Normal view

Today — 12 April 2026Main stream

“Milan” evində darmadağın oldu

12 April 2026 at 00:22

İtaliya A Seriyasının 32-ci turunda “Milan” doğma meydanda “Udineze”ni qəbul edib.

Futbolpress.az xəbər verir ki, qarşılaşma qonaqların 0:3 hesablı gözlənilməz qələbəsi ilə başa çatıb.

“Udineze”nin qazandığı bu tarixi qələbədə əsas pay sahiblərindən biri mövsümün əvvəlində “Qalatasaray”dan icarəyə götürülən Nikolo Zaniolo olub.

İtalyan ulduz matç boyu sərgilədiyi oyun və etdiyi 2 məhsuldar ötürmə ilə matçın qəhrəmanına çevrilib. Qonaqların qollarına Artur Atta (27′, 71′) və Yurgen Ekkelenkamp (37′) imza atıb.

Ardıcıl ikinci məğlubiyyətini alan “Milan” 63 xalda qalıb. Bir oyun artıq keçirməsinə baxmayaraq, “rossoneri” lider “İnter”dən artıq 9 xal geridədir. “Udineze” isə bu qələbə ilə xallarını 43-ə çatdıraraq 10-cu pilləyə yüksəlib.

 

“Liverpul” 3 oyun sonra 3 xala qovuşdu

12 April 2026 at 00:04

İngiltərə Premyer Liqasının 32-ci turunda “Liverpul” doğma “Enfild” stadionunda “Fulhem”i qəbul edib.

Futbolpress.az xəbər verir ki, üç həftəlik qələbə həsrətinə son qoyan “mersisaydlılar” meydanı 2:0 hesablı qələbə ilə tərk ediblər.

Meydan sahiblərinə qələbəni gətirən qollar matçın ilk hissəsində vurulub. 36-cı dəqiqədə gənc istedad Rio Nqumoha hesabı açıb, cəmi 4 dəqiqə sonra isə komandanın lideri Məhəmməd Salah fərqi ikiyə çatdırıb.

Bu qələbə sayəsində xallarını 52-yə çatdıran “Liverpul” turnir cədvəlində 5-ci pillədəki yerini qoruyub və Çempionlar Liqasına vəsiqə şanslarını davam etdirib. “Fulhem” isə 44 xalla orta sıralarda qalıb.

Gələn həftə “Liverpul” səfərdə əzəli rəqibi “Everton”un qonağı olacaq. “Fulhem” isə “Brentford”la qarşılaşacaq.

Dövlət qurumları arasında nərd yarışı keçirildi

11 April 2026 at 23:54

Aprelin 11-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə 43 əməkdaş (32 kişi və 11 qadın) iştirak edib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, qadınlar arasında Lətifə Məmmədova (Medianın İnkişafı Agentliyi) yarışın qalibi olub. İlahə Ələkbərova (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ikinci, Aysel Səfərova (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) üçüncü yerə layiq görülüblər.

Kişilər arasında Teyyub Məmmədov (Ali Məhkəmə) birinci olub. Bəhruz Quliyev (“AzerGold” QSC) yarışı ikinci, Coşqun Mütəllimov (Ali Məhkəmə) isə üçüncü pillədə başa vurublar.

Derbidə “Barselona” şousu: Yamal tarixə düşdü

11 April 2026 at 23:36

İspaniya La Liqasının 31-ci turunda baş tutan Kataloniya derbisində “Barselona” doğma “Kamp Nou”da “Espanyol”u qəbul edib.

Futbolpress.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

“Barselona”ya qələbə qazandıran qolları Ferran Torres (9′, 25′), Lamin Yamal (87′) və Markus Reşford (89′) öz aktivinə yazdırıb. Xüsusilə ilk iki qolda Lamin Yamalın verdiyi məhsuldar ötürmələr diqqət çəkib. “Espanyol”un yeganə qoluna isə 56-cı dəqiqədə Pol Lozano imza atıb.

Bu matç 18 yaşlı Lamin Yamal üçün əlamətdar olub. İstedadlı ulduz La Liqada 100 oyuna çıxan ən gənc futbolçu kimi tarixə düşüb. Qeyd edək ki, Yamal cari mövsümdə liqada çıxdığı 27 matçda 15 qol və 11 asistlik performans sərgiləyib.

Əzəli rəqibi “Real Madrid”in xal itirdiyi həftədə qələbə qazanan “Barselona” xallarının sayını 79-a yüksəldib. Çempionatın bitməsinə 7 tur qalmış liderlə ikinci yer arasındakı xal fərqi 9-a çatıb. Derbidə uduzan “Espanyol” isə 38 xalda qalıb.

Gələn həftə “Barselona” “Selta Viqo”nu sınağa çəkəcək, “Espanyol” isə “Rayo Valyekano”nun qonağı olacaq.

“Bavariya” 54 illik rekordunu yenilədi

11 April 2026 at 23:22

Almaniya Bundesliqasının 29-cu turunda səfərdə “Sankt-Pauli”nin qonağı olan “Bavariya” rəqibini darmadağın edərək həm çempionluğa bir addım da yaxınlaşıb, həm də tarixi rekorda imza atıb.

Futbolpress.az xəbər verir ki, matç boyu üstünlüyü əldən verməyən Münhen təmsilçisi rəqib qapısından düz 5 top keçirib.

Qolları Camal Musiala (9′), Leon Qoretska (53′), Maykl Olise (54′), Nikolas Cekson (65′) və Rafael Qerreyro (88′) öz aktivinə yazdırıb.

Belçikalı mütəxəssis Vensan Kompaninin rəhbərlik etdiyi komanda bu matçda vurduğu qollarla cari mövsüm Bundesliqada ümumi qol sayını 105-ə çatdırıb. Bununla da “Bavariya” 1971/1972 mövsümündə müəyyən etdiyi 101 qolluq tarixi klub rekordunu qırmağı başarıb.

Bu qələbə ilə xallarının sayını 76-ya yüksəldən münhenlilər liderliyi inamla davam etdirir. Çempionatın bitməsinə 5 tur qalmış onlar ən yaxın izləyiciləri “Borussiya Dortmund”u 12 xal qabaqlayırlar.

Yesterday — 11 April 2026Main stream

Yuri Vernidub: “Bütün oyunlar bizim üçün kubok finalı kimi olacaq”

11 April 2026 at 23:07

Misli Premyer Liqasının XXVII turu çərçivəsində “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb:

– Göstərdiyiniz oyunun hissələr arasında bu qədər fərqlənməsinin əsas səbəbi nədir?

– Birinci hissə həqiqətən gözəl performans sərgilədik. Ən azı 6-7 real qol şansını qaçırdıq. İkinci hissədə də 60-cı dəqiqəyə qədər yaxşı oynadıq, hətta ikinci qolu vurduq. Düşünürəm ki, ondan sonra əsas rolu psixologiya oynadı. İlk bir saat ərzində rəqib cəmi bir dəfə qola yaxın oldu ki, onda da qapıçımız inamlı oynadı. Futboldur, belə şeylər olur. Biz daha çox işləməliyik, fiziki hazırlıqları artırmalıyıq. Sevinirəm ki, kapitanımız geri qayıtdı, çünki o bizim üçün açar fiqurdur.

– Artıq avrokubok zonasının astanasındasınız. Öz üzərinizdə əlavə təzyiq hiss edirsiniz?

– Mən təzyiq hiss etmirəm, amma görürəm ki, dərəcə getdikcə artır. Əsas odur, oyunçular bunu başa düşüb, dərəcəni saxlasınlar. Bundan sonrakı bütün oyunlar bizim üçün kubok finalı kimi olacaq. Xallar qazanmalı, irəliləməliyik. Qarşıda “Zirə” və “Qarabağ” kimi çətin rəqiblər var. Bu oyunlardan çox şey asılı olacaq.

– Cənab Vernidub gəldikdən sonra çempionatda Abubakar start heyətində yer almayıb, daha çox sonradan meydana daxil olur. Deyə bilərikmi, yeni mövsüm üçün cənab Vernidubun siyahısında bu futbolçu yoxdur?

– Mətbuatı oxuyanda bəzən gülümsəyirəm, çünki elə şeylər olur ki, mən onlar haqqında ümumiyyətlə, heç nə deməmişəm, demək də istəmirəm. Abubakar “Neftçi”nin üzvüdür. Gözəl bilirsiniz ki, onun zədəsi olmuşdu. Üç həftə ərzində məşqlərə qatılmadı, müalicə aldı. Həftənin beş günü məşq etməklə əvvəlki fiziki vəziyyəti qaytarmaq mümkün deyil. Eyni sözlər Sambuya da aiddir. O artıq fərdi məşqlərə başlayıb. Onun bərpası üçün ən azı iki-üç həftə lazımdır. Ola bilər ki, “Qarabağ”la ikinci oyuna hazır olsun, amma buna şübhəylə yanaşıram. Eyni məsələ Ştoqrinə də aiddir.

– Sambu da qayıdandan sonra “Neftçi” 9 nömrəsiz oynaya bilərmi? Çünki belə komanda hücumda daha yaxşı görünür.

– Belə edək, gözləyək görək o nə vaxt qayıdır. Ondan sonra oturub düşünüb, təhlil edərik.

– Cənab Vernidub mətbuatdan danışdı. Ukrayna mətbuatında millinin baş məşqçi postuna namizədlərdən biri kimi o göstərilir. Bununla bağlı nə deyə bilər, yoxsa gələcək planlarında ancaq “Neftçi” var?

– Son ay ərzində mən Ukraynadan heç bir təmsilçi ilə danışmamışam, nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur.

Adil Nəhmətli

“Araz-Naxçıvanın” məşqçisi: “Oyuna final kimi yanaşırdıq”

11 April 2026 at 22:38

Misli Premyer Liqasının XXVII turu çərçivəsində “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların məşqçisi Vadar Nuriyev oyunla bağlı təəssüratlarını bölüşüb:

– Oyuna yaxşı hazırlaşmışdıq, final kimi yanaşırdıq, qələbə qazanmaq istəyirdik. Birinci hissədə “Neftçi” yaxşı oynadı, ikinci hissədə biz. Əvəzetmələrdən sonra vəziyyəti düzəltdik, qol da vurduq. Cinah oyunçularımız olmadığı üçün məcburi mövqe dəyişikliyinə getmişdik. Öz mövqeyində oynamayan futbolçular üçün matç çətin alındı. Ümumilikdə komandadan ikinci hissədə razı qaldıq.

– Dediniz ki, qarşılaşmaya final kimi baxırdıq, bu məğlubiyyətlə qatarın getdiyini demək olar?

– Deməzdim. Qarşıda hələ altı oyun var. Hələ ki avrokuboklardan tam qopduğumuzu demək olmaz.

– İlk hissədə “Araz-Naxçıvan” çox zəif oyun göstərdi, hətta deyə bilərik ki, bəxtiniz gətirməsəydi, hesab daha böyük ola bilərdi…

– Cinah oyunçularımız öz mövqelərində oynamırdılar. Bu vəziyyətin yaranacağını ehtimal etmirdik, amma oldu. Əsas futbolçularımız zədəlidir, məsələn, Bruno olsaydı, tam fərqli futbol oynayacaqdıq.

– Amma Slavik Alxasov var idi, sonradan meydana daxil oldu, Paronun da bu mövqedə ilk oyunu deyildi, “Karvan-Yevlax”la görüşdə sağ cinah müdafiəçisi kimi çıxış etmişdi.

– “Karvan-Yevlax”la “Neftçi”ni bir hesab etməyək, onların daha keyfiyyətli futbolçuları var.

Adil Nəhmətli

“Kəpəz”in əvəzedicilərindən 4 qollu qələbə

11 April 2026 at 21:48

Əvəzedicilər Liqasında XXIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün bir oyun baş tutub.

“Kəpəz-2” “Araz-Naxçıvan-2” ilə qarşılaşıb. Matç gəncəlilərin qələbəsiylə başa çatıb – 4:1.

Turun dünən keçirilən oyununda “Zirə-2” “Şamaxı-2”yə qalib gəlib – 8:1.

Əvəzedicilər Liqası
XXIII tur

11 aprel

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 4:1
Qollar:
Şahnur İsmayılov, 6. Elxan Məmmədov, 61. Əli Səmədov, 76. Sənan Əliyev, 90+1 – Səbuhi Məmmədov, 83.

Dambrauskas: “Kiminsə köməyinə ehtiyacımız yoxdur”

11 April 2026 at 20:25

Misli Premyer Liqasının XXVII turunun “Sabah” – “Zirə” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Həqiqətən, çox yaxşı oyun alındı. Azarkeşlər üçün də maraqlı idi. İlk dəqiqədən etibarən sadəcə qalib gəlmək üçün mübarizə apardıq. Üç xalı qazanmaq istəyirdik. Oyun prinsiplərimizə sadiq qaldıq, topa çox nəzarət etdik, hücumlar qurduq. “Zirə”ni də təbrik edirəm. Bura bir xal üçün gəlmişdilər və bunu da əldə etdilər. Onları da təbrik edirəm. Ardıcıl üç oyundur, hesabda geri düşürük və sonra oyunu bərabərləşdiririk. İkinci hissədə çoxlu qol şanslarımız oldu. Sanki əlavə 3-4 dəqiqə də olsaydı, qol vuracaqdıq. Bizim günümüz deyildi. Bu matçı unutmalı və bərpa məşqinə köklənməliyik.

