Reading view

Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar

Azərbaycan Güləş Federasiyası “Güləş Qarabağda” kampaniyası çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində tədbir keçirib.

Komanda.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyilə təşkil edilən tədbir ali təhsil ocağının akt zalında baş tutub.

Tanınmış güləşçilər, nüfuzlu yarışların qalib və mükafatçıları – Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev, həmçinin çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani tələbələr önündə çıxış edib.

Onlar qələbəyə gedən yolun hamar olmadığını, dəfələrlə müxtəlif maneələrlə üzləşdiklərini, ancaq heç vaxt ruhdan düşməyərək mübarizə apardıqlarını və nəticədə uğurlara nail olduqlarını bildirib, gəncləri daim mübariz ruhda olmağa, milli şüur altında mənəvi dəyərlərə riayət etməyə səsləyiblər.

Daha sonra maraqlı viktorina keçirilib. Müxtəlif suallarla tələbələrin güləşlə bağlı bilikləri yoxlanılıb. Test vasitəsilə həm də bu idman növü ilə bağlı daha ətraflı məlumat toplamağa şərait yaradılıb. Böyük maraqla qarşılanan və ciddi mübarizə şəraitində keçən viktorinanın qaliblərinə AGF tərəfindən hədiyyələr təqdim edilib.

Daha sonra tələbələr güləşçilərə müxtəlif suallar ünvanlayıb və onlardan avtoqraf alıb. Sonda xatirə şəkli çəkdirilib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan güləşini və güləşçisini təbliğ etmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdir.

The post Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar appeared first on Komanda.az.

Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər

Azərbaycanın tanınmış güləş simaları Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə dəstəyi ilə “Güləş Qarabağda” devizi altında Qarabağ və Şərqi Zəngəzura səfər həyata keçiriliblər.

Komanda.az xəbər verir ki, səfərdə həmçinin Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri iştirak ediblər.

Nümayəndə heyəti bu gün Xankəndi şəhərində olub. Qonaqlar əvvəlcə Nizami Gəncəvi adına 4 saylı orta məktəbə baş çəkib. Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev kimi tanınmış güləşçilər məktəblilər tərəfindən böyük coşğu və maraqla qarşılanıb. Tanınmış güləşçilərlə şəkil çəkdirən, onlardan avtoqraf alan yeniyetmələr məktəbin stadionunda salınmış güləş xalçası üzərində müəyyən güləş elementləriylə tanış olub.

Çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzərianinin rəhbərlik altında keçirilən oyunlar tədbirə əlavə rəng qatıb. Şagirdlərə AGF tərəfindən hədiyyələr təqdim edilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd güləşin populyarlığını daha da artırmaq, tanınmış güləşçilərlə məktəblilərin ünsiyyətini təşkil etmək və gənc nəsilə “sağlam bədəndə sağlam ruh olar” düşüncəsini, vətənpərvərlik ruhunu aşılamaqdır.

The post Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər appeared first on Komanda.az.

“Milan”ın hədəfindədir – Almaniyalı hücumçu

“Vest Hem”in hücumçusu Niklas Fullkruq İtaliya liqasına gedə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu hazırda “Milan”ın idman direktoru İqli Tare üçün əsas hədəfə ​​çevrilib. Bu, forvardın İtaliya klubuna transfer şansının əvvəlkindən daha yüksək olduğu deməkdir.

“Milan” hazırda A Seriyasının cədvəlində ikinci yerdədir.

The post “Milan”ın hədəfindədir – Almaniyalı hücumçu appeared first on Komanda.az.

“Mən sehrbaz deyiləm” – Vernidub

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:

“65-70 dəqiqə ərzində meydanda əsl futbol oynanıldı və “Neftçi” komandası yaxşı çıxış etdi. “Neftçi”nin 3 qol vurma şansı var idi.

Son 20 dəqiqəni çox çətinliklə, yorğun halda oynadılar. Heç görmək istəmədiyim futbolu gördüm. Etiraf etməliyəm ki, fiziki güc yetərli deyil. Amma bunu yaxşı mənada dəyişmək olar. Yanvar ayında toplanışa gedəcəyik və komandanı daha yaxşı hala gətirmək şansımız olacaq. Yaxşı komandadır, oyunçular və sürətləri yaxşıdır. Bunlardan bəzi şeylər düzəldilməlidir ki, fiziki güc və disiplin artırılmalıdır. Uzun məşqçi təcrübəmə istinadən demək istəyirəm ki, bu komanda yaxşılaşdırıla bilər. Mən bu komandanı “Dinamo” ilə müqayisə edirəm. “Neftçi” Azərbaycan brendidir.

Bilirəm ki, çox çətindir, böyük hədəf qoymuşuq. Oyunçular bugünkü ilk 60-65-ci dəqiqədəki kimi oynasalar, hər şey daha yaxşı olacaq. Avropaya qədər yüksələcəyimizə inanıram. İnanmasam, bura gəlməzdim.

Komandaya baxıram ki, pis oyunçular deyil, lakin keyfiyyət istəyiriksə, fiziki gücü artırmalıyıq, daha da üstünə qoymalıyıq. Bu, hədəf kimi klub rəhbərliyinin də önünə qoyulacaq.

Vaxt da azdır, lakin ən azından artıq futbolçuları tanıyıram. Hər bir futbolçu ilə danışmağın lazım olduğunu düşünürəm. Daha çox taktiki məşğələlər etmək lazımdır.

“Sumqayıt”ın futbolçuları çox yaxşı pressinq etdilər, lakin daha sonra səhvlər etdilər. Buna görə bizdə də yaxşı epizodlar yarandı.

Mən sehrbaz deyiləm ki, bir anda hər şeyi dəyişim. Lakin nəyin üstündə necə işləmək lazım olduğunu bilirəm. İndidən oyunçuları xəbərdar edirəm ki, üstündə işləməli olduğumuz çox iş var. Tək mənə məşqçi kimi yox, onlara da futbolçu kimi çox ehtiyac olacaq. Onlar bunu anlamalı və qəbul etməlidirlər.

Mən belə başa düşürəm ki, udanda da, uduzanda da bunu komanda üzvləri edir. Mən bir baş məşqçi kimi bütün yükü öz üzərimə götürməyə hazıram, təki onlar yaxşı çıxış etsinlər”.

Nəzrin

The post “Mən sehrbaz deyiləm” – Vernidub appeared first on Komanda.az.

“Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi

“Sumqayıt”ın məşqçisi Şahin Abdullayev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:

“Gözlənilən kimi ağır oyun oldu. Motivasiya baxımdan “Neftçi”nin futbolçuları daha üstün idilər. Lakin bizim də bəlli bir planımız var idi. Bəzi futbolçuları ehtiyatda saxladıq. Onları 70-ci, 80-ci dəqiqədə buraxdıq və planımız işə yaradı.

Nadir oyunun ən yaxşı futbolçularından biri oldu. Lakin təcrübəsinə görə onun “Neftçi”yə qarşı oyunda çətinlik çəkəcəyini düşünürdük.

Biz 1-ci hissədə topu saxlaya bilmirdik. Fasilədə oyunçularımıza topu saxlamaları və daha sakit oynamaları tapşırıldı. 2-ci hissədə, 60-cı dəqiqədən etibarən oyunu ələ ala bildik”.

Nəzrin

The post “Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi appeared first on Komanda.az.

“Kür-Araz”dan darmadağın

2-ci Liqada 13-cü tura start verilib.

Komanda.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

“Araz Saatlı” evdə “Kür-Araz”a, “Şəmkir” isə “Quba”ya uduzub. “Qaradağ Lökbatan” – “Şəki” oyunu isə baş tutmayıb. Buna “Şəki”nin səfər oyununa çıxmaqdan imtinası səbəb olub.

2-ci Liqa
13-cü tur
15 dekabr

“Araz Saatlı” – “Kür-Araz” 1:4
Qollar
: Yaqub Yusubov, 48 – Elxan Məmmədov, 7; 88. Bayram Əliyev, 21; 31.

“Şəmkir” – “Quba” 0:1
Qol
: Qabil Sabirli, 85.

“Qaradağ Lökbatan” – “Şəki” oyunu baş tutmayıb

The post “Kür-Araz”dan darmadağın appeared first on Komanda.az.

“Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri məğlub oldu

Əvəzedicilər Liqasında 14-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

“Qarabağ-2” “Kəpəz-2” ilə ev oyununda xalsız qalıb. “Turan Tovuz-2” isə “Qəbələ-2” ilə görüşdə darmadağınla uduzub.

Əvəzedicilər Liqası
14-cü tur

15 dekabr

“Qarabağ-2” – “Kəpəz-2” 1:2
Qollar
: Bəhruz Qurbanlı, 29 – Arzu Atakişiyev, 17. Kresus Donqo, 27.

“Turan Tovuz-2” – “Qəbələ-2” 0:5
Qollar
: Rüfət Əhmədov, 38; 44. Antoni Hunpe, 78. Müseyib Bəşirov, 87. Cuma Hüseynov, 89.

The post “Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri məğlub oldu appeared first on Komanda.az.

“Yuventus”un satın alınması üçün yeni təklif hazırlanır

Kriptovalyuta şirkəti “Tether” “Yuventus”un satın alınması ilə bağlı yeni təklif hazırlayır.

Daha əvvəl bildirilmişdi ki, şirkət Turin klubunu 1 milyard avrodan yuxarı qiymətləndirərək rəsmi təklif irəli sürüb. Ancaq “Yuventus”un sahibi olan Anyelli ailəsi satış niyyətində deyil.

Komanda.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, kluba sahib olan “Exor” holdinqinin baş direktoru Con Elkann bu mövqeni belə ifadə edib:

“Yuventus” 102 ildir ailəmizin bir hissəsidir. Dörd nəsil bu klubu böyüdüb və möhkəmləndirib. Bizim tariximiz və dəyərlərimiz satılmır”.

“Tether” yaxın zamanda “Yuventus” üçün yeni və daha yüksək təklif təqdim etməyə hazırlaşır. Klubun real bazar dəyəri 2,1–2,6 milyard avro arasında dəyişir. 280 milyon avro həcmində borc nəzərə alındıqda isə səhmlər paketinin dəyəri 1,8–2,3 milyard avro aralığında qiymətləndirilir. Yeni təklifin “iqtisadi baxımdan əsaslandırılmış” olacağı gözlənilir.

Buna baxmayaraq, “Exor” holdinqi hələ də “Yuventus”u satmaq niyyətində deyil və məbləğin artırılması belə bu qərarın dəyişməsinə səbəb olmaya bilər.

The post “Yuventus”un satın alınması üçün yeni təklif hazırlanır appeared first on Komanda.az.

Azərbaycanın cüdo milliləri üçün seminar

Azərbaycan Cüdo Federasiyasında yığma komandaların məşqçiləri və ölkənin aparıcı cüdo klublarının nümayəndələri üçün seminar təşkil olunub.

Komanda.az xəbər verir ki, təlimlər idmançı sağlamlığının qorunması, zədələrin qarşısının alınması və performansın artırılması mövzularını əhatə edib.

Təlim proqramının reabilitasiya və zədə sarğıları (“taping”) mövzusu beynəlxalq təcrübəyə malik fizioterapevt Morqan Selles tərəfindən tədris olunub.

Sessiya zamanı cüdoda ən çox rast gəlinən zədələr, onların yaranma səbəbləri, reabilitasiya mərhələləri, idmançının təhlükəsiz şəkildə məşq və yarışlara qaytarılması, həmçinin zədə sarğısı və kinesioteypin düzgün tətbiqi ilə bağlı praktiki biliklər iştirakçılara təqdim edilib.

Dartınma (gərmə) hərəkətləri (“stretching”) və mobilizasiya mövzusu isə tanınmış mütəxəssis Taro Netzer tərəfindən aparılıb. Təlim zamanı dartınma və mobilizasiya metodlarının cüdo məşq prosesində rolu, zədə riskinin azaldılması, hərəkət amplitudasının artırılması, eləcə də məşqdən əvvəl və sonra düzgün tətbiq prinsipləri izah olunub.

Sessiyalar həm nəzəri, həm də praktiki hissələrdən ibarət olub.

Təlimlərin əsas məqsədi məşqçilərin tibbi-reabilitasiya biliklərini gücləndirmək, idmançılarla daha təhlükəsiz və elmi əsaslı şəkildə işləmələrini təmin etmək olub. Azərbaycan Cüdo Federasiyası məşqçilərin davamlı inkişafını və beynəlxalq standartlara uyğun biliklərlə təmin olunmasını prioritet istiqamət kimi davam etdirir.

The post Azərbaycanın cüdo milliləri üçün seminar appeared first on Komanda.az.

Turun açılış matçında “Azərreyl” qələbə qazandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə “Azərreyl” “Gənclər” kollektivinə 3:0 (25:16, 25:15, 25:12) hesabı ilə qalib gəlib.

Görüş Abşeron Olimpiya İdman Kompleksində keçirilib.

Tura dekabrın 17-də yekun vurulacaq.

The post Turun açılış matçında “Azərreyl” qələbə qazandı appeared first on Komanda.az.

“ABB-Qarabağ” kobrend kartı buraxılır

ABB ilə “Qarabağ” Futbol Klubu arasında memorandum imzalanıb.

Komanda.az xəbər verir ki, bu anlaşma “ABB-Qarabağ” kobrend kartının yaradılmasını nəzərdə tutur.

İmzalanma tədbirində sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel imza atıb. Tədbirdə “ABB-Qarabağ” kobrend kartının dizaynı da nümayiş etdirilib.

Kart yaxın aylarda premium və standart növdə bazara təqdim olunacaq, müştərilər üçün bir sıra üstünlüklər yaradacaq. Belə ki, kart sahibləri kobrend kartlarla bağlı qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq oyunçularla görüşlər, komandanın oyunlarını stadionun xüsusi zonasında izləmək imkanı, ödənişlər zamanı əlavə keşbeklər, müxtəlif ticarət və xidmət məkanlarında xüsusi endirimlər və s. bu kimi imtiyazlar qazanacaqlar.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “ABB-Qarabağ” kobrend kartının “Qarabağ” azarkeşlərində doğma komanda ilə bağlılığı daha da artıracağını bildirib: “Bu kartla hər əməliyyat insanlarımıza “Qarabağ” coşğusunu yaşadacaq. Onların gündəlik həyatına xoş bir dəyər qatacaq. Bu kart ABB-nin öz müştəriləri ilə, Qarabağ Futbol Klubunun isə öz azarkeşləri ilə kommunikasiya mədəniyyətində də yeni bir səhifə açacaq”.

“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel qeyd edib: “ABB ilə tərəfdaşlığımız bu ilin yay aylarından başlanıb və qısa müddət ərzində real məzmun qazanıb. “ABB–Qarabağ” kobrend kartı azarkeşlərimiz üçün gündəlik həyatda istifadə olunan, eyni zamanda kluba bağlılıq hissini gücləndirən praktik bir alət olacaq”.

The post “ABB-Qarabağ” kobrend kartı buraxılır appeared first on Komanda.az.

La Liqa klubu baş məşqçisini qovub

“Ovyedo” baş məşqçisi Luis Karrionu istefaya göndərib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İdarə Heyətinin səbr kasasını daşıran səbəb, komandanın məşqçinin rəhbərliyi altında keçirdiyi 8 oyunda bir dənə də olsun qələbə qazana bilməməsidir.

Son zərbə isə “Sevilya”dan alınan ağır məğlubiyyət olub – 0:4.

İndi klub sürətlə yeni baş məşqçi axtarmalıdır, çünki artıq 6-cı gün İspaniya çempionatının növbəti turunda “Ovyedo” öz meydanında “Selta” (Viqo) ilə qarşılaşacaq.

Komanda hazırda La Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb və vəziyyəti düzəltmək üçün təcili dəyişikliklərə ehtiyac var.

The post La Liqa klubu baş məşqçisini qovub appeared first on Komanda.az.

“Qələbəyə daha çox layiq idik” – “İmişli”nin baş məşqçisi

“İmişli” Azərbaycan Premyer Liqasının 15-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”la 1:1 hesablı heç-heçə edib.

Komanda.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında nəticənin istədikləri kimi olmadığını bildirib:

“Nəticə istədiyimiz kimi olmadı. Çünki biz qələbəyə daha çox layiq idik. 90 dəqiqə ərzində daha istəkli, mübarizə aparan tərəf “İmişli” idi. Hava şəraitinə görə meydançanın vəziyyəti yaxşı deyildi. Buna görə də oyunu qurmaq çətin olurdu. Ümumi olaraq komandamdan razıyam. Birinci hissədə 4-5 təhlükəli qol epizodu yaratdıq. Amma yalnız bir qol vura bildik. İlk yarıda oyunu bitirmək olardı. Amma bu, futboldur. Əks-hücumda qol buraxdıq.

İkinci hissədə də komandam istəkli idi. Hücumlar qururduq, qol axtarırdıq. Qələbə qolunu vurmaq üçün çox çalışdıq. Meydançanın vəziyyəti ikinci yarıda daha da pis idi. Texnikalı komanda olduğumuz üçün bu cür meydanda oyun qurmaqda çətinlik çəkirdik. Göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Komanda çətin şəraitə baxmayaraq meydanda maksimumunu ortaya qoydu. 3 xal istəyirdik, amma 1 xal da pis deyil”.

