 64 – Omedi, 90+2.

D qrupu

Konqo Demokratik Respublikası – Benin 1:0
Qol: Bonqonda, 16.

Seneqal – Botsvana 3:0
Qollar: N.Cekson, 40; 58. K.Ndiaye, 90.

Afrika Millətlər Kubokunda Misir və CAR-dan uğurlu start

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, qitə birinciliyinin ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

A qrupunun ikinci oyununda Mali və Zambiya yığmaları üz-üzə gəliblər. Bu görüşdə qalib müəyyənləşməyib.

B qrupunda isə Cənubi Afrika Respublikası Anqolaya, Misir millisi isə Zimbabveyə oxşar hesabla (2:1) qalib gəlib.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
22 dekabr

A qrupu

Mali – Zambiya 1:1
Qollar: Sinayoko, 61 – Daka, 90+2.

B qrupu

Cənubi Afrika Respublikası – Anqola 2:1
Qollar: Appollis, 21. Foster, 79 – Şou, 35.

Misir – Zimbabve 2:1
Qollar: Marmuş, 64. Salah, 90+1 – Dube, 20.

Afrika Millətlər Kuboku Mərakeşin qələbəsi ilə başladı

Ötən gecə keçirilmiş bir oyunla Mərakeşdə təşkil edilmiş Afrika Millətlər Kubokunun (2025) final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, qitə birinciliyinin açılış görüşü turnirə ev sahibliyi edən Mərakeş yığması ilə Komor adaları arasında baş tutub.

A qrupunun oyunu meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Afrika Millətlər Kubokuna yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
A qrupu
21 dekabr

Mərakeş – Komor adaları 2:0
Qollar: B.Dias, 55. Əl-Kaabi, 74.

“Beşiktaş” Türkiyə Kubokunda “Fənərbağça”ya qalib gəldi

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk turun növbəti oyun günündə qarşılaşma baş tutub.

C qrupunda yer almış “Fənərbağça” doğma meydanda “Beşiktaş”la qarşılaşıb. Üç qolun qeydə alındığı İstanbul derbisində qonaqlar əzmkar qələbəyə seviniblər.

Bu qrupun digər oyununda “Kocaelispor” evdə “Ərzurumspor”u məğlub edib.

B qrupunda isə “Konyaspor” “Antalyaspor”u qəbul edib. Meydan sahibləri tək qolla qalib gəliblər.

Türkiyə Kuboku
Qrup mərhələsi, 1-ci tur
23 dekabr

B qrupu

Konyaspor – Antalyaspor 1:0
Qol: T.Taşçı, 21.

C qrupu

Fənərbağça – Beşiktaş 1:2
Qollar: M.Asensio, 43-pen – V.Çernı, 33; 90+1.

Kocaelispor – Ərzurumspor 3:1
Qollar: Çurlinov, 18; 45. Nonqe, 53 – Baiye, 88.

ABL: “Sabah” qalib gəldi, “Quba” və “Şəki” uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.

“Sərhədçi” İdman Mərkəzində “Sərhədçi” “Quba” ilə qarşılaşıb. Matç meydan sahiblərinin 97:78 hesablı qələbəsi ilə bitib. Bakı İdman Sarayında isə “Şəki”ni qəbul edən “Abşeron Lions” rəqibini 107:82 hesabı ilə üstələyib.

Bu gün həm də 9-cu turdan təxirə salınmış bir oyun keçirilib. Bakı İdman Sarayında baş tutmuş qarşılaşmada son çempion “Sabah” “Gəncə” ilə qarşılaşıb. Görüş Bakı kollektivinin 88:82 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, 11-ci turun NTD – “Gəncə” və “Sabah” – “Neftçi” oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Turun əvvəlki matçlarında “Ordu” “Naxçıvan”ı (86:64), “Sumqayıt” “Lənkəran”ı (99:95) məğlub etmişdi.

A qrupu: Abşeron Lions – 21. Sabah – 19. Gəncə – 15. Neftçi – 14. Şəki – 13. NTD – 11.

B qrupu: Ordu – 22. Naxçıvan – 19. Sərhədçi – 15. Quba – 15. Lənkəran – 14. Sumqayıt – 14.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Endrik “Real”ı “Olimpik”ə dəyişdi

Futbol üzrə Braziliya yığmasının və Madrid “Real”ının mərkəz hücumçusu Endrik bundan sonra Lion “Olimpik”ində çıxış edəcək.

Arena.az xəbər verir ki, Fransa klubu 19 yaşlı futbolçunu İspaniya nəhəngindən icarəyə götürüb.

Xəbərdə bildirilir ki, braziliyalı forvard cari mövsümün sonunadək Lion klubunun formasını geyinəcək.

Endrik “Palmeyras”ın yetirməsidir. “Real” braziliyalı hücumçunu 2024-cü ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan tamhüquqlu əsasda “qaymaqlılar”ın heyətinə qatıb.
Braziliyalı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Endrik cari mövsümdə cəmi 3 oyunda iştirak edib və ümumilikdə 99 dəqiqə meydanda olub. O, “Real”ın heyətində ümumilikdə 40 oyuna 7 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Endrik 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub, həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Gənc futbolçu “Real”la da UEFA Super Kubokunun (2024/2025) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 14 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Divok Oriqi “Milan”a lazım olmadı

İtaliyanın “Milan” klubu Belçika yığma komandasının da üzvü olan mərkəz hücumçusu Divok Oriqi ilə yolları ayırdığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

A Seriyası təmsilçisi 30 yaşlı hücumçu ilə müqaviləni vaxtından əvvəl ləğv edib. Klub oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Divok Oriqi Fransanın “Lill” klubunun yetirməsidir. “Liverpul”, “Volfsburq” kimi klublarda da çıxış etmiş hücumçu “Milan”a 2022-ci ilin yayında azad agent kimi qoşulmuşdu. Onun İtaliya nəhəngi ilə 2026-cı ilin yayına kimi müqaviləsi vardı. Amma futbolçu uzun müddət idi əsas komandada heyətə düşə bilmirdi. Bu üzdən də klub rəhbərliyi Oriqi ilə sözləşməyə vaxtından əvvəl xitam verməyi üstün tutub.

Oriqi 2023/2024 mövsümünü icarə əsasında İngiltərənin “Nottingem Forest” klubunda keçirib. Bundan sonra isə “Milan”ın əsas heyətindən kənarda qalıb və fərdi şəkildə məşq edib.

Belçikalı futbolçunun “Milan” karyerası bütövlükdə 36 oyun, 2 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Oriqi Belçika yığmasında 2014-cü ildə debüt edib. O vaxtdan bəri millidə 32 matça çıxan futbolçu, ölkəsinin əsas komandasında cəmi 3 qol vura bilib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Oriqini 500 min avro məbləğində qiymətləndirir.

Elmar Baxşıyev “Araz”dan istefaya göndərildi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” baş məşqçisi Elmar Baxşıyev ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu gün klub rəhbərliyi ilə məşqçilər korpusu arasında görüş baş tutub.

Müzakirələrdən sonra tərəflər yollarını ayırmağa qərar veriblər. Naxçıvan təmsilçisi Baxşıyevə və köməkçilərinə xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Elmar Baxşıyev 2024-cü ilin aprel ayından “Araz-Naxçıvan”a rəhbərlik edirdi. 45 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 70 oyuna çıxarıb, 29 qələbə, 20 heç-heçə və 21 məğlubiyyət görüb.

“Araz-Naxçıvan” məhz Baxşıyevin rəhbərliyi altında ötən mövsüm tarixində ilk dəfə Azərbaycan Premyer Liqasında bürünc medalları qazanaraq avrokuboklara vəsiqə qazanmış, hətta mərhələ də adlamışdı.

Cari mövsümdə isə “Araz-Naxçıvan” 16 oyuna topladığı 26 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Baxşıyev daha öncə “Qəbələ”nin də baş məşqçisi olub.

Marko Yankoviç 2025-ci ili özü üçün belə dəyərləndirdi

Futbol üzrə Monteneqro yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç sosial şəbəkə hesabında paylaşım edib.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu 2025-ci illə bağlı fikirlərini bölüşüb:

“Çətinliklər, inkişaf və həm meydanda, həm də meydandan kənarda qazanılan bir çox uğurlarla dolu bir il oldu. Bu prosesdə görülən işlərə, yanımda olan insanlara, aldığım dərslərə və keçdiyim yola görə minnətdaram. Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm”.

Xatırladaq ki, son dövrlərdə Yankoviçə bir sıra transfer təklifləri gəldiyi iddia olunur. Bu üzdən də onun qışda Ağdam klubunu tərk edəcəyi gözlənilir.

Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. 30 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 147 oyun keçirib, 12 qol və 17 məhsuldar ötürmə müəllifi olub.

Yankoviç karyerası ərzində “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Olimpiakos”, OFK, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klublarda da çıxış edib.

Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 58 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Rafinya Alkantara karyerasını bitirdi – 32 yaşında

Braziliya millisinin, eləcə də “Barselona”, “İnter” və PSJ-nin sabiq futbolçusu Rafinya Alkantara karyerasını başa vurduğunu açıqlayıb.

Arena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkələrdə yayımladığı video müraciətində bildirib.

O, qərarının əsas səbəbinin dizindən aldığı ciddi zədə olduğunu deyib:

“Bir müddət meydanlardan kənarda qaldıqdan və uzun bərpa prosesindən sonra vacib bir qərar verdim – karyeramı bitirirəm. Təxminən bir il əvvəl aldığım diz zədəsi yenidən ən yüksək səviyyədə oynamağıma imkan vermir. Bununla barışmaq çətin idi. Futbol uşaqlıqdan həyatımın bir hissəsi olub, lakin artıq özümü əvvəlki kimi ona həsr edə bilmədiyimi anlayıram”.

Rafinya ailəsinə, azarkeşlərə və futbola təşəkkür edib. O, həyatında yeni mərhələnin başladığını vurğulayıb.

Qeyd edək ki, Rafinya Alkantara “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun heyətində 3 dəfə İspaniya çempionu olub və 2014/2015-ci illər mövsümündə UEFA Çempionlar Liqasını qazanıb. Futbolçu karyerası ərzində “Selta”, PSJ, “İnter”, “Real Sosyedad” klublarında çıxış edib. Alkantara 2016-cı ildə Braziliya millisinin heyətində Olimpiya çempionu olub.

Rafinyanın son klubu Qətərin “Əl-Ərəbi” komandası olub.

Konrad Laymer – Avstriyada 2025-ci ilin ən yaxşı futbolçusu!

Almaniyanın “Bayern” klubunun sağ cinah müdafiəçisi Konrad Laymer Avstriyada 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə Avstriya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Yerli çempionatda iştirak edən klubların məşqçiləri arasında keçirilmiş səsvermə nəticəsində 28 yaşlı Laymer 51 xal toplayıb.

İkinci yeri 2024-cü ildə bu mükafatı almış “Leypsiq”in (Almaniya) üzvü Kristof Baumqartner (16 xal) tutub. Belqradın “Srvena Zvezda” (Serbiya) komandasının hücumçusu Marko Arnautoviç (15 xal) isə bu dəfə üçüncü olub.

Konrad Laymer “Bayern”ə 2023-cü ilin iyul ayında “Leypsiq”dən gəlib. 26 yaşlı futbolçu ilə 4 illik, 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, Münhen klubuna azad agent kimi keçib.

Avstriyalı futbolçu “Bayern”də indiyə qədər 113 oyuna çıxıb. Mərkəz yarımmüdafiəçisi bu görüşlərdə 6 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Laymer peşəkar karyerasına ölkəsinin “Liferinq” klubunda başlayıb. O, daha sonra “Zalsburq”un formasını geyinib. 2017-ci ildən 2023-cü ilə qədər “Leypsiq”də çıxış etmiş futbolçu Bundesliqa təmsilçisində 190 oyun keçirib, 15 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Avstriyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Laymer, 2019-cu ilin iyun ayından əsas millidə forma geyinir. O, Avstriya yığmasında 55 oyuna çıxıb, 7 qol vurub, 9 assist edib.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.

İkinci Liqa: “Göygöl”dən çətin, “Şirvan”dan inamlı qələbə

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Ağstafa Gəncləri” – “Şəmkir” oyununda qalib müyyənləşməyib.

“Göygöl” doğma meydanda “Dinamo”ya, “Şirvan” isə “Kür-Araz”a qalib gəlib.

İkinci Liqa
14-cü tur

22 dekabr

“Şəki” – “Xankəndi” 1:2
Qollar: Rauf Məhərrəmov, 15 – Bəhruz Teymurov, 25; 90.
Hakimlər: Murad Səlimov, Sənan Atayev, Orxan İbişov, Sənan Bayramzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Rekord Arena”, 14:00.

“Qaradağ Lökbatan” – “Araz Saatlı” 13:1
Qollar: Ramil Orucov, 1; 6; 21; 46; 55. Fərid Abbaslı, 8; 26. İlham Hüseynov, 13; 38; 44. Tofiq Nəsibov, 47. Rəhman Quliyev, 61. Sabir Allahquliyev, 83 – Rəvan Əvəzov, 68-pen.
Hakimlər: Mahmud Bağırzadə, Ruslan Babayev, Tural Bayramov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Quba” – “Ağdaş” 6:1
Qollar: İbrahim İbrahimli, 3. Nihad Mollayev, 44. Bəhram Köçərli, 54. Vidadi Cəfərov, 77-pen; 79; 90-pen – Vasif Nəsirov, 84 -pen.
Hakimlər: Alik Yunusov, Ruslan Məmmədov, Əhməd Əhmədsoy, Nazim Abdullayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

23 dekabr

“Ağstafa Gəncləri” – “Şəmkir” 2:2
Qollar: Eltac Hüseynov, 59. Elgün Namazov, 75 – Taleh Fərmanov, 29. Tural Məmmədzadə, 83-pen.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Elvin Mədətov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Ağstafa şəhər stadionu, 14:00.

“Göygöl” – “Dinamo” 4:3
Qollar: Ziyabil Məmmədov, 20; 22; 47; 64 – Xəyal Qocayev, 43. Valeh Seyidov, 61-pen; 76.
Hakimlər: Nahid Xasıyev, Aydın Bəxşiyev, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:00

“Şirvan” – “Kür-Araz” 2:0
Qollar: Elgün Xəlilov, 64. Nurlan İsayev, 85.
Hakimlər: Ruslan Babayev, Ağadur Mahmudov, Səbuhi Əmrahov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Dieqo Simeno “Atletiko”nu bu kluba dəyişmək istəyir

Madrid “Atletiko”sunun baş məşqçsi Dieqo Simeone İspaniya klubundn ayrılandan sonra çalışdırmaq istədiyi komandanı açıqlayıb.

Arena.az argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bu, yalnız məndən asılı deyil, amma özümün məşqçilik karyerasında təsəvvür edə bilərəm ki, nə vaxtsa “İnter”in çalışdıracağam. Düşünürəm, bu, nə vaxtsa baş verəcək”, deyə Simeone vurğulayıb.

Yeri gəlmişkən, “İnter”in italiyalı keçmiş müdafiəçisi Marko Materatsi cari mövsümün İtaliya çempionluğu uğrunda mübarizəni qiymətləndirib:

“Hər şeyə rəğmən, fikrimcə, “İnter” skudetto uğrunda mübarizəyə və avrokuboklarda tərəqqiyə daha çox hazırlıqlıdır”, deyə Materatsi vurğulayıb.

Xatırladaq ki, Dieqo Simeone 2011-ci ilin dekabr ayından “Atletiko”ya rəhbərlik edir. 55 yaşlı mütəxəssis indiyə qədər paytaxt təmsilçisini 763 oyuna çıxarıb, 453 qələbə, 163 heç-heçə, 147 məğlubiyyət görüb.

Simeone əvvəllər “Rasinq Klub”, “Estudiantes”, “River Pleyt”, “San Lorenso”, “Kataniya” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Sonda onu da qeyd edək ki, “İnter”ə hazırda Kristian Kivu rəhbərlik edir.

“Zirə” Türkiyəyə gedir – 2 yoxlama oyunu keçirəcək

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün qış fasiləsinə 3-cü pillədə yollanmış “Zirə”nin qış hazırlıq planı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “qartallar” yanvarın 3-də Bakıda bir araya gələcəklər. Komanda ayın 10-na qədər hazırlığı paytaxtda davam etdirəcək.

Toplanışın ikinci mərhələsi isə Türkiyənin Antalya şəhərində baş tutacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yanvarın 10-dan 17-nə qədər qardaş ölkədə hazırlıq keçəcək. Komanda Antalyada iki yoxlama oyunu keçirməyi planlaşdırır. Lakin rəqiblərin kimliyi hələ dəqiqləşməyib. Bu barədə daha sonra məlumat veriləcək.

Xatırladaq ki, “Zirə” Premyer Liqanın qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. Paytaxt təmsilçisi keçirdiyi 16 oyunda 7 qələbə qazanıb, 7 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

AFFA “Zaqatala”ya texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 11-ci turundakı qayda pozuntularına hüququ qiymət verilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 11-ci tur

“Zaqatala” – MOİK oyununun 63-cü dəqiqəsində MOİK-in futbolçusu Nihad Qurbanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. MOİK buna görə 300 manat cərimə edilib. Oyunun 53-cü dəqiqəsində “Zaqatala”nın futbolçusu Habibu Abdurəşid ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Zaqatala” buna görə 300 manat cərimə ödəyəcək. “Zaqatala” legioner limitini pozduğuna görə, bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. “Zaqatala” buna görə 1200 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.

“Difai” – “Mingəçevir” oyununun 31-ci dəqiqəsində “Difai”nin futbolçusu Musa Musazadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Difai” buna görə 150 manat cərimə edilib.

Emin Mahmudov – Tarixdə 16-cı, “Neftçi”də 4-cü

Futbol üzrə Azərbaycan yığma komandasının və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Premyer Liqada 50-ci qolunu vurub.

Arena.az xəbər verir ki, Azərbaycan çempionatında yalnız “Neftçi”nin formasını geyinmiş yarımmüdafiəçi 221-ci oyununda “100”ü yarılayıb.

O, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 16-cı turunun “Karvan”la görüşündə (2:1) yubiley topunu vurub. İlk qoluna çempionatda debüt etdiyi 2017/2018-ci illər mövsümündə imza atan Mahmudov yarışın tarixinə 50 və daha çox top vuran 43-cü futbolçudur.

Yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək liqasında eyni klubda ən azı bu qədər qol vuran 16-cı oyunçudur.

Mahmudov “Neftçi” ilə çempionatda 50 və ya daha çox qol vuran 4-cü bombardirdir. O, yalnız Samir Ələkbərov, Qurban Qurbanov və Yunis Hüseynovdan geri qalır.

  1. Müşfiq Hüseynov (“Qarabağ”) – 109
  2. Samir Ələkbərov (“Neftçi”) – 99
  3. Alay Bəhramov (“Viləş”) – 93
  4. Nazim Əliyev (“Xəzər” S) – 93
  5. Fazil Pərvərov (“Kəpəz”) – 80
  6. Rövşən Əhmədov (“Kəpəz”) – 75
  7. Qurban Qurbanov (“Neftçi”) – 66
  8. Nadir Nəbiyev (“Turan”) – 63
  9. İmamyar Süleymanov (“Kəpəz”) – 63
  10. Mahir Emreli (“Qarabağ”) – 59
  11. Yunis Hüseynov (“Neftçi”) – 58
  12. Musa Qurbanov (“Turan”) – 56
  13. Abdullah Zubir (“Qarabağ”) – 52
  14. Riçard Almeyda (“Qarabağ”) – 51
  15. Badri Kvaratsxeliya (“Şəmkir”) – 51
  16. Emin Mahmudov (“Neftçi”) – 50

“Sabah” ilkə imza atdı, 10-cu qış çempionu oldu

“Sabah” komandası futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün qış çempionu olub.

Arena.az xəbər verir ki, bu, 2025-ci ilin son oyunundan sonra dəqiqləşib.

16-cı turun “Sumqayıt”la səfər görüşündə 3:1 hesabı ilə qalib gəlmiş “bayquşlar” yeni ili lider kimi qarşılayacaqlar. Xallarının sayını 37-yə çatdıran Bakı klubu son 4 mövsümün qış çempionu “Qarabağ”ı bir xal qabaqlayıb. Bu, “Sabah”ın tarixində ilk belə nəticədir.

Paytaxt təmsilçisi ili zirvədə başa vuran 10-cu komanda olub. Sonuncu yeni qış çempionu 17 il əvvəl – 2008/09 mövsümündə qeydə alınmışdı. Premyer Liqanın ilk dəfə PFL bayrağı altında keçirildiyi mövsümdə “İnter” (indiki “Şamaxı”) tarixində birinci dəfə qış çempionu olub. Sonrakı illərdə isə heç kim adını qış çempionları sırasına əlavə edə bilməyib və bu uğura əvvəl imza atanlar yenidən fərqlənib.

Ümumilikdə isə bunadək 9 klub belə nəticəyə imza atıb və “Sabah” siyahıda 10-cu olub. “Qarabağ” hamıdan çox – 11 dəfə (2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25) fərqlənib. “Neftçi” doqquz (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21), “Kəpəz” (1993/94, 1997/98, 1998/99) və “Şamaxı” (2008/09, 2009/10, 2012/13) hərəyə üç, “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), “Xəzər Lənkəran” (2006/07) və “Şüvəlan”ın (2007/08) bir belə uğuru var.

Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.

Premyer Liqa: 185 oyunda 447 qol

Ötən gün keçirilmiş “Sumqayıt” – “Sabah” oyunu ilə futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025-ci ilə yekun vurulub.

Arena.az xəbər verir ki, il ərzində iki fərqli mövsüm çərçivəsində 185 matç keçirilib.

2024/2025-ci illər mövsümünün ikinci yarısında 90, 2025/2026-cı illər mövsümünün ilk hissəsində 95 qarşılaşma baş tutub. Bu görüşlərdən biri texniki nəticə ilə yekunlaşıb.

Həmin matç nəzərə alınmasa, 184 oyunda 447 qol vurulub. Orta məhsuldarlıq 2,43-ə bərabər olub.

Bu il 13 komanda Premyer Liqada çıxış edib. “Səbail” ötən, “Qəbələ”, “Karvan” və “İmişli” cari mövsümdə bu həyəcanı yaşayıb.

2025-ci ilin ən yaxşısı “Qarabağ” olub. Ağdam klubu qələbə (24), vurulan qol (71), top fərqi (49) və xalların sayında (78) hamını qabaqlayıb. Hər iki mövsümdə çıxış edənlər arasında ən az qol buraxan da (22) “Qarabağ”dır.

Ağdamlılar məğlubiyyətlərin az olmasında “Zirə” ilə şərikdir. Qəsəbə klubu xal sayında 2-cidir. Cari mövsümün qış çempionu “Sabah” isə ilin 3-cü komandasıdır.

# Komanda O Q H M Top fərqi +/- Xal
1Qarabağ34246471-22+4978
2Zirə34219454-26+2872
3Sabah341514552-31+2159
4Turan Tovuz331481140-36+450
5Neftçi3411131043-39+446
6Araz-Naxçıvan341015938-41–345
7Sumqayıt341171639-48–940
8Şamaxı341091534-41–739
9Kəpəz34862027-63–3630
10İmişli1645714-16–217
11Səbail1827912-29–1713
12Qəbələ15221111-21–108
13Karvan16131212-34–226

Premyer Liqa: “Sumqayıt” hamını qabaqladı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün qış fasiləsinə qədər 95 oyun keçirilib.