– “Qarabağ”ın xal itirməsi bugünkü oyuna nə dərəcə təsir etdi?
– Bu haqda düşünmürəm. Bu gün meydanda dominant tərəf biz idik. Səhvlərimizə görə qollar buraxdıq. Dərindən təhlillər etməliyik. Rəqib ilk hissədə iki hücuma iki qol vurdu. Nə üçün belə sadə qollar buraxırıq, bilmirəm. Təhlil edəcəyik. Digər komandaların nəticələrinə baxmırıq. Kiminsə köməyinə ehtiyacımız yoxdur. Öz oyunumuza və nəticələrimizə baxırıq.

– Şamaxıdakı nəticə futbolçuları psixoloji cəhətdən rahatlaşdırmadı?
– Nə üçün belə düşünürsünüz? Bu gün yaxşı oynadıq, dominant olduq. Bilmirəm, oyuna baxmısınız, ya yox… son dəqiqələrdə mərkəz müdafiəçilərimiz də hücumda idi. Qol vurmağı düşünürdük. Futbolda üç nəticə var: bərabərlik, heç-heçə, məğlubiyyət. Bu gün heç-heçə oldu. İndi bunu unudub, növbəti oyuna hazırlaşmalıyıq.

Şahin Cəfərov

“Sabah”a qarşı qazanılan hər xal dəyərlidir” – Sadıqov

11 April 2026 at 20:14

Misli Premyer Liqasının XXVII turunun “Sabah” – “Zirə” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Oyun bizim üçün həyəcanlı başladı. Rəqib böyük təzyiq göstərirdi. İrəli çıxanda top itirdik və qol buraxdıq. Sonrakı 10 dəqiqədə də pressinq etdilər. Lakin fasiləyə qədər geridönüş edə bildik. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxdıq. Bundan sonra qol vurmağa çalışdıq, futbolçular xarakter göstərdilər. Oyunun son dəqiqələrində müdafiəmiz etibarlı oynadı və bir xal qazandıq. “Sabah”a qarşı qazanılan hər xal dəyərlidir. Düşünürəm ki, bu nəticə bizim üçün faydalı olacaq.

– İlk hissənin əvvəlində fəal idiniz…
– Bu komanda ilə əvvəlki oyunda 27 dəqiqəyə 3 qol buraxmışdıq. Bu gün də 15-ci dəqiqədə qol buraxanda çalışdım ki, futbolçuları toparlayım, dağılmasınlar.

– Liderlə oyunda xal qazandınız. Bu gün həm də “Qarabağ”a kömək oldunuz. Qarşıdan “Neftçi” ilə oyun gəlir. Həmin görüşü həlledici saymaq olar?
– “Sabah” möhtəşəm oynayır. Qazandığımız xal çox önəmlidir. İki xal “Qarabağ”dan, bir xal “Sabah”dan götürmüşük. Bunlar çox mühümdür. Ötən turda son dəqiqə qolu ilə qələbədən olmuşduq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdu. Narahatlığım o idi ki, birdən bu məyusluq “Sabah”la da oyuna təsir edər. Qarşıda “Neftçi” və “Turan Tovuz”la oyunlarımız var. Ciddi matçlar olacaq. Başa düşürük ki, bu oyunlarda bizi nələr gözləyir.

– İssa Cibrilla və Ayron Qomis sanki meydandan çıxanda narazı idi. 
– Onları əvəzetmək istəmirdim. Qomis zədədən qayıdıb. Bir epizodda ayağını tutdu, həm də sarı vərəqəsi var idi. İssa bir məhsuldar ötürmə etdi, penalti qazandı. Çox məhsuldar oynadı. O da zədədən yeni qayıdıb. Gələcəyi düşünərək bu addımı atdım.

– Mövsümün sonuna az qalıb. İzlədiyiniz oyunçu var?
– Xeyr. Hələki bütün diqqətimiz çempionatdadır. Mövsümün sonunda rəhbərliklə danışacağıq. Hələ tələsmirik.

Şahin Cəfərov

De Yonq sevinci

11 April 2026 at 19:49

“Barselona”nın futbolçusu Frenki de Yonq zədəsini sağaldıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi komanda ilə məşqlərə qoşulub. O, La Liqada XXX tur çərçivəsində “Espanyol”la matçda meydana çıxa bilər.

Bu gün keçiriləcək görüşə saat 20:30-da start veriləcək.

“Neftçi” – “Araz-Naxçıvan”: heyətlər

11 April 2026 at 19:23

“Neftçi” Misli Premyer Liqasının XXVII turunda bu gün “Araz-Naxçıvan”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 20:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 27. Kristian Kostin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala
Ehtiyat oyunçular: 12. Kristian Avram 5. Slavik Alxasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 16. Ramon Maçado 70. Şarl Boli 19. Bar Kohen
Məşqçi: Vadar Nuriyev

 

U-20-nin heyəti açıqlandı – siyahı

11 April 2026 at 19:06

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası aprelin 13-dən 26-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcək.

Futbolpress.az xəbər verir ki, yığmaya 24 oyunçu çağırılıb.

N.
Ad/ Soyad
Klub
1
Həbib Hüşənov
Qəbələ
2
Bilal Hacıyev
Qarabağ
3
Rauf Əyyubov
Sabah
4
 Uğur Qurbanlı
Qarabağ
5
Tuncay Əhmədov
Sabah
6
Səttar Tahirzadə
Marcet (İspaniya)
7
Murad Qurbanov
Zirə
8
Həzrət Səmədov
Sabah
9
Rəşad Alışov
Qarabağ
10
Əhməd Tarverdiyev
Sabah
11
Eltun Babazadə
Qarabağ
12
Ziya Şəkərxanov
Qəbələ
13
Şahin İbrahimov
Sabah
14
Əliəkbər Rzazadə
Qarabağ
15
Musa Mustafayev
Zirə
16
Abduləziz Cabbarlı
Qarabağ
17
Mehdi Mütəllimli
Qarabağ
18
Anar Hüseynov
Sabah
19
Əli Qazibəyov
Qarabağ
20
Əli Bəşirov
Qarabağ
21
Hikmət Cəbrayılzadə
Qarabağ
22
Şahismayıl Cəfərov
Qarabağ
23
Nihad Orucəli
Sumqayıt
24
Toğrul Tapdıqlı
Sabah

Ayxan Abbasov: “İlk dəfədir ki, çalışdığım klubdan rahat gedirəm”

11 April 2026 at 18:41

Misli Premyer Liqasının XXVII turu çərçivəsində “Şamaxı” “Qarabağ”ı qonaq edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov mətbuata açıqlama verib.

Mütəxəssis nəticəni belə şərh edib:

– Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bilirik ki, çempionatın sonuna doğru “Qarabağ” hər oyuna final kimi yanaşır. Oyuna hazırlaşmağa vaxtımız az idi, çox yorulmuşduq, meydana itkilərlə çıxmışdıq. Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Hər xal bizim üçün vacibdir. Sona qədər bu tempi saxlamaq vacibdir.

– Bu gün komandanın əsas qol silahı Rossi yox idi. Bu sizə nə dərəcədə təsir göstərdi? 

– İstənilən futbolçumuzun yoxluğunu itki hesab edirəm, amma təbii ki, aparıcı oyunçuların olmaması daha böyük itkidir və komandaya təsir edir.

– Komandanız bu oyun da, keçən tur da çox əzmkar mübarizə nümayiş etdirdi. Bu əzmkarlıq rəqibin adına görədir, yoxsa ümumi oyun üslubunuz belədir? 

– Mövsümün əvvəlindən bilirdik ki, əzmkarlığımız az olsa, liqada qalmaqda çətinlik çəkə bilərik. İlboyu bu tempi saxlamaq da çətindir, amma ilk turdan bu günə kimi futbolçular maksimum çalışırlar. Oyunçuların inkişafı göz önündədir, bu gün Orucu xüsusən bəyəndim.

– Qazanılan nəticələrdə taktiki biliyiniz əsas rol oynayır, yoxsa verdiyiniz motivasiya? 

– Bu gün “Qarabağ”a görə məcburi fərqli taktika ilə oynadıq. Sevindirici haldır ki, futbolçular dəyişikliklərə tez adaptasiya olur. Təbii ki, komanda ruhu da çox vacibdir.

– Əsas qapıçınız cəza səbəbilə növbəti tur olmayacaq. Bu sizi qayğılandırır? 

– Rikardo bu gün Azərbaycan çempionatında ən yaxşı qapıçılardandı. Amma bir tərəfdən də Abdullaya şans verə biləcəyimə görə sevinirəm. Ümumən qarşıdakı turlarda hər kəsə şans verəcəm. Əsas heyətdə debüt etməyi gözləyənlər var.

– Mövsümün sonunda Şərqi Avropadan yeni məşqçi gətiriləcəyi ilə bağlı söhbətlər var. Hətta deyilənə görə, danışıqlar gedir, bununla bağlı nə deyə bilərsiniz? 

– “Şamaxı” mənim üçün doğmadır. İstəyərdim ki, burada davam edim, amma maddi cəhətdən də komanda möhkəmlənməlidir. İki ildir çox çətinliklər olsa da, çalışmışıq ki, öhdəsindən gələk. Məncə, klub doğru yoldadır, düzgün qərarlar verilməlidir. İlk dəfədir ki, çalışdığım klubdan rahat gedirəm.

Qurban Qurbanov: “Həmişə hər şey istədiyimiz kimi olmur”

11 April 2026 at 18:17

Misli Premyer Liqasının XXVII turunun “Şamaxı” – “Qarabağ” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçulara və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilmədiyimizə baxmayaraq, sona qədər yaxşı mübarizə izlədik. Belə hallar olur, edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara baxmalıyıq. Rəqibi təbrik edirəm.

– Çempionluq yolunda vacib iki xal itirdiniz, bu, komandaya necə təsir edəcək?
– Artıq kifayət qədər təsirlənmişik. “Sabah” kimi rəqiblə 10 xallıq fərq az deyil. Qarşıdakı oyunlara daha pozitiv yanaşmalıyıq.

– Sözlərinizdən belə başa düşüldü ki, bundan sonra titul qazanmaq üçün əsas diqqəti kuboka yönəldəcəksiniz.
– Xeyr, çempionatda da hələ maraqlı oyunlarımız var. Qarşıdan “Sabah” və “Neftçi” ilə görüşlər gəlir. Alınmayan mövsümlər də olur. İstənilən halda, sona qədər azarkeşlərimizə yaxşı futbol göstərməliyik.

– Növbəti mövsüm üçün komandada köklü dəyişikliklər gözlənilirmi?
– Həmişə hər şey istədiyimiz kimi olmur, amma müəyyən dəyişikliklər etmək istəyərdik. Yeni futbolçulara, heyəti gücləndirməyə ehtiyac var.

– İndiyə qədər qazanılan uğurlu nəticələrin, gələn təkliflərin futbolçuların düşüncəsinə nə qədər təsiri olub?
– Əlbəttə ki, təsir olub. İstənilən halda, uğurlu mövsüm keçirmişik. Heyətin böyük hissəsinə müxtəlif təkliflər gəlib, amma heyətə yeni qoşulan oyunçulara bunun təsir etməsi bizim üçün mənfi nüansdır.

Adil Nəhmətli

“Sabah” – “Zirə” görüşünün heyətləri bəlli oldu

11 April 2026 at 18:03

“Sabah” Misli Premyer Liqasının 27-ci turu çərçivəsində “Bank Respublika Arena”da “Zirə”ni qəbul edir. 

Futbolpress.az xəbər verir ki, komandalar saat 18:00-da start götürəcək matçda meydana bu heyətlərlə çıxacaqlar:

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 7. Umarali Raxmonaliyev

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 19. Aron Maluda

Baş məşqçi: Valdas Dambrauskas

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins

Baş məşqçi: Rəşad Sadıqov

Mahir qələbəni kənardan izlədi

11 April 2026 at 17:29

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Herta” ilə qarşılaşıb. Görüş Berlin təmsilçisinin qələbəsiylə başa çatıb – 1:0.

Mahir oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Kayzerslautern” 29 turdan sonra 46 xalla 7-ci sıradadır.

Robertson “Tottenhem”ə şərt qoydu

11 April 2026 at 17:15

​”Liverpul”dan ayrılmağa hazırlaşan Endryu Robertsonun yeni klubu böyük ölçüdə bəlli olub.

Futbolpress.az xəbər verir ki, şotlandiyalı ulduz karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə çox yaxındır.