“İmişli” növbəti turda “Zirə”nin qonağı olacaq.

The post “Qələbəyə daha çox layiq idik” – “İmişli”nin baş məşqçisi appeared first on Komanda.az.

Rafinya “Barselona”dan ayrılmaycaq – O vaxta qədər ki…

“Barselona”nın hücumçusu Rafinya Dias klubdan ayrılmaq niyyətində deyil. Ta ki, əsas məqsədi olan UEFA Çempionlar Liqasını qazanmağa çatana qədər.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu kataloniyalılarla Avropanın ən prestijli turnirində qalib gəlmək arzusundadır və bu uğura çatana qədər heç yerə getməyi planlaşdırmır.

29 yaşlı oyunçu “Barselona”nın heyətində Çempionlar Liqasını qazanmaq fikrinə qəti şəkildə fokuslanıb. O, Kataloniya klubuna 2022-ci ilin yayında İngiltərə “Lids”indən transfer olunub.

Onun komandasının Çempionlar Liqasındakı son qələbəsi 2015-ci ilə təsadüf edir. Hans-Diter Flikin rəhbərliyindəki “Barselona” ötən mövsümdə yarımfinala qədər irəliləyə bilib.

The post Rafinya “Barselona”dan ayrılmaycaq – O vaxta qədər ki… appeared first on Komanda.az.

“Milan” iki mövqeyə oyunçu axtarır

“Milan” qış transfer pəncərəsində ən azı iki futbolçunu heyətinə qatmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki “qırmızı-qaralar”ın rəhbərliyi yeni mərkəz hücumçusu transfer etmək niyyətindədir. Həmçinin, komandanın mərkəz müdafiəçisinə də ehtiyacı var.

Son aylarda “Vest Hem”in 32 yaşlı forvardı Niklas Füllkruqun “Milan”a keçidi ilə bağlı şayiələr də aktiv şəkildə müzakirə olunur.

Massimiliano Alleqrinin çalışdırdığı “Milan” hazırda A Seriyasında 15 turdan sonra 32 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “İnter”dən cəmi 1 xal geri qalır.

The post “Milan” iki mövqeyə oyunçu axtarır appeared first on Komanda.az.

“Qələbə üçün gəlmişdik” – “Karvan-Yevlax”ın baş məşqçisi

“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “İmişli” ilə 1:1 hesablı heç-heçə edib.

Komanda.az xəbər verir ki, qonaqların məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirib:

“Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi. Ağır oyun oldu. Əlbəttə ki, bura qələbə üçün gəlmişdik. Qalib gələ də, uduza da bilərdik. Matçın ədalətli nəticəsi bərabərlik idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən döyüşkənlik göstərdilər. Hesabda geri olsaq da, əzmkarlıq göstərib bərabərlik qolunu vurduq. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

“Karvan-Yevlax” növbəti turda “Neftçi” ilə qarşılaşacaq.

The post “Qələbə üçün gəlmişdik” – “Karvan-Yevlax”ın baş məşqçisi appeared first on Komanda.az.

Türam qardaşları eyni komandada?

“Yuventus”un yarımmüdafiəçisi Kefren Türam yay transfer pəncərəsində “İnter”in əsas hədəflərindən birinə çevrilə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Milan klubu orta xətti gücləndirmək niyyətindədir və 24 yaşlı yarımmüdafiəçi prioritet namizədlər siyahısında yer alır.

Hazırda “İnter”in heyətində Türamın böyük qardaşı, hücumçu Markus Türam çıxış edir. Qardaşların “Cüzeppe Meatsa” stadionunda eyni formada bir araya gəlməsi qarşıdakı yayın ən çox müzakirə olunan mövzularından biri ola bilər.

Fransalı futbolçunun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. O, cari mövsümdə komandasının heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

The post Türam qardaşları eyni komandada? appeared first on Komanda.az.

Komanda yoldaşlarından Rodriqoya dəstək

“Real”ın hücumçusu Rodriqo dünənki La Liqa matçında “Alaves”ə qarşı fərqlənib. Bu, onun ardıcıl iki oyunda qol vurması deməkdir.

Komanda.az xəbər verir ki, matçdan sonra braziliyalı forvardın bir neçə komanda yoldaşı sosial şəbəkədə onu dəstəkləyən açıqlamalar yayımlayıb.

Çud Bellingem belə yazıb:

“Ən yaxşılar həmişə uğur qazanır. Mənim dostum geri döndü”.

“Real” La Liqada 16 turdan sonra 39 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.

The post Komanda yoldaşlarından Rodriqoya dəstək appeared first on Komanda.az.

Noyer ili başa vurdu

“Bayern”in əsas qapıçısı Manuel Noyer zədə səbəbindən 2025-ci ildə komandasına kömək edə bilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, dekabrın 14-də “Maynts”la keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra Noyer sağ ayağının bud nahiyəsində diskomfort hiss edib. Tibbi müayinədən sonra 39 yaşlı qolkiperə əzələ dartılması diaqnozu qoyulub.

Gözləntilərə görə, Noyer Bundesliqada qış fasiləsindən sonra – yanvarın 11-də “Volfsburq”a qarşı keçiriləcək oyunda yenidən meydana qayıda bilər.

Almaniyalı futbolçu cari mövsümdə “Bayern”in heyətində 20 oyunda iştirak edib və 21 qol buraxıb.

The post Noyer ili başa vurdu appeared first on Komanda.az.

Türkiyə klubu Ter Ştegenlə maraqlanır

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qış transfer pəncərəsində klubunu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperin xidmətində “Beşiktaş” maraqlıdır.

Türkiyə təmsilçisi Kataloniya klubuna Ter Ştegenin icarəyə götürülməsi ilə bağlı təklif göndərib. Ancaq qapıçının özü La Liqanı daha aşağı statuslu çempionatla dəyişmək niyyətində deyil.

Almaniyalı futbolçu 2014-cü ilin yayından “Barselona”nın formasını geyinir. Onun klubla müqaviləsinin müddəti 2027/28 mövsümünün sonuna qədərdir.

The post Türkiyə klubu Ter Ştegenlə maraqlanır appeared first on Komanda.az.

DÇ-2027-nin Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Komanda.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri təyin olunub. Gənclər və idman naziri isə Təşkilat Komitəsi sədrinin müavini olub.

Həmçinin Təşkilat Komitəsinin üzvləri aşağıdakılardır:

Fövqəladə hallar nazirinin müavini

Maliyyə nazirinin müavini

Mədəniyyət nazirinin müavini

İqtisadiyyat nazirinin müavini

Daxili işlər nazirinin müavini

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Elm və təhsil nazirinin müavini

Xarici işlər nazirinin müavini

Səhiyyə nazirinin müavini

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Dövlət Gömrük Komitəsi sədrinin müavini

Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı.

Çempionatın keçirilməsi ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə edilib.

The post DÇ-2027-nin Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb appeared first on Komanda.az.

Sabiq futbolçu Vinisiusu simulyasiyada günahlandırdı

Niderland futbolunun tanınmış simalarından Marko van Basten “Alaves”lə “Real” arasında keçirilən (İspaniya La Liqası) oyunda verilməyən penalti epizodu ilə bağlı fikirlərini bölüşüb.

Qarşılaşmanın 88-ci dəqiqəsində Vinisius Juniorun cərimə meydançasında yerə yıxılması hakim tərəfindən qayda pozuntusu kimi qiymətləndirilmədi. Bu qərar matçdan sonra “kral klubu”nun düşərgəsində ciddi narazılığa səbəb oldu və geniş müzakirələrə yol açdı. Ancaq Van Basten bu mövzuda “Real” tərəfinin mövqeyi ilə razılaşmadığını bildirib.

Komanda.az xəbər verir ki, “The Touchline” nəşrinə danışan sabiq futbolçu həmin epizodda penalti üçün əsasın olmadığını deyib:

“Bu, penalti deyil. Bəli, təmas var idi, amma Vinisius bu təması gözləyirdi. Toxunuşu hiss edən kimi həddən artıq asanlıqla özünü yerə atdı. Rəqibin zərbəsindən doğrudan da yıxıldığına inanmaq çətindir”.

Qarşılaşma Xabi Alonsonun rəhbərlik etdiyi “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

The post Sabiq futbolçu Vinisiusu simulyasiyada günahlandırdı appeared first on Komanda.az.

2-ci Liqada noyabrın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

Azərbaycan 2-ci Liqasında “Ayın qolu” layihəsi çərçivəsində noyabrın ən yaxşı qolunun müəllifi olan “Şəmkir”in futbolçusu Ceyhun Rəcəbli mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Mükafatı 13-cü turun “Şəmkir” – “Quba” qarşılaşmasından əvvəl PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

The post 2-ci Liqada noyabrın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı appeared first on Komanda.az.

“Karvan-Yevlax”dan “İmişli” ilə matçda mükafat vədi

“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “İmişli” ilə qarşılaşır. Quba Olimpiya stadionunda keçirilən qarşılaşma hazırda 0:0 hesabı ilə davam edir.

Premyer Liqanın turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan Yevlax təmsilçisinin rəhbərliyi oyunçularına hətta, heç-heçə edəcəkləri təqdirdə belə,nmükafat vəd edib.

Komanda.az-ın əldə etdiyi məlumata görə, oyunda bərabərlik qeydə alınacağı halda hər futbolçuya təxminən 3-5 min manat arası mükafat vəd edilib.

“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasının 14 turundan sonra 5 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

The post “Karvan-Yevlax”dan “İmişli” ilə matçda mükafat vədi appeared first on Komanda.az.

“Napoli” ondan əl çəkmir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu “Napoli”nin prioritet transfer hədəfləri sırasında qalmaqda davam edir.

20 yaşlı futbolçu Ruben Amorimin rəhbərlik etdiyi komandadakı mövqeyindən narazıdır. Portuqaliyalı mütəxəssis ona start heyətində nadir hallarda şans verir.

Perspektivli yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə getməyi düşünür. Onun məqsədi dünya çempionatı öncəsi daha çox oyun praktikası qazanmaqdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli” ingilis futbolçunu icarə əsasında heyətinə qatmaq üçün fəal danışıqlar aparır. Yaxın günlərdə klub nümayəndələrinin Mainunun agenti ilə birbaşa görüş keçirməsi gözlənilir.

Kobbi Mainu cari mövsümdə 11 oyunda iştirak edib. Hələlik “qırmızı şeytanlar”ın öz yetirməsi ilə müvəqqəti də olsa yollarını ayırmağa hazır olub-olmadığı məlum deyil.

The post “Napoli” ondan əl çəkmir appeared first on Komanda.az.

“Sumqayıt”ın legionerinə milli dəvət

“Sumqayıt”ın futbolçusu Abdul Raşid Mumini Afrika Millətlər kubokunda çıxış edəcək Benin millisinə dəvət alıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunçu bu səbəbdən “Neftçi” və “Sabah”la görüşlərdə iştirak edə bilməyəcək.

D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq. Afrika Millətlər kubokuna dekabrın 21-də start veriləcək.

The post “Sumqayıt”ın legionerinə milli dəvət appeared first on Komanda.az.

Ter Ştegen uzun zamandan sonra meydana çıxa bilər

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen əsas heyətdə çıxış etməyəcək. Almaniyalı futbolçu yaxınlarda zədəsini sağaldıb komandaya qayıtsa da, əsas qapıçı yenə də Xuan Qarsiya olaraq qalır.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, vəziyyət yaxın gələcəkdə dəyişməyəcək.

Qarsiya La Liqa və UEFA Çempionlar Liqası oyunlarında meydana çıxacaq, Ter Ştegen isə əsas əvəzedici statusu üçün Voyçex Şesnı ilə mübarizə aparacaq.

Bununla belə, 33 yaşlı kapitanın komanda ilə qısa zamanda meydana çıxması mümkündür. Belə ki, komandanın baş məşqçisi Hans-Diter Flik onu İspaniya kubokunun 1/16 finalında “Deportivo Qvadalahara” ilə qarşılaşmada meydana buraxa bilər. Matç sabah keçiriləcək.

The post Ter Ştegen uzun zamandan sonra meydana çıxa bilər appeared first on Komanda.az.

Basketbol: Azərbaycan Liqasında təxirə salınmış oyunun vaxtı bilindi

Azərbaycan Basketbol Liqasının 7-ci turundan təxirə salınmış “Şəki” – “Neftçi” oyununun vaxtı bəlli olub.

Bu barədə Komanda.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Qarşılaşma dekabrın 17-də Şəki Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.

The post Basketbol: Azərbaycan Liqasında təxirə salınmış oyunun vaxtı bilindi appeared first on Komanda.az.

“Mançester Yunayted” futbolçusu üçün təklif gözləyir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte gələn ay klubdan ayrıla bilər. 24 yaşlı futbolçu “qırmızı şeytanlar”ın əsas heyətində yerini itirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi uruqvaylı oyunçu üçün qış transfer pəncərəsində təklifləri nəzərdən keçirməyə hazırdır.

Uqarteyə La Liqa, A Seriyası və Fransa Liqa 1-dən klublar diqqət göstərir.

Uqarte bu mövsüm Ruben Amorim rəhbərliyi altında komandada 11 oyunda iştirak edib, start heyətində isə yalnız üç dəfə meydana çıxıb.

The post “Mançester Yunayted” futbolçusu üçün təklif gözləyir appeared first on Komanda.az.

“Şəki” ölkə çempionatının oyununa çıxmaqdan imtina edib

Azərbaycan 2-ci Liqasında mübarizə aparan “Şəki” çempionatın 13-cü turunda qarşılaşmalı olduğu “Qaradağ Lökbatan”la oyuna çıxmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məsələnin səbəbi ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilib.

“Şəki” 2-ci Liqada 12 turdan sonra turnir cədvəlində 25 xalla dördüncü sırada qərarlaşıb

The post “Şəki” ölkə çempionatının oyununa çıxmaqdan imtina edib appeared first on Komanda.az.

Alonso jurnalistlərlə razı deyil

“Real”ın baş məşqçisi Xabi Alonso komandasının matç ərzində konsentrasiyasını itirməsi barədə səslənən fikirlərə münasibət bildirib.

“Kral klubu” bazar günü “Alaves”i 2:1 hesabı ilə məğlub edib. Matçın 24-cü dəqiqəsində Kilian Mbappe “Real”ı önə çıxarsa da, ev sahibi komanda 68-ci dəqiqədə hesabı bərabərləşdirib. Qarşılaşmanın taleyini isə 76-cı dəqiqədə Rodriqo həll edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra jurnalistlər Alonsoya komandanın oyunun gedişində konsentrasiyasını itirməsi ilə bağlı sual veriblər. O, isə bununla razıl olmadığını deyib:

“Mən bununla razı deyiləm – vəziyyət matçdan matça dəyişir. Bu mövsümdə bəzi oyunlarda sürətimizi itirmişdik, ancaq son üç qarşılaşmada belə hal müşahidə olunmayıb”.

“Real” hazırda La Liqada 39 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır .

The post Alonso jurnalistlərlə razı deyil appeared first on Komanda.az.

Qurbanov: “Karyeramın sonuna qədər Azərbaycanda çalışmağa hazıram”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasının sonuna qədər Azərbaycanda çalışmağa hazırdır”.

Komanda.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bunu jurnalistlərə açıqlamasında deyib.

O, yeni transferlər etmək istədiklərini də vurğulayıb:

“Hazırda həm ruhuma, həm də özümə Azərbaycan daha yaxındır. Bakını çox sevirəm. Düşünürəm ki, mənim üçün əvəzolunmazdır. Gördüyüm işlər fayda verəcəksə, karyeramın sonuna qədər Azərbaycanda çalışmağa hazıram. Hər il transfer söhbətləri olur. Ümumilikdə hər il komandamızda yaxşı hücumçular olur. Danışıqlar aparırıq. Çalışırıq ki, transferlər edək. Çünki tələblər böyükdür. Qış fasiləsini böyük ehtimalla Antalyada keçirəcəyik”.

Qurban Qurbanov Komanda.az saytının 63 jurnalist arasında keçirdiyi sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da, o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

The post Qurbanov: “Karyeramın sonuna qədər Azərbaycanda çalışmağa hazıram” appeared first on Komanda.az.

Sabiq futbolçunun səhhətində ciddi problemlər yaranıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan ”Liverpul”un sabiq hücumçusu Yan Raş səhhətində kəskin pisləşmə səbəbindən reanimasiyaya yerləşdirilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı sabiq futbolçu təxminən 48 saat ağır vəziyyətdə qalıb və süni tənəffüs aparatına qoşulub. Lakin o, hazırda sağalır.

Raş ümumilikdə 15 il “Liverpul”da oynayıb və bir mövsüm “Yuventus”da çıxış edib.

The post Sabiq futbolçunun səhhətində ciddi problemlər yaranıb appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibi 65 milyon avroluq futbolçu üçün rəsmi təklif göndərib

“Bornmut”un vingeri Antuan Semenyo İngiltərə Premyer Liqasının son çempionu “Liverpul”un maraq dairəsinə düşüb.

Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, mersisaydlılar 25 yaşlı futbolçunun transferi ilə bağlı qarşı tərəfə rəsmi təklif göndəriblər.

Qanalı vinger hücum xəttində “qırmızılar”ın lideri Məhəmməd Salahı əvəzləyə bilər. Misirli oyunçunun klubdakı münasibətlərinin son dövrlər gərginləşdiyi də bildirilir.

Semenyonun bazar dəyəri 65 milyon avro qiymətləndirilir. O, cari mövsümdə “Bornmut”un heyətində 15 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibi 65 milyon avroluq futbolçu üçün rəsmi təklif göndərib appeared first on Komanda.az.

“Məğlub olsaq da, şərəflə məğlub olmaq istəyirik” – Qurban Qurbanov

Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq.

Komanda.az xəbər verir ki, bu barədə 53 yaşlı mütəxəssis jurnalistlərə açıqlamasında deyib.

O, saytın keçirdiyi sorğuda ilin ən yaxşı baş məşqçisi seçilməsinə münasibət bildirib:

“Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq. Məğlub olsaq da şərəflə məğlub olmaq istəyirik. Həqiqətən uğurlu bir yoldur. Məqsədimiz ÇL-in qrupuna düşmək idi. Şükürlər olsun ki, bunu bacardıq. Bəlkə də hamının düşüncəsi o idi ki, bir qələbə olsun. Çox şükür ki, artıq iki qələbəmiz var.

Azərbaycana belə klubların gəlməsi çox gözəl haldır. Azarkeşlər futbol ictimaiyyəti üçün maraqlıdır. Son vaxtlar bir qədər aqressiv futbol oynayırıq. Son matçda komandamızın fiziki durumu ən yaxşı formada idi. Bu gün 60, 70 dəqiqə tab gətirə biliriksə deməli sabah daha da irəli gedə bilərik. Təəssüf ki, Azərbaycan çempionatında bu tempi görmürük. Bununla belə çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq”.

Qurban Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

The post “Məğlub olsaq da, şərəflə məğlub olmaq istəyirik” – Qurban Qurbanov appeared first on Komanda.az.

Qurban Qurbanova “İlin məşqçisi” mükafatı təqdim olundu – FOTOLAR

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova 2025-ci ilin ən yaxşı baş məşqçisi mükafatı təqdim edilib.

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 53 yaşlı mütəxəssis digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci olub. Mükafatı Qurban Qurbanova Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.

Qurban Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

Sorğuda iştirak edənlərdən ikisi son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, biri “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, biri “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, biri isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib.

The post Qurban Qurbanova “İlin məşqçisi” mükafatı təqdim olundu – FOTOLAR appeared first on Komanda.az.

“Ferqyuson dedi ki, sənin işin topa sahib olmaq, ötürmə vermək deyil, Pirlodur”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi klubun keçmiş baş məşqçisi Aleks Ferqyusonun komandasını “Milan”la oyuna necə hazırladığını xatırlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Ferqyusonun “Milan”la oyunumuzdan əvvəl bizə brifinq verdiyini xatırlayıram. O, sözün əsl mənasında Parka dedi: “Bu gün sənin işin topa sahib olmaq, ötürmə vermək deyil, sənin işin Andrea Pirlodur. Vəssalam, Pirlo”.

Şotlandiyalı məşqçi “Milan”ın sabiq yarımmüdafiəçisi Pirlonun yaratdığı təhlükədən o qədər ehtiyat edib ki, Park Ji-Sunqa italiyalı oyunçunu diqqətlə izləməyi tapşırıb. “Qırmızı şeytanlar” 2009/10 mövsümündə, Çempionlar Liqasının 1/8 finalında “Milan”ı ümumi 7:2 hesabı ilə məğlub ediblər.

The post “Ferqyuson dedi ki, sənin işin topa sahib olmaq, ötürmə vermək deyil, Pirlodur” appeared first on Komanda.az.

“Bir çox müdafiəçi Haland haqqında düşünərək yata bilmir”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın köməkçisi olan Kolo Ture hücumçu Erlinq Haland haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq müdafiəçidən meydanda norveçli futbolçu ilə qarşılaşacağı təqdirdə, onu necə dayandıracağı soruşulub:

“Deyə bilmərəm. O hissi xatırlayıram, yüksək səviyyəli hücumçuya qarşı oyundan əvvəlki gecə həmişə yatmaqda çətinlik çəkirdim. Hər oyundan əvvəl Halanda deyirəm: “Bir çox müdafiəçi sənin haqqında düşünərək yata bilmir”.

Haland 2022-ci ildən “Mançester Siti”də forma geyinir.

The post “Bir çox müdafiəçi Haland haqqında düşünərək yata bilmir” appeared first on Komanda.az.

Kurtua: “Bu, ən yaxşı oyunumuz deyildi”

İspaniya La Liqasının 16-cı turunda səfərdə “Alaves” üzərində 2:1 hesablı qələbə qazanan “Real”ın bu nəticəsini komandanın qapıçısı Tibo Kurtua dəyərləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı qolkiper bunun əla nailiyyət olduğunu bildirib:

“Bu, mənim üçün “Real”dakı 200-cü qələbədir. Əla nailiyyətdir. Bu il qələbə qazanmağa davam etməliyik. Son oyunda komanda xarakter göstərdi və vacib üç xalı qazandı. İşimizi davam etdirəcəyik. Bu, ən yaxşı oyunumuz deyildi, amma əsas olan nəticədir”.

Xabi Alonsonun rəhbərlik etdiyi Madrid təmsilçisi 17 oyundan sonra 39 xal toplayaraq La Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

The post Kurtua: “Bu, ən yaxşı oyunumuz deyildi” appeared first on Komanda.az.

“Qarabağ” – “Araz-Naxçıvan” oyunu yubileylə əlamətdar olub

Azərbaycan Premyer Liqasının turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.

Komanda.az-ın Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.

Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunub. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.

1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/2002 və 2019/2020 mövsümləri yarımçıq dayandırılıb.

Cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.

The post “Qarabağ” – “Araz-Naxçıvan” oyunu yubileylə əlamətdar olub appeared first on Komanda.az.

Zubir 200-ə çatdı

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Misli Premyer Liqasında 200-cü oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubiley matçı Premyer Liqanın 15-ci turuna təsadüf edib.

O, “Araz-Naxçıvan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/2019 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinib.

Zubir bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub.

Zubir “200”ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.

The post Zubir 200-ə çatdı appeared first on Komanda.az.

Mbappe Ronaldonun “üç addım”lığında

İspaniya çempionatının 16-cı turunda səfərdə “Alaves”lə qarşılaşan “Real” 2:1 hesablı qələbə qazanıb.

“Kral klubu”nun heyətində qollardan birini hücumçu Kilian Mbappe vurub. Bu qol Mbappe üçün 2025-ci təqvim ilində “Real” forması ilə vurduğu 56-cı qol olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu “Real”ın sabiq hücumçusu Kriştiano Ronaldonun rekorduna xeyli yaxınlaşıb.

Portuqaliyalı futbolçu 2013-cü ildə “Real”ın heyətində bir təqvim ili ərzində 59 qol vuraraq, klub tarixində rekord müəyyənləşdirmişdi.

Cari ilin sonuna qədər Madrid təmsilçisinin daha iki oyunu qalıb. Xabi Alonsonun yetirmələri İspaniya kubokunda “Talavera” ilə üz-üzə gələcək, La Liqada isə “Sevilya” ilə qarşılaşacaq. Mbappenin Ronaldonun rekordunu yeniləmək üçün hələ real şansı var.

The post Mbappe Ronaldonun “üç addım”lığında appeared first on Komanda.az.

“Real”ın telekanalı “Alaves”lə matçın hakimliyini tənqid etdi: “Rüsvayçılıqdır”

“Real”ın klub kanalı hakimliyi yenidən kəskin tənqid atəşinə tutub. Yeni qalmaqal bazar günü, İspaniya La Liqasında “Alaves”ə qarşı keçirilən oyunun son dəqiqələrində yaşanıb.

Qarşılaşmanın sonlarına yaxın Vinisius Junior rəqiblə təmasdan sonra cərimə meydançasında yerə yıxılıb. Ancaq baş hakim epizodda qayda pozuntusu qeydə almayıb və penalti təyin olunmayıb. Bu qərar “Real”ın klub televiziyasında böyük narazılıqla qarşılanıb.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, klub telekanalının nümayəndələri bunun tam rüsvayçılıq olduğunu bildirib:

“Bu, tam rüsvayçılıqdır. Vinisiusa qarşı açıq-aşkar penalti var idi, amma VAR otağındakı həmin hakimin şəxsi qərarı ilə təyin olunmadı. Söhbət İspaniya kubokunun finalından əvvəl məşhur mətbuat konfransı keçirən eyni hakimdən gedir. Bu epizodda qayda pozuntusunu görməmək sadəcə mümkün deyildi”.

Buna baxmayaraq, “kral klubu” “Alaves”i 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Mübahisəli penalti epizodu zamanı tablo artıq oyunun yekun hesabını göstərirdi.

The post “Real”ın telekanalı “Alaves”lə matçın hakimliyini tənqid etdi: “Rüsvayçılıqdır” appeared first on Komanda.az.

“Qarabağ”ın futbolçusunun 25-ci qolu

“Qarabağ”ın futbolçusu Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub.

Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, buna 137-ci oyununda nail olub.

Yarımmüdafiəçi Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”ın (5:1) qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/2020 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.

Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.

The post “Qarabağ”ın futbolçusunun 25-ci qolu appeared first on Komanda.az.

“Bayern”dən yeni rekord

“Bayern” Bundesliqada yeni məhsuldarlıq rekordu müəyyənləşdirib. Çempionatın 14-cü turunda “Maynts”la qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatsa da, bu oyun tarixə düşüb.

Vensan Kompaninin çalışdırdığı komandanın heyətində qolları Lennar Karl və penalti zərbəsini dəqiq yerinə yetirən Harri Keyn vurublar.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qollar “Bayern” üçün Bundesliqanın cari mövsümündə 50 və 51-ci qollar olub. Beləliklə, Münhen təmsilçisi 14 turdan sonra bu qədər qol vuran ilk komanda kimi rekord qırıb.

“Maynts”la heç-heçə cari mövsümdə “Bayern”in ikinci xal itkisi olub. Daha əvvəl münhenlilər Berlin “Union”u ilə də “sülh bağlamışdı”. Buna baxmayaraq, komanda hələ də məğlubiyyətsiz irəliləyir.

“Bayern” turnir cədvəlində ən yaxın izləyicisi olan “Leyptsiq”i 9 xal qabaqlayır. Bu komandalar arasında baş tutan şəxsi görüş isə münhenlilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Almaniya çempionunun top fərqi +40-a bərabərdir.

The post “Bayern”dən yeni rekord appeared first on Komanda.az.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

15 dekabr

Azərbaycan, Premyer Liqa
14:00 İmişli – Karvan-Yevlax (CBC Sport)
19:00 Neftçi – Sumqayıt (CBC Sport)

Türkiyə, Super Liqa
21:00 Fənərbaxça – Konyaspor (Futbol 3, beİN Sports 1)

İtaliya, A Seriyası
23:45 Roma – Komo (Futbol 2, Matç TV)

İspaniya, La Liqa
00:00 Rayo Valyekano – Betis (Futbol 2)

İngiltərə, Premyer Liqa
00:00 Mançester Yunayted – Bornmut (beİN Sports 3)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Mançester Siti”də oynamaq istəyirsizsə, qalib gəlməlisiz”

“Mançester Siti”nin müdafiəçisi Ruben Diaş mövsümün bu mərhələsində komandasının səviyyəsi, eləcə də klubun mentaliteti barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu daha da inkişaf edə biləcəklərinə inanır:

“Əminəm ki, hazırda çox yaxşı vəziyyətdəyik, amma xeyli inkişaf edə bilərik. Hazırda potensialımızın yalnız 70 və ya 80 faizindən istifadə edirik, bu da o deməkdir ki, böyümək üçün yerimiz var. Mövsümün bu mərhələsində bu, çox ruhlandırıcı bir hissdir. Hələ də güclənə biləcəyimizi hiss edirəm, amma eyni zamanda, ciddi rəqabət aparmaq üçün artıq kifayət qədər güclü olduğumuzu başa düşürəm.

Bu klubda qalib gəlməmək mümkün deyil. Qazanmasaz, klub rəhbərliyi yenidən qərar verməli olacaq. Bu işin təbiəti belədir və haqlı olaraq belədir. “Mançester Siti”də oynamaq istəyirsizsə, qalib gəlməlisiz. Əks halda, burada olmağa layiq deyilsiz. Üzərimizdə olan bu təzyiq müsbətdir və biz bunu qəbul edirik”.

The post “Mançester Siti”də oynamaq istəyirsizsə, qalib gəlməlisiz” appeared first on Komanda.az.

“Real”dan çətin qələbə

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Sevilya” evdə “Real Ovyedo”nu, “Selta” “Atletik”i məğlub edib. Səfərdə “Alaves”lə qarşılaşan “Real” da qələbəyə sevinib.

“Levante” – “Vilyarreal” matçı isə əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Matçın təxirə salınmasına Valensiyada yağan güclü yağışlar səbəb olub.

İspaniya La Liqası
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar
: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

Atletiko – Valensiya 2:1
Qollar
: Koke, 17. Qrizmann, 74 – Beltran, 63.

Malyorka – Elçe 3:1
Qollar
: Morlanes, 5. Maskarell, 82. Muriqi, 89 – Maffeo, 21-öz qapısına.

Barselona – Osasuna 2:0
Qollar
: Rafinya, 70; 86.

Xetafe – Espanyol 0:1
Qol
: Kabrera, 53.

14 dekabr

Sevilya – Real Ovyedo 4:0
Qollar
: A.Adams, 4. Sou, 22. Mendi, 51. Exuke, 89.

Selta – Atletik 2:0
Qollar
: Svedberq, 48. El Abdellaui, 55.

Levante – Vilyarreal matçı təxirə salınıb

Alaves – Real 1:2
Qollar
: K.Visente, 68 – Mbappe, 24. Rodriqo, 76.

15 dekabr

00:00. Rayo Valyekano – Betis

The post “Real”dan çətin qələbə appeared first on Komanda.az.

“Lans” liderliyini qorudu

Fransa Liqa 1-də 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

Lion “Olimpik”i “Havr”ı, Marsel “Olimpik”i “Monako”nu tək qolla yenib. “Oser” evdə “Lill”ə uduzubsa, “Lans” “Nitsa”nı məğlub yola salıb.

Hazırda “Lans” 36 xalla vahid liderdir. PSJ 36, Marsel “Olimpik”i və “Lill” 32, Lion “Olimpik”i və “Renn” 27 xal toplayıblar.

Fransa Liqa 1
16-cı tur

12 dekabr

Anje – Nant 4:1
Qollar
: Abdelli, 17-pen. Şerif, 60. Djibirin, 85. Raolisoa, 90+4 – Kentonse, 81.

13 dekabr

Renn – Brest 3:1
Qollar
: Lepaul, 24. Tamari, 25. Meyte, 87 – Balde, 13.

Mets – PSJ 2:3
Qollar
: Deminge, 42. Çitaişvili, 80 – Q.Ramos, 31. Ndjantu, 39. Due, 63.

Paris – Tuluza 0:3
Qollar
: İdalqo, 29. Qboho, 37; 69.

14 dekabr

Olimpik (Lion) – Havr 1:0
Qol
: Şults, 52.

Oser – Lill 3:4
Qollar
: Sinayoko, 57; 83-pen. Mbemba, 66-öz qapısına – Haraldsson, 9. Bentaleb, 77. Diayun, 80. B.Andre, 86.

Lans – Nitsa 2:0
Qollar
: Eduard, 15; 57.

Strasburq – Loryan 0:0

Olimpik (Marsel) – Monako 1:0
Qol: Qrinvud, 82.

The post “Lans” liderliyini qorudu appeared first on Komanda.az.

“Yuventus”la “İnter” qalib gəlib, “Napoli” uduzdu

İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 5 oyun baş tutub.

“Milan” “Sassuolo” ilə matçda xal itiribi. “Fiorentina” evdə “Verona”ya, “Napoli” səfərdə “Udineze”yə uduzub. “İnter” “Cenoa”nı, “Yuventus” isə “Bolonya”nı məğlub edib.

İtaliya A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol
: Ştuliç, 72.

13 dekabr

Torino – Kremoneze 1:0
Qol
: Vlaşiç, 27.

Parma – Latsio 0:1
Qol
: Noslin, 82.

Atalanta- Kalyari 2:1
Qol
: Skamakka, 11; 81 – Qaetano, 75.

14 dekabr

Milan – Sassuolo 2:2
Qollar
: Bartesaqi, 34; 47 – Kone, 13. Loryente, 77.

Fiorentina – Verona 1:2
Qollar
: Nunyes, 69-öz qapısına – Orban, 42; 90+3.