Arena.az xəbər verir ki, bu matçları bütövlükdə 124 min 60 tamaşaçı izləyib.

Orta göstərici 1306-yə bərabər olub.

12-ci turun “Sumqayıt” – “Qarabağ” matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.

Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. 10-cu turun “Turan Tovuz” – “Şamaxı” qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5800 izləyici seyr edib.

“Sumqayıt” ev oyunlarındakı orta tamaşaçı sayında 1-ci yerdə qərarlaşıb. “Turan Tovuz”un ikinci olduğu siyahıda ilk “üçlüy”ü “Neftçi” qapayır.

1Sumqayıt9258102868
2Turan Tovuz7171002443
3Neftçi8148481856
4Sabah8128551607
5Qarabağ7103871484
6Karvan-Yevlax9131201458
7Şamaxı774001057
8Zirə97950883
9Kəpəz84850606
10Qəbələ74000571
11İmişli84200525
12Araz-Naxçıvan81540193
  Cəmi951240601306

Premyer Liqa: “Fulhem” “Nottingem Forest”i tək qolla yendi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Fulhem” doğma meydanda “Nottingem Forest”lə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə 3 xalı tək qolla qazanıblar.

Beləliklə, geridə qalmış 17 turdan sonra 39 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 37 xalla ikinci, “Aston Villa” 36 xalla üçüncü pillədə qərarlaşıb. “Çelsi” və “Liverpul”un 29, “Sanderlend”in 27, “Mançester Yunayted”in 26 xalı var.

İngiltərə, Premyer Liqa
17-ci tur

20 dekabr

Nyukasl – Çelsi 2:2
Qollar: Voltemade, 4; 20 – R.Ceyms, 49. J.Pedro, 66.

Vulverhempton – Brentford 0:2
Qollar: Potter, 63; 83.

Mançester Siti – Vest Hem 3:0
Qollar: Haland, 5; 69. Reynders, 38.

Brayton – Sanderlend 0:0

Bornmut – Börnli 1:1
Qollar: Semenyo, 67 – Broya, 90.

Tottenhem – Liverpul 1:2
Qollar: Riçarlison, 83 – A.İsak, 56. Ekitike, 66.

Everton – Arsenal 0:1
Qol: Dyökereş, 27-pen.

Lids – Kristal Pelas 4:1
Qollar: Levin, 38; 45+4. Ampadu, 60. Stax, 90+11 – Devenni, 90+2-pen.

21 dekabr

Aston Villa – Mançester Yunayted 2:1
Qollar: M.Rocers, 45; 58 – Kunya, 45+3.

22 dekabr

Fulhem – Nottingem Forest 1:0
Qol: R.Ximenes, 45+5-pen.

La Liqa: “Atletik” “Espanyol”a evdə uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Atletik” doğma meydanda “Espanyol”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.

Beləliklə, geridə qalmış 17 turdan sonra 46 xala malik “Barselona” vahid liderdir. “Real” 42 xalla ikinci, Madridin digər təmsilçisi “Atletiko” 37 xalla üçüncü pillədə qərarlaşıb. “Vilyarreal” 35, “Espanyol” 33, “Betis” 28, “Selta” və “Atletik” 23 xal toplayıblar.

İspaniya, La Liqa
17-ci tur

19 dekabr

Valensiya – Malyorka 1:1
Qollar: Duro, 52 – S.Kosta, 23.

20 dekabr

Real Ovyedo – Selta 0:0

Levante – Real Sosyedad 1:1
Qollar: Dela, 90+4-pen – Kubo, 45+1.

Osasuna – Alaves 3:0
Qollar: Budimir, 72; 81-pen. R.Qarsiya, 90+3.

Real – Sevilya 2:0
Qollar: Bellingem, 38. Mbappe, 86-pen.

21 dekabr

Jirona – Atletiko 0:3
Qollar: Koke, 13. Qallaxer, 38. Qrizmann, 90+2.

Vilyarreal – Barselona 0:2
Qollar: Rafinya, 12-pen. L.Yamal, 63.

Elçe – Rayo Valyekano 4:0
Qollar: Fort, 6. A.Rodriqes, 67. Valera, 70. Neto, 90+1.

Betis – Xetafe 4:0
Qollar: Ruibal, 16; 49. Fornals, 52. K.Hernandes, 60.

22 dekabr

Atletik – Espanyol 1:2
Qollar: Berencer, 38 – K.Romero, 44. Milla, 52.

“Napoli” İtaliya Super Kubokunun qalibi oldu

Ötən mövsüm İtaliya çempionu olmuş “Napoli” futbol üzrə İtaliya Super Kubokunun 2025-2026-cı illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, Neapol təmsilçisi bu gün super kubokun final görüşündə “Bolonya” ilə üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunmuş qarşılaşmada neapollular inamlı qələbəyə seviniblər. David Neres hər hissədə bir qol vurmaqla həm dublunu rəsmiləşdirib, həm də komandasına super kubok qazandırıb.

“Napoli” tarixində üçüncü dəfə İtaliya Super Kubokunun qalibi olub. Bu komanda daha öncə 1990-cı və 2014-cü illərdə də oxşar uğura imza atmışdı.

İtaliya Super Kubokunu ən çox (9 dəfə) “Yuventus” qazanıb. “Milan”la “İnter” 8, “Latsio” isə 5 dəfə super kubok sevinci yaşayıb.

İtaliya Super Kuboku
Final
22 dekabr

Napoli – Bolonya 2:0
Qollar: David Neres, 39; 57.

“Traktor” ÇL-də dördüncü qələbəsini qazandı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu turnirin əsas mərhələsinin 6-cı turunda Qətərin “Əl-Dühail” komandası ilə qarşılaşıb.

Doğma meydanda baş tutmuş bu oyunda təbrizlilər növbəti qələbəyə seviniblər – 2:1. Dördüncü qələbəsini rəsmiləşdirmiş İran çempionunun heyətində Şoca Xəlilzadə (51) və Əmirhüseyn Hüseynzadə (90+2) fərqləniblər.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv ÇL-dəki növbəti oyununu evdə Qətərin digər təmsilçisi “Əl-Sədd”ə qarşı keçirəcək. Bu oyun 2026-cı il fevralın 10-da baş tutacaq.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının cari mövsümündə ümumilikdə 24 komanda mübarizə aparır. İştirakçılar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünüblər. Hər zonada 12 komanda yarışır və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə mübarizə aparırlar.

Hər komanda 8 oyun keçirəcək. Onların nəticələrinə əsasən, “Qərb” və “Şərq”in hərəsindən 8 ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Orada da komandalar öz zonalarında yer alanlarla qarşılaşacaqlar. Yalnız 1/4 final mərhələsindən “Qərb”lə “Şərq” birləşəcək. 1/4 final, yarımfinal və final görüşləri 2026-cı ildə, aprelin 17-25-də Səudiyyə Ərəbistanında keçiriləcək.

“Traktor” “Qərb” zonasında yer alıb. Komanda hazırda 14 xalla 2-ci pillədə qərarlaşıb. Təbrizlilər növbəti turlarda evdə “Əl-Sədd” (Qətər), səfərdə “Əl-Qarafa” (Qətər) ilə də qarşılaşacaqlar.

Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olmuş “Traktor” ölkənin Asiya Çempionlar Liqasının Elit turnirində yeganə təmsilçisidir. Təbriz təmsilçisi ötən mövsüm Asiya Çempionlar Liqasının 2-ci turnirinə qatılmış və 1/4 finala qədər irəliləmişdi.

Super Liqa: “Başakşəhər” qalib gəldi, “Trabzonspor” uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Başakşəhər” doğma meydanda “Qaziantep”ə böyük hesabla qalib gəlib. Yeddi qolun qeydə alındığı “Gənclərbirliyi” – “Trabzonspor” matçında da meydan sahibləri qələbə qazanıblar.

Beləliklə, geridə qalmış 17 turdan sonra 42 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 39 xalla ikinci, “Trabzonspor” 35 xalla üçüncü pillədə qərarlaşıb. “Göztəpə” 32, “Beşiktaş” 29, “Samsunspor” 25, “Başakşəhər” 23 xal toplayıb.

Türkiyə, Super Liqa
17-ci tur

19 dekabr

Kocaelispor – Antalyaspor 2:1
Qollar: Smolçiç, 24. T.Bingöl, 37 – Cannetti, 32.

20 dekabr

Konyaspor – Kayserispor 1:1
Qollar: U.Nayir, 63 – Onuqxa, 90+3.

Eyüpspor – Fənərbağça 0:3
Qollar: Talişka, 27. Asensio, 34. C.Duran, 75.

Beşiktaş – Rizəspor 1:0
Qol: Raşiça, 64.

21 dekabr

Alanyaspor – Karagümrük 2:0
Qollar: Hvanq, 13. G.Yalçın, 58.

Qalatasaray – Kasımpaşa 3:0
Qollar: Y.Akgün, 10. Q.Sara, 82. M.İkardi, 88.

Göztəpə – Samsunspor 2:0
Qollar: A.Kurtulan, 23; 68.

22 dekabr

Başakşəhər – Qaziantep 5:1
Qollar: Şomurodov, 21. Fayzullayev, 29. A.Kızıldağ, 53-öz qapısına. U.Günəş, 68. Brniç, 84 – D.Kamara, 26.

Gənclərbirliyi – Trabzonspor 4:3
Qollar: Qutas, 5. Tonqya, 31. O.Ulgun, 52. Koita, 59 – F.Auqusto, 45+2; 50. Muçi, 67-pen.

Taleh Ziyadov yenidən ABF-nin prezidenti seçildi

Azərbaycan Badminton Federasiyasının (ABF) bu gün baş tutmuş ümumi yığıncağında Taleh Ziyadov yenidən quruma prezident seçilib.

Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunmuş tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.

İclasın gündəliyi təsdiq edildikdən sonra federasiyanın baş katibi Ramil Hacıyev 2022–2025-ci illər ərzində Azərbaycan Badminton Federasiyasının fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə hesabatla çıxış edib. Təqdim olunan hesabat səsvermə yolu ilə təsdiqlənib.

Daha sonra Azərbaycan Badminton Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul edilib. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Taleh Ziyadov növbəti 4 il müddətinə yenidən federasiyanın prezidenti seçilib. Kəmalə Şahbazova və Teymur Hüseynov vitse-prezidentlər, Ceyhun Məmmədəliyev və Natavan Məmmədova isə İdarə Heyətinin üzvləri seçiliblər.

Sonda federasiya prezidenti T.Ziyadov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib. O, federasiyanın qarşıdakı dövr üçün fəaliyyət planları barədə məlumat verib.

“Sumqayıt” – “Sabah” 1:3 – Video

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Sumqayıt” – “Sabah” matçı meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
16-cı tur

22 dekabr

“Sumqayıt” – “Sabah” 1:3
Qollar: Ronaldo Vaskes, 66 – Velko Simiç, 27; 50. Keffel Resende, 62-öz qapısına.
Sarı vərəqələr: Rüstəm Əhmədzadə, 9 (qeyri-idman hərəkəti). Ronaldo Vaskes, 16 (qeyri-idman hərəkəti). Aleksandr Ramalinqom, 55 (hakimin qərarına etiraz). Səbuhi Abdullazadə, 88 (hakimin qərarına etiraz). Nikola Ninkoviç, 90+6 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Saat 19:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 2700 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Rəhman İmami.
Dördüncü hakim: Rəvan Həmzəzadə.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə (19. Roi Kehat, 59), 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 23. Ronaldo Vaskes, 71. Masaki Murata (11. Aleksa Yankoviç, 46), 80. Keffel Resende, 95. Nsana Simon (10. Nikola Ninkoviç, 59).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli.
Məşqçi: Veliçko Kaplanoviç.

Sabah: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev (11. Kahim Parris, 12), 88. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev (6. Abdulla Xaybullayev, 72), 19. Aron Maluda (70. Jesse Sekidika, 72).
Ehtiyat oyunçular: 72. Rüstəm Samiqullin, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 89. Cəfər Muxtarov, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Dambrauskas: “İndiki liderlik bizə medal qazandırmır”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 16-cı turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Sabah”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamı, “Sabah” ailəsini qələbə münasibətilə təbrik edirəm. Çox önəmli qalibiyyətdir. Buna ehtiyacımız var idi. Düzdür, daha yaxşı oynaya bilərdik. Matçın sonlarına yaxın bir az əziyyət çəkdik. Futbolçularıma təşəkkür edirəm. Onlar son aylarda çox inkişaf ediblər. İstirahətə yollanacağıq. Yeni ildən sonra mövsümün ikinci yarısına hazırlaşacağıq”.

Dambrauskas qış fasiləsinə lider kimi yollanmalarına da münasibət bildirib:

“Qarabağ” çox yaxşı komandadır, məşqçi komandasıdır, Avropada səs-küy yaradıblar. Onların əldə etdiyi uğurları əldə etmək üçün çox inkişaf etməliyik. Biz sadəcə, qarşıdan gələn oyunu düşünürük. Hazırda lider olmaq bizə heç bir medal qazandırmır. Böyük uğurlar qazanmaq üçün çox çalışmaq lazımdır. Həmişə qeyd etmişəm ki, mənim üçün qarşıdan gələn oyun ən önəmlisidir. Hər matçdan sonra məndən “Qarabağ” barədə soruşursuz. Hazırda məni ən çox düşündürən oyun gələn il yanvarın 25-də “Karvan”a qarşı keçirəcəyimiz matçdır”.

“Hücumçuya ehtiyacımız var” – “Sumqayıt”ın məşqçisi

“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç isə komandasının məğlubiyyəti barədə bunları söyləyib:

“Sabah”ı qələbə münasibətilə təbrik etmək istəyirəm. Yaxşı oynadılar, qələbəyə layiq idilər. Bütün səhvlərimizin cəzasını çəkdik. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Ancaq belə oyunlarda bütün 90 dəqiqəni yaxşı oynamaq lazımdır.

Hücumçuya ehtiyacımız var. Rəhbərliyə bu barədə düşüncələrimizi çatdırmışıq. Amma qısa zamanda yaxşı hücumçu tapmaq çətin məsələdir”.

ABL: “Sumqayıt” və “Ordu”dan qələbə

Bu gün keçirilmiş iki oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 11-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün görüşləri B qrupu çərçivəsində Bakıda və Sumqayıtda baş tutub.

Bakı İdman Sarayında “Naxçıvan”la qarşılaşmış “Ordu” 86:64 hesablı qələbə qazanıb. “Sumqayıt” isə Sumqayıt Olimpiya İdman Kompleksində “Lənkəran”a 99:95 hesabı ilə qalib gəlib.

Sabah daha 2 oyun baş tutacaq. 11-ci turun NTD – “Gəncə” və “Sabah” – “Neftçi” matçları isə təxirə salınıb.

A qrupu: Abşeron Lions – 19. Sabah – 17. Gəncə – 14. Neftçi – 14. Şəki – 12. NTD – 11.

B qrupu: Ordu – 22. Naxçıvan – 19. Quba – 14. Lənkəran – 14. Sumqayıt – 14. Sərhədçi – 13.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Premyer Liqa: “Sabah” qış çempionu oldu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edən sonuncu qarşılaşma Sumqayıtda baş tutub.

Burada “Sumqayıt” lider “Sabah”ı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunun baş hakimi Tural Qurbanov olub.

“Sabah” qış çempionu olmaq üçün Sumqayıtdan qələbə ilə qayıtmağa borclu idi. Əks halda son çempion “Qarabağ” qış çempionu olacaqdı. “Sumqayıt” qalib gələcəyi halda isə qış fasiləsinə 3-cü pillədə yollanacaqdı. Amma dörd qolun vurulduğu matçında yekununda qələbəni “Sabah” bayram edib. İnamlı qələbə paytaxt təmsilçisini həm də qış çempionu edib.

Premyer Liqa
16-cı tur

22 dekabr

“Sumqayıt” – “Sabah” 1:3
Qollar: Ronaldo Vaskes, 66 – Velko Simiç, 26; 50. Keffel Resende, 60-öz qapısına.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsane Simon.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 19. Roi Kehat, 10. Nikola Ninkoviç, 11. Aleksa Yankoviç.
Məşqçi: Veliçko Kaplanoviç.

Sabah: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 88. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 72. Rüstəm Samiqullin, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 89. Cəfər Muxtarov, 70. Jesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

    “Atletiko”da Nikolas Qonsales şoku

    İspaniyanın “Atletiko” (Madrid) klubunun argentinalı sol vingeri Nikolas Qonsales bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

    Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.

    Buna müdafiəçinin “Jirona”ya 3:0 hesabı ilə qalib gəldikləri La Liqa oyununda zədələnməsi səbəb olub. Argentinalı oyunçunun İspaniya Super Kuboku uğrunda görüşdə meydana çıxmayacağı dəqiqdir. Amma onun daha uzun müddət yaşıl meydanlardan kənarda qalması istisna edilmir.

    Qeyd edək ki, Niko Qonsales cari mövsümdə Madrid təmsilçisinin heyətində 21 oyunda iştirak edib və 1 qol vurub. Müqavilə ilə İtaliyanın “Yuventus” klubuna məxsus olan futbolçu “Atletiko”da bu mövsümün sonunadək icarədə olacaq.

    Nikolas Qonsales “Arxentinos Xuniors” klubunun yetirməsidir. “Ştutqart” və “Fiorentina”da da oynamış argentinalı futbolçu 2024-cü ildən “Yuventus”da çıxış edir. O, Turin klubunun heyətində 40 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

    2019-cu ildə Argentina yığmasında debüt etmiş Qonsales, millinin heyətində meydana çıxdığı 48 oyunda 6 qola imza atıb, 6 məhsular ötürmə müəllifi olub.

    “Transfermarkt” internet-portalı 27 yaşlı vingerin transfer dəyərini 24 milyon avro məbləğində qiymətləndirir.

    Deyan Stankoviç yenidən “Srvena Zvezda”da

    Futbol üzrə Serbiya milli komandasının sabiq üzvü Deyan Stankoviç ölkəsinin “Srvena Zvezda” komandasının baş məşqçisi təyin olunub.

    Arena.az xəbər verir ki, bu barədə Serbiya klubunun mətbuat xidməti məlumat yayıb.

    47 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

    Xatırladaq ki, Stankoviç daha əvvəl də “Srvena Zvezda”ya rəhbərlik edib. O, 2019-cu ildən 2022-ci ilə qədər bu komandanı 130 oyuna çıxarıb, 103 qələbə, 17 heç-heçə və 10 məğlubiyyət görüb.

    Deyan Stankoviç son olaraq Rusiyanın “Spartak” (Moskva) komandasında baş məşqçi kimi fəaliyyət göstərib. Serbiyalı mütəxəssis 2024-cü ilin yayından çalışdırdığı Moskva təmsilçisini 64 oyuna çıxarıb, 37 qələbə, 10 heç-heçə və 17 məğlubiyyət görüb.

    Stankoviç məşqçilik fəaliyyəti dövründə “Ferentsvaroş”, “Sampdoriya” kimi komandalarda da baş məşqçi kimi çalışıb.

    Albertini Leaonu təriflədi

    “Milan”ın keçmiş yarımmüdafiəçisi Demetrio Albertini “rossoneri”nin portuqaliyalı cinah hücumçusu Rafael Leao haqda fikrini bildirib.

    Arena.az italiyalı veteran futbolçunun müvafiq qənaətini təqdim edir:

    “Rafa məni təəccübləndirmir. Leao istedaddır. Ona, sabitliyini artırmaq qalır…”, deyə Albertini vurğulayıb.

    Rafael Leao Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliyalı cinah hücumçusu “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

    Cari mövsümdə Leao “Milan” üçün bütün yarışlarda 12 oyun keçirib, 6 qol vurub, 1 məhsuldar ötürmə verib. Leaonun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 272 oyun, 76 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

    Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümü İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib, eləcə də 2024-cü il İtaliya Super Kubokunu qazanıb.

    Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 43 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Portuqaliyalı cinah hücumçusunun aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var.

    Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.

    “Transfermarkt” internet-portalı 26 yaşlı portuqal sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

    Yüksək Liqa: “Abşeron” da uduzdu, “Azərreyl” də

    Bu gün voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün 3-cü turundan təxirə salınmış oyunlar keçirilib.

    Arena.az xəbər verir ki, həm kişilərin, həm də qadınların yarışında bir görüş baş tutub.

    Kişilərin yarışında “Xilasedici” “Azərreyl”lə üz-üzə gəlib. Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutmuş bu görüşdə “Xilasedici” 3:1 hesablı qələbə qazanıb.

    Qadınların çempionatında isə “Milli Aviasiya Akademiyası” “Abşeron” ilə qarşılaşıb. Milli Aviasiya Akademiyasının idman zalında keçirilmiş oyunda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.

    Yüksək Liqa
    22 dekabr

    Qadınlar, 3-cü turdan təxirə düşən oyun

    “Milli Aviasiya Akademiyası” – “Abşeron” 3:0 (25:19, 25:18, 25:21)
    Milli Aviasiya Akademiyasının idman zalı.

    Kişilər, 3-cü turdan təxirə düşən oyun

    “Xilasedici” – “Azərreyl” 3:1 (23:25, 25:21, 25:18, 25:22)
    Fövqəladə Hallar Nazirliyinin idman zalı

    Bəşir İsazadə ən yüksək kateqoriyaya yiyələndi

    Azərbaycanın güləş hakimi, beynəlxalq dərəcəli referi Bəşir İsazadə ən yüksək dərəcə sayılan I-S kateqoriyasına yiyələnib.

    Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) rəsmi saytı vasitəsilə məlumat yayıb.

    Bu il U-23 Avropa çempionatında, U-20 dünya çempionatında və İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyan lənkəranlı referi Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldub. Bu dərəcəyə sahib hakimlər bütün yarışlarda, o cümlədən Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanırlar.

    Bəşir İsazadə ilə yanaşı, daha 2 referimiz də beynəlxalq kateqoriyalı ədalət təmsilçiləri sırasına qoşulub. Belə ki, oktyabrın 7-12-də Macarıstanın Tatabanya şəhərində təşkil edilmiş veteranların dünya çempionatında iş başında olan və imtahandan keçən Samir Hacıyevlə (Astara) Əkbər Məmmədli (Göyçay) UWW-nin qərarı ilə 3-cü dərəcəli beynəlxalq hakim statusuna yiyələniblər.

    Bununla da Azərbaycanın beynəlxalq hakimlərinin sayı 25-ə çatıb.

    “Qəbələ” qış hazırlıq planını açıqladı: Bakıda hazırlaşacaq

    2025/2026-cı illər mövsümündən etibarən yenidən Azərbaycan Premyer Liqasında çıxış edən “Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib.

    Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilir ki, Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ”la oyundan sonra istirahətə buraxılmış komanda yanvarın 3-də toplaşacaq.

    Hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-nə qədər Qəbələ şəhərində olacaq.

    “Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini yanvarın 14-18-də Bakıda keçirəcək.

    Komandanın toplanış çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınaması nəzərdə tutulub. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

    Qeyd edək ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Şamaxı” ilə qarşılaşacaq. Sözügedən oyun yanvarın 24-də baş tutacaq.

    Kaxaber Sxadadzenin komandası mövsümün geridə qalan hissəsində cəmi 8 xal toplayıb və 12 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

    İkinci Liqa: “Qaradağ Lökbatan” 13 qolla qalib gəldi

    Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunlarına start verilib.

    Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

    “Araz Saatlı”ya 13 qol vurmuş “Qaradağ Lökbatan” liderliyi ələ keçirib. Digər matçlarda isə “Xankəndi” və “Quba” qələbə qazanıblar.