​Məşhur idman jurnalisti Fabrizio Romanonun yaydığı məlumatına görə, təcrübəli sol cinah müdafiəçisi “Tottenhem” ilə şifahi razılıq əldə edib. O, 2026-cı ilin iyul ayından etibarən London təmsilçisinə qoşulmağa hazırdır.

“Liverpul”u azad agent kimi tərk edəcək Robertsona bir çox fərqli klubdan təkliflər gəlsə də, İngiltərədə qalmaq faktoru bu qərarda həlledici rol oynayıb. Lakin tərəflər arasında hələlik rəsmi heç bir sənəd imzalanmayıb.

Keçidin tam rəsmiləşməsi üçün əsas şərt “Tottenhem”in Premyer Liqada yerini qorumasıdır. Əgər London klubu aşağı liqaya düşməkdən xilas olarsa, Robertson onlara qoşulacaq.

Kukseviç: “Özümüz rəqibə daha çox kömək etmiş oluruq”

11 April 2026 at 16:54

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç bu gün Gürcüstan millisinə məğlubiyyətdən sonra (2:5) fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunçularının gözlənilməz səhvlərə yol verdiklərini deyib:

“Bu gün fərdi olaraq çox səhvlərə yol verdik. Səhvlərimizdən rəqib maksimum istifadə etdi və psixoloji baxımdan üstünlük qazandı. Xüsusilə də təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara. Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi. Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq”.

Hakan İnzaqi və Kivunu müqayisə etdi

11 April 2026 at 16:36

İtaliya A Seriyasında çempionluğa doğru addımlayan “İnter”in türkiyəli ulduzu Hakan Çalhanoğlu “La Repubblica” nəşrinə maraqlı müsahibə verib.

Futbolpress.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi həm Çempionlar Liqası arzusundan, həm də karyerasını bitirdikdən sonrakı planlarından danışıb.

Sabiq baş məşqçisi Simone İnzaqi və hazırkı çalışdırıcısı Kristian Kivu barədə danışan Hakan fərqli yanaşmaları qeyd edib:

​”Simone ilə möhtəşəm münasibətimiz var idi. O, məni komandada görməyi ürəkdən istəyirdi. Kivu isə oyunçularla daha çox empatiya qurur və onlara daha yaxındır. O, sənin meydandan kənarda necə yaşamağınla da yaxından maraqlanır”.

Ulduz futbolçu ən böyük arzusunun “İnter”lə kuboklar qazanmaq olduğunu gizlətməyib:

“İki Çempionlar Liqası finalını uduzduqdan sonra əsas məqsədim bu turniri qazanmaqdır. Həmçinin, milli komanda ilə Dünya Çempionatı matçlarımız var”.

Hakan futboldan sonra hansı sahəyə yönələcəyinə artıq qərar verib:

“Məşqçilikdən çox, idarəçilik sahəsində olmaq istəyirəm. İdman direktoru, federasiya rəsmisi və ya menecer ola bilərəm. Artıq indidən bunun üçün oxuyur və hazırlaşıram”.

Futzal millimiz növbəti dəfə Gürcüstana uduzdu

11 April 2026 at 16:12

Futzal üzrə Azərbaycan millisi növbəti dəfə yoldaşlıq görüşündə Gürcüstanla qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, komandamız meydan sahiblərinə yenə uduzub.

5:2 hesabı ilə başa çatan görüş Tbilisi şəhərindəki İdman Sarayında keçirilib.

Ayın 13-ü və 15-də yığma Aktauda Qazaxıstanla yoldaşlıq matçları keçirəcək.

İdmançımız MMA turnirində qələbə qazandı

11 April 2026 at 15:45

Azərbaycanlı idmançı Əli Quliyev İsveçin Vasteros şəhərində keçirilən MMA üzrə “Fight Club Rush” turnirində qələbə qazanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

66 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz braziliyalı Fabrisio Nunesi məğlub edib.

Keçmiş qapıçı: “Ronaldo DÇ-də komandasına zərər verə bilər”

11 April 2026 at 15:30

​”Liverpul” və “Tottenhem”in sabiq qapıçısı Bred Fridel Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun 2026-cı il Dünya Çempionatında iştirak etmək qərarını tənqid edib.

Futbolpress.az xəbər verir ki, amerikalı qolkiper bu barədə Portuqaliyanın “Apula” qəzetinə açıqlama verib.

O, Ronaldonun fiziki cəhətdən yaxşı görünməsinə baxmayaraq, kollektiv oyuna mənfi təsir edəcəyini bildirib:

​”Bütün oyunçular bir gün təqaüdə çıxmalıdır, bu qaçılmazdır. Ronaldo hələ də əla fizikaya sahibdir, lakin oyun stili artıq əvvəlki kimi deyil. Elə bir an gəlir ki, oyunçu komandanın ümumi performansına xeyirdən çox zərər verə bilər”.

Fridel, Ronaldonun əzəli rəqibi Lionel Messinin əksinə, 2026-cı il mundialında iştirakının Portuqaliya üçün problem yaradacağını düşünür.

​Bu il ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatında Portuqaliya 11-ci qrupda Demokratik Konqo, Özbəkistan və Kolumbiya ilə mübarizə aparacaq.

Qayıtmaq istədi, “Malyorka” icazə vermədi

11 April 2026 at 15:15

​”Fənərbaxça”nın keçmiş ulduzu Vedat Muriqi yenidən İstanbul nəhənginə qayıtmağa çox yaxındır.

Futbolpress.az xəbər verir ki, Kosovalı hücumçu qış transfer pəncərəsində baş tutmayan keçidin pərdəarxası məqamlarını açıqlayıb.

İspaniya La Liqasında çıxış edən təcrübəli futbolçu yanvar ayında “Fənərbaxça”ya qayıtmaq ehtimalının olduğunu təsdiqləyib:

​”Yanvarda “Fənərbaxça”ya getmək imkanım var idi. Lakin komandamız elitada qalmaq uğrunda mübarizə apardığı üçün klub rəhbərliyi gedişimə icazə vermədi”.

Qışda Con Duran, Yusif En-Nesiri və Cenk Tosun kimi hücumçularla yollarını ayıran, hazırda isə forvard mövqeyində alternatifsiz qalan “sarı-lacivərdlilər” yay üçün hərəkətə keçib. İstanbul təmsilçisinin ilk rəsmi gedişinin məhz Vedat Muriqi olacağı gözlənilir.

​Artıq “Fənərbaxça” rəhbərliyi köhnə qolçusunu geri qaytarmaq üçün hazırlıqlara başlayıb və bu dəfə transferin müsbət yekunlaşacağı gözlənilir.

Azərbaycan tennisçiləri Türkiyə klubundan dəvət aldı

11 April 2026 at 15:00

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasında çıxışlarını davam etdirirlər.

Futbolpress.az xəbər verir ki, seçmə komandanın üzvləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova növbəti dəfə “Masader Spor Klubu” tərəfindən dəvət alıb. İdmançılarımız yarışın ikinci turunun oyunlarında sözügedən komandanın uğurları üçün çalışacaqlar.

Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır. “Masader Spor Klubu” bu mövsüm də mükafatlar uğrunda mübarizə aparmaqdadır.

Stolüstü tennisçilərimizin Türkiyə Super Liqasında çıxışına gəldikdə isə, ASTF-nin bu təklifi müsbət qarşılaması, idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

“Şamaxı” – “Qarabağ”: heyətlər bilindi

11 April 2026 at 14:31

“Qarabağ” Misli Premyer Liqasının XXVII turunda bu gün “Şamaxı”nın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 15:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 88. Rodriqo Fernandeş 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ”: 99. Mateus Koxalski 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

 

“Problemlərdən, infrastrukturdan, görüləcək işlərdən danışdıq”

11 April 2026 at 14:22

Bir neçə gün əvvəl Bakı Futbol Federasiyasında BFF-nin prezidenti Tahir Süleymanovla Qərb Regional Futbol Federasiyasının rəhbəri Nadir Nəbiyevlə işgüzar görüş keçirilib. Məqsəd İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq futbolun gələcəyi naminə regionlarda görüləsi işlər barədə fikir mübadiləsi aparmaq olub. 

Nəbiyevlə mövzu ətrafında danışdıq:

“Qərb Regionlar Futbol Federasiyasına rəhbərlik etdiyim dönəmdə ilk dəfə belə görüş keçirildi. Təşkilatçı Regional Futbol Federasiyası idi. Zəng gəldi və görüşün vaxtını, məkanını söylədilər, iştirak etdik. İşgüzar görüş idi. Burda regionlarda olan problemlərdən, infrastrukturdan, görüləcək işlərdən danışdıq. Detalları açıqlamaq istəmirəm. Hər kəsin bildiyi məsələlər, başda da bölgələrdə uşaq futbolu problemləri müzakirə olundu. Regionlarda futbol infrastrukturu problemi AFFA-nın yeni inkişaf strategiyasında da əksini tapıb və bu istiqamətdə görüləcək işlərdən danışdıq”.

Veteran futbolçu ötən ay I Liqada çempionluq mübarizəsi aparan “Şəfa”da akademiyaya koordinator təyin edilib. Mütəxəssis yeni işindən və planlarından söz açdı:

“Şəfa” Premyer Liqa yolunda böyük addım atıb. Düzdür, hələ rəsmiləşən nəsə yoxdur, amma elitaya qalxmağa əsas namizəd klubdur. İndidən çalışırıq ki, Premyer Liqa üçün lisenziya tələblərini qarşılaya bilək. İşlərin 70-80 faizi hazırdır. Akademiyanın məskunlaşacağı yer hələlik dəqiqləşməyib. İndiki məqamda 4 yaş qrupu üzrə komanda var və onlar “ASK Arena”da hazırlıq keçir. Lakin Premyer Liqa üçün komanda sayı artırılmalıdır və gələcəkdə həmin arenada çətinlik yaşaya bilərik. Rəhbərlik də bu istiqamətdə işlər görməkdədir”.

Nəbiyev akademiyada daha 6 yaş qrupu üzrə komanda formalaşdırmaq planlarının olduğunu dedi:

“Qarşıda vaxt azdır. Seleksiya işlərinə başlayacağıq. Bunun üçün aşağı yaş liqalarında mövsümün bitməsini gözləyirik. 4 komandamız var və əlavə 6 kollektiv formalaşdırmağı nəzərdə tutmuşuq. İndi akademiyada 4 komanda üçün bütün şərait var. Lakin say artımı həm yeni oyunçulara, həm də məşqçilərə ehtiyacın olduğunu göstərir. İşlərimizi davam etdiririk. İnşallah, elitaya vəsiqə qazanaq, hər biri qaydasına düşəcək. Ümumi götürəndə işlərin 70-80 faizi demək olar, hazırdır”.  

Şahin Cəfərov

İngiltərəli hücumçu “Çelsi”dən ayrıla bilər

11 April 2026 at 13:49

Hücumçu Liam Delap mövsümün sonunda “Çelsi”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, forvard oyun praktikasının azlığından narazıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.  Delap yayda təklifləri dəyərləndirəcək.

23 yaşlı futbolçu bu mövsüm 33 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

FIFA İranın tələbəni rədd etdi

11 April 2026 at 13:26

FIFA İran millisinin dünya çempionatındakı oyunlarını Meksikaya keçirməyəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb. Meksika prezidenti Klaudiya Şeynbaum ali futbol qurumunun artıq rəsmi qərarını verdiyini deyib:

“FIFA rəsmi olaraq bildirdi ki, İran yığmasının oyunu Meksikada olmayacaq. Bu, yekun fikirdir”.

İran yığması daha əvvəl mundialdakı oyunları Meksikada keçirmək istədiyini bildirmişdi.

İyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. İran yığmasının mundialda iştirakı hələ dəqiqləşməyib.

Sabiq “Qalatasaray”lı “butslarını asdı”

11 April 2026 at 12:42

“Qalatasaray”ın sabiq futbolçusu Fernando Reges karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə braziliyalı yarımmüdafiəçi özü açıqlama verib.

Son klubu “Porİnternasional” olan Fernando “Mançester Siti”, “Qalaasaray”, “Quba” kimi klublarda çıxış edib.

 

Millinin gürcülərlə ikinci dueli

11 April 2026 at 12:20

Tbilisidə təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisi bu gün ikinci yoldaşlıq oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, futzalçılarımız saat 14:00-da Gürcüstan yığması ilə qarşılaşacaq. Bu komandalar arasında 2 gün əvvəl keçirilmiş görüşdə meydan sahibləri 4:2 hesabı ilə qalib gəlib.

Yoldaşlıq oyunu

11 aprel

14:00 Gürcüstan – Azərbaycan
Tbilisi arena

 

 

İcraiyyə Komitəsinin iclası keçirildi

11 April 2026 at 11:48

Aprelin 10-da Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin 2026-cı ildə ilk iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Gəncənin ilk dəfə ev sahibliyi etdiyi 8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib. AŞF rəhbəri fərqlənən yeniyetmələrin məşqçilər tərəfindən nəzarətə götürüləcəyini qeyd edib.