Udineze – Napoli 1:0
Qol
: Ekkelenkamp, 73.

Cenoa – İnter 1:2
Qollar
: Vitinya, 68 – Bissek, 6. L.Martines, 38.

Bolonya – Yuventus 0:1
Qol
: Kabal, 64.

15 dekabr

23:45. Roma – Komo

The post “Yuventus”la “İnter” qalib gəlib, “Napoli” uduzdu appeared first on Komanda.az.

“Bayern” evdə xal itirdi

Almaniya Bundesliqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Bayern” “Maynts”la ev oyununda xal itirib. “Frayburq” – “Borussiya” (Dortmund) matçında da qalib müəyyənləşməyib. “Verder” isə “Ştutqart”a uduzub.

Hazırda 38 xala malik “Bayern” vahid liderdir. “Leypsiq” və Dortmund “Borussiya”sı 29, “Bayer” və “Hoffenhaym” 26, “Ştutqart” 25 xal toplayıb.

Almaniya Bundesliqası
14-cü tur

12 dekabr

Union Berlin – Leypsiq 3:1
Qollar
: Burke, 57. Ansa, 64. Skarke, 90+3 – Qomis, 60.

13 dekabr

Borussiya (Mönhenqladbax) – Volfsburq 1:3
Qollar
: Kulyerakis, 22-öz qapısına – Vimmer, 4; 34. Amura, 34.

Ayntraxt – Auqsburq 1:0
Qol
: Doan, 68.

Hoffenhaym – Hamburq 4:1
Qollar
: Promel, 8. O.Kabak, 31. Lemperle, 65. Asllani, 72 – Filippe, 82.

Sankt Pauli – Haydenhaym 2:1
Qollar
: Kaars, 35; 53 – Pyeringer, 64.

Bayer – Köln 2:0
Qollar
: Terrye, 66. Andrix, 72.

14 dekabr

Frayburq – Borussiya (Dortmund) 1:1
Qollar
: Holer, 75 – Bensebaini, 31.

Bayern – Maynts 2:2
Qollar
: L.Karl, 29. H.Keyn, 87-pen – Potulski, 45+2. L.J.Sunq, 67.

Verder – Ştutqart 0:4
Qollar
: El-Xannus, 40. Levelinq, 44. Undav, 79. Fuhrix, 90+7.

The post “Bayern” evdə xal itirdi appeared first on Komanda.az.

“Mançester Siti” qalib gəldi, “Tottenhem” darmadağına üzüldü

İngiltərə Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 5 oyun baş tutub.

“Vest Hem” evdə “Aston Villa”ya uduzub. “Kristal Pelas”ın qonağı olan “Mançester Siti” darmadağına sevinib. “Tottenhem” isə “Nottingem Forest”ə böyük hesabla uduzub.

İngiltərə Premyer Liqası
16-cı tur

13 dekabr

Çelsi – Everton 2:0
Qollar
: Palmer, 21. Qusto, 45.

Liverpul – Brayton 2:0
Qollar
: Ekitike, 1; 60.

Börnli – Fulhem 2:3
Qollar
: Uqoçukvu, 21. Sonne, 86 – Smit Rou, 9. Bassi, 31. H.Uilson, 58.

Arsenal – Vulverhempton 2:1
Qollar
: Conston, 70-öz qapısına. Moskera, 90+4-öz qapısına – Arokodare, 90.

14 dekabr

Kristal Pelas – Mançester Siti 0:3
Qollar
: Haland, 41; 89-pen. Foden, 69.

Nottingem Forest – Tottenhem 3:0
Qollar
: Hodson-Odoi, 28; 50. Sanqare, 79.

Sanderlend – Nyukasl 1:0
Qol
: Voltemade, 46-öz qapısına.

Vest Hem – Aston Villa 2:3
Qollar
: M.Fernandes, 1. Bouen, 24 – Mavropanos, 9-öz qapısına. M.Rocers, 50; 79.

Brentford – Lids 1:1
Qollar
: Henderson, 70 – Levin, 82.

15 dekabr

00:00. Mançester Yunayted – Bornmut

The post “Mançester Siti” qalib gəldi, “Tottenhem” darmadağına üzüldü appeared first on Komanda.az.

“Trabzonspor”la “Beşiktaş”dan məhsuldar heç-heçə

Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Karagümrük” – “Kocaelispor” və “Trabzonspor” – “Beşiktaş” matçlarında qalib müəyyənləşməyib. “Qaziantep” evdə “Göztəpə”yə, “Samsunspor” “Başakşəhər”ə uduzub.

Türkiyə Super Liqası
16-cı tur

12 dekabr

Kasımpaşa – Gənclərbirliyi 0:0

13 dekabr

Rizəspor – Eyüpspor 3:0
Qollar
: Laci, 45+2-pen. S.Akaydın, 52. Sou, 81.

Kayserispor – Alanyaspor 0:0

Antalyaspor – Qalatasaray 1:4
Qollar
: Van de Strek, 69 – Sane, 7. Sallai, 11. Osimhen, 56. İkardi, 90+3.

14 dekabr

Qaziantep – Göztəpə 0:1
Qol
: Janderson, 69.

Karagümrük – Kocaelispor 1:1
Qollar
: Fofana, 65 – Petkoviç, 90+3.

Samsunspor – Başakşəhər 0:2
Qollar
: Şomurodov, 66. B.Yıldırım, 83.

Trabzonspor – Beşiktaş 3:3
Qollar
: Muçi, 25. Ulai, 63. Zubkov, 84 – T.Abraham, 18. Çernı, 22; 31.

15 dekabr

21:00. Fənərbağça – Konyaspor

The post “Trabzonspor”la “Beşiktaş”dan məhsuldar heç-heçə appeared first on Komanda.az.

“Vaxt gələcək və Ukrayna dünyaya dördüncü “qızıl top” sahibini verəcək”

“Milan”ın və Ukrayna millisinin sabiq hücumçusu, hazırda Ukrayna Futbol Assosiasiyasının rəhbəri olan Andrey Şevçenko inanır ki, gələcəkdə həmyerlilərindən biri “qızıl top”u qazanacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“21 il əvvəl mən “qızıl top”u qazanmışdım. Mükafatı qazanan üçüncü ukraynalı olmaq mənim üçün böyük şərəfdir. Vaxt gələcək və Ukrayna dünyaya dördüncü “qızıl top” sahibini verəcək”.

Şevçenkodan başqa, ukraynalı sabiq hücumçular Oleq Bloxin və İqor Belanov da “qızıl top”u qazanıblar.

The post “Vaxt gələcək və Ukrayna dünyaya dördüncü “qızıl top” sahibini verəcək” appeared first on Komanda.az.

Benzema “Lion”a qayıdacaq?

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema karyerasına başladığı “Lion”a qayıda biləcəyini deyib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, lakin o, bunun dəqiq olmadığını bildirib:

“Qayıda biləcəyimi dəqiq demək çətindir. Futbolda heç bir proqnoz verə bilməzsən. Yəqin ki, hər şeyi olduğu kimi saxlamaq ən yaxşısıdır. Başqa bir vəzifədə də “Lion”a kömək edə biləcəyimi istisna etməzdim. Komandada oynamaq məsələsinə gəlincə, bilmirəm”.

Benzema “Lion” akademiyasının yetirməsidir. 37 yaşlı fransalı futbolçu 2023-cü ildən bəri Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda oynayır. Onun klubla müqaviləsinin müddəti gələn ilin iyun ayının sonunda başa çatacaq.

The post Benzema “Lion”a qayıdacaq? appeared first on Komanda.az.

“Tottenhem” qiyməti 70 milyon avro olan hücumçunu istəyir

“Tottenhem”, “Nyukasl” və “Aston Villa”nın da izlədiyi “Brentford”un hücumçusu İqor Tyaqo ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Brentford” braziliyalı futbolçu üçün 70 milyon avro istəyir. Lakin bu qiymət oyunçunun bu qış transferini çətinləşdirir. “Brentford”un istəyi isə bu yöndədir. “Tottenhem” forvardı icarəyə götürməyi düşünür, amma “Brentford” bunu da istəmir.

Tyaqonun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

The post “Tottenhem” qiyməti 70 milyon avro olan hücumçunu istəyir appeared first on Komanda.az.

Azərbaycanın daha 2 boksçusu AÇ-nin yarımfinalında

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 2 idmançısı yarımfinala vəsiqəni təmin edib.

Gülər Hüseynova (48 kq) Maria Spennato (İtaliya) ilə döyüşüb. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinalda Serana Mali (İngiltərə) ilə üz-üzə gələcək.

Şahin Aslanov (60 kq) da 1/4 final döyüşünü də xeyrinə bitirib. O, bu dəfə İvaylo Kolevi (Bolqarıstan) məğlub edib – 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29). Boksçunuzun finala gedən yolda rəqibi Ceyson Maher (İrlandiya) olacaq.

Beləliklə, yarımfinalda iştiraklarını rəsmiləşdirməklə özləri üçün bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha öncə Qardaş Rəhimovla (46 kq) Şükar Əliyev (75 kq) də bu hüquqa yiyələniblər.

Yarımfinal döyüşləri dekabrın 15-də olacaq.

The post Azərbaycanın daha 2 boksçusu AÇ-nin yarımfinalında appeared first on Komanda.az.

Ayxan Abbasov Ağsuda yeniyetmə futbolçularla görüşüb

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Ağsuda səfərdə olub.

Komanda.az xəbər verir ki, Ağsu şəhər stadionunda fəaliyyət göstərən “Hilal Ağsu” uşaq futbol məktəbini ziyarət edib.

Yeniyetmələrlə görüşən millimizin baş məşqçisi onlarla səmimi söhbətlər aparıb, gələcək karyeralarında uğurlar arzulayıb.

Ayxan Abbasov yeniyetmələri futbola olan sevgilərini qorumağa və daim çalışqan olmağa səsləyib. Görüşün sonunda uşaqlar millimizin baş məşqçisi ilə xatirə şəkilləri çəkdirib, ondan avtoqraf alıblar. Ayxan Abbasov yeniyetmələrə futbol topları və digər əşyalar hədiyyə edib.

The post Ayxan Abbasov Ağsuda yeniyetmə futbolçularla görüşüb appeared first on Komanda.az.

Tahir Gözəl Əkbərlə görüşdü

“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının 6-cı turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.

Komanda.az xəbər verir ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib.

Sonda klub prezidenti azyaşlı azarkeşlərinə rəsmi formalarını təqdim edib.

The post Tahir Gözəl Əkbərlə görüşdü appeared first on Komanda.az.

“Sabah” yaxşı kollektiv formalaşdırıb” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri ev oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 5:1 hesablı qələbəni belə şərh edib:

“Futbolçularımı təbrik edirəm. Vacib qabiliyyət idi. Sona yaxın boşluqlar oldu, lakin yaxşı oyun göstərdilər. Qarşımızda topla yaxşı davranan komanda var idi. Bu soyuq havada gələn, bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.

Bugünkü nəticələr “Sabah”la oyuna görədir. Yaxşı kollektiv formalaşdırıblar. Futbolçularıma bir az istirahət verməliyəm, komandada yorğunluq var. Qarşımızda ciddi rəqib var. “Neftçi”yə qarşı da yaxşı oynadılar. Bizi “Sabah”la çətin oyun gözləyir.

Futbolçulardan gözlədiyimi almışam, lakin daha çox gözlədiklərimdən onu ala bilməmişəm”.

Nəzrin

The post “Sabah” yaxşı kollektiv formalaşdırıb” – Qurban Qurbanov appeared first on Komanda.az.

“İlk qol komandaya təsir etdi” – Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:5 hesablı məğlubiyyəti belə şərh edib:

“Bizim üçün ağır oyun alındı. Üzərində işlədiyimiz bir plan var idi. İlk qol komandaya təsir etdi. Öz səhvimizdən qol buraxdıq. Bu il üçün bir oyunumuz qalıb. Bu oyunu unudub, ona hazırlaşmaq lazımdır.

Məni bura dəvət ediblər. Üzərimə nə düşünürsə, yerinə yetirməyə çalışıram. Qərar mənim deyil”.

Nəzrin

The post “İlk qol komandaya təsir etdi” – Baxşıyev appeared first on Komanda.az.

“Turan Tovuz”da “xüsusi görüş” – VİDEO

“Tovuz Gənclər Evi” Sosial xidmətlər müəssisəsinin “Ünsiyyət” klubunun daun sindromlu və autizmli üzvləri Tovuz şəhər stadionuda qonaq olublar.

Komanda.az xəbər verir ki, uşaqlar və valideynlərlə keçirilən görüşdə “Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstəyin klub üçün vacib istiqamətlərdən biri olduğunu və bu cür aksiyaların davamlı şəkildə həyata keçiriləcəyini vurğulayıb.

“Nəfəs” İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində uşaqlara hədiyyələr təqdim olunub. Daun sindromlu və autizmli uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, onların özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədilə stadiona dəvət olunan qonaqlar “Turan Tovuz” – “Sabah” oyununu izləyiblər.

The post “Turan Tovuz”da “xüsusi görüş” – VİDEO appeared first on Komanda.az.

“Neftçi” turun son oyununda məğlub oldu

Azərbaycan Basketbol Liqasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun son günündə “Abşeron Lions” “Neftçi” ilə üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun matçında “Abşeron Lions” qələbə qazanıb – 88:72.

Turun əvvəlki qarşılaşmalarında “Quba” “Lənkəran”ı (95:87), “Naxçıvan” “Sərhədçi”ni (90:74), “Ordu” “Sumqayıt”ı (106:86), NTD isə “Şəki”ni (93:79) məğlub edib.

The post “Neftçi” turun son oyununda məğlub oldu appeared first on Komanda.az.

Tahir Gözəl “Qarabağ”ın üzvləri ilə görüşdü

“Qarabağ”ın prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüşüb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, Premyer Liqanın 15-ci turunun “Azərsun Arena”da keçirilən “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan öncə baş məşqçi Qurban Qurbanovla və komanda üzvləri ilə görüşüb.

Klub rəhbəri komandaya dəstəyini ifadə edib və qarşılaşmada uğurlar arzulayıb.

The post Tahir Gözəl “Qarabağ”ın üzvləri ilə görüşdü appeared first on Komanda.az.

“Sabah”ın əvəzediciləri “Zirə”yə məğlub oldu

Əvəzedicilər Liqasında 14-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

“Sabah-2” “Zirə-2” ilə ev oyununda məğlub olub. “Sumqayıt-2” isə “Şamaxı-2” üzərində qələbəyə sevinib.

Əvəzedicilər Liqası
14-cü tur

14 dekabr

“Sabah-2” – “Zirə-2” 0:2
Qollar: Əhliman Süleymanzadə, 48. Ramiz Muradov, 82.

“Sumqayıt-2” – “Şamaxı-2” 3:2
Qollar
: Əjdər Hacılı, 2; 38; 61 – Bilal İsmayılov, 36. Edqar Adilxanov, 80-pen.

The post “Sabah”ın əvəzediciləri “Zirə”yə məğlub oldu appeared first on Komanda.az.

Jesus İtaliya klubuna icarəyə verilə bilər

“Arsenal”ın hücumçusu Qabriel Jesus karyerasını İtaliya klublarından birində davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” braziliyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. İtaliya klubunun rəhbərliyi forvardı qış transfer pəncərəsində icarəyə götürməyə çalışacaq.

Jesus bu mövsüm “Arsenal”ın heyətində cəmi iki oyunda meydana çıxıb və qol vura bilməyib. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

The post Jesus İtaliya klubuna icarəyə verilə bilər appeared first on Komanda.az.

Vinisiusla bağlı bütün söz-söhbətlərə son qoyulub

“Real”ın hücumçusu Vinisius Juniorun yaxın zamanda klubdan ayrılacağı ehtimalı azdır.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Madrid klubu braziliyalı futbolçunun müqaviləsini yeniləyəcəyinə tamamilə əmindir. Klub rəhbərliyi oyunçuya tam etibar edir və müqaviləsi bitdikdən sonra onun komandanı azad agent kimi tərk etməyəcəyinə inanırlar.

Həmçinin, Vinisiusun baş məşqçi Xabi Alonso ilə münaqişəsi tam həll olunub. Baş məşqçi forvardı “toxunulmaz” hesab edir.

Bu mövsüm mətbuatda yeni müqavilə şərtləriylə bağlı fikir ayrılıqları səbəbindən, 25 yaşlı futbolçunun 2026-cı ildə mümkün satışı haqda mütəmadi olaraq məlumatlar dolaşıb.

The post Vinisiusla bağlı bütün söz-söhbətlərə son qoyulub appeared first on Komanda.az.

Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi”

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qəbələ” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçda 1:0 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı olub. Bağırov maraqlı oyun alındığını bildirib:

“Maraqlı oyun alındı. Baxmayaraq ki, bir qol vuruldu. Amma rəqib də, biz də daim hücumdaydıq. Bu oyun, mən deyərdim ki, 9 xala bərabər idi, çünki rəqibimizdən uzaqlaşırıq, turnir cədvəli baxımından. Mənim üçün çətin oyun alındı.