    14-cü turun qalan görüşləri sabah – dekabrın 23-də keçiriləcək. Bununla da yarış iştirakçıları 2025-ci ilə yekun vuraraq qış fasiləsinə yollanacaqlar.

    İkinci Liqa
    14-cü tur

    22 dekabr

    “Şəki” – “Xankəndi” 1:2
    Qollar: Rauf Məhərrəmov, 15 – Bəhruz Teymurov, 25; 90.
    Hakimlər: Murad Səlimov, Sənan Atayev, Orxan İbişov, Sənan Bayramzadə.
    Hakim-inspektor: Asim Xudiyev.
    AFFA nümayəndəsi: Azər Əsgərov.
    “Rekord Arena”, 14:00.

    “Qaradağ Lökbatan” – “Araz Saatlı” 13:1
    Qollar: Ramil Orucov, 1; 6; 21; 46; 55. Fərid Abbaslı, 8; 26. İlham Hüseynov, 13; 38; 44. Tofiq Nəsibov, 47. Rəhman Quliyev, 61. Sabir Allahquliyev, 83 – Rəvan Əvəzov, 68-pen.
    Hakimlər: Mahmud Bağırzadə, Ruslan Babayev, Tural Bayramov, Vüqar Həsənli.
    Hakim-inspektor: Babək Quliyev.
    AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
    Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

    “Quba” – “Ağdaş” 6:1
    Qollar: İbrahim İbrahimli, 3. Nihad Mollayev, 44. Bəhram Köçərli, 54. Vidadi Cəfərov, 77-pen; 79; 90-pen – Vasif Nəsirov, 84 -pen.
    Hakimlər: Alik Yunusov, Ruslan Məmmədov, Əhməd Əhmədsoy, Nazim Abdullayev.
    Hakim-inspektor: Munis Abdullayev.
    AFFA nümayəndəsi: Törə Əhmədova.
    Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

    23 dekabr

    “Ağstafa Gəncləri” – “Şəmkir”
    Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Elvin Mədətov, Ruslan Quliyev.
    Hakim-inspektor: Rövşən Əhmədov.
    AFFA nümayəndəsi: Rüfət Əmirov.
    Ağstafa şəhər stadionu, 14:00.

    “Göygöl” – “Dinamo”
    Hakimlər: Nahid Xasıyev, Aydın Bəxşiyev, Elman Kərimov, Rövşən Rəcəbov.
    Hakim-inspektor: İmanxan Sultani.
    AFFA nümayəndəsi: Elçin Mehtiyev.
    Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:00

    “Şirvan” – “Kür-Araz”
    Hakimlər: Ruslan Babayev, Ağadur Mahmudov, Səbuhi Əmrahov, Ceyhun Hüseynov.
    Hakim-inspektor: Ramil Diniyev.
    AFFA nümayəndəsi: Eldəniz Musayev.
    Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

    Premyer Liqa: 2026-cı ilin ilk oyunlarının başlama saatı bilindi

    Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyun cədvəli müəyyənləşib.

    Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

    Belə ki, 2026-cı ildə keçiriləcək ilk turun matçları yanvarın 23-də start götürəcək və 2 gün davam edəcək. Turun açılış qarşılaşması Quba Olimpiya İdman Kompleksinin stadionunda “İmişli” və “Araz-Naxçıvan” komandaları arasında baş tutacaq.

    Premyer Liqa
    17-ci tur

    23 yanvar

    14:30. “İmişli” – “Araz-Naxçıvan”
    Quba Olimpiya İdman Kompleksinin stadionu.

    19:00. “Neftçi” – “Zirə”
    Bakı. “Neftçi Arena”.

    24 yanvar

    14:00. “Şamaxı” – “Qəbələ”
    Şamaxı şəhər stadionu.

    “Qarabağ” – “Kəpəz”
    Bakı. “Azersun Arena”, 16:30.

    25 yanvar

    16:00. “Turan Tovuz” – “Sumqayıt”
    Tovuz şəhər stadionu.

    18:30. “Sabah” – “Karvan”
    “Masazır Arena”.

    Birinci Liqa: 12-ci turun bütün təyinatları açıqlandı

    Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 12-ci turunun bütün təyinatları müəyyənləşib.

    Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

    2025-ci ilə təsadüf edəcək sonuncu tura dekabrın 24-də start veriləcək. İlin son oyunları isə ayın 25-də keçiriləcək. Məhz bu oyunlardan sonra komandalar qış fasiləsinə yollanacaqlar.

    Birinci Liqa
    12-ci tur

    24 dekabr

    “Mingəçevir” – “Şahdağ Qusar”
    Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, İslam Məmmədov.
    Hakim-inspektor: Ömər Paşayev.
    AFFA nümayəndəsi: Elçin Mehtiyev.
    Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00.

    “Səbail” – “Şimal”
    Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Nəriman Ağayev.
    Hakim-inspektor: Şahin Cəfərov.
    AFFA nümayəndəsi: Elgiz Abbasov.
    “Bayıl Arena”, 14:00.

    “Baku Sportinq” – “Zaqatala”
    Hakimlər: Elvin Bayramov, Teymur Teymurov, Şirmamed Mamedov, Şamil İmanzadə.
    Hakim-inspektor: Vüsal Əliyev.
    AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
    Buzovna qəsəbə stadionu, 14:30.

    25 dekabr

    MOİK – “Şəfa”
    Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Mirnihat Seyidov, Fəridə Lütfəliyeva.
    Hakim-inspektor: Babək Quliyev.
    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
    Binə qəsəbə stadionu, 14:00.

    “Difai” – “Cəbrayıl”
    Hakimlər: Rəvan Həmzəzadə, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Niyaz Əhmədov.
    Hakim-inspektor: Rövşən Əhmədov.
    AFFA nümayəndəsi: Erkin Hüseynov.
    Ağsu şəhər stadionu, 14:30.

    Bruno Fernandes bir aylıq sıradan çıxdı

    Futbol üzrə Portuqaliya yığma komandasının və İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Bruno Fernandes zədələnib.

    Arena.az xəbər verir ki, Mançester təmsilçisinin kapitanı Premyer Liqanın 17-ci turu çərçivəsində qarşılaşdıqları “Aston Villa” ilə səfər matçında (1:2) sıradan çıxıb.

    Bruno zədə səbəbindən bu matçın fasiləsində əvəzlənib. İlkin ehtimallar portuqaliyalı futbolçunun azı bir ay yaşıl meydanlardan uzaq qalacağını göstərir. “Mançester Yunayted” ilk dəfə Fernandesi belə uzun müddətə itirir.

    31 yaşlı futbolçu 2020-ci ilin yanvarından formasını geyindiyi “Mançester Yunayted”də çox nadir hallarda zədələr səbəbindən sıradan çıxıb. Onun ən uzunmüddətli fasiləsi ötən ilin mayında baş verib. Belə ki, o, dizindən aldığı zədə səbəbindən mayın əvvəlindən ortalarınadək cəmi iki oyunu buraxmışdı.

    Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

    Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 18 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib.

    Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 308 oyun, 103 qol və 93 məhsuldar ötürmədən ibarətdir.

    Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 85 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 28 qol vurub, 24 məhsuldar ötürmə verib.

    Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.

    “Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

    İkinci Liqa: 2025-ci ilin son təyinatları açıqlandı

    Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 14-cü turunun təyinatları müəyyənləşib.

    Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

    14-cü tura bu gün keçiriləcək 3 oyunla start veriləcək. Turun qalan görüşləri sabah – dekabrın 23-də keçiriləcək. Bununla da yarış iştirakçıları 2025-ci ilə yekun vuraraq qış fasiləsinə yollanacaqlar.

    İkinci Liqa
    14-cü tur

    22 dekabr

    “Şəki” – “Xankəndi”
    Hakimlər: Murad Səlimov, Sənan Atayev, Orxan İbişov, Sənan Bayramzadə.
    Hakim-inspektor: Asim Xudiyev.
    AFFA nümayəndəsi: Azər Əsgərov.
    “Rekord Arena”, 14:00.

    “Qaradağ Lökbatan” – “Araz Saatlı”
    Hakimlər: Mahmud Bağırzadə, Ruslan Babayev, Tural Bayramov, Vüqar Həsənli.
    Hakim-inspektor: Babək Quliyev.
    AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
    Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

    “Quba” – “Ağdaş”
    Hakimlər: Alik Yunusov, Ruslan Məmmədov, Əhməd Əhmədsoy, Nazim Abdullayev.
    Hakim-inspektor: Munis Abdullayev.
    AFFA nümayəndəsi: Törə Əhmədova.
    Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

    23 dekabr

    “Ağstafa Gəncləri” – “Şəmkir”
    Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Elvin Mədətov, Ruslan Quliyev.
    Hakim-inspektor: Rövşən Əhmədov.
    AFFA nümayəndəsi: Rüfət Əmirov.
    Ağstafa şəhər stadionu, 14:00.

    “Göygöl” – “Dinamo”
    Hakimlər: Nahid Xasıyev, Aydın Bəxşiyev, Elman Kərimov, Rövşən Rəcəbov.
    Hakim-inspektor: İmanxan Sultani.
    AFFA nümayəndəsi: Elçin Mehtiyev.
    Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:00

    “Şirvan” – “Kür-Araz”
    Hakimlər: Ruslan Babayev, Ağadur Mahmudov, Səbuhi Əmrahov, Ceyhun Hüseynov.
    Hakim-inspektor: Ramil Diniyev.
    AFFA nümayəndəsi: Eldəniz Musayev.
    Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

    “Kəpəz” Katsper Rosa və Pedro Qomeslə vidalaşdı

    Futbol üzrə Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Kəpəz” iki futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.

    Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

    Bildirilir ki, polşalı qapıçı Katsper Rosa və portuqaliyalı müdafiəçi Pedro Qomeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub hər iki futbolçuya xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

    Qeyd edək ki, hər iki futbolçu bölgə klubuna mövsümün əvvəlində cəlb olunmuşdu. Rosanın Gəncə təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var idi. Qomes isə 2027-ci ilin 30 iyununa qədər bu komandanın şərəfini qorumalı idi.

    Katsper Rosa Azərbaycan klubunun heyətində cəmi 8 oyuna çıxıb. 31 yaşlı polşalı qolkiper bu görüşlərdə 24 qol buraxıb.

    Pedro Qomes isə “Kəpəz”in heyətində 11 oyun keçirib. 22 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi bu görüşlərdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.

    Ruben Amorim Mateus Kunyadan daha artığını gözləyir

    “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın braziliyalı hücumçusu Mateus Kunya haqda söhbət açıb.

    Arena.az portuqal mütəxəssisin müvafiq fikrini təqdim edir:

    “Hesab edirəm ki, Kunya daha da artıra bilər. Fikrimcə, o, daha da çoxuna qadirdir. Kunya həm hücumda və həm də müdafiədə daha effektli ola bilər”, deyə Amorim vurğulayıb.

    Xatırladaq ki, “Mançester Yunayted” Kunyanı bu ilin yayında heyətinə qatıb. Tərəflər müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıblar. Kunyanın tamhüquqlu keçidi “qırmızı şeytanlar”a 74,2 milyon avro məbləğ müqabilində başa gəlib. Braziliyalı hücumçu Mançester təmsilçisinin heyətində indiyə qədər 15 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

    Mateus Kunya “Koritiba”nın məzunudur. Avropada debütünə “Syon”da başlamış Kunya sonralar “Leypsiq”, “Herta”, Madrid “Atletiko”su və “Vulverhempton”da çıxış edib.

    Mateus Kunya 2021-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 19 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

    Kunya Braziliya millisi ilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında Olimpiya futbol yarışının qalibi olub.

    “Tansfermarkt” internet-portalı 26 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

    “Aston Villa” 111 il əvvəlki uğurunu təkrarladı

    Futbol üzrə İngiltərə çempionatının cari mövsümündə uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Aston Villa” 111 il əvvəlki uğurunu təkrarlayıb.

    Arena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

    Bu, İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 17-ci turu çərçivəsində baş tutmuş “Mançester Yunayted”lə matçda reallaşıb. Mançester təmsilçisini 2:1 hesabı ilə üstələyən Unai Emerinin rəhbərlik etdiyi komanda bu mövsüm bütün turnirlərdə ardıcıl 10-cu qələbəsini qazanıb. Bu qələbələrin 3-ü Avropa Liqasında, 7-si isə Premyer Liqada əldə edilib.

    London klubu sonuncu dəfə 1914-cü ildə ardıcıl 10 qələbə qazanmışdı.

    Qeyd edək ki, “Aston Villa” hazırda Premyer Liqanın turnir cədvəlində 36 xalla 3-cü pillədə yer alıb. Emerinin rəhbərlik etdiyi kollektiv keçirdiyi 17 oyunda 11 qələbə qazanıb, 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

    Harri Keyn Aryen Robbenin rekordunu unutdurdu

    Futbol üzrə Almaniya çempionatının 15-ci turunun “Haydenhaym”la səfər oyunu “Bayern”in hücumçusu Harri Keyn üçün əlamətdar olub.

    Arena.az xəbər verir ki, ingilis futbolçu “Haydenhaym”la matçda (4:0) vurduğu qolla Almaniya Bundesliqasında rekord müəyyənləşdirib.

    Hazırda Keynin Bundesliqada “qol+ötürmə” sistemi üzrə hesabında artıq 100 (81+19) xal var. Bunun üçün ona cəmi 78 oyun lazım olub. Bu, 2004/2005-ci illər mövsümündən – statistika toplanmağa başladığı vaxtdan bəri ən yaxşı göstəricidir. Əvvəlki rekord Aryen Robbenə məxsus idi. Amma Robben bu nəticəyə çatmaq üçün 119 oyun keçirmişdi.

    Xatırladaq ki, Harri Keyn “Tottenhem”in yetirməsidir. O, “Milluol”, “Leyton Oriyent”, “Lester Siti”, “Norviç Siti” kimi klubların da şərəfini qoruyub. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində “Tottenhem”dən “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

    Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 25 oyuna çıxıb, 30 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

    Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 121 oyun, 115 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

    Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 112 oyuna 78 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.

    “Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

    Premyer Liqa: “Sabah” qış çempionu ola biləcək?

    Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turuna yekun vurulacaq.

    Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edəcək sonuncu qarşılaşma Sumqayıtda baş tutacaq.

    Burada “Sumqayıt” lider “Sabah”ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunu Tural Qurbanov idarə edəcək.

    “Sabah” qış çempionu olmaq üçün Sumqayıtdan qələbə ilə qayıtmağa borcludur. Əks halda son çempion “Qarabağ” qış çempionu olacaq. “Sumqayıt” qalib gələcəyi halda isə qış fasiləsinə 3-cü pillədə yollanacaq.

    Premyer Liqa
    16-cı tur

    19 dekabr

    “Kəpəz” – “Turan Tovuz” 0:2
    Qollar: Alexandro Serrano, 7. Joarlem Santos, 47.
    Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Şirmamed Mamedov.
    Hakim-inspektor: Orxan Məmmədov.
    AFFA nümayəndəsi: Namiq Əliyev.
    Yevlax şəhər stadionu, 14:00.

    20 dekabr

    “Karvan” – “Neftçi” 1:2
    Qollar: Araz Abdullayev, 45+9-pen – Bassala Sambu, 61. Emin Mahmudov, 90+7-pen.
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
    VAR: Elçin Məsiyev
    AVAR: Zöhrab Abbasov
    Hakim-inspektor: Feyzulla Feyzullayev
    AFFA nümayəndəsi: Anar Şixəliyev
    Yevlax şəhər stadionu, 14:00.

    “Zirə” – “İmişli” 0:0
    Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.
    VAR: Rəvan Həmzəzadə.
    AVAR: Teymur Teymurov.
    Hakim-inspektor: Əmrah İbrahimov.
    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
    Zirə İdman Kompleksinin stadionu, 16:30.

    21 dekabr

    “Qəbələ” – “Qarabağ” 1:2
    Qollar: Prins Ovusu, 6 – Bədavi Hüseynov, 27. Marko Yankoviç, 79.
    Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
    VAR: Rauf Cabbarov.
    AVAR: Elşad Abdullayev.
    Hakim-inspektor: Anar Salmanov.
    AFFA nümayəndəsi: Eldar Məmmədov.
    Qəbələ şəhər stadionu, 15:00.

    “Araz-Naxçıvan” – “Şamaxı” 2:0
    Qollar: Patrik Andrade, 54. Çarlz Boli, 87.
    Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
    VAR: Əliyar Ağayev.
    AVAR: Kamranbəy Rəhimov.
    Hakim-inspektor: Ömər Paşayev.
    AFFA nümayəndəsi: Asif Əliyev.
    “Dalğa Arena”, 17:30.

    22 dekabr

    “Sumqayıt” – “Sabah”
    Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.
    VAR: İnqilab Məmmədov.
    AVAR: Kamran Bayramov.
    Hakim-inspektor: Ceyhun Haşımov.
    AFFA nümayəndəsi: Nəriman Axundov.
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

    La Liqa: “Barselona” 2, “Atletiko” 3 cavabsız qolla qalib gəldi

    Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

    Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

    Səfərdə “Vilyarreal”la qarşılaşmış “Barselona” inamlı qələbəyə sevinib. Madrid “Atletiko”su səfərdə
    “Jirona”ya 3 cavabsız qolla qalib gəlib. “Elçe” evdə “Rayo Valyekano”nu, “Betis” isə “Xetafe”ni 4 cavabsız qolla məğlub edib.

    17-ci tura dekabrın 22-də keçiriləcək “Atletik” – “Espanyol” oyunu ilə yekun vurulacaq.

    İspaniya, La Liqa
    17-ci tur

    19 dekabr

    Valensiya – Malyorka 1:1
    Qollar: Duro, 52 – S.Kosta, 23.

    20 dekabr

    Real Ovyedo – Selta 0:0

    Levante – Real Sosyedad 1:1
    Qollar: Dela, 90+4-pen – Kubo, 45+1.

    Osasuna – Alaves 3:0
    Qollar: Budimir, 72; 81-pen. R.Qarsiya, 90+3.

    Real – Sevilya 2:0
    Qollar: Bellingem, 38. Mbappe, 86-pen.

    21 dekabr

    Jirona – Atletiko 0:3
    Qollar: Koke, 13. Qallaxer, 38. Qrizmann, 90+2.

    Vilyarreal – Barselona 0:2
    Qollar: Rafinya, 12-pen. L.Yamal, 63.

    Elçe – Rayo Valyekano 4:0
    Qollar: Fort, 6. A.Rodriqes, 67. Valera, 70. Neto, 90+1.

    Betis – Xetafe 4:0
    Qollar: Ruibal, 16; 49. Fornals, 52. K.Hernandes, 60.

    22 dekabr

    00:00. Atletik – Espanyol

    A Seriyası: “Fiorentina” “Udineze”ni 5 qolla məğlub etdi

    Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

    Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

    Dörd qolun qeydə alındığı “Kalyari” – “Piza” matçında qalib müəyyənləşməyib.

    “Fiorentina” doğma meydanda “Udineze”yə böyük hesabla qalib gəlib.

    “Cenoa” evdə “Atalanta”ya, “Sassuolo” isə “Torino”ya məğlub olub.

    Qeyd edək ki, 16-cı turun “Napoli” – “Parma”, “İnter” – “Leççe”, “Verona” – “Bolonya” və “Komo” – “Milan” oyunları təxirə salınıb. Bu görüşlər gələn il yanvarın 14-15-də keçiriləcək.

    İtaliya, A Seriyası
    16-cı tur

    20 dekabr

    Latsio – Kremoneze 0:0

    Yuventus – Roma 2:1
    Qollar: Konseysao, 44. Openda, 70 – Baldansi, 76.

    21 dekabr

    Kalyari – Piza 2:2
    Qollar: Folorunşo, 59. S.Kılıçyos, 71 – Tramoni, 45-pen. Moreo, 89.

    Sassuolo – Torino 0:1
    Qol: Vlaşiç, 66-pen.

    Fiorentina – Udineze 5:1
    Qollar: Mandraqora, 21. Qudmundsson, 42. Ndur, 45+5. M.Kin, 56; 69 – Solet, 66.

    Cenoa – Atalanta 0:1
    Qol: Hin, 90+4.

    Super Liqa: “Qalatasaray” “Kasımpaşa”ya 3 qolla qalib gəldi

    Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

    Arena.az xəbər verir ki, üçüncü oyun günündə də üç qarşılaşma baş tutub.

    “Alanyaspor” doğma meydanda “Karagümrük”ə, “Göztəpə” “Samsunspor”a 2 cavabsız qolla qalib gəlib. Son çempion “Qalatasaray” isə “Kasımpaşa” ilə ev oyununda darmadağına sevinib.

    17-ci turun qalan görüşləri dekabrın 22-də keçiriləcək.

    Türkiyə, Super Liqa
    17-ci tur

    19 dekabr

    Kocaelispor – Antalyaspor 2:1
    Qollar: Smolçiç, 24. T.Bingöl, 37 – Cannetti, 32.

    20 dekabr

    Konyaspor – Kayserispor 1:1
    Qollar: U.Nayir, 63 – Onuqxa, 90+3.

    Eyüpspor – Fənərbağça 0:3
    Qollar: Talişka, 27. Asensio, 34. C.Duran, 75.

    Beşiktaş – Rizəspor 1:0
    Qol: Raşiça, 64.

    21 dekabr

    Alanyaspor – Karagümrük 2:0
    Qollar: Hvanq, 13. G.Yalçın, 58.

    Qalatasaray – Kasımpaşa 3:0
    Qollar: Y.Akgün, 10. Q.Sara, 82. M.İkardi, 88.

    Göztəpə – Samsunspor 2:0
    Qollar: A.Kurtulan, 23; 68.

    22 dekabr

    18:00. Başakşəhər – Qaziantep
    21:00. Gənclərbirliyi – Trabzonspor

    Bundesliqa: “Bayern” “Haydenhaym”ı 4 cavabsız qolla yendi

    Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.

    Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

    “Maynts” – “Sankt Pauli” matçında qapılara qol vurulmayıb. Səfərdə “Haydenhaym”la qarşılaşmış “Bayern” isə rəqibini 4 cavabsız qolla məğlub edib.

    Beləliklə, geridə qalmış 15 turdan sonra 41 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 32 xalla ikinci pillədə qərarlaşıb. “Bayer” və “Leypsiq”in 29, “Hoffenhaym”ın 27, “Ştutqart”ın 26, “Ayntraxt”ın 25 xalı var.

    Almaniya, Bundesliqa
    15-ci tur

    19 dekabr

    Borussiya (Dortmund) – Borussiya (Mönhenqladbax) 2:0
    Qollar: Brandt, 10. Bayer, 90+7.

    20 dekabr

    Auqsburq – Verder 0:0

    Köln – Union Berlin 0:1
    Qol: Şafer, 90+1.

    Hamburq – Ayntraxt 1:1
    Qollar: Lokonqa, 19 – Larsson, 26.

    Ştutqart – Hoffenhaym 0:0

    Volfsburq – Frayburq 3:4
    Qollar: Peyçinoviç, 13; 49; 69 – Treu, 5. Qrifo, 56-pen. Selt, 71-öz qapısına. Şerhant, 78.

    Leypsiq – Bayer 1:3
    Qollar: Şlager, 35 – Terrye, 40. Şik, 44. Kalbret, 90+7.

    21 dekabr

    Maynts – Sankt Pauli 0:0

    Haydenhaym – Bayern 0:4
    Qollar: Stanisiç, 15. Olise, 32. L.Dias, 86. H.Keyn, 90+2.

    Premyer Liqa: MY “Aston Villa”ya səfərdə uduzdu

    Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunu keçirilib.

    Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

    Günün yeganə oyununda “Aston Villa” doğma meydanda “Mançester Yunayted”lə qarşılaşıb. Üç qolun vurulduğu matç “qırmızı şeytanlar”ın məğlubiyyəti ilə yekunlaşıb.

    17-ci tura dekabrın 22-də keçiriləcək “Fulhem” – “Nottingem Forest” matçı ilə yekun vurulacaq.

    İngiltərə, Premyer Liqa
    17-ci tur

    20 dekabr

    Nyukasl – Çelsi 2:2
    Qollar: Voltemade, 4; 20 – R.Ceyms, 49. J.Pedro, 66.

    Vulverhempton – Brentford 0:2
    Qollar: Potter, 63; 83.

    Mançester Siti – Vest Hem 3:0
    Qollar: Haland, 5; 69. Reynders, 38.

    Brayton – Sanderlend 0:0

    Bornmut – Börnli 1:1
    Qollar: Semenyo, 67 – Broya, 90.

    Tottenhem – Liverpul 1:2
    Qollar: Riçarlison, 83 – A.İsak, 56. Ekitike, 66.

    Everton – Arsenal 0:1
    Qol: Dyökereş, 27-pen.

    Lids – Kristal Pelas 4:1
    Qollar: Levin, 38; 45+4. Ampadu, 60. Stax, 90+11 – Devenni, 90+2-pen.

    21 dekabr

    Aston Villa – Mançester Yunayted 2:1
    Qollar: M.Rocers, 45; 58 – Kunya, 45+3.

    22 dekabr

    00:00. Fulhem – Nottingem Forest

    Ozan Can Kökçü “Sparta”ya qarşı 81 dəqiqə oynadı

    Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

    Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 17-ci turunda Rotterdam “Sparta”sı ilə qarşılaşıb.

    “Volendam” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

    Ozan bu görüşə start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.

    Ardıcıl 4 oyundur uduzan “Volendam” 17 turdan sonra 14 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Ozan bu oyunların 16-da iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

    Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib.

    Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

    ABL: “Neftçi” NTD üzərində qələbəyə sevindi

    Bu gün keçirilmiş son bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 10-cu turuna yekun vurulub.

    Arena.az xəbər verir ki, turun qapanış oyununda “Neftçi” NTD ilə üz-üzə gəlib.

    A qrupunun oyununda paytaxt təmsilçisi qələbə qazanıb – 106:89.

    Xatırladaq ki, turun daha öncə keçirilmiş oyunlarında “Sərhədçi” “Sumqayıt”ı (86:83), “Naxçıvan” “Quba”nı (78:69), “Ordu” “Lənkəran”ı (84:72), “Gəncə” “Şəki”ni (78:73), “Abşeron Lions” “Sabah”ı (101:97) məğlub edib.

    10 turdan sonra yarış cədvəlindəki vəziyyət belədir:

    A qrupu: Abşeron Lions – 19. Sabah – 17. Gəncə – 14. Neftçi – 14. Şəki – 12. NTD – 11.

    B qrupu: Ordu – 20. Naxçıvan – 18. Quba – 14. Sərhədçi – 13. Lənkəran – 13. Sumqayıt – 12.

    Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

    Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

    “Araz-Naxçıvan” – “Şamaxı” 2:0 – Video

    Azərbaycan Premyer Liqasının 16-cı turunun “Araz-Naxçıvan” – “Şamaxı” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

    Arena.az Mərdəkanda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

    Azərbaycan Premyer Liqası
    16-cı tur
    21 dekabr

    “Araz-Naxçıvan” – “Şamaxı” 2:0
    Qollar: Patrik Andrade, 55. Çarlz Boli, 87.
    Sarı vərəqələr: Mustafa Əhmədzadə, 75 (qeyri-idman hərəkəti) – Arsen Ağcabəyov, 75 (hakimin qərarına etiraz).
    Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elnur Çodarov (“Şamaxı”), 75 (hakimin qərarına etiraz).
    Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
    Saat 17:30. “Dalğa Arena”, 120 tamaşaçı.

    Baş hakim: Fərid Hacıyev.
    Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Eyyub İbrahimov.
    Dördüncü hakim: İnqilab Məmmədov.
    VAR: Əliyar Ağayev.
    AVAR: Kamranbəy Rəhimov.
    Hakim-inspektor: Ömər Paşayev.
    AFFA nümayəndəsi: Asif Əliyev.

    Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev (2. Qara Qarayev, 89), 24. Mustafa Əhmədzadə (23. Nuno Rodriqes, 77), 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro (26. Ömər Buludov, 71), 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli (19. Bar Kohen, 89).
    Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 7. Hamidu Keyta.
    Baş məşqçi: Elmar Baxşıyev.

    Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 77), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov (19. Abdullahi Şuaybu, 77), 9. Karim Rossi, 3. Vladislav Veremeyev (90. Davud Mənsumov, 87), 13. Rikardo Apolinario (21. Bilal İsmayılov, 89), 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
    Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara.
    Baş məşqçi: Ayxan Abbasov.

    Elmar Baxşıyev: “Futbol adına yaxşı oyuna şahidlik etdik”

    “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

    Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Mərdəkanda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

    Elmar Baxşıyev qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

    “Ağır oyun alındı. Yaxşı mübarizənin şahidi olduq. “Şamaxı” da yaxşı, mobil komandadır. Bu gün futbol adına yaxşı oyuna şahidlik etdik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Futbolçularımız əzmkar qələbə qazandılar. Onların qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildən daha yaxşısını, daha da artığını etməyə çalışacağıq”.

    Xatırladaq ki, “Araz-Naxçıvan” bu qələbə sayəsində 2025-ci ili 26 xalla 6-cı pillədə başa vurub.

    Ayxan Abbasov: “Gənclər etimadı tam doğrultmurlar”

    “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

    Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Mərdəkanda baş tutmuş görüşü “Şamaxı”nın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

    Ayxan Abbasov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

    “Üzücü məğlubiyyət oldu. Göstərdiyimiz oyunu nəzərə alsaq, məğlubiyyəti haqq etmirdik. Çempionat oyununda bu qədər qol epizoduna girib, dəyərləndirə bilmədiyimiz matçı xatırlamıram. Təəssüf ki, son nöqtəni qoya bilmədik. İndiyə qədər topladığımız xal sayı pis deyil. Amma daha da yaxşı ola bilərdi. Bəlkə də futbolçularımızdan çox şey istəyirik. Bu gün təəssüf ki, gənc futbolçularımız onlara göstərdiyimiz etimadı tam doğrultmurlar. Biz onların gələcəyini düşünərək, daha böyük şeylər fikirləşirik. Amma bu oyunlarda bu qədər epizoda girib, istifadə edə bilməməkləri bizi üzür.

    Qış fasiləsinə gedirik. Fasilədən sonra yenə də gərgin çempionat olacaq. İstəyərdik ki, bu gün xal fərqimizi artıraq, 6-cı pilləyə, ya da daha irəliəy yüksələk. Amma demək ki, futbolçularımız buna hələ tam hazır deyillər. Özlərinə inanmaqları vacibdir. “Araz-Naxçıvan”ı təbrik edirəm. Vacib qələbə qazandılar. Onlara da uğurlar arzulayıram”.

    Premyer Liqa: “Şamaxı” 2025-ci ili məğlubiyyətlə bitirdi

    Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

    Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edən sonuncu turun üçüncü oyun günündə son olaraq “Araz-Naxçıvan” və “Şamaxı” komandaları üz-üzə gəliblər.

    “Dalğa Arena”da təşkil edilmiş oyunun baş hakimi Fərid Hacıyev olub. Son iki oyunundan qalib ayrılmış “Şamaxı” bu uğurlu seriyanı davam etdirmək istəyirdi. Qeyri-sabit nəticələri ilə diqqət mərkəzində olan “Araz-Naxçıvan” da ilin son oyununda xal və ya xallar qazanmaq arzusundaydı. Qarşılaşma məhz Naxçıvan təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.

    Premyer Liqa
    16-cı tur

    21 dekabr

    “Araz-Naxçıvan” – “Şamaxı” 2:0
    Qollar: Patrik Andrade, 54. Çarlz Boli, 87.
    Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
    VAR: Əliyar Ağayev.
    AVAR: Kamranbəy Rəhimov.
    Hakim-inspektor: Ömər Paşayev.
    AFFA nümayəndəsi: Asif Əliyev.
    “Dalğa Arena”, 17:30.

    Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli.
    Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 19. Bar Kohen.
    Baş məşqçi: Elmar Baxşıyev.

    Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
    Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
    Baş məşqçi: Ayxan Abbasov.

    İnyesta və Pauleta Pedrini təriflədilər

    “Barselona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta “blauqrana”nın ispan yarımmüdafiəçisi Pedri haqda qənaətini açıqlayıb.

    Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir:

    “Pedri – Pedridir. O, nəyinsə xəlitəsi deyil. Onun öz keyfiyyətləri, güclü tərəfləri var. “Barselona” və bütün ispanlar üçün onu yığma komandamızda görmək sevincdir”, deyə İnyesta vurğulayıb.

    Portuqaluya yığmasının keçmiş hücumçusu Pedru Pauleta da müasir futbolun iki ən yaxşı yarımmüdafiəçisi ilə bağlı qənaətini açqlayıb. “Azor siklonu” ləqəbi ilə məşhur keçmiş futbolçunun müvafiq qənaətini təqdim edirik:

    “Müvafiq səviyyədəki futbolçuların oyununu izləmək böyük zövqdür. Vitinyanı (PSJ) dünyanın ən yaxşı yarımmüdafiəçisi hesab etəmk olarmı? O, hazırda ən yüksək səviyyə nümayiş etdirir, elə, “Barselona”dakı Pedri kimi. Bu ikisi mənə Andres İnyestanı xatırladırlar”, deyə Pauleta vurğulayıb.

    Sxadadze: “Baş hakimin gözündə mənə qarşı nifrət var idi”

    “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

    Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

    Kaxaber Sxadadze qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

    “Qarabağ”ı təbrik edirəm. Çox yüksək səviyyəli oyun getdi, temp yüksək idi. Komandam yaxşı oynadı. Futbolçularıma təşəkkür edirəm. Son 15 dəqiqədə yorğunluq yarandı. Qışda heyəti gücləndirdikdən sonra komanda 77 dəqiqə yox, 90 dəqiqə oynaya bilər və daha yaxşı nəticələr göstərərik. Bir xal qazansaydıq, çox yaxşı olardı. Amma alınmadı. Buna rəğmən futbolçularımdan çox razıyam.

    Oyundan qabaq futbolçularla danışmışdıq. Onlara dedim ki, böyük komandalara qarşı oynamaq özlərini göstərmək üçün böyük şansdır. Futbolçular belə matçlarda özlərini göstərməlidir. Heç birinə iradım yoxdur. Belə rəqiblərlə matça motivasiya olmaq çətin deyil. Nəticə qazanmaq üçün bir az gücümüz çatmadı”.

    Sxadadze baş hakim Əli Əliyevin idarəçiliyindən narazılığını da bəyan edib:

    “Hakimlər Komitənin sədrinə böyük hörmətim var. Bu gün mənə elə gəldi ki, baş hakimin gözündə mənə qarşı nifrət var idi. Bəlkə də mənə elə gəlib. Amma gözlər adamı aldatmır. Təki mən yanılım. Bəzi epizodlarda hakimin qərarları mübahisələrə səbəb olurdu”.

    Gürcü mütəxəssis qışda komandadan hansı futbolçuların gedəcəyinə dair suala belə cavab verib:

    “Gedənlərdən daha vacib məsələ gələnlərin olmasıdır. Transferlərin üzərində işləyirik. Beş mövqeyə futbolçu gətirmək istəyirik. Klub rəhbərliyi ilə hər gün danışırıq. Yanvarın 3-də toplanışa başlayacağıq, 3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Çempionatın səviyyəsi yüksəlib. Bunun səbəbi “Qarabağ”dır. Bütün klublar onların sayəsində səviyyələrini yüksəldirlər”.

    Qurban Qurbanov: “Heyəti saxlamaq böyük problemə çevrilib”

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

    Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə Ağdam təmsilçisi 2:1 hesablı əzmkar qələbəyə sevinib.

    Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

    “Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Oyundan çox, futbolçuları düşünürdüm. İstəyirdim ki, ili sağlam başa vursunlar. 3 xal yerinə düşdü. “Qəbələ” bütün oyunlarda çox yaxşı mübarizə aparır. Onlara uğurlar arzulayıram. Daha çox xala layiqdirlər. Kaxaber Sxadadze ilə rəqib olmaq mənim üçün həmişə maraqlı olub. Burada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.

    Qurban Qurbanov 2025-ci ili komandası üçün belə dəyərləndirib:

    “Narazılıqlar da oldu, uğurlarımız da. Mən bu kollektivin içindəyəm. Futbolçuların nələr çəkdiklərini görürürəm. Elə durumdayıq ki, hər kəs bizdən razı qalmalıdır. Çox gərgin il keçirdik. UEFA Çempionlar Liqasının səviyyəsi daha da yüksəkdir. Burada daha çox güc sərf edirsən. Tam başqa səviyyədir. Futbolçular bu cür təzyiqə dözüblərsə, onlardan çox razı qaldım. 2025-ci il Azərbaycan futbolu üçün uğurlu oldu. Çempionlar Liqasında iştirak etdik, qələbələr qazandıq.

    İlin ən yaxşı futbolçusu kim olmalıdır? Bu barədə düşünməmişəm. Yerli futbolçuların hamısını görürəm. Kiminsə adını desəm, bəlkə də yanlışlığıa yol vermiş olaram. Kim seçilsə, fərq etməz, hər biri özümüzünküdür. Bəlkə də Bəhlul Mustafazadə daha sabit oynadı. Elvin Cəfərquliyevin də yaxşı oyunları oldu”.

    Qurban Qurbanov Juninyonun “Sevilya”ya getməsini istəyirmiş

    Qurbanov heyətdəki oyunçuların qışda komandanı tərk etməsini arzulamadığını da vurğulayıb:

    “Bəzi futbolçulara rəsmi olmayan təkliflər var. Sanki komandada qarışıqlıq başlayıb. UEFA Çempionlar Liqasının qarşıdakı oyunları üçün siyahiya kimisə əlavə edə bilmərik. Ona görə də kiminsə getməsini istəmirəm.

    Pedro Bikalyonun adı Braziliya klubları ilə hallanır. Təklif olub. Amma bura “Qarabağ”dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki futbolçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçuların da “başı” gedir. Onlara yaxşı təklif edirlər, kluba isə az məbləğ təklif olunur. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, biri Dubaydan zəng edir”.

    Qurban Qurbanov “Qarabağ”ın keçmiş oyunçusu Juninyo üçün rəsmi təklif göndərmədiyini də açıqlayıb:

    “Bizim onu geri qaytarmağımız real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb. Mən onun “Sevilya”ya getməsini istəyirdim. Amma “Flamenqo” braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də, buna görə oranı seçdi”.

    “Qəbələ” – “Qarabağ” 1:2 – Video

    Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qəbələ” – “Qarabağ” matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı.

    Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

    Azərbaycan Premyer Liqası
    16-cı tur
    21 dekabr

    “Qəbələ” – “Qarabağ” 1:2
    Qollar: Prins Ovusu, 6 – Bədavi Hüseynov, 27. Marko Yankoviç, 79.
    Sarı vərəqələr: Adriel Ba Lua, 8 (qeyri-idman hərəkəti). Xayme Syerra, 63 (hakimin qərarına etiraz). Nicat Əliyev, 65 (hakimin qərarına etiraz) – Dani Bolt, 86 (oyunun bərpasının ləngidilməsi). Marko Yankoviç, 90+4 (hakimin qərarına etiraz).
    Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kaxaber Sxadadze, fasilədə (hakimin qərarına etiraz).
    Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
    Saat 15:00. Qəbələ şəhər stadionu, 850 tamaşaçı.

    Baş hakim: Əli Əliyev.
    Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Cəmil Quliyev.
    Dördüncü hakim: Nicat İsmayıllı.
    VAR: Rauf Cabbarov.
    AVAR: Elşad Abdullayev.
    Hakim-inspektor: Anar Salmanov.
    AFFA nümayəndəsi: Eldar Məmmədov.

    Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov (13. Nicat Əliyev, 46), 10. Şahin Şahniyarov (22. Fərid İsgəndərov, 83), 27. Eşqin Əhmədov, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde (74. Süleyman Damadayev, 90+3), 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo (97. Elşad Tağıyev, 83), 30. Prins Ovusu (21. Ziya Şəkərxanov, 90+3).
    Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov.
    Baş məşqçi: Kaxaber Sxadadze.

    Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev (10. Abdullah Zubir, 67), 27. Toral Bayramov (44. Elvin Cəfərquliyev, 73), 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 2. Mateus Silva, 18. Dani Bolt, 6. Kris Kuaku (15. Leandro Andrade, 67), 21. Aleksey Kaşuk (17. Kamilo Duran, 67), 11. Emmanuel Addai (35. Pedro Bikalyo, 83).
    Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 81. Kevin Medina.
    Baş məşqçi: Qurban Qurbanov.

    Premyer Liqa: “Qarabağ” 2025-ci ili qələbə ilə başa vurdu

    Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

    Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edən sonuncu turun üçüncü oyun günündə əvvəlcə “Qəbələ” son çempion “Qarabağ”la üz-üzə gəlib.

    Qəbələ şəhər stadionunda keçirilmiş oyunu Əli Əliyev idarə edib. Autsayderlər qrupunda qərarlaşmış “Qəbələ” xal və ya xallar qazanmaqla ili major notlarda bitirmək arzusundaydı. Bir neçə gün öncə “Sabah”a uduzmaqla liderliyi əldən vermiş “Qarabağ” isə həmin məğlubiyyəti unutdurmaq istəyirdi.

    Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma buraxılmış erkən qola görə ruhdan düşməyən “Qarabağ” sonradan iki qol vurmaqla əzmkar qələbəyə sevinib. Beləcə, Azərbaycan çempionu 2025-ci ili qələbə ilə tamamlayıb.

    Premyer Liqa
    16-cı tur

    21 dekabr

    “Qəbələ” – “Qarabağ” 1:2
    Qollar: Prins Ovusu, 6 – Bədavi Hüseynov, 27. Marko Yankoviç, 79.
    Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
    VAR: Rauf Cabbarov.
    AVAR: Elşad Abdullayev.
    Hakim-inspektor: Anar Salmanov.
    AFFA nümayəndəsi: Eldar Məmmədov.
    Qəbələ şəhər stadionu, 15:00.

    Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
    Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov.
    Baş məşqçi: Kaxaber Sxadadze.

    Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 2. Mateus Silva, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
    Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
    Baş məşqçi: Qurban Qurbanov.

    Tyaqo Silva PSJ-ni çalışdırmaq istəyir

    Ötən gün “Portu” ilə müqavilə bağlamış braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva əvvəllər çıxış etdiyi PSJ-ni çalışdırmaq istəyir.

    Arena.az “Bədheybət” ləqəbli futbolçunun müvafiq fikrini təqdim edir:

    “Məşqçi olanda, qarşıma məqsəd qoyacağam: nə vaxtsa oynadığım komandaları çalışdırmaq. Odur ki, bir dəfə PSJ-ni də çalışdırmaq istərdim”, deyə Silva vurğulayıb.

    Xatırladaq ki, bir neçə gün öncə “Fluminense”dən azad agent kimi ayrılmış Braziliya millisinin sabiq mərkəz müdafiəçisi ötən gün Portuqaliyanın “Portu” klubu ilə 6 ay + 1 illik müqaviləyə imza atıb.

    “Portu” 41 yaşlı Tyaqo üçün tanış klubdur. O, 2004/2005-ci illər mövsümündə də Portuqaliya klubunun formasını geyinib. Amma həmin vaxt braziliyalı futbolçu bu klubun B komandasında çıxış edib və əsas komandada debüt imkanı qazanmayıb.

    Silva 2024-cü ilin yayında “Çelsi”dən azad agent kimi ayrılaraq “Fluminense” ilə müqavilə bağlamışdı. O, ötən mövsüm Braziliya komandasının heyətində 46 matça çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

    Tyaqo 2006-2009-cu illərdə də “Fluminense”də çıxış edib. Müdafiəçi “Flu”nun heyətində bütövlükdə 185 oyuna 18 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.

    Silva karyerası ərzində Avropada “Milan” (İtaliya), PSJ (Fransa) və “Çelsi”nin (İngiltərə), Braziliyada “Yuventude”nin də formasını geyinib.

    Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

    “Transfermarkt” internet-portalı 41 yaşlı futbolçunun tansfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.

    Hansi Flik: “FIFA-nın rəmzi yığması gülməlidir”

    “Barselona”nın baş məşqçisi, almaniyalı mütəxəssis Hansi Flik FIFA-nın təqdim etdiyi 2025-ci ilin rəmzi yığmasını tənqid edib.

    Arena.az xəbər verir ki, o, “baluqrana”nın braziliyalı ulduzu, cinah hücumçusu Rafinyanın 2025-ci ilin rəmzi yığmasında yer almamasına münasibət bildirərkən bunları söyləyib:

    “FIFA-nın ən yaxşı oyunçulardan ibarət rəmzi yığması gülməlidir. Rafinya UEFA Çempionlar Liqasının ən sərrast qolçusu olub. Bu, asan deyil. Müvafiq qərar, doğrudan da gülməlidir. İnanın, düz deyirəm”, deyə Hansi Flik qeyzlə vurğulayıb.

    Xatırladaq ki, bir neçə gün öncə açıqlanmış 2025-ci ilin rəmzi komandasında bu futbolçulara yer verilib:

    Qapıçı: Canluici Donnarumma (PSJ);

    Müdafiəçilər: Əşrəf Hakimi (PSJ), Villian Paço (PSJ), Vircil van Deyk (“Liverpul”), Nuno Mendes (PSJ);

    Yarımmüdafiəçilər: Kol Palmer (“Çelsi”), Vitinya (PSJ), Pedri (“Barselona”), Cud Bellingem (“Real”);

    Hücumçular: Lamin Yamal (“Barselona”), Usman Dembele (PSJ).

    Kilian Mbappe Kristiano Ronaldonun qol rekordunu təkrarladı

    Fransalı futbolçu Kilian Mbappe portuqaliyalı hücumçu Kristiano Ronaldonun bir təqvim ilində “Real”da vurduğu qol rekordunu təkrarlayıb.

    Arena.az xəbər verir ki, Mbappe İspaniya çempionatının 2025/2026-cı illər mövsümünün 17-ci turu çərçivəsində baş tutmuş “Sevilya” ilə ev oyununda (2:0) komandasının ikinci qoluna imza atıb.

    Nəticədə fransalı hücumçu 2025-ci ildə vurduğu qolların sayını 59-a çatdırıb. Ronaldo eyni göstəriciyə 2013-cü ildə imza atıb.

    Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

    Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

    Mbappe cari mövsümdə “Real”ın heyətində 23 oyuna çıxıb, 28 qol vurub, 5 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 83 oyun, 73 qol, 10 məhsuldar ötürmə.

    Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 94 oyun keçirib, 55 qol vurub və 40 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

    “Transfermarkt” internet-portalı 27 yaşlı fransalı hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

    Olavio Juninyo “Flamenqo”nu Meksika klubuna dəyişdi

    “Qarabağ”ın sabiq futbolçusu, braziliyalı mərkəz hücumçusu Olavio Juninyo bundan sonra karyerasını Meksikada davam etdirəcək.

    Arena.az xəbər verir ki, “Pumas” klubu 29 yaşlı hücumçunun transferini açıqlayıb.