Ötən ilin Beynəlxalq Şahmat Federasiyası – FIDE tərəfindən “Sosial şahmat ili” elan olunduğu xatırlanıb. Bu səbəbdən FIDE 2025-ci ildə bütün dünya üzrə şahmatın sosial layihələrə cəlb olunmasına diqqəti artırıb. Beynəlxalq Şahmat Federasiyası 2025-ci ildə Azərbaycanda şahmata həsr olunan sosial layihələri yüksək qiymətləndirərək Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü, tanınmış şahmatçı Aynur Sofiyevanı xüsusi hazırlanan xatirə medalı ilə təltif edib. İclas zamanı mükafat Aynur Sofiyevaya Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov tərəfindən təqdim olunub.

İki saatdan çox davam edən iclasda Təsnifat Komissiyasının yaradılması və komissiyaya sədrin təyin edilməsi, qurumun saytının və loqosunun yenilənməsi, qadınlardan ibarət milli komandanın hazırlığı, federasiyanın dəstək proqramına dəyişikliklərin olunmasıyla bağlı məsələlər müzakirə olunub.

İclasda uşaq və gənclərdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, layihələr üzrə mütəxəssis Raul Quliyev, qadın şahmatçılardan ibarət komandanın məşqçisi Qədir Hüseynov və “Təhsil” RİM-nin şahmat üzrə baş məşqçisi Cavanşir Bağırovun hesabat və təklifləri dinlənilib.

AŞF rəhbəri Mahir Məmmədov milli komandaların payızda Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlığının federasiyasının diqqətində olduğunu söyləyib. Kişi şahmatçılardan ibarət komandanın olimpiadaya fərdi proqramla hazırlaşması barədə məlumat verilib.

U-20-in toplanışına görə daha bir təxirəsalma qərarı

11 April 2026 at 11:25

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təlim-məşq toplanışı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bununla əlaqədar AFFA-nın bayrağı altında keçirilən Gənclər Liqasında 18-19 aprel və 25-26 aprel tarixlərində baş tutması nəzərdə tutulan II mərhələnin IV və V turunun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.

U-20-nin toplanışına görə Əvəzedicilər Liqasında da 13 aprel tarixindən sonra iki həftəlik fasilə olacaq.

Mahirin komandası Berlin səfərində

11 April 2026 at 11:09

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada bu gün növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Herta” ilə qarşılaşacaq. Berlində baş tutacaq görüşə saat 15:00-da start veriləcək.

“Kayzerslautern” 28 turdan sonra 43 xalla 7-ci sıradadır. “Herta” isə 43 xalla 6-cıdır.

Hansı oyun, hansı kanalda? – TV

11 April 2026 at 10:45

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Rusiya, Premyer Liqa
15:00 Krılya Sovetov – Axmat (Matç Premyer)
17:30 Rubin – Orenburq (Matç Premyer)
20:30 Baltika – Pari NN (Matç Premyer)

Azərbaycan, Premyer Liqa
15:30 Şamaxı – Qarabağ (CBC Sport, İdman TV)
18:00 Sabah – Zirə (CBC Sport)
20:00 Neftçi – Araz-Naxçıvan (CBC Sport)

İngiltərə, Premyer Liqa
15:30 Arsenal – Bornmut (beİN Sports 3)
18:00 Brentford – Everton (İdman TV)
20:30 Liverpul – Fulhem (beİN Sports 3)

İtaliya, A Seriyası
17:00 Torino – Verona (Futbol 1)
20:00 Milan – Udineze (Futbol 1)
22:45 Atalanta – Yuventus (Futbol 1)

Türkiyə, Super Liqa
18:00 Alanyaspor – Trabzonspor (Futbol 3, beİN Sports 1)
21:00 Kayserispor – Fənərbaxça (Futbol 3, beİN Sports 1)

İspaniya, La Liqa
20:30 Barselona – Espanyol (İdman TV)
23:00 Sevilya – Atletiko (İdman TV)

Zubir “Qarabağ”dan ayrılır – yeni klubu bəllidir

11 April 2026 at 10:28

Abdullah Zubir yayda “Qarabağ”ı tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Fransanın “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə 34 yaşlı yarımmüdafiəçinin Qətər təmsilçisi “Əl Şahaniyə” ilə razılaşdığı bildirilir. Tərəflər arasında ilkin müqavilə imzalandığı da qeyd edilib.

Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, “atlılar”la 355 oyunda 77 qol vurub, 94 məhsuldar ötürmə edib.

Alisson üçün İtaliya variantı

11 April 2026 at 10:14

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” braziliyalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Turin klubu 33 yaşlı qapıçıya 3 illik müqavilə təklif etməyə hazırlaşır.

Alissonun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm Premyer Liqada 25 oyuna çıxıb.

Oyuna çıxmayan qapıçı ilə müqavilə uzadıldı

11 April 2026 at 09:45

“Mançester Siti” qapıçısı Markus Bettinelli ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı qolkiperin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.

Bettinelli 2025-ci ildən “Mançester Siti”dədir. O, komanda ilə rəsmi oyuna çıxmayıb.

Arbeloa “fərqləndi”

11 April 2026 at 09:28

“Real” İspaniya La Liqasının XXXI turunda “Jirona” ilə heç-heçə edib – 1:1.

Futbolpress.az xəbər verir ki, “kral klubu” baş məşqçisi Alvaro Arbeloanın rəhbərliyi altında ilk 20 oyununda artıq 24 qol buraxıb. Bu, XXI əsrdə madridlilərin çalışdırıcıları arasındakı ən pis göstəricidir.

“Real” eyni zamanda son üç rəsmi matçda qələbə qazana bilməyib.

Milli üzvü məğlubiyyəti kənardan izlədi

11 April 2026 at 09:16

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland Erediviziyasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda XXX tur çərçivəsində səfərdə “Tvente” ilə qarşılaşıb. Matç “Volendam”ın məğlubiyyəti ilə başa çatıb – 1:2.

Ozan bu oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Volendam” 30 turdan sonra 28 xalla 14-cü sıradadır.

De Zerbi: “Frank və Tudordan daha yaxşı deyiləm”

11 April 2026 at 08:50

“Tottenhem”in yeni baş məşqçisi Roberto De Zerbi açıqlama verib.

Futbolpress.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis özünü komandanın keçmiş çalışdırıcıları Tomas Frank və İqor Tudorla müqayisə edib:

“Komandanın xallara ehtiyacı var. Keyfiyyətli kollektivik və daha yaxşı yerlərdə olmağa layiqik. Bundan əvvəlki məşqçilər Frank və Tudordan daha yaxşı deyiləm. Onların öz üslubları var. Sadəcə mən öz xarakterimizi, oyun tərzimi komandaya aşılamağa çalışacağam. Məqsədimiz liqada qalmaq və maksimum yuxarı sıralara yüksəlməkdir”.

“Tottenhem” Premyer Liqada 31 turdan sonra 30 xalla 18-ci sıradadır.

“Qarabağ” və “Sabah” xal itirdi, “Neftçi”dən növbəti qələbə

11 April 2026 at 22:05

Bu gün Misli Premyer Liqasında XXVII turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün birinci matçında “Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Görüş başladığı hesabla başa çatıb – 0:0.

Lider “Sabah” doğma divarlar arasında “Zirə” ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb.

Günün son oyununda “Neftçi” “Araz-Naxçıvan”ı məğlub edib.

Misli Premyer Liqası
XXVII tur

11 aprel

15:30 Şamaxı – Qarabağ 0:0
Şamaxı şəhər stadionu

18:00 Sabah – Zirə 2:2
Qollar:
Mikels, 16, Noqeyra, 50 – Renato, 32 (pen.), Eren Aydın, 40
“Bank Respublika Arena”

20:00 Neftçi – Araz-Naxçıvan 2:1
Qollar: Faraj, 33, B.Almeyda, 57 – S.Alxasov, 67
“Palms Sports Arena”

Eyforiya və qəzəb

11 April 2026 at 08:01

“Karvan-Yevlax” Misli Premyer Liqasında bu mövsüm ikinci qələbəsini qazanıb. Füzuli Məmmədovun yetirmələri XXVII turda “Kəpəz”ə böyük hesabla qalib gəlib – 4:1.

Uzun fasilədən sonra (red-komanda birinci qələbəsini II turda qazanıb) üç xala sevinən Yevlax təmsilçisi liqada qalmaq ümidlərini yenidən cücərtdi. “Kəpəz” qarşısında hər iki hissədə daha üstün oynayan və şanslar yaradan “Karvan-Yevlax” eyni zamanda bu mövsüm birinci dəfə 4 qol vurmağı bacarıb.

Yanvardan sonra oyun planında qismən artıran, buna baxmayaraq xallar qazanmaqda çətinlik yaşayan bölgə təmsilçisi sanki bütün qəzəbini “Kəpəz”lə oyunda büruzə verdi. İnamlı oyun və qələbə autsayderin düşərgəsində əhvalı müsbətə doğru dəyişəcək.

Qarşıda hələ 6 tur var və liqada qalmaq şansı davam edir. Növbəti  rəqib “Şamaxı” olacaq. Bu görüşdə də qazanılacaq qələbə və digər “qonşular”ın xal itkisi vəziyyəti yevlaxlıların xeyrinə dəyişə bilər.

“Kəpəz” isə “Qarabağ” üzərində qələbədən sonra ardıcıl ikinci oyunda məğlub olub. Ötən turda “Qəbələ”yə uduzan gəncəlilərin bu dəfə autsayder qarşısında xalsız qalması komandada eyforiya yarandığını göstərir. “Qarabağ”a minimal hesabla qalib gələn “sarı-göylər” sanki arxayınlaşıb və rahatdır. Son iki məğlubiyyət də elə bunun xəbərçisidir. Liqada qalmaq yolunda əsas rəqiblərə məğlubiyyət komandanı yenidən təzyiq altına sala bilər.

Şahin Cəfərov

La Liqa: Katalonlar “Real”ı büdrətdi

11 April 2026 at 01:13

İspaniya La Liqasında liderlik mübarizəsi aparan “Real Madrid” doğma meydanda “Jirona”nı qəbul edib.

Futbolpress.az xəbər verir ki, ötən həftəki məğlubiyyətdən sonra azarkeşlər qələbə gözləsə də, “kral klubu” bir xalla kifayətlənməli olub — 1:1.

​Matçın 51-ci dəqiqəsində Federiko Valverde “Real”ı önə keçirsə də, qonaqlar 62-ci dəqiqədə Tomas Lemarın qolu ilə tarazlığı bərpa ediblər.

​Bu nəticə ilə “Real Madrid” xallarını 70-ə çatdırıb. Lakin son iki turda itirilən 5 xal çempionluq yolunda vəziyyəti çətinləşdirib. Əgər lider “Barselona” (76) bu turda “Espanyol”u məğlub edərsə, əzəli rəqiblər arasındakı xal fərqi 9-a yüksələcək.

​”Jirona” isə çətin səfərdən qazanılan bir xalla xallarını 38-ə çatdırıb.

Premyer Liqa: “Vest Hem” qonaqlara rəhm etmədi

11 April 2026 at 01:06

İngiltərə Premyer Liqasının XXXll turunda Londonun “Vest Hem” klubu doğma meydanda “Vulverhempton”u qəbul edib.

Futbolpress.az xəbər verir ki, Olimpiya Stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 4:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

“Çəkicdöyənlər”ə qələbə qazandıran qolları 42 və 83-cü dəqiqələrdə Konstantinos Mavropanos, 66 və 68-ci dəqiqələrdə isə Tati Kastelyanos vurub.

​Bu qələbə sayəsində xallarının sayını 32-yə çatdıran “Vest Hem” təhlükəli zonadan uzaqlaşaraq 17-ci pilləyə yüksəlib. 17 xalı olan “Vulverhempton” isə turnir cədvəlinin sonuncu pilləsində qalıb.

​33-cü turda “Vest Hem” səfərdə “Kristal Pelas”ın qonağı olacaq. “Canavarlar” isə “Lids Yunayted” səfərində xal axtaracaqlar.

A Seriyası: Malen 3 qol vurdu, “Roma” qalib gəldi

11 April 2026 at 00:52

Bu gün İtaliya A Seriyasında XXXII tura start verilib.

Futbolpress.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Roma” “Pisa”nı qəbul edib.

Meydan sahiblərinin heyətində Donyell Malen het-trik edib, beləcə, oyun 3:0 hesabı ilə başa çatıb.

“Roma” bu qələbə ilə xalını 57-yə çatdıraraq 6-cı pillədəki mövqeyini möhkəmləndirib.

İtaliya A Seriyası

XXXII Tur

11 aprel

“Roma” – “Pisa” 3:0

Qol: D. Malen, 3, 43, 52

“Trabzonspor”dan Koutinyo həmləsi

10 April 2026 at 23:55

Super Liqada çempionluq mübarizəsini davam etdirən “Trabzonspor” növbəti mövsüm üçün heyəti gücləndirmək planlarına start verib.