Komandamız çoxlu yerli futbolçulardan ibarət olduğuna görə səhvlər var. Oyunçu meydanda çıxış edirsə, səhvlər olacaq. Biz gəldikdən sonra Ohorini fərqli-fərqli mövqelərdə oynadırıq. Düşünürəm ki, zaman-zaman özünü inkişaf etdirəcək.

Əslində, bu gün yaxşı oyunçulara daha çox ehtiyacımız var. Ehtiram bu gün yaxşı çıxış, etdi, oynadığı mövqedə daha effektli idi. Sadəcə, qolu çatışmır. Düşünürəm ki, o da olacaq”.

“Kəpəz” növbəti turda “Turan Tovuz”la üz-üzə gələcək.

Fəxri Rüstəmli

The post Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi” appeared first on Komanda.az.

Tsxadadze: “Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz”

“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı baş tutub. Gürcüstanlı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:

“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Belə qırmızı vərəqələri ancaq biz ala bilərdik. Qol da elə vuruldu ki, heç kim rəqibin oyunçusunun qarşısını ala bilmədi. Çox pis oynadıq.

Məqsədimiz ilk gündən Premyer Liqada qalmaqdır. Reallıqdan danışmalıyıq. 10 manatınız varsa, restorana getməyi düşünmürsüz. Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz.

Vəziyyət elədir ki, çempionatdakı iştirak ərizəsinə görə biz yalnız beş futbolçu gətirə bilərik. İbrahim Sanqareyə gəlincə, razıyam, çox səhvlər edir. Komandada rəqabət olmalıdır. Rəqabət olmadıqda, inkişafdan danışmaq olmaz. Hər kəsə hörmətlə yanaşırıq. Klub olaraq, qapıçı transferi üçün çalışırıq.

İntizamla bağlı heç bir hal olmadı. Sadəcə, futbolçumuz topa düzgün getmədi. Bu da futbolçu keyfiyyəti ilə bağlı məsələdir. İntizamla bağlı o halda olardı ki, oyunçu söyüş söysün.

Topla itkilər çox odu. Təkcə bizimlə yox, digər komandaların da oyunlarında da bunu görmüşdük. Amma o demək deyil ki, bu meydanda futbol oynamaq olmaz. Sadəcə, futbolçular özləri öyrəşməlidir.

Özümüz bilirik hansı mövqelərə oyunçu lazımdır. Bu, klubun daxili məsələsidir. Klub olaraq bunun üzərində çalışırıq.

Sona kimi mübarizə aparmalıyıq. Bəzi futbolçular ardıcıl iki qələbədən sonra oyuna köklənə bilməmişdilər. “Turan Tovuz”a qarşı da 23 dəqiqə yaxşı çıxış etmişdik. Düşünürəm ki, psixoloji olaraq buna hazır deyillər”.

“Qəbələ” növbəti turda “Qarabağ”ı qəbul edəcək.

Fəxri Rüstəmli

The post Tsxadadze: “Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz” appeared first on Komanda.az.

La Liqa klubu baş məşqçisi ilə vidalaşdı

“Real Sosyedad” klubu baş məşqçi Serxio Fransiskonu istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir.

46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib.

İlin sonuna qədər san-sebastyanlılara əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Onun köməkçisi İmanol Aqirreçe olacaq.

Komanda hazırda La Liqada 16 turdan sonra 16 xalla 15-ci yerdədir. Fransisko bu posta iyulda təyin olunmuşdu.

The post La Liqa klubu baş məşqçisi ilə vidalaşdı appeared first on Komanda.az.

“Real” fransalı futbolçunu satmağı planlaşdırır

“Real” yarımmüdafiəçi Eduardo Kamavinqanı zədələrinə görə satmağı düşünür.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, Madrid klubu təxminən 100 milyon avro dəyərində təklifləri nəzərdən keçirməyə hazırdır. Klub 23 yaşlı futbolçunun potensial satışından əldə edilən gəliri digər yarımmüdafiəçilərin alınmasına yatırmağı planlaşdırır.

Kamavinqa bu ilin avqust ayından bəri ayaq biləyi problemləri səbəbindən 48 gün meydandan kənarda qalıb. O, bu mövsüm bütün yarışlarda 15 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

The post “Real” fransalı futbolçunu satmağı planlaşdırır appeared first on Komanda.az.

Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal

Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) təşkilatçılığı ilə keçirilən dünya çempionatında müxtəlif yaş və çəki dərəcələrində 5 medal qazanıblar.

Komanda.az Azərbaycan Karate Federasiyasına (AKF) istinadən xəbər verir ki, Cavid Kazımlı (16-17 yaş, +80 kq) və Selcan Babayeva (+60 kq) qızıl medal əldə edib.

Rəhman Yusubov (14-15 yaş, 75 kq) gümüş, Vaqif Bəndəliyev (16-17 yaş, 70 kq) və Toğrul Orucov (12-13 yaş, 60 kq) isə bürünc medala sahib olublar.

Dünya çempionatında Azərbaycan 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsi olmaqla, ümumilikdə 20 nəfərlik heyətlə iştirak edib. Karateçilər həm fərdi həm də komanda yarışlarında qüvvələrini sınayıblar.

Milliyə AKF-nin baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi Rza Mustafayev rəhbərlik ediblər.

The post Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal appeared first on Komanda.az.

Xabi Alonso risk etməyə hazırdır

“Real” bu gün La Liqada “Alaves”lə səfər oyununa hazırlaşır.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, bu matç baş məşqçi Xabi Alonsonun komandada son oyunu ola bilər. Xal itkisi olarsa, o, postundan uzaqlaşdırılacaq. İspaniyalı məşqçi isə risk etməyə, eyni vaxtda Kilian Mbappe, Vinisius Junior, Rodriqo və Çud Bellingemı meydana buraxmağa hazırdır.

Madrid komandası hazırda La Liqada lider “Barselona”dan 7 xal geridə qalaraq ikinci yerdədir. Kataloniyalılar dünən “Osasuna”nı 2:0 hesabıyla məğlub ediblər.

The post Xabi Alonso risk etməyə hazırdır appeared first on Komanda.az.

“Az adam “Barselona”dan imtina edərdi”

“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi David Silva “şəhərlilər”ə transfer qərarı barədə danışıb.

İngiltərə klubu 2010-cu ildə ispaniyalı futbolçunu “Valensiya”dan transfer etmişdi. Həmin dövrdə dünya çempionunun “Barselona”ya keçə biləcəyi iddia olunsa da, o, Kataloniya klubundan imtina edib.

Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu, İngiltərədə hər şeyin tam fərqli olduğunu bildirib:

“Az adam “Barselona”dan imtina edərdi, amma o vaxt “Mançester Siti” mənim üçün ən yaxşı seçim idi. Orada möhtəşəm 10 il keçirdim. Mənə çox isti münasibət göstərirdilər, hər şeyi qazandıq, komanda daim inkişaf edirdi. İngiltərədə hər şey tam fərqlidir”.

David Silva 2020-ci ildə peşəkar futbolçu karyerasını başa vurub. O, “Mançester Siti”nin heyətində 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

The post “Az adam “Barselona”dan imtina edərdi” appeared first on Komanda.az.

“Zirə”nin legioneri milliyə dəvət alıb

“Zirə”nin futbolçusu Rikardo Martins Afrika Millətlər Kubokunda iştirak etmək üçün Mozambik millisinə dəvət alıb.

Komanda.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu səbəbdən o, Misli Premyer Liqasının 15-ci turunda “İmişli”yə qarşı matçda iştirak edə bilməyəcək.

Yarımmüdafiəçi sabah yığmanın düşərgəsinə qoşulacaq.

The post “Zirə”nin legioneri milliyə dəvət alıb appeared first on Komanda.az.

“Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir” – “Ayaks”ın futbolçusu

“Ayaks”ın hücumçusu Kasper Dolberq UEFA Çempionlar Liqasının 6-cı turunda Bakıda “Qarabağ”ı üzərində qazanılan 4:2 hesablı qələbə haqda danışıb.

Komanda.az “De Telegraaf”-a istinadən xəbər verir ki, danimarkalı forvard Bakıda əldə etdikləri üç xalın onlar üçün çox vacib olduğunu deyib:

“Bu mövsüm avrokuboklar bizim üçün uğursuz oldu. Buna baxmayaraq, bu qələbəni uzun müddətdir gözləyirdik. Hər halda, həmin qələbəni Bakıda qazandıq və biz buna çox sevinirik. “Qarabağ”a qarşı yaxşı oyun oynadıq və bacardığımız hər şeyi göstərdik. Komandamın ilk qolunu vurduğum və hesabı bərabərləşdirdiyim üçün şadam. Bəli, növbəti mərhələyə keçmək üçün demək olar ki, heç bir şansımız yoxdur. Amma “Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir və bizə inkişaf etmək imkanı verir”.

The post “Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir” – “Ayaks”ın futbolçusu appeared first on Komanda.az.

Ərəblər 100 milyon avrodan çox xərcləməyə hazırdırlar – Salah üçün

“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı Pro Liqası klublarının hədəfindədir.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları misirli futbolçunu 114-115 milyon avroya almağa ümid edirlər. Müqavilə, Salahın özü Mersisayd klubunu tərk etmək qərarına gəlsə, mümkün olacaq.

Salahın bir müddət əvvəl komandanın baş məşqçisi Arne Slotla münaqişəsi olub. İki tərəf bu yaxınlarda görüşüb və bundan sonra hücumçu “qırmızılar”ın heyətinə qayıdıb.

Salahın klubla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub. Onun bazar dəyəri 30 milyon avrodur.

The post Ərəblər 100 milyon avrodan çox xərcləməyə hazırdırlar – Salah üçün appeared first on Komanda.az.

“Çempionlar Liqası bizə çox şey öyrətdi”

Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin komandasının UEFA Çempionlar Liqasındakı çıxışı barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qazaxıstanlı mütəxəssis bu turnirdə təcrübə topladıqlarını bildirib:

“Biz Çempionlar Liqasına müntəzəm qatılan klublardan fərqli olaraq başqa səviyyədəyik. Təcrübə toplayırıq. Çempionlar Liqası bizə çox şey öyrətdi. Futbolçular yüksək səviyyədə özlərini sınadılar”.

“Kayrat” 6 turdan sonra 1 xal toplayaraq, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komandanın növbəti matçı Belçikanın “Brügge” klu­bu ilə olacaq.

The post “Çempionlar Liqası bizə çox şey öyrətdi” appeared first on Komanda.az.

Flik: “Kubarsi fantastik səviyyədədir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Osasuna” üzərində 2:0 hesablı qələbədən sonra mərkəz müdafiəçisi Pau Kubarsinin oyununu yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Düşünürəm ki, Kubarsi fantastik səviyyədədir. Bu, onun üçüncü mövsümüdür və inanılmaz dərəcədə inkişaf edib”.

18 yaşlı futbolçu 75-ci dəqiqəyə qədər oynayaraq, “Barselona”nın qapısını toxunulmaz saxlamasına kömək edib. O, bu mövsüm komanda ilə 19 oyunda iştirak edib. Kubarsi La Liqada debütünü 2024-cü ilin yanvar ayında gerçəkləşdirib.

“Barselona” 17 oyundan sonra 43 xalla İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.

The post Flik: “Kubarsi fantastik səviyyədədir” appeared first on Komanda.az.

La Liqanın rəhbərindən Xabi Alonsoya məsləhət

İspaniya La Liqasının prezidenti Xavyer Tebas istefa təhlükəsi ilə üz-üzə qalan “Real”ın baş məşqçisi Xabi Alonsoya məsləhət verib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin peşəkarlığını yüksək qiymətləndirərək, ona dəstək nümayiş etdirib:

“Alonso özü olaraq qalmalıdır. O, Almaniya çempionatında kifayət qədər ciddi rəqabət şəraitində böyük uğurlar qazanıb. Tam formalaşmış mütəxəssisdir və yalnız irəli getməyə hazırdır. Ona və “Real”a dəstəyimi ifadə etmək istəyirəm. Onlar bu vəziyyətdən çıxış yolu tapacaqlar”.

Alonso yayda “Real”ın baş məşqçisi vəzifəsinə təyin olunub. Onun komandası son matçında, UEFA Çempionlar Liqası çərçivəsində evdə “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olub.

The post La Liqanın rəhbərindən Xabi Alonsoya məsləhət appeared first on Komanda.az.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

14 dekabr

Azərbaycan, Premyer Liqa
14:00 Kəpəz – Qəbələ (CBC Sport)
17:30 Qarabağ – Araz-Naxçıvan (CBC Sport)

İtaliya, A Seriyası
15:30 Milan – Sassuolo (Futbol 1)
18:00 Udineze – Napoli (Futbol 1)
21:00 Cenoa – İnter (Futbol 1)
23:45 Bolonya – Yuventus (Futbol 1)

Türkiyə, Super Liqa
15:30 Qaziantep – Göztəpə (beİN Sports 2)
18:00 Fatih Karagümrük – Kocaelispor (beİN Sports 2)
21:00 Trabzonspor – Beşiktaş (Futbol 3, beİN Sports 1)
21:00 Samsunspor – Başakşəhər (beİN Sports 2)

İspaniya, La Liqa
17:00 Sevilya – Ovyedo (Futbol 2)
19:15 Selta – Atletik (Futbol 2)
21:30 Levante – Vilyarreal (İdman TV, Futbol 2)
00:00 Alaves – Real (İdman TV, Futbol 2)

İngiltərə, Premyer Liqa
18:00 Vest Hem – Aston Villa (İdman TV)
18:00 Kristal Pelas – Mançester Siti (beİN Sports 3)

Almaniya, Bundesliqa
20:30 Bayern – Maynts (S Sport+)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Mançester Siti” Kroosu təəccübləndirib

Almaniya millisinin və “Real”ın sabiq futbolçusu Toni Kroos UEFA Çempionlar Liqasının 6-cı turunda keçmiş komandasının “Mançester Siti”yə məğlubiyyətini (1:2) şərh edib.

Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, o, Madrid komandasının oyuna daha intensiv başladığını və ortaya temp qoyaraq rəqibi çaşdırdığını bildirib:

“Mançester Siti”nin passiv oyunundan təəccübləndim. Təhlükə yaratmadılar. “Real” daha təhlükəli görünürdü və nəticə bütün mənzərəni əks etdirmir”.

Kroos əlavə edib ki, “şəhərlilər” ikinci qoldan sonra aşağı müdafiə blokuna keçib ki, bu da “Real” üçün çətinlik yaradıb. Çünki Madrid komandası əks-hücumlarda daha yaxşı çıxış edir.

O, bildirib ki, məğlubiyyətə baxmayaraq, “Real” oyunda daha aktiv və təhlükəli tərəf olub.

The post “Mançester Siti” Kroosu təəccübləndirib appeared first on Komanda.az.

“Arsenal”la “Liverpul”dan qələbə

İngiltərə Premyer Liqasında 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 4 oyun baş tutub.

“Çelsi” evdə “Everton”a, “Liverpul” “Brayton”a, “Arsenal” isə “Vulverhempton”a qalib gəlib.

İngiltərə Premyer Liqası
16-cı tur

13 dekabr

Çelsi – Everton 2:0
Qollar
: Palmer, 21. Qusto, 45.

Liverpul – Brayton 2:0
Qollar
: Ekitike, 1; 60.

Börnli – Fulhem 2:3
Qollar
: Uqoçukvu, 21. Sonne, 86 – Smit Rou, 9. Bassi, 31. H.Uilson, 58.

Arsenal – Vulverhempton 2:1
Qollar
: Conston, 70-öz qapısına. Moskera, 90+4-öz qapısına – Arokodare, 90.

14 dekabr

18:00. Kristal Pelas – Mançester Siti
18:00. Nottingem Forest – Tottenhem
18:00. Sanderlend – Nyukasl
18:00. Vest Hem – Aston Villa
20:30. Brentford – Lids

15 dekabr

00:00. Mançester Yunayted – Bornmut

The post “Arsenal”la “Liverpul”dan qələbə appeared first on Komanda.az.

“Barselona” inamlı qələbəyə sevindi

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Atletiko” evdə “Valensiya”ya, “Malyorka” “Elçe”yə, “Barselona” “Osasuna”ya qalib gəlib. “Xetafe” isə evdə “Espanyol”a uduzub.

İspaniya La Liqası
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar
: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

Atletiko – Valensiya 2:1
Qollar
: Koke, 17. Qrizmann, 74 – Beltran, 63.

Malyorka – Elçe 3:1
Qollar
: Morlanes, 5. Maskarell, 82. Muriqi, 89 – Maffeo, 21-öz qapısına.

Barselona – Osasuna 2:0
Qollar
: Rafinya, 70; 86.

Xetafe – Espanyol 0:1
Qol
: Kabrera, 53.

14 dekabr

17:00. Sevilya – Real Ovyedo
19:15. Selta – Atletik
21.30. Levante – Vilyarreal
00:00. Alaves – Real

15 dekabr

00:00. Rayo Valyekano – Betis

The post “Barselona” inamlı qələbəyə sevindi appeared first on Komanda.az.