    Braziliyalı forvard yeni komandası ilə rəsmi müqavilə də imzalayıb.

    Xatırladaq ki, Juninyo 2025-ci ilin əvvəlində “Qarabağ”dan ayrılaraq Braziliya təmsilçisi “Flamenqo”ya keçmişdi. O, sözügedən klubun heyətində 32 oyuna çıxıb, 4 qola imza atıb.

    Olavio Juninyo 2023-cü ilin yayından “Flamenqo”ya keçənə qədər “Qarabağ”ın formasını geyinib. Braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Braziliyalı futbolçu Azərbaycan klubu ilə ölkə çempionu və kubokun qalibi olub.

    Tam adı Olavio Vieyra dos Santos Junior olan Juninyo karyerası ərzində “Fiqeyrense”, “Brazil Pelotas”, “Eştoril”, “Novorizontino”, “Atletiko Paranaense”, “Vila Nova”, “Şaveş” və “Portimonense” kimi klubların da formasını geyinib.

    “Transfermarkt” internet-portalı 29 yaşlı hücumçunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

    Aleksander İsak zədə aldı, ili erkən bitirdi

    UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan İngiltərənin “Liverpul” klubunun futbolçusu Aleksander İsak zədələnib.

    Arena.az xəbər verir ki, isveçli hücumçu Premyer Liqanın 17-ci turunda “Tottenhem”ə qalib gəldikləri (2:1) oyunda sıradan çıxıb.

    56-cı dəqiqədə matçda hesabı açmış forvard 4 dəqiqə sonra əvəzlənməli olub. İsakın zədəsinin ciddi olacağı gözlənilir.

    Xatırladaq ki, “Qarabağ” “Liverpul”la yanvarın 28-də İngiltərədə üz-üzə gələcək.

    “Liverpul” İsakı 2025-ci ilin yayında İngiltərənin digər klubu “Nyukasl”dan 144 milyon avro müqabilində heyətinə cəlb edib. 26 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, “qırmızılar”ın heyətində 16 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

    İsak daha öncə “Nyukasl”, “Real Sosyedad”, AİK, “Villem II”, “Borussiya” (Dortmund) klublarında da çıxış edib.

    Aleksander İsak 2017-ci ilin yanvar ayında debüt etdiyi İsveç yığmasının heyətində 56 oyun keçirib, 16 qol vurub, 7 məhsuldar ötürmə verib.

    “Transfermarkt” internet-portalı 26 yaşlı isveçli hücumçunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

    Tyaqo Silva “Portu”da – Rəsmi

    Bir neçə gün öncə “Fluminense”dən azad agent kimi ayrılmış Braziliya millisinin sabiq müdafiəçisi Tyaqo Silva özünə yeni klub tapıb.

    Arena.az xəbər verir ki, 41 yaşlı futbolçu bundan sonra Portuqaliyanın “Portu” klubunun uğurları üçün çalışacaq.

    Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 6 ay + 1 illik müqavilə bağlayıblar.

    Xatırladaq ki, “Portu” Tyaqo üçün tanış klubdur. O, 2004/2005-ci illər mövsümündə də Portuqaliya klubunun formasını geyinib. Amma həmin vaxt braziliyalı futbolçu bu klubun B komandasında çıxış edib və əsas komandada debüt imkanı qazanmayıb.

    Xatırladaq ki, Silva 2024-cü ilin yayında “Çelsi”dən azad agent kimi ayrılaraq “Fluminense” ilə müqavilə bağlamışdı. O, ötən mövsüm Braziliya komandasının heyətində 46 matça çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

    Tyaqo 2006-2009-cu illərdə də “Fluminense”də çıxış edib. Müdafiəçi “Flu”nun heyətində bütövlükdə 185 oyuna 18 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.

    Silva karyerası ərzində Avropada “Milan” (İtaliya), PSJ (Fransa) və “Çelsi”nin (İngiltərə), Braziliyada “Yuventude”nin də formasını geyinib.

    Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

    “Transfermarkt” internet-portalı 41 yaşlı futbolçunun tansfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.

    Erlinq Haland Kristiano Ronaldonu geridə qoydu

    “Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında vurduğu qolların sayına görə Kristiano Ronaldonu geridə qoyub.

    Arena.az xəbər verir ki, İngiltərə çempionatının 2025/2026-cı illər mövsümünün 17-ci turunda öz meydanında “Vest Hem”lə qarşılaşmış “şəhərlilər” 3:0 hesablı qələbəyə seviniblər.

    Haland bu matçda komandasının qələbəsinə vurduğu 2 qolla töhfə verib. O, vurduğu ilk qolla Ronaldoya çatıbsa, ikinci qolla portuqaliyalı ulduzu geridə qoyub.

    Hazırda norveçli hücumçunun hesabında Premyer Liqa çərçivəsində vurduğu 104 qol var. Ronaldo isə vaxtilə “Mançester Yunayted”in heyətində İngiltərə çempionatında 103 qol vurub. Haland həm də bu göstəriciyə Ronaldodan 122 oyun az keçirməklə çatıb – 114 oyun. Kristiano isə vaxtilə Premyer Liqada 236 oyun keçirib.

    Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

    Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 25 qol vurub, 4 məhsuldar ötürmə verib.

    Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 169 oyun, 149 qol və 25 məhsuldar ötürmədən ibarətdir.

    Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

    Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 48 oyuna 55 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

    “Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

    Premyer Liqa: “Qəbələ” “Qarabağ”a, “Araz” “Şamaxı”ya qarşı

    Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçiriləcək.

    Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edən sonuncu turun üçüncü oyun günündə də iki qarşılaşma baş tutacaq.

    Günün ilk oyununda “Qəbələ” son çempion “Qarabağ”la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək oyunu Əli Əliyev idarə edəcək. Autsayderlər qrupunda qərarlaşmış “Qəbələ” xal və ya xallar qazanmaqla ili major notlarda bitirməyə çalışacaq. Bir neçə gün öncə “Sabah”a uduzmaqla liderliyi əldən vermiş “Qarabağ” isə həmin məğlubiyyəti unutdurmaq arzusundadır.

    Digər oyun “Araz-Naxçıvan”la “Şamaxı” arasında keçiriləcək. “Dalğa Arena”da təşkil ediləcək oyunun baş hakimi Fərid Hacıyev olacaq. Son iki oyunundan qalib ayrılmış “Şamaxı” bu uğurlu seriyanı davam etdirmək istəyir. Qeyri-sabit nəticələri ilə diqqət mərkəzində olan “Araz-Naxçıvan” da ilin son oyununda xal və ya xallar qazanmağa çalışacaq.

    Premyer Liqa
    16-cı tur

    19 dekabr

    “Kəpəz” – “Turan Tovuz” 0:2
    Qollar: Alexandro Serrano, 7. Joarlem Santos, 47.
    Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Şirmamed Mamedov.
    Hakim-inspektor: Orxan Məmmədov.
    AFFA nümayəndəsi: Namiq Əliyev.
    Yevlax şəhər stadionu, 14:00.

    20 dekabr

    “Karvan” – “Neftçi” 1:2
    Qollar: Araz Abdullayev, 45+9-pen – Bassala Sambu, 61. Emin Mahmudov, 90+7-pen.
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
    VAR: Elçin Məsiyev
    AVAR: Zöhrab Abbasov
    Hakim-inspektor: Feyzulla Feyzullayev
    AFFA nümayəndəsi: Anar Şixəliyev
    Yevlax şəhər stadionu, 14:00.

    “Zirə” – “İmişli” 0:0
    Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.
    VAR: Rəvan Həmzəzadə.
    AVAR: Teymur Teymurov.
    Hakim-inspektor: Əmrah İbrahimov.
    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
    Zirə İdman Kompleksinin stadionu, 16:30.

    21 dekabr

    “Qəbələ” – “Qarabağ”
    Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
    VAR: Rauf Cabbarov.
    AVAR: Elşad Abdullayev.
    Hakim-inspektor: Anar Salmanov.
    AFFA nümayəndəsi: Eldar Məmmədov.
    Qəbələ şəhər stadionu, 15:00.

    “Araz-Naxçıvan” – “Şamaxı”
    Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
    VAR: Əliyar Ağayev.
    AVAR: Kamranbəy Rəhimov.
    Hakim-inspektor: Ömər Paşayev.
    AFFA nümayəndəsi: Asif Əliyev.
    “Dalğa Arena”, 17:30.

    22 dekabr

    “Sumqayıt” – “Sabah”
    Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.
    VAR: İnqilab Məmmədov.
    AVAR: Kamran Bayramov.
    Hakim-inspektor: Ceyhun Haşımov.
    AFFA nümayəndəsi: Nəriman Axundov.
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

    Premyer Liqa: “Arsenal” tək, MS 3 qolla qalib gəldi

    Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turuna start verilib.

    Arena.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

    Dörd qolun qeydə alındığı “Nyukasl” – “Çelsi” matçında qalib müəyyənləşməyib. “Brayton” – “Sanderlend” və “Bornmut” – “Börnli” görüşlərində də tərəflər hərəyə 1 xalla kifayətləniblər.

    “Vulverhempton” evdə “Brentford”a uduzubsa, “Lids” “Kristal Pelas”a böyük hesabla qalib gəlib. “Mançester Siti” də “Vest Hem” üzərində darmadağına sevinib. Son çempionu “Liverpul” səfərdə “Tottenhem”ə qalib gəlib. Lider “Arsenal” isə “Everton”la səfər matçında tək qolla qalib gəlib.

    İngiltərə, Premyer Liqa
    17-ci tur

    20 dekabr

    Nyukasl – Çelsi 2:2
    Qollar: Voltemade, 4; 20 – R.Ceyms, 49. J.Pedro, 66.

    Vulverhempton – Brentford 0:2
    Qollar: Potter, 63; 83.

    Mançester Siti – Vest Hem 3:0
    Qollar: Haland, 5; 69. Reynders, 38.

    Brayton – Sanderlend 0:0

    Bornmut – Börnli 1:1
    Qollar: Semenyo, 67 – Broya, 90.

    Tottenhem – Liverpul 1:2
    Qollar: Riçarlison, 83 – A.İsak, 56. Ekitike, 66.

    Everton – Arsenal 0:1
    Qol: Dyökereş, 27-pen.

    Lids – Kristal Pelas 4:1
    Qollar: Levin, 38; 45+4. Ampadu, 60. Stax, 90+11 – Devenni, 90+2-pen.

    21 dekabr

    20:30. Aston Villa – Mançester Yunayted

    22 dekabr

    00:00. Fulhem – Nottingem Forest

    La Liqa: “Real” “Sevilya”nı 2 cavabsız qolla yendi

    Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

    Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

    “Real Ovyedo” – “Selta” matçında qapılara qol vurulmayıb. İki qolun qeydə alındığı “Levante” – “Real Sosyedad” oyununda da qalib müəyyənləşməyib. “Osasuna” doğma meydanda “Alaves”i 3 cavabsız qolla üstələyib. Madrid “Real”ı isə “Sevilya” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

    17-ci turun qalan görüşləri dekabrın 21-də və 22-də keçiriləcək.

    İspaniya, La Liqa
    17-ci tur

    19 dekabr

    Valensiya – Malyorka 1:1
    Qollar: Duro, 52 – S.Kosta, 23.

    20 dekabr

    Real Ovyedo – Selta 0:0

    Levante – Real Sosyedad 1:1
    Qollar: Dela, 90+4-pen – Kubo, 45+1.

    Osasuna – Alaves 3:0
    Qollar: Budimir, 72; 81-pen. R.Qarsiya, 90+3.

    Real – Sevilya 2:0
    Qollar: Bellingem, 38. Mbappe, 86-pen.

    21 dekabr

    17:00. Jirona – Atletiko
    19:15. Vilyarreal – Barselona
    21:30. Elçe – Rayo Valyekano
    00:00. Betis – Xetafe

    22 dekabr

    00:00. Atletik – Espanyol

    A Seriyası: “Yuventus” “Roma”nı xalsız yola saldı

    Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına start verilib.

    Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

    “Latsio” – “Kremoneze” görüşü qolsuz yekunlaşıb. Üç qolun qeydə alındığı “Yuventus” – “Roma” matçında isə meydan sahibləri qələbə qazanıblar.

    Qeyd edək ki, “Napoli” – “Parma”, “İnter” – “Leççe”, “Verona” – “Bolonya” və “Komo” – “Milan” oyunları təxirə salınıb. Bu görüşlər gələn il yanvarın 14-15-də keçiriləcək.

    İtaliya, A Seriyası
    16-cı tur

    20 dekabr

    Latsio – Kremoneze 0:0

    Yuventus – Roma 2:1
    Qollar: Konseysao, 44. Openda, 70 – Baldansi, 76.

    21 dekabr

    15:30. Kalyari – Piza
    18:00. Sassuolo – Torino
    21:00. Fiorentina – Udineze
    23:45. Cenoa – Atalanta

    Bundesliqa: “Bayer” “Leypsiq”i səfərdə yendi

    Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

    Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

    “Ştutqart” – “Hoffenhaym” və “Auqsburq” – “Verder” matçlarında qapılara qol vurulmayıb. “Hamburq” – “Ayntraxt” görüşündə də qalib müəyyənləşməyib. “Köln” evdə “Union Berlin”ə, “Volfsburq” isə “Frayburq”a məğlub olub. “Leypsiq”in qonağı olan “Bayer” də səfərdə inamlı qələbəyə sevinib.

    15-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

    Almaniya, Bundesliqa
    15-ci tur
    19 dekabr

    Borussiya (Dortmund) – Borussiya (Mönhenqladbax) 2:0
    Qollar: Brandt, 10. Bayer, 90+7.

    20 dekabr

    Auqsburq – Verder 0:0

    Köln – Union Berlin 0:1
    Qol: Şafer, 90+1.

    Hamburq – Ayntraxt 1:1
    Qollar: Lokonqa, 19 – Larsson, 26.

    Ştutqart – Hoffenhaym 0:0

    Volfsburq – Frayburq 3:4
    Qollar: Peyçinoviç, 13; 49; 69 – Treu, 5. Qrifo, 56-pen. Selt, 71-öz qapısına. Şerhant, 78.

    Leypsiq – Bayer 1:3
    Qollar: Şlager, 35 – Terrye, 40. Şik, 44. Kalbret, 90+7.

    21 dekabr

    18:30. Maynts – Sankt Pauli
    20:30. Haydenhaym – Bayern

    Super Liqa: “Fənərbağça” 3, “Beşiktaş” tək qolla qalib gəldi

    Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

    Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

    İki qolun qeydə alındığı “Konyaspor” – “Kayserispor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

    “Eyüpspor”un qonağı olan “Fənərbağça” 3 xalı 3 cavabsız qolla qazanıb. “Beşiktaş” isə “Rizəspor”u doğma meydanda tək qolla yenib.

    17-ci turun qalan görüşləri dekabrın 21-də və 22-də keçiriləcək.

    Türkiyə, Super Liqa
    17-ci tur

    19 dekabr

    Kocaelispor – Antalyaspor 2:1
    Qollar: Smolçiç, 24. T.Bingöl, 37 – Cannetti, 32.

    20 dekabr

    Konyaspor – Kayserispor 1:1
    Qollar: U.Nayir, 63 – Onuqxa, 90+3.

    Eyüpspor – Fənərbağça 0:3
    Qollar: Talişka, 27. Asensio, 34. C.Duran, 75.

    Beşiktaş – Rizəspor 1:0
    Qol: Raşiça, 64.

    21 dekabr

    15:30. Alanyaspor – Karagümrük
    21:00. Qalatasaray – Kasımpaşa
    21:00. Göztəpə – Samsunspor

    22 dekabr

    18:00. Başakşəhər – Qaziantep
    21:00. Gənclərbirliyi – Trabzonspor

    ABL: “Sabah” uduzdu, “Gəncə” Şəkidə sevindi

    Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

    Arena.az xəbər verir ki, üçüncü oyun günündə də iki qarşılaşma baş tutub.

    A qrupunda yer almış “Gəncə” “Şəki”nin qonağı olub. Şəki Olimpiya İdman Kompleksində keçirilmiş oyunda yerli komanda 73:78 hesabı ilə uduzub.

    Günün və A qrupunun digər oyununda “Abşeron Lions” son çempion və lider “Sabah”la qarşılaşıb. Bakı İdman Sarayında baş tutmuş oyunda Abşeron təmsilçisi 101:97 hesablı qələbəyə sevinib.

    Xatırladaq ki, turun əvvəlki oyunlarında “Sərhədçi” “Sumqayıt”ı (86:83), “Naxçıvan” “Quba”nı (78:69), “Ordu” “Lənkəran”ı (84:72) məğlub etmişdi. 10-cu tura dekabrın 21-də yekun vurulacaq.

    A qrupu: Abşeron Lions – 19. Sabah – 17. Gəncə – 14. Neftçi – 12. Şəki – 12. NTD – 10.

    B qrupu: Ordu – 20. Naxçıvan – 18. Quba – 14. Sərhədçi – 13. Lənkəran – 13. Sumqayıt – 11.

    Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

    Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

    Mahir Emrelinin yoxluğunda “Maqdeburq”a məğlubiyyət

    Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” növbəti matçına çıxıb.

    Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 17-ci turu çərçivəsində “Maqdeburq”la qarşılaşıb.

    Doğma meydanda baş tutmuş oyunda “Kayzerslautern” məğlubiyyətlə üzləşib – 2:3. Mahir bu oyunun iştirakçısı olmayıb. Ağır zədə səbəbindən ili erkən başa vurmuş azərbaycanlı futbolçunun adı görüşün iştirak ərizəsinə salınmayıb.

    Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. O, Almaniya klubunda 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.

    17 turdan sonra 27 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 17 oyunda 8 qələbə qazanıb, 3 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

    Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

    “Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

    Rəşad Sadıqov: “Qışda transfer etməyə imkanımız yoxdur”

    “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

    Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

    Rəşad Sadıqov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

    “Oyun gözlədiyimiz kimi keçdi. Rəqib daha çox müdafiə olunurdu, biz də onu yarmağa çalışırdıq. Vurduğumuz qol sayılmadı. Birinci hissədə nəzarət bizdə idi. İkinci yarıda daha sürətli futbol getdi, bir neçə qol epizodumuz oldu. Vacib xallar itirdik. Artıq fasiləyə gedirik. Futbolçularımdan ümumilikdə razıyam. Son matçlarda hücum xəttində bir az problemlər yaşayırıq. 11-12 oyundur ki, əsas hücumçumuzdan istifadə edə bilmirik. Çox itkilərimiz var. Bu da istədiyimiz heyətlə meydana çıxmağımıza problem yaradır. Ümidvaram ki, qışdan sonra bu qədər problem yaşamarıq.

    “İmişli”ni yenə məğlub edə bilmədik. Qələbə qazanmaq istəyirdik. Məyusuq. Amma bu gün uduzsaydıq da, futbolçularımın çıxışından razı qalacaqdım. 16 matçın cəmi birində meydanda zəif olmuşuq, o da “Sabah”la görüşdə. Meydana hücumçu buraxmaq istəyirdim. Amma yox idi. Konateni hücumçu kimi oynadırdıq. Onsuz da heyətimiz kasaddır, Davit Volkov 11-12 oyundur yoxdur. Nə vaxt bərpa olacağı bilinmir. “İmişli” yaxşı, möhkəm komandadır. Səfər matçlarında daha təhlükəli olurlar. Bir xala görə şikayətçi deyilik.

    Qışda transfer etməyə imkanımız yoxdur. Büdcə ona imkan vermir. Rəhbərlikdən xahiş edəcəyik ki, 1-2 transfer edək. Digər tərəfdən rüsum məsələsi var. Gücümüz çatacaq, ya yox, bilmirik. Mövsümün əvvəlində bilirdik ki, hücum xəttinə oyunçu lazımdır. Yerli futbolçu yoxdur. Yəni, komandanı gücləndirəcək yerli oyunçudan söhbət gedir. Üstəlik, hər bir yerli futbolçunun öz klubu ilə müqaviləsi var. Qışda kimisə transfer etmək çətindir”.

    Kaskilya: “Məqsədimiz “Zirə”dən 1 xal almaq idi”

    “İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

    Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

    Xorxe Kaskilya oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

    “Hər iki komanda üçün çox çətin oyun oldu. “Zirə”nin topla üstünlüyü olsa da, taktiki cəhətədən hazır idik. Müdafiəni yaxşı qurmuşduq. “Zirə” iki təhlükəli vəziyyəti standart vəziyyətlərdən yaratdı. Bilirdik ki, rəqib fiziki cəhətdən güclüdür. İki təhlükəli künc zərbəsindən savayı, “Zirə” bizim qapımıza yaxınlaşa bilmədi. Bu da onu göstərir ki, matça taktiki cəhətdən yaxşı hazırlaşmışdıq.

    İkinci hissədə gözləyirdik ki, “Zirə” intensiv hücumlar edəcək. Onların oyunçuları fiziki və fərdi keyfiyyətə görə üstündür. Rəqib qol vurmaq istəyirdi. 70-ci dəqiqəyə qədər onlar pressinq edirdi. Bizim oyunçular daha yorğun görünürdü. Çünki bundan əvvəlki matçımız çox çətin şəraitdə keçmişdi. “Zirə” ilə oyuna hazırlaşmaq üçün 4 günümüz var idi. Çempionatın bu fazasında 4 günə oyuna hazırlaşmaq çox çətindir. “Zirə”nin isə 6 gün vaxtı var idi. Onlar qol vurmaq istəyirdilər. Bu cür rəqibə qarşı 1 xala görə müdafiə olunduq. Bunu müvəffəqiyyətlə etdik. İkinci hissədə məqsədimiz 1 xal qazanmaq idi, ona da nail olduq”.

    “Zirə” – “İmişli” 0:0 – Video

    Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunun bu gün keçirilmiş “Zirə” – “İmişli” matçı bərabərliklə (0:0) başa çatdı.

    Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.

    Azərbaycan Premyer Liqası
    16-cı tur
    20 dekabr

    “Zirə” – “İmişli” 0:0
    Sarı vərəqə: Abbas Ağazadə, 90+1 (qeyri-idman hərəkəti).
    Artırılan vaxt: Birinci hissədə 9 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
    Saat 16:30. Zirə İdman Kompleksinin stadionu, 400 tamaşaçı.

    Baş hakim: Cavid Cəlilov.
    Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev.
    Dördüncü hakim: Elvin Bayramov.
    VAR: Rəvan Həmzəzadə.
    AVAR: Teymur Teymurov.
    Hakim-inspektor: Əmrah İbrahimov.
    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

    Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 25. Enrike Kustodio (20. İssa Cibrilla, 77), 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 77. Yeqor Boqomolski (29. Ceyhun Nuriyev, 65).
    Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 26. Stefan Akka, 6. Eldar Quliyev.
    Baş məşqçi: Rəşad Sadıqov.

    İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç (21. Abbas Ağazadə, 62), 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr (44. Həzrət İsayev, 90).
    Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
    Baş məşqçi: Xorxe Kaskilya.

    Premyer Liqa: “Zirə” və “İmişli” ili 1 xalla başa vurdular

    Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

    Arena.az xəbər verir ki, günün sonuncu oyununda “Zirə” “İmişli”ni qəbul edib.

    Zirə İdman Kompleksinin stadionunda keçirilmiş görüşü Cavid Cəlilov idarə edib. “Zirə” ilin son oyunu ərəfəsində 27 xalla 4-cü pillədə qərarlaşmışdı. “İmişli” isə 16 xalla 9-cu idi.