Futbolpress.az xəbər verir ki, Qaradəniz təmsilçisi Braziliyanın “Palmeyras” klubunun gənc istedadı Rafael Koutinyonu transfer etmək niyyətindədir.

​Məşhur insayder Yağız Sabuncuoğlunun yaydığı məlumata görə, “bordo-mavililər” 20 yaşlı yarımmüdafiəçini heyətə qatmaq üçün rəsmi addımlar atmağa hazırlaşır.

Braziliyanın U-20 milli komandasında da forma geyinən Koutinyo meydandakı universal keyfiyyətləri ilə seçilir. O həm mərkəz yarımmüdafiəçisi, həm dayaq yarımmüdafiəçisi, həm də “on nömrə” mövqelərində rahatlıqla çıxış edə bilir.

Gənc futbolçu bu mövsüm “Palmeyras” forması ilə çıxdığı 15 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Enrike PSJ ilə müqaviləni uzadacaq

10 April 2026 at 23:32

Luis Enrike PSJ ilə yeni müqavilə imzalamağa yaxındır.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssislə anlaşma 2030-cu ilin yayına qədər olacaq.

Razılaşmadan sonra 55 yaşlı mütəxəssis Avropanın ən çox maaş alan üç məşqçisindən biri ola bilər.

Hazırda Enrikenin maaşı ayda 1 milyon avro təşkil edir.

Super Liqa: İstanbulda 6 qol vuruldu

10 April 2026 at 23:05

Türkiyə Super Liqasında XXIX tura start verilib.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” evdə “Antalyaspor”u qəbul edib.

Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan İstanbul təmsilçisi qələbə qazanaraq (4:2) xallarının sayını 55-ə çatdırıb. Antalyalılar isə bu nəticədən sonra 28 xalla 13-cü yerdə qərarlaşıblar.

Super Liqaya 67 xalla “Qalatasaray” başçılıq edir. Onlardan 4 xal geri qalan “Fənərbaxça” ikinci, “Trabzonspor” üçüncüdür.

Türkiyə Super Liqası

XXIX Tur

“Beşiktaş” – “Antalyaspor” 4:2

Qol: O, Kökçü, 4, J. Silva, 9, H. Oh, 33, 59 – S. Streek, 21, S. Ballet, 47

Before yesterdayMain stream

“İnter” ağır itki ilə üzləşdi

10 April 2026 at 22:55

A Seriyasının lideri “İnter” ağır itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın kapitanı və bombardiri Lautaro Martines yenidən zədələnib.

​Ötən bazar günü bir aylıq fasilədən sonra yaşıl meydanlara qayıdan və “Roma”nı 5:2 hesabı ilə darmadağın etdikləri matçda dubl edən argentinalı forvardın sevinci uzun sürməyib. Klubun rəsmi bəyanatında bildirilir ki, müayinələr zamanı Lautaronun sol ayağında əzələ gərginliyi aşkar edilib.

Təcrübəli hücumçu ən azı iki həftə komandasına kömək edə bilməyəcək. Onun vəziyyəti bir neçə gündən sonra yenidən qiymətləndiriləcək.

Statistika göstərir ki, Lautaronun olmadığı dövrlərdə “nerazzurri” ciddi xal itkiləri yaşayır. Onun əvvəlki zədə dövründə komanda 7 oyunda cəmi 2 qələbə qazana bilmişdi.

Ulduz futbolçu hazırda 26 oyunda vurduğu 16 qolla İtaliya çempionatının bombardirlər siyahısına başçılıq edir.

Bakıda “Grand Prix” beynəlxalq karate turniri başladı

10 April 2026 at 22:41

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10-12 aprel 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən “Grand Prix” beynəlxalq karate turnirinin rəsmi açılış mərasimi baş tutub.

Futbolpress.az xəbər verir ki, açılış mərasimi Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində keçirilib.

Bədii hissənin ardından final qarşılaşmalarına start verilib və qaliblərin mükafatlandırılması mərhələli şəkildə həyata keçirilib.

Tədbirdə 6 ölkəni təmsil edən ümumilikdə 700-ə yaxın idmançı iştirak edir.

“Grand Prix” beynəlxalq karate turniri müxtəlif yaş və çəki dərəcələri üzrə qarşılaşmalarla davam edir.

 

Arteta “Arsenal”la yeni müqavilə barədə düşünmür

10 April 2026 at 22:27

​”Arsenal”ın baş məşqçisi Mikel Arteta klubla yeni müqavilə imzalamağa yaxın olduğu barədə yayılan iddialara aydınlıq gətirib.

Futbolpress.az xəbər verir ki, hazırkı müqaviləsi 2027-ci ilə qədər olan ispaniyalı mütəxəssis bütün diqqətini çempionluq yarışına yönəltdiyini bildirib.

​Arteta “ESPN”ə verdiyi açıqlamada yeni müqavilə barədə hələlik rəsmi bir xəbər olmadığını vurğulayıb:

​”Hazırda bunu müzakirə etməyə vaxtımız yoxdur. Bütün fokusumuz mövsümün sonuna qədər qarşıda duran hədəfləri reallaşdırmaqdır. Burada çox xoşbəxtəm, ailəm özünü yaxşı hiss edir və bu klubda həyata keçirmək istədiyim hələ çox hədəfim var”.

​London təmsilçisi hazırda həm daxili, həm də beynəlxalq arenada uğurlu seriyasını davam etdirir. Sabah “Bornmut”u qəbul edəcək “topçular” qələbə qazanacağı təqdirdə “Mançester Siti” ilə xal fərqini 12-yə çatdırmaq şansı əldə edəcək.

“Sabah” Çempionlar Liqasında məğlub oldu

10 April 2026 at 21:51

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz Serbiyanın “Borats” kollektivi ilə qarşılaşıb.

Bosniya və Herseqovinada keçirilən görüşdə “bayquşlar” 60:67 hesabı ilə məğlub olublar.

“Sabah”ın U-18 komandası daha öncə B qrupunda Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivini məğlub etsə də (72:61), Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə uduzub.

“Beşiktaş”dan Luçeskuya emosional vida

10 April 2026 at 21:41

Türkiyə Super Liqasının son turunda “Antalyaspor”la qarşılaşan “Beşiktaş” bu yaxınlarda vəfat edən sabiq baş məşqçisi Mirça Luçeskunu xüsusi ehtiramla yad edib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” matçdan öncə isinmə hərəkətlərinə üzərində Luçeskunun şəkli olan xüsusi köynəklər və “Səni heç vaxt unutmayacağıq, əsrin çempionu…” yazılmış pankartla çıxıblar.

Bu jest həm stadiondakı, həm də ekran başındakı azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

​İstanbul nəhənginin baş məşqçisi Sergen Yalçın da oyundan əvvəl verdiyi açıqlamada kədərini gizlətməyib:

​”Həm “Qalatasaray”, həm də “Beşiktaş”la çempionluq yaşamış, çox dəyər verdiyimiz bir insanı itirdik. Mənə həmişə sahib çıxıb, bir ata kimi davranıb. Futbol dünyası çox böyük bir simasını itirdi. Ailəsinə səbir diləyirəm. Təəssüf ki, həyat bir yerdə hər kəs üçün bitir”.

​Mirça Luçesku 2003-cü ildə – klubun 100 illik yubileyində “Beşiktaş”ı çempion edərək adını klubun tarixinə qızıl hərflərlə yazdırıb.

İtaliya millisində yeni baş məşqçi

10 April 2026 at 20:51

İtaliya milli komandasının müvəqqəti baş məşqçisinin adı bəlli oldu.

Futbolpress.az xəbər verir ki, yığma U-21 komandasına rəhbərlik edən Silvio Baldiniyə tapşırılıb.

İtaliya Futbol Federasiyası bir neçə gün öncə Cennaro Qattuzo ilə yollarını ayırıb. 67 yaşlı Baldini ilə iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Rafa Silva Portuqaliyada gündəm oldu

10 April 2026 at 20:37

Qış transfer pəncərəsində qalmaqallı şəkildə “Beşiktaş”dan ayrılaraq “Benfika”ya üz tutan Rafa Silva Portuqaliyada ciddi tənqid hədəfinə çevrilib.

Futbolpress.az xəbər verir ki, təcrübəli futbolçunun geri dönüşü böyük məyusluq yaradıb.

​Xatırladaq ki, Rafa Silva “Beşiktaş”dan ayrılmaq üçün klubla münasibətləri gərginləşdirmiş, hətta məşqlərə çıxmaqdan imtina etmişdi. Lakin böyük ümidlərlə transfer olunduğu “Benfika”da işləri heç də istədiyi kimi getmir. 32 yaşlı futbolçu yeni komandasında keçirdiyi 12 matçda cəmi 2 qol vura bilib.

​Məhsuldarlığı kəskin aşağı düşən Silvanın performansı Portuqaliya mətbuatında sərt şəkildə tənqid olunur. Azarkeşlər və ekspertlər onun həm fiziki, həm də psixoloji cəhətdən komandaya uyğunlaşmadığını, “Beşiktaş”dakı enerjisindən əsər-əlamət qalmadığını vurğulayırlar.

Görünən odur ki, İstanbullu azarkeşlərin sevgisindən qaçan ulduz futbolçu hazırda öz ölkəsində dəstək yerinə təzyiqlərlə üzləşib.

“Borussiya” Niko ilə müqaviləni yenilədi

10 April 2026 at 20:15

“Borussiya” futbolçusu Niko Şlotterbeklə yeni razılaşma əldə edib.

Futbolpress.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Dortmund təmsilçisi ilə yeni müqavilə imzalayıb.

Müqaviləyə əsasən, Almaniya millisinin üzvü 2031-ci ilin yayınadək komandasının şərəfini qoruyacaq.

Şlotterbek 2022-ci ildən cari klubunun formasını geyinir.

“Tottenhem”dən Robertson həmləsi

10 April 2026 at 19:45

​”Liverpul”da bir dövrün sonuna gələn təcrübəli sol cinah müdafiəçisi Endryu Robertson karyerasını başqa bir Premyer Liqa nəhəngində davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə ​”The Athletic” nəşri məlumat yayıb.

“Tottenhem” 32 yaşlı müdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib. London təmsilçisi Robertsonun böyük təcrübəsindən yararlanaraq müdafiə xəttini gücləndirməyi hədəfləyir. Bildirilir ki, onlar hələ qış transfer pəncərəsində şotlandiyalı ulduzla ilk təmasları qurublar.

Xatırladaq ki, “Liverpul” bir neçə gün öncə Robertsonun mövsüm sonunda komandadan ayrılacağını rəsmən açıqlayıb.

​2017-ci ildən “qırmızıların” formasını geyinən ulduz müdafiəçi çıxdığı 373 matçda 13 qol və 69 məhsuldar ötürmə ilə yadda qalıb.

Millinin məşqçisi Norveç təəssüratlarını bölüşdü

10 April 2026 at 19:30

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveç təmsilçisi “Valerenqa”da bir həftəlik təcrübə proqramında iştirak edir.

Futbolpress.az mütəxəssisin ümumi Norveç təəssüratı və milli komandadan gözləntiləri ilə bağlı fikirlərini öyrəndi:

– Norveç səfərinizlə bağlı ümumi təəssüratınız necədir? Proqramınız necə irəliləyir? 

– Aprelin 5-dən “Valerenqa” klubunun düşərgəsindəyəm, ilk olaraq klubun bazası və akademiyası ilə tanış oldum. Daha sonra əsas komandanın baş məşqçisi Geir Bakke ilə görüşdüm, onların həftəlik məşq proseslərində iştirak edib iş prinsipləri ilə tanış oldum. Paytaxt təmsilçisinin “Vikinq”lə oyununu izlədim. Ümumilikdə mənim üçün çox yaxşı təcrübə proqramı oldu deyə bilərəm.

Milli komandamızın hazırkı hazırlıq səviyyəsi sizi qane edirmi? 

– Məncə, həm oyun baxımından, həm də mübarizə baxımından inkişaf var. Qarşıdakı toplanışdan maksimum istifadə edəcəyik ki, Millətlər Liqasının oyunlarına tam hazır olaq. Bizi Millətlər Liqasında çətin oyunlar gözləyir, komandamıza inamımız böyükdür, çalışacağıq ki, yaxşı nəticələr qazanaq.

Adil Nəhmətli 

“Çelsi”də Enzo qalmaqalı davam edir

10 April 2026 at 19:15

​”Çelsi”nin ulduz yarımmüdafiəçisi Enzo Fernandes komanda yoldaşları və klub rəhbərliyi ilə yaşadığı insidentdən sonra cəzalandırılıb.

Futbolpress.az xəbər verir ki, argentinalı futbolçu üzr istəməsinə baxmayaraq, “Mançester Siti” ilə vacib matçı tribunadan izləyəcək.

​Klub rəhbərliyi futbolçunun üzrünü qəbul etsə də, intizam qaydalarını əsas gətirərək onu ən mühüm oyunda meydandan kənarda saxlayıb.