PSJ-dən səfərdə çətin qələbə

Fransa Liqa 1-də 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Paris” evdə “Tuluza”ya uduzub. “Renn” “Brest”i məğlub edibsə, PSJ səfərdə “Mets”dən üstün olub.

Fransa Liqa 1
16-cı tur

12 dekabr

Anje – Nant 4:1
Qollar
: Abdelli, 17-pen. Şerif, 60. Djibirin, 85. Raolisoa, 90+4 – Kentonse, 81.

13 dekabr

Renn – Brest 3:1
Qollar
: Lepaul, 24. Tamari, 25. Meyte, 87 – Balde, 13.

Mets – PSJ 2:3
Qollar
: Deminge, 42. Çitaişvili, 80 – Q.Ramos, 31. Ndjantu, 39. Due, 63.

Paris – Tuluza 0:3
Qollar
: İdalqo, 29. Qboho, 37; 69.

14 dekabr

18:00. Olimpik (Lion) – Havr
20:15. Oser – Lill
20:15. Lans – Nitsa
20:15. Strasburq – Loryan
23:45. Olimpik (Marsel) – Monako

The post PSJ-dən səfərdə çətin qələbə appeared first on Komanda.az.

“Latsio”dan səfər qələbəsi

İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Torino” – “Kremoneze” və “Atalanta” – “Kalyari” matçlarında meydan sahibləri qələbə qazanıblar. “Parma” isə evdə “Latsio”ya uduzub.

İtaliya A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol
: Ştuliç, 72.

13 dekabr

Torino – Kremoneze 1:0
Qol
: Vlaşiç, 27.

Parma – Latsio 0:1
Qol
: Noslin, 82.

Atalanta- Kalyari 2:1
Qol
: Skamakka, 11; 81 – Qaetano, 75.

14 dekabr

15:30. Milan – Sassuolo
18:00. Fiorentina – Verona
18:00. Udineze – Napoli
21:00. Cenoa – İnter
23:45. Bolonya – Yuventus

15 dekabr

23:45. Roma – Komo

The post “Latsio”dan səfər qələbəsi appeared first on Komanda.az.

“Bayer”dən inamlı qələbə

Almaniya Bundesliqasında 14-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 5 oyun baş tutub.

“Ayntraxt” “Auqsburq”u, “Hoffenhaym” “Hamburq”u, “Sankt Pauli” “Haydenhaym”ı, “Bayer” isə “Köln”ü məğlub yola salıb.

Almaniya Bundesliqası
14-cü tur

12 dekabr

Union Berlin – Leypsiq 3:1
Qollar
: Burke, 57. Ansa, 64. Skarke, 90+3 – Qomis, 60.

13 dekabr

Borussiya (Mönhenqladbax) – Volfsburq 1:3
Qollar
: Kulyerakis, 22-öz qapısına – Vimmer, 4; 34. Amura, 34.

Ayntraxt – Auqsburq 1:0
Qol
: Doan, 68.

Hoffenhaym – Hamburq 4:1
Qollar
: Promel, 8. O.Kabak, 31. Lemperle, 65. Asllani, 72 – Filippe, 82.

Sankt Pauli – Haydenhaym 2:1
Qollar
: Kaars, 35; 53 – Pyeringer, 64.

Bayer – Köln 2:0
Qollar
: Terrye, 66. Andrix, 72.

14 dekabr

18:30. Frayburq – Borussiya (Dortmund)
20:30. Bayern – Maynts
22:30. Verder – Ştutqart

The post “Bayer”dən inamlı qələbə appeared first on Komanda.az.

“Qalatasaray”dan darmadağın

Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.

“Kayserispor” – “Alanyaspor” oyunu qolsuz bitib. “Rizəspor” evdə “Eyüpspor”u böyük hesabla yenibsə, “Qalatasaray” da “Antalyaspor”u darmadağınla üstələyib.

Türkiyə Super Liqası
16-cı tur

12 dekabr

Kasımpaşa – Gənclərbirliyi 0:0

13 dekabr

Rizəspor – Eyüpspor 3:0
Qollar: Laci, 45+2-pen. S.Akaydın, 52. Sou, 81.

Kayserispor – Alanyaspor 0:0

Antalyaspor – Qalatasaray 1:4
Qollar: Van de Strek, 69 – Sane, 7. Sallai, 11. Osimhen, 56. İkardi, 90+3.

14 dekabr

15:30. Qaziantep – Göztəpə
18:00. Karagümrük – Kocaelispor
21:00. Samsunspor – Başakşəhər
21:00. Trabzonspor – Beşiktaş

15 dekabr

21:00. Fənərbağça – Konyaspor

The post “Qalatasaray”dan darmadağın appeared first on Komanda.az.

Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatdı

Bakı Su İdmanı Sarayında 3 gün ərzində davam etmiş üzgüçülük üzrə Azərbaycan Çempionatı – 2025 yekunlaşıb.

Komanda.az xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar sərbəst, arxasıüstə, brass, kəpənək və qarışıq üsullar üzrə həm fərdi, həm də estafet şəklində yarışıb.

Gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarını və qonaqları salamlayaraq hər kəsə uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev üzgüçülük üzrə ölkə çempionatının əhəmiyyətindən və gələcək layihələrdən danışıb.

Final yarışları başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Medalları gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, vitse-prezident Xaliq İldırımzadə, baş katib Oqtay Atayev, eləcə də federasiyanın müşaviri Rəşad Əbdürəhmanov təqdim edib.

Qadınlar

“Arxası üstə” üsülu ilə 200 metr – Vlastilina Xasyanova (qızıl medal), Məryəm Cavadova (gümüş medal), Dəniz Topçubaşova (bürünc medal)

“Brass” üsülu ilə 100 metr – Anastasiya Boborıkina (qızıl medal), Sofiya Hacıyeva (gümüş medal), Sofya Lyovina (bürünc medal)

Sərbəst üsulla 50 metr – Leyla Abduləzizova (qızıl medal), Aişə Səmədova (gümüş medal), Aleksandra Slepenko (bürünc medal)

Sərbəst üsulla 200 metr – Məryəm Cavadova (qızıl medal), Vlastilina Xasyanova (gümüş medal), Aleksandra Slepenko (bürünc medal)

Qarışıq üsulla 200 metr – Məryəm Cavadova (qızıl medal), Sofiya Medvedeva (gümüş medal), Nərmin Ramazanova (bürünc medal)

Kişilər

“Arxası üstə” üsülu ilə 200 metr – Oqtay Hüseynov (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Əli Rzazadə (bürünc medal)

“Brass” üsülu ilə 100 metr – Fərhad Şirməmmədli (qızıl medal), Qurban Əliyev (gümüş medal), Vasif Nəcəfli

“Butterfly” üsulu ilə 100 metr – Abdürrahman Rüstəmov (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Fərhad Şirməmmədli (bürünc medal)

Sərbəst üsulla 50 metr – Abdürrahman Rüstəmov (qızıl medal), Ayaz Zərbəliyev (gümüş medal), Rəşad Alquliyev (bürün medal)

Sərbəst üsulla 200 metr – Süleyman İsmayılzadə (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Amin Oruclu (bürünc medal)

Qarışıq üsulla 200 metr – Amin Oruclu (qızıl medal), Timur Nikiforov (gümüş medal), Tofiq Əhmədzadə (bürünc medal)

Sərbəst üsulla estafet üsulu kişilər (4×100) Qızıl medal – RYUM 1 (Oqtay Hüseynov, Rəşad Alquliyev, Abdürrahman Rüstəmov, Süleyman İsmayılzadə) Gümüş medal – Ocaq 1 (Fərhad Şirməmmədli, Amin Oruclu, Firdovsi Abbasov, Mikayıl İsrafilov) Bürünc medal – Trikids 1 (Əli Rzazadə, Teymur Cəfərov, Tural Atakişiyev, Riad Abbaszadə)

The post Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatdı appeared first on Komanda.az.

Azərbaycanın 2 boksçusu AÇ-nin yarımfinalında

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start verilib.

Komanda.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin 2 idmançısı yarımfinala vəsiqəni təmin edib.

Qardaş Rəhimov (46 kq) Misteak Rama (Albaniya) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, 1/2 finalda Rati Xarbedia (Gürcüstan) ilə qarşılaşacaq.

Şükar Əliyev (75 kq) də 1/4 final döyüşündən qalib ayrılıb. O, Yannik Müllerdən (Almaniya) güclü olub – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28). Əliyev yarımfinalda Aleks Domjanla (Macarıstan) döyüşəcək.

Yarımfinala vəsiqə qazanan boksçular özləri üçün azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, Avropa çempionatında daha 3 boksçumuz 1/4 final döyüşünə çıxacaq.

The post Azərbaycanın 2 boksçusu AÇ-nin yarımfinalında appeared first on Komanda.az.

Fransalı futbolçunun “Roma”ya keçmək ehtimalı azalıb

“Tottenhem”in hücumçusu Matteys Telin “Roma”ya keçmək ehtimalı azdır.

Komanda.az xəbər verir ki, bu barədə “Il Messaggero” məlumat yayıb.

20 yaşlı futbolçunu transfer etmək istəyən “Roma”nın şansları azalır, çünki Tel, Tomas Frank (“Tottenhem”in baş məşqçisi) üçün getdikcə vacib oyunçuya çevrilir. Yaxınlarda onun UEFA Çempionlar Liqası üçün komandanın heyətinə daxil edilməsi klubdakı mövqeyini gücləndirib.

Fransalı forvard cari mövsümdə bütün turnirlərdə 14 oyunda iştirak edib və 2 qol vurub. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.

The post Fransalı futbolçunun “Roma”ya keçmək ehtimalı azalıb appeared first on Komanda.az.

“Tottenhem”in futbolçusu “Kristal Pelas”a keçə bilər

“Tottenhem”in vingeri Brennan Conson İngiltərə Premyer Liqasının digər klubuna keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Uelsli futbolçu ilə “Kristal Pelas” maraqlanır. Consonun transferi yanvarda reallaşa bilər.

24 yaşlı oyunçunun “Tottenhem”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, cari mövsümdə “Tottenhem”in heyətində 19 oyuna çıxıb və 4 qol vurub.

The post “Tottenhem”in futbolçusu “Kristal Pelas”a keçə bilər appeared first on Komanda.az.

Azərbaycan çempionatlarında 2-ci turun oyunları keçirilib

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, kişilərin yarışında “Qarabağ” “Azəryol”u (31:21), “Bakı” “Dinamo”nu (40:26), “Kür” “Təhsil”i (38:28) məğlub edib.

Qadınların mübarizəsində “Kür” “Bakı”nı (54:11), “İdman Akademiyası” “Təhsil”i (43:16), “Azəryol” “Qarabağ”ı (46:27) üstələyib.

The post Azərbaycan çempionatlarında 2-ci turun oyunları keçirilib appeared first on Komanda.az.

Premyer Liqa klublarının hədəfindədir – 19 yaşlı futbolçu

“Leyptsiq”in futbolçusu Yan Diomande İngiltərə Premyer Liqası klubları arasında böyük marağa səbəb olub.

19 yaşlı vinger “Mançester Siti”, “Liverpul”, “Tottenhem”, “Çelsi” və Premyer Liqanın digər aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif şayiələrə baxmayaraq, hazırda iddiaçılardan heç biri Fil Dişi Sahilindən olan oyunçu ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə etməyib.

Diomandenin “Leyptsiq”lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir və sözləşmədə sərbəstqalma maddəsi yer almır.

Onun transferi 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra reallaşa bilər. Ancaq “Leyptsiq” bu keçid üçün çox yüksək məbləğ tələb etməyi planlaşdırır. Mənbələrin məlumatına görə, tələb olunan məbləğ 100 milyon avrodan artıq olacaq.

The post Premyer Liqa klublarının hədəfindədir – 19 yaşlı futbolçu appeared first on Komanda.az.

“Mançester Yunayted” iki futbolçusu ilə bağlı qərar verməlidir

Tanınmış insayder Fabrizio Romano “Mançester Yunayted”in hücumçusu Coşua Zirkze və yarımmüdafiəçisi Kobbi Mainu ilə bağlı vəziyyət barədə danışıb.

Komanda.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında “Roma”nın Coşua Zirkzeyə marağının çox konkret və ciddi səviyyədə olduğunu bildirib:

“Roma”nın Coşua Zirkzeyə marağı çox konkret və ciddi səviyyədədir. Klub onu heyətinə qatmaq istəyir və o, prioritet transfer məqsədi hesab olunur. Ancaq hər şey “Mançester Yunayted”dən asılıdır.

Kobbi Mainunun icarəyə verilməsinə isə 10-dan çox klub maraq göstərir. “Napoli” artıq bir neçə həftədir ki, onunla maraqlanır, amma hələlik Zirkze məsələsində olduğu kimi, hər şey “Mançester Yunayted”in razılığına bağlıdır”.

The post “Mançester Yunayted” iki futbolçusu ilə bağlı qərar verməlidir appeared first on Komanda.az.

Berdıyev: “Uşaqlara dedim ki, bu ağrılıdır, həm də utancvericidir”

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sabah”ı qəbul edib.

Komanda.az xəbər verir ki, 1:3 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışıdırıcı müdafiədəki səhvlərdən məğlub olduqlarını bildirib:

“Fikirləşirəm ki, bu gün müdafiədə buraxdığımız səhvləri “Sabah” lazımınca dəyərləndirdi. Hansı ki, biz onları etməməli idik.

İstənilən məşqçi səhv edə bilər. İlk hissədə düzülüşümüz düzgün olmadı və bununla əlaqədar “Sabah”ın istifadə edəcəyi boşluqlar oldu. İkinci hissədə arxa xətdə buraxdığımız səhvləri “Sabah” dəyərləndirdi.

İlk növbədə, bu məsələləri bütün klublarda prezident həll edir. O ağrı-acı ki biz onları azarkeşlərə yaşatdıq – mən bununla bağlı paltardəyişmə otağında danışdım. Uşaqlara dedim ki, bu ağrılıdır, həm də utancvericidir”.

“Turan Tovuz” növbəti turda “Kəpəz”lə üz-üzə gələcək.

Fəxri Rüstəmli

The post Berdıyev: “Uşaqlara dedim ki, bu ağrılıdır, həm də utancvericidir” appeared first on Komanda.az.

Dambrauskas: “Çox önəmli qələbə qazandıq”

“Sabah” Azərbaycan Premyer Liqasının 15-ci turunda bu gün “Turan Tovuz”un qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“İlk olaraq oyunçularımı təbrik edirəm. Həqiqətən də, bu gün möhtəşəm çıxış etdik. Çox önəmli qələbə qazandıq. Rəqib yaxşı təşkil olunmuş komandadır. Qalib gəldiyimizə görə çox şadıq. Oyunçularım qələbəyə layiq idilər.

Bizim sadəcə bir arzumuz var. O da hər dəfə qarşıdakı oyuna hazırlaşımağımızdır. Dörd gün sonra bizi ağır oyun gözləyir. Elə bir komandaya qarşı oynayacağıq ki, ölkəmizi Avropada layiqincə təmsil edir. Tək istəyimiz Bakıya qayıqıb, bərpa olunub bu oyuna hazırlaşmaqdır.

Azərbaycanlı deyiləm, sizin ölkənizdə qonağam. Burada işləmək mənim üçün zövqdür. Azarkeşlər baxımından hər şey yaxşı idi. Amma meydança baxımından bunu deyə bilməyəcəm. Hər kəs istəyir ki, futbolçular inkişaf eləsin. Amma bu cür meydançalarda bu mümkün deyil”.

“Sabah” növbəti turda səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Fəxri Rüstəmli

The post Dambrauskas: “Çox önəmli qələbə qazandıq” appeared first on Komanda.az.

Azərbaycan boksçusu 19 yaşında dünya çempionu oldu

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionu olub.

Komanda.az xəbər verir ki, millinin 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula yiyələnib.

Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Edmond Xudoyanla (Rusiya) qarşılaşıb. Mamedov rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.

Bununla da millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialda 3-cü yeri tutublar.

The post Azərbaycan boksçusu 19 yaşında dünya çempionu oldu appeared first on Komanda.az.

Sterlinq “Çelsi”yə lazım deyil

“Çelsi” yarımmüdafiəçisi Rahim Sterlinqlə yollarını ayırmağı planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

31 yaşlı futbolçunun karyerasını davam etdirə biləcəyi variantlar arasında İngiltərə Premyer Liqasının “Lids” və “Kristal Pelas” klubları göstərilir. Sterlinq heç bir klub tərəfindən alınmasa, londonlular onunla müqaviləni vaxtından əvvəl ləğv etməyi düşünə bilər.

İngiltərəli futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, cari mövsümdə hələ “Çelsi”nin heyətində bir dəqiqə belə, iştirak etməyib.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post Sterlinq “Çelsi”yə lazım deyil appeared first on Komanda.az.

Ayxan Abbasov: “Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır”

“Şamaxı” Azərbaycan Premyer Liqasının 15-ci turunda doğma meydanda “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra oyunla bağlı fikirlərini bildirib:

“Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, sabit oynayan bir kollektivdir. Onlar da ağır qrafikdən çıxmışdılar. Hər iki komandanın epizodları oldu. Mühüm qələbə qazandıq, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm.

Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır. Mühüm amillər var. Hər oyuna baxırıq. Məqsəd hər matçda xal qazanmaqdır. Ötən il qışa qədər iki dövrədə 17 xal yığmışdıq, bu il isə artıq 20 xal var, kubokda irəliləmişik. Möhkəmlənmiş heyətimiz var. Eyni zamanda, avrokubok üçün büdcə lazımdır.

Premyer Liqada qalmaq üçün 25 xalın bəs edəcəyini düşünürəm. İndi 20 xalımız var. Hər yer bizim üçün önəmlidir. Ötən ildən daha yaxşı olmaq istəyirik”.

The post Ayxan Abbasov: “Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır” appeared first on Komanda.az.

Upamekanonun daha iki “elçi”si var

“Bayern”in müdafiəçisi Dayot Upamekano daha iki top-klubun maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə maraqlanan klubların siyahısına İngiltərə Premyer Liqasının top-klubları – “Mançester Siti” və “Çelsi” də qoşulub.

Premyer Liqa təmsilçiləri artıq 27 yaşlı müdafiəçinin transferi üzərində işləməyə başlayıblar. Upamekano mövsümün sonunda, müqaviləsinin müddəti başa çatdıqdan sonra “Bayern”dən azad agent kimi ayrıla bilər.

Daha əvvəl Upamekano uğrunda mübarizədə favoritlər kimi “Real” və PSJ göstərilirdi. Həmçinin, “Liverpul”un da onunla maraqlandığı barədə məlumatlar yayılmışdı. Buna baxmayaraq, Münhen klubunun rəhbərliyi Upamekanonu müqavilənin müddətini uzatmağa razı salmaq niyyətindən hələ də əl çəkməyib.

The post Upamekanonun daha iki “elçi”si var appeared first on Komanda.az.

Rəşad Sadıqov: “Bu itkilər bizi çox yordu”

“Zirə” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə uduzub.

Komanda.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bildirib:

“Gərgin oyun oldu. Ümumiyyətlə, çempionatda heç bir oyun rahat keçmir. Hər iki komanda meydanda əzmkar oyun nümayiş etdirdi. Birinci hissə bizim üçün uğurlu oldu, hesabda önə keçdik. Fasilədə danışdıq ki, rəqib ikinci hissənin əvvəlində fəal olacaq, daha diqqətli olmalıyıq. Amma təəssüf ki, birinci qol rəqibin gözlədiyimiz hücumundan vuruldu. Diqqətsizlik etdik və “Şamaxı” fərqləndi. Daha sonra penalti. İkinci qoldan sonra çoxlu qol epizodlarımız oldu. Belə epizodlar qol olmursa, həmin matçda qalib gəlmək müşkülə çevrilir. Bu oyundan nəticələr çıxarıb növbəti qarşılaşmalara köklənəcəyik. Hücum xəttində dörd futbolçunu birdən itirmişik. Bu itkilər bizi çox yordu, bir çox oyunlarda özünü hiss etdirdi. Bu gün dörd hücumameyilli oyunçudan istifadə edə bilmədik. Bu, hücumu gücləndirməyimizə mane olur”.

The post Rəşad Sadıqov: “Bu itkilər bizi çox yordu” appeared first on Komanda.az.

Dumfris agentini dəyişib – “İnter”dən ayrıla bilər

“İnter”in müdafiəçisi Denzel Dumfris gələn il komandanı tərk edə bilər. 29 yaşlı futbolçu bu yaxınlarda agentini dəyişib və artıq transfer bazarında onun maraqlarını tanınmış menecer Ali Barat təmsil edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun növbəti ilin yayında Milan klubundan ayrılma ehtimalı kifayət qədər yüksəkdir.

Onun “İnter”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Dumfris cari mövsümdə Kristian Kivunun komandasında bütün turnirlərdə 15 oyuna çıxıb və 3 qol vurub.

The post Dumfris agentini dəyişib – “İnter”dən ayrıla bilər appeared first on Komanda.az.

“Beşiktaş” “Çelsi”nin futbolçusu ilə maraqlanır

“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Eagle Media” məlumat yayıb.

Ukraynalı futbolçunun transferində “Beşiktaş” maraqlıdır. “Qara qartallar” Mudriki heyətinə tamhüquqlu transfer əsasında cəlb etməyi planlaşdırır.

24 yaşlı futbolçu dopinq qalmaqalı səbəbindən uzun müddət yaşıl meydanlardan kənar qalıb. O, 2024/25 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlərdə 15 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

The post “Beşiktaş” “Çelsi”nin futbolçusu ilə maraqlanır appeared first on Komanda.az.

DÇ-2026-nın ən populyar oyunları açıqlandı

FİFA 2026-cı il dünya çempionatının biletlərinə yüksək tələbat olduğunu açıqlayıb.

Komanda.az quruma istinadən xəbər verir ki, biletlərin üçüncü satış mərhələsinin başlamasından cəmi 24 saat keçdikdən sonra 200-dən çox ölkədən 5 milyon müraciət daxil olub. Bu, qrup mərhələsinin bəzi oyunlarına olan böyük marağı göstərir.

Ən çox müraciət edilən oyun Kolumbiya – Portuqaliya matçı olub (Mayami, 27 iyun). Qalan 5 populyar oyunlara Braziliya – Mərakeş (Nyu-York, Nyu-Cersi, 13 iyun), Meksika – Cənubi Koreya (Qvadalahara, 18 iyun), Ekvador – Almaniya (Nyu-York, Nyu-Cersi, 25 iyun) və Şotlandiya – Braziliya (Mayami, 24 iyun) daxildir.

Ən çox müraciət edən ölkələr ev sahibləri ABŞ, Meksika və Kanadadır. Siyahının qalan pillələrində Kolumbiya, İngiltərə, Ekvador, Braziliya, Argentina, Şotlandiya, Almaniya, Avstraliya, Fransa və Panama yer alıb.

DÇ-2026-nın final oyununa biletlər 4 min dollardan başlayır ki, bu da 2022-ci ilə nisbətən 7 dəfə bahadır. Azarkeşlər Birliyi qiymətlərin yenidən nəzərdən keçirilməsini tələb edərək, bunu “DÇ ənənələrinə xəyanət” adlandırıb.

The post DÇ-2026-nın ən populyar oyunları açıqlandı appeared first on Komanda.az.

“Real”ın hücumçusu Fransa klubuna keçəcək

“Real” “Lion”la braziliyalı hücumçu Endrikin icarə müqaviləsini rəsmiləşdirib. O, yanvarda madridlilərdən ayrılaraq yeni klubunda oyun təcrübəsi qazanacaq.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

İcarə hər iki tərəf üçün faydalıdır. Endrik Avropa turnirlərində çıxış edən komandada oyun praktikası qazanacaq və Braziliya millisinin heyətinə düşmək üçün baş məşqçi Karlo Ançelottini təsirləndirmək şansı əldə edəcək.

“Real” isə 19 yaşlı futbolçuya sərf etdiyi 60 milyon avrodan çox investisiyanı qoruyur. Klub onun potensialına inamını saxlayır və qiymətini qorumaq üçün icarəni vacib addım hesab edir. Bu addım həm oyunçunun, həm də klubun gələcəyi üçün strateji əhəmiyyət daşıyır.

The post “Real”ın hücumçusu Fransa klubuna keçəcək appeared first on Komanda.az.

“Liverpul”u “Qarabağ”la matça Cerrard çıxara bilər

“Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard yenidən Merseysayd klubuna qayıda bilər.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis komandanın baş məşqçisi Arne Slot istefaya göndəriləcəyi təqdirdə “qırmızılar”ı çalışdırmağa hazırdır.

Klub daxilində Cerrardın müvəqqəti baş məşqçi təyin olunması ilə bağlı danışıqlar aparılıb.

Arne Slot “Liverpul”un baş məşqçisi postuna 2024-cü ilin yayında təyin olunub və o, almaniyalı mütəxəssis Yurgen Kloppun yerini tutub. Niderlanlı çalışdırıcının klubla müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq. Komanda onun rəhbərliyi altında ötən mövsüm İngiltərə çempionu olub.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Liverpul”u “Qarabağ”la matça Cerrard çıxara bilər appeared first on Komanda.az.

“Neftçi” sabiq futbolçusunu geri qaytardı – Bu dəfə məşqçi kimi

“Neftçi” ötən günlərdə yeni baş məşqçisinin adına aydınlıq gətirdi. “Ağ-qaralar” ukraynalı mütəxəssis Yuri Vernidubla anlaşdı.

Komanda.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu daha bir məşqçinin təyinatını rəsmiləşdirib. Belə ki, “Neftçi”nin sabiq futbolçusu Aqil Məmmədov bundan sonra Vernidubun köməkçilərindən biri olacaq.

36 yaşlı mütəxəssis klubun qapıçıları ilə işləyəcək.

Aqil Məmmədov futbolçu kimi karyerasını “Neftçi”də başa vurub. Daha sonra klubdan ona akademiyada qalıb qapıçı məşqçilər üzrə kordinator kimi çalışmaq təklif olunub. O, indi əsas komandada iş başında olacaq.

The post “Neftçi” sabiq futbolçusunu geri qaytardı – Bu dəfə məşqçi kimi appeared first on Komanda.az.

“Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum” – MÜSAHİBƏ

“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis “Neftçi”yə gəlişi və hədəflər haqda danışıb:

– “Neftçi”yə gəlişiniz necə baş tutdu?

– Əslində, həm ölkə daxilindən, həm də ölkə xaricindən təkliflərim var idi. Amma “Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum. Çünki “Neftçi” böyük tarixə malik klubdur. Komandanı hələ SSRİ çempionatından tanıyıram. Özüm də futbolçu kimi “Neftçi”yə qarşı oynamışam. “Neftçi” Ukraynada da çox populyardır. Rəhbərliklə söhbətimizdən sonra klubun qarşısında hansı hədəflərin dayandığını gördüm. Layihəni çox bəyəndim. Burada sistemli iş aparılır və klubun böyük planları var. Hazırda nəticələr çox da ürəkaçan olmasa da, bunlar müvəqqətidir. Nəticələri birlikdə yaxşılaşdıracağıq.

– Artıq futbolçularla da tanış olmusuz, komandanı bir neçə məşqə çıxarmısız. İlkin təəssüratlarınız necədir?

– Heyət çox keyfiyyətli futbolçulardan ibarətdir. Klub gözəl və hədəflərə uyğun transfer siyasəti həyata keçirib. Hər mövqedə güclü futbolçular toplaşıb. Onlardan gözləntilərim yüksəkdir. Çalışacağıq ki, qısa zamanda komandaya öz oyun fəlsəfəmizi aşılayaq, həm taktiki, həm fiziki, həm də psixoloji cəhətdən onları yeni səviyyəyə qaldıraq. Vaxt gedir, artıq çempionatın ortasındayıq. İşə düzgün yanaşsaq, məqsədimizə çatacağıq. Yaxın vaxtlarda hər hansı bir transferin həyata keçirilməsi gündəmdə deyil. Əlbəttə, uzunmüddətli planda komandanın möhkəmləndirilməsi var, amma indi əsas prioritetimiz əlimizdə olan futbolçuların oyun səviyyəsini bir qədər də qaldırmaqdır. Onlara güvənirəm.

– Qarşınıza hansı hədəflər qoyulub?

– Əvvəlcə mütləq şəkildə nəticələri yaxşılaşdırmalıyıq. İşimiz çoxdur, amma qorxmuruq. Artıq bir neçə məşq keçmişəm, futbolçularda da istək və əzm hiss olunur. Rəhbərlikdən də ilk gündən yalnız dəstək görürəm. İnanıram ki, bu çətinliyin öhdəsindən birlikdə gələcəyik. İlk söhbətimizdə də rəhbərlikdən xahiş etdim ki, hər dəqiqə mənim və futbolçuların yanında olsun. Biz bir-birimizi çox yaxşı başa düşdük. Hədəflərə gəlincə, “Neftçi”yə yalnız çempionluq yaraşır. Düzdür, indi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq. Vuruşacağıq, sonadək mübarizə aparacağıq. Ən azı bunun üçün sona qədər döyüşəcəyik, əlimizdən nə gəlirsə, edəcəyik. Elə “Sumqayıt”la matçdan etibarən qələbələri sıralamağa çalışacağıq.

– “Neftçi” azarkeşlərinə sözünüz nədir?

– Bu komanda necə böyükdürsə, elə də böyük azarkeşi var. Balacadan böyüyə ürəyi “Neftçi” ilə döyünən azarkeş ordusu var. Bunu bilirəm. Hər şeyin fərqindəyəm. “Neftçi”ni hər oyunda nəticədən asılı olmayaraq sonadək dəstəklədiklərindən xəbərdaram. Çalışacağıq və əlimizdən gələni edəcəyik ki, onların ümidlərini doğruldaq, hər oyundan sonra onları evlərinə sevinclə yola salaq. Azarkeşlərdən də xahiş edirəm ki, futbolçulardan dəstəklərini əsirgəməsinlər.

The post “Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum” – MÜSAHİBƏ appeared first on Komanda.az.

MY futbolçusunun satışından 80 milyon avro qazanmaq istəyir

Portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandes yaxın gələcəkdə “Mançester Yunayted”dən ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

“Qırmızı şeytanlar”ın rəhbərliyi 31 yaşlı futbolçunun böyük məbləğ qarşılığında satış variantını nəzərdən keçirməyə hazırdır.

Mançester təmsilçisi Fernandesin transferindən təxminən 80 milyon avro gəlir əldə etməyi planlaşdırır. Onunla Səudiyyə Ərəbistanı çempionatında çıxış edən klubların maraqlandığı bildirilir.

Bruno Fernandes 2020-ci ilin yanvarından “Mançester Yunayted”in şərəfini qoruyur. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

The post MY futbolçusunun satışından 80 milyon avro qazanmaq istəyir appeared first on Komanda.az.

Türkiyə klubu Rüdiger üçün təklif göndərəcək

Almaniya millisinin və “Real”ın müdafiəçisi Antonio Rüdiger klubunu dəyişə bilər.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

32 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub “Qalatasaray”dır. İstanbul təmsilçisinin rəhbərliyi Rüdigeri qışda transfer etmək üçün cəhd göstərəcək. Bildirilir ki, futbolçunun özü də danışıqlara açıqdır.

Almaniyalı müdafiəçinin “kral klubu” ilə müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdir.

O, cari mövsümdə “Real”ın heyətində 3 oyuna çıxıb.

The post Türkiyə klubu Rüdiger üçün təklif göndərəcək appeared first on Komanda.az.

“Biz “İnter”i yüksək səviyyəyə çatdırdıq”

“İnter”in hücumçusu Lautaro Martines bu mövsüm A Seriyası çempionluğu uğrunda mübarizə haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bunu söyləyib:

“Biz “İnter”i yüksək səviyyəyə çatdırdıq. Skudetto? Biz “Napoli”, “Milan” və “Roma” ilə mübarizə aparacağıq. “Milan”ın çox bəyəndiyim baş məşqçisi var”.

“İnter” 14 oyundan sonra 30 xalla İtaliya çempionatının turnir cədvəlində üçüncü yerdədir. Komanda lider “Milan”dan və “Napoli”dən bir xal geridədir. “İnter” dekabrın 14-də, A Seriyasının 15-ci turu çərçivəsində “Cenoa” ilə səfərdə oynayacaq.

The post “Biz “İnter”i yüksək səviyyəyə çatdırdıq” appeared first on Komanda.az.

Alonsonun taleyi “Alaves”lə oyundan asılıdır

“Real”ın baş məşqçisi Xabi Alonsonun vəzifəsini itirmə riski yarandığı bildirilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqada “Alaves”lə qarşıdakı oyunda uğursuz nəticə “kral klubu”nun rəhbərliyini ispaniyalı mütəxəssislə yolları ayırmağa vadar edə bilər.

Alonsonun mümkün əvəzləyicisi kimi əsas namizəd Zinəddin Zidan göstərilir. Fransalı mütəxəssis 2021-ci ildə “Real”dan ayrıldıqdan sonra heç bir komandada çalışmayıb. Ancaq hazırda Madrid klubu Zidanın qayıdışı ilə bağlı onunla heç bir danışıqlar aparmır.

Xabi Alonso bu ilin iyununda “Real”ın baş məşqçisi təyin olunub. Ondan əvvəl komandaya dörd il ərzində italiyalı Karlo Ançelotti rəhbərlik edirdi.

The post Alonsonun taleyi “Alaves”lə oyundan asılıdır appeared first on Komanda.az.

“Çelsi” üçün qış “səssiz” keçəcək

“Çelsi”nin qış transfer pəncərəsində səs-küylü keçidlər etməyi planlaşdırmadığı bildirilir.