    Tərəflərin bütün səylərinə baxmayaraq, bu görüşdə qapılara qol vurulmayıb. Beləcə, sözügedən komandalar ilin son oyununda 1 xalla kifayətləniblər.

    Premyer Liqa
    16-cı tur

    20 dekabr

    “Zirə” – “İmişli” 0:0
    Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.
    VAR: Rəvan Həmzəzadə.
    AVAR: Teymur Teymurov.
    Hakim-inspektor: Əmrah İbrahimov.
    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
    Zirə İdman Kompleksinin stadionu, 16:30.

    Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 77. Yeqor Boqomolski.
    Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 26. Stefan Akka, 20. İssa Cibrilla, 6. Eldar Quliyev.
    Baş məşqçi: Rəşad Sadıqov.

    İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
    Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
    Baş məşqçi: Xorxe Kaskilya.

    “Ayın qolu”: Leroy Mikels mükafatlandırıldı

    “Ayın qolu” layihəsi çərçivəsində Premyer Liqada noyabrın ən yaxşı qolunun müəllifi olan “Zirə”nin futbolçusu Leroy Mikels mükafatlandırılıb.

    Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

    Mükafatı futbolçuya 16-cı turun “Zirə” – “İmişli” görüşündən əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

    Xatırladaq ki, Leroy Mikels Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Karvan”a 3:2 hesabıyla qalib gəldikləri səfər oyununda vurduğu baxımlı qolla ən yaxşılar sırasına düşmüşdü. Onun vurduğu qol yekunda qalib elan edilib.

    Əvvəlki aylarda Dioqo Balau (“Şamaxı”) avqustun, Andrey Tırkovyanu (“Şamaxı”) sentyabrın, Kahim Parris (“Sabah”) isə oktyabrın ən yaxşı qolunun müəllifi seçilmişdi.

    Qeyd edək ki, Birinci və İkinci Liqalarda da noyabr ayının ən yaxşı qolunun müəllifi bəllidir. Münsiflər heyətinin səsinə əsasən, Birinci Liqada Seymur Məmmədov (“Mingəçevir”), İkinci Liqada Ceyhun Rəcəbli (“Şəmkir”) birinci olub.

    PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

    “Karvan” – “Neftçi” 1:2 – Video

    Azərbaycan Premyer Liqasının 16-cı turunun “Karvan” – “Neftçi” matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı.

    Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

    Azərbaycan Premyer Liqası
    16-cı tur
    20 dekabr

    “Karvan” – “Neftçi” 1:2
    Sarı vərəqələr: Olavale Doyeni, 34 (qeyri-idman hərəkəti). Araz Abdullayev, 61 (qeyri-idman hərəkəti). Mois Nqvisani, 62 (qeyri-idman hərəkəti). İmani Barker, 71 (oyunun bərpasının ləngidilməsi). Vadim Abdullayev, 82 (qeyri-idman hərəkəti) – İqor Ribeyro, 45+8 (qeyri-idman hərəkəti). Bassala Sambu, 47 (qeyri-idman hərəkəti). Mustafa Sek, 70 (qeyri-idman hərəkəti).
    Qollar: Araz Abdullayev, 45+8-pen – Bassala Sambu, 61. Emin Mahmudov, 90+7-pen.
    Artırılan vaxt: Birinci hissədə 6 dəqiqə, ikinci hissədə 8 dəqiqə.
    Saat 14:00. Yevlax şəhər stadionu, 4000 tamaşaçı.

    Baş hakim: Əliyar Ağayev.
    Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli.
    Dördüncü hakim: Emin Əliyev.
    VAR: Elçin Məsiyev.
    AVAR: Zöhrab Abbasov.
    Hakim-inspektor: Feyzulla Feyzullayev.
    AFFA nümayəndəsi: Anar Şıxəliyev.

    Karvan: 99. Pedro Mateus, 7. Araz Abdullayev (k) (14. Uğur Cahangirov, 86), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 2. Şakil Sno (77. Əli Abdullayev, 86), 11. Kayl Spens, 37. Mois Nqvisani (13. Vüsal Məsimov, 77), 19. Tompson Qavi, 8. Peter Kinqs (10. Samuel Durrant, 46), 21. İmani Barker, 4. Olavale Doyeni.
    Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 22. Qabil Əlizadə, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 3. Said İranxan.
    Məşqçi: Füzuli Məmmədov.

    Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 27. Kristian Kostin (77. Falaye Sako, 46), 11. İmad Faraj (28. Alessio Kurçi, 76), 10. Freddi Varqas (45. Vensan Abubakar, 83), 23. Cordan Rezabala (22. Luis Ortis, 66).
    Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç.
    Baş məşqçi: Yuri Vernidub.

    Füzuli Məmmədov: “Qışda mütləq güclənməliyik”

    “Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

    Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyununda meydan sahibləri 1:2 hesablı məğlubiyyətə üzülüblər.

    Füzuli Məmmədov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

    “Rəqibi təbrik edirəm. “Neftçi”ni yaxşı təhlil etmişdik. Meydana qələbə üçün çıxmışdıq. Futbolçularım çox əzmkar idilər, qələbə qazanmaq istəyirdilər. Kiçik səhvlər 3 xal qazanmağımıza mane oldu. Amma bu, futboldur. Komandamızda yüksəlliş hiss olunur. Oyundan-oyuna daha yaxşı olacağıq. Daha güclü “Karvan” olmalıyıq. Qarşıdakı matçlara hazırlaşacağıq.

    Müdafiədə buraxdığımız səhvlər xalsız qalmağımızla nəticələndi. Rəqibin təzyiqi artdıqda səhvlər də artır. Biz bunları görürük. Səhvlərin sayı getdikcə azalır. İşləməklə bunun öhdəsindən gəlmək olar.

    Bəzi futbolçularımız zədə ilə oynayırdı. Hansısa futbolçu bilərəkdən vaxt aparmırdı. Toqquşmalardan yaranan zədələr idi.

    Bəzi mövqelər var ki, qışda gücləndirməliyik. Bunun üzərində çalışırıq. Rəhbərliklə danışırıq. Qışda mütləq güclənməliyik”.

    Yuri Vernidub: “Karvan”a daha çox qol vurmalı idik”

    “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

    Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyununda paytaxt təmsilçisi 2:1 hesablı əzmkar qələbəyə sevinib.

    Yuri Vernidub qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

    “Oyunu iki hissəyə bölərdim. İlk yarıda oyunçular sürəti və intensivliyi göstərə bilmədilər. Əslində “Karvan”ın da elə ciddi fürsətləri olmadı. Son dəqiqələrdə biz onlar üçün penalti yaratdıq. İkinci hissə tam başqa idi. İlk dəqiqələrdən görürdük ki, rəqib vaxt aparmağa çalışır. Bunu başa düşdük və hücum etməyə başladıq. Nəticədə 2 qol vurduq. Düşünürəm ki, daha çox qol vurmalı idik. Çünki bir neçə yüz faizli qol vəziyyətləri yaratdıq.

    Ukraynada süni örtüklü meydançada futbol oynamağa icazə verilmir. Azərbaycanda isə bu, normaldır. Bu gün hər iki komanda eyni şəraitdə oynayırdı. Amma biz təbii örtüklü meydançada məşq edirik. Təklif var idi ki, oyundan bir gün əvvəl gəlib burada məşq edək. Amma mən bununla razılaşmadım. Çünki məşq zamanı futbolçuların zədə almaq ehtimalı var. Ona görə də belə qərar verdik.

    Vensan Abubakar dünya futbolunun ulduzudur. Mənim ona heç bir sualım yoxdur. O, “Neftçi”yə mövsümün ortasında gəlib. Həmin vaxt fiziki durumunun hansı vəziyyətdə olduğunu bilmirəm. Nəyin yaxşı, nəyin pis olduğunu bilmək üçün təlim-məşq toplanışına ehtiyac var”.

    Premyer Liqa: “Neftçi”dən Yevlaxda əzmkar qələbə

    Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

    Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edəcək sonuncu turun ikinci oyun günündə əvvəlcə, “Karvan” və “Neftçi” komandaları üz-üzə gəliblər.

    Yevlax şəhər stadionunda təşkil edilmiş oyunun baş hakimi Əliyar Ağayev olub. Sonuncu pillədə qərarlaşmış çempionatın aşkar autsayderi uğursuz gedişata son qoymağa çalışıb. “Neftçi” isə qələbə həsrətinə son qoymağı arzulayırdı. Qarşılaşmada hesabı Yevlax təmsilçisi açıb. Amma ikinci hissədə iki qol vurmuş paytaxt klubu yekunda əzmkar qələbəyə sevinib.

    Premyer Liqa
    16-cı tur

    20 dekabr

    “Karvan” – “Neftçi” 1:2
    Qollar: Araz Abdullayev, 45+9-pen – Bassala Sambu, 61. Emin Mahmudov, 90+7-pen.
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
    VAR: Elçin Məsiyev
    AVAR: Zöhrab Abbasov
    Hakim-inspektor: Feyzulla Feyzullayev
    AFFA nümayəndəsi: Anar Şixəliyev
    Yevlax şəhər stadionu, 14:00.

    Karvan: 99. Pedro Mateuş, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.
    Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 3. Said İranxan, 10. Samuel Durrant.
    Məşqçi: Füzuli Məmmədov.

    Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 27. Kristian Kostin, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
    Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 77. Falaye Sako, 22. Luis Ortis, 28. Alessio Kurçi.
    Baş məşqçi: Yuri Vernidub.

    Entso Mareska: “Cəfəngiyyata ayıracaq vaxtım yoxdur”

    “Çelsi”nin baş məşqçisi Entso Mareska Premyer Liqanın digər klubu “Mançester Siti”yə baş məşqçi təyin ediləcəyi ilə bağlı şayiəni təkzib edib.

    Arena.az italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

    “Bunun mənə aidiyyəti yoxdur. Çünki bunun yüz faiz ehtikarlıq olduğunu bilirəm. Belə cəfəngiyyata ayıracaq vaxtım yoxdur”, deyə Mareska vurğulayıb.

    Xatırladaq ki, Entso Mareska 2024-cü ilin yayından “Çelsi”yə rəhbərlik edir. “Zadəganlar” bu mütəxəssisin rəhbərliyi altında 89 oyun keçiriblər, 55 qələbə, 14 heç-heçə, 20 məğlubiyyət görüblər.

    İtaliyalı mütəxəssis əvvəllər “Lester Siti”, “Parma” və “Mançester Siti”nin U-23 komandasında da baş məşqçi olub.

    “Mançester Siti”yə isə uzun illərdir ispaniyalı mütəxəssis Xosep Qvardiola rəhbərlik edir. Amma son iki mövsümdəki uğursuz nəticələrə görə Qvardiolanın “şəhərlilər”dən ayrılacağı barədə xəbərlər dolaşmaqdadır.

    Xabi Alonso Rodriqo Qoesi təriflədi

    Madrid “Real”ının baş məşqçisi Xabi Alonso “qaymaqlılar”ın braziliyalı cinah hücumçusu Rodriqo Qoesin çıxışını qiymətləndirib.

    Arena.az ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

    “Rodriqo komandamıza səmərə verir. O, topla və topsuz tarazlığı müəyyənləşdirir. Rodriqo çox yaxşı texnikaya malikdir. Məhdud məkanlarda xətlər arasında əla qarşılıqlı fəaliyyət göstərir. Ona görə şadam. Rodriqo hazırda əla vəziyyətdədir”, deyə Alonso vurğulayıb.

    Yeri gəlmişkən, 44 yaşlı ispan mütəxəssis “qaymaqlılar”ın sükanı arxasındakı gələcəyi ilə bağlı suala da cavab verib:

    “Ən əsası – komanda və klubdur”, deyə Xabo Alonso vurğulayıb.

    “Real”ın prezidenti Florentino Peres də Rodriqo Qoesə rəğbət bəsləyir. O, Rodriqonun “Real”ın səviyyəsinə cavab verəcək qədər istedadlı olduğu və öz sözünü deyə biləcəyi qənaətindədir:

    “Bu oğlan çox yaxşıdır… O, bunu mütləq sübut edəcək”, deyə Peres vurğulayıb.

    Xatırladaq ki, xeyli müddətdir Rodriqo Qoesin “Real”dan ayrılacağı haqda şayiələr dolaşır. Onun xidmətində Avropanın bir neçə nəhəng klubu ciddi maraqlıdır.

    Rodriqo Qoes “Santos”un yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2019-cu ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsində nəzərdə tutulmuş təzminat haqqı isə 1 milyard avro məbləğindədir.

    Braziliyalı hücumçu cari mövsümdə “qaymaqlılar üçün 20 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

    Rodriqonun “Real”da çıxışının ümumi mənzərəsi 290 oyun, 70 qol və 53 məhsuldar ötürmədən ibarətdir.

    Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

    Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisinin heəytində 37 oyuna 9 qol vurub, 2 məhsuldar ötürmə verib.

    “Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

    Aleksander İsak – İsveçdə 2025-ci ilin ən yaxşı futbolçusu!

    İngiltərənin “Liverpul” klubunun hücumçusu Aleksander İsak İsveçdə ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatını qazanıb.

    Arena.az xəbər verir ki, futbolçuya mükafat İsveç Futbol Assosiasiyası tərəfindən təqdim olunub.

    2025-ci ildə 26 yaşlı İsak “Nyukasl”, “Liverpul” və İsveç milli komandasında 42 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. O, mükafat uğrunda “Arsenal”ın hücumçusu Viktor Dyökereşi geridə qoyub.

    Xatırladaq ki, “Liverpul” İsakı 2025-ci ilin yayında İngiltərənin digər klubu “Nyukasl”dan 144 milyon avro müqabilində heyətinə cəlb edib. 26 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, “qırmızılar”ın heyətində 15 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

    İsak daha öncə “Nyukasl”, “Real Sosyedad”, AİK, “Villem II”, “Borussiya” (Dortmund) klublarında da çıxış edib.

    Aleksander İsak 2017-ci ilin yanvar ayında debüt etdiyi İsveç yığmasının heyətində 56 oyun keçirib, 16 qol vurub, 7 məhsuldar ötürmə verib.

    “Transfermarkt” internet-portalı 26 yaşlı isveçli hücumçunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

    Canluici Donnarumma – 2025-ci ilin ən yaxşı qapıçısı!

    “Mançester Siti”də çıxış edən Canluici Donnarumma Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən 2025-ci ilin ən yaxşı qapıçısı seçilib.

    Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir.

    IFFHS-nin versiyasına əsasən, 26 yaşlı “əlcək sahibi” 169 xalla birinci olub. “Real”dan (İspaniya) Tibo Kurtua ikinci (65 xal), “İnter”dən (İtaliya) Yann Zommer üçüncü (59), “Bayern”dən (Almaniya) Manuel Noyer dördüncü (50) və “Arsenal”dan (İngiltərə) David Raya beşinci (40) olub.

    Xatırladaq ki, Donnarumma bir neçə gün əvvəl FIFA tərəfindən də 2025-ci ilin ən yaxşı qapıçısı seçilmişdi.

    Canluici Donnarumma 2025-ci ilin yayında Fransa çempionu PSJ-dən 30 milyon avro müqabilində “Mançester Siti”yə keçib. 26 yaşlı qolkiperin İngiltərə klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var.

    Donnarumma “Mançester Siti”nin heyətində 18 oyuna çıxıb, 16 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.

    “Milan”ın yetirməsi olan Donnarumma 2021-ci ilədək bu klubda çıxış edib. 2021-ci ilin iyul ayında isə o, “Milan”dan azad agent qismində PSJ-yə keçib.

    Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığma komandasının heyətində 79 oyun keçirib, 75 qol buraxıb, 32 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının (AÇ-2020) qalibi olub.

    Futbol uğurlarına gəlincə, Donnarumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025), Fransa Kubokunun (2023/2024, 2024/2025), Fransa Super Kubokunun (2022/2023, 2023/2024, 2024/2025) və UEFA Çempionlar Liqasının (2024/2025) qalibi olub.

    “Transfermarkt” internet-portalı 26 yaşlı italyan qapıçının transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

    Rüfət “İstra”ya məğlubiyyəti kənardan izlədi

    Azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” komandasının “İstra 1961” ilə matçında şans qazanmayıb.

    Arena.az xəbər verir ki, futbolçumuzun komandası Xorvatiya çempionatının 2025/2026-cı illər mövsümünün 18-ci turu çərçivəsində “İstra 1961” ilə qarşılaşıb.

    “Varajdin” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Azərbaycanlı vinger bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

    “Varajdin” 18 turdan sonra 23 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Bu komanda keçirdiyi 18 oyunda 6 qələbə qazanıb, 5 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

    Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna 2025-ci ilin yayında “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə indiyə qədər “Varajdin”də 10 rəsmi oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

    Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.

    Premyer Liqa: “Karvan” “Neftçi”yə, “Zirə” “İmişli”yə qarşı

    Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçiriləcək.

    Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edəcək sonuncu turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

    Günün ilk oyunu “Karvan”la “Neftçi” arasında keçiriləcək. Yevlax şəhər stadionunda təşkil ediləcək oyunun baş hakimi Əliyar Ağayev olacaq. Sonuncu pillədə qərarlaşmış çempionatın aşkar autsayderi “Karvan” uğursuz gedişata son qoymağa çalışacaq. “Neftçi” isə qələbə həsrətinə son qoymağı arzulayır.

    Günün digər oyununda “Zirə” “İmişli”ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüşü Cavid Cəlilov idarə edəcək. “Zirə” ilin son oyunu ərəfəsində 27 xalla 4-cü pillədə qərarlaşıb. “İmişli” isə 16 xalla 9-cudur.

    Premyer Liqa
    16-cı tur

    19 dekabr

    “Kəpəz” – “Turan Tovuz” 0:2
    Qollar: Alexandro Serrano, 7. Joarlem Santos, 47.
    Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Şirmamed Mamedov.
    Hakim-inspektor: Orxan Məmmədov.
    AFFA nümayəndəsi: Namiq Əliyev.
    Yevlax şəhər stadionu, 14:00.

    20 dekabr

    “Karvan” – “Neftçi”
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
    VAR: Elçin Məsiyev
    AVAR: Zöhrab Abbasov
    Hakim-inspektor: Feyzulla Feyzullayev
    AFFA nümayəndəsi: Anar Şixəliyev
    Yevlax şəhər stadionu, 14:00.

    “Zirə” – “İmişli”
    Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.
    VAR: Rəvan Həmzəzadə.
    AVAR: Teymur Teymurov.
    Hakim-inspektor: Əmrah İbrahimov.
    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
    Zirə İdman Kompleksinin stadionu, 16:30.

    21 dekabr

    “Qəbələ” – “Qarabağ”
    Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
    VAR: Rauf Cabbarov.
    AVAR: Elşad Abdullayev.
    Hakim-inspektor: Anar Salmanov.
    AFFA nümayəndəsi: Eldar Məmmədov.
    Qəbələ şəhər stadionu, 15:00.

    “Araz-Naxçıvan” – “Şamaxı”
    Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
    VAR: Əliyar Ağayev.
    AVAR: Kamranbəy Rəhimov.
    Hakim-inspektor: Ömər Paşayev.
    AFFA nümayəndəsi: Asif Əliyev.
    “Dalğa Arena”, 17:30.

    22 dekabr

    “Sumqayıt” – “Sabah”
    Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.
    VAR: İnqilab Məmmədov.
    AVAR: Kamran Bayramov.
    Hakim-inspektor: Ceyhun Haşımov.
    AFFA nümayəndəsi: Nəriman Axundov.
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

    La Liqa: “Valensiya” və “Malyorka”dan heç-heçə

    Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına start verilib.

    Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

    Turun açılış oyununda “Valensiya” doğma meydanda “Malyorka” ilə üz-üzə gəlib. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

    17-ci turun qalan görüşləri dekabrın 20-də, 21-də və 22-də keçiriləcək.

    İspaniya, La Liqa
    17-ci tur

    19 dekabr

    Valensiya – Malyorka 1:1
    Qollar: Duro, 52 – S.Kosta, 23.

    20 dekabr

    17:00. Real Ovyedo – Selta
    19:15. Levante – Real Sosyedad
    21:30. Osasuna – Alaves
    00:00. Real – Sevilya

    21 dekabr

    17:00. Jirona – Atletiko
    19:15. Vilyarreal – Barselona
    21:30. Elçe – Rayo Valyekano
    00:00. Betis – Xetafe

    22 dekabr

    00:00. Atletik – Espanyol

    İtaliya Super Kubokunun ikinci finalçısı da bəlli oldu

    Bu gün futbol üzrə İtaliya Super Kubokunun 2025-2026-cı illər mövsümünün yarımfinal mərhələsinin oyunlarına yekun vurulub.

    Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

    Sonuncu finalçı “Bolonya” – “İnter” görüşündə müəyyənləşib. Tərəflər matçın əsas hissəsində hərəyə 1 qol vurublar. Bu üzdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Yekunda tərəflər penaltilər seriyasına razılaşıblar. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Bolonya” finala yüksəlib.

    Xatırladaq ki, daha öncə “Napoli” “Milan”ı mübarizədən kənarlaşdıraraq finala çıxmışdı.

    İtaliya Super Kubokunun oyunları Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunub. Həlledici oyun dekabrın 22-də “Napoli” və “Bolonya” arasında keçiriləcək.

    İtaliya Super Kuboku
    Yarımfinal
    18 dekabr

    Napoli – Milan 2:0
    Qollar: David Neres, 39. Höylund, 63.

    19 dekabr

    Bolonya – İnter 1:1 (penaltilər 3:2)
    Qollar: Orsolini, 35-pen – M.Turam, 2.

    Bundesliqa: “Borussiya”ların duelində Dortmund sevindi

    Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunlarına start verilib.

    Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

    Turun açılış oyununda Dortmund və Mönhenqladbax “Borussiya”ları üz-üzə gəliblər. Bu komandaların görüşü dortmundluların inamlı qələbəsi ilə yekunlaşıb.

    15-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

    Almaniya, Bundesliqa
    15-ci tur

    19 dekabr

    Borussiya (Dortmund) – Borussiya (Mönhenqladbax) 2:0
    Qollar: Brandt, 10. Bayer, 90+7.

    20 dekabr

    18:30. Auqsburq – Verder
    18:30. Köln – Union Berlin
    18:30. Hamburq – Ayntraxt
    18:30. Ştutqart – Hoffenhaym
    18:30. Volfsburq – Frayburq
    21:30. Leypsiq – Bayer

    21 dekabr

    18:30. Maynts – Sankt Pauli
    20:30. Haydenhaym – Bayern

    Super Liqa: “Antalyaspor” “Kocaelispor”a da uduzdu

    Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına start verilib.

    Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

    Turun açılış oyununda “Kocaelispor” doğma meydanda “Antalyaspor”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.

    17-ci turun qalan görüşləri dekabrın 20-də, 21-də və 22-də keçiriləcək.

    Türkiyə, Super Liqa
    17-ci tur

    19 dekabr

    Kocaelispor – Antalyaspor 2:1
    Qollar: Smolçiç, 24. T.Bingöl, 37 – Cannetti, 32.

    20 dekabr

    15:30. Konyaspor – Kayserispor
    18:00. Eyüpspor – Fənərbağça
    21:00. Beşiktaş – Rizəspor

    21 dekabr

    15:30. Alanyaspor – Karagümrük
    21:00. Qalatasaray – Kasımpaşa
    21:00. Göztəpə – Samsunspor

    22 dekabr

    18:00. Başakşəhər – Qaziantep
    21:00. Gənclərbirliyi – Trabzonspor

    ABL: “Naxçıvan” və “Quba”dan qələbə

    Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

    Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

    B qrupunun matçında “Quba” “Naxçıvan”la qarşılaşıb. Bakı İdman Sarayında keçirilmiş oyun “Naxçıvan”ın 78:69 hesablı qələbəsi ilə bitib.