“Çelsi”nin sükanı arxasında olan Liam Rozenyor məsələ ilə bağlı bunları deyib:

​”Enzo bazar günü oynamayacaq. Ümid edirəm ki, ondan sonra o, yenidən komandanın vacib hissəsinə çevriləcək. Hazırda aşmalı olduğumuz bəzi maneələr var. Onunla çox yaxşı söhbətimiz oldu, məndən və klubdan üzr istədi. Gələn həftə vəziyyətə yenidən baxacağıq”.

Xatırladaq ki, Enzo Fernandes Amerika Kubokundakı qələbədən sonra irqçi xarakterli şüarların yer aldığı video paylaşdığı üçün komanda yoldaşlarının və ictimaiyyətin ciddi narazılığına səbəb olmuşdu. Görünən odur ki, klub daxilində sular hələ durulmayıb.

“Real”ın siyahısında Deşam da var

10 April 2026 at 18:51

​”Real” gələn mövsüm üçün baş məşqçi axtarışlarını sürətləndirib.

Futbolpress.az xəbər verir ki, Madrid klubunun hədəfində gözlənilməz bir ad – Didye Deşam var.

​Məşhur insayder Fabris Hokinsin yaydığı məlumata görə, Didye Deşam “kral klubu”nun gələn mövsüm üçün müəyyənləşdirdiyi namizədlər siyahısına daxil edilib.

Təcrübəli mütəxəssis 2026-cı il Dünya Çempionatından sonra Fransa milli komandasındakı postunu tərk edəcək. Bununla da onun 2012-ci ildən bəri davam edən fəaliyyəti sona çatacaq.

 

Füzuli Məmmədov: “Sona qədər mübarizə aparacağıq”

10 April 2026 at 18:45

Misli Premyer Liqasının XXVII turu çərçivəsində ilk görüşdə “Karvan-Yevlax” “Kəpəz”i qonaq edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov mətbuata açıqlama verib.

Mütəxəssis nəticəni belə şərh edib:

– Son məğlubiyyətdən sonra komandanı bu oyuna kökləmək bizim üçün çətin oldu. Futbolçularda psixoloji gərginlik var idi, lakin həm rəhbərlik, həm də məşqçilər korpusu tam dəstək göstərdilər. Bilirdik ki, ağır oyun olacaq. “Kəpəz”in heyəti kifayət qədər güclüdür, amma çox ciddi hazırlaşmışdıq. Oyunçularımız əzmkarlıq göstərdilər, hesab daha da böyük ola bilərdi. 4:1 hesabına baxmayaraq, çətinlik çəkdik. 2:1 olanda rəqib oyunu dəyişə bilərdi, amma futbolçularım oyundan düşmədilər, əksinə, növbəti qolları da vurmağı bacardılar. Azarkeşlərimiz bundan çoxuna layiqdilər, lakin biz onları lazımi qədər sevindirə bilmirik. Buna görə məyus oluram. Qarşıda hələ 6 tur var, hər birində əzmkarlıq göstərməyə çalışacağıq. Bizi daha yaxşı qələbələr gözləyir.

– Həmişə deyirdiniz ki, bir qələbə olsun, hər şey düzələcək… 

– Əlbəttə ki, digər klublarda çalışdığım vaxtlarda da görmüşəm ki, qalibiyyət futbolçulara motivasiya verir. Bu oyundakı nəticə də bizi gələcək üçün ümidləndirdi.

– Erkən qolların, ilk hissəni öndə başa vurmağın psixoloji üstünlüyü varmı? 

– Əlbəttə, hər qol rəqibi həvəsdən salır. İlk hissədə Raufun iki qol vurması komandaya böyük ümid verdi. Fərq minimuma enəndə futbolçularda ehtiyatlılıq, hesabı qorumaq hissi yarandı. Deyərdim ki, üçüncü qol oyunun taleyini həll etmiş oldu.

– Rauf bu gün parlaq oyun göstərdi, siz onda bu bacarığı kəşf etmişdiniz? 

– O, əsas heyətə layiq futbolçulardan biridir, çox əzmkar və istəklidir. Son iki turu əsas heyətdə oynaya bilməmişdi, səbəb yalnız heyətdəki rəqabət idi. “Araz Naxçıvan”la oyunda gözləntilərdən aşağı çıxış etdiyi üçün ədalətli davranıb digər oyunçulara şans verməli olmuşduq. Rauf bu oyunla bir daha özünün hansı səviyyədə olduğunu sübut etdi.

– Bu qarşılaşma göstərdi ki, komanda top saxlaya, oyun göstərə, qol vura bilir. Bəs bu ana qədərki periodda nələr baş verirdi?

– Burda çox nüanslar var. Bəzən futbolçular xırda səhv edirlər, nəticədə qol buraxırıq. Dərhal psixoloji düşkünlük yaranır. Komandanın potensialına bələdəm, bəzi başqa oyunlarda da çox yaxşı oynamışıq, olub ki, qolumuzu da saymayıblar. Bəzi görüşlərdə qapımıza gözləmədiyimiz zamanda qollar vurulub. “Kəpəz” və bəzi komandalar var ki, biz onlarla nəinki başabaş, hətta üstün də oynaya bilirik. Bu gün də bunu göstərdik.

– Mövsümün bitməsinə 6 tur qalmış “Qəbələ” ilə “Karvan-Yevlax” arasında 8 xal fərq var. Bu fərqin aradan qalxacağına inanırsınız?

– Əlbəttə. Hər zaman inanmışam. Bütün oyunlara ümidlə çıxıram. Sona qədər mübarizə aparacağıq.

Adil Nəhmətli

Azər Bağırov: “Komandamı tanıya bilmirəm”

10 April 2026 at 18:22

Misli Premyer Liqasının XXVII turu çərçivəsində ilk görüşdə “Karvan-Yevlax”  “Kəpəz”i qonaq edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Azər Bağırov mətbuata açıqlama verib.

Mütəxəssis nəticəni belə şərh edib:

– Çempionatda sonlara doğru itkilərimiz daha da çoxalır. Bu gün heyətdə məcburi əvəzetmələrə getmişdik, lakin təəssüf ki, müdafiədəki zonaları qoruya bilmədik. “Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm. “Qəbələ” ilə görüşdə də qapımızda çox bəsit qollar gördük. Düzəltməli, danışmalı olduğumuz məqamları bilirik. Qısaca, irəli baxmaq lazımdır.

– Dioqonun yoxluğu sanki özünü göstərdi, nə düşünürsünüz? 

– Əslində, əvəzedilməz futbolçu yoxdur, amma bu gün Dioqonun olmaması, müəyyən mövqelərdə oyunçu çatışmazlığı təsirini göstərdi.

– Komandanız bu gün qələbə qazansaydı, psixoloji üstünlük əldə edəcəkdiniz, amma indi vəziyyət tam əksinədir. Sizcə, komandada psixoloji cəhətdən hansı dəyişikliklərə ehtiyac var? 

– Bu, bir qədər geniş mövzudur. Mən komandanı götürəndə vəziyyət daha da xaotik idi, 7 oyuna xal yox idi. Bu gün sonuncu pillədən çox irəlidəyik. Dediyim kimi, oyunçu itkisi komandaya çox təsir edir, həm nəticəyə, həm də psixologiyaya zərəri var. İstəməzdik belə olsun, yenə də uduzmağı bacarmaq lazımdır. Düşünürəm ki, daha yaxşı olacaq.

– Ohorini oynatmaqla bağlı düşüncələriniz maraqlıdır. 

– Ohori bir gün bizimlə məşqə çıxıb. Fiziki hazırlıqlarını keçib, amma meydançada onu itirmək istəmədim ki, gələn matçlarda xidmətindən maksimum yararlanaq.

– Komandanızın ardıcıl məğlubiyyətlərini “Qarabağ” üzərindəki qələbədən sonra yaranan eyforiya ilə əsaslandırmaq olarmı?

– Əlbəttə, bu da ola bilər, amma əsas səbəb heyətdəki itkilərdi. Bilirsiniz ki, Dioqo komandanın aparıcı üzvüdür, bu gün onun meydanda olmaması, iki mövqenin birdən düzgün işləməməsinə gətirib çıxardı. Həmçinin, Raufun da yoxluğu bizə təsir elədi. Ehtiram bu gün mənim istədiyim şəkildə çıxış edə bilmədi. Bunlar hamısı məğlubiyyətin səbəbləridir.

– Eşitmişik ki, siz son məşqlərə çıxmamısınız. Bu nə dərəcədə doğrudur? 

– Xeyr, bu doğru deyil. Mən sadəcə bərpa məşqində iştirak etməmişəm, düşünürəm ki, bu normal haldır.

– Sirr deyilsə, nə üçün iştirak etməmisiniz? 

– Ailəvi məsələlərimlə bağlı Bakıda idim. Bütün günümüzü Gəncədə keçiririk, amma ailəvi problemləri də həll etmək vacibdir.

Adil Nəhmətli

Spaletti ilə davam

10 April 2026 at 17:48

“Yuventus” baş məşqçisi Luçano Spaletti ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin sözləşməsinin müddəti 2028-ci ilin yayına kimi artırılıb.

“Yuventus” A Seriyasında 57 xalla 5-ci sıradadır.

“Milan” “Barselona”nın hücumçusu ilə maraqlanır

10 April 2026 at 17:17

“Barselona”nın futbolçusu Robert Levandovski karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Milan” polşalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.

İtaliya klubu forvardı yayda azad agent kimi sıralarına qatmaq istəyir.

Levandovskinin ABŞ klublarından da təklifi var. Hücumçu qərarını yayda verəcək.

Polşalı futbolçu 2022-ci ildən “Barselona”da çıxış edir. O, 186 oyunda 118 qol vurub.

Parislilər “qırmızı şeytanlar”a qarşı

10 April 2026 at 16:45

PSJ yayda “Mançester Yunayted” ilə yoldaşlıq oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

Yoldaşlıq oyunu avqustun 8-də, İsveçdə baş tutacaq. Tərəflər yeni mövsümə hazırlıq çərçivəsində üz-üzə gələcək.

Avroliqa matçında bədbəxt hadisə

10 April 2026 at 16:30

Avropa Liqasının 1/4 final mərhələsində Portuqaliyada keçirilən “Portu” – “Nottingem Forest” matçından sonra bədbəxt hadisə yaşanıb.

Futbolpress.az xəbər verir ki, matçın final fitindən sonra tribunada 84 yaşlı ingilis azarkeş vəfat edib. Onun ürəktutmadan dünyasını dəyişdiyi bildirilir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Matç 1:1 hesabıyla başa çatıb.

Millinin məşqçisi 49 yaşında vəfat etdi

10 April 2026 at 16:15

Polşa millisinin məşqçisi Yaçek Mager vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının mətbuat xidməti mələumat yayıb. Mütəxəssis 49 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Mager 2025-ci ilin yayından millinin çalışdırıcısı Yan Urbanın məşqçilər korpusunda yer alırdı.

Daha bir futbolçunun “Liverpul”dan ayrılacağı dəqiqləşdi

10 April 2026 at 15:53

“Liverpul” müdafiəçisi Endryu Robertsonun yayda klubdan ayrılacağını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, cinay oyunçusunun müqaviləsinin müddəti uzadılmayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Robertson 2017-ci ildən “Liverpul”un formasını geyinir. O, bu mövsüm Premyer Liqada 19 oyuna çıxıb.

“Liverpul”da daha öncə misirli hücumçu Məhəmməd Salahın komandadan ayrılacağı açıqlanmışdı.

“Neftçi”də kapitan sevinci

10 April 2026 at 15:15

“Neftçi”nin futbolçusu Emin Mahmudov zədəsini sağaldıb.

Futbolpress.az-ın məlumatına görə, yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub. Kapitan baş məşqçi Yuri Vernidubun şans verəcəyi təqdirdə, sabah “Araz-Naxçıvan”la Premyer Liqa matçında meydana çıxa bilər.

Mahmudov zədə səbəbindən XXVI turda “Sumqayıt”la səfər oyununda (3:1) iştirak etməyib.

Sabah keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyununa saat 20:00-da start veriləcək.

“Turan Tovuz”un ev oyunu 2 manata

10 April 2026 at 14:52

Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışa çıxıb.

Futbolpress.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 12 aprel tarixində, saat 18:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

Azərbaycanı “Bahar Kuboku”nda onlar təmsil edəcək

10 April 2026 at 14:35

16-18 aprel tarixlərində kayak və kanoe üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Muğla şəhərində keçiriləcək “Bahar Kuboku” beynəlxalq reqatasında iştirak edəcəklər.

Futbolpress.az xəbər verir ki, yarışlarda Azərbaycan Su İdman Növləri Federasiyası Qurban Sadıqlının məşqçiliyi ilə 7 nəfərlik heyətlə mübarizə aparacaq.

Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növü üzrə mükafatçılar sırasına düşməyə çalışacaq.