London təmsilçisi zədələr səbəbindən heyətində müəyyən çətinliklər yaşasa da, klub rəhbərliyi bu vəziyyətə görə məsuliyyəti baş məşqçi Enzo Mareskanın üzərinə qoyur. Onun əsas vəzifəsinin mövcud futbolçular arasında düzgün rotasiya aparmaq olduğu vurğulanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” rəhbərliyi komandanın ciddi gücləndirməyə ehtiyac duymadığı qənaətindədir. Bu səbəbdən də qış transfer pəncərəsində böyük məbləğlərin xərclənməsi gözlənilmir.

Mareskanın komandası hazırda İngiltərə Premyer Liqasında 15 turdan sonra topladığı 25 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Londonlular bu gün çempionat çərçivəsində “Everton”u qəbul edəcəklər.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post “Çelsi” üçün qış “səssiz” keçəcək appeared first on Komanda.az.

Benzema: “Mbappe “Real”da kuboklar qazanmalıdır”

“Əl-İttihad”ın futbolçusu Kərim Benzema “Real”ın hücumçusu Kilian Mbappe ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, həmyerlisi olan fransalı futbolçunu dəstəklədiyini söyləyib:

“Mən Mbappeni dəstəkləyirəm. Onun uğur qazanmaq üçün lazım olan hər şeyi var. İndi o, “Real”da kuboklar qazanmalıdır, amma təbii ki, bunu təkbaşına edə bilməz”.

26 yaşlı forvard bu mövsüm bütün yarışlarda 25 qol vurub və bu, “Real”ın Çempionlar Liqasında, La Liqada vurduğu qolların yarısından çoxudur.

The post Benzema: “Mbappe “Real”da kuboklar qazanmalıdır” appeared first on Komanda.az.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

13 dekabr

Azərbaycan, Premyer Liqa
14:00 Şamaxı – Zirə (CBC Sport)
16:30 Turan Tovuz – Sabah (CBC Sport)

Türkiyə, Super Liqa
15:30 Rizəspor – Eyüpspor (beaİN Sports 1)
18:00 Kayserispor – Alanyaspor (beİN Sports 1)
21:00 Antalyaspor – Qalatasaray (Futbol 3, beİN Sports 1)

Almaniya, 2-ci Bundesliqa
16:00 Arminiya – Kayzerslautern (Tivibu Spor 3)

İspaniya, La Liqa
17:00 Atletiko – Valensiya (İdman TV)
21:30 Barselona – Osasuna (İdman TV)
00:00 Xetafe – Espanyol (Futbol 2)

İtaliya, A Seriyası
18:00 Torino – Kremoneze (Futbol 1)
21:00 Parma – Latsio (Futbol 1)
23:45 Atalanta – Kalyari (Futbol 1, Matç TV)

İngiltərə, Premyer Liqa
19:00 Liverpul – Brayton (İdman TV)
19:00 Çelsi – Everton (beİN Sports 4)
00:00 Arsenal – Vulverhempton (İdman TV)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Reşford: “Artıq özümü evdəki kimi hiss etməyə başlayıram”

“Barselona”nın cinah oyunçusu Markus Reşforddan İngiltərədən köçdükdən sonra Kataloniya klubuna necə uyğunlaşdığı soruşulub.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu özünü rahat hiss etdiyini bildirib:

“Bütün komanda yoldaşlarım məni yaxşı qarşıladılar. Əvvəldən şəhərdə özümü rahat hiss edirəm. Mançesterdən kənarda ilk dəfədir yaşayıram, amma artıq özümü evdəki kimi hiss etməyə başlayıram. İspan dilimi daha da inkişaf etdirmək istəyirəm, bunun üzərində çox çalışıram”.

“Barselona” 28 yaşlı futbolçunu bu ilin yayında “Mançester Yunayted”dən icarəyə götürüb. Reşford “Barselona”nın heyətində bütün yarışlarda 21 oyunda 6 qol vurub və 11 məhsuldar ötürmə edib.

The post Reşford: “Artıq özümü evdəki kimi hiss etməyə başlayıram” appeared first on Komanda.az.

“Jirona”dan əzmkar qələbə

İspaniya La Liqasında 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Real Sosyedad” evdə “Jirona” ilə qarşılaşıb. Oyun qonaqların əzmkar qələbəsiylə yekunlaşıb.

İspaniya La Liqası
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar
: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

17:00. Atletiko – Valensiya
19:15. Malyorka – Elçe
21:30. Barselona – Osasuna
00:00. Xetafe – Espanyol

14 dekabr

17:00. Sevilya – Real Ovyedo
19:15. Selta – Atletik
21.30. Levante – Vilyarreal
00:00. Alaves – Real

15 dekabr

00:00. Rayo Valyekano – Betis

The post “Jirona”dan əzmkar qələbə appeared first on Komanda.az.

“Leççe”yə bir qol bəs etdi

İtaliya A Seriyasında 15-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Leççe” evdə “Piza” ilə qarşılaşıb və bir qolla qalib gəlib.

İtaliya A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol
: Ştuliç, 72.

13 dekabr

18:00. Torino – Kremoneze
21:00. Parma – Latsio
23:45. Atalanta- Kalyari

14 dekabr

15:30. Milan – Sassuolo
18:00. Fiorentina – Verona
18:00. Udineze – Napoli
21:00. Cenoa – İnter
23:45. Bolonya – Yuventus

15 dekabr

23:45. Roma – Komo

The post “Leççe”yə bir qol bəs etdi appeared first on Komanda.az.

“Nant” darmadağına üzüldü

Fransa Liqa 1-də 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Anje” evdə “Nant”la qarşılaşıb. Qonaqlar bu görüşdə darmadağına üzülüblər.

Fransa Liqa 1
16-cı tur

12 dekabr

Anje – Nant 4:1
Qollar
: Abdelli, 17-pen. Şerif, 60. Djibirin, 85. Raolisoa, 90+4 – Kentonse, 81.

13 dekabr

20:00. Renn – Brest
22:00. Mets – PSJ
00:05. Paris – Tuluza

14 dekabr

18:00. Olimpik (Lion) – Havr
20:15. Oser – Lill
20:15. Lans – Nitsa
20:15. Strasburq – Loryan
23:45. Olimpik (Marsel) – Monako

The post “Nant” darmadağına üzüldü appeared first on Komanda.az.

“Union Berlin”dən inamlı qələbə

Almaniya Bundesliqasında 14-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Union Berlin” evdə “Leypsiq”lə qarşılaşıb. Meydan sahibləri yekunda inamlı qələbə qazanıblar.

Almaniya Bundesliqası
14-cü tur
12 dekabr

Union Berlin – Leypsiq 3:1
Qollar
: Burke, 57. Ansa, 64. Skarke, 90+3 – Qomis, 60.

13 dekabr

18:30. Borussiya (Mönhenqladbax) – Volfsburq
18:30. Ayntraxt – Auqsburq
18:30. Hoffenhaym – Hamburq
18:30. Sankt Pauli – Haydenhaym
21:30. Bayer – Köln

14 dekabr

18:30. Frayburq – Borussiya (Dortmund)
20:30. Bayern – Maynts
22:30. Verder – Ştutqart

The post “Union Berlin”dən inamlı qələbə appeared first on Komanda.az.

İlk oyunda heç-heçə

Türkiyə Super Liqasında 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Kasımpaşa” evdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Oyun qolsuz yekunlaşıb.

Türkiyə Super Liqası
16-cı tur

12 dekabr

Kasımpaşa – Gənclərbirliyi 0:0

13 dekabr

15:30. Rizəspor – Eyüpspor
18:00. Kayserispor – Alanyaspor
21:00. Antalyaspor – Qalatasaray

14 dekabr

15:30. Qaziantep – Göztəpə
18:00. Karagümrük – Kocaelispor
21:00. Samsunspor – Başakşəhər
21:00. Trabzonspor – Beşiktaş

15 dekabr

21:00. Fənərbağça – Konyaspor

The post İlk oyunda heç-heçə appeared first on Komanda.az.

“Ordu” və NTD-dən qələbə

Azərbaycan Basketbol Liqasında 9-cu turun daha iki oyunu keçirilib.

Komanda.az xəbər verir ki, günün ilk matçında B qrupunda yer alan “Ordu” “Sumqayıt”ı məğlub edib – 106:86.

A qrupunda isə NTD və “Şəki” komandaları üz-üzə gəliblər.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 93:79.

Turun əvvəlki qarşılaşmalarında “Quba” “Lənkəran”ı (95:87), “Naxçıvan” isə “Sərhədçi”ni (90:74) məğlub edib.

The post “Ordu” və NTD-dən qələbə appeared first on Komanda.az.

Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 4 idmançısı 1/4 finala yüksəlib.

Şahin Aslanov (60 kq) Demid Kloçkonu (İsrail) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti görüşünü dekabrın 14-də İvaylo Kolevə (Bolqarıstan) qarşı keçirəcək.

Adil Zalov (70 kq) da Avropa çempionatında qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Hakan Arda İlgündən (Türkiyə) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Zalov dekabrın 13-də Oskar Muszakovski (Polşa) ilə üz-üzə gələcək.

Gülər Hüseynova (48 kq) Oleksandra Mişçenkoya (Ukrayna) heç bir şans verməyib. Hər 3 raundu aktivinə yazan milli üzvü yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, dekabrın 14-də 1/4 finalda Maria Spennato (İtaliya) ilə döyüşəcək.

Fidan Bakarova (63 kq) isə Antonina Binieçkanı (Polşa) mübarizədən kənarlaşdırıb – 3:2 (29:26, 28:27, 29:26, 27:28, 27:28). O da dekabrın 14-də növbəti görüşünə çıxacaq. Bakarova Rihanna Holdenlə (İngiltərə) qüvvəsini sınayacaq.

Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.

The post Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında! appeared first on Komanda.az.

Modriç: “İtaliyada çox sərt və rəqabətli liqa var”

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyasının səviyyəsi barədə fikirlərini bölüşüb. O, “qırmızı-qaralar”a yayda “Real”dan azad agent kimi keçib.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu İtaliyada çox sərt və rəqabətli liqa olduğunu bildirib:

“İtaliyada çox sərt və rəqabətli liqa var. Amma bu məni təəccübləndirmədi, çünki mən buna hazır idim. Uşaqlıqdan A Seriyası oyunlarını izləyirdim və uzun müddət bu çempionata diqqətlə baxırdım. Ona görə də, buradan nə gözləyəcəyimi bilirdim”.

40 yaşlı yarımmüdafiəçinin “Milan”la müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq. O, cari mövsümdə 14 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

The post Modriç: “İtaliyada çox sərt və rəqabətli liqa var” appeared first on Komanda.az.

“Barselona” niyə Antonini yox, Rafinyanı alıb? – Açıqlama

“Barselona”nın sabiq idman direktoru Jordi Kroyff Kataloniya klubunun daha əvvəl Rafinya Dias və Antoni arasında seçim etməsinin səbəbini izah edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, funksioner bunu deyib:

“Mən “Barselona”da olanda Rafinya ilə Antoni arasında seçim etməli idik. Birincisini seçdik, çünki o, artıq Premyer Liqada özünü sübut etmişdi. Yəni, “Barselona”da uğursuz olsa belə, daha yüksək qiymətə satıla bilərdi”.

“Barselona” Rafinyanı 2022-ci ilin iyul ayında “Lids”dən alıb. Elə həmin yay Antoni “Ayaks”dan “Mançester Yunayted”ə keçib. Lakin Antoni İngiltərə klubunda uğursuz olub və nəticədə “Betis”ə transfer olunub.

The post “Barselona” niyə Antonini yox, Rafinyanı alıb? – Açıqlama appeared first on Komanda.az.

La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi

“Real”ın hücumçusu Kilian Mbappe və “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal İspaniya La Liqasının ən bahalı futbolçuları olublar.

Komanda.az “Transfermarkt” onlayn portalına istinadən xəbər verir ki, fransalı və ispaniyalı oyunçunun bazar dəyəri 200 milyon avroya bərabərdir.

Onları 160 milyon avro dəyəri olan Madrid klubunun və İngiltərə millisinin futbolçusu Çud Bellingem izləyir.

Hazırda La Liqanın turnir cədvəlinə 16 oyundan 40 xalla “Barselona” başçılıq edir. “Real” 36 xalla ikincidir.

The post La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi appeared first on Komanda.az.

Psixoloji problemləri var imiş – Klubu ona kömək edib

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden ötən mövsüm yaşadığı psixoloji çətinliklərdən çıxmaqda klubun böyük dəstəyini görüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu ötən mövsüm ciddi mənəvi problemlər yaşayırdı. Klub isə ona yardım etmək üçün bütün mümkün addımları atıb: Foden bir çox psixoloji testlərdən keçib və müxtəlif çətinliklərin öhdəsindən gəlmə metodikaları ilə tanış olub.

25 yaşlı futbolçunun klubla birgə apardığı iş müsbət nəticə verib. İlin əvvəlində özünü tamamilə ruhdan düşmüş hiss edən Foden indi “tam başqa bir insana” çevrildiyini bildirir.

Foden bu mövsüm 20 matçda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

The post Psixoloji problemləri var imiş – Klubu ona kömək edib appeared first on Komanda.az.

Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Bu ada “Brentford”un futbolçusu İqor Tyaqo layiq görülüb.

Braziliyalı hücumçu ötən ay 4 matçda 5 qol vurub.

O, səsvermədə Harvi Barns (“Nyukasl”), Kirnan Dyusberi-Holl (“Everton”), Ceremi Doku (“Mançester Siti”), Bruno Fernandes (“Mançester Yunayted”), Morqan Gibbs-Uayt (“Nottinqem Forest”), Ris Ceyms (“Çelsi”) və Deklan Raysı (“Arsenal”) geridə qoyub.

The post Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu appeared first on Komanda.az.

“Neftçi” Vernidubun debütündə qələbəni əldən verdi

Dekabrın 13-də Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub.

Hər iki oyun bölgələrdə keçirilib. Əvvəlcə “Şamaxı” doğma publika önündə “Zirə”ni qəbul edib. Ayxan Abbasovun komandası bu görüşda iddialı rəqibinə qalib gəlməyi bacarıb.

Günün son matçı Tovuzda baş tutub. Kurban Berdıyevin komandası “Sabah”la üz-üzə gəlib. Oyun paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb.

Dünən daha iki oyun olub. Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ” ilə qarşılaşıb. Qonaqların ilk hissədən azlıqda qaldığı matçda sonda qələbəyə sevinən Gəncə təmsilçisi olub.

“Qarabağ” isə bu tur “Araz-Naxçıvan”la görüşüb. Ağdam təmsilçisi rəqibini böyük hesabla yenib.

Turun qalan oyunları bu gün keçiriləcək.

“İmişli” Qubada autsayder “Karvan-Yevlax”ı qonaq edib. Oyunda qalib müəyyənləşməyib – 1:1.

Turun son matçı “Neftçi” ilə “Sumqayıt” arasında baş tutub. Yeni baş məşqçi Yuri Vernidub “kimyaçılar”la qarşılaşmada “Neftçi”də debüt edib. Dörd qolluq oyunda qalib müəyynləşməyib.

Azərbaycan Premyer Liqası, 15-ci tur

13 dekabr

Şamaxı – Zirə 2:1
Qol: Msanqa, 54. Karim Rossi, 61-pen – Papunaşvili, 8.
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Turan Tovuz – Sabah 1:3
Qollar: Filip Ozobiç, 82 – Coy Lens Mikels, 31. Velko Simiç, 68. Umarali Rahmonaliyev, 79.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu

Turan Tovuz: 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdiyev

Sabah: 92. Stas Pokatilov (k), 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmiro, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 11. Kahim Parris, 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas

14 dekabr

Kəpəz – Qəbələ 1:0
Qol:
Ohori, 54.
Qırmızı vərəqə: Sanqare, 38 (“Qəbələ”)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu

Kəpəz: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu 
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 9. Luis Paçu 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov 

Qəbələ: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 27. Eşqin Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze 

Qarabağ – Araz-Naxçıvan 5:1
Qollar: Toral Bayramov, 30; 90+5-pen. Nəriman Axundzadə, 41. Xoni Montiel, 57-pen. Leandro Andrade, 72 – Ramon Maçado, 76-pen.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Azərsun Arena”

Qarabağ: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran 
Baş məşqçi: Qurban Qurbanov

Araz-Naxçıvan: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev 

15 dekabr

İmişli – Karvan-Yevlax 1:1
Qol: Almeyda, 29 – Vadim Abdullayev 39.
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu

İmişli: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 44. Həzrət İsayev 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya
Karvan-Yevlax: 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev 33. Eltun Turabov 14. Uğur Cahangirov 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 3. Said İranxan 8. Peter Kings 10. Samuel Durrant 21. İmani Barker
Məşqçi: Füzuli Məmmədov

Neftçi – Sumqayıt 2:2
Qollar: İmad Faraj, 34. Bassala Sambu, 49 – Nsane Simon, 74. Səbuhi Abdullazadə, 81.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Palms Sports Arena”

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 27. Kristian Kostin, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 77. Falaye Sako, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 6. Rauf Rüstəmli, 19. Roi Kehat, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 95. Nsane Simon.
Məşqçi: Şahin Abdullayev.

The post “Neftçi” Vernidubun debütündə qələbəni əldən verdi appeared first on Komanda.az.

❌