    B qrupunun digər oyununda “Ordu” “Lənkəran”la üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutmuş oyun “Ordu”nun 84:72 hesablı qələbəsi ilə başa çatıb.

    Xatırladaq ki, turun açılış matçında “Sərhədçi” “Sumqayıt”a 86:83 hesabı ilə qalib gəlmişdi. 10-cu tura dekabrın 21-də yekun vurulacaq.

    A qrupu: Abşeron Lions – 17. Sabah – 16. Gəncə – 12. Neftçi – 12. Şəki – 11. NTD – 10.

    B qrupu: Ordu – 20. Naxçıvan – 18. Quba – 14. Sərhədçi – 13. Lənkəran – 13. Sumqayıt – 11.

    Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

    Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

    Zamiq və Vüsalın komandaları qarşılaşdı, 3 qol vuruldu

    Futbol üzrə Azərbaycan milli komandasının üzvləri – Vüsal İsgəndərli və Zamiq Əliyev Albaniya çempionatında növbəti matçlarına çıxıblar.

    Arena.az xəbər verir ki, Vüsalın formasını geyindiyi “Partizani” səfərdə məhz Zamiqin çıxış etdiyi “Eqnatiya” ilə üz-üzə gəlib.

    17-ci tur çərçivəsində keçirilmiş qarşılaşmada qapılara 3 qol vurulub və yekunda “Eqnatiya” 2:1 hesablı qələbəyə sevinib. Azərbaycanlı futbolçuların hər ikisi bu görüşün iştirakçısı olub. Vüsal start heyətdə meydana çıxıb, 68-ci dəqiqədə əvəzlənib. Zamiq isə 90-cı dəqiqədə meydana buraxılıb.

    Bu nəticədən sonra “Eqnatiya” 34 xalla birinci pillədə qərarlaşıb. Zamiqin komandası keçirdiyi 17 oyunda 10 qələbə qazanıb, 4 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. “Partizani” isə 23 xalla 6-cıdır. Vüsalın komandası 17 oyunda 6 qələbə, 5 heç-heçə və 6 məğlubiyyət görüb.

    Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 55 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

    Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

    Vüsal İsgəndərli isə “Partizani”yə 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 16 oyuna çıxıb, 3 qola imza atıb.

    Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

    Matvey Safonov bir neçə həftə oynamayacaq

    Fransa çempionu PSJ-nin və Rusiya yığmasının qapıçısı Matvey Safonov bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

    Arena.az bu barədə Paris təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

    Qapıçı Qitələrarası Kubokun finalında “Flamenqo” (Braziliya) ilə keçirilən matçda əlindən zədələnib. Qapıçının 4 həftə oynamayacağı bildirilib.

    Xatırladaq ki, PSJ ilə “Flamenqo” arasında baş tutmuş final matçında (1:1) Fransa klubu penaltilər seriyasında 2:1 hesabı ilə qələbə qazanıb.

    Yeri gəlmişkən, PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin rusiyalı qapıçısı Matvey Safonov haqda qənətini açıqlayıb. İspan mütəxəssis bunları dilə gətirib:

    “Safonov öz səviyyəsini nümayiş etdirdi. Həmişə hazır olan oyunçularımızı görməyə şadıq”, deyə Enrike vurğulayıb.

    Xatırladaq ki, Matvey Safonov PSJ-yə 2024-cü ilin iyul ayında Rusiyanın “Krasnodar” klubundan keçib. Paris klubu bu transfer üçün 20 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

    Safonov cari mövsümdə 4 oyuna çıxıb, 3 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb. O, PSJ-nin heyətində bütövlükdə 21 oyuna çıxıb. Rusiyalı qapıçı bu oyunlarda 16 qol buraxıb, 9 oyunda qapısını toxunulmaz saxlayıb.

    “Krasnodar”ın yetirməsi olan Matvey Safonov 2019-cu ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. O, bu komandada 175 oyuna çıxıb, 208 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.

    Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 17 oyuna çıxıb, 12 qol buraxıb, 8 matçdan “quru” qurtulub.

    “Transfermarkt” internet-portalı 26 yaşlı rusiyalı qapıçının transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

    Miroslav Kubek – Çexiya millisinin yeni baş məşqçisi!

    Çexiyalı futbol mütəxəssisi, 74 yaşlı məşqçi Miroslav Kubek Çexiya milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

    Arena.az bu barədə Çexiya Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

    Kubek oktyabr ayında yığma komandadan ayrılmış İvan Haşekin əvəzində baş məşqçi təyin edilib. Təcrübəli mütəxəssislə müqavilənin müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

    Xatırladaq ki, Miroslav Kubek daha əvvəl Çexiyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasını (U-19) çalışdırıb. Çexiyalı mütəxəssis “Viktoriya” (Plzen), “Hradeç” (Kralove), “Bohemians 1905”, “Slaviya” (Praqa), “Mlada Boleslav”, “Banik” (Ostrava), “Zenit” (Çaslav), “Kladno”, “Amberq” kimi komandalarda da baş məşqçi olub.

    Kubek karyerası ərzində cəmi 2 titul qazanıb. O, 2014/2015-ci illər mövsümündə Plzen “Viktoriya”sı ilə Çexiya çempionu olub. 2005/2006-cı illər mövsümündə isə bu mütəxəssis “Kladno” ilə Çexiya 2-ci divizionunun qalibi olub.

    Yüksək Liqa: “Abşeron” “Turan”a səfərdə uduzdu

    Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 7-ci turun növbəti oyunu keçirilib.

    Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

    “Abşeron” “Turan”la üz-üzə gəlib. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutmuş bu görüşdə Tovuz təmsilçisi inamlı qələbəyə sevinib. Belə ki, “Turan” rəqibini 3:0 (25:19, 25:12, 25:18) hesabı ilə məğlub edib.

    Xatırladaq ki, turun daha əvvəl gerçəkləşmiş qarşılaşmalarında “Azərreyl” “Murov”u (3:0), “Gəncə” isə UNEC-i (3:2) məğlub etmişdi.

    Qeyd edək ki, dekabrın 22-də qadınların yarışında ilin son oyunu baş tutacaq. Həmin gün 3-cü turdan təxirə salınmış “Milli Aviasiya Akademiyası” – “Abşeron” qarşılaşması keçiriləcək.

    Yüksək Liqa (qadınlar)
    7-ci tur
    19 dekabr

    “Abşeron” – “Turan” 0:3 (19:25, 12:25, 18:25)

    Birinci Liqa: “Şəfa” “Cəbrayıl”ı da yendi, zirvədə qaldı

    Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.

    Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

    Turun qapanış oyununda “Cəbrayıl” “Şəfa”nı qəbul edib. Oyunun taleyini bir qol həll edib. “Şəfa” bu rəqibinə də qalib gələrək zirvədəki mövqeyini qoruyub.

    Birinci Liqa
    11-ci tur

    17 dekabr

    “Zaqatala” – MOİK 1:3
    Qollar: Rəhman Şabanov, 65-pen – Seyxan Fərəcov, 25; 90+5. Zeynəddin Abdurahmanov, 47.
    Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ruslan Quliyev.
    Hakim-inspektor: Munis Abdullayev.
    AFFA nümayəndəsi: Mübariz Hüseynov.
    Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

    “Şimal” – “Baku Sportinq” 0:1
    Qol: İlham Allahverdiyev, 9-pen.
    Hakimlər: Vüqar Həsənli, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Ləman Əmirli.
    Hakim-inspektor: Ramil Diniyev.
    AFFA nümayəndəsi: Yavər Rəhimov.
    Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

    18 dekabr

    “Difai” – “Mingəçevir” 1:1
    Qollar: Musa Musazadə, 2 – Samir Abdullayev, 9-pen.
    Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Orxan İbişov, Murad Səlimov.
    Hakim-inspektor: Zöhrab Qədiyev.
    AFFA nümayəndəsi: Eldar Məmmədov.
    Ağsu şəhər stadionu, 13:00.

    “Şahdağ Qusar” – “Səbail” 2:2
    Qollar: Sənan Ağalarov, 27, Ruslan Voronsov, 35 – Səbayıl Bağırov, 26, Bahadur Həziyev, 69.
    Hakimlər: Fərid Hacıyev, Kərim Zeynalov, Vüqar Bayramov, Nazim Abdullayev.
    Hakim-inspektor: Ceyhun Haşımov.
    AFFA nümayəndəsi: Mahal Məmmədov.
    Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

    19 dekabr

    “Cəbrayıl” – “Şəfa” 0:1
    Qol: Vüqar Həsənov, 38.
    Hakimlər: Kamal Umudlu, Tərlan Talıbzadə, Mirnihad Seyidov, Elvin Bayramov.
    Hakim-inspektor: İmanxan Sultani.
    AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
    Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

    “Kəpəz” – “Turan Tovuz” 0:2 – Video

    Azərbaycan Premyer Liqasının 16-cı turunun “Kəpəz” – “Turan Tovuz” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı.

    Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

    Azərbaycan Premyer Liqası
    16-cı tur
    19 dekabr

    “Kəpəz” – “Turan Tovuz” 0:2
    Qollar: Alexandro Serrano, 6. Joarlem Santos, 47.
    Sarı vərəqələr: Adama Fofana, 12 (qeyri-idman hərəkəti). Dioqo Verdaska, 26 (qeyri-idman hərəkəti) – Xorxe Silva, 12 (qeyri-idman hərəkəti). Fərid Yusifli, 36 (qeyri-idman hərəkəti).
    Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 7 dəqiqə.
    Saat 14:00. Yevlax şəhər stadionu, 500 tamaşaçı.

    Baş hakim: Kamal Umudlu.
    Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Kərim Zeynalov.
    Dördüncü hakim: Əkbər Əhmədov.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Şirmamed Mamedov.
    Hakim-inspektor: Orxan Məmmədov.
    AFFA nümayəndəsi: Namiq Əliyev.

    Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev (66. Arzu Atakişiyev, 60), 77. Fərid Nəbiyev (99. Əli Səmədov, 60), 5. Rauf Hüseynli (53. Şahmar Aşurov, 75), 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa (23. Fərid Kələntərov, 75), 14. Adama Fofana, 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
    Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov, 6. Pedro Qomes.
    Baş məşqçi: Azər Bağırov.

    Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç (10. Xəyal Nəcəfov, 89), 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov (21. Aleks Souza, 71), 6. Fərid Yusifli, 23. Alexandro Serrano, 90. Joarlem Santos (17. Rəhim Sadıqov, 89), 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
    Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov.
    Baş məşqçi: Kurban Berdıyev.

    “Qarabağ” qapıçısını 6 aylıq itirdi

    “Qarabağ”ın bud-çanaq oynağından əməliyyat olunmuş qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicə-bərpa müddəti bəlli olub.

    Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

    Xəbərdə bildirilir ki, qolkiper 4–6 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq.

    Ötən gün Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Sabah”la matçda zədələnmiş yarımmüdafiəçi Xoni Montiel isə arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7-10 gün ərzində gözlənilir.

    Komandanın digər üzvü Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

    Hər üç futbolçunun müalicə prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.

    Xatırladaq ki, “Qarabağ” Premyer Liqanın 2025/26 mövsümünün yarış cədvəlində 33 xalla 2-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisi 2025-ci ildəki sonuncu oyununu dekabrın 21-də səfərdə “Qəbələ”yə qarşı keçirəcək.

    FIFA referilərimizin sayı dördə çatdı!

    2026-cı ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı FIFA tərəfindən rəsmən təsdiqlənib.

    Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

    Bildirilir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq arenada ölkəmizi təmsil edən baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub.

    Beynəlxalq qurum tərəfindən təsdiqlənmiş 2026-cı il üçün referilərimizin siyahısı aşağıdakı kimidir:

    Referilər

    Kişilər:
    Əliyar Ağayev
    Elçin Məsiyev
    Kamal Umudlu
    Tural Qurbanov (yeni)

    Qadınlar:
    Fəridə Lütfəliyeva

    Referi köməkçiləri

    Kişilər:
    Zeynal Zeynalov
    Akif Əmirəli
    Elşad Abdullayev
    Pərvin Talıbov
    Namiq Hüseynov
    Vüsal Məmmədov
    Cəmil Qulliyev (yeni)
    Asiman Əzizli (yeni)

    Qadınlar:
    Gülnurə Əkbərzadə
    Sevda Nurıyeva

    VAR hakimləri:
    Nicat İsmayıllı (yeni)
    İnqilab Məmmədov (yeni)
    Fərid Hacıyev (yeni)

    Futzal üzrə referilər:
    Hikmət Qafarlı
    Knyaz Əmiraslanov
    Əli Cəbrayılov

    Çimərlik futbolu üzrə referi:
    Nail Nağıyev

    Yeni FIFA referilərinin siyahıya daxil edilməsi münasibətilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev referilərlə görüşərək onları təbrik edib. O, bütün hakimlərimizin beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib və gələcək karyeralarında uğurlar arzulayıb.

    Görüşdə, həmçinin AFFA baş katibinin müşaviri Frank de Blekere, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər. Görüş zamanı hakimliyin inkişaf perspektivləri, beynəlxalq təyinatların artırılması və referilərin peşəkar hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Azər Bağırov: “Turan Tovuz”la oyunda planlarımız alınmadı”

    “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

    Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə Gəncə təmsilçisi 0:2 hesablı məğlubiyyətə üzülüb.

    Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

    “İstədiklərimiz meydançada alınmadı. Meydanda kimin olması önəmli deyil. Elə oyunlar olur ki, nə qədər güc itirirsən, amma rəqibin təsirindən çıxa bilmirsən. Mənə elə gəlir ki, bir neçə gün ərzində danışdıqlarımız, planlaşdırdıqlarımız bu gün alınmadı. Bu, təbii haldır. Bir neçə oyundan bir belə matçlar olur. İstəməzdik bu gün belə olsun. Amma məğlub olduq. Rəqibi qələbə münasibətilə təbrik edirəm.

    Rəqib futbolçuların tez-tez vaxt öldürməyə çalışmasının nəinki komandamıza, hətta məşqçilər heyətimizə də psixoloji təsiri oldu. Yalan olmasın, rəqib oyunçular bəlkə 20 dəfə yerə yıxıldılar. Çox vaxt bunda məqsəd vaxt aparmaqdır”.

    Kurban Berdıyev: “Mətbuatda yazılanları oxumuram”

    “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

    Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə Tovuz təmsilçisi inamlı qələbəyə sevinib – 2:0.

    Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

    “İlin sonuncu və vacib oyunu idi. Uşaqlar bu məsuliyəti dərk edirdilər. Zədəlilərimizin olması səbəbindən bəzi oyunçular öz mövqelərində oynamırdılar. Vacib qələbə münasibəti ilə futbolçuları təbrik etdim.

    Azarkeşlərin istefa şüarlarına görə hansısa təzyiq hiss etmirəm. Mən təcrübəli məşqçiyəm. Belə şeylərə fikir vermirəm. Rusiyada olanda da mətbuatda yazılanları oxumurdum. Mən yalnız öz işimə köklənirəm.

    Qış təlim-məşq toplanışına gəlincə, 4-18 yanvar aralığında Türkiyədə toplanış keçəcəyik. Ayın 10-da və 17-də yoxlama oyunlarımız olacaq”.

    Premyer Liqa: “Kəpəz” “Turan Tovuz”a Yevlaxda uduzdu

    Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turuna start verilib.

    Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edəcək sonuncu turun ilk oyun günündə bir görüş baş tutub.

    “Kəpəz” Yevlaxda digər qərb təmsilçisi “Turan Tovuz”la üz-üzə gəlib. Yevlax şəhər stadionunda baş tutmuş görüşü Kamal Umudlu idarə edib.

    Son turlarda uğursuz nəticələrə görə 5-ci sıraya yuvarlanmış Tovuz təmsilçisi ilin son matçında bu gedişata son qoymağı hədəfləmişdi. Gəncə təmsilçisi isə 10-cu sıradakı mövqeyini möhkəmləndirmək arzusundaydı.

    Qarşılaşma Tovuz təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Kurban Berdıyevin komandası hər hissənin əvvəlində bir qol vurmaqla ili qələbə ilə tamamlayıb.

    Premyer Liqa
    16-cı tur

    19 dekabr

    “Kəpəz” – “Turan Tovuz” 0:2
    Qollar: Alexandro Serrano, 7. Joarlem Santos, 47.
    Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Şirmamed Mamedov.
    Hakim-inspektor: Orxan Məmmədov.
    AFFA nümayəndəsi: Namiq Əliyev.
    Yevlax şəhər stadionu, 14:00.

    Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
    Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov, 6. Pedro Qomes.
    Baş məşqçi: Azər Bağırov.

    Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
    Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 17. Rəhim Sadıqov, 10. Xəyal Nəcəfov, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov, 21. Aleks Souza.
    Baş məşqçi: Kurban Berdıyev.

    AFFA Əvəzedicilər Liqasında 2025-ci ilin sonuncu cəzasını açıqladı

    Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 14-cü turundakı qayda pozuntularına hüquqi qiymət verilib.

    Arena.az AFFA-nın rəsmi saytına istinadən qəbul edilmiş qərarların siyahısını təqdim edir:

    Əvəzedicilər Liqası, 14-cü tur

    “Sumqayıt-2” – “Şamaxı-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə adığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

    Qeyd edək ki, bu, əvəzedicilərin yarışında 2025-ci ildəki son qərar olub. Belə ki, 14-cü turun oyunlarından sonra əvəzedici komandaların çempionatında qış fasiləsi başlayıb. Fasilə 2026-cı ilin fevral ayında başa çatacaq. 15-ci turun görüşləri 7-9 fevral aralığında keçiriləcək.

    14 turdan sonra “Sabah-2” Əvəzedicilər Liqasının yarış cədvəlində vahid liderdir. “Zirə-2” 29 xalla ikinci, “Neftçi-2” 28 xalla üçüncü pillədə qərarlaşıb.

    AFFA “Şəki”yə texniki məğlubiyyət verdi

    Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 13-cü turunun oyunlarındakı qayda pozuntularına hüquqi qiymət verilib.

    Arena.az AFFA-nın rəsmi saytına istinadən qəbul edilmiş qərarların siyahısını təqdim edir:

    “Qaradağ Lökbatan” – “Şəki” oyununa “Şəki” komandası gəlmədiyinə görə matç baş tutmadığı üçün qonaq komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. “Şəki” buna görə 1000 manat cərimə edilib.

    “Şəmkir” – “Quba” oyununda “Şəmkir”in 5 futbolçusu sarı vərəqə adığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Şəmkir”in futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şəmkir” buna görə 50 manat cərimə ödəyəcək. Oyunun 90+7-ci dəqiqəsində “Şəmkir”in azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə sözügedən komanda 600 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəmkir”in meneceri Taleh Əliyev hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. “Şəmkir” buna görə 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəmkir”in rəsmisi Elçin Qurbanov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. “Şəmkir” buna görə 1000 manat cərimə edilib.

    “Ağdaş” – “Dinamo” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə adığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

    AFFA “Qarabağ”ı 10 min manat cərimələdi

    AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Sabah” – “Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb.

    Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komitənin bu gün baş tutmuş iclasında qərarlar qəbul olunub.

    Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” 2500 manat cərimə edilib.

    Oyunun 54-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Ağdam komandası 7000 manat cərimə edilib.

    “Qarabağ”ın azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə Ağdam komandası 3000 manat cərimə edilib. Stadiona dəymiş ziyan “Qarabağ” tərəfindən qarşılanacaq.

    “Qarabağ” komandası oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə Ağdam klubuna xəbərdarlıq edilib.

    Roberto Firmino: “Real”a iki dəfə “yox” demişəm”

    “Liverpul”un keçmiş hücumçusu Roberto Firmino “qırmızılar”ın şərəfini qoruyarkən, “Real”a keçidinin baş tutmamasından söhbət açıb.

    Arena.az hazırda Qətərin “Əl-Sədd” klubunun formasını geyinən Firminonun müvafiq açıqlamasını təqdim edir:

    “Real”a iki dəfə “yox” demişən. İlk dəfə bu, “Liverpul”a keçidim ərəfəsində yaşanıb, ardınca isə Səudiyyə Ərəbistanına keçməmişdən bir qədər əvvəl”, deyə Firmino vurğulayıb.

    Xatırladaq ki, 34 yaşlı Firmino 2025-ci ilin yayında Səudiyyə Ərəbəsitanının “Əl-Əhli” klubundan 7 milyon avro müqabilində Qətər təmsilçisi “Əl-Sədd”ə keçib. Braziliyalı futbolçu Qətər təmsilçisinin heyətində 13 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun “Əl-Sədd” ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.

    Roberto Firmino “Fiqeyrense”nin məzunudur. Braziliyalı hücumçunun Avropa futbolunda debütü Bundesliqa təmsilçisi “Hoffenhaym”la baş tutub. Buradan “Liverpul”a keçmiş Firminonun futbolçu karyerasının ən məhsuldar dövrü, məşhurluğu məhz İngiltərə təmsilçisinin adı ilə bağlıdır. Ardınca Firmino “Əl-Əhli”yə keçib.

    Firmino 2014-cü ilin noyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 55 oyuna 17 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib. Roberto “selesao” ilə 2019-cu il Amerika Kubokunun qalibi olub.

    Firmononun futbol nailiyyətlərinə gəlincə, braziliyalı hücumçu qənimətlərinin böyük əksəriyyətini “Liverpul”la qazanıb: İngiltərə Premyer Liqasının (2019/2020), İngiltərə Kubokunun (2022), İngiltərə Liqa Kubokunun (2022), İngiltərə Super Kubokunun (2023), Çempionlar Liqasının (2018/2019), UEFA Super Kubokunun (2019/2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub. Roberto həmçinin “Əl-Əhli” ilə 2024/2025-ci illər mövsümü Çempionlar Liqasında qalibiyyət əldə edib.

    “Transfermartk” internet-portalı 34 yaşlı braziliyalı mərkəz hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

    UEFA reytinqində gerilədik

    UEFA Avropa Konfrans Liqasında Liqa mərhələsinin sonuncu – 6-cı turunun görüşlərindən sonra reytinq siyahısını yenilənib.

    Arena.az xəbər verir ki, ötən gecə keçirilmiş oyunların nəticələri Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

    Belə ki, yeni reytinq cədvəlində Azərbaycan 26-cı yerdən 28-ci yerə düşüb. Hazırda ölkəmizin əmsalı 22,250-dir.

    Slovakiya Azərbaycandan bir pillə yuxarıdadır (22,375). Bolqarıstan isə 29-cu pillədə (19.875) qərarlaşıb.

    Xatırladaq ki, Azərbaycan Avropa mövsümünə 17,125 xalla başlayıb. Hazırda ölkəni yalnız bir klub – “Qarabağ” Avropa yarışlarında təmsil edir. Azərbaycan çempionu UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparır. Ağdam klubunun Liqa mərhələsindəki son iki oyunu 2026-cı ildə baş tutacaq.

    Azərbaycan cari mövsümdə 5,125 reytinq əmsalı əldə edib. Son beş mövsümdəki ən yaxşı göstəricimiz isə 5,875 əmsaldır. Bu, 2023/2024-cü illər mövsümündə qazanılıb. “Qarabağ”ın cari mövsümdə ÇL-in Liqa mərhələsində ən azı daha 2 oyun keçirəcəyini nəzərə alsaq, yeni rekordun reallaşması da istisna deyil.