“Karvan-Yevlax” – “Kəpəz”: heyətlər

10 April 2026 at 14:26

“Karvan-Yevlax” Misli Premyer Liqasının XXVII turunda bu gün “Kəpəz”i qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 15:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 17. Samir Abdullayev 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 10. Samuel Durrant 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov

“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 6. Camal Cəfərov 9. Luis Paçu 24. Olavale Onanuqa 12. Mahamadu Ba (k) 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 5. Rauf Hüseynli 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 80. Şahnur İsmayılov 57. Amur Yusifov 10. Ryonosuke Ohori
Baş məşqçi: Azər Bağırov

 

“Kəpəz”in futbolçusu əməliyyat olundu

10 April 2026 at 13:51

“Kəpəz”in futbolçusu Məqsəd İsayev əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İsayev Türkiyənin İstanbul şəhərində uğurla əməliyyat keçirib.

Müdafiəçinin çarpaz bağlarında aparılan cərrahi müdaxilə uğurla başa çatıb.

Məqsəd bu mövsüm Premyer Liqada 20 oyuna çıxıb.

Santuş üçün Afrika iddiası

10 April 2026 at 13:26

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Fernando Santuş karyerasını Qanada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis sözügedən ölkənin yığma komandasını çalışdırmağa əsas namizəddir. Bu barədə Afrika mətbuatı məlumat yayıb. Santuşla danışıqların son mərhələdə olduğu bildirilir.

Qana yığmasında bir müddət əvvəl Otto Addo ilə yollar ayrılıb.

Santuş 2024-cü ilin yayından 2025-ci ilin sentyabrına kimi Azərbaycan millisinə rəhbərlik edib.

“Qəbələ”nin legioneri: “Azərbaycanda oynamaqdan zövq alıram”

10 April 2026 at 13:15

“Qəbələ”nin futbolçusu İsmael Akinadenin “Futbolpress.az“a müsahibəsi:

– “Kəpəz” üzərində vacib qələbə qazandınız və autsayderlə xal fərqini 11-ə yüksəltdiniz. Oyunu necə şərh edərdiniz?
– Bu oyun bizim üçün çox vacib idi. Matçdan əvvəl qarşımıza yalnız qələbə hədəfi qoymuşduq. Şükürlər olsun, yaxşı oyunla da istəyimizə çatdıq.

– Ardıcıl üç məğlubiyyətdən sonra belə mühüm oyuna köklənmək psixoloji baxımdan çətin olmadı?
– Qələbə qazana bilməmək pisdir. İstəyirdik ki, bu uğursuz seriyanı sonlandıraq. Bütün diqqətimizi matça vermişdik. İstədiyimiz tempi yaxaladıq və nəticəni qazandıq. Mövsümün qalan hissəsində də belə davam etməliyik.

– “Kəpəz”ə qədər 3 oyuna 13 qol buraxmışdınız. Necə toparlandınız?
– “Sabah”a qarşı 1:7 hesablı məğlubiyyət qəbuledilməz idi. Həmin gün futbol bəxti bizim yanımızda deyildi. İstədiklərimizi meydanda edə bilmədik. Onlarla kubokda yaxşı mübarizə aparmışdıq. Lakin sonra belə nəticənin olması bizi çox məyus etdi. Bilirdik ki, toparlanmalıyıq, yoxsa vəziyyətimiz daha pisləşə bilər. Çox çalışdıq və yekunda qələbəsizlik seriyamızı bitirdik.

– Qarşıda “İmişli” ilə oyun var. Qələbə sizi 9-cu pilləyə yaxınlaşdıra bilər…
– Vacib oyundur. Diqqətli olmalı və qələbə qazanmalıyıq. Meydanda üzərimizə düşənləri edəcəyik. Hər oyunun bizim üçün əhəmiyyəti böyükdür. İndi hansısa pillə haqda yox, “İmişli” ilə matçla bağlı düşünürük.

– Artıq 4 aydır, Azərbaycandasan. Çempionatla bağlı təəssüratların necədir?
– Azərbaycan liqası çox yaxşıdır. Bütün komandalarda texnikalı oyunçular var, yarış rəqabətli keçir. Azərbaycanda oynamaqdan zövq alıram. Karyeram boyu hər zaman olduğum yerdə fayda verməyə çalışmışam. Çətinliklər olsa da, bununla mübarizə aparmağı sevirəm. Hər oyun maksimumu etməyə çalışıram. Düzdür, bəzən istədiyim kimi alınmaya bilər, amma dəqiq olan bir şey var ki, meydana daxil oldumsa, bütün gücümü qoyacağam.

Şahin Cəfəriv

Tərcüməçisi “Səbail”i ziyana saldı

10 April 2026 at 12:43

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

9 aprel 2026-cı il tarixində I Liqada XXI turun “Şəfa” – “Səbail” oyununun 90+1-ci dəqiqəsində “Səbail” komandasının tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Səbail” komandası 2400 manat cərimə edilsin (maddə 52.3);

9 aprel 2026-cı il tarixində I Liqada XXI turun “Difai” – “Şahdağ Qusar” oyununun 77-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının 40 nömrəli futbolçusu Kvaku Adjey ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

“Sabah”ın oyunu FIFA referisinə tapşırıldı

10 April 2026 at 12:26

Misli Premyer Liqasında XXVII turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Sabah” – “Zirə” oyununu Tural Qurbanov idarə edəcək.

10 aprel

15:30. “Karvan-Yevlax” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Emin Əliyev
AVAR: Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Novruz Əzimov
Yevlax şəhər stadionu

11 aprel

15:30. “Şamaxı” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu

18:00. “Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abasov
“Bank Respublika Arena”

20:00. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Palms Sports Arena”

12 aprel

15:30. “Qəbələ” – “İmişli”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu

18:00. “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu

Nəbiyev yayı gözləyir

10 April 2026 at 12:14

“Səbail”dən ayrılan Yusif Nəbiyev fərdi məşqlər edir.

Futbolpress.az-ın məlumatına görə, cinah müdafiəçisi bu mövsüm “dənizçilər”lə I Liqa oyunlarına çıxdığı üçün “futbol ili”nin sonuna kimi başqa komandada oynaya bilməz. Nəbiyev bu səbəbdən hələ klubsuz olduğunu bildirdi:

“Səbail”lə oyunlara çıxdığım üçün başqa klubda oynaya bilmərəm. Ona görə yayı gözləyirəm. İndi özüm fərdi çalışıram ki, idman formasından çox düşməyim”.

Nəbiyev fevralda baş məşqçi Adil Şükürovla qalmaqal yaşamış və daha sonra klubdan ayrılmışdı.

“Sabah” Serbiya klubuna qarşı

10 April 2026 at 11:46

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” bu gün 5-8-ci yerlər uğrunda matçda Serbiyanın “Borats” kollektivi ilə qarşılaşacaq. Görüşə saat 19:30-da start veriləcək.

“Sabah”ın U-18 komandası bundan öncə Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivini məğlub edib – 72:61. “Bayquşlar” ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 uduzub.

“Mövqeyimə görə dünyanın ən yaxşıları arasındayam”

10 April 2026 at 11:30

“Mançester Yunayted”in futbolçusu Harri Maquayr açıqlama verib.

Futbolpress.az “The Athletic”ə istinadən xəbər verir ki, müdafiəçi özünü mövqeyinin ən yaxşılarından adlandırıb:

“İngiltərə millisinin dünya çempionatı üçün heyətində olacağıma inanıram. Gücüm var və özümü göstərə bilərəm. Məşqçi hansı rolu versə, qəbul etməyə hazıram. Hesab edirəm ki, mövqeyimə görə dünyanın ən yaxşıları arasındayam”.

Maquayr bu mövsüm 20 oyunda 2 qol vurub.

“Neftçi”nin sabiq futbolçusu Sinqapur klubunda

10 April 2026 at 11:15

“Neftçi”nin sabiq futbolçusu Keysuke Honda karyerasını Sinqapurda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi “Juronq”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Honda yayda yeni klubuna qoşulacaq.

39 yaşlı futbolçu 2021-ci ilin martından iyuluna kimi “Neftçi”nin formasını geyinib.

İsmayılov: “Onlar üçün yaxşı təcrübə oldu”

10 April 2026 at 10:49

Dünən Tbilisi Arenada Gürcüstanla keçirilən yoldaşlıq oyununda millinin ilk qolunu vuran Nihad İsmayılov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, İsmayılov 2:4 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Yaxşı oynadıq. Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından biz üstün idik. 6-7 epizodu boşa verdik. Dəyərləndirə bilsəydik, matçın gedişi fərqli olacaqdı. Əvəzində meydan sahibi komanda səhvlərimizi bağışlamadı. Çaşqınlıqdan istifadə edib, bir dəqiqə ərzində ardıcıl iki qol vuraraq üstünlük qazandılar.

İkinci hissəyə fərqli başladıq. Bu dəfə qolu biz vurduq. Belə deyim də, fasilədən sonra bərabər oyun oldu. Baş məşqçi komandaya cəlb olunan gənclərə də şans verdi. Əlbəttə, onlar dəvət olunublarsa və səfərə gətiriliblərsə, təcrübə toplamaq baxımından meydana çıxmaqları lazım idi. Onlar üçün yaxşı təcrübə oldu. Yoxlama oyunları da buna görə əhəmiyyətlidir.

Bu rəqiblə aprelin 11-də yenə qarşılaşacağıq. Bu dəfə qələbə qazanan tərəf biz olarıq. Komandamız oyundan oyuna yaxşı tərəfdən seçilir. Yaxşı kollektivimiz var. Ab-hava da müsbətdir. Uşaqlar hesabda geri düşməyimizə rəğmən ruhdan düşmədilər. Bu, fərqləndiriləcək məqamdır. Ardıcıl keçirəcəyimiz yoldaşlıq oyunları da irəliyə addım atmaq baxımından xeyrimizə olacaq”.

“Arsenal”ın Arteta planı

10 April 2026 at 10:30

“Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Tərəflər arasında danışıqlar artıq başlayıb.

Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir.

“Topçular” İngiltərə Premyer Liqasında 31 turdan sonra 70 xalla liderdir. Komanda Çempionlar Liqasında isə 1/4 finalda mübarizə aparır.

“Barselona” şikayət etdi, UEFA cəzalandırdı

10 April 2026 at 10:11

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” – “Atletiko” matçının (0:2) baş hakimi İştvan Kovaç cəzalanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Referi oyun zamanı yanlış qərarlara yol verdiyi üçün mövsümün sonuna kimi turnirə təyinat almayacaq.

“Barselona” görüşün birinci hissəsində müdafiəçisi Pau Kubarsinin qovulmasından sonra azlıqda qalıb. Daha sonra oyunun 54-cü dəqiqəsində “Atletiko”nun futbolçusunun öz cərimə meydançasında topa əllə oynamasına baxmayaraq, penalti təyin edilməyib.

“Barselona” matçdan sonra hakimdən UEFA-ya şikayətini bildirmişdi.

Desəm öldürərlər, deməsəm ölləm…

10 April 2026 at 09:54

Azərbaycan Kubokunun yarımfinalının “Zirə” ilə ilk oyunundan (0:2) sonra media önünə çıxan Ehtiram Quliyevin emosiya dolu açıqlamaları gündəmi zəbt etdi. Onun çıxışını haqlı sayanlar da oldu, nahaq sayanlar da.

Quliyevin əsas etirazı matçın baş hakimi Əliyar Ağayevə idi. Sitat:

“…Haqqımız, uşaqların alın təri Əliyar Ağayevin haramı olsun. “Zirə”nin qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolumuzda bu şeylər dəyişdirilməlidir. Biriləri bəzi şeyləri dilə gətirməlidir. Biz dilə gətirmədikcə, səssiz qaldıqca, “əliyargillər” belə oyunlar idarə edəcək, futbolumuzu bu günə qoyacaq. Yatırım etməyin də anlamı yoxdur. Belə çıxır ki, əziyyət çəkməyin də, oyunçu transfer etməyin də anlamı yoxdur, “əliyargillər”dən canımız, futbolumuzun “can”ı qurtarmalıdır”. 

Diqqətçəkən başqa məqam isə, “…oturub su içənlər” ifadəsi idi. Bu da məzhəb ayrıseçkiliyinə cəhd kimi yozuldu hətta:

“Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, ayaq üstə içsinlər, tək ayaq üstə içsinlər, amma haqqımızı, oyunçuların haqqını içməsinlər”.

Nominal olaraq “Turan Tovuz” İdarə Heyətinin sədri vəzifəsinə daşıyan, əslində isə klubun varlığında əsas pay sahibi olan Ehtiram bəyin etirazı haqlı idi. Bunu AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun Ağayevin qərarlarını şərh edərkən dediklərinə əsasən də bildirmək olar. Sitat:

“…Hakim epizodu monitordan izlədikdən sonra qərarında qalır. Hakimlər Komitəsi əlin-qolun qeyri-qanuni istifadə təsirini açıqlayıb. Oyunçu topa oynayarkən mübarizəyə qoşulan zaman əl və qol  hərəkəti rəqibin üz, baş-boyun istiqamətində güc tətbiq edərsə, bu, qayda pozuntusudur. Hakimlər Komitəsinin bu epizoddan gözləntisi penalti və sarı vərəqədir;

“…”Zirə”nin oyunçusu ayağını yuxarıdan gətirir və topa təmas etməyə çalışır. Lakin burda rəqibin ayağına düşüncəsiz təmas var. Bu səbəbdən Hakimlər Komitəsinin bu epizoddan gözləntisi penalti və sarı vərəqə qərarıdır”.

Güman ki, Əliyar bir neçə oyunluq cəzalanıb. Hərçənd bu, “Turan Tovuz”un itirilən xallarını geri qaytarmır. Atalar demiş, it də getdi, ip də getdi…

Və sanki Ehtiram bəyin çıxışı “sizif əməyi” effektini verdi. AFFA bu çıxışa görə 15000 manat cərimə kəsdi.

Sual yaranır. Quliyev haqlı idisə, yəni Əliyar səhv qərarlar vermişdisə (rəsmən açıqlandığı kimi), onda bu çıxışa görə böyük məbləğdə cərimə niyə?!

Deməli, böyük ehtimalla, məsələ hakimliyə etiraz məqamında deyil, sözügedən çıxışı daha dəqiq xatırlamaq gərəkdir. Ehtiram bəy azarkeşlərə səslənir… onları olanlara münasibət göstərməyə səsləyir. Bununla sanki təhrikedici mövqe tutur.

Böyük ehtimalla, assosiasiya bu və bu kimi detalları nəzərdə tutaraq maddi cərimə kəsib. Elə deyilsə, onda cərimənin məntiqi yoxdur.

Sadəcə, qərarda aydın açıqlamaq məqsədəuyğun olardı…

Bir nəticəyə təsir edən hakim səhvi və yaratdığı canfəşanlıq prosesi belə bir vəziyyətə gətirdi. Hansı ki, nə səbəb, nə nəticəsi gələcəyə faydalı oldu.

Yenə səhvlər olacaq, yenə Ehtiram Quliyev coşğulu çıxış edəcək.

Çünki yarımçıq qalan, həll olunmayan məqamlar çoxdur. Nə Ehtiram bəy etirazının məzmununu doğru qurur, nə AFFA ilə effektiv dialoq yaranır, nə də tərəflərin təcrübəli işgüzar/ideoloji komandası var ki, kritik məqamda effektiv yol seçə bilsinlər.

Bu dilemmanı şairin təbirincə ifadə etsək, desəm öldürərlər, deməsəm ölləm…

Elçin Cəlilov

P.S. Ehtiram bəy kimiləri bu futbolda çox belə vəziyyətlə qarşılaşacaqlar; deməsələr “ölərlər”, deyəndə də “öldürüləcək”…

Hansı oyun, hansı kanalda? – TV

10 April 2026 at 09:30

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Azərbaycan, Premyer Liqa
15:30 Karvan-Yevlax – Kəpəz (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Beşiktaş – Antalyaspor (Futbol 3, beİN Sports 1)

İtaliya, A Seriyası
22:45 Roma – Piza (Futbol 1)

İspaniya, La Liqa
23:00 Real – Jirona (İdman TV, Futbol 2)

İngiltərə, Premyer Liqa
23:00 Vest Hem – Vulverhempton (beİN Sports 3)

MLS klubu Neymar üçün danışıqlara başladı

10 April 2026 at 09:16

“Santos”un hücumçusu Neymar karyerasını ABŞ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. MLS təmsilçisi “Çinçinnati” braziliyalı futbolçunun xidmətində maraqlıdır. Klub nümayəndələri artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Neymarın “Santos”la müqaviləsi ilin sonuna kimidir. O, bu mövsüm Braziliya çempionatında 4 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Autsayder qələbə həsrətinə son qoydu

10 April 2026 at 17:29

Bu gün Misli Premyer Liqasında XXVII tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib.

Autsayder “Karvan-Yevlax” “Kəpəz”i qəbul edib. Matç Yevlax təmsilçisinin qələbəsiylə başa çatıb.

Misli Premyer Liqası
XXVII tur

10 aprel

15:30 Karvan-Yevlax – Kəpəz 4:1
Qollar:
R.Rütəmli, 38, 45+2, 90+4, E.Turabov, 65 – F.Nəbiyev, 48
Baş hakim:
Nicat İsmayıllı
Yevlax şəhər stadionu

AL: “Aston Villa”dan səfərdə inamlı qələbə

10 April 2026 at 01:05

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün mərkəzi qarşılaşması İtaliyada baş tutub.

“Bolonya” evdə “Aston Villa” ilə bacara bilməyib – 1:3.

“Frayburq” öz meydanında “Selta” üzərində 3 cavabsız qolla qələbə qazanıb.

Mərhələnin Portuqaliyada keçirilən daha bir matçında “Porto” “Nottingem Forest”in müqavimətini qıra bilməyib, həmin görüş də 1:1 hesablı bərabərliklə yekunlaşıb.

UEFA Avropa Liqası

1/4

9 aprel

“Bolonya” (İtaliya) – “Aston Villa” (İngiltərə) 1:3

Qol: C. Rou, 90 – E. Konsa, 44, O. Votkins, 51, 90+4

“Porto” (Portuqaliya) – “Nottingem Forest” (İngiltərə) 1:1

Qol: V. Qomes, 11 – M. Fernandes, 13 (ö.q)

“Frayburq” (Almaniya) – “Selta” (İspaniya) 3:0

Qol: V. Qrifo, 10, Y. Beste, 32, M. Ginter, 78

KL: “Kristal Pelas” “Fiorentina”nı böyük hesabla məğlub etdi

10 April 2026 at 00:55

Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, gecə maraqlı görüşlərlə yadda qalıb.

Günün mərkəzi qarşılaşması İngiltərədə “Kristal Pelas” və “Fiorentina” arasında baş tutub. Meydan sahibləri 3:0 hesablı inamlı qələbəyə seviniblər.

“Rayo Vallekano” da favoriti olduğu matçda “AEK”i 3 cavabsız qolla məğlub edib. “Maynz” öz meydanında “Strazburq”, “Şaxtyor” isə “AZ Alkmaar”dan üstün olub.

Cütlər arasında cavab oyunları aprelin 16-sında keçiriləcək.

UEFA Konfrans Liqası

1/4 final

9 aprel

“Rayo Valyekano” (İspaniya) – AEK (Yunanıstan) 3:0

Qol: İ. Akomah, 2, U. Lopez, 45+2, İ. Palazon, 74 (pen)

“Maynts” (Almaniya) – “Strazburq” (Fransa) 2:0

Qol: K. Sano, 11, S. Poş, 19

“Kristal Pelas” (İngiltərə) – “Fiorentina” (İtaliya) 3:0

Qol: J. Mateta, 24 (pen), T. Miçell, 31, İ. Sarr, 90

“Şaxtyor” (Ukrayna) – “Alkmaar” (Niderland) 3:0

Qol: Pedrinyo, 72, Alisson, 81, 83

 

 

 

 

Barış Alper: “Bizi asanlıqla yıxa bilməzlər”

9 April 2026 at 23:54

Türkiyə Super Liqasının lideri “Qalatasaray” təxirə salınmış matçda “Göztəpə”ni 3:1 hesabı ilə məğlub edərək vacib 3 xal qazanıb.

Futbolpress.az xəbər verir ki, qarşılaşmaya kapitan sarğısı ilə çıxan Barış Alper Yılmaz oyundan sonra səmimi açıqlamaları ilə diqqət çəkib.

​Karyerasında ilk dəfə komandanı meydana kapitan kimi çıxaran Barış Alper bu qüruru belə ifadə edib:

​”Kapitan kimi meydana çıxdığım üçün çox xoşbəxtəm. Böyük məsuliyyətim var və məni heç nə həvəsdən sala bilməz. Özümə çox yaxşı baxıram. Forvard oynamağı da sevirəm, artıq 5 qolum oldu. Əsas odur ki, komandama töhfə verim”.

​Ötən turdakı “Trabzonspor” məğlubiyyətini “nəzər muncuğu” adlandıran ulduz futbolçu nəticənin onları daha da gücləndirdiyini bildirib:

“Futbolda dünən yoxdur, amma keçən matçdakı nəticə bizi həqiqətən üzmüşdü. Komanda olaraq danışdıq, bu günə və sabaha kökləndik. Könül istər ki, həmişə qazanaq, amma o məğlubiyyət nəzər muncuğu oldu və bizi daha da alovlandırdı. Kənar səslərə qulaq asmırıq, ancaq özümüzə baxırıq”.

​Komanda yoldaşı Mauro İkardi haqqında da yüksək fikirlər səsləndirən Barış klubdakı ailə mühitini vurğulayıb:

“Hələ heç nə bitməyib, qarşıda çox oyun var. Böyük bir ailəyik və bizi asanlıqla yıxa bilməzlər. Mauro İkardi isə çox xüsusi biridir, o, bütöv bir nəsli “Qalatasaray” azarkeşi etdi”.

Sissenin yeni komandası bəlli oldu

9 April 2026 at 23:36

Anqola millisinin yeni baş məşqçisi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, həmin posta Aliu Sisse təyin olunub.

Liviya yığmasından yenicə ayrılan Sisse Anqolanı seçib. 50 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

 

İngiltərə klubları 90 milyonluq mübarizəyə hazırlaşır

9 April 2026 at 23:14

​”Aston Villa”nın gənc ulduzu Morqan Rocers yay transfer pəncərəsinin ən çox axtarılan simasına çevrilmək üzrədir.

Futbolpress.az xəbər verir ki, İngiltərənin üç nəhəng klubu futbolçu üçün “hərraca” hazırlaşır.

​”The Times” nəşrinin yaydığı məlumata görə, “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” 21 yaşlı vingeri heyətinə qatmaq üçün rəsmi addımlar atmağa başlayıb. Mövsüm boyu göstərdiyi performansla diqqətləri üzərinə çəkən Rocers üçün klublar arasında ciddi mübarizə gözlənilir.

Birmingem təmsilçisi gənc istedadını asanlıqla buraxmaq niyyətində deyil. Klub Rocersin transfer qiymətini 90 milyon avrodan yuxarı müəyyənləşdirib. Lakin xəbərdə qeyd olunur ki, “Aston Villa” maliyyə təzyiqlərini azaltmaq üçün bu təklifləri ciddi dəyərləndirmək məcburiyyətində qala bilər.

​Əgər bu transfer baş tutarsa, ulduz futbolçu Premyer Liqa daxilində yay pəncərəsinin ən baha qiymətli keçidlərindən birinə imza atacaq.

Bu stadion Luçeskunun adını daşıyacaq

9 April 2026 at 22:57

“Dinamo Buxarest”in yeni stadionuna mərhum Mirça Luçeskunun adı veriləcək.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, stadion “Dinamo Mirça Luçesku” adlanacaq.

O, futbolçu karyerasında 12 il “Dinamo”da çıxış edib.

Xatırladaq ki, mütəxəssis 80 yaşında vəfat edib.

Demirel: “Məni Volkan edən Aziz Yıldırım oldu”

9 April 2026 at 22:45

​”Gənclərbirliyi”nin baş məşqçisi Volkan Demirel “TRT Spor”a müsahibə verib.

Futbolpress.az xəbər verir ki, o həm futbolçuluq karyerası, həm də ona qoyulan ləqəblər barədə səmimi və maraqlı etiraflar edib.

Təcrübəli mütəxəssis illərdir azarkeşlər arasında müzakirə olunan ləqəbi ilə bağlı kompleksinin olmadığını bildirib:

​”Mənə “Fənərbaxça”nın bazasında “Dayı”, kənarda isə “Ayı” deyirdilər. Bəlkə də, insanlara qəribə gəlir, amma qızlarımın ən sevdiyi oyuncaq ayıdır. Hətta qızımın bir oyuncaq ayısı var, adını da Volkan qoyub. Mən ayı olmaqdan və ayı kimi görünməkdən çox xoşbəxtəm. Çünki ayı çox güclü bir heyvandır”.

Demirel “Fənərbaxça”nın sabiq və indiki prezidentləri barədə də danışaraq, onlara olan ehtiramını ifadə edib:

“Məni “Volkan” edən insan Aziz Yıldırımdır. Onu həmişə atamın yerinə qoyuram. Ali Koç da eyni şəkildədir. Biri mənim üçün atamdırsa, digəri böyük qardaşımdır”.

Keçmiş qapıçı karyerası ərzində buraxdığı saysız-hesabsız qollar arasında ən çox yadında qalan 3 böyük səhvini xüsusi qeyd edib:

“Karyeramda çox gözəl qollar buraxmışam, amma ağlımda qalanlar həmişə səhvdən buraxdığım qollardır. Üçünü heç unuda bilmirəm: “Kasımpaşa” ilə matçda öz qapıma vurduğum, Edu ilə toqquşduğumuz epizodda “Qalatasaray”dan, və İtaliya millisindən buraxdığım qol”.

❌
❌