    Xatırladaq ki, 55 ölkənin yer aldığı reytinq cədvəlinə hazırda İngiltərə başçılıq edir – 104,325. İtaliya (92,196) ikinci, İspaniya (86,171) üçüncü, Almaniya (83,402) dördüncü, Fransa (75,891) beşincidir.

    Ozan Can Kökçü oynadı, “Volendam” 1/8 finala yüksəldi

    Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

    Arena.az xəbər verir ki, sözügedən komanda Niderland Kubokunun 2025/2026-cı illər mövsümünün 1/16 final mərhələsi çərçivəsində “Genemuiden”lə qarşılaşıb.

    “Volendam” doğma meydanda baş tutmuş bu oyunun əsas vaxtında aşağı liqa təmsilçisinə qol vura bilməyib. Qolsuz 90 dəqiqənin ardından əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə vaxtda 2 qol vurmuş “Volendam” (108-ci və 114-cü dəqiqələrdə) inamlı qələbə sayəsində Niderland Kubokunun 1/8 final mərhələsinə yüksəlib.

    Ozan bu görüşə start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib.

    Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib.

    Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

    Premyer Liqa: “Kəpəz”lə “Turan”ın 2025-ci ildə son sınağı

    Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turuna start veriləcək.

    Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edəcək sonuncu turun ilk oyun günündə bir görüş baş tutacaq.

    “Kəpəz” Yevlaxda digər qərb təmsilçisi “Turan Tovuz”la üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşü Kamal Umudlu idarə edəcək. Son turlarda uğursuz nəticələrə görə 5-ci sıraya yuvarlanmış Tovuz təmsilçisi ilin son matçında bu gedişata son qoymağa çalışacaq. Gəncə təmsilçisi isə 10-cu sıradakı mövqeyini möhkəmləndirmək arzusundadır.

    Premyer Liqa
    16-cı tur

    19 dekabr

    “Kəpəz” – “Turan Tovuz”
    Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Şirmamed Mamedov.
    Hakim-inspektor: Orxan Məmmədov.
    AFFA nümayəndəsi: Namiq Əliyev.
    Yevlax şəhər stadionu, 14:00.

    20 dekabr

    “Karvan” – “Neftçi”
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
    VAR: Elçin Məsiyev
    AVAR: Zöhrab Abbasov
    Hakim-inspektor: Feyzulla Feyzullayev
    AFFA nümayəndəsi: Anar Şixəliyev
    Yevlax şəhər stadionu, 14:00.

    “Zirə” – “İmişli”
    Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.
    VAR: Rəvan Həmzəzadə.
    AVAR: Teymur Teymurov.
    Hakim-inspektor: Əmrah İbrahimov.
    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
    Zirə İdman Kompleksinin stadionu, 16:30.

    21 dekabr

    “Qəbələ” – “Qarabağ”
    Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
    VAR: Rauf Cabbarov.
    AVAR: Elşad Abdullayev.
    Hakim-inspektor: Anar Salmanov.
    AFFA nümayəndəsi: Eldar Məmmədov.
    Qəbələ şəhər stadionu, 15:00.

    “Araz-Naxçıvan” – “Şamaxı”
    Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
    VAR: Əliyar Ağayev.
    AVAR: Kamranbəy Rəhimov.
    Hakim-inspektor: Ömər Paşayev.
    AFFA nümayəndəsi: Asif Əliyev.
    “Dalğa Arena”, 17:30.

    22 dekabr

    “Sumqayıt” – “Sabah”
    Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.
    VAR: İnqilab Məmmədov.
    AVAR: Kamran Bayramov.
    Hakim-inspektor: Ceyhun Haşımov.
    AFFA nümayəndəsi: Nəriman Axundov.
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

    Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

    Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində sonuncu – 6-cı turun oyunları keçirilib.

    Arena.az xəbər verir ki, 18 qarşılaşmanın hər biri eyni saatda start götürüb.

    Türkiyənin “Samsunspor” komandası səfərdə “Maynts”la üz-üzə gəlib və 2 cavabsız qolla uduzub.

    İtaliya təmsilçisi “Fiorentina” isə İsveçrədə “Lozanna”ya məğlub olub.

    Beləliklə, Liqa mərhələsinin yekunlarına əsasən, ilk 8 yeri tutmuş komandalar birbaşa 1/8 finala vəsiqə qazanıblar. 9-24-cü yerlərdə qərarlaşmış kollektivlər isə 1/8 finala vəsiqə uğrunda pley-off görüşlərində üz-üzə gələcəklər.

    Qeyd edək ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinə 2026-cı ildə, 19-20 fevralda start veriləcək.

    Avropa Konfrans Liqası
    Liqa mərhələsi, 6-cı tur

    19 dekabr

    Alkmaar (Niderland) – Yagelloniya (Polşa) 0:0
    Şaxtyor (Kiyev, Ukrayna) – Riyeka (Xorvatiya) 0:0
    Slovan (Slovakiya) – Hakken (İsveç) 1:0
    Legiya (Polşa) – Linkoln (Cəbəllütariq) 4:1
    Sparta (Praqa, Çexiya) – Aberdin (Şotlandiya) 3:0
    Dinamo (Kiyev, Ukrayna) – Noa (Ermənistan) 2:0
    Kristal Pelas (İngiltərə) – KuPS (Finlandiya) 2:2
    Rayo Valyekano (İspaniya) – Drita (Kosovo) 3:0
    Şemrok Rovers (İrlandiya) – Hamrun (Malta) 3:1
    Omoniya (Kipr) – Rakuv (Polşa) 0:1
    Maynts (Almaniya) – Samsunspor (Türkiyə) 2:0
    Strasburq (Fransa) – Breydablik (İslandiya) 3:1
    Çelye (Sloveniya) – Şelburn (İrlandiya) 0:0
    Zrinski (Bosniya və Herseqovina) – Rapid (Avstriya) 1:1
    AEK (Yunanıstan) – Universitatya (Krayova, Rumıniya) 2:2
    Siqma (Çexiya) – Lex (Polşa) 1:2
    AEK (Larnaka, Kipr) – Şkendiya (Şimali Makedoniya) 1:0
    Lozanna (İsveçrə) – Fiorentina (İtaliya) 1:0

    Turnir cədvəli:

    1. Strasburq – 16
    2. Rakuv – 14
    3. Sparta (Praqa) – 13
    4. Rayo Valyekano – 13
    5. Şaxtyor (Donetsk) – 13
    6. Maynts – 13
    7. AEK (Larnaka) – 12
    8. AEK (Afina) – 11
    9. Lozanna – 11
    10. Kristal Pelas – 10
    11. Lex – 10
    12. Samsunspor – 10
    13. Çelye – 10
    14. Alkmar – 10
    15. Fiorentina – 9
    16. Riyeka – 9
    17. Yagelloniya – 9
    18. Omoniya – 8
    19. Universitetya (Krayova) – 8
    20. Noa – 8
    21. Drita – 8
    22. KuPS – 7
    23. Şkendiya – 7
    24. Zrinski – 7
    25. Siqma – 7
    26. Linkoln – 7
    27. Dinamo (Kiyev) – 6
    28. Legiya – 6
    29. Slovan – 6
    30. Breydablik – 5
    31. Şemrok Rovers – 4
    32. Hakken – 3
    33. Hamrun – 3
    34. Şelburn – 2
    35. Aberdin – 2
    36. Rapid – 1

    “Qalatasaray” Türkiyə Kubokunda tək qolla sevindi

    Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin növbəti oyunları keçirilib.

    Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

    A qrupunda yer almış “Qalatasaray” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb və minimal hesabla qələbə qazanıb.

    B qrupunda isə “Gənclərbirliyi” “Bodrumspor”u qəbul edib. Beş qolun qeydə alındığı oyunda Super Liqa təmsilçisi çətin qələbəyə sevinib.

    Türkiyə Kuboku
    Qrup mərhələsi, 1-ci tur
    18 dekabr

    A qrupu

    Qalatasaray – Başakşəhər 1:0

    B qrupu

    Gənclərbirliyi – Bodrumspor 3:2

    İtaliya Super Kubokunun ilk finalçısı – “Napoli”!

    Bu gün futbol üzrə İtaliya Super Kubokunun 2025-2026-cı illər mövsümünün yarımfinal mərhələsinin oyunlarına start verilib.

    Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

    İlk finalçı “Napoli” – “Milan” görüşündə müəyyənləşib. Neapol təmsilçisi rəqibini 2 cavabsız qolla məğlub edərək finala yüksəlib.

    Digər finalçı sabah keçiriləcək “Bolonya” – “İnter” görüşündə müəyyənləşəcək.

    Qeyd edək ki, İtaliya Super Kubokunun oyunları Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunub. Həlledici oyun dekabrın 22-də keçiriləcək.

    İtaliya Super Kuboku
    Yarımfinal
    18 dekabr

    Napoli – Milan 2:0
    Qollar: David Neres, 39. Höylund, 63.

    19 dekabr

    23:00. Bolonya – İnter

    “Traktor” 1/8 finala vəsiqəni penaltilər seriyasında qazandı

    Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran Kubokunun 2025/2026-cı illər mövsümündə növbəti matçına çıxıb.

    Arena.az xəbər verir ki, Təbriz klubu 1/16 final mərhələsi çərçivəsində “Persepolis”lə qarşılaşıb.

    Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” əsas vaxtı 1:1 hesabıyla başa çatmış bu görüşün penaltilər seriyasında qələbəyə seviniblər. 56-cı dəqiqədə Mehdi Torabi təbrizliləri hesabda önə keçirsə də, 90+5-ci dəqiqədə buraxılmış qol bu komandanın sevincini bir qədər ertələyib. Əlavə yarım saatda Təbriz klubu azlıqda qalıb. Buna baxmayaraq, oyun penaltilər seriyasına qədər uzanıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş Cənubi Azərbaycan nəhəngi çətinliklə də olsa, 1/8 finala yüksəlib – 8:7.

    Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş “Traktor” növbəti oyununu Asiya Çempionlar Liqasında Qətərin “Əl-Dühail” komandasına qarşı keçirəcək. Bu oyun 22 dekabrda baş tutacaq.

    Vilayət Eyvazov yenidən Atıcılıq Federasiyasının prezidenti seçildi

    Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov yenidən Atıcılıq Federasiyasının prezidenti seçilib.

    Arena.az xəbər verir ki, bu gün Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib.

    Federasiyanın baş katibi Emin Cəfərov 2022–2025-ci illər ərzində Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunmuş nəticələr barədə hesabat verib.

    Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib. Onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəriciləri 80 faiz artırıb. Güllə və stend atıcılığı növü üzrə idmançılar beynəlxalq yarışlarda 21 qızıl, 33 gümüş, 31 bürünc olmaqla 85 medal əldə ediblər. Milli komandanın üzvü Nigar Nəsirova 2025-ci il dünya çempionatında 50 metr məsafəyə tapançadan güllə atıcılığı üzrə dünya rekordunu yeniləyib.

    Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib.

    Səsvermənin nəticələrinə əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib.

    İsmət Əliyev, Zemfira Meftahətdinova, Tofiq Bəylərov vitse-prezident, Tamirlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.

    Sonda federasiya prezidenti V.Eyvazov çıxış edib. O, göstərilən etimada görə təşəkkürünü bildirib. Federasiya rəhbəri qurumun qarşıdakı fəaliyyət planları barədə də danışıb.

    ABL: 10-cu tur “Sərhədçi”nin qələbəsi ilə başladı

    Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 10-cu turuna start verilib.

    Arena.az xəbər verir ki, turun açılış oyununda “Sərhədçi” “Sumqayıt”la üz-üzə gəlib.

    B qrupunun oyunu “Sərhədçi” İdman Mərkəzində reallaşıb. Görüş ev sahiblərinin 86:83 hesablı qələbəsi ilə bitib.

    A qrupu: Abşeron Lions – 17. Sabah – 16. Gəncə – 12. Neftçi – 12. Şəki – 11. NTD – 10.

    B qrupu: Ordu – 18. Naxçıvan – 16. Quba – 13. Sərhədçi – 13. Lənkəran – 12. Sumqayıt – 11.

    Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

    Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

    Premyer Liqa: 2025-ci ilin son təyinatları açıqlandı

    Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun bütün təyinatları müəyyənləşib.

    Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

    2025-ci ilə təsadüf edəcək sonuncu turun görüşləri dekabrın 19-da, 20-də, 21-də və 22-də keçiriləcək.

    Premyer Liqa
    16-cı tur
    19 dekabr

    “Kəpəz” – “Turan Tovuz”
    Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Şirmamed Mamedov.
    Hakim-inspektor: Orxan Məmmədov.
    AFFA nümayəndəsi: Namiq Əliyev.
    Yevlax şəhər stadionu, 14:00.

    20 dekabr

    “Karvan” – “Neftçi”
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
    VAR: Elçin Məsiyev
    AVAR: Zöhrab Abbasov
    Hakim-inspektor: Feyzulla Feyzullayev
    AFFA nümayəndəsi: Anar Şixəliyev
    Yevlax şəhər stadionu, 14:00.

    “Zirə” – “İmişli”
    Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.
    VAR: Rəvan Həmzəzadə.
    AVAR: Teymur Teymurov.
    Hakim-inspektor: Əmrah İbrahimov.
    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
    Zirə İdman Kompleksinin stadionu, 16:30.

    21 dekabr

    “Qəbələ” – “Qarabağ”
    Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
    VAR: Rauf Cabbarov.
    AVAR: Elşad Abdullayev.
    Hakim-inspektor: Anar Salmanov.
    AFFA nümayəndəsi: Eldar Məmmədov.
    Qəbələ şəhər stadionu, 15:00.

    “Araz-Naxçıvan” – “Şamaxı”
    Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
    VAR: Əliyar Ağayev.
    AVAR: Kamranbəy Rəhimov.
    Hakim-inspektor: Ömər Paşayev.
    AFFA nümayəndəsi: Asif Əliyev.
    “Dalğa Arena”, 17:30.

    22 dekabr

    “Sumqayıt” – “Sabah”
    Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.
    VAR: İnqilab Məmmədov.
    AVAR: Kamran Bayramov.
    Hakim-inspektor: Ceyhun Haşımov.
    AFFA nümayəndəsi: Nəriman Axundov.
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

    Dambrauskas: “Qarabağ”a qarşı inanılmaz performans göstərdik”

    “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Qarabağ”la matçı şərh edib.

    Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Valdas Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

    “Futbolçularımı təbrik edirəm. İnanılmaz performans göstərdilər. Onların tərifə layiq olduqlarını düşünürəm. Tək Azərbaycanda deyil, Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq. Əsl futbol atmosferi var idi. Azarkeşlər də keyfiyyətli oyunu seyr etdilər.

    Turnir cədvəlinə sonda baxacağıq. Futbolçularıma qarşıda hələ bir oyunun olduğunu da söylədim. Rəqiblər bizə fərqli yanaşırlar. Ümumi olaraq inkişafımızdan razıyam.

    Təbii ki, bu günkü matçda da bəzi məqamlardan narazı qaldım. Rəqib ilk hissədə bizə boşluqlar verirdi. Bu boşluqlardan istifadə edib cərimə meydançasına daxil olsaq da, qol vura bilmirdik. Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram. Matçın ilk 10-12 dəqiqəsindən razı qalmadım. Rəqibə həddən artıq hörmət göstərdik. Düzəltməli olduğumuz çox şey var.

    Bu heyətdən məmnunam. Zədəlilərimiz var. Jesse Sekidika ötən mövsümdə komandamızda ən çox qol vuran oyunçulardan olsa da, zədəlidir. Onun qısa zamanda formasını bərpa edəcəyinə ümid edirik. Yeni transferlər barədə tələsməməliyik. Transfer edəcəyimiz oyunçular üslubumuza uyğun olmalıdır. Bu barədə daha detallı müzakirələr aparacağıq”.

    Qurban Qurbanov: “Bu nəticəni gözləyirdim”

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Sabah”la matçı şərh edib.

    Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

    Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

    “Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Bu nəticəni gözləyirdim. Komandam həddindən artıq güc sərf edib. Problemlərimiz oldu. Bu oyun bizə böyük fayda verəcək. Çox ciddi hazırlaşan komandaya qarşı oynadıq. Onların gücünü, istəyini gördük. Əsl futbol atmosferi var idi. Bundan sonra Qəbələdə oyunumuz var. Həmin matça hazırlaşacağıq.

    Xoni Montiel fiziki cəhətdən tam hazır deyil. Onun üçün sıx qrafikdə oynamaq elə də asan deyil. Matçın qırılma nöqtəsi kimi bunu deyə bilmərəm. Lakin meydanda olması bizim üçün üstünlük ola bilərdi.

    Marko Yankoviç dünən yüngül zədə almışdı. Onun meydana çıxması riskli idi. Bu gün biz bu addımı atdıq.

    1-ci yerə daim eyni komanda sahib olmur. Bu gün qarşımızda böyük işlər görmüş bir klub var. Gələcəyə böyük yatırım sərf ediblər, planları var. Biz daha ciddi və diqqətli olmalıyıq. “Sabah” çempionluğa oynayırsa, Avropada niyə də nəticə verməsin? Belə bir hal baş versə, hamımız sevinərik. Onların Avropa təcrübəsi olan baş məşqçisi də var. Addım-addım yaxşı işlər görürlər”.

    “Sabah” – “Qarabağ” 2:1 – Video

    Azərbaycan Premyer Liqasının 1-ci turunun “Sabah” – “Qarabağ” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

    Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

    Azərbaycan Premyer Liqası
    1-ci tur
    18 dekabr

    “Sabah” – “Qarabağ” 2:1
    Qollar: Coy Lens Mikels, 53. Aaron Maluda, 88 – Leandro Andrade, 9.
    Sarı vərəqələr: Akim Zedadka, 19 (qeyri-idman hərəkəti) – Emmanuel Addai, 75 (qeyri-idman hərəkəti).
    Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
    Saat 19:30. “Masazır Arena”, 4226 tamaşaçı.

    Baş hakim: Elçin Məsiyev.
    Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
    Dördüncü hakim: Vüqar Həsənli.
    VAR: Tural Qurbanov.
    AVAR: Asiman Əzizli.
    Hakim-inspektor: Vüsal Əliyev.
    AFFA nümayəndəsi: Erkin Hüseynov.

    Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybullayev (46. Aleksey İsayev, 68), 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka (2. Amin Seydiyev, 89), 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aaron Maluda (11. Kahim Parris, 89).
    Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Jesse Sekidika, 53. Andrey Santos.
    Baş məşqçi: Valdas Dambrauskas.

    Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə (11. Emmanuel Addai, 65), 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 2. Mateus Silva (18. Dani Bolt, 90), 9. Xoni Montiel (8. Marko Yankoviç, 26), 15. Leandro Andrade (21. Aleksey Kaşuk, 90), 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
    Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 6. Kris Kuaku.
    Baş məşqçi: Qurban Qurbanov.

    Premyer Liqa: “Sabah” “Qarabağ”ı “taxtdan saldı”

    Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026 mövsümünün 1-ci turundan təxirə salınmış oyun keçirilib.

    Arena.az xəbər verir ki, günün yeganə oyunu “Sabah”la “Qarabağ” arasında baş tutub.

    Masazırda keçirilmiş görüşü Elçin Məsiyev idarə edib.

    Xatırladaq ki, “Qarabağ” bu oyundan öncə 33 xalla zirvədə qərarlaşmışdı. “Sabah” isə 31 xalla ikinci idi. Bir sözlə, paytaxt təmsilçisi güclü rəqibinə qalib gələ bilsə, qış fasiləsinə lider kimi yollana bilərdi. Ağdam təmsilçisi qalib gələcəyi halda isə ən yaxın izləyicisini 5 xal qabaqlamış olacaqdı.

    Oyunda hesabı qonaqlar açıblar. Amma yekunda buraxdığı qolun əvəzini artıqlaması ilə çıxan “bayquşlar” əzmkar qələbəyə sevinməklə yanaşı, yarış cədvəlində də ilk pilləyə yüksəliblər.

    Premyer Liqa
    1-ci turun oyunu

    18 dekabr

    “Sabah” – “Qarabağ” 2:1
    Qollar: Coy Lens Mikels, 52. Aaron Maluda, 88 – Leandro Andrade, 9.
    Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
    VAR: Tural Qurbanov.
    AVAR: Asiman Əzizli.
    Hakim-inspektor: Vüsal Əliyev.
    AFFA nümayəndəsi: Erkin Hüseynov.
    “Masazır Arena”, 19:30.

    Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybulayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
    Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Cesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos.
    Baş məşqçi: Valdas Dambrauskas.

    Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
    Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
    Baş məşqçi: Qurban Qurbanov.

    Kannavaro bu klubu İtaliyanın ən güclüsü hesab edir

    Yaxın keçmişimizin məşhur mərkəz müdafiəçisi Fabio Kannavaro İtaliya A Seriyasının ən güclü klubu ilə bağlı qənaətini açıqlayıb.

    Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:

    “İnter” hazırda İtaliya çempionatında ən güclü klubdur. Kristian Kivu isə qəssab deyil. O, uzun illərdir ki, futboldadır. Komandanın yarış cədvəlindəki aparıcı mövqeyinə isə təəccüblənməyə dəyməz”, deyə Kannavaro vurğulayıb.

    Xatırladaq ki, İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümündə geridə qalmış 15 turdan sonra “İnter” 33 xalla vahid liderdir. Kristian Kivunun rəhbərlik etdiyi komanda 15 oyunda 11 qələbə qazanıb, 4 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 34 top keçirmiş milanlılar cəmi 14 qol buraxıblar.

    “İnter” UEFA Çempionlar Liqasında da 6 oyuna topladığı 12 xalla 6-cıdır. İtaliya təmsilçisi 4 qələbə qazanıb, 2 məğlubiyyətə üzülüb.

    Santyaqo Ximenes əməliyyat olunacaq

    Futbol üzrə Meksika yığma komandasının və İtaliyanın “Milan” klubunun hücumçusu Santyaqo Ximenes ayaq biləyindən əməliyyat ediləcək.

    Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

    Futbolçunun təxminən 6 həftə sonra meydanlara qayıda biləcəyi vurğulanır.

    Xatırladaq ki, Argentinada dünyaya göz açmış Santyaqo Ximenes Meksikanın “Krus Asul” klubunun yetirməsidir. 2022-2025-ci illər aralığında Niderlandda “Feyenoord”un uğurları üçün çalışmış hücumçu “Milan”a bu ilin fevralında 30,2 milyon avro müqabilində keçib. Onun İtaliya klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

    Ximenes “Milan”ın heyətində indiyə qədər 30 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

    Ximenes 2021-ci ilin oktyabr ayında debüt etdiyi Meksika yığmasında 46 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

    “Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

    Yüksək Liqa: “Gəncə” UNEC üzərində qələbəyə sevindi

    Bu gün qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 7-ci turun növbəti oyunu keçirilib.

    Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

    Günün yeganə oyununda UNEC və “Gəncə” komandaları üz-üzə gəliblər. UNEC voleybol komandasının idman zalında baş tutmuş görüş gərgin və maraqlı mübarizə şəraitində keçib. Qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. Yekunda qonaq komanda “Gəncə” 3:2 hesabı ilə qələbə qazanıb.

    Qeyd edək ki, 7-ci turun ilk oyununda “Azərreyl” “Murov”la görüşdə 3:0 hesablı qələbəyə sevinmişdi. Turun növbəti oyunu sabah “Abşeron” və “Turan” komandaları arasında keçiriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq görüşə saat 15:00-da start veriləcək.

    Yüksək Liqa (qadınlar)
    7-ci tur
    18 dekabr

    “UNEC” – “Gəncə” 2:3 (25:18, 25:14, 22:25, 23:25, 7:15)

    ❌